Bund
Bund | |
---|---|
אַלגעמיינער ייִדישער אַרבעטערסבונד אין ליטע, פּוילן און רוסלאַנד | |
Yaranma tarixi | 7 oktyabr 1897 |
Ləğvolma tarixi | 19 aprel 1921 |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Bund — Litva, Polşa və Rusiyada Ümumi yəhudi fəhlə ittifaqı.
1897-ci ildə Vilnoda yəhudi sosial-demokrat qruplarının təsis qurultayında təşkil edilmişdi. Bund, əsas etibarilə Rusiyanın qərb vilayətlərinin yəhudi sənətkarlarının yarımproletar ünsürlərini birləşdirirdi. O Rusiya fəhlə hərəkatında millətçilik və separatizm təmsilçisi idi.
Bundçular RSDFP daxilində daim partiyanın opportunist qanadına ("iqtisadçılara", menşeviklərə, təsviyəçilərə) tərəfdar çıxır, bolşevizmə qarşı mübarizə edirdilər. Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi illərində Bundun rəhbərləri əksinqilab qüvvələri ilə birləşdilər. Bununla bir zamanda Bundun sıravi üzvləri arasında Sovet hakimiyyəti ilə əməkdaşlıq xeyrinə dönüş əmələ gəldi.
1921-ci ilin martında Bund öz-özünü ləğv etdi və onun üzvlərinin bir hissəsi ümumi əsaslarla RK(b)P-yə qəbul olundu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- V. İ. Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 251–252.
İstinadlar
[redaktə | mənbəni redaktə et] Rusiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |