LÜĞƏT VƏ ENSİKLOPEDİYALAR
DÖRD CİLDDƏ
EƏFGHXİJK
QiU
BAKI 2006
Bu kitab “Azərbaycan dilinin izahlı lüğəti” 1 cild (Bakı, Azərbaycan
Elmlər Akademiyası nəşriyyatı, 1966), II cild (Bakı, Elm, 1980),
III cild (Bakı, Elm, 1983) və IV cild (Bakı, Elm, 1987)
nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
filologiya elmləri doktoru, professor
Əliheydər Orucovun
rəhbərliyi və ümumi redaktəsi ilə
Tərtibçilər:
Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə
Nəşrə hazırlayanı, təkmilləşdirəni və redaktoru:
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
filologiya elmləri doktoru, professor
Ağamusa Axundov
494.36131-dc21
AZE
Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Bakı, “Şərq-Qərb”,
2006, 792 səh.
ISBN10 9952-34-024-9
ISBN 13 978-9952-34-024-2
© “ŞƏRQ-QƏRB”, 2006
E
Ee
E 1 Azərbaycan əlifbasının altıncı hərfi və
bu hərflə işarə olunan saitin adı.
E 2 nida Etiraz, narazılıq bildirir (adətən,
uzadılaraq deyilir). E, yenə gəldin! E, bu
sözü yenə təkrarladın!
EBONİT [yun.] tex. Müxtəlif maddələrin
hazırlanmasında geniş tətbiq olunan və
elektrotexnikada izolyasiya materialı kimi
istifadə edilən vulkanizə edilmiş rezin qatı-
şıqlarından alınan bərk maddə. // Ebonitdən
qayrılmış. Ebonit borucuq.
ECAZ is. [ər.] 1 . klas. Möcüzə, misli gö-
rünməmiş şey, xariqə. [İkinci kəndli:] Minası
demə! Onun işi ecazdır, ecaz! Ə.Haqverdi-
yev. Dünyada sənətin yeddi ecazından biri
olan “Tac Mahal” məqbərəsi də buradadır.
M.İbrahimov. Ecazlar yaradır, hünər göstə-
rir; Ona bu qüdrəti Vətən, el verir. M. Rahim.
2. köhı. Nitqdə fəsahətli olma.
ECAZKAR sif. [ər. ecaz və fars. ...kar]
Xariqüladə, möcüzələr yaradan, hər kəsi
heyrətə salan. ..[Kərim xanın] sağlam vü-
cudu ecazkar bir surətdə öz həyat qüvvəsini
göstərirdi. M.İbrahimov. Bu daxili həyəcan,
ecazkar bir qüdrətlə bütün şagirdləri .. ürək-
dən tərpədir və bütün gücü ilə tutub silkə-
ləyirdi. S. Rəhimov. Aradan uzun, .. xeyli
uzun illər keçmişdir. Lakin sənətin o ecaz-
kar səsi unudulmamışdır. İ. Əfəndiyev.
EDADI [. ər.]: edadı məktəb - 1917-ci il
aprel inqilabından sonra ibtidai və riişdiyyə
məktəblərindən sonra gələn və şagirdləri
ali məktəbə hazırlayan məktəbin köhnə adı.
[Rzaqulu xan:] 24 sinlərinə qədər Fransa-
nın ibtidai və edadı məktəblərində hazırlan-
dıqdan sonra məşhur Sarbon dariilfünu-
nuna daxil olmuşdu. M.S. Ordubadi. Bu və
ya başqa maneələrə baxmayaraq, edadı
məktəbə girməyimiz üçün təlaş edən elm
dostları bizi realnı məktəbinə imtahan ver-
məyə gətirdilər. T.Ş. Simurq.
EDADİYYƏ [. ər.\: edadiyyə məktəbi -
bax edadı. Mirzə Səfərin iki oğlu edadiyyə
məktəbinin beşinci sinfində oxuyurdu.
Ə.Haqverdiyev.
EFFEKTLİ
EDAM is. [ər.] Yüksək məhkəmə cəzası
üsulu olaraq öldürmə; ölüm cəzası, dar ağa-
cından asma. Edam cəzası. - Qətibənin Fəx-
rəddinə qarşı hazırladığı sui-qəsd və Gözəlin
oğlanlarının edamı üçün etdiyi təşəbbüslər
Atabəy Məhəmməd üçün əvvəldən axıra
qədər məlum idi. M.S. Ordubadi. □ Edam
etmək - yüksək cəza olaraq öldürmək, yox
etmək, ölüm cəzasını yerinə yetirmək. [Vəzir
Keykavusa:] Bəli, hərəmdir, əvət, edam et-
səniz; Müztərib olacaq bundan ölkəmiz.
H.Cavid. Edam olunmaq (edilmək) - yük-
sək cəza olaraq öldürülmək, yox edilmək.
EDİ məh. bax ağı 2 . □ Edi demək (çək-
mək) -bax ediləmək.
EDİCİ is. məh. kölın. Yasxanada ağı deyən;
ağıçı. - Dün o da bir şübhəli kəslə danışıb.
- Kim deyirdi? - Edici Xansənəm arvadın
əri. M. Ə. Sabir.
...edici Bəzi sözlərə qoşularaq, mürəkkəb
sifətlər əmələ gətirir; məs.: təsiredici,
emaledici, rahatedici, həlledici.
EDİLƏMƏK / məh. Edi demək, ağı de-
mək, ağız açmaq.
EDİLƏŞMƏ “Ediləşmək”dən fis.
EDİLƏŞMƏK qarş. məh. köhn. Ağız-ağıza
verib edi söyləmək, ağı demək.
EDİLMƏ “Edilmək”dən fis.
EDİLMƏK “Etmək”dən məcli. Güllələr
atılır, hədələr edilir, amma yaxııı gətməyə cü-
rət edən bir adam görünmürdü. Mir Cəlal.
EDİLMİŞ f.sif. Yerinə yetirilmiş, əmələ
gətirilmiş, görülmüş. Edilmiş cinayət.
EDİŞ is. Etmək işi, etmə. Onu təqib edi-
şinı hər halda münasib bir hərəkət deyildi.
S. Hüseyn.
EFFEKT [lat.] 1. Təsir, nəticə. [Hüseyn:]
İndi görürsənmi, heyvanı necə boğmaq
lazımdır ki, effekt olsun? Ə.Haqverdiyev.
2. Hər hansı hərəkətin, fəaliyyətin və ya
səbəbin nəticəsi. İqtisadi effekt. İstehsalat
effekti.
EFFEKTİVLİK is. Təsirlilik, təsir bağış-
lama qabiliyyəti, dərəcəsi. Tamaşanın effek-
tivliyi. // Nəticə, nəticəlilik. Tədbirin effek-
tivliyi. Əmək məhsuldarlığının effektivliyi.
EFFEKTLİ sif. 1. Təsirli, güclü təsir, effekt
bağışlayan, effekt yaradan. Xüsusən finalda
bol meyvəli alma ağaclarının bir-birinin
5
EFİR
dalınca səhnəyə doğru enməsi əsərin məz-
munu ilə həmahəng və effektlidir. M.Arif.
2. Lazımi nəticə verən, istənilən nəticəni
verən. Atom enerjisindən xalq təsərrüfatının
bir sıra sahələrində də (. xüsusən biologiya
ilə əlaqədar ) çox ucuz və effektli təsiri olan
atomun bölünməsi məhsulları şəklində geniş
istifadə edilməkdədir. A.Qarayev.
EFİR \yun.\ 1. Qədim yunanların təsəv-
vürüncə: havanın ən yuxarı, sadə, təmiz və
şəffaf təbəqəsi.
2. Dünyanı əhatə edən hava, radiodalğa-
larının yayıldığı fəza. Efir iclas salonunun
təntənəli səsini xəbər verdi. Ə. Vəliyev. Efir-
də qarışıb səslər səslərə; Yalanlar titrəyir ;
Əsir havada. B. Vahabzadə.
3. Keçmişdə təsəvvür edildiyinə görə, ha-
vadan daha xəfif olub, fəzanı dolduran işıq,
hərarət, elektrik və s.-nin yayılması üçün
vasitə olan axıcı cisim, maddə.
4. kim. Xarakter iyi olan rəngsiz uçucu
maddə, üzvi birləşmə (təbabətdə, ətriyyat
istehsalında, texnikada işlənir). Efir iyi.
0 Efir yağı - bəzi bitkilərin tərkibində
olan xoşiyli uçucu yağlı maye (sənayenin
bəzi sahələrində və təbabətdə işlənir).
EFİRLİ sif Tərkibində efir olan. Ejırli
maddələr. Efirli bitkilər. Ejırli dərman.
EFI nida. 1. Kədər, təəssüf, ümidsizlik,
həsrət kimi hissləri ifadə edir. [Şərəfnisə:]
Eh, heç vaxt deyə bilmənəm ki, nədən ötrü
ağlayırdım. M.F.Axundzadə. ..[Kərim baba:]
çiyinlərini silkələyərək : - Eh! Adam qoca-
landa belə sözləri çox eşidər. A. Şaiq. [Bə-
şirli] indisə güzgüyə baxa-baxa dərindən
köksünü ötürüb dedi'. - Eh, qocaldıq..
Ə.Vəliyev.
2. Etinasızlıq, etiraz bildirir. İndi müsəlman
qardaş da bu cür sözləri eşidəndə, dinməz-
söyləməz qəzeti bükür, qoyur kənara və "eh ”
deyib durur, gedir işinə. C.Məmmədqulu-
zadə. Eh, bilsən də, bilməsən də eyniyik;
Mənə qalsa, biz ayrılan deyilik. Ə.Cavad.
EFIKAM is. [ər. “hökm” söz. cəmi] 1 . Hər
hansı bir nəzəriyyənin (əsasən dini nəzə-
riyyənin) əsas qanunu, islam dininin eh-
kamları. - Peymani-fərhəngin ehkamından
hər gün nədinılər padşaha oxurdular.
M.F.Axundzadə. O kəs ki “Cameyi- Abbas”
EHMAL
kitabında dərc olunan həmin şəriət ehkamın-
dan xəbərdar deyil, o kəs bu yazılan mətləbi
layiqincə başa düşməyəcək. C.Məmmədqu-
luzadə. [Hacı:] Cəmi millətlər ayılıb islam
dininin mübarək ehkamlarından faydala-
nıblar. Mir Cəlal.
2. Bütün tarixi şəraitlər və dövrlər üçün
dəyişilməz və inkaredilməz həqiqət kimi
qəbul edilən qanun. Müstəbid zülmünü
doğrultmaq üçün; Ehkamlar yaratdı, bütlər
yaratdı. B.Vahabzadə.
EHKAMPƏRƏST sif. [ər. ehkam və f ars.
...pərəst] Qeyri-tənqidi düşünərək, hər şeyi
ehkam kimi qəbul edən.
EHKAMPƏRƏSTLİK is. Qeyri-tənqidi
düşünərək, hər şeyi ehkam kimi qəbul etmə.
EHMAL [ər!\ 1. zərf Yavaş, yavaşca, sa-
kit, asta, üsullu. Qapını ehnıal açmaq. Sözü
ehmal denıək. - Bir para söz də deyir ehmal
kişi! Ağzıdualı, qoca baqqal kişi! M.Ə. Sabir.
Novruzəli kağızı ehmal qoydu qoynuna..
C. Məmmədquluzadə. Başımı yavaşca qov-
zayıb yan-yörəmə baxdım. Heyvan sümü-
yündən və zibilindən savayı bir şey görmə-
dim. Ehmal qalxıb, Allahı çağıra-çağıra
süründüm lağıma doğru. Çəmənzəminli.
2. is. klas. Aldırmama, əhəmiyyət vermə-
mə, fikir verməmə, etina etməmə, etinasız-
lıq, başısoyuqluq. Tez çəkməzsən cəfa tiğin
məni öldürməyə; Öldürər axir məni bir gün
bu ehmalın sənin. Füzuli. Vüsali-yar biəğ-
yaı; məclis xali, mey hazır; Nədir ehmalə bais,
saqiva, öldüm, aman, doldur! S.Ə.Şirvani.
□ Ehmal etmək (eləmək) - tikir vermə-
mək, əhəmiyyət verməmək, etina etmə-
mək, aldırmamaq, başısoyuqluq göstərmək.
..Əgər bir kəs ciizvi ehmal eləsə, başını və
qolunu xurd edərlər. M.F.Axundzadə. Bağa
doğru get, eyləmə ehmal; Oğrunu tap o
yerdə, börkiinü al. M. Ə. Sabir.
ehmal-ehmal zərf Yavaş-yavaş, asta-
asta, ağır-ağır; səs, gurultu salmadan.
Ehmal-ehmal danışmaq. Ehmal-ehmal yeri-
mək. - [Salman] salam verib ocağın qıra-
ğındakı balaca döşəkcənin üstündə oturdu,
ehmal-ehmal hıqqıldamağa başladı. Ə.Vəli-
yev. Bağır kimisə hürküdəcəyindən qorxur-
muş təkin pilləkəni ehmal-ehmal qalxdı və
qapının ağzında ayaq saxladı. İ.Məlikzadə.
6
EHMALCA
EHSASAT
EHMALCA bax ehmallıca. Ehmalca
ayağa qalxmaq. Ehmalca gülmək. - Sözü
lazımdır ehmalca demək, “ pişiyim-pişi -
yimnən ” demək.. C. Məmmədquluzadə. Ana
ehmalca uşağı qucağına aldı. M.Hüseyn.
Bir az sonra dizinin üstündə huşa getdiyini
gördükdə Zeynəb [Mayanı] ehmalca yerinə
uzatdı. M. İbrahimov.
EHMALDAN zərf Yavaşdan, astadan,
yavaş, asta, üsulluca. Ehmaldan danışmaq.
- Bəhram məktubu büküb gərəksiz bir
vəsiqə kimi kitabların üstünə tulladı və çox
ehmaldan dilləndi.. Ə. Vəliyev.
EHMALLI bax ehmal 1-ci mənada.
Ehmallı tərpənmək. Ehmallı gəlmək. Şeyləri
ehmallı düşürmək. - O, daşıqçılara yüklərin
ehmallı düşürülməsini tapşırdı. S.Rəhimov.
Sıralarda oturan sakit, top kimi sağlam kənd
çocuqları müəllimlərinin xasiyyətinə alış-
mışdılar. Ona görə də çox zaman ehmallı
gəlib, ehmallıca gedərdilər. Mir Cəlal.
Qızılgül açıldı, uzadıb əl, dər! İncitmə yar-
pağı, ehmallı gəl, dər! M.Rahim.
EHMALLICA zərf Sakitcə, astadan,
yavaş-yavaş, ehtiyatla, üsulla. Ehmallıca çı-
xıb getmək. Ehmallıca qapını döymək. - At
sahibi ilə ev sahibi çuvalları atın üstündən
ehmallıca alıb apardılar və sonra atı içəri
çəkib qapını bağladılar. Ə. Haqverdiyev.
Rüstəm bəy diksindi, qolunu ehmallıca xa-
nımın qolundan xilas etdi. Çəmənzəminli.
Ağaclar yetişmiş sarı, dolu, sulu, şirin
armudu ehmallıca yerə buraxır. Mir Cəlal.
EHMALLIQ, EHMALLILIQ is. Sakitlik,
yavaşlıq, üsulluluq, ehtiyatlılıq. ..[Salman ki-
şinin] üslubunda kənd sakitliyi və ehmal-
lılığı hakimdir. Mir Cəlal.
EHMALSIZ zərf Ehtiyatsız, ehtiyat göz-
ləmədən, üsulsıız. Müqim bəy əlinin içi kimi
bilirdi ki, ehmalsız tərpənib, deyinə-deyinə
yuxuya gedən Zərriııtac xanımı oyatsa,
araya qan düşəcəkdir. S.Rəhimov.
EHMALSIZLIQ is. Ehtiyatsızlıq, ehtiyat
gözləməmə, üsulsuzluq.
EHRAM 1 is. [ər.] Qədim Misirdə: fironla-
rın nəhəng məqbərəsi, sərdabəsi; piramida.
EHRAM 2 is. [ər.] 1. din. Hacılıq ziyarətinə
gələnlərin Məkkəyə daxil olmaları və tələb
olunan gerimə bürünmə mərasimi. . Səfayi-
kuyiııə ehram bağlayan aşiq ; Yeri var etmə-
sə, ey şux, Kəbə içrə məqam. S.Ə.Şirvani.
// Ərəblərin büründükləri böyük ağ parça.
2. Bədəni qurutmaq üçün, xovlu böyük
dəsmal.
EHSAN is. [ər.] 1 . din. Ölmüş adamın adı-
na, xatirəsinə verilən yemək; xeyrat. Ehsan
vermək. - Rəsul atasını layiqincə dəfn
etdikdən sonra başladı ehsan verməyə.
“Aşıq Qərib”. Vəqta ki qopur bir evdə ma-
təm; Təşkil edilir biisati-ehsan. M.Ə. Sabir.
Bu yeddi günün ərzində plov qurşağa çıxdı;
şəhərin hamı mollaları, boynuyoğunları, ar-
vadları, uşaqları hər gün ehsanda cəm olur-
dular. Ə. Haqverdiyev.
2. Savab məqsədi ilə bir şey (pul, yemək
və s.) vermə. İbrahimin anası, Hatəm, bir
də Mələkəxatın o gecə səhərə kimi şadya-
nalıq elədilər. Bütün fağır-füqəraya ehsan
verildi. (Nağıl). // Ehsan olaraq verilən, ba-
ğışlanan şey; bəxşiş, sədəqə. Şərqdə hər
cümə axşamı məhbuslara ehsan gətirmək
adət idi. M.S. Ordubadi. [Fərhad bəyin] heç
ağlına gəlməyirdi ki, Mirzə Möhsün kimi bir
müəllim onun ehsanı olan taxıl-dəııi rədd
etsin. Qantəmir.
3. klas. Lütf, mərhəmət, yaxşılıq. Yar
cövr etməz mana, əğyar təlim etmədən; Bil-
lah, əğyar eləyən ehsanı yar etməz mana.
Füzuli. Bu Xətayi xəstənin vergil muradın,
ya Halı; Kim mənə lütf eylə ehsan, səndən
özgə kimsə yox. Xətayi.
EHSANÇI is. Savab məqsədi ilə ehsan
verən, ehsan edən adam. Müdir ehsançı və
səxavətli qadınla həddindən artıq maraqla-
nırdı. M.S. Ordubadi.
EHSAS is. [ər.] kit. Duyma, hiss etmə;
duyğu, hiss. Ehsas etmək (duymaq). - Göz-
lərim bu qədər cinayəti görməkdən, beynim
isə ehsas etmək və duymaqdan yorulmuşdu.
M.S.Ordubadi.
EHSASAT is. [ər. “ehsas” söz. cəmi] kit.
Hisslər, duyğular. XVI əsrdə Azərbaycan dili
hər cür fəlsəfi fikirləri və dərin ehsasatı ifadə
edəcək yüksəkliyə qalxmışdı. M. İbrahimov.
'Könüldə fırtına" ( şeirlər kitabı) pis ehsa-
sat yaradır. Ə. Vəliyev.
7
EHTİKAR
EHTİKAR is. [ ər .] Mal, ərzaq və s.-ni
ucuz qiymətə alıb sonradan baha qiymətlə
satma işi. “ Taxıl taxıl” deyib də, çox çığır-
ma zəngəzurla tək ; Bəyin, xanın, xanın, bə-
yin əlində elıtikarı gör. M.Ə. Sabir. Novruz
bəy özünün ehtikarıııdakı müvəffəqiyyətlərini
xatırlayırdı. S.Hüseyn. // Qanunsuz olaraq mal
alıb varlanmaq məqsədi ilə onu baha qiy-
mətə satma; alver. Ərzaq malları ilə elıtikar.
Ehtikar üstündə məhkəməyə cəlb edilmək.
EHTİKARÇI is. Ehtikarla məşğul olan
adam (bax ehtikar). Bəhavi dininə sadiq
olanlar isə əksəriyyətlə böyük-kiçik tacir,
ehtikarçı, dükançılardır. M. S. Ordubadi.
// Qanunsuz olaraq mal alıb varlanmaq məq-
sədi ilə onu baha qiymətlə satmaqla məşğul
olan adam; alverçi.
EHTİKARÇILIQ is. Ehtikarla məşğul
olma, möhtəkirlik etmə; alverçilik.
EHTİMAL is. [ər.\ 1. Bir şeyin ola bil-
məsi, baş verə bilməsi, mümkünlüyü. Onun
bu gün gəlməyinə ehtimal azdır. - Natəvan-
dır ol, bu təklifə yoxdur ehtimal. Füzuli.
Əziz balalar!.. Həmin bağlı otaqda 30-40
nəfər adam bir neçə vaxt davam edərsə, axır-
da bəzi azarlara mübtəla olub həlak olmaq-
larına ehtimal var. N.Nərimanov.
2. Ara söz mənasında (çox vaxt "ki” bağ-
layıcısı ilə) - ola bilsin ki, yəqin ki, müm-
kündür. Mən sizi 6-7 ay əvvəl, bir kişi ilə bə-
rabər gəzən görərdim.. [0] gözlərinə qara
rəngli bir gözlük taxırdı. Ehtimal ki, gözləri
görməyirdi. S.Hüseyn. [Aydəmir:] ..Fəqət,
ehtimal ki, mən atdığım dəymişdir..
C.Cabbarlı. Ehtimal ki, o körpə heyvan
balaca müsahibinin, onu yemləyib bəsləmək
istəyən Baharın gəlməyini güman edib
sevinmişdi. Mir Cəlal.
3. Güman, təxmin, təsəvvür, fərziyyə. Fə-
lakət zamanı ən kiçik bir ehtimal belə, insa-
nın xəyalında min ümid oyadır. M. İbrahimov.
□ Ehtimal etmək - mümkün hesab etmək,
zənn etmək, güman etmək, təsəvvür etmək.
0 Ehtimal nəzəriyyəsi - riyaziyyatın
külli miqdarda təsadüfi hadisələrin qarşı-
lıqlı təsirinə əsaslanan qanunauyğunluq-
larını öyrənən şöbəsi. Təsadüfi hadisələrin
ehtimallarını öyrənən elmə ehtimal nəzəriy-
yəsi deyilir. Z.Xəlilov. Hər (bir) ehtimala
EHTİRAMLI
qarşı (görə) - mümkün ola biləcək, baş
verə biləcək hadisəni, vəziyyəti və s.-ni
nəzərə alaraq göz önündə tutmaq. Küçəyə
çıxmaq lazım gəlirdi. Buna görə də hər
ehtimala qarşı tədbir görmək lazım idi.
M.S. Ordubadi.
EHTİMAM is. [ər.] köhn. Səylə çalışma,
səy göstərmə.
EHTİRAQ is. 1 . Alışma, tutuşma.
2. Bir səyyarənin Günəşə yaxınlaşması.
Günəşlə bir bürcdə olması.
EHTİRAM is. [ər.] Dərin hörmət, sayğı.
..Qasım əminin kənddə artıq ehtiramı vardı.
Ə. Haqverdiyev. Kazım kişi bu ehtirama görə
razılıq elədi və yenə fikrində durub dedi ki,
öz işimdə qalmaq istəyirəm. Mir Cəlal.
Ailədəki bu qarşılıqlı ehtiram indi artıq
ənənə və etiqad halına gəlmişdi. M. Hüseyn.
□ Ehtiram etmək (eləmək, göstərmək,
qılmaq, saxlamaq) - hörmət etmək, sayğı
göstərmək. [Gülzar:] Xııdaya, ata-anaya
ehtiram edib sevməyi övlada vacib etmisən.
S.S.Axundov. Səlim ona əri Zeynaldan daha
artıq ehtiram göstərmiş, izzəti-nəfsini mü-
dafiə etmişdi. S.Hüseyn. Ehtiram sahibi -
hörmətli sayılan, hörmət edilən, nüfuzlu
adam. ..Konsul kimi nıütəşəxxis və ehtiram
sahiblərindən ehtiyat etmək, hər halda, la-
zımdır. C. Məmmədquluzadə. Ehtirama la-
yiq - hörmət edilməli, hörmət edilməyə
layiq. [Zeynal:] Mehriban munis bir ana ol-
maq həsəbi ilə ehtirama layiq bir qadındır..
S.Hüseyn.
EHTİRAMƏN [ər.] klas. Ehtiramla, hör-
mətlə. Elıtiramən səni hər gündə ziyarət edə-
rəm. M.Ə. Sabir.
EHTİRAMLA zərf Hörmətlə, hörmət və
nəzakət qaydalarını gözləyərək. Dilbər,
ehtiramla, mərhəmət ilə; Yanıma gəldiyin
yadıma düşdü. Aşıq Dilqəm. İçəri daxil olcaq
Dəmirov .. ehtiramla başını əydi və salam
verdi. S. Rəhimov. □ Kamali-ehtiramla
hörmət və nəzakət qaydalarına riayət edərək,
böyük hörmətlə. Kamali-ehtiramla qarşı-
lamaq. Kamali-ehtiramla müraciət etmək.
EHTİRAMLI sif. 1 . Hörmət göstərən, hör-
mətcil, mərifətli, nəzakətli, qanacaqlı. Eh-
tiramlı adam.
2. Hörmətli.
EHTİRAMSIZ
EHTİRAMSIZ sif. Hörmət və nəzakət
qaydalarım gözləməyən, hörmət göstərmə-
yən, nəzakətsiz, ədəbsiz, mərifətsiz.
EHTİRAMSIZLIQ is. Hörmətsizlik, mə-
rifətsizlik, ədəbsizlik, nəzakətsizlik. Ehti-
ramsızlıq etmək. Ehtiramsızlıq göstərmək.
- Hər halda özgələrin rəy və təsvirinə qarşı
bu ehtiramsızlığı mən heç vaxt özümə layiq
bilməzdim... Ü. Hacıbəyov.
EHTİRAS is. [ər.] 1 . Ağlın çətinliklə ida-
rə edə bildiyi hiss. Ehtirasım saxlamaq.
- [Xəlifə:] Səndə var coşqun ehtiras alovu;
Yaxar atəşlərin sönük bir evi. H.Cavid.
Sübhanverdizadə düşünür, getdikcə həris-
liyi artır , gözlərində ehtiras qığılcımı çırtıl-
dayırdı. S. Rəhimov. Yazıçı iki gəncin mə-
həbbətini də şüurlu və sadə bir məhəbbət
kimi verir. Bu məhəbbət ehtirasa deyil, iki
düşüncəli gəncin bir-birinə tam şüurlu
münasibətinə əsaslanır. M.Arif. // Coşqun-
luq, ruh yüksəkliyi, vəcd, həyəcan. Bədii-
ruhi təsir cəhətindən .. ” Çargah ” - həyəcan
və ehtiras, "Bay atı- şir az” - qəmginlik,
“Humayun” isə “Şüştər ”ə nisbətən daha
dərin bir kədər hissi oyadır. Ü.Hacıbəyov.
[Südabənin] qapqara gözləri yenə şam kimi
yandı. Bir ehtiras alovu ilə işıqlandı.
M. İbrahimov.
2. Şiddətli arzu, eşq, həvəs, şövq, meyil.
[Afət:] Bədənim yandırır öz libasımı; Dər-
yalar söndürməz ehtirasımı. M.Rahim.
3. Şəhvət, hərislik, düşkünlük, təəşşüq.
[Şeyx Kəbir:] Alçalır, ruhun alçalır... Ancaq;
Səni alçaldan ehtiras olacaq. H.Cavid.
..Mərcan bəy öz alçaq ehtiraslarını tərk edə
bilmir, bəlkə həmin ehtiraslara azad imkan-
lar axtarır. Ə. Sultanlı.
EHTİRASLA zərf. 1. Coşqunluqla, eşqlə,
həyəcanla. Şamxal ələ keçirdiyi ovu yırtıcı
bir ehtirasla parçalamaq fikrində devildi.
İ. Şıxlı.
2. Hərisliklə, qızğınlıqla. Maya zərif qol-
larını açıb məhəbbət və ehtirasla Qaraşın
boynuna sarıldı. M.İbrahimov.
EHTİRASLI sif. 1. Coşqun, həyəcanlı.
Ehtiraslı nitq. Ehtiraslı mübahisə. H Bir şeyin
dəlicəsinə aludəsi, həvəskarı, vurğunu olan.
Ehtiraslı ovçu. Ehtiraslı oyunçu. Ehtiraslı
futbol azarkeşləri. - Мәтип ehtiraslı miita-
EHTİYAT
liəçi idi. Çox oxuyurdu və gözlərini çox yo-
rurdu. Ə.Məmmədxanlı.
2. Ehtirasla dolu; ehtiras, eşq ifadə edən,
həris, düşkün. Ehtiraslı öpüş. - Xan ayaq
saxlayıb ehtiraslı baxışla [Tutubəyimi]
süzdü. Çəmənzəminli.
EHTİRASSIZ sif. və zərf Həvəssiz, həra-
rətsiz, şövqsüz. Ehtirassız adam. Ehtirassız
danışmaq.
EHTİŞAM is. [ər.] tənt. Gözqamaşdırıcı
təmtəraq, dəbdəbə, cəlal, əzəmət. Ey elıti-
şami-milləti talan olan çocuq! Ey dərbədər
gəzib ürəyi qan olan çocuq! M.Ə. Sabir.
Sönmədi ondakı əski ehtişam; Ürəklə girişdi
yeni xidmətə. M.Müşfıq.
EHTİŞAMLA zərf Ehtişamlı bir surətdə,
əzəmətlə, möhtəşəm. Qoca Qafqaz yara-
nandan yaşamışdır ehtişamla. M.Rahim.
EHTİŞAMLI sif. Əzəmətli, dəbdəbəli,
təntənəli, çox möhtəşəm. Ehtişamlı saray.
Ehtişamlı ziyafət.
EHTİVA [ər.]: ehtiva etmək kit. - içinə
almaq, daxilində olmaq, tərkibində yerləş-
mək, əhatə etmək, qavramaq. [Eyvaz:] Bu,
məhəbbətin elə böyük bir anı idi ki, insan öz
diqqət və nəcibliyi ilə bütün dünyanı ehtiva
etmək istəyir. I. Əfəndiyev.
EHTİYAC is. [ər.] 1. Hər hansı bir şeyə
olan və onsuz keçinmək mümkün olmayan
tələbat, gərəklik, lüzum. Xassə, ol rus elmi-
nə talib; Onlara ehtiyacımız çoxdur; Bilmə-
sək dil, Hacımız yoxdur. S.Ə.Şirvani. Poçt
yolu Hə gəlib-gedənlərin hər ehtiyaclarını
Rəhim bəy kəmali-məmnuniyyətlə rəf edirdi.
Ə. Haqverdiyev.
2. Yoxsulluq, kasıblıq. Ehtiyac içərisində
yaşamaq. Ehtiyac içində böyümək. - Bu
əğniyaların üzün görüncə ehtiyacda; Get,
ey fəqiri-binəva, kəfən bürün, məzarı gör!
M. Ə. Sabir. Ehtiyac üzündən özgə qapısında
qulluqçuluq edən qız görmədiyi, sevmədiyi
dəli bir dövlətliyə satılır. S.S. Axundov.
Şirəli də başqaları kimi yoxsulluq, ehtiyac
içində böyümüşdü. M. Hüseyn.
EHTİYACSIZ zərf Heç bir ehtiyac hiss
etmədən, maddi cəhətdən heç bir çətinlik
çəkmədən. Ehtiyacsız yaşamaq.
EHTİYAT is. [ər.] 1. Gələcəkdə lazım
olacağı nəzərdə tııtulub tədarük edilmiş,
9
EHTİYAT
saxlanmış şey; tədarük. Ərzaq ehtiyatı. Taxıl
ehtiyatı. Mal ehtiyatı. - [Qoca] ..son qonaq
ehtiyatı üçün saxladığı böyük şanı kəsib ta-
baqda buraya gətirmişdi. S.Rəhimov. ..Kənd-
dən çıxdıqlarının onuncu günü Səriyyə xala
yemək ehtiyatının tükənməyə başladığını
hiss etdi. M. İbrahimov. □ Ehtiyat görmək
- 1) hazırlıq aparmaq, tədarük görmək,
hazırlaşmaq (bayram, qonaqlıq, toy və s.
münasibəti ilə). Bəli. Bəxtiyara xəbər yolla-
dılar ki, filan gündə, fılaıı saatda sənə qo-
nağıq, ehtiyatını gör. (Nağıl); 2) gələcək
üçün yığmaq, toplamaq; tədarük etmək
(mal, pul və s). Uzun illər böyük bir etibara
malik olan Nemətullayev, çox sakit həyat
sürür və gələcək üçün ehtiyat görürdü.
S.Rəhimov.
2. Zərurət, ehtiyac hiss edildikdə istifadə
edilən (şey). Ehtiyat fondu. Ehtiyat qüvvə-
ləri. Toxunulmaz ehtiyat. — Radio səslənir.
- Hüseyn, dön geri; Qalxmışdır ehtiyat təy-
yarələri. M.Rahim. □ Ehtiyat üçün - gələ-
cəkdə, sonradan gərəkli, lazım olacağı
ehtimalı ilə, hər bir ehtimala qarşı. Ehtiyat
üçün pul götürmək. Ehtiyat üçün özü ilə
adam götürmək. - Müəllim ehtiyat üçün
məktəb xidmətçisi Mahmud əmini də
götürdü. B.Talıblı. [Kazım] isə ehtiyat üçün
götürdüyü kəndiri çıxarıb böyük çətinliklə
Zeynəbin əllərini, ayaqlarını sarıdı. İ. Şıxlı.
3. Hələlik istifadə edilməyən, lakin möv-
cud olan şeyin miqdarı (çox vaxt cəm şək-
lində işlənir). Neft ehtiyatı. Dəmir ehtiyatı.
Ölkəmizin tükənməz ehtiyatı. - Bir sıra alim-
lərin apardığı hesaba görə. Yer kürəsinin
tərkibində olan tək uran və torinin atom
energiyası neft və daş kömür ehtiyatının
energiyasından 20 dəfə çoxdur. A.Qarayev.
4. Müharibə vaxtı orduda xidmətə yara-
yan, hərbi uçotda olan vətəndaşlar. Ehtiyata
buraxmaq. Ehtiyatda olanları orduya çağır-
maq. — Eldar bir ehtiyat komandiri kimi
cəbhəyə getməli oldu. I. Əfəndiyev.
5. Təhlükəni nəzərə alaraq, tədbirli,
üsullu hərəkət etmə, davranma. Ehtiyat
igidin yaraşığıdır. (Ata. sözü). İstədim lıəcv
edim bir özgə sayaq ; Amma yenə mane oldu
ehtiyat. Q.Zakir. [Bəxtiyar:] Sarayda baş-
qadır həyat; Bir az gərəkdir ehtiyat. A.Şaiq.
EHTİYATLANMAQ
Qınama qızları, bu ehtiyatdır; Dünyada tez
qızan, tez də soyuyar. S. Vurğun. // Qorxma,
çəkinmə. □ Ehtiyat etmək (eləmək) -
qorxmaq, çəkinmək, saqınmaq. Soyuqdan
ehtiyat etmək. İşin çətinliyindən ehtiyat
etmək. - Sərsəri basma qədəm eşq təriqinə,
Füzuli; Ehtiyat eylə ki, qayətdə xətərnak
səfərdir. Füzuli. [Qazı:] Qızım, sən heç kəs-
dən ehtiyat etmə, heç kəsin cürəti yoxdur,
sənə bir çırtma vursun. Ə. Haqverdiyev.
[Molla Xəlil] müəllimin əleyhinə danışmaq-
dan, təbliğat aparmaqdan ehtiyat edirdi.
S.Hüseyn.
0 Ehtiyatı əldən buraxmaq - hər bir
ehtimala qarşı tədbir görmək. [Vəzir:] Siz
hər gün burada hazır olarsınız. Hər halda,
ehtiyatı əldən buraxmaq olmaz. Ü.Hacıbəyov.
EHTİYATKAR [əı; ehtiyat və fars. ...kar]
bax ehtiyatlı.
EHTİYATKARANƏ [ər. ehtiyat və fars.
...karanə] bax ehtiyatla.
EHTİYATKARLIQ bax ehtiyatlılıq.
EHTİYATLA zərf 1 . Qorxa-qorxa, çəkinə-
çəkinə, ehtiyat edərək, ehtiyat gözləyərək.
Ehtiyatla danışmaq. Ehtiyatla yerimək.
- ..Çox möminlər var ki. Molla Nəsrəddini
ehtiyatla bükür kağıza və bir cavan adam
tapıb deyir ki, al bunu, oxu görək, molla nə
yazır.. C.Məmmədquluzadə. Hacı Qulu ..
ehtiyatla quyunun vanında uzanıb diqqətlə
baxdı. A.Şaiq.
2. Yavaş, asta, səs salmadan, üsullu(ca),
yavaşca. [Molla Xəlil] çox ehtiyatla müəl-
limin qapısına gəldi. S.Hüseyn. [Qaraş]
Mayanı şirin səhər yuxusundan ayıltmaq
istəməyərək ehtiyatla geyinib çölə çıxdı.
M.İbrahimov. Tahirzadə çustlarını geyib
kimsəni oyatmamaq üçün ehtiyatla evdə
gəzdi. Mir Cəlal.
EHTİYATLANMA “Ehtiyatlanmaq”dan
fiis.
EHTİYATLANMAQ f. Ehtiyat etmək,
qorxmaq, çəkinmək, ürək eləməmək. [Dər-
viş:] ..Baxdım gördüm, qoca kişi məndən
ehtiyatlanıbdır. A.Divanbəyoğlu. Mən, doğ-
rusu, ehtiyatlanmağa başladım. Qantəmir.
[Məmmədhüseyn] Cəmilin hökumət pansio-
nuna keçməsi münasibəti ilə öz adının “dəf-
tərə düşməsindən ’’ ehtiyatlanırdı. Mir Cəlal.
10
EHTİYATLI
EHTİYATLI sif. 1. Öz hərəkətlərində,
işində ehtiyat gözləyən, meydana çıxa
biləcək hər bir ehtimala qarşı lazımi tədbir
görən. - Məmməd .. ehtiyatlı adam idi.
M. İbrahimov. // zərf Ehmallı, üsııllu,
ehtiyatla. Çıxdım küçəyə və ehtiyatlı keçib
getdim. C. Məmmədquluzadə. Qoy bizə
gülməsin nə dost, nə də yad; Ehtiyatlı danış,
ehtiyatlı dur! S.Vurğun. □ Ehtiyatlı olmaq
- gözlənilən hər bir ehtimala qarşı tədbirli
olmaq, üsııllu iş görmək, qorxulu bir iş üçün
hazır olmaq. Zaman ani olaraq qərara gəldi
ki, ehtiyatlı olmaq lazımdır. S. Rəhimov.
Axşam ovunda ehtiyatlı olmağı qərara
aldım. M.Rzaqıılıızadə.
2. Tədarüklü, gələcək üçün ehtiyat sax-
layan, tədarük edib saxlayan. Ehtiyatlı qa-
dın. Ehtiyatlı ev.
EHTİYATLILIQ is. Üsulluluq, tədbirlilik,
ehtiyat etmə, çəkinmə. Bir başqası isə
ehtiyatlılıq edirdi.. Ə.Əbülhəsən.
EHTİYATSIZ sif. 1 . Ehtiyat gözləməyən,
işin dal-qabağını gözləməyən, qabaqcadan
tədbir görməyən, tədbirsiz, üsulsuz. Ehti-
yatsız adam. - Bəzən ehtiyatsız, kiçik bir xata;
Böyük faciələr yaradır, demək! S.Vurğun.
..Gurşad yağmur ehtiyatsız yolçuları islanmış
cücəyə döndərir. M. Rzaquluzadə. // Zərf
mənasında. Ehtiyatsız iş görmək. Ehtiyatsız
davranmaq.
2. Heç bir ehtiyatı, tədarükü olmayan. Eh-
tiyatsız ev. Ehtiyatsız adam. - Buradır yox-
luğa gedən yol, bəli; Ehtiyatsız atma qədəm
irəli! Şəhriyar.
EHTİYATSIZLIQ is. 1. Ehtiyat gözlə-
məmə, qarşıya çıxa biləcək təhlükəni və s.-
ni qabaqcadan nəzərə alıb heç bir tədbir
görməmə, üsulsuzluq. Ehtiyatsızlıq etmək. -
Gəldivev .. taxıl tədarükü müvəkkilliyində
çalışanda da xanılıq ucundan, ya ehtiyat-
sızlıqdan, ya da ayrı səbəbdən bir balaca
dolaşan kimi olmuşdu. Mir Cəlal. [Gülşə-
nəm] ehtiyatsızlıq eləyib. Tahirin məktubunu
gözaltı elədiyi qıza oxutmuşdu. M.Hüseyn.
Ax, bu ehtiyatsızlıq, düşməni saymamaq, onun
hiylələrini və bicliklərini hesaba almamaq
komandirin ən böyük nöqsanıdır. Ə. Vəliyev.
2. Ehtiyatsız hərəkət. Ehtiyatsızlığa yol
vermək. - ilan insanları ehtiyatsızlığa sövq
EKİZTAY(I)
etmək üçün özünü aciz göstərir. M. S. Ordu-
badi.
EHTİYATSIZLIQLA zərf Heç bir ehtiyat
gözləmədən, ehtiyatsız. Mahmud .. ehtiyat-
sızlıqla soruşdu. Ə.Əbülhəsən.
EHTİZAZ is. [ər.\ kit. 1. Xəfif surətdə
titrəmə, titrəyiş. Çatdıqca incə ruhuma,
aldıqca hər nəfəs; Sarsın bütün vücudumu
sönməz bir ehtizaz. A.Şaiq. Nədən şəfəqli
buludcuqlar övlə çöhrəndə; Bir ehtizaz ilə
nəşr eyləməkdə şəbnəmlər? H. Cavid.
□ Ehtizaza gətirmək - 1) titrətmək;
2) məc. dilləndirmək. Tahir daha da cuşa
gəlib sazın tellərini lap ürəkdən ehtizaza
gətirirdi. M.Hüseyn.
2. Fizikada: cismin titrəyişli hərəkəti, tit-
rəməsi, titrəyişi.
EHYA [ər!\ klas. Vücuda gətirmə, canlan-
dırma, bərpaetmə. □ Ehya etmək (qılmaq)
- canlandırmaq, bərpa etmək, vücuda gə-
tirmək. Ehya qılıır əgərçi dəmin, ey sənəm;
Xəlvət ilişinə şahidü şəmü şəkər gərək.
Nəsimi. O, Səfəvilər dövrünün, Şeyx Səfinin
səltənətinin nüfuz və ehtiramını elıya etmək
istəyir. Ə. Haqverdiyev. Bir də Zeybək qızını
xatırladı, zehnində onun məhzuıı baxışını
ehya etdi. Çəmənzəminli.
EHYANA zərf dan. Işdi, bəlkə, ola bilsin.
Ehyana gələ bilmədim. Еһуапа bu iş baş
tutmadı. - [Cahangir bəy:) ..Ehyana həmin
bu yerdə düşmənə rast gəldik, onda nə
etməli? N.Vəzirov.
EXİNOKOKKÖZ \уип. echino - kirpi və
coccus] tib. zool. İtin və bəzi başqa hey-
vanların bağırsaqlarında yaşayan lentşəkilli
tüfeyli qurd. // İnsanın və heyvanın bəzi
üzvlərində yaşayıb ağır xəstəliklər törədən
bu qurdun sürfələri.
EKİZ sif. Bir anadan bir vaxtda doğul-
muş. Ekiz qardaşlar. Ekiz bacılar. - O gün
professor Aslanov deyirdi ki, sizə baxan elə
bilir ki, ekiz bacısınız, heç ana-balaya
oxşamırsınız. M. İbrahimov. // is. Bir anadan
bir vaxtda doğulmuş uşaqlardan hər biri;
ekiztay. Ekizlərin ikisi də qızdır.
EKİZTAY(I) Ekiz. Ekiztay oğlanlar.
Ekiztay qızlar. - Onlar böyüyüb bir az cay-
daqlaşanda qonşudakı Zöhrə arvadın bir
cüt ekiztay qızı oldu. S. Rəhimov.
11
EKİPAJ
EKİPAJ 1 [fr.] Yaylı minik arabalarının
(məs.: fayton, karet və s.-nin) ümıımi adı;
minik. Birdən Vasili İvanoviçin qulağına
yaylı bir ekipaj taqqıltısı - ucqar kəndlərdə
xüsusilə seçilən haman taqqıltı gəldi. Tur-
genevdən.
EKİPAJ 2 [fr.] 1. Gəminin, təyyarənin,
tankın və s.-nin şəxsi heyəti; komandası.
Tapşırılmış işi layiqincə yerinə yetirmiş eki-
paj Bakıya sevinclə qayıdırdı. (Qəzetlərdən).
2. hərb, dəniz. Dəniz piyadasının sahil
qoşunu.
EKKER [fr.] Yerdə müəyyən dərəcəli bu-
caqlar qurmaq üçün geodeziya aləti; künyə.
EKLEKTİK is. \yun.\ kit. Eklektizmə me-
yil edən, eklektizm mövqeyində duran adam.
EKLEKTİK sif. [yun.] Eklektizmdən ibarət
olan, eklektizm mahiyyətində olan. Eklektik
nəzəriyyə. Əsər eklektik xarakter daşıyır.
EKLEKTİKA kit. bax eklektizm.
EKLEKTİKLİK is. Eklektik mahiyyətdə
olma. Nəticələrin eklektikliyi.
EKLEKTİSİZM bax eklektizm.
EKLEKTİZM [yun.] kit. Bir-birinə zidd
olan fikir və nəzəriyyələrin prinsipsiz və
mexaniki surətdə birləşdirilməsi.
EKLİPTİKA [yun.] astr. Göy sferinin, Gü-
nəşin xəyali illik hərəkətinin cərəyan etdiyi
böyük dairəsi.
EKOLOGİYA [yun. oikos - ev və logos -
elm, anlayış] Biologiyanın, heyvan və bitki
orqanizmlərinin mühitlə qarşılıqlı münasi-
bətindən bəhs edən şöbəsi. Şərti refleks-
lərin ekologiyasını öyrənmək üçün müşa-
hidələr təbii şəraitə yaxın olan bir mühitdə
aparılmalıdır. A.Qarayev.
EKOLOJİ sif [yun.] Ekologiyaya aid,
ekologiyaya məxsus. Ayrı-ayrı rayonlarda
bəzi ekoloji amillər bitkiyə təsir edərək,
onun bu rayonlarda becərilməsi və normal
inkişaf etməsini təmin edir. İ.Axundzadə.
EKONOMİST [yun.] 1. İqtisadçı.
2. tar. Ekonomizm tərəfdarı.
EKONOMIZM [yun.] tar. XIX əsrin axır-
larında və XX əsrin əvvəllərində rus sosial-
demokratları arasında meydana gəlmiş op-
portunist cərəyan (bu cərəyan tərəfdar-
larının fikrinə görə, fəhlə sinfi yalnız öz
EKSKAVATOR
iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün
mübarizə apararaq mütləqiyyətlə siyasi
mübarizəni burjuaziyaya buraxmalı idi).
EKRAN [fr .] 1. Üzərində kino, yaxud
diapozitiv şəkilləri göstərilən ağ səth (məs.:
pərdə və s). Mirzə gözlərini televizorun ek-
ranına zilləsə də, orda heç nə görmürdü, elə
hey başını yelləyirdi. İ.Məlikzadə.
2. məc. Kino sənəti, kino. Ekran üçün
yaxşı boy və görkəm birinci şərtdir.
3. Müxtəlif enerji şüalarından qorunmaq
və ya ondan istifadə etmək üçün səthli
qurğu. Radio aparatları ekranı.
4. tex. istidən və ya işıqdan qorunmaq
üçün mütəhərrik sipər.
EKRANLAMA “Ekranlamaq”dan f.is.
EKRANLAMAQ f. tex. Xarici, zərərli tə-
sirdən və s.-dən qorumaq üçün qabağına
ekran, sipər və s. çəkmək; pərdələmək.
EKRANLANMA tex. “Ekranlanmaq”dan
f.is. Bir şeyi xarici, zərərli təsirlərdən və s.-
dən qoruma tədbirləri.
EKRANLANMAQ məch. tex. Qabağına
ekran çəkilmək.
EKRANLANMIŞ f.sif. tex. Qabağına
ekran çəkilmiş, ekranla sipərlənmiş.
EKRANLAŞDIRILMA “Ekranlaşdırıl-
maq”dan f.is. Romanın ekranlaşdırılması.
EKRANLAŞDIRILMAQ məch. Kino şəkli
halına salınmaq, kinoda göstərilmək üçün
uyğunlaşdırılmaq.
EKRANLAŞDIRILMIŞ f.sif. Kino şəkli
halına salınmış, kinoda göstərilmək üçün
uyğunlaşdırılmış.
EKRANLAŞDIRMA “Ekranlaşdırmaq”-
dan f.is. Romanı ekranlaşdırma.
EKRANLAŞDIRMAQ f. Xüsusi olaraq
kino üçün yazılmamış pyesi və ya başqa
bədii bir əsəri kinoda, ekranda göstərmək
üçün uyğunlaşdırmaq.
EKRANLI sif. tex. 1. Ekranı olan, ekran
qoyulmuş. Ekranlı qurğu.
2. Xarici təsirdən qoruyucusu olan.
Ekranlı kabel. Ekranlı elektrik lampası.
EKSKAVATOR [lat.] tex. Yerqazıyan, tor-
pağı, daşı və s.-ni götürüb başqa yerə tökən
maşın. Addımlayan ekskavator. Tırtıllı ekska-
vator. - O daşlı, qumsallı, gilli torpağı; Udur,
lay-lay udur ekskavatorlar. S. Vurğun. Fər-
li
EKSKAVATORÇU
EKSPOZİSİYA
man nəşə və həvəslə öz ekskavatorunda
işləyirdi. Ə. Sadıq.
EKSKAVATORÇU is. Ekskavatorda işlə-
yən fəhlə. Yarışır kanal çəkən ekskavator-
çular. Ə.Cəmil.
EKSKAVATORÇULUQ is. Ekskavatorçu
sənəti, peşəsi. Fərmana ekskavatorçuluğıı
Zuyev öyrətmişdi. Ə. Sadıq.
EKSKLÜZİV [yun.] Məxsusi müsahibə,
xüsusi intervyu. Eksklüziv müsahibə.
EKSKÜRS [lat.] kit. Köməkçi məsələni
aydınlaşdırmaq üçün əsas mövzudan haşiyə
çıxma.
EKSKURSÄNT [lat.] bax ekskursiyaçı.
EKSKÜRSİYA is. [lat.] Elmi və ya öz
məlumatını artırmaq, yaxud da əyləncə məq-
sədi ilə təşkil edilən (kollektiv) səyahət.
Səlim darülfünunun tibb şöbəsinin son kurs
tələbələri ilə .. ekskursiyaya getməli oldu.
S. Hüseyn. Yunis boylananda Almazın uşaq-
ları haraya isə ekskursiyaya apardığını
gördü. Mir Cəlal.
EKSKURSİYAÇI is. Ekskursiya iştirakçısı.
EKSPANSİYA is. [lat.] Təsir dairəsini
genişləndirmə.
EKSPEDİSİYA [lat.] 1. xüs. Yük və s.
şeyləri bir yerdən başqa yerlərə yollamaq
üçün müəssisə və ya onun bir şöbəsi; gön-
dərici müəssisə. Poçtamtın qəzet ekspedi-
siyası. Ekspedisiya kontoru.
2. Müəyyən məqsəd üçün qrup halında
edilən səyahət, səfər. Elmi ekspedisiya. Şi-
mal qütbünə ekspedisiya. - Kinostudiya ..
ekspedisiyaya hazırlaşırdı. İ.Əfəndiyev.
3. Bu cür səfər, səyahət və ya yürüş işti-
rakçıları heyəti, dəstəsi.
EKSPEDİTOR [lat.] Mal və s. göndər-
məklə məşğul olan işçi. Poçt ekspeditoru.
Ticarət bazası ekspeditoru.
EKSPEDİTORLUQ is. Ekspeditorun işi,
vəzifəsi. Ekspeditorhıq etmək.
EKSPERİMENT [lat.] Elmi təcrübə.
Eksperiment aparmaq. H Ümumiyyətlə, təc-
rübə, sınaq. [Şeyda:] Yazgül, xahiş edirəm,
bizim çağanın üstündə cürbəcür eksperi-
ment aparmayasan! Ə.Məmmədxanlı.
EKSPERİMENTAL sif. [lat.] 1. Təcrübi.
Eksperimental tədqiqat üsulu. H Təcrübə
üçün ayrılmış (təyin edilmiş). Eksperimen-
tal zavod. Eksperimental şöbə.
2. Eksperiment (elmi təcrübə) üzərində
əsaslanan. Eksperimental fizika. Eksperi-
mental fonetika. - Eksperimental anatomiya
- bədənin quruluşunu diri vücud, başlıca
olaraq diri heyvan üzərində öyrənir və
eksperimental metoddan istifadə edir.
K.Balakişiyev.
EKSPERİMENTÄTOR [lat.] bax ekspe-
rimentçi.
EKSPERİMENTÇİ is. Eksperiment (elmi
təcrübə) aparan mütəxəssis.
EKSPERT [lat.] 1.1. Mübahisəli məsələ-
lərin həlli üçün dəvət edilən mütəxəssis və
ya mütəxəssislər qrupu.
2. Yoxlayıcı, müzakirəedici komissiya. Ali
Attestasiya Komissiyasının ekspertləri.
EKSPERTİZA [lat.] 1. Düzgün qərara
gəlmək üçün hər hansı bir məsələnin mü-
təxəssislər tərəfindən öyrənilməsi, yoxlan-
ması. Elmi ekspertiza. Materialları eksper-
tizaya göndərmək.
2. Ekspert komissiyası. Ekspertiza üzvü.
Ekspertiza ayırmaq. Ekspertizanın qərarı.
EKSPONAT [lat.] Sərgidə, muzeydə nü-
mayiş etdirilən məmulat. Muzey eksponat-
ları. - Ülfət Yunis və Davud ilə birlikdə gerbi
maşından çıxarıb akademiyaya, bayramsa-
yağı bəzənmiş binaya gətirəndə eksponatlar
qəbıılıı bitmişdi. Mir Cəlal.
EKSPOZİSİYA [lat.] 1. Müxtəlif şeylə-
rin, materialların və s.-nin müəyyən qayda
üzrə yerləşdirilməsi, düzülüşü, qoyuluşu.
Sərginin düzgün ekspozisiyası. H Tamaşa
edilmək üçün müəyyən qaydada, müəyyən
sistemdə düzülmüş, yerləşdirilmiş, qoyul-
muş şeylərin özü. Muzey ekspozisiyası.
Sərgi ekspozisiyası.
2. Ədəbi əsərlərdə: əsas süjetin inkişa-
fından qabaq olmuş keyfiyyətləri, hadisə-
ləri izah edən giriş hissə. Tragediyanın
ekspozisiyası. H Musiqi əsərinin, əsas möv-
zuların ifadəsindən ibarət olan birinci his-
səsi. Ekspozisiyada, çalınmış temalar ara-
sındakı kontrast, sonata formasının məhz
inkişaf bölməsində daha qabarıq bir şəkildə
aşkara çıxarılır. Ə.Bədəlbəyli.
13
EKSPRES
3 .fot. Şəkil çəkərkən fotoaparat obyekti-
vinin açıq qalmalı oldıığu müddət. □ Ekspo-
zisiya vermək - fotoplyonkasmı müəyyən
vaxt işıq təsiri altında saxlamaq.
EKSPRESS is. [iııg.] Böyük məsafələri
adətən heç bir yerdə dayanmadan qət edən
sürətli nəqliyyat vasitəsi (qatar, gəmi, avto-
bus və s.) Bakı ilə Gəncə arasında ekspress
işləyir.
EKSPRESSİONİST \fr.] Ekspressionizm
tərəfdarı.
EKSPRESSİONİZM [fr.] Burjua incə-
sənəti və ədəbiyyatında XX əsrin birinci
yarısında meydana gəlmiş cərəyan (bu cə-
rəyan tərəfdarları, sənətkarın öz daxili alə-
mini, onun subyektiv yaradıcılıq təəssüratını
ifadə etməyi əsas vəzifə hesab edirdilər).
EKSPRESSİV sif. [lat.] kit. Mənalı, tə-
sirli, ifadəli. Ekspressiv söz.
EKSPRESSİVLİK is. kit. Mənalılıq, təsir-
lilik, ifadəlilik. Nitqin ekspressivliyi.
EKSPRÖMT [lat.] 1. Hazırlaşmadan sinə-
dən söylənilən nitq, şeir, yaxud çalınan mu-
siqi əsəri və s.; bədahətən.
2. nıııs. Sərbəst formada yazılmış kiçik
musiqi əsəri. Raxmaninovun ekspromtu.
EKSPROPRİÄSİYA [fr.] Bir sinif və ya
ictimai qrup tərəfindən başqa bir sinif və ya
ictimai qrupun öz mülkiyyətindən və əvvəl-
ki ictimai vəziyyətindən məhrum edilməsi.
Ekspropriatorlann ekspropriasivası (prole-
tar inqilabı dövründə burjuaziyanın bütün
istehsal vasitələrindən məhrum edilməsi).
EKSPROPRİÄTOR [fr.] Ekspropriasiya
edən.
EKSSENTRİK 1 sif. [fr.] teatr. 1. Kəskin
səs, zidd görüşlər, qeyri-adi və çox gülməli
üsullar əsasında olan. Ekssentrik tamaşa.
Ekssentrik nömrə.
2. Çox qəribə, qeyri-adi. Ekssentrik kos-
tyum. Ekssentrik adam.
EKSSENTRİK 2 [fr.] rivaz. Ümumi mər-
kəzi olmayan. Ekssentrik fiqur. Ekssentrik
dairələr.
EKSSENTRİK 3 [fr.] teatr. Ekssentrik rol-
lar ifadə edən artist. İstedadlı ekssentrik.
EKSSENTRİK 4 [fr.] tex. Fırlanma oxu mər-
kəzdə deyil, böyürdə olan disk.
EKVİVALENT
EKSTAZ sif. [yun.] 1. Ovqatın yüksək
səviyyəsi.
2. Heyrət.
EKSTENsfv sif. [lat.] kit. Keyfiyyətcə
deyil, ancaq kəmiyyətcə (miqdarca) artan,
genişlənən. Ekstensiv əkinçilik.
EKSTENSİVLİK is. kit. Keyfiyyətcə de-
yil, ancaq kəmiyyətcə artma, genişlənmə.
Təsərrüfatın ekstensivliyi.
EKSTERN [lat.] Müvafiq məktəbdə oxu-
madan kənarda hazırlaşaraq, həmin məktəb
kursunun imtahanlarını verən adam.
EKSTERNÄT [lat.] Məktəb proqramı
kursunu ekstern yolu ilə keçərək imtahan
vermə üsulu.
EKSTERRİTORİÄL sif. [lat. ex - xaric və
territorialis - ərazidə olan] hüq. Eksterrito-
riallıq hüququndan istifadə edən; toxunul-
maz. Eksterritorial diplomatik işçi.
EKSTERRİTORİALLIQ hüq. Bir ölkədə
olan bəzi diplomatik nümayəndələrin yerli
qanunlara deyil, ancaq öz dövlətlərinin qa-
nunlarına tabe olmaq hüququ; toxunulmaz-
lıq hüququ.
EKSTERYER [fr. əsli lat.] Heyvanların
bədən quruluşunun xarici görünüşü.
EKSTRA sif. [lat.] Ən yaxşı, ən yüksək.
EKSTREMİST [lat.] kit. Siyasətdə ifrat
tədbirlər tərəfdarı. Bir sıra yerlərdə bar-
rikadalar qurmuş ekstremistlər ilə .. polislər
arasında atışma hələ də davam edir.
(Qəzetlərdən).
EKSTREMİZM [lat.] kit. Siyasətdə ifrat
görüş və tədbirlərə meyil; ifratçılıq.
EKVATOR [lat.] coğr. Yer kürəsini mər-
kəzdən müstəvi ilə kəsən xətt. Ekvator Yer
kürəsini yarımkürəyə: şimal və cənub ya-
rımkürələrinə bölür.
EKVATORİAL sif. [lat.] Ekvatora aid
olan, ekvatorda olan, ekvatora yaxın, ekva-
tor rayonlarına xas olan. Ekvatorial axınlar.
Ekvatorial koordinatlar.
EKVİVALENT [lat.] 1. is. iqt. Başqa bir
əmtəənin dəyərini təmsil edən əmtəə.
..Müəyyən bir əmtəənin ekvivalent forması
onun başqa əmtəəyə bilavasitə mübadilə edilə
bilməsi formasıdır. K.Marks (“Kapital”,
tərcümə).
14
EKVİVALENTLİK
2. sif. Eyniqiymətli, bərabərqüvvəli.
Müasir elmdəki mülahizələr göstərir ki,
cisimlərin inersiya kütləsi ilə ağırlıq kütləsi
ekvivalentdir. Z.Xəlilov.
EKVİVALENTLİK is. Bərabərlik, eyni
qiymətdə, eyni qüvvədə, eyni mənada olma.
EKZEMA \yun.\ tib. İrinli səpkilər, su-
luqlar şəklində təzahür edən dəri xəstəliyi.
EKZEMALI sif Ekzeması olan. Ekzemalı
xəstə. Ekzemalı ayaq. - Mollavev .. birdən
ekzemalı barmaqları ilə [Lalənin] qolundan
yapışdı.. M. Hüseyn.
EKZOQÄMİYA {yun. exo - xaric və
gamos - evlənmə] etnoqr. Öz tayfasından,
öz qohum-əqrəbasından, öz ictimai qru-
pundan evlənməyi qadağan edən adət.
EKZOTERMIK sif. \yun. exo - xaric və
thermos - isti] kim. İstilik çıxması ilə bağlı
olan, istilik verən. Ekzotermik proses.
EKZOTİK sif. iyun.] 1. Avropa ölkələri
üçün qeyri-adi olan, onlara xas olmayan.
Ekzotik ölkələr (avropalılar üçün qeyri-adi
olan mədəniyyətə, təbiətə və s.-yə malik
ölkələr; məs.: tropik ölkələr).
2. məc. Ümumiyyətlə, qeyri-adi, qəribə,
yad. Ekzotik musiqi. Ekzotik paltar.
EKZÖTİKA \yun.] Avropalılar üçün
qeyri-adi görünən hər şey (təbiət, məişət,
adət, mədəniyyət və s). Şərq ekzotikası. -
Qazma sahibinin ekzotikaya olan meyli o
dərəcəyə yetişmişdi ki. bir metr uzunluğun-
da, yarını metr enində olan qapıya da təzə
bir cecim asdırmışdı. Ə.Əbülhəsən. // Ümu-
miyyətlə, qəribə, qeyri-adi şey. Gələr canlı
ekzotika ağaların xoşuna; Əhsən deyər,
radiolar xitab edər qoşuna. S. Rüstəm.
EQOİST sif. Ifr. əsli lat.] Özünü bəyənən,
özünü yüksək tutan, ancaq özünü, öz məna-
feyini düşünən adam; xudbin. [Süleyman:]
Mən hələ ömrümdə bunun kimi eqoist adam
görməmişəm. M. İbrahimov.
EQOİSTLİK is. Eqoist adamın xassəsi, an-
caq özünü, öz mənafeyini düşünmə; xudbinlik.
EQOİZM \fr. əsli lat.] bax eqoistlik.
EL 1 is. 1. Camaat, xalq, adamlar. El üçün
ağlayan gözsüz qalar. (Ata. sözü). Bahar fəsli
el şad olur sərasər; Hərgiz məndən özgə
yoxdur mükəddər. Q.Zakir. Fələyin cəbrin-
dən, el tənəsindən; Dərdim artıb bir ümma-
EL
na dönübdür. Aşıq Ələsgər. Bildir bu za-
man idi. El məscidə yığılmışdı. Mir Cəlal.
□ El anası, el atası - elin başçısı, hamının
qayğısını çəkən, dərdinə şərik olan, işinə
yarayan, xeyir-şərində iştirak edən adam.
[Mirzə Heydər:] A başına dönüm, axır
mənim təqsirim nədir? Mən deyəndə bir el
anasıyam, sən çağırırsan, sənin işini görü-
rəm, bu çağırır, gəlib onun işini görürəm.
Ə. Haqverdiyev. Həsən hamının dadına
çatır, hamının xeyrini-şərini görür. Həsən
el atasıdır. S. Rəhman. El ədəbiyyatı - şi-
fahi xalq ədəbiyyatı, folklor. Bu sarsıntılıq,
bu qcıtışıqlıq el ədəbiyyatında gözəl parça-
lar yaratmış olsa da, vazı ədəbiyyatında bir
qədər boşluq vücuda gətirmişdi. C. Cabbarlı.
Yazılı klassik ədəbiyyatla bərabər, Azər-
baycan dilində zəngin el ədəbiyyatı yaranır.
M. İbrahimov. El oğlu, el qızı - bir eldən
olan, həmvətən, həmyerli (bəzən müraciət
məqamında işlənir). El oğlum, yadımdadır
o dəmlər indikitək; Bağdakı uşaqlara, bir
söz, ürəkdin, ürək. S.Rüstəm. Gözümün
önündə canlanır hər an; Yolların yorğunu o
qəmgin qarı; Bir də el oğlumun qərib mə-
zarı. M.Rahim. [Sevinc:] Sən səhv edirsən,
Mahmud! Mən bu gün sənin üçün bir el qızı
yox, bir məktəb yoldaşıyam. Z.Xəlil. El
yardım komitəsi - 1917-ci il inqilabının
ilk illərində ayrı-ayrı kəndlərdə, qəzalarda
yoxsul kəndlilərə kömək etmək məqsədi
ilə təşkil edilən komitə. Bir tərəfdən, özü-
nün yorulmaq bilmədən çalışması, digər
tərəfdən, el yardım komitəsinin və başqa
kənd təşkilatlarının maddi və mənəvi yar-
dımı ilə Bəxtiyar özünə kəndin kənarında bir
evcik düzəltmişdi. S. Hüseyn. El yolu - işlək,
böyük yol, gediş-gəliş çox olan yol. El yo-
lunun altında maşın dayandı. Ə. Vəliyev.
2. Ölkə, məmləkət, vilayət. Sağ gedəsən
ulusuna, elinə ; Misri qılınc bağladaram be-
linə. “Koroğlu”. Molla Vəli Vidadi və Molla
Pənah Vaqif hər ikisi bir əsrin və bir elin
adamlarıdır. F.Köçərli. [Səlim:] Gəzdim, do-
laşdım, uğradım hər elə; Mən böylə bir qadın
görmədim hələ. H. Cavid. □ Eldən-elə - bir
eldən o biri elə, elbəel. Eldən-elə gəzmək.
- [Qərib:] Bir söz ilə eldən-elə atıldım; Bu
qərib ellərdə yaxdı nar məni. “Aşıq Qərib”.
15
EL
3. Tayfa, qəbilə. Mən də ata və ana tə-
rəfindən Miiqəddəm elindənəm. M.F.Axund-
zadə. Deyirlər ki, qədim zamanlarda bu tor-
paqda bir el yaşarmış. M. İbrahimov.
0 Elin dilinə salmaq (düşmək) - dillərə
salmaq.
EL 2 “L" hərfinin adı.
ELAM is. [ər.] klas. Bildirmə, anlatma,
xəbərdar etmə. Elam etmək. Elanı qılmaq.
— Bəhərhal, hər nə ki muradınızdır, mənə elam
edin! “Mehri-mah”. [Şah Abbas:] Sonra üzün
hərəmlərə tutub xitab elədi : ..Mən kəmali-
əfsus ilə məcburəm ki, bir yaman xəbəri sizə
elam edəm. M.F.Axundzadə. Seyyid, ol mah
sənin qətlinə iqdam etdi; Gedib öz çarəni
qıl, eylədi elam sənə. S.Ə.Şirvani.
ELAMNAMƏ is. [ər. elam və fars, namə]
klas. Elam yazılmış rəsmi vərəqə, bildiriş
vərəqəsi. Mötəbər üləma vilayətlərə elanı-
namələr göndərirdi ki, bundan sonra bir
kimsənə cürət etməsin ki, şaha və ümənayi-
dövlətə .. peşkəş versin. M.F.Axundzadə.
ELAN is. [ər.\ 1. Yazılı, çap olunmuş bil-
diriş, xəbər, məlumat. Qəzet elanı. Divara
elan vurmaq. Dərslərin başlanması haqqın-
da elan. - Üç gün qabaqdan divarlara bö-
yük, rəngli elanlar vurulmuşdu. Mir Cəlal.
□ Elan etmək - 1) hamının eşidəcəyi
tərzdə xəbər vermək, məlumat vermək, bil-
dirmək. İclası açıq elan etmək. Müharibə
elan etmək (müharibə başladığını bildirmək).
- Ruhanilər vahid bir cəbhə tutaraq Axundov
komediyalarına qarşı cahad elan etdilər.
Ə.FIaqverdiyev. // Mətbuat vasitəsilə bildir-
mək. İanə verənləri mətbuat səhifələrində
adbaad elan etmək çətin idi. Mir Cəlal;
2) açmaq, izhar etmək, bildirmək. İndi daha
gəlib çatmış o zaman ; Sənə bir gizli sirr
edim mən elan. A.Səhhət. Elan vermək -
1) məlumat vermək, xəbərdar etmək,
bildirmək. Gəldiyev elan verib, sabaha büro
iclası çağırdı. Mir Cəlal; 2) qəzet və ya
mətbuat vasitəsilə bildirmək, xəbər vermək.
Müşavirə haqqında qəzetdə elan vermək.
Elani-eşq (elani-məhəbbət) etmək - eşq
və məhəbbətini bildirmək, sevgisini elan
etmək. [Məhəmmədcəfər] qadınlar məcli-
sində qadın azadlığı haqqında məruzədə
elani-eşq edən dərəcədə ləzzətli danışırdı.
Qantəmir.
ELBƏYİ
2. kölın. Rəsmi bildiriş vərəqəsi. Məlum-
dur ki, xəzinədən gələn vergi elanının
müqabilində danışıq olmaz. Ə.FIaqverdiyev.
ELASTİK sif. [yıın.] Sıxılıb buraxıldıqda
əvvəlki şəklini alan, möhkəm, lakin sıxıl-
dıqda yığıla bilən. Elastik rezin. Elastik yay.
Elastik parça. Elastik əzələlər.
ELASTİKİ bax elastik. Elastiki cisimlər.
ELASTİKİYYƏT köhn. bax elastiklik
Müəyyən sabit mərkəzə cəzb edən və o mər-
kəzdən məsafə ilə düz proporsional dəyişən
qüvvəyə çox təsadüf edilir. Belə qüvvəyə
elastikiyyət qüvvəsi misal ola bilər. Z.Xəlil.
ELASTİKLİK is. Elastik şeyin hal və
keyfiyyəti. Bir elementin müxtəlif izotopları
bir-birindən bir çox fiziki xassələri, xüsusən
çəkisi, elastikliyi və ərimə temperaturuna
görə cüzi də olsa fərqlənir. A. Qarayev.
ELAT top. köhn. Bir yurdda, bir yerdə
yaşayan camaat, xalq, el. ..Qazax mahalının
vəkili Pənah ağanın zamanında bir para
şuriş və inqilabın vüquinə görə Qazax ma-
halından bir neçə elat köçüb Qarabağ
vilayətinə, ibrahim xanın təhti-himayəsiııə
keçibdir. F. Köçərli. // Başlıca olaraq mal-
darlıqla məşğul olan köçəri kənd əhalisi.
Yaz ayı elat dağa çıxanda Nəbi dəstəsiynən
gəlmişdi Qırxlar dağına. “Qaçaq Nəbi”.
[Şəhrəbanu xanım:] ..Miisyö Jordana qay-
maq gərək, yağ gərək, axşama plov gərək,
bozartma gərək ki, gedib öz ölkəsində
deməsin ki, Qarabağ elatının arvadları
mərifətsiz olurlar. M.F.Axundzadə. Bir dəfə
[Hacı Rüstəmin] yolu yaylağa gedən elata
düşdü. Köç mənzil eləyib, heyvanları düzə
buraxmışdı. Ə. Haqverdiyev.
ELBAŞI is. tar. Eli idarə edən, elə baş-
çılıq edən şəxs. [İldırım:] Altay, elbaşı sən
idin, deyilmi? C. Cabbarlı.
ELBAŞILIQ is. tar. Elbaşınm işi, vəzi-
fəsi; başçılıq, rəhbərlik. [İldırım:] Ən baş
bir qanun vardır ki, o da hər kəsin başqaya
zərərsiz azad istəyidir. “Ellik” işlər üçün
isə el özü sıra ilə elbaşılıq edir. C.Cabbarlı.
ELBƏYİ is. tar. El başçısı, el böyüyü; qə-
bilə, tayfa başçısı. Halbuki İranda hakim-
lərin, elbəyilərin, kətxudaların və dövlət
məmurlarının nəinki elmi yoxdur, hətta adi
savadı da yoxdur. M.F.Axundzadə. [Sön-
16
ELCARI
məz:] El talanmışdır. Bir yandan ərəblər so-
yur, bir yandan elbəyilər talayır. C. Cabbarlı.
ELCARI zərf 1. Elliklə, hamılıqla, bü-
tünlüklə, başdan-başa. Yüzlərcə gözəl başqa
vilayətdə də çoxdur ; Amma bizim ölkə bütün
elcarı gözəldir. Ə. Vahid.
2. Birlikdə, bütün elin iştirakı ilə. Elcarı
iş görmək.
ELÇİ is. 1. dipl. Bir dövləti başqa bir döv-
lətdə təmsil edən diplomatik nümayəndə;
səfir.
2. Oğlan və ya onun adamları tərəfindən
qız istəmək üçün qız evinə göndərilən şəxs.
[Səkinə xanım:] Söz açıq gərək, [Ağa Hə-
sən] məndən ötrü bibimin vanına elçi
göndəribsən.. M.F.Axımdzadə. İndi ki var
elçi də Səfdər kimi; Bir bala qız al, boyu ər-
ər kimi. M. Ə. Sabir. Bir neçə il ondan sonra
Mirzə qonşunun qızına eşq yetirib anasını
elçi göndərdi. Ə. Haqverdiyev. □ Elçi
düşmək - qızı almaq üçün gedib-gəlmək,
qız tərəfindən razılıq əldə etmək üçün ça-
lışmaq, elçilik etmək. Ənıiqızı və əmioğlu
sözü bu yerdə qoydular ki, Əmiraslan Gül-
pəri üçün əmisinə elçi düşsün. S.S.Axıındov.
Usta Murtuz elçi düşdü. Mir Cəlal. Elçi elçi
üstündən gəlmək - arası kəsilmədən qızı
istəmək, bir-birinin dalınca elçi gəlmək.
..Zeynəbin adı bir elə şöhrət tapdı ki, elçi
elçi üstdən gəlirdi. C. Məmmədquluzadə.
3. Müəyyən məqsədlə və ya rəsmi
danışıqlar üçün bir yerə göndərilən şəxs;
nümayəndə. Elçiyə zaval yoxdur. (Ata.
sözü). Çindən gələn elçiyiz; Gətirmişiz
xaqandan; Kevkavusa ərməğan. H.Cavid.
4. Ümumiyyətlə, nümayəndə mənasında.
Qabaq cərgələrdə əmirlər, vəzirlər, əyanlar
və kübar ailələr yerləşmişdi. Elçilər və
heyət nümayəndələri üçün başqa yerlər
təxsis edilmişdi. M. S. Ordubadi.
5. məc. Müjdəçi, xəbər gətirən mənasın-
da. Пк baharın uğurlu elçiləri olan qaran-
quş, sığırçın və leylək sürü-sürü dönüb
yuvalarını tikəcək. A.Şaiq. Baharla birlikdə
onun şux elçiləri: qaranquşlar hərəni öz
dilində qarşılayırdılar. M.Rzaquluzadə.
0 Elçi daşı - nağıllarda: padşah qızının
elçiliyinə gələnlərin oturması üçün saray
meydanında qoyulan xüsusi daş.
ELEKTRİK
ELÇİLƏMƏ “ E 1 çi 1 əm ək ” don/.7.s\
ELÇİLƏMƏK f. Elçi düşmək, elçiliyə
getmək, qız istəmək.
ELÇİLİK is. 1 . Elçinin vəzifəsi, işi. // El-
çinin idarəsi. Elçilikdə qəbul.
2. Elçi getmə, qız istəmə. [Gülpəri:]
Hacı, qadan alım, mənim elə saçım elçilikdə
ağarmayıbdırmı? Ə.Haqverdiyev. [Toğrul:]
Adə Yaşar, mən istəyirəm axı səni .. elçiliyə
göndərim. C. Cabbarlı. Mirzə Rəhman hələ
evdən çıxmamış elçilik qaydalarından
söhbət salıb məsləhətləşmişdi. Mir Cəlal.
□ Elçilik eləmək - elçi sifəti ilə gedib qız
istəmək. [Süleyman Əsgərə:] Gördüyün
qızlardan birisini seç, sonra lələşini göndər,
gedim elçilik eləyim, vəssalam. Ü.Hacıbə-
yov. [Rəşid:] Gərək mənim elçiliyimi Mə-
şədi bəy özü eliyə. M.Hüseyn.
ELDARŞAMI is. bot. Azərbaycanın Eldar
deyilən yerlərində bitən şam ağacı növü.
Eldarşamı .. enli çətirli, gövdəsi düz və ya
əyilmiş olan, 18-20 metrə qədər hündürlü-
yündə ağacdır, iynələri qısa budaqlar
üzərində ikişər yerləşir. H.Qədirov.
ELDAŞ is. Biryerli, həmyerli, həmvətən.
Təyyarənin qanadı toxunur buludlara; Eldaş-
larımız gəlir boşluğu yara-yara. R.Rza.
ELEGİYA \yun. ] ədəb. 1. Mərsiyə tər-
zində yazılmış şeir. Elegiya qəmli, kədərli,
hüznlü lirik şeir deməkdir. Ölənlərin xati-
rəsinə yazılmış bu şeirlərdə, bizim mərsiyə-
lərdə olduğu kimi, ağı ünsürləri əsas yer
tuturdu. Ə. Sultanlı. // Antik poeziyada: məs-
nəvi şəklində yazılmış şeir.
2. Həzin musiqi əsəri.
ELEKTRİÇKA [rus. ] dan. Elektrik dəmir-
yol qatarı (vaqonu). Bakı ilə mədən rayon-
ları arasında elektriçka işləyir.
elektro... Mürəkkəb sözlərin, elektrik
mənasında olan birinci hissəsi; məs.: elek-
troaparat, elektrobur, elektrovoz.
ELEKTRİK [yun.] 1. Materiyanın, yüklü
hissəciklərdən: elektronlardan, pozitron-
lardan, protonlardan və s.-dən ibarət for-
ması. Elektrik haqqında nəzəriyyə.
2. Xalq təsərrüfatının bütün sahələrində
və məişətdə işlədilən enerji növlərindən
biri. İşlər elektriklə görünür. Elektrik stan-
siyasının gücü.
17
ELEKTRİK
3. Bu energiyadan hasil olan işıq. Elektrik
çəkmək. Elektriki söndürmək.
4. Elektriklə işləyən, elektriklə hərəkətə
gətirilən. Elektrik motoru. Elektrik peçi. Elek-
trik saatı. Elektrik aqreqatı. П Elektrikdən
alman, hasil edilən. Elektrik işığı. - Məşədi
Əsgər o tərəfə baxıb gördü ki, bir böyük ev
var, qapısının üstündə elektrik fənəri
asılıbdır. S.M.Qənizadə. Otaq pis deyil idi,
studeııt otağına məxsus hər bir şey var idi:
yazı masası, kürsü, əlüzyuyan, çarpayı, hətta
elektrik işığı da yerində idi. Çəmənzəminli.
[Qadın] sonra qolumdan tutub çəhrayı
abajurlu elektrik çırağının altında qoyulmuş
ağ örtüklü stola tərəf çəkdi. I. Əfəndiyev.
// Elektrik hasil edən, elektrik verən, elek-
trik saçan. Bayıl elektrik stansiyası. Elektrik
batareyası. Elektrik dövrəsi (elektrik cərə-
yanı keçən yol). - ..Elektrik stansiyasından
Ağbulağa işıqlar yayılırdı. S. Rəhimov.
□ Elektrik vaqonu (qatarı) - bax
elektriçka. ..Qayıdırdım. Gecə saat on bir-
də elektrik vaqonuna oturdum. S. Hüseyn.
Stansiyadan hələ on-on beş addım ayrılma-
mışdılar ki, elektrik qatarı yola düşüb getdi.
M.Rzaquluzadə.
0 Elektrik stulu - ABŞ-da ölüm cəzası
aləti. “Ağev”iıı icadıdır elektrik stulu; Otu-
rub o stulda yandırdılar Makgini. S.Rüstəm.
ELEKTRİK [fr. əsli yun.\ 1. Bax elektro-
texnik.
2. Elektrotexnika sahəsində, elektrik səna-
yesində işləyən, elektriki tədqiq edən şəxs.
ELEKTRİKKEÇİRMƏ is. fiz. Cismin elek-
trik cərəyanını keçirmə qabiliyyəti. Metalın
elektrikkeçirmə qabiliyyəti.
ELEKTRİKLƏNDİRİLMƏ “Elektriklən-
dirilmək”dən fis.
ELEKTRİKLƏNDİRİLMƏK məcli, fiz.
Elektrik yükü ilə yüklənmək.
ELEKTRİKLƏNDİRMƏ “Elektrikləndir-
mək”don fis.
ELEKTRİKLƏNDİRMƏK f. fiz. Cismi
elektrik yükü ilə yükləmək. Metalı elektrik-
ləndirmək.
ELEKTRİKLƏNMƏ “F.lektriklənmək”-
don fis.
ELEKTRİKLƏNMƏK/ fiz. Elektrik yükü
qəbul etmək.
ELEKTRODİNAMİK
ELEKTRİKLƏŞDİRİLMƏ “Elektrikləş-
dirilmək”don f.is. Kənd təsərrüfatının elek-
trikləşdirilməsi. Dəmiryollarının elektrik-
ləşdirilməsi. - Mingəçevir eyni zamanda
kəndlərimizin elektrikləşdirilməsinə imkan
yaratmışdır. İ. Əfəndiyev. Azərbaycanın
neft sənayesi özünün mexanikləşdirilmə və
elektrikləşdirilmə dərəcəsinə görə dünyada
ən qabaqcıl yerlərdən birini tutur. M.Qaşqay.
ELEKTRİKLƏŞDİRİLMƏK “Elektrik-
ləşdirmək”dən məch.
ELEKTRİKLƏŞDİRMƏ “Elektrikləşdir-
mək”don/7.s. // Elektrik enerjisinə keçirmə,
elektrik enerjisi tətbiq etmə.
ELEKTRİKLƏŞDİRMƏK / Xalq təsər-
rüfatının bütün sahələrinə elektrik energi-
yasmı tətbiq etmək; hər şeyi elektrik qüv-
vəsinə keçirmək. Ölkənin başdan-başa
elektrikləşdirilməsi. - [Eyvaz:] Dəyirmanı
elektrikləşdirmək üçün balaca bir layihə
düzəldib verdim Qədir kişiyə.. I. Əfəndiyev.
ELEKTRİKLƏŞMƏ “Elektrikləşmək”-
dən f.is.
ELEKTRİKLƏŞMƏK bax elektriklən-
mək.
ELEKTRİKLİ sif. fiz. Elektrikləşdirilmiş,
elektrik yükü olan. Elektrikli cisim. Elek-
trikli naqil.
ELEKTROAPARÄT tex. Elektriklə işlə-
yən cihaz, elektrik aparatı.
ELEKTROBUCURQAD tex. Elektriklə
işləyən bucurqad.
ELEKTROBUCURQADÇI is. xiis. Elektro-
bucurqadda işləyən fəhlə.
ELEKTROBÜR [rus.] tex. Neft və s.
quyuları qazımaq üçün elektrikli mühərriki
olan buruq maşını. ..Mühəndislərin ixtira
etdiyi elektrobur qazımada yüksək məhsul-
darlıq nümunəsi göstərdi. S. Quliyev.
ELEKTRÖD [yun. elektron və hodos -
yol] fiz. Elektrik cərəyanını maye və qaz-
ların içinə daxil etmək üçün lövhəcik, şar
və s. şəklində keçirici. Müsbət elektrod
( aııod ). Mənfi elektrod ( katod ). Rentgen
borucuqları elektrodu.
ELEKTRODİNAMİK sif. [yun.] fiz. Elek-
trodinamika hadisələrinə aid olan. Elektro-
dinamik sahə.
18
ELEKTRODİNAMİKA
ELEKTRON
ELEKTRODİNAMİKA \yun.] Fizikanın
elektrik yüklərinin qarşılıqlı təsirindən və
hərəkətindən bəhs edən şöbəsi.
ELEKTROFİZİOLÖGİYA [bax elektro
və fiziologiya] Fiziologiyanın elektrik
hadisələrinin orqanizmə təsirini öyrənmək-
lə məşğııl olan bölməsi.
ELEKTROXÖD [ras.] Elektrik mühərriki
ilə işləyən gəmi.
ELEKTROKARDİÖQRAF [bax elektro
və kardioqraf] Ürək əzələlərinin fəaliy-
yəti zamanı onda əmələ gələn elektrik
impulslarmı qeyd edən elektrik cihazı.
ELEKTROKARDİOQRAFİYA [bax elek-
tro və kardioqraliya] Ürək əzələlərinin
fəaliyyəti zamanı onda əmələ gələn elek-
trik impulslarmın qrafik qeyd olunması ilə
ürəyin fizioloji xassələrini yoxlama üsulu.
ELEKTROKARDİOQRÄM [bax elektro
və kardioqram] Elektrokardioqraf cihazı
vasitəsilə ürəyin fəaliyyətinin qrafik təsviri.
ELEKTROKİMYA [yun. elektron və ər.
kimya] Fiziki kimyanın elektrik prosesləri
ilə kimyəvi proseslər arasındakı əlaqəni
öyrənən şöbəsi.
ELEKTROKİMYƏVİ sif. elektron
və ər. kimyəvi] Elektrokimyadan istifadə
ilə bağlı olan. Elektrokimyəvi təhlil. Elek-
trokinıyəvi üsul.
ELEKTROLİT [yun. elektron və lutos -
həll olunmuş] içərisindən elektrik cərəyanı
keçdikdə, öz tərkib hissələrinə ayrılan kim-
yəvi maddə.
ELEKTROLİTİK sif. [yun. elektron və
lutos-dan] kim. Elektrolizə aid olan, elek-
trolizlə əlaqədar olan. Elektrolitik üsul.
П Elektroliz yolu ilə alman. Elektrolitik də-
mir (mis).
ELEKTROLİZ [yun. elektron və lusis -
həll etmə] kim. Maddənin içindən elektrik
cərəyanı keçdikdə onun öz tərkib hissə-
lərinə və elektrodlara ayrılması prosesi.
ELEKTROMAQNETİZM [bax elektro
və maqnit] fiz. Elektrik axımının əmələ
gətirdiyi maqnit hadisələri.
ELEKTROMAQNİT [bax elektro və
maqnit] 1 . içərisindən elektrik cərəyanı
axan maqnitləndirici məftillər sarınmış
dəmir oxdan ibarət cihaz.
2. sif. Elektromaqnetizmə aid olan. Elek-
tromaqnit nəzəriyyəsi. Elektromaqnit dal-
ğalar. H Elektromaqnit vasitəsilə işləyən.
Elektromaqnit siqnalı.
ELEKTROMAŞIN [bax elektro və ma-
şın] Elektrik maşını (elektrik enerjisi hasil
edən, yaxud onu mexaniki enerjiyə çevirən
maşın).
ELEKTROMEXÄNİKA [bax elektro və
mexanika] Elektrotexnikanın, elektrik
qüvvəsi ilə işləyən mühərriklərin, maşın-
ların, mexanizmlərin qayrılması və işlən-
məsi üsullarından bəhs edən şöbəsi.
ELEKTROMEXÄNİKİ sif. [yun. elektron
və mechanika-dan] Elektrik və mexaniki
təsirə əsaslanan. Metalların elektromexa-
niki işlənməsi.
ELEKTROMETALLURGİYA [bax elek-
tro və metallurgiya] Metallurgiyanın elek-
trik enerjisi vasitəsilə metallar və müxtəlif
ərintilər istehsalı ilə məşğul olan sahəsi.
ELEKTRÖMETR [yun. elektron və met-
reo - ölçürəm] fiz. Elektrik gərginliyini,
elektrik potensialını plçmək üçün cihaz.
ELEKTROMETRİK sif. [yun. elektron və
metreo-dan]^?z. Elektrometriyaya aid olan.
ELEKTROMETRİYA [yun. elektron və
nıetreo] fiz. Elektrik vasitəsilə ölçmə üsul
və metodları.
ELEKTROMONTÄJ [bax elektro və
montaj] tex. 1 . Elektrik avadanlığının, elek-
trik qurğularının montajı (quraşdırılması).
2. sif. Elektromontaja aid olan. Elek-
tromontaj briqadası. Elektromontaj sexi.
ELEKTROMONTAJÇI is. Elektromontaj
mütəxəssisi.
ELEKTROMONTY ÖR [bax elektro və
montyor] Elektrik avadanlığına xidmət
edən, bu avadanlığı yığma, qurma və təmir
işləri ilə məşğul olan ixtisaslı fəhlə.
ELEKTROMOTÖR [bax elektro və
motor] Elektrik mühərriki.
ELEKTRON 1 [yun.\ 1. Maddənin mənfi
elektrik yükü olan ən kiçik zərrəciyi.
2. sif. Elektronla, elektron tətbiqi ilə bağlı
olan. Elektron mikroskop. Elektron avtoma-
tika. Elektron hesablama maşını.
ELEKTRON 2 [>>ШЈ.] 1. Çox möhkəm və
plastiklik xassəsinə malik olan alüminiumla
maqnium ərintisi.
19
ELEKTRONİKA
ELƏ
2. sif. Elektrondan qayrılmış, elektronlu.
Elektron bombası.
ELEKTRONİKA \yun.] Fizikanın, qazlar-
da, boşlııqlarda, bərk cisimlərdə elektron
proseslərini tədqiq edən şöbəsi. // Elm və
texnikanın müxtəlif qurğularda və s.-də
elektron və yarımkeçirici cihazlardan istifa-
də nəzəriyyə və üsullarında öyrənən sahəsi.
ELEKTROÖPTİKA [bax elektro və op-
tika] Fizikanın, elektrikin maddələrin optik
xassələrinə təsirindən bəhs edən şöbəsi.
ELEKTROSKÖP [yun. elektron və skopeo
- baxıram] Bir cisimdə elektrik yükünün
olııb-olmadığını yoxlamaq üçün cihaz.
ELEKTROSTÄNSİYA [bax elektro və
stansiya] Energiyanm başqa növlərindən
elektrik enerjisi istehsal edən müəssisə. Atom
elektrik stansiyası. Su-elektrik stansiyası.
ELEKTROSTÄTİKA [bax elektro və
statika] Fizikanın elektrikin, elektrikləşmiş
cisimlərin nisbətən hərəkətsiz halda xassə-
lərini öyrənən şöbəsi. Hərəkət etməyən
elektrik yüklərinin qarşılıqlı elektrik təsirini
və onların tarazlıq şərtlərini öyrənən elmə
(bəhsə) elektrostatika deyilir. “Fizika”.
ELEKTROTEXNİK [bax elektro və tex-
nik] Elektrotexnika mütəxəssisi.
ELEKTROTEXNİKA [bax elektro və
texnika] Elektrik enerjisinin tətbiqi haqqın-
da elm, həmçinin texnikanın elektrik ener-
jisindən praktiki məqsədlər üçün istifadə
edən şöbəsi.
ELEKTROTEXNİKİ sif \yun. elektron və
technike-dən] Elektrotexnikanın tətbiqi və
ya ondan istifadə ilə bağlı olan. Elektrotex-
niki avadanlıq.
ELEKTROVOZ [rus. ] tex. Elektrik qüvvəsi
ilə işləyən lokomotiv. Elektrovoz istehsalı.
ELEMENT [lat.] 1. kim. Adi kimyəvi
üsullarla öz tərkib hissələrinə ayrıla bilmə-
yən, digər mürəkkəb maddələrin isə tərkib
hissəsi olan bəsit maddə. Mendeleyevin ele-
mentlərin dövri sistemi. - Yerin təkində bəzi
mədənlər bir-birindən ayrı halda yerləşmir.
Məsələn, mis yatağı olan yerdə çox vaxt sink,
qurğuşun, qalay, mərgümüş və s. bu kimi
elementlərin də yataqları olur. M. Qaşqay.
2. fiz. Kimyəvi enerji hesabına yaradılan
zəif elektrik qüvvəsi mənbəyi olan cihaz.
Qalvaııik element. Quru element.
3. Tamın, bütövün tərkib hissəsi. Şeirdə
əsas istiqamət və üslubdan tutmuş ən xırda
elementlərə qədər hər bir şey həyati zərurət
nəticəsində əsas yaradıcı kadrların iş pro-
sesində qəbul və ya rədd edilir. M.Rzaqu-
luzadə. // xiis. Elər hansı bir maşının, qur-
ğunun, mexanizmin əsas hissəsi.
4. dan. Adam, şəxs, ünsür.
ELEMENTAR sif 1. İbtidai, başlanğıc, bir
şeyin ancaq əsaslarına aid olan. Elementar
cəbr. Elementar riyaziyyat.
2. Ən sadə, ən bəsit, ibtidai. Elementar
məsələ. Ən elementar şeyi bilmir.
3. Ən vacib, ən lazımlı, əsas. Elementar
şərait.
4. kim. Bir şeyin elementlərinin tərkib
hissəsinin və aralarındakı nisbətin müəy-
yənləşdirilməsi ilə əlaqədar olan. Maddə-
nin elementar tərkibi. Elementar təhlil.
ELEMENT ARLIQ is. Bəsitlik, sadəlik,
ibtidailik.
ELEVATOR [lat.] 1. Böyük taxıl təda-
rükü məntəqələrində, dəmiryol stansiyala-
rında, limanlarda və s.-də tikilən, taxılı
qaldırmaq, qurutmaq, saxlamaq üçün müva-
fiq qurğuları olan çox böyük anbar. Taxılı
saxlamaq üçün ən yararlı anbar elevatordur.
2. Yükü arası kəsilmədən nəql edən qaldı-
rıcı mexanizm. ..İki gənc fəhlə rotora yaxın-
laşıb elevatorları hazırlayır. M. İbrahimov.
ELƏ əvəz. 1. O cur, o təhər, o sayaq. Elə
söz demək olmaz. Elə sözlər danışma. - ..Şəxs
gərək elə bir iş tutsun ki, onu bacarıb yerinə
yetirməyə qabiliyyəti olsun. C.Məmmədqu-
luzadə. Gəl elə kişnəmə, saqın, kəhərim!
R.Rza. [Cuma] Maralın evində elə danış-
dığına .. görə özünü məzəmmət edirdi.
Ə.Əbülhəsən. Aslan köntöy-köntöy cavab
verdi : - Getmirəm. Hamı necə, mən də elə.
M.Hüseyn. // O dərəcədə, o şəkildə. Bu it
Qaraca qızla eh dost olmuşdu ki, yanından
ayrılmaq istəmirdi. S.S.Axundov. Məsmə
iki əli ilə dizlərinə elə çırpdı ki, səsini hamı
eşitdi. Mir Cəlal.
2. Ancaq, təkcə, yalnız, məhz mənasında.
Elə mən deyiləm hüsnünə nıayil; Göz dikib-
dir tamam Qarabağ sənə. Q.Zakir. Məsıımə
xanıma da elə bu söz lazım idi. P.Makulu.
3. dan. O tərəfə, o yana, o səmtə. Mən
belə gəldim, o elə getdi. - [Qatırçı:] Hax-
20
ELƏ
çılar zınqırovlu faytonlarda pırıltı ilə budıı
belə gəlirdi, odu elə gedirdi. Mir Cəlal.
4. Cəm şəklində: elələr(i) - o cür (elə)
adamlar. Amma elələri də var ki, heç bir iş
görməyib, övqati-əzizələrini mütləq bikar-
çılıqda zaye edirlər. F.Köçərli. Elələrini şə-
hərdən sürgün etsələr də azdır. M.Hüseyn.
5. Ədat kimi aid olduğu sözün mənasını
dəqiqləşdirir. Elə bu saat çağırtdır. Elə özü
də bu işi görmək istəyirdi. - Elə biri qonşun
Qara Kərəmoğlu, müəllimlərə onotaqlı, ey-
vanlı, bağçalı ev tikdirib. M. İbrahimov.
[Uğur:] Məni .. dilə tutan elə Alxan özü ol-
madımı? I. Əfəndiyev.
6. “də” ədatı ilə: 1) o cür də, o qaydada,
o tərzdə. Pişik ilə nə tövr rəftar eyləyirsən,
elə də arvad ilə lazımdır rəftar eləmək.
C.Məmmədquluzadə; 2) o halda, belə olan
surətdə. Yaxşı, elə də sən get, mən də gə-
lərəm; 3) olduğu kimi, o cür. Necə idisə, elə
də qalıb.
7. “ki” bağlayıcısı ilə: o zaman ki, necə
ki, onda ki mənalarında zaman anlayışı
verir. Elə ki, qəti qərara gəldi, fikrindən
dönməzdi. M. İbrahimov. Elə ki, bu çalsaq-
qal kişi göy örtüklü stolun dalına keçdi,
daha üzünü görmə! Mir Cəlal. Elə ki, boz
inək sovulub qurtardı, maraq daha da artdı.
Ə.Vəliyev.
0 Elə-belə - 1 ) havayı, müftə. - Bunu mənə
neçəyə verirsən? - Elə-belə.; 2) məqsədsiz,
qərəzsiz, ümumiyyətlə. Maya uzaqlara
getdiyini duyaraq tez əlavə etdi : - Bunu elə-
belə, yadıma düşdü, dedim. M.Ibrahimov.
Bu sözləri o, bəlkə də elə-belə, zarafatla
demişdi. M. Rzaquluzadə; 3) nə yaxşı, nə
pis, babat. Elə-belə bir ev tikdirdi. Elə-
beləcə - tərpənmədən, vəziyyətini dəyiş-
mədən, necə var elə. [Firidun] elə-beləcə
uzanaraq nəhayətsiz göylərə tamaşa eləmək
istəyirdi. M. İbrahimov. Elə bil (ki) - sanki,
guya ki. Hamı tərtəmiz geyinib, elə bil ki,
toya gedəcəkdir. C.Cabbarlı. Bəndalı gələn-
də elə bil daş-divar da dilə gəlir.. Mir Cəlal.
Adamlar elə bil ümumi komanda ilə Tahirə
sarı baxdılar. M.Hüseyn. Elə bilmək - zənn
etmək, güman eləmək, sanmaq. Tar gör-
düm, tələ bildim; Çağırdın, gələ bildim; Bo-
yatmış ceyran gördüm; Yar yatıb elə bildim.
ELİ'T(A)
(Bayatı). Elə bilsin ki, padşahi-zamandır;
Elər kim İraq olur, müxtəsər, səndən.
Q.Zakir. Elə gəldi ki, elə gəlir ki - zənn
etmək, düşünmək, güman etmək mənasında.
Ona elə gəldi ki, qızı harada isə görüb.
Mənə elə gəlir ki, bu kitabı oxumuşam.
- Fikrim, hissim, xəyalım o qədər yüksəldi
ki, mənə elə gəldi ki; Bizlərdən əvvəl nə yer,
nə göy, nə həyat olmuş... M. Müşfiq. Kişiyə
elə gəlirdi ki, onun ümid və arzu ilə bərkiyən
qəlbi dərd ilə əriyir, qan olub tökülür. Mir
Cəlal. Elə isə - onda, belə olduqda, belə
isə, belə şəraitdə. Elə isə mən də getdim! -
deyə Tahir nəfəsini çəkmədən səbirsizliklə
dostundan cavab gözlədi. M.Hüseyn.
ELƏCƏ zərf Olduğu kimi, dəyişmədən,
necə varsa, elə. Zeynal bayaqdan bəri qa-
bağındakı nimçədə doğramaq istədiyi bir
parça əti eləcə qoyub əlindəki .. bıçağı yerə
buraxdı. S.Hüseyn. // "də” ədatı ilə bağ-
layıcı mənasında işlənir.
ELƏLİK is. Hal, vəziyyət, xasiyyət bil-
dirir. [Kosaoğlu:] Eləliyinə baxma, şuluq
uşaqdır. İ. Şıxlı.
ELƏMƏK “Etmək” felinin üslubi variantı.
Məclisi alud elər; Zülflərinin hər burması.
Molla Cümə. Elə, Heyran, bu şükri nə qədər
ömrün var. Heyran xanım. ...Atam heç şə-
hərli də deyil idi ki, bəylərə bazarlıq eləyə-
eləyə (z.) axırda bir yalançı q bəylik qazana
idi. C.Məmmədquluzadə.
ELƏTDİRMƏK “Eləmək” dən icb. bax
etdirmək. [Züleyxada] pul yox idi ki, onu
dəfn elətdirsin. C.Cabbarlı. Sitarənin bəxtinə
məşvərət elətdirmək istəyirdi. Mir Cəlal.
ELƏTMƏ “Elətmək ”dən f.is.
ELƏTMƏK 1. Bax elətdirmək.
2. qədimi. Aparmaq. Ey badi-səba, bən-
dən elətyarə səlami. Nəsimi. Eylət məni yar
olan diyara; Şəm eylə məni məzari-yarə.
Füzuli.
EL-GÜN is. Xalq, camaat, el. El-gün için-
də biabır olmaq. - Eşq üçün babamı atıb,
tərk etmək; Ölümdən yamandır el-gibı
içində... S.Vurğun.
ELIT(A) [/i-.] k.t. 1. Bitki və heyvanların
ən seçmə, ən yaxşı nüsxələri. Ən yaxşı hey-
vanlar elit qrupuna daxil edilir. (Qəzetlərdən).
2. Cəmiyyətin yüksək təbəqəsi.
21
ELİZİYA
ELİZİYA [lat.] dilç. bax düşüm 2 (səs
düşümü).
ELQOVAN is. Yayın ikinci yarısına dü-
şən və eli dağdan arana köçməyə məcbur
edən soyuq hava (çox vaxt “elqovan ay”
şəklində ). Tutdu dağı çən boran ; Gəldi yenə
elqovan. H.K.Sanılı.
ELLƏŞDİRİLMƏ ‘‘Elləşdirilmək”dən fis.
ELLƏŞDİRİLMƏKbax ellikləşdirilmək.
ELLƏŞDİRMƏ “Elləşdirmək”dən fis.
ELLƏŞDİRMƏK bax ellikləşdirmək.
ELLƏŞMƏ “Elləşmok”don /.7.s\
ELLƏŞMƏK bax ellikləşmək. Belə bir
zamanda yatmaq yaraşmaz; Elləşir ölkəmiz,
yatma, a tənbəl! Aşıq Əziz.
ELLİ sif. 1 Vətəni, yurdu, eli olan. Elli
adam.
2. Bir yerdən, bir eldən olan. O mənim
ellimdir. - Mən əminəm ki, calal sahibi olan
cənabınızla elli olduğumuza görə, tərəfimdə
duracaqsınız. M.F.Axundzadə. [Südabənin
anası:] Südabə Həkimülmülkün qızı deyil.
Bunun atası bizim öz yerlimiz, öz ellimiz idi.
M.İbrahimov. □ Ağır elli - böyük nəsli,
çoxlu qohum-əqrəbası olan. Ağır elli qız.
-Xotkar qızı, şah nəsilli; Ağır elli, xan əsilli.
“Koroğlu”.
ELLİK 1 . sif. Bir yerin bütün camaatına,
elinə məxsus olan, bütün xalqa aid olan; ic-
timai, ümumi. Ellik bağ. Ellik yol. Ellik
bayram. Ellik təsərrüfat. - [İldırım:] Ən baş
bir qanun vardır ki, o da hər kəsin başqaya
zərərsiz, azad istəyidir. Ellik işlər üçün isə
el özü sıra ilə elbaşılıq edir. C. Cabbarlı.
Ordu tirəndazları girdilər ellik bağa; Çalış-
dılar qalmasın ağacda bircə qarğa. Ə.Cavad.
2. zərf Hamılıqla, elliklə, bütünlüklə, bü-
tün el birlikdə. Ellik şikayət etmək. Ellik iş
görmək. - Ellik yerbəyerdən qalxıb dedilər.
- Güloğlan, sazını vur qoltuğuna, var! “Aşıq
Qərib”. Dərslərim yetdikdə, dədə, axirə;
Oxudular elliyi birdən-birə. A. Səhhət. H sif.
Bütün el tərəfindən görülən, ya görülməli
olan. Ellik iş.
ELLİKCƏ zərf Bütün, başdan-başa, ha-
mılıqca. Ellikcə savadlanmaq. - Çox çək-
məz ki, .. Dağıstan camaatı və dağlarda ya-
şayan əhali ellikcə savadlı və elm sahibi
adamlar olacaqlar. M.F.Axundzadə.
ELLİPTİK
ELLİKLƏ bax ellikcə. Adətən onlar
[göytəpəlilər] çətinliyə düşəndə, elliklə bit-
iş lazım gələndə buraya toplaşıb ağsaqqal-
lara qulaq asar, görüləcək işlər barədə təd-
bir tökərdilər. İ. Şıxlı.
ELLİKLƏŞDİRİLMƏ “Ellikləşdirilmək” -
dən fis.
ELLİKLƏŞDİRİLMƏK məch. İctimailəş-
dirilmək; bütün elin, xalqın, camaatın istifa-
dəsinə verilmək.
ELLİKLƏŞDİRMƏ “Ellikləşdirmək”dən
fis.
ELLİKLƏŞDİRMƏK f İctimailəşdirmək;
bütün elin, camaatın, xalqın istifadəsinə
vermək; xalqın, elin malı etmək.
ELLİKLƏŞMƏ “Ellikləşmək”dən/;'s.
ELLİKLƏŞMƏK/ İctimailəşmək, bütün
elin malı olmaq.
2. Dirijabl və aerostatların saxlandığı yer.
ELLİNİST [yun.] kölın. Qədim yunan fi-
lologiyası mütəxəssisi. // Ellinizm mədə-
niyyətinə pərəstiş edən adam.
ELLİNİZM [yun. ] 1. Makedoniyalı İs-
kəndərin Şərqi istilasından sonra başlanan
qarışıq yunan-Şərq mədəniyyətinin çiçək-
lənməsi dövrü. Tarixçilər Makedoniyalı
İskəndərin hakimiyyət illərindən başlayaraq
imperatorluğun xərabələri üzərində qurul-
muş dövlətlərin Roma idarəsi altına keçmə-
sinə qədər olan dövrü şərti olaraq ellinizm
dövrü adlandırırlar. Ə. Sultanlı.
2. Qədim yunan dilindən başqa dillərə
keçmiş söz və ya ifadə.
ELLİNQ [lıoll.] xüs. Gəmi qayırmaq və
ya təmir etmək üçün qurğu.
ELLİNLƏR [yun.] Qədim yunanların
özlərinə verdikləri ad. Ellinlərin əcdadı əf-
sanəvi Ellin hesab olunur.
ELLİPS, ELLİPSİS [yun. elleipsis - qüsur]
1. riyaz. Konus, ya silindrin müstəvi ilə
kəsişməsindən hasil olan qapalı əyri xətt.
// Bir cismin bu qapalı əyri xətti xatırladan
çevrəsi.
2. dilç. Cümlədə, asanlıqla anlaşılan sö-
zün buraxılmasından ibarət ritorik üsul.
ELLİPSÖİD [yun.] riyaz. Ellipsin öz ox-
larından birinin ətrafında fırlanması nəticə-
sində hasil olan səth.
ELLİPTİK sif. [yun.] 1. Ellipsə oxşar, ellips
kimi, ellips şəklində. Cismin elliptik şəkli.
22
ELM
ELSİZ-OBASIZ
2. dilç. Cümlədə asanlıqla anlaşılan sö-
zün buraxılmasına əsaslanan. Elliptik cümlə.
ELM is. [ər.] Təbiət və cəmiyyətin inki-
şafındakı qanunauyğunluqları və obyektiv
aləmə təsiri üsullarını meydana çıxaran
biliklər sistemi və bu biliklərin ayrıca sa-
həsi. Kimya elmi. Riyaziyyat elmi. Texniki
elmlər. İctimai elmlər. - Vaxtbavaxt “Şərq-
Rus ”un səhifələrini əsr və zəmanəmizin
şüəra və ədibləri öz gözəl və abdar əşar və
kəlamları ilə müəyyən qılırlar və müsəlman
qardaşları elm və maarif kəsbinə dəvət edir-
lər. F. Köçərli. // İnsan biliklərinin müəyyən
bir sahəsi (bir peşə kimi). Elmlə məşğul
olmaq. Həyatını elmə sərf etmək. H Oxu-
maqla əldə edilən bilik, məlumat. Oxuyaq,
elm oxumaqlıq dəmidir; indi aləm dəxi elm
aləmidir. A.Səhhət. Elmü ürfan qazanmağa
getdiyi yerdə; Əsir oldu, aşiq oldu qumral
qıza. Ə. Cavad. // dan. Bəzən savad, məlu-
mat mənasında. Onun elmi yoxdur.
ELMİ sif. [əri] 1. Elmə aid, elmlə əlaqə-
dar. Elmi əsər. Elmi fəaliyyət. Elmi kəşf.
- [Əhməd] məqalələr yazır, iclaslarda çıxış
edir, elmi əsərlər üzərində çalışırdı. S. Rəhi-
mov. [Murad] hər addımında rast gəldiyi,
eşitdiyi, gördüyü və inandığı elmi nailiy-
yətlər sayəsində Əzizin vaxtı ilə kənddə tez-
tez institutdan danışmasına .. haqq verirdi.
Ə.Vəliyev. // Elmin hər hansı bir məsələsi,
sahəsi ilə məşğul olan. Elmi işçi. Elmi idarə.
Elmi cəmiyyət.
2. Elmi prinsiplərə əsaslanan, elmi tə-
ləblərə cavab verən, elmi məqsəd daşıyan.
Elmi nəzəriyyə. Elmi mühazirə. Elmi ekspe-
disiya. Elmi konfrans. - Şeydanın həm elmi
əsaslan, həm də fərziyyələri [Qədirə] çox
inandırıcı görünürdü. M. Hüseyn. Füzuli ya-
radıcılığının siııfl xasiyyəti və xüsusilə onun
əsərlərində təzadlı cəhətlər bu vaxta qədər
düzgün, elmi izah olunmamışdır. M.İbrahimov.
ELMİ-FANTASTİK sif. Elmi əsaslar üzə-
rində qurulmuş fantastikaya aid olan. Elmi-
faııtastik roman.
ELMİ-KÜTLƏVİ sif. Elm və texnikanın
nailiyyətləri ilə geniş oxucu kütləsini aydın
və sadə bir dillə tanış edən. Elmi-kütləvi
ədəbiyyat. Elmi-kütləvi mühazirələr.
ELMİLİK is. Elmi olma, elmə əsaslanma,
elmi mahiyyət daşıma. Nəticələrin elmiliyi.
Sübutların elmiliyi.
ELMİ-NƏZƏRİ sif. Həm elmi, həm nə-
zəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri
mahiyyət daşıyan. Elmi-nəzəri məsələ. Elmi-
nəzəri konfrans.
ELMİ-POPULYAR bax elmi-kütləvi.
ELMİ-TEXNİKİ sif. Texniki elmlər sahə-
sinə aid olan. Elmi-texniki ədəbiyyat.
ELMİ-TƏTBİQİ sif. Həm elmi, həm də
tətbiqi əhəmiyyəti olan, həm elmdə, həm də
praktikada tətbiq oluna bilən. Elmi-tətbiqi
nəticə.
ELMLƏNDİRMƏ "Elnıləndirmək”dən /.'is.
ELMLƏNDİRMƏK f. Elm öyrətmək,
savadlandırmaq.
ELMLƏNMƏ “Elmlənmək”dən/«.
ELMLƏNMƏK f. Təhsil almaq, elm öy-
rənmək, savadlanmaq.
ELMLİ sif. Təhsil görmüş, təhsil almış,
təhsilli, oxumuş, ziyalı. Elmli qazıya şahid
lazım deyil. (Ata. sözü). Qızıl Arslanı bu
izdivacdan razı salacaq üçüncü səbəb
Təliənin əqilli, ədəbli, elmli və həddindən
artıq gözəl olması idi. M. S. Ordubadi.
Məlumdur ki, Fərhad qardaşından elmli və
bilikli idi. C.Cabbarlı.
ELMSİZ sif Oxumamış, təhsilsiz, savad-
sız; cahil, avam. Heç yerdə tərəqqi eləməz
elmsiz insan; Bibəhrə olur gər su verilməzsə
nihalə. Ə.Vahid.
ELMSİZLİK is. Təhsilsizlik, savadsızlıq,
cəhalət. Çünki iimunıi Vətən, millət işlərin-
də elmsizlik bizi ayaq altına veriı; N.Nərima-
nov. Millətin yüz minlərlə oğul və qızlarını
ehtiyac, zülm və elmsizlik çəngəlindən qur-
tarmadan milli oyanma mümkün deyildi.
M.İbrahimov.
EL-OBA top. Camaat, el, xalq. Əziziyəm,
can sənə; Gəl kəsim qurban sənə; Nə sirdir,
qalıbdır; El-oba heyran sənə? (Bayatı). El-
oba Nəbini öz gözünün didəsi kimi qoruyub
saxlasa da, Sarımsaqoğlıı kimi şeytan-şuğul
bu qızıl vədindən ötıii işə girişirdi. S.Rəhimov.
ELSİZ-OBASIZ sif. Yurdu, məskəni ol-
mayan. Dilənçi Nurəddinin titrəməsini gö-
rüb dedi: - Məndən qorxma, oğlum, mən də
elsiz-obasız bir dilənçiyəm. S.S.Axundov.
23
ELTİ
ELTİ is. Qardaş arvadlarının bir-birinə
olan qohumluq münasibəti, qayınxatın. [Şə-
rəfnisə:] Nəyi gizlətmişəm, ay elti? M.Hüseyn.
ELTÖKƏN is. məh. Dağdan köçənə yaxın
başlanan güclü yağış.
EL-ULUS top. Camaat, xalq, el. Muğana
su gəlir. Milə su gəlir; Axışıb öz eli-ıdusu
gəlir. S.Vurğun. Axşamlar, ay axşamlar;
Şamlar yanar axşamlar; El-ulus evdə yatar;
Xodək harda axşamlar. (Bayatı).
EL-YURD is. El, vətən. [Babək:] Bizim
elimiz-yurdumuz var, anacan, sənin də,
mənim də böyük bir anamız var - Vətən!
M.Rzaquluzadə.
EM “M” hərfinin adı.
EMAL is. [ər.] Müxtəlif əməliyyat vasi-
təsilə qayırma, hazırlama, düzəltmə, hazır
şəklə salma. Dəri emalı. Ağac emalı. Boru
emalı. □ Emal etmək - qayırmaq, hazırla-
maq, düzəltmək, hazır şəklə salmaq.
EMALATXANA is. [ər. emalat və fars.
...xanə] 1. istehsal və ya təmir müəssisəsi,
habelə bu cür müəssisənin binası; karxana.
Xarrat emalatxanası. Tikiş emalatxanası. -
[imran:] Yoldaşlar, bu günlərdə burada bö-
yük emalatxana açılacaq. Ə. Haqverdiyev.
Bir azdan səs-kiiylə işləyən bir təmir
emalatxanasına yaxınlaşdılar. S. Rəhman.
Fərman o gündən dərsdən sonra da ema-
latxanada müəllimindən eşitdikləri sözlər
haqqında xeyli düşündü. Ə. Sadıq.
2. Rəssamın, heykəltəraşın iş otağı.
EMALÇI is. Hazırlayan, emal edən, is-
tehsal edən. Silos basdırıldıqdan sonra Bu-
daq fermadakı süd maşınlarının yannıa gə-
lər, emalçılara yardım edər, inəklərin, qo-
yunların sağılıb, südün maşından keçirilmə-
sində əlindən gələni əsirgəməzdi. Ə. Vəliyev.
EMALEDİCİ sif. Emal edən, hazırlayan,
istehsal edən. Emaledici sənaye.
EMBARQO [«/?.] hiiq. Bir ölkəyə mal
gətirilməsinin və ya oradan mal çıxarılma-
sının qadağan edilməsi. // Bir dövlətin, cəza
tədbirləri olaraq, başqa dövlətlərə məxsus
gəmilərinin və yüklərinin öz limanına
girməsini, yaxud oradan çıxmasını qadağan
etməsi.
EMBLEM [yun. emblema - nişan, qabarıq
bəzək] Hər hansı bir anlayışı ifadə edən
EMOSİONALLIQ
şərti əlamət, nişan, rəmz. Göyərçin sülh em-
blemidir.
EMBRİOLÖGİYA [yun. embryon - rüşeym
və logos - anlayış, elm] Biologiyanın
rüşeymlərin (embrionlarm) inkişafından
bəhs edən şöbəsi. Canlıların embrional in-
kişafından bəhs edən elmə embriologiya
deyilir. M.Axundov.
EMBRİOLOJİ sif. [yun.] Embriologiyaya
aid, embriologiyaya məxsus. Embrioloji
tədqiqat.
EMBRİÖLOQ [yun.] Embriologiya mü-
təxəssisi.
EMBRİÖN [yun.] bax rüşeym. Em-
brionuıı ana bətnində inkişafı.
EMBRİONAL sif. [yun.] biol. Embriona
aid olan. Embrional dövr. Embrional inki-
şaf. H Embrion (rüşeym) halında olan. Em-
brional hüceyrə.
EMFİZEMA [ yun .] tib. 1. Bədənin bir ye-
rində, ya toxumasında həddindən artıq hava,
ya qaz yığılması. Dərialtı emfizema.
2. Ciyərlərin qeyri-normal böyüməsi,
şişməsi.
EMİSSAR [lat.] dipl. Hər hansı bir siyasi
təşkilat və ya dövlət təşkilatı tərəfindən
məxfi tapşırıqla başqa bir ölkəyə gön-
dərilən şəxs.
EMİSSİÖN sif. [lat.] mal. Emissiyaya aid.
EMİSSİYA [lat.] mal. Qiymətli kağızlar
və kağız pullar buraxılması.
EMOSİONAL sif. [fr.] 1. Emosiya ifadə
edən, emosiya ilə dolu olan, həyəcanlı.
Emosional nitq. - ..[S.Vurğunun] dili çox
aydın, səlis, emosional və obrazlıdır.
O. Sarıvəlli. ..Musiqi mədəniyyətinin yeni
bir qələbəsi kimi qarşılanan “ Yeddi gözəl"
baletinin musiqisi .. emosional cəhətcə
dolğun məzmunlu böyük bir ilham məhsulu-
dur. Ə.Bədəlbəyli.
2. Tez təsirlənən, tez həyəcanlanan, tez
mütəəssir olan, özünü saxlaya bilməyən.
Emosional hal. Emosional xasiyyət. - Cab-
barlı öz canlı bədii surətləri ilə tamaşa-
çıların yalnız şüuruna, mühakiməsinə deyil,
eyni zamanda hissiyyatına, emosional var-
lığına da təsir etməyə çalışır. M.Arif.
EMOSİONALLIQ is. Həyəcanlılıq, təsir-
lilik, həyəcan oyatma, təsirləndirmə qabi-
liyyəti. Musiqinin emosionallığı.
24
EMOSİYA
ENDİRİLMƏK
EMOSİYA [fr. əsli lat.] Həyəcan, təəs-
sürat.
EMPİRİK 1 [ушг. empeiria - təcrübə]
l.fəls. Empirizm (1-ci mənada) tərəfdarı.
2. Praktik işlə məşğul olan adam, empi-
rizm (2-и mənada) tərəfdarı.
EMPİRİK 2 sif \yun.] 1. Empirizm ma-
hiyyətində olan. Empirik sosiologiyanın
metodikası.
2. kit. Empirizmə, yalnız təcrübəyə əsas-
lanan, təcrübi. Empirik üsul. Empirik düs-
tur. - Ellinizm dövründə elm empirik xasiy-
yət daşıyırdı. Ə. Sultanlı.
EMPİRİKLİK is. Empirizmə əsaslanma,
empirizm mahiyyəti daşıma, təcrübilik.
EMPİRİOKRITİK \yun.]fəls. Empiriokri-
tisizm tərəfdarı.
EMPİRİOKRİTİSIZM [vun.]fəls. XIX əs-
rin axırlarında meydana çıxmış subyektiv
idealist fəlsəfi cərəyan; maxizm. Empirio-
kritisizm həmçinin fizikada böhranla, fiziki
idealizm məktəbi ilə bağlı olmuşdur.
Neopozitiviznı “antimetafizik” empiriokriti-
sizmin davamıdır.
EMPİRİZM \ywı.\fəls. 1. İdrak üçün yal-
nız hissi qavrayışı, təcrübəni əsas hesab
edən, nəzəri ümumiləşdirmələri qəbul et-
məyən fəlsəfi cərəyan. Empirizm ilə ra-
sionalizm arasında əsas ziddiyyətlər.
2. sif. kit. Nəzəri cəhətin zərərinə olaraq,
praktik cəhətə, əməli fəaliyyətə meyil;
əməli fəaliyyət.
0 Sürünən empirizm - ayıı-ayrı fakt-
ların dərin əlaqələrini və inkişaf qanun-
larını açmadan öyrənilməsi; öyrənilən ha-
disələrə məhdud, qeyri-ciddi yanaşma.
EMÜLSİYA [fr. əsli lat.] xüs. 1. Bir ma-
yenin başqa maye içərisində əriməyib qalan
mikroskopik zərrələri.
2. Foto kağızı, ya lövhəcikləri üzərinə
çəkilən fotokimyəvi şüalara həssas jelatin
məhlulu. Emulsiya təbəqəsi.
EMULSİY ALAŞDIRILMA “Emulsiyalaş-
dırılmaq”dan f.is.
EMULSİY ALAŞDIRILMA Q məch. XÜS.
Emulsiya halına salınmaq, yaxud üzərinə
emulsiya çəkilmək.
EMULSİYALAŞDIRICI sif. Emulsiya əmə-
lə gətirən. Emulsiyalaşdırıcı maddə.
EMULSİY ALAŞDIRMA “Emulsiyalaş-
dırmaq”dan f.is.
EMULSİYALAŞDIRMAQ f. xüs. Emul-
siya halına salmaq, yaxud üzərinə emulsiya
çəkmək.
EMULSİYALI sif. xüs. Üzərinə emulsiya
çəkilmiş. Qalın qatlı lövhələr vasitəsilə işıq
hissəciklərinin, həmçinin “y" hissəciklərin
də hərəkətini yazmaq mümkündür. Lakin
sonuncu halda daha qalın emulsiyalı lövhə-
lərdən istifadə edilməlidir. A. Qarayev.
// Tərkibində emulsiya olan. Emulsiyalı neft.
EN 1 1. “N” hərfinin adı.
2. Formullarda şəıti rəmz - latın hərfi
“N”, “n” ilə işarə olunaraq hər hansı bir
kəmiyyəti bildirir.
EN 2 is. Bir şeyin köndələn vəziyyətdə
uzunluğu. Küçənin eni. Otağın eni. Parça-
nın eni. - Eni iki kilometrdən artıq olmayan
[torpaq] bir zolaq kimi uzanıb gedirdi.
M.İbrahimov. [Tövlənin] iyirmi səkkiz arşııı
uzunu, yeddi arşın yarım enidir. Qantəmir.
Bu xəndək bir kilometr uzunluğu, qırx metr
eni, otuz metr dərinliyi olan nəhəng bir də-
rədən ibarətdir. Ə.Sadıq. □ En dairəsi coğr.
- ekvatordan meridiana qədər olan (dərəcə-
lərlə göstərilən) məsafə. Cənub en dairəsi.
En kəsiyi fiz. - cismin oxuna perpendi-
kulyar müstəvi ilə kəsiyi; eninə kəsiyi.
0 Enə vermək - 1) kökəlmək; 2) eninə
böyümək, eninə genişlənmək. Bostandakı
kələmlər enə verir, balqabaqlar qarınlarını
şişirdir, pomidorların sifəti qızarırdı.
Ə. Vəliyev. Eni ilə uzunu bir olmaq - həd-
dindən artıq kökəlmək, köklükdən yumru-
laşmaq.
ENDEMIK sif. [yun.] xüs. Yerli, müəyyən
bir yerə xas olan. Eııdemik xəstəlik. Ende-
mik bitkilər.
ENDEMİYA [yun. ] xüs. İnfeksiyanm qal-
masına səbəb olan müəyyən şərait nəticə-
sində bir yerdə yoluxucu xəstəliyin daim
mövcud olması.
ENDİRİCİ sif. tex. Bir şeyi, yükü, ağırlığı
və s.-ni aşağı endirən.
ENDİRİLMƏ “Endirilmək” dən/ is.
ENDİRİLMƏK məch. Aşağı salınmaq, dü-
şürülmək. Yuxarıya qoyulmuş qırmızı stol
salonun qabaq tərəfinə endirildi. S.Rəhimov.
25
ENDİRİM
Quyuya kəmər endirildikdən sonra, o, xüsusi
aqreqatlar vasitəsilə sementlənir. S. Quliyev.
ENDİRİM bax eniş. Yolun endirimi.
ENDİRİMLİ bax enişli.
ENDİRMƏ “Endirmək”dən f.is.
ENDİRMƏK f 1 . Aşağı salmaq, düşür-
mək, yaxud enməsinə, aşağı düşməsinə
kömək etmək. ..Söz var ki, dağa çıxardar,
söz var ki, dağdan endirər. C. Məmmədqu-
luzadə. Arvad ərini geyindirib, qolundan
yapışıb, pilləkəndən endirib qayıtdı.
Ə. Haqverdiyev.
2. Sallamaq, aşağı tutmaq. [Qız] sanki bir
şey xatırlamaq istəyir də, tapa bilməyir
kimi, kirpiklərini mütəmadiyən endirib-qal-
dırır, baxışının vəziyyətini heç dəyişmirdi.
S. Hüseyn. Hiimmətəli bircə saat bundan
əvvəl qoyulmuş çuqun peçin yanında oturub
başını sinəsinə endirmişdi. M.Hüseyn.
3. Aşağı çəkmək, aşağı sürüşdürmək. Pa-
pağı gözünün üstünə endirmək. - ..Memar
Sadıqzadə üstünə çəkdiyi ipək yorğanı
sinəsinə qədər endirdi. S. Rəhimov.
4. Aşağı salmaq, azaltmaq, ucuzlaşdır-
maq. Qiymətləri endirmək.
5. məc. Vurmaq, ilişdirmək, çəkmək.
Ağac endirmək. Qapaz endirmək. Yumruq
endirmək. Qılınc endirmək. - ..Xudayar
bəyin əlində yekə dəyənək var. Nə vaxt keyfi
istəyir qaldırır, nə vaxt istəyir endirir.
C.Məmmədquluzadə. Naznaz əlini qaldırıb
Qaraşın təpəsinə endirəndə Qaraş onun
biləyindən yapışıb sıxdı. M.İbrahimov. Aslan
atasının endirdiyi yumruq altından sivişib
çıxdı. M.Hüseyn.
6. məc. Düşürmək, salmaq, devirmək;
məhrum etmək. Dünən eşitdim ki, Şeyx Əb-
dülhəmidi taxtdan endirdilər. C.Məmməd-
quluzadə. [Ağa Saleh:] Biz ağaları bu
büsatdan endirən olmaz. S.S. Axundov.
7. məc. Lütf etmək, saymaq, iltifat gös-
tərmək. Xəbər alıb əhvalımı bilmirsən; Еп-
diribəıı məclisimə gəlmirsən. Aşıq Ələsgər.
Bilməyən azdır ayı; Lovğalıqda yox tayı ;
“ Mən çox qəşəngəm ", - deyə; Endirmədi
kimsəyə. Ə. Cavad.
ENDOKÄRD(İ) [yun. endo və kardia -
ürək] anat. Ürək boşluğunu içəridən örtən
qişa.
ENERJİ
ENDOKARDİT [yun. endo-daxilində və
kardia - ürək] tib. Endokardm (ürəyin daxili
qişasının) iltihabı.
ENDOKRİN [yun. endo-daxilində və
krino - ayırıram] fiziol. Daxili sekresiya
vəziləri ilə bağlı olan. Eııdokrin xəstəliklər.
□ Endokrin sistem anat. - endokrin vəzi-
lər sistemi. Endokrin vəzilər anat. - daxili
sekresiya vəziləri.
ENDOKRİNOLÖGİYA [yun. endo-daxi-
lində və krino-ayırıram və logos-elm] Daxili
sekresiya vəzilərinin quruluş və vəzifələrini
öyrənən elm. Eksperimental endokrinologiya.
ENDOKRİNÖLOQ [yun. endo-daxilində
və krino - ayırıram və logos-elm] Endokri-
nologiya mütəxəssisi.
ENDOQÄMİYA [yun. endo - daxilində və
gamos - nikah] etnoqr. Cəmiyyətin ilk
inkişaf dövrlərində ancaq qohumundan, tay-
fasından, ictimai qrupu içərisindən evlən-
mək adəti.
ENDŞPİL [alm.] idm. Şahmat oyununun
son mərhələsi.
ENERGETİK [yun.] Energetika mütəxəs-
sisi, energetika sənayesi işçisi. Energetiklə-
riıı yeni nailiyyətləri.
ENERGETİK sif. [yun.] Energetikaya aid,
enerji istehsalı və ondan istifadə ilə bağlı
olan. Qaldırıcı və firlandırıcı mexanizmlər
buruq içərisində, nasoslar və energetik
quruluşlar isə buruğuıı yanındakı tikililərdə
yerləşdirilir. S. Quliyev.
ENERGETİKA [yun.] Xalq təsərrüfatının
təbii enerji istehsalı və onun çevrilməsi
üsullarını birləşdirən sahəsi, habelə texni-
kanın, enerjinin müxtəlif növlərinin isteh-
salı, tətbiqi və onlardan istifadə üsulların-
dan bəhs edən şöbəsi.
ENERGİYA [yun.] bax enerji. Suyun
tərkibində olan hidrogen daş kömürdən mil-
yon və milyard dəfə daha çox eııergiya verə
bilər. A. Qarayev.
ENERJİ [yun.] 1. fiz. Materiyanın əsas
xassələrindən biri - onun hərəkət ölçüsü,
materiyanın işıq, istilik, elektrik, mexaniki
hərəkət və s. şəklində olan hərəkət ehtiyatı.
Atom enerjisi. Şüa enerjisi. - Enerjinin it-
məməsi və çevrilməsi qanunu təbiətin əsas
qanunlarından biridir. “Fizika”. // Hər han-
26
ENƏCƏK
sı bir cismin, maddənin və s.-nin bir iş gör-
mə, yaxud iş görə bilən qüvvənin mənbəyi
olma qabiliyyəti. Suyun enerjisi. Akkumul-
yator enerjisi. - Nüvədaxili enerji ehtiyat-
ları doğrudan da hədsiz-hüdudsuzdur.
A.Qarayev.
2. Qətiyyət, inad, coşqunluq, qüvvət, səy.
..[Firidunun] enerji və qüvvətlə dolu qəlbi
susmaq, həyatdan küsmək nə olduğunu bil-
mirdi. M. İbrahimov. Mirzəyev böyük lıəvəs
və enerji ilə çalışırdı. Ə. Sadıq.
ENƏCƏK is. məh. 1. Pilləkənin alt pilləsi.
[Xanpəri] həyətə xeyli baxdıqdan sonra
balkona çıxmaq istədi. Ağlına nə gəldisə,
enəcəkdə oturdu. Ə. Vəliyev.
2. Eniş.
ENİNƏ zərf. Köndələninə, bir şeyin eni
istiqamətində ( uzununa əksi). Parçanı eni-
nə kəsmək.
0 Eninə-uzununa ölçmək - boş-boşuna,
məqsədsiz gəzmək, dolaşmaq, veyillənmək.
Küçəni eninə-uzununa ölçmək. Həyəti eninə-
uzununa ölçmək.
ENİŞ is. Getdikcə aşağıya enən yer; yu-
xarıdan aşağıya mail yer {yoxuş əksi).
Dəvəyə dedilər. - Eniş yaxşıdır, yoxuş?
Dedi: - Lənət hər ikisinə. (Ata. sözü). [Usta
Ağabalanın] getdikcə gözünün qabağından
küçəyə tərəf pəncərəsiz evlər, sınıq-sökük
divarlar, dar eniş və yoxuş küçələr bir-bir
gəlib keçirdi. Çəmənzəminli. Cavan ço-
banlardan biri Qumru ilə qarım enişə qədər
ötürdü. Ə.Məmmədxanlı.
ENİŞAŞAĞI zərf. Hündür bir yerin başın-
dan ətəyinə doğru, yuxarıdan aşağıya,
üzüaşağı. Təpəni enişaşağı düşmək. İri daş-
ları eııişaşağı yuvarlatmaq.
ENİŞLİ sif. Eniş olan. Enişli təpə. Enişli
yol. - Başı qarlı Qafqaz sıra dağlarının
qoynunda, dörd tərəfi enişli bir təpənin
üstündə salınmış [Xınalıq kəndi] ilk baxışda
üst-üstə qurulmuş qartal yuvalarını xatır-
ladır. R.Rza.
ENİŞLİK is. 1. Eniş yer. Atlar enişliyə
çıxdılar.
2. Eniş yerin vəziyyəti.
ENİŞLİ-YOXUŞLU sif. 1. Enişi-yoxuşu
çox olan. Enişli-yoxuşlu cığır. Enişli-yo-
xuşlu yer. Enişli-yoxuşlu yol.
ENLİ
2. məc. Əzablı, əziyyətli; əzabla, çətin-
liklərlə dolu. Həyat enişli-yoxuşludur.
ENİŞ-YOXUŞ is. Eniş və yoxuş yer. Yenə
könlüm quşu; Dönmüş ovçu tərlana; Duy-
maz eniş-yoxuşu; Qanad çalır hər yana.
A. Şaiq. // Sif. mənasında. ..Ağıryüklü fayton
əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda bir
döngədə aşıb, oxu və çarxı sındı. S.S Axundov.
// Zərf mənasında. Aşağı-yuxarı, hər tərəf
mənasında. O qayıdıb bazara yönəldi.
Bazarı eniş-yoxuş gəzdi. S.Rəhimov.
ENİŞ-YOXUŞLU bax enişli-yoxuşlu.
Eniş-yoxuşludur getdiyi yoltək; Bu yolu si-
nənlə açasan gərək. B. Vahabzadə.
ENLƏNMƏ “Enlənmək”dən fis.
ENLƏNMƏK/ 1 . Eninə böyümək, genəl-
mək. Jaket geyiləndən sonra enlənib.
2. Enə vermək, eninə artmaq. Bunu qırıb
atdıqda pambıq gücü uzanmağa yox, enlən-
məyə verir. Ə. Vəliyev.
3. Genişlənmək, yayılmaq, artmaq. Du-
man enlənib hər tərəfi tutdu.
4. məc. Kökəlmək. Yaşadıqca cavanlana,
enləııə; Bir hicabda, bir pərdədə əvlənə.
M. P. Vaqif.
5. məc. Yayılmaq, yayılıb oturmaq. ..Qıs-
sa, turşumuş xəmir kimi enlənib oturur. Mir
Cəlal.
6. məc. Şadlanmaq, sevinmək, məmnun
olmaq. Bitərəflər sıralardan bir-bir dartı-
nıb iclası tərk etdikcə Mehdiqulu enlənir,
şişirdi. Mir Cəlal.
ENLƏŞMƏ “Enloşmok”don fis.
ENLƏŞMƏK f. Daha da enli olmaq,
enlənmək.
ENLƏTMƏ “Enlətmək”dən fis.
ENLƏTMƏK f. Daha enli etmək, en is-
tiqamətində uzatmaq, genişləndirmək, bö-
yütmək, genəltmək. Yolu enlətmək. Otağı
enlətmək. - Yaz və yay aylarında qamışlar
yaşıl yarpaqlarını nə qədər enlətsə də,
başlarını nə qədər qəlbi tutsalar da. Qara
təpədən yuxarı qalxa bilmirlər. Ə. Vəliyev.
ENLİ sif. En cəhətdən geniş olan, kön-
dələni uzun olan, geniş. Enli yol. Enli
parça. Enli palaz. - ..İkinci məhəlləyə gə-
lincə, küçələri enli, təmiz və evləri səliqə ilə
tikilmişdi. N.Nərimanov. [Dərviş:] Göy ot
döşəyim, qara daş yastığım, enli yarpaqlar
21
ENLİAĞIZ
ENMƏK
yorğanım idi. A.Divanbəyoğlu. Surxay enli
kürəyini bir az da dikəltdi. M. İbrahimov.
enli... Enli sözü ilə bağlı olan bir sıra
mürəkkəb isimlərin birinci tərkib hissəsi;
məs.: enliağız, enlibaş, enlidöş, enlikürək,
enlisifət.
ENLİAĞIZ(LI) sif. Ağzı enli olan, ağzı
yekə. Enliağız bıçaq. Enliağızlı balta.
ENLİBAŞ is. zool. Çəkikimilər fəsiləsinə
daxil olan enli və kök başlı şirin su balığı.
ENLİBURUN(LU) sif. Burun hissəsi enli
olan. Enliburun çəkmə.
ENLİCƏ sif. Enli. Ay yeznə, ürək yeznə;
Enlicə kürək yeznə; Oğlu, qızı içində ;
Evində gərək yeznə. (Bayatı).
ENLİDÖŞ(LÜ) sif. Döşü enli, sinəsi geniş
olan. Enlidöş adanı. Enlidöşlü at.
ENLİK bax en 2 .
ENLİKƏNAR sif Kənarı enli olan. Еп-
likəııar şlyapa.
ENLİKÜRƏK(Lİ) sif. Kürəyi enli olan.
Enlikürək adam. - [Dəli Həsən] baxdı ki, bu
[atlı] əynində çııxa, ayağında bağdadı başmaq,
başında tirmə şal, enlikürək, qarnıyoğun bir
kişi idi. “Koroğlu”. Səkinə iftixar dolu göz-
lərlə .. enlikürək, ucaboylu, çatmaqaşlı və
qartalgözlü oğlunu süzdü. M. İbrahimov.
[Dirsə xan] yaşına görə boylu, enlikürəkli,
qarayanız bir oğlandı. M. Rzaquluzadə.
ENLİQAŞ(LI) sif. 1. Qaşları enli, qalın,
sıxtüklü olan; qalınqaş. Enliqaş oğlan.
2. Qaşı böyük, enli olan. Enliqaş üzük. -
[Budaq:] Zəhləm gedən qırxılmış bığları,
çeçələ barmağına enliqaş üzük taxması idi.
Ə.Vəliyev.
ENLİLİK is. Enli şeyin halı. Parçanın
enliliyi. Yolun enliliyi.
ENLİSİFƏT(Lİ) sif. Sifəti enli, dolğun
olan. Enlisifət qız. Enlisifət uşaq. - Qabağa
çıxanların arasında ortaboy, enlisifət bir
qaduı vardı. Mir Cəlal.
ENLİÜZ(LÜ) bax enlisifət(li). Eləsən
gödəkboy, eııliüz, qaraqaş, qaragöz bir
oğlan idi. Ə. Sadıq.
ENLİYARPAQ(LI) sif Yarpaqları enli
olan. Enliyarpaq ağac. Enliyarpaqlı kollar.
- Cavan enliyarpaq əncir ağacının altına
çəkilib, suyu qocanın əlindən aldı. Mir
Cəlal. Azərbaycanda olan meşələrin, demək
olar ki, hamısı enliyarpaq ağac növlərindən
ibarətdir. M.Qaşqay.
ENMƏ “Enmək”dən/;'s.
ENMƏK/ 1. Yuxarıdan və ya bir şeyin
üstündən aşağı düşmək. Dağdan enmək.
Zirzəmiyə enmə. Mal-qara dağdan enir. -
[Usta Ağabala] pillələrlə aşağı endi.
Çəmənzəminli. Mahirə mal damının üstün-
dən cəld aşağı endi. M.Hüseyn. // Düşmək.
Təpənin dibindən bulağın üstünə endim, əl
və üzümü yuyub qaynağın qırağında otur-
dum. A.Divanbəyoğlu. Sabah erkən alaçığın
ağzında oynayırdıq. Kənd uşaqları əllərində
badva, mis kasa dərəyə enirdilər. A.Şaiq.
2. Azalmaq, alçalmaq, düşmək. Havanın
temperaturu endi. Qiymətlər xeyli enmişdir.
3. Torpağa, yerə oturmaq, yerə düşmək.
Paraşütçülərdəıı biri Kamalın dıırduğu
təpədən 2-3 yüz addım aralı, məxmər
otların üzərinə endi. M.Rzaquluzadə. Endi
qəhrəmanım səmadan yerə; Çıxdı kabinə-
dən, daldı göylərə. M.Rahim.
4. Çevrilmək, ...halını almaq. Çəpiklər
çırtığa enmişdi; bunun da səsi eşidilmirdi.
Çəmənzəminli.
5. Çökmək, basmaq, çulğalamaq. Sakit
Azərbaycan kəndi üzərinə bir yaz axşamı
enirdi. Ə.Məmmədxanlı. Yollardan qalxan
toz uçub dağılmır, narın-narın seyrəlir, ax-
şamın zəfəran rənginə boyanıb, zərif bü-
rüncək tək enə-enə (z.) yerin üzərinə enirdi.
Ə.Əbülhəsən.
6. məc. Azaltmaq, aşağı salmaq. [Ələm-
dar:] ..Görəsən, şişbığ cavahiratın qiymə-
tindən bircə pillə enərmi? S. Rəhimov.
7. Dəymək, zərbə hiss etmək. Başına bir
yumruq endi. - [Qadın] sol əlini başının qar-
şısına tutmaqla, özünü üzərinə enməkdə olan
ağacdan mühafizəyə çalışırdı. S. Hüseyn.
8. məc. Baş əymək, tabe olmaq, ...qaba-
ğında əyilmək. Nəbiyəm, enmərəm sultana,
xana; Düşmənin tənəsi kar etməz cana; Boz
atı oynadıb girrəm meydana. "Qaçaq Nəbi”.
9. Enib-qalxmaq şəklində: əyilib-dü-
zəlmək, əyilərək qalxmaq, dalğalanmaq.
Şükufələnmiş güllər nəsimin dəyməsindən
enib- qalxdıqca Gülsümün vidasına cava-
bəır. "Get, Allah səni xoşbəxt eləsin!" -
deyirdilər. Ə. Haqverdiyev.
28
ENSEFALİT
ENSEFALİT [yun.] tib. Beynin iltihabı.
ENSİKLOPEDİK sif. [/r.] 1. Ensiklope-
diya mahiyyətində olan. Ensiklopedik lüğət.
2. Elmin bir çox sahələrini əhatə edən;
hər şeyi qavrayan, çoxcəhətli. Ensiklopedik
məlumat. Ensiklopedik bilik.
ENSİKLOPEDİST \fr.} 1. kit. Hərtərəfli
məlumatı, təhsili olan adam.
2. tar. XVIII əsrin axırlarında Fransada
nəşr edilən “Ensiklopediya” ətrafında top-
laşmış qabaqcıl mütəfəkkirlər qrupunun
nümayəndəsi, yaxud onların fikrinə şərik
olan adam.
ENSİKLOPEDİYA is. [ fr . əsli yun.] Biliyin
bütün, yaxud ayrı-ayrı sahələrinə dair lüğət
şəklində sistemə salınmış məlumatlar toplu-
su; qamus. Azərbaycan milli ensiklopediyası.
Tibb ensiklopediyası. H məc. Həyatı geniş və
hərtərəfli əks etdirən bədii əsər haqqında.
0 Canlı ensiklopediya - hər şeydən mə-
lumat verə bilən, hər şey haqqında müraciət
edilə bilən adam haqqında.
ENSİKLOPEDİYAÇI bax ensiklopedist
2-ci mənada. Axı, o dövr Didro başda ol-
maqla Fransada məşhur ensiklopediyaçıla-
rın humanizm, azadlıq, bəşəriyyətçilik bay-
rağını ucaltdığı dövrdür. M.İbrahimov.
ENSİKLOPEDİZM \fr.] kit. Geniş, hərtə-
rəfli məlumat, təhsil.
ENSİZ sif. Eni az olan, dar. Ensiz küçə.
Ensiz parça. Ensiz səki. - [Məşuqə] ..ensiz
cığırla birbaş buraya yüyürdü. S. Rəhimov.
Ortada uzun, lakin ensiz ayaqaltı xalça
salınmışdı. M.İbrahimov. [Tahir] dördkiiııc
balaca kabinetə keçib dənizə tərəf baxan
ensiz, ıızuıı otağa girdi. M. Hüseyn.
ENSİZLƏŞDİRİLMƏ “Ensizləşdirilmək”-
dən fis.
ENSİZLƏŞDİRİLMƏK məch. Ensiz hala
salınmaq, eni azaldılmaq, darlaşdırılmaq.
ENSİZLƏŞDİRMƏ "Ensizləşdirmək”dən
fis.
ENSİZLƏŞDİRMƏK/ Ensiz hala salmaq,
eninə azaltmaq, daıiaşdırmaq.
ENSİZLƏŞMƏ “ En si z 1 o şin ək ” don / и.
ENSİZLƏŞMƏK f. Getdikcə daralmaq,
ensiz olmaq. Yol getdikcə ensizləşirdi.
ENSİZLİK is. Ensiz şeyin halı; en cəhət-
dən darlıq.
EPİKLİK
ENTOMÖLOQ [yun. entoma - həşəratlar
və logos - elm] Entomologiya mütəxəssisi.
Axmazın yanında Sultanov entomoloq
həkimi ilə görüşdü. Ə. Sadıq. XX əsrin
əvvəlində həvəskar entomoloq Avropadan
Amerikaya zərərsiz bir kəpənək tək
baramaqurdu gətirmişdi. (Qəzetlərdən).
ENTOMOLOGİYA \уип.] Zoologiyanın
həşərat (böcəklər) bəhsi.
ENTOMOLOJİ sif. \yun.] Entomolo-
giyaya aid. Entomoloji tədqiqat.
ENTUZİÄST \yun.] Bütün qüvvəsi ilə,
böyük şövq və həvəslə işləyən adam.
// Bütün qüvvə və həvəsini bir işə verən, bir
şeyin coşqun pərəstişkarı olan adam.
Doktor entuziast olduğu üçün [qızın] sözləri
ona toxundu. Çəmənzəminli.
ENTUZİÄZM \yun.] Böyük şövq və
həvəs; vəcd.
EOLİT [ушј. eos - şəfəq və lithos - daş]
arxeol. 1. Daş dövrünün, ən qədim ibtidai
daş alətləri qayrılan mərhələsi.
2. Bu dövrə aid ibtidai daş alət.
EPİDEMİK sif. \yun.\ Epidemiya mahiy-
yətində olan; yoluxucu, yoluxma. Epidemik
xəstəliklər. H məc. Epidemiya kimi hər yerə
yayılmış.
EPİDEMİOLÖGİYA [yun.] Tibb elminin
yoluxucu xəstəliklərin törəyib yayılması
səbəblərini öyrənən və onların qarşısını
almaq üsullarından bəhs edən sahəsi.
EPİDEMİÖLOQ [yun.] Epidemiologiya
mütəxəssisi.
EPİDEMİYA [yun] tib. Hər hansı bir yolu-
xucu xəstəliyin geniş yayılması. Tif epide-
miyası. Vəba epidemiyası. - Hərgah bir yer-
də epidemiya varsa, həkimlərimizdən tələb
edirik ki, tezliklə bunun qarşısını alsınlar.
Ü.Hacıbəyov. // məc. Çox tez və geniş yayı-
lan hər hansı bir şey haqqında.
EPİK is. [yun.] Epik əsərlər müəllifi.
EPİK 2 sif. [yun. ] ədəb. Eposa aid, epos
xüsusiyyətli. Epik əsərlər. Epik dastanlar.
EPİKA [yun.] ədəb. Epik əsərlər.
EPİKLİK is. Epik xüsusiyyət daşıma.
Diskussiyanın gedişində romanın inkişaf
etdirilməsinin mühüm məsələləri, onun for-
ma və kompozisiyası, epiklik, tarixilik və
29
EPİKRİZ
xəlqilik məsələləri .. müzakirə edilmişdir.
(Qəzetlərdən).
EPİKRİZ is. \yun.] Xəstəliklə bağlı yekun
nəticə, qərar.
EPİKÜRfzMbax epikürçülük. Əsrlər-
dən bəri mistik dona geydirilmiş platonik
eşqə qarşı poeziyada bir növ epikürizm gəlir.
M.lbrahimov.
EPİKÜRÇÜ is. 1 . Epikür fəlsəfəsi tərəfdarı.
2. məc. kit. Zövq və nəşəni hər şeydən üs-
tün tııtan adam; kefcil, işrətpərəst. Epikürçü
şair [Abdulla bəy Asi] şeirlərinin birində
deyir. “ Bir halda ki, şərab vaizlərin moizə-
sindən daha yaxşı insanın beynini işıqlandı-
rır, necə ola bilər ki, belə bir şərabı içməyə-
sən? ” F. Köçərli.
EPİKÜRÇÜLÜK is. 1 . Qədim yunan ma-
terialist filosofu və ateisti Epikürün fəlsəfi
nəzəriyyəsi.
2. kit. Həmin nəzəriyyədən yanlış nəticə
çıxaran, həyatın mənasını kefdə, eyş-işrətdə,
rahat həyatda görən dünyagörüşü.
3. məc. kit. Eyş-işrətə, kefə, ləzzətli hə-
yata meyil.
EPİQÖN \yun.\ Özünün müstəqil yaradı-
cılıq siması olmayıb, hər hansı bir siyasi,
ədəbi, elmi və başqa cərəyanı təqlid edən
yazıçı, alim və b.; təqlidçi. Epiqon ədəbiyyatı.
EPİQONLUQ is. Elmdə, siyasətdə, incə-
sənətdə və s.-də təqlidçilik. ..XIX əsrin or-
talarında bütün Yaxın Şərq ədəbiyyatında
belə bir vəziyyət əmələ gəlmişdi ki, keçmiş-
də ölməz nümunələr yaratmış Nizami,
Firdovsi, Nəvai və Füzuli kimi şəxsiyyətlə-
rin bədii yaradıcılığından tərbiyə almış
adamlara başdan-başa epiqonluqdaıı iba-
rət olan əsərlər təqdim edirdilər. M.Hüseyn.
Hökmdarlar məclisində oxuyan xanəndə qız
obrazı isə “Koroğlu "dan sonra bəzi başqa
operalara da daxil edilmişdir ki, bu da adi
epiqonluqdur. Ə.Bədəlbəyli.
EPİQRAF \yun. epigraphe - yazı] 1 . Qə-
dim yunanlarda: abidə üzərində yazı.
2. ədəb. Əsərin və ya onun bölmələrinin
başlıqlarından sonra yazılan sözlər; zərbi-
məsəl, hikmətli söz. C. Məmmədquluzadə
Qoqoldaıı öyrəndiyini və onu öz böyük müəl-
limi kimi hədsiz bir məhəbbətlə sevdiyini
fəxrlə söyləyir və hətta .. “Qurbaııəli bəy”
EPİZOD
adlı məşlıur hekayəsinin “Allah sənə rəhmət
eləsin, Qoqol!" epiqrafı ilə də bunu təsdiq
edir. M.Hüseyn.
EPİQRAFİK sif. \yun.] Epiqrafikaya aid
olan, epiqrafika xarakterində olan. Epiqra-
flk mətn. Epiqrafık material.
EPİQRAFİKA \yun.\ Epiqraflar haqqında
elm.
EPİQRÄM \yun. epigramma - yazı]
1. Qədim yunanlarda: abidələr, binalar,
hədiyyələr və s. üzərində yazılan yadigarlıq
yazı. Feokritin zəngin ədəbi irsindən ancaq
bir şeir külliyyatı qalmışdır ki, o da otuz
idilliyadaıı və iyirmi üç epiqramdan ibarət-
dir. Ə. Sultanlı.
2. ədəb. Kiçik satirik şeir; həcv. [Silvio:]
..Məııim epiqramlarıma epiqramlarla cavab
verirdi, [qrafın] bu cavabları mənə həmişə
daha gözlənilməz, daha kəskin görünürdü..
A.Puşkindən.
EPİLEPSİYA \yun. epilepsia - özündən
getmə] tib. Vaxtaşırı və qəflətən bərk qıc-
olma və özündəngetmə şəklində cərəyan
edən xroniki sinir xəstəliyi. Epilepsiya
tutmaları. Epilepsiyanın diaqnozu.
EPİLEPTİK \yun.] Epileptik xəstəliyi
olan adam. Epileptiklərin xasiyyəti get-gedə
dəyişir. - O, “uşaqları gözləyin, uşaqları
gözləyin ”, - deyə-deyə epileptik adamlar
kimi yerə dəydi. M.lbrahimov.
EPİLOQ \yun.] Ədəbi əsərin son hissəsi.
// Operada son pərdə. Opera təntənəli epi-
loqla bitir. H Son, nəticə, xatimə. Üsyanın
epiloqu.
EPİSENTR \yun. epi - üstündə, yanında
və lat. sentr - mərkəz] Zəlzələ mərkəzi;
Yer səthinin bilavasitə zəlzələ mənbəyi
üzərində olan sahəsi. Zəlzələnin episentri.
EPİSTOLYÄR sif [lat.] ədəb. 1. Məktub
şəklində yazılmış. Epistolyar roman.
2. Bir yazıçının, şairin məktublar məc-
musu. Puşkinin epistolyar irsi.
EPİTET [ yun .] ədəb. Məcazın növlərin-
dən biri olub, bir sözü qüvvətləndirmək və
zənginləşdirmək, xassə vermək üçün əlavə
edilən söz (məs.: mələk şimalı, polad canlı).
EPİZOD \yun. epeisodion - əlavə] 1 . Ha-
disə, əhvalat, təsadüf, ittifaq, vəqə. Əsgər-
30
EPİZODİK
ERKƏK
lər yana-yana Qələndərdən danışırdılar və
kim hansı epizodu nağıl edirdisə, sözünün
axırını gətirib Qələndərlə bağlayırdı.
Ə.Əbülhəsən.
2. Bədii əsərin bitmiş, müstəqil olan bir
parçası. Romandan bir epizod danışdı. // kit.
Hadisələr silsiləsi içində bir vəqə. Əhvalatın
ən romantik və dramatik epizodu. H Kino-
şəklinin məzmunca bitmiş hissəsi. Bu
epizod filmin ən güclü parçasıdır. H Teatr ta-
maşasında əhvalatın inkişafı ilə bağlı olma-
yan səhnə, pərdə. Baletin dərin humanist
ideyası öz ifadəsini həm kütləvi qəhrəman-
lıq səhnələrində, həm lirik adajiolarda, həm
də rəqs epizodlarında tapır. (Qəzetlərdən).
EPİZODİK sif. [ yun.] 1. Sistematik xa-
rakter daşımayan, təsadüfdən-təsadüfə olan.
Epizodik kömək. Işiıı gedişinin epizodik
yoxlanması.
2. Yalnız ayrı-ayrı səhnələrdə, epizod-
larda görünən, daimi olmayan. Epizodik su-
rətlər. Epizodik rollar.
EPİZODİKLİK is. Epizodik xasiyyət da-
şıma. Romanda hadisələrin epizodikliyi. Ta-
maşada rolun epizodikliyi.
EPOLET \fr.] Fərqlənmə nişanları olan,
qızıl və ya gümüş bafta, saçaq və s. ilə bə-
zədilmiş, bir tərəfi girdə, xüsusi formalı pa-
qon; 1917-ci ilədək Rusiyada zabit rütbə-
sinin nişanı.
EPOLETLİ sif. Çiyinlərində epolet olan.
Epoletli zabit şineli.
EPÖNJ [/f.] Xüsusi formada eşilmiş sap-
lardan diş-diş parça növü. Eponj .. fasonlu
saplardan toxunduğu üçün çox bəzəkli
toxunma hesab olunur.
EPOS [ yun .] Rəvayət səciyyəvi ədəbiy-
yat, dastan. Koroğlu eposu. Qəhrəmanlıq
eposu. H Qəhrəmannamələr, dastanlar və s.
xalq yaradıcılığı əsərlərinin məcmusu. Qır-
ğızların “Manas” eposu.
ER “R” hərfinin adı.
ERA [lat.] 1. İl hesabının başlandığı za-
man, tarix başlanğıcı. Yeni era (İsanın do-
ğulduğu zənn edilən gündən başlanan
tarix). - Ellips, parabola kimi həndəsi ob-
razlar 2000 il eramızdan əvvəl yunan riya-
ziyyatçılarına məlum idi. Z.Xəlilov.
2. kit. Böyük tarixi əhəmiyyəti olan dövr.
İslam mədəniyyətinin meydana gəlməsi ilə
bəşəriyyət mənəviyyatı tarixində yeni bir
era açıldı.
3. geol. Yer tarixinin ən böyük xronoloji
bölgüsü. Yerin Günəşdən ayrıldığı vaxtdan
etibarən keçirdiyi tarix müxtəlif era və
dövrlərə ayrılır. M. Qaşqay.
ER-GEC zərf Tez-gec. [Ağsaçlı qadm Sə-
yavuşa:] Quzum! Er-gec parlar adın ca-
handa; Diz çökərlər sana qarşı hər yanda.
H.Cavid.
ERİŞMƏK bax ermək. [Rəsul:] Cümə
axşamında, cümə günündə; Ərənlər erişdi
nəzərgalı mənim. “Aşıq Qərib”. Ahii zar kə-
sibdir səbrii qərarım; Erişir fələyə naləvii
zarım. Aşıq Paşa.
ERİTROSİTLƏR cəm [yun. erythros - qır-
mızı və kytos - hüceyrə] fiziol. Qırmızı qan
cisimcikləri.
ERKER [alm.] arxit. Binanın daxilini
genişləndirən və bir neçə mərtəbədən ke-
çən divarında pəncərələri olan yarımdairə
və ya tin-tin şəklində çıxıntı.
ERKƏC is. Erkək keçi, təkə. Sürünün
qabağında uzwıqəzilli, dik burmabuynuzlu,
ala erkəc başını yerə əyir(di). S. Rəhimov.
Qoyunlar güneylərdə gərnəşir, keçilər hə-
mərsin kollarının başını dişləyir, boynu qıım-
rovlu erkəclər arabir səs eləyir. Ə. Vəliyev.
ERKƏK sif. 1 . Kişi cinsinə mənsub fərd.
Erkək at. Erkək arı. - Aslanın erkəyi, dişisi
olmaz. (Ata. sözü). Ağacların arasından
qəfildən oldu əyan; Yaraqlı erkək at üstündə
bir neçə oğlan. A.Səhhət. Rəhmətlik atam
Güloğlan ancımı o qədər qısqanırdı ki, evdə
nə erkək qoyun, nə də xoruz saxlardı.
M. S. Ordubadi. Dəstənin üç baş inəyi, beş-
altı erkək danası, səkkizə qədər də atı vardı.
M. Hüseyn. // is. Erkək qoyun, qoç. Erkək
kəsib, ağır məclis qururdu; Şülən çəkilirdi
malların, dağlar! Aşıq Ələsgər. Cəmisi bir
neçə gün əvvəl birinci dəfə Qarabağdan Ba-
kıya gələn Gəray ağa, Cavanşirin mətbəxi
üçün təzə erkək əti, şit yağ, əla düyü gətir-
mişdi. S. Rəhimov.
2. is. Kişi mənasında. Fisqii-fücur həd-
dən aşıb Şişədə; Erkəyi, dişisi yaman peşə-
də. Q. Zakir. Şən balalar, dağ gövdəli erkək-
31
ERKƏKCƏ
lər; Gözəl qızlar, qara tellər bizimdir. A.Şaiq.
..Qadın və erkəklər məhkəmə salonunda de-
yil, məhkəmə binası qarşısında durmaq məc-
buriyyətində qalmışlardı. T.Ş. Simurq.
3. məc. sif. Kişi kimi möhkəm, güclü.
[Ceyran] istehsalatda çalışan erkək ruhlu,
gülərüzlü bir yoldaş idi. S. Hüseyn.
4. məc. Qaba, kobud, nəzakətsiz məna-
sında. Erkək zarafatı eləmək.
0 Erkək Tükəzban - kişi təbiətli, özünü
kişi kimi aparan, kişi ədalı, bir qədər qaba
qadın haqqında.
ERKƏKCƏ sif. və zərf Kişi kimi, mərd-
cəsinə, cəsuranə. [1-ci mürəttib:] ..Yalnız
erkəkcə mətanət lazım... Yoxsa, həşərat kimi
üzü üstə süründükcə əsla ağ gün görməyə-
cəyik. H.Cavid.
ERKƏKCİK is. bot. Bitki çiçəklərinin er-
kək döllüyünün adı. Biz botanika kursundan
bilirik ki, armudun çiçəklərində həm erkək-
ciklər, həm də dişiciklər olur. M.Axundov.
ERKƏKLƏ VI ƏK /, məh. 1 . Həddi-büluğa
çataraq səsi yoğunlaşmaq, qabalaşmaq (oğ-
lan uşağı haqqında).
2. məh. Vaxtında dərilmədiyindən ötmək,
kobudlaşmaq, bərk olmaq (bitkilər haqqında).
ERKƏKLƏNMƏ “Erkəklənmək”dən fis.
ERKƏKLƏNMƏK 1 . B a x erkəkləşmək.
2. Kişilənmək, yekələnmək.
ERKƏKLƏŞMƏ “Erkəkləşmok”don fis.
ERKƏKLƏŞMƏK f. 1 . Kişi xasiyyəti al-
maq, kişi kimi olmaq (qadın haqqında).
2. məc. dan. Kobudlaşmaq, qabalaşmaq.
ERKƏKLİK is. 1 . Erkək insan və ya hey-
vanın hal və sifəti.
2. Yaşa dolma, həddi-büluğa çatma, yet-
kinlik.
3. dan. Qabalıq, kobudluq, qanmazlıq, tər-
biyəsizlik. Erkəkliyiııə salmaq ( qabalıq et-
mək, qanmazcasına hərəkət etmək).
ERKƏN zərf. 1. Səhər tezdən, sübhdən,
ertə. Erkən yola düşmək. Erkən durmaq.
- Qara .. hər səhər erkən evə gəlib qarıya
baş çəkərdi. Ə.Əbülhəsən. Maya yuxudan
erkən qalxdı. M. İbrahimov. [Kamil] səhər
erkən, hamıdan tez durar, .. əlüzyuyana su
töküb buğlana-buğlana əl-üzünü yuyar,
məktəbə gedərdi. M.Rzaquluzadə.
EROZİYA
2. Vaxtından əvvəl, tez. Elacı yenə evə
erkən qayıtmışdı. A.Şaiq. Gülpəri erkən
gedib mənzilə çatmaq üçün faytonları
qovdururdu. S.S.Axundov. Mən o sevdalı
qızın ; O qanadlı ulduzun; Elər halını
sevərkən; Bu bəlaya lap erkən; Düşməyimi
bilməzdim. S. Vurğun.
ERQ [yun.] fiz. İş və enerji ölçüsü vahidi.
Erq bir dina qüvvənin ( hərəkət istiqamətində )
bir sm məsafədə gördüyü işdir. "Fizika”.
ERMƏK f. 1 . Çatmaq, yetişmək, vasil
olmaq. Mənzilə ermək. - Qurbani der.
vüsalına ermədinı. Qurbani.
2. Nail olmaq, əldə etmək, yetmək,
çatmaq. Arzusuna ermək. Muradına ermək.
ERMƏNİ is. Ermənistan Respublikasının
əsas əhalisini təşkil edən xalq və bu xalqa
mənsub adam. Ermənilər hind-Avropa mən-
şəli xalqdır, amma onların dili türk dil-
lərinin güclü təsirinə məruz qalmışdır. - Er-
məninin qocalanı köpəyə, müsəlmanın
qocalanı ipəyə dönər. (Ata. sözü). Ermə-
nilərin təcavüzkarlığı hələ antik müəlliflərin
diqqətini cəlb etmişdi. “Azərbaycan tarixi”.
Ermənilər həm də ikiüzlü və dəyişkəndilər,
[ölkələrinə] gah bu, gah da başqa ordunu
dəvət edirdilər. (Roma tarixçisi K.Tasit).
Haylar .. Ərməııiyyə ölkəsinə gələndən xeyli
sonra .. bəzi qonşu xalqlar təbii olaraq
onları artıq Ərməııiyyə əhalisi (erməni)
kimi tanımışlar. Ona görə də .. erməni adı-
nın mənşəyindən danışarkən vacib şərtlər-
dən biri sonrakı psevdo-ermənilər (haylar)
ilə əsil qədim ermənilərin fərqləndirilmə-
sidir. F.Ağasıoğlu.
ERMƏNİCƏ sif. və zərf. Erməni dilində.
Ernıənicə kitab. Ermənicə danışmaq. - Biri
rusca, o biri ermənicə, bir başqası da uk-
raynaca oxudu. M.Hüseyn.
EROTİK sı/ \уип.] Erotikaya aid, erotika
ilə dolu; şəhvani hisslər ifadə edən. Erotik
şeir. - ..Azərbaycan şairləri arasında əsər-
lərinin çoxu erotik məzmun daşıyan Dilsuz,
Raci, Qumri, Dəxil və başqaları məşhurdur.
F. Köçərli.
EROTİKA [ушј.] Eşq və şəhvani hissləri
ifadə və təsirə qarşı meyil, maraq.
EROZİYA [lat.] 1. geol. Torpağın, Yer qa-
bığının axar sular, buz və ya külək təsiri ilə
32
EROTİZM
dağılması prosesi. Axar sıdarın yuyucu fəaliy-
yətinə geologiya elmində eroziya, kimyəvi
fəaliyyətinə isə korroziya deyilir. M.Qaşqay.
2. tex. Mexaniki təsir nəticəsində metal-
ların pas atması. Elektrik eroziyası elek-
trodlar arasında yaranan elektrik boşalması
təsiri ilə materialın müəyyən istiqamətində
bir elektroddan o biri elektroda köçürülmə-
sindən ibarət olan fiziki hadisədir. P.Rüs-
təmzadə^
EROTİZM [yun. ] kit. Eşq və şəhvani
məsələlərə həddindən artıq meyil, maraq.
..Saraydan və yüksək vəzifəli şəxslərin diq-
qətindən uzaqda olan şairlər isə öz əsərlə-
rinə yeni bir ünsür olaraq erotizmi daxil
edirdilər. F. Köçərli.
ERTƏzaı/ 1. Sübhdən, tezdən, səhər tez-
dən, erkən, erkəndən. Ertə durmaq. Səhər er-
tədən işləmək. - Sübh çox ertə oyanardı qarı;
Dıırğuzar idi hamı xidmətkarı. A.Səhhət.
Qurbanqulu çox işsevən bir cavan idi. Sübh
lıanıı qonşularından ertə durub oduna, bi-
çinə, alağa, xıra, bağa gedərdi. T.Ş. Simurq.
2. Hazırkı gündən sonra gələn gün, dal
gün, o birisi gün. Ertəyə qalan, arxaya qa-
lar. (Ata. sözü).
3. Daha tez, daha erkən. Bu gün ertə durdu.
П Tez, qabaq, vaxtından əvvəl. Şəhərə bir
azca ertə çatmaq üçün; Tələsirdi qabaqca
satmaq üçün. A.Səhhət.
ERTƏDƏN zərf. Tezdən, sübhdən, erkən.
Ertədən işini görüb qurtarmaq. - Nəbi ertə-
dən öz səngərini möhkəmlətmişdi. “Qaçaq
Nəbi”. Lotubaşı ertədən yolu bələdləyib
xəzinənin yarılmasım axşama qoydu. “Aşıq
Qərib”.
ERTƏLƏMƏK / 1 . Ertə günə qoymaq.
2. Başqa zamana buraxmaq.
ERTƏSİ zərf. Bir günün, həftənin, ayın,
ilin ardınca gələn gün, həftə, ay, il. Bayra-
mın ertəsi yola düşdülər. Ertəsi gün işə baş-
ladılar. - [Qorxmaz:] Ertəsi gün isə aldığın
son bir parça çörəyi özün yeməyib, dünən
sənə daş atan qocaya verdin. C. Cabbarlı.
Nə isə ertəsi gün səhər saat yeddinin yarı-
sında işə başladıq. Çəmənzəminli.
ESER ["sosialist-revolyusioner” sözlə-
rinin ixtisar edilmiş baş hərflərinin adından]
tar. siyasi, bax sosialist-revolyusioner.
ESPERANTOÇU
ESES [alm. SS (mühafizə dəstəsi) ixti-
sarı] Alman-faşist mühafizə dəstələri və ya
faşist-alman ordusunun xüsusi hissələri.
ESESÇİ is. Eses dəstələrində və ya his-
sələrində xidmət edən adam.
ESKÄDRA [fr.] Hərbi dəniz, ya hava
flotu gəmilərinin böyük birləşməsi.
ESKADRİLYA [fr.] Bir neçə təyyarə dəs-
təsindən ibarət olan hərbi aviasiya. Bonı-
bardmançı eskadrilya.
ESKADRÖN [ fr. ] Piyada qoşundakı ro-
taya bərabər süvari qoşun hissəsi. Buna görə
də onu Seyidhənızə ziyarətgahından çıxar-
maq üçün bir eskadroıı kazak göndərildi.
M.S.Ordubadi.
ESKALATOR [ing.] Adamları qaldırıb-
endirmək üçün durmadan hərəkət edən pil-
ləkən. Biletlərimizi hərəkətedici pilləkənlər
{eskalator) başında durmuş milisionerə gös-
tərərək, ayaqlarımızı ilk pilləyə basırıq və pil-
ləkən tez bizi götürüb gedir. Ə.Məmmədxanh.
ESKİMO \fr.\ Üstü şokoladlı dondurma.
ESKİMOS Şimali Amerikanın qütb sa-
hilində, Qrenlandiyada və Asiyanın şimal-
şərq qurtaracağında yaşayan xalq və bu
xalqa mənsub adam.
ESKİZ [fr.] 1. Bir şəklin, rəsmin və ya
onun bir hissəsinin ilk qaralaması. // Hey-
kəltəraşlıq əsərinin kiçildilmiş miqyasda
hazırlanan ilk nümunəsi, modeli, taslağı.
// Bir musiqi əsərinin, ədəbi əsərin və ya
onların hissələrinin ilk redaktəsi. Süita şək-
lində yazılmış çoxhissəli musiqi əsərlərinə
bəzən “eskiz” və ya “etüd” adı da verilir.
Ə.Bədəlbəyli.
2. Bir şeyi düzəltmək üçün nümunə, əsas
olan şəkil və s. Paltarların eskizi. Dekora-
siya eskizi.
ESMİNES [rus. “зскадренныи миноно-
сед” sözlərinin ixtisarı] Minadaşıyan es-
kadra gəmisi. Odessada o yaralanandan
iki gün əvvəl lıənıin esminesdə onun atası
həlak olmuşdu . Ə.Əbiilhəsən.
ESPERANTIST [fr.] bax esperantoçu.
ESPERÄNTO [fr.] Ən çox yayılmış Av-
ropa dilləri materialı əsasında düzəldilmiş
süni beynəlxalq dil.
ESPERANTOÇU is. Esperanto dilindən
istifadə və onu təbliğ edən adam.
33
ESSE
ESSE is. [fr. essai - təcrübə, sınaq, oçerk]
Problemi sərbəst şəkildə şərh edən kiçik
həcmli əsər.
ESTAFET [fr. əsli ital.] idm. Komanda-
ların qaçış, üzgü və s. yarışı (bu yarışda işti-
rakçılar müəyyən mənzillərdə bir-birini əvəz
edir və bir-birinə müəyyən şey ötürürlər).
// Bu yarış zamanı yarışçılarm mənzillərdə
bir-birinə ötürdükləri şey. [idmançının]
əlində estafet ağacı vardır. (Qəzetlərdən).
ESTAKÄDA is. [//'.] Hərəkət çox olan
yerlərdə nəqliyyatın hərəkətini, gəmilərin
yan almasını, yaxud yükləmə və boşaltma
işlərini yüngülləşdirmək üçün körpü şək-
lində qurğu. // Dənizin dibindən neft və qaz
çıxarmaq üçün üzərində neft buruqları və s.
təsisat qurulan metal dirəklər üzərində
dayanan uzun və böyük körpü. Neft Bakısı
üçün səciyyəvi olan sənaye mənzərəsi - dənizi
yarıb keçən polad estakadalar, .. ayrı-ayrı
buruqların yerləşdiyi süni adalar əlcəzairli
qonaqları valeh etmişdir. (Qəzetlərdən).
ESTET [yun.] Gözəllik, bədiilik pərəstiş-
karı, estetizmə mail olan, estetizm tərəfdarı.
ESTETCƏSİNƏ zərf. Estet kimi, estetə
xas, estetizm mövqeyindən. Məsələyə estet-
cəsiııə yanaşmaq.
ESTETÇİ bax estetik 1-ci mənada.
[C.Cabbarlı] formalist və estetçi yazıçıları
tənqid edərək yazırdı. M. Arif.
ESTETÇİLİK b a x estetizm. Lakin [Cab-
barlının dramaları] estetçilikdəıı, formalizm
ədabazlığından uzaqdır. M.İbrahimov.
ESTETİK 1 is. [yun.] 1. Bax estet.
2. dan. incəsənət nəzəriyyəçisi.
ESTETİK 2 sif [yun.] Estetikaya aid olan,
estetika ilə bağlı olan. Estetik zövq. Estetik
duyğu.
ESTETİKA [yun. aisthetikos - duyan, həs-
sas] 1. İncəsənət haqqında, bədii yaradı-
cılıqda, təbiətdə və həyatda gözəllik, gözəl
formalar haqqında fəlsəfi nəzəriyyə. Este-
tika tarixində alman klassik fəlsəfəsinin xü-
susi rolu olmuşdur. // Bir şəxsin incəsənət
və ya onun hər hansı bir növü haqqındakı
görüşləri. M.F.Axwıdzadənin estetikası.
2. Gözəllik, bədiilik.
ESTETİZM [yun.] kit. 1. Gözəlliyə, bə-
diiliyə, incəliyə pərəstişkarlıq, maillik; gö-
zəlliyə məftunluq.
EŞELONLAMA
2. İncəsənətdə əsərin ideyasına, məzmu-
nuna fikir verməyib, zahiri formalara, gö-
zəlliyə həddindən artıq meyil göstərmə;
estetikada formalizm. [C.Cabbarlı] hər cür
formalizmi, estetizmi şiddətli surətdə tənqid
edirdi. M. Arif.
ESTON Fin-uqor dillərinin fin qrupuna
daxil olan dillərdən biri və həmin dildə danı-
şan adamın adı. Estoıı dili. Eston ədəbiyyatı.
ESTONCA sif və zərf. Eston dilində.
Estonca-rusca lüğət. Estonca danışmaq.
ESTRADA [fr.] 1. Kütlə qabağında çıxış
edən artistlər üçün tikilən açıq səhnə, taxta
meydança. [Səbri] ..ürəyi bərk döyünə-dö-
yünə estradanın yanındakı ağ məhəccərə söy-
kənərək oğrun-oğrun tamaşaçılara baxırdı.
M.Hüseyn. ..Qədim Misirdə sehrbazlar və
bu sehrbazların oyun çıxarmaları üçün
müəyyən estradalar - səhnələr olmuşdur.
Ə.Haqverdiyev.
2. Estradada göstərilən, nömrələri tez-tez
dəyişən konsertlərdən və s.-dən ibarət ki-
çik formalı tamaşa. Estrada orkestri. Estra-
da nömrələri.
EŞ is. [türk.] Yoldaş, dost. Minlərcə sənin
eşlərin ancaq; Yoxsulları etməkdə oyuncaq.
H. Cavid. Sinəm başdan-başa oddur, atəşdir;
Ömrüm səadətə əvvəldən eşdir. M.Rahim.
EŞAFOT is. [fr.] 1. Qətli icra etmək üçün
düzəldilən səhnə.
2. Dar ağacı.
EŞDİRİLMƏ “Eşdirilmək”dən fis.
EŞDİRİLMƏK “Eşdirmək”dən məcli.
EŞDİRMƏ “Eşdirmək”dən/;'s.
EŞDİRMƏK “Eşmək” dən icb. İpi eşdirnıək.
EŞELON [fr.] 1. hərb. Cəbhə dərinliyin-
də və ya girintili-çıxıntılı vəziyyətdə möv-
qe tutan və bu qaydada yeriyən qoşun his-
səsi. Bir neçə gün idi ki, hərbi eşelonlar
Qardaban-Qarayazı stansiyalarında daya-
nıb yol gözləyirdilər. İ. Şıxlı.
2. hərb. Kütləvi surətdə minik daşıyan
qoşun qatarı, əsgəri qatar. Biz Şahtaxtıda
ikən Sparskinin Təbrizə gedən son əsgəri
eşelonu gəlib Culfaya getdi. M.S. Ordubadi.
3. Ümumiyyətlə, müəyyən yerə gedən
dəmiryol, yük və ya minik qatarı. ..Gətirilən
taxta-dirək eşelonu bu gün Təzəşəhərə
çatmışdı. Mir Cəlal.
EŞELONLAMA “Eşelonlamaq”dan /.7.s.
34
EŞELONLAMAQ
EŞİK
EŞELONLAMAQ f. hərb. Eşelonlar ( 1 -ci
menada) halında yerləşdirmək.
EŞELONLANMA "Eşelonlanmaq’’dan /is.
EŞELONLANMAQ məch. hərb. Eşelonlar
halında yerləşdirilmək.
EŞƏLƏK is. məh. Alma, armud, heyva
kimi meyvələrin yeyilməyən iç hissəsi.
EŞƏLƏMƏ “Eşələmək”dən /is.
EŞƏLƏMƏK / 1. Torpaq, kül kimi toz
halında olan şeyləri bir şeylə ehmallı qazı-
maq, qarışdırmaq. Kərim kişi .. tonqalın kö-
zünü eşələyərək sözə başladı.. M. İbrahimov.
Qazan xan tonqalın kənarında oturub gö-
zünü bir nöqtəyə zilləmiş, əlindəki çubuqla
külü eşələyir. M.Rzaquluzadə.
2. Axtarmaq, araşdırmaq, əlləşdirmək,
töküb-töküşdürmək, dağıtmaq. Rüstəm bəy
kitabları eşələyib bir əsər çıxardı : - Bax,
bunu hər bir qadın oxumalıdır! - deyə bir
kitab verdi. Çəmənzəminli.
EŞƏLƏNMƏ “Eşələnmək”dən /is.
EŞƏLƏNMƏK qayıd. 1 . Ayaqları ilə tor-
pağı qurdalayaraq, qazaraq özünə yem ara-
maq. Cücələrim birər-birər ; Suyu görüb ya-
vuq gələr; İçər, gedər, eşələnər. A.Səhhət.
Çadırımızın dörd bir yanı açıqlıq olduğun-
dan toyuq cücələri ilə o açıqlıqda gəzişir,
qurd-quş, çəyirtkə tııtub yeyir və eşələnirdi.
A.Şaiq.
2. Yerində qurdalanmaq, o üz-bu üzə
çevrilmək. [Ana:] Səhər tezdən, lap toyuq-
lar ağacdan töküləndə biz oyanıb dururuq,
[oğlum] oyanırsa da, gözü baxa-baxa yerinin
içində o tərəf-bu tərə/ə eşələnir. Qantəmir.
Siibhanverdizadə eşələnərək məftilli krovatı
cırıldatdı. S. Rəhimov. Tapdıq yerinin için-
də eşələndi və gözünii açdı. Ə.Vəliyev.
EŞƏNƏK is. 1 . Toyuğun qazıb açdığı, eşə-
ləyib açdığı yer, eşilmiş yer. Toyuq eşənəyi.
- Toyuğun başı kəsiləndə eşənəkdə qalar.
(Ata. sözü).
2. məc. Qarışdırılmış, eşələnmiş, töküb-
tökiişdürülmüş, qatma-qarışıq yer.
EŞİDƏN is. dan. Dinləyici, dinləyən. Ra-
dio eşidənlər.
EŞİDİLMƏ “Eşidilmək”dən /is.
EŞİDİLMƏK məch. 1. Qulaq vasitəsilə
qavranılmaq, qulaqla duyulmaq, qulağa çat-
maq (səs haqqında). Yuxarıda qat-qarışıq
bir səs eşidildi. A.Şaiq. Göydə ulduz ulduzu
çağırırdı.. Yaxından dənizin uğultusu eşidi-
lirdi. M.EIüseyn. Birdən lap qulağının di-
bində eşidilən bir qışqırıq Qadiri bu xülya-
larından ayırdı. Ə.Əbülhəsən.
2. Xəbər çatmaq, xəbər alınmaq. Bu gün
təzə bir xəbər eşidildi.
3. Dinlənilmək, qulaq asılmaq, qəbul edil-
mək, nəzərə alınmaq (çox vaxt inkar şək-
lində). Onun bu arzusu kimsə tərəfindən eşi-
dilmədi.
EŞİDİLMƏZ si/, və zər/ Eşidilməsi müm-
kün olmayan, eşidilməyən. [Musa kişinin]
yalnız ağzına dəsmal basdıqda səsi eşidil-
məz oldu. M. İbrahimov.
EŞİDİLMƏZLİK is. Eşidilməsi mümkün
olmayan səsin halı.
EŞİK is. 1 . Bayır, dışarı, çöl. Gecənin bir
aləmində Nəbi evdən eşiyə çıxır. “Qaçaq
Nəbi”. Hacı Həsən bir söz deməyib gəlir,
yapışır Iskəndərin qolundan və çəkə-çəkə
aparır eşiyə. C.Məmmədquluzadə. [Dərviş:]
Ruqiyyə, niyə eşikdə oturubsan? A.Divan-
bəyoğlu. □ Eşiyə atmaq - bayıra tullamaq,
çıxarıb atmaq, tullamaq. Eşiyə çıxmaq -
1) üzə çıxmaq, zühura çıxmaq, aşkara çıx-
maq, görünmək. Bir müddət Cahangir dər-
viş paltarında tacirin evində qaldı. Bir gün
öz-özünə fikir elədi ki, yaxşı, bəs mən nə
vaxta kimi bu dörd divar arasından eşiyə
çıxmayacağam? (Nağıl); 2) təbii ehtiyacını
rəf etmək, ayaqyoluna getmək. Eşiyə
salmaq - qovmaq. Həsən ağa kimi zalımın
biri getdi, naçalnikdən xahiş elədi. Bir də
görəcəksən, papağımı qoltuğuma verib
saldılar eşiyə. Ə.Elaqverdiyev.
2. Bayır tərəfə baxan, çıxan, eşiyə tərəf
olan. ..Eşik otaqda, qəzetlərə sərilmiş
qərənfil və xrizantem dəstələri açılıb hazır-
landı. M. S. Ordubadi. Eşik qapı dəhlizə
açılırdı. Mir Cəlal. Muxtar əmi evin eşik
divarına söykəndi. M. Hüseyn.
3. Bir şeyin bayır hissəsi, çöl tərəfi. Qa-
zanın eşiyini də, içini də ağartdırmaq.
4. Bax ev-eşik. Gözəllik babında şahi-
cahansan; Eşiyində yüz min qullar dolanır.
M. P. Vaqif. [Tükəzban:] Anası ölmüş ev bil-
mir, eşik bilmir, təkdənbir gələndə də gözü-
nə yuxu getmir. M.Hüseyn.
35
EŞİKAĞASI
EŞİKAĞASI is. 1. tar. Şah saraylarında
təşrifat məmuru. [Nadir şah] eşikağası mən-
səbini [İbrahimxəlil ağanın oğlu Fəzləli
bəyə] münasib gördü və bu qulluğu o mər-
humə verdi. M.Adıgözəlbəy. Zamanı eşik-
ağası işdən agah etdi, biçarə mehtər xanın
ayağına yıxıldı.. Çəmənzəminli. İbrahim
xan şairin istedadına şəxsən inanıb, onu
özünə yaxınlaşdırdı və 1769-cu ildə eşik-
ağası vəzifəsinə təyin etdi. F. Köçərli.
2. köhn. Keçmişdə: böyük adamların
evində süfrəni və ev xidmətçilərini idarə
edən şəxs; nökərbaşı. Xan taların sədrində
taxt üstündə oturubdur: hüzurunda durub-
dur Səlim bəy eşikağası, əlində çomaq və hər
iki tərəfdən Lənkəran bəylərindən neçələri
səf çəkiblər.. M.F.Axundzadə. Bu adam
rəisin eşikağası idi. Mir Cəlal.
EŞİLMƏ “Eşilmək” dən /is.
EŞİLMƏK məcli. 1. Eşik-eşik edilmək,
qazılmaq, qazıq-qazıq edilmək. Meşələr kö-
kündən eşilir, qocaman palıd ağacları hər-
ləməsiııə qazılır, kökündən və damarlarından
kəsilir, gurultu ilə yerə gəlirdi.. S. Rəhimov.
2. Burum-burum edilmək, burulmaq. İp
eşilmək.
EŞİM-EŞİM sif. Buruq-buruq, buruq,
burum-burum. Eşinı-eşim dağ yolu.
EŞİTDİRİLMƏ “Eşitdirilmək”don f.is.
EŞİTDİRİLMƏK məch. Hiss etdirilmək,
qulağına çatdırılmaq, xəbərdar edilmək,
bildirilmək.
EŞİTDİRMƏ “Eşitdirmək”dən f.is.
EŞİTDİRMƏK icb. Qulağına çatdırmaq,
hiss etdirmək, xəbərdar etdirmək, bildir-
mək. [Xədicə] indi isə mahnı oxuyub səsini
mənə eşitdirirdi. S.FIüseyn. Sona .. əmisi
arvadını sıxma-boğmaya salanlara da eşit-
dirmək istəyib bərkdən dedi.. Ə.Əbülhəsən.
EŞİTMƏ “Eşitmək’’dən /и. Eşitmə orqanı.
EŞİTMƏK/ 1 . Hər hansı bir səsi qulaqla
qavramaq, almaq, duymaq, mənimsəmək.
Danışanların səsini eşitmək. O biri otaqdan
səs eşitmək. - Əz qəza Giilbadamın səsini
kəndin kənarından keçərkən bir adam eşidib
səslənir : - Ay adam, kimsən? N.Nərimanov.
Birdən-birə .. at kişnəməsi eşitdim. H.Nəzərli.
2. Dinləmək, qulaq asmaq, fikir vermək.
Məclis natiqi elə gərgin diqqətlə eşidirdi ki,
EŞQ
milçək uçsa, duyulardı. Mir Cəlal. Eşidin,
nə deyir : “İki gün əvvəl; Niyə gecikmişdin?
Bundan danış gəl! ” M.Rahim.
3. Xəbərdar olmaq, xəbər almaq, xəbər
tutmaq, məlumat əldə etmək, agah olmaq,
bilmək. Eləsən ağa dedi : - Mən səni göz-
aydınlığı verməyə çağırdım, eşitdim uşaqların
məktəbi qurtarıblar, gözün aydnı! Ə.Haqvcr-
diyev. Axşam bacımdan eşitdim ki. Xədicə
qorxduğundan xəstələnmişdir. S. Hüseyn.
4. Sözə baxmaq, əməl etmək, nəsihət
qəbul etmək. Böyüyün sözün eşit! - Qızım
sənə deyirəm, gəlinim sən eşit! (Məsəl). Nə
gərəkdir bizə o növ söhbətlər; Eşidin
pəndlər, nəsihətlər. S.Ə.Şirvani. [Xidmətçi:]
Onun dostluq etdiyi qadınlardan şübhələni-
rəm. Xüsusən onun bugünkü səyahəti də
qorxuludur, onu bu səyahətə buraxmayın, o
sizin sözünüzü eşidər! M. S. Ordubadi.
□ Eşidər-eşitməz - eşidən kimi, dərhal, o
saat. Fərman bu adı eşidər-eşitnıəz böyük
sevinclə onun əlini sıxdı. Ə. Sadıq.
EŞİTMƏMƏZLİK is. 1 . Eşitmək qabiliy-
yətinin olmadığı hal; karlıq.
2. Eşitməmə, dinməmə, qulaq asmama,
əməl etməmə.
0 (Özünü) eşitnıəməzliyə vurmaq (qoy-
maq) - özünü eşitməyən kimi göstərməyə
çalışmaq, əhəmiyyət verməmək, etina
etməmək, qulaqardına vurmaq. Mən özümü
eşitnıəməzliyə qoyub qapını taybatay açdım.
Qantəmir. Müqim onun atmacasını eşitmə-
məzliyə vurmaq istədisə də, bacarmadı.
S.Rəhimov. ..[Qulu] özünü eşitmənıəzliyə vu-
raraq, sağ əlini yuxarı qaldırdı. I. Əfəndiyev.
EŞİTMƏZLİK bax eşitməməzlik. Əttar
Eləsən eşitməzlik edib evə girdi və qapını
çəkib bərk örtdü. Çəmənzəminli.
EŞQ is. [ər.] 1. Sevgi, məhəbbət, sevda,
böyük istək hissi, sonsuz bağlılıq. Vətən
eşqi. Övlad eşqi. Həyat eşqi. - Can vermə
qənıi-eşqə ki, eşq afəti-candır; Eşq afəti-
can olduğu məşhuri-cahaııdır. Füzuli. Dili-
divanə sevər can tək o zülfl-siyəhi; Başının
şurini gör, eşqdə sevdasına bax. S.Ə.Şirvani.
Eşq sözü sözlərin sultanıdır, tacıdır; Eşq -
həyat ağacıdır! B. Vahabzadə.
2. Şiddətli arzu, həvəs, meyil, istək. Sö-
zün eşqilə, qəlbilə yaşar aləmdə insanlar;
36
EŞQ
Sözün səyyar xəyalilə uçar əflakə dastanlar.
S.Vurğım. Ala çiçəklərlə ala sürülərin doğ-
ma yurdunda dincələn əsgərlər hücum eşqi
ilə çırpmırdılar. Ə.Vəliyev.
3. Müxtəlif obrazlı tərkiblərdə: eşq əhli,
eşq aləmi, eşq yarası, eşq afəti, eşq quşu,
eşq dəryası, eşq odu, eşq əsiri və s. şəklində
işlənib sevgi, məhəbbət hisslərini bildirir.
Eşqin xəncərini vurdum sinəmə ; Dərin
yaralarım deşdim də gəldim. "Aşıq Qərib".
Yoxsa çıxılmayan eşqin dağında; Ömrünün
dirilik çeşməsi qaynar. M. Müşfiq.
0 Eşq yetirmək - sevmək, vurulmaq, aşiq
olmaq, bənd olmaq, məhəbbət yetirmək.
Xırda qız ağıllı-başlı Məlik Cümşiidə eşq
yetirmişdi. (Nağıl). Bir neçə il ondan sonra
Mirzə qonşunun qızına eşq yetirib anasını
elçi göndərdi. Ə. Haqverdiyev. Eşq olsun! -
mədh, tərif yerində işlənir (bəzən "afərin”
mənasında da işlənir). Deyirəm, eşq olsun
dünən və bu gün; Azadlıq yolunda can
verənlərə! B. Vahabzadə. Eşqə düşmək
(tutulmaq, giriftar olmaq və s.) - 1) aşiq
olmaq, sevmək, bənd olmaq, vurulmaq.
Qəm evində zar olalı; Eşqə giriftar olalı;
Yanmadıq yar olalı; Nə mən səndən, nə sən
məndən. Q.Zakir. Görcəyin gözəl Leylini;
Bəyəndim şirin dilini; Eşqə bələndim, mey-
lini; Bil mana san görəndə. Aşıq Ələsgər;
2) hədsiz dərəcədə bir şeyin həvəsində,
həsrətində olmaq, arzusunu çəkmək, istə-
mək. Axırda mən özüm də bir belə eşqə düş-
düm ki, öziimə bir yan tütəyi ələ gətirib baş-
ladını yavaş-yavaş çalmağa... C.Məmməd-
quluzadə. Eşqə gəlmək - təbə gəlmək,
cuşa gəlmək, ilhamlanmaq. Yenə də ortada
imtahan gərək! Yoxsa ki, gündə bir eşqə
gələrək; Sonra da ardınca baxıb ağlamaq;
Əskiklik gətirir hər insana, bil! S.Vurğun.
Sordunr. - Nədən, gözəl çoban; Eşqə gəlib
ney çalırsan? N.Rəfibəyli. Eşqə salmaq -
sevməsinə, aşiq olmasına səbəb olmaq,
özünə aludə etmək. Əğyarı eşqə salmağa ol
şuxi-dilfirib; Qeyrilə görcəyin mənə çox
eylər ehtiram. S.Ə.Şirvani. Eşqi cuşa
(tüğyana) gəlmək - həvəsə gəlmək, cuşa
gəlmək, çox həvəslənmək. Qoğuz padşahın
eşqi cuşa gəldi, durub gəlməkdə olsun
Nardan xanımın yanına. (Nağıl). Qurbaııi
EŞMƏ
zindanda Pəri xanımı yadına saldı, eşqi tüğ-
yana gəlib sazı sinəsinə basdı. "Qurbani”.
Allah eşqinə - bax Allah.
EŞQBAZ [ər. eşq və fars. ...baz] Qadın
düşkünü, arvadbaz, aşiqanə macəraları se-
vən adam.
EŞQBAZLIQ is. 1 . Eşq macəralarına me-
yil, yalandan eşq yetirmə, məhəbbətdən da-
nışma, sevişmə. ..Uşaqlarımız bekar qalan-
da ya gərək teatrlarımıza gedib eşqbazlıq
nümayişlərinə tamaşa eləsinlər, ya gərək
küçə qapılarının ağzına yığışıb yoldan ötüb
keçənlərə “ğoğo” eləsinlər.. C.Məmməd-
quluzadə. [Qafar:] Mən necə səni eşqbazlıq
teatrına aparım. S.S. Axundov.
2. Aşiqlik, vurğunluq. Şərm eylə bu eşq-
bazlıqdan; Bifaidə cangüdazlıqdan! Füzuli.
Ağlını cəm elə, olma sərsəri; Səndə yoxdur
eşqbazlıq əsəri. Aşıq Pəri. □ Eşqbazlıq elə-
mək - aşiqanə macəralarla məşğul olmaq,
arvadların dalınca düşmək, arvadlarla
sevişmək, onlara yalandan eşq yetirmək.
[Nəcəf:] Mən eşqbazlıq eləyəndə sən heç
ananın qarnında yox idin. I. Əfəndiyev.
EŞQLİ sif. Hərarətli, həyəcanlı, ehtiraslı.
Eşqli qəlb. - Qan salmağa aralığa; Çox
eşqli pərvanəsən. “Qurbani”. [Rüxsarə]
..ancaq Həsənin hərarətli nəfəsi ilə eşqli
dodaqlarını hiss edirdi. T.Ş. Simurq.
EŞQNAMƏ is. [ əı ; eşq və fars. ...namə]
Aşiqanə məktub, eşq, sevgi ifadə edən
məktub. Bir-birlərinə deyəcəkləri sözləri
aylardan bəri əzbərləmişdilər, ortalığa atı-
laraq arzular böyük həcmli bir eşqnaməni
təşkil edirdi. M. S. Ordubadi. □ Eşqnamə
oxumaq - məhəbbət elan etmək (adətən
mənfi mənada). [Əsgər Soltan bəyə:] Axı
belə iş yaxşı deyildir, özgənin arvadına eşq-
namə oxuyursan! Ü.Hacıbəyov.
EŞQPƏRVƏR [ər. eşq və fars. ...pərvər]
Eşq bəsləyən, eşq yetirən, sevən. [Sofiya
xanım:] Sizin bu qədər eşqpərvər bir qəlbə
malik olduğunuzu zənn etməzdim. Çəmən-
zəminli.
EŞMƏ 1 1. “Eşmək”dən fis.
2. sif. Burulmuş, eşilmiş, eşilib hazırlan-
mış. Eşmə qamçı. - Molla uzun və qara
müştüyün başına sancılmış eşmə papirosa
qullab vuraraq ətrafına tüstü yayırdı..
T.Ş. Simurq. [Koxa:] Şahməmməd, and olsun
37
EŞMƏ
bu eşmə bığa ; Sənə yalan satmaz ömründə
koxa. S. Rüstəm.
EŞMƏ 2 is. Uşaqların aşıqla oynadıqları
bir oyun adı.
EŞMƏ-EŞMƏ bax eşim-eşim. Nəbinin
bığları eşmə-eşmədir ; Papağı güllədən
deşmə-deşmədir. “Qaçaq Nəbi”.
EŞMƏK 1 f. 1 . Qazımaq, qazıyıb açmaq,
qurdalamaq (torpağı, qumu, külü və s.-ni).
..[Pələng də] məni görmüşdü. Pəncəsi ilə
acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq.
Səlim ilğım kolunun dibini balaca bel ilə
eşməyə başladı. S. Rəhimov
2. Burmaq. Bığını eşmək. - [Koroğlu] pələ
bığlarını eşib qulaqlarının dalına keçirdi.
"Koroğlu”. ..Məmməd kişi kababı yeyib
yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman.
3. Barmaqla hazırlamaq, sanmaq. [Daş-
dəmir:] Çox yaxşı tütündür, birini eşin, da-
dına baxın. M. Rzaquluzadə. □ Papiros
eşmək - tütünü papiros kağızı arasına qo-
yub sarımaq, papiros hazırlamaq. İskəndər
itdən əl çəkib, həvəsli və kefli, şlyapasını h-o-
vatın üstünə çırpıb başlayır papiros eşməyə.
C. Məmmədquluzadə. Qafar eşib müştüyə
keçirtdiyi papirosuna bir-iki qullab vurdu.
Ə.Əbülhəsən.
4 . Hörmək. İp eşmək. - Bir ipək və ya keçə
qurşağı .. eşərdilər. Buna tuma deyərdilər.
H.Sarabski. Qız-gəlinlər gün doğmamış oya-
nır; Gur saçına sığal verib eşməyə. R.Rza.
5. məc. Əlləşdirmək, axtarmaq, araşdır-
maq, qurdalamaq, töküşdürmək. Qazı .. ki-
tabları eşib bir qara cildli kitab götürüb
açdı. C.Məmmədquluzadə.
EŞMƏK 2 is. тәһ. Yaxası xəzli, gödək-
qollu, qadın üst geyimi.
EŞSİZ sif. [türk.] 1. Yalqız qalmış, tək qal-
mış; yoldaşsız, dostsuz, kimsəsiz.
2. Misilsiz, misli olmayan, tayı-bərabəri
olmayan. [Xəyyam:] Söylə, ey sevgili, eşsiz
mələkim; Kim zəhər qatdı gülər ömrünə,
kim?! H.Cavid.
EŞŞƏK is. 1 . At fəsiləsindən iribaşlı, al-
çaqboylu, uzunqulaqlı yük və minik hey-
vanı; uzunqulaq. Allaflar çuval-çuval arpa,
buğda və saman alıb arabalara doldurur,
eşşəklərə yükləyirdilər. A.Şaiq. Qulam
davının aldığı boz eşşək çox baha tamam
oldu. M. Hüseyn.
EŞŞƏKLİK
2. inşaat zamanı bir şeyi saxlamaq üçün
altdan qoyulan müvəqqəti dayaq, dirək.
Körpünün orta eşşəyi sındı.
3. məc. dan. Qanmaz, kobud, küt, axmaq,
cahil adam haqqında (söyüş kimi işlənir).
[Nəcəf bəy:] Eşşək, məlun! Sənin sözün də
var ata qabağında danışmağa? ! Ə. Haqver-
diyev.
4. idm. Gimnastika hərəkətləri üçün üzə-
rinə meşin çəkilmiş, hündür dayaqlı tir.
0 Eşşək nə bilir zəfəran (plov) nədir,
eşşək nə bilir xurmanın dadını - qanmaz,
yaxşı ilə pisə fərq qoya bilməyən adam haq-
qında. [Hüseyn:] Sən nə anlayırsan artist
nəyə deyirlər? Nə qədər eşşək zəfəranplov-
dan bir şey anlasa, bir elə də sən anlarsan
ki, artist-tragik nədir? Ə. Haqverdiyev. İki
eşşəyin arpasını bölə bilməmək - heç bir
işdə qabiliyyəti olmayan, bacarıqsız adam
haqqında. Onun vücudunu iki şahıya alan
olmaz. Kütbaş, bisavad, iki eşşəyin arpasını
bölə bilməyən. M. Hüseyn.
EŞŞƏKARISI is. zool. Zərqanadlılar fə-
siləsindən arıya bənzər sarı, parlaq qanadı
olan, iynəli böcək.
EŞŞƏKBELİSINDIRMA, EŞŞƏKBELİ-
SINDIRDI is. Uşaqların dombaltma durub
biri-birinin belindən atılaraq oynadıqları
oyun; atlanbac.
EŞŞƏKBİYANI is. bot. Yazdan bir qədər
keçmiş bitən pis qoxulu alaq otu.
EŞŞƏKÇİ is. 1. kölın. Eşşəklərə baxan,
xidmət edən mehtər. Oraya yığılanlar-
kimdirlər? Biri xanın eşşəkçisinirı nəvəsi
deyilmi? Ə. Haqverdiyev.
2. Eşşəyə minmiş adam. Məhəmmədhəsən
əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə
aparırdı. C.Məmmədquluzadə. Atlılar bir az
dayandılar. Eşşəkçi yaxınlaşdı. Mir Cəlal.
3. Eşşək ilə yük daşıyan, eşşək üstə xırda
alver edən adam.
EŞŞƏKÇİLİK is. köhn. Eşşəklə yük da-
şıma peşəsi.
EŞŞƏKQANQALI is. bot. Tikanlı, dilik-
dilik yarpaqları olan yabanı bitki.
EŞŞƏKLİ sif. Eşşəyi olan. Eşşəkli köç.
EŞŞƏKLİK is. Qanmazlıq, anlamazlıq,
kobudluq, heyvanlıq. Planların alt-üst ol-
masına səbəb Kəşaninin eşşəklivi və xamlığı
38
EŞŞƏKOYUNU
olmuşdu. Qantəmir. □ Eşşəklik eləmək -
axmaq bir iş görmək, tərbiyəsiz bir hərəkət
göstərmək. [Allahqulu:] ..Eşşəklik eləyirəm
mən ki, Veysin qəlbinə dəyirəm. Ə.Əbülhəsən.
EŞŞƏKOYUNU is. dan. Axırı savaşmaya,
qovğaya çevrilən qaba zarafat. Eşşəkoyutıu
başlamaq.
EŞŞƏKTURPU is. bot. Kökü turpa bənzər
yabanı alaq otu.
ETAJER(KA) [ fr .] Dirəklər üstündə duran
rəflərdən ibarət mebel növü. Bir tərəfdə qo-
yulub kitab qəfəsəsi ( etajerka ), üstə kitablar,
yanında bir dənə sandalva. C.Məmmədqu-
luzadə. Akif .. etajerkadan kitab götürərək
oxumağa başlayır. M. İbrahimov.
ETALON [//'.] Müəyyən edilmiş ölçü va-
hidinin dəqiq nümunəsi. // İşlənməkdə olan
ölçü alətlərini yoxlamaq üçün ən dəqiq ölçü
nümunəsi; əyar. Metrin etalonu. - Təhvil
verilən pambığın sortunu qəbuledicilər eta-
lon əsasında müəyyən edirlər. “Pambıqçılıq”.
ETÄN \yun.] kim. İşıq və neft qazlarında
olan rəngsiz, yanar qaz.
ETDİRİLMƏ “Etdirilmək”dən fiis.
ETDİRİLMƏK “Etmək” dən məch. ..Kino-
ların qabağına nümayiş etdirilən filmlərin
şəkilləri vurulmuşdu. M. İbrahimov.
ETDİRMƏK icb. Etməyə məcbur etmək.
ETERNİT [lat.] xiis. Asbest və sement qa-
rışığından hazırlanan süni şifer. Eternit və ya-
xud asbest ilə sementdən hazırlanmış kirəmit
.. xüsusi zavodlarda presləmək üsulu ilə nazik
vərəqələr ( 4 mm) halında hazırlanır ki, bun-
lar damları örtmək üçün işlədilir. S. Quliyev.
ETİBAR is. [ər.] 1. Bir şəxsin ixlasma,
sədaqətinə, səmimiyyətinə, doğruluğuna,
düzgünlüyünə inam, etimad, əmniyyət və
bunlara əsaslanan münasibət, insan oğlu
can verər pərvanə tək atəşlərə ; Düz sözün,
düz ilqarın, düz etibarın eşqinə. S.Vurğun.
// məc. Vəfa. Zakir, etibarı yoxdur dünya-
nın; Aldanma xeyrinə, şərinə anın. Q.Zakir.
Lakin günəşdə etibar görünmürdü; yerdən
buğ qalxır, dağların başı dumanlanır,
üfüqlər bulaşmağa başlayırdı. Çəmənzə-
minli. □ Etibar etmək (göstərmək, qıl-
maq) - inanmaq, etimad etmək, inam gös-
tərmək. Mən böylə qılırdım etibarı; Kim
bundan olur könül qərarı. Füzuli. Amma
ETİBARLILIQ
keyfiyyət bir mərtəbədə qərib idi ki. Yusif
Sərrac onun doğru olmağına, bavücııdi ki,
gözü ilə görürdü, hərgiz etibar edə bilmirdi.
M.F.Axundzadə. [Süleyman:] Əsgər mənə
etibar edib elçiliyə göndəribdir, özü də qıza
bənddir. Ü.FIacıbəyov.
2. klas. Ad, san, şərəf, hönnət, nüfuz. Getdi
şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtida-
rımız. M. Ə. Sabir. Keyfə sərf eylədim də mil-
yonlar; Yenə dövlətcə etibarım var. El. Cavid.
□ Etibardan düşmək, etibarını itirmək,
etibarı qalmamaq - 1 ) hörmətdən düşmək,
nüfuzunu itirmək. Bundan sonra zəmanədə
mən mərəzə şaiqəm; Çün düşmüşəm yanın-
da onun etibardəıı. S.Ə.Şirvani; 2) daha mö-
təbər olmamaq, özünə olan inamdan məh-
rum olmaq; 3) qüvvəsini, təsirini itirmək
(sənəd haqqında). Etibarı olmaq - 1) ina-
nılmaq, başqasının yanında etimadı olmaq;
2) möhkəm olmaq, davamlı olmaq.
3. klas. Əhəmiyyət, məna. Görmüşəm
ləlini, lazımdı tökülsün qanım; Etibar olmaz
əgərçi görələr qan yuxuda. S.Ə.Şirvani.
4. “ilə” qoşması ilə: etibarı ilə - fərz
edərək, ...nəzərə alaraq, ...əsasən, ...görə,
...kimi. Bu dövrdə böyük yazıçının hekayə-
ləri forma etibarı ilə ən çox novella xasiy-
yəti daşıyır. M. İbrahimov.
ETİBARƏN zərf [ər.] Başlayaraq, sayıl-
maq surəti ilə. Martdan etibarən. O gündən
etibarən. - Mollaxanadan qovulan gündən
etibarən uşaq fikrini quşbazlıq, tazıbazlıq,
xoruzbazlıq və bu kimi işlərə verərdi.
H.Sarabski. Xəlil qət etdi ki, sabahdan eti-
barən o da bekar dayanmasın, bir işin qul-
pundan yapışsın. İ.Məlikzadə.
ETİBARLI sif. 1. Etibar edilməyə layiq
olan, etibarı olan, inanılacaq, etimad edilə-
cək, sədaqətli, vəfalı. // Şübhə doğurmayan,
həqiqi, dürüst. Etibarlı mənbələrdən alman
məlumat.
2. Etibarı olan, hörmətli, nüfuzlu, adlı-
sanlı. Etibarlı adam.
3. Qanunən qüvvəsi, təsiri olan. Etibarlı
sənəd.
4. Möhkəm, davamlı, bərk. Bu divar eti-
barlıdır.
ETİBARLILIQ is. 1. Sədaqətlilik, səmi-
milik, doğruluq, düzgünlük, inamlılıq.
39
ETİBARNAMƏ
2. Möhkəmlik, davamlılıq. Kontakt bir-
ləşmələri elektrik aparatlarının çox məsul
hissələri sayılır və aparatların işdə etibarlı-
lığı onların konstruksiya və vəziyyətlərindən
xeyli dərəcədə asılıdır. P.Rüstəmzadə.
ETİBARNAMƏ is. [ər. etibar və fars.
...namə] Bir şəxsin və ya idarənin adından
iş görmək üçün verilən rəsmi kağız, sənəd.
Etibarnamə ilə kassadan pul almaq. - Kör-
püdə taxtanı buraxmaq üçün etibarnamə is-
təyirdilər. Mir Cəlal.
ETİBARSIZ sif. 1. Etibarı olmayan. Eti-
barsız yoldaş. Etibarsız dost. - Etibarı kə-
sib, etibarsız yar; Əl qaldırıb, özgə yara
yalvarar. “Lətif şah”. □ Etibarsız çıxmaq
- verdiyi sözdən, vədədən qaçmaq, vəfa-
sızlıq göstərmək.
2. Etibara, inanılmağa layiq olmayan; eti-
barını itirmiş.
3. Sözü keçməyən, nüfıızu, hörməti ol-
mayan; şərəf və heysiyyəti olmayan. Eti-
barsız adam.
4. Qanuni qüvvəsini, təsirini itirmiş, eti-
barını itirmiş. Bu vəsiqə etibarsızdır.
5. Möhkəm olmayan, davamlı olmayan.
ETİBARSIZLIQ is. Etibar, etimad olma-
dığı hal, vəziyyət. Kııyində bu etibarsızlıq;
Bəsdir məni-mübtəlayi-zarə. Əmani.
ETİDAL is. [ər.] 1 . Mötədillik, mülayim-
lik, orta halda olma; tam lazım olduğu dərə-
cədə, həddə olma.
2. Soyuqqanlılıq, sakitlik, təmkin. Nizami
və Fəxrəddinə göstərilən bu qədər səmimi
münasibət Qətibənin əsəblərinə toxunsa belə,
öz etidalını pozmayaraq yenə də Azərbay-
can nümayəndələrinin rahatlığı üçün hər
bir vasitənin hazır edilməsinə diqqət verdi.
M. S. Ordubadi. Mehriban Zeynalın belə
gecikməsinə əhəmiyyət verməyirdi. Etidalını
pozmadan oturub çocuqlaruıa paltar tikirdi.
S. Hüseyn.
3. “la” şəkilçisi ilə: etidalla yaxud kə-
mali-etidalla zərf - soyuqqanlılıqla, səbir-
lə, təmkinlə, sakit surətdə. [Səlim] kəmali-
etidalla gözləyirdi ki, [Mehriban] ağlayıb
ürəyini boşaltsın. S. Hüseyn. Ramazan yenə
də etidalla cavab verdi. M.Hüseyn.
ETİKA [yun. ethika, ethos - adət, xasiy-
yət] 1 . İctimai şüur formalarından biri kimi
ETİQADLA
əxlaq, tərbiyə və mənəviyyat haqqında fəl-
səfi nəzəriyyə. Materialist etika. Elegel etikası.
2. Hər hansı sinfin, cəmiyyətin, ictimai
təşkilatın əxlaq qaydaları. Kapitalist cəmiy-
yətinin etikası. Dvoryan etikası. - Əsil etika
açıq danışmağı sevir. M.Hüseyn.
ETİKET [fr.\ Malın, eksponatın və s.-nin
üstünə yapışdırılan, üzərində onun adı,
qiyməti və s. olan; yarlıq.
ETİKETLƏMƏ “Etiketləmək”dən fis.
ETİKETLƏMƏK/ Mala etiket vurmaq.
ETİKETLƏNMƏ “Etiketlənmək”dən / is.
ETİKETLƏNMƏK məch. Mala etiket vu-
rulmaq.
ETİQAD is. [ər.] 1. Bir şeyə qəlbən və
möhkəm inanma, inam. [Dilarada] ədalətin,
haqqın qələbə çalacağına möhkəm bir eti-
qad vardı!.. M.İbrahimov. // Əqidə, qənaət,
fikir. ..Bizim camaatın arasında bu etiqad
var idi ki, rus həkimləri müsəlman həkim-
lərindən artıq təhsil görmiiş və təcrübə hasil
etməmişdilər. C. Məmmədquluzadə. [Mər-
humun qardaşı:] Çünki seyidin qulluğuna
etiqadla getməmişdi. Əlbəttə, etiqad böyük
şərtdir. Ə. Haqverdiyev. □ Etiqad etmək
(eləmək, bəsləmək) - qəlbən və möhkəm
inanmaq, iman gətirmək, ürəkdən təsdiq et-
mək. Bir parça buludun yağış yağdırmasını
gümaıı etməsəm də, ancaq Nisə xala məndə
elə bir təsir buraxmışdı ki, onun hər dedi-
yinə etiqad edirdim. Qantəmir. Elər hansı
müalicə içərisində xəstənin özünün etiqad
bəslədiyi müalicə ən birinci vasitədir.
S. Rəhimov.
2. din. Bir din və məzhəbə inanma, inam.
Mən elə hacı tanıyıram ki, özünün heç bir
zada etiqadı olmaya-olmaya Məkkəyə mü-
şərrəf olur. Ə.Qəmküsar. Kərbəlayı Məhəm-
məd ustanın hekayəsi bitən kimi, dərin bir eti-
qad ilə gözünü göyə çöndərdi. Çəmənzəminli.
ETİQADCA zərf Etiqada görə, əqidəcə,
məsləkcə, məzhəbcə.
ETİQADLA zərf Möhkəm inamla. Fər-
lıadoğlu istəyirdi ki, dərin etiqadla işdən-
gücdən yapışan gəncliyə qarışsın. S. Rəhi-
mov. İbrahim Məşədi bəyin sakit axan göz-
lərində qığılcıma bənzər bir şey yandığını
görəndə bu sözləri necə dərin bir etiqadla
dediyini hiss edib təsəlli tapdı. M.Hüseyn.
40
ETİQADLI
ETİQADLI sif. Bir şeyə etiqadı olan,
möhkəm əqidəli, məsləkli. Etiqadh adam.
ETİQADSIZ sif. Etiqadı olmayan, heç bir
şeyə inanmayan. Etiqadsız adam.
ETİQADSIZLIQ is. Heç bir şeyə inanma-
ma, etiqadı olmama; inamsızlıq.
ETİL \yun. aith(er) - hava və hyle - mad-
də] kim. Bir çox üzvi birləşmələrin tərki-
binə daxil olan karbon və hidrogen atomları
qrupu.
ETİLA [ər.] tənt. klas. Yüksəlmə, ucal-
ma; yüksəklərə qalxma, yüksəliş; tərəqqi.
Mən bu sözlərinilə nə dedim bilsən : - Çırpın
üfüqlərə, uç etilaya! S.Vurğun.
ETİLEN [əsli yun.] bax etil kim. Tərkibi
karbon və hidrogendən ibarət olan rəngsiz
yanıcı qaz.
ETİMAD is. [ər.] Etibar, inam, inanma.
iqbalıma yoxdur etimadım ; Müşkül görünür
mənim muradını. Füzuli. Sən o deyilmidin,
dedin : - Var bizim ittihadımız? Mən də,
yadında var, dedim: - Yox buna etimadımız.
M. Ə. Sabir. □ Etimad etmək - inanmaq,
etibar etmək, bel bağlamaq.
ETİMADKAR bax etimadverici. Xanı-
mın şirin və etimadkar səsi mərsiyəxanın
mühakimələrinə qələbə çalmağa başladı.
Çəmənzəminli.
ETİMADLI sif. Etibarlı, inanılan, bel
bağlanıla bilən, sədaqətli. Etimadlı adam. -
Məktub Zahir Bəlxinin ən etimadlı qulamı
olan Bəşirə tapşırıldı. M.S. Ordubadi. Pro-
fessorun hərarətli və etimadlı danışığı
hamının diqqətini cəlb etmişdi. Mir Cəlal.
[Sarxan] ..ən etimadlı adamlardan ibarət
balaca özəklər düzəltmişdi. M. İbrahimov.
ETİMADNAMƏ is. [ ər . etimad və fars.
...namə] Bir dövlətin nümayəndəsinin başqa
dövlət yanında səfir olduğunu təsdiq edən
sənəd. Yeni səfir etimadnaməsini təqdim etdi.
ETİMADSIZ sif. 1 . İnanıla bilməyən, bel
bağlanıla bilməyən, etibarsız. Etimadsız
adam.
2. Şübhə ifadə edən. Müəllimin daha sa-
ralmış və gözəl biçimli dodaqlarında etimad-
sız və şübhəli bir təbəssüm gəzirdi. Ə. Vəliyev.
ETİMADSIZLIQ is. Etimad etməmə,
ürək qızdırmama; etibarsızlıq, inamsızlıq.
ETİNASIZCA(SINA)
Bu baxış .. bir etimadsızlıq demək idi.
M.S.Ordubadi.
ETİMADVERİCİ sif. İnandırıcı, ümidve-
rici, inamlı, etibarlı. Xanın vəziyyəti məclisi
də kiriməyə məcbur etdi. Dərin sükutu
Vaqifin yumşaq, lakin etimadverici səsi
pozdu. Çəmənzəminli.
ETİMOLOGİYA [yun. etymon - həqiqət
və logos - ehıı] dilç. 1 . Dilçiliyin, sözlərin
qohumluq əlaqələri və mənşəyindən bəhs
edən şöbəsi.
2. Sözün mənşəyi və onun eyni dildə, ya-
xud başqa dillərdəki sözlərlə qohumluq mü-
nasibəti. Sözün etimologiyası yaxşı məlum
deyil.
0 Xalq etimologiyası dilç. - başqa dildən
keçmə sözün ana dilinin səs qanunlarına
uyğunlaşdırılıb işlənməsi.
ETİMOLOJİ sif. [yun.] Etimologiyaya
aid. Etimoloji lüğət. Sözün etimoloji təhlili.
ETİMÖLOQ [yun. ] dilç. Etimologiya
mütəxəssisi.
ETİNA is. [ər.] Artıq diqqət yetirmə, əhə-
miyyət vermə, sayma. □ Etina etmək (elə-
mək, qılmaq) - saymaq, əhəmiyyət ver-
mək, diqqət yetirmək, fikir vermək. Yemə-
yə, içməyə etina qılmır; Heç alnının qırışığı
açılmır. A. Səhhət. Etina etməmək -
saymamaq, fikir verməmək. Dünyada yal-
taqlıq nə olduğunu Mirzə bilməzdi. Bir bəyə,
bir xana etina eləməzdi və deyərdi: "Nə vaxt
qapılarına çörəyə getsəm, verməsinlər".
Ə. Haqverdiyev. Qazının qısıla-qısıla gəl-
məyinə ağa artıq etina etməyib, bir az da
irəli gəlməyə aman verir. Çəmənzəminli.
ETİNASIZ zərf Saymazcasma, saymaz-
yana, fikir vermədən, diqqət yetirmədən,
əhəmiyyət vermədən. Etinasız danışmaq.
Etinasız cavab vermək. - Qadın olduqca
vüqarlı və etinasız bir surətdə gedir və Fəx-
rəddinin onu təqib edib-etməməsinə diqqət
vermirdi. M.S.Ordubadi. Etinasız baxmasın
sənə; Divarlarında sükuta dalıb; Qarış-qarış
yüksəltdiyin; Binada yaşayanlar. R.Rza.
ETİNASIZCA(SINA) zərf Saymadan, əhə-
miyyət vermədən, etina etmədən, laqeydcə-
sinə. Qara və yorğa atlı bir cavan, atını lap
qabaqda və etinasızca sürürdü. Ə.Vəliyev.
41
ETİNASIZLIQ
ETİNASIZLIQ is. Diqqətsizlik, hörmət-
sizlik, sayğısızlıq; saymamazlıq, fikir ver-
məmə, əhəmiyyət verməmə. Etinasızlıq
etmək. Etinasızlıq göstərmək. - Niııa bu eti-
nasızlığın zəminəsini çoxdan bəri mənə xə-
bər vermişdi. M.S. Ordubadi. Qoşatxan .. ko-
budu yerində oturdar, dikbaşa etinasızlıq
göstərərdi. M. İbrahimov.
ETİOLÖGİYA \yun. aitia - səbəb və logos
- elm] tib. 1 . Xəstəliyin törənməsi səbəbləri
və şəraitindən bəhs edən elm.
2. Hər hansı bir xəstəliyi törədən səbəb-
lər. Xəstəliyin etiologiyası bəlli deyildir.
ETİOLOJİ si/ \yun.\ tib. Etiologiyaya aid,
etiologiya ilə bağlı olan. Etioloji məlumat.
ETİRAF is. [ər.] Öz qüsur və nöqsanını,
az-çox özünün günahı olan bir şeyi inkar
etməyib, qəbul etmə, təsdiq etmə, boynuna
alma. Yüz şiikr ki, yox sənə xilafını; İnsafım
var, var etirafım. Füzuli. Qadının etirafı və
yaxud təsdiqi mənim marağımı təskiıı et-
mirdi. S.Hüseyn. Əlyar koftanın cırılmasına
aid Rüxsarəııin etirafını istintaq protoko-
luna qeyd edərək, bugünkü sorğunu bunun-
la bitirmiş hesab etdi. S. Rəhimov. □ Etiraf
etmək (eləmək) - öz qüsurunu, günahını,
təqsirini qəbul etmək, boynuna almaq, təs-
diq etmək. İnanma gər desə rəmmal sirri-
qeybə agahəm; Dəhanın sirrinə yüz kərrə
iczin etiraf eyi ər. S.Ə.Şirvani. [Səlim:] Get-
mək qolay, ancaq sən etiraf et; Anlat başın-
dan keçəni büsbütün. H. Cavid. Lətifə öz səh-
vini etiraf eləməyə utanırmış kimi, Tahirin
üzünə hələ də diiz baxmırdı. M.Hüseyn.
ETİRAZ is. [ər.] Bir fikri, təklifi, qərarı
və ya hərəkəti qəbul etməyərək onun əley-
hinə çıxma, qəti narazılığını bildirmə. Özün-
dən qıl riyanı tərk, əgər vardır hünər səndə;
Deyil əhli-riyayə etirazın bir hünər, vaiz.
S.Ə.Şirvani. Səriyyə xalanın bütün eti-
razları puça çıxdı. S. Rəhman. □ Etiraz
etmək - qəti razı olmadığını bildirmək,
razılaşmamaq, qəbul etməmək. Ey səlamət
əhli, al rüxsarə baxma zinhar! Etiraz eylə
məlamətdən, məııi-rüsvayə bax! Füzuli.
Qətibə bu fikrə etiraz etdi.. M.S. Ordubadi.
Anası .. qızının səfərinə etiraz etmək istədi.
Ə.Məmmədxanlı.
ETNOQRAFİZM
ETMƏ “Etmək” dən f.is.
ETMƏK f. 1. Bir işi yerinə yetirmək,
əmələ gətirmək, görmək, eləmək. Qurbani
der. könlüm bundan sayrıdır; Nə etmişəm
varım məndən ayrıdır? Qurbani. [Mehriban]
buna baxmayaraq, soyuqqanlılıqla cavab
verdi; -Necə istəyirsiniz, ediniz!.. S.Hüseyn.
[Yaqub:] Əgər mən də oxuyub təhsil etsəy-
dim, onda gərək mən da bir mədən sahibinin
qabağında sürünüb, ona nökərçilik edəy-
dim. B.Talıblı.
2. Köməkçi feil kimi isimlərlə yanaşı iş-
lənib mürəkkəb feil əmələ gətirdiyi zaman
ismin mənası ilə bağlı olan hərəkəti bildirir;
məs.: şəhadət etmək, dad etmək, düçar et-
mək, etina etmək.
ETMƏKLİK köhtı. bax etmək. Mən
bəni-adəm üçün görməmişəm səcdə ola;
Səcdə etməklik üçün hanı lıəqqiıı fərmanı?
S.Ə.Şirvani.
ETMƏKSİZİN zərf Etmədən. Nəsir ki heç
bir vaxt Mirzə Qədirin sözündən çıxmazdı,
hər əmrini tərəddüd etməksizin qəbul edər,
onun hər fikrinə şərik olardı. S.Hüseyn.
ETNOGENEZ [yun. ethnos - xalq və
genesis - doğulma] Hər hansı bir xalqın
mənşəyi. Azərbaycan xalqının etnogenezi.
Slavyanların etnogenezi.
ETNÖQRAF [yun. ethnos və grapho]
Etnoqrafiya mütəxəssisi.
ETNOQRAFİK sif. [yun.] Etnoqrafiyaya
aid olan, etnoqrafiya ilə bağlı olan. Etno-
qrafik muzey. Etnoqrafik əsər. - [Vaqif]
..köçərilərin həyat və məişətini çox yaxşı
bilirdi. Bu cəhətdən onun Molla Vəli Vidadi
ilə yazışması böyük etnoqrafik əhəmiyyətə
malikdir. F. Köçərli.
ETNOQRAFİYA [yun. ethnos və grapho -
yazıram] 1. Xalqların maddi və mənəvi
mədəniyyətlərini, onların mədəni-tarixi
əlaqələrini tədqiq edən elm.
2. Bir xalqın, tayfanın, yerin məişət, adət,
mədəniyyət xüsusiyyətlərinin məcmusu.
Qafqazın etnoqrafiyası. Asiya xalqlarının
etnoqrafiyası.
ETNOQRAFİZM [yun. ethnos və grapho
- yazıram] Bir şeydə etnoqrafik xüsusiyyət-
lərin, təsvirlərin, təfərrüatın mövcud ol-
ması, verilməsi (kitabda, pyesdə və s.-də).
42
ETRÜSK
ETRÜSK İtaliyada yaşamış qədim bir
xalq vp bu xalqa mənsub adam.
ETÜD [//-.] 1. Bir əsərin ilk qarası, eskizi.
Ulduz azad vaxtlarını daima ən kiçik otağın-
da həvəskarı olduğu rəssamlığa sərf edər,
müxtəlif etiidlər işlərdi. Ə.Məmmədxanlı.
2. Ayrıca bir məsələyə həsr olunmuş kiçik
ədəbi əsər. Bioqrafik etiidlər. Tənqidi etüd.
3. Məşq (musiqidə, səhnədə, şahmatda
və s.-də).
4. Virtuoz mahiyyətində olan kiçik mu-
siqi əsəri. Süita şəklində yazılmış çoxhissəü
musiqi əsərlərinə bəzən “eskiz" və ya
“etiid" adı da verilir. Ə.Bədəlbəyli.
EV is. 1. Yaşayış binası, həmçinin müx-
təlif müəssisə və idarələri yerləşdirmək
üçün bina, tikili. Kərpic ev. Daş ev. Yaşayış
evi. Altımərtəbəli ev. - On üç il bundan irəli
evləri yazanda Danabaş kəndinin tüstü çıxanı
düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmməd-
quluzadə. Şose yolu kənarında, san kirəmitli
.. bir ev görünürdü. M.Hüseyn. // Mənzil,
otaq, ailənin yerləşdiyi yer. Evə getmək.
Evdən gec çıxmaq. Ev yığışdırmaq. - [Mər-
can bəy:] Əlbəttə, boşayacağam, təvəqqe
edirəm ki, bu gün mənim evimdən çıxasan.
Ü.Hacıbəyov. [Hacı Nəsir:] Bir kasıb kişinin
qızını alıb evimə gətirəcəyəm. S.S. Axundov.
2. Zəhmətkeşlərin hər hansı bir mədəni-
məişət ehtiyaclarına xidmət edən ictimai
müəssisə, yer. Ziyalılar evi. Körpələr evi.
Müəllimlər evi. - Mədəniyyət evinin işıqlı və
böyük zalı adamla qaynaşırdı. M.İbrahimov.
3. Ailə, oğul-uşaq, külfət mənasında. Evi-
nə yaxşı baxır. Evin dərdini çəkmək. Evinə
bağlı adam. - [Məşədi Səttar:] Əhvalın
necədir, ev, uşaq salamatdırmı? Ə. Haqver-
diyev. □ Ev açmaq (qurmaq) - özünə ay-
rıca ailə qurmaq. O, ata-anasındaıı ayrılıb
özünə ev açdı. - [Kəmtərov və Leyla] indi
belə güman edirdilər ki, dəm-dəsgahlı ev
qurmaq istəyənlərin, oxumuşluğun, qarşı-
lıqlı sevgi ilə qurulmuş ailənin qaydası
belədir ki, var. Mir Cəlal. Ev adamı -
1) ailənin üzvü və ya ailəyə yaxın şəxs.
Başqa vaxt olsaydı, çoxdan ev adamından
biri cumub [Həmzənin] paltosunu, papağını
alaraq asqıdan asmışdı. Ə.Əbülhəsən;
2) köhn. evfemistik yolla ərin öz arvadının
EV
adını çəkməmək üçün işlətdiyi ifadə. [Qoca
kişi:] Çünki dünən Yarməmmədin ev adamı
gəlmişdi bizə, qarabaşımıza demişdi ki,
Kərbəlayı Səfər evə gəlsə, ona bir de, gəlsin,
bizim uşağa baxsın. C.Məmmədquluzadə.
Ev arvadı (qadını) - heç bir müəssisə və
ya idarədə işləməyib, ancaq ev işləri və
təsərrüfatı ilə məşğul olan qadın, evdar
qadın. [Hurizad oğluna:] Yaxşı, elə oxumuş
qızdan ev qadını olarını? - deyə ciddi sima
ilə sordu. Çəmənzəminli. Üst qatlarda ev
arvadı yoxdur ki? Mir Cəlal. Ev qulluq-
çusu - muzdla başqasına müxtəlif ev işləri
görən qadın (qız). [Məsmə:] ..Məııim hə-
yatımın ikinci səhifəsi 23-cü ilin baharın-
dan başlayır. Bu zaman ev qulluqçularının
sığorta edilməsi üçün qanun nəşr edilmişdi.
S. Hüseyn. Ev olmaq, ev yiyəsi olmaq -
evlənmək, ailə qurmaq, ev-eşik sahibi ol-
maq. [Soltan bəy:] Qızım, inad olma, ..
gedərsən ərə, oğul-uşaq sahibi olarsan, ev
yiyəsi olarsan. Ü.Hacıbəyov. Zarafat deyil,
evlənir, ay parçası kimi bir qız alır. Ev olur,
daha yurdsuzluqdan çıxır. Mir Cəlal. Ev
sahibi, ev yiyəsi məc. - ailənin başçısı, evin
böyüyü. Qonaq qonağı sevməz, ev yiyəsi hər
ikisini. (Ata. sözü). Tahir ev yiyəsini bir də
çağırdı. M.Hüseyn. Ev tökmək - evin hər
tərəfini silib-süpürmək, tamam təmizləyib
yığışdırmaq. Evdən çıxmaq - ailədən kü-
süb getmək. [Mehriban] Rəmziyyəsini kimə
tapşırıb evdən çıxır, onları tərk edirdi.
S. Hüseyn.
4. Heyvan adlarının əvvəlində onların
evdə bəsləndiyini, əhliləşmiş olduğunu
bildirir. Ev heyvanı. Ev quşu. Ev arısı. - Ev
danası ev danasından qorxmaz. (Ata. sözü).
Məşhur sayaçı sözlərində ev heyvanları bir-
bir zikr olunur. F. Köçərli.
5. Bəzi sözlərin əvvəlində, həmin sözlə-
rin ifadə etdiyi şeylərin evlə bağlı və ya evə
aid olduğunu, evdə işləndiyini, evdə hazır-
landığını, yaxud evdə icra edildiyini bildirir.
Ev paltarı. Ev başmağı. Ev xörəyi. Ev çörəyi.
Ev tapşırığı. Ev işləri.
0 Ev bizim, sirr bizim - gizli saxlanmalı
olan söz, iş haqqında deyilir. Ev bizim, sirr
bizim, söhbətini elə. Fərmandan de! Mir
Cəlal. Ev yıxmaq - birinə pislik etmək,
43
EV
EVCİK-EVCİK
bədbəxt etmək. [Mərcan bəy:] Mənim evimi
yıxdın, hələ bir gəlib pul da istəyirsən?
Ü.Hacıbəyov. Evdə bişməyib, qonşudan
gəlməyib - haqqında heç bir şey bilinmə-
yən, heç bir təsəvvür olmayan şey haqqın-
da. Axı neyləyim, evdə bişməyib, qonşudan
gəlməyib, bir balaca tərpənəndə elə bilirəm
çarpayı altımda yatacaq. İ. Şıxlı. Evdə
qalmaq - vaxtı keçdiyi halda ərə getməmək
(qız haqqında). [Asya:] Bəs ay Giilçöhrə,
onda daha heç ərə getməyib, evdə qalıb un
çuvalına tay olacaqsan? Ü.Hacıbəyov. Ev-
dən (ev-eşikdən) uzaq, evlərdən İraq! -
ölüm və ya fəlakətdən danışarkən söylənən
evfemistik ifadə. [Məşədi Məmməd:] Allah
evlərdən İraq eləsin, məni qorxudan elə işin
burasıdır. R.Əfəndiyev. Evdən gəlmək -
pay gətirmək, əlidolu gəlmək. Evi abad,
evin abadan! - yaxşılığa, hörmətə qarşı
təşəkkür ifadəsi. [Əsgər Gülçöhrəyə:] Xa-
nım, evin abadan, sənin əlinin bərəkəti mənə
bəsdir. Ü.Hacıbəyov. Evi başına götürmək
- bərkdən qışqırmaq, bağırmaq, çığırmaq.
Uşaq evi başına götürüb. - Buzov isə ardı-
arası kəsilmədən mələyir, evi başına götü-
rürdü. Ə.Əbtilhəsən. Evi başına uçulmaq
-bax evi yıxılmaq. Evi bərbad (viran)
olmaq - bax evi yıxılmaq. Evi viran ol-
muş (dağılmış, bərbad olmuş, yıxılmış) -
bədbəxt, zavallı, yazıq. Nə çarə edim eş-
qimə pəs mən evi viyran; Yüz çöhrəyə mən
müştəriyəm valehi-didar. S.Ə.Şirvani. [Mə-
şədi imam:] Axı, Məşədi evi yıxılmış başına
nə daş salsın. Ə.Haqverdiyev. Evi yıxılmaq,
evi bərbad olmaq - ağır bir fəlakətə düçar
olmaq, bəlaya düşmək, bədbəxt olmaq.
Eşiyin daşına ta dəydi rəqibin qədəmi; Evim
ol ləhzə yıxıldı, başıma daş oldu. S.Ə.Şirvani.
Qalar müsafiri-biçarə çarəsiz çöldə; Evi
yıxıldı, əgər oğruya düçar oldu. M.Möcüz.
Ədə, kişini qatıblar atın qabağına aparırlar,
kişinin evi yıxıldı. C.Məmmədqıılıızadə. Evin
tikilsin! - alqış, tərif məqamında işlənən
ifadə (bəzən etiraz bildirir). [Teymur:] Ay
evin tikilsin, on tümən elə mənim belimdəki
fitənin qiymətidir. “M.N.lətif”. [Ələmdar
Məşədiyə:] Evin tikilsin! Tamahın Əlinin
zülfüqarından da itidir! S. Rəhimov. Evin(i)
yıxmaq - pis yola aparmaq, xatalı işə cəlb
etmək, bədbəxt etmək. Deyir ki, Məşədi
qorxulu yolnan gedir, oğlunu da özünə
qoşub evini yıxır. M.Hüseyn. [Tamaşa:]
Ağazalın evin yıxan elə siz olmadınızmı?
Ə.Əbülhəsən. Evindən qaçaq düşmək - hər
hansı bir səbəbə görə ailəsindən uzaqlaş-
maq, aralı yaşamaq. Evindən düşəsən
qaçaq; Sağ gözünə batsın bıçaq. Qurbani.
Öz evini yıxmaq - ehtiyatsızlığı üzündən
özünü bəlaya salmaq, ağır vəziyyətə
düşmək, özünü bədbəxt etmək. [Süleyman
bəy:] Kül mənim başıma, niyə mən böyüklər
sözünə baxmadım, tay-tuşumu tanımadım,
öz evimi yıxdım... Ə.Haqverdiyev.
EVAKUÄSİYA is. [lat.] 1. Köçürülmə,
əhalinin, idarə və təşkilatların müəyyən bir
təhlükə ilə bağlı olaraq bir yerdən başqa
yerə köçürülməsi.
EVALTI is. Köhnə evlərdə: anbar, zirzəmi.
EVARASI sifi Açıq və geniş miqyasda
deyil, yalnız müəyyən evlər arasında, məh-
dud dairədə olan, icra edilən, aparılan. Ev-
arası alver. Evarası söhbət. - Belə dənnşlər
.. avam adam axtarırlar ki, cibini soysunlar.
Özləri də üç yerə bölünür: bazar dərvişləri,
avtobus dərvişləri və evarası dən’işlər.
“Kirpi”.
EVBƏEV zərf Bir-bir evləri dolaşaraq,
heç bir evi buraxmayaraq, bir evdən o biri
evə. Evbəev dolaşmaq. - Bakıda oğulsuz
qoca qarıların sənəti evbəev gəzib cavan
oğlanları evləndirmək idi. H. Sarabski.
EVC [ar.] bax övc. Aşkar oldu mənim
dərdi-piinhanım; Evc etdi fələyə ahü-əfğa-
nım. Aşıq Yusif.
EVCİK 1. “Ev”dən kiç. [Gültəkin:] ..Qo-
yunuz son dəfə olaraq bütün xoşbəxt gün-
lərimi keçirdiyim bu qaranlıq, məhzun
evciyəzi bir də doyunca görüm. C.Cabbarlı.
[Vidadi:] Vaqif sabah məni yola sal, gedim;
Torpaq evciyimi ziyarət edim. S.Vurğun.
2. B ax evcik-evcik. Ağca xanım da ev-
cik tikirdi. Çiçəkləri dərib onu bəzəyirdi.
S.S.Axundov.
EVCİK-EVCİK is. Uşaqların qumdan, tor-
paqdan evciklər düzəldib oynadıqları oyun.
[Sabir:] Mən həmişə onlara baxıram, bağı-
mızda qumdan dam tikirəm, evcik-evcik oy-
nayıram. S. Rəhimov.
44
EVCİL
EVLAD
EVCİL sif. Evə və insana alışmış, əhli
( yabanı ziddi). Evcil heyvan. İt, pişik evcil
heyvanlardır.
EVCİYƏZ “Ev”dən oxş. Budur, şəhərin
ucqarında kiçik bir evciyəz qaralır.
Ə.Məmmədxanlı.
EVDAR sif [ev və fars. ...dar] 1. Heç bir
idarədə və ya müəssisədə işləməyib ancaq
öz ev işləri ilə məşğul olan. Bu təklifi eşidən
evdar qadınlar binanın üst mərtəbəsinə
dırmaşırdı. Mir Cəlal.
2. Evli, uşaqlı, ailə sahibi, ailəsi olan. Ev-
dar adanı.
3. Ailəsini, ailə həyatını sevən, ailəpə-
rəst, evcanlı. // Ailəsini yaxşı dolandıran,
evinə, ailəsinə yaxşı baxan. Evdar kişi. Ev-
dar qadın. - [Qadın:] Aman, nə evdar adam-
sınız! - dedi. Çəmənzəminli.
EVDARLIQ is. 1 . Heç bir idarə, ya müəs-
sisədə işləməyib ancaq öz ev işləri ilə
məşğul olma. □ Evdarlıq etmək - öz ailə
işləri ilə məşğul olmaq. [Şahbaz bəy:] Ar-
vad al, qoy evdə evdarlıq etsin, sən də kefdə,
daıııaqda ol. S.S.Axundov. [Məmməd:] Nə
olub bəyəm, mən ölmüşəm ki, sən indidən
evdarlıq eləyəsən? Mir Cəlal.
2. Evdar adamın xüsusiyyəti; ailəpərəst-
lik, ailəcanlılıq. Baharın xasiyyətini, ləya-
qətini və evdarlığını Rəhimə bəyənib evin
cəmi ixtiyarını ona verdi. S.S.Axundov.
EVDOLUSU zərf 1. Çoxlu, çox, külli
miqdarda. Evdolusu şey. - Bir balaca boyu
var, evdolusu toyu var. (Tapmaca). [Məşədi
Məmməd:] Pullu Hacı Rüstəmin qızını
alsam, iki evdolusu cehiz, mal gətirər.
R. Əfəndiyev.
2. Çox ucadan, bərkdən. Kərimqulu aya-
ğını yerə döyüb bütün evdolusu bağırdı.
S. Rəhimov.
EVDOVŞANI is. zool. Ətlik və xəzlik üçün
yetişdirilən dovşanaoxşar gəmirici heyvan.
EVEN is. Sibirin şimal-şərq rayonlarında
yaşayan və evenklərə yaxın olan xalq və bu
xalqa mənsub adam.
EVENCƏ sif. və zaı/Even dilində. Evencə-
rusca lüğət. Evencə danışmaq.
EVENK is. Rusiya Federasiyası tərkibinə
daxil olan Evenk milli dairəsində və Sakit
Okeana qədər Şərqi Sibirdə yaşayan xalq
və bu xalqa mənsub adam (keçmişdə bu xal-
qın adı tunqus idi). Yenisey çayından şərqə
doğru Oxot dənizinə qədər olan sahildə
evenklər və ya rusların dediyi kimi, tuııqus-
lar yaşayırdılar.
EVENKCƏ sif. və zərf Evenk dilində.
Evenkcə yazı. Evenkcə danışmaq.
EV-EŞİK is. Ev, ailə, mülk və s.; ümu-
miyyətlə, evlə bağlı hər şey. Ev-eşiyi əlin-
dən çıxmaq. Ev-eşik düzəltmək. - [Bəkir:]
Ev-eşiyimiz bərbad olub, var-yoxıtmıtz əldən
gedəndən sonra üzə çıxıb nə edəcəyik?
N.Vəzirov. [Hacı Nəsir:] ..Bu gündən bu ev-
eşiyin xanımı sənsən, ancaq səndən təvəqqe
edirəm ki, bu oğluma həqiqi analıq edib
ürəkdən sevəsən. S.S.Axundov. □ Ev-eşik
düzəltmək - özü üçün ev və ailə qurmaq.
Telli dişi ilə, dırnağı ilə çalışmış, axır islam
üçün əməlli-başlı bir ev-eşik düzəltmişdi.
S. Hüseyn. Ev-eşik sahibi (yiyəsi) olmaq -
bax ev olmaq, ev yiyəsi olmaq (“ev”də).
[Cahan xala:] Neçə vaxtdır ki, mən sənə
deyirəm : - Əsgər, gəl evlən, ev-eşik yiyəsi ol,
oğul-uşaq sahibi ol. Ü.Hacıbəyov. Gülarə
ilə evlənmək, bir neçə müddətdən sonra oğul-
uşaq atası və ev-eşik sahibi olmaq fikri
onun beynindən bir an çıxmırdı. Ə.Vəliyev.
EVFEMİSTİK sif. \уип.\ dilç. Evfemizm
mahiyyətində olan. Evfemistik ifadə.
EVFEMİZM \yun.] dilç. Müəyyən bir
şərait üçün qaba və ya namünasib sayılan
söz və ya ifadə yerinə işlədilən başqa, daha
incə söz, ya ifadə; məs.: “arvadım” əvəzinə
“uşaqların anası”, “yalan danışırsınız”
əvəzinə “düz demirsiniz” və s.
EVKALİPT [yun. ] bot. Əsil vətəni Avstra-
liya olub, Qara dəniz sahillərində və
Azərbaycanda da iqlimləşdirilib yetişdirilən
ucaboylu, həmişəyaşıl, enliyarpaqlı ağac.
Ucaboylu, həmişəyaşıl, müxtəlif rəngli, çox
ətirli yarpaqlarla örtülü olan evkalipt bitkisi
parklara, bağçalara, küçələrə zinət vermək
və sitrus bağlarını, çay plantasiyalarını
küləkdən qorumaq məqsədi ilə becərilir.
I.Axundzadə.
EVLAD [ ər.[ bax övlad. Məmməd evlad-
larını .. böyüdüb müəyyən yaşa yetirdikdən
sonra, bunları məktəbə qoydu. “Aşıq Qərib”.
Məmmədhəsən əmi .. mehriban atadı, o heç
45
EVLƏNDİRMƏ
vaxt istəməzdi evladının ürəyini bir dəm
sıxsuı. C.Məmmədquluzadə. [Kor kişi:] sizə
ata yerində, siz də ona evlad mövqeyində
idiniz. S. Hüseyn.
EVLƏNDİRMƏ “Evləndirmək”dən f. is.
EVLƏNDİRMƏK f. Birinə arvad (qız) alıb
evli etmək. Oğlunu evləndirmək. - [Cahan
xala:] Rəhmətlik bacım caııı ağzından çıxana
kimi mənə deyərdi : Cahan, bax, Əsgəri sənə
qoyub gedirəm, onu tək qoyma, evləndir.
Ü. Hacıbəyov. [Mirzə Həsən:] Vəba ilində,
Allah ölənlərinə rəhmət eləsin, rəhmətlik
atam məni yenicə evləndirmişdi. Çəmənzə-
minli. Lakin evlərində xörək, yemək hazır-
lamağa bir arvad olmadığından atası Haşı-
mı evləndirdi. B.Talıblı.
EVLƏNMƏ “Evlənmək”dən/w. O günün
sabahı Şərifzadə və Qəmər xanımın şahid-
liyi ilə Zeynalın Mehribanla .. evlənməsi
zaqsda qeyd olundu. S.Hüseyn.
EVLƏNMƏK f Arvad almaq, ailə qur-
maq üçün qanunən qadınla (qızla) birləş-
mək. Zeynəb Xudavar bəyin evindən gedən-
dən iki ay sonra övrəti öldü və Xudayar
bəyə evlənmək lap vacib oldu. C.Məmməd-
quluzadə. [Kərimxan:] ..iyirmi yaşı olar-
olmaz özü kimi yetimçilikdə böyümüş Xavər
adlı yoxsul, lakin yaraşıqlı və nəcib təbiətli
bir qızla evlənmişdi. M.Ibrahimov.
EVLİ sif. Arvadı olan, əri olan (ərli), ailəli.
Evli kişi. Evli arvad. - Kiçik əmioğlum
hərçənd evli (z.) deyildi, lakin dul bacısı və
onun iki yaşında oğlu ilə bir ailə kimi ayrıca
yaşayırdılar. S.S. Axundov. Deyirlər ki, evli
(z.) olmağın, uşaq babası olub külfət ara-
sında ömür sürməyin özgə bir ləzzəti var.
A.Divanbəyoğlu.
EVLİ-EŞİKLİ 1. sif. Ailəsi, evi, dirriyi
olan. Evli-eşikli kişi. Evli-eşikli olmaq. -
[Xınalıq] kəndinin çox dəcəlləri gözümüzün
qabağında böyüyüb, evli-eşikli (z.) kişi
olub. R.Rza. [Kosaoğlu:] Ay Nəsib, sən də
lap gülməli adamsan. Bu sözləri bir evli-
eşikli, arvadlı-uşaqlı adam desəydi, dərd
yarı idi. İ. Şıxlı.
2. top. Bütün ailə birlikdə, bir yerdə, ha-
mılıqla. [Səfi:] Atam-anam sənə qurban ol-
sun, padşah! Keşiş budur, üç aydır ki, evli-
eşikli bu vilayətdən qaçıbdır. Ü.Hacıbəyov.
EVYIXAN
EVLİK 1. sif. Evə aid, evə məxsus, ailə
ilə bağlı; ailəlik. Əsəd Arazı əncir ağacı al-
tına çəkdi : - Yox, evlik işim yoxdur. A.Şaiq.
2. köhn. ev f. Qadın, arvad mənasında.
[İbad:] [Almaz] dayanıb belə, bizim qar-
daşın evlivi də belə, bir az da özümü irəli
verdim, gördüm yox, iş bir təhərdir.
C. Cabbarlı.
3. Saylarla evlərin miqdarını bildirir. 100
evlik kənd. - Beş yüz evlik, şəhər tipli gur
bir qəsəbədə çalğıçı dəstəsinin olmaması
qəribə görünsə də, ancaq bu belə idi.
Ə.Əbülhəsən.
EVLİLİK is. Evli adamın vəziyyəti, halı.
O, evliliyindən çox razıdır.
EVNƏ bax öynə. [Bahar:] Onlara çörəyi
evnə ilə vermirlər. Mir Cəlal.
EVOLYUSİONİST [lat.] Təkamül nəzə-
riyyəsi tərəfdarı.
EVOLYUSİONIZM [lat.] bax təkamül
(təkamül nəzəriyyəsi).
EVOLYÜSİYA [lat.] bax təkamül.
EVRİKA [yun.] 1. Eramızdan əvvəlki
Yunanıstanın riyaziyyatçı və mexaniki
Arximedin adma yazılan nida cümləsi -
“Mən tapdım!”.
2. Hər hansı kəşflə bağlı söylənən nida
cümləsi.
EVSAF [ər.] bax ovsaf. Bir gözəl istərəm
bu evsafda; Gözəllər içində xubtər olsun.
Aşıq Qurban. Tanrı kəsibdir bizim ərlərin
insafını; Sən ki bilirsən, “Baba ”, onların ev-
safını. C. Cabbarlı.
EVSİZ sif. 1 . Evi, mənzili olmayan. Evsiz
adam. H Is. mənasında. Evsizləri siyahıya
almaq.
2. Ailəsi olmayan.
EVSİZ-EŞİKSİZ sif. Yaşayacaq yeri; evi,
ailəsi olmayan. [Nazlı:] Təngə gəlmişəm.
Adam evsiz-eşiksiz, onun-bunım küncündə
nə qədər yaşayar? İ.Məlikzadə.
EVSİZLİK is. Evi, ailəsi olmayan adamın
vəziyyəti, halı.
EVYARAN is. Evləri yarıb oğurluqla
məşğul olan adam; oğru. Nə dilənçi qaldı,
nə bir nəfər ac! Evvaran, başkəsən, quldur-
lar kimi. S.Vurğun.
EVYIXAN is. Başqasını bədbəxt edən,
başqasına hər cür pislik etməyə çalışan adam;
46
EY
mərdimazar. Məşhur məsəldir ki, düşər qara
gəzən kəs ; Evyıxanın evin yıxar, əlbəttə,
xudavənd. Q.Zakir.
EY 1 nida. Müraciət, çağırış üçün işlənir.
Ey oğul! Ey dost! Ey mənim əziz qardaşla-
rım! - Sizi deyib gəlmişəm, ey mənim
müsəlman qardaşlarını!.. C.Məmmədqulu-
zadə. // Haraylama, haylama nidası. [Südçü]
isə arxamdan çağırıb'. - Ey, bura bax! [Atan]
gələcək, səni aldatdım, mən bu gün tez çıx-
mışam, - dedi. A.Şaiq. Ey şofer, “ Moskviç "i-
ni qovub apardılar! - deyə ilk dəfə söz atan
qız indi bilavasitə Tahirə üz tutub qışqırdı.
M. Hüseyn.
2. İntonasiyadan asılı olaraq bəzən etiraz,
narazılıq, istehza bildirir. Nə var, ey! Bir
desən nə istəyirsən? Balanı, tovlayırsan bizi
yenə sən. S. Vurğun.
EY 2 bax eyi. Ey Füzuli, odlara yansın
biisati- səltənət; Eydir ondan həq bilir bir
gıtşeyi-gülxan mənə. Füzuli. Haq bilir, de-
yiləm mən ziyanlıqdan ; Olünı eydir belə zin-
dəganlıqdan. Q.Zakir.
EYBƏCƏR sif. 1. Xarici görünüşcə
eyibli, nöqsanlı, çirkin; kifır. Eybəcər qız.
Eybəcər uşaq. - Fərhad xan bığıburma, ye-
kəqarın, eybəcər bir pəhləvan idi. (Nağıl).
Çünki onun, boy-buxumma görə, böyük
olan başı tükdən daha da iriləşir, gözə bir az
eybəcər gəlirdi. Ə.Əbiilhəsən. // İs. məna-
sında. Eybi eylər eybəcər, soğanı yeyər dər-
dəcər. (Ata. sözü). Gördü gölün içində
baxır ona bir nəfər ; Bir bədheybət, eybəcər.
R.Rza. // Bədəninin bir yerində nöqsan olan.
Eybəcər gözlü qız. Eybəcər barmaqlı əl.
2. məc. Təhrif edilmiş, korlanmış, biçim-
siz, yöndəmsiz, mənasız, iyrənc, qeyri-adi.
// Xoşa gəlməyən, nifrət oyandıran, çox pis,
çirkin. Müdhiş və eybəcər bir səslə vıyılda-
yaraq gələn minalar yalnız əsgərləri deyil,
yeri-gövü də sarsıdırdı. M.Hiiseyn.
EYBƏCƏRCƏSİNƏ zərf Eybəcər hala
salacaq dərəcədə. Rüstəm kişiyə elə gəldi ki,
Qoşatxamn əynindəki kostyum eybəcərcə-
siııə gendir. M. İbrahimov.
EYBƏCƏRLƏNMƏ “Eybəcərlənmək”-
dən f.is.
EYBƏCƏRLƏNMƏKbax eybəcərləş-
mək.
EYDİRMƏK
EYBƏCƏRLƏŞDİRİLMƏ “Eybəcərləş-
dirilmək”dən/;'s.
EYBƏCƏRLƏŞDİRİLMƏK məch. 1 . Ey-
bəcər hala salınmaq; çirkinləşdirilmək.
2. məc. Təhrif edilmək, korlanmaq.
EYBƏCƏRLƏŞDİRMƏ “Eybəcərləşdir-
mək”dən f.is.
EYBƏCƏRLƏŞDİRMƏK / 1. Eybəcər
hala salmaq, kifırləşdirmək, çirkin etmək;
çirkin göstərmək. Bu paltar onu eybəcər-
ləşdirir.
2. Təhrif etmək, pozmaq, korlamaq, xa-
rab etmək. Formalizm formanı dağıdır, ey-
bəcərləşdirir, məhv edir. (Qəzetlərdən).
EYBƏCƏRLƏŞMƏ “Eybəcərləşmək”-
dən f.is.
EYBƏCƏRLƏŞMƏK/ Eybəcər hala düş-
mək, kifirləşmək, çirkinləşmək, biçimsiz,
yöndəmsiz şəkil almaq. [Qaraşa] elə gəlirdi
ki, Kələııtər çox kök olduğundan, orta boyu
bir az qısalır və eybəcərləşirdi. M.İbrahimov.
EYBƏCƏRLİK is. 1 . Eybəcər şeyin halı;
kifırlik, çirkinlik, biçimsizlik. Səməd acıq-
landığı zaman üzündəki eybəcərlik daha
aydın gözə çarpırdı. M. Hüseyn. ..Eybəcər-
liyinə görə lıeç kəs [Cıımanın] adını çəkmir.
Ə.Əbülhəsən.
2. məc. Kəsir, nöqsan, çatışmazlıq, biabır-
çılıq, qeyri-normal hal, iş, vəziyyət. Gor
onda neçə-neçə biabırçılıqların üstü açılar,
pərdələr götürülər, eybəcərliklər görünər?
S. Rəhimov. Vəlini düşündürən bütün
eybəcərliyi ilə hiss etdiyi həyat məsələləri
idi. M.Hüseyn.
EYD is. [ər.] köhn. Bayram. Baxmayın eyd
günü ayna ilə ayə, vəli; Mahi-nov o! iki əb-
ruyi-diitadən görünür. Ə.Vahid.
EYDİRMƏ 1. “Eydirmək” dən f.is.
2. is. İnəyi sağarkən onu oxşamaq üçün
oxunan mahnı. Eydirmə oxumaq. - Kimdir o
qaragöz ellər gəliııi? Dilində eydirmə inək-
mi sağır? S.Vurğun. Biz əvvəlcə buzovun
boğazına ipi salıb bağlayırıq inəyin qabaq
ayağına. Sonra da bir-iki ağız eydirmə de-
yib, başlayırıq məmələrin hansı qabaqca
əlimizə düşsə, dartışdırmağa. İ.Hüseynov.
EYDİRMƏK f. İnəyi sağmazdan əvvəl
onun əmcəklərini südlə dolsun deyə, iki bar-
maqla sıxmaq və ya balasını azca əmizdir-
47
EYHAM
mək. ..Ruqiyyə inəkləri eydirirdi, mən də sa-
ğırdım. A.Divanbəyoğlu.
EYHAM is. [ər.] İkimənalı, üstüörtülü
söz və ya ifadə; işarə. Bir otaqda oturuban
biz ilən ; Könlümü aldığın şirin söz ilən ;
Gah eylıam, işarə, gah göz-qaş ilən; Gah
həzin güftguyun istərəm. Q.Zakir. Həsən
ağanın rəngi dəyişir: - Nə denıək istəyirsən,
bu eyhamların mənası nədir? Ə. Haqverdi-
yev. Nərgiz xanım düşünür: yazıq Azad,
Ulduz mənim qızımdırsa, o sənin bu eyha-
mını çox çətin başa düşəcək.. Ə.Məmməd-
xanlı. □ Eyham atmaq (vurmaq, etmək)
- kinayəli, üstüörtülü söz demək, işarə
vurmaq. [Ələkbər:] Sən Səlimnaz xanıma
eyham atırsan? N.Vəzirov. Kürən at xa-
takar olar ha.. - deyə Nadir nəyə isə eyham
etdi.. B.Talıblı. Sabir yenə qımışdı. O, belə
eyhamlar vurduqca Məşədi bəyin xoşuna
gəldiyini çox aydın hiss edirdi. M. Hüseyn.
Eyhamla danışmaq (demək) - danışarkən
üstüörtülü, eyhamlı sözlər işlətmək, işarə
ilə danışmaq. Eyhamla, işarə ilə danışdığı,
Maralın nə isə bir şey duyduğunu sübut
edirdi. Ə.Əbülhəsən. Xanpəri “Həcərin qızı
Gülşən xanını ” sözlərini çox eyhamla, bəlkə
də istehza ilə demişdi. Ə.Vəliyev.
EYHAMLI sif. Üstüörtülü, ikimənalı.
Eyhamlı söz. Eyhamlı baxış. - Kərim kişinin
eyhamlı danışması, Kazımın qocanın üstünə
qışqırması, Kosaoğlunun ərizəni cırıb kişini
idarədən qovması imranın yadından çıx-
mırdı. İ. Şıxlı.
EYHAMSIZ zərf. Eyhamlar işlətmədən,
kinayəsiz, açıq. Eylıamsız danışmaq.
EYHANA ara s. dan. 1. Birdən, olmaya,
olmaya-olmaya, işdir. Qız başladı fikir
eləməyə ki, eyhaııa, bu adamlar bitsə ki,
İbrahim yoxdu, mən burda təkəm, görəsən,
başıma nə gələr? (Nağıl). [Aftil:] Bir də,
еуһапа, adamdır, işdir, gecə qapını döyən
oldu, məbada açasınız. C.Cabbarlı.
2. Hərgah, əgər, şayəd. Еуһапа gəlsə,
sözlərimi ona çatdır.
EY-HAY bax ay-hay. O dedi : - Ey-hay,
hara gedirəm, mənim qardaşım bura gəlib.
(Nağıl).
EYİ sif. kölın. Yaxşı. [Kərəm:] Bir igid
düşərsə, qaldıran olmaz; Eyi iş görənə pis
EYİB
denıək olmaz. “Əsli və Kərəm”. [Tıırxan
bəy:] Nə eyi təsadüf! [Aşıq Sultanın] saz
çalmasını və dəyərli aşıq sözlərini çoxdan
bəri eşitdiyim yox. H. Cavid. [Xədicə] ol-
duqca xoşsöhbət, eyi təbiətli, geııişqəlbli,
munis və mehriban bir qız idi. S.Hüseyn.
// Zərf mənasında. Ağasəfər özlüyündə qət
etmişdi ki, .. türkcə də, rusca da mən çox eyi
bilirəm. Ə.Əbülhəsən.
EYİB is. [ər.] 1. Utanılacaq hal və ya
hərəkət; nöqsan, kəsir, qüsur. Bundan əla-
və, dəxi Yusif şahda həzargunə özgə eyiblər
tapdılar. M.F.Axundzadə. Eybimizi çulğa-
lamışdı aba; Hər nə gəlirdi boşalırdı qaba.
M.Ə. Sabir. Həqiqət, ər və arvad Bahadıra
nəinki bir eyib tapmırdılar, hətta onu se-
virdilər. N.Nərimanov. □ Eyib etmək -
eyib sanmaq, eyib tutmaq, eyibləndirmək,
utandırmaq, qüsur tutmaq. Gül yanağın həs-
rətindən ağlasam evb etmə, kim; Biilbüli şöv-
qündə giryan şol gülixəndan edər. Nəsimi.
Gözüm yaşı gündən-günə fərq elər; Eyb
etməyin, məni qana qərq elər. M.V.Vidadi.
Eybini açmaq - ifşa etmək, eybini, nöqsa-
nını açıb göstərmək.
2. Utanılmalı, xəcalət çəkilməli. Eyib söz.
Eyib iş.
0 Eybi yox(dur) -1) razılıq bildirir. Sən
zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti;
Qoy səni xar eyləsinlər xaini əyan, qəm
yeıııə! M. Ə. Sabir. Eybi yoxdur, mən sizin
səadətiniz uğruııdcı iqbalımı bir daha sına-
ram. M. S. Ordubadi; 2) ziyanı yoxdur, fikir
etmə (təsəlli bildirir). [Ceyran xala:] Eybi
yoxdur, oğul! Ümidini itirmə. Mənim qızım
dəyanətli qızdır. S.Rəhman. Eybinə gəlmək
- özü üçün eyib saymaq, utanmaq, sıxılmaq,
xəcalət çəkmək. [Ömər:] Doğrusu, məııiııı
eybimə gəlir deyəm. N.Nərimanov. Eybinə
gəlir ki, bu sözləri dilinə gətirirsən?
Ə.Vəliyev. Eybinə kor olmaq - öz eybini,
qüsurunu, nöqsanını bilib utanmaq, xəcalət
çəkmək. Ey zahidi-xudbin, yürü, öz eybinə
kor ol! S.Ə.Şirvani. Elə bu başla zavod sax-
layırsan? Eybinə kor olmaq əvəzinə, höku-
məti borclu çıxarırsan? Ə.Vəliyev. Eybini
üzünə demək - çəkinmədən birinin nöqsa-
nım, qüsurunu açıb özünə söyləmək. Eyib
də olsa - söylənilməsi eyib sayılan bir sözü
48
EYİBCU
EYMƏ
dedikdə, hörmət, nəzakət gözləmək məqsədi
ilə işlənən ifadə. [Hacı:] Xeyirdir, inşallah!
Mənim, eyib də olsa, evdə bir yetişmiş qızım
var, iki aydır ki, xəstə yatır. R.Əfəndiyev.
[Səriyyə xala qoca pinəçiyə:] ..Bəlkə sən
biləsən, eyib də olsa, kişinin adı Musadır,
oğlanın da Firidun?.. M.İbrahimov. Eyib
etməz (eləməz) -bax eybi yox(dur). [Gül-
məmməd:] Eyib etməz, ağlama, canımız sağ
olsun, biz ölməmişik. M. Əliyev. [Vaqif
Ağaməmməd Qacara:] Eyib etməz, sizə də
çatar bir əvəz; Qatır cinsisiniz, doğub-
törəməz. S.Vıırğım. Eyib içində olmaq -
çox nöqsanlı, qüsurlu olmaq. Özü eyib
içində olduğu halda, başqalarına irad tutur.
Eyib olsun! - danlama ifadəsi. [Rüstəm
bəy:] ..Həsənqulu bəy, Rza bəy, sizin üçün
eyib olsun ki, bu cürə axmaq sözə inanıb
mənim qapıma gəlirsiniz. Ü. Hacıbəyov.
Eyib yerlər - bədənin məhrəm yerləri. Nə
eybi (var) - eyib etməz, eybi yoxdur, zərəri
yoxdur; nə zərəri. Gər yar üçün əğyari tutum
dııst, nə eybi; Gül xatirinə eyləmişəm xarə
məhəbbət. S.Ə.Şirvani. Hər bir ana dilini
danışmaq ilə keçmişdəki gözəl günləri yad
etməyin nə eybi var?! C. Məmmədquluzadə.
EYİBCU is. [ər. eyb və fars. ...cu] klas.
Hər kəsdə eyib, nöqsan axtaran, hər şeydə
irad tapmağa çalışan adam. Key şux! Nədir
bu giiftügulər? Qılmaq sənə tənə eybcıılər.
Füzuli. Könlünü badəpərəst olmağa mötad
edəsən; Eybcu olma, əfəndim, sənə hər an
demədim?! Ə.Vahid.
EYİBLƏMƏ “Eyibləmək”dən fis.
EYİBLƏMƏK f. Pis, nalayiq, eyibli bir
hərəkət üçün birini qınamaq, danlamaq.
EYİBLƏNDİRMƏ “Eyibləndirmək”dən
fis.
EYİBLƏNDİRMƏK / Eyib eləmək, dan-
lamaq, qınamaq, təqsirləndirmək. [Şirinnaz:]
Çopurun sağalmasını istədiyi üçün mən onu
eyibləndirməməliyəm. S. Hüseyn.
EYİBLİ sif. Eybi, nöqsanı, çatışmazlığı,
qüsuru olan; nöqsanlı, qüsurlu. Eyibli adam.
Eyibli şey. - Özün insaf elə əfkarına,
ətvarına bax; istəməzsən yazam, öz eyibli
kirdarına bax. M.Ə.Sabir. Gül-badamın ço-
puru dərin olsaydı da, üzünü eyibli etməzdi;
çünki onun böyük, ala, uzun kirpikli gözləri
üzündə tamam eybini örtürdü. N.Nərima-
nov. Axı heç kəs başqalarını yanında eyibli
(z.) görünmək istəmir. M.İbrahimov.
EYİBSİZ sif. Heç bir eybi, nöqsanı, qü-
suru olmayan. Eyibsiz dost axtaran dostsuz
qalar. (Ata. sözü). Dağ başında iz olmaz;
Dərə-təpə düz olmaz; Yarın boyu gödəkdir;
Gözəl eyibsiz olmaz. (Bayatı). Bir surət za-
hirdə nə qədər düzgün, eyibsiz və qüsursuz
olsa da, onda ağlın nuru təcəlla etməsə, .. o
surət könülalıcı və fərəhgətirici ola bilməz.
F. Köçərli.
EYİBSİZLİK is. Heç bir eybi, nöqsanı,
qüsuru olmama; nöqsansızlıq, qüsursuzluq.
[Məşədi ibad:] indi bilmişəm ki, mənim bir
eybim varsa, o da eyibsizliyimdir. Ü.Hacı-
bəyov.
EYİCƏ zərf kölın. Yaxşıca. Eyicə yaşa-
maq. Eyicə dolanmaq.
EYİLƏŞDİRİLMƏ “Eyiləşdirilmək”dən
fis.
EYİLƏŞDİRİLMƏK məch. kölın. Yaxşı-
laşdırılmaq.
EYİLƏŞDİRMƏ “Eyiləşdirmək”dən/w.
EYİLƏŞDİRMƏK/ köhıı. Yaxşılaşdırmaq.
EYİLƏŞMƏ “Eyiİəşmək”dən fis.
EYİLƏŞMƏK/ köhn. Yaxşılaşmaq, daha
yaxşı olmaq. [Rauf:] İnşallah, az bir zaman-
da sağalıb eyiləşərsən; Fəqət bir daha mət-
bəədə çalışmayacağına əminim. H. Cavid.
EYİLİK is. Yaxşılıq. [Aşıq Sultan:]
Fənalıq, eyilik bil nə deməkdir; Yarın adııı
dastan olur dillərdə. H. Cavid.
EYLƏ bax elə. Üzülür sərasər rişteyi-ca-
nım; Eylə ki, zülfünə darağı çəkər. Q. Zakir.
Eylə bildim ki, dəxi sübh olub; Mürği-səhər
tək bir ağız banladım. M.Ə.Sabir.
EYLƏMƏ “Eyi əmək ”don fis.
EYLƏMƏK “Etmək” felinin üslubi va-
riantı. Eşq sövdasından, ey naseh, məni mən
eylədin; Yox imiş əqlin, mənə yaxşı nəsihət
vermədin. Füzuli. Hər tərəf xain edir zülm;
Eyləyir xəlqi həsrəti-tale. C. Cabbarlı.
EYMƏ is. məh. İçində qatıq, ayran və s.
saxlamaq üçün qoyun və ya keçi dərisindən
torba. Çatdılar obaya, ey qatıq satan; Hər
eyməyə tökmüşdülər üç qazan. Q.Zakir. Hə-
mişə mal-qara örüşdən qayıdanda həyətə
çıxıb, əli belində, qulluqçulara göstəriş ve-
49
EYMƏAĞIZ
rən, inəklərin südünü bir yana yığdırıb ey-
məyə çəkdirən .. Zərnigar xanını indi yerin-
dən tərpənmədi. İ. Şıxlı.
EYMƏAĞIZ sif. dan. Ağzı yekə, yekə-
ağız. Eyməağız adam.
EYMƏÇ bax eymə.
EYMƏÇİ is. Eymə düzəldən, eymə ustası.
Eyməçiyə doşab göstərməzlər. (Ata. sözü).
EYMƏLİK sif. köhn. Eyməyə yarar. Ey-
məlik dəri.
EYMƏN sif. və zərf [ər.] klas. Arxayın,
qorxusuz, təhlükəsiz, salamat. Yanan eşq
atəşinə atəşi- duzəxdən eyməndir. Füzuli. Hər
bir cani, qantökən, yolkəsən ki, divan əlin-
dən qaçıb onun evinə girməyi özünə müm-
kün elərdi, daha hər bir divan siyasətindən
özünü eymən hesab edərdi. Ə. Haqverdiyev.
EYMƏNMƏ “Eymənmok”don f.is.
EYMƏNMƏK/ Qorxmaq, vahiməyə düş-
mək, xoflanmaq. Qaranlıqdan eymənmək.
- [Yazgiil:] Ay ana, mən də eyməndim, bəlkə
xoxanmış. Ə.Məmmədxanlı. Əhməd ətra-
fına baxdıqca minlərcə insan görür kimi
eynıənirdi. Ə.Vəliyev.
EYN is. [ər.] klas. Göz. Axdı eynim yaşı,
döndü sellərə ; Yar içən sulara qarışdımı
ola? Aşıq Dilqəm. Müddətdir eynindən cida
düşmüşəm ; Həsrətini çəkər hər zaman Pəri!
Aşıq Pəri. ..[Qəhrəman] düşündükcə ötən
günləri xatırlayır, eynində atasının uzun ya-
maqlı arxalığı .. canlanırdı. S. Rəhimov.
0 Eyni açılmaq - halı yaxşılaşmaq, kefi
yaxşılaşmaq, üz-gözü açılmaq, gümrah-
lanmaq, dilxorluğu, kəsaləti keçmək. [Usta
Murtuz Əkbərə:] ..Dur əl-üzünü yu, eynin
açılsın, yatdıqca ağırlaşırsan. Mir Cəlal.
Axşam kənddə əl-ayaq yığılan vaxt Qədir
oyandı. Soyuq su ilə yuyunandan sonra eyni
açıldı. Ə.Vəliyev. Eyninə deyil - vecinə
gəlmir, saymır, təsirlənmir. Eyninə gəlmə-
mək (girməmək) - vecinə gəlməmək, ve-
cinə almamaq, əhəmiyyət verməmək, say-
mamaq, təsirlənməmək. Olsa yüz üzü gül,
girməz eynimə; Mən ancaq bir gülüzarə aşi-
qəm. M. P. Vaqif. Top gülləsinin qabağında
səngərə girən, çuxura, daş dalma soxulan,
qazmaya girib gizlənən kim? Amma mən?
Eynimə gəlmədi. Ə.Əbülhəsən.
EYNİ
EYNƏK [ər. eyn və fars. ...ək] bax göz-
lük. [Yarməmməd] gözünə eynək taxıb
stolun dalında oturmuşdu. M.İbrahimov. Ta-
hir sümiik çərçivəli eynək taxmış ucaboy,
buğdayısifət, qıvrımsaç alimi yaxşı xatırla-
yırdı. M.Hüseyn. ..Sonanın atası başında tə-
sək, gözlərində eynək olduğu halda .. məc-
muələrdən cürbəcür məlumatlar oxuyardı.
Ə.Əbülhəsən.
EYNƏKÇİ bax gözlükçü.
EYNƏKLİ sif. Gözlüklü, gözlük taxmış.
Eynəkli adam. - ..Görürsən müsəlmanlar
yığışıblar bir dükanın qabağına və qulaq
asırlar, ortada bir gözü eynəkli şəxs əlində
bir kağız tutub oxuyur. C. Məmmədquluzadə.
EYNƏN [ər.] bax eyni ilə (“eyni”də).
Sonra Dəmirovun xəyalında həkim məntə-
qələri eynən canlanırdı. S.Rəhimov. Bu hinin
yastı damında eynən mənim vurduğuma
bənzər iki göyərçin gəzinir. M.Rzaquluzadə.
EYNİ sif. Bir-birinə tamamilə oxşar, bir
cür, tam bənzər; oxşarı, tayı, bənzəri, tama-
milə özü. Qarı qollarını çırmalayıb, Məlik
vəzirin arvadını doğuzdurdu, gördü ki, bu
bir oğlan doğdu ki, eyni Yusifi-Kənan.
(Nağıl). Sən varlığın eynisən, buna sözmü
var? Ürəyisən, beynisən, buna sözmü var?
M.Müşfiq. // Başqası yox, həmin, bəlli şe-
yin özü. Eyni yer. Eyni söz. - ..Fərhadoğlu
yenə də sabah-sabah eyni mətləbdən söz
açmalı oldu. S.Rəhimov. □ Eyni ilə -
1) tamamilə eyni, tamamilə olduğu kimi,
tam oxşar. Keçən aylarda da bir dəfə Cuma
evinə eyni ilə belə gəlmişdi. Ə.Əbülhəsən;
2) hərfi-hərfinə, sözü-sözünə, nöqtəsi-
nöqtəsinə, necə ki var, əslində olduğu kimi.
Eyni ilə köçürmək. - Mərhumun [M.F.Axund-
zadənin] tərcümeyi-halına dair yuxarıda
icmalən verdiyimiz əhvalata iktifa etməyib,
onun öz yazdığı təfsilatı fars dilindən türkcə
tərcümə edib, necə ki var, eyni ilə burada
zikr edirik. F. Köçərli. Eyni zamanda
(vaxtda) - 1 ) bir vaxtda, bir zamanda. Eyni
zamanda iki otaqda mühakimə gedirdi. Mir
Cəlal. Qırx .. şahmatçı ilə eyni zamanda oy-
nayırdı. İ. Əfəndiyev; 2) həmçinin, bununla
bərabər. Yaxın zamanda Bağdad dünyasına
məşhur oxuyan, eyni zamanda misli gö-
rünməyən bir gözəl qədəm qoyacaqdır.
50
EYNİADLI
EYVAY
M. S. Ordubadi. [Qəhrəman:] Eyni zamanda
[xanımın] əlindən yaxa qurtarmaq üçün
çalışırdım. H.Nəzərli.
EYNİADLI sif. Başqası ilə eyni adı daşı-
yan, eyni adı olan. Eyniadlı romanın motiv-
ləri əsasında çəkilmiş film. Eyniadlı şəhərlər.
EYNİADLILIQ is. Eyni adda olma, eyni
adı daşıma. Bir şəhərdə küçələrin eyniad-
lılığı böyük çətinliklərə səbəb olur.
EYNİBİÇİMLİ sif. Bir biçimdə olan, bir
cür. Eynibiçimli paltar.
EYNİBİÇİMLİLİK is. Bir biçimdə, bir öl-
çüdə olma.
EYNİCİNSLİ sif. Bir cinsə mənsub olan,
eyni cinsdən olan. Eyııicinsli mallar. Eyııi-
cinsli maddələr.
EYNİXASİYYƏTLİ sif. Başqası ilə eyni
xasiyyətdə olan, xasiyyətcə oxşar, bir cür,
eyni. Eyııixasiyyətli cisimlər.
EYNİQİYMƏTLİ sif. Bir qiymətdə, baş-
qası ilə eyni qiymətdə olan. Eyniqiymətli şey.
EYNİQİYMƏTLİLİK is. Bir qiymətdə,
başqası ilə eyni qiymətdə olma.
EYNİLƏŞDİRİLMƏ “Eyniləşdirilmək”-
dən fis.
EYNİLƏŞDİRİLMƏK məch. Eyni şey he-
sab edilmək, tamamilə oxşadılmaq, bərabər
tutulmaq.
EYNİLƏŞDİRMƏ "Eyniləşdirmək”dən
fis.
EYNİLƏŞDİRMƏK / Eyni şey hesab et-
mək, tamamilə oxşatmaq, bənzətmək, bəra-
bər tutmaq. Məfıumları eyniləşdirmək.
EYNİLƏŞMƏ “Eyniləşmək”dən fis.
EYNİLƏŞMƏK f. Tamamilə oxşamaq,
bənzəmək, bir cür olmaq, eyni şəkil, eyni
forma almaq.
EYNİLİK is. Tamamilə oxşarlıq, tamamilə
bənzərlik, bir-birinin eyni olma. Görüşlərin
eyniliyi. - Lakin yelləncək sürətlə qalxıb-
endikcə Veysin fikirlərində də elə bil eynilik
artırdı. Ə.Əbülhəsən.
EYNİMƏ “Eynimək”dən /w.
EYNİMƏK / məli. Yaxşılaşmaq, əmələ
gəlmək. ..Gülqədəmi əməndən sonra uşaq
əməlli-başlı eyniməyə başladı. Ə.Vəliyev.
EYNİMƏNALI sif. Mənaca eyni olan, mə-
naları bir olan, başqası ilə bir mənada olan.
Eynimənalı söz. Eynimənalı ifadə.
EYNİYAŞLI sif. Bir yaşda, eyni yaşda olan;
yaşıd. Eyniyaşlı uşaqlar. Eyniyaşlı qızlar.
EYNİYAŞLILIQ is. Bir yaşda, eyni yaşda
olma; yaşıdlıq.
EYNİYYƏT is. \ər.\ 1. Tam oxşarlıq, tam
bənzərlik; oxşayış, bənzəyiş, eynilik, bir
şeyin digərinə eyni ilə müvafiq olması. Qə-
zet, kitabdan da gəlmişik cana ; Eynidir cüm-
lə də, eynidir söz də; Eyniyyət içində ürək
bir yana; Vallahi, yoruldu gözlərimiz də.
B.Vahabzadə.
2. Riyaziyyatda: bütün hallarda ədədi qiy-
mətlərin bərabərliyi.
EYNİZAMANLILIQ is. Bir vaxtda, bir za-
manda olma; bir vaxta, eyni vaxta düşmə
(təsadüf etmə).
EYŞ is. [ər.] Kef, zövq-səfa, ləzzətli hə-
yat. Dövlətliləriz, məqsədimiz eyşü səfadır;
Mehmanlarımız büsbütün ərbabi-qinadır.
M. Ə. Sabir. Yoxsullar boğularkən; Bu qanlı,
yaslı vayda; Xaqan dalmışdı eyşə; Bağlar-
dakı sarayda. Ə.Cavad. [Xanlar] badələri
qaldırıb, bir-birinə mədhlər deyib eyşi da-
vam etdirirdilər. S. Rəhimov. □ Eyş etmək
- kef çəkmək. Gülşəndə, Seyyid, içdim o
şirinləb ilə mey; Eyş eylədim çəməndə bu
gün xosrovanə mən. S.Ə.Şirvani.
EYŞ-İŞRƏT is. bax eyş (bəzən “və”
bağlayıcısı ilə). Eyş-işrət məclisi. Eyş-
işrətdən başı ayılmır. - Güldü gül, açıldı
nərgis, lalə doldu jalədən; Ey, xoş ol kim,
eyşü-işrət etməyə əsbabı var. Füzuli. Na-
məlsəm məhəlləsinin camaatı ata-babadan
yerli, tavanalı olub, günlərini müttəsil eyş və
işrətdə keçirən bir xalq idi. N.Nərimanov.
Nə qədər əlində dövlət var idisə, Əmiraslan
Gülpəriyə yaxın durmurdu. Amma elə ki var-
yoxunun hamısı eyş-işrətə qoyulub puç oldu,
Gülpərini almaq fikrinə düşdü. S.S.Axundov.
EYŞ-İŞRƏTLİ sif. Eyş-işrət olan, kef çə-
kilən. Evş-işrətli məclis.
EYVAY nida. 1. Kədər, ağrı, təəssüf kimi
hissləri bildirir. Dedim : ey vay, halım yaman
olubdur; Dedi: qəmdən belim kəman olubdur.
Qurbani. Xabi-qəflətdən oyan, hay könül,
hay könül; Könül, eyvay könül, vay könül,
ey vay könül. Kişvəri.
2. Çağırış, müraciət, yalvarış məqamında
işlənir. Bir çoban bir gün etdi dağda haray!
51
EYVAH
EZOP
Canavar var, - dedi, - gəlin, eyvay!
M.Ə. Sabir.
EYVAH, EYVAH Kİ nida. Əfsus, heyhat,
heyif (ki). Fərat aşdı başımdan və leyk mən
təşnə; Yaxıbdır odlara, eyvah, aşiqanə məni.
S.Ə.Şirvani. [Orxan:] Od-alov saçmadan
qəhrəman Səlim; Eyvah, demək, son nəfə-
simdir mənim. H. Cavid.
EYVAN is. Adətən evin, otağın, ya otaq-
ların ön tərəfində, üstüörtülü, qabağı açıq
balkon; seyvan. Məşuqə eyvanın bağa tərəf
baxan küncünə gəlib gözləməyə başladı.
S. Rəhimov. Eləmin günün axşamı Pərşan öz
evlərində Qaraşı eyvanın o başına çəkib
əhvalatı nəql etdi. M. İbrahimov.
EYVANLI sif. Eyvanı olan. Eyvanlı ev.
-imamverdi babanın həyətində iki tikilisi
vardı. Biri köhnə daxma idi, o biri də iki
otaq və mətbəxli, qabağı eyvanlı təzəcə ev
idi. S.S.Axundov. Qabaqda eyvanlı bir ev
görünür; Baxdıqca sevincdən ürək döyünür.
Z.Xəlil.
EYVANSIZ sif. Eyvanı olmayan. Eyvan-
sız ev.
EYZƏN sif. və zərf [ər.] Tamam, bütün,
başdan-başa. Məcnıəidə düzidmüş, eyzən
xuruş sərasər. M.Ə. Sabir. [Asya:] [Gülçöhrə]
eyzən fikirdə, kefsiz, dinməz, yəqin burada
bir hikmət vardır. Ü.Hacıbəyov. [Turac:] Ki-
tabda yazılan sevgilərin axırı eyzən dava-
şava olur. İ. Əfəndiyev.
EZAM is. [ər.] Xidməti və ya başqa bir iş
üçün bir yerdən başqa yerə göndər(il)mə,
yolla(n)ma. Katib uşağın adını yazdı, ona
kağız verib maarif komissarlığına, qəbul və
ezam komisyonuna göndərdi. Mir Cəlal. Bu
zaman Bəhram müxtəlif kitablarla dolu
çamadanını təşkilat şöbəsinin pəncərəsinə
qoyub, ezam vərəqəsini şöbə müdirinə
təqdim etdi. Ə.Vəliyev. □ Ezam edilmək
(olunmaq) - müəyyən bir iş və ya tapşı-
rıqla əlaqədar olaraq bir yerə göndərilmək,
yollanmaq. Ümumiyyətlə, Nemətullayev ezam
olunmağı çox xoşlar, rayona mal yeritməklə
məşğul olar və bununla da özünii ticarəti
bilən, nadir bir adam kimi gözə verərdi.
S. Rəhimov. Ezam etmək - müəyyən bir iş
və ya tapşırıqla əlaqədar olaraq bir yerə
göndərmək, yollamaq. Yunis öyrəndi ki,
Moskva məktəblərinə ezam edən xüsusi
komisyon var. Mir Cəlal.
EZAMİYYƏ [ər.] 1. Bax ezamiyyət. Eza-
miyyə pulu. Ezamiyyə vərəqəsi.
2. Ezamiyyət kağızı (vəsiqəsi).
EZAMİYYƏT is. [ər.] Xidməti və ya
başqa bir işi, tapşırığı yerinə yetirmək üçün
bir yerə ezam olunma, getmə. Ezamiyyətə
getmək. Ezamiyyətdən qayıtmaq. - [Yunis]
ərizə və ezamiyyət kağızını çıxarıb göstərdi.
Mir Cəlal.
EZAMİYYƏTÇİ is. Xidməti bir iş üçün
bir yerə göndərilmiş adam, ezamiyyətdə olan
adam. [Almaz] gələn adamın .. ezamiyyətçi
olduğuna inansa da, yenə baxırdı. Mir Cəlal.
EZOP: Ezop dili [qədim yunan təmsilçisi
Ezopun (Aisopos) adından] dilç. - üstüörtülü,
müəmmalı, rəmzli dil. Ezop gedib, dili qalıb;
Dünyanın min bir müşkülü qalıb. R.Rza.
52
ə
0Ə
Ə 1 Azərbaycan əlifbasının yeddinci hərfi
və bu hərflə işarə olunan saitin adı.
Ə 2 nida. Müraciət, çağırış bildirir. [Nəbi]
pristav Mehdi bəyi görcək deyir: - Ə, bu
fağırı niyə qəhr edirsən? “Qaçaq Nəbi”.
[Ələmdar Qoltuqçuya:] Ə, kişisən, mən ölüm,
bu tufanda məni dara qısnama! S.Rəhimov.
[Nəbi:] Ə, olmaya Növrəstədən yana bir söz
eşitmisən? Ə.Abasov. // Bəzən cümlənin axı-
rma gətirilir. [Abbas:] Bə, cəmdəklər niyə
xarab olmayıb, ə?.. İ. Hüseynov.
ƏBA bax aba 1 . ..Axıınd əbasını düzəldib
dükandan çıxdı, getdi. C.Məmmədquluzadə.
Şeyx Şaban .. otuz il bir əbayla gəzməyi,
qırx il bir kürkə bürünməyi qəbul edərdi.
Ə.Haqverdiyev. [Fərəc:] Səsim var, saq-
qalım var. farsca qəzəl bilirəm; pulum da
var ki, əba, çarıq və qurşaq alım. Qantəmir.
ƏBALI bax abalı. Görünür [Mirzə
Poladın] Şuşadakı həkim atası - sarı əbalı
Mirzə Həsən öz qızına çox əfsanəli, əsrarlı
bir dərs demişdir. S.Rəhimov.
ƏBABİL is. [ər.] Dağ qaranquşu, uzun-
quyruq.
ƏBCƏD is. [ər.] kölın. 1. Qədim ərəb əlif-
basında ilk dörd hərf, (hərfləri mexaniki
olaraq əzbərləmək üçün işlədilirdi). Bular
gərək hələ “əbcəd”də hıqqana “qərə-
şət”də; Kitabi-elmi oxurlar rəvan bu
boyda, bu boyda! M. Ə. Sabir. Bu qayda ilə
molla əbcəd, həvvəz, hütti ləfzlərini “təhlil”
edib, mənə bunları hazırlamağı əmr etdi.
T.Ş. Simurq. Molla köməkçisi .. Əvəz xəlfəııi
çağırıb dedi : - Apar, buna əbcəd, həwəzi
öyrət. C.Cəbrayılbəyli.
2. Ümumiyyətlə, keçmişdə “əlifba” mə-
nasında işlənmişdir. // məc. İbtidai bilik, sa-
vad. □ Əbcəd hesabı - müəyyən bir tarixi
və ya rəqəmi ərəb hərfləri vasitəsilə ifadə
etmək üsulu. Aşıqlıq elmində nədir pərgarın;
Əbcəd hesabından varım xəbərin? Şair Vəli.
ƏBD is. [əı;] köhn. Qul, kölə. Əbd olma,
ey Nəsimi, fani cəlıanə, çün kim; Imaııü din
içində sənsən əmirü sultan. Nəsimi.
ƏBƏDİLƏŞDİRİLMƏ
ƏBƏ 1 is. məh. Uşaq oyununda: içərisinə
qoz, fındıq və s. salman çuxur.
ƏBƏ 2 is. dan. Mama, mamaça.
ƏBƏÇİ sif. məh. Mamaça, mama. Pis əbə-
çiyə aıvad tapşıran övladsız qalar. (Ata. sözü).
ƏBƏÇİLİK is. məh. Mamaçalıq, mama-
lıq. Əbəçilik etmək.
ƏBƏD zərf [ər.] Sonsuz gələcək zaman
(əzəl qarşılığı). // Əbədi, həmişəlik. Oxuyun,
millətin nicatı olun; Ta əbəd baisi-həyatı
olun. M. Ə. Sabir.
ƏBƏDA [ər.] klas. 1. Bax əbədən.
2. Heç, qətiyyən. Əbədayox bu işdə imka-
nım; Deyil onlar mütii- fərmanım. M.Ə. Sabir.
ƏBƏDƏN zərf [ər.] Heç vaxt, heç bir
zaman, əsla, qəti, qətiyyən. Mənim nə bor-
cumda ki, məvacibiniz az, zəhmətiniz həd-
dən artıq və rahətliviniz əbədən yoxdur.
C.Məmmədquluzadə. Demək istəmiş ki, səbr
edən insan; Dünyadan əbədən üzülüşübdür.
B.Vahabzadə.
ƏBƏDİ sif. və zərf [ər.] 1. Daimi, hə-
mişəlik. Şair könlüm rübabını eşq ilə çaldı;
Biz əbədi qardaş olduq: ilk bahar və mən.
S.Vurğun. Sübhün əbədi aşiqləri olan boz
torağaylar havalanıb səhər nəğmələrini
oxuyur.. M.Rzaqıılıızadə. // Ölməz, daim
yaşayan. Bu odlu nəğmələrdən ; Parlaq, sön-
məz bir məşəl ; Bu rəngin lövhələrdən: Qur
əbədi bir heykəl. A.Şaiq. Mən elə bildim ki,
ürəyim acdır; Məhəbbət əbədi bir ehtiyac-
dır. S.Vurğun. // Sonsuz, intəhasız, mütləq.
2. Bax əbədən. Əbədi bizə gətməyib.
Əbədi xəbərim yoxdur.
0 Əbədi istirahət evi tənt. - qəbir.
Əbədi yuxu - ölüm. Afaq dodaqlarında tə-
bəssüm, ölüm adlanan əbədi bir yuxu içində
idi. Ə.Məmmədxanlı. Əbədi yuxuya get-
mək, gözlərini əbədi yummaq, əbədi sus-
maq - ölmək, keçinmək. Qız tab eləməyib,
yerə dəydi, .. əbədi olaraq susdu. T.Ş. Simurq.
Neçə gündür ki, şanlı Bakı əbədi yuxuya
gedən xalq şairinə öz kədərli köksündə tayla
çalır. S.Rəhimov.
ƏBƏDİLƏŞDİRİLMƏ “Əbədiləşdiril-
mək”dən f.is. Qarabağ müharibəsində həlak
olan qəhrəmanların xatirələrinin əbədiləş-
dirilməsi.
53
ƏBƏDİLƏŞDİRİLMƏK
ƏBƏDİLƏŞDİRİLMƏK məch. Əbədi ola-
raq yaşadılmaq, yadda saxlanılmaq.
ƏBƏDİLƏŞDİRMƏ “Əbədiləşdirmək” -
don f.is.
ƏBƏDİLƏŞDİRMƏK icb. 1. Əbədi olaraq
nəsillərin xatirəsində yaşatmaq, həmişəlik
xatirə qoymaq. Xalq öz qəhrəmanlarının xa-
tirəsini əbədiləşdirmək üçün onlara abidə
ucaldır.
2. Həmişəlik etmək, əbədi hala salmaq,
daimi etmək. O sonsuz eşqini, böyük arzunu;
Öz ana dilində əbədiləşdir. B.Vahabzadə.
ƏBƏDİLƏŞMƏ “Əbədiləşmək ” dən f.is.
ƏBƏDİLƏŞMƏK f. Əbədi olmaq, həmişə
yaşamaq. Eşqinə dəm tutub göylər mələşsin;
Eşqin tarix olub əbədiləşsin. B.Vahabzadə.
ƏBƏDİLİK is. Daimilik, sonsuzluq, hə-
mişəlik, daim yaşama; heç vaxt bitməməz-
lik, qurtarmamazlıq. Bu səadət səhəri o qədər
zəngin və işıqlıdır ki, başlanan günəşli gündü-
zün əbədiliyinə şübhə etmirsən. Mir Cəlal.
ƏBƏDİYYƏN zərf [ər.] Həmişəlik, əbədi,
daimi. [Qızın] gözləri ilk baxışdan əbədiyyəti
hafizəmdə nəqş olunmuşdu. Ə.Məmmədxanlı.
ƏBƏDİYYƏT is. [ər.] 1. Əbədilik, daim-
ilik; həmişə var olan şey. [ilyas:] ilin dəyiş-
məsi qarşımızda, yel vurarkən sönüb dirilən
bir şamı andırdığı kimi, insan həyatı da əbə-
diyyət qarşısında belə bir şeydir. Çəmənzə-
minli. Aç gözünü varlığa bax, indi başqa
səhərdir; Əbədiyyət - bu dünyada göstə-
rilən hünərdir. S. Vıırğıın. // İntəhası olma-
yan zaman; intəhasızlıq. Nəhayət, əbədiyyət
qədər uzun görünən bir dəqiqə bitdi və
qapını açdılar. S.Rəhman. Ulduzun alman
əsarətində keçirdiyi bu üç ay ona cəhənnəmi
bir əbədiyyət kimi gəlirdi. Ə.Məmmədxanlı.
2. Sonsuz gələcək zaman. [Ərən:] Iştə,
əzəliyyət və əbədiyyət! Çəmənzəminli. [Fə-
ridə:] Bütün gözəl musiqilər bizi əbədiyyətə
aparır. Ə.Məmmədxanlı.
0 Əbədiyyətə qovuşmaq - əbədi olmaq.
“Ölüm” sözünün nə demək olduğunu bilmə-
yən Girdmaıı igidləri vuruşma meydanında
yıxılıb həyatla vidalaşarkən “ əbədiyyətə qo-
vuşdu ” deyərdilər. M. Hüseyn. Vətənin yo-
lunda ölən şəhidlər; Ölmiir, qovuşurlar əbə-
diyyətə. M. Araz.
ƏBLƏHCƏSİNƏ
ƏBƏKÖMƏÇİ bax əməköməçi.
ƏBƏS sif. [ər.] 1. Nahaq, bihudə, fayda-
sız. // Zərf mənasında. Bəslərəm can kimi,
ey sevgili sərmayə, səni; Etmərəm sərf əbəs
məscidə, mollayə səni. M. Ə. Sabir. □ Əbəs
yerə - 1) nahaq yerə, boş yerə; lüzumsuz-
casma, faydasızcasına. Əbəs yerə əlləşdim.
Əbəs yerə xərcə düşdüm. - [Hacı Nuru şair:]
..Amma sən əbəs yerə özünü saldın qalma-
qala. M.F.Axundzadə. Könül, əbəs yerə
üzmə canınıı; Sonaların əhdə olmaz vəfası.
Q.Zakir. [Pərzad:] Əbəs yerə, Yusif bəy,
arvad sözünə inanma. N.Nərimanov;
2) əsassız, səbəbsiz, ciddi səbəb olmadan.
Əbəs yerə əsəbiləşmək.
2. Xəbər şəkilçisi ilə: əbəsdir - nahaq-
dır, faydasızdır, xeyri yoxdur, nəticəsi yox-
dur. Bütün zəhmətlərin əbəsdir. - Söylədi
tülkü : - Əbəsdir bu xəyal; Məndən o! mər-
həməti etmə sual. A.Səhhət.
əbəs-əbəs zərf Nahaq yerə. Əbəs-əbəs
neçin qaçırsan məndən; Mən ki zalını,
adamyeyən deyiləm. M.P.Vaqif. Gül dil-
ləndi: “Salmayın səs; Danışmayın əbəs-
əbəs". M.Dilbazi.
ƏBƏVEYN is. [ər.] köhn. Ata-ana, vali-
deyn. Hər gün əbəveyııi şad edirlər; Hörmət-
lərini izdiyad edirlər. M.Ə. Sabir.
ƏBİR is. [ər.] klas. bax ənbər. Gülzarə
hava əbir tökdü; Səhrayə qübari-mişk çök-
dü. Füzuli.
ƏBLƏH sif. [ əı :] 1. Axmaq, səfeh, gic,
sarsaq, başıboş. Əbləh köpək qaysavadaıı
pay umar. (Məsəl). // İs. mənasında. Nola bir
evdə qoyavdız qaravaş; Verməyəydiz məni
bu əbləhə, kaş! M.Ə. Sabir.
2. Söyüş kimi işlədilir. [Xanım:] Əbləhin
qızı, əbləh, .. gör kimə oxşayır? Qantəmir.
[Zaman:] Əbləhin qızı, elə bu saat itilərsən
gözümün qabağından. Ə. Haqverdiyev.
Əbləhin biri Kərbəlayı Qubad; İstəyir gələ
xanıma kələk. Ü. Hacıbəyov.
ƏBLƏHCƏSİNƏ zərf Axmaqcasına, sar-
saqcasına, axmaq kimi; gic-gic. Əbləlıcə-
sinə danışmaq. H Sif. mənasında. ..Nəsrdə
də qafiyədən və uşaqcasına mübaliğələrdən
və əbləhcəsinə təşbehlərdəıı bütünlüklə
çəkinəcək l ər. M. F . Axundzadə .
54
ƏBLƏHLİK
ƏCƏB
ƏBLƏHLİK is. Axmaqlıq, səfehlik, gic-
lik, sarsaqlıq. Əlbəttə, [Cuma] bu əbləhliyi
üzündən düşmən əlinə keçərək xoşbəxt təsa-
düflə xilas olmuşdu. Ə.Əbülhəsən.
ƏBLƏQ sif. [ar.] Ala, ala-bııla, ala-bəzək,
alaca. Əbləq at meydanda topla bərabər fır-
landı. M. S. Ordubadi.
ƏBLƏQLİK is. Alalıq, ala-bulalıq, ala-
bəzəklik.
ƏBNA is. [ər. “ibn” söz. cəmi] klas. Öv-
ladlar, oğullar (adətən izafət tərkiblərində
işlənir). Əbnayi-vətən vəqf eləyir vəslinə
canın; Həm ruhi-rəvanın. M.Ə. Sabir.
ƏBR is. [fars.] klas. Bulud. Çün əbr de-
yilsən, olma giryan! Çün seyi deyilsən, etmə
əfğan! Füzuli. □ Əbri-bahar - bahar bu-
ludu. Əbri-siyah - qara bulud. Əbri-
neysan - yağmur buludu, neysan buludu.
Mən bir sədəfəm, sən əbri-neysan. Füzuli.
ƏBRƏŞ sif 1. Xallı.
2. Əldə bəslənmiş. O, bu gün palıda düş-
müş əbrəş qoçun kababından yemək üçün
ayrı bir səy ilə hazırlaşırdı. S. Rəhimov.
ƏBRİŞİM is. [fars.] 1. İpək, ipək iplik.
Paşa, sənə nişan verim Qıratı; Əbrişim
ipəkdən yalı gərəkdi. “Koroğlu”. Əlvan
qanınla boyansın; Əbrişim tellərin sənin!
Aşıq Hüseyn.
2. bot. Lələkli yarpağı və ətirli çiçəyi olan
ağac növü; akasiya. Əbrişim .. çətiri pira-
mida şəkilli, otuz metrə qədər hündürlü-
yündə ağacdır. H.Qədirov.
ƏBRU is. [fars.] klas. Qaş. Göz doymaz
vəsməli кәпшп, əbrudaıı; Can üzülmə, sə-
mən iyli keysudan. M. P. Vaqif.
ƏBUCƏHL is. [ər.] Çox tərs, inadcıl adam
haqqında (bəzən söyüş kimi işlədilir). ..Ağa
maşının qapısını açdı, dedi: - Düş aşağı,
əbucəhl!.. M.İbrahimov.
