Altmark insidenti
"Altmark" insidenti | |||
---|---|---|---|
Tarix | 16 fevral 1940 | ||
Yeri | Yosinqfort, Norveç | ||
Nəticəsi | Bğyük Brotaniyanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
"Altmark" insidenti' 1940-cı il fevralın 16-da neytral Norveçin ərazi sularında Böyük Britaniya və Nasist Almaniyasının gəmiləri arasında İkinci Dünya Müharibəsinin ilkin mərhələlərində baş vermiş hərbi toqquşma idi. Bu, 1940-cı ilin aprelində Avropada aktiv hərbi əməliyyatların başlanğıcını qoyan Almanların Norveçi işğalına səbəb oldu.
İnsident
[redaktə | mənbəni redaktə et]"Altmark"( alm. Altmark ), ağır kreyser Admiral Graf Spee-ni ( alm. Admiral Graf Spee ), müşaiyət edən və yanacaqla təmin edən köməkçi gəmi və tanker idi. Admiral Graf Spee ağır kreyserinin məhv edilməsindən sonra "Altmark" gəmisi Cənubi Atlantikadan vətənə döğru istiqamət götürdü. Gəminin göyərtəsində "Admiral Graf Spee" kreyseri tərəfindən batırılmış ingilis gəmilərindən götürülmüş 300-ə yaxın hərbi əsir var idi.
İngilis esminesləri tərəfindən təqib edilən alman gəmisi Norveçin cənub-qərbindəki Yosingford'a sığınmağa cəhd etdi. "Kazak" (ing. HMS Cossack ) esminesin 1-ci dərəcəli kapitanı Filip Vianın komandanlığı altında "Altmark"-ın ardınca körfəzə girərək Çörçil tərəfindən verilən sanksiyaya uyğun olaraq güc tətbiq etdi. Orada norveçl hərbi gəmilərinin olmasına baxmayaraq, alman gəmisinə abordaj komandasını çıxartdı və bütün hərbi əsirləri azad etdi. Bu insident zamanı 7 alman öldürülmüşdü. Komanda gəmidə qaldı; "Altmark" hücum zamanı qayaların üzərində oturdu. Lakin sonradan müstəqil şəkildə Alman limanına çata bildi.
Bu hadisə İkinci Dünya Müharibəsi zamanı abordajdan istifadə edilən nadir hallardan biri idi.
Nəticələr
[redaktə | mənbəni redaktə et]Norveç hökuməti Britaniya hakimiyyətinə etiraz etdi, lakin ingilislər bu insidentin yalnız neytrallığın texniki pozuntusu olduğunu bildirdilər.
Bundan bir qədər əvvəl oxşar hadisə baş vermişdi: "Doyçland" ağır kreyser (alm. Deutschland) tərəfindən zəbt edilən "City of Flint" Amerika gəmisi norveç sularına daxil oldu. Həmin vaxt norveç hökuməti almanları həbs etmiş, gəmini isə buraxmışdılar.
Alman tərəfi üçün Altmarkın tutulması zamanı Norveç gəmilərinin hərəkətsizliyi, Almaniyadan neytrallığını müdafiə etməklə yanaşı, Norveçin Britaniyanın müdaxiləsinə dözməyə hazır olduğunun sübutu idi. Bir neçə gün sonra, 1940-cı il fevralın 21-də Hitler Norveçi ələ keçirmək üçün əməliyyata hazırlıqlara başlamağı əmr etdi. [1] [2]
İngilislər hesab edirdilər ki, əksinə, norveçlilərin alman gəmisini çox yumşaq yoxlaması bu hadisəyə səbəb olub. Fransanın Baş naziri Edouard Daladier, "Eynən Altmark kimi" Norveç limanlarını ələ keçirməyə çağırdı.