Şahverdi xan Ziyadxanov
Şahverdi xan Ziyadxanov | |
---|---|
Şahverdi xan Əbülfət ağa oğlu Ziyadxanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 (15) oktyabr 1869 |
Doğum yeri | |
Vəfat tarixi | 8 may 1919 (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Tifus |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC |
Həyat yoldaşı | Ağca bəyim Abraxanova |
Atası | Əbülfət ağa Ziyadxanov |
Anası | Azərhümayun xanım Qovanlı-Qacar |
Hərbi fəaliyyəti | |
Qoşun növü | süvari |
Xidmət illəri | 1890-1919 |
Rütbəsi |
rotmistr Rusiya imperiyası podpolkovnik AXC |
Döyüşlər | |
Təltifləri |
Şahverdi xan Ziyadxanov və ya Şahverdi xan Ziyadxan (3 (15) oktyabr 1869, Yelizavetpol – 8 may 1919, Gəncə) — Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabiti, İsmayıl xan və Adil xan Ziyadxanovların qardaşı.
Rus-yapon müharibəsində və Birinci Dünya müharibəsində iştirak edib. 1905-ci ildə Rus-yapon müharibəsi dövründə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni və üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif edilib. Birinci Dünya müharibəsi dövründə Vəhşi diviziyanın tərkibindəki Tatar süvari alayında komandirin köməkçisi təyin olunub. 1915-ci ildə düşmənə qarşı döyüşdə fərqləndiyinə görə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif olunub.
Azərbaycan Cümhuriyyəti ordusunda Podpolkovnik rütbəsində xidmət edib.
Həyatı və təhsili
[redaktə | mənbəni redaktə et]Ziyadxanov Şahverdi xan Əbülfət ağa oğlu 15 oktyabr (köhnə təqvimlə 3 oktyabr) 1869-cu ildə Gəncə şəhərində anadan olub. Atası Əbülfət xan Gəncənin sonuncu xanı Cavad xanın nəvəsidir. Gəncə gimnaziyasını 1-ci dərəcə ilə Yelizavetqrad yunker məktəbini isə 2-ci dərəcə ilə bitirib[1].
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]Xidmətinin ilk illəri
[redaktə | mənbəni redaktə et]Şahverdi xan xidmətə 1890-cı ilin noyabr ayının 29-da 44-cü Nijninovqorod draqun polkunun 3-cü eskadronunda sıravi kimi başlayıb[2].
1891-ci ilin avqust ayının 12-də yunker məktəbinə göndərilib. Əvvəlcə aşağı sinifə təyinat alsa da 14 iyul 1892-ci ildə isə yuxarı sinifə təyin olunub. Məktəbi 1 avqust 1893-cü ildə 2-ci dərəcə ilə estandert-yunker kimi bitirib yenidən alaya geri qayıdıb. 4 sentyabr 1893-cü ildə 5-ci eskadrona təyinat alıb. 15 yanvar 1895-ci ildə kornet rütbəsi alıb. 29 aprel 1895-ci ildə mühəndis-istehkamçı, dəmiryol və digər hərbi işlərə yiyələnmək üçün Tiflis quberniyasının Tionetı kəndinin yaxınlığında yerləşən Qafqaz İstehkamçı Briqadasına ezam olunur. Kursu "çox yaxşı" qeydi ilə bitirdikdən sonra 1895-ci il sentyabrın 1-dən oktyabrın 23-ə qədər Qafqaz ehtiyat atlı alayının 2-ci dəstəsinə göndərilib[2].
1896-cı ildə 22 avqustdan 26 okyabra qədər Kuban vilayətinin Armavir kəndində yerləşən hərbi-atlı alayına ezamiyyətə göndərilib. 1896-cı il fevralın 5-də alayın 3-cü eskadronuna keçirilib. 1898-ci ilin iyul ayının 14-dən 24-ə dək 2-ci eskadrona müvəqqəti komandanlıq edib. 1898-ci ilin mart ayının 15-də poruçik hərbi rütbəsi alıb. 1898-ci ilin 27 avqustundan 1 oktyabradək Bakıda yerləşən hərbi-atlı alayda ezamiyyətdə olub. 1899-cu il oktyabrın 1-dən 13-ə qədər və sentyabrın 18-dən noyabrın 9-a qədər alayın altıncı eskadronuna müvəqqəti komandanlıq edib[2].
1902-ci il iyunun 15-dən 23-ə qədər Aleksandropola zabitlərin hərbi-səhra səfərinə ezam olunub. 1903-cü il mart ayının 15-də ştabs-rotmistr rütbəsi alıb. Həmin ilin 29 mayından 1 iyununadək 2-ci eskadrona müvəqqəti komandanlıq edib[3].