0 Əbucəhl qarpızı - qarpıza bənzər çox
acı yabanı meyvə.
ƏBYƏZ sif. [ər.] klas. Bəyaz, ağ. Ey zülfi
siyəh, sinəsi əbyəz, gözü alə; Nə türfə ca-
vansan! M. P. Vaqif.
ƏCAİB sif. [ əı -.] 1. Çox qəribə, çox təəc-
cüblü, qeyri-adi, görünməmiş. [Kərəm:]
Yolda bir əcaib milçək görmüşəm, onu sizə
sazla deyəcəyəm. “Əsli və Kərəm”. Əcaib
məxluqat görünürdü: kimi buynuzlu və at
ayaqlı idi, bəzisi yarıöküz, yarıadam idi.
Çəmənzəminli. İşarə verildi və kiçik təyya-
rələr bir-birinin ardınca əcaib rəngarəng
quşlar kimi havaya uçdu. M. Rzaquluzadə.
// Zərf mənasında. Əcaib danışmaq. Belə
şeylər adama əcaib görünür. H is. Görünmə-
miş şey, çox qəribə şey, çox təəccüblü şey,
qeyri-adi şey. Yetim əlində qoğal, əcaib!
(Ata. sözü). Xət-xət çəkəndə damdı qələm-
dən; Sinəndəki xaldı, nə əcaibdi! Qurbani.
2. Heyranedici, misilsiz, xariqüladə,
valehedici. Bu gün bir əcaib gözəl sevmi-
şəm; Beləsi olmaz heç vilayətdə. M.P. Vaqif.
ƏCAİBXANA is. [ər. əcaib və fars. ...xanə]
kölın. Muzey. Bir sözlə, doqqaz kəndin
əcaibxaııası, qəzeti, telefon və teleqrafı idi.
Mir Cəlal.
ƏCAİB-QƏRAİB [ər.] bax əcaib 1-ci
mənada. Sənin kamalında, fikrin içində;
Əcaib-qəraib hallar oynaşır. Aşıq Pəri.
..Hər kəs bunlardan əcaib-qəraib şeylər
nağıl edərdi. S.S.Axundov. Əslini-nəslini
bilmədiyi o qorxunc həyulalar, əcaib-
qəraib məxluqlar [xanı] dəhşətə gətirər, bu
vahimələr bəzən günlərlə onu narahat
edərdi. M. Rzaquluzadə.
ƏCAİBLİK is. Əcaib şeyin hal və key-
fiyyəti.
ƏCDAD is. [ər. “cədd” söz. cəmi] Ata-
babalar, ulu babalar. Vətən - əcdadımızın
mədfənidir; Vətən - övladımızın məskənidir.
A.Səhhət. Böyük əcdadını gətirib yada;
Oynat qılıncını göydə, havada. S. Rüstəm.
Tariximizin, əcdadımızın əməlləri, arzuları,
həsrətləri bu torpaqda hifz olunmuşdur.
Ə.Məmmədxanlı.
ƏCƏB sif. [əı:] 1. klas. Təəccüblü, qə-
ribə. Oğlan, əcəb olmaz, olsa aşiq; Aşiqlik
işi qıza nə layiq? Füzuli.
2. Gülməli, əyləncəli, məzəli, çox qə-
ribə. Zahida, sən ki bilirsən özünü hal əhli;
Bir öz əhvalını bilməzsən, əcəb halın var.
S.Ə.Şirvani. Əcəb, yoxmu onun bağçası-bağı;
Güllərə baxmavır, gül solü sağı. Ə. Cavad.
3. Çox yaxşı, çox gözəl, əla. Əcəb şeydir.
Əcəb kitabdır. - Bir əcəb qəsrdə tutub mən-
zil; Meyə olmuşdu ruzü şəb mail. Füzuli.
55
ӘСӘВА
ƏCƏLSİZ
Əcəb əyyam imiş əyyami-sələf; Gərək o
günlərdə olaydıq tələf. Q. Zakir.
4. dan. Təəccüb bildirir - görəsən. Əcəb,
nə oldu ki, gəlib çıxmadı?
5. dan. Təsdiq bildirir - bəli, hə. - Sən
yemək yeyəcəksənnıi? - Əcəb.
6. dan. İntonasiyadan asılı olaraq təəc-
cüb, narazılıq, bəzən istehza, kinayə bildi-
rir. Əcəb işə düşdük?! Əcəb bizi avara
qoydun! Əcəb adamsan! Əcəb xanəndə
imiş! Əcəb işdir! Əcəb intizamlı imişsən!
0 Əcəb eləmək dan. - yaxşı eləmək,
əlindən gəlmək. Bilmirəm, əcəb edirəm, ..
sənə nə düşüb? H.Nəzərli. Əcəb ki - nə
yaxşı ki, yaxşı oldu ki, nə yaxşı... Əcəb ki,
tez gəldim, yoxsa tamaşaya gecikəcəkdim.
Əcəb oldu - yaxşı oldu, elə də lazım idi.
Lütfəli [Cəlilə] baxıb öz-özünə deyirdi ki,
əcəb oldu. İ.Musabəyov. Nə əcəb? -
1) təəccüb, heyrət, sual bildirir. Nə əcəb
belə gec gəldin? - [Araz:] Bir de görüm, sən
nə əcəb bura gəldin? A. Şaiq. Mənimlə
tikdirdiyin qırx üç manatlıq tujliləri nə əcəb
geyməyib, belə sarı səndəldə dolanırsan?
Qantəmir; 2) təəccüblü deyil, təəccüblü bir
şey yoxdur, buna təəccüb etmə(yin). Yar
söhbətim olmazsa, Füzuli, nə əcəb; Özünə
söhbətimi ar bilibdir, bilirəm. Füzuli. Siz-
dən (səndən, ondan və i. a.) nə əcəb? -
təəccüb, sual məqamında. [Sevil:] İçəri gəl,
ay ata, altı ildir səni görməmişəm, səndən
nə əcəb? C. Cabbarlı. [Rəis:] Sizdən nə əcəb,
Hikmət xanım? Mir Cəlal.
ƏCƏBA əd. [ər.] kit. Sual cümlələrində
təəccüb, şübhə, tərəddüd bildirir - görəsən,
aya. Əcəba, bu gün yağış yağacaqmı?
Əcəba, onların gəlişindən məqsəd nədir? -
[Yaşlı kişi:] Əcəba, bu məzarda miialicə-
pəzir olmayan hər xəstəliyi sağalda biləcək
bir kəramət varımdır? S. Hüseyn. [Bəhram:]
Əcəba, mən öz əmimin evində xidmətçi-
yəmmi? C. Cabbarlı.
ƏCƏBCƏ dan. bax əcəb 1, 2 və 6-cı
mənalarda. ..Bunları mən çox yaxşıca görü-
rəm, çox əcəbcə görürəm, çox qəşəııgcə gö-
rürəm. C.Məmmədquluzadə. Əcəb halın var,
ay molla; Əcəbcə ruzigarın var! Ə.Nəzmi.
ƏCƏL is. [ər.] Hər bir canlının, xüsusən
insanın qabaqcadan qədərlənmiş ölüm vaxtı.
[Ağamurad bəy:] Dünyanın işi belə olur.
Əcəli bilmək olmaz. Ömürdür, biri az yaşa-
yır, o biri çox yaşayır. T.Ş. Simurq. // Ümu-
miyyətlə, ölüm, ölüm çağı. Keçinin əcəli
çatanda çobanın çomağına sürtünər. (Ata.
sözü). [Mehriban] istəyirdi ki, belə halında,
əcəlin soyuq qanadları üzünü oxşarkən
Zeynal yatağının yanında, başı üzərində
bulunsun. S. Hüseyn. □ Əcəl girləmək -
bax əcəli gəlmək. [Nemət kişi:] Görünür,
hansı bədbəxti isə əcəl girləyib. M. Hüseyn.
Əcəli gəlmək (çatmaq, tamam olmaq,
yetmək) - ölüm vaxtı yetişmək. Əcəl gəldi,
başım üstə dayandı; Şirin canım eşqin
oduna yandı. “Aşıq Qərib”. Nə cütü var, nə
kotanı, nə kəli; Ölmək istər, yetişməvir
əcəli. A.Səhhət. Xəstə şəfa tapmayıb öləndə
deyərdi : - Əcəli yetən adam öləcəkdir, istər
həkimi Loğman da ola. S.S. Axundov. Öz
əcəli ilə ölmək - təbii ölümlə ölmək.
ƏCƏLƏ [ər.] 1. is. Tələsmə, bir işi tez-
tələsik görməyə çalışma, səbirsizlik göstər-
mə. □ Əcələ etmək - tələsmək. Arıq atlı
konka stansiyaya yaxınlaşmışdı, o minmək
üçün əcələ edərkən ağır bir qol çiynindən
yapışdı. A.Şaiq. [Səfərəli:] Rica edirəm,
əcələ ediniz. H.Nəzərli.
2. zərf və sif. Tələsik, cəld, tez-tələsik.
..Bir paramız əcələ bir dəstə sazlayıb qış-
qırırıq. C.Məmmədquluzadə. [Roza:] Neçin?
Əcələ bir işinizmi var? H. Cavid. □ Əcələ
ilə - tələsik, sürətlə, tez, cəld. [Gülçöhrə:]
Görürsən, mənim başıma nə işlər gətirir-
lər?.. Mümkün var isə, gəl tez qaçaq ( əcələ
ilə dartmır). Ü. Hacıbəyov. Xidmətçilər
əcələ ilə o tərəf-bu tərəfə hərəkət edirdilər.
M.Ibrahimov.
ƏCƏLƏLİ sif. Tələsik, təcili, təxirəsalın-
maz. [Xortdan:] Yox, bir belə müddət göz-
ləməyi mən bacarmayacağam. İşim əcələ-
lidir. Ə. Haqverdiyev.
ƏCƏLMAYALLAQ bax əcəlmttəlləq.
ƏCƏLMÜƏLLƏQ is. [ər.] dan. Gözlənil-
məyən, təbii olmayan ölüm.
ƏCƏLSİZ zərf Əcəli çatmadan, vaxtsız,
vaxtı çatmadan. [Rəsul:] Budur, bu gün dörd
cavan əcəlsiz dünyadan getdi. Ə. Haqverdi-
yev. Əcəlsiz öldürür məni fırqətiıı; Əyibdir
qəddimi dərdin, möhnətin. Aşıq Şəmşir.
56
әсәм
ƏCZA
ӘСӘМ is. [ər.] 1. köhn. Keçmişdə ərəb
olmayan xalqlara və onların nümayəndə-
lərinə, xüsusən, iranlılara, İran əhalisindən
olan adamlara verilən ad. Məndən salam ol-
swı əcəm oğluna; Meydana girəndə meydan
mənimdir. “Koroğlu”.
2. tar. İran. Leyli-Məcnım Əcəmdə çox-
dur; Ətrakdə ol fəsanə yoxdur. Füzuli.
ƏCƏMİ sif. [ər.] köhn. 1. Qeyri-ərəb qövm
və tayfalardan birinə mənsub olan, ərəb
olmayan.
2. İranlı, fars.
3. məc. Yad, özgə, yabançı.
ƏCƏR is. Təzəlik, işlənməmiş olma. Vur-
tut ikicə ilin gəlini olan, gəlinlik paltarının
əcəri solmayan Keysubəyimin nisgili ürə-
yində, arzusu gözündə qalmışdı. Ə.Vəliyev.
ƏCƏRİ sif. Təzə, qədtəzə, heç geyilmə-
miş, işlənməmiş. Əcəri don. Əcəri yorğan-
üzü. - Zeynəbin bu saat dörd-beş dəst əcəri
paltarı boxçadadı. C. Məmmədquluzadə.
ƏCƏRLİ bax əcəri. Əcərli paltar.
Əcərli xalça. - Mən də o mülahizədəyəm,
Zəriş! - deyə Müqim bəy birdən pristavlıq
paltarının ən əcərlisini geyməyə, tərləyə-
tərləyə ora-burasını dartışdırmağa başladı.
S. Rəhimov. [Əmir:] Bu əcərli gəbələr
pristav ağanın halal xoşu olsun, öz anasının
südü kimi. Ə.Abasov.
ƏCİB(Ə) [ər.] bax əcaib.
ƏCİNNƏ is. [ər.] din. köhn. Cin. Əcinnə
padşahı ( nağıllarda ). - Əhmədi-Çekkaş du-
rub gəldi evə. Çağırıb əcinnələri, əmr elədi.
(Nağıl). [Nəcəf:] Nə sirr olacaq? Tovuz
dərəsi əcinnə yeridir, şəyatin yığnağına rast
gəlibsiniz. M.F.Axundzadə. [2-ci əcinnə:]
Hə, indi başa düşdüm, doğrudan da, deyəsən,
sən çox ağıllı əcinnəsən. Ə.ITaqverdiyev.
ƏCLAF sif. [ər.] Alçaq, rəzil. [Bəhram:]
O vaxt bizim nahiyənin pristavı Navedski
adında çox rəhmsiz və əclaf bir adam idi.
Ə.Vəliyev. // İs. mənasında. Ağa, Təbrizdə
5-10 nəfər əclaf ilə bacarmaq olmur.
M. S. Ordubadi.
ƏCLAFLIQ is. Alçaqlıq, rəzillik, rəzalət.
Əclafıq etmək. [Piri düşünürdü ki, Xalıq
deyəcək:] "Kişi kişinin namusuna toxun-
maz, Piri. Mən bu sirri ürəyimdə qəbrə apa-
racağam. Amma boynuna al ki, əclafıq elə-
misən”. İ.Məlikzadə.
ƏCNƏBİ [əı;] 1. sif. Başqa xalqa, millətə
mənsub olan; xarici. Əcnəbi mallar. Əcnəbi
dillər. Əcnəbi ölkələr. - Həmədan yenə də
əcnəbi casuslarının yuvasına çevrilmişdi.
M.S.Ordubadi.
2. is. Başqa ölkənin vətəndaşı, təbəəsi;
xarici. Əcnəbilərə məxsus mehmanxana. -
Hacı Mirzə Həsən ağa müctəhidin gözünün
qabağında minlərcə müsəlman övrət-uşaq-
ları .. əcnəbilərin evində gizləniblər.
C. Məmmədquluzadə. Əcnəbi yenə çama-
danı [Məşədi Əsgərə] verməyib, təcilən ..
vağzaldan şəhərə çıxdı. S.M.Qənizadə.
ƏCR is. [ər.] köhn. Bir iş müqabilində
verilən əvəz; qarşılıq. Öz adətin ilə nalə
eylə; Əcrini mənə həvalə eylə. Füzuli.
[Səlim bəy:] Bu qədər xalqın duası sizin
əcriııizdir. M.F.Axundzadə. Güman etmə-
yin ki. Şeyx Şəban əzan verməyinə muzd
alırdı. Xeyr, əstəğfürullah, əzan verməyi
məhz savab əməl hesab edərdi və əcrini
qiyamətdə Allahdan gözləyirdi. Ə.FIaqver-
diyev. // Cəza mənasında, indi əcrindir,
könül, çək şami-hicrin dərdini; Mən əzəl
gün söylədim pəndi-fir av anlar sənə.
S.Ə.Şirvani. Zülm edən kimsələrin əcri
budur. M.Rahim. □ Əcrini çəkmək - cə-
zasını çəkmək. [Vaqif:] Məmməd cəzasına
çatmışdır. - dedi, - xanın üzünə ağ olan
əcrini çəkməlidir.. Çəmənzəminli. [Zülfü-
qar:] Qoy əl-ayağı dinc durmayanlar əcrini
çəksinlər. B. Bayramov.
ƏCUZƏ is. [ər.] Pisxasiyyətli və bəd-
ləkər arvad.
ƏCZ is. [ər.] klas. Acizlik, iqtidarsızlıq.
Əcz ilə dedi ki: “Ey xudavənd; Şalıənşəhi-
adilii xirədmənd! ” Füzuli. [İblis Arifə:]
..Əzizim, çocuq olma! Arif! Mana bax, əczi
burax, hissə qapılma. H.Cavid. ..Sitarə Mən-
surun əlini əcz ilə tutııb dizi üstə oturub: -
Aman Mənsur! Məni hicr oduna yandırma.
C. Cabbarlı.
ƏCZA is. [ər. “cüz” söz. cəmi] 1. klas.
Bir şeyin tərkibini təşkil edən xırda hissə-
ciklər; cüzlər. Yandırıb əczayi-tərkibim,
külüm versən yelə; Yox yolundan dönməyim,
51
ƏCZAÇI
varım sənindir, cüzvü kül. Füzuli. [Molla
İbrahimxəlil:] Daha bundan artıq nə eylə-
yəcəksiniz ki, bu giiıı iksir tanıam və təkmil
olan saatda və əcza butədə qaynayan vaxtda
bu yerə ayaq basdınız. M.F.Axundzadə. Su
nədir? Nə əczadan əmələ gəlir, nə səbəbə su
qaynayanda buğ olur, niyə donanda bər-
kiyir? C. Məmmədquluzadə.
2. Dərman maddələri; dərman, dava. Bu
əcza qulluqçu naxoş olanda alınmışdı.
C.Cabbarlı.
ƏCZAÇI is. Aptekdə dərman hazırlayan
mütəxəssis; farmasevt. Fakültə xüsusi şöbə-
lərdə diş həkimləri və əczaçılar da hazır-
layır. M. Topçubaşov. Əczaçı, məlumdur ki,
dəva satır; Xanəndə oxuyur, xoş səda satır;
Nəfəs almaq üçün bağa gedəndə; Biri də
biletlə boş hava satır. Şəhriyar.
ƏCZAÇILIQ is. Dərman hazırlamaq,
hazırlanan dərmanları yoxlamaq, saxlamaq
və buraxmaq haqqındakı tətbiqi fənlərin
məcmusu; dava-dərman hazırlama sənəti.
Əczaçılıq texnikumu. Əczaçılıq məhsulları.
ƏCZAXANA [ər. əcza və fars. ...xanə]
kölın. Əczaçı dükanı, dərman satılan yer,
aptek. Kiçik oğlu mühəndis böyük qardaşı-
nın əmrlərinə itaət edirdi: əczaxanaya get-
mək, həkim yaıııııa yüyürmək, kətan islat-
maq və sairə. Ə. Haqverdiyev. Baytarlıq
müalicə məntəqəsinin apteki müvafiq ava-
danlıq tələb edən əczaxaııa olub, xüsusi
otaqda yerləşdirilməlidir. R. Əliyev.
ƏDA 1 is. [ər.] 1. Tərz, tövr, üslub. Bu nə
ədadır? - [Hacı Əhməd:] [Almaza] Sən ki
bu yol ilə, bu əda ilə bizə yaxnı gəldin, biz
kəndlilərin bütün malımız, canımız, hər bir
şeyimiz sənə qurbandır. C.Cabbarlı. Usta
bunu elə bir əda ilə dedi ki. Azad ona baxıb
düşündü. S. Rəhman. Eldarın xoş bir əda
ilə: - Buyurun, buyurun! - dediyini eşitdim.
M.Rzaquluzadə. // Özünü aparma tərzi, hə-
rəkət tərzi; adət, xasiyyət. Bu nə ədadır?
Pis əda. Yoldaşının ədalarını öyrənib.
2. Naz, qəmzə, şivə, şıltaq. Qadan alını,
ey qaragöz, sənə bu əda neçindir? Nə üzü
qaralıq etdim, mənə bu cəfa neçindir?
S.Ə.Şirvani. [Knyaz:] Içəlim, badə verir
ruhə qida; Varsın, olsun məzəmiz işvə, əda!
ƏDALƏT
H. Cavid. İndi ədaların yadına düşüb; Yan-
dırırını səni, yaxırmı səni? R.Rza.
3. İddia, təşəxxüs. Bunun ədasına bax!
4. İş, əməl. Ədası başqa, sözü başqa.
ƏDA 2 [ər.]: əda etmək - 1) vermək,
ödəmək, ödəyib qurtarmaq. [Nəcəf bəy:]
Əgər vədə tamamında borcumu əda etmə-
səm, girovdan məyusam. Ə.Haqverdiyev;
2) yerinə yetirmək. [Ağa Salman:] Gedim,
sərbazları görüm, əhvalatı xəbər alım ki,
mürafiə vaxtında şəhadətlərini əda etsinlər.
M.F.Axundzadə. Amma mətəəssiif öz borc-
larımızı nəinki layiqincə əda etmirik, hətta ..
sağmal inəyimizin boğazına bıçaq sürtənlərə
kənardan arxayın tamaşa edirik. F.Köçərli.
..Öhdəmizə götürdüyümüz .. vəzifəni əda et-
məkdə bacarığımızı və səyimizi əsirgəmə-
yəcəyiz. C.Məmmədquluzadə; 3) icra et-
mək, ifa etmək, qılmaq. Şah .. şam vəxüftən
namazını əda etdi. M.F.Axundzadə. Rama-
zanın yovmiyyə namazını orada əda edir-
dim. C.Məmmədquluzadə.
ƏDABAZ is. [ər. əda və fars. ...baz] Əda-
bazlıq edən, ədabazlıq etməyi sevən adam.
Ədabazın birisi, bəs niyə belə qaçırsan?
Dur görək, nə var, nə yox. M.S. Ordubadi.
// Sif. mənasında. Ədabaz adam. Ədabaz qız.
ƏDABAZCASINA sif. və zərf Ədabaz
kimi, ədabaza xas olan bir tərzdə. Ədabaz-
casına gülüş. Ədabazcasına hərəkət. Əda-
bazcasına yerimək.
ƏDABAZLIQ is. Ədalı hərəkətlər, sadə-
likdən, təbiilikdən məhrum hərəkətlər; özü-
nü qeyri-təbii, qeyri-sadə aparma. Ədabaz-
lıq etmək. - Cabbarın şit hərəkətlərlə, əda-
bazlıqla işi olmazdı. İ.Əfəndiyev. Ancaq bun-
ların heç biri ədabazlığından, yaxud özün-
dən müştəbeh olmağından irəli gəlmirdi.
B.Bayramov. // Əzilib-büzülmə, özünü əzmə,
özünü naza qoyma.
ƏDALƏT is. [ər.] 1. Haqq və düzgünlük
prinsiplərinə riayət. Ədalətə riayət etmək.
İctimai ədalət. Ədalət hissini itirmək. Əda-
ləti bərpa etmək. - [Pişxidmət:] Haqq və
ədalətmi? ..O bir quş olsa, şahın sarayında
vapamaz yuva. H. Cavid. Aldadır bəşəri ya-
lan vədələr; Haqdan, ədalətdən yoxdur bir
əsər. S. Vurğun. □ Ədalət divanı kölın.
-bax ədalət məhkəməsi. Paşa o saat bir
58
ƏDALƏTXANA
ƏDAVƏT
ədalət divanı qıırub keşişi də çağırtdırdı.
“Əsli və Kərəm”. [Muzdur] əlindəki döv-
ləti, hər necə olsa, ədalət divanına yetir-
məyə niyyət qoydu. S.M.Qənizadə. Ədalət
məhkəməsi - ədalətlə işə baxan, ədalətli
hökm çıxaran məhkəmə. Bu gün, sabah qu-
rulacaq; Bir ədalət məhkəməsi. S.Vurğun.
2. İnsaf, mürüvvət. Ədalətlə (z.) hərəkət
etmək. Ədalətlə (z.) işə baxmaq. - Adil, hə-
yatda şeir və hikmət aşiqi, insaf və ədalət
tərəfdarı idi. S. Rəhimov. □ Ədalət etmək
- insaf etmək, insafla hərəkət etmək. Sair
miləl övrətlə ədalət edir etsin! Övrət ərə, ər
övrətə rəğbət edir etsin! M. Ə. Sabir.
ƏDALƏTXANA is. [ər. ədalət və fars.
...xanə] köhn. Ədalətlə işə baxan məhkəmə,
divanxana.
ƏDALƏTLİ sif. Ədalətlə, vicdanla hərə-
kət edən, həqiqətə, insafa, vicdana uyğun
olaraq hərəkət edən. Ədalətli hakim. Əda-
lətli müdir. II Ədalətə, həqiqətə, insafa əsas-
lanan. Ədalətli məhkəmə. Ədalətli hərəkət.
Ədalətli qanunlar.
0 Ədalətli müharibələr - istiqlaliyyət
uğrunda aparılan müharibələr, inqilabi
azadlıq müharibələri.
ƏDALƏTLİLİK is. Ədalətli olma, işə qə-
rəzsiz, vicdanla, ədalətlə yanaşma; ədalət.
Məhkəmənin əsas xüsusiyyəti ədalətlilikdədir.
ƏDALƏTPƏRVƏR sif. [ər. ədalət və fars.
...pərvər] Ədalət sevən, ədalətə riayət
edən, ədalətli. Ədalətpərvər adam.
ƏDALƏTPƏRVƏRLİK is. Ədalətpərvər
adamın keyfiyyəti. Ədalətpərvərlik göstər-
mək. Ədalətpərvərlik yaxşı sifətdir.
ƏDALƏTSİZ sif. Ədalətə, haqq və insafa
riayət etməyən, ədalət hissini itirmiş, insaf-
sız. Ədalətsiz hökmdar. - Küçəyə atdın əda-
lətsiz ata, qansız ata! Məni təhrik eləmə al-
verə, vicdansız ata! Ə.Vahid. // Ədalətə,
haqq və insafa müğayir olan. Ədalətsiz hökm.
Ədalətsiz hərəkət. - Lakin zavallı bacısının
xərcinə gəldikdə, Mahmud onun heç üzünə
gülmədən taleyi tərəfindən təyin olunmuş,
ədalətsiz bir vergi hesab edirdi. B.Talıblı.
ƏDALƏTSİZLİK is. Ədalətə, haqq və
insafa müğayir hərəkət. Burjua məhkəmə-
sinin ədalətsizliyi. - Bu hürriyyət əsrində
[XX əsrdə] belə ədalətsizliyə [zülmə və
təcavüzə] baxdıqda ürəyimiz qan ilə dolur..
F.Köçərli. Zənnimcə, xilqətdən əvvəl ədalət-
sizlik və vicdarısızlıq yaranmışdır. C.Cabbarlı.
ƏDALI sif. 1. Ədası olan, ədabaz. Ədalı
adam. H Əda ilə dolu, sadəlikdən, adilikdən
məhrum. Ədalı hərəkət. H Mütəkəbbir. Sa-
rayda hökm edir ədalı bir xan; Qan, qarğış
tökülür qaşqabağından. S.Vurğun.
2. İşvəli, işvəkar, nazlı. Ədalı qız. Ədalı
baxış. Ədalı yeriş. - Mərhəmətsiz mələk,
ədalı gözəl; Gör nə yandı bir vüsalə bədəl?!
H.Cavid.
ƏDALILIQ is. Ədalı olma.
ƏDASIZ sif. 1. Heç bir ədası olmayan,
özünü sadə aparan. Ədasız adam.
2. Nazsız, işvəsiz, sadə. Ədasız qız. - Yox-
sa dilbərim deyilmiş ədasız; Pək nazlıdır,
amma deyil vəfasız. H.Cavid.
ƏDASIZLIQ is. Ədasız adamın xassəsi;
sadəlik.
ƏDAT is. [ər.] 1. qram. Müstəqil mənası
olmayan, lakin cümlədə müxtəlif məna ça-
larları əmələ gətirən söz, hissəcik.
2. köhn. Alət, avadanlıq, ləvazimat.
ƏDAVƏT is. [ər.] Ürəkdə saxlanılan düş-
mənçilik hissi, kin, küdurət, qərəz, birinə
qarşı qəzəb hissi. ..Bəy bir məclisdə danışdı
ki, Mirzə Möhsünlə mənim bir ədavətim
yoxdur. Qantəmir. □ Ədavət bəsləmək -
kin bəsləmək, kin-küdurət bəsləmək,
birisinə qarşı düşməncəsinə hiss bəsləmək.
[İblis:] Hər kəs məni dinlər, fəqət evlər yenə
nifrət; Hər kəs mənə qul ikən, bəslər ədavət.
H.Cavid. Naşad əfəndi Mehribana qarşı
indi bir kin və ədavət bəsləyirdi. S. Hüseyn.
// Ümumiyyətlə, düşmənçilik, düşmənlik.
Çərxi-sitəmgərin, hərzə talein; Ölüb qur-
tarmadıq ədavətindən. Q. Zakir. [Cavad
bəy:] Xan, cənabinizə məlum olan ədavətə
görə Səməd xanın oğlu Səfıqulu xan böyük
cəfakarlıq edir. N.Vəzirov. □ Ədavət apar-
maq - düşmənçilik etmək, düşməncəsinə
münasibət bəsləmək. Xanpəriyə elə gəlirdi
ki, kim isə onunla ədavət aparır. Ə.Vəliyev.
Ədavət doğurmaq - ədavətə, düşmənçi-
liyə səbəb olmaq. [İblis:] Get, lakin o hör-
mət və məhəbbət; Bir gün doğurur qanlı
ədavət. H.Cavid. Ədavət etmək - düşmən-
cəsinə münasibət bəsləmək, düşmənçilik
59
ƏDAVƏTLİ
ƏDƏBİ
etmək, ədavət bəsləmək. Asudə nəfəs
çəkməyə halət edə fəhlə; Yainki hüquq üstə
ədavət edə fəhlə. M.Ə. Sabir. Ədavət qalx-
maq (doğmaq, düşmək) - araya düşmən-
çilik düşmək, bir-biri ilə düşmən olmaq.
[Məhərrəm:] Nə üçün yaxın bir qohumun
arasında ədavət qalxsın? C.Cabbarlı. [Tə-
ləbə:] Bir də, heç mən intriqa bilən adam
deyiləm. Görürəm dərnək işlərinə qoşulsam,
yoldaşlarımızla aramızda ədavət düşəcək.
Qantəmir. Ədavət salmaq - araya düş-
mənçilik salmaq, biri-biri ilə salışdırmaq,
vuruşdurmaq. Bir söyləyən yox, ay başıbat-
mış, nə borcuna; Haqqı nədir, salırsan əda-
vət, gavur qızı?! M.Ə. Sabir. Özü də istəyirdi
ki, yerli xalqla bizim aramıza ədavət salıb
öz hakimiyyətini bərkitsin. M.Rzaquluzadə.
ƏDAVƏTLİ sif. Ədavəti olan, ürəyində
ədavət bəsləyən, kin bəsləyən, düşmənçilik
edən, düşməncəsinə münasibət bəsləyən;
düşmən. Görün heç biz ədavətli .. adamlara
bənzəyirikm i? M . İbrahimov.
ƏDAVƏTLİLİK is. Düşmənçilik, kinlilik.
ƏDAVƏTSİZ sif. Heç bir kini, ədavəti
olmayan; kinsiz.
ƏDD \ər.\. ədd etmək köhn. - saymaq,
hesab etmək. Hər yetən kəndin mülıərrir ədd
edib min söz yazır. M.Ə.Sabir. [Rza bəy:] ..Bu
müblıəm sükutunuzu kəndim üçün böyük bir
həqarət ədd edəcəyəm. Ü.Hacıbəyov. Hətta
Fərhad oxumuş olduğu üçün [Aslan] onu
özündən daha mərhəmətli, insaniyyətpərvər
və safdil ədd edirdi. C.Cabbarlı.
ƏDƏ bax adə. Ədə, Eyvaz, bəri gəl, müş-
təri gəlib. "Koroğlu”. Ədə, Həsənəli, naxır
gəlir, qaç, tövlənin qapısını aç. C.Məmməd-
quluzadə. [Əsgər:] Dedim, yəqin ki mənimlə
düşməndir, o saat piştovu belimdən çıxart-
dım, çəkdim yuxarı ayağa, dedim'. Ədə, da-
yan! Ü.Hacıbəyov. [Kərbəlayı:] Ədə, qoy-
sana kişi sözün danışsın. H.Nəzərli.
ƏDƏB is. [ər.] Əxlaq qaydalarına riayət,
əxlaq və hərəkətdə, danışıqda nəzakət, in-
cəlik; tərbiyə. Ədəb qaydaları. - Ədəbi
kimdən öyrəndin? - Biədəbdən. (Ata. sözü).
Ədəbdən, elmdən gərfeyzyab olsa əvamün-
nas; Düşər tənii şərəfdən mollalar, işanlar,
insanlar. M.Ə.Sabir. Baxdıqca onun marağı
artır; Elmə, ədəbə, kitaba hərdəm. A. Səhhət.
[Müəllim:] Özümdən ədəb və nəzakət
xaricində heç bir hərəkət baş verməmişdi.
S.Hüseyn. // Utancaqlıq, həya. Üzündən ədəb
yağır. H Hörmət, ehtiram, sayğı. [Məhbııb
xanım] ədəb salamını yerinə yetirib da-
yandı. (Nağıl). Təzə gəlinlər, cavan qızlar
[Sara xanımın] vanına girə bilməzdi', ədəb,
həya, hörmət vardı. Qantəmir. Ədəblə
şəklində zərf - hörmətlə, ehtiramla. Ədəblə
danışmaq. Ədəblə cavab vermək. - Tülkü
görcək yavaş-yavaş gəldi; Endirib baş,
ədəblə çömbəldi. M.Ə.Sabir. Uşaq cürət-
lənib hərəkətə gəldi, irəli yeridi, əllərini
vanına salıb ədəblə salam verdi. Mir Cəlal.
Qoçaq əsla tələsmədən əti götürdü və bir-
iki addım kənara çəkilib ədəblə gəmirməyə
başladı. M.Rzaquluzadə. □ Ədəb gözlə-
mək - əxlaq, tərbiyə, nəzakət, hörmət
qaydalarına riayət etmək; öz hərəkət və
sözlərində tərbiyəli, nəzakətli olmaq. Ləğv
olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a
balam, başlama fəryadə, əkinçi! M.Ə.Sabir.
Tcılıb xan .. ədəb gözləyən yasovulun açılış-
mağının səbəbini yaxşıca anlamağa başla-
yırdı. S. Rəhimov.
ƏDƏB-ƏRKAN is. [ər.] Ədəb, tərbiyə,
əxlaq, nəzakət qaydaları. Ədəb-ərkan göz-
ləmək. - Ədəb-ərkan nədir, yaxşı anlasın;
Mənəm deyib, çox havadan getməsin. Aşıq
Rəcəb. [Həsən:] Hər adamın yerini bi-
lirsən, ədəb-ərkanla (z.) da danışırsan.
Ə.Haqverdiyev.
ƏDƏB-ƏRKANLI sif. Ədəbli, tərbiyəli,
nəzakətli. Gərək bir azca həlim, ədəb-ər-
kanlı olsun; Bir az arlı, namuslu, bir az vic-
danlı olsun. X.Rza.
ƏDƏBİ sif. [ər.] Ədəbiyyata aid olan.
Ədəbi əsər. Ədəbi cərəyan. Ədəbi irs. Ədə-
bi müşavirə. Ədəbi müsabiqə. - Əlbəttə,
ədəbi ənənənin mütərəqqi məziyyətlərini
yaşatmaq gərəkdir və zəruridir. S. Rəhimov.
Ədəbi əsər bədii təfəkkürlə bağlıdır.
M.Ibrahimov. □ Ədəbi işçi - qəzet və ya
jurnallarda çap edilən materialların dili və
üslubu üzərində işləyib onu çapa hazırlayan
işçi. [C.Cabbarlı] sonra .. ədəbi işçi və
mütərcim vəzifəsində çalışmağa başladı.
M.Arif. Ədəbi oğurluq - özgənin əsərini
öz adı ilə vermə, yaxud adını göstərmədən
60
ƏDƏBİLƏŞDİRİLMƏ
özgənin əsərindən istifadə etmə. // Ədəbiy-
yatla bağlı, əlaqədar. Yazıçının ədəbi fəaliy-
yəti. Ədəbi dairələr. - Yeni yetişən ədəbi
gənclik həmişə Cabbarlının diqqət mərkə-
zində idi. M.Arif.
0 Ədəbi dil - ümıımxalq dilinin qramma-
tika, leksika, tələffüz və s. cəhətdən müəy-
yən normalara malik olan işlənmiş forması.
Ədəbi dil normaları. - Səmədin o dövrdəki
ədəbi dili təşbelılər, idiomlarla dolu canlı
xalq dilidir. O. Sarıvəlli.
ƏDƏBİLƏŞDİRİLMƏ “Ədəbiləşdiril-
mək”dən f.is.
ƏDƏBİLƏŞDİRİLMƏK məch. Dili və
üslubu üzərində işlonilərək ədəbi şəklə
salınmaq (əsər).
ƏDƏBİLƏŞDİRMƏ “Ədəbiləşdirmək”-
dən f.is.
ƏDƏBİLƏŞDİRMƏK f. Əsərin dili və
üslubu üzərində işləyərək onu ədəbi şəklə
salmaq.
ƏDƏBİSTAN is. [ər. ədəb, və fars.
...stan] kölın. Əsil mənası “ədəb, tərbiyə
yeri, ədəb öyrədilən yer” olub, köhnə ədə-
biyyatda “məktəb” mənasında işlənmişdir.
“Ülfət" kəsilib, toxtadı “ Biirlıani-tərəqqi
Məhv oldu ''Həmiyyət", ədəbistan da qa-
pandı. M.Ə. Sabir. Elmi-sənaye, ədəbistan
nədir? Ağrın alım, tülkü nə, meydan nədir?
Ə.Nəzmi.
ƏDƏBİYYAT is. [ər.] 1. Hər hansı bir
xalqın, dövıün və ya bütün bəşəriyyətin
yaratdığı elmi, bədii, fəlsəfi və s. əsərlərin
məcmusu. Ədəbiyyat dedikdə, yalnız bədii
əsərlər deyil, həmçinin geniş mənada, bütün
yazılı əsərlər nəzərdə tutulur. M.Ibrahimov.
2. Bədii əsərlərin məcmusu. Orta əsrlər
Azərbaycan ədəbiyyatı. Ortaq türk ədəbiy-
yatı. Klassik ədəbiyyat.
3. Müəyyən bilik sahəsinə və ya məsə-
ləyə aid çap olunmuş əsərlər. Siyasi ədə-
biyyat nəşriyyatı.
0 Sandıq ədəbiyyatı dan. zar. - bu və ya
başqa səbəbə görə çap edilə bilməyən yazı-
lar. Xalq ədəbiyyatı - folklor. Xalq ədəbiy-
yatının həcmcə ən böyük nümunələri das-
tanlardır. Azərbaycanın xalq ədəbiyyatı çox
zəngindir.
ƏDƏBLİ-ƏRKANLI
ƏDƏBİYYATBAZ is. [ər. ədəbiyyat və
fars. ...baz] Ədəbiyyatın (xüsusilə poeziya-
nın) mahiyyətini dərindən dərk etmədən
onunla məşğul olan və ədəbiyyatdan dəm
vurmağı sevən adam; şeirbaz.
ƏDƏBİYYATB AZLIQ is. Ədəbiyyatı
(xüsusilə poeziyanı) dərindən dərk etmə-
dən onunla məşğul olma, ədəbiyyatdan dəm
vurmağı sevmə; şeirbazlıq.
ƏDƏBİYYATÇI bax ədəbiyyatşünas.
// dan. Ali məktəbin ədəbiyyat fakültəsi
tələbəsi.
ƏDƏBİYY ATÇILIQ bax ədəbiyyatşü-
naslıq.
ƏDƏBİYYATŞÜNAS is. [ər. ədəbiyyat və
fars. ...şünas] Ədəbiyyatşünaslıq elmi ilə
məşğul olan alim, ədəbiyyatşünaslıq mütə-
xəssisi. Ədəbiyyatşünas professor.
ƏDƏBİYYATŞÜNASLIQ is. Ədəbiyyat
tarixi və nəzəriyyəsindən, habelə ədəbi
tənqiddən bəhs edən elmlərin məcmusu.
Azərbaycan ədəbiyyatşünaslığı. Ədəbiyyat-
şünaslıq elmi. - Azərbaycan .. ədəbiyyat-
şünaslığı “ Molla Nəsrəddiıı"in ədəbi irsinə
daha dərindən yanaşmalıdır. M.İbrahimov.
ƏDƏBLƏNDİRMƏ “Ədəbləndirmək”-
dən f.is.
ƏDƏBLƏNDİRMƏK f. Ədəb öyrətmək,
ədəb vermək; tərbiyələndirmək.
ƏDƏBLƏNMƏ “Ədəblənmək”dən f.is.
ƏDƏBLƏNMƏK f. Ədəbli olmaq, ədəb
öyrənmək, ədəb və tərbiyə qazanmaq, tər-
biyələnmək. Uşaq məktəbə gedəndən sonra
ədəbləııdi.
ƏDƏBLİ sif. 1. Yaxşı tərbiyə görmüş,
cəmiyyətdə özünü apara bilən, əxlaqlı,
tərbiyəli. Ədəbli uşaq. - Mələkəxatın gördü
İbrahim çox ədəbli və ağıllı oğlandı. (Na-
ğıl). Vaqiən Qasım əmi çox ədəbli və söz
eşidən idi. C.Məmmədquluzadə.
2. Ədəb qayda-qanunlarına uyğun. Ədəb-
li söz. Ədəbli hərəkət. Ədəbli (z.) danışmaq.
ƏDƏBLİCƏSİNƏ zərf Ədəbli surətdə,
nəzakətli surətdə, nəzakətlə. Ədəblicəsinə
cavab vermək. Ədəblicəsinə salam vermək.
ƏDƏBLİ-ƏRKANLI sif. bax ədəb-
ərkanlı. Ədəbli-ərkanlı oğlan. - [Qızın
anası:] Bax, ədəbli-ərkanlı, saçlı-birçəkli,
boylu-buxunlu, gözəl-göyçək qız bəslə-
mişəm. H. Sarabski.
61
ƏDƏBLİLİK
ƏDİB
ƏDƏBLİLİK is. Ədəbli, tərbiyəli adamın
xassəsi, ədəbli olma. Oğlan ədəbliliyindən
başını aşağı saldı və cavab vermədi.
ƏDƏBSİZ sif. 1. Ədəb və tərbiyədən
məhrum, yaxşı tərbiyə görməmiş, cəmiy-
yətdə özünü apara bilməyən. Ədəbsiz
adam. Ədəbsiz oğlan. - Ey üzü qarə, Jüzul,
ədəbsiz; Heç bilmədiniz nədir ədəbsiz!
Xətayi. // Zərf mənasında. Ədəbsiz danış-
maq. H Is. mənasında. Arvad dəcəllərə
acıqlandı: - Ədəbsizlər, qanacaqsızlar, ..
yazıqla nə işiniz var? Ə.Abasov.
2. Ədəb qayda-qanunlarına uyğun gəlmə-
yən, nalayiq. Ədəbsiz söz. Ədəbsiz hərəkət.
- [Mürtəcelər] ..bu vaxta qədər heç bir
kağıza sığmayan ədəbsiz küçə söyüşlərinə
qədər .. yazırdılar. M.İbrahimov.
ƏDƏBSİZCƏSİNƏ zərf Ədəb normala-
rına zidd olaraq, utanmazcasına, həyasızca-
sına, nəzakətsizcəsinə, kobudcasına. Ədəb-
sizcəsinə tələb etmək. Ədəbsizcəsinə vali-
deynin üzünə qabarmaq. Ədəbsizcəsinə
hərəkət etmək.
ƏDƏBSİZLİK is. Ədəb və tərbiyə nöq-
sanı, tərbiyəsizlik, nəzakətsizlik, qanacaq-
sızlıq. Ədəbsizlikdən doğan kobudluq.
H Ədəbsiz hərəkət, söz. Ədəbsizlik etmək. -
Molla başını qaldırıb Teymurun bu ədəbsiz-
liyinə heyran-heyran baxır. “M.N. lətif.”.
Zeynalın bu ədəbsizliyinə qarşı Dursun o
qədər də susmayırdı. A.Şaiq. Bu zamanlar-
da bəzi narəva hallar üz verib, bir taqım
ədəbsizliklər olmuşdusa da, Mehriban onla-
ra göz yumub qatlaşmışdı. S. Hüseyn.
ƏDƏD is. [ər.] 1. Say, hesab. Ədədlərin
dörd əməlindən bəhs edən elmə hesab elmi
deyilir. - Daha sonralar say prosesində insan
konkret cisimlərdən uzaqlaşır, onda ədəd
anlayışı əmələ gəlir. Z. Xəlilov. // Rəqəm. 5
ədədi ilə 3 ədədi 8 ədədinə bərabərdir.
2. Eyni cinsli şeylərdən bir dənəsi; dənə.
İki ədəd qələm. On ədəd yumurta. Beş ədəd
karandaş aldım. - Var idi mənim bir ədəd
gövhərim; Gülbəndi-mina və taci-zərim.
M.Ə. Sabir.
ƏDƏDİ sif. [ər.] riyaz. Ədədlərlə ifadə
olunan. Ədədi kəmiyyət. Ədəbi nisbət. -
Diferensial tənlikləri təqribi həll etmək üçün
müxtəlif qrafik və ədədi metodlar vardır.
Z.Xəlilov. // Ədədə, miqdar, ya rəqəmə aid
olan. □ Ədədi mal(lar) - çəki və ölçü ilə
deyil, ədədlə sayılan mal(lar). Ədədi mallar
satılan mağaza. Papiros ədədi maldır.
ƏDƏDSİZ sif. Saysız-hesabsız, sayı-
hesabı olmayan.
ƏDƏLLİ-BƏDƏLLİ sif. dan. Yaxşı,
kamil, əməlli-başlı, ciddi. [Mədəd] ədəlli-
bədəlli oğlan, evli-eşikli kişidir. Ə.Vəliyev.
ƏDƏM is. [əı;] klas. Yoxluq. Yəni ki,
“ vücud dami-qəmdir; Azadələrin yeri
ədəmdir”. Füzuli. [Xəyyam:] O fəzalar belə
miizlim pərdə; Bir ədəm dalğası var hər
yerdə. H. Cavid.
ƏDƏMGAH is. [ər. ədəm və fars. ...gah]
təııt. Yoxluq aləmi. [Şeyx Sənan:] O da bir
karivaıı, axıb gediyor; Bir ədəmgaha doğru
əzm ediyor. H.Cavid.
ƏDƏSƏ is. [ər.] 1. Mərcimək dənəsi.
2. Gözlük, durbin, zərrəbin və s. optik ci-
hazlarda işlənən, ortası qabarıq və kənarları
nazik şüşə; linza. [Eldar:] Bu, ədəsə ilə
oxunacaq dərəcədə xırda, zərif bir xətlə
cığara kağızına yazılmış bir məktub idi.
M.Rzaquluzadə.
ƏDƏSƏLİ sif. Ədəsəsi olan, linzalı.
Ədəsəli durbin.
ƏDƏVA, ƏDƏVİYYƏ bax ədviyyat.
Şahzadə gördü ki, yaxşı toyuqplov, bütün
ədəviyyəsinən, .. yüz manat da pul. (Nağıl).
Nanə xalanın özü də qoluçırmaqlı, əlində
qaşıq xörəyə ədəva tökür, hərdən mətbəxin
qapısından boylanırdı. Mir Cəlal.
ƏDİB is. [ər.] 1. Yazıçı, nasir. Azərbay-
can ədibləri. - Möhtərəm ədibimiz ingilis-
lərin imlasının adını qoyur “əcib”, amma
bizim imlaya heç olmasa “bir az əcib ” də
demək istəmir. C. Məmmədquluzadə. Ziya-
fətdə şair və ədiblərin, ordu ilə gedənlərin
özləri və ailələri iştirak edirdi. M.S. Ordu-
badi. // Ədəbiyyatla məşğul olan adam, ədə-
biyyatşünas, ədəbiyyat mütəxəssisi. // Mü-
hərrir. Ədib Mirzə Melkıım xan “Qanun”
rııznaməsində başdan belə yazır ki: “ Mən
sözümü o kəslərə yazıram ki, adamdırlar ”.
C. Məmmədquluzadə. Gəncədə bir ədibi-
biəmsal; Bir qəzet açdı, adı “istiqbal".
Ə. Nəzmi.
2. klas. Ədəbli, tərbiyəli. Məcnun dedi:
Ey ədibi-kamil; Divaneyi-eşq olurmu aqil?
62
ƏDİBANƏ
ƏDYAN
Füzuli. Necə kim bir ədibi-miimtazın ; Dərsi-
hikmət ədası tərbiyədir. M.Ə. Sabir.
ƏDİBANƏ sif. [ər. ədib və fars. ...anə]
klas. Ədib kimi. // Ədəbi dillə, ədəbi tərzdə.
Əlli sənə .. millətin keçəcək və istiqbalım,
nicat və səadətini şairanə və ədibanə nəzmə
çəkmək, əbnayi-millətin təlim və tərbiyəsi-
nə, ruhani məişətinə qulluq eləmək, əlbəttə,
böyük hünərdir. F. Köçərli.
ƏDİBCƏSİNƏ zərf Ədib kimi, ədib
tərzində. Ədibcəsinə danışmaq.
ƏDİBLİK is. Ədəbi yaradıcılıq. Ədibliklə
məşğul olmaq. Ədiblik etmək. - Qələnıdani-
məlahəti anlamaq üçün bəzən ədiblik kifayət
etməz. Qantəmir.
ƏDL [ər.] bax ədalət. Çünki olar ədlə
xələl qatdılar; Mən yazığı mal kimicə sat-
dılar!.. Ə.Nəzmi. Cahan cahan deyil daha,
zülmə aşivanədir; Qalıbsa ədlii rəhmdən
boş ad, o da fəsanədir. C. Cabbarlı. Öz ək-
sini o görüncə bu sənətin aynasında; Mə-
həbbətə, ədlə qarşı rəğbət doğur bu dəm
onda. B. Vahabzadə.
ƏDL-ƏDALƏT is. [ər.] bax ədalət.
[Şah:] Cəm olaq, həmlə edək, həbs eyliyək
bu zalimi; Ta gərək ədl-ədalətlə ona olsun
cəza. Ü.Hacıbəyov.
ƏDLİYYƏ is. [ər.] hüq. Mühakimə iş-
lərinə baxan dövlət orqanlarının məcmusu,
məhkəmə orqanları sistemi. Ədliyyə orqan-
ları. - Ancaq gördüm ki, bu mənim işim de-
yil, buradan çıxdım, özümü verdim ədliyyə
idarələrinə. C. Məmmədquluzadə. Canım,
iki yüz min Təbriz camaatı ədliyyə əzası
seçir. Ə. Qəmküsar. Mirzə Səfərin iki oğlu
ədliyyə məktəbinin beşinci sinfində oxuyur-
dular. Ə. Haqverdiyev. [Hacı Əli:] Ədliyyə,
nəzmiyyə idarələrini daha tez təşkil etmək
lazımdır. P.Makulu. // Ədalət, ədalət məh-
kəməsi. Azərbaycan ədliyyəsi. H Hüquq.
ƏDNA sif. və is. [ər.] klas. 1. Alçaq, rəzil,
nanəcib. Şah Abbas cabbarlığının ədna
əlaməti bu idi ki, bir oğlunu öldürdü, iki-
sinin dəxi gözünü çıxartdı. M.F.Axundzadə.
Belə iş yaramaz hərgiz əqilə; Qulaq asma
hər ədnava, sevgilim! Aşıq Pəri. Biz vətən
mülkün həqiqətlə sevən aşiqlərik; Xaini, əd-
nanı yurdumdan kənar istər könül. Ə. Vahid.
2. köhn. Keçmişdə aşağı təbəqədən, qara
camaatdan olan adama verilən ad. Zakir, kəs
ümidi-ııəzəri-mərhəmət ondan; Kim, pad-
şahi-hüsn olan ədnayə baxarını? Q. Zakir.
[Rizvan:] Qibleyi-aləm! Siz padşahsınız,
mən rəiyyət və ədna. Ə.Haqverdiyev.
ƏDNALIQ is. Alçaqlıq, rəzillik, nanəcib-
lik; alçaq hərəkət. Gözlənməyən ədnalığın
icadına ciddəıı; Himmət edəıı insanlarına
şükr, xudava! M.Ə. Sabir. Elmsiz ədııalığa
uğratdılar; isməti, insafı ayaqlatdılar.
Ə.Nəzmi. □ Ədnalıq etmək - alçaqlıq et-
mək, nanəciblik etmək.
ƏDU is. klas. Düşmən. Ey eşqə ədu və
hüsnə münkər; Təzvirlə çəkmə bunca ahı.
Nəsimi. Əgər bütün bəşəriyyət əduvvi-canım
ola; Ürək süqut eləməz aldığı mətanətdən.
C. Cabbarlı.
ƏDVƏ [ər.] bax ədviyyat. Xörəyə ədvə
tökmək.
ƏDVƏCAT bax ədviyyat.
ƏDVİYYAT top. [ər.] Xüsusi dad, xoş iy,
bəzən də rəng vermək üçün xörəyə və şir-
niyyata qatılan, ya vurulan darçın, hil, sarı-
kök, mixək və s. kimi maddələrin ümumi
adı. Ədviyyat qatılmış halva. Xörəyin tünd-
lüyü ona qatılan ədviyyatdan asılıdır.
ƏDVİYYATLI sif Ədviyyat qatılmış.
Ədviyyatlı şirni.
ƏDVİYYƏ bax ədviyyat. Ədviyyə vurul-
muş xörək. - Sağ gündə dolar taxta-tabaq
ədviyyə ilə; Onda ki, nənəm sancılanar,
zəncəfil olmaz. Şəhriyar.
ƏDVİYYƏLƏMƏ “Ədviyyələmək”dən
fis.
ƏDVİYYƏLƏMƏK f. Xörəyə ədviyyə
vurmaq (qatmaq). Xörəyi ədviyyələnıək.
ƏDVİYYƏLƏNMƏ “Ədviyyələnmək”-
dən fis.
ƏDVİYYƏLƏNMƏK məch. Ədviyyə vu-
rulmaq (qatılmaq, tökülmək, səpilmək).
ƏDVİYYƏLİ sif. Ədviyyə səpilmiş, əd-
viyyə vurulmuş. Ədviyyəli plov. Ədviyyəli
bozbaş. Ədviyyəli qoğal.
ƏDYAL is. [rus.] Yataq ləvazimatı, yün-
gül yorğan. Çoxu yatar, mürgülər, bürünüb
ədyalına; Anam yatar, bürünüb yun saçaqlı
şalına. X.Rza.
ƏDYAN is. [ər. “din” söz. cəmi] klas.
Dinlər, [iblis:] Min hiylə quran tülkü siya-
silər, o hər an; Məzhəb çıxaran, yol ayıran
63
ƏFƏL
ƏFKAR
x adimi-ədyan; Onlar əvət, onlar sizi çey-
nətməyə kafi.. H. Cavid.
ƏFƏL sif. dan. Əldən düşmüş, iş görə bil-
məyən, əlindən iş gəlməyən, ətalətli; may-
maq. Əfəl adam. - [Koxa:] Bax. bu zatı-
qırıq, yaramaz, əfəl; Demək, əl qaldırıb sizə,
divana? S. Rüstəm. [Nəcəfalı:] Hə, bala, elə
bir kişinin mənim kimi əfəl nəticəsi var.
B. Bayramov.
ƏFƏLLƏMƏ dan. “Əfəlləmək”dən/w.
ƏFƏLLƏMƏK f. dan. Əfəl olmaq, əldən
düşmək.
ƏFƏLLƏŞDİRMƏ darı. “Əfəlləşdirmək”-
don f.'ıs.
ƏFƏLLƏŞDİRMƏK / dan. Əfəl hala sal-
maq, əldən salmaq.
ƏFƏLLƏŞMƏ dan. “Əfəlləşmək”dən fis.
ƏFƏLLƏŞMƏK f. dan. Getdikcə, yaxud
tamamilə əfəl olmaq, əldən düşmək.
ƏFƏLLİK is. dan. Əlindən iş gəlməmə,
atillik, düşkünlük. Əyri adamın bacarıqlı
olmağı, düz adamın əfəlliyindən cəmiyyət
üçün daha qorxuludur. M. İbrahimov.
ƏFƏNDİ is. [ər. əsli уш?.] 1. Sünni ruha-
nilərinə verilən ləqəb. Oğlan evi əfəndidən,
molladan və s. qohum-əqrəbadan bir dəstə
camaat dəvət edib, qız evinə nikaha gedə-
cəkdir. R.Əfəndiyev. Dəng eyləmə məni,
artıq qalmamış; Ehtiyacım cənnətə, əfəndi!
Ə. Cavad. Əlac yoxdur əfəndidən, molladan;
Həqiqətin binasını axtarın. Molla Cümə.
2. Keçmişdə: hörmət üçün oxumuş
adamların, ruhanilərin adlarına qoşulan söz.
// Keçmişdə: hörmətlə müraciət. Nağıl
demirəm, əfəndim, hekayə deyirəm. N.Nəri-
manov. [Rza bəy:] Əfəndilər, bir də cavab
verməyəcək olsanız, bu miibhəm sükutunuzu
kəndini üçün böyük bir həqarət ədd
edəcəyəm. Ü.Hacıbəyov. // Türk ziyalısına
müraciət. İlk dəfə gördüyü əfəndinin .. da-
nışıq ədası, yerişi, baxışı çox qəribə, qeyri-
təbii və gülməli göründü. M.Hüseyn.
ƏFƏNDİLİK is. köhn. Əfəndi ünvanı,
əfəndi adı.
ƏFĞAN is. [fars.] klas. Fəryad, fəğan.
Oyadır xəlqi əfğanını; Qara bəxtim oyan-
mazmı? Füzuli. Hər qədər, kim artıq əfğan
evlərəm, əfğan gəlir. Qövsi. Firqətdə lazım-
dır aşiqə əfğan; Sakit olmaq gərək yarı gö-
rəndə. Q.Zakir. Bir an səni görməyəndə, ya-
rını; Əfğaııi yetirrənı asimanə. Fleyran
xanım. Bilmirəm bunca nədir ah ilə əfğanın
sənin. Ə.Nəzmi. □ Əfğan etmək (eyləmək,
qılmaq, çəkmək) klas. - fəğan etmək, fər-
yad etmək. Bir neçə gün ol əsiri-hicran;
Məktəbə gəlib qılırdı əfğan. Füzuli. Mən
Molla Vaqifəm, eylərənı əfğan; Gözlərim də
yaş yerinə tökər qan. M.P.Vaqif. Zakirəm,
çəkirəm əfğan; Bülbül kimi şəbi-hicran.
Q.Zakir. Əfğanə gəlmək - bax əfğan et-
mək. Gül camalın görüb düşsün torpağa;
Bülbülü götürüb əfğanə gəlsin! Q.Zakir.
Bağ ara bülbiili-şeyda genə əfğanə gəlib.
S.Ə.Şirvani.
ƏFİ is. [ər.] 1. Rəngi sarı, başı üçbucaq
şəklində iri zəhərli ilan. [Rizvan] qapının
birindən daxil olan əfi ilanlara düçar olur.
Ə.FIaqverdiyev. Axırda çalar canını, bir əfi
ilandır; Əfisə çalandır. M. Ə. Sabir.
2. тәс. Mənhus, xain, məkrli. Əfi bir ilan
kimi şübhə girir araya! N.Rəfıbəyli. // Bəd-
xasiyyət, qəlbiqara, diliacı, başqasını san-
can adam haqqında. □ Əfi ilana dönmək,
əli ilan kimi fısıldamaq - son dərəcə qə-
zəblənmək, qeyzlənmək. Onlar öz acı hə-
yat təcrübələrindən bilirdilər ki, səfər
üstündə Zərrintac xanım necə bir əfi ilana
dönür. S.Rəhimov. Rəhinı bəy hirsindən əfi
ilan kimi fısıldadı. M.FIüseyn.
3. məc. Klassik şeirdə: gözəlin qıvrım
saçları bu ilana təşbeh edilir. Əfi kimi daim
zülfi-miisəlsəl ; Qıvrım-qıvrım olub yatar
yanında. Q.Zakir. Hərdən götür üzdən,
gözəlim, əfiyi-zülfün. Ə.Vahid. □ Əfi ba-
xışlı klas. - ehtiraslı, cazibəli baxışlı. Yenə
səni gördüm, bağrım oxlandı; Ey əfi baxışlı,
havalı sərxoş. M.P.Vaqif.
ƏFİL-ƏFİL bax əsim-əsim. Əfil-əfil
əsmək.
ƏFKAR is. [ər. “fikr” söz. cəmi] Fikir.
[Qətibə:] Bu tədbir azərbaycanlıların bizim
əleyhimizə olan hər bir təşəbbüsünə son qo-
yar. Xalqın əfkarı sakit olar. M.S. Ordubadi.
Yormuşdu bütün ruhumu, əfkarımı aləm; Bir
dağ ətəyində düşünürdüm təkli tənha. A.Şaiq.
0 Əfkari-ümumiyyə - bir şey haqqında
ictimaiyyətin (xalqın, camaatın) fikri, rəyi,
münasibəti. [Tchrani:] Sərhəııg, Azərbay-
64
ƏFQAN
ƏFSƏR
candakı hadisələr dünya əfkari-iimumiyyə-
sini həyəcana gətirmişdir. Ə.Məmməd-
xanlı. Qəzetlər əfkari-iimumiyyəni topla-
mışdı. Mir Cəlal.
ƏFQAN is. Əfqanıstanın əsas əhalisini
təşkil edən, İran dilləri qrupuna daxil xalq
və bu xalqa mənsub adam.
ƏFQANISTANLI is. Əfqanıstan əhalisinə
mənsub adam.
ƏFLAK is. [ər. “fələk” söz. cəmi] klas.
Fələk, göy. Cəfa oxwı mənə yağdırman. an-
caq, ey əflak! Demin ki, yeddi kəmanda bir
nişanə yetər. Füzuli. Sanma kim, ya qan do-
ludur hər bahar əflakdən. Kişvəri. Düşdükcə
o istəkli vətən səmtə nigahım; Əflakə ucaldı
o zaman şöleyi-ahım. A.Səhhət. [Cahangir
ağa:] Hamısı ac, çılpaq, zillətdə, əziyyətdə,
fəryadları əflaka çıxmış. S.S.Axundov.
ƏFLATUN Qədim Yunanıstanın ən bö-
yük filosoflarından birinin adı olub, məcazi
mənada “filosof, mahir həkim” mənasında
işlənir. Əflatun da gəlsə, sağalda bilməz. -
..Onlar hər fəziləti və şərəfi pulda görür,
yoxsul, Əflatun belə olsa, onların nəzərində
heçdir. A.Şaiq. // Danışıq dilində bəzən “çox-
bilmiş, hiyləgər, hərif’ mənasında işlənir.
O, yaman Əflatundur, bacarmaq olmaz.
ƏFLATUNİ sif. [xtfr.ü.-dən] Sırf mənəvi
xarakter daşıyan, qeyri-şəhvani. Əflatuni
eşq (məhəbbət). H Praktik məqsəd güdmə-
yən, mücəiTəd.
ƏFRAD is. [ər. “fərd” söz. cəmi] Fərdlər,
şəxslər, adamlar. Etiqadımız bundadır ki,
vətən, məmləkət orada yaşayan əfradın
hamısmındır. C. Məmmədquluzadə. [Əbül-
həsən bəy:] Nəzmiyyə əfradının və onunla
bərabər bütün Təbrizin tərk-silah etdiril-
məsi tələbini rədd edəcəyik. M. S. Ordubadi.
□ Əfradi-məclis köhn. - səhnə əsərində
iştirak edən şəxslər. Əfradi-məclisdən möv-
lananın əql və kəmalına afərin sədası səqfə
bülənd oldu. M.F.Axundzadə.
ƏFSANƏ is. [fars.] 1. Nəsillərdən nəsil-
lərə ağızda dolaşan və mövzusu çox zaman
fövqəladə xarakter daşıyan hekayə, rəva-
yət; əsatir. Hind əfsanələri. Orta əsr əfsa-
nələri. - [Gənc çadırçı:] Keçənlərdən bizə
əfsanə qaldı; Sönüb Cəmşidi-cəm, peymanə
qaldı. H.Cavid. Bəşər xəyallara qapanıb hər-
dən; Təsəlli bulmuşdur əfsanələrdən. S.Vur-
ğun. [Mirzə] bütün Şərq ayin, əfsanələrini
bilməyi ilə hamının diqqətini cəlb edirdi.
S. Rəhimov. // məc. Uydurma, nağıl, boş
söhbət. Əfsanə danışma yar deyə-deyə; Bül-
bül, gül yanında xar deyə-deyə. Aşıq Pəri.
[Sabbah:] Nə olur, böylə azıb getsə bəşər;
Səncə, əfsanəmidir xeyr ilə şər? H.Cavid.
Sevgilim, eşq olmasa varlıq bütün əfsanə-
dir; Eşqdən məhrum olan insanlığa biga-
nədir. Ə.Vahid.
2. Dillərə düşmüş, geniş yayılmış vəqə,
dastan, hekayət. Əbəs sözdür bu əfsanə;
Düşübdür xalqın ağzına; Gərək Məcnun,
gərək Leyla; Veribdirlər canın cana. Füzuli.
Sən öz gözəlliyinlə ; Sirr dolu əfsanələr;
Nağıllar yaratmısan. B. Vahabzadə.
ƏFSANƏÇİ is. Nağılçı, əfsanə uyduran.
ƏFSANƏLİ sif. Əfsanələrlə dolu, əfsanə-
lərdən ibarət. Əfsanəli nağıl. - Qaranlıq
gecələrdə; Karvanlar keçir ikən; Yurdunun
əfsanəli; Yoncalı yollarından. Ə. Cavad.
[Ana:] Yenə səfərin haradır, oğul? - dedi.
Ovçu başını qaldıraraq : - Uzaqlara, ana-
can, - dedi, - uzaqlara, .. əfsanəli dağlara.
Ə.Məmmədxanlı.
ƏFSANƏVİ sif. [fars.] 1. Əfsanə mahiy-
yətində olan, nağıl qəbilindən olan, əfsanəyə
aid olan; əsatiri. Əfsanəvi əsər. - Bəzən
əfsanəvi bir mələk kimi; Uçursan o mavi
asimanlara. S.Vurğun. Uzaqdan dağların
zirvəsi neçə min illərlə əriyib tükənmək bil-
məyən qarı ilə əfsanəvi bir quşa bənzəyir.
R.Rza.
2. məc. təııt. Qeyri-adi, fövqəladə, misli
görünməmiş. Əfsanəvi qəhrəmanlıq. Əfsa-
nəvi gözəllik. - Giilsənəm arvad öz tərifin-
dən ruhlanır, ruhlandıqca da, eh bil, qeyri-
adi, əfsanəvi bir hadisədən danışırdı.
M. Hüseyn. // məc. Nağıllarda olduğu kimi;
xəyali, iki həftə əvvəl milyon işıqları ilə
əfsanəvi bir şəhəri xatırladan Bakı, artıq
qaranlıq içərisində idi. Ə.Məmmədxanlı.
Lap yaxından baxırıq; Bizə uzaqdan baxan ;
Əfsanəvi Aya biz. B.Vahabzadə.
ƏFSANƏVİLİK is. Əfsanəvi olma, qeyri-
adilik.
ƏFSƏR is. [alm. “offizief’dən] Zabit.
[Allahverdi:] Əynində əfsər paltarı, düymə-
65
ƏFSUN
ƏFYUN
ləri qızıl kimi par-par parıldayır. C.Cabbarlı.
Gözəl-gözəl xanımlar əfsərlər ilə qol-qola
verib gəzirdilər. Ə. Haqverdiyev. Bir anda
bir daraq güllə boşaltdın ; Ağzıyla yer qapdı
alman əfsəri. S. Vurğun.
ƏFSUN is. [fars.] Ovsun, sehr. Bilməzəm
kim, ona təlim nə əfsun etdi. Füzuli. Cadu da
əlimdən bacarıb cin də qutarmaz; Əfsu-
numa bah-bah! M. Ə. Sabir. // Ovsun duası.
..Mədrəsə müəllimi dərs əvəzinə uşaqlara
əfsun yazıb paylayır ki, ilan sancmasın.
C. Məmmədquluzadə.
ƏFSUNÇU is. Ovsunçuluqla, sehrbazlıqla
məşğul olan adam; ovsunçu, sehrbaz, göz-
bağlayıcı. [Papas:] ..Əfsuııçudur, divanədir,
aldanmayın, aldanmayın! H.Cavid.
ƏFSUNÇULUQ is. Ovsunçunun işi,
peşəsi; sehrbazlıq, gözbağlayıcılıq.
ƏFSUNKAR [fars. ј bax əfsunçu. // Fü-
sunkar. [Şeyx Sənan:] Bəlkə məcnunəm, ey-
ləməm inkar; Bais ancaq o hiisııi- əfsunkar.
H.Cavid.
ƏFSUNKARLIQ bax əfsunçuluq.
ƏFSUNLAMA “Əfsunlamaq”dan fis.
ƏFSUNLAMAQ f. Ovsunlamaq, sehrlə-
mək. Öylə bir incə təravət vardı; Ki, bütün
gözləri əfsunlardı. H.Cavid. Züleyxanın iri,
qara gözləri kimin üzünə gülsəydi, onu
əfsunlamazdı? C.Cabbarlı.
ƏFSUNLANMA “Əfsunlanmaq”dan fis.
ƏFSUNLANMAQ məch. Ovsunlanmaq,
sehrlənmək.
ƏFSUNLU sif Ovsunlu, ovsunlanmış,
sehrlənmiş. Qadınlar köhnə məscidi əfsunlu
ayələrdən, Quran vərəqələri, zibil və tor-
paqdan təmizləyir, barama torlarına yer
düzəldirlər. Mir Cəlal.
ƏFSUS nida [fars.] Heyif, təəssüf. Yox
səndə nişani-namü namus; Əfsus ki arsız-
san, əfsus! Füzuli. Əfsus, qocaldım, ağacım
düşdü əlimdən; Səd heyif cavanlıq!
M.Ə. Sabir. [2-ci cariyə:] Nazlı məlikəmiz
Südabə, əfsus! Hər sevincə qarşı kədərli,
məyus! H.Cavid. □ Əfsus etmək (eləmək)
- təəssüflənmək, təəssüf etmək, heyifsi-
lənmək. Oldular ol şikardan məyus; Etdilər
çox təəssüfü əfsus. S.Ə.Şirvani. Əmioğlu,
mən artıq əfsus eləyirəm ki, biz ölüb gedə-
cəyik.. C. Məmmədquluzadə. Oğlanların
məktəbdən çıxarılmalarına çox əfsus edi-
rəm. Ə. Haqverdiyev.
ƏFŞAN sif [/««.] şair. Səpən, saçan, dağı-
dan, səpələyən. □ Əfşan etmək - səpmək,
səpələmək, dağıtmaq, tökmək, saçmaq.
Giilgun sərəııdazın tazə giil kimi; Əfşan
etmiş ay qabağın üstündən. M. P. Vaqif.
Camalın şövqündən artıbdır dərdim; Əfşan
elə zülfün ay üzə tək-tək. Aşıq Ələsgər.
ƏFV is. [ar.] Günah və qüsurunu nəzərə
almama, günah və təqsirindən keçmə,
günahı bağışlama. [Yusif:] Əfvinlə sevinməz
könül, əfsus; Zalım yenə zalımdır. H.Cavid.
Şəfiqənin gülüşündə kin yox idi, bu gülüş
bəlkə də əfi’ idi. Ə.Məmmədxanlı. □ Əfv
edərsiniz, əfv ediniz - bağışlayın, üzr
istəyirəm. [Yaşlı kişi:] - Əfv edərsiniz, -
dedim, — mən nabələd adamam, nəzirim nə
qədər olacaq? S. Hüseyn; // bəzən nəzakətli
etiraz yerində. Əfi’ edərsiniz, məsələ elə
deyil. Əfv etmək - 1 ) günahından keçmək,
təqsirini bağışlamaq. Sənin təqsirini əfv
etmək olmaz. - Mehriban Zeynalı əfv etmək
istəyirdi. Onu yenə sevə bilərdi. S.Hüseyn.
Mən rica edirəm ki, bu dəfəlik bəy əfv eləsin.
H.Nəzərli. Əfv etdim hər şeyi, əfv etdim sənə;
O soyuq sözləri, o gülüşləri. R.Rza; 2) üzrlü
saymaq. Məni əfv edin, sizi yola sala bilmə-
yəcəyəm. Gecikdiyim üçün məni əfv edin.
Əfv olunmaq - günahından, təqsirindən
keçilmək, təqsiri bağışlanmaq. [Həsən:]
İndi bəlkə əfv oluna biləsən. H.Nəzərli.
ƏFVEDİLMƏZ sif. Əfv oluna bilməyən,
bağışlanılmaz, bağışlanması mümkün olma-
yan. Əfvedilməz hərəkət, günah. - [Nadir
bəy:] Aciz bir qarıncanın belə qanına girmək,
məncə, əfvedilməz bir cinayətdir. H.Cavid.
ƏFVİ-ÜMUMİ is. hüq. Ali hökumət
orqanının fərmanı ilə məhkumların məh-
kəmə cəzasından qismən, ya da tamamilə
azad edilməsi; amnistiya. Cəzanın bir qismi
məşrut idi, bir qismi də əfvi-ümumiyə
çıxıldı. S.Hüseyn. Mən yüzlərlə anaların
ərizəsi ilə [şahın] baş vəzirinin istiqbalına
çıxıb, Təbriz ziyalıları adından məhbuslara
əfvi-ümumi istəyəcəyəm. Ə.Məmmədxanlı.
ƏFYUN is. [lat. “opiom”dan] Tiryək.
[Nəcəf bəy:] Tiryakınıza lənət, mütrübünüzə
lənət, əfyuıı gəzdirən dərvişlərinizə lənət,
yalançı seyidlərinizə, siğəxanlarınıza lənət...
66
ƏFYUNÇU
ƏHALİ
N.Vəzirov. Gah sünni deyər ki, şiədir bu;
Əfyunə uyub şərabi olmuş. A.Səhhət.
ƏFYUNÇU is. Tiryəkçi, tiryəkçəkən.
ƏFYUNLU sif. Tiryəkli, içərisində tiryək
olan. // пгәс. Zəhərli, acı. [Yusif:] Onlar nə
verirlər sana? Əfyunlu hədiyyə! H.Cavid.
ƏFZA sif. [, ər.\ köhn. Artıran. Gərçi qış
fəsli idi, leyk lıəva; Rövşənü saf idi fərəh
əfza.. M. Ə. Sabir.
ƏFZƏL sif. [ər.] Mas. Daha artıq, daha
qiymətli, daha üstiin tutulan. Hər kimsənə
bir şey gətirir fıkrii xəyalə; Məcmudətı əf-
zəldi mənə yar xəyalı. S.Ə.Şirvani. [Nənə-
can] bir qarından ötrü ərə getməkdənsə, dul
yaşamağı əfzəl bilirdi. N.Nərimanov. [Sə-
riyyə:] Rüstəm, bunların rəhminə güvənmək-
dənsə, dəıyada iynə üstünə minib xilas ol-
mağa güvənmək daha əfzəldir. C. Cabbarlı.
ƏFZƏLİYYƏT is. [ əı ;] klas. Üstünlük,
daha qiymətlilik, üstün tutma. Bir xəyal edə
bilmir ki, bunlar niyə gərək bu əfzəliyyətə
səzavar olsunlar? M.F.Axundzadə.
ƏFZUN zərf [fars.] klas. Çox, daha artıq.
Sədəf dəhanından çıxan sözlərin; Qiyməti
əfzıındur dürdanələrdən. Q.Zakir. □ Əfzun
olmaq - artmaq, çoxalmaq. Əfzun olur ol
qəmü məlamət; Mümkün deyil oğluna səla-
mət. Füzuli. Necə yar eyləsə bipərvalıq;
Olur əfzun könüldə şeydalıq. Əmani. Əfzun
etmək (qılmaq) - artırmaq, daha da çoxalt-
maq. Qılmış hüsnün şövqü dərdimi əfzun; Ay-
rılıq qəmində göz yaşım Ceyhun. M.P.Vaqif.
Uşaq ikən eşqə düşdüm, bilmədim; Əfzun
etdi varə-varə dərdimi. Aşıq Abbas.
ƏGƏR 1 bağl. [fars.] Şərt bildirən cüm-
lənin müxtəlif yerində işlənərək şərti güc-
ləndirir. [Orxan:] Zərər yox, onu mən sağ
qoysam əgər; Dünyada yox məndən alçaq
bir nəfər. H.Cavid. [Ağa:] Əgər desəm qi-
yamət bərpa olmuşdu, inanın. Ə.Haqverdi-
yev. [Dərviş:] Əgər mənim başıma gələn-
dən xəbərin var isə, niyə məni söylətmək
istəyirsən? A.Divanbəyoğlu.
ƏGƏR 2 bax əgər-əskik.
ƏGƏRÇİ bağl. [fars.] klas. Hərçənd, hər
nə qədər olsa da, ..isə də. Hər kanda əgərçi
ləl çoxdur; Bir ləl ki layiq ola yoxdııı; Füzuli.
Görmüşəm ləlini lazımdı tökülsün qanım;
Etibar olmaz əgərçi görələr qan yuxuda.
S.Ə.Şirvani. [İbn-Yəmin:] Aylarca əgərçi
ayrı düşdük; Qismət bu, yenə bu gün
görüşdük. H.Cavid.
ƏGƏR-ƏSKİK is. Tamam olmayan, çatış-
mayan cəhətlər, şeylər, ehtiyac olunan şey.
Vaqeən [Ağaverdinin] min manat pula
böyük bir ehtiyacı varmış. Bu min manat
evinin bütün əgər-əskiyini düzəldə biləcək-
miş. S. Hüseyn. [Əmrulla:] Qoy oyun qurtar-
sın, sonra yığışarıq, danışarıq, hər nə əgər-
əskiyi olsa, hamısını düzəldərik. C. Cabbarlı.
İbadovun evində kəndin yaxşı işlərindən,
gözəl adamlarından xeyli danışdılar. R.Rza.
ƏGƏR-ƏSKİKLİK is. Nöqsan, kəsir, ça-
tışmazlıq, qeyri-mükəmməllik. İşdə əgər-
əskiklik var.
ƏGƏR-MƏGƏR is. dan. Şərt, şərt qoyma.
[Şiraslan:] Burada analitik dəqiqlik var, sizin
əgər-nıəgərlər kara gəlmir. M.Süleymanov.
ƏĞLƏB sif [ər.] köhn. kit. Çox, ən çox,
əksəriyyət. Doğru imiş, şairin olmaz imiş
məzhəbi! Kafir olurmuş bütün mirzələrin
əğləbi. M.Ə. Sabir. ..İslam şəriətinə qail olan
Təbrizdə əğləb müsəlmana rast gəlirsən, -
onu kefli görürsən. C.Məmmədquluzadə.
ƏĞNİYA is. [ər. “ğəni” söz. cəmi] köhn.
kit. Zəngin adamlar, varlılar, dövlətlilər. Bu
əğııiyalərin üzün görüncə ehtiyacdan; Get,
ey fəqiri-binəva, kəfən bürün, məzarı gör!
M.Ə.Sabir. ..Vaizlərimiz minbərə çıxıb əvvəl
xanlarımıza, əğniyalarımıza, qolu çomaqlı-
larımıza və qocalarımıza rəhmət oxuyub
axırda deyəcəklər. C.Məmmədquluzadə.
ƏĞYAR is. [ər. “ğeyr” söz. cəmi] klas.
Özgə(lər), dost olmayan(lar); rəqib(lər),
yad(lar). Bu gələn yar özüdür; El-obanın
gözüdür; Bu tənə sənin deyil; Bəlkə əğyar
sözüdür. (Bayatı). Gül qöııçəlikdə gərçi olur
xarə aşina; Açsa niqabını, olur əğyarə
aşina. S.Ə.Şirvani. [Məşədi İbad:] İndi mən
bu tayda hambal ilə qalmışam; Yarım da o
tayda əğyar ilə söhbət edir. Ü.Hacıbəyov.
ƏĞYARLIQ is. klas. Düşmənlik, rəqiblik,
yadlıq. Təııeyi-əğyar çəkməkdir işim bir yar
üçün; Kim, olub əğyarə yar, eylər mənə
əğyarlıq. Füzuli.
ƏH bax eh.
ƏHALİ is. [ər. “əhl” söz. cəmi] 1 . Bir yer-
də yaşamaqda olan adamlar; camaat. Şəhər
67
ƏHALİSİZ
ƏHD
əhalisi. Kənd əhalisi. Rayonun əhalisi. - Təb-
rizdə bu saat qəhətlikdir və əhali çörək üzü-
nə həsrətdir. C. Məmmədquluzadə. Əhalisi-
nin çox qismi qışlaqda yaşayan bu böyük
kənd, qarlar altında qalmış bir məzarıstana
bənzəyirdi. S. Hüseyn. Biz öz məqsədimiz
üçün yerli əhalidən dürlü yollar ilə istifadə
etməli idik. H.Nəzərli.
2. Bir ölkənin sakinləri, camaatı, xalqı.
Əhalinin siyahıyaalınması. Əhalinin sayı.
Əhalinin artımı. - Hökumət birinci dumam
buraxdı. Fevral avında ikinci bir duma açı-
lacağını əhaliyə elan etdi. Ü. Hacıbəyov.
Əhalinin xeyli qismi hələ cəbhələrdə vu-
ruşurdu. Ə. Sadıq.
ƏHALİSİZ sif. Əhalisi olmayan, əhali
yaşamayan.
ƏHALİSİZLİK is. Əhalisi olmama, əhali
yaşamama.
ƏHATƏ is. [ər.\ Ətrafını tutma, dövrə-
ləmə, dörd tərəfini tutma. Səlim adamların
əhatəsində tərini silə-silə yeriyirdi. S. Rəhi-
mov. □ Əhatə etmək - 1) bax əhatələ-
mək. Şənbə günü sübhdən padşahlıq
sarayını əhatə etsinlər və içəri daxil olub
Yusif şahı təxtdən yerə salıb həlak etsinlər.
M.F.Axundzadə. Düşmənlər hər tərəfdən
şəhəri əhatə etmişdi, şəhər darvazaları
tamamən bağlanıb, dallarına qalın torpaq
çəkilmişdi. Çəmənzəminli. Ətrafı düşmən
əhatə edibdir. M. S. Ordubadi; 2) məc. qav-
ramaq. Bütün məsələləri əhatə etmək müm-
kün olmadı. - Görünür, mənim ərz etdiklə-
rimi lazımınca əhatə edə bilməmişsiniz.
M. S. Ordubadi. Mirzə Fətəlinin komediya-
ları böyük ictimai məsələləri əhatə edən,
komik planda ictimai xarakterlər yaradan
klassik komediya əsərləri idi. M. İbrahimov.
Əhatə olunmaq - bax əhatələnmək.
Bizim [Xəzər] dənizinin suyu acı da olsa,
hər bir tərəfdən quru ilə əhatə olunduğu
üçün göl hesab olunur. H. Zərdabi. Bəsti
gənclərlə əhatə olunmuş halda qapıdan
içəriyə girdi.. Ə. Sadıq. [Ağbulaq kəndi] sıl-
dırımlı dağların geniş ətəyində yerləşərək
hər tərəfdən meşə ilə əhatə olunmuşdur.
S. Rəhimov. Əhatəyə almaq - bax əhatə
etmək. Faytonu əhatəyə aldılar. İki milis
qabaqda, iki milis arxada, ikisi də yanda
dərəyə endilər. İ. Şıxlı.
ƏHATƏEDİCİ sif. Dövrələyici, hər tərəfi
qavrayan. Katib əhatəedici nəzəri ilə ətrafa
nəzər saldı. Mir Cəlal.
ƏHATƏLƏMƏ “Oh a to 1 ə m o k " d ə n /. is .
ƏHATƏLƏMƏK/ Əhatə etmək, əhatəyə
almaq, dövrələmək, dövrəyə almaq, dörd
tərəfini tutmaq.
ƏHATƏLƏNMƏ “Əhatələnmək” dən/ is.
ƏHATƏLƏNMƏK məch. Əhatə olunmaq,
əhatə edilmək, əhatəyə alınmaq, dövrəyə
alınmaq, dörd tərəfi tutulmaq. Meyvə bağ-
ları ilə əhatələnmiş güllü-bağçalı böyük
həyətimizdə bizdən başqa iki əmioğlıımun
da ailəsi yaşayırdı. S.S.Axundov.
ƏHATƏLİ sif. Geniş, hərtərəfli, əhatə
dairəsi geniş olan. Əhatəli əsər. - Belə oldu
nəticə : - Daha əhatəli iclas çağırılsın ; Yaxın
bir gün ; Ətraflı danışmaq üçün. R.Rza.
ƏHATƏLİLİK is. Genişlik, hərtərəfhhk.
ƏHD is. [ar.] 1. Öhdəsinə alma, söz
vermə, üzərinə götürmə; and. Əhdini yerinə
yetirmə. - Yadlar ilə sürər oldun səfanı;
Tərk etdin iqrarı, əhdi, vəfanı. Q.Zakir.
□ Əhd qılmaq (bağlamaq) klas. - bax
əhd etmək. Əhd qıldın ki, cəfa kəsməyəsən
aşiqdən; Aşiqi vədeyi-ehsan ilə məmnun
etdin. Füzuli. [Səriyyə:] Bir-biri ilə əhd
bağlamışdıq, ölənəcən bir-birindən ayrıl-
mayaq. C. Cabbarlı. Əhd etmək (eləmək) -
söz vermək, and içmək. Əhd etdi dil ki,
bağlana zəncir zülfünə. S.Ə.Şirvani. ..Əlıd
edib mən ürəklə and içdim. H.Cavid. Əhdə
vəfa etmək - verdiyi sözü, əhdini, andını
yerinə yetirmək. [Səriyyə:] Rüstəm, əhdinə
vəfa et! C. Cabbarlı. [Minnət xanım:] Mən
əhd eləmişdim ki, qonaqların içində üzümü
[Mərcan bəyə] göstərim, indi əhdimə vəfa
edirəm. Ü.Hacıbəyov. Əhdinizə vəfa edin;
Pozmayın ilqarı, qızlar! Aşıq Hüseyn. Əhdə
durmamaq - bax əhdindən dönmək (keç-
mək). Əhdindən qaçmaq -bax əhdindən
dönmək (keçmək). Nilufərəm, açmaram;
Ətrim bica saçmaram; Yar yolunda baş
qoysam; Öz əhdimdən qaçmaram. (Bayatı).
Əhdindən dönmək (keçmək) - vədini
yerinə yetirməmək, sözünə əməl etməmək,
sözündən qaçmaq. [Şərəf xanım:] İndi nə
olubdur ki, əhdindən dönüb, qızını öz yaşın-
da yoldaşına verirsən?! S.S.Axundov. [Sə-
68
ƏHDİ-CƏDİD
ƏHƏMİYYƏT
riyyə:] Hər cür əziyyətə, məşəqqətə, hətta
ölümə də razı olub əhdimizdən dönməyək.
C.Cabbarlı. Əhdinə vəfasız çıxmaq -
vədini unutmaq, verdiyi sözə əməl etmə-
mək. Əhdə çıxsam vəfasız; Onda məni qına,
yar! R.Rza. Əhdinə çatmaq - arzusuna
çatmaq. Qoy öpüm al yanaqdan; Mən də
çatım əhdimə. (Bayatı). Əhdi(ni) qırmaq
(sındırmaq, pozmaq) - bax əhdindən
dönmək (keçmək). Zeynal yalan söyləyib
Mehribanı aldatmaqla öz əhdini sındırır,
şərtini pozurdu. S.Hüseyn. [Nüşabə:] Olsa
yer, göy mənə qarşı əlbir; Pozmaram əhdi,
sözüm birdir, bir! A. Şaiq. Gün çıxar, dağ-
ların əriyər qarı; Pozulmaz dostların əhdi,
ilqarı. . N.Rəfıbəyli.
2. Sözləşmə, əhdləşmə, əhdnamə, müqa-
vilə. Qardaşlıq əhdini yazmağa gəldim;
Köhnə haqsızlığı pozmağa gəldim. Ə.Cavad.
□ Əhd bağlamaq - razılığa gəlmək, qərara
almaq, bir-birinə söz vermək. Sən əhd
bağladın, ulduzlar oldu şahidimiz; Sitarələr
utanır indi, ey nigar, məndən. Şəhriyar. Əhd
bağlanmaq - razılıq əldə edilmək, qərara
alınmaq.
3. köhn. Çağ, vaxt, zaman, dövr.
0 Əhdi kəsilmək - bax əhədi kəsilmək
(“əhəd”də). [Qəşəm:] Torpağı ki böldük,
düşmənin əhdi kəsiləcək. Mir Cəlal.
ƏHDİ-CƏDİD is. [ar] din. İncilin və Bib-
liyanın xristianlığa aid olan digər kitab-
larının adı.
ƏHDİ-ƏTİQ is. [ər.] din. Tövrat və təfər-
rüatı (Bibliyanın xristianlıqdan qabaqkı ən
qədim hissənin adı). Rəfayel tablosutək səh-
nələri Əlıdi-ətiqdən; Doymasan köhnə rə-
fıqdən. Şəhriyar.
ƏHDLƏŞMƏ “ƏhdlOşmək”don /.7.s\
ƏHDLƏŞMƏK qarş. Bir-birinə söz ver-
mək, sözləşmək, əhd-peyman etmək, bir-
biri haqqında təəhhüd altına girmək.
ƏHDNAMƏ is. [ər. əhd və fars. ...namə]
Mtiahidənamə, razılaşma kağızı, müqavilə-
namə, bağlaşma. [Məşədi Kazımağa:] Döv-
lətimizin əcnəbilərlə bağladığı təhqiramiz əhd-
namə buna imkan vermirdi. M. S. Ordubadi.
// Təəhhüd kağızı. [Zeyd:] Düşməni məğlub
və pərişan etdik. Söz verdi, on il bizimlə dava
etməsin. Budur əhdnaməsi. Ü.Hacıbəyov.
ƏHD-PEYMAN is. [ər. əhd və fars, pey-
man] Bir-birinə təntənəli surətdə söz
vermə, əhdləşmə. Bir xeyli zamandır, getdi
gəlmədi; Əhd-peymanına qurban olduğum.
Ə.Cavad. Mənə elə gəlir ki, bu söhbətlər
əbəsdir. Belə əhd-peymanlar, nəsihətlər
əbəsdir. S.Rüstəm. □ Əhd-peyman bağla-
maq - bax əhd-peyman etmək. Nigar
xanım atasının yanından durub birbaş gəldi
reyhanlığa, həmin yerdə ki Məstanla
görüşüb əhd-peyman bağlamışdı. (Nağıl).
Əhd-peyman etmək - bir-birinə təntənəli
surətdə söz vermək, əhdləşmək, andlaşmaq.
iki həsrətli əhd-peyman edib ayrıldılar.
“Aşıq Qərib”. İstəyirsən səninlə bu barədə
əhd-peyman edim. S.S.Axundov.
ƏHEY bax ey. [Qazan xan:] Əhey, qııl-
durbaşı, təpə dalında nə durursan, ərsən irəli
gəl!.. M.Rzaquluzadə.
ƏHƏD: əhədi kəsilmək (üzülmək) - bərk
yorulmaq, əldən düşmək, gücdən düşmək,
taqətdən düşmək, üzülmək; əhədini kəsmək
(üzmək) - 1 ) tamam əldən salmaq, bərk yor-
maq, üzmək, şiddətli təsir etmək. Qızdırma
əhədimi kəsdi. Soyuq əhədimi üzdü. — Sər-
kərdə deyir. - Filan davada düşmən bizim
lap əhədimizi kəsmişdi. “M.N. lətif.” Düş-
mən padşahın qoşununun lap əhədini kəsdi.
(Nağıl); 2) öldürmək. [Məşədi İbad Sər-
vərə:] Qurban olasan bu altımdakı ham-
bala, yoxsa əhədini kəsərdim. Ü.Hacıbəyov.
ƏHƏMİYYƏT is. [ər.] Mühümlük, qiy-
mətlilik, dəyərlilik; rol, dəyər. Məsələnin
əhəmiyyəti. Çıxarılan nəticələrin əhəmiy-
yəti. Tədbirin əhəmiyyəti. Müzakirənin
əhəmiyyəti. - ...Ailədə məktəbəqədər tərbi-
yənin xüsusi əhəmiyyəti vardır. S. Rəhimov.
□ Əhəmiyyət qazanmaq (kəsb etmək) -
diqqəti cəlb etmək, nəzərə alınmasını tələb
etmək, vacib olmaq. Məsələ çox böyük əhə-
miyyət qazanmışdır. Əhəmiyyət vermək -
çox lazımlı, çox dəyərli, çox vacib hesab
edərək nəzərə almaq, diqqət yetirmək.
Məsələyə ciddi əhəmiyyət vermək; // məna
vermək, fikir vermək. Onun dediklərinə çox
əhəmiyyət vermə. - Mehriban onun hərə-
kətinə əvvəlki qədər əhəmiyyət də vermirdi.
S.Hüseyn. [Qarı] yolundakı saysız-hesabsız
çiçəklərə əhəmiyyət vermədən dərəni kəsib
keçdi. Ə.Məmmədxanlı.
69
ƏHƏMİYYƏTLİ
ƏHKAM
ƏHƏMİYYƏTLİ sif. Əhəmiyyəti olan;
mühüm. Əhəmiyyətli məsələlərdən biri.
Əhəmiyyətli iş. Əhəmiyyətli hadisə. Əhə-
miyyətli qərarlar. - Bakıda başlanan işlər
bütün xalqın gələcək taleyi üçün çox əhəmiy-
yətli idi. M. İbrahimov. Məktəbin divar qəzeti
özünə görə nə qədər vacib və əhəmiyyətli olsa
da, o, əlyazması halında, özü də tək bircə
nüsxə çıxarılıb divardan asılır. S. Rəhimov.
[Mahmudun] ba dedikləri .. əhəmiyyətli (z.)
və etibarlı sayılırdı. Ə.Əbülhəsən.
ƏHƏMİYYƏTLİLİK is. Mühümlük, əhə-
miyyətli olma, əhəmiyyət. Mövzunun әһә-
miyyətliliyinə söz yoxdur.
ƏHƏMİYYƏTSİZ sif. Əhəmiyyəti olma-
yan, heç bir qiyməti olmayan, nəzərə çarp-
mayacaq dərəcədə kiçik, cüzi, dəyərsiz,
ciddi olmayan, diqqətəlayiq olmayan.
Əhəmiyyətsiz məsələ. Əhəmiyyətsiz iş. Əhə-
miyyətsiz yara. Əhəmiyyətsiz şey üstündə
mübahisə. - [Cəmil bəy:] Görünür ki, bizim
yerin adətindən xəbəriniz yox... Zor etmək
deyil, insanı qəhr etmək belə, onlarca, əhə-
miyyətsiz bir iş. H.Cavid.
ƏHƏMİYYƏTSİZLİK is. Qiymətsizlik,
qeyri-mühümlük, ctizilik, qeyri-ciddilik, diq-
qətəlayiq olmama. Məsələnin əhənıiyyətsiz-
liyi. Hadisənin əhəmiyyətsizliyi.
ƏHƏNG is. [fars.] Əhəngdaşını yandır-
maqla əldə edilən ağrəngli, kəsək halında
material. [Qərənfil:] Keçən il təşəbbüs
qaldırdınız ki, təzə yasli tikək, düzün orta-
sına bir-iki araba əhəngdən, qumdan tök-
dünüz, qaldı yağışın altında. I. Əfəndiyev.
// Əhəng məhlulu. Evin divarlarını əhənglə
ağartmaq. - Bağ işçiləri maşından ağacın
dibinə əlavə mədəni gübrə tökdülər və ya-
xud iri fırçalarla ağacların gövdəsinə əhəng
çəkdilər. Ə. Sadıq. □ Əhəng kürəsi -
əhəngdaşını bişirib əhəng hasil etmək üçün
sadə ocaq, soba; kürəxana. Əhəng kürə-
sində əhəngdaşı bişirilir və ondan əhəng
istehsal edilir.
ƏHƏNGÇİ is. Əhəngyandıran adam.
// Əhəngsatan adam.
ƏHƏNGDAŞI is. Tərkibində əhəng olan
çöküntü süxur - inşaat materialı. Əhəngda-
şını yandırıb əhəng alırlar. Əhəngdaşından
tikilmiş ev. - Çökmə süxurların dənizdə
əmələ gələn növlərinə misal olaraq qum-
daşı, əhəngdaşı, gil və s.-ni göstərmək olar.
M.Qaşqay.
ƏHƏNGLƏMƏ “Əhəngləmək”dən fis.
ƏHƏNGLƏMƏK f. 1. Suda həll edilmiş
əhənglə ağartmaq. Evlərin divarlarını
əhəngləmək.
2. Üstünə əhəng tökmək, əhəng qatmaq.
ƏHƏNGLƏNMƏ "Əhənglənmək”dən fis.
ƏHƏNGLƏNMƏK məch. 1. Əhənglə
ağardılmaq. Ağacların gövdəsi əhənglən-
mişdir.
2. Üstünə əhəng tökülmək, əhəng qatıl-
maq.
ƏHƏNGLƏŞMƏ “Əhəngləşmək”dən fis.
ƏHƏNGLƏŞMƏK f. Əhəngə çevrilmək,
əhəngdaşına dönmək. Əhəng palçığı quru-
yandan sonra yavaş-yavaş əhəngləşir.
ƏHƏNGLƏTDİRMƏ “Əhənglətdir-
mək’’dən fis.
ƏHƏNGLƏTDİRMƏK icb. Əhəngləmə
işi gördürmək, əhənglə ağartdırmaq. Qon-
şumuz otağını əhənglətdirmişdir.
ƏHƏNGLƏTMƏ “Əhənglətmək”dən /и.
ƏHƏNGLƏTMƏK icb. Əhəngləmə işi
gördürmək, əhənglə ağartdırmaq. Rəngsaza
həyətin divarlarını əlıənglət.
ƏHƏNGLİ sif. 1. İçərisində, tərkibində
əhəng olan, əhənglə qatışıq. Əhəngli
kükürd. Əhəngli sular. Əhəngli gübrələr.
2. Əhənglə ağardılmış. Əhəngli divarda
taxtabiti az olar. - Faraların işığı artırmanın
əhəngli divarını yalayıb ötdü. İ.Məlikzadə.
3. Əhəngə bulaşmış. Əhəngli üst-baş.
ƏHƏNGƏ is. məh. Əhəngli su.
ƏHƏNGSATAN is. Əhəng satmaqla məş-
ğul olan adam; əhəngçi.
ƏHƏNGSƏPƏN is. xüs. Qumun və s.-nin
üstünə əhəng səpmək üçün inşaat işlərində
işlədilən maşın və s. qurğu.
ƏHƏNGSÖNDÜRƏN sif. xüs. Əhəng ha-
zırlanması işlərində işlədilən maşın və s.
qurğu.
ƏHƏNGYANDIRAN is. Əhəng hazırlayan
usta; əhəngçi.
ƏHKAM is. [ər. “hökm” söz. cəmi]. 1. Hər
hansı bir dini təlimin, yaxud nəzəriyyənin
rəddolunmaz və mütləq yerinə yetirilməli
olan əsas və dəyişməz müddəaları, qanun-
70
ƏHKAMCASINA
ƏHL
lari. Roma hüququ əhkamları. Dini əhkam-
lar. - Əhkanıi-şərə miitabiq bir kimsənə
nəzərdə varım ki, səltənəti və təxtii tacı ona
vagüzar edək. M.F.Axundzadə.
2. Bütün dövrlər və tarixi şərait üçün müt-
ləq və dəyişməz qanun kimi qəbul edilən
müddəa.
ƏHKAMCASINA zərf. Əhkam kimi, əh-
kam şəklində, qeyri-tənqidi; sübutsuz-də-
lilsiz, qəti olaraq.
ƏHKAMÇI is. Hər şeyi əhkam kimi qə-
bul edən və başqalarına da qəbul etdirməyə
çalışan adam; əhkamçılıq tərəfdarı.
ƏHKAMÇILIQ is. kit. Hər şeyi əhkam
kimi qeyri-tənqidi qəbul etmə; yalnız qum
əhkamlara əsaslanan qeyri-tənqidi təfəkkür.
ƏHKAMLAŞDIRILMA “Əhkamlaşdırıl-
ıuaq”dan/.7,s.
ƏHKAMLAŞDIRILMAQ məcli. Əhkam
halına salınmaq.
ƏHKAMLAŞDIRMA “Əhkamlaşdırmaq”-
dan fis.
ƏHKAMLAŞDIRMAQ f. Əhkam halına
salmaq.
ƏHL is. [ər.] 1. köhn. Yiyə, malik, sahib
(bu mənada adətən tərkibdə işlənir; məs.:
sərvət əhli, dərd əhli. Vidadi, xəstəyəm, gün-
lər sanaram; Dərd əhliyəm, qəm hərfini
qanaram. M.V.Vidadi. Qüvvətli təbiət də
bizə baş əyir indi; Eşq əhliyik, hər yerdə
bizim qüdrətimiz var. Ə.Vahid. □ Əhli-
beyt - 1) köhn. klas. - ev adamları, ailə,
külfət, insan öz əhli-beytindən kənar oldu,
əlbəttə, onun üçün, bir növ narahatlıq hasil
olacaq. C.Məmmədquluzadə; 2) din. mü-
səlmanların Məhəmməd peyğəmbərin öv-
ladlarına verdikləri ad. Əhli-beyt tərəfdar-
ları olan şairlər ilkin çağlardan başlayaraq
mərsiyə qoşmuş, qəmli şeirlərində Kərbəla
müsibətini səsləndirmişlər. Ə. Səfərli. Əhli-
dərd - dərd əhli, dərdli, dərdi olan adam.
Fələk, bari, cəfalar eyləyib sən həm qəm
artırma; Əlindən gəlmədisə əhli-dərdə
çarəsaz olmaq. S.Ə.Şirvani. Əhli-dil şair. -
söz başa düşən, o birinin dərdindən xəbər-
dar olan adam, arif. İşarət elədim, dərdimi
bildi; Gördüm həm gözəldi, həm əhli-dildi.
Aşıq Ələsgər. [Xaqani:] İstəyirəm ki, şah
əhli-di! olsun; iqlimimiz belə mötədil olsun!
M. Rahim. Zalim fələkiıı gərdişi atəşlərə
yansın! Əvvəlcə nə cövr eyləsə, əhli- dilə
eylər. Ə.Vahid. Əhli-divan rəs. köhn. -
divan (məhkəmə) işləri ilə məşğul olan
adamlar, məhkəmə məmurları. Əhli-dünya
- axirətə inanmayıb ancaq bu dünya ilə
maraqlanan, bu dünya işləri ilə məşğul olan,
bu dünyanın nemətlərindən faydalanan
adam. Baxarmı əhli-dünyayə; Gülündən ay-
rılan bülbül. Aşıq Bülbül. Əhli-dünyayə virdi
lənətdir; Gecə-gündüz xəyali dövlətdir.
S.Ə.Şirvani. Əhli-elm - elm əhli, elmlə
məşğul olan adamlar, elm xadimləri. Cəfər,
ey nuri-dideyi-Seyyid! .. Əhli-elmə həmişə
hörmət qıl! S.Ə.Şirvani. Əhli-eşq - eşq
əhli, aşiq. O məclis kim, ziyası olmaya şəmi-
camalından; Nə məclis, eyni zülmət, əhli-
eşqə bir bəla məclis. S.Ə.Şirvani. İnan,
əlbəttə, bir zaman olacaq; Əhli-eşq onda
kamı-an olacaq. A.Səhhət. Ziyarətgahını
gülbusələr təzyin edər hər an; Sən əhli-eşq
için bir Kəbə yandırdın məhəbbətdən.
H.Cavid. Əhli-əyal - ailədə olanlar: ər,
arvad, uşaqlar; ailə. Əhli-əyalı ibarətdir bir
anasından, bir arvadından və yeddi-səkkiz
yaşında oğlundan. C.Məmmədquluzadə.
Xanlar kimdir ki, yazıq kəndlilərin malına,
canına, əhli-əyalına özlərini sahib edirlər.
C.Cabbarlı. Haşım Məhəmmədin yanında
bir müddət qalsın və bir qədər pul qazan-
dıqdan sonra yenə qayıdıb əhli-əyali ilə
xoşbəxt dolansın. B.Talıblı. Əhli-hal - hal
əhli, başa düşən, başqasının halından xəbər
tutan. Bir para əhli-hal olmayan gözəl; Zə-
nəxdanı gizlər, yanağı çəkər. Q.Zakir. Əhli-
hal eşq için, əvət, bayılır; Haydı, Zəhranı
get çağır, ayılır. H.Cavid. Əhli-iman -
iman əhli, etiqadlı, dinə inanan adam.
Ağdam bazarında da nə qədər istəsəniz
imanlı lıacı, kərbəlavı və məşədi tapılar..
Hamısı əhli-iman, namaz qılan, oruc tutan
müqəddəs mömin şəxslərdir. Ə. Haqverdi-
yev. Əhli-insaf - insaf əhli, insaflı adam.
Xislətdə sadəyəm, eşqdə Qafam; Mən mür-
vət kanıyam, əhli-insafam. Aşıq Şəmşir.
Əhli-kef - kef əhli, vaxtını kefdə və xoş
keçirən adam. Əhli-kef adam. - „Hər kəs
görsə ki, hambal qəzet oxuyur, elə bilər ki,
bir əhli-kef adamdır, çağırıb yük götürtməz
71
ƏHL
və pul da verməz. Ü.Hacıbəyov. Restoran
bu gecə çox maraqlıdır ; Əhli-kef insanlar
aşıb-daşırlar. S. Vurğun; // dan. vaxtını əy-
yaşlıqda keçirən adam. Zəng çalınır; Gəlin
qalxır, qapını açır; Zümzüməylə girir evə
“, əhli-kef ” əri. S. Vurğun. Əhli-kəmal köhn.
- kamal sahibi, kamallı, ağıllı adam. Bildim
bu imiş sənin muradın; Kim, əhli-kəmal ola
ibadın. Füzuli. Əhli-kitab - islam dininə
görə, göydən nazil olmuş müqəddəs kitab-
lardan birinə inanan(lar) - müsəlmanlardan
başqa yəhudilər ilə xristianlar. Aldı əhli-
kitab dünyanı; Şərh edirsən sən indi Quranı.
S.Ə.Şirvani. Qızma, şeyxim, o da bir əhli-
kitab; Baxalım nəzri nədir? H. Cavid. Əhli-
qələm köhn. - qələm əhli, qələm sahibi,
yazıçı, mühəiTİr. Leyk bir bax ki, bu gün
Şirvanda; Gör neçə əhli-qələm var onda?
A. Səhhət. Əhli-qərəz - qərəzli adam, qə-
rəzkar, ürəyində qərəz saxlayan adam. Eyb
bilər fəzlini əhli-qərəz; Çünki onun var
ürəyində mərəz. S.Ə.Şirvani. Əhli-qiblə
din. - müsəlman, islam əhli. Əhli-qübur -
qəbiristan əhli, ölülər. Qazıb əhli-qübur
içində məzar; Oldu mədfun qəbr ara Bozlar.
S.Ə.Şirvani. Sizin olsun bu da, ey əhli-
qübur! Abi-kövsər deyilən badə budur!
H. Cavid. Əhli-məclis - 1) məclisdə olan-
lar, iştirak edənlər. Vəkil, vəzir, əhli-nıəclis
hamısı oğlanın bu hünərinə məəttəl qaldı-
lar. (Nağıl); 2) səhnə əsərində iştirak
edənlər. Əhli-mərifət - mərifətli adam. Sa-
nırsa zahid özün əhli-mərifət, əmma; Bilirmi,
nolduğun olsa suali-hürriyyət? Ə.Vahid.
Əhli-ruh - ruh əhli, ruhlu adam. Gör necə
xələt verdi; Məlul könlüm aşdı, gözəl;
Arifsən, əhli-ruhsan; Can sana peşkəşdi,
gözəl! Aşıq Ələsgər. Əhli-savad - savadlı,
oxumuş. ...Mən əhli-savadam, yazı-pozu
mənim gözümə ziyan eləyibdi. C.Məmməd-
quluzadə. Əhli-vəfa klas. - vəfalı. Yolunda
müntəzirəm, can verim görəndə üzün; Cəfa
çəkənlərin əhli-vəfasıyam, gözəlim! Ə.Vahid.
Əhli-zələmə, əhli-zülm köhn. - xalqı in-
cidən, xalqa zülm edən, xalqa əziyyət verən
adam (çar dövründə inzibati polis orqanları
məmurlarına verilən ad). [Səkinə xanım:]
Əziz bəyin dədəsi əhli-zələmə idi, özü ki hələ
divan qulluğuna girməyibdir? M.F.Axund-
ƏHLİLƏŞDİRMƏK
zadə. Əhli-zövq - zövq əhli, yaxşı zövqü
olan adam. [Şeyx Hadi Şeyx Sənan haq-
qında:] Onu idrak üçün kəmal istər; Əhli-
zövq istər, əhli-hal istər. H. Cavid. Əhli-
zülm - zülmkar, zülm edən adam. Əhli-
zülmii necə, bərbad eylədi bir ləhzədə; Sən
bizim dağlar pələngi qəhrəman Eldara bax!
S. Vurğun.
2. Bir yerdə sakin olan, daim bir yerdə
yaşayan, bir yerin əhalisindən olan adam.
Kənd əhli (kəndlilər). Şəhər əhli (şəhərlilər).
- ..Axundu mən çoxdan tanırdım, özü də
İran əhlidir. C.Məmmədquluzadə. Bu kən-
din əhli həqiqətən çox avam idi. Qantəmir.
3. Bacaran, bilən adam. İşi əhlinə tapşır.
4. Əhali. Nə əhlimizdə ayıqlıq əlaməti gö-
rüneydi; Nə bir para oxumuşlarda bu zəka-
vət oleydi. M.Ə. Sabir. [Qazı:] Əzizim, .. iiç-
dörd nəfər kəndinizin əhlindən gətirərsən
mənim vanıma. C.Məmmədquluzadə.
ƏHLİ sif [ar.] 1. Əhliləşdirilmiş, ələ öy-
rədilmiş; əhliləşmiş, ələ öyrənmiş. [Qəhrə-
man:] Bununla belə [fil] özü çox həlim və
yumşaq heyvandır. Bunu tutub əhli heyvan
edirlər. “Məktəb”.
2. Görmüş, keçirmiş, yaxşı-pis gün gör-
müş, qanan. Əhli adama dərd söylə.
ƏHLİ-XİBRƏ is. [ər.) hüq. bax eksper-
tiza. Bir şəxsin anlaqsız olmasını, yəni mə-
suliyyətə qabil olmamasını müəyyən etmək
üçün mütləq həmin şəxs tibbi əhli-xibrəyə
göndərilməlidir. V.Qəhrəmanov.
ƏHLİLƏNMƏ “Əhlilənmək”dən/w.
ƏHLİLƏNMƏK bax əhliləşmək.
ƏHLİLƏŞDİRİLMƏ “Əhliləşdirilmək”-
dən f.is. Vəhşi heyvanların əhliləşdirilməsi.
- Camışların əhliləşdirilməsinə çox qədim za-
manlarda Asiyada başlanmışdır. A.Ağabəyli.
ƏHLİLƏŞDİRİLMƏK ıııəch. Əhli edil-
mək, ələ öyrədilmək. Tülkü balası əhliləş-
dirilmişdir.
ƏHLİLƏŞDİRİLMİŞ f.sif. Əhli edilmiş,
ələ öyrədilmiş. Əhliləşdirilmiş ayı. Əhliləş-
dirilmiş heyvan.
ƏHLİLƏŞDİRMƏ “Əhliləşdirmək”dən
f.is.
ƏHLİLƏŞDİRMƏK / 1. Vəhşi heyvanı
əhli etmək, ələ öyrətmək. Bu gün bizə xid-
mət edən bütün heyvanları insanlar əhliləş-
72
ƏHLİLƏŞMƏ
dirmişlər. - Inscın öz arzusuna müvafiq ola-
raq vəhşi çəki balığının təbiətini dəyişdirmiş
və onu əhliləşdirmişdir. “Zoologiya”.
2. пгәс. Adamlara alışdırmaq, onlarla ün-
siyyət və ülfətə öyrəşdirmək. O vəhşini bir
qədər əhliləşdirmək lazımdır.
ƏHLİLƏŞMƏ “Əhliləşmək”dən fis. Əh-
liləşmə təsiri ilə heyvanlarda bir sıra dəyişik-
liklər əmələ gəlmişdir. “Ümumi zootexniya”.
ƏHLİLƏŞMƏK f. 1. Əhli olmaq, ələ
öyrəşmək (vəhşi heyvan haqqında).
2. məc. zar. Adamlara uyuşmaq, alışmaq;
adamlarla ünsiyyət, ülfət etməyə öyrəş-
mək; cəmiyyətdə özünü aparmağa alışmaq.
ƏHLİLƏŞMİŞ f.sif. Əhli olmuş, ələ
öyrəşmiş. Əhliləşmiş dəvə.
ƏHLİ-SƏLİB is. [ər.] tar. XI-XIII əsrlər-
də Qərbi Avropa feodallarının, katolik kil-
səsinin təşəbbüsü və təhriki ilə müqəddəs
torpağı, yəni Fələstini müsəlmanların əlin-
dən qurtarmaq bəhanəsi ilə Yaxın Şərq
ölkələrinə etdikləri hərbi yürüşlərində iş-
tirak edənlərə verilən ad (döşlərinə xaç (sə-
lib) şəklində nişan vurduqları üçün tarixdə
onlara belə ad verilmişdir). Əhli-səlib mü-
haribələri.
ƏHLİYYƏT is. [ər.] 1. Ləyaqət, iqtidar,
etibarlılıq, səlahiyyət. Əhliyyəti çatmır. Bu
işdə onun əhliyyəti var.
2. Əhli etmə, ələ öyrətmə. Buna görə də
onları bir ev quşu kimi əhliyyətə almağı və hə-
yata öyrətməyi bacarmalıyıq. M.S.Ordubadi.
ƏHMƏDİ-BİQƏM is. dan. Qəmsiz, dərd-
siz, qayğısız adam. Əhmədi-biqəmin biridir.
-Ancaq qızın bu qədər Əhmədi-biqəm olma-
sı, tənbəllik etməsi, qəsdən özünü işə vermə-
məsi onu təbdən çıxartmışdı. Ə.Vəliyev. Bu
dəllalların içində Əhmədi-biqəmləri çoxdur.
P.Makulu.
ƏHMƏQ [ər.] bax axmaq. Əlhəq, mii-
nəccimbaşı dəxi, görünür ki, əhməq imiş.
M.F.Axundzadə. Giicümii mən bilə-bilə na-
haq; Şirə qıldım hücum, mən əhməq.
A.Səhhət. Ağzını, az qaldı ki, dartıb cıray-
dım əhməqin! Yumruğumla qol-qabırğasın
qıraydım əhməqin! Ə.Nəzmi.
ƏHMƏR sif. [ər.] klas. Qırmızı. Hanı o sən
görən əhmər yanaqlar; Miisəlsəl kevsular,
nəsrin buxaqlar. Q. Zakir. Rəngi-ruyi qızıl-
ƏHVAL
güldən əhmərdir; Əl-ayağı, sanasan ki, mər-
mərdir. Aşıq Ariz. Bəzəııirsiz al qumaşa;
Əhmər, yaqut, yəmən, dağlar! Aşıq Şəmşir.
0 Hilal əhmər - bax hilal.
ƏHRAM is. [ər.] 1. İndi piramida adlanan
həndəsi cismin köhnə terminologiyadakı
adı.
2. Qədim Misir fironlarının mumiyalan-
mış cənazələrinin saxlandığı, alt tərəfi dörd-
bucaq şəklində, yuxarı qalxdıqca daralıb şiş-
ləşən, daşdan tikilmiş, çox nəhəng sərdabə.
ƏHRAMVARİ sif. Əhrama oxşayan, əh-
ram şəkilli, getdikcə yuxarısı daralan.
ƏHRİMƏN is. [fars. ] Zərdüşt dinində: şər
allahı, şər və zülmət mənbəyi. // məc. Pis
qüwə, nıənhus qüvvə, şər qüvvə. [Bəlli
Əhməd:] Paşa, Koroğlunu heç əhrimənlər
tuta bilmir. “Koroğlu”. Qoyma əğş’ar ey-
ləsin kııyində cövlan, ey pəri; Əhrimənlər
maliki-mülki-Süleyman olmasın! M.Ə. Sabir.
Xeyr! Nə iblis var, nə də əhrimən; Əqlin
övladıdır xeyir də, şərdə. S. Vurğun.
ƏHSƏN nida [ər.] 1. Bəyənmə, tərif bil-
dirir - afərin! barakallah! eşq olsun! Əhsən
sənə, ey vətənin qəhrəman oğlu! Əhsən onu
yaradan əllərə! Əhsən bu kəlama! - Hər
ildə müsəlman edə gər bunca tərəqqi; Bir az
keçər aləm deyər: - Əhsən, belə millət!
Ə. Qəmküsar. [Səfər bəy:] Əhsən! Yaxşı
sudıu; Qənbərqulu! B.Talıblı. Kimsə yerin-
dən dedi: - Bu ağıllı təklifdir. Əhsən bu kə-
lama.. Ə.Vəliyev. □ Əhsən demək (oxu-
maq) - tərifləmək, afərin demək, bəyən-
mək. Hamı sənə əhsən deyər. - Gül rüxsarın
əhsən deyib bülbülə; O çeşmi-xumarın ya-
dıma diişdii. “Abbas və Gülgəz”. O, tamaşa
günü anasını aparıb zalda oturdacaqdı ki,
baxıb oğlunun göstərdiyi məharətə əhsən
desin. S. Rəhman. Ətri gözəl, təzə balın;
Baxan kimi xoş dadına; Bir ağızdan əhsən
dedi; Hamı onun ustadına. M. Dilbazi.
2. Bəzən əks mənada işlənir. [Gəray:]
Əhdi, ilqarı nə tez qırdın sən? Adına bu
yaraşarmı, əhsən! A. Şaiq.
ƏHVAL is. [ər. “hal” söz. cəmi] 1. Kef,
hal, ruhi vəziyyət. Əhvalın necədir? - Bəli,
dərd əhlinin əhvalını dərd əhli bilir; Kimsə
bilməz ki, necə yardan oldum məyus.
S.Ə.Şirvani.
73
ƏHVALAT
ƏHYA
2. Keyfiyyət, vəziyyət, hal. Güldükcə tə-
biət açılır min cürə güllər ; Quşlar da bu
əhvalı görüncə sevinirlər. A.Səhhət. Inmirə
məhəlləsi bu əhvalı görüb dodaqaltı gü-
lürdü. N.Nərimanov. Fəqət nədəmə o gün
əhvalım tamamilə pərişan keçdi. S. Hüseyn.
// Səhhətcə vəziyyət. Xəstənin əhvalı pisləş-
mişdir. - Bir gün Məmməd sövdəgər bazarda
əhvalını pis görüb, haman saat dükanını
bağlayıb evə gəldi. “Aşıq Qərib’’.
3. Keçinmək, dolanmaq vəziyyəti; güzəran.
İşə girəndən sonra əhvalı xeyli yaxşılaşmış-
dır. //Var, dövlət, pul, tanqah. [Cavadın] on
min manata yaxın əhvalı var. Ə.Haqverdi-
yev. Bu gələn kişidə əhval olar? S. Rəhimov.
0 Əhval sormaq (soruşmaq, tutmaq,
bilmək) - kefini, halını, vəziyyətini soruş-
maq; əhvallaşmaq. [Qurban] [Səfərə] ya-
xınlaşaraq əhval soruşdu. A.Şaiq. Nəııəqız
bu saat ağsaqqal kişiyə yanaşıb, yenə də
ondan bir əhval tutmaq istədi. S. Rəhimov.
Şəhərdən gələn adamları ziyarətdən qayıt-
mışlar kimi əhatə edir, əhval soruşurdular.
Mir Cəlal. Əhvalı bulanmaq (qarışmaq,
pozulmaq) - 1) kefi pozulmaq, kədərlən-
mək, qəmginləşmək. ..Axşam yaxınlaşdıqca
Həsən kişinin əhvalı bulanırdı. M. İbrahi-
mov; 2) xəstələnmək, xəstəliyi daha da
ağırlaşmaq.
ƏHVALAT is. [ər.] Hadisə, olmuş iş, olub
keçən işlər, qəziyyə. Əhvalatı söylədi.
Əhvalat vaqe olur.. Əhvalatdan xəbərin
varını? - Alı kişi əhvalatı oğluna danışdı.
“Koroğlu”. [Əhməd:] ..Əhvalat uzundur.
Mən müxtəsər edirəm.. T.Ş. Simurq. [Səfə-
rəli:] Bura bax, əhvalat belədir. H.Nəzərli.
ƏHVALLAŞMA “Əh val 1 aşm aq ”dan /.' is.
ƏHVALLAŞMAQ qarş. Bir-birinin əhva-
lını, kefini, halını soruşmaq; salamlaşmaq.
Onlar əhvallaşıb dərdləşdilər. S. Rəhimov.
Ürəyin istəyən adam ilə danışmağa, əhval-
laşmağa vaxt tapılar.. Mir Cəlal.
ƏHVALLI sif. dan. 1. Yaxşı xasiyyətli,
xoşagələn, deyib-gülən, xoşsöhbət. Əhvallı
adam. Əhvallı kişidir. - [Müdir:] Amma
əcəb də əhvallı zabit idi. H.Nəzərli.
2. Varlı, dövlətli, tanqahlı. Əhvallı adam.
3. Yaşlı, hörmətli. İllər boyu silahlarını
yerə qoymayan bu əhvallı qocalar deyişə-
deyişə burada işləmişlər. S. Rəhimov.
ƏHVALPÜRSAN is. [ər. əhval və fars.
...pürsan] köhıı . : əhvalpürsan olmaq - xəbər
tutmaq, vəziyyəti öyrənmək. ..Zəlzələnin nə-
ticəsindən əhvalpürsan olduq. C. Məmməd-
quluzadə. Hamısı əhvalpürsan olur. Fəra-
nıərz kişi əhvalatı söyləyir.. T.Ş. Simurq.
[Niyaz] bir az əhvalpürsan olduqdan sonra
soruşdu. Ə.Vəliyev.
ƏHVALPÜRSANLIQ is. köhn. Bir-birinin
əhvalını soruşma, salamlaşıb əhvallaşma. Elə
bu yerdə Kərəmin bir neçə dostu əhvalpür-
sanlığa gəldilər. “Əsli və Kərəm”. Sa-
lamlaşdıqdan və əlıval-pürsanlıqdan sonra
bir guşəyə çəkilib əyləşdik. Ə.Haqverdiyev.
Molla bacı gülümsünürdü, qızlara xeyir-
dua verirdi və sonra əhvalpürsanlıq baş-
layırdı. Çəmənzəminli. □ Əhvalpürsanlıq
etmək - bir-birinin əhvalını soruşmaq, əh-
vallaşmaq. Haman saat xan bir neçə mötə-
bər şəxsi oğlunun yanına göndərdi ki, ondan
əhvalpürsanlıq etsinlər. “Əsli və Kərəm”.
ƏHVALİ-RUHİYYƏ is. 1 . Ruhi hal, ruhi
vəziyyət. Düşkün əhvali-ruhiyyə. - ..Fərdiy-
yətçilik və xüsusiyyətçilik əhvali-ruhiyyəsi
ölməkdədir. M. İbrahimov.
2. Bir şəxsin, ya kütlənin, cəmiyyətin
fikri, hissiyyatı. İctimaiyyətin əhvali-ruhiy-
yəsi. - Səlim onu çox yaxşı tanıyırdı. Onun
əlıvali-rulıiyyəsini tam üç ay idi ki, tədqiq
edir. S. Hüseyn.
ƏHYA is. [ər.] klas. 1. Diriltmə, canlan-
dırma, oyatma; dirilmə, canlanma, oyanma.
Nola gər ənıvatü əhya versə sübhün dəm-
ləri; Zikri-ləlindir, kim eylər dəmbədəm tək-
rar sübh. Füzuli.
2. məc. Yenidən həyat vermə, bərpa etmə,
abadlaşdırıb şənləndirmə, canlandırma.
□ Əhya etmək - yenidən həyat vennək, can-
landırmaq, bərpa etmək, abadlaşdırıb şənlən-
dirmək. Biz behiştə bərabər olan vətənimizin
şərafətini əhya etməliyik. M.F.Axundzadə.
// Vücuda gətirmə, təsis etmə.
3. din. Dindar müsəlmanların gecə sübhə
kimi ibadətlə məşğul olması. Əhya gecə-
ləri. - Orucluq ayınuı [ramazanda] 19, 21,
23-cü günlərinə əhya axşamı və ya sadəcə
əhya deyərdilər. H. Sarabski. Əhya gecəsi
olduğu üçün, əsil möminlər .. başlarına
Quran qoyub dua oxumaqla səhəri açmaq
niyyətində idilər. B.Talıblı.
74
ƏHYANA
ƏXZ
ƏHYANA bağl. dan. Əgər, hərgah, işdir.
Işdi, əhyana birdən tutulsan, onda bir qurğu
qurub Koroğlunu Bayazidə göndərəcəyəm.
“Koroğlu”. [Səkinə xanım:] ..Sandıqlar
içində aparıb, şahid-siibut ilə hakimi-şərə
tapşırdı ki, əgər, əhyana, mən ölsəm, bu
pulu sonra mənim hər kəs şəri varisim
qalsa, ona rədd elə! M.F.Axundzadə.
ƏXBAR is. [ər. “xəbər” söz. cəmi] 1 . Xə-
bərlər, məlumat. Çünki o məlumatların əx-
barı əksər övqat nəticə bağışlayır, amma öz-
ləri yalançı və bədzatdırlar. M.F.Axundzadə.
2. Keçmişdə bəzi dövraşırı mətbuatın adı.
ƏXƏVİ is. [ar.] köhn. Qardaş. [Mirha-
şım:] Hamınıza məlumdur ki, bəndənin kiçik
əxəvisi banki-şahənşahidə qulluq edir.
P.Makulu.
ƏXƏVİZADƏ is. [ər.] köhn. Qardaşoğlu.
ƏXİ is. [ər.] klas. 1. Qardaş.
2. tar. Cəm şəklində: əxilər - orta əsr-
lərdə Kiçik Asiyada və qismən Azərbay-
canda meydana gəlmiş “Zəhmət qardaşlığı”
deyilən cəmiyyətin üzvləri. [Qoca:] Əxilər
məclisində mən səninlə bir süfrədə çörək
kəsmişik, bala! Ə.Məmmədxanlı.
ƏXLAQ is. [ər.] 1. insanın mənəvi key-
fiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən
etik normalar; mənəviyyat. Mən .. müsəl-
man xalqlarının əxlaq və rəftarını yaxşılaş-
dırmaq məqsədi ilə bir neçə səhnə əsəri
yazmışam. M.F.Axundzadə. Əxlaqı pozğun,
adəti pis, pasibanı yox; Qəlbim yanar ona,
deyərəm : “Ay yazıq çocuq!" A. Səhhət.
Nizamülmülkün yazdığı siyasətnamə - tarix.
Nizaminin nəzmə çəkdiyi siyasətnaməsi isə
bir əxlaq dərsidir. M.S. Ordubadi.
2. İnsanın yaşadığı cəmiyyət və onu təş-
kil edən üzvləri ilə rəftarı və özünü aparma
qaydası. Əxlaq normaları. - Mehriban
açıqdan-açığa görürdü ki. Səlim əxlaq və
təbiətcə ətrafında gəzib dolaşan, evinə qo-
naq gələn adamların heç birinə bənzəməyir.
S.Flüseyn. İnsanın qiyməti onun qabiliyyəti
və əxlaqı ilə ölçülür. Ə. Sadıq. Gözəl əxlaqı,
pak və səmimi ürəyi, həddən artıq zirəkliyi
və qabiliyyəti Budağı müəllimlərə və həm də
yoldaşlarına çox sevdirdi. Ə.Vəliyev.
ƏXLAQİ sif. [ər.] Əxlaqa aid olan. Əx-
laqi nəticələr. Əxlaqi prinsiplər. Məsələnin
əxlaqi cəhəti. - Əxlaqi əsasları çürük olan
bir cəmiyyətdə ədalət və haqqa söykənən qa-
nun təsəvvür etmək çətindir. M.İbrahimov.
ƏXLAQİYYAT is. [ər.] köhn. Əxlaq elmi;
əxlaqdan bəhs edən elm.
ƏXLAQLI sif. Əxlaqı çox yaxşı olan,
əxlaq normalarına ciddi riayət edən; iffətli,
ismətli, tərbiyəli. Əxlaqlı uşaq.
ƏXLAQLILIQ is. Əxlaqlı adamın hal və
sifəti; iffətlilik, ismətlilik.
ƏXLAQSIZ sif. 1. Əxlaqı pis, mənəvi
cəhətdən pozğun. Əxlaqsız adam. - [Yaşlı
kişi:] Burada bir gecədə neçə zəvvara siğə
olan əxlaqsız qadınların olduğunu bilirdim.
S.Flüseyn. Komediyanın baş qəhrəmanı
Şeyx Nəsrullah həyasız, yalançı və əxlaqsız
bir adanıdır. M.İbrahimov.
2. Əxlaq normalarına zidd; ədəbsiz,
tərbiyəsiz. Əxlaqsız hərəkət. - Səni sevdi-
yim üçün mənə əxlaqsız deməyin ııəzakət-
sizlikdir. M.S. Ordubadi.
ƏXLAQSIZCA(SINA) zərf Əxlaq norma-
larına zidd olaraq; ədəbsizcəsinə. Əxlaqsız-
casına hərəkət etmək.
ƏXLAQSIZLIQ is. 1 . Əxlaq pozğunluğu,
mənəviyyat pozğunluğu, əxlaq pisliyi;
əxlaqsız adamın hal və sifəti, indi Zeynal
belə düşünürdü ki, onun hörmət və nüfuzu-
nun azalması və xidmətlərinin əlindən çıx-
ması Mehribanın əxlaqsızlığından irəli gəl-
mişdir. S.Flüseyn.
2. Əxlaqsız hərəkət. Əxlaqsızlıq etmək. -
Əxlaqsızlığın dəhşətamiz və çılpaq səhnə-
ləri açıldı. M.İbrahimov.
ƏXTƏR is. [fars.] şair. 1. Ulduz. Ulduz-
lar içində gözümə dəydi bir əxtər; Məftun
olaraq sevdim onu, heyrətə daldım. A.Şaiq.
2. ınəc. Bəxt, tale, bəxt ulduzu.
ƏXZ is. [ər.] Alma, götürmə; alıb mənim-
səmə. □ Əxz etmək - almaq, götürmək,
alıb mənimsəmək. Elm əxz etmək. -
Əkdiyin danəııiıı budur sənıəri; Səndən əxz
eləyib həmin hünəri. M. Ə. Sabir. [Əbdüləli
bəy:] Xaricilər də hələ mədəniyyəti birdən
əxz eləmişlər. C. Cabbarlı. Əxz olunmaq -
götürülmək, alınmaq. Mənim qanacağıma
görə, sizin kitabınızda olan məlumat mənə
Avropa və Rusiya mənbəyindən əxz olun-
muşdur. C.Məmmədquluzadə.
75
ƏJDAHA
ƏJDAHA is. [fars.] 1. Ağzından od püs-
kürən, insan və heyvanları udan, qanadlı
nəhəng, ya ilan şəklində təsəvvür olunan
mövhum bir heyvan. Yeddibaşlı əjdaha
(nağıllarda). - [Nağılların qəhrəmanları]
divlərlə, əjdahalarla pəncə-pəncəyə gəlib
vuruşar, hər cür çətin şeyə qalib gələrdilər.
M.Rzaquluzadə. □ Əjdaha kimi... -təşbeh
məqamında. Saat on iki tamamda buxar
arabası acıqlı əjdaha kimi Balaxanı tərəf-
dən gözlərini ağardaraq nərə vurmağa
başladı. S.M.Qənizadə. [Həmzə:] Üç nəfər
əjdaha kimi oğlum var. C.Cabbarlı.
2. məc. Çox qüvvətli, iri, heybətli, qorx-
maq bilməyən adam haqqında; pəhləvan.
O, lap əjdahadır. - [Aslan bəy:] ..Əjdaha-
dır, əjdaha. Bu saatda tərəzinin bir gözünə
15 öküz qoysalar, Tarverdini vermərəm..
C.Cabbarlı. Səmədin gözünə əvvəl əjdaha
kimi görünən Nadir, indi bu cür sadə və
yumşaq danışıqdan sonra bütün əzəmət və
məhəbbətini itirdi. B.Talıblı. [Mirzə Cəmil:]
Ataşı Kəngərli kimi əjdahaya tuş elədim.
Ə.Vəliyev.
0 Əjdaha bürcü astr. - Böyük Ayı bürcü
ilə Kiçik Ayı bürcü arasında, göyün şimal
yarımkürəsində olan bürc.
ƏJDƏR [fars.] bax əjdaha, [ismət:]
Gerçəkdən pək gözəl, pək süslü xəncər; Bil-
parçacıq polad, lakin bir əjdər.. H. Cavid.
Lakin əjdər olur suda hər yosun; Səni əjda-
halar istəyir udsun. O. Sarıvəlli.
ƏKDİRİLMƏ “Əkdirilmək”dən/w.
ƏKDİRİLMƏK “Əkdirmək”dən məch.
Bağda çoxlu ağac əkdirilmişdir.
ƏKDİRMƏ “Əkdirmək” dən f.is.
ƏKDİRMƏK 1 icb. Əkmə işi gördürmək,
basdırtmaq. Boş yerlərdə ağac əkdirmək. -
[Hacı Nuru şair:] [Səfər bəy], mülkədarsan,
sənə lazım idi ki, əkdirəydin, biçdirəvdin,
dövlət qazanaydın... M.F.Axundzadə. Ti-
kinti rəisi hələ yazda Qubadan və başqa ra-
yonlardan xeyli ağac tingləri gətirdib küçə-
lərə əkdirmişdi. Ə. Sadıq. // Tumu şumlan-
mış yerə səpdirib üstünü torpaqla örtdür-
mək. Əkin əkdirmək.
ƏKDİRMƏK 2 icb. Başqası vasitəsilə
ötürmək, başdan eləmək.
ƏKDİRTMƏ “Əkdirtmok”don f.is.
ƏKİB-BİÇMƏK
ƏKDİRTMƏK bax əkdirmək 1 . Yerləri
əkdirtmək.
ƏKƏ sif. Böyük, iri, yekə; əkəc. Əkə
adam. Əkə kəl. - Əzizim, əkə dərdim; Yük-
ləyib ləkə dərdim. (Bayatı).
ƏKƏ-BİKƏ sif. dan. Yaşlı, təcrübəli, hə-
yat təcrübəsi olan; dünyagörmüş. Əkə-bikə
qadın. - [Xumar:] Eh, bilirəm, əkə-bikə ar-
vadlar kimi yenə başlayacaqsan məni dan-
lamağa: - Niyə belə durdun, niyə belə
oturdun. I. Şıxlı.
ƏKƏC sif. və is. Böyük, yekə, iri; yaşlı,
təcrübəli. ..İldırım İldırımzadə iclasda özü-
nü bir əkəc kimi aparırdı. S. Rəhimov.
ƏKƏC-ƏKƏC zərf Əkəc kimi, böyük,
yaşlı, təcrübəli adam kimi. Əkəc-əkəc da-
nışmaq. - Məktəbdə şagirdlərin ümumi
yığıncağı olduğu zaman [Aslan] əkəc-əkəc
qabağa çıxır, öz sinif yoldaşlarını tərif
edirdi. S. Rəhimov.
ƏKƏCLƏNMƏ “Əkəclənmək”dən f.is.
ƏKƏCLƏNMƏK f. Yekələnmək, irilən-
mək, təcrübələnmək, təcrübə qazanmaq.
ƏKƏCLİK is. Böyüklük, yekəlik, irilik;
təcrübəlilik.
ƏKƏLİK is. Böyüklük, irilik, yekəlik,
əkəclik.
ƏKƏLƏNMƏ “Əkələnmək”dən f.is.
ƏKƏLƏNMƏK bax əkəclənmək.
ƏKƏNƏCƏKbax əkənək.
ƏKƏNƏK is. Taxıl əkilmiş yer, əkin yeri.
Xalqın ümidi artdı hasil üçün; Əkəııəklərdə
nəfi-kamil üçün. A.Səhhət.
ƏKƏNƏK-BİÇƏNƏK bax əkin-biçin.
ƏKİB-BECƏRMƏ “Əkib-becənnək”dən
f.is.
ƏKİB-BECƏRMƏK f. Əkib və qulluq
edib böyütmək, becərmək, yetişdirmək.
..Ağacların çoxunu [Piri kişi] özü öz əli ilə
əkib-becərmişdi. S.S.Axundov. Siz indi
gərək elə həvəslə çalışıb, torpağı elə əkib-
becərəsiniz ki, qışda heç nədən korluq
çəkməyək. I. Şıxlı.
ƏKİB-BİÇMƏ “Əkib-biçmok”don f.is.
ƏKİB-BİÇMƏK f. Əkinçiliklə, biçinçi-
üklə, yaxud tərəvəzçiliklə məşğul olmaq.
Səfər kişi .. göy-göyərti əkib-biçir. Mir Cəlal.
[Dilavər:] Hələ qoy işlərimizi sahmana salaq,
taxılımızı əkib-biçək, sonrası qiyamət ola-
caq. I. Şıxlı.
76
ƏKİLİ
ƏKİLİ sif. Əkilmiş. Bütün bu yerlər əkilidir.
ƏKİLİB-BECƏRİLMƏ “Əkilib-becəril-
mek”dən/;'s.
ƏKİLİB-BECƏRİLMƏK məcli. Əkilib və
qulluq edilib böyüdülmək, yetişdirilmək,
becərilmək.
ƏKİLİB-BİÇİLMƏ “Əkilib-biçilmək”-
dən /is.
ƏKİLİB-BİÇİLMƏK məch. Əkilmək,
becərilib məhsul götürülmək.
ƏKİLİŞ is. Əkmək işi. Taxıl əkilişi.
ƏKİLMƏ 1 “Əkilmək 1 ”dən fis.
ƏKİLMƏ 2 “Əkilmək 2 ”dən fis.
ƏKİLMƏK 1 / Hiss etdirmədən çıxıb get-
mək, gözdən itmək, qaçmaq. Quşlar uçdu,
əkildi; Vay, səsləri kəsildi. A.Səhhət. Kər-
bəlayı Vəli və Hacı Baxşəli bir-birinə acıqlı
baxa-baxa çıxırlar. Camaat yavaş-yavaş əki-
lir. C.Məmmədquluzadə. Zalım balaları fik-
rimizi duydular, durub əkildilər. Qantəmir.
ƏKİLMƏK 2 “Əkmək 1 ”dən məch. Ağac
əkilmək. Bütün düz yerlər indi əkilir. Bura-
da buğda əkilmişdir. - Bağban, mənə bar
gətir; Əsirgəmə, var gətir; Əkilməmiş ağac-
dan; Dərilməmiş nar gətir. (Bayatı).
ƏKİLMİŞ f.sifi Sürülərək toxum səpil-
miş, yaxud ağac, kol basdırılmış. ..Xudayar
bəy zəmilərə cüt göndərib başladı sür-
dürməyi. Əkilmiş zəmiləri özü öz nıalı kimi
biçirdi. . C .Məmmədquluzadə .
ƏKİMLİ sif. Əkilmək üçün yararlı, əl-
verişli, bərəkətli, münbit. Əkimli yer.
ƏKİN is. 1. Taxıl, bostan məhsulları və s.
əkilmiş yer; zəmi. Əkinlərdə taxıl təzəcə
göyərməkdədir. - Bağııı, əkinin xeyrini
bəylər görəcəkmiş; Toxum əkməyə dehqan-
ları neylərdin, ilahi?! M.Ə. Sabir. Bu əhva-
latdan üç gün sonra Qulunun əkin yerində
qızğın iş gedir, sürətlə buruq qurulurdu.
A.Şaiq. // Tarlada, zəmidə bitmiş taxıl,
dənli bitkilər və s. Yazlıq əkin. Payızlıq əkin.
Əkin yeri. - Əkməsən, əkin olmaz. (Ata. sözü).
..Qonşunun əkinini oturdanlar manifestə
düşür, düşmənin tavasına od vuranlar ma-
nifestə düşür. C.Məmmədquluzadə. indi
məhsulun müqəddəratı əkini vaxtlı-vaxtmda
suvarmaqdan asılı idi. Ə. Sadıq.
2. Əkmə, əkmək işi. Əkin vaxtı. - Nə
zaman ki arabalar köç yoluna düzülür;
ƏKİNQABAĞI
Kəndli yoldaş əkinindən, biçinindən üzülür.
S. Vurğun. Rüstəm kişi yanakı oturub balaca
stola dirsəkləndi və yaz əkininə hazırlıq
haqqında məlumat verdi.. M.İbrahimov.
3. Bəzi ot adları ilə birlikdə işlədilərək,
onların əsasən zəmidə, əkin arasında bit-
diyini göstərir; məs.: əkin qərənfili, əkin
laləsi. - Əkin qarğasoğanı .. gövdəsi 80 sm-
ə qədər hündürlüyündə çoxillik bitkidir.
H.Qədirov. Tüklü qərənfil və ya əkin qərən-
fili taxıllar arasında bitən alaq otudur,
toxumları zəhərlidir. M.Qasımov.
ƏKİN ALTI: əkinaltı qat - əkilən torpa-
ğın əkin altında qalan qatı, layı, təbəqəsi.
ƏKİN-BİÇİN is. Əkinçilik; əkinçilik işi,
tarlaçılıq. Əkin-biçin vaxtı. Əkin-biçin baş-
landı. - İskəndər səbir edib yarım ilə qədər
gözlədi. Canına qulluq eləyib əkinə-biçinə
getdi. M.Hüseyn. Qafar .. kəndə gedər, əkini-
biçiııi yığışdırmaq üçün atasına kömək
edərdi. Ə.Əbülhəsən.
ƏKİNÇİ is. Əkin əkib biçməklə (əkinçi-
liklə) məşğul olan adam; cütçü. Əkinçi
yağış istər, yolçu quraqlıq. (Ata. sözü). Bir
əkinçi gedirdi məstanə; Yolda ol rast gəldi
bir xanə. S.Ə.Şirvani. Fərmanın atası Qara
kişi yaxşı əkinçi olmaqla bərabər, mahir bir
dülgər idi. Ə. Sadıq.
ƏKİNÇİLİK is. 1. Əkin əkib biçmə işi;
ziraət. Qabaqcıl əkinçilik üsulları. - [Bəx-
tiyarın] .. kəndin yeni təşkil edilən əkinçilik
maşınları şirkətinə üzv olmaqla çöldə bir
qədər dəmyə əkini vardı. S. Hüseyn. Bakının
ətrafında otuz səkkiz kənd vardı. Bu kəndlə-
rin hamısı əkinçilik, bağçılıq və qoyunçuluqla
məşğul olardı. H. Sarabski. // Kənd təsər-
rüfatı bitkiləri yetişdirmək haqqında elm.
2. Əkinçinin işi, peşəsi. Onun sənəti
əkinçilikdir.
ƏKİNƏBAXAN is. Əkin qoruqçusu.
ƏKİNƏCƏKbax əkənək.
ƏKİN-ƏKİNƏCƏK bax əkin 1-ci mə-
nada. [Birinci kəndli:] Doğrusu, əkin-
əkinəcəyiıııiz yanırdı, camaatdan üç-dörd
vəkil seçib göndərdik mirabın yanma.
Ə. Haqverdiyev.
ƏKİNQABAĞI sif. Əkməkdən qabaq olan,
səpinə hazırlıqla əlaqədar olan. Torpağın
əkinqabağı suvarılması. Əkinqabağı becərmə.
77
ƏKİNLİK
ƏKİNLİK is. Əkin yeri, taxıl yeri. Kənd-
dən azca o yanda əkinliklər var.
ƏKİN-SƏPİN is. Taxıl əkmə işləri. Əkin-
səpin üçün qarşıda çox az vaxt qalırdı.
I. Şıxlı.
ƏKİN-TİKİN top. dan. Əkin, əkin yeri;
həyətyanı təsərrüfat. Onun əkin-tikini var-
dır. - Əkinə-tikinə, ya şəhərə gedən sübh-
dən gedib. Mir Cəlal.
ƏKİŞ is. Əkmə işi və tərzi.
ƏKİZ 1. sif. Anadan cüt olan, cüt do-
ğulan. Əkiz uşaqlar. Əkiz (z.) doğmaq. -
Çobanlar bəzən qııcaqlarındakı əkiz quzunu
soyuqdan qorumaq üçün ərklə Səfər kişinin
mənzilinə girirlər. Mir Cəlal.
2. is. Əkiz doğulmuş uşaqlardan hər biri.
Əkizlərin biri oğlan, digəri qızdır. H məc.
zərf Bərabər, eyni zamanda. Əkiz yaran-
mışdır insan ilə qəm. S. Vurğun. ..Fəqət əkiz
yaranmışdır xəyal, həqiqət. M.Rahim. Bizlə
əkiz doğulmuşdur ; Namus, vicdan, şərəf,
hünər. O. Sarıvəlli.
ƏKİZLİK is. Əkiz olma halı. Əkizlik iki
adanıın bir-birinə oxşamasını tələb etmir.
ƏKİZTAY(I) bax əkiz 2-ci mənada.
[Pəri nənə:] [Hümmətin] bir böyük külfəti
vardı. Südəcər, əkiztay, cin çolpası kimi zılğa-
zılğa bir-birinə qarışmışdı. S.Rəhimov.
ƏKİZTAYLI bax əkiztay(ı). Flüııdür, al-
çaq deyil, orta boyludur; Deyəsən, mənimlə
əkiztaylıdır. Molla Cümə.
ƏKKAS is. [ər.] köhıı. Fotoqrafın köhnə
adı.
ƏKKASXANA is. [ər. əkkas və fars.
...xanə] köhn. Fotoqrafiyanın köhnə adı.
ƏKLİL is. [ər.] Çiçəklərdən və ya yar-
paqlardan dairə və ya tac şəklində hörülmüş
bəzək; çələng. Canlı çiçəklərdən düzəldil-
miş əklil. - İrəlidə Azərbaycan aktyorları
əklil aparır, bunların ardınca teatrın Şərq
orkestri matəm marşı çalırdı. C. Cabbarlı.
Səadət əklili ona töhfədir.. M.Rahim. Qar
altında yaz gözləyən əkin kimi; Ədalətə
heykəl yonsan, əklil kimi. M. Araz.
ƏKMƏ 1. “Əkmək 1 ” dən f.is. Şiti l əkmə.
2. sif. Əkilmiş, əkilən. Əkmə ot.
ƏKMƏK 1 /’ 1. Sürülmüş yerə toxum at-
maq, toxum səpmək. Nə əkərsən, onu bi-
çərsən. (Ata. sözü). [Əyyar:] Onlar səndən də
güclüdür; Əkin əkir, ııaxır güdür.. A.Şaiq.
ƏKS
[Haşım] əkirdi, biçirdi və hər bir ağır zəh-
mətlərə qatlaşırdı. B.Talıblı.
2. Quyu şəklində qazılmış yerə ağac, kol
və s. basdırmaq. Ağac əkmək. - Bir gün ək-
dim miyanə; Gül sünbülə dayana; Oxu, bül-
bülüm, oxu; Bəlkə yarım oyana. (Bayatı). Bu
gün əkdiyimiz bu qatar-qatar; Ağaclar bir
zaman orman olacaq. S. Vurğun. Şairilə Afaq
.. ləklərə çiçək, yonca toxumu səpib çəpər boyu
cavan ağaclar əkdilər. Ə.Məmmədxanlı.
3. məc. Başlanğıcını qoymaq, binasını
qoymaq. İllər keçib, zəmanələr dolanıb, o
şəxslərin əkdikləri toxumlar bar verib.
Ə.Haqverdiyev.
4. məc. dan. Döl qoymaq, törətmək. Go-
runa od qalansın, ay bu sarsaq kişini əkən
dədə! "M.N.lətif.”.
ƏKMƏK 2 is. Çörək. [Üçüncü satıcı:] Qı-
zarmış tazə əkmək, tazə qaymaq; Çapuq gəl,
durma gəl, fürsətdir ancaq. H. Cavid. Qaldı
əynimdə əski bir köynək; Tapmadım gündə
bir yavan əkmək. M.S. Ordubadi. Əkməyi çox,
dərdi yox; Sən niyə geydin qara? Ə.Nəzmi.
ƏKMƏK 3 f Hiylə və tədbirlə yola sal-
maq, yanından uzaqlaşdırmaq, rədd etmək,
başdan eləmək. Hərif qonağını, deyəsən,
əkdi. - Bəyin fikrinə gəldi ki, aşnam məni
əkmək istəyir. Mir Cəlal. O: - Evə get, - deyə,
Nuşunu əkdikdən sonra Əhmədin qabağına
çıxdı. Ə.Əbülhəsən.
ƏKNAF is. [ər.] köhn. Ətraf, tərəf, cəhət,
ətrafdakı yerlər. Çox çəkmədi ki, ətraf və
əknafda aclıq başladı. S.S. Axundov.
ƏKRƏM sif. [ər.] klas. Kəramətli, co-
mərd, alicənab.
ƏKS [ər.] 1. is. Bir şeyin işıq şüalarının
sınması nəticəsində hamar, parlaq səth, güz-
gü, su və s. üzərində görünən şəkli, surəti.
Aynada öz əksini görmək. Suda öz əksini
görmək. Dəniz üzərində ulduzların əksi
görünürdü. Mağazanın qabağından keçən-
lər aynalı vitrinlərdə öz əkslərini görürdü-
lər. □ Əks etmək - hamar və parlaq səth
üzərində inikas etmək. Qüruba doğru enən
günün şüalan suya əks edərək qəribə rəng-
lərə çalırdı. M. Hüseyn. // məc. inikas, güzgü.
Batinin əksidir fəqət zahir. H.Cavid.
2. is. Səsin bir yerə dəyib geri dönməsi.
Elə dərələr vardır ki, bir səs çıxaranda dörd
78
ƏKS-CƏRƏYAN
ƏKS-HÜCUM
əks alırsan. - Miibarəkbad sədası xalqdan
asimanə bülənd oldu və barigahın imarət-
lərindən əksi təkrar tapdı. M.F.Axundzadə.
□ Əks etmək - 1) qaytarmaq. Çıxır dağ
döşünə körpə quzular; Tərlanın səsini əks
edir sular. S. Vurğun; 2) yayılmaq. Əııisənin
şöhrəti yavaş-yavaş öz oxuduğu məktəbin
divarlarından dışarı çıxaraq başqa məktəb-
lərə də əks etmişdi. S. Hüseyn.
3. is. Şəkil, fotoşəkil. Sitarənin xəyalında
bir cavan oğlanın əksi nəqş bağlamışdı.
Çəmənzəminli. □ Əksini almaq dan. -
fotoşəklini çəkmək.
4. sif. Tərs, inad, höcət. Çox əks adamdır,
dediyindən əl çəkmir.
5. sif. Zidd, tərs. Bunun tam əksi. Yalan
doğrunun əksidir. Əks fikir. Əks nəticə. Əks
mənada başa düşmək. Əks istiqamət. - [Şeyx
Nəim:] Batinin əksidir fəqət zahir. H. Cavid.
[Şəmsiyyə:] Bunun əksini iddia edən bir
qadına inanma, xalaoğlu! M. İbrahimov.
0 Əks etdirmək - əyani surətdə göstər-
mək, ifadə etmək. Dövrümüzü əks etdirən
əsərlər, filmlər. Vəziyyəti olduğu kimi əks
etdirmək. Əsər həqiqi mənzərəni yaxşı əks
etdirir. - Cabbarlı günlərlə igid Babəkin
xəyalı ilə yaşamış, bu böyük şəxsiyyətin
surətini bədii bir əsərdə əks etdirmək fikrinə
düşmüşdü. M. Arif. Xalq mahnıları xalqın ta
qədim zamanlardan bu günə qədər olan ta-
rixini bədii surətdə əks etdirir. Ə.Bədəlbəyli.
Əks olunmaq - əyani surətdə göstərilmək,
ifadə edilmək. “Muğan" dastanımda əks
olunmadı; O yerdə gördüyüm gözəl bir
səhnə. S.Vurğun. Bəzi miilıərrirlərin xırda
burjua mütərəddidliyi, ictimai hadisələrin
anlayışdakı məhdudluğu jurnalın səhifələ-
rində əks olunmaya bilməzdi. M. İbrahimov.
Əks təqdirdə (surətdə) - nəzərdə tutul-
duğu, deyildiyi, göstərildiyi kimi edilmə-
dikdə, onun əksinə, ziddinə olsa, əgər belə
olmasa, ayrı cür olsa, əksinə hərəkət edilsə,
yoxsa. Bir az gözləyin, əks təqdirdə mən si-
zinlə gedə bilməyəcəyəm. - [Müəllim] axırda
belə dedi: - Əks surətdə rəftarını tamamilə
başqa cür olacaqdır. C.Cəbrayılbəyli. (Öz)
əksini tapmaq - bax əks olunmaq.
ƏKS-CƏRƏYAN is. [ar.] xüs. Cərəyanın
əksinə olan cərəyan.
ƏKSETDİRİCİ 1 . is. xüs. işıq və ya istilik
şüalarını, elektromaqnit dalğalarını əks
etdirmək üçün cihaz. Avtomatın fənərinin
əksetdiricisi.
2. sif. Əks etdirən, əks etdirmək üçün
olan. Əksetdirici alət. Əksetdirici aynalar.
ƏKSETMƏ is. xüs. Səs, işıq və s.-nin bir
yerə dəyib geri qayıtması; inikas.
ƏKS-ƏMƏL is. [ar.] xüs. Görülən işin
əksi, ziddi.
ƏKSƏR sif. [ar.] Ən çox, lap çox, həddən
ziyadə, ümumiyyətlə. Əksər hallarda ( çox
hallarda). - Gərçi var iş qanan kişi tək-tək;
Əksəri-xalq əvamdır, bişək. S.Ə.Şirvani.
Əksər ovqat avam yaxşıya deyir pis, pisə
deyir yaxşı. C. Məmmədquluzadə. //Təsirlik
halda: əksəri - çoxu, çoxusu, əksəriyyəti.
Camaatın əksəri. Tələbələrin əksəri yaxşı
oxuyur. - Bu gün kəndlilərin əksəri işə
çıxmamışdı. T.Ş. Simurq. Dağların hərəsi
bir rəng çalır, çünki bunların eləsi var ki,
meşələrlə örtülüblər, amma dağların əksəri
lütdürlər. C. Məmmədquluzadə. [Sultan:]
..Tiflisdə və qeyri yerlərdə oxumuş qızların
əksəri məişətə və zindəgaıılığa bu təhər
baxırlar. N.Nərimanov.
ƏKSƏRƏN zərf [ər.) Çox vaxt, çox
zaman, çox hallarda. Əksərən onıı axşamlar
görmək olur. - Cəmilə Arzu qızı əksərən
atasının öhdəsinə buraxırdı. S. Rəhimov.
// Əksəriyyəti, çoxu. Əksərən uzunboğaz
çəkmə, qalife şalvar və cibli köynək geyərək
belini qayışla bərkitmiş kişilər furqonun yan
tərəfinə dolıışmuş(du). M.tbrahimov.
ƏKSƏRİYYƏT is. [ər.] Çoxluq, ən böyük
hissə. Böyük əksəriyyət. Camaatın əksə-
riyyəti. Əksəriyyət etibarilə. Adamların
əksəriyyəti bu cür geyinir. Səsvermədə ək-
səriyyət iştirak edirdi. - [M.Qorkinin]
əsərlərinin əksəriyyəti isə elə bir həyat
materialıdır ki, onları dəfələrlə oxuyur, hər
oxuduqca yeni cəhətlər kəşf edirsən. R.Rza.
Əksəriyyəti təşkil edən yerli ziyalılar da
sevinirdilər. Mir Cəlal. // Səs çoxluğu.
Təklif əksəriyyətlə (z.) qəbul olundu.
ƏKS-HƏMLƏ [ar.] bax əks-hücum.
ƏKS-HÜCUM is. [ər.] hərb. Hücuma qarşı
olan hücum, hücum edən düşmənə qarşı
hücum. Ani əks-hücum. Əks-hücuma keç-
79
ƏKS-İDDİA
tnək. Düşmənin əks-hücumu nəticəsiz qaldı.
- Bölük əks-hücuma keçdi. İ. Əfəndiyev.
Hə, Tapdıq, bu da əks-hücuma keçməyimiz
üçün əmr! - deyə Mədətov yerindən sıç-
rayaraq ayağa qalxdı. Ə.Əbülhəsən.
ƏKS-İDDİA is. [ər.] hüq. İddiaya qarşı
irəli sürülən iddia.
ƏKSİK bax əskik. Əksik olmaz Koroğ-
lunun qovğası ; Düşər paşalarla cəngi, da-
vası. “Koroğlu”. Şir\>anda olan handa bir
əksik gözəlin ; Bir qəmzəsi yüz huriyii qıl-
mcınə dəyər. S.Ə.Şirvani.
ƏKSİNƏ zərf. 1. Tərsinə, ziddinə. Əksinə
hərəkət etmək. Bəzən əksinə olur. - ..Gün
dağlara düşəndə, günün şəfəqi dağların gah
bu tərəfini şölələndirib o tərəfinə qara kölgə
salır, gah da əksinə. C.Məmmədquluzadə.
Vəziyyəti büsbütün əksinə məna edirsiniz.
M. S. Ordubadi. □ Əksinə getmək - zid-
dinə getmək (hərəkət etmək), düşmənçilik
etmək. Zavallı anacığını!.. Tamam da sənin
əksinə gedir. S.S.Axundov.
2. Deyilənin və ya nəzərdə tutulanın, göz-
lənilənin və s.-nin tam tərsinə; biləks (bə-
zən “olaraq” sözü ilə). Qüvvələrimiz nəinki
azalmadı, əksinə, daha da artdı. Maşının sü-
rətini azaltmaqdansa, əksinə, daha da artırdı.
- Əksinə, Zeynəb qarı çox qoçaq bir qadın
idi... S.S.Axundov. Əksinə, rəiyyətin “əlaltı
və nankor" hərəkəti şeytan-şuğulun pıçıltısı
ilə bəyin qulağına çatdı.. S. Rəhimov. Tofiq
isə əksinə, alçaq boylu sarışın, girdəsifət,
ətli-canlı idi. M. Rzaquluzadə.
ƏKSİNQİLAB is. [ər.] Öz hakimiyyət-
lərini saxlamaq, inqilabdan əvvəlki üsul və
qaydaları bərpa etmək üçün istismarçı sinif-
lərin inqilaba qarşı mübarizəsi. Əksinqi-
labla mübariz. Əksiııqilab qüvvələrini dar-
madağın etmək.
ƏKSİNQİLABÇI 1. sifi Əksinqilaba xid-
mət edən, əksinqilab tərəfdarı. Əksinqilabçı
partiyalar. Əksinqilabçı dəstələr. Əksinqi-
labçı təşkilatlar.
2. is. Əksinqilabda iştirak edən, əksin-
qilaba tərəfdar olan adam, əksinqilab işti-
rakçısı. Siyahını yazan məşhur əksinqilabçı
çar konsulxanası casuslarından Hacı Mir-
məhəmnıəd idi. M. S. Ordubadi.
ƏKS-TƏKLİF
ƏKSİNQİLABÇILIQ is. Əksinqilabçı ma-
hiyyətdə olma, əksinqilaba xidmət etmə.
ƏKSİNQİLABİ sifi inqilab əleyhinə yö-
nəldilmiş, ona zidd, düşmən olan; əksinqi-
labçı. Əksinqilabi çıxışlar. Əksinqilabi ci-
nayət. Əksiııqilabi qiyam hazırlamaq.
ƏKS-İSTİQAMƏT is. [ər.] xüs. Hər hansı
bir istiqamətin əksi, ziddi. Əks-istiqamətdə
hərəkət etmək. Əks-istiqamətə yönəltmək.
ƏKS-KƏŞFİYYAT is. [ər.] Düşmən agen-
turasına qarşı durmaq, casusluq, təxribat-
çılıq və s. ilə mübarizə aparmaq üçün təş-
kilat. ..Alman və osmanlı əks-kəşfiyyatı da
ciddi surətdə işləyir və Cənubi Azərbayca-
nın hər tərəfində hörümçək kimi öz torunu
hörürdü. M. S. Ordubadi.
ƏKS-KƏŞFİYYATÇI is. Düşmən agentu-
rasına qarşı mübarizə aparan kəşfiyyatçı.
ƏKSLİK is. 1 . Əks şeyin halı.
2. Ziddiyyət, uyğunsuzluq, məntiqsizlik.
Fikirlər arasında əkslik.
3. fəls. Aralarında ziddiyyət olan əşya,
hadisə, ya proseslərdən hər biri. Əksliklərin
vəhdəti və mübarizəsi. İnkişaf əksliklərin
mübarizəsidir.
ƏKS-MANEVR is. [ər. əks və fr.
maneoeuvre] hərb. Düşmənin manevrinə
qarşı manevr.
ƏKS-SƏDA is. [ər.] 1. Qayalara, bina
tağlarına və s.-yə toxunandan sonra təkrar
qayıdan və eşidilən səs. Musiqinin əks-
sədası. Uğultunun əks-sədası. - Dağa der-
səm, eşidir, sonra verir əks-səda ; Daşa dön-
müşlərə əks eyləmədi fəryadım. M. Hadi. Fə-
qət qamışlıqdan gələn əks-sədadan başqa
bir səs eşitmədi. H.Nəzərli. [At] nə isə görüb
bərkdən kişnəyir. Lakin bu kişnəmə heç bir
əks-səda vermir. R.Rza. // məc. Səs, əks.
Hadisələrin əks-sədası. - “Nicati-İran ’’
qəzeti .. işlərinizin əks-sədasıdır. M. İbrahi-
mov. “Sevil" tamaşasının rayonlarda əks-
sədası daha gurultulu oldu. S. Rəhman.
2. məc. Təsir. Nədənsə bu vahiməli səsin
uzaq əks-sədası beynimdən keçib məni
üşütdü. R.Rza.
ƏKS-TƏDBİR is. [ər.] Bir tədbirə qarşı
görülən tədbir.
ƏKS-TƏKLİF is. [ər.] Təklifə qarşı təklif.
80
ƏKS-TƏSİR
ƏQİLSİZ
ƏKS-TƏSİR is. [ər.] Təsirə əks olan
təsir. Təsir əks-təsirə bərabərdir.
ƏKS-TƏZYİQ is. [ər.] Təzyiqə qarşı təzyiq.
ƏKS-ZƏRBƏ is. [ər.] Zərbəyə qarşı zərbə.
ƏQALİM is. [ər. “iqlim” söz. cəmi] köhn.
Ölkələr, iqlimlər, vilayətlər. [Firənglər] ..
sənaye işlətməyə iqdam edib, .. əmtəə hazır
edib Firəııgistanda və sair əqalimdə hər
şəhərin bazar və karvansaralarını ..
doldıırdıdar. M.F.Axımdzadə.
ƏQAYİD is. [ər. “əqidə” söz. cəmi] klas.
Əqidələr, inamlar. Əgər bu halət, yəni
ittifaq sənə müyəssər olsaydı, özünə bir fikir
çəkərdin və özünə puç əqayidin qeydindən
və despotun zülmündən nicat verərdin.
M.F.Axımdzadə.
ƏQD [ər.] rəs. köhıı.: əqd etmək -
bağlamaq. İki dövlət müqavilə əqd etmişdi.
Əqd edilmək (olunmaq) - bağlanmaq.
Dövlətlər arasında müahidə əqd olundu.
Əqd olmaq ("nikah” sözü ilə, ya bunsuz) -
kəbin kəsilmək. Nikah (kəbin) əqd etmək
- kəbin kəsmək. Qazı buradaca dönüb,
qiraətlə ucadan oxuyub kəbini əqd etdi.
S. Rəhimov.
ƏQDƏM zərf, [ər.] Qabaq, əvvəl, irəli.
[Şair Flacı Nuru:] ..Avar ləzgisi altmış il
bundan əqdəm Xanbutayın sərkərdəliyi ilə
Nuxanı gəlib çapdığını nəzm etmişəm.
M.F.Axundzadə. Bir az əqdəm başlamış qar
şiddətlə yağırdı. T.Ş. Simurq.
ƏQDƏS sif. [ər.] klas. Ən müqəddəs, çox
müqəddəs. Çeynənildi millətin, neylim,
hüquqi- əqdəsi; Ya ki lıeç bir yerdə yoxdur
hörməti, şəni, səsi. M. Ə. Sabir.
ƏQDXAN is. [ər. əqd və fars. ...xan]
köhn. Dini qaydalar üzrə kəbin kəsmək
ixtiyarı olan, kəbin kəsən adam.
ƏQDXANLIQ is. köhn. Kəbinkəsmə,
nikahoxuma.
ƏQDNAMƏ is. [ər. əqd. və fars. ...namə]
rəs. köhn. Əqd kağızı, kəbin şəhadətnaməsi.
ƏQƏLİYYƏT is. [ər.] Sayca azlıq təşkil
edənlər; azlıq. Əqəliyvət çoxluğa tabe
olmalıdır. □ Əqəliyyətdə qalmaq - azlıq
təşkil etmək, az olmaq. Əqəliyyətdə qalan
millətlər.
ƏQƏLL zərf [ər.] Daha az, ən az; ən
kiçik.
ƏQƏLLƏN zərf [ər.] Ən azı, heç ol-
mazsa. [Əvvəlinci cavan:] Zarafat deyil, şə-
hərdən buraya gərək əqəllən üç verst olsun.
Ə. Haqverdiyev.
ƏQİDƏ is. [ər.] 1. insanın mühit, həyat
və ümumiyyətlə, varlıq haqqındakı düşüncə
və inamı; etiqad, inam, məslək, iki mübhəm
sözün nə qiyməti var; Böylə sərsəm əqi-
dədən nə çıxar? H. Cavid. Məqsədim, məs-
ləkim, şüarını budur; Həmən əqidədir,
həmin duyğudur. M. Müşfiq.
2. Fikir, qənaət, nöqteyi-nəzər. Bizim
əqidəmizcə, bunlardan “məzlum", “fəqir" ..
vəzirlər heç məmləkətdə tapılmaz. N.Nərima-
nov. [Vəli:] Mənim əqidəmcə, duel haram
bir əməldir. Ə.Haqverdiyev.
ƏQİDƏLİ sif. Müəyyən əqidəsi, məsləki
olan, bir şeyə möhkəm inanan; əqidəsində,
məsləkində, etiqadında möhkəm olan.
..Sizin nəcib ürəkli və yüksək əqidəli bir
adam olduğunuzu görürəm. M. İbrahimov.
// Müəyyən əqidəni, məsləki, dünyagörü-
şünü təbliğ edən, yayan. Mütərəqqi ictimai
əqidəli ədəbiyyat tələbini böyük yazıçımız
klassik mənada şərh edir. M.Ibrahimov.
ƏQİDƏSİZ sif. Heç bir əqidəsi, məsləki
olmayan. [Kürd Əhməd] ..əsəbləri soyu-
duqda .. bir addım əvəzinə beş addını geri
çəkilən əqidəsiz, etiqadsız adamlardaııdır.
M. İbrahimov.
ƏQİQ is. [ər.] Müxtəlif rənglərə çalan
laylardan ibarət olan, qiymətli daş kimi
müxtəlif bəzək şeyləri hazırlanmasında və
s.-də istifadə edilən bərk mineral.
..Hamısının barmağında qırmızı əqiq üzük
parlayırdı. M. S. Ordubadi. □ Əqiq kimi -
iri, dən-dən və parlaq. Narın birini kəsdim.
Zoğal kimi iri, əqiq kimi duru gilələri var
idi. Mir Cəlal. Yəmən əqiqi, əqiqi-Yəmən
- əqiqin qırmızı rəngli əla cinsi (şairanə
təşbehlərdə). Dəryada dişiııtək dürri-
şəhvar tapılmaz; Ləlin kimi кап içrə əqiqi-
Yəmən olmaz. S.Ə.Şirvani.
ƏQİLLİbax ağıllı.
ƏQİLLİ-BAŞLI bax ağıllı-başlı.
ƏQİLSİZ bax ağılsız. Dedim: - Zülfün
mat elədi sünbüli; Dedi: - Sən nə bildin,
əqilsiz, dəli? Aşıq Zabit.
81
ƏQL
ƏQL [ər.] bax ağıl 1 . Əql meydanını
zindani-bəla bilməz hənuz; Kim ki bir
müddət cünun mülkünü seyraıı etmədi.
Füzuli. [Orxan:] Səbrim tükənmiş, qərarım
kəsilmiş; Huşum, əqlim uçmuş, uyqum çə-
kilmiş. H. Cavid. Arvadın bu sözləri .. Usta
Ağabalanın əqlinə batdı. Çəmənzəminli.
ƏQLƏN zərf, [ər.] Ağılca, ağıla görə.
ƏQLİ sif. [ər.] Ağıla əsaslanan, ağıla
mənsub, ağılla görülən, ağılla olan; zehni.
Əqli əmək. Əqli iş. Əqli fəaliyyət. -
[Firidun:] ..Sizin əqli və məntiqi dəlilləriniz
əleyhinə bir şey demək mümkün deyildir.
M.Ibrahimov.
ƏQL-ŞÜUR is. [ər.] Ağıl və düşüncə,
dərrakə. [Dərviş:] Əgər məndə əql-şüur
olsaydı... N.Vəzirov.
ƏQRƏB 1 is. [ər.] 1. zool. Quyruğunun
ucunda zəhərli iynəsi olan onurğasız hə-
şərat. Əqrəb sancması. Hər daşı qaldırır-
san, altından əqrəb çıxır. Əqrəb zəhərli olur.
- Hər kəs məndən sənə yaman qandırsa; Ya
əqrəb dişləsin, ya ilan, pərim! Aşıq Abbas.
2. Qədim astronomiyada: on iki bürcdən
birinin adı. Əqrəb bürcü. - Xəbər verdi ki,
sabah yola çıxmaq olmaz, çünki sabah
qəmər Əqrəbdədir. C. Məmmədquluzadə.
3. məc. Gizlindən pislik edən miizür adam
haqqında. Sən ki bir əqrəb imişsən, gerçək;
Bu zəhərlər, bu tikanlar nə demək. H. Cavid.
Basma ayağını bizim torpağa; ilandan,
əqrəbdən yar ola bilməz. S. Vurğun.
ƏQRƏB 2 is. [ər.] Saat, kompas və şairədə
öz oxu ətrafında fırlanıb müəyyən işarəni
göstərən mil. Saat əqrəbi. Saniyə əqrəbi.
Kompasın əqrəbi. - ..[Vaqif] qələmi yerə
qoyub saatına baxdı, əqrəblər düz dəstənin
üstündə idi. Çəmənzəminli. Saatın əqrəb-
ləri on ikiyə yaxındır. Qucaqlaşaq, ayrılaq.
Yaxın dur! R.Rza.
0 Əqrəb əqrəb üstündə - saatın tam 12
olduğunu göstərən ifadə; // bəzən tam vax-
tında mənasında. Nazir .. müşavirənin sabah
saat onda əqrəb əqrəb üstündə, .. öz ya-
nında davam edəcəyini bildirdi. S. Rəhimov.
ƏQRƏBA is. [ər.] Qohumlar (çox vaxt
"qohum-əqrəba” şəklində işlənir). Bu, Hüm-
mətəlinin qohum və əqrəbası idi. T.Ş. Simurq.
ƏQVAM
[Çopo] yaşayış şəraiti fəııalaşdığı üçün
Cəməsb ailəsini və əqrəbaların götürərək
Aran ölkəsinə keçir. Çəmənzəminli.
ƏQRƏBALI sif. Əqrəbası, qohumu,
qohum-əqrəbası, yaxınları çox olan.
Əqrəbalı adam. - Daşdəmir ağır əqrəbalı,
qoçuluqda şöhrət qazanmış, varlı bir qəssab
idi. A. Şaiq. [İncə:] Sən bilirsən ki, o [Aslan
bəy] əqrəbalı bir qurddur? C.Cabbarlı.
ƏQRƏBALIQ is. Qohumluq, yaxınlıq.
Aralarında əqrəbalıq vardır.
ƏQRƏBALILIQ is. Əqrəbası, qohum-
qardaşı, yaxınları çox olma.
ƏQRƏBASIZ sif. Əqrəbası, qohumu,
yaxınları olmayan. Əqrəbasız adam. -
[Durna:] ..Yoxsul, gücsüz, əqrəbasız, kimsə-
siz bu Aydənıir mənim təkcə yoldaşımın
qardaşıdır... C.Cabbarlı.
ƏQRƏBASIZLIQ is. Əqrəbanın, qohu-
mun, yaxın adamların olmadığı vəziyyət.
Əqrəbasızlıq pis şeydir.
ƏQRƏBLİ sif. Əqrəb çox olan. Əqrəbli
səhralar. - Əqrəbli çöllərdə bağ-bostan
quran; Zəhməti güldürən sənət olacaq.
S.Vurğun.
ƏQSA sif. [ər.] köhn. kit. Uzaqda olan,
çox uzaq. □ Əqsayi-Şərq - Uzaq Şərq. Nə
Şərq olaydı, nə Əqsayi-Şərq, həm nə
Japonya; Nə onların hünəri xalqa dərsi-
ibrət olaydı. M. Ə. Sabir.
ƏQSAM is. [ər. “qism” söz. cəmi] köhn.
kit. Növlər, cinslər. Cücələrin köklüyünü,
yağlı-yağsız olduğunu, mürəbbələrin
əqsamıııı və s.-ni gözdən keçirən çox idi.
M.S. Ordubadi.
ƏQVAM is. [ər. “qövm” söz. cəmi] kit. 1 .
Tayfalar, qövmlər. Vətəndaşlarımın bu
tərəqqi zamanında, bu telefon və elektrik
əsrində ki, - sair miləl və əqvam artıq
sürətlə irəli gedib özləri üçün ixtiyarlar və
imtiyazlar axtarmaqdadırlar, - geridə
qalmaqları .. məni heyrətə saldı. F.Köçərli.
// Tayfa.
2. Qohumlar, qohum-əqrəba. Ona görə
bu şəxs nəinki .. öz əqvamının, bəlkə cəmi
şəhər əhlinin əlindən getdi. Ə.FIaqverdiyev.
Ağanın özünün və əqvamının salamatlığı
təmin olunmalıdır.. M.S. Ordubadi.
82
ƏL
ƏL is. 1 . Qolun biləkdən dırnaqlara qədər
olan hissəsi. Əli ilə tutmaq. Sağ əl. Əllərini
yumaq. Əlini çiyninə qoymaq. Əli ilə sı-
ğallamaq. Əli ilə götürmək, insan işlərinin
çoxunu əlləri ilə görür. - Tək əldən səs
çıxmaz. (Ata. sözü). Əfsus ki, qocaldım
ağacım düşdü əlimdən; Səd heyif cavanlıq!
M. Ə. Sabir.
2. Bəzi heyvanların qabaq ayaqlarının hər
biri. Meymunun əlləri adam əlinə oxşayır.
Pişik əlləri ilə üzünü yuyur.
3. Dəfə, kərə, yol (adətən saylarla). Bircə
əl oynayaq. - Bu əsnada yaxında dörd-beş əl
şiddətli tapança atılır. H. Cavid. İki əl səp-
dikdən sonra çuxasının ətəyini silkələyərək
gəlib cütün dəstəsindən yapışdı. S. Rəhimov.
4. İştirak, əlaqə. □ Əli ilə - vasitəsilə,
köməyi ilə. Başqasının əli ilə iş görmək. -
Əli olmaq - iştirakı, müdaxiləsi, əlaqəsi
olmaq. Bu işdə onun da əli var. -
Bilirsənmi, yoldaş Tərlan, burada sinfi
düşmənlərin əli var. M. Hüseyn.
5. Əlində, əlimdə və s. - malikiyyət, ix-
tiyar, iqtidar, idarə, sərəncam, asılılıq mə-
nasında. Bu iş mənim əlimdədir. □ Əlində
olmaq - 1) imkanı, ixtiyarı, bacarığı, iqti-
darı dairəsində olmaq. Gəncləşmək [Mura-
dın] əlində deyildi. Onu təbiət qocaltmışdı.
S. Hüseyn; 2) ixtiyarında, hakimiyyətində,
sərəncamında, asılılığında, idarəsində olmaq.
6. Əllə görülən işdə məharət, bacarıq
mənasında. Cərrahın əli ağırdır. Rəssamın
gözəl əli var.
7. Növbət, sıra. Əl kimdə isə oynasın. İndi
mənim əlimdir.
8. Tərəf, yan. Sağ əldə oturmaq. Sol
əldəki mağazaya getdim. - Qazmaçı Kərim
.. yolun sağ əlində yamacdakı birnıərtəbəli,
uzunsov evdə yaşayırdı. M. İbrahimov.
9. ...əlindən şəklində işlənərək səbəb
bildirir. İş əlindən macal tapmır. Adam əlin-
dən gəzməyə yer yoxdur. - Hicr əlindən pə-
rişanam yüz ildi. Q.Zakir. Çala-çuxur əlin-
dən maşınlara gün yox idi. Ə.Əbülhəsən.
10. Çıx. halında: əldən zərf - 1) tez, cəld,
gözləmədən, qaçaraq, əlbəəl. Əldən bir pa-
piros al! Əldən beş manat verdi; 2) mağa-
zadan yox, əldə satandan. O. əldən bir sa-
movar aldı.
ƏL
11. Yeri, halında: əldə - 1) mövcud,
faktik. Əldə olan məlumata görə. - Kömək
etmək imkanı əldə ikən bu vəzifədən boyun
qaçırmaq .. insanlıq sifətini itirmək demək-
dir. M.S.Ordubadi; 2) riyaz. Yadda, fikirdə,
nəzərdə, xatirdə. İki yazırıq, bir əldə.
12. Bir çox mürəkkəb alət və s. adlarının
birinci tərkib hissəsi olub, onların kiçik, əllə,
ya əldə işləndiyini göstərir; məs.: əl ara-
bası, əl mişarı, əl fənəri, əl tərəzisi, əl pu-
lemyotu.
13. Əldə böyüdülmüş, ələ öyrədilmiş,
əhliləşdirilmiş mənasında heyvan, quş ad-
larının əvvəlinə gətirilir; məs.: əl toğlusu,
əl tulası, əl göyərçini.
0 Əl açmaq - 1) əl qaldırmaq, əllərini işə
salmaq, zor işlətmək. ..Inşaallah, bizi görən
kimi yükləri töküb qaçacaqlar, qaçmasalar,
əl açsalar - hamısını xingal kimi doğra-
yacağam. M.F.Axundzadə; 2) müraciət
etmək, istəmək. İşdir, gedib qulluq tap-
madını, kəndə qayıtmağa da pulum olmadı,
onda kimə əl aça bilərəm? M. Hüseyn.
// Yalvarıb xahiş etmək, dilənmək. Eşqin
əsiri olmayın; Əl açıb, boyun burmayın.
Aşıq Hüseyn. Əl ağacı - yeriyərkən
söykənmək üçün əldə tutulan nazik ağac.
Əl ağacı adama əyri görünər. (Ata. sözü).
[Qərənfil xala] bucaqdakı əl ağacı ilə
qapını örtdü. Ə. Vəliyev. Əl altında -
1) hazır, amadə. Əl altında saxlamaq;
2) yanında, rəhbərliyi altında. [Xavəri]
evlərinə atasının əlinin altında işləməyə
aparmışdı. M. İbrahimov. Əl altından çıx-
maq - ustanın əli altında öyrənərək təcrübə
hasil etmək. Əl aparmaq - əl uzatmaq, əl
atmaq. [Axund:] Axı. belə müsəlmançılıq
olmaz, .. axır qurana da əl apardın?
C. Cabbarlı. Əl atmaq - 1) girişmək,
təşəbbüs etmək. O, hər işə əl atır. - Düz
deyirsən, əmi, bu peşəyə təzə əl atmışam, ..
özüm aqronomam. “Kirpi”; 2) istifadə
etmək, tətbiq etmək, müraciət etmək. Ciddi
tədbirlərə əl atmaq. - Mürtəcelər demo-
kratik hərəkatı ləkələmək və pozmaq üçün
hər cür iftira və fitnə-fəsada əl atırlar.
M. İbrahimov; 3) əlini uzatmaq. Əl atıb
götürdü. Əl atıb cibindən papiros çıxartdı. -
[Yaşlı kişi:] İki saatdan bəri min müşkülatla
83
ƏL
doldurduğum səbətə [Şirinnaz] əl atıb onu
qaldırmaq istədi. S. Hüseyn. // Əlini uzadıb
götürmək. Ancaq mən Eldarın könlünə
dəyməmək üçün daha tüfəngə əl atmadım.
M. Rzaquluzadə; 4) sataşmaq, təcavüz
etmək istəmək. [Məşədi Qədir:] Bəli,
yoldaşlar, ərz eləyirəm ki, bizim namusu-
muza əl atıblar. T.Ş. Simurq. Gördüm ki, əl
atır bir zabit qıza. M. Rahim; 5) birini
buraxıb o birisindən yapışmaq, başlamaq.
..Bu məktəbdən çıxıb, o məktəbə girib, bu
rayondan üzülüşüb, o biri rayona əl atıb.
S. Rəhman. Əl ayası - ovucun içindəki düz
yer. Əl bağlamaq - hazır durmaq. Əl
basmaq - and içmək. O, ürəyinə əl basıb
söz verdi. Əl boyda - çox kiçik, lap balaca,
bir qırıq. Əl boyda kağız. - Hər dəfə əl
boyda qəbzlərə, ya dilucu tapşırığa, anbar
açdırıb taxıl buraxanacan Gəldiyevin canı
boğazına yığılırdı. Mir Cəlal. Əl bulama-
ğına dəyməz - dəyərsiz, lüzumsuz, fay-
dasız, heç bir xeyir gözlənilməyən şey
haqqında. Əl cəldliyi - cəldlik, əldən itilik,
əl itiliyi. Əl cəldliyi cərrah üçün vacib
şərtdir. Əl çalmaq - 1 ) alqış əlaməti olaraq
əllərini biri-birinə çırpmaq, alqışlamaq.
Artistə hamı əl çaldı. Oynayanlara əl çal-
maq. - Həyətdə palaz döşənib samovar
qoyulmuşdu. Mollabacı mis ləyəni dınqılda-
dıb oxuyurdu, mütəəllimələr də əl çalırdılar.
Çəmənzəminli. ..Fəhlələr müdiriyyət tərə-
findən " intizamı ” qorumaq üçün əvvəlcədən
görülən tədbirlərə baxmayaraq, dəzgahların
başındaca durub əl çalır. M. İbrahimov. Hamı
irəli boylanaraq əl çalırdı. Ə.Məmməd-
xanlı; 2) sevinmək. Ağlama, dəli könlüm ;
Düşmən görər, əl çalar. (Bayatı). Əl
çatmaq - əldə edilməsi mümkün olmaq,
ələ gəlmək. Əl çəkmək - 1) buraxmaq,
boşlamaq, əlaqəni kəsmək. Hacı Sultan ti-
carətdən tamamilə əl çəkib iki evindən aldığı
kirələriıı sayəsində rahatlıqla keçinirdi.
S. Hüseyn; 2) vərdiş etdiyi bir şeydən imtina
etmək, daha etməmək, buraxmaq, tərk et-
mək. Papirosdan əl çəkinək. Pis adətlərdən
əl çəkmək. - [Heydər bəy:] Guya ki, bütün
Qarabağda dana-doluq oğrusu bir Heydər
bəydir! Əyər o əl çəkə, ölkə farağat olar.
M.F.Axundzadə; 3) vaz keçmək, imtina
ƏL
etmək. Öz məqsədindən (fikrindən) əl çək-
mək; 4) keçmək. Ay dəmdəməki, sən .. necə
qorxmadın, o sözləri mənə yazdın? Məgər
sən canından əl çəkibsən? C.Məmmədqu-
luzadə; 5) üz döndərmək, daha özününkü
hesab etməmək, dönmək, əlaqəsini kəsmək.
Öz ata-anasındaıı əl çəkmək. Öz övladından
əl çəkmək; 6) rahat buraxmaq, əl götürmək,
yaxasını buraxmaq. Axır ki, hərif bizdən əl
çəkdi. - Rüstəm bəy: - Məhəmmədəli, səni
and verirəm atanın goruna, məndən əl çək!
C. Məmmədquluzadə. Bu sirri öyrənməmiş
onun yaxasından əl çəkməyəcəyik. M.Htiseyn;
7) b ax əl qoymaq 2-ci mənada. Qoca qan
uşağın başına əl çəkdi. Əl çirki - pula ikrah
və etinasızlıqla verilən ad. [Məşədi:] Pul
deyəndə, əl çirkidir, rəhmətlik ilə duz-çörək
yemişik. Ə.Haqverdiyev. Əl çırpmaq - bax
əl çalmaq. Əl dəymək - əl vurmaq,
toxunmaq. Bu eldə bir dənəyəm; Əl dəymə,
pərvanəyəm; Yarım gedib səfərə; Dərdin-
nən divanəyəm. (Bayatı). [Qərib:] Üç gözə-
lin biri bizə qohumdur; O birisi əl dəyməmiş
qovundur. “Aşıq Qərib”. Sal dəmiri kürədə
qızdırıb gavalımın burnundan çiyninə kimi
elə yapışdırdı ki, baxanda deyərdin, əl
dəyməyib.. S. Rəhimov. Əl eləmək (etmək)
- 1) çağırmaq əlaməti olaraq əlini yellə-
mək, əli ilə işarə edib çağırmaq. O, əl elədi,
mən yanaşdım. - [Mirzə Səfər] dönüb gör-
dü ki, o səsləyən Həsən ağadır, tacir Hacı
Qulunun dükanında oturub oradan ət edir.
Ə.Haqverdiyev; 2) xudahafizləşmə əlaməti
olaraq əlini yelləmək. [Tahir] ..qıza əl elədi
və sürətlə uzaqlaşdı. M.Hüseyn. Bizim dər-
ya könlümüzdə Vətən eşqi var; Sür gəmini,
qoy sahildən əl eləsin yar. Ə. Cəmil. Əl
əməyi (zəhməti) - əllə görülən iş. Əl
əməyini yüngülləşdirmək. Əl əsası məc. -
dayaq, söykənəcək. Gözəl bir qız sevib
almaq, qocalığın əl əsasıdır, - dedi. A.Şaiq.
Əl əti məli. - evdə kəsilən heyvanın əti. Əl
gəzdirmək - 1) əllə bir şeyi nizama, sə-
liqəyə salmaq, yaxud pozmaq, qarışdırmaq.
Bu kitablara yenə kim əl gəzdirib, heç biri
öz yerində deyil. - Xankişi stullara əl
gəzdirməyə başladı. Hanıını növbə ilə bir
ar\>ad, bir kişi düzdülər. Mir Cəlal. // Araş-
dırmaq, əlləşdirmək; 2) üzərində bir qədər
84
ƏL
ƏL
işləmək, düzəltmək. Əlyazmasına bir əl
gəzdirmək lazımdır; 3) oğurlamaq, soyub
aparmaq. Evinə yaxşıca əl gəzdirdilər. -
Qalxdı hirslə ayağa; Soyğunçular adətincə
əl gəzdirdi otağa. Ə. Cəmil. Əl gəzmək - əl
toxunmaq, əl dəymək. Aşıq Ələsgər məsti
aldı. Baxtı gördü ki, zalım oğlu elə tikib ki.
elə bil heç üstündə əl gəzməyib; iki göz
gərək tamaşa eləyə. “Aşıq Ələsgər”. Əl
götürmək - bax əl çəkmək. Mərd olanlar
keçər külli varından ; Əl götürməz namusun-
dan, arından. M.V. Vidadi. [Mirzə Turab:]
..Əlləşdim, vuruşdum, çox zəhmət çəkdim,
amma siz yenə cəhalətdən əl götürmədiniz.
B.Talıblı. [Şamama Cadu:] A gədə, itil
cəhənnəmə, yaxamdan əl götür! Ə. Haqver-
diyev. Yasəmən onun evindən əl götürmək,
yorucu əzabdan qurtarmaq istəyirdi. Mir
Cəlal. Əl ilişdirmək - bir işlə məşğul
olmağa başlamaq. Əl işi - maşm vasitəsilə
deyil, əllə görülən iş, əl vasitəsilə hazır-
lanan şey. Kurs, klub, əl işi, zəhmət nə de-
mək, can nə demək? On beş arşın güllü
çitdəııdi tumanım, çadra! Ə.Vahid. Əl kiri
-bax əl çirki. Əl kölgəliyi - vaxt, imkan.
[İbrahim bəy:] ..Gəldilər mənim vanıma ki,
bəy, Allah xatirinə, bizə bir əl kölgəliyi ver,
gedək Camal bəyin yanına. N.Vəzirov. Əl
qaldırmaq (qalxızmaq) - 1) kimisə
vurmağa təşəbbüs etmək. Heç kəs sənə əl
qaldıra bilməz. - [Kəndlilər:] Qulamhüseyn
bəyə də əl qalxızmaq olarmı? Hüseynqulu
bəyi də həbsə almaq olarnıı? B.Talıblı. Bu ..
nə qiymətli adamdır ki, onun üstündə əziz
qardaş mənə əl qaldırdı? S. Rəhman; 2) səs-
vermə zamanı əlini qaldırmaqla lehinə səs
vermək. O, yerli komitəyə seçiləndə mən ona
əl qaldırmışam; H əlini qaldırmaqla lehinə,
ya əleyhinə səs vermək. Bəzi kəndlilərə də
kimin lehinə, kimin əleyhinə, nəyə qarşı əl
qaldırmağı başa salmaq çətin idi. Mir
Cəlal. [Səfərəli:] Kim tətil tərəfdarı isə, əlin
qaldırsın. H.Nəzərli; 3) təslim, tabe əlaməti
olaraq əlini və ya əllərini yuxarı qaldırmaq;
4) dua etmək; 5) əlini qaldırmaqla söz
istəmək. ..Solmaz əlini qaldırıb söz istədi.
S. Rəhimov. Əl qatmaq - 1) qarışmaq,
məşğul olmaq, işə qarışmaq. Yüzbaşının aya-
ğına buxov vuran kimi, bizə də əl qatarlar.
Ə. Haqverdiyev. Bu adam fağır-məzlumun
birisi olmasa, heç əl qatmaram. Mir Cəlal.
Hər bir işə əl qatdı, mürüvvət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü.
M. Ə. Sabir; 2) yapışmaq. Nə bilim Zalxa
dua yazdıracaq at nalına; Tazə arvad da
bunun əl qatacaqdır yalına.. Ə.Nəzmi. Əl
qoymaq - 1) razı olmaq, razılığını bildir-
mək. [Hacı Mehdi:] Əgər bu işə əl qoyacaq-
san qoy, qoymayacaqsan onu de.. Ə.Haqver-
diyev; 2) mövhumata inanan şəxslərin dua-
zikr etməklə adamın (xüsusilə bərk qorx-
muş adamın) başına əl çəkmək şəklində
icra etdikləri dini ayin. Çox adam əhlü əya-
lın aparıb qoydurub əl; Xalq hərçənd deyir
özgə təhər böhtanı. S.Ə.Şirvani. Əl mənim,
ətək sənin - yalvarış ifadəsi. Atım, tutum
alma, yar; Evdə yalqız qalma, yar; Əl mə-
nim, ətək sənin; Nəzərindən salma, yar.
(Bayatı). Əl ovuşdurmaq - peşman olmaq,
məyus olmaq, çaşmaq. Əl ovuşdurmaqdan
nə çıxar, indi çalış, bundan sonrasını düşün.
Əl oyunu - idmanın tennis, voleybol, bas-
ketbol və s. kimi əllə oynanılan növlərindən
hər biri. Üç gündür ki, mərkəzi əl oyunları
stadionunda əltopu üzrə Bakı məktəbliləri
arasında birincilik yarışları keçirilir. (Qə-
zetlərdən). Əl saxlamaq - toxtamaq, da-
yanmaq, icra etmək istədiyi işi, hərəkəti
dayandırmaq. Qoy musiqi dilə gəlsin, çağ-
lasın; Uzun sözə qıfıl vurub bağlasın; Kim
bacarmır çalmasın, əl saxlasın. R.Rza. Bu
uğursuz niyyətinlə bir əl saxla, sən bir da-
yan. N.Rəfıbəyli. Qardaş oğlanları, yemək-
dən əl saxlamayın. M. Rzaquluzadə. Əl
satışı xüs. - əldən satış, mah əldən satma;
apteklərdə reseptsiz satış. Əl sıxmaq - əl
verərək görüşmək, salamlaşmaq. Əl sıxmaq,
qucaqlaşmaq və öpüşmək bitdikdən sonra ..
yoldaşları ilə birlikdə .. şayiələri müzakirə
üçün çağırılmış iclasa getdi.. M.S. Ordubadi.
Əl suyu - Şərq adətincə yeməkdən qabaq
əlləri yumaq üçün qonağa təklif edilən su.
Yemək xonçaları aralığa gəlmədən əl suyu
verdilər. M.S. Ordubadi. [Pərzad xala] bişir-
diyi xörəyin şirin yeyilməsindən bildi ki, o,
hər şeydə naşı olsa da, əl suyu verməklə aş
bişirməkdə ustadır. Mir Cəlal. Əl tapmaq -
üstün olmaq, qalib gəlmək. Əl ki tutmur ya-
85
ƏL
ƏL
zam, əl tapmaqda; Qələmə, ya davata, bil-
məyirəm. Şəhriyar. Əl tərpətmək - 1) işi
yubandırmamaq üçün tələsmək, cidd-cəhd
göstərmək, daha cəld işləməyə başlamaq.
Bircə əl tərpət, bu işlərə bir əncam ver. -
Ancaq biz bu məsələ ilə əlaqədar olan yol-
daşları inandırırıq ki, bir az əl tərpətsələr,
bu iş nəinki əlli il, heç əlli saat da qalmaz.
"Kirpi”; 2) vurmağa hazırlaşmaq, vurmaq
istəmək, əl qaldırmaq. Əl toxundurmaq -
qarışmaq, müdaxilə etmək. Əl toxundur-
mağa dəyməz. Əl tutmaq - 1) əllərini bir-
birinə verməklə görüşmək. [Cavad] sonra
da ev yiyəsi ilə əl tutaraq əlavə etdi : - Mənə
göstərdiyiniz qonaqpərəstlivə dərindən təşək-
kür edirəm. Ə.Vəliyev; 2) razılığa gəlmək,
razılaşmaq əlaməti olaraq bir-birinə əl ver-
mək; 3) yardım etmək, maddi kömək etmək,
borc vermək. Əl tutanın əlindən tutarlar.
(Ata. sözü). Bəzirgan Əhməd gəlib bunlara
əl tutmaq üçün pul verdi. "Aşıq Qərib”.
Ancaq o, darda qalana .. əl tutar, sonra isə
bir verdiyinə beş alardı. S. Rəhimov. Varlı
qohumlarımdan heç biri belə dar gündə
mənə əl tutmadı. C.Cəbrayılbəyli. Əl tutuş-
maq - bax əl tutmaq 1-ci mənada. Tahir
onunla ə! tutuşanda qocanuı elə bil bar-
maqlarında toplanmış qüvvətini çox yaxşı
hiss elədi. M. Hüseyn. Əl uzatmaq - 1) al-
mağa, ələ keçirməyə, əldə etməyə təşəbbüs
etmək. Başqasının şeyinə əl uzatmaq ;
П götürmək üçün əlini uzatmaq; // şüru
etmək, başlamaq. Axşam azanı deyilən kimi,
mömin müsəlman bilmir ki, nəyə əl uzatsın :
çaymı içsin, firnimi yesin, halvadaıımı dad-
sın. C. Məmmədquluzadə. Uşaq xörəyə də
əl uzatmadı. Mir Cəlal; 2) sataşmaq, namu-
suna toxunmaq istəmək, əl atmaq. [Vəzir:]
..Günün günortasında mənim kimi kişinin
evinə giribdir ki, övrətimə əl uzatsın.
M.F.Axundzadə; 3) kömək istəmək, kömək
diləmək, kömək üçün birisinə müraciət
etmək. Başqasına kömək üçün əl uzatmaq;
4) kömək etmək, yardım etmək, kömək əli
uzatmaq. Əlacın olanda el üçün ağla; Yox-
sula əl uzat, nəzarət eylə! Aşıq Şəmşir;
5) girişmək, başlamaq. [Mozalanbəy:] Sən
elə məsələlərə əl uzatma. Ə. Haqverdiyev.
Əl üstündə əl var - hər adamdan daha
güclü adam var. Əl üstündə kimin əli -
Azərbaycan xalq oyunlarından birinin adı.
Əl üzmək - ümidini kəsmək, daha gözlə-
məmək. Əzizim gedər, qalmaz; Axar su ge-
dər, qalmaz; Vəfalı əlin üzməz; Vəfasız gedər,
qalmaz. (Bayatı). Vidadi ortaboylu, çalsaq-
qal, .. çox dindar və dünyadan əl üzmüş bir
adam idi. Çəmənzəminli. Üç aydır ki, or-
manların arasında yataraq; Əl üzmüşdür
vətənindən, millətindən Gəray bəy. S. Vurğun.
Həmin vaxtdan əl üzmüşdü hamı buruqdan.
Ə. Cəmil. Əl verir - bəsdir, yetər, kifayət-
dir. Əl verir, başqa söz danış. Əl vermək -
1) əl-ələ tutmaqla görüşmək. Onlar bir-
birlərinə əl verdilər. - Rast gəlir yenə də
dostlar, tanışlar; Görüşür, əl verib öpüşü-
rük biz. S. Vurğun; 2) işə yaramaq, xeyirli
olmaq, əlverişli olmaq. Bu iş ona əl vermir.
- Bahəm söhbət edə-edə gedərik. Təklik
mənə də əl verməz. Ə.Haqverdiyev; 3) üz
vermək, baş vermək, olmaq. Peşmançılıq əl
verdi. Yorğunluq əl verdi. - Koroğluya yal-
qızlıq əl vermişdi. "Koroğlu”. Qeyrət mənə
əl verib, bir dəqiqə çəkməyib. Teymur ağanı
çəkdim pişləngə. M.F.Axundzadə. Əl vur-
maq - 1) toxunmaq, dəymək. Hər şeyə əl
vurur. Kitablara heç əl vurmamışam. -
Bağında bax narınca; Əl vurma saralınca.
(Bayatı); 2) qarışmaq, girişmək, toxunmaq,
müdaxilə etmək. Sən bu işə əl vursan, mən
qarışmayacağam; 3) əl çalmaq. Əl vurun,
cərgə durun; Sonadır, yaylağa gəlir. Aşıq
Nəcəf. Döyüşçülər ayağa qalxaraq əl vu-
rur: - Xalqımıza bizim təşəkkür və salamı-
mızı yetirin! - deyə qışqırırlar. M. İbrahi-
mov; 4) bax əl basmaq. Gülzarına Quran
deyə əl vurdum; inanmadın niyə, gülmədin
yəni. Ə. Cavad. Əl yaylığı - əl, burun
silmək üçün cibdə gəzdirilən kiçik yaylıq.
Cibindən əl yaylığını çıxarıb tərini sildi. Əl
yeri - müraciət etmək, sonradan məsələyə
qayıtmaq, yenidən danışıq aparmaq üçün
vasitə, bəhanə. O, təklifi rədd üçün yenə bir
əl yeri saxladı. - Bircə düyün, yapışmağa
bir əl yeri; Bir anlığa səni, səni xilas üçün;
Tapılmadı. M. Araz. Əl yetirmək - kömək
etmək. Ay qadaşlar, mənə bir əl yetirin; Yü-
küm ağırdı, çata bilməyirəm. Şəhriyar. Əl
yetmək -bax əl çatmaq. Göyərçin lıavada-
86
ƏL
dır; Əl yetməz, yuvadadır. (Bayatı). Əl(lər)i
duada din. - dua oxumaq məqsədi ilə əllə-
rini qaldırmış halda. Şəhərin kənarı, camaat
ayaq üstə, əlləri duada, dodaqları dua vird
edir. C. Məmmədquluzadə. Əl(lər)ini dö-
şünə qoymaq - ehtiram, yaxud razılıq əla-
məti olaraq əllərini döşünə qoyub təzim
etmək. Xəlilin anası üzünü örtüb küncə girdi
və Xəlil də əlini döşünə qoyub, mollasına tə-
zim edib ədəblə durdu. Ə.Haqverdiyev.
Əl(lər)ini qaldır! - “tabe ol! təslim ol!”
mənasında düşmənə əmr. Əldə bəhanə et-
mək - əsaslanmaq, bəhanə etmək. ..Şəriəti
əldə bəhanə edib, biçarə avam camaatı öz
qərəz və mərəzimizə alət edirik. C.Məmməd-
quluzadə. Əldə bəsləmək - ev şəraitində,
əldə saxlamaq, ələ öyrətmək, əhliləşdir-
mək. Bu avı meşə ayısı deyil, əldə bəslənmiş
ayıdır. S.S.Axundov. Əldə böyümək - ev
şəraitində, ailədə tərbiyə almaq, böyümək.
Bəy, eyib olmasın soruşmaq, əldə böyiimüsüz,
yoxsa meşədən tutulmuşunuz? N.Vəzirov.
Əldə etmək - bir şeyə nail olmaq, ələ ke-
çirmək, tapmaq, qazanmaq. İmkan əldə
etmək. - [Yaşlı kişi:] Münasib bir fürsət
əldə edincə bu arzumu anama açacaqdım.
S. Hüseyn. Zabit nə qədər axtarmışdısa, və-
siqə adlı bir parça kağız əldə edə bilmə-
mişdi. M. S. Ordubadi. Əldə gəzdirmək -
həddindən artıq əzizləmək. Əldə qoymaq
- üzdə, əl çatan yerdə qoymaq, əl altında,
hazır vəziyyətdə saxlamaq. Gedəndə açarı
əldə qoy. Əldə ölmək - 1) öldürülmək.
Çillə gərək şəhid qəbri üstündə, yəni əldə
ölmüş bir adamın qəbrinin üstündə kəsilsin.
Ə.Haqverdiyev; 2) başqalarının əhatəsində
ölmək. Əldə saxlamaq - 1) bax əldə
bəsləmək; 2) əldən verməmək, özü üçün
saxlamaq. [Tın-tın Musanın oğlu:] Bəlkə bir
növlə dükanımızı əldə saxlayaq. Kim ki-
mədir? Qantəmir; 3) gələcəkdə lazım ola
biləcək bir şəxsi hörmətlə, yaxud naz və
arzusu yerinə yetirilməklə öz tərəfinə çək-
mək. Min dəfə sənə deyirəm, maymaq bö-
yükləri əldə saxla, adamın olsun. Mir Cəlal.
Əldən almaq - 1) ələ keçirmək, sahib
olmaq, yiyələnmək, ixtiyarına almaq. Bütün
hakimiyyəti ələ almaq ; 2) öz iradəsinə tabe
etmək, öz tərəfinə çəkmək. [Sona] bir az da
ƏL
yanaşır və onu ələ almaq istəyir. H.Nəzərli.
Əldən buraxmaq - 1) fürsəti qaçırmaq,
ötürmək; 2) əl çəkmək, boşlamaq; 3) qaçır-
maq, qaçmağına imkan vermək. Gözətçi
həmsöhbətini əldən buraxdığına təəssüfləndi
və papiros eşib balaca müştüyünə keçirdi.
İ. Şıxlı. Əldən çıxarmaq - 1) bax əldən
qaçırmaq; 2) köhnəltmək, üzmək, dağıt-
maq. Kostyumlarını geyib əldən çıxarmaq ;
3) bir işi görüb qurtarmaq, tamamlamaq. Tut
ağacın darama; Əldən çıxar barama; Halal
zəhmətlə gələr; Haram gedər harama.
(Bayatı). Əldən çıxmaq - 1 ) qeyb edilmək,
itirilmək, yox olmaq. Var-dövlət əldən
çıxdı. - Doğrudan, uşaqlıq bir gözəl nemət
imiş ki, əldən çıxdı. C.Məmmədquluzadə;
2) köhnəlmək, yıpranmaq, əldən düşmək.
Paltarı lap əldən çıxıb; 3) aradan çıxmaq,
qaçmaq, əkilmək, ortadan yox olmaq.
[Qasım kişi:] Bala, bir az qıvraq qaçın,
əldən çıxın.. C.Məmmədquluzadə; 4) qay-
rılmaq, hazırlanmaq, istehsal edilmək.
Əldən çıxmış məhsul. Bu qab yaxşı əldən
çıxıb. Əldən düşmək - 1) zəifləmək,
haldan düşmək, üzülmək, halsızlaşmaq. O
qocalıb lap əldən düşübdür. Uşaq qaçmaq-
dan əldən düşdü. - Anası bilər, bir də qızı,
mən daha yorulub əldən düşmüşəm. S.Rəhi-
ıııov; 2) yoxsullaşmaq. Var-yoxu gedib,
əldən düşüb; 3) dağılmaq, köhnəlmək, yıp-
ranmaq. Evin balkonu əldən düşüb. Ayaq-
qabılarım lap əldən düşüb. Əldən getmək
- 1) son dərəcə istəmək, sevmək, arzu-
lamaq. Onda nə görmüsən ki, əldən gedir-
sən; П nazını çəkmək, son dərəcə əziz-
ləmək. Ana uşağı üçün əldən gedir; 2) məhv
olmaq, puça çıxmaq, heç olmaq, xarab
olmaq, əldən çıxmaq. Taxıl əldən gedir, tez
sulamaq lazımdır. - Yalnız, nə deyim, getdi
mənim millət əlimdən; Torpaq başınıa, çıxdı
bütün izzət əlimdən. M. Ə. Sabir. [Birinci
kəndli:] Əlac elə, aşağı bağlar əldən getdi.
H.Nəzərli. Əldən qaçırmaq - bax əldən
buraxmaq. Əldən qoymaq - əldən burax-
maq, əldən qaçırmaq. Əldən qoymamaq -
1) buraxmamaq, tərgitməmək, daha yada
salmamaq. Zarafatı əldən qovmur. - Dəvədən
yıxılıb höt-hötünü əldən qoymur. Ə.Haqver-
diyev; 2) əl çəkmək, narahat etmək. [Bala-
87
xan:] Xeyr ha, sən öləsən, əldən qoymaram.
C.Cabbarlı. Ancaq nə edəsən ki, aylardan
bəri başında yer eyləyən şirin niyyətlər
Gəldiyevi əldən qoymurdu. Mir Cəlal.
Əldən qurtarmaq - xilas olmaq, canını
qurtarmaq. Əldən nə gələr - nə etmək olar,
çarə yoxdur. [Rəhim:] İndi iş işdən
keçəndən sonra əldən nə gələr? H.Nəzərli.
Əldən salmaq - çox yormaq, əziyyət ver-
mək, üzmək. Qova-qova tovuğu əldən salıb
tutdu. Heyvanı döyə-döyə əldən saldı. Səs-
küy bizi əldən saldı. - [İbad:] Şəhəri əldən
salmışsınız, indi də gəlib bizə əl uzadır-
sınız? C.Cabbarlı. Əldən tutmaq - kömək,
yardım etmək. [Məsmə:] Mən səni böyüdüb
bir tikə çörək gətirən, əldən tutan eləmək
istəyirəm. Mir Cəlal. Əldən vermək -
davam etdirə bilməmək, saxlaya bilməmək.
Təşəbbüsü əldən vermək. Bayrağı əldən
vermək. Əldən yapışmaq - bax əldən
tutmaq. Əldən-dildən düşmək - bax
əldən düşmək. Əldən-dildən salmaq -
bax əldən salmaq. Əldən-ələ düşmək
(keçmək) - 1) qapıbaqapı düşmək, müəy-
yən bir yeri, məskəni olmamaq. Göyərçi-
nəm, uçdum, gəl; Əldən-ələ düşdüm, gəl.
(Bayatı); 2) birisindən başqasına keçmək,
bir-birinə ötürülmək. Əldən-ələ gəzmək -
1) çox əziz olmaq, hamının istəklisi olmaq,
çox qiymətli, dəyərli olmaq. Uşaq əldən-
ələ gəzir; 2) çox rəvac olmaq. Əldən-ələ
gəzir malı Təbrizin. “Aşıq Qərib”. [Quı-
bani:] Xasiyyətdi, əldən-ələ gəzirsən; Yoxdu
sana qorxu-qadağa, alma! “Qurbani”; // çox
oxunmaq, hamı tərəfindən sevilib oxun-
maq. [Nurcabbar Bağıra:] Bax, sənin xoşuna
gəlib. Gör dünyada sənin təkin nə qədər
adam var? Nağıllarımı ortalığa çıxartsam,
əldən-ələ gəzər. İ.Məlikzadə. Ələ baxmaq
- möhtac olmaq, maddi cəhətdən başqasın-
dan asılı olmaq, ondan yardım gözləmək.
Iııdi qocalmışdır, işləyə bilmir, ələ baxır.
H Başqasının öhdəsində olmaq. Cavankən
tənbəllikdən ələ baxır. Ələ dolamaq - al-
datmaq, oynatmaq. ..Camaatı ələ dolamaq
zarafat deyil. Ü.Hacıbəyov. Ələ düşmək -
1) tapılmaq, ələ keçmək, hasil olmaq. At ələ
düşər, ot ələ düşməz. (Ata. sözü). Bidanıaq
olmaqdan nə düşər ələ; Şükr elə Allaha, gəz
gülə-gülə! M. P. Vaqif. Axtarıram, uşaqlıq
düşmür ələ. A.Səhhət; 2) tutulmaq, yaxa-
lanmaq, ələ keçmək, girə keçmək. Səni
göydə axtarırdım, yerdə əlimə düşmüsən. -
Bəyin adamları Cəfərqulunu bərk axtarırdı,
harada ələ düşsəydi, o dəqiqə öldiirəcək-
lərdi. Qantəmir. Çıxdın aralıqdan, düşmə-
din ələ. R.Rza. Allah eləməsin, əllərinə
düşəsən. Özüııii gözlə, dost! S.Vəliyev. Ələ
gələn - hasil, hasil olan, əldə edilən. Ələ
gəlmək - əldə edilmək, hasil olmaq. Ancaq
iki il o mahalda quraqlıq keçdi, əkindən heç
bir şey ələ keçmədi. B.Talıblı. Ələ gətir-
mək - əldə etmək, ələ keçirmək, nail
olmaq. Demək olar ki, behiştdə vədə olunan
ləzzətlərin hamısını Tiflisdə qışda ələ
gətirmək olar. C. Məmmədquluzadə. Ələ
girmək -bax ələ düşmək. Elm pul ilə ələ
girməz, ancaq çalışmaq ilə qazanılar.
“Məktəb”. Ələ xına qoymaq - 1) əllərini
xına ilə boyamaq. Köhnə adətlərdən biri ələ
xına qoymaq idi. H.Sarabski; 2) məc. şərikli
işdəki xeyirdən yoldaşın əlini çıxarmaq.
Ələ keçirmək - 1) tapmaq, əldə etmək.
Hər şeydən əvvəl ələ silah keçirmək lazımdı.
S.Vəliyev; 2) tutmaq; 3) ixtiyarına keçir-
mək, sahib olmaq, mənimsəmək. Ələ keç-
mək -bax ələ düşmək. O vaxt ki, azad-
lığın işartısı göründü; Qəlbimizi bir anda
dəlib keçdi o bayraq; Qəlbimizdən boylanıb
ələ keçdi o bayraq. B.Vahabzadə. Ələ öy-
rənmək - əhliləşmək. Ələ öyrətmək -
əhliləşdirmək. Tülkü balasını ələ öyrətmək.
Ələ salmaq - 1) ələ keçirmək, əldə etmək,
tapmaq. Gəlmişdim bu Dərbənddə qalmağa;
Bir tülək tərlanı ələ salmağa. Aşıq Abbas;
2) məc. dolamaq, oynatmaq, masqara etmək,
araya qoymaq. Cəfər Quluya göz vurdu və
Ocaqverdini ələ salmağa başladı. Çəmən-
zəminli. Əla salma daha bir bunca əvamı,
mən ölüm; Nəql edib Rüstəmii Keykavusü
Sami. ıııəıı ölüm. Ə.Nəzmi. Ələ tapşırmaq
- əmanət vermək, saxlamaq üçün vermək,
təslim etmək. [Atabəy:] Mən öz qəlbimi
haman ələ tapşırmaq istəyirəm. M.S. Ordu-
badi. Ələ vermək - təslim etmək, xəbər
vermək, satmaq. Yoldaşı ələ vermək. -
[Səlma:] Sən bir qonaqsan, qatil olsan belə;
Səlma həlak olur da, verməz ələ. H. Cavid.
ƏL
ƏL
Əl-əl gəzmək - baxmaq, ya oxumaq üçün
bir-birinə verilmək (çox bəyənilən şey
haqqında). Çəkdiyi rəsmlər əl-ələ gəzirdi. -
Ustanın neçə həftəyə başa gətirdiyi başmaq-
lar məsciddə əl-əl gəzərdi. Çəmənzəminli.
Əl-əl üstə dayanmaq - hazır, amadə və-
ziyyətdə olmaq, hazır dayanmaq. Qurbani ..
baş əyib, xidmət məqamında əl-əl üstə
dayandı. (Nağıl). Hər on-on beş addımda
bir xidmətçi əl-əl üstə duraraq əmr gözləyir,
gözlərini qonaqlardan çəkmirdi. M. İbrahi-
mov. Əl-ələ vermək - 1) bir-birinin əlini
tutmaq. Gəl verək əl-ələ, çıxaq bir bağa;
Gül-gülə sarmaşır, budaq-budağa.. Aşıq
Abbas. Yox, yox, bu bayram günü gəlin verib
əl-ələ; Yallı gedək bu gün biz. B. Vahabzadə;
2) birgə, bir yerdə çalışmaq, bir iş görmək.
İkimiz əl-ələ verib istədiyimizə nail olaca-
ğıq. (Qəzetlərdən). Əl-ətək eləmək köhn.
- yalvarmaq, iltimas etmək. Əmanətim
budur: bir kənara çək; Yalvarıb, yapışıb elə
əl-ətək... Q. Zakir. Əli (əlləri) sustalmaq -
həvəsdən düşmək, ümidsizliyə qapılmaq,
ruhdan düşmək. Əli altında olmaq -
yaxında hazır halda olmaq. Kitablar hamısı
əlimin altındadır. Əli aşağı düşmək -
yoxsullaşmaq, kasıblaşmaq. Əli aşağı ol-
maq - yoxsul, kasıb olmaq; maddi ehtiyac
çəkmək. Əli aşağı olmasaydı, bu il
üzümlüyü bir az böyüdərdi. Ə.Əbülhəsən.
[Məşədi Məmməd:] ..Ay Səməd dayı, bura-
da mən də bir işə girərdim. Yoxsa əlim çox
aşağıdır. B.Talıblı. Eyibdir, bala, müdiri-
mizə bədbəxtlik üz verib, əli aşağıdır, gərək
ona kömək edək. “Kirpi”. Əli beldə - lovğa-
lovğa, əkə-əkə. Əli bir yerə (işə) yetişmək
- müəyyən bir peşə, sənət, ixtisas sahibi
olmaq, bir işdə işləmək. ..Qov Fərhad qurta-
rıb gəlsin, əli bir yerə yetişsin, yəqin ki, məni
bu halda qoymayacaq, mühəndis bir adama
məni saxlamaq ağır olmaz. C. Cabbarlı. Əli
boşa çıxmaq - istədiyinə nail olmamaq,
təşəbbüsü boşa çıxmaq, nəticəsiz qalmaq,
heç bir şey əldə edə bilməmək. [Nəbi] bir
neçə adamdan borc pul istəyir, amma əli
boşa çıxır. “Qaçaq Nəbi”. Əli çatmamaq -
vaxtı, macalı olmamaq, vaxt tapmamaq.
Əlim çatmır ki, bir sizə gəlim; H görməmək,
görüşə bilməmək, görməyə, görüşməyə
vaxtı olmamaq. ..Əhməd də çox zaman
şəhərdə və qəzada olur, Cəmilə əli çatmırdı.
Mir Cəlal. Əli çıxmaq - məhrum olmaq,
əlində saxlaya bilməmək. Kölgəyə uyma
hirsü qəflətdən; Ta əlin çıxmasın həqiqət-
dən. A.Səhhət. Amma sözün doğrusu budur
ki, dəxi mollaların məktəbindən əlim çıxan-
dan sonra, əməlli-başlı müsəlman dərsi
görmədim. C.Məmmədquluzadə. [Bəhram:]
Maldan əlin çıxarsa, canın sağ olsun.
C. Cabbarlı. Əli dinc oturmamaq - 1) daim
bir şeylə məşğul olmaq; 2) heç bir ehtiyac
olmadan toxunmaq, əl vurmaq, toxunaraq,
qurdalayaraq xarab etmək. Əli əlinə
dəymək - əl verib görüşmək. Mən bir qur-
ban kəsərəm; Əli əlimə dəyəndə. (Bayatı).
Əli əsmək (bir şeyin üstündə) məc. -
xəsislik etmək. Əli gəlmək - qıymaq, rəva
görmək. Əli gəlməmək - qıymamaq, rəva
görməmək. Titrəyir, gecikir, əli gəlməyir;
Bilməyir nə oyun hazırlar təqdir. Şəhriyar.
Əli gətirmək - çox qazamnaq; // oyunda
bəxti gətirmək, dalbadal çoxlu udmaq. Əli
gətirmir ki, gətirmir. - [Səlim bəy:] Budur,
bir neçə gündür əlim çox yaxşı gətirir.
Ə. Haqverdiyev. Əli gicişmək - 1) kimisə
vurmaq istəmək, vurmağa bəhanə axtar-
maq. Əlim gicişir, durub döyəcəyəm ha!
2) zar. əlinə pul gəlmək ehtimalı olmaq. Əli
iş tutan - işləyən, işləyə bilən. Əli iş tu-
tanın hamısı buraya toplaşmışdı. Əli işdə
olmaq - işləmək, bir işlə məşğul olmaq.
Sənət məktəbini bitirən gündən əlim işdədir.
“Kirpi”. Əli iti - əldən çox cəld. [Aslan
bəy:] [Aydəmir] şeytan oğlu doğrudan
igiddir, həm də əli itidir. C. Cabbarlı. Əli
kəsilmək - məhrum olmaq. Əli qalxmaq
(adətən inkar formasında işlənir) - bax əli
gəlmək. [Pirverdi Camal bəyə:] Üç min
deyil, on min də olsa, heç kimin əli qalxmaz
sizin canınıza qəsd etsin. N.Vəzirov. Əli
qələm tutan - savadlı, yaza bilən. Məktə-
bin əli qələm tutanı Hidayətin və qəzetin ba-
şına toplandı. Mir Cəlal. Əli qələm tutmaq
- yazmağı bacarmaq, savadlı olmaq. Əli
qıymaq - əli getmək, rəva görmək, əsir-
gəmək, qıymaq. Əlim qıymır ki, bu ağacları
kəsim. Əli qoynunda - məyus, məəttəl,
çarəsiz, naçar bir halda. Əli qoynunda
89
ƏL
ƏL
durub baxır. - [Pristav:] Bu kasıb bədbəxtin
öküzünü aparıbsan, binəvanı əli qoynunda
qoyubsan. Ə. Haqverdiyev. [Qızxanım] gün-
düz axşama qədər və gecə sabaha qədər əli
qoynunda, boynu çiynində oğlunun yanını
kəsdirib oturur idi. “Məktəb”. Əli silah
tutan - silah götürə bilən, silahdan istifadə
edə bilən, vuruşa bilən. Hər əli silah tutan
aləmə ağalıq etmək istəyirdi. Mir Cəlal. Əli
soyumaq - işdən soyumaq, həvəsdən düş-
mək, ruhdan düşmək. Əli təmiz olmaq -
işində düz olmaq, tapşırılan şeyə xəyanət
etməmək. [Hacı Murad:] indi de görüm,
əlin-zadın təmizdirmi? S.S.Axundov. Əli
təmiz olmamaq - arabir kiçik oğurluğa
meyil etmək. Əli titrəmək - bax əli əs-
mək. Əli tutmaq -bax əli gətirmək. Əli
üzülmək - ümidi kəsilmək, çarəsiz qalmaq,
əli çıxmaq, məhrum olmaq. Dağlar tutum
dumanı ; Yoxdu bircə umanı; Eldən əli
üzülüb; Kimə getsin gümanı? (Bayatı). Əli
varmaq -bax əli gəlmək. Əlin necə vardı
ki, bu işi sən gördün? Əli yetişmək (yet-
mək) - çatmaq, nail olmaq. Onu görmək
istəyirəm, əlim yetişmir. - Uzaq düşüb, əlim
yetməz; Həsrət qoyma yara məni. Aşıq
Abdulla. Əli yüngül - bax əliyüngül.
[Vaqif:] Lələ, əlin yüngüldür, ağanın arxa-
sınca su at, uzaq səfərə gedir. Çəmənzə-
minli. Əlim yaxanda olsun - o dünyada
mənə cavab verəsən (dini təbir). Əlimin
içindən (ortasından) gəlmək - yaxşı elə-
mək, əcəb etmək (bir hərəkətə qarşı edilən
etiraza qabacasına cavab). [Sənəm Güllüyə:]
Belə yaxşı eləyirəm, əlimin içindən gəlir,
yazdırıram .. əlindən gələni beş qaba çək!
Ə. Haqverdiyev. Əlində ölmək - bilavasitə
özünə baxan, xidmət edən adamın lap
yanında, qabağında ölmək. Əlində saxlamaq
- başqasına verməmək, əlindən verməmək,
öz ixtiyarında saxlamaq, sahib olmaq. Düş-
mən kəndi əlində saxlamaq üçün bütün
qüvvətini sərf etdi. M.S.Ordubadi. // Özünə
tabe vəziyyətdə saxlamaq, əldə saxlamaq.
Əlindən (əlinizdən) gələni beş qaba çək
(çəkin) - hər nə bacarırsan (bacarırsınız)
elə(yin), heç şeydən qorxmuram. Əlindən
almaq - 1 ) birini bir şeydən məhrum
etmək. Hakimiyyəti burjuaziyanın əlindən
almaq, ixtiyarı əlindən almaq. - Sənin kimi
bacıoğlunu Allah Rəşidin əlindən alsııı.
H.Nəzərli. Aldı əldən əqlimi ahü nəvasi bül-
bülün; Huşu tarac etdi ləhni-dilriıbası bül-
bülün. Ə.Nəzmi; 2) zəbt etmək, zorla almaq.
Var-yoxunu əlindən almaq; 3) başqasının
şeyinə, malına və s.-yə zorla və ya başqa
yolla sahib olmaq, mənimsəmək. Aldadıban
alar əlindən varın; Elə ki keyfıncə saf gördü
karın. Q. Zakir; 4) məhrum etmək. İndi
[Həzi Aslanov] vəfat etmiş, ölüm əbədi ola-
raq onu bizim əlimizdən almışdır. M. İbrahi-
mov. Əlindən çıxmaq - 1) hazırlamaq,
qayırmaq, hasil etmək. Bu iş kimin əlindən
çıxıb? H Birinin rəhbərliyi altında hazırlan-
maq, yetişmək, öyrənmək. Usta əlindən çı-
xıb; 2) itirmək, qeyb etmək, məhrum olmaq.
Əlindən dad çəkmək - həddindən artıq
narazılıq, şikayət bildirir. [Namaz:] Camaat
Həsənin əlindən dad çəkir. Ə.Haqverdiyev.
Əlindən düşməmək - həmişə əlində
olmaq, yerə qoymamaq, heç vaxt ayrılma-
maq (bir şeydən). Atarsan, yıxarsan xeyli
zamandı; Nə ox düşər, nə də kaman əlindən.
Q.Zakir. [Gəldiyevin] düz on yeddi gün
qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi.
Mir Cəlal. [Surxay Aydına:] Əvvəlləri [tar]
əlindən düşməzdi. C. Cabbarlı. ...əlindən
düşsün! - qarğış ifadəsi kimi işlənir. Əlin-
dən getmək - 1) əlindən çıxmaq, əldə sax-
laya bilməmək. Kamandan ox tükəndi;
Əlimdən yay da getdi. (Bayatı); 2) itirmək,
qeyb etmək, yox olmaq, ölmək. [Həsən:]
İndicə bir nər kimi oğlu əlindən getdi.
H.Nəzərli. Əlindən gələni etmək (elə-
mək) - 1) mümkün olan hər bir şeyi etmək,
özündən asılı olan hər tədbiri görmək. ..işin
mənafeyinə xidmət etmək üçün əlimizdən
gələni edəcəyik; 2) nə bacarırsa, hər nə pis-
lik varsa etmək. [Hafizə xanım:] Çor xanım,
zəhrimar xanım, itil çölə.. Bəyin sağlığında
əlindən gələni eləyib, indi məni də arvad
görüb istəyir mənim başıma corab hörsün.
Ə.Haqverdiyev. ...əlindən gələr - ...gözlə-
mək olar (mənfi şəkildə). Əlindən gəlmək
- bacarmaq, imkanı, iqtidarı olmaq. Əlim-
dən gəlsəydi, edərdim. - [Məşədi Həsən:]
Yəni özgələrə quyu qazmaq əlindən gəlirmi?
Ə.Haqverdiyev. [Qurbanəli:] İgidin əlindən
90
ƏL
ƏL
hər şey gələr. H.Nəzərli. Müavin təbiəti
yumşaq adam idi. rədd eləmək əlindən
gəlməzdi. Mir Cəlal. Əlindən iş gələn -
bacarıqlı, işbilən, işbacaran, zirək. [Bədir-
cahan bəyim:] A kişi, adam gərək özünü
aldatmasın.. Bu zəmanədə xan, bəy o adam-
dır, başında ağlı ola, cibində pulu, əlindən
iş gələn ola. N.Vəzirov. Əlindən iş gəlmə-
mək - bacarmamaq, heç bir şey edə bilmə-
mək, gücü çatmamaq, aciz olmaq. Ögey
atamın anamla rəftarını görüb, əlimdən bir
iş gəlmədiyinə görə, biixtiyar ağlardım.
H. Sarabski. Əlindən iş gəlməyən - baca-
rıqsız, aciz, iş bacarmayan adam. Əlindən iş
gəlməyən çox danışan olar. (Ata. sözü).
Əlindən qaçmaq - yaxasını qurtarmaq,
canını qurtarmağa çalışmaq. Əlindən qur-
tarmaq - 1) fəlakətdən, əziyyətdən, ölüm-
dən qurtarmaq, nicat tapmaq. Rəşidin əlin-
dən ov qurtarmazdı. H.Nəzərli; 2) xilas et-
mək, azad etmək, qurtarmaq. [Telli:] Yaxşı
ki qonaq gəldi, məni ağamın əlindən qur-
tardı.. Ü.Hacıbəyov. Əlindən tutmaq -
birinə maddi kömək etmək, yardım əlini
uzatmaq. Əl tutanın əlindən tutarlar. (Ata.
sözü). [Məşədi Səttar:] Əlində maya düzəlt-
mək üçün qədim dost və aşnalarına yönəldi,
heç kəs əl tutmadı. Ə.Haqverdiyev. [Məşədi
Qədim:] Ay aı-vad, sənə də, mənə də övlad
lazımdır ki, qocalanda əlimizdən tutan
olsun. T.Ş. Simurq. Əlindən yapışmaq -
bax əlindən tutmaq. Əlindən zara gəlmək
- təngə gəlmək, cana gəlmək. Əlində-ov-
cunda qalsın - ölməsin, çox yaşasın. Əlinə
almaq - bax ələ almaq. Məşhur mərhum
xanəndə Hacı Hiisü də Məkkədən gələndən
sonra əlinə qaval alıb xanəndəlik eyləyirdi.
Ə.Haqverdiyev. Əlinə çöp vermək - alda-
dıb yola salmaq, başından etmək. Bizim
uşaqlar söhbət arasında deyirdilər ki, "fi-
lankəsin əlinə çöp verdilər, getdi”. “Kirpi”.
Əlinə düşmək - girinə keçmək. [Məşədi
Həsən:] Xudanəkərdə, Hacı Seyid Ağabala-
nın əlinə düşərsən, evin yıxılar. Ə.Haqverdi-
yev. [Nadir:] Sizi and verirəm Allaha, gedib
vaxt var ikən bir tərəfdə gizlənəsiniz ki,
məndən sonra zalımlar əlinə düşməyəsiniz.
C.Cabbarlı. Əlinə salmaq - əldə etmək,
tapmaq, ələ keçirmək, ələ gətirmək. [Hacı
Murad:] Qırx il külüng çalıb bir cüzi pul
əlimə salmışam. S.S.Axundov. Əlini (əllə-
rini) ölçmək - əllərini oynada-oynada,
həyəcanla danışmaq. Əlini ölçməyinə bax-
ma, iş bacaran deyil. ...əlini öpür məc. -
əlindən gəlir. Pis işlər həmişə onun əlini
öpür. Əlini ağdan qaraya vurmamaq -
heç bir iş görməmək, bikar durmaq. ..Neçə
yüz adam əlini ağdan qaraya vurmayıb,
müftə dolanır. N.Vəzirov. [Şəkinski:] Ba-
xın, deyirəm sizə, bundan sonra hər yetən
gəlib yenə bir ağa olacaqsa, mən əlimi ağ-
dan qaraya vurmaram. C.Cabbarlı. Əlini
başına çırpmaq (vurmaq) - təəccüblən-
mək, təəssüflənmək. Əlini bənd etmək -
bir işdən yapışmaq. Əlini dizinə vurmaq
(çırpmaq) - təəccüblənmək, təəssüflənmək.
Əlini vurub dizinə, indi gəlib özünə. (Ata.
sözü). Əlini əlinə vermək - vüsala çatdır-
maq, görüşdürmək, birləşdirmək, qovuş-
durmaq. [Qarı:] Qorxma, oğlan, verrəm əlin
əlinə; Eşitdiyin şəhri-Tiflis buradır. “Aşıq
Qərib”. Əlini əlinin üstünə qoymaq - bi-
kar, işsiz oturmaq, heç bir iş görməmək.
Əlini gözünün üstünə qoymaq - bu hərə-
kətlə tapşırılan bir işi yerinə yetirəcəyinə
söz verdiyini, hazır olduğunu bildirmək.
Əlini kəsmək - ümidini üzmək, əlini
çəkmək. Əlini qulağının dibinə qoymaq
oxumaq (hava ilə). [Əhməd:] ..[Əntiqə]
əlini ki qulağının dibinə qoydu, zalım qızı
lap möcüz görsədiı ; Mir Cəlal. Əlinin
dalını yerə qoymaq - 1 ) tabe olmaq, təslim
olmaq, məğlub olduğunu etiraf etmək;
2) tabe etmək, məğlub etmək. Əlinin içi
gicişmək zar. -bax əli gicişmək 2-ci mə-
nada. Əlimin içi gicişir deyəsən, əlimə pul
gələcək. Əlinin suyu - qüvvəti, gücü, zülmü.
Əlinin suyunu heç kəs görməsin! Əllər
yuxarı! - bax əllərini qaldır! Əlləri da-
lında - əllərini dal tərəfdə bir-birinə çatmış
halda. Əlləri dalında gəzinir. Əlləri qızıldır
- mahir usta, sənətkar haqqında. Əlləri ya-
nına sallanmaq - məyus olmaq, ruhdan
düşmək, ümidsiz olmaq. Əllərini daraqla-
maq - əl barmaqlarını bir-birinə keçirmək.
Əllərini düyünləmək - əllərinin bar-
maqlarını bir-birinə keçirərək düyün halına
gətirmək. ..Alagöz tir-tir titrəyib əllərini
91
ƏLAC
düyünlədi. S. Rəhimov. Əllərini görmək
olmamaq - çox sürətlə işləmək. [Qızlar]
pambığı elə sürətlə yığırdılar ki, əllərini
görmək olmurdu. (Qəzetlərdən). Əllərini
işə salmaq - 1) əlləri ilə işləməyə, bir iş
görməyə başlamaq; 2) əlləri ilə vurmağa,
dalaşmağa başlamaq, fiziki qüvvəyə əl
atmaq. Əllərini qaldırmaq - təslim olmaq.
Əllərini ölçmək - danışarkən əl(lər)ini oy-
natmaq, tərpətmək. Əllərini ölçə-ölçə danış-
maq. Əllərini öpür (adətən cəm şəklində)
- hazırdır. ...əlini(zi) çək(in)! - başqasının
daxili işinə qarışmamağı, başqasına toxun-
mamağı tələb edən nida. Əllərini yana
salmaq - ayaq üstə sakit, hərəkətsiz durmaq;
qımıldanmamaq. Bir əldə (olmaq) - bir
adamın ixtiyarında, bir adamda, bir şəxsdə
(olmaq). Bir əldə iki qarpız tutmaq - eyni
vaxtda bir neçə işdən yapışmaq, yaxud bir
neçə məqsədi əldə etməyə çalışmaq. Dörd
əl mııs. - iki adam tərəfindən piano çalma
üsulu. Dörd əllə - bax dördəlli.
ƏLA sif. [ər.] 1. Ən yüksək, ən yaxşı, ən
gözəl. Əla meyvə. Əla şey. - [Qərib:] Yarın
eyvanında cüt qoşa qızla; Şahsənəm əladır ,
hamısı gözəl. “Aşıq Qərib”. Hənıin bu yetər
ki, desən; Qullarımdan əladır bu. Q.Zakir.
Leylinin bir lətafəti yoxdur; Ondan əla
gözəl sənəm çoxdur. S.Ə.Şirvani. // Tələbə-
lərin biliyinə verilən ən yüksək qiymət. Əla-
ya layiq cavab verdi. Kimyadan əla qiymət
aldı. H Zərf mənasında. Əla oxumaq. Tapşı-
rığı əla yerinə yetirmək. Vəzifəsini əla başa
düşür. - Şiraslan, yoldaşları arasında əla
qiymətlə oxuduğu üçün seçilir, divar qəze-
tində onun kiçik şeirləri də çıxırdı... S. Rəhi-
mov. Əla oxuyan, hörmət qazanan bir tələbə-
yə nə ad qoyub, nə qara yaxasan? Mir Cəlal.
2. klas. Daha hündür, daha uca, daha yük-
sək. Camalın şöləsi günəşdən əla; Səni görən
necə olmaz mübtəla. Sarı Aşıq. // Keyfiy-
yətcə ən yaxşı, yüksək. Əla növ. - [Hacı]
İtotaran Daşdəmirin oğlu Naqqal Fevzul-
ladaıı iki kisə də əla xına alıb evə qayıtdı.
H. Sarabski. Stolların üstünə o qədər də əla
olmayan qırmızı mahuddan örtük çəkilmişdi.
M.lbrahimov.
ƏLAC is. [ər.] 1. Bir xəstəliyin sağalma-
sına kömək edən hər bir şey; dərman, dava.
ƏLACSIZ
Hazır əlaclar var. - Firuzə xəstəni bir an
gözdən qoymurdu, həkimin yazdığı əlacı
vaxtlı-vaxtında içirir və üstündə gecə-gün-
düz yarpaq kimi titrəyirdi. A.Şaiq. [Sadıq
kişi:] Ay usta Hüseyn, bizim Məmmədvə-
liniıı burnu qanıyıb, nə əlac edirik, qan kə-
silmək bilmir. C. Məmmədquluzadə.
2. Tədbir; vasitə. Bu işi yoluna qoymaq
üçün bir əlac axtarmalı. - Der. - Qanda bu-
lum əlacın, ey yar? Kimdən yetə ehtiyacın,
ey yar? Xətayi. // Çarə. [Ağa Kərim xan:] İt
hürdükcə qaçıram bağa, əlac nədi, qorxu-
ram. N.Vəzirov. □ Əlac etmək - müalicə
etmək, sağaltmağa çalışmaq. Əlac vermək
(etmək, tapmaq) - vəziyyətdən qurtarmaq,
çıxış yolu tapmaq (göstərmək), çarə tap-
maq. [Aslan:] Yox, böylə deyil, buna bir əlac
tapmalıyıq. İ.Musabəyov. [Birinci kəndli:]
Əlac elə, aşağı bağlar əldən getdi. H.Nəzərli.
Bəlkə tez gələsən, əlac verəsən; Sünbülün
saçını yığıb hörəsən. N.Rəfibəyli. Əlacı kə-
silmək (üzülmək) - çarəsi kəsilmək, çarə-
siz qalmaq. Nə qədər güc vurdu, götürmədi
əl; Kəsildi əlacı, qaldı məəttəl. Q.Zakir.
Əlacım hər tərəfdən kəsildi, bir təbəqə ka-
ğızı qoydum qabağıma, dedim, indi söylə,
mən yazım. Qantəmir.
ƏLACLI sif. Əlacı, dərmanı olan, sağala
(sağaldıla) bilən, müalicəsi olan.
ƏLACPƏZİR sif. [ər. ilac və fars. ...pəzir]
Əlacı (dərmanı) olan, sağala (sağaldıla)
bilən, müalicəsi olan. Ustanın azarı əlacpə-
zir deyildi. Çəmənzəminli.
ƏLACPƏZİRLİK is. Əlacı, dərmanı olma;
sağala (sağaldıla) bilmə. Xəstəliyin əlac-
pəzirliyi.
ƏLACSIZ 1. sif. Davasız, dərmansız, sa-
ğalmaz, əlacı olmayan. Əlacsız xəstəlik sa-
ğalmaz. Əlacsız dərdə düşmək. - Gah sələmə
pul verdi, bəzən də dərman satdı; Əlasız
xəstələri min kələklə aldatdı. N.Rəfibəyli.
2. zərf Çarəsiz, imkansız. Çıxılmaz və-
ziyyətdə əlacsız qalmaq. Əlacsız olmaq. -
..Əlacsız qalıb mən alacəhrəni çıxarıb ona
göstərdim və nə üsul ilə tutduğumu söylə-
dim. S.S.Axundov. [Tapdıq] əlacsız qalıb,
içəridən sınıq maşını götürüb məşğul olmaq
istədi. Ə. Vəliyev. Heç yerdə ədalət buradakı
qədər gücsüz, əlacsız olmamışdı. Mir Cəlal.
92
ƏLACSIZLIQ
ƏLAQƏDAR
ƏLACSIZLIQ is. Çarəsizlik, naəlaclıq.
Pərşan .. yorulub əlacsızlıqdan (z.) “ Aşıq
Ələsgər" i götürdü, vərəqlədi. M. İbrahimov.
ƏLAÇI sif. 1 . Bütün fənlərdən əla qiymət
alan. Əlaçı tələbə. - Şirmayı əlaçı şagird-
lərdən biri idi. M.Hüseyn. Əlaçı qız Aybəniz;
Lövhəyə çağırılır. M.Seyidzadə. // İs. mə-
nasında. Əlaçıların şəkilləri divar qəzetində
çıxmışdır.
2. Öz vəzifəsini, işini əla yerinə yetirən.
Əlaçı şofer. Əlaçı satıcı. H Is. mənasında.
İstehsalat əlaçıları.
ƏLAÇILIQ is. Əla qiymətlə oxııma,
bütün dərslərdən əla qiymət alma. Əlaçılıq
uğrunda mübarizə. - [Ceyran] öz sinfinin
əlaçılığı uğrunda əlləşirdi. S.Rəhimov.
ƏLAHƏZRƏT sif. və is. [ ər .] köhn. Pad-
şahların və onların arvadlarının titıılu.
[Atabəy:] Mənim özüm də əlahəzrəti ziyarət
etməyi düşünürdüm. M. S. Ordubadi.
ƏLAHİDDƏ [ar.] 1. sif. Ayrı, başqa. Əla-
hiddə məsələ. Əlcıhiddə şəkil. - [Hacı Qara]
üç yüz qızı! sanayıb əlahiddə kisələrə qoyur,
sonra gedir, tüfəng, tapançasını, xəncərini,
qılıncını gətirir. M.F.Axundzadə. Məşədi
Əsgər çamadanı yerdə görcək daha əlahid-
də fikir başına gətirməyib, ancaq onu bildi
ki, götürüb qaçmaq üçün əsil fürsət məqa-
mıdır. S.M.Qənizadə.
2. zərf Ayrıca, xüsusi. Əlahiddə yaşamaq.
Əlahiddə çalışır. Bu qürbət şəhərdə hərbi xid-
mətdə olan bir neçə yoldaşla bərabər əla-
hiddə bir evdə yaşayırdıq... Ə.Məmmədxanlı.
3. sif. Xüsusi. ..O, mart ayının axırlarında
Təbrizə gələcəyini yazmış və sizə əlahiddə
salam göndərmişdir. M. S. Ordubadi.
ƏLAHİDDƏLƏŞMƏ “Əlahiddələşmək”-
dən fis.
ƏLAHİDDƏLƏŞMƏK / Bir şeydən ayrı-
laraq xüsusi şəklə düşmək, xüsusiləşmək.
ƏLAHİDDƏLİK is. Ayrılıq, xüsusilik.
ƏLAQƏ is. [ər.] 1. Qarşılıqlı münasibət,
bir-biri ilə bağlılıq. Sənaye ilə kənd təsər-
rüfatı arasında əlaqə. Elmlə praktika ara-
sında əlaqə. Ticarət əlaqələri. Beynəlxalq
əlaqələrin möhkəmlənməsi. Qohumluq əla-
qəsi. H Qarşılıqlı asılılıq, bir-birindən asılı
olma. Səbəbiyyət əlaqəsi. Elmlərin bir-biri
ilə əlaqəsi. H Sıx münasibət, yaxınlıq, bağ-
lılıq. Dostluq əlaqəsi. Əlaqəsini kəsmək. On-
larla mənim heç bir əlaqəm yoxdur. И Ünsiy-
yət. Dil insanlar arasında əlaqə vasitəsidir.
2. Münasibət. Aralarında səmimi əlaqə
var. - Onların qadına qarşı əlaqələrindəki
mehribanlığı xoşlayırdı. M. İbrahimov.
[Dilbər:] Sevgilisini görmüş və öz əlaqəsini
bildirmişdi. Ə. Sadıq.
3. Sevgi, ürək bağlılığı, məhəbbət. Qə-
tibə bu əlaqənin başlanmasını öz məqsədinə
uyğun bilirdi. M. S. Ordubadi.
4. Cinsi yaxınlıq, müaşiqə.
5. Yaxın tanışlıq, dostluq, yaxınlıq. Mu-
siqi aləmi ilə onun yaxın əlaqəsi vardır. -
[Mehriban] bu vaxtadək kimsənin qarşısın-
da boyun əyməmişdi. İndi onu sevmək istə-
məyən bir adanda əlaqəsi necə ola bilərdi?!
S. Hüseyn.
6. Rabitə, rabitə vasitəsi. Canlı əlaqə. -
Kərim radio vasitəsilə sahillə əlaqəyə girdi.
M. İbrahimov. Əlaqə tezliklə bərpa edilməli
idi. Ə.Əbülhəsən.
7. Maraq, münasibət. Əlaqə göstərmək.
Əlaqə oyandırmaq. - ..[Səlimi] tərpənmir,
danışmır, əlaqəsini bildirmir, heç bir şey ifadə
etməyən gözləri ilə [Hikmət İsfahaninin və
İranpərəstin] bütün hərəkətlərini izləyirdi.
M. İbrahimov.
8. İştirak, hissəsi olma, payı olma, aidiy-
yəti olma. Kitabın tərtibində onun da əla-
qəsi var.
9. Dəxli olma, münasibəti olma; aidiyyət.
[Yaşlı kişi:] Hərəmxana ilə heç bir əlaqəsi
olmayan bu otaqların ancaq birisinin qapısı
vardı. S.Hüseyn.
ƏLAQƏÇİ is. Qoşun hissələrində əlaqə
xidməti görən əsgər və ya zabit.
ƏLAQƏDAR sif [ər. əlaqə və fars ...dar]
1 . Əlaqəsi, münasibəti, bağlılığı olan; bağlı.
Dərs ilinin başlanması ilə əlaqədar tədbir-
lər. Hazırlıq işləri ilə əlaqədar məsələlər.
- Yəqin bu məsələ onun dalğııılığı ilə də əla-
qədardır. A.Şaiq. Əbil ötən günlərin həsrə-
tini çəkmirdi, onun keçmişlə əlaqədar heç
nəyi yox idi. Ə.Vəliyev. Qədir kişi bu hör-
mətlərdən darıxmır, bunu özünün yaxşı işlə-
məsi ilə əlaqədar bilirdi. Ə. Sadıq. // Aidiy-
yəti olan. Əlaqədar təşkilatlar.
93
ƏLAQƏDARLIQ
2. iştirakı olan, hissəsi olan. Kitabın tər-
tibində üç müəllif əlaqədardır.
0 ...əlaqədar olaraq - ...nəticəsində,
...görə, ...münasibəti ilə, ...bağlı olaraq,
...müvafiq olaraq. Qatarın gecikməsi ilə əla-
qədar olaraq, müşavirəyə vaxtında çata bil-
mədim. Qərarla əlaqədar olaraq, böyük ha-
zırlıq işləri görülmüşdür. Bu məsələ ilə əla-
qədar olaraq, qarşıya ciddi vəzifələr çıxır.
ƏLAQƏDARLIQ is. Bağlılıq, asılılıq;
qarşılıqlı əlaqə.
ƏLAQƏLƏNDİRİLMƏ “Əlaqələndiril-
mək” dən/ii.
ƏLAQƏLƏNDİRİLMƏK məch. Bir-biri
ilə sıx surətdə bağlanmaq, aralarında əlaqə,
rabitə, münasibət, uyğunluq yaradılmaq, əla-
qədar edilmək, uzlaşdırılmaq. Bu proqram-
lar və dərsliklərin bəzisi təcrübə ilə əlaqələn-
dirilmişdir.
ƏLAQƏLƏNDİRMƏ “Əlaqələndirmək”-
dən f.'ıs.
ƏLAQƏLƏNDİRMƏK f Əlaqədar etmək,
bir-biri ilə bağlamaq, aralarında əlaqə, mü-
nasibət, rabitə, uyğunluq yaratmaq; uzlaş-
dırmaq; bir-biri ilə əlaqədar halda göstər-
mək. Mühazirələrdə gətirilən faktik mate-
rialları ( bugünkü ) həyatla əlaqələndirmək
lazımdır.
ƏLAQƏLƏNMƏ "Əlaqələnmək”dən fis.
ƏLAQƏLƏNMƏK f. Əlaqədar edilmək
(olunmaq), uzlaşdırılmaq. Sözlər bir-biri ilə
əlaqələnmirdi.
ƏLAQƏLİ sif. 1 . Əlaqəsi olan, əlaqədar,
bir-biri ilə bağlı, asılı. Əlaqəli məsələlər.
2. Asılı, bir-birindən asılı, bir-birinə tabe.
Şöbələr müəssisənin ümumi idarəsi ilə əla-
qəlidir.
ƏLAQƏLİLİK is. Bir-biri ilə sıx bağlılıq,
bir-birindən asılılıq.
ƏLAQƏSİZ sif. 1 . Aralarında əlaqə, rabitə,
asılılıq, bağlılıq, münasibət olmayan; rabitəsiz.
2. Maraq və əlaqə göstərməyən, əhə-
miyyət verməyən, fikir verməyən; laqeyd.
Məsələyə əlaqəsiz (z.) yanaşmaq.
ƏLAQƏSİZLİK is. Arada əlaqə, rabitə,
ünsiyyət, münasibət olmaması; maraqsızlıq.
Əlaqəsizlik göstərmək (maraqlanmamaq,
maraq göstərməmək).
ƏLAMAN
ƏLALIQ is. Əla şeyin hal və keyfiyyəti;
çox yüksəklik. Görməmişsənmi mənim tə-
bimin əlalığını; Çox mənim ilə keçib sübhilə
şamın. Yusif! Aşıq Qədir.
ƏLALTI 1. sif. və is. Əl altında işləyən,
köməkçi işləri görən, köməkçi. Əlaltı fəhlə.
Usta əlaltısı. Bənna əlaltısı. - [Səkinə:]
..Aylarla .. buruqda rəhmətlik atasının əlal-
tısı olub. M. İbrahimov.
2. zərf Kə lvəti, gizlicə, heç kəsin xəbəri
olmadan, əl altından. Əlaltı xəbər göndərmək.
- [Xəlil paşa] özü də əlaltı tədarük görüb
qoşun-zad hazırladı. “Koroğlu”. Tarverdi-
niıı bu hərəkəti, əlaltı öküzləri satıb yeməyi
təlimatçı Məcidi pərt eləmişdi. S. Rəhimov.
3. is. məc. Başqasının göstərişi və ya rəh-
bərliyi ilə işləyən, iş görən adam; köməkçi.
Getdikcə dostlar üz döndərir, tərəfdar aza-
lır, əlaltılan da [Hümməti] eşitmək istəmir-
dilər. B. Bayramov.
4. is. Kart və başqa oyunlarda: hazırda
oynayan adamdan sonrakı birinci adam.
ƏLALTINCA bax əlalt(ın)dan. Sofulu
Hacı ismayıl Nəbiııin gəldiyini eşidib əlal-
tuıca pristava xəbər verdi. “Qaçaq Nəbi”.
ƏLALT(IN)DAN bax əlaltı 2-ci mənada.
Əlaltından işləmək. Əlaltından xəbər ver-
mək. - [Turac:] Demək, özünə əlaltından
cehiz düzəltdirmisəıı? İ. Əfəndiyev. Ana və
qayınaııa əlaltından Zöhrəni bir çox arvad-
lara göstərdilər. Ə.Vəliyev.
ƏLAMAN [ər.] 1. Yardıma, imdada, kö-
məyə çağırış bildirən nida. Əlaman, qurd
inəyi dağıtdı! - Nə qəflətdir bu səndə, ey
sitəmgər, cövrü zülmündən; Sərasər yer
üzünü sövtii sədayi-əlaman tutmuş. Q. Zakir.
Arqadaşlar, əlaman, gəl tez verib də əl-ələ;
Həm bu yolda əhdü peyman etməli bundan
sora! M.Ə. Sabir. Şikəstə Hamidəm, canan;
Dərdindən öldüm, əlaman! Aşıq Hamid.
// Yalvarış bildirir. Boyum bərabərisən indi,
əlaman, getmə! X.Natəvan. // Şikayət bil-
dirir. Əlaman durnalardan; Qaç yaman
durnalardan; Tutaram sorağını; Hər zaman
dumalardan. (Bayatı). İsmət, həya, ədəb
gedəcək əldən, əlaman! Ə.Nəzmi.
2. is. İmdad, nicat. Təsəvvür etmə fəğanını
həlaki-candandır; Kəman öpər əliivi,
əlamanım ondandır. S.Ə.Şirvani.
94
ƏLA-MƏRƏKƏ
ƏLAVƏ
0 Əlamanda olmaq (qalmaq) - çarəsiz
qalmaq, nə edəcəyini bilməmək, çətin, çıxıl-
maz vəziyyətdə olmaq. . 0 bədbəxt .. bizdən
üz döndərib, qalmışıq əlamanda. N.Vəzirov.
..Ələmdar yerindən tərpənib əlamanda olan
ağasının vanına gəldi. S. Rəhimov.
ƏLA-MƏRƏKƏ bax əla 1-ci mənada.
[Qoltııqçu:] Lap əla-nıərəkədir. S.Rəhimov.
ƏLAMƏT is. [ər.] 1. Bir şeyin bilinmə-
sinə, müəyyən edilməsinə vasitə olan
nişanə; işarə. Xəstəliyin əlamətləri. Baharın
əlamətləri. - Bütün günü Fəxrəddinin xəfiy-
yələri saray ətrafında gəzib müəyyən əla-
mətləri daşıyan qadının intizarını çəkir-
dilər. M.S. Ordubadi. [Oğlan] bütün zahiri
əlamətlərinə : gözlərinin rəngi, üzüııiin ciz-
gilərinə görə rus idi. M.Rzaqulıızadə.
2. Iz, əsər, qalıq. Qədim zamanda Azər-
baycanda şiişəçilik sənətinin tərəqqi etdiyini
göstərən bir çox tarixi əlamətlər var. - Qırx
gün, qırx gecə Usta Ağabala yol getdi, ət-
rafda bir işıq əlaməti görmədi, axırda təngə
gəlib bir daşın ətəyində uzandı. Çəmənzə-
minli. İlk baxışda bu şəhərdə həyat əlaməti
görünmürdü. M. Hüseyn. Ərdəbildə baş
vermiş hadisələr üçün Firidunun və ya baş-
qa bir adamın tutulduğunu bildirən heç bir
əlamət yox idi. M.Ibrahimov.
3. məc. Rəmz, ifadə, işarə. Katib Kosanın
sifətində bədbəxtliyi xəbər verən bir əlamət
olduğunu mülahizə edərək qorxuya düşdü
və yerindən ayağa qalxdı. S.Rəhimov. [Qə-
dir] özünün adamlardan seçilməsini böyük-
lük əlaməti sayırdı. Mir Cəlal. [Oğlan] yəqin
mənim üzümdə heyrət əlaməti görüb əlavə
etdi. M. Rzaquluzadə.
4. məc. dan. Görünməmiş, fövqəladə, tayı-
bərabəri olmayan şey haqqında. Hər aşiqin
bir yarı var; Əlamətdi mənim yarım. Q.Zakir.
Qaşların əlamət, gözün afatdı; Alışdırdı ca-
nım, odlara çatdı. Aşıq Novrəs.
0 Əlaməti-fariqə kölın. - bir şeyi başqa-
larından fərqləndirən əlamət.
ƏLAMƏTDAR sif [ər. əlamət və fars.
...dar] Öz əhəmiyyətinə görə görkəmli, çox
böyük əhəmiyyəti olan. Əlamətdar tarix.
Əlamətdar hadisə. Əlamətdar gün. - [Şa-
mamanın] təbiətindəki vaxşı, əlamətdar key-
fiyyətlərin meydana çıxmasına, ümumun
mənafeyi üçün fövqəladə dərəcədə xeyirli
olmasına xalq kömək edir. I. Əfəndiyev.
ƏLAMƏTDARLIQ is. Əlamətdar olma,
çox əhəmiyyətlilik. Hadisənin əlamətdarlığı.
ƏLAN zərf [ər.] 1. Bu an, indi, hala. Ü rəf a
məskəni olan Şirvan; Ciihəla xabgahıdır
əlan. M. Ə. Sabir. [Şeyx Hadi:] Mən də
yoldaşlarında bir yandan; Hində əzm etmək
üzrəyəm əlan. H. Cavid.
2. Hələ də, indiki halda. Əlan buradadır,
getməmişdir. - Mədənlər yavrusu cəsur bir
insan; Yerindən sıçrayıb danışır əlan.
S.Vurğun.
ƏLAVƏ [ər.] 1. sif. Əsas şeyin üstünə ar-
tırılan; üstəlik. Əlavə xərc. Əlavə seans. Bu
gün iki əlavə dərs oxuduq. Əlavə vaxt ver-
mək lazımdır. - Məncə, bu .. otağa əlavə bir
qapı açmaq lazımdır. M.S. Ordubadi. Cavan-
ları tərbiyələndirmək, onları ölkə üçün yetiş-
dirib boya-başa çatdırmaq əlavə diqqət və
qayğı tələb edirdi. M.Hüseyn. □ Əlavə et-
mək - üstünə artırmaq, qoymaq. Məbləğin
üstünə iki manat əlavə etmək. Çaya qənd əlavə
etmək; II üstəlik olaraq demək və ya yazmaq.
Məktuba bir neçə söz əlavə etdi. Mən bu
gündən işə başlayacağam, - deyə əlavə etdi.
- Zeynal əlavə etdi'. - Biz bundan sonra bir
damın altında bərabər yaşaya bilməyəcəyik.
S. Hüseyn. Sonra əlavə etdi : - Mən bu səsi
eşitməyi çox xoşlayıram. M.Rzaqulıızadə.
Əlavə olaraq - üstəlik olaraq, əlavə kimi,
əlavə şəklində. [Mirzə Qədir] öz istirahə-
tini pozub otaqların birini də verməli, əlavə
olaraq [Nəsirə] ailəsini keçiııdirə biləcək bir
maaş da təyin etməli idi. S. Hüseyn. [Usta
Qəzənfər:] Dəniz neftçiləri .. əlavə olaraq
dövlətə tonlarla neft veriblər. Z. Xəlil.
Əlavə olunmaq - üstəlik artmaq. [Onu]
əridən araqla papiros idi. Son günlərdə
qorxu da əlavə olunmuşdu. Ə.Vəliyev.
2. is. Kitaba, ayrı-ayrı fəsillərə, yazıya və
s.-yə artırılan hissə, bəhs və s. Kitabın axı-
rında əlavəsi var. Dissertasiyanın hər fəslinə
əlavə verilmişdir. - Xoşqədəm çay süzürdü.
Mən əlavələrin yerini müəyyənləşdirirdim.
Ə.Vəliyev.
3. is. Məcmuə və ya qəzet abunəçilərinə
artıq, üstəlik olaraq göndərilən kitabça və s.
95
ƏLAVƏSİZ
4. Qoş. mənasında : ...başqa. İş bilməyən,
ancaq yemək-içməkdən əlavə; Bu canlı də-
yirmanlarına şiikr, xudaya! M.Ə.Sabir. Əlavə,
Haşımdan başqa onların bir köməyi yox idi.
B. Talıblı. □ Bundan əlavə - bundan başqa,
üstəlik olaraq. Bundan əlavə, dəxi Yıısif şahda
həzargunə özgə eyblər tapdılar. M.F.Axund-
zadə. Bundan əlavə, Qaraca qız özü də oy-
namağı tərk etmişdi. S.S.Axundov.
5. Xüsusi terminologiyada: artım, törəmə,
bir maddənin, məhlulun və s.-nin tərkibinə,
üstünə əlavə edilən maddə və s. Dizel
yanacaqlarına başqa əlavələr qatılır.
ƏLAVƏSİZ sif. Əlavəsi olmayan, əlavə
verilməyən. Əlavəsiz məcmuə {qəzet).
ƏL-AYAQ top. Qollar ilə qılçalar bir-
likdə. Əl-ayağını bağlamaq. Əl-avağı tit-
rəmək {əsmək). - [Köməkçi dedi:] Şəriyin
əl-ayağıııı, sürün onu bəri... Nə olubdur?
C. Cabbarlı. Hatəmxan evin yerindən tər-
pənmir, Pası əl-ayağını uzadır və onu yerə
çırpırdı. S. Rəhimov.
0 Əl-ayağa dolaşmaq - mane olmaq,
ayağa dolaşmaq. Uşaqları aparın, yoxsa əl-
ayağa dolaşarlar. - [Yaşlı kişi:] Şoğəribə
qalmış əl-ayağıııa dolaşır, - deyərək [Şirin-
nazın] çarşabını başından alıb yerə atdı.
S. Hüseyn. [Hakim] səliqəli stolunun üstün-
də gördüyü lazımsız kağızları bir-bir cırıb
səbətə atırdı ki, “əl-ayağa dolaşmasın! ” Mir
Cəlal. Əl-ayağa düşmək - təlaşa düşmək,
təşvişə düşmək, həyəcanlanmaq. Mehdinin
qaçmasını Naxçıvan və Gorus nəçənniklə-
rinə xəbər verdilər. Nəçənniklər əl-ayağa
düşdülər. "Qaçaq Nəbi”. Adamlar əl-ayağa
düşdülər. Iskəndər kişinin cənazəsini sa-
manlığa apardılar. M. Hüseyn. [Nəcəf:] Bəs
sən niyə belə əl-ayağa düşmüsən? İ. Əfən-
diyev. Əl-ayağı buza dönmək (soyumaq)
- əlləri və ayaqları soyumaq, soyuqdan
donmaq. Tahirin anası Gülşənəm aı-vad qaş
qaralanda fermada sağını qurtarıb evə
qayıdan zaman onun yanaqları gömgöy ol-
muş, əl-ayağı buza dönmüş, az qala dili
tutulmuşdu. M.Hüseyn. Əl-ayağı düz -
tərbiyəli, əxlaqlı, ismətli. Anam, bacım, qız
gəlin; Əl-ayağı düz gəlin; Yeddi oğul
istərəm; Bircə dənə qız, gəlin. (Bayatı). Əl-
ƏL-AYAQ
ayağı soyumaq - 1) ölümü yaxınlaşmaq,
ölmək; 2) həvəsdən düşmək, ruhdan düşmək.
Lotul arın əl-ayağı işdən-gücdən soyudu...
(Nağıl). Əl-ayağı sustalmaq- 1) zəifləmək,
taqətsizləşmək. Yavaş-yavaş qulağıma tar-
qaval səsləri də gəlməyə başladı. Əlim-
ayağını sustaldı. M. Rzaquluzadə; 2) bax
əl-ayağı soyumaq. Əl-ayağı titrəmək -
1) qorxudan və ya soyuqdan əsmək, tit-
rəmək; 2) zəiflik, qocalıq, xəstəlik üzündən
əl və ayaqlan əsmək. Əl-ayağı üzülmək -
bax əli üzülmək (“əF’də). Əl-ayağı yer-
dən üzülmək - son dərəcə təəccüblənmək,
heyrət etmək. Muxtarov Xanlara baxdıqca
özü də məəttəl qalır, bəzən elə bil əl-ayağı
yerdən üzülürdü. M.Hüseyn. Əl-ayağına
düşmək - təzim etmək, qabağında diz
çökmək, yalvarmaq. Əl-ayağını bağlamaq
- hərəkət etməsinə imkan verməmək, mane
olmaq. Əl-ayağını kəsmək - heç bir iş
görməyə qoymamaq, mane olmaq. Əl-aya-
ğını qayırmaq - hazırlaşdırmaq, hazırlıq
görmək. [Hacı Həsən:] Ay qız, Fatma,
Nazlının əl-ayağıııı qayır, bu gün gərək
köçürək. C.Məmmədqulıızadə. Əl-ayağını
toplamaq - 1) işə başlamaq, nədən başla-
maq lazım gəldiyini müəyyən etmək. Çim-
ııaz isə hələ də əl-ayağıııı toplaya bilmirdi.
Ə.Əbülhəsən; 2) işi qurtarmaq üzrə olmaq,
işi tamamlamağa yaxınlaşmaq. Əl-ayağını
yığ(ışdır)maq - nizam və intizama tabe
etmək, tabe olmağa məcbur etmək, qaba-
ğını almaq, istədiyini etməyə qoymamaq,
müəyyən çərçivə içərisinə almaq. Əl-ayaq
açmaq - istədiyi kimi, sərbəst hərəkət et-
mək. Əl-ayaq atmaq - bax əl-ayaq çal-
maq. Əl-ayaq çalmaq - çırpınmaq, çapa-
lamaq. Əl-ayaq çəkilmək - bax əl-ayaq
yığılmaq. ..Gecə yarısı əl-ayaq çəkilir, hər
şey yuxuya gedir, səs-səda kəsilir. M.S. Ordu-
badi. Axşam əl-ayaq çəkiləndə bura gəlib,
üzünü bu qayaya tutub “a qaya-qaya! ” deyə
çağırsan, “ qaya-qaya !” deyən əks-səda eşi-
dərsən. R.Rza. Çünki elə hər gecə, çəki-
ləndə əl-ayaq; Qaranlıq döngələrdə onlar
verir səs-səsə! Ə. Cəmil. Əl-ayaq eləmək
(etmək) - 1) tərpənmək, hərəkət etmək,
səy göstərmək, yubanmamaq, cəld tərpən-
96
ƏL-AYAQ
ƏLBƏT
mək. Bir əl-ayaq eləsək, işin cam almar. -
Bədəlovun taqımı doğrudan da elə əl-ayaq
elədi ki, Mədədov onları görəndə təəccübdə
qaldı. Ə.Əbülhəsən; 2) tapmaq, əldə etmək.
Zəhmət çək, mənə bir paket əl-ayaq elə. Mir
Cəlal. Əl-ayaq kəsilmək - bax əl-ayaq
yığılmaq. Kənddə əl-ayaq kəsilmişdi.
Ə. Abasov. Əl-ayaq qoymaq -bax əl qoy-
maq 2-ci mənada (“əl”də). Əl-ayaq oynat-
maq - 1) çapalamaq; 2) məc. hədələmək.
Əl-ayaq tərpətmək - cəld işləmək, tələs-
mək, hərəkətə gəlmək, səy etmək. Bir əl-
ayaq tərpət görək. - [Eyvaz kişi] bir qədər
əl-ayağını tərpədərək üzdüsə də, birdən
suların arasında yox oldu. Ə.Vəliyev. Əl-
ayaq vermək - kömək etmək. Qonaqlıqda
əl-ayaq verən çox olduğundan hər iş qay-
dalı gedirdi. Əl-ayaq yetişməmək (çatma-
maq) - çox uzaqda olmaq, görüşmək
mümkün olmamaq. Cənnətin hurisi, ərzin
mələki; Yetişməz, yüz qala, əl-ayaq sənə.
Q. Zakir. Əl-ayaq yığılmaq (yığışmaq,
yığışılmaq) - gediş-gəliş, hərəkət kəsil-
mək, hamı evinə çəkilmək. Axşamdan xeyli
keçmişdi, kənddə əl-ayaq çoxdan yığıl-
mışdı. M. Hüseyn. Əl-ayaqda qalmaq -
ortada qalmaq, başqalarının əvəzinə cavab
verməli olmaq. Qadın bağırırdı: - ..Hərəniz
özünüzü bir deşiyə soxun, əldə-oyaqda mən
qalım! Ə.Əbülhəsən. Əl-ayaqda olmaq -
hazırlıq görmək, tədbir görmək, amadə
olmaq, hazır olmaq. Əl-ayaqdan düşmək -
əldən düşmək, bərk yorulmaq. Mən səni
izləməkdən düşmüşəm əl-ayaqdan. S.Rüstəm.
Əldən-ayaqdan düşmək - bax əl-ayaq-
dan düşmək. Əldən-ayaqdan getmək -
bax əldən getmək 1-ci mənada ("əl”də).
Onun üçün nə əldən-ayaqdan gedirsən? -
Kimisi əldən-ayaqdan gedir, kimisi sadəcə
gülür, kimisi də haylı-küylü danışığı ilə özü-
nü gözə verməyə cəlıd edirdi. S. Rəhimov.
Bəndalı ustasının xahişinə tez və dürüst
əməl eləmək üçün əldən-ayaqdan gedir,
kürə qabağında fır-fır fırlanırdı. Mir Cəlal.
Əldən-ayaqdan olmaq - çox gəzməkdən
yorulmaq, əldən düşmək. Əldən-ayaqdan
salmaq - 1 ) çox gəzmək, hər yerdə olmaq;
2) taqətdən salmaq, yormaq. [İkinci müha-
fiz:] Tiiksiiz yapıncı .. [Ələmdarı] bu fırtınada
lap əldən-ayaqdan salacaqdır. S. Rəhimov.
Əlini-ayağını çəkmək - bir yerə daha
gedib-gəlməmək, əlaqəsini kəsmək.
ƏLBAQİ sif. [ər.] Artıq qalan, qalıq.
..Qalan əlbaqi paraların kimlərə paylandığı
haqqında hesab verir. M.S.Ordubadi. // is.
Qalan pul, pulun verilməyib qalan hissəsi.
Pulun əlbaqisi kimdən çatacaq?
ƏLBƏƏL zərf 1. Əldən-ələ, birindən-
birisinə. Kitab əlbəəl gəzdi. - Muradım, sə-
ninlə verəm əlbəəl; Bu gülşən içində gəzəm
əlbəəl. Aşıq Murad.
2. Cəld, tez, əlüstü, dərhal, o saat. Xub-
larııı yaxşısı olmaz kəmməhəl; İşarə edən
tək gələr əlbəəl. Q. Zakir. [Rəhim xan:] Sən
gərək Tehrana səfər edib Mirzə Rzanın qızını
əlbəəl şaha təqdim edəsən. C.Cabbarlı.
ƏLBƏSƏ is. [ər. “əlbisə” - “libas” söz.
cəmi] köhıı. Libas, paltar. Dərhal dimdik
qalxdım. Əlbəsəmi geydim. A. Şaiq. [Kor ki-
şinin] .. əlbəsəsinin tərzi, biçimi avamlığını
.. andırırdı. S. Hüseyn.
ƏLBƏSƏLİ sif. köhıı. Əlbəsə geymiş, pal-
tarlı, paltar geymiş. Gözəl əlbəsəli adam. -
Önündən qələbəliyi yarıb keçən arabaları,
isti əlbəsəli, şən çöhrəli insanları .. süzdü.
A.Şaiq.
ƏLBƏSƏLİK sif. köhıı. Əlbəsəyə yararlı,
əlbəsə üçün olan; paltarlıq. Əlbəsəlik parça.
- Onun içinə oğlan evi bir əlbəsəlik ipək
parça, iki imperial və bunun əmsalı bir şey
qoyub qaytaracaqlar. R.Əfəndiyev.
ƏLBƏT [ər.] 1. Bax əlbəttə. Əlbət gələ-
cəkdir. Dünyaya gələn əlbət gedər. - Demək
olmaz dirilər tək yatıb, əlbət duracaq; Ölü-
lər yatmağıdır, yox buna payan, ölüb... ə!
M. Ə. Sabir. □ Əlbət ki - təbii ki, şübhəsiz.
Əlbət ki, on il bundan qabaq belə provekt
mühüm idi. Mir Cəlal.
2. ara s. Yəqin (ki), görünür (ki). Əlbət,
bunda bir sirr var. - Dəıyişəm, kəşkülüm var;
Hər güldən beş gülüm var; Gəlmişəm mən
qapına; Əlbət, bir müşkülüm var. (Bayatı).
[Səlimə:] Əlbət, odunu satılmır nədi, kəsdi-
rib bazarı ac-susuz. Ə. Haqverdiyev. Sevgi-
siz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq
olub yaşardın, əlbət. M.Dilbazi.
97
ƏLBƏTTƏ
ƏLCƏK
ƏLBƏTTƏ 1 . zərf Mütləq, hər halda. Əl-
bəttə gəlməlidir. Getmək əlbəttə lazımdır. -
Bir belə adamın içində yəqin ; Əlbəttə, bəd-
nəzər var, oynamasın. Q. Zakir. [Müsyö
Jordan:] Əlbəttə sehrdir, nıat qalmalı işdir,
bir türfətüleyndə qəflətən Parij xarab
olubdur. M.F.Axundzadə.
2. ara s. Şübhəsiz, təbii ki. O, əlbəttə,
haqlıdır. - Ol qədər cövr etmə üşşaqə ki,
səndən çəksin əl; Şah rəiyyətsiz ola, əlbəttə,
şövkətdən düşər. S.Ə.Şirvani. [Mazanda-
ranski:] Əlbəttə, mən heç özümü səndən əs-
kik adam bilmirəm. C.Cabbarlı.
ƏLBƏYAXA 1 . is. Şiddətli dava, vuruşma;
mübarizə. [Kərim] bilirdi ki, əlbəyaxa vaxtı
dəmadəm yaxınlaşır. S. Rəhimov. Mən bu
qara xəyallarla əlbəyaxa ikən, birdən,
deyəsən, gözümə bir işıltı dəydi, yox oldu,
yenə göründü. M.Rzaquluzadə. □ Əlbəyaxa
olmaq - bərk vuruşmaq, çarpışmaq; müba-
rizə etmək. Çar hökumətinin siyasəti çarın
işğal orduları ilə bizi əlbəyaxa olmağa
məcbur etdi. M. S. Ordubadi. Ər və arvad əl-
bəyaxa oldular. C.Məmmədquluzadə. [Yusi-
fin] cəbhədə keçirdiyi günlər, ölümlə əlbə-
yaxa olub, ad-san qazandığı vaxtlar gözü-
nün qabağına gəldi. B.Bayramov.
2. sif. Şiddətli, amansız. Əlbəyaxa çar-
pışma getdikcə şiddətlənirdi. Ə.Əbiilhəsən.
□ Əlbəyaxa vuruş(ma) - silahsız halda və
ya soyuq silahla aparılan döyüş. Pilləkəndə
əlbəyaxa vuruşma uzun çəkdi. Mir Cəlal.
Mən səni düşünərək getdiyim zaman huşa;
Bəlkə də sən girirsən əlbəyaxa vuruşa.
Ə. Cəmil. Əlbəyaxa vuruşmaq - bir-
birindən yapışmaq, şiddətli vuruşmaq. Araz
onlarla əlbəyaxa vuruşaraq təslim olmurdu.
A. Şaiq. Müşkünaz təkliklə əlbəyaxa vuru-
şur, bu təkliyi evdən qovub uzaqlaşdırmaq
istəyirdi. Ə.Vəliyev.
ƏLBİR 1 . zərf Bir-birinə kömək edərək;
bərabər, birgə, birləşərək. Əlbir işləmək. -
[Altunbay:] Elxan biləgənli, sən Solmazı sevir
isən, özündə onu qoruyacaq bir cəsarət du-
yur isən, and iç, əlbir çalışaq. C.Cabbarlı.
[Nəbi:] Düşünüb bayaqdan tökmüşəm
tədbir; Gərək sinə gərək düşmənə əlbir!
S. Rüstəm. // Şərik, bir yerdə, birlikdə. Bu
işi onlar əlbir görmüşlər. □ Əlbir olmaq -
yoldaş olmaq, birgə hərəkət etmək, bir
məqsəd üçün birləşmək. Əlbir olub bir ayı
bir şir ilə; Ovladılar dovşanı tədbir ilə.
A.Səhhət. [Nəbi:] Əlbir olub od salmaq
üçün düşmənlərin canına; Sinən üstdən yol
ver, keçim qardaşımın yanına! S.Rüstəm.
Bir hökmdar deyil, yığılıb hətta; Yüzü əlbir
ola, gələ, vermərəm! M.Rahim.
2. sif. Həmrəy, çox yaxın, birgə işləyən.
Əlbir yoldaşlar. Əlbir iş. - İndi, indisə sürət
qatarında qızıl diplomla, əlbir və iirəkbir
yoldaşlarında evə dönürəm. Mir Cəlal.
ƏLBİR-DİLBİR b a x əlbir. [Nəcmi:] Bu
vaxta kimi əlbir-dilbir, asayişlə yaşayan ..
bu dinc camaatın arasına nə üçün iğtişaş
düşsün? Ə.Əbülhəsən. [Hacı:] Buxaralı
Buxaradan, Bağdaddan, Tehrandan - adını
müsəlman qoyan gərək əlbir-dilbir səy elə-
sin. Mir Cəlal. Elər halda gümanım budur
ki, əlbir-dilbir olsaq, Xanpəri xalanı düz
yola gətirə biləcəyik. Ə.Vəliyev.
ƏLBOMBASI is. Əl ilə tullanılıb atılan
bomba. Dəstə komandiri hər əsgərə 35 güllə
və iki əlbombası payladı. Mir Cəlal.
ƏLBORCU is. Tez ödənilmək şərti ilə
verilən, ya alman azacıq borc pul, yaxud
başqa şey. Əlborcu almaq. Mənə on manat
əlborcu ver. - ..Yaşıdlarından və yaxın
dostlarından biri, bu gün ondan əlborcu qa-
zıma borusu istəməyə gələndə Qüdrətdən bu-
nun da səbəbini soruşdu. M.Hüseyn. [Sur-
xay:] ..Sən öləsən, Hüseyn, bu gün evimizdə
çörək olmayıb, gəlmişəm, səndən bir az
əlborcu pul alam. S.Rəhman.
ƏLCƏ sif. Kiçik, azacıq, bir tikə, əl
qədər. Əlcə çörək. Əlcə ət. - Anası bir əlcə
əppəyə dönüb yoxa çıxıbdır. S. Rəhimov.
Mövqeyə gələn kimi Abbas karandaşla bir
əlcə kağıza ərizəsini yazdı, üç nəfərdən zə-
manət aldı. Ə.Əbülhəsən. [Gülzar:] [Ağa-
larov] dişini bizim o bir əlcə torpağa qıca-
dıb. Ə.Məmmədxanlı.
ƏLCƏCİK sif. Lap balaca, balaca əl
boyda (adətən "bir” sözü ilə). Yun şalına
bürünmüş bir əlcəcik çöhrəsində Ağcanın
gözləri parlayıb yanırdı. Ə.Əbülhəsən.
ƏLCƏK is. Əli soyuqdan və s.-dən qoru-
maq üçün barmaqlı, ya barmaqsız əl geyimi.
Uzun əlcək. Əlcək toxumaq. Meşin əlcək.
98
ƏLCƏKTİKƏN
ƏLEYHDAR
Qadın əlcəkləri. Beşbarmaq əlcək. Təkbarmaq
əlcək. Bir corab, bir əlcək, bir isti köynək; Bir
də ki yun başlıq göndərirəm, al! S. Vurğun.
ƏLCƏKTİKƏN, ƏLCƏKTOXUYAN is.
Parçadan əlcək tikən, yaxud yundan, iplik-
dən əlcək toxuyan usta.
ƏLÇATAN sif. 1. Hündür olmayan, əl
çata bilən, alçaq. Əlçatan divar. Əlçatan rəf.
2. Uzaq olmayan, yaxın. Əlçatan yer.
3. Əldə edilə bilən, ələ düşə bilən, mü-
nasib.
ƏLÇATMAZ sif 1 . Hündür, uca, yüksək.
Əlçatmaz minarə. Əlçatmaz lıasar. H məc.
Yetişmək, nail olmaq, əldə etmək mümkün
olmayan. [Adilə:] Mən yaxında, əlim altın-
da olan səadətə qovuşmaq istəyirəm, uzaq-
lara, əlçatmaz səadətlərə doğru qaçmaq
istəmirəm. Ə.Məmmədxanlı.
2. Uzaq, gedib-gəlmək çətin olan. Əlçatmaz
yer. - Cüməyəm, müşküldü aşıqla hallar; Ney-
ləyim, əlçatmaz, uzaqdır yollar. Aşıq Cümə.
Onları apardılar özlərilə dağlara; Kənd-
lərə, şəhərlərə, əlçatmaz uzaqlara. S.Rüstəm.
3. Möhkəm, alınması, tutulması, girilməsi
mümkün olmayan, ya çətin olan. [Məhər-
rəm:] Riistəm bəy evini eyləyib bir əlçatmaz
qala. N.Vəzirov.
ƏLÇATMAZLIQ is. Əlçatmaz şeyin halı,
vəziyyəti; uzaqlıq, yaxud yüksəklik, hün-
dürlük.
ƏLÇİM, ƏLÇİN is. Bir dəfədə əldə tu-
tulub cəhrədə ip halına gətirilə bilən qədər
(yun). O arvad gündə yüz əlçim yun əyirir. -
[Tapdıq] ..gah yun darağının qoynuna yı-
ğılmış əlçimlərə, hərdənbir də cəhrənin
tağalağına çox diqqətlə baxırdı. Ə.Vəliyev.
Iııdi cəhrə uğuldayır, uğuldadıqca yun
əlçimi eşilib sapa dönərək iyə toplanırdı.
Ə.Əbülhəsən. □ Bir əlçim - bir əldə tutu-
lacaq qədər. Göy açıq; Nə bir əlçim bulud;
Nə bir qucaq duman. R.Rza.
ƏLDARAĞI is. Yun daramaq üçün taxta
altlığa bənd edilmiş, ucu şiş məftillərdən
ibarət alət; daraq.
ƏLDƏBİR sif. məli. Birinci növbədə nə-
zərə alınmalı olan; vacib, lazım.
ƏLDƏKİ sif. Əldə olan, ortada olan, möv-
cud olan, nağd. Əldəki vəsaitdən lazımınca
istifadə etməli.
ƏLDƏQAYIRMA, ƏLDƏQAYRILMA sif.
1 . Fabrik, ya zavodda deyil, əl ilə qayrılmış,
düzəldilmiş, istehsal edilmiş. Əldəqayrılma
şey. - Bəzi mağaza müdirləri .. əldəqayırma
çəkmələri fabrik məhsulu adı ilə camaata
satırlar. "Kirpi”.
2. məc. Biliyi, hazırlığı, bacarığı olma-
yan, öz sənətini, işini pis bilən; ləyaqətsiz.
Bu əsərindən də görünür ki, bəzi əldəqay-
rılma alimlər kimi, ordaıı-burdan çırpışdır-
mır. M.Hüseyn. // Qeyri-həqiqi, yalançı.
[Qənbərqulu:] Heç tikə də yaraşmır, çünki
sən əldəqayırma bəysən. Bəyin gərək dədəsi
də bəy ola. B.Talıblı.
ƏLDƏN zərf 1. dan. Tez, arada, cəld. Əl-
dən get, bazardan qənd al, gəl.
2. Mağazadan yox, xüsusi şəxsdən, al-
verçidən. Əldən almaq.
ƏLDƏYİRMANI is. Un üyütmək, yarma
çəkmək üçün əl ilə işlədilən kiçik dəyir-
man. Axşam lampa işığında Telli əldəyir-
manı ilə yarma çəkirdi. S. Hüseyn. // istiot,
qəhvə, duz və s. kimi şeyləri üyütmək üçün
əl ilə işlədilən kiçik maşın; kirkirə.
ƏLDƏYMƏMİŞ f.sif Toxunulmamış.
[Qərib:] Üç gözəlin biri bizə qohumdur; O
birisi əldəyməmiş qovundur. "Aşıq Qərib”.
Bizə bu dağ, bu dərə; Təslim olsun bir kərə!
Əldəyməmiş yerlərə; İşləsin qüvvətimiz..
S.Vurğun.
ƏLDƏYMƏZbax əlçatmaz.
ƏLEYH [ər.] Adətən “əleyhinə” şəklində
adlıq və yiyəlik hallardan sonra işlənir: ...zid-
dinə, ...qarşı. Əleyhinə səs vermək. Əleyhinə
getmək. Təklifin əleyhinə çıxmaq. Düşmən
əleyhinə. - [Nəsir] də məlum fikirlər
üzərində ləhinə və əleyhinə olmaq üzrə söz
söyləyirdi. S. Hüseyn. Bəzi kəndlilərə də
kimin lehinə, kimin əleyhinə, nəyə qarşı əl
qaldırmağı başa salmaq çətin idi. Mir
Cəlal. Əziz təklifin əleyhinə səs verdi.
Ə.Əbülhəsən.
ƏLEYHDAR sif. [ər. əleyh və fars. ...dar]
Əleyhinə, ziddinə, əksinə olan; düşmən. O
sizə əleyhdar adam deyil. Onda mən əleyh-
dar bir hərəkət görmədim. H Is. mənasında.
..Əleyhdarlar böyük ədibin kəlamına təslim
olmuşdular. Mir Cəlal.
99
ƏLEYHDARLIQ
ƏLƏLXÜSUS
ƏLEYHDARLIQ is. Əleyhinə, ziddinə
olma; düşmənçilik. ..Vəliəhdin [yerinə] rus
əleyhdarlığı ilə məşhur olan Nizamülmülkü
təyin etdilər. M. S. Ordubadi.
ƏLEYKƏSSALAM, ƏLEYKÜMƏSSALAM
nida [ar.] Sizə (sənə) də salam olsun! “Sa-
laməleyküm”ə (salama) cavab ifadəsi. [Yu-
sif:] Ay əleyküməssalam, qardaşlar, əylə-
şiniz. N.Nərimanov. Əleykəssalam, keyfin
yaxşı olsun. H.Nəzərli.
ƏLEYHQAZ is. [ər. əleyh və fir. qaz]
Zəhərləyici maddələrdən, qazlardan, tüstü-
dən və s.-dən qorunmaq üçün filtrli maska.
Bölük bir darvazanın tuşunda azacıq
ləngidiyi vaxt, çiynində əleyhqaz darvazada
dayanan arvad gülə-gülə Mahmuda dedi..
Ə.Əbülhəsən.
ƏLƏF is. [ər.] bax alaf. Biri gedib ələf
tökür kəllərə; Biri baxır xırmandakı vəllərə.
A.Səhhət. Xanqulu mərəkdən ələf gətirib atın
qabağına qoydu. S. Rəhimov.
ƏLƏFİYYAT is. [ər. “ələf’ söz. cəmi]
Cürbəcür otlar. O deyirdi ki, Avropa həkim-
ləri ələfıyyatdan bixəbərdirlər. Qantəmir.
Ha zamandansa Məsmə eşitmişdi ki, dər-
manların yaxşısı ələfiyyatdır. Mir Cəlal.
ƏLƏFİYYATÇI is. köhn. Keçmişdə nə-
batatçıya verilən ad ..Bitki sistematikası öz
başlanğıcını XVI əsrdən götürmüşdür. Bu
əsrdə “ələfıyyatçılar” adlanan alimlər mey-
dana çıxmışdı. M. Qasımov.
ƏLƏGƏLƏN sif. Əldə edilə bilən, əldə
edilmiş. Ələgələn şey.
ƏLƏK is. Unun kəpək və qeyri zibillərini
təmizləmək üçün sağanağa keçirilmiş sıx
tordan ibarət alət. Ələk dairəvi qutu şək-
lində olur. - Dağılıb çöllərə açdı hərə bir
növ kələk ; Sac Lahıcdan qurtarıb, qalmadı
Salyanda ələk. S.Ə.Şirvani. Nəhəng ələkdən
un ələnən sayağı qar ələnir, dəqiqələr keç-
dikcə yer təknəsi daha çox dolur, daha çox
ağarırdı. Ə.Əbülhəsən.
0 Ələyi ələnib, xəlbiri sulanıb - işi bitib.
ƏLƏKÇİ sif. Ələk qayıran və satan adam.
0 Ələkçinin qıl verəni isteh. - əslində
heç bir ciddi işlə məşğul olmayıb, özünü
iştirakçı, köməkçi kimi göstərməyə çalışan,
yaxud ara qızışdıran adam haqqında.
ƏLƏKÇİLİK is. Ələkçinin işi, peşəsi,
sənəti.
ƏLƏKEÇMƏZ sif. Əldə edilə bilməyən,
ələ keçirmək mümkün olmayan, tapılması
çox çətin olan. Ələkeçməz şey. Ələkeçməz
fürsət.
ƏLƏKEÇMƏZLİK is. Ələ keçməsi, əldə
edilməsi, tapılması mümkün olmama, yaxud
çətin olma.
ƏLƏKLƏMƏ “Ələkləmək’’dən fis.
ƏLƏKLƏMƏKbax ələmək.
ƏLƏKLƏNMƏ “Ələklənmək’’dən fis.
ƏLƏKLƏNMƏK bax ələnmək.
ƏLƏKLİ sif. xiis. Ələyi olan. Əhkli kon-
veyer.
ƏLƏK-VƏLƏK is. Qarışıqlıq, alt-üst. Bu
yerdə yer tapılmaz artıq qüssəyə, dərdə; O
yerdəsə ürəklər dərddən ələk-vələkdir.
S. Rüstəm. □ Ələk-vələk eləmək (etmək)
- alt-üst etmək, dağıtmaq. Otaqları bir-
birinə vurdular. Güman gələn yerləri ələk-
vələk elədilər. Mir Cəlal.
ƏL-ƏLBƏT zərf dan. Mütləq, lap yəqin,
hər necə olur olsun, hər halda. Əl-əlbət gəlin.
ƏL-ƏLƏ zərf 1 . Bir-birinin əlindən tu-
taraq. Əl-ələ oynadılar. Əl-ələ yerimək.
2. Birgə, bir yerdə, həmrəycəsinə, dost-
casına. Əl-ələ işləmək. Əl-ələ çalışmaq.
0 Əl-ələ, baş-başa - haqq-hesabı qur-
tarma, alış-verişi və ya hər hansı bir işdən,
oyundan və s.-dən həm ziyansız, həm də
qazancsız çıxma. [Məşədi Möhsün:] Deməli,
bir kasa da qaymaq gəlsə, əl-ələ, baş-başa
çıxırıq. Mir Cəlal. Əl-ələ vermək - bir-
birinə kömək etmək, köməkləşmək, birlikdə
çalışmaq. Əl-ələ verib işləmək. - Qız xoş-
bəxt, oğlan xoşbəxt - ikisi də əl-ələ verib şad
və xürrəm .. ömür sürürdülər. Çəmənzə-
minli. [Sara:] Sən ac, mən də ac, gedək, bir
guşeyi-xəlvətdə əl-ələ verib işləyək, yaşa-
yaq. C. Cabbarlı. Həmin gecə Əkbərlə Ayaz
əl-ələ verib şəhərdən qaçdı. Mir Cəlal. Əl-
ələ tutmaq - bax əl-ələ vermək.
ƏLƏLXÜSUS zərf [əı;] Xüsusilə, xüsu-
sən. [Cahan:] Xalan sənə qurban, evlənmək
su içmək kimi asan şeydir, onda nə çətinlik
var ki? Ələlxüsus sənin kimi cavana.
Ü.Hacıbəyov. Ələlxüsus yazıq Nıırəddinin
günü qara olmuşdu. S.S.Axundov. [Axund:]
Bu nikah kəsməkdən və ya kəsdirməkdən
zorba səvab yoxdur, ələlxüsus siğə ola.
C. Cabbarlı.
100
ƏLƏM
ƏLHƏD
ƏLƏM 1 is. [ər.\ Dərd, qəm, kədər, qüssə.
Ələm, məşəqqət adamı tez qocaldır. - Сапә
yetdim alənıi-hicran ilə, ey zalim! Rəhm qıl,
canını üçün var isə bir dərmanın. Füzuli. Cəm
otsa yanınıda tamam sənəmlər; Dağılmaz
könlümdən fikrü ələmlər. M.P.Vaqif. Qəhrə-
manın gözləri yaşarmışdı, səsində dərin bir
ələm və təəssüf duyulurdu. H.Nəzərli.
ƏLƏM 2 is. [ər.] Bayraq (adətən dini
ayinlərdə işlədilən bayraq).
ƏLƏMAN bax əlaman. Haçanacan
aman çəkim bu zalım hicran əlindən; Bu ev
yıxan ələmdarın aman, ələman əlindən.
Aşıq Xəlfə.
ƏLƏMDAR sif. [ər. ələm və fars. ...dar]
köhn. Bayraqtutan, bayraqçı, bayraqdar.
ƏLƏMDARLIQ is. köhn. Bayraqdarlıq.
ƏLƏMƏ “Ələmək”dən fis.
ƏLƏMƏK/ 1. Ələkdən keçirmək. ..Qur-
ban oturdu otağın bir küncündə və başladı
gəci ələməyə. C. Məmmədquluzadə.
2. məc. Səpmək, səpələmək, tökmək. Ya-
ğış ələyir. - Günəş şəhərə od ələdiyi halda
səkilər tez-tələsik yeriyən adamlarla dolu
idi. M. Hüseyn. Bütün günü hər tərəfə od
ələyən günəş təzəcə batmışdı. M. İbrahimov.
ƏLƏMLİ sif. Qəmli, kədərli, qüssəli.
ƏLƏMLİLİK is. Ələmli (qəmli, kədərli,
qüssəli) adamın halı; qəmlilik, kədərlilik,
qüssəlilik.
ƏLƏMNAK [ər. ələm və fars. ...nak] bax
ələmli.
ƏLƏNGƏ is. Quru sümük. At-inəyiıı, kə-
lin bəhsi düşəndə; Çoxu bir ələngə leşdən
danışır. “Məsum”.
ƏLƏNMƏ “Ələnmək”dən fis.
ƏLƏNMƏK məcli. 1. Ələkdən keçiril-
mək. Un ələnmişdir.
2. məc. Çoxlu miqdarda tökülmək. Bir
qədər sonra toz çoxaldı, sanki havadan un
ələnirdi. Mir Cəlal.
ƏLƏŞƏN-GÜLƏŞƏN is. dan. Mənasız,
boş şey. Ələşən-giiləşən sözlər danışır. - Nə
bilim, ələşən-giiləşən şeylər görmüşəm.
S. Rəhimov.
ƏLƏTDİRİLMƏ “Ələtdirilmək”don fis.
ƏLƏTDİRİLMƏK məcli. Ələkdən keçir-
dilmək.
ƏLƏTDİRMƏ “Əlotdirmok”don f.is.
ƏLƏTDİRMƏK b a x ələtmək. Unu ələt-
dirmək.
ƏLƏTMƏ “Ələtmək”dən f.is.
ƏLƏTMƏK icb. Ələmə işi gördürmək,
ələkdən keçirtdirmək. Un ələtmək. Bənna
fəhləyə qum ələtdi.
ƏLFƏCİN is. Kitabın səhifələri arasına
nişan üçün qoyulan lentşəkilli kağız parçası.
Kitabın ortasında qəzet kağızından qayrıl-
mış əlfəcin vardı. M. Hüseyn. □ Əlfəcin
qoymaq zar. - qurtarmaq, tamamlamaq,
kəsmək, ara vermək. [Veys:] Bülənd, heç
olmasa burda əlfəcin qoyasan. Bəs olma-
dırnı? Ə.Əbülhəsən.
ƏLHAL zərf [ər.] klas. İndi, bu halda, bu
anda. Düşdün niyə bəs bu halə əlhal? Bil-
məm nə səbəbdən olmusan lal? M.Ə. Sabir.
Millət deyə ağlar, bir mərsiyəxandır; Anlar
hələ sonra, əlhal cavandır. Ə.Nəzmi.
ƏLHAN is. [ər. “ləlin” söz. cəıııi] klas.
Gözəl səslər, gözəl nəğmələr, təranə. Quş-
ların əlhanı, ey dil, bəs müəssərdir bu fəsi.
Əmani. Bağda açdı üzündən o güli-tazə
niqab; Çaşdırıb bülbül özün, eylədi əllıanı
qələt. S.Ə.Şirvani. Bülbüllərin əlhanı, çiçək-
lərdəki əlvan; Olmaz şu mənim çındıracaq
könlümə əlan; Bir mənbəi-ilham. H.Cavad.
ƏLHASİL is. [ər.] köhn. Sözün gödəyi,
sözün qısası, xülasə, bir sözlə, nəhayət. Əl-
hasil, gəlib şəhərə çatdıq. - Bil ki, məqsudə
olarsan vasil; Yerdə, gögdə, nə isə, əlhasil.
A.Səhhət.
ƏLHAVASI zərf dan. Heç şey görmədən,
əl duyğusu vasitəsilə. Əlhavası yerimək. -
Nişançılar isə qaranlıqda əlhavası silahla-
rını, xüsusən çaxmaqlarını təmizləyir(dilər).
Ə.Əbülhəsən.
ƏLHAY is. Hay-küy, təlaş, əl-ayağa
düşmə. Şəbistan əlhayla (z.) içəriyə girdi.
S.Rəhimov. □ Əlhaya düşmək - əl-ayağa
düşmək, təlaşa düşmək, ora-bura qaçışmaq.
Ancaq kim nə təhər əlhaya düşsə də, el-oba
sevinir, Qaçaq Nəbinin şəninə məclislər
qurulur. S.Rəhimov. Qadir .. Həmzənin əl-
haya düşdüyünü, qəsəbəyə necə qaçdığını
xəyalına gətirib öz-özünə acı-acı düşü-
nürdü. Ə.Əbülhəsən.
ƏLHƏD: əlhəd daşı - qəbirdə ölünün
başı söykəndiyi daş. Qəbrimi özgə qazıb;
Əlhədim dar düşübdü. (Ağı).
101
ƏLHƏQ
0 Başı əlhəd daşına dəymək - bərkdən-
boşdan çıxaraq, bir şeyin aqibətini
təcrübədə görərək ayılmaq, özünə gəlmək.
Əmirxanın başı dəydi əlhəd daşına; O ayıldı
məclislərin gec yuxusundan. S. Vurğun. Başı
əlhəd daşma dəyəndən bəri, yəqin ki,
səhvlərini anlayıb. Ə.Vəliyev.
ƏLHƏQ ara s. [ər.] köhn. Həqiqətən, doğ-
rusu, doğrudan da. Əlhəq, münəccimbaşı
dəxi, görünür ki, çox əlhəq imiş. M.F.Axund-
zadə. Kuyinda görmək əğyari; Əlhəq, mənə
cəfadır bu. Q.Zakir. Əlhəq, əlhəq, gözəl
biııasən! M.Ə.Sabir.
ƏLHƏMDÜLLAH is. [ər.] din. Allaha
şükür olsun, şükür Allaha. [Məşədi İbad:]
Qoca odur ki, dişləri olmaya, gözü gör-
məyə, qulaqları eşitməyə, özü də yerindən
tərpənə bilməyə; mən ki, əlhəmdüllah, quş
kimiyəm. Ü.Hacıbəyov. İskəndər əmi payını
yeyib qurtarandan sonra, ", əlhəmdüllah ”
deyib dodaqlarını sildi. M.Hüseyn.
ƏLHƏZƏR nida. 1. Qaç! qorx! uzaq ol!
üzünü görmə! İkiüzlü adamlardan əlhəzər!
- Aıyad üzlü kişidən, kişi üzlü aıyaddaıı
əlhəzər. (Ata. sözü). Əlhəzər, yay qaşın şux
peykanından; Vurar, yıxar, ötmək olmaz ya-
nından. Q.Zakir. □ Əlhəzər etmək - uzaq
olmağa çalışmaq. Əlhəzər et, bir yeni
şeytandı bu! M.Ə.Sabir.
2. Rədd olsun, uzaq olsun. Əlhəzər,
haraya istəyir, qoy getsin.
ƏLİAÇIQ sif Ürəkdən başqalarına pul,
mal və s. ilə kömək edən; səxavətli, co-
mərd. Əliaçıq adamın ürəyi də açıq olar.
(Məsəl). Bir qədər gənclərlə oynadıqdan
sonra əliaçıq tamaşaçılar [Altıaylığa] üç-
lük, beşlik, onluq əskinas ( kağız pul) bağış-
landılar. H. Sarabski. [Dilənçilər] tanıdıq-
ları ərbablardan kiminin xəsis və kiminin
əliaçıq olduğunu yaxşı bilirdilər.. Ə. Sadıq.
ƏLİAÇIQLIQ is. Əliaçıq adamın hal və
sifəti; səxavətlilik, comərdlik, səxavət.
Əliaçıqlıq yaxşı sifətdir. - Nəbiniıı igidliyi,
əliaçıqlığı dillərdə dastan olur. "Qaçaq Nəbi”.
ƏLİAĞIR sif. 1. Qüvvətli, güclü, zorlu.
Əliağır adam.
2. məc. Bir işə uğursuzluq gətirən (əli-
yiingül ziddi). Əliağır adam.
ƏLİAĞIRLIQ “Əliağır”dan nıücər.
ƏLİƏYRİ
ƏLİALLAHI is. Müsəlman təriqətlə-
rindən birinin adı və bu təriqətə mənsub
adam.
ƏLİALLAHILIQ is. Əliallahı təriqəti
(bax əliallahı).
ƏLİAŞAĞI sif. Yoxsullaşmış, maddi cə-
hətdən çətinlik çəkən. Əliaşağı (z.) olmaq.
ƏLİAŞAĞILIQ is. Əli aşağı düşmüş
adamın hal və keyfiyyəti; yoxsulluq.
ƏLİBAĞLI sif. 1 . Əlləri bağlanmış halda
olan. Əlibağlı dustaq.
2. məc. Hər cür hərəkət və təşəbbüs im-
kanından məhrum. Əlibağlı (z.) olmaq.
ƏLİBOŞ 1. sif. Yoxsul, heç bir şeyi olma-
yan; fəqir. Əliboş adam. H Əlində heç bir
şey olmayan, heç bir şeysiz. Əliboş Cəmil
indi xəstə nənəsinin yanına hansı üzlə dönə-
cək, ona necə cavab verəcəkdi? S.Rəhimov.
2. zərf Əlində heç bir şey olmadan, özü
ilə heç bir şey götürmədən. Əliboş evə gedə
bilmərəm. Xəstənin yanma əliboş getmək
yaxşı deyil. - Allahverdi Nəbiniıı yanına
əliboş getmir. “Qaçaq Nəbi”. Züleyxanın
əliboş olduğunu görcək aııası anladı ki,
qonşularda da yeməli bir şey tapılmamışdır.
T.Ş. Simurq. // məc. bax əliyalın. Cana-
varlara qarşı əliboş çıxmaq. // Heç bir ov
ələ keçirmədən. Ovdan əliboş qayıtmaq.
3. zərf işsiz, bikar. Əliboş qalmaq.
□ Əliboş gəzmək - boş-boş gəzmək,
avara-avara gəzmək; veyillənmək.
ƏLİBOŞLUQ is. 1. Yoxsulluq, fəqirlik,
heç bir şeyi olmama.
