Antarktika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cənub yarımkürəsi və Antarktika

Antarktika[1] (Arktikaya əks, q.yun. ἀντί (anti) — əks, yun. (arktikos) — şimal, ἄρκτος (arctos) — ayı, Böyük Ayı bürcünə görə) — Yer kürəsinin AntarktidaAtlantik, HindSakit okeanlarının (bəzən ayrıca olaraq Cənub okeanı kimi də qeyd olunur) Antarktidaya yaxın olan hissələri (Subantarktika belə bura daxildir) nəzərdə tutulur

Cənubi Georgiya, 1777

Antarktikanın sərhədi 48–60 °C.e başlayaraq cənuba doğru yerləşən əraziləri əhatə edir. Ümumi 52 km² təşkil edir. Bəzən 37 °C.e. yerləşən bəzi adalar bura daxil edilir (məsələn: Qof adasıAmsterdam adası). Digər variant isə Antarktida haqqında konvensiyaya görə müəyyənləşdirilmiş ərazidir (60 °C.e. cənubda yerləşən ərazilər). Antarktika konvergensiyasının şimal sərhədi ilə Antarktida divergensiyası arasında yerləşən sahə subantarktika qurşağı adlanır.

Antarktikada müstəqil dövlət olmasada belə asılı ərazilər mövcuddur:

border=none Əsas məqalə: Antarktika iqlimi
Antarktika dünyanın ən sərt iqliminə malik bölgədir, burada ən aşağı temperatur, ən güçlü küləklər, qar fırtınaları müşahidə edilir. Materikdə və ona yaxın adalarda Antarktika buz şitlərinə sahibdir. Bölgədə müşahidə edilən ən isti temperatur 26,3 °C (Kinq Eduard Poynt, Cənubi Georgiya), ən aşağı temperatur isə −91,2 °C (Dome Fuci Kraliça Mod Torpağı, dekabr 2013 il[2]). Yayda orta temperaturu −30 °C, qışda isə −60 °C[3].

Bitki örtüyü və heyvanlar aləmi

[redaktə | mənbəni redaktə et]

Unikal təbii şəraiti ilə əlaqədar olaraq bitki və heyvanlar aləmi özünə məxsusluğu ilə seçilir. Antarktida ərazisində mamır, şibyə, yasun, göbələkbakteriya növləri yayılmışdır. Antarktik yarımadasında hətta çiçəkləyən bitkilərə rast gəlinir.

Soyuq antarktida sularında xərçəngkimilərə daxil olan krillər və balıqlar yayılmışdır. Məməlilərdən burada Suitilər, dəniz pişikləriBalinalar yaşayır (dəniz bəbiri, Kergelen dəniz pişiyi, yengəcyeyən, Ueddell suitisi, adi ross suitisi. Dəniz quşlarından isə fırtınaquşular, albatroslarpinqvinlərə rast gəlinir.

Antarktikanın təbii ehtiyyatları

[redaktə | mənbəni redaktə et]

Antarktika sularında yayılmış balıqlar və kril zəngin bioloji dəniz məhsulu hesab edilir. Şərqi Antarktida dəmir filizidaş kömür, volfrom, marqans, polimetallar, nadir metallar, apatit, qızıl, gümüş və almaz platin kimi qiymətli qazıntılar aşkarlanmışdır. Antarktidada 70 mld ton yanacağın olması ehtimal edilir. Hazırda burada elmi araşdırmalar məqsədi istisna olaraq faydalı qazıntıların çıxarılması qadağandır[4][5]

  1. Azərbaycan Milli Ensiklopediyası / I CİLD // Antarktika. 528 səh
  2. "Alimlər Antarktidada ən aşağı temperaturu qeydə almışlar". İtar-Tass. 2013-12-08. 2014-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
  3. Extreme temperatures around the world Arxivləşdirilib 2013-06-22 at the Wayback Machine.
  4. Стратегия развития деятельности Российской Федерации в Антарктике на период до 2020 года и на более отдаленную перспективу (rus.)
  5. "Y. Saviçskaya. Biz Antarktidada nə yaddan çıxarmışıq". 2010-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-21.

 (rus.)