Rus-yapon müharibəsində
[redaktə | mənbəni redaktə et]1904-cü ilin mart ayının 26-dan sentyabr ayının 6-a qədər Sibir Hərbi Dairəsinin tabeliyində Omsk şəhərində olub. Kurqan şəhərində formalaşdırılmış ehtiyat süvari dəstəsinə komandanlıq edib[4]. 20 noyabr 1904-cü ildə I Sunjensk-Vladiqafqaz kazak alayına podyasavul rütbəsi ilə göndərilib. 27 dekabr 1904-cü ildə xidmət yerinə çatıb və ikinci yüzlükdə xidmətə başlayıb. 17 iyun 1905-ci ildən etibarən isə birinci yüzlükdə xidmətə başlayıb[3].
1905-ci il iyun ayının 20-də üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilib[5]. Həmin ilin 31 avqust tarixində isə yaponlarla döyüşdə fərqləndiyinə görə üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni (qılınclarla və bantla birlikdə) ilə təltif edilib[3][5].
Sonrakı dövr
[redaktə | mənbəni redaktə et]Rus-yapon müharibəsi bitdikdən sonra 1905-ci il dekabrın 16-da 2-ci Dağıstan atlı alayına göndərilib. Daha sonra isə 1906-cı il aprel ayının 12-də 44-cü Nijeqorod draqun alayına təyinat alıb. 1907-ci ilin aprel ayının 11-də isə əvvəlki alayına qaytarılıb[3].
1908-ci il dekabrın 26-da ona 17-ci Nijeqorod draqun alayının 200 illiyi münasibətilə verilmiş döş nişanını gəzdirməyə icazə verirlər. 1909-cu il iyunun 25-də "Poltava döyüşünün 200 illiyinin xatirəsinə" medalı ilə təltif edilib. 1909-cu il oktyabrın 7-də ona "Şərqi Qafqazın fəth olunmasının 50 illiyi" yubiley döş nişanını gəzdirməyə icazə verirlər[3]. 1910-cu il may ayının 5-dən oktyabr ayının 4-ə qədər 17-ci Nijeqorod draqun alayında ezamiyyətdə olub. 1910-cu il dekabrın 13-də Yelizavetpol qubernatorunun yanında xüsusi tapşırıqlar üzrə baş zabit təyin edilib[6]. 1911-ci il fevralın 24-ü ordu atlı alayına təyin olunmaqla Daxili İşlər Nazirliyində xidmətə başlayıb. 1911-ci il dekabrın 6-da rotmistr rütbəsi alıb.[3][7][8]
Birinci Dünya müharibəsində
[redaktə | mənbəni redaktə et]1914-cü il sentyabrın 27-də mərkəzi qərargahın generalı general-mayor A. Arxangelski Yelezavetpol qubernatoru Q. Kovalyova teleqramla məlumat verir ki, 26 sentyabrda verilmiş yüksək əmrə görə Şahverdi xan Ziyadxanov Vəhşi diviziyanın tərkibində yaradılmış Tatar atlı alayının komandirinin köməkçisi təyin edilir[9]. 2 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 atlı, 68 mülki şəxsdən ibarət Tatar süvari alayının komandiri podpolkovnik P. Polovtsov, onun köməkçiləri V. Staroselski və Ş. Ziyadxanov təyin olunurlar[1][10]. Alayın tərtibi birbaşa süvari rotmistri, Şahverdi xana tapşırılır[11].
Cənub-qərb cəbhəsindəki döyüş əməliyyatlarında iştirak edib. 1915-ci il fevral ayının 14-də Cənub-qərb cəbhəsi ordularının baş komandanı N. İvanovun 154 nömrəli əmri ilə düşmənlə döyüşdə fərqləndiyinə görə üçüncü dərəcəli Müqəddəs Anna ordeni (qılınclarla və bantla birlikdə) ilə təltif edilib.
1915-ci il aprelin 30-da Prut çayının yanında yerləşən Nepolkuts kəndində düşmənlə gedən döyüşdə başından ağır kontuziya alaraq Tiflis şəhərinə evakuasiya edilib.
1916-cı il sentyabrın 15-ə olan vəziyyətə görə rotmistr Şahverdi xan Ziyadxanov Qafqaz hərbi dairəsinin qərargahına tabe olan ehtiyat hərbi süvari dəstəsinin tabeliyində olub[12].