2. İşsizlik, bekarlıq. // Veyillik, avaralıq.
ƏLİDOLU zərf 1 . Əlləri bollu şeylə dolu
halda. Əlidolu evə gəldi. - Lakin mən onun
evinə əliboş gəlib əlidolu gedən, əlidolu gə-
lib əliboş gedən adamların kim olduqları ilə
əsla maraqlanmıram. S. Rüstəm.
2. məc. Müvəffəqiyyətlə, varlanmış halda.
Gedin, gedin, uğurunuz xeyir olsun, əlidolu
qayıdasınız! M.F.Axundzadə.
ƏLİƏYRİ sif. Düz olmayan, təmiz ol-
mayan, fürsət düşəndə oğurluq edən; oğru.
Əliəyri adam. H Is. mənasında. Ticarət
sisteminin əliəyrilərdən təmizlənməsi. -
[Salman] əliəyrilərə hiss etdirirdi ki, bax, nə
yuvanın quşu olduğunu bilirəm ha, yavaş
ye. M.İbrahimov.
102
ƏLİƏYRİLİK
ƏLİƏYRİLİK is. Təmiz, düzgün olmayan
adamın hal və keyfiyyəti; oğurluq, oğurluğa
meyil. Sambalovun özünii əliəyrilik üstə
işdən çıxartdılar. S. Rəhman.
ƏLİF 1 is [ər. əsli qəd. yəh.] 1. Ərəb əlif-
basının I şəklində yazılan birinci hərfinin
adı. Əlifi dirək sayır, cimi çəngəl. (Məsəl).
Bilmək nə gərək kim, bıı əlifdir, bu da bey-
dir? Həvvəz, sora hiitti, bu nə heydir, o nə
heydir? M. Ə. Sabir. Mirzə Həsən : - Necə ki
Avropa, habelə Asiya millətlərinin hürufa-
tının əvvəlincisi “a ” sövtünün əlamətidir ki,
biz ona “əlif” deyirik. C.Məmmədquluzadə.
2. nıəc. Düz, şax, şaquli mənasında. Həs-
rətindən əlif qəddim büküldü ; Cismim bəndi
yerbəyerdən söküldü. M.V.Vidadi. □ Əlif
qəddi dal (yay, nun) olmaq, əlif qəddi dala
(yaya, nuna) dönmək klas. - beh bükülmək.
Hicran gecələri qayğu çəkməkdən ; Əlif qəd-
dim əyri yayə döniibdü. “Qurbani”. Həsrə-
tindən əlif qəddi dal olub; Mat qalıbdır, şirin
dili lal olub. M. P. Vaqif. Əlifdən başlamaq
- lap əvvəldən, lap başdan başlamaq.
ƏLİF 2 [yun.] Yağlı boya hazırlamaq üçün
bişmiş kətan, ya çətənə yağı, yaxud süni
surətdə hazırlanmış yağ. Əlif yağı. - Əlif
yağları tünd və açıq rəngli, şəffaf olur.
“Əmtəəşünaslıq” .
ƏLİFBA is. [ər.] 1. Bir dildə işlənən və
müəyyən qaydada sıralanan hərflərin məc-
musu. Azərbaycan əlifbası. Ərəb əlifbası.
Latın əlifbası. - Biz buna təəccüb etmirik ki.
Hüseynzadə cənabları əlifbamızın bilmərrə
dəyişilməsinə fitva vermir. C.Məmmədqu-
luzadə. Köhnə ərəb əlifbasının çətinliyi
geniş xalq kütləsinin savadlanmasına imkan
vermirdi. S.S.Axundov. □ Əlifba sırası -
əlifbada olan hərflərin müəyyən sistem
üzrə düzülüş sırası.
2. Əlifbanı öyrədən kitab. Əlifba kitabı.
3. məc. Ən bəsit, ən sadə, hamıya məlum
olan şey. Bu, cəbrin əlifbasıdır.
0 Morze əlifbası - teleqrafda işlənən
şərti işarələr sistemi. Not əlifbası - musiqi
notlarında işlənən işarələr sistemi.
ƏLİFBEY bax əlifba. Əlifbey də bilmir
(heç savadı yoxdur). - Hər əlibey oxuyan
gər ola peyğəmbəri-həqq; Mən də peyğəm-
ƏLİQANLI
bərəm, amma kim edir küfranı. S.Ə.Şirvani.
[Həmzə:] Xeyr a!.. Yenə [axund] başladı
əlifbeydən.. C. Cabbarlı. On yaşında ikən o
da həmin zavodda işləməyə başlamış və
orada da qoca fəhlələrdən əlifbeyi öyrən-
mişdi. M. İbrahimov.
ƏLİF-ƏLBƏT(TƏ) zərf dan. köhn. Müt-
ləq, yəqin, şübhəsiz. Bəs nə səbəbə bu iş,
əlbəttə, əlif-əlbəttə gərək sənin, mənim və
şahidlərimin arasında qala, vəssalam!
C.Məmmədquluzadə. Əlbəttə, əlif-əlbəttə
əl əli yuyar, əl də üzü. S. Rəhimov.
ƏLİGƏTİRƏN sif. Qumar və s. oyunlarda
daim bəxti gətirən, həmişə udan.
ƏLİGÖDƏK sif. dan. Əlinə pul keçmə-
yən; yoxsul, fəqir.
ƏLİİSTİ sif. Mahir atıcı, atıcılıqda cəld
olan. Əliisti adamın əlindən ov qurtara
bilməz.
ƏLİİTİ sif. Əldən çapıq; zirək, cəld.
Əliiti adam. - Bu iki işin ikisində də Leylək
əliiti idi. S. Rəhimov.
ƏLİK is. zool. Vəhşi keçi; keyik. Davanın
şiddətli vaxtında dağın döşündə bir sürü
əlik göründü. “Qaçaq Nəbi”. Görürsənmi
bu guruldayan dağları, indi orada əliklər hür-
kiişiir, dəstələnib dağları aşır, qalın meşələrə
girirlər. S. Rəhimov. Əlik qayadan atılıb
düzənlikdə ox kimi süzür. M. İbrahimov.
ƏLİKASAD is. dan. Yoxsul, pulsuz.
ƏLİKASADLIQ is. dan. Yoxsulluq, pul-
suzluq.
ƏLİQABARLI 1. sif. Cismani əməklə,
xüsusilə əl əməyi ilə məşğul olan. Əliqa-
barlı fəhlə.
2. is. məc. Zəhmətkeş, əməkçi.
ƏLİQAMÇILI sif. 1. Əlində qamçı olan,
əlində qamçı tutmuş. Əliqamçılı süvari. Əli-
qamçılı polislər.
2. məc. Zalım, qəddar, zülmkar mənasında.
ƏLİQANDALLI sif. Əllərinə qandal vu-
rulmuş. // Dustaq, əsir.
ƏLİQANLI sif. və is. Cinayətkar, qatil,
cani. Əliqanlı cinayətkarlar öz cəzalarına
çatacaqlar. - [Sultan] əliqanlı, .. bizim yol-
daşlardan .. az-az həlak eləməmişdir.
S. Rəhimov. Bürüyür ölkəni fəlakət seli; Bu-
nun səbəbkarı əliqanlıdıı ; M.Rahim.
103
ƏLİL
ƏLİL is. və sif. Xəstəlik və ya qocalıq
nəticəsində əmək qabiliyyətini itirmiş;
şikəst. Əlillər cəmiyyəti. Əlillər evi. Müha-
ribə əlilləri. - Görürsiiz ki, qocalmışam,
əliləm ; indi, camaat əhli, sizə dəxiləm.
A. Səhhət. [Pəri xanım:] Bir atam var əlil.
Kimə dərdimi söyləyim? Ə. Haqverdiyev.
Pirlər, ocaqlarda Miinəvvər xanımın adı
gələndə dilənçilər, əlillər qapıya hücum
çəkərdilər. Mir Cəlal.
ƏLİLLİK is. Əlil adamın hal və vəziy-
yəti. Təqaüdün miqdarı əlillik dərəcəsinə
görə təyin edilir.
ƏLİMYANDI zərf dan. 1 . Çox tələsik,
tez, qaçaraq. Bitmirəm keçən vaxt yaşılbaş
sona niyə belə əlimyandı ilə axtarılırmış.
Ə. Haqverdiyev.
2. Darda, çıxılmaz vəziyyətdə. Biz mal-
qara üçün bol yem ehtiyatı toplanılmasım
təmin edəcək, heyvandarlarımızı qışın sərt
günlərində əlimyandıda qoymayacağıq.
(Qəzetlərdən).
ƏLİRİŞMƏZ bax əlyetnıəz. Şu uzaq-
larda parlayan yıldız; Əlirişməz ümidlər ki-
midir. M.Hadi.
ƏLİUŞAQLI sif. Körpə uşağı olan. Əli-
uşaqlı qadııı.
ƏLİUZUN sif. dan. 1. Başqasının malına
xəyanət edən, əl uzadan, onu mənimsəmə-
yə, əlinə keçirməyə təşəbbüs edən, çalışan;
oğurluğa meyli olan. Əliuzun adam.
2. Vurub-çatan, başqasını incidən.
3. Ümumi süfrədə çox yeməklə, hər qaba
əl uzatmaqla nəzakətsizlik göstərən adam
haqqında.
ƏLİUZUNLUQ is. Əliuzun adamın işi,
hərəkəti; oğurluğa meyil. □ Əliuzunluq et-
mək - başqasının əmlakına, malına əl uzat-
maq, onu mənimsəməyə, ələ keçirməyə,
götürməyə təşəbbüs etmək, çalışmaq.
ƏLİYALIN zərf Əlində heç bir silah ol-
madığı halda, silahsız-yaraqsız.
ƏLİYUXA sif dan. Mayası, pulu az olan;
kasıb. Əliyuxa adamdır.
ƏLİYÜNGÜL sif. İştirakı ilə müvəffəqiy-
yət, uğur gətirən ( əliağır ziddi). Əliyüngül
adam.
ƏLİYÜNGÜLLÜK “Əliyüngül”dən mücər.
ƏL-QOL
ƏLKİMYA is. [ər.] Orta əsrlərdə: guya
iksir qatmaqla sadə metalları qiymətli me-
tallara çevirmək mümkün olduğunu iddia
edən, elmi kimyadan əvvəlki mistik elm.
ƏLKİMYAÇI is. Qədimdə: əlkimya ilə
məşğul olan adam.
ƏLQABI is. dan. Aftafa. □ Əlqabına çıx-
maq - təbii ehtiyac üçün çıxmaq.
ƏLQƏRƏZ ara s. [ər.] Xülasə, sözün
qısası, müxtəsər, bir sözlə. Əlqərəz, keçəl
ilanı genə yeşiyə qoydu. (Nağıl). Bu qayğı-
sız yaşamağı, əlqərəz; Bir şeylə etmək olar-
ını əvəz ? A.Səhhət. [Soltan bəy:] Əlqərəz,
arvad elə öz ayağı ilə yanıma gəlmişdi...
Ü.Hacıbəyov.
ƏLQİSSƏ ara s. [ər.] klas. bax əlqərəz.
Əlqissə, vücudum oldu bərbad ; Bir ləhzə
fələkdən olmadım şad. Füzuli. Əlqissə, çoxdu
canını qurban edən, çocuq! Ey dilbəranə
tərzdə cövlan edən çocuq! M.Ə. Sabir.
ƏL-QOL is. Əllər və qollar. Əl-qolunıı
çırmalamaq. - [Zənci:] Zəncirlə bağlıdır
mənim əl-qolum. S. Vurğun. □ Əli-qolu
açılmaq - geniş fəaliyyət göstərməyə im-
kan tapmaq, maneələrdən azad olmaq.
Amma ərə gedəndən sonra .. [Tükəzbanın]
əli-qolu daha da açıldı və gəzib dolanmağı
daha da artdı. B.Talıblı. [Pəri:] Hər halda
Sara öldü, əlim-qolum açıldı. C.Cabbarlı.
Əli-qolu bağlanmaq - hərəkət azadlığın-
dan məhrum olmaq, heç bir şey edə
bilməmək. Əl-qol açmaq - bax əli-qolu
açılmaq. Yenə ayağa qalxıb əl-qol açdı və
süzə-süzə Beyrəyə sarı gəlməyə başladı.
M.Rzaquluzadə. Əl-qol atmaq - 1) çapala-
maq; 2) həyəcanla, əsəbi halda danışmaq,
əl-qolunu oynatmaq, özündən çıxmaq. Nə
əl-qol atırsan? - [Səfər:] O yan-bu yana
əl-qol atma, ay Xəlil. S.Rəhman. Kitabsa-
taıı bunları etə ucadan deyir, elə qəzəblə əl-
qol atırdı ki, dalaşmağa adam axtardığını
güman etmək olardı. Mir Cəlal. Əl-qol
ölçmək - əl-qolunu oynatmaq. Rəhim bəy
səbir edə bilməyib əl-qolunu ölçərək qış-
qırdı. M.Hüseyn. [Mirzə Şəfi] əl-qolunu
ölçərək ifadəsini şiddətləndirirdi. Mir Cəlal.
Əl-qolu gəlməmək - həvəsi gəlməmək,
istəməmək. Əl-qolu gəlməyən, çəkilib mat-
məəttəl qıraqda dayanan da olurdu. Mir
104
ƏLQUŞU
ƏLLƏŞ-VƏLLƏŞ
Cəlal. Əl(ini)-qolunu bağlamaq - sərbəst
hərəkət imkanından məhrum etmək, fəaliy-
yət göstərməsinə imkan verməmək. [Gül-
nisə:] ..Əvvəl çalışıb. Pərini Bəhrama verib
əl-qolunu bağlamaq lazımdır. C. Cabbarlı.
Sözün açığı budur ki, intriqa, çəkişmə, şəxsi-
qərəz sizin əl-qolunuzu bağlayıb işləməyə
imkan vermir. "Kirpi”.
ƏLQUŞU is. 1. Əhliləşdirilmiş quş. // Ov
quşu.
2. məc. dan. zar. Qucaqda saxlanmağa
öyrənən, həddən artıq əzizlənib bəslənən
uşaq haqqında.
ƏLLAF [ər.] bax allaf. Əllaflar çuval-
çuval arpa, buğda və saman alıb arabalara
doldurur, eşşəklərə yükləyirdilər. A. Şaiq.
[Cəfərqulu:] Yedi, içdi, axırıncı tikəsi ağzında
idi ki, öz qəzalarından olan əllaf Məşədi
Məmmədbağır içəri girdi. Qantəmir.
ƏLLAMƏ is. və sif. [ər.] 1 . Çox bilən, hər
elmi bilən (adam).
2. məc. Yalançı alim. Qınamasınlar məni;
Hər şeydən xəbər verən əllamə tənqidçilər.
R. Rza.
3. məc. Bic, hiyləgər. O, yaman əllamədir.
- Anası heç qızından geri qalan deyildi. O
da onun kimi əllamənin biri idi. (Nağıl).
ƏLLAMƏLİK is. Özünü alim, bilici kimi
göstərmə, alimlik satma. Əllaməlik etmək.
Bu əllaməlik nə üçündür? - Əllaməlik ey-
ləyənlər bu yerlərə ayaq basmaz ; Lakin
sənin bu dağlardan yazdığına qələm çəkər.
S. Rüstəm. Hacı Rəsul Tahirzadənin suallı
baxışını görüb əllaməlik biiruzə vermək
istədi. Mir Cəlal.
ƏLLƏMƏ 1 “Əlləmək” den f.is.
ƏLLƏMƏ 2 is. məh. Daş, qaya.
0 Başına əlləmə düşsün - qarğış ifadəsi.
[Hürü:] Evin yıxılsın, Mələk xanım, başına
əlləmə düşsün, Mələk xanım, dincəldinmi?
N.Vəzirov.
ƏLLƏMƏK f 1 . Əllə yoxlamaq, əl sürtüb
baxmaq, əl sürtmək, əl vurmaq, əl toxun-
durmaq. Mirzə Rəhim ağa, Hacı xana mütə-
vəcceh olub gülə-gülə çənəsini əlləyirdi.
M. S. Ordubadi. Bir əli ilə anasının döşündən
möhkəm yapışmış körpə o biri əli ilə ana-
sının üzünü, çənəsini əlləyirdi. Ə.Vəliyev.
2. Əllə çağırmaq. O, yoldaşını uzaqdan
görüb əllədi.
ƏLLƏM-QƏLLƏM sif. dan. Düz olmayan,
qeyri-ciddi, etibar edilə bilməyən, cəncəl,
hiyləbaz, fırıldaqçı, sözünün üstündə dur-
mayan. Əlləm-qəlləm adam. - [ibrahim
bəy:] Bir Kərbəlayı Qulam var, əlləm-qəl-
ləm, .. nadürüst, hacını yaman dolaşdırıb.
N.Vəzirov.
ƏLLƏNMƏ “Əllənmək”dən f.is.
ƏLLƏNMƏK məch. 1. Əllə yoxlanmaq,
əllə sürtülüb baxılmaq.
2. Əllə çağırılmaq.
ƏLLƏŞDİRİLMƏ “Əlləşdirilmək”dən f.is.
ƏLLƏŞDİRİLMƏK məch. 1. Əllə yox-
lanmaq.
2. Əllə qarışdırılmaq, axtarılmaq, tərpə-
dilmək. Gəlib gördüm ki, masanın üstün-
dəki kağızlar əlləşdirilmişdir.
ƏLLƏŞDİRMƏ “Əlləşdirmək”dən f.is.
ƏLLƏŞDİRMƏK/ 1. Bax əlləmək 1-ci
mənada. Qara Hüseyn, Nıırəddinin qıçını
əlləşdirib dedi.. S.S. Axundov.
2. Əllə qarışdırmaq, yoxlamaq, axtarmaq,
tərpətmək. Bu kağızları kim əlləşdirib bir-
birinə qarışdırdı? - Müfəttiş kisənin qaba-
ğında oturub işləri əlləşdirdi. S. Rəhimov.
Katibin qarşısındakı kağızları əlləşdirən
Dövlət .. Veysin üzünə baxdı. Ə.Əbülhəsən.
3. icb. Dalaşdırmaq, vuruşdurmaq, qapış-
dırmaq. Uşaqları bir-biri ilə əlləşdirmək.
ƏLLƏŞMƏ “Əlləşmək”dən/w.
ƏLLƏŞMƏK f. 1. Çalışmaq, çalışıb-ça-
palamaq, bir şeylə məşğul olmaq. Səhərdən
axşama kimi əlləşdi, bu yazını yazdı. Nə
qədər əlləşdimsə, bir şey çıxmadı. -
Buludların .. günün şüasını bizdən aldığını,
bizi məhrum etdiyini görüb biz əlləşərdik,
çalışardıq ki, o ııamərbut qara buludları
başımız üstündən rədd edək. T.Ş. Simurq.
Fatma arvad hələ də təndir başında əlləşir.
Mir Cəlal. □ Əlləşib-vuruşmaq - çox ça-
lışmaq, çox zəhmət çəkmək.
2. Çəkişmək, mübarizə etmək, deyişmək.
Sən onunla əlləşmə. - ..Yerdə qaçan şimşə-
yin; Çirmərıib əlləşməyin; Carçısı mən olay-
dım. Ə. Cavad. Yaşar bu yarımcan qurdla
əlləşməkdə ikən birdən yan-yörədən səs
gəldi. M.Rzaquluzadə.
ƏLLƏŞ-VƏLLƏŞ: əlləş-vəlləş eləmək
(olmaq) dan. - bir-biri ilə güləşən kimi
sarmaşıb əlləşmək.
105
ƏLLƏTMƏ
ƏLLƏTMƏ “Əllətmək”dən f.is.
ƏLLƏTMƏK icb. ӘПө yoxlatmaq.
ƏLLİ 1 Qırx doqquzdan sonra gələn rəqəm
- 50. Əlli adam. Əlli manat. Yaşı əllini keç-
mişdir. - Mahalda kənd bircədir; İçində əlli
koxa. (Bayatı). Qafar yaşı əlliyə yaxın olan,
xırdaca, arıq bir adamdı. Ə.Əbülhəsən.
ƏLLİ 2 sif. 1 . Əli olan, iri əlli adam.
2. məc. Qolu güclü, qüvvətli. Həm ağanın
öziinə, həm də Zərrintac xanıma yad bir əl
toxunmaması üçün möhkəm əlli bir mühafiz
lazımdı. S. Rəhimov.
3. məc. Cəld, əliiti, bacarıqlı. Əlli adam.
ƏLLİ-AYAQLI 1 . sif. Diribaş, çox zirək,
çox bacarıqlı, əlli-qollu. Əlli-ayaqlı adam.
- Laçın hələ yeddicə yaşında ikən çox diri-
baş, çevik, əlli-ayaqlı bir uşaqdı. M.Hüseyn.
2. zərf İzsiz-soraqsız, tamam, bütün, büs-
bütün. Əlli-ayaqlı itmək. -Naməlsəm məhəl-
ləsindən üç adamı əlli-ayaqlı göndərdilər.
N.Nərimanov. [Nazlı:] ..Cavan dayısı əlli-
ayaqlı getdi.. Ə.Əbülhəsən.
ƏLLİK is. 1 . B a x əlcək.
2. Bir şeyin əllə tutulan yeri, tutacaq,
qulp, dəstə və s.
ƏLLİQRAMLIQ 1 . is. Əlli qram ağırlığın-
da olan çəki daşı. Tərəziyə əlliqramlığı qoy.
2. sif. Əlli qram ağırlığında olan, əlli qram
tutan, çəkisi əlli qram olan. Əlliqramlıq çəki
daşı. Əlliqramlıq çay. Əlliqramlıq qutu.
ƏLLİLİK 1. is. Əlli manatlıq kağız pul.
Əlliliyi xırdalamaq. Bir əllilik verdim, üç
manat qaytardı, iki əllilik yüz manat edər.
2. sif. Əlli manata dəyən, qiyməti əlli ma-
nat olan. Əllilik kostyum (palto).
3. sif. Çəkisi, həcmi, ölçüsü və s. əlli va-
hiddən ibarət olan. Əllilik çən. Əllilik kisə.
ƏLLİM ANATLIQ bax əllilik 1 və 2-ci
mənalarda.
ƏLLİNCİ Qırx doqquzuncudan sonra gə-
lən sıra sayı. Əllinci adam. Əllinci illərdə.
Əllinci sıra.
ƏLMƏNDƏ is. Uşaq oyunlarından birinin
adı.
ƏLMUZDU is. Əllə görülən işin haqqı,
qarşılığı. [Məstəli şah:] Xanım, divlərin əl-
muzdusunu, ənamını kərəm edin. M.F.Axund-
zadə. [Həkim] də [Qulamdan] əlmuzdu al-
madı. S. Rəhimov. // Zərf mənasında. Əl-
muzdu işləmək.
ƏLVAN
ƏLSİZ sif. 1 . Əli, ya əlləri olmayan. Bir
Əlsiz adam.
2. B a x əlsiz-ayaqsız. Cəlil ağa özü keç-
mişdə fəqir olduğundan çox rəhmli idi və
harada bir ittifaq düşsəydi, fəqirlərə, əlsiz-
lərə kömək edərdi. İ.Musabəyov.
ƏLSİZ-AYAQSIZ sif. və is. Bacarıqsız,
aciz, yazıq, köməyə möhtac. Əlsiz-ayaqsız
adam. - [Əmiraslan bəy:] O, nizami qoşun
deyil, əlsiz-ayaqsız .. kasıb-küsublardan top-
lanmış dəstədir. S.S.Axundov. Məni gön-
dəribdir bura kəndin ağsaqqalları; Əlsiz-
ayaqsızları, köməksiz yoxsulları. S.Rüstəm.
[Bəbir bəy:] Mən əlsiz-ayaqsızlara könıək
etmək istəyirəm. Mir Cəlal.
ƏLTOPUbax həndbol.
ƏLÜSTÜ zərf Tez, dərhal, o dəqiqə, o
saat, dayanmadan, cəld, iti. Əlüstü ayağa
qalxdı. Əlüstü yola düşdüm. - Məhəmməd-
həsən əmi əlüstü girdi həyətə. C.Məmməd-
quluzadə. [Səfər:] Ağa, mən də şəriət bilə-
nəm ha... Çünki sözü deyən kimi əlüstü başa
düşürəm. C. Cabbarlı.
ƏL-ÜZ top. Əllər və üz. Əl-üzünü silmək.
Uşaq əl-üzünü rəngə buladı. - Qaraca qız
paltarını geyib dedi : - Baba, əl-üzümü ha-
rada yuyum? S.S.Axundov. [Pəri Cadu:] Sən
də get içəri, su töksünlər, əl-üzünü yu, bir az
sərinləş. Ə. Haqverdiyev. Laçın, get su gətir,
yoldaşlar əl-üzlərini yusunlar. H.Nəzərli.
ƏLÜZSİLƏN is. Əl-üz silmək üçün
dəsmal.
ƏLÜZYUYAN is. Əl-üz yumaq üçün xü-
susi quruluşlu lüləyi olan alət. Əlüzyuyanda
boynunu yumaq. - Otaq pis deyil idi;
student otağına məxsus hər bir şey var idi:
yazı masası, kürsü, əlüzyuyan, çarpayı, hətta
elektrik işığı da yerində idi. Çəmənzəminli.
[Nəriman] ..şapkasını təkyənin üstünə
ataraq ağ, tüklü biləklərini çirməyib əlüzyu-
yana yaxınlaşdı. İ.Əfəndiyev. Fərman evinə
iki yaxşı çarpayı, stol, stullar, paltar şkafı,
kitab rəfi, əlüzyuyan və başqa avadanlıq
almışdı. Ə. Sadıq.
ƏLVAN 1 sif. [ər.] Cürbəcür rəngdə olan,
rəngarəng, rəngbərəng, ala-bəzək. Əlvan
kağız. Əlvan çiçəklər. Əlvan tüklü quş. Əlvan
parça. Küçələr əlvan lampalarla bəzənmiş-
dir. - Bunlar əlvan qiyafəli, dünyanın hər
106
ƏLVAN
ƏMANƏT
tərəfindən toplanmış diirlü xalqların birər
nümayəndələri idilər. H.Nəzərli. Əlvan
çiçək xalıları yamacda; Baş qaldırır nərgiz
gözlü dolıısu. R.Rza.
ƏLVAN 2 sif. Dəmirdən başqa bütün ma-
terialların ümumi adı.
ƏLVANBÜLBÜL is. zool. Sərçələr dəstə-
sindən bəzəkli kiçik quş.
ƏLVANÇIRAQ is. Əlvan (rəngbərəng)
lampalarla bəzənmiş şey.
ƏLVANLIQ is. 1 . Əlvan şeyin halı, görü-
nüşü; rəngbərənglik, rəngarənglik. Çiçək-
lərin əlvanlığı.
2. Əlvan bəzənmiş şey, yer və s. Bayram
münasibəti ilə şəhərin hər yeri əlvanlıqlarla
dolu idi.
ƏLVERİŞLİ sif. 1. Yararlı, münasib, uy-
ğun, müvafiq. Əlverişli üsul. Əlverişli şərait.
Üzümçülük üçün əlverişli iqlim. Muğan pam-
bıq əkini üçün ən əlverişli yerlərdəndir. - Səba
xanım çox lazımi və əlverişli bir zamanda
Həmədana gəldiyinə inandı. M.S. Ordubadi.
Hüseyn əlverişli vəziyyətdədir; Bəs atəş aç-
mayır, nə niyyətdədir?! M. Rahim.
2. Gəlirli, xeyirli, faydalı, mənfəətli.
Əlverişli iş. - Şuşa şəhəri [Rəşid üçün] çox
əlverişli (z.) oldu, yəni üç ay gəzəndən sonra
əməlli-başlı sağaldı və kökəldi. Ə.Vəliyev.
ƏLVERİŞLİLİK is. 1. Yararlılıq, münasib-
lik, uyğunluq, müvafıqlik, işəyararlılıq. Yeni
üsulun əlverişliliyi. Şəraitin əlverişliliyi.
2. Gəlirlilik, xeyirlilik, faydalılıq, işin əl-
verişliliyi.
ƏLVERİŞSİZ sif. Əlverişli olmayan, işə
yaramayan. Əlverişsiz şərait. Əlverişsiz iş.
ƏLVERİŞSİZLİK is. Əlverişli olmama,
işə yaramama.
ƏLVİDA nida [ar.] Sağlıqla qal, xuda-
hafiz. Əlvida, ey sevimli şəhər. - Əlvida!
Əlvida! Daldığım uyğu; inanmam ölümmü,
röyamı yoxsa. S.Vurğun. [Şəmsiyyə:] Göz-
ləyəcəyəm, müəllim, hələlik əlvida! - deyib
getdi. M.Ibrahimov. □ Əlvida etmək -
1) görüşüb ayrılmaq, vidalaşmaq. Dostlarla
öpüşüb əlvida etdi. - Axır, gözüyaşlı anam,
bacım və sair əqrəbam ilə əlvida edərək yola
düşdüm. S.S. Axundov. [Dərviş:] Hamımız
qoca kişi ilə bir yerdə kənddən əlvida edib
şəhərimizə varid olduq. A.Divanbəyoğlu;
2) məc. tərk etmək, itirmək, həmişəlik ay-
rılmaq. Altı ay keçmədi ki, biçarə övrət də
canından artıq sevdiyi kiçik balalarına
həmişəlik əlvida etməyə məcbur oldu.
C.Cabbarlı. Polad qərq olaraq düşüncələrə;
Əlvida elədi ilk məhəbbətə. M. Rahim.
// Ayrılmaq, getmək münasibəti ilə düzəl-
dilən mərasim. Əlvida konserti. H Ayrılıq,
ayrılma. Əlvida gecəsi.
ƏL YAZISI bax əlyazma(sı). Qədim əl-
yazısı.
ƏLYAZMA(SI) is. Əl ilə yazılmış mətn,
kitab və s; əlyazısı. Əlyazmaları fondu (əl-
yazmaları toplanılıb saxlanılan yer, idarə,
şöbə və s.). M.F.Axundzadənin əlyazmaları.
Fondda ən qədim əlyazma perqameııt üzə-
rində qədim kufi əlifbası ilə yazılmış Quran
surəsidir.
ƏLYETMƏZbax əlçatmaz.
ƏLYÖVM zərf [ar.] klas. 1. Bu gün, indi.
Yoxsa Məlikov Həsənbəyi-pir ; Əlyövm olu-
nur vətəndə təqdir? M.Ə. Sabir.
2. Hələ də, indiyə qədər.
ƏLZƏM sif. [ər.] klas. Daha lazım, ən
vacib, çox gərəkli. □ Əlzəmdir - lazımdır,
çox vacibdir. Əlbəttə, elm təhsil eləmək hər
bir babətdən lazımdır və padşahi-mehriba-
nımızın dilini bilmək dəxi əlzəmdir.
C. Məmmədquluzadə. Hacı Rəsul: - Elm
həm ünasa, həm ziikura eyni dərəcədə
əlzəmdir. Mir Cəlal.
ƏMAN [ar.] bax aman. Böylə gedərsə
Bakı əldən gedər; Qalmaz o məvadə əman,
hiç, lıiç! M. Ə. Sabir.
ƏMANƏT is. [ar.] 1. Birinə inanıb bir şeyi
müvəqqəti olaraq tapşırma, vermə. Bu üzük
sizdə əmanət qalsın. □ Əmanət almaq -
müvəqqəti istifadə üçün almaq. Kitabı əma-
nət almışam. Əmanət vermək - müvəqqəti
istifadə üçün vermək. Əmanət qoymaq -
bir şeyi müvəqqəti olaraq inandığı adama,
ya yerə tapşırmaq, qoymaq. Kağızlarını
yoxladığım zaman sərrafların yanında yüz
min tümən əmanət pul qoyduğunu gördüm.
M.S. Ordubadi. Əmanət saxlamaq - başqa-
sının malını, pulunu müvəqqəti olaraq ol-
duğu kimi qoruyub saxlamaq. // Saxlanmaq
üçün birinə müvəqqəti olaraq tapşırılan şey,
özgənin tapşırdığı şey. Özgənin əmanətidir,
107
ƏMANƏTÇİ
verə bilmərəm. - At elin, torba əmanət;
Bizim daha nəyimiz var? (Ata. sözü). Qışda
sorağını uzaqdan aldım; Dedim: - Əmanə-
tim, eşqim səndədir. N.Rəfıbəyli. □ Allah
əmanəti, Allaha əmanət - saxlamaq,
qorumaq üçün müvəqqəti olaraq başqasına
verilən qiymətli şey. Ərz etdi: - Səlamət ol,
anacan! Allaha əmanət ol, anacan! A.Səhlıət.
// Sif mənasında. Əmanət qoyulmuş, mü-
vəqqəti tapşırılmış. Ənıanət şey.
2. Banka faizlə qoyıılan pııl. Əmanətlərin
qəbulu, verilişi. □ Əmanət kassası - əha-
linin artırıb yığdığı pulları müəyyən imti-
yazlarla qoruyub saxlayan maliyyə müəssi-
səsi. Pulunuzu əmanət kassasına qoyun.
Əmanət kassası kitabçası. Ənıanət kassa-
sından pul götiirnıək.
3. Bax amanatabənd. Oturuşu o qədər
əmaııətdi ki, balaca bir təkanla onu arxası
üstə aşırmaq olardı. Ə.Əbülhəsən.
4. nida köhn. Allah eləməsin. Əmanət,
ənıanət, dəyməsin ara; Düşməsin ədavət bir
də diibara. Q. Zakir.
ƏMANƏTÇİ sif. 1. Əmanət verən adam.
// Əmanət kassasında pulu olan adam. Əma-
nətçilərə xidmət. - [Müstəntiq:] Yox, sən
qurtar get, indi uzaq kəndlərdən gəlmiş əma-
nətçilər kassa qabağındadırlar, sizi gözlə-
yirlər. S. Rəhimov.
ƏMANƏTDAR is. [ ər . əmanət və fars.
...dar] 1. Əmanət saxlayan adam, əmanətçi.
2. тәс. klas. Əmanət. Dün Füzuli arizin
görgəc, rəvan tapşırdı can; Laf edib derdi
ki, canım var; əmanətdar imiş. Füzuli.
ƏMANƏTƏN zərf [ər.] 1. Əmanət yolu
ilə, əmanət olaraq.
2. Bax amanatabənd.
ƏMANƏTİ sif 1 . Əmanət olaraq verilən.
2. Bax amanatabənd.
ƏMBİZ is. Piramida şəklində yığılmış
məhsul topası.
ƏMCƏK is. Məmə, döş. Fəxrəddin!.. Mən
səni bu əmcəklərimlə bəsləmişəm, Fəxrəd-
din! N.Vəzirov. İnəyin əmcəyindən çıxan
siid balaca bulaq kimi şırhaşırla sərniclərə
tökülürdü. Ə.Vəliyev. □ Əmcək uşağı -
südəmər uşaq. Övrətlər əmcək uşaqlarını
bağırlarına basıb tökülmüşdülər küçəyə.
C. Məmmədquluzadə. Vaqonumuzun o ba-
әмәк
şında bir əmcək uşağı hərdənbir ağlayırdı.
Ə.Haqveıdiyev. Əmcəkdən kəsmək - süd
verməyi dayandırmaq, süddən kəsmək, daha
süd verməmək. Uşağı əmcəkdən kəsmək.
0 Anasının (nənəsinin) əmcəyini kəsən
- çox bic, fırıldaqçı, dələduz adam haqqında.
Bir şahıya nənəsinin əmcəyini kəsənlər var.
M. İbrahimov. Anasının əmcəyini kəsmək
- fırıldaqçılıqla məşğul olmaq. Adam da
anasının əmcəyini belə kəsərmi? S. Rəhman.
ƏMCƏKLİ sif. 1. Əmcəyi olan; məməli.
Cücə ağgünlii olsaydı, toyuq əmcəkli olardı.
(Ata. sözü.)
2. məh. Hələ sağılmamış. İnək əmcəklidir.
ƏMDİRİLMƏ “Əmdirilmək”dən fis.
ƏMDİRİLMƏK məch. Əmməyə məcbur
edilmək.
ƏMDİRMƏ “Əmdirmək”dən/w.
ƏMDİRMƏK icb. Əmməyə məcbur
etmək; döş vermək, döşdən süd vermək.
ƏMƏK is. İnsanın əqli və cismani gər-
ginlik tələb edən məqsədəuyğun və ictimai
cəhətdən faydalı fəaliyyəti; zəhmət. Zehni
əməklə fiziki əmək arasındakı ziddiyyətin
aradan qalxması. □ Əmək aləti - işləmək
üçün lazım olan alət, karastı. Əmək
çəkmək- bax əmək qoymaq. [Altunbay:]
[Solmaza] mən səni almaq üçün nə qədər
əməklər çəkdim, altunlar tökdüm. C.Cabbarlı.
Vəfalıya əmək çəksən itirməz; Bədəsil
nəsihət, öyüd götürməz. Xəstə Qasım. Ata
əmək çəkdi, bir bağ becərdi; Oğlu ordan şirin
meyvələr dərdi. M.Dilbazi. Əmək haqqı -
zəhmət müqabilində alman (verilən) pul,
maaş və s. Ayda nə qədər əmək haqqı alır-
san? - Hər sahibkar öz istəyinə görə iş
saatının müddətini və əmək haqqını təyin
edir. M.İbrahimov. Əmək intizamı - hər
hansı bir kollektivin bütün üzvlərinin qo-
yulmuş olan qanun və qaydalara tabe olması
zəruriyyəti. Əmək intizamını yüksəltmək. -
Bu zəngi Sübhanverdizadə əmək intizamını
möhkəmləndirmək məqsədi ilə buraya
vurmuşdu. S.Rəhimov. Əmək qabiliyyəti -
işləmək, iş görmək qabiliyyəti. Əmək qa-
biliyyətini itirmək. Əmək qoymaq - zəh-
mət çəkmək, zəhmət sərf etmək. Bu işə çox
əmək qoymuşam. — Əsədin sözünə nəzər
yetirin; Yaxşı əmək qoyun, məhsul götürün.
108
ƏMƏKÇİ
ƏMƏKSEVƏNLİK
Aşıq Əsəd. Əmək məhsuldarlığı iqt. -
vahid zaman ərzində fəhlənin istehsal etdiyi
məhsulun miqdarı. Əmək mükəlləfiyyəti -
əhalinin görməli olduğu ictimai, ya dövləti
vəzifə. Əmək-islah düşərgəsi - məhbus-
ların əməklə islah edildikləri cəza yeri.
Əməyi itmək (zay olmaq, əlində qalmaq,
zaya getmək, bada getmək) - zəhməti
boşa getmək, zəhmətinin nəticəsini görmə-
mək. [Koroğlu dedi:] Əməyim zaya getməyi;
Yandırır məni, yandırır. “Koroğlu”. O zaman
anladım itib əməyim; Qaldı bir də qiyamətə
diləyim. A. Səhhət. Öz zəhmətimi demirəm,
Gülqədəmin əməyi əlində qaldı. Ə.Vəliyev.
Əməyi(m) gözündən gəlsin! - qarğış
ifadəsi. // Ümumiyyətlə, zəhmət, səy, cidd-
cəhd. Mən sizə yaxşılıq etmək fikrindəyəm,
siz mənim əməyimi və cəfamı zaye etmək fik-
rindəsiniz! M.F.Axundzadə. Bu əmək hər
yerdə torpağın iizünii eyni ehtirasla dəyişir.
M. İbrahimov.
0 Əmək kitabçası - fəhlə və xidmətçinin
əmək stajını göstərən sənəd (kitabça). Əmək
ordusu məc. - əməkçilər, zəhmətkeşlər.
Əmək sazişi - hər hansı bir işi görmək haq-
qında tərəflər arasında bağlanan müqavilə.
Əmək tərbiyəsi - yetişən nəslin əmək əsa-
sında tərbiyəsi sistemi. Məktəblərdə əmək
tərbiyəsini yüksək səviyyəyə qaldırmaq.
ƏMƏKÇİ sif. Öz əlinin zəhməti ilə dola-
nan, öz əməyi ilə yaşayan, zəhmətkeş.
Əməkçi bəşəriyyət. - Haydı, əməkçi qız, gəl
məni dinlə. M. Müşfiq. Əməkçi insanlar
daim qardaşdır; Bir məslək uğrunda onlar
sirdaşdır. Z.Xəlil. // ts. mənasında. Kənd və
şəhər əməkçiləri. - [Almaz:] Yoldaşlar, bi-
zim çalışdığımız kəndin əməkçiləri üçündür.
C.Cabbarlı. Hər bir zaman əməkçilər çəkdi
cəfamı. Ə.Cavad.
ƏMƏKÇİLİK is. Əməklə keçinmə, zəh-
mətlə yaşama, zəhmətkeşlik.
ƏMƏKDAR sif 1 . Böyük xidmətləri olan.
Əməkdar alim.
2. rəs. Elm, incəsənət, maarif, idman və s.
sahəsində özünü göstərən qabaqcıl adamlara
dövlət tərəfindən verilən fəxri ad. Əməkdar
artist. Əməkdar elm xadimi. Əməkdar idman
ustası. Əməkdar müəllim. Əməkdar həkim.
Əməkdar aqronom. Əməkdar inşaatçı.
ƏMƏKDARLIQ is. 1 . Bir işdə böyük xid-
mətləri olma.
2. dan. Əməkdar adı (bax əməkdar 2-ci
mənada). Ənıəkdarlıq almaq.
ƏMƏKDAŞ is. 1 . Birisi ilə bir yerdə işlə-
yən və ya ona kömək edən adam, iş yoldaşı.
Mənim əməkdaşını. - [Elxan:] Qonmaz, za-
vallı əməkdaşlarım məhv oldular.. C.Cabbarlı.
Qəzaya getdikdə [Eldar] qızı əməkdaş sifəti
ilə öz yanınca aparır. S. Hüseyn.
2. Bir idarədə, müəssisədə çalışan şəxs,
xidmətçi. Əməkdaşların siyahısı. Əməkdaş-
ların iştirakı vacibdir.
3. Bəzi ixtisas işçilərinin adı. Jurnal əmək-
daşı. H Elmi tədqiqat institutunda vəzifə
adı. institutun elmi əməkdaşı.
ƏMƏKDAŞLIQ is. 1. İşləmə, çalışma.
□ Əməkdaşlıq etmək - 1) birinə kömək
etmək. Təcrübə işlərində professora əmək-
daşlıq etmək; 2) əməkdaş olmaq, işləmək.
Qəzetdə əməkdaşlıq etmək. Jurnalda əmək-
daşlıq etmək.
2. Birgə fəaliyyət, iş, birgə çalışma. Hər-
bi əməkdaşlıq. Kosmosu tədqiq etmək
sahəsində ölkələrin əməkdaşlığı. □ Əmək-
daşlıq etmək - birgə işləmək.
ƏMƏKGÜN is. tar. işçilərin əməyini he-
sablama vahidi. Kərim işləyən, öz işinin haqq-
hesabını çox yaxşı bilən, bir əməkgiinünü
itirməyən, əyriliyə qarşı vuruşan bir adanı
idi. S. Rəhimov. [Qulu:] Deyirəm, Cimi, vic-
danın olsun, elə etə ki, mən də sənə əməkgünii
yazanda utanıb tər tökməyim. I. Əfəndiyev.
ƏMƏKÖMƏÇİ is. bot. Uzun gövdəli, sün-
bül kimi iri parlaq rəngli çiçəkləri olan çox-
illik bitki. Payızlıq sovka tırtılları .. çil və
əməköməçi bitkilərini çox sevir. “Pambıq-
çılıq”. □ Əməköməçi fəsiləsi bot. -
bölümlüləçəkli ot və ağackimilərin daxil
olduğu bitki fəsiləsi.
ƏMƏKPƏRV ƏR sif. bax əməksevən.
Əməkpərvər qız.
ƏMƏKSEVƏN sif. Əməyi, zəhməti, işlə-
məyi sevən, çalışqan. Əməksevən xalq. -
Əməksevən gənc nəsillər; Dönür şeyda bül-
bülə. Aşıq Hüseyn. Ana sevsin, əzizləsin;
Əməksevən balasını. M.Dilbazi.
ƏMƏKSEVƏNLİK is. Əməyi, zəhməti,
işləməyi sevmə; çalışqanlıq. Öz ıışaqların-
109
ƏMƏKSEVƏR
ƏMƏLƏ
da .. əməksevətılik, qayğıcıllıq sifətləri tərbiyə
etmək hər bir ananın müqəddəs borcudur.
ƏMƏKSEVƏR bax əməksevən. O, çox
əməksevər adanıdır.
ƏMƏKSEVƏRLİK bax əməksevənlik.
Əməksevərliyi ilə fərqlənmək.
ƏMƏKSİZ zərf Zəhmət çəkmədən, işlə-
mədən. Ənıəksiz dolanır. H sif. Zəhmətsiz,
asan. Əməksiz iş yoxdur.
ƏMƏL 1 is. [ər.] Iş, feil. Onun sözü ilə
əməli düz gəlmir. - [Cənnətəli ağa:] Onu
bura çağır görüm, bu nə əməldir, mənim ba-
şıma gətirir. N.Vəzirov.
2. İcra, yerinə yetirmə. □ Əməl etmək
(eləmək) - yerinə yetirmək, icra etmək,
riayət etmək. Göstərişə əməl etmək. Təlimata
əməl etmək. Həkimin göstərişlərinə əməl et-
mək. - Vaizi-şəhr öz iqrarına etsəydi əməl ;
Düşməz idi bu qədər din ilə düııyavə xələl.
S.Ə.Şirvani. Sözlərinə əməl eləməyənə
lənət! N.Vəzirov. Zeynal .. Mehriban və onun
atasına verdiyi sözlərin heç birinə əməl et-
məyirdi. S. Hüseyn. Əməl olunmaq (edil-
mək) - yerinə yetirilmək, riayət edilmək,
icra olunmaq. Qaydaya əməl olunur. Əmələ
gəlmək - 1) baş vermək, meydana gəlmək,
doğulmaq, törəmək, hasil olmaq. Bataqlıq
durğun sudan əmələ gəlir. - Rəngarəng gül-
lükdə, çəmənlikdə hamar və ııaxışsız bir ağ-
lıq, bir düzənlik əmələ gəlmişdi. S.Rəhimov;
// mümkün olmaq, başa gəlmək, həyata keç-
mək. Əmələ gələn şey deyil; 2) kökəlmək,
yaxşılaşmaq, qıvraqlaşmaq, düzəlmək.
Buzov süd əmə-əmə əmələ gəldi. O, kurort-
dan sonra əmələ gəldi. - Arvad məsləhət
gördü ki, quzunu ötürsünlər, bir neçə vaxt
bağçada otlasın, əmələ gəlsin. C. Məmməd-
quluzadə. Əmələ gətirmək - 1) həyata ke-
çirmək, yerinə yetirmək, icra etmək. [Hacı
Mehdi:] Bir təvəqqəm var, amma qorxuram,
əmələ gətirə bilməyəsən. Ə. Haqverdiyev.
[Lütfəli bəy:] Gözlərinə dönüm, .. gör necə
mənim xahişlərimi əmələ gətirir? İ.Musabə-
yov; 2) düzəltmək, vücuda gətirmək, təşkil
etmək. [Əntiqənin] özünün də qara, şəvə
kimi saçları uzun və qalın bir hörük əmələ
gətirmişdi. Mir Cəlal.
3. Rəftar, hərəkət, iş. Əməlləri ilə lıamını
özündən incitdi. Əz əməlinə görə cəzasını
alacaqdır. - Elm insanlara eyni zamanda
onların əxlaqını, rəftarını və əməlini yaxşı-
laşdırmaq üçün təcrübədən keçirilmiş bil-
vasitədir. M.F.Axundzadə. Sənə cəza verən
əməllərindir. M. Rahim. [Salmanova] Cuma-
nın .. bütün əməllərini gözünün içinə deyə-
cəkdi. Ə.Əbülhəsən.
4. məc. Hiylə, kələk, biclik mənasında.
Bu sənin əməlindir. - Xalq bir-bir gedib
öpürlər əlin; Anlamaz kimsə hiyləsin, əmə-
lin. A. Səhhət. Bir neçə kazak əsgərləri də
onların dalınca gedirlər ki, görsünlər bu nə
əməldir. C.Məmmədquluzadə. Əlbəttə, şey-
tan əməlinə qurşanan gərək axırda belə
olsun. Ə.Haqverdiyev.
5. Hesabda tətbiq edilən əsas qayda. He-
sabda əsas dörd əməl var. cəmləmə, çıxma,
vurma, bölnıə.
0 Əməli azmaq - pozğunlaşmaq, yoldan
çıxmaq, həddini azmaq. Əməli ayağına ci-
dar olmaq - gördüyü işin cəzasını çəkmək,
pis nəticəsini görmək.
ƏMƏL 2 is. [ər.] Qayə, məqsəd, şiddətli
arzu. [Ağa Bəşir:] Bilirsiııizmi ki, dünən şika-
yətə gələn arvadın əməli nə imiş? M.F.Axund-
zadə. Əməli, fikri bütün kəsbi-kamal; Nə
müqəddəs ənıəlü fikrü xəyal! M. Hadi. Min
bir əməl arxasınca qoşmağı; Dürlü-dürlü
ürəklərdən öyrəndim. M. Müşfiq.
ƏMƏLBAZ sif. [ər. əməl və fars. ...baz]
dan. Tədbirli, tədbir və hiylə ilə iş görən,
hiyləgər. Ənıəlbaz adam. - Demək, bu əməl-
baz arvad oturduğu yerdə həm qızını söz-
sovdaıı qurtardı, həm də bu vilayətin böyüyü
elədi. S.Rəhimov.
ƏMƏLBAZLIQ is. dan. Hiyləgərlik, təd-
birlilik, tədbir və hiylə ilə iş görmə. □ Əməl-
bazlıq etmək - tədbir və hiylə ilə iş gör-
mək, hiylə işlətmək.
ƏMƏLDAŞ is. Əməli, məqsədi, qayəsi
bir olan, bir məqsəd arxasınca qoşan adam-
lardan hər biri. Toplayaraq başına öz əməl-
daşlarını; Qoydu böyük firqəııin ilk təməl
daşlarını. R.Rza.
ƏMƏLƏ is. [ər.] Fəhlə, işçi. Molla .. çı-
xıb gedəndə hamampulunu on-on beş qat
artıq verir, hamamçını da, əmələləri də
utandırır. “M.N. lətif’. [Odabaşı:] Neçə yüz
əmələ onun fabrikində və kəndlərində iş-
110
ƏMƏLƏCAT
ƏMƏLLİCƏ
lərdi. Ə. Haqverdiyev. Xanlar Həsənoğluna
atılan güllə tək bir ona yox, biz neft əmə-
ləsinin hamısına atılıbdır. S. Rəhimov.
ƏMƏLƏCAT is. [ər. “əmələ” söz. cəmi]
köhn. işçilər, fəhlələr, əmələlər. ..İdarəsin-
də çalışdırdığı əmələcatını da özü kimi pak,
etiqadlı, dindar bir müsəlman görmək is-
tərdi. S. Hüseyn.
ƏMƏLƏGƏLMƏ is. Yaranma, düzəlmə.
Molekulun əmələgəlmə istiliyi.
ƏMƏLİ sif 1 . İcrası (tətbiqi) lazım olan,
həyata keçirilməli olan; işgüzar, praktik.
Əməli təklif. Əməli iş. - Mən dərhal onunla
əməli söhbətə başladım. M. S. Ordubadi.
2. Sırf nəzəriyyəyə, elmə aid olmayıb
işlə, əməliyyatla, təcrübə və tətbiq ilə də
bağlı olan; tətbiqi, praktiki. Aktyor sənətinin
əməli məktəbi. Əməli işin elmi tədqiqat işi
ilə əlaqələndirilməsi. Lüğətçiliyin nəzəriy-
yəsini bilmək kifayət deyil, onun əməli cə-
hətini də bilmək vacibdir.
3. Yalnız sözlə deyil, işlə, əməllə olan.
..Zavodun kollektivi respublikanın bəzi uşaq
evlərinə hamilik edərək, onlara əməli var-
dım göstərir.
0 Əməli katib - cari yazı işlərini aparan
katib; kargüzar. Daldaya gələndə isə, əziz
dostu, arası saz olduğu əməli katibin de-
diklərini xatırlardı. Mir Cəlal.
ƏMƏLİSALEH sif. dan. Əməlində, işin-
də, hərəkətində düz olan, doğru hərəkət
edən, əyriliklə işi olmayan (adətən istehza,
kinayə və ya zarafatla deyilir). Əməlisaleh
adam. Bunu əməlisaleh adamlar bilər. -
İndi bilmirəm, sən necə əməlisaleh adamsan
ki, yenə də məni adam elədin. “M.N. lətif.”
[Qarı:] A qız, Çimııaz, ey! Sən ki əməlisaleh
kişinin qızısan, özün də yazığın biri! Necə
oldu ki, axı uşağını qoydun onlara qoşuldu?
Ə.Əbülhəsən. // is. mənasında. Əməlisa-
lehlər cənnətə və bədəməllər cəhənnəmə da-
xil olacaqlar. C. Məmmədquluzadə.
ƏMƏLİYYAT is. [ər. “əməliyyə” söz.
cəmi] 1. Müəyyən bir məqsəd güdən və
bir-biri ilə əlaqəli olan işlər. Təmizləmə əmə-
liyyatı. - Qulu Bəhramın vasitəsilə bəzi əmə-
liyyat yapmaq fikrində idi. Çəmənzəminli.
2. tib. Bəzi xəstəliklər, yaxud yaralanma-
lar zamanı müalicə məqsədi ilə bədənin hər
hansı bir yerində icra edilən cərrahlıq işi.
Cərrahlıq əməliyyatı. Plastik əməliyyat.
3. Müharibədə bir məqsədi, tapşırığı
yerinə yetirmək üçün aparılan döyüş işləri.
Hərbi əməliyyat. Hücum əməliyyatı. Müha-
sirə əməliyyatı. Quruya qoşun çıxarma
əməliyyatı. - ..Dəstə .. əməliyyatdan qayıdıb
dincəlməkdə idi. Ə.Əbülhəsən. Müharibə
dövründə toplarımız hücum əməliyyatının
carçısı olmuşdur. (Qəzetlərdən).
4. Maliyyə, ticarət idarəsinin gördüyü
işlərin məcmusu. Bank əməliyyatı. Kredit
əməliyyatı. Mal mübadiləsi əməliyyatı. Birja
əməliyyatı.
ƏMƏLLİ sif. və zərf Yaxşı, layiqli,
ləyaqətli. Əməlli hədiyyə. Əməlli işləmək. -
[Mozalanbəy:] Ancaq “ Molla Nəsrəddin ”
qəzetinin yazısını gözüm əməlli seçmir.
Ə. Haqverdiyev. [Əcəb xalanın] nə gözü
yaxşı görürdü, nə də qulağı əməlli eşidirdi.
S.Hüseyn. // Qaneedici, təminedici, məm-
nunedici, məqbul. Ondan əməlli bir cavab
ala bilmədik. - [Səftərqulu:] Yoxsa yenə
içmisən, a gedə? Əməlli danış, elə iş ola bil-
məz! N.Vəzirov. [Yusif:] Və bir elə ittifaq
düşməyib ki, mən [Şamdan bəyi] əməlli ta-
nıyam. N.Nərimanov.
ƏMƏLLİ-BAŞLI sif. və zərf Olduqca
yaxşı, bütün tələbata cavab verən, mükəm-
məl, nöqsansız, bütün, tam, ciddi. Əməlli-
başlı bir şey. Əməlli-başlı bir usta tapmaq.
Əməlli-başlı işləmək. П Əsaslı surətdə,
lazımınca, lazımi kimi, istənildiyi kimi. Heç
bir şeyi əməlli-başlı demir. - Pəri burada
əməlli-başlı məclis qurdu, yemək-içmək dü-
zəltdi. (Nağıl). [Sitarə xanımın] əməlli-başlı
kirayə gətirən evi də vardı. S.Hüseyn. [Koxa:]
Siz cavab axtarın, mən də əyləşim ; Bir əməlli-
başlı bığımı eşim. S.Rüstəm. Çimnaz yüngül
adam olsaydı, bu qarı ilə elə buradaca
əməlli-başlı tutuşa bilərdi. Ə.Əbülhəsən.
// Mükəmməl surətdə, olduqca, lap. Qara
kişini bu soyuq hava üşütdü, nəşəsini
əməlli-başlı korladı. Ə.Əbülhəsən.
ƏMƏLLİCƏ bax əməlli-başlı. Əməllicə
geyinmək. Əməllicə bina. Əməllicə yemək.
Əməllicə yorulmaq. Bu gün əməllicə işlədik.
Çox yaxşı olar, gündüz əməllicə yorulmu-
şam, - deyə [dostumun] təklifini şadlıqla
qəbul etdim. M. Rzaquluzadə.
111
ƏMƏLPƏRVƏR
ƏMƏLPƏRVƏR is. [ər. əməl və fars.
...pərvər] klas. Müəyyən bir əməl (qayə,
məqsəd) uğrunda çarpışan, konkret bir
məqsədə xidmət edən. Mirzə Fətəli bir ədib
və bir naşir olmaqdan daha artıq bir cəmiy-
yətçi, bir əməlpən’ərdi. C. Cabbarlı.
ƏMƏLSİZ sif Sözünə, vədinə əməl
etməyən, yaxııd bir şeyə inandığı halda, onu
yerinə yetirməyən, ona əməl etməyən.
Əməlsiz nəsihətçi. Əməlsiz adam. II Əməli
əhəmiyyəti olmayan, həyata keçməyən.
Əməlsiz sözdə fayda olmaz. (Ata. sözü).
// Dini ehkama sözdə inanıb, işdə onları
yerinə yetirməyən, onlara əməl etməyən.
Əməlsiz müsəlman. - Məni yarsız görmə,
mənim pərim var; Əməlsiz deyiləm, haqdan
karım var. Aşıq Rəcəb.
ƏMƏZƏK sif. 1 . Anasını өттәтөк, ya-
xud əmə bilməmək nəticəsində arıq olan;
zəif, cılız. Əməzək quzu. Əməzək adam kimi
tərpənir.
2. məc. Key, maymaq, qorxaq, bacarıqsız.
[Bahar:] Ay əməzək, Allah səni döysün! Niyə
qoyurdun qaçsın, indi nə tövr eləyək?
Ə. Haqverdiyev.
ƏMGƏK is. Kəllə sümüyünün ön və orta
hissəsi. Qiyas əmgəyindən peysərinə qədər
qırxılmış .. başını əlləri ilə tutdu. Ə.Abasov.
ƏMİ is. 1. Atanın qardaşı. Çünki Fərəc
xan Bağır xanın əmisi oğlu və damadıdır,
heç bir əmrdə onun rəyinə müxalifət etməz.
M.F.Axundzadə. ..Əmiləri dövləti bir ilin
içində dağıtdılar, axırda bir barnıaqhesabı
göstərdilər. C.Məmmədquluzadə.
2. Yaşlı, yaxın adama müraciət kimi işlə-
dilən söz. Əmi, saat neçədir? - [Sona:] Əmi,
bizim bu Qadir yaman qorxur. Ə.Əbülhəsən.
// Hörmət üçün özündən yaşlı kişinin adma
qoşulur. İki saat yol gedib Qasım əmi yetişdi
Təzəkəndə... C.Məmmədquluzadə.
ƏMİARVADI is. Əminin arvadı.
ƏMİCAN(I)bax əmidostu.
ƏMİCİ sif. 1 . Əmən, soran. Əmici uşaq.
2. Xüsusi terminologiyada: sorucu, soran,
xüsusi orqanları vasitəsilə içəriyə çəkən.
□ Əmici tel - bitkinin kökündə olan incə,
sorucu kökcük. Kökün əmici telləri uzun
ömür sürmür.
ƏMİN-AMANLIQ
ƏMİDOSTU is. 1 . Əmiarvadı yerində işlə-
nən ləqəb. [Şahbaz bəy:] Şərəflisə, qadan
alım, bilirsən ki, ənıidostum bu gün nə tufan
elədi? M.F.Axundzadə. [Rəşid:] Dünən
bizim başımız yaman qarışıq oldu, əmidostu!
M. Hüseyn.
2. Özgə qadını hörmətlə çağırmaq üçün
işlənən ləqəb. Əmidostu, bu uşaq kimlər-
dəndir?
ƏMİGƏLİNİ is. 1 . Hörmət üçün əmi ar-
vadına verilən ləqəb.
2. Əmioğlunun arvadının ləqəbi olan ad.
ƏMİK sif. Çox əmilməkdən xarab olmuş,
zədələnmiş.
ƏMİQIZI is. 1. Əminin qızı. Tamam da
əmiqızının uşağını saxlayacaqdır. S.S.Axun-
dov. // Əminin qızına müraciət. [Bəhram:]
Xoş gördük, əmiqızı, yəqin məni çox gözlə-
misən. C.Cabbarlı. [Tahir:] Yox, əmiqızı, qız-
dırmanın qalxmağı ondan deyil. M.Hüseyn.
2. məc. Özgə qızlara hörmət və mehri-
banlıq göstərərək, çağırmaq üçün işlənən
ləqəb.
ƏMİLMƏ “Əmilmək”don (is.
ƏMİLMƏK "Əmmək”dən məcli.
ƏMİN sif. [ər.] 1. Qorxusuz, xətərsiz,
etibarlı, dinc, sakit. Əmin yol. Əmin yer.
2. Tamamilə xatircəm, arxayın, qane. Bu
işin baş tutacağına biz əminik. - [Məhər-
rəm:] Mən əminəm ki, Səriyyə heç vaxt razı
olmayacaq və Rüstəmdən ayrılmayacaq.
C.Cabbarlı. izzət qarı əmin idi ki, .. o gülün
kökünü qazıb çıxarmaq lazımdır. Ә.Мөт-
mədxanlı. □ Əmin etmək - inandırıb rahat
etmək, tamamilə inandırmaq, xatircəm et-
mək, arxayın etmək, inandırıb qane etmək.
Mən sizi əmin edə bilərəm ki, o yazıq gənc
təmiz bir adamdır. M. S. Ordubadi. Budur,
mən səni öz tərəfimdən əmin edirəm..
H.Nəzərli. Əmin olmaq - tamamilə inan-
maq, inanıb rahat olmaq, xatircəm olmaq,
arxayın olmaq. Siz buna əmin ola bilərsiniz.
-Mina cavab verdi ki, əmin olunuz, əzizim!
İ.Musabəyov.
3. İnanılacaq, inanıla bilən, düz, etibarlı.
Əmin adam.
ƏMİN-AMANLIQ is. Sakitlik, asayiş, bir
yerdə qayda və nizamın hökm sürdüyü hal.
Nədənsə sizin dəstəniz Təbrizə girdiyi gün-
112
ƏMİN-ARXAYIN
ƏMİZDİRMƏK
dən bəri əmin-amanlıq yarada bilmədi.
M. S. Ordubadi. Müşavirənin gedişindən gö-
rünürdü ki, heç bir qəzada əmin-amanlıq
yarana bilməmişdir. S. Rəhimov.
ƏMİN-ARXAYIN sif. və zərf Sakitcə, ra-
hatca, arxayınca. Bir dəqiqə çəkmədi ki, qara
əjdaha ləhləyə-ləhləyə çaparaq, yüyürərək
platforma qabağında əmin-arxayın dayandı.
S.M.Qənizadə.
ƏMİNƏVƏSİ is. Əminin oğlunun və ya
qızının oğlu (qızı).
ƏMİNLƏŞMƏ “Əminləşmək”dən fis.
ƏMİNLƏŞMƏK f. 1 . Qorxusuz (təhlükə-
siz) hala gəlmək. Səngər dalına girib əmin-
ləşnıək. H Asayiş düşmək, əmin-amanlıq
düşmək.
2. Arxayınlaşmaq, xatircəmləşmək, rahat
olmaq. Oğlundan məktub alandan sonra
ənıinləşdi.
ƏMİNLİK is. 1. Sakitlik, əmin-amanlıq,
qorxusuzluq.
2. Xatircəmlik, arxayınlıq.
ƏMİOĞLU sif. 1. Əminin oğlu. Qızlar
şərti pozan əmioğlunu danladılarsa da, yenə
gülüşməyə məcbur oldular. M.Hüseyn.
2. Özündən yaşlı əmisi oğluna, yaxud
başqa bir adama müraciət sözü. Əmioğlu,
bir bura zəhmət çək. - [Sara:] Bəhram!
Əmioğlu, özün bilirsən ki, mənim dünyada
bir kimsəm yoxdur. C. Cabbarlı.
ƏMİR sif. [ər.] 1. Bir tayfanın və ya öl-
kənin başçısı. Qəbilənin əmiri. - Şairin qə-
zəllərinə məftun olmuş Dərbənd əmiri onu
bu xaraba kənddən öz sarayına dəvət edir.
Ə.Məmmədxanlı.
2. tar. Bəzi Şərq hökumətlərinin başçı-
larına və yüksək vəzifəli şəxslərə rəsmi
olaraq verilən ad. Qabaq cərgələrdə əmir-
lər, vəzirlər və kübar ailələr yerləşmişdi.
M. S. Ordubadi.
ƏMİRAXUR is. tar. bax miraxur.
ƏMİRİ sif. 1 . Əmirə mənsub, məxsus olan.
2. məc. Ən yaxşı, ən əla mənasında.
Əmiri xörək. Əmiri paltar.
0 Əmiri papaq köhn. - dəridən tikilən
hündür papaq növü. Başında əmiri papaq
vardı.
ƏMİRLİK is. 1 . Əmir vəzifəsi.
2. Əmirin idarəsi altında olan yerlər, ölkə.
ƏMİRÜLÜMƏRA is. [ər.] tar. Əmirlər
əmiri (xəlifələr dövründə yüksək rütbə adı).
ƏMİR-ÜMƏRA top. [ər.] Əmirlər. Vəzir,
vəkil, əmir-üməra nə qədər çox dedi, Şah
Abbas az eşitdi. (Nağıl).
ƏMİŞ is. 1. Əmmək işi, əmmə prosesi.
Quzuların əmişi. - Zəng çalınanda, əmişdəıı
sonra ayrılan qoyun-quzu kimi uşaqlar
böyüklərdən ayrıldılar. Mir Cəlal.
2. Əmmə vaxtı. Əmiş yaxınlaşanda qu-
zuları ağıldan çıxardırlar. Qoyun əmişində
gəl, süd apar.
ƏMİŞDİRİLMƏ “Əmişdirilmək”dən fis.
ƏMİŞDİRİLMƏK məcli. Əmizdirilmək,
əmişə salınmaq (çoxları haqqında). Qoyun
və quzular əmişdirildi, sonra qoyunlar sa-
ğılmağa başlandı.
ƏMİŞDİRMƏ "Əmişdirmək”dən fis.
ƏMİŞDİRMƏK f. Quzuları analarını
əmişməyə buraxmaq, əmizdirmək. Quzu-
ları çobanlar əmişdirdilər. - Azərbaycanda
və ümumiyyətlə, Zaqafqaziyada bir qayda
olaraq camışları balaları əmişdirməklə
sağırlar. A.Ağabəyli.
ƏMİŞMƏ “Əmişmək”dən fis.
ƏMİŞMƏK f. Kütləvi halda analarını
əmmək. Quzular ( buzovlar ) əmişirlər.
ƏMİUŞAĞI is. Əminin oğlu, ya qızı. O,
bizində əmiuşağıdır.
ƏMİZADƏ [əmi və fars. ...zadə] köhn.
1 . B a x əmiuşağı. O mənim əmizadəmdir. -
[Pəricahan xanım:) Ah, harada qalmışsan,
ey sevgili əmizadəm! S.S.Axundov. Hatəm
xanın əmizadəsi Yədulla xan evdə işsiz
oturmaqdan çox darıxdığı üçün bir ziyafət
düzəltmək qərarına gəldi. S.Rəhimov.
2. Ata-babanın əmiləri nəslindən olan.
Onlar bizim əmizadələrimizdir. - Tağı əmi
sair əmizadələrinə nisbətən məndə böyük
təsir buraxmışdı. S.S.Axundov.
ƏMİZDİRİLMƏ “Əmizdirilmək”dən fis.
ƏMİZDİRİLMƏK məcli. Döşdən süd
verilmək.
ƏMİZDİRMƏ “Əmizdirmək”dən fis.
Əmizdirmə zamanı.
ƏMİZDİRMƏK f. Döşdən süd vermək.
Ana körpəsini əmizdirir. - Əvvəl əmizdirir
öz körpəsini; Uşaq gülümsəyib kəsir səsini.
S.Vurğun. Nərgiz quymaq yedi və ıışağı
əmizdirdi. Ə.Vəliyev.
113
ƏMİZDİRTMƏ
ƏMİZDİRTMƏ “Əmizdirtmok”don/./,s.
ƏMİZDİRTMƏK icb. 1 Bax əmizdir-
mək. Uşağı əmizdirtdinmi?
2. Əmməsinə imkan vermək. İnəyi əmiz-
dirtdi.
ƏMİZMƏ “Əmizmək”dən f.is.
ƏMİZMƏK bax əmizdirmək.
ƏMLAK is. [ər. “mülk” söz. cəmi]
1 . Mülklər (torpaq, əkin yerləri, malikanə
və s.). [Mirzə Kərim:] Dövlətlilərin mal,
əmlakı keçir ümum camaat ixtiyarına.
Ə. Haqverdiyev.
2. Birinin sahib olduğu pula dəyər şeylə-
rin, varın, mal və mülkün məcmusu. Dövlət
ənılakı. Cinayətkar əmlakı müsadirə olun-
maqla cəzaya məhkum olundu. - Dövlətli-
yik. əlbəttə, şərafət də bizimdir; Əmlak
bizimdirsə, əyalət də bizimdir. M.Ə. Sabir.
ƏMLİK is. Yenicə ota düşən və eyni za-
manda anasını əmən quzu, keçi. Əmliklər
çəkdirəm şişə ; Bir ağır yığnağını ola!
“Koroğlu”. Bir əmliyin bir tümənə satılır;
Xəzəl oldu yenə pulların, dağlar! Aşıq
Ələsgər. Gəl oturma belə tək; Kürdə bir
əmlik kəsək. M.Rahim. // Sif. mənasında.
Əzizim, baliar barı; Şirindir bahar barı;
Kəsmə əmlik quzunu; Qoy gəlsin bahar,
barı. (Bayatı). Yaylağın sərin havası, əmlik
quzunun əti kazakları kefləndirib şirin yu-
xuya vermişdi. “Qaçaq Nəbi”. Yaxşı əmlik
quzu kəsmişəm, çox gözəl İsfahan şərabı da
vardır. M.S. Ordubadi. □ Əmlik kimi -
bəslənmiş quzıı kimi, lap gənc, gözəl, şux.
Yalan ha deyil, bəxtli olmasan, belə əmlik
kimi qızı almazdın. A. Şaiq. [Uşaqlar] ..
bəslənmiş əmlik kimi analarının yanma
düşüb yüyürürdülər. Mir Cəlal.
ƏMMA [ər.\ 1. Bax amma. Şeir bir zi-
vərdir, əmma biz kimi naqislərə; 01 ki na-
qisdir, onu möhtaci-zivər qılmamış. Füzuli.
Çox kimsənin əgər ki kəsibdir qərarını;
Əmma mənim təki o gülün biqərarı yox.
S.Ə.Şirvani.
2. Bir şeyə mane olan, əngəl törədən key-
fiyyət, hal, səbəb. Burada bir balaca əmma
var. - Yusif huşi-guşiııən qulaq asıb gördü:
adə, deyəsən, burda bir əmma var. (Nağıl).
Bəs bu gözəllikdə otaqları beş yüz manata
alanda demədinmi bunım ənıması var? Mir
әммәк
Cəlal. □ Əmması çıxmaq (olmaq) - 1) nöq-
sanı, əgər-əskiyi olduğu məlum olmaq;
2) sonradan xatası çıxmaq, əngəli çıxmaq.
ƏMMAMƏ is. [ər.] Bəzi Şərq ölkələ-
rində: sarınmış ıızun ağ parça, yaxud tirmə
zolağından ibarət baş geyimi; sarğı; çalma.
// Axımdlarm və başqa ruhanilərin başlarına
qoyduqları bu cür sarğı. Elə ki tək qaldılar,
Koroğlu abanı, əmmaməni çıxardıb bir
tərəfə tulladı. “Koroğlu”. Molla İbrahim-
xəlil sabah vaxtı səccadə üstündə, başında
əmmamə, əlində uzun təsbeh, dizi üstə otu-
rub övrad oxumağa məşğuldur. M.F.Axund-
zadə. Qoydun əmmamə başına, dandın
həqiqəti; Alati-həcvii məsxərə qıldın şəriəti.
Ə. Qəmküsar.
ƏMMAMƏDAR [ər. əmmamə və fars.
...dar] bax əmmaməli. [Baş nazir:] Bu əın-
manıədarlar hamıdan bədtərdirlər. P.Makulu.
ƏMMAMƏLİ 1. sif. Başında əmmamə
olan. Bunlar keçəndən sonra əmmaməli
həşəratı nə eləyək? C.Məmmədquluzadə.
Mənim əmmaməli yoldaşım birdən ucadan
müsəlmanca səsləndi. Ə. Haqverdiyev.
Sonra da bir tirmə əmmaməli molla gəlib
salam verdi. Mir Cəlal.
2. is. Ruhani, molla, seyid və b.
ƏMMƏ 1 is. [ər.] klas. Bibi. Aya, onlar de-
yil idi ki, analarını, bacılarını və qızlarını və
əmmələrini və xalələrini nikah edərdilər.
M.F.Axundzadə. [Pəricahan xanım:] Biçarə
əmməm şam kimi əriyir. S.S.Axundov.
ƏMMƏ 2 “Əmmək”dən /A.
ƏMMƏK f. 1. Dodaq və dilin müvafiq
hərəkəti vasitəsilə döşdən südü soraraq iç-
mək. Quzular qoyunları əmirdilər. Uşaq
anasını əmir. - Südünü əmmişəm mən qaııa-
qana; Ana, ınəıı yazığı nə dindirirsən? "Aşıq
Qərib”. Aslan gah əmir, gah da döşdən ay-
rılıb hıçqırırdı. Ə. Vəliyev. // Bir şeyi ağzına
salıb sormaq, sümürmək. Barmağını əmmək.
2. məc. Qidalanmaq, qüvvət almaq. Daş-
lar yarılanda günün telindən ; Əmərsən dağ-
ların qarlı selindən. S.Vurğun. Bahar çağı
güllər günəş əməndə; Görüş təyin eləmişəm
çəməndə. M.Rahim.
0 Anadan əmdiyi süd burnundan
(burnunun dəliklərindən) gəlmək -
olmazın əziyyət və əzablara məniz qalmaq,
114
ƏMN
əziyyət və əzab çəkmək. Zeynəb Xudayar
bəyin evində altı ay yarım qaldı. Və bu altı
ay yarımın ərzində Zeynəbin anadan əmdiyi
süd burnunun dəliklərindən gəlib töküldü.
C.Məmmədquluzadə.
ƏMN is. [ər.] klas. Əminlik, əmniyyət, asa-
yiş, sakitlik. // Rahatlıq, asudəlik. Meyxanə-
dir, Füzuli, cəhaııda məqami-əmn; Cəhd et,
bir ev hübab kimi onda tut məqam. Füzuli.
ƏMNİYYƏ is. [ər.] İranda: jandarm, polis
(məmuru). Bir anda əmııiyyələr soxuldular
otağa; Hamısı çəkib birdən tüfəngləri
ayağa. S. Rüstəm. Ərdəbildə Hikmət İsfaha-
ninin kəndlərindən birində kəndçilər üsyan
edib əmııiyyəni öldürmüşlər. M.İbrahimov.
// Polis idarəsi, jandarm idarəsi.
ƏMNİYYƏBAŞI is. İranda: polis başçısı,
jandarm başçısı.
ƏMNİYYƏT is. [ər.] 1. Təhlükəsizlik, qoı-
xusuzluq, əminlik, sakitlik, ictimai asayiş.
Düşmən sərhədimizdən nə qədər uzaqda olsa,
səadət və əmniyyətimiz də o qədər yaxını-
mızda olar. M.S. Ordubadi.
2. xiis. Qoruyucu. ..Elektrik xətlərini çox
diqqətlə yoxlamaq, vaxtlı-vaxtında təmir et-
mək və əmniyyət cihazlarının sayını artır-
maq lazımdır. M.Hüseyn.
3. İnanma, etimad, etibar.
ƏMNİYYƏTLİ sif. Qorxusuz, əmin, sakit.
Əmııiyyətli yer.
ƏMNİYYƏTSİZ sif. 1 . Əmniyyət və asa-
yişi olmayan; qorxulu və təhlükəli olan.
Əmniyyətsiz yer.
2. Etibarsız, inanıla bilməyən, bel bağ-
lana bilməyən.
ƏMNİYY ƏTSİZLİK is. 1. Əmniyyət və
asayiş olmadığı hal, vəziyyət.
2. Etibarsızlıq, inanıla bilməmə, bel
bağlana bilməmə.
ƏMR 1 is. [ər.] 1. Bir işin görülməsi üçün
verilən hökm, göstəriş. [İskəndər:] Gərək
hər əmrimə baş əysin cahan; Ovcumda top
kimi oynasın dövran. A.Şaiq. ..Miiqim bəy
xanımın tapşırığını bir əmr kimi yerinə ye-
tirmişdi. S.Rəhimov. □ Əmr etmək - bir
işin görülməsini hökmlə tapşırmaq, buyur-
maq. Onun eşqiylə mən ki dərbədərəm; Hər
nə əmr etsəniz qəbul edərəm. H.Cavid. ..Mənə
də müəllimimiz .. bir hekayə düzəldib yaz-
ƏMRİ-VAQE
mağı əmr etmişdi. S.S.Axundov. // Bir işi
yerinə yetirmək haqqında əmr, sərəncam
yazılmış kağız; əmrnamə. Nazirlikdən əmr
alnıdı. Əmrə tabe olmaq. Əmri yerinə
yetirmək. - Vahidin məktəbdən kənar edil-
məsi haqqındakı əmri oxuyanda Muxtar
təəccüb elədi. Mir Cəlal. □ Əmr vermək -
əmrnamə, sərəncam yazmaq, nəşr etmək,
elan etmək. Təyinat haqqında əmr vermək.
2. Hökumət orqanının, idarə, müəssisə,
təşkilat və s. rəhbərlərinin rəsmi sərən-
camı. Hərbi komissarlığın əmri. İnstitut
direktorunun əmri. - [Komandir:] Göz-qu-
laq ol! - əmrini verdikdən sonra ordugaha
döndü. H.Nəzərli. Tapşırıq görüldü yoldaş
komissar! Mən yenə hazıram, nə əmriniz
var? S. Vurğun. Dəstə öz komandirinin əmri
ilə irəliləyirdi. Ə. Vəliyev.
0 Əmr siğəsi - “əmr formasT’nm köhnə
qrammatikada adı. Əmr forması qram. -
zaman və xüsusi əlaməti olmayan, yalnız
şəxs şəkilçiləri qəbul edən feil qrupu. Əmr
cümləsi qram. - əmr ifadə edən cümlə.
Əmrdən çıxmaq - tabe olmamaq,
göstərişə, əmrə əməl etməmək. Əmri-qaib
- köhnə qrammatikada: üçüncü şəxsə
edilən əmr. Əmri-hazır - köhnə qramma-
tikada: ikinci şəxsə edilən əmr. Əmrinə
vermək - ixtiyarına vermək. Komandanın
əmrinə çoxlu sursat və qoşun verilmişdir.
ƏMR 2 is. [ər.] Iş. [Şah:] Sizi bir əmrdən
ötrü məsləhətə çağırmışam, gərək haman
xüsusda bir tədbir göstərəsiniz. M.F.Axund-
zadə. Olmaz bu ki hər əmrə dəxalət edə fələ;
Dövlətli olan yerdə cəsarət edə fələ.
M. Ə. Sabir. Mən istəmirəm, Xudayar bəyin
keçəcəyindən danışam, çünki özü də heç bu
əmrə razı olmaz. C.Məmmədquluzadə.
□ Əmri aşmamaq - işi keçməmək, çə-
tinlik çəkmək. Əvvəl əmrdə köhıı. - ilk ola-
raq, birinci növbədə, əvvəlcə, əwəl başdan.
ƏMRAZ is. [ər. “mərəz” söz. cəmi] köhn.
Azarlar, xəstəliklər. Sirayətli əmraz. - Mən
çəkirəm onun işvəylə ııazın; Gör canda ar-
tırdı necə ənırazın. Aşıq Maqsud.
ƏMRİ-VAQE is. Olmuş, olub bitmiş iş.
Əmri-vaqe qarşısında qalmaq. Əmri-vaqe
qarşısında qoymaq. - Zeynal heç inanma-
yırdı ki, Mehriban öz çocuqlarından əl çəkə
115
ƏMRNAMƏ
ƏNAM
bilər, fəqət bu, bir əmri-vaqe idi. S. Hüseyn.
[Əli:] Din bir əmri-vaqe olaraq, insaniy-
yətlə bərabər doğulmuş və əsrlərdən bəri
dolanbac tarix yollarında onu təşyi edir.
Çəmənzəminli.
ƏMRNAMƏ is. [ər. əmr və fars. ...namə]
Əmr yazılmış kağız, yazılı əmr. Əmmaməyə
görə. Əmmamə ilə tanış olmaq. - // Əmr.
Əmmamə dəftəri. - Əmmamə yazılmış və Ba-
lacayev tərəfindən imzalanmışdı. S.Rəhimov.
ƏMSAL is. [ər. “misal” söz. cəmi] 1 . klas.
Oxşar(lar), bənzər kimi(lər). Şiəyəm, əmma
nə bu əşkaldən; Sünniyəm, əmma nə bu əm-
saldan. M.Ə. Sabir.
2. Misl, tay-bərabər. Əmsalı görünməmiş
(misli görünməmiş).
3. riyaz. Cəbri ifadədə ədədi (ya hərfi)
cəmlənmə. // Axtarılan ədədi əldə etmək
üçün müəyyən kəmiyyətə vurulmalı olan
ədəd. // Fiziki cismin hər hansı bir xüsu-
siyyətini təyin edən kəmiyyət.
ƏMTƏƏ is. [ər. “məta” söz. cəmi] iqt. kit.
Mübadilə üçün istehsal edilən əmək məh-
sulları; mal. Əmtəə insanın lıər hansı bir eh-
tiyacını təmin edən, habelə başqa şeyə də-
yişdirilən şeydir. - [Ömər Liitfı:] Şəhərdə
olan bütün əmtəə təcili surətdə ixrac edil-
məlidir. H.Nəzərli. □ Əmtəə dövriyyəsi iqt.
- malların xalq təsərrüfatında dövr etməsi.
Şəhərlə kənd arasında əmtəə dövriyyəsinin
artnıası. Əmtəə istehsalı iqt. - səciyyəvi
xüsusiyyəti, alğı-satqı yolu ilə mübadilə
üçün məhsul istehsal etməkdən ibarət olan
ictimai istehsal. Əmtəə mübadiləsi iqt. -
mal mübadiləsi, mal dəyişmə. Beynəlxalq
ənıtəə mübadiləsi.
ƏMTƏƏLİK sif. iqt. Əmtəə kimi satıla-
caq; satlıq, bazarlıq. Əmtəəlik heyvan.
ƏMTƏƏŞÜNAS is. [ər. əmtəə və fars.
...şünas] Əmtəəşünaslıq mütəxəssisi. Əm-
təəşiinas vəzifəsi.
ƏMTƏƏŞÜNASLIQ is. Malların növlə-
rindən, keyfiyyətlərindən, istehlak dəyə-
rindən bəhs edən elmlərin məcmusu.
ƏMUD [ər.] 1. riyaz. Şaquli olaraq yuxa-
rıdan aşağıya enən və düzbucaq əmələ gə-
tirən xətt; şaquli xətt.
2. Polad toppuz. Qılıncdan murad hasil
olmadı, əmuda əl atdılar. “Koroğlu”. Riis-
tənı Zal dastanları, Hüseyn Kürd əmudları,
ovçu Pirim sərgüzəştləri, Bəhranı Gurun ov
səyahətləri ayrı-ayrı lövhələrdə təsvir edil-
mişdi. S.Rəhimov.
ƏMUDİ sif. [ər.] Şaquli. Əmudi xətt.
ƏMVAL is. [ər. "mal” söz. cəmi] köhn.
Mallar. Biz məgər açlara vəqf eyləmişik ma-
lımızı? Ta ki hər miistəhəqə bəzi edək əmva-
lımızı. M. Ə. Sabir. Onda məxluqat nəinki bu
faııi dünyanın əmvalındaıı, hətta öz əyalın-
dan və canından belə keçər. S.Rəhimov.
ƏMZİK is. 1 . Sormaq üçün körpə uşağın
ağzına verilən içiboş rezin borucuq. Uşağa
əmzik ver, ağlamasın. - [Xarrat:] Uşaqlar
əmziklə bəslənirdilər.. T.Ş. Simurq. Qaragöz
körpələri sakit edib əmzik vermiş, nənniyə
salmışdı. M. İbrahimov.
2. İçində süd, çay və s. olan şüşənin ağ-
zına keçirilən deşikli rezin borucuq. Əm-
ziyin südünü boşaltmaq.
ƏMZİKLƏMƏK f. məh. Döş kimi sal-
lanmaq.
ƏMZİKLİ sif. 1. Südəmər uşağı olan. Ənı-
zikli qadın.
2. Əmzik keçirilmiş, əmziyi olan. İnək və
camışları, xüsusən ilkinə doğan düyələri müt-
ləq balasız sağmağa, balası isə əmzikli qab-
dan süd içməyə öyrətməlidir. “Qaramal”.
3. Mayeni tökmək üçün ağzında yarıq
şəklində yeri olan. Əmzikli şüşə.
ƏN ədat. Keyfiyyət bildirən sifətlərin və
zərflərin əvvəlinə gətirilərək üstünlük, şid-
dət bildirir. Ən böyük çay. Ən iti uçan təy-
yarə. Ən sağlam adam. Ən qısa. Ən uzun.
Ən gözəl. Ən axırda. Ən əvvəldə. Ən sonra
(lap axırda). Əlin ən uzun barmağı orta
barmaqdır. - Mədən işlərinə olan böyük hə-
vəsi sayəsində [Araz] artıq ən təcrübəli bir
usta olmuşdu. A.Şaiq. Aralarında ən yaşlı-
ları olan Rəşid atı saxladı. H.Nəzərli. İnsan
orqanizminin ən həssas və işlək üzvü olan
ürək azad döyünməyi çox sevir. Ə.Vəliyev.
ƏNAM is. [ər. “nemət” söz. cəmi] Bəx-
şiş, hədiyyə, mükafat. Ənam almaq. Ənam
vermək. - [Odabaşı:] Hətta Mirzə Əhməd
ağa qız üçün ənam göndərmişdi. Ə. Haqver-
diyev. [Rəhim xan:] Əgər Nəsrəddin şahın
ənamı olmasaydı, bu saat səni həlak edər-
dim. C.Cabbarlı. □ Ənam eləmək klas. -
116
ƏNBƏR
ƏNCÜMƏN
bağışlamaq, vermək. Haq mənim ömrümü
kəssin, sənə ənam eləsin. S.Ə.Şirvani.
ƏNBƏR is. [ər.] 1. Kaşalota oxşar bir ba-
lığın mədəsindən çıxarılan gözəl qoxulıı
maddə. Ənbər qara, boz, sarı rəngli, çox
yağlı maddədir.
2. Xoş qoxu, ətir. Ənbər qoxumaq. H Sif.
mənasında. Mən qurbam olum ənbər tellərin;
Qönçə dodaqların, püstə dillərin. Nəbati.
3. məc. klas. Gözəlin saçına, zülfünə işarə.
Ləblərin görən neylər; Görə bir də ənbəri.
(Bayatı).
ƏNBƏRBAR^ı/i [ər. ənbər və fars. ...bar]
klas. şair. Ənbər saçan, ətir saçan. Əııbər-
bar zülf. - Görməmişəm belə bir səfalı zülf;
Çox sütıbüli-ənbərbarı tutmuşam. M.P. Vaqif.
ƏNBƏRBU sif. [ər. ənbər və fars, bu]
1. klas. şair. Ənbər qoxulu, ənbər kimi ətirli.
2. Ağ, parlaq, ipi dənəli əla düyü növü.
Ağ ənbərbu. Ənbərbu düyü.
ƏNBƏRÇƏ is. kölın. Qızıldan döş bəzəyi.
Keçmişdə bir çox kəndlərdə qadınlar döşlə-
rinə ənbərçə taxırdılar.
ƏNBƏRFƏŞAN sif. [ər. ənbər və fars.
...fəşan] klas. şair. Ənbər saçan, ətir səpə-
ləyən; ənbər qoxuyan. Badi-səba İsa kibi
gərçi dirildir ölüyü; Ənbərfəşaıı zülfün dəmi
badi-səbayə tən edər. Ə.Nəbati.
ƏNBƏRƏ is. Dəyirman çarxını işlədən
suyun yığılıb şiddətlə töküldüyü nov. Dəyir-
manın suyu ənbərəy ə yığılır, oradan tökülür
və çarxı işlədir.
ƏNBƏRİ sif. [ər.] Ənbər kimi, ətirli, xoş-
iyli.
ƏNBƏRİN sif. [ər. ənbər və fars. ...in]
klas. şair. Ənbər kimi ətirli, ətir saçan. Cən-
nətin ənbərin qapıları usta Ağabalanın üzü-
nə açıldı. Çəmənzəminli.
ƏNBİR is. Dəmirçi tutğacı, maşası. Dəmir-
çilər qızğın dəmiri ənbiıiə tutub döyürlər.
ƏNBİYA is. [ər. “nəbi” söz. cəmi] Nəbi-
lər, peyğəmbərlər.
ƏNCAM is. [fars.] 1. Son, axır, nəhayət,
nəticə. Hər işi əncamı ilə ölçərlər. Əncamı
xeyir olsun (axın xeyir olsun). □ Əncam
qılmaq (vermək) - sona vardırmaq, nəti-
cələndirmək. [Böyükxanım:] Allah rizasına,
bizi dil-dişə salma! İşlərə əncam verginən!
M. S. Ordubadi. Əncam tapmaq - sona
varmaq, nəticələnmək. [Ağamərdan:] Amma
Zeynəb xanım gərək mənim hər sözümə, hər
tədbirimə əməl etsin ki, bu iş əncam tapa.
M.F.Axundzadə.
2. Kömək, vasitə, yol, tədbir. □ Əncam
etmək (çəkmək) - həllinə, başa gəlməsinə,
qaydaya düşməsinə kömək etmək, çıxış
yolu tapmaq, tədbir görmək. İndi naxoşdu
milləti-islam; Ona lazımdır eyləmək əncam.
S.Ə.Şirvani. [Aslan bəy:] Sən ehtiyatlı ol,
mən özüm bu işə əncam çəkərəm, — dedi.
A. Şaiq. [Hacı Murad:] Məhərrəm bəy
gəlsin, görək işə nə əncam çəkirik.
S.S.Axundov. Əncama qoymaq (salmaq)
- yoluna qoymaq, yoluna salmaq, qaydaya
salmaq. Məktəb işlərini əncama saldınmı? -
O, Tütünçiioğlu və Həsənağanın vasitəsilə hər
bir işi əncamına salmışdı. M. S. Ordubadi.
ƏNCAMƏ is. Qapı və pəncərə qanadla-
rını çərçivəyə bağlayan və onların açılıb-
örtülməsinə imkan verən dəmir hissə; rəzə.
Qapı əncanıəsindən çıxmışdır. □ Dişi
əncamə - əncamənin qapı açılıb-örtüləndə
onunla bərabər dönən hissəsi. Erkək ən-
camə - əncamənin qapı açılıb-örtüləndə
çərçivədə hərəkətsiz duran hissəsi.
ƏNCİR is. [fars.] içində xaş-xaş kimi
xırda tumları olan ətli, şirin, yumşaq qabıq-
lı, yumru meyvə. Əncir mürəbbəsi. Əncir
doşabı. Əncir ağacı. Əncir qurusu (quru-
dulmuş əncir). - [Molla] gedib, var-yox
pulunu verib bir səbət yaxşı əncir alır, apa-
rır Teymura. “M.N. lətif.” Bir-iki dəqiqədən
sonra böyük bir əncir ağacının yanından,
haman şəhərdən tanıdığım Əhmədin çıxdı-
ğını gördüm. T.Ş. Simurq. // Həmin meyvə-
nin ağacı. Əncirin altında oturmaq.
ƏNCİRLİ sif. 1 . Əncir ağacları olan. Mən
səni çox görmüşəm cavanlıq çağlarında; Bol
əncirli, üzümlü Novxanı bağlarında.
S. Rüstəm. Kərim bəy burada, bu əncirli hə-
yətdə nəvəsini məşğul edən bir şey olduğunu
duydusa da, üz vurmadı. Mir Cəlal.
2. Tərkibində, içində əncir olan. Əncirli
konfet.
ƏNCÜMƏN is. [fars.] kit. kölın. Məclis,
cəmiyyət, şura. Səttar xan məsələni əncü-
nıəndə qoymaq üçün bir söz demədi.
M. S. Ordubadi. // Camaat. Hər söz ki gəlir
117
ƏNDAM
ƏNDƏRMƏK
ziihurə məndən ; Min tənə bulur hər əncü-
mandan. Füzuli.
ƏNDAM is. [fars.] 1. Bədən. Qaşı, gözü,
əndamı, təmamən əl-ayağı; Hər bir sənəmin
başına yüz naz kimindir? M. V. Vidadi. Uşa-
ğın əndamına quru xına sürtməyə başlar-
dılar. H. Sarabski.
2. Boy, qədd, qamət, boy-buxun, bədən
quruluşu. Əndamı olduqca düzgündür. -
Bunların şirin ləhcələri, duzlu danışıqları,
mütənasib əndamları və alıcı, xumar gözləri
vardır. M. S. Ordubadi. □ Əndamın yansın
(açılsın), əndamı yanmış (açılmış) - qarğış
ifadəsi. Aııası Gülpərinin təpəsinə iki əlli
qapaz vurub deyərdi : - Əndanıı açılmış, bir
bax, gör uşağı nə günə salmısan! H. Sarabski.
Əndamına lərzə düşmək - titrəmək, əs-
mək (qorxudan).
ƏNDAMLI sif. 1 . Boylu, boylu-buxunlu,
biçimli, bədən quruluşu çox düzgün, gözəl
bədənli.
2. Bir qədər dolğun, bədən quruluşu yerli-
yerində. [Sultan bəy:] Əsil mən deyən arvad
elə o idi ki, hallıca, dul, əndamlı.. Ü.Hacıbə-
yov. ..Əndamlı xanını xalata oxşar, qırmızı
güllü, sarı paltar geymişdi. M. İbrahimov.
ƏNDAMSIZ sif. Bədən quruluşu yerli-
yerində olmayan; biçimsiz. // Boysuz, qısa-
boylu.
ƏNDAMSIZLIQ is. Əndam çirkinliyi, bə-
dən nöqsanı, bədən quruluşunun düzgün ol-
maması; biçimsizlik.
ƏNDAZƏ is. [fars.] 1. Kağızdan, karton-
dan kəsilmiş ülgü. // Ölçü, miqyas, ölçü
vahidi. □ Bir əndazədə - bir ölçüdə, bir
qaydada. [Qızların] hamısının libası bir qiy-
mətdə, bir əndazədə və bir ölçüdə idi.
M. S. Ordubadi.
2. Tənasüb, simmetriya, quruluş düzgün-
lüyü. Onun bədən əndazəsi yerli-yerindədir.
3. тәс. Hədd, hüdud; norma. Hər şeyin
əndazəsi olmalıdır. Əndazədən artıq. - Ən-
dazə qoyaq, üç gün oturaq. (Ata. sözü). Tü-
kün əndazədən artıq görünür; Quyruğun gör
necə yerlə sürünür. A. Səhhət. □ Əndazə-
dən çıxmaq - əndazəni aşmaq, həddini aş-
maq. Görsən tanımazsan yarımsaqqalı; Çı-
xıb əndazədən dövləti, malı. Q.Zakir. [Süb-
hanverdizadə] hər hansı bir qonaqlıqda ən-
dazədən çıxmaz və öz hörmətini gözlərdi.
S. Rəhimov. Əndazəyə düşmək - lazımi
şəklə düşmək. Əndazəyə salmaq - yöndə-
mə, qaydaya salmaq, lazımi şəklə salmaq.
ƏNDAZƏLİ sif. Biçimli, düzgün, mütə-
nasib, qaydalı, hər cəhətdən yerli-yerində.
ƏNDAZƏSİZ sif. 1. Biçimsiz, ölçülmə-
miş, tənasübsüz, ölçüsüz, indi bizim evin
quruluşu sənə olduqca ölçüsüz-biçimsiz və
əndazəsiz görünür. M. S. Ordubadi.
2. Hesabsız, saysız, çox qeyri-məhdud.
ƏNDƏLİB is. [ər.] klas. Bülbül. Hər
qanda eşitdi bir təbibi; Gülzarının oldu ən-
dəlibi. Füzuli. Ey əndəlib, səndə bu nə qa-
nundur; Fəğan çəkmək novbaharı görəndə.
Q.Zakir. Əndəliblər yaz axtarar ; Ovçu
ördək, qaz axtarar... Aşıq Şəmşir.
ƏNDƏ-MƏNDƏ: əndə-məndə demək
dan. - yersiz danışmaq, artıq-əskik danış-
maq. Pulsuz rəncbər atar bir fitə ortası dəlik;
Əndə-məndə desə, ombasına beş-on da
təpik. M.Möcüz.
ƏNDƏR-DÖNDƏR: əndər-döndər elə-
mək dan. - alt-üst etmək, yoxlamaq, axtar-
maq, araşdırmaq. Rövşən getdi, dağları,
daşları əndər-döndər elədi. “Koroğlu”.
ƏNDƏRİLMƏ “Əndərilmək”dən f.is.
ƏNDƏRİLMƏK f. 1 . Hamısı birdən-birə
tökülmək. Başına bir vedrə su əııdərildi.
2. Birdən yıxılmaq, aşmaq. Ağacın üs-
tündə olan uşaq birdən yerə əııdərildi. - Atlı
köklü ağac kimi əııdərildi, lakin sol ayağı
üzəngiyə ilişib qaldığından, at onu sürüyə-
sürüyə apardı. Çəmənzəminli.
ƏNDƏRQƏLİB: əndərqəlib eləmək
dan. - başdan eləmək, rədd eləmək. Necə,
nə təhər eləyim? Get, at çölə, əndərqəlib elə
çıxsın getsin. M.İbrahimov.
ƏNDƏRMƏ “Əndərmək” dən f.is.
ƏNDƏRMƏK f. 1. Duru, yaxud səpələ-
nən şeyləri qabdan və s.-dən birdən-birə
və bütünlüklə tökmək, boşaltmaq. Vedrənin
suyunu əndərmək. Çuvalın ağzını açıb unu
təknəyə əndərdi. - Lakin ansızın bir təsadüf
Ağabəyimin düşüncə kasasını əndərdi, sa-
kit və fərəhli həyatına zəhər qarışdırdı.
Çəmənzəminli.
2. Bax endirmək. Ceyran çəkib qılıncı
endirdi divə, div əl atıb. Ceyranın biləyin-
dən tutub sıxmağa başladı. (Nağıl).
118
ƏNDƏRUN
ƏNƏNƏVİLİK
ƏNDƏRUN [fars.] 1. sif. köhn. İç, içəri,
daxil. Pişxidmətbaşı və xacə Mübarək düş-
dülər qabağa, bir-bir əndərun otaqlarını
göstərməyə şiiru etdilər. M.F.Axundzadə.
2. is. İran evlərində: evin ailə və qa-
dınlara məxsus hissəsi. [Yusif şah:] [Xacə
Miibarəkə:] Çünki sən həmişə Şah Abbasın
əndərunıında olubsan, mümkün deyil ki, bu
qəziyyə sənə məlum olmasın. M.F.Axund-
zadə. Məclislə əndərunun arasında dolaşan
Fərman idi. Ə. Haqverdiyev.
3. is. Ümumiyyətlə, otaq mənasında. Mirzə
öz əııdərununa getdi, mən də soyunub yat-
dım. Ə.Haqverdiyev.
ƏNDƏRUNİ bax əndərun 1-ci mənada.
Şərq şəhərlərinə məxsus əndəruni və biruııi,
iki həyətli, bağçası evlərinə yanaşı, boz pal-
çıqdan tikilmiş yoxsul və zəhmətkeş əhali ya-
şayan daxmacıqlar da çoxdur. M.İbrahimov.
ƏNDƏRZ is. [fars.] köhn. Nəsihət, və-
siyyət.
ƏNDİŞƏ is. \fars.] 1. Fikir, qayğı. Mənəm
qalan haman bu əııdişədə; Zəmanə dönüb-
dür, qovğayə bir bax. Q. Zakir. Aldılar cümlə
əllərə tişə; Yox könüllərdə özgə əndişə.
M. Ə. Sabir. İnsanın əndişəsi çoxaldıqca
onun yuxu görməyi də artır. S. Rəhimov.
2. Narahatlıq, təlaş, nigarançılıq, təşviş,
iztirab, qorxu. [Yusif:] Musanın, o bədbəxt
qardaşımın iztirab və əndişələri həp sönüb
bitdiyinə bir aydııı şahiddir. H. Cavid. Firi-
dun bir zaman parlaq ay işığında Gülnaz-
gilin yatdığı səkiyə çıxdı, əndişə ilə dolu o
gecəni xatırladı. M.İbrahimov. □ Əndişə
etmək, əndişəyə düşmək, əndişə çəkmək
- narahat olmaq, nigaran qalmaq, təşvişə
düşmək, iztirab çəkmək, qorxmaq. Doyun-
ca zövq alaq nazii qəmzədən ; Əndişə çək-
məyək heç bir kimsədən. M. P. Vaqif. [Yusif
şah:] Deyərsən ki, mənim cəhətimdən əndişə
etməsin, sabah oğlanlarını hüzura göndər-
sin. M.F.Axundzadə. Əndişə oyandırmaq
- narahatlığa, təşvişə səbəb olmaq, qorxu,
ehtiyat doğurmaq. // Şübhə, vəsvəsə, təlaş.
ƏNDİŞƏLİ sif. Əndişəsi, ürəyində fikri
olan; dərdli, qayğılı, iztirablı. Əııdişəli
adam. - Sonra qızııı gözləri ovçunun əndi-
şəli və sualedici baxışlarına sataşarkən, o,
dilə gəldi. Ə.Məmmədxanlı.
ƏNDİŞƏLİLİK is. Əndişəli, dərdli, fikir-
li, qayğılı, mənəvi iztirab çəkən, təşviş
içində olan adamın hal və vəziyyəti.
ƏNDİŞƏSİZ sif. Əndişəsi, fikri, qayğısı,
qorxulacaq bir şeyi olmayan; fikirsiz, qay-
ğısız, dərdsiz, sakit, rahat. Əııdişəsiz adanı.
ƏNDİŞƏSİZLİK is. Fikirsizlik, qayğısız-
lıq, dərdsizlik.
ƏNDUH is. \fars.] köhn. Qəm, qüssə, kədər.
ƏNƏK is. 1. Yük atı, qoşqu atı, minik atı.
2. Heyvanın qulağına vurulan nişan.
Çoban ənəklərindəıı qoyunlarını tanıyır.
3. B ax ənk.
ƏNƏNƏ is. [ər.] Tarixən meydana gələ-
rək nəsildən-nəslə keçən adətlər, əxlaq
normaları, görüşlər, zövqlər və s. Pis ənə-
nələri ortadan qaldırmaq. Azərbaycan xal-
qının gözəl ənənələri var. Teatrımızın özünə
məxsus ənənələri vardır. H Cəmiyyətdə,
həyatda, məişətdə və s.-də müəyyənləşib
sabitləşmiş qayda, üsul, norma, dəb. Ənənə
halım almaq. - [Nüşabə:] Bilər öz həddini,
artıq anlar; Flər elin ənənəsi, mənliyi var.
A.Şaiq. Ənənə uzun müddət ərzində bir
neçə nəslin bədii dühası, coşqun yaradıcı
əməyi nəticəsində yaranır.
ƏNƏNƏÇİbax ənənəpərəst.
ƏNƏNƏÇİLİKbax ənənəpərəstlik.
ƏNƏNƏPƏRƏST sif [ər. ənənə və fars.
...pəıəst] Adətən vaxtı keçmiş ənənələrə
sadiq olan, ənənə saxlayan, ənənələrə riayət
edən; mühafizəkar. Ənənəpərəst adam. -
[Xosrov:] İran xalqı olduqca mütəəssib,
ənənəpərəst, mövhumatpərəst bir xalqdır.
A.Şaiq.
ƏNƏNƏPƏRƏSTLİK is. Adətən vaxtı
keçmiş ənənələrə sədaqət, ənənələrə riayət
etmə; mühafizəkarlıq.
ƏNƏNƏVİ sif. [ər.] Ənənə şəkli almış,
ənənə mahiyyətində olan. Ənənəvi adət.
Ənənəvi şeir. H Ənənə üzrə keçirilən, ke-
çən. Ənənəvi görüş. Ənənəvi yarış. Ənənəvi
müsamirə. Ənənəvi qonaqlıq. H Ənənəyə
əsaslanan, ənənə üzrə gələn; ata-babadan,
nəslən. Ənənəvi paltar. - Əlbəttə, bu
ənənəvi bir matros ailəsi üçün son dərəcə
böyük bir dərddi. Ə.Əbülhəsən.
ƏNƏNƏVİLİK is. Ənənə mahiyyətində
olma, ənənə kimi nəsildən-nəslə keçmə.
Adətlərin ənənəviliyi.
119
ƏNFİYƏ
ƏNFİYƏ is. [ər.] Burunotu.
ƏNFİYƏDAN is. [ər. ənfiyə və fars. ...dan]
köhn. Burunotu qabı. Qızıl Arslan ənfivə-
danı götürüb baxdığı zaman rəngi ağardı,
çünki ənfiyədan onun qardaşı Atabəy Mə-
həmmədin ənfiyədanı idi. M.S. Ordubadi.
ƏNFÜSİ sif. [ər.] köhn. kit. Şəxsən düşü-
nənə, onun düşüncəsinə, nəfsinə aid olan;
subyektiv.
ƏNG is. Alt çənə. Əng sümükləri. - Nə
qoyarsan ənginə ; Rəngi çıxar rənginə. (Ata.
sözü). [Usta Həsən:] Ay Hacı, dəllək nədir?
Çağıracaqsan, gəlib bir at kəlbətinini sala-
caq dişinə, dartıb əngini də dişinin üstündə
çəkəcək. Ə. Haqverdiyev. Kazım isə qoz
ləpəsini o əngindən o biri ənginə aparıb, onu
əzməyə çalışırdı. Çəmənzəminli.
0 Əngi qızışmaq - çox danışmaq, uzun-
çuluq eləmək, çərənləmək. Ənginə ver-
mək, əngini yormaq - bax əngi qızış-
maq. Boşla, xala, cəfəngini; Müftəcə yorma
əngini. Ə. Nəzmi.
ƏNGALTI is. Əngin alt tərəfi.
ƏNGƏBƏNGƏ is. dan. Bütün keçmiş və
indiki nəsil. Mən onun əngəbəııgəsini tanı-
yıram.
ƏNGƏBU is. [fars.] Bal qoxuyan bir ot
bitkisi. Əııgəbu ilə arı beçələrini səbətə yığ-
maq olur.
ƏNGƏC is. Su hövzəsindən suyu axıtmaq
üçün nov, boru.
ƏNGƏDUŞ is. köhn. Ucu toppuzlu uzun
dəmir. Dəmirçilər əııgəduşla kürəni qarış-
dırırlar.
ƏNGƏL is. 1. Bir şeyin başa yetməmə-
sinə, ya təxirinə səbəb olan şey; maneə,
çətinlik. [İblis:] Get, get, daha durma, artar
əngəl. H. Cavid. Bu qüvvənin qarşısında heç
bir əngəl dayana bilməz. S. Rəhman. □ Ən-
gəl çıxarmaq (törətmək) - çətinlik törət-
mək, ləngitmək, mane olmaq. Məmləkət
işinə əngəl törətmək üçün düşünən başları
vurmaq lazımdır. M.S. Ordubadi. Əngəl
çıxmaq - 1) maneə törəmək; 2) cəncəl
çıxmaq. [Leyla:] Qorxuram, axırda çıxa bir
əngəl; Deyəsən, başını girləyib əcəl.
S. Rüstəm. Əngəl olmaq - bir şeyin başa
yetməsinə, həyata keçməsinə mane olmaq,
başa çatmağa, həyata keçməyə qoymamaq,
çətinlik törətmək. Əngələ düşmək - çətin
ƏNGİN
vəziyyətə düşmək; pis, xoşagəlməz bir işə
dolaşmaq. ..Çünki özümüzün əngələ diişmə-
məyimiz üçün amerikalı qızı müdafiə etmək
qərarına gəlmişdim. M.S. Ordubadi. Əngələ
salmaq - çətin vəziyyətə salmaq, pis, xo-
şagəlməz bir işə dolaşdırmaq. Başına əngəl
açmaq - çətin vəziyyətə salmaq, cəncəl
açmaq. [Əsgər:] Biçarə Gülçöhrənin başına
əngəllər açdım. Ü.Hacıbəyov. [Səlim bəy:]
Ah, Mahmud bəy, qoyma, qoyma qaçsınlar;
Qaçıb başımıza əngəl açsınlar. S. Rüstəm.
2. dan. Azar, xəstəlik, yaxud nöqsan, ça-
tışmazlıq mənasında. Malda əngəl var. -
Xanım, sizdən təvəqqe eləyirəm, oğlunuzun
sözünə çox da qulaq asmayasınız, çünki
onun əqliııdə bir az əngəl var. N.Vəzirov.
ƏNGƏLLƏMƏK f. 1 . Əngəl törətmək,
çətinlik törətmək, əngəl olmaq.
2. dan. Azarlı olmaq, zəifləmək, səhhəti
korlanmaq. Caııı əngəlləyibdir.
ƏNGƏLLİ sif. Əngəli olan, çətin, dolaşıq,
cəncəl, xatalı. Əııgəlli məsələ. Bir əngəlli iş
vardı. - [Müsafir:] Heç zərər yox, burax
asılsınlar; Daha əngəlli bir xəbər var, əvət!
H. Cavid. Mahrunun mənə qarşı nə kimi
vəziyyət alacağı, doğrudan da, bir az əngəlli
və maraqlı məsələ idi. M.S. Ordubadi.
ƏNGƏLSİZ sif. Əngəli olmayan, ma-
neəsiz, asan başa gələn, çətinliklə bağlı ol-
mayan, xatasız. Əngəlsiz iş.
ƏNGƏL-ÜZAR sif. тәһ. Çox çətin düzə-
lən, böyük çətinliklərlə, əngəllərlə bağlı
olan. Əngəl-üzar iş.
ƏNGƏNƏK is. məh. Saxsı ləyən, laxan,
paltar yumaq üçün təknə; tabaq. Həyətin bir
səmtində var idi əııgəııək, yanında çoxluca
yuyulmuş paltar qalanmışdı. C.Məmməd-
quluzadə.
ƏNGİBOŞ sif. və is. dan. Çoxdanışan,
boşboğaz, çənədən boş, naqqal.
ƏNGİN sif. şair. 1. Geniş, vüsətli, açıq,
ucu-bucağı olmayan. Əngin səma. Əngin
üfüqlər. - Bizimdir bu əngin, atlaz ovalar;
Qoynunda qartal bəsləyən qayalar. A.Şaiq.
Mənimsə qəlbimə doğur bir səhər; Açılır
qarşımda əngin üfüqlər. S. Vurğun. ..Bu
səadət səhəri o qədər əngin və işıqlıdır ki,
başlanan günəşli gündüzün əbədiliyinə şüb-
hə etmirsən. Mir Cəlal.
120
ƏNGİNLİK
2. Bax ənginlik. Xəyalımın qanadında
ənginlərə yol açdım; Gəzdim döyüş meyda-
nını, səhraları dolaşdım. R.Rza. Dalıram,
daldıqca boş ənginlərə ; Rənglərə boyanan
xoş ənginlərə. N.Rəfıbəyli.
ƏNGİNLİK is. şair. Genişlik, vüsət, açıq-
lıq; dənizin sahildən uzaq nöqtələri. Yadım-
dada; mən uzun zaman daş bənd üzərində otu-
rub qaldım, heyran-heyran dənizin qaran-
lıqda itən ənginliklərinə baxdım. Ə.Məmməd-
xanlı. Midhət göylərə baxdı. Ovçu gözləri
göyün ənginliklərini seçir, sirli və dərin hava-
nın içinə girə bilirdi. Ə.Vəliyev.
ƏNHAR is. [ər. “nəhr” söz. cəıııi] şair.
Çaylar.
ƏNİK sif. Yırtıcı, sərt heyvan balası.
Həyətlərində ənik bir it var.
ƏNİN is. [ar.] şair. İnləmə, inilti, zarıltı.
Pianinodan həzin bir ənin qalxıb, bağçanın
sükutu içində titrəyərək söndü. İ. Əfəndiyev.
Ceyran baxışlı dilbər, durna gözlü nazənin;
Ömründə görməmişdir nə göz yaşı, nə ənin.
N.Rəfıbəyli.
ƏNİS is. [ər.] şair. Yaxın dost, ürək dostu,
həmdəm. Olsam qəmi-aləmə giriftar; Ancaq
sən idin ənisü qəmxar. Füzuli. [Xumar:] Dur-
ma, yüksəl, əııisi-ruhim, gəl! Mütərəddid gö-
rünmə! Gəl, yüksəl! H.Cavid. Hələ bomboş
otaqların qalın divarları arasında anasının
yeganə ənis və munisidir. A.Şaiq.
ƏNKƏBUT is. [ər.] klas. Hörümçək. Cida
düşüb ulusundan, elindən; Ənkəbut tək can
asılır telindən.. Aşıq Ələsgər.
ƏNQA is. [ər.] klas. 1. Əsatirə görə Qaf
(Elbrus) dağında yaşamış əfsanəvi çox iri
bir quş; simurq.
2. Adı olub özü olmayan şey haqqında.
ƏNQAZ is. [ər.] klas. Uçulmuş binanın,
ümumiyyətlə, dağılmış, sökülmüş, yıxılmış
bir şeyin qalıqları, töküntüləri. Kor gözün,
şil əllərin bir qövmü məhv etməkdədir; Bax,
onun əııqazidir bu ahü əfğan, bir utan!
H.Cavid.
ƏNQƏRİB zərf [ər.] klas. Tezliklə, lap
yaxında, yaxın zamanda. Qəm çəkmə ki, mən
olunca qəmxar; Yarın sənə ənqərib olur
yar. Füzuli.
ƏNLİK is. 1 . Qadınların yanaqlarına sürt-
dükləri toz və ya yağ halında olan kosmetik
ƏNTİQƏBAZLIQ
maddə - al boya. Ənlik vurmaq. Ənlik sürt-
mək. - Fati geyindi. Aynanı götürüb üzünə
baxdı. Yanaqlarına ənlik sürtüb qızartdı.
Ə.Abasov.
2. Kökü tünd-qırmızı bir bitki. Ənlik otun-
dan qırmızı boya hasil edirlər.
ƏNLİK-KİRŞAN is. Qadınların üzlərinə
sürtdükləri ənlik və kirşandan ibarət kos-
metik maddələr. Sənin kimi mah-camal;
Ənlik-kirşanı neylər? (Bayatı).
ƏNLİKLİ sif. Üzünə ənlik vurmuş.
ƏNLİKLİ-KİRŞANLI sif. Üzünə ənlik və
kirşan vurmuş. Yaşı qırx beşdən artıq, lakin
yanaqları ənlikli-kirşanlı bir qadın içəri
girdi. M.Ibrahimov.
ƏNÖV is. Dalağın ağrılı şişməsi. Ənöv
basmaq. Ənöv tutmaq (dalaq şişmə azarına
tutulmaq). İsitmədən dalağı şişib, ənöv olub.
ƏNTƏR is. 1 . Bədəninə nisbətən çox uzun
qolları olan meymun. Gözünün üstündə bu-
xara papaq; Əntərə bənzəyir o kor yapalaq.
S.Vurğun.
2. тәс. Çox çirkin, eybəcər, kifır adam
haqqında.
ƏNTİQ sif. [ər. “ətiq”dən; ətiq - qədim]
Qiymətli, dəyərli, nadir tapılan, çox gözəl,
görünməmiş, hamının marağına səbəb olan.
Orada Hüseynqulu ağanın babasından qal-
nıa əntiq şeyləri saxlanırdı. S.S.Axundov.
[Aslanov] istəsəydi, otaqların hər tərəfini
əntiq şeylərlə bəzəyib, yaraşığa sala bilərdi.
M. Hüseyn.
ƏNTİQƏ 1. Bax əntiq. [Fizzə:] Çox sağ
ol, çox gözəl, çox əntiqə hədiyyələr gətirib-
sən nıənə. Ə.Məmmədxanlı. Səhər Bağdad
bazarını gəzib bu xaııım üçün əntiqə bir hə-
diyyə almaq lazım idi. M. S. Ordubadi. // Çox
gözəl, çox qəşəng. Əntiqə bir qız. - Toppu-
şuıı .. başı üçün, lap əntiqə bir yumru oğlan
oldun! - deyə dəllək onun döşündən açdığı
ağı küncə tullayıb, başqa döşlük götürdü.
S. Rəhimov.
2. Qəribə, əcibə. Əntiqə adamsan. Əntiqə
şeydir.
ƏNTİQƏBAZ [ər. əntiqə və fars. ...baz]
bax əntiqəçi.
ƏNTİQƏBAZLIQ b a x əntiqəçilik. Onun
əntiqəbazlığına bələd Ыап səhiyyə şöbə-
sinin işçiləri göz qabağında şey qoymağa
qorxurlar . “Kirpi”.
121
ƏNTİQƏÇİ
ƏNTİQƏÇİ is. Əntiqə şeylərlə maraq-
lanan, onları yığıb saxlayan adam.
ƏNTİQƏÇİLİK is. Əntiqə şeylərlə ma-
raqlanma, onları yığıb saxlama.
ƏNTİQƏFÜRUŞ is. [ər. əntiqə və fars.
...füruş] Əntiqə şeylər alverçisi, əntiqə
şeylər alıb-satmaqla məşğul olan adam.
ƏNTİQƏFÜRUŞLUQ is. Əntiqə şeylər
alveri, əntiqə şeylər alıb-satmaqla məşğul
olma.
0 Əntiqəfüruşluq eləmək - özünü yeni-
yeni və maraqlı xəbərlər bilicisi kimi gös-
tərmək. [Sirat:] Bəri gəl, bəydadaş, əntiqə-
füruşluq eləmə! Ə.Əbülhəsən.
ƏNVA is. [ər. “növ” söz. cəmi] Cürbəcür,
növbənöv. Ənva və əqsam quşlar ağacların
bir budağından o biri budağına qalxıb,
qonub mövzun ııəğəmat ilə dərəyə qiilğülə
salırlar. M.F.Axundzadə. Nökər Səfi stolun
üstünə boşqablar və ənva məşrubat düzür.
Ə. Haqverdiyev. □ Ənvai-müsibətlə - çox
çətinliklə, çox böyük əziyyətlə. Min ənvai-
müsibətlə qayaya dırmaşdı. “Koroğlu”. Kişi
ənvai-müsibətlə qapının qıfılını sındırar və
açardı. H. Sarabski.
ƏNVAR is. [ar.] köhn. işıqlar.
ƏNVƏR sif. [ər. ] klas. Ç ox nurlu, çox işıqlı,
çox parlaq. Tənha yürür oldu ol səmənbər ;
Zülmətdə misali-mahi ənvər. Füzuli.
ƏNZAR is. [ər. “nəzər” söz. cəmi] klas.
tənt. Nəzərlər, baxışlar. Açma gözün, baxma
bir öz halına ; Cəlb elə ənzarı yoğun şalına.
Ə.Qəmküsar.
ƏNZƏLİ is. [iranda şəhər adından]
Azərbaycan xalq oyun havalarından birinin
adı. Tərəkəmə oyun havası ilə ənzəli oyun
havasını müqayisə etsək, burada hər iki
havanın vəzninin eyni və çalınmaq sürətinin
də təxminən bərabər olduğunu görərik.
Ə.Bədəlbəyli.
ƏPPƏK is. [“ətmək”dən.] Çörək. Ət ye-
məz, suywıa əppək doğrar. (Məsəl). [Qur-
banəli:] Bir əppəkdən-zaddan ver, zəqqum-
lanaq. N.Nərimanov.
0 Әррөк olub göyə uçmaq - yox olmaq,
qeyb olmaq, yoxa çıxmaq. Məlikməmmədin
düz on dörd yaşı tamam olan gecə o otaqda
ki yatmışdı, elə o otaqda bir əppək oldu, uçdu
göyə. (Nağıl).
ƏRAQ
ƏPPƏKLİ is. Qabıqlarında aşı maddəsi
olan, meşə rayonlarında və orta dağ qur-
şaqlarında bitən ağac.
ƏPRİMƏ "Əprimək”dən/w.
ƏPRİMƏK f. 1 . Çürüyüb tökülmək, çürü-
yüb didilmək, didik-didik olmaq. Çadırın
vanları əprinıişdir.
2. məc. Əldən düşmək, tökülmək, üzülmək.
ƏPRİMİŞ f.sif. 1 . Çürüyüb tökülmüş, çü-
rüyüb didilmiş, didik-didik olmuş. Bəndalı
taxt üstündə, tüfəng yanında, Məsmə də oğlu
ilə yanaşı, yerdə əprimiş, yamaqlı bir palaz
üstündə uzanıb yatmışdılar. Mir Cəlal.
2. məc. Əldən düşmüş, tökülmüş, üzgün.
ƏR 1. is. Arvadın qanuni və məhrəm yol-
daşı olan kişi; zövc. Dedi kim, bu məzarıdır
ərimin ; O! üzü gül, boyu sənubərimin.
S.Ə.Şirvani. Zeynəb .. ərinə deyirdi: - Bil-
mirəm, mən olmasaydım, sən .. necə yaşıya
bilərdin? S.S.Axundov. Arvad qab dəsmalı
ilə yaşarmış gözlərini silib ərinin qabağında
döyükə-döyükə qaldı. S. Rəhman. □ Ərə
getmək - nikahlanmaq, birinin arvadı
olmaq. [Nənəcan] bir qarından ötrü ərə
getməkdən dul yaşamağı əfzəl bilirdi.
N.Nərimanov. [Pəri:] Fəqət ərə getmək
asanını? C. Cabbarlı. [Gülnaz:] Yox, yox,
mən səndən başqa özgəsinə ərə getməyəcə-
yəm. Ü.Hacıbəyov. Ərə vermək - nikah-
latmaq, öz qızının, bacısının və s.-nin biri
ilə nikahlanmasına razı olmaq. [Sərvər:]
..Atan səni bir özgəsinə ərə vermək istəyir.
Ü.Hacıbəyov.
2. sif. və is. Sözündə möhkəm, mərd;
qəhrəman, igid, qoçaq. Yaxşılığa yaxşılıq
hər kişinin işidir: Yamanlığa yaxşılıq ər ki-
şinin işidir. (Ata. sözü). [Orxan:] Ər kişidə
olur bir söz, bir məram. H. Cavid. [Altun-
bay:] Səndə doğrudan da bir ər ürəyi varsa,
açıq söylə; Solmazı çoxmu sevirsən?
C. Cabbarlı.
0 Ər oğlu ər - igid, qəhrəman. [Nəbi:]
Bizimkilərdir ; Qəhrəmanla Vəli ər oğlu
ərdir. S. Rüstəm.
ƏRAF is. [ər.] Dinə görə cənnətlə cə-
hənnəm arasında olan yer.
ƏRAQ is. [xüs. w.-dən] ımıs. 1. Azərbay-
can klassik muğamlarından birinin adı. 12
əsas muğam bunlar idi: iişşaq, ııəva, bıısəlik.
122
ƏR-ARVAD
rast, Əraq, İsfahan, zirəfkənd, büzürg, zən-
gulə, rəhavi, Hüseyni və Hicaz. Ü.Hacıbəyov.
2. Bax araq.
ƏR-ARVAD is. Kişi ilə arvadı bir yerdə.
Ər-arvad bizə qonaq gəlmişdilər. Ər-arvad
çox yaxşı yaşayırlar. - Nəhayət, ər-arvad
yorulur və daş kimi yıxılıb yatırlar. S.Rüstəm.
Ər-arvad belə qərara gəlmişdilər ki, Həmzə
gizlənməyib hərdən lap bazara da çıxsın,
kəndlərə gedib tanış-bilişinə də baş çəksin..
Ə.Əbülhəsən. Ər-arvad ha fikirləşdilər,
qulluğa olan ümidlərini söndürə bilmədilər.
Mir Cəlal.
ƏR- ARVADLI zərf Ər və arvad bir yerdə
olduqları halda. Ər-arvadlı gəldilər.
ƏR-ARVADLIQ is. Ərlə arvadın qohum-
luq münasibəti; izdivac.
ƏRAZİ is. [ər. “ərz 1 ” söz. cəmi] Müəy-
yən hüdudları olan torpaq sahəsi. Respubli-
kamızın ərazisi. - Rey məmləkəti bir pad-
şahın sahib ola biləcəyi ərazidən bir neçə
qat artıqdır. M. S. Ordubadi.
ƏRBAB sif. [ər. "rəbb” söz. cəmi] köhn.
Ağa, cənab; sahib. [Əliqulu:] Ancaq ərba-
bın bir balaca nəqahəti var. S.S.Axundov.
Sevinc qapınızdan çox uzaq keçdi ; Yalnız
ərbabların günü ağ keçdi. S.Rüstəm. Ərba-
bın sükutu Ağarzaya bir qədər də cürət ..
verdi. Mir Cəlal. // dan. Bəzən zarafatla,
masqara ilə deyilir.
ƏRBƏİN is. [ər.] Müsəlman təqvimində:
məhəiTəm ayının birindən başlayaraq qırx
gün davam edən müddət. □ Ərbəin günü
din. - Kərbəla hadisəsinin (Hüseynin qətli-
nin) qırxıncı günü.
ƏRCANLI sif Ərini çox sevən və ona
yaxşı qulluq edən (arvad).
ƏRCİK “Ər”dən oxş.
ƏRDƏM is. dan. Hövsələ, səbir, həvəs,
girdar. Ərdəmi yoxdur. - [Molla dedi:]
..Pilləkənləri düşüb-çıxmağa ərdəmim gəl-
mir. “M.N. lətif.”. Ərdəmin var, bu yollarda
yüz tufana döz bir, qoçaq! Bu meydandan
xəcil gedib mənəm deyən yüz bir qoçaq!
R.Rza. Səndən hərəkət, məndən bərəkət. Təki
səndə ərdənı olsım. S. Rəhimov.
ƏRDO 1 is. mif Qorxunc vücud; qulyabanı.
Qorxma oğlum! Ər do yoxdur, yalandır;
O ağaran su üzündə dumandır. A.Səhhət.
ƏRƏBÇİLİK
// тәһ. Iribədənli, qorxunc, çirkin adam haq-
qında. Ərdodu, qabandı, qovma, gəldi!
M. Ə. Sabir.
ƏRDO 2 is. dan. 1 . Paltar yuyulmuş çirkli su.
2. məc. Horra, yal. Xörək deyil, ərdodur.
ƏRƏB is. 1 . Ön Asiyada və Şimali Afri-
kada yaşayan, sami dilləri qrupuna daxil olan
xalq və bu xalqa mənsub adam. Ərəb dili.
Ərəb xalqı. Ərəb ölkələri. - Türk, hindu, ərəb,
əcəm bilməz; Nuri hər yanda artar, əskil-
məz. H. Cavid. Haqq yolunda mübarizə
şiiarıyla çıxdın yola; Ərəb qızı, bu əzmində
sənə min-min uğur ola! N.Rəfıbəyli.
2. məc. Qara adam, zənci mənasında. Bu
lap ərəbdir ki.
0 Ərəb atı - xüsusi cins, əla minik atı.
Səyirtdi düzlərdə ərəb atları; Ayaqlar altın-
da insan başları. S.Vurğun. Ərəb rəqəm-
ləri - Rum rəqəmlərinə qarşı olaraq indi
işlənməkdə olan rəqəmlər (1, 2, 3 və s.).
Ərəb rəqəmləri qədim vaxtlarda heç bir mil-
lət arasında mütədavil deyildi. F.Ağazadə.
ƏRƏBCƏ 1. sif. və zərf Ərəb dilində.
Ərəbcə kitab. Ərəbcə danışmaq. - [Murad]
bir qismi ərəbcə və farsca, bir qismi türkcə
yazılan məzar daşlarının sahiblərinin vəfat
tarixlərini oxuyurdu. S.Hüseyn.
2. is. Ərəb dili. Ərəbcəni yaxşı bilir. Ərəb-
cədən tərcümə.
ƏRƏBCƏLƏŞDİRİLMƏ “Ərəbcələşdi-
rilmək”dən/w.
ƏRƏBCƏLƏŞDİRİLMƏK məch. Ərəb
dili qaydalarına uyğunlaşdırılmaq.
ƏRƏBCƏLƏŞDİRİLMİŞ fsif Ərəb dili
qaydalarına uyğunlaşdırılmış.
ƏRƏBCƏLƏŞDİRMƏ “Ərəbcələşdiı-
mək”dən fis.
ƏRƏBCƏLƏŞDİRMƏK / Ərəb dilinin
qaydalarına uyğunlaşdırmaq.
ƏRƏBCƏLƏŞMƏ “Ərəbcələşmək”dən
fis.
ƏRƏBCƏLƏŞMƏK/ Ərəb dilinə uyğun-
laşmaq, öz şəklini ərəb dilinin təsiri ilə də-
yişmək.
ƏRƏBÇİLİK is. dilç. Heç bir lüzum və eh-
tiyac olmadan Azərbaycan dilinə çoxlu ərəb
söz və ifadələri gətirmə və bu yolda göstə-
rilən fəaliyyət. Dilimizin tarixində ərəbçilik
tərəfdarları ilə ciddi mübarizə aparılmışdır.
123
ƏRƏBDOŞANI
ƏRƏN
- 1905-ci il inqilabı dövründə nisbətən art-
mış olan burjua mətbuatının dil siyasətində
biz iki meylə rast gəlirik : 1) farsçılıq və
ərəbçilik; 2) osmançılıq. M. İbrahimov.
ƏRƏBDOŞANI is. İncə belli, quyruğu
qotazlı, uzunsov bir heyvan.
ƏRƏBİ sif. [ər.] Ərəbcə; ərəb dilinə və
xalqına mənsub; ərəb üslubunda, ərəb
qaydasında. Ərəbi bir uzun don əynində.
A. Səhhət. İki nəfər 10-12 yaşında uşağı ge-
yindirib başına ağ əmmamə, əyinlərinə də
ərəbi köynək taxardılar. H.Sarabski. [Əh-
məd:] Qara saçları, eşqlə dolu uzun kirpikli
gözləri, ərəbi burnu, hamısından artıq gözəl
balaca ağzı, qırmızı dodaqları mənim xo-
şuma gəldi. T.Ş. Simurq.
ƏRƏBİST is. 1. Bax ərəbşünas.
2. Ərəbçilik tərəfdarı.
ƏRƏBİSTİKA b a x ərəbşünaslıq.
ƏRƏBİZM is. 1. Bax ərəbçilik.
2. dilç. Azərbaycan dilinə girmiş ərəb söz
və ifadələri, yaxud ərəb dili qaydalarına ox-
şadılaraq işlədilən söz və ifadələr.
ƏRƏBLƏŞDİRİLMƏ “Ərəbləşdirilmək”-
don f.is.
ƏRƏBLƏŞDİRİLMƏK “Ərəbləşdiımək”-
dən тәсһ.
ƏRƏBLƏŞDİRMƏ 1 . "Ərəbləşdirmək”-
don f.is.
2. Ərəb hakim millətçilərinin ərəb olma-
yan xalqları ərəblərin içində əritmə (assi-
milyasiya etmə) siyasəti.
ƏRƏBLƏŞDİRMƏK /. 1 . Ərəb dilini, adət
və ənənələrini qəbul etdirmək, ərəb milləti
içərisində əritmək.
2. Dilə çoxlu ərəb söz və ifadələri gə-
tirmək, yaxud ana dilinin söz və ifadələrinə
ərəb dili xüsusiyyəti vermək.
ƏRƏBLƏŞMƏ "Ərəbləşmək"dən f.is.
ƏRƏBLƏŞMƏK f. Ərəb dilini, adət və
ənənələrini qəbul etmək.
ƏRƏBŞÜNAS is. [ər. və fars. ...şünas]
Ərəb dili və ədəbiyyatı mütəxəssisi, ərəb
filologiyası mütəxəssisi.
ƏRƏBŞÜNASLIQ is. Ərəb dilini, ədəbiy-
yatını, tarixini və s. tədqiq edən elmlərin
məcmusu.
ƏRƏFƏ is. [ər.] Bayramdan əvvəlki gün,
bayram axşamı. Bayram ərəfəsi. // Hər hansı
bir hadisədən qabaqkı vaxt. - [Cəmilə] özü-
nə həyat yoldaşı intixab etmək ərəfəsində
idi. S. Hüseyn. Atabəy məmləkətləri müha-
ribə ərəfəsində idi. M. S. Ordubadi. Sonra isə
o, sanki neft mədənlərində, burııqlar meşə-
sində itmiş və müharibə ərəfəsində böyiik
bir mədənin miidiri vəzifəsinə qədər yüksəl-
mişdi. Ə.Məmmədxanlı.
ƏRƏĞAC sif. və zərf dan. Tezyetişən,
tez əmələ gələn; tez əkilən. Ərəğac tarla. -
Yağ, ağaclar çiçək açsın ərəğac; Başını, bəhrə
verib, qoy yerə diksin hər ağac. S. Rüstəm.
Bir qədərdəıı qoçu qatmaq lazımdır, qoy
quzu ərəğac olsun! S. Rəhimov.
ƏRƏQ is. [ər.] klas. 1. Tər. Ol giilüzardə
ərəqin xoş səfası var; Tiirfə budur ki, saziş
edər atəş ab ilə. Q.Zakir.
2. B ax araq. Yürütməyin ərəqi məclis içrə
badə ilə; Haramzadəni qoymuıı halalzadə
ilə. Füzuli.
ƏRƏMİK sif. 1 . Doğmayan, uzun müddət
qısır qalan. Ərəmik inəkdən öküz olmaz.
(Məsəl). Kəllər və bəzən ərəmik [uzun müd-
dət qısır qalan) camışlar iş və nəqliyyat hey-
vanı kimi istifadə edilir, qocaldıqda, yara-
landıqda və 5. hallarda isə ətliyə təhvil
verilir. A.Ağabəyli.
2. məc. Doğmayan, sonsuz. Ərəmik arvad.
3. Məhsul verməyən, bar verməyən,
bərəkətsiz. Ərəmik yer [torpaq).
4. məc. Faydasız, səmərəsiz, nəticəsiz.
ƏRƏN is. (adətən cəm şəklində). 1. Ər,
qoçaq, igid. Ərənlər kimi döyüşmək. -
Ərənlər əlindən badə içdinmi? Bulanlıq çay-
ları üzüb keçdinmi? "Aşıq Qərib". Əsrlər
boyunca ərlər, ərənlər; Hünər dünyasından
doymadı, getdi. S. Vurğun.
2. Dünyagörmüş, müdrik, ağıllı adam.
[Həcər:] Bizlərdə ərənlər üçə deyərlər.
S. Rəhimov.
3. Dini etiqada görə Allaha və övliyalara
yaxın olmaq şərəfinə nail olmuş adam.
Çağıraram ərənləri, pirləri; Arzularam bi-
zim əziz yerləri. Aşıq Rəcəb. Ərənlər söy-
ləyən, Allah yazanı; Duymadan yox olan
imana yazıq! Ə.Cavad. [Gülşənəm:] Ərən-
lər mənə kömək, - deyə qıy çəkdi : - Ay ana,
mənə kömək! S. Rəhimov.
4. Mövhumi təsəvvürlərə görə suda
yaşayan mövhum bir vücud. Suya söylə ərən
124
ƏR-ƏR
ƏRİMƏK
eşitsin, köməyinə çatsın. Yalan desən, səni
suyun ərənləri vursun! (mövhumatçı qa-
dınların dilindən).
ƏR-ƏR is. [ər.] Ardıc ağacı. Qəddintək
nə ər-ər, nə şimşad olur; Onu görcək qəm-
dən can azad olur. M. P. Vaqif. Qəddin şüm-
şadı ı ər- ərdir, üzün qızılgüldən tərdir... Rən-
cur. Çayın kənarında cərgə ilə boy atmış ər-
ərləri guya sünbüllər üstündə qarovul qoy-
muşdular. Ə. Haqverdiyev. Ətrafında ər-ər
ağacları düzülmüş xiyabanda bir neçə
dəqiqə yol getdik. M. S. Ordubadi.
ƏRƏSAT is. [ər. “ərsə” söz. cəmi] 1. Dini
etiqada görə məhşər (qiyamət) günü yeni-
dən diriləcək insanların öz əməllərinə dair
haqq-hesab vermək üçün toplaşacaqları yer,
meydan.
2. məc. Davalı, iğtişaşlı, gurultulu hadisə
haqqında. A balam, bu nə ərəsatdır. II məc.
Gurultulu təntənə, bayram, şənlik. Küçəyə
çıx, gör nə ərəsat var? □ Ərəsati-məhşər
-bax ərəsat. Bir qiyamət qopurdu ki, lap
ərəsati-məhşər. “Koroğlu”.
ƏRƏŞ is. köhn. Dirsəkdən barmaqların
ucuna qədər olan uzunluq ölçüsü.
ƏRƏVÜŞ is. dan. Budama, ağacların bu-
dağını kəsmə, yan-yörəsini təmizləmə.
□ Ərəvüş etmək - budamaq, budağını kəs-
mək, yan-yörəsini təmizləmək. Ağacları
ərəvüş etmək.
ƏRƏZƏN sif. dan. Gecyetişən, gec əmələ
gələn; gec əkilən. Ərəzən taxıl. - Əkin ki
ərəzəııə düşdü, məhsul az olacaq.
ƏRGƏN sif. Həddi-büluğa çatmış, lakin
hələ evlənməmiş və ya ərə getməmiş. Onun
iki ərgəıı oğlu var. - Ziba hələ bir qədər də
subay gəzə bilməzdimi? Yaxud Ziba özü
üçün daha münasib bir ərgən oğlan seçə bil-
məzdimi? S. Rəhimov. Rəhmətliyin qızı,
adam ərgən oğlana gedəndə bu qədər çəm-
xəm eləməz ki.. Ə. Vəliyev. Bəııdalı gələndə,
elə bil daş-divar da dilə gəlir, deyəsən, ər-
gən oğlanla zarafatlaşırdı. Mir Cəlal.
□ Ərgən olmaq - evlənmək və ya ərə
getmək vaxtı çatmaq.
ƏRGƏNLİK is. 1 . Həddi-büluğa çataraq,
hələ evlənməmiş oğlanın və ya ərə getmə-
miş qızın hal və keyfiyyəti.
2. Yeniyetmə qız və oğlanların üzündə
çıxan sızanaqlar.
ƏRGİN sif Əriyib maye halına gəlmiş,
ərinmiş, əridilmiş. Ərgin qurğuşun.
ƏRGİNLİK is. Əriyib maye halma gəlmiş
şeyin halı.
ƏRĞƏNUN is. [əsli yun.] İçərisində olan
borulara körüklər vasitəsilə hava verilərək
çalınan klavişli böyük musiqi aləti; orqan.
Ərğənuıı çalmaq.
ƏRİDİCİ is. xüs. 1. Başqa maddələri öz
daxilində əridə bilən maddə, məhlul. Aptek
təcrübəsində əridici kimi ən çox su, spirt,
efir və yağlar işlənir. R.Əliyev.
2. Metal əridən fəhlə.
ƏRİDİLMƏ “Əridilmək”dən/w. Poladın
əridilməsi yeni üsulla - sürətli əritmə üsulu
ilə başa çatacaqdır. (Qəzetlərdən).
ƏRİDİLMƏK “Əritmək” dən məch.
ƏRİK is. 1 . Sarı, ətli, şirin, birçəyirdəkli
meyvə və bu meyvənin ağacı. Ərik ağacı.
Ərik qurusu (qurudulmuş ərik). Azərbaycan
ərikləri sarı, narıncı və qırmızıyanaq olur. -
Yay fəslində ərik, gavalı, böyürtkən dəyirdi.
S.S.Axundov. Ərik və tut ağacları baş-başa
verərək günün qabağını çətir kimi tutar, ya-
şıl otların, tər yoncanın üzərinə sərin kölgə
salırdı. İ. Əfəndiyev. □ Ərik yağı - əriyin
tumundan alınan yağ.
2. məh. Cır alça.
ƏRİKGÜLÜ is. bot. Sarı, çəhrayı və tünd-
qırmızıya çalan çiçəkləri olan bitki və onun
çiçəyi. Ərikgülü .. Azərbaycanda bir bəzək
bitkisi kimi becərilir. M.Qasımov.
ƏRİKLİ sif 1. Ərik ağacları olan. Ərikli
dərə. - Nəbi bu dəfə özünü ərikli dağına
verir. “Qaçaq Nəbi”.
2. Tərkibində, içində ərik olan. Ərikli
konfet.
ƏRİKLİK is. Ərik ağacları olan bağ, ərik
bağı.
ƏRİMƏ “Ərimək”dən fis.
ƏRİMƏK / 1. Hərarətin təsiri ilə bərk,
yaxud donmuş haldan maye halma keçmək;
ərgin hala gəlmək. Qar əriyir. Yağ əriyir. -
Dağ başında qala var; Əriməyib hələ qar.
(Bayatı). Ocağın yaxınlığındakı qar yığın-
ları yavaş-yavaş əriyirdi. Ə. Vəliyev. Əridi,
töküldü hər tərəfdə qar; Söylədim, xoş gəl-
din, bahar, ay bahar! M. Dilbazi. //Yanaraq
azalmaq. Şam əriyir. - Eləmi yağ əridi;
125
ƏRİMƏZLİK
Piltədə yağ əridi. (Bayatı). [Turxan bəy:]
Bir şam yanıb, əriyib də sönmək üzrə ikən.
Xəyala sığmaz bir şiddət göstərir. H.Cavid.
2. Məhlulun içində həll olmaq. Şəkər ça-
yın içində əridi. Duz suyun içində əridi. Toz
dərman məhlulun içində əridi.
3. məc. Arıqlamaq, zəifləmək, sınıxmaq.
Xəstə gündən-günə əriyir. Yazıq bir həftə-
nin içində əridi. - Qarı baxdı ki. əvvəlki
şahzadə Miitalibdən bir ad qalıb. Elə əriyib
ki, lap elə bircə quru nəfəsdi, gedir, gəlir.
(Nağıl). [Böyükxanım:] Dağ kimi qızım
yorğan-döşəkdə əriyib qalıb, rənginə bax-
maq olmur. M. S. Ordubadi. [Çəpəl:] Qız, bu
nə gündür, sınıxıb əriyibsən? Mir Cəlal.
□ Əriyib çöpə (muma, şama) dönmək,
əriyib mum (çöp) olmaq - son dərəcə
arıqlamaq. Axır bu eşq odundan; Əriyib mum
olmuşam. (Bayatı). [Mirzə Turab:] Mən sizin
dərdinizi çəkməkdən əriyib çöpə döndüm.
B.Talıblı. [Yaqub] burada onsuz da əriyib
şama dönmüşdü. S. Vəliyev. Şam (mum)
kimi ərimək - gündən-günə arıqlamaq.
4. məc. Utanmaq, xəcalət çəkmək. Heç
ərimirsən? Sənin yerinə mən əriyirəm. - Böh-
tanını geriyə ud! Əriyərsən bir sözümdən.
S. Vurğun.
5. məc. Yavaş-yavaş yox olub getmək,
çəkilmək, çəkilib-getmək, itib-getmək, du-
yulmaz olmaq. Zülmət əridi. Qaranlıq əri-
yir. - Qanadlar yavaş-yavaş əriyib axırda
tamam yox oldular. “Koroğlu”. Hamı sakit
durub xortdanın əriyib məhv olmasını göz-
ləyirdi. B.Talıblı. Gecənin nə cür əridiyin-
dən xəbər tutmayaraq birdən səhərin soyuq
nəfəsini hiss etdik. Ə.Məmmədxanlı.
6. məc. dan. Ürəyinə yatmaq, ləzzət al-
maq, həzz almaq, valeh olmaq.
7. məc. dan. Cürbəcür yollarla işə veril-
mək, satılmaq. Bu yollarla çox mallar əridi.
ƏRİMƏZLİK is. Əriməyən şeyin hal və
keyfiyyəti.
ƏRİNCƏK sif. Tənbəl, kahal, başısoyuq,
canını işə verməyən. Şişmaıı məmur uzun
bir sükutdan sonra ərincək (z.) halda ağır-
ağır sözə başladı. M.Hüseyn.
ƏRİNCƏKLİK is. Tənbəllik, kahallıq,
canını işə verməməzlik.
ƏRİNGƏN bax ərincək.
ƏRİŞLİK
ƏRİNİK 1 . B a x ərincək.
2. Ərimiş, ərgin.
ƏRİNMƏ “Ərinmək” dən. fis.
ƏRİNMƏK L / Tənbəllik etmək. Dur-
mağa ərinmək. Hətta danışmağa ərinir. -
[Rüstəm kişi] ..samovara su tökməyə, kömür
salmağa ərindi. M.İbrahimov. Bəzi tənbəl
uşaqlar səhər-səhər isti yorğan-döşəkdən
çıxmağa ərinir. M.Rzaquluzadə.
2. məcli. Ərgin hala salınmaq.
3. t-siz. Arıqlamaq, çox sınıxmaq.
4. t-siz. Utanmaq, xəcalət çəkmək. Elə
sözlər dedi ki, ərinib torpağa girdim. -
Dostunla görüşməyə; Yad kimi ərinmə, gəl
(Bayatı). Biz də hamımız onun yanına get-
məyə ərindik. S. Rəhimov. Kərbəlayı ..
[uşağı] bir neçə addım aşağıya tərəf qov-
duqdan sonra ərinib dayandı. M.Hüseyn.
ƏRİNMƏZ sif. Ərinməyən, tənbəllik
etməyən.
ƏRİNMƏZ-ƏRİNMƏZ zərf Utanmadan,
həyasızcasına, sırtıq-sırtıq. O məni görüb
söyər, bəzən də ərinməz-ərinnıəz yüyürüb
məni tutar. M.Hüseyn.
ƏRİNMİŞ f.sif. 1 . Əridilərək saflaşdırıl-
mış; ərgin. Ərinmiş yağ (sarı yağ).
2. Əridilmiş. Ərinmiş qurğuşun.
ƏRİNTİ is. tex. İki və ya bir neçə metal
(yaxud başqa cisimlər) əridildiyi zaman
onların qarışması nəticəsində alman xəlitə.
Yüngül ərintilər. Qızıl ilə mis ərintisi. -
Təyyarələrin qanadını yüngül əriııtilərdən
hazırlamaq üçün on minlərlə qaynaq etmək
tələb olunduğu halda, plastik kütlədən bütöv
qanadlar hazırlanır. P. Rüstəmov.
ƏRİŞ is. toxuc. Xalçada və başqa toxun-
ma mallarda uzununa müvazi gedən əsas
iplər. Xananın ərişi. - Toxunmalar üçün iş-
lənən saplar, başlıca olaraq, iki qrupa ay-
rılır. 1) əriş sapları; 2 ) arğac sapları.
Bunlardan birincisi toxunmaların boyu,
ikincisi eni üçündür. Ə.Quliyev.
ƏRİŞ-ARĞAC is. toxuc. Əriş və arğac,
ərişlə arğac birlikdə.
ƏRİŞLƏMƏ “Ərişləmək”dən fis.
ƏRİŞLƏMƏK/ toxuc. Xananın əsas ip-
lərini çəkmək.
ƏRİŞLİK sif. toxuc. Ərişə yarayan, əriş
üçün olan. Ərişlik ip.
126
ƏRİŞMƏK
ƏRİZƏÇİ
ƏRİŞMƏK/ dan. Sataşmaq. Gahdan qal-
xır, uşaqlara ərişir ; Abırından, saqqalından
utanmır. Aşıq Hüseyn.
ƏRİŞTƏ is. \fars.\ 1. Nazik-nazik kəsilib
qurudulmuş xəmir parçalarından ibarət mə-
mulat. Əriştə bəylər aşı; Quymaq onıın
yoldaşı. (Ata. sözü). Dilbər pəncərə arasına
qoyulan məcməyidəki əriştəni götürüb ocaq
üstündə pıqqapıqla qaynayan qazana tökdü.
Ə. Sadıq.
2. Bu xəmir parçalarından bişirilən sulu
xörək, şorba. Əriştə şorbası.
0 Əriştə doğramaq məc. - bir işi görmək
üçün gizli hazırlıq aparmaq. Özünə umac
ova bilmir, özgəsinə əriştə kəsir. (Ata. sözü).
[Səfər:] indi [Həmzə və Çimnaz] əriştə doğ-
rayırlar, amma qız heç razı deyil. C.Cabbarlı.
ƏRİŞTƏÇİ is. köhn. Əriştə bişirib satan
adam.
ƏRİŞTƏÇİLOV is. aşp. Əriştə xəmirləri
qovmlduqdan sonra, düyü ilə qarışdırılıb
bişirilən xörək.
ƏRİŞTƏLİ sif. Tərkibində əriştə olan,
əriştə qarışığı olan. Əriştəli plov.
ƏRİŞTƏLİK sif. Əriştə kəsmək üçün
hazırlanan, əriştəyə yarar. Əriştəlik xəmir.
Əriştəlik un.
ƏRİŞTƏPLOV is. aşp. Əriştə ilə düyüdən
bişirilən plov.
ƏRİTDİRMƏ “Əritdirmək”dən fis.
ƏRİTDİRMƏK “Əritmək” dən icb. Yağı
əritdirnıək.
ƏRİTMƏ “Əritmok”don /.7,s. Əritmə sexi.
ƏRİTMƏK f. 1 . Hərarət təsiri ilə bərk,
yaxud donmuş halda olan şeyi maye halına
salmaq. Yağ əritmək. Qır əritmək. Mumu
əritmək. Qurğuşunu əritmək. Buzu əritmək.
- [Xoca Əziz] ocağı asıb qır-saqqızı tökdü
tiyana, əridib elədi mum kimi. “Koroğlu”.
Dağda ərit qarları; Bağda ərit qarları.
M. Ə. Sabir. Qərənfil xala yağı əritmək üçün
sapılcanı ocağın üstünə qoydu. Ə.Vəliyev.
2. Həzm etdirmək, həll etmək. İstisu xö-
rəyi yaxşı əridir. - [Bürcəliyev:] Əritməkdə,
həzmə verməkdə bu Ağbulaq turşsuyunun
əsla misli-bərabəri yoxdur. S. Rəhimov.
3. işə getməyən malı cürbəcür yollarla işə
vermək, satmaq. Köhnədən qalan malları
əritmək. - O, möhkəm inanır ki, iki ton
buğdanı lap iki həftədə əridər. “Kirpi”.
4. məc. Arıqlatmaq, üzmək; arıqlamasına,
zəifləməsinə, əldən düşməsinə səbəb ol-
maq. Nola qeyrət atəşi canım əritsə mum
tək. Füzuli. Gürşadı əridən araqla papiros
idi. Ə.Vəliyev.
5. məc. Utandırmaq. Sözlərim onu utan-
dırıb əritdi.
6. məc. Yavaş-yavaş batırmaq. Gözüm-
dən günlər keçir əsrlərə bərabər; Zülmətləri
əridən, qaynar şəfəqli günlər. R.Rza. Tiflis
üzərində boranlı bir qış günü qanadlarını
geniş açıb, ətrafı qəmgin bir yalqızlıq içində
əridirdi. M.Hüseyn.
7. məc. Hiss edilmədən keçirmək. Son-
ralar o, gecələrini bu çırağın işığında əridər
və sübhə kimi kənddə yalnız bu pəncərədən
işıq çəkilməzdi. Ə.Məmmədxanlı.
8. dan. Xərcləmək, korlamaq, israr etmək
(əsasən pul haqqında). Varis hər dəfədə uduz-
mağa və pulları əritməyə başladı. A.Şaiq.
ƏRİYİCİ sif. 1. Maye və s. içində əriyə
bilən, həll ola bilən. Əriyici maddə.
2. Asanlıqla əriyən, tezəriyən. Əriyici
metal.
ƏRİZƏ is. [ər.\ rəs. Bir arzu və ya xahiş
ifadə edən məktub, yazılı müraciət. Ərizə
vermək. Müdirin adına ərizə yazmaq. - Bir
baş çəkin dərdiməndin halına; Ərzə yazsın,
qələm alsın əlinə. M.V.Vidadi. [Kərbəlayı:]
Hökumətdən narazısınız, ərizə yazın.
H.Nəzərli. Ikram maarif nazirliyinə ərizəni
tək yazmışdı. Ə.Əbülhəsən.
ƏRİZƏBAZ is. [ər. ərizə və fars. ...baz]
Müxtəlif idarələrə, təşkilatlara və s.-yə
daha çox yalandan, çox vaxt böhtan məqsədi
ilə ərizə yazmağı özünə peşə etmiş adam.
Ərizəbazın biridir. Ərizəbazları ifşa etmək.
ƏRİZƏBAZLIQ is. Ərizəbazın işi, peşəsi.
Ərizəbazlıqla məşğul olmaq. Ərizəbazlıq
işimizə mane olur. - Ərizəbazlıqla hərbi
xidmətdən qurtara bilməyən Imaıızadəyə, nə-
hayət, bir təsadüf kömək etdi. Ə.Əbülhəsən.
ƏRİZƏÇİ is. 1. Ərizə verən, ərizə ilə
müraciət edən adam; şikayətçi. Ərizəçi öz
ərizəsinə imza etdi. Ərizəçilərin qəbulu. -
[Eşikağası:] Qədir bəy, ərizəçiləri növbət ilə
qabağa gətir. M.F.Axundzadə. [Kəndli:]
Hövsələli ol, a kişi, gəlin bu tərəfə, elə biz
də sizin tək ərizəçiyik. P.Makulu.
2. köhn. Keçmişdə pulla ərizə yazan adam.
127
ƏRİZƏÇİLİK
ƏRİZƏÇİLİK is. 1. Bax ərizəbazlıq.
Ərizəçilikh məşğul olmaq.
2. köhn. Keçmişdə savadsız adamlara pulla
ərizə yazma peşəsi. Ərizəçilikh güzəranını
keçirmək.
ƏRİZƏYAZAN is. köhn. Keçmişdə savad-
sız adamlar üçün pulla ərizə yazan adam.
ƏRK 1 1. is. Bir şəxsin yaşca böyüklüyü,
yaxın qohumluğu, yaxud dostluğu səbəbi
ilə başqa birisi ilə sərbəstcə davranmasına,
rəftar etməsinə (söz deməsinə, nəsihət
verməsinə, məsləhət verməsinə, acıqlan-
masına və i.a.) yol verən yaxınlıq münasi-
bəti. Bəyimin ərki və gileyi Məmməd bəyi
oxşadı. Çəmənzəminli. Qonşu, sizə bir söz
deyəcəyəm, ya ərk bilin, ya da tənqid sayın.
Mir Cəlal. □ Ərk etmək (eləmək), ərki
çatmaq (yetmək) - həmin münasibətə
əsasən özünə yaxın bilib dostcasına bir şey
etmək, demək, öz adamı bilmək. [Gəray:]
Yar sənə ərk edərək əyləndi ; Qəlbinə sevgi
səfası endi. A.Şaiq. Tiikəz arvad ərki yetənləri
getməyə qoymadı.. Ə.Əbülhəsən. Ərk edib
guya sənə; Zəng vuracaq evinə. Z.Xəlil.
2. zərf Ərklə şəklində - ərk edərək, ərk
edərcəsinə. Salman ərklə əlini uzatdı. Aslan
isə dayanıb baxdı. S. Rəhimov. İmran kişi
əlini qaldırıb ərklə [Tahirin] dizinə çırpdı.
M. Hüseyn. Sona ərklə stəkanı [Qadirin]
əlindən aldı.. Ə.Əbülhəsən.
ƏRK 2 is. İç qala, möhkəm hasar. Laxla-
yan daş ərkdə qalmaz. (Ata. sözü).
ƏRKAN is. [ər. “rükn” söz. cəmi] top.
1 . Yüksək vəzifəli dövlət məmurları, dövləti
idarə edən adamlar. Onun qabağında tamam
ərkaııi-dövlət durmuşdular. M.F.Axund-
zadə. Hökumət ərkanınm ciblərini doldur-
maq sayəsində İskəııdər bəy dağlarda pad-
şahlıq edirdi. Ə. Haqverdiyev. [Hacib:] Alp
Arslan ətrafını saran saray ərkanı və ordu
ilə bərabər gələr. H.Cavid.
2. məc. dan. Ədəb qaydaları; rəsm, adət.
Hər kəsin ərkanı var; Oduna gedənin örkəni.
(Ata. sözü). Bu necə adətdir, necə ərkaııdır?
M.P.Vaqif. Adam var ki, yol, ərkanı bəyən-
məz. Aşıq Abbas.
ƏRKANLI sif. dan. Ədəbli, qanacaqlı,
ədəb gözləyən, ciddi.
ƏRKÖYÜNLƏŞMƏK
ƏRKANSIZ sif. 1. Dinsiz, imansız.
2. Söyüş, qarğış məqamında işlənir. Yas-
sar qışqırdı : - Ay ərkansızın qızı, bəri qayıt,
vurdum! Mir Cəlal.
ƏRKƏ is. Uşaq, çocuq, tifil. [Bəypolad:]
Miskin bir ərkəyə rast gəlsəm, dərhal sinir-
lərimə toxunur. H.Cavid.
ƏRKƏSÖYÜN is. Ərköyün, xudpəsənd,
özünü sevən. Xanım Balacayeva Əlisanın
kənara sürütlədiyi peçi qalamaqla məşğul
olduğundan, Gülöyşə ərkəsöyün adam kimi
o biri otağa keçdi. S. Rəhimov.
ƏRKƏVAN is. bot. Paxlaya oxşar mey-
vəsi, parlaq çəhrayı rəngli çiçəkləri olan,
qışda yarpağı tökülən ağac, ya kol. Ərkəvaıı
7-8 metr hündürlükdə, qışda yarpağı
tökülən ağac və ya koldur.
ƏRKLƏMƏ “Ərkləmək”dən fis.
ƏRKLƏMƏK f. Əzizləmək, ərköyün
öyrətmək.
ƏRKLƏNMƏ “Ərklənmək”dən/w.
ƏRKLƏNMƏK məcli. Ərköyün böyüdül-
mək, əzizlənmək.
ƏRKLİK is. Ərk etmə, yaxınlıq. Ərkliklə
(z.) gəlmişdim ki, səni qardaşınla barışdırım.
ƏRKNAZ 1 . is. Naz, qəmzə. Öldüm nazın
çəkməkdən; Belə ərknaz olmaz. (Bayatı). Yar
inciyib küsəndə onun başqa zövqü var; Hər-
dənbir ortalıqda gərək ərknaz ola. Ə.Vahid.
2. zərf Ərk-nazla şəklində - nazla, naz-
lana-nazlana, qəmzə ilə. ..Məşuqə qalib bir
sərkərdə kimi qürurla dayandı, sonra cazibəli
gözlərini ərk-nazla dolandırdı. S. Rəhimov.
ƏRKÖYÜN sif. Həddindən artıq əzizlən-
mək, bütün arzu və şıltaqları yerinə yeti-
rilməsi nəticəsində xudbin böyümüş. -
Ərköyün uşaq. Ərköyün (z.) böyümüş övlad.
- Ananın ərköyün oğlu hambal olar. (Ata.
sözü). [Sərvinaz xanım:] Onun tək qalma-
ğına görə mən onu bir az ərköyün (z.) sax-
lamışam. N.Vəzirov. Beş qardaşın yalnız
bir bacısı olduğundan, ata-ana onu ərköyün
(z.) böyütmüşdü. A.Şaiq.
ƏRKÖYÜNCƏSİNƏ zərf Ərköyün kimi,
xudbincəsinə.
ƏRKÖYÜNLƏŞMƏ “Ərköyünləşmək”-
dən fis.
ƏRKÖYÜNLƏŞMƏK f. Ərköyün olmaq,
həddindən artıq əzizlənmək, hər bir arzu və
128
ƏRKÖYÜNLÜK
ƏRSƏ
şıltağı yerinə yetirilmək nəticəsində xudbin
olmaq.
ƏRKÖYÜNLÜK is. Ərköyün adamın hal
və keyfiyyəti; xudbinlik. Evdəki ərköyünlük
əlamətləri məktəbin ciddi tələbləri qarşı-
sında əriməyə başlayırdı. S. Rəhimov.
ƏRKYANA zərf Ərki olan adam kimi,
ərk edərək, ərklə, özünə çox yaxın bilərək.
Bayram kişi ərkyana [cavanı] danladı : - Yax-
şı. nə quruyub durmusan. Gəl otur, üzüm ye,
söhbət elə. M. Rzaquluzadə. Bəbir bəy
ərkyana bir ahənglə üzünü qadına tərəf tu-
tııb deyirdi : - Qumru bacı, bunu ayrı yerdə
deyib, camaatı özünüzə güldürməyin. Mir
Cəlal. Şüşə tək sınmış eşitdim xatirin mən-
dən, gülüm! Söylədim, gəzmə rəqibimlə, sənə
ərkyanə mən. Ə.Vahid.
ƏRQƏVAN is. {fars.} şair. Qırmızı rəngli
gözəl bir gül (klassik şeirdə gözəlin dodağı
bu çiçəyə oxşadılır). Səmən iyli, səhabi zülf
ay qabaq ; Qönçə dəlıan, dürr diş, ərqəvan
dodaq. M.P.Vaqif.
ƏRQƏVANİ sif. \fars.} şair. Ərqəvan çi-
çəyi rəngində, qırmızı və parlaq. Öldürdü
məni qəmi-nihani; Yoxdurmu şərabi-ərqə-
vani? Füzuli.
ƏRLİ sif. Əri olan. Ev tikdirənlər təkcə
ərli qadınlar deyildi. Ə.Əbülhəsən. // İs. mə-
nasında. Ərli qadın. Ərliləriıı əri var;
Dulların da Allahı. (Ata. sözü).
ƏRLİ-ARVADLI zərf. Ərlə arvad bir
yerdə; bütün ailəliklə.
ƏRLİK is. 1 . Ərin öz qadınma olan müna-
sibəti, vəzifəsi, haqqı. Onun ərliyiııdən nə
olacaq? Ərliyə qəbul etdi. - [Şah Abbas:]
Əgər sizdən hər biriniz .. Abbas Məhəmməd
oğlunu ərliyə qəbul edirsə, təzədən bu
ibarət ilə ona siğeyi-nikah oxutdurram.
M.F.Axundzadə. ..Müqim bəy getdikcə
Zərrintac xanımın ərliyiııdən tamamilə çıxıb,
.. saqqalı taxıl tozuna bulanmış darğala-
rından birinə çevrilirdi. S. Rəhimov.
2. Mərdlik, qoçaqlıq, namusluluq. Ərlik
göstərmək. - Bəylərimizə dəmirdonlu deyər-
lər; Daim içimizdə ərlik işlənir. “Koroğlu”.
3. sif. Ərə getmək vaxtı çatmış. Ərlik qız.
Ərlik vaxtı (qızın ərə getmə vaxtı, həddi-
büluğa çatdığı vaxtı). - Dilşadın .. təşkilata
girməsi, ərlik qız ikən oğlanlarla gəzməsi -
bütün bunlar Kərbəlayı Əzimin boynuna
vəzifə qoyur. T.Ş. Simurq. Ərlik yekə qızdır,
deyirəm, get ərə, getmir. Ə.Nəzmi.
ƏRLİLİK is. Əri olan qadının hal və
vəziyyəti.
ƏRMƏĞAN is. [fars. j bax armağan.
Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər
üçün ərməğandır teliniz. M.V.Vidadi. [Dər-
viş:] Arzusunu çəkdiyim zat məni doydurdu,
könül usandı, özgə bir ərməğan axtarmaq
xəyalından nə xilas və nə də doya bildim.
A.Divanbəyoğlu. Ərməğanım yaslı nəğmə;
Bir quş oldum, çıxdım yola.. Ə.Cavad.
ƏROV is. Çirkli, sabunlu paltar suyu. Ərov
axıb gəlib qapının yanında göl durmuşdu.
C. Məmmədquluzadə.
ƏRP is. 1. Sirkənin, abqoranm və s.-nin
üzərinə yığılan çirkli qəliz maye qatı.
2. içində su qaynadılan qabların dibində
və divarlarında daşlaşan, həll olmayan duz-
lar çöküntüsü. Buxar qazanından ərpi təmiz-
lədilər. Çaydan ərp bağlayıb.
3. Daranarkən başdan tökülən kəpək, qo-
vaq. Darağın dibi ərplə doludur.
4. Dişlərin dibində əmələ gələn çöküntü.
Dişi ərp tııtııb. H Bəzi boğaz xəstəliklərində
əsnək üzərində əmələ gələn sərt pərdə.
Xəstənin əsnəyi qızarır və şişir, bozumtul ağ
rəngli ərp əmələ gəlir.
ƏRPLƏNMƏ “Ərplənmək”dən f.is.
ƏRPLƏNMƏK/ Üstü ərplə örtülmək, ərp
bağlamaq. Sirkənin ağzı açıq qalanda ərplə-
nir. Çaydanın divarları və dibi ərplənmişdir.
ƏRRADƏ is. [əı;} köhn. 1. Təkərlər üzə-
rində yerləşdirilmiş top, mancanaq və s.
altlığı. Çəkilməkdə ərradədə tuplər; Təbil-
lərdə fəryad gup-guplər. M.Ə. Sabir.
2. Araba. Aşura günü tək bir səhər çağı;
Yığdı ərradəyə övrət, uşağı. Q. Zakir.
ƏRRƏ is. {fars.} İkidəstəli iri mişar, bıçqı.
Kərki olub öz tərəfinə yonma; Ərrə ol, iki
tərəfə yon. (Ata. sözü).
ƏRRƏÇİ is. Mişarçı, bıçqıçı.
ƏRSƏ is. [ər.} 1. Meydan, açıq yer, boş
yer; düzən. Bir ərsədə hər əsər ki gördüm;
Sənsən deyib ol əsər, yügürdiim. Füzuli.
Mahi-rəmazandır, yenə meydan da bizim-
dir; Meydan da bizim, ərsədə cövlan da
bizimdir. M.Ə. Sabir.
129
ƏRSƏMƏK
ƏRZ
0 Ərsəyə gəlmək - meydana gəlmək,
ortalığa çıxmaq. Bir cavan təzədən gəlib
ərsəyə; Əcavib oğlandır, adı Məhəmməd.
M.P. Vaqif. '
2. Kamala yetmə, müstəqil həyat sür-
məyə başlama.
0 Ərsəyə çatmaq - kamala yetmək, bö-
yümək. [Dövlətlilər] boy atıb ərsəyə çatma-
mış alverə elə qurşanırdılar ki, .. heç bir peşə
öyrənməyə də fikir verməyə macalları ol-
murdu. Ə.Əbülhəsən. Ərsəyə yetirmək
(çatdırmaq) - böyütmək, yetişdirmək,
ortalığa çıxartmaq. Ərsəyə yetmək (çat-
maq) - böyümək, kamala çatmaq, müstəqil
həyat sürməyə başlamaq.
ƏRSƏMƏK is. qəd. Böyümək, kamala çat-
maq. Ərsəmiş nər öldürdün; Qanlısan, gö-
zəl maya. (Bayatı).
ƏRSİN is. Xəmir işlərində və s.-də işlə-
dilən dəmir kiirəkcik şəklində alət. Təknə-
dən xəmiri ərşinlə qazımaq. - Hər sözü
təlim eləyir tərsinə; Dəyməz o bir paslı
dəmir ərşinə. M. Ə. Sabir.
0 Ərşinlə qazıyıb çıxarmaq - güclə, çox
zəhmət çəkərək çıxarmaq, rədd etmək. [Mtir-
şüd:] Yox, Sadıq, mənim arvadımı sən yaxşı
tanımırsan, bir məsələ ki onun beyninə girdi,
ərşinlə qazıyıb çıxarmaq olmaz. S. Rəhman.
ƏRSİNLƏMƏ “Ərsinləmok”don /is.
ƏRSİNLƏMƏK/ Ərşinlə qazımaq (qazı-
yıb çıxarmaq). Qazanın dibini ərsinləyib qaz-
maqları çıxarmaq.
ƏRSİNLƏNMƏ “Ərsinlənmok”don fis.
ƏRSİNLƏNMƏK məciı. Ərşinlə qazınıb
çıxarılmaq.
ƏRSİZ sif. Əri olmayan, dul. Ərsiz qadın.
- Bir bölük atlar; Çəməndə otlar; Ərsiz
arvadlar; Bu balama qurban. (Bayatı). Mən
[qızın] ailəsiz, ərsiz (z.), çocuqsuz olduğunu
zənn edirdim. S.Hüseyn.
ƏRSİZLİK is. Ərsiz qadının hal və və-
ziyyəti; dulluq.
ƏRŞ is. [ər.\ şair. Göy, asiman. Təsbeh kimi
qatarınız düzərsiz; Havalanıb ərş üzündə sü-
zərsiz. M. V. Vidadi. Müqtədirsən ucalıb
ərşə qədər getməyə də; Cənnəti, həm də
cəhənnəmləri seyr etməyə də. A.Səhhət.
0 Ərşə bülənd olmaq -bax ərşə çıx-
maq. [Qərib:] Səbrə taqətim yox, gəlməz
qərarım; Ərşə bülənd olub ah ilə zarım.
“Aşıq Qərib”. Ərşə çıxmaq - ucalmaq,
göylərə qalxmaq. Göy üzündə açanda biz
qanadı; Ərşə çıxar yağıların fəryadı.
R.Rza. Ərşə dayaq olmaq - bax ərşə
dayanmaq. Ərşə dayanmaq - bax ərşə
çıxmaq. Fərraşlarııı küçələrdə səsi hər
dəqiqədə ərşə dayandı. M.F.Axundzadə.
Ərşə qalxmaq - bax ərşə çıxmaq. Məz-
lumların ah və naləsi ərşə qalxdı.
C. Məmmədquluzadə. Ərşə ucalmaq -
bax ərşə çıxmaq. Zülfün qəmi bir halə
salıbdır məni, ey m əh! Naləm ucalır ərşə
şəbi-tar gələndə. S.Ə.Şirvani. Ərşi-əla
şair. - uca göy, səma, asiman. Hər düşəndə
qəddin yada, ağlaram; Ünüm çıxar ərşi-
əlayə, pəri! M. P. Vaqif. Ərşi-fələk - bax
ərşi-əla. [Ağamərdan:] Əyər bu iş mən
deyən kimi baş tutsa, Təbrizdə mənim
şöhrətim ərşi-fələkə çıxacaq. M.F.Axund-
zadə. Hələ dan ulduzu batmayıb ərşi-
fələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu.
Ərşi-müəlla şair. - bax ərşi-əla. Arizin
gün əvəzi aləmi nurani edər; Gər mələklər
çəkələr ərşi-müəllavə səni. S.Ə.Şirvani.
Başı ərşə durmaq (qalxmaq, dayanmaq)
- çox uca, hündür, yüksək şey haqqında.
[Nigar:] Başı ərşə duran dağlar; Dağlar,
Eyvazı neylədiz?! “Koroğlu”.
ƏRUS is. [ər.] Gəlin; yeni ərə getmiş və
ya getmək üzrə olan qız. Bu gün sən özünə
ərııs gətirirsən. C. Məmmədquluzadə. [Gür-
cülər:] Oyan, ərusi-növbahar! Ayıl, ey
afəti-cahan! Oyan, Xumar!.. H. Cavid.
ƏRUZ is. [ər. ] 1. Şeir vəznlərindən
(ölçülərindən) bəhs edən elm. Əruz elmi.
2. Ritmik hecalardan, yəni qısa mədli
hecalarla uzun mədli və ya qapalı hecaların
müntəzəm düzülüşündən əmələ gələn şeir
vəzni. Əruz vəzni.
ƏRVAH is. [ər. “ruh” söz. cəmi] Ruh.
Məcnun ilə Leyliyi qılıb yad; Ərvahlarını
eylədin şad. Füzuli. Biçarə münəccimba-
şının ərvahı uçub, başladı yarpaq kimi
titrəməyə. M.F.Axundzadə.
ƏRVƏZ is. məh. İməcilik.
ƏRZ 1 is. [ər.] 1. Yer ( səma müqabili).
Ərzii səmadə yoxdur bir zərrə səndən ayru.
Nəsimi. Sanki ərz kürəsi vulkanları, zəlzə-
130
ƏRZ
ƏSARƏT
lələri, daşqınları ilə ölmədə idi. H.Nəzərli.
□ Ərzdən-səmaya qədər köhn. - Yer ilə
göy qədər. Dünənki gün də gün idi, bu gün
də bir gündür; Vəli təfavütü var ərzdən-
səmayə qədər. S.Ə.Şirvani.
2. Dünya, Yer üzü. Ərzin bu gözəl feyzinə
son yox. M. Müşfiq. Ərzin iqbalını bizik dü-
şünən. M.Rahim. // köhn. Məmləkət, ölkə,
diyar.
ƏRZ 2 is. [ar.] 1. klas. Təqdim etmə, önünə
qoyma, göstərmə; izhar. □ Ərz etmək
(qılmaq) - təqdim etmək. Daşə çəkmiş xəlq
üçün Fərhad Şirin surətin; Ərz qılmış xəlqə
məhbubin, əcəb biar imiş. Füzuli.
2. köhn. dan. Söylənilən, nəzərdə tutulan
fikir, söz, mətləb. Ərzimi başa düşmədin.
Ərzimə mültəfit ol Ərzimə qulaq ver. □ Ərz
etmək (eləmək) - bildirmək, anlatmaq,
məlum etmək, ifadə etmək. Əhvalatı ərz
etdi. - [Həsən bəy:] Xeyr, Məşədi İbad, ərz
eylədim ki, çirkindir. Ü.Hacıbəyov. Yazıq
muzdur qolu boynunda sıınqçıdan qayıdıb
birbaşa öz xozeyninin yanma gəldi və ba-
şına gələn qəziyyəni ərz etdi. S.M.Qənizadə.
[Məşədi Qədir:] Bəli, ərz eləyirəm, yatmışıq,
heç şeydən xəbərimiz yoxdur. T.Ş. Simurq.
Ərz olsun... - məlum edirəm ki, nəzərinizə
çatdırıram ki... (hörmətlə müraciət). Ərz ol-
sun, məlaikələr padşahının qızı bir birə olub.
Qəmərin qoynuna girdi, onu sancdı. (Nağıl).
Ərz olunmaq - deyilmək, anladılmaq,
məlum edilmək, ifadə olunmaq.
3. Acizanə şikayət, xahiş, rica. Ərzim var.
Ərzimə qulaq as. - Mixək əkdim mərzə mən;
Bağlamadım dərzə mən; Bivəfa yar əlindən;
Kimə gedim ərzə mən? (Bayatı). Bizdən həq-
qə ərzlər yetirdin; Həqdən bizə müjdələr gə-
tirdin. Füzuli. [Dilmanc:] ..Qoy ərzin qalsın
soıırava və bu saat get, oğlun Süleymanı gətir
nəçərnikin qulluğuna. C.Məmmədquluzadə.
ƏRZ 3 is. [əı;] köhn. 1. En, genişlik ( tul
müqabili).
2. coğı; köhn. En dairəsinin köhnə coğ-
rafiya kitablarındakı adı.
ƏRZAQ is. [ər. “rizq” söz. cəmi] Yeyi-
ləcək şeylər, yeyinti məhsulları. Ərzaq ehti-
yatı. Ərzaq bolluğu. Ərzaq mağazası. Ərzaq
anbarı. - Ağanın pambıq, ərzaq və xıışgəbar
karvanının başı, ayağı məlum olmayırdı.
Ə. Haqverdiyev. İraq və Bağdad qoşunu
bütün qərargahını və ərzaq şeylərini, silah
və yük mallarını buraxıb nizamsız və pozğun
bir surətdə qaçmışdı. M. S. Ordubadi. Biz
çalışırıq ki, nə qədər mümkünsə, ərzaq şey-
lərimiz çox olsun. M.İbrahimov.
0 Ərzaq şapalağı tar. - Rusiyada
1918-1 92 1 -ci illər hərbi kommunizm
dövründə ərzaq tədarükü sistemi.
ƏRZƏN sif. Gecikmiş, dünyaya gec
gəlmiş, gec yetişmiş.
ƏRZ-HAL [ər.] bax ərizə. Və qələm
götürdüm, ərz-hal yazıb Tiflis qubernato-
runa verdim. C.Məmmədquluzadə. Şükür
əvvəllərdə Güləlinin əsgərliyə alınmasım
bir yanlışlıq zənn etmişdi. Hətta onun ana-
sının dilindən mərkəzə bir ərz-hal da
yazmışdı. S.Hüseyn. [Ədalət:] Mən sənə
xəbər göndərmişdim, nə üçün ərz-halını
yazdırıb gətirmənıisən? ! Ə.Məmmədxanlı.
ƏRZİNDƏ zərf İçərisində, müddətində.
Üç gün ərzində. Bir il ərzində. Bu iki həftə-
nin ərzində. - O qədər ləziz xörəklər ki bircə
ramazan ayında ortalığa gəlir, qeyri bu bir
ayın ərzində gəlmir. C.Məmmədquluzadə.
Muzdur Məşədi Əsgər iyirmi səkkiz ilin
ərzində su ilə od arasında bişib-bərkidikdə
əsla azar-bezar bilməzdi. S.M.Qənizadə.
ƏSA is. [ər.] Əl ağacı. Çiyninə aldı bir
lətif əba; Əlinə aldı bir zərif əsa. S.Ə.Şirvani.
Molla Kərim də dişlərini qıcırdıb, əsasının
şiş ucu ilə çuvalın o yan-bu vanına bir-iki
dəfə vurdu. B.Talıblı. Hacı Rəsul, qonağın
əsasını alıb divara söykəmək istədi. Mir Cəlal.
ƏSALI sif. Əlində əsa olan. Anamdır, -
deyə Qeybalı alacalanmış gözləri ilə boz
adamları süzüb dəmir əsalı adama cavab
verdi. S. Rəhimov.
ƏSARƏT is. [ər.] 1. Əsirlik, köləlik, qul-
luq; kölə, qul vəziyyəti. Əsarət zənciri. Əsa-
rətdən qurtarmaq. - ..Zahiri əsarətdən xilas
olduğumuz kimi, batini əsarətdən də xilas
olmalıyız. C.Məmmədquluzadə.
2. məc. Qəfəs, zindan, dustaqlıq. Quş əsa-
rətə çox tez alışdı. - Könül bir quşdur ki, sev-
məz əsarət; Daim çırpınır, istəyir hürriyyət.
A. Səhhət. Qaratoyuq əsarətə tez öyrənişir,
sonra oxumağa başlayır, hətta onu tar ilə
oxumağa öyrədirlər. S.S.Axundov.
131
ƏSAS
ƏSAS is. [ar.] 1. Bünövrə, özül, bina, tə-
məl. Evin əsası çox möhkəmdir. II məc. Bir
şeyin özülünü, təməlini, özəyini təşkil edən
şey; kök. Operanın əsasını xalq dastanı
təşkil edir.
2. Sif. mənasında. Başlıca, ən mühüm, zə-
ruri. Əsas əlamət. Əsas səbəb. Əsas məsələ.
Ağacın əsas budağı. Əsas qüvvələr. Əsas iş
yeri. İnkişafın əsas mərhələsi. Əsas şərtlər.
-Xilqətin əsası olan analıq duyğusunun bəzi
qadınlara yabançı olması həyatın anlaşıl-
maz sirlərindən biridir. M.İbrahimov. Səriyyə
xalanın Qərənfilə müştəri gözü ilə baxma-
sının əsas səbəbi Bahadır idi. S. Rəhman.
3. Bir hərəkətin və s.-nin düzgünlüyünü,
gerçəkliyini izah edən, əsaslandıran, ona
haqq qazandıran, ağlabatan ciddi səbəb, bə-
hanə, dəlil, sübut. Qorxmağa əsası var. Əsas
yoxdur. Hansı əsasla? H istinad nöqtəsi.
4. Adətən cəm şəklində: əsaslar - hər
hansı bir elmin başlıca müddəaları, prinsip-
ləri, elementləri. Kimyanın əsasları. Nəzəri
mexanikanın əsasları. - ilk həndəsənin
əsasları ilə oxucu orta məktəbdə tanış ol-
muşdur. Z.Xəlilov.
5. qram. Sözün, sözdəyişdirici şəkilçidən
qabaq gələn başlıca (sadə, düzəltmə və ya
mürəkkəb) hissəsi.
6. kim. Turşularla birləşəndə duz əmələ
gətirən kimyəvi birləşmə. Qələvi əsaslar.
7. riyaz. Həndəsi fiqurun hündürlüyünə
perpendikulyar olan tərəfi. Üçbucağın əsası.
0 Əsas etibarilə - əsasən, başlıca olaraq,
ümumiyyətlə. C. Məmmədquluzadənin
"Şərqi-Rus "dakı fəaliyyəti əsas etibarilə
ədəbi xarakter daşımışdır. M.İbrahimov.
Əsas götürmək (almaq, tutmaq) - bir əsas
kimi qəbul etmək, əsaslanmaq. Siz mənim
xahişimi əsas ala bilərsiniz. Mir Cəlal. Əsas
kapital iqt. - kapitalın istehsal vasitələrinə
sərf edilən hissəsi. Əsas qanun - konsti-
tusiya. Əsası qoyulmaq - 1) təsis edilmək,
bünövrəsi, təməli, özülü qoyulmaq; 2) baş-
lanmaq. Əsasına qədər - tamamilə, bü-
tünlükdə, büsbütün, kökündən. Əsasını qoy-
maq - 1) bünövrəsini, özülünü, təməlini
qoymaq; 2) təsis etmək. ...əsasında dur-
maq, ...əsasını təşkil etmək - bir şeyin
mənbəyi, onun əmələ gəlməsinin başlıca
səbəbi olmaq.
ƏSASLI
ƏSASƏN [ər.] 1. zərf Əsli, kökü etibarilə,
əsas etibarilə, ümumi cəhətdən. Fikir əsa-
sən doğrudur. Əsasən onunla razılaşmaq
olar. - Maarif sahəsində mübarizə əsasən
tədris ocaqlarına münasibətdə meydana
çıxırdı. A. Şaiq. Çayqırağı məhəlləsində
əsasən qəsəbənin yoxsulları .. yaşayırdılar.
Ə.Əbülhəsən. // Həqiqəti etibarilə, ger-
çəklik nöqteyi-nəzərindən. Hadisə əsasən
belə olmamışdır.
2. Qoş. mənasında. Görə, əsaslanılaraq.
Onun fikrinə əsasən. Xahişinizə əsasən. Təx-
minlərə, fərziyyəyə əsasən hökm vermək ol-
maz. Ərizəyə əsasən qərar çıxarılmışdı.
ƏSASİ sif. [ər.] kölın. bax əsas 2-ci mə-
nada. Əsasi cəhətlər. - Həyat əsasi bir
dəyişikliyə uğrayınca ədəbiyyat büsbütün
başını itirdi. C.Cabbarlı.
ƏSASLANDIRILMA “Əsaslandırılmaq”-
dan f.is.
ƏSASLANDIRILMAQ məch. 1. Təməli
atılmaq, möhkəm təməl üzərində qurulmaq.
2. İnandırıcı sübutlarla və ciddi dəlillərlə
möhkəmləndirilmək. İrəli sürülən fikirlər
möhkəm dəlillərlə əsaslandırılmışdır.
ƏSASLANDIRMA “Əsaslandırmaq”dan
f.is.
ƏSASLANDIRMAQ/ 1. Təməlini atmaq,
bünövrəsini (özülünü) qoymaq, möhkəm
təməl üzərində qurmaq.
2. İnandırıcı sübutlarla və ciddi dəlillərlə
möhkəmləndirmək, təsdiqləndirmək, inan-
dırıcı sübutlar, dəlillər göstərmək (gətirmək).
Müddəalarını nəzəri dəlillərlə əsaslan-
dırmaq. Öz görüşlərini əsaslandırmaq. -
..Dikbığ Dadaş Lələşov öz sözünü əsaslan-
dırmağa çalışdı. S. Rəhimov. [Cuma] lazım
gələrsə, qatardan qalmasını əsaslandır-
mağa inandırıcı bəhanə də hazırlamışdı.
Ə.Əbülhəsən.
ƏSASLANMA “Əsaslanmaq”dan f.is.
ƏSASLANMAQ/ 1. Bir təmələ söykən-
mək, bir əsasa istinad etmək.
2. Özü üçün əsas götürmək, istinad et-
mək. Ciddi dəlillərə əsaslanmaq. Belə bir
qənaətə gəlməkdə nəyə əsaslanmısınız?
Qanunlara əsaslanmaq.
3. Kök salmaq, yerini möhkəmlətmək.
ƏSASLI sif. 1. Əsası, bünövrəsi, təməli,
özülü olan; köklü, möhkəm.
132
ƏSASLICA
ƏSƏB
2. Kifayət dərəcədə əsası olan, ciddi,
tutarlı, inandırıcı, lazımınca əsaslandırılmış.
Əsaslı səbəb. Əsaslı sübut. Əsaslı təklif.
- Belə mühüm bir məsələni Telli kimi avam
bir qadına qandırmaq üçün əsaslı dəlillər və
sübutlar lazını gələcəkdir. S. Hüseyn.
3. Doğru, gerçək, həqiqi; əsli, əsası olan.
Əsaslı hadisələr. Əsaslı şayiələr.
4. Dərin, ciddi, çox mühüm, prinsipial.
Əsaslı fikir ayrılıqları. Aralarında əsaslı ix-
tilaf vardır. Əsaslı məsələ. □ Əsaslı su-
rətdə - kökündən, ciddi surətdə, prinsipial.
Fikirlər əsaslı surətdə ayrılır. - ..Göndəri-
lən təftiş komissiyası aylarla oturar, .. bu
dairə ittifaqın işini əsaslı surətdə yoxlardı.
S. Rəhimov.
5. Hərtərəfli, incədən-incəyə. Baxış
bəygildə ildə iki dəfə ev tökülür, əsaslı ytr-
yığış olur. Ə.Abasov.
0 Əsaslı kapital qoyuluşu iqt. - əsaslı
(ən mühüm) inşaat üçün buraxılan vəsait
(pul). Əsaslı təmir - binanın (qurğunun,
maşının) əsas hissələrinin tam təmiri. Kabi-
net çox səliqəli, təmiz, əsaslı təmirdən çıx-
mış bir otaqdı. Ə.Vəliyev. Əsaslı tikinti -
xalq təsərrüfatının əsas fondlarının geniş-
lənməsini təmin edən sənaye müəssisələri
və mənzil inşaatı.
ƏSASLICA zərf Əsaslı surətdə.
ƏSASLILIQ is. 1 . Əsaslı şeyin halı.
2. Ciddilik, tutarhlıq, inandırıcılıq. Sübut-
ların əsaslılığı. Təklifin əsaslılığı. Dəlillərin
əsaslılığına şübhə ola bilməz.
ƏSASNAMƏ is. [ər. əsas və fars. ...namə]
Qanun, qayda, nizamnamə. Seçkilər haqqın-
da əsasnamə.
ƏSASSIZ sif. 1 . Bünövrəsiz, təməlsiz.
2. Heç bir sübuta, dəlilə, həqiqətə istinad
etməyən, əsilsiz; inandırıcı olmayan, yalan,
tutarsız. Əsassız ittiham. Əsassız şübhə.
Əsassız nəticə. - Onun verdiyi xəbərlərin
bir çoxu əsassız xəbərlər idi. M.S. Ordubadi.
ƏSASSIZLIQ is. 1 . Bünövrəsizlik, təməl-
sizlik.
2. Heç bir sübuta, dəlilə, gerçəkliyə isti-
nad etməmə; əsilsizlik, həqiqətdən məh-
rumluq, tutarsızlıq. Şayiənin əsassızlığı. Çı-
xarılan nəticənin əsassızlığı, irəli sürülən
təqsirin əsassızlığı.
ƏSATİR is. [ər. əsli yun.] Allahlar, əf-
sanəvi qəhrəmanlar və Yer üzündə insan-
ların əmələ gəlməsi haqqında qədim xalq
nağıl və əfsanələri; mifologiya. Zərdüşt haq-
qında əsatir. Yunan əsatiri, iran əsatiri. -
Xalqın həqiqi tarixi, əfsanələr və əsatirlərin
dumanları içərisində itib getmiş, hər şey şüb-
hələrin paltarına bürünmüşdür. M.S. Ordu-
badi. Mən uymadım əsatirlər xülyasına ; Səc-
də qıldım insanlığın mənasına. S.Vurğun.
ƏSATİRİ sif. [ər.] Əsatirə aid olan, əsatir
qəbilindən olan; əfsanəvi, mifoloji.
ƏSBAB is. [ər. “səbəb” söz. cəmi] köhn.
1 . Səbəblər, dəlillər; səbəb, dəlil.
2. Silah, yaraq. [Zalxa Tarverdiyə:] Əl-
bəttə, sənin də yaraq, əsbabın olacaq.
M.F.Axundzadə. // Alət, hacət, avadanlıq,
ləvazimat.
ƏSBABLI sif. Silahlı, yaraqlı, silahlanmış.
[Tarverdi:] Görəsən, sövdəgər tayfası ya-
raqlı, əsbablı yola çıxar, ya elə bomboş?
M.F.Axundzadə.
ƏSBƏ is. Qızdırma ilə başlayıb, səpgiyə
çevrilən bir xəstəlik. Əsbə xəstəliyi ən çox
uşaqlarda olur. Əsbə çıxarmaq.
ƏSBƏGÜLÜ, ƏSBƏÇİÇƏYİ is. Tarlalarda,
çöllərdə bitən bənövşə rəngli bir çiçək.
Xalq təbabətində əsbəgülünü əsbə azarının
müalicəsində işlədirlər.
ƏSDƏMİbax ərsin.
ƏSDİRİLMƏ “Əsdirilmək”dən fis.
ƏSDİRİLMƏK “Əsdirmək”dən məcli.
ƏSDİRMƏ “Əsdirmək”dən fis.
ƏSDİRMƏK 1. icb. Əsməyə, titrəməyə
məcbur etmək; əsməsinə, titrəməsinə səbəb
olmaq; titrətmək, silkələndirmək. Külək
yarpaqları əsdirdi. - Zərrintac xanım şəha-
dət barmağını qaldırıb ilan başı kimi
əsdirdi. S. Rəhimov.
2. t-siz. dan. Veyil-veyil gəzmək, avara-
lanmaq.
0 Özünü əsdirmək - özündən çıxmaq,
əbəs yerə hirslənmək, çığır-bağır salmaq.
Nə özünü əsdirirsən?
ƏSƏB is. [ər.] aııat. flziol. 1. insan, ya
heyvan orqanizmində təxərrüşləri periferi-
yadan beyinə, yaxud beyindən periferiyaya
ötürən xüsusi incə tellərdən ibarət törəmə
sistemi; sinir. Eşitmə əsəbi. Dişin əsəbini
133
ƏSƏBANİ
öldürmək. Görmə əsəbi. İynə əsəbə toxun-
muşdur. - Əsəb və yorğunluq onu elə hal-
dan salmışdı ki, kətilin üstündə otura bil-
mədi. S. Rəhman.
2. Cəm şəklində: əsəblər - insanın hal və
hərəkətini müəyyən edən həmin törəmələ-
rin bir sistem kimi rolu. Əsəbləri möhkəmdir.
Əsəbləri pozulmaq. Əsəbləri gərginləşdir-
mək. - Kağızı oxudu və bütün əsəbləri
gərildi. H.Nəzərli. Çöl havasının təsiri ilə
getdikcə acığı soyuyur, əsəbləri rahat olur-
du. M. İbrahimov. Elə bi! birisi əsəblərimin
saplarını bir-birinə qarışdıraraq düyün
salmışdı. Ə.Məmmədxanlı.
0 Əsəblərinə təsir etmək (toxunmaq) -
hirsləndirmək, əsəbiləşdirmək. Lakin Toğ-
ruldan bir xəbər olmaması onun əsəblərinə
toxunmuşdu. M. S. Ordubadi. İçərişəhərin
damları üstündə yatanlardan bəzisi xorul-
dadıqca Tıırabııı əsəblərinə toxunurdu.
M.Hüseyn. Əsəbləri ilə oynamaq - bax
əsəblərinə təsir etmək (toxunmaq).
ƏSƏBANİ zərf [ər. əsəb və fars. ...ani]
bax əsəbi. [Şeyx Yəhya:] Ağacan, nə üçün
əsəbani olursan, bu nə işdir? S. Hüseyn.
ƏSƏBİ sif. [ər.] 1. Sinirləri son dərəcə
həssas olduğu üçün cüzi bir şeydən çox tez
əsəbiləşən, təsirlənən, hirslənən. Əsəbi
adam. Əsəbi qadın. Qırmızı işıqda ıızım müd-
dət işləyən adamlar get-gedə əsəbi olurlar.
- Mollayev qaraqabaq, zəhmli və əsəbi bir
adamdı. M.Hüseyn. // Əsəb xəstəliyi olan.
Əsəbi xəstə.
2. Daxili həyəcan və iztirab ifadə edən,
əsəbilik ifadə edən. Əsəbi yeriş. Əsəbi
hərəkətlər. Əsəbi gülüş. Əsəbi göz yaşları. -
Ayaz .. əsəbi bir hərəkətlə papirosunu yerə
çırpdı. Ə.Məmmədxanlı. Gecənin süku-
tunda kağız üzərində əsəbi hərəkətlə gəzən
qələmin xəfif səsi eşidilirdi. Mir Cəlal.
3. Əsəbiləşdirici, əsəbiləşməyə, həyə-
canlanmağa səbəb olan; narahatlıq və izti-
rabla dolu. Əsəbi iş. Əsəbi dövr. - Keçmiş ..
o ölüm hissi verən kinli zamanlar; Xırçın,
əsəbi, sisli xəzanlarla süründü. A.Şaiq.
ƏSƏBİCƏSİNƏ zərf Əsəbi halda, əsəbi
adam kimi. Əsəbicəsiııə qollarını oynatmaq.
- Sənəm xala ahəngini dəyişdirir və bir az
da əsəbicəsiııə danışır. Mir Cəlal.
ƏSƏBİMƏZACLIQ
ƏSƏBİLƏŞDİRİCİ sif. Əsəblərə pis təsir
edən, əsəbləri qıcıqlandıran, əsəbiləşdirən,
sinirləndirici. Əsəbiləşdirici təsir.
ƏSƏBİLƏŞDİRİCİLİK is. Əsəbiləşdirici
şeyin hal və keyfiyyəti.
ƏSƏBİLƏŞDİRİLMƏ “Əsəbiləşdiril-
mək”dən fis.
ƏSƏBİLƏŞDİRİLMƏK məch. Əsəbləri
qıcıqlandırılmaq, əsəbi hala salınmaq; sinir-
ləndirilmək, hirsləndirilmək.
ƏSƏBİLƏŞDİRMƏ “Əsəbiləşdirmək”-
dən fis.
ƏSƏBİLƏŞDİRMƏK/ Əsəblərini qıcıq-
landırmaq, əsəblərinə toxunmaq, əsəbi hala
gətirmək; sinirləndirmək, hirsləndirmək.
Maşınların səsi adamı əsəbiləşdirir. Onun
hərəkəti bizi əsəbiləşdirdi. - [Zeynal] bilirdi
ki, Mehribanı təqib edəcək olsa, onu daha
da əsəbiləşdirər. S.Hüseyn. Onun bir verdə
.. durması Atabəy Məhəmmədi həddindən
artıq əsəbiləşdirdi. M. S. Ordubadi. Həkim
ağır addımları ilə Ramazanı əsəbiləşdirdi.
Mir Cəlal.
ƏSƏBİLƏŞMƏ “Əsəbi ləşmək”dən/«.
ƏSƏBİLƏŞMƏK/ Əsəbləri qıcıqlanmaq,
əsəbilik halına gəlmək, əsəblərə təsir edən
bir şey nəticəsində həyəcanlanmaq, darıx-
maq, ya hirslənmək; sinirlənmək. Adam hər
şeydən ötrü əsəbiləşməz. Əsəbiləşmək cana
zərərdir. - Şəngül bəzi vaxt, ələlxüsus Tağı
əmi gecikdikdə əsəbiləşərək ovu izıısiz qal-
dırardı. S.S.Axundov. Zeynal üçüncü kərə
ona faytona oturmağı təklif etdikdə Mehri-
ban əsəbiləşdi. S.Hüseyn. Eldar bu hərəkə-
timdən, mənim əsəbiləşdiyimi başa düşdü.
M.Rzaquluzadə.
ƏSƏBİLİK is. Əsəbi olma, əsəbi adamın
halı; əsəblərin hər bir şeydən təsirlənməsi,
qıcıqlanması; sinirlilik. Həddindən artıq
əsəbilik. - indi Toğrulun qəvi əzələləri tə-
pədən dırnağa kimi qorxunc bir əsəbilik ilə
titrəyirdi. H.Nəzərli. Səlimin əsəbiliyi artır,
narahatçılığı çoxalırdı. S. Rəhimov.
ƏSƏBİMƏZAC sif. [ər.] köhn. Əsəbi
xasiyyətli. Əsəbiməzac adam. - [Səfi bəy:]
Dayıqızı doğru deyir, sən əsəbiməzacsan.
S.S.Axundov.
ƏSƏBİMƏZACLIQ is. Əsəbiməzac ada-
mın hal və keyfiyyəti; əsəbilik.
134
ƏSƏBİYYƏT
ƏSGƏRİ
ƏSƏBİYYƏT is. [ər.] bax əsəbilik.
Çarpışmaq üçün lazını ikən mərdə cəsarət ;
Bilməm, neçin olmuş sana qalib əsəbiyyət?
H. Cavid.
ƏSƏL is. [ər.] klas. Bal. Baqqal .. əsəl
qiymətinə satar ayranı. Q.Zakir.
ƏSƏN sif. qəd. Sağ, salamat. Verdi xələt
çün anı gördi əsən. Yusif Məddah.
ƏSƏR is. [ər.] 1. Iz, nişanə, əlamət, bir
şeyin varlığına dəlalət edən hal. Əsər
qalmamaq. Yorğunluqdan əsər yox idi.
Üzündə həya əsəri yoxdur. - Cırıldayan
arabanın çərxləri; Qazmış yolu, yerdə
qalmış əsəri. A.Səhhət. Könlündə qalmadı
iıısaf əsəri ; Dürdanənin qəlbi sal buza
döndü. M. Rahim.
2. insan əməyi, insan yaradıcılığı, icadi
məhsulu. İncəsənət əsərləri. Heykəltəraşlıq
əsərləri. Memarlıq əsərləri. Ixtiraçıların
əsərləri. Musiqi əsərləri. // Yazılı əmək
məhsulu; ədəbi, elmi kitab, məqalə və s.
Bədii əsər. Füzulinin əsərləri. Kimyaya dair
əsər. Əsərlər külliyyatı. Elmi əsərlərin
nəşri. - Buna görə də sizin mənə tövsiyə
etdiyiniz “Məmunun xülasələri " adlı əsəri
açıb məşğul oldum. M. S. Ordubadi.
3. Təsir. Bu hadisənin ona heç bir əsəri
olmadı. - Bunlar hamısı qohumluğun
əsərləridir! C. Məmmədquluzadə. □ Əsər
eləmək (etmək) - təsir etmək. Nə üçün söz
sənə əsər eləmir. - Ol səngdilə naleyi-zarım
əsər etmiş. Füzuli. Sənin də başında
məhəbbət beyni; Əgər olsa, eylər əsər,
ağlarsan. M.V.Vidadi. Sözün ona etməz
əsər; Aralıqda başın gedər. A.Şaiq.
4. Bax asar.
5. Yadigar mənasında. Yaxşı övlad ata-
ana üçün ən əziz bir əsərdir.
0 Əsəri gəlmək dan. - isitmə dayanan-
dan sonra, yüngülcə və az zaman titrəmək.
Əsəri gəlmiş, indi ötəcək.
ƏSƏRBƏXŞ sif. [ər. əsər və fars. ...bəxş]
köhn. Təsirli, təsir edən, təsir bağışlayan.
ƏSƏR-ƏLAMƏT b a x əsər 1-ci mənada.
□ Əsər-əlamət qalmamaq - heç bir izi,
təsiri qalmamaq. Gündüzkü buluddan,
çiskindən heç bir əsər-əlamət qalmayıb.
R.Rza. Nə keşikçilərdən, nə qapıçılardan,
nə də sair xidmətkarlardan əsər-əlamət yox
idi. M.Rzaquluzadə.
ƏSƏRLƏNMƏK f. dan. 1. Səndələmək,
yıxılan kimi olmaq, titrəmək (yuxusu gə-
ləndə, üşüyəndə).
2. Təsirlənmək.
ƏSƏRLİ sif. Təsirli, təsir edən, təsiri
olan, təsir bağışlayan; iz buraxan.
ƏSƏRSİZ sif. 1 . Təsirsiz, heç bir təsiri ol-
mayan, təsir etməyən, heç bir iz buraxmayan.
2. Heç bir icad və yaradıcılıq məhsulu
olmayan, heç bir əsəri olmayan. Əsərsiz ya-
zıçı olmaz. - Arxayın-arxayın gəzmə əsərsiz
(z.); Deməsinlər halı pərişan gedir. M.Rahim.
ƏSGƏR is. [ər.] 1. Sıravi hərbi qulluqçu;
soldat. Milli ordunun əsgəri. Bir bölük əs-
gər. Əsgər və matroslar. - Komandan əsgər-
lərdən geri qalmamaq üçün yoluna davam
edir. M. Hüseyn. Hələ əmr alıb işə başla-
mazdan əvvəl əsgər soyuqdan bir-birinə sı-
xılır. Ə.Əbülhəsən. □ Əsgər aparmaq -
hərbi qulluğa çağırmaq. Onu əsgər apar-
dılar. - Vətən müharibəsinin lap əvvəlinci
günlərində Dilbərin atası Qulaməlini əsgər
apardılar. Ə.Sadıq. Əsgər düşmək köhn. -
bax əsgər getmək. Əsgər getmək - hərbi
qulluğa götürülmək. Onun yaşı çatdı, əsgər
getdi. - El məscidə yığılmışdı. Əsgər getmə
məsələsinə baxırdılar. Mir Cəlal. Əsgər
yığmaq - əsgərlik vaxtı çatanları və əsgər-
liyə lazım olanları hərbi qulluğa toplamaq,
səfərbərliyə almaq. Əsgərə götürülmək -
bax əsgər getmək.
2. Silahlı adamlar dəstəsi; qoşun. [Ko-
roğlu:] Çay kimi coşmuşam, daha sön-
mərəm; Əsgər nədi, qoşun nədi, qanmaram.
“Koroğlu”.
3. Hərbi adam, hərbi xidmətdə olan adam,
ümumiyyətlə, hərbi xidmətçi. O, əsgər
adanıdır. Bir əsgər kimi hərəkət etmək. Bü-
tün əsgərlərə müraciət. □ Əsgər paltarı -
hərbi geyim. [Səfərəli:] Hamı o biri otağa
əsgər paltarı geyməyə marş! H.Nəzərli.
Geyib əsgər paltarını, silahlandı qəhrəman;
Onun polad sinəsinə sığışmadı iirəyi..
S.Vurğun.
ƏSGƏRCƏSİNƏ bax əsgərvari. Bülənd
əsgərcəsinə əlini yanına salmış, uzun boy-
nunu dala qanırmışdı. Ə.Əbülhəsən.
ƏSGƏRİ' sif [ər.] Əsgərə, əsgərliyə,
hərbi xidmətə, qoşuna aid; hərbi. Əsgəri
135
ƏSGƏRİ
forma. Əsgəri qarovul. Əsgəri xidmət. -
Əsgəri andın saf və səmimi sözləri döyüşçü-
lərin qəlbində düşmənə qarşı olan qığılcımı
alova çevirdi. Ə. Vəliyev. Birdən aşağıdakı
əsgəri düşərgə yanındakı düzənlikdən bir
gurultu ucaldı. M. Rzaquluzadə.
ƏSGƏRİ 2 is. Üzüm növlərindən birinin
adı. Baba isəxatını, .. əsgəri, möviicü üzüm-
ləri dərib gətirər, tapdalayar və şirə
yığardı. H. Sarabski.
ƏSGƏRLİK is. Hərbi qulluq, hərbi xid-
mət, hərbi mükəlləfiyyət. Əsgərlik adamı
intizama öyrəşdirir. Əsgərlik illəri. Əsgər-
likdən qayıtmaq. - Ax, əsgərliyə o qədər
həvəsim var ki? H.Nəzərli. [Xanmurad:]
Əsgərliyə gedən kimi arvadını boşayıb qıza
elçi göndərdik. İ. Əfəndiyev. Əsgərliyə
gəldiyi gün qucağında körpə Aslan, boy-
nunu bükərək onun dalınca su atan Zəhra
Cavadın yadından heç çıxmırdı. Ə.Vəliyev.
ƏSGƏRSAYAĞI zərf Əsgər kimi, əsgər-
vari. [Şahmar:] Buyur, nə sərəncamın varsa,
deyinən, bir dəqiqənin içində lap əsgərsa-
yağı yerinə yetirim. M.Hüseyn.
ƏSGƏRVARİ sif. Əsgər kimi, özünü əs-
gərə oxşadaraq. ..Bayram əsgərvari, qolla-
rını sallayaraq ayaqlarını yerə vura-vura ..
sol tərəfdəki qapıdan içəri girər. H.Cavid.
ƏSGİ is. 1 . Körpə uşaqları bələmək üçün
parça.
2. Köhnə paltar və s. parçalan. Əsgi ilə
döşəməni silmək. - [Dərviş] biletini bir əs-
giyə büküb yenə cibinə tulladı. A.Divan-
bəyoğlu. ..Onun içərisindən əsgiyə bükül-
müş bir şey götürdü. H.Nəzərli. Tüfəng
yağlı bir əsgiyə sarılıb küncdə qoyulmuşdu.
M.Rzaquluzadə.
ƏSGİÇİ is. 1 . Əsgi paltar, ev əşyası və s.
yığıb (alıb) satan adam.
2. B ax əntiqəçi.
ƏSGİLƏŞMƏ “Əsgiləşmək”dən fis.
ƏSGİLƏŞMƏK f. Köhnəlmək (paltar
haqqında), əsgiyə dönmək.
ƏSGİLİK is. Köhnəlik (paltar haqqında).
ƏSGİNAS \fr. “assignation”-dan] köhn.
Kağız pul. Bir cibimdə əsginasım, bir ci-
bimdə ağ manat ; Olsun, olsun, qoy çox olsun
böylə ləzzətli həyat. M. Ə. Sabir. [Salamov:]
Ala, hələlik bu əsginası verim, .. çıxanda
ƏSİL
yenə verərəm. C. Cabbarlı. Bir qədər gənc-
lərlə oynadıqdan sonra əliaçıq tamaşaçılar
[Altıaylığa] üçlük, beşlik, onluq əsginas ba-
ğışlandılar . H. Sarabski.
ƏSGİ-PÜSGÜ, ƏSGİ-ÜSGÜ is. Köhnə,
cındır parça(lar). [Hacı Murad:] Di gəl bax,
gör burada əsgi-iisgüdən başqa nə var?
S.S.Axundov. [Firidunbəy:] Əlacım kəsildi,
getdim, oradan bir neçə əsgi-iisgüdən alıb
məni yüklədi. Ə.Haqverdiyev. [Ələmdar] ..
gizlətdiyi qızıl dür-düyiinçələrini dartışdı-
rıb dəyirmi stolun üstünə tökdü, əsgi-
iisgüdən azad etdi. S. Rəhimov.
ƏSHAB is. [ər.] köhn. 1 . Sahibkar.
2. Tərəfdarlıq.
3. Həmsöhbətlər, müsahiblər.
ƏSHABƏ is. [ər. "sahib” söz. cəmi] 1. din.
Məhəmməd peyğəmbərin və imamların
yaxın adamları.
2. zar. Tərəfdar, daim birinin yanında olan
adam, yoldaş. Bütün bunları Həmzə danış-
maqdan, əshabələri isə dinləməkdən yorul-
murdu. Ə.Əbülhəsən.
ƏSİL is. [ər.] 1. Əsas, təməl, özül, bü-
növrə. Əsli çürükdür. H Mahiyyət, kök. işin
əsli budur.
2. sif. Əsilli, nəcabətli, əsil-nəcabət sa-
hibi, nəcib. Əsil adam. - Əsil al, çirkin ol-
sun; Bədəsil gözəl alma. (Ata. sözü). Övlad
nəcib, əsil (z.) çıxsa; Xoşbəxt olar həm ata-
lar. N.Rəfıbəyli.
3. Mənbə, çıxış, başlanğıc. Bu işin əsli 20
il qabaqdan hesab edilməlidir // məc. Hə-
qiqət, gerçəklik, doğruluq. Bu xəbərin əsli
yoxdur. - [Müəllim:] Sizin barənizdə yeni
bir söz eşitmişəm. Amma bilmirəm, əsli var,
ya yox. Ə.Vəliyev.
4. Surət, yaxud tərcümə olmayan, ilk ha-
lında olan yazı; orijinal. Surəti əslinə uyğun-
dur. Məqalənin əsli. Məktubun əsli. H Sif.
mənasında. Əsil məktubu isə yenə də Toğ-
rula göndərmək lazımdır. M. S. Ordubadi.
5. sif. Həqiqi, doğru, düzgün. Əsil adın
nədir? Əsil gözəl buna deyərlər. Əsil mə-
rəkə başlandı. □ Əslinə baxsan (baxdıq-
da, qalanda) - əslində, həqiqətdə, həqi-
qətə gəldikdə. Əslinə baxsan, günah onda-
dır. H Həqiqətən, nə cür lazımsa, o cür, bir
şeyin ən yaxşı nümunəsini, idealını təmsil
136
ƏSİLLƏNMƏK
ƏSİR
edən, həqiqi. Əsil sənətkar. Əsil insan. Əsil
şair. - [Nadir bəy:] Lakin yenə təkrar
edirəm, məncə ; Əsil qəhrəmanlıq yara bağ-
lamaqdadır, abad etməkdədir. H. Cavid.
// Başlıca, əsas, ən mühüm. Əsil məsələ bu-
dur. Əsil mətləbə keç. Onun əsil sənəti
müəllimlikdir. - Tahir nə qədər fikirləşirdisə
də, əsil mətləbini demək üçün münasib bir
ifadə tapa bilmirdi. M. Hüseyn. // Həqiqə-
tən, gerçəkdən. Əsil iş görən kənarda qalıb.
6. Nəsil, soy, nəsəb, mənşə. Əslin qara-
bağlıdır; Sinəm çarpaz dağlıdır; Nə gedən
var, nə gələn; Deyən, yollar bağlıdır?
(Bayatı). Mən də öyrəndim ki, [qızın] əsli
mərdəkanlıdır. S. Hüseyn. Bir gün dedim: -
Gözəlim; Sənin əslin haralı? Ə. Cavad.
7. sif. Ən birinci, ən köhnə, ilk. Onun əsil
vətəni Qarabağdır. Əsil yurduna dönmək.
8. sif. Xalis, saf, təmiz, qatışıqsız. Əsil
kərə. Əsil motal pendiri. Əsil qızıl. Əsil şal
parça. -Xonçada olar .. üç pud qənd, bir pud
şirni və bir ədəd əsil tirmə şal. R.Əfəndiyev.
9. Məhz, həmin, lap. [Qasım:] Əsil bu pal-
tarda oynamaq lazımdır. S. Rəhman.
10. Əslində şəklində - 1) kökündə,
bünövrəsində; 2) ibtidada, başlanğıcda, lap
əvvəlində. Əslində o, dərzi olmuşdur. Əs-
lində o, xanəndə idi; 3) həqiqətdə, əslinə ba-
xılarsa. Əslində o da bıı fikirdə idi. - Əslində
anası onlara çox az-az görünər. S.Rüstəm.
Əslində isə rəisin hirsi soyumadı. Mir Cəlal.
ƏSİLLƏNMƏK bax əsilləşmək.
ƏSİLLƏŞMƏ “Əsilləşmək”dən f.is.
ƏSİLLƏŞMƏK/ dan. 1 . Yıırd-yuva sal-
maq, yerləşmək, kökləşmək, yerli adət və
ənənələri qəbul etmək. Onlar başqa yer-
lərdən gəlib Azərbaycanda əsilləşmişlər.
2. Xalisləşmək, saflaşmaq.
ƏSİLLİ sif. 1. Əsil-nəcəbi olan, nəca-
bətli, əsil. Əsilli adam. - Xotkar qızı, şah
nəsilli; Ağır elli, xan əsilli. “Koroğlu”.
2. Əsli olan, saxta olmayan, inanılacaq,
doğru, gerçək.
ƏSİL(Lİ)LİK is. 1 . Xalislik, saflıq. Bu qızı-
lın əsilliyi məhəkdə məlum oldu.
2. Təmizlik, nəciblik, alicənablıq, co-
mərdlik.
ƏSİL-NƏSƏB bax əsil 5-ci mənada. Bir
gün bazar tacirlərinin birisi Mahmudun gö-
zünə çox şirin gəldi. Mahmud bu tacirnəıı
yaxın olub, onun əsil-nəsəbini öyrənəndən
sonra, həmin tacir ilyası çəkdi dükanına.
(Nağıl). Pinəçi .. evində əsil-nəsəbi məlum
olmayan adamları saxlaya bilməyəcəyini
bildirdi və ev kirayəsi tələb etdi. M.İbrahi-
mov. [Şeyx Amiri:] Sən ki əsil-nəsəbimə
yaxşı bələdsən, sərvətimdən, xəzinəmdən də
xəbərin var. Ə.Məmmədxanlı.
ƏSİLSİZ sif. 1. Əsli, əsası olmayan; doğ-
ru, gerçək olmayan; yalan, uydurma. Əsilsiz
xəbər. Əsilsiz şayiələr. - Əsilsiz söz sahi-
binə üz qarası gətirər. (Ata. sözü). // Heç bir
şeylə əsaslandırılmayan. Əsilsiz tələb.
Əsilsiz iddialar. - ..Biz onun verdiyi xəbər-
ləri bir də Mirzə Ələkbər xan vasitəsilə
yoxlayır və əsilsiz olduğunu təyin edirdik.
M.S.Ördubadi.
2. Əsli, nəcabəti olmayan.
ƏSİLSİZLİK is. 1 . Əsassızlıq, həqiqətdən
uzaqlıq. Xəbərin əsilsizliyi.
2. Əsli-nəsəbi olmama, nanəciblik.
ƏSİLZADƏ is. [ər. əsil və fars. ...zadə]
köhıı. 1 . Zadəgan, kübar (xan, bəy). Bir adam
ki .. Müqim bəy Cavanşir kimi bir əsilzadə-
nin mühafizi ola, daha nə üçün vəziyyə-
tindən razı olmasın? S. Rəhimov.
2. Nəcib, nəcabətli, alicənab.
ƏSİM-ƏSİM: əsim-əsim əsmək - bərk
titrəmək. Əynində paltarı əsim-əsim əsir.
Hirsindən əsim-əsim əsmək. - [Telli:]
Bədənim əsim-əsim əsir.. Heç əqlimə gəl-
məyən işə düşmüşəm. N.Vəzirov. Körpünün
tiri o tərəf-bu tərəfdən görsənir. Hər dəfə
yeni dalğalar ona toxunduqda əsim-əsim
əsirdi. Ə.Vəliyev. Əsim-əsim əsirdi. Katibə
tapşırdı ki, Vahidin dediyini bir yerə yazıb
saxlasın. Mir Cəlal.
ƏSİR is. [ər.] 1. Müharibədə ələ keçirilən
düşmən əsgəri, zabiti və s. Hərbi əsir. Əsir
düşmək. Əsir olmaq. Əsir tutmaq. Əsirlərin
azad edilməsi. Hərbi əsirlər vətənlərinə
döndülər. - [Səlim bəy:] Bax, yenə əlimdə
əsirsən, əsir; Duyuram, qorxudan ürəyin
əsir. S.Rüstəm.
2. Kölə, qul, məhkum. Dedim: - Ey gül,
niyə etdin məni zülfündə əsir? Dedi: - Di-
vanə olan şəxsə gərəkdir zəncir. S.Ə.Şirvani.
Özünü insan əlində əsir görən kəklik qurtul-
137
ƏSİRGƏMƏ
maq üçün .. əllərimizi dimdik! əyirdi. A.Şaiq.
Ey dilsiz gözlərin qara röyası; Ardınca
qarğadı qullar, əsirlər. S. Vurğun.
3. məc. Dustaq, azadlıqdan, sərbəstlikdən
məhrum edilmiş. □ Əsir olmaq - 1) azad-
lıqdan məhrum olmaq; 2) tamamilə tabe
olmaq. Qız qayııı- qudanın, qayınatanın, bal-
dızın, qayınananın hökmiiııə əsir olar, onla-
rın dedi-qodusuncı düşərdi. H. Sarabski.
4. məc. Vurğun, məftun, mübtəla. Eşq
əsiri. Gözəllik əsiri. - Görməmişəm belə
ziilfü dəhəntək; Yüz min əsiri var, əlbəttə,
mən tək. Aşıq Məhəmməd. Bir ahu baxışlı
gözələ çoxdan əsirəm; Ahimlə şikar olsan,
mən neyləyə billəm. Ə. Vahid. □ ...əsiri ol-
maq - ...vurğunu olmaq, ...düşkünü olmaq,
...mübtəla olmaq. [Bəhram:] Belə də insaf
olar ki, biçarə Saranın illərlə divanı edən
məhəbbətin sındırıb da, əhdimi buraxıb da,
bir başqasına əsir oldum? C.Cabbarlı.
ƏSİRGƏMƏ “Əsirgəmək”dən f.is.
ƏSİRGƏMƏK f 1 . Rəhmi gəlib qoru-
maq, saxlamaq, hifz etmək, himayə etmək.
[Səlim qızı:] Ulu tanrım, sən bu yetim yav-
rucuğu əsirgə!.. C.Cabbarlı. [Orxan:] İsmət!
Allah əsirgəsin, nədir bu halət? H. Cavid.
2. Qıymamaq, qıyıb verməmək, heyfi gəl-
mək, xəsislik etmək, qızırqamaq. Şeylərini
çox əsirgəyir. - Dağlar sənin ilə həmdəm
olmaya; Əsirgərsən indi qarı da məndən.
Qurbani. [Xudayar bəy:] Bax, ey qazı ağa, ..
mən məlun adamam əgər başımı da sənin
yolunda əsirgəyim. C. Məmmədquluzadə.
Camaatdan ötrü, doğrudan, Qurbanqulu
heç bir şeyin əsirgəmədiyi kimi, canından
belə keçməyə hazır idi. T.Ş. Simurq. // Qənaət
etmək, qənaətlə işlətmək.
ƏSİRGƏNMƏ “Əsirgənmək” dən f.is.
ƏSİRGƏNMƏK məcli. 1 . Qorunmaq, sax-
lanmaq, himayə edilmək, hifz edilmək. Pə-
riyəm, durmuşam mərdii mərdanə; Əsir-
gətmə bu meydandan, ey Qədir! Aşıq Pəri.
2. Qıyılmamaq, qıyılıb verilməmək. Əsir-
gənəcək şey deyil. H Qənaət edilmək.
ƏSİRLİK is. 1. Əsir düşmüş adamın hal
və vəziyyəti, bu vəziyyətdə keçirilən həyat.
Əsirlikdən qayıtmaq. Əsirlikdə olmaq. Əsir-
lik həyatı. - [Şofer:] Qardaşımdan əlimi üz-
müşdüm. ..Səıı demə, partizan olubmuş.
ƏSKİ
Əsirlikdən qaçıb, düz iki il vuruşub..
M.Hüseyn. .."Əsir" sözünün özü, ", əsirlik "
məfhumunun özü dəhşətlərin ən böyüyü idi.
Ə.Əbiilhəsən.
2. Köləlik, qulluq, məhkumluq, dustaqlıq,
əsarət. Əsirlik həyatı. Əsirlikdən qurtar-
maq. - [Bədəl:] Bircə qeydim bacımın
əsirlikdən qurtarmasıdır. Ə.Haqverdiyev.
O, heç bir vaxt əcnəbi himayəsində qaza-
nılan istiqlalın əsirlikdən ibarət olduğunu
anlamır. M. S. Ordubadi. [Elxan:] Lakin kim
bilir, yazıq Solmaz indi əsirlikdə nələr çəkir.
C.Cabbarlı.
ƏSİR-YESİR top. dan. Yoxsul, hüquqsuz,
yazıq, aciz, kimsəsiz adamlar. □ Əsir-yesir
eləmək dan. - əsir etmək, məftun etmək.
[Münəvvərin] təsəllisi bircə bu idi ki, gözəl
idi! Öz dediyi kimi, şəkli-şəmayılı ilə Hacını
əvvəl gündən əsir-yesir eləmişdi. Mir Cəlal.
ƏSKEŞ is. [fars?] məh. Arabanın at qo-
şulan iki uzun tirlərindən hər biri. Arabanın
əskeşi sınmışdır.
ƏSKİ 1 sif. 1. Keçmiş, köhnə. Əski adət-
lər. Əski qayda və ənənələr. Əski moda.
Əski üsullarla işləmək olmaz. - Zeynal əski
bir şkafı köndələn qoymaqla şiişəbəndi ikiyə
bölmüş, açıq qalan yerinə də bir pərdə as-
maqla Səlimi öz ailəsindən ayırmışdı.
S. Hüseyn. Hər əski ənənə, hər əski adət;
Məhəbbət, iztirab, gülüş, qiyafət: Məncə,
bıqdırırdı bəşəri hər an. S.Vurğun. // Köh-
nəlmiş, yıpranmış, xarab olmuş. Əski
şeylər. Əski paltar. Əski bir bina.
2. Qədim, keçmiş dövrlərə aid. Bu yer-
lərin əski əhalisi. Ölmüş əski dillər. Əski
dinlərin qalıqları. Əski abidələr. - Bu əski
əfsanə gülünc olsa da; Qalmış əsrlərcə qoca
yadigar. S.Vurğun.
3. Çoxdankı, köhnə. Əski dost. - [Nadir]
bir cəhətdən də [Məcidin] gəlməsinə və əski
yoldaşı ilə görüşməyinə şad idi. B.Talıblı.
Bu gün mən başqa bir dünyaya çıxdım; O
əski, lap əski qərargahımdan. S.Vurğun.
4. Təcrübəli, qocaman. Əski müəllim. Əski
usta. Əski həkim. - [Möhsünzadə] yenə Zey-
nalın vəziyyətinə girmək, ona bir az yardım
etmək istəyirdi. Hər necə olsa o, əski bir işçi
idi. S.Hüseyn. //Yaşlı. Əski adamdır, cavan
görünməsinə baxma.
138
ƏSKİ
ƏSKİKLİK
0 Əski hamam, əski tas - heç bir şey
dəyişməyib, köhnə halında qalmışdır. Əski
hamamdır, əski tas, bəs yeni rənginiz ham?
Dinmə, danışma, yat, balam, sən deyən
olmayıb hələ! M. Ə. Sabir. [Surxay Aydına:]
Sənin isə düşündüyün fədəm-dəmə, istək-
lərin damdaıı-dama, etdiklərinə gəlincə,
əski tas, əski hamam. C. Cabbarlı. [Azər:]
Artdıqca bilgilər, artır ehtiras; Heç fərqi
yox - əski hamam, əski tas. H. Cavid. Əski
qapı, əski daban - b ax əski hamam, əski
tas. Qəzetçi, molla yazığın ağzını lap
ovuşdurub; indi yazır əski qapı, əski dabanı
birbəbir. C.Cabbarlı.
ƏSKİ 2 bax əsgi.
ƏSKİK sif. 1 . Bütiin olmayan, naqis, na-
tamam, çatışmayan. Üç manatdan otuz qəpik
əskik. Parça 3 santimetr əskikdir. □ Əskik
çəkmək - düzgün çəkidən az çəkmək, çə-
kidə aldatmaq. Əskik çəkən satıcı cəzala-
nar. Əskik çıxarmaq - müəyyən olan
miqdardan az hesab etmək. Əskik çıxmaq -
müəyyən miqdardan, yaxııd təxmin edildi-
yindən əskik olduğu meydana çıxmaq.
Əskik deyil - daim vardır, həmişə möv-
cuddur. Çünki tən durduqca məndən dərdü
qəm əskik deyil. Füzuli. Gəhi hicrin, gəhi
vəslin vurar od qəlbi-suzanə; Heç əskik
deyil bu guş eyi-viranədən atəş. S.Ə.Şirvani.
Əskik etmək (eləmək) - 1) azaltmaq;
2) kəsmək, fasilə vermək, davam etdirmə-
mək, arasını kəsmək. Məktubunu əskik
etmə. Əskik gəlmək - bax əskik çıxmaq.
Əskik olma, əskik olmayasan (olmaya-
sınız və s.) - sağlıq, salamatlıq arzusu
bildirən ifadə. [Şeyx Sənan:] Cümlə ikramü
lütfünüz məlum; Sağ olun, əskik olmayın,
oğlum! H.Cavid. [Vidadi:] Yaxşı, nə tap-
mısan o saraylarda? Sağ ol, əskik olma, sən
yaşa ban. S. Vurğun. [Kazım:] Dostluqdan
əskik olmayasınız. Mir Cəlal. Əskik olma-
maq - həmişə var olmaq, mövcud olmaq,
daim olmaq. Hindistanda Qanq çayı bizim
Kür çayından çox böyükdür, .. amma bu
çaydan vəba zəhəri heç əskik olmur..
C.Məmmədquluzadə. Çeşmələr başından
heç əskik olmaz; Zurna-balabanı bizim
dağların. S.Vurğun. Əskiyini doldurmaq
(tamamlamaq) - çatışmayan cəhəti, his-
səni əlavə edib tamamlamaq. Başından əs-
kik olmamaq - bax əskik olmamaq. Heç
əskik olmasın - həmişə olsun, yox olma-
sın. Köməyiniz heç əskik olmasın! - Vəsfini
söylərəm həddən ziyadə; Heç əskik olmasın
mülkü mal sənə. Aşıq Pəri.
2. Nöqsanlı, qüsurlu, eyibli, çatmayan,
yarımçıq. Onun ağlı bir qədər əskikdir.
H Alçaq, pis, əskiklik gətirən. Əskik söh-
bətlər. - Gül dilləndi : - Salmayın səs;
Danışmayın əbəs-əbəs; Qəlbə dəymək əskik
işdir. M. Dilbazi.
3. Başqasından az, kiçik, alçaq, aşağı. Sə-
nin boyun onunkundan bir az əskikdir. Onun
pulu mənimkindən əskikdir. - [Mazanda-
ranski:] Əlbəttə, mən heç özümü səndən əs-
kik adam bilmirəm. C.Cabbarlı. Xanın həyə-
tində qaravaşlar, nökərlər çox idi. Hamı-
sından kiçiyi və vəzifəcə əskiyi Budaq idi.
Ə. Vəliyev.
4. Qiymətsiz, dəyərsiz. Demin əskik məni;
tədric ilə yaqut olan daşlar; Boyandıqca
ciyər qanilə qədrii qiymətim artar. Füzuli.
5. İs. mənasında. Əskik gələn miqdar,
çatışmayan miqdar, tam olmaq üçün əlavə
edilməli olan miqdar. Əskiyi doldurmaq. Əs-
kiyi çoxdur. Onun da beş manat əskiyi var.
H Çatışmayan şey, gərəkliyi duyulan şey,
əgər-əskik. Evin əskiyi qurtarmır.
ƏSKİK-ARTIQ zərf Lüzumsuz, artıq,
yersiz, namünasib; ədəb, nəzakət həddini
aşan. Əskik-artıq danışmaq.
ƏSKİK-ƏSKİK zərf Pis-pis, alçaq-alçaq,
pis adamlar kimi. Əskik-əskik danışmaq.
H sif. İnsanı alçaldan. Əskik-əskik söhbətlər.
ƏSKİK-GƏRƏK is. Qüsur, nöqsan, çatış-
mayan cəhət. Düzəlib işlərin əskik-gərəyi;
Millətin dərdinə dərman oldu. M. Ə. Sabir.
ƏSKİKLİK is. 1. Çatışmazlıq, azlıq, nata-
mamlıq, naqislik. □ Əskikliyə düşmək -
ehtiyaca düşmək, yoxsullaşmaq.
2. Eyib, nöqsan, qüsur; çatışmayan cəhət.
Onun heç bir cəhətdən əskikliyi yoxdur. -
[Əkbər] özündə bir əskiklik duyurdu. Mir
Cəlal. □ Əskiklik gətirmək - alçaltmaq,
eyib olmaq, hörmətdən salmaq. Belə hərə-
kətlər insana əskiklik gətirər. H Alçaqlıq,
rəzalət, həqarət. ..Birisi alçaqdan ucaya qal-
xa, kasıbçılıqdan dövlətə çata, əskiklikdən
139
ƏSKİLDİLMƏ
hörmətə minə, heç vaxt atadan, babadan
danışmağı dost tutmaz. C.Məmmədquluzadə.
3. Yoxluq, olmama. Onun əskikliyi indi
hiss edilməkdədir.
ƏSKİLDİLMƏ “Əskildilmək”dən fis.
ƏSKİLDİLMƏK məch. Azaldılmaq,
əskik edilmək, əskik hala salınmaq.
ƏSKİLMƏ “Əskilmək”dən/A.
ƏSKİLMƏK f. 1 . Bütöv bir şeyin bir qis-
mi yox olmaq. Şüşənin ağzını möhkəm qa-
pamasan, spirt uçub əskiləcək. H Azalmaq.
Adamların sayı getdikcə əskilir. - Əskil-
məsin təravətin ey əşki-laləgun. Füzuli. Gü-
nəş qüruba doğru əyilmiş, hərəkət əskil-
mişdi. S. Hüseyn.
2. məc. Alçalmaq, özünü alçaltmaq, hör-
mətdən, nüfuzdan salmaq.
ƏSKİLTMƏ “Əskiltmək”dən/A.
ƏSKİLTMƏK f. 1 . Əskik etmək, azalt-
maq. Lampanın işığını bir az əskilt. Sürəti
əskiltmək. Tələblərini əskiltmək. - Səlim bəy
qazancını əskiltmək üçün işçilərin zəhmət
haqqım azaltmağa başladı. H. Nəzərli.
// Gödəltmək, qısaltmaq. Paltarın ətəyindən
əskiltmək lazımdır.
2. məc. Hörmətdən, nüfuzdan salmaq,
alçaltmaq. Bu hərəkət kollektivin yanında
onu çox əskiltdi.
ƏSKİMƏ “Əskimək”dən/A.
ƏSKİMƏK bax əsgiləşmək. Ən yaxşı
sözləri seçərək bir-bir, Bunlar əskimişdir, -
deyə ııduxur. S. Vurğun.
ƏSKİMİŞ f.sif. Köhnəlmiş. Şamil [Aslan
bəyi] diqqətlə müayinə etdi, .. onda əskimiş,
gəmiklərinə qədər işləmiş beş-altı xəstəlik
tapdı. A.Şaiq. Əyilsin səcdənə ulduzlar, aylar;
Əskimiş məbədlər, yeni saraylar. S. Vurğun.
ƏSLA zərf [ər.] Heç, heç bir vaxt,
qətiyyən. Bu işdən onun əsla xəbəri olma-
mışdır. - [Rüstəm bəy:] Sizin şimalda
kişilər həlimdirlər ki, arvadları və ya qızları
özgələri ilə gəzib danışdıqda qanları əsla
coşmavır. Çəmənzəminli. [Xəyyam:] Alnı,
əsla ələ keçməz bu kitab. H.Cavid. ..Şagird-
lərin savadı müxtəlif idi. Aramızda əsla
savadı olmayanlar da var idi. T.Ş. Simurq.
ƏSLƏHƏ is. [ər. “silah” söz. cəmi] Silah.
Evlərə od vurulduqda gizlin əsləhə anbarı
ƏSMƏK
partladı, çox qiymətli şeylər tələf oldu.
M.S. Ordubadi.
ƏSLƏHƏLİ sif. Silahlı, silahlanmış. Əs-
ləlıəli adamlar. - [Sadıq bəy:] Tamam kənd
əhli də yaraqlı, əsləhəli onun buyruqlarına
itaət eləməkdədirlər. Ə. Haqverdiyev.
ƏSLƏN zərf [ər.] 1. Nəsli, əsli etibarilə,
əsilcə, soyca. O, əslən azərbaycanlıdır.
Bəsrədə böyümüşdür, lakin əslən gürcüs-
tanlıdır. - Əsləıı əmsarlı olan bu adamın
hər sözündə .. gələcəkdə nələr görüləcəyinə
yaxşı vaqif olan bir adamın təmkini və
sakitliyi vardı. Ə. Sadıq.
2. B a x əsla. [Məşədi Həsən:] Bilsə idim,
əslən özümü dolaşdırmaz idim. Ə. Haqver-
diyev. Maya zəhərləndi, qaşqabaq və kədər
əslən ona yaraşmadığından üzünün dumanı
artdı. M. İbrahimov.
ƏSLİBAHAR is. Yaya yaxın açan və gö-
zəl iyli gül. Əslibahar qızılgülə çatmaz.
ƏSMƏ 1. “Əsmok”don fis.
2. Bax əsməcə. Əsmə azarı. Əsmə tut-
muşdur. - Məs geyinib, məsi var; Canında
əsməsi var. (Bayatı). ...Salamın vücudundan
bir əsmə keçdi. Mir Cəlal.
ƏSMƏCƏ is. Bədənin və ya onun ayrı-
ayrı hissələrinin titrəməsi şəklində təzahür
edən xəstəlik. Başladı əsməcə tutmuş adam-
lar kimi titrəməyə. “Koroğlu”. Mühasib əs-
məcə tutmuş kimi ayağa qalxdı və dişlərini
qıcayaraq Sübhanverdizadəvə tərəf pis-pis
baxıb .. çıxdı. S. Rəhimov.
ƏSMƏCƏLİ sif. Əsməcə xəstəliyinə
tutulmuş, əsməsi olan.
ƏSMƏK/ 1. Titrəmək. Soyuqdan yarpaq
kimi əsirdi. Dodağı əsmək. Əli əsmək. Başı
əsmək. - Xədicə əli əsə-əsə (z.) torbanın
ağzını açdı. S.S. Axundov. ...Dərvişin əlləri
yarpaq kimi əsirdi. A.Divanbəyoğlu. Hər
vətən deyəndə yaşarıb gözün; Dodağın
titrəyib dilin əsibdir. R.Rza.
2. Hərəkət etmək, dalğalanmaq. Bərk kü-
lək əsir. - Səhər zamanıydı əsərkən yellər;
Düşərkən jalələr oyatdı səni. H.Cavid. Hava
qaranlıqlaşırdı. Gündüzdən əsməyə başla-
mış külək yatmışdı. T.Ş. Simurq. Əsdikcə
gilavar, oynardı bulvar. M. Müşfiq.
3. məc. Əsəbiləşmək, özündən çıxmaq,
hirslənmək. Nə əsirsən? - ..Qoca kişi acıq-
140
ƏSMƏQOVAQ
ƏSRAR
dan əsdi. Bir söz deməyə nə qədər qəsd et-
disə, nitqi bağlandı. A.Divanbəyoğlu.
4. Həddindən artıq qayğısını çəkmək,
gözündən İraq qoymamaq, həddindən artıq
əzizləmək, istəmək. Ana balanın üstündə
əsir. Oğlu üçün əsir. - [Kitabxanaçı:]
Kitabların üstündə qırx ildir əsmirəmmi?
Mir Cəlal.
ƏSMƏQOVAQ is. bot. Qovağın bir növü.
ƏSMƏR sif. [ ər .] Qarabuğdayı, qaraya-
ğız. Əsmər qadın. Əsmər bəııizli. - Yenə də
bir vuraydı qəlbimiz gizli-gizli; Sən, ey əsmər
bənizli! M. Müşfiq. İstərəm şəfqətlə hər sə-
hər, axşam; Əsmər saçlarını sevəm, oxşa-
yam. O. Sarıvəlli.
ƏSMƏRLƏŞMƏ “Əsmorloşmok’’don /. ы.
ƏSMƏRLƏŞMƏK f Qaralaşmaq, qara-
buğdayı olmaq. O gənc qadının .. günəşdən
əsmərləşən gənc çöhrəsində bir bahar təra-
vəti duyulurdu. I.Əfəndiyev.
ƏSMƏRLİK is. Qarabuğdayılıq, qaraya-
ğızlıq.
ƏSNA is. [ər.] Vaxt, zaman, an. Bu əs-
nada küçədə hay-küy qalxdı. - Bu əsnada
yaxındakı uca dağııı təpəsində gözəl bir qız
surətində nurani bir kölgə zahir olur.
A. Səhhət. [Mirzə] .. söhbət əsnasında ci-
bindən qozdan, fındıqdan, kişmişdən çıxarıb
ortalığa tökərdi. Ə. Haqverdiyev. Bu əsnada
qapı ehmal açıldı, içəri on yeddi-on səkkiz
yaşlarında, qırmızıyanaq, burnunun dəlik-
ləri geniş bir gənc girdi. Çəmənzəminli.
ƏSNAF is. [ər. “sinf’ söz. cəmi] Sənət-
karlar, peşəkarlar (dükançılar, dəmirçilər,
misgərlər və s.); kustar - ..Məclisdə oturan
əsnaflar .. rusca danışılan mətləbləri başa
düşmürdülər. C. Məmmədquluzadə. Papaq-
ların bəzisi uzun qovan çeşnisində idi,
bunlar əsnaf papağı idi. Çəmənzəminli.
ƏSNAFLIQ is. Sənətkarlıq, peşəkarlıq,
kustarlıq.
ƏSNƏGÜLÜ bax əspərək. Keçmişdə
xalq təbabətində qızılcaya qarşı çox işlənən
əsnəgülii bitkisinin tərkibində alkoloidin
tapılmasını xüsusilə qeyd etmək lazımdır.
Ə.Abasov.
ƏSNƏK 1. sif. Çox əsnəyən.
2. is. Əsnəmə. Əsnək gəlmək. - Əsnək əs-
nək gətirər. (Ata. sözü).
3. aııat. Ağız boşluğundan qırtlağa gedən
deşik. Xəstənin əsnəyi qızarır və şişir,
bozumtul ağ rəngli ərp əmələ gəlir.
ƏSNƏMƏ “Əsnəmək”dən fis. Darı-
xanda adamı əsnəmə tutar. - Əsnəmə, gər-
nəşmə əl çəkməz, çıxar guya canın; Hansı
pünhanındadır bu aşikarın ləzzəti? Ə.Nəzmi.
Mövlamqulunun nəfəsi yavaş-yavaş geniş-
lənir, onu əsnəmə tuturdu. S. Rəhimov.
ƏSNƏMƏK f Yuxu gəldikdə, yaxud
yuxudan təzə ayılanda, yaxud da yorğunluq
nəticəsində qeyri-iradi olaraq ağzını geniş
açaraq dərindən və davamlı surətdə nəfə-
sini içəri çəkib dərhal buraxmaq. Mənim
yuxum qaçır, nənəm əsnəyir. A.Səhhət. Öv-
rət bikar oturub başlayır əsnəməyə.
C. Məmmədquluzadə. Katibə yorğunluğunu
gizlədə bilməyib əsnəyəndə əlini ağzına
tutdu. M. Hüseyn.
ƏSNƏŞMƏ “Əsnəşmək”dən fis. Məc-
lisdə əsnəşmə düşdü.
ƏSNƏŞMƏK qarş. 1. Bərabər, birlikdə
əsnəmək, hamı bir-birinə baxıb əsnəmək.
2. məc. Boş-boşuna vaxt keçirmək.
ƏSPƏRƏK is. bot. Quru və daşlı yamac-
larda bitən bitki.
ƏSR [ər.] 1. 100 illik dövr. On səkkizinci
əsr. İndiki əsr. Keçən əsrdə. Əsrlər boyufıca).
- Əsrlərdən bəri, dərdinə qaldığım yerdir
bu yerlər. M. Müşfiq. Gözümdən günlər
keçir; Əsrlərə bərabər; Zülmətləri əridən;
Qaynar, şəfəqli günlər. R.Rza.
2. Dövr, zaman, vaxt, çağ. [Heydər bəy:]
Pərvərdigara, bu necə əsrdir, bu necə
zamandır? Nə at çapmağın qiyməti var, nə
tüfəng atmağın hörməti var. M.F.Axund-
zadə. ..Bunu istəyirik bilək ki, aya bu pa-
paqlar hansı əsrdən və nə vaxt bu tövr bizim
içimizdə adət olubdur? C. Məmmədqulu-
zadə. [Bəypolad Cəmil bəyə:] Sən bu əsr
üçün deyil, bəlkə başqa bir zaman üçün
yaradılmışsan. H. Cavid.
3. Hər hansı bir cəhətdən səciyyəvi olan
dövr; epoxa. Orta əsrlər. Atom əsri. Nizami
əsri.
4. İkindi vaxtı, axşamüstü.
ƏSRAR is. [ər. “sin'” söz. cəmi] Sirlər.
Mən belə əsrarı qana bilmərəm; Qanmaz
olub da dayana bilmərəm. M.Ə. Sabir. Səndə
141
ƏSRARƏNGİZ
var, bəlli, bir yığın əsrar; Söylə, aç söylə,
bivəfa, qəddar! H. Cavid.
ƏSRARƏNGİZ sif. [ər. əsrar və fars. ...ən-
giz] Sirli, əsrarlı, sirr ilə dolu; anlaşılmaz.
Bu qızın jitnəli və əsrarəngiz gözləri var idi.
M. S. Ordubadi. Həyətə girdikdə əsrarəngiz
və heyrətamiz sükut insanı vahiməyə salırdı.
M.İbrahimov.
ƏSRARƏNGİZLİK is. Sirlilik, sirlə dolu
olma, anlaşılmazlıq. Qəhrəman təbiətin bu
əsrarəngizliyi içində düşünür. S. Rəhimov.
ƏSRARLI sif. Sirli. ..Sehrli, əsrarlı bu
həyat nədir? Həm gülünc, həm qorxunc bir
əfsanədir... A.Şaiq. Əsrarlı və boğucu sükut
yenə məhbəsi bürümüşdü. M.İbrahimov.
[Əhıııəd] Cəmilənin öz iş otağına çəkildiyini
görüb ayağa durdu, hərləndi, yavaşca yenə
həmin əsrarlı künc otağa keçdi. S. Rəhimov.
ƏSRDİDƏ sif. [ər. əsr və fars. ...didə]
Qoca, köhnə, qədim. ..Bazarın başında,
yanından şırhaşırla bulaq axan əsrdidə bir
çinar ağacı vardı. Ə.Əbülhəsən. Hələ gecə
ikən [Qaraca Çoban] meşədən iri gövdəli
əsrdidə ağaclardan qırdırdı. M.Rzaquluzadə.
ƏSRİ sif. Müasir, əsrə müvafiq, yaxud
əsrə aid olan.
ƏSRİK sif. 1 . Kökəlib yekəlmiş.
2. Qızmış.
ƏSRİMƏ “Əsrimok”dən fis.
ƏSRİMƏK/ Qızmaq, coşmaq, azğınlaş-
maq. Əsriyib-əsriyib, kükrəyib axan; Ağzı
ağköpüklü divanə Samur! Aşıq Valeh.
ƏSRİMİŞ f.sif. Qızmış, coşmuş. Əsrimiş
pələng. - Çənlibel üstündə əsrimiş nərsən;
Düşmən qabağında dayanan ərsən. “Ko-
roğlu”. Girəndə meydan içinə; Əsrimiş
aslanı gördüm. Aşıq Teymur.
ƏSRİYİB-KÜKRƏMƏK / Özündən çıx-
maq, hiddətlənmək, bərk hirslənmək, qızı-
şıb hədələmək.
ƏSRLƏRCƏ zərf. Əsrlər boyu, əsrlər ər-
zində. Əsrlərcə əsarət altında qalan müs-
təmləkə xalqları azadlığa qovuşdular.
ƏSRLİK sif. Bir əsr davam edən, yaşa-
yan, sürən. Qış günəşi isə ağır-ağır, əsrlik
təmkini ilə qalxır. Mir Cəlal.
ƏSSALAM nida [ər.] köhn. Sizə salam-
lar) olsun.
ƏSTƏĞFÜR(ULLAH) nida [ər.] Əsil mə-
nası "Allahdan bağışlanmağımı istəyirəm”
ƏŞİ
deməkdir. Bəzən Azərbaycan dilində
“Allah eləməsin, haşa, əsla, qətiyyən, heç
vaxt, heç elə şey ola bilməz, heç elə şeyə
razı ola bilmərəm” mənalarında da işlənir.
Əstəğfürullah, heç kəs getməyəcək və öy-
rənməyəcək, bu dərd-qiissədir məni bu hala
salan.. N.Vəzirov.
ƏŞ is. 1. Tay, bərabər, misil, bənzər. Yox-
dur mənə göydə əş; Deyərkən, getdi sərkəş.
Ə. Cavad.
2. Dost, yar, həmdəm, yoldaş. Mənim də
var baharım; Çiçəklərim, günəşim; Qəlbim,
ruhum, işarım : Tapındığım şux əşim. A.Şaiq.
Söylədilər səni könlümün əşi; Həqiqətini, o
da xülyamı yoxsa? S. Vurğun. Ey dostluqdan
yorulmaz mənim sevimli əşim; Sənə olan
eşqimi söndürmədi illər də. N.Rəfibəyli.
ƏŞAR is. [ər. “şeir” söz. cəmi] Şeirlər.
Şairəm, çünki vəzifəm budur əşar yazım;
Gördüyüm ııikü bədi eyləyim izhar, yazım.
M.Ə. Sabir. ..Hərəmiz bir istəkan çay içən-
dən sonra .. yoldaşım Teymur mirzə yazdığı
aşarından bir neçəsini bizə oxudu. C. Məm-
mədquluzadə. Cavan Hüseyn hərdən-hər-
dən; Yazır öz əşarın, dağlar! Aşıq Hüseyn.
ƏŞƏDD sif. [ər.] Şiddətli, güclü, son də-
rəcə (çox). [Rza bəy:] Əfəndilər, müsaidə-
ııizlə bir qaç kəlmə söz ifadəsinə əşəddi
ehtiyacım vardır. Ü. Hacıbəyov.
ƏŞƏR is. [ər.] tar. Keçmişdə müəyyən
məqsədlər üçün gəlirin onda biri miqda-
rında verilən vergi.
ƏŞXAS is. [ər. “şəxs” söz. cəmi] köhn.
Şəxslər, adamlar. Əşxas fərmavişi əmələ
gətirdilər. M.F.Axundzadə. Xərc edir bir
para əşxas pulun bayramdə; Zəfərana, yağa,
razyaııaya, xaşxaşa, ətə. M.Ə. Sabir. Bizim
müsəlmanlar arasında arif və qanacaqlı əş-
xaslar çoxdur. N.Vəzirov. Əşx asi-hökıımət
lıamı heyran olur olsa; Hər qüvvətin üstün-
də də bir qüvvət olarmış! Ə.Nəzmi. □ Əşxa-
si-məclis - bax əhli-məclis (“əhl”də).
ƏŞİ nida. “A kişi” sözünün canlı dildə
işlənən ixtisar şəkli olub, yerinə görə
etinasızlıq, narazılıq, yaxud təkid və s. hiss-
ləri ifadə edir. Əşi, tez ol da! Əşi, mən nə
bilim. Əşi, o da yoldaşdır! Əşi, qoy getsin!
- [Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki,
bığım yağa batar... Ü.Hacıbəyov. [Hüseyn:]
142
ƏŞİRƏT
Mən nə bilim, əşi, onun qolu necə olub?..
S. Rəhman. [Qulu:] Əşi, o açarları bir bəri
gətir. İ. Əfəndiyev. [Camal:] Əşi, ay Nəbi
dayı, indidən niyə toyuq təkin hinə girmisi-
niz? Günün qulağı təzə batıb ki. Ə.Abasov.
ƏŞİRƏT is. [ər.] Bir əsildən törəyib
birlikdə yaşayan və köçəri (bədəvi) həyat
sürən ailələr toplusu; qəbilə, oymaq. Əşirət
dövrü. Ərəb əşirətləri. Əşirət şeyxi (ağası,
bəyi). Əşirət halında yaşayan tayfalar. -
Bütün Azərbaycan xanları və əşirətlər öz
atlısı ilə Marağaya və Savııcbulaq ətrafına
gəlmişdi. M. S. Ordubadi.
ƏŞK is. [fars.] klas. Göz yaşı. Hicran ge-
cəsi gəldi ki, hər qətreyi-əşkim; Pərvanə-
lərə şəmi-şəbistaıı olacaqdır. Qövsi. Gecə-
gündüz ağlamaqdan əşki-xuıı ; Saralıb gül
rəngi solubdu, gördüm. Q.Zakir. Gözümdə
cari edib əşk həm rəvan, getmə! X.Natəvan.
ƏŞKAL is. [ər. “şəki” söz. cəmi] Şəkil-
lər, şəkil. [Məstəli şah:] Xurcunu yerə qoy,
ağzının bağını aç, içindən üstündə əşkal çə-
kilmiş taxta parçalan çıxart. M.F.Axundzadə.
ƏŞKBAR sif. [fars.] klas. Göz yaşı tökən,
çox ağlayan. Yağma, canım, naleyi-biixti-
yarımdan saqın; Tökmə qanını, abi-çeşmi-
əşkbarımdan saqın. Füzuli. Saldı məni damə
zülfün xəyalı; Məni qoydun əşkbarda.
gəlmədin. Sarı Aşıq. □ Əşkbar olmaq klas.
- göz yaşı tökmək, çox ağlamaq. Bir sürü
cəllad əlindən əşkbar olmuş сәһап. M.Fladi.
ƏŞRAF is. [ər. “şərif’ söz. cəmi] köhn.
Əyanlar, nüfuzlu adamlar, kübarlar. Ərkaııi-
dövlət, üləma, .. əyan və əşraf və ərbabi-
mənasib otağın qabağında səf çəkib əl-əl
üstə durdular. M.F.Axundzadə. Bütün əşraf
ikən qızın vurğunu; Bəbir xan kimsəyə ver-
mədi onu. FL Cavid.
ƏŞRƏF sif. [ər.] köhn. Ən şərafətli, ən
əziz, çox hörmətli. [Arif:] Bir fəzilətsə
öldürüb ölmək; Canavar bizdən əşrəf olsa
gərək. H. Cavid. Budur, Yer üzünün əşrəfi
insan; Yaradır gündə bir hicranlı dastan.
S.Vurğun. [Gülyanaq:] Təbiətdə mövcud
olan bütün gözəlliklərin gözəli, həyatın
əşrəfi olan insandır. Ə. Vəliyev.
ƏŞRƏFİ is. [ər.] köhn. Keçmişdə: beş
manatlıq qızıl pul. Əşrəfi keçmişdə zinət
olaraq işlənirdi. - Zərxaradan arxalıq;
ƏT
Əşrəfidən yaxalıq; Bir busə ver o xaldan;
Dadına çatsın xalıq. (Bayatı). [Koroğlu
Qırata:] Əzəldən bilsəydim sənin halını;
Əşrəfidən kəsdirərdim nalını. “Koroğlu”.
[Xanımın] ətəyində bir sıra əşrəfi, boy-
nunda qızıllı şəvəsi vardı. Çəmənzəminli.
// Ümumiyyətlə, qızıl pul. Pəri Soltan gü-
lüb, Əhmədnən xudafiz eləyəndən sonra,
zindandan çıxdı. Bir çəngə əşrəfi də zindan-
banın ətəyinə töküb, qəmli-qəmli gəldi
mənzilinə. (Nağıl).
ƏŞRƏFİLİ sif Bəzək üçün əşrəfi taxıl-
mış, əşrəfi asılmış. Ətəyi əşrəfidi paltar. -
Ucu əşrəfili bulud kimi saç; Dal gərdəndə
hər hörüyü bir qolac. M.P.Vaqif.
ƏŞSİZ sif. 1 . Tayı, bərabəri, misli olmayan.
2. Dostu, yaxın adamı, həmdəmi olma-
yan; tək.
ƏŞSİZLİK is. 1 . Tayı, bərabəri, misli ol-
mama.
2. Dostu, həmdəmi olmama; təklik.
ƏŞYA is. [ər. “şey” söz. cəmi] 1 . Şeylər.
Ev əşyası. - Nişandan toya qədər qız evi
qıza veriləsi cehiz əşyasını tədarük etməklə
məşğul olur. R.Əfəndiyev. Məsməniıı otağı
ev əşyasından tamamilə boş imiş. S.Flüseyn.
Səttarxan Tehrana köçdükdə ev əşyasını
aparmamışdı. M.S. Ordubadi. [Qadir] bütün
süslü-bəzəkli əşyasını bir boğçaya bağladı
və hamamçıya tapşırdı. H. Sarabski.
2. fəls. Hiss orqanları tərəfindən qavra-
nılan hər hansı bir konkret maddi hadisə,
şey, obyekt. Əşya ilə onu ifadə edən söz
arasında əlaqə. - [Divanə:] Məncə həm
malıiyyəti-əşya bütün; Başqa rəng almaq-
dadır guya bu gün. H. Cavid.
0 Əşyayi-dəlil lıiiq. - müttəhimin günah-
kar olub-olmadığını sübut edən hər hansı
bir şey, maddi sübut. Məhkəməyə əşyayi-
dəlil təqdim etmək.
ƏT is. 1. Canlıların bədənində sümüklə
dəri arasındakı maddə; əzələ toxumalarının
adi adı. // Fleyvan və insan bədəninin yum-
şaq hissəsi. Əti sümükdən ayırmaq.
2. Kəsilmiş heyvan bədəninin xörəyə iş-
lənən qismi. Qoyun əti. Toyuq əti. Mal əti.
Bişmiş ət. Çiy ət. - ..Əti, çörəyi, qəndi bizə
birə-iki qiymətə satırlar. C. Məmmədqulu-
zadə. Ət almır, arvaddan küftə istəyir;
143
ƏT
Olmayanda tutur toy, bizim kişi. Aşıq
Hüseyn. □ Ət baltası - ət doğramaq üçün
balta. Ət daşı - üstündə ət döymək üçün
bərk daş. Ət döymək - ətin sümüksüz
qismini xırda-xırda doğramaq. Ət taxtası -
üstündə ət döyülən və ya doğranan girdə və
ya dördkünc qalın və bərk taxta. Ülfət yerdə
oturub ət taxtasını təmizləyirdi. Mir Cəlal.
3. Bədən, vücud, əndam mənasında.
Ətindən elə bil kəsdilər. Güllə ətə dəydi. -
[Fərəc:] Bu ət, bu əndam mənim başıma lap
bəla oldu. H.Arif.
4. Meyvənin qabığı altında olan yeməli
yumşaq hissəsi. Almanın əti. Şaftalının əti.
0 Ət asmaq - bişmək (qaynamaq) üçün
əti qazanda od üstünə qoymaq. Ət basmaq
- çox kökəlmək, ətlənmək. [Firidun] uzun-
boylu, canlı və bütün boynunu ət basmış
Hikmət İsfahanini diqqətlə süzdü. M. İbrahi-
mov. Ət gəlmək - bədənin yaralanmış yeri-
nin üstü ətlə örtülmək, sağalmaq, yarası qa-
panmaq. Ət tökmək - çox arıqlamaq. Ətdən
düşmək - arıqlamaq, zəifləmək. Ətdən-
qandan olmaq - çox arıqlamaq, zəifləmək.
Ətə dönmək - süstləşmək, keyləşmək,
atilləşmək, hərəkət edə bilməyəcək bir
hala gəlmək. Ətə gəlmək - bir qədər kö-
kəlmək. Ətə gətirmək - kökəltmək. Ətə-
cana (ətə-qana) dolmaq - bir qədər
kökəlmək, yaxşılaşmaq, sağlamlaşmaq.
..Səkinə otuz yaşma çatmışdı, ətə-caııa
dolmuş, gözəlləşmiş, gərdəııli bir qadın
olmuşdu. M.İbrahimov. [Tahir] son illərdə
ətə-qana dolmuşdu. M. Hüseyn. Ətə-cana
gəlmək -bax ətə-qana dolmaq. Nıırəd-
din kəndə gələndən sonra, bir ayın ərzində
tanımaq olmurdu. Ətə-cana gəlib üzü lalə
kimi qızarmışdı. S.S.Axundov. İnsafsız qurd
gülə-gülə ; Dedi sevinə-sevinə: - Bu uşaqlar
kökəlsinlər: Ətə-cana gəlsinlər. M. Dilbazi.
Ətə-cana (ətə-qana) gətirmək - bir qədər
kökəltmək, sağlamlaşdırmaq, canlandırmaq.
Əti çimçişmək - 1 ) iyrənmək, çiyrənmək.
[Əşrəfin] əti çimçişdi, bu rütubətli zirzəmi-
də qalmağı şəninə sığışdırmadı, ayağa du-
rub qapını sındırmaq və birbaş yataqxanaya
yollanmaq istədi. İ.Şıxlı; 2) ürpərmək. Ya-
ğışın suyu [Seymurun] boynuna, bədəninə
süzüldü, əti çimçişdi. İ.Məlikzadə. Əti
ƏTALƏT
tökülmək - 1) arıqlamaq, zəifləmək; 2) xo-
şagəlməz bir iş, hərəkət və s. qarşısında
özündə iyrəndik, xəcalət hissi duymaq. O
danışanda adamın əti tökülür. Əti ürpər-
mək - qorxmaqdan, hürkməkdən və s.
Hisslərdən tükləri qabarıb biz-biz durmaq,
dəhşətə gəlmək. Həmzənin əti ürpərdi,
vücudu titrəyib lərzəyə gəldi. Gözləri ala-
qara çaldı. Ə. Vəliyev. Ətimi (ətimizi)
tökmə! - utandırma! xəcalət vermə! ..indi,
bu saat bizim övrətlərimiz evdə oturub
saqqız çeynəyirlər. Onlar bizim sözümüzü
başa düşməyəcəklər və bizə belə cavab ve-
rəcəklər: “Sən allah, a kişi, ətimizi tökmə! ”
C. Məmmədquluzadə. Ətin tökülsün! -
utan! xəcalət çək! həyan olsun! Ətini
kəsmək (didmək) - çox əziyyət vermək,
çox incitmək. [Əbdül:] Vallah, o qədər
yanmışam ki, istəyirəm [Gülnisənin] ətini
didəm. C. Cabbarlı. Fati birdən ətini kəsir-
lərmiş kimi fasiləsiz qışqırdı. Ə.Abasov.
Ətlə dırnaq arasına girmək - bir-birinə
çox yaxın olan adamların işinə qarışmaq.
Ətini şişə çəkmək - çox incitmək, çox
əziyyət vermək. [Mahmud bəy:] Başına
and olsan, əlimə düşə ; Mən onun ətini çəkə-
rəm şişə. S. Rüstəm. Bir köynək ət tökmək
-bax köynək-köynək ət tökmək. Tey-
mur saqi olmaq istəmədiyini deyənəcən bir
köynək ət tökdü. M.Hüseyn. Köynək-köy-
nək ət tökmək - son dərəcə utanmaq,
xəcalət çəkmək. Əziz Giilsabahın eşqini
soyuq səngərlərdə qönçə halında saxlayıb
qaytardığını Bayram kişi biləndə köynək-
köynək ət tökməli idi. Ə.Vəliyev.
ƏTA is. [ər.] klas. Vermə, veriş. // Bağış-
lanma. Kiçikdən xəta, böyükdən əta. (Ata.
sözü). □ Əta etmək (eləmək) - bağışla-
maq. Təmir üçün etdi çox ətalər; Tədric ilə
qıldı çox binalər. Füzuli. [Mirzə:] Amma ağa-
dan [xahişim] budur, əgər iltifatınız olsa, bən-
dəyə bir yabı əta eləyəsiniz. Ə.Haqverdiyev.
ƏTALƏT is. [ər.] Hərəkətsizlik, fəaliy-
yətsizlik, süstlük, boş durma; tənbəllik. Hə-
vəs sövq evlər insanı həyatə; Ətalət cəlb edər
şəxsi məmatə. M.Ə. Sabir. Qəlyan xorıılda-
dıqca yuxuya bənzər qəribə bir ətalət [Hik-
mət isfahaninin] bütün bədənini bürüyürdü.
M.İbrahimov. İsti və bürkü adamlarda tən-
144
ƏTALƏTLİ
ƏTƏK
bəllik, ətalət əmələ gətirmiş və onlar harada
isə gizlənmişdilər. S. Rəhman. □ Ətalət bas-
maq - tənbəllik basmaq, işləməyə, hərəkət
etməyə həvəsi olmamaq, tənbəllik etmək.
ƏTALƏTLİ sif. 1 . Hərəkətsiz, fəaliyyət-
siz, süst; tənbəl. [Uzundərə] əski Şərqin tə-
ləsmək bilməyən ətalətli ruhunu özündə
saxladığı üçün maraqsız deyildi. S. Hüseyn.
2 .fiz. Hərəkətdə olan cismin xarici təsir
olmadan öz müntəzəm hərəkətini, süku-
nətdə olan cismin isə öz sükunətini saxlama
xassəsi; inersiya. Ətalət qanunu.
ƏTBALA bax ətcəbala. Ətbala qaran-
quş. - Uşaqlıq həyatı! Ətbala quş qanadlar
altında pərvəriş tapan kimi, sən də isti ana
qucağına sığınır, bütün dünyanın səadətini
bu doğma yuvada tapırsan. Mir Cəlal.
ƏTBAŞ sif. dan. Ağılsız, gec anlayan, gec
başa düşən; kütbeyin.
ƏTCƏ is. 1 . Çılpaq uşaq bədəni.
2. Bax ətcəbala. Yuvada yumurtadan ye-
nicə çıxmış ətcə kəklik balaları vardı.
ƏTCƏBALA is. Yumurtadan lələksiz və
gözləri açılmamış halda çıxan quş balası.
..Əlimi yuvaya soxdum və tiiksüz ətcəbala-
ların üstündən ana alacəhrəııi tutub .. ağac-
dan endim. S.S.Axundov. ..Orada bala-bala
cücələr var, bax belə-belə, cıb-cıbılı, ətcə-
bala. S. Rəhimov. Ətcəbala bir dolaşa; Dili
dolaşa-dolaşa; Çcıldı uzun bir fışqırıq.
M. Dilbazi. // Lüt körpə uşaq haqqında.
ƏTÇƏKƏN is. Əti xırda-xırda doğramaq
üçün maşın.
ƏTÇİ is. Ətsatan.
ƏTÇİLİK is. Ətlik heyvan yetişdirmə işi.
Ətçilik təsərrüfatı.
ƏTDOĞRAYAN is. 1 . Ət döymək, doğra-
maq üçün kiçik kəsərti; qiyməkeş. Qonşu-
dan ətdoğrayanı gətir.
2. Kəsilmiş heyvanın ətini doğrayan adam;
qəssab.
3. B ax ətçəkən.
ƏTDÖYƏN bax ətdoğrayan 1 və 3-cü
mənalarda.
ƏTƏC is. тәһ. Yun təmizləyən alət.
ƏTƏK is. 1. Paltarın beldən aşağı tərəfə
uzanan hissəsi. Paltonun ətəyi uzundur. Pen-
cəyin ətəyini bir qədər qısaltmaq lazımdır. —
Sancıb belə nazənin ətəklər; Cəm eyləyəlim
gözəl çiçəklər. Füzuli. Dəli Səməd ətəklərini
çırpıb, durub getdi və dala baxa-baxa gü-
lümsünüb deyirdi.. Çəmənzəminli. Bacı və
qardaş ətəklərinə yığdıqları qulancarları
yerə töküb oturdular.. S.S.Axundov. // Pal-
tar ətəyinə oxşayan hər şey. Şeyxin anası
çadırın ətəyini qaldırıb hara isə baxır,
sonra oğluna tərəf dönür. Ə.Məmmədxanlı.
2. Dağın, yamacın və ümumiyyətlə, hün-
dür yerin aşağı tərəfləri. Dağ ətəyi. - Qara-
bağda dağın ətəyində, .. çəməndə atlı dəstəsi
sərkərdəsi Qəhrəman yiizbaşı .. fikirli otu-
rubdur. C. Məmmədquluzadə. Uzaqda bir
təpə ətəyində beş-on alaçıqdan ibarət bir
oba görünürdü. A.Şaiq. Getdikcə ağacların
sayı artır və dağların çılpaq ətək və zirvələri
də yaşıl dona bürünür. M.İbrahimov. // Bir
yerin yaxmı, yaxın tərəfi. Meşənin ətəyi. -
Hər il bu zaman yolun ətəklərinə qədər
çadırlar, obalar düşərmiş. Mir Cəlal.
3. Ağac budaqlarının, qalxandan sonra
aşağı əyilən yerləri, alçaq hissəsi. Ağacın
ətəyini qırnıaq. Tut ağacının ətəklərindəki
tutları uşaqlar yeyib qurtarmışlar.
4. Adətən “bir” sözü ilə - qeyri-müəy-
yən çoxluq bildirir. [Məşədi İbad:] Zarafat
deyildir, bir ətək pul verirəm, bir baxım gö-
rüm, mal nə cür maldır, verdiyim pula də-
yərini? Ü.Hacıbəyov. [Seyid Əhməd:] Mən
iki dəfə bu şəhərə gəlib, hər dəfəsində bir ətək
pul aparmışam. Ə. Haqverdiyev. [Gileygü-
zarov:] Bir görün nadan yenə bir ətək pul
qazandı. Mənimsə sandıqda xoruz səsi
eşitməmiş gül kimi əsərlərim çap olunmamış
yatıb qalır. S. Rüstəm.
0 Ətək altdan ötürmək - 1) xəlvəti,
gizli vermək; 2) yaddan çıxarmaq, unutmaq.
Bəzən böyük kitablardan nümunələr gətirir;
Lakin vicdan kitabını ətək altdan ötürür.
S. Vurğun. Ətəyin tutmaq - bax ətəyin-
dən tutmaq (yapışmaq). Əğyar ətəgiıı tutma
və əğş’arə yapışma. Nəsimi. Ətəyindən
tutmaq (yapışmaq) - yalvarmaq, himayə,
kömək istəmək, pənah gətirmək. Sığın
Allahına, tut ətəyindən; Olmuş qulaqların
yoxsa kar sənin. Aşıq Məhəmməd. [Mərcan:]
Tapmısan, tut ətəyindən, bərk tut; Başqa
dilbərləri artıq sən unut. A.Şaiq. Balama
sən kömək ol; Ətəyindən tutmuşam; Qadan
145
ƏTƏKALTI
ƏTİACI
alım, tək sənin. B. Vahabzadə. Ətəyini
buraxmaq - əl çəkmək, boşlamaq. [Sərdar
Rəşid:] Qoy mənim bacım Mahı-unun ətə-
yini buraxsın, onun üçün haradan istəyirsə,
mən qız tapıb evləndirim. M.S. Ordubadi.
Ətəyini çəkmək - qarşısını almaq, müba-
rizə aparmaq, yol verməmək. Qanun pozan-
ların ətəyini çək; Şəhər nəfəs alsın körpələr
kimi! S. Rüstəm. Abrını ətəyinə bükmək -
bax abır. [Hafizə xanım:] Vallah, bu saat
abrını ətəyinə bükərəm. Ə. Haqverdiyev.
[Mürşüd:] Sadıq! Sənin arvadın mənim ab-
rımı bükdü ətəyimə, saldı yola. S.Rəhman.
Daşı ətəyindən tökmək - bax daş. Can-
lar alan cəlladbaşı; Ətəyindən tökdü daşı.
Aşıq Həsən. Əl mənim, ətək sənin - bax
əl. [Fatmanisə:] Molla Əlyar, atam-anam
sənə qurban, qələminə mənim canım qurban
olsun, əl mənim, ətək sənin. Ya ətəyini kəs,
ya mənim əlimi. Ə. Haqverdiyev.
ƏTƏKALTI 1. is. Gizlicə toplanılıb sax-
lanılan ehtiyat - pul və başqa şey. O, köhnə
adanıdır, onun çox ətəkaltısı olar.
2. zərf. Gizlicə, xəlvəti.
ƏTƏKDOLUSU sif. Lap çox, həddən ar-
tıq çox.
ƏTƏK-ƏTƏK zərf. Çoxlu, çoxlu miqdar-
da; bol, bolluca, ətəkdolusu. Ətək-ətək pul.
- Bağlarında, bax, gül-gülü çağırır; Ətək-
ətək noğul səpər hər ağac. A.Şaiq. [Nəbi:]
Yığırdıq meşədən biz ətək-ətək; Yanağın,
dodağın rəngdə çiyələk. S. Rüstəm. Meşədə
dadlı çiyələk; Yığılırdı ətək-ətək. M. Dilbazi.
ƏTƏKLƏMƏ “Ətəkləmək” dən f is .
ƏTƏKLƏMƏK f. 1. Ətəyindən tutmaq,
tutub saxlamaq. [Zərbəli:] Usta, getdim,
yolda ətəklədim, bir qapaz vurdu, yıxıldım..
Ə. Haqverdiyev. Pası mollam ətəkləyib da-
yandırdı. S. Rəhimov. Sazandalar şuluqluq
düşdüyünü, toyun pozulduğunu yəqin etdilər,
Məşədi Cahangiri ətəklədilər. Mir Cəlal.
2. Ətəyinə yığmaq.
3. məc. Yaxalayaraq əl çəkməmək, yal-
varıb xahiş etmək.
4. məc. Yarısını keçmək, getmək (yol haq-
qında). Düzəldi mənzilə yenə dəstəmiz;
Ətəkləyib yolu, vardıq birbaşa. S. Vurğun.
Əyninidə boz şinel, belimdə yaraq; Gedi-
rəm, yolları ətəkləyərək. M. Rahim.
5. Ətəklə yelləmək. Manqalı, ocağı ətək-
ləmək. - Cəm olubdur tamam əqli seyrəklər;
Kimi odun qalar, kimi ətəklər. Q.Zakir.
Birisi sacııı altını gah piləvir, gah ətəkləyir.
Ə.Vəliyev.
ƏTƏKLƏNMƏ “Ətəklənmək”dən fis.
ƏTƏKLƏNMƏK məcli. Ətəyindən tutul-
maq, tutulub saxlanmaq.
ƏTƏKLİ sif. 1 . Ətəyi geniş və uzun. Ətək-
li paltar.
2. Ətəyi, ətəkləri olan. Yaşıl ətəkli təpə-
lər. - [Həcərin] gözləri qabağından yaşıl
ətəkli, təpəsi qarlı dağlar, ara-sıra "üç təpə ”-
lərdə düşən alaçıqlar gəlib keçdi. S.Rəhimov.
ƏTƏKLİK is. köhn. Zinət üçün qadın
paltarının ətəyinə düzülən pul və s. Ə təki iy i
altun, qəsabəsi zər; Çəhrayı çarqatı qəddə
bərabər. M. P. Vaqif. Düzülüb yaxasına qızıl
yaxalıq kəsilib; Qolda qolbağı, ətəgində
ətəklik asılıb. Aşıq Zakir.
ƏTƏNƏ is. Məməlilərdə: ana bətnində
balanı bürüyən və bala onun içindən çıx-
dıqdan sonra cırılıb düşən ət pərdəsi; son.
Son (ətənə) əsas etibarı ilə inəklərdə 2-6
saatdan, camışlarda isə 2-4 saatdan sonra
düşür.
ƏTƏNƏLİ sif. Ətənəsi olan (məməlilər
haqqında).
ƏTƏNƏSİZ sif. Ətənəsi olmayan (məmə-
lilər haqqında).
ƏTƏR is. dan. Iz, əsər, əlamət, xəbər.
Ondan heç bir ətər yoxdur. - Ancaq Arzu-
nun nəbzi çox zəif vururdu, çünki onda qan
ətəri qalmamışdı. S.Rəhimov.
ƏTƏŞ is. [fars.) Susuzluq, bərk susama.
Suyun səsi [Gəldiyevdə] ətəş oyatdı. Mir
Cəlal. □ Ətəşini söndürmək - su içməklə
susuzluğunu rəf etmək.
ƏTF is. [ər.] köhn. Əymə, çevirmə, meyil
etdirmə, yönəltmə.
ƏTFAL is. [ər. “tifl” söz. cəmi] klas.
Uşaqlar, tifillər. Bunlar bizim zükur və ünas
ətfalımıza mürəbbi olurlarını? M.F.Axund-
zadə. Olsun, olsun səninlə xoşhal; Yetsin,
yetsin kəmalə ətfal. M.Ə. Sabir. Hər dəqiqə
düşər bir əhvalə; Oxşayır tərbiyəsiz ətfalə.
A. Səhhət.
ƏTİACI sif. Öz rəftarı, hərəkəti, münasi-
bəti, danışığı ilə başqalarını özündən inci-
146
ƏTİACILIQ
dən; diliacı. Ətiacı adam. - Ax, necə ətiacı
arvadsan, - dedini, lakin birdən Yaqutu dü-
şünüb səsimi yumşaldaraq ona yalvardım..
Ə.Məmmədxanlı. [Gülzar] çox hövsələsiz
və ətiacı (z.) olmuşdu. İ. Hüseynov. // Is.
mənasında. Ətiacının biridir.
ƏTİACILIQ is. Ətiacı adamın hərəkəti,
xasiyyəti. Ətiacılıq etmək. - Gah [Hüseyni]
hər kəsə yazığı gələn, qarışqanı belə incit-
məkdən çəkinən bir rəhmdil olur, gah da bir
anda anlaşılmaz bir ətiacılıq edirdi.
M. İbrahimov.
ƏTİAÇIQ sif. köhn. dan. Döşü, qolları, qıç-
ları açıq qadın, ya qız haqqında. Mən elə dərd
çəkirəm, elin qız-gəlinini ətiaçıq görəndə
mənim ürəyim cızıldayır. S.Rəhimov.
ƏTİQ(Ə) sif. [ər.] Qədim, köhnə, əski.
□ Asari-ətiqə-bax asar. H Is. mənasında.
Qədim şey, tapıntı. Misir ətiqələri ilə uğra-
şan alimlər ehramlarda, mədfənlərdə və sair
yerlərdəki şəkilləri və yazıları araşdıraraq
iyirmi iki şəkil ( hərf) tapmışlar. F.Ağazadə.
ƏTİR is. [ər.] 1. Gözəl iy, rayihə. Çiçək-
lərin ətri. - Qərənfil açdı, getdi ; Ətrini saçdı,
getdi; istədim qucanı yarı; Əlimdən qaçdı,
getdi. (Bayatı). Axşam küləyi qalxar, əsər
xeylicə yüngül ; Gül ətrini duyduqca ötər
şövqlə bülbül. A.Səhhət. Sərin-sərin din
yelləri əsdikcə dənizin xoş rayihəsini, ucsuz-
bucaqsız düzlərdəki güllərin-çiçəklərin ətrini
yayırdı. M.Rzaquluzadə. Çöldə hər çiçəyin
bir ətri olar; Hər gülün öz yeri, öz xətri olar.
N. Rəfıbəyli. □ Ətir çəkmək - distillə yolu
ilə ətirli maddə istehsal etmək. Bütün aləm
çiçək dərsin, ətir çəksin bu gülşəndən; Za-
manın, varlığın, hüsnün rübabından yaran-
dım mən! S.Vurğun. Çiçəklərdən ətir çək;
Quşlardan nəğmə öyrən. N.Rəfıbəyli. Ətir
saçmaq (yaymaq, səpmək) - xoş iy
vermək. Cəh-cəh vurar çəməndə bülbülləri;
Meh əsdikcə ətir saçar gülləri. A.Səhhət.
2. Spirtdə hazırlanmış ətirli cövhərlərin
məhlulu. Üzünə ətir vurmaq. - Onlar saç-
larına zinət verməklə bərabər, özlərini
Şərqin ən qiymətli ətirləri ilə ətirlənıişdilər.
M. S. Ordubadi. Ətirli qoxu vermək üçün
kremlərə bəzən ətir qatırlar. R.Əliyev.
3. Bax ətirşah.
ƏTİR-ƏNBƏR is. [ər.] bax ətir 1-ci
mənada.
ƏTLƏNMƏ
ƏTİRLƏMƏ “Ətirləmək”dən fis.
ƏTİRLƏMƏK f. Ətir vurmaq. Yaylığını,
saçını ətirləmək.
ƏTİRLƏNDİRMƏ “Ətirləndirmək”dən
fis.
ƏTİRLƏNDİRMƏK / Ətir saçmaq, ətirlə
doldurmaq. Sübhün təmiz havası, güllərin
və çiçəklərin qoxusu otağı ətirləndirdi.
S.S.Axundov.
ƏTİRLƏNMƏ “Ətirlənmək”dən fis. Pər-
vaz həmişəki kimi şıq geyinmişdi və həmi-
şəki kimi də pərt və məyus idi. Lakin məyus-
luğuna baxmayaraq, yenə də ətirlənməni
unutmamışdı. Çəmənzəminli.
ƏTİRLƏNMƏK 1 . qayıd. Özünə ətir vur-
maq, özünü ətirləmək. [Şəmsiyyə] üz-gözü-
nü yumuş, yenidən ətirlənmişdi. M.İbrahi-
mov. Zərrintac xanım .. güzgü qabağına keçdi,
özünə tumar verdi, ətirləndi.. S.Rəhimov.
2. f. Ətir iyi vermək, ətir kimi qoxu ver-
mək. Hər gül ətirlənib bir gülşən olsun; Gül-
şənin çiçəyi, gülü şən olsun. S.Vurğun.
ƏTİRLİ sif. 1. Özündən ətir saçan; ra-
yihəli. Ətirli çiçəklər. Ətirli otlar. - Bu bağ-
çalarda ev sahibləri ətirli güllər və çiçəklər
əkmişdilər. S.S.Axundov. Sizi bir elçimi
göndərmiş bahar; Yoxsa məftunsunuz ətirli
gülə? N.Rəfıbəyli. Gənc qızlar yüyürüşüb
oğlanın başına ətirli dağ çiçəklərindən ..
hörülmüş çələnglər qoydular. M.Rzaqulu-
zadə. // Xoşiyli, gözəl iyi olan. Ətirli alma.
- Doğrudan da, tütün çox ətirli .. idi.
M.Rzaquluzadə.
2. Ətir vurulmuş, ətirlənmiş. Ətirli yay-
lıq. Ətirli saç.
ƏTİRŞAH is. [ər. ətr və fars, şah] bot.
Ətirli yarpaqları olan çoxillik çiçək (əksə-
rən otaqlarda becərilir). Ətirşah zəngin qol-
budaqları olan, gövdəsinin aşağı hissəsi
odunlaşmış kol bitkidir. - Səfər kişi .. göy-
göyərti əkib biçir, şimala, cənuba gəlib-ge-
dən yolçuların çoxunu .. söyüdgülü, ətir-
şahla qarşılayıb yola salır. Mir Cəlal.
ƏTLAS bax atlaz. Ətlas nimtənəli, ipək
köynəkli ; Üstü-başı tirmə şallı Sənəm, gəl!
Xəstə Qasım.
ƏTLƏNMƏ “Ətlənmək”dən fis. Tədqiqat-
larımıza görə camışlarda tezyetişgənlik, ət-
lənmə, daha doğrusu, diri çəkinin artması ..
iş heyvanlarında olduğu kimidir. A.Ağabəyli.
147
ƏTLƏNMƏK
ƏTLƏNMƏK f. Ətə dolmaq, kökəlmək.
Yayda göyə buraxdan heyvanlar ətlənir. -
[Şahın] sifəti o qədər ətlənmişdi ki, göyəm
çərdəyi boyda gözləri güclə görünürdü.
P.Makulu.
ƏTLƏŞMƏ “Ətloşmok”dən f.is.
ƏTLƏŞMƏK f. 1. Ətə dönmək, ət kimi
olmaq.
2. Qalıb yumşalmaq, çürüməyə başlamaq.
Armud ətləşmişdir. Qovun ətləşdi. - [Ayı-
döşəyikimilərin] toxumları yetişəndə qoza-
ları ağaclaşır və ya giləmeyvə şəklini alaraq
ətləşir. H.Qədirov.
ƏTLİ sif. 1 . Ətcə dolğun; kök, ətli-canlı.
[Kərim baba] yaşlı olduğu halda, daima
açıq, geniş çöllərdə yaşamış bu adamın üzü
ətli, yanaqları qıpqırmızı, vücudu sapsağ-
lam idi. A.Şaiq. Çırağın tutqun işığında
[Qaragünənin] iri, ətli üzündəki çopurlar
daha dərin görünürdü. M. Rzaquluzadə.
// Yaxşı, bol əti olan. Ətli qoyun.
2. Üstünü, yanlarını ət basmış. Ayrım qızı
kiçik, qunıral və yanları ətli gözləri ilə gülüm-
səyərək dedi : - Qoy istədiyi qədər şikayət
eləsin. A.Şaiq. // Qalın. Carçıyev ətli, qırmızı
dodaqlarını yayıb qımışdı. İ. Hüseynov.
3. Ətdən hazırlanmış, içərisində ət olan.
Ətli xörək. Ətli dovğa.
4. məc. dan. Varlı.
ƏTLİ-CANLI sif. Kök, dolğun və iri. Ay
keçdi, il dolandı, Araz böyüdü, ətli-canlı, ya-
şma görə irigövdəli bir oğlan oldu. A.Şaiq.
Maşından gödək, ətli-canlı, eni ilə uzunu
bir olan, girdəsifət bir adanı zorla bayıra
çıxdı. M. Rzaquluzadə. [Nazxanım] .. ətli-
canlı bir gəlin idi. İ.Əfəndiyev.
ƏTLİÇİLOV is. aşp. Ətlə düyü qarışdırı-
laraq bişirilən çilov.
ƏTLİK sif. Kəsilmək (əti yeyilmək) üçün
saxlanılan. Ətlik mal. - Öküzün cütə getmə-
yənini ətlik adına satarlar. (Ata. sözü). Qor-
xum budur ki, bu çalhaçalda Talib pristav
sizin bu ala öküzü də, üstəlik hələ mənim bu
yabımı da qoşuna ətlik adına versin.
S. Rəhimov.
ƏTLİ-QANLI sif. Dolğun, sağlam.
ƏTLİK-PİYLİK sif. k.t. Ət və piy verən,
ət və piy əldə etmək üçün saxlanılan. Ətlik-
piylik donuz.
ƏTRAFLI
ƏTLİK-SÜDLÜK sif. k.t. Ət və süd verən,
ət və süd əldə etmək üçün saxlanılan. Ətlik-
südlük canıış.
ƏTLİLİK is. Ətli heyvanın hal və key-
fiyyəti.
ƏTMƏK is. köhıı. Çörək. Yannıış ətmək
yeməz idin əsla. M.Ə. Sabir. [Birinci işçi:]
Bunu gördükdə hər insan utanır? Bu qabar-
lar sizə ətmək qazanır! H. Cavid.
ƏTMƏTƏN is. məh. Tüklənməmiş quş
balası; ətcəbala.
ƏTRAF is. [ər. “tərəf’ söz. cəmi] 1. Cə-
hətlər, tərəflər.
2. Dörd tərəf, yan-yörə; hər tərəf. Ətra-
fına göz gəzdirmək. Ətrafda heç kəsi gör-
mədik. - [Səltənət:] Ətrafı gözdən keçir-
dikcə insanın könlü açılır. H. Cavid. Ətraf
kölgəli bir səhər qədər işıqlı idi. H.Nəzərli.
Eldar ətrafa yaxşı bələd olduğundan yaxın-
da iri, sərin kölgəli bir söyüd ağacını gös-
tərərək: - Gedək, bir az dincələk, - dedi.
M.Rzaquluzadə. □ Ətrafını almaq (tutmaq,
sarımaq, əhatə etmək) - əhatə etmək,
dövrələmək, mühasirə etmək; çulğalamaq.
3. Yanlar. Təkərin ətrafı dəmirlə qurşan-
mışdır. Yolun ətrafı.
4. Yaxında olan yerlər. Ətrafa qar düş-
müşdür. Ətrafda taxıllar göyərib. Bu ətraf-
da (bu yerlərdə). - O ətrafda bir yolkəsmə,
bir oğurluq olmazdı ki, Əmiraslanın orada
əli olmamış olaydı. S.S.Axundov. Ətrafı
kəsif bir duman bürüdü. H.Nəzərli. Qərənfil
xala balkonda durub bir müddət kəndə,
onun ətrafındakı dağlara, meşələrə baxdı.
Ə.Vəliyev.
5. Sif mənasında. Yaxın, bir şeyin yaxı-
nında olan. Ətraf kəndlər. Ətraf evlər. Ətraf
yerlər. - Orada ətraf şəhərlərdən az-maz
yeni xəbərlər eşitmək mümkün olurdu.
H.Nəzərli.
6. Ətrafında şəklində - ...xüsusunda,
...dair. Məsələ ətrafında xeyli mübahisə
getdi. Mövzu ətrafında müzakirələr oldu.
ƏTRAFLI sif. Müfəssəl, hərtərəfli, təfsi-
latlı, geniş. Ətraflı məktub. Ətraflı izahat.
И Zərf mənasında. Ətraflı məlumat vermək.
Ətraflı şərh etmək. - Müdir klinikanın mə-
sələlərindən ətraflı danışdı. Ə.Vəliyev.
148
ƏTRAFLICA
Ə VAM
ƏTRAFLICA zərf Çox ətraflı. Lakin bu
xüsusda ətraflıca düşünmək tazım idi.
T.Ş. Simurq. Hər kəs ətraflıca mülahizə
olunmuş müəyyən bir fikir Hə gəlsin.
Ü.Hacıbəyov.
ƏTRAK is. [ər. “türk” söz. cəmi] klas. Türk
elləri, türk tayfaları, türk ölkələri. “Leyli-
Məcnım ” əcəmdə çoxdur ; Ətrakdə ol fəsaııə
yoxdur. Füzuli.
ƏTRƏNGİ sif. Ət rəngində olan. Ətrəngi
corab.
ƏTRİYYAT is. [ər. “ətr” söz. cəmi] Ətirli
maddələr, ətirlər. Ətriyyat mallarına ətirlər,
odekolonlar, xoşiyli sular və qeyriləri daxil-
dir. Ətriyyat istehsalı. - Sona ətriyyat ma-
ğazasına keçib iki balaca şüşə ətir aldı. Mir
Cəlal.
ƏTSİZ sif. 1 . Arıq, əti az. Ətsiz qoyun.
2. Ətdə bişməmiş, əti olmayan. Ətsiz xin-
gal. Ətsiz xəmiraşı. Ətsiz şorba. Ətsiz xörək.
ƏTSİZLƏMƏ “Ətsizləmək”dən fis.
ƏTSİZLƏMƏK f. 1 . Arıqlamaq, ətini tök-
mək. Qışda qoyunlar ətsizləşir.
2. dan. Ürəyi ət, ətli xörək istəmək. Axır
vaxtlar lap ətsizləmişəm.
ƏTSİZLİK is. 1 . Arıqlıq.
2. Ət olmaması, ət qıtlığı.
3. Xörəkdə ət olmaması.
ƏTSUYU is. aşp. 1 . Əti qaynadıqdan sonra
hasil olan yağlı və qidalı su; bulyon.
2. Bozbaş.
ƏTTAR is. [ər.] köhn. 1. Ətirli şeylər, ədə-
vat və s. satan adam. Elm və maarif., hamı-
nın arasında yayılmalıdır, çoban da, əkinçi
də, tacir də, əttar da nazirlərin əlində olan
iqtidara malik olmalıdırlar. M.F.Axundzadə.
□ Əttar dükanı - bu cür şeylərin satıldığı
dükan. Sinəm əttar dükanı; Hər nə desən, var
məndə. (Bayatı). Molla Qasımın dükanına
universal adı versək səhv etmərik, çünki bu
dükanda əttar, baqqal, bəzzaz, davacat və
qeyri ticarət şeyləri var idi. S.S. Axundov.
2. Keçmişdə bitkilərdən və s.-dən dər-
man hazırlayıb satan adam. Gülün gülabını
axır gün çəkər əttar ; Qalır sənə bu əvəz ahii
zar, ey bülbül! S.Ə.Şirvani. Birdən Kərbə-
layı Rzanın yadına düşdü ki, əttar Məşədi
Hüseyn gərək çox dərs oxumuş adam ola.
C . Məmmədquluzadə .
ƏTTARLIQ is. köhn. Əttarın işi, sənəti,
peşəsi. Əttarlıq etmək. - [Mirzə Turab:]
..Amma [İsmayıl bəyin] nə həkinılikdən başı
çıxır, nə də əttarlıqdan. B.Talıblı.
ƏTTÖVBƏ is. [ər.] Etdiyi əməlindən peş-
man olub tövbə etmə, bir daha etməyəcə-
yinə söz vermə. Tövbə, əttövbə, xəta rahinə
getdiklərimə; Bilib etdiklərimə, bilməyib
etdiklərimə. M. Ə. Sabir.
ƏTÜRPƏRDƏN sif. Çox ağır təsir edən,
insanda dəhşət oyadan. Hanı o buzlu Sibirə
doğru uzanan boz geyimli dustaqların ətür-
pərdən qandal səsləri? M.Flüseyn. Leyla-
dan ətürpərdəıı bir səs çıxdı: - Bu ola bil-
məz! Müalicə zamanı həkimin qəlbində özgə
hiss baş qaldıra bilməz! B. Bayramov.
ƏTÜRPƏRDİCİ bax ətürpərdən.
ƏTVAR is. [ər. “tövr” söz. cəmi] Davra-
nış, adamlarla münasibət. Cəlıd eylə, sən
ancaq nəzəri-xalqda pak ol; Məxluqu inan-
dır; Xasiyyətin od olsa da, ətvarda xak ol;
Sök, aləmi yandır. M.Ə. Sabir. Bahadırın
gözəl əxlaq və ət\>anna görə yoldaşları onu
çox sevirdilər. N.Nərimanov. [Çadırçı usta:]
Buna bax, lıalına, ətvarına bax; Sanki zən-
cirini qırmış dustaq. H. Cavid.
ƏT-YAĞ top. dan. Ət və yağ. Qara çın-
qılın köbəsində qalanmış ocaqlardan gur
tüstü qalxır, .. ət-yağ ətri ətrafı bürüyürdü.
Ə.Vəliyev. □ Ət-yağ içində böyümək -
gen-bolluqla, rifah içərisində böyümək, hər
cəhətdən təmin olunmaq.
ƏTYEMƏZ sif. Ət yeməyən, kəsilmiş
heyvan ətini yeməyən.
ƏT YEYƏN sif. Ətlə qidalanan.
ƏVAXİR is. [ər. “axir" söz. cəmi] klas.
Axır, son vaxtlar.
ƏVAXİRDƏ zərf klas. Axırda. Miinəc-
cimbaşıya əvaxirdə bu bəhsi varid edirdilər,
cavab verirdi. M.F.Axundzadə.
ƏVAXİRİNDƏ zərf klas. Axırlarında. Ha-
man ilin yaz fəslinin əvaxirində, elə yadım-
dadır ki, may ayının axırı idi. C.Məmməd-
quluzadə.
ƏVAM [ər.] bax avam. [Məmmədağa:]
Əvam da var, əvam da... Amma bunlar kimi
əvam mən görməmişəm. N.Nərimanov.
[Əxistan:] Əvam camaatı aldatmaq üçün;
Bəzi tədbirlərə əl atmalıyam. M.Rahim.
149
ƏVAMLIQ
ƏVƏZEDİCİLİK
ƏVAMLIQ bax avamlıq.
ƏVAMÜNNAS is. [ər.] köhn. Avam qara
camaat. Ədəbdən, elmdən gər feyzyab olsa
əvamiimıas; Düşər şənii şərəfdən, mollalar,
işanlar, insanlar! M.Ə. Sabir. [Hacı Rəsul:]
indi budur, bir para .. əvamünnas deyir.
- Yox, ünas tayfasına oxumaq caiz deyil.
Mir Cəlal.
ƏVAYİL zərf [ər. “əvvəl” söz. cəmi]
klas. Əvvəllər, ilk vaxtlar. [Molla Həmid:]
Sən iki pudu dəxi misin tortasına-zadına çıx,
gələn ayın əvayilində otuz pud gümüş möv-
cuddur. M.F.Axuııdzadə. ..Ortancı əsrlərin
əvayilində məşhur filosof Demokrit birinci
dəfə olaraq söylədi.. C. Məmmədquluzadə.
ƏVƏLİK is. bot. Xalq təbabətində işlə-
nən, habelə qurudulmuş yarpaqları aşa qatı-
lan, enliyaıpaq, birillik ot bitkisi. Acı əvəlik.
Şirin əvəlik. - ..Qızlar əvəlik, boymadərən,
qaymaqotu dərirlər. Ə.Vəliyev.
ƏVƏLİKÇİLOV is. Əvəlik qatılmış düyü-
dən bişirilən çilov. Əvəlikçilovu qatıqla
yeyirlər.
ƏVƏLİKLİ sif. Əvəlik qatılaraq bişiril-
miş. Əvəlikli çilov (aş).
ƏVƏLİKPLOV is. Əvəlik qatılmış düyü-
dən bişirilən plov.
ƏVƏT əd. [türk. ] Təsdiq bildirir - bəli, hə.
Baxdım ki, əzim bir cəmaət; Eyzəıı ürəfa, əvət,
həqiqət. M. Ə. Sabir. [Rauf:] Əvət, şaşqınlar
daim əsəbi və bədbin olurlar. H. Cavid.
ƏVƏZ is. [ər.] 1. Qarşılıq, bir şeyin (ada-
mın) yerini tuta bilən şey (adam). Bu şeyin
əvəzi yoxdur. Onun əvəzini tapmaq çətindir.
□ Əvəz etmək (eləmək) - 1) yerini tuta
bilmək. Belə bir zamanda Müqim bəy hansı
bir hünərlə zabitəli xanımı əvəz edə bilərdi?
S. Rəhimov; 2) ardınca gəlmək, yerini tut-
maq. Çiskinli və qaranlıq gecəni aydın bir
səhər əvəz etdi. M.Ibrahimov. Bəzən ən so-
yuq günü ən isti gün əvəz edir. Mir Cəlal;
3) dəyişdirmək. Növbətçini əvəz etmək ;
H müvəqqəti olaraq yerini tutmaq, vəzifə-
sini icra etmək. Müdiri kim əvəz edir? Uzun
müddət o, rəisi əvəz etdi. H Tay, bərabər.
Gözəllikdə sənin əvəzin hanı? (Nağıl).
□ Əvəz olmaq - bərabər olmaq, uyğun
olmaq. Mən müqəddəs ata-ana sözünə ; Tap-
madım bir əvəz olan kəlmə. A.Səhhət. Ək-
bərin nə yalvarması, .. nə vədi Əli paşanın
bir qəpiyinə əvəz ola bilmədi. Mir Cəlal.
2. Qarşılıq, mükafat, muzd, haqq. Zəhmə-
tinin əvəzini aldı. - Gülün gülabını axır
günü çəkər əttar; Qalır sənə əvəz ahii zar.
ey bülbül! S.Ə.Şirvani.
3. Qisas, intiqam, öc. □ Əvəz(ini) almaq
- intiqam(ını) almaq, qisas(ını) almaq.
Əvəz(ini) çıxmaq - bax əvəz(ini) almaq.
Mən öz quşlarımın əvəzini çıxmaqla müka-
fatımı aldım, - dedim. M. Rzaquluzadə.
4. Yerlik halda: əvəzində - T) bir şeyin
və ya şəxsin yerinə, yerində. Əvəzində bula-
rın çayçı, çaxırçı dükanı ; Gecə-gündüz dolu-
dur cümlə müsəlman, mənə nə! M. Ə. Sabir;
2) qarşılıq olaraq, mükafat olaraq, müqabi-
lində. Qulluğumuzun və ixlasımızın əvəzin-
də [şah] mənsəbimizi də əlimizdən aldı.
M.F.Axundzadə.
5. Çıxışlıq halda: əvəzindən - əvəz ola-
raq, yerinə, əvəzində. [Qurban Molla Fər-
zəliyə:] Yaz ki, Anaxanımın, Məmişin gözlə-
rindən mənim əvəzimdən öpsün və onlardan
göz-qulaq olsun. A.Şaiq.
6. Yönlük halda: əvəzinə - bax əvə-
zində. [Koroğlu] elə qəzəblə ata sıçradı ki,
Qıratın əvəzinə ayrı bir at olsaydı, çoxdan
beli sınmışdı. “Koroğlu”. O yerdə ki bir lü-
ğət kitabında gərək yazılaydı “millət”, orada
“millət” əvəzinə yazılıb “şəxs". C.Məmməd-
quluzadə. [Kişi] ..“indi” əvəzinə “şimdi”,
"cənab ” əvəzinə “ əfəndi ”, “necə ” əvəzinə
“naşıl” qəbul etmişdi. B.Talıblı.
ƏVƏZÇİ sif. və is. 1. Eyni zamanda bir
neçə yerdə işləyən, bir neçə vəzifə tutan
(şəxs). Əvəzçi işçi. Əvəzçi müəllim. O, bi-
zim idarədə əvəzçidir.
2. İntiqamçı, əvəz çıxarmağa çalışan adam.
ƏVƏZÇİLİK is. 1 . Eyni zamanda bir neçə
vəzifə aparma, eyni zamanda bir neçə yerdə
qulluq etmə. Əvəzçilik işin keyfiyyətinə zi-
yan vurur. Əvəzçiliklə mübarizə.
2. İntiqamçılıq, əvəz çıxmağa çalışma.
ƏVƏZEDİCİ is. Bir şeyi əvəz edən, onun
əvəzində işlənən şey. Qan əvəzediciləri.
H Sif. mənasında. Əvəzedici maddə. Əvəz-
edici element.
ƏVƏZEDİCİLİK is. Əvəzetmə, əvəz edə
bilmə.
150
ƏVƏZEDİLMƏZ
ƏVVƏL-AXIR
ƏVƏZEDİLMƏZ sif. Heç bir şeylə, heç
bir başqa adamla əvəz edilə bilməyən, əvəzi
tapıla bilməyən, əvəzi olmayan, çox qiymət-
li. Əvəzedilməz işçi. Əvəzedilməz mütəxəssis.
ƏVƏZEDİLMƏZLİK is. Əvəzedilməz
şeyin vəziyyəti, halı, xüsusiyyəti.
ƏVƏZETMƏ is. 1 . Əvəzləmə.
2. kim. Birləşmə və ünsürlərin qarşılıqlı
təsiri ilə yeni birləşmə və ünsürlər alınan
kimyəvi reaksiya. Əvəzetmə reaksiyası.
əvəz-əvəz zərf Bir şeyin əvəzində,
qarşılıq olaraq.
ƏVƏZLƏMƏ “Əvəzləmək”dən f.is.
ƏVƏZLƏMƏK/ Bir şey verib əvəzində
başqasını almaq. // Bir şeyi başqası ilə əvəz
etmək.
ƏVƏZLƏNDİRİLMƏ “Əvəzləndiril-
mək”dən/w.
ƏVƏZLƏNDİRİLMƏK məch. Başqası ilə
əvəz edilmək, əvəz olunmaq.
ƏVƏZLƏNDİRMƏ “Əvəzləndirmək”-
dən f.is.
ƏVƏZLƏNDİRMƏK bax əvəzləmək.
ƏVƏZLƏNMƏ “Əvəzlənmək”dən f.is.
ƏVƏZLƏNMƏK məch. Başqası tərəfin-
dən əvəz edilmək, əvəz olunmaq.
ƏVƏZLƏYİCİ is. xiis. Bir neçə qüvvəni
əvəz edən qüwə.
