Ərəbdovşanlar

Vikipediya, azad ensiklopediya
(Dipodidae səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Ərəbdovşanlar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ərəbdovşanlar (lat. Dipodidae) — gəmiricilər dəstəsindən heyvan fəsiləsi.

Ərəbdovşanlar Şimali Afrika, Şərqi Avropanın cənub hissəsi, Kiçik, ÖnOrta Asiya, Qazaxıstan, Sibirin cənub sərhədlərindən Şimal-Şərqi ÇinMonqolustanadək olan mülayim və isti iqlimli ərazilərdə yayılmışdır. Əsasən düzənlik, yarımsəhra və səhra landşaftlarında yaşamasına baxmayaraq, bəzi növləri meşə-çöl zonalarında, eləcə də dəniz səviyyəsindən 2000 m-dən yüksəklikdə yaşayır.

Ölkəmizdə də, Kür-araz ovalğının səhra və yarımsəhra landşaft ərazilərində, xüsusən Şirvan Milli Parkında geniş yayılmışıdr. Toran, günbatımından yarım saat sonra yuvasından çıxan bu kiçik məməli heyvan, bütün gecə vaxtı boyu aktiv olur və 4 km məsafə qət edir. Yalqız həyat tərzi sürən ərəbdovşanı yalnız cütləşmə vaxtı tərəf yoldaşı ilə birgə yaşayır. Gündüzləri yatmaqla enerji yığan heyvan torpaqda oyuq açaraq yuva qurur.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2001.
  2. Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. The full-length documentary, the first of the films, shot in the framework of the project “10 Wonders of Azerbaijan” of the public association IDEA ‘International Dialogue for Environmental Action’, IDEA, 2014: Shirvan National Park - Published on Jun 6, 2019