39°53′10″ şm. e. 32°51′22″ ş. u.HGYO

Atakule

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Atakule
türk. Atakule
Xəritə
39°53′10″ şm. e. 32°51′22″ ş. u.HGYO
Ölkə
Tikilmə tarixi 1987-1989
Mərtəbə sayı 4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atakule (türk. Atakule) - Türkiyənin paytaxtı, Ankarada yerləşən 125 metrlik televiziya və baxış qülləsi. Qüllə şəhərin demək olar ki, hər yerindən görünür və qüllənin yuxarı hissəsindən bütün şəhəri quş baxışı ilə görmək mümkündür. Qüllənin içində 1,5 saat ərzində bir 360 dərəcə fırlanan bir restoran vardır[1]. Həmçinin Türkiyənin ilk ticarət mərkəzlərindən biri də qüllənin altında yerləşir.

Qüllə Ankara şəhərində Çankayanın ən yüksək bölgələrindən birində, Cinax və Çankaya prospektlərinin kəsişməsində yerləşir. Qüllə dəniz səviyyəsindən 118,2 metr yüksəkliyə qalxır.

Qüllənin inşasına 1987-ci ildə başlanılmışdır və tikinti təxminən 3 il davam etmişdir. Layihənin müəllifi onu 1985-ci ildə hazırlamış türkiyəli memar Ragip Buluçdur[2]. Qüllənin diametri 21 metr, çəkisi 9 min tondur[3]. 1987-ci ildə Türkiyənin o zamankı prezidenti Turqut Özal təməl qoyma mərasimində və 13 oktyabr 1989-cu ildə qüllənin açılışında iştirak etmişdir.

Qüllənin adı müsabiqəyə əsaslanaraq xalq səsverməsi ilə seçilib.

2011-ci ildə Rəcəb Tayyib Ərdoğan bina üçün yeni işıqlandırmanın açılışında iştirak etmişdir. Qüllədə restoranlar fəaliyyət göstərir. Lakin qüllənin müşahidə bölməsi müvəqqəti bağlanıb.

Ticarət mərkəzi

[redaktə | mənbəni redaktə et]

1989-cu ildə açılan qüllə altındakı Tansaş ticarət mərkəzi Ankarada birinci, Türkiyədə isə ikinci oldu. Ticarət mərkəzi botanika bağına baxır[4].

2012-ci ildə ticarət mərkəzinin bütün kirayəçiləri qovuldu və mağazalar bağlandı. 2014-cü ildə ticarət mərkəzinin dağıdılması başlandı, lakin qüllə üçün təhlükə yarana bilməsi səbəbindən dayandırıldı. Daha sonra söküntü işləri tamamən bitdi. Ticarət mərkəzini inkişaf etdirmək üçün bir layihə hazırlanır.

  1. "Атакуле (Анкара)" (rus). stambul4you.ru. 2018-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
  2. "Atakule'nin Öyküsü – Nereden Çıktı Bu Süperler? *". Bülten BLOG-TMMOB Mimarlar Odası Ankara Şubesi (türk). 2018-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
  3. "Смотровая башня Атакуле". www.belvuhotel.com. 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
  4. "Атакуле, Анкара, Достопримечательности Турции, Что посмотреть в Турции, Карта города Анкара - Достопримечательности городов и стран мира". 100 дорог (rus). 2020-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.