Babi Yar
Babi Yar | |
---|---|
İkinci dünya müharibəsi | |
Hücum yeri |
Kiyev, Ukrayna SSR |
Hücum hədəfi | etnik yəhudilər və sovet əsgərləri |
Vaxt |
29-30 sentyabr, 1941 |
Həlak olanlar | 33.771 yəhudi 2 gün ərzində öldürüldü və onlardan cəmi 29 nəfəri xilas olmağı bacardı. Hadisələrin gedişatında 100.000-150.000 nəfərə yaxın ukrayn, yəhudi, roman və sovet əsirləri sonrakı müddət ərzində həlak oldu. |
Təşkilatçılar | SS, Ordnungspolizei və Einsatzgruppen |
Vikianbarda əlaqəli mediafayllar |
Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür.
Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir.[1]
Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir.[2] Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir.[3] Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.[4]
Ərazidə gercəkləşdirilmiş digər qətliamların qurbanları arasında sovet müharibə əsirləri, kommunistləri, ukrayn millətçiləri və qaraçılar üstünlük təşkil edirdi.[5] Ümumilikdə alman işğalı zamanı Babi Yarda 100.000–150.000 insanın öldürüldüyü təxmin edilməkdədir.[6]
Tarixi arxaplan
[redaktə | mənbəni redaktə et]Babi Yar sözünə ilk dəfə 1401-ci ilə aid mənbələrdə rast gəlinir. Yerli xalqların dilində qoca qadın ifadəsini verən baba sözü zamanla ərazinin adlandırılmasında da işlənilmişdir.[7] Yar sözü türk mənşəyli bir sözdür və mənası dağ, çay deməkdir. Ərazi tarixən insanların çox məskunlaşdığı yer sayılmırdı. Babi Yarda yerləşmiş Şərqi pravoslav kilsəsinə və yerli yəhudi icmasına məxsus məzarlıqlar bölgədə əsas məkanlardandır. XX əsrdən etibarən Babi Yar və ətraf ərazilərin hərbi məqsədlər üçün istifadə olunmasına başlanılmışdır.
29–30 sentyabr 1941
[redaktə | mənbəni redaktə et]Tarix ədəbiyyatlarında Berlin-Roma-Tokio oxu kimi bilinən və əsasən almanlardan təşkil olunmuş orduların 1941-ci ilin 19 sentyabr tarixində Kiyev şəhərini işğal etdilər. NKVD-nin təşkil etdiyi əks həmlə zamanı almanların Cənub Ordu Qərargahı zərər görsə də işğalın qarşısını alınmasına mane olmadı.[8] İki gün sonra, 26 sentyabr tarixində SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin ərazidə görüşdülər. Görüş zamanı almanlara qarşı törədilmiş hücumun səbəbkarı kimi Kiyev şəhərinin yəhudi icması göstərildi və cavab həmləsi kimi Kiyev yəhudilərinin tamamilə ilə yox edilməsi məqsədi qarşıya qoyuldu.[9] Qətliamın gercəkləşdirilməsində Paul Blobelin komandiri olduğu Sonderkommando 4a və Otto Raşxın rəhbərlik etdiyi Einsatzgruppe C birliklərində xidmətlərindən istifadə olunmuşdur.
