Orson Uells

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Orson Uells
Orson Welles
Orson Uells 1937-ci ildə
Orson Uells 1937-ci ildə
Doğum adı Corc Orson Uells
Doğum tarixi
Doğum yeri Kenoşa, Viskonsin, ABŞ
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Los-Anceles, ABŞ
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Virciniya Nikolson (1934–1940)
Rita Heyvort (1943–1948)
Paola Mori (1955–1985)
Atası Riçard Hodcdon Hed Uells
Anası Beatris İvs
Fəaliyyəti kinorejissor, aktyor, ssenarist, prodüser
Fəaliyyət illəri 1931 — 1985
Boyu 183 sm
Üzvlüyü
Mükafatları "Fəxri Legion" ordeni komandoru
Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı Qızıl Şir
IMDb ID0000080
İmzanın şəkli
Wellesnet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corc Orson Uells (ing. George Orson Welles; 6 may 1915[1][2][…]10 oktyabr 1985[1][2][…], Los-Anceles, Kaliforniya[3]) — amerikalı kinorejissor, aktyor, ssenarist və prodüser. Teatr, kino və radioda fəaliyyət göstərmiş və hər üç sahədə yenilikçi fəaliyyəti ilə yadda qalmışdır. Xüsusilə Brodveydə səhnəyə qoyulan "Sezar" (1937) tamaşası, "Merkuri" teatrının yaradılması, radio tarixindəki ən məşhur yayımlardan sayılan "Dünyaların müharibəsi" (1938) radiotamaşası, "Vətəndaş Keyn" (1941) filmi onun adı ilə bağlıdır.

"Vətəndaş Keyn" Amerika Kino Sənəti İnstitutu və Böyük Britaniyanın "Sight & Sound" jurnalı tərəfindən bütün dövrlərin ən yaxşı filmi seçilmiş, həmçinin 1995-ci ildə kinonun 100 illiyi münasibətilə Vatikan tərəfindən tərtib olunan 45 filmdən ibarət seçilmiş filmlər siyahısına daxil edilmişdir. Uells bu filmin həm rejissoru və ssenaristi, həm də baş rol ifaçısı olmuşdur.

  • 1941-ci ildə "Vətəndaş Keyn" filminə görə ən yaxşı ssenari nominasiyasında "Oskar" mükafatı
  • 1952-ci ildə "Otello" filminə görə "Qızıl palma budağı"
  • 1964-cü ildə "Proses" filminə görə Fransa kinotənqidçilər cəmiyyətinin mükafatı
  • 1975-ci ildə Amerika Kino Sənəti İnstitutunun "Kinematoqrafdakı xidmətlərinə görə" mükafatı

Rejissoru olduğu filmlər

[redaktə | vikimətni redaktə et]
  • 1934 — "Dövrün ürəkləri" / The Hearts of Age
  • 1938 — "Çoxlu Consonlar" / Too Much Johnson
  • 1941 — Vətəndaş Keyn / Citizen Kane
  • 1942 — "Möhtəşəm Embersonlar" / The Magnificent Ambersons
  • 1946 — "Əcnəbi" / The Stranger
  • 1947 — "Şanxaylı ledi" / The Lady from Shanghai
  • 1948 — Makbet / Macbeth
  • 1952 — Otello / The Tragedy of Othello: The Moor of Venice
    • 1978 — "Otello" filminin çəkilişi / Filming "Othello" (sənədli film)
  • 1955 — "Cənab Arkadin" / Mr. Arkadin
  • 1958 — "Şərin möhürü" / Touch of Evil
  • 1963 — "Mühakimə" / Le procès
    • 1981 — "Mühakimə" filminin çəkilişi / Filming "The Trial" (sənədli film)
  • 1965 — "Gecəyarı zəngləri (Falstaf)" / Campanadas a medianoche
  • 1968 — "Ölümsüz hekayə" / The Immortal Story
  • 1975 — "Doğru və yalan" / F for Fake
  1. Paris yanırmı? (film, 1966) / Paris brûle-t-il?
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Orson Welles // Internet Broadway Database (ing.). 2000.
  3. Deutsche Nationalbibliothek Record #118630822 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]