Andrey Şevçenko

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Andrey Şevçenko
ukr. Андрій Шевченко
Ümumi məlumatlar
Tam adı Andrey Nikolayeviç Şevçenko
Ləqəbi Şeva, Çar
Doğum tarixi 29 sentyabr 1976(1976-09-29)[1][2] (48 yaş)
Vətəndaşlığı
Boyu 183 sm
Çəkisi 72 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
1986–1993 SSRİUkrayna Dinamo Kiyev
Klub karyerası[* 1]
1993–1999 Ukrayna Dinamo Kiyev 117 (60)
1999–2006 İtaliya Milan 208 (127)
2006–2009 İngiltərə Çelsi 48 (9)
2008–2009  İtaliya Milan 18 (0)
2009–2012 Ukrayna Dinamo Kiyev 55 (23)
1993–2012 Cəmi 446 (219)
Milli yığma[* 2]
1994–1995 Ukrayna Ukrayna (19 yaşlılar) 8 (5)
1994–1995 Ukrayna Ukrayna (21 yaşlılar) 7 (6)
1995–2012 Ukrayna Ukrayna 111 (48)
Məşqçisi olduğu klublar
2016—h.h.Ukrayna Ukrayna
Təltif və medalları
1-ci dərəcəli "Xidmətlərinə görə" ordeni "Xidmətlərinə görə" ordeni (Ukrayna) Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni
Ukrayna Qəhrəmanı
Order for Bravery 3rd Class of Ukraine 5-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni
Qızıl top "Ukraynanın milli əfsanəsi" mükafatı

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 28 may 2012 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 20 iyun 2012 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andrey Nikolayeviç Şevçenko (ukr. Андрі́й Микола́йович Шевче́нко; 29 sentyabr 1976[1][2])[3][4] — Ukraynalı keçmiş futbolçu və məşqçi.[5] Hal hazrıda Ukrayna Milli Olimpiya Komitəsiin vitse-prezidentidir.

Ukrayna milli futbol komandasının heyətində vurduğu 48 qol ilə, milli komandanın tarixində ən yaxşı bombardirdir.[6]

Futbolçu karyerası ərzində "Dinamo Kiyev" , "Milan" və "Çelsi" klublarının şərəfini qoruyub.

Şevçenkonun karyerasında bir çox mükafatlar olub, onlardan ən nüfuzlusu 2004-cü ildə qazandığı "Qızıl top" mükafatıdır.

2003-cü ildə "Milan"la UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin Ukrayna, İtaliya və İngiltərədə müxtəlif liqa və kubokların qalibi olub. O, həmçinin 2005 və 2008-ci illərdə Çempionlar Liqasının ikincisi olub. 2004-cü ildə FİFA-nın 100 illik yubiley tədbiri çərçivəsində yaşayan ən yaxşı 100 futbolçudan biri seçilib.[7]

Andrey Şevçenko 1994–1999-cu illərdə Kiyevin "Dinamo" komandasında oynayıb. Şevçenko futbola 1986-cı ildə məhz "Dinamo"da başlayıb. 1994-cü ilə qədər Kiyev klubunun aşağı yaş qrupları üzrə komandalarının şərəfini qoruyan futbolçu həmin ildən 1999-cu ilə qədər əsas komandada çıxış edərək, 117 oyunda 60 qola imza atıb. Bundan sonra futbolçu karyerasını İtaliyanın "Milan" klubunda davam etdirib. 2006-cı ilə qədər İtaliyada 208 oyun keçirib və 127 dəfə rəqib qapıçıları transfer edib. Andrey Şevçenko Avropanın ən yaxşı futbolçusu seçilib və "Qızıl top" mükafatına layiq görülüb. 2006-cı ildə "Milan"ı tərk edib və 2009-cu ilə qədər "Çelsi"nin şərəfini qoruyub, amma bu müddət ərzində fasilələrlə icarə əsasında yenidən "Milan"da oynadığı dövrlər də olub. 2006/09-cu illərdə "Çelsi"də çıxış etdikdən sonra (48 oyun, 9 qol) yenidən "Milan"a qayıdıb. Bu dəfə London klubu onu italyanlara icarəyə verib. 2008/09 mövsümündə Milan klubunun 18 oyunda formasını geyinib. 2009-cu ilin avqustunda 10 illik fasilədən sonra yenidən Kiyevin "Dinamo" komandasına qayıdıb.

Şevçenko karyerası ərzində 5 dəfə Ukrayna (1995, 1996, 1997, 1998, 1999), 1 dəfə İtaliya (2004) çempionu olub, 2 dəfə Ukrayna (1996, 1998), 1 dəfə İtaliya (2003) və İngiltərə (2007) kubokunu, 1 dəfə İtaliya Superkubokunu (2004), 1 dəfə İngiltərə Liqa kubokunu (2007), 1 dəfə isə İngiltərə Superkubokunu (2009) başı üzərinə qaldırıb. 2003-cü ildə Çempionlar Liqasını qazanıb və Avropa Superkubokunun qalibi olub.

  1. 1 2 Andriy Shevchenko // Transfermarkt (çd.). 2000.
  2. 1 2 ANDRIY SHEVCHENKO // Argentine Soccer Database (isp.).
  3. "Андрей Шевченко: досье". Sports.ru (rus). 2014-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.
  4. Нанян, Артур. "10 фактов об Андрее Шевченко". Российская газета (rus). 29.09.2013. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.
  5. "Андрей Шевченко ушел из футбола в политику". Lenta.ru (rus). 28.07.2012. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.
  6. "Players who have scored the most goals for the national soccer team of Ukraine as of November 2022" (ingilis). 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2023.
  7. BBC. "Pele's list of the greatest" (ingilis). 2015-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2023.