Azərbaycan Cümhuriyyətində
[redaktə | mənbəni redaktə et]Şahverdi xan öz xidmətini Tatar Atlı Alayının tərkibində davam etdirərək Əlahiddə Azərbaycan Korpusunda sonra isə Azərbaycan Cümhuriyyətinin ordusunda xidmət edib[13]. 1919-cu il fevralın 3-ə olan formalaşn Azərbaycan ordusunun siyahısında podpolkovnik rütbəsində olması qeyd olunub[13]. 1919-cu ilin fevral ayının 4-də maddi-texniki təminatın qəbulu üzrə yaradılmış komissiyanın sədri təyin edilib[14]. Azərbaycan Cümhuriyyətinin hərbi qurumunun 1919-cu il aprel ayının 17-də verdiyi əmrdə qeyd olunub ki, Ziyadxanov türklər tərəfindən ölkədə qalmış hərbi əmlakın nümunəvi şəkildə ordunun balansına keçirib[15]. 1919-cu ilin mart ayınnı 29-da III Şəki Atlı Alayına təyinat alıb[16]. Həmin ilin may ayının 11-də Atlı Alayın müvəqqəti komandanı general-mayor Amaşukeli Mərkəzi qərargaha raportla müraciət edib:
Mükafatlar siyahısı ilə yanaşı Tatar Atlı Alayının zabitlər cəmiyyətinin №43 qərarı ilə[17] podpolkovnik Şahverdi-Xan Ziyadxanovun təxliyədə keçirdiyi vaxtın 1917-ci il may ayının 6-dan hesablanması üçün və ona növbəti hərbi rütbənin verilməsi üçün müraciət edirəm.[18] |
Xan-Ziyadxanov 1919-cu ildə iyunun əvvəlində Gəncədə öz hərbi vəzifəsini yerinə yetirərkən tif xəstəliyindən dünyasını dəyişib (bəzi mənbələrdə 6[19] və ya 9 iyun[20], sentyabrda verilmiş bir əmrdə isə onun ölüm tarixi 8 may göstərilib[21]). Müvəqqəti olaraq hərbi nazir vəzifəsini icra edən general Şıxlinski, onun ordu qarşısındakı xidmətlərini nəzərə alaraq, onun ailəsinə xəstəliklə bağlı olan xərclərinin, dəfn xərclərinin və eləcə də birdəfəlik 5.000 rubl pulun verilməsini əmr edir. Bundan başqa Şıxlinski onun ailəsinə təqaüdün təyin edilməsi üçün Parlamentə müraciət etməyi də öz üzərinə götürür[21].
Ailəsi
[redaktə | mənbəni redaktə et]Şahverdi xan Ağca bəyim Məhəmməd ağa qızı Abraxanova ilə ailə qurub[22]. Övladları haqqında heç bir məlumat yoxdur[22].
Atası Əbülfət ağa Ziyadxanov — Cavad xanın nəvəsi[23]. 1843-cü ildə Gəncədə doğulmuşdur. Bəhmən mirzə Qovanlı-Qacarın qızı Azərhümayun xanım Qovanlı-Qacar ilə ailə qurmuşdu[24].
Anası Azərhümayun xanım Qovanlı-Qacar — Qacar şahzadəsi, xəttat. Azərhümayun xanım Bəhmən mirzə qızı[24] Şuşa şəhərində anadan olmuşdu. Onu Şahzadə xanım kimi tanıyırdılar. Şahzadə xanım xəttat idi. Şahzadə хanım Əbülfət ağa Ziyadxanov ilə ailə qurmuşdu.
Onların bu evlilikdən İsmayıl xan, Şahverdi хan, Adil xan adlı oğulları, Sultan bəyim, Fəxritac bəyim, Şirin bəyim, Xırda bəyim, Qəmərtac bəyim adlı qızları vardı.
Mükafatları
[redaktə | mənbəni redaktə et]Rus-yapon müharibəsi və Birinci Dünya müharibəsində döyüşlərdə fərqləndiyinə görə təltif edildiyi ordenlər.
- — 1905-ci ildə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilib.
- — 1905-ci ildə üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni (qılınclarla və bantla birlikdə) ilə təltif edilib[25].
- — 25 iyun 1909-cu ildə "Poltava döyüşünün 200 illiyinin xatirəsinə" medalı ilə təltif edilib.
- — 1915-ci ildə üçüncü dərəcəli Müqəddəs Anna ordeni (qılınclarla və bantla birlikdə) ilə təltif edilib.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Atamalı Şahbazov. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: ноябрь 1918 - май 1919 (PDF). I. Bakı: Maarif nəşriyyatı. 2018. 504. ISBN 978-9952-445-20-12.
- Atamalı Şahbazov. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: май - декабрь 1919 (PDF). II. Bakı: Maarif nəşriyyatı. 2018. 568. ISBN 978-9952-445-20-13.
- Azərbaycan Birinci Dünya müharibəsi dövründə. Elmi məqalələr toplusu. Bakı: Ziya. 2014. 208. ISBN 978-9952-809-87-9.
