Bahadur Əliyev
Naviqasiyaya keç
Axtarışa keç
Bahadur Əliyev | |
---|---|
Bahadur Atabala oğlu Əliyev | |
Doğum tarixi | 24 fevral 1933 |
Doğum yeri | Sığıncaq, Masallı rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 16 sentyabr 2002 (69 yaşında) |
Vəfat yeri | Sumqayıt, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
IMDb | ID1125109 |
Bahadur Atabala oğlu Əliyev (24 fevral 1933, Sığıncaq, Masallı rayonu – 16 sentyabr 2002, Sumqayıt) — Azərbaycan aktyoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Bahadur Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1956-cı ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib. 1957–1959-cu illərdə "Kölgələr sürünür", "Bir məhəllədən iki nəfər", "Onun böyük ürəyi" və "Onu bağışlamaq olarmı?" filmlərində kiçikplanlı rollarda çəkilib. "Mozalan" satirik kinojurnalının bir çox bədii süjetlərində rol alıb. 2002-ci il sentyabrın 16-da günorta radələrində Sumqayıt şəhərində yolda ürək çatışmazlığından infarkt keçirərək vəfat etmişdir.[1]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Alıcının sərgüzəşti (film, 1976)
- Arzu (film, 1972)
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) – rol: Eyvaz
- Babək (film, 1979)
- Bağ mövsümü (film, 1985)
- Bakıda küləklər əsir (film, 1974)
- Bəyin oğurlanması (film, 1985)
- Bir cənub şəhərində (film, 1969)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Bizim Cəbiş müəllim (film, 1969)
- Bizim küçə (film, 1961)
- Bizim küçənin oğlanları (film, 1973)
- Böyük dayaq (film, 1962)
- Buyruq və quyruq (film, 1972)
- Çarə (film, 1981)
- Cazibə qüvvəsi (film, 1964)
- Zirvə (film, 1964)
- Dağlarda döyüş (film, 1967)
- Dairə (film, 1985)
- Dərviş Parisi partladır (film, 1976)
- Əla kəsici (film, 1975)
- Əmək və qızılgül (film, 1962)
- Ən vacib müsahibə (film, 1971)
- Əsl dost (film, 1959)
- Evlənmək istəyirəm (film, 1983)
- Firəngiz (film, 1975)
- General (film, 1970)
- Gözbağlıcılar (film, 1973)
- Gözlə məni (film, 1980)
- Həyat bizi sınayır (film, 1972)
- İşgüzar səfər (film, 1982)
- İstintaq davam edir (film, 1966)
- İyirmialtılar (film, 1966)
- Jonqlyor (film, 1986)
- Kontor (film, 1978)
- Kölgələr sürünür (film, 1958)
- Qanun naminə (film, 1968)
- Qatır Məmməd (film, 1974)
- Qəribə əhvalat (film, 1960)
- Qoy dolanaq… (film, 1972)
- Leylək gözləyir (film, 1977)
- Maqarıç (film, 1973)
- Mən ki gözəl deyildim (film, 1968)
- Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
- Möcüzələr adası (film, 1963)
- Mühazirə (film, 1986)
- Nizami (film, 1982)
- O qızı tapın (film, 1970)
- Ömrün ilk saatı (film, 1973)
- Onu bağışlamaq olarmı? (film, 1959)
- Onun böyük ürəyi (film, 1958)
- Özgə ömür (film, 1987)
- Rəqiblər
- Romeo mənim qonşumdur (film, 1963)
- Səhər (film, 1960)
- Sehrli xalat (film, 1964)
- Səmt küləyi (film, 1973)
- Şerəli və Aybərçin (film, 1989)
- Şir evdən getdi (film, 1977)
- Sevinc buxtası (film, 1977)
- Sizi dünyalar qədər sevirdim (film, 1985)
- Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
- Skripkanın Sərgüzəşti (1972)
- Telefonçu qız (film, 1962)
- Təxribat (film, 1989)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Toya dəvətnamə (film, 1973)
- Tutuquşu (film, 1985)
- Ulduz (film, 1964)
- Uşaqlığın son gecəsi (film, 1968)
- Vətəndaş sərnişinlər… (film, 1971)
- Yanğın (film, 1975)
- Yaramaz (film, 1988)
- Yaşıl işıq (film, 1972)
- Yenilməz batalyon (film, 1965)
- Yun şal (film, 1965)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
- ↑ "Aktyor Bahadur Əliyevin doğum günüdür | Filmfond" (az.). 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-03.