ƏVƏZLİK is. 1 . Əvəz olaraq verilən şey,
qarşılıq.
2. qram. İsimdən, sifətdən, saydan fərqli
olaraq öz-özlüyündə müəyyən bir şeyi, ya-
xud keyfiyyəti ifadə etməyən, lakin nitqdən
asılı olaraq belə bir məna kəsb edən söz -
nitq hissəsi. Şəxs əvəzliyi. Sual əvəzliyi.
ƏVƏZOLUNMA is. Əvəzlənmə.
ƏVƏZOLUNMAZ bax əvəzedilməz.
Ağuz südü təzə doğulmuş qulun üçün əvəz-
olunmaz qiymətli qidadır.
ƏV ƏZOLUNMAZLIQ is. Əvəz oluna
bilməmə, əvəzi olmama.
ƏVƏZSİZ sif. 1. Əvəzi olmayan, əvəz
oluna bilməyən, başqası ilə əvəz edilə bil-
məyən. Əvəzsiz yoldaş. - ..Bünyadın dostu
da özü kimi Mollayevi əvəzsiz bir şəxsiyyət
sayanlardandı. M.Hüseyn. Zahid [Rübabə-
nin] həmişəlik və əvəzsiz munisi olmuşdu.
Mir Cəlal.
2. Misli-bərabəri, tayı olmayan. Əvəzsiz
gözəl. - Hiss olunurdu ki, Cavahir əvəzsiz
çalışqan imiş. T.Ş. Simurq.
3. zərf Pulsuz, müftə, qarşılıqsız. Bəııdalı
xəyalına gətirə bilməzdi ki, adam adama
əvəzsiz, pulsuz bir xeyir iş görə. Mir Cəlal.
ƏVVƏL zərf [ ər .] 1 . İlk dəfə, birinci dəfə.
[Dərviş:] Ruqiyyə əvvəl babasına yaxın
düşə bilmirdi. A.Divanbəyoğlu.
2. İs. mənasında. Başlanğıc, ibtida, işin
əvvəli çətindir. Kitabın əvvəli. Əsrimizin əv-
vəli. II Qoş. mənasında. Qabaq. İnqilabdan
əvvəl. Soyuqlar düşməzdən əvvəl
3. Əvvəlcə, qabaqca. Əvvəl sən gəl. Əv-
vəl fikirləş, sonra dcınış. Bilmirəm, hansı
işdən əvvəl başlayım.
4. Qabaqlarda, əvvəllərdə, ilk vaxtlarda,
keçmişdə (bu mənada çox vaxt “əvvəllər”
və “əvvəlləri” şəklində işlənir). Əvvəl{lər)
xəttim yaxşı idi, soııralar korlandı. Əvvəllər
gözəl səsi var idi. Əvvəllər burada karvan-
sara yerləşirdi. Əvvəllər biz çox yaxın idik.
5. Zaman etibarilə daha qabaq, daha irəli,
daha birinci. Mən səndən əvvəl gəldim. Üç il
bundan əvvəl olmuş hadisə. O məndən əvvəl
işə başladı. Vaxtından əvvəl gəlmək. Müba-
hisəni kim əvvəl başladı? - İki sənə əvvəl,
böylə məşum qara günü kim xatırlardı?
H.Cavid. Ülfət toy adı eşidib əvvəl tutuldu.
Mir Cəlal. Bir az əvvəl ildırımlı gecələri an-
dıran o gözlər bu odlu göz yaşlarında
təlatümə gəlmiş bir dəniz kimi qaynadı.
Ə.Məmmədxanlı.
6. Yer etibarilə qabaq, irəli. O məndən
əvvəldir.
7. Bax əvvəla. [Dedim:] Sara bibi, əvvəl
budur ki, Ağamalıoğluna verilən ərizə gərək
latın əlifbası ilə yazılsın. Qantəmir.
0 Əvvəl əldə - əvvəlcə, birinci növbədə.
əvvəl-əvvəl zərf Əvvəlcə, qabaqca.
ƏVVƏLA ara s. [ər.] Birincisi, birinci
olaraq, ən əvvəl. [Nəcəf bəy:] Qəhrəman
bəyin, əvvəla, pulu yoxdur. Ə. Haqverdiyev.
[Ömər:] Əvvəla, qızı görməmişəm və ondan
savayı, qız on, ya on bir yaşında. Məgər bu
sində qızı almaqmı olar? N.Nərimanov.
ƏVVƏL-AXIR zərf Gec-tez. Bilirdim ki,
əvvəl-axır başıma; Gətirəcək qalmaqalı
151
ƏVVƏLCƏ
ƏYAL
gözlərin. Q. Zakir. [Əsgər:] Əvvəl-axır çötkə
gələcəkdir. N.Vəzirov.
ƏVVƏLCƏ zərf 1. Qabaqca, ilk öncə,
daha əvvəl. Əvvəlcə sədr iclası açdı, sonra
məruzəçiyə söz verdi. - [Eldar] əvvəlcə nə-
dənsə yenə bu söhbəti sabaha qoymaq istədi.
M.Rzaquluzadə. // Daha əvvəl, birinci iş ola-
raq. Köhnə ağacı əvvəlcə dibindən kəsdilər,
sonra sürütləyə-sürütləyə apardılar.
2. Başlanğıcda, ibtidada. Əvvəlcə iş ada-
ma ağır görünər.
3. Başlamadan qabaq, qabaqca. Əi’vəlcə
fikirləş, sonra danış. Əvvəlcə yaxşı qulaq as,
sonra etiraz et. - [Süleyman:] Hələ indi, əv-
vəlcə bir Əsgəri evləndirək, görünür ki. bu.
çox tələsivir. Ü. Hacıbəyov.
ƏVVƏLCƏDƏN zərf Qabaqcadan, əvvəl-
dən. Əvvəlcədən tədarük görmək. Əvvəlcə-
dən şərtləşmək. - Bunlar hamısı əvvəlcədən
hazırlanmış oyundur. M. İbrahimov. Giley-
güzarov əvvəlcədən qonaqların siyahısım
tutar.. S. Rüstəm.
ƏVVƏLDƏN zaı/Qabaqdan, lap irəlidən,
əvvəl vaxtdan, ilk vaxtdan, ibtidadan. Mən
bunu əvvəldən bilirdim. Şərti əvvəldən
demək lazım idi. - Hər kim əvvəldən inan-
mış hər nəyə ; Bir də ram olmaz o, digər bir
şeyə. H.Cavid. Hər qəbir dünyanın bağrında
yükdür ; Əvvəldən torpağın dərdi böyükdür.
M.Rahim. □ Əvvəldən-axıra kimi, əvvəl-
dən-axırına kimi - başdan-başa, hamısı,
bütün. Əvvəldən-axıra kimi yalandır.
ƏVVƏLƏN [ar.] bax əvvəla. Əvvələn,
biz onu tanımırıq, ikincisi... Əvvələn, o bizim
dediklərimizlə razı olmaz, sonra isə... - Əv-
vələn, ümdeyi-mətləb bu ki, şəhr əhli tamam ;
Tənbəlü kahilü bihimmətü nadan, mənə nə?!
M. Ə. Sabir. Əvvələn, yüngül tənbehlərin ha-
mısı manifestə düşür. C.Məmmədqııluzadə.
ƏVVƏLİNCİ bax birinci. Əvvəlinci
sıra. Əvvəlinci övlad. Əvvəlinci yeri tutmaq.
Əvvəlinci rolları oynamaq. - [Nazlı:] Doğ-
rudur, bir neçə adam bilir ki. Yusif ilə sən
əvvəlinci dəfə görüşməyirsəıı. N.Nərima-
nov. Birdən uzunboylu müsafir, əlində bir
çamadan vaqonların birisindən aşağı dü-
şüb, əvvəlinci klas tərəfə qədəm qoydu.
S.M.Qənizadə. [İskəndər bəy:] ..O hər kimə
nəsib olsa, yəqin bil ki, dünya üzündə əv-
vəlinci xoşbəxt olar. N.Vəzirov.
ƏVVƏLKİ sif. 1 . Yer, sıra, zaman, say və s.
etibarilə - birinci. Şəkildə sağdan əvvəlki
adam. Əvvəlki müzakirə daha canlı keçdi.
2. Bundan qabaqkı, bıından əvvəl olmuş,
keçmişdə olan, keçmiş. Əvvəlki hadisələrin
izləri. Əsərin əvvəlki variantı. Əvvəlki adət-
lər get-gedə aradan qalxır. - Lakin Nurəd-
din .. əvvəlki halına düşmədi. S.S.Axundov.
Zahirən evdə heç şey dəyişməmişdi, əvvəlki
səliqə, əvvəlki qayda, əvvəlki münasibətlər
davam edirdi. M. İbrahimov.
3. İs. mənasında. Keçmişdə, daha əvvəl
olan, keçmişə aid olan şey, hadisə, hal.
Əvvəlki daha yaxşı idi. Əvvəlkindən heç
olmaz. - [Dərviş:] Qoca kişi əvvəlkindən
indi diqqət ilə mənə baxıb, məndən xoyla-
nan kimi oldu. A.Divanbəyoğlu.
ƏVVƏLLƏR zərf 1. İlk zamanlar, ilk
çağda, ibtida. Əvvəllər işdən çox qorxurdum.
II İs. mənasında. İlk günlər, başlanğıc, ibtida.
Dərs ilinin əvvəlləri. XX əsrin əvvəlləri.
2. Keçmişdə, keçmiş zamanda. Əvvəllər
onun gözəl səsi var idi. Əvvəllər hafizəm
çox yaxşı idi.
3. Daha qabaq, daha əvvəl, çox qabaq,
çoxdan. O, ədəbiyyat sahəsində fəaliyyətə
daha əvvəllər başlamışdır.
ƏVVƏLLƏRDƏ bax əvvəllər. Əvvəl-
lərdə bizə çox gələrdi. O, əvvəllərdə də çox
arıq idi. - Zeynal əvvəllərdə Mehribanı se-
virdi. S. Hüseyn.
ƏVVƏLLƏRİ bax əvvəllər 1 və 2-ci
mənalarda. ..Əvvəlləri Məşədi Molla Həsən
kitab satardı. C. Məmmədquluzadə. [Cəmil
bəy] əvvəlləri azacıq yorğun kimi idi. H.Cavid.
Mart ayının əvvəlləri idi. Ə. Vəliyev.
ƏYAL is. [ər.] köhn. 1. Ailə, külfət. [Yu-
sif Sərrac] öz kəsbi ilə özünü və əyalını sax-
lamağa məşğul oldu. M.F.Axundzadə. İndi
əgərçi ona zəhmət olar ; Qışda əyalı, özü
ralıət bular. M.Ə. Sabir. Para nədir? Üzünü
gördüyüm bir il yoxdur; Fəqət əyal yanında
xəcalətim çoxdur. Ə.Nəzmi.
2. Arvad, zövcə. Bəs nədir yığıbsan neçə
əyalı; Doğmaz şad olarsan, doğar ağlarsan.
M. V. Vidadi. [Qoca kişi:] Budur, neçə gün olar
ki, özümə bir əyal gətirmişəm. Ə. Haqverdi-
yev. Sonra bir tikə yavan çörək də tapsam,
əyalım ilə qabaq-qabağa əyləşib ağız
ləzzəti ilə, iştaha ilə yeyərəm. Mir Cəlal.
152
ƏYALƏT
ƏYİLMƏK
ƏYALƏT is. [ar. ] 1. tar. Bir valinin ida-
rəsi altında olan ölkə. Həmədan ilə Bağdad.
Həmədan ilə İraq, Xarəzm, Rey və Fars
əyalətləri arasında şiddətli danışıqlar və
alış-verişlər gedirdi. M. S. Ordubadi.
2. Bəzi dövlətlərdə: ölkənin bölündüyü
inzibati rayonların hər biri; vilayət, mahal.
1918-ci ilin yaz və yay fəsillərini İranın Gi-
laıı əyalətində keçirmişdim. S. Hüseyn. Sət-
tarxaıı dövründə təşkil olunmuş əyalət əncii-
məııləri müəyyən hüquqlara malik olan mux-
tar dövlət üsulundan başqa bir şey deyildi.
M. İbrahimov. Xəmsə əyalətinin mərkəzi
Zəncan Azərbaycanın mühüm şəhərlərindən
biridir. P.Makulu.
3. İri mərkəzlərdən uzaq olan yer. // Ümu-
miyyətlə, ölkənin paytaxtdan, mərkəzdən
uzaq olan ərazisi. Nəhayət, əyalətdə işləyən
görkəmli bir vücud xanım Süsəni götürüb
Tehrana apardı. M.İbrahimov.
ƏYAN' sif. [ər.] Gözlə görünən, açıq,
aydın, aşkar (adətən xəbər şəkilçisi ilə iş-
lənir). Onun düzgünlüyü hamıya əyandır. -
Gedən, getmə, dayan, dur ; Sirrim sənə əyan-
dır. (Bayatı). Sənə əyandır, ey dilbər, sevdi-
yim! Qurbanidir, bir şey dilər, sevdiyim!
Qıırbani. □ Əyan etmək (eləmək) - aydın
etmək, bildirmək. Yox bir açıq dilim, sənə
mən eyləyim əyan; Ta sən qanınca, qalma-
yacaq millətimdə can. Ə. Qəmküsar. Qur-
ban bu xəbəri gəlib xanımına əyan elədi.
İ.Musabəyov. Əyan olmaq - bəlli olmaq,
aşkar olmaq, aydın olmaq. Cənnətin yavıq-
laşnıağı ustaya əyan oldu. Çəmənzəminli.
ƏYAN 2 top. [ər.] kölın. Keçmişdə: ölkə-
nin yııxarı təbəqələrinə mənsub olan mötə-
bər və yaşlı adamlar; zadəganlar. Nüşabə
taxt üstündə oturmuş, ətrafda vəzirlər, əyan-
lar, sərkərdələr, saray adamları dayanmış-
dır. A.Şaiq. Ordunu yola salmaq üçün Gən-
cənin əyan və ziyalıları İsfahan kəndinə
qədər gəlmişdi. M. S. Ordubadi. Papaqların
bəzisi uzun və qovun çeşnisində idi, bun-
ların sahibinin molla və əyandan olmağı
aşkar idi. Çəmənzəminli.
ƏYANİ sif [ər.] 1. Açıq, aşkar, gözlə
görünən, göz qabağında olan, tamamilə ay-
dın, inandırıcı. Əyani misal. Əyani sübut,
dəlil. // Zərf mənasında. Deyilənləri əyani
göstərmək.
2. ped. Məktəbdə öyrənilən fənlərə dair
material və modelləri tələbələrə bilavasitə
göstərmək əsasında qurulmuş və buna
xidmət edən. Əyani tədris. □ Əyani təhsil
- qiyabi təhsildən fərqli olaraq, məktəbdə
dərs və məşğələlərə müntəzəm surətdə
davametmə yolu ilə təhsil alma üsulu.
ƏYANİLİK is. 1. Əyani şeyin halı; əyani
olma. Təbiyyat dərslərində əyanilik əsas
şərtdir.
2. Göz önündə olma, aşkarlıq, aydınlıq,
inandırıcılıq.
ƏYANLIQ is. Əyan rütbəsi.
ƏYAR is. [ər.] 1. Qiymətli metalın saflıq
və xalislik dərəcəsi. Üzüyün əyarı. Qızıl
pulun əyan.
2. Düzgünlük, dəqiqlik.
ƏYARQABI is. Bəzi maddələrin miqda-
rını müəyyən etmək üçün ölçü qabı. Bizim
kəndlilərin hər birinin evində bir əyarqabı
olar ki, onun içinin nə qədər yağ tutması bir-
dəfəlik müəyyən edilir. Ə. Haqverdiyev.
ƏYDƏM is. Əyrilik, bir yeri əyri olan şey.
ƏYDƏMLİ sif. Bir yerində əyrilik olan.
ƏYDİRMƏ “Əydirmək” dən/w.
ƏYDİRMƏK “Əymək” dən icb. Budağı
əydirmək.
ƏYƏ 1 bax adə. [Kürd Musa:] Murad!
Əyə, .. sənin yaxşı səsin var; Onun sözlərin-
dən bir oxu, barı! S.Vurğun. [Koxa:] Əyə,
uşaq-uşaq danışma, ballı xəşildən səni bu-
raxdı yoxdur, - dedi. S. Rəhimov.
ƏYƏ 2 is. xiis. Əyələmək üçün işlədilən
polad alət; suvand.
ƏYƏ 3 is. mif. тәһ. Hami ruh.
ƏYƏLƏMƏ “Əyələmək”dən (is.
ƏYƏLƏMƏK/ Metalın üzərindən müəy-
yən qatı əyə ilə sürtüb götürməklə ona dəqiq
ölçü vermək və hamarlamaq; sııvandlamaq.
ƏYƏLƏNMƏ “Əyələnmək"dən fis.
ƏYƏLƏNMƏK məch. Əyə ilə sürtülmək;
suvandlanmaq.
ƏYİLMƏ "Əyilmək”dən fis.
ƏYİLMƏK/ 1 . Əyri hala düşmək. Dəmir
əyildi. Məftil əyilib.
2. Təzyiq, ağırlıq altında aşağıya doğru
meyil etmək; sallanmaq. Ağacın budaqları
əyilib. - Ev köhnə evə oxşayır. Çünki tirlə-
rin çoxusıı əyilibdir. C.Məmmədqulıızadə.
153
ƏYİLTMƏ
3. Belini əymək, aşağı qatlanmaq. Əyilib
daşı yerdən qaldırdı. - Südabə əyilib [anası-
nın] alnından öpərək çəkilib getdi. M.İbrahi-
mov. Əyilib yeri nə qədər diqqətlə yoxladımsa
da, heç bir iz görmədim. M.Rzaqulıızadə.
4. məc. Sitayiş etmək, səcdə etmək, baş
əymək. [Şeyx Sənan:] Gəlməz əldən əyil-
məmək.. Əlbət; Səndə var çünki başqa ül-
viyyət. H. Cavid. Ey gənc! Səadəti bir xəyal
bilmə ; Nə olursa olsun, ancaq əyilmə!
S.Vıırğıın. [Leyla:] De ki, üz döndərib mə-
həbbətimdən; Ucuz şöhrətlərə əyilmərəm
mən! B. Vahabzadə.
5. məc. İncimək, küsmək. Nə deməkdir
dost dostundan əyilmək? M.P.Vaqif.
6. Etina etmək, meyil göstərmək, fikir ver-
mək. Gözlərini bir kərə silməzdi el; Qəze-
təyə, jurnala əyilməzdi el.. M. Ə. Sabir.
7. Batmağa doğru meyil etmək (Günəş
haqqında). Dağ başını qar alar; Gün əyilər,
saralar; İgid ölər, ad qoyar; Müxənnətdən
nə qalar? (Bayatı). O gün axşamüstü günəş
üfüqə doğru əyilmiş, kölgələr uzanmağa baş-
lamışdı. S. Hüseyn. Gün əyiləndən sonra sa-
hənin üzərində dəstə-dəstə dolaşa uçuşur-
du. İ. Hüseynov. Şahmar evlərinə çatanda
gün lap əyilmişdi. B. Bayramov.
ƏYİLTMƏ “Əyiltmək”dən/;'s.
ƏYİLTMƏK f. Əyri etmək, əyri hala
salmaq.
ƏYİN is. 1. Bədənin başdan qeyri bütün
hissəsi. Əyninə yeni kostyum geymişdir.
Əynində heç bir şey yoxdur (çılpaqdır). -
Əynində donu yox, başına papaq axtarır.
(Ata. sözü). Həyətin sol tərəfindən Vəliqulu,
əynində cındır gödək arxalıq və başında
köhnə boz papaq, kürəklə peyin sərirdi.
C. Məmmədquluzadə. Əynindəki həmişəlik
iş paltarından başqa bircə dəst bayır-bacaq
paltarı var idi. H.Nəzərli.
2. Paltar, üst-baş. Əyni köhnədir. - [İkinci
kəndli:] Boğazımdan kəsmişəm, əynimdən
kəsmişəm, vur-tut [ Bakıdan \ üç yüz manat
pul gətirmişəm. C. Cabbarlı. ..Çimnaz arvad
əynini dəyişmək lazım olduğunu təkrar
[Nazlının] yadına saldı. Ə.Əbülhəsən.
0 Əyninə biçilmək - düz gəlmək,
tamamilə münasib olmaq (paltar haqqında).
[Qoltuqçu:] Elə bil ki, tamamən əyninə
ƏYİRMƏÖLÇƏN
biçilibdir, - deyə tərifə başladı.. S. Rəhimov.
Əyninə çəkmək - geymək.
ƏYİN-BAŞ is. Paltar, üst-baş. Özünə bir
yaxşı əyin-baş düzəltdi. - [Hafizə xanım:]
Əynin-başın bir az düzəlibdir, elə bilirsən bir
şeysən? Ə.Haqverdiyev. Bir iyirmi manat da
uşaqların və Mehribanın əyin-başı götürər.
S. Hüseyn. Mən dedim : - Üşüyərsən! Sən
dediır. - Əyilim-başım istidir. R.Rza.
ƏYİNDİRİK is. dan. Köynəyin arxasına
salman astar. Əyiııdirik köynəyin tez vırtıl-
masına mane olur.
ƏYİNTİ is. 1 . Əyilmiş yer, əyri, bir şeyin
əyilmiş hissəsi. Borunun əyintisini düzəltmək.
2. məc. Hər hansı bir işdə düzgün xəttin
pozulması, səhvə yol verilməsi, zərərli if-
ratçılıq. İşdə əyintiyə yol verməmək. Əyinti-
ləri aradan qaldırmaq.
ƏYİRDƏK is. Südlə yoğrulub yağda qı-
zardılmış kövrək qoğal. Camal əmi səliqə ilə
iki torba əyirdək, bir torba qovurğa, bir torba
iydə .. yeşiyə qabladı. Ə. Vəliyev.
ƏYİRDİLMƏ “Əyirdi lmək”don f.is.
ƏYİRDİLMƏK “Əyirtmək”dən məcli.
ƏYİRİCİ 1. sif. xüs. İplik və s. əyirən.
Əyirici sexi.
2. is. İplik əyirən usta. Qız yavaş-yavaş
əyirici peşəsinə yiyələndi.
ƏYİRİCİLİK is. Əyirmə işi, əyiricinin işi,
sənəti.
ƏYİRİLMƏ “Əyirihnək”dən /.7,s.
ƏYİRİLMƏK “Əyirmək” dən məch.
ƏYİRİLMİŞ f.sif. Əyirilərək ip halına sa-
lınmış. [Gülsüm:] Nə xəbər, qaçaqaç deyil ki,
mənim hələ əyirilmiş yunum var. C. Cabbarlı.
ƏYİRMƏ 1. “Əyirmək”dən f.is.
2. sif. Əyirilmiş. Əyirmə yundan corab
toxuyurlar.
ƏYİRMƏK f. Əllərin arasında, yaxud
müxtəlif mexanizmlər vasitəsilə yun, pam-
bıq liflərini eşib ip halına salmaq. Cəhrəsi
qarşısında ip əyirər; Uşağıyçın belə dua
eləyər. A.Səhhət. [Tapdığın] anası isə çox-
dan bəri məfrəşdə saxladığı yunu darayır,
əyirirdi. Ə. Vəliyev. Fati qaşqabağını töküb :
- Görmürsən yun darayıram? - dedi, - ip
əyirəcəyəm, gəbə toxuyacağam. Ə.Abasov.
ƏYİRMƏÖLÇƏN sif xüs. Sapın, ipin və
s.-nin eşilmə dərəcəsini müəyyən edən cihaz.
154
ƏYİRTDİRMƏ
ƏYLƏNMƏ
ƏYİRTDİRMƏ 1 . “Əyirtdirmək”dən f.is.
2. sif. Əyirtdirilmiş. Əyirtdirmə ip.
ƏYİRTDİRMƏK icb. Əyirtmə işi gördür-
mək. İp əyirtdirmək.
ƏYİRTMƏ 1. “Əyirtmək”dən f.is.
2. sif. Əyirdilmiş. Əyirtmə ipək sapı.
ƏYİRTMƏK icb. Əyirmə işi gördürmək
(başqasına). İp əyirtmək.
ƏYİŞ-ÜYÜŞ: əyiş-üyüş olmaq dan. -
əyilmək, əyri hala düşmək. Moliayevin ..
sifəti bozarıb əyiş-üyüş oldu. M. Hüseyn.
ƏYLƏC is. Maşını, qatarı saxlamaq me-
xanizmi; tormoz.
ƏYLƏMƏ “Əyləmək”dən f.is.
ƏYLƏMƏK f Saxlamaq, dayandırmaq,
durdurmaq. Atı əyləmək. Maşını əyləmək. -
[Hatəmxan ağa:] Göydə uçan qanadlı quşu
əyləmək olarsa. Şahbazı da güclə əyləmək
olar. M.F.Axundzadə. “Salaməleyküm” səsi
məni əylədi. A.Divanbəyoğlu. Düz mənə tərəf
gəlirdi. Üzəngimdən yapışıb əylədi. Mir Cəlal.
ƏYLƏNCƏ is. 1 . Ürəyi əyləndirəcək, kön-
lü açacaq şey, əylənmək üçün vasitə. Meh-
ribanın yeganə əyləncəsi çocuqlan idi.
S. Hüseyn. Sitarənin könlü daha əyləncələr
diləməzdi, fikrindən də uşaqlar ilə laqey-
danə oynamaq keçmirdi. Çəmənzəminli.
2. Faydasız, səmərəsiz, əhəmiyyətsiz şey;
boş vaxt keçirmə. Kim ki tənbəlliyə məhəbbət
edər; Daim əyləncələrlə ülfət edər. M.Ə.Sabir.
Firidun Şəmsiyyəniıı bir oyun, bir əyləncə
düzəltdiyini güman etdi. M. İbrahimov.
3. məc. Çox asan iş mənasında. Onun üçün
bu iş əyləncədir.
4. məc. Oyuncaq, əylənmək üçün alət. Xə-
bər olsun hər təzəyə, hər gəncə; İnsan - ço-
cuq, həyat ona əyləncə.. M. Müşfiq. ..Sonra
gördüm başqa bir aləmdəyim; Bir yığın insan
üçün əyləncəyim!.. H. Cavid. Nə erkək, nə
qadın əyləncə deyil. S.Vurğun. □ Əyləncə
olmaq - başqasının bütün əmrlərinə sözsüz
tabe olmaq, əlində oyuncaq olmaq. [Nüşa-
bə:] ..Dost olsa həm Şəki, həm Aran, Gəncə;
Ellərim düşmənə olmaz əyləncə. A.Şaiq.
// Əylənmək üçün alət olmaq.
ƏYLƏNCƏLİ sif. 1. Əylənib vaxt keçir-
mək üçün yerləri, vasitələri olan. Əyləncəli
parklar. Uşaq meydançaları uşaqlar üçün
əyləncəli yerdir.
2. Ürəkaçan, əyləndirən, məzəli, əylən-
dirici, maraqlı. Əyləncəli tamaşa. Əyləncəli
kitab. Əyləncəli söhbətlər. - [Turxan bəy
Marala:] İnşallah, bir-iki ay sonra Cəmil
Barj omdan gələr. Ona da bir qız nişanlarıq..
Əyləncəli bir toy məclisi qurarıq. H.Cavid.
Əsgərləri alıb qazmalara sarı yönələrkən,
Cuma da əyləncəli bir tamaşadan qayıdır-
mış kimi gülümsəyərək uzaqlaşmaq istə-
dikdə Кәуап əmr etdi.. Ə.Əbülhəsən.
ƏYLƏNDİRİCİ fsif Əyləndirmək üçün
olan, əyləndirən. Əyləndirici söhbət. Əy-
ləndirici tamaşa. Əyləndirici oyunlar. - Qeyd
etmək lazımdır ki, dramaturgiya tarixində . .
nəşəli, əyləndirici komediyalar azdır. Ə.Sul-
tanlı.
ƏYLƏNDİRİLMƏ 1 “Əyləndirilmək 1 ”dən
f.is.
ƏYLƏNDİRİLMƏ 2 “Əyləndirilmək 2 ”dən
f.is.
ƏYLƏNDİRİLMƏK 1 məch. Əyləncə ilə
məşğul edilmək, başı qarışdırılmaq.
ƏYLƏNDİRİLMƏK 2 məch. Saxlanılmaq,
dayandırılmaq, durdurulmaq.
ƏYLƏNDİRMƏ 1 “Əyləndirmək 1 ”dən/ is.
ƏYLƏNDİRMƏ 2 “Əyləndirmok 2 ”don f.is.
ƏYLƏNDİRMƏK' f. Əyləncə ilə məşğul
etmək, başını qarışdırmaq, şənləndirmək,
ürəyini açmaq. Uşaqları cürbəcür oyunlarla
əyləndirmək. Yanında bulunan qadınlar
[Gülzarı] yayındırmaq və əyləndirmək üçün
qrammofon oxudurlardı. T.Ş. Simurq. [Hə-
sən:] ..Rəşid əfəndi gəldi də sizi əyləndirir.
H.Nəzərli. // Oynatmaq, əyləncə etmək. Bir
könülə kifayətdir bir mənalı məhəbbət; iki
qəlbi əyləndirmək xəyanətdir, sevgilim!
S.Rüstəm. [Tutu:] Bir zaman məni də bu cür
yağlı dillərlə əyləndirirdin. Ə.Vəliyev.
ƏYLƏNDİRMƏK 2 f. Hərəkətdə olan bir
şeyin hərəkətini saxlamaq, dayandırmaq,
durdurmaq. Gedən adanıı əyləndirmək. -
Qərəz, Gülpəri gilabısatanı əyləndirib evə
qayıdar və: - Ay ana, tez ol, gəl, gilabısataıı
qapıdadır, - deyərdi. H. Sarabski. [Səlim]
kəndlərinin bərabərinə çatanda maşını əy-
ləndirdi, sərnişinlər ona kömək etdi, onu
yük maşınından düşiirtdülər. S. Rəhimov.
ƏYLƏNMƏ' “Əylənmək 1 ”dən f.is.
ƏYLƏNMƏ 2 “Əylənmək 2 ”dən f.is.
155
ƏYLƏNMƏK
ƏYMƏLİ
ƏYLƏNMƏK 1 / Dayanmaq, durmaq, yu-
banmaq, ləngimək. O, görəsən, harada əy-
ləndi, gəlib çıxmadı? - [Dəli Həsən:] Əylən,
bir qulaq as sözə. “Koroğlu”. Fərhad qul-
luqdan çıxanda daha bir yanda əylənməyir,
tez evə qayıdırdı. C. Cabbarlı. // İlişib qal-
maq, sakin olmaq. 1918-ci ildə Minkənd
tərəfdən gələn Zəngəzur qaçqınlarından bu
kənddə əylənənləri çox olmuşdu. Ə.Abasov.
ƏYLƏNMƏK 2 f. 1 . Ürək sıxıntısını dəf
edərək xoş vaxt keçirmək, ruhən istirahət
etmək üçün əyləncə ilə, əyləndirici bir şeylə
məşğul olmaq, vaxt keçirmək. Axşam yax-
şıca əyləndik. - [Xəyyam:] Qayğı bilməz,
içərək əyləniriz; Ayrı olsaq da, həqiqətdə
biriz. H.Cavid. [Zeynal] hər zaman gülmək,
əylənmək, bağırmaq, sərxoş olaraq səfa-
hətlə vaxt keçirmək istəyirdi. S.Hüseyn.
[Xan] ..hətta özü də saatlarca Buğacla əylə-
nib nişan atırdı. M. Rzaquluzadə. // Oyna-
maq, şənlik etmək. Uşaqlar bağçanın hə-
yətində əylənirlər. - Sən şad ol, sən əylən,
sevin, gül barı; Qoy mən ayrılığın çəkim
yükünü. R.Rza.
2. Lağa qoymaq, masqaraya qoymaq, ələ
salmaq, oynatmaq. Dükançıların bizimlə
əyləndiklərini anlayaraq : - Bağışlayın, - dedi.
A.Şaiq. // Zarafat etmək, şuxluq etmək. Ara-
bir Ballı onunla əylənərək : - A kişi, lıansı
bəxtəvəri sevmisən? - deyirdi. A.Şaiq.
ƏYLƏŞDİRİLMƏ “Əyləşdirilmək”dən
fis.
ƏYLƏŞDİRİLMƏK məcli. Oturdulmaq.
ƏYLƏŞDİRMƏ “Əyləşdirmək” dən/ıs.
ƏYLƏŞDİRMƏK icb. Oturtmaq. Yanında
əyləşdirmək. Qonağı başda əyləşdirdilər. -
Anadı Cavadı çarpayının üstündə əyləşdir-
di. Ə. Haqverdiyev. Ata oğlunu sakit edib
əyləşdirdi. Mir Cəlal. İntizamla əyləşdirdi;
Reyhan bütün uşaqları. M.Dilbazi.
ƏYLƏŞMƏ “Əyləşmək” dən fis.
ƏYLƏŞMƏK f. Oturmaq. Buyurun, əylə-
şin. Hərə öz yerində əyləşdi. - Usta Zeynal
balkonda əyləşib çıxartdı çubuğunu və baş-
ladı çəkməyə. C.Məmmədquluzadə. Masa
ətrafında dörd nəfər əyləşmişdi. H.Nəzərli.
Qabaq cərgədə əyləşmiş Qərənfil bacı alı
çəkdi. İ. Əfəndiyev.
ƏYLƏTMƏ “ Ə y 1 o t m ө k 2 ” d o n /.7.S' .
ƏYLƏTMƏK 1 bax əyləndirmək. Əylət-
mədiıı qəlbin əziz qonağın; Ölüncə sinəm-
dən çəkilməz dağın. Molla Cümə.
ƏYLƏTMƏK 2 / Saxlamaq, dayandırmaq,
durdurmaq.
ƏYLİK is. Cüyür.
ƏYMƏ 1 1. “Əymək”dən fis.
2. Əyri, yay şəklində olan. [Səttar xanın]
əymə və qövsi qaşları tez-tez qalxır(dı).
M.S. Ordubadi.
ƏYMƏ 2 is. 1. Dişləni (əskeşi) qayışlar va-
sitəsilə xamuta (boyunduruğa) bənd etmək
üçün istifadə edilən əyilmiş ağacdan ibarət
qoşqu hissəsi. Əymə əyir, mənfəət ilə satır;
Pul qazanır, yaxşı qazanca çatır. A.Səhhət.
2. Araba çarxının, üz tərəfdən şinlə
qapalı olub pərlər keçirilən dairəsi. Çarxın
əyməsi şinsiz tez xarab olııı;
ƏYMƏK / 1. Bir yana meyil etdirmək,
aşağıya, yerə tərəf meyilləndirmək. Ağacın
budağını əymək. - [Palıd:] Əssə külək, qopsa
da tufan yenə; Əyməyə əsla gücü çatmaz
mənə. M.Ə. Sabir. Bu yerlərdə limon sarı;
Əyir, salır budaqları. S.Vurğun. Kolların
altında baş qaldırmış körpə bənövşələr
yazıq-yazıq boynunu əyib sanki torağayla-
rın səsinə qulaq asırdı. Ə.Vəliyev.
2. Əyri şəklə salmaq. Məftili əymək. Kəf-
girin sapını əymək. Qaşığı əymək. Uşaq çu-
buğu əyib özü üçün yay qayırdı.
3. məc. Belini bükmək. Mən aşıq, dərd
əydi; Dərman əydi, dərd əydi; Dərmana ge-
dən təbib; Gəl, xəstəni dərd əydi. (Bayatı).
Pərişan etdin halımı; Əyibsən qəddi-dalımı.
Q.Zakir. Atabalaııı fələk əyə bilməzdi, Bala-
kişinin ölümü kişini yay kimi əydi. A.Şaiq.
4. məc. Razı salmaq, qane etmək, tabe et-
mək. Onu əymək mümkün deyil.
5. məc. Təhrif etmək, düz yoldan sapdır-
maq, əyintiyə yol vermək.
OAğız əymək - bax ağzını əymək
(“ağız 1 ”da). Baş əymək - bax baş. Boyun
əymək - bax boyun. Qaşını əymək - na-
razılıq ifadə etmək. [Şölə xanım:] ..Sənin
kefin yaxşı olsun, niyə qaşını əyibsən?..
M.F.Axundzadə. İşi əymək -bax iş.
ƏYMƏLİ sif. dan. Əyri, əyri olan, əyil-
miş. Əyricə qaşı var, ucu əyməli; Kətan köy-
nək geyib, köksü düyməli. Aşıq Kərəm.
156
ƏYRƏMCƏ
ƏYRİBOYUN
ƏYRƏMCƏ is. məh. Arıq, sısqa, cansız.
Bu uşaq nə əyrəmcə uşaqdır?
ƏYRƏMLİ sif. Əyri, əyri-üyrü. Dağ at-
ları yolu ehtiyatla, elə bil ki, hər qarışı diq-
qətlə yoxlaya-yoxlaya gedirlər. Belə olmasa,
altı-üstii göz qaraldan, əyrəmli, nazik cığır-
ların qurbanlarını sayıb qurtarmaq olmaz.
R.Rza.
ƏYRİ sif. 1. Düz istiqamətdə olmayan,
düz xətt təşkil etməyən (düz ziddi). Əyri
yol. Əyri xətt. Əyri qılınc. - Cığır dolanbac
yol kimi əyri idi. M. İbrahimov. Murad dedi:
- Var, bala; Əyri qazma üsulu. M. Rahim.
// Düz durmayan, düz olmayan, bir yana
əyilmiş. Əyri barmaq. Əyri çənə. Əyri
mismar. - Xudayar bəyin bir böyük qiisuru
var. Burnu əyri di, əyri di, amma pis əyridi..
C. Məmmədquluzadə. [Qaçaym] burnu bir
qədər əyri və iri idi. Ə.Vəliyev. // Zərf mə-
nasında. Əyri getmək. Mıxı əyri vurmaq. -
Ümumi zəiflikdən başqa [Cəbinin] ayaqları
da əyri bitirdi. N.Nərimanov. □ Əyri bax-
maq - 1) gözünün yan tərəfi ilə baxmaq,
çəp baxmaq; 2) məc. Narazı, şübhəli, yaxud
kinli və hiddətli baxışla baxmaq. Axır
vaxtlarda nədənsə mənə əyri baxır.
2. Sözündə, işində, hərəkətində düz ol-
mayan, yalançı, fırıldaqçı. Əyri adam bir
gün özünü göstərəcək. - Əyri adanıın baca-
rıqlı olmağı, düz adamın əfəlliyindən cəmiy-
yət üçün daha qorxuludur. M.İbrahimov.
□ Əyri danışmaq - düz danışmamaq,
səmimi danışmamaq, hiylə işlətmək, biclik
etmək. Əyri getmək - 1) fırıldaq, hiylə
yolunu tutmaq, düz yolla getməmək;
2) aldatmaq, vəfasızlıq göstərmək. Əzəldən
arada əhdii peyman var; Əyri getmə, Əslim,
yolu düz yeri! “Aşıq Kərəm”. Əyri görmək
- pis şəkildə görmək, xoşuna gəlməyəcək
tərzdə görmək. Niyə bəs böylə bərəldirsən, a
qare, gözünü; Yoxsa bu ayinədə əyri görür-
sən özünü? M.Ə. Sabir. Hər nə gördüm, əyri
gördüm, özgə babət görmədim. M.P.Vaqif.
Əyri güzgü - 1) əksi düzgün göstərməyən
güzgü; 2) məc. bir şeyin təhrif olunmuş əksi.
// Is. mənasında. Casusmusan ki, yoxsa oğru?
Ya əyrimisən ki, yoxsa doğru? Xətayi. Bir
oğru, bir əyri, bir də haramı; Bu üçü bir olsa
kolda gizlənər. Xəstə Qasım. Tənbələ, əyriyə
xeyirxahlıq etmək yaxşı işləyənin belindən
basmaqdır. M.İbrahimov. // is. Düzgün olma-
yan şey. Şairəm, çünki vəzifəm budur əşar
yazım; Bədi bəd, əyrini əyri, düzü həmvar
yazım. M.Ə. Sabir. [Keykavus şah:] Çarə bul,
seçilsin doğru əyridən. H.Cavid. [Vəzir:] Belə
olar əyyar sözü; Yanlış deyər əyri, düzü.
A.Şaiq. □ Əyri iş - fırıldaq, hiylə. ..Əyri
işlərin haqqında doğru danış. M.S. Ordubadi.
3. is. riyaz. Əyri xətt. Diaqramın əyriləri.
Əyrinin nöqtələri. П Hər hansı bir prosesin
kəmiyyət nisbətini göstərən (əyri xətt
şəklində) qrafik təsvir. Temperatur əyrisi.
Yağıntı əyrisi.
0 Əyri göz - mövhumatçıların etiqadmca,
gözü dəyə bilən adamın gözü. [Qızyetər:]
Yox... yox..., qadan alım, min əyri göz var;
Bircə farağat dur, .. göz dəyər sənə. S.Vurğun.
Əyri (gözlə) baxmaq - qeyri-məmnun,
narazı, acıqlı yaxud şübhəli nəzərlə bax-
maq. Əyri gözlə mənə baxdı. Əyri-əyri
baxmaq - bax əyri (gözlə) baxmaq. Sona
əyri-əyri baxır Məşədi Zeynəbin üzünə və
birdən onun üstünə hiicunı çəkib itələyir.
C.Məmmədquluzadə. Hacı Rəsul çomaqlı
kəndliyə əyri-əyri baxdı. Mir Cəlal. Molla
Şirəlinin ən çox zəhləsi getdiyi, ona əyri-əyri
baxıb salam verməyən cavanlar idi. S. Rəh-
man. Əyri oturaq (oturub), düz danışaq
bir-birimizdən incisək də, həqiqəti olduğu
kimi deyək. Ey fələk, gəl ki, bir əyri oturub
düz danışaq. S.Ə.Şirvani. [Gəray ağa:] Gəl
burada, bu qapalı otaqda, bu İçərişəhərdə
əyri oturub düz danışaq! S. Rəhimov.
ƏYRİAĞIZ sif. Ağzı əyri olan. Əyriağız
adam.
ƏYRİAYAQ sif. Ayaqları əyri olan. Əy-
riayaq kişi.
ƏYRİBEL sif. Beli əyilmiş, beli əyri olan.
..Gecə-gündüz karxanasının fikrini çəkən
əyribel Cavadın söz istəməsi aranı sakit
etdi. Ə.Əbülhəsən.
ƏYRİ-BƏRİ zərf Ora-bura, o tərəfə-bu
tərəfə. [Tələbələr] gecə səhərə kimi yatmır,
əllərini ovxalayır, əyriyə-bəriyə gedirdilər.
“Qatır Məmməd”.
ƏYRİBOYUN sif. Boynu əyri olan. Körpə
Aslanın yadına .. əyriboyuıı dəvə və iri göz
dəvə balası düşdü. S. Rəhimov.
157
ƏYRİBÖYÜR
ƏYRİBÖYÜR sif. Bədən quruluşu əyri,
biçimsiz olan.
ƏYRİ-BULAMAC sif. məh. Çox əyri, əyri-
üyrü. Əyri-bulamac yollar. - ..Şəhərin tari-
xini öyrənməklə bərabər, əyri-bulamac küçə-
lərini də tanımağa başladıq. Ə.Əbülhəsən.
ƏYRİBURUN sif. Burnu əyri olan.
ƏYRİBUYNUZ sif. Buynuzları əyri olan.
Əyribuynuz qoç.
ƏYRİ-BÜYRÜ bax əyri-üyrü. Əyri-
büyrii ağac. - Yunan əlifbası girdələşə bil-
məyib, əyri-büyrü xətlər ilə yazılırdı.
F.Ağazadə.
ƏYRİCƏ sif. Az əyri, bir qədər əyri, ya-
xud çox əyri. Qabağımıza əyricə bir yol çıxdı.
Əyricə ağac. // Qövs şəklində, yay kimi. Əy-
ricə qaşı var, ucu əyməli; Kətan köynək geyib,
köksü düyməli. “Əsli və Kərəm”.
ƏYRİCİZGİLİ sif. Cizgiləri əyri (çəp)
olan. Əyricizgili dəftər.
ƏYRİÇİYİN sif. Çiyni əyri olan. Əyri-
çiyin adam.
ƏYRİDİMDİK sif Dimdiyi əyri olan. Əy-
ridimdik quş. - Bu, iri toyuq boyda, uzun,
əyridimdik anac bir çil gülənşah idi.
M.Rzaquluzadə.
ƏYRİ-DOLANBAC sif. Əyri-üyrü, dolan-
baclı, düz xətt üzrə olmayan. Əyri-dolanbac
dalan. - Darısqal, əyri-dolanbac küçələri ..
bu qəsəbəni qədim şəhərlərə oxşadırdı.
Ə.Əbülhəsən.
ƏYRİ-ƏSKİK bax əgər-əskik.
ƏYRİXƏTLİ sif. riyaz. Əyri xətlərlə dü-
zələn. Əyrixətli səth. Əyrixətli fiqur. Əyri-
xətli üçbucaq.
ƏYRİQIÇ sif. Qıçları əyri olan. Əyriqıç
adam.
ƏYRİQILÇA bax əyriqıç.
ƏYRİLİ sif. Əyrisi, əyri yeri, ya yerləri
olan. Belə əyrili çubuqdan səbət toxumaq
olmaz. Əyrili yol.
ƏYRİLİK is. 1 . Əyri şeyin halı. Tirin əy-
riliyi. Məftilin əyriliyi.
2. ınəc. Hiylə, biclik; düz, namuslu yolla
getməmə ( düzlük əksi). Bir xəyanət görün-
məyib bizdən ; Əyrilik sadir olmayıb düzdən.
S.Ə.Şirvani. Zira ki, yalan və əyrilik həmişə
aşkar olub insanı bədnam edir. N.Nərimanov.
ƏYRİLMƏ “Əyrilmək”dən fis.
ƏYRİ-ÜYRÜ
ƏYRİLMƏK тәсһ. Əyri hala düşmək,
əyilmək.
ƏYRİM 1 1 . is. Döngə, dönüş.
2. sif. Əyrisi, döngəsi olan. Əyrim yol.
0 Əyrim laləvər bot. - birillik iriyarpaqlı
bitki. Əyrim laləvər birillik bitkilərdəııdir.
Gövdələri 40 sm-ə qədər hündürlüyündədir,
girdə-tinlidir, adətən budaqlaııandır. Yar-
paqları iridir, lələk bölümliidür. H.Qədirov.
ƏYRİM 2 sif məh. Sısqa. Əyrim adam.
ƏYRİMÇƏ is. məh. Üzük. Səksən oxu
əyrimçədən keçirdim; Heç kamımda arzıı-
тапт qalmadı. "Koroğlu”. Əyrimçədən ke-
çər beli qızların. “Qurbani”.
ƏYRİM-ÜYRÜ bax əyri-uyrü.
ƏYRİM-ÜYRÜMbax əyri-üyrü. Əyrim-
iiyrüm küçə. Kəndin arası ilə əyrim-üyrüm
gedən bağ yoluna çıxdıq. - Elə bil əkin yer-
lərinə əyrim-üyrüm qara zolaqlar çəkmiş-
dilər. I. Şıxlı.
ƏYRİ-OĞRU top. Oğru, dələduz adam-
lar. Mirzə Qulam xan da yazda-yayda .. va-
lilərinə tabe olmayan əvri-oğruya qulaq-
burması verib, mal-dövlətini yoxlayıb çıxıb
gedərdi. M. Əliyev.
ƏYRİPƏNCƏ bax əyriayaq. Əyripəncə
ayı.
ƏYRİSİNƏ zərf Əyri olaraq, çəpinə.
Əyrisinə gedir. Sənə nə oldu, nə üçün düz
yolda əyrisinə yeriyirsən?
ƏYRİSİZ sif. Əyri yeri olmayan, düz
olan. Əyrisiz ağac olmaz, olsa da düz olmaz.
(Məsəl).
ƏYRİTMƏ “Əyritmok”dən fis.
ƏYRİTMƏKbax əyiltmək.
ƏYRİ-ÜYRÜ sif 1 . Çox yerindən əyilmiş,
düz yeri olmayan. Əyri-üyrü ağac. Əyri-
üyrü məftil. - Müqim bəyin boynu qısa,
qılçaları gödək, əyri-üyrü, qarnı qarpız
kimi qalxıq, başı da aran yerinin düyələyi
kimi yupyumru idi. S.Rəhimov. Qaş qaralır,
əyri-üyrü daşların sıx kölgəsi; Qəbirlərin
üstü ilə sürünür ilan kimi. B.Vahabzadə.
// Düz olmayan, düz istiqamətdə getməyən,
çoxlu döngələri olan. Əyri-üyrü küçələr.
Əyri-üyrü xətt. Əyri-üyrü cığırlar. - Müəl-
lim kəndin .. əyri-üyrü küçələri ilə gedirdi.
S. Hüseyn. Qarlı güneyin sinəsində əyri-
üyrü, çalın-çarpaz cığırlar əmələ gəlirdi.
B.Bayramov.
158
ƏYYAM
ƏZAB
2. Bax əyri 2-ci mənada. Əyri-üyrü
adamdan qaçmaq lazımdır. H Is. mənasında.
Mənim çarəm nədir? Mən gecə səhərə kimi
gözümü yummuram, böyük şəhərdir, necə
olsa beş nəfər əyri-üyriisü olmayacaqmı?
M. S. Ordubadi.
3. Yanlış, qüsurlıı, nöqsanlı. [Mirzə Sə-
fər] şeirlər oxuyardı və oxuyandan sonra da
onları əyri-üyrü (z.) rus dilinə tərcümə edər-
di. Ə.Haqverdiyev.
0 Əyri-üyrü baxmaq - bax əyri-əyri
(“əyri”də). Məcid, xanımın məzəmmətini eşit-
cək bir az əyri-üyrü ona baxdı.. B.Talıblı.
ƏYYAM is. [ər. “yovm” söz. cəmi] Gün-
lər, çağ, zaman, dövr. Keçən əyyam. Bu əy-
yamda (bu dövrdə). Biz gözəl əyyamda ya-
şayırıq. - Əyyami-baharü güldür, oğlum!
Qoyma məni qəmdə, güldür, oğlum!
M. Ə. Sabir. Bu hal necə ki haman əyyamda,
habelə indi də hökmfərmadır. C.Məmməd-
quluzadə.
ƏYYAR sif. və is. [ar.] Hiyləbaz, kələk-
baz, çoxbilmiş, fırıldaqçı, dolandırıcı. Qara
pəhləvan yaman güclü, həm də yaman əyyar
idi. "Koroğlu”. Əyyar İbrahim Şiraza gə-
ləndən sonra Fərəc ixtisara düşən bir müəl-
lim vəziyyətində qalmışdı. Qantəmir. // Oğru,
cibkəsən, evyaran. Əyyarlar başladılar
Dəmirçioğlunutı üstünə bihuşdan səpməyə.
“Koroğlu”.
ƏYYARLIQ is. Oğmluq, fırıldaqçılıq, do-
landırıcılıq. Bu qəzvinli Şeydadır ki, gündüz
sərraflıq elər, gecə əyyarhq. M.F.Axundzadə.
ƏYYAŞ is. [ar.] Vaxtını eyş-işrətlə,
sərxoşluqla keçirən adam, içki düşkünü.
..Əyyaşların yurdu sayılan "Metropol" ote-
lində bu gecə fövqəladəlik vardı. M. S. Ordu-
badi. ..Ara-sıra rast gəldiyi gecə əyyaşla-
rının hay-küyü [Məhbusinin] nəzərini cəlb
edə bilmirdi. M. İbrahimov.
ƏYYAŞLIQ is. Vaxtını içki içməklə, eyş-
işrətlə keçirmə, içki düşkünlüyü. Əyyaşlıq
böyük bədbəxtlikdir. - Əyyaşlığın sonu
yorğunluq və səfalət, səfalətin sonu heçlik
və fəlakətdir. A.Şaiq.
ƏZA 1 is. [ar.] Yas, matəm. [Alim:] Onlar
[tərəkəmələr] bir növ avam .. tayfadırlar,
əza məclisi və mərsiyəxaıı-zad tanımazlar,
amma, əllıəmdülillah, yenə müsəlmandırlar.
Qantəmir. □ Əza saxlamaq - yas tutmaq,
matəm saxlamaq. [Molla:] ..Qonaq gəlib
əza saxlayanlar! Bu gecə başqa gecələrə
bənzəməz. M. Əliyev.
ƏZA 2 is. [ar.] klas. Əziyyət, zəhmət, mə-
şəqqət, cəfa. Mən dəliyəmmi özümü mək-
təbə, dərsə sövq edəm ; Dərsin əzası bir
belə, xalqın ədası bir belə. M. Ə. Sabir. Ay
baba, salma qalmaqal, cövrü cəfadan əl
götür! Dəng eləmə cəmaəti, cəbrii əzadan əl
götür! C. Cabbarlı.
ƏZA 3 is. [ar. “üzv” söz. cəmi] 1. Bədən
üzvləri (Azərbaycan dilində bəzən "üzv”
mənasında işlənir). Quzunun parçalardı əza-
sın; Sındırıb kəlləsin, qabırğasın. S.Ə.Şirvani.
[Şahbaz bəy:] Şəmsi, mənim bədənimdə bir
sağ əzam yoxdur. S.S. Axundov. Hərdən ba-
şını qaldırıb nəzəri uşaqların solğun üzünə
düşəndə [Aslanın] bütün əzası inildəyirdi.
C. Cabbarlı.
2. köhn. Bir cəmiyyət və ya heyəti təşkil
edən üzvlərin məcmusu və ya hər biri. Par-
laman parladı əzası ilə. M. Ə. Sabir. Danı-
şıqdan sonra məhkəmə əzası qərar çıxardıb
hər kəsin haraya göndərilməsini təyin edə-
cəkdir. Ə.Haqverdiyev. ..Çarın taxta oturan
günü bütün koıısulxana əzaları koıısulxana-
dakı ziyafətə yığılmışdılar. M. S. Ordubadi.
ƏZAB is. [ar.] 1. Əziyyət, üzüntü, iş-
gəncə. Toy-bayramdır bu dünyanın əzabı;
Ağlı olan ona gətirər tabı. M. P. Vaqif.
[Nuriyyə:] Əvvəl günlər, dünyada hər əza-
bın bir sonu olduğunu düşünərək özümə tə-
səlli verirdim. İ.Əfəndiyev. Əzaba, zəhmətə
qatlaşmayaraq; Biz şəkilə baxıb şəkil çəki-
rik. B. Vahabzadə. □ Əzab çəkmək -əziy-
yət çəkmək, sıxıntı çəkmək, dərd çəkmək,
möhnət çəkmək. [Əsgər:] ..İstəyirəm qızı
tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin.
Ü.Hacıbəyov. Bağladım vəcdə gəlib hüs-
nünə şerimlə kitab; Bu yolun yolçusu tək
dərdə dözüb çəkdim əzab. S.Rüstəm. Əzab
görmək - 1) bax əzab çəkmək; 2) cəza-
landırılmaq. Əzab vermək (etmək) - əziy-
yət vermək, cəfa vermək, sıxıntı vermək, iş-
gəncə vermək, incitmək. Təklifi-cənnət eylə-
mə kuyində könlümə; Çün cənnət əhlidir, nə
verirsən əzab ona? Füzuli. [Sitarə:] Fərhad,
Fərhad, niyə mənə əzab verirsən, vicdanımı
159
ƏZAB-ƏZİYYƏT
ƏZBƏRDƏN
parçalayırsan? C. Cabbarlı. Sanki tale [Va-
hidə] əzab verir, bütün düşünülməmiş işləri-
nin hayıfını çıxırdı. İ.Hüseynov. Əzaba sal-
maq - əzaba, əziyyətə düşməsinə səbəb ol-
maq. Salıbdır könlümü zülfün əzaba. Q.Zakir.
Cəhənnəm əzabı - çox böyük əzab, əziy-
yət. [Tükəzban:] Fəhlələr yenə cəhənnəm
əzabından qurtulmadılar. M. Hüseyn.
2. Şiddətli mənəvi sıxıntı, əziyyət, ürək
acısı. Vicdan əzabı. - Xüsusilə Mayaya gös-
tərdiyi üz, dediyi sözlər yadına düşəndə Qa-
raş əzabdan qovrulub yanırdı. M.İbrahimov.
ƏZAB-ƏZİYYƏT bax əzab 1-ci mə-
nada. [Cümşüd] qocanın min əzab-əziyyətlə
dolu həyat yoluna nəzər salır, bu həyatın
mənasını aramaq istəyirdi. S. Rəhimov.
ƏZAB-ƏZİYYƏTLİ bax əzablı. Əzab-
əziyyətli iş. Əzab-əziyyətli yol.
ƏZAB-İŞGƏNCƏ b a x əzab 1-ci mənada.
Əzab-işgəncə çəkmək. Əzab-işgəncələr
görmək. - .. Əhməd bütün əzab-işgəncələ-
rin nə üstündə başlandığını unudub, Tovu-
zun yanma qayıdacaqdı. M. Süleymanov.
ƏZABLI sif. Çox əziyyətli, sıxıntılı, çətin;
əzab və əziyyətlə dolu. Əzablı iş. Əzablı
isti. Əzablı yol. - Neft səltənəti Bakıda neft
tapmaq əzablı bir işə çevrilmişdi. A.Şaiq.
Bu bir ay Bilqeyis üçün sıxıntılı və əzablı
keçdi. S. Vəliyev.
ƏZABLI-İŞGƏNCƏLİ bax əzablı. Əzab-
lı-işgəncəli yol. Əzablı-işgəncəli iş.
ƏZABLILIQ is. Əzablı şeyin hal və key-
fiyyəti; əziyyətlilik.
ƏZABSIZ sif. Heç bir əzabı, əziyyəti ol-
mayan, əziyyətsiz, asanlıqla əldə edilən, asan-
lıqla yerinə yetirilən, yüngül, asan. Əzabsız
iş. Əzabsız yol.
ƏZABVERİCİ sif. Cismani, yaxud ruhi
əzab verən, incidən, çox əziyyətli. Əzabve-
rici yara. Əzabverici hiss. - Artıq Məcidin
sözləri [Nadir] üçün əzabverici olmayıb, ..
mehriban bir ananın nəğməsinə bənzəyirdi.
B.Talıblı.
ƏZA-CƏFA is. [ər.] Əzab və əziyyət.
[Şah:] Keşiş, gözümün ağı-qarası bir nəfər
oğlum var. Mən onun əza-cəfasına razı ola
bilmərəm. Ü.Hacıbəyov.
ƏZADAR is. [ər. əza və fars. ...dar] klas.
Əza saxlayan, əzalı; yas saxlayan, yaslı.
ƏZADARLIQ is. Əza saxlama, yas sax-
lama; yaslılıq.
ƏZAN [ər.] bax azan.
ƏZAZİL [ər.] 1. is. Şeytan. Onu əzazil də
aldada bilməz. - Əhsəııi-təqvimi inkar evlər
imansız fəqih; Şol əzazilin ki adın həq deyər,
şeytan budur. Nəsimi.
2. sif. məc. Zalım, amansız, rəhmsiz, in-
safsız, qəddar. Əzazil adam. Əzazil ata. -Nu-
şəfərinin atası çox əzazil və zalımdı. (Nağıl).
Qara xan əzazil bir xan idi. “Koroğlu”. Şiş-
man qadın əzazil bir qayınatla idi. S. Hüseyn.
ƏZAZİLCƏSİNƏ zərf Zalımcasına, insaf-
sızcasına, amansızcasına, qəddarcasına.
Əzazilcəsiııə incitmək. Əzazilcəsinə əziyyət
vermək.
ƏZAZİLLİK is. Zalımlıq, insafsızlıq,
amansızlıq, qəddarlıq. Sabiq milyonerin ar-
vadı Nərmin onun əzazilliyini görəndə üs-
yan edib deyir ki, dövlətlilər amansız və mü-
riivvətsizdirlər. . M. Hüseyn.
ƏZBƏR 1 . is. Bir mətni və ya sözü eyni
ilə təkrar edilə biləcək şəkildə yadda, hafi-
zədə saxlama. □ Əzbər etmək (eləmək) -
bax əzbərləmək. [Ruqiyyə xanım] bütün
elmləri əzbər eləyib, açarını qoymuşdu ci-
binə. “Koroğlu”. Ertə durarsan səhər; Dər-
si edərsən əzbər. A. Səhhət.
2. Bax əzbərdən. Əzbər bilmək. Əzbər
oxumaq. - Sona yenə taxta yığışıb Bahadı-
rın kağızını əzbər oxuyurdu. N.Nərimanov.
0 Dillərdə əzbər olmaq, dillər əzbəri
olmaq - bax dil 1 .
ƏZBƏRÇİ 1. sif. Dərsini anlayıb-anlama-
dan, olduğu kimi, kəlməbəkəlmə hazırla-
yan, əzbərləyən. Əzbərçi tələbə (şagird).
2. is. Çox oxumuş, lakin oxuduğunu me-
xaniki surətdə, qeyri-tənqidi mənimsəmiş
adam haqqında.
ƏZBƏRÇİLİK is. Mənasını bilmədən, də-
rindən öyrənmədən, mexaniki surətdə əz-
bərləmə. Məktəblərdə əzbərçiliklə mübarizə
aparmaq lazımdır.
ƏZBƏRDƏN zərf Əzbər olaraq, yazıya
baxmadan; döşdən, hafizədən. Şeri əzbər-
dən oxumaq. - Bilirəm, Puşkini çoxdan se-
virsən; Qızın da, oğlun da əzbərdən desin.
S. Vurğun. Çoxusıı əzbərdən şeirlər söylə-
yirdi. M.İbrahimov.
160
ƏZBƏRƏ
ƏZƏLƏLİ
ƏZBƏRƏ dan. bax əzbərdən. Əzbərə
şeir demək. Poemanı əzbərə oxudu.
ƏZBƏRLƏMƏ “Əzbərləmək”dən fis.
ƏZBƏRLƏMƏK/ Əzbər etmək, oxuduğu
və ya eşitdiyi bir şeyi olduğu kimi zehnində
saxlamaq, mənimsəmək. Şeri əzbərləmək.
Rolunu əzbərləmək. - ..Marallarını .. moizə
kitablarını rəfdən alıb, tozlarını təmizləyib
başlayırlar əzbərləməyə. Ə. Haqverdiyev.
Namiq Kamalın bu şerini Mirzə Süleyman
bəy .. əzbərləmişdi. B.Talıblı.
ƏZBƏRLƏNMƏ “Əzbərlənmək”dən fis.
ƏZBƏRLƏNMƏK f. Əzbər yadda saxlan-
maq, əzbər öyrənilmək, əzbər edilmək. Şeir
əzbərlənmişdir. - Savadlı gənclərin bəyazı
olardı, bu bəyazlara ana dilindəki şeirlərin
ııəfıs parçaları köçürülər, əzbərlənərdi.
Çəmənzəminli.
ƏZBƏRLƏTDİRMƏ “Əzbərlətdirmək”-
don fis.
ƏZBƏRLƏTDİRMƏK icb. Əzbərləməyə
məcbur etmək.
ƏZBƏRLƏTMƏ “Əzbərlətmək”dən/w.
ƏZBƏRLƏTMƏK icb. Əzbər öyrətmək,
yadda saxlatmaq. Şeri əzbərlətmək. Poemanı
əzbərlətmək.
ƏZBƏS zərf [fars.] klas. 1. Kifayətcə,
çox miqdarda, həddindən artıq. Hər yanda
böyük xəndək, hər küçədə min dağ; Əzbəs
tökülüb bir-birinin üstünə torpaq. A.Səhhət.
2. Bəzən “ki” bağlayıcısı ilə: əzbəs ki -
səbəb bildirir. Dedi: “Əzbəs ki halətim yox-
dur; Yeməyə hiç rəğbətim yoxdur”.
M. Ə. Sabir. [Qulu:] Əzbəs ki [Yusifin] xa-
siyyəti və mehribançılığı məni özünə qul
edibdir.. N.Nərimanov.
ƏZCÜMLƏ [fars, əz və ər. cümlə] kit.
köhn. O cümlədən.
ƏZDAD is. [ər.] köhn. 1. Zidd sözünün
cəmi (zidlər).
2. köhn. Rəqiblər.
ƏZDİRMƏ “Əzdirmək”dən/w.
ƏZDİRMƏK “Əzmək” dən icb.
ƏZƏL [ər.] 1. is. Əvvəli, ibtidası olmayan
keçmiş zaman ( əbəd müqabili). Səbəb nə
oldu ki, peymanii əhdi sındırdın? Vəfavii
əhdə əzəl etibar edən sən idin. X.Natəvan.
2. zərf Əvvəl, irəli, qabaq, ilkin, əvvəlcə,
qabaqca. Əzəl sən gəl. - Əzəl bunu, sonra
da o birisini min, təzəcə sulanmış şumda sə-
yirt, qaratikaıılığa sür, sonra da sıldırım
daşlı dağa çap. “Koroğlu”. A kişi, bundan
əzəl xalqda hörmət var idi. M. Ə. Sabir. // sif.
İlk, birinci. Su gəldi, dağdan axdı; Dağ-
daşa ün buraxdı; Məhəbbət şirin şeydir;
Hər kəsin əzəl bəxti! (Bayatı). Dizi üstə əzəl
alıb başımı; Sildi lütf ilə qanlı göz yaşımı.
A.Səhhət. □ Əzəl başdan (gündən) - lap
əvvəldən, başlanğıcdan, qabaqdan. Əzəl
başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün
ərməğandır teliniz. M.V. Vidadi. Bir ayna-
dır bizim səhnə; Bir aynadır əzəl başdan;
Xalqımızın həyatını; Əks etmişdir hər bir za-
man. B.Vahabzadə. Vurub qoltuğuna sədəfli
sazı; O da əzəl gündən telə bağlıdır. H.Arif.
3. Cəm şəklində: əzəllər - qabaqlarda,
keçmişdə, əvvəllər. Qəm deyildi, sevsə idi
əzəllər; Eşidən tən edib, indi lağ eylət;
Q.Zakir. Sonralar sevilib bəyənilmədi; Əzəl-
lər kimsəni bəyənməyən qız. H.Arif.
ƏZƏLCƏ zərf Əvvəlcə, qabaqca, birinci
olaraq. Əzəlcə söz kimə verildi? Əzəlcə qoy
o keçsin.
ƏZƏLDƏN zərf Lap əvvəldən, ilk vaxt-
dan, ibtidadan. Əzəldən deyər ki, bəri dur,
bəri; İrəli gedərsən, o durar geri. Q.Zakir.
Biganələrlə çünki olub aşina könül; Ey kaş,
olmayaydım əzəldən mən aşina! S.Ə.Şiıvani.
Əzəldən belədir, hər yeni şair; Bir yeni yol
bulub, bir əməl bəslər. Ə. Cavad. Əzəldən
düşmənəm qorxu ilə mən. M.Rahim.
ƏZƏLƏ 1 is. [ər.] anat. İnsan və heyvan
bədəninin, hüceyrələrdən ibarət olub, yığıla
bilən orqanı və ya onun bir hissəsi; muskul.
Qolunun əzələsi daş kimidir. Əzələ fəaliy-
yəti. Ürək əzələsi. Qıç əzələləri. - Qolunu
açdı, bükdü, dedi : - Əzələyə bax! Heç bilir-
sənmi nədir ikipudluq oynatmaq? R.Rza.
ƏZƏLƏ 2 [ər. “əzəf’dən] bax əzəl 2-ci
mənada. Ədalət var idi bundan əzələ; Ya-
man yerə yetib iş gələ-gələ. Q.Zakir.
ƏZƏLƏLİ sif. İnkişaf etmiş əzələləri
olan. Əzələli qollar. - Həmişə fiziki işdə ça-
lışan adamlara məxsus yoğun əzələli bir gən-
cin gurultulu səsi onların danışığını kəsdi.
M.İbrahimov. // Əzələləri qüvvətli. Çox əzə-
ləli pəhləvandır, onu basmaq çətindir.
161
ƏZƏLƏSİZ
ƏZİCİ
ƏZƏLƏSİZ sif. Əzələləri inkişaf etmə-
miş, əzələləri zəif olan. Əzələsiz qollar.
ƏZƏLİ sif. [ər.] Zamanca başlanğıcı, ib-
tidası olmayan ( əbədi müqabili). Kəhkəşan
südlü nəhri andıraraq ; Əzəli bir kitab oxurdu
mana. H.Cavid. Bu doğrudur, sevda olur əzəli;
Mən şairəm həyatımdan bezəli. Ə. Cavad.
Həyatın əzəli bir qanunu var; işsiz hünər
yoxdur , hünərsiz də iş. S.Vıırğım.
ƏZƏLİLİK bax əzəliyyət.
ƏZƏLİYYƏT is. [ar.] kit. Əzəlilik, za-
manca ibtidasızlıq, əvvəli olmayacaq qədər
qədimlik (əbədiyyət müqabili).
ƏZƏLKİ sif. Əzəldə olan, əvvəlki. Əzəlki
danışıq. Əzəlki vəziyyət. -Kəsilibdi indi gəlib-
getməyin; Əzəlki çağını könlüm arzular.
Q. Zakir. Çün səni əfv edib xudayi-cahan;
Genə verdi əzəlki surətini. S.Ə.Şirvani.
ƏZƏM sif. [ar.] köhn. Böyük, ən böyük,
ulıı (adətən vəzifə adlarına qoşulur; məs.:
sədri-əzəm - Sultan Türkiyəsində baş
nazir). [Yasavul:] Mən bu cəhəti canişini-
əzəmə yazdığım raportlarda qeyd etmişəm.
S. Rəhimov.
ƏZƏMƏT is. [ar.] 1. Böyüklük, ululuq.
İstərsən əgər şahlıq, şöhrət, əzəmət, hörmət ;
Həm əhdə vəfa eylə, həm faili-peyman ol!
Heyran xanım.
2. Dəbdəbə, calal, təmtəraq, ehtişam. Xə-
lifələrin əzəmət və şöhrəti sönür. M. S. Ordu-
badi. Üstündən əsrlər adlayıb keçsə belə. As-
lanın qurduğu binalar öz əzəmət və təmtə-
rağını itirməyəcəkdir. S. Rəhimov. Bu təpə-
dən baxdıqda Bakının mənzərəsi bütün əzə-
məti ilə göz qarşısında canlanırdı. S.Rəhman.
// Vüqar, qürur. Qaragözlü qız, gəlinlər, ağ-
birçəkli analar; Duruşunda bir əzəmət, ba-
xışında bir vüqar. R.Rza.
3. zərf Əzəmətlə şəklində - təntənə ilə,
ehtişamla, təmkinlə, vüqarla. Sağımızda-so-
lumuzda, önümüzdə; atlılar əzəmətlə durub
bizi gözləyirdilər. S. Rüstəm. Bəzən əzəmətlə
keçir adamlar; Səngərə çevrilib sıravi dam-
lar. M. Rahim.
ƏZƏMƏTLİ sif. Böyük, möhtəşəm. Əzə-
mətli qala. Əzəmətli dağlar. - Ta o dərəcəyə
kimi ki, hətta istanbul kimi bir əzəmətli pay-
taxtda telefon çəkməyi Sultan Əbdülhəmid
qadağan etmişdi. C.Məmmədquluzadə. Təy-
yarəmiz başdan-başa qarla örtülmüş bu əzə-
mətli şəhər üzərində uçur. M. Hüseyn. Mi-
sirli özü çəkdi; Qədim Memfıs şəhərinin;
Əzəmətli səddini. O. Sarıvəlli. // Dəbdəbəli,
təmtəraqlı, möhtəşəm, calallı. Vaxtı ilə bir
qismi miskin və fəqir, bir qismi də möhtəşəm
və əzəmətli qəbirlərdən bir əsər və əlamət
qalmamışdı. S. Hüseyn. Böyük, əzəmətli bir-
saray çilçıraq içərisində yanırdı. S.Rəhman.
ƏZƏMİ 1 sif. [ər.] köhn. Ən çox, maksi-
mum. Azərbaycan . . nasirləri klassik rus rea-
lizminin ən qüvvətli cəhətlərindən - onun de-
mokratlığından, həyat həqiqətlərinə əzəmi
dərəcədə sadiq qalmağından .. öyrənirlər.
M. Hüseyn. Əhmədov fəhlə qüvvəsindən
əzəmi dərəcədə istifadə etməklə kifayətlən-
mədi. Mir Cəlal.
ƏZƏMİ 2 is. [ər.] 1. Keçmişdə palto kimi
üstdən geyilən içi xəzli paltar.
2. Müsəlman dini təriqətlərindən birinin
adı.
ƏZƏMİYYƏT is. [ər.] klas. Böyüklük,
ululuq, əzəmət.
ƏZGİL is. Qoz iriliyində, ətli, çəyirdəkli,
sarı rəngli, təpəsi pipikli bir meyvə və onun
ağacı. Əzgil ağacı. Əzgil meşəsi. Cır əzgil. -
Meşənin dəymiş əzgili saralar; Həm zoğal
da dərilməyib qaralar. A.Səhhət. Əzgil 5-6
metr hündürlükdə, qışda yarpağı tökülən ağac
və ya kol şəkilli bitkidir. Güney yerlərdə,
münbit və rütubətli torpaqlarda daha yaxşı
bitir. H.Qədirov.
ƏZGİLLİK is. Əzgil ağacları bitmiş yer,
əzgil meşəsi, əzgil kolluğu. Bağın bir tərəfi
əzgillikdir.
ƏZGİN sif. Əzinik, yorğun, halsız, taqət-
siz. Hər tərəfdə əzgin kəndlilər bəylərdən in-
tiqam almağa başladılar. H.Nəzərli. Qaraş
özünü itirməyib diqqətlə baxsaydı, atasının
yuxudan çox yorğun və əzgin (z.) qalxdığını
görərdi. M. İbrahimov.
ƏZGİNLƏŞMƏ “Əzginləşmək”dən fis.
ƏZGİNLƏŞMƏK/ Əzgin hala düşmək.
ƏZGİNLİK is. Özünü əzgin hiss etmə, əz-
gin halda olma. Bədənində əzginlik hiss etmək.
ƏZGİN-ÜZGÜN sif. və zərf. Çox əzgin.
Əzgin-iizgün şalvar. - Müqim bəy durub
əzgin-üzgiin halda çıxdı. S. Rəhimov.
ƏZİCİ sif. 1. Çox ağır, çox güclü,
məhvedici, sarsıdıcı. Əzici zərbə.
162
ƏZİK
ƏZİMƏT
2. Ruhu incidən, ağır təsir bağışlayan.
Fəxrəddin bu qədər əzici fikirlərin təsirində
qıvrıldığı zaman oxuyan qız da Dilşada ya-
zılmış qəzəlləri oxumağa başladı. M. S. Ordu-
badi. [Qurban] içində əzici və acı bir sızıltı
duydu. A.Şaiq. Firidwı sərtibin üzündə hər
şeydən yorulmuş, hər şeyə nifrət edən,
dərdli bir narazılığın əzici ifadəsini gördü.
M. İbrahimov.
ƏZİK sif. 1. Əzilmiş. Əzik meyvə. Əzik
pomidor.
2. Ütüsü, şaxlığı, hamarlığı getmiş; hamar
olmayan. Əzik köynək. Əzik qəzet. - Fər-
hadoğlıı əzik paltarlarının üstündə əlini
gəzdirirdi. S. Rəhimov.
3. Batıq, çökiik. Əzik parç. Samovarın bir
böyrü əzikdir. II is. Əzik yer. Əziyi düzəltmək.
4. is. tib. Yıımşaq toxumaların zədələn-
məsi ilə birlikdə qan damarlarının qırılması
nəticəsində əmələ gələn zədə yeri. Ayaq-
dakı əzik. Əlində əzik var.
ƏZİK-ƏZİK zərf 1. Tamamilə əzilmiş
halda. □ Əzik-əzik eləmək (etmək)
1) tamamilə, hər yerini əzmək. Uşaqlar
meyvələri əzik-əzik etdilər ; 2) sındırmaq,
parça-parça etmək. Maşının çarxları yeşiyi
əzik- əzik etdi. Əzik-əzik olmaq - 1) tama-
milə əzilmək. Əzik-əzik olmuş meyvə; 2) sın-
maq, parça-parça olmaq. Xırdavat [zənbil-
ləri], əl arabaları dəmir təkərlər altında
əzik-əzik oldu. Mir Cəlal. // Sif. mənasında.
Əzik-əzik paltarlar.
2. dan. Özünü əzə-əzə, naz-qəmzə ilə,
özünü utanan kimi göstərə-göstərə. Əzik-
əzik danışmaq.
ƏZİKLİK is. Əzik şeyin halı. Almanın
əziklivinə baxma, çürük deyil.
ƏZİK-ÜZÜK sif 1. Çox əzilmiş. Əzik-
iiziik meyvə. - [Qurban:] ..Hər ağac altın-
dan iiç-dörd çuval əzik-üzük alma yığmışıq.
Ə.Məmmədxanlı.
2. Hamarlığı, şaxlığı, düzlüyü getmiş,
əzilmiş. Əzik-iiziik köynək. Əzik-iiziik yay-
lıq. - Yarməmməd portfelindən bir dəstə
əzik-üziik kağız çıxardı. M.İbrahimov.
3. Sınıq, sınıq-salxaq, əyri-üyrü. Əzik-
iiziik stol. - [Koroğlu:] Canım, bunlar əzik-
iiziik dənıir parçalarıdır, nal gətir! “Koroğlu”.
ƏZİLİB-BÜZÜLMƏ is. Naz, qəmzə, işvə,
naz satma, nazlanma.
ƏZİLİB-BÜZÜLMƏK f 1. Nazlanmaq,
naz etmək. [Ələmdar] əzilib-büzülən, şirin-
dil xanımların başları iistiindən uzun dimdi-
yini sallayıb .. baxdı. S. Rəhimov.
2. məc. Cavabdan qaçmağa çalışmaq, tə-
rəddüd etmək. Yasavulbaşı əzilib-büzülməyə
başladı. M.Rzaquluzadə.
3. Əzilmək, əzik-əzik olmaq. Əzilib-bü-
zülmüş paltarı ütüləmək. - Maya ayağa dur-
du, əzilib-üzülmüş balışı çırpdı. M.İbrahimov.
ƏZİLMƏ “Əzilmək”dən fis.
ƏZİLMƏK/ 1. Basılaraq, yaxud ağır bir
şeyin altında qalaraq, ya sıxılaraq əzik hala
gəlmək; zədələnmək. Meyvələr yeşikdə
əzilmişdir. Paltarlar əzilmişdir. - Mən əzil-
miş kol-kosları, sınıq budaqları gördüm.
Ə.Məmmədxanlı.
2. Toza çevrilmək, narın hala gəlmək, toz
halına gəlmək.
3. məc. Məhv edilmək, məğlub edilmək,
döyülmək, darmadağın edilmək. Düşmən
əzildi. - [Uluq bəy:] Vurun, hey, igidlər, bi-
zimdir zəfər; Dəmir məngənədə əzilir qeysər.
A.Şaiq.
4. məc. Zülm altında olmaq, təzyiq altın-
da olmaq, istismar edilmək, məhkum edil-
mək. Mən əzilən bir sinfin hayqıran; Haq
bağıran sədasından yarandım. M. Müşfiq.
5. məc. Nazlanmaq, naz etmək, əzilib-
büzülmək. [Nazlı:] Eh, siz şəhər qızları, çox
ərköyünsünüz. Əzilirsiniz, siiründürürsünüz,
adanıın canını üzürsünüz.. Ə.Məmmədxanlı.
[Gövhər:] Onun böyük bacısı səninlə çox
əzilə-əzilə (z.) danışır, ay Xəlil. S.Rəhman.
ƏZİM sif. [ər.] klas. 1. Böyük. Hər biri-
sinin başına şuriş və tüğyan xəyalı düşdü və
tezliklə Qəzviııdə şurişi-əzim bərpa oldu.
M.F.Axıındzadə. // Çoxlıı. Baxdım ki, əzim
bir cəmaət; Evzən iirəfa, əvət, həqiqət.
M. Ə. Sabir.
2. Ulu, böyük, yüksək, ali. Birisi ona öv-
liya, o birisi ona yelbeyin, birisi ona əzim, o
birisi ona vəzir adını verirdi. S. Rəhimov.
ƏZİMƏT is. [ər.] Bir yerə doğru hərəkət,
yola çıxma, yola düşmə, üz qoyub getmə.
□ Əzimət etmək (eyləmək) - getmək,
yola düşmək, getməyə üz qoymaq. Noldu
səbəb eylədin əzimət? Füzuli.
163
ƏZİM-ƏZİM
ƏZİYYƏT
ƏZİM-ƏZİM: əzim-əzim olmaq (əzil-
mək) - tamamilə əzilmək, əzik-əzik olmaq,
parça-parça olmaq. Kukla yerə düşüb əzim-
əzim oldu. - [Gəray ağa:] Bizim bu fırtınada
üzən gəmimiz daşa çırpınıb əzim-əzim olub!
S. Rəhimov.
ƏZİMÜŞŞAN sif. [ar.] klas. Mərtəbəsi,
dərəcəsi yüksək. Bir əcəb insandır, xub növ-
cavandır; Hökmi- Süleymandır, əzimiişşan-
dır. Aşıq Saleh.
ƏZİNİK sif. 1 . Əzik, əzilmiş. Əzinik qovun.
2. Yorğun, üzgün, əzgin. Mədəd işdən qa-
yıdandan sonra əzinik (z.) yerə girdi, bir az-
dan vuxuladı. S.Rəhimov.
3. Mərhəmət diləyən, yalvarıcı, yazıq. O,
əzinik bir səs çıxardı: - Ağa, rəhm edin!
S.Rəhimov.
ƏZİNTİ is. 1 . Ovuntu, əzilib ovulmuş şey-
lər. Qənd əzintisi. Nabat əzintisi.
2. Bax əzik 3-cü mənada. Samovarın əzin-
tisini düzəltmək. Parçın əziııtisindən su sızır.
3. Bədəndə hiss edilən əzginlik, yorğun-
luq, üzgünlük. Bədənində əzinti hiss etmək.
ƏZİŞDİRİLMƏ “Əzişdirihnək”don /.7,s\
ƏZİŞDİRİLMƏK məch. 1 . Əzgin hala gə-
tirilmək.
2. Döyülmək, kötəklənmək.
ƏZİŞDİRMƏ “Əzişdirmək ” dən f. is.
ƏZİŞDİRMƏK/ 1. Ora-burasını əzmək,
bərk əzmək. Quyudan çıxan daş qırıntıları
güllə kimi .. gəlir və qabağına keçən hər şeyi
əzişdirirdi. M.Hüseyn.
2. Ovuşdurmaq, övkələmək, ovxalamaq.
Gülşad ixtiyarsız olaraq barmaqlarını əziş-
dirdi. Ə.Vəliyev.
3. məc. Döymək, kötəkləmək, qol-qabır-
ğasını əzmək. Telli kandarda çıxardığı
başmaq tayını aldı, [pişiyi] əzişdirəcəkdi.
S. Hüseyn. Məşədi Əsgər o qədər zorlu idi
ki, iiç-dörd elə hambalları bükiib-bükmələ-
yib əzişdirə bilərdi. S.M.Qənizadə. Qonşum
az qaldı məni divara dirəyib əzişdirsin.
S. Rüstəm. // məc. Məğlub etmək, darmada-
ğın etmək. Dayan, almanları əzişdirək qoy ;
Hüseynə edərik yaxşıca bir toy. M.Rahim.
ƏZİYYƏT is. [ar.] 1. Məşəqqət, əzab,
cəfa. Yolun əziyyəti. Əziyyətə rast gəlmək. -
Bəli, Yer üzünün bu mənzərəsi; Arabir məni
də salır qüvvətdən; Həyat qurtarmadı bu
əziyyətdən. S.Vurğun. // Ağrı, ağrı-acı. Yara-
nın əziyyəti. □ Əziyyət çəkdirmək - əziy-
yətə məruz etmək, əziyyət, əzab çəkməsinə
səbəb olmaq, əziyyət vermək, məşəqqət
çəkdirmək. Çəkdirir çox bizə əziyyətlər;
Həm verir xeyli-xeyli zəhmətlər. A.Səhhət.
Əziyyət çəkmək - əzab çəkmək, məşəqqət
çəkmək, ağrı-acı çəkmək. Xəstəlikdən çox
əziyyət çəkmişdir. Yazıq baş ağrısından çox
əziyyət çəkir. - Deyir : - Qoy isinsin, o, can
üstədir; Əziyyət çəkməsin bir neçə günlük.
M.Rahim. Əziyyət olmaq - əziyyətə, mə-
şəqqətə, zəhmətə, çətinliyə, qayğıya səbəb
olmaq. Qorxuram, sizə əziyyət ola. - [Mo-
zalan bəy:] Oyundan camaata çox əziyyət
olur. Ə.Haqverdiyev. Əziyyət vermək (et-
mək, eləmək) - incitmək, çox narahat et-
mək. Diş ağrısı çox əziyyət verir. Yara
əziyyət edir. - Çox əziyyət verib çovğun,
yağmur, bad; Xatirə gəlməyib nə düşmən,
nə yad. Aşıq Ələsgər. Verməmişəm mən ki
xəsarət sənə; Sən də dəxi vermə əziyyət
mənə. A.Səhhət. Əziyyətə salmaq - nara-
hat etmək, zəhmət vermək, əziyyətə
düşməsinə səbəb olmaq. Əziyyətə saldığım
üçün üzr istəyirəm. - [Böyükxanım:] Bu elm
sizi narahat etməz, bir az da atanız kimi
əziyyətə salar. M.S.Ordubadi. Əziyyəti dəy-
mək (toxunmaq) - zərəri olmaq, zərər
vennək, ziyanı olmaq. Adamlara əziyyəti dəy-
mək. Çovğunun camaata çox əziyyəti dəydi.
Əziyyəti olmaq - əziyyət vermək, incit-
mək. Doğrudan deyirmişlər ki, Nikolayın bizə
çox əziyyətləri olub. C. Məmmədquluzadə.
2. Ağır zəhmət, ağır iş, zəhmə tli və çətin
iş. Çiinki bilir rahət əziyyətdədir; Şad
yaşamaq səydə, qeyrətdədir. M. Ə. Sabir.
[Mirzə Cavad:] Ay balam, nahaq yerə bu
əziyyət nə lazımdır, niyə özünü incidirsən?
Ə.Haqverdiyev. Binəvanın üzündə və göz-
lərində əziyyət nişanələri oynaşıb, çox
zəlalətlərə düçar olduğuna işarə verirdi.
A.Divanbəyoğlu. □ Əziyyət çəkmək - zəh-
mət çəkmək, çox işləmək, zəhmətli işlə
məşğul olmaq. Bağ salmaq üçün əziyyət
çəkmək lazımdır.
əziyyətlə zərf 1) böyük çətinliklə, mə-
şəqqətlə, əzabla, əziyyət çəkə-çəkə. Əziy-
yətlə yerimək. - Mələk nənə əvvəl diz üstə
164
ƏZİYYƏTLİ
ƏZİZ-ƏRKÖYÜN
çöküb, sonra ağaca dayanıb, əziyyətlə qal-
xıb yola düşdü. Ə.Haqverdiyev; 2) əziyyət
verilərək, işgəncə ilə. Kəndin ortasında
müxtəlif işgəncə və əziyyətlə öldürülmüş
meyitlərə baxanda adamuı tükləri ürpərirdi.
Ə.Vəliyev.
ƏZİYYƏTLİ sif. Əzablı, məşəqqətli,
əzab və əziyyətlə bağlı olan. // Çox ağır və
yorucu; üzücü. Əziyyətli yol. Əziyyətli iş.
Əziyyətli həyat. H Çox zəhmət tələb edən.
Liiğətçilik çox əziyyətli işdir.
ƏZİYYƏTLİLİK is. Əzablılıq, məşəqqət-
lilik; ağırlıq, zəhmətlilik, yoruculuq, üzücü-
lük. Yolun əziyyətliliyi.
ƏZİYYƏTSİZ 1. sif. Əzabsız; asanlıqla,
çətinlik çəkmədən əldə edilən, görülən.
Əziyyətsiz iş. - Qışsız baliar olmadığı kimi,
döyüşsüz, əziyyətsiz, qurbansız da qələbə,
xoşbəxt həyat yoxdur. Ə.Abasov.
2. zərf Əziyyət vermədən, əzab vermə-
dən, incitmədən. [Pəri Cadu:] Bu, Qurbandır,
gərək onu əziyyətsiz gətirəsən. Ə.Haqverdiyev.
3. sif. Heç kəsə əziyyəti, azarı dəymə-
yən; zərərsiz, ziyansız, azarsız; dinc, sakit.
Əziyyətsiz adam.
ƏZİYYƏTSİZLİK is. 1 . Heç bir əziyyə-
tin, çətinliyin olmadığı hal və keyfiyyət, işin
əziyyətsizliyi. Yolun əziyyətsizliyi.
2. Əziyyətsiz (3-cü mənada) adamın hal
və keyfiyyəti.
ƏZİZ sif. [ər. ] 1. Sevimli, istəkli, ürəyə
yaxın. Əziz oğul. Əziz yoldaş. Əziz dostlar!
- [Yusif:] Açım kağızı, görüm, mənim əziz
ııuri-çeşmim Şamdan bəy nə yazır?
N.Nərimanov. Amma Züleyxa, Əsgərin əziz
qardaşı ilə olan pis rəftarını görüb Əsgəri
sevmirdi. C.Cabbarlı. // Mehriban, məhəb-
bətli, şəfqətli, sevən. Balamsan sən, nəyim-
sən? Arxanısan, köməyimsən; Mən sənin əziz
anan; Sən mənim diləyimsən. (Layla). □ Əziz
olmaq - hörmət bəslənilmək, hörmət edil-
mək; əzizlənmək. Oğul! Bir qayda var eldə-
obada; Qonaq əziz olar, qaçaq olsa da.
S.Vurğun. Əziz tutmaq - 1) çox istəmək,
hörmət bəsləmək, qayğı bəsləmək. ..Şəhrə-
banu arvad Qəhrəmanı oğul və nəvələrin-
dən əziz tuturdu. S. Rəhimov. Camaat Sət-
tarzadənin xətrini əziz tutur. Mir Cəlal;
2) hörmət və ehtiram bəsləmək. Bayramı
əziz tutmaq. // Ərköyün, ən istəkli. Ananın
əziz qızı. H Ən qiymətli, ən dəyərli, ən istə-
nilən. Əziz ömrüm. - Sevdiyin əziz bir şeyə
and iç! M. S. Ordubadi. Mən ona əziz şey
kimi baxmırdım. Mir Cəlal. // Doğma, çox
yaxın, çox sevilən. Əziz ev. Əziz ailə. Əziz
yurd. H Mübarək, ən hörmətli, müqəddəs.
Bu əziz adla çiçəkləndi könüllərdə bahar;
Bir qonaqdır əbədi, məncə, bu ellərdə ba-
har. S.Rüstəm. Bu əziz bayram günü, adııı
çəkiləndə; Kim duymayır qəlbinin həyə-
canla vurduğunu? R.Rza.
2. Ən çox istənilən, ən çox tələb olunan, ən
çox sevilən. [Heydər bəy:] Hər nə isə, başa
diişürsənmi ki, burada fırəng çiti nə əzizdir?
M.F.Axundzadə. // Az tapıldığı, çətin ələ düş-
düyü üçün çox qiymətli sayılan. Nə qədər
şirindir qəlbə məhəbbət; Ömrün mənasıdır
bu əziz nemət. S.Vurğun. Ömrümün üstünə
bir əlli də artırsan əgər; Heç silinməz ürəyim-
dən o əziz, xoş dəmlər. S.Rüstəm. □ Əziz
olmaq - az tapıldığı, çətin ələ düşdüyü üçün
çox qiymətli, hörmətli olmaq, müqəddəs bir
şey kimi baxılmaq. Pul əziz olmuş cahan
əhlinə o qayətdə kim; Ta sanıblar əskinası
Cəbrailin şahpəri. S.Ə.Şirvani.
3. Əzizim şəklində - 1) nəvazişlə müra-
ciət. Əzizim, gəl gedək. - Bu bədbəxtin halə-
tindən, əzizim; Bari o vilada olgil göz-
qulaq. Q. Zakir. [Turxan bəy:] Gedə bilər-
sən, əzizim! H. Cavid. Mina cavab verdi ki,
əmin olunuz, əzizim! I.Musabəyov; 2) bax
əziziyəm. Əzizim, söz deməkdən; Yoruldum
söz deməkdən; Nə sən yoldan yoruldun; Nə
mən yol gözləməkdən. (Bayatı). // Əziziyəm
şəklində - bayatıların başında gələn ilk söz.
Əziziyəm, dilən, gəz; Bağda gülə dilən, gəz.
Qürbətdə xan olunca; Vətənində dilən, gəz.
(Bayatı).
0 Əziz başın üçün - birini inandırmaq
üçün and məqamında işlədilir. Əziz başın
üçün gələcəyəm. - Əziz bcışın üçün, oxu yaz-
dığım; Agah ol halımdan gahbagah mənim.
Qurbani. Əziz olasan - təşəkkür ifadəsi.
ƏZİZCİYƏZ “Əziz”dən oxş. Telli arvad
cavab verdi: - Kimin olacaq, sədrin əzizci-
yəzinirı! M. İbrahimov.
ƏZİZ-ƏRKÖYÜN sif. Naz-nemət içində
böyümüş, çox ərköyün. Əziz-ərköyiin qız.
165
ƏZİZ-GİRAMİ
ƏZM
Əziz- ərköyün övlad. - [Vahid] əziz- ərköyün
(z.) saxlanmış uşaqdır. İ. Hüseynov.
ƏZİZ-GİRAMİ sif. [ər. əziz və fars, gira-
mi] Çox əziz, çox sevilən, çox əzizlənən,
çox ərköyün. Əziz-girami övlad. - [Fatma-
nın] belə əziz-girami oğlunun nişanlısı quru
evə gəlməməli idi. Mir Cəlal. // İs. mənasında.
Hər evin bir əziz-giramisi olduğu kimi. Nazlı
da bu evin əziz-giramisi idi. Ə.Əbülhəsən.
ƏZİZ-XƏLƏF sif. 1 . B a x əziz-ərköyün.
Əziz-xələf övlad. Əziz-xələf qız. - Arvadın
dar dünyada əziz-xələfbircə oğlu vardı. “Ko-
roğlu”. İlk dəfə idi ki, Sadıq kişi .. əziz-xələf
oğlunun səsindəki həzin riqqəti görüb duyur,
ürəyinin başı ağrıyırdı. Mir Cəlal.
2. dan. Ən çox istənilən, çox əzizlənən, ən
çox qorunulub saxlanılan. Əziz-xələf palto.
Əziz-xələf kitab. - Ovçunun tamamilə yad-
dan çıxardığı əziz-xələf tüfəngi də, nəhayət,
yadına düşdü. M. Rzaquluzadə.
ƏZİZLƏMƏ “Əzizləmək”dən fis. Bəlkə
bu qədər əzizləmənin nəticəsi idi ki, uşağın
canı sağ olmurdu. Ə.Vəliyev.
ƏZİZLƏMƏK f. 1. Çox istəmək, nazını
çəkmək, nazı ilə oynamaq, bütün istəklərini
yerinə yetirmək, ərköyün böyütmək. Meh-
riban isə [Şərifəyə] tam mənası ilə analıq
etmiş, onu sevib əzizləmiş və böyütmüşdü.
S. Hüseyn. Onda nə üçün anan səni belə əziz-
ləyir? Ə.Məmmədxanlı. Ata-anası da, dayısı
da Müşkünazın nazı ilə oynayar, onu əzizlər,
üstündə zağ-zağ əsərdilər. Ə.Vəliyev.
2. Hörmət etmək, böyük qayğı göstərmək.
3. Həddən artıq sevmək, müqəddəs bir şey
kimi qoruyub saxlamaq. Dostun məktubunu
əzizləmək. Kitabı əzizləmək. - Qoydu əziz-
ləyib isti qoynuna; Eşqin ərməğanı ad verdi
buna. M. Rahim. Yaxın gəlmirdi ona paltar-
lar, qaş-daşlar da; Əzizlədiyi şeylər qoy-
muşdu onu darda. N.Rəfıbəyli.
ƏZİZLƏNDİRMƏ “Əzizləndirmək”dən
fis.
ƏZİZLƏNDİRMƏK “Əzizlənmək”dən
icb.
ƏZİZLƏNMƏ “Əzizlənmək”dən fis.
Uşağın əzizlənməsi.
ƏZİZLƏNMƏK 1 . məch. Çox istənilmək,
əziz tutulmaq. // Hörmət edilmək, hörmətlə
qarşılanmaq.
2. məch. Ərköyün böyüdülmək. Uşaq çox
əzizləndiyi üçün sözə baxmır.
3. qayıd. Özünü istətməyə, sevdirməyə
çalışmaq.
ƏZİZLƏŞMƏ “Əzizloşmok”dən f.is.
ƏZİZLƏŞMƏK/ Daha da əziz olmaq.
ƏZİZLƏTMƏ “Əzizlətmək”dən f.is.
ƏZİZLƏTMƏK icb. Əzizlənməsinə, ərkö-
yünləşməsinə səbəb olmaq. Uşağı əzizlətmək.
ƏZİZLİK is. 1. Əziz olma, sevilmə, çox
istənilmə. Ananın əzizliyi. H Müqəddəslik,
mübarəklik. Ana yurdunun əzizliyi. Bayra-
mın əzizliyi.
2. Ərköyünlük, naz-nemət. Ağcanın uşaq-
lıq günləri beləcə şan-şərafətlə, əzizlik, bəx-
tiyarlıqla keçdi. Mir Cəlal.
ƏZQƏZA zərf. [fars, əz və ər. qəza] Qə-
zadan, təsadüfən, gözlənilmədən, birdən.
[Səttar] üz çevirib bir biyabana daban aldı.
Əzqəza Xunkar xanımın bunu axtaran
adamları da bu düzlə gedirdilər. (Nağıl).
Əzqəza GiUbadamın səsini kəndin kənarın-
dan bir adam eşidib səslənər. - Ay adam,
kimsən? N.Nərimanov.
ƏZL is. [ər.] köhn. rəs. işdən çıxarma, və-
zifədən kənar etmə. □ Əzi etmək (elə-
mək) - işdən, vəzifədən götürmək, çıxar-
maq. [Şah:] Mən ki o hakimi .. əzi eləmiş-
dim. Ə. Haqverdiyev. [Şah:] ..Mən səni sə-
darətdən əzi edirəm. C.Cabbarlı.
ƏZM is. [ər.] Qəti niyyət, qəti qərar, qəsd.
Çox da vətən torpağı boyandı al qanma;
Əzmimiz qorxu salmış düşmənlərin canına.
S. Rüstəm. // Qətiyyət, cəsarət, mətanət, ira-
də. Əgər bizim iradə və əzmimiz möhkəm və
sabit olarsa, zəmanəmizin həqiqi övladları
ola bilərik. M. İbrahimov. // Ümumiyyətlə,
məqsəd, niyyət. Təmaşayi-rüxiin əzmilə çıxdı
ajitab, əmma.. Füzuli. Ticarət əzmilə Hində
gedərdi; Gecə-gündüz dincəlməyib sürərdi.
Q.Zakir. □ Əzm etmək - 1) köhn. müəy-
yən bir niyyət və qərarla yola düşmək, bir
yerə üz tutub getmək. Bakıya əzm etdi. -
Çün qıldı vəsiyyətini axir; Əzmi-səfər etdi
ol müsafir. Füzuli. Vərqa ona qıldı iizrxahi;
Əzm etdigi yola dutdi rahi. Məsihi. Əzm elə
Yevlaxa sən; Orda vaqonları gör. Ə.Nəzmi;
2) qərara gəlmək, qəsd etmək, niyyət et-
mək. Məcmuəni aprelin yeddisində nəşrə
166
ƏZMƏ
ƏZRAİL
qoymağa əzm etmişdik. C. Məmmədqulu-
zadə. Əzm qılmaq köhn. - bax əzm et-
mək. Tənha səfər ixtiyar qıldı ; Əzmi-səri-
kuyi-yar qıldı. Füzuli. Əzmi-çəmən qılıb bu
gün ol sərv, qorxuram; Bərgi-hənavii gül
dolaşa əl-ayağına. Q. Zakir. Əzm qıldım,
güzar etdim; Mən sizin diyara gəldim. Aşıq
Hüseyn. Əzmindən dönmək - qərarından,
niyyətindən, fikrindən daşınmaq, vaz keç-
mək, dönmək. Yüksəlmək istərəm, əzmim-
dən dönməm! Qarşıma kim çıxsa enmək
vəzifəm. A.Şaiq. [Yaralı zabit:] Bu xəbər düz
də olsa, fərz edəlim; Bir mücahid döııərmi
əzmindən? H. Cavid. Mirzağa məqsədinə
doğru yürüməli, əzmindən dönməməli idi.
S. Hüseyn. Əzmini toplamaq - bir şeyi
həyata keçirmək üçün qəti qərara gəlmək,
iradəsini toplamaq. [Yunis] özünü tufana
düşmüş balıqçılar ilə müqayisə edib əzmini
topladı. Mir Cəlal.
əzmlə zərf Qəti niyyətlə, qətiyyətlə, sə-
batla, dönmədən. Əzmlə irəli hərəkət etmək.
Əzmlə məqsədə doğru getmək.
ƏZMƏ 1 1. “Əzmək”dən f.is.
2. Əzilmiş tərəvəz, ya meyvə xəmiri; püre.
3. Qara ciyər qiyməsindən hazırlanan bir
xörək adı. Əzməni plova qatıb yeyirlər.
ƏZMƏ 2 is. məh. Bülöv. Dəryazı əzmə ilə
itiləmək.
ƏZMƏÇƏLƏMƏK bax əzmələmək.
[Cavad bəy:] ..Ancaq bunu belə eşitmişəm
ki, guya Məhəmməd kişinin qızı bəzən onu
əzməçələyir. N.Vəzirov.
ƏZMƏK f. 1 . Basıb, ya sıxıb yastılamaq,
şəklini pozmaq. Qarpızı, qovunu əzmək.
П Basıb (vurub, toxundurub) bir yerini çö-
kəltmək. Samovarın, qazanın böyrünü əzmək.
2. Həvəngdə və s.-də döyüb narın etmək,
toz halına salmaq. İstiotu həvəngdə əzirlər.
- ...Kakao Amerikadan gələn ot toxumudur.
Onu qabıqdan çıxarıb, qurudub, əzib kakao
adı ilə satırlar. H.Zərdabi. // Ovmaq, doğ-
ramaq. Qızlar əkilmiş torpağın kəsəklərini
əzir, alağını təmizləyir, cərgələrini hamar-
layırdılar. Ə. Vəliyev.
3. Hamarlığmı, şaxlığını, düzlüyünü, ya-
xud ütüsünü pozmaq. Paltarları əzmək.
- Gördün pullarını əzib özünə qaytaranda
nə kiridi? “Koroğlu”.
4. Basaraq, sıxaraq yumşaltmaq. Mumu
əzmək.
5. məc. Darmadağın etmək, məğlub et-
mək. Düşməni əzmək.
6. məc. Döymək, kötəkləmək, əzişdirmək.
[İsmayıl:] Bəy onu bir az əzmişdisə, başa gəl-
mirdi. Mir Cəlal. // Vurub yaralamaq. Layiq-
ini lotular əzələr qardaşın başın? C. Cabbarlı.
7. məc. Sarsıtmaq, yox etmək. Köləlik yenə
də Mahrunun iradəsini və şəxsiyyətini əzmə-
mişdi. M.S.Ordubadi.
8. məc. Mənəvi əzab vermək, əziyyət ver-
mək, incitmək, narahat etmək. Hər halda
düşüncə məni əzirdi. M.S.Ordubadi. [Musa
Əşrəfə:] ..Sizə öylə bir cəza verməliyəm ki,
bundan sonra hər kəsə ibrət olsun, ..
gücsüzləri çeynəyib əzməsinlər.. H. Cavid.
0 Özünü əzmək - naz-qəmzə etmək,
özünü naza qoymaq, əzilib-büzülmək. Əzib
suyunu çıxartmaq məc. - bərk sıxışdır-
maq, incitmək, istismar etmək.
ƏZMƏLƏMƏ “Əzmələmək” dən f.is.
ƏZMƏLƏMƏK f. 1 . Əli ilə əzmək, əziş-
dirmək.
2. məc. Döymək, kötəkləmək. Ara yerdə
uşağınızı o imansız belə əzmələdi. S.Rəhimov.
ƏZMƏLƏNMƏ “Əzmə lənmək” dən f. is.
ƏZMƏLƏNMƏK məcli. Əllə əzilmək,
əzişdirilmək.
ƏZMKAR sif. [ər. əzm və fars. ...kar]
Əzmli, məqsəd və niyyətində qəti. [Məs-
mədə] ..əzmkar, səbatlı bir adamın hal və
hərəkəti vardı və yaxud mənə elə təsir ba-
ğışlayırdı. S. Hüseyn.
ƏZMKARCASINA zərf Əzmkara, əzmli
adama layiq bir surətdə, əzmlə. Əzmkarca-
sına hərəkət etmək.
ƏZMKARLIQ is. 1. Məqsəd və niyyə-
tində qətilik, möhkəmlik, əzmkar adamın
hal və sifəti.
2. Əzmkarlıqla şəklində - bax əzmkar-
casına.
ƏZMLİ sif. Öz niyyət və məqsədində
qəti, sabit, möhkəm və dönməz olan. Əzmli
adam. - [Qadının] zahiri gözəlliyindən daha
dərin təsir edən qəti, cürətli, əzmli danışığı
idi. T.Ş. Simurq.
ƏZRAİL is. [ər.] 1. Dini etiqadlara görə,
bütün insanların ölmək vaxtı çatanda onla-
rın canını alan mələk, ölüm mələyi. Əzrail
167
ƏZVAY
ƏZZƏLKİ
gələndə soruşmaz ki, oğul-uşağın necədir?
(Ata. sözü). [Dərviş:] ..Əzrail hərdənbir
qanadı ilə məni çaldığım anlayıram..
A.Divanbəyoğlu.
2. nıəc. Amansız, qəddar, əzazil, qorxunc
adam haqqında. [Qıırban:] Amma [Hafizəni]
çox əzrail arvad söyləyirlər. Ə.Haqverdi-
yev. [Ağaxan:] Bəydadaş, unutma ki, biz belə
[arvad kimi] əzraillərlə bir yerdə yaşayırıq.
S. Rəhimov. [Meşədə] bizim xanını və onun
oğlu kimi əzraillər yoxdur.. M. İbrahimov.
ƏZVAY is. 1. bot. Qalın ətli və xətvari
yarpaqları olan, təbabətdə işlədilən çoxillik
ot-bitki; aloe. Əzvay çoxillik tropik və ya
subtropik bitkilərdən olub, yoğun, uzun və
kənarı diş-diş ( tikanlı ) ətli yarpaqlara
malikdir. R.Əliyev.
2. Bu bitkinin yarpaqlarından alman acı
dadlı, qara və bərk maddə (xalq arasında
dərman kimi işlədilir). Əzvay bitkisinin
yarpaqlarından alınan şirəni qurutduqda
yaşılımtraq- qonur kütlə alınır. Ona əzvay
deyilir. M.Qasımov.
3. nıəc. dan. Acıdil, ətiacı adam haqqında.
// Söyüş yerində işlənir. [Molla Fərəc:] Ay
Nəsir bəy, bu əzvay oğlu əzvay haradan gəldi,
kefimizə soğan doğradı? M.Əliyev.
4. məc. məh. Aciz, əlindən heç bir iş gəl-
məyən adam haqqında. Əzvayın biridir.
ƏZVAYÇİÇƏKLİLƏR cəm bot. Əzvay
və s. ot və ağacların daxil olduğu bitki ya-
rımfəsiləsi. Əzvay çiçəklilər yamnf əsiləsi .. ot
və ya ağaclardır. Çoxunun yarpaqları göv-
dəsinin uclarına toplanmışdır. M.Qasımov.
ƏZVAYİŞ is. dan. Dolanacaq, yaşayış, və-
ziyyət. Əzvavişi yaxşıdır. - Ancaq əzvayişi
qolay gördüm, öz-özümə dedim: - Kişinin bu
günündə nə dən-düş, nə taxıl? S.Rəhimov.
ƏZV AYLIQ is. dan. 1 . Diliacılıq, acıdillik.
2. Acizlik, maymaqlıq. Əzvaylığmdan bu
iş başına gəldi.
ƏZZƏL bax əzəl. Mən də görmüşdüm
on bir il əzzəl ; Olduqca görkəmli, olduqca
gözəl. S.Vurğun.
ƏZZƏLİ bax əzəlcə. Arxalığın badamı ;
Gün yandırar adamı; Əzzəli özüm qurban;
Sonra da kənd adamı. (Bayatı).
ƏZZƏLKİ bax əzəlki. [Hacı Mehdi:]
Birini qovub ayrısını tutursan, o, əzzəlkin-
dən pis çıxır. Ə. Haqverdiyev.
168
ғ
Ff
Ғ Azərbaycan əlifbasının səkkizinci hərfi,
bax fe.
FA [ital.] Musiqi qammasının “do”dan
başlayan dördüncü səsi; bu səsi ifadə edən
not.
FABRİK [lat. fabrica - emalatxana] Xam-
maldan maşınla müxtəlif məmulat hazırlanan
sənaye müəssisəsi. Tikiş fabriki. Fabrikin
istehsalat planı. - Pambıq çoxaldıqca fabrik
canlanır ; Kollektiv güclənir, birlik canlanır.
M. Müşfiq. Ehtiyat xala .. ipək fabrikində,
bovaq-naxış sexində çalışırdı. Mir Cəlal.
FABRİKÄNT [/a?.] Fabrik sahibi olan
fabrikçi.
FABRİKÇİ bax fabrikant [Mirağa:]
Mülkədar, fabrikçi və tacir zəhmət çəkmir.
Mir Cəlal.
FABRİK-MƏTBƏX [lat. fabrica və ər.
mətbəx] Mexaniki üsulla çoxlu yemək
hazırlanan iri ictimai iaşə müəssisəsi.
Qabaqcıl fabrik-nıətbəx. Bakıda ilk fabrik-
mətbəx 1930-cu ildə işə salınmışdır.
FABULA [lat. fabula - təmsil, nağıl]
1. ədəb. Bədii əsərin qısa məzmunu, hadi-
sələrin ardıcıl ifadəsi. Romanın fabulası çox
mürəkkəbdir.
2. hüq. Cinayət hadisəsinin məzmunu.
FACİƏ is. [ər.] 1. Dəhşətli, ağır nəticəli
hadisə, fəlakət, müsibət, bədbəxtlik. Başına
faciə gəlmək. Alkoqolizm faciə ilə nəticələ-
nir. - Mirzağanın faciəsi ictimai bir faciə idi.
S. Hüseyn. [Şəndə:] İnamı itirmək fəlakətdir
və bir çox faciə də oııdaıı doğur. B.Bayramov.
2. ədəb. Həyatdakı barışmaz ziddiyyət-
lərdən, xarakterlərin, ehtirasların kəskin
toqquşmasından və çox vaxt qəhrəmanın
ölümü ilə nəticələnən əhvalatlardan bəhs
edən dramatik əsər; tragediya. N. Vəzirovıın
‘ 'Miisibəti-Fəxrəddiıı ” faciəsi. Hüseyn
Cavid faciənin kamil nümunələrini yarat-
mışdır. “Nadir şah ” faciəsində N.. Nərimanov
feodalizm quruluşunda saray intriqalarının
ən dəhşətli səhnələrini təsvir edir. M.Arif.
FACİƏLİ sif Faciə ilə dolu; müsibətli,
faciəyə səbəb olan, faciə ilə nəticələnən;
FAHİŞƏLİK
dəhşətli, fəci. Alagöz öz daxili aləmi ilə bir
cəzirə kimi yaşayan evdən qaçmış, həyatın
faciəli səhnəsinə düşmüşdü. S. Rəhimov.
Uşaq vəziyyətin ağır və faciəli olduğunu
duyduğundan, böyük adam ciddiyyətilə səy
edir, anası və bacısı ilə ayaqlaşmağa
çalışır, onlara əlavə yük olmaq istəmirdi.
M. İbrahimov. // Adamı dəhşətə gətirən,
dəhşətli, müdhiş, sarsıdıcı, çox ağır. Faciəli
ölüm. Müharibə faciəli epizodlarla doludur.
FAĞIR is. və sif [ər.] 1. Aciz, yazıq,
məzlum; dinc, sakit. Fağır kişi. - [Nəbi
pristav Mehdi bəyi görcək deyinir:] Ə, bu
fağırı niyə qəhr edirsən? “Qaçaq Nəbi”.
[Hacı Qara:] ..Mən bir fağır adamam,
peşəm sövdəgərlikdir. M.F.Axundzadə.
2. Kasıb, yoxsul, tavanasız, miskin.
Fağıra kömək etmək. - Dağıdın fağırlara ;
Dövlətin, malın keşişin! Aşıq Ələsgər.
[Qulu:] Adam fağıra pul verər, yetimə
paltar alıb qarnını doydurar. S.S.Axundov.
fağır-fağır zərf Yazıq-yazıq, məzlum-
məzlum; fağırcasına. Fağır-fağır oturmaq.
- Mehriban fağır-fağır kişinin dalınca ba-
xıb bir müddət qapını örtmədi. H.Seyidbəyli.
FAĞIRLAŞMA “Fağıriaşmaq”dan f.is.
FAĞIRLAŞMAQ / Acizləşmək, aciz ol-
maq, yazıqlaşmaq, əvvəlki ötkəmliyini,
təşəxxüsünü itirmək, sakitləşmək. Gəlin
fağırlaşmışdı. O, bədnam olduğunu başa
düşmüşdü. B.Bayramov. // Yoxsullaşmaq,
kasıblaşmaq, əli aşağı düşmək.
FAĞIRLIQ is. 1. Acizlik, yazıqlıq, məz-
lumluq.
2. Yoxsulluq, kasıblıq.
FAĞIR-FÜQƏRA top. [ər.] Cəmiyyətin
aşağı, yoxsul təbəqələri, varı olmayanlar,
kasıblar, yoxsullar. Qoçular, quldurlar qa-
tar taxırlar; Fağır- füqəraya yan-yan baxır-
lar. Aşıq Ələsgər. [Hacı:] Fağır- füqəraya
əl tutmuşam. Mir Cəlal.
FAHİŞƏ is. [ər.] Özünü pula satan, fa-
hişəliklə məşğul olan qadın. // məc. Son də-
rəcə alçaq, prinsipsiz, satqın adam haqqında.
FAHİŞƏXANA is. [ər. fahişə və fars.
...xanə] Fahişələrin yaşadıqları və gələnləri
qəbul etdikləri ev, mənzil.
FAHİŞƏLİK is. Qadınların özlərini pula
satması. [Qətibə qəlbində Səba xanıma
169
FAXİR
acıqlanaraq:] ..Sən elə bilmə ki, tədbirli,
bacarıqlısan.. Səni mənə iistüıı gətirən bir
şey varsa, o da sənin fahişəliy indir.
M.S. Ordubadi.
FAXİR sif. [ər.] köhn. 1. Fəxr edən, öyü-
nən, lovğalanan.
2. Gözəl, qiymətli, parlaq. Hacı Kamyab
libaslarının ən faxiriııi geyib Xudayar xaııın
vüruduna hazırlaşdı. Ə. Haqverdiyev.
FAİL sif. [, ər.\ köhn. 1. işləyən, edən.
2. Təsir edən.
3. is. Ərəb qrammatikasında feli sifət mo-
deli.
FAİZ is. [ər.] 1. Hər hansı ədədin tam
(vahid) kimi götürülən yüzdə biri (% işarəsi
ilə göstərilir). Sadə faiz düsturu. - [Bəhlııl:]
Nənəmin gözündə onca faiz işıq vardı.
B. Bayramov.
2. Kapitalın hər yüz manatından əldə edi-
lən gəlir.
3. Borc verilən puldan istifadə etdiyi
üçün borcludan (kreditordan) alınan haqq.
[Hacı Vəli] yüksək faiz alar və girovsuz da
pul borc verməzdi. Çəmənzəminli. Hacı
Kərim hər zaman alış-verişini nağd elər,
faizini də verəcəyi puldan çıxardı. S. Hüseyn.
4. Dövriyyədən, gəlirdən asılı olaraq he-
sablanan muzd. Faiz dərəcəsinin həddi.
5. Məhsulun kəmiyyətinə görə faiz almaq.
0 Yüz faiz - tamamilə, bütünlüklə. Planı
yüz faiz yerinə yetirmək. - [Fərman dedi:]
Normanı yüz faiz yerinə yetirmək hər kəsin
borcudur. Ə. Sadıq.
FAİZLİ sif. Faiz verən, faiz (gəlir) gə-
tirən. Faizli istiqraz.
FAİZSİZ sif. Üstünə faiz gəlməyən, faizi
olmayan, faizlə gəlir verməyən. Faizsiz
istiqraz. Faizsiz borc.
FAKS is. [ing.] 1. Elektron rabitə cihazı.
2. Qrafik məlumatın qəbulu və verilməsi
üsulu.
FAKSİMİLE [lat.] 1. Əlyazması, sənəd,
imza və s.-nin fotomexaniki reproduksiya
yolu ilə çıxarılmış dəqiq surəti. Faksimile
şəklində çap olunmuş əsər. Əlyazmasının
faksimilesi.
2. Birinin əli ilə çəkilmiş imzasını tək-
rarlamaq üçün klişe-möhür. Süleyman xəl-
vətcə ... faksimileni yerə salır. M. İbrahimov.
FAKTURA
FAKT [lat. factum - edilmiş, baş vermiş]
1. Həqiqətən olmuş hadisə, əhvalat, qə-
ziyyə. Bu deyilənlər uydurma deyil, faktdır.
- Hər kəs bildiyi faktı deyir, üçlükdə
müzakirə edib o birinə keçirdilər. B. Bayra-
mov. // Nümunə, misal. Faktı geriyə qalmış-
lardan deyil, qabaqcıllardan götürmək la-
zımdır. Ə. Vəliyev. // Bir nəticəyə gəlmək,
bir işə yekun vurmaq və ya bir ehtimalın,
fərziyyənin düzgünlüyünü müəyyən etmək
üçün əsas olan şey; dəlil. [Prokuror:] Qanun
fakt tələb edir. C. Cabbarlı.
2. Gerçəklik, reallıq, həqiqət, olub-bitmiş
şey. Sübut olunmuş fakt. İnkaredilməz fakt.
-Beləliklə, Naşad əfəndi öz məqsəd və
məramına nail olmuş, Zeynal bir fakt olaraq
Mehribanı boşamışdı. S. Hüseyn. [Məşədi-
bəy rəisə:] Mənim dövlətdən narazılığımı
hansı əsasa görə sübut olunmuş bir fakt
hesab edirsiniz. M. Hüseyn.
FAKTİK sif [lat.] Gerçək, həqiqi, fakt-
lara əsaslanan. Faktik vəziyyət.
0 Faktik nikah hiiq. - qanunun müəyyən
etdiyi qaydada qeyd olunmamış nikah.
FAKTOQRÄFİYA [lat. factum və yun.
grapho - yazıram] kit. Faktların (olmuş ha-
disələrin) təhlil edilmədən, ümumiləşdi-
rilmədən və ya bədii cəhətdən işlənilmə-
dən təsvir edilməsi.
FAKTOR [lat. factor - edən, düzəldən]
Hər hansı prosesin, hadisənin gedişini
şərtləndirən moment, fakt; amil.
FAKTÖRİYA [lat.] 1 . Avropa tacirlərinin
müstəmləkə ölkələrində ticarət kontoru və
yaşadıqları yer.
2. Ucqar ovçuluq rayonlarında ticarət və
təchizat məntəqəsinin adı. Şimalda xəzli
heyvan faktoriyası.
FAKTÜRA [lat. factura - quruluş] 1 . xüs.
İncəsənət əsərlərində bədii üsulun xüsusiy-
yəti. Şerin fakturası. Simfoniyanın fakturası.
2. xüs. Hər hansı bir materialın (məs.:
parçanın, şüşənin və s.-nin) zahiri
görünüşünü müəyyən edən emal üsulu.
3. Alıcıya göndərilən və ya buraxılan
malların növünü, miqdarını, qiymətini mü-
fəssəl surətdə göstərən siyahı. [Sədr:]
Xahiş edirəm ki, tez onun fakturasını alıb.
170
FAKÜLTATİV
haqq-hesabın göndərin ki, o kişilərə işimiz
çox düşür. Mir Cəlal.
FAKÜLTATİV sif. [fı;] Məcburi olma-
yan, könüllü, öz arzusu ilə seçilən. Mühazi-
rələrin fakültativ kursu.
FAKÜLTƏ [alm.\ Ali məktəblərin tədris
obyektinə görə bir-birindən ayrılan şöbələ-
rindən hər biri. Kimya fakültəsi. Hüquq
fakültəsinin dekanı. - [Həsən] riyaziyyat
fakültəsinə .. daxiloldu. I. Əfəndiyev.
FAQÖT [it al.] Konusvari kanalı və ikiqat
qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Fa-
qotun konusvari gövdəsi. Faqot ağcaqayın-
dan düzəldilir.
FAL 1 is. [ər.] 1. Falçıların noxuda, suya,
güzgüyə, kitaba və s.-yə baxmaqla gələ-
cəkdən və ya keçmişdən xəbər verməsi.
Fala inanma, falsız da qalma. (Məsəl). Fal
göstərirdi ki, dan ulduzunun karvanqıran ilə
ötüşüb qovuşmağı gözlənir. Mir Cəlal.
□ Fal açmaq, fala baxmaq - noxuda,
suya, güzgüyə, kitaba və s.-yə baxmaqla
gələcəkdən və ya keçmişdən xəbər vermək.
Şeyx Şabanın arvadı Gülsüm xala da məhəl-
lədə məşhur idi, çünki yaxşı ruh tutardı, çöp
ötürərdi, noxud falı açardı və həcəmət qo-
yardı. Ə. Haqverdiyev. [Gülər:] Qoy bir fala
baxım, görək bizim getməyimiz uğurlu ola-
caq, ya yox? S. Rəhman. Qulaq falı - təsa-
düfən eşitdiyi söhbətdən nəticə çıxarmaqla
fala baxma. Axşam Hacı evdə ikən Kəblə
Xeyransa xanım əlinə bir ayna götürüb küçə
qapısına qulaq falına gedir. H. Sarabski.
2. məc. klas. Bəxt, tale. Açıram məshəfl
yüz dəfə, əlif-lam gəlir; Qamətii zülfdə, ey
dil, nə gözəl falın var. S.Ə.Şirvani. Koroğlu
bu işi yaxşı fal hesab eləyib çox sevindi.
“Koroğlu”.
FAL 2 is. Toyuğun başqa yerdə deyil,
müəyyən olunmuş yerdə yumurtlaması üçün
ora qoyulan yumurta. Yumıırilamadı, yumurt-
lamadı, falını bəs neylədi? (Ata. sözü). [Şah-
pəri:] Bu qıza yüz dəfə demişəm ki, toyuğa fal
qoy, yenə də yadından çıxarır. B. Bayramov.
FAL 3 is. Dilim. Bir fal çörək.
FAL 4 is. [ holl .] Yelkəni qaldırmaq üçün
istifadə edilən kəndir.
FALABAXANbax falçı.
FANATİK
FALAQQA is. Molla məktəblərində şa-
girdləri cəzalandırmaq üçün işlədilən alət.
Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə
çıxmış ayaqlarını ovuşdurub ağlayır..
Ə.Haqverdiyev. [Əmiraslan:] Dədə, mən
məktəbə getməyəcəyəm. Orada molla adamın
ayağını falaqqaya salıb döyür. S.S.Axundov.
// Ümumiyyətlə, keçmişdə müqəssirləri
cəzalandırmaq üçün tətbiq edilən eyni alət
və üsul. Əhmədi yıxıb, ayaqlarını qoydular
falaqqaya, o qədər döydülər ki, ayağının bir
qat qabığı getdi. (Nağıl).
FALÄNQA [>>шј.] 1. Fransız utopik sosia-
listi Şarl Furyenin (1772-1837) layihə-
sində: ideal cəmiyyətin ilkin özəyi olan
əmək icması, kollektiv təsərrüfat.
2. Franko İspaniyasında hakimiyyət ba-
şında olmuş faşist partiyasının adı.
FALANQAÇI is. Falanqa üzvü (bax fa-
lanqa 2-ci mənada).
FALÇI is. Falabaxan, fal açmaqla, fal-
çılıqla məşğul olan adam. Falçı falçıya fənd
vurmaz. (Ata. sözü). Xanbibinı falçı, nənəm
bağtoxuyan; Bizdə, haşa, yox idi bir
oxuyan. M. Ə. Sabir. // Sif. mənasında. Gəzir
qapıları falçı qadınlar; Bəşər taleyini həll
edir onlar! S.Vurğun.
FALÇILIQ is. Falçının işi, peşəsi. [Yar-
məmməd] atasının mollalığını, anasının fal-
çılığını gizlətdiyi üçün onu maarif şöbəsin-
dən qovmuşdular. M. İbrahimov.
FAMİLİYA is. [lat.] 1. Atadan (bəzən də
anadan) övladlarına keçib şəxs adlarına
əlavə edilən nəsli, ailəvi ad. Qızlıq fami-
liyasını saxlamaq. Familiyasını dəyişmək. -
Teymurun dindirdiyi sürücünün familiyası
Cüməzadə idi. H.Seyidbəyli.
2. Nəsil, qohum-əqrəba. Şükür öyrəndi ki,
bu kənddə bir-birilə qanlı iki familiya
vardır. S. Hüseyn. // Ailə, ailə üzvləri.
FAMİLİYALI sif Familiyası olan, müəy-
yən familiya daşıyan.
FANATİK [lat. fanaticus - azğın] 1 . Din-
darlığı həddini aşaraq, başqa dinlərə düşmən
münasibət bəsləyən adam; qatı mövhumatçı.
Bağdad Şərq dünyasını təmsil edən əfsanəvi
bir şəhər kimi, öz fanatik cah-cəlalı ilə bütün
dünyanı heyrətə saldı... Ə.Məmmədxanlı.
171
FANATİK
2. Hər hansı bir işə və ya əqidəyə, məs-
ləkə həddindən artıq sadiq olan adam;
təəssübkeş. Öz işinin fanatiki. - [Bəkir:]
Bura bax, heç olmasa bu gecə işləmə, ay
yoldaş fanatik. İ. Hüseynov.
FANATİK sif. [lat.] Fanatizm mahiyyə-
tində olan; mütəəssib. Fanatik adamlar. Fa-
natik görüşlər.
FANATİZM [lat.\ Fanatik adamın düşün-
cə və hərəkət tərzi; başqa etiqadlara düşmən
münasibət bəsləyib öz inandığına hədsiz
sədaqət göstərmə, sevmə, öz əqidəsinə
qeyri-adi sədaqət; təəssübkeşlik. // Mövhu-
matçılıq. Fanatizmlə mübarizə.
FANER is. [alm.] 1. Yaraşıq üçün taxta
şeylərin üzünə yapışdırılan nazik taxta tə-
bəqəsi.
2. Çarpaz yapışdırılmış bir neçə təbəqə
nazik ağac qatından ibarət taxta növü. Faner
lövhələrin qalınlığı. - Kamal özünə qəribə
bir kirşə qayırmışdı, onun vanlarına nazik
fanerdən təyyarədə olduğu kimi iki qanad
vurmuşdu. M. Rzaquluzadə. // Həmin mate-
rialdan qayrılmış, düzəldilmiş. Faner qapı.
FANİ sif. [ər.] Həmişəlik olmayan, axırı
puç, axırı olmayan; müvəqqəti, keçici, qal-
mayan. Dost tutma dünyanı, fanidir, fani ;
Aldanıb özünü xar eyləməvnən. Aşıq Ələsgər.
Ey bizə fani cahanın dövlətindən dəm vu-
ran; istəyirsən, bizlərə cənnətdə qılman
gülməsin? Ə. Qəmküsar.
FANİLİK is. klas. Axırı puçluq, zaval, yox
olma, müvəqqətilik, keçicilik. [Vaqif:] Hər
şey fani də olsa, faniliyin qəlb, şüur və ağıl
kimi gözəl rəhbərləri var. Çəmənzəminli.
FANTÄST \yun.] 1. Xəyalpərəst, fanta-
ziyaçı.
2. ədəb. Fantastik süjetləri təsvir etməyə
daha çox meyil göstərən yazıçı, sənətkar.
FANTASTfK sif. \yun.\ 1. Fantastikaya
əsaslanan, fantastik mövzuda olan; xəyali.
Fantastik roman. Fantastik süjet xətti. Fan-
tastik əsər.
2. Əcaib, qəribə, əfsanəvi, ecazkar. Fan-
tastik mənzərə. Fantastik görünüş.
FANTASTİKA [уш?.] 1. Xəyalda yaranan
fikirlər, təsəvvürlər, surətlər; xəyali təsəv-
vür, gerçəkliyin mübaliğəli və ya fövqəl-
təbii şəkildə təsviri. Elmi fantastika. Yazıçı
FARAĞAT
fantastikası. // top. dan. Hadisələrin şişirdil-
miş və ya fövqəltəbii şəkildə təsvir olundu-
ğu bədii əsərlər. Jül Vernin fantastikası.
2 . Həqiqətən mövcud olmayan, qeyri-real,
xəyal kimi görünən şey. Keçmiş fantastika
indi həqiqətə çevrilir.
FANTAZİYA \yun. phantasia - xəyal]
1 . Xəyalən bir şey uydurma, təsəvvür etmə
bacarığı, yaradıcılıq təxəyyülü. Yazıçı fan-
taziyası. Rəssamın fantaziyası. - Dastanlar
xalq fantaziyasının məhsuludur. M. Hüseyn.
// Xəyal, təxəyyül məhsulu. Bu onun fan-
taziyasıdır. H Xam xəyal.
2. nıııs. Sərbəst formalı improvizasiya sə-
ciyyəli əsər. Orkestrlə fortepiano üçün
yazılın ışfan taziya.
FANTAZİYAÇI bax fantast 1-ci mənada.
FÄNUS is. \yun.] Fənər. Ər-arvad bir-
birinə qoşulub, fanus əllərində axşam getdi-
lər qazının yanuıa. Çəmənzəminli. Gecənin
qaranlığında küçələr nökərlərin saxladığı
böyük faııuslarla işıqlanmışdı. M.S.Ordubadi.
FÄRA [fr.] Yolu işıqlandırmaq üçün av-
tomobillərdə, traktorlarda və s.-də reflek-
toru olan fənər. Avtomaşının farası. Moto-
sikletin farası. - [Yarməmməd Naznaza:]
Gördüm qabaqda, məktəb bağının ətəyində,
çəpərin dibində bir şey işıldayır. Lap üç-
toııluq maşının faraları boyda bir şey.
M.Ibrahimov.
FARAĞAT sif. və zərf[ər.] 1. Sakit, səs-
siz, dinməz-söyləməz. Birdən Məcid Səmə-
də sarı dönüb, divar uzunu farağat oturmuş
adamlara işarə etdi. İ. Hüseynov //Farağat!
- hərəkətsiz, düz, sakit, səssiz durmaq
haqqında hərbi komanda. ..Nəriman əmi
birdən qəddini elə gümrahlıqla düzəltdi ki,
elə bil farağat komandasında duracaqdı.
İ.Əfəndiyev. Keşikçi .. farağat vəziyyətində
durdu. Ə.Əbülhəsən.
2. Asudə, sakit, dinc, xatircəm. Farağat
yaşamaq. H Sakit, dinc, yazıq, fağır. [Hacı
Qara:] A qardaş, mən dinc, farağat, kəsb əh-
liyəm. M.F.Axundzadə. // Asudə, arxayın.
[Hacı Kərim zərgər:] Hacı Nuru, hələ şeir
oxumaq vəqti deyil. Bir özgə farağat vəqtdə
oxuyarsan. M.F.Axundzadə. □ Farağat
etmək (eləmək) - yerbəyer etmək, rahatla-
maq. [Gülsüm:] Dana gəlib, yemləmişəm, o
172
FARAŞ
FASİQ
biriləri də farağat elərəm, sən arxayın ol,
işini gör. C.Cabbarlı.
0 Farağat oturmaq - dinc oturmaq, heç
kəslə işi olmamaq, pis işlərdən əl çəkmək.
[Camal bəy:] ..Ağa İsmayıl bəy, farağat
otur, bəsdir şərarət. N.Vəzirov. [Şahpəri:]
Sənə dedimmi, yetim oğlansan farağat otur?
B. Bayramov.
FARAŞ sif. və zərf [ər.] Vaxtından,
mövsümündən qabaq, tez əkilən. Faraş əkin.
- Aqronomlar deyirlər ki, faraş səpin yaxşı
olur. Ə.Vəliyev. Faraş səpilmiş reyhan iyi
adamı valelı edir. Mir Cəlal. // Mövsümün-
dən, vaxtından qabaq doğulan (ev heyvan-
ları haqqında). Faraş balalar isə hər gün
çimizdirilməli və sərinlikdə saxlanmalıdır.
H Tczyetişən, tezböyüyən. Faraş kələm.
Faraş göyərti. - [Gülşən] manqa üzvlərinə
altdan-altdan baxıb, kimin nə cür işlədiyinə
ciddi nəzər saldıqdan sonra faraş bir kolun
yanına gəldi. Ə.Vəliyev. Bir səs deyir: -
Rza, durma! Rza, yaz! Qırçın tarla, faraş
qoza, bol pambıqlı yaza yaz! R.Rza.
0 Faraş gəlmək - 1) vaxtından qabaq
özünü göstərmək, havaların qızışması (əsa-
sən yaz mövsümü haqqında). İl faraş gəlsə,
yaylaqda ot, qışlaqda giizdək və xəsil bol
olsa, qoyun saxlamaq asandır. Ə.Vəliyev.
Yaz da bu il dağ ətəyinə faraş gəlmişdi.
B. Bayramov; 2) sürətlə inkişaf etmək,
gözlənildiyindən tez böyümək. Muğanın
pambığı faraş gələndə; Qozalar gül açıb
üzə gülərdi S.Vurğun.
FARİNGIT is. [yun.] tib. Udlağm selikli
qişasının iltihabı. Kəskin fariııgit. Xronik
faringit.
FARMAKOLOGİYA [yun. pharmakon -
dərman və logos - elm] Dərman maddələ-
rinin orqanizmə təsiri haqqında elm. Ekspe-
rimental farmakologiya. Ümumi və xüsusi
farmakologiya. 'Farmakologiya və toksiko-
logiya " jurnalında farmakologiya sahəsin-
dəki tədqiqatlar nəşr olunur.
FARMAKOLOJİ sif. Farmakologiyaya
aid olan, farmakologiya ilə əlaqədar olan.
Farmakoloji tədqiqat.
FARMAKÖLOQ [yun.] Farmakologiya
mütəxəssisi. Farmakoloqlarm elmi cəmiyyəti.
FARMAZON is. və sif. [əsli “frankma-
son” sözündən olması güman edilir] 1. Əda-
lı, ədabaz.
2. Azad, nihilist.
FARS 1 is. İranın əsas əhalisini təşkil edən
və həmin adlı dildə danışan xalq və bu xal-
qa mənsub adam. Farslar islama qədər zər-
düştlüyə etiqad edirdilər.
FARS 2 is. \fr.] Yüngül komediya.
FARSCA sif və zərf Fars dilində. Farsca
danışmaq. Farsca-azərbaycanca lüğət. -
Məktubu farsca yazsan, xalqın başa düşmə-
diyi şəkildə yazma, yaxşı deyil, xüsusilə,
məlum olmayan söz işlətmə. “Qabusnamə”.
FARSÇILIQ is. Fars dili və mədəniyyə-
tini zorla fars olmayanlara qəbul etdirməyə
çalışmaqdan ibarət şovinist siyasət.
FARSİ is. [fars.] Fars dili. Sülıeyli çörək
yeyən qardaşlarına sarı getdi. Onlar nə isə
pıçıldaşırdılar: - Farsiııi kamil bilirsənmi?
M. İbrahimov.
FARSLAŞDIRMA/ is. İran şovinistlərinin
qeyri-fars xalqları dil və adətcə zorla fars
etmək siyasəti.
FARSLAŞDIRMAQ/ Fars olmayan xalq-
ları dil və adətcə zorla fars etmək.
FARSLAŞMA “Farslaşmaq”dan /is.
FARSLAŞMAQ / Fars dili, ənənə və
adətlərini qəbul etmək; fars olmaq.
FASAD [//-.] Binanın çölə baxan əsas qa-
baq tərəfi; ön tərəf. [Fazilov:] Harası xoşa
gəlmir? [Arxitektor:] Xüsusən qabağı, fasad
tərəfi. Mir Cəlal. [Elçin Sevincə:] ..Fasad
ağ daşdan olacaq.. Z. Xəlil. // Binanın, hər
hansı bir tikilinin üz, bayır tərəfi. Bir çox
aıxitektorlar işin zahiri tərəfinə uyaraq baş-
lıca olaraq binaların fasadlarını bəzəməklə
məşğul olurlar.. (Qəzetlərdən).
FASİD sif. [əı;] köhıı. 1 . Pozğun, pozulmuş.
Deməm ki, fasidi vəsf et, sakın fəsadından!
Yamanə yaxşı demək nasəza deyil də, nədir?
Ə. Vahid.
2. Fitnə-fəsadçı, araqarışdıran.
FASİQ is. [ər.] 1. Günah işlərlə məşğul
olan adam; dinsiz. [Quşbazoğlunun] Allahı
da, dini də pul, dövlət və zülm idi. Həm də
çox hiyləgər və fasiq adam idi. “Qatır Məm-
məd’’. [İbrahim:] Ayağıma dəmir çarıq
geyib, əlimə dəmirdən əsa alıb, tamam Yer
173
FASİLƏ
FATA
iizünii dolanıb deyəcəyəm : - Ağa adını
müctəhid qoyub, amma yalançıdır, fasiqdir.
Ə. Haqverdiyev.
2. Məlun, böhtançı, fitnəçi, araqarışdıran.
[Din alimlərinin xüsusiyyəti:] Yaxşı ad qa-
zanmaqda şöhrət tapmalı, fasiq adamı gü-
nah üstiiııdə, xüsusilə, xalq içində danlama-
malıdır. “Qabusnamə”.
FASİLƏ is. [ər.] 1. işin, fəaliyyətin mü-
vəqqəti dayandırılması; işin, fəaliyyətin
müvəqqəti dayandırıldığı, ara verdiyi vaxt,
müddət. Murad bir anlıq fasilədən sonra
davam etdi. İ. Əfəndiyev. Dilbər nahar fa-
silələrində kolxozçulara qəzet oxuyur, icti-
mai və siyasi mövzularda söhbətlər edirdi.
Ə. Sadıq. // Bir işin qurtarması və başqa işin
başlanması arasındakı qısa vaxt, müddət.
Bədii özfəaliyyət dərnəklərinin müsamirəsi
başlanmazdan əvvəl fasilə elan edildi.
S. Rəhimov.
2. Tənəffüs, aravermə. “ Marselyoza ” və
başqa mahnıları bilən yoldaşlarımız dərs-
lərin arasındakı fasilələrdə sinfin qapısını
bağlayıb, mahnı oxuyur, biz də onlarla xor
təşkil edirdik. T.Ş. Simurq. □ Fasilə vermək
- ara vermək, işi, fəaliyyəti arada saxlamaq,
dayandırmaq; tənəffüs vermək. İşə bir
qədər fasilə vermək lazımdır.
3. Məsafə, ara. Amma “ Həblülmətin ” [qə-
zeti] bunu görmür və bilmir, ondan ötrü ki,
Osmanlı ilə Kəlkətənin fasiləsi çoxdur.
C. Məmmədquluzadə.
FASİLƏLİ sif. və zərf Fasilə ilə olan,
arası kəsilən, fasilə verilən, ara verilən.
Fasiləli dərs prosesi. Fasiləli iş günü.
FASİLƏSİZ sif. və zərf Arada fasilə ol-
madan, fasilə vermədən, ara vermədən, ara-
sını kəsmədən, arası kəsilmədən. Fasiləsiz
tamaşa. Fasiləsiz işləmək. - Fati birdən ətini
kəsirlərmiş kimi fasiləsiz qışqırdı. Ə.Abasov.
FASİLƏSİZLİK is. Arasıkəsilməzlik, ara
vermədən davam etmə, aramsızlıq.
FASON [//-.] 1. Ülgü, biçim, model (pal-
tarda, ayaqqabıda və s.-də). Köhnə fasonda
paltar. - [Şahnaz:] Elə nazik paltarlar
tikdirmişəm ki, baxanda adamın ağlı gedir.
Hamısı da təzə fason. İ. Şıxlı.
2. məc. Fors, əda, təşəxxüs, şıq. Onun fa-
sonuna bax!
FASONLU sif. 1. Müəyyən fason (ülgü,
biçim, model) üzrə hazırlanmış, tikilmiş,
düzəldilmiş. Fasonlu saç. Fasonlu tufli.
2. məc. Ədabaz, təşəxxüslü, ədalı, bə-
zəkli-düzəkli, şıq.
FAŞ sif. [ər.] Meydana çıxan, zahir olan,
üstü acılan, ifşa olunan, büruzə çıxan.
□ Faş etmək - gizli işi, sirri başqalarına
demək, bildirmək, yaymaq, açmaq, üzə çı-
xarmaq, üstünü açmaq. Gizli xəbəri faş et-
mək. - ["Molla Nəsrəddin”] Yer üzündə Allah
vəkillərinin çirkin əməllərini faş edirdi.
M.İbrahimov. Saldın ayaqlara məhəbbətimi ;
Faş etdin aləmə hər söhbətimi. S.Rüstəm.
[Zeyd Nofələ və İbn Salama:] Qayıdın geri.
Qeysin sirri var. Qoymaram onun sirrini faş
edəsiniz. Ə.Məmmədxanlı. Faş olmaq -üzə
çıxmaq, üstü açılmaq, hamıya məlum ol-
maq, aşkar olmaq, yayılmaq. Dildən-dilə
düşdü bu fəsaııə; Faş oldu bu macəra
cəhaııə. Füzuli.
FAŞİST [ital.] Faşizm tərəfdarı. Faşist-
lərin törətdikləri cinayətlər. - Faşist adlı
məxluqun yoxdur qəlbi, vicdanı. M. Rahim.
Faşistlər [dustaqların] güllələnəcəyi haq-
qında kənddə divarlara elanlar yapışdır-
mışdılar. Ə. Sadıq. // Sif. mənasında. Faşist
nişanı. Faşist rejimi. - indi hücumçular hü-
cuma keçir; Faşist soldatları ot kimi biçir.
M.Rahim. Kamal təyyarəni döndərib faşist
quzğunu ilə üz-üzə, göz-gözə gəlməyi qət
etmişdi. M.Rzaquluzadə.
FAŞİZM [ital. fascismo - dəstə, bir-
ləşmə] 1. İtaliyada 1922-1943-cü illər ara-
sında mövcud olan və imperialist burjuazi-
yanın ən təcavüzkar dairələrinin mənafeyini
ifadə edərək dövlət sərhədlərini genişlən-
dirməyi qarşısına məqsəd qoyan, hakimiy-
yətin tək bir partiyanın əlində toplandığı
rejim, açıq terrorçuluq diktaturası. Vuruşan
xalq, qalib gələn xalq .. faşizm kabusunu
Yer üzündən silib məhv etmədikcə öz tarixi
vəzifəsini bitməmiş sayacaqdır. M. Hüseyn.
2. Demokratik azadlıqlara son qoyaraq
yerinə qatı şovinizm, irqçilik gətirən və av-
toritar sistem yaratmaq məqsədi güdən si-
yasi cərəyan.
FATA is. [lat.] Duvaq.
174
FATALİ'ST
FATALİST [lat. fatalis - tale, qismət] Qə-
zavü-qədərə, olacağa, taleyə, qismətə ina-
nan adam.^
FATALİZM [lat.] Qəzavü-qədər, taleyə
inanan. Fatalizm ideyası. Teoloji fatalizm.
FATEH is. [ər.] 1. Bir məmləkəti, ölkəni
tutan, ölkələr fəth edən, işğal edən şəxs.
[İskəndər:] Ad-sanım dünyada bilinsin gə-
rək! Fatehlər tarixdən silinsin gərək! A. Şaiq.
Qılınc çalan min bir fateh ad qoymadı heç
bu yerdə. N.Rəfıbəyli.
2. məc. təııt. Mübarizə, inad, böyük zəh-
mət və s. yolu ilə bir şeyi əldə edən, bir şeyə
nail olan. Xam torpaq fatehləri.
FATİHƏ is. [ər.] Quranın ilk surəsi. Fatihə
vermək.
0 ...Fatihəsi oxunub məc. - Bir şeydən
ümidin kəsildiyi məqamda işlənir.
FATMANƏNƏ: Fatınaııənə qurşağı
(xanası) - bax göy qurşağı (“göy”də).
FÄUNA is. [lat.] Hər hansı bir ərazinin və
ya geoloji dövrün heyvanlar aləmi, bütün
heyvan növləri; heyvanat aləmi. Səhra
faunası. Abşeronun faunasını tədqiq etmək.
- Dənizlərin əmələ gəlməsi tarixi başqa-
başqadır. Buna görə qonşu dənizlərin fau-
nası çox vaxt müxtəlif olur. “Sualtı aləm”.
FAY 1 is. [fr.] Köndələn və incə zolaqları
olan sıx ipək və ya yun parça. 5 metr fay.
- [Əminə] .. qəşəng al faydan kofta geymiş,
başına da heyratı kəlağayı örtmüşdü.
Ə.Əbülhəsən. // Həmin parçadan tikilmiş.
Fay paltar.
FAY 2 [fr.] geol. Süxurların tektonik qırıl-
ma yerdəyişməsi növlərindən biri. Faylar,
əsasən, dartılma şəraitində əmələ gəlir.
FAYDA is. [ər.] Xeyir, mənfəət. [Hacı
Qara:] Yaxşı, sizə verdiyim pulun faydası necə
olsun? M.F.Axundzadə. // məc. Xeyir, nəticə.
[Kərbəlayı Həsənə:] Ay balam, axı məni
burada saxlamaqdan nə fayda olacaq, pulum
yoxdur ki, verim. Çəmənzəminli. □ Fayda
verməmək - xeyri, faydası, nəticəsi olma-
maq. Qoçoğlu tapılmır, o, çıxmış yoxa; Bir
fayda vermədi uzun axtarış. A.Şaiq.
FAYDALANMA “Faydalanmaq”dan fis.
FAYDALANMAQ/ Fayda götürmək, xe-
yir götürmək, istifadə etmək, bəhrə götür-
mək. Zəhmətdən faydalanmaq. - İnsan fav-
FAZA
dalaıımış onun hər əməlindən; insanpərvər
alimin bu polad heykəlindən. B.Vahabzadə.
FAYDALI sif. Fayda, xeyir verən, xeyirli,
yaxşı nəticə verən. Faydalı təklif. Faydalı
məsləhət. - [Məsmə:] Axırda onu xəstəxa-
naya yerləşdirmək fikrinə düşdüm, orada
daha faydalı müalicə edilərdi. S. Hüseyn.
Sənət əsəri həyatı düzgün əks etdirməklə
bərabər, özündə yüksək və faydalı bir məna
daşımalıdır. M.Arif.
FAYDALILIQ is. Faydalı, xeyirli, səmə-
rəli olma; xeyirlilik, səmərəlilik.
FAYDASIZ sif. və zərf Heç bir faydası,
xeyri, nəticəsi olmayan; səmərəsiz, xeyir-
siz, nəticəsiz. [Tahirin] fikrincə, hər addım-
da xudpəsəndliyə qapılmaq, .. narazılıq
eləmək faydasız bir işdi. M.Hüseyn. Ataş
burada dayanıb Hürü ilə uzun-uzadı danış-
mağı faydasız hesab eləyib, axırıncı sözünü
dedi. Ə.Vəliyev.
FAYDASIZLIQ is. Faydası, xeyri, nəticəsi,
səmərəsi olmama; xeyirsizlik, səmərəsizlik.
FAYDEŞIN [fr. faille de Çhiııe - Çin fayı]
Yüksəknövlü ipək parça, faym növlərindən
biri. // Həmin parçadan tikilmiş. Faydeşiıı
paltar.
FAYTON [yun. əfsanəvi addan] 1. Üstü
açılıb-örtülən dörd bucaqlı at arabası. [Dil-
bər:] Mən həmişə oradan evə faytonla gəlir-
dim. C. Cabbarlı. [Telli:] Səni yaxşıca geyin-
dirirlər, bəzəyirlər, sonra faytona mindirib
Allah-Allah ilə aparırlar. Ü.Hacıbəyov.
2. Açıq kuzovlu yüngül avtomobil.
FAYTONÇU is. 1. Bax faytonsürən.
Faytonçuların bir hissəsi müsəlman idi..
Ə. Haqverdiyev. Bu çinarın dövrəsi yay fəs-
lində buradan ötüb-keçən arabaçıların, fay-
tonçuların düşərgə yeri olmuşdu. S.Rəhimov.
2. Fayton qayıran usta.
FAYTONÇULUQ is. Faytonla aparıb-
gətirən şəxsin sənəti. Faytonçuluq etmək. -
[Arazın atası] ..yoxsul bir kəndli idi. Bunların
hamısını faytoııçulııqla qazanmışdı. A.Şaiq.
FAYTONSÜRƏN is. Faytonçuluqla məş-
ğul olan adam, fayton sürən; faytonçu.
FAZA [yun. phasis - zahir olma] 1. Hər
hansı bir hadisənin, prosesin və s.-nin
inkişafında ayrıca mərhələ, dövr, moment.
Işiıı son fazası.
175
FAZİL
2. geol. Süxurların nə xarakterdə olduğu-
nu müəyyən edən kiçik vaxt vahidi.
3. astr. bax səfhə 2-ci mənada.
4. elektr. Generator sarğısının ayrıca qru-
pu, habelə onu birləşdirən məftil (elektrik
keçiricisi). Fazaların dəyişmə qaydası. Faza
göstəricisi.
FAZİL sif [ar.] Fəzilət sahibi, fəzilətli.
[Saib:] Bizdə çoxdur, sanırım, fazil adam ;
Qalmamış gizli həqiqət əsla. H. Cavid.
[Xangili] bu fazil şəxs üçün əllərindən
gələni əsla əsirgəmirdilər. S. Rəhimov.
FAZÖMETR [yun. phasis - görünmə və
metron - ölçürəm] Dəyişən cərəyan qurğu-
larında güc əmsalını və ya fazalardakı də-
yişikliyi, yəni enerjinin fazaları arasındakı
fərqi və dövrədəki gərginliyi ölçmək üçün
cihaz.
FE ‘f’ hərfinin və bu hərflə işarə olunan
samitin adı.
FEDERAL [/F.] bax federativ 2-ci mə-
nada.
FEDERALİST [fr.] Federalizm tərəfdarı.
FEDERALİZM [fr.] 1. Dövlət quruluşu-
nun federativ sistemi; federasiya prinsipinə
əsaslanan quruluş.
2. Belə sistem yaratmağa çalışan siyasi
cərəyan.
FEDERASİYA is. [fr.] 1. ittifaq, birləşmə.
2. Müstəqil dövlətləri özündə birləşdirən
dövlət. Rusiya Federasiyası.
3. Ayrı-ayrı cəmiyyətlərin, təşkilatların
birliyi. Ümumdünya Həmkarlar İttifaqları
Federasiyası. Beynəlxalq Futbol Federa-
siyası.
FEDERATİV 1 . “Federasiya”dan sif. Fe-
derativ müşavirə.
2. Federasiya şəklində olan; federal. Fe-
derativ Respublika.
FEİL is. [ər.] 1. Iş, əməl, hərəkət. // Quru
sözdən ibarət olmayıb həqiqi mənada olan
iş. Feli ilə qövlii düz gəlmir.
2. qram. İş, hal və hərəkəti bildirib za-
man, şəxs və kəmiyyətcə təsriflənən nitq
hissəsi.
3. məc. Hiylə, kələk, fənd, fırıldaq, ha-
ramzadəlik. Arada işləyir düşmən felləri;
Mənim ərəb atım gördünmü ola? “Koroğ-
lu”. Divlər qüvvətdən çox, ağıldan az olar-
FENİKS
lar. Qızların felinə uyub dedilər : - Ey nazə-
ninlər, şərtinizə razıyıq. (Nağıl).
0 ...felinə düşmək - birisinin fırıldağına,
hiyləsinə, kələyinə inanaraq, yaxud təsiri
altında bir iş görmək. Fırıldaqçının felinə
düşmək. - Mən aşiq, duman yerdə; Dağ
yerdə, duman yerdə; Düşmən felinə düşmə;
Qalarsan yaman yerdə. (Bayatı).
FELDMÄRŞAL [alm.] 1917-ci il inqila-
bından əvvəlki rus ordusunda və bir sıra döv-
lətlərin quru qoşunlarında yüksək general
rütbəsi; habelə bu rütbəni daşıyan adam.
FELDMARŞALLIQ is. Feldmarşal rütbəsi.
FELDŞER [alm.] Orta tibb təhsili olan
həkim köməkçisi. Növbətçi feldşer. Baytar-
lıq feldşeri. - [Gülqönçə:] Axı mən o feld-
şerdən pis deyiləm. H.Seyidbəyli.
FELDŞERLİK is. Feldşerin işi, sənəti,
peşəsi, ixtisası. Feldşerlik etmək. Feldşerlik
məktəbi.
FELƏN zərf [ər.] Sözlə deyil, işlə, hə-
qiqətdə ( qövlən ziddi). Bacarığını felərı
sübut etdi.
FELİ sif. [ər.] 1. Həqiqətən icra olunan,
həqiqətən olan, sözlə deyil, işlə olan.
2. qram. Tərkibində feil olan, yaxud feil-
dən düzəldilmiş (bax feil 2-ci mənada).
Feli cümlə. Feli söz birləşməsi. Feli isim.
Feli sifət.
FELYETON [fr.] Nöqsanları, çirkin əməl-
ləri istehza edib pisləyən qəzet və ya jurnal
məqaləsi. Cəlil Məmmədquluzadənin fel-
yetonları. ‘ L Kirpi” jurnalında çap olunmuş
felyeton.
FELYETONÇU is. Felyeton yazan jurna-
list. C. Məmmədquluzadə görkəmli felyeton -
çu idi.
FEMİDA is. [yıın .] 1. Qədim yunan mifo-
logiyasında ədalət ilahəsi, sonralar ədalət
mühakiməsinin mücəssəməsi. Femida gö-
zübağlı və əlində çəki daşları tutmuş və-
ziyyətdə təsvir olunurdu.
2. məc. Qdalət.
FEMİNIZM is. [ər.] Qadın hərəkatı. Fe-
minizm tərəfdarları.
FEN is. [ ing .] Saç qurutmaq üçün elektrik
alət.
FENİKS is. [yun.] Bir sıra qədim xalq-
ların mifologiyasında əfsanəvi quş, simurq.
176
FENOLOGİYA
Guya feniks qocalanda özünü yandırır, kül-
dən cavanlaşmış və təzələnmiş şəkildə dün-
yaya gəlir. Feniks əbədi dirçəliş rəmzidir.
2. Səməndər quşu.
FENOLOGİYA [yun. phaino və logos]
Biologiyanın, ilin fəsillərinin dəyişməsilə
əlaqədar bitki və heyvanların həyatında
vaxtaşırı baş verən hadisələri (bitkilərin çi-
çəklənməsini, quşların köçüb gəlmə müd-
dətini və s.-ni) öyrənən bəhsi. Ekoloji fe-
nologiya.
FENOLOJİ sif. Fenologiyaya aid, fenolo-
giya ilə əlaqədar olan. Fenoloji müşahidə-
lər. Fenoloji qanunauyğunluqlar.
FENÖLOQ [yun. phaino və logos] Feno-
logiya mütəxəssisi.
FENOMEN is. [yun.'] Müstəsna, qeyri-adi
şəxsiyyət, hadisə.
FEODAL [lat.] 1. Feodalizm dövründə
hakim sinfin nümayəndəsi; təhkimçi mül-
kədar. ..Flavayı gəlir mənbəyi olan kənd-
lərini itirmək qorxusu ilə titrəyən feodallar
dünyanın hər yerində qara qüvvədir.
M. İbrahimov.
2. Feodala, feodalizmə aid olan. Feodal
vergi sistemi.
3. Feodalizm prinsiplərinə əsaslanan.
Feodal dövləti. Feodal quruluşu.
4. sif. Feodala, feodalizmə xas olan.
Feodal münasibətlər.
FEODALİZM is. [lat. feodum- malikanə.]
Orta əsrlərdə xüsusilə Qərbi Avropada
torpağın, istehsal vasitələri və kəndlilərin
tək bir feodalın ixtiyarında olmasına əsas-
lanan, ümumdünya tarixi tərəqqinin gedi-
şində ictimai-iqtisadi formasiyaların əvəz
olunmasından ibarət bütöv dialektik pro-
sesin orta həlqəsini təşkil edən ictimai-
iqtisadi formasiya. Feodalizm dövrünün
ideologiyası. Feodalizm zəmanəsi quldarlıq
quruluşu ilə kapitalizm arasındakı dövrü
əhatə edir.
FERMA 1 [fr .] 1. Heyvandarlığın müəy-
yən sahəsi ilə məşğul olan ixtisaslaşdırılmış
ayrıca təsərrüfat. Atçılıq ferması. Quşçuluq
ferması. Fermaların yarışı. - [Gülşənəm
arvadın] qaş qaralanda, fermada sağını
qurtarıb evə qayıdan zaman az qala dili
tutulmuşdu. M. Hüseyn
FETİŞLƏŞDİRMƏK
2. Xüsusi və ya icarəyə götürülmüş tor-
paqda xüsusi təsərrüfat.
FERMA 2 [fr.] xiis. Bir-birilə birləşdiril-
miş metal tirlərdən, dirəklərdən ibarət mü-
həndis qurğusu. Körpünün ferması. Fermanın
hissələrini qaynaq etmək. - [Kamil] sütunları
göstərən qara nöqtələrin üstündə şəbəkə
fermalar, sonra taxta döşəmə, buruq binası
və başqa hissələr rəsm etdi. M. Süleymanov.
FERMAÇI is. Ferma icarəçisi və ya sa-
hibi; fermer (bax ferma 1 2-ci mənada).
FERMENT [lat. fermentum - maya] biol.
kim. Canlı hüceyrənin əmələ gətirdiyi və
orqanizmdə kimyəvi reaksiyanın sürətlən-
məsinə kömək edən üzvi maddə. Ferment
reaksiyası. Fermentlər həyat fəaliyyətinin
bütün proseslərində mühüm rol oynayır.
FERMENTÄSİYA [lat. fermentare - qıc-
qırtnıa] xiis. Qıcqırma prosesi. Tütünün fer-
meııtasiyası. Çav yarpaqlarının fermenta-
siyası.
FERMER [ing.] bax fernıaçı.
FERMERLİK is. Təsərrüfatda ferma sis-
temi.
FESTİVAL [fr. festival - bayram] İncə-
sənətin hər hansı növünü nümayiş etdirən
ictimai bayram. Musiqi festivalı. Teatr fes-
tivalı. Gənclərin ümumdünya festivalı.
FETİŞ [fr.] 1. İbtidai insanların təsəwü-
rüncə guya fövqəltəbii sehrkar qüvvəyə ma-
lik olan və buna görə də sitayiş obyektinə
çevrilən cansız şey; sənəm, büt. Fetişlər
cürbəcür olur: daş, ağac parçası, təsvirlər.
2. məc. Kor-koranə, sözsüz-şərtsiz ina-
nılan, qəbul edilən şey.
FETİŞİZM [fr.] 1. Fctişlərə (bütlərə) si-
tayiş; qədim din formalarından biri; bütpə-
rəstlik. Fransız maarifçiləri fetişizıııə dinin
arxaik forması kimi baxırdılar.
2. məc. Bir şeyə kor-koranə inanma, si-
tayiş etmə.
0 Əmtəə fetişizmi iqt. - istehsal müna-
sibətlərinin maddiləşdirilməsi.
FETİŞLƏŞDİRMƏ “Fetişləşdirmək”dən
fis.
FETİŞLƏŞDİRMƏK / Fetiş hesab etmək,
fetiş halına salmaq, fetiş kimi baxmaq (bax
fetiş 1-ci mənada); ilahiləşdirmək.
177
FETR
FƏALLAŞMA
FETR \fr . ] Şlyapa, keçə çəkmə və s.
hazırlanan ən zərif və əla keçə növü. // Bu
keçədən hazırlanmış. Fetr şlyapa.
FEVRAL [lat.] Təqvim ilinin ikinci ayı.
□ Fevral inqilabı Rusiyada: 1917-ci ilin
fevralında başlayan ikinci burjua demokra-
tik inqilabı.
FEYXOA is. [ı'.sp.] bot. Mərsin fəsiləsin-
dən kol bitkisi. Astara rayonunun limon,
naringi, feyxoa, xurma bağlarında məhsul
toplanır. (Qəzetlərdən). // Həmin kolun -
bitkinin çiyələk, ananas və banan iyi verən
meyvəsi. Feyxoanın meyvəsi açıq-yaşıl və
yum urt aş əkili idir.
FEYZ is. [ər.] Nemət, bərəkət, rifah, bol-
luq. // İnsanın hər hansı maddi və mənəvi
tələbini təmin edən, ona zövq verən, məm-
nunluq hissi törədən, fayda verən şey.
[Məlikşah:] Səfər et, bax, nə gözəldir dün-
ya; Çox olur feyzi xəyal aləminə. H. Cavid.
Öz feyzini hər yanda təbiət; Vermiş bizə
zəhmətlə, əməklə. M.Müşfıq. □ Feyz almaq
(aparmaq) - bax feyzlənmək. Padşah o
qədər feyz apardı ki, naxoşluğu tamam
sağaldı. “Məsum”. Dünyaya gəlmişik; Hə-
yatdan, dünyadan feyz alaq; Dünyaya gəl-
mişik; Dünyada ucalaq. B.Vahabzadə.
FEYZLƏNMƏ “Feyzlənmok”dən /.K.
FEYZLƏNMƏK f. Feyz almaq, zövq al-
maq, ləzzət aparmaq. Musiqidən feyzlənmək.
FEYZLİ sif. Feyz verən, rifah verən, ne-
mət verən, sevinc gətirən.
FEYZYAB [ər. feyz və fars. ...yab]:
feyzyab etmək - feyzləndirmək, feyz ver-
mək. Həmişə şəhərə qayıdanda Cənnətəli
şeirləri ilə məni də feyzyab edər. Çəmənzə-
minli. [Məşədi Qəzənfər:] .. Dərvişlər ha-
mısı hamama yığılıb gözəl-gözəl söhbətlərlə
hamam əhlini feyzyab edərlərmiş. Ü.Hacıbə-
yov. Feyzyab olmaq - feyzlənmək, feyz
almaq, fayda götürmək (bəzən kinayə ilə
deyilir). ..İranlı qardaşlarımız Məhəmməd
Əli Tehraııi cənablarının moizəsini eşit-
məkdən feyzyab oldular. C.Məmmədqulu-
zadə. Onuncu günü şəbihi şəhərin ətrafında,
böyük bir kəndin yaxınlığında çıxarmağa
başladıq ki, kənd əhalisi də feyzyab olsun.
Ə. Haqverdiyev.
FƏAL [ər.] 1. sif. İşlək, çalışqan, işcil,
fəaliyyətli, daim fəaliyyət göstərən, çox iş
görən, çox işləyən. Çox fəal adamdır. - [Ma-
lik] Sona kimi bir neçə fəal gəncləri içəri
apardı. M. İbrahimov. // zərf Fəaliyyətlə,
fəal surətdə, aktiv surətdə. İclasda fəal iş-
tirak etmək.
2. is. Hər hansı bir kollektivin və s.-nin
ən çalışqan, işcil, fəaliyyətli üzvü (çox vaxt
cəm şəklində işlənir); aktivist. Partiya
fəalları yığıncağı. - [Həsrət Yusifə:] Əyə,
bəs bu kəndin fəalları hanı, partiya təşkilatı
nə iş görür? B.Bayramov.
FƏALİYYƏT is. [ər.] 1 . Hər hansı bir sa-
hədə iş, çalışma; fəallıq göstərmə; aktivlik.
Pedaqoji fəaliyyət. İctimai fəaliyyət. - [Fi—
ridıın] yalnız fəaliyyətdə, yalnız çalışmaqda
bir təskinlik taparaq bütün varlığını yenidən
dərslərə və işə vermişdi. M. İbrahimov.
2. İş, işləmə. Suyun dağıdıcı fəaliyyəti.
Ürəyin fəaliyyəti. - Zehni əmək zamanı hər-
dənbir gəzinmə beynin fəaliyyətini artırır,
yorğunluğun qarşısını alır.
FƏALİYYƏTLİ sif. Çalışqan, işcil, fəaliy-
yət göstərən; aktiv. Mən [Fəxrəddin], özlə-
rini dəyərli və fəaliyyətli idarəçi və çalışqan
göstərə bilmiş Eldəniz xanədanından bir
nəfərin hökmdarlığa təyin olunmasını təklif
edirəm. M.S. Ordubadi.
FƏALİYYƏTSİZ sif Fəaliyyət göstər-
məyən, çalışmayan, işləməyən; hərəkətsiz,
passiv. Fəaliyyətsiz (z.) durmaq (heç bir iş
görməmək).
FƏALİYYƏTSİZLİK is. Fəaliyyət gös-
tərməmə, işləməmə, çalışmama, hərəkət-
sizlik, passivlik. [Fəxrəddin:] ilyas, sən elə
bilmə ki, mən səni fəaliyyətsizlikdə, üsyan və
azadlıq tərəfdarı olmamaqda töhmətləndir-
mək istədim. M.S. Ordubadi.
FƏALLAŞDIRMA “Fəallaşdırmaq”dan
fis.
FƏALLAŞDIRMAQ/ Fəal etmək, fəaliy-
yətini daha da artırmaq, daha da canlandır-
maq; aktivləşdirmək. İctimai iş şagirdləri
fəallaşdırır. Müəllim yeni mövzunu yaxşı
mənimsəmək və sinfi fəallaşdırmaq məqsə-
dilə canlı müsahibə apardı.
FƏALLAŞMA “Fəallaşmaq”dan/(.s\
178
FƏALLAŞMAQ
FƏĞAN
FƏALLAŞMAQ/ Daha fəal olmaq, fəaliy-
yətini daha da artırmaq; aktivləşmək.
FƏALLIQ is. Işcillik, çalışqanlıq, fəaliy-
yət, aktivlik. Fəallıq göstərmək.
FƏCİ [ar.] bax faciəli. Fəci hadisə. - Bu
fəci xəbəri hər kəs həyəcan içində bir-birinə
pıçıldadı. Çəmənzəminli. Şeyx Məhəmmədi
fəci bir surətdə öldürüb, cənazəsini nalayiq
və narəva hərəkətlərlə təhqir etdilər.
M. İbrahimov.
FƏCR is. [ər.] 1. Səhərin çox erkən, gü-
nəş çıxmazdan əvvəlki çağı, dan vaxtı. Fəc-
rin saf havası dolur içəri; Kəndi seyr eləyir...
Oyanır həyat. B. Vahabzadə. Fəcriıı qızıl rəng-
lərilə boyananda mavi göylər; Dünyanın hər
tərəfindən anaların səsi gəlir. N.Rəfıbəyli.
2. Dan vaxtı göydə görünən qızartı və
aydınlıq. O baxışlarda fəcrdən parlaq; Bir
ziya var buluddan daha saf. A.Şaiq.
FƏDA is. [ər.] Ən əziz bir adam və ya
yüksək amal, iş yolunda özünü qurban etmə;
qurban. Pəri sənə qurban, dirili Qurban;
Yolunda fədadı bu baş ilə can. “Qurbani”.
□ Fəda etmək - canını qurban etmək.
[Mirzə Rza:] Qardaşlar, bütün İraıı məz-
lumlarını və onların arasında öz balalarımı
xilas etmək üçün mən də həyatımı fəda edi-
rəm. C. Cabbarlı. Fəda olmaq - özünü fəda
etmək, canını qoymaq, qurban etmək, həlak
olmaq. Qıldın bu vəfalığı mənindən; Can
ola fəda sənə tənimlən. Xətayi. Fəda olum
- qurban olum (nəvaziş, mehribanlıq, yal-
varış bildirir). [Oğul:] Ata, sənə fəda olum,
mənə görə qulluq. (Nağıl). Fəda olum sənə,
gəl eylə imtahan, ölürəm. Natəvan. Fəda
qdmaq klas. - bax fəda etmək. Qurban
bu mehribanlığa, ey Kəbeyi-ümmid; Bundan
sonra çevir başına, qıl fəda məni. S.Ə.Şirvani.
FƏDAİ is. [ər.] Ümumi bir iş yolunda,
məslək uğrunda təhlükəli işlərə qoşulub
canından keçməyə hazır olan şəxs. İnqilab
fədailəri. Fədai dəstəsi. - Bir il qabaq bir-
faciə eşitmişəm, ah! Bir qəhrəman fədaidən
söhbət açım mən. S.Vurğun. [Pərvin Əda-
lətə:] Yadındadırım, hələ keçən ilin qışında
bu meydanda fədailərimizin tonqalları ya-
nırdı.. Ə.Məmmədxanlı. // Sif. mənasında.
Hər tərəfdə fədai və nizami qoşun nəfərləri
intizamı qoruyurdu. M.Ibrahimov. [Uşaqlar]
tüfəngli fədai dəstələrinin nümayişini gö-
riirkən əvvəlcə bu nümayişləri də Təbrizdə
bundan əvvəl olan sadə nümayişlərdən biri
hesab edirdilər. Ə. Sadıq. // Məc. mənada.
Ədəbiyyat fədaisi.
FƏDAKAR sif. [ər. fəda və fars. ...kar]
1 . Ümumi bir iş və ya məslək uğrunda öz
şəxsi mənafeyindən keçən, özünü qurban
verməkdən çəkinməyən. Fədakar gənclər.
Fədakar əsgər. - Vətən uğrunda gərək şəxs
fədakar olsun. A.Səhhət. // Öz məqsədini
həyata keçirmək yolunda çalışan, hər cür
fədakarlığa hazır olan. Fədakar övlad. -
[Bəxtiyar:] Fədakar bir qızsan, əhsən. Ancaq
zəhmətlərin boşdur. A.Şaiq.
2. Fədakarlıq ifadə edən; fədakarcasına.
Adamlarımızın fədakar zəhməti. Fədakar hə-
rəkət. - Biz döyüşçülərə xalquı həyatından,
neftçilərimizin fədakar əməyindən danışırıq.
M. İbrahimov.
FƏDAKARANƏ [ər. fəda və fars, karanə]
bax fədakarcasına. Bəzən Sarının çox fə-
dakaranə çalışmağı və süfrə salması [Dəmi-
rovu] təmin etmirdi.. S.Rəhimov.
FƏDAKARCASINA zərf Özünü fəda
edərək; fədakarlıqla, fədakarlıq göstərərək.
Fədakarcasına işləmək.
FƏDAKARLIQ 1. is. Öz şəxsi mənafeyini
ümumi işə və ya başqalarının işinə fəda
etmə, həsr etmə, bu uğurda fədakarcasına
çalışma, səy göstərmə. [Şiraslan da] atası
kimi Vətən qarşısında bir iş görmək, öz
fədakarlığı ilə adamlara xidmət etmək
istəyirdi. S.Rəhimov.
2. Fədakarlıqla şəklində zərf - bax
fədakarcasına. Müəllim heyəti fədakarlıqla
çalışırdı. S.Rəhimov.
FƏĞAN is. [fars.] Nalə, fəryad, inləmə.
[Abbas:] Gecə-gündüz qan ağlaram; Ar-
tıbdı fəğanım mənim! "Abbas və Gülgəz”.
□ Fəğan etmək - fəryad qoparmaq, nalə
etmək, inləmək, ağlamaq, göz yaşı tökmək.
Gecə-gündüz ahü fəğan etməkdən; Dərdə,
qəmxanəyə yol almışam mən. Aşıq Ələsgər.
// Nalə, fəryad, ah. Səni görmək üçün ölmək
istərəm; Təsəllim ah ilə fəğandır, ana!
S.Vurğun. Bir yaz günü oxudum şerini, bö-
yük ustad; Duydum, nakam ürəkdən qopan
acı fəğandır. R.Rza.
179
FƏHLƏ
FƏHLƏ is. [ər.] İstehsalatda bir peşə kimi
əməklə məşğul olan, işçi sinfinə mənsub
əməkçi; əmələ. Fəhlə və kəndli təbəqəsi.
H Öz iş qüvvəsini satmaqla yaşamağa məc-
bur olan muzdlu işçi; proletar. Fələ, özünü
sən də bir insanını sanırsan?! M.Ə. Sabir.
Fəhlələrin bir həftə əvvəl başlamış tətili
hələ də davam edirdi. M. Hüseyn.
FƏHLƏBAŞI is. Baş fəhlə, fəhlələrin
başçısı.
FƏHLƏLİK is. Fəhlənin işi, peşəsi; əmə-
ləlik. Fəhləlik etmək. Yazıçı ədəbiyyata fəhlə-
likdən gəlmişdir. - Aslan da hər gün öz fəh-
ləliyində olub Fərhadın işindən xəbəri yox
idi. C.Cabbarlı.
FƏHM is. [ər.\ Anlama, anlaq, dərrakə.
Olmasın fəhmin, əqlin, idrakın; Var nə qəm
ta ki vardır əmlakın. M.Ə.Sabir. □ Fəhm et-
mək - anlamaq, başa düşmək, dərk etmək.
Ariflər, fəhm eləyin ; Süzüb gedən yarə
baxuı! Aşıq Ələsgər. Rəğbət və narazılıqla
yoğrulmuş bu dumanlı soyuqluğun incəliyini
hamıdan çox Əlikram fəhm eləmiş olardı.
B. Bayramov. Fəhm qılmaq klasl - bax
fəhm etmək. Sözlər dersən ki, bilməzəm mən;
Məzmununu fəhm qılmazam mən. Füzuli.
FƏHMLİ sif. Anlaqlı, idraklı, dərrakəli.
Fəhmli adam. - [Ərknaz:] Ramiz çox qeyrətli,
fərasətli uşaqdır. Çox qaııacaqlı, mərifətli,
fəhmli, qabiliyyətli uşaqdır. Mir Cəlal.
FƏHMSİZ sif. Anlaqsız, idraksız. Fəhm-
siz oğlan.
FƏXR [ər.] 1. is. İftixar ediləcək, öyünü -
ləcək şəxs, şey. Övlad ataııııı fəxridir. Doğ-
ma Vətənin fəxri. - [1-ci cəngavər:] Səya-
vuş buyurdun fəxri, şanıdır. H. Cavid. Kazı-
mın .. üzündə bir fəxr duyğusu ifadə olunur-
du. Çəmənzəminli. □ Fəxr etmək iftixar
etmək, öyünmək. Dünyaya səs salan şöhrə-
timizlə; Sevindik, fəxr etdik, lovğalanmadıq.
S. Rüstəm. [Qafar] öz vətəni, öz paytaxtı, öz
xalqı .. ilə fəxr edir... Ə. Sadıq.
2. Fəxrlə şəklində zərf - iftixarla, fəxr
edərək. Fəxrlə cavab vermək. Fəxrlə irəli
çıxmaq.
FƏXRİ sif. [ər.] 1. Hər hansı xidmətə,
nailiyyətə görə ehtiram, iftixar əlaməti
olaraq verilən. Fəxri adlar. - Adilin fəxri
fərmanı ilə yanaşı Gözəlin aldığı fərman da
FƏQİRANƏ
görünürdü. Ə.Vəliyev. // Hörmət, ehtiram
əlaməti olaraq seçilən. Fəxri rəyasət heyəti.
Fəxri üzv. H Hörmətli, şərəfli, əziz, izzətli.
Fəxri qonaq. П Hörmət, ehtiram əlaməti
olaraq edilən hörmət, ehtiram üçün düzəl-
dilən. Fəxri qəbul. Fəxri qarovul.
2. Hörmətli, şərəfli, şərəf qazandıran, şə-
rəfləndirən. Fəxri vəzifə. Fəxri əmək.
FƏXRİYYƏ is. [ər.] ədəb. Orta əsrlərdə
Şərq (o cümlədən Azərbaycan) ədəbiyya-
tında: məsnəvi, qəzəl və s. formalarda şairin
öz fəzilətlərindən, yaxşı sifətlərindən, xüsu-
sən hünər və səxavətindən mədh şəklində
bəhs edən lirik şeir. Füzulinin “ Mənəm ki
qafiləsalari-karivani-qəməm” fəxriyyəsi.
FƏQƏRƏ is. [ər.] 1. anat. Fəqərə sütu-
nunun bir hissəsini təşkil edən ayrıca sü-
mük (və ya bəzi heyvanlarda qığırdaq);
onurğa sümüyü. İnsanın döş fəqərəsi. Qısa
sümüklər onurğada olur və fəqərələr adla-
nır. □ Fəqərə sümüyü (sütunu) - insanın
və bir çox heyvanların skeletinin, bir-biri
ilə mütəhərrik surətdə birləşmiş sümüklər-
dən və qığırdaqlardan (fəqərələrdən) əmələ
gələn əsas hissəsi.
2. Hadisə, əhvalat, qəziyyə, vaqiə, heka-
yə. [Xortdan:] Mən oxucularıma özüm şahid
olduğum bir fəqərədən danışım. Ə. Haqver-
diyev. Gülsabah gələndən bir neçə gün
qabaq Muradla Göyçək arasında belə bir
fəqərə olmuşdu. Ə.Vəliyev.
3. köhn. Bənd, maddə (ehni və s. əsərlərdə).
FƏQƏT bağl. [ər.] Lakin, amma. Söz
verdi, fəqət gəlmədi. Xəbəri var, fəqət
demək istəmir. - [Zaqs müdiri:] Adam evdə,
- dedi, - əsəbiləşə bilər, bəlkə dalaşar da,
fəqət dörd-beş illik bir ailə həyatını pozmaz.
S. Hüseyn. Gənclərin sevdiyi gözəl bahar-
dır; Fəqət hər mövsümün bir dadı vardır.
M.Müşfiq. // Ancaq, yalnız.
FƏQİR [ər.] klas. bax fağır. [Kərbəlayı
Məhəmməd:] Flər nə oldu, biz kasıba, biz
fəqirlərə oldu. Çəmənzəminli. [Şahidlər]
Xeyransanın təmiz və fəqir bir qadın oldu-
ğunu söylədilər. S.Hüseyn.
FƏQİRANƏ [ər. fəqir və fars. ...anə]
1 .zərf klas. Fağır kimi, yazıqcasına, aciz-
cəsinə, yazıq-yazıq, fağır-fağır. Fəqiranə
baxmaq. Fəqiranə yalvarmaq.
180
FƏQİRLİK
2. sif. Kasıb, yoxsul, miskin. Fəqiranə bir
mənzil. Fəqiranə həyat. - Baxmasız guşeyi-
çeşm ilə fəqiranə tərəf; Yüyürürsüz ora kim.
dadlı flsincanlıq olur. M.Ə. Sabir. Züleyxa,
Aslanı fəqiranə, miskin və məhzun görüb,
tez Fərhadın deyil, əvvəlcə Aslanın boynunu
qucaqlayaraq ağladı. C. Cabbarlı.
FƏQİRLİK klas. bax fağırlıq. Yetimliyi
halətindən bəllidir; Fəqirlivi zillətindən bəl-
lidir. A.Sohhət. O zaman fəqirlik [Ağaba-
laya] əsər edib başı xəyalat ilə dolardı.
Çəmənzəminli.
FƏLAKƏT is. [ər.] Böyük bəla, müsibət,
afət, bədbəxtlik. Müharibənin törətdiyi
fəlakətlər. - [Nüşabə:] Bir qığılcım böyüyüb
yanğın olar; Bir xəta qaıılı fəlakət doğurar.
A.Şaiq. [Qəmər Gülsabaha:] Sən mənim
fəlakətimə gülürsən? C.Cabbarlı. // Avariya,
qəza, bədbəxt hadisə. Təbii fəlakət. - Ka-
milgilin gəmisi “Şəfəq” Şeytaıışəhərdə fəla-
kətə düşübdür. M. Süleymanov.
FƏLAKƏTLİ sif. Fəlakət törədən, bəd-
bəxtliyə səbəb olan, müsibət gətirən.
Fəlakətli müharibə illəri. Fəlakətli daşqın. —
[5-ci tamaşaçı:] Ən fəlakətli böyük yanğın-
lar; Bir qığılcımlı xətadan başlar. H. Cavid.
Deyirlər ki, fəlakətli və ağır günlərdə xa-
tırlanan keçmiş səadət dəqiqələri insan
üçün çox əziz və dadlı olur. M. İbrahimov.
FƏLAKƏTZƏDƏ sif və is. [ər. fəlakət
və fars. ...zədə] Fəlakətə düçar olmuş, qə-
zaya uğramış; müsibətzədə, bədbəxt. Kiçik
daxmada üç nəfər fəlakətzədə xəyalat içində
huşa gedib bir-birinə sarılmışdı. C.Cabbarlı.
Fləmin fəlakətzədə Məşədi Əsgər qııx ya-
şında, qısaboylu, amma çox zorlu bir kişi
idi. S.M.Qənizadə.
FƏLƏK is. [ər.] 1. Göy, səma, asiman.
Dün gecə fələkə çıxdı fəryadım. M.P.Vaqif.
Flərləııib dövr edən yerlər, fələklər; Bu səsi
hər zaman eşidəcəklər. M. Rahim.
2. məc. Tale, qismət, bəxt, uğur. Fələk
ayırdı məni cövr ilə cananımdan. Füzuli.
[Vəzir:] Sən mənim qızım ol, sarayımda qal;
Görək neylər fələk, şənlən, oxu, çal! A.Şaiq.
0 Fələk göydən yerə ensə də - qətiyyən,
heç bir vəchlə, qəti surətdə, əsla. Fələk göy-
dən yerə ensə də, deyən deyiləm. Fələk üz
döndərmək - işi bəd gətirmək, uğursuz-
FƏLSƏFİ
luğa düçar olmaq, bəxti dönmək, bəxti gə-
tirməmək. [Kərəm:] Qurtarmadım heç qov-
ğadan, bəladan; Fələk üz döndərib mən
mübtəladan. “Əsli və Kərəm”. Fələk yazan
- tale, qismət, müqəddərat, alın yazısı.
[Qurbanqulu:] Fələk yazanı biz pozmayaca-
ğıq ki, qismət belə imiş! T.Ş. Simurq. Fələ-
kin çərxi dönmək - tale üz döndərmək,
taleyin üzü dönmək, ümidi boşa çıxmaq.
Fələkin çərxi dönsün - qarğış məqamında
işlədilir. Fələkin qəminə (güdazına) get-
mək - öz taleyinin qurbanı olmaq. Fələkin
qəminə (güdazına) vermək - bədbəxt
etmək. [Süleyman:] Göz görə-görə [Tofiq]
səni verir fələkin qəminə, sən də başlamısan
moizəyə. M. İbrahimov.
FƏLSƏFƏ is. [ər.; yun. phileo - sevirəm
və sophio - müdriklik, müdrikliyi sevmək]
1 . Təbiətin, cəmiyyətin və insan təfəkkürü-
nün ən ümumi inkişaf qanunları haqqında
elm. Antik fəlsəfə. Fəlsəfə tarixi. Orta əsrlər
Azərbaycan fəlsəfəsi.
2. Hər hansı bir filosofun, mütəfəkkirin
fəlsəfi nəzəriyyəsi, görüşü. Platonun fəl-
səfəsi. Bəhmənyarın fəlsəfəsi. - Nəsimi öz
fəlsəfəsi və təfəkkürü ilə əlaqədar olaraq,
dilimizin çərçivəsini xeyli genişləndirdi.
M.Ibrahimov. // dan. Bir şey haqqında əmə-
lə gəlmiş inam, əqidə, qənaət; konsepsiya.
[Rüstəm bəy Sofya xanıma] nəsihət eləmək
istədi, bir də xanımın gözəlliyi onun fəlsə-
fəsinə qələbə çaldı.. Çəmənzəminli. [Sultan
Səmədə:] Sən fəlsəfənin məğzini bilmirsən.
Dünya mübarizə dünyasıdır. İ. Hüseynov.
3. Hər hansı bir elmin, bilik sahəsinin və
s.-nin əsasını təşkil edən metodoloji prinsip-
lər. Hüquq fəlsəfəsi. Riyaziyyatın fəlsəfəsi.
4. dan. Həyata keçirilə bilməyən, qeyri-
real, lüzumsuz söhbət(lər); mühakimə.
FƏLSƏFİ sif. [yun.] 1. Fəlsəfəyə aid olan,
fəlsəfə ilə əlaqədar olan (bax fəlsəfə 1-ci
mənada). Fəlsəfi traktat. Fəlsəfi kateqori-
yalar. Fəlsəfi fikir.
2. kit. Dərin bir ideyanı, dünyagörüşünü,
konsepsiyanı ifadə edən; hikmətamiz, hik-
mətli. Fəlsəfi dram. Fəlsəfi roman. - Yüksək,
pak və təmiz bir eşq ifadə edən Füzulinin
dahiyanə fəlsəfi sənət əsərlərində bəzən bir
kədər, acı bir faciə duyulur. M. İbrahimov.
181
FƏNA
FƏNN
3. məc. Nəzəri, mücərrəd, hikmətli. Fəl-
səfi mühakimə.
4. dan. Bir şeyə filosof kimi, ağılla yana-
şan. Hadisəyə fəlsəfi münasibət.
FƏNA 1 is. [ər.] Pis, yaman. Əhvalı fəna-
dır. Fəna xasiyyət. - Gördü fənadır işinin
axırı ; Qaçdı o saət ayı ordan geri. A. Səhhət.
[Məcid] Səmədin fəna hərəkətlərindən bir
neçəsini göstərib, bunun qarşısını almağı
təklif edirdi. B.Talıblı.
FƏNA 2 is. [ər.] Yox olma, zaval. □ Fəna
etmək, fənaya vermək - yox etmək, məhv
etmək, bada vermək. [Şəfiqə:] Bunlar, qor-
xuram. axırda bizi fənaya verə. İ.Musabə-
yov. Çoxdur ümid hələ çıxmamış cana ;
Cavan ömrünüzü etməyin fəna. H.K.Sanılı.
FƏNALAŞMA “Fənalaşmaq”dan f.is.
FƏNALAŞMAQ f. Pisləşmək, xarablaş-
maq. Getdikcə bu məhəllənin halı fənalaşdı.
N.Nərimanov. [Zəhra Əzraya:] Bax, fəna-
laşdı büsbütün halım. H. Cavid.
FƏNALIQ is. Pislik, yamanlıq. [Cahangir:]
Ana, bu adamlardan hər bir fənalıq baş
verər, məni öldürə bilərlər, sənin namusuna
sataşarlar. Çəmənzəminli. [Şahin] səbəbsiz
təhqir olunduğu üçün iztirab çəkir, səhhə-
tində də bir fənalıq hiss edirdi. B. Bayramov.
FƏND is. [fars.] 1. Hiylə, kələk, fırıldaq,
dolab, qurğu, biclik. Fəııd fəndi kəsər, Allah
hər ikisini. (Ata. sözü). Dostdan dosta bu nə
fəııddi? Zülfün boynuma kəmənddi. Aşıq
Ələsgər. Əllafın fəndinə adamlar mat
qaldılar. Mir Cəlal. □ Fənd bağlamaq -
hiylə gəlmək, kələk gəlmək, aldatmaq.
[Yusif:] İnandırıram sizi ki hərgah bir də
fənd bağlaya, çox işlər görər. N.Nərima-
nov. Fənd işlətmək - 1) fırıldaq qurmaq,
hiylə işlətmək, kələk gəlmək, fənd qurmaq;
2) məc. bir işi görmək üçün müxtəlif
üsullardan istifadə etmək. Fəhlələrin daha
düzgün fənd işlətdiklərini görən yanğın
alayı da onlara qoşuldu. M.Hüseyn. [Qönçə
Ataşa:] Nə eləyəcəksən, nə cür fənd işlədə-
cəksən özün bil, ancaq məni buradan qur-
tar. Ə. Vəliyev. Fənd qurmaq - birisinə qarşı
gizlindən tələ qurmaq, hiylə düzəltmək,
biclik işlətmək. [Hacı Qəmbər:] Qoçum Cəbi,
görüm nə təhər fənd quracaqsan. N.Vəzirov.
Fənd tərpənmək - hiyləyə qarşı hiylə
işlətmək, zirək tərpənmək, usta hərəkət
etmək. [Sirat:] Amma Abdulla oğlu Bülənd
fənd tərpəndi. Ə.Əbülhəsən. Fəndə salmaq
- hiylə işlədərək aldatmaq, tora salmaq.
2. İdman yarışlarında rəqibi aldatmaq
üçün tətbiq edilən üsullar; kombinasiya.
Futbolçunun işlətdiyi fəııdlər. Rəqibin
fəndiııi başa düşmək.
FƏNDBAZ is. və sif. [fars.] Hiyləbaz,
fırıldaqçı, fəndgir, fəndcil. [Əhməd:] Zalını
oğlu nə fəndbazmış, a gədə! N.Vəzirov.
FƏNDBAZLIQ is. Hiyləbazlıq, fırıldaq-
çılıq, fəndgirlik. Fəndbazlıq etmək.
FƏNDCİL bax fəndbaz. Fəndcil adam.
FƏNDCİLLİK bax fəndbazlıq.
FƏNDGİR [fars.] bax fəndbaz. Fəndgir
adam.
FƏNDGİRLİK b a x fəndbazlıq.
FƏNƏR is. [yun.] 1 . Ətrafı və ya bir qismi
şüşə, yaxud başqa şəffaf materialla örtülü
işıq cihazı; fanus. Küçə fənəri. Fənərə neft
tökmək. Fənəri yandırmaq. - Məhərrəm əlin-
dəki fənəri yerə qoyub təkrar etdi..
H.Nəzərli. Quru ot üstündə Hüseyn uzanır;
Fənərin içində para şam yanır. M. Rahim.
// Elektrik lampası. Geniş meydanlarda yan-
sın fənərlər; Gecələr kəndimiz çilçıraq olsun.
O. Sarıvəlli, //bax fara. Minik maşınının
fənəri. - Hər iki maşının güclü fənərləri
geniş bir sahəni işıqlandırırdı. Ə. Sadıq.
2. dan. zar. Zərbədən, zədələnməkdən
üzdə əmələ gələn qançır, göy. Gözünün
altında fənər var.
FƏNƏRÇİ is. köhtı. 1. Küçə fənərlərinin
sazlığına və yanmasına nəzarət edən adam;
fənəryandıran. Qalmışdı həyətdə keçən ax-
şamdan; Fənərçi unutmuş bala nərdivan.
H.K.Sanılı.
2. Keçmişdə: gecə yolu işıqlandırmaq üçün
böyük adamların yanınca fənər aparan adam.
// Əlində fənər gəzdirən adam.
FƏNƏRYANDIRAN köhn. bax fənərçi
1-ci mənada.
FƏNN is. [ər.] 1 . Elm, bilik sahəsi, tədris
obyekti. Riyaziyyat fənni. Zoologiya fənni
kabineti. - [Teymur müəllim] yalnız sinifdə
deyil, kənarda da öz sevimli fənni coğrafi-
yadan saatlarla danışmağı sevərdi. Ə. Sadıq.
182
FƏRAQ
FƏRD
2. bax fənd 1 -ci mənada. Yaman gündə
tamam durub kənara; İstər bir fənn ilə özün
qurtara. Q.Zakir. Hər fənn ediriksə, işimiz
tutmayır əsla; Ax!.. Ax!.. O keçən günlə-
rimiz noldıı, xudaya. M. Ə. Sabir.
3. Elm, texnika, bilik. Bəlkə bir vaxt elm
və fənn bərəkətindən bu işlər düzələ.
C.Məmmədquluzadə. Ebni, fənni, sənəti;
Hər yana kitab yayır. M.Seyidzadə.
FƏRAQ is. [ər.] Ayrılıq, hicran, firqət.
Sevgililərin fəraqı. - Ələsgəri gözdən salma
İraqa; Könül tab gətirmir dərdə, fəraqa. Aşıq
Ələsgər. [Rüstəm Səriyyəyə:] Gözəl mələ-
kim! Mən də fəraqında məcnunam. C. Cab-
barlı. Fəraqı, firqəti çəkən dağ mənəm; Mən-
dən qeyri dərdli tanıma, bülbül! Aşıq Şəmşir.
FƏRAMUŞ is. [fars.] klas. Unutma, yad-
dan çıxarma. □ Fəramuş etmək (qılmaq)
- unııtmaq, yaddan çıxarmaq. Bir mey mənə
sun ki, məstü mədlıuş; Daim özümü qılam
fəramuş. Füzuli. [Lələ:] Kərəm qıl, sulta-
nım, etmə fəramuş; Miiııtəzirdi, məlumata
gəlmişəm. “Lətif şah”. Fəramuş olmaq -
unudulmaq, yaddan çıxarılmaq (çıxmaq).
Səni sevən çox bəlayə tuş olur; Ağıl gedir
başdan, fəramuş olur. M. P. Vaqif. Düşməyir
əsla birinin yadına! Oldu fəramuş bu bizim
köhnələr ! Ə.Nəzmi.
FƏRAR is. [ər.] Gizlicə qaçma. □ Fərar
etmək - icazəsiz və gizlicə qaçmaq. O
vaxtdan Seyid Cəmaləddin İstanbula fərar
etdi. C.Cabbarlı.
FƏRARİ is. [ər.] Hərbi xidmətdən boyun
qaçırmaq məqsədilə hərbi hissədən özba-
şına gedən, fərar edən əsgər. [Nazir Ağa-
gülə:] Bundan sonra fərariləri gizlədən bü-
tün dağ kəndləri topa tutulacaq. Ə.Məmməd-
xanlı. // Sif. mənasında. Fərari əsgər.
// məc. Öz vətəndaşlıq borcunu, xidməti və
ya ictimai vəzifələrini yerinə yetirməkdən
boyun qaçıran adam. [Fikrət:] Mən hələ fə-
rarilərin ucbatından nə qədər əziyyət çək-
diyimizi demirəm. M. Hüseyn.
FƏRARİLİK is. Əsgərlikdən qaçma və ya
boyun qaçırma. [Ağagül nazirə:] İş tərsinə
döndü, cənab nazir, yoldaşları qiy am qal-
dırıb Mustafanı qaçırtdılar və o gündən his-
sələrdə kütləvi fərarilik başlandı. Ə.Məm-
mədxanlı.
FƏRASƏT is. [əı;] Dərhal anlama, başa
düşmə, dərk etmə, qavrama bacarığı, zehin
itiliyi; ayıqlıq. ..Bu qədər uşaq içində hər
kəs Qəhrəmanın zehnindən, fərasətindən,
dərsindən danışırdı. S. Rəhimov. Qızlar
fərasətinə bələd olduqları Şamamaya dər-
hal hay verdilər. Ə.Əbülhəsən. // Ağıl, dər-
rakə. Övladə çatar həman cəhalət; Nə əql
olur onda, nə fərasət. M. Ə. Sabir. Hünərlə
fərasət bir olan yerdə; Açılır taybatay bağlı
qapılar. O. Sarıvəlli.
FƏRASƏTLİ sif. Dərhal anlayan, başa
düşən, dərk edən, qavrayan; itizehinli, dər-
rakəli, ayıq. Fərasətli uşaq. - [Komandir:]
Bilirsiııizmi, komandir yaxşı əsgəri ana
fərasətli balasını sevdiyindən daha çox
sevir. M. İbrahimov. [Mirzə Cəmil:] Böyük
bir törəmənin içində vur-tut fərasətlisi
ortancıl əmimin madar oğlu idi ki, fələk
bildir əlimdən aldı. Ə.Vəliyev.
FƏRASƏTSİZ sif. Fərasəti olmayan, dərra-
kəsiz, bacarıqsız, zehni küt. Fərasətsiz adam.
FƏRD is. [ər.] 1. Ayrıca adam, şəxsiyyət.
Qəm yemə, xəstə Vidadi, görüb ədanı kəsir;
Haqqa ixlas ilə mevdanə girən fərd olmaz.
M.V.Vidadi.
2. Müstəqil halda mövcud olan orqanizm;
varlıq. Saf (təmiz) halda çoxaltma üsulunda
ciitləşdirilən fərdlər (inək, yaxud camış və
törədici dölçülər) eyni cinsdən olurlar.
3. klas. Yalqız, tək. Derdim ki, bəla yo-
lunda fərdəm; Eşq içrə sənə şəriki-dərdəm.
Füzuli. Ey tifli-sadə, gəzmə soqaqlarda böylə
fərd; Alicənab əmulərini bilnıə çox da mərd.
M. Ə. Sabir. □ Fərd qalmaq klas. - yalqız
olmaq, tək qalmaq. Qəm mərhələsində qal-
mışam fərd; Nə yar, nə həmnişin, nə həm-
dərd. Füzuli. Dağıldı yarü ənsarını başınıdan,
fərd qaldım mən. S.Ə.Şirvani. // klas. Tayı-
bərabəri olmayan; tək. Əgər pəhləvanlıqda
sən fərdsəıı; Həqiqət söylə gər cəvanmərd-
sən? M.Ə. Sabir.
4. Klassik Şərq (o cümlədən Azərbay-
can) ədəbiyyatında bir beytdən ibarət şeir
forması. [Mirzə Bəylər:] Aşiqəm mən sənin
ixtilatına; Nəzminə, fərdinə, xoş əbyatıııa.
Aşıq Ələsgər. Qatar yola düşdü və mən də
məbhut gözdən itənədək dalınca baxdım və
183
FƏRDİ
bu böhtün içində Sədi mərhumun bir fərdi
yadıma düşdü. Ə. Haqverdiyev.
FƏRDİ sif. [ər.] 1. Yalnız bir fərdə (şəxsə)
xas olub onu başqalarından fərqləndirən;
şəxsi. Fərdi üslub.
2. Xüsusi istifadədə olan; ümumi olma-
yan; şəxsi. Fərdi avtomaşın. Fərdi təsərrü-
fat. Fərdi həyətyanı sahə.
3. Kollektiv tərəfindən deyil, ayrı-ayrı
şəxslər tərəfindən həyata keçirilən. Fərdi
inşaat. Fərdi mənzil inşaatı.
4. Ayrılıqda hər bir adama aid olan; xü-
susi. Fərdi plan. Fərdi öhdəlik.
FƏRDİLƏŞDİRMƏ “Fərdiləşdirmək”-
don f.'ıs.
FƏRDİLƏŞDİRMƏK / Səciyyəvi fərdi
əlamətlərinə görə fərqləndirmək. Surətlə-
rin dilini fərdiləşdirmək. H Ayrı-ayrı adam-
lar, şeylər üçün xüsusiləşdirmək. Şagird-
lərlə məşğələni fərdiləşdirmək.
FƏRDİYYƏT is. [ər.] 1. Bir şəxs və ya
hadisəni başqalarından ayıran səciyyəvi və
tipik xüsusiyyətlərin məcmusu. // Təklik.
2. Fərdi, özünə xas əlamət və xüsusiy-
yətləri olan şəxs; şəxsiyyət, fərd.
FƏRDİYYƏTÇİ sif. Öz fikir tərzinə və
hərəkətlərində fərdiyyətçiliyə meyil edən
(adam). // Öz şəxsi mənafeyini cəmiyyətin,
kollektivin mənafeyindən üstün tutan, bi-
rinci növbədə öz mənafeyini güdən (adam).
Cabbarlı “ Almaz ” pyesində əsasən köhnə
fərdiyyətçi kəndin mənzərəsini yaratmışdır.
M .Arif.
FƏRDİYYƏTÇİLİK is. Xüsusi mülkiy-
yətçilik ideologiyasının, şəxsiyyətin, fərdin
mənafeyini cəmiyyətin, kollektivin məna-
feyindən üstün tutan əsas prinsiplərindən
biri. Fərdiyyətçilik təmayülü. Fərdiyyətçilik
və xiisusiyyətçilik əhvalı.
FƏRƏ is. Cavan toyuq (kəklik). Çil fərə.
- Şəhərdən gətirdiyim toyuğumun balaları
böyümüş, tüklənmiş, xoruzu, fərəsi bəlli
olmuşdu. A.Şaiq. Hindən çıxıb tez ağ fərə;
Qaqqıldadı birdən-birə. M. Dilbazi.
FƏRƏC is. [ər.] klas. Hüzn, kədər, mə-
yusluqdan sonra gələn sevinc, şadlıq və
yaxşı əhval.
0 Allah (Yaradan, Tanrı) fərəc versin!
- “Allah kömək eləsin”, “uğurlar olsun”
FƏRƏHSİZ
mənasında xoş arzu bildirən ifadə. [Banıxa-
mm:] Sənə kömək istərəm mən xudadan; İşinə
fərəc versin böyük Yaradan. “Aşıq Qərib”.
[Mir Hadi:] Allalı [Mirzə Mehdinin] işinə
fərəc versin... Qantəmir.
FƏRƏH [ər.] 1. is. Sevinc, şadlıq, könül
açıqlığı. Analıq fərəhi. Fərəhdən ağlamaq.
- insanın təbiətində iki ümdə xasiyyət
qoyulubdur, biri qəm, biri fərəh ; ağlamaq
əlaməti-qəmdir, gülmək əlaməti fərəhdir.
M. F.Axundzadə. Etibar yeridikcə; Fərəhin-
dən az qala; Uçacaqdı bu saat. I.Səfərli.
2. Fərəhlə şəklində zərf - sevinərək,
şadlanaraq, fərəhlənərək; sevincək, şad,
sevinə-sevinə. Fərəhlə demək. Fərəhlə oğ-
luna baxmaq. - Analar fərəhlə baxırlar sənə;
Körpə balaların gülür gözləri. N.Rəfıbəyli.
O qəlbən keçmişdir burdan yüz kərə; Bax-
mış iftixarla, baxmış fərəhlə. N. Xəzri.
FƏRƏHLƏNDİRİCİ sif. Sevindirici, fərəh
gətirən, könülaçan. Fərəhləndirici xəbər.
Fevral inqilabı (1917) Azərbaycan teatrı və
dramaturgiyasına fərəhləndirici bir şey
gətirmədi. Ə.Haqverdiyev.
FƏRƏHLƏNDİRMƏ “Fərəhləndirmək” -
dən fis.
FƏRƏHLƏNDİRMƏK f. Sevindirmək,
şadlandırmaq, könlünü açmaq. Yaxşı iş ada-
mı fərəhləndirir. Xoş xəbərlə fərəhləndir-
mək. - Al-əlvan çiçəklər öz gözəllikləri ilə
cümləni fərəhləndirir idi. “Məktəb”.
FƏRƏHLƏNMƏ “Fərəhlənmək” dən fis.
FƏRƏHLƏNMƏK f Sevinmək, şadlan-
maq, könlü açılmaq. Atan fərəhlənsin əməl-
lərindən; Vətən çaylarından güc alsın səsin!
B.Vahabzadə. Sərvinaz qarı evə dönüb hər
şeyi hazır görəndə fərəhləndi. B. Bayramov.
FƏRƏHLİ sif. 1. Sevindirici, fərəh gəti-
rən, şadlıq gətirən; ürəkaçan, şadlandırıcı.
Fərəhli hadisə. Fərəhli yaşayış. - [Eyvaz:]
Bu sözlər bahar gecəsinin lal musiqisi kimi
nıənə fərəhli nəğmələr oxuyurdu. İ.Əfəndiyev.
2. Şad, şən, sevincək; fərəh, sevinc, şad-
lıq ifadə edən. Fərəhli sima. Üzündə fərəhli
ifadə hiss olunurdu. - Ömrün bağçasında
ötəydi hər an; Fərəhli, nəşəli bu quş səsləri.
N. Rəfıbəyli.
FƏRƏHSİZ sif. Fərəh, sevinc gətirməyən;
sevincsiz, qəmli, kədərli, ağır. Fərəhsiz
184
FƏRQ
FƏRMAN
mənzərə. - [Mehribanın] fərəhsiz fikirlər
beynində bir-birini əvəz etdi.. H.Seyidbəyli.
FƏRQ is. [ər.] 1. Şeyləri, adamları bir-
birindən ayıran hər hansı xüsusiyyət, onları
bir-birindən ayıran cəhət; təfavüt. Yaxşı ilə
pisin fərqi. Hekayə ilə romanın fərqi. - Köh-
nə aşnalığın, təzə dostluğun; Fərqi var qış
ilə yaz arasında. Aşıq Ələsgər.
2. İki ədəd, məbləğ, kəmiyyət arasında
təfavüt; dəyər ayrılığı. Hesabdarlıq Salelıə
ləzzət verir, bəzən bir hesabı beş dəfə
sayğaca salır , nəhayət, yeddi qəpik fərqi
tapıb ortalığa çıxardığı üçün qalib koman-
dan kimi məğrur durub baxırdı. Ə.Vəliyev.
Ancaq yaş fərqlərinin çox olmadığına
baxmayaraq, Ağca qarı gözə ərindən bir az
qoca dəyirdi. Ə.Əbülhəsən.
0 Fərq edilmək - görünmək, seçilmək,
nəzərə çarpmaq. Havanın üzü ləkəsiz
olduğu üçün işıqlı ulduzlar ötədə-bəridə
fərq edilirdi. S. Hüseyn. Fərq etmək - ayır-
maq, seçmək, fərqli cəhətlərini görmək,
fərqləndirmək, ayırd etmək. Fərq etməz -
fərqi yoxdur, təfavütü yoxdur, birdir,
əhəmiyyəti yoxdur. [Gülsabah:] Fərq etməz.
Bu gecə son imtahandır. C. Cabbarlı. Fərq
qoymaq - ayrı-seçkilik etmək. Adamlara
fərq qoymaq. Fərq olmaq - aralarında təfa-
vüt olmaq, bir-birindən ayrılmaq, seçilmək,
fərqlənmək. Nola ki, fərq ola namərdlikdən
mərd dünyada. Qövsi. Fərqi nədir? - Bir
deyilmi? Nə fərqi var? Nə təfavütü var?
Fərqi yoxdur - bax fərq etməz. Gedən
gedər, qəmi qalar bir içim; Fərqi yoxdu: ya
üç mini, ya üçü... Məzar üstə çoxu ağlar
görk üçün; Ağlayırsan, sağlığımda ağla sən.
M.Araz. Fərqinə varmaq - incə və ya
naməlum, gizli bir şeyi anlamaq, anlaya
bilmək, dərk etmək. [Yaşlı kişi:] [Şirinnaz]
birdən yarımçılpaq bir halda olduğunun
fərqinə vardı. S. Hüseyn. Fərqinə varma-
maq - çox fikir verməmək, əhəmiyyət
verməmək, çox dərinə getməmək. Onun
sözlərinin fərqinə varma. - Yedi, ləzzət aldı
hər bir meyvədən; Ancaq heç fərqinə var-
madı, nədən? M. Dilbazi.
FƏRQLƏNDİRMƏ “F ərqləndirmək”dən
fis.
FƏRQLƏNDİRMƏK f. Göz və ya duyğu
ilə başqasından və ya başqalarından ayırmaq,
seçmək. // Fərqli cəhətinə görə başqasından
(başqalarından) ayırmaq, ayırd etmək. Yaxşı
işçi ilə pis işçini fərqləndirmək.
FƏRQLƏNMƏ “Forqlənmok”don (is.
FƏRQLƏNMƏK f. Ayrılmaq, seçilmək,
aralarında fərq olmaq, bənzərlik olmamaq.
Yarışda fərqlənmək.
FƏRQLİ sif. Aralarında fərq olan, müəy-
yən xüsusiyyəti ilə o birindən fərqlənən,
ayrılan, seçilən, aralarında oxşarlıq olma-
yan. Fərqli cəhətlər. Fərqli dünyagörüşü. -
Qayəsiz, məqsədsiz keçən bir insan ömrü
[Kərimxana] bir lıeç, bir heyvan həyatından
fərqli görünmürdü. M. İbrahimov. Bir evdə
eyni familiya daşıyan iki qadın .. bir-
birindən nə qədər fərqli idi. İ. Qasımov.
FƏRQSİZ sif və zərfi. Fərq qoymadan,
ayırmadan, laqeyd.
2. Fərqsizdir şəklində - fərqi yoxdur,
təfavütü yoxdur, əhəmiyyəti yoxdur, birdir.
Biz təhsilin, günəşin qapılarını insan yav-
rularına fərq qoymadan açdıq. Onlar onsuz
da fərqsizdirlər. M.Müşfiq. Burda bahar,
qış bir, tikanla bir gül; Uğursuz bayquşdan
fərqsizdir bülbül. A.İldırım.
FƏRLİ sif. 1. Münasib, abırlı, layiqli,
yaxşı, əməlli-başlı, yararlı. Fərli ev. Fərli
həyət. Fərli bir şeyim yoxdur ki, bağışlayım.
- ..Mal-heyvanı saxlamaq üçün fərli bü-
tövlə yox idi. M. İbrahimov. [Babayev:] Heç
olmazsa özünə fərli bir ayaqqabı alaydın.
H.Seyidbəyli.
2. Bacarıqlı, qabiliyyətli, yaxşı, ağıllı-
başlı, təpərli. Fərli övlad. - Fərli oğul ney-
lər ata malını? (Ata. sözü). Dağda yol-iz yax-
şıdır; Hər yan nərgiz yaxşıdır; Yeddi fərsiz
oğuldan; Bir fərli qız yaxşıdır. (Bayatı).
FƏRLİ-BAŞLI b a x ağdlı-başlı 1-ci mə-
nada. Fərli-başlı geyim. - Bayılın neft verən
mədəni, düzdür, çoxdur; Fərli-başlı ora ki
getməyə bir yol yoxdur. Ə. Vahid.
FƏRMAN is. [fars.] Ali hakimiyyət orqa-
nının qanun qüvvəsində olan sərəncamı,
qərarı. Azərbaycan Respublikası Preziden-
tinin fərmanı, f/ köhn. Hökmdarın, padşahın
yazılı əmri. O aralıq Kərim xan fərman gön-
185
FƏRMAYİŞ
dərib, Mehrab bəyi Qarabağ xam təyin et-
mişdi. Çəmənzəminli. Gorus naçalnikindən
başlayıb, Gəncə qubernatından ötüb, Tiflis-
dəki sərdara qədər padşaha xəbər yazılır,
yuxarıdan hey fərman gəlirdi. S. Rəhimov.
FƏRMAYİŞ is. [fars. ] köhn. Buyurma,
əmr etmə; buyruq, əmr, qulluq. ...Başladı-
lar ustanın fərmayişləriııi birbəbir əmələ
gətirməyə. C. Məmmədquluzadə. Onların
başı üstündən kənarda durub baxan Firi-
duna müraciət etdi: - Ağa, fərmayişin
nədir? M.Ibrahimov. □ Fərmayiş etmək
klas. - əmr etmək, buyurmaq. [Şahmar
bəy:] Mən lazım bilirəm sizdən müxlisanə
təvəqqe edim ki, siz bir qədər səbr fərmayiş
edəsiz. N.Vəzirov.
FƏRRAŞ is. [ər.] köhn. Müxtəlif tapşı-
rıqları yerinə yetirən xidmətçi. [Şah
xacəyə:] Bu saat fərraşı göndər, miinəc-
ciıııbaşını mənim hüzuruma gətirsin.
M.F.Axundzadə. Şah qəzəblə çağırdı fər-
raşın; Dedi: - Al tiği, kəs bunun başın.
S.Ə.Şirvani.
FƏRRAŞBAŞI is. köhn. Padşahların sara-
yında baş fərraş. İsmayıl kişi ağzını açmaq
istəyirdi ki, bu an fərraşbaşıııın yoğun səsi
eşidildi. P.Makulu.
FƏRSƏNG, FƏRSƏX is. [fars.] köhn. Təx-
minən 5-6 kilometrlik məsafə. [Odabaşı:]
Şəhərdən on-on beş fərsəng kənara sağ-sol
göz işlədikcə ağanın əmlakı idi. Ə.Haqver-
diyev. Ordu Gəncədən İsfahan kəndinə
qədər olan on iki fərsəng yolu xalqın şadlıq
səsləri, musiqi nəğmələri altında keçirdi.
M. S. Ordubadi.
FƏRSİZ sif. Əlindən iş gəlməyən; baca-
rıqsız, qabiliyyətsiz, bivec, bifər. Fərsiz öv-
lad. Fərsiz uşaq. - Fərsiz qoyunu qurd yeyər.
(Ata. sözü). Qədim zamanda bir Əhməd adlı
tacir var imiş. Bu tacirin Fəranıəz adlı fərsiz
bir oğlu var imiş. (Nağıl).
FƏRSİZLİK is. Əlindən iş gəlməmə; ba-
carıqsızlıq, qabiliyyətsizlik, biveclik, bifər-
lik. Fərsizliy indən ixtisas qazana bilmədi.
FƏRŞ is. [ar.] Döşənəcək (xalça, palaz,
cecim və s.). Otağa fərş salmaq. Fərşin
üstündə oturmaq. - Əvvəlimci otaqda əlvan
fərşlər döşənib, qəribə gül və giyah ilə və
FƏRZ
quş şəkilləri ilə səqfi münəqqəş olmuşdu.
M.F.Axundzadə. Hücrənin fərşi ibarətdi bir
palazdan. C.Məmmədquluzadə. // Ümu-
miyyətlə, yerə döşənən hər cür şey. Təbiət
bir bəzəkli- diizəkli gəlinə oxşayır, yaşıl
zəmilər, əkin göyləri yerə sərilmiş mərmər
fərşlərə bənzəyir. E. Sultanov.
FƏRYAD is. [fars.] Acı-acı bağırma;
nalə, fəğan, ah-nalə, vaveyla. Oğlunu itir-
miş ananın fəryadı. -inilti, qışqırıq, ah, fər-
yad, güliiş; Bürüyüb aləmi, dönüb tufana.
M.Rahim. Bu insan fəryadına; Baxdıqca
nələr düşür; Hər baxanın yadına. B. Vahab-
zadə. □ Fəryad etmək (qoparmaq, çək-
mək, qılmaq) - acı-acı bağırmaq, ah-nalə
etmək, fəğan etmək. Həqiqət hal, hər həftə
fəryad etmək də yaxşı deyil. N.Nərimanov.
Gəlin... acı bir fəryad çəkib özündən getdi.
Mir Cəlal. // məc. İnləmək, ağlamaq, sızla-
maq. Axır günün əvvəl eyləyib yad; Axıtdı
sirişkii qıldı fəryad. Füzuli. Külək uğıılda-
dıqca çinarın qurumuş yarpaqları fəryad
qoparırdı. Ə. Vəliyev. Üç addım o tərəfdə
kiçik bir qız fəryad edir. Ə.Məmmədxanlı.
Fəryada gəlmək - bax fəryad etmək.
Ələmi-layətənalıiııin əlindən, Hadi; Yeri
vardır nə qədər gəlsən əgər fəryadə.
M.Hadi. // Qışqırıq, bağırtı, çığırtı. Xəstənin
fəryadı. - İçəridən boğuq bir səs gəldi, ani
bir fəryad duyuldu. Çəmənzəminli. □ Fər-
yad qoparmaq (etmək) - qışqırmaq, ba-
ğırmaq, çığırtı salmaq. // İmdada, köməyə
çağırış səsi. Fəryadına yetişən olmadı. - Heç
kəs Nəbüıin səsini, naləsini, fəryadını eşit-
mirdi.. Ə.Abasov.
FƏRZ is. [ər.] 1. Güman, təxmin, ehti-
mal; bir şeyi var və ya yox sayma. □ Fərz
edək (ki)... - tutaq ki... Belə fərz edək ki,
indi ramazan daxil oldu. C.Məmmədqulu-
zadə. Fərz etmək - güman etmək, ehtimal
etmək, təxmin etmək, hesab etmək. Mən
belə fərz edirəm ki... - Bir dəqiqəliyə belə
fərz eləyək ki, Midhət .. günahkardır və ona
verilən ağır cəza da ədalətlidir. M.Flüseyn.
Fərz olunmaq - güman edilmək, ehtimal
edilmək, təxmin edilmək, niyyətdə tutulmaq.
2. Vacib, zəruri, daha artıq lazım (vacib)
olan şey. Ey insanlar, fərz deyilmi bizlərə;
186
FƏRZƏN
FƏSİLƏ
Rəhm eyləmək, əl tutmaq acizlərə? A.Səhhət.
□ Fərz olmaq - vacib olmaq, zəruri olmaq,
lazım olmaq. Hələ ki müqərrər oldu getmək;
Fərz oldu bu sirri zahir etmək. Füzuli.
FƏRZƏN zərf [ar.] klas. Fərz, təxmin
yolu ilə; ehtimalən, tutaq ki, fərz edək ki.
Fərzən ehtimal edib deyək ki, bizdən savayı
bütün dünyanın arvadları özlərini öldürüb
çalışdıqları və onlara bir çox kişilər də
yardım etdikləri üçün onlara bir az haqq və
ixtiyar verilsin. C. Məmmədquluzadə.
FƏRZİYYƏ is. [ər.] Bir şey haqqında
təxmini mülahizə; güman, ehtimal, fikir,
zənn. Kainatın əmələ gəlməsi haqqında
fərziyyə. Onun fərziyyəsinə görə... Fərziyyə
həqiqətə çevrildi. - [Şeyda] uzun müddət
yoxlamadığı, götür-qoy eləmədiyi bir fər-
ziyyəni ən yaxın dostlarına belə açıb söylə-
məzdi. M.Hüseyn.
FƏS is. [Mərakeşdə şəhər adından] Bəzi
Şərq ölkələrində kəsik konus şəklində, əsa-
sən qırmızı rəngli, qotazlı baş geyimi. Qır-
mızı fəs, qırmızı ipək qurşaq, sırmalı arxalıq
Rüstəm bəyə çox yaraşırdı. Çəmənzəminli.
[Mirzə Süleyman bəy] arxalığı, çuxam atıb,
kostyum, qalstuk geymişdi, papağı çıxardıb
fəs qoymuşdu. B.Talıblı.
FƏSAD is. [ər.] 1. Nifaq, qarışıqlıq, fitnə,
intriqa. Bizdə görünməz nə fəsadü nifaq;
İşləməyə bir-birimizdən qoçaq. M. Ə. Sabir.
Hiyləgər ruhanilərin fəsad torlarını yırtıb, o
tordan çıxmaq üçün zəhmət çəkib dünya
elmlərini təhsil eləyirlər. C.Məmmədqulu-
zadə. □ Fəsad düşmək - hərc-mərclik
düşmək, qarmaqarışıqlıq düşmək, asayiş,
əmin-amanlıq pozulmaq, dava düşmək, ni-
faq düşmək. Fəsad salmaq - hərc-mərclik
salmaq, ara qarışdırmaq, nifaq salmaq, intri-
qa salmaq. Aralarına fəsad salmaq. - Həm
də olurdu uşaq dərsdə bədetiqad; Məzhəbə
rəxnə vurub, dinə salırdı fəsad. M.Ə. Sabir.
2. tib. Xəstəliyin törətdiyi ağır, qorxulu
nəticələr; pozuqluq. Deyiblər ki, tənbəllik
bədən üçüıı fəsaddır. “Qabusnamə”.
FƏSADÇI is. Araya fəsad, fitnə salan, ni-
faq salan, fəsad törədən, aravuran, araqa-
rışdıran adam; intriqaçı. [Qətibə:] Allah-
taalaya çox şükür olsun ki, indiyə qədər
məmləkətin başına fəlakət gətirən fitnə və
fəsadçılar rədd olub getdilər. M.S.Ordubadi.
FƏSADÇILIQ is. Fəsadçının işi, peşəsi;
fəsad, fitnə düzəltmə, araqarışdırma, intriqa
salma; intriqaçılıq.
FƏSAHƏT is. [ər.] Fikri səlis, aydın, düz-
gün və məntiqi ifadə etmək bacarığı, natiq-
lik məharəti; gözəl danışmaq, anlatmaq
qabiliyyəti. Natiqin nitqindəki fəsahət. -
[Əmiraslan ağa:] ..Siz də o fəsahət, bəlağət
qapısı olan ağzınızı açıb, camaatı bizim
itaətimizə çağıracaqsınız. S.S. Axundov.
[Naşad] biitün fəsahət və bəlağətini topladı.
S.Flüseyn.
FƏSAHƏTLİ sif. Aydın, gözəl, səlis,
düzgün. Fəsahətli nitq. - Əmir Bus-Suvar
böyük şah idi, dediyini eyləyən, müdrik
ləyaqətli, ədalətli, şücaətli, fəsahətli, dini
sevən, uzaqgörən idi.. “Qabusnamə”.
FƏSƏLİ is. Arasına yağ sürtülmüş qat-qat
xəmirdən tavada və ya təndirdə bişirilən
çörək, qoğal. Bizim gəlinlərin bayramqabağı;
Fəsəli yaymağı yadıma düşdü. S. Vurğun.
FƏSİH sif. [ər.] Fəsahətli, gözəl, aydın,
təmiz, düzgün, səlis (tələffüz, nitq haqqında).
Fəsih nitq. Fəsih (z.) danışmaq. - Axund
Molla Sadıq çıxdı minbərə, bir fəsih xütbə-
dən sonra başladı.. M.F.Axundzadə.
FƏSİL is. [ər.] 1. İlin bölündüyü dörd
mövsümdən hər biri; mövsüm. Oış fəsli. -
Hər fəsildə üç ay var; Üç ulduz var, üç ay
var. (Bayatı). Hər ilin dörd fəsli var və hər
fəslin də öz təğazası var. C. Məmmədqulu-
zadə. // İlin çoxlu meyvə yetişən, bitkilərin
çoxlu çiçək açan dövıü. Meyvə fəsli. -Fəsli-
güldih; aləm içrə novbahar olmuş, könül!
Ə.Nəzmi. Çiçək fəsli deyil indi! Barıt vardır
havalarda. S.Vurğun.
2. Kitabın, məqalənin, sənədin və s.-nin
nömrə və ya ayrıca sərlövhə ilə işarələnən
hissəsi. Əsərin ikinci fəsli. Birinci fəsli ixti-
sar etmək. - Bəzən nöqsan da olur; Sevimli
bir romanın; Gözəl fəsillərində. İ.Səfərli.
FƏSİLƏ is. [ər.] biol. Quruluşca oxşar,
mənşəcə bir-birinə yaxın bir neçə heyvan
və ya bitki cinsinin əmələ gətirdiyi qrup.
Quru otlar içərisində ən yaxşılan -paxla və
taxıl fəsiləsiııə mənsub olan təbii biçənək
187
FƏTH
otları: yonca, iiçyarpaq, vələnıir və külül
( çöltıoxudu ) qarışığı, sudanotu və sair əkmə
otlardır. - Bitkini təyin etmək dedikdə, onun
hansı fəsiləyə, cins və növə aid olduğunu
müəyyən etmək nəzərdə tutulur. H.Qədirov.
FƏTH is. [ar.] 1. Bir şəhər və ya ölkəni
silah gücü ilə zəbt etmə, alma. // Qələbə,
zəfər, qalibiyyət. [Mustafa xan:] Ümidini
Allaha bağla, inşallah, fəth biz ilə olar.
Ə. Haqverdiyev. □ Fəth etmək - 1) zorla,
silah gücü ilə almaq, tutmaq, zəbt etmək,
işğal etmək. Düşmən qalasını fəth etmək. -
[Faşist başçıları] hərbi qüvvələrini bütün
Avropam fəth etməyə hazırlayırdılar).
M.İbrahimov; 2) məc. özünə tabe etmək,
yiyələnmək, öz xeyrinə işlətmək. Təbiəti
fəth etmək. - Bir oxun səngəri dağ olsa
əgər; Uçar, yer üzünü bütün fəth edər.
Şəhriyar. Göyləri fəth edən bir ana tərlan;
Kim deyir balavkən yıxılmamışdır. M.Araz;
3) məc. tutmaq, qaplamaq, basmaq. Yanğın
ətrafı fəth etdi; 4) məc. məftun etmək, valeh
etmək, əsir etmək. Könüllər yolçusu o
munis gözəl; Min ürək fəth edir hər keçən
anda. S. Vurğun. // məc. iradəsini əlindən
almaq, özünə ram etmək. Murtuzun xoş
danışığı Gülnazı tədricən fəth etməyə başla-
yırdı. Q.İlkin. Dünyanı fəth etsə ana hörməti;
Yaradar dünyada əsil cənnəti. Şəhriyar.
FƏTHƏ [ər.] bax zəbər.
FƏTİR is. [ər.] Mayalı və ya mayasız
xəmirdən, bəzən yağ, cızdaq, və s. qatılaraq
təndirdə və ya sacda bişirilən çörək. Mayalı
fətir. Fətir bişirmək. Fətir üçün xəmir yo-
ğurmaq. - Sona xala əlində birpodnos, için-
də .. qayrnaq, yağ, yağlı fətir .. masaya süfrə
salıb, məni oraya təklif etdi. S.S.Axundov.
Qara oğlan əlindəki fətiri yeyib qurtardı, ovcıı
ilə dodaqlarını sildi. M.Hüseyn. // etnoqr.
Toyda oğlan evindən qız evinə göndərilən
xüsusi yapılmış iri yağlı çörək.
FƏTİRSİFƏT sif iri, kök, girdə sifəti olan.
Fətirsifət arvad.
FƏVVARƏ is. [ər.] 1. Təzyiq altında fış-
qıran su şırnağı; bu şırnağı fışqırtmaq üçün
düzəldilən hovuz və qurğular; fontan.
Fəvvarəni işə salmaq. Bakı bulvarının gözəl
fəvvarələri var. - Gözüylə seyr edir, zövq
FINDIQ
alır qəlbən; Sərin hovuzlardan, fəvvarələr-
dən. S. Vurğun. [Çingiz Qəndaba:] Bir saat-
dan sonra fəvvarənin yanında səni gözləyə-
cəyəm, təkcə gəl, sözüm var. B. Bayramov.
2. məc. Bitməz-tükənməz, arasıkəsilməz
şey, axm. Tüstü fəvvarəsi. Toz fəvvarəsi. -
Hər tərəfdə top mərmilərinin göyə qaldır-
dığı qara torpaq fəvvarələri döyüş meyda-
nını tufana tutulmuş fantastik bir meşəyə
döndərmişdi. Ə.MəmməcLxanlı.
0 Fəvvarə vurmaq - sürətlə, gur surətdə
axmaq, tökülmək.
FƏVVARƏLƏNMƏ “Fəvvarələnmək”-
dən fis.
FƏVVARƏLƏNMƏK / Fəvvarə kimi
vurmaq, qalxmaq, püskürmək, fışqırmaq.
Su fəvvarələnirdi. - Tankın ətrafından tüs-
tülər və alovlar fəwarələndi. Ə.Əbülhəsən.
FƏVVARƏLİ sif. Fəvvarəsi olan; fontan-
һ. Fəvvarəli bağça. Fəvvarəli həyət. - Budur ,
fəvvarəli hovuzun kənarında bir dəstə adam
əyləşmişdir. Mir Cəlal.
FƏZA is. [ər.] 1 . Kainatda sonsuz boşluq;
göy, asiman. Ulduzlu fəza dəniz üzərinə çev-
rilmiş bir süzgəcə bənzəyirdi. M. S. Ordubadi.
2. məc. Yüksəklik, ənginlik. Yenə də insa-
nın xəyal şahpəri ; Gəzir fəzaları, göy də-
nizləri. S.Vurğun. Qüdrətim olsaydı qanad
açardım; Sonsuz fəzaları yarıb uçardım.
Ə.Kürçaylı.
FƏZİLƏT is. [ər.] 1. insanda ağıl, kamal,
elm-mərifət, mərdlik, yüksək mənəviyyat,
alicənablıq kimi sifətlərin ümumi adı.
// Müdriklik, kamillik; ehtiram doğuran
sifətlər. [Sevda:] Sus, onda fəzilət var; Qüd-
rət və cəsarət var. H.Cavid. [Yaşlı kişi:] Bu-
raya gəldikdə mənə [Şeyx Yəhyanın] fəzilə-
tindən çox şeylər söyləmişdilər. S.Hüseyn.
2. məc. Dəyər, qiymət, məziyyət. ..Bir kəs
tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun
cümləyə zəruri olmasını inkar edə. F.Köçərli.
FƏZİLƏTLİ sif Fəzilət sahibi olan, fazil;
yüksək mənəvi keyfiyyətlərə malik olan.
Fəzilətli bir şəxs.
FINDIQ is. Bərk qabıq içində ikibölümlü
ləpəsi olan qozaoxşar, lakin ondan kiçik
meyvə; həmin meyvənin yabanı və ya əki-
lən kolu. Fındıq meşəsi. Fındığın içi boşdur.
188
FINDIQBURUN
FIRIQ
- Gözəl fındıq sındırır, tut qurusu arıtlayır.
Həbib yavaş-yavaş yeyirdi. Ə. Vəliyev.
FINDIQBURUN sif. Balaca, girdə və ucu
bir qədər qalxıq bumu olan. Fındıqburun
uşaq. - [Nisə xanım Şeydaya:] Nə olub?
Yoxsa körpə [Vahidovların \ fındıqburun nəs-
linə çəkib? Ə.Məmmədxanlı.
FINDIQÇA bax çırtıq 1-ci mənada. Fın-
dıqça çalmaq.
FINDIQLI sif. Tərkibində fındıq olan.
Fındıqlı konfet. Fuıdıqlı halva.
FINDIQLIQ is. Çoxlu fındıq ağacı bitmiş
və ya əkilmiş yer. Fındıqlığı sulamaq. - Baş-
qa bir tərəfdə, dik yalın o üzündə .. fındıqlıq
meşəsi başlanırdı. S.Rəhimov.
FINDIQSINDIRAN is. Fındıq, qoz, badam
kimi meyvələrin qabığını sındırmaq üçün
alət; sıxac.
FINXIRIQbax fınxırtı.
FINXIRIŞMA “F ınxınşmaq” dan f. is.
FINXIRIŞMAQ qarş. Fınxırmaq (çoxları
haqqında).
FINXIRMA “Fınxırmaq”dan fis.
FINXIRMAQ f. 1 . Flavanı burun deşiklə-
rindən güclə buraxmaqla səs çıxarmaq. İnək
fınxırır. - Buğa fınxırıb dik ayağa qalxdı.
M. Rzaquluzadə. At fınxırıb iki dal ayaqlan
iistə gövə qalxdı. “Koroğlu”.
2. Səs çıxara-çıxara havanı, buxarı, ya-
xud işlənmiş qazı kəsik-kəsik bayıra burax-
maq. "Qaz” maşını... fınxıraraq öz yoluna
davam edir.. H.Seyidbəyli.
FINXIRTI is. Fınxırarkən çıxarılan səs;
fınxınq. İnəyin fınxırtısı. Fınxırtı səsi. - Qır-
manc səsi atların fınxırtı sına qarışdı, ancaq
fayton yenə də irəliləmədi. M.FIüseyn. An-
caq atların burnundan çıxan fınxırtılarla
ayaqlarının altından qopan xırdaca daşla-
rın səsləri eşidilirdi. S.Rəhimov.
FIR is. 1. Fləşəratın təsirindən və s. sə-
bəblərdən bitkilərin müxtəlif yerlərində
əmələ gələn şiş; donqar. Tut ağacının fırı. -
Palıd ağaclarının düyünləri və yumru fırları
irəliyə doğru çıxırdı. S.Rəhimov.
2. dan. İkigüvənli dəvənin güvənlərindən
hər biri, hörgücü. Dəvənin fırı.
3. ınəc. Gərəksiz, lazımsız, heç bir işə ya-
ramayan şey haqqında. [Əli Rüstəm bəyə:]
Həyatın bir üzvündən baş vermiş çirkin bir
fıranı, kəsib atılmaqdan başqa bir çarəm
yoxdur! Çəmənzəminli.
0 Fırı yatmaq dan. - acığı, hirsi soyu-
maq. Bir az atılıb-düşdü, axır ki fırı yatdı.
FIRÇA is. Rəng çəkmək, yapışqan sürt-
mək və s. üçün dəstəyə bərkidilmiş tük, qıl
və. s. topasından ibarət alət. Rəngsaz
fırçası. Fırça ilə kağıza yapışqan sürtmək. -
Xınalıq gecələrinin gözəlliyi mahir bir rəs-
sam fırçası ilə canlansa, bu lövhəyə baxan-
lar onun həqiqətinə çətin inanarlar. R.Rza.
Əsmər, bir əlində palitra, o biri əlində fırça,
iri qovaq ağacının altında molbertin qaba-
ğında dayanıb şəkil çəkirdi. M.Süleymanov.
// Üz qırxanda sabun sürtmək üçün kiçik
şotka. Sübhanverdizadə camı bir əlinə götü-
rüb, ayna qabağına yeridi və fırça ilə üzünü
sabunlayıb suvadı. S.Rəhimov.
FIRÇILDAMA “Fırçıldamaq”dan fis.
FIRÇILDAMAQ f Fırçıltı səsi çıxarmaq,
fırç-fırç eləmək. Kosa içində sufirçıldayan
(f.sif.) qaloşlarını tappıldada-tappıldada
qayıdıb çöl tərəfdən [ Siibhanverdizadənin ]
kabinetin qapısına bir təkan vurdu, qapı açıl-
madı. S.Rəhimov. Yapışqandan pis Muğan
palçığı maşının təkərləri altında fırçılda-
yaraq dörd tərəfə sıçrayırdı. M. İbrahimov.
FIRÇILTI is. Bir cismin palçığa və ya
başqa qatı, suvaşqan bir şeyə batarkən çı-
xardığı səs.
FIRFIRA is. 1 . Çox iti fırlanarkən bir ucu
üzərində dik vəziyyətdə duran dairə və ya
şar şəklində oyuncaq; fırlanqıc. Fırfıra
fırlatmaq.
2. fiz. Dayaq nöqtəsi ətrafında istənilən
sürətlə fırlana bilən bərk cisim.
0 Fırfıra kimi fırlanmaq məc. - yaltaq-
lanmaq, quyruq bulamaq, qulluq göstərmək.
Yarməmmədlə [Salman] fırfıra kimi sədrin
başına fırlandılar. M. İbrahimov. Leylək Zər-
rintac xanımın qabağında nə qədər qulluq
göstərib fırfıra kimi fırlansa da .. xanım onu
saya salmırdı. S.Rəhimov.
FIRIQ sif. və zərf Əngəl, pis, yaman,
fəna (adətən "işi” sözü ilə bərabər). Onun
işi fırıqdır. - Şeytan işi fırıq görüb qaibə çə-
kildi. (Nağıl).
189
FIRILDAQ
FIRILDAQ is. 1. Hiylə, kələk, dolab,
badalaq, biclik. Hərifin fırıldağım başa
düşmək. - [Molla İbrahim:] Şeyx Yəhyanın
bütün fırıldaqlarını açıb. Xorasan camaatına
elan etmək mənim borcum olsun. S. Hüseyn.
[Musa:] De görüm, indi nə fırıldağın var?
M.İbrahimov. □ Fırıldaq gəlinək (düzəlt-
mək, işlətmək) - kələk işlətmək, dolab
gəlmək, biclik işlətmək, hiyləbazlıq elə-
mək, badalaq qurmaq. Mən az görməmişəm
badalaqları ; Min fırıldaq gələn o alçaqları!
S.Vurğun. [Ataş:] Mən bilirdim, [Veysəl-
gili] əvvəl-axır belə fırıldaq düzəltməli
idilər. Ə.Vəliyev.
2. dan. Fırıldaqçı mənasında. Fırıldağın
biridir. - [Fərrux Natiqə:] Ədə, sən başdan-
ayağa fırıldaqmışsan ki! B. Bayramov.
FIRILDAQÇI is. Fırıldaq işlədən, kələk-
baz, hiyləbaz, adamaldadan, haramzadə,
aferist. [Firəngiz:] Fırıldaqçılara, ..Muxtar
Qaradağlı kimi üzdəniraq mütəxəssis ferma
müdirinə aman yoxdur! B. Bayramov. // Sif.
mənasında. Fırıldaqçı adam. [Dükançının] ..
türkəçarə ilə məşğul olan fırıldaqçı bir
bacanağı vardı. Ə.Vəliyev.
FIRILDAQÇILIQ is. Fırıldaqçının işi,
peşəsi; kələkbazlıq, hiyləgərlik, haramza-
də lik. Ana zəifdir, lakin dünyanın güclüləri-
nin və zalımlarının hiyləgərliyi və fırıldaq-
çılığıııa qarşı onun qüdrətli silahı təmizlik
və düzlükdür. M.İbrahimov. □ Fırıldaqçı-
lıq etmək - kələk gəlmək, kələk, hiylə iş-
lətmək, dolab gəlmək; fırıldaq, biclik işlət-
mək, haramzadəlik eləmək. Əııisə açıqdan-
açığa görürdü ki, Muxtar uydurduğu yalanla
fırıldaqçılıq edir, atasım aldadır. S. Hüseyn.
FIRILDAMA “Fırıldamaq”dan fis.
FIRILDAMAQ bax fırlamaq.
FIRILDATMA “Fırıldatmaq”dan fis.
FIRILDATMAQ bax fırlatmaq.
FIRLAĞAN bax fırfıra. Hacıyev sağ
əlini göyə qaldıraraq, fırlağan oynadırmış
kimi havada neçə dəfə tərpətdi. Mir Cəlal.
FIRLAMA "Fırlamaq”dan fis.
FIRLAMAQ l.Bax fırlatmaq. Tahir sü-
kanı qaba və kəskin hərəkətlərlə o yan-bu
yana fırlayır, maşının .. hərəkətinə mane olur-
du. M. Hüseyn.
FIRLANMAQ
2 . f. Yerindən oynamaq, pırtlamaq. Göz-
ləri yerindən fırladı.
FIRLANDIRICI sif. Bir şeyi öz oxu ətra-
fında fırlandıran, hərlədən, dolandıran. Fır-
landırıcı qurğu. - Qaldırıcı və fırlandırıcı
mexanizmlər buruq içərisində, nasoslar və
eııergetik qurğular isə buruğım yanında
tikilmiş saraylarda yerləşdirilir. S. Quliyev.
// İs. mənasında. Fırlandırıcını dəyişmək.
Yeni markalı fırlandırıcı.
FIRL ANDIRMA “Fırlandırmaq”dan/.7,s.
FIRL ANDIRMAQ bax fırlatmaq 1-ci
mənada. Çarxı firl andırıb yerinə salmaq.
FIRLANĞIC is. 1 . Üfüqi və ya şaquli fırla-
nan attraksion növü. Fırlarığıca minmək.
Böyük bir fırlanğıc uşaqları, yeniyetmə oğlan-
ları, qızları böyük sürətlə havada fırladır.
2. Bax fırfıra.
3. xiis. Qazma qurğusunun fırlanan mili.
Gilli məhlul nasoslardan tənzimedici kon-
densatorlara, oradan da rezin və ya elastik
metal şlanq və firlanğıcdan keçərək qazma
kəmərinə daxil olur. S. Quliyev.
FIRLANMA “Fırlanmaq”dan fis.
FIRLANMAQ/ 1 . Öz oxu ətrafında dairə-
vi hərəkət etmək, dolanmaq, hərlənmək,
dövr etmək. [Qüdrət:] Baxıram, təkərlər
fırlanır, motorlar işləyir, hər şey hərəkət
edir. C. Cabbarlı. Dəyirman pərləri elə fır-
lanır ki, görmək olmur. Mir Cəlal.
2. Bir şeyin ətrafına dolanmaq, hərlənmək,
o yan-bu yanma keçmək. Evin ətrafına fır-
lanmaq. - ..Qənbərli dönüb motorun dövrə-
sinə fırlandı. S.Rəhimov.
3. Rəqs zamanı dönmək, dolanmaq, hər-
lənmək. Qaraca qız elə bir tərzdə fırlandı
ki, baxanların nəzərində bir şar kimi görün-
dü. S.S. Axundov. Vals oynayan oğlan və qız-
lar bir-iki-üç, bir-iki-iiç sayı ilə fırlanırlar.
Ə.Bədəlbəyli.
4. Konkret bir məqsədi olmadan gəzmək;
gəzişmək, gəzinmək. Parkda fırlanmaq. -
[Qurban:] Heç, elə bazara çıxdım, bir az
fırlandım, qayıtdım. Ə.Haqverdiyev. Anası
[Tahirin] çox o yan-bu yana fırlandığını hiss
edib, xəmirdən əllərini çıxarmayaraq arxaya
sarı boylandı.. M. Hüseyn.
5. Kiçik bir yerdə ora-bura hərəkət et-
mək; gedib-gəlmək, gəzinmək, gəzişmək.
190
FIRLATMA
FISTIQ
Gənc bir doktor daima [Yaqutun] başı ya-
nında fırlanırdı. Ə.Məmmədxanlı.
FIRLATMA “Fırlatmaq’’dan fis.
FIRLATMAQ/ 1. Fırlandırmaq, dolan-
dırmaq, hərləndirmok. Maşının sükanını
fırlatmaq. - Vaqif başını aşağı salıb barma-
ğındakı əqiq üzüyü fırladırdı. Çəmənzə-
minli. Şahmar bu fikirdə idi ki. adam istəsə
yeri tərsinə fırlada bilər. B. Bayramov.
2. Bir şeyi şiddətlə və saymazyana at-
maq, tullamaq, tolazlamaq. Hirsindən boş-
qabı götürüb həyətə fırlatdı. - Firəngiz bə-
növşə dəstəsini stolun üstünə fırlatdı.
B. Bayramov. // Atmaq. Yıısif Həmzənin na-
zik boynundan yapışıb onu qapının ağzına
fırlatdı. B.Bayramov.
FIRLI sif. 1. Fırı olan (bax fır 1-ci mə-
nada). Fırlı ağac.
2. Hörgüclü, güvənli.
FIRTIQ is. Burundan axan selik.
FIRTIQLI sif. 1. Fırtıqla dolu, fırtığı axan.
Uşaq firtıqlı burnunu çəkib məyus nəzərlə-
rini anasına dikdi.. M. İbrahimov.
2. Fırtığa bulaşmış, fırtığa batmış.
FIRTINA is. 1 . Güclü küləklə dənizin şid-
dətlə dalğalanması; qasırğa, tufan. Dənizdə
fırtına var. - Elə bu vaxt fırtına; Daha da
bərk gurladı. İ.Səfərli. Sakit görünsə də çox
zaman dəniz; Orda çovğun da var, fırtına da
var. H.Arif. // Fırtınalı hava. Bu fırtınada hara
gedirsən? Fırtınadan bayıra çıxmaq olmur.
2. məc. Coşqun, gurultulu, təlatümlü, mü-
barizələrlə, keşməkeşlərlə dolu həyat məna-
sında. Günəş çıxdı səhər tezdən; Fırtınadan
doğuldum mən. N.Xəzri.
FIRTINALI sif. 1. Fırtınası olan, boranlı,
qasırğalı, coşqun. Fırtınalı hava. Fırtınalı
okean. - Fırtınalı göylərimi yaxmaq istər il-
dırımlar; Nə zaman ki qərib ruhum yad
ellərdən cana doyar. Ə. Cavad. Divarlarda
fırtınalı dəniz batan gəmi, tufan vaxtı də-
nizdə yanğın və bu kimi mənzərələr rəsm edil-
mişdi. M. Süleymanov.
2. məc. Keşməkeşli, qovğalı, boranlı, gu-
rultulu hadisələrlə dolu. Fırtınalı zəmanə. -
1904-cü ilin fırtınalı günləri idi. A.Şaiq.
// məc. Coşqun. Soltan ..fırtınalı bir gənclik
həyatı keçirmişdir. İ. Əfəndiyev.
FISILDAMA “Fısıldamaq”dan fis.
FISILDAMAQ/ Fısıltı səsi çıxarmaq, fıs-
fıs eləmək. Bir az da keçəndən sonra maşın
fisıldayıb dayandı. Ə.Haqverdiyev. Quber-
nator yenə əvvəlki vəziyyətində dayanıb, qı-
yıq gözlərini ona zillədi. Aşkarca fisıldamağa
başladı. İ.Şıxlı.
FISILDAŞMA “F ısıldaşmaq”dan f is.
FISILDAŞMAQ qarş. Fısıldamaq, fısıltı
səsi çıxarmaq (çoxları haqqında).
FISILTI is. Ağır nəfəs alan adamın bir-
birinə qapanmış dişləri arasından çıxardığı
səs; fıs-fıs səsi. Yatan yoldaşların xorultusu,
fısıltısı otağı bürümüşdü. A.Şaiq. Cahandar
ağanın dişləri kilidləndi. Onun fısıltısını
qulağının dibində eşidən Mələk nə edəcəyini
bilmədiyindən, yumaq kimi büzüşdü. İ.Şıxlı.
// məc. İşləyən maşın, motor və s.-nin
çıxardığı həmin səsə oxşar səs. Maşının fı-
sıltısı. - Parovozun ağzını yamsılavırmış
kimi tramvayın motoru da kəskin bir fısıltı-
dan sonra dayandı. Qantəmir.
FIŞQIRIQ 1. Bax fit. Ortada bir sükut
vardı. Yalnız elektrik qatarının bir-birini tə-
qib edən əsəbi fışqırığı eşidilirdi. S. Hüseyn.
2. məc. Hay-küy, qiyamət, həngamə, qal-
maqal. Fışqırıq qalxmaq. - [Gilə] qapını
açıb bayırı Əvəzə göstərərək dedi : - A kişi,
heç sən bu həyətdəki fışqırığı eşitmirsən?
Ə. Vəliyev. [Nazlı Gülzara:] Şəhərdə yaman
fışqırıqdır, xala, danışırlar ki, ingilislər fəh-
lələrə güllə açıblar. Ə.Məmmədxanlı.
0 Fışqırığa basmaq - bax fitə basmaq
(“fit”də). Onda da camaat tökülmüşdü. Ki-
şini fışqırığa basmışdılar. Mir Cəlal.
FISQIR(T)MA “Fısqır(t)maq”dan/w.
FISQIR(T)MAQ/ dan. Çəkmək (papiros,
siqaret və s.). Siqaret fısqırtmaq. - Molla
Qafar isə bol yeməyi gördükdə rahatca bar-
daş qurub, .. çubuğunu təmizləyərək fis-
qırtdı, tənbəki ilə doldurub, damağına aldı.
S. Rəhimov. [Xəlil:] Mənim o böyük-kiçik
tanımayan, papiros fışqırdan (f.sif.) cavan-
lardan zəhləm gedir. S. Rəhman.
FISTIQ is. bot. Hamar açıq-boz qabığı və
bərk oduncağı olan qollu-budaqlı iri ağac.
Dərənin hər iki tərəfində bitmiş yüzillik palıd
və fıstıq ağaclarının budaqları ahəstə əsən
nəsimdən hərəkətdədir. M.F.Axundzadə.
191
FISTIQKİMİ(LƏR)
FISTIQKİMİ(LƏR) cəm bot. Fıstıq, palıd,
şabalıd və s.-nin daxil olduğıı bitki fəsilə-
sinin adı.
FISTIQLIQ is. Çoxlu fıstıq ağacı əkilmiş
və ya bitmiş yer, fıstıq meşəsi.
FIŞILDAMA “Fışıldamaq”dan f.is.
FIŞILDAMAQ f. 1. Fışıltı səsi çıxarmaq
(bax fışıltı 1-ci mənada). Bir az irəlidə,
yolım üst tərəfində yer fişddayır, ağ bir fəv-
varə göyə qalxırdı. S. Rəhimov.
2. Fışıltı səsi çıxarmaq (bax fışıltı 2-ci
mənada). İlanlar f 'işıldayır kol-koslar ara-
sından. S. Rüstəm.
FIŞILTI is. 1. Bax fışqırtı. Borulardan
fışıltı ilə qalxan buxar göy üzündə əriyib yox
olurdu. H.Seyidbəyli. // Şırıltı. Şamo uca
dağların geniş ətəklərini yalayıb gedən bu
şıltaq suyun fışıltısı altında dayanıb ətrafa
boylandı. S. Rəhimov.
2. İlanın çıxardığı səs. Gürzənin fışıltısı.
FIŞQIRIQ bax fit 1 və 2-ci mənalarda.
Gecə saat iki idi, küçədə binanın qarşısında
bir faytonun dayandığı hiss edildi, iki dəfə
də fışqırıq səsi gəldi. M.S. Ordubadi. Bir
fışqırıq səsi eşidib haman; Gözətçi şəkləyir
qulaqlarını. B. Vahabzadə. □ Fışqırıq çal-
maq - bax fit çalmaq (“fif’də).
0 Fışqırığa basmaq - bax fitə basmaq
(“fit”də). ..Hamı birdən əlini ağzına aparıb
bəyi fışqırığa basdı. Ə.Vəliyev.
FIŞQIRMA “Fışqırmaq ”dan f.is.
FIŞQIRMAQ/ Dar bir yerdən təzyiq altın-
da şiddətlə sıçramaq, çıxmaq, vurmaq. Yüz-
başı yerə yıxılmışdı, boynundan qan fışqı-
rırdı. Çəmənzəminli. Dəlib daşın bağrını;
O fışqıran suya bax! B.Vahabzadə.
FIŞQIRTI is. 1. Fışqıraraq çıxan suyun,
mayenin, qazın, buxarın və s.-nin çıxardığı
xəfif səs; fışıltı. Qazın fışqırtısı. - Məmməd
bəy təpədə birisinə çatıb, arxadan qılıncı
boynıma endirdi. Qan fışqırtı ilə atın yəhər-
əsbabına səpildi. Çəmənzəminli. [Bulaqla-
rın] bəziləri daşların sinəsindən fışqırtilə
fəvvarə vurur, bəzisi isə pıqqapıqlcı, sanki
qaynaya-qaynaya çıxır. Ə.Abasov.
2. Püskürmə, püskürtü.
FIŞTIRIQ bax fışqırıq. □ Fıştırıq çal-
maq -bax fışqırıq çalmaq (“fışqırıq”da).
FİKİR
Qaraş keyfi saz olduğundan .. fıştırıq çala-
çala düşərgəyə getdi. M.İbrahimov.
FİÄSKO is. [ital.] İflas, uğursuzluq.
FİBRA is. [lat.] Toxuma.
FİDAN is. Ağac və kolların kötüyündən
göyərən və sonradan başqa yerdə əkilən
cavan ağac. Körpə fidanlar; Deyir : - Qır-
mayın; Bizi, nadanlar! M.Seyidzadə. //Ümu-
miyyətlə, yenicə yetişən cavan ağac və ya
kol. [Günəş] bağçada tut, əncir, yasəmən
fidanları əkmiş, evi, həyəti nizama salmışdı.
A.Şaiq. Pöhrələr, şitillər indi körpədir; Fi-
danlar on qarış deyil hələlik. O. Sarıvəlli.
// nıəc. Obrazlı təşbehlərdə. Ürəyində məhəb-
bətin; İlk fidanı yarpaq açır. N.Rəfıbəyli.
FİDANLIQ is. Çoxlu fidan göyərmiş və
ya əkilmiş yer. [Gözətçi qadın Rüstəm bəyə:]
Gecə atları buraxmışlar, bağçanı korlamış,
fidcınlıği' alt-üst etmişdir. Çəmənzəminli.
FİDEİST \fr.] Fideizm tərəfdarı. Fideist-
lər elmin təsir dairəsini məhdudlaşdırırlar.
FİDEİZM [fr. əsli lat. fıdes - inam və
...ism] Dini etiqadı elmi idrakdan üstün
tutan, etiqadın (inamın) ağıldan üstün oldu-
ğunu iddia edən dünyagörüşü və elmi dinə
tabe etməyə, elmi biliklərdən dini ehkam-
ların müdafiəsində istifadə etməyə çalışan
mürtəce təlim. Fideizm müasir fəlsəfənin və
ilahiyyatın ideya ittifaqının əsasıdır.
FİDYƏ is. [ər.] köhn. Girov tutulmuş, ya-
xud əsir alınmış bir adamı azad etmək üçün
verilən pul və s.
FİKİR is. [ər.] 1 . Düşünmə, düşüncə, tə-
fəkkür; təfəkkür prosesi.
2. Niyyət, məqsəd, məram. Fikrini başa
düşmək. Fikrini anlatmaq. Getmək fikrindən
daşınmaq. - [Süleyman:] Yaxşı, xala, bəs sə-
nin fikrin? Ü.FIacıbəyov. Qızın fikrində
bunların heç biri yox idi. Mir Cəlal.
3. Fikirləşmə, düşünmə, mühakimə nəti-
cəsində hasil olan qənaət, ideya. Dərin fikir.
Maraqlı fikir. Ciddi fikir. Boş fikir. Ağlıma
belə fikir gəldi. - [Sərvər:] Doğru deyirsən,
mən dünəndən bəridir ki, fikirdəyəm.
Ü.FIacıbəyov.
4. Rəy, görüş, mülahizə. Nə fikriniz var?
Bu barədə fikrin nədir? - [ikinci fəhlə:]
Gedək görək camaatın fikri nədir? H.Nəzərli.
192
FİKİR
[Qoşqar:] Soyuqqanlı fikir mübadiləsi olma-
yan yerdə heç vaxt ümumi işə xeyir dəyməz,
yoldaş Əmirli! İ. Hüseynov.
5. Bilik. Elmi fikir. Bədii fikir.
6. Adamın ağlını məşğul edən şey, daim
düşünülən şey (bəzən "fikir-zikir” şəklin-
də işlənir). Öz fikirləri ilə məşğul olmaq.
Fikrindən ayrıla bilməmək. Fikri özgə yer-
dədir. Başında ancaq bir fikir var. - Uçmaq!
Uşağın fikri oynamaqda qalıb. - Mirzə
Cəmilin dedikləri Ataşın başına girmirdi,
çünki bütün fikri-zikri Qönçənin yanında
qalmışdı. Ə.Vəliyev. Cəmilə Manafovanın
isə fikri-zikri kitabdır. H.Seyidbəyli.
7. Hafizə qüvvəsi, yaddaş, xatir. Fikrim-
də qalmadı. Fikrindən çıxmaq. Fikrində
saxlamaq.
8. Əqidə, görüş, baxış. Fikrinlə razı de-
yiləm. - [Vəzir:] Mən də o fikirdəyəm.
Ü.Hacıbəyov.
9. Fikrimcə, fikrincə, fikrimizcə, fikri-
nizcə və s. şəkillərdə - məncə, mənə görə;
səncə, sənə görə; bizcə, bizə görə; sizcə, sizə
görə. Sonanın fikrincə, Bahar hər incə mət-
ləbi gözdən oxuyan bir qızdı. B. Bayramov.
0 Fikir aparmaq (götürmək) - 1) bir
şey, hadisə haqqında fikir etmək, fikirləş-
mək, fikrə getmək, fikrə dalmaq, düşünmək.
Fikir məni apardı, heykəl kimi dayandım.
M.Rahim. Qız danışdıqca məni fikir aparır-
dı. M. İbrahimov; 2) təşvişə düşmək. Fikir
çəkmək - 1) dərd çəkmək, ruhən iztirab
çəkmək, narahat olmaq. [Gültəkin Aydına:]
Paltar da istəmirəm, təki sən fikir çəkmə-
yəsən, nə eləyirəm paltarı? C. Cabbarlı;
2) gələcəyi haqqında fikirləşmək, taleyini
düşünmək. Fikir dəryasına qərq olmaq -
çox dərin fikrə getmək, fikrə dalmaq. Fikir
eləmək (etmək) - 1) fikirləşmək, düşün-
mək. [Mozalanbəy:] Bu gecə dürüst fikir
elə, peşman olmazsan. Ə. Haqverdiyev;
2) bir şeyin fikrini çəkmək, bir şeyin
dərdinə qalmaq. Çox fikir eləmə... - [Gül-
nisə Bəhrama:] Vallah, öz qızımçın nə qədər
fikir edirəmsə, sənin üçün də o qədər fikir
edirəm. C. Cabbarlı. Fikir götürmək -
fikrini məşğul etmək, fikrə qərq olmaq,
təşvişə, narahatlığa səbəb olmaq. Ənıışirə-
FİKİR
vaııı fikir götürdü, çünki onun heç övladı
olmayırdı. (Nağıl). Fikir vermək - fikrinə
qalmaq, diqqət vermək, diqqət yetirmək,
qayğı göstərmək, qeydinə qalmaq. Ekska-
vatorçular .. çox qazmağa çalışmaqla bəra-
bər, yaııacağa qənaət etməyə də xüsusi fikir
verirdilər. Ə. Sadıq. [Həsrət Hümmətə:]
indi camaatın yaşayışına fikir vermək
lazımdır. B. Bayramov. Fikir verməmək -
əhəmiyyət verməmək, qulaqardına vurmaq,
etinasızlıq göstərmək. O, deyilənlərə fikir
vermir. - Bəy arvadın yalvarışına fikir
vermədi. Ə.Abasov. Fikir yürütmək - bir
şey haqqında fikir irəli sürmək, fikir söy-
ləmək, yeni söz demək. Fikrə dalmaq -
bax fikrə getmək. [İsmət:] Keçən gecə bir
xeyli fikrə daldım ; Düşündüm, düşündüm,
uvqusuz qaldım. H. Cavid. Şəkərəli böyük
bir fikrə dalaraq irəliləyir və sürüdən dala
qalan qoyunların qılçalarına əlindəki
ağacını endirirdi. T.Ş. Simurq. Fikrə düş-
mək - bir iş görmək qərarına gəlmək, niy-
yətində olmaq. [Abbas:] Sizin fikriniz baş-
qadır, elə fikrə düşməyin. “Abbas və
Gülgəz”. [Müəllimin] qarşısını alan, hətta
başqa fikirlərə düşməsinə yol verməyən
ancaq Telliyə qarşı bəslədiyi hörməti, sə-
mimi bir məhəbbəti idi. S. Hüseyn. Fikrə
getmək - fikirləşmək, düşünmək. Bir an
fikrə getdikdən sonra [yolçu] yenə qaranlığı
yarıb irəli getməyə başladı. Ə.Məmməd-
xanlı. Fikrə gəlmək - qərara gəlmək, qət
etmək. [Məsmə:] Mən qəti bir fikrə gəldim.
S. Hüseyn. Fikrə qərq olmaq - bax fikir
dəryasına qərq olmaq. Bu halda Zeyd ki o
da Leylaya aşiqdir, xəyal və fikrə qərq olmuş
bir surətdə zahir olub deyir.. Ü.Hacıbəyov.
Fikrə salmaq - fikirləşməyə, fikrə get-
məyə, düşünməyə məcbur etmək. Rüstəm
bəy Məcidi nəzərdən keçirdi, onun sadəlövh
siması və axmaq sözləri Rüstəm bəyi bir az
fiıkrə saldı. Çəmənzəminli. Fikri dəyişmək
- əvvəlki fikrindən əl çəkib ayrı fikrə
düşmək, rəyini dəyişmək. Bir il o dağılmış-
da qalıb var-yoxu qandı; Az vəqtdə fikri
dəyişib, rəyi dolandı. Ə.Nəzmi. Fikri dolan-
maq-bax fikri çaşmaq. [Sərvinaz Əsədə:]
Ağlına gələn dağa-daşa, ay kişi, yenə fikrin
193
fikir
FİKİRLƏŞMƏK
niyə dolanıb? B. Bayramov. Fikri özündə
olmamaq - dalğın, fikri dağmıq halda
olmaq. Fikrində durmaq - bax fikrinin
üstündə durmaq. Kazım .. yenə fikrində
durub dedi.. Mir Cəlal. Fikrində (fikrinə)
qoymaq - qərara gəlmək, qərarlaşdırmaq.
[Qurbani] fikrində qoymuşdu ki, gedib
qonşunun həyətində gizlənsin.. “Qurbani”.
Molla fikrinə qoyur ki, sövdəgərə bir-iki
şirin söz desin. "M.N.lətif.” Fikrindən
daşındırmaq - fikrindən əl çəkməyə məc-
bur etmək, fikrini dəyişdirmək. [Əbülhəsən
bəy:) O səsin qüvvəti .. məni qayıdıb getmək
fikrindən daşındırdı. M. S. Ordubadi. Fik-
rindən daşınmaq - fikrindən əl çəkmək,
niyyətindən, istədiyi şeydən vaz keçmək,
fikrini dəyişmək. Qoca kişi .. qapım açıb
içəri girmək, palaz atıb taxtın üstündə
uzanmaq fikrindən daşındı. I. Şıxlı.
Fikrindən dönmək - fikrindən əl çəkmək,
fikrindən qaçmaq, dəbbələmək. Zəfər
fikrimdən dönə biləcəyimi görüb qəribə bir
çevikliklə məndən aralandı. M. Hüseyn.
Fikrindən keçirmək - xəyalən yadına
salmaq, xəyalından keçirmək, təsəvvürünə
gətirmək. Düşündü yazıqlar gələn boranı;
Keçirtdi fikrindən dağı, aranı. H.K.Sanılı.
İdris bütün bunları bir anda fikrindən
keçirirkən almaıı taııkı artıq komanda
məntəqəsinə yaxınlaşmışdı. Ə.Məmməd-
xanlı. Fikrindən keçmək - 1) xəyalından
keçmək, xəyalən yada salmaq, arzulamaq.
Göy üzündə görür-görməz hilalı; Keçər
fikrimdən varın xəyalı. H.Cavid; 2) fikrən bir
şeyi arzulamaq, ürəyindən keçmək. Aşıq
Ələsgərin fikrindən keçdi ki, bu gözələ bir
tərif desin. "Aşıq Ələsgər”. Fikrinə
düşmək - bir iş görmək qərarına gəlmək.
Kişi qonaqlıq fikrinə düşdü. Mir Cəlal.
Fikrinə gəlmək - 1) ağlına gəlmək,
təsəvvürünə, xəyalına gəlmək. Fikrinə min
cür şeylər gəlir; 2) qərara gəlmək. İslamın
fikrinə gəlmişdi ki, yuxarı kəndə getsin.
S. Hüseyn. Fikrinə (fikrimə) gətirmək -
təsəvvürünə gətirmək, təsəvvür etmək,
mümkün hesab etmək. Belə bir növ fikrimə
gətirə bilərəm ki, məsələn, 100, 200, 500
adam bir yerdə necə otururlar?.. H.Nəzərli.
Fikrini açmaq - fikrində olanları açıb
söyləmək, niyyətini bildirmək, ürəyini
açmaq. Telefonda fikrimi açarkən sənə;
Həsrətlə baxdığım üzün də bəlkə; Uzaqdan-
uzağa görünər mənə. M.Miişfıq. Fikrini
azdırmaq - azdırmaq, karıxdırmaq. Mən
yolunıu azmadım; Mənə “Az!" deyənlərin;
Fikrini azdırmışam. B. Vahabzadə. Fikrini
çəkmək - 1) qayğısına qalmaq, qeydinə
qalmaq, haqqında düşünmək. [Bəhram
Pəriyə:] Əlbət ki, ana öz övladının fikrini
hamıdan artıq çəkir. C.Cabbarlı. [Gülzar
Bəhruza:] [Atan və Fərhad] da sənin fikrini
çəkirlər, bala. Ə.Məmmədxanlı; 2) narahat
olmaq (bir adam haqqında). Fikrini
dağıtmaq - 1) dərdini, kədərini dağıtmaq,
kefini açmaq, şənləndirmək, pis fikirlərdən
uzaqlaşdırmaq. Qızlar Pərinin fikrini
dağıtmaq üçün çalıb-oynadılar.. "Abbas və
Gülgəz”; 2) fikirləşməsinə, fikrini topla-
masına mane olmaq, fikrini bir yerə yığ-
mağa qoymamaq, fikrini yayındırmaq. Səs-
küy adamın fikrini dağıdır. Fikrini dəyiş-
mək -bax fikri dəyişmək. İzzət qarı oba-
ya yaxınlaşıb dincini almaq istədisə də,
lakin üfüqdə qızartı işarəsi görüb fikrini
dəyişdi.. Ə.Məmmədxanlı. Fikrini yayın-
dırmaq - qəsdən birinin diqqətini başqa
şeyə cəlb etmək. Cavahirin fikrini yayın-
dırmaq .. üçün Ləman böyük fədakarlıq
göstərir. H.Seyidbəyli. Fikrinin üstündə
durmaq - öz dediyində israr etmək, sözü-
nün üstündə durmaq, fikrindən dönməmək.
[Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə
duraraq böyük qardaşı ilə mübahisəyə də
girişirdi. S. Hüseyn.
FİKİR-XƏYAL is. [ar.] bax fikir. [Ataş
Mürsələ:] Mən qorxuram, biz tətili qurta-
randan sonra da səıı fikir-xəyaldan aralan-
mayasan. Ə.Vəliyev. Ümid başını aşağı
salıb fikir-xəyalı ilə əlləşirdi. B. Bayramov.
FİKİRLƏŞMƏ “F ikirləşmək”dən f is.
FİKİRLƏŞMƏK/ 1 . Bir şey və ya iş haq-
qında düşünmək, götür-qoy etmək, ölçüb-
biçmək. Bir qədər fikirləş, sonra cavab ver.
Bu barədə yaxşı fikirləşmək lazımdır. - Əh-
məd tacirbaşı bir az fikirləşdi, o, necə deyər-
lər, ölçdii-biçdi, götürdii-qoydıt, axırda razı
194
FİKİRLİ
olub tədarük görməyə başladı. “Koroğlu”.
[Teymur:] Mən bu əməliyyat haqqında çox
fikirləşmişəm. H.Seyidbəyli. // Fikrə getmək,
düşüncəyə dalmaq. Məsələnin həlli üzərində
fikirləşmək. - [Zeynal] öz qapısının önündə
durub fikirləşməyə başladı. S. Hüseyn.
2. Fikrində tutmaq, niyyətində olmaq, dü-
şünmək, bir şey etməyə hazırlaşmaq. Toydan
bir neçə gün sonra ortancıl bacı fikirləşdi ki.
durum gedim, görüm bacım necədi. (Nağıl).
Molla fikirləşir ki. bir eşşək yükü xiyar gö-
türüb Teymıırləngə aparsın. “M.N.lətif.”.
3. Qayğısına qalmaq, halını düşünmək,
yaddan çıxarmamaq, tədbir aramaq. Öz oğ-
lunun gələcəyini fikirləşmək. Gənclik haq-
qında fikirləşmək.
FİKİRLİ sif. Fikri bir şeylə məşğul, fikrə
dalmış; dalğın. Fikirli adam. Niyə belə fiıkir-
lisəıı? O. gözümə çox fikirli görünür. - [Hu-
may] susdu, üzü yenə də fikirli və tutqun bir
ifadə aldı. İ. Əfəndiyev. // zərf Fikirli halda,
fikirli-fikirli, dalğın halda, dalğın-dalğın.
[Xasay] bir müddət fikirli gəzdi. Ə.Vəliyev.
FİKİRLİLİK is. Fikirli adamın halı, fikirli
olma; dalğınlıq. Gəmidən çıxaraq sahildə da-
yandıqları beş-on dəqiqə ərzində əsgərlərin
açılan çöhrələrində nə isə bir tutqunluq, qeyri-
müəyyən bir fikirlilik vardı. Ə.Əbiilhəsən.
FİKİRSİZ sif. Heç bir fikri, dərdi, qayğısı
olmayan. Fikirsiz adam. H Fikri özündə ol-
mayan; huşsuz. // zərf mənasında. Fikirləş-
mədən, düşünmədən, mülahizə etmədən.
Fikirsiz hərəkət etmək. - [Şərəfoğlu Rüs-
təmə:] Ən yaramaz cəhət isə budur ki, işin
çox hissəsini fikirsiz, elmi mühakiməsiz gör-
müşsünüz. M. İbrahimov.
FİKİRSİZLİK is. 1. Fikri özündə olmama;
huşsuzluq. // Fikirsizcəsinə hərəkət, düşün-
cəsizlik.
2. Heç bir fikri, qayğısı, dərdi olmama.
FİKRƏN zərf [ər.] 1. Fikirləşərək, fikirlə,
fikrində, zehnində düşünərək. Fikrən bir
şey düşünüb demək. - [Firidun] Şəmsiyyənin
məqsədini fikrən müəyyən etməyə çalışdı.
M. İbrahimov.
2. Beyin, zehin cəhətdən. [Surxay Aydı-
na:] Sən fikrən və ruhən istirahətə möhtac-
san. C.Cabbarlı.
FİQUR
FİKRİ sif. [ər.] Fikrə, ağla, düşüncəyə aid
olan, fikir, ağıl, düşüncə ilə bağlı olan; əqli,
zehni. C. Məmmədquluzadə fikri durğunluq,
gerilik, cəhalət tüstüsünün xalq üçün yarat-
dığı qorxudan həyəcanla danışaraq əlac
etməyə çağırırdı. M. İbrahimov.
FİKRİAÇIQ bax açıqfikirli. Fikriaçıq
adam. — [Zeynal] özünü fikriaçıq, ziyalı bir
şəxs hesab edərdi. S. Hüseyn.
FİKSÄJ [fr. fixoge - möhkəm] Aydınlaş-
dırıldıqdan sonra fotoplyonkanı, fotoplas-
tinkanı (neqativi) və ya onlardan kağıza
çıxarılmış surətləri yuyub sabitləşdirmək
üçiin kimyəvi məhlul.
FİKSAJLAMA “Fiksajlamaq”dan fiis. Ne-
qativləri fiksajlama prosesi.
FİKSAJLAMAQ/ Fotoplyonkanın surət-
lərini fiksajla işləmək. Plyonkanı fiksajlamaq.
FIKUS [lat.] bot. Tutkimilər fasiləsindən
tropik ağac və ya sarmaşıq. // Həmin cinsə
daxil olan, iri ovalşəkilli yarpaqları olan bə-
zək bitkisi.
FİQÜR [lat. fıgura - görünüş] 1. Bir iş
görərkən (rəqs edərkən, təyyarədə uçarkən
və s.) birinin və ya bir şeyin aldığı vəziyyət.
Rəqsin ayrı-ayrı fiqurları. - Təyyarəçi çox
vaxt yüksək pilotaj fiqurları göstərməli olur
ki, bu zaman insanın bədəni xeyli gərgin
vəziyyət alır. “Təyyarəçi”.
2. Musiqi əsərini mürəkkəbləşdirən, gö-
zəlləşdirən ritmik-melodik element.
3. Rəssamlıqda, heykəltəraşlıqda insan
və ya heyvan təsviri. “ İdmançı qız” fiquru.
- Hovuzdakı fiqurların müxtəlif əzalarından
fışqıran fəvvarələr Bağdad gündüzünə məx-
sus hərarətin müqavimətini qıraraq, həyəti
bahar nəsimi ilə bərabər gələn şəbnəmlərlə
doldururdu. M. S. Ordubadi. // teatr. Surət,
tip, xarakter.
4. Düzgün, qəşəng bədən quruluşu; qədd-
qamət, boy-buxun. Qızın gözəl fiquru var.
H Ümumiyyətlə, bədən. Bezdən bir adam
fiquru tikib içinə həşəm doldurardılar.
H. Sarabski.
5. Ən böyük oyun kartının (tuz, qoca, qız,
oğlan) adı.
6. Şahmat oyununda: piyadadan fərqli ola-
raq şah, vəzir, top, fil, at. İki fiqur və üç pi-
yada. Bir fiquru iki piyadaya dəyişmək.
195
FİQURİST
7. riyaz. Müstəvinin qapalı xətlə məhdud-
laşmış hissəsi; habelə müəyyən qaydada dü-
zülmüş nöqtələrin, xətlərin, səth və cisim-
lərin hamısı bir yerdə. Burada çoxlu həndəsi
fiqurlar, riyazi sxemlər və formullar vardır.
FİQURİST [lat.] Mürəkkəb fiqurlar gös-
tərən idmançı (əsasən konkisürən) (bax
fiqur 1-ci mənada). Fiquristlərin yarışı.
FİQURLU sif. 1. Kənarları, dövrəsi düz-
xətli olmayan, qırçın, mürəkkəb formada
olan. Fiqurlu peçenye. Bəzəkli fiqurlu ayaq-
ları olan pardaqlanmış yemək stolu. H Üzə-
rində basma, naxış olan; naxışlı. Fiqurlu ki-
tab cildi.
2. Fiqurla ifa olunan (bax fiqur 1-ci
mənada). Fiqurlu rəqs. Fiqurlu konkisürmə.
□ Fiqurlu üzmə idm. - suda qrup halında
icra edilən gimnastik hərəkətlər. Fiqurlu
üzmə yarışı.
3. Şahmat oyununda: böyük fiqurlar vasitə-
silə icra olunan. Şah cinalıma fiqurlu hiicum.
FİL is. [fars.] 1. zool. Tropik meşələrdə
yaşayan uzun və qüvvətli xortumlu, tüksüz,
otyeyən məməli iri heyvan. Filin bir fikri
var, filbanın min. (Ata. sözü).
2. Diaqonal üzrə istənilən xanaya hərə-
kət edən şahmat fiquru. Zəki Gülşənin necə
oynayacağını əvvəldən bilirmiş kimi fili irəli
itələdi. M. Süleymanov.
0 Fil azarı - bədənin ayrı-ayrı üzvlərinin
(çox vaxt ayaqların) həcminin həddən artıq
böyüməsindən ibarət xəstəlik. Fil qulağın-
da yatmaq - heç bir şeylə maraqlanmamaq,
heç bir şeydən xəbəri olmamaq. [Fizzə
xanım Vahidova:] Fil qulağında yatmışıq,
ay Əli... Ə.Məmmədxanlı. [Kolxozçu yol-
daşma:] Elə bil sən də fil qulağında yatmı-
san, ay zalım oğlu, heç şeydən xəbərin yox-
dur. B. Bayramov.
FİLAN sif. [ər.] Bir adamın, bir şeyin ya-
xud bir yerin adını çəkmək istəmədikdə
onım əvəzinə işlədilən söz. Filan adam. Fi-
lan kənd. Filan ev. - Bilıudədir ol qamu fəsa-
nə; Kim, aşiqdir filan filanə. Füzuli. Birdən
eşidərdilər ki, Əbdülkərim filan kənddə filan
adamın evində gizlənibdir. Ə.FIaqverdiyev.
0 Filan filan olmuş (şüdə) dan. - söyüş
məqamında işlədilən evfemistik ifadə. Ədə,
FİLİAL
filan filan şüdə, sən cürət elədin, mənim ar-
vadımın adıııı soruşdun? C.Məmmədqulu-
zadə. Deməzlərmi, ay filan filan olmuşun
qızı, bir tikə uşağın şəhərlərdə, hacıların
qapısında nə iti azmışdı? Mir Cəlal.
FİLANİ is. [ər.] köhn. bax filankəs. Tə-
kəllümə gəlib vəfalı dilbər; Soruşub : - Bəs
neçin filaııi gəlməmiş? Q.Zakir. Qoyma kü-
lalıın kəc, ay bəy, aldatma calıanı; Bəsdir, a
filani! M.Ə.Sabir.
FİLANKƏS is. [ər. filan və fars, kəs] Adı
deyilmək istənilməyən şəxs; filan adam. Adı-
nı demərəm, eldən ayıbdır; Filankəsin qızı
filan oynasın. M.V.Vidadi. İstəyirdi ki, ona
indi sadəcə Ağca yox, filankəsin arvadı de-
sinlər. Mir Cəlal.
FİLANTRÖPİYA is. [yun.] Xeyriyyəçi-
lik, yoxsullara kömək.
FİLARMONİYA [yun. phileo - sevirəm
və harmonia - ahəng] Konsertlər təşkil
edən və musiqi sənətini təbliğ edən cəmiy-
yət və ya idarə. M.Maqomayev adma Azər-
baycan Dövlət Filarmoniyası 1936-cı ildə
təşkil olunmuşdur.
FİLATELİST [yun. phileo və felos] Fila-
telizmlə məşğul olan adam, marka kollek-
sioneri. Filatelistlər cəmiyyəti. Filatelistlər
klubu. Gənc filatelist.
FİLATELİYA, FİLATELİZM [yun. phileo
- sevirəm və felos - yığım, rüsum] Kol-
leksiya üçün marka və poçt ödənişi nişanla-
rından yığıb saxlama.
FİLBAN is. [fars.] Fillərə baxan, xidmət
edən; fil gəzdirən. Xalqa göstərməyə fili fil-
ban; Küçədə gəzdirir idi hər yan. A.Səhhət.
FİLDEKÖS [fr. fil d'Eoosse - şotland sapı]
İpək sapa oxşayan saya pambıq iplik
(trikotaj toxumaq üçün işlədilir). // Fləmin
iplikdən toxunmuş. Fildekos corab.
FİLDEPERS [fr. fil de Pers - fars sapı]
Əla fildekos. // Fləmin sapdan toxunmuş. Fil-
depers corab.
FİLİAL [lat. filialis - oğula məxsus] Flər
hansı təşkilatın (idarənin, müəssisənin və s.)
müəyyən dərəcədə müstəqilliyə malik
şöbəsi, institutun filialı. Muzeyin filialı.
Filialın rəhbəri. - Elmlər Akademiyasının
filialının kağızı lazım idi. M. İbrahimov.
196
FİLİZ
FİLİZ is. Tərkibində metal və ya onun
birləşmələri olan təbii xam mineral; külçə.
Dəmir filizi. Mis filizi. Dəmir, polimetal, mis
və s. -ııin filizləri daha geniş yayılmışdır.
FİLİZLİ sif. Filiz yataqları olan, filiz çıxa-
rılan. Filizli sahələr. H Tərkibində filiz olan.
Filizli qazıntılar. Filizli torpaq.
FİLİZSAFLAŞDIRMA is. Tərkibində filiz
olan xam mineralların ilk emalı. Filizsaflaş-
dırma kombinatı.
FİLİZYUYAN sif. xüs. Filizi su ilə yuyub
təmizləyən. Filizyuyan qurğu.
FİLM [ing. ] Kinofilm, kinoşəkil, kinolent.
“ Dədə Qorqud ” filmi. Uşaqlar iiçün film.
- Çay-çörəkdən sonra hamısı dəstə ilə yeni
filmə baxmağa getdi. M.Hüseyn. [Murad:]
Deyirlər, sabah yaxşı film göstəriləcək..
İ. Əfəndiyev.
FİLMOSKÖP [ing. film və yun. skopeo -
baxıram] Pozitiv kinoplyonkaları göstər-
mək üçün proyeksiya aparatı.
FİLMOTEKA [ing. film və yun. theke -
yeşik] Kinostudiyada, kitabxanada və ya
kinofabrikdə kinofilmlərin yığılıb saxlan-
dığı şöbə, arxiv. Filmotekada saxlandan
kino əsərləri elmi cəhətdən öyrənilir.
FİLOLOGİYA [yun. phileo - sevirəm və
logos - söz] Flər hansı bir xalqın dil və
ədəbiyyatını öyrənən elmlərin hamısının bir-
likdə adı. Azərbaycan filologiyası. Antik filo-
logiya. Şərq filologiyası. Antik dövr abidələ-
rinin öyrənilməsi ilə filologiyanın sərhədləri
genişləndi.
FİLOLOJİ sif. Filologiyaya aid olan, filo-
logiya ilə əlaqədar olan. Filoloji təhsil. Fi-
loloji tədqiqat. Filoloji əsər. // Filologiya
üsullarına əsaslanan. Əlyazmasının filoloji
təhlili.
FİLOLOQ [yun.] Filologiya mütəxəssisi.
Gənc filoloqların araşdırmaları.
FİLOSOF [yun. phileo - sevirəm və sophia
- müdriklik] 1. Fəlsəfə mütəxəssisi, ümu-
miyyətlə, fəlsəfə ilə məşğul olan, dünyagö-
rüşü məsələlərini tədqiq edən alim, mü-
təfəkkir. Görkəmli Azərbaycan filosofu
Bəhmənyar. Şair Füzuli həm də filosofdur. -
Kainatda hər şey cəzbə bağlıdır; Filosoflar
bunu eşq adlandırır. N.Gəncəvidən.
FİNCAN
2. məc. Həyata, hadisələrə ağılla, dü-
şüncə ilə, mühakimə ilə yanaşan, həyatda
qarşıya çıxan çətinliklərə, iztirablara soyuq-
qanlılıqla dözən adam.
FİLOSOFANƏ sif. [yun. philosof və fars.
...anə] 1. Filosof kimi (bax filosof 2-ci mə-
nada). Həyata filosofanə (z.) baxmaq.
H Dərin fikrə dalmış kimi görünən. Rüstəm
bəyin filosofanə siması birdən-birə dəyişildi,
dodaqlarında səmimi və təmiz bir təbəssüm
oynamağa başladı. Çəmənzəminli.
2. Bax fəlsəfi. [Qətibə Nizamiyə:] Bü-
tün şad və məsrur dəqiqələrimi sizi xatır-
lamaq və sizin filosofanə əsərlərinizi oxu-
maqla keçirmişəm. M.S. Ordubadi.
FİLOSOFLUQ is. Fəlsəfi mühakimələrə
meyil, mücərrəd mühakimələrlə məşğul
olma. // məc. Əllaməlik, üqəlalıq. [Yəhya:]
Filosofuq sənə lıeç yaraşmır, Əli. Y.Əzim-
zadə. □ Filosofluq etmək - əllaməlik et-
mək. Telli arvad [Rüstəm kişiyə] baxanda
filosofluq edib deyirdi.. M. İbrahimov.
FİLTR [fr.] Mayeni içində olan bərk ci-
simlərdən ayırmaq üçün cihaz və ya məsa-
məli cisim; süzgəc.
FİLTRÄT [fr.] Filtrdən (süzgəcdən) ke-
çirilmiş maye.
FİN Finlandiyanın əsas əhalisini təşkil
edən xalq və bu xalqa mənsub adam. Fin
professional musiqi mədəniyyəti.
0 Fin bıçağı - qmda gəzdirilən qısa yo-
ğun tiyəli bıçaq; fınka.
FİNAL [ital. fınale - sonuncu, axırıncı]
1 . inc. Musiqi, teatr və ya ədəbi əsərin sonu.
Sim foniyanın finalı. Romanın finalı. — “ Ko-
roğlu ” uvertürası operanın jinalıııda səslə-
nən təntənəli və möhtəşəm musiqi ilə qurta-
rır. Ə.Bədəlbəyli.
2. idm. idman yarışlarının qalibi müəyyən
edən son hissəsi. Finala çıxmaq. Finalda
oynamaq. Finalda qalib gəlmək.
FİNALÇI is. idm. Final oyununda, yarı-
şında iştirak edən idmançı və ya idman ko-
mandası. Finalçıların yarışı (görüşü). Fi-
nalçı idmançı.
FİNCAN is. Çay, qəhvə, su və s. içmək
üçün kiçik, dairəvi, əsasən dəstəli, saxsı və
ya çini qab. Qəhvə fincanı. Fincana şərbət
197
FİNCƏ
tökmək. Çini fincan. - Piri kişi .. çaydandan
iki fincan çay töküb siifi-əyə qoydu. S.S. Axun-
dov. Nizamla əyləşdilər; Bir fincan çay
içdilər. B.Vahabzadə. □ Fincan kimi - iri
və parlaq (göz haqqında).
FİNCƏ sif. və zərf Fin dilində. Fincə da-
nışmaq. Fincə-rusca lüğət. Fincə öyrənmək.
FİNİŞ [ing. finisch - son] 1 . Sürət idman
yarışlarının həlledici son hissəsi. Qaçışın
finişi.
2. Belə yarışlarda distansiyanın son nöq-
təsi. Finişə birinci çatmaq. //Məc. mənada.
Sənsiz olacağam deməyə gəlmir dilim; Kim
bilir, hardadır; ömür yolunun finişi. R.Rza.
FİNKA [rus.] bax fin bıçağı (“fin”də).
FİN-UQOR: Fin-uqor dilləri dilç. -
başlıca olaraq Mərkəzi və Şərqi Avropada
və Asiyanın şimal-qərbində yaşayan xalq-
ların (macarların, fınlərin, karellərin, eston-
ların, xantlarm, mansilərin, saamlarm, ko-
milərin və bəzi başqa xalqların) danışdığı
dil qrupu; uqor-fm dilləri. Fin-uqor dilləri
Ural dillərinin iki qolundan biridir.
FİRAVAN sif. və zərf [fars.] Çox, bol,
çoxlu, varlı. Firavan həyat. Firavan dola-
nacaq. - Uşaqlığında ata-ananın nəvazi-
şindən başqa heç nə görməyən Səltənət ərə
gedəndən sonra çox firavan yaşamışdı.
Ə.Vəliyev. Daha da firavan, xoşbəxt gö-
rürəm; Bizim hər şəhəri, hər kəndi bu gün.
O. Sarıvəlli.
FİRAVANLIQ is. Yaşayış üçün hər cür
maddi nemətlərin bol olduğu hal; bolluq,
rifah. Firavanlıq içində yaşamaq. - Adam-
ların şərəfli əməyi ilbəil ölkəmizə bolluq,
xalqımıza firavanlıq gətirəcəkdir.
FİRƏNG is. Danışıq dilində “fransız” mə-
nasında işlədilir. [Şahbaz bəy:] Şərəfnisəyə
firəııg qızları başlarına örtən təsəklərdən
alıb sovqat gətirrəm də. M.F.Axundzadə.
Öz dilindən də gözəl; Bilir firəng dilini.
B.Vahabzadə.
FİRƏNGTOYUĞU is. zool. Toyuq fəsilə-
sinə mənsub quş.
FİRƏNGÜZÜMÜ is. bot. 1 . Tikanlı gilə-
meyvəli kol.
2. Həmin kolun göy rəngli turşaşirin mey-
vəsi. Firəngüzümü mürəbbəsi.
FİRON
FİRƏNGCƏ sif və zərf Fransızca, fran-
sız dilində. Modabaz və meşşan qadınlar-
dan bəhs edən ədib deyir ki, əlbəttə, belə ana-
ların tərbiyə etdiyi uşaqlar taııs öyrənəcək-
lər, firəngcə donquldanacaqlar. M. Arif.
FİRQƏ is. [ər.] köhn. 1. Bax partiya 1-
ci mənada. Qəza firqə özəyinin qapısında
dayanan keşikçilər Kəsəmənlini görən kimi
gülümsünüb ona yol verdilər. İ. Şıxlı. Nədir
bu partiya? Mən anlamıram; Firqə, dar
çərçivə, firqə bir qəfəs! B.Vahabzadə.
2. Camaat, tayfa. Qalıbdır firqeyi-islanı
dalda cümlə millətdən; Əhatə eyləyiblər baş-
qalar elm ilə dünyanı. S.Ə.Şirvani. // Züm-
rə, ictimai təbəqə. Gələcəkdəki məqaləmiz-
də Qasım bəy Zakirin rəiyyət tayfasına cövr
və sitəm edən şair firqələrin barəsində yaz-
dığı şeirlərdən danışıb əsil mətləbə keçə-
cəyik. F. Köçərli.
FİRQƏÇİ is. köhn. Firqə üzvü; fırqəli,
partiyaçı. [Eldar:] Firqəçi olduğu üçün mə-
nim narazılığımdan çəkinir.. S. Hüseyn.
[Çiçək:] Kənddə cəmi iki-iiç firqəçi vardı.
B.Bayramov.
FİRQƏLİ köhn. bax firqəçi.
FİRQƏT is. [ər.] Ayrılıq, fəraq. Yoxumdu
tabü təvan fiırqətə, cavan, getmə! X.Natəvan.
Mehriban aşığım, hara gedirsən? Sənin bu
firqətin kədərlidir çox. M. Müşfiq.
FİRMA [it al.] Rəsmi hüquqa malik olub,
markası ilə mal satılan və ya məmulat bura-
xılan ticarət və ya sənaye müəssisəsi. Tica-
rət firması. Avtomobil firması. - İldən-ilə
qüvvətlənən nəhəng firmaların yanında
[Əzimbəyov qardaşlarının korporasiyası] ən
adi bir emalatxanaya bənzəyirdi. M.Hüseyn.
□ Firma mağazası - ancaq bir firmanın
istehsal etdiyi mallar satılan mağaza. Mebel
firnıa mağazası.
FİRNİ is. Düyü unu və şəkərdən hazır-
lanan desert yeməyi. Axşam azaııı deyilən
kimi, mömin müsəlman bilmir ki, nəyə əl
uzatsın, çaymı içsin, firnimi yesin, halva-
danım dadsın. C.Məmmədquluzadə. Oruc-
luq ayının özünəməxsus süfrəsi vardı : firııi,
tərək, balhalvası, ııazik yuxa, şorqoğalı və
sairə. H. Sarabski.
FİRÖN is. [ər.] 1. Qədim Misir padşahla-
rına verilən ad. [Şeyda:] Fironu qəhr edən
198
FİRONLUQ
Musa bir çobandan başqa bir şey deyildi.
H. Cavid.
2. məc. Çox məğrur, kibrli, zülmkar adam
haqqında. Fironun biridir. // məc. Qudur-
ğan, harın. Firon uşaq.
FİRONLUQ is. Qudurğanlıq, kibrlilik,
lovğalıq; azğınlıq, zülmkarlıq. □ Fironluq
etmək (eləmək) - qudurğanlıq etmək,
azğınlıq etmək, zülm etmək. [Cabbar:] Ra-
mazan, daha durmaq yeri deyil, bu zalımı
gərək cəzasına çatdıraq, bu qədər fironluq
elədi, bəsdir. B.Talıblı. [Əbülhəsənov:] Paşa
bəyin fironluq elədiyi zaman Sevdim əmi
dözürdü, indi nədənsə tələsir. Ə.Vəliyev.
FİRUZƏ is. [fars.] 1. Göy rəngli qiymətli
daş. Firuzə yataqları. - Sarı dağın
ətəyindəki yaşıl meşə altun üzərinə nəsb
olunmuş firuzəni andırırdı. Çəmənzəminli.
// Həmin daşdan qaşı olan. Firuzə qaşlı üzük.
2. Göy, mavi. Firuzə səma. - Mən gör-
müşəm kölgələri; Firuzə sulara düşən; Ağ
yelkənlərin yaraşığını. R.Rza. Kainat nə bö-
yük, yaşamaq nə xoş; Firuzə dəniz də bəx-
tiyar, sərxoş. N.Rəfibəyli.
FİRUZƏYİ sifi [fars. ] Fiıuzə rəngində
olan; göy, mavi. Firuzəyi rəng. Firuzəyi kaşı.
FİSİNCAN is. Xırda küftələrlə döyülmüş
qoz ləpəsi, abqora (və ya nar şirəsi), yağ-
soğan ilə bişirilən plov xuıuşu. Fisincaıı
bişirmək. Plovım qarası fisincandır. - Qoz
ləpəsi, yağlı fisincanı gör; Süfrəyə bax,
neməti-əlvanı gör. S.Ə.Şirvani. Paxlava,
bal, firni, fisincaıı iyi; Lap eləyir adəmi
bican iyi. Ə.Nəzmi.
FİSİNCANPLOV is. Xuruşu fısincandan
ibarət olan plov. [Xortdan:] Mirzə durub, ge-
dib qapını açıb, oradan bir məcməyi fisincaıı-
plov gətirib qoydu ortalığa. Ə.Haqverdiyev.
FİSQ is. [ər.] klas. Pis işlər, günah işlər;
əxlaqa zidd iş; yavalıq, pislik. Müridlərdə
bütün bidəti, cinayəti, fisqi; Yalan hədisləri
rövzəxanda görməli imiş. M. Ə. Sabir.
FİSQARMÖNİYA [alm.] Orqan kimi
səslənən klavişli (dilli) nəfəslə çalman
musiqi aləti.
FİŞƏNG is. 1 . Alışarkən havada yüksək-
liklərə qalxan, şənliklərdə, atəşfəşanlıqda,
habelə siqnal verməkdə və hərbi işdə tətbiq
FİTƏ
edilən partlayıcı maddə, mərmi. Qırmızı
fişəng. - Bu halda sərayi-şahidən göyə bir
fişəng buraxdılar. M.F.Axundzadə. Rənga-
rəng fişənglər hər tərəfi çıraqbaııa döndər-
mişdi. M. Hüseyn.
2. köhn. Patron. Tüfəngə fişəng qoymaq. -
Boyunlarda yeksər qəşari-fişəng; Revolver-
lər əldə, həmayil tüfəng. M.Ə. Sabir. Uzun-
boylu, sarıbənizli, alagözlü tağım komandanı
tağımı fişənglə təchiz edirdi. H.Nəzərli.
FİT is. 1 . Bir-birinə kiplənmiş dodaqların
və ya dişlərin arasından güclü nəfəsvermə,
yaxud fıştırıq və s. vasitəsilə çıxarılan kəs-
kin zil səs. Gecə yarıdan addamışdı. Vədə
olunmuş fit səsi Gülsümün qulağına gəldi.
Ə.Haqverdiyev. Həyətdə Cəfər əminin fiti
və tənbəl-tənbəl atılan addımlarının səsi
eşidilirdi. H.Nəzərli. □ Fit çalmaq - bu
üsulla ağızdan səs çıxarmaq. Katib yenə heç
bir şey eşitmirmiş kimi durub fit çaldı.
M. İbrahimov. // Bu cür səs çıxarmaq üçün
alət; fıştırıq. // Mexaniki fıştırıqla çıxarılan
sürəkli zil səs; siqnal. Gəminin fiti. Parovo-
zun fiti. Fit vermək. - Mədən fitləri səhər
saat altım vurur. M.İbrahimov. [Göyçək]
..sayıq yatmalı idi ki, qatarın fit səsini eşi-
dəndə durub perrona çıxsın. Ə.Əbiilhəsən.
2. Bəzi quş və heyvanların çıxardığı eyni
tembrli və tonlu səs; fışqırıq.
3. Vıyıltı, uğultu.
0 Fitə basmaq - fit çalmaqla öz nifrətini,
narazılığını, hiddətini bildirmək; fitləmək.
Tahir bir istədi qışqırsın, tülküsifət natiqi
fitə bassın, ona öz yerini göstərsin, amma
məclisdə oturanların töhmətindən çəkinib
dinmədi. M. Hüseyn.
FİTƏ is. [ər.] Hamamda çimərkən və ya
bir iş görərkən belə bağlanılan qumaş parça
(əsasən qırmızı rəngdə olur). Camadar us-
taya yanaşıb, onun quru fitəsiııi bucaqda
dəyişib ona köhnə və yaş bir fitə verdi.
Çəmənzəminli. [Bir ayrısı:] Paltarlarımızı
tamam çıxardıb, adama bir fitə tutardıq,
sonra on-on beş girvənkə gələn ağac milləri
atıb-tutar, oynadardıq. Çəmənzəminli.
// Bəzi Şərq ölkələrində şalvar əvəzinə belə
bağlanan qumaş parçası. Efiopiya kəndlisi-
nin fitəsi.
199
FİTİL
FİTİL is. 1. Bax piltə 1-ci mənada.
Lampa fitili. - Arvad istər-istəməz maşın-
kaya sarı getdi. Fitilini düzəldib aşağı çəkdi.
S. Rəhman. Tavandan asılmış çırağın fitilini
qaldıran olmadığından, otaq güch işıqla-
nırdı. I. Şıxlı. // Bir şeyi alışdırmaq, partlayış
əmələ gətirmək üçün alışqan qaytan. Dal-
dan gəlir top, topxana, qumbara ; Fitilləri
tüstüləyir havadə. A. Səhhət. Bu iyrənc səl-
tənəti darmadağın edəsi; Qəzəbinin coşması
bənddir bircə fitilə; İradəndir o fitil. X.Rza.
2. Bax piltə 2-ci mənada. Yaraya fitil
qoymaq. Yaranın fitilini çıxarmaq.
FİTİLLƏMƏ “Fitilləmək”dən f.is.
FİTİLLƏMƏK/ 1 . Partlayıcı şeylərin fi-
tilini alışdırmaq.
2. məc. Qızışdırmaq, alışdırmaq.
FİTİLLİ sif. Fitili olan, fitil keçirilmiş.
Fitilli lampa. II Fitillə alışdırılan. Fitilli mina.
FİTLƏMƏ “Fitləmək”dən f.is.
FİTLƏMƏK/ 1. Fit çalmaq, fit vermək;
fitlə bildirmək, ya çağınnaq. Qoyunları apar-
maq üçün fitləmək. - [Beyrək] ..ətirli payız
ot və çiçəklərindən qırpan boz atı fitləyib
çağırdı. M.Rzaquluzadə.
2. B ax fitə basmaq (“fifi’də).
3. məc. Təhrik etmək, sövq etmək, qızış-
dırmaq.
FİTNƏ is. [ər.\ 1. Qarışıqlıq, ara pozma,
ara qarışdırma; adamları, camaatı və s. bir-
birilə vuruşdıırmaq, aralarını pozmaq üçün
gizlicə hazırlanan qəsd, xəyanət, fitnə-
fəsad; provokasiya. Sən ömründə fitnə toru
qurmamısan; Min insanla bölüşmiisən qis-
mətini. S.Vıırğun. [Salatın:] Əgər onun fit-
nəsi olmasaydı, bibim nə müridlərin meyxa-
nasına gedərdi, nə də başına bu iş gələrdi.
I. Şıxlı. □ Fitnə salmaq (törətmək) - araya
nifaq salmaq, ara qarışdırmaq, fəsad törət-
mək. Paşa bəy Nəbinin yoldaşları arasına
fitnə salır. “Qaçaq Nəbi”. // Fitnəçi. Fitnə
adamdır.
2. məc. Qurğu, tələ, hiylə. [Vəzir:] Kəs
səsini, ay ləçər, məni dilə basdırma, dəxi mən
səni tanıdım, bu qədər fitnə və feil tamam
sənin işin imiş. M.F.Axundzadə. Səba xa-
nım bütün macəra və fitnəni öz şəxsində
mərkəzləşdirdiyinə baxmayaraq, onun za-
FİTRƏT
hiri gözəlliyi təbiətin möcüzələrindən idi.
M.S. Ordubadi.
FİTNƏÇİ is. və sif. Fitnə törədən, araqa-
rışdıran, fitnə-fəsad salan, adamları bir-
birilə vuruşduran, onların arasına təfriqə
salan; provokator. //Məc. mənada. [Böyük-
xanını] başı üstündən aynam götürüb,
fitnəçi gözlərini aynaya açıb baxırdı.
M.S. Ordubadi.
FİTNƏ-FƏSAD is. [ ər.] bax fitnə 1-ci
mənada. Araya fitnə-fəsad salmaq. - Biri də
çolaq Məcid öziidüı; Çox fitnə-fəsad sevən
adamdır. B.Talıblı. [Saray vəziri] öz xeyri
üçün məmləkətdə fitnə-fəsad qalmırdı ki,
törətməsin. M.İbrahimov.
FİTNƏKAR is. [ əı \ fitnə və fars. ...kar]
bax fitnəçi. Fitnəkar adam. O, çox fitnə-
karları ifşa etmişdi. - Hüsaməddinin fikir-
ləri bir daha bu fitnəkar qadının [Qətibə-
nin] gəncliyinə qayıtdı. M.S. Ordubadi. Dağ
uçdu? Uçruldu? - Bilinmir bu sirr! Fitnəkar
feilləri deyilsə, nəydi? M.Araz.
FİTNƏKARLIQ is. Fitnə törətmə, ara-
qarışdırma, fitnə-fəsad salma; provokasiya,
provokatorluq. Faşistlər yeni-yeni fırıldaq-
lara və fitnəkarlıqlara əl atırdılar.
FİTNƏLİ l.Bax fitnəkar.
2. məc. sif. Fitnəyə, fəsada bais olan, fit-
nə salan. Həm söylə, nigar sağ, əsənmi ; Ol
fitnəli yar sağ, əsəımıi? Xətayi. Heyvan kimi
bir barədə palçıqda qalanda; Sal fitnəli söz
ortalığa, hövsələtəııg ol! M.Ə. Sabir.
fito \yun. phyton - bitki] Mürəkkəb söz-
lərin “bitki" mənasında olan birinci tərkib
hissəsi; məs.: fıtopaleontologiya, fitocoğra-
fiya və s.
FİTR is. [ə;-.] Orucdan çıxma, qurtarma,
orucu sona vurma.
