Avro Canada CF-105 Arrow
Avro Canada CF-105 Arrow | |
---|---|
Tipi | Önləmə təyyarəsi |
İstehsalçı | Avro Canada |
İlk uçuş | 25 mart 1958 |
İstimarının bitmə tarixi | 20 fevral 1959 |
Status | İstifadəyə verilmədən proqram ləğv edilmişdir |
İstismarçılar | Kanada |
Buraxılış sayı | 5 |
Vikianbarda əlaqəli mediafayllar |
Avro Canada CF-105 Arrow, yelkən qanadlı supersonik (səsdən daha sürətli) bir qırıcı hərbi təyyarədir. Onun dizayneri və istehsalçısı Ontario (Kanada) regionundakı Malton şəhərində yerləşən Avro Canada şirkətidir. Dizayn işləri 1953-cü ildə başlamışdır. Arrow və eyni vaxtda Orenda Iroquois reaktiv mühərrikləri işi 1959-cu ildə anidən dayandırılmışdır. Bu vəziyyət uzun və çox ciddi siyasi müzakirələrə səbəb olmuşdur. Təyyarənin 5 sınaq modeli və hissələri sonradan məhv edilsə də, unudulmaz xatirələri ilə Kanadada bir növ əfsanəyə çevrilmişdir. İstehsalı dayandırıldıqdan sonra gizli şəkildə alınan bir prototipin olduğu və yaxşı vəziyyətdə saxlanıldığı barədə şayiələr yayılsa da, bunu təsdiqləyən bir dəlil yoxdur. Arrowun tələsik məhv edilməsi Amerikanın bu işdə əli olduğu düşüncələrini ortaya çıxarmışdır. Həqiqətən də, Avro Canada mühəndis və texniki işçilərinin əksəriyyəti beyin axınını başladaraq ABŞ-yə getmiş, NASA-nın Merkuri layihəsi, Gemini layihəsi və Apollon proqramı kimi insanlı kosmik gəmi layihələrində qabaqcıl mühəndislər, menecerlər və rəhbərlər olmuşdurlar.