Andrey Çikatilo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Andrey Çikatilo
Андрей Чикатило
Doğum adı Andrey Romanoviç Çikatilo
Ləqəbləri "Rostov qaniçəni"
"Vətəndaş iks"
"Qırmızı kabus"
Doğum tarixi
Doğum yeri Yabloçnoe, Sum vilayəti, Ukrayna SSR
Vəfat tarixi (57 yaşında)
Vəfat yeri Novoçerkassk, Rostov vilayəti, Rusiya
Vəfat səbəbi güllələnmə
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Qətllər
Qurbanların sayı 53-65?
Qətllərin dövrü 1978—1990
Qətllərin yeri Rostov vilayəti
Qətl üsulları çoxsaylı bıçaq yaraları, boğma
Silah bıçaq
Qətl səbəbləri seksual
Həbs tarixi 20 noyabr 1990
Cəzası güllələnmə hökmü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andrey Çikatilo (16 oktyabr 1936[1][2], Yabloçnoe[d], Ukrayna SSR, SSRİ14 fevral 1994[1][2], Novoçerkassk, Rostov vilayəti) — sovet seriyalı qatili, pedofil, nekrofil və kannibal.[3]

Andrey Çikatilo 16 oktyabr 1936-cı ildə Sum oblastının Yabloçnoe kəndində anadan olmuşdur. Onun ailəsinin sözlərinə görə oktyabr ayına aid olmayan havada, güclü yağışda doğulmuşdur. Məlumat var ki, Çikatilo hidrosefaliya əlamətləri ilə anadan olmuşdur. 12 yaşına qədər gecələr sidik saxlamamaqdan əziyyət çəkirdi, ona görə də anası tərəfindən döyülürdü.

1943-cü ilə onun bacısı anadan oldu. Onun atası cəbhədə idi. Bəlkə də o öz anasının həmişə alman əsgərləri tərəfindən zorlanmaya məruz qaldığını gördüyü üçün belə olmuşdur.

1944-cü ildə Çikatilo 1-ci sinfə getdi. 1946-cı ildə aclıq dövrü başlandı, ona görə də o, evdən çıxmırdı ki, onu yeyərlər: anası ona demişdi ki, aclıq vaxtı onun böyük qardaşı Stepanı tutub və yeyiblər. Elə versiya irəli sürülür ki, hələ aclıq vaxtı onun böyük qardaşını valideynlər özləri yeyiblər, amma araşdırmalar zamanı onun böyük qardaşı haqqında heç bir məlumat tapılmamışdır.

1954-cü ildə Andrey orta məktəbi bitirib, hüquq fakültəsinə qəbul olunmağa çalışırdı, amma kursu keçə bilmədi. O, elə hesab eləyirdi ki, onu ona görə instituta götürmədilər ki, onun atası "satqın" və "xalq düşməni" idi.

1955-ci ildə Çikatilo Axtır texniki əlaqələr məktəbini bitirdi. Bundan sonra o, Moskva elektromexaniki institutunun dəmiryol nəqliyyatının qiyabi şöbəsinə daxil oldu.

1957–1960-cı illərdə orduda xidmət etdi. O hərbi xidmətini Berlində etdi. Onun sozlərinə görə orda, o, bütün alçalmalara, seksual təzyiqlərə məruz qaldı.

Hərbi xidmətdən sonra o, Rostov na Donu yaxınlığında olan – Rodionovo Nesvetayskaya əyalətinə köçdü. O, orda telefon stansiyasında mühəndis işləməyə başladı.

1962-ci ildə Çikatilonun bacısı Tatyana öz rəfiqəsi ilə Faina ilə tanış etdi (1964-cü ildə onun arvadı oldu). Toydan sonra Çikatilo Rostov universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul oldu. Həmin ildə Faina oğlan dünyaya gətirdi, amma 8 aydan sonra uşaq öldü. 1965-ci ildə Çikatilonun qızı Lyudmila anadan oldu, 1969-cu ilin 15 avqustunda oğlu Yuri anadan oldu, hansı ki sonradan cinayətkar oldu. 1965-ci ilin aprelində Çikatilo rayon bədən tərbiyəsi ve idman üzrə komitəsinin sədri seçildi. 1970-ci ildə o, marksizm-leninizm kursu üzrə pedaqoji institutunun qiyabi şöbəsini bitirdi, Novoşaxtinska 32 nömrəli məktəb-internetda rus dili və ədəbiyyat müəllimi işləməyə başladı (sonra tərbiyəçi).

Andrey Çikatilo 1992-ci ildə 52 insanın öldürdüyünə görə mühakimə olunub, halbuki o özü 55 və daha artıq insanı qətlə yetirdiyini boynuna almışdır.

  • Михаил Кривич, Ольгерт Ольгин. "Товарищ убийца. Ростовское дело: Андрей Чикатило и его жертвы". М.: Текст, 1992. 352 с.
  • Людмила Винникова. "Маньяк является в дождь". М.: Аргументы и факты, 1992. 64с. ISBN 5-85272-005-4
  • Вадим Огурцов. "След зверя. Сексуальный маньяк — от рождения до смертного приговора: Андрей Чикатило". Ростов н/Д.: Приазовский край, 1993. 189 с.
  • Юрий Антонян, Андрей Ткаченко. "Сексуальные преступления. Чикатило и другие". М.: Амальтея, 1993. ISBN 5-7121-0201-3
  • Виктор Гончаров. "Дело Чикатило". М.: Современная литература, 1995. ISBN 985-6202-72-8
  • Н. П. Водько "Почему так долго искали Чикатило?" М.: Юристъ, 1996
  • "Чикатило и его жертвы: Авторский сборник". Серия "Криминальная Россия". М.: АСТ, 1997. ISBN 5-7390-0258-3
  • Пьер Лоррен. "Ростовское чудовище". М.: Крон-Пресс, 1998. ISBN 5–232-00817-X
  • Шехтер Х., Эверит Д. "Энциклопедия серийных убийц". М.: Крон-Пресс, 1998. ISBN 5-232-00723-8
  • Н. С. Модестов. "Серийные убийцы". М.: АСТ — Астрель, 2003. ISBN 5–17-018560-X
  • Песня Al Hammer'а — Идеальный чикатиLLa "идеальный я ЧикаЧикатило…"
  • Peter Conradi. "The Red Ripper: Inside the Mind of Russia’s Most Brutal Serial Killer". 1992. ISBN 0-440-21603-6
  • Richard Lourie. "Hunting the Devil. The Pursuit, Capture and Confession of the Most Savage Serial Killer in History". 1993. ISBN 0-06-017717-9
  • Robert Cullen. "Killer Department, or Citizen X". 1993. ISBN 1-85797-210-4
  1. 1 2 Jenkins J. P. Andrei Chikatilo // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Bibliothèque nationale de France Andrej Romanovič Čikatilo // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. "Andrey Çikatilo: tərcümeyi-hal, maraqlı faktlar". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]