FİTRƏ is. [ər.] din. İslamiyyətdə ailə üzv-
lərinin sayma görə orucluq ayında yoxsul-
lara, yetimlərə verilməli olan sədəqə. [Oda-
başı:] Camaatın .. zəkatı və fitrəsi ağanın
mübarək əlilə paylanardı. Ə.FIaqverdiyev.
FİTRƏT is. [ər.] 1. Yaradılış, xilqət, təbiət.
Bir rəngdə deyildir insan fitrəti; Quzuykən
qəflətən o dönür şirə. B.Vahabzadə.
2. Xasiyyət, təbiət. Fitrəti belədir. Fitrə-
tində olmaq. - [Çopo Ceynizə:] Deməli.
200
FİTRƏ-ZƏKAT
FİZİOTERAPEVTİK
başqa-başqa fitrətə malik olduğumuzdan
bir-birimizi anlaya bilməyəcəyik. Çəmən-
zəminli. “Nəzakət”, “ sakitlik ”, “ mədənilik ”
naminə nöqsanların üstünü vurmamaq bizim
.. fitrətimizə ziddir. S. Rəhimov.
FİTRƏ-ZƏKAT top. [ər.] Fitrə və zəkat.
Sonra bu həyətin seyidləri bir müddət də
fitrə-zəkatla dolandılar. H.Seyidbəyli.
FİTRİ sif. [ər.] Xilqətində, təbiətində,
yaraddışmda olan; anadangəlmə. Fitri ba-
carıq. Gənc xanəndənin parlaq fərdi yara-
dıcılıq üslubu, onun gözəl fitri qabiliyyəti
hamının diqqətini cəlb etmişdi. - [Əlyaro-
vun] fitri istedadını düşmənləri belə dan-
mırdılar. M.Hüseyn.
FİTVA is. [ər.] 1. din. Bir işi icra etmək
üçün din başçısı və ya hökmdar tərəfindən
verilən icazə, hökm. □ Fitva almaq - bir
işi icra etmək üçün din başçısının, ya hökm-
darın icazəsini almaq. [Padşah:] Üləmanı
cəm elə və onlardan fitva al. Ə.Haqverdi-
yev. Fitva vermək - bir işi icra etmək üçün
şərən icazə (hökm) vermək. Bir gün fitva
verdi axuııd minbərdən; Lənətlə çəkilsin
Sabirin adı. B. Vahabzadə.
2. məc. Ümumiyyətlə, icazə, razılıq. Mii-
qim bəy öz fitvasını danıb Mirzə Polad müəl-
limin qanını Ələmdarın .. boynuna yıxa bilər.
S.Rəhimov. □ Fitva vermək - icazə vermək,
yol vermək. [Kəndli:] ..Yoldaş Veys, nahaq
yerəfiu işə fiıtva verirsiniz. Ə.Əbülhəsən.
FİZİK [yun. ] Fizika mütəxəssisi. Təbiət
gözəldir və fiziklər özlərini bəlkə də bu gözəl-
liklər xatirinə uzun, ağır əziyyətlərə salırlar.
- ..Hər halda fizikin də məqsədi təbiət hadi-
sələrinin ahəngini açmaqdır. X.Məmmədov.
FİZİKA [lat. physike - təbiət] Təbiət ha-
disələrinin ümumi qanunauyğunluqlarını,
materiyanın (maddə və sahənin) hərəkət qa-
nunlarını, ümumi xassələrini və quruluşunu
öyrənən elm. Fizikanın əsas prinsipi. Fi-
zikada mexanikanın tam hökmranlığı XIX
əsrdə başa çatdı. Bütün inkişafı boyıı fizika
fəlsəfə ilə sıx bağlı olmuşdur. - ..Eynşteynin
ömür yolunu yeni fizikanın tərcümeyi-ha-
lından neçə ayırmaq olar? X.Məmmədov.
FİZİKİ sif. 1. Fizikaya aid olan. Fiziki
nəzəriyyə. Fiziki elmlərin müasir vəziyyəti.
2. Fizikanın məşğul olduğu hadisələr sa-
həsinə aid olan. Torpağın fiziki xassələri. Fizi-
ki proseslər. Əsas fondların fiziki aşınması.
3. İnsan orqanizminə aid olan; cismani.
Fiziki nöqsan. II Bədən hissləri ilə bağlı olan.
Fiziki əzab.
4. Əzələ, damar fəaliyyətinə aid olan;
qeyri-zehni. Fiziki məşqlər. Fiziki əmək. -
Dərs hazırlamağa oturmamışdan əvvəl fiziki
işlə məşğul olmaqdan İkramın xoşu gəlirdi.
Ə.Əbülhəsən. ..Qərib isə o diinyalıqdı,
mənən saf və təmiz olan bu insanın fiziki
qüvvəsi tükəndi. İ.Məlikzadə.
0 Fiziki kimya - kimyəvi hadisələri
fiziki üsullar vasitəsilə öyrənən, fizika ilə
kimyanı birləşdirən elm. Fiziki coğrafiya -
Yerin səthini, iqlimini, bitki və heyvanat alə-
mini öyrənən elm. Fiziki coğrafiyanın ümumi
nəzəriyyəsinin inkişafı üçün Vernadskiniıı
tədqiqatları böyük əhəmiyyətə malikdir.
FİZİOKRAT [yun. physia - təbiət və
kratos - hakimiyyət] Torpaq və əkinçiliyin
sərvətin yeganə mənbəyi, əkinçilik əməyi-
nin isə yeganə istehsaledici əmək olduğunu
iddia edən XVIII əsr burjua siyasi iqtisadi
nəzəriyyəsi tərəfdarlarına verilən ad.
FİZİOLOGİYA [yun. physia - təbiət və
logos - elm] 1. Canlı orqanizmin və onun
hissələrinin həyati vəzifələri və fəaliyyəti
haqqında elm. Bitkilərin fiziologiyası. Mü-
qayisəli fiziologiya. Fiziologiya biologiya-
nın ən mühüm bölmələrindəndir.
2. məc. Şəhvani hissiyyat.
0 Danışıq səslərinin fiziologiyası -
fonetikanm, danışıq cihazının quruluşunu və
onun fəaliyyətini öyrənən bəhsi.
FİZİOLOJİ sif. 1. Fiziologiyaya aid olan.
Fizioloji tədqiqat üsulları. Fizioloji məsələlər.
2. Cismani, şəhvani. Fizioloji hisslər.
3. Canlı orqanizmləri öyrənən bir sıra
fənlərin adlarının tərkibində işlənir. Fizio-
loji akustika. Fizioloji optika. Fizioloji psi-
xologiya.
FİZİÖLOQ [yun. physia - təbiət və logos
- elm] Fiziologiya mütəxəssisi.
FİZİOTERAPEVT [yun. physia və thera-
pentes] Fizioterapiya mütəxəssisi olan həkim.
FİZİOTERAPEVTİK sif. Fizioterapiyaya
aid olan, fizioterapiya ilə əlaqədar olan. Fi-
201
FİZİOTERAPİYA
FON
zioterapevtik müalicə. Fizioterapevtik amil-
lərin təsiri olduqca çoxsahəlidir.
FİZİOTERAPİYA [lat. physia - təbiət və
tlıerapentes - müalicə] Fiziki, təbii vasitələr
(işıq, elektrik və s.) ilə müalicə. Fiziote-
rapiya və kurortologiyanın inkişafı.
FLAKÖN is.[fr.] Ətir şüşəsi.
FLÄQMAN [holl.] Böyük hərbi gəmi bir-
ləşməsinin (eskadra, diviziya, dəstə) koman-
danı, habelə həmin gəmi birləşməsi koman-
danının olduğu gəmi. Flaqman gəmisi.
FLANEL [/ir.] Xovlu yumşaq pambıq və
ya yun parça. // Həmin parçadan hazırlanmış
və ya tikilmiş. Flanel adyal. Flanel köynək.
FLEKSİYA [lat. flexio - əyilmə, keçmə]
dilç. Hallandıqda, təsrif edildikdə, habelə
cins şəkilçiləri qəbul etdikdə dəyişən söz
sonluğu. Sözlərin sonundakı şəkilçilərin
dəyişməsi xarici fleksiya adlanır. □ Daxili
fleksiya dilç. - qrammatik formalar əmələ
gətirmək üçün sözün kökündəki fonemlərin
dəyişilməsi.
FLEKTİV: flektiv dillər dilç. - fleksiya
(o cümlədən daxili fleksiya) vasitəsilə qram-
matik formalar əmələ gətirən dillər. Hind-
Avropa, sami-hami dilləri flektiv dillərə
aiddir.
FLEQMÄTİK is. [yun. phlegma - selik]
Hippokratm aşkar etdiyi dörd temperament-
dən biri; soyuqqanlı, laqeyd, süst, key adam
haqqında.
FLEŞ is. [/f.] bot. Çay kolunun təzə
yarpağı.
FLEYTA is. [alm.] Nəfəslə çalınan mu-
siqi aləti. Yan fleyta. Şaquli fleyta. Fleyta-
nın səsi aydın, şəffaf və güclüdür.
FLİGEL is. [alm.] Evin yanında əlavə
tikili.
FLORA [qədim Roma əsatirində çiçək, yaz
və gənclik ilahəsinin adından] Hər hansı bir
yerin və ya geoloji dövrün bitki aləmi,
bütün bitki növlərinin toplusu; nəbatat.
Azərbaycanın florası. Flər bir floranın əsa-
sını onun növ və cins tərkibi təşkil edir.
FLORİN is. [ital.] İtaliyada pul vahidi.
FOKSTRÖT [ing.] Sürətlə oynanılan
dördgedişli rəqs və həmin rəqsin musiqisi.
Fokstrot oynamaq. - Orkestrin çaldığı foks-
trot gur səslə ətrafa yayılırdı. M.Süleymanov.
FOKUS 1 [lat. focus - mənbə] 1. fiz. Sın-
mış və ya əks etmiş şüaların kəsişdiyi nöqtə.
Flər optik sistemin iki fokusu olur.
2. fot. Fotoda şəkli çəkilən obyektin ay-
dın əksinin alındığı nöqtə. Hər optik siste-
min iki fokusu olur.
3. riyaz. Əyri xətt üzərindəki xəyali nöq-
təyə nisbətən xüsusi xassəyə malik olan
sabit nöqtə. Ellipsin fokusu.
4. məc. Bir şeyin toplandığı yer; mərkəz,
əsas mərkəz.
FOKUS 2 [alm. canlı dildə “foks”] bax
gözbağlıca. Teatrda pərdə açılmayınca mən
bu əqidədə idim ki, fokus göstərəcəklər.
Ə.Haqverdiyev. // məc. Hoqqa, hoqqabaz-
lıq, oyunbazlıq. Fokus çıxarmaq.
FOKUSÇU is. Fokus göstərən artist (bax
fokus 2 ). // məc. Hoqqabaz, oyunbaz.
FOKUSLAMA “Fokuslamaq”dan fiis.
FOKUSLAMAQ/ 1. fiz. Şüaları fokusda
birləşdirmək, bir nöqtəyə yığmaq (bax
fokus 1 1-ci mənada). Şüaları fokuslamaq.
2. fiz. fot. Fokusunu tapmaq (bax fokus 1
2-ci mənada). Fotoaparatı fokuslamaq.
FOLKLOR is. [ing. folklore - xalq müd-
rikliyi] 1. Şifahi xalq yaradıcılığı. Musiqi
folkloru. Folkloru tədqiq etmək. - Məndə
uşaqlıqdan folklora maraq oyadan Yusif
əmi olmuşdur. A.Şaiq.
2. Hər hansı xalqın adət, ənənə, mahnı və
s. məcmusu. Azərbaycan folkloru.
FOLKLORÇU is. Folklor mütəxəssisi;
folklorşünas. Folklorçu alim. - Zərdabi özü
fədakar folklorçulardan biri kimi məşhur-
dur. “İncəsənət”.
FOLKLORÇULUQ is. 1. Folklor haqqın-
da elm.
2. Folklorçunun sənəti, peşəsi, ixtisası.
Folklorçuluqla məşğul olmaq.
FOLKLORŞÜNAS bax folklorçu.
FOLKLORŞÜNASLIQ bax folklorçu-
luq. Romantizmin inkişafı folklorşünaslığın
yaranmasına təkan verdi.
FON [fr. fond - zəmin, əsas] 1 . Üzərində
şəkil çəkilən, naxış salman əsas rəng; zə-
min, ton. Açıq fon. Şəkil mənzərəli bir fonda
çəkilmişdir. - Firidunun dostları və tanış-
ları ilə çiçəklik fonunda çəkdirdiyi şəkil
202
FOND
FORMA
ortada idi. M.Hüseyn. // Üzərində naxış
salman şey; yer (parça, xalça və s. haqqın-
da). Xalçanın göy fonu.
2. Bax zəmin 3-cü mənada. Dramatik
konflikt müəyyən dərəcədə dövrün ziddiy-
yətləri fonunda inkişaf etdiyindən sərtdir,
kəskindir. M.İbrahimov.
fon [yun.] Bəzi mürəkkəb sözlərin “səs,
səslənmə” mənasını verən ikinci tərkib
hissəsi; məs.: meqafon, saksafon, telefon,
diktofon.
FOND [/i’.] 1. Hər hansı məqsəd üçün
ayrılan pııl və ya maddi vəsait. Valyuta fon-
du. Əmək haqqı fondıı. Nobel fondu. İmə-
cilikdən əldə edilən vəsait siilh fonduna keçi-
rilmişdir. H Bir şeyin əsas ehtiyatını təşkil
edən pul və ya maddi vəsait. Arxiv fondu.
Kitabxana fondu. Bölünməz fond.
2. mal. cəm şəklində. Faizli, qiymətli ka-
ğızlar. Dövlət fondları və səhmləri.
3. Yaradıcı xadimlərə (memarlara, yazı-
çılara, rəssamlara və b.-na) maddi yardım
göstərən təşkilat, idarə. Azərbaycan Ədəbiy-
yatı fondu. Elm fondıı - [Şəkillərin] hər ikisi
bədii fondun nəşri idi. M.İbrahimov.
FONEM \yun. phonema - səs] dilç. Hər
hansı bir dilin (və ya dialektin) söz və ya
morfeminin mənasını fərqləndirmək vasi-
təsi sayılan danışıq səsi. Hər bir dildə müəy-
yən sayda fonem olur.
FONENDOSKÖP {yun. phone - səs, endon
- daxilə və skopeo - baxıram] Ürək və
ciyərlərə qulaq asmaq üçün stetoskopdan
daha mükəmməl tibb aləti. Balacayev
əvvəlcə stetoskopla, sonra qoşa rezinli fo-
nendoskopla [Sübhanverdizadənin] sinəsini
də yaxşı-yaxşı dinlədi. S. Rəhimov.
FONETİK sif. 1. Fonetikaya aid. Fonetik
transkripsiva. Fonetik qanunlar.
2. İnsan nitqinə, onıın səs quruluşuna aid
olan. Sözün fonetik təhlili.
FONETİKA [yun. phonetike - səsə aid]
1 . Dilin səs quruluşu, səs tərkibi. Azərbay-
can dilinin foııetikası.
2. Dilçiliyin, dilin səs tərkibini öyrənən
bəhsi. Tarixi fonetika. Fonetikanın əsas
tədqiqat obyekti.
FONETİST [yun.] Fonetika mütəxəssisi.
FONÖQRAF [yun. phone - səs və grapho
- yazıram] Səsi yazmaq və səsləndirmək
üçün cihaz; səsyazan. Qrammofon və pate-
fon da foııoqraf əsasında yaradılmışdı.
FONOQRÄM [yun. phone - səs və
gramma - yazı] xiis. Plastinka, lent, plyonka
və s.-yə keçirilmiş hər hansı səs yazısı. Me-
xaniki fonoqram.
FONOLÖGİYA [yun. phone - səs və
logos - elm] Fonetikanın, dildəki fonem-
lərin sistemini və onların dəyişməsini öyrə-
nən bəhsi. Dilin fonemlər sistemi fonolo-
giya ilə müəyyənləşdirilir.
FONOLOJİ sif. Fonologiyaya aid. Foııo-
loji tədqiqat. Fonoloji sistem ( fonemlər
sistemi).
FONÖMETR [yun. phone - səs və met-
reo] Səsin gücünü ölçmək üçün alət, fono-
nıetrik cihaz.
FONOMETRİK sif. Fonometriyaya aid.
Fononıetrik tədqiqat. □ Fonometrik cihaz
-bax fonometr.
FONOSKÖP [yun. phone - səs və skopeo
- baxıram] Nitqin fonetik xüsusiyyətlərini
və danışarkən dodaqların, üz əzələlərinin
hərəkətini öyrənmək üçün cihaz.
FONOTEKA [yun. phone - səs və theke -
saxlanılan yer, anbar] Fonoqramlarm, səs
yazılarının toplusu, arxivi. Tədris foııote-
kaları. Şəxsi fonoteka. Azərbaycan Dövlət
Konseıyatoriyasının fonotekası.
FONTAN [it al. fontana, əsli lat. fons -
bulaq] bax fəvvarə. Fontan armaturu.
Fontan üsulu ilə neftçıxarma.
FÖRİNT is. Macarıstanda pul vahidi.
FORMA [lat. forma] 1 . Şeyin xarici gö-
rünüşü, şəkli. Yarpağın forması. - Müsəl-
man papaqlarının ağırlığı, böyüklüyü və
formaları Molla Nəsrəddinin dostlarına
necə ki lazımdır, əyandır... C.Məmmədqu-
luzadə. // insan bədəni hissələrinin, fiqu-
runun çevrəsi. Uzun zaman əzələlər fəaliy-
yətsiz qaldıqda və fiziki hərəkətlər çatışnıa-
dıqda insan bədəninin forması dəyişir.
(Qəzetlərdən).
2. Tip, quruluş, təşkilat sistemi; struktur.
Yeni dövlət forması. İdarə forması. Təşkilat
forması. H Növ müxtəlifliyi. Revnıatizmin
203
FORMAL
ağır forması. // İfadə üsulu, qaydası. Danı-
şıq forması.
3. Bədii əsərin növü, janrı. Müxtəlif for-
ma və janrda çoxlu musiqi əsəri yaradıl-
mışdır. - ikinci dövrün xüsusiyyəti mündə-
ricənin genişlənməsində, müxtəlif dramatik
formaların ( nıelodram , faciə) meydana çıx-
masındadır. M.İbrahimov.
4. Ülgü, biçim, şablon, nümunə. Milli xalq
geyimlərinin tədqiq edilib öyrənilməsi yeni
modaların biçim və formalarının zənginləş-
məsinə kömək edər. (Qəzetlərdən). // Mət-
bəə naborunun qoyulduğu çərçivə, habelə
çərçivəyə qoyulmuş naborun özü.
5. Bir şeyin müəyyən olunmuş nümunəsi,
tipi. Bülleten forması. Hesabat forması. An-
ketin forması.
6. Rənginə, biçiminə və başqa əlamət-
lərinə görə müxtəlif kateqoriyalara mənsub
şəxslər üçün vahid paltar tipi; rəsmi paltar,
geyim. Hərbi forma. Məktəbli forması. Də-
miryolçu forması. - Bahar fəslinin axırında
Mirzə Səfərin oğlu darülfünun tələbəsi for-
masında evlərinə görüşməyə gəldi. Ə.Haqver-
diyev. Milis işçilərinin özləri də forma de-
yil, adi paltar geymişdilər. H.Seyidbəyli.
7. dilç. Qrammatik kateqoriyaların, söz və
cümlələrin qarşılıqlı əlaqəsini zahirən ifadə
edən vasitə. Sözün forması. Felin qeyri-
miiəyyən forması.
8. inc. ədəb. Bir şeyin məzmununu ifadə
etmək üçün istifadə olunan bədii vasitələr
sistemi. Bayatının müxtəlif formaları. - Hin-
distan indi də müxtəlif və zəngin rəqs for-
malarının xəzinəsi hesab olunur. "Azərb.”.
FORMAL sif. 1. Rəsmi, qanuni formaya
uyğun olan. Formal sübut. Formal təsir.
2. Yalnız forma (zahir) üçün olan, işin
həqiqi vəziyyəti ilə hesablaşmayan, rəsmiy-
yətçilik xatirinə olan. Canlı iş olduğu üçün
buna qətiyyən formal ( z.) yanaşmaq olmaz.
3. dilç. Formaya aid olan (bax forma
7-ci mənada). Sözün formal nıənası (sözün
qrammatik mənası).
0 Formal məntiq - təfəkkürün elementar
qanun və formaları haqqında elm.
FORMALI sif. Müəyyən formada tikil-
miş, müəyyən formada olan (bax forma
FORMULYAR
6-cı mənada). Fornıalı geyim. H Belə paltar
geyinmiş. Əsgər formalı gənc.
FORMALİN [lat. formica - qarışqa] Kəs-
kin boğucu iyi olan dezinfeksiya maddəsi.
Formalin iyi .
FORMALİST [, lat.\ 1. işin mahiyyətinin
zərərinə olaraq bir şeyə formal münasibət
bəsləyən adam; rəsmiyyətçi.
2. Formalizm tərəfdarı (bax formalizm
2-ci mənada). Formalistlər etikanın vəzifə-
ləri içərisindən əxlaq problemlərinin
öyrənilməsini çıxarıb atırlar.
FORMALİZM [lat.] 1. işin mahiyyəti zə-
rərinə olaraq, onun ancaq zahiri cəhətinə
riayət etmə; bir şeyə ciddi formal müna-
sibət; rəsmiyyət, rəsmiyyətçilik.
2. Məntiqdə, sənətşünaslıqda və s. elm-
lərdə ideya məzmunundan, obyektiv varlıq-
dan, ictimai təcrübədən sərf-nəzər edərək,
yalnız formanı (zahiri cəhəti) əsas götürən
və ona üstünlük verən cərəyan. Formalizm
meyilləri. Fornıalizmin bütün təzahürlərinə
qarşı mübarizə.
FORMASIZ sif. 1 . Müəyyən forması, şək-
li olmayan.
2. Forması (6-cı mənada) olmayan, forma
geyməmiş. Formasız əsgər.
FORMASİYA [lat. formatio - təşəkkül,
növ] kit. Bir şeyin inkişafında müəyyən
pillə, mərhələ; məhz həmin pilləyə, inkişaf
mərhələsinə xas olan tip; quruluş. Geoloji
formasiya.
0 İctimai-iqtisadi formasiya fəls. iqt. -
insan cəmiyyətinin, müəyyən istehsal mü-
nasibətləri sistemi ilə səciyyələnən inkişaf
mərhələsi.
FORMAT [alm.] 1. Kitabın, səhifənin,
kartoçkanın və s.-nin ölçüsü; əndazə.
Böyük format. Kiçik format. Kiçik formatda
fotoşəkil.
2. mətb. Nabor səhifəsinin uzunluğu və
hündürlüyü, sətrin uzunluğu.
FORMUL [lat. formula - forma, qayda]
Düstur. Sərgidə çoxlu həndəsi fiqurlar, ri-
yazi sxemlər və formullar vardır.
FORMULYAR [alm.] 1 . xüs. Hər hansı bir
qurğu, mexanizm və s. haqqında əsas məlu-
matlar yazılan, onun işlənməsi, xarab ol-
ması, təmiri və s. müntəzəm surətdə qeyd
204
FORS
olunan xüsusi dəftər və ya blank. Təyya-
rənin formuly arı. Maşmın formulyarı.
2. Kitabxana kitablarının içinə qoyulan,
habelə oxucuların onlardan istifadə etməsi
haqqında orada qeydlər edilən uçot kartoç-
kası. Kitabın formulyarı. // Hər bir kitabxa-
na oxucusu üçün doldurulan və ona verilən
kitabların qeyd olunduğu kiçik dəftərçə.
Oxucunun formulyarı.
FORS [fr. force - güc, əhəmiyyət] İddia,
təkəbbür, lovğalıq, təşəxxüs. [Kərbəlayı:]
Bu nə forsdur, ay Nabat xanım? S.Rəhimov.
□ Fors eləmək (satmaq, atmaq) - bax
forslanmaq. [Şahsənəm:] Məşədi İbadın
aı-vadı Püstə əllərini belinə qoyub bizə fors
atırdı. S.S.Axundov. Mayis yenə də lovğa-
landı və fors satır kimi cavab verdi.
Ə. Vəliyev. [Ata:] [İlyas] çox da fors
eləməsin. Ə.Məmmədxanlı.
FORSLANMA ‘ ‘F orslanmaq” dan f is.
FORSLANMAQ/ Fors etmək, lovğalan-
maq, təkəbbür satmaq, təşəxxüs satmaq,
təşəxxüslənmək. [Tahir:] Deməsinlər ki.
Tahir forslatııb bizi saymadı. M. Hüseyn.
FORSLU sif. Fors edən; lovğa, təkəbbür-
lü, təşəxxüslii. Forslu qadın. - Fərəc bəy də
atası kimi forslu. təşəxxüslii, paxıl, dargöz
bir adam imiş. Ə.Vəliyev.
FORSUNKÄ [ing. force-pump - basıcı
nasos] Maye və ya tozşəkilli maddələri,
başlıca olaraq maye halında olan yanacağı
tozlandırmaq üçün cihaz, alət. Forsunkanın
gurultusu çörəkxananı başına almışdı. Mir
Cəlal. Xəlil keçdikcə kürələrin forsunkala-
rına baxırdı. Ə.Əbülhəsən.
FORT is. Qala tikililərinin tərkib hissəsi.
Açıq və qapalı tipli fortlar olur.
FORTEPİANO [/to/.] Zərbli-dilli simli
musiqi aləti. Fortepiano konserti. Fortepiano
çalmaq. - Kamera musiqisində görkəmli yer
tutan janrlardan biri də fortepiano üçün
bəstələnən prelüdlərdir. Ə.Bədəlbəyli.
FORTOÇKA [rus. ] dan. Otağın havasını
dəyişmək üçün pəncərədə düzəldilən qapı-
çıq, nəfəslik. Fortoçkanı bağlamaq. - Qədir
gözlərini açıq fortoçkaya zillədi. Ə.Vəliyev.
FORUM [lat.] 1. tar. Qədim Romada: şə-
hərin ictimai həyatının mərkəzləşdiyi yer;
FOTOBÖYÜDÜCÜ
meydan. İmperiya dövründə forumların sayı
artmışdı.
2. məc. Geniş nümayəndəli yığıncaq. Gənc-
lərin beynəlxalq forumu.
FOSFÄT [yun.] kim. Gübrə kimi, habelə
texnikada, tibdə işlədilən fosfor turşusu
duzu. Polimerfosf atların xassələri.
FOSFOR [yun. phos, phoros - işıqsaçan]
Bəzi mineralların, heyvanların sümükləri-
nin, heyvan və bitki toxumalarının tərkibin-
də olan, tezalışan və qaranlıqda işıq verən
kimyəvi maddə. Ağ fosfor. Qırmızı fosfor.
FOSFORİT [yunancadan] Fosfat maddəsi
ilə zənginləşmiş süxur (qumdaşı, əhəngdaşı
və s.).
FOSFORLU sif. Tərkibində fosfor olan.
Fosforlu çuqun.
FOSGEN [yun. phos - rəng və genos -
mənşə] kim. Nəfəs orqanlarına bərk təsir
edən, xlorla karbon oksidinin birləşməsin-
dən alman zəhərli rəngsiz boğucu qaz.
Fosgeıı Birinci Dünya müharibəsində zə-
hərləyici maddə kimi işlədilmişdi.
FOTO [yun. phos - işıq] bax fotoqrafıya
2-ci mənada. Rəngli foto.
foto... [yun. phos, photos - işıq] işıq, işıq
şüaları vasitəsilə işləyən, görülən, ya işıq-
dan törəyən mənasında olan, yaxud da foto-
qrafiyaya aidliyi bildirən mürəkkəb sözlə-
rin birinci tərkib hissəsi; məs.: fotosərgi,
fotoşəkil, fotodiaqram, fotomtixbir, fotohə-
vəskar, fotoböyüdücü və s.
FOTOAPARAT [yun. phos və lat. appa-
ratus] Fotoqrafıya aparatı. Yeni markalı
fotoaparat. - İmamzadə fotoqrafı görmə-
dikdə tez divardan asılmış fotoaparatı gö-
türdü. Q. ilkin. Kamil fotoaparatını götürdü,
qızının əlindən tutub həyətə, çiçək ləkləri
olan yerə düşdü. M. Süleymanov.
FOTOATELYE [yun. phos VƏ fr. atelier]
iri fotoqrafıya emalatxanası. Fotoatelyedə
şəkil çəkdirmək.
FOTOBÖMBA [yun. phos və fr. bomba]
Gecə havadan şəkil çəkərkən istifadə olu-
nan təyyarə bombası.
FOTOBÖYÜDÜCÜ is. Surəti çıxarılarkən
fotoşəkilləri böyüdən proyeksiya aparatı.
Şaquli fotoböyüdücü.
205
FOTOELEMENT
FOTOELEMENT [yun. phos - işıq və lat.
elementıım - ünsür] işıq enerjisini elektrik
enerjisinə çevirən cihaz. Fotoelementin
optimal iş rejimi.
FOTOGENİK sif. [}’un.] Fotoqrafıyada və
ya kinoekranda əks etdirilmək üçün yararlı,
münasib olan, fotoda yaxşı çıxan. Onun çox
yaxşı fotogenik sifəti var. - [Aslanov:] Yox,
əzizim, mənim sifətim o qədər də fotogenik
deyil. M. Hüseyn.
FOTOHƏVƏSKAR [yun. phos, ər. həvəs
və fars. ...kar] bax fotosevər. Fotohəvəs-
karlar klubu.
FOTOXRÖMİYA [yun.] Şeyin təbii rəng-
lərini əks etdirən rəngli fotoqrafıya.
FOTOXRONİKA \yun.] Hadisələrin foto-
şəkillərlə göstərilməsi.
FOTOKAĞIZ is. Fotoşəkil çap etmək üçün
bir üzünə işığa həssas maddə çəkilmiş kağız.
FOTOKERAMİKA [yun.] Saxsı şeylər
üzərinə fotoqrafıya üsulu ilə vurulan bəzək.
FOTOKİMYA [yun. phos və ər. əlkimya]
Kimyanın, şeylərin işıq enerjisi və ya ultra-
bənövşəyi şüaların təsiri altında əmələ gə-
lən kimyəvi reaksiyanı və dəyişməsini öy-
rənən bəhsi.
FOTOKİMYƏVİ sif. [yun. phos və ər. kim-
yəvi] 1. Fotokimyaya aid olan, fotokimya
ilə əlaqədar olan. Fotokimyəvi reaksiya. İlk
fotokimyəvi qanunauyğunluqlar XIX əsrdə
müəyyən edilmişdir.
2. Fotoqrafıyada tətbiq edilən kimyəvi
preparatlara aid olan. Fotokimyəvi mallar.
FOTOQRAF [yun.] 1. Bir sənət kimi foto-
qrafıya ilə məşğul olan adam; fotoqrafçı,
şəkilçəkən. “ Mingəçevir inşaatçısı” qəzeti
öz fotoqraf və müxbirlərini də bu dəstəyə
qoşmuşdu. Ə. Sadıq. Bir neçə gün idi ki,
fotoqraf hər gün səhərlər .. qəbul otağım
kəsdirib dururdu. Q. İlkin.
2. Bax fotoqrafıya 3-cü mənada. Heç
[Mayanın] yadından çıxmaz, onda ata və
anası Mayam yaxşı-yaxşı geyindirib foto-
qrafa apardılar. M. İbrahimov.
FOTOQRAFÇI is. dan. Fotoqraf.
FOTOQRAFXANA [yun. phos - işıq və
fars. ...xanə] bax fotoqrafiya 3-cü mənada.
Fotoqraficanada şəkil çəkdirmək.
FOTOLİZ
FOTOQRAFİK sif. 1. Fotoqrafıya üçün
olan, fotoqrafıyaya aid olan (bax fotoqra-
fiya 1-ci mənada). Fotoqrafık kamera.
2. Fotoqrafiya vasitəsilə alman, fotoapa-
ratla çəkilən. Fotoqrafık reproduksiya. Foto-
qrafık şəkil. - Ay onu əhatə edən ulduzlar fo-
nunda fotoqrafık üsulla müşahidə edilmişdir.
3. Həyatda, həqiqətdə olduğu kimi, necə
var elə. Hadisənin fotoqrafık təsviri. H Ob-
yektivcəsinə, naturalistcəsinə.
FOTOQRAFİYA [yun. phos - işıq və
grapho - yazıram] 1 . Xüsusi optik cihazlar
vasitəsilə işıq şüalarının köməyilə işığa-
həssas materiallar üzərində şəkilalma
üsulu. Rentgen şüaları fotoqrafıyada və bəzi
xəstəliklərin diaqnostikasında tətbiq edil-
məklə bərabər, müalicə məqsədilə də işlə-
dilə bilər. A.Qarayev.
2. Bu üsulla alman şəkil, əks, foto, kar-
toçka. [Rüstəm bəy] divardakı böyük tablo-
lara tamaşa edir, qız fotoqrafıyalarını seyr
edib, gəlib oturdu. Çəmənzəminli.
3. Bu cür şəkilləri çəkmək və hazırlamaq
üçün emalatxana; fotoqrafxana. Fotoqrafi-
ycıda şəkil çəkdirmək.
4 . xi is. Hər hansı bir iş, proses və s. üzə-
rində müşahidə və ona sərf olunan vaxtın
qeydə alınması.
FOTOQRAFLIQ is. Fotoqrafın işi, sənəti,
peşəsi. [Gənc:] Mənimki fotoqraflıqdır,
vəssalam... S. Vəliyev.
FOTOQRAVÜRA [yun .] Fotokimyəvi
üsulla işlənmiş metal plastinkadan üzü çı-
xarılmaqla alman şəklin və ya fotoşəklin
surəti. Fotoqravüra maşını.
FOTOLABORATÖRİYA [yun. phos VƏ lat.
laborare] Foto ilə çəkilən şəkillərin sonra-
dan işlənməsi üçün laboratoriya. Səyyar
fotolaboratoriyalar.
FOTOLAMPÄ [yun. phos və fr. lampe]
Fotoqrafıyada işlədilən qırmızı lampa.
FOTOLİTOQRAFİK sif. [yun.] Foto lito-
qrafiyaya aid olan. Fotolitoqrafik çap üsulu.
FOTOLİTOQRÄFİYA [yun.] mətb. Foto-
qrafiya tətbiq olunan litoqrafiya. Fotolito-
qrafiya üsulları.
FOTÖLİZ [yun.] fiz. kim. Maye, bərk və
ya qazvari maddələrin işığın təsiri altında
parçalanması.
206
FOTOMAĞAZA
FOTOMAĞAZA [yun. phos və mağaza]
Fotoqrafıya ləvazimatı satılan mağaza.
FOTOMATERİAL \yun. phos və lat. ma-
terialis] 1. Fotoşəkillər çəkmək üçün lazım
olan materiallardan hər hansı biri. Fotoma-
terial satışı.
2. Hər hansı məqsəd üçün istifadə olunan
fotoşəkillər. Sərgi üçün fotomaterial.
FOTOMEXÄNİKA [vun.] mətb. Repro-
duksiya üsullarının məcmusu (bu üsulda rəs-
samın, litoqraf fəhlənin əllə gördüyü işin
çoxunu fotoqrafik və kimyəvi proseslər
əvəz edir).
FOTOMEXANİKİ sif. \yun. ] Fotomexa-
nika ilə əlaqədar olan, fotomexanikaya aid
olan. Fotomexaniki proseslər.
FOTÖMETR [vun.] I. fiz. Hər hansı mən-
bədəki işığın gücünü müəyyən etmək üçün
cihaz. Şüalanma kəmiyyətlərini ölçmək
üçün fotometrlərdən istifadə olıınur.
2. astr. Ulduzların parlaqlığını müəyyən
etmək üçün cihaz.
FOTOMETRİK sif. [ yunancadan ] Foto-
metriyaya aid olan, fotometriya ilə əlaqədar
olan. Fotometrik üsul. Fotometrik tədqiqat.
FOTOMETRİYA [yun.] Optikanın, işığın
gücünü, işıq mənbələrinin parlaqlığını və
s.-ni ölçməklə məşğul olan sahəsi. Foto-
metriyanın əsas kəmiyyətləri.
FOTOMONTÄJ \уип. phos və fr. montage]
Ümumi mövzuya aid olan bir sıra fotoşə-
killərin (və ya onların hissələrinin) bir şəkil-
də birləşdirilməsi. // Bu yolla tərtib olunmuş
plakat, reklam, illüstrasiya və s. ..C. Cabbarlı
adma kitabxanada A.P.Çexovun həyatı və ya-
radıcılığına həsr olunmuş guşələr və foto-
montajlar düzəldilmişdir. (Qəzetlərdən).
FOTOMÜXBİR is. [yun. phos və ər. müx-
bir] Dövri mətbuat orqanı (qəzet, jurnal və
s.) üçün şəkil çəkən fotoqraf.
FOTOOBYEKTİV [yun. phos və lat.
objectum] Fotoaparatın obyektivi.
FOTOREPORTAJ [vun. phos və fr. report]
Fotoşəkillər vasitəsilə verilən reportaj; bu
vasitə ilə reportaj vermə.
FOTOREPORTYOR [yun. phos və fr. re-
porter] Fotoreportajla məşğul olan fotoqraf.
FOTOSEVƏR is. Həvəskar fotoqraf,
həvəskar kimi fotoqrafıya ilə məşğul olan
FÖHŞ
adam. Fotosevərlərin sərgisi. Fotosevər-
lərin seminarı.
FOTOSƏRGİ is. Fotoşəkillərdən ibarət
sərgi. Qələbə gününə həsr edilmiş fotosərgi.
Fotosərgiyə tamaşa etmək.
FOTOSİNKOQRÄFİYA [yun. phos, alnı.
zink və yun. grapho] mətb. Çap üçün sink
klişelər hazırlamağın fotomexaniki üsulu.
FOTOSURƏT [yun. phos və ər. surət]
Sənədin, əlyazmasının və s.-nin fotoqrafıya
üsulu ilə çıxarılmış surəti, üzü, nüsxəsi.
Əlyazmanın fotosurəti.
FOTOŞƏKİL [yun. phos və ər. şəki] Foto
ilə çəkilmiş şəkil; fotoqrafıya, şəkil. Foto-
şəkillər üzrə müsabiqə. - Divara Qulunun ..
fotoşəkilləri vurulmuşdu. İ. Əfəndiyev.
FOTOTEKA [yun.] Fotoşəkillərin və ya
fotoqrafıya neqativlərinin toplanılıb saxlan-
dığı yer, arxiv.
FOTOTELEQRÄF [yun.] Hərəkətsiz təs-
virləri (şəkil, əlyazması, fotoşəkil və s.)
teleqraf və ya radio vasitəsilə uzaq məsa-
fəyə vermək üçün aparat. Rabitə salonunda
yeni fototeleqraf cihazı qoyulmuşdur.
(Qəzetlərdən).
FOTOTELEQRÄM [vun.] Fototeleqraf
vasitəsilə verilən teleqram.
FOTOTERA Pİ V A [yun.] Günəşdən və ya
süni mənbələrdən alman işıq şüalarının
müalicə məqsədilə tətbiq olunması; işıqla
müalicə. Şişlərdə, qanaxmalarda, ürək-
damar çatışmazlığında, böyrək xəstəliklə-
rində fototerapiyadan istifadə etmək olmaz.
FOYE [fr.] Teatr, kino və s.-də tama-
şaçıların fasilələrdə tamaşanın başlanmasını
dayanıb gözləməsi üçün xüsusi yer. Foyedə
gəzişmək. □ Artist foyesi - fasilələrdə
artistlərin dincəlməsi üçün xüsusi yer, otaq
(teatrda və s.-də).
FÖFIŞ is. [ər.] klas. Nalayiq söz, söyüş;
ədəbə, tərbiyəyə və əxlaqa müğayir hərə-
kət, iş, əməl; əxlaqsızlıq. Sarıköynəvin əri
əsəbi bir halda föhş və söyüşlə mənim mən-
zilimə gəldi. S. Hüseyn. □ Föhş vermək -
söymək, nalayiq sözlər demək, ağzına gələ-
ni demək. [M.F.Axundzadə:] Avam əvvəl
sənin nəsihətini anlamayacaq, sənə əziyyət
edəcək, föhş verəcək. Ə.Haqverdiyev. Zeynal
bəy qorodovoyların qarasına söyləndikcə
207
FÖHŞİYYAT
odlanıb, növbənöv föhşlər verməyə başladı.
Çəmənzəminli.
FÖHŞİYYAT [ər. “föhş” söz. cəmi] Ədəbə,
tərbiyəyə və əxlaqa müğayir iş, əməl, hərə-
kət; əxlaqsızlıq. // Əxlaqsız və ədəbsiz səhnə-
ləri təsvir edən ədəbi əsərlər və ya şəkillər.
FÖVC is. [ər.] köhn. Camaat, kütlə, dəstə.
FÖVQ is. [ər.] Yuxarı, üst. Çıxacaqlar
göyləri aşaraq dönə-dönə; Buludların föv-
qünə. M. Müşfiq. // Üstün, daha artıq. Gecə-
lər ayazda, gündüzlər al günün altında gəmi
muzdurunun zəhməti hər bir zəhmətdən
fövqdiir. S.M.Qənizadə.
FÖVQƏLADƏ sif. [ər.] 1. Qeyri-adi, adət-
dənxaric, görünməmiş, eşidilməmiş. Hamam
səfəri kimi fövqəladə hadisələr tez-tez itti-
faq düşməzdi, həftədə bir dəfə olardı.
Çəmənzəminli. [Səriyyə:] Mən fövqəladə
bir iş görən adamlar kimi ciddi və həyəcanlı
idim. İ.Əfəndiyev. // Başqalarından ayrılan,
başqalarına bənzəməyən; qeyri-adi, müs-
təsna. Zeynal özünü fövqəladə bir adam
hesab edirdi. S. Hüseyn. Amsar kəndinin föv-
qəladə bir kənd olmadığını söylədik.
Ə. Sadıq. // Son dərəcə güclü. [Tahirin] uşaq
xəyalında Dilman fövqəladə bir cəngavər
kimi ucalmışdı. M. Hüseyn. Sərvinaz qarı
içəridən od tutub alovlansa da, fövqəladə
bir mətanət göstərir, evinə gəlib-gedənlərə
ürək-dirək verirdi.. B. Bayramov.
2. Təcili, xüsusi olaraq müəyyən olunmuş,
qəbul edilmiş, növbədənxaric. Fövqəladə
qurultay. Fövqəladə tədbirlər. Fövqəladə
vəkalət. // Ölkənin həyatında əmələ gələn
müstəsna vəziyyətdən törəyən, onunla
əlaqədar olan. Fövqəladə vəziyyət (ölkədə
və ya onun hər hansı bir hissəsində
müəyyən vaxt ərzində həyata keçirilən və
əhalinin vətəndaşlıq hüquqlarını məhdud-
laşdırmaqdan, hakimiyyəti hər hansı xüsusi
orqana verməkdən və s.-dən ibarət xüsusi
hüquqi vəziyyət). Fövqəladə vergi(lər)
(ölkədə hər hansı bir xüsusi hadisə baş
verdikdə qoyulan məcburi vergi növü).
Fövqəladə qanunvericilik (hərbi və ya mü-
hasirə vəziyyəti dövründə tətbiq olunan və
hökumətə xüsusi səlahiyyətlər verən qa-
nunlar). Fövqəladə Komissiya (sovet höku-
FRAK
mətinin ilk illərində əksinqilab, möhtəkirlik
və vəzifə cinayətləri ilə mübarizə aparmaq
üçün mövcud olmuş dövlət orqanı).
FÖVQƏLADƏLİK is. Fövqəladə şeyin
halı; qeyri-adilik, müstəsnalıq. [Komandir:]
Buna görə də mən vəziyyətin fövqəladəliyini
elan edir, buna qarşı hazırlanmağı təklif
edirəm. S.Hüseyn. [Səriyyə:] Tutaq ki, hə-
yatda, doğrudan da, belə bir fövqəladəlik
mümkündür. İ.Əfəndiyev.
FÖVQƏLBƏŞƏR is. [ər.] Qeyri-adi əx-
laqı, zehni, zəkası, təbiəti etibarilə adi in-
sanlardan fərqlənən adam. [Dərviş Şeyx
Sənana:] Əgər fövqəlbəşər olmaq dilərsən;
Kənar ol daima ciıısi-bəşərdənl H. Cavid.
// Güclü iradəyə malik olub, özünü cəmiy-
yətdən yüksək, onun hüquqi və əxlaqi nor-
malarından kənarda sayan adam.
FÖVQƏLBƏŞƏRİ sif [ər.] Adi insan im-
kanlarını ötüb keçən; qeyri-adi. Fövqəlbə-
şəri mətanət.
FÖVQƏLTƏBİİ sif. [ər.] 1. Mistik təsəv-
vürə görə: təbii yolla izah oluna bilməyən,
təbiətin qanunlarına tabe olmayan; əcaib.
Fövqəltəbii hadisə. Fövqəltəbii qüvvələrin
varlığına inam.
2. məc. Adi əndazədən xaric; qeyri-adi,
qəribə, əcaib. Fövqəltəbii səy.
FÖVQƏLTƏBİİLİK is. Fövqəltəbii şeyin
halı; qeyri-adilik.
FÖVRƏN zərf [ər.] Dərhal, həmin saat,
əlüstü, tez. Tülkü fövrən havada qapdı, yedi;
Qarğaya tənə ilə böylə dedi. M. Ə. Sabir.
Hacının halı fövrən dəyişdi. Ə.Haqverdiyev.
FÖVT is. [ər.] 1. Əldən çıxma, əldən çı-
xarma, əldən qaçırma. Fürsəti fövt etmək
(fürsəti əldən qaçırmaq).
2. Öhnə, ölüm. Kim, fövti-rəqib eşitsə aşiq;
Gülmək gərək, ağlamaq nə layiq? Füzuli.
□ Fövt olmaq - ölmək, məhv olmaq.
..Bizini şiiəra cismən ölüb fövt olııblarsa da,
ruhən və mənən həlak olmayıblar. F. Köçərli.
[Dərviş:] Ruqiyyə məhv oldu, fövt oldu.
A.Divanbəyoğlu.
FRAK is. [fr.] Qabaq ətəkləri kəsik, dal
tərəfdən isə uzun dar ətəkləri olan kişi kos-
tyumu - sürtük növü (adətən təntənəli hal-
larda, rəsmi qəbullarda və s.-də geyilir).
208
FRAKLI
FREZ
FRAKLI sif. Əynində frak olan, frak
geymiş. Fraklı dirijor.
FRAKSİYA 1 [fr. fractio - hissə] 1 . Parla-
mentdə, siyasi partiyada, ictimai təşkilatda
və s.-də hər hansı partiya üzvlərindən
ibarət mütəşəkkil qrup. [Ceyran:] Rəyasət
heyəti üzvüyəm. Fraksiya iclasına gedirəm.
S. Hüseyn.
2. Siyasi partiyada: partiyanın ümumi
xətti ilə razılaşmayan, ondan fərqli və zidd
xətt irəli sürən, partiya sıralarında qalmaqla
onunla mübarizə edən dəstə, ayrıca qrup.
FRAKSİYA 2 [fr. fraction - pay, hissə] kim.
Distillə edilən maye qatışığının ayrıldığı
hissəciklər. Neftin fraksiyası.
FRAKSİYAÇI is. 1 . Hər hansı təşkilata iki-
tirəlik salan, onda fraksiya əmələ gəlməsinə
səbəb olan adam (bax fraksiya 1 ). Fraksi-
yaçı qrup.
2. Hər hansı fraksiyanın üzvü (bax frak-
siya 1 ).
FRAKSİYAÇILIQ is. Fraksiya ilə məşğul
olma, fraksiya düzəltmə, fraksiya fəaliyyəti
və ideologiyası (bax fraksiya 1 ). Fraksiya-
çılıqla mübarizə.
FRAQMENT [lat. fragmentum - sınıq, qı-
rıq, parça] Qırıq, parça (məs.: hər hansı
incəsənət - rəssamlıq, memarlıq, heykəl-
təraşlıq və s. əsərlərinin salamat qalmış
hissəsi, parçası). Baletdən fraqmentlər. Bi-
nanın fraqmenti. Rəsmin fraqmentləri.
П Əsərin, mətnin bir hissəsi, parçası. Qədim
əlyazmanın fraqmenti.
FRANK is. [fr.] Fransada pul vahidi.
FRANSIZ is. Fransanın əsas əhalisini
təşkil edən xalq və bu xalqa mənsub adam.
Fransız qoşunları bir sıra parlaq qələbələr
qazandılar.
FRANSIZCA zərf və sif. Fransız dilində.
Fransızca danışmaq. Fraıısızca-azərbav-
canca lüğət.
FRÄZA [yun. phrasis - ifadə] 1 . mııs. Mu-
siqi mövzusunun hər hansı kiçik və nisbə-
tən tam hissəsi. Fraza, adətən iki motivdən
ibarət olur.
2. dilç. Cümlə, ifadə, ibarə. Motivlərə bö-
lünməyən bütöv frazalar da var.
FRAZEOLÖGİYA [yun. phrasis - və
logos] Hər hansı dilə xas olan sabit söz
birləşmələri və ifadələrin məcmusu. Azər-
baycan dilinin frazeologiyası. // Dilçiliyin,
sabit söz birləşmələrini öyrənən sahəsi.
FRAZEOLOJİ sif. [yun.] Frazeologiyaya
aid olan. Frazeoloji ifadələr. Frazeoloji lüğət.
FREQAT [fr.] Əvvəllər: üçdorlu yelkənli
hərb gəmisi, sonralar isə gözətçi xidməti üçün
çox sürətli hərb gəmisi. Atom güc qurğulu
freqatlar. Freqat kapitanı.
FRENÇ [xiis. addan] Üstdən dörd cibi və
daldan kəmərciyi olan hərbi gödəkcə.
Frenç geymiş zabit. - Müsafirlər frençlərini
çıxarıb, yuyunmağa başladılar. Çəmənzə-
minli. Əynindəki yaşıl frenç, dizdən çəkmə,
gümüşü papaq, enli toqqa Mədədi çox yaxşı
tuturdu. Ə.Vəliyev.
FRENÇLİ sif. Frenç geymiş, əynində
frenç olan. Bir ucaboy, qarasaç və frençli
oğlan tribunaya çıxdı. Mir Cəlal.
FRENOLÖGİYA [yun. phren - ağıl və
logos - elm] Adamın psixi və əxlaqi key-
fiyyətləri ilə onun kəlləsinin quruluşu ara-
sında əlaqə olduğunu iddia edən qcyri-elmi
nəzəriyyə. Frenologiyanın elmi dəlillərə
əsaslanmadığı sübuta yetirilmişdir.
FRENÖLOQ [yıınancadan] Frcnologiya
mütəxəssisi.
FRESKA [ital. fresco - təzə, qurumamış,
yaş] rəss. Təzə mala üzərində sulu boya ilə
çəkilmiş şəkil, rəsm, naxış. Mikelancelonun
freskaları. Freska divar rəsmlərinin əsas tex-
nikasıdır.
FREYDİZM [Avstriya həkimi və psixo-
loqu Freydin adından] Psixologiya və
psixopatologiyada insanın bütün hərəkət-
lərinin başlıca amilinin yalnız qeyri-şüuri
bioloji instinktlər və meyillər olduğunu
iddia edən, insanların həyatında sosial
momentləri hesaba almayan və onların
şüurlu fəaliyyətinin rolunu azaltmağa çalışan
cərəyan. Freydizmin müasir tərəfdarları.
Klassik freydizmin metodoloji xüsusiyyətləri.
FREZ [fr.] 1. Metalı, ağacı və s. bərk
materialları işləmək üçün fırlanan çoxtiyəli
kəsici alət. Taxtanı frezdə yonmaq.
2. Torpaq qazmaq və eyni zamanda onu
yumşaltmaq, torf doğramaq və s. üçün irəli
çıxmış fırlanan barabanda xüsusi tiyələri
olan maşın. Yol frezi.
209
FREZER
FUTBOLKA
FREZER [fr.\ bax frez 1 — ci mənada.
Frez maşını. - Bunların arasında dişaçan
nıaşın, frezer avtomatı, yonucu dəzgah, güclü
hidravlik preslər və s. vardır. (Qəzetlərdən).
FREZERÇİ is. Frezer dəzgahmda işləyən
fəhlə.
FRİZ is. [fr.] arxit. Ornamentli bəzək.
FRONTİT is. [ lat. ] Alın cibinin selikli
qişasının iltihabı.
FRUKTÖZA [lat. fructus - meyvə] kim.
Meyvələrdə, balda, bəzi bitkilərin yarpaq-
larında və s.-də olan karbon; meyvə şəkəri.
FUFAYKÄ [ 7 - 1 «.] 1. isti, toxunma qollu və
ya qolsuz köynək.
2. Sırıqlı gödəkcə.
FUK [rus.] Dama oyununda rəqibin diq-
qətsizliyi üzündən oyunçunun götürdüyü
dama.
FUKS [a/m.] Bilyard oyununda: şara təsa-
düfi olaraq vurulan müvəffəqiyyətli zərbə.
FÜQA [it al.] mus. 1. Eyni musiqi mövzu-
sunun bir neçə səslə ardıcıl təkrarı.
2. Belə təkrara əsaslanan musiqi əsəri.
FUQÄS [fr.] hərb. Düşmənin keçəcəyi
yerdə gözlənilmədən partlamaq üçün tor-
paq və ya su altma qoyulan partlayıcı mad-
də (mina). Fııqas bombası.
FUQÄTO [ital.] mus. Fuqa üslubunda iş-
lənmiş musiqi mövzusu (fiıqato adətən sonata
və ya simfoniyanın bir hissəsini təşkil edir).
FUNİKULYÖR [fr.] Dik yoxuşlarda kanat
dartı qüvvəsi ilə işləyən dəmir yolu. [Aqil]
oraya funikulyorla qalxmağı təklif etdikdə
GiUnaz etiraz etmədi. Q. İlkin. [Üçüncü ka-
tib Firəngizə:] Bu yarğanın başından tuş
İstisuya gözəl bir funikulyor çəkmək olardı.
B. Bayramov.
FUNKSİONAL [latıncadan] 1. "Funksi-
ya”dan sif Funksional asılılıq. Funksional
münasibət.
2. sif. Bir şeyin quruluşundan deyil,
fəaliyyətindən asılı olan. Ürək fəaliyyətinin
funksional pozğunluğu (ürəkdə anatomik
dəyişiklik olmadan baş verən pozğunluq).
- Əgər xəstəlik zamanı yalnız üzvlərin nor-
mal işi pozularsa və orqanizmdə quruluş
pozğunluğu nəzərə çarpmazsa belə xəstəlik
funksional xəstəlik adlanır. “İnsan nədən
xəstələnir”.
FÜNKSİYA [lat. functio - icra] 1 . Vəzifə,
fəaliyyət dairəsi.
2. riyaz. Qiyməti başqa dəyişən qiymət-
dən asılı və ona uyğun olan dəyişən kə-
miyyət. Triqonometrik funksiya (bucağın
kəmiyyətindən asılı olan kəmiyyət).
3. biol. Heyvan və ya bitki orqanizminin,
onun hüceyrə və toxumalarının spesifik
fəaliyyəti. Ürəyin funksiyası. - Cinsi vəzilər
hormonlar vasitəsilə bədənin başqa üzv-
lərinə, üzvlərin funksiyalarına təsir edir.
M.Axundov.
FURAJKA [pol .] Qabaq tərəfində günlü-
yü olan baş geyimi. Əsgər furajkası. - Xalası
isə öz hesabına Nəcəfə gimnazist furajkası
aldırdı. Q. İlkin.
FURQON [fr.] 1. İki (bəzən də bir) at
qoşulan dördçarxlı üstüörtülü araba. Mürsəl
kişinin stansiyaya göndərdiyi böyük furqon
meşənin ortasındakı araba yolu ilə kəndə
gəlirdi. M. Hüseyn. Furqon Ağsudan ötüb
çaya yaxınlaşanda ayrı bir mənzərə müşa-
hidə olunurdu. Mir Cəlal.
2. Yük maşınlarında, arabalarda və s.-də
örtülü kuzov. // Baqaj lığı kuzovda olan av-
tomaşın.
FURQONÇU is. Furqon (1-ci mənada) sü-
rən adam.
FURQONLU sif. Furqonu (2-ci mənada)
olan. Furqonlu avtomaşın.
FUT is. [ing.] İngilis ölçü sistemində 30
sm 48 mm -ө bərabər uzunluq vahidi.
FUTBOL [ing.] Hər bir komandanın ayaq
(və bəzən baş) zərbəsi ilə rəqibin qapısına
mümkün qədər çox top (qol) vurmasından
ibarət idman oyunu. Futbol oynamaq. Fut-
bol stadionu. Futbol mövsümü. Müasir fut-
bolun əsas qaydaları XIX əsrin 60-cı illə-
rində İngiltərədə işlənmişdir. Azərbaycanda
ilk futbol komandaları 191 1-ci ildə Bakıda
yaradılmışdır.
FUTBOLÇU is. Futbol oyunçusu. Bakı fut-
bolçuları 1912-ci ildə Tiflisdə ilk şəhərlər-
arası matç keçirmiş və qələbə qazanmışlar.
- Yavaş-yavaş Mingəçevirin öz futbolçu-
ları, voleybolçuları yetişirdi. Ə. Sadıq.
FUTBOLKA [ing. football və rus. ...ka]
Trikotaj idman köynəyi.
210
FUTLYAR
FÜRSƏT
FUTLYAR [alm.] Saxlamaq və ya xarab
olmaqdan, zədələnməkdən və s.-dən qoru-
maq üçiin içinə şey qoyulan qutu və ya
çexol; məhfəz, qab. Klarneti futlyara qoy-
maq. Saatın futly an.
FUTURİST [ latıncadan ] 1. Futurizm
tərəfdarı. İtalyan futuristləri.
2. Bax futuristik. Futurist əsər.
FUTURİSTİK sif. [ latıncadan ] Futurizm
ideyaları ilə aşılanmış; futurizmin ədəbi
üsullarından istifadə edən, futurizm səpki-
sində işlənmiş. Futuristik şeir. Futuristik
şəkil.
FUTURİZM [lat. futurum - gələcək] XX
əsrin əvvəllərində ədəbiyyat və incəsənət-
də: realizmi, eləcə də mədəni irsi və
müasiri olduğu incəsənəti rədd edən, guya
zəmanəyə daha uyğun gələn, köhnə sənətin
bütün ənənə və üsullarını dağıtmalı olan
yeni üslub yaratmağa çalışan formalist cərə-
yan. Qərb futurizminin başlıca xüsusiyyətləri.
FÜQƏRA [ər. “fəqir” söz. cəmi] klas. Yox-
sullar, kasıblar; əhalinin yoxsul təbəqələri.
Füqəramn qanını çox da sorurlar lotular;
Şeyxlər xalqa satır huriyii qılman, mənə nə?
M. Ə. Sabir. Eyfüqəra, boş yerə ağlaşmayın;
Flər kəsi görcək ona sallaşmayın. Ə.Nəzmi.
FÜQƏRA Yİ-KASİBƏ is. [ər.] 1917-ci il
inqilabından qabaq və inqilabın ilk illərində
“proletariat” mənasında işlədilmiş ifadə.
[İlyas:] Nə istəyirsən, ana, indi bütün elmin
qapıları fiiqərayi-kasibə balalarının üzünə
açıqdır. S. Rəhimov.
FÜNUN is. [ər. “fənn” söz. cəmi] klas.
Fənlər, elmlər, biliklər. Onlar ki səninlədir
müasir; Flər elmü füııunə oldu malıir.
M. Ə. Sabir. [İrəvanda] bizim dövlət tərə-
findən açılan mədrəsələrdə ülum və fiinun
kəsb edən müsəlman şagirdləri başqalarına
nisbətən çox azdır. F. Köçərli.
FÜRSƏT is. [ər.) Bir sözü demək və ya
bir işi görmək üçün əlverişli an, münasib
vaxt, məqam, müvafiq hal. Bu fiirsət hər
vaxt ələ gəlməz. - Qanadlı bir quşdur fürsət
əzəldən.. S.Vurğun. □ Fürsət aramaq (ax-
tarmaq) - bir iş üçün əlverişli məqam ax-
tarmaq, güdmək. Məsnıə dərdlərini Tcıhir-
zadəyə danışmaq üçün vaxt, fürsət axtarırdı.
Mir Cəlal. Fürsət bilmək - fürsətdən
istifadə etmək. Qədir fürsət bilib yayındı,
üzünü bağlara tərəf tutub yavaşca dala
baxmadan gedirdi. Mir Cəlal. Fürsət
bulunmaq klas. -bax fürsət tapmaq. Xoş-
dur ki, bulam vüsala fürsət; Yarım tərəfin-
dən ola niisrət. Füzuli. Fürsət düşmək - əl-
verişli vaxt və şərait yaranmaq, imkan ya-
ranmaq, məqam düşmək. Anri fürsət düş-
dükcə [ərəblərlə] söhbət edirdi. S.Vəliyev.
[Katib:] Bir az da gözləyin, fiirsət düşən
kimi deyərəm. Q. İlkin. Fürsət eləmək
(etmək) - bax fürsət tapmaq. [Salman:]
Fürsət eləyən kimi [tülkü] girinə keçəni
qamarlayıb parçalayacaqdı.. M. İbrahimov.
Fürsət gözləmək - bir iş üçün əlverişli an,
məqam gözləmək. Buludlar arxasında dal-
dalanıb müəyyən fürsət gözləyən üç “ M-109 ”
birdən ildırım kimi şığıdı. Ə. Vəliyev.
Fürsət tapmaq - bir sözü demək və ya bir
işi görmək üçün münasib, əlverişli vaxt
tapmaq, fürsət etmək, fürsət bilmək. Səkkiz
gün olardı ki, gedib [Hacı kişinin] halını
sormağa fiirsət tapmamışdım. Qantəmir.
Sərdar Rəşid bu xəyanətini həyata keçirmək
üçiin fiirsət tapmayacaqdır. M. S. Ordubadi.
Fürsət vermək - şərait yaratmaq, imkan
vermək, macal vermək ( çox vaxt inkarda iş-
lədilir). [Padşah] elə Məlikəhmədə çatacaq,
heç fürsət vermədi ki, ağzın açsın.. (Nağıl).
Çoban [düşmənə] qalxmağa fürsət vermə-
yib, çomağı başına çırpdı və özü bağıryaran
bir səslə qıy vurub irəli şığıdı. M.Rzaqulu-
zadə. Fürsətdən istifadə etmək - bir iş
görmək üçün yaranmış əlverişli şəraitdən,
vaxtdan faydalanmaq. [Yusif:] Mən für-
sətdən istifadə edib danışmaq istəyirəm.
B. Bayramov. Fürsəti bada vermək - bax
fürsəti əldən buraxmaq. Ey könül, fürsəti
badə vermə, gəl; Gün keçir, ay keçir, il
yaman gedir. M.Rahim. Fürsəti əldən bu-
raxmaq (qaçırmaq, vermək, çıxarmaq) -
bir işi görmək üçün yaranmış şəraitdən və
vəziyyətdən dərhal istifadə etməmək, [izzət:]
Ah, sən neçin qandırmadın İsməti? Neçin
əlindən çıxartdın fürsəti? H. Cavid. [Sona:]
Biz indidən işə başlamasaq, fürsəti əldən
buraxarıq. H.Nəzərli. Bu gün bu fürsəti
211
FÜSUN
verməyib əldən ; Könlüm istəyəni deyəcəyəm
mən. B. Vahabzadə. Fürsəti fövt etmək
(fövtə vermək) - bax fürsəti əldən
buraxmaq. Fürsəti fövt etməmək (fövtə
verməmək) - bax fürsətdən istifadə
etmək. Hacı Rüstəm lıeç vaxt ömründə für-
səti fövt etməmişdi. Ə.Haqverdiyev. Lütfəli
də fürsəti fövtə verməyib, dedi ki, dur gedək
kazinova, qəhvə içək. I.Musabəyov.
FÜSUN is. [fars.] klas. Sehr, əfsun. Ana
olmaz bizə hər bir “yavrum” deyən gözəl-
dən; Çünki onun xilqətində ayrıca birfüsun
var. M. Müşfiq.
FÜSUNKAR sif. [fars.] Valehedici, məf-
tunedici, heyranedici, əfsanəvi. Füsunkar
mənzərə. - Səmavi tüllərdən əynində köynək;
Füsunkar bir gəlin oturmuşdu tək. M.Dilbazi.
Bahar füsunkar , əfsanəvi gözəlliyilə bizim
ellərə gəlirdi. M.Rzaquluzadə.
FÜSUNKARLIQ is. Valehedicilik, hey-
ranedicilik, əfsanəvi gözəllik. Hüsnünün əs-
rarı, füsunkarlığı; Ana təbiəti andırır mənə.
B. Vahabzadə.
FÜTUHAT is. [ər. “fəth” söz. cəmi] 1. Bax
fəth.
2. məc. Mübarizə, çalışma, zəhmət və s.
nəticəsində əldə edilmiş şeylər. ..Qazandı-
FÜZUN
ğınız fütuhatı möhkəmləndirin və bütün Şərq
üçün nümunə olun. Q. İlkin.
FÜYUZAT is. [ər.] köhn. Feyzlər.
FÜZELYÄJ [fr.] Təyyarənin, bütün his-
sələrini bir arada birləşdirən, ekipajın, sər-
nişinlərin və s.-nin yerləşdiyi əsas hissəsi
(gövdəsi). Bəzi uçuş aparatlarında fiizelyaj
qanadla birləşir.
FÜZUL is. və sif. [ər. “fəzl” söz. cəmi]
Uzunçu, çoxdanışan, naqqal, artıq sözlər
danışan. Füzulu saldılar cəhənnəmə. Dedi :
- Odunu yaşdır. (Ata. sözü). Sən qulaq as,
əzizim, olma fiızul; Hər nə kim, mən desəm,
sən eylə qəbul. S.Ə.Şirvani.
FÜZULLUQ is. Uzunçuluq, naqqallıq.
Hacı xan sözə başlayaraq deyirdi: - Cənab
axıınd, fiizullııq olmasın, bir ərzim vardır.
M.S. Ordubadi. □ Füzulluq eləmək - uzun-
çuluq eləmək, naqqallıq eləmək, artıq-artıq
sözlər danışmaq.
FÜZUN sif. klas. Artıq, çox. Məndə Məc-
nundan füzun aşiqlik istedadı var; Aşiqi-sa-
diq mənəm, Məcnunun ancaq adı var. Füzuli.
□ Füzun olmaq - artmaq, çoxalmaq. Füzun
olduqca eşqim gərm olur əşkim gözüm içrə.
Füzuli. Qəmii möhnət füzun oldu; Səbəb
boynu yoğun oldu! M. Ə. Sabir.
212
G
Gg
G Azərbaycan əlifbasının doqquzuncu
hərfi, bax ge.
GAH 1 [fars.] Cümlənin həmcins üzvlərini
və tabesiz mürəkkəb cümlənin tərkib hissə-
lərini bölüşdürmə əsasında birləşdirən
bağlayıcı (əsasən təkrar edilərək işlədilir).
Gah ora, gah bura baxır. - [Qəhrəman:]
Gah bizim qoşun, gah da üsyançılar qalib
gəlirdilər. H.Nəzərli. [Nadir] nazik yorğa-
nın altında gah bu böyrü, gah o böyrü üstə
çevrilib çapalayırdı. B.Talıblı. □ Gah olur
(ki) - hərdənbir, bəzən, arabir. Gah olur ki,
danə, xuruş gəzərsiz; Siz diişərsiz pərişanə,
durnalar! M. V. Vidadi.
GAH 2 məli, bax büzmə 2-ci mənada.
GAHBAGAH zərf \fars.\ Hərdənbir,
arabir, bəzən, gah-gah. Əziz başın üçün oxu
yazımı ; Agah ol halımdan gahbagah mənim.
Qurbani. Əzəldən var idi lütfü kərəmin; Gah-
bagah bəriyə seyrii-qədəmin. M.P.Vaqif.
GAHBİR zaı/Hərdən, bəzən, arabir, gah-
danbir. İnsaf üçün bunu da lazımdır demək ki,
əcnəbilərin içində bu da galıbir ittifaq düşür
ki, bir kişi hətta övrətinə məhəbbəti ola-ola
bir özgə övrətə yavuq düşür. C.Məmməd-
quluzadə.
GAHDAN zərf Bəzən, hərdən, arabir. Ba-
şına döndüyüm alagöz Pəri; Gahdan ağla,
gahdan yada sal məni. Aşıq Abbas. Gahdan
çiskin tökər, gah duman eylər; Gah gəlib-
gedəni peşiman eylər; Gahdan qeyzə gələr,
nahaq qan eylər. . Aşıq Ələsgər.
GAHDANBİR bax gahbir. Gahdaııbir
bizə gələrdi. - Hər dəfə çörək bişirən vaxt
Həlimə xala iki, ya bəlkə üç övrət qonşula-
rından özünə mədədçi çağırardı və gahdan-
bir Təzəkənddə bacısı Zibeydəvə xəbər verir-
di ki, gəlib ona kömək eləsin. C.Məmməd-
quluzadə.
GAH-GAH bax gahbagah. Bilmişəm
bulmaq vüsalın, leyk bir ümmid ilə; Galı-
gah öz xatiri-naş adımı şad evlərəm. Füzuli.
[Dərviş:] Malların gövşəyi, atların nəriltisi,
gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi.
A.Divanbəyoğlu. Səni bu cür böyüdənin
GAVALILIQ
dolanam başına gərək; Gah-gah əllərindən
öpəm, gah-gah ətəyindən tutam. Şəhriyar.
GAH-GAHI bax gah-gah. Əziziyəm, kii-
lahı; Götür başdan kiilaln; Oğul, böyüyəndə
sal; Məni yada gah-gahı. (Bayatı). Unutma-
yın aşığı; Yada salın gah-gahı. Sarı Aşıq.
GAHGİR 1 sif. Yerişini tez-tez dəyişən,
sabit yerişi olmayan. Gahgir at.
GAHGİR 2 məh. Narm sarı qum. Daşın üs-
tünə gahgir tökmək.
GAHGİRLİK 1 is. Gahgir atın xasiyyəti
(bax gahgir 1 ). Bu atın gahgirliyi xoşuma
gəlmir.
GAHGİRLİK 2 is. Gahgir olan yer; qumluq
(bax gahgir 2 ).
GAHI bax gah 1 Gahı şalıa bir tənə vu-
rar, gahı vəzirə. M. Ə. Sabir.
GAHI-GAHI bax gah-gah. Ey sevdiyim,
qaydasıdır qızların; Gahı-gahı bu söz atmaq
nədəndir. Qurbani. Demirəm oynasın ta ax-
şamadək; Gah otursun, gahı-gahı oynasın.
Q.Zakir.
GAHLI bax büzməli. Həmişəki kimi
[Şahbəy] yenə də lifəli şalvar, qara gahlı
arxalıq geymişdi. Ə.Əbülhəsən.
GAP is. köhn. Söhbət, danışıq. [Kətxuda:]
Ay oğul, gapınızın ucundan-qulağından eşit-
dim. M.Flüseyn. □ Gap etmək - söhbət et-
mək, danışmaq. [Zalxa:] Salaməleyk, Bay-
ram! Kimlə gap edirsən? M.F.Axundzadə.
GAPTLAMA “Gaplamaq”dan fis.
GAPLAMAQ f. köhn. Söhbət etmək, da-
nışmaq.
GAVAHIN is. Kotanın, xışın torpaq layını
altdan kəsən kəsici hissəsi. Alı kişi enib,
şumdan gavahını çıxarıb xışın qulaqlı kötü-
yünə çaldı. S. Rəhimov. [Nəcəfalı:] Saxla-
yın, a bala, kotan ilişdi, gavahını qıracaq-
sınız. B.Bayramov.
GAVALI is. Çəyirdəkli girdə, yaxud uzun-
sov sarı və ya bənövşəyi rəngli meyvə. Yay
fəslində ərik, gavalı dəyirdi. S.S.Axundov.
[Əyyar:] ..Elə ki budaqlar başını əyər, nar,
heyva, şaftalı, gavalı dəyər.. A.Şaiq. // Bu
meyvənin ağacı, ya kolu. Dırmaşdım gavalı
ağacına. Qantəmir.
GAVALILIQ is. Çoxlu gavalı ağacı əkil-
miş yer, gavalı bağı. Bağın bir hissəsi gava-
lılıqdır.
213
GAVUR
GAVUR is. [ər.] 1. Müsəlmanların islam
dininə ibadət etməyənlərə verdiyi ad. Gavu-
run tənbəli - keşiş, müsəlmanın tənbəli - dər-
viş. (Ata. sözü). [Qədir:] Gavur öldürdüyüm
üçün rəisin hörmətinə, xələtinə nail olacağam.
Mir Cəlal. // Söyüş məqamında işlədilir.
GAVURLUQ is. Müsəlman dininə inan-
mama; dinsizlik, kafirlik.
GE “G” hərfinin və bu hərflə işarə olu-
nan samitin adı.
GEC zəı/Müəyyənləşdirilmiş, qərarlaşdı-
rılmış vaxtdan sonra. Gec getmək. Gec xəbər
tutmaq. Gec hərəkət etmək. Qatar üç saat gec
gəldi. O oxumağa gec başlamışdır. - [Gül-
çöhrə Əsgərə:] Bir qədər gec gəlsəydin, özü-
mü öldürmüşdüm. Ü.Hacıbəyov.
0 Gec gəldi, tez öyrəndi; gec gəlib, tez
öyrənən - bacarıqlı, zirək, tez uyğunlaşan
adam haqqında (adətən mənfi mənada iş-
lənir). [Məhbubə:] Burada deyiblər ki, gec
gəldi, tez öyrəndi. H.Seyidbəyli.
gec-gec zərf Hərdənbir, bəzən ( tez-tez
ziddi). [Səməd] evə gec-gec gələrdi. Çəmən-
zəminli. Mehriban çox gec-gec gülümsü-
nür, gülümsünəndə də üzündəki tənasüb po-
zulur.. H.Seyidbəyli.
GECDƏN zərf Adi vaxtdan tez, həmişə-
kindən əvvəl. Sabah gecdən çıxmışdım şə-
hərə, nə gördüm: bir vurhavurdur, bir çal-
haçaldır ki, gəl görəsən. "Mol. Nəsr.”
GECDƏN-GEC zərf Çox gec, lap gec.
[Qərənfil xalanın] gecdən-gec gözünə yuxu
getdi. Ə.Vəliyev. ..[Yusif] gecdən-gec dil-
ləndi: - Dedi-qodu yaymaq Qaradonlunun
köhnə peşəsidi. I. Hüseynov.
GECDƏYƏN bax gecyetişən.
GECƏ is. 1. Günün günbatandan günçı-
xana qədər, axşamdan səhərə qədər olan
hissəsi. Gecə vaxtı. - Gecənin xeyrindən sa-
bahın şəri yaxşıdır. (Ata. sözü). Qədəm ba-
sıb bizə gəlsin tıagahi; Bir gecə mən onu
mehman eylərəm. M.P. Vaqif. Gecədən üç-
dörd saat keçmişdi. C.Məmmədquluzadə.
□ Gecə boyu - bütün gecəni. Gecə gözü
- gecə vaxtı, gecənin qaranlığında, gecə.
[Gülnaz:] Ata, bu gecə gözü hara?..
M.İbrahimov. Gecə keçmək - gecənin gec
vaxtı olmaq, yatmaq vaxtından keçmək. Mü-
naqişə olacağını hiss edən Qulu saata baxdı:
- Gecə keçir, getməliyik, - dedi. Çəmənzə-
GECƏÇİÇƏYt
minli. Gecə qaralmaq (düşmək) - gündüz
qurtarıb gecə başlanmaq. Təbib siz- davasız
xəstə neyləsin?! Buludlar oynadı, gecə
qaraldı. S. Vurğun. Gecədən keçmək - gecə
düşəndən müəyyən müddət keçmək. Gecə-
dən keçmişdi, üfüqlər qara: Sanasan kainat
çəkilir dara. S. Vurğun. Gecəyə düşmək -
gecə yol getməyə və ya çöldə qalmağa məc-
bur olmaq, gecələmək üçün yaşayış yerinə
çata bilməmək. Gecəyə düşəcəyik, hələ azı
üç saatlıq yolumuz qalıb.. İ.Əfəndiyev.
2. Müəyyən ictimai, siyasi, ədəbi məsə-
lələrə, görkəmli şəxsiyyətlərin xatirəsinə
həsr olunmuş axşam yığıncağı. Füzuli gecəsi.
Ədəbi gecə. Gənclər gecəsi. // dan. Axşam
keçirilən müsamirə, konsert.
3. Gecə evdə geyilən, gecələr istifadə edi-
lən. Gecə papağı. Gecə köynəyi.
4. Gecə fəaliyyət göstərən, gecə işləyən,
gecə olan. Gecə qatan. Gecə sanatoriyası. -
..Bakının “ Nicat ” cəmiyyətinə həsəd aparır-
lar ki, orada müntəzəm gecə kursları var.
C.Məmmədquluzadə. Gündüz məktəbindən
gecə məktəbinə keçdik. Q. İlkin.
0 Gecə kəsmək - adətən toy gecələrində
səhərə qədər yatmayıb şənlik etmək. Gündüz
niyə yatırsan, gecə kəsməmisən ki? Gecə
qara, cücə qara - “xəlvətdir”, "gizlidir”,
“kimsə görmür” mənasında. Gecəni gün-
düzə qatmaq - çox işləmək, həddindən
artıq çalışmaq, gecə də, gündüz də işləmək.
Mən ki hər gecəni qatdım gündüzə: Üfüqdə
sönməsin ulduzum. Ayım! S. Vurğun. Xoşdur
bizə, xoşdur gecəni gündüzə qatmaq ; Qur-
maq və yaratmaq! S.Rüstəm. Gecənin bir
aləmi (vaxtı) - gecədən xeyli keçəndən
sonra, gecə yarısından sonra. Gecənin bir
vaxtı bir də yuxuda gördü ki, bir dişi lax-
lavıb, ağzı qan ilə doldu. "Koroğlu”. Gecə-
nin bir aləmi: Yarıqaranlıq otaq: Açdım
gözlərimi. R.Rza.
GECƏBƏGÜNDÜZ dan. bax gecə-gün-
düz. Gecəbəgündiiz işləmək. - Bir ay gecə-
bəgündiiz; O qırpmadı gözünü. B. Vahabzadə.
GECƏBƏNÖVŞƏSİ is. bot. Yeraltı kök
yumruları olan yabanı bəzək bitkisi; gecə-
çiçəyi.
GECƏÇIRAĞI is. zool. Gecələr parılda-
yıb işıq verən böcək; işıldaquş.
GECƏÇİÇƏYİ bax gecəbənövşəsi.
214
GECƏ-GÜNDÜZ
GECƏYARI(SI)
GECƏ-GÜNDÜZ 1 . is. Gecə-gündüzün da-
vam etdiyi 24 saat müddət. Nə qədər gecə-
gündüz; Bu sayaq gəlib keçmiş. R.Rza.
2. zərf Daim, həmişə; bütün günü və ge-
cəni, vaxt bilmədən. Gecə-gündüz işləmək.
Gecə-gündüz çalışmaq. - Sənsiz füzun olur
gecə-gündüz fəlakətim; Səbrim tükəndi, yox
qəmi-hicranə taqətim. H.Cavid. [Nadir] yo-
rulmaq bilməyib gecə-gündüz buruqların üs-
tündə duraraq sərəncam verərdi. B.Talıblı.
[Mərcanov:] Gecə-gündüz vaxt-bivaxt çalı-
şırlar. H.Nəzərli.
3. is. dan. köhn. Keçmişdə qadın paltarı ti-
kilən bir ipək parçanın adı. Gecə-giindüzdən
paltar geymək.
0 Gecəsi-gündüzü olmamaq - gecə-
gündüz bilmədən işləmək, çalışmaq rahatlıq
bilməmək. Tağlar məhsul tökəndə, kişinin
gecəsi-gündüzü olmaz{dı).. Mir Cəlal.
GECƏ-GÜNDÜZLÜbax gecəli-gündüzlü.
GECƏ-GÜNDÜZLÜK sif. Adətən saylarla:
bir gecə-gündüzlük - bir gecə-gündüz
müddətində olan, bir gecə-gündüzə bəs
edən. Bir gecə-gündüzlük odun.
GECƏKƏSDİ is. etnoqr. Toy gecələri sə-
hərə qədər sürən şənlik mərasimi.
GECƏKİ sif. Gecə olmuş, gecə baş ver-
miş. Gecəki hadisə. Gecəki söhbət. - Sübh
söndü şəb ki, xəlqə qiblə idi bir çırağ;
Gecəki iqbalı gör, gündüzdəki idbarə bax!
M. V. Vidadi. [Qarı çobanlara:] Qumru xalça-
sına baxmağa gəlib, - dedi, - bu gecəki tufan-
dan sonra ürəyi darıxdı.. Ə.Məmmədxanlı.
GECƏKORLUQ, GECƏKORLUĞU is. tib.
Gecələr gözün görmə qabiliyyətinin azal-
masından ibarət göz qüsüm; şəbkorluq.
GECƏKORU is. Gecəkorluğu olan adam;
şəbkor.
GECƏQONAĞI is. 1 . Bir gecə qonaq qalan
adam. Gecəqonağı tezdən getdi.
2. isteh. Oğru mənasında. Milis nəfəri bir
neçə tin qaçandan sonra gecə qonaqlarını
yaxaladı. (Qəzetlərdən).
GECƏQUŞU is. 1. Bax yarasa 1-ci mə-
nada. Çox yeriməyib uşaq yenə durdu, başı-
nın üstə bir gecəquşu hərlənib fırlanırdı.
Çəmənzəminli. Bayquş xaraba, gecəquşu
qaranlıq sevən kimi xain adamlar da xəlvəti
xoşlarlar. M.İbrahimov.
2. məc. zar. Gecələr az yatan, yuxusu
olmayan, yuxusuz adam haqqında. Uşaq lap
gecəquşudur. Sən lap gecəquşusan ki.
GECƏLƏMƏ “Gecələmək”dən f.is.
GECƏLƏMƏK f Gecəni qalmaq, gecəni
keçirmək, bir gecəni yatmaq. Mehmanxana-
da gecələmək. Kənddə gecələmək. - Fəqət
[Tellinin] adamsız, tamamilə xəlvət bir
həyətdə yalqız qalıb gecələdiyi olmamışdı.
S. Hüseyn. [Çopo:] Ev gecələdiyim zindan-
dan daha ağır görünürdü. Çəmənzəminli.
Birdən-birə mənə elə gəldi ki, mən uzun
yolları aşıb gələrək nənəmin nağıllarında
eşitdiyim əfsanəvi bir ölkədə gecələmişəm...
Ə.Məmmədxanlı.
GECƏLİK is. 1. Adətən saylarla işlənə-
rək bir şeyin neçə gecəyə kifayət edəcəyini,
neçə gecəyə çatacağını, neçə gecədə görü-
ləcəyini bildirir. İki gecəlik odun. Bir gecəlik
işim qalıb. - Bir gecəlik mətləbin bir sənə
mabədi var. (Ata. sözü). Bir gecəlik otağında;
Olmuşam mehman sənə mən. Aşıq Musa.
2. Gecə geyilən köynək və s. Sofiya o
qədər ağladı ki, gecəliyinin döşü tamam is-
landı. Çəmənzəminli.
0 On dörd gecəlik ay - 1 ) bədirlənmiş,
bütöv ay; bədir. On dörd gecəlik avın gümüş
nuru bir-birinə qısılıb yatan üsyançıların
üstünü yorğan kimi örtmüşdü. P.Makulu;
2) şair, gözəl qız (bəzən “kimi” qoşması ilə
birlikdə işlənir). Gəlin on dörd gecəlik ay
kimidir.
GECƏLİ-GÜNDÜZLÜ zərf Gecə və gün-
düz, daim. Gecəli-gündüzlü işləmək. - Şə-
rəfoğlu özü xahiş edib [Rüstəmi] hissəsinə
keçirdi, iki il gecəli-gündüzlü bir yerdə ol-
dular. M.İbrahimov. Buna görə də kom-
baynçılar şirin yuxularına xələl qataraq,
gecəli-gündüzlü sükanın dalından çəkilmir-
dilər. Q. İlkin.
GECƏRİYƏN sif. xiis. Əriməsi çətin olan,
çətin əriyən, tez əriməyən. Gecəriyən me-
tallar.
GECƏVƏR is. bot. Çoxillik kökümsovlu
dərman bitkisi.
GECƏYARI(SI) zərf Gecə saat 12-də,
gecənin tən yarısında. Qazan xan bir ovuc
bəylə gecəyarısı sərhəd çayının sahilinə çatıb
atmı suya vurdu. M.Rzaquluzadə. Birinci gün
gecəyarı; Qurd qısnadı qoyunları. M.Dilbazi.
215
GECİKDİRİLMƏ
GECİKDİRİLMƏ “Gecikdirilmək”dən f.is.
GECİKDİRİLMƏK məch. Vaxtında gö-
rülməmək, yubadılmaq, ləngidilmək. Döl
vaxtında keçirilir, yun qırxımı gecikdirilmir.
Ə.Vəliyev.
GECİKDİRMƏ “Gecikdirmək”dən f.is.
GECİKDİRMƏK/ Bir işi lazımi vaxtında
görməmək, yubatmaq, ləngitmək. [Həkimül-
mülk:] ..Mənim anladığıma görə əlahəzrət
mütləq [Səlimi] məhv edəcəkdir. Lakin ge-
cikdirməyinə səbəb bəzi sirləri aşkara çı-
xarmaq istəməsidir. M. İbrahimov.
GECİKMƏ “Gecikmək” dən f.is. Fərrııx
kişinin gecikməsi Natiqin xoşuna gəlmədi.
B. Bayramov.
GECİKMƏK / 1. Vaxtında gəlməmək,
vaxtından gec gəlmək; yubanmaq, gec çat-
maq. Müsamirəyə gecikmək. Dərsə gecik-
mək. Qatar iki saat gecikdi. - [Lətifə] heç
vaxt beş-on dəqiqədən artıq gecikməzdi.
M.Hüseyn. Gəmi gecikən zamanlarda yük-
daşıyanlar və işçilər körpüdəki talvarın al-
tına toplaşırdılar. Q. İlkin. Əgər Şahmar bu
gün çıxmasa, həm Nərminədən əli üzüləcək,
həm də imtahanlara gecikəcəkdi. B. Bayra-
mov.
2. Vaxtında olmamaq, ləngimək, təxirə
düşmək. Qış gecikdi. - Ancaq Nazlı .. Çim-
nazın dediyinə əməl etməkdə gecikirdi.
Ə.Əbülhəsən. Bahar gecikirdi, havalar tez-
tez dəyişirdi. S. Vəliyev.
GECQAYNAYAN sif. xiis. Qaynaması uzun
çəkən, tez qaynamayan (mayelər haqqında).
GECLİK is. Gec olma, vaxtında və ya tez
olmama (tezlik ziddi).
GEC-TEZ zərf Tez olmasa da, mütləq bir
vaxt olacaq, bir gün, nə vaxt olursa olsun;
labüddən. Gec-tez rastlaşmaq. - Düşmənlə
gec-tez qarşı-qarşıya gəlmək, məsələni həll
etmək lazımdır. M.S.Ordubadi. [Aııam] gec-
tez [toyuqlara] bir bəla yetişəcəyini bilirdi.
A. Şaiq. □ Geci-tezi olmaq - bir işin, ha-
disənin və s. tez və ya mütləq baş verə-
cəyini bildirir. İşin geci-tezi var.
GECYETİŞƏN sif. O birilərindən daha
gec yetişən, daha gec dəyən, gecdəyən. Gec-
yetişən meyvə. Gecyetişən buğda.
GEDƏCƏK zərf Gedilməsi lazım olan;
getməli, gediləsi. Allahdan gizlin deyil, siz-
GEDİB-GƏLMƏK
dən nə gizlin. Mənim bir gedəcək yerim var.
Çəmənzəminli.
GEDƏLİ zərf Gedəndən bəri, gedəndən
bu vaxta kimi, getdikdən sonra. Canını ge-
dəli bəsi zamandır; Cismimdəki indi özgə
candır. Füzuli. Gedəli sən, yıxıldı könül evi;
Xərab olur, bəli, ev kətxudasız. Kişvəri.
GEDƏN-GƏLƏN is. Yoldan ötən hər bir
şəxs, hər kəs, hər adam. [Arvad] gedəndən-
gələndən ərini soruşurdu. Mir Cəlal.
GEDƏNİ dan. bax gedəli. Giilsabah bu
evdən gedəni Bayramın otaqlarındakı səliqə
tamam pozulmuşdu. Ə.Vəliyev.
GEDƏR-GƏLMƏZ is. Qayıtması mümkün
olmayan yer; ölüm. Vücudu iki qara qəpiyə
dəyməz, anınıa gül təki oğlanları dalbadal
ləkələyib, bir-bir gedər-gəlməzə yolladılar.
M.Hüseyn. [Nəbi:] Bu qoca aynalı gəlməsin
gözə; Çoxunu göndərdi gedər-gəlməzə.
S. Rüstəm. // Məc. mənada. Cavan gəlin, dul
gəlin; Ollam sənə qul, gəlin; Bu yol gedər-
gəlməzdir; Gəl, gözlərəm yol, gəlin. (Bayatı).
[Murtuz:] O dağın döşündə bir mağara var.
Adma gedər-gəlməz deyərlər. Q.Ilkin. // məc.
Sürgün mənasında. İş kəsib, ömürlük göndər-
dilər gedər-gəlməzə. Ə. Sadıq.
GEDƏRGİ sif. Mütləq getməli olan, qala
bilməyən. Gedərgi adam. - Arazam, Kürə
bəndəm; Bülbüləm, gülə bəndəm ; Mən ge-
dərgi qonağam; Bir şirin dilə bəndəm.
(Bayatı). Aşıq mənəm, qalalar; Bürcsiiz
olmaz qalalar; Çünki gedərgi olduq; Sağlıq
ilə qalalar. Sarı Aşıq. // Müvəqqəti, daimi
olmayan. Həqiqət eşqilə gəldik cahana;
Onun hökmüylə də gedərgiyik biz. S. Vurğun.
GEDƏRİ bax gedərgi. Gedəri qonaq.
Qız gedəridir. - Bir gün gedəri olsam; bəlkə
azalacaqdır; bu dünyadan bir damla. R.Rza.
GEDİB-GƏLMƏ "Gedib-gəlmək”dən f.is.
GEDİB-GƏLMƏK / 1. Bir yerdən başqa
yerə hərəkət etmək (bir istiqamətdə olan
hərəkətin təkrar etdiyini və müxtəlif vaxt-
larda cərəyan etdiyini göstərir). Bu otağa
keçən adam həyətdən gedib-gələ bilərdi.
S. Hüseyn. Sərxan tez-tez qəza mərkəzinə
gedib-gəlirdi. M.Hüseyn.
2. məc. Əlaqəsini, dostluğunu davam et-
dirmək. Daha onlara gedib-gəlmir.
216
GEDİLƏSİ
GENBALAQ(LI)
3. məc. Ölüb-dirilmək. Hər adam neçə
kərə dirili, dünyaya gəlib; Bu gedib-gəl-
məyin olmazını məgər payam? S.Ə.Şirvani.
GEDİLƏSİ bax gedəcək. Gediləsi yer.
[Cahandar ağa:] ..Qapısına gediləsi deyil ki,
beş-on adam yığıb aparasan, el adətincə
barışıqlıq eləyəsən. İ. Şıxlı.
GEDİLMƏ “Gedilmək” dən f.is.
GEDİLMƏK “Getmək”dən məcli. Sura-
xanıyadək Sabunçu dəmir yolu xətti ilə, on-
dan oyana faytonla gedilirdi. S.Hüseyn.
GEDİŞ is. 1 . Getmə işi; getmə. Gəlişin istər
aşiq; Heç istəməz gedişin. Sarı Aşıq. [Uluq
bəy:] Gedişi köksümə çəkir odlu dağ; Görüşü
qəlbimdə yandırır çırağ. A.Şaiq. Kazım fə-
qət xəbərsizdi bu işdən; Xəbərsizdi bu uğur-
lu gedişdən. M. Müşfiq. // Getmə (yerimə)
tərzi. Bu gedişlə axşama ancaq çata bilər.
2. məc. Bir işin, hadisənin inkişafı, cərə-
yanı. Hadisələrin gedişi. Xəstəliyin gedişi.
Mübarizənin gedişi. - Lakin həyatın gedişi
Fərmanın düşündüyü kimi olmadı. Ə. Sadıq.
Kimsədə yoxdur günah, dünyanın gedişi bu;
Mənim də ilk eşqimin fırtınalı qışı bıı..
A.İldırım.
3. idm. Kart, şahmat, dama və s. oyunlar-
da oyunçunun növbəti çıxışı. Növbəti gediş.
Bir neçə gedişdən sonra oyun təxirə salındı,
ikinci gedişdə oyunu uduzdu.
GEDİŞ-GƏLİŞ is. 1 . Müxtəlif istiqamətdə
hərəkət etmə, gedib-gəlmə. Gediş-gəliş azal-
mışdı. - Gediş-gəliş çox az idi. S.Hüseyn.
Artıq qaş qaralırdı. Küçələrdə gediş-gəliş
azalırdı. S.Vəliyev. Dumana görə yolda
gediş-gəliş də kəsilmişdi. B. Bayramov.
2. məc. Münasibət, əlaqə. Qonşu ilə gediş-
gəlişi kəsmək. - . .Müsəlman içində əgər bi-
rinin bir böyük ilə münasibəti, gediş-gəlişi və
dostluğu olmadı, onu saymırlar.. C.Məmməd-
quluzadə.
3. məc. Canlanma, səs-küy, hərəkət.
[Çopo:] Həyətdə bir gediş-gəliş vardı.
Çəmənzəminli.
GEN 1 1. sif. Geniş, enli. Gen otaq. Gen
paltar. - Sıra dağlar, gen dərələr; Ürək açan
mənzərələr. S. Vurğun. Ağca qarı, başını oğ-
lunun gen sinəsinə söykəyib mürgüləyirdi.
Ə.Əbiilhəsən.
2. 237/ Uzaq, kənar, aralı. Gen qaçmaq.
Gen gəzmək. - Dost dost ilə tən gərək; Tən
olmasa, gen gərək. (Ata. sözü). Bəhanə qu-
rubaıı bizdən gen gəzmə; Bir sözün yadlara
deyən deyiləm. M.P.Vaqif. // Eyni mənada
bəzən gendən şəklində. Nə üz ilə əl çək-
məyəm vətəndən; Biganələr kimi baxıram
gendən. Q. Zakir. Ovçu gendən yayındı; Oxu
məndən yayındı; Bir dəfə kirpik çaldım;
Gözünı səndən yayındı. (Bayatı).
3. sif. və zərf Olduqca enli, gen-bol, dar
olmayan, bədəni sıxmayan. Gen köynək. Gen
corab. - [Hacı Saleh:] Amma, ağa, mintənə-
niıı ölçüsü məlum olsa idi, çox yaxşı olardı.
Orda tikdirrəm, bəlkə dar oldıı.. M.F.Axund-
zadə. [Tahirin] pencəyi təzə dəbdə, uzun və
gen tikilmişdi. M. Hüseyn. Rüstəm kişiyə elə
gəldi ki, Qoşatxanın əynindəki kostyum
gendir.. M. İbrahimov.
4. is. dan. Küsülü olma, arası olmama, ara-
sı soyuq olma. Biz genik. Aramız gendir.
0 Gen dünya - böyük, geniş, ucsuz-bu-
caqsız yer və s. haqqında. Ey nazənin, bu
gen, geniş dünyada; Namusu əğyarə satmaq
nədəndir? Qurbani. [Aslan:] Ay ata, bu gen
dünyada məgər yer qəhət idi ki, bizim ba-
balar gəlib, bu çılpaq qayaların arasında
kənd salıb? M.Rzaquluzadə. Gen dünya
(başına) dar olmaq -bax dünya. Gen dün-
ya başıma dar gəlir mənim; Sanki baharıma
qar gəlir mənim. M.Müşfiq. Gen gün - rahat,
sakit, yaxşı gün, həyat. Dedi : - Əsirgəməm
bir qaşıq qanı; Vəli laf vuranlar gen gündə
hanı? Q.Zakir. Gen gündə dost deyər, dar-
gündə qaçar. Axtarar girməyə, aya, dam indi.
Aşıq Şəmşir. Gen yerini dar etmək - bax
yerini dar eləmək (etmək) (“yer”də).
Gendən-genə - uzaqdan-uzağa. Həmid
gendərı-genə sevmiş olduğu bu qızın gülüş-
lərindən çox mütəəssir olurdu. Ə.Məmməd-
xanlı. Ürəyini gen saxlamaq - bax ürək.
GEN 2 \yun. genos - mənşə] İrsiyyətin,
orqanizmin bu və ya başqa əlamətinin nə-
sillərə keçməsini təmin edən maddi əsası.
GENBALAQ(LI) sif. Balaqları gen, enli
olan. Genbalaq şalvar. - [Molla Qasımın]
ayağında genbalaqlı ağ kətandan lifəli yalın-
qat tumam var idi. H. Sarabski.
217
GEN-BOL
GEN-BOL sif. 1. Çox geniş, çox böyük,
rahat. Gen-bol yer. Gen-bol ev. - Ağalıq evi
təzə qayda ilə tikilmiş, iki mərtəbə gen-bol
bir imarət idi. S.S. Axundov. Otaq çox gen-
boldu. həyətə və balkona açılan qapıları
vardır. Ə.Vəliyev.
2. Bax gen 1 1-ci mənada. Gen-bol pal-
tar. - Dursun .. gen-bol çit donunu geydi.
Ə.Əbülhəsən.
3. məc. Yaxşı, firavan, ehtiyacsız, rifah
içində. Gen-bol (z.) yaşamaq. Gen-bol həyat.
GEN-BOLLUQ is. Firavanlıq, rifah,
bolluq. Geıı-bolluq içində yaşamaq.
GENDƏDUR is. köhn. Parıltılı və şax par-
ça növü. // Həmin parçadan tikilmiş. Geıı-
dədur tuman.
GENDÖŞLÜ sif. Döşü, sinəsi enli, gen
olan; geniş sinəli. Gendöşlü at.
GENDÖŞLÜLÜK is. Döşün, sinənin gen-
liyi.
GENEALÖGİYA {yun. genealogia - şə-
cərə] 1. Şəcərənin, nəslin tarixini öyrənən
köməkçi tarix elmi.
2. Şəcərə, nəsil tarixi.
GENEALOJİ [yun.] Genealogiyaya aid
olan, genealogiya ilə əlaqədar olan. Genea-
loji tədqiqat. Dillərin geııealoji təsnifatı.
GENERAL [lat. generalis - ümumi, baş]
Yüksək komanda heyəti üçün hərbi rütbə,
habelə bu cür rütbəsi olan şəxs. □ General-
mayor - rütbəcə birinci general adı. Gene-
ral-leytenant - rütbəcə ikinci general adı.
General-polkovnik - rütbəcə üçüncü gene-
ral adı. Ordu generalı - ən yüksək general
adı.
GENERALİSSİMUS [lat. generalissimus
- ən baş] Ən yüksək hərbi rütbə, habelə
həmin rütbəni daşıyan şəxs.
GENERALİTET [alm. əsli lat.] Ordunun ali
komanda heyəti; generallar.
GENERAL-QUBERNATOR [lat.] 1917-ci
il inqilabından əvvəl Rusiyada və bəzi öl-
kələrdə: bir və ya bir neçə quberniyanın
yüksək hərbi-inzibati hüquqlara malik rəisi.
[Nəbi:] Min atlı göndərib dağlara sarı; Tif-
lisin general-qubernatoru. S.Rüstəm. Biz İran
əyalətlərindən birisində general-qubernator-
la söhbət edərkən o, əyalət haqqında bizim
təəssüratımızı soruşdu. M. İbrahimov.
GENƏLDİLMƏK
GENERAL-QUBERNATORLUQ is. 1 . Ge-
neral-qubernator vəzifəsi. Camaat ona [Xu-
dadat bəyə] Gəncə general-qubernatorlu-
ğunu təklif edəndə ıızıın müddət razı olma-
mış, “mən həkiməm ” - demişdi, t. Şıxlı.
2. 1917-ci il inqilabından əvvəl Rusiyada:
general-qubernatorun idarə etdiyi inzibati-
ərazi vahidi.
GENERALLIQ is. General rütbəsi, adı.
GENERASİYA [lat. generatio - törəmə]
xi is. 1. Heyvanların, bitkilərin, mineralların
bütün üzvləri; nəsil.
2. Törəniş, törənmə, yenidən yaranma.
Elektrik enerjisinin generasiyası.
GENERATOR [lat.] xüs. 1. Mexaniki
enerjini elektrik enerjisinə çevirən maşın.
2. Generasiya (2-ci mənada) hasil etmək
üçün işlədilən müxtəlif cihazların, qurğu-
ların adı. Siqnal generatoru.
3. Bax qaz(o)generator.
0 Generator qazı - bərk yanacağı qaz-
laşdırmaq yolu ilə alman qaz.
GENERATORLU sif. Generatoru olan.
Geııeratorlu lampa.
GENETİK sif. [lat.] 1. Genezisə aid olan,
bir şeyin mənşəyini, inkişafını öyrənən.
Genetik üsul. Genetik əlaqə.
2. Genetikaya aid olan, genetika ilə əla-
qədar olan.
GENETİK [yun.] Genetika mütəxəssisi,
genetika alimi.
GENETİKA [yun.] Biologiyanın, orqa-
nizmlərin irsiyyətini və dəyişkənliyini öy-
rənən bəhsi.
GENEZİS [yun. ] kit. Mənşə, törəniş; əmə-
ləgəlmə prosesi.
GENƏ dan. bax yenə. Bilmənəm ki, sənə
nə demiş əğyar; Xəyalındır məndən genə gen
kimi. M.P.Vaqif. Ələsgər eşqə düşüb; Sevdi
cəfakarı genə. Aşıq Ələsgər. Əziziyəm, genə
sən; Səfa gəldin genə sən; Fikrim, zikrim,
xəyalım; Sənsən, sənsən, genə sən. (Bayatı).
GENƏLDİCİ is. Bir şeyi genəltmək üçün
işlədilən alət, qurğu və s. // Eyni mənada
dərman və s. haqqında. Damarları geııəldici
dərman.
GENƏLDİLMƏ “Genəldilmək”dən/w.
GENƏLDİLMƏK məch. Gen hala salın-
maq, eninə artırılmaq, gen edilmək, enliləş-
dirilmək.
218
GENƏLMƏ
GENƏLMƏ “Genəlmək”dən fis. Damar-
ların genəlməsi.
GENƏLMƏK/ 1 . Gen hala düşmək, eninə
böyümək, enliləşmək, genləşmək. Jaket çox
geyildiyindən genəlib. Ayaqqabı genəldi.
2. Gen şəkil almaq, gen olmaq, daha da
enliləşmək. Aşağıdan dar. yııxarı getdikcə
genələn və hər iki tərəfdən qulpu olan qazan
partizanların həmişə karına gəlmişdi.
S.Vəliyev.
3. məc. Genişlənmək, böyümək. Hər gün
genəldi daireyi-hörmətin sənin ; El uğra-
dıqca fəqrə, şişib sərvətin sənin. M. Ə. Sabir.
[Mirzə Mehrəli] otağı dolandıqca xəyal mey-
danı genəldi. Çəmənzəminli. Birləşib art-
dıqca qabarlı əllər; Daha da genəlir sözün
meydanı. H.Arif.
4. Dərman və s. təsirilə enlənmək, ge-
nişlənmək. Qan damarları genəldi. Dərman-
dan göz bəbəkləri genəlmişdir.
GENƏLTDİRMƏ "Genəltdirmək” dən fis.
GENƏLTDİRMƏK "Genəltmək” dən icb.
Paltosunu dərziyə verib genəltdirmək.
GENƏLTMƏ "Genəltmək”dən/w.
GENƏLTMƏK/ 1 . Gen etmək, eninə bö-
yütmək, gen hala salmaq. Paltarı genəltmək.
Şalvarın belini genəltmək. // Geyib böyüt-
mək, enlətmək. Cemperi geyib genəltmək.
П Dərman və s. təsiri ilə genişlətmək, en-
lətmək. İynə vurub damarları genəltmək.
Gözünə damcı töküb bəbəyi genəltmək.
2. Genişləndirmək, açmaq, böyütmək, gen
etmək. Oynamaq üçün yeri genəltmək.
GENİŞ sif. 1 . Eni çox olan, gen (dar əksi).
Geniş alın. Geniş eyvan. Geniş küçə. Geniş
arx.
2. Sahə etibarilə çox böyük. Geniş tarla.
Geniş çöllər. Geniş düzənlik. - Mil düzü, MU
düzü, geniş Mil düzü! Eşit ürəyimdən gələn
bu sözü.. M. Müşfiq. Qarşısında ucsuz-
bucaqsız geniş bir çöl sərilmişdi. H.Nəzərli.
[Ümid] hökumət evinin qabağındakı .. geniş
meydanla Xəzərin sahilinə gəldi. B.Bayra-
mov. // Məc. mənada. Kasıbın qapısı da
ürəyi kimi geniş olardı. H. Sarabski. // məc.
Ucsuz-bucaqsız, sonsuz, nəhayətsiz. Geniş
üfüq. - Görürsən, bu geniş, bu böyük dünya;
Hətə çoxlarının başına dardır. N.Rəfıbəyli.
3. Böyük, iri (addım haqqında). [Oğlan]
geniş addımlarla təpəyə çıxdı. H.Nəzərli.
GENİŞLƏDİLMƏK
Aydııı geniş addımlarla səhiyyə məntəqə-
sində gəzişir, .. öz gələcək planlarını düşü-
nüb nizama salmaq istəyirdi. H.Seyidbəyli.
4. məc. Miqyası, qavrama dairəsi, ölçüsü
böyük. Geniş ticarət. Geniş vəsait. Geniş im-
kanlar.
5. məc. Hamını, yaxud çoxunu əhatə edən,
hamıya yaxud çoxuna şamil olan; kütləvi.
Geniş tamaşaçı kütləsi. Geniş müşavirə. Ge-
niş seçki kampaniyası. Elmi şuranın geniş
iclası. - Geniş oxucu kütləsi böyük satiriki
“ Molla Nəsrəddin” adı ilə tanımağa baş-
ladı. M.İbrahimov. // Hamı üçün, çoxları
üçün olan. Geniş istehlak malları.
6. məc. Azad, sərbəst, heç bir şeylə məh-
dudlaşdırılmayan. Geniş həyat.
1. məc. Dərin, əsaslı, məhdudluqdan azad,
ətraflı. Həyata geniş (z.) baxmaq. Sözü ge-
niş mənada başa düşmək lazımdır.
geniş-geniş 1) zərf Geniş, geniş surətdə.
Kərim baba iri sallaq dodaqlarını geniş-
geııiş açaraq gözlərini daha da qıydı. A.Şaiq;
2) sif. Geniş (çoxluq bildirir). Geniş-geııiş
tarlalar. Geııiş-geniş meydanlar. - Bu nəğ-
mələr dərin-dərin; Geniş-geniş ürəklərin;
Səmimiyyət nəğməsidir. M. Müşfiq.
GENİŞALINLI sif. Alnı geniş olan, enli
olan. Genişalınlı kişi.
GENİŞEKRANLI sif Ekranı geniş olan.
Geııişekranlı kinoteatr. // Geniş ekran üçün
olan. Geııişekranlı film.
GENİŞKÖKSLÜ sif. Köksü enli olan; ge-
nişsinəli. Geııişkökslü gənc. - Məmməd bəy
on iki-on üç yaşında, alagözlü, qumral saçlı,
geııişkökslü, şümal bir oğlandı. Çəmənzə-
minli. Kərim baba .. geııişkökslü bir qoca idi.
A.Şaiq.
GENİŞQƏLBLİ sif. Ürəyi, qəlbi geniş
olan; ürəyiaçıq, açıqürəkli, comərd, səmi-
mi. Genişqəlbli adam. - [Xədicə] olduqca
xoşsöhbət, eyi təbiətli, genişqəlbli, munis və
mehriban bir qız idi. S.Hüseyn.
GENİŞQƏLB(Lİ)LİK is. Genişqəlbli ada-
mın keyfiyyəti; ürəyiaçıqlıq, açıqürəklilik,
comərdlik, səmimilik.
GENİŞLƏDİLMƏ “Genişlədilmək”dən
fis.
GENİŞLƏDİLMƏK bax genişləndiril-
mək.
219
GENİŞLƏNDİRİCİ
GENİŞLƏNDİRİCİ sif. xüs. Geninə bö-
yüdən, enlədən, genişləndirən. Yeni kəşfiy-
yat quyusu turbin-rotor üsulu ilə, 12 düyməli
və genişləndirici baltalarla qazdacaqdır.
(Qəzetlərdən).
GENİŞLƏNDİRİLMƏ "Genişləndiril-
mək”dən f.is. Hüquqların genişləndirilməsi.
GENİŞLƏNDİRİLMƏK məch. 1. Geniş
hala salınmaq, daha geniş edilmək. Yol ge-
nişləndirildi. Əkin sahəsi xeyli genişləndi-
rilmişdir.
2. Böyüdülmək, artırılmaq. Ticarət şəbə-
kəsi genişləndirilmişdir.
GENİŞLƏNDİRMƏ “Genişləndirmək”-
don f.is.
GENİŞLƏNDİRMƏK f. 1. Genəltmək, eni-
nə daha da böyütmək. Yolu genişləndirmək.
Hüdudları genişləndirmək. - Yazda güclü
sel gəldiyindən çay daşmış, yatağını xeyli
genişləndirmişdi. Ə. Vəliyev.
2. Sayca artırmaq, böyütmək, daha da ar-
tırmaq, inkişaf etdirmək. Ticarəti genişlən-
dirmək. Tibb məntəqələri şəbəkəsini geniş-
ləndirmək.
3. məc. Gücləndirmək, artırmaq. [Əhməd
istəyirdi ki] ..asan bir yol ilə öz mayasını
böyüdüb alverini genişləndirsin və kasıblıq-
da çəkdiyi əziyyətdən xilas olsun. B.Talıblı.
[Alverçilər] başqa şəhərlərə, xüsusən Orta
Asiyaya gedir. .. alverlərini genişləndirir-
dilər. Ə.Əbülhəsən.
4. məc. Daha da kütləvi etmək, geniş küt-
ləni əhatə etmək. Hərəkatı genişləndirmək.
5. məc. Artırmaq, dərinləşdirmək, daha
geniş etmək. Nüfuz dairəsini genişləndirmək.
Biliyini genişləndirmək. Təcrübəni genişlən-
dirmək.
GENİŞLƏNMƏ “Genişlənmək” dən/w.
GENİŞLƏNMƏK/ 1. Daha geniş olmaq,
genəlmək, böyümək. [Şiraslan] ..çaylar ara-
sı ilə genişlənib yayılan düzənləri görürdü.
S.Rəhimov. Anbardan ağ, dolu torbalar aza-
lır, yer genişlənirdi. Mir Cəlal. Göz bəbəkləri
ixtiyarsız olaraq genişləndi. H.Seyidbəyli.
2. məc. Artmaq, daha geniş meydan al-
maq, ətrafa yayılmaq. Üfüqdə başlanan işıq
getdikcə genişlənirdi. S.Rəhimov. // məc.
Daha kütləvi bir şəkil almaq, geniş kütlə
arasında yayılmaq. İxtiraçılıq işi genişlənib.
GEOBOTANİKA
GENİŞLƏTDİRMƏ “Genişlətdirmək”-
dən f.is.
GENİŞLƏTDİRMƏK bax genişlətmək.
GENİŞLƏTMƏ “Genişlətmək”dən f.is.
GENİŞLƏTMƏK b a x genişləndirmək.
GENİŞLİK is. 1. Geniş şeyin halı, geniş
olma. Yerin genişliyi. Meydanın geııişliyi.
2. Açıqlıq, düz yer. Küçə genişliyə çıxır.
3. məc. Azadlıq, sərbəstlik. [Züleyxanın]
qəlbi genişlik istədiyi lıalda, özü dar gölmə-
çələrdə çapalamalı olmuşdur. M. İbrahimov.
[İmran:] Əlbəttə, indi mən lazım olmaram.
Ağzınız genişliyə çıxıb. İ.Şıxlı. // məc. Açıq-
lıq, geniş fəza mənasında. Tərlan genişlik
sevər; Göylərdir onun yeri. R.Rza. Baxıram
iifüqün geniştiyinə; Soyuq baxışları unut-
maq üçün. B. Vahabzadə.
4. məc. Hərtərəflilik, dərinlik. Görüş dai-
rəsinin genişliyi. Məlumatın genişliyi.
GENİŞÜRƏKLİ b a x genişqəlbli. Geniş-
ürəkli adam. - Züleyxa xala genişürəkli, sə-
xavətli bir qadındır. M. Dilbazi.
GENİŞHƏCMLİ sif. Həcmi geniş olan;
irihəcmli.
GENİŞCƏ sif. Bir qədər geniş, azca geniş.
Genişcə otaq. H Çox geniş, olduqca geniş.
Genişcə bir çöl ki, dənizdən kənar; Günəşin
altında od tutub yanar. S. Vurğun.
GENKÜRƏK(Lİ) sif. Kürəyi gen olan;
enlikürək(li). Genkürək oğlan.
GENLİK is. Gen şeyin halı; genişlik.
GENOSİD [yun. genos və lat. caedere-
dən “nəsli, tayfanı məhv etmə”] İrqi, milli
və ya dini səbəblərə görə əhalinin ayrı-ayrı
qruplarının məhv edilməsi. Genosid bəşə-
riyyətə qarşı ən ağır bir cinayətdir.
GENTUMAN(LI) 1. sif. Tumanı gen olan,
gen tuman geymiş (qadın haqqında).
2. İs. mənasında, məc. Geridə qalmış,
avam, cahil, mədəniyyətsiz (qadın haqqında).
GENCƏbax genişcə.
geo... \yun. ge - yer] Bir sıra xarici söz-
lərin (isim və sifətlərin) qabağında, onlara
yer, Yer kürəsi, yer qabığı mənası verən ön-
lük; məs.: geobotanika, geologiya, geofizika.
GEOBOTANİKA \yun.\ Botanikanın, coğ-
rafi mühitdən (torpaq, iqlim xüsusiyyətlə-
rindən və s. amillərdən) asılı olaraq bitki-
220
GEODEZİYA
GERİ
lerin Yer kürəsində yayılmasını, tərkib və
növ dəyişməsini öyrənən bəhsi.
GEODEZİYA is. \yun.\ Yerin ölçülərini,
formasını, qravitasiya sahəsini və səthindəki
ölçüləri öyrənən elm sahəsi.
GEODEZİYAÇI is. Geodeziya mütəxəssisi.
GEODEZİSTbax geodeziyaçı.
GEOKİMYA [yun. geo və ər. əlkimya]
Yerin kimyəvi tərkibi və Yer qabığında kim-
yəvi elementlərin yayılması və yerdəyişməsi
qanunları haqqında elm.
GEOKİMYƏVİ [yun. geo və ər. kimyəvi]
Geokimyaya aid olan, geokimya ilə əlaqə-
dar olan. Geokimyəvi tədqiqat.
GEOLOQ [>>шј.] Geologiya mütəxəssisi.
GEOLOJİ \yun.] sif. Geologiyaya aid olan,
geologiya ilə əlaqədar olan. Geoloji xəritə.
П Yerin tarixinə, Yer qabığına aid olan.
Geoloji dövr. Geoloji kəşfiyyat (bir yerdə
olan faydalı qazıntıları öyrənmək məqsə-
dilə aparılan geoloji tədqiqat, axtarış).
GEOLOGİYA iyun. ] Yerin quruluşu, tərki-
bi, tarixi, yerdə üzvi həyatın tarixi və faydalı
qazıntıların yerdəyişməsi haqqında elm.
GEOMORFOLOJİ [ум/Ј.] sif. Geomorfo-
logiyaya aid olan, geomorfologiya ilə əla-
qədar olan. Geomorfoloji tədqiqat.
GEOMORFOLOGİYA iyun.] Fiziki coğ-
rafiyanın, yer səthinin relyefini və onun in-
kişaf tarixini öyrənən bəhsi.
GEOFİZİK iyun.] Geofizika mütəxəssisi.
GEOFİZİKA [yun.] Yerin fiziki xüsusiy-
yəti və onda gedən fiziki proseslər haqqında
elmlərin məcmusu.
GEOFİZİKİ sif. Geofizika ilə əlaqədar
olan, geofizikaya aid olan. Geofiziki tədqi-
qat üsulları. Geofiziki rəsədxana.
GEPARİN is. \yun.] tib. Qanın axmasının
qarşısını alan dərman preparatı.
GERB Ipol. herb, alm. erbe - irs] Bir döv-
lətin, şəhərin, nəslin, silkin və s.-nin bay-
raq, pul, möhür və s. üzərində təsvir olunan
fərqləndirmə nişanı. Dövlət gerbi haqqında
Konstitusiya Qanunu. Azərbaycanın Dövlət
gerbi ilə bağlı müsabiqə elan olunmuşdur.
□ Gerb rüsumu - mülki-hüquqi işlər üzrə
sənədləri rəsmiləşdirərkən alınan xüsusi
dövlət rüsumu (sənədlərə üzərinə dövlət
gerbi şəkli olan müəyyən qiymətdə marka-
lar yapışdırmaqla icra edilir).
GERÇƏK 1. zaz/Doğru, düz, həqiqi. Zül-
fünə ziilməti-dövran dedilər, gerçək imiş ;
Ləbinə çeşmevi-heyvan dedilər, gerçək imiş.
S.Ə.Şirvani. // Həqiqətən, əslində. Sən ki bir
əqrəb imişsən gerçək; Bu zəhərlər, bu tikən-
lər nə demək? S.Vurğun. □ Gerçək olmaq,
gerçəyə çıxmaq - həqiqət olmaq, doğru ol-
maq, düz çıxmaq. Lidiya bu sözlərin, elə günü
sabah gerçəyə çıxacağına qətiyyən inana bil-
məzdi. Ə.Əbülhəsən.
2. sif. Həqiqi, düz, doğru ( yalan əksi). Ger-
çək söz. // İs. mənasında. Gerçəyini demək.
GERÇƏKDƏN zaı/Doğrudan, ciddi (ola-
raq). Gerçəkdən hirslənmək. Gerçəkdən de-
mək.
GERÇƏKLƏMƏ “Gerçəkləmək”dən f.is.
GERÇƏKLƏMƏK /. Həqiqətə çevirmək,
bir şeyi doğrudan-doğruya etmək. [Qurban:]
Ay qarı, deyəsən axı, sən gerçəkl əyirsən.
Ə. Haqverdiyev. Cavanşir özünü tamamilə
itirdi. ' ‘Bu qız deyəsən, lap gerçəklədi ’ ’ - deyə
xəyalından keçirdi. İ.Şıxlı.
GERÇƏKLƏNMƏ “Gerçəklənmək”dən
f.is.
GERÇƏKLƏNMƏK/ Gerçək olmaq, düz
çıxmaq, həqiqət olmaq. Bənövşə çiçəkləndi;
Yarpağı ləçəkləndi; Yatdığı yalan oldu;
Ölümü gerçəkləııdi. (Bayatı).
GERÇƏKLƏŞMƏ “Gerçəkləşmək”dən
f.is.
GERÇƏKLƏŞMƏK/ Gerçəklənmək, ger-
çək hala gəlmək, reallaşmaq, həqiqətə
çevrilmək. [Oğlan] ..işin gerçəkləşdiyini ..
dərk edib, atasının Marala zəng etməyinə
mane olmaq istəyirdi. Ə.Əbülhəsən.
GERÇƏKLİK is. 1 . Həqiqət, həqiqi varlıq,
reallıq. Şüur gerçəkliyi əks etdirir.
2. Doğruluq, həqiqilik, düz çıxma; cid-
dilik.
GERİ 1. zərf Arxa tərəfə, dala, dal tərəfə.
[Qaçay] bir neçə addım gedəndən sonra
istədi qanrılıb geri baxsın. İ.Məlikzadə.
2. is. Ard, dal, davam, mabəd. Şerin geri-
sini oxumaq. - Toğrul Qətibənin bu sözlə-
rini eşidəndən sonra, rübailərinin gerisini
oxumadı, kağızı büküb cibinə qoydu..
M.S.Ordubadi.
221
GERİ
GERİ
3. is. məc. Aqibət, son, nəticə. İşin gerisini
düşünmək. - [Prokuror:] Bu nədir? Adam
bir iş tutanda gerisini fikirləşməz? I. Şıxlı.
4. is. məc. İnkişaf etməmiş, dala qalmış.
inkişaf çox zəifdir; Üzrümüz yoxdur əsla;
imkanımız var ikən; Geriyik nə əsasla?
R. Rza.
0 Geri durmaq - uzaqlaşmaq, yaxın gəl-
məmək. Yar deyilsən, çək ayağı, geri dur;
Canımı odlara yaxmağın nədir? M.P. Vaqif.
Geri götürmək — 1) dala almaq verdiyini
istəyib almaq. Kitabını geri götürdü; 2) məc.
dediyi sözdən, vədindən dönmək. Sözünii
geri götürmək. - Padşah qızını çox şad
görüb, hökmünü geri götürdü. (Nağıl). Geri
(geriyə, geridə) qalmaq - 1) dalda, arxada
qalmaq. Qocalar geridə qaldılar. - Koman-
dan əsgərlərdən geri qalmamaq üçün yoluna
davam edir. M.Hüseyn; 2) vaxtını keçirmək,
vaxtında etməmək; yubatmaq, ləngitmək.
Dərsim geri qalıb. - Xəstə olduğum cəhətə
bu yay xırmanını hamıdan geriyə qalmışdı.
S. S.Axundov; 3) məc. inkişafdan qalmaq,
tərəqqi etməmək. [Almaz Xanımnaza:] Ay-
ana, axı bu bizim kəndimizdir, elimizdir.
Belə, geridə qalıblar ey, geridə. C. Cabbarlı.
Geri qayıtmaq - dala dönmək, qayıtmaq.
Qayıdıb gələndə məclisdən geri; Yolda iki
nəfər düşdü üstümə. M.Rahim. Geri qay-
tarmaq- 1) qaytarmaq, qovmaq. Uşağı geri
qaytarmaq. - Pəri nənə .. gəlinini qapıdan
geri qaytarmaq fikrində deyildi. M.Hüseyn;
2) ödəmək, vermək. Borcunu geri qaytar-
maq; 3) məc. qarşısını almaq, artmağa, inki-
şaf etməyə qoymamaq. Toxtaqlıq, təskinlik
bədbəxt hadisəni geri qaytarmır. Ə.Vəliyev.
Geri oturmaq - geri çəkilmək. Yağı geri
oturdu. - [Düşmən] hər dəfə öz qara qanı içə-
risində boğulub geri otururdu. Ə.Məmməd-
xanlı. Geri oturtmaq - zor gələrək geri çə-
kilməyə, qaçmağa məcbur etmək, dala
oturtmaq. Üsyançılar üzüm bağlarına dolu-
şan və şəhərin ucqar dar kiiçələriylə irəlilə-
mək istəyən bolşevikləri əzərək geri oturt-
dular. İ. Şıxlı. Geri(də) qoymaq - dalda bu-
raxmaq, irəliləmək. Ələmdarlı bizi geridə
qoyub özü irəli getdi, daşın dalma sinib
dedi : - Kimsən, dayan! Mir Cəlal. Geri(yə)
almaq - yenidən əldə etmək, almaq, özlərinə
qaytarmaq. Kitabları geri almaq. - ..Osmanlı
arvadları bir yerə cəm olub nitqlər söylə-
yiblər və and içiblər ki, paymal olan hüquq
və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri
alsınlar. C. Məmmədquluzadə. Verilən ənamı
geri almaq gədalıqdır. C. Cabbarlı. Geri(yə)
atmaq (salmaq) - 1) dala atmaq, arxaya
qatlamaq. Saçını geri atdı. - Şəmsiyyə
qırmızı ipək paltarın ətəklərini geri ataraq
kreslodan birisinə oturdu. M. İbrahimov;
2) məc. inkişafını saxlamaq, qarşısını almaq,
mane olmaq. Onlar bilirdiilər) ki, burada
oturanların məhvi İran inqilabını on illərcə
geri ata bilər. M. S. Ordubadi. Geri(yə)
baxmadan - üzünü dala çevirmədən, heç
bir şeyə fikir vermədən, sürətlə. Geri bax-
madan getmək. Geri(yə) çəkilmək - 1) da-
yandığı, durduğu yerdən dala çəkilmək, geri
addımlamaq, iki addım geri çəkilmək. Yol-
dan geri çəkil! - Şeyx Sədr a itaət .. ilə geri
çəkilir. H.Cavid. Müəllim gələn şagirdlərə
yol vermək üçün geri çəkildi. Ə.Əbiilhəsən;
2) düşmənin hücumuna davam gətirməyib
öz mövqelərini tərk edərək çəkilmək.
Düşmən geri çəkildi. - .. Yarım saat çəkmədi
aralıqda beş-on köynək cırıldı və Hiirzad
tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə
qapandılar. Çəmənzəminli. Geri(yə)
dönmək - 1) bax geri qayıtmaq. Gedən-
lər geri döndülər. [Şeyx Hadi:] Çarəsiz biz
də Hindi tərk edərək; Geri döndük təəssüf
eyləyərək. H.Cavid. Mirzə Cavad arvadının
səsinə geri dönüb, oğlunun halətini görüb
başladı söyləməyə. Ə.Haqverdiyev; 2) çevril-
mək, dala baxmaq, arxaya dönmək. Əvvəl
qışqırıq eşitdim, tez geri döndüm, o dəqiqə
iki kölgə harasa yoxa çıxdı. H.Seyidbəyli.
Geri(yə) getmək - 1) dala qayıtmaq, geri
dönmək; 2) məc. arıqlamaq, zəifləmək.
Uşaq günü-gündən geri gedir. - Ağabəy bir
gün baxıb gördü, elə qız günü-gündən geri
gedir. (Nağıl). [Sultan bəy:] Beş ildir ki,
günü-gündən geri gedirəm. Ü.Hacıbəyov;
// vəziyyəti getdikcə pisləşmək, ağırlaşmaq;
yaxşılaşmamaq (xəstə haqqında). Xəstə geri
gedir. - [Sona xanım:] Pəri, lıeç mənim ha-
lımı soruşma, bax, görürsən, gün-gündən
222
GERİLƏMƏ
GET-GƏL
geri gedirəm. Ə.Haqverdiyev. [Böyük oğlu:]
3-4 gün bu dərmanlan atdı, kişi daha da geri
getdi. Qantəmir; 3) bax geri qalmaq 3-cü
mənada. Elə bil düşünür Sent-Ekzüperi: -
Ağıldan, əməldən geri qaldı səs; Bu qoca
dünyamız hara gedir bəs? B. Vahabzadə.
Geri(yə) istəmək - tələb etmək, bir şeyi
təzədən əldə etməyə çalışmaq. Borcunu
geri istəmək. - Zeynal ötəyə-bəriyə müra-
ciət edib sabiq xidmətini geri istəyirdisə də,
müvəffəq olmayırdı. S. Hüseyn. Geri(yə) sal-
maq - 1) bax geriyə çəkmək 2-ci mə-
nada; 2) məc. yubatmaq, təxirə salmaq. Lətif
hələ keçən il Bakıya getməli idi. Lakin bir
hadisə onu bir il geri saldı. H.Seyidbəyli.
Geridən baxmaq - seyıçi kimi uzaqdan
baxmaq, yaxın durmamaq, qarışmamaq, işti-
rak etməmək, uzaq durmaq. Geridən baxma,
kömək elə. - Ustalardan dərs al hərdən;
Xeyrə-şərə baxma geridən. Aşıq Şəmşir.
Geriyə çəkmək - 1) aı xaya çəkmək, dala
vermək, kənara çəkmək. Maşın gəlir, uşağı
geri çək. - Şofer onun qolundan tutub geriyə
çəkdi... M. Hüseyn; 2) məc. inkişafına, tərəq-
qisinə, irəliləməsinə mane olmaq. Köhnə
adətlər xalqı geri çəkir.
GERİLƏMƏ 1 . “Geriləmək”dən fis.
2. Gerilik. Başqa idarələrdən gəlmiş bu
teleqramların hamısında “ Geriləməni tez-
liklə ləğv ediniz /” - deyə şəxsən Tərlanı hə-
dələyirdilər. M.Hüseyn.
GERİLƏMƏK f 1 . Geri çəkilmək. [Gül-
sabah:] [Gülər] qorxdu, o qorxaqcasına ge-
rilədi, döndü, qaçdı. C. Cabbarlı. Mehriban
[Zeynalı] elə halda görüncə qorxub geri-
lədi. S. Hüseyn.
2. məc. inkişafdan qalmaq, qabağa getmə-
mək, geri qalmaq, tənəzzül etmək.
3. məc. Sözündən dönmək, sözünü dan-
maq, dediyini yerinə yetirməmək, vədindən
qaçmaq. [Namaz:] Zalxa, get uşaqlara de ki,
dəxi cəfa çəkməsinlər, Tarverdi gerilədi.
M.F.Axundzadə.
GERİLƏTMƏ “Gerilotmək”don fis.
GERİLƏTMƏK f. Geri qalmasına, geri
getməsinə səbəb olmaq; geri qoymaq.
GERİLİK is. Geri olma, geri qalma; inki-
şafsızlıq, cəhalət. Ədib [“Pir” hekayəsində]
bir sıra canlı bədii surətlərdə köhnə feodal
Azərbaycanın mənzərəsini məharətlə yara-
dır, mövhumatın, geriliyin törətdiyi cinayət
və fəlakətləri göstərir. M. Arif. “ KəşkiiT '
“ Əkinçi" nin yolunu davam etdirərək öz sə-
hifələrində gerilik əleyhinə kəskin məqalələr
dərc edirdi. M. İbrahimov.
GERMAN Hind-Avropa dillər ailəsinə
mənsub olan dil qruplarından biri.
GERMANİSTİKA German dilləri və ədə-
biyyatı haqqında elm.
GERMANİZM [lat.\ German dillərindən
alınmış söz və ya ifadə.
GERMETİK sif. Hava keçirməyən, kip.
GERZE is. Qədim Misirdə qəbiristan.
GESTÄPO [alm.] Hitler Almaniyasında
gizli polis, indi isə [mehmanxana \ faşistlərin
gestapo idarəsi idi, .. minlərlə adama burada
divan tutulurdu. S. Vəliyev. Kəsib hər bərəni,
pusub hər yolu; Gestapo dörd gözlə gəzir on-
ları. B.Vahabzadə.
GESTAPOÇU is. Gestapoda xidmət edən
adam (bax gestapo). Hər gecə gestapoçu-
lar bizim yatdığımız daxmalara gəlirlər..
Ə.Məmmədxanlı. Kəsilir cığırlar... Gesta-
poçular; Düşür igidlərin ləpirlərinə.
B.Vahabzadə.
GET is. Qədim Frakiyada tayfa.
GETDİKCƏ zərf 1 . İrəlilədikcə, irəli hə-
rəkət etdikcə, qabağa doğru gedə-gedə. Yol
getdikcə söhbət etmək. - Maşın getdikcə onun
çarxlarının buraxdığı izlər qumun üstündə
qalırdı. H.Seyidbəyli.
2. Uzandıqca. Dərə qərbə doğru getdikcə
qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu
qorxunc yerlərdən ibarətdi. A. Şaiq.
3. məc. Tədricən, yavaş-yavaş, zaman
keçdikcə. Getdikcə bu məhəllənin halı fəııa-
laşdı. N.Nərimanov. Mirzağanııı Cəmiləyə
qarşı olan meyli və məhəbbəti getdikcə ar-
tırdı. S. Hüseyn. [Qəhrəman:] Atəş getdikcə
şiddətlənir və vəziyyətin ciddiyyətini andı-
rırdı. H.Nəzərli.
GET-GƏL is. Bir yerə çox gedib-gəlmə.
[Laçın] uzun get-gəllərdən usandı.. M.Hüseyn.
Bu get-gəllər bazarına dəvədi dünya.. M. Araz.
0 Get-gələ salmaq - işini qəsdən uzat-
maq, yubatmaq, süründünnəyə salmaq, işinin
223
GETHAGET
GETHAGET
dalınca daim gedib-gəlməyə məcbur etmək.
Yusifi bir həftə idi get-gələ salmışdılar.
GETHAGET 1 zərf Uzun yol gedərək, bö-
yük məsafə qət edərək, gedə-gedə. Getha-
get kəndə çatdıq.
GETHAGET 2 is. Böyük ziyan, zərər, çı-
xar. Elə gəlhagəlin belə də gethagedi olar.
(Ata. sözü).
GETMAN [pol. əsli alm.] 1. Qədimdə Polşa
qoşunlarının baş komandanı.
2. Qədimdə Ukraynada: kazak qoşunun
başçısı və yüksək hakim.
GETMANLIQ is. Getman hakimiyyəti və
idarəsi.
GETMƏ "Getmək”dən/w. Ümidin get-
məsini Bahar da istəyirdi. B. Bayramov.
GETMƏK f. 1 . Addım ataraq hərəkət et-
mək; yerimək, addımlamaq. Asta-asta get-
mək. İti getmək. Piyada getmək. Yolla get-
mək. Yanınca getmək. // Bir yerdən başqa
yerə varmaq. Şah Səlməxatuna işarə etdi ki,
hərəmxanaya getsin.. M.F.Axundzadə. [Kər-
bəlayı Qubad:] Gedirəm Sijimqulu bəyin ya-
nma. Ü.Hacıbəyov. // Nəqliyyat vasitəsində
hərəkət etmək. Qatarla getmək. Araba ilə
getmək. Kəndə atla getmək. И Bir yerə ge-
dərkən birisinə yoldaşlıq etmək. Qardaşı da
onunla şəhərə getdi. /I Başqa yerə varmaq
üçün olduğu yerdən ayrılmaq, yola düşmək,
istiqamət almaq. Xaricə getmək. Bağa get-
mək. Dənizə getmək. - Əziz Kamalı anasına
tapşırıb cəbhəyə getdi. S. Rəhman. // Eyni
mənada nəqliyyat vasitələri haqqında.
Qatar gecə gedir. Təyyarə saat 6-da gedir.
//Olduğu yeri tərk etmək, oradan çıxıb get-
mək. Evdən getmək. Şəhərdən getmək. Dərs-
dən getmək. İclasdan yarımçıq getmək.
- [Oğlan] getmək istəyir, zəng çalınır. Sona
gəlir. H.Nəzərli.
2. Başqa bir yerə köçmək, yaşayış yerini
dəyişmək. Yaylağa getmək. - İrəvanda Cəfə-
rabad məhəlləsində oturan kazak qoşunları
iyunun ikisində Kəpəgir dağında yaylağa
gedəsi idilər. C.Məmmədquluzadə.
3. Keçmək, ötmək, keçib getmək. Xiya-
banla getmək.
4. dan. Özünə sənət, peşə seçmək, bir işin
dalınca varmaq. Həkimliyə getmək. Müəl-
limliyə getmək. - Heç bilmirəm, niyə xalq
bu tərtəmiz qələm işinə getdi, sən bu gil-
kərpic işinə. S. Rəhimov.
5. Yolda, hərəkətdə olmaq (göndərilən şey
haqqında). Təyyarə Bakıdan Daşkəndə neçə
saata gedir?
6. Cərəyan etmək, vaqe olmaq, davam
etmək. Sinifdə dərs gedir. Məşğələ yaxşı
gedir. - ..Çarpışma konsullar yerləşən mə-
həllələrdən çox uzaqda gedirdi. M.S. Ordu-
badi. Bu qayda ilə ata ilə oğul arasında
söhbətlər gedir. S. Rəhimov. Çöldə qızğın
biçin gedirdi. S. Rəhman.
7. Yaxınlaşmaq, az qalmaq. Günəş bat-
mağa doğru gedirdi. M. İbrahimov.
8. Bitmək, qurtarmaq, ötmək, keçmək,
sona çatmaq. Ömür getdi. Cavanlıq getdi.
- Qış getdi, bahar oldu; Çöllər, təpələr dol-
du; Şən üzlü mələklərlə. A.Şaiq [Xurşud:]
Gün gedib, aylar dolandı, padşahım gəlmədi.
Ü.Hacıbəyov. Qış da yavaş-yavaş qan və
soyuğu ilə ötüb getdi. Çəmənzəminli. //Yox
olmaq, əldən çıxmaq. İt də getdi, ip də.
(Məsəl).
9. Lazım olmaq, çatmaq, sərf olunmaq.
Xalata 5 nıetr parça gedir. - Bir quyunun
qazılmasına gedən vaxtın yarıdan çoxunu
başqa işlər aparır. M. İbrahimov. // Ehtiyacı
ödəmək, bəs olmaq, görmək. Bu palto üç il
gedər. // Xərclənmək, sərf edilmək, işlən-
mək. Bu qədər pul hara getdi?
10. Tamaşaya qoyulmaq, göstərilmək.
Operada nə gedir? “ Azərbaycan ” kinoteat-
rında “ Koroğlu ” filmi gedir. - Bu axşam
dram teatrında “Sevil” tamaşası gedirdi.
S. Rəhimov.
1 1 . Aparıb çıxarmaq (yol haqqında). Bu
yol Göy gölə gedir.
12. məc. Ölmək, dünyanı tərk etmək. Mən
gedərəmsə məramım genə diinyadə durar.
M.Ə. Sabir. Ey könül, bu acı hisslərdən əl
çək? İnsan bir gün gəlmiş, bir gün gedəcək.
M.Müşfıq.
13. Evlənmək, ərə getmək. [Şahsənəm:]
Ana, razı olun, gedim Qəribə; Ana, mən ya-
zığı nə dindirirsən? “Aşıq Qərib”. [Nazlı:]
Dadaş, and olsun Allaha, mən Mirbağır
ağaya getməyəcəyəm. C.Məmmədquluzadə.
[Sənəm:] Heç bunun kimi gözəl qız qoca
kişiyə gedərnıi? Ü.Hacıbəyov.
224
GETMƏLİ
GEYİMLİ-KECİMLİ
14. Bir ünvana göndərilmək, çatdırılmaq.
Məktub Moskvaya gedəcək. - [Nərgiz Sə-
məndərə:] Həmin bu kitab instituta gedə-
cək, .. mühafizə olunacaqdır. B. Bayramov.
15. məc. Rəvac olmaq, satılmaq. Mal yaxşı
gedir.
16. Axmaq, cərəyan etmək (maye haq-
qında). Evin dalından su gedirdi.
17. Bir sıra isimlərə qoşularaq müxtəlif
ifadələr və mürəkkəb feillər düzəldilir;
məs.: fikrə getmək, xəyala getmək, rəngi
getmək, əldən getmək.
0 Getsin gəlməsin - təkrar olunması arzu
edilməyən hadisə və ya bir iş haqqında söy-
lənir. Ağır günlər getsin gəlməsin. - [Kəblə
Məhəmməd:] Ay usta, o illər getsin gəlmə-
sin! Yadıma salma. Mənim də başıma az iş
gəlmədi. Çəmənzəminli. Az getdi, üz getdi,
dərə, təpə düz getdi... - Azərbaycan nağıl-
larında “çox getmək” mənasında işlədilir.
get-gedə bax getdikcə. [Zeynal] get-
gedə məişət pozğunluğunun çirkabı içinə
yuvarlanırdı. S.Hüseyn. Muxtar get-gedə
narahat olur, hətta darıxmağa başlayırdı.
B. Bayramov.
GETMƏLİ bax gedəcək. Əziziyəm, qa-
lasız; Şəhər olmaz qalasız; Mən ki getməli
oldum ; Siz sağlıqnan qalasız. (Bayatı).
GETTO [ital.\ Orta əsrlərdə Avropada,
habelə bəzi ölkələrdə: müəyyən dini və irqi
qrupa mənsub adamların məcburən yaşama-
ları üçün ayrılmış şəhər rayonu məhəlləsi.
Zənci gettosu.
GE YDİRİLMƏ "Geydirilmək”dən f. is.
GEYDİRİLMƏK 1. “Geydirmək”dən məch.
2. tex. Keçirilmək, yerinə salınmaq, taxıl-
maq. Təkər oxa geydirildi.
GEYDİRMƏ “Geydirmək”dən f.is.
GEYDİRMƏK/ 1 . Geymək işini gördür-
mək, geyməyə məcbur etmək. ..Hüseynqulu
ağa ziııətli qaraçı libası tikdirib Qaraca qıza
geydirirdi və öz qonaqlıqlarında oynadırdı.
S.S.Axundov.
2. Keçirmək, taxmaq, yerləşdirmək, qab-
lamaq. Oxu yerinə geydirmək.
0 Don geydirmək - bax don 1 .
GEYƏCƏK bax geyim. [Çopo:] Qəbilə
şurası [əlillərin] yeyəcək, geyəcək və bütün
ehtiyaclarını təmin etmişdi. Çəmənzəminli.
GEYİB-KECİNMƏ "Geyib-kecinmək”-
dən f.is.
GEYİB-KECİNMƏK bax geyinib-
kecinmək.
GEYİK is. zool. Dağlıq meşələrdə yaşa-
yan, bəzi cinsləri iri dallı-budaqlı buynuzlu,
böyük və gözəl heyvan. Dağlarda geyik m-
ənəm; Buynuzu böyük mənəm ; Yarın nə
dərdi, qəmi; Ona ağır yük mənəm. (Bayatı).
GEYİLMƏ “Geyilmək”dən/w.
GEYİLMƏK 1 . "Geymək”dən məch. Pal-
tar geyildi.
2. tex. Keçirilmək, yerinə salınmaq, ta-
xılmaq.
GEYİM is. Əyinə geyilən hər şey; paltar,
üst-baş, libas. Qış geyimi. Sadə geyim. Hərbi
geyim. - [Aslan bəy:] Üç ay var ki, görmə-
mişəm, geyimini bilmirəm... C. Cabbarlı.
[Usta Ağabalanın] yay və qış libası bir-bi-
rindən seçilməyib həmişə üç-dörd geyimdən
əmələ gəlirdi. Çəmənzəminli. // məc. Örtü,
pərdə mənasında.
GEYİM-KECİM is. Üst-baş, paltar. // Ge-
yinmək tərzi. Geyim-keciminə fikir vermək.
- Aran yerindən gəlmiş adamlar öz səliqə-
sahmanı, geyinı-kecimi ilə dərhal fərqlənir-
dilər. B.Bayramov.
GEYİM-KECİMLİ b a x geyimli-kecimli.
GEYİMLİ sif 1. Əynində geyimi, paltarı
olan, paltarlı. [Zeynalın] qarşısına on bir-
oıı iki yaşlı, sadə və təmiz geyimli, qara bir
qız çıxdı. S.Hüseyn. Tirmə şal geyimli, qam
saçlılar; Hər tərəfə zər nişanlar dolanır.
Aşıq Ələsgər. Ağ geyimli, nurani bir dərviş
yol kənarında görünür. H.Cavid. // Geyinmiş,
əynində geyimi olan, paltarlı ( çılpaq əksi).
Geyimli halda bayıra çıxdı. Geyimli uşaq.
2 məc. Üzəri bir şeylə örtülmüş, örtülü.
Yaşıl geyimli təpələr. - Al-əlvan geyimli
dağlar gözəli, Sən kinidən öyrəndin vüqarı,
lalə? N.Rəfibəyli.
GEYİMLİ-KECİMLİ sif. Yaxşı, gözəl, sə-
liqəli geyinmiş. Geyinib-kecinmiş; geyimli-
kecimli qız. - Salonun ortasında geniş açılmış
yemək masasının ətrafında oturmuş geyimli-
kecimli xanımlar əl çaldılar. M. İbrahimov.
Ələddin əlində gül dəstəsi olan belə geyimli-
kecimli qadından şübhələnmir. H.Seyidbəyli.
225
GEYİNDİRİB-KECİNDİRMƏ
GEYİNDİRİB-KECİNDİRMƏ “Geyindirib-
kecindirmək”dən. is.
GEYİNDİRİB-KECİNDİRMƏK / Birini
yaxşı-yaxşı geyindirmək, bəzəndirmək. Gə-
lini geyindirib-kecindirdilər. Uşağı geyindi-
rib-kecindirmək. - ..Onu geyindirib-kecindi-
rib məclisə gətirmişdilər. Ə.Məmmədxanlı.
GEYİNDİRMƏ “Geyindirmək”dən f.is.
GEYİNDİRMƏK / 1. Birinin əyninə
paltar geydirmək yaxııd paltarı geyməyə
kömək etmək. Pişxidmətlər .. şiiru etdilər..
Yusif Sərracın köhnə paltarını soyundur-
mağa və xələti-şahaııəni ona geyindirməyə.
M.F.Axundzadə. [Gelini] yaxşıca geyindi-
rirlər, bəzəyirlər, sonra faytona mindirib
allah-allah ilə aparırlar. Ü. Hacıbəyov.
2. məc. Örtmək, sarmaq, çulğalamaq. Ağ
örtüyə büründiirür aləmi ; Çulğalayır,
geyindirir aləmi. A. Səhhət.
0 Don geyindirmək bax don.
GEYİNƏCƏK is. dan. Paltar, geyim.
GEYİNİB-KECİNMƏ “Geyinib-kecin-
mək” dən f.is.
GEYİNİB-KECİNMƏK/ Yaxşı-yaxşı ge-
yinmək, bəzək şeyləri taxmaq, bəzənmək.
Qız geyinib-kecinib Məlik Diiçara dedi..
(Nağıl). Geyinirik-keçinirik yurdumuzun
varından ; Ellər açır süfrəsini öz bağının ba-
rından. S. Vurğun. [Şahnigar xanım] geyinib-
kecindi, hətta Kürə suya gedəndə də özünü
daş-qaşla bəzədi. I.Şıxlı.
GEYİNİB-KECİNMİŞ fsif Yaxşı-yaxşı,
səliqə ilə geyinmiş, geyinib-bəzənmiş.
GEYİNMƏ “Geyinmək”dən/«. Səhnədə-
kilər geyinmələrini tamam edirlər. Ü.Hacı-
bəyov.
GEYİNMƏK qayıd. 1. Öz-özünü geyin-
dirmək, əyninə, yaxud ayağına bir şey gey-
mək. Mirzə durub libasını geyinib getdi usta
Zeynalın dükanına. Ə.Haqverdiyev. Camal
həmin saat qalxıb geyindi. M.Rzaquluzadə.
Dan yerinə səda düşəndə Firəngiz geyinib
hazırlaşmışdı. B. Bayramov.
2. Bu və ya başqa dəbdə, keyfiyyətdə, növ-
də paltar geymək. Qısa geyinmək. İpək pal-
tarlar geyinmək. - Getdik və yol gedərkən
dostumu nəzərdən keçirdim, .. başdanayağa
şıq geyinmişdi. Çəmənzəminli. Biz qalstuk
taxırıq ; Biz dəblə geyinirik. B. Vahabzadə.
GEYSU
3. məc. Örtülmək, üzərinə pərdə çəkil-
mək. Çöllər yaşıl geyinmişdi. - Geyinmiş dan
yeri yenə qırmızı; Doğmuş səhərlərin müjdə
yıldızı. S. Vurğun. Dərə-təpə al geyindi; Açdı
əlvan gülün dağlar. Aşıq Şəmşir.
GEYİNMİŞ fsif Paltar geymiş; paltarlı.
Geyinmiş uşaq. Geyinmiş halda.
GEYİŞ is. köhn. Geymə işi, geymə (ge-
yinmə) tərzi. Əynində var sincab donun;
Geyişiıı yarıma bənzər. Aşıq Əmir.
GEYİŞDİRMƏ “Geyişdirmək”dən.
GEYİŞDİRMƏKbax gicişdirmək.
GEYİŞİK bax gicişmə.
GEYİŞMƏ “Geyişmək”dən f.is.
GEYİŞMƏK 1. Bax gicişmək.
2. dan. Bir-birinə keçmək, sarmaşmaq.
Saçları bir-birinə gevişib.
GEYMƏ 1. “Geymək”dən f.is.
2. Üst paltarın altından geyilən qısa ar-
xalıq. Usta Zeynal yarımmahuddan tikilmiş
köhnə geyməsini çıxarıb bükdü və qoydu bir
səmtə.. C. Məmmədquluzadə. Balta çaldıqca
onun geyməsinin cındır qolu və ətəkləri
yellənirdi. Ə.Əbülhəsən. İkisi də təzə geymə
geymiş, başlarına qara mahud papaq
qoymuşdular. P.Makulu.
GEYMƏK 1 / 1 . Əyninə paltar, ayağa ayaq-
qabı və başa papaq keçirmək. Çəkmələrini
geymək. Pencəyini geymək. İsti paltar geymək.
- Qurban .. durdu ayağa və ətəklərinin kəcini
silib boşmaqlarını geydi və yavaş-yavaş üz
qoydu getməyə. C.Məmmədquluzadə. [Ağa:]
Özüm də .. kiirkii tərsinə geyib bir damın
içində gizlənmişdim.. Ə.Haqverdiyev. Oğlan
atasının əlindən öpüb çıxdı və ox-yayını götü-
rüb, dava libasını gevib bağa getdi. Çəmən-
zəminli.
2. məc. Örtülmək, üstü örtülmək. Dağlar
ağ geymişdi.
GEYMƏK 2 is. Geyim, paltar. Yemək və
geymək sarıdan uşaqlar korluq çəkmirdilər.
Ə.Əbülhəsən.
GEYMƏLİ sif. Geyməyə yararlı, geymə-
yə yarayan. Geyməli paltar.
GEYSU is. [fars.] klas. Saç, hörük. Göz
doymaz vəsməli kaman əbrudan: Can üzül-
məz səmən iyli geysudan. M.P. Vaqif. Atəşin
rııyində əfıtək yatıb geysulərin; Tiirfə cadu-
dur ki, mar atəşdə suzan olmasın! M.Ə.Sabir.
226
GƏBƏ
GƏDƏ-GÜDƏ
Açıq-san geysulan dağılmışdır pərişan.
A. Səhhət.
GƏBƏ is. Böyük xalça, xalı. Otağa gəbə
döşəmək. - Biz otıırduq yerə təzə döşənmiş
təzə gəbələrin üstündə. C. Məmmədquluzadə.
Evlərdən burovuz olaraq yığılan xalça və gə-
bələrlə xırman başdan-başa döşənmiş idi.
S. Hüseyn.
GƏBƏÇİ is. köhn. Gəbə, xalı toxuyan və
ya gəbə alveri edən adam.
GƏBƏÇİLİK is. Gəbəçinin işi, peşəsi.
GƏBƏRDİLMƏ “Gəbərdilmək”dən /A
GƏBƏRDİLMƏK məch. Öldürülmək.
GƏBƏRMƏ “Gobərmək”don f.is.
GƏBƏRMƏK f. Ölmək (adətən heyvanlar
haqqında). Nədənsə bir neçə ay bundan əv\>əl
at qançır olub gəbərmiş. C.Cabbarlı. Tələyə
də bir zorba siçovul çoxdan düşüb gəbər-
mişdir. H. Sarabski. // Eyni mənada adam
haqqında təhqir kimi işlənir. Qonşunun
oğlu gəbərdi. - [Birinci işçi:] Yetişir! Sız-
lama, abdal, başıboş; Ağlamaqdansa gəbər-
mək daha xoş. H. Cavid.
GƏBƏRTMƏ “Gəbərtmək” dən f. is.
GƏBƏRTMƏK f. Öldürmək. Yiizbaşını,
oğlunu gəbərdib qaçdım dağa; Süründüm
dağda-daşda, ələ vermədim yaxa. S.Rüstəm.
GƏC is. [fars.] Gillə gipsin qarışığından
hazırlanan al-sarımtıl rəngli maddə (suvaq
işlərində istifadə olunur). ..Bir neçə gün
bundan irəli çox şiddətli yağışdan zal ota-
ğının səqfinin bir parça gəci uçub tökül-
müşdü. C.Məmmədquluzadə. Gəc ilə suvan-
mış bəzəkli evin sanki dirəkləri də süfrəyə
tamahsılanırdı. Mir Cəlal.
GƏCXANA is. [fars.] köhn. Gəc
hazırlanan yer. // Gəc satılan dükan.
GƏDA is. [fars.] 1. köhn. Keçmişdə yox-
sul, aşağı təbəqədən olan adamlara verilən
ad. Kiikrər dağlar, bir-birinən deyini; Seç-
mək olmaz gədasını, bəyini.. Aşıq Ələsgər.
[Rizvan:] İnsan dimağı birdir, istər padşah
olsun, istər gəda. Ə. Haqverdiyev. [Qoca:]
Bizim üçün şah və gəda təfavütü yoxdur.
A.Divanbəyoğlu.
2. məc. nifr. Səviyyəsiz, ləyaqətsiz adam
haqqında. Gədaya borclu olma, ya toyda istər,
ya bayramda. (Ata. sözü). Mən Həcərəm, əbrii
ətləs geyinənəm; Hər yetən gədayə boyun
əymənəm. Aşıq Ələsgər. Ah, nə çıxılmaz yol
imiş bu sevda; Tən etdi hər görən, güldü hər-
gəda. H.Cavid. // nıəc. Dilənçi, fəqir, yazıq,
binəva. Camalın sədqəsi, hüsnün zəkatı; Mə-
nim tək binəva gədayə düşər. M.V.Vidadi.
[Təhmas bəy:] Əlimə çörəkçin baxan bir
gəda; Salıb varlığımı bir yanar oda. S.Rüstəm.
3. Bax gədə 1-ci mənada. Rəhmə gəlib,
padşahım, deməzsən; Harda qalıb bu dər-
gahın gədası. Q. Zakir. [Ağaməhəmməd
xan:] ..Əıı ədna gədanın mənə yazığı gəlir,
hamısının ədavətini qəlbimdən çıxararam.
Ə. Haqverdiyev.
GƏDALIQ is. 1 . Əsil-nəsəbi olmama, aşa-
ğı təbəqədən olma. Əl versə gədayə padi-
şahlıq; Sanman ki, qılır dəxi gədalıq. Füzuli.
// Nökərlik. Dərgəhində miittəsil fəxrim gə-
dalıqdır mənim. S.Ə.Şirvani.
2. məc. Alçaqlıq, nanəciblik. Vəfalı qulu-
nam, sana nökərəm; Padşahım, gəl gədalıq
eyləmə. Aşıq Mədəd. [Şəmsi bəy:] Quldur-
başı Əlimərdanın oğlu Çingiz də öz gəda-
lığını göstərdi. S.S.Axundov. Verilən əııamı
geri almaq gədalıqdır. C.Cabbarlı.
GƏDƏ is. dan. 1 . Nökər. [Asya:] Giilçöhrə
bir gədəyə aşiq olubdur. Ü. Hacıbəyov.
[Əbdürrəhim:] Xanım, doğrudur, mən özüm
İskəndər bəyin gədəsini gördüm. N.Vəzirov.
[Sara bibi:] [Zeynəbin] atası yumurta Hey-
dər kim idi? Murad bəyin qapısının gədəsi
deyilmiydi? Qantəmir.
2. dan. Oğlan. [Ana:] Ay Allah, bu gədə
lap dəli olacaq. S. Rəhman. [Turac:] Qızlar,
amma gədə yamanca pərt oldu. I.Əfəndiyev.
// dan. Oğlana müraciət məqamında işlənir.
[Hacı Qara:] Gədə, nə danışırsan? Kimin
həddi var mənim malımı ala! M.F.Axund-
zadə. [Hacı Həsən:] A gədə, ata arpa verin,
yəhər-əsbabı sazlayın. C.Məmmədquluzadə.
GƏDƏBAŞI is. köhn. Keçmişdə xan, bəy,
dövlətli evinin nökərlərinə başçılıq edən
adam; baş nökər.
GƏDƏCİYƏZ "Gədə”dən (2-ci mənada)
oxş. Oğlancığaz, uşaqcığaz. [Gülpəri:] Mənim
gədəciyəzim evdə bekar oturub. Ə. Haqver-
diyev.
GƏDƏ-GÜDƏ top. nifr. Keçmişdə aşağı tə-
bəqələrə mənsub adamlara verilən təhqirli ad.
[Xırdaxanım:] ..Başın qarışıb gədə-güdəyə,
227
GƏDƏK
GƏLƏLİ
uşaq-muşağa, gecələr qumar, gündüz qumar.
N.Vəzirov. [Sara xanım:] Murad bəyin o qə-
dər mülkünü, bağını əlimizdən alıb öz gədə-
güdələrinizə vermisiniz. Qantəmir. // top. Nö-
kərlər. [Məhərrəm bəy:] Ay Hacı, işlər olub
çox, özüm də tək, əgər gədə-güdə ümidinə qo-
yursan, hərəsi bir tərəfə çəkib evini dağıdır.
S.S.Axımdov. // məc. zar. Adi adamlar, cə-
miyyətdə aşağı mövqe tııtan adamlar. Olma-
ya damağına xanımlıq şirnisi dəyəndən sonra
nazlanmısan, daha gədə-güdəyə məhəl qoy-
maq istəməyirsən? B.Talıblı.
GƏDƏK тәһ. bax balağ 2 .
GƏDƏLİK is. 1 . Nökərçilik, nökərlik. Sən
bu qədər də kövrəkləşmə. Ələmdar, - deyə
Miiqim bəy dəsmalını çıxarıb gədəliyə götür-
düyü Leyləyin gözlərini sildi. S. Rəhimov.
2. məc. Alçaqlıq, nanəciblik.
3. məc. Görməmişlik.
GƏDİK is. Dağın beli; aşırım. Dəlilər an-
caq Çənlibelin gədiyində onun tozunu gör-
dülər. "Koroğlu”. [Toğrul:] Savalan dağla-
rının gədiklərində Ərtoğrul basılmış, bizim-
kilər çəkilirlər. C.Cabbarlı. Dəvə boynu kimi
əyri dağ gədiklərini Murad dəfələrlə Əzizə
tərifləmişdir. Ə.Vəliyev.
GƏH klas. bax gah. Gəh zülfün öpər, gəh
düşər ayağına; Sənsən mənə həm qibləvüı,
həm Məkkə, Mədinə. M. P. Vaqif.
GƏH-GƏH klas. bax gah-gah. Gəh-gəlı
içib sərxoş olaq şərabı; Gündə sürək vəhdət
ikimiz belə. M.P. Vaqif. Qaldı, mən getdimsə,
ey ıwmehriban, kuyində dil; Bari gəh-gəlı
sor dili biixtiyarımdan məni. S.Ə.Şirvani.
GƏHGİR sif Tərs, inadkar, inadcıl.
GƏHİ klas. bax gahı. Gəhi babi, gəhi
mürtəd, gəhi kafir adlandım; Döyüldüm, şaş-
qalandım, güllələndim, bəlkə odlandım.
Ə.Nəzmi.
GƏLDİ-GEDƏR sif. Müvəqqəti, daimi
olmayan, qeyri-sabit. [Molla Xəlil:] Bunların
hamısı gəldi-gedər adamlardır. S.Hüseyn.
Əldən-ələ keçir vəfasız həyat; Biz gəldi-
gedərik, sən yaşa, dünya! S. Vurğun. ..Bu
göyərçinlər başqa köçəri quşlar kimi gəldi-
gedər deyil. M.Rzaquluzadə. //İs. mənasında.
Gəldi-gedərin biridir.
GƏLDİ-GEDƏRGİ bax gəldi-gedər.
GƏLDİKCƏ bax getdikcə. ..Pristavın
yanında on yeddi il mirzəlik elədim və gəl-
dikcə şöhrət qazandım. C. Məmmədquluzadə.
□ Yeri gəldikcə - münasib vaxt olduqda,
yeri düşdükcə, imkan olan kimi. Yeri gəl-
dikcə qeyd etmək. - Yeri gəldikcə Dəmirov
hər kəsə mütəxəssislərin faydalı işlərindən
bəhs edir. S. Rəhimov.
GƏLƏCƏK 1 . sif. Zaman baxımından
hələ çatmamış, lakin çatması gözlənilən, indi
yox, sonra olacaq; gözlənilən. Gələcək görüş.
Gələcək nəsil. - Baxdıqca bağçamda açan
hər gülə; Qarşımda canlanır gələcək həyat.
A.Şaiq. Düşüncəli gözlərində bir təbəssüm
duyuram mən ; Bəllidir ki, bir müjdədir o,
gələcək əsrlərdən. M. Dilbazi.
2. is. Hələ çatmamış, lakin çatması göz-
lənilən zaman ( keçmiş əksi). Gələcəkdən
danışmaq. - Qayalar az qalır göylərə dəyə;
Boylanıram yaxın bir gələcəyə. S.Vurğun.
[Səriyyə xala və uşaqları] ağır bir köç kimi
yorğun-yorğun yeriyir, dumanlı və anlaşıl-
maz bir gələcəyə doğru irəliləyirdilər.
M.İbrahimov.
3. is. Bir şeyin indiki deyil, sonrakı və-
ziyyəti, halı, taleyi. Uşağın gələcəyi. Onun
gələcəyi parlaqdır. - [Məhəmməd ağa:] İn-
san ki oxumağa və elmə düşmən ola, onun
gələcəyi nə olmalı idi. N.Nərimanov. [Mirzə:]
Ancaq uşaqlarımın gələcəyinin fikrini də
mənim özümə vagiizar ediniz. Ə. Haqverdi-
yev. Həyat nəşəsilə titrəyir içim; Parlaq gə-
ləcəyim, nəhayətim var. M.Müşfiq.
4. Gələcəkdə şəklində zərf - bir iş və ya
hadisənin sonradan, gələcək zamanda baş
verəcəyini göstərir. Gələcəkdə yeni əsər üzə-
rində işləmək istəyir. - [Qara kişi] Fərmanı
gələcəkdə özü kimi əli mişarlı, rəndəli və
çəkicli bir kişi görmək istəyirdi. Ə. Sadıq.
0 Gələcək zaman qram. - felin, iş və
hərəkətin danışılan zamandan sonra baş
verib-verməyəcəyini bildirən zamanı. Qəti
gələcək zaman. Gələcək zaman şəkilçiləri.
GƏLƏLİ zərf Gələndən sonra, gələndən
bəri, gəlmişkən. [Nəbi:] Bir gün görmədin
mənə gələli; Nə gərdəıılik taxdın, nə üzük
taxdın. S. Rüstəm. Giilsabah gələli Muradla
Göyçəyin yaşayışında o qədər yaxşı hadi-
228
GƏLƏN
GƏLİN
sələr baş verib ki, hər ikisi şükür eləməkdən
başqa ayrı söz demirlər. Ə.Vəliyev.
GƏLƏN 1. sif. Bundan sonrakı, gələcək,
gözlənilən, növbədəki. [Tahir:] Ana, Lətifə,
məktəbi gələn il qurtarır. M.Hüseyn. Fikir-
ləşdi ki, indi də cavabını verməsə, gələn dəfə
daha da böyük qələt eləyəcək. H.Seyidbəyli.
// Bir işi davam etdirən, nəsli əvəz edən;
nəsil (əsasən cəmdə işlədilir). ..Hansı nicat
yolunu açdıq ki, bizdən sonra gələnlər də
bizim günümüzə düşməsin? C.Məmmədqu-
luzadə.
2. is. Qonaq, mehman. Neçə nəfər gələnin
var? - Zakir, başdan baxtın qaradır sənin ;
Göz dikmə yollara, kimdir gələnin? Q.Zakir.
..Gələnlər birbaş mənim nömrələrimə dü-
şürlər. Ə. Haqverdiyev.
GƏLƏN-GEDƏN is. 1 . Hər hansı bir mü-
nasibətlə bir yerə gəlib-gedən, qonaq-qara.
Bu evin gələn-gedəni çoxdur.
2. Yoldan ötən, hər kəs. Gələn-gedən ta-
maşaya dururdu.
GƏLƏSƏR sif. məh. Gəlirli, gəliri, verimi,
barı çox olan. Gələsər yer. Gələsər torpaq.
- [Seyidli kəndinin] üzüm bağları Gürcüstan
bağları kimi gələsər deyildir. S.S. Axundov.
GƏL-GET bax get-gəl. Gəl-get kəsilib.
GƏL-GƏL is. Bir yerə çağırış, dəvət, ça-
ğırma. Adama gəl-gəl deyən çox olar. □ Gəl-
gəl etmək (eləmək) - əlini tərpədərək
çağırmaq, dəvət etmək. Uşaq atasına gəl-
gəl edir. - Pəncərədən əl evlər; Əlləri gəl-
gəl eylər; O gözlər ki səndə var; Axırda ən-
gəl eylər. (Bayatı).
GƏLHAGƏL' is. Ardı-arası kəsilməyən
bol gəlir. Elə gəlhagəlin belə də gethagedi
olar. (Ata. sözü). Bir il, dava düşən ili ta-
cirlərin gəlhagəli idi. Mir Cəlal. Dedikcə
yorulmadı öz ata-anasından; Vaxtilə gör-
dükləri dövlətdən, gəlhagəldən. S.Rüstəm.
// Məc. mənada. - [Niyaz:] Kefinin gəlhagə-
lidir, a bəxtəvər. Ə. Haqverdiyev.
GƏLHAGƏL 2 zərf Uzun yol gələrək, bö-
yük məsafə qət edərək; gələ-gələ. Gəlha-
gəl kəndə çatdılar. - Gəlhagəl gəlib yetişdilər
arvadın həyətinə. “Koroğlu”. Gəlhagəl, gəl-
hagəl; Gəlib çatdılar dağa. “Aşıq Ələsgər”.
GƏLİB-GEDƏN bax gələn-gedən. Şərur
qəzasında da. Dəhnə deyilən yerdə Maku
xanları .. gəlib-gedənə aman vermirdilər.
E.Sultanov. [Xan:] Biri gedib Ballıca yo-
lunu kəsib, gəlib-gedənə sataşır, biri də qa-
çaqhq eşqinə düşüb, üstümüzə ayaq alıb...
Çəmənzəminli.
GƏLİM is. Artım, məhsul artımı, qazanc,
gəlir. Gəlimi yoxdur. - [Manqanın qızları]
pambığın builki gəlimindən, keçən il rayon-
da ən çox pambıq götürən adamlardan danı-
şırdılar. İ. Əfəndiyev.
GƏLİMLİ sif. Artımlı, çox məhsul verən,
gəlirli, bol. Bəziləri bu səslərdə ilin bollu-
ğunu, gəlimli məhsul mahnısını oxuyardı.
Mir Cəlal.
GƏLİN is. 1 . Toyu keçirilən, ərə gedən qız.
Gəlini məclisə gətirmək. - [Məşədi İbad:]
Amma bu gəlin kişi çıxdı. Ü.Hacıbəyov. Gə-
lin aparmağa gələn dəstələr qapıda yığışıb
intizar çəkər. M. S. Ordubadi.
□ Gəlin köçmək -ərə getmək. ..Gülpəri
atasından iznsiz kəbin kəsdirib Əmiraslcına
gəlin köçdü. S.S.Axundov. Gəlin otağı
etnoqr. - 1) Toy günü gəlinlə bəy üçün ay-
rılıb bəzədilmiş otaq. Şahsənəm gəlin otağına
keçdi. “Aşıq Qərib”. Ananın bəzədiyi təzə
gəlin otağı; Olar azğın düşmənin kef məclisi,
yatağı. Ə.Cəmil; 2) məc. bəzəkli, qəşəng
otaq mənasında. Bura lap gəlin otağıdır. Gə-
lin otağı kimi bəzənmiş. —Xanım, Səriyyəgili
yuxarı qaldırdı, .. fərşlərlə bəzənmiş və gəlin
otağını andıran isti bir otağa gətirdi..
M.İbrahimov. // Təzəcə toyu olmuş, təzəcə
ərə getmiş cavan qadın. Heydər bəy alaçı-
ğın içində oturubdur bir gün irəli toy edib
gətirdiyi gəlini ilə. M.F.Axundzadə. Səhər-
səhər yaz çağı ; Köçür oba yaylağa; Gəlin-
lərin balağı ; Batır lilə, batlağa. A.Səhhət.
Kərbəlavı Dünyamalı səslədi, səsinə o biri
damdan bir cavan gəlin çıxdı. E.Sultanov.
2. Qayınanaya, qayınataya görə oğlun
arvadı. [Nənəxanım:] Allaha heç rəva deyil
ki, mənim taylarım hamama gedəndə boğ-
çasını gəlini götürsün, .. amma mənim gəli-
nim olmasın! Çəmənzəminli. Sədəf öz gəli-
nini qucaqlayaraq məlızwı baxışları ilə onu
süzdil. S. Vəliyev.
3. məc. Çox bəzəkli, gözəl, qəşəng, xoşa-
gələn şey haqqında. Yenə gəlin camalını aça-
caqdır, bizim dağlar; Bu ellərin sinəsindən
229
GƏLİNATLANDI
gedəcəkdir odlu dağlar. S.Vurğun. Azərbay-
canın Göygöl kimi gözəl və misilsiz bir gəlini
var. M. İbrahimov.
4. Bax gəlincik 1 ..Səntək qızlar hələ gəlin
oynadar. C.Məmmədquluzadə. [Qız] bir
azdan sonra yorulub bir laləzarlıqda oturdu
və lalələrdən gəlin qayırmağa başladı.
S.S.Axundov. Balaca bir qız uşağı çıxdı.
Əlindəki kifır gəlinlə oynadığı bilinirdi.
M.Hüseyn.
GƏLİNATLANDI is. etnoqr. Keçmişdə
xalq adətincə gəlinin, ata evindən çıxıb ata
minməsi mərasimi. // Bu mərasim vaxtı ça-
lman hava.
GƏLİNBACI is. dan. Cavan gəlinə qo-
humları tərəfindən verilən ad.
GƏLİNBARDAĞI is. Şərbət içilən qab,
şərbətqabı.
GƏLİNBARMAĞI is. İri, uzunsov giləli
üzüm növü.
GƏLİNBOĞAN is. Gecyetişən bərk ar-
mud növü.
GƏLİNCİK 1 is. Uşaq oyuncağı; kukla. Di-
zinin üstündəki gəlincik qəribə gəlincik idi.
Ağarəhim ömründə belə gəlincik görməmişdi.
İ.Məlikzadə.
GƏLİNCİK 2 is. zool. Məməlilər sinfinin
yırtıcılar dəstəsindən balaca heyvan.
GƏLİNCİK-GƏLİNCİK bax gəlin-gəlin.
GƏLİN-GƏLİN is. Qız uşaqlarının gəlin-
ciklə oynadıqları oyun (adətən “oynamaq” feli
ilə). Tubu qonşu evində qonşu qızları ilə gəlin-
gəlin oynamaqla məşğuldur. H. Sarabski.
Gəlin-gəlin oynayan Pərşan iyirmi bir yaşına
çatıb orta məktəb qurtarmışdı. M. İbrahimov.
GƏLİNGÖRMƏSİ is. etnoqr. Təzə gəli-
nin ailə üzvləri və yeni qohumlarla tanış
olması mərasimi. Gəliııgörməsinə getmək.
- Gəlin evində qız yengəsi və oğlan yengəsi
başda oturmaq şərti ilə bütün şəhərin ar-
vadları üçün gəlingörməsi məclisi açırdılar.
R.Əfəndiyev.
GƏLİNQAYTARAN is. тәһ. Uzunburun
çarıq.
GƏLİN-QIZ top. Gənc qızlar və gəlinlər,
qız-gəlin. Kəndlilər uşaqlarına, gəlin-qızla-
rma tuman, köynək, yaylıq, şal və qeyri pal-
tarlıq alacaqlar. S.S.Axundov. [Xəlfə:]
GƏLİŞ-GEDİŞ
..Gəlin aşaq dağ ardına, orda meydan dü-
zəldək, qoy gəlin-qız burda çalıb- oynasın.
C. Cabbarlı.
GƏLİNLİK 1 . is. Gəlin olma halı. Gəlin-
lik illəri. - Qız gəlinlik yaşında; Nə çovğun
görmüş, nə qar. S.Vurğun.
2. sif. Gəlinə aid, gəlinə məxsus, gəlin
üçün. Gəlinlik bəzəyi. Gəlinlik duvağı. - Hələ
gəlinlik xınası əlindən tamam getməyən Naz-
lı, arzuladığı oyuncağa yiyə durmuş uşaq
kimi sevinirdi. Ə.Əbiilhəsən. [Çoban:] Yox-
sa qız özünə gəlinlik xalısı toxumaq istəyir?
Ə.Məmmədxanlı.
GƏLİR is. Əldə edilən qazanc, mədaxil.
[Zeynalın] ayda yüz manatdan artıq gəliri
vardı. S.Hüseyn. [Hacı Əhməd:] Bəs o bağın
gəliri kimə yetişəcək? C. Cabbarlı.
GƏLİRLİ sif. Yaxşı gəliri, qazancı olan,
qazandı, mədaxilli, gəlir gətirən. Gəlirli
sənət. Gəlirli iş. Tərəvəzçilik gəlirli sahədir.
- [Yusif Hümmətə:] Camaat üçün nə mən-
fəətlidir, nə gəlirlidir onu əksin. B.Bayramov.
GƏLİRLİLİK is. Gəlirli olma; qazanclı-
lıq, mədaxillik.
GƏLİRSİZ sif. Gəliri olmayan; qazancsız,
mədaxilsiz. Gəlirsiz iş. Gəlirsiz sahələr.
GƏLİRSİZLİK is. Gəliri olmama; qazan-
csızlıq, mədaxilsizlik.
GƏLİŞ is. 1. Gəlmək işi, gəlmə. Dost gə-
lişi bayram olar. - Heç o qədər də arzula-
madığı və rəqibi olan qonağı - Aslan bəyin
gəlişi Qasım bəyi açmadı. A.Şaiq. [Türkan
bəy Bəypolada:] Gəlişiniz bizi nə qədər
məmnun etdisə, əmin olunuz ki, gedişiniz də
bir o qədər məlızun edir. H. Cavid.
2. ədəb. köhn. Səhnə əsərlərində pərdənin
bir hissəsi. Birinci gəliş. Pərdə iki gəlişdən
ibarətdir.
0 Gəliş gəlmək - qorxutmaq, təpinmək.
[Narıngül:] O, Giilzardı nədi, ona bir gəliş
gələrəm ki.. İ. Əfəndiyev.
GƏLİŞ-GEDİŞ is. 1 . Hərəkət, gedib-gəl-
mə, o tərəf-bu tərəfə hərəkət etmə. Gəliş-
gediş kəsildi. - Dəyirman işləməz, donar,
gəliş-gediş çətinləşər; Bazarda nırxı şeylə-
rin o dəm ziyadə yüksələr. A. Səhhət.
2. Bir-birinin evinə gedib-gəlmə; əlaqə,
münasibət. Gəliş-gedişləri yoxdur.
230
GƏLMƏK
GƏLİŞİGÖZƏL
GƏLİŞİGÖZƏL sif. və zərf Elə-belə, xoş
gəlmək üçün. Gəlişigözəl söz. Gəlişigözəl
danışmaq.
GƏLLAHI zərf dan. Açıq, sərbəst, özba-
şına. Atı gəllahı buraxmaq. - Adam var, çöl-
ləri gəzər gəllahı; Adam var, tanımaz gözəl
Allahı. Aşıq Abbas.
GƏLMƏ 1. “Golmok”dən f.is. Bu məktu-
bun gəlməsini; Gözləmişdir uzun-uzun. R.Rza.
2. is. Yerli olmayan, özgə yerdən, kənar-
dan gələn; yad, özgə, qərib. [Xanburabi:]
Bu kimi batil fikirlər gəlmələrin uydurması-
dır. Çəmənzəminli. Yalnız arvadlar və gəl-
mələr çölə çıxırdı. Mir Cəlal. // Sif. məna-
sında. Gəlmə adam.
GƏLMƏK f. 1 . Hərəkət edərək, yeriyərək
bir yerə varmaq, çatmaq, yetişmək. Öz evi-
mizə gəldik. Kinodan çıxıb mehmanxanaya
gəldilər. - [Hacı Bağır:] Hə, axund, de gö-
rək nə xəbər ilə gəlmisən? H.Nəzərli. // Üzü
danışana tərəf hərəkət etmək, yerimək,
yaxınlaşmaq. Atlılar gəlir. Maşın gəlir.
- [Məşədi ibad:] Aha, deyəsən, qız gəlir.
Ü.Hacıbəyov. // Nəqliyyat vasitəsilə bir yerə
varmaq, çatmaq. // Qatar, gəmi, təyyarə haq-
qında. Qatarla gəlmək. Təyyarədə gəlmək.
//Böyük bir məsafə qət edərək bir yerə çat-
maq, yetişmək, varid olmaq. Mən İrana gələn
karvanla Хоу şəhərinə gəldim. M.S. Ordubadi.
// Yaxınlaşmaq, yanaşmaq. Yanına gəlmək.
- ..Kərbəlayı Heydər əmi qeyzlə çıxardı kü-
çəyə və gəlib yapışardı qulaqlarımdan,
qalxızardı göyə. C.Məmmədqııluzadə.
2. Kütləvi şəkildə, axınla hərəkət edərək
bir yerdə dayanmaq, məskən salmaq, yerləş-
mək. Yaylağa gəlmək.
3. Eşidilmək, hiss olıınmaq, çatmaq. Aıvad
səsi gəlməyən yer biyabandır. C.Məmməd-
quluzadə. O yan-bu yandan giillə səsləri gə-
lirdi. A.Şaiq. ..Qan qoxusu gəlir, ölüm havası
çalınırdı. M. Hüseyn.
4. Çəkisi olmaq, ağırlığı olmaq. Yemiş 2
kiloqram gəldi. Qarpız nə qədər gəldi?
5. Görünmək, oxşamaq, təsəvvür edil-
mək. Uzaqdan döyüş asan gələr. - A başına
dönüm, sən mənim gözümə bir ağıllı adam
gəlirsən. Ə.Haqverdiyev. Bu söhbətlər Fətul-
lava zarafat kimi gəlirdi. Mir Cəlal.
6. Ərə getməyə razı olmaq, birini xoşla-
yıb ona ərə getmək; evlənmək. [Əsgər:] indi,
görəsən, qız bilsə ki, mən doğrudan da arşın
mal satanam, mənə gələrmi? Ü.Hacıbəyov.
Bəyəndiyi qızlar da Məmmədbağıra gəlmə-
yirdi. S. Hüseyn.
7. Yaxınlaşmaq, yetişmək, çatmaq. Qış gəl-
mişdi. Yaz gəlir. - Bahar füsunkar, əfsanəvi
gözəlliyi ilə bizim ellərə gəlirdi. M.Rzaqulu-
zadə. // Yetişmək, gəlib çatmaq. Elə bir
vaxt gəlmişdir ki...
8. Yağmaq. Qar gəlir. Dolu gəlir. - Bir-
dən izzət qarı qızın qolundan tutub silkələdi :
- Cəld tərpən, yağış gəlir.. Ə.Məmmədxanlı.
9. Təyin olunduğu yerə yetişmək, çatmaq
(göndərilən şey haqqında). Poçt gəldi.
Bugünkü qəzetlər hələ gəlməyib. - [İsmət:]
Çox şükür. Canpoladdan', Bu gün bir mək-
tub gəldi. H.Cavid. Gündə Peterburqdan
Gorıısa möhürlü paket gəlir... S. Rəhimov.
// Xəbər, şayiə, məlumat və s. haqqında.
Xəbər gəldi. Yeni məlumat gəldi.
10. Daxil olmaq, girmək, bir yerə yığış-
maq. İçəri gəlmək. Hamı zala gəldi. - [Almaz
Aftilə:] Evinizə gəlmək olarmı? C.Cabbarlı.
1 1 . Cütləşməyə meyil etmək. Qoça gəl-
mək (qoyun haqqında). Təkəyə gəlmək (keçi
haqqında). - Musa kişi isə yenicə kələ gəlmiş
sarı inəyin axurunu təmizləyib yerini rahat-
lamış(dı).. M. İbrahimov.
12. Acımaq, turşumaq, yetişmək (xəmir
haqqında). Xəmir gəldi.
13. məc. Zahir olmaq, görünmək; qapla-
maq, çulğalamaq. Üzünə sarılıq gəlmək. -
Muxtar diksindi, sifətinə bir qırmızılıq gəldi.
Ə. Vəliyev.
14. Törəmək, nəşət etmək, çıxmaq. Sö-
zün kökü sanskrit dilindən gəlir. Onun bu
xasiyyəti atasından gəlir.
15. Bir şeyin vətənini, hasil olduğu və ya
gətirildiyi yeri göstərir. Bizə xına İrandan
gəlir.
16. Qoşulmaq, birləşmək. Türk dillərində
şəkilçilər sözlərin axırına gəlir.
17. Meydana gəlmək, hasil olmaq. İşlə-
məkdən adama heç bir zərər gəlməz.
18. Axmaq, cərəyan etmək (qaz və ma-
yelər haqqında). Arxdan su gəlir. Qaz yaxşı
gəlir. Burnundan qan gəlir.
231
GƏLSƏNƏ
19. Çıxmaq, görünmək. Pəncərədən işıq
gəlir.
20. Görünmək, sanılmaq, təsəvvür edil-
mək. Bıı sözlər mənə yalaıı kimi gəlir.
21. Yaramaq, münasib olmaq. Uyğun gəl-
mək. Bu mənim işimə gəlməz.
22. Yetişmək, bərabər olmaq, uyğun ol-
maq. Paltar əynimə yaxşı gəlir. Onun başı
mənim çiynimdən gəlir.
23. Bir şeyin nəticəsi olmaq, bir şeydən ya-
xud bir şeyin nəticəsində törəmək, doğmaq,
nəşət etmək. Bunlar lıanıısı işi yaxşı bilmə-
məkdən gəlir.
24. Feli bağlama kimi tərkib daxilində
işlənir; məs.: gəlib-yetişmək, gəlib çatmaq,
gəlib çıxmaq, gəlib ötmək.
25. “Gəl”, “gəlin” - bir işə dəvət məna-
sında xitab kimi işlənir. Gəl sabahkı işləri-
mizdən danışaq. - [Cahan:] Sən gəl ata-
baba yolu ilə evlən. Ü.Hacıbəyov. [Orxan:]
Üzük, nişan yalnız könüldür, könül; Olma
çocuq, sən gəl mənə ver könül. H. Cavid.
[Sitarə:] Gəl toyumuz barəsində niyyət elə-
yək, gedək bayıra qulaq asaq, görək kim nə
eşidər. C.Cabbarlı.
26. Əmr formasında: gəl - məsləhət, xa-
hiş bildirir. Sən gəl, bu işə qarışma. Gəl daşı
ətəyindən tök.
27. “Gələk” şəklində - keçək, qayıdaq.
indi köhnə məsələyə gələk. - [Əzrək:] Allaha
and olsun ki, burda heç bir günah iş yoxdur...
Qərəz, gələk mətləb üstünə! Ə.Məmmədxanlı.
28. "Gəldikdə” şəklində - ...haqqında da-
nışmaq lazımsa... Onun məsələsinə gəldikdə...
Romanın qəhrəmanına gəldikdə... - [Hüsa-
məddin] Səba xanımın iş diizəltməsinə gəl-
dikdə, onun nə oyun oynamaq istədiyi mənim
üçün aydındır. M. S. Ordubadi.
29. Bir sıra isimlərə qoşularaq müxtəlif
ifadələr və mürəkkəb feillər düzəldilir; məs.:
gözə gəlmək, dilə gəlmək, cana gəlmək,
həyəcana gəlmək, ağlına gəlmək.
GƏLSƏNƏ əd. Məsləhət, arzu, bir işə də-
vət mənasında işlədilir. [Səlimə:] Ay Qurban,
gəlsənə bir az su gətirəm, ayaqlarını yuyam.
Ə. Haqverdiyev. Qoşqar! ..Gəlsənə mən
saqqalda adamı ələ salmayasan! - deyə. Sul-
tan əlini çənəsinə çəkdi. İ. Hüseynov.
GƏMİÇİLİK
GƏM 1 is. k.t. köhn. Vəl; sünbülü döymək
üçün ata, öküzə qoşulan alət. Mən qaçdım,
mindim gəmə və çubuq ilə başladım malları
sürməyə. . C .Məmmədquluzadə .
GƏM 2 is. Quzu, buzov və s. heyvan bala-
larının analarını əmməməsi üçün ağızlarına
vurulan dəmir, çubuq və s.-dən toxunmuş tor.
GƏMƏ is. məh. 1. Dərzin yarısı, yarım-
dərz. Gəmə bağlamaq.
2. Kiçik ot tayası, tayacıq.
GƏMİ is. Su nəqliyyatı vasitəsi. Yelkənli
gəmi. Hərbi gəmi. Ticarət gəmisi. - Gəmisini
itirən çarığını axtarmaz. (Ata. sözü). Elə bil
gəmilər suda üzməyir; Əlvan çiçəklərin için-
də üzür. O.Sarıvəlli. □ Gəmi dəftəri - gəmi-
nin keçdiyi yerlər, vaxt, baş verən hadisələr,
qərarlar və s. qeyd olunan dəftər. Gəmi-
restoran - restoran kimi istifadə olunan gəmi.
Hava gəmisi - təyyarə və s. uçucu nəqliyyat
vasitəsi. // Şairanə təşbehlərdə. Bəxtinin gə-
misi qəm dəryasında; Düşüb qasırğaya, tufa-
na gedir. M.Rahim.
0 Gəmiləri (gəmisi) dənizdə (dəryada)
batmaq (qərq olmaq) - iflasa uğramaq, var-
yoxu əldən çıxmaq, müflis olmaq (çox qəmli,
qüssəli, kədərli adam haqqında). Elə qəm-
gindir, elə biləsən, gəmisi dənizdə batıb.
GƏMİ-BƏRƏ is. Çoxlu miqdarda və ya
ağır yük və s. daşımaq üçün çox güclü, iri
gəmi, habelə iki sahil arasında nəqliyyat
vasitələrini qovuşduran gəmi. “ Azərbaycan ”
gəmi-bərəsi Xəzərin iki sahili arasındakı
gəmi yollarını calaşdırır.
GƏMİÇİ is. 1. Gəmini idarə edən, yaxud
gəmidə işləyən adam. Qabaqda duran gə-
miçi yelkəni irəli sürdü, taxtanı götürüb
qoydu və Fəxrəddini yelkənin içərisinə aldı.
M.S. Ordubadi. Gəmiçi özünü itirsə əgər;
Tufanlar içində qərq olub gedər. S.Vurğun.
// Dənizçi.
2. köhn. Gəmi sahibi. Gəmidə oturub gə-
miçi ilə dalaşır. (Ata. sözü).
GƏMİÇİLİK is. 1. Gəmiçinin işi, sənəti,
peşəsi. Ən uşaqlıqdan möhnətə adət etmiş
Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda
özü üçün bir barkaz alıb işlətməyə şiiru etdi.
S.M.Qənizadə.
2. Gəmi nəqliyyatı. Kürdə gəmiçilik işləri
müntəzəm bir şəklə salınacaq, balıqçılıq in-
232
GƏMİK
kişaf edəcəkdir. Ə. Sadıq. Arktikanın öyrə-
nilməsi şimal dənizlərində gəmiçiliyin və
hava nəqliyyatının inkişafına böyük vardım
göstərdi. (Qəzetlərdən). // Həmin nəqliyyat
işləri ilə məşğul olan idarə, müəssisə. Xəzər
dəniz gəmiçiliyi.
GƏMİK bax sümük. Şamil [Aslan bəyi]
diqqətlə müayinə etdi. .. onda əskimiş, gəmik-
lərinə qədər işləmiş beş-altı xəstəlik tapdı.
A.Şaiq. [Qoca Baxşı:] Baxşı da orada idi.
O, Sonanın baş gəmiyinə baxır və düşünür-
dü. C. Cabbarlı. Şəhid sıyrılaraq gəmikdən,
ətdən ; Alacaq payını əbədiyyətdən. M.Müşfıq.
GƏMİQAYIRAN is. Gəmiqayırma səna-
yesi işçisi. Gəmiqayıranların müvəffəqiy-
yətləri.
GƏMİQAYIRMA is. Gəmi qayırmaqla
məşğul olan. Gəmiqayırma sənayesi.
GƏMİQURDU is. zool. Taxta gəmilərə və
taxtadan tikilmiş qurğulara ziyan vuran
qurd. Gəmiqurdu adlanan yumşaqbədənli-
lər taxta gəmilərə və taxtadan tikilmiş alman
qurğularına böyük ziyan vurur. “Sualtı aləm”.
GƏMİ-PEYK is. xiis. Planetlərin orbitinə
buraxılan, tədqiqat aparmaq üçün lazımi ci-
hazlarla təchiz olunmuş hava gəmisi. - Gəmi-
peykdə qoyulmuş qurğular sisteminin nor-
mal işləməsi haqqında məlumat alındıqdan
sonra gəmi-peykin orbitdən yerə enməsi üçün
komanda verilmişdir. (Qəzetlərdən).
GƏMİRCƏK is. 1 . Qığırdaq.
2. Atın (və ya eşşəyin) burun deşiklərində
əmələ gələn və kəsilib atılmaqla müalicə
edilən şiş. At gəmircək olmuşdur. - Kəlbalı
at ustalığı edər, at gəmircəyini kəsər(di)..
S. Rəhimov. Direktorla baytar işçiləri atın
gəmircəyini kəsdirməklə məşğul ikən Qəh-
rəman mənzilinə gəldi. Ə.Vəliyev.
GƏMİRİCİLƏR cəm, zool. Kəsici dişləri
yaxşı inkişaf etmiş heyvanlar dəstəsi (siçan,
siçovul və s).
GƏMİRİK sif. 1. Gəmirilmiş halda olan,
dişlək-dişlək, dişlə didişdirilmiş. Gəmirik
alma.
2. Yeyilmiş, sınıq-salxaq. Tapdığın bütün
dişləri gəmirik və mırıqdı. Ə.Vəliyev.
GƏMİRİKLƏMƏ ‘ ‘Gəmirikləmək”dən/ is.
GƏMİRİKLƏMƏK bax gəmirmək.
GƏMİRİLMƏ “Gəmirilmək”dən (is.
GƏMİŞDİRMƏ
GƏMİRİLMƏK məch. Dişləm-dişləm
edilmək, dişlə didişdirilmək; çeynənmək.
GƏMİRİLMİŞ f.s if. Dişlə bərk sıxılıb di-
dişdirilmiş, parçalanmış.
GƏMİRİŞDİRMƏ “Gəmirişdirmək”dən
f.is.
GƏMİRİŞDİRMƏK f. Gəmirmək (çoxları
bir yerdə).
GƏMİRİŞMƏ “Gəmirişmək”dən f.is.
GƏMİRİŞMƏK/ 1 . Bir-birini gəmirmək,
dişləmək. Siçanlar gəmirişir.
2. məc. Bir-birini qapmaq (bərk dalaşmaq,
söyüşmək).
GƏMİRMƏ “Gəmirmək” dən f.is.
GƏMİRMƏK f. 1 . Bərk bir şeyi dişlərilə
dişləmək, bərk sıxıb parçalamaq, çeynəmək;
didişdirmək. İtin peşəsi sümük gəmirmək
olar. Əlini gəmirmək. - Həsi çalışıb Hatənı-
xanın sağ əlinin baş barmağını iti dişləri
arasına keçirtdi, bütün qüvvəti ilə elə gə-
mirdi ki. Hatəmxanın qolu keviyib dondu..
S.Rəhimov. [İt] əsla tələsmədən əti götürdü
və bir-iki addım kənara çəkilib ədəblə gə-
mirdi.. M.Rzaquluzadə.
2. Çeynəmək, yemək, qırıb tökmək. Siçan
ipləri gəmirib. - [Novruzəli:] ..Qov ulağın
qıçını bağlayım, yoxsa gedər ağacları gə-
mirər. C.Məmmədquluzadə. // Məc. mənada.
Az qalır sahili gəmirsin dəniz ; Tııfan için-
dədir bu gün ölkəmiz. S.Vurğun. Dənizdə
tufan qalxır, Xəzərin ağ köpüklü çılğın dal-
ğaları sahili gəmirirdi. M.Hüseyn.
3. Bir sıra isimlərlə yanaşı gələrək mü-
rəkkəb feil və müxtəlif ifadələr düzəldilir;
məs.: bığını gəmirmək, içini gəmirmək,
ürəyini gəmirmək.
GƏMİRTLƏMƏ “Gəmirtləmək”dən f.is.
GƏMİRTLƏMƏK/ Dişləyib yemək, gə-
mirmək. [Tələbə:] Bu armuddan qabıqlı-
qabıqlı altı dənəsini gəmirtlədim. Qantəmir.
GƏMİRTLƏNMƏ “Gəmirtlənmək"dən
f.is.
GƏMİRTLƏNMƏK bax gəmirilmək.
GƏMİRTLƏNMİŞ bax gəmirilmiş. Sək-
kiz-doqquz yaşında bir oğlan uşağı ətində
bir gəmirtlənmiş alma bizim vanımıza gəlib
elə bərkdən ağlamağa başladı ki, guya ətini
kəsirlər. C.Məmmədquluzadə.
GƏMİŞDİRMƏ “Gəmişdirmək”dən/w.
233
GƏMİŞDİRMƏK
GƏMİŞDİRMƏK/ Alıcı quşu ov üzərinə
saldırmaq, ovu tutmaq üçün uçurmaq. Tər-
lan gəmişdirib Çənlidə küsər ; Gələr qıya
çalar Koroğlu səni. “Koroğlu”. Gəmişdirib
xanlar tülək tərlanı; Diddirib tökərdi yazıq
heyvanı. H.K.Sanılı. Tərlanları gəmişdir-
mək Gəraybəyə tükənməz bir zövq verirdi.
S. Rəhimov.
GƏMİŞMƏ “Gomişmok”dən f.is.
GƏMİŞMƏK f. Ov dalınca şığımaq, uç-
maq (alıcı quşlar haqqında). Gəmişdi tərla-
nını şığıdı, getdi; Unlədim, iinlədim, ünüm-
dən ötdü. Aşıq Kərəm. Qızılquş kəkliyə
gəmiş ən kimi ulduzlu təyyarələr .. damğalı
təyyarələrə gəmişirdi. S. Rəhimov.
GƏMLƏMƏ “Gəmləmək”dən f.is.
GƏMLƏMƏK f. Buzovun, quzunun ağ-
zına gəm vurmaq.
GƏMLƏNMƏ “Gəmlənmək”dən/w.
GƏMLƏNMƏK nıəc. Ağzına gəm vurul-
maq (quzu, buzov və s. haqqında).
GƏNC 1 1 . sif. Yeniyetmə, cavan, hələ yaşa
dolmamış (qoca ziddi). - Araz çalışqan,
zəhməti sevən, öz qüvvət və məharətinə ina-
nan ciddi və iradəli bir gənc idi. A.Şaiq. Bi-
zim aramızda .. yeddi-səkkiz nəfər gənc
tələbə, bir nəfər də kiçik komandir vardı.
S. Hüseyn. İçəri gözəl, gənc bir qadın girdi.
S. Rəhman. // Gəncliyə xas olan, aid olan.
Gənc qüvvələr. Gənc həyat eşqi. // is. Cavan,
yeniyetmə oğlan. Qocalar və gənclər. - Su-
sanna kimi bir qızı hər bir gənc sevə bilər.
M. S. Ordubadi. Dar küçədəki köhnə evin al-
çaq qapısına bir gənc yanaşıb zəngi çaldı.
Çəmənzəminli. Mirzağa iyirmi beş yaşla-
rında bir gənc idi. S. Hüseyn.
2. sif. Cavan (ağac və s. haqqında). Gənc
ağac. - Ey bu gənc dağların biqərar yolçusu;
Qanatlan! Çalındı yüksəliş borusu. M.Müşfıq.
3. sif. Meydana yeni gəlmiş, təcrübəsi az
olan. Frazeologiya dilçilik elminin gənc sa-
hələrindən biridir. // məc. Hər hansı bir sa-
hədə fəaliyyətə yenicə başlamış. Gənc yazıçı.
Gənc mütəxəssislər.
GƏNC 2 [/««.] is. Xəzinə, dəfinə. Görüb,
Vahid, xəyal etdim üzündə zülfi-pürçinin;
Ki, guya gənc üstündə yatıbdır əjdaha
zülfün. Ə.Vahid.
GƏNCLİK
GƏNCƏFƏ is. [fars.] köhn. bax qumar.
Zülm zəncirinin altında çəkir işgəncə; Eyib-
dirsən uyasan gəncəfəyə, şətrəncə. A.Səhhət.
[Gəray:] Yox, inanma, eşitdin isə bunu; Oy-
nadım mən də gəncəfə oyunu.. A.Şaiq.
□ Gəncəfə kağızı - qumar kağızı.
GƏNCLƏŞDİRİLMƏ “Gəncləşdirilmək”-
dən f.is.
GƏNCLƏŞDİRİLMƏK məcli. Cavanlaş-
dııılmaq.
GƏNCLƏŞDİRMƏ “Gəncləşdirmək”dən
f.is.
GƏNCLƏŞDİRMƏK icb. 1. Daha cavan
etmək, cavanlaşdırmaq. Dağ havası adamı
gəncləşdirir. - [Nigar:] Özünü gərək gənc-
ləş dirəsən! S. Hüseyn. // Bir təşkilatın və
s.-nin tərkibinə gəncləri daxil etmək. Təş-
kilatı gəncləşdirmək.
2. məc. Daha gənc, cavan göstərmək. Bu
paltar onu gəncləşdirir.
GƏNCLƏŞMƏ 1. “Gəncləşmək”dən f.is.
2. Daxili sekresiya vəzilərinin fəaliyyə-
tinin güclənməsi vasitəsilə qocalmış orqa-
nizmə gənclik əlamətlərinin qayıtması.
GƏNCLƏŞMƏK f. 1. Getdikcə gənc ol-
maq, cavanlaşmaq, yetkinləşmək. Gəncləş-
mək [Muradın] əlində deyildi. Onu təbiət
qocaltmışdı. S. Hüseyn. Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza. S. Vurğun. Getdikcə
Kərim daha yekəlib kişiləşir, Səlim isə boy
atıb gəncləşirdi. S. Rəhimov. // məc. Özünü
gənc kimi hiss etmək, qıvraqlaşmaq. Vanna-
lardan sonra lap gəncləşmiş kimiyəm.
2. məc. Tərəqqi etmək, inkişaf etmək, ye-
niləşmək. Dönməz oğulların iradəsindən ;
Gəncləşir qocaman Vətən torpağı. S. Vurğun.
Hər gün bir il gəncləşən boy atan bir ölkədə;
Nə qədər nəğmə vardır hələ bəstələnməmiş.
R.Rza.
GƏNCLİK is. insan həyatının yeniyetmə-
likdən yetkinliyə qədər olan dövrü, gənc
yaşlar, cavanlıq (qocalıq ziddi). İnsanın ço-
cuqluğu və gəncliyi keçmişin qoynunda bas-
dırıldığı üçün o, daima keçmişi xatırlama-
lıdır. M. S. Ordubadi. Gənclik eylə bir nemət
ki, onunla hər şey insana xoş görünür.
H. Cavid. Gəndik - arzuların uçuş nöqtəsi..
B.Vahabzadə.
234
GƏNDALAŞ
GƏRÇİ
2. top. Yetişməkdə olan nəsil, gənc nəsil;
cavanlar. Dünyanın demokratik gəncliyi.
- Qoynumuzda ana yurdun öz atalıq haqqı
var ; Qoy baş əysin gəncliyimiz atalan gö-
rəndə. S.Vurğun.
3. Həyatın bu dövrünə xas olan, aid olan.
Gənclik vüqarı. Gənclik qüruru. Gənclik hə-
vəsi. -Etdi məni gənclik şövqüm əhatə; Ver-
dim sərsəm küləklərə könliimii. M. Müşfiq.
Sanki [Fərhadoğluna] dağlardan güclü bil-
gənclik qüvvəti gəldi. S. Rəhimov.
GƏNDALAŞ is. bot. Pisqoxıılıı, birillik
yabanı bitki. Gəndalaş kolu. Qara gəndalaş.
- [Umudun] canında heysizlik vardı. Suya
girmək istəyirdi, amma yerindən qalxmağa
həvəsi yox idi. Təzədən başını gəndalaş kolu-
nun altına soxdıı. İ.Məlikzadə. // Bu bitkinin
xırda dənəli meyvəsi.
GƏNDALAŞLIQ is. Çoxlu gəndalaş bit-
miş yer.
GƏNƏ is. zool. Xırda caynaqları ilə hey-
vanların, bəzən də insanların bədəninə ya-
pışıb onların qanını soran buğumayaqlı para-
zit. İti gənə basıb. İnsana xəstəlik keçirən
gənələr xüsusi bir qrup təşkil edir. □ Hö-
rümçək gənəsi zool. - bitkiyə ziyan verən
gənə növü. Hörümçək gənəsinə qarşı müba-
rizə aparılması üsulu.
GƏNƏCİK is. 1 . Kiçik gənə, balaca gənə.
2. zool. Ziyanverici buğumayaqlı parazit.
Gənəcik adətən yarpağın alt tərəfində yer-
ləşir.
GƏNƏGƏRÇƏK is. 1. bot. Toxumundan
həmin adda yağ alınan bitki. Gəııəgərçək
bitkisi.
2. Həmin bitkinin toxumlarından alman
yağ (işlətmə dərmanı kimi işlənilir). [Dər-
viş] qabı zeytun yağı əvəzinə gəııəgərçəklə
doldurur, gətirir Molla Nəsrəddinə verir.
“M.N.lətif.” □ Gənəgərçək yağı - bax
gənəgərçək 2-ci mənada. Zahirən Mahmu-
dun dükanı səkkizbucaqlı bir qutuya bənzə-
yirdi ki. içində saqqız, tumanbağı, gənəgər-
çək yağı .. tapmaq mümkün idi. B.Talıblı.
GƏNƏLİ sif. Gənəsi olan, gənə daraşmış,
gənə basmış. Gənəli it. Gənəli inək. Gəııəli
pişik.
GƏNƏŞİK is. dan. Məsləhət müşavirəsi.
GƏNƏŞİKLİ sif. dan. Məsləhətlə, razılıqla
düzələn, əldə edilən; məsləhətli. Gəııəşikli
iş. - Gəııəşikli baş salamat olar. (Ata. sözü).
GƏNƏŞMƏ “Gənəşmək” dən/w.
GƏNƏŞMƏK f. dan. Birisinin rəyini bil-
mək üçün onunla məsləhətləşmək, məslə-
hət üçün birinə müraciət etmək. Vuran oğul
dayısına gənəşməz. (Ata. sözü). [Həsən:] Yax-
şı, sən get, mən də dalınca gələrəm, deyirəm,
qızın anasına da bir gənəşim. Ə. Haqverdi-
yev. Qızı bir neçə yerdən istəyən var, ancaq
dayılarına da gənəşmək lazımdır. A.Şaiq.
GƏNGİZ is. bot. Şoran torpaqlarda bitən
kol bitkisi.
GƏNZİK is. aııat. Damağın arxa hissəsi,
boğaz boşluğunun ağızla birləşən hissəsi.
Çörək gənziyinə sıçradı. Gənzik iltihab ol-
duqda qulaq pərdəsi yırtıla da bilər.
GƏR 1 [fars.] klas. bax əgər. Gər girişsəm
çalhaçala ; Quş gərəkdir qanad sala. “Ko-
roğlu”. Sən gər mənim olsan fəna dünyada;
Elə billəm padşaha dönmüşəm. M.P. Vaqif.
Məsəldir, bir paydan bir adam doyar; Gər
bölünə, ikisin də ac qoyar. Q. Zakir.
GƏR 2 is. məh. Əsasən qoyun, keçi və baş-
qa heyvanlarda olan qoturluq xəstəliyi. Keçi
gər olub.
GƏRAYLAMAQ/ybft. Gəraylı oxumaq,
gəraylı çağırmaq. Aşıq gəraylayır.
GƏRAYLI is. Aşıq şerində: hər bəndi dörd
misradan ibarət səkkiz hecalı şeir forması
(birinci bəndin misraları bəzən bir üç, bə-
zən iki dörd şəklində, qalan bəndlərin üç
misrası bir-biri ilə, dördüncü misralar isə
birinci bəndinə həmqafiyə olur). Ağı dedi buz
bağlayan lal sular; Bayatılar qara geydi əy-
ninə; Gəraylılar qəm götürdü çiyninə.
B.Vahabzadə. □ Gəraylı demək (çağır-
maq) - bax gəraylamaq. [Əbdürrəhim
bəy:] Əlinin ikisini də qoy qulaqlarının di-
binə, gəraylı çağır. N.Vəzirov. Aşıq gəraylı
deyib səsini ucaldanda hər tərəfdən “ay can,
ay can!” nidaları eşidilirdi. B. Bayramov.
GƏRÇƏK [fars. ] bax gənəgərçək. Gər-
çək tumu.
GƏRÇİ əd. [fars.] klas. Hərçənd, baxma-
yaraq, əgərçi. Hər xilqətə gərçi bir səbəb var;
Aya səbəbi kim etdi izhar? Füzuli. Nə qədər
olsa qoca gərçi Vidadi xəstə; Genə Vaqif
235
GƏRD
GƏRƏK
kimi, əlbəttə, yüz oğlana dəyər. M. V. Vidadi.
Gərçi hər dildə var qəzetlər çox ; Bizə ondan
və leykfaidə yox. S.Ə.Şirvani.
GƏRD 1 is. Toxunma parçada, xalı-gəbədə
qırışıq yer.
GƏRD 2 [fars.] is. məc. Dərd, hüzn, ələm.
Dövranın gərdi məndə; Can qurban dərdi-
məndə; Eşqə ürcah olanın; Tapılar dərdi
məndə. (Bayatı).
GƏRDƏ is. Sünbül düyümündən qalan sa-
man qırıntıları.
GƏRDƏK is. etııoqr. Toyda oğlan evində
gəlin üçün pərdə ilə ayrılmış xüsusi yer.
[Telli:] ..[Gəlini] otağa aparıb gərdək da-
lında oturdurlar, ürəyin tıp-tıp döyünə-
döyünə gözləyirsən. Ü.Hacıbəyov. [Fitnə:]
..Şux gəlinlər, sevgi doğan gərdəklər; Gözəl
qızlar, qara tellər bizimdir. A.Şaiq. // Pərdə,
örtük mənasında.
GƏRDƏKLİ sif. Gərdəyi olan; pərdəli.
Gərdəkli qapı.
GƏRDƏN is. [fars.] köhıı. Boyun. Boyun
sürahidir, bədənin büllur; Gərdənin çəkilmiş
minadan. Pəri. M.P. Vaqif. Ağ incə geyimli
gözəl küncdə dayanmışdı. Qara saçları ağ
gərdənini qaplamışdı. Çəmənzəminli.
GƏRDƏNBƏND is. [fars.] 1. Boyunbağı
(qadın bəzəyi). Gərdənbənd taxmaq. - ..Öv-
rətlər baş örtülərini dal tərəfdən bağlandı-
lar və qabaq tərəfdən boyunları açıq qa-
lardı; boğazı və gərdənbəııdləri görsənərdi.
C.Məmmədquluzadə. [Hacı Kamyab] ..müc-
rüdən bir ədəd mirvari gərdənbənd çıxardıb
qızının boynuna keçirdi. Ə. Haqverdiyev.
[Çimnazm] boynundan salxım-salxım qızıl
gərdənbəndlər, zəncirlər və sap-sap mirvari
boyunbağılar asılmışdı. Ə.Məmmədxanlı.
2. B ax gərdənlik 1-ci mənada. Atın gər-
dənbəııdi.
GƏRDƏNBƏNDLİ sif. Gərdənbəndi olan,
gərdənbənd taxmış; boyıınbağılı. Gərdən-
bəııdli gəlin.
GƏRDƏNƏ is. Uca dağlar arasında olan
alçaq gədik; keçid. Köç dağın gərdənəsindən
aşdı. - Maşın dolama yolları fırlandıqca
geniş dağarası bir gərdənə görünürdü.
S. Rəhimov.
GƏRDƏNLİ sif. Qəşəng, gözəl gərdəni
olan. Gərdənli qız. - Əli ucaboy, gərdəııli.
qarasaqqal, xoşsima bir kişi idi. N.Nərima-
nov. Ortaboylu Səkinə ətə-cana dolmuş,
gözəlləşmiş, gərdənli bir qadın olmuşdu.
M.Ibrahimov. // Enlidöş.
GƏRDƏNLİK is. 1 . Arabaya, vələ və s.-yə
qoşulan heyvanların boynuna keçirilən bir
üzü dəri, bir üzü isə keçədən tikilən qoşqu
ləvazimatı; xamut. Gərdənliyi atın boynuna
keçirmək.
2. Bax gərdənbənd 1-ci mənada. [Nəbi:]
Bir ağ gün görmədin mənə gələli; Nə gər-
dənlik taxdın, nə üzük taxdın. S. Rüstəm.
GƏRDƏNSİZ sif. Qısa və yöndəmsiz boy-
nu olan.
GƏRDİ is. məh. Lək. Soğan gərdişi.
GƏRDİŞ is. [fars.] 1. Gəzinti, seyr. □ Gər-
diş etmək (eləmək) - gəzmək, hərəkət et-
mək, dolanmaq, o baş-bu başa gedib-gəl-
mək. Ərəb pəhləvan meydana çıxdı, bir o
başa gərdiş elədi, bir bu başa gərdiş elədi,
gəlib əmudun dəstəyindən yapışdı. “Koroğ-
lu”. ..Cavan sürətlə otaqda gərdiş eləməyə
başladı və gərdiş etdikcə çənəsində bitən ..
tükləri əli ilə vurub şişmərlədi. Çəmənzə-
minli. Gərdişə gətirmək məc. - qızışdır-
maq, coşdurmaq, hərəkətə gətirmək. Aslan
paşa əmr elədi, mehtərbaşı qabaqca Dəmir-
çioğlunun atını minib gərdişə gətirdi.
“Koroğlu”. // Gəzmə, yerimə tərzi; yeriş.
Qəmzəsi can alan, gərdişi əla; Doğrudan
gözəldir, göyçəkdir Leyla. Ə. Cavad.
2. məc. Dövran, dövr etmə, dolanma, hər-
lənmə. ..Dünyanın gərdişinə görə insan gə-
rək öz rəftarın da dəyişsin. “Əkinçi”. Qalın
meşə, yaşıl ot .. insana ləzzət verir. Gərdişin
comərdliyini atılayırsan. N.Nərimanov. Nə
etmək, fələkin gərdişi rəqqasə qadınlar kimi-
dir... Ə.Məmmədxanlı.
GƏRDUN is. [/dra.] klas. 1. Göy qübbəsi.
2. məc. Tale, bəxt, fələk, iqbal. Nə yar
edərdi cəfa, nə rəqib, nə gərdim; Zəmanədə
bu cəfalar mənə qəzadəndir. S.Ə.Şirvani.
GƏRƏK 1. əd. Gərəkdir, lazımdır (cüm-
lədə xəbər mənasında işlənir). Söz gərək ox
keçməz qayadan keçə; Yoxdursa sözünün
kəsəri, - yazma. . M. Araz. □ Gərək olmaq
- lazım olmaq, işə yaramaq, kara gəlmək.
Dost dosta nə gündə gərək olar? (Ata. sözü).
Tənbəldən kömək olmaz; Kimsəyə gərək
236
GƏRƏKLİ
GƏRGİN
olmaz ; İşində çahşgilən; Zəhmətsiz yemək
olmaz. (Bayatı).
2. Fcildən qabaq işlənərək, onun ifadə et-
diyi işin, hərəkətin olmamasının və ya olma-
sının arzu edildiyini bildirən modal söz. Gə-
rək gedim. Gərək o sözü denıəy əy dim. - Onu
bilirsənmi ki, mən sabah gərək Tovuzda olam?
S. Hüseyn. [Nəbi:] Düşünüb bayaqdan tök-
müşəm tədbir ; Gərək sinə gərək düşmənə
əlbir. S.Rüstəm. [Qara kişi:] Gərək hamıya
yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət de-
sin. B. Bayramov.
3. bağl. mənasında. İstər, həm. Gərək dost,
gərək düşmən.
4. İs. mənasında, dan. Yaraq, silah, ləva-
zimat. Gərəyini götürdü. - Yüz gün yaraq,
bir gün gərək. (Ata. sözü).
Gərəkdir şəklində - lazımdır, vacibdir,
zəruridir. Dərd çəkənə gərəkdir. (Ata. sözü).
Xumar-xumar baxan ala gözlərin ; Gərəkdir
verəsən can qabağında. M.P.Vaqif. Ey dust,
bizə huriyü-qılman nə gərəkdir; Yüz huriyü-
qılman ola, könlüm səni istər. S.Ə.Şirvani.
0 Gərək ki - ehtimal ki, deyəsən, olsun ki,
yəqin ki. [Yusif:] On ildir ki, Şamdan ilə
görüşməmişəm. İndi, gərək ki, surəti də təğyir
tapıbdır. N.Nərimanov. [Əminə:] Başımda
şal otağa girdim, gərək ki, suqabını götür-
mək istəyirdim. M. S. Ordubadi.
GƏRƏKLİ sif. Lazımlı, lazım, gərək, gə-
rək olan, əhəmiyyətli, zəruri. Mən ömrümün
aşrımında anlaya bildim; Nəçiliyim kimliyim-
dən gərəkli imiş... M. Araz.
GƏRƏKLİK is. Lazımlılıq, yararlılıq, əhə-
miyyətlilik, zərurilik, gərək olma. Elə ki itir-
din gərəkliyini; Dünyada hər şeyi itirəcəksən.
B. Vahabzadə.
GƏRƏKMƏ “Gərəkmək”dən /«.
GƏRƏKMƏK f dan. Lazım olmaq, gə-
rək! li) olmaq. [Qoca:] Demədinmi bəlkə gə-
rəkərsən? M.Rzaquluzadə.
GƏRƏKMƏZ zərf 1 . İstəməz, lazım de-
yil, gərək deyil (cümlədə xəbər məqamında
işlənir). Mənə sənsiz calıaııü-can gərəkməz;
Vüsalın var ikən hicran gərəkməz. Nəsimi.
Yarəb, mənə cismü-can gərəbnəz; Cananını-
sız cahan gərəkməz. Füzuli. □ Gərəkməz
ki... - istəməz ki...; lazımdır, gərəkdir.
[Almaz:] Yəni gərəkməz ki, bir mənası da
olsun? C. Cabbarlı.
2. Sif. mənasında. Lazım olmayan. Gərək-
məz şey gərəkli gündə. (Ata. sözü).
GƏRƏKMƏZLİK is. Lazımsızlıq, gərək
olmama.
GƏRƏKSİZ sif. Gərək olmayan, lazım-
sız, yaramayan, yararsız, əhəmiyyətsiz. Gə-
rəksiz şey. - Bunlar bütün boş-boş gərəksiz
işdir. A.Səhhət. Yüz xal düşür ürəyimin va-
raqlarına; Eh, nə bilim, bir gərəksiz misraya
görə. M.Araz.
GƏRƏKSİZLİK is. Lazımsızlıq, gərək ol-
mama, lazım olmama, yaramama.
GƏRGƏNC: gərgənc etmək - yaş gönü,
dərini qurutmaq üçün yerə salıb gərərək
kənarlarını mıxlamaq. Gönü gərgənc etmək.
GƏRGİN sif. 1. Gərilmiş halda olan; ta-
rım, dartılmış, tarım çəkilmiş. Gərgin iş.
Gərgin sim. // тәс. Gərginlik halında olan.
Gərgin əzələlər. Əsəbləri gərgin halda ol-
maq. - Qollar güclü, qollar gərgin, ağır
daşlar, Qaldırılır üfüqlərə. M. Müşfiq.
2. Böyük və arasıkəsilməz iş, zəhmət və
enerji tələb edən; intensiv. Gərgin zəhmət.
- Bol məhsul götürmək üçün gərgin iş, sə-
mərəli əmək tələb olunur. Ə. Vəliyev. Mədə-
dov taqımla gedəndən sonra, .. səbirsizliklə
cəbhənin gərgin vuruşmalar gedən sahələ-
rinə göndəriləcəyini gözlədi. Ə.Əbülhəsən.
Gərgin işlə açırsan; Son zamanlar səhəri.
M.Seyidzadə. // Zərf mənasında. Bayaqdan
bəri qaşlarını çatıb gərgin diqqətlə qulaq
asan Qaraş heyrətlə bir atasına, bir də ana-
sına baxdı. M.İbrahimov. [Çiyələyin] əlləri
böyük çeviklik, səliqə göstərsə də, ürəyi,
fikri də aydın, gərgin işləyirdi. B.Bayramov.
3. Çətin, ağır; həllini (çıxış yolunu) tələb
edən. Gərgin vəziyyət. Gərgin beynəlxalq
münasibət.
4. məc. Ağır, sıxıntılı, ciddi, çətin, gərgin-
liklə keçən. Gərgin daxili həyəcan. - Eləmin
bu gərgin dəqiqələrdə Çiminin çöhrəsi səd-
rin hər hərəkətini təəccüblü bir həssaslıqla
əks etdirirdi. I.Əfəndiyev. Ölkə müharibə
dövrü üçün çox təbii olan son dərəcə gərgin,
həyəcanlı bir vəziyyət keçirirdi. Ə.Əbülhə-
sən. □ Gərgin olmaq - ağırlaşmaq, vəziy-
yəti pisləşmək, pozulmaq. Nəcəf bəyin ha-
ləti gərgin olub, tez-tez otaqda var-gəl edib
sonra gəlir. Ə. Haqverdiyev.
237
GƏRGİNLƏŞDİRİLMƏ
GƏRGİNLƏŞDİRİLMƏ “Gərginləşdiril-
mok”don f.'ıs.
GƏRGİNLƏŞDİRİLMƏK məch. 1. Gər-
gin hala salınmaq, tarımlaşdırılmaq, gərgin
edilmək.
2. məc. Ağırlaşdırılmaq, ciddiləşdirilmək,
çətinləşdirilmək. Vəziyyət daha da gərgin-
ləşdirildi.
GƏRGİNLƏŞDİRMƏ “Gərginləşdirmək” -
don f.'ıs.
GƏRGİNLƏŞDİRMƏK / 1. Gərgin hala
salmaq; tarımlaşdırmaq.
2. məc. Ağırlaşdırmaq, ciddiləşdirmək,
gərgin etmək, çətinlətmək. Vəziyyəti gərgin-
ləşdirmək.
GƏRGİNLƏŞMƏ “Gərgin ləşmək”dən//,s.
GƏRGİNLƏŞMƏK/ Г. Dartılmaq, tarım
çəkilmək, gərgin olmaq. Əsəbləri gərgin-
ləşdi. - Soldatın üzü ani bir titrəyişlə tər-
pəndi, əzələləri daha da gərginləşdi..
M.İbrahimov. Hamı dayandığı yerdə dondu.
Bütün duyğular gərginləşdi. Mir Cəlal.
2. məc. Çox ağırlaşmaq, çətinləşmək, pis-
ləşmək. Münasibətlər gərginləşdi. - ..Bu
müraciətlərə baxmayaraq, vəziyyət yaxşılaş-
madı, əksinə olaraq, daha da gərginləşdi.
M. S. Ordubadi. [Firidun] getdikcə gərginlə-
şən dünya hadisələrinin çox qəti bir çar-
pışmaya doğru hərəkət etdiyini duyurdu.
M.İbrahimov.
GƏRGİNLİK is. 1. Gərgin şeyin hal və
vəziyyəti. Zəncirin gərginliyi. - Şofer trak-
toru işə salıb təkərini yavaş-yavaş burma-
ğa, kəndirin gərginliyini artırmağa başladı.
Mir Cəlal.
2. Son dərəcə qüvvə, diqqət, enerji tələb
edən hal. Əzələlərin gərginliyi. Gözlük göz-
ləri gərginlikdən qoruyur, işin gərginliyi.
- [Firidunıın] yorğunluqdan tutulmuş üzündə
və gözlərində bir gərginlik vardı. M.İbrahi-
mov. [Cahandar ağanın] ürəyi az qaldı kök-
sünü partladıb çıxsın, daxili gərginlikdən
qulaqları ağrıdı. İ. Şıxlı.
3. məc. Ağırlıq, çətinlik; gərgin, çətin və-
ziyyət, gərgin hal. Beynəlxalq gərginliyi zəif-
lətmək. - O, öz məruzəsində eyni zamanda
olan vəziyyətin gərginliyindən istifadə edən
və yaxud özünü itirən adamları göstərmək
istəyirdi. S. Rəhimov.
GƏRMƏK
4 .fiz. Qüvvə, temperatur və b. xarici təsir
nəticəsində cisimdə baş verən təzyiq qüv-
vəsi və ya genəlmə kəmiyyəti.
5. fiz. tex. Elektrikin, cərəyanın gücünü
göstərən fiziki halı. Gərginliyi 220 volt olan
elektrik cərəyanı. Yüksək gərginlik xətti.
GƏRGİNLİKLİ sif. fiz. Gərginliyi (bax
gərginlik 5-ci mənada) olan. Yüksək gər-
ginlikli elektrik cihazı.
GƏRİLMƏ “Gərilmək”dən fis.
GƏRİLMƏK məch. 1 . Bərk dartılmaq, ta-
rım çəkilmək, tarımlanmaq. Sazın telləri gə-
rildi. Gəminin yelkənləri gərildi. // məc. Gər-
gin hala gəlmək, gərginləşmək. Əsəbləri
şiddətlə gərildi, damağını dumanlı bir atəş
sardı. A. Şaiq. Elə ki qalxıram masa dalından;
Xəyalım dikilir, fikrim gərilir. B. Vahabzadə.
2. Qanadları dümdüz hala gəlmək, tam
açılmaq. [Turac] yerdən iki-üç addım hün-
dürdə uçaraq gərilmiş qanadlarını bir dəfə
belə çalmadan süzməyə başladı. M.Fİüseyn.
GƏRMƏ 1 “Gərmək’’dən /и.
GƏRMƏ 2 is. Təzək. Məmmədəli əminin
həyətinin aşağı tərəfində bir yekə gərmə qa-
lağı var idi. C.Məmmədquluzadə. Yastığı
gərmədir, döşəyi yovşan; Çamırlı kahada qış
soyuq vaxtı. H.K.Sanılı.
GƏRMƏK' / Gərilmiş hala gətirmək,
dartmaq, tarım etmək, açmaq. Qarğa döşünü
gərməsə qaz olmaz. (Ata. sözü). Qulac qol-
larımı gərrəm ; Meydanda hünər göstərrəm.
“Koroğlu”. ..Leylək hər iki qolunu yana gərib
var gücü ilə bir də gərnəşdi.. S.Rəhimov.
□ Qanad gərmək - qanadlarını bütünlüklə
açmaq, uzatmaq. Tərlan genişlik sevər; Göy-
lərdir onun yeri; Qanad gərsin, dolaşsın;
Sonsuz mavilikləri. R.Rza. // Obrazlı təşbeh-
lərdə. Hər tərəfdə əsrarəngiz bir sükut qa-
nad gərmişdi. M. Hüseyn. Ölüm müdhiş qa-
nadını uşağın üstünə gərmişdi. Mir Cəlal.
// Bir şeyi uclarından və ya kənarlarından
çəkərək düz hala gətirmək.
0 Sinə gərmək - çətinlikdən çıxmaq, qalib
gəlmək. Təzə bəlalara biz sinə gərdik; İstiq-
bal milləti sevindirmədi. B.Vahabzadə.
GƏRMƏK 2 is. | fars.] Yemişdən əvvəl ye-
tişən qovun növü. Qovunun, gərməyin qu-
rudu tağı; Getməz bu sinəmdən qarpızın dağı.
Aşıq Məmməd.
238
GƏRMƏKKİMİLƏR
GƏTİRMƏK
GƏRMƏKKİMİLƏR cəm bot. Gərmək,
süpürgə və bəzi başqa bitkilərin daxil olduğu
fəsilə.
GƏRMƏNC is. məh. Atı tutmaq üçün gə-
rilmiş ip. Bu atı gərmənc olmasa tuta bilmə-
yəcəyik.
GƏRMƏŞOV is. bot. Bozumtul, yumşaq
gövdəsi, dairəvi yarpaqları olan tikansız bitki.
Cavan oğlan nazik gərməşov saph şallağını
tərpədib kəlləri lıayladı. Ə. Vəliyev. ..Qoca-
nın bir qoyun dərisindən ibarət olan yatağı
yanında torpaq döşəməyə sancılmış bir
gərməşov çubuğu yanırdı.. İ.Məlikzadə.
GƏRNƏŞMƏ “Ğəməşmək”dən/A.
GƏRNƏŞMƏK f. Bir vəziyyətdə qalmaq-
dan yorulmuş, keyimiş əzələləri normal
vəziyyətə gətirmək üçün qollarını qaldıraraq
gövdəsini sağa-sola qarıb bədən əzələlərini
hərəkətə gətirmək. Xudayar bəy durdu aya-
ğa, bir gərnəşdi, əsnədi.. C. Məmmədqulu-
zadə. [Gülbadam] heç bir şey söyləməyib bir
az gərnəşdi. N.Nərimanov. Miibaşir Məm-
məd həyətə çıxdı. Sərin havada qollarını açıb
gərnəşdi.. M.İbrahimov.
GƏRNUŞ [fars.]', gərnuş etmək (eləmək)
köhn. - təzim etmək, baş əymək, baş en-
dirmək. [Elçi] ..yeddi yerdə gərnuş eləyib,
naməni Şah Abbasa təqdim elədi. (Nağıl).
GƏŞT is. [fars.] Gəzmə, dolanma, seyr,
səyahət. □ Gəşt etmək (eləmək, qılmaq)
- gəzmək, seyr etmək, dolaşmaq. Durdular
iki qardaş, atları yəhərləyib dedilər. - Gedək
bir qədər gəşt eyləyək, tainki bəlkə bir fik-
rimiz dağıla. (Nağıl). Əcəl gəşt eyləyib göy-
dən enəndə ; Hevif, cavanları salı kəməndə..
Aşıq Ələsgər. Gəştə çıxmaq - bax gəşt
etmək. Bir üzü gül, rəngi lalə, zülfü tər;
Gəştə çıxıb dərər tazə bənövşə. M.P.Vaqif.
Yeddi gündür xanım çıxıbdır gəştə; Qapılar
gəzməkdən macal da yoxdur. Aşıq Hüseyn.
GƏTİRİCİ 1 . is. köhn. Malını dükanda de-
yil, gəzdirərək satan, ayaq üstə alver edən
adam; küçə alverçisi. Bir gün gətiriridən bir
baş pendirə ancaq bir manat 30 qəpik ver-
dim. C.Məmmədqııluzadə.
2. Sif. xiis. Axıdıb gətirən, çatdıran, nəql
edən. Gətiriri kanal.
GƏTİRİLMƏ “Gətirilmək”dən [is.
GƏTİRİLMƏK “Gətirmək”dən məcli.
Axşam satılan oğurluq maldan pristavın payı
gətirilib qumar oynadığı yerdə özünə verildi.
Ə. Haqverdiyev. Neçə gün idi ki, bazara ət
gətirilməmişdi. S.Hüseyn. Mollayev təzəcə
gətirilmiş (f.sif.) çaya limon saldı. M.Hüseyn.
GƏTİRMƏ 1. “Gətirmək”don /.7,s.
2. sif. mənasında. Başqa yerdən gətirilən,
alman. Gətirmə mal. Qaz çəkilməsi dövlət
üçün hər il yüz milyonlarla manat vəsaitə,
milyonlarla ton gətirmə kömürə qənaət et-
mək deməkdir.
GƏTİRMƏK f. 1 . Bir şeyi əlinə götürərək,
yaxud dalına yükləyərək olduğu yerdən baş-
qa yerə köçürtmək, çatdırmaq {aparmaq
ziddi). Nənəxanını suyu gətirib, aftafada kün-
cə qoydu və palazları geri qatladı. Çəmənzə-
minli. Günorta üstü poçtalyon Bahadura
təcili bir məktub gətirdi. S. Rəhimov. // Eyni
mənada nəqliyyat haqqında. Trolleybus
adamları gətirdi. Təyyarə çoxlu yük gətirdi.
П Çatdırmaq. Məlumatı vaxtında gətirdilər.
2. Birinin hərəkətini yönəltmək, özü ilə
bərabər bir yerə gəlməsinə kömək, yaxud
özü ilə bərabər gəlməyə məcbur etmək.
Uşağı evə gətirmək. Məktəbliləri gəzməyə
gətirmək. - [Şah:] Bu saat fərraş göndər,
münəccimbaşını mənim hüzuruma gətirsin.
M.F.Axundzadə. [Əsgər:] Bəyim, yaxalanan
məhbusu gətirdi. H.Nəzərli.
3. Özü ilə bərabər götürüb gətirmək, qo-
vub gətirmək. Sel çoxlu kötük gətirdi. Yel
özü ilə yağmur gətirdi. - Çay bəzən dağ boy-
da böyüyür, köklü ağacları qoparıb gətirir.
Ə.Vəliyev.
4. Bar vermək, meyvə vermək, məhsul
vermək. Ağac yaxşı alma gətirib. - Gətirdi-
yin yumurtadan nəticə, cücə gözləmə!
M.Ə. Sabir. //Məc. mənada. ..Çünki orda bar
gətirir ən müqəddəs arzular; Çünki orda
həqiqət var, səadət var, həyat var. Ə. Cəmil.
5. məc. Hər hansı bir işdə müvəffəqiyyət
qazanmaq, müvəffəqiyyət əldə etmək,
uğurlu olmaq. Əli gətirmək. Bəxti gətirmək.
- Leyləyin işi bircə məsələdə gətirmirdi.
S.Rəhimov. Budaq indi-indi gümrahlaşırdı
ki, birdən yenə də onunku gətirmədi.
Ə.Vəliyev. Deyəsən, bu gün Tamaşanınkı
gətirmirdi. Mir Cəlal.
239
GƏTİRTDİRMƏ
GƏZ
6. Təlqin edərək, inandıraraq və yaxud
dilə tutaraq birini öz əqidəsindən, fikrindən
döndərməyə, bir şeylə razı salmağa nail ol-
maq (adətən isimlərə qoşularaq işlədilir).
Razılığa gətirmək. İnsafa gətirmək. İmana
gətirmək.
7. İfadə etmək, davam etdirmək, çatdır-
maq, başa çıxmaq. Sözün dalım gətirə bil-
mədi. - [Oğlan] tez-tez danışır, dili də şi-
rindir, “r” səsini gətirə bilmir. “Yarımca
“ yağım ' ’ deyir. Mir Cəlal.
8. Bir şeyin nəticəsi olmaq, törətmək, sə-
bəb olmaq, vermək. Fərəh gətirmək. Sevinc
gətirmək. İstilik gətirmək. - Dənizdən əsən
xəfif meh .. xoş bir sərinlik gətirirdi.
M.Hüseyn. Yabançı bir adam kimi büzüşüb
oturan Qulu furqona bir soyuqluq gətirdi.
M.İbrahimov. Bəndalı həmişə evə gələndə
bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal.
9. Bir sıra isimlərə qoşularaq, müxtəlif
ifadələr və mürəkkəb sözlər əmələ gətirir,
məs.: üzr gətirmək, pənah gətirmək, tab
gətirmək, bəhanə gətirmək, şəkk gətirmək,
dünyaya gətirmək.
GƏTİRTDİRMƏ “Gətirtdirmək”dən f.is.
GƏTİRTDİRMƏK bax gətirtnıək.
GƏTİRTMƏ “Gətirtmək”dən f.is.
GƏTİRTMƏK icb. Məcburiyyət altında
gətirmək, zorla gətirmək, başqası vasitəsilə
gətirmək. Kitabları gətirtnıək. - Əlbəttə, Veys
həbsə almaq üçün gətirtdivi adamlarla elə
belə fənərin altında da durub danışa bilərdi.
Ə.Əbülhəsən. Müəllim Mavisi göndərib ma-
şını gətirtdi. Ə.Vəliyev.
GƏTİZDİRMƏ “Gətizdirmək”dən/;'s.
GƏTİZDİRMƏK bax gətirtnıək.
GƏVƏLƏMƏ “G ə və 1 o mək” dən f. is .
GƏVƏLƏMƏK f. Könülsüz, iştahasız, ağ-
zından tökülə-tökülə yemək; çeynəmək.
Kazımın oğlu yavan çörəyi gəvələyərək qaş-
qabağını salladı. Çəmənzəminli. [Xalıq-
verdi] ..çarıqlarını soyunub corablarını
qurutdu, axırda da çörəyi isidib gəvələməyə
başladı. Ə.Vəliyev. [Mərdan] əlində iri bir
alma tutaraq gəvələyir və gözlərini süzərək
Nəcəfə baxırdı. Q. İlkin.
GƏVƏN is. bot. Quraqlıq yerlərdə bitən,
alçaqboylu, kitrəli, çox vaxt tikancıqlı yar-
paqları zəif inkişaf etmiş ot və ya kol bitkisi.
Gəvəni ancaq dəvə yeyər. - Gəvən kolu nədir
ki, kölgəsi də nə olsun. (Ata. sözü). Bu dərə-
nin gəvəni ; Oğlan, qaytar dəvəni; Get ba-
bana degilən; Versin bizə nəvəni. (Bayatı).
GƏVƏNNƏŞMƏ “Gəvənnəşmək”dən f.is.
GƏVƏNNƏŞMƏK f. Sallanmaq, aşağı
əyilmək (ağac və budaqları haqqında).
GƏVƏŞ is. dan. Raxit xəstəliyinin xalq
arasında işlənən adı.
GƏVƏZƏ is. Çoxdanışan, lağlağı, boşbo-
ğaz, yanşaq, naqqal. Sən demə bu yaıışaq gə-
vəzəniıı biri imiş. “Koroğlu”. // Sif. mənasında.
Gəvəzə adam. - Nə pisdi, bu səsə qatıb səsini;
Gəvəzə qarğalar tərif yazsalar. M.Araz.
GƏVƏZƏLƏMƏ "Gəvəzələmək”dən f.is.
GƏVƏZƏLƏMƏK/ Çox danışmaq, naq-
qallıq etmək, yanşaqlıq etmək, boşboğazlıq
etmək. Bu gün çox gəvəzələdiıı.
GƏVƏZƏLİK is. Naqqallıq, yanşaqlıq,
lağlağılıq, boşboğazlıq, çox danışma xasiy-
yəti. Zeynalın gəvəzəlivi bitməyirdi. A.Şaiq.
□ Gəvəzəlik etmək - çox danışmaq, boş-
boğazlıq etmək, naqqallıq etmək.
GƏYAN sif. məh. 1. Yarıqaranlıq, tam ay-
dın, işıq olmayan. Gəyaıı gecə.
2. İkirəng, iki rəngdə olan. Gəyaıı at.
GƏYİRİK bax gəyirmə 2-ci mənada.
0 Gəyiriyi azmaq - mədənin pozulması
nəticəsində həddən artıq gəyirmək.
GƏYİRMƏ 1. “Gəyirmək”dən f.is.
2. Mədədə əmələ gələn qazların, bəzən
də mədədəki qidanın hissəcikləri ilə bir-
likdə ağızdan çıxması; gəyirti, gəyirik.
GƏYİRMƏK f. Mədədə əmələ gələn qaz-
ları, bəzən də qidanın hissəciklərini ağıza
qaytarmaq. Bir az yedikdən sonra Teymur
ağzını mollanın lap burnunun qabağına tııtub
bərkdən gəyirir. “M.N.lətif.” Səttar kişi şirin
çayı içib stəkanı nəlbəkiyə qoyanda gəyirdi.
Ə.Əbülhəsən.
GƏZ 1 is. klas. Dəfə, kərə. Min can olaydı
kaş məni-dilşikəstədə; Ta hər birilə bir gəz
olaydım fədasına. Füzuli. Müddətdi həsrətəm
bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi
canım. Q. Zakir.
GƏZ 2 is. Püstə, badam və ya qozdan ha-
zırlanan kövrək şirniyyat növü.
GƏZ 3 is. məh. Ağac, şalban və s.-nin ba-
şında yarıq, çapıq, haça yer.
240
GƏZDƏK
GƏZİNMƏK
GƏZDƏK is. Dağ təpəsində çökək yer.
GƏZDİRİLMƏ “Gəzdirilmək”dən /is.
GƏZDİRİLMƏK “Gəzdirmək”dən məch.
GƏZDİRMƏK f. 1 . Birisinin əlindən tuta-
raq, ya qucağına götürərək, yaxud miniyə
mindirərək, yaxud da yanınca özü ilə bəra-
bər hərəkət etdirmək. Uşağı bağda gəzdir-
mək. Körpəni gəzdirmək. Uşaqları maşında,
faytonda gəzdirmək. - [Əhmədi] lap körpə-
liyindən xalı-xalça üstündə gəzdiribmiş..
“Koroğlu”. Dildar uşaqları gəzdirməyə
aparmışdı. Ə. Vəliyev. // Cilovundan tutaraq
hərəkət etdirmək. Tərini soyutmaq üçün atı
gəzdirmək.
2. Birini özü ilə aparıb, ya onu müşayiət
edib göstərmək. [Roza] məni gəzdirib otaq-
ları göstərirdi.. Çəmənzəminli.
3. Həmişə yanında saxlamaq, özü ilə bir-
likdə aparmaq. Silah gəzdirmək. - [Kərim
baba] tüfəngi hər zaman özü ilə gəzdirər və
bir an yanından ayırmazdı. A.Şaiq. Axır bu
dəftərləri portfelə yığıb qoltuğunda gəzdir-
məyin mənası nədir? Qantəmir. // Üzük, saat
və s. haqqında. Saat gəzdirmək.
4. Bir şeyi başqa bir şeyin üstündə do-
landıraraq, hər tərəfmə səpmək. Plova zə-
fəran gəzdirmək. Halvaya darçın gəzdir-
mək. - Sapılcanı hər iki qabın üzərinə gəz-
dirdi.. S. Rəhimov.
5. Bir şeyi başqa bir şeyin üstünə sürt-
mək, dolandırmaq. Əlini uşağın belində gəz-
dirmək. - Möhsün müəllim əlini yuxarı da-
ranmış sıx qara saçlarında gəzdirir. S. Rəhi-
mov. [İkram] ..dodaqlarını anasının üzündə
gəzdirərkən qapıda səs-səmir eşidildi.
Ə.Əbülhəsən.
6. Bir sıra isimlərə qoşularaq mürəkkəb
feillər və müxtəlif ifadələr düzəldilir; məs.:
göz gəzdirmək, əl gəzdirmək.
GƏZƏL is. Nar qabığı (keçmişdə rəng-
boya almaq üçün işlənirdi). Gəzəl əllərimi
qaraldıb. - Şəhriyarın ürəyi də yarılmış bir
nara bənzər ; Tökülüb dənə sözləri, qalıb
qııruca gəzəli. Şəhriyar.
GƏZƏLİ sif. Gəzəl rəngli, nar qabığına
bənzər rəngi olan. Paltarı gəzəli rəngdədir.
GƏZƏLLƏMƏ “ Gozə 1 1 ө m o к ’ ' d ə n f. is .
GƏZƏLLƏMƏK/ Gəzəl suyunda boya-
maq, nar qabığı ilə rəngləmək. İpliyi gəzəl-
ləmək.
GƏZƏN 1 is. köhn. Gön kəsmək üçün keç-
mişdə başmaqçıların işlətdikləri iti alət, bıçaq.
GƏZƏN 1 f. is. 1. Hərəkət edən, yeriyən.
Gəzən xəstələr. - Gəzən ayağa daş dəyər.
(Ata. sözü). Bu döyüşdü - əzilən var, əzən var;
Ölüm hökmii qoltuğunda gəzən var. M.Araz.
2. Bax gəzəyən. Gəzən qadın. - Gəzən
şələ bağlamaz. (Ata. sözü).
GƏZƏNƏ bax gicitkən.
GƏZƏNGİ is. bot. Əsasən badam ağacı-
nın tutulduğu xəstəlik; pas. Badam bitkisi
gəzəııgi (pas), yarpaqların yanması, hürüş-
məsi və meyvələrin çürüməsi kimi xəstəlik-
lərə tutulur. İ.Axundzadə.
GƏZƏNTİ sif. Daim bir yerdən başqa yerə
hərəkət edən, köçən.
GƏZƏRGİ sif. Başqa yerlərdə gəzərək
işləyən, gəzərək özünə iş tapan; səyyar. Gə-
zərgi fəhlə. Gəzərgi fotoqraf. Gəzərgi usta.
- [Dərviş:] Ey Əhməd, dərviş gəzərgi olar.
(Nağıl).
GƏZƏYƏN sif. 1. Gəzməyi çox sevən,
evdə oturmağa qərar tapmayan (qadın haq-
qında). Gəzəyən qızdan gəlin olmaz. (Ata.
sözü). Mollanın çox gəzəyən bir arvadı var
imiş.. "M.N.lətif.” Camalın anası gəzəyən
Pəri; Tələsmiş özünü saldı içəri. H.K.Sanılı.
2. məc. Əxlaqca yüngül (qadın və ya kişi
haqqında). // Is. mənasında. Gəzəyənin biridir.
GƏZƏYƏNLİK is. 1 . Gəzəyən adamın xa-
siyyəti.
2. məc. Əxlaqca yüngüllük.
GƏZİCİ sif. Hərəkət edən, bir yerdə da-
yanmayan; gəzən. Bu aralıq salam verən
gəzici bir ixtiyar; Qoyun mən danışım, -
dedi, - siz də edin tamaşa. S.Vurğun.
GƏZİLMƏ “Gozilmok”don /.7,s.
GƏZİLMƏK məch. Axtarılmaq, soraq
edilmək. Zülfi-siyah içində sərgəştə könül
itdi; Çinü Həbəş gəzildi, tapılmadı sorağı.
Q.Zakir.
GƏZİNİŞ bax gəzinti.
GƏZİNİŞMƏ “Gəzi ni şırıək ”don f.is.
GƏZİNİŞMƏK/ Birlikdə gəzinmək, do-
lanmaq (çoxları haqqında). Uşaqlar gəzini-
şirlər.
GƏZİNMƏ “Gəzinmək”dən f.is.
GƏZİNMƏK/ 1 . Ağır-ağır yerimək, o baş-
bu başa gəzmək, var-gəl eləmək. Tamaşaçılar
241
GƏZİNTİ
GƏZMƏK
foyedə gəzinirdilər. - Bahadır Sonanın da-
lınca diqqətlə baxdı, sonra xeyli vaxt otaqda
gəzinib birdən oturdu. N.Nərimanov. [Molla
ХөШ] o baş-bu başa gəzinir, qalın bir qaran-
lığa bürünən kəndə baxırdı. S.Hüseyn. Soltan
bəy acıqlı-acıqlı ora-bura gəzinir. Ü.Hacıbə-
yov.
2. Gəzmək, dolaşmaq. Oba itlərini heç
sevməzdim, çünki onların qorxusundan oba-
da tək və azad gəzinə bilmirdim. A.Şaiq.
Gəzinir gənc Osman əlində tüfəng; Bcıxır ul-
duzlara o körpə pələng. H.K.Sanılı. Dağların
döşündə gəzinən çoban; Dərdlənib neyini çal-
dığı zaman... S. Vurğun.
3. Bax gəzişmək 2-ci mənada. Qüdrət
sahildə nə qədər gəzindiyini bilmədi.
M.Hüseyn.
4. nıəc. Bir şeyin əlamətləri görünmək,
zahir olmaq, nəzərə çarpmaq. Bəxtiyarın tər-
dən işıldayan yanağında bir sevinc gəzindi.
M.Hüseyn.
GƏZİNTİ is. 1 . Açıq havada əylənmək və
istirahət etmək üçün miniklə, ya ayaqla
yaxın yerlərə edilən səyahət; gəzişmə, seyr.
Meşə gəzintisi. Axşam gəzintisi. Səhər gə-
zintiyə çıxmaq. - Günəş yuvarlanır dağlar
dalına; Qaralır göllərin gəzinti yeri.
S.Vıırğım. Sevindirdi uşaqları; Sahil boyu
gəzintilər. M. Dilbazi.
2. Açıq havada keçirilən kütləvi şənlik.
Parkda gəzinti təşkil olunmuşdur. Kütləvi
gəzinti. - [İnci:] Gecə saat on ikidən sonra
da parkda böyük bir gəzinti var. S.Rəhman.
[Gənclərin] gəzintisinə əsas iş sahəsinin rəis
müavini mühəndis Sultan Sultanov rəhbərlik
edirdi. Ə. Sadıq.
GƏZİŞ is. Gəzmə, yerimə tərzi. Buna
görə də Nəııəqız Rizvanın yatışı, duruşu,
gəzişi və gülüşünü heç bir an unutmurdu.
S. Rəhimov. // Gəzmə, gəzinti. O axşam rö-
yada gəzişə çıxdım; Aramızı vuran bir evi
yıxdım. S.Vurğun.
GƏZİŞMƏ “Gəzişmək” dən fis.
GƏZİŞMƏK 1. Bax gəzinmək 1-ci mə-
nada. Dəhlizdə gəzişmək. -Mirzağa .. klubun
böyiikcə foyesində ağır addımlarla gəzişirdi.
S.Hüseyn. Şəhərin məşhur taciri Hacı Xuduş
otaqda o tərəf-bu tərəfə gəzişir. H.Nəzərli.
2. f. Açıq havada istirahət və ya vaxt
keçirmək məqsədilə gəzmək; gəzinmək.
Bağda gəzişmək. Parkda gəzişmək. - Yay
fəslində, bir gün axşam çağında; Gəzişirdim
Qız qalası dağında. A. Səhhət. Gəzişək qol-
qola sahil boyunca; Gəl-gəl Xəzərimin
qırağına, gəl! S. Rüstəm. [Yaşar] ayağa du-
rub gəzişsə idi, bəlkə bir qədər qızışardı.
M.Rzaqıılıızadə.
GƏZLƏMƏ “Gözləmək” dən/w.
GƏZLƏMƏK/ Şalbanın, ağacın, taxtanın
və s.-nin ucuna haça açmaq; haçalamaq.
Taxtanı gəzlənıək.
GƏZMƏ “Gəzmək”dən fis.
GƏZMƏK/ 1. Yerimək, dolaşmaq. Müəl-
limə, bəs neçin bir-iki gündür biz əvvəlki kimi
oxuya-oxuya kəndi gəzmirik? C.Cabbarlı.
Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl
ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal.
// Ümumiyyətlə, hərəkət etmək, hərəkətdə
olmaq. - Yenə açılmağa az qalıb səhər; Gə-
zir buludları keşik çəkənlər. M. Rahim. Sahil
boyu düzülmüş fənərlərin əksi dənizdə gəzən
yelkənli qayıqları işıqlandırırdı. S.Rəhman.
2. Var-gəl etmək, o baş-bu başa gedib-
gəlmək; gəzişmək, gəzinmək. Eyvanda gəz-
mək. Həyətdə gəzmək.
3. Səyahət etmək, hər yeri dolaşmaq. O,
bir çox ölkələri gəzmişdir. - [Sənubər:] Əl-
bəttə, bütün dünyanı gəzmək, görmək yaxşı-
dır. B. Bayramov.
4. Seyrə çıxmaq, gəzintiyə getmək. Vax-
tilə qadınlar cümə günləri ziyarət adı ilə [Pir-
vənzəriyə] gəzməyə gedərdilər. H.Sarabski.
5. Gəzərək baxmaq, gəzə-gəzə tamaşa
etmək. Muzeyi gəzmək. Xan sarayını gəzmək.
- O günün sabahı, iclasdan əvvəl qurultay
binasında təşkil edilmiş kənd təsərrüfat sər-
gisini gəzərkən Eldar [Ceyrana] yaxınlaşır.
S.Hüseyn.
6. Bir şeyi axtarmaq, hər yerə baxmaq.
Kitabların arasını gəzmək. Şkafı gəzmək. -
[Bayram:] Ağa, bir sözümə qulaq as, mən
bu yaxınlıqda ov gəzirdim. M.F.Axundzadə.
[Cahan:] Vallah, gedərəm, dolanaram, gə-
zərəm, baxaram, bəyənərəm, seçərəm, bir
qız alaram ki, adam baxanda ağlı gedər.
Ü.Hacıbəyov. // Axtarış aparmaq, axtarmaq.
Polislər gəzir, hər yeri addım-addım eşələ-
yir(dilər). S.Rəhimov.
7. Bir yerdən başqa yerə köçmək, çox
yerə baş vurmaq. Kəndbəkənd gəzmək. - Çox
242
GİBBON
GİCƏLLƏNMƏK
gəzmişəm bu dünyanı oba-oba, oymaq-
oynıaq ; Kim istəyir bu neməti öz əlindən
yerə qoymaq? S. Vurğun.
8. məc. Görüşmək, dostluq etmək, vaxt
keçirmək, ünsiyyət bağlamaq. Oğlan qonşu
qızı ilə gəzir. - Əlbəttə, Eyvazla gəzdiyini
bilsə də, anası [Gülşənə] bir söz deməzdi,
çünki bu, təsadüfi görüş idi. Ə. Vəliyev. // məc.
Cinsi yaxınlıqda olmaq. Tiflisdə oxuduğu və
xidmət etdiyi zaman .. çox qızla gəzmiş.
Ə.Abasov.
9. məc. Vaxtını kefdə, əyləncədə, əy-
yaşlıqda keçirmək. [Qurban Nənəxanıma:]
Belə olmaz, gecənin yarısına kimi gəzməz-
lər, niyə demirsən, oğul, vaxtında evə gəl?!
Çəmənzəminli. [Gülcahan:] O gedib gəzə-
cək, mən sənin üçün evdə qalıb qulluqçuluq
edəcəyəm? T.Ş. Simurq.
10. Keçmək, ötmək. Ay gəzər, il dolanar,
şənbə düşər Novruza. (Ata. sözü).
1 1 . Zahir olmaq, bir şeyin əlaməti görün-
mək, aşkar olmaq, özünü büruzə vermək.
Dodağında təbəssüm gəzirdi. - Məsumənin
sifətində zəhrimardan acı bir gülüş gəzdi.
B. Bayramov.
12. Bir sıra isimlərə qoşularaq, mürəkkəb
feillər və müxtəlif ifadələr düzəldilir; məs.:
dillərdə gəzmək, əldə gəzmək, kənar
gəzmək.
gəzə-gəzə zərf 1 . Gəzərək, yeriyə-yeriyə,
hərəkət edə-edə. Gəzə-gəzə danışmaq. -
Rüstəm bəy otaqda gəzə-gəzə öz-özünə
danışarkən qapı taqqıldadı. Çəmənzəminli.
İndi professor xiyabanda tək-tənha gəzə-
gəzə bunları da xəyalında dolandırırdı.
B. Bayramov.
2. Bir çox yerləri dolaşaraq, gəzərək.
Gəzə-gəzə kəndə çatdı. - [Qarı:] Gəzə-gəzə
sən də gəldin buraya; Eşitdiyin şəhri-Tiflis
buradır. “Aşıq Qərib”.
3. Yavaş-yavaş, ağır-ağır, tələsmədən
yeriyə-yeriyə. Gəzə-gəzə getmək. - Dənıi-
rovgil gəzə-gəzə xırmanların üstünə tərəf
gəlirdilər. S. Rəhimov. [Qələndər:] Qatar
gecə yarısı gəlir. Dedim, elə piyada gəzə-
gəzə gedərəm.. Q. ilkin.
GİBBON [ing.\ Cənub-şərqi Asiya və
Malay adalarında yaşayan uzunqollu mey-
mun cinsi.
GİC sif. 1. Axmaq, səfeh, ağıldan kəm,
sarsaq. Qurbani der. bəsdir məni puç etdin;
Aldın əqlim əldən, dəli, gic etdin. Qurbani.
İslam gülə-gülə yavaş səslə [Telliyə] de-
yirdi: - Ay qız, gic olma! S.Hüseyn. □ Gic
etmək (eləmək) məc. - beynini yormaq,
təngə gətirmək, bezikdirmək, çaşdırmaq,
baş-beynini aparmaq.
2. məc. Yersiz, mənasız, qeyri-adi. Meh-
ribanı gic bir gülmək tutdu. S.Hüseyn.
GİCALOV is. dan. Çətin, ağır, dolaşıq və-
ziyyət. Mələk xanım bu gicalovda olsun,
xəbər verim sənə Qara vəzirin qulunnan.
(Nağıl). Gicalova düşmək - 1) əl-ayağa
düşmək, tələsik iş görmək; 2) çətinliyə düş-
mək, dolaşmaq.
GİCAVAR is. 1. məh. Tez-tez səmtini
dəyişən yaz və ya yay küləyi. Gicavar əsir.
2. məc. dan. Əqidəsini, məsləyini tez-tez
dəyişən adam haqqında; hərdəmxəyal. Gica-
varııı biridir.
GİCBAŞ bax gicbeyin. [Çimnaz:] Gic-
baş arvad da Veys nə cür tapşırıb, elə-elə
gedib qızı istəyib. Ə.Əbülhəsən.
GİCBAŞLIQ bax gicbeyinlik.
GİCBEYİN sif. Gic, axmaq, sarsaq, ağılsız.
GİCBEYİNLİK is. Giclik, axmaqlıq, sar-
saqlıq, ağılsızlıq.
GİCBƏSƏRbax gicbeyin.
GİCBƏSƏRLİK bax gicbeyinlik. Sən
Seyid Vəlinin o gicbəsərliyinə baxma, onu
nahaq yerə gözdən salıblar. S. Rəhimov.
GİCƏLLƏNDİRİCİ bax başgicəllən-
dirici.
GİCƏLLƏNDİRMƏ “Gicəlləndirmək”-
dən fis.
GİCƏLLƏNDİRMƏK: baş(ını) gicəllən-
dirmək - gözlərini qaraltmaq, başını fırlat-
maq. Qırmızı, yaşıl, qara, sarı maykalar
[Lətifin] gözündə bir-birinə qarışır, başını
gicəlləndirirdi. H. Seyidbəyli.
GİCƏLLƏNMƏ “Gicəllənmək”dən/;'s.
GİCƏLLƏNMƏK: baş(ı) gicəllənmək -
müvazinət hissinin itirilməsi, gözlərin qa-
ralınası və başın hərlənməsi şəklində təzahür
edən yarıbayğınlıq halında olmaq. [Yaşlı
kişi:] Burada, məsciddə kəsafətdən adamın
başı gicəllənirdi. S.Hüseyn. Sədrin sözündən
Verdiyevin başı gicəlləndi. Mir Cəlal. Səhər
243
GİCƏLLƏTMƏ
GİDİ
qatardan düşəndə yenə başım gicəlləndi,
yerə yıxıldım. H.Seyidbəyli.
GİCƏLLƏTMƏ “Gicəllatmək”don f.is.
GİCƏLLƏTMƏK bax gicəlləndirmək.
Zərbə onu gicəllətdi.
GİCƏLMƏ 1 “Gicolmək 1 ”don f.is.
GİCƏLMƏ 2 “Gicəlmək 2 ”dən/«.
GİCƏLMƏK' bax gicəllənmək. ..Əgər
yer fırranır, bəs niyə bizim başımız gicəlmir?
C.Məmmədquluzadə. [Molla Nəsrəddin:]
..Başım gicəlib hərlənirdi. A.Divanbəyoğlu.
[Zaman:] Xurşid xanım, bu yazığın [Tura-
cın] belbağısını götürmüşsən, axtarmaqdan
yazığın başı gicəlir. C. Cabbarlı.
GİCƏLMƏK 2 qayıd. Gic olmaq, dəli ol-
maq, başma hava gəlmək. [Almaz:] Gicəl-
misən qız nədir? C.Cabbarlı.
GİCƏLTMƏ 1 “Gicoltmok'’’don /А
GİCƏLTMƏ 2 “Gicəltmək 2 ”dən f.is.
GİCƏLTMƏ 3 is. Qoyun-quzııda baş gicəl-
lənməsi şəklində təzahür edən xəstəlik. Mal-
darlıq edən şəxslərə məlumdur ki, qoyun-
quzuda bir gicəltmə naxoşluğıı olur ki,
onlar bir yerdə fırlanıb, yıxılıb fövt olurlar.
“Əkinçi”.
GİCƏLTMƏK 1 bax gicəlləndirmək.
..Tənbəkidə ııikotin adlı şey var ki, cidamın
başını gicəldir, qusmağı gəlir, əl-ayağı tit-
rəyir. H.Zərdabi.
GİCƏLTMƏK 2 / Gic etmək, dəli etmək.
GİCGAH is. [/ara.] Kəllənin qulaqdan alın
sümüyünə qədər olan hissəsi. Daş gicgahına
dəydi. Gicgahını ovuşdurmaq. - [Qarı:] ..Mür-
dəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın
gicgahına qan saçılmışdı. Çəmənzəminli.
[Bahadır] bu sözləri yazandan sonra tapan-
çanı gicgahına qoyub sıxdı. N.Nərimanov.
GİC-GİC zərf Gic kimi, axmaqcasına,
sarsaq-sarsaq, mənasız olaraq. Gic-gic gül-
mək. - [Sitarə Gülzara:] Bəsdir, bəsdir. Yenə
gic-gic danışma. C.Cabbarlı. [Fatma:] Gic-
gic danışma, özün bilirsən ki, o, birinci dərə-
cəli şoferdir. S. Vəliyev.
GİCİK is. Gic, axmaq, sarsaq, dəli.
GİCİKMƏ “Gicikmək”dən f.is.
GİCİKMƏK/ Gicləşmək, gic olmaq, ax-
maqlaşmaq, sarsaqlaşmaq.
GİCİŞDİRMƏ “Gicişdirmək”dən/w.
GİCİŞDİRMƏK icb. Gicişmə hissi doğur-
maq, qıcıqlandırmaq, qaşındırmaq, təxərrüşə
gətirmək. ..Sarıköklü pitinin ətri çayxanaya
dolmağa və Qədim dayının burnunu giciş-
dirməyə başladı. S. Rəhimov.
GİCİŞMƏ 1. “Gicişmək”dən /.7,s.
2. is. Bədənin hər hansı bir yerində dəri-
nin həssaslığının pozulması nəticəsində
əmələ gələn qeyri-ixtiyari qaşınma ehtiyacı.
Bədənində gicişmə var.
GİCİŞMƏK / Qaşınmaq, qaşınma duy-
maq, qaşmtı hiss etmək. Keçinin buynuzu
gicişəndə başını çobanın çomağına sürtər.
(Ata. sözü). Ovcumun içi yaman gicişirdi.
M.Hüseyn. Bir sözlə [Nərminənin] əl-ayağı
gicişir, sinəsi özünə aydııı olmayan bir his-
sin təsiri ilə qalxıb-enirdi. B.Bayramov.
GİCİTKƏN is. bot. Gövdə və yarpaqla-
rında dalayıcı tükləri olan ot bitkisi; gəzənə.
Böyük bir səadət isə bu yerlərin cincilim, gi-
citkən kimi otlarla dolu olması idi. S.Vəliyev.
GİCİTKƏNLİK is. Çoxlu gicitkən bitən
yer.
GİCLƏŞMƏ “Gicləşmək”dən f.is.
GİCLƏŞMƏK/ 1. Gic olub getmək, ax-
maqlaşmaq, səfehləşmək, ağlı itmək. O get-
dikcə gicləşir.
2. Axmaq hərəkətlər etmək, gic-gic da-
nışmaq, yersiz iş görmək; axmaqlamaq, sə-
fehləmək.
GİCLİK is. 1 . Axmaqlıq, səfehlik, sarsaq-
lıq. Giclik eləmək.
2. Axmaq hərəkətlər, axmaq danışıq.
GİCO is. dan. Burulğan.
GİCTƏHƏR sif. Bir az gic, axmaq, gicbə-
sər, gic kimi. Gictəlıər adam. - Qıılu həmi-
şəki kimi gictəhər (z.) və laqeyd görünürdü.
M.Ibrahimov.
GİCTƏHƏRLİK is. Gicə oxşama; bir qə-
dər giclik, sarsaqlıq, gicbəsərlik.
GİDİ sif. Pis, alçaq, yaramaz. Gidi Reyhan
ərəb atı gətirməz ; Aşa bilməz qarlı dağlar,
yol, məni. “Koroğlu”.
0 Gidi yaxud gidi-gidi dünya - etibarsız
dünya. [Fəhlələrdən biri:] Hə, indi bizi özünə
qardaş elədin? Dünənə kimi yanından keç-
mək olmurdu. Ay gidi dünya ha!.. M.Hüseyn.
[Cahandar ağa] dərindən köksünü ötürdü:
244
GİGİRTDƏMƏ
GİLEY-GÜZAR
“Av gidi dünya, gör axırın hara gəlib çıxdı ”.
İ. Şıxlı.
GİGİRTDƏMƏ “Gigirtdomok"don f.is.
GİGİRTDƏMƏK f. İki adamı qızışdırıb
aralarını vıırmaq.
GİGİYENA [ушј. hygieinos - şəfaverici]
Xarici mühitin müxtəlif amillərinin insan
orqanizminə təsirini və sağlamlığı qoruma
tədbirlərini öyrənən elm. Gigiyena qayda-
ları. // Sağlamlığı qoruyan təcrübi tədbirlə-
rin məcmusu. Əmək gigiyenası.
GİGİYENAÇI is. Gigiyena mütəxəssisi
olan həkim.
GİGİYENİK sif. 1 . Gigiyenaya aid olan,
gigiyena ilə əlaqədar olan. Gigiyenik təd-
birlər.
2. Gigiyena qayda və tələblərinə cavab
verən. Gigiyenik kostyıım.
GİGOVUNbax mozalan.
GİQÄNT [ушј.] Çox böyük, çox iri, nə-
həng, azman.
GİQANTLIQ is. Böyüklük, yekəlik, nə-
hənglik, azmanlıq.
GİQANTİZM \yun.\ biol. Çox böyük sü-
rətlə boy ataraq mövcud normalardan kə-
nara çıxma (insan, heyvan və ya bədənin
ayrı-ayrı üzvləri haqqında).
GİL is. 1 . Yer səthində və ya altında olan,
yaş halda özlü kütləyə çevrilən çöküntü sü-
xuru (dulusçuluq, heykəltəraşlıq və tikin-
tidə işlədilir). Qırmızı gil. Gil məhlulu.
- Çökmə süxurların dənizdə əmələ gələn
növlərinə misal olaraq qumaşı, əhəngdaşı, gil
və s. göstərmək olar. M. Qaşqay. [Sərvinaz
davam etdi:] Bu gübrə gilin bir növüdür.
Ə.Vəliyev.
2. dan. bax gilabı.
GİLABI is. [fars.] Keçmişdə paltar və baş
yumaq üçün sabun əvəzinə işlədilən gil növü.
San gilabı. Göy gilabı. - Keçmişdə kənd və
şəhərlərdə sabun çatışmayan zaman gilabı
ilə paltar yuyur və çimirdilər. Gilabı sabunu
əvəz edirdi. M. Qaşqay. Göy və sarı gilabı
ilə baş yuyardılar. H. Sarabski. Çay qırağın-
dakı yamaclardan paltar yumaq üçün gilabı
deyilən palçıq çıxırdı. Ə.Əbülhəsən.
GİLABISATAN is. köhn. Keçmişdə əya-
lətləri gəzərək gilabı satmaqla məşğul olan
adam. Gilabısatan xüsusi yoxsul adamlar
olardı. H. Sarabski.
GİLAN is. тәһ. Qapını bağlamaq üçün
arxasına keçirilən taxta və ya dəmir; kilid.
GİLAS is. Ağ, sarı, qırmızı və qara növ-
ləri olan çəyirdəkli şirin meyvə və bu mey-
vənin ağacı. Gilas mürəbbəsi. Gilas şirəsi.
-Zeynəb qarı da gilas və ərik qaxı quru-
durdu. S.S. Axundov. [Mehrəli] ..gilas ağa-
cından qayrılmış uzun müştüyünü üfləyib,
papirosu ucuna qondardı. Çəmənzəminli.
Bağımda gilas dəydi ; Gül açdı, gilas dəydi ;
Yar əlindən ox çıxdı; Sinəm üstə rast dəydi.
(Bayatı).
GİLASLIQ is. Çoxlu gilas ağacı əkilmiş
yer; gilas bağı. Gilaslığı suvarmaq.
GİLAVAR is. Cənub və cənub-şərqdən
əsən külək adı. Əsdikcə gilavar, oynardı bul-
var. M. Müşfiq. Şiddətli bir gilavar (cənub
küləyi) əsdiyindən dənizin gurultusu eşidilir-
di. S. Hüseyn. Asta əsən gilavar ruzgarın sərin
dalğalarını sahildəki evlərin içərisinə gəti-
rirdi. B.Talıblı.
GİLDİR-GİLDİR zərf Gilə-gilə, damcı-
damcı, dənə-dənə (göz yaşı haqqında).
Gildir-gildir yaş tökmək. Gildir-gildir
ağlamaq. - Tökərək gözlərindən gildir-
gildir yağışlar; Məni qurtar, deyirdi, o
yalvaran baxışlar. S.Rüstəm. Kişi əməlli-
başlı ürəkdən ağlayır, gildir-gildir göz yaşı
tökürdü. İ. Hüseynov.
GİLDİYA is. [alnı.] İttifaq, təbəqə.
GİLEY is. Narazılıq, şikayət. Nə xoş si-
təmkarsan, zalimü xunxar; Onun üçün sən-
dən çox gileyim var. M.P.Vaqif. Mənim gü-
nahım çox, sənin gileyin; Onların nəhayət
zamanı deyil. Q. Zakir. Bəyimin ərki və gi-
leyi Məmməd bəyi oxşadı. Çəmənzəminli.
□ Giley etmək (eləmək) - şikayətlənmək,
narazılıq etmək. Məktub sahibi gəldi idarəyə
və ruznamənin təxirindən başladı giley elə-
məyə. C.Məmmədquluzadə. Giley etdikdə
sənə, üz çeviribsən məndən; Gileyim var nə
qədər səndən, a canan, sorma. Şəhriyar.
GİLEY-GÜZAR bax giley. [Fazil:]
Abbas, genə səndən yana giley-giizar eşi-
dirəm, genə səndən şikayətlər qulağıma
çatır. C.Məmmədquluzadə. Çimnaz xalanın
giley-güzarı [Xəlilin] könlünə toxunmadı.
245
GİLEY -GÜZARLIQ
M. Hüseyn. Giley-güzar beynimizi dəlməsin ;
Gəlin, dostlar, məhəbbətdən danışaq. R.Rza.
GİLEY-GÜZARLIQ is. Narazılıq, şika-
yət. [Mürşid:] Sadıq, bizim arvad məndən
çox giley- güzarlıq elədi? S. Rəhman.
GİLEY-KÜSÜ bax giley-güzar. Danış-
dıqca Zeynəbin səsi titrəyirdi, bu titrəyişdə
həm dərin bir iztirab, həm də incə giley-
küsü vardı. M. İbrahimov.
GİLEY-KÜSÜLÜK bax giley-güzarlıq.
GİLEYLƏNMƏ “Gileylənmək”dən/w.
GİLEYLƏNMƏK/ Giley etmək, şikayət-
lənmək, narazılıq etmək. Kəndlilər südün
azlığından şikayət edir, çobanlardan giley-
lənirdilər. M. Hüseyn. Onlar yenicə evlən-
mişdilər. Məni toylarına çağırmadıqlarına
gileyləndim. M.İbrahimov.
gileylənə-gileylənə zərf Şikayətlənərək,
narazılıq edərək. [Hümmət:] Küncdə-bucaq-
da danışmaq arvad işidir, - deyə, astadan
gileylənə-gileylənə eyvana çıxdı. B. Bayra-
mov.
GİLEYLİ sif. və zərf Narazı, şikayətçi.
Oturuşu şirin, duruşu Leyli; Qəmzəsi öpməli,
yarı gileyli. M.P. Vaqif. Dünyada hədsiz şəxs-
lər ovamdan gileyli qalıblar. C.Məmmədqu-
luzadə. Şirin sözlərini başa düşməyən; Öz
elin olmazmı səndən gileyli? B.Vahabzadə.
GİLEYLİK bax giley. Şərifzadə ondan
gileylik eyləyirdi. M. Hüseyn.
GİLƏ is. 1 . Üzümün, narın və s. meyvə-
lərin hər bir dənəsi. Qarağat giləsi. - [Ka-
zım] yoğun qaşlarının altından baxan xırda
üzüm gilələrinə oxşar gözlərini bərəldib
dedi.. Çəmənzəminli. Kəhrəbadan seçilməz
salxımlar nəzərində; Ağzında şaqqıldavıb hər
giləsi bal dadır. S. Rüstəm. Narın birini kəs-
dim, zoğal kimi iri, əqiq kimi duru gilələri
var idi. Mir Cəlal.
2. Damla, damcı. Bir gilə su. Yaş giləsi.
- Cümşüd bəy əlini açdı, qulluqçu onun ov-
cuna bir neçə gilə gülab tökdü. E. Sultanov.
[Müqim bəy:] Daşdəmir oğlunun başını gə-
rək elə kəsəsən ki, heç bir gilə qanı da yerə
düşməyə! S. Rəhimov. Bir gilə götürüb hər
bulağından; Gətirib evimdə bulaq düzəldəm...
M.Araz.
3. Gözün qüzeh qişasında olan və oradan
gözün içinə işıq daxil olan kiçik deşik. Mən
GİLƏNAR
aşiq giləsinə; Üzümün giləsinə; Qoy durum,
qurban olum; Gözlərin giləsinə. (Bayatı).
Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıl-
dayan gözlərini qırpdı. M.İbrahimov. [Kəri-
mov Səfərliyə:] Görürsən ki, bu ağ yavaş-
yavaş böyüyüb nəhayət gözün giləsini örtür.
H.Seyidbəyli.
4. Məmənin ucu. Döşün giləsi. - Nahar
eyləyəndə sızlardı hərdən; Döşünün giləsi,
döşünün ucu. B.Vahabzadə.
GİLƏKCƏ sif. və zərf Gilək dilində. Gi-
ləkcə bilmək. - [Kişi və arvad] giləkcə danı-
şırdılar. S. Hüseyn.
GİLƏ-GİLƏ zərf Damcı-damcı, damla-
damla. Su gəlir gilə-gilə; Bülbüllər gəlir dilə;
Yarımı bağda gördüm; Batıbdır qızılgülə.
(Bayatı). Mum əriyir, gilə-gilə axır aşağı; Şam
ağlayır həzin-həzin, sakit yaş axır. R.Rza.
GİLƏKLƏR is. İranın şimalında, Xəzərin
cənub sahilində yaşayan, İrandilli kiçik bir
xalq.
GİLƏLƏMƏ “Gilələmək”dən/;'s.
GİLƏLƏMƏK f Üzümün, narın və ya
başqa giləmeyvənin gilələrini bir-bir qırmaq,
qoparmaq. Nan gilələmək. Qarağatı gilələ-
mək. - [Molla] əlinə bir salxım üzüm alıb
gilələyir. “M.N.lətif. ”
GİLƏLƏNMƏ “Gilələnmək” dən/w.
GİLƏLƏNMƏK məcli. 1 . Gilələri bir-bi-
rindən ayrılmaq, qoparılmaq, gilə halına sa-
lınmaq. Üzüm sirkə iiçün gilələndi.
2. Gilə halına düşmək; yumrulanmaq, dam-
cılanmaq. Nənəqızın gözlərində həyəcanlı
göz yaşları gilələndi, o, Riixsarənin vəziy-
yətinə baxıb daha da şübhələnməyə başladı.
S. Rəhimov. Gözü qapananda sol yana-
ğında; Gördülər bir damla yaş gilələndi.
B.Vahabzadə. [Bəhlul:] Gözlərimdə yaş
gilələndiyini hiss elədim. B. Bayramov.
GİLƏMEYVƏ is. bot. Gilə şəklində bitən
meyvələrin (məs.: üzüm, moruq, qarağat
və s.) ümumi adı.
GİLƏMEYVƏÇİLİK is. Meyvəçiliyin,
giləmeyvə bitkilərini əkib-becərməklə məş-
ğul olan sahəsi. Giləmeyvəçilik təsərrüfatı.
GİLƏMEYVƏLİLƏR caw? bot. Üzüm, mo-
ruq, qarağat və bəzi başqa meyvələrin daxil
olduğu bitkilər.
GİLƏNAR is. 1 . B a x albalı. Hər eviıı hə-
yətində .. gilənar ağacları .. var. I.Əfəndiyev.
246
GİLƏNARLIQ
GİMNASTYORKA
2. məc. Qara, girdə göz haqqında. Gilənar
gözlü qız hamıya gülümsəyən gözlərini
oynatdı. M.İbrahimov.
GİLƏNARLIQ is. Çoxlu gilənar ağacı
əkilmiş yer; gilənar bağı. Binam əhatə edən
bağ alma-armudluqdan, gilənarlıqdan iba-
rət idi. S. Rəhimov.
GİLGİLƏ is. Nazik, ensiz dəmirdən, ya
ağacdan olan çənbər və onıı gillətməkdən
ötrü uzun ağacdan və ya məftildən ibarət
uşaq oyuncağı. // Bu oyuncaqla oynanılan
uşaq oyunu.
GİLİZ [alm.\ (“gilza” sözünün canlı dildə
tələffüzü). 1. Odlu silahlarda: alt hissəsində
barıt və yandırıcı maddə, yuxarı hissəsində
isə güllə və ya mərmi yerləşən altı bağlı
silindrik borucuq. Deyib göstərdi o, iki ber-
danı; içində gilizi, üstündə qanı. H.K.Sanılı.
Mahmud əlindəki boş gilizi döşəməyə səril-
miş yağlı əsginin üstünə atıb, eşiyə yüyürdü.
M. Hüseyn.
2. Papirosun, içi tütünlə doldurulan kağız
patronu. Giliz doldurmaq. Giliz qutusu.
GİLQARIŞDIRAN, GİLQARIŞDIRICI sif.
xüs. Tikinti işlərində gil məhlulu hazırlamaq
üçün gili su ilə qarışdıran. Gilqarışdıran qur-
ğu. H is. mənasında. Gil məhlulu hazırlamaq
üçün gili su ilə qarışdıran maşın. Maşınqa-
yırma zavodundan .. gilqarışdıranlar ixrac
edilir. (Qəzetlərdən).
GİLLƏ is. məh. Təndirdə alma və ya ar-
mud qaxı qurutmaq üçün dayaz palçıq qab.
GİLLƏDİLMƏ “Gi İlədi lrnok”dən/.7,s.
GİLLƏDİLMƏK məch. Diyirlədilmək,
yumaladılmaq.
GİLLƏMƏ 1 “Gilləmək 1 ”dən /.is.
GİLLƏMƏ 2 “Gilləmək 2 ”dən f.is.
GİLLƏMƏK 1 / Diyirləmək, yumalatmaq.
GİLLƏMƏK 2 / Gil vurmaq, gil sürtmək,
gillə suvaq çəkmək. Divarı gilləmək.
GİLLƏNMƏ 1 “Gillənmək 1 ”dən/ is.
GİLLƏNMƏ 2 “Gillonmək 2 ”don/7,s.
GİLLƏNMƏK 1 / Fırlana-fırlana düşmək,
diyirlənmək. Nigarın ala gözlərindən damcı-
damcı yaş gillənib lalə yanaqlardan aşağı
gəldi. "Koroğlu”. Ciiyür qaçar, daş gillənər;
Bu dağlarda, bu dağlarda. B. Vahabzadə.
GİLLƏNMƏK 2 / 1. Gillə qarışmaq, gilli
olmaq; gillə örtülmək, gil halma düşmək.
Neft layı gillənib.
2. Gil vurulmaq, gil çəkilmək, gillə suvaq
çəkilmək.
GİLLƏTMƏ 1 “Gillətmək 1 ”dən f.is.
GİLLƏTMƏ 2 “Gillə tmək 2 ”dən / is.
GİLLƏTMƏK 1 / Yuvarlatmaq, diyirlət-
mək. Şalbanı gillətmək. Çəlləyi gillətmək.
GİLLƏTMƏK 2 icb. Gil vurdurmaq, gil
siirtdürmək, gillə suvaqlatmaq. Divarı gil-
lətmək.
GİLLƏŞMƏ “Gilləşmok”don/7'.s\
GİLLƏŞMƏK bax gillənmək 1-ci mə-
nada.
GİLLİ sif. Tərkibində gil olan, gil qatış-
mış, gil qarışıq. Gilli torpaq. Gilli məhlul.
Gilli süxur. - O daşlı, qumsallı, gilli torpağı;
Udur, lay-lay udur ekskavatorlar. S. Vurğun.
GİLLİCƏ is. geol. Tərkibində gil olan
(torpaq).
GİLLİCƏLİ sif. geol Tərkibində gillicə
çox olan. Gillicəli torpaq.
GİLLİLİK is. Tərkibində gil olma. Tor-
pağın gillilik dərəcəsi. Qumun gilliliyi.
GİLYOTİN \fr. xüs. addan] tar. Ölüm cə-
zasına məhkum olanların başını kəsmək üçün
maşın. O yandan ərş mülkü və kosmosun
qamarlanması; Bu yandan gilyotin və qətl
aləti! O, ruzigarın gilyotini, bu raketlər; Pər-
dənin dalında da namərdin soyuq mühari-
bəsi! Şəhriyar.
GİMGƏ is. dan. Yığıncaq, yığnaq, bir yerə
yığılmış adamlar. Küçədə gimgə qurmaq.
- Bünycıdın gözündən itən cani bir doqqaz
qabağında yığılan ginıgəyə yaxınlaşırdı.
Ə.Əbülhəsən.
GİMNAST \yun.] Gimnastika ilə məşğul
olan, gimnastikada mahir olan idmançı. Gənc
gimnastlar. Gimnast qızlar.
GİMNASTİK sif Gimnastikaya aid olan,
gimnastika ilə əlaqədar olan. Gimnastik hə-
rəkətlər.
GİMNASTİKA \yun.] Orqanizmi inkişaf
etdirmək və sağlamlaşdırmaq üçün tətbiq
edilən xüsusi fiziki hərəkətlər sistemi. Sə-
hər gimnastikası.
GİMNASTYORKA [ras.] Düz dayanan
yaxalıqlı üst köynəyi (hərbi geyim). Ginı-
nastvorkanı ütüləmək. - Qərargah rəisi
- uzun, qarayanız adam gimnastyorkasını
tərsinə geyərək .. telefon aparatına tərəf
cumdu. S.Vəliyev.
247
GİMNAZİST
GİMNAZİST \уип.] 1917— ci il inqilabından
əwəl: gimnaziya şagirdi. Bazara çıxdıqda
Cənnətəli gimnazistləri başına toplardı.
Çəmənzəminli. Bu zaman içəridən 15-16
yaşlarında, əynində gimnazist paltarı olan
qırmızıyanaq bir oğlan çıxdı. Q. İlkin.
GİMNAZİYA [yun.] Klassik dillərin təd-
risinə üstünlük verilən orta məktəb. Knyaza
gimnaziyanın köhnə və sərt qaydaları çox
ağır gəlir. F. Köçərli. Bahadır .. gimnaziyanı
qurtarandan sonra yenə oxumaqdan əl çək-
məyib istədi ki, atasından adına qalan yeri
ucuz qiymətə satıb universitetə getsin. N.Nəri-
manov. Hacı Əsgərin iki oğlu .. gimnaziyada
oxuyurlar. S.M.Qənizadə.
GİNEKOLOGİYA [yun. gyne - qadın və
logos - elm] tib. Qadın orqanizminin xüsu-
siyyətləri, qadın cinsi orqanları və onların
müalicəsi haqqında elm. Ginekologiya ka-
fedrası.
GİNEKOLOJİ sif [yun.] Ginekologiyaya
aid olan, ginekologiya ilə əlaqədar olan.
Xəstəxananın giııekoloji şöbəsi.
GİNEKÖLOQ [yun.] Qadın xəstəlikləri
həkimi, ginekologiya mütəxəssisi.
GİPGİRDƏ üst. Lap girdə, tamamilə
girdə; yuvarlaq. Gipgirdə şar.
GİPS [ yun .] 1. Ağ və ya sarı rəngli mine-
ral; kirəc (yandırılıb xırdalanmışı tikinti
materialı kimi heykəltəraşlıqda, cərrahlıqda
işlədilir). Gips yatağı. Suvaqlıq gips. // xüs.
Həmin mineraldan (kirəcdən) düzəldilmiş.
Dibçəklərin aralarında tunc, mərmər və
gips heykəllər dururdu. M. Süleymanov.
2. tib. Sınmış, çıxmış sümükləri bitiş-
dirmək və bədənin zədələnmiş hissəsinin
hərəkətsizliyini təmin etmək üçün həmin
mineraldan düzəldilən möhkəm sarğı. Gips
qoymaq. Ayağı bir avdır gipsdədir. Gipsi
çıxarmaq. Gipsə salmaq (gipsdən hazırlan-
mış sarğı ilə bağlamaq).
GİPSLƏMƏ "Gipsləmək”dən f.is.
GİPSLƏMƏK/ 1. Gips sarğısı qoymaq.
Qolunu gipsləmək.
2. k.t. Torpağı gipslə gübrələmək.
3. xüs. Rəngini və dadını yaxşılaşdırmaq,
habelə xarab olmaqdan qorumaq üçün üzüm
şərabına gips əlavə etmək. Şərabı gipsləmək.
GİR
GİPSLƏNMƏ “Gipslənmək’’dən /и.
GİPSLƏNMƏK məch. 1. Gips sarğısı
qoyulmaq. Əli gipslənib.
2. k.t. Yanmamış, üyüdülmüş gipslə güb-
rələnmək ( torpaq haqqında).
3. xüs. Rəngini və dadını yaxşılaşdırmaq,
habelə xarab olmaqdan qorumaq üçün üzüm
şərabına gips əlavə edilmək. Şərab gipslənib.
GİPSLƏTMƏ “Gipslətmok”don f.is.
GİPSLƏTMƏK icb. 1. Gips sarğısı qoy-
durmaq. Ayağını gipslətmək.
2. k.t. Yanmamış, üyüdülmüş gipslə güb-
rələtmək. Torpağı gipslətmək.
GİPSLİ sif. Tərkibində gips olan. Gipsli
torpaq.
GİPSLİLİK is. Tərkibində gips olma.
Torpağın gipslilik dərəcəsi.
GİPSOLİT [yun.] Gipslə müxtəlif maddə-
lərin qarışığından hazırlanan tikinti materialı
(arakəsmə və s. üçün işlədilir). Gipsolit ara-
kəsmə.
GİPÜR [ fr .] Qabarıq naxışlan olan çox
zərif krujeva növü. // Rrujeva kimi toxun-
muş parça. // Həmin parçadan tikilmiş. Gipür
kofta. Gipür paltar.
GİR is. [fars.] Güc, qüvvət, taqət. Əlinin
giri yoxdur. Qolunun giri. - Tüfəngini qa-
paraq; Yalınayaq çaparaq; Güvənib öz girinə;
Qoşdu döyüş yerinə. M.Rahim. □ Girdən
düşmək (getmək) - qüvvətdən düşmək,
gücdən düşmək, taqəti kəsilmək. [Adil:]
Atam cəbhədən tayqılça, qolunun biri də gir-
dən düşmüş halda qayıtdı. B. Bayramov.
0 Girə düşmək -bax girə keçmək. Ka-
mil usta, oturgilən yerinə; Lovğalanıb düşmə
mənim girimə. "Aşıq Qərib”. Özün öz əlinlə
diişdiin girimə; Haqdan sana bir bəlayəm,
sən nəsən? Abdal Valeh. [Mirzə Kərim:]
Hərgah mənim dediklərimə əməl olunsaydı,
girə də düşməzdin. Ə. Haqverdiyev. Girə
keçmək - tora düşmək, tələyə düşmək, ələ
keçmək, tutulmaq. [Tağı:] Rəhim xanın
adamları indi bizi axtarmamış yer qoyma-
yıblar. Qorxuram yoldaşlarımız girə keçə-
lər. Ə. Haqverdiyev. [Ələmdar] ..girə keçən
dələduzları buraxdırıb qənimətin yarısını,
bəzən də hamısını qamarlayıb götürərdi.
S. Rəhimov. Girə salmaq - bax girə ver-
mək. Əcəl səni salıb əcəb bu girə; Sənin də
248
GİRAMİ
gərdənin keçər zəncirə. Aşıq Həsən. Girə
vermək - ələ vermək, tora salmaq. İndi
[Hatəmxan ağagil] üçün bu üstüörtülü əda-
vət pərdəsini yırtmaq - öz əli ilə .. onu girə
vermək (demək) idi. S. Rəhimov. Girinə
gəlmək - əlinə gəlmək. ..A kişi, tez özünü
yetir .. bəlkə heç olmasa o puldan üç il
bundan irəli ianə qəsdi ilə yığılan pul qədəri
girinə gələr. “Mol. Nəsr.”; // işinə yaramaq.
Girinə keçmək - əlinə keçmək (düşmək).
[Koroğlu:] Cəfər paşa, get, .. bir də girimə
keçsən öldürəcəyəm. "Koroğlu”. [Sultan
bəy:] Zalım oğlu arşınmalçının xalası yaxşı
girimə keçmişdi, olmadı. Ü. Hacıbəyov.
Səhərdən Salman Rüstəm kişinin girinə keç-
məmişdi. Hara ayaq basırdı, deyirdilər, elə
indicə bu tərəfə getdi. M. İbrahimov.
GİRAMİ sif. [fars.] klas. Əziz, istəkli,
hörmətli, (danışıqda adətən “əziz-girami”
şəklində işlənir). Əziz-girami uşaq. - Demə
Zakir, ki səni yar girami tutmaz; Nə müna-
sib tuta hər bisərü-samanı əziz. Q.Zakir.
GİRDAB is. [fars.] 1. Bax burulğan 1-ci
mənada. ..Gah sahil, gah girdab olur məs-
kənim; Nə qədər bəlalı başını var mənim!
A.Şaiq. Gah olur ki, cəbhə yarıb ordular
basan; Bir igidi kiçik bir çay girdaba salır.
S. Vurğun. Sabah qışsız, boransız bir həyat
qurulanda; Bu girdabın suları aynatək du-
rulanda.. R.Rza.
2. məc. Ağır, qorxulu hal, həyatın keşmə-
keşi, çıxılmaz vəziyyət. Noldıı qəmimə gə-
tirmədin tab; Qorxutdu məgər səni bu gir-
dab? Füzuli. Batıb burulğana itir gözündən;
Həyatın da belə girdabları var. O. Sarıvəlli.
GİRDABLI sif. 1 . Girdabı olan, burulğanlı.
Girdablı dəniz.
2. məc. Ağır, təhlükəli, əzablı, çıxılmaz.
Həyatın girdablı yolları.
GİRDƏ sif. 1. Dairəvi, dairə şəkilli. - Mən
Əhmədə otağın qarşısındakı girdə mizin
dövrəsində olan sandalyalardan birində əy-
ləşməyi təklif etdim. T.Ş. Simurq. Ənqa quşu-
nun iri girdə gözlərində bərkiyən danılalar
ağırlaşanda quşun gözlərindən qopub üzü-
aşağı yuvarlanırdı. Ə.Məmmədxanlı.
2. Yumru, yuvarlaq, şarşəkilli. Girdə alma.
Girdə həb. - [Kərbəlayı Zal öz-özünə:]
"Daha baxtımın ulduzu parıldadı. Gecənin
GİRDƏSİF ƏT (Lİ)
bu vaxtında gələn girdə şey xatalı şey ola ”.
Ə. Haqverdiyev.
3. Yastıboy, kök adam haqqında. Qədir
çarığının ucu ilə girdə kişinin ayağına to-
xunub him elədi: - Adam var! Mir Cəlal.
GİRDƏCƏ sif. Çox girdə; gipgirdə, yum-
ruca. Girdəcə sifət. - Rizvan iki yaşında; Bir
uşaqdır girdəcə. M.Dilbazi.
GİRDƏDİŞLİ sif. tex. Dişləri girdə, dairəvi
olan. Girdədişli val.
GİRDƏGÖZ(LÜ) sif. Gözləri girdə olan.
Girdəgözlü uşaq. - ..Balacaboy, girdəgöz,
dörd-beş yaşlı oğlan boğazını uzadıb kəkə-
lədi: - Qağasıdır. M.İbrahimov.
GİRDƏLƏMƏ "Girdələmək”dən fis.
GİRDƏLƏMƏK/ 1. Girdə etmək, girdə
şəklə salmaq, yumrulamaq, şar şəklinə sal-
maq, yuvarlaqlamaq.
2. Dairə şəklinə salmaq, dairəviləşdirmək,
dairəvi etmək. Dodaqlarını girdələmək.
GİRDƏLƏNMƏ "Girdələnmək” dən f.is.
GİRDƏLƏNMƏK/ 1. Yumrulanmaq, şar
şəklinə düşmək.
2. Dairə şəklinə düşmək; dairəviləşmək.
Tabaq kimi girdələnmiş (f.sif.) on dörd ge-
cəlik avın ziyası dənizin üzərinə düşərək
Xəzərin göy üzünü qırmızı misə döndərib
quyruq kimi sahilə doğru uzun bir xətt uzat-
mışdı. B.Talıblı. Günəş girdələnib üfüqdə
fırlanır.. M.İbrahimov.
GİRDƏLƏŞDİRMƏ “Girdələşdirmək”-
dən f.is.
GİRDƏLƏŞDİRMƏKbax girdələtmək.
GİRDƏLƏŞMƏ “Girdələşmək”dən f.is.
GİRDƏLƏŞMƏK f. 1 . Girdə olmaq, yum-
rulaşmaq, yuvarlaqlaşmaq.
2. Dairə şəklinə düşmək, dairəvi olmaq.
GİRDƏLƏTMƏ “Girdələtmək” dən/A
GİRDƏLƏTMƏK L/ Girdə etmək; yum-
rulatmaq, yuvarlaqlatmaq. Kündəni girdə-
lətmək.
2. icb. Dairə şəklinə saldırmaq, dairəvi
etmək.
GİRDƏLİK is. 1. Yuvarlaqlıq, yumruluq,
girdə şəklində olma.
2. Dairəvilik, dairəvi olma.
GİRDƏNƏK sif. Yumru, girdə.
GİRDƏSİFƏT(Lİ) sif. Sifəti girdə və kök
olan. Girdəsifət oğlan. Girdəsifətli qadın.
249
GİRDƏÜZ(LÜ)
- İmran girdəsifət, alagöz, giiləşqabaq, gö-
zəl bir ıışaq idi. Mir Cəlal. Sürücü qaragöz,
qarcıqaş, qırmızı, girdəsifət, sağlam bir ca-
van idi. S.Vəliyev. Tofiq isə, əksinə, alçaq-
boylu, sarışın, girdəsifət, ətli-canlı idi.
M.Rzaquluzadə.
GİRDƏÜZ(LÜ) bax girdəsifət(li). Mən
girdəüz, şiş bığları yuxarı qaldırılmış bir gənc
sifət axtarırdım. S. Rəhman.
GİRDİM-GİRDİM bax gildir-gildir.
Gözlərinin yaşı girdim- girdim yanağından
süzülən Mayanın əllərini Pərşan ovcunda
sıxıb oxşayır.. M. İbrahimov.
GİRDİN is. dan. Mişarla bir boyda kəsil-
miş odun. [Günay] qapı ağzındakı üstü mişar-
lanmış girdin kimi çox hamar olan dəyirmi
bir daş üstündə oturmuşdu. Ə.Məmmədxanlı.
GİRDİNLƏMƏ “Girdinləmək”dən /w.
GİRDİNLƏMƏK/ dan. Mişarla odunu bir
boyda kəsmək.
GİRDİRMƏK icb. 1 . Girməyə məcbur et-
mək, daxil etmək.
2. Taxmaq, keçirmək.
GİRƏCƏK is. 1 . Qapı ağzı, kandar, astana.
Qazmanın girəcəyi. Girəcəkdə dayanmaq.
- Sürətlə gedən maşın hündür bir evin
girəcəyində durdu. Q. İlkin.
2. Giriş; daxil olmaq, girmək üçün yer,
yolun ağzı. Səlim .. uçub girəcəyə tökülmüş
torpaqdan yana .. yığmağa başladı.
Ə.Əbülhəsən.
3. Bir yerin başlanan hissəsi: başlanğıc,
giriş. Kəndin girəcəyi. Parkın girəcəyi. Ba-
ğın girəcəyində bir heykəl yüksəlir. - [Mirzə
İsmayıl:] Gərək qonağa, necə ki lazımdır
qulluq eləyəsiniz. Əvvəla, ağsaqqallar ha-
mısı qabaqlarında kəndin mollası, gərək
kəndin girəcəyində gedib dayansınlar..
Ə. Haqverdiyev.
4. Böyük otaqların qarşısında olan kiçik
otaq, şüşəbənd və s. Girəcəkdə oturmaq.
- Bağır xurcunu ayııabəndin girəcəyinə qo-
yub, üzünü Nazlıya tutdu.. İ.Məlikzadə. //Sif.
mənasında. İçəridə, yəni sol tərəfdəki girəcək
otaqda üç adam var idi. Ə. Vəliyev.
GİRƏLƏMƏ “Girələmək”dən f. is.
GİRƏLƏMƏKbax girəvələnıək. [Ərəb
Reyhan] girələyib Eyvazın çiyin damarla-
rını saldı çəngəsinə. “Koroğlu". [Əvvəlinci
GİRİBAN
ovçu:] ..Doğrudan da Kərim [Süleyman bəyi]
çox girələyirdi. Ə. Haqverdiyev. [Səttar:]
Gəl naxır gələndə girələyək, vuraq [mollanın]
atının qıçı sınsın. P.Makulu.
GİRƏM, GİRƏM Kİ ara s. fars.} köhn.
Tutaq, tutaq ki, deyək ki. Girəm ki, yaxşı
elədilər yığmadılar, Allah atalarına rəhmət
eləsin.. C.Məmmədquluzadə.
GİRƏVƏ is. 1. Gizli yer; pusqu, marıq,
qurğu. Girəvədə durmaq. - Əlavə olaraq
ehtiyat üçün arxa girəvələrdə dəxi adamlar
düzülmüşdü. S. Rəhimov. □ Girəvəyə sal-
maq - tora salmaq, aldatmaq. Ağaməcid ..
hərifi girəvəyə salıb onun çiynindən bir
təpik vurdu. Mir Cəlal.
2. Əlverişli vəziyyət, fürsət, imkan. Dov-
şan, tülkü, at, dəvə; Hərəsi söz deməyə; Ax-
tarırdı girəvə. R.Rza. □ Girəvə düşmək -
fürsət düşmək, imkan yaranmaq. Güldəstə-
nin analığının bir xasiyyəti var idi: əri bir-
iki günlüyə bir yana gedəndə, onun da əlinə
girəvə düşüb sübhdən axşamadək evi Gül-
dəstənin ümidinə qoyub, tamam kəndi evbəev
gəzərdi. Ə. Haqverdiyev. Girəvə tapmaq -
bax girəvələmək. Lakin [Gülyaz] özünü
möhkəm saxladı və girəvə tapıb var gücü ilə
canavarın qarnına vurdu. Q. İlkin. [Kişi
Vahidə:] İndisə düşmən mənə də girəvə tap-
dı, qurğu qurdu. B.Bayramov. Girəvəni əl-
dən buraxmaq (qaçırmaq) - fürsəti əldən
vermək, imkandan istifadə etməmək.
GİRƏVƏLƏMƏ “Girəvələmək”dən/w.
GİRƏVƏLƏMƏK f. Fürsət tapmaq, imkan
tapmaq, əlverişli vəziyyət axtarmaq. [Pəri
xanım:] Qadan alım, get girəvələ, zindan-
bana xəlvətcə pul ver, Qurbanini zindandan
çıxart.. “Qurbani”.
GİRGİ is. dan. Sancı, ağrı, qarmağrısı.
Ф Qarnına girgi düşmək - qorxuya düş-
mək, təşvişə düşmək. Qarnına girgi salmaq
- bərk qorxuya salmaq, təşvişə salmaq. Xa-
lıqverdiııin budəfəki gəlişi Orucla Fərruxun
qarnına girgi saldı. Ə.Vəliyev.
GİRHAGİR is. 1 . Girmə, daxil olma.
2. Girhagirdə şəklində zərf - girəndə,
girən zaman. Kəndə girhagirdə qüvvətli biı-
zəlzələ olur. "M.N.lətif.”
GİRİBAN is. [fars.] klas. Yaxa. Mən nə
hacət ki. qılam daği-nihanım şərhin? Aqibət
250
GİRİFTAR
GİRLƏNMƏK
zahir olur çaki-giribammdan. Füzuli. Götür,
tulla bir kənara çarqatı; Giribandan sinən
ağı görünsün. Q. Zakir.
GİRİFTAR sif. [fars. ] Tutulmuş, düçar,
mübtəla. [Pişik siçana dedi:] Çəngəlimə indi
giriftarsan; Ta ki edirsən belə rəftar sən.
S.Ə.Şirvani. □ Giriftar etmək - düçar et-
mək, məruz qoymaq, mübtəla etmək. Gər
səhhətə qadir olsa bimar; Dərdə özün eylə-
məz giriftar. Füzuli. Giriftar olmaq - tutul-
maq, düçar olmaq, məruz qalmaq, mübtəla
olmaq. Dərdə giriftar olmaq. - Hər halda,
əvvəl binadan yazıq taybuynuz öküzün günü
qara gəlib, allahın qəzəbinə giriftar olubdur.
F. Köçərli. Amma iki ay bundan sonra biça-
rə dayım oğlu ruh azarına giriftar oldu.
C. Məmmədquluzadə. Biçarə [Zeynal] cür-
bəcür əzablara giriftar olub, sifətində dəqi-
qədə min rəng müşahidə olunurdu. Çəmən-
zəminli; // eyni mənada “eşqə” sözü ilə -
aşiq olmaq, vurulmaq. Eyləyibsən məni eşqə
giriftar; Gündüzüm biqərar, gecələr bidar.
M.P.Vaqif. Qəm evində zar olalı; Eşqə gi-
riftar olalı; Yarımadıq yar olalı; Nə mən
səndən, nə sən məndən. Q.Zakir.
GİRİFTARLIQ is. Mübtəla olma, düçar
olma, tutulma, mübtəlalıq.
GİRİNC: girinc eləmək (etmək) - təngə
gətirmək, cana gətirmək, zəhləsini tökmək.
O, səhərdən bizi girinc eləyib. - [Mədəd:]
Qəşəm məni girinc eləyib. S. Rəhimov.
Girinc (olmaq) - təngə gəlmək, cana gəl-
mək. Evimdə müntəzirkən körpələrim, yol-
daşım; Qorxunc ölüm əlində girinc qalmış-
dır başım. M. S. Ordubadi.
GİRİNTİ is. Flamar olmayan səthdə iki
çıxıntının arası; çuxur, çökək ( çıxıntı əksi).
GİRİNTİ-ÇIXINTI is. Səthin düz olma-
ması, hündür və batıq olması.
GİRİNTİLİ sif. Səthi düz olmayan, girin-
tiləri olan, kənarları hamar olmayan.
GİRİNTİ(Lİ)-ÇIXINTILI sif. Giıintisi və
çıxıntısı olan, səthi, yaxud kənarları düz ol-
mayan, qalxıq və batıq olan. Qabın girintili-
çıxıntılı kənarı. - Silab qayanın girintili-
çıxıntılı yerləri ilə aşağı enməyə başladı.
S.Vəliyev.
GİRİŞ is. 1. Giriləcək yer, daxil olmaq
üçün yer, yol ( çıxış əksi). Giriş yolu.
2. Bir əsərin başlanğıc hissəsi: müqəd-
dimə, ön söz, ilk söz. Kitabın girişi. Disser-
tasiyanın girişi. Giriş sözü.
GİRİŞİLMƏ “Girişilmək”don /.7.s\
GİRİŞİLMƏK məcli. Başlanılmaq, şüru
edilmək. Səhranın sərt təbiəti ilə ciddi dö-
yüşə girişilmişdi. - Dəmirovun təklifi üzrə
bu yolun inşasına payız məhsulunu topla-
dıqdan sonra girişilirdi. S.Rəhimov.
GİRİŞMƏ “Giri şmok”don/7,s.
