ASELSAN

Vikipediya, azad ensiklopediya
Elshad Iman (Elşad İman) (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 15:02, 7 oktyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
ASELSAN
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Anonim şirkət
Sənaye

Elektronik Müdafiə etmə

Proqram
Məhsulları

Hərbi xəbərləşmə sistemi Radar sistemləri Silah sistemləri Hərbi elektronika C4ISR Elektro-Optik sistemi

Seyrüsəfər və aviyonik sistemlər
Təsis tarixi 14 Noyabr 1975-ci ildən günümüzə
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri 15.01 milyard Türk lirəsi (2020)
Əməliyyat mənfəəti 3.35 milyard Türk lirəsi (2020)
Struktur
İşçi sayı 6797
Rəhbərlik
Təsisçilər Türkiyə Türkiyə Məmməd Hacim Kamoy,
aselsan.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aselsan M. M. M. (ASELSAN), (mənası: Hərbi Elektronik Sənayesi) — 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin xəbərləşmə cihaz ehtiyaclarının qarşılanması məqsədiylə qurulmuşdur. Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun bir quruluşudur. Quruluş müddətində Məmməd Həcim Kamoyun qatqıları vardır. Sərmayə işlərini qısa müddətdə tamamlamış və 1979 ili başlarında Ankara Məcunköy təsislərində istehsal fəaliyyətinə keçmişdir. ASELSAN, quruluş illərindən bu yana irəli texnologiyaya söykənən olaraq, proqramlı bir şəkildə müştəri və məhsul yelpiyini genişlətmiş olub, bu gün müasir elektronik cihaz və sistemlər inkişaf etdirən, çıxaran, təsis edən, satışa çıxaran və satış sonrası xidmətlərini icra edən inteqrə bir elektronik sənayesi quruluşu halına gəlmişdir. ASELSAN orijinal məhsullarını ixrac edən və dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkətlərindən birinə çevrilib. 6000 nəfərlik ixtisaslı mühəndis qrupu ilə ASELSAN illik dövriyyəsinin 7%-ni öz resursları ilə maliyyələşdirdiyi AR-GE fəaliyyətinə ayırır.[1]

Müxtəlif ölkələrdə nümayəndəlikləri olan ASELSAN, ilk xaric şirkəti olan ASELSAN BAKI şirkətini, 1998-ci ildə Azərbaycanda quraraq fəaliyyətə keçirmişdir. Şirkətin Azərbaycan bölməsinin kapitalının tamamını ASELSAN ödəmişdir. Azərbaycan bölməsinin kapitalının miqdarı 500 min ABŞ dollarıdır. Azərbaycanda təmir, istehsal sahələrində fəaliyyət göstərir. Həmçinin ASELSAN TÜMAKÜDÜR-ə üzvdür. Bundan başqa ASELSAN Ukraynada da öz şöbəsini açmışdır. Bu şöbə 1 iyul 2020-ci ildə fəaliyyətə başlamışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Dəniz altında ASELSAN imzası - ZARGANA". 2019-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.