Məzmuna keç

Platon

Rəşid Nurməmmədov (müzakirə | töhfələr) (B) tərəfindən edilmiş 07:04, 15 yanvar 2022 tarixli redaktə
Wikipedia logo
Wikipedia logo
Platon haqqında Vikipediyada məqalə var.
Platon

Platon (Yunanca:Πλάτων, e.ə. 428 və ya e.ə. 427, Afina — e.ə. 348 və ya e.ə.347, Afina). Qədim yunan filosofu, Sokratın tələbəsi, Aristotelin müəllimi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Acıma- özgəsinin bədbəxtliyinə, həsəd aparma isə özgəsinin xoşbəxtliyinə kədərlənməkdir.
  • Adamları özünə tərifləmək yaltaqlıq əlamətidir.
  • Axmaq adamı iki əlamətinə görə tanımaq olar: o, ona faydasız olan şeylərdən çox danışır və ondan soruşulmayan şeylər barəsində fikir bildirir.
  • Ağıllı adamlar söyləyəcək sözləri olduğu üçün, axmaqlar mütləq danışmaq məcburiyyətində olduqları üçün danışarlar.
  • Ağılsız ruh çirkin və ölçüsüzdür.
  • Ağlatsam alacağım pul üzümü güldürər, güldürsəm pul alacağim zaman gəldimi mən ağlaram.
  • Allah bizim özümüzdədir.
  • Ayağını yorğanına görə uzatmayan adam gec-tez əxlaqsızlığa yuvarlanar.

B

  • Başqalarının xoşbəxtliyi üçün çalışmaqla biz öz xoşbəxtliyimizi tapırıq.
  • Bədən ruhun məzarıdır.
  • Bədəni öldürənlərdən çox, ruhu öldürənlərdən qorxun.
  • Bəzən təhqir edənə kəskin cavab verməyin müəyyən bir faydası var. Bu cavab qısa olmalı və qıcıq,qəzəb yaratmamalı, bərk əşya oxun zərbəsini dəf edib onu atana qaytardığı kimi, təhqir də ağıllı, özünə hakim olan natiqdən təhqir edənə sakitcə, hətta azacıq bir təbəssümlə çatdırılmalıdır.
  • Biliksizlik böyük bəla deyil, pis mənimsənilmiş biliklərin toplanması daha pisdir.
  • Bilinən bir şey haqqında araşdırma etmək gərəksiz bilinməyən bir şey haqqında araşdırma etmək qeyri-mümkündür.
  • Bilmədiyi halda bilərəm sanmaq: düşüncələrimizin bütün yanılmalarının ardında yatan səbəb budur.
  • Bilmək, kəşf etmək - yada salmaq, xatırlamaq deməkdir.
  • Bir dəfə müdrikdən soruşdular: " Nə üçün ilanı müdriklik rəmzi sayırlar?". Müdrik dedi: "Çünki ilan həqiqət kimi çalır və çox vaxt onun çalmasının nəticəsi ölüm olur".
  • Bir millət üçün faydalı olan şey o millətin təbiətinə uyğun olandır.
  • Biz tərbiyə adı altında uşaqlıqdan fəzilətə aparan, ədalətli şəkildə tabe olmaq və ya hökmranlıq etməyi bacaran mükəmməl vətəndaş olmağı arzu edən və ona can atmağa məcbur edən tərbiyəni nəzərdə tuturuq.
  • Bizim heç birimiz bu həyatda əbədi deyilik. Əgər belə bir adam olsa və çoxları da onu xoşbəxt hesab etsə belə o, xoşbəxt ola bilməz.
  • Bizim hər birimiz iki hissəyə bölünmüş insanlarıq. Ona görə də hər kəs ona uyğun yarısını axtarır. (Hər kəs öz “yarısını” axtarır kimi məşhur hipotez belə yaranmışdır).
  • Boş və faydasız şeylərə lazım olduğundan daha çox sərf etdiyi vaxtdan başqa müdrik insanı üzən və ona narahatlıq verən başqa heç nə ola bilməz.
  • Bügünkü yaxşı plan sabahkı daha yaxşı plandan yaxşıdır.
  • Bütün bəzən birdir bəzən çoxdur anlaşılmazlıq altında da öz özün düşmənidir.
  • Bütün sənətlər qazanma və meydana gətirmədən başqa bir şey deyil.