GİRİŞMƏK f. 1 . Həvəslə, ciddiyyətlə bir
işə başlamaq, şüru etmək. İşə girişmək. Ya-
rışa girişmək. - [Nəsir] hələ bəzi vaxt öz fik-
rinin üstündə duraraq böyük qardaşı ilə
mübahisəyə də girişirdi. S.Hüseyn. Məclis
sakit idi, hamı yeməyə girişmişdi, ağız mar-
çıltısından başqa bir şey eşidilmirdi.
Çəmənzəminli.
2. Cürət etmək, cəsarət göstərmək. Başqa
adam belə işə çətin girişərdi. Qantəmir.
3. Üstünə hücum etmək, cummaq. İkisi də
qızmış nər kimi bir-birinə girişdilər. “Ko-
roğlu”. Rüstəm kişi pencəyini çıxarıb kəna-
ra atdı, Lal Hüseynə girişdi. M. İbrahimov.
GİRİZ is. [fars.] klas. Qaçma, qaçış. □ Gi-
riz vermək - qaçmaq, aradan çıxmaq, so-
vuşmaq. Molla Tanrıverdi bir söz deməzdi,
ancaq fiirsət tapıb Ciimşiid bəyin əlindən
giriz verib qaçardı, asta qaçan namərddir.
E. Sultanov.
0 Giriz vurmaq - işarə vurmaq, eyham
vurmaq. Gözəl Həbibə giriz vururmuş kimi
dedi.. Ə.Vəliyev.
GİRLƏMƏ “Girləmək” dən fis.
GİRLƏMƏK f Pusmaq, daim təqib etmək,
dalınca gəzmək, əl çəkməmək. [Mindilli:]
Zərifə, nə .. girlənıisən məni? Niyə mənim
başıma fırlanırsan ? S .Rəhman.
0 Başını girləmək - bax baş. Əcəl
(ölüm) girləmək (bəzən “başını” sözü ilə)
-bax əcəl.
GİRLƏNDİRMƏ “Girləndirmək”dən fis.
GİRLƏNDİRMƏKbax girləmək.
GİRLƏNMƏ "Girlənmək”dən fis.
GİRLƏNMƏK f 1 . Gəzmək, dolaşmaq,
dolanmaq. Nəbi Naxçıvanda bir az girlənib,
ismayılın yerini öyrənməyə çalışırdı, ancaq
tapmırdı. “Qaçaq Nəbi”. O, Şehli kəndinin
arasında xeyli dolandı, girlənə-girlənə (z.)
251
GİRLİ
Safonurı kahasının qabağında dayandı.
S. Rəhimov.
2. Yaşamaq, dolanmaq, birtəhər baş sax-
lamaq, keçinmək. Orada-burada girlənmək.
- [Çimnaz] birtəhər girlənən ailəni artıq
xərcə-borca düşməkdən qorumaq istəmişdi.
Ə.Əbiilhəsən.
GİRLİ sif 1. Güclü, qüvvətli, giri olan.
Giri i qol. - Yəni o elə girli adamdır? - Bəli,
bəli, - deyə [Əsgər] əlavə etdi. Ə.Əbülhəsən.
2. məc. Çoxlu, çox.
GİRMƏ' “Girmək” dən/Yy. Martın yeni-
cə girməsinə baxmayaraq hava ilıq idi.
GİRMƏ 2 is. məh. Kolluq, kol-kosluq. Kəs-
dilər girməni Cəbilə Osman ; Verməsin ar-
xaya keçməyə aman. H.K.Sanılı.
GİRMƏK f. 1 . Daxil olmaq, içəriyə keç-
mək ( çıxmaq əksi). Evə girmək. Otağa gir-
mək. Qapıdan girmək. - Mirbağır ağa girir,
boşmaqlarını çıxardır, salam verir.
C. Məmmədquluzadə. [Mərcan bəy:] A
gədə, qoçaq, mən səni çağırmayınca sən bu
otağa girmə! Ü.Hacıbəyov. Bağa girmənəm
sənsiz; Gülü dərmənəm sənsiz.. (Bayatı).
2. Sığmaq, yerləşmək. Əlim əlcəyə girmir.
3. Çatmaq, yetişmək, daxil olmaq. Biz şə-
hərə girdiyimiz zaman şiddətli xəzri əsir,
küçələrin tozunu havaya sovurur, göydən
başımıza torpaq yağırdı. A.Şaiq. Tehrana
girənə qədər Gülnaz da, Səriyyə də Musa
kişini, Firidunu tapacaqları ümidi ilə yaşa-
yırdılar). M. İbrahimov.
4. Başlamaq, başlanmaq, gəlmək, daxil
olmaq. Qış girdi. Yaz girdi. - Cənubda mart
girən zaman; Əsil gözəl bahar olur.
M.Dilbazi.
5. Bir yerdə gizlənmək, bir şeylə örtün-
mək. Günəş buludun dalına girdi. - Açıq-
lıqdan keçdi, kömür qədər qara və müzlüm
görünən qamışlığa girdi. H.Nəzərli. Süzü-
lən nurunu toplayıb qəmər; Girdi buludlara,
qaraldı göylər. M. Rahim.
6. Yatmaq üçün yorğan-döşəyə uzanmaq.
Yorğan-döşəyə girmək. - Gəldim, soyun-
dum, girdim yerə, anıma sübhədək gözümə
yuxu gəlmədi. Ə.Haqverdiyev. Ziba yatağına
girincə yuxulanıışdı. S.Hüseyn.
7. Daxil olmaq (bir təşkilata, işə, məktə-
bə və s.-yə). İşə girmək. Məktəbə girmək.
GİROV
İnstituta girmək. - [Teymur] yeddinci sinfi
bitirib, sənət məktəbinə girmiş, oranı da mü-
vəffəqiyyətlə qurtarmışdı. M.Hüseyn. Xalça
fabrikində girib xidmətə; Bağlandı zəhmətə
vicdanla Rəna. M. Rahim.
8. Batmaq, keçmək. [Aslanın] iki böyük
dəmir parçası qarnına girmiş, bağırsaqla-
rını çölə tökmüşdü. Ə.Vəliyev.
9. məc. Girişmək, başlamaq.
10. məc. Bir şeylə örtünmək. ..Saqqalı ağ
olanın qiymətidir bir qara pul; Gərçi girsə
bəzənib gündə yaşıl, al içinə. M.P. Vaqif.
11. Yuyunmaq, çimmək üçün bir şeyin
içinə, ya bir yerə daxil olmaq. Suya girmək.
Çaya girmək. - Hovuza girən qaşqabaqlı çıx-
mazdı, həmişə şad, nurani, pak-pakizə olar-
dı. Çəmənzəminli. [Həsənqulu bəy:] Əşi,
insafdır, o xəznəyə mən də girim, bu hambal
da girsin? Ü.Hacıbəyov.
12. Soxulmaq. Adamların içinə girmək.
13. Dolmaq (adətən “yaşa, yaşma” sözü
ilə). 10 yaşa girmək. - [Vəzir:] Sən on dörd
yaşına girdiyin zaman; Ərəb ölkəsinə gön-
dərdi atan. A.Şaiq. Bir neçə ay bundan qa-
baq; Girmişdi o doqquz yaşa. M.Dilbazi.
14. məc. kob. Pul, çəki və s. haqq-hesa-
bında aldatmaq.
15. Bir sıra isimlərə qoşularaq, mürəkkəb
feil və müxtəlif ifadələr düzəldilir; məs.:
başına girmək, beyninə girmək, yuxusuna
girmək, qoluna girmək.
GİROV is. [fars.] kölın. 1. Borc alman pul
və s. müqabilində təminat üçün verilən şey.
[Məşədi Cabbar:] Əgər mümkün olur isə;
mənim üçün Hacı Rəhimdən min manat al,
iki dükanım var, yanında girov olsun.
M.F.Axundzadə. [Xudayar bəy Kərbəlayı
Cəfərə:] ..Sən bir elə adam tap ki, mənə yeddi
manat versin, mən onun yanında on yeddi
manatlıq şey girov qoyum.. C.Məmmədqu-
luzadə.
2. Bir dövlət və ya təşkilatın öhdəsinə
götürmüş olduğu iltizam və ya tələblərin
yerinə yetirilməsini təmin etmək məqsədilə
zorla tutulub saxlanılan adamı. [Qara Məlik]
o tərəf-bu tərəfdə Niisrəddinin adamlarını
tutub girov saxlamağa başladı. M. S. Ordu-
badi. Bayındır xan [çapqınçıları] girov sax-
lamış, qıpçaqların əlini-qolıınu bağlamışdı.
M.Rzaquluzadə.
252
GİROVDAR
GİZİLDƏMƏK
GİROVDAR is. [fars.] köhn. Girov sax-
layan, girov alan, girovla pul verən adam.
GİROVDARLIQ is. köhn. Girovdarın işi,
peşəsi.
GİROVLU sif. Girovla alınmış. Girovlu
borc.
GİROVSUZ zərf Girov almadan, girov
götürmədən, girov qoyulmadan. [Məşədi
Cəfər:] Ruzigar etə dönübdür ki, qardaş qar-
daşa etibar eləyib girovsuz bir qəpik borc
verməyir. Ə. Haqverdiyev. [Hacı Kərim]
ömründə girovsuz kimsəyə pul verməmişdi.
S. Hüseyn.
GİRS məh. bax gürzə 2 . Qurban qoyunu-
nun ətindən qız evi oğlan evinə liilə-kabab,
girs və dolma göndərər. R.Əfəndiyev.
GİRSİZ sif. dan. Giri olmayan; gücsüz,
qüvvətsiz, zəif. Girsiz adam. Girsiz əl. - Bu
hikməti babam deyib: “ Girsiz dostdan bir
qara daş... ’’ M. Araz.
GİRVƏ is. Keçidlərdə, yollarda qar yığını.
GİRVƏNKƏ is. köhn. 400 qrama bərabər
köhnə ağırlıq ölçüsü. İki girvənkə yağ.
- [Əsgər bəy:] Girvənkəsi bir manata alı-
nan çay burada manat yarıma göydə gedir..
M.F.Axundzadə. Uşaq on dörd yaşına çatan
kimi, gündə ona iki girvənkə xurma verir-
dilər. C. Məmmədquluzadə.
0 Girvənkə qıfıl - şəkilcə çəki daşma
oxşayan, açılarkən hissələri bir-birindən ay-
rılan asma qıfıl. Əjdər qapının birinin üzə-
rindəki asma girvənkə qıfılı açıb .. otağa
girdi. S. Rəhman.
GİRVƏNKƏLİK sif. köhn. 1. Çəkisi gir-
vənkə ağırlığında olan. [Taxıl buraxan] da
hazırlaşdı, girvənkəlik daşı əlinə götürüb
cavab verdi. Ə.Vəliyev.
2. Çəkilən, ölçülən şeyin ağırlığını, həc-
minin, tutumunun neçə girvənkəyə bərabər
olduğunu bildirir. - ..Xudayar bəy üz qoydu
bazara, yeddi girvənkəlik qəııdlərdən bir kəllə
alıb vurdu geyməsinin altına. C.Məmməd-
quluzadə. [Hacı Sultanın] iki girvənkəlik
bürünc bir daşı vardı. S. Hüseyn.
3. is. Girvənkə ağırlığında daş. Girvəııkə-
liyi tərəziyə qoymaq.
GİRVƏNKƏ-TƏRƏZİ top. Tərəzi və çəki
daşları bir yerdə. Arşın, girvənkə-tərəzi yenə
möhkəm işə düşmüşdü. S.Vurğun.
GİRYAN sif. və zərf [fars.] klas. Ağlayan,
sızlayan, ağlağan, ağlar. Qan yaşım qılmaz
vəfa, giryan gözüm israfına; Bunca kiııı,
hərdəm cigər qanından imdad evlərəm.
Füzuli. □ Giryan etmək (eləmək) - ağlat-
maq, sızıldatmaq, gözü yaşlı etmək. Bir
günüm sənsiz əgər keçsə min əfğan edərəm;
Səndən ötrü bütün övladımı giıyaıı edərəm.
M. Ə. Sabir. Giryan olmaq (bəzən “gözü”,
“didəsi” sözləri ilə) - ağlamaq, göz yaşı
tökmək. Olduqca əlində oldu xəndan; Düş-
dükcə əlindən oldu giryan. Füzuli. Dərdin-
dən didəsi giryan olmuşam.. M.P.Vaqif. Ey
dərbədər gəzib ürəyi qan olan çocuq! Bir
loğma nan üçün gözü giryan olan çocuq!
M. Ə. Sabir.
GİRYƏ is. [fars.] klas. Göz yaşı tökmə,
ağlama, sızlama, inildəmə. Giilməgində
qanlı-qanlı giryələr; Hər müsəlman könlü-
mü məhzuıı elər. A.Səhhət. □ Giryə etmək
- ağlamaq, sızlamaq, göz yaşı tökmək.
GİŞ is. Alçaq növlü kəndir və ya kətan
lifindən toxunmuş cod parça. 5 metr giş.
H Həmin parçadan tikilmiş. Giş kisə. Giş
başlıq. - [Səmədin] bütün paltarı bir giş
torbadan ibarət imiş. T.Ş. Simurq.
GİTARA [isp.] Mizrabla çalman, səkkiz-
lik şəklində uzunqollu simli musiqi aləti.
Gitara çalmaq.
GİTARAÇALAN, GİT ARAÇI is. Gitarada
çalan çalğıçı.
GİYAH is. [fars.] köhn. Ot, göy.
GİYİD is. Quşu aldadıb tutmaq üçün işlə-
dilən quş səsi çıxaran alət. ..Quşçular bil-
dirçin düdüyü ( givid) çalmaqla erkək bildir-
çini aldadıb tutardılar. H. Sarabski.
GİYİŞMƏ “Giyişmək”dən /;'s.
GİYİŞMƏKbax gicişmək. [Vaqif:] Ay Mir-
zə, deyərlər, keçinin buynuzu giyişəndə başını
çobanın dəyənəyinə sürtər.. Çəmənzəminli.
GİYOV is. Kürəkən. [Soltan bəy:] Əşi, xan
ilə aş yemirəm ki, bığını yağa batar, bir gə-
dənin birisi mənə giyov olmaq istəyir.
Ü.Hacıbəyov. [Zöhrə Fərmana:] Mən istəyi-
rəm, anam sənin ona giyov olduğunu bilsin.
Ə.Abasov.
GİYOVLUQ is. Kürəkənlik.
GİZİLDƏMƏ “Gizildəmək”dən fis.
GİZİLDƏMƏK/ 1. Yorğunluqdan, ağndan,
soyuqdan sancmaq, göynəmək. O əyilib
253
GİZİLDƏTMƏ
şuranda əllərini yudu, barmaqları donub
gizildəyincə qalxıb o tərəf-bu tərəfə boylandı.
S. Rəhimov. Həsrət duracaqda ayağının birini
götürüb o birini qoyur, soyuqdan gizildəyən
burnunu, qulağını ovuşdura-ovuşdura .. dü-
şünürdü. B. Bayramov.
2. məc. Titrəmək, qorxu keçirmək, həyə-
canlanmaq. Qızın yumşaq və nazik əlləri ov-
cuna toxunanda Nərimanın qəlbində odlu bir
sim gizildədi. Mir Cəlal.
GİZİLDƏTMƏ “Gizildə tmək”dən/w.
GİZİLDƏTMƏK f 1. Göynətmək, ağrıt-
maq, sancmaq.
2. məc. Titrətmək, həyəcanlatmaq.
GİZİLTİ is. Yorğunluqdan, ağrıdan, so-
yuqdan bədənin bir yerində duyulan ağrı,
sızıltı, göynəmə, sancı. Bədənində gizilti
duymaq. - Talib xan yüzbaşının bütün vü-
cudunda bir odlu gizilti gəzdi. S. Rəhimov.
Tahir .. gözədəyən bir iş görmədiyini fikir-
ləşəndə ürəyinin giziltisi daha da artdı.
M.Hüseyn. Bir gizilti duydu o, zəif düşmüş
canında... B. Vahabzadə.
GİZİLTİLİ sif. Ağrılı, sızıltılı, sancılı.
GİZİR 1 is. köhn. 1. Aşağı rütbəli inzibati
işçi. [Giziroğlu Mustafa bəyin] atası keç-
mişdə gizir olmuşdu. “Koroğlu”. Vəkildən
sonra qlavanııı giziri Cəlil bəy çıxdı, bu da
çəkil-çəkil deyib, tatarını oyza tovladı, bııyza
tovladı, özü də çəkilib durdu bir səmtdə.
C. Məmmədquluzadə.
2. Köməkçi, əlaltı. Koxannı şahidi gizir
olar. (Məsəl).
GİZİR 2 is. Aşıq-aşıq oyununda aşığın to-
xan tərəfinə əks olan tərəfə verilən ad. Aşıq
toxan durdu, ya gizir?
GİZLƏDİLMƏ “Gizlədilmək”dən/;'s.
GİZLƏDİLMƏK məch. 1 . Gizli yerə qo-
yulmaq, gizli yerdə saxlanılmaq, yeri bildi-
rilməmək, qapadılmaq. Şeylər gizlədilmişdir.
2. Gizli saxlanılmaq, açılmamaq, deyil-
məmək (fikir, niyyət).
GİZLƏDİLMİŞ/ sif. Gizli yerə qoyulmuş,
gizli yerdə saxlanılan. Gizlədilmiş şeylər.
GİZLƏMƏ “Gizləmək”dən fis.
GİZLƏMƏK bax gizlətmək. Oxunu atıb,
yayım gizləmə! (Ata. sözü). ..Anası, Səlmiııazı
o biri evə salıb Əmrahdan gizlədi. “Əmrah”.
Eyibsiz gözəlin xoş olur xoyu; Gizləməz cə-
GİZLƏTMƏK
malı, qaməti, boyu. M. P. Vaqif. [Musanın
nəvəsi] sarı portfelini gizlədi, əlinə böyük və
qara bir portfel aldı. Qantəmir.
GİZLƏNC is. Gizlədilmiş, gizli saxlanıl-
mış hər hansı bir şey.
GİZLƏNQAÇ bax gizlənpaç.
GİZLƏNMƏ “Gizlənmək”dən fis.
GİZLƏNMƏK f. Başqalarının görə və tapa
bilməməsi üçün örtülü bir yerə girib qapan-
maq. Pərdənin dalında gizlənmək. - Bəlli
Əhməd bir fikirləşdi ki, piştaxtanın dalına
girib gizlənsin. “Koroğlu”. Özüm də .. kürkü
tərsinə geyib bir danını içində gizlənmişdim.
Ə.Haqverdiyev. // Məc. mənada. Ayrılıb ar-
zumun keşməkeşindən; Gizlənmə könlümdə
sən də, ey ilham? M.Miişfiq. Sözün ruhımda
gizlənmiş bütün dahilərin eşqi. S. Vurğun.
GİZLƏNPAÇ is. Bir iştirakçının müxtəlif
yerlərdə gizlənmiş qalan iştirakçıları axtarıb
tapmasından ibarət uşaq oyunu. Gah gizlən-
paç oynayır ; Gah qaçlıaqaç oynayır. R.Rza.
Meşə içindəki talada hər gün ; Gizlənpaç oy-
nardım yoldaşlarında. B.Vahabzadə. [Çiyə-
lək Gülöyşəyə:] Oğlumgil hələ gizlənpaç
oynayırlar. B. Bayramov.
0 Gizlənpaç oynamaq məc. - açıq-
açığına deyil, əsil fikrini gizlədərək hərəkət
etmək. Qumru bu ağır fəlakət vaxtında [Qə-
dirlə] gizlənpaç oynayırmış kimi gah görü-
nür, gah batırdı. Mir Cəlal. Sirlərlə doludur
bu böyük aləm; Gizlənpaç oynayır sənlə elə
bil. H.Arif. Gizlənpaç oyunu məc. - hiylə,
fənd, fırıldaq. [Nərminə:] Gizlənpaç oyunu
nəyə lazımdır? B. Bayramov.
GİZLƏTMƏ "Gizlətmək”dən fis.
GİZLƏTMƏK/ 1 . Başqasının görməmə-
si, tapmaması üçün gizlin yerdə saxlamaq,
gizlin, gözdən uzaq yerə qoymaq. Kəndlilər
.. qorxularından uşaqları gərmə qalaqla-
rının içində gizlədib uçitelə deyiblər ki,
bizim kənddə heç qədimdən uşaq olmaz.
C. Məmmədquluzadə. [Səfər Gülnaza:] Telli
məndən gizlədən kimi, sən də pulu atandan
gizlədirsənmi? Çəmənzəminli.
2. Bildirməmək, hiss etdirməmək, sezdir-
məmək. Fikrini ( niyyətini ) gizlətmək. Qor-
xusunu gizlətmək. - Ələmdar titrəməsini giz-
lətməyə çalışaraq, dönüb buradan getmək
istədi. S. Rəhimov. [Zəhra] ancaq halmdakı
254
GİZLİ
dəyişikliyi də gizlədə bilmirdi. M.İbrahimov.
// Bilə-bilə bir şeyi xəbər verməmək, üstünü
örtmək. Heç bir şeyi gizlətmədən söylədi.
3. Bir şeyin üstünü örtmək, qapamaq.
Bahadır yam üstə çevrildi. Başım yorğanın
altında gizlətdi. M. Hüseyn. Sifətini qulaqlı
papaq altında gizlətmiş (f.is.) dəmiryolçu
qarşımdan ötürdü. Mir Cəlal.
GİZLİ 1. sif Başqası, ya başqaları üçün
sirr olan, onlardan gizlədilən, çoxlarına bəlli
olmayan, bilinməz olan, məlum olmayan.
Gizli müqavilə. H Məxfi. Gizli məktub. Gizli
sənəd. □ Gizli qalmaq - heç kəsə məlum
olmamaq bildirilməmək. Qalmasın sözlərin
qəlbində gizli; Mən görmək istəməm çöh-
rəni sisli. M. Müşfiq. Gizli saxlamaq - heç
kəsə məlıım etməmək, başqalarına bildir-
məmək. Deməli, aldılar əlimdən səni; Nakam
məhəbbəti gizli saxladı. M.Rahim. // Özünü
büruzə verməyən, gizlin hərəkət edən, hələ
üzə çıxarılmamış. Gizli qüvvə. - Gizli düş-
mən ilan kimidi, sürünə-sürünə gələr. (Ata.
sözü). // Başqalarına məlıım olmayan, ürək-
də saxlanan. Gizli fikir. Gizli hiss. - Səndən
sənə gizli şikayətim var; Ey mələk ədalı,
xuraman gəlin! H.Cavid. Bunun hərəsində
bir məlahət, hərəsində gizli bir ləzzət var.
Çəmənzəminli. // Başqaları bilməli olma-
yan, biri üçün sirr olan. Bağışla, sevgilim,
açıq söylədim; Gizli nöqtələrə əl aparma
sən. S.Vıırğun. // Məhrəmanə, intim. Gizli
əlaqə. Gizli görüş. - [Fəzl:] Amandır, ey
qardaşım, xəlifə bu gizli görüşlərdən xəbər
tutsa, beşikdəki körpələrimizə belə rəhm et-
məyəcək! Ə.Məmmədxanlı. //Naməlıım, heç
kəsin bilmədiyi və ya az adamın bildiyi. Gizli
yol. Gizli cığır. - Səlim məharətlə, gizli yollar
ilə düşmənin qərargahına qədər girir, ciddi
hərbi əhəmiyyəti olan sənədlərdən əldə edib
gətirirdi. S. Rəhimov.
2. Bax qeyri-leqal. Gizli qəzet. Gizli dər-
nək. Gizli fəaliyyət.
3. Açıq fəaliyyət göstərməyən; məxfi.
Gizli polis. Gizli xəflyyə idarəsi.
4. zar/’Xəlvəti, gizli olaraq, gizlində, baş-
qalarının xəbəri olmadan. Gizli gəlmək. Gizli
qaçmaq. Gizli xəbər vermək.
0 Gizli seçkilər - gizli səsvermə yolıı ilə
keçirilən seçkilər. Gizli səsvermə - bülle-
GOMUŞ
tenləri və ya keçmişdə şarları qutuya sal-
maq yolu ilə səsvermə üsulıı.
gizli-gizli zərf bax gizli 4-cü mənada.
Gizli-gizli iş görmək. - Yenə də bir vuraydı
qəlbimiz gizli-gizli; Sən ey əsmər bənizli!
M.Müşfiq. [Uşaq] oturdu qapının küncündə,
başladı gizli-gizli ağlamağa. Çəmənzəminli.
GİZLİCƏ zərf 1 . Heç kəs görmədən, gözə
görünmədən; xəlvəti. Gizlicə görüşmək.
Gizlicə danışmaq. - Deyirlər tiistüsüz bir şair
yanar; Qəlbi öz dərdini ağlar gizlicə; Bəzən
gözlərində gəlib dayanar; Sevdiyi çəmənlər,
dağlar gizlicə. M. Araz.
2. Heç kəs bilmədən, heç kəsin xəbəri
olmadan; məxfi. Uzaqdan bir kölgə [Səlim
və Mehribanı] pusur, gizlicə təqib edirdi.
S. Hüseyn. Bayandır xan .. [quldurların] üs-
tünə gizlicə göz qoydurmuşdu. M.Rzaqıılıı-
zadə. Mənə gizlicə baxır; Qəzəblə dolu
gözlər. B.Vahabzadə.
GİZLİQOVUŞANLAR cəm biol. Sporlar
vasitəsilə cinsi törəyib artan bitkilər (məs.:
göbələk, yosun və s).
GİZLİLİK is. Gizli olma; naməlıımlııq,
məxfilik.
GİZLİN bax gizli 1 və 4-cü mənalarda.
[Nabat:] Mən də sənin kimi gizlin, gündə
ocaqda yumurta bişirib yeyərəm? S.S. Axun-
dov. [Yetər:] Məşədi Fatma, Allahdan gizlin
deyil, daha səndən niyə gizlin olsun, sənin
qızın bizə çox xoş gəlib. Çəmənzəminli.
gizlin-gizlin b ax gizli-gizli. Gizlin-giz-
lin sənlə etdim ilqar; İndi bildim səndə yox-
muş etibar... Aşıq Abbas. [Rövşən:] Yenə
gizlin-gizlin işlər görürsən? S. Rəhman.
GİZLİNC, GİZLİNCƏ bax gizlicə. Sonra
[qızı] toysuz, gizliııcə dəliyə gəlin aparırlar.
S.S.Axundov. O səs yenə gizliııcə; Dedi:- Ay
qəlbi incə! M. Dilbazi. Sultan darıxmış
halda gizliııcə köksünü ötürdü. İ. Hüseynov.
GOD is. тәһ. Çəllək, boçka. [Həsən] ..hə-
yətdə köhnə god və paslı tənəkələr arası ilə
keçib, üfunətli pilləkənə yanaşdı. Çəmənzə-
minli.
GODUL is. 1 . Ağacdan, taxtadan qayrılmış
kukla, gəlincik.
2. məc. Kök və kiçikboylıı adam haqqında.
GOMUŞ bax camış. [Cənnətəli ağa:] De-
məzsənmi Kərbəlayının on dörd gomuşu, altı
inəyi bu qış tələf olubdu. N.Vəzirov.
255
GONBUL
GORBAGOR
GONBUL is. və sif. Kök, koppuş, ətli, tos-
qun. Gedirdi gonbul; Əlində dumbul... (Uşaq
mahnısı).
GONBULLUQ is. Köklük, ətlilik, tosqun-
luq. Gonbulluğımdan yeriyə bilmir.
GOP is. dan. 1 . Mübaliğəli danışıq; şişir-
dilmiş, uydurma söhbətlər. [Qadir kişinin] bu
cür gopları çox vaxt yerinə düşərdi. Ə. Sadıq.
Əhməd oğurluğun şərtlərindən xeyli danış-
dı. Daha onun gopunu eşitmək istəməyən
Fərman Əhmədin qolundan tutub çəkdi.
Ə.Abasov. □ Gop vurmaq - bax gopa
basmaq. [Bahar:] Qoyasan elə axşamadək
özündən gop vurub danışa. Ə. Haqverdiyev.
Gopa basmaq - bir şeyi, hadisəni çox
şişirdərək danışmaq, mübaliğə ilə danışmaq.
[Səttar:] Gədə, - dedi, - çox gopa basıb
uşaqları qorxuzma! P.Makulu.
2. Yalan, uydurma, mübaliğə, şişirdilmiş
şey.
GOP ALAMA “Gopalamaq”dan (is.
GOP ALAMAQ bax gopamaq 1-ci mə-
nada.
GOP AMA “Gopamaq”dan/w.
GOPAMAQ f. dan. 1 . Döymək, vurmaq,
çəkmək, ilişdirmək. [Məmmədəli:] Bacı-
oğlu! ..O qədər goparam cəmdəyinə, şişib
dama dönərsən. N.Vəzirov.
2. Bax goplamaq. [Əhməd:] Gopa ba-
şına dönüm, gopa! N.Vəzirov.
GOPCUL dan. bax gopçu.
GOPÇULLUQ dan. bax gopçuluq.
GOPÇU sif. Bir şeyi həddən artıq şişirdərək
danışmağa, özü, öz işləri haqqında mübaliğə
ilə danışmağa adət etmiş adam. Şamdan bəy
yalançı, gopçu, nankor, xain, fırıldaqçı bir
adamdır. M. Arif. // Yalançı, uydurmaçı.
[Əmiraslan ağa:] Yoxsa gopçu Ədiliıı sözün-
dən xofa düşmüsümiz? S.S.Axundov.
GOPÇULUQ is. dan. Mübaliğə ilə danış-
maq xasiyyəti, bir şeyi şişirtmə, mübaliğə
etmə. [Xankişi:] Gopçuluq yaraşmır heç
igidlərə. Z.Xəlil. //Yalançılıq, uydunnaçılıq.
[Kələntər] təsadüfən yalançılıq, gopçuluq
və hay-küylə bu vəzifəyə yüksələ bilmişdi.
M.lbrahimov.
GOPLAMA “Goplamaq”dan /лҮ
GOPLAMAQ/ dan. 1 . Mübaliğə ilə danış-
maq, şişirdərək, artıraraq söyləmək. [Səlbnaz
xanım:] Mən gedirəm, bilirəm də oğluna iki
yüz min pis şeylər mənim haqqımda məndən
goplayacaqsan. N.Vəzirov.
2. Yalan danışmaq, uydurmaq.
GOPPULDAMA “Goppuldamaq”dan fis.
GOPPULDAMAQ/ Goppultu ilə düşmək,
goppultu səsi çıxartmaq.
GOPPULDATMA “Goppuldatmaq”dan
fis.
GOPPULD ATMAQ/ Goppultu ilə salmaq,
goppultu səsi çıxarmaq.
GOR is. [fars.] Qəbir, məzar. Atanın goru
haqqı (and kimi işlədilir). - Qırxında öyrənən
gorunda çalar. (Ata. sözü). [Hümmətəli:]
Yox, verə bilmərəm, atamın goruna and içmi-
şəm ki, heç kəsə nisyə verməyəm. Ü.Hacıbə-
yov. Hazırlan qətlə, edamə! Əcəb gorun,
məzarın var! Ə.Nəzmi. □ Gora getmək -
ölmək, basdırılmaq.
0 Gor qonşusu məc. - çox yaxın qonşular
haqqında. [Piti Namaz:] Mənııən nahaq qa-
çırsan, Bağır dayı. Gor qonşuyusuq, bir-
birimizə lazımıq biz. I.Məlikzadə. Gora (go-
runa) aparmaq - qoruyub saxlamaq, işlət-
məmək, sərf etməmək (adətən istehza kimi
işlənir). Bir sandıq yığmışam, xərcləməyə yer
tapmıram. Saxlayıb özümııən gora aparma-
yacağam ki! M. Hüseyn. Gora başıaşağı get-
mək - ölərkən özündən yaxşı xatirə qoy-
mamaq, xəcalətli getmək. Iııdi ömrümün son
çağında gora başıaşağı gedirəm. S.Rəhimov.
Gora kəfənsiz gedəsən! (getsin!) - qarğış
ifadəsi. Meynələrdə qora ; İlişdim, düşdüm
tora; Səni mənııən eləyən; Kəfənsiz getsin
gora. (Bayatı). Goruna od qalansın! -
qəbri(n) yansın! (qarğış ifadəsi). Goruna od
qalansın; A bu sarsaq kişini əkən dədə!
“M.N.lətif. ” Baş gora aparmaq - ölmək,
ölüb getmək. Bədbəxt, mən o kəsə deyərəm
ki, bu beş qara günü ləzzət-dcımaq ilə keçi-
rib baş gora aparmaya. Ə.Haqverdiyev.
GORBAGOR is. [fars.] Ölmüş adam haq-
qında söyüş məqamında işlənir. [Fəxrəd-
din:] Onun [Qətibənin] gorbagor atasının
qızın səadətini əlindən aldığı bəs olmadımı?
M.S. Ordubadi. [Ələmdar:] [Məşədi] qır-
saqqız oğlu qır-saqqız, elə bil o gorbagor
Hacı Abtalıbııı özüdür ki, qəbirdən xortdu-
yııb.. S.Rəhimov.
256
GORDA
GÖBƏLƏK
0 Gorbagor etmək - ölmüş bir adamı
rüsvay etmək, təhqir etmək, dalınca söy-
mək. Birisi Hacı Manafdır, özü Üryan oğlu;
Gör mən indi edərəm gorbagor ol üryanı.
S.Ə.Şirvani. Gorbagor olmaq - ölmək, gə-
bərmək (söyüş kimi işlənir). [Səfər:] Bilirəm,
dədə-babam gorbagor olacaq! Cəhənnəmə,
ondan mənə bir zərər yoxdur. C. Cabbarlı.
GORDA is. Birağızlı, əyri qılınc; yatağan.
Gorda ilə vurmaq. - Qorodovoy börkiinü
başına basıb, gordası qılçasına dolaşa-
dolaşa yüyürüb getdi... Çəmənzəminli. Nizə
və gorda davasında [Qəhrəmanın] başına
və üzünə bir neçə zərbə dəydi. Ə.Vəliyev.
Pristav .. dəstəsi qotazlı gordasıııı pilləkənə
toxundurmasın deyə, əlinə götürmüşdür.
Ə.Abasov.
GOREŞƏN dan. 1. Bax kaftar 1-ci mə-
nada. [Zeynəb:] Kazım, sənsən? Gecə vaxtı
goreşən kimi qəbristaıılıqda nə gəzirsən,
baş-gözünii niyə sarıyıbsan? İ.Şıxlı.
2. тәс. Altdan-altdan iş görən; ziyankar
(adətən söyüş məqamında). [Səkinə Rüstə-
mə:] Yuxuma qara-qura gətirən goreşən,
saman altdan su yeridən Yastı Salmandır..
M. İbrahimov. Bu goreşən oğlu goreşən ol-
masaydı, indiki vaxtda bircə bu kənkan olma-
saydı, - deyə. Gəray bəy kədərlə düşünürdü.
S. Rəhimov.
GORGAH [fars.] Qəbiristanda bir nəsil-
dən olan adamların basdırıldığı yer; qəbir.
[Budaq:] Bircə aydan sonra bu qəbir itib-
batar, atamın gorgahı bilinməz, nişanga-
hından xəbərimiz olmazdı. Ə.Vəliyev. [Sərv-
naz:] Camaat hər şeydən keçər, amma qo-
hum-əqrəbasının .. gorgahmın dağılmasına
razı olmaz. B. Bayramov.
GÖBƏK is. 1 . Göbəkbağı düşdükdən sonra
qarnın ortasında qalan kiçik çuxıır, batıq.
□ Göbəyə qədər (kimi) - belə qədər,
beləcən. Biçinçilər sıra ilə durmuş, göbəyə
qədər qalxmış yaş otu biçir .. və qurumuş
otlardan qotman vururdular. A. Şaiq. Su göl-
mədə göbəyimizə kimi çıxırdı. S.S. Axundov.
2. B ax göbəkbağı. Uşağın göbəyi düşdü.
3. məc. zar. Bir şeyin mərkəzi, tən ortası,
əsası mənasında. Dünyanın göbəyi. - Bu
zalım oğlu zalını axırda işi o yerə gətirib
çatdırdı ki, istanbulun göbəyindən xotkarın
öz qızını da götürüb apardı. “Koroğlu”.
4. məc. Səbəbkar, bais mənasında. [Süley-
man:] Biitiin bu işlərin göbəyi Tofiqdi.
M. İbrahimov.
5. Bax göbəkduası. [Ələsgər Mirzə
Heydərə:] Çıxıb getsənə göbək yazmağın
dalınca! Ə. Haqverdiyev.
0 Göbək bağlamaq zar. - kökəlmək, ət-
lənmək, ətə-cana dolmaq. Yağ salıb, bağla-
yıb cümlə göbək. S.Ə.Şirvani. Göbəyi düş-
mək - ağır iş nəticəsində qamı zədələn-
mək. Göbəyini piyləndirmək - bax
göbək bağlamaq. [Paşa bəy:] Mən sənə
ümidəm, sən də göbəyini piyləııdirməkdən
başqa heç nəyə fikir vermirsən. Ə.Vəliyev.
GÖBƏKBAĞI is. anat. İnsan və ya hey-
van rüşeymini ananın bədəni ilə birləşdirən
və rüşeymin qidalanmasına vasitə olan bom.
GÖBƏKCİK is. Balaca, kiçik göbək.
Rüşevmlə ananın əlaqəsi göbəkcik vasitəsilə
yaradılır. “Qaramal”.
GÖBƏKDUASI is. Kölmə məişətdə: cəha-
lət və nadanlıq əlaməti olaraq xəstə, yaxud
uşağı olmayan qadınların göbəkləri ətrafına
yazılan dua.
GÖBƏKGÖTÜRƏN is. Kölmə məişətdə:
göbəkgötürmə ilə məşğul olan ara həkimi.
GÖBƏKGÖTÜRMƏ is. Köhnə məişətdə:
ara həkimlərinin dua oxuyub göbəyə püflə-
məsindən ibarət yalançı müalicə üsulu.
GÖBƏKKƏSMƏ is. etnoqr. Qız və oğlan
uşağını anadan olanda bir-birinə nişanlama
adəti: beşikkəsmə. Salondan daha bir qız səsi
eşidildi: - Deyirlər, keçmişdə göbəkkəsmə
olardı.. Ə. Sadıq.
GÖBƏKLİ sif. dan. Qarnı iri olan; kök,
yoğun, yekəqarın. Göbəkli adam. - Atlı
dəstəsinin önündə gələn yaşıl çalmalı,
şişman göbəkli adam Həmədan valisi idi..
Ə.Məmmədxanlı.
GÖBƏKYAZAN is. köhn. Göbəkduası ya-
zan adam, molla (bax göbəkduası). Deyin
o göbəkyazaııa, qələmin ucun yavaş bas!
M. Möcüz.
GÖBƏLƏK is. 1. bot. Xlorofili olmayan,
əsasən sporlar vasitəsilə çoxalan ibtidai bitki.
Yeməli göbələk. Zəhərli göbələklər. - Uşaq-
ları tapıb, çiyələk, göbələk toplamağa, ya
dərədə daşlar arasında balıq tutmağa ge-
dirdik. A.Şaiq. [Sona:] Bilirsən, Eyvaz, biz
257
GÖDƏLDİLMƏ
GÖBƏLƏKBAŞ
göbələk yığmağa getmişdik, bir göbələk tap-
mışıq... C. Cabbarlı.
2. Bir sıra dəri xəstəliklərinin əmələ gəl-
məsinə səbəb olan bitki mikroorqanizmləri.
Göbələk xəstəlikləri.
0 Göbələk kimi yerdən çıxmaq (göyər-
mək) - tez və bollu meydana gəlmək,
törəmək.
GÖBƏLƏKBAŞ sif Başının forması gö-
bələk kimi olan; yastıbaş. Göbələkbaş adam.
// is. Ağ əmmaməli din xadimlərinə istehza
ilə verilən ad. [Fatma:] Özüm də şəri məsə-
lələri min sənin kimi göbələkbaşdan artıq
bilirəm. P.Makulu.
GÖBƏLƏKCİK is. Kiçik, xırda göbələk.
GÖBƏLƏKLİK is. Çoxlu göbələk bitən
yer.
GÖBƏLƏKŞƏKİLLİ bax göbələkvari.
GÖBƏLƏKŞƏKİLLİLİK bax göbələk-
varilik.
GÖBƏLƏKVARİ sif Göbələk şəklində
olan, şəkilcə göbələyə oxşayan; göbələk-
şəkilli. Göbələkvari tağ.
GÖBƏLƏKVARİLİK is. Göbələyə oxşa-
yan şeyin şəkil və vəziyyəti; göbələk
şəkillilik.
GÖDƏCİK sif. Boyca çox balaca; qısa-
boylu, kiçikboylu. Sizi maraqlandıran məh-
rum sahibi haman bu gödəcik, axsaq, yara-
şıqsız adanıdır. Mir Cəlal. // Gödək, qısa,
gödərək. [Nailənin] əynində gödəcik bir çit
don vardı. İ.Hüseynov.
GÖDƏCİKLİK is. Gödəcik şey və ya
adamın halı.
GÖDƏK bax qısa. Gödək oğlan. Gödək
saç. Gödək vaxt. Gödək yol. Gödək (z.) da-
nışmaq. İs. mənasında. Gödək atıldı vurdu
uzunun başına; Uzan dedi: “Əcəb yadıma
saldın". (Məsəl).
GÖDƏKAYAQ(LI) sif. Ayağı gödək olan;
qısaayaqlı. Gödəkayaq miz.
GÖDƏKBARMAQLI sif Barmağı, ya
barmaqları gödək olan.
GÖDƏKBOĞAZ(LI) sif. Boğazı, quncu gö-
dək olan; qısa boğaz(lı). Gödəkboğaz çəkmə.
GÖDƏKBOY (LU) sif. Boyu hündür olma-
yan, boyu qısa olan; alçaqboy(lu). ..Novruz
30 yaşında, gödəkboy, canlı oğlan idi.
N.Nərimanov. ..[Rəhim bəy] gödəkboylu,
altmış siııııini ötmüş bir kişi idi. Ə. Haqver-
diyev. Gödəkboy, tökmədaban, kürən Daş-
dəmirin yanaqları yaylaq havasından qıp-
qırmızı idi. B.Bayramov.
GÖDƏKBOYUN(LU) sif. Boynu gödək
olan; qısaboyun(lu). Gödəkboyunlu adam.
GÖDƏKCƏ 1 . zərf Qısaca, uzun olmayan,
müxtəsər. Gödəkcə danışmaq. // Sif. məna-
sında. Gödəkcə ip.
2. is. Bədənə kip yapışan qısa isti üst ge-
yimi. Pambıqlı gödəkcə. Meşin gödəkcə.
- ..Gödəkcəsini çiyninə salmış Dadaş Lələ-
şov .. istehza ilə güldü. S. Rəhimov. Xəlil
əllərini ciblərindən çıxarıb gödəkcəsinin
boynunu qaldırdı. İ.Məlikzadə.
GÖDƏKCƏLİ sif Gödəkcə geymiş, əy-
nində gödəkcə olan. ..Gödəkcəli, arıq bir
oğlan direktor otağına girdi. Mir Cəlal.
GÖDƏKCƏLİK sif. Gödəkcə tikməyə
yararlı, gödəkcə tikmək üçün. Gödəkcəlik
parça. //İs. mənasında. Allah eləyəvdi, mənə
gödəkcəlik, şalvarlıq da almış olaydı!
M. Hüseyn.
GÖDƏKDƏST Ə(Lİ) bax gödəksap(lı).
Gödəkdəstəli balta.
GÖDƏKQIÇ(LI) sif Qıçları gödək olan;
qısaqıçlı. Gödəkqıçlı kişi.
GÖDƏKQOL(LU) sif. Qolu gödək olan;
qısaqol(lu). Gödəkqollıı jaket. - [Qızlar]
kombinezon geymiş, saçlarını yığıb yaylıqla
bağlamış, dirsəkdən yuxarı gödəkqollu köy-
nəklərdə həvəslə işləyirdilər. M.İbrahimov.
GÖDƏKQUYRUQ(LU) sif Quyruğu gödək
olan; qısaquyruq(lu). Gödəkquyruq it. - Gö-
dəkquyruq dayçaların kişnəməsi eşidilirdi.
B.Bayramov.
GÖDƏKLİK is. Gödək şeyin halı; qısalıq
(; uzunluq ziddi). ..A kişi! O nədi hər nöm-
rədə götürüb bəzi müsəlman şəhərlərinin ar-
vadlarının tumanının gödəkligiıı gah yazırsan,
gah da şəklin çəkirsən? C.Məmmədquluzadə.
GÖDƏKSAÇ(LI) sif. Saçları gödək olan,
saçları qısa kəsilmiş; qısasaç(lı). Gödəksaç
qız.
GÖDƏKSAP(LI) sif Sapı gödək olan; qı-
sadəstə(li). Gödəksap bel.
GÖDƏKYUN(LU) sif Yunu gödək olan;
qısayun(lu). Gödəkyunlu qoyun.
GÖDƏLDİLMƏ "Gödəldilmək”dən f. is.
258
GÖDƏLDİLMƏK
GÖDƏLDİLMƏK məch. Gödək kəsilmək,
kəsilib gödək edilmək; qısaldılmaq.
GÖDƏLMƏ “Gödolmək”don f.is.
GÖDƏLMƏK / 1. Gödək olmaq, qısal-
maq. Paltarı yuduqca gödəldi. - [Rza:]
Divarların kölgəsi gödələrək öz dibinə düş-
düyü günorta zamanları günəş adamı ilan
kimi çalırdı. M. İbrahimov. Ağacların uza-
nan kölgələri getdikcə gödəlirdi. Ə. Vəliyev.
2. Müddətcə azalmaq, məhdudlaşmaq,
qısalmaq. Gecələr gödəlir. - Gödəlir iştə
gün, hava soyuyur; Payız olmuş, soyuq kü-
lək çovuvur. A.Səhhət. Ağır birvuxuvla ke-
çir min səhər; Ürək dil açır ki, gödəlir ömür!
S.Vurğun.
GÖDƏLTDİRMƏ “Gödəltdirmək”dən f.is.
GÖDƏLTDİRMƏK icb. Gödək hala sal-
dırmaq; qısaltdırmaq.
GÖDƏLTMƏ “Gödəltmək”dən f.is.
GÖDƏLTMƏK f. 1. Gödək etmək, qısa
etmək, qısaltmaq. Paltonu gödəltmək.
2. Müddətcə azaltmaq, məhdudlaşdırmaq,
qısaltmaq. Dedin ki, hurilər çatmaz köməyə;
Mewəsiz xəyallar ömür gödəldir! S.Vurğun.
Müşkünazın anası qardaşının dərdini çəkə-
çəkə ömrünü gödəltdi. Ə. Vəliyev.
GÖDƏN is. dan. Qarın. Çaqqal var ki,
gödən çıxarır, qurdun adı bədnamdır. (Ata.
sözü).
GÖDƏNQULU bax qarınqulu.
GÖDƏNQULULUQ bax qarınqululuq.
GÖDƏRƏK sif. 1 . Bir qədər gödək; gödə-
cik, qısacıq. [Gələn işçilərdən] biri .. gödə-
rək, yapışıqlı, qara bir kişi idi. Ə.Əbülhəsən.
GÖL is. 1 . Dənizlə bilavasitə əlaqəsi ol-
mayan təbii su hövzəsi. Aral gölü. Göy göl.
Şor göl. - Bir göl içrə üzürdü bir yekə qaz;
Özüııə fəxr edib uzatdı boğaz. S.Ə.Şirvani.
Quşlar uçur göylərdə; Ördək üzür göllərdə.
A.Səhhət. // Süni surətdə düzəldilmiş böyük
su anbarı; dəryaça. Mingəçevir gölü, //bax
gölməçə. Küçədə göllər əmələ gəlmişdi. -
Hələ tamam qurumamış yağış gölləri; Üzə-
rində bulud-bulud uçur milçəklər. S.Vurğun.
□ Göl bağlamaq - bir yerə yığılıb qalmaq,
axmamaq (mayelər haqqında). Qan göl bağ-
lamışdı. - Daşı ağzından götürüb gördüm
ki, hinin içi göl bağlamış, var səsimlə : - Bo-
ğulmuş! - deyə bağırdım. A.Şaiq.
GÖLMƏÇƏ
2. məc. Təşbeh kimi bir şeyin çox olduğu
“yer” mənasında. Qəm gölündə üzmək. -
Ələsgər qurbandı belə gəlinə; Sona kimi cu-
mub eşqin gölünə. Aşıq Ələsgər. Bir dəstə
cavan və igid oğlan atəş gölündə üziiı; əri-
dilmiş odda çimirdi. Ə.Vəliyev.
0 Göl iyiri bot. - yerlə sürünən köküm-
sov gövdəli çoxillik bitki.
GÖL-GÖL zərf Bəzi yerlər qum, bəzi yer-
lər su ilə dolu halda, su yığınları şəklində.
Axan çay göl-göl olub burulur və sonra yenə
açılıb gedirdi. S. Rəhimov. // Məc. mənada.
Göl-göl olub sirişkim, gülzar olub kənarını;
Mən neyləyim baharı, ya bağii laləzarı.
S.Ə.Şirvani.
GÖLLƏNDİRMƏ “Gölləndirmək”dən f.is.
GÖLLƏNDİRMƏK f. Göl halına salmaq,
göl kimi su yığmaq, gölməçə əmələ gətir-
mək. Küçəni gölləndirmək.
GÖLLƏNMƏ “Göllənmək” dən f.is.
GÖLLƏNMƏK / 1. Göl halına düşmək,
göl kimi su yığılmaq, gölməçə əmələ gəl-
mək. Yağışdan küçələr gölləndi. - Bir gün
Qəmər ağacların dibini çala edirdi ki, su
göllənsin, ağaclar su içsin. (Nağıl). Orda-
burda göllənmiş (f.sif.) suların içindən
adanıboyu hündürlüyündə göy qamışlar
ucalırdı. M. Hüseyn.
2. Təşbeh kimi “göz yaşı axıtmaq” mə-
nasında. Qanlı yaşım gündən-günə hollandı;
Axdı, axdı sinəm üstə gölləndi. M. V. Vidadi.
Anamın göz yaşı axıb gölləndi; Sonra saç-
larını yolub dilləndi. S.Vurğun.
GÖLLÜK is. Göl çox olan yer. // Sif. mə-
nasında. Gölliik sahə.
GÖLMƏ dan. bax gölməçə. Neft göl-
məsi. Su gölməsi. - Bu gölmələrdə balıq ax-
tarırdıq. S.S. Axundov. Gölmə sularının
rəngi sapsarı; Xəstəlik qurudur ağaclıqları.
S.Vurğun. Ağcaqanad dəstə-dəstə; Vızıldadı
gölmə üstə. M. Dilbazi. □ Gölmə bağlamaq
(tutmaq) -bax gölmələnmək. Çirk sular
gölmə bağlayıb. - Su ancaq oyuqlarda, çu-
xurlarda gölmə tutardı. S.S.Axundov.
GÖLMƏC is. Kiçik, balaca gölməçə; gölmə.
GÖLMƏÇƏ is. Kiçik göl, balaca göl, su
və ya çirkab yığını. Gölməçənin üstündən at-
lanmaq. Neft gölməçəsi. - Yol qıraqlarındakı
sular və gölməçələr buz bağlamış, Savalanın
259
GÖLMƏÇƏLƏNDİRMƏ
başı əbədi duman içində itmişdi. M. İbrahi-
mov. Biz axmazların, gölməçələrin hamısını
qurudacağıq. Ə. Sadıq. Gölməçələr gölə dö-
nüb; Meşələrin çayına bax. H.Arif.
GÖLMƏÇƏLƏNDİRMƏ “Gölməçələn-
dirmək”dən /is.
GÖLMƏÇƏLƏNDİRMƏK icb. Gölməçə
əmələ gətirmək, suyu və ya başqa mayeni
bir yerə yığmaq. Buruğun ətrafını gölməçə-
ləndirmək.
GÖLMƏÇƏLƏNMƏ “Gölməçələnmək”-
don f.is.
GÖLMƏÇƏLƏNMƏK/ Gölməçə əmələ
gəlmək, bir yerə yığılıb qalmaq; axmamaq.
Su küçədə gölməçələndi. - Göldən uzanıb
gələn köhnə arxın bulanıq lehməli suyu ta-
xılı basaraq gölməçələnirdi. M. İbrahimov.
..Kim isə qayığın dövrəsində gölməçələnmiş
(f.sif.) suyun içində ağır-ağır addımlayırdı.
M.Rzaquluzadə. Elə bil illərlə axan al-qanın ;
Bayrağın dibində gölməçələndi. B.Vahabzadə.
GÖLMƏÇƏLİ sif. Gölməçə olan, gölməçə
əmələ gəlmiş. Gölməçəli küçə. - Gölməçəli,
zibilli o ucqar küçələrdə; Qaranlıq döngə-
lərdə lal kölgələr sürünür. Ə.Cəmil.
GÖLMƏÇƏLİK is. Gölməçə çox olan yer.
Gölməçəliyi qurutmaq.
GÖLMƏLƏNMƏ “Gölmələnmək”dən.
GÖLMƏLƏNMƏK dan. bax gölməçə-
lənmək. Küçə gölmələndi.
GÖMDÜRMƏ “Gömdürmək”dən/;'s.
GÖMDÜRMƏK f. Basdırmaq, quyulamaq,
torpağın altında gizlətmək.
GÖMDÜRÜLMƏ “Gömdürülmək”dən/ is.
GÖMDÜRÜLMƏK məch. Basdırılmaq, qu-
yulandırılmaq, torpağın altında gizlədilmək.
GÖMGÖY 1 sif. Tünd-göy, tünd-mavi. Göm-
göy paltar. - Buludsuz, açıq, şəffaf, gömgöy
səma birdən-birə bulanır.. M.Rzaquluzadə.
GÖMGÖY 2 1. sif. Tünd-yaşıl, yamyaşıl;
hər tərəfi yaşıl. Gömgöy parça. - Quşlar
gömgöy budaqlarda oturub oxuşurdular.
S.S.Axundov. Ortada gömgöy otlarda atlaz
kimi döşənmiş geniş bir meydan vardı.
M.Rzaquluzadə.
2. zərf Soyuqdan, hirsdən göyərmiş. Hir-
sindən gömgöy olmaq. - İşləmiş qanına bu
quduz şaxta; Qalın dodaqları gömgöy kəsilir.
S.Vurğım. [Şamxalm] gicgahlarındakı da-
GÖMÜLMƏK
marlar gömgöy göyərib şişdi, az qaldı ki,
partlasın. İ.Şıxlı.
3. is. Zərbə və s. nəticəsində bədənin hər
hansı bir yerində əmələ gələn tünd-göy ləkə.
Qonşular hələ o vaxt deyirdilər ki, Mina-
yənin üzü-gözü gömgöydür, cırıq-cırıqdır.
Ə.Əbülhəsən. □ Gömgöy göyərmək - göy
ləkələr əmələ gəlmək, bərk göyərmək.
[Səriyyə:] Hələ bu gün səhər məni o qədər
vurublar ki, əndamım gömgöy göyərib.
C.Cabbarlı. Özü yoxsul balası, həm də qərib;
Üz-gözü gör necə gömgöy göyərib. Ə. Vahid.
GÖMGÖYLÜK 1 is. Tünd-göy rəngdə olan
şeyin halı; tünd-mavilik.
GÖMGÖYLÜK 2 is. Tiind-yaşıl rəngdə
olan şeyin halı; yamyaşıllıq, tünd-yaşıllıq,
hər tərəfi yaşıl olma.
GÖMMƏ “Gömmək”dən f.is.
GÖMMƏK/ 1 . Basdırmaq, torpağa quyu-
lamaq, torpağın altında gizlətmək. Zavallı
qocanı məzara gömdüm, həm də bir daha so-
yuq məzəmmətlərini eşitməmək üçün köhnə,
çürük fəlsəfə və mühakimələri ilə bərabər
gömdüm. A.Şaiq. [Aydəmir:] ..Aydəmiri
torpaqlara gömməmiş heç kəs onun ürəyinə
toxunmaz. C.Cabbarlı.
2. məc. Məhv etmək, puç etmək, yoxa çı-
xarmaq.
GÖMRÜK is. Ölkəyə gətirilən və ya öl-
kədən çıxarılan mallardan, şeylərdən alman
dövlət rüsumu. Gömrük almaq. Gömrük pulu,
//bax gömrükxana. [Hacı Qara:] Başına
dönüm, on beş ildir padşah gömrüyünə ildə
mən əlli tümən xeyir verirəm. M.F.Axundzadə.
GÖMRÜKÇÜ is. Gömrükxana xidmətçisi.
GÖMRÜKXANA is. Ölkəyə gətirilən və
ölkədən çıxarılan malları və ya şeyləri yox-
layıb gömrük rüsumu almaq işilə məşğul olan
dövlət idarəsi. Gömrükxana işçisi. - [Əsgər
bəy:] Səbəbi odur ki, qarabağlıların, .. göm-
rükxana qarovullarının və kazakların qor-
xusundan quş quşluğu ilə Arazın o tayına
səkə bilmir. M.F.Axundzadə.
GÖMRÜKLÜ sif. Üzərinə gömrük qoyul-
muş, gömrük alman. Gömrüklü mal.
GÖMRÜKSÜZ sif. Üzərinə gömrük qo-
yulmamış, gömrük alınmayan. Diplomatik
işçilər üçün aparılan gömrüksüz mallar.
GÖMÜLMƏK məch. 1 . Basdırılmaq, qu-
yulanmaq, torpaq altında gizlədilmək. Kən-
260
GÖN
dimizin ən yaxşı adamları orada torpağa
gömüldü. Ə.Məmmədxanlı. □ Qaranlığa
(zülmətə) gömülmək - qaranlığa, zülmətə
qərq olmaq, qaranlığa batmaq. Maşının işığı
qılınc kimi Mərdanın gözlərinə sancıldı.
Sonra ustanın gözlərində hər şey qaranlığa
gömüldü. H.Seyidbəyli. Ayııabəndi sağ-
soldan meyvə ağacları bürümüş, alçaq ev
zülmətə gömülmüşdü. İ. Hüseynov.
2. məc. Məhv edilmək, yox edilmək, puça
çıxarılmaq. Nə könlü açıldı, nə güldü qəlbi;
Anamın torpağa gömüldü qəlbi. O. Sarıvəlli.
GÖN is. İri heyvanların işlənmiş dərisi.
Ayaqqabının altı göndür. Gönü suya vermə,
verdin heyfsilənmə. (Ata. sözü). // Bu dəri-
dən qayrılmış. Gön altlıq.
0 Gönü duzlamaq istelı. - ölmək, gəbər-
mək. [Azad:] Arvad gün-gündən saralır, de-
yəsən, bu da bacıları kimi gönü duzluyacaq,
yenə xərcə diişiib təzədən evlənəcəyəm!
Çəmənzəminli. Gönündən soymaq (çıxar-
maq) - zərərinin əvəzini birindən güclə al-
maq. [Həsən:] Ziyanlığın hamısını sənin
gönündən soyacağam. Ə. Haqverdiyev. Gö-
nünü soymaq (almaq) - 1) bərk cəzalan-
dırmaq, divan tutmaq. [Ağa Kərim xan:] Tez
ol, yoxsa, vallah, gönünü allam. N.Vəzirov.
[Yaxşı:] Qaynım dünən araba ilə şəhərə ge-
dib. Yoxsa mən bura gələ bilərdim? Mənim
gönümü soyardı. C. Cabbarlı; 2) çox baha
qiymətə satmaq, bahaçılıq etmək. Müştəri-
lərin gönünü soymaq. Dabbağxanada (dab-
bağda) gönünü tanımaq (gönünə bələd
olmaq) -bax dabbağxana.
GÖNÇÜ is. Gönçülüklə məşğul olan adam.
GÖNÇÜLÜK is. 1 . Gönçünün işi, peşəsi.
2. Gön istehsalı. Gönçülüvü inkişaf etdir-
mək. - Mərgümiiş təbabətdə, pirotexnikada,
gönçülükdə, sarı rəng istehsalında və başqa
sahələrdə işlənir. M. Qaşqay.
GÖNDƏRİLMƏ “Göndərilmək” dən/is.
GÖNDƏRİLMƏK "Göndərmək”dən məcli.
Qoşun göndərilmək. Ezamiyyətə göndəril-
mək. Məktub lazımi yerə göndərildi.
0 Sibirə göndərilmək köhn. - Sibirə sür-
gün edilmək, katorqaya göndərilmək (keç-
mişdə Sibir sürgün, katorqa yeri sayılırdı).
[Müstəntiq:] Sənin Sibirə göndərilməyinə bu
sənəd kifayət edər. H.Nəzərli.
GÖNÜQALIN
GÖNDƏRİŞ is. Göndərmə işi, göndərmə,
yollama.
GÖNDƏRMƏ “Göndərmək” dən fis.
GÖNDƏRMƏK/ 1. Yollamaq (birinə ver-
mək, çatdırmaq üçün). Məktub göndərmək.
Sovqat göndərmək. Poçtla pul göndərmək.
- [Oğul:] Ata, ayda on beş manat qardaşıma
göndərə bilərsən? Ə.Haqverdiyev. [Yaşlı kişi:]
Tək bir teleqram üzərinə biz [tatar tacirinə]
vaqonlarla mal göndərirdik. S. Hüseyn.
2. Bir tapşırıqla bir yerə yollamaq. Uşağı
dükana göndərmək. [Əsgər:] Günü bu gün
Süleymanı görsəm göndərəcəyəm ki, gedib
elçilik eləsin. Ü. Hacıbəyov. Məhəmməd Səfi
ağa bir az səbr eləyib, xidmətçi qızı [Almın]
dalınca göndərdi. Çəmənzəminli. // Bir məq-
sədlə bir yerə getməsini əmr və ya təklif
etmək; təyin etmək. İdarəyə müdir göndər-
mək. İşə göndərmək. Uşaqları gəzməyə
göndərmək.
3. Ezam etmək, yollamaq. Müşavirəyə
göndərmək. Vətənə göndərmək. - Keçən gün
seçkiqabağı məni seçicilər arasında kütləvi
iş aparmaq üçün Xıdırlıya göndərdilər.
S. Rəhman. Bakıda Firidunu növbəti çağırış-
çılara qoşub, Tbilisiyə göndərdilər. Mir Cəlal.
4. Yazı, hərəkət və ya sözlə öz münasi-
bətini, hissiyyatını bildirmək, ifadə etmək.
Salam göndərmək.
0 Sibirə göndərmək köhn. - Sibirə sür-
gün etmək. ..Səfəri adam öldürmək üstündə
Sibirə göndərdilər. S.S. Axundov.
GÖNDƏRTMƏ “Göndərtmək”dən fis.
GÖNDƏRTMƏK icb. Göndərməyə, yolla-
mağa məcbur etmək, yaxud göndərməsini
xahiş etmək. Övliya .. min-min manat bay-
ramlıq göııdərtdikdən sonra dübarə onunla
barışardı. l.Musabəyov.
GÖNLÜK sif. Gön üçün aşılamağa yarar.
Göıılük dəri.
GÖNSOYAN sif. 1. Kəsilmiş heyvanın gö-
nünü soyan. Gönsoyan qəssab. Gönsoyan
nıaşın.
2. dan. Çox bahaçı, bahaçıl adam haqqında.
3. məc. Zülmkar, zalım, qəddar mənasın-
da. Dözə bilməz insan oğlu; Bu gönsoyan
qanunlara! S.Vurğun.
GÖNÜQALIN sif. 1. Dərisi kobud, qalın
olan.
261
GÖNÜQALINLIQ
2. məc. Heç bir şeydən mütəəssir olma-
yan, heç bir şey kar etməyən; kobud, qanmaz.
Gönüqalın adam. - [Süsənbər Səməndərə:]
..istəyirəm ki, sənin o gönüqalın qayınatanın
qarnına möhkəm bir ağrı dola.. B. Bayramov.
// İs. mənasında. [Cəlal:] ..Aləmi xarabla-
yan belə göniiqahnlardı da.. M. İbrahimov.
GÖNÜQALINLIQ is. Heç bir şeydən mü-
təəssir olmayan, heç bir şey kar etməyən
adamın keyfiyyəti, xassəsi; qanmazlıq, ko-
budluq.
GÖRDÜRMƏ “Gördürmək ” dən f.is.
GÖRDÜRMƏK icb. Görməyə məcbur et-
mək, görməsini xahiş etmək, görməsinə nail
olmaq. İş gördürmək.
GÖRƏ əı I. 1. Yönlük hal şəkilçisi tələb
edərək: a) səbəb bildirir. Yıxıldığına görə
ayağı sındı. - Elə bax bu rəssamlığınla görə
də məni lap gözdən salıblar. S.Vəliyev;
b) əsas, isnad bildirir. Kişi yer iiziində od qo-
ruyandır; Kişi ona görə kişi adlanır. M. Araz.
2. Mürəkkəb bağlayıcınm tərkib hissələ-
rindən biri kimi işlədilib, özündən əvvəlki
fikrin sonrakı fikrə səbəb olduğunu bildirir.
Yəqin başı qarışıqdır, ona görə kağız yazmır.
M. Hüseyn. Mən səni qardaşlığa qəbul etmi-
şəm, ona görə də bu cür açıq danışıram.
S. Rəhman.
GÖRƏCƏK bax görəcəkli.
GÖRƏCƏKLİ: görəcəkli günlərim (gün-
lərimiz) varmış - gözlənilməyən pis bir ha-
disə baş verdikdə və ya bir xəbər eşidildik-
də deyilir. [Məşədi Səfər:] Qoca vaxtımda
görəcəkli günlərim varmış. Ə. Haqverdiyev.
[Sona xanım:] Yazıq mənim canım, .. görə-
cəkli günlərim varmış. Ə.Haqverdiyev. Allah,
görəcəkli günlərim varmış. B.Vahabzadə.
GÖRƏK əd. 1 . Nəticəsi qabaqcadan bəlli
olmayan bir işə başlarkən deyilir. Yaz görək
nə çıxır. - [Sitarə Gülzara:] Gəl toyumuz
barəsində niyyət eləyək, gedək bayıra, qulaq
asaq, görək kim nə eşidir. C. Cabbarlı.
[Vəzir:] Səbr ediniz, görək bu işin çarəsi
nədir? Ü.Hacıbəyov.
2. Fellərdən sonra gələrək narazılıq, ya-
xud təkidlik çaları verir. Sən bir dayan görək.
Qoy görək. De görək, nə deyirsən?
GÖRƏN 1 bax görəsən. [Duma:] İndi ya-
zıq Aydəmirin halı görən nə olar? C.Cabbarlı.
GÖRKƏM
Vurdu onu yol üstündə; Hansı zalım ovçu
görən? M. Dilbazi. Görən nə düşündü, gö-
rən nə aııdı? B.Vahabzadə.
GÖRƏN 2 is. məh. Sıra ilə otlama (qoyun
haqqında). □ Görən atmaq (bağlamaq) -
bax görənimək. Qoyun laləlikdə görən at-
mışdı. H.K.Sanılı.
GÖRƏNİMƏ “Görənimək”dən f.is.
GÖRƏNİMƏK f məh. Sıra ilə otlamaq
(qoyun haqqında). Qoyunlar güneylərdə
görəniyir, keçilər .. kolların başını dişləyir.
Ə.Vəliyev.
GÖRƏSƏN əd. Sual, əndişə, maraq bildirir.
Görəsən, niyə gəlmədi? Görəsən, onun axırı
necə oldu? Görəsən, xəstə sağalacaqmı?
- Fikirləşir ki, görəsən, uşaq sözdə-söhbətdə
də atasına çəkib, ya yox? “M.N. lətif.” Gö-
rəsən, atası [Buğacı] niyə tək çağırmışdı? !
M.Rzaquluzadə.
GÖRƏSİ sif. Görməli, görülməli, görül-
məsi lazım gələn. Görəsi bir işim yoxdur.
0 Görəsi gözü olmamaq - zəhləsi get-
mək, nifrət bəsləmək. Əgər həqiqəti bilmək
istərsiniz, Cəmilə xanımın ərindən zəhləsi
gedirdi, onu görəsi gözü yox idi, könülsüz
tikə kimi qəbul edirdi. E. Sultanov.
GÖR-GÖTÜR is. Gördüyü, həyatında rast
gəldiyi müsbət şeyləri mənimsəmə, öyrən-
mə; təcrübə qazanma. Kiri, kiri, dünya gör-
götürdür. Mir Cəlal.
GÖRK is. Göstərmək işi, nümayiş, gös-
təriş. □ Görk etmək - göstərmək, nəzərə
çatdırmaq. [Katib:] Danışıqların düz olsa.
Hümmətin bu hərəkətlərini açıb hamıya
görk eləyəcəyik. B. Bayramov. Görk üçün -
göstərmək üçün, nümayiş etdirmək üçün,
zahiri görünüş üçün. Məzar üstə çoxu ağlar
görk üçün; Ağlayırsan - sağlığımda ağla
sən. M.Araz.
GÖRKƏM is. 1. Xarici, ümumi görünüş.
Xarici görkəm. Yaxşı, səliqəli görkəmi var.
Görkəmini dəyişmək. - Tanrı elə görkəm
vermişdi ona; Görənlər az qala ccıdulanırdı.
Şəhriyar.
2. insanın daxili vəziyyətini, hissiyyatım,
xasiyyətini əks etdirən sifəti, zahiri siması,
görünüşü. Zəhmli görkəm. Ciddi görkəm.
Xəstə görkəm. - [Məryəm] gah sərt bir
görkəm alıb Səlimə acıqlanır, gah özündən
262
GÖRKƏMLİ
GÖRMƏK
kənar edirdi. H.Seyidbəyli. □ Görkəm al-
maq - daxili vəziyyəti və hissiyyatı zahiri
görünüşündə ifadə etmək. Sərhəng Firidu-
na baxıb ciddi və bir az da sərt görkəm aldı..
M. İbrahimov.
3. Göz önündə açılan təbiət mənzərəsi;
mənzərə, görünüş. Meşənin görkəmi. - Hər
yamacın bir baharı ; Hər dağın bir görkəmi
var. M.Müşfiq. Baharın öz görkəmi ; Qışın
da öz xətti var. S. Rüstəm. Dağ yolu hər yer-
də bir görkəm alır ; Meşədən keçərək, çay-
dan keçərək. H.Arif.
4. Bax görk. Aqrotexniki tədbirlərdən
elə-belə görkəm üçün danışırdılar. (Qəzet-
lərdən).
GÖRKƏMLİ sif 1. Bu və ya başqa cür
görünüşü, görkəmi, siması olan; görünən.
Xəstə görkəmli. Sağlam görkəmli. - Onların
əvəzinə Tapdıq, özünə yaxınlaşan kərtənkələ
görkəmli birisini və onun bıçaq kimi süngü-
sünü gördü. Ə.Əbülhəsən. Hər ikisi qızların
bir-birindən qəşəngdi; Biri sakit görkəmli,
biri ciddi, iirkəkli. M. Dilbazi. // Gözəgəlimli.
Görkəmli oğlan.
2. Müsbət xüsusiyyətlərinə görə başqala-
rından seçilən; yaxşı. Görkəmli usta. - [Qüd-
rət:] Görkəmli mühəndislərin qəlbini oxu-
maqda çətinlik çəkdikcə trest bu vəziyyətdən
çıxmayacaqdır. M.Hüseyn. [Səməd] idarənin
ən görkəmli işçilərindən idi. H.Seyidbəyli.
3. Böyük xidmətləri olan; məşhur, tanın-
mış. Görkəmli bəstəkar. Görkəmli alim.
- Mirzə o zamanın görkəmli şairləri - Zakir
Qarabaği və Seyid Əzim Şirvani ilə dostluq
edir və yazışırdı. Ə. Haqverdiyev.
4. Böyük əhəmiyyətli; mühüm. Görkəmli
nəticələr çıxarmaq. - Buna nə ruhaniyyət ali-
mi olmaq, nə də filosoflar içində görkəmli yer
tutmaq kömək edə bilməzdi. M. S. Ordubadi.
5. Hər tərəfdən görünən, hamının gördüyü.
Danışıqdan aydın oldu ki, o bizim idarədə
görkəmli yerdən asılı bir şəkli - Həcərin ağ
boya ilə işlənmiş şəklini istəyir. S.Rəhimov.
6. Görməli, maraqlı, baxmalı, diqqətəla-
yiq. Ədəbi görüşlərlə yanaşı, biz Volqoqra-
duı görkəmli yerləri, abidələri və mədəniy-
yət ocaqları ilə tanış olurduq. M. İbrahimov.
GÖRKƏMLİLİK is. 1 . Görkəmli adam və
ya şeyin hal və keyfiyyəti.
2. Məşhurluq.
GÖRKƏMSİZ sif. 1 . Xarici görünüşü, gör-
kəmi yaxşı olmayan, qəşəng olmayan, gözə
xoş gəlməyən; nəzəri cəlb etməyən, nəzərə
çarpmayan, görkəmcə maraqsız. Görkəmsiz
adam. - Axtar qısaboylu, gödəktiiklü, boz
rəngli, görkəmsiz tula idi. S.S.Axundov.
2. Nəzəri cəlb etməyən, gözə çarpmayan.
Görkəmsiz mənzərə.
GÖRKƏMSİZLİK is. Görkəmi, xarici gö-
rünüşü yaxşı olmayan, gözə xoş gəlməyən
adam, ya şeyin hal və keyfiyyəti.
GÖRKƏZMƏ “Görkəzmok”don f.is.
GÖRKƏZMƏK darı, bax göstərmək.
Əhməd də özünü yalandan heç bir şeydən
xəbəri olmayan kimi görkəzib, guva təəccüb
eləyirdi. (Nağıl). Aç üstün qabağın zər qə-
sabəııin; Zülfün təxtəsini görkəz, bəri bax!
M. P. Vaqif. '
GÖRMƏ “Görmək”dən/A. Görmə qabi-
liyyəti. Görmə siniri.
GÖRMƏK/ 1 . Gözləri ilə qavramaq. Öz
gözü ilə görmək. Evi görmək. Hadisəni öz
gözümlə gördüm. - [Telli:] Vallah, xanım,
elə görməmişdən ərə getmək lazımdır, yoxsa
əvvəl görəndə daha sonra yaxşı olmur.
Ü.Hacıbəyov. // Görmə qüvvəsinə malik
olmaq. Gözüm zəif görür. Çeşməklə yaxşı
görürəm.
2. Təsadüf etmək, rastlaşmaq. Nə vaxtdır
onu görmürəm. - [Səlim:] Gəzdim, dolan-
dım, uğradım hər yerə; Mən bövlə bir qadın
görmədim hələ. H.Cavid. [Balaş:] Heç bil-
mirəm nə edim? Qonaqlar da [Atakişini]
görmək istəyir. C. Cabbarlı. // Şəxsən görüş-
mək. Müdiri görməyə getmək. //Yoluxmaq,
yoxlamaq, baş çəkmək. Xəstəni görməyə
getdi. Qız görmək üçün gedib. - Ceyran,
oğlunu görmək bəhanəsilə hər gün Eldarın
evinə gedir. S. Hüseyn.
3. Başa düşmək, anlamaq, duymaq, hiss
etmək. Özüm görürəm ki, ... - Qəssab Alı
gördü ki, bu müştəri lap göydəndüşmədi.
“Koroğlu”. Əşrəf gördü ki, hesabdarlıq Naz-
lının çox xoşuna gəlir. S.Rəhman. // Hesab
etmək, hiss etmək, tapmaq. Mən burada pis
bir niyyət görmürəm.
4. Görməyə nail olmaq, qismət olmaq,
nəsib olmaq. Oğlunun toyunu görmək. Yaxşı
263
GÖRMƏK
GÖRMƏLİ
günlər görmək. - Səlma da aqibət xoş bir
gün görür. H.Cavid. Uzaq deyil, bu gün-
sabah görəcəyik o günləri; Yenə qanad aça-
caqdır eşq adlanan gözəl pəri. S.Vurğım.
5. Təsəvvürünə gətirmək, fıkrən təsəv-
vür etmək, xəyalına, gözünün qabağına gə-
tirmək. ..Qəhrəman öz uşaqlıq günlərini gö-
rürdü. S.Rəhimov. Qambayev dəhşətli sonun
yaxınlaşdığını görürdü. S.Rəhman.
6. Müəyyən etmək, bəlli etmək, aşkara
çıxarmaq. Aşkardı ki, hər iş sahibi ilin axı-
rında .. dəftərləri qoyar qabağına və başlar
hesab etməyə ki, görsün qazancı nə olub və
zərəri nə olub. C.Məmmədqııluzadə.
7. Çatmaq, bəs eləmək, kifayət etmək. Bu
çörək iki günə bizi görər. - [Bədəl:] Əvvəla,
Rəhim xandan gətirdiyimiz sursat neçə
müddət bizi görər? Ə. Haqverdiyev.
8. dan. Görüşüb danışmaq, görüşüb məs-
ləhətləşmək, razılığını almaq. Onu görmək
lazımdır. Adam görmək lazımdır. // məc. dan.
Qabaqca görüb rüşvət vermək. Koxanı gör,
kəndi çap. (Ata. sözü). Dövlətli qabaqcadan
vəziri görmüş imiş, vəzir də hökmü təsdiq
edir. “M.N.lətif.”
9. Etmək, icra etmək, yerinə yetirmək.
[Mərcan bəy:] Qoymursan ki, mən öz işimi
özüm görüm. Ü.Hacıbəyov. Balh .. çay təda-
rükü görməyə başladı. A. Şaiq.
10. Şübhələnmək, təqsirləndirmək. Kim-
dən görürsən? - Mərd Allahından görər,
namərd yoldaşından. (Ata. sözü). [Oğur-
luğu] çayxana sahibi kəndlilərdən görürdü.
Mir Cəlal.
1 1 . Keçirmək, çəkmək, giriftar olmaq, uğ-
ramaq. Kasıblıq görmək. Çox çətinlik gör-
mək. Xəstəlik görmək. - Bağın, əkinin xeyrini
bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları
neylərdin, ilahi?! M.Ə. Sabir.
12. Gəzmək, yaşamaq, olmaq. Çox yer
görmək.
13. Əmr şəklində gör - a) təəccüb, hey-
rət bildirir. Gör nə gözəl oxuyur. Gör nə qə-
dər adam var. Gör nə böyük ilandır. Gör
necə özündən çıxır; b) bax gör, yoxla, öyrən
mənasında. Gör o hara getdi. Gör bir şey
öyrənə bilərsənnıi? Gör bacara bilərsənmi?
c) hədə, qorxu bildirir. Gör ona nə toy tu-
tacaqlar. Gör onun dərsini necə verəcəyəm.
14. Görək şəklində - intizar, qeyri-müəy-
yənlik bildirir. Görək bu işdən nə çıxar?
Görək axırı nə olar?
15. Görüm şəklində - a) təkid, israr bil-
dirir. - Ə, de görüm, niyə mürüvvətin yoxdur,
hə? .. - deyə, Xəlil ani və sərt bir nəzərlə
Şahmara baxıb, yenə gözlərini çəkdi.
M. Hüseyn; b) arzu, istək bildirir. Görüm
böyük oğlan olasan. - [Məsmə:] O ki uşaq-
ları oxutmaq, adam eləmək istəyir, onu
görüm yüz yaşasın! Mir Cəlal.
16. Bir sıra isimlərdən sonra gələrək mü-
rəkkəb feil və müxtəlif ifadələr əmələ gətirir;
məs.: məsləhət görmək, isti-soyuq görmək,
yolunu görmək.
0 Gördüm deyən olmadı - heç kəs gör-
mədi, tapılmadı, itdi, yoxa çıxdı. Cənnətəli
Nurəddin ilə bərabər beş gün qohumunu ax-
tardı, amma gördüm deyən olmadı. S.S.Axun-
dov. Gördüyünü götürmək - gördüyü şeyi
yadda saxlamaq, tez mənimsəmək, tez öy-
rənmək, zehnən qavramaq. Uşaq gördüyünü
götürər. - Sarı qayda-qanunu nisbətən çox
tez qavrayırdı və gördüyünü götürürdü.
S.Rəhimov. Görməyə gözü olmamaq -
zəhləsi getmək, qətiyyən xoşu gəlməmək,
nifrət etmək. ..Vəzir-viizəranın Molla Nəs-
rəddini görməyə gözləri yox idi. “M.N.lətif.”.
görə-görə zərf Bir şeyi gördüyü halda,
bildiyi halda, bilə-bilə. [Yusif:] Görə-görə
özümü cürbəcür bəlalara giriftar edirəm..
N. Nərimanov. [Fərhad:] Ana, gərək sən də
mənim kimi oğrunu görə-görə xalq sözünə
qulaq asmaya idin. Ə.Haqverdiyev.
0 Göz görə-görə - göz gördüyü halda,
hamının gözü qabağında, açıq-aşkar. Göz
görə-görə oğurlamaq. - [Hacı Sultan] ..göz
görə-görə başqasının udmasına razı ola
bilmirdi. S. Hüseyn.
GÖRMƏLİ sif. 1 . Görülməsi lazım olan,
görülməsi, yerinə yetirilməsi vacib və zə-
ruri olan. Görməli iş.
2. məc. Görməyə, baxmağa dəyər, diqqə-
təlayiq, ən yaxşı. Şəhərimizin görməli yer-
ləri. Görməli abidələr. - [Qızyetər Yar-
məmmədə:] Bəri gəl, görməli şeylər var, sədr
qaçmaz, lazım olanda özü səni tapacaq.
M.Ibrahimov. Su dağdan elə hücumla çıxır
ki, köpüyə dönür, çıldırıb dörd yana dağılır.
Görməli yerdir. R.Rza.
264
GÖRMƏMİŞ
GÖRMƏMİŞ is. Birdən-birə əlinə düşən
şeyə qarşı özünü saxlaya bilməyərək acgöz-
lük və yersiz hərəkətlər göstərən adam haq-
qında. Qamış ola, camış ola; Özü də görmə-
miş ola. (Ata. sözü). Lovğalanıb, a görmə-
miş, çox da belə fırıldama! Tərbiyəsiz uşaq
kimi boş-boşuna hırıldama! M. Ə. Sabir.
// Sif. mənasında. Görməmiş adam.
görməmiş-görməmiş zərf 1) görməmiş
adam kimi. [Bəy:] Ə, kəs, görməmiş-
görməmiş danışma! S.Rəhimov; 2) görmə-
diyi, tanımadığı, bilmədiyi, bələd olmadığı
halda. Görməmiş-görməmiş birisi haqqında
danışmaq.
GÖRMƏMİŞLİK is. Görməmiş adamın
göstərdiyi yersiz hərəkətlər, bir şeyə qarşı
görməmişcəsinə münasibət; acgözlük, ta-
mahkarlıq. Belə bir görməmişliyi, ya şöh-
rətpərəstliyi Mürsələ yaraşdıra bilmirəm.
Mir Cəlal.
GÖRMƏZ-BİLMƏZ zar/ Görmədən, yax-
şı tanımadan, öyrənmədən. [Mərcan bəy:]
Əlbəttə, insan gərək arvada əvvəlcə aşiq ola,
sonra ala. Yoxsa görməz-bilməz alırıq, sonra
da peşman olub qovuruq. Ü. Hacıbəyov.
GÖRMƏZLİK is. Görmək qabiliyyətindən
məhrumluq; görməmə, korluq. □ Görməz-
liyə vurmaq (salmaq) - qəsdən özünü gör-
məyən kimi göstərmək.
GÖRSƏDİLMƏ “Görsədi lmək’’dən /.и.
GÖRSƏDİLMƏK f. Göstərilmək.
GÖRSƏNMƏ “Görsənmok”don f.is.
GÖRSƏNMƏK bax görünmək. Dedi:
aya nədir bu dadə səbəb! Halətin görsənir
nəzərə əcəb! S.Ə.Şirvani. [Hərəmağası:] Qız
ulduzların arxasında gizlənir, arabir görsənir,
təkrar gizlənir, mənimlə oynayır. Çəmənzə-
minli. Uzaqdan baxanda o gözəl Şəki; Gör-
sənir dağlardan asılmış təki. H.K.Sanılı.
GÖRSƏTMƏ 1. “Görsotmok”don/.7,s.
2. dan. Əcaib, qeyri-adi, görünməmiş şey.
GÖRSƏTMƏKbax göstərmək.
GÖRÜKMƏ “Görükmək”dən f.is.
GÖRÜKMƏK bax görünmək. ..Amma
mən [Sadıqdan] bir az cavan görükürəm.
C.Məmmədquluzadə. [Oğru:] Bəy, and ol-
swı o görükən imamzadəyə, mənim xəbərim
yoxdur. Ə. Haqverdiyev. Küçələrdə bizim
adamlardan bir kəs də olsa görükmürdü.
M. S. Ordubadi.
GÖRÜNMƏZ
GÖRÜLMƏ 1 "Görülmək 1 “dən f.is.
GÖRÜLMƏ 2 “Görülmək 2 ”don f.is.
GÖRÜLMƏK 1 “Görmək 1 “dən məcli.
GÖRÜLMƏK 2 bax görünmək 1-ci mə-
nada. Alçalsın dağları, görülsün köçü; Cən-
nəti nıəvadı qoynunun içi. “Qurbani”.
GÖRÜM bax görkəm. Görümü yaxşıdır.
Görümü yoxdur.
GÖRÜMLÜ sif. Yaxşı görünən, nəzərə
çarpan. Televizoru göründü yerə qoymaq.
GÖRÜNMƏ "Görünmək“dən f.is.
GÖRÜNMƏDƏN zərf Yayınaraq, gözə
çarpmadan, gizli, başqası görmədən. Kim-
səyə görünmədən getdi.
GÖRÜNMƏK f. 1. Gözlə qavranılmaq,
göz qarşısına çıxmaq, nəzərə çaıpmaq. Uşaq
kimi görünmək. - Qonşu toyuğu qaz görünür
qonşuya; Seyyid, özyarıvı tut, özgə nigarı nə
gərəkdir. S.Ə.Şirvani. Ancaq sol tərəfdə vağ-
zalın çıraqları parlaq görünürdü. S.M.Qəni-
zadə. Otağın küncündə bir dəyirmi masa
görünürdü. Çəmənzəminli.
2. Zahir olmaq, peyda olmaq, nəzərə dəy-
mək. O gecənin sabahı Sarıkövnəyin əri
yenə kənddə göründü. S. Hüseyn. Qırx-əlli U
bundan əvvəl kəndin yaxınlığında bir pələng
görünmüşdü. A.Şaiq. [Gəldiyev] gündüz iki
saat idarəyə qaçıb görünür, qayıdırdı. Mir
Cəlal. // Müəyyən bir təsir bağışlamaq. Zahi-
rən zəif görünür. - Bu keyfiyyət olara xeyli
qəribə göründü. M.F.Axundzadə.
3. Hesab edilmək, ...kimi gəlmək. Cənnət
kimi görünmək. - Bax, yalançı tapıldı çünki
çoban; Doğru derkən sözü göründü yalan.
M. Ə. Sabir. [Ruqiyyə:] Onu-bunu mən bil-
mirəm, sizin əhalidən bizim əhali təmiz gö-
rünür. A.Divanbəyoğlu.
4. dan. Bir yerə gəlmək, təsadüf edilmək
(əsasən inkar şəklində işlədilir). Çoxdandır
görünmürsən. - Lətifə yenə də görünmürdü.
M. Hüseyn.
5. Görünür, görünür ki şəklində - “de-
yəsən”, “yəqin” mənasında ehtimal bildirir.
[Cəmil bəy Bəypolada:] Görünür ki, bizim
yerin adətindən əsla xəbəriniz yoxdur.
H.Cavid. [Asya:] Görünür ki, qız gədəyə
çox bənd olubdur. Ü. Hacıbəyov.
GÖRÜNMƏZ sif. 1 . Görünməmiş, bu vaxta
qədər olmamış; qəribə, təəccüblü, əcaib.
265
GÖRÜNÜŞ
[Nəbi:] Heç görünməz iş? ...Udubdur!
S.S.Axundov.
2. Görünməyən, açıqda olmayan, gizli.
..Kinıisi örtülü bazarın görünməz bir guşə-
sində öz ticarət yerini rahatlayırdı. S. Rəhi-
mov. Sanki görünməz .. bir əl uzanaraq
Mayanın qanadlarını doğrayıb yerə tök-
müşdü. M. İbrahimov. □ Görünməz olmaq
- gözdən itmək, daha görünməmək. Qaran-
lıqda görünməz olmaq. - Günəş dağlar ara-
sına keçərək görünməz olduqda mən də şə-
hərə daxil oldum. S.S.Axundov. Qaraltılar
uzaqlaşıb görünməz oldular. M. Hüseyn.
GÖRÜNÜŞ is. Bir şeyin və ya adamın za-
hiri şəkli, görkəmi. Görünüşdən [Almurada]
50 yaş ancaq vermək olardı. İ. Əfəndiyev.
Mahmuda xarici görünüşünə görə paxıllıq
edənlər də olurdu. S. Vəliyev.
GÖRÜNÜŞLÜ sif. Bu və ya başqa görü-
nüşü, görkəmi olan, göıünən, nəzərə çarpan.
Qoçaq görünüşlü gənc. Yaxşı görünüşlü
bağça. - Başında kələğay, kəndin dilbəri;
Sadə görünüşlü bir gözəl pəri. R.Rza.
GÖRÜŞ is. 1. Görmə işi, görmə qabiliy-
yəti, görmə. Yaxşı şəkil çəkmək uşaqların
görüş və müşahidə bacarığını artırır.
“Az. məkt.”
2. İki və ya bir neçə nəfərin əvvəlcədən
müəyyənləşdirilmiş vaxtda və yerdə təyin
etdikləri göıüşmə. Görüş təyin etmək. - Fi-
ridun və Kərimxan Azadi ehtiyat üçün ikinci
bir görüş yeri də təyin etmişdilər. M. İbrahi-
mov. // İki sevgilinin görüşməsi. Görüşə get-
mək. - Dilşad Fəxrəddinin görüşə gəlməyə-
cəyini yəqin etsə belə, yenə haman görüş
yerinə getməyə tələsirdi. M. S. Ordubadi.
// Uzaq bir yerdən gəlmiş adamla görüşmə.
[Məmmədhəsən əmi:] ..Birisi getdi ziyarətə,
gəldi evinə, heç kəs getmədi onun görüşünə.
C. Məmmədquluzadə. Müəllimin gəlməsin-
dən xəbər tutan kəndlilər axşam onun görü-
şünə gəldilər. S.Hüseyn. // Görkəmli bir şəxs-
lə tanış olmaq və söhbət etmək üçün təşkil
edilən məclis. Görüş saat 5-də olacaqdı.
3. Yarışma, yarış. Dostluq görüşü.
4. Məhbusla onun qohumlarının icazə ilə
rəsmi görüşməsi. Görüş vermək. Görüş al-
maq. Görüş vaxtı qurtardı. - Günortadan
xeyli sonra [Kərimxanı] ölüm kamerasın-
GÖRÜŞMƏK
dan çıxarıb balaca və nəm iyi verən görüş
otağına apardılar. M.İbrahimov.
5. Hadisələrə, fikirlərə və ya başqa şeyə
verilən qiymət, onlar haqqında rəy, fikir,
nöqteyi-nəzər. O yaşda olan bu qocada bu
görüş, bu yenilik bizdə görünməmiş şeydir.
A.Şaiq. “Molla Nəsrəddin” in ictimai görüş-
ləri, ideal və meyilləri tezliklə hamıya bəlli
oldu. M.İbrahimov.
GÖRÜŞDÜRMƏ “Görüşdürmək’’dən f.is.
GÖRÜŞDÜRMƏK icb. Görüşmələrinə va-
sitəçi olmaq, göıüşə sövq etmək, görüşmə-
lərinə nail olmaq, dilə tutub, bəhanə tapıb
görüşməyə aparmaq. Sevgililəri görüşdür-
mək. [Səba xanım:] ..sənin Dilşad haqqındakı
məhəbbətin baqidirsə, o zaman sizi görüşdür-
mək üçün kömək edə bilərəm. M.S. Ordubadi.
GÖRÜŞMƏ “Göıüşmək’’dən f.is.
GÖRÜŞMƏK qarş. 1 . Bir-birini görmək.
[Yusif:] On ildir ki. Şanıdan ilə görüşmə-
mişəm. N.Nərimanov. Hacı onun otağına
adam göndərib görüşmək istədiyini bildirdi.
M.S. Ordubadi.
2. Əl verib salamlaşmaq, hal-əhval soruş-
maq. Üç həftə əwəl, Mehriban bütüıı fəla-
kətlərinə [Naşad əfəndinin] səbəb olduğunu
söylədikdə, Səlim onunla xüsusi surətdə gö-
rüşmüşdü. S.Hüseyn. Yoldaşları Eldarla
köhnə və yaxın bir dost kimi görüşdülər.
M.Rzaquluzadə.
3. Əl verib sağollaşmaq, xudahafizləş-
mək. Ev sahibləri ilə görüşdüm, salamatlaş-
dım, mənzil haqqını artıqlığıca verdim və
çıxdım küçəyə. C.Məmmədquluzadə. Görü-
şüb qocadan ayrıldı Polad; Yollarda quş kimi
açdı qol-qanad. A.Şaiq. Biz Eldarla görüşüb
ayrıldıq və ona söz verdim ki, bir də göyər-
çinə güllə atmayacağam... M.Rzaquluzadə.
4. Bir məqsədlə birilə görüşüb danışmaq,
məsləhətləşmək. Müdirlə görüşmək. - Mən
sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri
Həsən ağa ilə görüşəsiniz. Ə. Haqverdiyev.
5. Gəzmək, dostluq etmək (qızla oğlan
haqqında). Qız, Teymurla cəmisi iki ay görüş-
müşdü. H.Seyidbəyli. Su gəldi bağa, neylim?
Dəydi yarpağa, neylim? Görüşürük bağçada;
Gəlmir otağa, neylim? (Bayatı). [Rüstəm bəy:]
Mən sənə izin verirəm ki, sən gedib onun ilə
görüşəsən. Ü.Hacıbəyov. □ Görüşə getmək
- bir-birini görmək (qızla oğlan haqqında).
266
GÖSTƏRİCİ
GÖSTƏRMƏK
6. Təsadüfən bir-birinə rast gəlmək, tə-
sadüf etmək, rastlaşmaq, üz-üzə gəlmək.
[İbn Yəmin:] Aylctrca əgərçi ayrı düşdük;
Qismət bu, yenə bu gün görüşdük. H. Cavid.
Bir dəfə sabah saat yeddidə bir fabrikin qa-
pısında bir dəstə işaravanlar arasında Man-
surla görüşdük. Çəmənzəminli. Tez çatsın
əlimiz bərkə düşərsək', Zorlu qoşun ilə biz
görüşərsək. H.K.Sanılı.
GÖSTƏRİCİ is. xiis. 1 . Bir şeyi göstərmək,
diqqəti cəlb etmək üçün mexanizm, qurğu,
alət, cihaz və s. Stansiyanın işıq göstəricisi.
Yol göstəricisi. Manometrin göstəricisi.
2. Bir işin, prosesin gedişi haqqında müəy-
yən təsəvvür yaradan rəqəm, cədvəl və s.
Eyvaz Gülşənə məsləhət gördü ki, lazım
olan rəqəmləri və iş göstəricilərini yazıb
götürsün. Ə.Vəliyev.
0 Göstərici barmaq dan. - şəhadət bar-
mağı.
GÖSTƏRİLMƏ “Göstərilmək”dən fis.
GÖSTƏRİLMƏK “Göstərmək” dən məch.
[Xəlilə] Xədicə göstərilib, əvəzinə dul anası
gəlin gəlmişdi. Çəmənzəminli. [Murad:]
Deyirlər sabah yaxşı film göstəriləcək.
İ. Əfəndiyev.
GÖSTƏRİŞ is. Nə etmək, necə hərəkət et-
mək haqqında əmr, təlimat, məsləhət, izahat.
Göstəriş almaq. Göstəriş vermək. Göstərişi
yerinə yetirmək. - ..Üç saat məktəbdə keçir-
diyi vaxtdan başqa, günün yerdə qalanını
Əmiraslan hər bir əmr və göstərişdən azad
idi. S.S.Axundov. Hansı göstərişlə gəlibmiş,
görən, Silahsız kütləni bu qıran ordu?
B.Vahabzadə. // Məsləhət, mülahizə. Həki-
min göstərişi.
GÖSTƏRMƏ “Göstərmək”dən fis.
GÖSTƏRMƏK/ 1 . Görməsinə imkan ya-
ratmaq; görsətmək. Evləri cərgələmə; Tikil-
miş cərgələmə; Açma günəş camalın ; Gös-
tərmə hər gələnə. (Bayatı). Gah göstərdin,
gah gizlətdin yanağı'. Axır məni dərdə saldın,
al etdin. M.P.Vaqif. [Cahan xala:] Arşın mal
aparmışdım, qızlara göstərəm. Ü.Hacıbəyov.
// Baxmaq, yoxlamaq üçün təqdim etmək.
Sənədlərini göstərmək. //İzahat verərək tanış
etmək. Otaqlarını göstərmək. Eksponatları
göstərmək. - Pişxidmətbaşı və Xacə Miibarək
düşdülər qabağa, bir-bir əndəruıı otaqları-
nı göstərməyə şüru etdilər. M.F.Axundzadə.
Kişi axunda yem yeyən atlarını göstərib, fəxr
edirdi. Mir Cəlal. // Tamaşaçılar qarşısında
nümayiş etdirmək. Yeni tamaşa göstərmək.
Yeni film göstərmək. Tələbələrə kimyəvi
təcrübə göstərmək.
2 . Müayinə edərək baxmaq, məsləhət al-
maq üçün gətirmək. Uşağı həkimə göstər-
mək. Dissertasiyasını rəhbərinə göstərmək.
3. Əl və ya baş hərəkəti ilə birinin diq-
qətini bir şeyə cəlb etdirmək, nişan vermək,
işarə etmək. Evi göstərmək. Yolu göstər-
mək. Əli ilə pəncərəni göstərmək. - [Cavad]
əlilə düşmən sərhədlərini göstərərək dedi..
Ə.Vəliyev. Ovçu, Elçinin göstərdiyi yerə
baxanda, burnuna yel doldu.. M.Rzaqulu-
zadə. // Təqdim etmək. Anam qızlara yer
göstərib oturtdu və sonra bacıım və məni
göstərərək tanış etdi. S.S.Axundov.
4. Bədii əsərdə təsvir etmək, əks etdirmək.
Xalqın qəhrəmanlığını göstərmək. Əsərdə
əmək adamlarının rəşadətini göstərmək.
5. Şərh etmək, izah etmək, anlatmaq, başa
salmaq. Təcrübənin gedişini göstərmək.
Cihazlardan istifadə qaydalarını göstərmək.
Məsələnin həllini göstərmək.
6. Bəlli etmək, şəhadət etmək. Bu söz
onun niyyətini açıq göstərir.
7. Hər hansı bir keyfiyyət, xüsusiyyət, hal
büruzə vermək, aşkar etmək. Cəsarət göstər-
mək. Bacarıq göstərmək. Alicənablıq göstər-
mək. - Qulac qollarımı gərrəm; Meydanda
hünər göstərrəm. "Koroğlu”. Şah buyurdu ki:
- Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam,
gərək haman xüsusda bir tədbir göstərəsiniz.
M.F.Axundzadə. Mirzə Səfərin kiçik oğlu
başladı dövlətli balalarına dərs verməyə,
müəllimlikdə qabiliyyət göstərdiyindən işləri
gün-gündən tərəqqi etməkdə idi. Ə. Haqver-
diyev. // Kəmiyyətcə bu və ya başqa nəticə-
lər vermək. Qaçışda yaxşı nəticə göstərmək.
Təyyarə ən yüksək sürət göstərdi.
8. Bildirmək, demək və ya yazmaq.
Bəhmənyar göstərir... Müəllif göstərir ki...
9. Göstərərəm, göstəririk, göstərər(lər)
şəklində dan. - təhdid, hədə mənasında.
Mən sənə göstərərəm... Ona göstərərlər... -
[Zaman:] Mənim ixtiyarım yoxdur? Mürtədin
qızı, yoxsa mən ata deyiləm? İmdi mən sənə
öz ixtiyarımı göstərərəm. Ə. Haqverdiyev.
267
GÖTÜRƏ
GÖTÜRƏ sif. iqt. Hasil edilmiş şeyin miq-
darına görə əmək haqqı vermə üsulu. Gö-
türə iş üsulu ilə işləmək. - Bunun üçün də
götürə işin tətbiqini .. bacarmaq lazımdır.
Mir Cəlal.
GÖTÜRƏÇİ is. Götürə iş üsulu ilə əmək
haqqı alan işçi.
GÖTÜRƏÇİLİK is. Götürə iş üsulu ilə
işləmə, götürə iş. Bütün tarla işləri xırda
qruplarla və fərdi götürəçilik əsasında
görülə bilər. “Pambıqçılıq”.
GÖTÜR-QOY is. Mülahizə, fikir, məslə-
hət, müzakirə. Bir çox götür-qoydan sonra
qızlar səpini qurtaran kimi Xaııpərinin sa-
həsinə getməyi qərara aldılar. Ə.Vəliyev.
Bütün bu tərəddüdlər və götür-qoylardan
bezikən Sona, çarşabına bürünüb həyətdən
çıxdı. Ə.Əbülhəsən. Nəcəfalıgildə götür-qoy
uzun çəkdi. B. Bayramov.
0 Götür-qoy etmək (eləmək) - mülahizə
etmək, ətraflı fikirləşmək, müzakirə etmək,
ölçüb-biçmək. Biz çox götür-qoy etdikdən
sonra yenə də onun evinə girməyi, hərgah
müqavimət göstərərsə edam etməyi qərara
almışdıq. M.S. Ordubadi. Kosa çox götür-qoy
etdikdən sonra .. qara qıfılı qapıya bənd etmiş
və yollanıb kəndə getmişdi. S.Rəhimov. Bü-
tün əhvalatı o dönə-dönə ; Götür-qoy eləyir
bir də dərindən. B. Vahabzadə.
GÖTÜRMƏ “Götürmək”dən f.is.
GÖTÜRMƏK/ 1 . Əlinə almaq, əlinə alıb
qaldırmaq. [Xanməmməd] yaşıl çuxasının
qollarını çiyninə atıb, .. heç bir təklif olma-
dan süfrədən halva götürüb ağzına qoydu.
Çəmənzəminli. [Adil:] Təndirdən yenicə çıx-
mış isti çörəkləri götürüb alverə yollandım.
B. Bayramov. Əziz çamadanı götürüb pillə-
kənlərlə yuxarı qalxdı. S. Rəhman. // Qaldır-
maq. Ayaqlarının birini götürüb o birini qo-
yur. Ü.Hacıbəyov. Fətulla .. başını yastıqdan
götürməyə, dirsəklənməyə çalışdı. Mir Cəlal.
2. Dəfn etmək üçün aparmaq, qaldırmaq
(cənazə haqqında). Cənazəni götürmək.
- Qərib öldü, götürün ; Dar küçədən ötürün;
Qəribin vay xəbərin; Anasına yetirin. (Bayatı).
3. Özü ilə bərabər aparmaq, yanınca apar-
maq. - [Kərbəlayı Nənəxanıma:] Mən palazı
satını, sən də sabah məşşatəni tap, götür,
get qız axtarmağa. Çəmənzəminli. Müəllim
GÖTÜRMƏK
ehtiyat üçün məktəb xidmətçisi Mahmud əmi-
ni də götürdü. B.Talıblı. [Məzlum:] Həyat
fırtınası məni yad torpaqlara götürüb çıxar-
mışsa, özüm də ağciyər olmuşam.. S. Vəliyev.
4. Öz tərkibinə almaq, qəbul etmək, daxil
etmək. Rəşid oğlana üz tutdu: - Səni qul-
luğa götürmək mənim boynuma. M. Hüseyn.
Əbili uşaq evinə götürdülər. Ə.Vəliyev.
5. Qavramaq, yadda saxlamaq, öyrənmək,
mənimsəmək. Ülkərlə Səttar çox zelıinli uşaq
idilər, müəllim dediyi sözləri əlbəəl götürüb
tutuquşu kimi rəvan eləyirdilər. (Nağıl). On
üçümdə məclislərdə oturdum; On dördümdə
hər nə varsa götürdüm. Aşıq Qurban.
6. Əldə etmək, məhsul almaq. Bol məhsul
götürmək.
7. Hər tərəfə yayılmaq, bürümək, bas-
maq, yayılmaq, qaplamaq, sarmaq. Qəflətən
bir qorxulu səs meşəni götürdü.. Faytonçu
dedi: - Qorxma, xanım, bayquşdur ulayır.
S.S.Axundov. Qədim dayı küncə çəkilib, xur-
cunu başının altına qoydu, bir azdan xorul-
tusu çayxananı götürdü. S.Rəhimov. Həyəti
götürən soğan, qovurma, zəfəran iyi cidamı
valeh edirdi. Mir Cəlal.
8. Nəzərə almaq, misal çəkmək, nümunə
gətirmək (bu mənada adətən “götürək” şək-
lində işlənir). [Süleyman:] Məsələn, götürək,
bizim cavan tacirimiz Əsgəri.. Ü.Hacıbəyov.
9. Xərc tələb olunmaq, sərf olunmaq;
xərclənmək, başa gəlmək. Kostyum 60 ma-
nat götürdü. - [Möhsünzadə:] Bir iyirmi ma-
nat da uşaqların və Mehribanın əyni-başı
götürər. S.Hüseyn. [Böyük oğlu:] Üç manat
[doktora] verdim, iki manat on altı qəpik də
dərmanları götürdü. Qantəmir.
10. Başlamaq, şüru etmək, ibtidasını qoy-
maq.
1 1 . Hirsləndirmək, əsəbiləşdirmək, qızış-
dırmaq, bərk təsir etmək. Təklifim onu
götürdü. - Söz Hacı Manafı götürmüşdü.
S.Hüseyn. Qızın sözü Nərgizi bərk götürdü.
Ə.Məmmədxanlı.
12. Əxz etmək, almaq. Mövzunu folklor-
dan götürmək. Fikri başqasından götürmək.
Söz götürmək.
13. Dözmək, təhəmmül etmək, qəbul et-
mək. Söz götürmək.
268
GÖTÜRTDÜRMƏ
GÖVDƏLİ
14. Çıxarmaq (baş geyimləri haqqında]
Papağı götürmək. Oğlan şlyapasım götürdü.
1 5 . Y emək, dadmaq. Kababdan bir tikə gö-
türdü.
16. Bir sıra isimlərə qoşularaq mürəkkəb
feil və müxtəlif ifadələr düzəldir; məs.: od
götürmək, əl götürmək, çimdik götürmək,
boynuna götürmək.
GÖTÜRTDÜRMƏ “Götürtdürmək”dən f.is.
GÖTÜRTDÜRMƏK bax götürtmək.
GÖTÜRTMƏ “Götürtmək”dən f.is.
GÖTÜRTMƏK icb. Götürməyə məcbur
etmək, götürməsinə səbəb olmaq. Xacə Mü-
barək şeyləri iki nəfər fərraşa götiirdüb getdi.
M. F.Axundzadə. [Zərrintac] öz çamadanla-
rını şəxsən Miiqim bəyə götiirdüb ağ atlı fay-
tona qoydurdu. S. Rəhimov.
GÖTÜRÜBBƏ zərf dan. Birdən, cəld,
gözlənmədən. Götiirübbə qaçmaq.
GÖTÜRÜLMƏ 1 “Götürülmək 1 ”dən f.is.
GÖTÜRÜLMƏ 2 “Götürülmək 2 ”dən f.is.
GÖTÜRÜLMƏK 1 məch. 1. Ələ alınaraq
qaldırılmaq. Çamadan götürüldü. //Dəfn et-
mək üçün qaldırılmaq (cənazə haqqında).
Cənazə saat 5-də götürüldü.
2. Özü ilə bərabər, yanınca aparılmaq.
Uşaq kəndə götürüldü.
3. Qəbul olunmaq, daxil edilmək. Dəs-
təyə götürülmək, işə götürülmək.
4. Əldə edilmək, məhsul alınmaq. Bo! ta-
xıl götürüldü.
5. Ləğv edilmək, qaldırılmaq. Qadağan
saatı götürüldü.
6. Əxz edilmək, alınmaq. Söz dialektdən
götürülmüşdür. Mövzu xalq həyatından gö-
türülmüşdür.
7. Çıxarılmaq (baş geyimləri haqqında).
Mazut iyi verən qabarlı əllər tərpənir, mazutlu
papaq və şapkalar götürülür. M. İbrahimov.
8. Yox olmaq, aradan çıxmaq. Ey vah ki,
heysiyyəti-millət götürüldü; Millətdə olan
büsbütün adət götürüldü. M. Ə. Sabir. Tutaq
ki, ziilm lap götürüldü. C. Məmmədquluzadə.
[Daşdəmir] kəndin işlərini gələn kimi düzəlt-
di. Oğurluq, quldurluq tamamilə götürüldü.
N. Nərimanov.
GÖTÜRÜLMƏK 2 qayıd. Birdən, gözlənil-
mədən, yerindən qaçmağa başlamaq; bir-
dən qaçmaq. Uşaq götürüldü. At götürüldü.
- Birdən boz at ucadan kişnədi, qulaqlarını
qırpa-qırpa aşağılarda otlayan ilxıya baxdı
və qəfildən götürüldü. M.Hüseyn. Qürbət
xala kağızı alıb götürüldü. Mir Cəlal.
GÖTÜRÜM 1 is. Dözüm, tab, taqət, qüv-
vət. Götüriimü yoxdur. □ Götürüm düş-
mək - əldən düşüb tərpənmədən uzanmaq,
tərpənməyə halı olmamaq. Şamil, götürüm
düşmüş öküz kimi vanlarını basa-basa yeri-
yib şenliyin qazma dam-daşları arasında
gözdən itdi. M.Hüseyn.
GÖTÜRÜM 2 is. xüs. Adətən mexanizmin
bir dəfədə şey götürmə qabiliyyəti, gücü.
Maşının yük götürümü. Kotanın götürüm eni.
GÖTÜRÜMLÜ sif. Səbirli, dözümlü, gö-
türümü olan. Götürümlü adamdır. - [Budaq:]
Mən əvvəldə demişdim ki, anam götürümlü,
səbirli arvad idi. Ə.Vəliyev. [Abbas:] Sən
götürümlü rəhbərlərdəıısən, bala, Qoşqar!
İ.Hüseynov.
GÖTÜRÜMLÜLÜK is. Səbirlilik, dözüm-
lülük. Götürümlülük yaxşı xasiyyətdir.
GÖVDƏ is. 1 . Bədən. Rəis stola tərəf əyil-
miş şişman gövdəsini geriyə əyib, kresloya
söykəndi. M.Hüseyn. Bəy zıqqaııa-zıqqaııa
ağır gövdəsini yerdən üzdü, dərhal yenə
döşəkcəyə çırpdı. Mir Cəlal.
2. Ağacın, ya kolun budaqlarını təpəsinə
qədər saxlayan yerüstü hissəsi. Ağacın göv-
dəsini ağartmaq. Tut ağacının gövdəsi. - Ovçu
cəld özünü ağacların gövdələri arxasına verib
daldalanmağa məcbur olurdu. Ə.Məmməd-
xanlı. ..Qoçaq ağacın dövrəsinə hərlənib
gövdəsinə yanaşdı. M. Rzaquluzadə.
3. tex. Mexanizmin, maşının, cihazın və
s.-nin əsas hissəsi, əsası; korpus. Elektro-
motorun gövdəsi. - Maşının nəhəng gövdəsi
hərlənməyə başladı. Ə. Sadıq.
GÖVDƏCİK is. Balaca, kiçik gövdə; bə-
dəncik.
GÖVDƏLİ sif. 1 . iri, böyük, nəhəng; göv-
dəsi çox inkişaf etmiş. Gövdəli palıd. - Hün-
dür, gövdəli çinarların yarpaqları tozdan
qabıq bağlamış və bozarmışdı. M.Ibrahimov.
Böyük bir maraqla de baxmısanmı; Sığınıb
gövdəli şax budaqlara. B. Vahabzadə.
2. məc. Kök, dolğun, yekə, iribədənli.
Gövdəli kişi. - Qaya kimi atın üzərinə tikilmiş
269
GÖVDƏSİZ
gövdəli adam isə cilovu daha da bərk çəkir,
daxmaya .. baxdıqca baxırdı. Mir Cəlal.
GÖVDƏSİZ sif. Bədəndən ayrdmış, bə-
dənsiz. Oyanda qanlı gövdə; Buyanda göv-
dəsiz baş. Ə.Cavad.
GÖVHƏR is. [fars.] 1. Qiymətli daş, ca-
vahir. Yerə düşməklə gövhər qiymətdən düş-
məz. (Ata. sözü). Gövhər də qatlayıb üzülər
tamam; Sərrafdan almasa düz qiymətini...
B. Vahabzadə. // məc. Parıldayan, işıq mən-
bəyi olan şeyə təşbeh. Qara neftim, qara
neftim; Bu yerin cövhərisən; Əzəl başdan
ellərimin; Nur saçan gövhərisən. M.Rahim.
GÖVŞƏK 1 . B a x gövşəyən 1 -ci mənada.
Gövşək heyvanlar.
2. is. Heyvanlarda: ağız. [Dəvə] çörəyi
yerdən götürdü; Yavaş-yavaş gövşəyinə gə-
tirdi. Q.Zakir. □ Gövşək çalmaq (vurmaq)
-bax gövşəmək. Qoyun gövşək vurur. -
inəklə öküz güney otundan yeyib vatır, şirin
gövşək çalanda Ataşın da xəyalı öz atını
çapırdı. Ə.Vəliyev.
GÖVŞƏMƏ “Gövşəmək”dən/;'s. [Qoca:]
O yanda malın gövşəməsi, ilxının oxrantısı
qulağıma gəlmir. A.Divanbəyoğhı.
GÖVŞƏMƏK/ Yemi mədədən qaytara-
raq yenidən ağızda çeynəmək (gövşəyən
heyvanlar haqqında). Orada-burada xoruz
banlayır, inəklər, öküzlər gövşəyirdi. S. Rəh-
man. Dəvələr ahəstə-ahəstə gövşəyirdilər.
I. Əfəndiyev.
GÖVŞƏN bax gövşək. □ Gövşən çal-
maq - gövşəmək. Hava sakit, kənd səssiz
olanda qoyunların öskürtüsü, inəklərin
gövşən çatması eşidilirdi. Ə.Vəliyev.
GÖVŞƏŞMƏ “Gövşoşmək”dən f.is.
GÖVŞƏŞMƏK qarş. Gövşəmək, gövşək
çalmaq, gövşək gətirmək (çox heyvanlar
haqqında). Öküzlər gövşəşir.
GÖVŞƏYƏN sif. zool. 1. Yemi gövşəmək-
lə ikinci mədədə həzm edən. Gövşəyən hey-
vanlar.
2. Cəm şəklində: gövşəyənlər - yemi bıı cür
həzm edən dımaqlı heyvanlar yarımdəstəsi.
GÖY 1 is. 1 . Yer üzünün üzərində mavi bir
qübbə kimi görünən fəza, boşluq. Göydə
buludlar üzür. Göydə ulduzlar sayrışır. Bu
vaxt göydə bulud göründü. H Yer üzünü
əhatə edən kainat boşluğu; ənginlik, hava.
GÖY
Bu halda sərayi-şahibən göyə bir fişəng bu-
raxdılar. M.F.Axundzadə. □ Göy cisimləri
- Günəş, Ay, planetlər və ulduzlar. // Obrazlı
ifadələrdə məcazi mənada. Xəbər allam:
göyün qapısı hardan; Kim açar, kim örtər,
sorağı nədi? “Abbas və Gülgəz”. Ömrünün
min dürlü cilvəsi vardır; Könlümün göyləri
damar-damardır. M.Müşfıq. Göy gurul-
damaq - göydə göy gurultusu baş vermək.
..Bayırda şiddətlə göy guruldadı, şimşək par-
ladı. İ. Əfəndiyev. Göy gurultusu (gurla-
ması) - göydə şimşək çaxdıqdan sonra eşi-
dilən bərk gurultu. Bu sırada hava tutulur.
Ara-sıra göy gurlaması davam edir. H.Cavid.
Göy gurultusu .. qulaqbatıran bir dəhşətlə
şaqqıldavırdı. M. Hüseyn. Göy qaralmaq -
hava bulud çəkdiyindən və ya axşam düş-
düyündən qaranlıq olmaq. Günəş batdı, göy-
lər qaraldı. M. İbrahimov. Süzülən nurunu
toplayıb qəmər; Girdi buludlara, qaraldı
göylər. M.Rahim. Bir saat çəkmədi ki, çov-
ğun şiddətləndi, üfüq tutuldu, göy qaraldı.
Mir Cəlal. Göy qurşağı - havadakı su dam-
lacıqlannda işığın sınması nəticəsində görü-
nən optik hadisə; hacılar yolu, qarı nənə
örkəni. Yağlanmış su dalğalandıqca göy qur-
şağı kimi rəng verib rəng alırdı. M.Hüseyn.
Gözlərə tağ çəkən göy qurşağını; Hələ Kər-
bəlada görən olmayıb. R.Rza. Göy qübbəsi
- göyün görünən hissəsi. Göy qübbəsindən
asıldı qəndil; Üzündən alıb niqabı məndil.
Xətayi. Axşamüstü tamamilə yerin üzərinə
enmiş göy qübbəsi indi yenidən nəhəng bir
çətir kimi açılıb yüksəlmiş, ən uzaq ulduz-
ları ilə ta ərşə dirənmişdi. Ə.Məmmədxanlı.
Keçdi kiçik bir zaman; Lap göyün qübbə-
sindən; Qırmızı bir xal düşdü. Z.Xəlil.
2. Allahın, mələklərin, hurilərin və s. ol-
duğu yer. Göyün yeddinci qatı. - Göydə mə-
lək, yerdə insan gözəli; Sənsən, xoş xuyinə
qurban olduğum. M.P.Vaqif.
0 Göydə axtarmaq - çox axtarmaq,
cidd-cəhd edərək əldə etməyə çalışmaq.
[Qadın Aslana:] Mənim kişim sənin kimiləri
göydə axtarır. S.Vəliyev. Göydə almaq
(götürmək, qapmaq) - 1) tez götürmək,
əlüstü almaq, macal vermədən qapmaq. Yaxşı
gündə mənəm-mənəm deyənlər; Ovu göydə
alıb, göydə yeyənlər. Q.Zakir; 2) tez satıl-
270
GÖY
GÖY
maq, rəvac olmaq. [Hacı Qara:] Buların qu-
maşı özgə qumaşdır, müştəri macal vermir,
göydə götürür! M.F.Axundzadə. [Rüstəm]
bilirdi ki, Muğanın qarpızı Bakı bazarına
çıxanda alıcılar bir-birinə dəyir, göydə qa-
pırlar. M.Ibrahimov. Göydə ələ düşmək -
çətin tapılmaq, həmişə ələ düşməmək. Belə
qazanc göydə ələ düşməz! - Əhməd həmi-
şəki kimi burada da öz sevdiyi şüarını təkrar
edib, icrasına qədəm qoydu. B.Talıblı. Göy-
də razı olmaq - etiraz etmədən, dərhal razı
olmaq, məmnuniyyətlə qəbııl etmək. [Bal-
oğlan:] Bəli ya, təki [Molla Sübhanın] mə-
vacibi gəlsin, göydə razı olar. C. Cabbarlı.
Göydən düşmək - təsadüfi olaraq ortaya
çıxan, əldə edilən şey haqqında. [Musa:]
Bundan heç zad çıxmaz. Çünki sən bir nemət-
sən ki, göydən düşübsən Məcnun bəyin əlinə.
Ə. Haqverdiyev. Göydən od yağdırmaq
(ələmək, tökmək) - dözülməz dərəcədə
qızdırmaq, yandırmaq. Günəş göydən od tö-
kürdü. - Günəş göyün bir qatından od yağ-
dırırdı. M. Hüseyn. Qışın şaxtasında, bora-
nında, yayın göydən od ələyən uzun günlə-
rində bu qızlar kətməni, beli əllərindən
buraxmadılar. Ə.Əbülhəsən. Göydən od
yağmaq - çox isti olmaq, dözülməz dərə-
cədə qızmaq (hava haqqında). [Süleyman:]
Birdən evin divarları titrəşdi, hanıı hövbıak
yerlərindən qalxdılar, mən çıxdım eşiyə, gör-
düm göydən od yağır, yerdən alov çıxır..
Ə.Haqverdiyev. Göyə çəkilmək - 1) hün-
dürdə uçmaq, cövlan etmək. Şahinlər göyə
çəkilir; Durnalar gölə töküliiı; “Əsli və Kə-
rəm”; 2) tapılmamaq, qıt olmaq, ələ düş-
məmək. Bir tərəf üsyandır, bir tərəf ordu;
Göyə çəkilmişdir bu yerdə çörək. S. Vurğun.
Göyə (göylərə) çıxartmaq - həddən artıq
tərifləmək, tərifdə ifrata varmaq, şişirtmək.
Məclisdəkilər eşşəyin tərifini göyə çıxarır-
lar. “M.N.lətif.” Göyə (göylərə) çıxmaq -
1) bərkdən eşidilmək, ucalmaq (bərk səs
haqqında). Zarıltısı (fəryadı) göyə çıxır. -
Yazıq heyvanın zingiltisi göyə çıxırdı.
“Məktəb”; 2) gizlənmək. Göyə çıxsan da,
səni tapacağam; 3) çox çalışmaq, əlləşmək,
zəhmət çəkmək. Ev tikmək üçün göyə çıxdı.
Göyə qaldırmaq - 1) yuxarı qaldırmaq,
ucaltmaq. At qabaq əllərini qaldırdı göyə və
az qaldı noxtanı Kərbəlayı Qasımın əlindən
qoparsın. C.Məmmədquluzadə; 2) bax göyə
çıxartmaq. [Sədəf:] Oğlunuz disserta-
siyasında bizə balta çalır. Professor Vahido-
vwı əkin sxemini göyə qaldırır. Ə.Məmməd-
xanlı. Göyə qalxmaq - bax göyə çıxmaq
1-ci mənada. Teymurun anqırtısı göyə qal-
xır. "M.N.lətif.” Göyə (göylərə) səs (səda)
salmaq - bax göyə çıxmaq 1-ci mənada.
..Məzlum anaların fəryadı göylərə səda
salmışdı. S.S.Axundov. Göyə sovrulmaq -
puç olmaq, heçə çıxmaq, heç bir nəticə ha-
sil olmamaq. Ümidi göyə sovruldu. - Sənin
atəşinə yanıb kül olur; Əməllər, arzular göyə
sovrulur. B. Vahabzadə. [Şahmar:] Mənim
arzularım, gör necə puç oldu, kül kimi göyə
sovruldu! B. Bayramov. Göyə ucalmaq -
1) bax göyə (göylərə) çıxmaq. Gəlib
dolandı günlər; Nə anamdan bir xəbər; Nə
karvandan iz qaldı; Ahım göyə ucaldı...
S.Vurğun; 2) çox yuxarılara qalxmaq, yük-
səlmək. Çoxmərtəbəli evlər göyə ucalır.
- Dürrə, şəhərin böyük məscidi və göylərə
ucalan minarələrinin yanındakı kiçik bir
daxmaya yetişdi. S. Vəliyev. Göyün yeddi
qatı (mərtəbəsi) - çox yüksək, çox hündür.
Tamaşaçılar salonda onu atıb-tutanda, elə
bil, məni göyün yeddi qatına qaldırırdılar.
B. Bayramov.
GÖY 2 sif. 1 . Səma rəngi; mavi. Göy rəng.
П Bu rəngdə olan. Göy parça. - Məhərrəm-
liyin dördüncü günü göy çarıqlı .. nabələd
bir axund Naxçıvan şəhərinin Bazar küçə-
sində gəzirdi. Qantəmir.
2. Zərbə, bərk bir şeyə toxunma və s.
nəticəsində bədənin hər hansı bir yerində
əmələ gələn ləkə; qançır. Qolunda göy var.
GÖY 3 1. sif. Yaşıl. Göy meşə. Göy çəmən.
Göy göyərçin. - Seyrə çıxar uşaqlar; Göy
çəməndə oynaşar. A.Səhhət. [Dərviş:] ..Göy
ot döşəyim, qara daş yastığım, enli yarpaq-
lar yorğanım idi! A.Divanbəyoğlu. Budur
Azərbaycan - Şirvan, Qarabağ; Vətənin sev-
dalı göy yaylaqları. M. Rahim.
2. sif. Yetişməmiş, dəyməmiş, kal. Göy
nar. Göy alça. - [Bahar vaxtı] yetişməyə
başlayan meyvələrə gəldikdə biz onların
dəyməyini gözləməzdik. Göy (z.) olmağına
baxmayaraq ..yeyərdik. S.S.Axundov. Günəş
271
GÖY
işığında .. yetişməmiş göy meynələr görünür-
dü. İ.Əfəndiyev.
3. B ax göyərti. Üç dəstə göy. Göy qutabı.
GÖY 4 sif. dan. Simic, xəsis. Göy adam.
- Yüz il əlində çıraq axtarsa Polad kimi göyü
tapılmaz. A. Şaiq. Evin kişisi nə qədər rəhm-
dil idisə, arvadı bir o qədər qılıqsız və göy
idi. Ə.Vəliyev.
GÖY 5 is. Kürəkən, ata üçün qızın əri.
GÖYCƏÇİÇƏK is. bot. Lələkvari yarpaq-
ları və göy çiçəkləri olan çoxillik ot bitkisi.
GÖYCƏQARĞA is. zool. Alaqarğadan
kiçik oxuyan quş. Sarı bülbüllər, torağaylar,
göycəqarğalar, .. ənlikli bülbüllər hərəsi bit-
dir səslə oxuyub səs-səsə verirlər. E. Sultanov.
GÖYÇƏK sif. Gözəl, qəşəng. Göyçək qız.
Göyçək gəlin. - Şah cavan və göyçək oğlan
idi. M.F.Axundzadə. [Asya:] Batmış nə göy-
çək oğlandır. Ü.Hacıbəyov. Nərminə göy-
çək idi. Qaraxallı, girdə çəhrayı sifətindən
təbəssüm əskik olmazdı. B.Bayramov. // İs.
mənasında. Göyçəkləri xoş-kəlam, həm aşi-
qə ram; Vacibdi bizə duası Gürcüstanın.
S.Ə.Şirvani. Dağlar çiçəyi yenə; Baxdı öz
göyçəyinə. R.Rza. // Xoşagələn, gözəl. Demə
Vaqif ki, fılaıı kimsənə çox zirəkdir; Ya filan
şeir deyir, yazısı həm göyçəkdir. M.P.Vaqif.
[Heydər bəy:] Əsgər bəy deyir ki, həm ucuz-
dur və həm göyçəkdir, həm də rəngi solmur.
M.F.Axundzadə. Köynəyi al ipək lalə; Zərif
qəşəng, göyçək lalə. M.Rahim. // Zərf mə-
nasında. Nə göyçək yaraşır, nə xoş görünür;
Mina, incə kəmər bel arasında. Q.Zakir. Ay
nazənin, ay qabağın altından; Nə göyçək çə-
kilib qara qaşların. Aşıq Ələsgər.
GÖYÇƏKCƏ sif. Çox göyçək, çox qə-
şəng, olduqca gözəl. Göyçəkcə bir uşaq.
GÖYÇƏKLƏNDİRMƏ "Göyçəkləndir-
mok”dən f.'ıs.
GÖYÇƏKLƏNDİRMƏKbax göyçəkləş-
dirmək.
GÖYÇƏKLƏNMƏ “Göyçəklənmək”dən
fis.
GÖYÇƏKLƏNMƏK 1 . f Göyçək olmaq,
gözəl olmaq; gözəlləşmək.
2. qayıd. Özünə gözəllik vermək.
GÖYÇƏKLƏŞDİRİLMƏ “Göyçəkləşdi-
rilmək”dən /w.
GÖYƏRÇİN
GÖYÇƏKLƏŞDİRİLMƏK məch. Göyçək
edilmək, gözəlləşdirilmək, qəşəngləşdi-
rilmək.
GÖYÇƏKLƏŞDİRMƏ "Göyçəkləşdir-
mək”dən fis.
GÖYÇƏKLƏŞDİRMƏK/ Qəşəngləşdir-
mək, gözəlləşdirmək. [Nazlı:] Yaxşı deyir-
lərmiş ki, xoş gün adamı göy çəki əşdirər.
Ə.Əbülhəsən. // Göyçək göstərmək.
GÖYÇƏKLƏŞMƏ “Göyçəkləşmək”dən
fis.
GÖYÇƏKLƏŞMƏK f. Göyçək olmaq,
qəşəngləşmək, gözəlləşmək.
GÖYÇƏKLİK is. Göyçək şeyin halı; qə-
şənglik, gözəllik.
GÖY-DƏMİR sif Tünd kül rəngində olan,
dərisi göy və üstündə ağ xalları olan (at haq-
qında). Göy-dəmir madyan.
GÖYDƏNDÜŞMƏ, GÖYDƏNDÜŞMÜŞ
f.sif Təsadüfi, gözlənilməz, təsadüfən ələ
düşmüş. [Soltan bəy:] Arvad əlimə göydən-
düşmüş kimi olmuşdu. Ü.Hacıbəyov. Nanə
Hünərin bu göydəndüşmə sualına cavab ver-
məkdə çətinlik çəkdi. Mir Cəlal.
GÖYƏM is. bot. Cır və peyvənd cinsləri,
göy rəngli, turşməzə, ağızbüzüşdürücü mey-
vəsi olan kol-ağac. Göyəm ağacı. //Həmin
meyvənin kolu, ağacı. Göyəm .. çox budaq-
lanan koldur və ya 3-4 metr hündürlükdə
ağacdır. H.Qədirov. // Bu meyvədən bişi-
rilmiş, hazırlanmış. Göyəm mürəbbəsi. Gö-
yəm kompotu.
GÖYƏMİ sif. Göyəm rəngində, göy, tünd
mavi. ..Allahqulunun göyəmi qanovuzdan tik-
dirib geydiyi təzə köynəyi altdan görünürdü.
Ə.Əbülhəsən.
GÖYƏMLİK is. Çoxlu göyəm ağacı bitən
yer, göyəm kolluğu.
GÖYƏRÇİN is 1. İri çinədanlı, göy-boz
rəngli quş, əhliləşdirilmişləri çox vaxt ağ
rəngdə olur. Məscidin damındakı göyərçinlər-
kəsik-kəsik uğuldayırdılar. M.Hüseyn. Kolun
altından bir dəstə göyərçin pırıldayıb qalxdı.
Ə.Vəliyev.
2. məc. Nəvaziş, oxşama, əzizləmə məqa-
mında işlədilir (bəzən “göyərçinim” şək-
lində). Göyərçin qızım. - Bil ki, cəhənnəmin
hər əziyyəti; Səndən uzaq olar... göyərçin
balam! S. Vurğun. Ovçu, Pərini qolları ara-
272
GÖYƏRÇİNİ
GÖYƏRTİSATAN
sıııa alaraq: - Qorxma, göyərçinim, - dedi,
-qorxma, göy guruldadı. Ə.Məmmədxanlı.
0 Sülh göyərçini - sülh simvolu kimi qə-
bul olunmuş ağ göyərçin şəkli.
GÖYƏRÇİNİ si/ Göy rəngə çalan, tünd-
külrəngi olan. Göyərçini ləkə.
GÖYƏRDİLMƏ 1 "Göyərdilmək'’’dən/7's.
GÖYƏRDİLMƏ 2 “Göyərdi lmok 2 ”dən /.7,s.
GÖYƏRDİLMƏ 3 “Göyərdi İmək 3 ”don /is.
GÖYƏRDİLMƏK 1 məch. Göy edilmək,
göy rəngə boyadılmaq.
GÖYƏRDİLMƏK 2 məcli. Əkilib yetişdi-
rilmək.
GÖYƏRDİLMƏK 3 nıəclı. Yaşıl rəngə bo-
yadılmaq, yaşıl edilmək.
GÖYƏRMƏ' “Göyərmək 1 ”don f.is.
GÖYƏRMƏ 2 “Göyərmək 2 ” dən f.is.
GÖYƏRMƏ 3 “Göyərmək 3 ” dən f.is.
GÖYƏRMƏK'/ 1. Göy rəng almaq, göy
olmaq, göyləşmək, maviləşmək.
2. Zərbə və ya bərk şeyə toxunma nəti-
cəsində bədənin bir yeri göy olmaq. Qolu
göyərdi. - Qızın üzü-gözü, .. zəri/ dodaqları
şişmiş, bir yerdən hətta göyərmişdi.
H.Seyidbəyli.
3. тәс. Soyuqdan, hirsdən, qeyzdən göy
olmaq, göy rəng almaq. Lalənin dodağı göm-
göy göyərib; Üzü gah ağ olur, gah qıpqırmızı.
R.Rza. Ədlıəmin qara si/əti dərhal dönüb
göyərdi. B. Bayramov. // məc. Bərk hirslən-
mək, özündən çıxmaq. Görüb o quşları gö-
yərdi Osman; Turutun düzündə olduğu za-
man. H.K.Sanılı.
4. Uzaqdan görünmək (göy şey haqqında).
Uzaqdan dəniz göyərirdi.
GÖYƏRMƏK 2 / 1 . Bitmək, göyərməyə
başlamaq, cücərmək. Arpa göyərdi. - Sünbül
göyərir səbzə kimi güllərə qarşı. Q. Təbrizi.
Dağlar, çöllər düşərdi; Novruzgülü göyərdi.
A. Səhhət.
2. məc. Baş vermək, nəşət etmək, əmələ
gəlmək, səbəb olmaq. Fitnə göyərir torpağı-
mızdan, daşımızdan; Tarac edərək bac ala-
rız qardaşımızdan. M. Ə. Sabir.
3. məc. Bir nəticə vermək, nəticə hasil
olmaq. [Bəy:] Ürəyimdən keçənlər bir-bir
göyərir. Mir Cəlal. Sədr vaxtilə dediyi söz-
lərin göyərdiyini görüb boğazını arıtladı.
B. Bayramov.
GÖYƏRMƏK 3 / Yaşıllaşmağa başlamaq,
yaşıllaşmaq. Bağlar göyərib. Çəmən göyərdi.
— Bahar yaşıllaşdı, dağlar, səhralar yuxudan
ayılıb göyərməyə başladı.. Çəmənzəminli.
GÖYƏRMİŞ' /si/. Göy rəng almış, bo-
zarmış. Soyuqdan göyərmiş əllər. Zərbədən
göyərmiş qol. -Xəlil soyuqdan göyərmiş əl-
lərini bir-birinə sürtdü. I.Məlikzadə.
GÖYƏRMİŞ 2 /.?;/ Yaşıllaşmış, bitmiş, cü-
cərmiş. Göyərmiş çöllər. - [Cavad:] Oyanıb
çiçəklənmiş ağaclara, göyərmiş otlara baxıb
deyirdim: nə olardı insan da .. bahar vaxtı
bədənində təzə bir qüvvət olaraq oyana idi!
Ə. Haqverdiyev.
GÖYƏRTƏ is. [əsli ital.] Gəmi gövdəsi-
nin üst hissəsindəki açıq sahə. Göyərtəyə
çıxmaq. Göyərtədə gəzinmək. Yükləri göyər-
təyə yığmaq. - ..Göyərtədə sıxlaşmış sərni-
şinlərin rəngbərəng yaylıqları titrəşirdi.
M. Hüseyn. Xəlil Mirzə gəminin nəm çəkmiş
göyərtəsində yelkən dirəyinə söykənib otur-
muşdur. Q. İlkin.
GÖYƏRTİ' is. 1 . Ümumiyyətlə bitkilər (ot,
ağaclar, yarpaqlar). Hansı şeydir dəyişməyib
dünyada; Göyərti də, heyvanat da, hava da.
A.Səhhət. ..Kəndin ətrafında, qapılarda, hə-
yətlərdə göyərti əkmək, park salmaq, köl-
gəlik düzəltmək lazımdır. Ə.Vəliyev.
2. Yeyilən və xörəyə işlənən otlar; göy,
səbzəvat. Göyərti qutabı. 5 dəstə göyərti. -
[Heydərqulu:] Piri baba, xanım nənə mənə
göyərti tapşırmışdır. S.S. Axundov.
GÖYƏRTİ 2 bax göy 2 2-ci mənada. [Ən-
tiqənin] sağ üzünə vurulan şapalaq gözünün
altına dəyir və iri bir göyərti əmələ gətirir.
Mir Cəlal.
GÖYƏRTİÇİ is. Göyərti əkib-becərmək
və satmaqla məşğul olan adam.
GÖYƏRTİÇİLİK is. Göyəıtiçinin işi, pe-
şəsi, məşğuliyyəti.
GÖYƏRTİLİ si/. 1. Göyərti əkilmiş, gö-
yərtisi, yaşıllığı olan; göy. Göyərtili həyət.
2. Tərkibində göyərti olan, göyərti qatıl-
mış. Göyərtili sıyıq.
GÖYƏRTİLİK is. Göyərti əkilmiş yer,
göyərti bitən yer. Hər kəs həyətdəki göyər-
tiliyi sulamaq istəyirdi. S. Rəhimov.
GÖYƏRTİSATAN is. və si/. Göyərti sat-
maqla məşğul olan; göyəıtiçi.
273
GÖYƏRTİSİZ
GÖYƏRTİSİZ sif. Göyərti bitməyən, gö-
yərtisi olmayan. Göyərtisiz sahə.
GÖYƏRTMƏ 1 “Göyərtmək 1 ”don f.is.
GÖY ƏRTMƏ 2 "Göyərtmək 2 ” don f.is.
GÖYƏRTMƏK' / Göy rəngə boyamaq;
maviləşdirmək. Paltarı boyayıb göyərtmək.
2. Bərk bir şeylə vurub, yaxud toxundu-
rub, göyərmək, qançır əmələ gətirmək. Bə-
dənini göyərtmək. Gözünün altını göyərtmək.
GÖYƏRTMƏK 2 / Göyərməsinə, bitmə-
sinə səbəb olmaq, kömək etmək. Yazın is-
tisi buğdanı göyərtdi. H Əkmək, becərmək,
yetişdirmək. Ağacı göyərtmək. -Lakin o
adanı daha böyük ləzzət alır ki, .. zəmilər
göyərdir, bağlar salır.. M. İbrahimov.
GÖY-GÖYƏRTİ top. bax göyərti 1 . Göy-
göyərti əkmək. Göy-göyərti almaq. - Həyət-
lərdə ağac-uğac, göy-göyərti nədir, içməyə
su da yoxdur. M.Rzaquluzadə. Firəngiz göy-
göyərti ilə toyuq ətini iştaha ilə yedi.
B. Bayramov.
GÖL-GÖYƏRTİLİKbax göyərtilik. [Şi-
raslan düşünürdü:] ..Bu qaynar çeşmələr ..
yollar üzərinə gətirilərsə, onlar göy-göyər-
tilik içərisindən ağara-ağara axar{dı)...
S. Rəhimov.
GÖYGÖZ sif. 1. Gözləri göy; gözügöy.
Göygöz qız. - Yusif kürən, göygöz, yekəbaş
uşaqlardan birinə baxan kimi onun Şirin nəs-
lindən olduğunu yəqin etdi. B. Bayramov.
2. тәс. Çox simic, xəsis (adam). Göygö-
ziiıı biridir.
GÖYGÖZLÜ bax göygöz 1-ci mənada.
Laçının məktəb yoldaşı arıq, uzun, alnıça-
pıq, göygözlü bir oğlandı. M.Hüseyn.
GÖYGÖZLÜK is. 1 . Gözlərin göy olması.
2. məc. Simiclik, xəsislik. Gövgözlük etmək.
GÖYLƏŞMƏ 1 “Göyləşmək 1 ”dən f. is.
GÖYLƏŞMƏ 2 “Göyləşmək 2 ”dən/«.
GÖYLƏŞMƏK 1 / Göy rəng almaq; mavi-
ləşmək. Paltar boyanıb göyləşdi.
GÖYLƏŞMƏK 2 / Göyərib, qol-budaq atıb
göy olmaq; yaşıllaşmaq.
GÖYLÜ bax göyərtili 1-ci mənada.
GÖYLÜK 1 is. Göy rəngdə olma; mavilik.
Paltarın göylüyü. - Göylüyünü necə şaxlar
bu göylük; Durnaları dönməz oldu dağların..
M.Araz.
GÖYNƏTMƏK
GÖYLÜK 2 is. l.Bax göyərtilik. Göylüyü
sulamaq.
2. Otlaq, otluq, yaşıllıq. Sürünü göylüyə
buraxmaq. - Bəzəsin çölləri başdan-başa
göylük, otluq; Ta əzəldən bizə yaddır qıtlıq.
S. Rüstəm. Örüşdən dönən heyvanlar göy-
lükdən ayrılıb yola çıxır. İ. Hüseynov. // Bağ-
bağat, yaşıllıq. Evlər itsin içində; Yaşıllığın,
göylüyün. M.Rahim.
GÖYNƏDƏN, GÖYNƏDİCİ sif. Göynət-
mək xüsusiyyəti olan; acışdırıcı, qıcıqlandı-
rıcı, qaşmdırıcı. Xəlil .. ürəyini göynədən söz-
ləri əmisi oğlundan soruşa bilmədi. İ.Məlik-
zadə.
GÖYNƏDİCİLİK is. Göynətmək xüsusiy-
yəti olma; acışdırıcılıq, qıcıqlandırıcılıq, qa-
şmdırıcılıq.
GÖYNƏMƏK/ 1 . Qıcıqlanmaq, qaşınmaq.
Oıııın üzü-gözü qırışır və elə bil boğazı da
göynəməyə başlayırdı. Ə.Əbülhəsən. Əvvəla,
kətmən dəyən yer bərk göynəyirdi. İkincisi,
qolları az qalırdı ki, qırıla. Ə.Vəliyev.
2. Ağrımaq, sızıldamaq, gizildəmək. Şad
idi, vücudim oynar idi; Can həsrət odunda
göynər idi. Xətayi. Zirzəmi yaman rütubət-
dir ha. . . Hələ heç bir saat da keçməyib, amma
indidən qıçlarım göynəyir. M.Hüseyn. Lakin
deyin, söyləyin, hansı təbib bağlayar; Ruhun
gözəgörünməz, göynəyən (f.sif.) yarasını?
R.Rza.
3. məc. Yazıq-yazıq, yavaşdan ağlamaq,
sızlamaq, inləmək. Uşaq göynəyirdi.
4. məc. Bir şeyin üstündə əsmək. [Əşrəf:]
Başqasının ürəyinə çalın-çarpaz dağ çəkə
bilirsən, özünə isə bir balaca toxunanda göy-
nəyirsən. Bu insafdırmı? İ.Şıxlı.
GÖYNƏRTİ is. Göynəmə, sızıldama, ağ-
rıma. Şeydanın sinəsinin altındakı köhnə ça-
pığın göynərtisi dərhal əriyib yoxa çıxdı.
B.Bayramov.
GÖYNƏTMƏ “Göynətmək” dən f.is.
GÖYNƏTMƏK icb. 1. Qıcıqlandırmaq,
acışdırmaq, qaşmdırmaq. Dərman varanı
göynətdi. - [Nəcəfalı] qozdan bir neçəsini
qoynuna doldurdu, qərzəkli qoz ətini göy-
nətdi. B.Bayramov.
2. məc. Narahat etmək, nigarançılıq do-
ğurmaq, incitmək, ruhi əzab vermək. İndi
[Tahirin] fikrini ana həsrəti göynədirdi.
274
GÖY ÖSKÜRƏK
M. Hüseyn. Hamını göynədən (f.sif.) hələ
taxıl vergisi idi. Mir Cəlal.
GÖYÖSKÜRƏK is. tib. Adətən uşaqların
tutulduğu sürəkli üzücü öskürək şəklində
təzahür edən yoluxucu xəstəlik.
GÖYRÜŞ is. bot. Lələkvari yarpaqlı, qa-
nadlı meyvəsi olan, ağır və möhkəm odun-
caqlı ağac; vən. Göyrüş və ya vən ucaboylu,
qışda yarpağı tökülən ağacdır. H.Qədirov.
GÖYRÜŞLÜK is. Çoxlu göyrüş ağacı olan
yer. Göyrüşliikdə dincəlmək.
GÖYSATANbax göyərtisatan.
GÖYTÜRK is. tar. Orta Asiyada yaşamış
qədim bir türk ulusu və bu ulusdan olan
kimsə. Göy türk xaqanlığı.
GÖYTÜRKCƏ is. Göytürk dili, Orxon
türkcəsi.
GÖYÜMSOV, GÖYÜMTRAQ, GÖYÜMTÜL
sif. Göy rəngə çalan. Göyümtül göz. - Otağı
göyümtül papiros tüstüsü bürüdüyündən
adamların siması xəyal kimi dumanlı görü-
nürdü. M.Hüseyn. [Qaragünün] ..alnının sol
tərəfində dərin göyümtül çapıq .. görünürdü.
M. Rzaquluzadə.
GÖY-YAŞIL sif. Göylə yaşıl arasında olan,
həm göyə, həm də yaşıla çalan. Göy-yaşıl
parça.
GÖYZƏMİN sif. Yerliyi (fonu) göy rəngdə
olan. Göyzəmin parça. - Giilşad göyzəmin
krep-satiııdən, yaxası düyməli, qolu uzun don
geymişdi. Ə.Əbülhəsən.
GÖZ is. 1 . İnsan və heyvanda görmə or-
qanı. Qara gözlər. Ala gözlər. İri göz. - Xu-
mar-xumar baxmaq göz qaydasıdır ; Lalə tək
qızarmaq üz qaydasıdır. M.P.Vaqif. Ar\’ad
.. yaşarmış gözlərini silib ərinin qabağında
döyükə-döyükə qaldı. S.Rəhman. □ Göz ağı
anat. - gözün ağ rəngli qabarıq qeyri-şəffaf
qişası. Göz alması anat. - gözün, göz ağı və
göz qarasının da daxil olduğu şarşəkilli his-
səsi. Göz qapağı - bax qapaq 2-ci məna-
da. Rzaqulu xan yalvardıqca Böyükxanım
göz qapaqlarını bir-birinə çalıb hərdən bir
qətrə göz yaşı atırdı. M.S. Ordubadi. Göz qa-
rası (bəbəyi) - bax bəbək 1-ci mənada.
Göz yuvası anat. - kəllənin üz hissəsində
göz almasının yerləşdiyi batıq; göz çuxuru.
// Gözüm şəklində - əzizləmə, nəvaziş, ox-
şama, mehribanlıqla müraciət. [Qurbani:]
GÖZ
Canını təbib, gözüm loğman; Mənim dərdim
ara tez-tez. “Qurbani”.
2. Görmə qabiliyyəti, görmə. İti göz. Gözü
zəifləmək.
3. Gözümdə (gözündə) şəklində - nəzə-
rimdə (nəzərində), mənə görə (ona görə),
mənim fikrimcə (onun fikrincə). Mənim
gözümdə o heç bir şeydir. Sənin gözündə o,
böyük adanıdır.
4. Nəzarət, baxım. Uşağın üstündə göz
lazımdır.
5. Xırda dəlik, deşik. Aşsüzənin gözləri,
iynənin gözü. - Gilli məhlul baltanın gözlə-
rindən ( dəliklərindən ) çıxaraq .. quyunun ağ-
zındakı nov sisteminə tökülür. S. Quliyev.
6. Bulağın başladığı yer, suyun çıxdığı
yer; qaynaq, mənbə. Bulağın gözü tutulub.
- Qaynar bulaqların gözündən içər ; O ellər
gözəli, o el yavrusu. S. Vurğun.
7. Kiçik pəncərə (kassada, poçtda və s,-
də). [Qulam müəllim] şüşə gözün müqabi-
linə gəldi, vərəqəni uzatdı. S. Rəhimov.
// Keçmək üçün hasarda, divarda açılmış
dəlik. Hasardan qonşu bağa göz açmaq.
- [Tellinin] müəllimlə öz otağının arasındakı
divarda qapı kimi, fəqət alçaq, bir arşın
hündürlüyündə bir göz vardı. S. Hüseyn. Üst-
ləri dəmirli qalın qapılar; Ortada balaca
göz yerləri var. H.K.Sanılı.
8. Yaranın, şişin irin axan yeri. Çibanın iki
gözü vardır. Yaranın gözü açıldı.
9. Hissələrə ayrılmış bir şeyin ayrı-ayrı
bölmələri. Portfelin kiçik gözü. Şkafın üst
gözü. Xurcunun gözləri. - Heç bir söz de-
mədən [Rüstəm kişi] başının üstündəki ba-
laca dolabçanın gözünə qoyulmuş trııbkanı
götürüb [Şərəfoğluya] verdi və əlini sıxdı.
M. İbrahimov. İşini tamam etdikdən sonra
xarrat dolabın gözlərindəki kitablara nəzər
at(dı). T.Ş. Simurq. Birinci iynəni batırarkən
pəncərənin qırıq gözünə yamadığı kağız xəfif
səs çıxardı. H.Nəzəıii.
10. Qoşa və ya üçlülə tüfəngin lülələrin-
dən hər biri. Tüfəngin iki gözünü də sıxdım,
ancaq heç biri dəymədi. M.Rzaquluzadə.
1 1 . Tərəzi qablarından hər biri. Hacı bir
heyvərə daşı tərəzinin bir gözünə qoyub
deyir.. Ə. Haqverdiyev.
275
GÖZ
12. Adətən saylara qoşularaq, evdə, mən-
zildə neçə otaq, ya pəncərə olduğunu gös-
tərir. Üç göz ev. İki göz pəncərə. - Binanın
alt mərtəbəsi iki xırdaca gözdən, üstü isə
yalnız bir gözdən ibarət idi. S. Rəhimov.
13. ınəc. Alov mənasında. Lampanın gö-
zünü çəkmək. - Şeyx Haşimi kiçik mizə ya-
xınlaşıb, qəzəblə barmağını bir-bir şamların
gözünə basır, şamlar sönür, çadır qaranlıq
içində qalır. Ə.Məmmədxanlı.
14. Körpünün bir özülündən o biri özü-
lünə qədər olan hissəsi, bölməsi. Körpünün
üç gözü var.
0 Göz aça bilməmək - fürsət, vaxt tapa
bilməmək. İşin çoxluğundan göz aça bilmi-
rəm. Göz (gözlərini) açan gündən (açan-
dan) - 1 ) lap körpəlikdən; 2) başa düşəndən
bəri, dərk etdiyi vaxtdan. Yerdə qalanları isə
gözlərini açandan onu GülUicədə görmüş-
dülər. S.S. Axundov. Göz açıb yuman saat-
da - bir an içində, tez, əlüstü, o saat. [Məs-
təli şah:] Xaııım, bir adam ki buradan Pariji
göz açıb yuman saatda bərbad edə, onun
xəbərin bir dəqiqədə, bir saatda, bir gündə,
on günədək bura çatdıra bilməz? M.F.Axund-
zadə. Göz açıb yumunca - bir anda, bir an
içində. Göz açıb yumunca işini qurtardı.
Göz açmaq - 1) dünyaya gəlmək, doğul-
maq. İnsanoğlu bu aləmə göz açdığı gündən
bəri; Azadlığın məşəlinə qurban olmuş pər-
vanətək. S. Vurğun; 2) macal tapmaq, imkan
əldə etmək, vaxt tapmaq. Göz açmağa ma-
calım yoxdur. Göz açmamaq - macalı,
vaxtı, imkanı olmamaq. Döyüşdən göz aç-
mayan Rüstəm [Şərəfi] unuda bilmirdi.
M. İbrahimov. [Osman:] Basırdı gülləni
sola, həm sağa; Qoymurdu düşməni heç göz
açmağa. H.K.Sanılı. Göz ağartmaq - qor-
xuducu nəzərlə, hədələyici tərzdə baxmaq.
Nivaz anasına göz ağartdı, Ballı söhbəti
kəsdi. Ə.Vəliyev. Göz ağartması vermək
-bax göz ağartmaq. Göz altından (altın-
ca) baxmaq (süzmək) - başqalarına sezdir-
mədən, gizlicə baxmaq (süzmək). Hüseyn
oynadıqca göz altından Surxaya baxırdı.
S. Rəhman. [Beyrək] .. göz altından məc-
lisdə olan gəlinləri, qızları süzməyə başladı.
M.Rzaquluzadə. Göz atmaq - gözlə işarə
eləmək. Göz atdını gözünə, himlədim bəri;
GÖZ
Dayandı şir kimi pürviiqar gördüm.
S. Vurğun. Göz bəbəyi məc. - əziz və sev-
gili sayılan. Onun göz bəbəyi bir oğlu var.
Göz bəbəyi kimi qorumaq (saxlamaq)
- böyük diqqətlə qoruyub mühafizə etmək,
qayğısını çəkmək. Milli musiqi alətlərimizi
göz bəbəyi kimi qorumalıyıq. Göz böyümək
- qorxu, dəhşət bürümək, vahimə basmaq.
Dərənin dibinə endikcə göz böyüyür, hər
şey qaralır, şübhəli görünürdü. Mir Cəlal.
Göz bulağı - bax bulaq. Hicran dəryasın-
da, göz bulağında ; Qurbaııi, çalxanıb bircə
üz indi. “Qurbani”. Göz çəkmək (yığmaq)
-bax əl çəkmək 3-cü mənada. [Pəri Əb-
dülə:] [Puldan] göz çək. C. Cabbarlı. Göz çı-
xarmaq - bax gözünü çıxartmaq 2-ci-
mənada. Göz dağı çəkmək - dərdə salmaq,
qüssə vermək, ağır zərbə vurmaq. Oğlunu
öldürüb anasına göz dağı çəkmək. - Bəlkə,
neçə-neçələrə göz dağıyam, şöləyəm; fikri
dustaq olanlara; dili yasaq olanlara! R.Rza.
Göz dəymək - mövhumata görə baxışından
ziyan, zərər çəkmək. Uşağa göz dəyib. - Al,
yaşıl geyinib durma qarşıda; Yayın bəd nə-
zərdən, göz dəyər sana. Qurbani. Göz dəy-
məsin! - gözdəymənin qarşısını almaq
üçün işlədilən ifadə. Dəyməsin göz, qəribə
zirəksən; Bu fərasətdə dəhrdə təksən.
S.Ə.Şirvani. Göz dikmək - 1) bir şeyi ələ
keçirmək arzusunda olmaq, sahib olmağa
çalışmaq. [Əziz bəy:] Nəkarədir ki, bir
arşınölçən mənim adaxlıma göz dikə!
M.F.Axundzadə. Yetim malına göz dikmə-
yin nədir daim; Halal kəsb məgər narəva-
dır, ey vaiz? S.Ə.Şirvani; 2) bel bağlamaq,
ümid olmaq, arxayın olmaq. Ata malına göz
dikən malsız-davarsız qalar. (Ata. sözü). Bu
gün bir süngüdür əlimdə qələm; Mənim
bayrağıma göz dikir aləm. S. Vurğun; 3) nə-
zər yetirmək, baxmaq. Elə mən deyiləm
hüsnünə mail; Göz dikibdir tamam Qarabağ
sənə. Q.Zakir. Göz dolandırmaq - ətrafına
baxmaq. Kərəm göz dolandırıb gördü ki,
ovçular iki quzusu olan bir ceyranı vurub-
lar. “Əsli və Kərəm”. Göz dolusu - fərəh-
lə, ürəklə, razı halda, şad. Göz dolusu evini
süzdü. - Səkinə göz dolusu ərinə baxıb gülüm-
sədi. M. İbrahimov. Göz doymamaq - bax
gözü doymamaq. Göz doymaz vəsməli ka-
276
GÖZ
man əbrudən; Can üzülməz səmən iyli gey-
sudən. M.P.Vaqif. Göz etmək (eləmək)
- gözlə işaı ə eləmək. Göz gəzdirmək - hər
tərəfə baxmaq, başdan-ayağa süzmək, nəzər
salmaq. Otağa göz gəzdirmək. Məclisə göz
gəzdirmək. - Telli həyətin hər tərəfmə göz
gəzdirdi. S. Hüseyn. [Rüstəm bəy] ətrafa
göz gəzdirərək sanki söz axtarırdı. Çəmən-
zəminli. Göz görə (görə-görə) - açıq, aş-
kar, bəlli, gözlə görüldüyü halda. Göz görə-
görə oğurluq etmək. - Yalançının dili ycındı
göz görə-görə ; İnanmadı dili alov yaxanlar
belə. M.Araz. Göz götürmək (çəkmək) -
baxmamaq, əl çəkmək. Ayrı düşüb ulusun-
dan, elindən; Yenə göz götürməz xublar te-
lindən. Q.Zakir. Göz götürüb baxmaq -
başını qaldırıb baxmaq, nəzər salmaq. [Sə-
kinə] göz götürüb qonaqlara baxa bilmirdi.
Ə.Abbasquliyev. Göz gözə baxmaq - üz-
bəüz otıırmaq, bir-birinin üzünə, gözünə
baxmaq. Ələsgər də eşq oduna alışdı; Göz
gözə baxanda halın soruşdu. Aşıq Ələsgər.
Göz gözə gəlmək - baxışları qarşılaşmaq,
bir-birinə baxmaq. Göz gözü görməmək -
çox qaranlıq, zülmət olmaq, heç bir şey
seçilməmək. [Şahmar bəy:] Yamanca qa-
ranlıqdır, göz gözü görməyir. N.Vəzirov.
[Aqşin:] İşıq ver, göz gözü görmür.
C.Cabbarlı. Qaranlıqda göz gözü görmür-
dü. S. Hüseyn. Göz işlədikcə - gözlə görülə
bilən qədər, gözün görə bildiyi qədər (adə-
tən çox geniş sahə haqqında). Göz işlədikcə
tarlalar uzanırdı. - Göz işlədikcə gülümsər
yaşıl xiyabanlar; Yaşıldı pəncərə, balkon,
yaşıldı meydanlar. H.Cavid. Göz kəsilmək
- bütün diqqətilə baxmaq. Göz kəsməmək
- diqqətlə baxmaq, nəzərini çəkməmək, daim
baxmaq. Onun üçün göz kəsmərəm gözün-
dən; Miiştaqəm, ey şəkər kanı, mən sənə.
M.P.Vaqif. Göz (gözü, gözləri) qabağına
gətirmək - xəyalında canlandırmaq, təsəv-
vürünə gətirmək, yada salmaq. Keçmiş
günlərini göz qabağına gətirdi. - Onu yüz
dəfə gözümün qabağına gətirmişəm, yüz
dəfə xatırlamışam, lakin heç kəsə heç nə
söyləməmişəm. I.Əfəndiyev. Göz qabağına
qoymaq - bir şeyi tez gözə dəyən, asanlıqla
tapılan yerdə saxlamaq. Kitabları göz qaba-
ğına qoymaq. - Pərşan bağçaya getdi, zan-
GÖZ
baq güllərini bankaya salıb artırmaya, göz
qabağına qoydu. M. İbrahimov. Göz qaba-
ğında (qarşısında) - üzdə, ortada, meydan-
da. Nöqsanlar göz qabağındadır. - Gələcək
qəsəbənin küçələri də artıq göz qabağında
idi. Nəticə göz qabağındadır. Göz qamaş-
dırmaq - 1) gözlərini kütləşdirmək (parıltı).
Üzüyün qaşı göz qamaşdırır; 2) məc. çox
güclü təsir etmək. [Nadir bəy:] ..Soııra [tarixi-
müqəddəsdə] yarpaqları çevirin! - Dini-
siyasi minlərcə qanlı səhifələr gözlərinizi
qamaşdırır. H.Cavid; 3) heyran etmək. Qı-
zın gözəlliyi göz qamaşdırır. - Çayın vadi-
sindəki çəmənlik də göz qamaşdırırdı.
İ. Şıxlı. Göz-qaş (gözlə-qaş) arasında tez,
bir anda. Göz-qaş arasında yox oldu. - Kön-
lüm quşu seyd oldu gözii-qaş arasında;
Qanlar düşəcəkdir iki yoldaş arasında.
Q.Zakir. Göz qıcırtmaq - bax diş qıcamaq
("diş”də). ..Xanın düşmənləri buraya göz
qıcırdıblar. M. S. Ordubadi. Göz qırpımın-
da-bax göz açıb yumunca (bəzən “bir”
sözü ilə bərabər işlənir). Göz qırpımında
hər şeyi ayırd etmək. - Bir göz qırpımında
düşmən taııkı artıq ön atəş xəttini keçmiş, ..
batalyonun komanda məntəqəsi yerləşən
təpəyə doğru istiqamət almışdı. Ə.Məmməd-
xanlı. Göz qırpmaq - 1) gözünü tez yumub
açmaq; 2) məc. sayrışmaq, yanıb sönmək.
Bakı milyon gözlərlə göz qırpır, uzaqlarda
işıqdan atəşli bir qövs cızır, qövsdən o tə-
rəfdə isə qaranlıq hamar bir sahə uzanırdı.
Ə.Məmmədxanlı. Hər iki yanda bir çağı-
rımlıqda göz qırpan bir işıltı görünürdü.
M. Rzaquluzadə. Göz qoymaq (yetirmək)
- 1) hiss etdirmədən diqqətlə baxmaq, fikir
vermək, müşahidə etmək. Mən ona göz qoy-
muşdum, o, artıq məni buraxmaq istəmirdi,
hər yana gedirdimsə kölgəm kimi dalınıca
sürünürdü. M. S. Ordubadi. Uşaq bağçasın-
dan keçirdim dünən ; Göz qoydum oynaşan
körpələrə mən. S.Vurğun. Mən oğurluqca
ona göz qoyurdum. Mir Cəlal; 2) nəzarət
etmək, baxmaq. [Lal Hüseyn] çiyidin mün-
təzəm surətdə səpilməsinə göz yetirirdi.
M. İbrahimov. Göz-qulaq olmaq - ciddi
nəzarət etmək, baxmaq. - Uşaqdan göz-
qulaq ol! - Göz qulaq ol! - əmrini verdikdən
sonra ordugaha döndü. H.Nəzərli. Göz
277
GÖZ
GÖZ
oxşamaq - ürəyə yatmaq, gözə xoş gəlmək,
ürək açmaq. Adamlar göz oxşayan san,
qırmızı, bənövşəyi çiçək xiyabanı ətrafında
dolaşırlar. İ. Şıxlı. Göz olmaq - 1) pusmaq,
güdmək, nəzarət etmək. Dustağa göz
olmaq. - [Yusif:] Hər ikisinə özüm göz ola-
ram. S. Rəhman; 2) muğayat olmaq, himayə
etmək, göz qoymaq, nəzarət etmək. Uşağa
göz ol! - Göz ol balamıza, görüm onu mən;
Həm özünə layiq, həm mənə layiq. S.Rüstəm.
Göz önünə gətirmək - yadına salmaq, xa-
tirinə gətirmək, təsəvvüründə canlandır-
maq, xatırlamaq. ..Keçdiyimiz yerlərdəki
vəziyyəti göz önünə gətirib bunlara inan-
malı oldum. M.Rzaquluzadə. Göz önünə
qoymaq -bax göz qabağına qoymaq. Göz
salmaq - bax gözü düşmək. Göz tutduq-
ca - bax göz işlədikcə... Yaxşısı budur ki,
elə buradan baş alıb göz tutduqca diyar-
bədivar qaçını. E. Sultanov. Göz ucu ilə
(ucuyla) baxmaq - ötəri baxmaq. [Durna:]
And içirəm o görünməz Tanrıya ki, heç bir
zaman mənim [Əsəd bəyə] göz ucuyla bax-
dığım da olmamı ş(dır). C. Cabbarlı. Göz
(gözüm) üstə! - bax Baş üstə! (“baş”da).
Baş üstə, göz üstə deyib, mən də ağanın qul-
luğuna təşrif apardım. N.Vəzirov. Əlini gö-
zünün üstünə qoyub “ gözüm üstə!” deyib
getdi. Ə.Haqverdiyev. [Mədən müdiri:] Nə
istəsən mənim bax bu gözüm üstə. M.Hüseyn.
Göz üstə (üstündə) yerin(iz) var - əziz,
hörmətli adamı nəzakətlə dəvət məqamın-
da söylənir. Buyurun evimizə, göz üstə yeri-
niz vardır. - Asta qədəm qoyub, bir bizə
gəlsən; Yerin var göz üstə, qız, qadan alım!
Aşıq Ələsgər. [Banıçiçək:] Mənə qonaq gə-
libsiniz, gözüm üstə yeriniz var. M.Rzaqu-
luzadə. Göz verib işıq verməmək - daim
sıxışdırmaq, narahat etmək, incitmək, təzyiq
altda saxlamaq. [Mərcan bəy:] Pulun ola,
malııı ola, amma aıvad sənə göz verib işıq
verməyə. Ü.Hacıbəyov. [Məsmə:] Mən nə
etməli idim. Bu adam mənə göz verəcək, işıq
verməyəcəkdi. S. Hüseyn. Göz vurmaq
(basmaq, etmək, çalmaq) - işarə etmək
üçün gözünün birini qırpmaq. Rzaqulu göz
elədi ki, dinməyim. C.Məmmədquluzadə.
Hatəmxatı yüzbaşıya tərəf göz çalaraq sağ
əlinin baş barmağını heç kəs görmədən
yanda tovlcıdı və: - Yüzlük! - deyə, sözünü
tez kəsdi. S. Rəhimov. Nərgizlə Gülşən bir-
birinə göz vurdular. Ə. Vəliyev. Göz yaşı -
damla, qətrə halında gözdən axan su. ..Aşi-
qinə qanlar ağladan dilbər; Rəhmə gəlib
göz yaşını silnıəzmi? M. P. Vaqif. Məzlumla-
rın göz yaşı dərya olacaqmış; Dəryaları,
ümmanları neylərdiıı, ilahi? M. Ə. Sabir.
Göz yaşı kimi (təki) - saf, təmiz, dumduru.
..Dağlardan göz yaşı kimi duru, bal kimi
şirin, hava qədər yüngül çeşmələr axır.
H. Nəzərli. Söyüd ağacının yaxınlığında
xırdaca bir qayadan göz yaşı kimi duru bir
bulaq çıxıb ağacın dibi ilə axırdı. M.Rzaqu-
luzadə. Göz yaşı tökmək (axıtmaq) - ağ-
lamaq. Dərin sükuta dalmış uzurı gecələri isə
göz yaşı tökərək xəyal ilə keçirirdim.
S.S. Axundov. Göz yetirmək - baxmaq, nə-
zər salmaq, diqqət etmək, göz gəzdirmək.
[Əsgər:] Belə, sözün doğrusu, o tərəfə-bu
tərəfə baxıb göz yetirirəm, görürəm yenə bir
şeyim çatmır. Ü.Hacıbəyov. Göz yummaq
- 1) əhəmiyyət verməmək, fikir verməmək.
[Muradın] qarşısında iki yol vardı: Nigarı
boşayıb adını öz üzərindən qaldırmaq və ya
onu tamamilə sərbəst buraxıb hər işinə göz
yummaq. S. Hüseyn; 2) əl çəkmək, etinasız
olmaq. Bu işdən boyun qaçırmaq gələcək
səadətə göz yummaq deməkdir. Ə. Sadıq.
Göz yumub açınca (açana qədər) -bax
göz açıb yuman saatda. Göz yumub açınca
sevlabə verərdim aləmi. Füzuli. Gözdə-qu-
laqda olmaq - bax göz-qulaq olmaq.
..Öziin isə gözdə-qulaqda ol. Elə ki Kərə-
movun yaxası ələ keçdi, birinci zərbəni sən
endir. İ.Əfəndiyev. Gözdə olmaq - diqqət
mərkəzində olmaq, hamının diqqətini cəlb
etmək. Gülşənin manqası niyə gözdədir?
Ə.Vəliyev. Gözdən buraxmaq (qaçırmaq)
- görməmək, diqqətli olmamaq. [Münəccim
pişxidmətə:] Südabəni gördün sən; Səyavu-
şu öpərkən? Gözdən qaçırma, diqqət!
H. Cavid. Gözdən çəkilməmək - daim or-
tada gəzmək, göz qabağında olmaq. Nə
edəsən ki, Mələknisə də gözdən çəkilmirdi
ki, çəkilmirdi. Mir Cəlal. Gözdən düşmək
- əvvəlki hörmətini itirmək, etibardan düş-
mək, daha sayılmamaq. Başqa məhparələr
eşqində gözümdən düşdü; Qətrə gözdən dü-
278
GÖZ
GÖZ
şər, əlbəttə ki, dəryayə görə. Ə.Vahid. Göz-
dən eləmək - gözünü şikəst etmək, kor et-
mək, işığa həsrət qoymaq. Çox ağlamaq
anam gözdən elədi. - Səni gözdən eləyən ;
Gözdən iraqlaşdıran; Bu uğursuz çadram;
Fırlat qaranlıqlara! Ə. Cavad. Gözdən iti -
görmə qabiliyyəti yaxşı olan, itigözlü. Göz-
dən itmək - görünməz olmaq, görünmə-
mək, yox olmaq, tez çıxıb getmək. Novruz-
əli bu sözləri deyəndən sonra gözdən itdi.
C.Məmmədqıılıızadə. Yolun ortasında özü-
nü günə verən koramallar səs eşitdikdə sü-
rünüb qalınlıqda gözdən itirdilər. İ.Şıxlı.
Gözdən keçirmək - 1) ötəri baxmaq, nəzər
salmaq. Qulam müəllim hər iki yazını göz-
dən keçirdi. S. Rəhimov. Mirbalayev vərə-
qəni alıb .. gözdən keçirdi. M. Hüseyn. Məh-
ərrəm kağızları bir-bir gözdən keçirməyə
başladı. H.Nəzərli; 2) baxmaq, nəzər at-
maq, fikir vermək. Sinfi gözdən keçirmək.
Ətrafı gözdən keçirmək. - Yolçu bir daha
xarabalığı gözdən keçirdi. Ə.Məmmədxanlı.
[Nuriyyə:] Gözüm otağın yarımqaranlığına
alışandan sonra adi taxtadan düzəlmiş rəf-
lərdəki kitabları gözdən keçirdim. İ. Əfəndi-
yev; 3) yoxlamaq. Kağızları gözdən keçir-
mək. Biletləri gözdən keçirmək. - Biz Acı
körpüsünü keçib şose yolu idarəsinə çatana
qədər iki yerdə vəsiqələrimizi gözdən keçir-
dilər. M. S. Ordubadi. Gözdən kənara bu-
raxmamaq - bax gözdən qoymamaq.
Yazıqları .. gözdən kənara buraxmadılar.
M. S. Ordubadi. Gözdən qaçmaq - görün-
məmək, diqqətdən kənarda qalmaq. Göz-
dən qoymamaq - birinin bütün hərəkətlə-
rinə fikir vermək, diqqət yetirmək, təqib et-
mək, nəzarət altında saxlamaq, izləmək.
Uşağın hərəkətlərini gözdən qoymamaq.
-Mən qaraçı qızını gözdən qoymurdum.
M. S. Ordubadi. Firuzə xəstəni bir an gözdən
qoymurdu. A.Şaiq. Gözdən (gözlərdən)
olmaq - kor olmaq. [Qəribin atası:] Gecə-
gündüz axıdıram göz yaşı; Gözdən oldum
oğul-oğul deməkdən. “Aşıq Qərib”. Göz-
dən pərdə (əsgi) asmaq - aldatmaq; həqi-
qəti gizlədib yalan danışmaq, kələk işlət-
mək, nöqsanların üstünü örtmək. [Nəsib
dayı:] Görürəm səninlə danışmaq çox çətin-
dir, Kosaoğlıı. Sən başa düşmürsən ki, ..
gözdən pərdə asmaq ən böyük cinayətdir?!
İ.Şıxlı. Gözdən salmaq - 1) etina etmə-
mək, unutmaq, yaddan çıxartmaq. Bir qədər
keçəndən sonra musiqiyə olan həvəsim o
qədər azaldı ki, başıbəlalı tütəyi bilmərrə
gözdən saldım. C. Məmmədquluzadə. Aydın
qələbəsinin bu cür gözdən salınmağına dö-
zürdü. M.Hüseyn; 2) uzaqlaşdırmaq, kənar
etmək. Ələsgəri gözdən salma irağa; Necə
dözüm belə dərdü fərağa? Aşıq Ələsgər.
Gözdən tük çəkmək - bir işi çox cəld və
məharətlə görmək. Bilmirsən ki, oğrular
gözdən tük çəkirlər? Mir Cəlal. Gözdən
uzaq (İraq)! - qorxu, vahimə, xof və s. qar-
şısında işlədilən ifadə. Həm də, gözdən
İraq, gəliıılər, qızlar; Əlləri qoynunda zarı-
yıb sızlar. S.Vurğun. Gözdən uzaq (İraq)
olmaq (düşmək) - bir-birindən ayrı düş-
mək, aralı yaşamaq, uzaqda olmaq, qürbətə
düşmək. Gözdən uzaq olan könüldən də
uzaq olar. (Məsəl). Gözdən yayınmaq - qa-
çıb gizlənmək, qaçmaq, əkilmək, gözə gö-
rünməmək. [Ələmdar] mühafizlərin gözün-
dən yayınmağı kəsdirdi. S. Rəhimov. [İlyas
Adiləyə:] Elə ki, həyətin aşağısına gəlib
gözdən yayındım, o saat qayıdıb Tərlanın
boynuna sarıldım. Ə.Məmmədxanlı. Gözə
batmaq - bax gözə girmək. [Altunbay:]
[Qullar] ox kimi gözə batırlar. C. Cabbarlı.
Gözə dəymək (çarpmaq) - görünmək, gör-
sənmək, diqqəti cəlb etmək. [Qarovul:] Ge-
dən yoldaşlardan da gözə bir nişan dəymə-
yin Ə. Haqverdiyev. Hazır olanlar sırasında
birinci növbədə gözə çarpan Hacı Qəvam
idi. T.Ş. Simurq. Gözə (gözlərə) fərəh
vermək - sevindirmək, ürək açmaq, könlü
xoş etmək. Gözəl mənzərə gözə fərəh verir.
- Göz işlədikcə yamyaşıl otlar, göy çəmən-
lər və rəngarəng yarpaq və meyvələrlə bə-
zənmiş ağaclar gözlərə fərəh verir. M. Rza-
quluzadə. Gözə gəlmək - 1) bax gözə
görsənmək (görünmək). Bulud qara, göy
qara; Bu qaranlıq gecədə; Gözə gəlir göy
qara. S.Vurğun; 2) vecinə gəlməmək, say-
mamaq; 3) bax göz dəymək. Bu gecə sizə
gəlləm; Pəncərənizə gəlləm; Üzərriyi götür,
gəl; Yoxsa mən gözə gəlləm. (Bayatı). Gözə
gətirmək - mövhumi təsəvvürə görə guya
baxışı ilə ziyan vurmaq, bəlaya salmaq.
279
GÖZ
Uşağı gözə gətirmək. Mal-qaranı gözə gə-
tirmək. - [Qan:] Eh, oğlumu gözə gətirdilər.
S.Vəliyev. Gözə girmək - diqqəti özünə
cəlb etməyə çalışmaq, həmişə göz qarşısın-
da olmağa çalışmaq, özünü gözə soxmaq,
özünü göstərmək. ..Mən gözə girmək üçün
yox, vətənə xidmət etmək üçün çalışıram.
Ə.Əbülhəsən. [Həbibə] bu fikrə gəlmişdi ki,
nə qədər kefi saz olsa da, paltarını dəyişmə-
sin, gözə girməsin. Mir Cəlal. Gözə görün-
mək (görsənmək, çarpmaq) - nəzərə
çarpmaq, diqqəti cəlb etmək. Birdən-birə
göründü gözə bir xərabəzar; Görsən nə qəm-
li mənzərələr aşkar idi. M.Hadi. [Hamam-
da] əvvəl gözə görünən divardakı su küpü
idi. Çəmənzəminli. Gözə xoş görünmək
(gəlmək) - xoşa gəlmək, bəyənilmək, xoş-
lanmaq. [Sila:] [Qız] güləndə də, qüssələ-
nəndə də, düşünəndə də həmişə gözə xoş
gəlir. S.Vəliyev. Gözə kül (torpaq) atmaq
(səpmək, üfürmək) - aldatmaq, kələk gəl-
mək, hiylə işlətmək. Gözə sataşmaq -bax
gözə dəymək. Qabaqda oturan qız orada
yenə Dursunun gözünə sataşdı. Ə.Əbülhəsən.
Gözə soxmaq - diqqət mərkəzində qoy-
maq, diqqəti cəlb etmək, nəzəri cəlb etmək.
İşini gözə soxmaq. - [Sıırxay Dövlət bəyə:]
Zavod və milyonlarınızı da çox gözümə sox-
mayın. C. Cabbarlı. [C. Məmmədquluzadə]
əsərlərini gözə soxmağı, özündən danışmağı
sevməzdi. M. İbrahimov. Gözə torpaq tul-
lamaq - bax gözdən pərdə (əsgi) asmaq.
Gözləri açıla qalmaq - heyran olmaq, hey-
rətdə qalmaq. Qızın gözəlliyi qarşısında
gözləri açıla qaldı. Gözləri alacalanmaq -
təəccüb, qorxu nəticəsində gözləri irilən-
mək, iri açılmaq. Alman öz süngüsü ilə onun
zərbələrini dəf etməyə çalışaraq dal-dalı
çəkilir və gözləri alacalanmış, gülünc bir
ifadə ilə nə isə mırıldanır. İ. Əfəndiyev.
Gözləri batmaq - bax gözləri çuxura
düşmək. Acından, soyuqdan çıxır donqarı ;
Batıb gözləri, rəngi olub sapsarı. Ə.Nəzmi;
// zəifləmək, taqətdən düşmək. Şalısuvar
tərəfə patron boşaltdı; Qüvvədən düşərək
gözləri batdı. S.Vurğun. Gözləri böyümək
- təəccübdən, heyrətdən, qorxudan gözlə-
rini iri açmaq. Gözləri böyüdü sanki vəhşət-
dən; Qamaşdı o yüksək mədəniyyətdən.
GÖZ
Şəhriyar. Gözləri hədəqəsindən çıxmaq
bax gözü (gözləri) kəlləsinə çıxmaq. Bo-
ğazı qurumuş, dili qurumuş; Çıxmışdır göz-
ləri hədəqəsindən. M.Müşfıq. Gözləri ilə
süzmək - başdan-ayağa baxmaq, tamam nə-
zərdən keçirmək. Molla ikrah edirmiş kimi
bir-iki addım geri çəkilib dayandı və əli ilə
Kürdən əsən mehin oynatdığı ütülmüş saq-
qalını tumarlaya-tumarlaya gələnləri qıyıq
gözləri ilə süzdü. I. Şıxlı. Gözləri işıqlan-
maq - bax gözləri parıldamaq. Qızılı gö-
rən zindanbanın gözləri işıqlandı. "Qurba-
ni”. Gözləri qan çanağına dönmək - göz-
lərinin içi qanla dolmaq, bərk qızarmaq.
Ömər koxanın üzü tunc kimi bozardı. Qalın
qaşları pırpızlandı və gözləri qan çanağına
döndü. İ. Şıxlı. Gözləri quyuya düşmək -
çox arıqlamaq, gözləri batmaq, çökəyə düş-
mək. Gözləri parıldamaq - üzündə sevinc
görsənmək, fərəh içərisində olmaq. [Bədir-
cahan:] ..Səııiıı söhbətin ortalığa düşəndə
Züleyxa xamının barmağını kəssən, xəbəri
olmaz, elə üzü gülür, gözləri parıldayır...
N.Vəziı ov. Gözləri süzülmək - göz qapaq-
ları xəfif-xəfif qapanmağa başlamaq, yuxu
basmaq. Gözlərindən yuxu tökülmək - bərk
yuxusu gəlmək, şiddətli şəkildə yuxulamaq
istəmək. ..Gözlərindən yuxu tökülən Kosa
alçaq .. çarpayıya tərəf yenərək .. ah çəkdi.
S. Rəhimov. Gözlərinə qaranlıq çökmək,
gözlərinin qabağı qaralmaq - bax gözü
(gözləri) qaralmaq. Gözlərini açmaq -
1) oyanmaq. Sabahı giiıüi Cəlil ağa
gözlərini açanda özünü bir qeyri aləmdə,
bir qeyri mühitdə gördü. İ.Musabəyov.
Rəngi qaçmış Afaq gözlərini açıb onu başı
üzərində görərkən, ilk dəfə ana olmuş qadına
məxsus bəxtiyar bir təbəssümlə gülümsədi.
Ə.Məmmədxanlı; 2) ayıltmaq, başa salmaq,
oyandırmaq. Cəmiləniıı sözləri [Mirzağanın]
qapalı gözlərini açır, hansı mühit içərisində
yaşadığını ona qandırırdı. S.Hüseyn; 3) başa
düşmək, dərk etmək, ayılmaq. Mən gözlərimi
açdıqda özümü belə zəngin bir təbiət içində
gördüm. S.S.Axundov. Gözlərini ağzına
dikmək - diqqətlə birinə qulaq asmaq, ya-
xud birinin nə deyəcəyini səbirsizliklə, diq-
qətlə gözləmək. Hamı gözlərini sədrin ağ-
zına dikmişdi. - Məclisdə olanların hamısı
280
GÖZ
GÖZ
gözlərini Hacı əminin ağzına dikmişdi.
M. S. Ordubadi. Gözlərini dolandırmaq
- ətrafa göz gəzdirmək, dörd tərəfini seyr
etmək. Böyükxamnı gözlərini dolandırıb,
oğlanlarına baxıb dalıa da dilgir olurdu.
M. S. Ordubadi. Həmzə gözlərini dolandırıb
Şahmara tərs-tərs baxdı, rişxəndlə gülüm-
sündü. B. Bayramov. Gözlərini dörd aç-
maq - həddindən artıq diqqətli olmaq, çox
fikir vermək. Gözlərini oxşamaq - xoşla-
maq, bəyənmək, gözünə xoş gəlmək. [Qum-
ru] ..Hansı tərəfə dönürdüsə, daha şux bir
rəng gözlərini oxşayıb, onu özünə doğru
çağırırdı. Ə.Məmmədxanlı. Gözlərini sıx-
maq - bax gözünün qorasını sıxmaq.
Üzünü aşağı tutub, gözlərini sıxdı. Mir Cəlal.
Gözlərini süzmək - 1) göz qapaqlarım bir-
birinə yaxınlaşdıraraq heyran-heyran bax-
maq. [Müəllim:] [Tələbə] mənim suallarıma
cavab verəndə başını aşağı əyir, gözlərini
süzür və ancaq: - Nə? - deyirdi. Qantəmir;
2) nazlanmaq, naz-qəmzə etmək. Sən ha
Qurbaniııin canın üzərsən! Qaş oynadıb
gözlərini süzərsən. “Qurbani". Gözlərinin
ağı saralmaq - xəstələnmək, azarlamaq.
..iztirabdan bu gün üzün qaralıb ; Gözlərin
ağı sərbəsər saralıb. S.Ə.Şirvani. Gözləri-
nin içi gülmək - çox sevindiyi üzündən-
gözündən bilinmək. Gözü ac olmaq - ta-
mahkar olmaq, heç şeydən gözü doyma-
maq, daim gözü bir şeydə olmaq. Gözü
(gözləri) açılmaq - dərk etməyə başlamaq,
ayılmaq, qəflət yuxusundan oyanmaq, fəa-
liyyətə, hərəkətə gəlmək, yaxşı-yamanı
seçmək. [Zakirov Sədəfə:] [Şeyda] Gövtə-
pədə çox yubandı, kim bilir, bəlkə orda gözü
açıldı. Ə.Məmmədxanlı. Gözü (gözləri)
ağara qalmaq - təəccübdən, qorxudan göz-
ləri irilənmək, iri açılmaq, gözləri bərəl-
mək. Gözü (gözləri) ağarmaq - 1) gözü
pərdə basıb kor olmaq, görməmək; 2) bir işi
sona çatdırınca böyük əzab çəkmək, əziy-
yətə qatlaşmaq. [Telli:] Bir yandan ömrü
gödəlmiş Heydərqulu ağa mənə göz verir,
işıq vermir, elə fikrə düşür, elə qələt eləyir
ki, it yesə gözü ağarar... N.Vəzirov. Gözü
ağrımaq - məc. incimək, xoşu gəlməmək,
zəhləsi getmək. Onu görəndə gözüm ağrı-
yır. Gözü (gözləri) axmaq - gözü (gözləri)
yumulmaq, örtülmək. Mən hey göyə baxdım,
göy mənə baxdı ; Yollara baxmaqdan göz-
lərim axdı. Ə.Cavad. Pəncərədən ay baxır;
Yenə gözlərin axır. N.Rəfibəyli. Gözü al-
maq - 1) öyrəşmək, bələd olmaq, alışmaq.
Atların xasiyyətini gözüm elə alıbdır ki, heç
bir bədxasiyyət at fikrimə gətirə bilmirəm ki,
onu iki-üç günün içində öyrədib faytona qoşa
bilməyim. C.Məmmədquluzadə; 2) dan. qalib
gələcəyinə inamı olmaq, özünə arxayın
olmaq. Səni gözüm alıb, oyunu udacağam;
3) müxtəlif şeylərin içərisindən birini bə-
yənib, xoşlayıb seçmək. Güllü parçanı gö-
züm aldı. ...gözündə qalmaq - etdiyi arzu,
xoş niyyət yerinə yetməmək, kamma çat-
mamaq. Muradı gözündə qalmaq. - Məktəbi
qurtarmaq üzrə ikən Qəhrəmanın arzusu
gözündə qaldı. S. Rəhimov. ...gözündə
qoymaq - arzusunu, niyyətini yerinə yetir-
məmək, şad etməmək, sevindirməmək. Oğul
anasının arzusunu gözündə qoydu. - [Gül-
sənəm:] Tahir, mənim muradımı niyə gö-
zümdə qoymusan? M. Hüseyn. Gözü (göz-
ləri) ayağının altını görməmək - qürrə-
lənmək, qudurmaq, heç kəsi saymamaq.
Gözü bağlanmaq (örtülmək) - heç bir şeyi
görməmək, başa düşməmək, fərqinə var-
mamaq, anlamamaq. [Ziba xanım:] Sənin
gözün örtülüb, uyubsan bir çənginin məkrinə,
felinə; təmiz adını, sanını itiribsən.
M.F.Axundzadə. Gözü (gözləri) böyümək
- təəccüb etmək, heyrətlənmək. Dürrənin
gözləri daha da böyiidü.. S.Vəliyev. Gözü
çıxmış, gözün çıxsın! (tökülsün) - “kor
olasan”, “görməyəsən” mənasında qarğış
ifadəsi. Ustadlar ustadnaməni iki deməyib,
üç deyər, biz də deyək üç olsun, yağıların
gözü tökülsün. “Qurbani”. Çıxaydı kaş gö-
züm, görməvəydi hicranın. X.Natəvan.
Gözü (gözləri) dikilmək (dikilib qalmaq)
- birinə baxıb durmaq, gözünü ayırmamaq,
baxa-baxa qalmaq. Yuxusu da gecələr uçub
ərşə çəkildi; Sübhə qədər gözləri şam çıra-
ğa dikildi. B.Vahabzadə. M. Hüseyn. Gözü
(gözləri) dolmaq (doluxsunmaq) - ağla-
maq dərəcəsinə gəlmək, gözləri yaşla dol-
maq. Sanki boğmaq istər göz yaşı seli; Qə-
ribin gözləri dolar axşamlar. Ə.Cavad. İndi
isə [Nərgizin] anasının gözləri dolmuşdu.
281
GÖZ
Ə.Məmmədxanlı. Sevincindən Dürrənin
gözləri doluxsundu. S.Vəliyev. Gözü doy-
mamaq - 1 ) həris olmaq, tamahkarlıq
eləmək, hər şeydə gözü qalmaq. Gözüm doy-
maz sənin kimi canandan; Cananın itirən
tez olar candan. "Qurbani”. Ələsgər heç çıx-
maz qəm libasından; Gözü doymaz gözün tə-
mənnasından. Aşıq Ələsgər; 2) acgözlük elə-
mək, gözü yemək dalınca qalmaq. Acın qar-
nı doyar, gözü doymaz. (Ata. sözü); 3) arzu-
suna, məramına axıra qədər çatmamaq.
Gözü (gözləri) dörd olmaq - diqqətlə bax-
maq, nəzərdən keçirmək. Üzüyümü itirmi-
şəm, gözüm dörd olub. - Hər yana baş vu-
rur, gözü dörd olur; Özgənin sevinci ona dərd
olur. S. Rüstəm. Gözü dumanlanmaq - hir-
sindən, qəzəbindən gözü heç bir şey görmə-
mək. Gözü dumanlandı, nitqi tutuldu; Gö-
rüncə süzülən o baxışları. B. Vahabzadə.
Gözü düşmək - 1) görüb aşiq olmaq, vu-
rulmaq, sevmək. Çərşənbə günündə çeşmə
başında; Gözüm bir alagöz xanıma düşdü.
Aşıq Ələsgər. [Asya:] Aha, bildim, arşın-
malçıya gözün düşübdür. Ü. Hacıbəyov.
Bəy, qonşunun qızına gözüm düşüb. Ə. Haq-
verdiyev; 2) birdən görmək, gözünə dəy-
mək, gözü sataşmaq. Qonşu otağa gözüm
düşdü. - Bağrım şan-şan olur zəııbur evitək;
Gözüm ki sən gəzən otağa diişəı; Q.Zakir.
Gözü gəzmək - 1 ) axtarmaq; 2) hər tərəfə
baxmaq, hər yeri nəzərdən keçirmək. Кәп-
kanın gözü dörd tərəfi gəzdi. S. Rəhimov.
Gözü götürməmək - birinə darılmaq, pa-
xıllıq etmək, qibtə etmək. [Səməd bəy:]
Rejissorun Oqtavı gözü götürmür, gəlib ona
rəqib olacağından qorxur. C. Cabbarlı. Gözü
gözündən uzaq - ayrı düşmüş, aralı. Çıx-
maz yadımızdan, çıxmaz yaradan; Gözü gö-
zümüzdən uzaq olsa da! H.Arif. Gözü (göz-
ləri) gülmək - fərəh içərisində olmaq,
məmnunluq, sevinc izhar etmək, şad olmaq.
Zəhra və Həsən minnətdarlıqla [Firuzəyə]
baxanda gözləri gülürdü. M. İbrahimov.
Analar fərəhlə baxırlar sənə; Körpə balaların
gülür gözləri. N.Rəfıbəyli. Gözü (gözləri)
heç bir şey görməmək - hissə qapılıb hər
şeyi unutmaq, heç bir şey gözündə olmamaq.
Gözü ilə görən - şahid. Gözü ilə görmək
- bir işin, hadisənin şahidi olmaq. [Xortdan:]
GÖZ
Gözümlə görəndən sonra məndə şəkk yeri
qalmadı. Ə. Haqverdiyev. ..Bunları gözümlə
görmüşəm .. Mir Cəlal. Gözü ilə (də) gör-
mək istəməmək - zəhləsi getmək, heç üzü-
nə baxmaq istəməmək. Çünki onun sevdiyi
Şəfiqə Liitfəlini gözü ilə də görmək istəmirdi.
İ.Musabəyov. Gözü ilə yemək - bütün diq-
qəti ilə baxmaq, dik-dik baxmaq. Oturduğu
yerdə [Tükəzban] istəyirdi ki, kağızın hərf-
lərini gözü ilə yesin. B.Talıblı. Gözü işlə-
məmək - görməmək, gözü zəifləşmək.
[Kərəm:] Qocalıbsan, daha gözün işləmir.
“Əsli və Kərəm”. Gözü (gözləri) kəlləsinə
çıxmaq - bərk hirslənmək, qəzəblənmək;
2) həddindən artıq təəccüblənmək, heyrət-
lənmək. Gözü kimi - çox əziz, çox qiymət-
li. Gözü-könlü açılmaq - şadlanmaq, se-
vinmək, ürəyi açılmaq, könlü açılmaq, fə-
rəhlənmək. Gəzməyə çıx, göziin-könlün
açılsın. Gözü (gözləri) qabağında (qarşı-
sında, önündə) durmaq (olmaq, dikəl-
mək, canlanmaq) - xatirindən çıxmamaq,
həmişə yadında olmaq. Onun gözləri önün-
də iki həyat, iki tale canlanırdı. M. Rzaqulu-
zadə. Yaşıl budaqları ilə ətrafı bürüyən biı-
ağac gözü qarşısında canlandı. S.Vəliyev.
Təmkinlə, ürəklə danışır qonaq; Durur göz
önündə o ana torpaq. B.Vahabzadə. Gözü
qalmaq - 1) gördüyü bir şeyin həsrətində
olmaq, həsrətini çəkmək, əldə etmək arzu-
sunda olmaq. Paltoluq parçada gözüm
qaldı. - Gözüm qaldı kirpiyində, qaşında; Qul
et, durum qolubağlı qarşında. Aşıq Ələsgər;
2) baxa-baxa durmaq, gözünü çəkməmək,
nəzərini ayırmamaq, bir şeyin xoş təsirin-
dən qurtara bilməmək. Gözü qızın üzündə
qalıb. Gözü (gözləri) qamaşmaq - parıltı-
dan, şəfəqdən bir şeyə baxa bilməmək. Bril-
yantlar gözü qamaşdırır. - Elə isə bəs neçin;
Baxırkən bu şeylərə; Qamaşdı gözlərin?
B.Vahabzadə. Gözü (gözləri) qaralmaq -
1) halı pisləşmək, başı fırlanmaq, bayğınlıq
halına gəlmək. [Xortdan:] Gözlərim qaral-
dı, başım gicəlləndi. Ə. Haqverdiyev. [İl-
yas:] ..Başıma endirilən qılınc zərbəsindən
gözlərim qaralır, mən üzüstə Tərlanın boy-
nuna yıxılıram. Ə.Məmmədxanlı. [Cəlalın]
..gözləri qaralır, ətraf başına fırlanırdı..
S.Vəliyev; 2) dəhşətə gəlmək, qorxmaq.
282
GÖZ
GÖZ
Pələngdən elə bir nərilti qopdu ki, səsindən
dağ-daş titrədi, gözlərim qaraldı. A. Şaiq.
Gah elə enir ki, gözüm qaralır ; Gah elə qal-
xır ki, dözməyir ürək. H.Arif. Gözü qayıt-
mamaq - bax gözü doymamaq. Qayıt-
maq istəməz gözüm gözəldən; Qayğımı
artıran, dərdim təzəldən. “Qurbani”. Gözü
qızmaq (qızarmaq) - hirsindən, qəzəbin-
dən heç kəsi gözü görməmək, bərk coşmaq,
həddindən artıq qızışmaq. Rövzəxana dəydi
baqqalın sözü; Dişlərin qıcıdıb qızardı gözü.
M.S.Ordııbadi. Gözüm qızdı, dedim: - Mənə
Xoruzoğlu deyərlər. S.Rəhimov. Gözü qorx-
maq - acı təcrübədən sonra ehtiyatla hərə-
kət etmək, bir zərər, bədbəxtlik ola biləcə-
yini yadda saxlamaq. Gözüm qorxub, dəniz-
də çimə bilmərəm. Gözü (gözün) olmaq
- muğayat olmaq, qorumaq, nəzarət etmək.
[Zeynal:] Uşaqlarda gözün olsun! S. Hüseyn.
[Dilara:] Tapşırdım, gözü onda olsun.
Ə.Məmmədxanlı. Gözü (gözləri) önünə
(qabağına) gəlmək - təsəvvüründə can-
lanmaq, yadına düşmək. ..Mehriban çoba-
nın surəti gözləri önünə gəldikdə, Səmədin
qəlbində nakam məhəbbətin varası daha
şiddətlə sızıldamağa başlamışdı. İ. Hüseynov.
Gözü örtülmək - ətrafındakı hadisələri dərk
edə bilməmək, anlamamaq, qəflətdə olmaq,
bəsirətini itirmək. [Ziba xanım:] Sənin gözün
örtülüb, uyubsan bir çənginin məkrinə, felinə,
təmiz adını-sanını itiribsən. M.F.Axundzadə.
Gözü (gözləri) pərdələnmək -bax gözü
(gözləri) qızmaq. [Ceyniz:] Hirsdən ikisi-
nin də gözləri pərdələnib bir-birinə hücum
etməyə başladılar. Çəmənzəminli. Gözü
(gözləri) pər-pər çalmaq - bax gözləri
parıldamaq. Gözü (gözləri) sataşmaq
(ilişmək) - birdən görmək. Huş başımdan
çaşdı, dilim dolaşdı; Gözlərim sataşdı, bu-
xağa düşdü. Aşıq Ələsgər. [Bəypolad:]
..Gözlərim bağçanı şəıılədən çiçəklərə iliş-
di. H. Cavid. Nərgiz kəskin bir hərəkətlə geri
döndü, gözləri Nərminə xalamın gözlərinə
sataşdı. Ə.Məmmədxanlı. Gözü seçməmək
- zəif görmək, çətinliklə ayırd etmək, yaxşı
görməmək, görə bilməmək. [Qoca:] Ay
uşaq, gözüm seçmir, bir görün o gələn atlı
kimdir? İ. Əfəndiyev. Gözü su içməmək
- inanmamaq, etibar etməmək, şübhə etmək.
Arvadı bundan soruşdu ki, ustalar nə istə-
yirlər, .. cavab verdi ki, ustalardan gözü su
içmir. C. Məmmədquluzadə. [Aslan bəy:]
Məııəf axır sənin bu oğlundan heç mənim
gözüm su içmir. Ə.Haqverdiyev. Gözü (göz-
ləri) süzülmək - 1) göz qapaqları qapan-
mağa başlamaq, yuxusu gəlmək. Əsgərin ..
gözləri süzülürdü. Ə.Əbülhəsən. [Fəridə
Qurbana:] Qurban dayı, [çağanın] gözləri
süzülür, deyəsən, yatacaq.. Ə.Məmməd-
xanlı; 2) xumarlanmaq, gözləri yarıqapalı
bir vəziyyətə gəlmək. Gözləri süzüldü, ca-
nım üzüldü; Vurubdur sinəmə yara qaşların.
Aşıq Ələsgər. Gözü tox olmaq - heç bir
şeydə gözü olmamaq, nəfsi az olmaq. Könlii
açıq, gözü toxdu Şəmşirin; Oynasın taleyi,
bəxti Şəmşirin. Aşıq Şəmşir. Gözü tutmaq
- xoşlamaq, bəyəmnək, sevmək, aşiq olmaq.
[Səriyyə:] Mənim ürəyim [Rüstəmi] sevir,
mənim gözüm onu tutub, mən ona aşiqəm..
C. Cabbarlı. ...gözü uçmaq - birini görməyə
çox can atmaq, şiddətli arzu hiss etmək (bə-
zən də bu ifadə istehza kimi “şəni görməyə
çox gözüm uçurdu” şəklində işlənir). Gözü
üstündə olmaq - daim nəzarət etmək, hi-
mayə etmək, qayğısına qalmaq. [Mayor Ca-
vanşir bəyə:] Harda olsam, gözüm sizin üs-
tünüzdə olacaq. Ə.Məmmədxanlı. Gözü
(gözləri) yaşarmaq (yaşla dolmaq) - ağla-
mağa başlamaq. Cavan komandanın da qo-
canın bu halətinin təsirindən gözləri yaşardı.
Ə.Haqverdiyev. Zəhra analarını itirmiş on
üç qızın halını, ürək parçalayan səmimi göz
yaşlarını görərək, ixtiyarsız gözləri yaşardı.
S. Hüseyn. Şiddətli qamçıdan Bahadırın
gözləri yaşardı.. M.Hüseyn. Gözü (gözləri)
yol çəkmək - 1) gözləri bir nöqtəyə zillənib
qalmaq; 2) gözü yolda olmaq, gözləmək.
Görürəm eşqinlə gözü yol çəkən; Dağlar
pərisini, dağlar qızını. S.Vurğun. Dörd il
vardı, ananın gözləri yol çəkirdi; Başqa bir
fikri yoxdu, oğul fikriydi dərdi. S. Rüstəm.
Gözü (gözləri) yolda (yollarda) qalmaq -
sevilən, əzizlənən bir adamın yolunu göz-
ləmək, intizarında qalmaq. Göz qalar yol-
larda, can intizarda; Gəlmədi canandan bir
xəbər mənə. Q.Zakir. Gözü (gözləri) yollara
baxmaq -bax gözü (gözləri) yolda qal-
maq. Gecə-gündüz gözüm baxdı yollara;
283
GÖZ
Bir laçın gözlünün nigaranıdı. Q.Zakir. Gözü
(gözləri) yumulmaq - yatmaq istəmək.
[Mozalanbəy:] Mənim gözüm yumular və
mürgüləyirəm. Ə. Haqverdiyev. Gözümün
(gözünün) işığı (nuru) - sevgi, riqqət,
əzizləmə ifadəsi. [Qərib:] Ey mənim gözü-
mün işığı, qəlbimin soltanı, gedirsən nədir?
"Aşıq Qərib”. [Məsud:] Gözünün işığı, ye-
ganə ümidi bir qızcığazı var idi, o da əlin-
dən getdi. H. Cavid. [Nisə xala:] Ay gözü-
mün işığı, ürəyimin tabı. Mir Cəlal. Gözün
(gözlərin) aydın (olsun)! - gözaydınlığı,
təbrik ifadəsi. Gözün aydın olsun, könlün
olsun şad. Aşıq Ələsgər. Mən xalama dedim:
-Xalacan, gözün aydın olsun, sabah Ya-
qutun toyudur. Ə.Məmmədxanlı. Gözündə
canlanmaq - xatirinə gəlmək, yadına düş-
mək. Keçmiş günlər gözümdə canlanır.
- ..Sirkan, kolları basmış meydança gözüm-
də canlanır. M. İbrahimov. Gözündə qal-
dırmaq - etibarını daha da artırmaq, hör-
mətini daha da çoxaltmaq. [Bu iş] Veysi bir
neçə saat ərzində tanımayanların da, tanı-
yanların da gözündə çox qaldırmışdı.
Ə.Əbülhəsən. ...gözündə böyümək, yük-
səlmək - hörməti artmaq, dərəcəsi yüksəl-
mək, qiymətlənmək, etibar qazanmaq. Bizi
tanış etdilər, çox xoşuma gəldi qız ; İncə gü-
lüşlərdə gözümdə yüksəldi qız. S. Rüstəm.
Qasım indi Ələşrəfın gözündə böyüdü, yük-
səldi. Mir Cəlal. Gözündə olmamaq - müəy-
yən səbəblərə görə ürək sıxıntısı, rahatsızlıq
duymaq, gözündən düşmək (adətən “gö-
zümdə deyil” şəklində işlənir). Ev-eşik gö-
zümdə deyil. Gözündən batmaq - 1 ) quru-
maq, su çıxmamaq (çeşmə və s. haqqında).
Bulaq gözündən batıb; 2) məhv olmaq, bər-
bad olmaq, heç-puç olmaq. İşlərim gözün-
dən batdı. Gözündən düşmək - daha ma-
raqlanmamaq, bir şeyə qarşı marağını itir-
mək ..Diinya gözümdən düşdü, qəza məni
səhraya saldı, mənə nə qaldı? A.Divanbəy-
oğlu. Gözündən gəlsin! - nankor adama
qarğış ifadəsi. [Sənəm:] Əlimlə sənə verdi-
yim duz-çörək sənin gözündən gəlsin.
Ə. Haqverdiyev. Gözündən itmək - heç bir
şey görməmək, hiss etməmək. Qaraca qız
[qonaqlıqda oynarkən] elə coşmuşdu ki,
orada olan adamlar onun gözündən itmişdi.
GÖZ
S.S.Axundov. Gözündən kənara qoyma-
maq - öz yanında saxlamaq, daim nəzarəti
altında saxlamaq. İndi o gündən Paşa Telli
xanımı öz yanına köçürüb gözündən kənara
qoymur. “Koroğlu”. Gözündən qaçma-
maq - hər şeyi görmək, duymaq, hər işə fi-
kir verib bilmək, diqqətli olmaq. Gözündən
heç nə qaçmır. - [Səlimin] bu hərəkəti usta-
nın gözündən qaçmadı. Y. Əzimzadə. Gö-
zündən od tökmək - yanıqlı-yanıqlı ağla-
maq. [Nəbi:] Bu gün bizim Güllü gəlib mə-
nim yanıma, ağlayır, gözündən od tökür.
Ə.Haqveıdiyev. Gözündən od tökülmək
- 1) zirək, diribaş adam haqqında; 2) bərk
hirsli olmaq, üz-gözündən qəzəb yağmaq.
Məmmədhüseyıı əhvalatı eşitmişdi. Darva-
zadan girəndə gözündən od tökülürdü. Mir
Cəlal. Gözündən (gözündə, gözlərindən)
oxumaq - gözlərinin ifadəsindən bilmək,
sezmək. Ürəyindən keçənləri gözlərindən
oxumaq. - [Kərim babanın] keçirmiş olduğu
uzun bir tarixi hər zaman gözlərindən oxu-
maq olurdu. A.Şaiq. Gözündən tökmək
-nəşəsini pozmaq, zövqünü korlamaq, ha-
ram eləmək, bumundan tökmək. O meyi-nab
ki, vəslində səninlə içdim; Qan edib tökdü gö-
zümdən ələmi-hicranın. S.Ə.Şirvani. Gözün-
dən tük də yayınmaz - son dərəcə ayıq-
sayıq adam haqqında. Səlbinin gözündən tük
də yayınmazdı. Ə. Vəliyev. Gözündən
uzaqda (olmaq) - ailədən kənar yaşamaq,
aralı olmaq, yad yerdə yaşamaq, qürbətə,
yad ölkəyə düşmək. [Cavanşir] Göy atı .. atı
ilxıya qatıb, gözündən uzaq etmək istədi.
İ.Şıxlı. Gözündən yağmaq - bilinmək, hiss
edilmək, görünmək. Zəhra! Nə qədər də
qocalıb fağır; Üzündən- gözündən kasıblıq
yağır. B. Vahabzadə. Gözünə ağ salmaq
- əzab vermək, əziyyət vermək, incitmək.
...gözünə almaq - əvvəlcədən baş verəcək
hadisəni, işi, fəlakəti duymaq, hiss etmək,
nəzərdə tutmaq. Ölümünü gözünə almaq.
- Artıq hər bir şeyi gözünə almış Odunçu-
oğlu yenə bayaqkı sakit səslə cavab verdi..
Ə.Məmmədxanlı. Gözünə batmaq (gir-
mək) - 1) daim görünmək, göz qabağında
olmaq. Hər gün küçələrdə .. gözümüzə ba-
tan qorodovoy və qazaqlardan əsər yox idi.
A.Şaiq; 2) qibtə oyatmaq, həsəd oyatmaq.
284
GÖZ
Elə bil gözünə batıram. Gözünə çökmək
- basmaq, qaplamaq, tutmaq. Gözünə qüssə
çökmək. - Əjdərin gözünə çökmüşdü duman;
Qurbanın üzündə qalmamışdı qan. H.K.Sanılı.
Gözünə dəymək (ilişmək, sataşmaq)
- görünmək, rastlaşmaq. [Xanhüseyn:] Nəbi
dünəndən bəri gözümə dəymir. "Qaçaq
Nəbi”. Dəydi gözlərinə ağappaq divar; Elə
bil başında ildırım çaxdı. B.Vahabzadə.
Gözünə döndüyüm - birisinin işini, ya hə-
rəkətini bəyəndikdə işlənən tərif ifadəsi.
[Firidun bəy:] Gözünə döndüyüm, faytonu
tərpədib bunun böyründən nə tövr ilişdirdisə,
təpəsi üstə getdi lığın içinə, ürəyi getdi.
Ə. Haqverdiyev. Gözünə dönüm! - nəvaziş,
alqış yaxud nəvazişli xahiş bildirən ifadə.
Gözünə dönüm, bir də oxu! - [Hacı Əhməd
Şərifə:] Ay bərəkallah, ay gözünə dönüm!
C. Cabbarlı. Gözünə dönüm, göy ürgə, qaşqa
daya ancaq sən çata bilərsən. I. Əfəndiyev.
Gözünə durmaq - çətin görünmək, çətin-
lik çəkmək, ağır gəlmək. Qardaşı arvadı ilə
özünü danışmağa məcbur etmək indi Qum-
runun lap gözünə dururdu. Ə.Əbülhəsən.
Elə birinci stəkandan hala gəlmiş bu arıq,
cılız oğlanın ikinci stəkan lap gözünə durdu.
I. Şıxlı. Gözünə dursun! - bax gözündən
gəlsin! [Ağa Kərimxan:] Əməyim gözünə
dursun, Leyla, bu nə işdir, bu nə müsibət-
dir.. N.Vəziıov. Gözünə gəlməmək (gö-
rünməmək, girməmək) - vecinə gəlmə-
mək, təsir etməmək. Dünya üzü sərbəsər
əgər lıur olsun; Görməz gözümə yüz gözü
məxmur olsun. S.Ə.Şirvani. Gözünə gö-
rünmək (görsənmək) - 1) görmək, bəlli
olmaq. [Xəlilin] ağzından buraxdığı mavi
halqaların arasından gözünə bir çox qadın
simaları göründü. Çəmənzəminli. [Səkinə
Rüstəmə:] Ay kişi, gözümə bir təhər dəyir-
sən. M.İbrahimov; 2) mövcud olmadığı hal-
da görünmək, təsəvvür edilmək. Gözünə
görünməmək - hiss edilməmək, duyulma-
maq. Pulunu az-az ver, gözünə görünməsin.
- [Səlim:] Bunun əkiz-tayıııdan .. sənə
mənzil alanda heç izafilik .. gözünə görün-
mürdü, Ədlıəm ağa! B. Bayramov. Gözünə
xoş görünmək - ilk baxışda xoşuna gəl-
mək, bəyənmək. Parça gözümə xoş görün-
dü. - [Siçan balası] pişiyi gördü, oxşayır
GÖZ
özünə: Xoş göründü pişik onun gözünə.
S.Ə.Şirvani. Gözünə (gözlərinə) inanma-
maq - 1 ) gördüyünə inanmamaq. Giilsənəm
arvadın fikrincə Tahir .. görəndə heç gözlə-
rinə inanmayacaqdı. M. Hüseyn; 2) təsəv-
vürə gəlməz bir iş qarşısında təəccüblən-
mək, çaşmaq. Vəziyyəti gördükdə gözlərimə
inanmadım. - Onun bağçasında elə qəribə
meyvə ağacları var ki, adam görəndə gözlə-
rinə inanmır. M.Rzaquluzadə. Gözünə işıq
gəlmək - canlanmaq, dirçəlmək. Çörəyi ye-
dim, gözümə işıq gəldi. - Ədhəmiıı gözünə
işıq gəldi.. B. Bayramov. Gözünə işıq ver-
mək - dirçəltmək, canlatmaq, həyat vermək.
Ay doğdu, işıq verdi; Yara yaraşıq verdi ;
Sinəndən doğan ulduzu; Gözümə işıq verdi.
(Bayatı). Gözünə kölgə çökmək - arıqla-
maq, zəifləmək, gözləri batmaq, çökmək,
çuxura düşmək. Gözünə (gözlərinə) qan
sızılmaq - bax gözü (gözləri) qan çana-
ğına dönmək. [Pəri:] Hirsindən ovçunun
gözlərinə qan sızılmışdı. Ə.Məmmədxanlı.
Gözünə (gözlərinə) qaranlıq çökmək -
bax gözü (gözləri) qaralmaq. Gözünə
qoymağa ... verməmək - ən kiçik; ən cüzi
miqdarla bir şeyi qıymamaq. Gözünə pər-
də çəkmək - cəhalətdə saxlamaq, qəflətdə
saxlamaq. Gözünə pərdə gəlmək - kor ol-
maq, gözü görməmək. Bozdar qocalmış,
gözlərinə pərdə gəlmiş heyvərə bir kö-
pəkdir. S.S.Axundov. Gözünə pərdə sal-
maq (tutmaq, çəkmək) - bax gözdən
pərdə (əski) asmaq. Gözünə sataşmaq
(dəymək) - görünmək. Zalın küncündə bir
neçə müsəlman gözümə sataşdı. Ə. Haqver-
diyev. Qabaqda oturan qız arada yenə Dur-
sunun gözünə sataşdı. Ə.Əbülhəsən. ..Bir
əsgər mənim gözümə sataşdı. Mir Cəlal. Gö-
zünə soxmaq - 1) qabacasma göstərmək;
2) acgözlüklə yemək. Yeməyi gözünə soxur-
du. Gözünə su vermək - ibrət götürmək, ibrət
almaq. Gözünə təpmək -bax gözünə sox-
maq 2-ci mənada. Çörəyi gözünə təpirdi. Gö-
zünə yuxu (çimir) gəlməmək (getməmək) -
yata bilməmək, yatmamaq, qəti gözünü yum-
mamaq; narahat olmaq. Gəldim, soyundum,
girdim yerə, amma sübhədək gözümə yuxu
gəlmədi. Ə.Haqverdiyev. [Tiikəzban:] Anası
ölmüş, ev bilmir, eşik bilmir, təkdənbir
285
GÖZ
gələndə də gözünə yuxu getmir. M. Hüseyn.
Səhər ulduzlar sönənə qədər gözümə yuxu
getmirdi. Ə.Məmmədxanlı. Gözünü (göz-
lərini) açmaq - 1) bax göz açmaq. O aç-
mağa başlayıb bu dünyaya gözünü. B. Vahab-
zadə; 2) ayıltmaq, başa salmaq, bilmədiyini
öyrətmək. Mart ayının 2-də olan nümayiş
fəhlə sinfinin gözünü açdı. M.S. Ordubadi.
Bu silah gözləri açan, insanlara həqiqəti gös-
tərən bir silahdır. M.Rzaquluzadə; 3) özünə
gəlmək, ayılmaq. Körpə uşaq indi də başının
ağrısından gözünü aça bilmir. B. Bayramov;
4) xilas olmaq, başı ayılmaq (açılmaq), işin
əlindən gözünü aça bilmir ; 5) diqqət etmək,
fikir vermək. Gözünü aç, yaxşı bax! Gözü-
nü ağartmaq - təhdid etmək, hədələmək,
qorxutmaq. [Kazım Kərbəlayıya:] Niyə gö-
zünü ağardırsan? Səndən qorxan yoxdur.
Çəmənzəminli. [Gülpəri arvad] Sadıq kişi-
nin qırışmış yanaqlarına .. baxıb gözünü
ağartdı. M.Hüseyn. [Adil:] Atam məramımı
başa düşüb gözünü ağartdı. B.Bayramov.
Gözünü almaq - özündən qorxutmaq, çə-
kinməyə məcbur etmək. Gözünü (gözləri-
ni) ayırmamaq - diqqətlə, gözünü ayırma-
dan bir şeyə baxmaq. Uşaq gözlərini xalça-
dan ayırmayıb, yavaş səslə bacısından so-
ruşdu.. Ə.Məmmədxanlı. Gözünü (gözlə-
rini) bağlamaq - qəsdən başa düşməyə,
ayılmağa qoymamaq, qəflətdə, cəhalətdə
saxlamaq. [Bəhram:] Mənim gözlərimi bağ-
ladı. C.Cabbarlı. Gözünü (gözlərini) bə-
rəltmək- bax gözünü ağartmaq. Hesab-
dar bəzi adamların adlarının qabağını boş
görüb çeşməyinin altından gözünü bərəltdi.
B.Bayramov. Gözünü (gözlərini) çəkmə-
mək - uzun müddət baxmaq, davamlı ba-
xışlarla süzmək, gözünü götürməmək. Xa-
nını bir yerdə durdıımu, Həmzə bəy də yeri-
şini yavaşıdıb gözlərini ondan çəkmirdi. Çə-
mənzəminli. Gözünü (gözlərini) çıxart-
maq - 1) kor etmək. Həm i yandırdı saq-
qalın, həm üzün; Alov az qaldı ki, çıxarda
gözün. S.Ə.Şirvani; 2) birinin paxıllığına
səbəb olmaq, qibtə hissi doğurmaq, həsədi-
nə səbəb olmaq. Mənim çörəkli olmağım
bir para adamın gözünü çıxardır. Ə.Əbül-
həsən; 3) isteh. bir şeyin yaxşısı qaldığı və
ya olduğu halda pisindən yapışmaq, pisini
GÖZ
almaq. Bazarın gözünü çıxarmısan. Gözünü
(gözlərini) dikmək - 1 ) gözünü ayırmadan
baxmaq. - [Molla Həmid] gözünü çadırın
səqfınə dikib, sağ əlinin baş barmağı ilə çə-
nəsinə tikvə verib, cavab verir. M.F.Axund-
zadə. Osman gözlərini dikmişdi yerə.
H.K.Sanılı. Şiraslan gözlərini .. [Turşsu bu-
lağına] dikdi. S. Rəhimov; 2) ümid bağla-
maq. Gözünü böyük oğluna dikmək. - [Səa-
dət xanım:] Beş i! gözlərimi dikmişəm onun
yoluna, indi qəza bizi dübarə ayırmaq istəyir.
N.Vəzirov. [Cəmaləddin:] Xaricilər vəhşi
pələnglər kimi dişlərini qıcıdıb, gözlərini is-
lam məmləkətlərinə dikiblər. C.Cabbarlı.
Gözünü dörd açmaq (eləmək) - çox diq-
qətli olmaq, özünü ayıq saxlamaq. Gözünü
(gözlərini) döymək (döyəcləmək) - hey-
rətlə baxmaq, mat-mat baxmaq, məəttəl
qalmaq, heç bir şey anlamadan baxmaq. Hər
ikisi .. gözlərini döyürdülər. M.S. Ordubadi.
Qulam dayı isə bu əhvalatdan heç nə anla-
mayıb gözlərini döyür.. M.Hüseyn. Xəstə
uşaq gözlərini döyəcləyib həkimin üzünə
baxdı və heç bir söz demədi. Q.Ilkin. Gözünü
(gözlərini) götürməmək - daim baxmaq,
gözlərini ayırmamaq. Qızı görən kimi [oğ-
lan] gözlərini qızdan götürə bilmədi.. E. Sul-
tanov. Gözünü (gözlərini) qan tutmaq
(bürümək) - qan tökməyə hazır olmaq, qan
tökəcək dərəcədə hirslənmək. Gözünü
qorxutmaq (qorxuzmaq) - bax gözünü
almaq. [Mərcan bəy:] Cürətim gəlməyir,
[Minnətxanım] gözümü bərk qorxuzub.
Ü.Hacıbəyov. [Yusif Səmədə:] Deyəsən, ar-
vad gözünü qorxudub. İ.Hiiseynov. Gözünü
oğurlamaq - birisinin diqqətini başqa şeyə
cəlb edərək öz işini görmək, yayındırmaq.
Beləcə anamın gözünü oğurlayıb, .. dörd
nəfər yaralı çıxarıb gətirdim. Ə.Əbülhəsən.
Gözünü yerə dikmək - aşağı baxmaq, ba-
şını aşağı salmaq. Gözünü yerə dikib dur-
maq. Gözünü (gözlərini) yollara dikmək
- həsrətlə yol gözləmək, intizar çəkmək, yol
gözləmək. Görməyə didarını hərdəm çəkər
çox intizar; Gözlərini dikmiş, baxır yollara,
gördüm Vaqifi. M.P.Vaqif. Gözünü (gözlə-
rini) yollardan çəkməmək -bax gözünü
(gözlərini) yollara dikmək. [Musa:] Dərd-
lilər yollardan gözünü çəkməz; Haray, bu hic-
286
GÖZ
ranın əlindən, haray! S. Rüstəm. Gözünü
yuxuya vermək — 1) yatmaq, yuxulamaq.
Səhərə yaxın gözümü yımıya verdim ; 2) kələk
gəlmək, aldatmaq. Gözünü (gözlərini)
yummaq - 1) ölmək. Neçə gündür ki, Azər-
baycan .. poeziyasının böyük nəğməkarı,
onun öncül bayraqdan Səməd Vurğun öz
şahin gözlərini yummuşdur. S. Rəhimov;
2) yatmaq. Vəfalı Hüsniyə rəfiqəsinin yanını
kəsdirib sübhə qədər gözlərini yummadı.
S.S.Axundov; 3) hər şeyə qarşı laqeyd ol-
maq, heç bir şeyə fikir verməmək, soyuq-
qanlılıq göstərmək, əhəmiyyət verməmək.
[Kərimqulu:] Gərək biz də gözümüzü yu-
mub, özümüzü götürüb o uçurumdan dik
başıaşağı ataq, eləmi? S.Rəhimov. Gözünü
(gözlərini) zilləmək - gözünü bir nöqtəyə,
bir yerə dikib baxmaq. Səlim gözlərini [Meh-
ribanın] gözlərinə zilləmişdi. S. Hüseyn.
Bəxtiyar tüfəngi doldurub qalxdı; Zilləyib
gözünü bir az da baxdı. S. Vurğun. Əlindəki
kağıza zilləyərək gözünü; Həyatında bəlkə
də o ilk dəfə özünü; Xoşbəxt sanırdı bu gün.
B. Vahabzadə. Gözünün acısını almaq
- azacıq yatmaq, bir qədər yatıb dincəlmək.
Gözlərinin acısını alan Nəbi gün yağlan-
mamışdan durur, həndəvərə göz gəzdirir.
S.Rəhimov. Gözünün acısını çıxartmaq
- yatıb yorğunluğunu rəf etmək, yatıb din-
cəlmək. Gözünün ağı-qarası - ailənin bir-
cə övladı, tək uşağı olduqda işlənir. Ananın
gözünün ağı-qarası bircə qızı var. - [Şah:]
Keşiş, gözümün ağı-qarası bir nəfər oğlum
var. Ü.Hacıbəyov. [Odabaşı:] Bunun gözü-
nün ağı-qarası Fərman adında bircə oğlu
var idi. Ə.Haqverdiyev. Sən mehriban ananın
ürəyinin parası, gözünün ağ-qarası; Tək
oğlusan, əzizim! Ə. Cəmil. Gözünün altına
almaq - baş verəcək bir iş və ya hadisəni
gözləmək, buna hazır olmaq. ..Başımı Ru-
qiyyənin döşünə qoyub ölümümü gözümün
altına aldını. A.Divanbəyoğlu. Gözünün
altınca baxmaq - bax göz altından bax-
maq. [Kərbəlayı Qulu] gözünün altınca
dəlləyə baxıb yenə başını aşağı saldı.
Çəmənzəminli. Gözünün düşməni - birinin
sevmədiyi, xoşuna gəlmədiyi, düşmən kimi
baxdığı adam haqqında. Gözünün içinə
baxmaq - 1) əmri yerinə yetirməyə hazır
GÖZ
durmaq; 2) bir istəyin, arzunun yerinə yeti-
rilməsi üçün gözləri ilə yalvarırcasma bax-
maq. Gözünün içinə demək - söhbəti ge-
dən adamın iştirakından çəkinməyərək
nöqsanını və ya başqa bir şeyi arxasınca de-
yil, üzünə demək. [Əsgər:] ..Budur bax, düz
gözünün içinə deyirəm : - Oxumur.. N.Vəzirov.
[Bəkir:] Sən mənim nöqsanlarımı gözümün
içinə demədin. İ. Hüseynov. Gözünün içinə
qədər - lap, tamamilə. Gözünün içinə qə-
dər yalan deyir. Gözünün kökü saralmaq
- gözləməkdən yorulmaq, usanmaq, çox
gözləmək. [Koroğlu:] [Dəliləri] gözləmək-
dən gözümüzün kökü saraldı. “Koroğlu”.
Gözünün qabağında dayanmaq (olmaq)
bax gözü (gözləri) qabağında (qarşısın-
da) durmaq (canlanmaq). [Mürşüd Sənu-
bərə:] Sənin taleyini düşünəndə o, həmişə
gözümün qabağında dayanır. B.Bayramov.
Gözünün qorasını sıxmaq (tökmək) - ağ-
lamaq. Püstə xanım da [Səlimnaz arvadın]
təsirinə düşüb gözünün qorasını sıxdı.
M. Hüseyn. Gözünün qurdu ölmək - ehti-
yacı qismən təmin olunmaq; doymaq. Əv-
vəlcə verin çörəyi, acqarına işləyən zalım
oğlunun gözünün qurdu ölsün. M.Hüseyn.
Gözünün qurdunu öldürmək - ehtiyacını
azca da olsa təmin etmək (yeməklə). Gözü-
nün quyruğu (ucu) ilə baxmaq - hiss et-
dirməmək üçün altdan-altdan, gözucu bax-
maq. [Dərviş:] ..Başımı aşağı salıb, .. gözü-
mün quyruğu ilə o tərəfə baxdım. A.Divan-
bəyoğlu. Gözünün quyruğu (ucu) ilə bax-
mamaq - etina etməmək, saymamaq. O heç
gözünün ucu ilə də baxmadı. M. Rzaquluza-
də. Gözünün odunu almaq - qabaqcadan
bir şeylə qorxutmaq. ..Leylək bəri başdan
qoltuqçunun gözünün odunu almaq, malı
ucuz satmaq istədi. S.Rəhimov. Gözünün
üstündə qaşın var deməmək - heç bir söz
deməmək, kefinə, xətrinə dəyməmək, hər
cür qüsurunun üstündən keçmək. İndiyə qə-
dər ona gözünün üstündə qaşın var deyən
olmayıb. Gözünün zılığını axıtmaq - bax
gözünün qorasını sıxmaq. ...gözü (gözüm)
atır - istehza kimi işlənən ifadə. Çox səni
görməyə gözüm atır. ...gözüm (gözün, gözü)
var(dı) - istəyirəm (istəyirsən, istəyir), se-
virəm (sevirsən, sevir). [Rəşidin] ..həqiqət
287
GÖZAĞARTMASI
halda Mehribanda gözü vardı. S. Hüseyn.
Veysin Minavədə gözü vardı. Ə.Əbülhəsən.
GÖZAĞARTMASI: gözağartması ver-
mək - qorxuducu nəzərlə, hədələyici tərz-
də baxmaq, göz ağartmaq. Əlvarov bu dəfə
bulud kimi qaraldı və direktora gözağart-
ması verdi. M.Hüseyn.
GÖZALTI 1. is. Sonradan almaq və ya
ərə getmək üçün nəzərdə tutulan qız, yaxud
da oğlan. Əlbəttə, heç bir gözaltın varmı?
Ə. Sadıq. [Süsənbər Səməndərə:] Sözümə
cavab vermədin, axı, bəlkə gözaltın var?
B. Bayramov. □ Gözaltı etmək (eləmək)
- 1) sonradan almaq və ya ərə getmək, ya-
xud bir şeyi sonradan əldə etmək üçün nə-
zərdə tutmaq. Qızı gözaltı etmək. - Talıir
anasının kənddə gözaltı elədiyi qızı yox, Lə-
tifəni sevdiyini yazmışdı. M.Hüseyn. [Gül-
naz:] Sən də birini gözaltı eləyib onun haq-
qında fikirləşərdin. H.Seyidbəyli; 2) nəzər-
də tutmaq, göz qabağında tutmaq, qabaqca-
dan bilmək. [Kərbəlayı Məmmədəli:] Bi-
lirsiniznıi ki, oğurluq eləyən gərək binanıus-
luğu da gözaltı eləsin. N.Vəzirov. Cuma ..
özünə tay olacaq bir əsgər .. gözaltı eləməyə
çalışacaqdı. Ə.Əbülhəsən.
2. zəı/Başqasma bildirmədən, hiss etdir-
mədən; gizlincə. Gözaltı nəzər salmaq.
- ..Ətrafında vüqu bulan hər bir şeyə [qa-
dın] gözaltı baxıb diqqət yetirirdi. B.Talıblı.
Məşədi Qadir bu xəbəri söyləyəndə gözaltı
baxıb nə sayaq təsir edəcəyinə diqqət verir-
di. T.Ş. Simurq. Qız dönüb gözaltı gözümə
baxdı; Bu gizli baxışda sabahı gördüm...
M.Araz.
GÖZALTILAMA “Gözal tı 1 anı aq ”dan /.' is .
GÖZALTILAMAQ bax gözaltı etmək
(eləmək) (“gözaltT’da). Qız gözaltılamaq.
GÖZAYDINLAMA “Gözaydınlamaq’’dan
fis.
GÖZAYDINLAMAQ/ Şad bir hadisə və
ya xəbər münasibətilə birini təbrik etmək,
gözaydınlığı vermək. Toy münasibətilə göz-
ayduılamaq. - Xəbər tutanlar gəlib bu xoşbəxt
ataları gözaydınlayırdı(lar) S. Rəhimov.
GÖZAYDINLAŞMA “Gözaydmlaşmaq”-
dan fis.
GÖZAYDINLAŞMAQ qarş. Şad bir hadi-
sə və ya xəbər münasibətilə bir-birini təb-
GÖZCÜK
rik etmək, bir-birinə gözaydınlığı vermək.
Maral yatdığı yerdə bu gurultulu gözaydın-
laşmağı eşitdi.. Ə.Əbülhəsən.
GÖZAYDINLIĞI is. Xoş bir xəbər və ya
yaxşı bir iş münasibətilə birisini təbrik
etmə; təbrik. Hər bulaq başında bir söhbət
olur; Gah gözaydınlığı, gah qeybət olur.
S. Vurğun. □ Gözaydınlığı vermək - “gö-
zün aydm (olsun)” deyərək təbrik etmək.
[Vaqif] Qızxanımla [Mirzə Əliməmmədin]
ailəsinə gözaydınlığı vermək üçün getdi.
Çəmənzəminli. Kərbəlayı Xəlilin arvadına
bu xəbər çatan kimi, Xavərnisəvə gözaydın-
lığı vermək və kömək etmək üçün oraya get-
di. T.Ş. Simurq.
GÖZBAĞLAYICI is. 1. Xüsusi cihaz və
ya hərəkətlərin köməyilə tamaşaçıların gö-
zünü yayındıraraq müxtəlif fokuslar (nöm-
rələr) göstərən sirk artisti.
2. məc. Başa düşülməyən, üstüörtülü, an-
laşılmayan iş, müəmma. Onun işi lap göz-
bağlayıcıdır.
GÖZBAĞLAYICILIQ is. 1 . Gözbağlayıcı
artistin işi, peşəsi.
2. məc. Fırıldaqçılıq, adam aldatma, fırıl-
daq. Gözbağlayıcılıqla məşğul olmaq.
GÖZBAĞLICA bax gözbağlayıcı 1-ci
mənada. [Məhbubə:] Mehri! Bu gözbağlıca
oyunun axırı pis qurtarar. H.Seyidbəyli.
GÖZBƏGÖZ zar/" Gözünün içinə baxaraq,
üzbəüz, qarşı-qarşıya. Gözbəgöz oturub da-
nışmaq. - [Gültəkin:] Üç avdır ki, dik göz-
bəgöz [Aydının] üzünə baxa bilməmişəm.
C. Cabbarlı.
GÖZCÜK is. 1. Kiçik göz. Qarışqanın
gözciikləri.
2. İçəriyə və ya bayıra baxmaq üçün qa-
pıda qoyulan xırdaca deşik; gözlük. Qapıda
balaca bir gözcük də vardı ki, qapı döyülən-
də bu gözcükdən baxıb, gətən adamın üzünü
görmək mümkün olurdu. Ə.Əbülhəsən.
3. Tumurcuq. Gözcüklər yaxşı inkişaf
edir. - Çay bitkisini çoxaltmaq üçün 3-4 göz-
cüyii olan birillik çubuqlardan istifadə et-
mək lazımdır. B.Talıblı.
4. Gözə oxşar (dairəvi) şəkildə olan tu-
murcuq və s. Kartof yumruları üzərində çu-
xurcuqlar olur ki, buna gözlüklər deyilir.
M.Qasımov.
288
GÖZCÜKLÜ
GÖZƏL
GÖZCÜKLÜ sif. Gözcüyü olan; gözlüklü.
Gözciiklü qapı.
GÖZCÜYƏZ “Göz”dən oxş.
GÖZÇIXARAN sif. Gözlərə kəskin təsir
edən, gözü acışdıran. Gözçıxaran tüstü. - Ba-
kının dəhşətli gözçıxaran tozanağı hamıya
məlumdur. H. Sarabski.
GÖZƏ is. məh. Sulıı, nəmiş otluq, yaşıllıq
yer, rütubət çəmənlik. Əziziyəm gözədə; Quzu
otlar gözədə; Qurban olum sənə də; Sənə
baxan gözə də. (Bayatı). Biz xeyli yol gedib
dağətəyi bir gözəyə çıxdıq. S. Rəhimov.
GÖZƏÇARPAN bax gözədəyən. İranda
.. xalqın içərisində gözəçarpan canlanma
onları təşvişə salmışdı. M. İbrahimov.
GÖZƏDƏYƏN sif. Nəzərə çarpan, diqqə-
ti cəlb edən, yaxşı xüsusiyyəti ilə başqala-
rından fərqlənən, seçilən, ayrılan. Gözədə-
yən şey. - Burda gözədəyən hər şey otaq sa-
hibinin işgüzar bir adam olduğunu göstərirdi.
M. Hüseyn. Küçələrdə at ayaqlarının tappıl-
tısı eşidilir, arabir təkəm-seyrək gözədəyən
keşikçilər görünürdü. İ.Şıxlı.
GÖZƏDƏYMƏZ is. Nəzərə çarpmayan,
diqqət cəlb etməyən. Kəndin gözədəyməz
yeri. - Tahirzadə məclisin gözədəyməz bir ye-
rində dayanıb müəllimlərlə söhbət edirdi.
Mir Cəlal.
GÖZƏGƏLƏN is. Gözə xoş gələn; gözə-
gəlimli. Gözəgələn ev. - [Rübabə] ucaboy,
alagöz, qarasaç, gərdəııli, gülərüzlü, bir
sözlə, gözəgələn bir qız idi. Mir Cəlal.
GÖZƏGƏLİMLİ 1. Bax gözəgələn. ..Bu
solğunluğu [Çimnazm] qara qaş-gözünü
daha gözəgəlimli göstərirdi. Ə.Əbülhəsən.
2. Bax gözədəyən. Gözəgəlimli qız.
GÖZƏGƏLİMLİLİK is. Gözə xoş gələn,
gözoxşayan şeyin hal və keyfiyyəti.
GÖZƏGƏLMƏLİ sif. Çox gözəl, çox yax-
şı (guya çox gözəl olduğu, yaxud gözəlləş-
diyi üçün gözə gələ bilən). [Qəndab:] Mən
yəni beləmi gözəgəlməli olmuşam? B. Bay-
ramov.
GÖZƏGÖRÜNMƏZ sif. 1. Gözlə görülə
bilməyən; gizlənmiş, görünməyən. [Pərişan
atasına:] Yox, o adət arvadı gözəgörünməz
bir çadra altında çürüdür. M.İbrahimov. Bir
az sonra bütün dərə gözəgöriiııməz müxtəlif
quşların səsi ilə dolmuşdu. Ə.Məmmədxanlı.
2. Həqiqətdə mövcud olmayan, xəyali
qüvvə. Gözümə neyləsin gözəgörünməz ;
Canımın ağrıya qalmayıb tabı. H.Arif. Gö-
zəgörünməzdən ummadıq kömək; insanın
özüdür, - dedik, - pənahı. B. Vahabzadə.
GÖZƏGÖRÜNMƏZLİK is. Gözə görün-
məmə, gözlə görünməsi mümkün olmama,
mövcud olmama; xəyalilik.
GÖZƏK is. məh. 1. Bağ, ip. Atı gözəklə
hörükləmək. Çuvalın gözəyiııi bağlamaq.
Məfrəşiıı gözəyi.
2. Toxunma şeyin yırtılmış, çürümüş və ya
yanmış yerini yenidən toxumaqla salınan
yamaq.
GÖZƏKLİ sif. Gözəyi olan, toxunma ya-
mağı olan: yamaqlı. Gözəkli xalça.
GÖZƏL sif. 1 . Sifətinin cizgiləri, bədəninin
tənasübü, qaş-gözü qüsursuz olan; göyçək.
Gözəl uşaq. - [Xor:] Xəlvət meşə arasında;
Bir gözəl qız tapmışıq. C. Cabbarlı. [Zaqs
müdiri] Zeynalın Mehriban kimi gənc və
gözəl bir qadını boşamasına bir məna ver-
mədi. S. Hüseyn. İçəri gözəl, gənc bir qadın
girdi. S. Rəhman. □ Dünya gözəli - çox
gözəl, çox qəşəng qadın (çox zaman istehza
və ya zarafatla işlədilir). [Müqim bəy:] Sə-
nin kimi dünya gözəli olanın bu dünyada nə
dərdi-qəmi, ay Zəriş! S.Rəhimov. Gözəllər
gözəli - qeyri-adi gözəlliyi ilə fərqlənən,
ən gözəl qız, qadın. // İs. mənasında. Sifəti-
nin cizgiləri, bədəninin tənasübü, qaş-gözü
qüsursuz olan gənc qız. Bu gün bir əcayib
gözəl sevmişəm ; Beləsi olammaz heç vila-
yətdə. M.P.Vaqif. [Qarı:] Ay cavan, atdan
düş, bir falına baxım.. Sənin qismətində, de-
yəsən, bir gözəl var.. Çəmənzəminli. Par-
lasın hər gözəlin : Bir günəş yaxasında.
M. Müşfiq. // Gözəlim şəklində gözələ xi-
tab. Bu yazıq yarına hərdən; Bir nəzər sal,
gözəlim! Ü.Hacıbəyov. Aç könlünü, layiq
sana hər dürlü mükafat; Sevda! Nə dilərsən,
gözəlim, aç mənə, anlat?! H. Cavid.
2. Gözə xoş gələn, gözü oxşayan, xoşa
gələn, qəşəng. Gözəl bağ. Gözəl mənzərə.
-Hanı rəngin çiçəklərin, a çəmən! Bir gözəl
dəstə gül tutaydım mən. A.Şaiq. Burda məc-
lis quraq, gözəl çəməndir; Hər tərəf nərgiz-
dir, tər yasəməndir. M.Rahim. // İnsanın ru-
hunu oxşayan, ruhuna ləzzət verən, xoşa
289
GÖZƏLCƏ
gələn. Gözəl səs. Gözəl avaz ilə oxumaq. -
Hava gözəl və işıq idi. Qantəmir. Faytonçu-
nun səmimi, yanıqlı bir səslə oxuduğu gözəl
mahnı birdən xırp kəsildi. M.Hüseyn. ..Bül-
bül öz gözəl nəğməsini oxumaqda idi.
M.Rzaquluzadə. // Estetik zövq verən.
3. Məharətli, öz sənətinin ustası olan, çox
yaxşı, əla. Gözəl usta. - Kərim baba özünü bir
də doğruldaraq : - Mənim atam da gözəl ovçu
idi, - dedi. A. Şaiq.
4. Müsbət keyfiyyətlərə və ya xassələrə
malik olan, hər cəhətdən yaxşı olan, necə
lazımsa elə. Gözəl adam. Gözəl oğul. Gözəl
xasiyyət. - Dedim ki, gözəl xələf olarsan;
Bir ailəyi şərəf olarsan. M. Ə. Sabir. [Süley-
man:] ..Əsgər çox gözəl oğlandır. Çox ağıl-
lı, yaraşıqlı və çox da şüurlu oğlandır.
Ü. Hacıbəyov. [Səməd:] Mən bir görüm, axı
elə gözəl insan birdən niyə bu qədər pozu-
lub? I. Hüseynov.
5. Əlverişli, yararlı, yaxşı. [Mirzə:] Ağa,
məsləhətiniz çox gözəldir, ömrünüz uzun ol-
sun, siz həmişə mənim uşaqlarımın qeydinə
qalıbsınız. Ə. Haqverdiyev.
6. zar/’Yaxşı, əla. Gözəl çalmaq. Gözəl da-
nışmaq. - Əgər əhli-ruhsan, sözün gözəl de.
Aşıq Ələsgər. [Dilbər:] Sizi isə, Gülüş, indi
mən çox gözəl anlayıram. C. Cabbarlı. Hələ
Zəki adlandırdıqları gənc nə qədər gözəl
oxuyurdu. S. Hüseyn.
0 Çox gözəl - çox yaxşı, yaxşı oldu, razı-
yam (təsdiq ifadəsi). [Sultan bəy:] Çox gözəl,
qızım, bilirsən nə var? Ü.Hacıbəyov. [Səba
xanım:] Çox gözəl, bunu [min qızılı] siz
özünüz verirsiniz. Bəs Toğrul nə verəcək-
dir?.. M.S. Ordubadi.
GÖZƏLCƏ sif. Çox gözəl, çox yaxşı, qə-
şəngcə. Gözəlcə uşaq. Gözəlcə bağça. Gö-
zəlcə səsi var. - Bir sərin, saf səhər, gözəlcə
hava ; Bürünüb yamyaşıl çəmən, səhra!
A. Şaiq. // Zərf mənasında. Gözəlcə geyin-
mək. Gözəlcə nitq dedi. - Soba otağı qızdır-
mışdı, elektrik ətrafı gözəlcə işıqlandırmış-
dı. Çəmənzəminli. Şıxəli xanın sirdaşların-
dan Çərkəz adlı birisi Abbasqulu ağagilin
evinə gözəlcə bələd imiş. Ə.Sadıq.
GÖZƏLCƏSİNƏ zərf Çox. gözəl, çox yax-
şı. Mən Məşədi Kazımağanı gözəlcəsinə anla-
yırdım. M.S. Ordubadi.
GÖZƏLLƏŞDİRMƏK
GÖZƏLƏMƏ “Gözələmək”dən fis. Sap
tikiş, gözələmə, naxış çəkmə və s. üçün işlə-
dilir.
ÇÖZƏLƏMƏK bax gözəmək. Həvəslə
xalça toxuyan gəlinlər .. boz çuvalları gözə-
ləyir, kisələri daşa-divara çırpıb tozunu tə-
mizləyirdilər. M.Hüseyn. ..Hatəın baba ..
çuvalların ağzını gözələvirdi. Ə.Əbülhəsən.
GÖZƏL-GÖYÇƏK bax gözəl 1-ci mə-
nada. Gözəl-göyçək qız. Gözəl-göyçək uşaq.
- [Hacı Murad:] ..Bir gözəl-göyçək qız al,
gətir qoy evinə.. S.S.Axundov. [Sultan bəy:]
Qudurğan oğlu qudurğan, bir dul xalasının
əvəzində gözəl-göyçək qızımı istəyir.
Ü.Hacıbəyov.
GÖZƏL-GÖZƏL sif. Gözəl (adətən çoxluq
bildirir). Gözəl-gözəl evlər. Gözəl-gözəl şey-
lər. - Gözəl-gözəl xanımlar əfsərlər ilə qol-
qola verib gəzirdilər. Ə. Haqverdiyev. Bal
arısı dilində; Gözəl-gözəl nəğmələr; Çəmən-
ləri dolaşıb; Gül tozları yığardı. M. Dilbazi.
GÖZƏLLƏMƏ is. folk. Gözəli tərənnüm
edən aşıq şeir formalarından birinin adı.
Aşıq Ələsgərin gözəlləmələri. - Dilində Va-
qifin gözəlləməsi; Yayılmış ətrafa onun zil
səsi. S.Vurğun. Tahir telli sazını sinəsinə
basdı və gözəlləmə çaldı. M.Hüseyn.
GÖZƏLLƏNDİRİLMƏ “Gözəlləndiril-
mək”dən fis.
GÖZƏLLƏNDİRİLMƏK bax gözəlləş-
dirmək.
GÖZƏLLƏNDİRMƏ “Gözəlləndirmək”-
dən fis.
GÖZƏLLƏNDİRMƏK f. Gözəl etmək,
gözəllik vermək, bəzəmək, qəşəngləndir-
mək. Evi bəzəyib gözəlləndirmək. Gül dib-
çəkləri otağı daha da gözəlləndirdi.
GÖZƏLLƏNMƏ "Gözəllənmək”dən fis.
GÖZƏLLƏNMƏK bax gözəlləşmək.
GÖZƏLLƏŞDİRİLMƏ “Gözəlləşdiril-
mək”dən fis.
GÖZƏLLƏŞDİRİLMƏK məch. Daha da
gözəl edilmək; yaxşılaşdırılmaq.
GÖZƏLLƏŞDİRMƏ “Gözəlləşdirmək” is.
GÖZƏLLƏŞDİRMƏK/ Gözəlləndirmək,
daha da gözəl etmək. Yazıq qadııı üzünü
gözəlləşdirmək üçün, kim bilir, üz-gözünə
nə qədər şey sürtmüşdü. S. Hüseyn. Giilsə-
290
GÖZƏLLƏŞMƏ
hərin boyunbağısı ağ sinəsini daha da gö-
zəlləşdirirdi. Ə.Vəliyev.
GÖZƏLLƏŞMƏ "Göz;)l!aşmak”don f.is.
GÖZƏLLƏŞMƏK / Daha da gözəl ol-
maq; qəşəngləşmək. Qız böyüdükcə gözəl-
ləşir. - ..Qız o qədər böyümüş və gözəlləş-
mişdi ki, gərək iki göz olub ona tamaşa ey-
ləyəydi. E. Sultanov. Nigar böyüyür, böyü-
dükcə rəngi ağarır, gözəlləşirdi. S.Hüseyn.
Züleyxa getdikcə gözəlləşirdi.. C. Cabbarlı.
// Daha da yaxşılaşmaq, qəşəngləşmək. Xət-
ti getdikcə gözəlləşir. Kəndimiz ildən-ilə
gözəlləşir.
GÖZƏLLİK is. Gözəl adam və ya şeyin
halı: qəşənglik, gözəşirinlik. Mənim tanrım
gözəllikdir, sevgidir. H. Cavid. [Məmməd-
bağır] bütün ömrünü qadınların gözəlliklə-
rini ölçməklə keçirmişdi. S.Hüseyn. Giilgəz
bütün gözəlliyi və cazibədarlığı ilə [Səmə-
din] qarşısında dayanıb, sehrlənmiş kimi ye-
rindən tərpənə bilmirdi. İ. Hüseynov.
GÖZƏM bax güzəm.
GÖZƏMƏ “Gözəmək”dən f.is. Çuvalın
gözəməsi.
GÖZƏMƏK/ Toxunma şeylərin yırtılmış,
deşilmiş yerini yenidən toxumaq, tikmək,
yamamaq. Corabları gözəmək. Torbanı gö-
zəmək. Şalvarın yırtığını gözəmək. - Vadila
.. dizi üstünə yığdığı qara atlasdan ibarət
bir yığın tikə-paraları bir-birinə gözəməyə
başlamışdı.. Ə.Məmmədxanlı.
GÖZƏŞİRİN sif. Gözə xoş gələn, qanışi-
rin, yapışıqlı, xoşagələn, sevimli. Gözəşirin
uşaq. - Qumar “ qəhrəmanları ” gözəşirin
bir gənci əhatə edib min cür hiylə ilə quma-
ra qoşardılar. H. Sarabski.
GÖZƏŞİRİNLİK is. Gözəşirin adamın və
ya şeyin xüsusiyyəti; yapışıqlılıq, qanışirin-
lik, sevinildik.
GÖZƏTÇİ is. Qarovulçu, keşikçi, müha-
fizəçi, bəkçi, baxıcı. Mağaza gözətçisi. -
Osman gözətçidir oyankı dikdə. H.K.Samlı.
..Var-gəl edən gözətçinin ayaq səsləri ay-
dınca eşidilirdi, ağır çəkmələrin dabanla-
rındakı nallar daş səkiyə sürtülürdü.
İ. Hüseynov. □ Üstünə (üstündə) gözətçi
qoymaq - birini nəzarət altında saxlamaq.
[Çoban:] Üstümdə də gözətçi qoyublar, heç
yana tərpənə bilmirəm. Ə. Haqverdiyev.
GÖZ-GÖZ
GÖZƏTÇİLİK is. Gözətçi vəzifəsi, qaıo-
vulçuluq, keşikçilik, bəkçilik. □ Gözətçilik
etmək - 1 ) üstündə nəzarət etmək, qarovul
çəkmək; 2) himayəçilik etmək, baxmaq.
Mənə nəmli kamerada gözətçilik edəndə sən;
Bu mərhumun əlləriylə xilas oldum mən
həbsdən. B.Vahabzadə.
GÖZƏTLƏMƏ 1. “Gözətlomok”don /.7.s.
2. is. Gözlənilən şey, ümid. Riixsarənin
gözətləməsi doğru çıxdı. S. Rəhimov.
GÖZƏTLƏMƏK f. dan. 1. Bax gözlə-
mək. [Şölə xanım:] Xacə Məsud, çıx çölə,
gözətlə; M.F.Axundzadə. Xeyli gözətlədi.
Gəldi dalandar, Dayanmadan söylədi belə
təlaşlı. M.Rahim.
2. Qarovul çəkmək, baxmaq.
GÖZƏTLƏNMƏ “Gözətlənmək”dən f.is.
GÖZƏTLƏNMƏK bax gözlənmək
GÖZƏTMƏ “Gözətmək”dən f.is.
GÖZƏTMƏK qəd. bax gözləmək. Guya
ki, əlində idi caııı; Dainı gözədirdi ol za-
manı. Füzuli. Yar küsdü, Kişvəri, imdi fəna
nıiilkün gözət. Kişvəri.
GÖZƏYARI zərf Təxmini, təqribi, çək-
mədən və ya ölçmədən gözlə müəyyən
edilərək. Məsafəni gözəyarı təyin etmək. -
Borunun sürətinə zənlə baxıb şagirdlərinin
işinə gözəyarı qiymət qoyan usta .. razı hal-
da gülümsəyirdi. M. Hüseyn.
GÖZGÖRƏ bax gözgörəsi. Ovçu ovun
düz görə; Düz dolana, düz görə; Mən yara
neylədim ki; Atdı məni gözgörə. (Bayatı). Dil
bağladım bir dilbərə; Yıxdı evimi gözgörə.
Q.Zakir.
GÖZGÖRƏSİ zərf Göz görə-görə, açıq-
açığına, aşkarda, açıq-aşkar. [Ələmdar:]
Yoxsa görün günün-günorta çağında adam
da .. belə gözgörəsi özünü soydurarını?
S.Rəhimov. İndi isə bəy həyasızlığına salıb,
gözgörəsi, əməlli-başlı evlənirdi. Mir Cəlal.
Mənə gözgörəsi zülm eləyirsiniz, baba.
İ.Hüseynov.
GÖZGÖRƏTİ dan. bax gözgörəsi.
GÖZ-GÖZ sif. və zərf 1. Çoxlu gözləri, də-
likləri olan; deşik-deşik. □ Göz-göz etmək
- çoxlu dəliklər açmaq, deşik-deşik etmək.
Giillə ilə nişangahı göz-göz etmək. Göz-göz
olmaq - deşik-deşik olmaq, çoxlu dəliklər
əmələ gəlmək. Su gəldi, eşil, dağlar;
291
GÖZ-GÖZƏ
Ömürdür beş il, dağlar; Səndə düşmən izi
var; Göz-göz ol, deşil, dağlar. (Bayatı).
2. Üzərində dairə şəklində gülləri, naxış-
ları olan. Göz-göz parça.
0 Göz-göz eləmək - fürsət tapıb bir iş
görmək. Haqnəzər yenə də göz-göz eləyib,
daşı kənara atdı.. (Nağıl).
GÖZ-GÖZƏ zərf 1. Üzbəüz, üz-üzə,
qabaq-qabağa, qarşı-qarşıya. ..Məni nahar
yeməyinə saxlamaq istədisə də, mən casus-
larla göz-gözə oturub nahar etmək istəmə-
dim. M. S. Ordubadi. Kamal təyyarəni dön-
dərib faşist quzğunu ilə üz-üzə, göz-gözə
gəlməyi qət etmişdi. M. Rzaquluzadə.
2. məc. Aşkar, açıq-aydın, açıq-açığına.
Dəlıəniıı dilbərimin çeşməyi-heyvan dedi-
lər, Kim inanar bu sözə, göz-gözə böhtan
dedilər. S.Ə.Şirvani.
0 Göz-gözə vuraraq (vurub) - xəlvəti,
gizlincə, başqaları gömədən. İki gündən
bir Tutu su gətirmək bəhanəsilə bulağa gedir,
göz-gözə vuraraq adamlardan oğurlanıb
birbaş Mürsəlin yanına gəlir. Ə.Vəliyev.
GÖZQAMAŞDIRAN, GÖZQAMAŞDIRICI
sif. 1 . Çox parlaq, baxmaq mümkün olma-
yan, gur, çox güclü. Gözqamaşdırıcı işıq.
Gözqamaşdırıcı qığılcım.
2. məc. Valehedici, çox təsirli. Gözqa-
maşdırıcı gözəllik.
GÖZQAMAŞDIRICILIQ is. Gözqamaşdı-
rıcı şeyin xassəsi, keyfiyyəti, gücü.
GÖZ-QAŞ top. Gözlər və qaşlar bir yer-
də. Göz-qaşı qara qız. - Dağların başı qar-
dır; Üstündə daşı vardır; Burdan keçən gö-
zəlin; Əcəb göz-qaşı vardır. (Bayatı). [Qur-
ban:] Mən kimdən əskiyəm? Bu mənim qəd-
dü qamətim, bu mənim göz-qaşım. Ə. Haq-
verdiyev. □ Göz-qaş atmaq - bax göz-
qaş etmək (eləmək). Hər gün bir “ afətə ”
göz-qaş atdı o; Mənsəbin gücünə at oynatdı
o.. B. Vahabzadə. Göz-qaş etmək (eləmək)
- göz və qaşlarının hərəkətilə işarə etmək,
bildirmək, xəbər vermək. [Nazlı:] Bizdə
belədir. Elə ki oğlan ürəyinə yatdı, əvvəlcə
ona göz-qaş elə. Ə.Məmmədxanlı. [Rəşid:]
Anam mənə göz-qaş eləyib, çardağın dalma
çağırdı. İ.Hüseynov. Göz-qaşını oynatmaq
- gözlərini, qaşlarını, üz əzələlərini tər-
pədərək ədabazlıq etmək, oyun çıxartmaq.
GÖZLƏMƏK
GÖZ-QULAQ: göz-qulaq olmaq - mu-
ğayat olmaq, nəzarət etmək, baxmaq, gözdən
qoymamaq. Uşaqdan göz-qulaq ol. - [Hacı
Murad:] Sənin [işin] odur ki, göz-qulaq
olasan, o nökər şeydən-zaddan oğurlama-
sın. S.S.Axundov. [Qurban:] Yaz ki, Апаха-
nımın, Məmişin gözlərindən mənim əvəzində
öpsün və onlardan göz-qulaq olsun. A.Şaiq.
[Professor:] Elədir, [fotoqrafın] üstündə
göz-qulaq olmalıyıq. Q. İlkin. Göz(də)-
qulaqda olmaq - bütün diqqətilə baxmaq,
ayıq olmaq, gözdən qaçırmamaq. [Pəri:]
indi mən gərək həmişə gözdə-qulaqda olam.
Ə.Məmmədxanlı. Teymur həmişə gözdə-
qıdaqda olur, elə bil nə isə axtarırdı.
H.Seyidbəyli.
GÖZLƏMƏ 1 . “Gözləmək”dən fis.
0 Gözləmə otağı (salonu, zalı) - sərnişin-
lərin qatarı, avtobusu və s.-ni gözləmələri
üçün ayrılmış otaq (salon, zal). Gözləmə ota-
ğı çox soyuq idi. S. Rəhimov. // Qəbula gələn
şəxslərin oturub gözlədikləri otaq. [Qaçay]
Gözləmə otağındakı enli skamyada uzandı.
İ.Məlikzadə.
2. İki və ya bir neçə adam arasında təyin
edilmiş görüş. Onların dördü də öz yerində
durmuşdu, yenə də gözləmələri var idi.
M.S. Ordubadi.
3. Arzu, istək, həsrət, ümid, intizar. Dərd
məni almadımı? Döşəyə salmadımı? Çox
gözləməm var idi; Göziimdə qalmadımı?
(Bayatı). [Kərbəlayı Rəcəb:] Xanım, doğ-
rudur, ömür keçir, gün keçir, ancaq mənim
bir gözləməm var. N.Vəzirov.
GÖZLƏMƏK f. Bir şeyin və ya bir ada-
mın intizarını çəkmək, intizarında olmaq.
Qatan gözləmək. Məktub gözləmək. Yol-
daşlarını gözləmək. Qonaqları gözləmək.
- Şeyx tək otaqda .. təbibsiz, dərmansız ömrü-
nün axır saatını gözləyirdi. Ə. Haqverdiyev.
Vaqif çıxanda qapıda Mədinəyə rast gəldi,
axşamdan orada durub gözləyirmiş. Çəmən-
zəminli. Şükür artıq gözləyə bilmədi.
S.Hüseyn.
2. Qorumaq, qeydinə qalmaq, qayğı çək-
mək, muğayat olmaq. Özünü qatardan göz-
lə. Uşağı soyuqdəymədən gözləmək. - [Ala-
cəhrə] ..qoz ləpəsini dimdiklərkən həmişə
292
GÖZLƏNƏN
ayaqlarını halqanın içinə düşməkdən gözlə-
yər. S.S.Axundov.
3. Bir şeyin ümidində olmaq, arzusunda
olmaq, əldə etməyə çalışmaq. Mükafat göz-
ləmək. Mərhəmət gözləmək. Şad xəbərlər
gözləmək. - [Qoruqçu] gətirdiyi xəbərə görə
ənam gözləyirdi. “Koroğlu”. İxtiyar qadın
Şirəliııin öz fikrindən tezliklə daşınacağını
gözləyirdi. M.Hüseyn.
4. Ehtimal etmək, ümid etmək, düşün-
mək. Biz gözləyirdik ki, o, yaxşı işçi olacaq.
Ata oğlan gözləyirdi, amma qız oldu. Göz-
lədiklərimiz doğru çıxdı.
5. Ciddi surətdə riayət etmək, yerinə ye-
tirmək. Qayda-qanunu gözləmək. Əmək
intizamını gözləmək. - Dəftərxanada Mirzə-
nin hörmətini gözlərdilər. Ə.Haqverdiyev.
Mədəd isə iist-başına fikir verən, təmizlik və
səliqə gözləyən adamdır. Ə.Vəliyev.
gözləyə-gözləyə zərf Gözləyərək, inti-
zarını çəkərək. Uşaq anasını gözlər-gözləyə
yuxuya getdi. □ Gözləyə-gözləyə qalmaq
- gözlədiyi, intizarında olduğu, həsrətini
çəkdiyi adam gəlməmək, gözləməsi nəticə-
siz qalmaq. Sizə müştaq durur Bağdad elləri;
Gözləyə-gözləyə qalıb yolları. M.P. Vaqif. Bi-
çarə məhəllə adamı da gözləyə-gözləyə qaldı.
N.Nərimanov. Çoxlu evli getdi, çoxlu nişanlı.
Gözləyə-gözləyə qaldı gəlin, qız. H.Arif.
GÖZLƏNƏN bax gözlənilən. Ürəklər
çırpınaraq, gözlənən gün yetişdi. R.Rza.
GÖZLƏNİLƏN sif. Baş verəcəyi, olacağı,
törəyəcəyi qabaqcadan nəzərdə tııtıılan, tə-
sadüfi olmayan. Gözlənilən cavab. - Ceyran
düzü adlanan yerdə böyük xərclər hesabına
başa gəlmiş yeni quyuların heç biri gözləni-
lən nəticəni verməmişdi. M.Hüseyn. // inti-
zarı çəkilən. Gözlənilən adam. - Qış gecəsi
uzun olur. Yenə də səhər; Gecikmişdir göz-
lənilən bir qonaq kimi. S. Vurğun.
GÖZLƏNİLMƏ “Gözlənilmək” dən f.is.
GÖZLƏNİLMƏDƏN zar/’Gözlənilmədiyi
halda, birdən, qəflətdən, xəbərsiz, qabaqca-
dan nəzərdə tutulmadan. Gözlənilmədən rast-
laşma. - Çovutma bir güllə gözlənilmədən ;
Yapışır alnıma, yıxılıram mən. S.Vurğun.
Qəflətən Möhsün müəllim xəstələndi və göz-
lənilmədən bu pak insan torpağa getdi.
GÖZLƏŞMƏK
S. Rəhimov. Sultan stulda yayxanaraq göz-
lənilmədən qəhqəhə çəkdi. I.Hüseynov.
GÖZLƏNİLMƏK тәсһ. 1 . Olacağı təxmin
edilmək, nəzərdə tutulmaq, olacağına, baş
verəcəyinə inanılmaq. Axşam yağış gözlənilir.
2. Ciddi riayət edilmək, yerinə yetirilmək.
Qayda-qanun lazımınca gözlənilmir. - Ko-
londa yeriş intizamı gözlənilmirdi. Ə.Əbül-
həsən.
GÖZLƏNİLMƏYƏN bax gözlənilməz.
Gözlənilməyən təsadüf. Gözlənilməyən xəbər.
- Bir-iki gün yatdıqdan sonra məlum oldu ki,
xəstəliyi ciddidir və gözlənilməyən nəticələr
verə bilər. B.Talıblı.
GÖZLƏNİLMƏZ sif. Gözlənilmədən baş
verən, xəbərsiz, nagahani, əvvəlcədən nə-
zərdə tutulmayan. Gözlənilməz təsadüf. -
Günlərin birində Turab gözlənilməz bir ha-
disənin şahidi oldu. M.Hüseyn. Qəmərlə
Gülyanaq üçün Xaııpərinin bu vədə gəlməsi
gözlənilməz (z.) idi. Ə.Vəliyev. ..Gözlənil-
məz bir hadisə bizim bu qızğın nəşəli ovu-
muzu yarımçıq qoydu. M.Rzaquluzadə.
GÖZLƏNİLMƏZLİK is. 1. Birdən; göz-
lənilmədən baş vermə: nagahanilik. Gəlişin
gözlənilməzliyi. Cavabın gözlənilməzliyi.
Nəticənin gözlənilməzliyi.
2. Gözlənilməz hadisə, iş; ehtimal.
GÖZLƏNMƏK bax gözlənilmək 1-ci
mənada. Həmədan qazısı vəxətibin Bağdad-
dan Həmədana gəlməsi gözlənir. M. S. Ordu-
badi. Dağlar arasından keçdikcə hər ad-
dımda oğru, soyğunçu gözlənirdi. Mir Cəlal.
GÖZLƏNMƏYƏN bax gözlənilməyən.
Hakim ağzını yuxarı tııtııb, kişinin cır səsinə
və ..gözlənməyən hünərinə şaqqıltı ilə gül-
məyə başladı. Çəmənzəminli.
GÖZLƏNMƏZ bax gözlənilməz. Göz-
lənməz vəziyyət. - Kərimov gözlənməz hal-
da sözünü dəyişdirib dedi.. H.Seyidbəyli.
GÖZLƏŞMƏ “Gözləşmək”dən f.is. Ta-
nışlığın ən ilk mərhələsi üçün təbii olan göz-
ləşmə artır, bir-birinə yaxın oturanlar ara-
sında isə söhbət başlayırdı. Ə.Əbülhəsən.
GÖZLƏŞMƏK qarş. 1. Başqalarına hiss
etdirmədən bir-birinə baxaraq göz vurmaq,
gözlə işarə etmək. Bir-birilə gözləşmək.
- Bəylər himləşib gözləşirlər. Ü. Hacıbəyov.
293
GÖZLƏTMƏ
..Onlar bir-birilə bic-bic gözləşirdilər.
S. Rəhimov.
2. Bir-birinin gözünün içinə baxmaq, gö-
zünü dikmək. Ana və bala gözləşdilər. - [İs-
fəndiyar] hərəkətsiz qalıb məstan pişiklə
xeyli müddət gözləşdi. M. Hüseyn.
GÖZLƏTMƏ “Gözlə tmək”dən/w.
GÖZLƏTMƏK icb. Gözləməyə məcbur
etmək və ya səbəb olmaq. Qapım açmayıb
bayırda gözlətmək. - Bir saat soyuq eyvanda
gözlətdikdən sonra xan [Hacı Məlikməm-
mədi] çağırtdırdı. Çəmənzəminli. [Qız:]
Bağışla, səni çox gözlətdim. M.Hüseyn.
GÖZLÜ sif. Gözü olan, görən. Şəfa tapıb
qurtarmasın azardan; Heç gözlülər onun
dərdin görməsin. Aşıq Ələsgər. [Həmədanlı
tacir:] Gözlülər arasında işığa möhtac kor-
lar var.. Çəmənzəminli.
...gözlü - 1) rəqəmlərə qoşularaq, bir şe-
yin neçə gözdən (bölmədən) ibarət olduğu-
nu bildirir. Məs.: üçgözlü mənzil ; 2) gözləri
(9-cu mənada), bölmələri olan; qəfəsəli.
Məs.: üçgözlü şkaf.
GÖZLÜK is. 1. Bir şeyi daha yaxşı gör-
mək və ya gözü qorumaq üçün gözə taxılan
şüşə alət: çeşmək, eynək. Qara gözlük tax-
maq. - Mən gözlük qoyuram, gözlərim çox
zəifdir, amma yoldaşlarımın gözləri çox sa-
lamatdı. C.Məmmədquluzadə. [Kişi] gözlə-
rinə qara rəngli bir gözlük taxırdı. S.Hüseyn.
2. Otağın havasını dəyişmək üçün pəncə-
rənin açılıb-bağlanan bir gözü. Gözlüyün
şüşəsi sınmışdır.
GÖZLÜKÇÜ is. Gözlük qayıran usta; ey-
nəkçi, çeşməkçi.
GÖZLÜKLÜ sif. 1 . Gözündə gözlük olan,
gözlük taxmış: eynəkli, çeşməkli. Gözlüklü
qadııı. Gözlüklü müəllim. - Gözlüklü qoca
kitabları vərəqlədikcə toz qalxırdı. Çəmən-
zəminli.
2. Bax gözlüklü. Gözlüklü qapı.
3. Gözlüyü (2-ci mənada) olan. Gözlüklü
pəncərə.
0 Gözlüklü ilan zool. - Afrikada və Orta
Asiyada yaşayan, boynunun ardında gözlü-
yə oxşar dairələr olan iri, zəhərli ilan.
GÖZLÜKSÜZ 1. sif. Gözlüyü olmayan,
gözlük taxmamış; eynəksiz, çeşməksiz.
GÖZÜAÇIQLIQ
2. zərf Gözlük olmadan, gözlük taxma-
dan; eynəksiz, çeşməksiz. Gözlüksüz oxuya
bilmirəm.
GÖZMUNCUĞU is. Bədnəzərdən, gözə-
gəlmədən qorunmaq üçün taxılan ağxallı,
qara muncuq. Boynuna gözmuncıığu taxmaq.
- Ağ qoçların boyunlarından ara-sıra göz-
muncuğıı və yaşıl meşindən tikilmiş içi dualı
üçkünc pitik asardılar. H. Sarabski. İncə xa-
nım çox qısqanır bizim yaman nəzərlərdən;
Boynundakı ipək sapa gözmuncıığu taxır hər-
dən. S.Vurğun. Gözmuncıığu bağladı; Kə-
hərin birçəyinə. R.Rza.
GÖZMUNCUQLU sif. Gözmuncuğu tax-
mış, gözmuncuğu olan. Gözmuncuqlu uşaq.
GÖZOTU is. bot. Çəmənliklərdə bitən çi-
çəkli bir ot bitkisi.
GÖZSÜZ sif. Gözü görməyən, kor. Göz-
süz qoca. // Is. mənasında. Bir həqiqətdir,
iştə gözsüzlər; Kor olur, nuri-həqqi gör-
məzlər. H. Cavid. ..Siz o zavallı gözsiizü xəs-
təxanaya aparırsınız, yaxud oradan gətirir-
siniz. S.Hüseyn. // Zərf mənasında. Dağ-
dərəni dolamam; Dərya kimi bulannam;
Gözlərim sənə qurban; Mən gözsüz də do-
lannam. (Bayatı).
GÖZSÜZLÜK is. Gözü görməyən adamın
halı; korluq. Gözsüzlük pis dərddir. - |Məs-
mə:] [Ərimgil] gözsüzlük bədbəxtliyini,
korluq fəlakətini özləri üçün bir nemət he-
sab edirdilər. S.Hüseyn.
GÖZUCU zərf Gözünün ucu ilə; quşbaxı-
şı, ötəri. Gözucu baxmaq. Gözucu süzmək. -
Qurbani gözucu onları gördü. “Qurbani”.
Vaqif geyinib otaqdan çıxdı və yenə gözucu
arvadını süzdü. Çəmənzəminli. Gözucu qıza
diqqət eləyən Surxay .. heyran olurdu. İ.Əfən-
diyev.
GÖZÜAÇ bax acgöz. Göziiac uşaq.
GÖZÜACLIQbax acgözlük.
GÖZÜAÇIQ bax açıqgöz. Gözüaçıq
adam. - Inmirə məhəlləsinin camaatı gözü-
açıq camaat idi. N.Nərimanov. [Əmirxan Hi-
dayətə:] Məni bağışla, anan səndən gözü-
açıqdır. B. Bayramov.
GÖZÜAÇIQLIQ bax açıqgözlülük. Usta
bu oğlanın gözüaçıqlığını qiymətləndirərək :
- Sən haqlısan, - dedi. Ə. Sadıq.
294
GÖZÜBAĞLI
GÖZÜYUMULU
GÖZÜBAĞLI sif. və zərf 1 . Gözləri bağ-
lanmış, sarınmış halda (olan). Əsiri gözü-
bağlı gətirdilər.
2. məc. Heç bir şeydən xəbəri olmayan,
bilikcə, zehni inkişafca, mədəniyyətcə geri
qalmış ( gözüaçıq əksi). Gözübağlı qalmaq.
- [Ataşa] elə gəlirdi ki, Mürsəl gözübağlı,
biliksiz bir kənd uşağıdır. Ə.Vəliyev. [Va-
hid:] Ananı-atanı bu vaxtadək məni, demək
olar ki, gözübağlı saxlayıblar.. İ. Hüseynov.
GÖZÜBAĞLICA sif. və zərf Gözü bağlı
olduğu halda, gözlərini yumaraq; gözüyu-
mulu. Təzə pristav kəndlilər üçün göziibağhca
misalında idi. Ə.Vəliyev. //bax gözübağlı.
GÖZÜBAĞLICALIQ bax gözübağlılıq.
GÖZÜBAĞLILIQ is. Heç bir şeydən xə-
bəri olmama, bilikcə, inkişafca, mədəniy-
yətcə gerilik ( gözüaçıqlıq əksi).
GÖZÜDARbax dargöz.
GÖZÜDARLIQ bax dargözlük.
GÖZÜDOYMAZ sif. Heç şeydən gözü
doymayan; tamahkar, acgöz. Gözüdoymaz
adam.
GÖZÜDOYMAZLIQ is. Heç şeydən gözü
doymama; tamahkarlıq, acgözlük.
GÖZÜİTİbax itigöz(lü).
GÖZÜİTİLİK bax itigözlülük.
GÖZÜKÖLGƏLİ sif. və zərf Birinin ya-
nında eybi, qüsuru, nöqsanı olan, dili qısa
olan. Gözükölgəli adanı. - [Leylək] ..ağası-
nın müqabilində gözükölgəli olmamağa çalı-
şırdı. S. Rəhimov. Kəngərli verdiyi sözə əməl
eləmədiyi üçün Mirzə Cəmilin vanında gözü-
kölgəli idi. Ə.Vəliyev. Kim bilir, bu şayiədən
sonra bəlkə Səmədin üstünə ayaq alan, onu
gözükölgəli eləməyə çalışan başqa adamlar
da vardı. İ. Hüseynov.
GÖZÜKÖLGƏLİLİK is. Gözükölgəli ada-
mın halı; diliqısalıq, eyiblilik, qüsurluluq,
nöqsanlılıq.
GÖZÜQIPIQ sif. 1. Gözləri tam açıla bil-
məyən, gözləri yarıyumulu olan. // Kirpiklə-
rini tez-tez döyən, gözlərini tez-tez qırpan.
2. məc. Hər şeydən qorxan, səksənən, dik-
sinən; qorxaq, cəsarətsiz. [Dəmir:] Xofludu,
- dedi. - Yetim olub, gözüqıpıq olub. Cayna-
ğına keçirtdiyi şeyi cəmi-aləm tökülsə də, on-
ııan ala bilməz. İ.Məlikzadə.
GÖZÜQIPIQLIQ is. 1 . Gözlərin tam açıla
bilməməsi, yarıyumulu olması. // Kirpiklə-
rini tez-tez qırpma xasiyyəti.
2. məc. Hər şeydən qorxma, səksənmə,
diksinmə; qorxaqlıq, ağciyərlik.
GÖZÜQIRPIQ bax gözüqıpıq. Gördün
gözüqırpıq, sən də ol göziiqırpıq. (Ata. sözü).
GÖZÜQIRPIQLIQ bax gözüqıpıqlıq.
GÖZÜMÇIXDI: gözümçıxdıya salmaq
- yerli-yersiz, haqlı-haqsız danlamaq, töh-
mət etmək, incitmək, əziyyət vermək. Uşa-
ğı gözümçıxdıya salmaq. - Bu Pası da yazığı
lap gözümçıxdıya salıbdır. S. Rəhimov.
[Ramazan] lıər zaman Talıiri danlamağa,
gözümçıxdıya salmağa bəhanə axtaracaq və
öz xoşu ilə işdən boyun qaçırıb, kəndlərinə
qayıtmağına səbəb olacaqdır. M.Hüseyn.
[Sərvinaz Şahpəriyə:] Hümmət sənin fit-
vanla neçələrini gözümçıxdıya saldı, .. nə
bilim, tutdurdu. B. Bayramov.
GÖZÜTOX sif. Heç bir şeydə tamahı ol-
mayan, aza qane olan, tamahkar olmayan
( acgöz əksi). Gözütox adam.
GÖZÜTOXLUQ is. Gözütox adamın xa-
siyyəti ( acgözlük əksi).
GÖZÜYAŞLI sif Gözləri yaşarmış olan,
gözlərindən yaş axan; ağlar. Gözüyaşlı uşaq.
// Zəif mənasında. Daim ağlayan adam haq-
qında. Biçarə Məşədi Əsgər indi üç gün idi ki,
gözüyaşlı .. anasına balalarının əhvalına alı-
şırdı. S.M.Qənizadə. [Dərviş:] Gözüyaşlı, ci-
yəri atəşli ocağın qırağında qaldım. A.Divan-
bəyoğlu. Qoşun keçib getdi. Arxasınca da
bir sürü uşaq və gözüyaşlı qadınlar toz qo-
pararaq yüyürürdü(lər). Çəmənzəminli.
GÖZÜYAŞLILIQ is. Gözüyaşlı adamın
hal və vəziyyəti.
GÖZÜYUMUQbax gözüyumulu.
GÖZÜYUMUQLUQ bax gözüyumu-
lııluq.
GÖZÜYUMULU sif. və zərf 1. Gözləri
yumulu, gözləri bağlı. Gözüyumulu xəstə.
- [Bahar:] Yaxşı, bəs gözüyumulu oturum?
Ə. Haqverdiyev.
2. məc. Kor-koruna, düşünmədən, heç bir
şeydən xəbərsiz. [Ağabəyim:] Kiri, ay dayə,
bəxtinin qədrini bilməmisən, dünyaya gözü-
yumulu gəlib, gözüyumulu da gedəcəksən!..
Çəmənzəminli. Məşədi Heydər qardaşı kimi
295
GÖZÜYUMULULUQ
Səməd davıya ürəkdən inanıb, dalınca gözü-
yumulu gedənlərdən idi. B.Talıblı.
3. məc. Heç bir çətinlik çəkmədən, çox
asanca, asanlıqla. Məsələni gözüyumulu həll
etnıək.
GÖZÜYUMULULUQ is. Heç bir şeydən
xəbəri olmama; xəbərsizlik.
GÖZYAŞARDAN, GÖZYAŞARDICI sif
Gözdən yaş axmasına səbəb olan, gözü ya-
şardan. Gözyaşardıcı qazlar.
GÖZYAŞARDICILIQ is. Gözyaşardıcı şe-
yin xassəsi. Qazın gözyaşardıcılıq xüsusiyyəti.
GÖZYORUCU sif. Yeknəsəqliyi, rənglə-
rinin uyğıınsıızlıığu və s.-yə görə gözü yo-
ran, çox baxmaq mümkün olmayan. Gözyo-
rucu boz səhra.
GÖZYORUCULUQ is. Gözü yoran şeyin
xassəsi; gözü yorma.
GUMB təql. içiboş bir şeyi vurduqda çı-
xan səs.
GUMBULDAMA “Gumbuldamaq”dan /.7.s.
GUMBULDAMAQ f. Gumbııltıı səsi çı-
xarmaq, gumb eləmək. Çəllək yerə düşüb
gumbuldadı. - Qalxan gumbuldayar, şəm-
şirlər oynar. Aşıq Abdulla.
GUMBULDATMA "Gumbuldatmaq”dan
fis.
GUMBULD ATMAQ / Gumbultu səsi çı-
xarmasına səbəb və ya vasitə olmaq. Ləyəni
yerə salıb gumbuldatmaq. Ayaqları ilə dö-
şəməni gumbuldatmaq. H Eyni mənada na-
ğara, təbil və s. haqqında. ..Dəfçi cuşa gəlib,
var gücü ilə dəfini gumbuldadırdı. M.Hüseyn.
GUMBULTU təql. Ağır bir şey düşdükdə,
yaxud bir şeyə dəydikdə çıxan çox bərk, bo-
ğuq səs. Gecədən xeyli keçmiş bacadan gum-
bultu ilə bir şey içəri düşdü. S.S.Axundov.
Ağaclar gumbultu ilə qatarın hər iki tərəfində
yerə düşdü. Q. İlkin. // Təbil, nağara, dəf və b.
zərbli musiqi alətləri çalınarkən çıxan səs.
Siııclərin amansız cingiltisi, təbillərin müdhiş
gumbultusu göyə yüksəlir. Ə.Məmməd-
xanlı. //bax gurultu 1-ci mənada. ..Uzaq-
lardan arabir top mərmilərinin gumbultusu
eşidilirdi. M.Hüseyn.
GUM-GUM təql. Bir şey düşərək bir yerə
dəydikdə hasil olan boğuq səs. Gum-gum
gumbuldamaq. - ..Yağmur alaçığın keçələ-
rini gum-gum qamçılayırdı. A.Şaiq.
GUR
GUMUR-GUMUR bax gum-gum.
Gumur-gumur gumurlanmaq.
GUMURL ANMA “Gumurlanmaq” dan f. is.
GUMURLANMAQ f Gumur-gumur səs
çıxartmaq. Qoç Koroğlu naləsindən ; Dağ-
lar gumur-gumurlanır. “Koroğlu”.
GUP təql. Yuxarıdan düşən ağır şeyin çı-
xardığı səs. □ Ürəyi gup eləmək - ansızın
pis bir hadisədən, xəbərdən qorxmaq, ürəyi
düşmək. [Mozalan bəy:] Ürəyim əvvəl bir
gup elədi. Ə. Haqverdiyev. Əsədin ürəyi gup
eləyib döyünürdü. B.Talıblı.
GUP-GUP təql. 1 . Ayağın yerə tez-tez dəy-
məsindən hasil olan səs. Bir fincan çay içər-
içməz pilləkənləri gup-gup başıaşağı endim.
A.Şaiq.
2. Ürək döyüntüsünün səsi. Ürəyi gup-
gup döyünür. - Gup-gup döyünüb darıldı
bağrını! M.Ə. Sabir.
GUPPAGUP bax gup-gup. Ürəyi gııp-
pagup döyünür.
GUPPULDAMA “Guppuldamaq"dan/;'s.
GUPPULDAMAQ f. Guppultu səsi çı-
xarmaq.
GUPPULDATMA “Guppuldatmaq”dan/is.
GUPPULDATMAQ icb. Guppultu səsi çı-
xarmasına səbəb olmaq. Çaydanı yerə salıb
guppuldatmaq.
GUPPULTU is. 1 . Gup-gup səsi. Eşitdilər
birdən at hənirtisi; Silah şaqqıltısı, guppul-
tu səsi. H.K.Sanılı. Kompressor stansiya-
sından gələn yeknəsəq guppultunun arası
kəsilmirdi. M.Hüseyn.
2. məc. Həyəcan, əndişə mənasında. [Rza-
quluxan:] İki gündür ki, ürəyimdə bir gup-
pultu vardır. M.S. Ordubadi.
GUPSAMA “Gupsamaq”dan fis.
GUPSAMAQ f. Birdən şiddətlə vurmaq,
ilişdirmək. Nəriman .. daşı var gücü ilə Ro-
bertiıı başına gupsadı.. Mir Cəlal.
GUR sif. 1 . Güclü, qüvvətli, şiddətli. Gü-
nəşin gur şüaları. - Ocağı gur (z.) qaladı;
Günortaya hazır oldu çığırtma. R.Rza.
Üfüqdən, buludlar arasından meşənin üzə-
rinə alov rəngində gur şüalar çilənirdi.
İ.Hüseynov. // Bərk. Ocaq gur (z.) yanır.
// Qızğın. Gur alver gedir.
2. Bol və qüvvətli, güclü, coşqun. Gur çay.
Gur çeşmə. - Sərin göllər, dərin çaylar keç-
296
GURHAGUR
mişəm ; Bulaqların gur suyundan içmişəm.
Ə. Cavad.
3. Güclü, qalm. [Anatolunım] gur səsindən
pəncərələrin şüşələri cingildədi. S.Vəliyev.
4. Qalın, sıx. [Xədicənin] ..gur saçları
nəzər-diqqəti cəlb edirdi. İ. Hüseynov. Qaş-
qanın gur yalı doğrudan da dəniz kimi ləpə-
lənirdi. Q. İlkin.
5. Çox adam olan, qələbəlik, səs-küylü;
gediş-gəliş, hərəkət çox olan, izdihamlı. Gur
bazar. Gur şəhər.
gur-gur zərf 1) gurultu ilə, bol və güclü
çıxan və ya axan suyun çıxardığı səs haq-
qında. Çay gur-gur axır; 2) alışaraq, şid-
dətlə. Ocaq gur-gur yanır.
0 Gur-gur guruldamaq məc. - şöhrəti
aləmə yayılmaq, məşhur olmaq, məşhurlaş-
maq. Ağır toplar kimi gur-gur gurulda; Daim
döyüşkən ol, daim qıvraq ol! M.Müşfiq.
GURHAGUR zərf 1 . Şiddətlə, gurultu ilə.
Mart ayının əvvəlləri olmasına baxmayaraq,
dəmir soba gurhagur yanırdı. Ə. Vəliyev.
2. Gurultu ilə, bərk səs çıxararaq. Bir para
evlərdə uşaqların atası çaxmaqlı tüfəngi
doldurub gurhagur ilə güllə atardı.. H.Sarab-
ski. [Mələk] ..sənəyi bulağa söykədi, su gur-
hagur sənəyə doldu. A.Divanbəyoğlu.
GURLAMA “Gurlamaq”dan fis.
GURLAMAQ /.' 1 . Bərkdən səslənmək,
gurultu qoparmaq, guruldamaq. Hiddət ilə
ruzigar gurlar; Qar parçaları səmaya fırlar.
A.Şaiq. // Eyni mənada odlu silahlar haqqında.
Minomyotlar gurladı. Uzaqvııran toplar
aramsız gur! ayırdı. // Eyni mənada gurultulu
səs çıxaran çalğı alətləri haqqında. Təbil gur-
ladı. - Şeypurlar gurladı, ov bitdi. Çəmən-
zəminli. [Qacar:] Gurlasın dağlarda şeypurun
səsi; Sabah alınmalı Şuşa qələsi! S.Vurğun.
2. Qalm və güclü səs çıxarmaq, bu cür
səslə danışmaq. Qoca gurladı. - [Ayrım qızı-
nın] gurlayan (f.sif.) səsini hər kəs eşitsə idi,
onun bir kişi olduğuna inanardı. A.Şaiq.
// Bərk səslənmək. Bu suallar birər-birər Də-
mirqayanın qulağında gurlayırdı. H.Nəzərli.
3. məc. Güclü bir qüvvə ilə başlamaq,
qopmaq. Pəncərədən izdihama tamaşa edən
xanımlar, qızlar 1825-ci ildə baş vermiş de-
kabristlər üsyanının yeni bir qüvvətlə gıır-
GURULDATMAQ
/ ayacağından qorxub tir-tir əsirdilər.
M. Hüseyn.
GURLANMA “Gurlanmaq”dan fis.
GURLANMAQ f. Şiddətlənmək, güclən-
mək. Ocaq daha da gurlandı.
GURLAŞMA “Gurlaşmaq”dan fis.
GURLAŞMAQ/ 1. Daha da gurultulu ol-
maq, əvvəlkindən gur səslənmək. Səsi daha
da gurlaşırdı.
2. Şiddətlənmək, artmaq, güclənmək. Ocaq
daha da gurlaşdı. Sel getdikcə gurlaşırdı.
GURLAYICI sif. Gurultu səsi çıxaran,
gurlayan.
GURP təql. Ağır bir şey düşdükdə çıxan
səs.
0 Ürəyi gurp eləmək -bax ürəyi gup
eləmək (“gup”da).
GURP AD AN zərf Guppultu ilə, birdən, na-
gahani. Gurpadan düşmək.
GURSAÇ(LI) sif. Saçı gur olan, qalınsaç.
Gur saçlı qız.
GURSAÇ(LI)LIQ is. Qalınsaç(lı)lıq.
GURSƏS(Lİ) sif. Səsi gur olan, gur səs
çıxaran. Gursəs(li) kişi.
GURSƏS(Lİ)LİK is. Səsi gur olma.
GURŞAD sif. Çox bərk və sürətlə yağan.
..Gurşad yağmur ehtiyatsız yolçuları islan-
mış cücəyə döndərir. M.Rzaquluzadə. // İs.
Gur yağış, şiddətli yağış. Dəli dağın ətəklə-
rində sel və gurşaddan sonra göllər, gölmə-
çələr əmələ gəlirdi. S.Rəhimov.
GURTAGURT təql. Ocaqda, sobada odun,
kömür, qaz yanarkən çıxan səs. Ocaq gurta-
gurt saldı.
GURULDA YICI sif. Gurultu salan, gurla-
yan, gur-gur edən.
0 Guruldayıcı qaz kim. - hidrogenin ok-
sigenlə qarışığından alman partlayıcı qaz.
GURULDAMA “Guruldamaq”dan f is.
GURULDAMAQ bax gurlamaq. Yağ-
masa da guruldayır. (Məsəl). Dərin darıs-
qal dibində dərənin; Rəd kimi guruldayır
baltalar. A.Səhhət. Külək daha da şiddətlə-
nir, yerə sərilmiş Dilşadın üzərində gurul-
dayaraq şahidi olduğu faciəni xəbər verirdi.
T.Ş. Simurq.
GURULDATMA “Guruldatmaq”dan fis.
GURULDATMAQ icb. Guıuldamasma sə-
bəb olmaq. [Tahir] ..öz məharətini göstərmək
297
GURULTU
üçün bir neçə dəfə motoru guruldatdı...
M.Hüseyn.
GURULTU is. 1. Bir şeyin hərəkətindən
və ya düşməsindən hasil olan çox bərk qa-
rışıq səs. - [Məlikməmməd] sübhə yavuq
gördü bir gurultu, bir nərilti gəlir ki, yer
zəlzələ eləyir. Çəmənzəminli. Sel gurultu
ilə alaçığın içindən axıb gedirdi. A. Şaiq.
2. Qarışıqlıq, çaxnaşma, hay-küy. Küçə-
də böyük bir gurultu vardı. S. Hüseyn. Mü-
hakimə, şəhəri titrədən xariqüladə gurultu-
lar ilə başladı. M. S. Ordubadi.
0 Gurultuya vermək - günahı olmayan
bir adamın məhvinə səbəb olmaq, bada ver-
mək. Gurultuya getmək - günahı olmadan
məhv olmaq, bada getmək.
GURULTULU sif. 1 . Gurultusu olan, çox
səs salan, gurultu salan. Yağış nə qədər gu-
rultulu (z.) yağsa, o qədər sonra hava xoş və
aydın olur.. A.Divanbəyoğlu. Səndə gurul-
tulu bir çağlayan var; Bu dönməz çağlayan
durmadan axar. M. Müşfiq. □ Gurultulu
alqış(lar) - uzun sürən, sürəkli alqış(lar).
Oğlan və qızların sevinc və səsləri, gurultu-
lu alqışları salonu bürüdü. H.Seyidbəyli.
2. Səs-küy çox olan, səs-küylü, gediş-
gəliş çox olan, izdihamlı. Gurultulu gecə.
Gurultulu meydan. - [Nərgiz:] Mən əvvəllər
təsəvvürümə gətirə bilmirdim ki, gurultulu
şəhər həyatından sonra kənddə necə dola-
nacam. İ. Şıxlı.
3. məc. Həddindən artıq təntənəli, bəzək-
li, dəbdəbəli, təmtəraqlı. Gurultulu sözlər.
GURULTULULUQ is. Gurultu qoparan
adam və ya şeyin halı.
GURULTU-NƏRİLTİ is. Çox bərk səs-
küy, gurultu. Çayın tərpətdiyi qayalar toq-
quşur, gurultu-nərilti qoparırdı. B.Bayramov.
GURULTU-PATILTI bax gurultu-nə-
rilti. Günlərin birində qonşumgildən gurultu-
patıltı eşitdim. S. Rüstəm.
GURUPPULTU bax guppultu. ..Orada
bir belə məqalə var idi: “Milləti-islamiyyənin
inhitatı”, yəni “ müsəlmanların yuxarıdan
guruppultu ilə aşağı düşməyi ”. C.Məmməd-
quluzadə.
GUŞ [fars.\ klas. Qulaq. Barmağında xa-
təm, guşiııdə tənə; Gireh-girelı zülfün tökə
gərdənə. M.P.Vaqif. □ Guş etmək klas. -
GUŞƏNİŞİN
qulaq asmaq. [Zeyd:] Harun, guş et, bir
dəm; Leylayə mən bəndəm. Ü. Hacıbəyov.
GUŞƏ is. [fars.] 1. Künc, bucaq. Otağın
guşəsi. - Onlar uçuq toyuq hinini palçıqla-
yır və həyətin bir guşəsinə yapılmış təzəkləri
qalağa yığırdılar. M. İbrahimov. [Səlim]
başqa bir guşəyə yeridi. B.Bayramov. // Tin,
künc. Binanın guşəsi. □ Guşə bağlamaq
- iki divarın kəsişdiyi yeri hörmək, tini tik-
mək. Baş tərəfdəki guşə bağlayan ustanın
oxumağı ayrı bir zövq verirdi. S. Rəhimov.
2. Hissə, tərəf, cəhət. Axşam vaxtları Хап-
saraq şəhərinin məğrib tərəfi behiştin bir
guşəsini yada salır. C. Məmmədquluzadə.
3. Qələbəlik, izdihamlı yerdən uzaq olan
sakit yer. [Molla İbrahimxəlil:] Məgər mən
öz ixtiyarınıla belə cıbadanlıqdan xaric, xəl-
vət guşəyə özümü çəkmişəm?. M.F.Axund-
zadə. [Rza:] Mən yavaşca evdən çıxıb Ul-
duzla həyətin xəlvət bir guşəsinə çəkilmiş-
dim. M.İbrahimov.
4. Böyük bir şeyin içində müəyyən məq-
səd üçün ayrılmış xüsusi yer, hissə. Qəzetin
tənqid guşəsi. - Bax, bu ikinci otaqdakı pər-
dəli guşələri görürsünüz, burada səs verəcək-
siniz. Mir Cəlal.
5. mııs. Melodiyanın, nəğmənin ən təsirli
hissəsi, dəsgahlarda bitkin və aydın melo-
dik quruluşa malik vokal-instrumental epi-
zod. Xanəndələr onun guşələrini əzbər edib
məclislərdə oxuyurdular. Ə. Haqverdiyev.
Muğam - hər guşəsi sirli, soraqlı; Yola
bənzəyir. B. Vahabzadə.
0 Qırmızı guşə - siyasi və mədəni ma-
arif işləri üçün ayrılmış, kitab, plakat və s.
ilə təchiz olunmuş otaq, yer. Zavodun qır-
mızı guşəsi.
GUŞƏBƏND is. [fars.] köhn. Bir şeyin, ya
tikilinin guşələrini birləşdirməkdən ötrü
metal və ya başqa materialları birləşdirmək-
dən ötrü metal üçbucaq şəklində bənd; kiinyə.
GUŞƏDAŞI is. 1. Tikilərkən binanın tin-
lərinə qoyulan və başqa bütün daşların qo-
yulması üçün əsas olan daş. Guşədaşı yerdə
qalmaz. (Ata. sözü).
2. məc. kit. Əsas, başlıca ideya, çıxış nöqtəsi.
GUŞƏNİŞİN is. [fars.] Cəmiyyətdən,
adamlardan qaçan adam; asket, zahid.
□ Guşənişin olmaq - bir yerdə qapanıb
298
GUŞƏNİŞİNLİK
qalmaq, evdən bayıra çıxmamaq. [Şalı:] Mən
ona Mazandaran hökumətini vermişəm,
gedib əyləşib orada, olub guşənişin. Ə.Haq-
verdiyev. // Sif. mənasında. Guşənişin bir
adamdır; Xeyrə, şərə yaramaz. M.Müşfiq.
GUŞƏNİŞİNLİK is. Guşənişin adamın
halı; asketlik, zahidlik.
GUVULDAMA “Guvuldamaq”dan /.7.s.
GUVULDAMAQ f. Guvııltıı səsi çıxar-
maq, ıığııldamaq. Budur şimal yeli qopub
guvuldar; Sürükləyib buludlan vıyıldar.
A.Səhhət. Daşlar səslənir, qalın meşələr
guvuldayır. S. Rəhimov.
GUVULTU is. Geniş sahəni əhatə edən
dəhşətli səs; uğultu.
GUYA, GUYA Kİ bağl. Sanki, elə bil. Guya
bilmirsən. - ..Axurun içində guya ki, fənə
bürünmüş bir şey naçalnikin gözünə sataşdı.
C. Məmmədquluzadə. Mirzə Mustafa cəsa-
rətlə gəlib onun qabağında əyləşdi, guya ki,
heç naməhrəm deyil. E. Sultanov. [Yusif:]
..Guya Gül gəz bacı Gülbəııizə deyib ki, mə-
nim ər evində oturmağım axırsız şeydir.
İ. Hüseynov.
GÜBRƏ is. Bitkiləri daha yaxşı qidalan-
dırmaq və məhsuldarlığını artırmaq üçün
torpağa qatılan üzvi və ya qeyri-üzvi maddə.
Üzvi gübrə. Mədən gübrəsi. Torpağa gübrə
vermək.
GÜBRƏLƏMƏ “Gübrələmək”dən (is.
GÜBRƏLƏMƏK/ Torpağa gübrə vermək.
Tarlanı gübrələnıək.
GÜBRƏLƏNDİRİLMƏ “Gübıələndiril-
mək”dən/;s.
GÜBRƏLƏNDİRİLMƏK məch. Gübrə
vurdurulmaq, gübrə səpdirilmək.
GÜBRƏLƏNDİRMƏ “Gübıələndir-
mək’’dən /и.
GÜBRƏLƏNDİRMƏK icb. Gübrə vurmaq,
gübrə vermək.
GÜBRƏLƏNMƏ “Gübrələnmək”dən/ is.
GÜBRƏLƏNMƏK məch. Gübrə vurul-
maq, gübrə verilmək. Tarla gübrələndi.
GÜBRƏLƏTMƏ “Gübrolotınok”don/7,s.
GÜBRƏLƏTMƏK icb. Gübrə verdirmək,
gübrə vurdurmaq. Sahəni gübrələtmək.
GÜBRƏLİ sif. Gübrəsi olan, gübrə veril-
miş, gübrələnmiş. Giibrəli torpaq.
GÜC
GÜBRƏSƏPƏN sif. k.t. Torpağı gübrələ-
yən; gübrəverən. Giibrəsəpən nıaşın. // İs.
mənasında. Gübrəsəpəııi təmir etmək.
GÜBRƏSİZ sif. Gübrə verilməmiş, güb-
rəsi olmayan. Gübrəsiz torpaq.
GÜC is. 1. Canlıların əzələlərini gərgin-
ləşdirmə vasitəsilə fiziki hərəkətlər etmə
qabiliyyəti; insanın (heyvanın) fiziki enerji-
si, qüvvəsi; qüvvə. Görsün mən dəlinin indi
gücünü. “Koroğlu”. Gücünə bax, şələni bağ-
la. (Ata. sözü). □ Güc almaq - güclənmək,
qüvvətlənmək. Şəhriyaram, güc alıb, qüvvət
alıb eşqimdən; Mən huma tək uçaram, sinəsi
suzaıı gedərəm. Şəhriyar. Güc etmək (elə-
mək) -bax güc vermək 1-ci mənada. Fə-
lək zülmün gec elər; Gec olsa da, güc elər.
(Bayatı). Güc gəlmək - bir işi güc işlədə-
rək görmək. Güc vermək - 1 ) bir şeyi qal-
dırmaq və ya yerindən tərpətmək üçün fiziki
qüvvə sərf etmək; 2) gördüyü bir işi daha da
gücləndirmək. Danışığa güc vermək. - Güc
verir, eylə ki, məcmuə yazanlar gələnə..
M. S. Ordubadi. Güc vurmaq - bax güc
vermək 1-ci mənada. [Şərəbanı:] Sən güc
ver! C. Cabbarlı. Gücdən düşmək - 1 ) gü-
cünü, qüvvətini itirmək, gücsüzləşmək;
2) etibarını, qüvvəsini itirmək. Gücdən sal-
maq - gücsüz etmək, taqətdən salmaq.
Xəstəlik onu gücdən saldı. Gücə salmaq -
1 ) zor işlətməklə bir şeyi əldə etmək, yaxud
əldə etməyə çalışmaq, zorla bir şeyə məc-
bur etmək. Gücə salıb əlindən almaq. - Qa-
lalar, ay qalalar; Laçın orda balalar; Laçın
balasın verməz; Bəlkə gücə salalar. (Bayatı);
2) gücü çatmayan bir şeyə güc vuraraq bə-
dənin bir yerini zədələmək. Belini gücə
salmaq. Gücü çatmaq - bir işi görə bilmə-
yə qüvvəsi çatmaq, qüvvəsi daxilində ol-
maq; bacarmaq. Ananın, göz yaşından sa-
vayı heç nəyə gücü çatmırdı. M.Hüseyn.
Gücü düşmək - bax gücü çatmaq. İndi
deyin görüm, o qüvvətli qolların gücü düş-
məyən lıansı bir kamandır. M. S. Ordubadi.
Gücü gəldikcə - bütün gücü ilə, bacardığı
qədər, var qüvvəsi ilə. [Eyvaz kişi] özünü
itirmədi, sağ əli ilə sol qoluna dolanan ila-
nın boğazından tııtııb gücü gəldikcə çayın
içinə atdı. Ə.Vəliyev.
299
GÜC
2. Qüvvət, taqət. Əlinin gücü yoxdur.
□ Güc gətirmək - qüvvətlənmək, artmaq,
üstünə gəlmək. Xəstəlik güc gətirdi. Güc-
dən düşmək - qüvvəti getmək, taqətdən
düşmək, zəifləşmək. Ustanın azarı günü-
gündən şiddətlənirdi, bəzən zəifləşib gücdən
düşürdü. Çəmənzəminli.
3. Işgörmə qabiliyyəti, enerji. Maşının yük-
qaldırma gücü. Suyun gücü. - El gücü, sel
gücü. (Ata. sözü).
4. Bacarıq, qabiliyyət. Göstərir aləıııə hər
işdə bu gün öz gücünü; Kapital sahibinin
göylərə çıxmaqda ünü. M.Müşfıq.
5. Qüdrət, qüvvət. Dövlətin gücü. //Təsir
qüvvəsi. Sözün gücü. Dəlillərin gücü.
6. İnandırma qabiliyyəti, təsir qüvvəsi.
Təbliğatın gücü. Tərbiyənin gücü. - Sənətin
gücü onun həyata təsir gücü ilə ölçülməlidir.
S. Rəhimov. Sözünün gücünü özü də bildi.
B. Vahabzadə.
7. Bir şeyin təzahür dərəcəsi; intensivlik,
gərginlik. Səsin gücü. Küləyin gücü. Partla-
yışın gücü.
