AGM-158 JASSM

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
AGM-158 JASSM-ın Le-Burjda (Paris) təşkil olunan sərgidəki (2007) maketi

AGM-158 JASSM (ing. Joint Air-to-Surface Standoff Missile) — Lockheed Martin şirkəti tərəfindən hazırlanan "hava-yerüstü" sinfinə aid amerikan yüksək-sərrast qanadlı raket. İstənilən meteoşəraitdə və sutka ərzində, rəqibin Havadan Müdafiə (HM)vasitələrinin hərəkət zonası xaricində olan məsafədə, yüksək-müdafiəli stasionar və yerdəyişən(kvazistasionar) hədəfləri vurmaq üçün nəzərdə tutulur. Az sezilən radiolakasiya texnolojilərinin istifadəsi ilə yaradılıb. Raketdə turboreaktiv mühərrik quraşdırılıb. Hədəfə alma sistemində, yüksək dərəcəli radioelektron qorunması olan GPS peyk sisteminin siqnal qəbuledicisindən korreksiyalı inersial sistem idarəsi ilə bərabər, müasir(2012 il üçün) infraqırmızı özühədəfəalma başlığı(uçuşun son sahəsində işləyir), hədəflərin muxtar tanıma sistemi quraşdırılıb.