İsmayıl Mərziban

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsmayıl Mərziban
fars. اسماعیل مرزبان
bayraq
Poçt-Teleqraf naziri
1 may 1915 – 18 avqust 1915
16 noyabr 1920 – 21 fevral 1921
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tehran, İran
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Fəaliyyəti siyasətçi

İsmayıl Mərziban (1869–1960) — İran siyasətçisi, Qacar və Pəhləvi dövründə bir çox nairlikdə çalışmış şəxs.

İsmayıl 1869-cu ildə anadan olmuşdu. Onun mənsub olduğu ailə Gilanın, Rəştin qədim əsilzadə soyuna bağlıdır. Mərziban soyadını da bu ayaqdan götürmüşdü.

İsmayıl Mərziban Muaddəbəssəltənə və Əminülmülk ləqəblərini daşıyırdı.

İsmayıl Mərziban orta təhsilini bitirəndən sonra, Fransaya yollanmış, Paris Universitetinə qəbul olmuşdu. Universitetin tibb fakültəsini bitirmişdi. Məşhur göz həkimi doktor Ratveldin tələbəsi olmuşdu.

İsmayıl Mərziban İrana dönəndən sonra həkimliklə yanaşı siyasətə də atılmışdı. İran ziyalılarının qurduğu "Cameyi-Adəmiyyət"ə üzv olmuşdu. Həmin dövrdə İranda müxalifətçi mübariz qüvvənin başında "Adəmiyyət cəmiyyəti" ilk siyasi cəmiyyətdən başqa heç bir təşkilatı qüvvə yox idi. Həmçinin cəmiyyətin özü də təşkilati cəhətdən çox zəif idi. Hakim siniflər, mütləqiyyət, onlarla birlikdə xarici qarətçilər ölkəni və əhalini soyub qarət etməkdə qarşıda duran hər cür maneələri, ən kiçik bir çıxışı, ən kiçik bir hərəkəti amansızcasına əzir, dağıdır və aradan aparırdı. Belə bir gərgin və qorxulu vəziyyətdə "Adəmiyyət cəmiyyəti" öz gizli təşkilatını genişləndirmək məqsədilə yeni bir təşəbbüsə başladı. Bu yeni təşkilati təşəbbüs "Adəmiyyət cəmiyyəti" fəaliyyətinin ən gərgin dövrünə tasadüf etmişdir ki, bu da şərti olaraq cəmiyyətin fəaliyyətinin üçüncü düvrü adlandırılır.

İranın ilk siyasi, gizli cəmiyyətinin təxminən 1885–1897-ci illəri əhatə edən fəaliyyət dövründə İsmayıl Mərziban üzv olmuşdu. Bu dövrde həmin cəmiyyət daha framason və ya fəramuşxanə deyil, "Cameye adəmiyyət" (Adəmiyyət cəmiyyəti) adı altında fəaliyyət göstərmişdir.

Müxtəlif mənbələrdən aydın görünür ki, cəmiyyətin fəaliyyətinin üçüncü dövrünün başlanması ilə, xüsusilə Melkum xanın Tehranda olduğu tarixdən etibarən böyük ruhanilərdən, yüksək rütbəli dövlət qulluqçulardan, müxtəlif sinif və təbəqələrin görkəmli nümayəndələrindən bəziləri o cümlədən Hacı Şeyx Hadi Nəcmabadi, Hacı Seyid Mehdi Dövlətabadi, Mirzə Seyid Vəli, Mirzə Seyid Zeynalabdın İmamcümə, Müstəşarüddövlə, Əminüddövlə, Yəhya xan Müşirüddövlə, Səduddövlə, Zökaelmülk Fruği, Fəridölmülk, Hacı Səyyah və başqaları "Adəmiyyət cəmiyyəti"nin başçıları və rəhbərləri sırasına daxildilər[1]

İsmayıl Mərziban İran Məşrutə hərəkatına qoşulmuşdu. Məclis topa tutulandan sonra Avropaya mühacirət etmişdi.

İsmayıl Mərziban İrana dönəndən sonra yenidən siyasətə atılmışdı. Eynüddövlənin baş nazirliyi dönəmində Poçt-Teleqraf naziri olmuşdu. Vüsuqəddövlənin baş nazirliyi dövründə yenə həmin vəzifəni daşımışdı.Sepəhdari-Əzəmin baş nazirliyi dövründə daxili işlər vəziri olmuşdu. Sonra Maarif naziri vəzifəsini aparmışdı.

İsmayıl Mərziban QəvamülmülkünHəkimülmülkün baş nazirlikləri dövründə İranın Səhiyyə naziri olmuşdu.

İsmayıl Mərziban İran Milli məclisinin üzvü olmuşdu.

İsmayıl Mərziban Qərbi Azərbaycan ostanın ostandarı vəzifəsində çalışmışdı.

İsmayıl Mərziban 1960-cı ildə vəfat etmiş, "Zəhirəddövlə gorgahı"nda dəfn edilmişdi.

  • Ənvər Çingizoğlu. Məşrutə ensiklopediyası. Bakı, 2011. 624 səh.
  1. Mirzə Yəhya Dövlətabadi Tariхе moaser, I cild, səh, 46.