8. Maddi cəhət, pul. Ev tikməyə gücüm
yoxdur. □ Gücü çatmaq - maddi vəziyyəti
imkan vermək, bir işi görmək üçün pulu ol-
maq. [Veys:] Beş misqallıq şeyə gücümüz
çatmır! Ə.Əbülhəsən.
9. Üstünlük, qüvvə. □ Güc gəlmək (gə-
tirmək) - üstün gəlmək, qalib gəlmək. [Axır-
da qız Məlikməmmədə dedi:] ..Bu devə güc
gələ bilməyəcəksən. (Nağıl). Bizini Sədəf,
Balakişi oğluna güc gəldi. I. Əfəndiyev.
10. Hüquqi cəhətdən qüvvəyə malik olma;
səlahiyyət. Müqavilənin gücü. □ Gücdən
düşmək, gücünü itirmək hüq. - qüvvədən
düşmək, daha məcburi olmamaq. Müqavilə
gücdən düşdü. Qanun gücünü itirdi. Gücə
minmək hüq. - qüvvəyə minmək, artıq hamı
üçün məcburi olmaq. Qanun ayın birindən
gücə minmişdir.
1 1 . Yardım, kömək. [Naçalnik:] Bəy, mən
gəlmişəm ki, Nəbiııi tutam. Bu işdə gərək
mənə güc verəsən, mən sənsiz heç iş görə
bilmərəm. “Qaçaq Nəbi".
12. Məhsul yetirmə, göyərtinə qabiliyyə-
ti (torpaq haqqında). Torpağın gücü. Torpaq
gücdən düşüb.
GÜCLƏNDİRMƏK
13. Böyük istehsal qüvvəsinə malik olma;
qüvvə. Fabrikin gücü. Zavod bütün gücü ilə
işləyir.
14. Gücdür şəklində - çətindir, zordur.
Gələn çox uzaqda olduğu üçün onun kim ol-
duğunu fərq etmək gücdür. S. Hüseyn.
15. Güclə şəklində zərf- zorla, çətinliklə,
bütün qüvvəsini toplayaraq. Güclə yerimək.
Güclə danışmaq. - Qalalar, ha qalalar;
Qaladan yol salalar; Analar bala verməz;
Bəlkə güclə alalar. (Bayatı). Tavandan asıl-
mış çırağın fitilini qaldıran olmadığından,
otaq güclə işıqlanırdı. I. Şıxlı.
16. Gücünə şəklində - yiyəlik halda olan
isimlərdən və nisbət şəkilçili şəxs əvəzlik-
lərindən sonra gələrək “...köməyi ilə,
...yardımı ilə, ...arxalanaraq” mənasında iş-
lədilir. Biliyin gücünə...
GÜC-BƏLA zərf Çox çətinliklə, böyük
əziyyətlə; zorla. Güc-bəla onları gətirib yola;
Deyirəm: - Adıma vurmayın ləkə! S.Rüstəm.
..Sarı keçi bir günü acgöz-acgöz çox yaman
tıxdı, güc-bəla evə döndü. S. Rəhimov.
GÜCƏNDİRMƏ “Gücəndirmək”don /.7.s\
GÜCƏNDİRMƏK icb. Gücənməyə, güc
sərf etməyə məcbur etmək.
GÜCƏNMƏ “Gücənmək”dən/w.
GÜCƏNMƏK f. 1. Güc sərf etmək, güc
vurmaq. Stolu qaldırmaq üçün gücənmək. -
..Deyib Hacı birdən bərk-bərk gücəndi;
Yumruğu Əjdərin ağzına endi. H.K.Sanılı.
2. məc. Cəhd etmək, çox çalışmaq. Sər-
dar Rəşid bu son sözümün cavabını vermək
üçün xeyli gücəndi. M. S. Ordubadi.
GÜCLƏMƏ “Gücləmək” dən /A.
GÜCLƏMƏK bax gücənmək. At çar-
mıxdan azad olanııan sora istədi bir güclə-
sin, gördü yox, üstündəki can bu canlardan
deyil. (Nağıl).
GÜCLƏNDİRİCİ sif. xüs. 1 . Elektrik cərə-
yanının gərginliyini və ya gücünü artırmağa
məxsus cihaz, qurğu (telefon, radio və s.-də).
2. Bir şeyin qüvvətini artırmaq, bir prose-
sin gedişini gücləndirmək üçün işlənən xü-
susi maddə, preparat.
GÜCLƏNDİRMƏ “Gücləndirmək”dən/A.
GÜCLƏNDİRMƏK f. Gücünü artırmaq,
daha güclü etmək; qüvvətləndirmək. Səsi
gücləndirmək. Müdafiəni gücləndirmək.
300
GÜCLƏNMƏ
GÜDAZ
Diqqəti gücləndirmək. - Biz hər şeydən
əvvəl ingilis koloniyaçılığı ilə mübarizəni
giicl əndirm əliyik. M . S . Ordubadi .
GÜCLƏNMƏ “Güclənmək”dən f.is.
GÜCLƏNMƏK f. 1. Gücü, qüvvəsi daha
da artmaq; qüvvətlənmək. Qoşun daha da
gücləndi. - [Həsən Paşa dedi:] Xotkar sağ
olsun. Koroğlu bu saat çox güclənib. “Kor-
oğlu”.
2. Şiddəti, gücü artmaq. Qar güclənir.
- Külək get-gedə güclənir, hava qaralırdı.
Ə.Vəliyev. Yağış get-gedə daha da güclə-
nir. H.Seyidbəyli.
GÜCLÜ sif 1 . Fiziki qüvvəsi çox olan, fi-
ziki cəhətdən inkişaf etmiş; qüvvəli (insan
və heyvan haqqında). Güclü adam. Güclü
at. - Qollar güclü, qollar gərgin, ağır daşlar;
Qaldırılır üfüqlərə. M.Müşfiq. [Sevinc:] Bu
mübarizədə qalib çıxmaq üçün gərək ağlın
iti olsun, qolun da güclü! Z.Xəlil. // İs. mə-
nasında. Güclü, qüvvətli adam. Sən zəlil ol,
eybi yox, qoy güclü çəksin ləzzəti. M.Ə.Sabir.
Xeyr, bu heç olmaz, güclü gücsüzdən inti-
qam almaz. H. Cavid.
2. Möhkəm, dayanıqlı, səbatlı, mətanətli.
Güclü iradə. - “ Fırlanır ” sözüvlə o güclü
insan; Qırdı mövhumatın sərt buzlarını.
B. Vahabzadə.
3. Yaxşı silahlanmış, böyük müdafiə və
hücum imkanlarına malik olan. Güclü ordu.
- [Nüşabə:] Düşmən həm güclüdür, həm də
hiyləgər; Qüvvətlə, lıiyləylə qazanır zəfər.
A.Şaiq.
4. Böyük nüfuz qüvvəsi olan; qüdrətli.
Güclü dövlət.
5. Şiddətli, qüvvətli, bərk. Güclü isti.
Güclü işıq. Güclü ağrı. Güclü şaxta. - Ətraf
güclü yağışdan tərtəmiz yuyulmuşdu.
S. Vəliyev. // Böyük, dərin. Güclü arzu.
Güclü hiss. Güclü nifrət.
6. İstedadlı, bilikli, bacarıqlı, hazırlıqlı.
İndi Bakı neft sənayesi, şöhrəti uzaqlara ya-
yılmış güclü mütəxəssislərə malikdir. (Qə-
zetlərdən). // Öz işini yaxşı bilən, yaxşı ye-
rinə yetirən; bacarıqlı, qabiliyyətli. Güclü
tələbə. Güclü üzgüçü. Güclü pianoçu. //Yaxşı
məlumatlı, bilikli. Ruscadaıı güclüdür.
7. Bərk, möhkəm. Güclü zərbə. - Qapıya
güclü bir təpik vurdu. H.Seyidbəyli.
8. Böyük istehsal imkanlarına və qüvvə-
sinə malik olan. Güclü zavod.
9. Böyük təsir qüvvəsinə malik olan; çox
təsirli. Güclü nitq. Güclü söz.
10. Uzaqdan eşidilən, çox bərk (səs haq-
qında). Güclü partlayış səsləri ətrafı bürü-
dü, torpaq göyə sovruldu. S. Vəliyev.
1 1 . Y axşı məhsul verən, yaxşı məhsul yeti-
rən; bərəkətli, münbit. Güclü torpaq. //Yax-
şı inkişaf edən, tez böyüyən, tez məhsul ve-
rən. Güclü ağac.
GÜCLÜK is. : güclük çəkmək - çətinlik
çəkmək, səy etmək, çalışmaq. Uşaq cavab
verməkdə güclük çəkirdi. - [Ceyran:] [El-
dar] məni məşğul etmək üçün söhbət mövzu-
su bulmaqda güclük çəkirdi. S. Hüseyn.
GÜCLÜLÜK is. Güclü adamın, heyvanın
və ya şeyin xüsusiyyəti, keyfiyyəti; qüvvət-
lilik. [Vəzir:] Teymur ağanın güclülüyün-
dən söz düşdü, hamı bəylər dedi ki, tamam
Lənkəranda Teymur ağadan güclü bir kim-
sənə tapılmaz.. M.F.Axundzadə.
GÜCÖLÇƏNbax qüvvətölçən.
GÜCÖTÜRÜCÜ is. xüs. Gücü bir aqre-
qatdan başqa bir aqreqata, aqreqatın bir his-
səsindən digər hissəsinə ötürmək üçün qa-
yış, val və s.
GÜCSÜZ sif. 1. Gücü, fiziki qüvvəsi ol-
mayan və ya az olan, fiziki cəhətdən inkişaf
etməmiş; qüvvəsiz. Gücsüz adam. - [Adil:]
Biz [atama] sığmırdıq, onun gücsüz əlindən
güc alırdıq. B. Bayramov. // İs. mənasında.
Gücsüz, qüvvətsiz adam. [Musa:] Bir daha
gücsüzləri çeynəyib əzməsinlər, artıq anla-
sınlar, yalnız yaşamaq deyil, yaşatmaq da
lazımdır. H. Cavid.
2. Zəif, qüvvətsiz. Gücsüz qoşun. Gücsüz
külək. Gücsüz səs.
GÜCSÜZLÜK is. Gücsüz adam və ya şe-
yin keyfiyyəti: qüvvətsizlik, zəiflik. [Pərşan
Sənubərə:] And içmək də ağlamaq kimi güc-
süzlük, iradəsizlik əlaməti deyilmi? B. Bayra-
mov.
GÜCÜRLƏMƏK / Güclə məcbur etmək.
GÜDAZ \fars.]: güdaza vermək - birinin
məhvinə, yoxa çıxmasına, fəlakətə uğrama-
sına səbəb olmaq. [Yasəmən:] Demədimmi
nahaq yerə özünü güdaza verəcəkdir.
S.S.Axundov. Gözüm su içməyir İlyasdan,
301
GÜDƏ
düzü; Beləsi güdaza tez verər bizi. S. Vurğun.
Güdaza getmək - boş yerə məhv olmaq,
yoxa çıxmaq, fəlakətə uğramaq, bədbəxt ol-
maq. [Qaraş:] Yoldaşların da güdaza getməyi
sən kimi bişüur yoldaşların bərəkətiııdəndir.
C. Məmmədquluzadə.
GÜDƏ dan. bax gödək.
GÜDƏBOY(LU) dan. bax gödəkboy(lu).
Bu arvad güdəboy, adətdəııkənar yoğun bir
adam idi. Çəmənzəminli.
GÜDƏLMƏ “Giidəlmok”dən (is.
GÜDƏLMƏK dan. bax gödəlmək. Söy-
lə mənə : vəzarəti-milliyəniz diizəldimi? Ya
uzun əl, uzun papaq qıssalaşıb güdəldimi?
M.Ə. Sabir.
GÜDMƏ “Güdmək”dən f.is.
GÜDMƏK f. 1. Gizlicə birinin dalınca bax-
maq, gözdən qoymamaq; gözləmək. O, yol-
da adam qoymağa, Qədimin yolunu güdmə-
yə başladı. S.Rəhimov. Səni tale günəşim
güdməklə; Keçməsin qorxulu vadilərdən.
M.Müşfıq.
2. Qorumaq, mühafizə etmək, gözləmək,
qayğısına qalmaq. Süd bişirdi, səs-səmir
yox, heyvangüdəıı (f.sif.) uşaqlar; Bir çalanın
ətəyində od qalamış isinir. A.Şaiq. □ Öz
xeyrini (mənfəətini) güdmək - ancaq öz
xeyri (mənfəəti) haqqında düşünmək və
buna müvafiq hərəkət etmək.
GÜDÜK is. dan. Güdmə, güdmək işi.
□ Güdükdə durmaq (olmaq) - dayanıb,
gizlənib güdmək. Mən bağa girib oynaya-
cağam, siz güdükdə olun. (Nağıl).
GÜDÜKÇÜ is. Güdən, keşik çəkən adam,
gözətçi.
GÜDÜLMƏ “GüdÜlmok”don f.is.
GÜDÜLMƏK “Güdmək”dən məcli.
GÜHƏR klas. bax gövhər. Yüz elm oxu-
san axırı avarə qalarsam. Baxmazlar sənin
dürlü giihərin var. M.Ə. Sabir.
GÜL is. [fars.] 1. Çiçək (danışıqda “qızıl-
gül” mənasında da işlənir). Ağaclar gül açıb.
Gül dərmək. - ..Bir dəstə gül olaydım; Ası-
laydım yaxannan. (Bayatı). Bir gül ilə bahar
olmaz. (Ata. sözü). ..Hər gülün, hər çiçəyin
öz adı, öz surəti var. S.Vurğun.
2. Buxara dərisinin üzərindəki incə qıvır-
cıqlar. Bu dərinin gülləri çox xırdadır.
-Hacı güldü. Börkünü əlinə götürüb onun
GÜL
güllərini yatırmaq üçün əlilə tumarladı.
M.S. Ordubadi. Həcər papağı oxşadı, gümü-
şü güllər parıldadı. S.Rəhimov.
3. Toxunma şeylərin, xalçanın və s.-nin
üzərində olan buta və s. Xalçanın gülləri.
Parçanın gülləri qəşəngdir. [Hamı:] Ah, nə
gözəl parçadır; Gülləri də qonçadır. Ü.Hacı-
bəyov.
4. Çörəkdə xırda-xırda yanmış yer; yanıq
qabarları. Çörəyin çoxlu gülü var. □ Gül
vermək - çörəkdə gül əmələ gəlmək; qabaı-
lanmaq. Çörək gül verib.
5. Qızılcanın ən şiddətli anmdakı səpgi.
Uşağın bədənini gül basıb.
6. bayt. Qoyun xəstəliklərindən birinin adı.
Qoyuna gül düşdü, qırıldı.
7. məc. Əziz, istəkli, sevimli, sevgili adam.
Biçarə Vamiq oldu avarə öz elindən; Məc-
nunu sən ayırdın Leyli kimi gülündən
C. Cabbarlı.
8. Gülüm şəklində - əziz, istəkli, sevimli
bir adama nəvazişli müraciət. Öylə rənadır,
gülüm, sərvi-xuramanın sənin; Kim. görən
bir gəz olur, əlbəttə, heyranın sənin. Füzuli.
9. məc. Gözəl, qəşəng, məsum. Gül kimi
uşaq. Gül kimi qız. Gül surət. Gül yanaq.
- Mən aşıq gül üzünə ; Şeh düşmüş gül üzünə.
Sarı Aşıq.
0 Gül açmaq məc. - 1 ) gözəlləşmək, tə-
ravətlənmək, qəşəngləşmək. Gözəl qız,
yaxşı vaxtda; Başladın gül açmağa. Ə.Cavad;
2) həyata keçmək, rövnəq tapmaq, çiçək-
lənmək. Arzulan gül açdı. Əməllər gül açır.
- [Zəhra:] Ədalət dünyada əlvan gül açsın;
Səadət günəşi nurunu saçsın. M. Rahim.
Gül ağız isteh. - söyüşkən, ağzından pis
sözlər çıxan, acıdanışan adam haqqında.
[Səkinə Məşədi Ağabanıya:] Açma nıənim
gül ağzımı, yoxsa açaram sarıdığı, tökərəm
pambığı. M. Əliyev. Gül gülü çağırmaq
(səsləmək, dindirmək) şair. - təbiətin,
ətraf mənzərənin gözəlliyini ifadə etmək
üçün işlədilir. Çaylar axırdı, hovuzlar fəv-
varə vururdu, gül gülü çağırırdı. Çəmənzə-
minli. Fələkdən bac verib, bac alan könlüm ;
indi uşaq kimi ağlar səninçün; Gül gülü ça-
ğırır, çiçək çiçəyi; Gülər aşiqlərin qönçə di-
ləyi. M.Müşfiq. Gül kimi - çox yaxşı, gö-
zəl. Gül kimi (tək) açılmaq - 1 ) gözəlləş-
302
GÜLAB
GÜLDƏSTƏ
mək, qəşəngləşmək. Uşaq böyüdükcə gül
kimi açılır; 2) sevinmək, ürəyi açılmaq, şad-
lanmaq. Mən yanına gəlsəm tutulur ol mcılıi-
taban; Giıltək açılır yanına əğyar gələndə.
S.Ə.Şirvani. Gül kimi təmiz - haqqında
heç bir pis söz deyilməmiş; təmiz, məsum.
[Şahnigar:] ..O bircə canına and olsun ki, mən
gül kinıi təmizəm, ay qardaş, heç elə şey
olarını? İ. Şıxlı. Gül vaxtı (çağı və s.) - gül-
lər açan vaxt, ilk bahar, ilk yaz. Hər yan de-
dilər ki: - Ey bəlakəş! Gül çağıdır, olmagil
müşəvvəş. Füzuli. Bu bahar fəslində, gül
mövsümündə ; Hər kimin ki, ola varı yanın-
da; Bil ki, bəxtəvərdi tarı yanında. Q.Zakir.
İndi gül dəmidir, fəsli-bahardır; Hər gülün,
çiçəyin bir sirri vardır. S. Vurğun. Gül fəsli
yetişmişdi. M. Rzaquluzadə. Gül yağı - gül-
dən çəkilib yeyinti sənayesində və ətriyyat-
da işlədilən xoşiyli yağ. Üç min gül ləçəyin-
dən; bir gül yarpağının çəkisi qədər; gül
yağı çəkirlər. R.Rza. Gül yarpağı kimi əs-
mək (titrəmək) - qorxudan, həyəcandan,
bəzən də soyuqdan titrəmək. Sürmənin do-
daqları gül yarpağı kimi titrəyir, uzun kir-
pikləri tez-tez qırpmır, gözləri xumarlanır-
dı. M.Süleymanov. Gül(ünü) vurmaq - bir
şeyin ən yaxşısını, yaxud ən siftəsini seçib
götürmək. ..Meşinov dönüb Əlyarova dedi:
- Sən öl yoldaş silistçi, telefonçu gülünü
vurdu. S. Rəhimov. Güldən ağır söz - inci-
dəcək, qəlbə toxunacaq söz. Nə Şanıxal
atasının üzünə ağ olmuş, nə də atası ona
güldən ağır söz demişdi. İ. Şıxlı.
GÜLAB is. \farsf] Qızılgül yarpaqlarını
distillə etmək yolu ilə alman ətirli maye,
gül suyu. Gülab çəkmək. Üzünə gülab səp-
mək. - Ənbər etmiş torpağın adın, suyun is-
min gülab. Füzuli. Xanım Şəmsiyyə gülab
kimi ətir qoxuyurdu. M. İbrahimov.
GÜLABDAN, GÜLABZƏN, GÜLABPUŞ is.
\fars.] Gülab saxlamaq üçün aşağısı girdə,
boğazı dar, uzun və qəşəng formalı çini, ya
metaldan qab; gülabqabı, gülabsüzən. ..Mər-
siyəxan giilabdanı alıb ətirləndi. Çəmənzə-
minli. Dərhal xəlifə .. mis satıllarda şərbət,
əlində gülabdan canıaat ilə bir yerdə küçəyə
çıxardı. H.Sarabski. Birdən [Mehribanın]
gözləri pəncərənin üstündəki gülabpuşa sa-
taşdı. H.Seyidbəyli.
GÜLABQABI bax gülabdan.
GÜLABSÜZƏN bax gülabdan. ..Gül-
danlar, gülabsüzən, hər cürə qədəh və fin-
canlar, arvad kəməri, bilərzik, gərdənbənd
və şairəni Şahbəy tərifləyə-tərifləyə demiş-
di.. Ə.Əbülhəsən.
GÜLBAZ is. \fars.] Gül əkməyi, gül be-
cərməyi, ümumiyyətlə, gülü çox sevən
adam; çiçəkbaz.
GÜLBAZLIQ is. Gül əkməyi, gülü becər-
məyi, ümumiyyətlə, gülü çox sevmə; çi-
çəkbazlıq. Əlisa arada söhbət zamanı özü-
nün gülbazlığından ağsaqqal həkimə də
söhbət açmış, .. düzəltdiyi güllüyü də ayrıca
ona tərifləmişdi. S. Rəhimov.
GÜLBƏDƏN(Lİ) sif. və is. Klassik Azər-
baycan poeziyasında gözəlin epitetlərindən
(sifətlərindən) biri. Neyləmişəm inciyibsən;
Yenə, ey gülbədən, məndən. Q.Zakir.
GÜLBƏNİZ(Lİ) bax gülüzlü.
GÜLCAMAL(LI) [fars. ] bax gülüzlü.
GÜL-ÇİÇƏK top. Gül və çiçəklər. Yaz kimi
qoynunu açsın gələcək; Yollara gül-çiçək
saçsın gələcək! M.Müşfıq.
GÜL-ÇİÇƏKLİ(LƏR) cəm, bot. Ağac, kol,
otşəkilli müxtəlif bitkilərin daxil olduğu fə-
silənin adı. Gül-çiçəklilər fəsiləsi.
GÜLÇÖHRƏ [fars. | bax gülüzlü. Gülçöh-
rə sənəmlər oldular cəm; Hər bir sənəmin
əlində bir şəm. Füzuli.
GÜLÇÜ is. 1 . Gül əkməklə, gül becərmək-
lə məşğul olan adam. Gülçü bağban.
2. Gül satan adam, gül mağazası işçisi.
GÜLÇÜLÜK is. 1 . Gülçünün peşəsi, məş-
ğuliyyəti.
2. Kənd təsərrüfatının gül əkib becər-
məklə məşğul olan sahəsi. Gülçülük gəlirli
sahədir. Gülçülüyü inkişaf etdirmək. Gülçü-
lük sovxozu.
GÜLDAN is. [fars.] 1. Dərilmiş gülü qoy-
maq üçün müxtəlif formalı qab; gülqabı.
Güldana su tökmək. - [Vaqif] qarşısındakı
mina güldanın içindəki novruzgiilü və bə-
növşələri götürüb qoxuladı. Çəmənzəminli.
Şair çiçəkləri qoyub güldana; Dedi: - Bir
əfsanə yadıma düşdii.. B. Vahabzadə.
2. Dibçək. Güldanda gül əkmək.
GÜLDƏSTƏ is. [fars. ] Gül, çiçək dəstəsi.
Lalədən, yasəməndən güldəstə bağladılar.
303
GÜLDƏFNƏ
S. Rüstəm. Vüqarım ucadır Qoşqar dağın-
dan; Güldəstə tutmuşam əməl bağından.
M.Rahim.
GÜLDƏFNƏ is. bot. Dəfnə ağacı.
GÜLDÜRMƏ “Güldürmək”dən f.is.
GÜLDÜRMƏK icb. 1. Gülməsinə səbəb
olmaq. Uşağı güldürmək. Qıdıqlayıb gül-
dürmək. // Gülüş doğurmaq. Cəfər əmi öz
sözü ilə kimsəni güldürmək istəməmişdi.
H.Nəzərli. Hələ bir iş də Veyslə yoldaşları-
nı lap bərk güldürmüşdü. Ə.Əbülhəsən.
2. məc. Sevindirmək, kefini açmaq, şad-
landırmaq, şənləndirmək. [Almaz:] Sağlam
gülüş kəndin bütün həyatını yeni bir sevinclə
güldürəcəkdir. C.Cabbarlı. Cürət! Odur bizi
güldürən hər an; Cürətsiz bir həyat məhv
olur, inan! S.Vurğun.
GÜLDÜRÜCÜ sif. Gülüş doğuran; gülməli,
güldürən. Güldürücü sözləı;
GÜLDÜRÜCÜLÜK is. Gülüş əmələ gə-
tirmə, güldürmə.
GÜLƏBƏTİN 1 . is. Qızıl və ya gümüş tel-
lərindən, habelə onlara bənzədilən mate-
riallardan qatışığı olan sap. [Otaqda] ara-
sıra məxmər , üstünə giiləbətin çəkilmiş da-
raqqabı, saatqabı da nəzəri cəlb edərdi.
H. Sarabski.
2. sif. Həmin sapla işlənmiş, üzərinə bəzək
vurulmuş. Giiləbətin daraqqabı. Giiləbətin
araqçın. - Giiləbətin köynək, abı nimtənə;
Yaxasında qızıl diiymə gərəkdir. M.P. Vaqif.
3. sif. məc. Sarı, sarı-qızılı. Giiləbətin saç.
GÜLƏBƏTİNLİ sif. Güləbətini olan; gü-
ləbətinlə işlənmiş, güləbətinlə bəzədilmiş.
Güləbətiııli araqçın.
GÜLƏBRİŞİM is. bot. Hündürlüyü bəzən
15-18 metrə çatan ağac.
GÜLƏNDAM(LI) bax gülbədən(li). Nə
xoşdur baş qoymaq bir güləndamın quca-
ğında; Tamaşa eyləmək ol həlqə ziilfə ağ
buxağında.. M.P. Vaqif. Aldı mey camini ol
yari-güləııdam əlinə; Can fəda saqiyə, verdi
o güliin cam əlinə. Ə.Vahid.
GÜLƏR sif. Şən, mehriban, üzügülər. Bu
sualımdan Məmmədrzanın giilər iizii qara
bulud kimi tutuldu. S.S.Axundov. Balaca
uşaqlar giilər sifətləri ilə biqeyd bağın xiya-
banlarında qışqırtı ilə yüyürüşürlər. Ə. Haq-
verdiyev.
GÜLƏYƏN
GÜLƏRÜZ(LÜ) sif. Şən, mehriban, üzü-
gülər. Gülərüz qız. - Bağçalarda narın var;
Gülərüzlü yarın var. (Bayatı). ..Vəli ıızun-
boy, gülərüz., bir oğlan idi. S. Rəhman.
GÜLƏŞ 1 bax güləşmə 2-ci mənada. Mi-
yandarın işarəsilə Məmməd bəylə Qasım
ağa dairənin ortasına güləşə çıxdılar.
Çəmənzəminli. Kişilər dəm vurur pəlıləvaıı-
lıqdan; Güləşdən, güllədən, ölümdən, qan-
dan. S.Vurğun.
GÜLƏŞ 2 bax gülər. [Pərinin] giiləş sifəti
və hər nə deyiləndə “bəli” deməyi elçilərə çox
xoş gəldi. Çəmənzəminli. Günorta xəttini
aşırdı günəş; Qaçaqlar meşədə, üzləri gü-
ləş. H.K.Sanılı.
GÜLƏŞÇİ is. İdmanın güləşmə növü ilə
məşğul olan idmançı. Yüngülçəkili güləşçi.
GÜLƏŞDİRMƏ “Güləşdirmək”dən. f.is.
GÜLƏŞDİRMƏK icb. Güləşməyə məc-
bur etmək, qurşaq tutdurmaq. [Ziba xanım:]
..Xan Qala qırağında bəy uşaqlarını bir-
biri ilə güləşdirir. M.F.Axundzadə.
GÜLƏŞƏNGİ is. Güləşmə zamanı çalman
hava. Sanki bir döyüş, bir vuruşma meyda-
nını təsvir edən giiləşəngi havası adamları ..
yerindən oynadırdı. Ə.Abasov.
GÜLƏŞQABAQ(LI) sif. Üzügülər, xoşsi-
fət, mehriban, şən, gülər. Güləşqabaqlı qız.
-Möhlətov istədi bu giiləşqabaq oğlanın sö-
zünə soyuqqanlılıqla yanaşsın, məna ver-
məsin, bunu edə bilmədi. Mir Cəlal.
GÜLƏŞMƏ 1. “Güloşmok”dən f.is.
2. idm. Bir-birinin kürəyini yerə vurmağa
çalışan iki nəfərin qurşaq yapışmasından
ibarət idman növü. Güləşmə yarışı.
GÜLƏŞMƏK f. Bir-birinin kürəyini yerə
vurmağa çalışmaq, qurşaq tutmaq. Pəhlə-
vanlar güləşdilər. - [Vəzir:] Mən cavab
verdim ki, əgər mənə yaraşsaydı, bu əlli ya-
şımda Teymur ağa ilə gidəşib onun arxasını
yerə qoyardım. M.F.Axundzadə. Qabaqda
kəndin cavanları güləşir, oynaşır. C.Cabbarlı.
GÜLƏŞSİFƏT(Lİ) bax gülərüz(lü). Gü-
ləşsifət, ortayaşlı biri .. ayağa qalxıb
oturanlara baxdı. Ə.Vəliyev.
GÜLƏYƏN is. və sif. Çox gülən, gülməyi
sevən (adam). Güləyən qadın. - Çəpərdən
üstümə qəfil su atan; O güləyən qızı görəm
yuxuda. M.Araz.
304
GÜLGƏZ
GÜLLƏLƏNMƏ
GÜLGƏZ sif. məh. Qırmızı, al. Ağ əllərin
olub əcaib gülgəz; Qana batıb, yoxsa həna-
lanıbdır? M. P. Vaqif. Şahııisə xanım göz
yaşlarını gülgəz dəsmalla silərək .. dedi.
Çəmənzəminli.
GÜLGÜ is. 1. Gülmə işi; gülüş, gülmə.
Yetər buludlardan vurduğumuz dəm; Bir az
da giilgüdən danışsın qələm. S.Vıırğım.
2. Satirik, satira. Gülgü jurnalı. - Tənqidi
əsər istehza, gülgü və məsxərə yolu ilə ya-
zılır. M.F.Axundzadə. [Səttarxan:] .Azər-
baycan dilində çıxan gülgü məcmuəsinə ayda
iki yüz tümən verilməlidir. M. S. Ordubadi.
GÜL-GÜL sif. Üzərində gül şəkilləri
olan; güllü. Gül-gül yaylıq.
GÜLGÜN sif. [fars. ] şair. Gül rəngli, gül
kimi, güllü. Ey geyib gülgün, damadəm əzmi-
cövlan eyləyən! Hər tərəf cövlan edib, dön-
dükcə yüz qan eyləyən! Füzuli. [Mərsiyəxan]
arabir susur, alovlu gözləri ilə qadını süzür,
gülgün badə ilə qurumuş dodaqlarını isla-
dırdı. Çəmənzəminli.
GÜLXANA is. [fars.] Qışda bitki, gül,
tərəvəz, göyərti yetişdirmək üçün şüşə ilə
örtülmüş qızdırılan tikili; istixana. Gülxa-
ııada gül yetişdirmək. Gülxaııadan xiyar
dərmək.
GÜLXƏTMİ is. bot. Əməköməci fəsilə-
sindən ensizyarpaqlı, iri qəşəng çiçəkləri
olan ot-bitki (xalq təbabətində işlədilir).
GÜLQABIbax güldan.
GÜLLƏ is. Top, tüfəng, tapança kimi odlu
silahlardan atmaq üçün qurğuşundan düzəl-
dilmiş girdə və uzunsov mərmicik. Top gül-
ləsi. Tüfəng gülləsi. - [Heydərqulunun] kü-
rəyindən dəyən güllə sol ciyərini parçala-
yaraq böyründən çıxmışdı. Ə. Sadıq. [Ovçu:]
Niyə tələsdiniz? - dedi, - yaxşı ki güllə-
ləriniz dəymədi.. M.Rzaquluzadə. □ Güllə
açılmaq - atəş açılmaq, atılmaq (odlu silah
haqqında). Yarım saat keçmədən soldan bir
güllə açıldı. H.Nəzərli. Güllə atmaq - odlu
silahdan atmaq, atəş açmaq. Havaya bir-
birinin ardınca üç güllə atdım. M.Rzaqulu-
zadə. Səhərə yaxın dalbadal iki güllə atıldı.
I. Şıxlı. Güllə boşaltmaq - bax güllə at-
maq. Bir haray yuxuma giillə boşaltdı; Bir
duyğu səsiynıiş oyadan məni.. M. Araz. Gül-
lə yağdırmaq, gülləyə basmaq (tutmaq) -
hər tərəfdən çoxlu güllə atmaq. [Nəbi]
qaçaqlar gələn kimi onları gülləyə basıb
pərən-pərən edir. “Qaçaq Nəbi”. ..Qul-
durlar bunları təzədən gülləyə tutdular.
S.S.Axundov.
0 Güllə kimi - 1 ) çox tez, çox cəld, çox
sürətli. Rəna qapıdan güllə kimi çıxdı.
S.Rəhman. O, .. dəftəri götürüb güllə kimi
pilləkənlə üzüaşağı yüyürür. Ə.Məmməd-
xanlı; 2) çox kəskin, çox ağır, çox təsirli.
Paşanın sözü Həsən xana güllə kimi dəydi.
“Koroğlu”. Axırıncı söz giillə kimi Rüstəm
kişinin sinəsini dəldi. M. İbrahimov. Güllə
mənzili - güllə atılan yerdən güllənin düş-
düyü yerə qədər olan məsafə. Kəndə qədər
bir güllə mənzili qalmışdı. Güllə sıxmaq
- odlu silahı hədəfə yapışdıraraq vurmaq.
Cibimdə silahım olsaydı, ürəyimə bir güllə
sıxardım. Mir Cəlal. [Ələmdar] öz gülləsini
Miiqim bəyin kürəyinə sıxıb ağasının ciyərini
çıxartdı. S. Rəhimov. Güllə tökmək -ərin-
miş metaldan güllə qayırmaq. Gülləni gül-
ləyə düzmək - çoxlu güllə atmaq, ara ver-
mədən atəş açmaq.
GÜLLƏBARAN is. 1. Çoxlu adamın bir-
likdə tüfəng atması; çox şiddətli atəş, iki
günlük gülləb ar andan sonra kəndlilər Kazı-
mın meyitini çinar ağacından asılmış gör-
dülər. M. İbrahimov. □ Gülləbaran etmək
(eləmək) - 1) şiddətli atəşə tutmaq. Düş-
mənin mühüm bir dəstəsi həmin evi gülləba-
ran edirdi. H.Nəzərli; 2) bax güllələmək.
2. Kütləvi qırğın. Lena gülləbaranı. - Bu-
nun nəticəsində viicada gələn sürgünlər,
gülləboranlar Bakı fəhlələrinin həyatına da
təsirsiz qalmamışdır. M. S. Ordubadi.
GÜLLƏÇİ is. kölın. Güllə qayıran və ya
satan adam. Özüm aşıq oldum, oğlum gülləçi.
Aşıq Ələsgər.
GÜLLƏLƏMƏ 1. "Güllələmək” dən/w.
2. is. Güllələməklə həyata keçirilən ən
yüksək cəza; ölüm cəzası; edam. Giillələmə
cəzası.
GÜLLƏLƏMƏK f. Güllələmə yolu ilə
ölüm cəzasını həyata keçirmək; edam et-
mək. [Eyvaz:] Mən əgər naçalnik olsaydım,
əvvəl-əvvəl sizin hamınızı divara söykəyib
güllələrdim. C. Cabbarlı.
GÜLLƏLƏNMƏ “Güllələnmək”dən fis.
305
GÜLLƏLƏNMƏK
GÜLLƏLƏNMƏK f. Ən ağır cəza tədbiri
olaraq güllə ilə öldürülmək, edam edilmək.
Faşistlər [dustaqların] güllələnəcəyi haq-
qında kənddə divarlara elanlar yapışdır-
mışdılar. Ə. Sadıq.
GÜLLƏLƏŞMƏ “Güllələşmək’’dən /и.
GÜLLƏLƏŞMƏK qarş. Bir-birinə güllə
atmaq; atışmaq. [Qazaqlar] Nəbigilnən bir
gün güllələşdilər. “Qaçaq Nəbi”.
GÜLLƏNMƏ “Güllənmək’’dən fis.
GÜLLƏNMƏK/ 1. Gül açmaq, gül aç-
mağa başlamaq; çiçəklənmək. Yaz mövsü-
mü bülbül dil-dil ötəndə ; Bağ-bağçalar
nərgizlənir. güllənir. “Qıırbani”. Bahar gəlir,
dərələr çiçəklənir, güllənir. A.Şaiq. [Arvad:]
Oğlum, Firidun, yəqin indi... badam güllə-
nir, hə?.. M.İbrahimov.
2. Güllə bəzədilmək; çiçəklənmək.
3. Xırda qabarlar, güllər əmələ gəlmək
(çörəyin üzündə). Çörək güllənib.
GÜLLÜ sif. 1 . Çoxlu gül olan, gül bitən,
gül əkilmiş; çiçəkli. ..Güllü, bağçalı böyük
həyətimizdə bizdən başqa iki əmioğlum da
ailəsi ilə yaşayırdı. S.S. Axundov. Nə dərdin
var, sənin, Gəncə? Şəfalı, güllü bağın var.
Ə.Nəzmi.
2. Gül açmış, gülü olan; çiçəkli. Güllü
ağac.
3. Üzərində gül şəklində naxışlar olan.
Güllü dəsmal. Güllü don. - Yük üstə güllü
xalça; Kim qaldıra, kim aça. (Bayatı). [Nu-
riyyə:] Əynində güllü xalat, başında ağ ha-
şiyəli bənöyiiş kəlağayı olan qadın qabağımı-
za yeriyərək mənə xoşgəldin elədi. I. Əfən-
diyev. □ Güllü məxmər -bax gülməxmər.
GÜLLÜCƏ is. bot. Paxlalılar fəsiləsindən
olub dağ rayonlarında, çəmənlərdə, meşə-
lərdə, çay sahillərində bitən yem otu.
GÜLLÜ-ÇİÇƏKLİ sif. 1 . Çoxlu gül, çiçək
bitmiş. Güllü-çiçəkli çəmən. Güllü-çiçəkli
bağ.
2. Üzərində gül-çiçək şəklində naxışları
olan. Güllü-çiçəkli çit.
GÜLLÜ-GÜLŞƏNLİ bax güllü-çiçəkli.
Güllü-gülşənli həyət.
GÜLLÜK is. Çoxlu gül əkilmiş və ya gül
açmış yer; çiçəklik, gülzar, gülüstan, gülşən.
Güllüyün gülü beşgünlükdür. (Ata. sözü).
GÜLÖYŞƏ
Bülbüllər ötüşür, cəh-cəh vururlar; Güllük-
lərdə dügün, dərnək qururlar. H.Cavid.
GÜLLÜ-NAXIŞLI sif Üzərində gülü, na-
xışı olan. Güllü-naxışlı parça. - [Səkinə]
bardaş qııraraq güllü-naxışlı xalçanın üs-
tündə oturmuşdu. M.İbrahimov.
GÜLMƏ “Gülmək ”dən /. A.
GÜLMƏXMƏR is. Nazik ipək üzərində
iri gülləri olan və qadın paltarları tikmək
üçün işlədilən bahalı parça. 4 metr gülməx-
mər. // Sif mənasında. Həmin parçadan ti-
kilmiş. Gülməxmər paltar.
GÜLMƏK f. 1 . Müəyyən bir hiss nəticə-
sində (məs.: sevindikdə, şənləndikdə, gül-
məli və ya mənasız bir şey gördükdə), ha-
belə bəzi əsəb sarsıntıları anında xarakterik
səslər çıxararaq öz duyğusunu bildirmək
(ı ağlamaq əksi). Zəmani-hicrdə gəh ağla-
yıb, gəhi gülləm. S.Ə.Şirvani. Flaım duyub
bu halı, gülüb qaqqıldaşdılar. S.Vurğun.
2. İstehza etmək, ələ salmaq, masqaraya
qoymaq, lağ etmək. Gülmə qonşuna, gələr
başına. (Ata. sözü). Qıraqdan baxanlar
onun qorxaqlığına gülmüşdülər. Mir Cəlal.
3. məc. Xoş bir xəbərdən, yaxşı bir hadi-
sədən sevinmək, şadlanmaq.
4. məc. Sevinc ifadə etmək. Güldü yar-
paq, coşdu irmaq, güllər oynadı. C.Cabbarlı.
Təbiət gülür, çiçəklər, quşlar .. sevinc için-
dədirlər. S.Vəliyev.
GÜLMƏLİ sif. Gülüş doğuran, gülüşə sə-
bəb olan. Gülməli söz. - Onun bu görkəmi
çox gülməli idi. H. Nəzərli. Flər kim o qara
zülfə könül versə xətadır; Amma yenə mən
bəndəm, əcəb gülməliyəm mən. Ə.Vahid.
GÜLMƏŞƏKƏR sif. [əsli fars, gülbəşə-
gər - şəkərli gül, gül mürəbbəsi] zar. istelı.
Şirin, xoş, xoşagələn. Atan soğan, anan sa-
rımsaq; Sən hardan oldun gülməşəkər?
(Ata. sözü).
GÜLMIX is. Xırda mıx.
GÜLNAR is. [/««.] klas. Nar ağacının gülü,
nar gülü.
GÜLÖYŞƏ sif. Meyxoş (nar növü). Dost
məni yad eylədi; Bir gülöyşə nar ilə. (Ata.
sözü). Bağçalarda çiçək açır gülöyşə nar,
yasəmən; Qaranquşla bir zamanda qayıda-
ram kəndə mən. Ə. Cəmil.
306
GÜLPƏRƏST
GÜLÜŞ
GÜLPƏRƏST is. və sif. [fars.) Gül becər-
məyi, gül yetişdirməyi, ümumiyyətlə gülü
sevən (adam). ..Kim Əlisa kimi faydalı,
bağpərəst, bağçapərəst, giilpərəst bir ada-
mın adını belə-belə ləkəli şeylərə çəkə bi-
lər? S. Rəhimov.
GÜLRƏNG sif. [fars.) klas. Açıq-qırmızı
rəngli, çəhrayı rəngi, gül rəngində olan.
Dur, saqi, gətir badeyi-giilrəngi bu bəzinə;
Ver badeyi-giilrənglə bir rəng bu bəzmə.
Raci.
GÜLRÜX, GÜLRÜXSAR [fars.) klas. bax
gülüzlü. Ah vaveyla ki, ol giilrüx pəri yarını
degil; Mən ona yar oldum, ol y ari-vəfadarım
degil. Xətayi. Laf urarlar hüsndən hərçənd
gülrüxsarlər; Həq bilür, ol aveyi-rəhmət sə-
nin şənindədir. Qövsi.
GÜLSABAH is. bot. Səhər açılıb axşam
vaxtı yumıılan dekorativ gül; səhərgülü.
GÜLŞAD sif Xoşa gələn, ürəkaçan, gözəl
mənzərəli. Giilşad yer. □ Gülşad olmaq -
şən olmaq, abad olmaq. Onsuz hünər evi
gülşad olmazdı. S. Vurğun. Bənna qardaş,
nə möhkəmdir qoyduğun təməl! Abad olsun!
Gülşad olsun! Yorulmayasan! Ə. Cəmil.
GÜLŞƏN is. [fars.) Güllük, çiçəklik. Bu
gülşənin yasəməni, sünbülü; Nə bir bağa, nə
bostaııə düşübdür. M.V.Vidadi. Gülşəndə
bənövşələr açıldı; Səhralara lalələr saçıldı.
A.Şaiq.
GÜLÜ sif. 1 . Açıq gül rəngli, çəhrayı.
2. Gül şəklində naxışları olan. Gülü parça.
GÜLÜMSƏMƏ “Gülümsəmək” dən fis.
GÜLÜMSƏMƏK f. 1 . Gülər kimi olmaq,
təbəssüm etmək, qımışmaq, dodaqaltı gül-
mək, öz məmnunluğunu, ya istehzasını tə-
bəssümlə ifadə etmək. Mənasını anlamadığı
bu sözə Aydəmir sadəcə gülümsəyərək ku-
peyə girdi. A.Şaiq. Şəmsiyyə kədərli və fikirli
olsa da [Sərhənglə] danışarkən gülümsəmə-
yə, şad görünməyə çalışırdı. M.İbrahimov.
2. məc. Adamın üzünə gülmək, fərəh oyat-
maq. Bahar gülümsəyir. Hər yer gülüm-
səyirdi.
GÜLÜMSƏR sif. Gülümsəyən, gülən, tə-
bəssümlü. Gülümsər göz. - Bir gün acı bir
səs o gülümsər üzü sardı. H.Cavid. Qızın
solğun rəngi, xurmayı saçları, gülümsər qo-
nur gözləri var idi. Ə.Məmmədxanlı.
GÜLÜMSƏRCƏSİNƏ zərf Gülümsəyərək,
təbəssümlə. Giilümsərcəsinə cavab vermək.
- Qız qara gözləri, uzun kirpikləri arasın-
dan giilümsərcəsinə [dedi].. T.Ş. Simurq.
GÜLÜMSÜNMƏ “Gülümsünmək”dən/w.
GÜLÜMSÜNMƏK bax gülümsəmək.
[Buğac] ananın munis çöhrəsini görəndə
gülümsündü. M. Rzaquluzadə.
GÜLÜNC sif. və zərf 1 . Gülməyə səbəb
olan, gülməli, gülüş doğuran. // məc. Məna-
sız, qeyri-ciddi. Ceyrana malik olmaq fikri
və hissi mənə çox qəribə, bəlkə gülünc gö-
rünürdü. S. Hüseyn. Ölüm fikri [Mələkdən]
uzaqlaşdı, ona gülünc və mənasız göründü.
M.İbrahimov.
2. İstehzaya, masqaraya səbəb olan, is-
tehza doğuran. Gülünc hərəkət. // Gülmək
obyekti; hamının gülməsi üçün hədəf. Də-
hanın sədəfdir, dişlərin inci; Sən məni ey-
lədin ellər gülüncü. M.P. Vaqif. [Koxa:] Mən
kənardan uşaq tutub. Cavanşirlər arasında
gülünc ola bilmərəm! S. Rəhimov.
GÜLÜNCLÜK is. Gülünc olan adam və
ya şeyin halı; gülüş doğurma, gülünc olma.
Dəlillərin gülünclüyü. Təklifin gülünclüyü.
GÜLÜSTAN is. [fars.) Güllük, çiçəklik,
gülzar; qızıl güllük. Ol giili-xəndanı görmək
mümkün olsaydı mənə; Səntək, ey bülbül,
güliistanə güzar etməzmidim? Füzuli. Zeynəb
bu gülüstanı, bu çarqat kimi sərilmiş lalələ-
ri və çiçəkləri görcək yorulmağını unudub ..
giil yığmağa qaçdı. S.S.Axundov.
GÜLÜŞ is. 1. Şadlıq, sevinc, məmnunluq
və s. xarakter hisslərin ifadəsi olaraq ağız-
dan çıxan qırıq-qırıq səslər. Acı gülüş. Şən
gülüş. - Əvvəl [Ceyranın] üzündə, danışı-
ğında istehzanı andıran bir gülüş vardı.
S. Hüseyn. Gülün, elə gülün ki; Çatsın qu-
laqlarıma; Sizin gülüşləriniz. B.Vahabzadə.
// İstehza. ‘ Molla Nəsrəddin” in gülüşü kəs-
kin bir gülüş, öldürücü bir satira idi.
M.İbrahimov. Mərdan giildii. Onun gülüşii
quru, qeyri-təbii çıxdı. H.Seyidbəyli.
2. Gülmə, şənlənmə, zarafat. Qədim
vaxtlar komediyanı yunanilər gülüş üçün
çıxardırlardı. N.Nərimanov.
3. məc. Sevinc, şadlıq, şənlik. Uca ağac-
lardakı yarpaqlar büziişdii, onların gülüşü
matəmə döndü. M.İbrahimov.
307
GÜLÜŞMƏ
GÜLÜŞMƏ “Gülüşmək”don f.is. Məclis-
də bir gülüşmə başladı. S. Hüseyn. Camaat
arasına gülüşmə və qarışma düşdü. Qan-
təmir.
GÜLÜŞMƏK/ Qarşılıqlı və ya birlikdə
gülmək (çoxları haqqında). Adamlar gülüş-
dülər. - Uşaqlar içinə düşər gülüşmək ; Sənin
də acığın tutar, ağlarsan. M.V.Vidadi. Qo-
naqlar gülüşdülər və sonra Kəblə Namazla
zarafatlaşmağa başladılar. Çəmənzəminli.
GÜLÜZAR [fars, gül və ər. üzar] klas.
bax gülüzlü. Seyri-gülşən et sən, ey gülü-
zarım. M.V.Vidadi. Gər sənin mətləbin gü-
lüzardısa; Artıq sevin gülüzarı görəndə.
Q. Zakir. Ey könül! Min namə yaz bir gülü-
zarın eşqinə; Can evindən seyrə çıx bir xoş
güzarın eşqinə! S.Vurğun.
GÜLÜZLÜ sif Gözəlin cpitetlərindən
(sifətlərindən) biri. Göy üzünü bəzər parlaq
ulduzlar; Yer üzünü bəzər gülüzlü qızlar.
H. Cavid.
GÜLYANAQ(LI) is. və sif. şair. Gözəlin
cpitetlərindən (sifətlərindən) biri. Güılva-
naq qız. - Hər aşiqin ki, sən kimi bir giilya-
nağı var; Lalə kimi əyandı ki, köksündə dağı
var. S.Ə.Şirvani.
GÜLZAR is. [/üre.] şair. Çoxlu gül olan
yer; gülüstan, çiçəklik, güllük. Bülbül sə-
bəbsiz olmadı giilzarə aşina. S.Ə.Şirvani.
Çöllər yuxudan olunca bidar; Min rəng çi-
çəklə dolur gülzar. A. Şaiq. Darıxıb gülzara
çıxdığım zaman; Ətrini duyuram giildən-çi-
çəkdən. M. Rahim.
GÜLZARLIQ bax gülzar. Giilzarlıqla
alov arasında uca sədd çəkilmişdi, onu keç-
mək qabil deyildi. Çəmənzəminli.
GÜMAN is. [fars.] 1. Lazımınca əsaslan-
mamış fikir, zənn, ehtimal. O, gümanının
düz çıxmadığını görüb iri, qonur gözlərini
geniş açaraq Tərlana baxdı. M.Hüseyn.
□ Güman var ki, güman ki - ola bilər,
mümkündür, ehtimal ki. Güman var ki, onıın
biri xəyaldır; Göydən gələn lənətdən bil-
timsaldır. A. Səhhət. Güman etmək (elə-
mək) - fikirdə olmaq, ehtimal etmək, zənn
etmək. Bəziləri belə güman eləyirlər ki, mü-
səlmanların yekə papaqlara məhəbbəti o
vədədən başlanıb ki, uşaqlar başlayıblar
Quran oxumağa. C. Məmmədquluzadə. Nə-
GÜMRAHLANMAQ
riman bunun keşikçi olduğunu güman etdi.
Mir Cəlal.
2. Şübhə, şəkk. Zərrə qədər iman; Dünya
qədər güman. (Ata. sözü). Mərd igid, könlünə
gəlməsin güman; Düşmənlər əlindən çəkərlər
aman! "Koroğlu”. □ Gümana düşmək
- şübhəyə düşmək, şəklənmək, şübhə etmək.
Bu yol ilə bütün xəbərlər yayılar, hamını hid-
dətləndirər, müşavirədə olanlar bir-birindən
gümana düşərdilər. S. Rəhimov. Kabinetdəki
yeniliklərə diqqət yetirən bəzi adamlar cür-
bəcür gümana düşürdülər. B. Bayramov.
Gümanı getmək - şübhələnmək (birin-
dən). Hacı Kamyab .. o gecə sübhədək şə-
həri dolanıb, güman gedən evlərin hamısına
toxunub nə Gövlıərtacdan, nə Fərmandan
bir xəbər tuta bilmədi. Ə. Haqverdiyev.
3. Ümid, istək, arzu. Gümanım budur ki,
ola ziyadə; Giinbəgündən etibarım yanında.
Q.Zakir. Hamınız dərdi-dilinizi ərz edəsiniz
və, inşallah, gümanım bunadır, bu qapıdan
naünıid qayıtmayasınız. C.Məmmədquhı-
zadə. □ Gümanı gəlmək - inanmaq, əmin
olmaq, ümid etmək, arxayın olmaq. [Heydər
bəy:] Yaxşı, əgər özünə gümanın gəlirsə,
mən razıyam. M.F.Axundzadə. [Reyhan:]
Amma çarəm yoxdur, gümanım sənə gəlir..
Ə.Məmmədxanlı.
GÜMRAH 1 sif. Qıvraq, möhkəm, sağlam,
qüvvətli. Yaşına baxmayaraq, çox gümrah-
dır. - Odun götür, yaxşı yar; Yaxşı doğra,
yaxşı yar; İyidi gümrah eylər; Qədirbilən
yaxşı yar. (Bayatı). // Çevik, cəld, diribaş.
Gümrah gənc. - Almurad cəld və gümrah
hərəkətlə qalxıb ata mindi. I. Əfəndiyev.
GÜMRAH 2 sif. [fars.] köhn. Yolunu az-
mış, doğru yoldan sapmış. [Əjdər:] Düşərək
çöllərə, Allaha pənah ; Biz də qaçaqlartək
olarıq gümrah! H.K.Sanılı. ..[insanlar] di-
nənıi yavıq gələcəklər, ya gümrah olacaq-
lar. C. Məmmədquluzadə.
GÜMRAHLANMA “Gümrahlanmaq”dan
f.is.
GÜMRAHLANMAQ qayıd. Sağlamlaş-
maq, qüvvətlənmək, sağlam olmaq, qüvvətə
gəlmək. Xəstə getdikcə gümrahlanır. Din-
cəldikdən sonra gümrahlanmaq. - [Hacı
Fərəc:] ..İndi günü-gündən giimrahlanıb
dönürəm bir cavan oğlana.. N.Vəzirov.
308
GÜMRAHLAŞMA
GÜMRAHLAŞMA “Gümrahlaşmaq”dan
fis.
GÜMRAHLAŞMAQ bax gümrahlan-
maq. Budaq indi-indi gümrahlaşırdı ki, bir-
dən yenə də onunku gətirmədi. Ə .Vəliyev.
GÜMRAHLIQ is. Gümrah adamın halı;
cismən və ruhən sağlamlıq; qıvraqlıq. Elə
adamlar var ki, ruhən ən yorğun dəqiqələ-
rində belə onlarla danışdıqda özündə bir
yüngüllük və gümrahlıq duyursan. İ.Əfən-
diyev. Müridlər də gözlərini bu ağ sinəli,
yaşı əllini keçmiş olsa da, gümrahlığını itir-
məyən kişinin ağzına zilləmişdilər. İ. Şıxlı.
GÜMÜŞ is. 1 . Parlaq bozumtul-ağ rəngli,
kimyəvi element - nəcib metal (zərgərlik
və bəzək şeyləri qayırmaq, pul kəsmək və s.
üçün işlədilir). □ Gümüş suyuna çəkmək
- adi metalların üstünə gümüş suyu çəkmək,
gümüşü rəngləmək. Qaşıqları gümüş suyuna
çəkmək. Gümüşə tutmaq - üstünü gümüşlə
örtmək, gümüşlə bəzəmək. Xəncərin dəs-
təsini gümüşə tutmaq. // Sif. mənasında. Gü-
müşdən qayrılmış. Gümüş çəngəl. - Yavaş-
yavaş gümüş qaşıqlar da stəkanlara dəyib
ciııgildədi. Çəmənzəminli. Dəmirqaya üstü
zərlə yazılı papirosu gümüş qutudan aldı və
oturdu. H.Nəzərli.
2. is. Gümüşdən qayrılmış şeylər; gümüş
pul. Baxdı ki, burada o qədər qızıl, gümüş
var, elə bil yeddi padşahın xəzinəsi burda-
dır. “Koroğlu”. □ Gümüş kağız - ətri çıx-
masın deyə çay, siqaret və s.-nin büküldüyü
qurşun kağız.
3. sif. bax gümüşü. Dərələrdən gümüş
sular çağlar. A.Şaiq. Ay gümüş dalğalarda;
Nazlanır gəmi kimi. N.Rəfibəyli.
GÜMÜŞCƏ is. zool. Çaylarda yaşayan xır-
da balıq növü. Bizim çaylarda günıüşcə ad-
lanan xırda batıqlar da yaşayır. Bu balıqlar
suyun üst qatlarında üzən balıqlardandır.
“Zoologiya”.
GÜMÜŞDƏSTƏ sif. Dəstəsi gümüşdən
olan, qəbzəsi gümüşdən qayrılmış. Cəmil
dayısının giimüşdəstə xəncərini belinə bağ-
layıb, yüyürə-yüyürə atlılara qoşuldu.
Ə.Vəliyev.
GÜMÜŞLƏMƏ “Güm üşl əmək ” don /. is.
GÜMÜŞLƏMƏK/ 1 . Üzərinə nazik gümüş
məhlulu çəkmək. Qaşıqları giimüşləmək.
GÜN
2. Gümüşlə bəzəmək, gümüşlə işləmək.
Xəııcəli işlə, yolla; Üstün gümüşlə, yolla.
(Bayatı).
GÜMÜŞLƏNMƏ “Gümüşlənmək”dən fis.
GÜMÜŞLƏNMƏK məcli. Gümüş suyu çə-
kilmək və ya gümüşlə bəzədilmək. Bu çən-
gəllər gümüşlənib.
GÜMÜŞLƏTMƏ “Gümüşlətmək” dən/w.
GÜMÜŞLƏTMƏK f. Gümüş suyu çəkdir-
mək və ya gümüşlə bəzədilmək. Papiros-
qabını gümüşlətmək.
GÜMÜŞLÜ sif. 1. Gümüşlə bəzədilmiş,
gümüşlə işlənmiş. Əllərində sur təsbeh; Gii-
müşlü buxurdanlar. Ə.Cavad.
2. Tərkibində gümüş olan. Günıüşlü me-
tal külçəsi.
GÜMÜŞÜ sif. Ağ-bozaçalar parlaq rəng-
də olan, rəngi gümüş rəngində olan, gümüş
kimi parıldayan. [Nuriyyə:] ..Gümüşü toran
içindən bir nıotosiklin çıxdığını gördüm.
İ. Əfəndiyev. Buludların parçalandığı oyuq-
dan ulduzlu fəzaya doğru bir pəncərə açılar-
açılmaz .. ayııı gümüşü ziyaları həmin
pəncərədən yerə yayıldı. Ə.Məmmədxanlı.
GÜMÜŞÜLÜK is. Gümüşü rəngdə olan
şeyin xüsusiyyəti, gümüş rəngində olma.
GÜN is. bax günəş 1 və 2-ci mənalarda.
Gün işığı. Gün çıxar, aləm görər. (Ata. sözü).
Gəldi günortaçağı, gün qızarıb yanırdı.
S.Vurğun. Gün iki cida boyu qalxmışdı. Mir
Cəlal. □ Gün əyilmək - axşama yaxın gü-
nəş üfüqdən çəkilmək. Gün lap əyilir, şər
qarışır. İnəklər naxırdan gəlir. “M.N. lətif.”
Gün tutulmaq - günün qabağına başqa bir
göy cisminin və ya onun kölgəsinin düşmə-
si nəticəsində müvəqqəti görünməz olması
hadisəsi. Gözümüz üfüqdədir, açılmır səhə-
rimiz; Bizə düşən səmada gün tutulmuş, ay
Allah! B.Vahabzadə. Gün vurmaq - qızğın
günəş şüalarının təsirindən beyin mərkəzi
zədələnmək. Gün yağlanmaq (ağarmaq)
- günəş çıxıb, bir az yuxarı qalxmaq. [Qoca:]
Gün ağarmadan çayı keçməliyik. M. Rzaqu-
luzadə. ..Baxış bəy səhər, gün yağlananda
oyandı. Ə.Abasov.
GÜN 2 is. 1. Gecə-gündüzün səhərdən ax-
şama qədərki işıqlı müddəti, günçıxandan gün-
batana qədərki dövr. Gün doğuşundan bəlli-
dir. (Ata. sözü). Biz baxırıq özgə millətlərə,
309
GÜN
.. deyirik ki, niyə onlar bazar günlərini tətil
eləyirlər, niyə onlar eləsin, biz eləmiyək?
C. Məmmədquluzadə.
2. Yerin öz oxu ətrafında bir dəfə dövr
etdiyi (24 saatlıq) müddət; gecə-gündüz. ..//
var bir günə dəyməz; Gün var min aya də-
yər. (Bayatı). Bu minval ilə üç gün keçdi.
"Koroğlu”. □ Bir gün deyil, beş gün deyil
- həmişə, daim. Biri gün (o birisi gün) - sa-
bahdan sonrakı gün; sabah yox, o biri gün.
Bu günlərdə - bu bir neçə gün ərzində, ya-
xın vaxtlarda. İnciyib məndən, eşitdim o gö-
zəllər gözəli; Aramız, bəlkə, bu günlərdə, gü-
man var, düzələ. Ə.Vahid. Bugünkü gündə
- indi, hazırda. [Qızıl Arslan] Biz bugünkü
gündə islahat işlərinə başladığımız zaman
hər addımda Quranla qarşı-qarşıya gəlirik.
M. S. Ordubadi. Ertəsi gün - bir gün sonra.
Gün uzunu - bütün günü, bir günün ərzin-
də. Gündə bir - hər gün, tez-tez. [Bahar:]
Özgə kişilər övrətlərini gündə bir döyürlər,
amma bu mənə heç bir çırtma da vurmur.
Ə. Haqverdiyev. Günlərin bir günü - bax
günün birində. [Əsgər:] Günlərin bir günü,
axşam saat doqquzda bazardan gedirdim.
Ü. Hacıbəyov. Günü axşam etmək (elə-
mək) - bütün gününü boş keçirmək, işsiz
oturmaq, əbəs yerə gözləyə-gözləyə dur-
maq. Qərib günü axşam etdi. Şahsənəm çıx-
madı. "Aşıq Qərib”. Günü bu gün - elə bu
gün, gecikdirmədən, bu gündən o yana qal-
mayaraq. [Gülnaz:] Bax, mən daha səbir
edə bilmirəm, günü bu gün atama deyəcə-
yəm. Ü.Hacıbəyov. Günü günə satmaq
- gecikdirmək, yubatmaq, yubandırmaq.
[Orxanın] Onsuz da kəndə getmək niyyəti
vardı, ancaq günü günə sata-sata qalmışdı.
İ.Məlikzadə. Günü sabah - elə sabah, ge-
cikdirmədən, sabahdan sonraya qoymayaraq.
Əgər siz mənə gəlsəniz, günü sabahdan onun
talağını verib boşardım. E. Sultanov. Gü-
nün birində - bir gün, bir dəfə. İşçi dost-
larına günün birində; Danışdı dərdini aşı-
ğını mənim.. M. Müşfiq. Günün günorta-
çağı - gündüz hava lap işıqkən. [Ələmdar:]
Yoxsa görün günün güııortaçağında adam
da .. belə göz-görəsi özünü soydurarmı.
S. Rəhimov. İki gündə (gündən) bir - bax
GÜN
günaşırı. [Mirzə Həsən:] Öküzlə iki gündə
bir hektar yer əkirsiniz. Ə. Haqverdiyev.
3. Müəyyən bir ictimai hadisəni qeyd et-
mək üçün təqvimdə təyin edilmiş gün. Qə-
ləbə günü. Qazmaçı günü. Müəllim günü.
4. Gündə şəklində zərf - hər gün, mütə-
madiyən. Gündə bir kərpic düşür; Ömrü-
mün sarayından. (Bayatı). [Səkinə:] Mən
gündə bir uşaq doğan arvadı bir də qulluğa
götürmərəm. H.Nəzərli. Gündə Peterburqdan
Gorusa möhürlü paket gəlirdi. S. Rəhimov.
5. Gündən-günə, günü-gündən şəklində
zərf- bir gündə deyil, günlər keçdikcə, təd-
ricən. Ah, mən gündən-günə bu gözəlləşən;
İşıqlı dünyadan necə əl çəkim? M.Müşfıq.
[Yasəmən:] Gördüyüm odur ki, maşallah,
günü-gündən çiçək kimi açılırsan. S.Rəhman.
6. Vaxt, vaxtilə. Bir gün bilinər. - Gün oldu
şairlər göyə çıxdılar. Ə. Cavad.
7. məc. Həyat, ömür, yaşayış, dolanacaq,
güzəran. Vətəndə günümüz məşəqqət və
korluqla keçirdi. C. Məmmədquluzadə.
□ Gün keçirmək, gün sürmək - yaşamaq,
dolanmaq. Əmək çəkdim, gün keçirdim, gül
əkdim. Ə. Cavad. Burda gün keçirir bir bö-
yük şair; Yazar yazdığını həyata dair.
S. Vurğun. Məhəbbətsiz, gözəlsiz gün keçir-
mək heç nədir. Vahid; Yenə sevmək, sevil-
mək yaxşıdır dünyaya baxdıqda. Ə.Vahid.
Gün görməmək - pis yaşamaq. Yazıq ki
dövranda bir gün görmədi; Bu aləm ruhuma
dar, - dedi, getdi. M.Rahim.
8. Vəziyyət, hal mənasında. Yaxşı günün
yoldaşı, yaman günüm düşdü gəl! (Ata.
sözü). [Əziz:] A balam Qaraş, sən bilirsənmi
Həsən əmi özü nə gündə idi? C.Məmməd-
quluzadə. □ Günə düşmək (qalmaq)
- ...vəziyyətə düşmək (adətən pis vəziyyəti
bildirir). [Musa Fərhada:] Bu nə gündür dü-
şübsən, ay binəva!.. Ə. Haqverdiyev. [Fat-
maxanım:] Allah, gör mən nə günə düşmü-
şəm ki, bu kürd gədəsi də üzümə durubdu?
N.Vəzirov.
9. dan. Əməkgün. Hər yoldaş işləyib gün
alan zaman; Sən durub boynunu burma, a
tənbəl! Aşıq Əli. Xırda xala qızışmışdı. Bir
gün zəhmət çəkib arıtdığı toxuma Mustafa
gün yazmaq istəmirdi. Mir Cəlal.
310
GÜNAH
GÜNAHSIZ
10. Günüm şəklində - nəvaziş, mehri-
banlıq bildirmək üçün müraciət zamanı iş-
lədilir; əzizim. —Ay nənə, bir nağıl de! - Öm-
rüm, günüm, yat daha. Ə. Cəmil.
0 ...gün ağlamaq - dərdinə qalmaq, qay-
ğısını çəkmək, gələcəyi haqqında düşün-
mək, fikirləşmək. .. Bu cürəti görən, duyan
olmadı; Səndən mənə gün ağlayan olmadı.
M. Araz. Gün qayıtmaq - 1 ) zenit nöqtə-
sindən qüruba doğru enmək, Günəş (gün)
batmağa başlamaq; 2) gündüz uzanmağa
(və ya qısalmağa) başlamaq. Novruzdan son-
ra gün qayıdır. Günü başa vurmaq - adə-
tən əhəmiyyətsiz bir işlə məşğul olaraq
günü tamamlamaq. Bu günümüzü də belə
başa vurduq. Günü qara gəlmək - yaşayışı
pisləşmək, fənalaşmaq. Gündən-günə günü
qara gələn sadə insana zülm üstündən zülm
edilmişdir. S. Rəhimov. Günü qara olmaq
- yaşayışı, dolanacağı, həyatı pis olmaq.
[Salatın:] Məndən sonra ananım günü qara
olacaq, qardaşım bu dərdə dözə bilməyəcək.
İ. Şıxlı. Gününü göy əsgiyə düymək (bük-
mək) -bax gününü qara eləmək. Günü-
nü qara eləmək (etmək) - həyatını zəhər-
ləmək, iztirab və mənəvi işgəncə vermək.
Baxa-baxa xalii xəttə, iizarə; Zakirin günü-
nü eylədin qarə. Q.Zakir.
GÜNAH is. [fars.] 1. Dini-əxlaqi norma-
ların pozulması, dincə qəbahət sayılan iş ( sa-
vab əksi). Səni mələk görəli yazmaz oldu eşqi
günah; Vəli yazıldı, bu üzdən bəsi savab sana.
Füzuli. Əfv olur möminin cümlə günahı; Sənin
də könlündən keçər, ağlarsan. M.V. Vidadi.
□ Günaha batmaq - dincə qəbahət sayılan
bir iş görmək. İncitmə Zakiri bundan ziyada;
Bir usan, günaha batdığın yetər. Q.Zakir.
2. Cəzalanmalı hərəkət; təqsir. Uşağın
günahı yoxdur. - Yazıq Hacı Mirzə Həsən
ağa, sənin günahın nə idi, sən nə deyirdin ki?
C.Məmmodquluzadə. O yazığın günahı nə,
təqsiri nə? Hücum çəkib Vətəninə? B.Vahab-
zadə. □ Günah eləmək (işləmək) - cəzaya
layiq bir iş görmək. Səməd nə günah eləsə
idi, nədə müqəssir olsa idi, nəticəsi Sürəy-
yaya toxunacaq idi. Çəmənzəminli. Son za-
man Rüstəm kişi oğlunun tora düşməsindən,
pis bir günah işləməsindən qorxurdu.
M. İbrahimov. Günaha batmaq - bax gü-
nah eləmək (işləmək). Ən böyük cinayət-
dir; Azadlığa qəsd etmək; Bu günaha batma
gəl! B. Vahabzadə. Günahından keçmək,
günahını bağışlamaq - təqsirindən keç-
mək, bağışlamaq. [Bəhram:] Mən xəyanət
elədim, Sara, keç günahımdan! C.Cabbarlı.
Bahadır da anasının günahını bağışlamağı
[atasından] xahiş eləmək istədi. M.Flüseyn.
Günahını yumaq - təqsirindən keçilmək
üçün cəzalanmalı olan hərəkətinin əvəzin-
də yaxşı işlər görmək.
3. məc. Nöqsan, çatışmazlıq. ..Professor bi-
nanın günahını indi aydın elədi... B.Bayramov.
GÜNAHKAR is. və sif. [fars.] 1. Müqəs-
sir, təqsirkar. Günahkarı cəzalandırmaq.
- Yar yanında günahkaram; Doğru sözüm
yalan oldu. Aşıq Ələsgər. ..Günahkar muzdur
özünün bəd əməlindən peşman olub, istiğfar
edə-edə yerindən qalxdı. S.M.Qənizadə.
2. Dini əxlaq normalarını pozan adam.
3. Səbəbkar; bais. [Bəhlul:] ..Məııə ayduı
idi ki, anamla ayrılmağın əsil günahkarı atam
olub. B.Bayramov.
GÜNAHKARCASINA zərf Günahı, təqsiri
olan kimi; təqsirkarcasma. Günahkarcasına
baxmaq.
GÜNAHKARLIQ is. Müqəssirlik, təqsir-
karlıq. Günahkarlığını boynuna almaq.
GÜNAHLANDIRILMA “Günahlandırıl-
maq”dan fis.
GÜNAHLANDIRILMAQ məc. Müqəssir
tutulmaq, təqsirləndirilmək.
GÜNAHLANDIRMA “Günahlandırmaq”-
dan fis.
GÜNAHLANDIRMAQ f. Günahkar hesab
etmək, müqəssir saymaq; təqsirləndirmək.
Oğruluqda günahlandırmaq. Əsassız yerə
günahlandırmaq.
GÜNAHLI bax günahkar 1 və 2-ci mə-
nalarda. Şəfiqə xanım, sən də məni bağışla,
mən günahlıyam. İ.Musabəyov.
GÜNAHSIZ sif 1. Günahı, təqsiri olma-
yan; təqsirsiz. Günahsız adam. - İnsaf et,
öldürmə, günahsız qulu; Əl-əldən üziilüı;
yaman çağıdır. M.P.Vaqif. Qəlbində birye-
timtək qoymadın öz kanıını; Günahsız qur-
banların aldın intiqamını. S. Rüstəm.
2. Məsum. [Cəmil bəy:] ..O günahsız quş-
cuğazı; Məhv etməkdə nə məna var? H.Cavid.
311
GÜNAHSIZLIQ
Ana basdı bağrına günahsız körpəsini ;
Hönkiir-hönkiir ağladı. B. Vahabzadə.
GÜNAHSIZLIQ is. Heç bir günahı, təqsiri
olmama; təqsirsizlik.
GÜNARASI bax günaşırı. Salman kişi
günarası .. dincələrdi. Mir Cəlal.
GÜNAŞIRI zərf Bir gün ötürüb, o birisi
gün, bir gün ötürərək; günarası. Günaşırı
tarlanı sulamaq. Günaşırı qar yağır. - Ca-
maatı təzə ətə öyrətmiş İmaməli günaşırı [da-
nalardan] birini tutub kəsirdi. M.Hüseyn.
GÜNBATAN 1. is. Dünyanın günbatan tə-
rəfi; qərb. Şərəf xalanın bağı bizim evimizin
günbatan tərəfində idi. S. Hüseyn. Hər ax-
şam günbatandakı meşədən mahnı oxuyan
bir səs yüksəlirdi. Ə.Məmmədxanlı.
2. Günbatanda şəklində zərf - günün
batdığı vaxt; axşamçağı, axşam. Günbatan-
da evə gəlmək.
GÜNBƏD, GÜNBƏZ is. [fars .] Yarımkürə
şəklində bina damı; qübbə. Hamanım gün-
bəzi. - Şeşpər günbəzə elə dəydi ki, günbəz-
dən od töküldü. “Koroğlu”. Bu vaxt kişilərin
içindən bir şəxs ayrılıb əlində böyük bir daş,
günbəzə tərəf gəldi və daşı günbəzə vurub
dağıtdı.. N.Nərimanov.
GÜNBƏDLİ, GÜNBƏZLİ sif. Günbəzi
olan, damı günbəd (günbəz) şəklində olan;
qübbəli. Günbəzli hamam. - [Nəzakət:] Gör
günbəzli yerdən tüstü çıxır, Ağa Kərim ha-
mamı yanır, ya yox? Mir Cəlal.
GÜNBƏGÜN zərf Gündən-günə, gün keç-
dikcə; tədricən, günü-gündən, get-gedə. Gün-
bəgün arıqlamaq. Vəziyyət günbəgün yaxşı-
laşır. - Günbəgün əskilib şövkəti, şaııı ; ixti-
yarı gedən bəs ağlamazmı? M. V. Vidadi. Səni
sevən, cavan olur günbəgün; Qarımaz, qocal-
maz, tər-taza gedər. M.P.Vaqif.
GÜNÇIXAN is. Dünyanın günçıxan tərəfi;
şərq. Atıb alovunu, eyləmişdi al; Günçıxan
tərəfdə olan əyri yal. H.K.Sanılı. Onun yeni
mənzili günçıxana baxırdı. S. Rüstəm.
GÜNDƏLİK 1. sif. Hərgünkü, hər gün
olan, hər gün baş verən, adi. Gündəlik re-
jim. - [Qətibə:] Həyatda yanılmamaq üçün
onun sənə qarşı aldığı gündəlik vəziyyət və
etdiyi söhbətlər barəsində mənə xəbər ver-
məlisən... M. S. Ordubadi. // Hər gün çıxan.
GÜNEY
Hacı Səməd .. bu vaxt külfətə ya kitab, ya
gündəlik qəzetlərdən oxuyardı. S.S.Axundov.
2. sif. Birgünlük, bir gün üçün lazım olan.
Gündəlik plan. Gündəlik məlumat. - Fatma
cəhrəçilik edib bir növ gündəlik çörəyini
qazanırdı. S.S.Axundov.
3. is. Ekspedisiya, tədqiqat, təcrübə, sə-
yahət və s. zamanı aparılan müşahidələrin
hər gün qeyd edildiyi dəftər. Gəmi gündə-
liyi. Yol gündəliyi.
4. is. Evə verilmiş tapşırıqları və aldığı
qiymətləri yazmaq üçün şagird dəftəri.
Dərs cədvəlini gündəliyə yazmaq. Atası oğ-
lunun gündəliyinə baxdı.
GÜNDƏM is. 1. Həll edilməli, müzakirə
edilməli məsələlər.
2. Müəyyən bir yığıncağın müzakirə
edəcəyi məsələlərin siyahısı.
GÜNDOĞAN bax günçıxan. Ərəbista-
nın gündoğan tərəfində olan Mərcan dərya-
sına kənardan şirin su tökülmürsə, belə dər-
yanın suyu günbəgün şorlaşıb ağır olur.
H.Zərdabi. Qəhrəmanlar kəndinin gündo-
ğanı Qaratəpə, günbatanı isə Mil düzüdür.
Ə. Vəliyev. ..Gündoğandan günbatana
mənzilim... M. Araz.
GÜNDÜZ is. Gecə-gündüzün işıqlı hissəsi;
gündoğandan günbatana qədər olan müddət
(gecə müqabili). Gündüz getmədiyin yolu
gecə getmə. (Ata. sözü). Bir gün kişi diqqət
eləyib görür ki, övrəti gündüzlər ayağına
corab geymir.. C. Məmmədquluzadə. Yaşar
.. gündüz bələdlədivi yerə yönəldi. M.Rza-
quluzadə. □ Gündüz(ün) günortaçağı
bax günorta 1-ci mənada. Onlar gündüz
günortaçağı küçə bazarçalarında atışar və
istədikləri adamları öldürə də bilərdilər.
M.S. Ordubadi. [Səlim bəy:] Gündüz günor-
taçağı buna mat qalmışam mən; Otuz at qa-
çırdıblar bəyliyin tövləsindən. S. Rüstəm.
GÜNDÜZKÜ sif. Gündüz olan; gecə de-
yil, gündüz baş verən. Gündüzkü əhvalat.
-Elə giic gəldi ki, ona ağrılar; Gündüzkü
dərdini tamam unutdu. B.Vahabzadə.
GÜNEY is. 1. Cənub. Güney tərəfə get-
mək. - [Hüseyn:] ..Gərək o adamın dədəsinə
od vurasan və elə vurasan ki, heç bilməsin ki.
bəla güneydən gəldi, ya quzeydən. N.Vəzirov.
// Sif. mənasında. Güney tərəf.
312
GÜNEYLİK
2. Gün düşən yer, gün tutan yer; günəşli
yer ( quzey əksi). Təpənin güneyi. - Bura
güney, hər tərəfdən gün şüalarını toplayan
.. bir yer idi. Ə.Əbülhəsən.
3. Dağın, təpənin günəş çox düşdüyün-
dən yaxşı məhsul verən cənub yamacı. Gü-
neydə xır əkmək. - Dolur şirin səslərlə ; köl-
gəli bağ, boz güney. Ə. Cavad. Əriyir gü-
neylər döşündəki qar; Yağış da isladır o göy
çəməni. S. Vurğun.
GÜNEYLİK is. Güney yer, gün düşən yer.
Şərbaflar burdan kənara daha güneylik yerə
çəkilirdilər. Ə.Əbülhəsən.
GÜNƏBAXAN is. Tumundan yağ alınan
uzungövdəli, iri sarı, güllü birillik bitki.
Günəbaxan toxumu. - Həyətdə iki-üç günə-
baxan gözə çarpırdı. M.S. Ordubadi. □ Gü-
nəbaxan yağı - günəbaxan tumundan alı-
nan yağ.
GÜNƏBAXANLIQ is. Günəbaxan əkilmiş
yer, günəbaxan tarlası. Günəbaxanlığı alaq
etmək.
GÜNƏBİR zərf Hər gün, gündə.
GÜNƏMUZD sif. 1. Əmək haqqı gün he-
sabı ilə ödənilən. Giinəmuzd əmək lıaqqı
sistemi. Giinəmuzd fəhlə.
2. Əmək haqqı işlədiyi günlər hesabı ilə
ödənilən müvəqqəti işdə işləyən. Bir-iki ay
təsadüfi giinəmuzd işlər görür. S. Hüseyn.
// Zərf mənasında. Əjdər neçə vaxt idi ki,
stansiyada giinəmuzd işləyirdi. S. Rəhman.
GÜNƏMUZDÇU sif. Günəmuzd işləyən.
Giinəmuzdçu fəhlə.
GÜNƏMUZDÇULUQ is. Günəmuzd işləmə.
GÜNƏŞ is. 1 . Planet sisteminin işıq və is-
tilik verən, közərmiş böyük şar şəklində
olan mərkəzi göy cismi; gün. Günəş işığı.
Giinəş də batanda rəngi saralır. - Toz-
torpaq göyün üzünü elə bürümüşdü ki,
giinəş görünmürdü. A.Şaiq. □ Günəş saatı
- günəş işığı vasitəsilə vaxtı təyin etmək
üçün siferblatlı cihaz. Günəş sistemi - Günəş
və onun ətrafındakı planetlərdən ibarət göy
cisimlərinin hamısı birlikdə. Şairi küsdürən
dünyanı üzüb; Günəş sistemindən atmaq da
azdır! M.Araz.
2. Günəşin verdiyi işıq, istilik. Muğan gü-
nəşi adamı yandırırdı. M. İbrahimov.
GÜNƏŞUM
□ Günəş vannası müalicə məqsədilə bədə-
ni açıq havada, günəş şüaları altında saxlama.
3. məc. Klassik şeirdə və folklorda gözə-
lin sifəti günəşə bənzədilir (adətən tərkib-
lərdə işlədilir). Günəş camallısan, giil ya-
naq ilən; Mən incəlib yengi aya dönmüşəm.
M. P. Vaqif. O gül cəmalını, bilməm, nə üzlə
vəsf eləyim; Günəş deyim, gözəlim, ya de-
yim sitarə sənə?! Ə.Vahid.
0 Günəşi batmaq - süqut etmək, əvvəlki
şan-şöhrətini itirmək; inkişafdan qalmaq.
Günəş gülmək (gülümsəmək) şair. - se-
vinmək, ruhlanmaq. Seyranə çıxıb dağda,
çəməndə; Giildiikcə günəş mən də gülərdim.
H.Cavid. Təbiət dirçəldi, həyəcana gəldi;
Giinəş gülümsündü dağlar başından.
B. Vahabzadə. Günəşi salamlamaq şair.
- günəş doğan zaman oyaq olmaq, günəşin
çıxmasını görmək. Keşikçilər giinəşi salam-
layır, şəhər üzərində açılan yeni, gözəl bir
səhərin müjdəçisi olurlar. H.Seyidbəyli.
Günəşin altı - dünya, aləm. [Qoca:] Lakin
günəşin altında heç bir şey baqi deyil.
Çəmənzəminli.
GÜNƏŞLİ sif. 1 . Günəşin işığı ilə nurlan-
mış, işıqlı, günəş olan. Günəşli giin. - Aləm
bilir bu yolun hər zaman ilham dolu; Gü-
nəşli gündüzləri, aylı gecələri var. S.Rüstəm.
Cavahir onu arabir günəşli havalarda gəz-
məyə də çıxarırdı. H.Seyidbəyli.
2. Günəş düşən, işıqlı. Günəşli otaq. - Gəmi
günəşli sahilə yaxınlaşır. M.Rzaquluzadə.
3. məc. Xoşbəxt, sevincli, fərəhli, işıqlı.
Günəşli tale. - İrəlidə günəşli, xoşbəxt bir
gələcək var.
GÜNƏŞLİLİK is. Günəşli yerin, ya hava-
nın halı; günəşlə işıqlanma. Havanın gü-
nəşliliyi.
GÜNƏŞSİZ sif. 1. Günəş olmayan, işıq
olmayan, günsüz. Günəşsiz hava.
2. Gün düşməyən, işıqsız. Günəşsiz zir-
zəmi. Günəşsiz otaq. - Zindanın işıqsız, gü-
nəşsiz qaldı; Hümmətin ucadır, dam alçaq,
Nəbi! Şəhriyar.
GÜNƏŞSİZLİK is. Günəşsiz yerin və ya
havanın halı. Havanın günəşsizliyi.
GÜNƏŞUM is. Şumlanıb günəş altında qal-
mış əkilməyən yer.
313
GÜNƏVƏR
GÜNƏVƏR bax güney 2-ci mənada.
Anası [Tapdığın] qolundan tutub, həyətə,
günəvər bir yerə çıxartdı. Ə. Vəliyev.
GÜNGÖRMƏZ sif. 1 . Heç zaman gün düş-
məyən, günəş işığı görməyən. Güngörməz
zirzəmi.
2. məc. Heç kəsin görmədiyi; gizli, məxfi.
[Nemətııllayev] Mənzər vasitəsilə bacaqlı,
kəmər, saat və sair bu kimi qiymətli şeylər
alaraq yaxın şəhərdəki baldızının güngör-
məz sandığında saxlardı. S. Rəhimov.
GÜN-GÜNORTA is. Günorta, günəşin
günortaya yaxınlaşdığı vaxt (vaxtın, günün
keçmək üzrə oldıığunıı bildirir). Dağın zir-
vəsində gün- günortadır; Dərənin dibini
haqlayır axşam. M. Araz.
GÜN-GÜZƏRAN is. Güzəran, dolanacaq,
yaşayış.
GÜNHESABI zərf Zəhmət haqqı gün
hesabı ilə ödənilən; günəmuzd. Günhesabı
işləmək.
GÜNLƏMƏ “Günlomok”dən fis.
GÜNLƏMƏK/ Bütün günü güdmək, göz
qoymaq. ..Pası Gülsəııəmi günləyir, ona
Hatəmxanın evinin həndəvərindən belə bu-
lağa getməyə yol vermir. S. Rəhimov.
GÜNLÜ bax günəşli. Günlü hava.
GÜNLÜK is. 1 . Rəqəmlərdən sonra gələ-
rək işin neçə gündə görüləcəyini və ya gö-
rülə biləcəyini, yaxud şeyin neçə günə çata
biləcəyini və s. bildirir. İki günlük işim qalıb.
Üç günlük odun. - [Əvvəlinci kəndli:] Hə-
kim bir günlük yolda olur... Ə. Haqverdiyev.
2. Sif. mənasında. Hərgünkü. Onsuz da qə-
zetlərimizin günlük nömrələrində “Ay cama-
at, ayılınız /” - deyib də çağırmışıq. N.Nəri-
manov.
3. Bəzi baş geyimlərinin qabaq tərəfmə
- alnın üzərinə düşən hissəsinə tikilən ya-
rımdairəvi dəri, karton və s. parçası. Günlü-
yü əyilmiş boz şapkasının altından ağ saç-
ları görünən usta .. əlini Tahirə uzatdı.
M.Hüseyn. [Oğlanın] .. boynunda ala-bəzək
qalstuk, başında günlüyü uzun kepka var
idi. İ.Əfəndiyev.
4. Günəşdən, yağışdan qorunmaq üçün
əllə baş üstündə tutulan çətir; zont. Nayib-
lər əllərində günlük .. yolun kənarında dü-
zülüb səhərdən axşama kimi müntəzirdilər.
GÜNÜ
C.Məmmədquluzadə. [Oğlan:] Ana, nə qə-
dər yoruldum, oturmayaqmı? - deyə, əlin-
dəki günlüyə söykəndi. A.Şaiq.
5. Günəş düşən yer, günəş şüalarının
işıqlandırdığı yer. Günlükdə çadır qurmaq.
Günlükdə məhsul yaxşı bitir.
6. Bax gün 7-ci mənada. Günlüyü pis
keçmir.
GÜNLÜKLÜ sif. Günlüyü (3-cü mənada)
olan. [Şahmar] Qarakişiııin uzun günlüklü
boz şapkasını gördü, tez geri qayıtdı.
B.Bayramov.
GÜNORTA is. 1. Gündüz saat 12, günəşin
üfüq üzərində ən yüksək nöqtəyə çatdığı
vaxt. Günortadan sonra şəhərin bütün əha-
lisi cıdır düzünə tərəf axışmağa başladı.
Çəmənzəminli.
2. Həmin vaxta aid, günorta vaxtı gedən,
gələn, olan. Günorta qatarı. - [Mozalan-
bəy:] Sabah saat xoşdur, inşallah, günorta
maşını ilə yola düşərsiniz. Ə.Haqverdiyev.
[Tələbə:] Mən günorta azanını gözləyirdim.
S. Hüseyn. □ Günorta yeməyi (çörəyi)
- günorta vaxtı yeyilən yemək. [Musanın nə-
vəsi] bir gün günorta çörəyinə öz ayağı ilə
bizə təşrif buyurdu. Qantəmir. Bir dəfə gü-
norta çörəyindən sonra mən yerimin içində
uzanaraq kitab oxuyurdum. M. İbrahimov.
GÜNORTALIQ is. Başın orta hissəsi;
təpə. Yenə papağını giinortalığa qaldıran
faytonçu .. atları açıb yemləməyə başladı.
M.Hüseyn.
GÜNORTAÜSTÜ zərf Saat on iki radə lə-
lində; günorta. [Məşədi iman:] Sabah gü-
nortaüstü yoldaşlar gedirlər. Ə.Haqverdi-
yev. Günortaüstü poçtalyon Bahadura təcili
bir məktub gətirdi. S. Rəhman.
GÜNSÜZ bax günəşsiz. Günsüz hava.
Günsüz yer.
GÜNÜ is. 1. Köhnə məişətdə: birinci ar-
vadın üstünə alınan ikinci və ya üçüncü ar-
vad. Hacı evə günü gətirmək niyyətini Mü-
nəvvər xanımın qulağına elə doldurdu ki,
arvadın heç ruhu da incimədi. Mir Cəlal.
// Bu cür ailədəki arvadlardan hər biri. Gü-
niilərin davası. - [Nazlı:] Təzə arvad günü-
simdən hər gün ərinə bir söz deyir, əri də
yazıq arvada sitəm eləyirmiş. Çəmənzə-
minli. Cırmaqlama, didişmə olur, günülərin
314
GÜNÜQARA
birisi digərinin xınalı saçlarını çəngə-çəngə
yolurdu. S.Rəhimov.
2. məc. Düşmən, rəqib mənasında. Ancaq
o çox sadədir ; tərifi-zadı sevməz; Elə bil ki,
şöhrətlə; qaıılıbıçaq, günüdür. R.Rza.
0 Günü düşmək - birilə düşünüşmək,
düz gəlməmək, ziddinə getmək. ..Göyərçin
çox-çox ildi ki, Gülşənəm qızla günü düşüb-
dür. S.Rəhimov.
GÜNÜQARA bax qaragün. Gün sənin
əlindən günüqaradır. Q. Zakir. [Qəndab:]
Ancaq mən günüqara, uşaq olub evin kün-
cündə qalacağam. B. Bayramov.
GÜNÜQARALIQ is. Günüqara adamın
vəziyyəti; bədbəxtlik, qaragünlük.
GÜNÜLƏMƏ “Günüləmok”don fiis.
GÜNÜLƏMƏK f. Düşmən olmaq, xoşla-
mamaq, günü kimi baxmaq, yola getmə-
mək. Ayna Əbülfəzi güniilədiyi kimi, Əbül-
fəz də onu xoşlamırdı. Ə. Vəliyev.
GÜNÜLÜK is. 1 . Köhnə məişətdə: bir ki-
şinin iki və ya bir neçə arvadı arasındakı
münasibət. [Fərəc] iki ar\>ad almışdı ki, on-
lardan biri güniilüyə davam etməyib, ikinci
arvadı alandan sonra o dünyaya köçmüşdü.
Ə.Haqverdiyev.
2. Özünü günü kimi aparma; yola getmə-
mə. [Giilbadam] zəif naxoş arvada nəinki
günülük etməzdi, hətta bir az da hörmət
edərdi. N.Nərimanov.
3. Bax günü 1-ci mənada. Güniilüyü ilə
yola getməmək.
GÜNVURMA is. Günəş şüalarının təsi-
rindən beyin mərkəzinin zədələnməsi.
Giinvurmadan ölmək. Özünü günvurmadan
qorumaq.
GÜNYAŞAR sif. 1. zool. Ancaq bir gün
ömrü olan, bir gün yaşayan (cücü haqqında).
2. məc. Efemer.
GÜNYƏ is. Düzbucaqlı və ya şaquli xət-
lər çəkmək üçün üçbucaq formalı xətkeş.
GÜRCÜ is. Gürcüstanın əsas yerli əhali-
sini təşkil edən, iber-Qafqaz dillərindən bi-
rində danışan xalq və bu xalqa mənsub adam.
GÜRCÜCƏ sif. və zərf Gürcü dilində.
Giirciicə danışmaq.
GÜRDƏK is. məh. 1. Taxtadan, kağızdan
və ya başqa bir şeydən qayrılmış qapaq, tıxac.
GÜVƏC
2. Yaranın içinə qoyulan pambıq, ya bint
parçası; piltə, tampon.
GÜRRAH is. Dəstə ilə çox adamın səs-
küylə birlikdə və birdən-birə bir işə başla-
ması. // Qələbəlik, axın, bir şeyin qızğın
çağı. Sabah ertə alan çoxlu olur, ancaq ax-
şamüstü bazara ləngiyənlər, alıcının giirra-
hına düşməyənlər ucuz satırlar. S.Rəhimov.
□ Gürrah vurmaq (çəkmək) - səs-küylə,
qışqırıqla, birdən-birə bir işə başlamaq, ya-
xud yüyürüşmək, axışmaq, hücum etmək.
Uşaqlar gürrah çəkdilər.
GÜRŞAD is. İri giləli bərk yağış. Belə
giirşad yağmurlar üçün babalar deyiblər ki,
yağış yağar, varlının süsünü aparar, yoxsu-
lun hisini. M.Rzaquluzadə.
GÜRUH is. [fars.\ Qeyri-mütəşəkkil,
şüursuz, cahil adamlar yığmı, yaxud pis bir
niyyətlə birləşmiş adamlar dəstəsi. Bəzən
yaxşını pisdən, qaranı ağdan seçə bilməyən
gürulıun nə qədər dəhşətli olduğunu Tərlan
çox gözəl bilirdi. M. Hüseyn. // klas. Ümu-
miyyətlə, dəstə.
GÜRZ is. 1. Müxtəlif işlərdə işlədilən
çox ağır, iri çəkic. Qollarını çırmayıb, gürz
endirir zindana. Ə. Cəmil.
2. Qədimdə: başı dəmir və ya daşdan olan
toppuz; silah kimi işlədilən, baş tərəfi enli,
ağır dəyənək. Dəmirçioğlu getdi, qılınc, qal-
xan, cida, gürz götürdü, Koroğlunun yanına
qayıtdı. “Koroğlu”.
GÜRZƏ 1 is. Daşlıq, qayalıq, kolluq yer-
lərdə yaşayan boz rəngli, arxasında əyri
parlaq zolaqlar olan zəhərli ilan.
GÜRZƏ 2 is. Nazik yayılıb doğranmış xə-
mir parçalarının içinə döyülmüş ət qoyulub
bükülərək bişirilən xörək; girs.
GÜŞBƏRƏbax düşbərə. ..Gəldi evə, ar-
vad giişbərə bişirmişdi, bir neçə boşqab ye-
yib istədi yatsın, yuxusu gəlmədi. Ə.Haq-
verdiyev.
GÜVƏ is. zool. Yun şeylərə, taxıla və s.
bitkilərə zərər vuran bir böcək cinsi. Güvə
dəymək (düşmək). - Kiçik və ipək xalçalar
bükülüb güvə dəyməmək üçün tütünə qoyul-
muşdu. M.S. Ordubadi.
GÜVƏC is. Gildən qayrılan (bəzən içində
xörək bişirilən) boğazı dar qab. Giivəcdə
qatıq qoymaq. - Adımı giivəc qoy, amma
315
GÜVƏQIRAN
ocaq üstə qoyma. (Ata. sözü). An’ad sevin-
cindən öziinii itirdi və əlindəki giivəci salıb
sındırdı. Q. ilkin.
0 Güvəc yumbalanıb qapağını tapar
- hər kəs axırda öz tayı ilə rastlaşar, öz ta-
yını tapar.
GÜVƏQIRAN is. dan. Naftalin.
GÜVƏNC is. Arxalanmalı, etibar olun-
malı, güvəniləsi adam və ya şey.
GÜVƏNMƏ “Güvənmək” dən fis.
GÜVƏNMƏK f. 1 . Arxalanmaq, bel bağla-
maq. Atasına güvənmək. - Sənə güvəndiyim
dağlar, sənə də qar yağarmış. (Ata. sözü).
Ellərə güvənib yazsa sənətkar ; İllıanı xəzi-
nəsi tükənməz olar. S. Vurğun.
2. Lovğalanmaq, öyünmək, qürrələnmək,
boş yerə fəxr etmək. [Bayram:] ..Sonra qız-
lar içində güvənəcəksən ki, gııva sənin də
ərin var? M.F.Axundzadə. İncə xanım çox
güvənir özündəki gözəlliyə. S.Vurğun.
GÜYƏMƏ is. bot. Qısa saplaqları, uzun-
sov yarpaqları olan kol sarmaşığı.
GÜYÜM is. Su daşımaq və ya saxlamaq
üçün boğazı uzun, iri qulplu, mis qab; mis
səhəng. O biri uşaqlar məktəbə həftədə iki
güyüm su versəydilər, Ağabala beş-cıltı gii-
yüm verərdi. Çəmənzəminli. [Ruqiyyə] əl
və üzünü yumuş, qızılgül kimi təzə və tər, su
güyünıü çiynində gəldi. A.Divanbəyoğlu.
GÜZ is. köhn. 1. Payız. Güz almasıtək al
yanaqlum... “Dədə Qorqud”.
2. məli. İki əkin sahəsi arasında sərhəd;
şumlanıb qalan yer.
GÜZAR, GÜZƏR is. [fars .] klas. Yol, ke-
çid, keçmə. Gecə-gündüz duam budur Tanrı-
ma; Nola səni sala bir güzarıma. M.P. Vaqif.
□ Güzar etmək klas. - keçmək, getmək.
Ol güli-xəndanı görmək mümkün olsaydı
mənə; Səntək, ey bülbül, giilüstanə güzar et-
məzmidim? Füzuli. O gündən ki göz önün-
dən gedibsən; Etməmişəm gülüstana güzar
mən. Q. Zakir. Qış günü bərk çovğun idi bir
səhər; Cütçü baba yoldan edirdi güzər.
A. Səhhət. Güzarı düşmək - yolu düşmək.
Müşk adında bir pəhləvan yolla gedəndə
güzarı düşür qalaçaya. (Nağıl). Sevdiciyim,
haııı gözəllər xanı? Güzarımız sizin otağa
düşdü. A.Ələsgər.
GÜZƏRANLIQ
GÜZARİŞ is. [fars.] klas. 1. Fladisə, vaqiə,
əhvalat. [Divanbəyi:] Zahirən görünür ki.
Bayram müqəssir deyil, əgərçi giizariş onun
təqsirinə çox dəlalət edirdi. M.F.Axundzadə.
2. Göstəriş, əmr. Giizariş vermək.
GÜZDƏK is. Payızda göyərən ot, payız
otu. Qoyunlar payızın güzdək otundan ağız-
dolusu götürüb xoşallanırdılar. S.Rəhimov.
Nəmişlik olduğundan güzdək dizə çıxırdı.
Ə.Vəliyev. // Payız otlağı. Qaraca çoban
dəstəsilə gəlib giizdəyə çatanda, ona söylədi-
lər ki, anası, bacıları gəlib qardaşlarının me-
yitlərini obaya aparmışlar. M.Rzaquluzadə.
GÜZDƏKLƏŞMƏ "Güzdəkləşmək”dən
fis.
GÜZDƏKLƏŞMƏK f. Payızda ot gö-
yərmək.
GÜZƏM is. Yayın ikinci yarısında qırxı-
lan qoyun yunu. // Quzu yunu. Nəcəfalının
əynində giizəmdən toxunmuş şalvardan, çit
köynəkdən başqa heç nə yox idi. B. Bay-
ramov.
GÜZƏRAN is. [fars.] Dolanacaq, dirilik,
yaşayış, həyat. Məktəbdə Səlimin güzəranı
çox da gözəl keçməyirdi. İ.Musabəyov.
[Nəbi:] Nədir bu güzəran, nədir bu həyat?
Xalqa divan tutur bir yığın cəllad! S. Rüstəm.
□ Güzəran etmək - dolanmaq, yaşamaq,
keçinmək. Kəndin camaatı hamısı maldar-
lıqla güzəran edir. Ə.Flaqverdiyev. Bu kən-
din əhli əkinçilik və çarvadarlıqla güzəran
edərdi. S.S. Axundov.
GÜZƏRANLI sif. 1. Bu və ya başqa cür
güzəran keçirən, dolanacağı, həyatı olan. Pis
güzəranlı. Yaxşı giizəranlı. Xoş giizəranlı.
2. Fləyatı yaxşı keçən, firavan yaşayan.
Bulağın hər iki tərəfinin lap güzəranlısı (is.)
belə ancaq qonaq olan zaman ağ dəmir çıraq
yandırardı. S.Rəhimov. // Güzəranı, həyatı
yaxşı olan, varlı; yaşayışında çətinlik çək-
məyən. Giizəranlı adam.
GÜZƏRANLIQ is. 1. Yaşayış, keçinəcək,
dolanacaq. [Hacı Nuru şair:] ..Hər kəsin öz
sənəti özünə iksirdir və xoş güzəranlığına
baisdir. M.F.Axundzadə.
2. Yaşayış üçün lazım olan maddi nemət-
lər. Çəkirsə onlar gecə-gündüz nigaranlıq
bizə nə! Tapmayır ac-yalavaclar güzəranlıq,
316
GÜZƏRANSIZ
GÜZGÜLÜ
bizə nə! M. Ə. Sabir. O gün olaydı nə mənzil
dərdi qalaydı; nə güzəranlıq dərdi. R.Rza.
GÜZƏRANSIZ sif. Güzəranı yaxşı olma-
yan, dolanacağı pis olan, həyatı ağır keçən.
GÜZƏRGAH, GÜZƏRGƏH is. [fars.]
klas. Keçilən yer, keçid, yol. Gəzmə, ey
könlüm quşu, qafil fəzayi-eşqdə; Kim, bu
səhranın giizərgəhlərdə çox səyyadı var.
Füzuli. Amansız, qansız ovçuydu, güzərgah-
larda tor qurdu; Dağılmış aşivan qoydu,
əlində ox-kaman keçdi. Şəhriyar. // Gəzinti
yeri, gəzmək üçün yer. Professor Kəngərli
gün batıb sadaq qalxana qədər sahil güzər-
gahında tənha gəzdi. B.Bayramov.
GÜZƏŞT is. [fars.] Başqasının xeyrinə
olaraq bir şeydən və ya öz fikrindən əl çək-
məyə razılaşma, əl çəkmə. // Alış-verişdə
qiyməti aşağı salma. // Bağışlama, keçmə
(borc, günah haqqında).
0 Güzəşt etmək (eləmək) - 1) b ax gü-
zəştə getmək 1-ci mənada. [Nərgiz:] Mən
səadəti öz doğma bacıma güzəşt eləyə bil-
mədim.. B.Bayramov; 2) alış-verişdə qiy-
məti aşağı salmaq. [Konduktor] uzaqdan
gələn yolçulara, görünür, güzəşt edirdi. Qan-
təmir; 3) köhn. keçmək, ötmək. Altmışı sin-
nim eləyibdir güzəşt. Ə.Nəzmi; 4) bağışla-
maq, təqsirindən keçmək. Uşağa güzəşt et-
mək. - [Nazir:] Fəqət mən bu dəfəlik sizə
güzəşt edirəm. S.Hüseyn. Güzəştə getmək
- 1) başqasının xeyrinə bir şeydən əl çək-
mək. Rəşid atasının kövrəldiyini və danı-
şarkən səsinin titrədiyini hiss edib, istər-is-
təməz güzəştə getdi.. M.Hüseyn; 2) bax
güzəşt etmək 2 və 3-cü mənalarda. Qiy-
mətdə güzəştə getmək.
GÜZƏŞTLİ sif. Güzəşt ilə olan, güzəşt ilə
satılan, nisbətən ucuz. Güzəştli mövsümi bi-
let. - Yanvarın 1-dəıı etibarən şəhərlər ar ası
telefon danışıqları üçün yeni güzəştli qiy-
mətlər müəyyən edilir.
GÜZGÜ is. 1 . Qarşısındakı şeylərin şəkil-
lərini əks etdirən, xüsusi surətdə pardaq-
lanmış şüşə lövhə; ayna. Bədənnüma güzgü.
Cib güzgüsü. - Bir güzgüyə gər açıb gözü-
nü; Güzgüdə görəydi öz-özünü. Füzuli.
[Məşədi İbad] güzgüyə baxıb ora-burasını
düzəldir. Ü.Hacıbəyov.
2. məc. Flər hansı hadisəni, prosesi özün-
də əks etdirən şey. Folklor xalqın həyatının
güzgüsüdür. - §airiıı şeri yaşadığı xalqın
simasını göstərən bir güzgü olmalıdır.
M. S. Ordubadi. Mən səni gördükcə gözlərim
yaııır; Sən ey gəncliyimin güzgüsü, bahar!
S.Vurğun.
0 Güzgü kimi - aydın, parlaq, açıq, aş-
kar, ləkəsiz, şəffaf, ayna kimi. Vaqifəm,
yoxdur mənə cahi-zənəxdandan nicat; Gös-
tərir əhvalımı aydın üzün güzgü kimi.
M. P. Vaqif.
GÜZGÜÇÜ is. Güzgü qayıran usta.
GÜZGÜLÜ sif. Güzgüsü olan, üzərinə
güzgü keçirilmiş, güzgü salınmış; aynalı.
Güzgülü şifoner. - [Züleyxa] güzgülü şkaf-
dan ipək pijamasını götürüb geydi.. M. İbra-
himov.
317
н
Нһ
Н Azərbaycan əlifbasının on birinci hərfi,
bax he.
HA 1 Nida kimi aşağıdakı mənalarda işlənir:
a) saqındırma, xəbərdarlıq və ya əmr,
tapşırıq bildirir, habelə diqqəti cəlb etmək
üçün işlədilir. Ona bir söz demə ha! Özünü
gözlə ha! Ora getmə ha! - [Minnət xanım:]
Ancaq mən olduğumu demə ha! Ü.Hacıbə-
yov. [Turac:] Ey, düz-əməlli danış ha!
I. Əfəndiyev. Kəblə Abbasəü naqanı tuşladı :
- Al gəlsin, vurdum ha! Mir Cəlal.
b) təkid, vaciblik, lazımlıq bildirir. Bizə
gələrsən ha! Xahişimi unutma ha! - [Ana:]
Qızlar, mənim bu balamdan muğayat olun
ha! (Nağıl).
c) heyranlıq, valehlik bildirir. Gözəldir ha!
ç) intonasiyadan asılı olaraq, bəzən sözə,
cümləyə istehza, rişxəndlik çalan verir. Amma
yazmısan ha. Ay tutdun ha. - [Hatəııı:] Budu
ha!.. [Düşmən] gəlib çıxıb ey.. Ə.Əbülhəsən.
d) təkrar bildirir - nə qədər. Ha deyirəm,
təsir etnıir. - Hər bir qəzeti əlimizə alsaq, gö-
rəcəyik ki, elə haman sözlərdir ki, ha eşidirik.
C. Məmmədquluzadə.
HA 2 Ziddiyyət bildirən ədat - ki. Nə olsun,
adımız olubdur qoçaq ; Ceyran ha deyilik ov-
çudan qaçaq. H.K.Sanılı.
HA 3 əvəz. 1 . Qeyri-müəyyən zaman və ya
yer bildirir; hansı. Məşədi Əsgər dinməz-
söyləməz qapıdan çıxıb yola düşdü. Ha tə-
rəfə getnıək lazım olduğunu özü də bilmirdi.
S.M.Qənizadə. Ha zamaııdansa Məsmə eşit-
mişdi ki, dərmanların yaxşısı ələfiyyatdır.
Mir Cəlal.
2. Bir şeyin davamlılığını bildirir; nə qə-
dər. Keçəl ha ağladı ki, qovunu ver, lotubaşı
vermədi. “Aşıq Qərib”. ..Ənvər ha fikirləşdi,
Ayaza layiq və münasib bir cavab tapmadı.
Mir Cəlal.
ha-ha, ha-ha-ha nida. Qəhqəhə, gülüş
bildirmək üçün səs təqlidi söz kimi işlənir.
[Mübaşir Məmməd Musa kişiyə:] ..Yoxsa
bir gözləmən var, ay lotu! Ha-ha-ha! Yəqin
gözləmən var. M. İbrahimov.
HAÇA
HABELƏ zərf Bunun kimi, bu cür, belə;
həmçinin. İrəvanda iyirnıi min müsəlman
uşağı var, bunların bir-iki yüzü ancaq dərsə
gedir. Bakı, Tiflis, Naxçıvan, Şamaxı və qeyri
şəhərlər də habelə. C.Məmmədquluzadə.
Yağı, pendiri dəyər-dəyməzinə, cürbəcür ar-
şın malına, sabuna, güzgüyə, saqqıza... və ha-
belə şeylərə dəyişərlər... Ə.Haqverdiyev.
HACƏT is. [ər.] 1. Ehtiyac, lüzum. Bu
qədər söhbətə nə hacət. Təfərrüata hacət yox-
dur. - Yox, yazmaram! Amma hələ qoy yazını;
Hacət olsa, bundan belə yazmaram. M.Ə. Sa-
bir. Üzün gördü şeyda könül məst oldu; Nə
hacət ki, həşr olunca ayinə. M.V. Vidadi.
2. dan. Alət, karastı; silah.
HACI is. [ər.] din. Məkkəni ziyarət etmiş
müsəlmanlara verilən ad. Hacısan, məşhə-
disən, sahibimizsən, ağasan; İstəyirsən həmi
qırxıb bizi, həm də sağasan? Ə.Nəzmi.
0 Hacılar yolu -bax kəhkəşan. Hacılar
yolunda böyük bir ulduz; Uzaq üfüqlərə sayə
salmışdı. S. Vurğun.
HACIBƏRİBAX, HACIMƏN ƏBAX is.
köhn. Qadın paltarı tikilən bahalı əlvan bir
parçanın xalq diliııdə adı. [Minayə] bir neçə
il əvvəl hacıbəribax deyilib arvadlar arasında
çox modda olan, əlvan parçadan geydiyi qır-
çınlı uzun tumanda .. çox yaraşıqlı görünürdü.
Ə.Əbülhəsən.
HACIYATMAZ İs. Aşağı tərəfi ağır ol-
duğu üçün həmişə dik duran uşaq oyunca-
ğının adı: gəlincik.
HACILEYLƏK 1 . B ax leylək. Bahar çağı
hacıleyləklər; Qaranquşlar gələrmiş. R.Rza.
2. zar. Uzundraz, boyu həddindən artıq
uzun adam haqqında. [Səkinə Rüstəmə:] Yu-
xuma qara-qura gətirən sənin bu uçulmuş
dayaqlarındır, bu hacıleylək Yarməmməd,
bu goreşən, saman altdan su yeridən yastı
Salmandır. M.İbrahimov.
HAÇA is. və sif. Ağacın bucaq şəklində
ayrılmış gövdəsi və ya budağı, habelə ha-
çalanmanm başlandığı yer. Alçaq əncir ağa-
cının əyri haçasında oturan iki nəfər qara,
yanıq oğlan uşağı bir-birinə püstə qabığı
atırdı. Mir Cəlal. Tut ağacının balkona enmiş
haça budağı arasından sayrışan ulduzlar
görünürdü. I.Hüseynov. // Ümumiyyətlə,
haça şəklində olan. Dağın haça zirvəsi.
318
HAÇABAŞ(LI)
HADİSƏ
- Giziroğlu Mustafa bəyin bir şeşpəri var
idi ucu haça. “Koroğlu”. Sinə dümağ, quy-
ruq haça; Bir quş qondu bir ağaca. M. Dil-
bazi. // məc. Üstüörtülü, ikibaşlı. Ataş [Mir-
zənin suallarmdakı] haça mənanın fərqinə
varmadan cavab verdi. Ə.Vəliyev.
HAÇABAŞ(LI) sif Başı haça şəklində olan.
Haçabaş dağ. Haçabaş dəyənək. - Əllərində
haçabaşlı, uzun çomaq tutmuş uşaqlar sağını
yerindən xeyli aşağıda duran qoyun sürüsünə
doğru yüyürdülər, bir dəstə sağmal qoyun
ayırıb yuxarı sürdülər. M. Hüseyn.
HAÇABUYNUZ(LU) sif. Buynuzu haça
şəklində olan. Haçabuynuz qoç. Hcıçabuy-
ııuz buğa.
HAÇADIRNAQ(LI) sif. Dırnağı haça olan,
qoşadımaq (inək, qoyun və s. heyvanlar haq-
qında). Yanında balası o haçadırnaq; Əlvan
çiçəkləri ipçin yolardı; Məmələri dadlı südlə
dolardı. H.K.Sanılı.
HAÇADİL(Lİ) sif. Dili haça şəklində olan,
dilinin ucu yarıq olan (ilan, kərtənkələ, qur-
bağa və s. haqqında). Qədimdən bizim eldə
sınanmış bir məsəl var; “Ulduz görməsə öl-
məz haçadilli ilanlar”. R.Rza.
HAÇAQ bax havaxt. Haçaq yola düşür-
sən? Qatar haçaq gəlir? - Əlimdən bıçaq
düşdü; Bilmədim haçaq düşdü; Viran qalsın
qəriblik; Yar məndən qaçaq düşdü. (Bayatı).
HAÇAQUYRUQ is. bot. Çoxillik sünbüllü
ot. b ax kornet.
HAÇAQUYRUQ(LU) sif Quyruğu haça
şəklində olan. Nə üçtelli durna, nə də; haça-
quyruq qaranquşam; Bütün qışı cikkildəyib;
Yem axtaran lıansı quşam? M.Dilbazi.
HAÇALAMA “Haçalamaq”dan (is.
H AÇ AL AMAQ/ Haça kimi iki yerə ayır-
maq. ..Sözünii qurtarıb yenə saqqalını haça-
ladı. S.M.Qənizadə.
HAÇALANMAQ 1. məch. İki yerə ayrıl-
maq, bucaq şəklində iki istiqamətdə uzan-
maq (yol, çay və s. haqqında). Kəndə ça-
tanda yol haçalandı.
2. t-siz. Haça şəklində olmaq, iki tərəfə
ayrılmaq, haça əmələ gətirmək. [Rza:] Qa-
yanın haçalandığı və ağaclarla örtüldüyü
xəlvət guşəyə sığındım, Ulduz gəldi. M. İbra-
himov.
HAÇALAŞMA "Haçalaşmaq’’dan/w.
HAÇALAŞMAQ bax haçalanmaq. Şid-
dətli küləklərin nəticəsində qayalar get-gedə
sivriləşir, haçalaşırdı. S.Vəliyev. Yol haça-
laşanda Muxtar əlini sağ tərəfə tuşlayıb Şa-
hinə göstəriş verdi.. B. Bayramov.
HAÇALI sif. Haça şəklində olan, haçası
olan. Haçalı yol. - [Uşaq] qarşıdakı zirvəsi
haçalı qayalar başında qara qanadlarını açıb
yüksəlmək istəyər .. buludu görərkən cəld nə-
nəsinin qolundan tutdu.. Ə.Məmmədxanlı.
Mövzularım tükənəndə darıxır masam; Onun
dərdi yüz haçalı, onun dərdi min!.. M.Araz.
HAÇAN “Haçaq”ın deyiliş forması. [Rza
bəy:] Söylə görüm, toy haçandır? Ü.Hacı-
bəyov. Nur zülm ətsiz haçan oldu? Zülmətdən
nur içən oldu! M.Araz.
HAÇANDAN-HAÇANA zərf Nəhayət,
axırda, çox vaxt keçəndən sonra. Haçandan-
haçana gəlib çıxdı. - [Gülnaz] haçandan-
haçana xatırladı ki, bu gəncə parkda iki-üç
dəfə rast gəlmişdir. İlkin. Həsrət haçandan-
haçcına gözlərini kağızdan ayırıb dilləndi.
B. Bayramov.
HAÇASAQQAL(LI) sif. Saqqalı haça şək-
lində olan. Haçasaqqal qoca. - Haçasaqqal
bir kişi üçüncü zəngi çalan kimi salondakı
neft lampalarının işığını azaltdı, zal qaran-
lıqlaşdı. S. Rəhman.
HADİSƏ is. [ər.] 1. İctimai və ya şəxsi
həyatda vaqe olan, baş verən hal; əhvalat,
vaqiə, vəqə. Bütün bu hadisələr yanaşı otu-
ran adamların təsəvvürlərində canlanır..
S.Rəhimov. Kənddə olmuş hər bir hadi-
sənin, salınan hər bağııı, əkilən hər ağacın,
tikilən hər evin tarixçəsini [Xoşqədəm nə-
nədən] soruşardılar. S.M.Qədirzadə.
2. Həyatın adi qaydasını, normal gedişini
pozan iş, qəziyyə. Beynəlxalq hadisə. - Bu
altı ilin içərisində bir çox hadisələr baş ver-
mişdi. S. Hüseyn. [İdris] dərhal polk koman-
diri qarşısında hərbi salama durub, hadisə
haqqında qısa raport verdi. Ə.Məmmədxanlı.
3. Əhvalat, vaqiə, macəra. Başınıa belə bir
hadisə gəlib. - Danabaşlar kəndinin xarakter
hadisə və tipləri seçilmiş, ümumiləşdirilmiş-
dir. M. İbrahimov. Mehman .. maraqlı ha-
disələr söylət; gülməli nağıllar danışar, ötüb-
keçənlərdən söhbət salar, kənddəki bəzi
319
НАҒ
arvadların qoçaqlığından ürəkdolusu deyər-
di. Ə. Vəliyev.
HAF is. zool. Gecələr çox iti uçan, işığa
gələn uzunxortumlu kəpənək.
0 Haf kimi - gözlənilmədən, cəld, özünü
birdən çarparaq. Qasid gəldi haf kimi; İn-
cəlmişdi sap kimi; Gözlə, yarın qəlbini; Qırma
çini qab kimi. (Bayatı).
FIAİL 1 is. [ər.] köhıı. 1. Dəyişmiş, dəyişil-
miş, dəyişdirilmiş.
2. Maneə.
3. Çəpər, hasar.
4. məc. Əngəl.
FIAİL 2 sif. [ər.] köhn. 1. Qorxunc.
2. Azman, nəhəng.
HAİZ sif. [ər.] köhn. 1. Sahib, yiyə.
2. Əhatə edən.
HAFİZ is. [ər.] kölııı. 1. Qoruyan, sax-
layan, mühafizə edən.
2. Quranı əzbər bilən adam.
HAFİZƏ is. [ər.] Bir şeyi zehnində, ya-
dında saxlama və yenidən təsəvvüründə
canlandırma qabiliyyəti; yaddaş. [Yusif:] O
günlər hamısı bir-bir ıııənim hafizəmdədir.
S. Rəhman. [Qədirin] çox qəribə hafizəsi var
idi. Ə. Sadıq.
HAFİZƏLİ sif. Yaxşı hafizəsi, yaddaşı
olan; yaddaşlı. Salmanın verdiyi məlumat-
lardan Maya onun gözəl lıafizəli və avıq fi-
kirli adam olduğunu göriirdii. M. İbrahimov.
HAFİZƏSİZ sif. Hafizəsi, yaddaşı olma-
yan və ya zəif olan; yaddaşsız, unutqan, huş-
suz. Hafızəsiz qoca.
HAFİZƏSİZLİK is. Hafizəsi, yaddaşı
olmayan və ya zəif olan adamın halı; yad-
daşsızlıq, unutqanlıq, huşsuzluq. [Cinayə-
tov:] Bay sənin... - deyə donquldandı. Öz
hafızəsizliyini söydü. Mir Cəlal.
HAKƏZA zərf [ər.] köhn. Beləcə, bu su-
rətdə.
HAKİM is. [ər.] 1. hüq. Məhkəmə orqan-
larında baxılan iş haqqında hökm və ya qə-
rar çıxaran vəzifəli şəxs. Xalq hakimi. - Elə
bil Zeynal çox xətrini istədiyi bir adamın yox,
hakimin suallarına cavab verirdi. B. Bayra-
mov.
2. idm. Oyunda, yarışda hakimlik edən
şəxs. Futbol hakimi. Hakimin qərarı. Bey-
nəlxalq dərəcəli hakim. - Hakimlər əllərin-
HAQQ
dəki [saniyəölçənləri] hazır tutub, diqqətlə
gözləyirdilər. H.Seyidbəyli.
3. tar. Bir ölkənin başında duran, onu
idarə edən şəxs (padşah, hökmdar, xan və
s.). Gəncənin hakimi, Qızıl Arslandan aldığı
məktubu böyük şair Nizamiyə göstərib dedi. .
M.S. Ordubadi. Şahlıq səltənətindən şah Təh-
masib qovuldu; Səlim oğlu Süleyman Bağ-
dada hakim oldu. B.Vahabzadə. // Sif. məna-
sında. Hakim təbəqələrə mənsub olan, ha-
kimiyyət başında duran, hökmranlıq edən,
ağalıq edən. Hakim siniflər. - Hakim təbə-
qələr pul və dövlət gücünə harınlıq edərək
nə qədər ismətli və həyalı ailələri dağıtmış-
lar. M.İbrahimov.
0 Hakim kəsilmək - hakim olmaq, təsiri
altına almaq. Mahnı onların bütün varlığına
hakim kəsildi. Ə.Məmmədxanlı. Mənim öz
könlümdə doğulan eşqim ; Hakim kəsilibdir
könlümə indi. B.Vahabzadə. Hakim olmaq -
əlinə keçirmək, özününkü etmək, özünə tabe
etmək. Hakim olduq, nəhayət; Yerə, göyə,
dənizə. M.Müşfıq. // Məc. mənada. Bu ax-
şam Zərəngiz Zakirin ürəyinə də hakim oldu.
H.Seyidbəyli.
HAKİMİYYƏT is. İdarə etmək hüququ,
siyasi hökmranlıq. Hakimiyyətin ilk illəri.
Hakimiyyəti ələ keçirmə. Hakimiyyət başına
gəlmək. - [Abbas:] Mən də buna qarşı üsyan
elədim, ey Afşiıı, çünki gördüm ki, hakimiy-
yətin məhvəri türk qoşun başçılarından Aş-
nasın əlindədir.. Ə.Məmmədxanlı. //Dövlət
orqanlarının hüquq və səlahiyyətləri.
2. Dövlət idarə orqanları, hökumət.
HAKİMLİK is. 1 . B a x hakimiyyət.
2. idm. Hakimin (2-ci mənada) öz vəzi-
fəsini ifa etməsi. O, dəfələrlə beynəlxalq ya-
rışların hakimliyində iştirak etmişdir.
HAQQ' [ər.] 1. sif. Doğru, düz, düzgün,
həqiqi. Haqq iş. - Nahaq söz od vurar qəlbə,
fəqət haqq söz keçər daşdan. S. Vurğun. Bu
haqdır, ağladıqca; Kişi qeyrətsiz olur. B.Va-
habzadə. // is. Ədalət, doğruluq, düzgünlük,
düzlük, insaf, insafı tərk edib, haqqı unutdu;
O səni yumruğa, qapaza tutdu. S. Vurğun.
2. is. Hüquq, ixtiyar. Nə üçün kişilərin is-
tədikləri zaman arvadlarını çıxarıb qovmağa
haqqı olur, arvadların öz ərlərindən boşan-
maq, başqa ərə getməyə haqqı olmayır?
S. Hüseyn.
320
HAQQ
HAQQ-SAY
3. is. Gördüyü işin müqabilində birinə
verilməli olan pul, muzd və s. Bir müddət iş-
lədikdən sonra bəy [Nəbinin] haqqım kəsir.
“Qaçaq Nəbi’’. Münsif malı böləndən sonra
haqqını alıb getdi. (Nağıl). // Üzvü olduğu
bir təşkilata və ya bir şeydən istifadə üçün
verilməli olan pul, məbləğ. Üzvlük haqqı.
Kirayə haqqı. - Ev sahibi ilə görüşdüm,
salamatlaşdım, mənzil haqqını artıqlığıııca
verdim və çıxdım küçəyə. C. Məmmədqu-
luzadə.
4. Nisbət şəkilçiləri ilə: barədə (barə-
sində), xüsusda (xüsusunda) və i. a. Ailəsi
haqqında fikirləşmək. - [Firidun Südabəyə:]
Açıq deyim ki, sizin haqqınızda qəti bir qə-
rara gələ bilmirəm. M. İbrahimov.
5. is. İxtiyar, hüquq, əsas. Bu işə qarış-
mağa onun haqqı yoxdur. - Əvəzin oğlundan
böyük şey ummağa haqqı var idi. Ə. Vəliyev.
Aynanın təəccüb etməyə də haqqı var idi.
İ.Əfəndiyev.
0 Haqq oldu - əcəb oldu, yerində oldu,
yaxşı oldu. Dərdli Kərəm deyər. - Necə olur
halım; Sənə lap haqq oldu, ay qanlı zalım.
“Əsli və Kərəm”. Haqq vermək - 1) təs-
diq etmək, doğru saymaq, düzgün, haqlı
hesab etmək. [Bəhram:] Ah, Fitnə, sözünə
indi verdim haqq; Neyləyim ki, səni qurutdu
torpaq... A.Şaiq; 2) haqlı olduğunu təsdiq
etmək. Şükür indi Giiləliyə haqq verirdi.
S. Hüseyn. Haqqına yetmək (çatmaq) - cə-
zasını almaq, cəzasına çatmaq. Haqq yo-
lunda didərgini; Haqqına yetir, ay Allah!
M.Araz.
HAQQ 2 is. [ar.] 1. Allah, Tanrı. Tək-tək ayı-
lan varsa da, haqq dadıma çatsın; Mən salim
olum, cümlə cahan batsa da, batsın. M.Ə. Sa-
bir. [Qurban:] Nə deyim, haqqın kərəminə
şükür. Ə.Haqverdiyev.
2. Haqqı şəklində - and olsun, and içi-
rəm. [Nənəxanım:] Ay kişi, atanın goru haqqı
heç zadım yoxdur. Nəyim var ki, ay başıdaş-
lının oğlu? Çəmənzəminli. [Leylək Ələm-
dar:] Qurani-mürsəl haqqı, mənim bu dükanı
dağılan kişinin boğulmağına əsla .. gümanını
gəlməz. S. Rəhimov.
HAQQ-ƏDALƏT is. [ər. ] Ədalət, insaf.
Səninləyəm, haqq-ədalət, səninləyəm; Milli
qürur, milli qeyrət, səninləyəm ! M.Araz.
HAQQ-HESAB is. [ər.] 1. Hər hansı he-
sablamanın nəticəsi; hesablama, hesab. Hamı
işdən çəkilib çıxdığı halda, mühasib çıxmaq
istəmir və əlindəki haqq-hesabı başa çat-
dırmağa çalışırdı. S. Rəhimov. Zülfüqar çox
tutqun idi. Haqq-hesab düz gəlmədiyi üçün
hirslənir, dodağını gəmirirdi. B. Bayramov.
2. Hesabat. ..Katib haqq-hesab məruzə-
sində Giilyanağın adını çəkdi, onu .. tərif-
lədi. Ə.Vəliyev. [Muxtar Şahinə:] Durub bil-
sənə də haqq-hesab verim? B. Bayramov.
3. Say-hesab. Professorun Mehman haq-
qında olan tərifləri haqq-hesaba gəlməz oldu.
S. Rəhimov.
0 Haqq-hesab çəkmək - 1 ) hesabat tələb
etmək; 2) hesablamaq, hesab etmək, saymaq.
[Məzahir Qönçəyə:] Dünən də bir abbasımı
kəsmisən, hcıqq-hesabı düz çək, sonrası yaxşı
olmaz. B. Bayramov; 3) məc. qisas almaq, öc
almaq, hesablaşmaq. O bizimlə haqq-hesab
çəkir. - [Koroğlu:] Çək atları, yəhərlə, ge-
dib, Həsən xanla haqq-hesabımızı çəkək.
“Koroğlu”. Haqq-hesabı çürütmək (üz-
mək) - 1) aralarında olan məsələni qəti həll
edib qurtarmaq. [Cahandar ağa] Molla Sa-
dıqla birdəfəlik haqq-lıesabı çürütmək istə-
yirdi. I.Şıxlı; 2) məc. əvəz çıxmaq, intiqam
almaq, öc almaq, hesablaşmaq. [Ağagül Nə-
cəf bəyə:] Təəssüf ki, səninlə haqq-hesabı
çürütməyə vaxt qalmadı, dayı! Ə.Məmməd-
xanlı. Haqq-hesabını vermək - işdən qov-
maq, çıxarmaq. [Yaşlı kişi:] Əgər həmin qul-
luqçu ikinci dəfə də belə bir unutqanlıq etsə
idi, [tacir] haqq-hesabını verməklə “ xoş gəl-
din ” - deyib qovardı. S. Hüseyn.
HAQQ-NAHAQ zərf [ər. həqq və fars, na]
Haqlı olub-olmadığından asılı olmayaraq;
istər haqlı olsun, istər haqsız. [Zeynəb] hər
hansı bir məsələ olursa olsun, haqq-nahaq
yoldaşlarının tərəfin saxlardı. Qantəmir.
// Yerli-yersiz. Haqq-nahaq danışmaq. -
[Yaşlı kişi:] [Şirinnaz] .. haqq-nahaq qəhqəhə
çəkib gülür, məni də güldürürdü. S. Hüseyn.
HAQQ-SAY is. [ər.] Zəhmət, əmək. Bu
mədəndə saç ağartmış ustanın, düzü; Otuz
illik haqqı-sayı, əməyi vardı. Ə.Cəmil. // Çə-
kilən zəhmət, edilən yaxşılıq. Valideynlərin
lıaqq-sayı. -Ey qəm, yolun uğurlu, fəqət haqq-
sav qalır; Boşdur yerin ürəkdə, yaxın mehri-
ban kimi. Şəhriyar.
321
HAQLAMA
0 Haqq-say itirmək - edilən yaxşılığı
itirmək, nankorluq etmək.
HAQLAMA “Haqlamaq”dan f.is.
HAQLAMAQ/ Yüyürüb çatmaq, dalınca
qaçıb yaxalamaq, başının üstünü almaq.
Bazarçaydan gələn dəstə banditləri haqla-
mışdı. Ə.Vəliyev. Elə bu anda ağacdan bir
başqasının da atılıb qaçmaq istədiyini və
“Qoçağ’ın onu haqladığını gördüm. M.Rza-
quluzadə. // məc. Çatmaq, yetmək, yetişmək.
[Məmmədbağır] evlənərkən yaşı qırxı haq-
lamışdı. S. Hüseyn.
HAQLAŞMA “Haqlaşmaq”dan f.is.
HAQLAŞMAQ f. Hesablaşmaq, haqq-
hesabı çürütmək, haqq-hesab çəkib üzülüş-
mək.
HAQLI sif. Düz deyən, düzgün fikirləşən,
düz hərəkət edən, səhv etməyən ( haqsız
əksi). Xan. arvadının sözlərinin haqlı oldu-
ğunu anladı. Çəmənzəminli. Mühəndis eti-
rafında haqlı idi. Ə. Sadıq. // Doğru, düz, düz-
gün, yerində, həqiqətə əsaslanan. Haqlı tək-
lif. Haqlı tələb. Haqlı etiraz. - [Nadir] ..özüııü
töhmətləndirib, Məcidin hərəkətini haqlı (z.)
görərək onun evləndiyini ağıllı iş hesab edirdi.
B.Talıblı. Getmədi, getmədi qulaqlarından;
Oğlunun dediyi o haqlı sözlər. B.Vahabzadə.
0 Haqlı çıxarmaq - bəraət qazandırmaq,
doğrultmaq. Əmir bu sözləri dedikdən sonra
qismən sakit olmuşdu. O, qadınını haqlı çı-
xarmağa və öz vicdanını qane etməyə tələ-
sirdi. M.S.Ordubadi. Haqlı çıxmaq - bir mü-
bahisədə, tələbdə, fikirdə və s. doğru olduğu
aşkar olmaq.
HAQLILIQ is. Fikirdə, mühakimədə, hə-
rəkətdə və s. düzlük, düzgünlük, doğruluq;
haqlı olma; haqq, ədalət. Öz işinin haqlılı-
ğına inanmaq.
HAQSEVƏR is. Haqqı, düzgünlüyü, doğ-
ruluğu sevib müdafiə edən adam. // Sif. mə-
nasında. [Cabbar:] Sən özün haqsevən bir
adamsan, bizi də yaxşı tanıyırsan, bilirsən
də ki, Səfər bizim namusumuza və qeyrəti-
mizə toxunub. B.Talıblı.
HAQSIZ sif. və zərf 1. Haqq və insafa
uyğun olmayan; ədalətsiz, nahaq, əsassız.
Haqsız iddia. Haqsız cəza. - Mürsəqulu ..
haqsız işə razı olmayan bir adam idi. S. Hü-
seyn. [Tahir:] ..Məıı özümdən başqa hamını
HAL
günahkar hesab eləməkdə haqsızam. M.Hü-
seyn. // Əbəs, nahaq, bihudə, boş yerə. [Rüs-
təm:] Haqsız qanlar axmasın deyə; Səyavuşla
Piran gəldi bir rəyə. H.Cavid. □ Haqsız
yerə - əbəs, nahaq, heç bir ehtiyac olmadan,
boş yerə. [Qanpolad:] Səlim! Burax, haqsız
yerə tökmə qan. H.Cavid. Xaııım haqsız yerə
[Sarıköynəyi] söyüb-danlamağa, döyüb-
incitməyə başlayır. S. Hüseyn.
2. Heç bir haqqı, hüququ olmayan.
HAQSIZLIQ is. 1. Haqq və ədalətə uy-
ğun olmayan hal; ədalətsizlik, insafsızlıq.
Nəbi kiçik yaşlarından haqsızlığı sevməzdi.
“Qaçaq Nəbi’’.
2. Hüquqsuzluq, ədalətsizlik. Hər yerdə,
hər mühitdə haqsızlığın, qolugüclülüyün ..
əleyhinə çıxışlar olurdu. S.Hüseyn. [Qulu]
bilirdi ki, haqsızlıq və rüşvət yuvası olan
[çar] məhkəmələri də ona kömək etməyə-
cəkdir. A. Şaiq.
HAQVERMƏZ sif. Başqasını işlədib haq-
qını verməyən, haqqını kəsən; istismarçı.
Məlik tacir haqverməz adamdı. (Nağıl).
HAL 1 is. [ər.] 1. Hər hansı bir səbəbdən,
şəraitdən doğan vəziyyət, keyfiyyət. Xəs-
tənin lıalı yaxşıdır. - Hicrin edibdi könlümü
bərbad, ağlaram; Çoxlar tutar bu halıma
irad, ağlaram. Natəvan. [Ceyranın] keçmiş
lıalı ilə indiki lıalını müqayisə edirdim.
S.Hüseyn. □ Belə halda - belə vəziyyətdə.
Belə hallarda düşüncə və kədəri dostlara
danışmaq və onların sərəncamında olan im-
kanlardan istifadə etmək lazımdır. M.S.Ordu-
badi. Bu hal - bu vəziyyət. [Zeynal:] Öz
həyatım müəyyən bir şəklə salmalı idi. Bu hal
beləcə davam edə bilməyəcəkdi. S.Hüseyn.
Avıq ol, bövlə davam etsə bu hal; Millətə qor-
xuludur istiqbal. A.Şaiq. // İnsanın cismani
vəziyyəti, yaxud əhvalı, əhval-ruhiyyəsi.
Məstlik halı. Yuxulu halda. - [Mehriban] xü-
susilə çocıığu doğduqda olduqca ağır və böh-
ranlı hallar keçirmişdir. S.Hüseyn.
2. Güc, qüvvət, taqət. [Rəsul:] Anacan, da-
yanmağa halım yoxdur, gərək mən gedəm.
“Aşıq Qərib”. □ Hal qalmamaq - gücdən
düşmək, taqətdən düşmək, üzülmək. Ağla-
maqdan qalmamışdı məndə hal. H.Cavid.
3 . fiz. Maddəni təşkil edən hissəciklərin
yerləşməsinin, qarşılıqlı əlaqəsinin və hə-
322
HAL
HAL
rəkətinin xarakteri. Maddənin yeni keyfiyyət
halına keçməsi. - ..Cəmi heyvanat bir dərəcə
donmaq halına çatanda yarıdiri olurlar, yarı-
ölü olurlar.. C.Məmmədqıüuzadə.
4. Vaxt, an, ləhzə. □ Bu halda - bu anda,
bu vaxt. Bu halda yoldaşım içəri girdi. - Bu
halda qapı döyüldü. E. Sultanov. Bu halda
bayır qapıdan Sultan bəy daxil olur. Ü.Hacı-
bəyov. O halda - onda, o zaman. O halda
bizdən kömək gözləmə. O halda mən gəlmə-
yəcəyəm.
5. qram. İsmin başqa cümlə üzvlərinə mü-
nasibətini bildirən və hallanma formalarında
ifadə olunan qrammatik kateqoriya. Azərbay-
can dilində ismin altı halı vardır. Adlıq hal.
0 Hal aparmaq - özündən getmək, hu-
şunu itirmək, ürəyi keçmək. Hal əhli - kef
çəkməyi, vaxtını kefdə keçirməyi sevən
adam haqqında. Seyyid, yürü, məlum ki, hal
əhli deyilsən ; Dün şəb səni mən mədrəsədə
qal ilə gördüm. S.Ə.Şirvani. Hal tutmaq -
bax hal-əhval tutmaq. Atamız doyunca
xoşlandı bizdən; Sonra da hal tutdu hər biri-
mizdən. S. Vurğun. Hala gəlmək - özünə
gəlmək, gücü, qüvvəti, taqəti özünə qayıt-
maq, dirçəlmək. ..Hərəmiz bir istəkaıı çay
içəndən sonra bir qədər hala gəldik. C. Məm-
mədquluzadə. [Piri baba:] Qoy gəzsin, yesin,
içsin, hala gəlsin. S.S. Axundov. Haldan çı-
xartmaq - normal halından çıxannaq, hirs-
ləndirmək. Kətxuda çox qorxaq adamdı.
Uryadnikin vurulmağı onu büsbütün haldan
çıxartmışdı. M.Hüseyn. Haldan çıxmaq -
hirslənmək, özündən çıxmaq. [Mahmud:]
Sən olasan ölənlərinin goru, məni bu hirsi-
min tutmuş vaxtında haldan çıxartma! Ə.Haq-
verdiyev. Haldan düşmək - üzülmək, çox
yorulmaq, əldən düşmək. [Böyük oğul:] Kişi
gözləməkdən lap haldan düşdü. Qantəmir.
[Musa] ..qızıl mədəninə yetişərkən haldan
diişdü. S. Vəliyev. Haldan-hala düşmək -
halı pozulmaq, halı qarışmaq. O, oxuduqca
ingilisin siması haldan-hala düşür və acı-
ğından dilini, dodağını çeynəyirdi. Qantə-
mir. Haldan salmaq (etmək) - üzmək, çox
yormaq, əldən salmaq. Qdınc kimi kəsən kü-
lək keşikçiləri haldan salmışdı. S. Vəliyev.
Halı dönmək (dəyişmək) -bax halı po-
zulmaq. Ancaq bilmədim ki, bu necə işdi;
Əllərim titrədi, halım dəyişdi. M.Rahim. Halı
qarışmaq (dəyişmək) - normal halından
çıxmaq, qanı qaralmaq, pozulmaq. Tapdılar
orada qırıq qandalı; Qubernator ağanın
qarışdı halı. H.K.Sanılı. Halı pozulmaq -
1) b ax halı qarışmaq; 2) halı daha da pis-
ləşmək, ağırlaşmaq. Xəstənin halı pozuldu. -
Aslanın halı elə pozulmuşdu ki, bıçaq vursay-
dın qam çıxmazdı. S. Vəliyev. Halına ağla-
maq- 1) b ax halına qalmaq. Camaatın ha-
lına ağlayan, onun dərdinə dərman axtaran-
ların nəsli kəsilir, izi itirilirdi. H. Sarabski;
2) bax halına yanmaq (acımaq). [Mü-
həndis:] Eh, başıma gələnləri bilsən, halıma
ağlarsan. S. Rüstəm. Halına qalmaq (ağla-
maq) - qeydinə qalmaq, qayğısını çəkmək,
qayğısına qalmaq, halını düşünmək. Ər dərd-
qəmin çəkmə, sən öz halına ağla; Caııı bə-
cəhənnənı! M.Ə.Sabir. Kosa, yarımda dayan-
dığı xəstənin halına qalır və onunla birlikdə
tərpənirdi. S.Rəhimov. Halına təfavüt et-
məmək - halına heç bir təsiri olmamaq, ha-
lında heç bir dəyişiklik əmələ gəlməmək,
heç bir fərqi olmamaq. [Nəbi:] Cəbi, sən ölə-
sən, heç halına təfavüt etmir. S.S.Axundov.
Halına yanmaq (acımaq) - yazığı gəlmək,
acımaq, şəfqət göstərmək, ürəyi acımaq,
canıyananlıq etmək. [Mirzə Tağı:] Biçarə
Iraıı camaatı, .. sizin halınıza yanıram, sizin
halınızı yüngülləşdirməyə səy edirəm. C.Cab-
barlı. Gülnaz yağışlı gecəni, oğlanın bir köy-
nəkdə başdan-ayağa islandığını xatırladı və
onun halına acıdı. Q. İlkin. Halından çıx-
maq - özündən çıxmaq, hirslənmək, müva-
zinətini itirmək. Usta bir də halından çıxdı,
az qalmışdı yenə dava düşsün. Çəmənzə-
minli. Halını qatmaq - qanını qaraltmaq,
özündən çıxarmaq, hirsləndirmək. [Məşədi
Ağakişi:] Siz öləsiz, [atlılar] düz Hacı Na-
mazalının xırmanına sürdülər. Kişinin lıalını
qatacaqlar. C. Məmmədquluzadə. Halını
pozmaq - halına təsir etmək, adi halından
çıxannaq, hirsləndirmək. Lakin bu söz də ma-
arif müdirinə təsir etmədi, halını pozmadı.
M. İbrahimov. Нөг halda - necə olsa, necə
olursa olsun. Cahandar ağa Əşrəfin bu iş-
lərinə necə münasibət bəsləyəcəyini bilməsə
də, hər halda xoşagəlməz .. söhbət eşitmək
istəmirdi. İ.Şıxlı. Nə halda - necə, nə cür, nə
323
HAL
vəziyyətdə. [Məşədi ibad:] İndi gördünmü
iş nə haldadır? Ü.Hacıbəyov.
HAL 2 bax al 3 (bəzən "hal anası” şəklində
işlənir). Hal hər şeyi tərsinə eləyir. Tərsinə
iş görən qadına deyərlər: hal cinsisən? Bir
adam tutduğu halı yazığı gəlib buraxsa, hal
onun yeddi arxadan dönəninə dəyməz. (Əsa-
tir). ..Bəzi vaxt söhbət cindən, şeytandan, div-
dən, hal anasından düşərdi. S.S. Axundov.
HALA zərf [ər.] klas. İndi, indi də, indi-
yədək, hələ də. Mənə derlərdi əvvəl, bir mə-
ləkdir sevdiyin. Hala: Görənlər sən fəqirə
göydən enmiş bir bəla derlər. Füzuli.
HALAL sif. [ər.] 1. İslam dininin ehkam-
larına görə yeyilməsinə, işlədilməsinə və ya
özünə mal edilməsinə icazə verilən (haram
əksi). // köhn. Kəbinli, nikahlı; qanuni. Əs-
mər yenə şəriətin hökmüncə [Məmmədba-
ğırın] halal arvadı olub qalırdı. S. Hüseyn.
// İs. mənasında, köhn. Kəbinli arvad. [Cavad
bəy:] Müqabilinizdə oturan arvad ağıllı və
dövlətli bir şəxsin halalıdır. t.Musabəyov.
2. məc. Zəhmətlə, namusla, təmiz əməklə,
qanuni yolla qazanılmış, əldə edilmiş. [Yaşlı
kişi tacirə:] Sən mənim xeyir-bərəkətimi qa-
çıracaqsan, sən mənim halal malıma haram
qatacaqsaıı!.. - deyərək uzuıı-uzadı deyinərdi.
S. Hüseyn. Onun hala! çörəyilə qüvvət gəlir
ürəklərə ; Bərkiyərək polad olur övladımın
sümükləri. S.Rüstəm. // məc. Halal şey qazan-
maq, əldə etmək üçün çəkilən, sərf edilən.
imran kişinin nəzərində Dilman başqaları-
nın halal əməyi ilə öz eyiblərini örtən bir
adamdı. M. Hüseyn.
3. Halaldır şəklində - bax halal olsun!
0 Halal etmək köhn. - borcunun, yaxud
vaxtilə etmiş olduğu pisliyin üstündən keç-
mək, bağışlamaq. [Xan:] Arvad, ay gözəl ar-
vad, bircə asudəlikdə qədrini bilmədim. Məni
halal elə. Çəmənzəminli. [Səriyyo:] Ah! Hüs-
niyyə.. Məni halal elə, doqquz il səninlə bir
məktəbdə bacılıq etmişəm. C.Cabbarlı. Halal
xoşun(uz) olsun! - bax halal(ın) olsun!
[Əliməmməd eşikağasma:] Elə bu yüz əşrə-
fini gətirə bildim, sənə peşkəşdir. Yuxarıda
Allah, yerdə sən, halal xoşun olsun. Çəmən-
zəminli. Halal(ın) olsun! - bir şeyi könüllü,
əvəzsiz olaraq birinə verəndə deyilir - ha-
laldır, halal xoşun olsun. Halal olsun İskəıı-
HALBAHAL
dərə; Unudub dünya cifəsin; Tabe olub pey-
ğəmbərə.. Aşıq Ələsgər. Halal süd əmmiş -
namuslu, düz, təmiz vicdanlı. [Kərbəlayı:]
Doğrudan arvad, bir halal süd əmmişini tapsa
idin, yaxşı olardı. Çəmənzəminli. [Südabənin
anası:] Oğlum, Firidım, sən mənim oğlum-
san, halal süd əmmiş bir adama oxşayırsan.
M. İbrahimov.
HALALCA sif. 1 . B a x halal 2-ci mənada.
Hamıdan varlı ikən, hamıdan yoxsul oldum:
Halalca dövlətimi haram etdi o, haram.
B.Vahabzadə.
2. Bax halal 1-ci mənada. [Məşədi İbad:]
Əşi, mən qızın halalca adaxlısı ola-ola ha-
sarın bu tayında qalım, bir dələduzun birisi
də o tayda olsun?! Ü.Hacıbəyov.
HALALLAŞMA "Halallaşmaq”dan f.is.
HALALLAŞMAQ qarş. Ölərkən və ya
uzun müddətə ayrılarkən bir-birinin pisli-
yinin və ya borclarının üstündən keçmək,
bir-birini bağışlamaq. Səfərlə Miraxur Kürün
qırağına qədər bir yerdə getdilər, orada ha-
lallaşıb ayrıldılar. Çəmənzəminli. [Səlimi
Rza xana:] ..Kəndli öləcəyini gördükdə dost-
aşna və aıyad-uşaqla halallaşmağa başla-
yır.. M. İbrahimov.
HALALLIQ is . : halallıq almaq - ölərkən
və ya uzun müddət ayrılarkən vaxtilə etmiş
olduğu pisliyin, yaxud qaytarmadığı borcla-
rının bağışlanmasını xahiş etmək. Məşədi
Əsgərin fikri bu idi ki, çamadan sahibini
tapsın və əmanətini özünə rədd edib halallıq
alsııı. S.M.Qənizadə. Halallıq vermək -
ölərkən və ya uzun müddət ayrılarkən biri-
sinin vaxtilə etmiş olduğu pisliyi, yaxud qay-
tarmadığı borclarını bağışlamaq.
HALAY is. Dairə, dövrə. □ Halay vur-
maq (qurmaq) - dövrə vurmaq, halayla-
maq. Göy üzündə bir dəstə qartal qanad-
larını geniş açaraq halay vurub hərlənirdi.
M.Rzaquluzadə.
HALAYLAMA “Halaylamaq”dan f.is.
HALAYLAMAQ f Dövrə vurmaq, halay
vurmaq, dövrələmək.
HALBAHAL zərf [əı: hal və fars, bə]:
halbahal olmaq - haldan hala düşmək, halı
dəyişmək, vəziyyəti gah pisləşib, gah yax-
şılaşmaq. Xəstə halbahal olurdu.
324
HALBUKİ
HALQA
HALBUKİ Bir-birinə zidd olan, bir-birini
inkar edən iki fikrin qarşılaşdırıldığı tabesiz
mürəkkəb cümlələrdə müstəqil cümlələr
arasında əlaqə yaradan bağlayıcı; vəha-
lonki. [Mansuru] görə bilmirdim, halbuki
başqa yoldaşlarımıza arabir rast gəlirdim.
Çəmənzəminli.
HALƏ is. [ər.] Ayın və bəzi iri ulduzların
ətrafında bəzən görünən işıq dairəsi. Fik-
rini, qəlbini çalmışdı əlan; Mahtabın sulara
düşən haləsi. S. Vurğun. Dağıtma gül üzə zül-
fün ay üzrə halə kimi; Şərabdan bir əsər var
ləbində lalə kimi. Ə.Vahid.
0 Halə qurmaq (vurmaq) - dairə vur-
maq, dövrə vurmaq, halqa vurmaq. Aydınlıq
gecədə gözəl bir çeşmənin kənarında cavan-
lar halə qurub, əyləşib, növbə ilə oxuyııb-
çalanlara qulaq verirdilər. Ə. Haqverdiyev.
HAL-ƏHVAL is. [ər.] Vəziyyət, əhval.
0 Hal-əhval tutmaq (soruşmaq) - bax
əhval tutmaq (soruşmaq) (“əhval”da).
[Şeyx] hal-əhval tutub, bardaş qurdu. Qantə-
mir. Nəcəfalı yaxınlaşıb [katibə] salam verdi,
əl tutub, hal-əhval soruşdu. B. Bayramov.
HALƏLƏNMƏ “Halələnmək”dən/;'s.
HALƏLƏNMƏK f. Ətrafında bəzən işıqlı
dairə əmələ gəlmək (Ay və bəzi iri ulduzlar
haqqında). [Pərşan] göylərin axşam parıltı-
sında halələnmiş (f.sif.) ay kimi işıq verirdi.
M. İbrahimov.
HALƏT is. [ər.] klas. Hal, vəziyyət. Na-
çalnik elə bir halətdə mənim üzümə baxırdı
ki, deyirdim, bu saat durub məni yeyəcək.
C.Məmmədquluzadə. Evə dönərkən anası
[Mərdanda] başqa halət gördü. Çəmənzə-
minli.
HALƏTİ-RUHİYYƏ is. [əı;] klas. bax
əhval-ruhiyyə. [Yaşlı kişi:] Bədbiııcə bir
haləti-ruhiyyə məni qapladı. S.Hüseyn.
HAL-HAZIR is. İndiki vaxt, indiki zaman,
hazırkı vaxt, bu an, bu saat, əlan. [Çopo:]
Keçmişin təcrübəsi hal-hazır üçün faydalıdır.
Çəmənzəminli.
HALİ is. [ər.] Bir hadisə, iş haqqında
məlumatı, xəbəri olan; xəbərdar, agah. Ha -
liyəm ellərin mən cümləsindən; Gecə yatmaz
bir-birinin bəhsindən. Aşıq Ələsgər. □ Hali
etmək - xəbərdar etmək, agah etmək, mə-
lumat vermək, bildirmək. Yolda kəndlilər
Nəbini işdən hali edirdilər. “Qaçaq Nəbi”.
[Fəxrəddin bəy:] Allah xətrinə, tez məni hali
eylə. N.Vəzirov. Hali olmaq - xəbəri ol-
maq, agah olmaq, xəbərdar olmaq, bilmək,
öyrənmək. Abbas Pəri xanımın kağızını oxu-
yub məzmunundan hali olandan sonra bağa
gəldi. “Abbas və Gülgəz”. Nərminə vəziyyət-
dən hali olub doyunca güldü. B. Bayramov.
HALQA is. 1 . Çənbər, qurşaq, dairə şək-
lində gərək (əsasən metaldan olur). Qara-
toyuq ayağım cələdən çəkdikdə qıl halqa da-
ralıb onu bənd edirdi. S.S.Axundov. Səlim də
quşları tutmaq, ayaqlarına yüngül alümin
halqa taxmaq işində elmi işçilərə kömək
edirdi. M.Rzaquluzadə. // Kilid əvəzinə və
ya qıfılı keçirmək üçün qapıya (bəzən də
pəncərəyə) vurulan həmin fonnada alət. Bö-
yük qapının böyük halqası olar. (Ata. sözü).
..Durdum, getdim, ara qapını örtdüm və gör-
düm ki, hələ möhkəm qarmağı da var, qar-
mağı da keçirtdim halqaya, soyundum və yı-
xıldım yatdım. C.Məmmədquluzadə. // Bə-
zək üçün və ya evlilik simvolu kimi bar-
mağa taxılan həmin fonnalı əşya; qaşsız üzük.
Göylərin sanki bu Göygöl kimidir; Halqa üs-
tündəki zümrüd kimidir. M. Müşfiq. [Fitnə:]
Biz çoxdan bağlıyıq bir-birimizə; Nə gərək
bu qızıl halqalar bizə! A. Şaiq. // Adətən cəm
şəklində, idm. Asılmış iki çənbərdən ibarət
gimnastika aləti. // Ümumiyyətlə, halqaya,
çənbərə oxşayan hər şey.
2. Zənciri əmələ gətirən dairəvi hissələr-
dən hər biri. Dövlət quruluşu belədir, məm-
ləkətdə qoyulmuş qanunların hamısı zən-
cirin halqası kimi bir-birinə bənd olubdur.
M.S.Ordubadi.
3. Həmin formada olan hər bir şey. Tüstü
halqaları. - Bir anda bütün ətrafda yüzlərlə
lampoçka yandı, qaranlığın halqası parça-
landı. M.Ibrahiıııov. // Dairə, dövrə. Getdikcə
oynayanların halqası böyüyürdü. S.Hüseyn.
□ Halqa vurmaq - dairə vurmaq, dövrə
vurub oturmaq. Qoca ləzgi bir daş üzrə otur-
muş; Ətrafında kənd əhli halqa vurmuş.
A.Səhhət. Dəstə halqa vurub oturmuşdur.
S. Rəhimov. // Dövrələyən, mühasirəyə alan,
qapayan şey; mühasirə. Düşmən halqasını
yarıb keçdilər. □ Halqaya almaq - müha-
sirəyə almaq, dövrələmək, əhatə etmək.
325
HALQALAMA
[Fərid:] Böyük bir izdiham sarayı halqa içə-
risinə aldı. M.Hüseyn. Bir neçə atlı şimşək
sürətilə xanı və bəyləri halqaya almış düş-
mənlər üzərinə şığıdı. M. Rzaqulıızadə.
4. Bax hədəqə. [Gülnaz] sözünün dalını
deyə bilmədi. Halqasından çıxmaqda olan ala
gözlərini Firiduna dikib susdu. M. İbrahimov.
halqa-halqa sif. Halqalar şəklində, burum-
burum. Kərbəlayı Qurban ayaqlarını uzadıb,
çubuğu almışdı damağına və hərdənbir ağ-
zından halqa-halqa tüstü çıxarırdı. Çəmən-
zəminli. [Nəbi:] Həcərin saçları dalğa-
dalğadır; ipək birçəkləri halqa-halqadır.
S. Rüstəm.
HALQALAMA “Halqalamaq”dan /is. Ba-
lıqları halqalama. - ..Quşları halqalama işi
ilə mərkəzi halqalama bürosu məşğuldur.
"Zoologiya ”.
HALQALAMAQ f. 1. xüs. Yerdəyişmə
istiqaməti və sürəti, ömürlərinin uzunluğu
və s. üzərində elmi müşahidə aparmaq məq-
sədilə quşların ayağına və balıqların quy-
ruğuna nişanlanmış halqa taxmaq. Köçəri
quşların ayaqlarını halqalamaq.
2. Ziyanvericilərdən qorumaq üçün ağac-
ların gövdəsinə dairəvi şəkildə qatran və s.
sürtmək.
HALQALANMA "Halqalanmaq’’dan fis.
Balığın quyruğunun halqalanması. - Qo-
ruqda quşların halqalanması. miqrasiyası,
həyat tərzi, bir-biriləri və ətraf mühitlə qar-
şılıqlı münasibətləri və s. problemlər ətra-
fında elmi iş aparırlar. “Elm və həyat”.
HALQALANMAQ məch. 1. Quşun aya-
ğına və ya balığın quyruğuna halqa keçiril-
mək. Halqalanmış (f.sif.) quş başqa bir yerdə
öldürüldükdə quşun ayağında olan halqa gös-
tərilən ünvan üzrə lazımi yerinə göndərilir,
.. quşun vurulduğu yer və tarix xəbər verilir.
"Zoologiya”.
2. Dövrəyə alınmaq, mühasirəyə alınmaq,
dövrələnmək.
3. Halqa kimi olmaq, halqa şəklinə düş-
mək, burum-burum olmaq. [Kərəm:] Oynadı,
külahı düşdü sərindən; Halqalandı zərif tel-
lər, oynadı. “Əsli və Kərəm”. Yel əsdi, meşə
dindi; Sərvlər silkələndi; Suya qağayı endi;
Halqalandı dalğalar. N. Xəzri.
HALSIZ
4. məc. Təəccübdən, heyrətdən və s. bə-
rələ qalmaq. Qonşumun gözləri halqalandı.
Birinci dəfə idi ki, o, qızından belə “iftira”
eşidirdi. S. Rüstəm.
HALQAŞƏKİLLİ bax halqavari.
HALQAVARİ sif Halqa, çənbər, çevrə
şəklində; dairəvi, halqaşəkilli.
HAL-QƏZİYYƏ is. [ər.] Hadisə, əhvalat,
qəziyyə. [İbrahim xan Vaqifə:] Gedin, gö-
rək lıal-qəziyyə nə minval üzrədir. Çəmən-
zəminli.
HALLANDIRMA “Hallandırmaq”dan/ is.
HALLANDIRMAQ f. qram. Hallar üzrə
dəyişdirmək. “ Əl” ismini hallandırmaq.
HALLANMA “Hallanmaq”dan fis. İsmin
hallanması.
HALLANMAQ f qram. Hallar üzrə də-
yişmək.
HALLAŞMA “Hallaşmaq’’dan /и.
HALLAŞMAQ bax hal-əhval tutmaq
(“hal-əhvaT’da). ..Adanı həmişə həmsöhbət
tapır, bir-birilə hallaşır, “ məsələ ” öyrənir.
Çəmənzəminli.
HALLI sif. və is. 1 . Kefli, az sərxoş. Mə-
həbbətdən mey içmişəm, hallıyam. M.Rahim.
2. Bax hallıca.
3. dan. Xoşrəftar, xoştəbiət, xoşəhvallı.
Hallı oğlan. - Ovçusun görəndə maral ba-
xışlım; Özü hallı, üzü xallı Sənəm, gəl! Xəstə
Qasım.
0 Hallı halına görə - gücünə, bacarığına,
puluna, varma müvafiq, gücü çatdığı qədər,
bacardığı qədər. Kəbin lıallı halına görə idi:
51, 101, 201, 301, 501, 1000, 2001 qızıla qə-
dər olardı. H. Sarabski. Yol xətti kənd Şura-
larının arasında hallı halına görə bölün-
müşdü. S. Rəhimov.
HALLICA zərf zar. dan. Dolğun (bə-
dənli), koppuş. [Sultan bəy:] ..Mənimki bir
hallıca, dulluca arvaddır. Ü.Hacıbəyov.
..Hallıca, enlikiirək bir qadın aralığa çıxdı.
Mir Cəlal.
HALLÜSİNASİYA is. [lat.] tib. Qarabasma,
gözəgörünmə.
HALOGEN is. Kimyəvi element, ünsür.
HALSIZ sif Zəif düşmüş, əldən düşmüş,
üzgün, taqətsiz, yorğun. Halsız qoca. - Meh-
riban yorğun və zəif gözlərini açdı. Çox hal-
sız idi. S. Hüseyn. Müəllimin rəngi qaçqın;
326
HALSIZCA
HAMARCA
Çox halsızdır, yatağında. M.Dilbazi. □ Hal-
sız düşmək - üzgün düşmək, taqətsiz olmaq,
bihal olmaq, əldən düşmək. [Xəstənin] yu-
xuladığı, ya halsız düşdüyü məlum deyildi.
Mir Cəlal.
HALSIZCA zərf Halsız halda, bihal, üzgün
halda, əldən düşmüş halda. Xədicə arxası üstə
halsızca uzanıb tez-tez nəfəsini çiyinlərilə
alıb verirdi. S. Hüseyn.
HALSIZLIQ sif. Zəiflik, üzgünlük, bihal-
lıq, taqətsizlik, əldən düşmə. [Nuriyyə:]
Sonra özümdə qəribə bir halsızlıq hiss elə-
dim. İ. Əfəndiyev. Ah, istidən sıxılıram; hal-
sızlıqdan yıxılıram. M.Dilbazi.
HALVA is. [ar.] Yağda qovrulmuş un və
doşabdan, bəzən də baldan, şəkərdən bişi-
rilən Şərq şirniyyatı. Axşam azanı deyilən
kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzat-
sın: çaymı içsin, firnimi yesin, halvadanmı
dadsın. C. Məmmədquluzadə. [Xanməmməd]
..heç bir təklif olmadan süfrədən halva gö-
tüıiib ağzına qoydu. Çəmənzəminli. □ Halva
çalmaq - halva bişirmək. [Vaqif:] Lələ, uşaq-
lara de, bir yaxşı halva çalsınlar. Çəmən-
zəminli. Telli öz otağında halva çalırdı.
S. Hüseyn. // Şirni ilə küncüd, qoz, fındıq və
s.-dən hazırlanan şirniyyat növü. Küncüd
halvası. Qoz halvası.
0 Halvasını çalmaq - məhvini, ölümünü
hazırlamaq. Millət özii halvasını çaldı ağa-
ların; Sən barı çək əl, şah ilə sultaııə dolaşma.
Ə. Qəmküsar.
HALVAÇI is. köhn. Halva bişirib satan
adam. Halvaçı qızı daha şirin. (Ata. sözü).
..Şəms axırda bir şəhərə çatdı. Orada hal-
vaçı şəyirdi oldu. (Nağıl).
HALVAÇILIQ is. köhn. Halvaçı sənəti;
halva bişirib satmaqla məşğul olma. Əhali-
nin bir qismi də xırda ticarətlə - halvaçılıq.
çörəkçilik, .. baqqallıq, bəzzazlıqla məşğul
olardı. H.Sarabski.
HAM(M) is. Hürərkən itin çıxardığı səs.
HAMAM is. [ər.] Çimmək üçün isti və so-
yuq suyu olan xüsusi bina. Şəhər hamamları.
Məhəllə hamamı. - [Məşədi Qəzənfər:] Daha
kim deyə bilər ki, hamam pis şeydir. Ü.Hacı-
bəyov. [Qərənfil:] İnişil təşəbbüs qaldırdı-
nız ki, hamam tikək, hələ hörgüsü bir arşın
qalxmayıb. İ.Əfəndiyev. // Vanna otağı, ha-
mamxana. [Şirzad:] Kəsir odıır ki, belə gözəl
evin mətbəxi və hamamı yoxdur. M.Ibrahimov.
0 Hamam kimi - çox isti yer haqqında.
Ev hamam kimi idi. Qantəmir. Hamam suyu
Нө dost tutmaq - asan yolla, heç bir xərc
çəkmədən, havayıdan özünə dost qazanmağa
çalışmaq.
HAMAMÇI is. 1. köhn. Hamam sahibi,
yaxud hamam icarəçisi. Usta Ağabalanın
səsinə hamamçı dik atılıb, az qaldı ocağın
üstündə qaynayan pitini töksiin.. Çəmənzə-
minli. Hamamçı Məşədi Qəzənfər sarı kürkə
bürünüb bayır qapının solunda öz yerində
əyləşibdir. Ü.Hacıbəyov.
2. Hamam xidmətçisi (camadar, kisəçi
və s.).
HAMAMÇILIQ is. Hamamçı peşəsi, ha-
mamçının işi-peşəsi. Camadarın şahlığı ha-
nıamçılıqdır. (Ata. sözü).
HAMAMXANA is. [ər. həmmam və fars.
...xanə] Bir ailənin istifadəsi üçün mənzil-
lərdə hamam, vanna otağı. Sürmə xala Əzizi
hamamxanaya salıb mətbəxə qayıtdı və tə-
ləsik yemək hazırlamağa başladı. S.Rəhman.
HAMAN [fars.] 1. Göz önündə olmayan
və ya uzaqda olan bir şeyi və ya şəxsi gös-
tərmək üçün işlədilən əvəzlik - o, özü. Ha-
man kitab. Haman oğlan. - Haman gündən
işə başladını. Qantəmir. Haman qız bütün
səyahətçilərin qəlbini özünə məftun etmişdi.
M.S.Ordubadi.
2. zərf Əlüstü, dərhal, o saat, tez. Aradan
keçmədi bir öylə zaman; Bu dönüş Gülnazı
sarsıtdı haman. M. Müşfiq. [Ceyniz:] Qar-
daşımın sözləri bir ox olaraq atamın ürəyinə
sancıldı, hanıan bağırdı. Çəmənzəminli.
haman-haman bax haman 2-ci mənada.
HAMAR sif. [fars.] 1. Girintisi-çıxmtısı,
kələ-kötürü olmayan; düz (səth haqqında).
Hamar daş. Hamar asfalt yol. - Yol enli və
hamar idi. S.S.Axundov. O qədər hamardır,
o qədər hamar; Şahmat taxtasına bənzəyir
çəmən. N.Xəzri.
2. Əziyyətsiz, rahat. Ovçıı-ovçu ha ma-
ral; Budu getdi ha maral; Belə can almaq
olmaz; Can alırsan, hamar al. (Bayatı).
HAMARCA sif. Olduqca hamar, lap hamar,
düz. Hamarca taxta.
327
HAMARLAMA
HAMİL
HAMARLAMA "Hamarlamaq”dan fis.
İstifadəyə verilən sahələrdə əsaslı surətdə
hamarlama işləri görülür.
HAMARLAMAQ/ 1. Yerin və ya bir şe-
yin səthini hamar hala salmaq, hamar, düz
etmək, düzləndirmək. Taxtanı rəndə ilə ha-
marlamaq. - Dənizin şıltaq ləpələri .. qumu
təzədən hamarlayırdı. H.Seyidbəyli. Əhməd
.. uzun qəlyanı .. kisənin içinə salıb xeyli eşə-
lədi. gözəyarı tütünlə dolduğunu müəyyən
edib çıxartdı. Baş barmağı ilə basıb hamar-
ladı. İ. Şıxlı.
2. Qarışmış, qırışmış bir şeyi düzəltmək,
səliqəyə salmaq. Saqqalını hamarlamaq. -
Qaraşa baxmadan [Salman] yaxasını hamar-
ladı, özünü düzəltdi.. M.Ibrahimov. Zöhrə
gah mis sənəyin ora-burasını silir, gah da
sənəyin qulpuna bağlanmış çatının qotaz-
larını hamarlayırdı.. Ə. Vəliyev.
HAMARLANMA “Hamarlanmaq” dan fis.
HAMARLANMAQ nıəch. Hamar hala sa-
lınmaq, düz edilmək, düzləndirilmək. Həyəti
basmış yanıq iyi verən sirkan biçilmiş, yer
hamarlanıb süpürülmüşdü. İ. Hüseynov.
HAMARLAŞMA “Hamarlaşmaq”dan fis.
HAMARLAŞMAQ/ Hamar olmaq, hamar
hala düşmək, düzlənmək. Mala çəkildikdən
sonra sahə hamarlaşdı.
HAMARLATMA “Hamarlatmaq”dan fis.
HAMARLATMAQ “Hamarlamaq”dan icb.
HAMARLAYICI sif. Bir şeyin səthini ha-
marlamaq üçün işlədilən. Hamarlayıcı maşın.
HAMARLIQ is. Hamar şeyin halı, hamar,
düz olma. Kiçik kol-koslar, ensiz arxların
kənarlarında bitmiş hündür qamışlar da çö-
lün haıııarlığına qovuşaraq geniş düzənlikdə
əriyib batırdı. Q. ilkin.
HAMARLÜLƏLİ sif. Lüləsində yiv olma-
yan, lüləsi hamar olan; yivsiz. Hamarlüləli
tüfəng.
HAMAŞ' sif. Topa, bir-birinə bitişik (çi-
çək və meyvə haqqında).
HAMAŞ 2 is. Yol yoldaşı. Bu dünya bir yol
kimidir, biz axirət müsafiri ; Kəcavədə haıııaş
gərək öz hamaşilən yanaşa. Şəhriyar.
HAMBAL is. [ar.] 1. Belində yük daşı-
maqla keçinən adam. [Gülpəri] cəld nökər
Cəfəri göndərib iki nəfər hambal çağırtdı,
yanındakı və baqajdakı şeyləri daşıdıb ikinci
klas salonuna yığdırdı. S.S.Axundov.
2. məc. Döşəmənin altına və ya evin səq-
finə qoyulan tir. // Evin səqfındəki şalbanı
saxlamaq üçün onun altına qoyulan paya; da-
yaq. ..Səqfnı ortalığından bir hambal verilib
ki, tirlərə təkyə olub, onları möhkəm saxla-
sın. C. Məmmədquluzadə.
HAMBALLIQ is. köhn. Hambalın işi,
sənəti, peşəsi. Sonra da bir zaman [Nadir]
Bakıya gəlib, bazarda hamballıq etdi. B.Ta-
lıblı.
HAM-HAM təql. 1. Bax ham(nı).
2. uş. İt.
HAMI əvəz. Bir nəfər də kənarda qalma-
yaraq, hamısı, bütün adamlar. Hamı razıdır.
Hamı ayağa qalxdı. Hamı iclasa gəlməlidir.
Hamı işə tələsir. - Bu adam hamının bildiyi,
tanıdığı Cəfər əmi idi. H.Nəzərli. Xaspo-
ladın çağırışına hanıı gəlmişdi. M. Hüseyn.
HAMILIQLA, HAMILIQCA zərf Bir nə-
fər də kənarda qalmayaraq, hamısı bir yerdə;
birlikdə, cəmən. [Fazil:] Nə baxırsınız gö-
zümün içinə? Nə səbəbə hamılıqla ayağa qal-
xıb təzim etmirsiniz?! Ə.Haqverdiyev. // Yek-
dilliklə. Hamılıqla namizədə səs vermək.
HAMISI bax hamı. Adamların hamısı gəl-
mişdi. - [Tələbə:] Bizim yoldaşların hamısı
bu gün məktəbdə olub. Z.Xəlil. // Eyni mə-
nada əşya haqqında. Binaların lıamısı təmir
olunub. - [Kərbəlayı Qubad:] Görəsən, bu ev-
lərin hamısı Mərcan bəyindir? Ü.Hacıbəyov.
HAMİ is. [ər.] 1. Birini himayə edən, hi-
mayəsi altına alan, qoruyan; himayəçi, hava-
dar, arxa. Rüstəm bəyin üzündə hami axta-
ran bir çocuq ifadəsi vardı. Çəmənzəminli.
Geydiyin arxalıqdır; Hamidən arxalıqdır;
Hicran əydi aşiqi; Bu necə arxalıqdır? (Ba-
yatı). □ Hami olmaq - birisinə arxa durmaq,
havadarlıq etmək, himayəçi olmaq. ..Qulanı
müəllim başsız qalmış Nənəqız ailəsinin ha-
misi olmaq, onun çocuqlarıııa yardım etmək
istəyirdi. S. Rəhimov.
2. Birisinə və ya bir təşkilata hamilik
edən adam və ya təşkilat. Bu işdə hamilər
çox kömək edə bilərlər.
HAMİL sif. [ər.] köhn. 1. Yüklü, yüklən-
miş.
2. Üzərində olan.
328
HAMİLƏ
HANKI
3. Daşıyan, götürən.
4. is. Sahib, yiyə.
HAMİLƏ sif. və is. [ər.] Hamiləlik və-
ziyyətində olan; ikicanlı, boylu, boyııdolu.
Hamilə qadıntək yuxusu möhkəm; Qucağı
doludur dərələrin də. M. Araz. Kənddə işlər
qarışan zaman gəlin birdən-birə hamilə ol-
muş və oğlan doğmuşdu. İ.Şıxlı.
HAMİLƏLİK is. Qadın orqanizmində
rüşeymin inkişaf dövründəki vəziyyəti; iki-
canlılıq, boylııluq.
HAMİLİK is. 1 . Himayəçilik, havadarlıq,
himayə etmə, qanadı altına alma. Qulam mü-
əllim istəyirdi ki, Mehparə və Sitarə onun ha-
miliyi ilə oxuyub ali təhsil alsınlar. S. Rə-
himov.
2. Birisinə və ya bir təşkilata istehsalat,
mədəni, siyasi və b. cəhətdən müntəzəm kö-
mək göstərməkdən ibarət ictimai fəaliyyət;
hər hansı bir işdə kömək göstərmə. Hamı-
nızdan tələb olunur ki, musiqidə hamilik və
radio işlərində tezliklə döniiş yaradaq.
Ü.Hacıbəyov. □ Hamiliyə almaq (götür-
mək) - belə kömək göstərməyi öhdəsinə
almaq (götürmək).
HAMPA is. [fars, həm və pa - ayaq]
1. Keçmişdə kənd varlısına, dövlətliyə
verilən ad. [1-ci kəndli:] Burada bir Hacı
Bayram deyil, ondan savayı da neçə hampa
var. Ə. Haqverdiyev. Qoyunçu hampalar bu
gen hörüşü; icarə evləvib saldılar vataq..
H.K.Sanılı.
2. məc. Yoldaş, sirdaş. [Qoca:] Sən [Bey-
rək] qız istəmirsən, özünə bir hampa istə-
yirsən... M.Rzaqııluzadə.
HANA' is. Əllə xalça, palaz və s. toxu-
maq üçün yerdə qurulan dəzgah; xana. Ax-
şamdan yıxılır, ertədən yatır; Həftədə hanaya
bir arğac atır.. Aşıq Ələsgər. Qızlar otur-
muşlar qabaqda hana; Xalı toxuyurlar da-
maqları çağ. Z.Xəlil. □ Hana toxumaq -
hanada xalça, palaz və s. toxumaq. ..Saray
qulamlarından biri Kazımın həyətinə girib
artırmada hana toxuyan Telli ilə Gülnaza
yanaşdı. Çəmənzəminli.
HANA 2 is. bax xına. İki qoyun yan-yana;
Əlimə yaxdım hana; Sənə süd verən ana; Ol-
sun mənə qaynana. (Bayatı).
HANDA "Harada” sual əvəzliyinin danı-
şıq dilində işlənən forması. [Qurbani:] İbtida
eyləyib girdim meydana; Aşıqlar ustadı, gö-
rün, handadı? “Qurbani". Gül əkdim gül mə-
kanda; Yerin bil, gül, məkanda; Sən güldün,
mən də güldüm; Mən handa, gülmək handa?!
(Bayatı).
HANI “Harada?” “haradadır?" mənasında
sual əvəzliyi. [Giziroğlu:] Hanı bu bağçanın
gülü; Oxumur şeyda bülbülü. “Koroğlu”.
Hanı rəngli çiçəklərin, a çəmən? Bir gözəl
dəstə gül tutaydım mən. A.Şaiq.
HANKI, HANSI əvəz. 1 . İki və ya bir çox
şeydən birini müəyyənləşdirəcək cavab al-
maq üçün sual kimi işlənir. Hansı əsərdən
xoşunuz gəlir? Sitatları hansı məxəzlərdən
götürmüsünüz? Hansı mərtəbədə yaşayırsı-
nız? - Hansı qüvvələrin şəhərə hakim olması
bəlli deyil idi. Çəmənzəminli. [Şah:] Vəzir,
mənimçin hansı peşəni məsləhət görürsən?
Ü.Hacıbəyov.
2. Ayırıcı, müəyyənləşdirici sual kimi iş-
lənir. Hansı böyükdür , hansı kiçik? Bunlardan
hansı müdirdir, hansı müavin? - [Məşədi
İbad:] Bir deyin göriim, xanım hansınızdır,
qulluqçu hansınız? Ü.Hacıbəyov.
3. Bir şəxsin, ya şeyin keyfiyyəti, xüsu-
siyyəti, xassəsi haqqında sual bildirir. Haıısı
məziyyətinə görə onu bu qədər xoşlayırlar? -
Söylə, şirinlikdə, haıısı fidanda; Haıısı gülüs-
tanda, haıısı cahanda; Ey yoldaş, ey qadın,
sənin varın var? M.Müşfıq.
4. Bir şeyin əmələgəlmə vaxtı, ardıcıllığı
haqqında sual kimi işlənir. Hadisə haıısı ayda
baş vermişdir? Siz haıısı ildə anadan olmuş-
sunuz? - Bunu istiyirik bilək ki, aya bu pa-
paqlar [müsəlman papaqları] hansı əsrdən və
nə vaxt bu tövr bizim içimizdə adət olubdur?
C. Məmmədquluzadə.
5. “Hər bir”, “hər hansı”, “hər hansı bir”
mənasında işlənir. Haıısı adaıııı dindirsəniz,
eyni cavabı eşidəcəksiniz. Haıısı kitabı açsa-
nız, tapa bilərsiniz. - Hankı səmtə, hankı yana;
Hey uçsam da, yuvam sənsən. S. Vurğun. [Ca-
han Əsgərə:] Haıısı bəyin və ya tacirin qızını
istəsən, gedim, səııə alını. Ü.Hacıbəyov. // Eyni
mənada əsasən inkar cümlələrində işlədilir.
Haıısı şagird usta olmağa çalışmır?
329
HANTEL
HARAM
6. Qeyri-müəyyənlik bildirir. Bilmirəm,
hansı ağzıgöyçək deyib ki, “insan əşrəfi-
məxluqatdır”? M.Hüseyn.
0 Hansı ki - təyin budaq cümləsini baş
cümləyə bağlayan və baş cümlədə olan ismi
budaq cümlədə əvəz edən bağlayıcı. Niyə
cavab vermədin ; o demaqoq hərifə? Hansı ki,
srağagün; məni tənqid elədi? R.Rza.
HANTEL [alm.] idnı. Qısa dəstəklə bir-
birilə birləşmiş iki çuqun şardan ibarət gim-
nastika aləti (əzələləri inkişaf etdirmək üçün
işlənir).
HAP-GOP is. Gurultulu, lovğa, lakin boş,
əhəmiyyətsiz sözlər, hay-küy. Hap-gopuna
baxma, əlindən heç şey gəlməz. - Mən ba-
carsaydım əgər, yaxşı tilovlardan onu; Bax-
mayın hap-gopuna, ömrü bitibdir, sonudur.
S. Rüstəm. [Qızyetər:] Elə hap-gopu var, -
dedi, - mən olmasam, ala qarğalar başında
yuva tikər. M.İbrahimov.
HAP-GOPÇU bax gopçu. Hap-gopçunun
biridir.
HARA sual əvəz. 1 . Hansı yer, hansı mə-
kan, yaxud hansı istiqamət, hansı tərəf. Ki-
tabları hara qoydu? Stulu hara apardın? -
[Sevil Gülüşə:] Balaşdan soruşmamış hara
gedə bilərəm? C. Cabbarlı. [Gülşənəm:] Ağa,
bu qabları hara düzəcəyik? H.Nəzərli.
2. Bədənin və ya bir şeyin hər hansı bir
yeri. Onun harası pisdir? Harasına gözəl
deyirsən! - [Məşədi İbad:] A kişi, bircə mən
bilmədim ki, camaat mənim harama qoca
deyir! Ü.Hacıbəyov. [Şahmar Şahpəriyə:]
Mənim yaram ağrıyır, sənin haran ağrıyır.
B. Bayramov.
3. Haradasa şəklində - naməlıım yerdə,
qeyri-müəyyən yerdə. Haradasa uşaq ağla-
yırdı. - Qaraşın səsi çox zəiflədi, haradasa
kəsilib qırıldı. M.İbrahimov. Haradasa bö-
cəklər hərdənbir cırıldaşırdı. Q. İlkin.
0 ...hara, ...hara - iki və ya çox şeyin
keyfiyyətinin, vəziyyətinin müqayisəsində
işlədilir. Həftəbaşı Xınalığa gələn avtodiikan
yeni-yeni mallar gətirir, indiki Xınalıq hara,
keçmişki hara. R.Rza. Vətən günü-gündən
dönür gülzara'. Gor dünənim hara, bu günüm
hara. B. Vahabzadə. Sən hara, bura hara -
bir adamı gözlənilməyən bir yerdə gördükdə
təəccüb məqamında işlədilir. Sən hara, bura
hara, yəqin sən də ziyarətə gəlmisən? E. Sul-
tanov. [Sultan bəy: ] Paho, Süleyman, sən
hara, bura hara? Ü.Hacıbəyov.
HARADA sual əvəz. Hansı yerdə? hayan-
da? Səni harada görə bilərəm? Dəftərlər ha-
radadır? - [Məşədi Qəzənfər:] Əşi, adam
gərək insaf ilə danışsın, qışııı soyuğunda
harada qızışa bilərsən? [Xor:] Hamamda!
Ü.Hacıbəyov. Həmin gecə saat doqquzdan
on ikiyədək Ləman harada idi? H.Seyidbəyli.
// Haradasa şəklində - hansı yerdəsə, ha-
yandasa, naməlum yerdə. Haradasa musiqi
çalınırdı.
HARADAN sual əvəz. Hansı yerdən? ha-
yandan? hansı tərəfdən? Haradan gəlirsən?
Haradan almısan? Haradan gəlmisəıısə, ora-
ya da getməlisən. Onun əsli haradandır? -
[Murad] Nigar kimi gənc, gözəl, çocuqlarına
mehriban bir qadını haradan tapacaqdı?
S. Hüseyn. Bu çayların haradan axıb gəldi-
yinə dair hərə bir fikir söyləyir. M.Hüseyn.
// Haradansa şəklində - hansı yerdənsə,
hayandansa (naməlımı, bəzən gözlənilməz
bir şey haqqında). Haradansa uzaqdan güllə
səsi eşidildi. - ..Haradansa əsib gələn .. bir
sazaq insanın iliyinə işləyirdi. M.İbrahimov.
Fəhlələr haradansa xörək tapıb gətirmişdilər.
M.Hüseyn.
HARALI əvəz. Birisinin hansı yerdən, ha-
rada anadan olduğunu, vətəninin hara oldu-
ğunu bilmək üçün işlədilir. O haralıdır? -
[Mansur xan:] Söylə görüm, haralısan, ay
gözəl? C. Cabbarlı. Yolçu sevinərək qocanı
saxladı, ondan haralı olduğunu soruşdu.
Ə.Məmmədxanlı.
HARAM sif. [ər.] 1. islam dininin eh-
kamlarına görə yeyilməsinə, işlədilməsinə
icazə verilməyən ( halal əksi). Haram mal
bərəkət tutmaz. (Ata. sözü). [Yaşlı kişi:] Mən
tamamilə mövhumatçı bir gəncdim, din və
şəriətin haram bildiyi heç bir iş arxasınca
getməmişdim. S. Hüseyn.
2. məc. Zəhmətlə, əməklə, düz yolla qa-
zanılmayan, əldə edilməyən. [Musa:] Çalış,
sən həmişə öz əməyin ye; Haram mal yeməyə
alışma, dilim. “Abbas və Gülgəz”. Kimsə öz
adına vurmurdu ləkə; Acından ölsə də haram
yemirdi. Ə. Kürçaylı.
330
HARAMXOR
0 Haram eləmək (etmək) - bax haram
qatmaq 2-ci mənada. [II qul:] Yenə səhər
tezdən Bəhram; Yuxumuzu etdi haram. A.Şaiq.
Bu söz çox vaxt [Ağasəfər və Həmzənin]
yediyini haram etmişdi. Ə.Əbülhəsən. Haram
iliyi - bax onurğa beyni (“onurğa”da).
Balığın sinir sistemi beyin və haram ilikdən
və buradan da bədənin hər tərəfinə yaydan
incə sinirlərdən ibarətdir. C.Cəbrayılbəyli.
Haram qatmaq, harama qatmaq - 1) tə-
miz, düz yolla əldə edilmiş bir şeyi korla-
maq, təmizlikdən məhrum etmək. [Xortdan:]
Hamı yəqin edir ki, belə adam müştəri alda-
dıb malına haram qatmaz. Ə.Haqverdiyev.
[Yaşlı kişi tacirə:] Sən mənim xeyir-bərəkətimi
qaçıracaqsan, sən mənim halal malıma haram
qatacaqsaıı!.. - deyərək uzun-uzadı deyi-
nərdi. S. Hüseyn; 2) pozmaq, mane olmaq.
Haram qatıb onlar şirin yuxııya; Yetişdilər
səhər tezdən Nııxaya. H.K. Sanılı. Atlar yorul-
muşdu. Faytonçunun cidd-cəlıdinə baxma-
yaraq, yerişlərinə haram qatmaq istəmir-
dilər. İ. Şıxlı. Haram olsun! - qarğış məqa-
mında işlədilir. Ananın südü sənə haram
olsun. - [Teymur ağa:] Mənim atamın yaxşı-
lıqları [vəzirə] haram olsun! M.F.Axundzadə.
Haram tikə - düzgün olmayan yollarla əldə
edilmiş hər hansı bir şey. Azdı ac gödənə
yüz haram tikə.. M.Araz.
HARAMXOR sif. və is. [ər. həram və fars.
xor - yeyən] Özgənin malına, şeyinə, pu-
luna tamah salan; müftəxor. [Mustafa bəy:]
Hamınız haramxorsunuz, hamınız oğrusunuz!
Ə.Haqverdiyev.
HARAMZADƏ is. [ər. həram və fars, zadə]
Fırıldaqçı, kələkbaz, hiyləbaz, bic, yaramaz,
tüliingü. [Murov:] Haramzadələr, mənim
əlimdən hara gedəcəksiniz. M.F.Axundzadə.
[Vahimə Çiçəyə:] Mən günahkar deyiləm ki,
haramzadə oğlun bütün zati-pakını danır?
B. Bayramov.
HARAMZADƏLİK is. Fırıldaqçılıq, kələk-
bazlıq, hiyləbazlıq, biclik. ..Dəstədə bir mü-
səlman görmürəm ki, ondan bir haramzadə-
lik və xəyanət baş verməmiş ola. C. Məm-
mədquluzadə.
HARAY 1. nida. Dad, aman, vay, dad-
fəryad, dad-fəğan. Haray, kim nə dilim var,
nə dil anlayanım. Qövsi. Haray, ey şerimin
HARAY-HƏŞİR
tunc qanadları; Fikrimin, hissimin ceyran
atları. M. Müşfiq.
2. is. Qışqırıq, hay-küy, cığır-bağır, ba-
ğırtı səsi; qışqırıq-bağırıq. Məscidi doldurur
haray, qışqırıq; Qarğış, hədələmə, söyüş,
fışqırıq. S. Vurğun. Kənddə qulaqbatıran bir
haray vardı. M. Hüseyn. □ Haray çəkmək
(qoparmaq) -bax haray salmaq 2-ci mə-
nada. Qatar yaxınlaşır haray çəkərək; Gö-
zətçi özünü itirir bu an. B.Vahabzadə. Balta
durmadan varır; Motor haray qoparır.
İ. Səfərli. Haray etmək - bax haray sal-
maq 1-ci mənada. Bir çoban bir gün etdi
dağda haray; Canavar var, - dedi, - gəlin,
ey vay. M. Ə. Sabir. Haray salmaq - 1) qış-
qırmaq, bağırmaq, çığırmaq, haray etmək.
Kəndə bir az qalmış qoca qabağa gedib səsi
dolusu haray saldı. S. Rəhimov; 2) səs-küy
salmaq, gurultu qoparmaq, gurultu salmaq
(qoparmaq). Haray salıb dağa-daşa; Kö-
püklü çay daşa-daşa; Axar uca qayalardan.
B. Vahabzadə.
3. is. Kömək, imdad. [İskəndər xan:]
..Atanıdan mənə bir haray olmayacaq, qal-
mışam naçar. N.Vəzirov. [Fazil:] Vallah,
mən özüm də məəttəl qalmışam, çünki o dəli
övrətdən də, deyəsən, bir haray yoxdur.
C. Məmmədquluzadə. □ Haraya gəlmək
(yetmək, yetişmək, çatmaq) - köməyə
gəlmək, imdada yetmək. [Ağa:] Haraya gə-
lincə itlər məni bu gördüyünüz halətə saldı-
lar. Ə.Haqverdiyev. Qız müəllimin harayına
çatmaq istədi. S. Rüstəm. Ona yetmək üçün
haraya dostlar; Aldı təyyarəni araya dostlar.
M. Rahim.
HARAYA sual əvəz. Hansı yerə? hansı
tərəfə? hayana? Haraya gedirsən? Haraya
baxırsan? - Haraya belə, Ələmdar? - deyə
Bənövşə çəkinə-çəkinə soruşdu. S. Rəhimov.
HARAYÇI is. Haraya gələn, köməyə
gələn, özünü haraya çatdıran, yaxud dalaşan-
ları gəlib ayıran adam. [Cabbar bəy:] Zalım
oğlu istəyirmiş barmağını salıb biçarə ar-
vadın gözünü töksün, harayçı qovmayıb...
N. Vəzirov. Bir azdan sonra harayçı tökü-
lüb, kərbəlavını baş-gözünün qanı axa-axa
götürüb getdilər. Çəmənzəminli.
HARAY-HƏŞİR is. Hay-küy, səs-küy. Bir
tərəfdə haray-həşirlə daş, qum daşımı; o
331
HARAYLAMA
HASARLI
biri tərəfdə qunda əhəng qarışdırılıb palçıq
edilirdi. S. Rəhimov. □ Haray-həşir sal-
maq - qışqırmaq, dad-fəryad qoparmaq, hay-
küy salmaq, qiyamət qoparmaq, mərəkə qo-
parmaq. Kimsə dedi: - Bir ovuc tut qurusun-
dan ötrü haray-həşir salma, kişi! Ə.Abasov.
HARAYLAMA “Haraylamaq”dan f is.
HARAYLAMAQ f 1 . Qrşqrraraq çağır-
maq, səsləyib çağırmaq. Ana vətən haray-
ladı ; Dar günündə övladını. N.Rəfıbəyli.
2. məc. Hava ilə oxıunaq. Bir az keçinədi
ki, Cümşüd bəy damağını sazlayıb çıxdı dama,
başladı haraylamağa. E. Sultanov. Xanəndə
qavalı üzünə tutub, əziziyəm ” deyə haray-
ladı. Mir Cəlal.
HARAYLAŞMA “Haray laşmaq” dan f.is.
HARAYLAŞMAQ qarş. Bir-birini bərk-
dən çağırmaq, qışqıraraq səsləmək. Çoban-
lar haraylaşırdılar. Uşaqlar qaçışır və ha-
raylaşırlar.
HARIN sif. 1. Yaxşı bəslənməkdən, yaxşı
baxılmaqdan kökəlmiş, qızğmlaşmış, azğın-
laşmış; tünd. Harın dayça. - [Xanlar:] Nə
qədər xam və harın at olsa, [anam] cilovunu
dəstələyib belinə atılasıdır. Qantəmir. Xanın
doqquz ay qaranlıq tövlədə bəslənmiş harın
buğasını meydana çıxardılar. M.Rzaquluzadə.
2. məc. Qudurğan, azğın, həddindən artıq
lovğa, özündənrazı, mütəkəbbir adam haq-
qında. Harın qız. - Rüxsara xanım Kərbəlavı
Səflərin tox və harın sifətini görüb, bir söz
demədi, ətrafına göz gəzdirdi. T.Ş. Simurq.
Bu almazlar işğalçıların zəngin salonlarında
bərq vurur, harııı xanımların qolunu, boy-
nunu bəzəyir. R.Rza.
HARINLAMA “Harınlamaq”dan f.is.
HARINLAMAQ/ 1. Yaxşı bəslənməkdən,
yaxşı qulluq edilməkdən kökəlmək, qızış-
maq, harmlaşmaq. At bütün qışı tövlədə xama
bağlanıb, yeyib harınlamışdı. “M.N.lətif.”
2. məc. Qudurmaq, azğınlaşmaq, vəhşi-
ləşmək, harmlaşmaq. Dəniz kimi kükrədilər,
dalğa kimi döş gərdilər; Harınlamış (f.sif.)
polislərə onlar yumruq göstərdilər. B. Vahab-
zadə.
HARINLAŞMA “Harınlaşmaq”dan f.is.
HARINLAŞMAQ bax hamıla ıııaq
HARINLIQ is. 1 . Harın, harınlaşmış hey-
vanın halı.
2. məc. Qudurğanlıq, azğınlıq, zorba-
zorluq. Vəzirov göstərir ki, bəylərin tüfeyli,
müftəxor təbiəti özbaşınalıq, harınlıq, əxlaq-
sızlıq doğurur. C. Cəfərov.
HARMATAN is. Afrikada qum və qızmar
külək.
HARMONİYA {yun. ] 1. mııs. Musiqi nə-
zəriyyəsinin, akkordların düzülüşünü, mu-
siqinin ümumi inkişafında onların qarşılıqlı
əlaqəsini şərh edən bölməsi. // Bir neçə həma-
həng tonların bir vaxtda səslənməsi. Əllini
keçsə də yaşım; Nə polifoniya, nə harmoni-
yadan çıxır başım. R.Rza.
2. Bax ahəng 1-ci mənada.
HASAR is. [ər.] 1. Daşdan, kərpicdən və
s.-dən tikilən hasar; barı, sədd. Bağııı hasarı.
Hasardan aşmaq. - Böyük bir qala var, dörd
yanı hasar; Daşında paslanmış əski yazılar.
S. Vurğun. Arxa tərəfdən taxta hasarın kiçik
qapısı vardı. Q. İlkin. □ Hasar çəkmək -
divar tikmək, barı çəkmək, hasarlamaq. Bağın
ətrafına hasar çəkmək. // məc. Bir şeyin bir-
ləşməsinə, yaxınlaşmasına mane olan şey;
maneə, sədd. □ Hasar çəkmək - mane ol-
maq, maneə yaratmaq. Sorağını alsam elə
bu gün sənin uzaqlardan; Məhəbbətə hasar
çəkməz nə ayrılıq, nə də zaman. S.Vurğun.
2. Hasarı, çəpəri xatırladan adam, ya şey-
lər sırası. Yolun o tay-bu tayında hasar təş-
kil edən dilənçilər, kor və əlillər... sədəqə
diləyirdilər. Çəmənzəminli. Heyət üzvləri
dəmir və polad silahlardan düzəlmiş hasarın
içərisi ilə keçib Atabəy bağına gedirdi(lər).
M.S. Ordubadi.
HASARLAMA “Hasarlamaq”dan f.is.
HASARLAMAQ f. Hasar çəkmək, barı
çəkmək, barılamaq. Həyəti hasarlamaq.
HASARLANMA “Hasarlanmaq’’dan f.is.
HASARLANMAQ məch. Hasar çəkilmək,
barı çəkilmək, barılanmaq. Məktəbin ətrafı
hasarlanmışdı. - [Kiçikbəyim] məhbəs kimi
qalın divarlarla hasarlanmış (f.sif.) Tehran
sarayını gözlərinin qabağına gətirirdi.
Çəmənzəminli.
HASARLATMA “Hasarlatmaq”dan /.7,s.
HASARLATMAQ icb. Hasar çəkdirmək,
barı çəkdirmək.
HASARLI sif Hasarı, barısı, divarı olan;
barılı, divarlı. Rübabə Sadıq kişinin alçaq.
332
HASİL
daş hasarlı həyətinə girəndə ürəyi döyündü.
Mir Cəlal.
HASİL [ər.] 1. sif. kit. Hüsula gələn, vü-
cuda gələn, ortaya çıxan, törəyən. □ Hasil
etmək - 1) almaq, əldə etmək. İzin hasil
edəndən sonra Əhməd içəri daxil olub, .. əl-əl
üstə qoyub, salam məqamında durdu. (Nağıl).
[Tağı Xııdayar bəyə:] Mən indi miisinn ada-
mam, özümə görə də təcrübə hasil eləmişəm.
C.Məmmədqıılıızadə; 2) istehsal etmək. Bu
günlər inşaatçılar əsas qüvvələrini enerji ha-
sil edəcək turbinin quraşdırılmasına yönəlt-
mişlər. (Qəzetlərdən). Hasil olmaq - 1 ) nə-
ticə kimi ortaya çıxmaq, ələ gəlmək. Neçə
gün ciddi axtarış getdisə də, bir səmərə ha-
sil olmadı. Ə.Haqverdiyev. [Yaqub:] Əvvəl
burada Möhsün bəy çalışırdı. İki il işlədi, biı-
nəticə hasil olmadı. B.Talıblı; 2) törəmək,
vücuda gəlmək, özünü göstərmək. Qılınc-
dan murad hasil olmadı, əmuda əl atdılar.
“Koroğlu”. Ana dedim, ürəyimə yanar odlar
saçıldı ; Ana dedim, bir ürpəriş hasil oldu
canınıda. M.Müşfiq; 3) yerinə yetmək, hə-
yata keçmək. Hasil oldu Qurbaniııin diləyi;
Tanımaram nə sultanı, nə bəyi. “Qurbani".
[Fitnə:] Oxu, bülbülüm oxu, hasil olsun
diləklər. A.Şaiq; 4) yetişmək, bitmək. Hər
meyvə olur hasil; Zəhmətlə, köməklərlə.
A.Şaiq. Alınıb-satılan yalnız kənddə hasil
olan şeylər və heyvanat qismi idi. Ə.Abasov.
Hasilə çatmaq - boya-başa çatmaq. Layla
deyim vatınca; Gözlərəm aybatınca; Canını
cəzanə gəldi; Sən hasilə çatınca. (Layla).
Hasilə gəlmək - 1) bitmək, yetişmək, əmələ
gəlmək. Pambıq isə torpaqda bitir, bizim
yerlərdə hasilə gəlir. Ə.Vəliyev; 2) hazır-
lanmaq, hazır olmaq. Plov hasilə gələndən
sonra Müşgütıaz süfrəni hazırladı. Ə.Vəliyev;
3) yetişdirilmək, hazırlanmaq. [İrəvan da-
rülmüəlliminindən] ancaq otuz, artıq başı
qırx nəfərə kimi müəllimlər hasilə gəlibdir.
F.Köçərli. Hasili-kəlam köhıı. - sözün qısa-
sı, xülasə, müxtəsər. [Xarrat:] Hasili-kəlam,
bəşər uşaqları heç də nəzər-diqqətə alınmır.
T.Ş. Simurq. Qənaət hasil etmək - bax
qənaətə gəlmək (“qənaət”də). Zəki Məm-
mədbağırın xəriflədiyinə qənaət hasil etdi.
S. Hüseyn. Nə hasil? klas. - nə xeyri? nə ol-
sun? nəticəsi yoxdur. Doğru yola getmədim,
HAŞİYƏ
nə hasil? Bir mənzilə yetmədim, nə hasil?
Füzuli. Yüz il başın yerə döysə, nə hasil;
Zahidin bilıudə ibadətindən. Q. Zakir. //Nə-
ticə kimi ortaya çıxan şey; nəticə, səmərə.
Səng şikəst eylədi balii-pərim; Banlamağııı
hasilini anladım. M. Ə. Sabir.
2. köhn. bax məhsul 1-ci mənada. Cəm
edəcək tarlasının hasilin; Bəsləyəcək ailəsin,
həm elin. M.Ə.Sabir. Bir pud buğda əkib əvə-
zində iki yüz pud hasil alırlarmış. S. Hüseyn.
3. is. riyaz. Vurma əməlində alman rəqəm.
2 ilə 3-ün hasili 6-dır.
HASİLAT is. [ər. "hasil” söz. cəmi] İs-
tehsal olunan, hasil edilən məhsulların ha-
mısı bir yerdə; məhsulat. Süd hasilatı. İllik
hasilat. Kömür hasilatı. - Guya onların qayda
və üsulu ilə burada əkinçilik aparılsa, ha-
silat birə-beş, birə-on artarmış.. S.Hüseyn.
HAŞA [ər.] 1. nida. Olmasın, Allah elə-
məsin, Allah göstərməsin, ...uzaq. [Qəmər
deyirdi:] Haşa... Min il zindanda çürüsəm
də evləndi yoxdur. (Nağıl) [Mirzə Camal:]
Axund, yoldan sonra bu qarlı havada hamama
buyurulsa, haşa sizdən, sətəlcəm peyda olar.
Çəmənzəminli.
2. zərf Əsla, qətiyyən, heç vaxt. Bahari-
ömrünü versə də başa; Aşıq məşuqədən usan-
maz haşa! M.P. Vaqif. Dolandım dünyanı,
gəzdim baş-başa; Sənin kimi gözəl görmədim
haşa. Aşıq Ələsgər.
HAŞALAMA “Haşalamaq”dan f.is.
HAŞALAMAQ f dan. Danmaq, inkar et-
mək, boynundan atmaq.
HAŞİYƏ is. [ər.] 1. Parçanın və s.-nin
kənarında rəngi, gülü, materialı cəhətdən on-
dan fərqlənən zolaq. Döşəmənin haşiyəsi. -
Çarşabın kənarında yaşıl ipəklə tikilmiş ha-
şiyələr var idi. M. S. Ordubadi. Xalçanın na-
xışlı yol-yol haşiyələri gözlərdə parıldayırdı.
Mir Cəlal. // Parçanın, divar kağızının və s.
kənarlarını çevrələyən zolaq. // Çərçivə.
2. Kitab və s.-nin səhifələrinin kənarında
ağ yer. Kitabın haşiyəsi. // Həmin ağ yerdə
yazılmış yazı, qeyd.
3. məc. Əsas məsələ ilə əlaqəsi olmayan
və ya az əlaqəsi olan danışıq, ya yazı. Hə,
hə - deyə, Naznaz Yarməmmədin haşiyəsinə
qulaq asmayıb tələsdirdi. M. İbrahimov.
□ Haşiyə çıxmaq - mətləbdən kənara
333
HAŞİYƏLƏMƏ
çıxmaq, əsas məsələni qoyub başqa şeylər-
dən danışmaq, ya yazmaq. Buradan bir haşi-
yə çıxıb keçən günlərə qayıdıram. C.Məm-
mədqııluzadə. O, bir şəlalədir axır ürəkdən;
Burda bir haşiyə çıxmalıyam mən. S. Vurğun.
HAŞİYƏLƏMƏ ' ' П a ş i yə I o m ə k” dən / is.
HAŞİYƏLƏMƏK/ Kənarlarına haşiyə tik-
mək, haşiyə ilə çevrələmək, haşiyə çəkmək.
Paltarın ətəyini haşiyələmək. H məc. Dövrə-
ləmək, çevrələmək, əhatə etmək. Respub-
lika ərazisinin yarısından çoxunu təşkil edən
dağlıq sahələr onu şimaldan, qərbdən, cə-
nubdan və cənub-şərqdən haşiv ələmişdir.
"Azərbaycana səyahət”.
HAŞİYƏLƏNMƏ “Haşiyə lənmək”dən/ is.
HAŞİYƏLƏNMƏK тәсһ. Kənarlarına ha-
şiyə tikilmək, haşiyə çəkilmək, çərçivəyə
alınmaq, çərçivəyə salınmaq. Burada Azər-
baycan kənd təsərrüfatı qabaqcıllarının gö-
zəl işlənib haşiyələnmiş (f.sif.) portretlərinə
də baxdıq. (Qəzetlərdən). // məc. Dövrələn-
mək, çevrələnmək. [Nuriyyə:] [Leytenantın]
ay işığında qara kölgə ilə haşiyələnmiş (f.sif.)
gözlərinə baxaraq, əlimi iri, cod və gözəl əlin-
dən çəkmədən susurdum. İ. Əfəndiyev.
HAŞİYƏLİ sif. Haşiyəsi olan, kənarları
haşiyələnmiş. Haşiyəli süfrə. Haşiyəli dö-
şəmə. - Yunis .. göy haşiyəli dəsmalı ilə alnı-
nın tərini sildi. Mir Cəlal. Hənifə balağı ha-
şiyəli tumanı ilə torpaq döşəməni süpiirə-
süpürə eşiyə yüyürdü. İ. Hüseynov.
HATƏM is. [Şərq əsatirində çox varlı,
əfsanəvi bir adamın adından] Əliaçıq, səxa-
vətli, comərd adam haqqında. [Səlim bəy:]
Xub. səbəb nədir ki, Mirzəyə gələndə Hatəm
olursan, bizə gələndə cibinin ağzını buzov
çatısı ilə bağlayırsan? Ə.Haqverdiyev. [Fay-
tonçu:] Bəli, bəs kişilərdə belə bir Hatəm
səxavəti gördüm. S.Rəhimov.
HAUPTVÄXT [alm.] Əsgəri vəzifədə olan
şəxsləri həbsdə saxlamaq üçün xüsusi bina.
HAVA 1 is. [ər.] 1. Yer atmosferini əmələ
gətirən qazların, başlıca olaraq azotla oksi-
genin qarışığı. Havanın təzyiqi. Şara hava
doldurmaq. Təmiz havada nəfəs almaq. Rü-
tubətli hava.
2. Yeri əhatə edən boşluq, ənginlik; fəza.
Quşlar havada uçur. Təyyarə havaya qalxdı.
Hava yolları. - Qatar-qatar olub qalxıb ha-
HAVA
vaya; Nə çıxıbsız asimana, durnalar!
M. V. Vidadi. Maşın getdikcə külək onun ya-
vaş-yavaş dən düşən yumşaq qara saçlarım
havada oynadırdı. İ. Əfəndiyev.
3. Hər hansı bir yerdə müəyyən vaxtda
atmosferin vəziyyəti (buludluluq, rütubət,
yığıntı, hərarət və s.). Yağmurlu hava. Ha-
vanın dəyişməsi. Havada rütubət hiss olunur.
Payız havası. - Artıq günorta yaxınlaşmış,
hava istiləşmiş, quşlar da yemlənib qalına
çəkilmişdilər. M. Rzaquluzadə.
4. Bir yerin sağlamlıq baxımından vəziy-
yəti, keyfiyyəti. Sağlam hava. Ağır hava.
Oranın havası mənə düşmədi. Dağ havası. -
Bir sərin, saf səhər, gözəlcə hava; Bürünüb
yamyaşıl çəmən, səhra! A.Şaiq. Biz hələlik
üz-üzə gəlirik küləklərlə; Hələlik çox ağırdır
Qaraqumun havası. S. Rüstəm.
0 Hava almaq - evdən kənarda, açıq
havada nəfəs almaq, gəzmək, dincəlmək.
[Şeyda:] Azacıq hava almaq üçün dışarı
çıxmışdım. H.Cavid. [Fizzə xanım Vahi-
dova:] Dedim, bir az hava alarsan. Bütün
günü stola yapışıb qalınısan. Ə.Məmməd-
xanlı. Hava həyəcanı - havadan təhlükə
olduğunu, düşmənin gəldiyini bildirən siq-
nal, təhlükə siqnalı. Hava işıqlanmaq - sə-
hər açılmaq, dan yeri sökülmək. Hava işıq-
lanana oxşamırdı. Mir Cəlal. Hava qaral-
maq (qaranlıqlaşmaq) - axşam olmaq, ax-
şam düşmək, günəş batmağa başlamaq. Həlim
Qiidrətov Sağsağaıılıya girəndə hava qaral-
mışdı. Ə. Vəliyev. Hava sınmaq - soyuqlar-
dan sonra hava yumşalmağa, istiləşməyə
başlamaq. Hava şarı - 1) yuvarlaq (sferik)
aerostat; 2) içi havadan yüngül qazla dol-
durulmuş, şarşəkilli uşaq oyuncağı. Hava
vannası - bədəni möhkəmləndirmək və ya
müalicə məqsədilə açıq havada günəş al-
tında uzanma, özünü günəşə vermə. Havada
(havadan asılı) qalmaq - bir məsələnin,
işin aydınlaşdırılmaması, həll olunmaması
haqqında. [Qoşatxan Kərəmə:] Nə deyirik,
hamısı qalır havada. M. İbrahimov. Başına
hava gəlmək - bax baş.
HAVA 2 is. mııs. Səslərin, müəyyən mu-
siqi vəhdəti əmələ gətirən ardıcıllığı; musiqi
ahəngi, melodiya. Oyun havası. El havaları.
- Çalardı düdükdə yanıqlı hava. H.K.Sanılı.
334
HAVADAR
HAVATƏMİZLƏYƏN
Mahnının Azərbaycan havaları kimi həzin,
ruhoxşayıcı olması .. Aslanı valeh etdi. S.Və-
liyev.
HAVADAR 1 is. [ər. həva və fars. ...dar]
Birinin tərəfini saxlayan, ona tərəf çıxan,
onu müdafiə edən; tərəfgir, tərəfkeş, tərəf-
dar. [Göyüş dayı:] Gəl oğul, gəl Məmməd,
havadarım, gəl! Namusum, qeyrətim, etiba-
rım gəl! Z.Xəlil. Müşavirədə bircə adam da
Muxtara havadar olmamışdı. B. Bayramov.
// Eyni mənada bəzən mənfilik çaları ilə.
Xanlar zahirdə kirimiş durmaqla Cəmilin
başını yastığa qoyurdu. Xəlvətdə öz hava-
darlarına deyirdi. Mir Cəlal. [Yusif:] Hüm-
mətin də havadarı Alməmmədov olubdur,
yoldaş katib! B.Bayramov. □ Havadar çıx-
maq - tərəfdar çıxmaq, tərəfini saxlamaq,
razı olmaq. Güllü arvad da indi qayıdıb tək
evdə otura bilməyəcəyini hiss edərək. Maralın
fikrinə havadar çıxdı.. Ə.Əbülhəsən.
HAVADAR 2 sif. [ər. həva və fars. ...dar]
köhn. Yaxşı havası olan, havası tez-tez tə-
zələnən, həmişə təmiz olan; sağlam. [Xar-
rat:] Qayət havadar və ziyadar məskənlər
vücuda gətirilmişdir. T.Ş. Simurq.
HAVADARLIQ is. Tərəfdarlıq, tərəfgir-
lik, tərəfkeşlik.
HAVADƏYİŞƏN is. Otağın və s.-nin ha-
vasını dəyişib təmizləmək üçün cihaz, qurğu;
ventilyator. // Sif. mənasında. Yaşayış bina-
larındakı qızdırıcı və havadəvişən qurğulara
yaxşı qulluq edilməlidir. “Sağlam məişət
uğrunda’’.
HAVAXT əvəz. Haçan, nə vaxt, nə zaman.
Əhvalat havaxt olmuşdu? Havaxt bizə gə-
ləcəksən? Havaxt gedəcəyi məlum deyil. -
[Nəbi:] Havaxt lazım olsa sizə köməyim; Bir
işarə verin, yetim haraya. S. Rüstəm.
HAVAXTADƏK, HAVAXTACAN əvəz.
Hansı vaxta, müddətə, ana qədər; haçana-
dək, haçanacan. Havaxtadək ( havaxtacan )
gözləyim? - Havaxtadək olacağıq ikiqat?!
Q.Zakir.
HAVAXTDAN əvəz. Hansı vaxtdan, hansı
müddətdən, haçandan. Havaxtdan şəhərdə
yaşayırsan? - [Şahpəri:] Xala nədir, adə,
mən havaxtdan xala olmuşam? B.Bayramov.
HAVAQIZDIRAN, HAVAQIZDIRICI is.
Havanı qızdırmaq üçün cihaz, qurğu. Yeni
markalı lıavaqızdıran. H Sif. mənasında. Ha-
vaqızdıraıı cihaz.
HAVALANDIRMA “Havalandırmaq”dan
fis.
HAVALANDIRMAQ/ 1. Coşdurmaq, qı-
zışdırmaq, dəli eləmək.
2. Ruhlandırmaq, cuşa gətirmək, şövqə
gətirmək. Qəlbi havalandırır; El mahnısı, şi-
kəstə. M.Seyidzadə.
HAVALANMA “Havalanmaq”dan /A.
HAVALANMAQ f. 1. Havaya qalxmaq,
uçmaq. Göyərçinlər havalandı. - Kamal bir-
birinin ardınca bir çox təyyarənin havalanıb
dik göyə ucaldığını gördü. M. Rzaquluzadə.
Birdən [sərçələr] həyəcanla civildəşib hava-
landılar . H.Seyidbəyli.
2. məc. Cuşa gəlmək, şövqə gəlmək, vəcdə
gəlmək, ruhlanmaq, şövqlənmək. Tülkü ha-
valanıb deyir: - Aslanam; Top dağıdan ac
aslanlar itibdi. Aşıq Ələsgər. Çal, havalan,
santurum; Çal ki, tellər oynasın. A.Şaiq.
3. məc. Azmaq, coşmaq, qızışmaq, özün-
dən çıxmaq; tutması tutmaq, ağlı başından
oynamaq. Varlınan dost olub yoxsula gülmə;
Çox da havalanıb coşma dünyada. Aşıq
Ələsgər. Rəiyyət havalanacaq, Qədim kinli-
lərinin qabağında heç fil də dayanmayacaq.
S. Rəhimov. Salman havalanıb pörtərək ey-
bəcər və iyrənc şəklə düşdü. M. İbrahimov.
HAVALI sif. və zərf 1 . Azğınlaşmış, qu-
durmuş; ağlı başından oynamış kimi; azğın,
qudurğan. Gəzirlər havalı ağalar, bəylər; İş-
ləyir qan-tərdə naxırçı, nökər. Aşıq Ələsgər.
□ Havalı kimi - ağlı başından oynamış
kimi, dəli kimi. Xan lıavalı kimi bu otaqdan
o otağa qaçır, .. sanki kimdənsə gizlənmək
istəyirdi. M.Rzaquluzadə. // Qızğın, qızmış,
harın. Xosrovdan başqa, heç kəs bu havalı
ata səmt düşə bilmirdi. S. Rəhimov.
2. Yaxşı havası olan; səfalı. Havalı sahil.
Havalı çəmənlik.
HAVASIZ sif. və za//Havası olmayan və
ya pis olan; boğanaq. Havasız otaq. - Qal-
dılar onun da lap alt qatında; işıqsız, hava-
sız, qıfıl altında. H.K.Sanılı. Doğma əminin
evi Səmədə günəşsiz, havasız bir zindan kimi
görünürdü. İ.Hüseynov.
HAVATƏMİZLƏYƏN, HAVATƏMİZLƏ-
YİCİ is. Otağın və s. havasını təmizləyən
335
HAVAYI
HAY
cihaz, qurğu; ventilyator. Havatəmizləyəııi
quraşdırmaq. // Sif. mənasında. Havatəmiz-
ləyən ventilyasiya qurğuları.
HAVAYI [ar.] 1. zərf işləmədən, zəhmət
çəkmədən, zəhmətsiz. Düşündüm, ən nəha-
yət şair qəlbimə damdı; Süfrəsində havayı
çörək yeyənləri vardı. S. Rüstəm.
2. zar/ Boş yerə, əbəs, nahaq, hədər. Ha-
vayı axmasın nə su, nə külək; Tarlada bir
qoza qalmasın gərək ! S. Vurğun. Qoy hər bir
əsgərimiz çox böyük və müqəddəs iş üçün
vuruşduğunu bilsin, bir gülləni belə havayı
atmasın. Mir Cəlal.
3. sif Boş, faydasız, dəyərsiz, mənasız,
əsassız. Havayı söhbət. - [Şamama Cadu:]
Başına dönüm, elə bilirsən, mən sənə havayı
söz deyirəm. Ə.Haqverdiyev. [Qulu:] Qulu heç
vaxt havayı söz danışmamışdır. I. Əfəndiyev.
4. zərf Pulsuz, məccani, qarşılıqsız. Ha-
vayı keçirmədi bir saatı, bir aııı; Nizami Gən-
cəvinin “Leyli-Məcnun ” dastanı; Onu vəcdə
gətirdi... B. Vahabzadə.
HAVAYIYEYƏN is. Özü işləməyib öz-
gənin, ya özgələrin hesabına yaşayan adam;
müftəxor, tüfeyli. // Sif. mənasında. Quşun
oxumağına şəhərin alverçi, baqqal, tacir, dəl-
lal kimi havayıyeyən boşboğazları toplanırdı.
H. Sarabski.
HAVİ sif. [ar.] kit. Əhatə edən, qavrayan,
ehtiva edən, içinə alan, aid olan, şamil olan.
..[Cənnətəli] üç-dörd fərdi havi bir bənzətmə
yazıb, neçə qəzet idarəsinə göndərib, çap elə-
məyiblər. Çəmənzəminli. Sarıköynək yaxşı
bir qadın idi. Bir qadında bulunması lazını
gələn bütün məziyyətləri havi idi. S. Hüseyn.
HAVLAMA “Havlamaq”dan fis. Təzə-
dən bir köpəyin lıavlaması onu diksindirdi.
S. Rüstəm.
HAVLAMAQ/ Hav-hav etmək, hürmək.
O, gözləri qızmış halda irəli yeridi və qoca
çoban iti səsinə oxşayan gur səsi ilə havla-
mağa başladı. Ə.Əbülhəsən.
HAY təql. 1. Çağırışa cavab. □ Hay ver-
mək - çağırışa cavab vermək, səsə səs ver-
mək. Nə qədər çağırdımsa, hay vermədi.
Adam çağıranda hay verər. - Diriyə hay ver-
məz, ölüyə pay. (Ata. sözü). Küçədən acıqlı bir
səs eşidildi: - Qırılmamışsınız ki, hay niyə ver-
mirsiniz? Aç qapuıı.. M. İbrahimov.
2. Səs-küy, hay-küy, qarmaqarışıqlıq.
□ Hay basmaq - hürərək səs-küy qopar-
maq, səs-küy salmaq. [Salman ilə Maya]
alaçıqların güneyinə çıxan kimi ağılların
yanından iki iri köpək hay bcısıb bu tərəfə
cumdu. M. İbrahimov. Hay qopmaq - bax
hay düşmək. Hay düşmək - hay-küy düş-
mək, gurultu-patırtı düşmək, hay qopmaq.
[Əmiraslan baba dedi:] İndiki kimi yadımda-
dır, hay düşdü. Biz də dəstə ilə yığılıb getdik...
S. Rəhimov. Verdiyev .. qonum-qonşuya hay
düşməmək üçün bir az asta danışdı. Mir Cəlal.
Hay salmaq - hay-küy qoparmaq, gurultu-
patırtı qoparmaq, küy salmaq. Mələk bilirdi
ki, istədiyini verməsə [uşaq] hay salıb ba-
ğıracaq. M. İbrahimov. [Uşaqlar] bir-biri ilə
ötüşərək hay salıb üzür, qabarıb gələn dal-
ğanı qucaqlayırlar). Mir Cəlal. Hay vur-
maq - qışqırmaq, bağırmaq, çığırmaq. Hay
vurdum, qıy vurdum, gətirməz şikar; Tərlan
baxtım sara döndü, nə döndü! Aşıq Ələsgər.
Cavabsız qalmamış hələ sualını! Hay vurur,
qıy vurur tərlan xəyalım! S.Vurğun.
3. Hayında şəklində - qeydində, fikrində.
Keçi can hayında, qəssab piy hayında. (Mə-
səl). Salman isə öz canının hayında idi. Ə. Və-
liyev. Əcəl getdi, tər gəldi; Tərdən dərdi-sər
gəldi; Mən qəriblik hayında; Bir də bədxə-
bər gəldi. (Bayatı).
0 Haya bənd olmaq - bir işi görmək üçün
bəhanə, səbəb aramaq, fürsət gözləmək. Bu-
nunla da, bir haya bənd imişlər kimi bayaq-
dan susmaqda olanların dilindən qıfıl gö-
türüldü. Ə.Əbülhəsən. Haya yetmək - im-
dadına çatmaq, harayına yetmək (gəlmək,
çatmaq). Hayına qalmaq - qeydinə qalmaq,
qayğısını çəkmək, qayğısında olmaq, fikrini
çəkmək; haqqında düşünüb tədbir görmək.
[Molla:] Sənin kimi kişisinin hayına qalma-
yan arvaddan canım qurtarsın. “M.N.lətif.”
Mən nə haydayam, sən nə hayda(san), o
nə hayda(dır) - mən nəyin qeydini çəki-
rəm, sən nəyin qeydini çəkirsən, o nəyin
qeydini çəkir; mən nə fikirləşirəm, sən nə
fikirləşirsən, o nə fikirləşir. [Məşədi Ağa-
banı Fərəcullaya:] Ala, çək, mən nə hayda-
yam, sən nə haydasan. M. Əliyev. [Məsmə:]
Qızım, başına hava gəlib, nədi, mən nə hay-
dayam, sən nə haydasan. Mir Cəlal.
336
HAYAN
HAYQIRTI
HAYAN 1 əvəz. Hansı tərəf, hara, hansı
səmt. [Sultan bəy:] Mərdimazar oğlu mər-
dimazar, hayandan gəldi isə bütün işi kor-
ladı. Ü. Hacıbəyov. Namusu, qeyrəti hayana
atdın; Düz çıxmadın etibara, gəlmədin. Aşıq
Şəmşir.
HAYAN 2 is. dan. Kömək, köməkçi, arxa,
himayəçi, havadar. Tellinin fikrinə gəldi ki,
gedib Əcəb xalanı özünə hayan çağırsın.
S.Hüseyn. Gəhi rəqibə salır meyimi, gah aşi-
qinə; Hayan gəlir - əsir ol bivəfa, külək kimi-
dir. Ə.Vahid. □ Hayan olmaq (durmaq) -
müdafiə etmək, arxa durmaq, havadarlıq
etmək, himayə etmək, himayəçilik etmək.
[Xəlil Çimnaza:] ..indi gərək biz bir-birimizə
hayan olaq. M.Hüseyn. [Reyhan Əzizə:]
Gərək sən [Azərdən] ayrılmayaydın, yaxında
qalıb ona hayan olaydın. Ə.Məmmədxanlı.
HAYDI nida. Bir yerə getmək, yaxud bir
işə başlamaq üçün çağırış və ya əmr məna-
sında işlədilir. Haydı, işə başlayın! Haydı,
irəli! Haydı, evə! - Bir qulaq ver: o haraydı,
haydı, nərədi... Daş dilini anlamazsan, ey
daş mühəndis! M.Araz.
HAY-HARAY, HA Y-HUY bax hay-küy
1-ci mənada. Obaya səs düşdü. Uşaqların
hay-harayı bir-birinə qarışdı. B. Bayramov.
□ Hay-haray salmaq -bax hay-küy sal-
maq. - Usta! - Usta! Tufan gəldi! - deyə şa-
girdlər; Çaxnaşaraq mədən boyu hay-haray
saldı. S. Vurğun. Dünyaya hay-haray saldı
dəniz də; Xəzərin əlvida səsi ucaldı. N.Xəzri.
HAY-HAY is. 1. dan. Tab, taqət, qüvvət,
iqtidar, hey. Hay-lıayı gedib, vay-vayı qalıb.
(Məsəl).
2. İntonasiya ilə deyilərək istehza, riş-
xəndlik bildirir.
HAYXIRIQ is. Bəlğəm.
HAYXIRMA “Hayxırmaq”dan f.is.
HAYXIRMAQ f Bəlğəm gətirmək, bəl-
ğəm tüpürmək, boğazını arıtlamaq. Kərbəlayı
Qurban çubuğu doldurub almışdı ağzına və
hərdən hayxırıb, ağacın dibinə tüpürürdü.
Çəmənzəminli.
HAYIL-MAYIL zərf dan. Heyran, valeh.
□ Hayıl-mayıl qalmaq - heyran qalmaq,
heyrət etmək. Hayıl-mayıl qoymaq - hey-
ran qoymaq, heyrətdə qoymaq. Hayıl-mayıl
olmaq - heyran olmaq, heyrət etmək. İbra-
him, padşahın gözünə çox xoş gəlmişdi. Day
lap hayıl-mayıl olmuşdu. (Nağıl). [Tiikəzban
xala:] Ölməmişlər elə də qəşəngdirlər ki,
adanı lıayıl-mayıl olur, heç bilmir hansının
qolundan yapışsın.. İ. Şıxlı.
HAY-KÜY 1. is. Səs-küy, qışqırtı, bağırtı,
hay-haray, gurultu, qalmaqal, dava, mərəkə.
Bir gün Nəbi Zəngəzur mahalında kiçik bir
kəndin yanından keçərkən qulağına hay-küy
səsi gəlir. “Qaçaq Nəbi”. Yaylanın başından
hay-küy səsi gəlirdi. Mir Cəlal. □ Hay-küy
salmaq (qaldırmaq) - qışqırmaq, bağırmaq,
səs-küy salmaq. Səlim böyük hay-küy qal-
dırdı. M. İbrahimov. [Ümid Mikayıla:] Son
vaxtlar [Səfiyarın] hay-küy salıb özündən
çıxması da bunun üstündədir. B.Bayramov.
// Səs-küy. Adətən limana yaxınlaşan gəmi-
lərdə yaman hay-küy olur. M. Rzaquluzadə.
□ Hay-küy salmaq - bərkdən danışmaq,
səs-küy salmaq. Sadıqzadə əlini qaldırıb
hay-küy salan gəncləri sakit etməyə çalışdı.
S. Rəhimov.
2. Hay-küylə şəklində zərf- hay-küy sa-
laraq, qışqıraraq, bağıraraq.
HAY-KÜYÇÜ sif. Heç bir ciddi səbəb ol-
madan hay-küy salan, çaxnaşma salan, va-
himəyə düşən; küy-kələkçi, küyçü.
HAY-KÜYLÜ sif. Hay-küy, səs-səmir
olan.
HAY-KÜYSÜZ zərf Hay-küy salmadan,
sakitcəsinə, sakit, səsə salmadan.
HAYQIRIQ is. Qışqırıq, bağırıq, hay-küy,
səs-küy. Qadın və kişilərin əl-ələ tutuşub
yallı getmələri və hayqırıqları hələ də dağ-
lardan çəkilməmişdi. S.Rəhimov.
HAYQIRIŞMA “Hay qırışmaq” dan / is .
HAYQIRIŞMAQ qarş. Səs-səsə verib qış-
qırmaq, bağınnaq, qışqırışmaq. Uşaqlar hay-
qırışırdılar.
HAYQIRMA “Hayqırmaq”dan f.is.
HAYQIRMAQ f Qışqırmaq, bağırmaq,
hay salmaq. Hayqırıb meydanda açsam qol-
qanat; Qarı düşman qabağımda olar mat.
“Koroğlu”. Mən əzilən bir sinfin hayqıran;
Haq bağıran sədasından yarandım. M.Müşfiq.
HAYQIRTI is. Çığırtı, bağırtı, qışqırıq,
hay-küy. Bu meşəlikdə çaylar axır, çeşmə-
lər qaynayır, vəhşi heyvanların hayqırtısı
eşidilirdi. S.Rəhimov.
337
HAYLAMA
HAYLAMA "Haylamaq”dan /is.
HAYLAMAQ/ Səsləmək, çağırmaq. Qa-
pını döydük, açan olmadı. Hayladıq, cavab
çıxmadı. C.Cabbarlı. Surxay atım Qulunun
çəpəri yanına sürdü və ucadan hayladı: -
Qulu, ay Qulu! M. İbrahimov. // Heyvanları
səsləyib çağırmaq. Bu söhbətdən Cəbiş pərt
olub atlarını hayladı. S.Rəhimov. Sarban hə-
yəcanla dəvələri haylayır.. M. İbrahimov.
HAYLAŞMA “Haylaşmaq”dan /is.
HAYLAŞMAQ qarş. Biri-birini səsləmək,
çağırmaq.
HAYLAZ is. Vaxtını boş-boşuna, səmə-
rəsiz keçirən adam, işə çıxmayan, işləməyi
sevməyən adam; tənbəl, xeyirsiz adam.
[Camaat:] Alçaq, lıaylaz! H. Cavid.
HAYLAZLIQ is. Haylaz adamın xasiyyəti.
HAYLI-KÜYLÜ bax hay-küylü. Dəli dağ
nə qədər haylı-kiiylü, nə qədər vahiməli-
qorxulu olsa da .. hər dağdan daha məftun-
edici gəlirdi. S.Rəhimov.
HAZIR si/, və zər/ [ər.] 1. Bir işi icra et-
mək üçün lazım olan hər şeyi olan; amadə.
Mən hazıram, gedə bilərik. Yola düşməyə hələ
hazır deyil. Çıxışa lıazır olmaq. - Qapının
ağzında nökər Vəli hazır durubdur. U.Hacı-
bəyov. Qanadın üstündə o mehribanım ; Uza-
nıb deyir ki: "Mən hazıram, sür”. M. Rahim.
2. Bir işi görməyə razı olan, həvəs, meyil
göstərən. O bizimlə getməyə hazırdır. Sizi
saatlarla dinləməyə hazıram. - Zeynal Şərif-
zadənin göstərəcəyi yol ilə getməyə hazır idi.
S. Hüseyn. Çarpışmağa biz hazır ; Yerlərlə,
/ələklərlə. A.Şaiq.
3. Hazırlanmış; işlənməyə, istifadəyə ya-
rar vəziyyətdə olan. Nahar hazırdır. Maşın
hazırdır, bizi gözləyir. - Stolun üstündə nə
ki lazını idi, hamısı hazır olmuşdu. N.Nəri-
manov. Bir az keçmədən çay hazır oldu.
Ə.Vəliyev. // Tikilmiş və ya hazırlanmış
halda satılan ( si/arişli ziddi). Hazır paltar.
Hazır ayaqqabı. Hazır şalvar. П Qabaqcadan
düşünülmüş, qabaqcadan fikirdə tııtıılmuş,
hazırlanmış (söz, cavab və s. haqqında). Ha-
zır cavab. Hazır ibarələr. H Hazırlanmış, ye-
tişdirilmiş, öyrədilmiş, təlim keçmiş. Hazır
mütəxəssis. - [Əhməd Salmana:] Oxumalıyıq..
Sonra bir müddət keçmiş, hazır kadrımız da
olar, kiçik bir təşkilat yaparıq. Çəmənzəminli.
HAZIRCAVABLIQ
4. Söhbəti gedən yerdə olan, şəxsən orada
iştirak edən (qaib ziddi).
5. İndi ki, madam ki, lap yerində. Hazır
gəlmisən, bu işi də gör. Hazır yazırsan, bu
sözləri də əlavə et.
6. Hazırda şəklində zərf - indi, bu saat,
indilikdə, indiki halda. Hazırda Atabəy
məmləkətlərinin bir tək müttəfiqi və dostu
yoxdur. M. S. Ordubadi. İçərişəhərin hazırda
beş darvazası varsa da, keçmişdə bunlar
dörd imiş. H.Sarabski.
0 Hazıra qonmaq - başqalarının əməyi
ilə meydana gəlmiş bir şeyə şərik çıxmaq.
Hazıra nazir - başqalarının əməyi ilə mey-
dana gətirilmiş bir şeyə şərik çıxmaq istəyən
və ya şərik çıxan adam haqqında. Hazıra
(hazırına) nazir olmaq -bax hazıra qon-
maq. [Ata:] Miiftə çörəyi sən yeyirsən, ha-
zırına nazir olmusan. Ə.Vəliyev. Hazır ol!
hərb. - hazırolma komandası. Bayraqdar-
ların dalınca gedən şeypurçular qoşuna
"Hazır ol!” - işarəsi verincə, qırx min qı-
lınc bir kərə qınından çıxdı. M.S. Ordubadi.
HAZIR- AMADƏ b a x hazır 1-ci mənada.
Hazır-anıadə durmaq.
HAZIRCAVAB si/, [ər. hazir və fars, cə-
vab] Başqasının sözünə və ya sualına dərhal
münasib cavab tapıb söyləyə bilən, söz
altında qalmayan. Hazırcavab adam. - [Zey-
nəb xanım] həmişə hazırcavab, sözü i izə dik
söyləyən idi. Çəmənzəminli. [Məmmədəli:]
Mənim qardaşını Məmmədcə/ər çox hazırca-
vabdır. S. Rəhman.
HAZIRCAVABLIQ 1 . is. Hazırcavab ada-
mın hal və keyfiyyəti; hazırcavab olma, söz
altında qalmama. Onun hazırcavablığı ha-
mını valeh edir. - [Mədinənin] mehribanlığı,
zara/atı, qonaqsevərliyi, hazırcavablığı Va-
qifi məftun edirdi. Çəmənzəminli. Qızın bu
hazırcavablığı Aslanı sevindirdi. S.Vəliyev.
2. Hazırcavablıqla şəklində zər/- birinin
sözünə və ya sualına dərhal münasib cavab
verərək, söz altında qalmayaraq. Sirat bu
sualı gözləyirmiş kimi, hazırcavablıqla, bir
azda ötkəm dedi.. Ə.Əbülhəsən. Sənubər çə-
tin sualın cavabını asanlıqla tapmış adam-
ların özündənrazı ədası ilə sakitcə, hazırca-
vablıqla .. [dedi] B. Bayramov.
338
HAZIRKI
HAZIRLAŞMA
HAZIRKI sif. Keçmişdə və gələcəkdə de-
yil, indi, hazırda olan; indiki. Hazırkı zaman.
Hazırkı vəziyyət. Kəndin hazırkı mənzərəsi. -
[Qızıl Arslan:] Sənə çox gözəlcə məlumdur ki,
hazırkı hökmdarlıq atamız Eldəniziıı qılıncı
və rəhmətlik anamız Türkan xatunun tədbir-
ləri sayəsində düzəlmişdir. M.S. Ordubadi.
HAZIRLAMA “Hazırl aımaq”dan f.is.
HAZIRLAMAQ f 1 . işlətmək və ya isti-
fadə üçün yararlı hala salmaq, hazır etmək.
Avtomaşını yola hazırlamaq. Vannanı hazır-
lamaq. Yorğan-döşəyi hazırlamaq. - Mələk
penisillin iynəsini vuraraq bankaları hazır-
layırdı. M. İbrahimov. Şahmar yola düşmək
üçün yenidən hazırladığı çamadanı da gö-
türüb babasının yanma keçdi. B. Bayramov.
// Hər hansı məqsəd üçün öyrətmək, lazımi
bilik vermək, təlim etmək. Kadr hazırlamaq.
Mütəxəssislər hazırlamaq. Uşağı birinci sinfə
hazırlamaq. - indi də diş həkimləri hazırla-
maq üçün texnikum düzəldirlər. C.Məmməd-
qıılıızadə. Müəllim olmaq bir zövq isə müəl-
lim hazırlamaq min bir zövqdür. S. Rəhimov.
2. Bir şeyi yerinə yetirmək, həyata keçir-
mək üzərində çalışmaq, əlləşmək. Rolunu
hazırlamaq. Tamaşa hazırlamaq. Layihə ha-
zırlamaq.
3. Xörək və s. bişmiş bişirmək, bişmiş
hazır etmək. Xörək hazırlamaq. Qəlyanaltı
hazırlamaq. Uşaq üçün südliisıyıq hazırla-
maq. - Müşgünaz çayı dəmə qoyub mətbəxdə
Ənvər üçün xörək hazırlayırdı. Ə.Vəliyev.
// Çay qoymaq. Gülşənəm arvad səhər tez-
dən qalxıb sobanı qalamış və oğlu üçün çay
hazırlamışdı. M. Hüseyn. // Süfrə salmaq, ye-
mək-içmək üçün lazım olan hər şeyi süfrə
üzərinə qoymaq. Süfrəni də nə zamandır;
hazırlamış evdə nənə. M.Dilbazi.
4. Sonradan işlətmək üçün tədarük etmək,
ehtiyatını görmək, hazır etmək. Heyvanlar
üçün yem hazırlamaq. Qışcı odun hazırla-
maq. - [Mehriban] ..Zeynalın sevdiyi içkini
bazardan aldırıb hazırlar və süfrəyə gətirərdi.
S. Hüseyn. Uşaq qələm və mürəkkəb -kağız
hazırlayıb nə yazacağını gözlədi. Ə.Vəliyev.
5. Bir iş görmək niyyətində olmaq, bir şey
etməyə hazırlaşmaq, bir şey qurmaq. Hiylə
hazırlamaq. Tələ hazırlamaq.
6. Qayırmaq, düzəltmək. Dərman hazırla-
maq. Metaldan detallar hazırlamaq. Fabrik
üsulu ilə məmulat hazırlamaq. - [Tapdıq]
iki gün əlləşdi. Ancaq şananın barmaqlarını
hazırlaya bildi. Ə.Vəliyev. Aslan və yoldaş-
larının hazırladığı maket orada idi. M. Rza-
quluzadə.
7. Qabaqcadan düşünüb yazmaq, tərtib et-
mək, hazır etmək. Ərizə hazırlamaq. Rəisin
adına məktub hazırlamaq. H Qabaqcadan dü-
şünüb nəzərdə tııtmaq, hazır etmək, yadda
saxlamaq. Cavab hazırlamaq. - Elə bil Zey-
nal cavabını qabaqcadan hazırlamışdı.
B. Bayramov.
8. Olmuş və ya gözlənilən acı bir hadisə
xəbərini dərk etmək üçün birində qabaq-
cadan müvafiq əhval-ruhiyyə yaratmaq.
HAZIRLANMA ' ' П a z ı r 1 a n m a q ” d a n/.7,s .
HAZIRLANMAQ 1 . “Hazırlamaq”dan
məch. Patronlar yoxlanıldı, qumbaralar, pu-
lemyotlar hazırlandı. Ə.Vəliyev. // Hazırlıq
işləri aparılmaq. Bayrama hazırlanmaq. Qo-
naqları qarşılamağa hazırlanmaq. - Hələ
Novruza və çərşənbələrə hazırlanmaq daha
da böyük bir maraq təşkil edərdi. Çəmən-
zəminli.
2. f. Hazır olmaq, özünü hazırlamaq, ha-
zırlaşmaq. Bayrama hazırlanmaq. - Vaxt keç-
mişdi, çayçı, dükanının qapılarını içəridən
bağlayıb yatmağa hazırlanırdı. S. Hüseyn.
Məhərrəm cavab vermək üçün hazırlandı.
H.Nəzərli.
3. məch. Qayrılmaq, düzəldilmək. Əlavə
çoxlu ehtiyat hissələri hazırlandı. - Bu his-
sələr hazırlandıqca bir-birinin ardınca za-
voda göndərilirdi. H.Seyidbəyli.
HAZIRLAŞDIRILMA "Hazırlaşdııılmaq”-
dan f.is.
HAZIRLAŞDIRILMAQ məch. Hazıı edil-
mək, hazır hala salınmaq.
HAZIRLAŞDIRMA “Hazırlaşdırmaq”dan
f.is.
HAZIRLAŞDIRMAQ f. Hazır etmək, ha-
zır hala salmaq. Müəllimim mənə söylədiyi
kimi, mən də onlara cürbəcür hekayələr söy-
lərdim və onları gələcək həyata hazırlaşdır-
nıağa çalışardım. T.Ş. Simurq.
HAZIRLAŞMA “Hazırlaşmaq”dan f.is.
339
HAZIRLAŞMAQ
HAZIRLAŞMAQ/ 1. Bir iş görmək və ya
bir yerə getmək üçün hazırlıq gönnək, hazır-
lanmaq, özünü hazır etmək. Yola düşməyə
hazırlaşmaq. Köçməyə hazırlaşmaq. - ..Bir
istəkaıı çay içib, bir tikə çörək yeyib hazır-
laşdım evdən çıxmağa. C.Məmmədqıılıızadə.
[Qəhrəman:] Hər iki tərəf qəti hücuma ha-
zırlaşırdı. H.Nəzərli.
2. Oxuyub öyrənmək, bir şey üzərində
işləmək, çalışmaq. Fizikadan hazırlaşmaq.
Mühazirələrə hazırlaşmaq. Universitetə gir-
məyə hazırlaşmaq. — Bütün qrup bir neçə bri-
qadaya bölünür, briqadanın rəhbərliyi ilə
dərsə hazırlaşırdı. Mir Cəlal. [İkram] kəndə
getməsəydi dostu Məmməd onun yanına gə-
ləcək, fizikadan imtahan vermək üçün oxu-
yub yaxşı hazırlaşacaqdılar. Ə.Əbülhəsən.
HAZIRLATMA “Hazırlatmaq”dan/w.
HAZIRLATMAQ icb. Hazır etdirmək.
Tikinti materialları hazırlatmaq. Qış üçün
yem hazırlatmaq.
HAZIRLIQ is. 1 . Bir iş görmək üçün ha-
zırlaşma, hazır olma. Yaz əkininə hazırlıq. -
[Ceyranın ] fikrinə gəlir ki, [Eldar] bəzi hazır-
lıqlar üçün evə getmişdir. S.Hüseyn. Ehtiyat
xala bütün gecəni oğlu ilə, onun səfər ha-
zırlığı ilə məşğul oldu. Mir Cəlal. □ Ha-
zırlıq aparmaq - bax hazırlıq görmək.
[Atabəy:] Sabahdan başlayaraq ordunun hə-
rəkəti üçün hazırlıq aparmalısınız. M.S.Ordu-
badi. Hazırlıq görmək - bir iş üçün lazımi
tədarüklər görmək. Yola hazırlıq görmək.
Bayrama hazırlıq görmək. - Kor padşah bir
gün vəzir-vəkilini çağırıb, əmr elədi ki, ha-
zırlıq görsünlər. (Nağıl). [Zahidoğlu] şofer
Bağdadı çağırıb səfər üçün hazırlıq görməyi
ona tapşırdı. S. Rəhimov.
2. Məşğələ, dərs, mütaliə prosesində əldə
edilən bilik ehtiyatı. İmtahanda hazırlığını
nümayiş etdirmək. Hazırlığı olmamaq. Ha-
zırlıq dərəcəsi.
3. Tədarük edilmiş şey; tədarük. Taxıl
hazırlığı. Pambıq hazırlığı. - Novruz öz at-
ları və özü üçün Culfadan hazırlıq götürə-
cəkdi. M. S. Ordubadi.
HAZIRLIQLI sif. Hazırlığı (2-ci mənada)
olan. Hazırlıqlı kadrlar yetişdirmək. Hazır-
lıqlı tələbə.
HEÇ
HAZIRLIQSIZ sif 1. Hazırlığı (2-ci mə-
nada) olmayan. Hazırlıqsız tələbə. - [Mürsəl]
çətin suallara tutulan hazırlıqsız bir məktəbli
vəziyyəti almışdı. Mir Cəlal. // zərf Qabaq-
cadan hazırlaşmamış, hazırlaşmadan, hazır
olmadan. Hazırlıqsız imtahana girmək. Ha-
zırlıqsız cavab vermək.
2. Qabaqcadan hazırlığı görülməmiş, qa-
baqcadan hazırlanmamış, qabaqcadan təd-
birləri görülməmiş. Hazırlıqsız iclas.
HE “H” hərfinin və bu hərflə işarə olu-
nan samitin adı.
HECA is. [ar] Sözdə bir dəfə nəfəs ver-
məklə tələffüz olunan səs və ya səs birləş-
məsi. Sözü hecalara ayırmaq. "Atalıq" sö-
zündə üç heca var: a-ta-lıq. □ Açıq heca
qram. - axırında samit olmayan heca. Qa-
palı heca qram. - axırında samit olan heca.
Heca vəzni ədəb. - müəyyən miqdarda he-
caya əsaslanan şeir ölçüsü. Fərq etsə də əruzu
hecadan qələt-qələt; Hər yerdə göstərər
özünü ‘‘əhli-ıııərifət’’. Ə. Vahid.
heca-heca zərf Hecalara ayıraraq, heca-
layaraq, hecalarla. Heca-heca oxumaq.
HECALAMA “Hecalamaq”dan//s.
HECALAMAQ /. Hecalarla, hecalara ayı-
raraq oxumaq; höccələmək.
HEÇ zərf [fars. \ 1. Qətiyyən, əsla, bil-
mərrə, büsbütün. Bu barədə heç təsəvvürüm
yoxdur. Bu hadisədən heç xəbərim yoxdur.
Heç başa düşmədim ki, nə deyir. Onu heç sa-
yan yoxdur. - [Məşədi İbad:] Heç başa düş-
mürəm ki, bu nə işdir? Ü.Hacıbəyov. Babam
derdi: "Keçən günə gün çatmaz”; Mənim
könlüm bu sözlərə heç yatmaz. M. Müşfiq.
2. əd. Sual cümlələrində cümlənin sual
səciyyəsini gücləndirmək üçün işlədilir.
Heç xəbərin varını ki, müdirimiz xəstələnib?
Heç görmüsən ki, ilin bu vaxtında qar yağ-
sın? Heç belə külək olar? - [Səkinə xanım:]
Giilsəba, heç bilirsən ki, mənim bu bihəya
qardaşım arvadı başıma nə iş gətiribdir?
M.F.Axundzadə. [Natiq:] [Sona] heç səhər-
lər Xəzərə baxmısanmı? B. Bayramov.
3. İs. mənasında. Heç bir qiyməti, dəyəri,
hörməti olmayan adam və ya şey haqqında.
Zəhmət çəkməyən adam heçdir. Bu onun qa-
bağında heçdir. - Utanmazını Füzulinin adını
çəkən, özü bir heçkən. M.Müşfiq.
340
HEÇ
4. Puçluq, yoxluq, fanilik, ölüm bildirir.
Barmağını beşdi mənim; Günlərim keçdi mə-
nim; Cəfa çəkdim, yurd saldım; Axırım heçdi
mənim. (Bayatı). [Rüstəm bəy] bir neçə də-
qiqə bu halda dayandı, fərsiz gözlərini bir
nöqtəyə dikdi və yenə mənasız yoxluğa daldı.
Varlıq nəzərində heçə çevrildi. Çəmənzəminli.
5. Sual cümlələrində bir şeyin, işin vax-
tilə və ya hazırda olub-olmadığını, baş verib-
vermədiyini, edilib-edilmədiyini müəyyən-
ləşdirmək üçün işlənir. Heç ova getmisən?
Heç xaricdə olmusan? Heç ceyran əti yemi-
sən? Heç papiros çəkinisən? // Hər hansı bir
vaxtda və yerdə; əzqəza, təsadüfən. Bu adamı
heç görmüsən? Heç belə şey görməmişəm.
6. ara s. Əvvəlki sual və ya cavabdan fikri
yayındırmaq məqsədilə işlədilir. Heç, elə bir
şey yoxdur. Heç, başqa şey məni düşündürür.
Heç, fikrim özgə yerdədir. - [Sultan bəy:]
Heç, bir gədə var idi, arşınmalı satardı.
Ü.Hacıbəyov.
7. Heçdən şəklində - 1) ortada, əldə heç
bir şey olmadan, yoxdan, sonradan, yaxud
çox cüzi, əhəmiyyətsiz bir şeydən. Heçdən
bir şey düzəldib ortaya çıxarmaq. Bu şeylərin
hamısı heçdən yaradılmışdır. Heçdən dövlət
qazanmaq; 2) heç bir səbəb, əsas olmadan.
Heçdən dava salmaq. Heçdən incimək.
0 Heç bir - inkar cümlələrində inkarı
gücləndirmək üçün işlənir. Heç bir şübhə
yoxdur. Heç bir hüququ olmamaq. İşdə heç
bir irəliləyiş nəzərə çarpmır. Səhərdən heç
bir iş görə bilməmişəm. - [Sərvər:] Sən atana
heç bir söz demə və söz açsa, deyinən ki, özün
bilərsən. Ü.Hacıbəyov. Əşrəf həyatında hələ
heç bir qəhrəmanlıq eləməmişdi. S. Rəhman.
Heç biri - toplu halında olan şeylərdən,
adamlardan və s.-dən biri də olsa (adətən
inkar cümlələrində). Heç biri xoşuma gəl-
mədi. Heç biri suala əməlli cavab verə bil-
mədi. Heç biri köməyə gəlmədi. - Heç biri
dinib-danışmırdı. M.Hüseyn. Heç cür - qəti
surətdə, qətiyyən. Oğlan uşağı atasına su-
vaşıb qışqırıq qopardı və heç cür ondan ay-
rılmaq istəmədi. M. İbrahimov. Teymur qızı
diqqətlə süzür, heç cür təslim olmaq istə-
mirdi. H.Seyidbəyli. Heç də - əsla, o cür
yox, o qədər də. Heç də elə deyil. - Naşad
əfəndi heç də mətləbə dəxli olmayan lüzum-
HEÇ
suz sözlər ilə [Mehribanın] canını sıxırdı.
S. Hüseyn. Arvadın bu hərəkəti Rüstəm ki-
şiyə heç də xoş gəlmədi.. M. İbrahimov. Heç
bir şey - 1) bax heç nə. Heç bir şeydən
qorxmur. - Hava qaranlıq olduğundan heç
bir şey göriinməyirdi. M.Hüseyn. Anası oğlu-
nun sözündən heç bir şey başa düşmədi.
Ə.Vəliyev; 2) boş bir şey, cüzi bir şey, əhə-
miyyətsiz şey. Heç bir şeyin üstündə dava
salmaq. Heç bir vaxt (zaman) - qətiyyən,
əbəda, əsla, heç vaxt, bir də, daha. Bu ha-
disə heç bir vaxt təkrar edilməyəcəkdir. Heç
bir vaxt onu görməyəcəyik. - [Səlim:] Haq-
sızlıq əfv olunmaz heç bir zaman. H.Cavid.
Heç etmək - yox etmək, heçə çıxarmaq,
məhv etmək. Qıırbani der. bəsdir məni puç
etdin; Zəhmətimi, həm səyimi heç etdin. Qur-
bani. Heç hənanın yeridir - yersiz, münasi-
bətsiz görülən bir iş və ya deyilən bir söz
haqqında. Heç kəs - heç bir adam, heç bir
şəxs. Heç kəs məni başa düşmiir. Heç kəsə
icazə verilmir. Sirri heç kəsə deməmək. -
..Qəzetçi gərək heç kəsi özündən incitməsin.
C. Məmmədquluzadə. Heç kəs Ağazala söz
qaytara bilmir, onun qabağında dillənən
olmur. Ə.Əbülhəsən. Heç kəs heç kəsin ka-
ğızım (kitabını) oxumur - qanuna riayət
edən yoxdur, özbaşınalıqdır, intizamsızlıqdır,
hər kəs istədiyini edir. Heç kəsin toyuğuna
kiş deməz (daş atmaz) - çox sakit, zərər-
siz, ehtiyat gözləyən adam haqqında. Heç
kəsin toyuğuna ömrümdə kiş demədim.
B. Vahabzadə. Heç kim, heç kimsə - bax
heç kəs. Onun heç kimsəsi yoxdur. - [Səttar
bəy:] Səlbinazuı heç olmasa anası var, qov-
musan, gedib evlərinə, bunun heç kimi yox-
dur. N.Vəzirov. Heç kimin (kəsin) ərizəsini
oxuyan yoxdur - bax heç kəs heç kəsin
kağızını (kitabını) oxumur. Heç nə - b a x
heç zad. [Nurəddini analığı Gülpəri] tez-
tez söyərdi və heç nə üstündə döyərdi.
S.S.Axundov. Vahidin heç nəyə meyli yox idi.
Mir Cəlal. Heç olmaq - bax heçə çıxmaq.
Bütün arzularım heç oldu. Heç olma(z)sa -
arzu bildirir - barı, yaxşı olardı ki. Heç ol-
mazsa bir az dincəl. - Hacı Rüstəm burada
da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir
neçə qəpik saldırsın. Ə.Haqverdiyev. [Əs-
gər:] Bəs mən qızı harada göriim və nə
341
HEÇLİK
sayaq görüm ki, heç olmasa bir balaca bələd
olum? Ü.Hacıbəyov. Heç saymaq — qətiyyən
saymamaq, adam yerinə qoymamaq, hesab-
laşmamaq. Heç şey -bax heç bir şey. Heç
şeyə baxan deyil. Heç şeydən qorxmur. Heç
şeydən ötrü özündən çıxmır. Heç vaxt (za-
man) -bax heç bir vaxt (zaman). İndi, ya
heç vaxt. Heç zaman belə şeyə razı olmaq
olmaz. - [Lətifə] heç vaxt beş-on dəqiqədən
artıq gecikməzdi.. M.Hüseyn. Yox, Teymur
bu adamı heç vaxt unutmayacaq. H.Seyid-
bəyli. Heç yanından ötməyib (keçməyib) -
heç xəbəri yoxdur, nə olduğunu heç bilmir,
görməyib, eşitməyib. Mədəniyyətin heç ya-
nından ötməyib (keçməyib). Heç yox - qə-
tiyyən, əsla. Heç zad - heç bir şey, heç nə.
Əlində heç zad yoxdur. - Gecə yarısı Fey-
zullahııı arvadını, uşaqlarını ürəkqopma aza-
rına salıb, evin altım üstünə çevirdilər, heç
zad tapa bilmədilər. Ə.Haqverdiyev. [Mir-
hadi:] Düzü, indiki həkimlər heç zad bilmir-
lər. Qantəmir. Heçə çıxartmaq - 1) bax
heç etmək. Arzularını heçə çıxartmaq; 2) bü-
tün əhəmiyyətini, dəyərini, ləyaqətini rədd
etmək, yox etmək. Zəhmətini heçə çıxartmaq.
Heçə çıxmaq - heç olmaq, puç olmaq, yox
olmaq, itmək, baxmaq, hədər getmək, nə-
ticəsiz qalmaq. Bütün zəhmətim heçə çıxdı.
Heçə getmək - məhv olmaq, boşa çıxmaq,
puç olmaq. Zəhməti lıeçə getdi. - ..Məııim də
gəncliyim heçə getməzdi. S. Vəliyev.
HEÇLİK is. 1. Yoxluq, fanilik, ədəm, möv-
cud olmama (varlıq ziddi). Ölüm bir iblisdir,
həyat bir mələk! Varlığı izləyir heçlik kölgə-
tək. S.Vurğun. [Məhəmməd:] Varlığı heçliyə
mən dəyişərdim; Əgər bu dünyada sən ol-
masaydın. B.Vahabzadə. // Məc. mənada.
Buludlar yığışır üstümə lay-lay; İçimdə bu-
boşluq, heçlik duyuram. S.Vurğun. // məc.
Fəza, boşluq. Seyr etdim o heçlikləri mən
də; Çırpındı könül matəm içində. H. Cavid.
Sağır göy altında gələrək vəcdə; Sonsuz bir
heçliyə eylədi səcdə. M.Müşfıq.
2. məc. Mənasızlıq, boşluq, naçizlik, mis-
kinlik. Sadıq da, Xəlil də “datıabaşlıların ”
həyatının bütün heçliyini, mənasızlığını gö-
rür və dərk edir. M. İbrahimov.
HEÇ-PUÇ is. [fars .] Heç bir əhəmiyyəti,
xeyri, mənası olmayan şey, boş şey. Məsələ
HEKAYƏT
heç-puç üstündə başlayan söhbətdə deyil.
Y.Əzimzadə. Əlikram əcəb başa düşürdü ki.
Sənubərin dediklərinin hamısı lıeç-puç de-
yildir.. B. Bayramov. □ Heçə-puça çıxar-
maq - bax heçə çıxarmaq. Heçə-puça
vermək (satmaq) - çox ucuz, çox aşağı qiy-
mətə satmaq. Malını heçə-puça satmaq.
HEÇ-HEÇƏ zərfYiəx iki tərəf üçün uduş-
suz və ya məğlubiyyətsiz (müxtəlif oyun-
larda, yarışlarda). Fit verilir, qurtarır oyun
lıeç-heçə. M.Rahim.
HEGELÇİ is. Hegel fəlsəfəsi tərəfdarı
(bax hegelçilik).
HEGELÇİLİK [xüs. w.-dən] İdealist di-
alektika nəzəriyyəsinin əsasını qoymuş al-
man filosofu Hegelin dünyagörüşü; Hegel
fəlsəfəsi əsasında təşəkkül tapmış idealist
fəlsəfi cərəyanların ümumi adı.
HEGEMON [yun.] Hegemonluq edən;
rəhbər, başçı.
HEGEMONIZM [yun.] Hegemonluq id-
diasında olma, hegemonluğa can atma, özü-
nü hegemon kimi aparma.
HEGEMONLUQ is. Birincilik, rəhbərlik;
gücdə, təsirdə üstünlük; hakimiyyət, ağalıq.
HEKAYƏ is. [ər.] 1. Rəvayət şəklində ki-
çik ədəbi nəsr əsəri. Mirzə Cəlilin hekayə-
ləri. - Ədibin kəskin publisist qələmi "Pir"
kimi çox realist bədii hekayədə də özünü
göstərir. M.Arif. Konsertdən sonra radio ov
haqqında maraqlı bir hekayə verdi. M.Rza-
quluzadə.
2. Bax hekayət. [Uşaqları] gördükdə
“qəbz" məsələsi başımda təzələndi və .. he-
kayə gəlib gözlərimin önündən keçdi. Çə-
mənzəminli. Maya hekayəsini qurtaranda
doğrudan da ağlayan Səkinə ilə Pərşan bir
daha onu qucaqladılar. M. İbrahimov. // Bir
vaqiə, ya hadisəni nəql etmə, bir-bir da-
nışma. □ Hekayə etmək - bax hekayət
etmək (“hekayət”də). Qız öz sərgüzəştini
hekayə etməyə başlamışdı. S.Hüseyn.
HEKAYƏYAZAN is. və sif bax heka-
yəçi 1-ci mənada.
HEKAYƏT is. [ər.] Əhvalat, sərgüzəşt,
qəziyyə; hekayə. Mən çəlik ürəkli bir yeni
gəncəm; Dildən-dilə düşmüş hekayətim var.
M.Müşfiq. Qüdrət Şirmayının hekayətini din-
ləyəndə gülməkdən özünü güclə saxlayırdı.
342
HEKAYƏÇİ
M. Hüseyn. □ Hekayət etmək - danışmaq,
nəql etmək, söyləmək (sərgüzəşt, qəziyyə
və s.). Qəmli mazisirıi hekayət edər; Tale-
yindən bütün şikayət edər. A.Səhhət. Nə çək-
mişsə aylar, illər uzunu ; Birər-birər eyləyirdi
hekayət. M. Müşfiq.
HEKAYƏÇİ is. 1. Hekayə yazan yazıçı.
Ə. Haqverdiyev gözəl hekayəçidir.
2. Rəvayətçi, hekayə, rəvayət danışan
adam.
HEKAYƏÇİLİK is. Hekayə yazma sənəti.
Romançılıq və hekayəçilik həyat və tarixi
təhrif etmək deyil, onu bədii şəkildə vermək
deməkdir. M.S. Ordubadi.
HEKTAR \уип. hekaton - yüz və area -
sahə] Metr sistemində 10.000 m 2 -ə bərabər
sahə ölçüsü.
hekto... \yun. hekaton - yüz] Ölçü vahidi
bildirən mürəkkəb sözlərin birinci tərkib
hissəsi olub, “yüz”, “yüz dəfə” mənasını
ifadə edir; məs.: hekto litr (yüz litr), hekto-
metr (yüz metr) və s.
HEKTÖQRAF {yun. hekaton - yüz və
grapho - yazıram] Yazı maşınında və ya əllə
yazılmış yazını və şəkli çoxaltmaq üçün sadə
çap aləti.
helio... [yun. helios - günəş] Mürəkkəb
sözlərin birinci tərkib hissəsi olub, günəşə,
yaxud günəş şüalarına aidliyi bildirir; məs.:
helioskop, heliofizika, helioterapiya, helio-
texnika.
HELİOTEXNİKA \уип. helios və technike]
Texnikanın, günəş enerjisinin sənaye və
məişətdə istifadə edilməsi ilə məşğul olan
sahəsi.
HELİUM is. [yun.] kim. Sıfır qrupundan
kimyəvi element.
HELMİNTOLÖGİYA [yun. helma - para-
zit, qurd, bağırsaqqurdu və logos - elm]
Tüfeyli qurdlardan və onların törətdiyi xəs-
təliklərdən bəhs edən elm.
HEMATOGEN [yun. haima - qan və ge-
nos - doğuş] Dərman preparatı; qliserin və
şərabda həll olunmuş məhlul.
HEMATOLOGİYA is. [yun.] tib. Qanın tər-
kibini və xüsusiyyətini öyrənən elm sahəsi.
HEMOQLOBİN [yun. haima - qan və lat.
globus - küıəcik] Qana qırmızılıq verən
maddə (qan kürəciklərinin əsas tərkib his-
HESAB
səsi olub, orqanizmdə oksigeni və karbonu
toxumalara yayıcı vəzifəsini görür).
HEPATİT is. [yun.] tib. Qara ciyərin il-
tihabı.
HERBÄRİ [lat. herbarius - bitkiyə aid]
Qurudulmuş bitki kolleksiyası.
HERİK is. k.t. Payızda şumlanıb dincə
qoyulma. Qarğıdalıdan sonra əkilmiş buğ-
danın dəni herik edilmiş zəmidə yetişdirilən
buğdanın dənindən ağır olur. □ Herik şumu
k.t. - payız şumu.
HERMAFRODİT is. [yun.] Kişi və qadın
əlamətləri olan insan və ya heyvan.
HERÖQLİF [yun. ] İdeoqrafik yazı siste-
mində heca və ya səs bildirən fiqurlu işarə.
Heroqlif yazısı. Heroqliflər müxtəlif sayda
qrafik ünsürdən təşkil olwıur.
HERS [xüs. A. -dən] fiz. Rəqs tezliyinin
ölçü vahidi.
HERSOQ [alm.] Qərbi Avropada yüksək
zadəgan, knyaz titulu. // Belə titulu olan adam.
// Orta əsrlərdə iri feodal.
HERSOQLUQ is. 1 . Başında hersoq duran
feodal dövləti.
2. Hersoq titulu.
HESAB is. [ər.] 1. Hər hansı hesablama-
nın rəqəmlərlə ifadə olunan nəticəsi; say,
miqdar. Əgərçi bizim qoşunumuz da hesab və
ədəddə taifeyi-Osmaniyyədən kəm deyildi..
M.F.Axundzadə. Qulaq asanların hesabı
artdı. Ə.Haqverdiyev. □ Hesab etmək (elə-
mək) - saymaq, hesablamaq. Fabrikin gə-
lirini hesab etmək. Gəlir və çıxarını hesab
etmək. - Xozeyiıı dinməz-söyləməz çötkəni
götürüb, çaq-çuq hesab elədi. S.M.Qəni-
zadə. Leylək qızılın hamısını hesab etməkdə
çox çətinlik çəkdi. S. Rəhimov. //Hesablama,
sayma, hesab etmə. Bir sıra alimlərin apar-
dığı hesaba görə Yer kürəsinin tərkibində
olan tək uran və toriniıı atom enerjisi neft və
daş kömür ehtiyatının enerjisindən 20 dəfə
çoxdur. A.Qarayev.
2. Riyaziyyatın, rəqəmlərin sadə xüsu-
siyyətlərini və onlarla həll olunan əməliy-
yatı öyrənən bəhsi. Hesab dərsi. Hesabdan
"5 ” almaq. - Lalə yalnız Şirmayının məktəb
işlərinə qarışardı, vaxtı olanda dərslərini xə-
bər alar, hesab məsələlərinin həllinə kömək
edirdi. M.Hüseyn.
343
HESAB
HESAB
3. Borc, verəcək. [Hafizə xanım:] Rəhim
kişi, hesabın hamısını gətiribsənmi? Ə. Haq-
verdiyev.
4. müh. Maliyyə əməliyyatı və ya hər hansı
idarənin, müəssisənin maliyyə əməliyyatı-
nın mühasibat uçotıı üçün əsas olan sənəd-
lər. İdarənin hesab nömrəsi.
5. Hesabla şəklində zərf- ehtimal ki, gü-
man ki, ola bilər ki. Hesabla bu gün gəl-
məlidir. - Hesabla [Tapdıq] hospitalda bir
az da yatmalı idi. Ə.Əbülhəsən.
6. Hesabına şəklində zərf - vəsaiti ilə,
pulu ilə. Öz hesabına ezamiyyətə getmək.
Fikirləşir bir qədər ; Bu gün hara gedəcək ;
Yaxud kimin hesabına ; Harda nahar edə-
cək? Z.Xəlil.
0 Hesab aparmaq - nəticə çıxarmaq, başa
düşmək. Hər kəs öz hesabını aparsın. He-
sab çəkmək - 1) haqq-hesab etmək, gəliri
və xərci hesablamaq; hesablaşmaq. [Moza-
lanbəy:] Bala seyidi çağırıb hesab çəkdim.
Ə. Haqverdiyev. Hacı Nəsir ayrı bir şəhərdə
yaşayan şərikilə hesab çəkməyə getmişdi.
S.S.Axundov; 2) sayğacda hesablamaq, çöt-
kəyə vurmaq. Qorxmaz içəri girəndə Saleh
stolun dalında oturub hesab çəkirdi. Ə.Vəli-
yev. Hesab etmək (eləmək) məc. - 1 ) fikir-
ləşmək, təsəvvür etmək, təsəvvürünə gətir-
mək, güman etmək, zənn etmək. [Xortdan:]
Bir də mən belə hesab edirdim ki, cəhənnəm
bir böyük şəhərdir. Ə. Haqverdiyev. Şəfiqə
əwəl elə hesab elədi ki, yenə gələn Lütfəlidir.
I.Musabəyov; 2) saymaq, bilmək. [Əhməd:]
Iııdi ki, bizi oğru hesab eləyirsiniz, qapınızı
qıfıllayın.. N.Vəzirov. İndiyə kimi Bəhramı
bakılı lıesab edən müəllim tamamilə çaşdı.
Ə. Vəliyev. Hesab olunmaq - sayılmaq, bi-
linmək. [Yaşlı kişi:] Məhəlləmizin ruhanisi
Molla Hüseyn, axundun ən sadiq bir müridi
hesab olunar, cənnət və cəhənnəm haqqında
təlqinatına ürəklə inanardım. S.Hüseyn. He-
saba almadan - fikir vermədən, saymadan,
sayğı göstərmədən. Armudboğaz oğlan bər-
bəzəkli xanım müştəriləri hesaba almadan
daha yağlı müştəri saydığı “generalla” əy-
ləndi. S. Rəhimov. [Muxtar:] Danışacağam,
ancaq kimin xoşuna, ya bədinə gəldiyini he-
saba almadan danışacağam. Mir Cəlal. He-
saba almaq - nəzərdən qaçırmamaq, nə-
zərə almaq, hesablamaq. Kollektivin rəyini
hesaba almaq lazımdır. Hesaba almamaq -
saymamaq, fikir verməmək, nəzərə alma-
maq, vecinə almamaq. Zərrintac xanım kol
ətəyindən gələn əsil-nəsəbsiz Ələmdarı heç
adam cərgəsinə qoyub, onun var-yoxluğunu
belə hesaba almırdı. S. Rəhimov. Hesaba al-
mazdın mənimtək sən də; Özgə danlağını,
yad tənəsini. B.Vahabzadə. Hesaba vur-
maq - hesablamaq, haqq-hesab etmək. Biz
hesaba vurduq, gəlib oktyabr ayının sonu
çıxdı. S.S.Axundov. Hesabı açmaq - futbol,
voleybol, güləşmə və b. idman yarışlarında
birinci xalı qazanmaq. İlk dəqiqədə [hü-
cumçu] rəqiblərin qapısından bir top keçirə-
rək, hesabı açmağa müvəffəq olmuşdur. He-
sabı çürütmək - 1 ) çatası pulu tamamilə ve-
rərək və ya alaraq haqq-hesabı qurtarmaq,
hesablaşmaq; 2) mübahisəli, davalı məsə-
ləni həll etmək. [Nəbi:] Hesabı çürüdək, bu
son görüşdür. S. Rüstəm. Hesabı düz çıx-
mamaq - arzusu, istəyi həyata keçməmək,
istədiyi olmamaq, təxmini düz çıxmamaq.
Hesabı itirmək - hesablayarkən, sayarkən
səhv etmək; miqdarını, sayını yaddan çıxar-
maq, hesabı dolaşdırmaq. Yazı-pozu bilməyən
Leylək beşliyi, onluğu, bir də yeddi manat
yarımlığı dolaşıq scılıb hesabı itirməkdən
qorxdu. S.Rəhimov. Hesabı var - çoxluq,
saysızlıq bildirir. [Xırdaxanım:] Qumun, tor-
pağın sayı var. lıesabı var, mənim dərdimin
hesabı yoxdur. N.Vəzirov. Hesabı yoxdur -
bax hesabı var. Ovçu əlində oxdur; Oxun
lıesabı yoxdur; Dost çox olsa nə eybi; Bir düş-
mən yenə çoxdur. (Bayatı). Hesabıma (he-
sabına) görə - məncə (səncə), mənə (sənə)
görə, mənim (sənin) fikrimcə (fikrincə). Rüs-
təm kişinin hesabına görə, bu il yaz da müla-
yim və yağıntılı olmalı idi. M.İbrahimov.
Hesabına getmək - hesablamaq, saymaq,
miqdarını müəyyənləşdirmək. [Muzdur] axır
bir nəfəsini dərib pulun hesabına getməyə
başladı. S.M.Qənizadə. Hesabını aparmaq
- başa düşmək, duymaq, nəticə çıxarmaq.
Molla Tanrıverdiniıı rəngi üzündən qaçıb
ağappaq gəc kimi ağardı, həmin saat hesa-
bını apardı. E. Sultanov. Hesabını başa düş-
mək - bax hesabını aparmaq. [Vahid:]
..[Anam] məni yanakı süzəndə hesabımı başa
344
HESABAALMA
HESABLA YICI
düşərdim. B.Bayramov. Hesabını çəkmək -
hesablamaq, hesab etmək, saymaq. [Kiber-
netika maşınları] Çəkir hesabım da; Minlərin,
milyonların. B. Vahabzadə.
HESABAALMA is. Hesablama, siyahıya-
alma yolıı ilə bir şeyin miqdarını, sayını,
ədədini müəyyənləşdirmə. Malları hesaba-
alma. Hesabaalma vərəqəsi.
HESABAGƏLMƏZ sif. Hesablanması, sa-
yılması mümkün olmayan; saysız-hesabsız,
hesaba gəlməyən.
HESABAGƏLMƏZLİK is. Sayı-hesabı
olmama; saysızlıq, hədsizlik.
HESABAT is. [ər. “hesab” söz. cəmi]
1. Öz işi, verilən tapşırığı yerinə yetirməsi,
yaxud apardığı tədqiqatın nəticəsi və s.
haqqında məsul şəxsə, ya kollektivə, təş-
kilata və s. verilən yazılı və ya şifahi rəsmi
məlumat. İllik hesabat. Şöbənin hesabatı. -
Maral qonaqları yola saldıqdan sonra ko-
missarlığa getmiş, .. göndərilən hesabatla ta-
nış olmaq üçün iki saata qədər orada otur-
muşdu. Ə.Əbülhəsən.
2. Bir şey və ya iş haqqında izahat, geniş
məlumat. [Muxtar Firəngizə:] Elə bilirəm ki,
kişinin aıyada hesabat verməsi məcburi de-
yildir. B.Bayramov. // miih. Buraxılmış pu-
lun xərclənməsi haqqında sənəd. Maliyyə
hesabatı. Təlıtəlhesab pııluıı hesabatı.
HESABCIL sif. Hər şeyin hesabına gedən,
hesablamağı yaxşı bacaran, hesabını bilən.
Hesabcıl adam.
HESABDAR is. [ər. hesab və fars. ...dar]
Hcsabdarlıq işçisi, mütəxəssisi. [Fərhad] bir
il, iki il hesabdar, ferıııa müdiri, mühasib ol-
muşdu. M. İbrahimov. Qələndərov əvvəllər
Xaçbulaqda qoyunçuluq fermasında hesab-
dar idi. Mir Cəlal. // kölın. Mühasib. [Qədir]
hesabdara da söylədi ki, [Nəsirə] ayda qırx
manat hesabı ilə maaş yazsın. S. Hüseyn.
..Orada mənim maaşımın ayda on tümən
artırılması üçün hesabdara əmr verilmişdi..
M. S. Ordubadi.
HESABDARLIQ is. 1 . Hesablar üzrə əmə-
liyyat uçotu aparılması; mühasibat (buxalt-
eriya) uçotu.
2. Hesabdar vəzifəsi. Yarməmməd çoxdan
hesabdarlıqdan bir pillə yuxarı qalxmaq
fikrində idi. M. İbrahimov. Əşrəf gördü ki.
hesabdarlıq Nazlının çox xoşuna gəlir.
S. Rəhman.
HESABİ sif. və zərf [ər.] dan. Düz, doğru,
haqlı. Hesabi tələb. - [Teymur ağa:] Bu
hesabi sözdür, anınıa yalqız bu ehtimal ilə
xatircəm olmaq olmaz. M.F.Axundzadə.
HESABLAMA “Hesablamaq’’dan /и. He-
sablama işləri. Hesablamanın nəticəsi. // Sif.
mənasında. Hesablamaq üçün olan hesabla-
yıcı. Hesablama maşınları.
HESABLAMAQ/ 1. Hesablama işi apar-
maq, sayıb yekunlaşdırmaq. Xərclədiyi pulu
hesablamaq. Əm əkgiiııl əriııi hesablamaq. -
Balaca Sabir barmağı ilə hesablayıb yazırdı.
S. Rəhimov. [Fərman] qabağına bir kağız
qoyaraq, karandaşla bir çox rəqəm yazır və
hesablayırdı. Ə. Sadıq.
2. Hesablama zamanı müəyyən ölçü va-
hidindən və ya hər hansı bir cihazın göstər-
diyi sistemdən istifadə etmək. Temperaturu
Selsi ilə hesablamaq. // Texniki hesablama
aparmaq. Binanın uzunluğunu hesablamaq.
Otağın sahəsini hesablamaq.
HESABLANMA “Hesablanmaq”dan fis.
HESABLANMAQ "Hesablanmaq”dan
ıııəclı. Layihənin xərci hesablandı. - Ulduz-
ların həyatı milyard illərlə hesablanır.. “Gü-
nəşin tarixi”.
HESABLAŞMA “Hesablaşmaq”dan/w.
HESABLAŞMAQ qarş. 1. Çatası, çatmalı
pulu tamamilə verərək və ya alaraq haqq-
hesabı qurtarmaq. - Bahadır ev yiyəsi ilə he-
sablaşıb, şeylərini gədəyə tapşırdı və özü də
Soııagilə getdi. N.Nərimanov.
2. ıııəc. Qisas almaq, əvəzini çıxmaq. [Dəli
Alı:] Sizi soyanlardan bircəciyiııiıı nişanını
yadınızda saxlayın, mənə deyin. Onları tapıb,
özüm hesablaşaram. “Aşıq Ələsgər”.
3. məc. Saymaq, saya salmaq, sayğı gös-
tərmək, nəzərə almaq. Adamla hesablaş-
maq lazımdır. O heç kəslə hesablaşmır. -
[Atam:] Köhnələrin də rəyi ilə bir az hesab-
laşmalıdır. Çəmənzəminli. [Zeynal] istəyirdi
ki, hər kəs onunla hesablaşsın. S.Hüseyn.
HESABLA YICI is. 1. Bir şeyi hesabla-
maqla, saymaqla, sayını müəyyən etməklə
məşğul olan şəxs; sayıcı. Hesablayıcıların
təlimat müşavirəsi. - Şahpəri hesablayıcının
otağına girəndə mat qaldı. B.Bayramov.
345
HESABSIZ
2. Sərf olunan elektriki, suyu, qazı və s.
hesablamaq üçün cihaz. Elektrik enerjisi he-
sablayıcısı. Hesablayıcmı yoxlamaq. - Löv-
həli su hesablayıcıları şar formasında olan
ölçü kamerindən ibarətdir. "Nəzarət-ölçü
cihazları”. // Sif. mənasında. Hesablayıcı
komissiya. Hesablayıcı maşın. Boru ilə axan
qazın miqdarını hesablayıcı cihaz ölçür.
HESABSIZ sif. Həddən artıq, çox, sayı-
hesabı olmayan. Dəhşətli, qüvvətli, hesabsız
ləşkər; Şimaldan düz şərqə yürüş edirlər.
A. Səhhət. Uşaq gözünü açıb ətrafındakıları
gördükdə onları bitmək istəyir, odur ki, həd-
siz və hesabsız suallar verir. Çəmənzəminli.
HETEROGEN sif. \yun.\ Eyni cinsdən
olmayan, müxtəlif tərkibli hissələrdən
ibarət olan. Heterogeıı reaktor.
HEY 1 is. Qüvvət, iqtidar, cismani enerji.
Canında hey yoxdur.
0 Heydən düşmək (kəsilmək) - gücdən
düşmək, üzülmək, əldən düşmək. Səttarla
Ülkər bir böyük meşə ilə yeddi gün, yeddi
gecə yol gedib, bir böyük dağa çıxdılar.
Onların çörəkləri qurtardı, heydən kəsil-
dilər. (Nağıl). [Ataşm] əngləri heydən
düşür, dili çətinlikdə hərlənirdi. Ə.Vəliyev.
Heyi qalmamaq (kəsilmək) - bax hey-
dən düşmək (kəsilmək). [Odunçuoğlu]
çox gedə bilmədi, ayaqlarının heyi kəsilib,
yol kənarında bir təpə üstündə oturdu.
Ə.Məmmədxanlı.
HEY 2 Çağırış və ya müraciət bildirən nida
- ey, ay. [İskəndər:] Hey Zeynəb, vallah,
fəııdini duymuşam... Qonağın yolunda bu
qədər çalışırsan ki, ərin Kərbəlayı Novruzu
da diriltsin? C.Məmmədquluzadə. Rüstəm
səsi dolusu : - Ay Qəhrəman, hey! - deyə
oğlunu çağırırdı. S.Rəhimov.
HEY 3 əd. Bir şeyin daim, arasıkəsilmə-
dən və ya tez-tez təkrarlandığını və ya çox
davam etdiyini bildirir. Yağış hey yağır.
Uşaq hey ağlayır. Hey xəstələnmək. Hey
donquldanmaq. - Həcər baxdıqca bu səmt-
lərə hey baxdı. S.Rəhimov. Qaranlıqda it
zingildədi, Qoşatxan bildi ki, hey hürərək əl
çəkmək istəməyən iti ev yiyəsi vurdu.
M.lbrahimov.
HEYBƏ is. Çiyindən, bəzən də atın tər-
kindən aşırılan kiçik xurcun. Tahir xalı kimi
HEYİF
rəngbərəng iplərdən toxunmuş balaca dolu
heybəsini çiyninə aldı.. M. Hüseyn. Yalmcaq
ax-ufla heybəsini açıb oradan .. bir ipək
köynək çıxardı. M. Rzaquluzadə.
HEYBƏCİK is. Kiçik heybə. Hevbəciyi
çiyninə salmaq.
HEYBƏT is. [ət;] Qorxu və eyni zaman-
da hörmət hissi oyandıran hal, görkəm. Ça-
lışqan, namuslu Ayrını qızının üzündə kişi-
lərə məxsus bir heybət vardı. A. Şaiq.
// Zəhm, vahimə, dəhşət. Oğlanın heybətin-
dən hərə bir tərəfə dağıldı. (Nağıl). Heybə-
tindən lərzə düşər canınıa; Sanasan, quluna
padişah baxar. M.P.Vaqif.
HEYBƏTLİ sif. Heybət doğuran, hörmət
hissi ilə bərabər qorxu hissi doğuran;
zəhmli. Heybətli görkəm. Heybətli baxış.
Əlyarov dişini qıcayıb [Ərknazın] üzünə
daha heybətli bir nəzər saldı. M. Hüseyn.
[Şamxalm] nəzərində kişi [Cahandar ağa]
getdikcə böyüdü və ııərildəyərək ov üstünə
atılmağa hazırlaşan heybətli bir pələngə
döndü. İ. Şıxlı.
HEYƏT is. [ər.] 1. Hər hansı bir təşkila-
tın, kollektivin tərkibini təşkil edən adamlar
toplusu; tərkib. Redaksiya heyəti. Komissi-
yanın heyətində dəyişiklik. - [Çingiz gənc-
lərə:] Miisamirə düzəltmək üçün ayrıca bir
heyət seçməlidir. Çəmənzəminli.
2. Xidmətinə, ixtisasına və s. görə bir
qrup təşkil edən adamlar. Rəhbərlik edəıı
heyət (rəhbərlər). Komanda heyəti (koman-
dirlər). Müəllim heyəti (müəllimlər). -
[Sədr:] Məhkəmə heyəti müttəhim Baxışın
da qiyamçılar hərəkatı ilə əlaqəsi olduğunu
təsdiq edir. C. Cabbarlı.
3. klas. Görkəm, görünüş, şəkil, surət, qi-
yafət. Xubani-hərəm [hökmdarı] bu heyətdə
görəndə az qaldılar qəhqəhə etsinlər.
M.F.Axundzadə. [Münəvvər:] Ana, mənim
təqsirim nədir ki, bu libaslar ilə məni in-
sanlıq heyətindən çıxartdın? M.S. Ordubadi.
HEYİF əd. [ər.] bax təəssüf. ƏJsus, qocal-
dım, ağacım düşdü əlimdən; Səd heyif cavan-
lıq! M.Ə.Sabir. Heyif, çiçəklərin ömıii az olur;
Sənə çatanacan bəlkə solacaq. O.Sarıvəlli.
0 Heyfi gəlmək - 1 ) bir şeyi xərcləmək,
işlətmək, vermək istəməmək, əsirgəmək.
Bardaqdakı sərin suya Səməndərin heyfi
346
HEYİFLƏNMƏ
HEYRATI
gəlirdi. B. Bayramov; 2) yazığı gəlmək.
[Mirzə Sadıq:] Həqiqətən [Fərhada] çox
heyfim gəlir. C. Cabbarlı.
HEYİFLƏNMƏ “Heyiflənmək”dən/w.
HEYİFLƏNMƏK bax heyifsilənmək.
Mən həmişə heyiflənərdim ki, təhsil etməmi-
şəm. C. Məmmədquluzadə.
HEYİFSİLƏNMƏ “Heyifsilənmək”dən f.is.
HEYİFSİLƏNMƏK 1. Bax təəssüflən-
mək. Amma mən ona heyfsilənirəm ki, bu
sözlər ərəbcə yazılıb və camaat qanmaya-
caq. C.Məmmədquluzadə. Xan Dızaq sığ-
nağına atlı göndərdiyini söylədi. Vaqif heyif-
siləııən (f.sif.) kimi oldu. Çəmənzəminli.
2. f. Heyfi gəlmək, əsirgəmək (əsasən
inkarda işlədilir). [Mürsəl:] Canavar ovuna
gedən gülləyə heyfsilənməməlidir. Ə. Vəliyev.
HEYHAT nida [ər.\ Əfsus, təəssüf, heyif.
Şeirsiz, nəğməsiz gəzib bir ara ; Heyhat, oy-
namamış könlüm yerindən. M.Müşfiq. Mil-
çək o mənzilə çatarmı, heyhat; Ki, sirnurğ
orada salmışdı qanad! Şəhriyar.
HEYKƏL is. [ər.] 1. Heykəltəraş tərəfin-
dən daşdan, tuncdan və s.-dən hazırlanmış
insan və ya heyvan surəti. Mərmər heykəl.
Füzulinin heykəli. - Yaşıl məhəccərli dörd-
künc bağçada Nizaminin tuncdan tökülmüş
miniatür heykəli qoyulmuşdu. M.Hüseyn.
2. is. Cindən, həmzaddan və bədnəzər-
dən qorumaq üçün uşaqların boynuna asılan
dualı, muncuqlu asqı, bax medalyon. Sağ-
dan sola, soldan sağa sal boynuna heykəl;
Qoy cinni məəttəl.. M. Ə. Sabir.
3. məc. bax mücəssəmə 2-ci mənada.
0 Heykəl kimi - müqəvva kimi, hərə-
kətsiz. Mübaşir Məmməd, heykəl kimi hə-
rəkətsiz durmuş qıza, onun şümşad boyuna
nəzər saldı.. M. İbrahimov. ..Donuq nəzərlə
[Səməd] heykəl kimi quruyub qalmış gəlinin
üzünə baxa-baxa qaldı. İ. Hüseynov.
HEYKƏLTƏRAŞ is. [ər. heykəl və fars.
...təraş] Heykəltəraşlıq əsərləri yaradan
sənətkar. Azərbaycan heykəltəraşları monu-
mental abidələr yaratmışlar.
HEYKƏLTƏRAŞLIQ is. 1 . Təsviri sənə-
tin qazıma, yonma, kəsmə, yapma və ya
tökmə üsulu ilə həcmli təsvirlər (heykəl,
büst, barelyef və s.) yaradan növü. Klassika
dövrü yunan lıeykəltəraşlığı dünya incəsə-
nətinin ən maraqlı hadisələrindən biridir.
- Biz eyni sözləri musiqi haqqında da, rəs-
samlıq və heykəltəraşlıq, memarlıq haq-
qında da deyə bilərik. İ.Əfəndiyev.
2. Daşdan, tuncdan və b. materiallardan
düzəldilmiş belə sənət əsəri. Müsabiqəyə ..
heykəltəraşlıq əsərləri də təqdim edilmişdir.
П Belə əsərlərin toplusu. Azərbaycan hey-
kəltəraşlığı.
HEYRAN is. [ər.] Gözəl və ya əzəmətli
bir şey qarşısında vurulmuşcasına çaşıb qal-
ma; valeh olma. [Nigar xanım:] Eyvazım
bənzər laçına; Sonalar heyran saçına.
“Koroğlu”. □ Heyran etmək (buraxmaq)
- valeh etmək, məftun etmək, heyrət içində
buraxmaq. Oğlanın cəsarəti, bu yad yerdə
qorxmaması onu [Zərnigarı] heyran etmiş-
di. İ. Şıxlı. Heyran qalmaq (olmaq) - valeh
olmaq, məftun olmaq; bir şey qarşısında
vurulmuşcasına çaşıb qalmaq. Nə gözəldir,
nə qəribə, səfalı; Heyran olur adam görcək
bu halı. A.Səhhət. Həm də gözəl ney çalır, o
qalır yana-yana; Eşidən heyran qalır onun
mahnılarına. B. Vahabzadə.
HEYRANEDİCİ sifi Valehedici, məftun-
edici; ecazkar. Heyranedici mənzərə. Hey-
ranedici musiqi. - ..Böyük sənətkarların
qəlbini həyəcanla döyündürmüş ecazkar el
ədəbiyyatının heyranedici sirrini hiss
edirsən. İ.Əfəndiyev.
HEYRANLIQ 1 . is. Gözəl və ya əzəmətli
bir şey qarşısında vurğuncasına valehlik.
[Afşinin] Babəkə zillənmiş baxışlarında
heyranlıq və çaşqınlıq bir-birini əvəz
edirdi. Ə.Məmmədxanlı.
2. Heyranlıqla şəklində zərf - heyran-
heyran, vurğuncasına, valehcəsinə. Mən ar-
zularımın hovuzu kənarında durub məqsə-
dimin surətini dərin bir heyranlıqla müşa-
hidə edirəm. M.Müşfiq.
HEYRATI is. [ Herat şəhərinin adından]
Şərq muğamlarından birinin adı. Heyratı
oxumaq. - Bir pərdə Çahargah, bir sim
Heyratı; Bir ağız Dilqəmi gətirin mənə.
M.Araz. □ Heyratı xoruz - iri, döyüşkən
xoruz növü. Heyratı kəlağayı - iri, güllü
kəlağayı. Heyratı ipək kəlağay; Örtüb
qəddi-dala gözəl. Aşıq Ələsgər.
347
HEYRƏT
HEYVA
HEYRƏT 1. is. Qeyri-adi, gözlənilməz,
qəribə, anlaşılmaz bir şeydən, hadisədən
çaşqınlıq halı; təəccüb. Usta Murtuz heyrə-
tindən qayıdıb aşağı baxdı. Mir Cəlal.
[Oğlan] yəqin mənim üzümdə heyrət əlaməti
görüb əlavə etdi. M.Rzaqıılıızadə. □ Heyrət
almaq (götürmək, aparmaq) - çaşıb-
qalmaq, heyrət etmək. [Qoşunəli:] Baba,
necə fikir dəryasında üzməyim, məni heyrət
aparıbdır.. Ə.Haqverdiyev. Kərəmi heyrət
alır; Kərəm xəyala dalır. S. Vurğun. Heyrət
etmək - təəccüblənmək, heyrətlənmək,
təəccüb etmək. [Qadın Xəlilə:] Siz belə ailə
dostu olduğunuz halda indiyə qədər subay
qaldığınıza heyrət edirəm.. Çəmənzəminli.
Heyrət içində (içərisində) - təəccüblən-
miş halda, təəccüb içərisində, təəccüblənə-
rək. Qızılgül kimidir isti yanaqlar; Heyrət
içindədir gələn qonaqlar.. S.Vurğun. Ətrafa
baxdıqca [Aydının] qara gözləri heyrət
içərisində yanırdı. H.Seyidbəyli. Heyrətdə
qoymaq - 1) bax heyrətə salmaq; 2) va-
leh etmək, heyran etmək. Heyrətdə qoyur
səni; Çılpaq qadın vücudunun kamil ciz-
giləri. R.Rza. Heyrətə gəlmək (düşmək,
dalmaq) -bax heyrət etmək. Bu iki həm-
şəlıərlilər bir-birinə rast gəldikdə heyrətə
dalıb qaldılar. Çəmənzəminli. Heyrətə
düşmüş (f.sif.) bağban, saçları çiyinlərin-
dən üzüaşağı tökülən Həcəri gördü və
heyrətlə süstləşib dayandı. S. Rəhimov. Hey-
rətə salmaq (gətirmək) - təəccübləndir-
mək, heyrətləndirmək, təəccübə salmaq.
Oxu! Qüvvət gəlsin şerə, sənətə; Könlümün
quşunu gətir heyrətə. M.Müşfıq.
2. Heyrətlə şəklində zərf - təəccüblə,
heyrət edərək, heyranlıqla. Əlisəfa gözlərini
heyrətlə döyməyə başladı. S. Hüseyn.
[Kərimov] heyrətlə Məmmədova baxdı.
H.Seyidbəyli.
HEYRƏTAMİZ sif. [ər. heyrət və fars.
....amiz] Heyrət doğuran, qəribə, heyrətə
salan, təəccüblə, gözlənilməz, heyrətəngiz.
Heyrətamiz mənzərə. - Dünya hadisələri
heyrətamiz bir sürətlə inkişaf edir, insanları
hər gün yeni bir vaqiə qarşısında buraxırdı.
M.lbrahimov.
HEYRƏTƏNGİZ [ər. heyrət və fars. ...ən-
giz] bax heyrətamiz. Nigar heyrətəngiz
bir sima ilə baxdı, düşündü və böyük qar-
daşına fikrini açıq söyləməyə cəsarət elə-
mədi. Çəmənzəminli.
HEYRƏTLƏNDİRMƏ “Heyrətləndir-
mək"dən f.is.
HEYRƏTLƏNDİRMƏK / Heyrət doğur-
maq, heyrətə salmaq, təəccübləndirmək.
[Abışın] səsi Qədiri daha da heyrətləndi-
rirdi. Mir Cəlal. Cavan leytenantın göz-
lərindəki mətinlik, gizli ehtiras və odlu
yalvarış onu heyrətləndirirdi. H.Seyidbəyli.
HEYRƏTLƏNMƏ “Heyrətlənmək” dən/is.
HEYRƏTLƏNMƏK / Heyrət etmək, təəc-
cüblənmək, təəccüb etmək. Kazım fəqət xə-
bərsizdi bu işdən; Gəldi, gördü, heyrətləndi
bir qədər. M.Müşfıq. Mənsə heyrətləndim,
sözün doğrusu; Dedim, nə olmuşdur? Nə da-
nışır bu? S.Vurğun. Bu heyrətlər donuqları
heyrətləndirər; Bu daşların görünməmiş vul-
kanı başlar. M. Araz.
HEYRƏTLİ sifi Heyrət doğuran, gözlə-
nilməz, qəribə, heyrətə salan; təəccüblü,
heyrətamiz, heyrətəngiz. [Dərviş] heyrətli və
kəskin bir nəzərlə baxınıb durur. H. Cavid.
HEYSİYYƏT is. [ər.] Mənlik, şan, şərəf,
qürur; mənlik hissi. Eşqin atəşində o
yandırmadı; Böyük mənliyini, heysiyyətini.
B.Vahabzadə.
HEYSİYYƏTLİ sifi Heysiyyəti, mənliyi
olan; mənliyini qoruyub saxlayan, şərəfli.
[Qızı Turxan bəyə:] Atadan-babadan sizin
namuslu, lıeysiyyətli bir xanədan olduğu-
nuzu bütün vilayət bilir. H. Cavid.
HEYSİYYƏTSİZ sif. Heysiyyəti, mənliyi
olmayan; şərəfsiz, alçaq. [Fərman] Mələyin
.. heysivyətsiz bir adam olduğunu düşündü.
M.lbrahimov.
HEYSİZ sifi Gücsüz, qüvvəsiz, taqətsiz,
heyi olmayan. Heysiz qoca.
HEYVA is. Sarı rəngli, turşməzə, üstü
tüklü, xırda çəyirdəkli meyvə. Heyva mü-
rəbbəsi. - [Əyyar:] Elə ki, budaqlar başını
əyir; Nar, heyva, şaftalı, gavalı dəyər.
A.Şaiq. Almalar qızarır, armudlar, heyvalar
saralır, əzgillə zoğal bir-birinə qarışırdı.
S. Rəhimov. // Bu meyvənin ağacı. [Məm-
məd:] Yatır tut ağacı, yatır xan çinar; Əyir
budağını heyva, iydə, nar. Z.Xəlil.
348
HEYVAGÜLÜ
HEYVANLAŞMAQ
HEYVAGÜLÜ is. mus. Azərbaycan xalq
oyun havalarından birinin adı. Heyvagülii
çalmaq.
HEYVAN is. [ər.] 1. insanı çıxmaqla hər
cür canlı məxluq. [Qaçay:] Atalar deyib ki,
heyvan iyləşə-iyləşə, insan dilləşə-dilləşə
yaxınlaşar. Ə.Vəliyev. // Bitkilərdən başqa
hər cür canlı varlıq. Vəhşi heyvan. Onıırğa-
sız heyvanlar.
2. Əhliləşdirilmiş dördayaqlı canlı məxluq.
Ev heyvanları. Qoşqu heyvanları. - [Qara
Kərəmoğlu:] Bir dəfə bazar ayağında bir
dəstə adamın içində heyvanlardan söhbət
düşür, biri deyir, camış yaxşı heyvandır,
qatığı çox dadlı olur.. M. İbrahimov. Camal
kişi heyvanları rahat eləmək üçün tövləyə
getdi. Ə.Vəliyev.
3. Yabanı, vəhşi canlı məxluq. Yırtıcı hey-
vanlar. Meşə heyvanı. Xəzlik heyvan. - [Si-
tarə:] Meşə qaranlıq, özüm tək, vəhşi hey-
vanlar... C. Cabbarlı.
4. məc. Adətən yazıq, fağır, zavallı, aciz
uşaq haqqında deyilir. [Məhəmmədağa:]
Uşaq sizindir, onun xeyrini siz görəcəksiniz,
əbəs yerə heyvan uşağı bədbəxt eləməyiniz,
qoyunuz gəlib oxusun. N.Nərimanov.
5. məc. Qanmaz, anlamaz, kobud, yaxud
ağılsız, dərrakəsiz adam haqqında. Heyva-
nın biridir. H Bəzən söyüş məqamında işlənir.
[Məşədi ibad:] Görünür ki, heyvan balası
dəllək hənanı pis yaxıbdır. Ü.Hacıbəyov.
HEYVANAT is. [ər. "heyvan” söz. cəmi]
Heyvanlar, heyvanlar aləmi. [Fərhad:] ..Yer,
göy titrəşsin, göyün quşları, yerin heyvanatı,
dəryaların balıqları, hamısı gərək mənim
üçün ağlaşalar. Ə. Haqverdiyev. Heyvanat
qissəsidir dünya “Kəlilə-Dinmə ”; Ta ki axır-
da bir az qovzanıb insan olacaq; Azı insan
da olursa, çoxu heyvan olacaq. Şəhriyar.
HEYVANCASINA sif. və zərf Heyvan
kimi, vəhşicəsinə, kobudcasına.
HEYVANCIĞAZ 1. Bax heyvancıq.
2. oxş. Nəvazişlə balaca, körpə uşaq haq-
qında deyilir - yazıq uşaq, zavallı uşaq.
Heyvancığaz qızdırma içində yaııır.
3. məc. Qaba, kobud adam haqqında. Tər-
pənməyə heyvancığazın taqəti yoxdur; Eh-
saıısız olan məclisin heç ləzzəti yoxdur.
Ə.Vahid.
HEYVANCIQ is. Kiçik heyvan, balaca
heyvan, yazıq heyvan, heyvancığaz. Həs-
rətlərinə qovuşmuş heyvancıqlar ayaqlarını
bükərək quyruqlarını oynada-oynada anala-
rının məmələrini əmirdilər. A.Şaiq.
HEYVANDAR is. [ər. heyvan və fars.
...dar] 1. Heyvandarlıq mütəxəssisi.
2. Mal-qara saxlamaqla, yetişdirməklə,
maldarlıqla məşğul olan təsərrüfat, kəndli.
Gənc heyvandarların respublika toplanışı.
H Sif. mənasında. Heyvandar təsərrüfatlar.
Heyvandar kəndlilər.
HEYVANDARLIQ is. Kənd təsərrüfatının
ev heyvandarları, mal-qara saxlamaqla məş-
ğul olan sahəsi. Heyvandarlığı inkişaf etdir-
mək. Yoxsul kəndlinin təsərrüfat dərdləri -
torpaq, su, becərmə, məhsuldarlıq, istehsal
aləti, heyvandarlıq, ipəkçilik kimi məsələ-
lərlə əlaqədar dərdlər “ Əkinçi "tıin başlıca
mövzusu idi. H Ev heyvanlarını saxlamaq və
cinslərini yaxşılaşdırmaq haqqında elm.
Kənd təsərrüfatı institutunun heyvandarlıq
fakültəsi. Heyvandarlıq haqqında mühazirə.
HEYVANXANA is. [ər. heyvan və fars.
...xanə] Vəhşi heyvanların saxlandığı xüsusi
yer, bina.
HEYVANİ sif [ər.] 1. Heyvan ətindən,
südündən, yağından və s.-dən hazırlanan,
alman; üzvi. Heyvani maddələr. Heyvani
məhsullardan ancaq süddə şəkər vardır.
2. Heyvana (heyvanlara) xas olan; hey-
vana aid olan; qeyri-şüııri. Heyvani həyat.
- [Məhbusi] düşünürdü. Bir az iş gecikərsə
bütün həyatı və taleyinin təhlükə altına
düşəcəyi onu qorxudur, qəlbində heyvani
bir vahimə oyadırdı. M.Ibrahimov. Kamal
[qorxaqlığa] çoxdan qalib gəlmiş, sonra bu
ibtidai heyvani qorxaqlığa özü nə qədər
gülmüşdü. M. Rzaquluzadə. // məc. Şəhvani,
cismani. Heyvani hisslər. - [Qətibə:] Hü-
saməddin anlamamışdır ki, mən heç kəsə
satılmamışam. Lakin o bilmir ki, o özü bir
qadının qurıı vədəsinə və özünün heyvani
bir düşüncəsi xatirinə bir məmləkəti satmaq
üzrədir. M. S. Ordubadi.
HEYVANLAŞMA "Hcyyanlaşmaq"dan fis.
HEYVANLAŞMAQ f. insanlıq sifətlərini
itinnək, vəhşiləşmək, kobudlaşmaq; sərtləş-
mək.
349
HEYVANLIQ
HƏBS
HEYVANLIQ is. Qanmazlıq, anlamazlıq,
qanacaqsızlıq. Heyvanlıq etmək.
HEYVANSİFƏT sif. insan sifətlərini itir-
miş; vəhşi, kobud, qanmaz, yontalanmamış.
HEYVƏRƏ sif. və is. 1 . Kobud, qanmaz,
ləyaqətsiz, tərbiyəsiz, ədəbsiz, zırrama, ağ-
zıyava, ağzıpozııq. Heyvərə adam. Heyvə-
rənin biridir, dindirməsən yaxşıdır. - Qış-
qırdı bir qədər, zəhərdən acı; Qızışdı get-
dikcə heyvərə hacı. H.K.Sanılı. // Bəzən sö-
yüş kimi işlədilir. [İsmayıl bəy:] Yalan danış-
ma, heyvərə, mənim öz atlarım lıarada qal-
mışdı ki, səndən at istəyə idim. N.Vəzirov.