- Известия Азербайджанского историко-родословного общества / Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri. III. Bakı: Adiloğlu. 2001. 172. ISBN 9952-25-001-0.
- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa. 2008. 334.
- Rauf Şeyxzamanlı. Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli (PDF). Gəncə: Elm nəşriyyatı. 2020. 255.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Azərbaycan Birinci Dünya müharibəsi dövründə, 2014. səh. 60
- ↑ 1 2 3 Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, 2001. səh. 157
- ↑ 1 2 3 4 5 6 Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, 2001. səh. 158
- ↑ Vasili Potto. История 17-го Драгунского Нижегородского Его Императорского Величества полка. XI. Tiflis. 1908. səh. 152.
- ↑ 1 2 Azərbaycan Respublikasının Dövlət Arxivi f. 2898, in. 2, i. 11 v.141
- ↑ Памятная книга Елисаветпольской губернии на 1914 год. Tiflis. 1914. səh. 24. 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14.
- ↑ Список ротмистрам армейской кавалерии по старшинству. Составлен по 1-е сентября 1913 года. Sankt-Peterburq. 1914. səh. 192. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14.
- ↑ Кавказ (PDF) (rus). 279. Tiflis: Типография канцелярии наместника его Императорского Величества на Кавказе. 1911-12-16. 2. 2024-05-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-15.
- ↑ Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi f.62, in.1, i.81 v.244
- ↑ Mirabbas Məmmədov. "Tatar alayının şücaəti" (az.). regionplus.az. May 5, 2015. October 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2022.
- ↑ Sevda İsmayıllı. "Cümhuriyyət elanını – İstiqlal Bəyannaməsini qoruyan «Tatar Atlı Alayı»" (az.). Azadlıq Radiosu. May 12, 2014. December 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2022.
- ↑ Список ротмистрам армейской кавалерии по старшинству. Составлен по 15 сентября 1916 г. Sankt-Peterburq: Военная типография. 1916. səh. 18. 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14.
- ↑ 1 2 Atamalı Şahbazov. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: ноябрь 1918 - май 1919 (PDF). I. Bakı: Maarif nəşriyyatı. 2018. səh. 148. ISBN 978-9952-445-20-12. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-10-14.
- ↑ Atamalı Şahbazov. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: ноябрь 1918 - май 1919 (PDF). I. Bakı: Maarif nəşriyyatı. 2018. səh. 154. ISBN 978-9952-445-20-12. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-10-14.
- ↑ Atamalı Şahbazov. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: ноябрь 1918 - май 1919 (PDF). I. Bakı: Maarif nəşriyyatı. 2018. səh. 397. ISBN 978-9952-445-20-12. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-10-14.
- ↑ Atamalı Şahbazov. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: ноябрь 1918 - май 1919 (PDF). I. Bakı: Maarif nəşriyyatı. 2018. səh. 309. ISBN 978-9952-445-20-12. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-10-14.
- ↑ Azərbaycan Respublikasının Dövlət Arxivi f. 2898, in. 2, i. 11 v.143
- ↑ Azərbaycan Respublikasının Dövlət Arxivi f. 2898, in. 2, i. 11 v.140
- ↑ Atamalı Şahbazov. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: май - декабрь 1919 (PDF). II. Bakı: Maarif nəşriyyatı. 2018. səh. 90. ISBN 978-9952-445-20-13. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-10-14.
- ↑ Atamalı Şahbazov. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: май - декабрь 1919 (PDF). II. Bakı: Maarif nəşriyyatı. 2018. səh. 40. ISBN 978-9952-445-20-13. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-10-14.
- ↑ 1 2 Atamalı Şahbazov. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: май - декабрь 1919 (PDF). II. Bakı: Maarif nəşriyyatı. 2018. səh. 208. ISBN 978-9952-445-20-13. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-10-14.
- ↑ 1 2 Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, 2001. səh. 159
- ↑ Şeyxzamanlı, 2020. səh. 223
- ↑ 1 2 Şeyxzamanlı, 2020. səh. 52
- ↑ Timuçin Əfəndiyev. "Şərəfli nəslin təmsilçiləri" (az.). 525-ci qəzet. April 2, 2013. Archived from the original on October 17, 2022. İstifadə tarixi: October 13, 2022.
- 15 oktyabrda doğulanlar
- 1869-cu ildə doğulanlar
- Gəncədə doğulanlar
- 8 mayda vəfat edənlər
- 1919-cu ildə vəfat edənlər
- 49 yaşında vəfat edənlər
- Gəncədə vəfat edənlər
- Qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- III dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- IV dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- Əlifba sırasına görə hərbi xadimlər
- Ziyadxanovlar
- Azərbaycanlı hərbçilər
- Gəncə Kişi Gimnaziyasının məzunları
- Rus-yapon müharibəsi iştirakçıları