Arnem
Arnem | |
---|---|
Arnhem Torres Colón | |
51°59′ şm. e. 5°55′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1233 |
İlk məlumat | 893 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 13 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +31 26 |
Poçt indeksi | 6800–6846 |
Digər | |
arnhem.nl | |
Vikianbarda əlaqəli mediafayllar |
Arnem (aşağı almanca: Ernem, almanca: Arnheim) Hollandiyanın şərqində yerləşən Gelderland əyalətinin paytaxtıdır. Şəhər əvvəllər Sint-Jansbeek çayının sahilində yerləşirdi, lakin sonralar ərazisi böyüyərək "Nederrijn çayı"nın hər iki sahilinə qədər genişlənmişdir.
Arnhemin şəhərin sərhədləri daxilindəki əhalinin sayı 159,265 nəfər (2019-cu ildə əhalinin ümumi siyahıyaalınmasının statistik məlumatlarına əsasən) olaraq müəyyən edilmişdir. Şəhər metropoliya regionu olaraq "Stadsregio Arnhem Nijmegen" metropoliya şəhərinin şimal hissəsini təşkil edir. Bu metropoliya regionunun əhalisinin sayı 722,181 nəfər (2010-cu ildəki əhalinin siyahıya alınmasının statistik məlumatlarına əsasən) təşkil edir. Bu statistik məlumat nəzərə alınarsa, Arnhem metropoliya şəhəri Hollandiyanın XV ən böyük şəhəridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Arhem şəhərinin tarixi orta əsrlərə qədər gedib çıxır. Arnhem 1233-cü ildə Zutfen qraflığından şəhər olmaq hüququ əldə etmişdir. 1850-ci ildə cəmi 9000 nəfərlik əhalisi olan şəhər qərbi Hollandiyanın varlı adamlarının hesabına populyarlıq qazanmışdır.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Arnhem Hollandiyanın şərqində yerləşən Gelderland əyalətinin paytaxtıdır. Şəhər hal-hazırda Reyn çayının deltasının bir qolu olan "Nederrijn çayının" hər iki sahilində yerləşsə də, ilkin olaraq isə Sint-Yansbek çayının sahilində yerləşmişdi.
Şəhər Neymeqen şəhərindən 16 km; Hollandiya-Almaniya sərhədində Almaniyada yerləşən Emmerich am Rhein şəhərindən 29 km; Utrextdən 16 km; Amsterdamdan 80 km və Rotterdamdan isə 97 km məsafədə yerləşir.
Şəhərə quru yolla gedişi təmin edən milli Hollandiya əsas magistralları bunlardır: A12, A50, N224, A/N325 və N784.
İdman
[redaktə | mənbəni redaktə et]Komanda | İdman | Liqa | Stadion | Yaranma tarixi |
---|---|---|---|---|
SBV Vitesse | Futbol | Erediviziya | Gelredome (Həcmi: təqribən 30,000 nəfər tamaşaçı) | 1892-ci il |
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Arnemdə gecə vaxtı Nederrijn çayının sahili
-
Arnemdə restavrasiya edilmiş olan Eusebius kilsəsinin zəng qülləsi
-
Arnem kilsə qülləsinin görünüşü
-
Arnemdəki Hollandiya Açıq Səma Muzeyində balaca şəhər tacirlərinin və işçilərinin evləri
-
Arnem dəmiryolu stansiyası
-
Arnem "SBV Vitesse" futbol klubunun Gelredom Stadionu
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ register of public bodies.
- ↑ https://opendata.cbs.nl/statline/#/CBS/nl/.