C

  • Cahil o adamdır ki, həmişəlik cahil qalmaq istəyir.
  • Cahil yalnız belə qalmağa qərar verənlərdir.
  • Canıyananlıq başqasının bədbəxtliyinə yanmaq, paxıllıq isə başqasının xoşbəxtliyinə yanmaqdır.[1]
  • Cəmiyyətin xoşbəxtliyi fərdin xoşbəxtliyindən daha əhəmiyyətlidir.
  • Cəsarət, təhlükə qarşısında ağlın və zəkanın istifadə olunmasıdır.

D

  • Deyilən heç bir söz, deyilməmiş sözlər qədər fayda gətirə bilməz.
  • Dərrakəli səhv əməlin törədilməsinə görə yox, bir daha təkrar olunmamasına görə cəzalandırır.
  • Doğulma- canlı varlığa verilmiş ölməzliyin və əbədiliyin bir hissəsidir.
  • Dostların, tanışların rəğbətini qazanmaq üçün onların bizə etdikləri xidmətləri yüksək, bizim onlara göstərdiyimiz xidmətləri isə özlərinin hesab etdiklərindən də aşağı qiymətləndirməliyik.
  • Dövləti filosoflar idarə etməyənə qədər dövlət öz dərdlərindən xilas ola bilməyəcək.
  • Dövlətlər insanlar kimidir, onlar da insan xarakterindən yaradılırlar.[2]
  • Dülgərin sənəti ilə bildiyimizi həkimin sənətiylə bilmərik.
  • Düşüncəlilik- öz şəhvət və ehtiraslarını cilovlamaq bacarığıdır.
  • Düşünmək qabiliyyəti ilk növbədə öz ehtiras və nəfsini cilovlamaq üçün lazımdır.

E

  • Elə bir möhkəm bədən yoxdur ki, şərab onu korlaya bilməsin.
  • Elm dərkdən başqa bir şey deyildir.
  • Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçir.
  • Elmin verdiyi zövq daimidir.
  • Eyni sənət bizə eyni şeylərin məlumatını verməli başqa bir sənət ayrı bir sənət olduğuna görə eyni şeylərin deyil başqa şeylərin məlumatını verməlidir.

Ə

  • Ədaləti anlamaq, gözəlliyi duymaq, yaxşını arzu etmək - şüurlu həyatın məqsədi budur.
  • Ədalətsiz olub ədalətli görünmək ədalətsizliyin ən pisidir.
  • Ədəbli qadın hətta danışığını da nümayiş etdirməməli, kənar şəxslərin yanında səsini çıxarmaq onun üçün onların yanında soyunmaq kimi ayıb olmalıdır. Çünki, səs, danışanın xasiyyətini, ruhunun xassələrini və əhval-ruhiyyəsini bildirir.
  • Əhəmiyyətli olan; həyatda ən çox şeyə sahib olmaq deyil ən az şeyə ehtiyac duymaqdır.
  • Əxlaq və qəbahət tərəzinin iki müxtəlif gözündə yerləşir. Bunlardan biri qalxarsa, digəri enər.
  • Əgər sual düzgün verilibsə, istənilən suala cavab vermək olar.
  • Ən böyük ədalətsizlik adil olmayıb adil adam kimi görünməkdir.
  • Ən böyük ədalətsizlik insanın özünə qalib gəlməsidir.
  • Ən böyük qələbə insanın özünə qalib gəlməsidir.[3]

F

  • Fəzilət naminə edilən hər şey gözəldir.

G

  • Gənc insanlar, eləcə də bizim özümüz üçün ən yaxşı tərbiyə təqlinlərdə yox, başqasına rəva bildiyimizi öz üzərimizdə sınamaqdır.
  • Gimnastika tibbin müalicəvi bir hissəsidir.
  • Gözəl və aydın danışma qabiliyyəti ruh üçün yeməkdir.
  • Gözəlliyin və sağlamlığın vəhdəti üçün elm və incəsənət sahəsində təhsillə bərabər bütün ömrü boyu fiziki çalışmalar və gimnastika ilə də məşğul olmaq tələb olunur.
  • Gülüşsüz ciddini dərk etmək olmaz.

