9K38 İqla

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İqla
Tipi Zenit raket kompleksi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1981 - davam edir
İstismara başlanması 1981
İstehsal tarixçəsi
Konstruktor KBM
İstehsal illəri 1981 - davam edir
Xüsusiyyətləri
Ağırlığı 10.8 kq
Sürət 570 m/s[1] (Mach 1.9)
Uzunluğu 1.574 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
9K338 "İqla-S" daşına bilən zenit-raket qurğusu.

9K38 İqla (rus. Игла́) — Rusiya/Sovet istehsalı yer-hava tipi, daşına bilən zenit-raket kompleksi. Bu zenit-raket kompleksi düşmənin alçaqdan uçan hava hədəflərini məhv etmək üçün istifadə olunur. ABŞ tərəfindən SA-18 adlandırılır. İlk variantı 9K310 İqla-1 və ya SA-16 Gimlet adlanır, 1983-cü ildə Sovet ordusunun silahlanmasına qəbul olunub. Ən son variantı isə 9K388 İqla-S və ya SA-24 Grinch adlanır. Ən müasir versiya olan İqla-S Rusiya ordusu tərəfindən 2004-cü ildən etibarən istifadə olunur[2], həmçinin Azərbaycan ordusunun da silahlanmasında yer alır.

1974-cü ildə SSRİ-nin silahlanmasına daxil edilən "Strela-3" ZRK-dan fərqli olaraq İqla üzərində quraşdırılan mürəkkəb istilik ölçən başlığı hədəfdən yayılan infraqırmızı diapazon dalğaların sayəsində onu dəqiqliklə məhv edir.

İqla-1E - İxrac variantı

İqla-1M - 9K38 İqlanın modernizasiya olunmuş variantı. 1980-ci illərin sonunda Sovet ordusunda xidmətə daxil olub.

İqla-1D - Paraşütçülər və xüsusi təyinatlılar üçün hazırlanmış variant.

İqla-1V - Döyüş helikopterinə quraşdırmaq məqsədilə hazırlanıb.

3M-47 "Gibka" sistemi (maket).

İqla-1N - Daha ağır döyüş başlığına sahib variant.

İqla-S (SA-24 Grinch) - Bu yeni variant əvvəlki variantlarla müqayisədə daha ağır döyüş başlığına, artırılmış atış məsafəsinə görə fərqlənir. Sınaqları 2001-ci ilin dekabrında tamamlanmışdır. 1 dekabr 2004-cü ildən etibarən Deqtryaev zavodunda seriyalı istehsalına başlanmışdır. İstehsalçı müəssisə tərəfindən zərbə dəqiqliyi 0.8-0.9 arasında hesablanmışdır.

3M-47 Gibka - Gəmilərə quraşdırılmaq məqsədilə hazırlanmış İqla ZRK-dan ibarət qüllə.

Komar - İqla ZRK ilə təchiz olunmuş, gəmilərə quraşdırılmış digər qüllə variantı.

Əməliyyat keçmişi

[redaktə | mənbəni redaktə et]

İqla-1E döyüş şəraitində ilk dəfə Körfəz müharibəsi zamanı istifadə olunmuşdur. 17 yanvar 1991-ci ildə Britaniya Hərbi Hava Qüvvələrinə məxsus Panavia Tornado bombardmançı təyyarəsi uğursuz əməliyyatdan geri qayıdarkən İraq HHMQ-nə aid İqla-1E (və ya Strela-3) ilə vurularaq düşürüldü. Təyyarənin hər iki pilotu əsir götürüldü.

27 fevral 1991-ci ildə ABŞ HHQ-nə aid F-16 döyüş təyyarəsi İqla-1E vasitəsilə vuruldu və pilot əsir götürüldü.[3]

Stratfor kəşfiyyat mərkəzinin məlumatına əsasən 1994-cü ildə İqla-1E raketindən istifadə nəticəsində Ruanda hökumətinə aid təyyarə vurulmuş, nəticədə təyyarənin içərisində olan RuandaBurundi prezidentləri həlak olmuşdur.[4]

Senepa müharibəsi

[redaktə | mənbəni redaktə et]

PeruEkvador arasında baş verən müharibə zamanı hər iki tərəf bir-birinə qarşı İqla-1E zenit-raket kompleksindən istifadə etmişdir.

7 fevral 1995-ci ildə del Sur bazasının yaxınlığında Peru HHQ-nə aid Mil Mi-24 helikopteri vurulmuş və hər 3 ekipaj üzvü həlak olmuşdur.[5]

19 avqust 2002-ci ildə çeçenlərin İqla raketindən istifadəsi nəticəsində rus Mil Mi-26 helikopteri vurulmuşdur. Nəticədə helikopter aviasiyası tarixində ən böyük itki baş vermiş, 127 rus hərbçisi həlak olmuşdur. Bu, həmçinin 1999-cu ildən bəri Rusiya Silahlı Qüvvələri aviasiyasının bir gündə ən çox itki verdiyi gün olmuşdur.[6]

30 avqust 1995-ci ildə Bosniyanın Pale şəhəri üzərində uçuşlar həyata keçirən Fransa HHQ-nə aid Miraj-2000D döyüş təyyarəsi Serb HHMQ tərəfindən İqla ZRK-dan açılan atəş nəticəsində vurulmuş, hər iki ekipaj üzvü əsir götürülmüş və elə həmin ilin dekabrında azad edilmişdir.[7]

14 iyun 2014-cü ildə Luqansk beynəlxalq hava limanının yaxınlığında rusyönümlü separatçı qüvvələrin İqladan atəş açması nəticəsində Ukrayna HHQ-nə aid İl-76 hərbi-nəqliyyat təyyarəsi vurulmuşdur. Hadisə nəticəsində təyyarədə olan 49 nəfər ukraynalı şəxsi heyət həlak olmuşdur.[8]

Dağlıq Qarabağ

[redaktə | mənbəni redaktə et]

Silahlı insident 12 noyabr 2014-cü ildə Ağdamın Kəngərli kəndi yaxınlığında baş verib. Beləki, Ermənistan silahlı qüvvələrinə məxsus 2 ədəd Mi-24 tipli döyüş vertolyotu qəflətən öz səmtini dəyişərək Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinə doğru döyüş kursuna çıxıb və mövqeləri atəşə tutmağa cəhd ediblər. Nəticədə Azərbaycan Silahlı qüvvələrində müddətdən artıq hərbi xidmət keçən manqa komadiri İlkin Muradov helikopterlərdən birini İqla daşınan zenit-raket kompleksi vasitəsi ilə məhv edib.[9] Digər helikopter isə hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində Ermənistan Silahlı qüvvələrində xidmət keçən üç nəfər pilot həlak olub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.

  1. "Arxivlənmiş surət". 2015-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.
  2. "Arxivlənmiş surət". 2011-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.
  3. "Arxivlənmiş surət". 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.
  4. "Arxivlənmiş surət". 2017-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.
  5. "Arxivlənmiş surət". 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.
  6. "Arxivlənmiş surət". 2018-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.
  7. "Arxivlənmiş surət". 2014-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.
  8. "Arxivlənmiş surət". 2014-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.
  9. "Arxivlənmiş surət". 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.