Horner sindromu
Horner sindromu | |
---|---|
| |
XBT-10 | G |
XBT-10-KM | G90.2 |
XBT-9 | |
XBT-9-KM | 337.09[1] |
OMIM | 143000 |
DiseasesDB | 6014 |
MedlinePlus | 000708 |
eMedicine | med/1029 |
MeSH | D006732 |
Vikianbarda əlaqəli mediafayllar |
Horner sindromu, Bernard-Horner sindromu ya Horner üçlüyü simpatik sinir sisteminin zədələnməsindən, üç əsas simptomla (ptoz, mioz, enoftalm) özünü büruzə verən klinik sindrom.[2] Sindrom 1889-cu ildə sindromu təsvir etmiş İsveçrə alimi Yohann Fridrix Hornerin şərəfinə Horner adlandırılmışdır.
Əlamətlər
[redaktə | mənbəni redaktə et]Simptomlar əsasən üzdə, zədələnmiş tərəfdə meydana çıxır:
- ptoz - yuxarı göz qapağının simpatik innervasiyanın çatışmamazlığından lat. musculus tarsalis superior – Müller[3] ya torzal əzələnin iflici nəticəsində sallanması
- Mioz - göz bəbəyinin daralması
- Enoftalm- göz almasının çuxura düşməsi
- Dishidroz(anhidroz) – üzün zədələnmiş hissəsinin dərisinin tər ifraz etmə funksiyasının pozulması(azalması)
Əmələ gəlmə səbəbləri
[redaktə | mənbəni redaktə et]Horner sindromu anadangəlmə və yatrogen yolla yaranmış patoloji prosesin nəticəsində meydana çıxa bilir. Əksər səbəblər xoşxassəli olsa da, bəzən bu sindrom boyun və ya döş qəfəsində mövcud ciddi patoloji proseslərdən (Pankost — ağciyər zirvəsinin şişi, qalxanabənzər vəzi və boyun venalarının genişlənməsi-dilatasiyası) xəbər verir. Yatrogen səbəblərə regional anesteziya, xüsusən də bazu-boyun kələfinin blokadası icra edilərkən punksiya zamanı müvafiq sinir liflərinin zədələnməsi və inyeksiya edilən dərman dozasının düzgün seçilməməsi və s hallar aiddirlər.
Patogenezi
[redaktə | mənbəni redaktə et]Horner sindromu simpatik innervasiyanın çatışmazlığından irəli gəlir.
- Birinci neyronun zədələnməsi (aparıcı yolun hipotalamus və boyun siliospinal mərkəz sahəsi) – hipotalamospinal yol da daxil mərkəzi zədələnmə
- İkinci neyronun ya preqanqlionar liflərin zədələnməsi (aparici yolun siliospinal mərkəzdən boyunun yuxarı düyününə qədər olan sahə): simpatik yolun ağciyər sirvəsinin şiş toxuması tərəfindən sıxılması
- Üçüncü neyronun – postqanqlionar liflərin zədələnməsi (boyunun yuxarı düyünü ilə əzələ arasındakı sahə), midriaz – göz bəbəyinin genəlməsi məhz bu sahənin – postqanqlionar liflərin daxili yuxu arteriyası səviyyəsində zədələnməsində (məsələn, kavernoz cibin şişi) meydana çıxmış olur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ Бернар Клод, 1813-1878, французский физиолог; Johann Friedrich Horner, 1831—1886, швейцарский офтальмолог
- ↑ Adams, Raymond Delacy; Victor, Maurice; Ropper, Allan H. Adam and Victor's principles of neurology. New York: McGraw-Hill. 2001. ISBN 0-07-067497-3.