H

  • Haqsızlıq etməyən hörmətə layiqdir. Başqalarının haqsızlıq etməsinə imkan verməyən isə ikiqat hörmətə layiqdir.
  • Hamı istər ictimai, istər şəxsi həyatda və hər kəs özü-özü ilə müharibədədir.
  • Heç kim ölümün, onun yaxşı şey olduğunu bilmir. Buna baxmayraq, hamının şüurunda onun pis şey olduğu barədə bir qorxu hissi vardır.
  • Heç kim təsadüfən yaxşı insan olmur.
  • Heç nə bilməyib öyrənmyə də cəhd etmək istəməyən çox pis insandır. Çünki, onda iki qüsur birləşib.
  • Həkimlərin etdikləri ən böyük xəta ruhu düşünmədən yalnız bədəni müalicə etməyə təşəbbüs göstərmələridir.
  • Həqiqət dili sadədir.
  • Hələ аntik dövrün filоsоflаrı isrаr еdirdilər ki, insаnın ölümünü fаciə kimi qəbul еtmək lаzım dеyil. Plаtоn Sоkrаtın аdındаn yаzırdı ki, «Ölümdən qоrxmаq о dеməkdir ki, bilmədiyin şеy hаqqındа fikirləşirsən. Аxı hеç kəs bilmir ölüm nədir, həm də bilmirlər ki, ölüm insаn üçün ən аli nеmətdir, çоxlаrı bundаn qоrxur, sаnki bilirlər ki, ölüm ən dəhşətli şеylərdəndir».
  • Həndəsəni bilməyənə giriş qadağandır (Platon Akademiyasının girişindəki yazı).
  • Hər bir insan yalnız özü üçün yox, dövlətə də faydalı olan nikah bağlamalıdr.
  • Hər bir müdrikliyin əsası səbrdir.
  • Hər bir zülm disharmoniyadır.
  • Hər şeydə ən yaxşı ölçü vahidi təcrübədir.
  • Hər yerdə yeganə bir ədalət prinsipi vardır: güclünün marağı.
  • Həyatda görəcəyiniz iş nə olursa olsun, ərdəm olmayınca əldə edəcəyiniz hər şeyin edəcəyiniz hər işin sonunda utanc və pislik vardır.
  • Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir.
  • Hökmranın vəzifəsi rəiyyətdən yaxşı insanlar etməkdir.
  • Hörmət olan yerdə qorxu da olar, amma qorxu olan yerdə heç vaxt hörmət olmaz.

X

  • Xəbərdarlıq yolu ilə təhsil həm çox əmək istər həm də az işə yarayar.
  • Xoşbəxtlik hissini yalnız müdriklər keçirə bilər.
  • Xurafatdan axmaq olmuş insan ən nifrətə layiq olan insandır.

İ

  • İqtidar iqtidara düşkün olmayan və iqtidardan gələcək faydalara ehtiyacı olmayanlara verilməlidir.
  • İlk uşaqlıq hissləri- həzz və iztirablardır. Məhz onların sayəsində ruhda ilk olaraq fəzilət və qüsur yaranır.
  • İnsan allahın oyuncağıdır. Buna əməl etmək və oyun oynayaraq yaşamaq lazımdır.
  • İnsan üçün xoşbəxtlik qapısını ədalət açır.
  • İnsanın ən böyük üstünlüyü danışa bilməsidir.
  • İnsanlar həqiqətə deyil, həqiqət kimi görünən şeylərə inanırlar.
  • İnsanlar öz bədbəxtliyində özlərini yox, taleyi, allahları, hər şeyi günahlandırmağa meyillidirlər.
  • İstənilən insan sevəndə mahnı oxuyur.

K

  • Kamilliyə can atan insan üçün elmlərin ən gərəklisi qanunlar haqqında elmdir. [4]
  • Kiçik işlərə həddən artıq əhəmiyyət verənlər - əllərindən böyük işlər gəlməyənlərdir.
  • Kim yüksək əxlaqi dəyərlərə görə sevibsə, o, bütün ömrü boyu sadiq qalır.
  • Kitab-lal müəllimdir.
  • Könül xoşluğu bədənin daha yaxşı vəziyyəti üçün şərtdir.

Q

  • Qaliblər məğlub olanlardan daha şirin yatırlar.
  • Qamış, saman, yaxud dovşan tükü tez alışıb tez də sönən kimi, sevgi də gənc ailənin mənəvi dəyərlərini, xoş xasiyyətlərini qidalandırmaycaqsa, sevgi çiçəklənən gəncliklə və bədən cazibədarlı ilə daha parlaq alovlanacaq, amma tezliklə sönəcəkdir.
  • Qaranlıqdan qorxan bir uşağı bağışlamaq asandır, həyatın gerçək faciəsi yetişkinlərin, böyüklərin işıqdan qorxmasıdır.

