Baba Salayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Baba Salayev
Vəzifədədir
20 noyabr 2018-ci ildən
ƏvvəlkiPənah Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1970(1970-01-01) (54 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti zabit
Rütbəsi
Daxili xidmət general-mayoru

Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" medalı "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Baba Hacı Baba oğlu Salayev (1 yanvar 1970, Sumqayıt) — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor.

1976–1986-cı illər Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb.

1987 – 1992-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb.

2002–2006-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb.

1986-cı ildə İdman İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1988–1989-cu illərdə Ordu sıralarında müddətli həqiqi hərbi xidmətə olub.

1992–2011-ci illər ərzində Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət edib.

1992–1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 1-ci Qarabağ Müharibəsi Veteranıdır.

2011–2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi vəzifəsində xidmət edib.

2013–2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsində idarə rəisinin müavini, Balakən Gömrük İdarəsinin rəisi vəzifəsində xidmət edib.

2015–2018-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli Sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbəsi verilib.[1]

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il 721 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi vəzifəsinə təyin edilib.[2]

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 799 nömrəli Sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.[3]

Azərbaycan, rus, ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.

  • 1988–1989-cu illərdə Ordu sıralarında müddətli həqiqi hərbi xidmətə olub
  • 1992–1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.
  • 1-ci Qarabağ Müharibəsi Veteranıdır.
  • Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 799 nömrəli Sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.[3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

"Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Elmi xəbərləri" elmi-texniki jurnalın Baş redaktorudur.

3 kitab, 13 elmi məqalə və konfrans materialların müəllifidir.

  • "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
  • 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı
  • "Hərbi xidmətdə fərqlənməyə görə" medalı;
  • "Belarus Respublikası fövqəladə hallar üzrə orqan və qurumların 20 illiyi" yubiley medalı;
  • "Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin 85 illik yubileyi" medalı;
  • "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı
  • "Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi" yubiley medalı
  • "Azərbaycan Tibb Universitetinin 90 illiyi" yubiley medalı
  • "Ukrayna Milli Mülki Müdafiə Universitetinin 90 illiyi" yubiley medalı
  • Qazağıstan Respublikası Prezidentinin təsis etdiyi "Fövqəladə halların qarşısının alınmasında və aradan qaldırılmasında fərqlənməyə görə" medalı
  1. "Arxivlənmiş surət". 2019-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
  2. "Arxivlənmiş surət". 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
  3. 1 2 "Arxivlənmiş surət". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.