Paul Blobel və Otto Raşx Ukraynada bir çox hərbi cinayətlərin və qətliamların əsas təşkilatçılarından hesab olunurdu və Babi Yarda yaşayan yəhudi icmasının məhv edilməsi tapşırığı da bu iki şəxsə tapşırılmışdır. Prosesin rəhbərliyini SS generalı Kurt Eberhard öz üzərinə götürmüşdü və bu işdə əsas icraçı Paul Blobelin komandiri olduğu Sonderkommando 4a birliyi idi.[10] Almanlar qətliamdan öncə ərazidə yaşayan yəhudilər üçün aşağıdakı kimi bir elan verdilər:
Kiyev şəhəri və ətaf ərazilərdə yaşayan bütün yəhudilərin 29 sentyabr saat 8:00-da Melinkova və Dorojetzka küçələrinin kəsişməsində (Viskov məzarlığının yaxınlığı) toplaşmaqları tələb olunur. Gələnlərin özləri ilə birlikdə mühüm sənədlərini, isti paltar, pul və qiymətli əşyalarını gətirməkləri vacibdir. Elan olunan vaxtda göstərilən yerdə olmayan yəhudilər görüldükləri yerdə güllənəcəklər. |
1941-ci ilin 26 sentyabr tarixində verilmiş əmrin Kiyevdə və ətraf ərazilərdə yaşayan etnik yəhudilərə, ruslara və ukraynlılara şamil edildiyi göstərilmişdir.[11] 1941-ci ilin 29 sentyabr tarixində SS və xüsusi təyinatlıların hücumu ilə Babi Yarda 33.771 nəfər etnik yəhudi öldürlüdü.[12][13][14][15]
Einsatzkommando zabiti tərəfindən tərtib olunmuş raportda deyilir:
.Toplaşmaq barədə əmrin verilməsindən sonra, 5-6 min nəfər yəhudinin gələcəyi təxmin edilirdi. Son dərəcə yüksək şəkildə təşkil edilmiş toplama nəticəsində, 30 min nəfər yəhudinin toplanması mümkün olmuşdur. |
Hadisənin axşamı almanlar hücumu nisbətən zəiflədərək öldürülən insanları dəfn etməyə başladılar. Einsatzgruppe's Əməliyyat Raportlarının məlumatına görə 1941-ci ilin 29 və 30 sentyabr tarixləri ərzində Kiyev və ətraf ərazilərdən toplanmış 33.771 nəfər yəhudi mexaniki silahla öldürülmüşdü. Qurbanlara məxsus geyimlər, pullar və qiymətli əşyalara yerli alman əsilli insanlar sahibləndilər və bir qismi də dövlətin hesabına köçürüldü.[16] Ağır yaralanmış bir necə qurban isə diri-diri dəfn edildi.[17]
Xilas olanlar
[redaktə | mənbəni redaktə et]Babi Yar qətliamından xilas olanların 29 nəfər olduğu təxmin edilir. 2006-cı ildə Yad Vaşem adlı holokost qurbanlarının irsini öyrənən təşkilat Babi Yarda öldürülən yəhudilərin adlarını müəyyənləşdirilməsi istiqamətində geniş bir layihəyə start verdi. Bütün cəhdlərə baxmayaraq öldürülənlərin, sadəcə 10% nin adlarını müəyyənləşdirmək mümkün oldu. Babi Yarda öldürürlən 3.000 nəfərin adı ilə yanaşı ümumi Holokost zamanı Kiyev və ətraf ərazilərdə öldürülmüş daha 7.000 nəfərin şəxsiyyəti müəyyənləşdirilmişdir.[18] Qətliamdan sağ çıxan şəxslərdən biri də, müharibədən sonra Kiyev Hərbi Tribunalında şahid kimi ifadə vermiş yəhudi əsilli aktrisa Dina Proniçeva olmuşdur. Proniçevanın sağ qalmaq uğrunda apardığı mübarizə sonralar tanınmış rus yazıçısı Anatoli Kuznetsovun Babi Yarla bağlı yazmış olduğu əsərin də əsas sujet xəttini təşkil edir.[19] Aktrisa onu ölü zənn etməkləri üçün özünü cəsədlərin üzərinə ataraq nasistlərin gözündən yayınmağı bacarmışdır.
Xatırlanma
[redaktə | mənbəni redaktə et]SSRİ-nin apardığı siyasət Babi Yar və oxşar qətliamların il dönümlərinin qeyd edilməsinə çətinliklər yaradırdı.[20] Sovet rejiminin dağılmasının ardından Ukraynın bir necə bölgəsində Babi Yar qurbanlarının xatirələrinin anılması üçün abidələr uçaldılmağa başlandı. Qətliam eyni zamanda ədəbiyyat da öz təsirini göstərmişdir. 2006-cı ildə qətliamın 65-ci ildönümü xarici dövlət başçılarının iştirakı ilə baş tutdu. Narıncı inqilabın ardından hakimiyyətə gələn Viktor Yuşşenko, İsrail prezidenti Moşe Katsavın iştirak etdiyi görüşdə faciə qurbanlarının xatirəsi anıldı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Karel C. Berkhoff. "Babi Yar Massacre" (Google book preview). Ibidem. May 28, 2008. səh. 303. ISBN 0253001595. July 31, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 23, 2013.