M

  • Maqnitin gücü dəmirdən dəmirə ötürüldüyü kimi, muzanın da ilhamı şair vasitəsi ilə oxucuya və dinləyiciyə ötürülür.
  • Mən muəlumatlıyam deyən kimsə əlimdən gəlir dediyi şeydə artıq məlumat əldə etmək istəməyəcək.
  • Mənim kimi edin: Sokratdan çox həqiqət barəsində düşünün.
  • Möhkəm dostluq oxşar insanlar arasında olur.
  • Musiqi bütün dünyanı ruhlandırır, ruhu qanadla təmin edir, təxəyyülün uçuşunu təşviq edir; musiqi mövcud olan hər şeyə həyat və əyləncə bəxş edir, insanı xoşbəxt edir ... Gözəl və gözəl olanların hamısının təcəssümü deyilə bilər.
  • Musiqi əxlaqi qanundur, o, bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədər və şadlığa səbəb olur.
  • Müəllimlik, hər şeydən əvvəl, bir Tanrı sənətidir.
  • Müharibə o vaxt qurtarır ki, heç kəs sağ qalmır.
  • Müşahidə et, dinlə, sus, az günahlandır, çox soruş!

N

  • Nadanların təriflədikləri adamlar yalnız nadanlar olarlar.
  • Nаlаyiq həyаt kеçirmə ki, nаlаyiq ölüm də оnа əlаvə оlunmаsın.
  • Nə qədər qul varsa, bir o qədər də düşmən var.
  • Nəfsinin müəllimi, vicdanının şagirdi ol.
  • Nitqin gözəlliyi az sözlərlə çox şeylər ifadə etməkdədir.
  • Nitqin yaxşı, gözəl olması üçün natiq nə dediyinin mahiyyətini dərk etməli deyilmi?

O

  • O dövlət çiçəklənərdi ki, onun ya hökmdarları filosof olsun, ya da filosofları hökmdar.
  • Oda od əlavə etmə.

Ö

  • Öhdəsindən gəlinməli lazım olan iş nə qədər böyük olursa olsun bu vəziyyətdə hər vaxt və hər kəs tərəfindən qəbul olunan qayda budur; çox böyük mövzulara keçmədən əvvəl ilkin kiçik və daha asan nümunələr üzərində sınaqlarda iştirak olunmalidir.
  • Ölkə ciddi və ahəngdar, sadə və munis, cəngavər və müdrik musiqidən uzaqlaşdıqca mənəviyyatlar darmadağın olur.
  • Ölümdən qorxmaq, malik olmadığın müdrikliyi, yəni bilmədiyin şeyi bildiyini düşünmək kimi özünə aid etməkdən başqa bir şey deyildir. Çünki, heç kim ölümün, onun böyük bir xoşbəxtlik olduğunu bilmir, amma onun sanki ən pis bir şey olduğunu bilib ondan qorxurlar. Ancaq bilmədiyin bir şeyi bildiyini təsəvvür etmək ən rüsvayçl bir cahillik deyilmi?
  • Özü-özünü aldatmaq pis şeydir. Çünki, aldadıcı həmişə aldadılanın yanında olur.
  • Özünü idarə edə bilsən, dünyanı idarə edəcək gücə malik ola bilərsən.

P

  • Pinəçinin bir cüt ayaqqabını pis tikməsi bir nəfər afinalıya ziyan vurduğu halda, müəllimin pis işi, pis tərbiyəsi bütün Yunanıstana ziyan gətirir.
  • Pis insanlarla yoldaşlıq etmə, sonra xəbərin olmadan sənin şəxsiyyətin onun xasiyyətindən pis şeylər oğurlayar.
  • Pis natiqlər pisi yaxşı kimi təqdim etməyə çalışırlar.
  • Pisliyin ruhda iki şəklə büründüyünü söyləmək gərək; biri bədəndə xəstəliyin o biri çirkinliyin qarşılığıdır.

R

  • Ruh bədənin günahı üzündən aldanılır.
  • Ruh məlumatsızlığı çürütməyə alışana qədər bu çürütmə ilə özündən utanaraq öyrənmə yolları bağlayan qənaətlərdən sıyrılıb tərtəmiz bir hala gələnə qədər ancaq bildiyini bildiyinə və bilmədiyini bilmədiyinə inanana qədər özünə verilən elmdən heç bir fayda görməz.
  • Ruhun bütün gücü ilə həqiqətə can atmaq lazımdır.

S

  • Şair mülahizələr yox, əfsanə yaratmalıdır.
  • Satqınlar hər şeydən əvvəl özlərini satırlar.
  • Sevgi- sevimli olmaq istəyidir.
  • Sevilən sevəni tez-tez kor edir.
  • Sədaqətə heç vaxt and içməyən heç vaxt da onu pozmaz.
  • Sokrat dostumdur, amma həqiqət ondan da yaxın dostumdur.
  • Söylənən hər şeyin sorğulanmaya və tənqidə açıq olmağı lazımdır. Mübahisə və sübut fəlsəfə üçün həyatdır. Qısaca, fəlsəfə ilə məşğul olmaq üçün iki nəfər mütləqdir və fəlsəfə başqaları ilə birlikdə həqiqət arayışıdır.

