İosif Stalin Muzeyi
İosif Stalin Muzeyi | |
---|---|
იოსებ სტალინის სახელმწიფო მუზეუმი | |
Əsası qoyulub | 1957 |
Açılış tarixi | 1957 |
Ölkə | |
Yerləşir | Qori |
41°59′14″ şm. e. 44°06′49″ ş. u.HGYO | |
stalinmuseum.ge/indexeng… | |
Vikianbarda əlaqəli mediafayllar |
İosif Stalin Muzeyi — Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin anadan olduğu Qori şəhərində onun xatirəsinə tikilən tarixi muzeydir.[3] Muzey Sovet dövründəki xüsusiyyətlərini hələ də qoruyub saxlayır.[4]
Haqqında
[redaktə | mənbəni redaktə et]Muzey şəhərin mərkəzi meydanında yerləşir və üç hissədən ibarətdir. Muzeyin açılışı 1957-ci ildə baş tutmuşdur. Sovet İttifaqının dağılması ərəfəsində, 1989-cu ildə muzey bağlansa da, sonra yenidən açılmışdır. Muzey Gürcüstanın populyar turizm məkanlarındandır.
2010-cu ilin iyun ayında Qori Mərkəzi Meydanında yerləşən Stalinin heykəli də muzeyə köçürülmüşdür.
Stalinin evi
[redaktə | mənbəni redaktə et]Stalinin anadan olduğu və ilk dörd ilini keçirdiyi kiçik taxta daxma da muzeydə qorunur. Daxmanın birinci mərtəbəsində iki otaq yerləşir. Stalinin ayaqqabı ustası olan atası Vissarion Cuqaşvili binanın sol tərəfində yerləşən otağı icarəyə götürmüş və zirzəmisini emalatxanaya çevirmişdir.
Stalin Muzeyi
[redaktə | mənbəni redaktə et]Kompleksin əsas hissəsi 1951-ci ildə sosializm tarixinə həsr olunmuş muzey kimi fəaliyyətə başlamışdır. 1953-cü ildə Stalinin ölümündən sonra muzey Sovet memarlığı üslubunda böyük bir saray kimi yenidən tikilmişdir. Eksponatlar xronoloji ardıcıllıqla altı zalda nümayiş olunur. Eksponatlara Stalinin sahib olduğu bir çox əşya, o cümlədən bəzi ofis mebelləri və s. daxildir. Həmçinin bir çox sənəd nümunəsi, foto, şəkil və qəzet məqaləsi də nümayiş edilir.
Stalinin dəmir yolu nəqliyyatı
[redaktə | mənbəni redaktə et]Muzeydə Stalinin şəxsi dəmir yolu nəqliyyatı da nümayiş etdirilir. Muzeydəki 83 ton ağırlığında olan zirehli "Pullman" vaqonu Stalinin bir çox xarici səfərlərində istifadə edilmişdir (məsələn, Yalta konfransı,Tehran konfransı və s.). Qatar 1985-ci ildə Rostov-na-Donudan nümayiş etdirilməsi üçün muzeyə göndərilmişdi.[5]
Planlaşdırılan yenidənqurma
[redaktə | mənbəni redaktə et]2008-ci il Cənubi Osetiya müharibəsindən sonra Gürcüstan Mədəniyyət Naziri Nikoloz Vaçeişvili 24 sentyabr 2008-ci il tarixində bəyanat verərək İosif Stalin Muzeyinin yaxın gələcəkdə "Rus Təcavüzkarlıq Muzeyi" olaraq təşkil ediləcəyini bildirmişdi.[6] Bu məqsədlə muzeyin girişinə, "Bu muzey tarixin təhrif edilməsidir. Sovet təbliğatına xasdır və tarixin ən qanlı rejimini qanuniləşdirməyə çalışır" sözlərindən ibarət pankart yerləşdilir.[7] Lakin muzeyin yenidən təşkili barədə heçbir addım atılmamışdır. 20 dekabr 2012-ci ildə Qori bələdiyyəsi muzeyin yenidən təşkil edilməsi planının ləğv edilməsi haqqında qərar qəbul edir.[8][9] 2017-ci ildən etibarən isə sözügedən pankart da muzeyin girişindən çıxarılır.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Stalinin heykəli
-
Stalinin şəkilləri
-
Stalinin mozaika portreti
-
Stalinin ofis əşyaları
-
Stalinin paltarları
-
Stalinin şəxsi əşyaları
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 GeoNames (ing.). 2005.
- ↑ 1 2 Wiki Loves Monuments monuments database. 2017.
- ↑ itinari, « Visiter Joseph Stalin Museum, Gori » archive, sur itinari, 6 avril 2018 (consulté le 7 février 2019)
- ↑ (en) « Stalin Museum Arxivləşdirilib 2022-07-08 at the Wayback Machine » archive, sur Atlas Obscura (consulté le 7 février 2019)
- ↑ Gori Stalin Museum Arxivləşdirilib 2021-10-24 at the Wayback Machine. comtourist.com, abgerufen am 20. Februar 2016.
- ↑ (rus.) В Гори появится музей российской оккупации (Museum of Russian aggression will appear in Gori) Arxivləşdirilib 2019-07-02 at the Wayback Machine. Gazeta.ru. 2008-09-25.
- ↑ Hero and horror: Stalin rebranded Arxivləşdirilib 2019-07-02 at the Wayback Machine. The Independent. 6 June 2012.
- ↑ "Georgia: A Stalinist Restoration Arxivləşdirilib 2018-08-09 at the Wayback Machine", The New York Times, 20 December 2012
- ↑ "Georgia to Reinstate Stalin Monument Arxivləşdirilib 2013-02-01 at Archive.today", RIA Novosti, 21 December 2012
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- stalinmuseum.ge — İosif Stalin Muzeyinin rəsmi saytı
- Laurence Weinbaum, "Gürcüstan, Stalin və Putinin kölgəsində" i24, 14.04.2014
- Hələ Stalini Sevdikləri Qəsəbə (Marc Bennetts, RIA Novosti)[ölü keçid]