Reünyon
Reünyon | |||||
---|---|---|---|---|---|
La Réunion | |||||
|
|||||
21°06′52″ c. e. 55°31′57″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Sen-Deni | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 21 mart 1946 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
ISO kodu | FR-974 | ||||
İnternet domeni | .re | ||||
Avtomobil nömrəsi | 974 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Reünyon (fr. La Réunion Fransızca tələffüz: [la ʁe.y.njɔ̃]) — Fransanın xarici departamentlərindən biri. Hind okeanının qərb hissəsində eyni adlı adada yerləşir. Reünyon Maskaren adaları arasında ən böyüyüdür. Adanın uzunluğu 75 km-dir. Bu vulkan mənşəli adanın çox hissəsini dağlar tutur, onlardan ən hündürü adanın mərkəzində olan Piton-de-Nej dağıdır (3069m).
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Ada tropik iqlim qurşağında yerləşsə də, yüksəkliyə doğru hava sərinləşir, yağıntıların miqdarı yüksəklikdən asılı olaraq dəyişir. Cənub və şərqdə leysan yağıntıları ildə 4000 mm, şimalda və qərbdə isə il ərzində 1000 mm-ə qədər rütubət gətirir. Ada siklonların müntəzəm olaraq hərəkət etdiyi zonada yerləşir və güclü leysan yağması ilə müşahidə olunur.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Təsərrüfatda kənd təsərrüfatı məhsullarının becərilməsi üstünlük təşkil edir. Adada şəkər qamışı becərilən əsas bitkidir, həmçinin rom, vanil, efir yağı da ixrac edilir.
Turizm
[redaktə | mənbəni redaktə et]1988-ci ildən turizm yüksək sürətlə inkişaf edir. Gözəl landşaftı, qumlu çimərlikləri turist axınına səbəb olur.
Din
[redaktə | mənbəni redaktə et]Adanın mərkəzi olan Sen-Deni tolerant bir şəhərdir[3]. Burada məscidlər və kilsələr qonşuluqda yerləşir[3]. Adaya müxtəlif dövrlərdə ərəblər, portuqallar və fransızlar sahiblik ediblər[3]. Hazırda burada müxtəlif dinlərə ibadət edən davranış qaydaları, adət-ənənələrinə görə tamamilə fərqlənən insanlar yaşayırlar[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
- ↑ 1 2 3 4 Reyunyon, Fransanın Hind okeanında bir parçası Arxivləşdirilib 2016-02-05 at the Wayback Machine. milli.az, 03.02.2016 (az.)