- ↑ Wolfram Wette. The Wehrmacht: History, Myth, Reality. Harvard University Press. 2006. səh. 112.
- ↑ Wendy Lower, "From Berlin to Babi Yar. The Nazi War Against the Jews, 1941–1944" (PDF). Archived from the original on 2009-03-05. İstifadə tarixi: 2014-04-24. Journal of Religion & Society, Volume 9 (2007). The Kripke Center, Towson University. I. S. S. N 1522–5658. Retrieved from Internet Archive, may 24, 2013.
- ↑ Browning, Christopher R. "Arrival in Poland" (PDF file, direct download 7.91 MB complete). Ordinary Men: Reserve Police Battalion 101 and the Final Solution in Poland. Penguin Books. 1992–1998. 135–142. October 19, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: May 24, 2013.
Also: PDF cache archived by WebCite.
- ↑ A Museum for Babi Yar Arxivləşdirilib 2013-06-26 at the Wayback Machine, The Jerusalem Post (23 October 2011)
- ↑ Magocsi, Paul Robert. A History of Ukraine. University of Toronto Press. 1996. səh. 633. ISBN 978-0-8020-7820-9. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- ↑ Anatoliy Kudrytsky, editor-in-chiev, "Vulytsi Kyeva" (The Streets of Kiev), Ukrainska Entsyklopediya , ISBN 5-88500-070-0
- ↑ "Remembering the Kyiv Inferno, 1941". Kyiv Post. September 25, 2016`. (#accessdate_missing_url)
- ↑ Megargee, Geoffrey P. War of Annihilation: Combat and Genocide on the Eastern Front. Rowman&Littlefield. 2006. səh. 95. ISBN 978-0-7425-4481-9.
Murray, Williamson; Millett, Allan R. A War to be won: Fighting the Second World War. Harvard University Press. 2001. səh. 141. ISBN 0-674-00680-1. - ↑ 1941: Mass Murder Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine The Holocaust Chronicle. p. 270
- ↑ Berenbaum, Michael. The World Must Know, United States Holocaust Memorial Museum, this edition 2006, pp. 97–98.
- ↑ United States Holocaust Memorial Museum, "Kiev and Babi Yar Arxivləşdirilib 2007-01-03 at the Wayback Machine," Holocaust Encyclopedia Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine.
- ↑ A Community of Violence: The SiPo/SD and Its Role in the Nazi Terror System in Generalbezirk Kiew by Alexander V. Prusin. Holocaust Genocide Studies, Spring 2007; 21: 1 – 30.
- ↑ Staff. The Holocaust Chronicle: Massacre at Babi Yar Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine, The Holocaust Chronicle web site Arxivləşdirilib 2008-09-20 at the Wayback Machine, Access 17 December 2007
- ↑ Victoria Khiterer. "Babi Yar: The tragedy of Kiev's Jews" (PDF). Brandeis Graduate Journal. 2. 2004: 1–16. 2007-11-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2008-01-20.
- ↑ Nuremberg Military Tribunal, Einsatzgruppen trial, Judgment, at page 430.
- ↑ Lawrence, Bill. Six Presidents, Too Many Wars. New York: Saturday Review Press. 1972. səh. 93.
- ↑ Amiram Barkat and Haaretz Correspondent. "Yad Vashem tries to name Babi Yar victims, but only 10% identified". Haaretz. September 2006. 2011-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-03.
- ↑ "A Survivor of the Babi Yar Massacre Arxivləşdirilib 2008-03-14 at the Wayback Machine," Heritage: Civilization and the Jews (PBS). Gilbert (1985): 204–205.
- ↑ Postwar: A History of Europe Since 1945 by Tony Judt, Penguin Books, Reprint edition (September 5, 2006), ISBN 0143037757 (page 182 Arxivləşdirilib 2022-05-14 at the Wayback Machine)