Covanni Maria Ancolello
Covanni Maria Ancolello | |
---|---|
Giovanni Maria Angiolello | |
Doğum tarixi | |
Doğum yeri | İtaliya, Viçensa |
Vəfat tarixi | |
Vəfat yeri | İtaliya, Viçensa |
Vətəndaşlığı | İtaliya |
Milliyyəti | italyan |
Fəaliyyəti | tarixçi |
Covanni Maria Ancolello – Venesiya səyyahı.
Həyatı
[redaktə | mənbəni redaktə et]1470-ci ildə Ancolello osmanlı sultanı II Mehmed tərəfindən əsir götürülərək İstanbula gətirilmişdir. Osmanlılarla Ağqoyunlular arasında baş vermiş döyüşlərdə, həmçinin Fateh sultan Mehmedin digər yürüşlərində iştirak etmişdir. 1475–81-ci illərdə Osmanlı dövlətində müxtəlif vəzifələrdə çalışmışdır. 1484-cü ildə Venesiyaya qayıtmış, 1507-ci ildə isə Səfəvilər dövlətinə gəlib 7 il burada yaşamışdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Ancolellonun ən məşhur əsəri "İranda Uzun Həsənin həyatı və əməllərinin qısa hekayəsi"dir. "Türk tarixi" adlı əsəri Osmanlı tarixinin 1300–1520-ci illərini əhatə edir. "Eyriboz səyahət naməsi"ndə isə Ancolello Osmanlı dövlətinin hökumət və ordu strukturu haqqında məlumat verir. Onun əsərləri Osmanlı, Ağqoyunlu və Səfəvi tarixi üçün mühüm mənbədir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 483. ISBN 978-9952-441-02-4.