Göyyoxuş
Kənd | |
Göyyoxuş | |
---|---|
40°52′32″ şm. e. 44°05′50″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Pəmbək mahalı |
Rayon | Hamamlı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.800 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Göyyoxuş — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 22 km məsafədə, Bəykənd çayının qolunun üstündə, Ağbulaq və Nalbənd kəndləri arasındakı yolun yanında yerləşir. Toponim Azərbaycan dilində "yaşıllıq" mənasında işlənən göy sözü ilə "dik, çətin çıxılan yer" mənasında işlənən yoxuş sözünün[3] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə daı dəyişdirilib Saralanc qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1828–1829-cu illərdə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Saralanc adlandırılmışdır. Azərbaycan dilində göy (göylük, yaşıllıq mə'nasında) və yoxuş (yamac mə'nasında) sözlərindən ibarətdir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.561
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝөјјохуш // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.