1980-ci ildən 1997-ci ilə kimi Skiff 60-a qədər kiçik planet kəşf etmişdir.[1] Bu siyahıya (15398) 1997 UZ23 və 37 kilometr diametrə malik qaranlıq Yupiter troyası kimi kosmik obyektlər daxildir.[2][3]LONEOS layihəsi üzərində işlədiyi dövrlərdə o, 2003-cü ilin oktyabrında itirilmiş asteroid sayılan 69230 Hermes asteroidini və 2004-cü ilin mayında atir asteroid sayılan (434326) 2004 JG6 asteroidini kəşf etmişdir. Skiff 1976-cı ildən Louell rəsədxanasında astronom kimi fəaliyyət göstərir.[4] O, həmçinin Mars Hill yay voleybol komandasında voleybolçudur.
Florian mənşəli asteroid olan 2554 Skiff onun şərəfinə adlandırılmışdır.[5] Asteroidin rəsmi adlandırma forması 8 aprel 1982-ci ildə Kiçik Planet Mərkəzində təsdiq edilmişdir. (M.P.C. 6834).[6]