Bayquşkimilər
Bayquşkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Dəstə: Bayquşkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bayquşkimilər (lat. Strigiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Bədəninin uzunluğu 17—74 sm, açılmış vəziyyətdə qanadlarının uzunluğu 40 sm—1,8 m, kütləsi 50 q—3,25 kq-dır. Əsasən, kecə həyatı keçirir. Yırtıçıdır. Dimdiyi qarmaqşəkilli, ayaqları qüvvətli, çaynaqları əyri və iridir. Səssiz uçur. Düzənlik, dağ, meşə, çöl və səhralarda yaşayır. Koğuş, qaya yarığı, xarabalıq və s. yerlərdə yuvalayır. 1—8, bəzən 10—11-ə qədər yumurta qoyur. Əsasən siçan, həmçinin xırda onurğalı heyvan və cücülərlə qidalanır. Monoqam quşlardır. İki fəsiləyə – əsl bayquşlar və alabayquşlar ayrılır. 134 növü məlumdur. Antarktida və bəzi okean adalarından başqa butün qitələrdə olur. Azərbaycanda 6 növü var: iri yapalaq, dan (gecə) bayquşu, qulaqlı (buynuzlu) bayquş, bataqlıq bayquşu, dam yapalağı (kor yapalaq), meşəbayquşu. Kənd təsərrüfatı və meşə ziyanvericilərini məhv etdiklərinə görə xeyir verən quşlardır. Yalnız iri yapalaq ovçuluq təsərrüfatına ziyan vurur.
Təsnifatı
[redaktə | vikimətni redaktə et]- Bayquşlar və ya əsl bayquşlar (Strigidae) fəsiləsi
- Alabayquşlar (Tytonidae) fəsiləsi
- Ogygoptyngidae (fossil)
- Palaeoglaucidae (fossil)
- Protostrigidae (fossil)
- Sophiornithidae (fossil)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3