İmadəddin Nəsiminin heykəli (Bakı, 1980)
İmadəddin Nəsiminin heykəli | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraşlar |
Tokay Məmmədov İbrahim Zeynalov |
Tikilib | 1980 |
İmadəddin Nəsiminin heykəli — XIV–XV əsrlərdə yaşamış Azərbaycan şairi İmadəddin Nəsimiyə 1980-ci ildə Bakı şəhərində qoyulmuş heykəl.[1][2]
Heykəl, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
[redaktə | vikimətni redaktə et]1973-cü ildə İmadəddin Nəsiminin 600 illiyi Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Nəsimi haqqında elmi əsərlər, monoqrafiyalar yazılır. Həsən Seyidbəyli "Nəsimi" filmini çəkir, Fikrət Əmirov "Nəsimi dastanı" baletini başa çatdırır, İsa Muğanna "Məhşər" romanını, Qabil "Nəsimi" poemasını yazır. Tokay Məmmədova isə Nəsiminin heykəlini yaratmaq sifariş verilir.[1] Əsərin qısa müddətdə hazırlanması tələb olunduğu üçün Tkay Məmmədov bu işi həmkarı İbrahim Zeynalovla birgə görür. Əvvəlcə heykəlin 69 santimetrlik modeli və 2 metrlik maketi düzəldilir. Daha sonra isə bu maketin əsasında Nəsimin hündürlüyü 6,5 metr olan heykəli hazırlanıb və şəhərin mərkəzi bağlarının birində qoyulub.[2]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra heykəl, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Fariz Hüseynov. "Mütəfəkkir şairin söz işığı". medeniyyet.az. 30 yanvar 2019. 27 may 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Zöhrə Fərəcova. "Abidələşən düha". azerbaijan-news.az. 27 yanvar 2019. 27 may 2019 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.