Apple TV

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Apple TV
Loqonun şəkli
Tipi kompüter platforması
Tərtibatçı Apple
Yayımlanma tarixi 2007
Sayt apple.com/tv/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Apple TV — "Apple Inc." tərəfindən hazırlanmış və bazara çıxarılan rəqəmsal media pleyermikrokonsol. Bu, video və audio kimi qəbul edilmiş media məlumatlarını televizora və ya xarici displeyə göndərən kiçik bir şəbəkə cihazıdır. Onun media xidmətlərinə axın mediası, "TV Everywhere" əsaslı xidmətlər, lokal media mənbələri, idman jurnalistikasıyayımları daxildir.

İkinci nəsil və daha sonrakı modellər yalnız HDMI vasitəsilə təkmilləşdirilmiş dəqiqlikli və ya yüksək dəqiqlikli geniş ekranlı televizora qoşulduqda işləyir. Dördüncü nəsil modeldən bəri "Apple TV" əvvəlcədən quraşdırılmış çoxlu proqramlar ilə tvOS-də işləyir. 2019-cu ilin noyabr ayında "Apple TV+" və "Apple TV" tətbiqini alakart (kartla ödənişli televiziya) kimi buraxmışdır.

"Apple TV" inteqrasiya edilmiş idarəetmədən məhrumdur və yalnız "Apple Remote", "Siri Remote", iOS cihazı və ya bəzi üçüncü tərəf infraqırmızı pultları vasitəsilə uzaqdan idarə oluna bilər.

1993-cü ildə "Apple" ev-əyləncə sənayesinə daxil olmaq üçün "Macintosh TV"ni satışa çıxarmışdır. Qurğunun 14 düymlük CRT ekranıTV tuner kartı var idi. Bu, kommersiya cəhətdən uğurlu alınmamışdı və 1994-cü ildə satışı dayandırılana qədər cəmi 10,000 ədəd satılmışdır.[1] Həmin il şirkət "Apple Interactive Television Box" hazırlanmışdır. Bu, "BT Group" və "Proximus Group" ilə əməkdaşlığın nəticəsində ərsəyə gətirilmişdi və heç vaxt ictimaiyyətə buraxılmamışdı.[1][2] "Apple TV"dən əvvəl "Apple"ın bu sahədə son böyük cəhdi 1990-cı illərdə "Apple Pippin" olmuşdu. Bu, ev oyun konsolu və şəbəkəyə qoşulmuş kompüter idi.[1][3]

  1. 1 2 3 "Apple TV: The history of Apple's bid to take over your living room". The Daily Telegraph. avqust 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 12, 2018.
  2. Chen, Brian X. "Apple TV Prototype Sells on eBay for 46 Bucks". Wired. dekabr 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 12, 2018.
  3. "When Apple Failed". Forbes. avqust 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 12, 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]