41°54′51″ şm. e. 12°29′31″ ş. u.HGYO

Borgeze qalereyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Borgeze qalereyası
Galleria Borghese
Xəritə
41°54′51″ şm. e. 12°29′31″ ş. u.HGYO
Ölkə  İtaliya
Şəhər Roma
Yerləşir Villa Borgeze
Memar Nikola Salvi, Cüzeppe Panini
Sifarişçi Sipion Borgeze
Tikilmə tarixi 1732-1903
Üslubu barokko
Sahəsi
  • 2.000 m² (2015)[1]
  • 2.000 m² (2018)[2]
Rəsmi sayt www.galleriaborghese.beniculturali.it
Borgeze qalereyası (Roma)
Borgeze qalereyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Borgeze qalereyası (it. Galleria Borghese) — Romanın Borgeze villasına aid bir saray tikilisi. 1903-cü ildən dünyada misli bərabəri olmayan eksponat kolleksiyasına malik bir muzeydir. Qalereya ilk olaraq kardinal Sçipion Kaffarelli-Borgeze (1576–1633) tərəfindən yaradılmış, sonralar Markantino IV Borgeze (1730–1800) tərəfindən yeniləşdirilərək hazırkı müasir formasına salınmışdır. Birinci mərtəbə heykəl, ikinci mərtəbə isə şəkil qalereyası üçün nəzərdə tutulmuşdur.

1803-cü ildə Kamillo Filippo Lüdovik Borgeze Napoleonun bacısı Paulina Bonapartla nikaha girdikdən sonra qalereyanın bir çox əsərlərini satmağa məcbur edilmişdir ki, bunlardan bir çoxu hazırda Luvr muzeyinin inciləri sayılırlar. Beləliklə, qalereya ümumilikdə 154 heykəl, 160 büst, 170 relyef, 30 sütun və çoxlu sayda güldandan məhrum olmuş olur.

Heykəl qalereyası

[redaktə | mənbəni redaktə et]
Heykəltəraş Heykəl Material Ölçüsü Tarix Təsvir
Covani Lorenso Bernini Eney, Anxis və Аskaniy Ağ mərmər 220 sm 1618–1619
Covani Lorenso Bernini ApollonDəfnə Mərmər 243 sm 1622–1625
Covani Lorenso Bernini Persefonanın oğurlanması Mərmər 255 sm 1621 – 1622
Covani Lorenso Bernini Amalfey Mərmər 43,5 sm 1615
Antonio Kavona Venera obrazında Paolina Bonapartın portreti Ağ mərmər 160 sm 1805–1808
Covani Lorenso Bernini David Mərmər 243 sm 1623 – 1624

Şəkil qalereyası

[redaktə | mənbəni redaktə et]
Rəssam Rəsim Material və texnika Ölçüsü Tarix Təsvir
Mikelancelo Merisi de Karavacio Xəstə Dionis (Bakxus) Kətan, yağlı boya 57X53 1593–1595
Mikelancelo Merisi de Karavacio Meyvə səbəti tutmuş oğlan Kətan, yağlı boya 70X67 1593–1595
Mikelancelo Merisi de Karavacio David Qoliafın başı ilə Kətan, yağlı boya 126X100 1610
Mikelancelo Merisi de Karavacio Müqəddəs Hieronimus Kətan, yağlı boya 116,5X153 1605–1606
Fra Bartolomeo Körpəyə sitayiş Lövhə, tempera diametri 89 1499–1500
Culio Romano Məryəm körpə ilə və müqəddəs gənc Yohan Lövhə, yağlı boya 126X85 1523
Tiçiano Veçellio Yer üzündə və göylərdə məhəbbət Kətan, yağlı boya 118×279 1515
Rubens Müqəddəs Süsən Kətan, yağlı boya 94X66 1607–1608
Gerrit van Hontorst Konsert Kətan, yağlı boya 168X202 1626–1630
Korrecio Antonio Alleqri Danaya Kətan, yağlı boya 158X189 1530
  • The Galleria Borghese. The Masterpieces. — SCALA / ATS Italia Editrice, 2006. — 128 с. — ISBN 88-8117-162-7
  • Henze, Anton Kunstführer Rom. — Stuttgart: Reclam, 1994. — ISBN 3-15-010402-5
  • Falk Spirallo Reiseführer Rom, Auflage 2007
  • Rom, DuMont Reiseverlag, Auflage 2006
  1. Italian National Institute of Statistics ISTAT 2015 survey on museums and similar institutions. 2017.
  2. Indagine sui musei e le istituzioni similari. 2020.