Pantone 448 C
Pantone 448 C | |
---|---|
HEX | #4A412A |
RGB¹ (r, g, b) |
(
|
HSV² (h, s, v) | (43°°, 43%%, 29%%) |
|
"Dünyanın ən çirkin rəngi" hesab olunan Pantone 448 °C, Pantone rəng sisteminə daxil olan rənglərdən biridir. "Cansıxıcı tünd qəhvəyi" olaraq xarakterizə edilən bu rəng bazar araşdırmaçıları tərəfindən ən az cəlbedici rəng kimi təqdim edildikdən sonra 2012-ci ildə Avstraliyada sadə tütün qablaşdırmasının rəngi olaraq da seçildi.[1][2][3][4]
Avstraliya Səhiyyə Nazirliyi əvvəlcə rəngi "zeytun yaşılı" adlandırdı, lakin Avstraliya Zeytun Assosiasiyası tərəfindən narahatlıqları ifadə edildikdən sonra adı dəyişdirildi. Belə ki, Avstraliya Zeytun Assosiasiyası Səhiyyə Naziri Nikola Roksona məktub yazaraq, zeytun markasının ləkələdiyi üçün bu termini dayandırmağı tələb edir.
GfK Bluemoon tərəfindən hazırlanan hesabata görə, 16–64 yaşları arasındakı 1000-dən artıq daimi siqaret istifadə edən şəxslərin iştirakı ilə reallaşan və 7 araşdırma prossesindən keçən tədqiqatdan sonra həmin rəng ən az cəlb edici rəng kimi siqaret qablaşdırmalarında istifadə olunmasına təsdiq aldı.[5]
2016-cı ildən bu yana eyni rəngdən Fransa, İngiltərə, İrlandiya, İsrail, Norveç, Yeni Zelandiya, Sloveniya, Səudiyyə Ərəbistanı, Uruqvay, Tailand, Türkiyə, Belçika və Niderlan da daxil olmaqla bir çox ölkədə sadə siqaret ambalajlarında da istifadə olunur.[6][7][8][9][10]
Lakin məşhur marketinq agentliyi Braftonun qrafik dizayneri Bredli Deveru, hər hansı bir rəngin çirkin rəng kimi qəbul edilməsi ilə razı deyil. Illustratoru açaraq GfK və dünyanın yanıldığını sübut edə bilərəm deyə bildirdi. Tək bir rəngi belə mühakimə edə bilməzsən, hər rəng qrafik dizayn, marketinq, və incəsənətdə bərabər potensiala malikdir deyə əlavə etdi.[11]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "PANTONE 448 °C — find a PANTONE Color" Arxivləşdirilib 2019-03-28 at the Wayback Machine. www.pantone.com. 19 iyun 2016
- ↑ "Tobacco Plain Packaging Regulations 2011" Arxivləşdirilib 2018-03-30 at the Wayback Machine. Australian Government Federal Register of Legislation. 8 avqust 3. 2.2.1 (2) & passim. 29 mart 2018.
- ↑ "The world's ugliest colour is Pantone 448C, say experts" Arxivləşdirilib 2018-07-16 at the Wayback Machine. N. B. As of 29 mart 2018, the image there erroneously shows colour #5D4914, rather than #4A412A.
- ↑ "Researchers discover the ugliest color in the world: Pantone 448 °C" Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. N. B. As of 2018–03–29, the image there erroneously shows colour #4D442E, rather than #4A412A.
- ↑ "Does this colour turn you off?" Arxivləşdirilib 2019-01-14 at the Wayback Machine. N. B. As of 2018–03–29, the image there erroneously shows colour #594A13, rather than #4A412A.
- ↑ "Does this colour turn you off?" Arxivləşdirilib 2019-08-05 at the Wayback Machine. by Rachel Wells, The Age, 17 avqust 2012
- ↑ "Smoke-free Environments Regulations 2017 (LI 2017/123) – New Zealand Legislation" Arxivləşdirilib 2020-06-25 at the Wayback Machine. www.legislation.govt.nz. 24 yanvar 2020.
- ↑ "'World's ugliest colour' used on cigarette packets to put smokers off" Arxivləşdirilib 2018-11-29 at the Wayback Machine. N. B. As of 2018–03–29.
- ↑ "New tobacco laws comes into effect with standardised packaging and no menthol cigarettes" Arxivləşdirilib 2019-05-27 at the Wayback Machine. N. B. As of 2018–03–29.
- ↑ "Historical Revolution: The Economics Committee approved for the second and third reading the proposal to ban advertising of smoking products" Arxivləşdirilib 2020-06-22 at the Wayback Machine. Knesset (İbrani dilində). 18 dekabr 2018.
- ↑ "In defense of Pantone 448 °C, the so-called ‘ugliest color’" Arxivləşdirilib 2022-05-05 at the Wayback Machine. Brafton Agentliyi.