Ş

  • Şair yüngül qanadlı müqəddəs bir şeydir; ilham eşitmədən özündən keçmədən ağılı başında ikən bir şey yarada bilməz.
  • Şairlər tanrının tərcüməçisidirlər.
  • Şan-şöhrət xasiyyəti dəyişir, amma çox nadir hallarda yaxşıya doğru.
  • Şan-şöhrətini itirsən də ,ümidini itirmə.Günəş hər gün batır,amma ertəsi gün yenidən doğur.
  • Şəfqətli ol. Qarşılaşdığın hər kəs çətin bir mübarizə verir.
  • Şəhərlərdə həddindən çox hüquqşünasların və həkimlərin olması onun axmaq quruluşa malik olmasının əlamətidir.
  • Şərab yoxsulları fantaziyalarla zənginləşdirir, əslində isə varlıları yoxsul edir.
  • Şərəfimiz yaxşıya doğru getməkdən, hələ mükəmməl ola bilərsə, pisi yaxşı etməkdən ibarətdir.

T

  • Tale – naməlumluqdan naməlumluğa gedən yoldur.
  • Tarixin gedişini dəyişmək mümkün deyil. Bunun əksini düşünənlər günəşin qabağını kəsməyə səy göstərən axmaqlara bənzəyir.
  • Tərbiyə bədəni və ruhu gözəlləşdirməlidir.
  • Tərbiyə- yaxşı vərdişlərin mənimsənməsidir.
  • Tərbiyə və öyüd-nəsihət həyatın ilk anından ömrün axırına kimi davam edir.
  • Tərbiyənin qayəsi insanlarda olan qabiliyyətləri inkaf etdirməkdir.
  • Tərif əsl fikirlərini gizlədənlərin söylədikləri yalandır.

Ü

  • Ümidlər- yatmayanların yuxularıdır.

V

  • Varlıqdakı anlaşılmazlıq davamlı bir ahəngdir.
  • Vətən hüquqları valideyn hüquqlarından daha genişdir.

Y

  • Yaxşı başlanğıc işin yarısıdır.
  • Yaxşı günündə sənə yaltaqlanan adam pis günündə sənə badalaq vurar.
  • Yaxşı insan başqasına yaxşılıq etməyi bacaran insandır.
  • Yaxşı kitablar atalarını əbədiləşdirən övladlar kimidir.
  • Yalançı deyil, gerçək filosoflar şəhər-şəhər gəzərək bu keçici dünya insanlarının yaşayışını yüksəklərdən seyr etdikləri zaman məlumatsız xalqın gözündə başqa qəliblərə girərlər. Bəzilərinə görə bir dəyərləri yoxdur. Bəzilərinə görə də bir dünyaya əvəzdirlər. Onlara bəzən sofist, bəzən də dövlət adamı deyərlər; kimi zamanlarda da bir çoxlarına bütün bütünə dəli görünərlər.
  • Yalnız ölülər döyüşlərin sonunu görmüşdür.
  • Yalnız özünü düşünən heç vaxt kamil ola bilməz.
  • Yapışdırılmış saxsı küpənin azacıq bir zərbədən qırılmasına, amma müəyyən bir müddətdən sonra yapışdırlan yerin möhkəmlənib oda, dəmirə belə davamlı olduğunu görüb gənc evlənənlər də birinci növbədə fikir ayrılığından, çəkişmələrdən uzaq olmalıdırlar.
  • Yoxluqdan varlığa keçidə səbəb olan hər şey yaradıcılıqdır.
  • Yoxluğu sözlə bildirməyi sınayan əslində heç bir şey söyləmir deməliyik.
  • Yoxsulluq var-dövlətin azalması ilə yox, acgözlüyün artması ilə bağlıdır.
  • Yorulmadan danışmaq və heç nə deməmək- bu həmişə natiqlərin ən böyük istedadı olub.

Z

  • Zaman hər şeyi dəyişir: illər adı,xarici görünüşü, xarakteri və taleyi dəyişə bilir.
  • Zənginlik çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır...
  • Zülmkar dünyada ən qorxaq insandır. O hətta bərbərin ülgücünü görəndə qorxusundan əsir və elə düşünür ki, onu kəsəcəklər.

İstinadlar

  1. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.96
  3. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.22
  4. Xəzinə.Bakı,1997. səh.148