Austin Metro

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Austin Metro
Ümumi məlumatlar
İstehsalçı British Leyland
Qabariti
Uzunluğu
  • 3.400 mm
Eni 1.550 mm
Hündürlüyü 1.360 mm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Austin MetroBritish Leyland şirkətinin Austin Rover Group bölməsi tərəfindən istehsal edilən avtomobil modeli. 1980-ci ildə Austin miniMetro adı ilə istifadəyə verilmişdir. Mini üçün tamamlayıcı bir nəqliyyat vasitəsi olması məqsədləri üçün hazırlanmışdır. Onun kod adı LC8-dir. 1980–1997-ci illər arasında 2.078.218 ədəd istehsal edilib.

İstehsal edildiyi 18 il ərzində avtomobil bir çox fərqli adlar altında satılıb: Austin Metro, MG Metro və Rover Metro. 1995-ci ilin yanvarında o, Rover 100 seriyası adlandırılmışdır. Avtomobilin panel furqon versiyaları da Morris Metro və Metrovan adları altında istehsal edilmişdir.