2. Yekə, zorba, nataraz, yöndəmsiz.
Bozdar .. qocalmış, gözlərinə pərdə gəlmiş
heyvərə bir köpəkdir. S.S.Axundov. Qamı-
şın qalın bir yerində heyvərə bir çaqqal yerə
sərilmişdi. M.Rzaqııluzadə.
3. zərf Avara-avara, boş-boş, avara-sər-
gərdan. Dəxi ol sərvi-qədin kuyinə cənnət
deyibən; Gəzmərəm küçələri heyvərə bun-
dan sonra. S.Ə.Şirvani.
HEYVƏRƏLƏNMƏ “Heyvərələnmək”-
dən f.is.
HEYVƏRƏLƏNMƏK / dan. Avara-avara
gəzmək, avaralanmaq, veyillənmək. Küçə-
lərdə heyvərələnmək.
HEYVƏRƏLİK is. 1 . Qanmazlıq, kobud-
luq, tərbiyəsizlik, zırramalıq; sözünü, hərə-
kətini bilməmə; boşboğazlıq. Bir bölük boş-
boğazıq, heyvərəlik adətimiz; Doludur lənət
ilə, qeybət ilə söhbətimiz. M. Ə. Sabir. [Sədr]
bunun səbəbini Canının heyvərəliyində,
boşboğazlığında görürdü. Ə.Əbiilhəsən.
2. Avaralıq, veyillik; heç bir işlə məşğul
olmama. Heyvərəlik etmək.
HƏ (bəzən “ə” saiti uzadılaraq tələffüz
olunur) əd. 1. Verilən suala müsbət cavab
və ya təsdiq məqamında işlənir (yox ziddi);
bəli, elədir. Hə, razıyam. - İmtahan verdiıı-
mi? - Hə, verdim. - Yemək istəyirsənmi? - Hə.
- [Vəli:] Sultan bəyin evi buradır? [Telli:]
Hə, buradır, nə işin var? Ü.Hacıbəyov.
2. Sual cümlələrində sualı gücləndirir və
təkid bildirir. Hə, de görüm məndən nə
istəyirsən? - Telli arvad yerindən dilləndi:
- Ay imanı yanmış, gorda da məndən əl
çəkməyəcəksən, hə? M. İbrahimov. // Sual
cümlələrinin axırında müsahibi cavab
verməyə vadar etmək məqamında işlənir -
düz deyil? elə deyilmi? de görüm məna-
sında. - Siz haqlı olmadığınızı etiraf edir-
siııizmi? - Hə? - Bir də belə işlər edəcək-
sənmi? - Hə? - Birdən müəllimin gözü
Tapdığın əlindəki ağ dəftərə sataşdı: - Bunu
haradan almısan? Şəkil çəkirsən? Hə?
Ə.Vəliyev. // Nitqin daxilində əvvəlcə de-
yilmiş sözü israrla təsdiq məqamında işlənir
və bəzən təkrar deyilir - düzdür, tamamilə
doğrudur, elədir ki var, əlbəttə mənasında.
- Sən dediyinin üstündə durursanmı? - Hə,
hə, dururam.
3. Yaddan çıxmış bir şey birdən yada düş-
dükdə və ya başqa mətləbə keçdikdə deyilir
- yeri gəlmişkən, bir də mənasında. Hə,
yaxşı yadıma düşdü. Hə, az qala yadımdan
çıxmışdı, gələndə kitabını da gətir.
4. Cümlənin əvvəlində müraciət zamanı
işlənir - ey, ay mənasında. [İskəndər oxuya-
oxuya daxil olur] - Hə ... ana, kefin necədir?
C.Məmmədquluzadə. Qurban əlilə boynu-
nu ovuşdura-ovuşdura: - Hə molla! Yaz ki.
Qurbanın uşaqlarının anasına yetişəcək.
A.Şaiq. // Müraciətə, çağırışa cavab kimi
işlənir - nə, nədir, eşidirəm! mənasında. -
Həsən? - Hə.
HƏB is. [ar.] Toz dərmandan hazırlanmış
kürəcik. Həb atmaq. Acı həb. - Həkim bir
neçə həb, beş də iynə dərmanı verdi.
Ə.Vəliyev. □ Yastı həb - dairə şəklində
həb; tablet.
HƏBƏŞ is. Efiopiyanın əsas əhalisini təş-
kil edən xalq və bu xalqa mənsub adamın
keçmiş adı; efiopiyalı. Zavallı, silahsız və
kimsəsiz həbəşlərin boynunda faşist cəlladı
öz qılıncının kəsərini yoxlayırdı. M. İbrahi-
mov. Dünyanı gəz, dolaş; Həbəşi, zəncini
dindir. R.Rza.
HƏBİB is. [ər.] klas. Sevgili, dost. Tutaram
yarın qiyamətdə, həbibim, daməniıı. Füzuli.
[Bəhram:] Mənim vicdanım ləkəlidir. Mə-
nim həbibim! C. Cabbarlı.
HƏBS is. [ər.] 1. Dustağasalma (salınma),
azadlıqdan məhrumetmə (edilmə). Həbs
cəzası. - Məhbəs də, qəfəs də, həbs də, qəsd
də; insan mərd olanda həddini aşmır.
M.Araz. □ Həbs edilmək, həbsə düşmək
- həbsxanaya salınmaq, azadlıqdan məhrum
350
HƏBSXANA
HƏDD
edilmək, dustağa düşmək. [Əmiraslan oğruluq
və yol kəsmək üstündə] neçə dəfə həbsə dü-
şüb çıxdı. S.S.Axundov. Özü deməmişdi, bi-
lirdim onu ; Neçə il qabaq; Həbs eyləmişlər.
B. Vahabzadə. Həbs etmək, həbsə almaq -
həbsxanaya salmaq, azadlıqdan məhrum et-
mək. [Kərəm Hələb paşasına:] indi, buyur,
məni aparsınlar , həbs etsinlər. Ü.Hacıbəyov.
2. hüq. Mülkdən, maldan və s.-dən isti-
fadə edilməsinin məhkəmə orqanları tərə-
findən qadağan olunması.
HƏBSXANA is. [ər. həbs və fars. ...xanə]
Dustaqların saxlandığı yer, ev, bina; dustaq-
xana, qazamat, zindan. Çar hökuməti yıxı-
larıdan sonra Cavahir həbsxanadan çıxdı.
T.Ş. Simurq.
HƏBSXANAÇI is. Həbsxana gözətçisi.
HƏCC is. [ər.] Müsəlmanlarda: zilhiccə
ayında Məkkədə ziyarət mərasimini yerinə
yetirmə. Bəhs ilə həccə gedən yorulub yolda
qalar. (Ata. sözü). Getdi həccə atası, ta oluna
"hacı ” xitab ; Kim ona "hacı ” desə, bil ki.
deyir böhtanı. S.Ə.Şirvani.
HƏCƏMƏT is. [ər.] Xalq təbabətində:
xəstə adama küpə salıb qan almaqdan ibarət
müalicə üsulu, habelə müalicə məqsədilə
qan almaq, qanı sormaq üçün işlədilən
buynuzşəkilli alət. Şeyx Şabanın arvadı
Gülsüm xala da məhəllədə məşhur idi. çünki
yaxşı .. çöp ötürərdi, noxud falı açardı və
həcəmət qoyardı. Ə.Haqverdiyev. Kəndin
bir kişisi, qadını, cavanı, qocası, uşağı yox
idi ki, Zeynəb qarının həcəmət və zəlisirıi
görməmiş olaydı. S.S.Axundov.
HƏCM is. [ər.] 1. Bir şeyin kub vahidləri
ilə ölçülən uzunluğu, hündürlüyü və eni.
Həndəsi cismin həcmi. Kubun həcmi. Bina-
nın həcmi.
2. Ölçü, böyüklük, miqdar və s. baxımın-
dan bir şeyin tutumu. Çəlləyin həcmi.
Vaqonun həcmi. - Külli miqdarda neft və
qaz yalnız böyük həcmdə boşluqları, yəni
müəyyən məsamələri olan süxurlarda yer-
ləşir. “Neft və qaz quyularının qazılması”.
// məc. Böyüklük, ölçü, kəmiyyət və s. cə-
hətdən bir şeyin miqyası, işin həcmi. Tikinti
işlərinin həcmi. — Nizami qoltuğundan
böyük bir dəftər həcmində bir məktub çıxa-
rıb Fəxrəddinə verdi. M.S. Ordubadi.
0 Həcm ölçüləri - maye və dənəvər
maddələrin ölçüləri (litr, kubmetr və s.).
HƏCMCƏ sif. Həcminə, böyüklüyünə,
tutumuna görə, içinə ala biləcəyi şeyin miq-
darına görə. Həcmcə bu çənlərdən hansı
böyükdür? Həcmcə kiçik çəllək. - Mühari-
bənin son aylarında daha yeni radioloka-
siya qurğuları işlədilmişdir. Bu qurğular
həcmcə çox kiçik olub təyyarəvuran zenit
toplarının mərmiləri daxilində yerləşir.
“Radiolokasiya” .
HƏCMİ sif. [ər.] Həcm cəhətdən, həcm
baxımından, həcmlə bağlı. Həcmi təhlil.
HƏCMLİ sif. Həcmcə iri olan; böyük,
tutumlu. İri həcmli sistem. - Bir tərəfdə
müxtəlif həcmli ekskavatorlar torpağı qazır,
bir tərəfdə parovozlar xəndəkdə fit verə-
verə platformalardan ibarət qatarları bu
ekskavatorların vanına gətirir. Ə. Sadıq.
HƏCV is. [ər.] Bir şəxsə, ictimai quru-
luşa, yaxud həyatdakı mənfiliklərə qarşı
yönəldilmiş istehzalı, kəskin, acı, kinayəli
yazı. Mirzə Ələkbər Sabirin həcvləri. "Molla
Nəsrəddin ” məcmuəsində çap olunmuş
həcvlər. - [Qacar:] Vətən! Çoxmu sevir məni
o vətən? Mənə həcv yazır hər yoldan ötən.
S.Vurğun. [Xan:] Hə, bəs nə oldu? Həcv
deyən dilin niyə tutuldu? B. Vahabzadə.
□ Həcv etmək - haqqında həcv yazmaq,
ələ salmaq, istehza etmək. Niyə həcv
eyləmisən Cürmini. ey can Yusif! Dilü-canım
sənə qurban ola, canan Yusif! S.Ə.Şirvani.
HƏCVÇİ is. və sif. Həcv yazan, həcvgu.
XIX əsr ədəbiyyatımızın ən qüvvətli həcvçi
şairi Qasım bəy Zakirdir.
HƏCVÇİLİK is. Həcv yazma.
HƏCVGU is. və sif. [ər. həcv və fars.
...gu] köhn. bax həcvçi. Həcvgu şair.
HƏCVİYYAT top. [ər. “həcv” söz. cəmi]
köhn. Həcv məzmunlu əsərlər. // Boş,
bayağı, mənasız əsərlər.
HƏCVİYYƏ is. [ər.] Qısa satirik şeir;
epiqram.
HƏCVYAZAN bax həcvçi.
HƏCZ is. [ər.] köhn. l.Tutub saxlama,
tutma.
2. Müsadirə.
HƏDD is. [ər.] 1. Sərhəd, hüdud.
351
HƏDD
HƏDƏF
2. məc. Hədd-hüdud, son, nəhayət. Uşa-
ğın sevincinin həddi yox idi. □ Hədd qoy-
maq - hüdud qoymaq, məhdudlaşdırmaq,
normaya tabe etmək. Sevgiyə hədd qoymaq,
düzü, günahdır. B. Vahabzadə. Həddən
artıq (çox, ziyadə) - son dərəcə çox, həd-
siz. ..indi yazmalı mətləblər çoxdur, danış-
malı sözlər həddən artıqdır. C.Məmmədqu-
luzadə. Babayev onun həddən ziyadə böyük
olan qaloşlarına baxıb birdən soruşdu.
H.Seyidbəyli. Həddən aşmaq - bax
həddini aşmaq. Həddən aşıb büxlü-həsəd,
şərarət; Yoldaş yoldaşına evlər xəyanət.
Q. Zakir. Həddindən artıq (çox, ziyadə) -
bax həddən artıq (çox, ziyadə). Rəna və
Nizami Fəxrəddinin köməyindən həddindən
ziyadə razı qaldılar. M. S. Ordubadi. Pristav
həddindən artıq dil töküb naqqallıq eləyən
Məşədi Nurunun üzünə tərs-tərs baxıb
aralandı. Ə.Abasov. Həddindən aşmaq -
bax həddini aşmaq. Qətibənin iztirab və
həyəcanı həddindən aşmışdı. M.S. Ordubadi.
Həddini aşmaq - həddi-hüdudu aşmaq,
son dərəcə çox olmaq, həddi keçmək.
Qəhrəmanın balaca Sabirə olan məhəbbəti
həddini aşır. S. Rəhimov. Həddini aşan öt-
kəmlik elə bil Hidayəti ayıltdı. B.Bayramov.
3. riyaz. Dörd əməldə (toplama, çıxma,
vurma, bölmə) işlədilən rəqəmlərin hər biri.
0 Həddim (həddin, həddi) nədi(r) - nə
cəsarət sahibiyəm (sahibsən, sahibdir) -
itaətkarlıq, mütilik bildirir. [Hacı Salah:]
Xeyr, ağa, mənim nə həddim var ki, sənin
[vəzirin] sirrini xalqa yayam. M.F.Axund-
zadə. [Molla:] Xeyr, qibleyi-aləm! Mənim
həddim nədi sənə güləm. “M.N. lətif.”
Həddini bildirmək - dərsini vermək, ye-
rini bildirmək, yerində oturtmaq; cəzalan-
dırmaq. Həddini bilmək (tanımaq) - öz
hərəkətində, davranışında, danışığında
hədd-hüduda riayət etmək, ədəb dairəsin-
dən kənara çıxmamaq, cığırından çıxma-
maq. [Zeynal:] ..Qudurğanlıq sizə xeyir
gətirməz. Həddinizi bilin. C. Cabbarlı.
[Bəhram:] Öz həddini tanı, Fitnə! Məğrur
olma xoş səsinə! A.Şaiq. Kiıııin həddi var,
nə həddi var - heç kim cəsarət edə bilməz,
heç kəsin cəsarəti çatmaz (hədə bildirir).
Soltan ibrahimin otağına kimin həddi vardı
ki, gəlsin. (Nağıl). [Hüseynqulu ağa:] ..Ki-
min həddi var, bundan sonra mənim əmrim-
dən çıxsın.. S.S. Axundov.
HƏDD-HESAB is. [ər.] Say, miqdar. Qızıl
Arslandan xəlifəyə məktub aparan heyəti
İraqın hədd-hesaba gəlməyən atlıları istiq-
bal edirdi. M.S. Ordubadi. □ Həddi-hesabı
olmamaq - sayı-hesabı olmamaq. [Devlər]
bir az sonra qızlara o qədər zər-zibadan
paltar gətirdilər ki, həddi-hesabı olmadı.
(Nağıl). Sahilboyu uzanan küçədə həddi-
lıesabı olmayan dükan var idi. Q. İlkin.
HƏDD-HÜDUD is. [ər.] Hədd, son, axır,
intəha. Ağbulaq dağlarının bütün gözəllik
və üstünlükləri Sevildə .. həddi-hüdudu ol-
mayan xoş bir təsir buraxırdı. S. Rəhimov.
Dəmirin bu dəqiqə sevincinin həddi-hüdudu
yox idi. Ə.Vəliyev.
HƏDDİ-BÜLUĞ is. [ər.] İnsanın cismən
və ruhən yetkinləşdiyi və vətəndaşlıq
hüququ aldığı yaş. □ Həddi-büluğa çat-
maq (yetişmək, yetmək) - həmin yaşa çat-
maq. Nəhayət, Səfər min zəhmətlə böyüyüb
həddi-büluğa yetişdi.. Çəmənzəminli. [Mər-
can bəy:] Mənə qəyyum lazım deyil, Allaha
şükür, həddi-büluğa çatmışam, ağlım ha-
şımdadır. Ü.Hacıbəyov.
HƏDƏ is. [ər.] Qorxu gəlmə, bir şeylə
qorxutma, dəhşətləndirmə; hədə-qorxu,
təhdid. Qızdan qəti söz aldım ki, atasının
hədəsinə baxmayaraq, o bir də belə bir işə
baş qoşmayacaqdır. S. Rüstəm. □ Hədə
gəlmək (etmək) - bir şeylə qorxutmaq, hə-
dələmək. Ölüm belə gələ bilmir izdihama
qorxu, hədə; Şairə el məhəbbəti qalib gəlir
öliimə də. B.Vahabzadə.
HƏDƏF is. [ər.] 1. Tüfəng, top və s. atar-
kən güllənin, mərminin və s. dəyməli,
vurmalı olduğu şey, yer; nişanə. Hədəfi nişan
almaq. Güllə hədəfə dəymədi. - ..Onlar hər
ikisi birlikdə ova çıxır. Gülbaharın atdığı
güllələr birbaş hədəfə dəyirdi. S.Rəhimov.
Hüseyn qalxıb həmən göyün qatma; Şığıyıb
bir anda cumur hədəfə. M. Rahim.
2. məc. Təqib, yaxud töhmət, istehza, mü-
zakirə və s. obyekti olan adam. Qurbanlı
uzun-uzadı mühakimələr yürütdü və fikirlə-
rində də Ruiınəvaz xanımı hədəf etdi.
Çəmənzəminli. Kiçik oğrulardır hədəfin
352
HƏDƏQƏ
HƏDYAN
sənin ; Böyük oğrulardan xəbərsizmisən?
B.Vahabzadə.
3. məc. Məqsəd, qəsd, məram kimi gö-
türülən şey. [Gündüz Gülşənə:] Bax, bibi, ..
məktəbdə uşaqlar ilə dünya səyahətinə
çıxmışdıq. Hər bir hədəfimiz bir dilək adası
idi. C. Cabbarlı. Cavad yoldaşları ilə bir-
likdə damarlarda qaııı donduran soyuqlara
sinə gərərək, həmişə məqsədə, hədəfə doğru
irəliləyir. Ə.Vəliyev.
HƏDƏQƏ is. [ər.] anat. Göz almasının
yerləşdiyi çuxur; göz çuxuru. Sultanın göz-
lərinin gilələri öz hədəqəsində tez-tez sağa-
sola gedib-gəldi. İ. Hüseynov.
0 Gözləri hədəqəsindən çıxmaq - bax
göz.
HƏDƏ-QORXU bax hədə. Gəlin, bu
hədə-qorxudan Xəlilin pərt olduğunu düşü-
nüb, ona kömək etmək istədi. M.Hüseyn.
Həkim möhkəm durdu, o karıxmadı; Hədə-
qorxudan da bir şey çıxmadı. B.Vahabzadə.
0 Hədə-qorxu gəlmək - bax hədə gəl-
mək ("hədə”də). Padşah Rövşəni yanına
dəvət edib, ona hədə-qorxu gəldi. (Nağıl).
Gülsəhər inad eləyir, Dildar isə hədə-qorxu
gəlirdi. Ə.Vəliyev.
HƏDƏLƏMƏ "Hədələmək”dən [is.
HƏDƏLƏMƏK/ Hədə gəlmək, qorxut-
maq, hədə-qorxu gəlmək, təhdid etmək.
Baldızı, Məsməni hədələyir, “ ərinin əmrin-
dən çıxmağa ixtiyarın yoxdur” - deyirdisə
də, bir təsiri olmayır. S. Hüseyn. Bircə Lətif
özünü yoldaşları arasında çəkir, hamını öz
iradəsinə tabe etməyə çalışır, ona qulaq
aşmayanları hədələyirdi. H.Seyidbəyli.
HƏDƏLƏYİCİ sif Hədələyən, qorxu-
ducu, təhdidedici, hədə-qorxu gələn, hədə-
qorxu ifadə edən. ..Hədələyici sözlər Mirzə
Cəlildə yeni bir qüvvə oyatdı. S. Vəliyev.
HƏDƏR sif. [ər.] Boş-boşuna, əbəs, heç
bir nəticə verməyən; mənasız, faydasız.
Qəssab Həsən aralıqda hədər ölümdən
qorxub, özünü adamların içinə soxdu. Mir
Cəlal. □ Hədər(ə) getmək - boşa çıxmaq,
heç bir nəticə verməmək, faydası olmamaq,
əbəs yerə sərf olunmaq. [Nərimanov:]
Zəhmətiniz, deyəsən, hədər getdi, çox
təəssüf! Q. İlkin. [Aydının] bütün zəhmətləri
hədərə getmişdi. H.Seyidbəyli.
HƏDƏRƏN-PƏDƏRƏN is. Boş, mənasız,
cəfəngiyat, tartan-partan, çərən-pərən söz-
lər. [Arvadı ustaya:] Əşi, cin-zad səni vurub,
ağlını-zadını çaşdırmayıb ki, hədərəıı-
pədərən danışırsan, buğda nədir? Çəmənzə-
minli. ..Qalan yüz on beş kağızda da bu cür
hədərən-pədərəııdən savayı özgə bir mətləb
yoxdu. C.Məmmədquluzadə.
HƏDİK is. Qarğıdalı, buğda, noxud, lob-
ya, mərci və s.-dən suda (bəzən də ət və
qovrulmuş soğanla) bişirilən xörək adı. No-
xudu, buğdanı, mərcini, lobyanı bir-birinə
qarışdırıb, qazana töküb hədik bişirdikdən
sonra qonşulara paylayardılar. H. Sarabski.
HƏDİS is. [ər.] din. Məhəmməd pey-
ğəmbərin qanun hökmündə olan sözlərinə
verilən ad. Başında ağ araqçın olan, gümüş
toqqalı, qırmızısaqqal bir kişi isə təkər səs-
lərinə, tıqqıltıya baxmadan adamlara hədis
danışırdı. Mir Cəlal.
HƏDİYYƏ is. [ər.] Bağışlanan şey, bəx-
şiş, sovqat, töhfə, ərməğan. Məhərrəm əmi
ilk dəfə Rəmziyyənin görüşünə gəldiyi za-
man ona üzgörüşü olaraq kiçik bir çanta
hədiyyə gətirmişdi. A.Şaiq. [Əbdüləli bəy
Gülüşə:] Bu kiçik hədiyyəni qəbul etmənizi
rica edirik. C. Cabbarlı. //Yadigar. Onun di-
varları al-əlvan naxış; Əsrdən-əsrə hədiyyə
qalmış. S.Vurğun.
HƏDSİZ sif. Həddi-hüdudu olmayan,
həddən artıq, saysız-hesabsız, hədsiz-hesab-
sız. Uşaqlar göz yaşlarını bir dəqiqədə
unutdular və .. kərbəlayıııı hədsiz şadlıq ilə
əhatə etdilər. Çəmənzəminli. Getdikcə
böyük və əzəmətli şəhər oyanırdı. Ani kimi
görünən sakitlik hədsiz bir qaynarlığa çev-
rilirdi. S. Rəhimov.
HƏDSİZ-HESABSIZ bax hədsiz. ..Əngin
fəzada hədsiz-hesabsız ulduzlar sayrışır.
S. Rəhimov. [Babək:] Xəlifə və sarayın
hədsiz-hesabsız vergiləri hamını cana
gətirib.. M. Rzaquluzadə.
HƏDSİZ-HÜDUDSUZ sif. Həddi-hüdudu
olmayan, ucsuz-bucaqsız, nəhayətsiz, son-
suz. Hədsiz-hüdudsuz çöllər.
HƏDYAN is. [ər.] Tərbiyəsiz, ədəbsiz,
hərzə, əsassız sözlər; söyüş. Keçən sözü çək-
mə üzə, amandı; Hədyan danışmışam, laf ey-
ləmişəm. Aşıq Ələsgər. [Bədircahan:] Ağzına
353
HƏFRİYYAT
HƏKİMANƏ
gələn hədycını danışma, heyvan oğlu heyvan.
N.Vəzirov. // sif. Tərbiyəsiz, ədabaz, yava,
ağzıpərtov. Borcumuzdur, Vətən hər sahədə
əmr etsə bizə ; Qoymayın tərbiyəsiz kimsəni,
hədyan oxusun! Ə.Vahid.
HƏFRİYYAT is. [ər.] köhn. Arxeoloji qa-
zıntılar; qazıntı işləri.
HƏFTƏ is. [fars.] Şənbədən bazar gü-
nünə qədər yeddi günə bərabər vaxt ölçüsü
vahidi. Həftənin birinci günii. Biitiin həftəni
işləmək. - Dolandı həftələr, dolandı aylar;
Sənətlə bir yerdə ucaldı Aygün. S. Vurğun.
Həftələr, aylar keçir; Axşamlı-səhərli; Bəzən
şirin, bəzən zəhərli. R.Rza. // Hər hansı
gündən başlayaraq hesablanan yeddigünlük
vaxt, müddət. Xəstəlik iki həftədən bəridir
ki, davam edirdi. M. S. Ordubadi. Əhmədov
bir həftə deyildi ki, buraya, tikinti işinə ic-
raçı mühəndis təyin olunmuşdu. Mir Cəlal.
// Bir hadisəyə və ya bir şeyə, tədbirə həsr
edilmiş yeddigünlük müddət. Yaşıllaşdırma
həftəsi. Uşaq ədəbiyyatı həftəsi. Ədəbiyyat
və incəsənət həftəsi.
0 Həftə səkkiz, mən doqquz - həmişə,
daima, tez-tez. Həftə səkkiz, mən doqquz
xəstələnir. Həftə səkkiz, mən doqquz maşın
xarab olur. - [Fərhad] həftə səkkiz, mən
doqquz kağız yazıb. Aslandan pul istəyirdi.
C. Cabbarlı. [Yunis xalasına:] Budur, Yaqut
ərə getdiyi üç ay deyil, amma axır zamanlar
həftə səkkiz, mən doqquz gəlib, anasının
yanında qalır. Ə.Məmmədxanlı.
HƏFTƏAŞIRI zərf Həftədən-həftəyə,
hər həfte(də). Həftəaşırı dənizə getmək.
HƏFTƏBAŞI zərf Həftədə bir dəfə (bir
qayda olaraq həftənin axırında). Həftəbaşı
ova getmək. Həftəbaşı hesabat vermək.
HƏFT ƏBAZARI is. Həftədə bir dəfə
(əsasən bazar - istirahət günü) düzəldilən
bazar, alış-veriş. [Ocaqverdi:] Sabah həftə-
bazarına inək aparacağam satmağa, satıb,
gətirib pulunu verərəm. Ə. Haqverdiyev.
Şamaxı yolundan, Quba yolundan və bütün
yuxarıda saydığımız məhəllələrdən aşağıda
- bir meydançada o zaman həftəbazarı
olardı. H. Sarabski.
HƏFTƏBECƏR is. Duza qoyulmuş kələm,
bibər, pomidor, xiyar, xırda balqabaq və
s.-dən ibarət şoraba. Xörəyin yanına lıəftə-
becər qoymaq.
HƏFTƏLİK is. Rəqəmlərdən sonra gə-
lərək işin neçə həftə davam etdiyini və ya
etməli olduğunu göstərir. Üç həftəlik iş
qalıb. Dörd həftəlik ezamiyyət. - Müəllim
[şagirdlərini] iki həftəlik yaz tətilinə bu-
raxmışdı. S. Hüseyn. [Cuma:] Bir həftəlik
məzuniyyətim var. Ə.Əbülhəsən. // sif. Həf-
tədə bir dəfə çıxan, buraxılan, çap olunan.
Həftəlik qəzet. Həftəlik jurnal. - Həftəlik
“Qüsli-vətən ” ruznaməsi 139-cu nömrəsində
yazır ki, dekabr və yanvar ayında Peter-
burqda əmələ gələn “övrət cəmiyyəti ” xeyli
calallı imiş. C. Məmmədquluzadə. // Bir
həftəlik müddəti nəzərdə tutan, bir həftədə
əldə edilən, alınan, istehsal olunan. Həftəlik
plan. Həftəlik məlumat. Həftəlik gəlir.
HƏKƏM is. [əı;] köhn. İki tərəf arasında
olan mübahisəni həll etmək üçün seçilən
adam; münsif, jüri. [Ev sahibi bəy dedi:] O
qoca kəndlini həkəm seçək, nə desə ona razı
olaq. S.S.Axundov. Camaat sakit durub ta-
maşa edirdi. Yalnız bir ağsaqqal qaydaya
baxırdı. Bu, həkəm imiş. Çəmənzəminli.
HƏKİM is. [ər.] 1. Ali tibb təhsili olan
adam; təbib, doktor. Uşaq həkimi. Göz hə-
kimi. Diş həkimi. Sanitar həkimi. - ..Mənim
xahişimə görə bacım oğlunu gətirmişdi bizə
ki, həm bir-iki ay bizə qonaq olsun, həm də
İrəvan həkimləri uşaqları müalicə eləsinlər.
C.Məmmədquluzadə. Həkimlərin məsləhə-
tilə atamgil məni yaylağa göndərməli oldu-
lar. İ.Əfəndiyev // Keçmişdə, ümumiyyətlə,
adamları, ya heyvanları müalicə etməklə
məşğul olan adama verilən ad. Həkim gəlib
padşahın başının üstündə əyləşdi. “Məsum”.
Həkimlərin dediyinə görə, Atabəyiıı ciyər-
ləri soyuqlamışdı. M.S. Ordubadi.
2. klas. Alim, filosof. O, həkimii ədibü şair
idi; Şeir fənnində xeyli mahir idi. S.Ə.Şirvani.
HƏKİMANƏ sif. və zərf [ər. həkim və
fars. ...anə] 1. Hikmətli, ağıllı, müdrik(anə),
fazilanə, dərin. Həkimanə söz. - Nitqdəndir
bəlalər iıısanə; Nitq elə hər sözü həkimanə.
S.Ə.Şirvani.
2. köhn. Həkimə (alimə, filosofa) yaraşan
bir tərzdə; alimcəsinə, filosofcasma, alim
kimi, filosof kimi, ağıllı. Həkimanə bir əda ilə
354
HƏKİMBAŞI
danışmaq. Hakimanə hərəkət etmək. - Sər-
xoşluq ilə ömrünü sərf eyləmə, Vahid! Arif
ona derlər ki, həkimanə dolansın. Ə. Vahid.
HƏKİMBAŞI is. köhn. Baş həkim, həkim-
lərin başçısı. Günün birində həkimbaşı kü-
çədə çıxır mollanın qabağına. “M.N.lətif.”.
[Odabaşı:] Mirzə Mehdi həkimbaşı həftədə
iki-üç dəfə onu yoluxurdu. Ə.Haqverdiyev.
// Hörmətlə həkimə müraciət. [Nurcahan:]
Başına dönüm, həkimbaşı, bu suyu bir bav-
tal verib mənim azarıma. N.Vəzirov.
HƏKİMXANA is. [ər. həkim və fars.
...xanə] Tibb məntəqəsi, xəstəxana, polikli-
nika. [Rüstəm:] Deyərsən bəlkə [sədr] subay-
dır, yox, arvadı oxumuş müəllimə, bacıları
həkimxanada işləyirlər. M.İbrahimov. Gedək
həkimxanaya; Tez sarıyım yaranı. B. Vahab-
zadə.
HƏKİMLİK is. Həkim sənəti, həkimin işi,
peşəsi; doktorluq; təbabət. [Fərhad:] ..Musa
ilə də belə danışmışıq ki, bir yerdə gedək
Xarkov şəhərinə, orada həkimlik oxuyub
qurtaraq. Ə.Haqverdiyev. [Sadıq kişinin
övrəti ərinə:] A kişi, qaç bazara.. Qaç tez
usta Hüseynin yanına, onun hakimlikdə
səriştəsi çoxdu.. C. Məmmədquluzadə.
□ Həkimlik etmək - təbabətlə məşğul
olmaq, doktorluq etmək (bir peşə kimi).
HƏKK is. [ər.] Hər hansı bir material
(metal, ağac, daş, şüşə və s.) üzərində metal
qələmlə çuxur və ya qabartma şəklində açıl-
mış naxış, yazı və s.; oyma. □ Həkk etmək
- həmin üsulla bir şeyin üzərində naxış
açmaq, yazı yazmaq. [Cahandar ağa] elə bil
evindəki hər şeyi görmək, onları hafizəsində
həkk etmək istəyirdi. İ. Şıxlı. Həkk olun-
maq - 1) həmin üsulla naxış açılmaq, yazı
yazılmaq; 2) məc. Həmişəlik qalmaq, unu-
dulmamaq (zehnində, qəlbində və s. söz-
lərlə). Elə bil qızın bütün xüsusiyyəti, boy-
buxwııı Şahmarın qəlbində həkk olunmuşdu.
B.Bayramov. Qayalara həkk olmayan söz
itər; Bu bahardan o bahara iz itər. M.Araz.
HƏKKAK is. [ər.] Metal, daş və s. üzə-
rində polad qələmlə yazı, şəkil və s. nəqş-
lər oyan sənətkar; qravüra ustası, qravüraçı,
oymaçı.
HƏKKAKLIQ is. Həkkakm sənəti; qra-
vüraçılıq, oymaçılıq.
HƏQİQƏTPƏRƏST
HƏQARƏT [ər.] 1. is. Hörmətsizlik, say-
ğısızlıq, alçaqlıq, təhqir; alçaldıcı, heysiy-
yətə, mənliyə toxunan hərəkət, söz və s.
Xan buyuran qulluqlarda qaim ol; Gör
düşmənə nə həqarət evlərsən. M.V.Vidadi.
2. Həqarətlə şəklində zərf - alçaq nə-
zərlə, yuxarıdan-aşağı, saymazyana, nifrət-
lə. Nə baxmaqdır mənə, ay miiddəi, çeşmi-
həqarətlə? S.Ə.Şirvani.
HƏQİQƏT is. [ər.] 1. Doğrudan, həqiqə-
tən olmuş və ya olan şey, hadisə və s. Hə-
qiqət belədir. Həqiqəti olduğu kimi danış-
maq. Həqiqət acı da olsa, demək lazımdır.
Bunların heç biri həqiqətə oxşamır. - Siz
bunu sanmayın həqiqətdir; Damağım gəldi,
bir zərafətdir! M.Ə. Sabir. Nə odlar gör-
müsən!.. Bu bir həqiqət! Fəqət darılmamış
sana təbiət! S.Vurğun. // Bir şeyin əsli,
mahiyyəti, künhü. İşin həqiqəti yenə də
müəyyən edilmədi. - Axirülənır, İbrahim,
yəni bizim yalançı ibrahim məcbur oldu ki,
açıb işin həqiqətini [qıza] desin. (Nağıl).
Mübahisə zamanı həqiqət üzə çıxır.
H.Seyidbəyli. // Düzlük, vicdan, yaxşılıq,
xeyirxahlıq, ədalət. Həqiqət aramaq. -
..Həqiqət axtarılan yerdə də mütləq ixtilaf
olur. C. Məmmədquluzadə. Qəlbimiz məşəl
olsa; Aydınlatsa zülməti; Onda yəqin taparıq;
Əsrlərin içində; Gizlənən həqiqəti. R.Rza.
2. Həyatda, təcrübədə sınanmış fikir, mü-
lahizə, mühakimə. Hamıya məlum bir həqi-
qət. Bu, sınaqdan keçmiş həqiqətdir.
3. Doğrudan da, həqiqətən. Bu yerlər hə-
qiqət gözəldir. - Bədircahatı həqiqət doğru
deyir ki, onun ürəyi yanmır. N.Vəzirov. [Sul-
tan bəy:] Hə, yaxşı tanıyıram, həqiqət [Mür-
səl] çox gözəl kişi idi. Ü.Hacıbəyov.
HƏQİQƏTÇİ bax həqiqətpərəst.
HƏQİQƏTÇİLİK bax həqiqətpərəstlik.
HƏQİQƏTƏN zərf [ər.] Doğrudan, doğ-
rudan da, gerçəkdən, əslində. O həqiqətən
böyük alimdir. Həqiqətən gözəl oxuyur.
..Həqiqətən baxmağına dəyər. - Bu müddət
içərisində Əfruz bacı həqiqətən bir çox şey-
lər öyrənmişdi. S. Rəhimov. Züleyxa həqiqə-
tən Dilbərlə Fərman arasında olan sevgidən
xəbərdar idi. Ə. Sadıq.
HƏQİQƏTPƏRƏST is. [ər. həqiqət və
fars. ...pərəst] Həqiqəti, düzlüyü, ədaləti
355
HƏQİQƏTPƏRƏSTLİK
sevən, istəyən və onun uğrunda mübarizə
edən adam; həqiqətçi.
HƏQİQƏTPƏRƏSTLİK is. Həqiqəti, düz-
lüyü, ədaləti sevmə; həqiqətçilik.
HƏQİQİ sif. [ər.] 1. Həqiqətən mövcud
olan və ya olmuş, həqiqətə uyğun olan;
gerçək, real. Həqiqi vəziyyət. - Məsafə və
zaman göz işləməyən bir zülmət içində sanki
öz həqiqi ölçüsünü itirmişdi. Ə.Məmməd-
xanlı. // Saxta, süni, yapma, yalançı olmayan;
əsil. Həqiqi simasım göstərmək. - [Nadir
bəy:] Dərin bir eşq, həqiqi bir məhəbbət
daima dilsizdir. H.Cavid. [Usta] ilk dəfə
olaraq həqiqi eşqin nə olduğunu duydu.
Çəmənzəminli. // Düz, doğru, səhih. Həqiqi
söz. - Həqiqi yol ilə. getdiyim yerdə; Kəsib
qabağımı sən, dayan, dedin. Aşıq Hüseyn.
2. Əsil mənada, necə lazımsa elə, əsil.
Həqiqi dost. Həqiqi sənətkar. - [Şair Ərəs-
tun:] Belə ki, hay-küy yox, şerin əvəzində
özünü vəkil seçib əl-qolunu ölçə-ölçə danış-
maq yox, həqiqi sənəti yaratmaq lazımdır.
S.Rəhimov. Müharibə göstərdi ki, ancaq çə-
tinlikdən qorxmayan adam həqiqi qəhrəman
ola bilər. Ə. Sadıq.
3. xüs. Elmi cəhətdən müəyyənləşdiril-
miş, hadisənin mahiyyətinə uyğun. Həqiqi
istilik tutumu. Həqiqi azimut.
0 Həqiqi (hərbi) xidmət - kadr qoşun-
larında (hərbi) xidmət. Həqiqi üzv - bəzi
elmi idarələrin, cəmiyyətlərin və s. üzvünə
verilən ad. Elmlər Akademiyasının həqiqi
üzvü.
HƏQİQİLİK is. Həqiqi olma, düzlük,
doğruluq, gerçəklik, reallıq. Faktların həqi-
qiliyi. Deyilənlərin həqiqiliyinə şübhə yox-
dur. - [Qətibə:] ..yalnız sevgidə deyil, süriin-
dürüciilük bütün məsələlərdə müvəffəqiyyəti
və həqiqiliyi uduza bilər.. M.S. Ordubadi.
HƏQİR sif. və zərf [ər.] 1. Qədir-qiy-
məti, hörməti, etibarı olmayan; alçaq. Həqir
baxma mənə qilii-qal bilməz isəm; Ki əhli-
hal arasında bəlavəm, ey bülbül! Qövsi.
Molla Cəfərqulu arvadlara həqir bir nəzərlə
baxan kişilərdən idi. N.Nərimanov.
2. klas. Təvazökarlıqla özünü başqasının
qabağında kiçiltmə, heç kimi göstərmə, özü-
nə əhəmiyyət verməmə mənasında işlənir.
HƏLAK
[İskəndər:] Sən də gəl abidin yanında məni;
Qızartma, burax bu həqir bəndəni. A.Şaiq.
3. Kasıb, yoxsul, miskin, zəlil. O birisi
sadə və həqir geyimli otuz, ya bir qədər
artıq sinli bir adam idi. C.Məmmədqulu-
zadə. Şəhər kənarında bir; Daxma var idi
həqir. Ə.Nəzmi.
HƏQİRANƏ zərf və sif. [ər. həqir və fars.
...anə] 1. Həqir olana yaraşacaq bir tərzdə;
qorxa-qorxa, çəkinə-çəkinə, yazıq-yazıq,
alçala-alçala. Həqiranə cavab. Həqiranə
yalvarmaq.
2. Həqarətlə, alçaq nəzərlə. Rəşid Minaya
doğru həqiranə baxıb getdi. İ.Musabəyov.
HƏQQ [ər.] bax haqq 2 1-ci mənada.
[Rəsul:] Qadir həqdən mən bir dilək dilədim;
Şükür, muradımı verdi, ah, mənim. “Aşıq
Qərib”. Gecə-gündüz budur həqdən diləyim;
Hifz eyləsin yaman bəladan səni. Q.Zakir.
HƏQQANİYYƏT is. [ər.] köhn. kit. 1. Haqq
və ədalətə uyğunluq; ədalət, insaf, vicdan.
Həqqaniyyət öz yerini tapdı. - [Məhərrəm:]
Mən həqqaniyyət tərəfdarıyam. C. Cabbarlı.
2. Həqqaniyyətlə şəklində zərf - əda-
lətlə, insafla, vicdanla.
HƏQQÜLQƏDƏM is. [ər.] köhn. Xəstə
üstünə gələn həkimə verilən zəhmət haqqı.
Üzüörtülü arvad .. bir cüt dolaq, bir tuman-
bağı və bir araqçın çıxarıb həkimin qaba-
ğına qoydu. Bu da həkimin həqqiilqədəmi
idi. Çəmənzəminli.
HƏLAK is. [ər.] Ölmə, məhv olma, ölüm,
məhv, tələf. Şah xoşhal olub buyurdu ki:
-Razıyam omın həlakına, sabah bu tədbir
tamam və kamal icra olunacaqdır.
M.F.Axundzadə. □ Həlak etmək - 1) öldür-
mək, məhv etmək, yox etmək, tələf etmək.
Cütçü baba bövlə deyib qeyznak; Eylədi ol
qırğını ol dəm həlak. A.Səhhət. Kəndin
mollası da ona get demiş; Get öz düşmənini
həlak et demiş. M.Müşfiq; 2) məc. üzüb
əldən salmaq, həddən artıq yormaq, üzmək.
Çox işləyib özünü həlak etmək. Həlak
olmaq - 1) ölmək, məhv olmaq, tələf ol-
maq. Qərib bir müddət yol gəldikdən sonra
altındakı at tab gətirməyib həlak oldu.
“Aşıq Qərib”. Yavər Vətən yolunda həlak
olmuşdu. M.İbrahimov; 2) məc. yorulub
əldən düşmək, həddindən artıq yorulmaq,
356
HƏLBƏTTƏ
HƏLƏM-HƏLƏM
üzülmək. İşləməkdən həlak olmaq. - Xalidə
bir saat əvvəl yuxudan oyanmışdı. Ağla-
maqdan həlak olurdu. S. Hüseyn.
HƏLBƏTTƏ “Əlbəttə” sözünün danı-
şıqda işlənən forması. Həlbəttə, gələcəyəm.
- [Xoca Əziz:] Həlbəttə ki, sən bilirsəm.
Dərdimi pünhan, ay həkim! “Məsum”.
[Hamı:] Bu nə sözdür?! Həlbəttə, gəlin ar-
vad olar! Ü.Hacıbəyov.
HƏLƏ zərf 1 . inkar cümlələrində gözlə-
nilən bir işin vaxtında baş vermədiyini, ge-
cikmiş oldıığıınu bildirir - hələ də. Camaat
hələ yığılmayıb. Məktub hələ mənə çatma-
yıb. Soyuqlar hələ düşməyib. - Uzaqdan
görünən meşəli silsilə dağların başı sübh
dumanından hələ təmizlənməmişdi. Q. İlkin.
Qızlar təpənin quzeyində hələ günəşdən
yanmamış göy otluqda bir müddət sakitcə
əyləşdilər. İ. Hüseynov. // İndiyədək, hələ
də, hələ ki. Halbuki boş otaqlarda hara-
dansa gətirilmiş, hələ qaydası ilə qoyulub
yerbəyer edilməmiş şkaflardan, stollardan,
lülələnmiş kağızlardan başqa bir şey yox
idi. Mir Cəlal. Alaqaranlıqda hələ yer ilə
göy bir-birindən seçilmir, .. bildirçinlər, tu-
raclar səs-səsə verib doğacaq günəşi pişvaz
edirdi. M. Rzaquluzadə. // Vaxt, yer bildir-
dikdə - artıq, daha. Hələ uşaqkən təbiəti
sevmişəm. Hələ bu gün onu görmüşəm. Hələ
məktəbdə oxuyarkən biz dostlaşmışdıq. -
[Maya] hələ ömründə çobanların yaşadığı
alaçıqda olmamışdı. M. İbrahimov.
2. Bir də, əlavə, üstəlik. Hələ bir məsələ
də qalmışdır. Hələ iddiası da var! Hələ xəs-
təyə də baş çəkməliyəm. Hələ bazara da ge-
dəcəyəm. - Hələ daş yol da təmir edilməli
idi. Ə.Əbiilhəsən. // Bu vaxta qədər, indi-
yədək, hələ ki. Mən hələ bilmirəm ki, onun
fikri nədir? Gözü hələ yuxuya getməyib. Hələ
ay çıxmayıb. - Divar peçləri hələ təzəcə qa-
lanırdı. S. Rəhimov. Əşrəf həyatında hələ
heç bir qəhrəmanlıq eləməmişdi. S. Rəhman.
// Hələlik, indi. Sən hələ uşaqsan, başa düş-
məzsən. O bu işdə hələ naşıdır. Kollektivlə
hələ tanış deyil. Hələ yeni məlumat yoxdur.
- Oğlan, sən uşaqsan, cavansan hələ;
Yenicə cisminə düşüb vəlvələ. M.P.Vaqif.
Kəhər hələ kifayət qədər qurumamış yumşaq
otu böyründən söküb yeyirdi. M. İbrahimov.
// Bir şeyin qurtarmadığını, davamı, dalı, son-
rası olacağını bildirir. İşlər hələ qurtarmayıb.
Səninlə hələ sonra danışacağıq. Hələ söhbə-
timizin dalı qalıb. - [Mərcan bəy:] Saat
ikidir, hələ dörd saat var. Ü.Hacıbəyov.
HƏLƏ-BELƏ zərf Səbəbsiz, niyyətsiz,
ciddi məqsəd olmadan. Şəfiqə sözünü demə-
yib, cavab verdi ki, heç, əzizim, bir şey olma-
yıb, hələ-belə vanına gəlmişəm. İ.Musabəyov.
HƏLƏ-HƏLBƏT zərf dan. Mütləq, hök-
mən, qəti, necə olur olsıın. Hələ-lıəlbət onu
bu gün görməliyəm. Hələ-lıəlbət saat beşdə
bizdə ol. - Göndər ıtşağı, Şahbacını eylə xə-
bərdar; Gəlsin hələ-lıəlbət. M. Ə. Sabir.
HƏLƏ-HƏLƏ bax hələm-hələm. Bu işi
hələ-hələ adam bacarmaz. - [Rüstəm kişi:]
Yox, Yarmənıməd, Qara Kərəmoğlunu sən o
qədər də zəif bilmə. Bərk adamdır, hələ-
hələ geri çəkilən deyil. M. İbrahimov.
[Eldar:] [Göyərçinlər] xoşlayıb yurd-yuva
saldıqları yerləri hələ-hələ tərk etməzlər.
M. Rzaquluzadə.
HƏLƏLİK 1. zərf Bir müddət, bir qədər,
bir müddətə qədər. Hələlik burada otur.
Hələlik gözləməli olacaqsan. Hələlik bunu
özündə saxla. - Sonudur qış gününün, top-
layaraq var gücünü; Saxlamaq fikrinə düş-
müş hələlik öz gücünü. S. Rüstəm. Murad öz
sualına özü cavab verir, hələlik arvadına
məsələni bildirmirdi. Ə.Vəliyev. // Müvəq-
qəti (olaraq). Hələlik onun yanında yaşa.
Pulu hələlik cibində saxla. - [Leytenant:]
Hələlik ev-zad düzəldənəcən burada qalar-
sınız. İ.Əfəndiyev. // Hazırda, bu saat, indi.
Hələlik evə tələsirəm, məşğul ola bilməyəcə-
yəm. Hələlik işini gör, söhbət sonraya qalsın.
2. Hələlik! - xudahafiz! görüşənədək!
sağ ol! [Tahir:] Hələlik, - deyə, gülə-gülə
uzım-caydaq qıza əl elədi və sürətlə uzaq-
laşdı. M. Hüseyn. Sənubər havanın qarış-
mağına .. əhəmiyyət verə bilmədi, mövsümi
paltosunu geydi, anasına “hələlik" demə-
dən çıxdı. B. Bayramov.
HƏLƏM-HƏLƏM dan. sif. Hər hansı, hər
bir. [Molla deyir:] O, hələm-hələm adam-
ların gözünə görünməz. “M.N. lətif.” Çünki
Mina xanımı təsvir etmək hələm-hələm ada-
mın hünəri deyil. M. İbrahimov. // zərf Tez,
asanlıqla. [Gülzada:] Ancaq, ağa, Səlbi çox
357
HƏL-HƏLBƏT
HƏLLAC
həyasız arvaddır, hələm-hələm boynuna
götürməyəcək. Ə.Vəliyev. [Nuriyyə:] Fiziki
işə lap körpəlikdən adət etdiyim üçün hələm-
hələm yorulmazdım. I. Əfəndiyev. // zərf
Boş-boşuna, əsassız, səbəbsiz. Mən də
hələm-hələm bayraq taxmaram; Göyümdə
göyərən göydələnlərə. M.Araz.
HƏL-HƏLBƏT dan. bax hələ-həlbət.
[Reyhan xanım Mirzə Fətəliyə:] Bir şərtlə
ki, həl-həlbət gələsiniz. M.İbrahimov.
HƏL-HƏLƏ is. [ər.] Hay-küy, qalmaqal,
həyəcan. Bu sayaq həl-hələylə (z.) bir anda;
Gəldi çatdı o vahəyə karvan. A.Səhhət.
HƏLİM 1 sif. [ər.] 1. Xasiyyətcə, təbiətcə
yumşaq (adam haqqında). Həlim adam. -
Məkrli qadındı, gülçölırə qızdı; Həlimdi,
kövrəkdi, sərtdi, qııduzdu... M.Araz. Əsmət
həlim qarı Bakıda çoxdan; Yaşayır yanında
böyük oğlunun. M.Rahim. // Sakit, dinc
(heyvan haqqında). Həlim inək. - Sən, ey
yoldaşımın həlim kəhəri; Hanı cəbhələrin o
qəhrəmanı? M.Rahim. Çox çəkməzdi, görər-
din, o həlim heyvan, budur, dönüb gəldi,
sahibinin ətəklərinə sürtündü. Mir Cəlal.
2. Xoşagələn, ürəyəyatan, qulağa xoş gə-
lən (səs haqqında). Müəllim bir qədər həlim
və mülayim səslə soruşdu.. Ə.Vəliyev.
HƏLİM 2 is. [ər.] İçərisində düyü və s.
qaynadılması nəticəsində hasil olan qəliz
su. Süzülmüş düyünün üstünə ilıq su gəzdir-
məklə onu yuyurlar ki, həlimi getsin.
HƏLİMANƏ [ər. həlim və fars. ...anə]
bax həlimliklə (“həlimlik” də).
HƏLİMAŞI is. Tamamilə həll olub həl-
məşik hala gələnədək suda bişirilən ət və
buğdadan ibarət, adətən səhər tezdən yeyi-
lən horra.
HƏLİMLƏŞMƏ “Həlimləşmək”dən fis.
HƏLİMLƏŞMƏK / Həlim olmaq, yum-
şalmaq (xasiyyətcə, rəftarca) (bax həlim 1 ).
Nəhayət, xan həlimləşməyə başladı. Sənəm
xanımın da iztirablarını azaldıb, onu ağır
bir qayğıdan qurtardı. Çəmənzəminli.
HƏLİMLİK is. 1. Yumşaqlıq (xasiyyətcə,
təbiətcə). Cahıllıqda həlimlik, qocalıqda
səlimlik. (Ata. sözü).
2. Həlimliklə şəklində zərf - yumşaq-
lıqla, mülayimliklə, xoş dillə, xoş rəftarla,
həlimanə. Həlimliklə rəftar etmək.
HƏLQƏ bax halqa. Yüz həlqə edib zülfi-
pərişanını çin-çin; Hər həlqə ilə boynuma
bir silsilə saldın. Qövsi. Həlqə get-gedə
sıxılırdı. H.Seyidbəyli.
HƏLQƏVİ [ər.] klas. bax halqavari.
HƏLL 1 is. [ər.] 1. Ətraflı fikirləşib dü-
şündükdən sonra çətin və ya dolaşıq bir
məsələ haqqında bu və ya digər nəticəyə,
qərara gəlmə, ona cavab tapma. Problemin
həlli. H Bir məsələ haqqında qərara gəlmə,
nəticə çıxarma. [Rüstəm bəy] həllinə aciz
olduğu məsələlərdə məlumatlı adamlara və
kitabxanalara müraciət edərdi. Çəmənzə-
minli. □ Həll etmək qərara gəlmək, nəti-
cəyə gəlmək. Yüz kari-müşkülə gər qoya-
san əl; Göz yumub açınca səyin eylər həll.
Q.Zakir. [Rəhim bəy] Məşədibəylə ixtilafını
biryolluq həll etmək bəhanəsilə qardaşı
evinə getdi. M. Hüseyn.
2. Həyata keçirmə (keçirilmə), yerinə
yetirilmə. Məsələnin qoyuluşu, müzakirəsi
və həlli elə gəlib yetişmişdi ki, burada hiylə
olduğunu heç kəs güman etməzdi. Mir
Cəlal. □ Həll etmək - həyata keçirmək,
yerinə yetirmək. Çətin texniki məsələləri həll
etmək. - [Nəsib dayı] ..həmişə ən çətin, mü-
bahisəli məsələləri də sakitliklə həll etməyi
lazım bilirdi. İ.Şıxlı.
3. Axtarılan rəqəmi, cavabı və s. tapma.
Krossvordun həlli. Tənliyin həlli. □ Həll
etmək - axtarılan cavabı, rəqəmi tapmaq.
[Nuriyyə:] Ən çətin məsələ-misallar seçib
həll elədim. İ. Əfəndiyev.
HƏLL 2 [ər.] 1. is. xiis. Bir cismin və ya
mayenin suda və ya başqa maye içərisində
öz tərkibini pozub onunla qarışması, onun
içində əriməsi. □ Həll etmək - bərk və ya
maye maddəni suda və ya başqa mayedə
əritmək. Şəkəri suda həll etmək.
2. sif. Çox yetişmiş, dəymiş və ya çox
bişmiş; yumşaq. Həll pomidor. Həll (z.)
bişirmək. - [Yaşlı kişi:] Tam yetişmiş, həll
bir ənciri əlimə alaraq [Şiriımaza] tərəf tolaz-
ladım. S.Hüseyn.
HƏLLAC is. [ər.] Pambıqatan, yunatan
(usta). Sən ac, mən ac, qonşu həllac. (Ata.
sozü). Yunatan həllaclar burada dolanar,
həftələrlə bir güızəranlı alaçıqda məskən
salıb, yun atar.. S. Rəhimov.
358
HƏLLACLIQ
HƏMAİL
HƏLLACLIQ is. Pambıqatma, yunatma
sənəti.
HƏLLEDİCİ' sif Bir şeyin inkişafını,
gələcəyini təmin edən, həll edən. Həlledici
amil. Həlledici mərhələ. H Başlıca, ümdə,
əsas, ən mühüm. Həlledici şərt. - Axırıncı
iki giin ərzində düşmənin tank hücumlarının
dəf edilməsində idrisin batalyonwıdakı mi-
naatanlar bölüyü həlledici rol oynamışdı.
Ə.Məmmədxanlı.
HƏLLEDİCİ 2 sif. xiis. Başqa maddəni içə-
risində həll edən, əridən. Kolbanı cizgiyə
qədər həlledici maye ilə dəqiq surətdə
doldurduqdan sonra cizgidən yuxarıda qa-
lan damcıları süzgəc kağızı ilə qurudurlar.
“Miqdari kimyəvi analiz”. // is. Başqa mad-
dəni öz içərisində həll edən, əridən maddə.
Bu maddələr bərk və maye halda, bəzən də
onların suda ( və ya başqa həlledicilərdə)
məhlulu şəklində tətbiq edilir. “Qeyri-üzvi
kimyadan təcrübə məşğələləri”.
HƏLLƏM-QƏLLƏM sif. dan. 1 . Cüvəl-
lağı, fırıldaq, haramzadə, cəncəl. [Xan
Kazıma:] Ay gədə, sən çox lıəlləm-qəlləm
adama oxşayırsan, .. xatanı məndən sov.
Çəmənzəminli. [Həsən] lıəlləm-qəlləm
adam imiş. Qantəmir.
2. Qarışıq, dolaşıq. [Gəray ağa:] Bilirsən,
bəydadaş, işlər necə həlləm-qəlləmdir?
S. Rəhimov. Məktubun sonunda mənə tap-
şırır ki, o lotulara deyim : - Həlləm-qəlləm
işlərdən əl çəkməsələr, hamısını adbaad ya-
zacaq. “Kirpi”.
HƏLLƏNMƏ “Həllənmək”dən fis.
HƏLLƏNMƏK f Nəşələnmək, xoşlan-
maq, xoşallanmaq. İsti qum mənə ipək yataq
kimi gəldi, uzandım, bəllənməyə başladım.
Çəmənzəminli.
HƏLLOLUNMAZ' sif. Həll olıına bilmə-
yən, yaxud həlli çox çətin olan. Həllolun-
maz məsələ. — Sanki Şirzadı, yaxud Salmanı
seçmək [Pərşan] üçün həllolunmaz bir
müşkülə dönmüşdü. M.İbrahimov.
HƏLLOLUNMAZ 2 sif. Başqa maddələr
içində həll olmayan, əriməyən.
HƏLMƏŞİK sif Horra halında olan, qatı,
qəliz. Həlməşik kütlə. - İsti su götürdükdə
ııişasta yapışqanlaşaraq həlməşik təbəqə
əmələ gətirir. “Dərman növləri”.
HƏM bağl. [fars.] 1. Üstəlik, dəxi, ...da
(də). Fələk, bari cəfalar eyləyib, sən həm
qəm artırma ; Əlindən gəlmədisə əhli-dərdə
çarəsaz olmaq. S.Ə.Şirvani. Qəzetin yaz-
mağına görə, bu növ şəxslər Naxçıvan fəqa-
rəsində həm olublar. N.Vəzirov.
2. Təkrar edilərək işləndikdə həmcins
cümlə üzvlərini bir-birinə bağlayır. Həyat
həm gülmək, həm ağlamaqdır; Lakin daha
xoşdur döyüş çağları.. M.Müşfıq. Əgər Şah-
mar bu gün çıxmasa, həm Nərminədən əli
üzüləcək, həm imtahanlara gecikəcəkdi.
B. Bayramov. // Eyni vəzifədə təkrar edil-
dikdə sonuncu “həm” bağlayıcısı "həm də”
şəklində işlədilir və cümlənin bitdiyini,
fikrin sona yetdiyini bildirir. Həbib çay içir,
Gözəl fındıq sındırır, söhbət həm qızışır,
həm də şirinləşirdi. Ə.Vəliyev. Tapdıq həm
ağlayır, həm də işarə ilə anasına müəllimin
yanındakı sarıqlı şeyi göstərirdi. Ə.Vəliyev.
həm... [fars.] Mürəkkəb sözlərin əvvə-
linə gətirilərək şəriklik, birgəlik, qarşılıq
mənasını bildirən sifət və isinilər düzəl-
dilir; məs.: həmsöhbət, həmrəy, həmsər-
həd, həmyerli, həmvətən.
HƏMAĞUŞ zərf [fars.] Bir-birini qucaq-
lamış halda, qucaqlaşaraq. □ Həmağuş
olmaq - bir-birini qucaqlamaq, qucaqlaş-
maq. Vaqifı-pürmöhnət çox çəkib həsrət; Ta
səninlə xəlvət ola həmağuş. M.P. Vaqif. [Xa-
vər Arifə:] Baxdım ki, sevilməyənlər əsla;
Layiq deyil olmağa həmağuş. H.Cavid.
HƏMAHƏNG sif. və zərf [fars.] Bir-
birinə uyan, uyğun (səslər, rənglər və s.
haqqında). Həmahəng səslər. - ..Oynayan-
lar kütləsinin həmahəng hərəkəti ilə [Mir-
zağa] da irəli hərəkət edirdi. S. Hüseyn.
□ Həmahəng olmaq - bir-birinə uyğun
olmaq, müvafiq olmaq, uymaq. Dərin bir
sükut ətrafı bürüyərək kainatla həmahəng
olmuşdu. Çəmənzəminli. [Əlikram Hidayə-
tə:] Ay sağ ol gərək yaradıcılıqla şəxsiyy’ət,
amal həmahəng olsun. B. Bayramov.
HƏMAİL is. [ər.] 1. Qılınc, tapança və s.
silah asmaq üçiin çiyindən aşırılan qayış; çi-
yin qayışı. Misri qılınc həmaildi belində; Ge-
yər hər vaxt al-qumaşı Koroğlu. “Koroğlu”.
2. Boyundan asılan, üzəri piləklə bəzə-
dilmiş qadın bəzəyi. “Gəlinlər həmaili”
359
HƏMAN
(əsər adı). - [Leylək] həm üzük, həm sırğa,
həm həmail, həm də bilərzik almaq istədi.
S. Rəhimov. Ay qız, sənə mailəm; Boynunda
həmailəm; Dost payı şirin olar; Hər nə
versən qailəm. (Bayatı). // Çələng. Pərşan
ağlı-sarılı müxtəlif çöl güllərindən həmail
qayıraraq arasına qırmızı lalələrdən naxış
vurub boynundan asmışdı. M. İbrahimov.
3. inanca görə, gözdəymədən, xəstələn-
məkdən və s. qorunmaq üçün boyundan
asılan dua, tilsim, pitik. Arxeoloji qazıntılar
zamanı çoxlu həmail aşkar edilir.
HƏMAN bax haman.
HƏMAVAZ sif. və zərf [fars.] Səsləri bir-
birinə uyğun; həmahəng. □ Hənıavaz
olmaq - səs-səsə vermək. Gah eyləyibən
sürııdlər saz; Bülbüllərə oldular həmavaz.
Füzuli. Azər uyıırkən, şaqraq; Bir səda saz-
la həmavaz olaraq; Onu qaldırdı yataqdan
erkən. H. Cavid.
HƏMAV AZLIQ is. Səslər arasında uy-
ğunluq, ahəng; həmahənglik.
HƏMBAB sif. [fars. ] dan. Bir-birinə uy-
ğun, münasib, bab. // məc. Sevgili, məhbu-
bə. Könlümün sevdiyi gözəl lıəmbabı; Zülf-
ləri bənd edib on dörd kitabı. Şair Vəli.
HƏMCİNS is. [fars, həm və ər. cins] 1 . Bir
cinsdən olan, cinsi bir olan; eynicinsli. Həm-
cins heyvanlar.
2. Bir cinsə, bir qövmə mənsub olan, eyni
cinsdən, eyni qövmdən olan, öz cinsindən
olan (məcazi mənada adətən insan, adam
nəzərdə tutulur). Həmcinslərim təmam get-
miş; Söz mülkündən nizam getmiş. Füzuli.
[Nadir bəy:] ..Həmcinsinə qıymaqdan,
yaxıb-yıxmaqdaıı zövq alanlar, başqasının
fəlakətində səadət arayanlar birər adi cəl-
laddan başqa bir şey deyildir. H. Cavid.
0 Həmcins cümlə üzvü qram. - cümlədə
eyni sintaktik vəzifəni yerinə yetirən cümlə
üzvü.
HƏMCİNSLİK is. Bir cinsdən olma.
HƏMÇƏKİ sif. Çəkisi bir olan, eyni ağır-
lıqda, çəkidə olan.
HƏMÇİNİN bağl. [fars.] 1. Habelə, ...da
(...də), həm, həm də. Usta Zeynal həmçinin
bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı.
Ə. Haqverdiyev. [Hacı Osman:] ..Dəyirma-
HƏMƏQİDƏ
nını verdin əkinçilərə, yerlərini həmçinin,
onda pəs necə dolanırsan? N.Vəzirov.
HƏMD is. [ər.] din. Şükür, təşəkkür, min-
nətdarlıq. İşimiz boş danışıq, həmdü sana-
dır, demədim? Ay baba, işlərimiz xeyli fəna-
dır, demədim? C. Cabbarlı. □ Həmd olsun
- “Allaha şükür”, "Allaha şükür olsun”
mənasında Allaha minnətdarlıq bildirən
dini təbir. Həmd olsun, özünüz görürsünüz,
kimlərdir şəriətini bilməyib, kor-koranə əl-
ayaq çalanlar.. C. Məmmədquluzadə.
HƏMDƏM is. [fars.] Yaxın yoldaş, yaxın
dost, sirdaş. Hardasız, ey şad keçən dəmlə-
rim; Hardasız, ey sevgili həmdəmlərim?
A.Səhhət. Hanı dostlar və həmdəmlər?
Gələcəkmi keçən dəmlər? S. Vurğun. // Məc.
mənada. Bax, indi təbiət bizə yoldaş; Yoldaş
deyil, hətta bizə həmdəm. M.Müşfıq. Həm-
dəmisən günəşgözlü səhərin; Bəxtin gülür
aynasında Xəzərin. S. Rüstəm.
HƏMDƏMLİK is. Yaxın yoldaşlıq, sir-
daşlıq, yaxın dostluq, çox yaxınlıq. Həm-
dəmliyim ilə ar qılma; Məndən nifrəti şüar
qılma. Füzuli.
HƏMDƏRD is. [fars.] Dərdləri bir olan
adamlardan hər biri, birilə bir dərddə olan.
[Leyla xanım:] Həmdərdik, qardaş, qorxma,
sözünü de... N.Vəzirov. Qoy Sadıqa de-
sinlər lağlağı, anıma o kişi ölən günə kimi
mənim rəfiqim, müsahibim və lıəmdərdimdi.
C .Məmmədquluzadə.
HƏMDƏRS is. [fars, həm və ər. dərs] Bir
sinifdə və ya bir yerdə oxuyan.
HƏMDİN is. [fars, həm və ər. din] Eyni
dinə mənsub adamlardan hər biri; dindaş.
HƏMD-SƏNA is. [ər.] din. Allaha səna
və təşəkkür, minnətdarlıq, razılıq. [Dərviş
Ruqiyyəyə:] Bunların hamısının əvəzində
Allah səni yetirdi və mən də “bəsdi" deyib
ona həmdi-səna dedim. A.Divanbəyoğlu.
HƏMƏQİDƏ sif. və zərf [fars, həm və ər.
əqidə] Eyni əqidədə olan; həmməslək.
Rzaquluxan ilə lıəməqidə olan müsyö Lui də
.. İran səfərinə hazırlaşmaqda idi. M.S. Ordu-
badi. Diqqətlə qulaq asan Hüseyn Məhbusi
[Kərimxana] hədsiz bir sevinc və maraqla :
- Məni də özünüzə bir yoldaş bilin, həm-
məslək, lıəməqidə (is.) bilin. M.lbrahimov.
360
HƏMƏL
HƏMƏL is. [ər.] Ərəb astronomiyasında
Qoç bürcünün adı. Günəş lıəməl bürcünə
yaxınlaşdığı dəqiqədə Sultan Toğrulun qa-
pısında vurulan kərənayxana Novruz bay-
ramı mərasiminin başlandığını xəbər verdi.
M. S. Ordubadi.
HƏMƏN [fars.] 1. əvəz. Həmin, haman,
o. [Cavad bəy:] Elə işlərin üstündə həmən
adamı divara söykəyib başına güllə çaxar-
lar, qalar yerində.. N.Vəzirov. Gətirir fikri-
mi mənim tüğyana; Həmən divardakı şumal
buruqlar. M.Müşfıq.
2. zərf O saat, dərhal, əlüstü. Mən bu löv-
hələri xəstə, nəfəssiz; Seyr edərək həmən
yüyürdüm səssiz. S.Vıırğun. Əcəbcə işə
düşdük, deyib güldüm özümə; Yay paltomun
boynunu həmən çəkdim üzümə. S. Rüstəm.
HƏMƏSR is. [fars, həm və ər. əsr] Bir
əsrdə, bir dövrdə yaşamış və ya yaşayan,
bir-birinin müasiri; çağdaş, əsrdaş. Həməsr
şairlər. - Həmsinlərin səfada, bağda;
Həməsrlərin çəməndə, dağda. M. Ə. Sabir.
Deyirəm, bəlkə də həməsrlərim; Şerimi
gözləmir o qədər mənim? B. Vahabzadə.
HƏMFİKİR is. və sif. [fars, həm və ər.
fikr] Eyni fikirdə olan, fikirləri, görüşləri,
rəyləri bir olan; həmrəy, həmməslək,
məsləkdaş. Həmfikir adamlar. Onlar bu
məsələdə həmfikirdirlər. - Gəl bu hicran
dərdini Nima, çəkək bir yerdə biz; Həmfikir,
həmdərd olaq, məskən salarsaq harda biz.
Şəhriyar. Həsən bəy və onun həmfikirləri
[Nəcəf bəy Vəzirov, Heydəri və başqaları]
maarifpərvər, mütərəqqi və vətənini sevən
adamlar idilər. M.İbrahimov.
HƏMHƏMƏ is. Pıçıltı, pıç-pıç. Həmhə-
mə başlayır div ilə pəri; Qorxudan qan olur
xalqın ciyəri. Şəhriyar.
HƏMHÜDUD sif. [fars, həm və ər. hü-
dııd] Sərhədləri bir olan; yan-yana, bitişik,
yapışıq olan; həmsərhəd. Həmhüdud döv-
lətlər. - [İran] Qafqaz ilə həmhüduddur.
M. S. Ordubadi.
HƏMHÜQUQ sif. [fars, həm və ər. hü-
quq] Eyni hüquqa, bərabər hüquqa malik
olan; bərabərhüquqlu. Bütün xalqlar həmhü-
quqdurlar. Həmhüquq iqtisadi münasibətlər.
HƏMHÜQUQLUQ is. Eyni hüquqa, bəra-
bər hüquqa malik olma; bərabərhüquqluluq.
HƏMİŞƏKİ
HƏMXANA is. [fars.] Bir evdə, bir mən-
zildə yaşayan adamlardan hər biri; qonşu,
mənzil qonşusu. Hənıxanası qarşı evdən
baxaraq; Rübabəyə zilləmişdi gözünü.
M.Müşfıq. Köhnə mənzildə bir ildir ki, iki
həmxana cırmaqlaşır. S.Qədirzadə.
HƏMXASİYYƏT is. və sif. [fars, həm və
ər. xasiyyət] Eyni xasiyyətdə olan, xasiy-
yətcə bir olan. Atı at yanına bağlarsan, həm -
rəng olmasa, həmxasivyət olar. (Ata. sözü).
HƏMİ bax həm. Həmi sağdan, həmi sol-
dan; Zənbur kimi sancdı birə. Aşıq Ələsgər.
[Cahan Əsgərə:] Allaha şükür, həmi pulun
var, həmi dövlətin var, həmi cavansan.
Ü.Hacıbəyov.
HƏMİN [fars.] Yaxında olan bir şeyi, ya
şəxsi göstərmək üçün işlədilən əvəzlik.
Həmin qəzet. Həmin tələbə. - Sən bilirsən,
mənim yaşım azdır; Anadan olduğum həmin
yazdır. A. Səhhət. Birinci olaraq nəzərlərilə
Fərmanın qəlbini dələn həmin qız bir kəklik
cəldliyilə sıçrayıb maşına çıxdı. Ə.Sadıq.
HƏMİŞƏ zərf [fars.] Daima, hər vaxt, hər
zaman. O. həmişə adamlardan uzaq gəzir. -
[Almaz:] Mənim qapını dostlarımın üzünə
həmişə açıqdır. C. Cabbarlı. Buna da şiikr
edib, “ təvəkkül ” - dedik; Imdadçün həmişə
üz tutduq göyə. B. Vahabzadə. // Arası-
kəsilmədən, daim. Oğul nankorların adəti
budur: Günəşin nurunu həmişə udub; Ca-
zibə alırlar, sürət alırlar.. M. Araz.
HƏMİŞƏBAHARA [fars.] 1. bot. İlin bü-
tün fəsillərində çiçək açan cır qızılgül növü.
Saib saxsıdakı yeni açnıış həmişəbaharı mə-
zar üzərinə qoyub geri çəkilər. H. Cavid.
2. Həmişə öz təravətini saxlayan; hə-
mişəcavan. [Qəmər xanım:] Rəhmətlik kişi
də deyərdi ki, həmişəbaharsan, ay Qəmər!
M.İbrahimov.
HƏMİŞƏCAVAN 1. Bax həmişəyaşıl.
Enliyarpaq çinarlar, həmişəcavan ağaclar
xiyabanın yaraşığıdır. - Ağaclar lütləşmiş
olsa da, həmişəcavanlar onu gizlədə bilir-
dilər. B.Bayramov.
2. sif. dan. Təravətini, gənclik görkəmini
itirməyən; qocalmayan. Həmişəcavan kişi.
HƏMİŞƏKİ sif və zərf 1 . Həmişə olan,
hər vaxt olan; hərvaxtkı, adi. Həmişəki qay-
da. Həmişəki iş. - Sabahkı gün tarçı Əsədin
361
HƏMİŞƏLİK
cənazəsi arabaya qoyulub, həmişəki adət
üzrə “Ərrəhman " oxuna-oxuna qəbiristana
aparıldı. B.Talıblı. Günün birində Təliə ilə
vəliəhd və Qətibə bir yerdə idi, Qətibə
həmişəki adəti üzrə onları bir yerdə buraxıb
çıxdı. M.S. Ordubadi.
2. Həmişəkindən şəklində - həmişə ol-
duğundan, adi qaydadan. Firidun darülfii-
nuııdan çıxıb Şəmsiyyəyə dərs deməyə getdi.
Qız həmişəkindən daha artıq bir səmimiy-
yətlə onu qarşıladı. M. İbrahimov. Bu gün
dəniz həmişəkindən coşqun idi. S.Vəliyev.
3. “kimi” qoşması ilə - həmişəki kimi,
həmişə, hər vaxt olduğu kimi, adi qaydasın-
da. Qüdrət dinmədi, ayağa qalxdı və həmi-
şəki kimi ağır-ağır yeriyib kabinetinə keçdi.
M.Hüseyn.
HƏMİŞƏLİK zərf Vaxtı məhdud olma-
dan, müddətsiz, əbədi, daim(i). Dağda me-
şəlik; Gül, bənövşəlik; Mən həmişəlik; Bu
balama qurban. (Bayatı). [Qəmər:] Vaxtı-
mız çox olacaq. Mən burada həmişəlik dok-
tor işləyəcəyəm. S. Rəhman. [Sevinc Mah-
muda:] ..Mən elə bilirdim ki, sən bugünkü
iclasdan özün üçün həmişəlik bir nəticə
çıxaracaqsan. Z.Xəlil.
HƏMİŞƏYAŞIL sif. bot. Bütiin ili yarpaq-
la (və ya iynəyarpaqla) örtülü. Həmişəyaşıl
ağaclar.
HƏMİYYƏT is. [ər.] Vətən, ailə qeyrəti,
namus, təəssüb. Min elm deməkdənsə hə-
miyyət gərək olsun; Sözdən nə bitər, işdə
həqiqət gərək olsun. M.Ə. Sabir.
HƏMİYYƏTLİ sif. Həmiyyət sahibi olan;
qeyrətli, namuslu, təəssübkeş. Bu kəndin
adamları istəyiblər, .. özlərini Astaranın qey-
rətli və həmiyyətli adamlarına oxşatsınlar.
"Mol. Nəsr.”
HƏMKAR is. [fars.] Biri ilə bir yerdə, bir
sənətdə, bir peşədə işləyən adam; iş, sənət,
ixtisas yoldaşı. Veys yanını stula təzəcə qoy-
muşdu ki, həmkarlarının yerdə bardaş qur-
duğunu görüb, özü də elə onların yanında
çömbəlib divara söykəndi.. Ə.Əbülhəsən.
[Cəfərqulu] baxırdı ki, görsün, həmkarla-
rından bura kim gəlib. B. Bayramov.
0 Həmkarlar ittifaqı - fəhlə və qulluq-
çuların mənafeyini qorumaq üçün əmək prin-
sipi üzrə onları birləşdirən kütləvi təşkilat.
HƏMMƏSLƏK
HƏMKƏNDLİ is. Bir kənddə doğulmuş,
orada yaşamış və ya yaşayan (adam). Həm-
kəndliləri ilə görüşmək. Şəhərdə həmkəndli-
sinə rast gəldi. - ..Nəriman [Nərimanov]
türkcə və rusca gözəlcəsinə yazıb-oxumaq bi-
lirdi. Ona görə həmkəndlilərinin günü-gün-
dən ona rəğbətləri artırdı. Ə. Haqverdiyev.
HƏML is. [ər.] klas. Yük, ağırlıq.
0 Həml etmək - 1) isnad etmək, izah et-
mək, yazmaq, aid etmək, səbəbini bir şeydə
görmək. Minanın hərəkətini dəli olduğuna
həml etdilər. Çəmənzəminli; 2) boynuna
qoymaq, üzərinə yükləmək. [Haşım:] Əgər
iki min manata tamah edib bu məsləhətlərə
dəyişməsəydim, həm [pulu] əlimdən dərviş
alacaqdı , həm burada boynuma bir cinayət
həml edib, məni hökumətə təslim edəcək-
dilər.. B.Talıblı.
HƏMLƏ is. [ər.] Hücum, üzərinə atılma.
Həmlələr pozmuş, qoşun sındırmış, qala
fəth etmiş əsgər sevinci ilə Durmuş .. yata-
ğına girdi. Mir Cəlal. ..Qaraca çobanın
cürətli müqaviməti, iki qardaşı ilə birgə
hələ ilk həmlədə beş-on atlını vurub-
yıxmaları basqınçıların qəzəbini artırdı.
M.Rzaquluzadə. □ Həmlə etmək - hücum
etmək, üzərinə atılmaq. İş atışmadan ötüb
şəmşir və xəncər ilə bir-birinə həmlə etməyə
çatdı. M.F.Axundzadə. Ta ayın iyirmi doq-
quzuna kimi düşmənin tankları ilə piyadası
batareyaya həmlə etdi. Ə.Əbülhəsən. // Eyni
mənada oyunda. Hücumçuların həmlələri.
□ Bir həmlədə - dərhal, bir anda, bir dəfə
həmlə etməklə. Koroğlu bir həmlədə özünü
Aslan paşaya çatdırdı. “Koroğlu”.
HƏMMƏCLİS is. [fars, həm və ər. məc-
lis] Bir yerdə oturub-duran, məclis yoldaşı
olan; həmnişin. Hər kəs [Lütfəli bəylə] bir,
ya iki dəfə həmməclis və həmsöhbət olsaydı,
yəqin onu sevərdi.. İ.Musabəyov.
HƏMMƏHƏLLƏ sif. və is. [fars, həm və
ər. məhəllə] Eyni məhəllədə doğulmuş, ya-
şamış və ya yaşayan. Həmməlıəllə uşaqlar.
HƏMMƏNA sif. [fars, həm və ər. məna]
Eynimənalı, birmənalı, mənası başqa sözün
mənası ilə eyni olan. Нәттәпа söz.
HƏMMƏSLƏK is. [fars, həm və ər. məs-
lək] Məsləkdaş, eyni məsləkdən olan, məs-
ləkləri, əqidələri eyni olan. Həmməslək
362
HƏMMƏZHƏB
HƏMSİNİF
adamlar. - Diqqətlə Kərimxana qulaq asan
Hüseyn Məhbusi hədsiz bir sevinc və ma-
raqla : - Məni də özünüzə bir yoldaş bilin,
həmməslək, lıəməqidə bilin, - dedi.
M. İbrahimov.
HƏMMƏZHƏB is. [fars, һөт və ər. məz-
həb] köhn. Eyni bir məzhəbə mənsub olan,
inanan; dindaş. [Molla İbrahimxəlil:] Həmi
sənin təvəssütün həmməzhəblərin barəsində
məqbul oldu, həmi mənim sözüm pozulmadı.
M.F.Axundzadə.
HƏMNİŞİN is. [fars.] Bir yerdə oturub-
duran, dost, yoldaş, munis. Həmnişinin bab
elə; Görən desin, ha belə! (Ata. sözü). Qəm
mərhələsində qalmışam fərd; Nə yar, nə
həmnişin, nə həmdərd. Füzuli.
HƏMPEŞƏ is. [ fars.] Eyni peşə sahibi
olan, peşələri eyni olan. Danışdı teatrdan;
aktyor sənətindən ; həmpeşələriniıı xidmə-
tindən; bir az gileyləndi. R.Rza.
HƏMPİYALƏ is. [fars.] Biri ilə həmişə
bir yerdə içki içən, sərxoşluq edən adam.
Mənimlə daim o kəslər ki, lıəmpiyalə idi; Nə
cam lütf edir indi, nə cam alır məndən.
Ə.Vahid.
HƏMRAH is. [fars .] Yol yoldaşı, yoldaş.
[Əmrah:] Həmrah bizlərdə yoldaşa deyirlər.
“Əmrah”. [Alp Arslan:] Aydın gözünüz,
cümlə səadət bizə həmrah. H. Cavid.
HƏMRAHLIQ is. klas. Yoldaşlıq, yol yol-
daşlığı. Ey bəxt, vəfasız olma sən həm!
Həmrahlıq et, bizimlə bir dəm! Füzuli.
HƏMRAZ is. [fars.] klas. Sirr yoldaşı, sir-
daş. Həmrazim idin şikayətimdə; Dəmsazim
idin hekayətimdə. Füzuli. Badi-səba, əgər
düşsə güzarın; Söylə xəlvət o həmraza bir
xəbər. M. P. Vaqif.
HƏMRƏNG sif. və is. [fars!] 1. Eyni
rəngdə olan, eynirəngli. Atı at yanına bağ-
larsan, lıəmrəııg olmasa, həmxasiyyət olar.
(Ata. sözü).
2. məc. Uyğun, uyar, müvafiq, münasib,
düz. □ Həmrəng olmaq - uyğunlaşmaq,
uyğun olmaq, münasib olmaq. Ey gül, bu
mənə deyilmidir nəng; Kim, olmayasan mə-
nimlə həmrəng. Füzuli. Demə bu misranın da
əsil mənası bu imiş ki, dünyada keçinmək,
güzəran etmək istəyirsən isə, camaat ilə həm-
rəng ol. N.Vəzirov. ..Parlaq bahar səmasilə
həmrəng olsun nəğmələrim? M. Müşfiq.
HƏMRƏY sif. və is. [fars, həm və ər. rəy]
Bir fikirdə, bir rəydə olan; həmfikir, yekdil.
[Əmiraslan ağa:] Hansınız mənimlə həm-
rəydir, buyursun, gözüm üstə yeri var.
S.S.Axundov. Görünür ki, [Şirin Rüstəm-
bəylə] bəzi nöqtələrdə həmrəy deyildi.
Çəmənzəminli. □ Həmrəy olmaq - bir rəy-
də, bir fikirdə olmaq, həmfikir, yekdil olmaq.
N. Vəzirov yeni komediyaları və "Dəıviş ” im-
zalı publisist əsərləri ilə mollanəsrəddinçi-
lərlə həmrəy olduğunu göstərirdi “Əkinçi”.
HƏMRƏYLİK is. Həmfikirlik, yekdillik.
Görüşlərdə həmrəylik. Məsələ barəsində
yoldaşlar arasında həmrəylik yoxdur. - .. Yol-
daşlarının həmrəyliyi [Qəzənfəri] daha çox
sevindirirdi. S.Vəliyev. // Hər hansı bir icti-
mai hərəkətə və ya fikrə fəal surətdə hüsn-
rəğbət göstərmə; fikir, mənafe birliyi.
Əməkçilərin beynəlxalq həmrəyliyi.
HƏMSAYƏ is. [fars.] köhn. Qonşu. Dedi :
həmsayə, var nəyə meylin; Nə yeyirsən, nə
istəyir könlün? M. Ə. Sabir. Anlar nə ata, nə
ana, həmsayə bizim qız; Xan dostu! Düşüb-
dür yeni sevdavə bizim qız. Ə.Nəzmi.
HƏMSAZ sif. və is. [fars.] Bir-birinə
uyğun gələn, uyan, münasib olan; uyğun.
□ Həmsaz olmaq - uyğun gəlmək. Demə
ki, yaş ürəklə; Qanacaqla, hünərlə; Həmişə
həmsaz olur. B. Vahabzadə.
HƏMSƏFƏR is. [fars, həm və ər. səfər]
Səfər yoldaşı, yol yoldaşı.
HƏMSƏNƏT is. və sif. [fars, həm və ər.
sənət] Sənətləri, peşələri bir olan, sənət
yoldaşı, iş yoldaşı. Qonşuluq bir yana, axı
biz - Qara Canbalayevlə mən, demək olar
ki, həmsənət idik. İ. Hüseynov.
HƏMSƏRHƏD is. [fars, həm, sər və ər.
hədd] Ümumi sərhədi olan; qonşu, həmhü-
dud. Həmsərhəd ölkələr.
HƏMSİN sif. və is. [fars, həm və ər. simi]
Həmyaş, yaşıd, bir yaşda olan. Fərman və
Gövhərtac ikisi bir yerdə böyümüşdülər və
həmsin idilər. Ə.Haqverdiyev.
HƏMSİNİF sif və is. [fars, həm və əı;
sinif] 1 . Məktəbdə eyni bir sinifdə oxuyan,
sinif yoldaşı. Həmsiııif rəfiqələr.
2. Eyni ictimai sinfə mənsub olan, eyni si-
nifdən olan. Zakir özü Qarabağın xass-xalis
niicəbalarından ola-ola, öz həmsinfıniıı ayıb
363
HƏMSİR
və qüsurunu belə açıq, mərdanə və şairanə
söyləməyi, əlbəttə, şayani-təhsindir. F.Köçərli.
HƏMSİR is. və sif. [fars, həm və ər. sir]
Sirdaş. Həmsir yoldaşlar. - Qasım bəy Za-
kirə gəldikdə, o da Molla Pənah kimi dur-
nalardan xahiş eləyir ki, ondan ehtiyat etmə-
sinlər və onu özlərinə həmsir, yoldaş və rəfıq
hesab etsinlər. F.Köçərli. [Nurəddinin]
həmflkri, həmsiri ancaq kitabları olmuşdu.
S.S.Axundov.
HƏMSÖHBƏT is. [fars, həm və ər. söh-
bət] Birisi ilə söhbət edən, söhbət yoldaşı;
müsahib. ..Bir az zamanda Sona özü üçün
həmsöhbət tapıb, gününü gah bağlarda və
gah meşələrdə keçirirdi. N.Nərimanov.
[Bəhram:] [Pərini] çağırım, bir az həmsöh-
bət olsun. C.Cabbarlı.
HƏMSÜFRƏ is. və sif. [fars, həm və ər.
süfrə] Bir süfrədə, bir masa arxasında, bir
yerdə yeyib-içənlərdən hər biri; süfrə
yoldaşı.
HƏMŞƏHƏRLİ is. və sif. Bir şəhərdə
anadan olmuş, yaşamış və ya yaşayan, eyni
şəhər əhalisindən olan; həmyerli. Həmşə-
hərli dostlar. - [Odabaşı:] Bu şəxsi ki gö-
rürsən, mənim həmşəhərlilərimdəndir.
Ə.Flaqverdiyev. Həmşəhərlilər yaman baş-
başa veriblər, - deyə Veysəl Kəngərli şayiə
yayırdı. Ə.Vəliyev.
HƏMTA(Y) is. [fars.] Fləmyaş, yaşıd,
yoldaş, tay. Nəçidir şeirdə Bixud sənə həmta
olsun. S.Ə.Şirvani. Qəsəbədə [Nəcminin]
uzun illər dostluq etdiyi bir neçə həmtayın-
dan bircə Ağasəfər qalırdı. Ə.Əbülhəsən.
HƏMTAYFA is. və sif. [fars, həm və ər.
taifa] Eyni tayfaya mənsub olan, eyni tayfa-
dan olan. Amur çayı boyunca daurlar və on-
larla həmtayfa olan adamlar yaşayırdılar.
HƏMVAXT sif. [fars, həm və ər. vəqt]
Bir vaxtda olan, bir vaxtda baş verən,
vaxtca eyni olan.
HƏMVƏTƏN(Lİ) sif. və is. [fars, həm və
ər. vətən] Bir vətəndən olan; vətəndaş,
yurddaş. Həmvətən dostlar. - Sanıram, ul-
duzlar həmvətənimdir; Demək, yer də mə-
nim, göv də mənimdir. M. Müşfiq. Cavid hə-
mişə xəlqimizin xatirindədir; Vahid, o yoxsa,
ruhi ilə həmvətənlərik. Ə.Vahid.
HƏMYAŞ(LI) bax yaşıd. Qorxusuz Xa-
covla hünərli Dadaş; Hər ikisi oğlan, özləri
HƏNDBOL
həmyaş.. H.K.Sanılı. idrisi də o biri həm-
yaşlıları kimi çox tez səfərbərliyə aldılar.
M. Hüseyn.
HƏMYAŞLIQ, HƏMYAŞLILIQ bax ya-
şıdlıq
HƏMYERLİ is. Biri ilə bir yerdə doğul-
muş: yurddaş, həmvətən. [Qədir] Yevlaxda
öz həmyerlilərinə rast gələndə onlar həmişə
Qədiri kəndə dəvət edirdilər. Ə. Sadıq. [Pro-
fessor] kəndlərinin yaşıllaşdırılması barədə
bir-iki dəfə qəzetdə oxumuş, şəhərə gələn
həmyerlilərindən eşilmişdi. İ. Əfəndiyev.
HƏMZAD is. [fars.] 1. Yaşıd, eyniyaşlı.
2. İnsanla birlikdə doğulan ruh, can.
HƏMZADLI is. məh. Doğandan sonra uşa-
ğı ölən qadın. Elə arvadlar olur ki, doğduğu
uşaq qalmır, ölür. Onda deyirlər ki, bu ar-
vad həmzaddı. (Rəvayət).
HƏMZƏ is. [ər.] Ərəb əlifbasında boğaz-
bağlı samit tələffüzünü göstərən işarə. Ayn
və həmzə səslərinin iııterferensiyası. Daxi-
lində ayn və həmzə səsləri olan ərəb söz-
lərinin yazılış qaydası. - Hələ orta əsr ərəb
dilçiləri ərəb dilinin özündə həmzə səsinin
söz ortasında və söz qovuşuğunda itməsini
göstərirdilər. F.Ağasıoğlu.
HƏMZƏBAN is. [fars.] 1. Bir dildə danı-
şan. Şıq geyimli bir cəvani-xoşnişaıı olsay-
dım, ah! Bu pərilərlə doyunca həmzəban ol-
saydım, ah. M.Ə. Sabir.
2. məc. Dilbir, həmfikir. O gül mənə bu
gecə həmzəban olan gecədir; Deyib, gülüb,
danışıb, mehriban olan gecədir. Ə.Vahid.
HƏNA is. [ər.] Xına. Dünən oğlanı gön-
dərdim, gedib Məşədi Məhəmməd Nəcəfin
dükanından bir az həna gətirdi. C.Məmməd-
quluzadə. [Gülnaz:] Mənim başım hələ
ağarmayıbdır ki, hənaya ehtiyacım ola.
Ü.Hacıbəyov.
Ф Heç hənanın yeridir - yersiz, müna-
sibətsiz deyilən söz haqqında.
HƏNALI bax xınalı. Hənalı saç. - Səq-
fin yavıqlığındakı arvad yerlərində belə pər-
dələr qalxıb, hənalı əllər ustanı göstərirdi.
Çəmənzəminli.
HƏNCAMA bax rəzə. Qapının lıəncaması.
HƏNDBOL is. [ing.] Əl topu oyunu. Bizi
hara aparır; Bu “yenilik” ədası? Həndbolun;
Futbolun; Hakimlik iddiası? B. Vahabzadə.
364
HƏNDƏSƏ
HƏR
HƏNDƏSƏ is. [ər. əsli fars, əndazə] Ri-
yaziyyatın cisimlərin səth formalarından və
onların münasibətlərindən bəhs edən şö-
bəsi. Həndəsə məsələləri. - Hər şəhrdə bir
məktəbi-sənət açacaqdır ; Oğlanlar alıb
həndəsə, memar olacaqdır. M. Ə. Sabir.
HƏNDƏSƏŞÜNAS is. [ər. həndəsə və fars.
...şünas] Həndəsə alimi, həndəsə mütəxəs-
sisi, həndəsəni yaxşı bilən adam.
HƏNDƏSİ sif. [ar.] 1. Həndəsəyə, hən-
dəsə elminə aid olan, həndəsə ilə əlaqədar
olan. Həndəsi üsul. Həndəsi aksiom. - Xa-
lam mətbəxdə qutab üçün yoğurduğu kiçik
kündələri oxlov altına salıb cığara kimi na-
zik və həndəsi çevrə kimi yuvarlaq yuxalar
yayırdı.. Ə.Məmmədxanlı.
2. Xətlərdən, nöqtələrdən və sxematik
fiqurlardan (üçbucaqlardan, konuslardan,
əyri xətlərdən və s.) ibarət olan. Həndəsi
ornament. - Ax, bu dəmir ağaclar ; Həndəsi
üçbucaqlar ; Dünyanın o başını; Çəkib
evlərə bağlar... B. Vahabzadə.
HƏNDƏVƏR is. Ətraf, dövrə, yan-yörə.
Həyətin həndəvəri. Evin həndəvərində do-
lanmaq. - Keşikçilər [qulu] Çənlibelin hən-
dəvərində görüb, tutub Koroğlunun vanına
gətirdilər. “Koroğlu”.
HƏNƏFİ is. [ər.] Sünnilərin Əbu Hənifə
təriqətinə mənsub olanları.
HƏNƏK is. [ər.] Zarafat. Əvvəli hənək,
axırı dəyənək. (Ata. sözü). Belə hənəkmi
olur; Əl qan, üz qan, yaxa qan. Sarı Aşıq.
□ Hənək etmək (eləmək) - zarafat etmək,
zarafatlaşmaq, hənəkləşmək, şuxluq elə-
mək. ..Qəvvas səsləndi .. and olsun cavan
canuva, mən səııiynən hənək eləyirdim.
(Nağıl). Sarımtıl arılar, xallı kəpənək; Ballı
çiçəklərlə eləyir hənək. H.K.Sanılı.
HƏNƏKÇİ sif. Zarafat sevən, zarafatçı,
zarafatcıl. Hənəkçi oğlan.
HƏNƏKLƏŞMƏ "Hənəkləşmək”dən f.is.
HƏNƏKLƏŞMƏK qarş. Bir-biri ilə zara-
fat etmək; zarafatlaşmaq. Uşaqlar həııək-
ləşdilər.
HƏNGAM zərf [fars.] klas. Vaxt, zaman,
çağ. Bu həngamda (bu vaxtda, bu anda). O
lıəngamda (o vaxtda, o anda). Nuş olur canı-
ma ət, xassə, o həngamda kim; Mən yeyəm,
xırda uşaqlar baxa, ağlaşa, ətə. M. Ə. Sabir.
HƏNGAMƏ is. [fars.] Qovğa, mərəkə,
gurultu, gurultu-patırtı. Bu nə həngamədir?
- ..Fəxrəddin bu qədər böyük və dəhşətli
həngaməni birinci dəfə gördüyü üçün qorx-
muşdu. M. S. Ordubadi. [Şəms Xəlilə:] Şə-
hərdən güllə səsləri gəlir. Yenə bu nə hənga-
mədir, bilmədiniz? Ə.Məmmədxanlı. // Gu-
rultulu mənzərə, tamaşa, məclis. Cavanlar
dünən yaman həngamə düzəltmişdilər. -
Aşıq Ələsgər neçə ilin aşığıydı, amma belə
həngamə heç harda görməmişdi. “Aşıq
Ələsgər”. [Xəlil:] Nə gördüm, büsat və
həngamə, vur-çatlasın, toy. N.Vəzirov.
HƏNİR is. Yavaş səs. Bir ağac yıxıldı yol
qırağında; Bir hənir yox oldu yol qırağın-
dan.. M. Araz.
HƏNİRTİ is. Canlı səsinə oxşar yavaş
səs, qulağa dəyən anlaşılmaz səs. Uzaqdan
hənirti eşitmək. - Gözləyirdim durub da
pusquda mən ; O da duydu hənirtimi birdən.
A. Səhhət. Heyrətlə baxırdı uzaq-yaxına;
Təbiət qoynunda bir hənirti var. A.Şaiq.
HƏNUZ zərf [fars.] kölın. 1. Hələ, hələ
ki. Dedim: - Getmə, bala, hənuz uşaqsın;
Dünyanın işini bilən tapılmaz.. M. Müşfiq.
2. indi, indicə. Dedi: "Qışdır, hənuz,
həmsayə; Meyvə fəsli deyil, davan yavə".
M. Ə. Sabir.
HƏPƏND is. Axmaq, başıboş, gic; duzsuz
(zarafatla yüngül söyüş məqamında işlənir).
[Cəbi:] Bir mənə deyən gərək ki, ay həpənd,
sən nə girmisən meydana. N.Vəzirov. [Qazı
Xudayar bəyə:] Bəli, gətdiyin iki girvənkə
qəııddi, zorııan övrəti gətirib qatırıq sənin
qoynuva. Get, ay həpənd! C.Məmmədqu-
luzadə.
HƏPİR sif. Xarab olmuş, çürük.
HƏR əvəz 1. Bir toplunun ayrıca götü-
rülən fərdi, onu təşkil edən şeylərdən hər
biri. Hər adam. Hər ailə. Hər adambaşına.
□ Hər bir - bax hər. Hər bir adam. Hər-
bir şey. Hər bir təsadüfdə. Hər bir çətinlik
qarşısında. - Əli yüz sirr oxuyur; Hər bir
heyvan izində. R.Rza. Reyhan bütün dərs-
lərindən; Hər bir zaman "beş" alardı.
M. Dilbazi. Hər biri - toplu halmdakı
adamlardan, ya şeylərdən ayrıca götürül-
müşü. Hər birinə tapşırıq vermək. Hər bi-
rini ayrıca dinləmək lazımdır. — Əgər
365
HƏR
HƏR
Məcnun, əgər Fərhad - olar kim, dərd çək-
mişlər; Yığılsınlar, mənimçin hər biri çarə
yazsınlar. Qövsi. [Kərim baba ilə Ayrım
qızı] keçmiş igidliklərindən söyləyir, öyün-
məvə və hər biri özünü bəyəndirməyə çalı-
şırdı. A.Şaiq. // Bir çox hallarda əksinə,
toplıılııq mənası verir. Hər işə qarışmaq.
Hər arzusunu yerinə yetirmək. - Xədicə lıər
istədiyini [həyata keçirməyə] adət etmişdi,
ərköyün böyümüş bir qızdı. S. Hüseyn.
□ Нөг adam bax hər kəs. Bu qədər
zurnaçı, züyçii əbəsdir; Hər adam bir quzu
yemləsə bəsdir.. M. Araz. Hər an - b ax hər
vaxt. Hər an gözləmək. - Görsə kim, bir fəqir
edib üsyan ; Lən edər ol fəqir üçün hər an.
S.Ə.Şirvani. Hər cəhətdən (cəhətcə) - tama-
milə, bütünlüklə. Dünyada hər cəhətcə bir-
birinin eyni olan iki adam yoxdur. Ə.Abasov.
Hər cür - cürbəcür, müxtəlif. [Rəsııl] hər
cür yeməkdən araya gətirdi. "Aşıq Qərib”.
Hər dəqiqə -bax hər vaxt. Mən hər dəqi-
qə Bədirııisə xalanın içəri girəcəyindən qor-
xurdum. M. Hüseyn. Hər gün - daima, hə-
mişə. Hər gün xeyrə açılmır dünyamızın bal
ağzı. M. Araz. Hər kəs (kim) - 1) hər bir
adam, hamı, bütün adamlar. Bundan hər
kəsin xəbəri var. Şagirdlərdən hər kim ça-
lışsa, usta ola bilər. - Hər kim məni, belə
görə, bil, ağlar; Dağ, daş yanar, ulus,
oymaq, el ağlar. M. V. Vidadi. ..Rəşidin bu
insanlığını və hümmətini hər kəs bildi.
İ.Musabəyov; 2) naməlum, qeyri-müəyyən
adam, kim olur olsun. Hər kimdir, qoy içəri
gəlsin. - [Sərvər:] Onda qızı hər kəsə istə-
yirsən, ver! Ü.Hacıbəyov. Hər ləhzə -bax
hər an. Gəh təmənna tiğin evlərsən, gəhi
peykanını; Yerdən hər ləhzə bir ehsanə ev-
lərsən həvəs. S.Ə.Şirvani. Hər nə - hər şey,
nə varsa. Hər nə olıırsa. Hər nə istəsə, ver.
Hər nə desə, qulaq as. Onun əlindən hər iş
gələr. - Hər nəyimiz varsa, qurbandır sənə;
Yaz gələr, atını minərsən yenə. H.K.Sanılı.
[Minnət xanım:] Onu da yadında saxlarsan,
sonra hər nə lazımdır, mən sənə deyərəm.
Ü.Hacıbəyov. Hər nəfər - bax hər kəs.
[Şah:] Peşə ilə hər nəfər öz işlərin saz evlər.
Ü.Hacıbəyov. Hər saat - bax hər vaxt.
Hər saat hazır olmaq. Hər şey - bütün,
hamı, nə varsa hamısı. Hər şeyi açıb demək.
Hər şeydən əlini üzmək. - Hər şey gö-
zəlləşmədə; Sən də gözəlləş; Bu həyat kimi.
M.Müşfıq. Hər şey dərin bir sükut içində
sahibinə baxıb, sanki soruşurdu. Mir Cəlal.
Hər tərəf - bütün ətraf, ətrafdakı yerlər.
Hər tərəfdə yağış yağır. Hər tərəfdən musiqi
səsi eşidilir. - Telli həyətin hər tərəfinə göz
gəzdirdi. S. Hüseyn. Hər tərəfdə sükut çö-
kəndə gəmi mexanizmlərinin uğultusu
eşidildi. M.Hüseyn. Hər vaxt - həmişə, hər
zaman. Hər vaxt qapımız üzünüzə açıqdır.
Hər vaxt istəsəniz, gələ bilərsiniz. Hər yan
- hər tərəf, ətraf. Hər yan qarla örtülmüşdü.
Hər yan qaranlıq idi. - [İsmət:] Açılmış hər
yanda güllər, çiçəklər; Qızlar, oğlanlar
sevinər, seyr edər. H.Cavid. [Mərcan bəy:]
Səsin düşüb hər yana; Çığırırsan, ay arvad.
Ü.Hacıbəyov. Hər zaman - bax hər vaxt.
Hər zaman bunları gözüm görəndə; Köhnə
yaram olur təzə dünyadə. Aşıq Ələsgər. Mən
çox istərdim ki, sənin hər zaman; Örtməsin
o dilbər hüsnünü duman. S.Vurğun.
2. Həmcins üzvlü cümlələrdə bölgü bil-
dirir. [Abbas:] Qovma dərgahından şirin
nökəri; Geymərəm hər şah, hər qələmkari.
“Abbas və Gülgəz”. Bu xəbər hər yana, hər
yerə, hər səmtə yayılır və çatırdı. S.Rəhimov.
0 Hər addımda (addımbaşı) - daim,
tez-tez. Hər addımda çətinliklə üzləşmək. -
Öz kökünü bitməyən gözü küllü bu millət;
Zamanın yollarında hər addımda yanıldı.
M.Müşfıq. Hər ağızdan bir avaz (səs)
gəlir (çıxır) - bir işdə ümumi rəyin, yek-
dilliyin olmadığını bildirir. [Kazım:] Qo-
yurlar ki, adam bir şirin yuxu yata?! Gecə
yarıyacan baş-beynimizi aparırlar. Hər
ağızdan bir avaz gəlir. İ. Şıxlı. Hər bir
ehtimala qarşı - ehtiyac xatirinə, ehtiyac
olduqda, lazım gəldikdə, ola biləcək bir iş
xatirinə. [Fəxrəddin] hər ehtimala qarşı eh-
tiyat edərək, qapıdan çox uzaqda durmuşdu.
M. S. Ordubadi. Hər bir kəlamı (sözü)
qızıldır - çox ağıllı, dəyərli, parlaq danışıq
haqqında. Dünyagörmüş qocanın hər
kəlamı (sözü) bir qızıldır. Hər biri bir
oğula dəyər - çox qiymətlidir, misli-bəra-
bəri yoxdur, çox gözəldir. Bu ağacların hər
biri bir oğula dəyər. Hər gördüyündən göz
kirəsi istəmək - gördüyü, rast gəldiyi
366
HƏR
HƏRARƏT
adamdan bir şey almayınca əl çəkməmək.
Нөг halda 1 ) ehtimal bildirir - yəqin, nə
olursa olsun. Hər halda bu gün gələcək. -
[Ceyran:] Hər halda yenə görüşə bilərik.
S. Hüseyn. Hər halda yazdığım acı həqiqət;
Balaca bir qızın böyük dərdidir. M.Rahim;
2) nə kimi vəziyyət olur olsun, nə olursa
olsun, mütləq. Hər halda gəlməlisən. -
Axund Fərəc hər halda camaatı ağlatmalı
idi. Qantəmir. [Üçüncü əyan:] Mənim fik-
rimcə, hər halda vəliəhdi paytaxta çağırmaq
lazımdır, yoxsa sonra gec olar. Ü.Hacıbə-
yov. Hər hansı bir - qeyri-müəyyənlik bil-
dirir. Hər haıısı bir şəxs. Hər lıansı bir iş. -
[Nüsrətəddin:] Azərbaycan xalqı Toğrııl ilə
hər haıısı bir məsələ üzərində müzakirə
aparmaq üçün məni vəkil etməmişdir.
M. S. Ordubadi. Hər işə (şeyə) qulp qoyur -
işləməyə mane olur. Hər şeyə qulp qoymaq
onım köhnə adətidir. Hər kol dibindən
çıxan - bax hər yerindən duran. Hər kol
dibindən çıxan özünü rəis sayır. Hər necə
çalsa(lar), elə (eləcə) də oynamaq - öz
müstəqil fikri olmayıb başqasının sözü ilə iş
görmək. Müstəqil fikri yoxdur, hər necə
çalsalar, elə də oynayır. Hər nə isə - söh-
bəti, söylənilən fikri yekunlaşdırmaq üçün
işlənir; nə isə. Gecə şehini düşmüş, xırdaca
yağışını yağmışdı, hər nə isə... M. Rzaqulu-
zadə. Hər nə qədər (olsa) - necə olsa, hər
halda. Hər nə qədər olsa əməkdaşımızdır,
kömək etmək lazımdır. - Yer üzündə lıər nə
qədər insan yaşar; Yer üzündə o qədər də
şeytan yaşar. M.Araz. Hər nə olur(sa)
olsun - hər halda, necə olur olsun, mütləq.
Hər nə olur olsun, kitab sahibinə qaytarıl-
malıdır. Hər nə olur olsun, getməliyəm. Hər
şeydən əvvəl - ilk növbədə, ilk öncə; ən
ümdəsi (bir şeyin əhəmiyyətini güclən-
dirir). Hər şeydən əvvəl, biz dostuq. Hər
şeydən əvvəl, ədalətli olmaq lazımdır. Hər
şeyi söz eləmək - hər boş şeyə diqqət ver-
mək, ondan məna çıxarmaq. Hər şeyi söz
eləyib dava salmaq. Hər tükü bir qızıl zar.
- çox tərif məqamında işlənir. Qoyunumun
hər tükü bir qızıldır. Hər vəchlə - hər
vasitə ilə, hər necə olur olsun, hər halda.
Müxtəsər, hər vəchlə məşrutə min nöqsan-
dadır.. M. Ə. Sabir. Hər yerindən duran;
hər yetən (çatan); hər yoldan (küçədən)
ötən (keçən) - başqası haqqında saymaz-
yana işlədilən ifadə. Hər yerindən duran
şair olub. Hər yoldan ötən göstəriş verir. -
[Qərib:] Qayıtmasam, qınar məni hər yetən;
Getdim, yar, əyləndim, bəlkə gəlmədim.
“Aşıq Qərib”. [Əminə:] Hər çatan rüşvət
verib canını qurtarmadımı? Ə.Əbülhəsən.
Hər yolla - hər necə olursa olsun, bütün
vasitələrlə. [Əyanlar:] Hər yolla çalışırdılar
ki, mollanı Teymurun gözündən salsınlar.
“M.N.lətif.”
HƏRAMİ is. [ər.] Quldur, çapovulçu, yol-
kəsən. Oğru ol, hərami ol, doğruluğu əldən
buraxma. (Ata. sözü). Həranıilər Bakıya
bulud kimi dolanda; Biz köməksiz qalanda;
Sən hardaydın, de harda, ey Vətənin övladı?
B. Vahabzadə. Həramilərə qalsın qara,
qorxulu yollar; Mənə günəş batıııca ulduz
verin, ay verin! M. Müşfiq.
HƏRAMİLİK is. Quldurluq, çapovul-
( çuluq), yolkə smə.
HƏRARƏT is. [ər.] 1. istilik. Havanın
hərarəti. Sobanın hərarəti. - Payızın ilk
günləri idi. Günəşin şüaları qüvvədən
düşmüş və yayda saçdığı hərarəti vermək-
dən aciz idi. T.Ş. Simurq. Bahar günəşinin
hərarəti tək; Xəyalım dünyanı salama gəlir.
S.Vurğun. // İnsan bədəninin istilik dərə-
cəsi (səhhətin göstəricisi kimi); qızdırma.
Xəstənin hərarətini ölçmək. Uşağın hərarəti
var. - Yasəmənin qızdırması getdikcə artırdı.
Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı.
S.S.Axundov.
2. məc. Mehribanlıq, səmimiyyət; səmi-
mi, xoş hisslər, xoş münasibət. Dedim, iki
anam vardır, qoy var olsun bu həqiqət; On-
larındır şerimdəki bu məhəbbət, bu hərarət.
S. Rüstəm. Həbib Gözəlin evində hərarət,
körpələrində ünsiyyət, özündə mərhəmət
gördüyü kimi. Gözəl də Həbibdə insaniyyət,
mehribanlıq hiss edirdi. Ə.Vəliyev.
3. is. Hərarətlə şəklində zərf - mehri-
banlıqla, səmimiyyətlə, xoş hisslərlə, xe-
yirxahcasına, coşqunluqla. Hərarətlə görüş-
mək. - Qadın qollarını açıb, Tahirin boy-
nunu hərarətlə qucaqladı. M.Hüseyn. Gə-
lirim bu olub ki, neçə insan əlini; gözlərinə
dik baxıb; hərarətlə sıxmışam. R.Rza.
367
HƏRARƏTKEÇİRMƏ
// məc. Coşqunluqla, qızğınlıqla, ehtirasla.
Ortada bir nəfər dayanıb çox hərarətlə
danışırdı. S. Rəhman.
HƏRARƏTKEÇİRMƏ bax istilikkeçir-
mə. Metalın hərarətkeçirmə xassəsi.
HƏRARƏTLİ sif. 1 . İsti, qızmar, yandırıcı.
Hərarətli günəş. Hərarətli soba. - Çıxanı-
zahirə şöhrətli Ural qatlarını; Rəngbərəng,
canlı, hərarətli metal qatlarını. M.Müşfıq.
2. Hərarəti, istisi olan; qızdırmalı.
3. məc. Qızğın, atəşin, alovlu, ehtiraslı,
coşqun. Hərarətli nitq. Hərarətli salamlar.
- [Yaşlı kişi:] Mən [Şirinııazı] bir zaman nə
qədər də hərarətli bir məhəbbətlə sevib
əzizləmişdim. S. Hüseyn. Güllə səsi Xəlili
hərarətli, işıqlı aləmdən ayırıb, yovşanlı,
şoran düzə qaytardı. İ.Məlikzadə.
HƏRARƏTÖLÇƏN bax ternıometr.
Hərarətölçənlə qızdırmanı ölçmək. - Həkim
qız hərarətölçəni Heybətə verdi. M. Hüseyn.
HƏRAYLIQ sif. Hər ayda alman (veri-
lən), hər ayda görülən (görülməli olan), hər
ay üçün nəzərdə tutulan. Həraylıq maaş.
Həraylıq plan. Həraylıq xərc.
HƏRB is. [ar.] Müharibə, döyüş, savaş.
Dünya hərbi. - O təmiz alnında gördüyüm
vüqar; Vətəndaş hərbindən qalmış yadigar.
S. Vurğun. Xəyalın qanadı yenə yüksəlir;
Yadıma qanlı hərb illəri gəlir. N.Rəfıbəyli.
□ Hərb etmək - müharibə etmək. [Birinci
işçi:] Hərb edib çarpışırıq sizlər üçün!
Çalışıb çarpışırıq sizlər üçün! H. Cavid.
HƏRBCU is. [ər. hərb və fars. ...cu] kölııı.
Dava etməyi, vuruşmağı sevən; dava axta-
ran, müharibə axtaran.
HƏRBÇİ is. 1 . Hərbi xidmətdə olan adam,
hərbi xidmətçi; hərbiyyəli. Hərbçilərin
təlimi. - Ucqar stansiyalarda .. silahlı
hərbçilərə rast gəlmək olur. Ə.Əbülhəsən.
Köhnə hərbçi Yusif başının üstündən uzanıb
çəkilən işığı görcək Daşdəmiri tələsdirdi..
B. Bayramov.
2. Silahlanma və müharibəyə hazırlaşma
siyasəti yeridən adam; militarist. İmperia-
lizm hərbçiləri.
HƏRBÇİLİK is. 1 . Hər hansı dövlətin ye-
ritdiyi silahlanma və müharibəyə hazır-
laşma siyasəti. // Bir ölkədə hərbçilərin si-
yasi ağalığı və ölkənin bütün təsərrüfatının
HƏRBİLƏŞDİRİLMƏK
qəsbkar müharibə məqsədlərinə tabe edil-
məsi; militarizm.
HƏRBƏ is. [ər.] köhn. 1. Qısa süngü, ba-
laca nizə.
2. Hədə-qorxu, hərbə-zorba. Yağı düş-
mənin hərbəsi; Qaçırtmaz meydandan məni.
“Koroğlu”. □ Hərbə gəlmək - bax hərbə-
ləmək. [Camal bəy:] Mən sizə qaraqoyunlu
deyiləm, mənə hərbə gələsiniz.. N.Vəzirov.
HƏRBƏLƏMƏ “Hərbələmək”dən fis.
HƏRBƏLƏMƏK f. Qorxutmaq, hədə-
qorxu gəlmək, hərbə-zorba gəlmək. İstədim,
yaxın gedəm; Yoldaşları hərbələdi. Aşıq
Ələsgər. Birdən Bülənd .. başını yuxarı qal-
dırıb uzaqdan-uzağa qardaşını hərbələyərək
yumruğunu havada salladı. Ə.Əbülhəsən.
HƏRBƏ-ZORBA is. Qorxutmaq, dəhşətə
salmaq üçün edilən hərəkət və ya deyilən
söz; hədə-qorxu, hədə. □ Hərbə-zorba
gəlmək -bax hərbələmək. Əsil deyişmə
odur ki, bir məclisdə iki aşıq (şair) qarşı-
qarşıya eyni rədif, eyni qafiyə və eyni
şəkildə bədahətən şeir söyləsin, bir-birinə
hərbə-zorba gəlsin, qıfılbənd desin, müva-
fiq cavab alsın.
HƏRBİ sif. [ər.] 1. Hərbə, müharibəyə
aid olan, müharibə ilə əlaqədar olan. Hərbi
vəziyyət. - Öz əlinlə öz yurduna ölüm dart-
maq! Bu “yeni” bir hərbi məntiq! M. Araz.
// Müharibə ehtiyacları üçün olan. Hərbi
zavod. Hərbi sənaye. - Gurlayır dalbadal
hərbi gəmilər; Soruşur parolu Hüseyndən
şəhər. M. Rahim. Şəhərdə bütün əhalini
ayağa qaldırmaq, düşmənin hərbi sursat və
avadanlıq aparmasına yol verməmək lazım
idi. S. Vəliyev.
2. Orduya aid olan, orduda xidmətlə əla-
qədar olan; əsgəri. Hərbi həkim. Hərbi
məktəb. Hərbi xidmət. Hərbi mükəlləfiyyət.
3. Orduda xidmət edən adamla əlaqədar
olan; əsgəri. Hərbi and. // Hərbi xidmətçiyə
aid; əsgəri. Hərbi forma (geyim). - Bir dəfə
istirahət günü hərbi libası dəyişib sivil libas
geyərkən [Zərqələm] məni tanımadı. Ə. Sadıq.
4. Orduda xidmət edən; hərbçi, hərbiy-
yəli. Hərbi adanı.
HƏRBİLƏŞDİRİLMƏ “Hərbiləşdiril-
mək”dən fis. Nəqliyyatın hərbiləşdirilməsi.
HƏRBİLƏŞDİRİLMƏK məcli. Hərbi eh-
tiyaclara, hərbi tələbata, hərbi vəziyyətə
368
HƏRBİLƏŞDİRMƏ
uyğunlaşdırılmaq. Dəniz nəqliyyatı hərbi-
ləşdirildi.
HƏRBİLƏŞDİRMƏ “Hərbiləşdirmək”-
don/.7,s.
HƏRBİLƏŞDİRMƏK/ Hərbi vəziyyətə,
müharibə şəraitinə, hərbi ehtiyac və tələ-
bata uyğunlaşdırmaq. İqtisadiyyatı hərbiləş-
dirmək. П Əhaliyə müharibə işini öyrətmək.
HƏRBİLƏŞMƏ “Hərbiləşmək”dən fis.
HƏRBİLƏŞMƏK f. Hərbi vəziyyətə,
hərbi ehtiyac və tələbata uyğunlaşmaq,
hərbi ehtiyaclara xidmətə keçmək.
HƏRBİYYƏ is. [ər.] köhn. 1. Hərbi və
əsgəri işlərə baxan dövlət idarəsi.
2. Hərbi. Cuma İmanzadə 1922-ci ildə Ba-
kıda lıərbiyyə məktəbini bitirmişdi. Ə.Əbül-
həsən. [Ağagül Ağalarova:] Mən lıərbiyyə
nazirinə təcili raport gətirmişəm, ata!
Ə.Məmmədxanlı.
HƏRBİYYƏLİ is. Hərbi xidmətçi, əsgəri
xidmətdə olan adam. Üstüörtülü bir dam
tapıb içəri girəndə hərbiyyəlilərlə dolu
olduğunu gördü. Mir Cəlal.
HƏRCAYİ sif. [fars. ] 1. Avara, sərsəri,
veyil, heç bir işlə məşğul olmayan. Hərcayi
adam. - Ələsgərəm, doğru yoldan azma-
ram; Hərcayi gözələ tərif yazmaram. Aşıq
Ələsgər. Şəhərlərdə müxtəlif hərcayi və
macəracu ünsürlərin baş qaldırıb, talanlar
yaratmaq qorxusu yaranmışdı. M.İbrahimov.
// Zərf mənasında. Boş-boş, avara-avara,
veyil-veyil. Vəqt oldu çıxıb küçədə cövlan
edəsiz siz; Hərcayi gəzib, hər yeri seyran
edəsiz siz. M. Ə. Sabir. // İs. mənasında. Hər-
cayidən, miixənnəsdən, nadandan; Nə söz
qaldı sənətkara dəyməmiş? Aşıq Ələsgər.
Hiyləgər, hərcayi, yaltaq, tamahkar; Xalq
içində, dost yanında olar xar.. Aşıq Hüseyn.
2. Mənasız, boş. Hərcayi iş. - [Hacı:] Hər-
cayi söz danışırsan! M.İbrahimov. İçəridən
.. zarafatlaşan cavanların hərcayi sözləri
eşidilirdi. İ. Hüseynov.
HƏRCƏHƏTLİ bax hərtərəfli. Hərcə-
hətli inkişaf etmiş gənc. Hərcəhətli irəlilə-
yiş. Hərcəhətli üstünlük açıq-aydın görün-
məkdədir. Kənd təsərrüfatının hərcəhətli in-
kişafı. Məsələni hərcəhətli yoxlamaq lazımdır.
HƏRC-MƏRCLİK is. Əmin-amanlıq,
qayda-qanun olmadığı vəziyyət; qarışıqlıq,
HƏRDƏMXƏYAL
nizamsızlıq, qarmaqarışıqlıq; anarxiya. Hərc-
mərclik geniş Rusiyanın bir başından tutmuş
o biri başına qədər dalğalanırdı. Çəmənzə-
minli. [Nizami:] Çünki hazırkı hərc-mərc-
liyi doğuran başlıca səbəb Toğrulun iş başın-
da olmasıdır. M. S. Ordubadi.
HƏRÇƏND [fars.] Bir cümləni ona zidd
olan və ya onu aydınlaşdıran başqa cümlə
ilə qarşılaşdıran bağlayıcı (həmin cümlənin
ikinci hissəsində amma, ancaq, lakin, fəqət
bağlayıcılarmdan biri işlənir). Hərçənd qar
yağır, lakin hava soyuq deyil. - [Uçitel] as-
tanada ayaqqabısını soyunaraq onun müta-
liəsinin qurtarmasım gözlədi. Hərçənd,
bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan
daha çox vərəqlərə baxır və özünü məşğul
kimi göstərir. I. Şıxlı.
HƏRÇİ zərf [fars.] Hər nə qədər, nə qə-
dər. Hərçi səy etdisə, bir şey çıxmadı. Hərçi
çalışdısa, şeri əzbərləyə bilmədi. - Mirzə
Səfər hərçi çalışdısa, ikinci misra gəlmədi.
Neçə dəfə təpiyini yerə çırpdı, şərabın ha-
mısını içdi, misra gəlmədi ki, gəlmədi.
Ə. Haqverdiyev. Aslan hərçi fikir etdisə, heç
bir yerə gümanı gəlməyib, naçar qardaşının
başım qucaqlayıb dedi.. C. Cabbarlı.
0 Hərçi bada bad [fars.] - nəticəsi,
aqibəti, nə ilə qurtaracağı bəlli olmayan bir
işə iqdam etdikdə, girişdikdə deyilən ifadə.
Molla “hərçi bada bad” deyib, girir dü-
kana, bir tərəfdən döşənir halvanın üstünə.
“M.N.lətif.” [Hamı:] Qəm yemə, hərçi badə
bad; O olmasın, bu olsun. Ü.Hacıbəyov.
HƏRDƏM zərf [fars.] 1 . Hər nəfəsdə, hər
an, hər dəqiqə, həmişə, daim. Söhbətində
olan istər sazını; Mən çəkərəm hərdəm
sənin nazını. Sarı Aşıq. Gözümdən seyi tək
hərdəm; Axan al-qanə bir baxmaz. Q. Zakir.
2. Bəzən, hərdən, arabir, hərdənbir, gah-
gah. Hərdəm bizə də gəl. - [Asya:] Bu yazıq
yarma hərdəm; Bir nəzər sal, gözəlim.
Ü.Hacıbəyov. Anası hərdəm cib aynasını
[izzətin] ağzına tutur, nəfəsi gəldiyini
seçirdi. Mir Cəlal.
HƏRDƏMXƏYAL sif [fars, hərdəm və
ər. xəyal] Sabit fikri olmayan, tez-tez fikrini
dəyişən. Hərdəmxəyal adam. - Yox, Mehri-
ban yiingültəbiətli, hərdəmxəyal qızlara
bənzəmirdi. H.Seyidbəyli. // İs. mənasında.
369
HƏRDƏN
HƏRƏKƏT
[Xəlil Salmana:] Bu əhvalatı bilirəm. Mir
Cəlal bir az hərdəmxəyaldır. Çəmənzəminli.
Lətifə nə üçün hərdəmxəyal olsun? M.Hüseyn.
HƏRDƏN, HƏRDƏNBİR zərf Həmişə de-
yil, bəzən, arabir. Hərdənbir yağış yağır.
Hərdənbir hava soyuyur. - Bibin hərdən ça-
tılmış gördiimü qaşlarını; Sənə şirin dil
töküb oxşardı saçlarını. S.Rüstəm. Laçıntək
qıy vurur hərdənbir Osman; Çırpınır meşə-
lər, çalxanır duman. H.K.Sanılı.
HƏRƏ əvəz. Toplu halında olan adamlar-
dan hər biri; hər kəs. Hərə bir söz deyir.
Hərə bir tərəfə getdi. Hərənin öz fikri var.
- Qayadibi kəndinin əhalisi durub hərə öz
işinə getdi.. S.S. Axundov. Hərə bir iş
görürdü : bir yanda xəmir yoğrulur, bir yan-
da yumurta çalınır, bu biri tərəfdə sabah
xörəyi üçün düyü arıdılırdı. T.Ş. Simurq.
Çəkdi bu milləti hərə bir yerə; Məqsəd -
kürsü eşqi, amal - mənfəət. B. Vahabzadə.
// Hərəsi şəklində - ayrı-ayrılıqda, hər biri.
Adamların hərəsi bir işlə məşğuldur. - Paşa-
nın adamları da hərəsi bir tərəfdə qərar
tutdular. “Koroğlu”. San bülbüllər, tora-
ğaylar, göyçə qarğalar, .. ənlikli bülbüllər
hərəsi bir cür səslə oxuyub, səs-səsə ve-
rirlər. E. Sultanov. Külək qalxmışdı. Hərəsi
bir rəngdə, hərəsi bir biçimdə olan yarpaq-
lar xışıldaşırdı. B. Bayramov.
0 Hərə bir zurna çalır -bax hər ağız-
dan bir avaz gəlir ("hər”də). Hərə öz
atını minib istədiyi yerə çapır - bir işdə
birlik, həmrəylik, yekdillik olmadığını ifadə
edir. Hərənin ağzından bir avaz (hava)
gəlir (çıxır) -bax hər ağızdan bir avaz
gəlir (çıxır) (“hər”də).
HƏRƏKAT is. [ər. “hərəkət” söz. cəmi]
1. Müəyyən məqsəd güdən ictimai fəaliy-
yət. Fəhlə hərəkatı. Sülh tərəfdarları hərə-
katı. Milli azadlıq hərəkatı. - [Firidunun]
Pişəvəri itə olan ikinci görüşü yadına düş-
dü. Onlar Azərbaycanda demokratik hərə-
kat haqqında uzuıı-uzadı danışmışdılar.
M.İbrahimov.
2. Hərəkat qaydaları. Küçə hərəkatı. Yol
hərəkatı.
HƏRƏKƏ is. [ər.] dilç. Ərəb əlifbasında
saitləri necə oxumaq lazım gəldiyini gös-
tərmək üçün hərflərin üstünə və ya altına
qoyulan diakritik işarə.
HƏRƏKƏLƏMƏ “Hərəkə ləmək”dən/ıs.
HƏRƏKƏLƏMƏK f. dilç. Ərəb əlifbası
ilə yazılmış sözdə saitləri necə oxumaq la-
zım gəldiyini göstərmək üçün hərflərin üs-
tünə və ya altına hərəkə qoymaq.
HƏRƏKƏSİZ sif. dilç. Hərəkəsi olmayan,
hərəkə ilə oxunmayan.
HƏRƏKƏT is. [ər.] 1. Bir şeyin və ya
onun hissələrinin sabit bir nöqtəyə görə öz
yerini və ya vəziyyətini dəyişməsi; hərə-
kətsizliyin, sükunətin ziddi olan vəziyyət.
Ritmik hərəkət. Dairəvi hərəkət. - Cismin
hərəkəti onun hissələrinin hərəkətilə təyin
olunur. "Nəzəri mexanikanın əsasları”.
2. fəls. Materiyanın varlıq forması, onun
ayrılmaz xassəsi; maddi aləmin fasiləsiz də-
yişmə və inkişaf prosesi. - Milyon il,
milyard il bir yol, bir cığır; Nə geriyə dönür;
nə sona çıxır; Hərəkət əbədi; Sürət əbədi.
M.Araz.
3. Yola düşmə, hər hansı bir istiqamətə
getmə; yürüş. “Yaşasın!” bağırtısı; Qo-
punca hər bir yandan; Hərəkət əmri verdi;
Lələkli baş komandan. Ə.Cavad. Paroxodun
hərəkətinə yarım saat qalmış [Sarıköynəyi]
evdən alıb iskələyə gətirdim. S.Hüseyn.
□ Hərəkət etmək - 1) yola düşmək,
hərəkətə başlamaq. Qatar saat 3-də hərəkət
edir. - Bağdaddan hərəkət etdiyiniz zaman
Həmədana getməyin məsləhət deyil, şəhərin
iki fərsəngliyində olan Köşki-baği-nıüəz-
zərndə qalmalısan. M.S. Ordubadi; 2) get-
məyə başlamaq, yerimək, yerindən tərpən-
mək. ..Ağlamaqlıqnan və sızıldamaqlıqnan
oğlan bərk-bərk ulağın quyruğundan yapışıb
qoymur heyvan hərəkət eləsin. C.Məmməd-
quluzadə. İrəli hərəkət etmək mümkün de-
yildi. M.S. Ordubadi. // Hər hansı nəqliyyat
növünün işi. Qatarların hərəkət cədvəli.
И Müxtəlif istiqamətlərdə (küçələrdə, yol-
larda və s.-də) piyada və ya miniklə gedib-
gəlmə; gediş-gəliş. Küçədə hərəkət azalır.
- Çoxaldı get-gedə, artdı hərəkət; Artıq
keçinmişdi gecənin qəlbi. S.Vurğun. Yürüş-
çülərin keçəcəkləri küçələrdə hərəkət da-
yandırılmışdı. H.Seyidbəyli. □ Hərəkət
etmək (eləmək) - getmək, gəlmək, gedib-
gəlmək. Xidmətçilər əcələ ilə o tərəf-bu
tərəfə hərəkət edirdilər. M.İbrahimov.
370
HƏRƏKƏT
HƏRƏKƏTSİZLİK
4. İş, əməl, davranış. Başlı-başına hərə-
kət. Nalayiq hərəkət. Gözəl hərəkət. - [Şə-
rifzadə] Mehribanı boşadığı üçün olduqca
darılmış. [Zeynalın] belə yersiz hərəkətin-
dən dolayı acıqlanmışdı. S.Hüseyn. Teymur
Cahangirovun hərəkətlərindəki məntiqsizliyi
qabarıq surətdə təhlil edib dedi. H.Seyidbəyli.
5. hərb. Əməliyyat. Düşmənin hərəkətini
dayandırmaq. Hərəkət planı. Cəbhədə hərə-
kət sahəsi.
6. nıəc. Kəmiyyət və ya keyfiyyətcə də-
yişiklik; irəliləmə, irəliləyiş, inkişaf, can-
lanma. İşdə irəliyə doğru böyük hərəkət var.
- Min gecəni neylirəm ; Mənə hərəkət dolu;
Min səsli, min duyğulu; Təkcə bir gündüz
verin! B. Vahabzadə.
7. Hərəkətlə şəklində zərf- hərəkət edə-
rək. Qaraş qəti hərəkətlə ayağa durdu.
M. İbrahimov. Süsən birdən ayaq saxlayıb,
sərt bir hərəkətlə üzünü Rəşidə san çevirdi.
M. Hüseyn.
0 Hərəkət etmək nıəc. - davranmaq.
Hatəm xanın ortancıl oğlu Aqil də böyük qar-
daşı Adil kimi hərəkət edirdi. S.Rəhimov.
Necə hərəkət edəcəyini ürəyində ölçüb-
biçən Baxış bəy ata bir şallaq vurdu.
Ə.Abasov. Hərəkət ordusu - ordunun, mü-
haribə vaxtı cəbhədə vuruşan hissəsi.
Hərəkətdən düşmək - daha hərəkət edə
bilməmək, işdən qalmaq, hərəkət etmək
qabiliyyətini itirmək. Əlləri hərəkətdən
düşmək. - [Sürəyya] hələ ayaq açıb yeri-
məyə başlamamış, rütubətli, qaranlıq bir
zirzəmidə şikəst olmuş, ayaqları hərəkətdən
düşmüşdü. Ə.Məmmədxanlı. Hərəkətə gəl-
mək - müəyyən iş görmək, fəaliyyətə
başlamaq, fəaliyyət göstərmək, ayağa qalx-
maq. Oğruları tutmaq üçün inzibati or-
qanlar hərəkətə gəldilər. - Bütün kənd
hərəkətə gəldi. Ə.Məmmədxanlı. Avtomobil
müfəttişliyi hərəkətə gəldi. H.Seyidbəyli.
Hərəkətə gətirmək - 1) işlətmək, idarə
etmək, işə salmaq. Ekskavatoru hərəkətə
gətirməyi öyrənmək. - Gənclər maşınla bə-
rabər bu mürəkkəb mexanizmi hərəkətə gəti-
rən cavan oğlanı da diqqətlə seyr edirdilər.
Ə. Sadıq; 2) dilə tutaraq, yaxud başa salaraq
birinə bir işi gördürmək, şövqləndirmək.
Uşaqları hərəkətə gətirmək. - [Nəcəf:]
Rüstəm dayı, arxayın ol, gənclər “Yeni һә-
yat”ın adını batırmazlar. Sən qocaları hərə-
kətə gətir. M. İbrahimov.
HƏRƏKƏTEDİCİ sif. Hərəkət edən, hə-
rəkətdə olan, işləyən. Avtomobilin lıərəkət-
edici hissələri. Rejleksin əmələ gəlməsində
iki neyron - hissedici və hərəkətedici ney-
ronlar iştirak edir. - Sulu məhlullarda, ərin-
tilərdə daim sərbəst hərəkət edən ionlar öz
enerjilərinin bir hissəsini itirərək az hərəkət-
edici, daha sabit maddəyə çevrilir. M.Qaşqay.
HƏRƏKƏTLİ sif. 1. Hərəkət edən, da-
yanmaz, qərarsız, mütəhərrik. Maşının hə-
rəkətli hissələri.
2. məc. Çox hərəkət edən, qərar tap-
mayan; diri, diribaş, qıvraq. [Rüstəm:] Necə
xanımlar: şəhbaz baxışlı, ahu gözlü, şirin
hərəkətli, şəhd sözlü! Sən də deyirsən dünya
görürəm? Ə. Haqverdiyev.
HƏRƏKƏTÖTÜRÜCÜ sif. xüs. Hərəkəti
bir yerdən başqa yerə ötürən. Hərə-
kətötürücü dişli çarx. Hərəkətötiiriicü qayış.
HƏRƏKƏTSİZ sif. 1. Hərəkət etməyən,
tərpənməz halda olan, qımıldanmayan. Ya-
yın orta avlarında gün otları yandırır; Hə-
rəkətsiz o təbiət məzarlığı andırır. S. Vurğun.
İşıq titrədikcə [Qaragünənin] qaya parçası
kimi hərəkətsiz üzündə əcaib kölgələr oyna-
şır, .. sonra yenə donub qayaya dönürdü.
M. Rzaquluzadə. // Zərf mənasında. Xəstə
hərəkətsiz uzanmışdı. - Riistəmbəy otağına
girdikdə lampanı yandırmadı, .. otağın
ortasında hərəkətsiz durdu. Çəmənzəminli.
Ceyran xanım əli qoynunda, hərəkətsiz da-
yanaraq baxırdı. M. Hüseyn.
2. məc. Ağır, ağırtərpənən, ləng. ..Turac
da kol topasında; hərəkətsiz qalıb. R.Rza.
Benzin olmazsa bizim divlərimiz; Qala-
caqdır hərəkətsiz, səssiz. M. Müşfiq.
HƏRƏKƏTSİZLİK is. 1 . Hərəkət olma-
dığı hal, vəziyyət, tərpənməzlik. Cismin
hərəkətdə olması və hərəkətsizliyi bir-birinə
əks olan iki haldır. - Hərəkətsizlikdən bə-
dəni həm dözülməz dərəcədə üşüyür, həm də
gizildəyirdi. M . Rzaquluzadə .
2. məc. Lənglik, ağırlıq, tənbəllik, ətalət.
indi [ova getdikdə] Axtarı [tənbəl tulam]
tanımaq olmurdu. Tənbəllik necə olmuşdu?
Hərəkətsizlik harada qalmışdı. S.S. Axundov.
371
HƏRƏKƏTVERİCİ
HƏRİ
HƏRƏKƏTVERİCİ sif. 1 . Aparıcı, yönəl-
dici, istiqamətverici; əsas, baş. - Vətənpən’ər-
lik quruluşumuzun hərəkətverici qüvvəsidir.
2. tex. Hərəkətə gətirən, hərəkəti idarə
edən. Hərəkətverici çarx. - Ekskavatorun
bütün hərəkətverici dəstəkləri [gəncin] əlin-
dədir. M. Əlizadə.
HƏRƏM is. [ər.] köhn. 1. Arvad, zövcə.
[Çopo:] Qəbir torpaqla örtülmədən əvvəl xa-
qan, onun hərəmi və dayə gəldi. Çəmənzə-
minli. [Həsən:] Ah .. mənim hərəmim.
Qardaşlar, niyə gözləyirsiniz, bu qədər zül-
mə dayanmaqmı olar? Zor ilə mənim hərə-
mimi alddar, apardılar. C. Cabbarlı.
2. Hərəmxana qadınlarından hər biri. Hə-
rəmxanada cümlə hərəmlər şahın fərmayişi
ilə otağa hazır olub müntəzir idilər.
M.F.Axıındzadə. [2-ci məhbus:] ..Şalı
Abbas öz sarayında gözəl-göyçək hərəmləri
ilə eyş-işrətlə məşğuldur. Ü.Hacıbəyov.
3. B ax hərəmxana. // Keçmişdə müsəl-
man evlərində qadınlara məxsus hissə, otaqlar.
HƏRƏMAĞASI, HƏRƏMBAŞI is. köhn.
Hərəmxanada xidmət edən, oraya girib-çıx-
mağa ixtiyarı olan saray xidmətçisi. [Cavan]
hərəmbaşının rəyinin ziddinə olaraq, saray-
dakı qulluqçu qızlardan biri ilə sevişmişdi.
P.Makulu.
HƏRƏMXANA is. [ər. hərəm və fars.
...xanə] köhn. Sarayda hərəmlərin (2-ci mə-
nada) yaşadığı otaqlar, bina. Şah Səlməxatu-
па işarə etdi ki, hərəmxanaya getsin və xa-
cəyə buyurdu ki: - Mirzə Sədrəddini çağır,
gəlsin. M.F.Axıındzadə. ..Əbdülhəmidin hə-
rəmxanasında dörd yüzədək övrət və qız var
imiş. C.Məmmədquluzadə.
HƏRF is. [ər.] 1. Hər hansı bir dilin əlif-
basında adətən müəyyən səsə uyğun gələn
yazı işarəsi; əlifbanı təşkil edən işarələrdən
hər biri. “ B ” hərfi. Kiçik hərf. - İsmin üç
hərf ilə evlərəm aşkar; Biri "kaf’dı, biri
“lam”dı, biri - “sad”. Aşıq Ələsgər.
2. məc. Bir şeyin mənasının, məzmunu-
nun əksinə olaraq onun xarici, formal cə-
həti. Tərcümədə mətnin hərfini deyil, ruhu-
nu verməyə çalışmaq lazımdır.
3. Söz, kəlam, kəlmə. Xoşuna getməyir
şair könlümün; Onun hər yalançı hərfi, ey
qadın! S. Rüstəm.
HƏRFBƏHƏRF zərf [ər. hərf və fars, bə]
Hərfi-hərfinə, hərfıyyən, əslindəki kimi,
eynən, hərf-hərf. Hərfbəhərf köçürmək.
Hərfbəhərf diktə etmək. Hərfbəhərf tərcümə
etmək. - Yazılsa ııöqtəbənöqtə, deyilsə hərf-
bəhərf; Qutarmaz lıəşrə qədər halii-macə-
rası gülün. X.Natəvan.
HƏRF-HƏRF zərf [ər.] Hərflərlə, hər
hərfi ayrıca olaraq. Hərf-hərf diktə etmək. -
Yıısif köhnə əlifba ilə yazdığı adını hərf-hərf
oxudu. B. Bayramov.
HƏRFİ sif. [ər.] Hərfi -hərfinə, hərfbə-
hərf. □ Hərfi tərcümə - cümlədəki sözləri
olduğu kimi bir dildən başqa dilə çevir-
məkdən ibarət olan tərcümə. Hərfi tərcümə
dilin qayda-qanunlarını pozur. Hərfi tər-
cümə ən yanlış tərcümədir.
HƏRFİ-HƏRFİNƏ zar/ - Heç bir şey artı-
rıb-əskiltmədən, dəyişmədən, olduğu kimi,
dəqiq. Gördüklərini hərfi-hərfinə danışmaq.
Hadisəni hərfi-hərfinə yazmaq. - Əjdər,
Məmmədəlinin sözlərini və özünün ona
verdiyi cavabları hərfi-hərfinə nağıl etdi.
S. Rəhman. [İmperator:] Sən də cəsarət edib
bir ayağı çarıqlının cızma-qarasını hərfi-
lıərfinə təkrar edirsən? Ə.Məmmədxanlı.
HƏRGAH [fars.] Xəbəri felin şərt şəkli
ilə ifadə olunan budaq cümləsini baş
cümləyə bağlayan və şərti qüvvətləndirən
bağlayıcı - əgər. Hərgah vaxtın olsa, axşam
bizə gəl. - [Süleyman:] Hərgah, Allah elə-
məmiş, Əsgər pis adam otsa idi, mən sənin
qızını ona istərdimnıi? Ü.Hacıbəyov.
HƏRGİZ zərf [fars. \ Əsla, qətiyyən, heç
vaxt. [Tarverdi:] Ağa, vallah, mən bundan
əvvəl heç quldurluğa getməmişdim, dəxi bun-
dan sonra hərgiz getmənəm. M.F.Axund-
zadə. [Xan əyanlara:] Ağalar, özünüz bilir-
siniz ki, mənim hərgiz ovdan əliboş qayıt-
dığını olmamışdır. Ə.Məmmədxanlı.
HƏRGÜNKÜ sif. Hər gün olan, hər gün
baş verən; hər gün görülən. Hərgünkü işdir.
- [Qızm] iizündə hərgünkü bu təlaş dolu
sualı oxumağa ana vərdiş etmişdi. Ə.Məm-
mədxanlı.
HƏRGÜNLÜK sif. Hər gün işlədilən, zər
gün geyilən, adi, gündəlik. Hərgiinlük paltar.
HƏRİ əd. məh. Bəli, hə. [Qənbər:] Həri,
keçin, durmayın. H.Nəzərli.
372
HƏRİF
HƏRLƏMƏK
HƏRİF is. [ər.] 1. Gözə tanış gəlməyən,
şübhəli görünən tip; subyekt. Bu hərif kim-
dir? O hərif hamdan gəldi? - [Mehralı:] Müx-
təsər, bankdan bizim çeklərlə pul alanda
hərifləri qamarlayıblar. S. Rəhman. [Yusif:]
Həriflər daşımağa macal tapmayıblar, özləri
əkilsə də, çuvallar şahid qalıb.. B. Bayramov.
2. məc. Bic, çoxbilmiş, tez başa düşən, tez
duyan, ayıq. Yaman hərifdir. - Bəhram hərif
olduğu üçün Qulunun bu mehribanlığına
əhəmiyyət vermədi və .. bu nəvazişdən sonra
əməli bir təklif olacağını gözlədi. Çəmən-
zəminli. [Hacı Murad:] Amma o da hərifdir,
özünü o yerə qoymuşdu ki, guya heç bir
zaddan xəbəri yoxdur. S.S. Axundov.
3. Yüngül söyüş məqamında işlədilir.
[Altunbay:] Sən də. Toğrul, xristian hərif,
yaxın gəl! C. Cabbarlı. [Ağasəfər:] Adə, ey ..
çayqıraqlı pəzəvəng hərif! Qrammofon niyə
susdu? Ə.Əbülhəsən. // məc. Alçaq, yara-
maz (adı çəkilməyə layiq olmayan adam
haqqında). - Nə var? - Nə oldu? - Həriflər
özgə bir səngərə doldu. S. Vurğun. Bomba-
tək partlaram döyüş zamanı; Bütün hərifləri
edərəm zəlil. S. Rüstəm.
4. dan. Oyun yoldaşı; oyundaş. Hərif uduz-
du. - Uşaqlardan biri o birilərinə him ilə
bildirirdi ki, gələn hərif xanıdır. H.Sarabski.
Hərifin biri həmişə istər ki, aşıqlar alçı
dursun, o birisi də gözünü dikib tovxanlara
müntəzir olar. Ü.Hacıbəyov.
5. klas. Sirdaş, yoldaş, munis. Bildim, qə-
mini sənin, ki çoxdur ; Qəm çəkməyə bir hə-
rif yoxdur. Füzuli.
6. Bax rəqib 2-ci mənada. Qara pəh-
ləvan gördü, yox, hərif çox qüvvətlidir.
“Koroğlu”.
HƏRİLKİ sif. Hər il olan, hər il baş ve-
rən. Bahar gəlmiş Bakıya; Hərilkindən daha
şən. Z.Xəlil.
HƏRİS sif. və zərf [ər.] Bir şeyə həd-
dindən artıq can atan, ona aludə olan, onun
düşkünü olan, təəşşüqü olan; gözüdoymaz,
düşkün. [Bayram:] Amma çibin şirniyə həris
olan kimi Tarverdi Pərzadə hərisdir..
M.F.Axundzadə. Bazar camaatı belə pıdsuz
tamaşalara çox həris idi. Mir Cəlal.
□ Həris olmaq - ehtirasla sevmək; çox
sevmək, istəmək. Uşaq şirniyə həris olur.
Teatr hərisi olmaq. - Pəri nənə Iskəııdərin
çaya həris olduğunu bildiyi üçün his basmış
qara aftafanı ocağın üstünə qoyub su qızdır-
dı, çay dəmləmək xəyalına düşdü. M.Hüseyn.
HƏRİSLƏŞMƏ “Hərisləşmək”dən f.is.
HƏRİSLƏŞMƏK f. Tamahı, acgözlüyü
daha da artmaq. Hələ istismarın gündən-
günə artması, sahibkarların həddindən artıq
hərisləşib həyasızlaşnıası ən avam fəhlələrdə
belə yeni duyğu yaratmışdır. M. S. Ordubadi.
HƏRİSLİK is. 1. Bir şeyi etməyə, yaxud
öyrənməyə, bilməyə göstərilən hədsiz
həvəs, meyil, maraq; aludəlik. Dükan qa-
bağına toplaşanların əhvalatı öyrənmək
hərisliyi daha da artırdı. Mir Cəlal. Qoş-
qarda hələ lap uşaqlıqdan soyuq suya bir
hərislik vardı. İ.Hüseynov.
2. Hərisliklə şəklində zərf - acgözlüklə,
ehtirasla. Hərisliklə yemək. - Xosrov bəy ..
yenə də vəhşi bir hərisliklə Zərrintac xanı-
ma baxır.. S. Rəhimov. [Nərgiz:] Bütün bu
hərəkətlərimdən özüm hərisliklə ləzzət
çəkirdim. B. Bayramov.
HƏRKİ-HƏRKİLİK is. Qayda-qanun,
nizam-intizam olmadığı hal; özbaşınalıq,
başlı-başınalıq, hərc-mərclik, qarışıqlıq.
Kasıb kəndçilər firqəyə yazılardılar, fəqət
işlər hələ yaxşı bir nizama düşməmişdi, hərki-
hərkilik idi. E. Sultanov. Hacı Əmiyə və Molla
Nisəyə görə hərki-hərkilik əmələ gəlirdi,
din-iman əldən gedirdi. M. İbrahimov.
HƏRLƏMƏ 1. “Həıiəmək”dən f.is.
2. zərf Dairəvi, dövrəvi, dövrə vuraraq.
Hərləmə durub tamaşa etmək. - [Dəmirov
və Mürşüdoğlu] hərləmə oturub, kababın
başına toplaşdılar. S. Rəhimov. // sif. Çevrə
şəklində olan; dairəvi, girdə. Hərləmə
taxta. - Qoca üstündə oturduğu yekə
hərləmə daşa çəkicini vuraraq: - Alt daşııı
varnıı? - deyə soruşdu. S. Rəhimov.
HƏRLƏMƏK/ 1. Dairəvi şəkildə hərə-
kət etdirmək; fırlatmaq, dolandırmaq, hər-
ləndirmək, aylandırmaq. Çarxı hərləmək.
- Gözləri sevinclə gülən bir qız və oğlan
çiyin-ciyinə verərək qüvvətli əllərilə böyük
bir təkəri hərləyir. M. İbrahimov. Cavan
fəhlə cəld bir hərəkətlə əlindəki açarı qu-
yuya endiriləcək boruya keçirərək hərlədi..
M.Hüseyn.
373
HƏRLƏNDİRMƏ
HƏRZƏ
2. Dalmı qabağa, yuxarısını aşağı və ya
əksinə çevirmək; döndərmək, dolandırmaq,
hərləndirmək, o tərəf-bu tərəfə çevirmək.
Buruqçu Salman kepkasını hərləyib, ona
baxan gənclərə göz gəzdirir, Ağbulaq me-
şələrinə səs sala-sala ucadan danışaraq sö-
zünü qurtarmaq istəyirdi.. S. Rəhimov.
Yüngül, səssiz addımlarla [qadın] manqalın
yanına endi, arxasını gələn adama çevirib
şişləri hərləməyə başladı. İ.Hüseynov. // Ha-
vada fırlatmaq, dolandırmaq, hərləndirmək.
Qamçını hərləmək. Qumbaranı hərləyib
atmaq. - [Vaqif] qeyri-ixtiyari olaraq əlini
pəncərəyə tərəf hərləyəndə güldana toxunub
saldı. Çəmənzəminli. Usta Əbülqasım çəki-
cini hərləyərək cavab verdi. S. Rəhimov.
3. məc. Dalısınca düşüb izləmək, axtar-
maq. Yaranal güclü qoşun götürüb, Nəbini
dağlarda hərləməyə başladı. “Qaçaq Nəbi”.
HƏRLƏNDİRMƏ “Hərləndirmək”dən/ is.
HƏRLƏNDİRMƏK bax hərləmək 1 və
2-ci mənalarda. Onun [faytonçunun] əli tərpə-
nir, şallağı havada hərləndirirdi. S.Rəhimov.
HƏRLƏNMƏ “Hərlənmək” dən /is.
HƏRLƏNMƏK/ 1 . Bir şeyin ətrafında do-
lanmaq, fırlanmaq, aylanmaq, dövrə vurmaq.
Bağın ətrafına hərlənmək. - Keçəl Həmzə
Çənlibeldə Dürata baxdığı zaman Qıratııı
da yan-yörəsinə hərlənib, özünə mehriban
eləmişdi. “Koroğlu”. Qoçaq ağacın dövrə-
sinə hərlənib gövdəsinə yanaşdı.. M.Rzaqulu-
zadə. // xi is. Öz oxu ətrafında fırlanmaq,
dolanmaq. Çarx hərləndi və getdikcə kəndir
açıldı. C.Cabbarlı. Val sürətlə hərlənir.
Gənc bir Azərbaycan bəstəkarı tərəfindən ya-
zılmış xəfif, rayihədar bir melodiya sərin
yay küləyinə qarışaraq, talvardan uzaqlara
qanad çalır. İ.Əfəndiyev. // Havada dövrə
vurmaq. Sərçələr bağın üstündə hərlənir.
-Çox yeriməyib uşaq durdu, başının üstə bir
gecəquşu hərlənib fırlanırdı. Çəmənzəminli.
2. Gəzmək, dolaşmaq, dolanmaq, gəziş-
mək. Bir az bulvarda hərlənmək. - O tərəf-
dən padşah qızı dağda nə qədər hərləndisə,
Güloğlanı tapa bilmədi. (Nağd). Sübhan-
verdizadə hərlənib əlini zəngin düyməsinə
dayadı, katib içəriyə girdi. S.Rəhimov.
3. məc. Gəlib keçmək, ötüb keçmək, dola-
nıb keçmək. Əsrlər hərləndi. - İllər, aylar
gəldi, hərləndi, Şəms axırda bir şəhərə çatdı.
(Nağıl).
4. məc. Qurdalanmaq, vurnuxmaq. Orada
nə hərlənirdin? - [Eyvaz:] Bu gecə vaxtı bu-
rada nə hərlənirsən? “Koroğlu”.
HƏRLƏTMƏK bax hərləmək 1-ci mə-
nada.
HƏRRAC is. [ər.] Bir mülkün, şeyin ən
çox pul verənə verilmək üzrə açıq satışa qo-
yulması; auksion, müzaidə. Bir yerdə ki,
millətin haqqı hərrac malıdır; O ölkədə
Vətən də, el də satılmalıdır. B.Vahabzadə.
□ Hərrac bazarı - qədimdə qul satılan
bazar. Yerli Azərbaycan feodalının hərrac
bazarından satııı alınmış qulu olan Elxan
Azərbaycan xalqının bütün düşmənlərini öz
şəxsi düşməni adlandırır və onlara qarşı
çıxır. M.Arif. Hərraca qoymaq - hərrac
qaydası ilə satışa qoymaq. Mülkü hərraca
qoymaq. - [Koroğlu Bolu bəyə dedi:]
Balam, bu Həsən paşa mənim yolumda qız-
larını nə yaman hərraca qoyub satır?
“Koroğlu”. [Hacı Əhməd:] Bəs mən ölmü-
şəm ki, diri-diri mənim bağımı hərraca qo-
yasan? C.Cabbarlı.
HƏRTƏRƏFLİ sif. Bir şeyin bütün cəhət-
lərini qavrayan, onun hər tərəfini nəzərdə
tutan; ətraflı, hərcəhətli. Məsələnin hərtə-
rəfli müzakirəsi. Hərtərəfli inkişaf. Hərtə-
rəfli bilik. - “ Molla Nəsrəddin" çürümüş,
köhnə, yaramaz, üfunət saçan həyat və
ictimai əlaqələrin hərtərəfli və öldürücü tən-
qidçisidir. M. İbrahimov. // Zərf mənasında.
Hərtərəfli kömək göstərmək. - [Murad]
görəcəyi işi hərtərəfli mühakimə edərdi.
S.Hüseyn.
HƏRZƏ [ər.] 1. is. Mənasız söz, boş söz,
hədyan, söyüş. Bu hərzəvii hədyanlara
kimlər qulaq asdı; Kim verdi bu axmaq sözə
qiymət, ııçitellər? M. Ə. Sabir.
2. sif. Mənasız, boş, cəfəng, nalayiq. Hər-
zə sözün mərəzi gələr. (Ata. sözü). Zeynal
özünün və evinə gələn qonaqlarının hər bir
nalayiq və hərzə hərəkətlərini "yeni həyatın
icabatı ” deyə göstərmiş, .. Mehribandan üzr
istəməklə könlünü ələ almışdı. S.Hüseyn.
// Zərf mənasında. Adam var ki, dediyindən
utanmaz; Hey hərzə danışır üzə dünyada.
Aşıq Ələsgər. Hərzə danışma, kişi, gözlə
ədəb, zinhar! M.Ə. Sabir.
374
HƏRZƏ-HƏRZƏ
HƏSRƏT
3. sif. Boşboğaz, çərənçi, lağlağı, ağzı-
göyçək, ağzıyava, hərzəgu. Yoxsa, ay hərzə
kişi, bir quru sözdən ötəri; Darıxırsan,
deməyirsən ki, uşaqdır uşağım. M. Ə. Sabir.
Kapitan hərzə adamlara məxsus bir əda ilə
gülümsədi. P.Makıılıı.
0 Hərzə yerə - boş yerə, əbəs yerə, mə-
nasız. Hərzə yerə laflar vurarsan ; Torpaq
ilə gülü sovurarsan. Xətayi.
HƏRZƏ-HƏRZƏ zərf Mənasız, boş-boş.
Hərzə-hərzə danışıb gülməz idim ; Ər nə şey
olduğunu bilməz idim. M.Ə. Sabir. // sif.
Nalayiq, ədəbsiz, həyasız. Səlim ağa hiss
etdi ki, bircə an ayaq saxlasa, söyüş qarışıq
hərzə-hərzə sözlər eşidəcək. M. İbrahimov.
HƏRZƏKAR, HƏRZƏGU sif və İS. [ər.
hərzə və fars. ...kar, ...gıı] Hərzə danışan,
boşboğazlıq edən; boşboğaz. Hərzəkar adam.
Hərzəkarın biridir. - Baxma flribiııə hərzəgu-
larııı; Aralıq vıırmaqdı işi buların. Q.Zakir.
HƏRZƏLİK is. Boşboğazlıq, naqqallıq,
zəvzəklik; həyasızlıq, sırtıqlıq, ədəbsizlik,
utanmazlıq, ağzıyavalıq, ağzıpərtövlük.
□ Hərzəlik etmək - hərzə-hərzə danış-
maq, ədəbsiz danışmaq, yava-yava sözlər
danışmaq, heyvərə sözlər demək, ağzına
gələni danışmaq.
HƏS təql. Minik və ya qoşqu heyvanını
dala vermək üçün çıxarılan səs. " Həs ” deyib
atın yüyənini dartdı.
HƏSB-HAL is. [ər.] Baş-başa söhbət,
hallaşma, dərdləşmə, bir-birinə öz halından
danışma. Qocaların həsb-lıalı. - Arabir səs-
siz də danışır insan; Arabir sözsüz də keçir
həsb-hal. S. Vurğun. Bu nömrədə jurnal
oxundun öz dili ilə həsb-halını yazırdı. Mir
Cəlal. □ Həsb-hal etmək - baş-başa verib
söhbət etmək; bir-birinə öz halından
danışmaq, dərdləşmək, hallaşmaq. Sübhə
qədər eləyir öz-öziiylə həsb-hal; Araq qə-
dəhlərini boşaltdıqca dalbadal. S.Rüstəm.
HƏSƏD is. [ər.] 1. Paxıllıq. Onun saf qəl-
bində nə qəzəb, nə kin; Nə həsəd, nə də ki,
bir xəyanət var. S. Vurğun. Bu kəndin yeri,
torpağının yetirdiyi məhsul qonum-qonşu
kəndlərin həsədinə səbəb olardı. S. Rəhimov.
□ Həsəd aparmaq (etmək, çəkmək) -
paxıllıq etmək, paxıllığını çəkmək. Hər kəs
eşqimizə həsəd aparsın ; Hər kəs hüsnümü-
zün olsıın heyranı! M. Müşfiq. Hamının
gözü Nəcəfdə idi. Ona həsəd edənlər də
vardı. Q.İlkin. Dostum, doğrudan da, qəri-
bədir, sən; Mənim taleyimə həsəd çəkirsən.
Ə. Kürçaylı.
2. Həsədlə şəklində zərf mənasında. Elə
ki, köksünə sıxır qarmonu; Oğlanlar ona bir
həsədlə baxır. N.Xəzri. [Qəndab:] Qız hə-
sədlə köksünü ötürih; öz bəxtindən şikayət
edirdi. B. Bayramov.
HƏSİR is. [ər.] Bəzi ağacların liflərindən,
küləşdən, qamışdan və s.-dən toxunan
məmulat (yerə sərmək və s. məqsədlər üçün
işlədilir). Ustalar əllərini yuyub, gavalı ağa-
cının altına salınmış həsirin üstə əyləşdilər.
Çəmənzəminli. [Sarıköynək] çox vaxt
həyətdə oturub həsir toxuyardı. S. Hüseyn.
// Həmin məmulatdan toxunmuş və ya
düzəldilmiş. Həsir şlyapa. - Ranqunun kə-
narları yüngül qamış və ya həsir evlərdən
ibarətdir. M. İbrahimov.
0 Bir həsir, bir Məmmədnəsir - çox
kasıb, yoxsul, heç bir şeyi olmayan adam
haqqında. [Bəbir bəy:] Sənin kimi oğlanı belə
bir həsir, bir Məmmədnəsir görəndə vicda-
nım ağrıyır. Mir Cəlal.
HƏSİRÇİ is. Həsir toxuyan adam, usta.
HƏSLƏMƏ “Həsləmək”dən fis.
HƏSLƏMƏK f. Geri çəkilmək (bəzən
qorxudan, ehtiyat edərək). Qorxudan həslə-
nıək. Hərif bəslədi. - [Kazım:] Xan .. mənim
zarafatımdan lıəslədi. Çəmənzəminli. [Pə-
nah:] Haqqın qabağında lıəslədi xaqan.
M. Rahim. // Atı-arabanı geri sürmək, geri
çəkmək.
HƏSR is. [ər.]: həsr etmək - yalnız bir
işə, bir şəxsə və s.-yə vermək, onun üçün
ayırmaq, ona sərf etmək. Bütün həyatını in-
cəsənətə həsr etmək. Vaxtının çoxunu mü-
taliəyə həsr etmişdir. Bütün qüvvəsini sülh
uğrımda mübarizəyə həsr etmək. - Jurnalın
rəhbəri Cəlil Məmmədquluzadə bütün qüvvə
və enerjisini, bütün fikir və vaxtını jurnala
həsr etmişdi. M. İbrahimov.
HƏSRƏT is. [ər.] 1 . Bir şeyi və ya birini bir
daha görmək, qovuşmaq arzusu. Vətən həsrəti.
Övlad həsrəti. - [Fitnə:] El qızıyam mən, Bəx-
tiyar; Ürəyimdə həsrətim var. A.Şaiq. Bir anda
Sonanın halı dəyişdi, həsrət və məhəbbət
375
HƏSRƏTKEŞ
qəribə bir marağa və şübhəyə çevrildi. M.İbra-
himov. // Ələ keçməyən və ya əldən çıxmış
bir şeyə təəssüflənərək çox acıma, mənəvi
iztirab keçirmə. Mayanın kədəri və göz yaşla-
rında sanki Zeynəbin öz gəncliyinin həsrətləri
dilə gəlib danışırdı. M.Ibrahimov. □ Həsrət
qalmaq - istədiyinə çatmamaq, arzu etdiyi bir
şeyi ələ keçirə bilməmək, arzusu ürəyində
qalmaq. Ömrüm ah-vavınan keçdi dünyada;
Həsrət qaldım, əlim yara yetmədi. Aşıq Ələs-
gər. [Padşah oğluna:] Məgər Allaha rəvadır-
mı, mən özüm padşah ola-ola bağımdakı al-
maya həsrət qalım? Çəmənzəminli. [Qönçə]
Ataşın üzünə həsrət qalmaq qorxusu ilə tit-
rədi. Ə.Vəliyev. Həsrət qoymaq - arzusuna,
istəyinə çatmağa, arzusu həyata keçməyə
qoymamaq. Xan Əsliyə həsrət qoydun Kərə-
mi. “Əsli və Kərəm”. Həsrət(ini) çəkmək -
çox arzusunda olduğu, lakin əldə edə bilmə-
diyi bir şeyin üzüntüsünü çəkmək; son dərəcə
arzulamaq. Doğma yerlərin həsrətini çəkmək.
-Aylar, illər həsrətini çəkərdim; Şükür, yetdim
vüsalına, sevdiyim! M. V. Vidadi. [C.Cabbarlı]
üçün, onu bir dəfə görmək üçün hamı həsrət
çəkirdi. S.Rəhman. Həsrətində olmaq -bax
həsrətini çəkmək. [Əsəd] sanki ömrü boyu
həsrətində olduğu böyük bir arzusuna çat-
mışdı. B. Bayramov.
2. Yaxın adamından, sevgilisindən ayrıl-
ma; ayrılıq, fəraq, hicran. Vaxt yetişdi, anası
.. rəhmətə getdi; Bu həsrətin ağrısını duydu
Əmirxan. S. Vurğun. Hicran çəkən bilir
həsrət yamandır. R.Rza.
3. Həsrətlə şəklində zərf - şiddətli arzu
ilə, həsrət ifadə edən nəzərlərlə. Həsrətlə
oğluna baxmaq. - [incə səs:] Vəhşi bir gül
olsam, ətrafım tikan; Həsrətlə süzərdi hər
görən məni. H.Cavid. Meydanın başında bir
ağ bina var; Qız hərdən çevrilib həsrətlə
baxır; Kitablı-dəftərli gedən uşaqlar; Or-
dan gülər çıxır, ordan şən çıxır. N.Xəzri.
HƏSRƏTKEŞ sif. və is. [ər. həsrət və fars.
...keş] Həsrət çəkən, bir şeyin həsrətində
olan. Həsrətkeş ana. - İki həsrətkeş bir-
birinə sarmaşdı. “Əsli və Kərəm”. Qanad-
lan, qanadlan, ötüb dağ, meşə; De ürək
sözümü o həsrətkeşə. M.Rahim.
HƏSRƏTLİ sif. 1. Ürəyində həsrəti, ar-
zusu, istəyi olan; diləkli, arzulu; həsrətkeş.
HƏŞƏM
Həsrətli valideyn. Həsrətli sevgililər. - Bey-
rək və yoldaşları cəfakeş kiirəkçilərlə həs-
rətli doğma qardaşlar kimi bir-birlərinə
sarmaşdılar. M. Rzaquluzadə. Ümid .. ıızaq
səfərdən gəlmiş həsrətli adam kimi ancısı ilə
qucaqlaşdı. B. Bayramov.
2. Həsrət ifadə edən. Həsrətli baxış. -
[Sarıköynək] məndən ayrılarkən həsrətli bir
ah çəkdi. S.Hüseyn. Həsrətli gözlərlə boylanır
qarı; Külləri soyumuş ocağa sarı. S.Vurğun.
HƏSSAS sif. [ər.\ 1. Çox tez hiss edən,
duyan, başa düşən, dərk edən, qavrayan.
Həssas adam. - [Zakir:] Axı Mehriban həs-
sas qızdır. H.Seyidbəyli. Leyla təəccübləndi :
- Son dərəcə həssas oğlandır, - deyə ürə-
yindən keçirdi. B. Bayramov. // Çox tez
təsirlənən, mütəəssir olan; riqqətli. [Halay
Şiraslanın könlünü almaq üçün dedi:] Həs-
sas qəlbinə toxunduğumuz üçün üzr istəyi-
rik. S. Rəhimov. [Salman Mayaya:] Musiqi
həssas ürəkləri titrədir. M. İbrahimov. // məc.
Qəlbinazik, ürəyiyumşaq, şəfqətli, riqqətli,
canıyanan. Mölısünzadə bir qədər həssas
adam idi. Onu hər şeydən artıq aralıqda
qalacaq uşaqların faciələri mütəəssir edir-
di. S.Hüseyn.
2. Qıcıqlanmağı hiss edən, duyan. Həssas
hüceyrələr. Həssas əsəb toxumaları. Həssas
dəri.
3. xiis. Ən cüzi xarici təsiri əks etdirə bi-
lən. Həssas cihaz. Həssas tərəzi.
HƏSSASLIQ is. 1. Həssas adamın xüsu-
siyyəti, keyfiyyəti. [Dilbər Əbdüləli bəyə:]
Sizdə cəsarət və həssaslıq yoxsa, öz bəx-
tinizdən küsün. C.Cabbarlı. Gülər [Elmarın]
bu həssaslığına heyrətdən çox, tavaııasız bir
dərd ilə baxırdı. İ.Əfəndiyev.
2. Həssas şeyin keyfiyyəti. Cihazın həs-
saslığı. Dərinin həssaslığı.
3. Həssaslıqla şəklində zərf - diqqətlə,
qayğı ilə, qayğıkeşliklə, ürək yanğısı ilə, xe-
yirxahlıqla. Şikayətçini həssaslıqla dinləmək.
HƏŞƏM is. 1. Döyülmək üçün dərzdən
açılıb xırmana tökülən taxıl. ..Vələ qoşul-
muş öküzlər, atlar həşəmin üstündə günor-
taya qədər hərlənir, birtəhər dəni küləşdən
ayıra bilirdilər. B. Bayramov. □ Həşəm et-
mək - taxılı dərzlərdən açıb döyülmək üçün
xırmana tökmək. [Uşaqlar:] Eybi yoxdur,
biz həşəm eləyənədək gün qızar. Q. İlkin.
376
HƏŞƏMƏT
HƏVALƏ
2. Qum ot, ələf. Qızıl gülü dərərlər; Hə-
şəm üstə sərərlər; Rəngimi yar saraldıb;
Qızdırmadan görərlər. (Bayatı). Bezdən bir
adam fiquru tikib içinə həşəm doldurar-
dılar. H. Sarabski.
HƏŞƏMƏT is. [ar.] Əzəmət, böyüklük,
ululuq, şan və calal. Tarxan Nüşabənin həşə-
mət və əzəmətinə heyran qalmışdır. A.Şaiq.
HƏŞƏMƏTLİ sifi Əzəmətli, ulu, böyük,
calallı. [Qətibə:] Bəli, həşəmətli mələkə!
Hüsaməddin həzrətlərinin özü şəxsən mək-
tubu mənə tapşırdı. M. S. Ordubadi.
HƏŞƏRAT is. [ər. "həşərə” söz. cəmi]
1 . Cücülər. Həşəratın əkinlərə zərəri. Kim-
yəvi və bioloji üsulla həşəratı məhv etmək. -
[Ahuramazda:] Ən savab işlər - susuz yerə
su çıxarmaq, ağac əkmək, körpü salmaq,
zərərli həşəratı öldürməkdir. Çəmənzə-
minli. [Tağı əmi:] Kərtənkələlərin zəhəri
yoxdur. Özləri də zəhərli həşəratı yeyib tələf
etməklə bizə böyük mənfəət yetirirlər.
S.S.Axundov.
2. məc. Dəyərsiz və zərərli adamlar haq-
qında. Bunlar adam deyil, həşəratdırlar. -
[Mahmud bəy:] Biçarə nə eyləsin, həşə-
ratlardan hər nə pis iş desən gözləmək olar.
N.Vəzirov. [Polkovnik:] Həşəratlar [kəndə]
gedən dəmir yolunu dağıdıblar... S. Vəliyev.
HƏŞƏRATYEYƏN sifi. Həşəratla, cücü-
lərlə qidalanan. Həşəratveyən quşlar.
HƏŞİR is. [ər.] 1. Bax qiyamət 1-ci
mənada.
2. Bax qiyamət 3-cü mənada. [Kənd-
lilər:] Bu həşir kimin evindədir? - deyə
soruşurdular. T.Ş. Simurq.
3. Həşrədək şəklində zərf - qiyamə-
təcən, heç vaxt. [Əmiraslan ağa:] [Onlara]
elə toy tutmuşlar ki, ta həşrədək yadların-
dan çıxarmazlar. S.S.Axundov. Məsəldir bu,
gedər qılınc yarası; Sağalmaz həşrədək də-
rin söz dağı. M.Rahim.
4. Həşrində şəklində - hayında, qayğı-
sında, fikrində, qeydində. Keçi san həşrin-
dədir, qəssab piy hayında. (Məsəl). Şamo
hərlənirdi, hər kəs öz başının həşrində idi.
S. Rəhimov.
0 Həşir qoparmaq (qatmaq, salmaq) -
bax qiyamət qoparmaq 1-ci mənada.
(“qiyamət”də). ..Ata və ana qarğa Nurəd-
dinin başı üstünü alıb, elə həşir saldılar ki,
deyəsən, bu saat onu dimdikləyib yerə
salacaqdılar. S.S.Axundov. [Gülçöhrə:] İndi
Asyaya desən ki, gəl səni [arşmmalçıya] ərə
verək, bir həşir qatar, deyər ki, mən arşm-
malçının tayıyam? Ü. Hacıbəyov. [Muxtar:]
Mən bu işə iqdam eləyəndə bilirdim ki, bir
gün açılacaq, arvadım biləcək, həşir
qoparacaqdır. B. Bayramov. Həşir qopmaq
-bax qiyamət qopmaq ("qiyamət”də).
Evdə bir həşir qopdu ki, gəl görəsən.
“Kirpi”. Həşirə qalmaq - bax qiyamətə
qalmaq (“qiyamət”də). Həşirə qədər -
bax qiyamətə qədər (qiyamətəcən)
(“qiyaməf’də).
HƏŞTAD [fars.] bax səksən. [Qoşat-
xan:] Həsənbəy hələ həştad il əvvəl demişdi
ki, müəllim gərək çıraq kimi yanıb kənd-
çinin yolunu işıqlandırsın. M.İbrahimov.
HƏŞTADINCI bax səksəninci. Keçən
əsrin həştadıncı illərində. Həştadıncı otaq.
HƏŞTADİLLİK bax səksənillik.
HƏŞTADYAŞLI bax səksənyaşlı. Həş-
tadvaşlı qoca.
HƏTTA bağl. [ər.] Cümlədə aid olduğu
sözü və ya söz birləşməsini ayırmaq və
gücləndirmək üçün işlədilir - üstəlik, həm
də, belə. Onu gördüm, hətta söhbət də et-
dim. Hamı, hətta uşaqlar da diqqətlə qulaq
asırdılar. - Otların hamısı, hətta tikanlı boz
qanqallar da çiçək açmışdı. I.Əfəndiyev.
[Əntərzadə] nəinki səliqə və məharətini,
hətta başını da itirdi. Mir Cəlal. // Bəzən
təkid üçün “belə” ədatı da əlavə olunmaqla
işlədilir. Hətta gözümlə görsəm belə inan-
maram. - Səba xanımın özü də Atabəylə
tez-tez görüşməyi, hətta lazım olmadığı za-
man belə adi bir işi bəhanə edərək, Atabəyin
otağına soxulmağı sevirdi. M. S. Ordubadi.
HƏVALƏ is. [ər.] 1. Birinin üzərinə, öh-
dəsinə buraxma, qoyma, tərk etmə; birinə
tapşırma. □ Həvalə edilmək (olunmaq) -
üzərinə, öhdəsinə buraxılmaq, qoyulmaq,
tapşırılmaq. [Xəlil:] Bax, çay lıazır, tökülməsi
də gənc xanıma həvalə olunur. Çəmənzə-
minli. Qız zərif əlləri ilə paltar yudu, xəmir
yoğurdu, hətta axır zamanlar çörək yapmaq
da ona həvalə olundu. T.Ş. Simurq. Həvalə
etmək - üzərinə, öhdəsinə buraxmaq,
377
HƏVALİ
HƏVƏSİMƏK
qoymaq, tapşırmaq. [Qüdrət:] Sərdar bu vəzi-
fəni [Cavad ağaya] həvalə edib. M. S. Ordu-
badi. Böyük qardaşının [Nəsirə] həvalə etmək-
də olduğu xüsusi işləri o qədər çox olardı ki,
axşamadək ancaq onların öhdəsindən gələ
bilərdi. S. Hüseyn.
2. mal. Bir ödənişin başqa şəxsin adma
keçirilməsi.
HƏVALİ is. [ər.] Ətraf, ətraf yerlər, civar.
Şəhər həvalisi. Bu lıəvalidə heç kəs yaşamır.
- [Seyid Səməd:] Yaxşı olar ki, həvalidəki
dövlətli kəndlərin birində bir ocaq binası
qoyaq. Ə.Haqverdiyev.
HƏVARİ is. [ər.] Xristian dini rəvayətinə
görə, İsa peyğəmbərin, İncilin ehkamlarını
yaymaqla vəzifələnmiş 12 əshabəsinə -
şagirdinə verilən ad (adətən cəm şəklində -
həvariyyun, həvarilər şəklində işlənir);
apostol.
HƏVƏ is. Xalça, palaz və s. toxuyarkən
ilməkləri döyüb yerində bərkitmək üçün
(bəzi heyvanların buynuzundan, yaxud da
metaldan və s.-dən qayrılan) ucu kəsik,
dişli alət. [Ləbbeyk] ..boyaqdan yenicə çıx-
mış əlvan ipləri yan-yörəsinə tökür, .. hə-
vəni qayışına taxır, yumaqları top kimi
oynada-oynada həvəslə işləyirdi. Mir Cəlal.
HƏVƏDİŞ(Lİ) sif. Dişləri həvə dişi kimi
iri olan. HəvədişÇi ) kişi.
HƏVƏLƏMƏ “I Iəvolomək"dən fis.
HƏVƏLƏMƏK f Xalça, palaz və s. ilmək-
lərini həvə ilə döyüb yerində bərkitmək
(bax həvə).
HƏVƏLƏNMƏ “Həvələnmək”dən /w.
HƏVƏLƏNMƏK məch. Həvə ilə döyülüb
bərkidilmək (bax həvə). Mürsəl bilirdi ki,
xalça nə qədər çox həvələnsə bir o qədər
qumaş çıxar. H. Şərifov.
HƏVƏNG, HƏVƏNGDƏSTƏ is. Müxtəlif
bərk maddələri döyüb toz halına gətirmək
üçün bürünc, saxsı, dəmir və s.-dən düzəl-
dilmiş qab və dəstəkdən ibarət alət. Saxsı
həvəng. Süxurları lıəvəngdəstədə döymək. -
[Mirzə Qoşunəli:] ..Xoruz birinci dəfə baıı-
ladıqda dərmanları həvəngə töküb döyməyə
başlayacağam. Ə.Haqverdiyev. Nisəbəyim
.. lıəvəngdəstədə döyülmüş otların-çiçəklərin
suyundan .. məlhəm hazırladı. B.Bayramov.
HƏVƏS is. [ər.] 1. Bir şeylə məşğul olma,
bir iş görmə arzusu: meyil, istək. Oxumaq
həvəsi. Uşağın mütaliəyə böyük həvəsi var.
Getməyə heç həvəsim yoxdur. - Bir qədər
keçəndən sonra musiqiyə olan həvəsim o
qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə
gözdən saldı. C. Məmmədquluzadə. Evi,
otağı səliqəyə salmaq, yeni ili bir təmizlik
içərisində qarşılamaq ümumi bir həvəs idi.
H. Sarabski. □ Həvəs etmək (göstərmək)
- bax həvəslənmək. Lakin həvəs eylə-
məzdi Leyli; Olmazdı bu ləhvii ləəbə meyli.
Füzuli. Teymur nədənsə bu evə gəlməyə
daha çox həvəs göstərirdi. H.Seyidbəyli.
Həvəs oyanmaq - maraq oyanmaq, arzu
oyanmaq. [Oğlanın] zehnində bu adamı
öyrənmək, onun sirlərini bilmək üçün böyük
bir həvəs oyandı H.Nəzərli. Həvəsdən
düşmək - bir işi görməyi daha istəməmək,
həvəsi, marağı soyumaq, daha həvəsi ol-
mamaq. [Mahmud Sevincə:] ..Mən gündən-
günə həvəsdən düşdüm. Z.Xəlil. Həvəsə
düşmək (gəlmək) - bax həvəslənmək.
..[Qoşqar] kranın altında gölləndikcə orta-
sından xırdaca deşik açılıb burulğan kimi
burulan suya baxdı və təzədən həvəsə düşüb
qurşaqdan yuxarı soyımdu. İ. Hüseynov.
Həvəsə gətirmək (salmaq) -bax həvəs-
ləndirmək. Çaqqallar pusquda durdu ;
Həvəsə saldılar qurdu. M. Dilbazi. Həvəsi
gəlmək (doğmaq) - bax həvəslənmək.
Leylək Ələmdar çovğunun, azanın və zəng-
lərin qat-qarış səslərinə qulaq verir, onda
bir qarət həvəsi doğurdu. S. Rəhimov.
[Pərşan:] Bağçamız nəyə desən dəyər,
adamın həvəsi gəlir baxsın. M.Ibrahimov.
Həvəsi soyumaq - bax həvəsdən düş-
mək. // Keçici, müvəqqəti, keçib-gedən
arzu, meyil. O da bir həvəs idi, gəldi, keçdi.
2. Nəşə, zövq. Tərlan xanım böyük ya-
radıcılıq həvəsi içərisində idi. S.Rəhimov.
Şeyda bülbül bir həvəsdə; Gözü yolda,
könlü səsdə. Aşıq Hüseyn.
3. Həvəslə şəklində zərf - ürəkdən,
qəlbdən, can-dildən, məmnuniyyətlə. Bir
əməllə, bir arzuyla alışıb onlar; Bir məq-
sədin yollarına düşdü həvəslə. S.Vurğun.
Fərman nəşə və həvəslə öz ekskavatorunda
işləyirdi. Ə. Sadıq.
HƏVƏSİMƏ “Hovəsimok”don fis.
HƏVƏSİMƏK f. Həvəslənmək, həvəsə
gəlmək, həvəs göstərmək. Aynalını təmiz-
378
HƏVƏSKAR
HƏYA
ləvib qurtaran Həcər həvəsiyir, sanki aynalı
ilə oynamağa başlayırdı. S. Rəhimov. Eşi-
dənlər belə bir şöhrətli adam ilə tanış olma-
ğa həvəsiyirdilər. Mir Cəlal.
HƏVƏSKAR is. və sif. [ər. həvəs və fars.
...kar] 1 . Bir şeyə, bir işə həvəsi, meyli olan,
bir şeyi sevən, ona çox maraq və meyil gös-
tərən (adam). Teatr həvəskarı. Futbol hə-
vəskarları. Klassik musiqi həvəskarı. - Qız
tayfası toylara getməyə çox həvəskar idilər.
R. Əfəndiyev. Cəmi yeddiillik təhsili olan
Gülaçar qızğın mütaliə həvəskarı idi.
İ.Əfəndiyev.
2. Xoşuna gəldiyi bir işlə peşəkar kimi
deyil, bir maraqlı kimi məşğul olan (adam).
Həvəskar bəstəkar. - Bu zaman həvəskar
bir rəssam da molbertdə yerləşdirmiş oldu-
ğu bir kətan üzərinə bu iki çinar ağacının
şəfəq sökərkən almış olduğu rəngi şəkil
çəkməyə hazırlaşırdı. A.Şaiq. Bu adamların
sevgisi o qədər böyük və o qədər inamlı idi
ki, həvəskar artistlər bu sevgi uğrunda öz
canlarından belə keçməyə hazır idilər.
S. Rəhman. // Kifayət qədər hazırlığı olma-
dan bir işlə məşğul olan (adam).
HƏVƏSKARLIQ is. 1. Bir şeyə, bir işə
həvəsi, meyli olma; həvəs, meyil, maraq
göstərmə.
2. məc. Xüsusi hazırlığı, biliyi olmadan
hər hansı bir sənətlə, elmlə məşğul olma, ona
böyük maraq göstərmə. // məc. Bir şeyə səthi
münasibət, lazımi xüsusi bilik olmaması.
HƏVƏSLƏNDİRİCİ sif. Həvəsləndir-
mək, həvəs oyatmaq üçün olan; şirnikdirici.
Həvəsləndirici mükafat.
HƏVƏSLƏNDİRMƏ 1. “Həvəsləndir-
mək”dən/w.
2. Həvəsləndirici, şirnikdirici, rəğbətlən-
dirici. Onıın payını artırmağın, daha da
həvəsləndirməyin vaxtı gəlib çatdığını dərk
edən Hacı, son zamanlar ziyarətə gələnlərin
çoxalmasında, nəzirlərin artmasında Molla
Sadığın xüsusi rol oynadığını bilirdi. I.Şıxlı.
HƏVƏSLƏNDİRMƏK f. Hüsn-rəğbət
göstərməklə, kömək etməklə, tərifləməklə,
mükafatlandırmaqla birini bir şeyə şövqlən-
dirmək, həvəsə gətirmək, həvəs oyatmaq,
şirnikdirmək. Çalışqan işçiləri həvəsləndir-
mək. Uşaqları dərsə həvəsləndirmək : - An-
caq birdən, nədənsə, Tahirə elə gəldi ki,
Cəmil bu sözü qəsdən onu həvəsləndirmək
üçün devir.. M. Hüseyn. ..Müsəlmanları
musiqi məktəbinə həvəsləndirmək üçün on-
lardan ötrü konsen’atoriya nəzdiııdə xüsusi
şöbə açmaq lazımdır. Ü. Hacıbəyov.
HƏVƏSLƏNMƏ “Həvəslənmək”dən fis.
HƏVƏSLƏNMƏK f. Həvəsi gəlmək,
meyil etmək, həvəsi oyanmaq, maraq-
lanmaq. İdmana həvəslənmək. - ..Qardaşım
kimi məktəbə getməyə çoxdan həvəslən-
mişdim. O gecəni də qarşısında bulundu-
ğum böyük bir hadisənin həyəcanı içində
keçirdim. T.Ş. Simurq. Maya danışdıqca,
həvəslənir, Muğanın keçmişi haqqında ma-
raqlı şeylər nəql edirdi. M. İbrahimov.
HƏVƏSLİ sif. Bir şeyə və ya bir işə həvəsi
olan, həvəs, meyil göstərən; meyilli. Bədii
özfəaliyyətə həvəsli uşaqları aşkar etmək.
HƏVƏSSİZ sif. və zərf Həvəsi olmayan,
bir işi könülsüz, istəməyə-istəməyə və ya
zorla görən; ürəksiz, könülsüz, meyilsiz.
Həvəssiz cavab vermək. - [Səkinə Züley-
xanın] yenə həvəssiz olduğunu görüb susdu.
M. İbrahimov. [Nəcmi:] Balam, Qadir kursa
çox həvəssiz gəlir. Ə.Əbülhəsən.
HƏVƏSSİZLİK is. Bir şeyə və ya işə
həvəs olmaması; könülsüzlük, maraqsızlıq,
meyilsizlik. [Mehribanda] son günlərdə iş
görməyə bir həvəssizlik vardı. S. Hüseyn.
HƏYA is. [ər.] 1. Abır, ar, ismət, namus,
utanma hissi. ..Qulluqçuya oxşayan qızın
simasında isə qüssə ilə qarışmış qəribə bir
ismət və həya vardı. M.İbrahimov. Abır, həya,
hörmət bilməyən gözəl ; Çəksə də üzünə
pərdə, yaraşmaz. Aşıq Şəmşir. □ Həya et-
mək (qılmaq) - utanmaq, abrını gözləmək,
ədəb gözləmək, özünə ar bilmək, ar etmək,
xəcalət çəkmək. Bir-iki küçə dolandısa da
Nurəddin həya edib heç kəsə əl uzada
(dilənə) bilmədi. S.S. Axundov. Gəlinin
utancaqlığı, hətta gəlib başının üzərində da-
yanan adamın üzünə baxmaqdan həya elə-
məsi Səmədə daha xoş gəldi. İ. Hüseynov.
2. məc. Bədənin məhrəm (örtülü, ayıb) yeri.
[Çopo:] [Qızların] həya yerlərindən başqa
bədənləri tamamilə açıq idi. Çəmənzəminli.
0 Həyam yeyib, abrını tullamaq - heç bir
şeydən utanmamaq, abrını atmaq, həyasızlıq
etmək.
379
HƏYA-ABIR
HƏYAT
HƏYA- ABIR [ər. həya və fars, abııı - üz
suyu] bax həya 1-ci mənada [Həsən:] Mən
həya-abır bilməyən arvadın ayağına getmə-
rəm! M. İbrahimov.
HƏYALANMA “Həyalanmaq”dan/w.
HƏYALANMAQ/ Həya etmək, utanmaq,
abrını gözləmək, həyalı olmaq. [Kiçikxanım]
..yerə oturmaqdan həyalanırdı. M.S.Ordubadi.
HƏYALI sif. İsmətli, abırlı, namuslu, utan-
caq. [Bədircahan:] Xan, özünüz bilirsiniz ki,
qız uşağı havalı olur.. N.Vəzirov. Zəmanə-
nin xarab bir vaxtında nəcib, gözəl, həyalı,
iffətli və ismətli bir qız tapmaq çox da asan
deyildi. S. Hüseyn. // İs. mənasında. Həyalı
qızarar, həyasız ağarar. (Ata. sözü).
HƏYALILIQ is. Həyalı, ismətli, utancaq
adamın hal və keyfiyyəti. [Qızın] ən gözəl
və sevimli xüsusiyyətlərindən birisi zahiri
görünüşündə olan məhcubluğu, həyalılığı
və utancaqlığı idi. M.S.Ordubadi.
HƏYASIZ sif. Üzündə abır-həya olma-
yan; abırsız, utanmaz, ədəbsiz, arlanmaz, ar-
sız. [Qəhrəman:] Mən [xanımı] ilk dəfə
görürəm... Amma yamanca həyasız qadın-
dır. H.Nəzərli. // İs. mənasında. Der. - Hara
gəlibsən, ey həyasız; Əldən bu işi nola qoya-
sız! Xətayi. [Veys:] Yox, dövlətli həyasızlar
özlərini abırlı sayıb, arvadlarını gizlətsin-
lər, bizimkilər abırlı ola-ola açıq gəzsinlər!
Ə.Əbiilhəsən.
HƏYASIZ(CASINA) zərf Həyasızlıqla,
ədəbsizcəsinə, utanmazc asına, çəkinmədən,
həya etmədən, utanmadan, arsız-arsız.
Konkada oturan ağyaxalı bir rus çinovniki
ara vermədən həyasızcasına mırt-mırt mırıl-
danırdı. M.S.Ordubadi. Bu lütlərin, açların
işləri kimi sözləri də çox həyasızcasına aş-
kar, açıq deyilirdi. Ə.Əbülhəsən.
HƏYASIZLAŞMA “Həyasızlaşmaq”dan
fis.
HƏYASIZLAŞMAQ/ Daha da həyasız ol-
maq, sırtıqlaşmaq, arsızlaşmaq, qudurmaq.
Cəza almadıqca həyasızlaşmaq cinayətka-
rın adətidir. M.İbrahimov.
HƏYASIZLIQ is. Abırsızlıq, utanmazlıq,
arsızlıq, ədəbsizlik, sırtıqlıq; həyasız, abır-
sız hərəkət, söz. Kök və əndamlı xanımın
baxışlarından nə isə həyasızlığa oxşar bir
cəsarət tökülürdü. M.İbrahimov. Səməndər
[Nərgizin] həyasızlığına görə hiddətlən-
mişdi. B.Bayramov.
HƏYAT is. [ar.] 1. Materiyanın hərəkəti-
nin müəyyən inkişaf mərhələsində əmələ
gələn xüsusi forması; varlıq, dirilik. Yerdə
həyatın əmələ gəlməsi. - Bunları duyduqca,
düşündükcə mən; Həyata, varlığa məftun
oluram. S.Vurğun.
2. Ömür. Əşrəf həyatında hələ heç bir qəh-
rəmanlıq eləməmişdi. S.Rəhman. Bir gün hə-
yatımda yellər qopacaq; Omiir öz tağından
salacaq məni. M.Araz.
3. Canlı vücudun törədiyi andan yox olana
qədərki dövr (bütöv dövr və ya onun bir
hissəsi); ömür. Həyatında bir dəfə də olsun
xəstələnməyib. Həyatının məsud çağları. -
Hər kəs bilir həyatın sonu ölümdür; Ah bu
qəmli dəyişmə yaman zülümdür. M.Müşfıq.
Şam əgər yanmırsa, yaşamır demək; Onun
da həyatı yanmağındadır! B. Vahabzadə.
// İnsanın keçirdiyi ömür və gördüyü işlər;
tərcümeyi-hal. Öz həyatından danışmaq. -
Açıb qarşısında külliyyatını; Öyrənir şairin
o, həyatını! S.Vurğun. [Zərqələm] həyatın-
dan və ailəsindən danışdı. Ə. Sadıq. // Bir
adamın müəyyən yerdə yaşadığı dövr.
M. F.Axıındzadənin Tiflis həyatı. - Beləliklə,
Qəhrəmanın texnikum həyatı davam edirdi.
S. Rəhimov. Cəbhə həyatı günü-gündən [Fi-
ridunun] qatıma, vərdişinə keçirdi. Mir
Cəlal. // Məişət, yaşayış qaydası. Avropa
həyat tərzi. Şəhər həyatı. Kənd həyatı.
// Dolanacaq, yaşayış tərzi. Tüfeyli həyat.
Köçəri həyat. Sərsəri həyat. П Dirilik, can-
lılıq. Həyat əsəri yoxdur. П məc. Canlanma,
dirçəlmə, hərəkət, qaynaşma, qızğın fəaliy-
yət. Tikinti sahəsində həyat qaynayır.
4. məc. İnsanda cismani və mənəvi qüv-
vələrin təzahürü. Onun hərəkət və sözlə-
rində coşqun həyat duyulur. □ Həyat eşqi
- yaşamaq arzusu. İnsanların ürəyində yeni
bir həyat eşqi oyandı. Ə.Məmmədxanlı.
Çırpınsın həyat eşqi; Gözlərində, qanında;
Bundan ləkə görünməz; inan ki, vicdanında.
N. Rəfibəyli.
5. Hər hansı bir sahədə yaşayış və inki-
şafı səciyyələndirən hadisələrin məcmusu.
Ölkənin təsərrüfat həyatı. Beynəlxalq həyat.
Mədəni həyat. Mənəvi həyat.
380
HƏYAT
HƏYƏCAN
6. Bizi əhatə edən real varlıq. Elmin
həyatla əlaqəsi. Elm həyatdan ayrı yaşaya
bilməz.
0 Həyat keçirmək (sürmək) - yaşamaq,
ömür sürmək, ömrünü bu və ya başqa tərz-
də keçirmək. İçərişəhərdə qaranlıq, dar bil-
dalanda kiçik bir otaq tutub anamla yoxsul
həyat keçirirdik. A. Şaiq. Uzun illər böyiik
bir etibara malik olan Nemətullayev çox sakit
həyat sürər və gələcək üçün ehtiyat görərdi.
S. Rəhimov. Həyat vermək - canlandır-
maq, ruhlandırmaq. O vicdan qızının ehti-
şamı çar; Qəlbə həyat verir gülümsəyərək.
S.Vurğun. Həyat yoldaşı - ər və ya arvad.
[Məsmə:] Kor Seyidə nişanlandığım gün-
dən təsəvvür etdiyim gənc həyat yoldaşım-
dan məhrum edilmişdim. S. Hüseyn. Həyat
yoldaşıdır Gülyaz ; Dağlarda bəslənmiş bu
gül. A.Şaiq. Həyata keçirilmək - yerinə
yetirilmək, tətbiq edilmək. [Fəxrəddin:]
Mərhum Atabəy Məhəmmədin qətlində hə-
yata keçirilən macəranın təkrar olunma-
ması üçün belə də lazım idi. M.S. Ordubadi.
Həyata keçirmək - yerinə yetirmək, tətbiq
etmək. [Həmzə] şəhərdə şəriki ilə bu planı
həyata keçirmək üçün konkret layihə də
hazırlamış, elə buna görə də .. qardaşı Salamı
tələsik şəhərə göndərmişdi. Ə.Əbülhəsən.
Həyata keçmək - tətbiq olunmaq. [Hücum
haqqında] müqavilə olduqca müvəffəqiyyətli
bir surətdə həyata keçdi. M.S. Ordubadi.
Həyata qaytarmaq - diriltmək, ölümdən
qurtarmaq, ağır, təhlükəli xəstəlikdən qur-
tarmaq. Artıq heç bir dava-dərman anam
həyata qaytara bilməzdi.. Ə.Məmmədxanlı.
Həyata vida etmək -bax həyatla vida-
laşmaq. Həyatdan geri qalmaq - həyatın
tələbi ilə ayaqlaşa bilməmək. Ey mənim
gözəl qızım; Qalma həyatdan geri; Oxu mü-
kəmməl, qızım. M.Müşfiq. Həyatın nəbzini
tutmaq - həyatın tələbinə görə yaşamaq,
həyatdan geri qalmamaq. Həyatını qurban
vermək - canını fəda etmək, ölmək (bir
şəxs və ya bir iş yolunda). Həyatından
keçmək - bir adam və ya bir şey yolunda
canını fəda etmək. Həyatla vidalaşmaq
təııt. - ölmək. Axşam küləkləri qarşısında
uçub gedən yarpaqlar həyatla vidalaşaraq
yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiq
edir. M.S. Ordubadi. Həyat-məmat məsə-
ləsi -bax olüm-dirim məsələsi (“ölüm-
dirim”də).
HƏYATBƏXŞ sif. [ər. həyat və fars. ...bəxş]
kit. bax həyatverici. Həyatbəxş və həssas
bir hava [Muxtarla xanıma] təmas edərkən
qıdıqlandırdı, coşdurdu. Çəmənzəminli.
HƏYATİ sif [ər.] 1. Həyatla, diriliklə
bağlı olan. Həyati proseslərin getməsi üçün
orqanizm müəyyən enerji sərf etməlidir ki,
bu da tənəffüs prosesində əldə edilir. “Bitki
fiziologiyası’’. // Həqiqi həyatı, gerçəkliyi
əks etdirən, həqiqətə yaxın, uyğun olan,
həyatdan götürülmüş; inandırıcı. Həyati
roman. - [Elçin:] Neftçilərin yürütdükləri
mühakimələr həyati idi. Z.Xəlil.
2. məc. Zəruri, vacib, çox mühüm. Türk
teatrosu .. Azərbaycan üçün həyati məsələ-
dir və bunun barəsində [jurnal] ətraflıca
danışmalıdır. Ə.Haqverdiyev.
HƏYATİLİK is. 1. Həyatla bağlı olma,
həyatdan götürülmə, həqiqətə uyğunluq.
Portretin həyatiliyi. Mövzunun aktuallığı və
həyatiliyi.
2. məc. Yaşama və inkişaf etmə qabiliy-
yəti. Canlı dilin həyatiliyi.
3. məc. Zərurilik, vaciblik, mühümliik. Tə-
ləbatın həyatiliyi.
HƏYATPƏRƏST [ər. həyat və fars. ...pə-
rəst] bax həyatsevər. Kəndli həyatpərəst
adamdır. Mir Cəlal.
HƏYATSEVƏN, HƏYATSEVƏR sif. Hə-
yatı sevən, ondan zövq alan; şən, həmişə şad;
şux. Züleyxa .. təbiətən canlı, həyatsevən bir
qız idi. M. İbrahimov.
HƏYATSEVƏRLİK is. Həyatı, şən yaşa-
mağı sevmə, ondan zövq alma. Doğrudur,
öz ruhu etibarilə şənlik və həyatsevərlik
təbliğ edən [“Don-Juan’’, “Zorən təbib”,
“Bağa qınını bəyənməz”] tamaşalarda Mol-
yer satirası çox zəif idi. C.Cəfərov.
HƏYATVERİCİ sif. Həyat verən, canlan-
dıran, cana gətirən, həyatbəxş. Həyatverici
təmiz hava. - ilk baharın yeni həyatverici
günəşi .. soyuq qış havasına qələbə çalmaq-
da idi. S. Hüseyn. Bu ətirli, həyatverici yaz
küləyi hamını ayıltdı. Mir Cəlal.
HƏYƏCAN is. [ər.] 1. Hər hansı bir sə-
bəbdən doğan daxili təlaş, narahatlıq, təşviş.
381
HƏYƏCANLANDIRICI
iztirab. Qətibəni n iztirab və həyəcanı həddin-
dən aşmışdı. M.S.Ordubadi. Ağca həyəcandan
qızarmış, başını aşağı salmışdı. Mir Cəlal.
□ Həyəcan keçirmək - narahat olmaq, təlaş
keçirmək, iztirab keçirmək, həyəcanlanmaq.
Çərkəz, dostunun da həyəcan keçirəcəyini, bu
xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun
dərdinə şərik olacağım gözləyirdi. İ. Şıxlı.
Teymur qaranlıqda qızın üzünü görə bilməsə
də, onun həyəcan keçirdiyini hiss etdi. H.Se-
yidbəyli. □ Həyəcana düşmək (gəlmək)
təşvişə düşmək, narahat olmaq, həyəcanlan-
maq, iztiraba düşmək. Vəliəhdə gəldikdə, gö-
zə/ qızııı həya tərləri içərisində üzdüyünü gö-
rüncə həyəcana düşmüşdü. M.S.Ordubadi.
[Musa kişi] Firidunu görmədikdə həyəcana
düşdü. M. İbrahimov.
2. Vəlvələ, çaxnaşma, küy. [Tərxan:] Bax,
nədir o axııı, yürüş, həyəcan? A. Şaiq.
3. Təhlükə, təhlükəli vəziyyət, həmin və-
ziyyəti bildirən siqnal. Həyəcan siqnalı
döyüşçüləri ayağa qaldırdı. Ə.Vəliyev.
4. тәс. Dalğalanma, kükrəmə, coşma, tüğ-
yan. Dənizin həyəcanını sahilin sakitliyi əvəz
eləmişdi. B. Bayramov.
5. Həyəcanla şəklində zərf - həyəcan
içində, həyəcanlı surətdə, coşqunluqla. Həyə-
canla danışmaq. Həyəcanla oxumaq. - Sinif
qapıları açılır birdən; Çıxır həyəcanla bir-
bir uşaqlar. N.Rəfıbəyli. Günlər həyəcanla
ötüşdü bir-bir; Yatmadım bəzən də səhərə
qədər. N. Xəzri.
HƏYƏCANLANDIRICI sif. Həyəcana
gətirən, təlaş doğuran, təşvişə salan, həyə-
canlandıran.
HƏYƏCANLANDIRMA “Həyəcanlandır-
maq”dan /«.
HƏYƏCANLANDIRMAQ / Həyəcana
salmaq, təlaşa salmaq, təşvişə salmaq. Bu
gün gördüklərimiz bizi xeyli həyəcanlandır-
mışdı. R.Rza. Cavahirin keçirdiyi vəziyyət
Teymuru da get-gedə həyəcanlandırır.
H.Seyidbəyli.
HƏYƏCANLANMA “Həyəcanlanmaq”-
dan f.is. Əgər Şamxalın baxışlarındakı ür-
kəklik olmasaydı, Çərkəz onun həyəcanlan-
masına fikir verməzdi. İ.Şıxlı.
HƏYƏCANLANMAQ f. Həyəcana gəl-
mək, həyəcan keçirmək, təlaş keçirmək, təş-
HƏYƏT
vişə düşmək. Saatın əqrəbi biri göstərəndə
Tahir həyəcanlanmağa başladı. M. Hüseyn.
HƏYƏCANLI sif. 1. Həyəcan keçirən,
həyəcan duyan, əsəbi, əsəbiyyət halında
olan, coşmuş. Məhərrəm bütün ömründə bu
qədər həyəcanlı olmamışdı. H.Nəzərli.
Sevinc İsmayılzadəyə : - Sizə nə olub, niyə
belə həyəcanlısınız? Z.Xəlil. // Həyəcan,
təlaş, iztirab, narahatlıq ifadə edən. Həyə-
canlı nəzər. Həyəcanlı sözlər. - Biz bu hə-
yəcanlı baxışlarda insan ürəyinin ən əziz, ən
müqəddəs hisslərini oxuyuruq. M.İbrahimov.
// Həyəcan, iztirab doğuran. Həyəcanlı
xəbər. - Birdən eşitdiyim həyəcanlı bir səs
məni yuxudan ayıltdı. S. Hüseyn. [Səfər və
Tanrıverdi: həyəcanlı bir səslə:} -Allalı özü
bağışlasın. Qurban da belə getdi... A.Şaiq.
// Həyəcan və iztirabla dolu; təşvişli,
iztirablı. Həyəcanlı anlar. - Neft və milyon-
lar şəhəri Bakı həyəcanlı günlər keçirirdi.
M.Hüseyn. // Zərf mənasında. Həyəcanlı
danışmaq. - [Qonaq Mollanın] hirsli-hirsli
təsbeh çevirdiyini, həm də çox həyəcanlı
olduğunu sezdi. İ.Şıxlı.
2. məc. Coşqun, təlatiimlü, dalğalı. Həyə-
canlı dəniz.
HƏYƏCANSIZ zərf Həyəcan keçirmədən,
həyəcan duymadan; sakit. ..Həyəcansız dar
gəlir; Mənə köksün qəfəsi. B.Vahabzadə.
HƏYƏT is. [ər.} 1. Adətən evin qabağın-
da ətrafı hasar və ya başqa binaların divar-
ları ilə əhatə olunmuş sahə. [Gülsüm] qapını
ahəstə açıb çıxdı həyətə və sinəsini sərin
hava ilə doldurub boşaltdı. Ə.Haqverdiyev.
Hər evin həyətində nar və gilənar ağacları
ilə dolu bağlar var. I.Əfəndiyev. Xəstəxana
həyətində bülbül oxuyur; Tibb bacısı dönüb
baxır əlində dərman. M.Araz. // Hər hansı
tikilini dövrələyən açıq sahə. [Hacı Əhməd:]
Bardaqları uşağın əlindən alıb, [məktəbin]
həyətində yerə elə çırpmışam ki, saxsıları ..
indi də elə oradadır. C.Cabbarlı. [Səriyyə
xala:] Gülnaz, qızım, sorcıqlaş, heç olmasa
məscidi tapaq, bəlkə məscid həyətində dal-
dalanmalı bir yer oldu. M.İbrahimov.
2. Bütün təsərrüfat tikililəri ilə birlikdə
kəndli evi; ayrıca kəndli təsərrüfatı. Kənd
150 həyəti birləşdirir.
382
HƏYƏT ARASI
HƏZRƏT
3. Heyvan, təsərrüfat inventarı və s. üçün
bina; ümumiyyətlə, tikili. Həyətləri birləş-
dirib torpaq yola çıxan, sonra da sahildəki
çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən
cığırları ot basmış, kəndin üst tərəfindəki
təpələrin rəngi dəyişmişdi. I.Şıxlı.
HƏYƏTARASI sif. Bir neçə həyətin ara-
sında olan. Həyətarası yol.
HƏYƏT-BACA, HƏYƏT-BUCAQ top.
Həyət və onda olan tikililər. [Ağa Kərim
xan:] ..Leyla, yaxın gəl, diqqət və səy ilə
həyət-bacanı təmiz-təmiz siipürtdürüb, gül
kimi eylətdirərsəıı. N.Vəzirov. [Əsgər bəy
Rza bəyə:] Sizli-mənli axtaraq, görək bu
kağız-kuğuzu ora-bura yapışdıran, həyət-
bucağa tökən kimdir? Ə.Vəliyev.
HƏYƏTYANI sif. Fərdi təsərrüfatın ya-
nında olan. Həyətyanı bostan. Həyətyanı
bağ. Həyətyanı torpaq sahəsi.
HƏZARPEŞƏ is. [fars, həzar - min və
pişə - peşə] Müəyyən, konkret peşəsi,
sənəti olmayıb, hər cür işə əl atan adam.
HƏZƏR is. [ər.] Saqınma, uzaq olma, eh-
tiyat etmə, qorunma, çəkinmə, özünü göz-
ləmə. Ondan həzər! (ondan özünü qoru! uzaq
ol!). Əlhəzər, ondan həzər, oxutmuram, əl
çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl
çəkin! M.Ə.Sabir. □ Həzər etmək (qılmaq)
- saqınmaq, qorunmaq, uzaq olmaq, özünü
gözləmək. [Koroğlu dedi:] Durub mərd mey-
danda göstərrəm hünər; Qənimlər nərəm-
dən eyləyər həzər. “Koroğlu”. Gəl ey həm-
dəm, həzər qıl, eşqə diişmə; Bəladır xııbları
sevmək, bəladır! Xətayi.
HƏZƏRAT is. [ər. “həzrət” söz. cəmi]
köhn. Həzrətlər, cənablar, ağalar. Qurbaııi
lıəzəratın sözünü sındırmadı. “Qurbaııi”.
[Məşədi Qadir:] Ya şeyx, buyurun, həzəratı
məsələdən agah edin. T.Ş. Simurq. // köhn.
Bir məclisdə, toplanışda və s.-də iştirak
edən, hazır olan adamlara xitab, müraciət
məqamında işlədilir - cənablar. [Rüstəm
bəy:] Həzərat! Əhvalat özünüzə məlumdur.
Ü.Hacıbəyov. [Mansur:] Həzərat, bir fikrim
vardır ki, bu şəhərdən gedəm. C. Cabbarlı.
HƏZİN sif. [ər.] Hüzn gətirən, hüzn do-
ğuran, hüznlü, kədərli, yanıqlı. Musiqinin
həzin təranələri. - Bu həzin bulaq şırıltısı
Kazımın qulaqlarında .. ağır bir həyat
faciəsi kimi təsirli idi. M. İbrahimov. Həzin
nəğmə deyir indi bağça, bağ; Yadıma ya-
xınlar, uzaqlar düşür. N.Xəzri. // Hüzn, kə-
dər ifadə edən. Həzin bir çöhrə. Həzin bir
baxış. - [Səttar] qapını açmaq istəyirdi ki,
qulağına həzin və iirəkyandırıcı bir səs
gəldi. P.Makulu.
həzin-həzin zərf Həzin, kədərli bir su-
rətdə, qəmli-qəmli, yanıqlı-yanıqlı. Həzin-
həzin oxumaq. - [Sayalı xala] yuxuda gördü
ki, Xasay xəstələnmişdir, həzin-həzin inil-
dəyir. Ə.Vəliyev. Beləcə vidalaşır iki əziz
sevgili; Həzin-həzin hardasa çalmır uzaqda
ney. Ə. Cəmil.
HƏZM is. [ər.] Yeyilən şeyin həzm ciha-
zında həll olunması. Həzm prosesi. - Qi-
danın çeynənməsi, müxtəlif şirələr təsiri
altında onun dəyişilərək həll oluna biləcək
hala düşməsi həzm adlanır. "Zoologiya”
□ Həzm cihazı - yeyilən şeyi həll edən
bədən üzvləri (ağız boşluğu, qida borusu,
mədə və bağırsaqlar). Həzm etmək -
mədədə həll etmək (yemək haqqında). Ye-
diyini həzm edə bilmir. Həzm olmaq - mə-
dədə həll olmaq (yemək haqqında). ..Xörək
həzm olmaqdan ötrü, yəni əriyib bağırsaq-
lardan keçib bədənə daxil olmaqdan ötrü su
lazımdır. H.Zərdabi.
0 Həzm etmək - 1 ) dözmək, udmaq, qə-
bul etmək. Adam hər sözü həzm edə bilmir.
- ..Hacı Səməd xanın həzm edə bilməyəcəyi
bir vəziyyət törənmişdi. M. S. Ordubadi;
2) başa düşmək, dərk etmək, ağlına sıxış-
dırmaq. Xudpəsənd xan bir zamanlar həmin
bəylər, əyanlar qarşısında məğlubiyyətə dü-
çar olduğunu hələ də həzm edə bilməmişdi.
Ə.Məmmədxanlı. Həzmi-rabedən keçir-
mək zar. - 1) yemək, udmaq. Qazanla və
nimçələrlə plovıı, halvanı, külçələri həzmi-
rabedən keçirən dövlətlilər və mollalar idi.
H.Sarabski; 2) məc. mənimsəmək, boğazın-
dan ötürmək, sahiblənmək, özünə mal et-
mək. [Musa bəy] dörd yetimə bir-birinin da-
lınca qəyyum olub, hamısının da var-yoxlarını
həzm-rabedən keçirmişdi. Ə.Haqverdiyev.
HƏZRƏT is. [ər.] köhn. Müqəddəs sayılan
şəxslərin adlarının əvvəlinə gətirilərək təzim
və ehtiram bildirən söz - cənab. Möciizi-ləli-
ləbin həzrəti-İsa nə bilir? Nazi-əndanıını
383
HƏZZ
Şirimi Züleyxa nə bilir? Q.Zakir. [Yusif:] Həz-
rət Abbas haqqı, ay Səməd, mən elə bilirdim,
bu oxumaq zad səni dəyişdirib. İ. Hüseynov.
□ Həzrətləri şəklində - keçmişdə ehtiram
və sayğı əlaməti olaraq böyük və hörmətli
şəxslərin adlarından sonra işlədilirdi - cənab-
ları (indi ən çox diplomatik dildə işlənir).
Burada müsəlman camaatı bir yerə cəm olub,
əl qalxızıb imperator həzrətlərinə dua edirlər.
C.Məmmədquluzadə. [Məhəmməd:] Hərgah
Atabəy həzrətləri icazə verərsə, mən iştirak
edərəm... M.S. Ordubadi.
HƏZZ is. [ər.] Xoş bir şeydən duyulan
ləzzət, nəşə, zövq, sevinc hissi; yüksək məm-
nunluq hissi, xoşlanma. Münəvvər xanım isə
ağlaya-ağlaya deyirdi : - Öz həzzindən ötrü
nıəııi bir bəlaya giriftar elədin ki, axırı
həlakətdir. M.S. Ordubadi. □ Həzz almaq
(duymaq) - ləzzət almaq, zövq almaq, nəşə-
lənmək, xoşlanmaq. Ruhnəvaz xanım Qıır-
banhııın gəlməsindən heç bir həzz duymurdu.
Çəmənzəminli. Rüstəm yaşamaq, qız nəvə-
lərini böyütmək, təzə zəmanədən doyunca
həzz almaq istəyirdi. S.Rəhimov. Payız, qış
və yaz ayları məktəbdə çalışan Əhməd yay
məzuniyyətini ailəsi itə birlikdə dağlarda
keçirməkdən xüsusi həzz alardı. Ə.Vəliyev.
HIÇQIRIQ is. 1. Səsini içinə alıb ağlar-
kən boğazdan çıxan qırıq-qırıq səslər; hıç-
qırtı. Qaraş yerində donub iztirab dolu lal
gözlərlə atasının dalınca baxdığı hatda, bu
biri otaqdan Mayanın hıçqırıqlarını eşitdi.
M.İbrahimov. Sanki ürəklərdə qırıldı bir
tel; Ağlaşma, hıçqırıq gəzdi arada. N. Xəzri.
2. Diafraqmanın əsəbdən sıxılması nəti-
cəsində qırtlaqdan qeyri- ixtiyari olaraq çıxan
qırıq səslər; gəyirmə. [Çopo:] [Qocanın]
başı yan tərəfə əyildi və bədənini də özü ilə
çəkdi, son nəfəsini bir hıçqırıqla bəyan edə-
rək söndü. Çəmənzəminli.
HIÇQIRIŞMA “Hıçqırışmaq”dan f.is.
HIÇQIRIŞMAQ qarş. Hıçqırıqla ağlaş-
maq. Məhbusun burnunun kəsilmiş olduğunu
görən kəndlilər heyrətlə hıçqırışırdılar.
P.Makulu.
HIÇQIRMA “Hıçqırmaq”dan f.is.
HIÇQIRMAQ f. 1 . Dərindən içini çəkə-
rək ağlamaq, hıçqıra-hıçqıra ağlamaq. Gül-
yaz yaylığının ucunıı gözlərinə gətirdi, çiv-
HİBRİDLƏŞDİRMƏ
nini ata-ata hıçqırdı. S.Rəhimov. [Bilqeyis]
hıçqırır və göz yaşlan axıdırdı. S. Vəliyev.
2. Hıçqırtı səsi çıxartmaq; gəyirmək.
Kəngərli iki-üç dəfə hıçqırdıqdan sonra
xəbər aldı.. Ə.Vəliyev.
HIÇQIRTI bax hıçqırıq. Rəhilənin hıç-
qırtısını eşidən xəstə qadınların gözləri bizə
zilləndi. M.Hüseyn. Bir himə bənd olan bir
qərib kəsin; Könül hıçqırtısı, iç hönkürtüsü.
B.Vahabzadə.
HIQQANMA “Hıqqanmaq”dan f.is.
HIQQANMAQ/ Gücənmək, zora düşmək.
Kəngərli yoxuşa dirənmiş cırıq yabı kimi
hıqqandı. Ə.Vəliyev. Balaca idim, sənəyi də
götürə bilməzdim, hıqqanardım.. Mir Cəlal.
HIQQILDAMA “Hıqqıldamaq”dan f.is.
HIQQILDAMAQ/ Ləhləmək (ağır fiziki
iş görərkən). Gülpəri bu dəfə səhəngini bir
az belinin yuxarısına itələyib hıqqıldadı..
M.Hüseyn. [Nübar] get-gedə yerindəcə
hıqqıldayır. S.Rəhimov.
HIRILDAMA “Hırıldamaq”dan /.7.s.
HIRILDAMAQ f. dan. Şit-şit, boş-boş,
mənasızca gülmək. Lovğalanıb, a görmə-
miş, çox da belə fırıldama! Tərbiyəsiz uşaq
kimi boş-boşuna hırıldama! M. Ə. Sabir.
Məhəmmədhəsən əmi qabı çəkdi qabağına
və istədi çörəyini batırsın qatığa, Əhməd
başladı hırıldamağa. C.Məmmədquluzadə.
HIRILTI təql. Hırıldayan adamın çıxardığı
səs. Şahmar direktorundan ilk dəfə belə tə-
rif eşitdiyinə görə sevinib, hırıltı ilə güldü.
M.Hüseyn. Bir saat əvvəl eşidilən zarafat-
ların, hırıltıların izi qalmadı. Mir Cəlal.
HİBRİD [lat.] Müxtəlif cinsdən, növdən
olan bitki və ya heyvanların hibridləşdi-
rilməsi nəticəsində əmələ gələn yeni orqa-
nizm; mələz. Hibridləşdirmə zamanı müx-
təlif növdən olan fərdlər bir-birilə cütləş-
dirilir və bunlardan alınan balaya hibrid
deyilir. II Sif. mənasında. Hibrid taxıl. Hib-
rid qoyun. Hibrid toxum.
HİBRİDLƏŞDİRİLMƏ “Hibridləşdiril-
mək”dən f.is.
HİBRİDLƏŞDİRİLMƏK ‘ Hibridləşdiı-
mək”dən məcli.
HİBRİDLƏŞDİRMƏ "Hibridləşdirmək”-
dən f.is. Öz xüsusiyyətlərinə görə az və ya
çox fərqlənən müxtəlif orqanizmlərin cinsi
384
HİBRİDLƏŞDİRMƏK
üsul və ya vegetativ orqanlarını bir-birinə
calamaq yolu ilə birləşdirilməsinə hibrid-
ləşdirmə, bunun nəticəsində alınan yeni or-
qanizmə isə hibrid deyilir. M.Qasımov.
HİBRİDLƏŞDİRMƏK/ Müxtəlif bitki və
ya heyvan növlərini keyfiyyətcə yeni, yax-
şılaşdırılmış cins, növ almaq üçün cütləş-
dirmək; mələzləşdirmək. Qabaqtəpə arısı
yüksəkməhsuldar arı cinsi yetişdirmək üçün
xeyli əlverişlidir və istiqamətli hibridləşdir-
mək üçün qiymətli damazlıq materialdır.
“Gənc arıçılara məsləhətlər”.
HİCAB is. [ ər .] klas. 1. Pərdə, örtü. Yaşa-
dıqca cavanlana, enlənə; Bir hicabda, bil-
pərdədə əylənə. M. P. Vaqif. // Мөс. mənada.
Üzdən götürüb ədəb niqabın ; Rəf eylədilər
həya hicabın. Füzuli.
2. islam dinində: yad kişilərə görünmə-
mək üçün qadınların üzünü örtməsi, gizlət-
məsi; yaşınma. [Hacı Həsən:] [Iskəndərin]
hələ kefliliyi qalsın kənarda, hələ hicabı da
danır. Deyir ki, gərək övrətlər üziiaçıq gə-
zələr. C.Məmmədquluzadə. □ Hicab
etmək (eləmək) - yaşınmaq, üzünü giz-
lətmək. Könülləri çox biqərar edirsən; Aç
bir üzün, göstər, hicab eyləmə! A.Səhhət.
HİCAZ is. mııs. Azərbaycan klassik
muğamlarından birinin adı. Hicaz üstündə
oxumaq. - Bu əsas ladlardan başqa, xeyli
yayılmış əlavə ladlar və lad şöbələri də vardır
ki, bunlara misal olaraq aşağıdakıları gös-
tərmək mümkündür: şahnaz, sarəııc, bayatı-
kiird, hicaz, qatar və s. Ü.Hacıbəyov.
HİCR [ər.] klas. bax hicran. Qəm əlindən
sinə yırtdım, baş açdım; Hicr əlindən dadü-
bidad eylədim. “Qurbani”. Qədrini ayrılıq çə-
kənlər bilir; Hicrinlə göz yaşı tökənlər bilir.
S. Rüstəm.
HİCRAN is. [ər.] Ayrılıq, fırqət, fəraq.
Hicran dərdi məni salıb zillətə; Səni gör-
səm, dərdim azalı, Güllü! Aşıq Ələsgər. Bu
nəğmədə həm hicran dərdi, həm vüsal arzu-
su, həm yas, həm də ümid vardı. M. Rzaqu-
luzadə.
HİCRƏT is. [ər.] 1. Öz vətənini tərk edib
başqa bir yerə getmə, köçmə; mühacirət.
□ Hicrət etmək (qılmaq) - öz vətənini
tərk edib başqa bir yerə getmək, köçmək.
Fətəli xan yanına əzm etdi, ol hicrət qılıb;
HİDDƏTİ ƏNDİRİI MƏ
Neylədi ol mərd, gör, düşmən ikən hörmət
qılıb. M.V. Vidadi.
2. Məhəmməd Peyğəmbərin 622-ci il
iyulıın 16-da Məkkədən Mədinəyə köç-
məsi (islam tarixi bıı vaxtdan başlanır).
HİCRİ is. [ər.] Hicrətə aid, hicrətə
mənsub (bax hicrət 2-ci mənada). Hicri
təqvim. Hicrinin X əsrində. - Hicri tarixlə
1324-cü, miladi tarixlə 1906-cı ildə şah
konstitusiyanın birinci hissəsini təsdiq etdi
və bu da İranda məşrutə verilməsinin ilk
böyük addımı oldu. P.Makulu.
HİÇ [fars.] klas. bax heç. Ah kim, dağ-
larda seylab eyləyən şivən kimi; Hiç kim rəhm
eyləməz, hərçənd fəryad eylərəm. Qövsi.
Bövlə gedərsə, Bakı əldən gedər; Qalmaz o
mənada aman, hiç, hiç! M. Ə. Sabir.
HİDAYƏT is. [ər.] İslam dininə görə
doğru yol, düz yol, haqq yol. Çox məclis-
lərdə Məşədi Hüseynin şəriətdən, həqiqət-
dən, xilqətdən və hidayətdən bəhs etməyini
Kərbəlayı Rza bir neçə dəfə eşitmişdi.
C.Məmmədquluzadə. // Doğru yol arama,
doğru yolla getmə, düz yola çıxma. □ Hida-
yət etmək - düz yola salmaq, doğru yola
dəvət etmək. [Xanım:] İlahi, əfv diləyirəm.
Günahımdan keç, məni haqq yola hidayət
et. Çəmənzəminli.
HİDDƏT is. [ər.] 1. Qəzəb, acıq, qeyz,
hirs, sərtlik. [Gülər Gülsabaha:] Hiddət an-
caq sizin boğazınızı yırta bilər. C. Cabbarlı.
Hiddətindən bağbanın gözləri qızardı.
S. Rəhimov. □ Hiddətə salmaq bax hid-
dətləndirmək. Mirzə Cəlil öz son məqalə-
ləri ilə ruhani və qoçuları hiddətə salaca-
ğını bilirdi. S.Vəliyev. // məc. Şiddət, az-
ğınlıq, tüğyan. Küləyin hiddəti. - Dənizin
coşduqca qeyzi, hiddəti; Anam hey soruşur
məndən türbəti. M.Rahim.
2. Hiddətlə şəklində zərf - qeyzlə,
sərtcəsinə. Hiddətlə cavab vermək. - Fər-
hadoğlu .. cibindən ağ dəsmalını çıxarıb ..
hiddətlə yaşaran gözlərini sildi. S. Rəhimov.
// Məc. mənada. Yenə saymazyana qırmac-
layaraq Abşeronu; Sovurur xəzri narın
qumları hiddətlə, budur. S. Rüstəm.
HİDDƏTLƏNDİRİLMƏ "Hiddətləndiril-
mək”dən f.is.
385
HtDDƏTLƏNDİRİLMƏK
HİDDƏTLƏNDİRİLMƏK məch. Hirslən-
məsinə, qəzəblənməsinə, hiddətlənməsinə
səbəb olmaq; qəzəbləndirilmək, qeyzlən-
dirilmək.
HİDDƏTLƏNDİRMƏ “Hiddətləndirmək” -
don f.is.
HİDDƏTLƏNDİRMƏK f. Qəzəbə, hid-
dətə gətirmək; qəzəbləndirmək, qeyzlən-
dirmək. Onun pis hərəkəti hamım hiddət-
ləndirdi. - Bu yol ilə bütün xəbərlər yayılar,
hamını hiddətləndirər(di). S. Rəhimov.
HİDDƏTLƏNMƏ “Hiddətlənmək”dən
f.is.
HİDDƏTLƏNMƏK f. Qəzəbə, hiddətə
gəlmək; hirslənmək, qəzəblənmək, qeyz-
lənmək. [Gülər Gülsabaha:] Sən çığırma-
saydın, mən də hiddətlənməsəydim, danış-
mayacaqdım. C.Cabbarlı. Fatma yalvardıqca
əri hiddətlənirdi, onu yenidən incitməyə baş-
layırdı. Çəmənzəminli.
HİDDƏTLİ sif. və zərf Qəzəbli, qeyzli,
hirsli, acıqlı, qəzəbnak. Hiddətli cavab
vermək. Hiddətli otaqdan çıxmaq. Hiddətli
kişi. - Hiddətli dalğalar yatan çağında; Gü-
nəşin üfüqdə batan çağında; Sahillər qar-
şımda ümman göründü. Ə.Vahid.
HİDRÄT \yun. hydor - sıı] Metal ok-
sidlərinin su ilə kimyəvi birləşməsi.
HİDRA VLİK sif. [ yun .] 1. Hidravlikaya
aid olan, hidravlika ilə əlaqədar olan.
Hidravlik tədqiqat.
2. Mayelərin basqısı, təzyiqi ilə işləyən,
hərəkətə gətirilən. Hidravlik mühərrik.
Hidravlik tormoz.
HİDRÄVLİKA [yun. hydraulikos - su]
Mayelərin müvazinət və hərəkət qanunları
və bu qanunların praktik tətbiqi haqqında elm.
HİDRİD \yun. hydor - su və eidos - növ]
Hidrogenin başqa elementlərlə kimyəvi
birləşməsi.
hidro... \уип. hydor - su] Mürəkkəb söz-
lərin əvvəlində, onların suya, su sahələrinə
aid olduğunu bildirir; məs.: hidrobiologiya,
hidroplan, hidrologiya.
HİDRO AERODROM {yun. hydor, air və
dromos - meydan, yer] Suda hidrotəy-
yarələr üçün aerodrom; su aerodromu.
HİDRO ARTİSTİK sif \yun.} Hidroakus-
tikaya aid olan, hidroakustika ilə əlaqədar
HİDROGEN
olan. Fəal balıq ovu ilə məşğul olan gəmilər-
də hidroakustik cihazlardan istifadə olunur.
HİDROAKUSTİKA \уип. hydor və akys-
tikos - eşitmə] Akustikanm, səs dalğala-
rının suda yayılması qanunlarından bəhs
edən şöbəsi.
HİDROBİOLOGİYA \yun. hydor. bios -
həyat və logos - söz] Biologiyanın, su mü-
hitində yaşayan orqanizmlərin həyatını
öyrənən bəhsi. Dəniz heyvanlarının və
bitkilərinin yayılması xüsusiyyətlərinin öyrə-
nilməsi inkişaf edib, bioloji elminin xüsusi
bölməsi - hidrobiologiya - suda həyat haq-
qındakı elm olmuşdur. “Sualtı aləm”.
HİDRODİNAMİK sif. \yun .] Hidrodina-
mikaya aid. Hidrodinamik tədqiqat. - Hid-
rodinamik tormozun gövdəsi orta hissədən -
statordan, habelə sağ və sol qapaqlardan
təşkil edilmişdir. “Qazmada təhlükəsizlik
texnikası”.
HİDRODİNÄMİKA [yun. hydor və dyna-
mikos - güc] Hidromexanikanın, mayelərin,
habelə tamamilə və ya qismən mayelər
içərisində olan bərk cisimlərin hərəkətini
öyrənən iki hissəsindən biri (ikincisi
“hidrostatika”dır). Kompleks dəyişənli funk-
siyalar nəzəriyyəsi .. lıidrodinamikada tət-
biq edilir. “Ali cəbr”.
HİDROENERGETİKA [yun. hydor və
energia - hərəkət] Energetikanın, su-
elektrik stansiyalarında elektrik enerjisi
istehsal etmək üçün su enerjisindən bəhs
edən bölməsi.
HİDROFÖN [yun. hydor və phone - səs]
Suda yayılan və ya əmələ gələn səs
dalğalarını tutmaq üçün cihaz.
HİDROGEN \yun. hydor və genos - doğ-
ma] Oksigenlə birləşdikdə su əmələ gətirən
yüngül qaz - kimyəvi element. Kimyəvi
analiz yolu ilə müəyyən edilmişdir ki, suyu öz
tərkib hissələrinə ayırdıqda, ondan iki bəsit
maddə - hidrogen və oksigen alınır. “Ra-
dioaktiv atomların tibdə və biologiyada tət-
biqi”. // Tərkibində hidrogen olan. Hidrogen
birləşmələri. - Kimyəvi saf su iki kimyəvi ün-
sür əmələ gətirir. Bunlardan biri yüngül qaz
olan hidrogen qazıdır. “Kainatın inkişafı".
0 Hidrogen bombası - atom bombasının
bir növü, hidrogen atomlarının nüvə ener-
386
HİDROGENERATOR
HİDROSTATİKA
j isindən istifadə olunması əsasında işləyən
son dərəcə güclü partlayıcı bomba. Hidro-
gen bombasının qadağan olunması uğrunda
mübarizə. - ..Hidrogen bombasının mühünı
tərkib hissəsini atom bombası təşkil edir.
“Kimyanı yaxşı bilirsinizmi".
HİDROGENERATOR {yun. hydor və ge-
nerator - törədici] Su turbinindən gələn
suyun hərəkət enerjisini elektrik enerjisinə
çevirən elektrik generatoru.
HİDROGEÖLOQ [yun.] Hidıogeologiya
mütəxəssisi. Geoloqlar, hidrogeoloqlar,
hidrotexniklər, geodezistlər, aqronomlar
kanal boyımca Qaraqum səhrasını hər cə-
hətcə öyrənməkdədirlər. Ə. Sadıq.
HİDROGEOLÖGİYA \yun. hydor və
geologiya] Geologiyanın və hidrologiyanın,
yeraltı suların mənşəyini, hərəkətini və
fiziki-kimyəvi xassələrini öyrənən sahəsi.
HİDROİNKUBÄTOR [yun. hydor və
incubare - yumurtlama] İsti su vasitəsilə
qızdırılan inkubator.
HİDROKİMYA [yun . hydor və ər. kimya]
Hidrosferi əmələ gətirən suyun kimyəvi tər-
kibi və onun tədqiq üsulları haqqında elm.
HİDRÖQRAF [yun.] Hidroqrafıya mütə-
xəssisi.
HİDROQRAFİK sif. [yun.] 1. Hidroqra-
fıyaya aid. Hidroqrafık ekspedisiya.
2. Su hövzələrinin (çay, göl, dəniz)
təsvirinə aid olan. Hidroqrafık xəritə.
0 Hidroqrafik gəmi - dəniz və göllərdə
hidroqrafık işlər aparmaq üçün xüsusi gəmi.
HİDROQRÄFİYA [yun. hydor və grapho
- yazıram] Coğrafiyanın, Yer səthi sularının
tədqiqi və təsviri ilə məşğul olan şöbəsi.
HİDRÖLİZ [yun. hydor və lysis - pozul-
ma, parçalanma] kim. Mürəkkəb maddənin
suyun təsiri nəticəsində parçalanması.
Maqnezium-xlorid duzunun hidrolizində
ayrılan sərbəst hidrogen-xlorid suda həll
olaraq xlorid turşusu əmələ gətirir. "Neftin
ilk distilləsinin texnologiyası”.
HİDROLOGİYA [yun. hydor və logos -
elm] Yer kürəsinin su sahələrini və təbiət-
də suyun dövranını öyrənən elm.
HİDROLOJİ sif. [yun.] Hidrologiyaya aid.
Hidroloji tədqiqat. - Hamı [Quliyevin]
hidroloji kəşfiyyatı yaxşı apardığını təsdiq
edə bilərdi. Ə. Sadıq.
HİDROLOKASİYA [yun. hydor və lat.
losus - yer] Suda olan cismin, onun əks
etdirdiyi səs siqnalları vasitəsilə yerinin
müəyyənləşdirilməsi.
HİDROLOKÄTOR [yun. hydor və lat.
losus - yer] Suda olan cismin yerini
hidrolokasiya vasitəsilə müəyyənləşdirən
cihaz. Elm və texnika insanlara hidrolo-
kator, ya da exolot adlanan cihazı verdi.
“Eşidilməyən səslər”.
HİDRÖLOQ [yun.] Hidrologiya mütə-
xəssisi.
HİDROMEXÄNİKA [yun. hydor və mexa-
nika] Mexanikanın, mayelərin tarazlıq və
hərəkət qanunlarını, həmçinin mayelərin
yuduğu bərk maddələrlə qarşılıqlı təsirini
öyrənən bəhsi.
HİDROMETEOROLOGİYA [yun . hydor
və meteorologiya] Atmosferdə suyun döv-
ranını öyrənən elm.
HİDROMETEOROLOJİ sif [yun.] Hid-
rometeorologiya ilə əlaqədar olan, hidro-
meteorologiyaya aid olan. Hidrometeoroloji
müşahidələr.
HİDROMONİTÖR [yun. hydor və ing.
monitor - xəbərləyici] Torpağı, dağ süxur-
larını güclü su şırnağı vasitəsilə çıxarmaq
üçün işlədilən qurğu, mexanizm. Əvvəlcə
çox cəsarətsiz halda tikintiyə girən və sayı
çox az olan hidromonitorlar indi tikintinin
əsas mexanizmindən biri olmuşdur. Ə.Sadıq.
HİDROPLÄN [yun. hydor və fr. planer]
bax hidrotəyyarə.
HİDROSFER [yun. hydor və sphaira -
kürə] Yer kürəsinin su örtüyü, yer üzərin-
dəki suların məcmusu (okeanlar, dənizlər,
göllər, çaylar).
HİDROSTÄNSİYA [yun. hydro və stan-
siya] Su-elektrik stansiyası (HES). Mingə-
çevir hidrostansivası. - Hidrostaıısiya ...
Parlaq işıqlar. Buradan ətrafa yayıla-
caqdır. M. Rahim. Kür hidrostaıısiya bina-
sının içindən keçib, turbinləri hərəkətə gə-
tirəcək və onlar da elektrik enerjisi verə-
cəkdir. Ə.Sadıq.
HİDROSTATİKA [yun. hydor və statos -
duran] Hidromexanikanın, mayenin müvazinət
387
HİDROTEXNİK
vəziyyətini, habelə maye içində olan cisim-
lərin müvazinətini öyrənən iki hissəsindən
biri (ikincisi “hidrodinamika”dır).
HİDROTEXNİK [yun.] Hidrotexnika
mütəxəssisi. ..Geoloqlar, hidrogeoloqlar,
hidrotexniklər, geodezistlər, aqronomlar
kanal boyunca Qaraqum səhrasını hər
cəhətcə öyrənməkdədirlər. Ə. Sadıq.
HİDROTEXNİKA is. [vun.] Su ehtiyat-
larından xalq təsərrüfatının ehtiyacları üçün
istifadə etmək və təbii sıı hadisələrinin zə-
rərli təsiri ilə mübarizə üsulları haqqında
elm; texnikanın, həmin işləri xüsusi tikinti və
qurğular vasitəsilə həyata keçirən şöbəsi.
HİDROTEXNİKİ sif. [yun.] Hidrotexnika
ilə əlaqədar olan, hidrotexnikaya aid olan.
Hidrotexniki işlər.
HİDROTERAPİYA [yan. hydor və thera-
peia - müalicə] Müalicə məqsədilə müx-
təlif vasitələrlə sudan istifadə, su müalicəsi.
HİDROTƏYYARƏ [yun. hydor və ər. təy-
yarə] Suya enmək və sudan qalxmaq üçün
uyğunlaşdırılmış^ təyyarə; hidroplan.
HİDROTURBfN [yun. hydor və lat. tur-
bineus] Hərəkət edən su enerjisi vasitəsilə
işləyən fırlanma hərəkətli turbin.
HİFZ is. [ər.] Qoruma, mühafizə etmə,
mühafizə, qoruyub saxlama. [Seyid:] Şəriət
ehkamını hifz yolunda heç bir xidmətiniz
olubmu? Mir Cəlal. □ Hifz etmək - qo-
rumaq, mühafizə etmək, qoruyub saxlamaq.
Ya rəbbim, adilsən, hifz elə bizi; Halal ocaq-
lara iizv elə bizi. M. Araz. // Yadda saxla-
maq, unutmamaq. Deyilən sözü hifz etmək
lazımdır. - [Müsyö Jordan:] İndi də mənim
ilə durub-oturmaqdan bir para kəlimatı hifz
edibdir. M.F.Axundzadə.
HİFZÜSSƏHHƏ is. [ər. - səhhəti qorama]
köhıı. bax gigiyena. [Musanın nəvəsi:] Ar-
xadaşlar, papaqlarınızı çıxardın, bura isti-
dir, çölə çıxanda sizə soyuq dəyər, - dedi-
yinə görə hifzüssəhhə elminə dair yüksək mə-
lumatı olduğunu da qeyd etmişdi. Qantəmir.
Ehtimal həkim öz yerişində hifzüssəhhə qay-
dalarına riayət etmək istəyirdi. Mir Cəlal.
HİKKƏ is. 1. Təşəxxüs, lovğalıq, iddia,
mənəm-mənəmlik; tərslik. Hikkəsindən əl
çəkməmək. - Qartal qıyıltısı durnanı dəlir;
İnsan hikkəsinin sahili yoxdur. M.Araz.
HİL
Dəyişmirsən fikrini; Lap bu dünya dağıla;
Öz hikkəndə qalmısan; Sən boğula-boğula.
B.Vahabzadə.
2. Acıq, hirs. Aslan isə barıt kimi açılır,
bəzən qəhərlənir və hikkəsindən ağlayırdı.
S.Rəhimov. [Zərnigar xanım] önlüyünün
ətəyi ilə gözlərini silib, hikkəsindən boğula-
boğula: - Gördünmii, ay bala, - dedi, - atan
mənim başıma nə oyun açdı? I. Şıxlı.
HİKKƏLİ sif. Hikkəsi olan, lovğa, id-
dialı, özündən bədgüman, təşəxxüslü, tərs.
Hikkəli qız. - [Qasım:] Mən fikirləşdim ki,
sən çox hikkəlisən, sözündən dönən deyilsən.
S. Vəliyev. Ağıl qızıxanda - dəvə hikkəli;
Köpəndə demirəm o nəyə bəıızəı:. M.Araz.
HİKMƏT is. [ər.] 1. Müdrik söz, dərin
fikir, dərin məna, müdriklik, dərinlik. Onun
sözlərində bir hikmət var. - Müdrik insan-
ların hikmətlə dolu; Dərin söhbətinə minnət-
daram mən. M. Rahim. // İbrətamiz, nəsi-
hətli söz, kəlam. [Fərzəli:] Çobanın könlü
olsa təkədən pendir tutar, - bu sözün
hikməti böyükdür. Ə. Sadıq.
2. məc. Anlaşılmaz şey, gizli səbəb, sirr,
müəmma. Bütün məclis təəccüb elədi ki, bu
nə hikmətdir? “Lətif şah”. ..İtaliyada misli
olmayan zəlzələ üz verib, .. alimlər oraya
dolmuşlar ki, zəlzələnin hikmətlərini müm-
kün qədər öyrənsinlər. C.Məmmədquluzadə.
3. Keçmişdə: fəlsəfəyə, təbiət elmlərinə,
xüsusən fizikaya verilən ad. [Sabbah:] Cəb-
rə, ya hikmətə vaqif bir adam; Səncə bir
falçımı ya?! Anlayamam. H. Cavid. [Məşədi
İbad:] ..Mən tarixi-nadir kitabını yarısına
qədər oxumuşam, ona görə hikmət elmindən
yaxşı biliyim vardır. Ü. Hacıbəyov.
HİKMƏTAMİZ [ər. hikmət və fars.
...amiz] Hikmətli, həkimanə, müdıikanə.
Hikmətamiz, arifanə söhbətlərin; İlhamı var
o ağ tüklü sinələrdə. S. Vurğun.
HİKMƏTLİ sif. Hikmətamiz, filosofanə,
fəlsəfi fikirlərlə dolu; müdrik. Şəkillərin ara-
sında ibrətverici və hikmətli şeirlər ya-
zılmışdı. M.S. Ordubadi. "..Vətənin yolunda
ölən şəhidlər; Ölmür, qovuşurlar əbədiy-
yətə”. Çox gözəl sözlərdir, hikmətli, köv-
rək.. B.Vahabzadə.
HİL is. bot. Zəncəfil ailəsindən tropik
bitki və bu bitkinin ədviyyə kimi işlədilən
388
HİLAL
HİM-CİM
toxumu. Hil tərkibində efirli yağ olan çox-
illik ot bitkisidir. - Dəhlizi ətir, hil, mixək
qoxusu bürümüşdü. M.S. Ordubadi.
HİLAL is. [ər.] 1. Təzə çıxmış bir-iki
günlük ay; aypara. Hər gecə fəğanım yetişir
göydə hilalə. S.Ə.Şirvani. Bir iti xəncər
kimi; Göydə parlayır hilal. M.Seyidzadə.
2. məc. Klassik və xalq ədəbiyyatında
gözəlin qaşına işarə. Gözüm qaldı hilal qaşın
tağında; Məcnun oldum, qaldım Leyli dağın-
da.. Aşıq Ələsgər. Kədərim, sevincim, hicrim,
vüsalım; Hilal qaşlarının arasındadır ; R.Rza.
0 Hilali-əhmər cəmiyyəti - Qırmızı Ay-
para cəmiyyətinin köhnə adı.
HİLALİ sif. Hilal şəklində, aypara şək-
lində, yeni ay şəklində olan. Hilali qaşlar.
HİLLİ sif. Tərkibində hil olan, hil qatıl-
mış, hil vurulmuş. Hilli qoğal. Hilli çay.
HİM is. dan. Birinə gözlə edilən işarə;
him-cim. □ Him eləmək - birinə gözlə,
qaş-gözlə işarə etmək. Gülzar qulluqçuya
him elədi ki. Züleyxam bayıra çıxarsın.
C.Cabbarlı. Şalısuvarov [Sadıqovun] çıxma-
sına him eləyir. I. Əfəndiyev.
0 Himə bənd - bir işi görmək üçün işarə
gözləyən, bəhanə axtaran. Mən aşiq kimə
bəndəm; Sazımda simə bəndəm; Yarla gö-
rüşmək üçün; Bir kiçik himə bəndəm.
(Bayatı). [Lətifə] hönkürüb ağlamaq üçün
ən balaca bir himə bənddi. M. Hüseyn.
HİMAYƏ is. [ər.] Birini (daha zəif olanı)
qoruma, ona havadarlıq və qayğı göstərmə,
qanadı altına alma; himayəçilik. Nənə hi-
mayəsində böyümək. - Telli indi bir ilə
yaxındı ki, qaynının himayəsində yaşayırdı.
S. Hüseyn. Aslan [Mansuru] götürüb, öz
himayəsi altında saxlayaraq .. oxutdururdu.
C.Cabbarlı. □ Himayə olmaq - bax hi-
mayəsinə almaq (götürmək). [Dərviş:] Bu
fikri başından çıxart, qızım, get, atana hi-
mayə ol! Ə. Haqverdiyev. Himayəsinə
almaq (götürmək) - himayə etmək, hava-
darlıq etmək, qayğı göstərmək; sığmdırmaq,
qanadı altına almaq. Yetimləri himayəsinə
götürmək. - [Səlim] həm onu, həm oğlunu;
Aldı himayəsinə. B. Vahabzadə. // Məc.
mənada. ..Qız qaratikan kolunun himayə-
sinə sığınmış xırdaca çiçəkli boyaqgülüniin
kövrək zoğlarını gördü. Ə.Məmmədxanlı.
// məc. Qayğı, kömək, diqqət, arxa. Yolda-
şın himayəsi. - [Fərman Mələyə:] Yaxşı bir
dostun himayəsinə, köməyinə ehtiyacın
vardır. M. İbrahimov. □ Himayə etmək -
qorumaq, qanadı altına almaq. ..İran əksin-
qilabıııı himayə edən çar hökuməti öz içə-
risindən çürüməkdədir. M.S. Ordubadi.
HİMAYƏÇİ sif. Himayə edən, hamilik
edən, qeydinə qalan; arxa, kömək, himayədar.
HİMAYƏÇİLİK is. Birini himayə altına
alma, ona havadarlıq göstərmə; havadarlıq,
himayədarlıq (bəzən mənfi mənada iş-
lənir). [Yusif Həsrətə:] Gözünün qabağında
görmədinizmi ki, himayəçilik bizim kəndin
başına nə oyun açdı? B. Bayramov.
HİMAYƏDAR [ər. himayə və fars. ...dar]
bax himayəçi.
HİMAYƏDARLIQ bax himayəçilik.
HİMAY ƏEDİCİ sif. Himayə edən, qom-
yan, qayğısına qalan; himayəkar. [Bumaşov
Vaqifə:] Mərhəmətli çariça sizə də hima-
yəedici əlini uzatmaq istəyir. Xan yalnız bi-
zim himayəmizlə öz taxtında baqi qala bi-
lər.. Çəmənzəminli.
HİMAYƏKAR [ər. himayə və fars. ...kar]
Özündən zəifi, kiçiyi, köməksizi, acizi
himayə etməyi sevən, ona havadarlıq edən,
qayğı göstərən. Hər iki bacının gözləri
qabağında himayəkar Qulam müəllim bütün
varlığı ilə canlandı. S. Rəhimov.
HİMAYƏSİZ sif. Himayə edəni, qayğısına
qalanı olmayan: baxımsız, adamsız. Himayə-
siz uşaq. Himayəsiz qoca.
HİMAYƏSİZLİK is. Baxımsız, adamsız.
- [Qızıl Arslan:] Aralıqda mövcud olan
bütün anlaşılmazlıq, hətta bir para ixtilaflar
da himayəsizlik nəticəsində yaradılmışdır.
M.S.Ordubadi.
HİMAYƏT [ə/-.] klas. bax himayə. [Yusif
şah:] Dullara və yetimlərə və şillərə və kor-
lara ianətvə himayət göstərilsin. M.F.Axund-
zadə.
HİM-CİM bax him. Aşıq gedər hər yana;
Sözün deyər mərdana; Hər qaş-gözü, hiııı-
cimi; Arif gərəkdir qana. (Bayatı). [Sərvnaz
Qarakişiyə:] Yoxsa elə bilirsən, him-cimini
səndən qeyri başa düşən yoxdur ? B. Bayra-
mov. □ Him-cim eləmək (etmək) - qaş-
gözlə işarə etmək. Aşıq Ələsgər nə qədər
389
HtMLƏMƏ
HİNLƏMƏK
him-cim eliyirsə, Musa özünü saxlaya
bilmir. “Aşıq Ələsgər”.
HİMLƏMƏ “Himlomok”dən/.7,s.
HİMLƏMƏK f. Birinə gözü, ya əli ilə
işarə etmək, him eləmək; işarə, mimika ilə
bildirmək. Osmanı himlədi əlilə bəri; Bü-
külü bir şeyi verdi içəri.. H.K.Sanılı. Göz
atdım gözünə, himi ədim bəri! ..Dayandı şir
kimi, pürvüqar gördüm. S.Vurğım.
HİMLƏŞMƏ “Himləşmək”dən/w.
HİMLƏŞMƏK qarş. İşarə ilə, qaş-gözlə
bir-birinə bildirmək, bir-birinə him eləmək,
işarə etmək. Məclisdə oturanlar himləşdilər.
-Hamı bir-birinə baxıb himləşir. Ü.Hacıbə-
yov. [Gülzar] şübhə etmirdi ki, hamı bir-
birilə himləşir, hamı pıçıldaşır. İ. Hüseynov.
HİMN \yun. ] 1. Dövlət və ya sinfi birlik
rəmzi kimi qəbul olunmuş təntənəli mahnı.
2. Təntənəli mədhiyyə, birinin və ya bir
hadisənin şərəfinə ifa edilən təntənəli
musiqi əsəri. İllərlə babalar düşmədi atdan;
Zamanla bu sayaq üz-üzə durduq; Yığılıb
qırmızı bayrağın altda; Yasin oxuyurduq,
himn oxumurduq. M. Araz.
HİN 1 is. 1 . Bəzi ev heyvan və quşlarının
saxlandığı kiçik tikili. İt hini. Toyuqları hinə
salmaq. - [Nabat:] Hinə bax, ay Gülsüm
bacı, dünən hindən iki dənə qərib yumurta
tapmışam. C. Cabbarlı. [Eldar:] Gedib o gö-
yərçini hinə salım, qanadı yaralıdır, özü hinə
uça bilməz. M.Rzaquluzadə.
2. ınəc. dan. Darısqal, yöndəmsiz, natəmiz
otaq, mənzil haqqında. Bu ev deyil, hindir.
HİN 2 zərf [ər.] Vaxt, zaman, çağ, an, əsna.
□ Bu hində - bu əsnada, bu anda, bu zaman.
Bu hində yoldaşım Lağlağı əlində "Həvat’in
106-cı nömrəsi girdi içəri.. C. Məmmədqu-
luzadə. Bu hində cəhənnəmdə gördüyüm bəy
özünü məclisə yetirir. Ə.Haqverdiyev.
HİND-AVROPA: Hind-Avropa dilləri
dilç. - Hind, iran, yunan, slavyan, Baltik,
german, kelt, roman və b. müasir və qədim
Asiya və Avropa dillərinin daxil olduğu
böyük dil qrupu. □ Hind-Avropa dilçiliyi
- Hind-Avropa dillərinin müqayisəli-tarixi
üsulla tədqiqi, müqayisəli-tarixi dilçilik.
HİNDXORUZU is. Erkək hinduşka, hin-
duşkanın xoruzu.
HİNDİ is. Amerika qitəsinin, Cənubi və
Şimali Amerikanın ancaq bəzi rayonlarında
qalan ən qədim yerli əhalisini təşkil edən
tayfa və xalqların ümumi adı. Qoca hindin
bir hıçqırıq varmış səsində; Üfüqlərdə səs-
lənirkən oyanan dağlar. A.İldırım.
HİNDLİ is. Hindistanın milli, dini və kasta
mənsubiyyətindən asılı olmayaraq əsil yerli
əhalisinin ümumi adı; hindu; hindistanlı.
Qan danıladı fırtınanın odlu gözündən; Üs-
yan edən hindlilərin kəskin başları; Axdı Qan-
qın qan ləkəli coşqun üzündən. A.İldırım.
HİNDŞÜNAS is. [hind və fars. ...şünas]
Hindşünaslıq mütəxəssisi.
HİNDŞÜNASLIQ is. Hindistanın tarixini,
iqtisadiyyatını, dillərini, incəsənətini və s.
öyrənən elmlərin toplusu.
HİNDTOYUĞU is. Dişi hinduşka, hinduş-
kanın toyuğu.
HİNDU bax hindli. [Şeyx Sənan günəşi
göstərir:] Türk, hindu, ərəb, əcənı bilməz;
Nuri hər yanda artar, əksilməz... H. Cavid.
□ Hindu xal - hindli qadınların adətən
üzlərinə (daha çox alınlarına) qoyduqları
xal, qara xal (əsasən klassik şeirdə). Müət-
tər saçını, hindu xalını; Yetirdi hər dərdim
dəvayə, pəri! M. P. Vaqif. Yusifin atdığı
zoğalın biri [Şahpərinin] geniş ağ alnına
dəyib əzildi, qızııı çatma qaşları arasına
hindu xal qoydu. B. Bayramov. Hindu xallı
- üzündə, ya alnında qara xal olan, qara
xallı. Qara telli, hindu xallı Məşuqənin al
yanaqlarında ani olaraq bir solğunluq
gəzdi. S. Rəhimov.
HİNDUŞKA is. [rus. ] Qırqovul ailəsinə
mənsub ətlik iri ev quşu; loş. Hinduşka əti.
Hinduşka ferması. - Gülsəhər Müşgüııaz-
gilin qapısını döyəndə həyətdəki qazlar
çığırışdı, hinduşkalar bərkdən səs elədi.
Ə.Vəliyev. Gözünü yumub qulaq asırsan,
gah elə bilirsən otağa bir sürü xoruz-toyuq
dolub, gah da sənə elə gəlir ki, ətrafında
qaz, ördək, hinduşka gəzir. S. Rəhman.
HİNLƏMƏ “Hinləmək”dən f.is.
HİNLƏMƏK f. Hinə salmaq. Göyərçin-
ləri hinləmək. - [Oddamdı:] Atam, mən ge-
dim, toyuq-cücəni hinləyim, yoxsa ara qarı-
şar. C.Cabbarlı.
390
HIPERBOLA
HİRSLİ
HİPERBOLA [yun.] riyaz. Səthin konu-
sunu kəsən ikitərəfli, qeyri-qapalı əyri xətt.
HİPERBOLİK sif. [yun.] riyaz. Hiperbo-
laya aid. Hiperbolik kəsik.
HİPERBOLÖİD [yun.] riyaz. Hiperbola-
nın fırlanmasından hasil olan səth.
HİPERTÖNİK \yun.\ tib. Hipertoniya
xəstəliyi olan, qan təzyiqi normadan yuxarı
olan adam.
HİPERTÖNİK sif [vun.] tib. Hiperto-
niyaya, qan təzyiqinin artmasına aid olan,
onunla bağlı olan. □ Hipertonik xəstəlik -
arteriya damarında qan təzyiqinin artması
nəticəsində baş verən xəstəlik.
HİPERTONİYA [yun. hyper və tonus -
gərginlik] tib. 1 . Qan təzyiqinin artması.
2. Hipertonik xəstəlik, qan təzyiqinin
artması.
HİPNOTİZM [fr. əsli yun.] 1. Hipnoza xas
olan halların məcmusu.
2. Bax hipnoz 1-ci mənada.
3. Başqasına təsir etmək bacarığı.
HİPNOZ [yun. hypnos - yuxu] 1 . İnsanda
və ali onurğalı heyvanlarda adətən sözlə,
baxışla təlqin nəticəsində əmələ gələn
yanmyııxıılııluq halı. Kütləvi hipnoz və müx-
təlif "möcüzələr” göstərmək ta qədimdən
məlum olan adi bir şeydir; hind sehrbazları
bıınu xüsusilə bacarırmışlar və indi də ba-
carırlar. Ə.Haqverdiyev. □ Hipnoz etmək
-bax hipnozlamaq.
2. Təlqin vasitəsilə yatırtma, habelə ya-
tırdılanın iradəsinə (müalicə məqsədilə) təsir
göstərmə; hipnozla müalicə. // məc. Cazibə,
cazibə qüvvəsi. Hipnoz kimi təsir etmək.
HİPNOZÇU is. Başqasını hipnoz halına
gətirən adam; hipnozla müalicə edən həkim.
HİPNOZLAMA “Hipnozlamaq”dan/;'s.
HİPNOZLAMAQ/ Təlqin vasitəsilə hip-
noz vəziyyətinə gətirmək, hipnoz etmək.
Xəstəni hipnozlamaq. П məc. İradəsini
əlindən almaq, sezdirmədən öz iradəsinə
tabe etmək, öz təsiri altına salmaq.
HİPOTENÜZ [yun.] riyaz. Düzbucaqlı üç-
bucağın düz bucaq qarşısındakı tərəfi.
HİPOTONİYA [yun.] tib. Qan təzyiqinin
azalması, aşağı düşməsi; habelə toxuma-
ların, orqanların tonusunun azalması.
HİRS is. [ər.] Qəzəb, hiddət, acıq, qeyz.
İzzət qüssədən və Məhəmmədhəsən əmi
hirsindən başladılar Əhməd kimi ağlamağa.
C. Məmmədquluzadə.
0 Hirs bağırsaqlarını (bağırsağını)
kəsmək - bərk hirslənmək, hiddətlənmək,
qəzəblənmək. Hirsi təpəsinə (başına, kəl-
ləsinə) vurmaq - bərk hiddətlənmək, çox
hirslənmək, qəzəblənmək. Ciimşüd bəy
qulaq asdı, qulaq asdı, hirsi təpəsinə vurdu
və birdən-birə səsini ucaldıb dedi..
E. Sultanov. Hirsi tutmaq - hirslənmək,
qəzəblənmək, acığı tutmaq. [Sultan bəy:]
Mənim də hirsim tutar, vurub öldürərəm.
Ü.Hacıbəyov. Hirsi yatmaq, soyumaq -
hirsi keçmək, qəzəbi keçmək, sakitləşmək.
Xan eşikağasının sözlərindən mütəəssir olub,
hirsi yatdı. Çəmənzəminli. Sədrin hirsi so-
yudu. S. Rəhimov. Hirsindən dodaqlarını
(zəncir, ciiov) çeynəmək (gəmirmək) -
çox bərk hirslənmək, qəzəblənmək. Mah-
mud hirsindən dodaqlarını çeynəyib, öz
kişiliyini göstərməyi və arvadı evdə kötək-
ləməyi qət etdi. B.Talıblı. Hirsindən qov-
rulmaq - hirsindən, acığından nə edəcəyini
bilməmək, hirs boğmaq. Hirsini basmaq
(boğmaq, yemək) - hiddətini, hirsini
yatırtmaq, özünü saxlamaq, hirsini, acığını
büruzə verməməyə çalışmaq. Ha adam is-
təyir hirsini yesin, dinməsin, insanı öz ba-
şına qoymurlar, dindirirlər. C.Məmmədqıı-
lıızadə. Elman hirsini boğub, Ceyran xanı-
mın dalınca baxdı. M. Hüseyn.
HİRSLƏNDİRMƏ “Hirsləndirmək” dən
f.is.
HİRSLƏNDİRMƏK f. Qəzəbləndirmək,
hiddətləndirmək; qəzəblənməsinə, hirslən-
məsinə səbəb olmaq; qeyzləndirmək.
HİRSLƏNMƏ “Hirslənmək”dən f.is.
HİRSLƏNMƏK f. Hiddətlənmək, qəzəb-
lənmək, qızışmaq, acığı tutmaq. Uşağa hirs-
lənmək. Eşitdiyi sözdən hirslənmək. - [Şir-
aslan] Dadaş Lələşovu görüb hirsləndi, tez
dönüb Ağbulaq kəndindən çıxdı. S.Rəhimov.
Tapdıq bir qədər hirslənmişdi. Onu evə
çağırmadıqlarına görə ata və anasına çox
acığı tutmuşdu. Ə.Vəliyev.
HİRSLİ sif. 1. Hiddətli, acıqlı, qəzəbli,
hirslənmiş. Hirsli kişi. - [Məşədi Qəzənfər:]
391
Hts
Məşədi, sənin bu aşnaların nə hirsli adam-
lardır? Ü. Hacıbəyov. [Mahmud] hirsli
arvaddan əvvəlcə qorxdu. Ə.Əbülhəsən.
// zərf Hirsli-hirsli. Hirsli danışmaq. Hirsli
cavab vermək. - Nazir yerindən durmayıb,
üzünü Salmana tutub hirsli soruşdu..
Ə. Haqverdiyev. Övrət hirsli girir ərinin
otağına və başlayır bu cür məzəmmət elə-
məyə: -A kişi, sən olasan Allah, bu kitabları
və kağızları tulla cəhənnəmə. C. Məmməd-
quluzadə. // Hirs, acıq, qəzəb ifadə edən;
qəzəbli, acıqlı. Hirsli nəzər. Hirsli görkəm.
- Geniş açılmış qırpımsız, hirsli gözləri
gördükdə [arvada] elə gəldi ki, kişi heç bir
an da yatmayıb. 1. Hüseynov.
2. məc. Şiddətli, kəskin, coşqun. Hirsli
hava. Hirsli dəniz. — Axşamdan bəridir kön-
lümdə yenə; Hirsli fırtınalar, qasırğalar
var. S.Vurğun.
hirsli-hirsli zərf Hirsli halda, qəzəbli-
qəzəbli, hiddətlənərək, acıqlı-acıqlı; qəzəb-
lə, hirslə, hiddətlə. Hirsli-hirsli danışmaq.
- Qara bəy hirsli-hirsli Oruca baxdı.
Ə.Vəliyev. [Rəşid:] Canbalayevin hirsli-
hirsli bir-birinə sıxılmış dodaqları, zəhmli
gözləri təsəvvürümdən silinmirdi. İ.Hüseynov.
HİS is. 1. Yanan bir şeydən çıxan kəsif
tüstü. Ocağın hisi. Tonqalın hisi. - Yel əs-
dikcə fənərin hisi artdı, işığın dairəsi get-
gedə kiçildi, zəiflənən alov qaranlığın qüv-
vətli pəncəsində boğuldu.. S. Rəhimov.
2. Həmin tüstüdən əşyaların üzərinə qo-
nan qara çöküntü; qurum. Pəncərənin hisini
təmizləmək. - Sağ tərəfdə isə taxtası köhnə və
hisdən qaralmış bir qapı vardır. H.Nəzərli.
Yazısı pozulmuş kağız hisdən sapsarı saral-
mışdı. B. Bayramov. □ His basmaq (bağla-
maq) - üzərində qurum əmələ gəlmək, his-
dən qaralmaq. [Qəhrəmanın] fikri yenə də
dolana-dolana hərəkət edir, .. ağacları his
bağlamış damda dayanırdı. S. Rəhimov.
Mətbəxin divarlarını his basmışdı. Ə. Sadıq.
HİSXANA is. Balıq, ət və s. hisə verilən
yer, sex və s.
HİSLƏMƏ 1. is. Balığı, əti və s. saxlamaq
üçün hisə verərək qurutma. Balıq emalında
elektriklə hisləmə üsulu tətbiq edilməkdədir.
2. “Hisləmək”dən/ı',s.
HİSS
HİSLƏMƏK/ 1. His buraxmaq, his elə-
mək, az tüstüləmək. Pilətə hisləvir. Külün
içində gözlər hisləvir.
2. Hisləmə üsulu ilə qurutmaq (bax his-
ləmə 1-ci mənada).
HİSLƏNMƏ “ H i s I onm ək ” dən / (,s\
HİSLƏNMƏK f. 1. Tüstülənmək, yaxşı
yanmadığından his buraxmaq. Tonqal his-
lənir. Ocaq hislənirdi. - Əhməd şüşəsi his-
lənmiş (f.sif.) lampanın fitilini aşağı çəkib,
işığı öləzitdi. I.Şıxlı.
2. His çəkmək, hisə bulanmaq, hisdən
qaralmaq. Lampanın şüşəsi hislənmişdir. -
Babalarımızın bu köhnə "imarət "ə (qara
dama) nədən “qara” adı verdiyini bilirsi-
ııizmi? iki şeydən: biri, üstünə tökülən qara
torpaqdan, o biri, tüstüdən içərisi hisləııib,
qurum tutaraq qaralmağından. S.S.Axundov.
HİSLİ sif. 1. His verən, yaxşı yanmayıb
his eləyən; tüstülənən. Hisli təndir. - Dağ
başı səsli qalar ; Ocağı hisli (z.) qalar;
Yemək ilən dost olan; İllərlə küslü qalar.
(Bayatı). Hisli lampanın işığında bir neçə
adam işləyirdi. Q. İlkin.
2. His çəkmiş, his basmış, hisdən qaral-
mış, hislə örtülmüş. Hisli qazan. Hisli tava.
- Kürsünün altında var: üzüqoylu çevrilmiş
bir qazan, bir çanaq, içində qatıq, bir qara,
hisli çaydan. C. Məmmədquluzadə.
HİSLİ-PASLI, HİSLİ-TOZLU sif. dan.
His-pas (his-toz) basmış, hisli; çirkli. Hisli-
paslı (hisli-tozlu) qapı. Hisli-paslı (hisli-
tozlu) otaq. - [Mahmud:] Axı bura xalis be-
hiştdir, o hisli-paslı daxmada nə görübsən?
Ə.Haqverdiyev. [Bayram kişi:] Çox adam
bizim bu qumlu bağları, hisli-tozlu [Abşe-
ronu] bəyənmir. M. Rzaquluzadə. // məc. Kir-
li, çirkli; üz-gözünü, üst-başmı çirk basmış.
Hisli-paslı uşaq.
HİS-PAS top. dan. His çirk, kir. Qazanın
his-pasını yumaq. - Hisdən-pasdan qaralıb
sifətini itirmiş .. taxta bufet, kim bilir, neçə
nəsli o dünyaya ötürmüşdü. B.Bayramov.
HİSS is. [ər. | 1. Bax duyğu. [Rüstəm
bəy Sofya xanıma:] Hiss təbiət zəkasının
təzahürüdür, təbiət istədiyini hiss vasitəsilə
görür. Çəmənzəminli. Səbrlə, tədbirlə
ölçüb-biçmədən; Ağla güvənmədik, hissə
güvəndik. B.Vahabzadə. Görən doğrudanmı
392
HİSSƏ
HİSSİZ
insan qəlbinin ; İncə hisslərinə toxımmur şeir?
M. Araz. □ Hiss etmək - bax duymaq.
Aclıq hiss etmək. - Əri Cavad tamam qışı
xəstə yatıb, indi isə qıçlarında bir qədər
qüvvət hiss edib dedi.. Ə. Haqverdiyev.
[Əminə:] Heyrətindən şillənin ağrı-acısını
belə hiss etmədi. Ə.Əbülhəsən.
2. məc. Sevgi, məhəbbət. Hadisə Qadiri
elə çaşdırmış, ruhunu və qəlbini elə sıxmışdı
ki, elə bil, o gözəl qıza olan hissi və duy-
ğuları da indi onun yadından çıxmışdı.
Ə.Əbülhəsən.
3. Öz duyğuları, təəssüratı əsasında bir
şeyi apaydın, həssaslıqla qavrama, dərk-
etmə bacarığı. Gözəllik hissi. - Güman
olunmasın ki, Miinəvvər xanımda qadınlara
xas olan qısqanclıq hissi zəif idi. Mir Cəlal.
□ Hissə qapılmaq - bax hissiyyata
qapılmaq (“hissiyyat”da). Şirzad hissə
qapılan, yəni. Salmanın dediyi kimi, qəlbən
şair idi. Hissə qapılanda da ürəyi yaz sə-
hərinin üfüqləri kimi açılırdı. M. İbrahimov.
[Səlim:] Hissə qapılmaq məndə də var,
Zərııişan! B. Bayramov.
HİSSƏ is. [ər.] 1. Tamın bölündüyü par-
çalardan hər biri; qisim. Binanın bir hissəsi.
Çayın aşağı hissəsi. - Şirvan Şimali
Azərbaycanın bir hissəsidir. M.S. Ordubadi.
[Kiçikbəyim] günün müəyyən hissəsində
şəhərin ətrafını dolanırdı.. Çəmənzəminli.
- Mən ki sənəm, mən ki sənəm ; tanımadın?
Dəfn olunmuş bir hissəııəm; tanımadın?
M.Araz. // Bölünən bir şeydən hərəyə dü-
şən pay. Hərə öz hissəsini götürdü. Onun
hissəsini ayırıb verin.
2. Vahid, tam bir sistemin (orqanizmin,
mexanizmin və s.) tərkib elementlərini təş-
kil edən şeylərdən hər biri. Ehtiyat hissə-
ləri. Maşın hissələri. - Şofer .. motorun əvəz
edilməsi lazım gələn hissəsini alıb gətirmək
üçün getmiş, təsadüfən oradan keçən başqa
bir maşınla geri qayıtmışdı. S. Hüseyn.
Çatışmayan və yaxud düzəldilməyi vacib
olan bəzi hissələr Keşlədə hazırlanırdı.
H.Seyidbəyli. // Hər hansı əsərin üzvi
parçası, qismi, fəsli. Romandan bir hissə.
Sonatanın son hissəsi. - [Seymur] rəssamlıq
məktəbinə gəlib, birbaş tədris hissə müdi-
rinin otağına girdi. H.Seyidbəyli.
3. Əlahiddə qoşun vahidi. Aviasiya his-
səsi. Tank hissəsi. Hissə komandiri. - Doğ-
rudur, bir dəfə Rüstəm kişi ayağından yara-
landı, lakin sağalıb yenə hissəsinə qayıtdı.
M. İbrahimov. İstehkam hissələrinin əlində
kifayət qədər vəsait olmurdu. Mir Cəlal.
hissə-hissə sif. və zərf Tam, bütöv halda
deyil, hissələrə ayrılmış halda; hissələrlə,
tikə-tikə. Tarlanı hissə-hissə şumlamaq.
Romanı hissə-hissə çap etmək. - Qoşun
hissə-hissə olub istirahət edirdi. S.Rəhimov.
Heç şey hissə-hissə ölümə təslim olan bir
bədəni yaşada bilməyəcəkdi. M. İbrahimov.
HİSSƏCİK is. Bir şeyin ən kiçik, cüzi
hissəsi, parçası. Çox kiçik cisim, başqa sözlə,
hissəcik anlayışı nisbi anlayışdır. Z.Xəlilov.
Atom, maddənin kimyəvi reaksiyalarda bö-
lünməyən ən kiçik hissəciklərinə deyilir.
C.Zülfüqarlı.
HİSSİ sif [ər.] Hiss orqanları, duyğu, qav-
rama vasitəsilə əmələ gələn, törəyən,
hisslə dərk olunan. Hissi qavrayış. Hissi
təəssürat. // Hissə, duyğuya aid olan. Mər-
kəzi, yaxud birləşdirici neyroıılar .. oyan-
manı, hissi neyronlardan hərəki neyronlara
keçirir. “Psixologiya oçerkləri”. // məc.
Cismani, şəhvani. İnsanda hissi təmayüllər.
HİSSİYYAT is. [ər. "hiss” söz. cəmi] His-
slərlə, duyğularla bağlı hallar, hissi təəs-
sürat; hisslər, duyğular. [Yaşlı kişi:] Gənclik
hissiyyatım məni [qadına] tərəf çəksə də,
şüurum belə bir işdən çəkinməyi mənə töv-
siyə edirdi. S. Hüseyn. Şəxsi müşahidələr və
hissiyyata əsaslanan [Rüstəmin] mülahizə-
ləri çox zaman doğru çıxardı. M. İbrahimov.
0 Hissiyyata qapılmaq - öz hisslərinə
uymaq, tabe olmaq, hisslərinin tələbinə,
xəyala, hissiyyata görə hərəkət etmək.
..Mötəsim xəlifənin katibləri Babək üsya-
nının cərəyanı və onun inkişafı yollarını
yazarkən dini hissiyyata qapılıb, həqiqəti
tamamilə təhrif ediblər. M.S. Ordubadi.
HİSSİZ sif. 1. Hissetmə qabiliyyətindən
məhrum, heç bir şey hiss etməyən, hissini,
duyğusunu itirmiş; duyğusuz, bihuş. Hissiz
halda yatan xəstə. - [Səlim] Zeynalın sər-
xoşluqdaıı hissiz bir hala gəlmiş vücudunu
bir kömür çuvalına və ya un kisəsinə bənzədir-
di. S.Hüseyn. //Key, keyləşmiş, keyləşdirilmiş.
393
HtSSİZLƏŞDİRİLMƏ
Hissiz dəri. - Bu gecə Əmir İnanc həddindən
artıq içmişdi, istinin şiddəti də onun sərxoş-
luğunu artırmış və hissiz düşüb qalmasına sə-
bəb olmuşdu. M. S. Ordubadi.
2. məc. Həyata, hadisələrə, varlığa laqeyd
münasibət bəsləyən, onları dərk etməyən,
heç bir şeydən təsirlənməyən; duyğusuz.
HtSSİZLƏŞDİRİLMƏ “Hissizləşdiril-
mək”dən f.is. Dərinin (dişin) hissizləş-
dirilməsi.
HİSSİZLƏŞDİRİLMƏK məch. Hissiz hala
gətirilmək; keyləşdirilmək.
HİSSİZLƏŞDİRMƏ “Hissizləşdirmək”-
don f.is.
HİSSİZLƏŞDİRMƏK / Hissiz, duyğusuz
hala gətirmək, keyləşdirmək, bihuş etmək.
Iyııə vurub yaralı ayağı hissizləşdirmək.
Xəstəni hissizləşdirmək.
HİSSİZLƏŞMƏ “Hissizloşmok”don/.7,s.
HİSSİZLƏŞMƏK f. Hissiz hala gəlmək,
hissetmə qabiliyyətini itirmək, keyləşmək,
bihuş olmaq.
HİSSİZLİK is. Hissin, duyğunun olma-
dığı hal, heç bir şey hiss etməmə; duyğu-
suzluq, keylik. [Mehriban] sonra qarşısında
daş bir heykəl hissizliyilə hərəkətsiz duran
ərini başdan-ayağa süzdü. S. Hüseyn.
HİSTOLÖGİYA [yun. histos - toxuma və
logos - elm] İnsan və çoxhüceyrəli heyvan
hüceyrələrinin quruluşu haqqında elm.
HİSTOLOJİ sif. \yun.\ Histologiyaya aid
olan, histologiya ilə əlaqədar olan. Histoloji
tədqiqat.
HİSTOLÖQ \yun.\ Histologiya mütə-
xəssisi.
HİS-TOZ bax his-pas. His-toz basmış
pəncərə. Şüşələrin his-tozunu təmizləmək. -
Sentyabrda tökülən ilk payız yağışı .. yayın
his-tozwıu yuyub aparır.. M. İbrahimov.
HİŞ təql. Öküzü, kəli sürmək, ya saxlamaq
və döndərmək üçün işlədilən nida. Leylək ..
yaşı ötən şeşəbuyııuz bir öküz kimi hey irə-
liyə dürtülürdü, nə qədər onun burnundan
vurub hiş deyilsə belə, geri çəkilmirdi.
S. Rəhimov. [Nəcəfalı:] Saxlayın, a bala,
kotan ilişdi, əyə, hiş deyin, gavalımı qıra-
caqsınız. B. Bayramov.
HİTLERÇİ Hitler tərəfdarı, alman faşisti.
HİYLƏGƏRLİK
HİTLERİZM Almaniyada 1933-1945-ci
illərdə Hitlerin başçılıq etdiyi faşist dikta-
turası, habelə faşist diktaturası ideologiyası.
HİYLƏ is. [ər.) Kələk, fırıldaq, fənd;
məkr. [Şah vəzirə:] Vəzir, bu çox qəribə işdir,
yəqin burada bir hiylə vardır. Ü.Hacıbəyov.
Satqınların hiyləsindən ; Neçə kərə; Tarix
endi zirvələrdən dərələrə. B. Vahabzadə.
0 Hiylə qurmaq (düzəltmək) - biclik
işlətmək, kələk qurmaq. [Rüstəm bəy:] Cür-
bəcür hiylə qurmuşam. S.S.Axundov. Hiylə
işlətmək (gəlmək) - hiylə ilə aldatmaq, ya-
lan deyərək aldatmaq, biclik gəlmək. Vəzirin
qızları hiylə işlədərək padşahın oğlanla-
rının onlara sataşdıqlarını analarına söy-
lədilər. (Nağıl). [Şeyx Haşinıi İbn-Xalidə:]
Mən o sülh qasidinə inanmıram, Nofəl hiylə
işlədir. Ə.Məmmədxanlı.
HİYLƏBAZ [ər. hiylə və fars. ...baz] bax
hiyləgər. Hiyləbaz adam. - [Qarı:] O işi də
mənə tapşır, qızını. Ərin hiyləbazdırsa, mən
ondan lıiyləbazam. E. Sultanov.
HİYLƏBAZLIQ bax hiyləgərlik.
HİYLƏGƏR sif. [ər. hiylə və fars. ...gər]
1. Hiylə işlədən, kələkbaz, fəndgir, bic,
məkrli. Hiyləgər adam. - [Nüşabə:] Düş-
mən həm güclüdür, həm də hiyləgər; Qüv-
vətlə, hiyləylə qazanır zəfər. A.Şaiq. Dün-
yanın ən hiyləgər, mahir kələkbazları; Saat
ilə təqvimə əl qata bilmədilər; Yalnız vaxtı,
zamanı aldada bilmədilər. B. Vahabzadə.
// məc. Eyni mənada bəzi heyvanlar haq-
qında. Hiyləgər tülkü. - Görünür ki, kəndə
dadanmış bu qurd çox təcrübəli və hiyləgər
bir qurd idi. M.Rzaquluzadə.
2. Hiylə ifadə edən. Hiyləgər baxış. - Cə-
fər hiyləgər bir təbəssümlə göz vurdu və qo-
naqları sakit eləyə-eləyə : - Qardaş, hər sirr
Allah yanındadır, - [dedi] Çəmənzəminli.
HİYLƏGƏRCƏSİNƏ zərf Hiylə ilə,
məkrlə, ibliscəsinə; bic-bic. Miiqim bəy
hiyləgərcəsinə dodaqlarını büzüb : - Qız,
sənə nə olub, gözlərin belə qırmızı almaya
dönüb? - dedi. S. Rəhimov. İ biş hiyləgər-
cəsinə gülümsündü. S.Vəliyev.
HİYLƏGƏRLİK is. Hiyləbazlıq, biclik,
kələkbazlıq, fəndgirlik, məkrlilik. Ana
zəifdir, lakin dünyanın güclülərinin və
zalımlarının hiyləgərliyi və fırıldaqçılığına
394
HİYLƏSİZ
HOLAVAR
qarşı onun qüdrətli silahı təmizlik və
düzlükdür. M. İbrahimov. Ancaq əslində
Gülpərinin üz-gözündən adi bir hiyləgərlik
tökülürdü. M. Hüseyn.
HİYLƏSİZ sif. və zərf Hiylə olmadan,
hiylə işlətmədən, düzlüklə, doğru yolla.
Hiyləsiz adam. Hiyləsiz işi görmək. - Alqış
o boyasız, rəngsiz üzünə! Alqış o hiyləsiz
təmiz sözünə! S.Vurğun.
HM nida. 1. Şübhə, istehza bildirir. Hm,
sən də orada idin?
2. Bir söz demək istərkən çətinlik çək-
dikdə və ya tərəddüd etdikdə işlənir - hə.
HO, HO-HO təql. İşlək qaramalı hərəkətə
gətirmək və ya qovmaq üçün işlədilir. Ho-ho!
- deyə alçaqboylu, çalsaqqallı, gün altında
işləməkdən əl və üzü qaralmış arabaçımız
Səməd kişi öküzləri səslədi. T.Ş.Simurq. Ara-
baçı tez-tez çubuğunu şaqqıldadır, “ho-ho,
lıiş’ 1 - deyə heyvanları səsləyirdi. İ. Şıxlı.
HODAQ is. məh. Kotana qoşulan öküz.
Qəhrəman .. lıodaq sürməkdə .. Rüstəmə kö-
mək edirdi. S. Rəhimov. Poladı qaytarıb ko-
tan hodağı sürməyə göndərdilər. Ə. Vəliyev.
HODAQÇI is. məh. Kotana qoşulan ökü-
zün başını çəkən adam. Hodaqçılar [aqro-
nomun] böyük adam olduğunu düşünüb,
öküzləri yana vurdular. B. Bayramov.
HO-HA, HO-HO bax ho. Ho-ho var dağa
qaldırar, ho-ho var dağdan endirər. (Məsəl).
Məşədi Ağakişi gedib çıxır vəlin üstə və
“ho-ho” deyə-deyə başlayır öküzləri sür-
məyə. C.Məmmədquluzadə. Faytonçu “ho-
ha, ho-ho ” - deyə gah adamları, gah atları
haylavır, qırmancını havada oynadırdı...
M. İbrahimov.
HOHOLAMA "Hoholamaq”dan f.is.
HOHOLAMAQ f. dan. İnəyi, öküzü, kəli
hərəkətə gətirmək və ya yerişini artırmaq
üçün "ho-ho” deyə səs çıxarmaq. Tərxan ..
əlində nar çubuğu irəli keçirdi və ağır tər-
pənişli öküzləri hohalayırdı... Ə.Məmməd-
xanlı.
HOQQA 1 is. [ər.] 1. Əl zirəkliyi ilə çıxa-
rılan cürbəcür oyunlar.
2. məc. Kələk, fırıldaq, fənd, hiylə. Bu nə
hoqqadır? Hoqqası baş tutmadı. Başdan-
ayağa hoqqadır. - [Salamov Bahadır bəyə:]
Hamısı badalaqdır, bütün hoqqalar mədən-
lər üstündədir. C.Cabbarlı.
0 Hoqqa çıxarmaq (bəzəmək) - oyun
çıxarmaq, oyunbazlıq etmək. [Mirzə Sə-
məndər Almaza:] ..Əyər müdir mənəm, bu
nə hoqqadır bəzəyirsən? C.Cabbarlı. [İnci:]
Namusla səkkiz saat işləmisəıı, qurtarıb.
Daha istirahət günü işləyib özündən hoqqa
çıxartma. S. Rəhman.
HOQQA 2 is. [ər.] köhn. Tiryək çəkənlərin
işlətdiyi xüsusi qəlyan və onun başına
keçirilən borucuq. ..İki uşaq bu dəfə iki pod-
nosda firuzə başlı hoqqa və maşa gətirdi..
M. S. Ordubadi. Kevfini pozmaz, onun tiryəki
var, hoqqası var. Ə.Nəzmi.
HOQQABAZ is. [ər. hoqqa və fars. ...baz]
1 . Əl cəldliyi ilə cürbəcür oyunlar göstərən
adam, hoqqa çıxardan; oyunbaz. Şad günü-
müzdə .. bizə mütrüblər, hoqqabazlar, kən-
dirbazlar, meymunoyııadanlar. ayıoynadan-
lar göndərir. Ə.Haqverdiyev. [Mirzə Qulam]
..özünə xam məclis tapnıış hoqqabazlar kimi
sevinə-sevinə danışdı.. Mir Cəlal.
2. məc. Kələkbaz, fırıldaqçı, haramzadə.
[Nəbi:] Vəfalı oğlundan şübhə yaramaz!
Yəqin yalan salıb sənə hoqqabaz. S. Rüstəm.
HOQQABAZLIQ is. 1. Hoqqabazın (1-ci
mənada) işi, sənəti; əl zirəkliyi ilə cürbəcür
şeylər göstərmə. Qəhqəhə, alçalanların qa-
rışıq ovuc səsləri. Zeynalın əlli cürə hoqqa-
bazlığı .. məclisi xeyli şənləndirib qızışdırdı.
Ə.Əbiilhəsən. // Oyunbazlıq. [Firəngiz Mux-
tara:] Yeniliyi sənin kimi astarından anla-
yanlar .. hər cür hoqqabazlığı .. yenilik ad-
landırırlar. B. Bayramov. □ Hoqqabazlıq
etmək - hoqqa çıxarmaq, oyun çıxarmaq,
oyunbazlıq etmək, təlxəklik etmək, özünü
təlxək kimi aparmaq.
2. məc. Yalanla, hiylə ilə, aldadıcı yol-
larla görülən iş. Oynadar əldə məzhəbi, dini ;
Hoqqabazlıqda xeyli kamildir. M.Ə.Möcüz.
HOLAVAR is. folk. Cütçülərin, əkinçilə-
rin oxuduqları mahnı (şifahi xalq ədəbiyyatı
növü). Kotançıların holavarları, otbiçənlə-
rin çobanbayatısı .. Budağı valeh etmişdi.
Ə. Vəliyev. Kəndin yaxınlığındakı çaylaqlar-
da çəltik üçün yer əkən cütçülərin holavar
səsi də bir tərəfdən yüksəlirdi. Ə.Abasov.
□ Holavar çəkmək - bax holavarlamaq.
395
HOLAVARLAMA
Təcrübəli əkinçilərdən hərəsi bir kotanın
dəstəyindən yapışır, cavanlar holavar çəkir-
dilər. B. Bayramov.
HOLAVARLAMA “Holavarlamaq”dan f.is.
HOLAVARLAMAQ f. Holavar oxumaq,
holavar çəkmək. [Qoca:] Ay balam, niyə
Allahın gözündən düşmüsən, bir holavarla,
qoy ökiiz işin çəmini tapsın, - dedi.
S. Rəhimov.
HOLL [ing.] İctimai binalarda istirahət və
ya gözləmə üçün böyük otaq, zal, salon.
HOLLAND, HOLLANDİYALI is. Hollan-
diyanın (Niderlandiyanın) əsas əhalisini
təşkil edən xalq və bu xalqa mənsub adam.
HOLLANDCA sif. və zərf Holland dilin-
də. Hollandca-azərbavcanca lüğət. Holland-
ca öyrənmək.
HOMEOPÄT \yun. ] Homeopatiya üsulları
ilə müalicə edən həkim.
HOMEOPATİK sif \yun.] Homeopatiya
ilə bağlı olan, homeopatiya üsulları tətbiq
edən. Homeopatik müalicə.
HOMEOPATİYA [yun. homoios - oxşar,
bənzər və pathos - xəstəlik] Böyük dozaları
sağlam adamda müalicə edilən xəstəlik
əlamətlərinə oxşar əlamətlər törədən
dərmanların çox kiçik dozaları ilə müalicə
üsulu.
HOMOGEN sif. [yun.] Eyni cinsli, bir
cinsli.
HOMOSEKSUALİZM \yun. homos - ox-
şar, bənzər və lat. sexualis - cinsi] Öz cin-
sindən olan adama qeyri-təbii cinsi meyil.
HOP təql. Birdən və cəld qalxıb sıçramağı
anladır. Hop yerindən sıçradı. Hop qalxdı.
H Zərf mənasında. Birdən, o saat, cəld, dərhal,
bir anda. □ Hop eləyib yemək - birdən,
cəld udmaq, yemək; içəri ötürmək. [Əsəd
bəy:] Halva deyil ki, hop eləyib yesinlər.
C.Cabbarlı. Hop götürmək -tez qaldırıb gö-
türmək, qamarlayıb götürmək. Fəhlələr [Meh-
manı] hop götürdülər və buruqdan iyirmi
beş-otuz addım kənarda dııran maşına tərəf
apardılar. M.Hüseyn. Kabı kişi qəti addım-
larla uşağa yaxınlaşdı, onun qoltuğundan
hop götürüb masanın üstünə qoydu. I. Şıxlı.
HOPDURMA ‘ ‘Hopdurmaq” dan f. is.
HOPDURMAQ f. Tədricən canına çək-
mək, sormaq, udmaq. Torpaq suyu yaxşı
HOPMAQ
hopdurur. - Gil layları gil məhlulu suyunu
hopdurmadığına görə, quyu qazılarkən bu
laylar dövr edən gil məhlulu ilə yuyulur və
quyu gövdəsinin diametri genəlir. “Neft-
mədən geologiyası”.
HOPDURMAYAN sif. Rütubəti, suyu ca-
nına çəkməyən, su keçməyən, su buraxma-
yan. Su hopdurmayan parça.
HOPDURUCU sif. Hopma qabiliyyəti
olan, canına çəkən, soran. Hopdurucu lay.
Hopdurucu maddə. Hopdurucu torpaq.
HOPDURULMA “Hopdurulmaq”dan f.is.
HOPDURULMAQ “Hopdunnaq”dan məch.
[Natiq] ətir hopdurulmuş (f.sif.) dəsmalını
çıxarıb, .. qulaqlarının dalında gəzdirdi.
B.Bayramov.
HOP-HOP bax şanapipik. Bu oxuyan
quş hop-hopdur; Qulaq asın siz hop-hopa.
M.Dilbazi.
HOPLAŞMA “Hoplaşmaq”dan f.is.
HOPLAŞMAQ qarş. Atılıb-düşmək, oy-
naşmaq. Uşaqlar hoplaşırdılar. - Ətrafında
qoyun-quzu hoplaşar; Oynar, coşar, mələr,
yenə toplaşar. H. Cavid.
HOPLATMA “ H op 1 atın aq ” dan/, is.
HOPLATMAQ f. dan. Atıb-tutmaq, oy-
natmaq. Uşağı hoplatmaq. - [Şeyx Sənan
yuxuda gördüyü şeyx haqqında:] Sanki bir
tifl idim... Qucaqlayaraq; Bir zaman öpdü,
sevdi, hoplatdı. H. Cavid.
HOPMA “Hopmaq”dan /A. Meşələr qa-
rın tez əriməsinə mane olur, yerüstü suların
axmasını azaldır ki, bu da rütubətin torpağa
hopmasına səbəb olur. M.Qaşqay.
HOPMAQ f. Canına, içinə keçmək; so-
rulmaq. Su torpağa yaxşı hopur. - Hop-
duqca səhranın gövdəsinə su; Tərlədi qcıx-
sımış bir bədən kimi. S. Vurğun. İlk nəzərdə
bu meşəliyin mənzərəsi iirəksıxıcı idi, taxta-
şalbanına başdan-başa mazut hopmuşdu..
İ.Qasımov. // məc. Nüfuz etmək. Birdən bu
son işıq zərrələri də elə bil zülmətə hopur,
aləm yenə də qaranlığa cumurdu. Ə.Əbül-
həsən. Hopdu ruhumuza bayatılardan; Nəğ-
məyə bənzəyən ləhcələrimiz. B.Vahabzadə.
0 Qanına-canına hopmaq - bax qanı-
na yerimək (keçmək, işləmək) 2-ci mə-
nada ("qan”da).
396
НОРРА
НОРРА təql. Balaca uşağı qoltuqlarından,
ya qollarından tutub hoppandırdıqda deyilən
söz.
HOPPANDIRMA "Hoppandırmaq”dan/ is.
HOPP ANDIRMAQ / Atlandırmaq. Biz-
lərdə qorxaq atı çaydan hoppaııdırmaq
üçün belə tələsik çıxan .. səslərlə acıq-
lanarlar. Mir Cəlal.
HOPPANIŞ is. Hoppanma işi; hoppanma,
atlanma, tullanma, atlanış. Bir hoppanışla
arxı keçmək.
HOPPANIŞMA “Hoppanışmaq”dan f.is.
HOPPANIŞMAQ qarş. Hoppanmaq, atıl-
maq, atlanmaq, sıçraşmaq (çoxları haqqında).
Uşaqlar təpədən hoppanışdılar. - [Nərgiz]
hürküşüb suya hoppanışan (f.sif.) qurbağa-
lara tamaşa elədi. B. Bayramov.
HOPPANMA “Hoppanmaq”dan/w. Pər-
də qalxanda iki əcinnə üstdən hoppanma
oynayırlar. Ə.Haqverdiyev.
HOPPANMAQ/ 1. Atlanmaq, tullanmaq,
sıçramaq, atılmaq. Sanki canavar bir ada-
mın üstünə hoppanmaq və qanmı sormaq is-
təyirdi. M. S. Ordubadi. Nökər birdən hop-
panıb, İsrafilin belindən yapışdı.. M. Hüseyn.
// məc. Çox sevinmək, şadlığından özündən
çıxmaq, atılıb-düşmək (bəzən “sevincin-
dən”, “şadlığından” sözləri ilə). Orxana elə
gəldi ki, bu qızın işi-peşəsi dağ keçisi təki
qayalara dırmaşmaq, daşdan-daşa hoppan-
maqdır. İ.Məlikzadə.
2. Bir şeyin üstündən atlanıb keçmək; aş-
maq, atlanmaq, sıçramaq. Arxın üstündən
hoppanmaq. - [Hatəmxan ağa:] Rüsxət
verməsəm [Şahbaz bəy] atılar, minər atına,
hoppanar Arazın o tayına, sonra mən onu
haradan tapım? M.F.Axundzadə. Baxın, hər
qapıda bir tonqal yanır; Uşaqlar hoppanır
od-alov üstdən. S.Vurğun.
hoppana-hoppana zərf Hoppanaraq,
sıçrayaraq, atlanaraq, atlana-atlana. Hop-
pana-hoppana pilləkənləri çıxmaq. - Üzü
sarıqlı [şəxs] qoltuqlarında iki çəlik, qarğa
kimi hoppana-hoppana mənə tərəf gəlirdi.
Ə.Haqverdiyev.
HOR dan. bax hovur. [Çopo:] Ceyııiz bir-
iki hor söhbət eləyib, ayağa durdu. Çəmən-
zəminli.
HOŞ
HORMON \уип. hormaino - hərəkətə gə-
tirirəm] fıziol. Daxili sekresiya vəzilərinin
hazırladığı (və qana ifraz etdiyi) aktiv
fizioloji maddə.
HORMONÄL sif. [yun.] fıziol. Tərkibində
hormon olan, hormondan ibarət olan. Hor-
mona! preparat. Hormonal maddələr.
HOROSKOP is. {yun.} 1. Taledən xəbər
verən ulduzların düzümü; ulduz falı.
2. Münəccimlik.
HORRA is. 1 . Müxtəlif maddələrdən iba-
rət sıyıq kütlə. [Qurban:] Qanın qaralmasın,
Telli, yerə töküləni yığıb vermişəm, sexdə
alma horrası qayırsınlar. Ə.Məmmədxanlı.
- Təkərlərdən qopan horra palçıq yola sə-
pilmiş narın ağ duzun üstünü tamam örtdü...
İ.Məlikzadə. // Sıyıq, duru halda olan xörək.
Bir aydan artıq Almazın ağzına horra tökdü-
lər. S. Rəhimov. Yazıq uşaqcığazlar gündə
bircə dəfə arpa unundan horra bişirib içirlər.
M. Hüseyn. // məc. Çox sıyıq, duru bişirilmiş
xörək haqqında. Bu umac deyil, horradır. Xə-
nıiraşı çox horradır.
2. Heyvanlar üçün xüsusi sıyıq yem. İt
üçün horra hazırlamaq. Iııək horranı yedi.
HORTLATMA “Hortlatmaq”dan f.is.
HORTLATMAQ bax hortuldatmaq.
[Axund] bir də gözünün altından Qumruya
baxdı, çayını hortlatdı. Mir Cəlal.
HORTULDATMA “Horüıldatmaq”dan/w.
HORTULDATMAQ/ Hortultu ilə içmək;
hortlatmaq. Ayranı hortuldatmaq. İnək hor-
raııı hortuldatdı. - Yarməmməd pərt olub
tələsik çayını hortuldatdı.. M. İbrahimov.
HOR(T)ULTU is. Mayeni udarkən qırtlaq-
dan çıxan səs. Oğlan horultu ilə su içən kəl-
ləri çubuqlayıb arabanı suya saldı. İ. Şıxlı.
içəridə ancaq stəkanların çaqqıltısı, bir də
Qarakişinin hortultusu eşidilirdi. B.Bayramov.
HOSPİTAL is. [alın.] Hərbi xəstəxana.
Səlim səhiyyə məntəqəsində başdan-ayağa
sarınandan sonra səhra hospitalına, bura-
dan da arxa hospitala köçürüldü. S.Rəhimov.
..Mədətov, manevrdə qıçı burxulduğu vçyn bir
hospitalda on gün yatmışdı. Ə.Əbülhəsən.
HOŞ təql. Eşşəyi hərəkətə gətirmək, yeri-
şini sürətləndirmək və ya dayandırmaq üçün
çıxarılan səs. Hətta küçədə də bir tərəkəmə
397
HOTEL
HÖCƏT
eşşəyinə hoş deyəndə mən dayanıb dururam,
.. elə bilirəm ki, mənə deyir. E. Sultanov.
HOTEL is. [ fr. ] Mehmanxana, qonaq evi.
HOV 1 is. dan. Kömək. Çataydı elimdən
köməyim, hovum; Kəsərdən qalmayan qılın-
cım, sovum. Aşıq Şəmşir. Yaxınlarla sıx
əlaqə yaradılmış, onlardan hov istənilmişdi.
Ə.Vəliyev. □ Hova çatmaq dan. - kömə-
yinə çatmaq, kömək etmək, kömək əli
uzatmaq, əlindən tutmaq. [Ana:] Xasay, sən
ata üzü görməmisən, mən bir üzü gəlin, bir
üzü qız səni saxlamışam, indi böyüyüb ho-
vuma çatırsan? Ə.Vəliyev.
HOV 2 bax ho, ho-ho. Cütçü hər şeydən
bezar və cansız bir səslə hov, hov, hov deyə
səslənir, səslənirdi. M.İbrahimov.
HOV 3 is. dan. Şişmə, iltihab (yara haq-
qında). □ Hov eləmək - şişmək, iltihab et-
mək. [Kazım Səfərə:] Ola bilər ki, ətin
içində sümük qırığı da qalsın. Onun üçün
hov eləyir.. Çəmənzəminli. Hovu çəkilmək
- şişi çəkilmək, şişi azalmaq.
HOVXURMA “Hovxurmaq”dan f.is.
HOVXURMAQ / Yarımbükülü barmaq-
larını ağzına tutaraq nəfəsi ilə onları qız-
dırmaq. Hovxurub əllərini qızdırmaq. - Sən
şaxtada bir küçəyə çıx! Əllərini hovxuran
dayananlara bax! R.Rza. Süd qoxulu nəfə-
sini; Əllərinə hovxuraraq; Gileylənir kiçik
uşaq. Ə. Kürçaylı.
HOVLAMA “Hovlamaq”dan f.is.
HOVLAMAQ/ dan. Kömək etmək, əlin-
dən tutmaq. [Fərrux:] ..Hovlayıb saxladığım
camaatın hamısı düşmənim olub. Ə.Vəliyev.
HOVLANMA “Hovlanmaq”dan f.is.
HOVLANMAQ/ dan. Şişmək, iltihab et-
mək (yara). Ürəkdə yara sızlar; Hovlanıb
yara sızlar; Yaralılar dərdini; Nə bilir ya-
rasızlar? (Bayatı).
HOVUR is. dan. Az vaxt, an, müddət.
□ Bir hovur - bir az, azca, azacıq zaman.
Bir hovur gözlə. - [Şirməmməd:] Ay ana,
nə vaxtadək sən məni bəbə hesab edəcəksən?
Bir hovur evə gec gəlib çıxanda nigaran ola-
caqsan? E. Sultanov. ..Bir hovur oturub nəfəs
dərməyə daş kölgəsi də yox idi. Mir Cəlal.
HOVUZ is. [ər.] Su yığıb saxlamaq üçün
daşdan, kərpicdən və s.-dən düzəldilmiş
sututar; çarhovuz. Üzgüçülük hovuzu. Ho-
vuzdan su buraxmaq. - Bu zaman Qətibə
hovuzun kənarında dayanmışdı, suda üz-
məkdə olan əlvan balıqlara baxırdı.
M.S. Ordubadi. Su götürdüm hovuzdan ; Se-
çilmərəm tovuzdan; Mənə bir xəbər deyin;
Köynəyi qanovuzdan. (Bayatı).
HOVUZCUQ is. Kiçik hovuz, balaca çar-
hovuz. Hovuzcuqda əl-üzünü yumaq. Hovuz-
cuqda qızılbalıqlar üzür. - Səkilərin küncün-
də daşdan hovuzcuqlar olardı. Onlara uşaq
oynamaq üçün ilıq su tökərdilər. H.Sarabski.
HOVUZLU sif. Hovuzu olan. Hovuzlu hə-
yət. Hovuzlu bağça.
HOYDU bax haydı. Hoydu, irəli! -
[Koroğlu:] Hoydu, dəlilərim, hoydu; Yeriyin
meydan üstünə. “Koroğlu”.
HOYDU-HOYDU: hoydu-hoyduya gö-
türmək dan. - gülərək, fitə basaraq, cür-
bəcür səslər çıxararaq ələ salmaq, masqa-
raya qoymaq, gülmək, dolamaq, hoydula-
maq. [Əliqulu:] Canım, siz məni hoydu-hoy-
duya götürmüsünüz nədir? S. Rəhman.
[İlyas Adiləyə:] Elə bilirdim ki, kənd uşaq-
ları atı minməyib yedəyimdə apardığım
üçün məni ələ salıb, hoydu-hoyduya götü-
rəcəklər. Ə.Məmmədxanlı.
HOYDULAMA “Hoydulamaq”dan/w.
HOYDULAMAQ bax hoydu-hoyduya
götürmək (“hoydu-hoydu”da).
HOZƏKİ sif. dan. Səliqə ilə iş görə bil-
məyən, iş görərkən şeyləri sındıran, dağıdan,
əlindən salan, yöndəmsiz iş görən. Hozəki
adam. Hozəki qız.
HÖCCƏLƏMƏ "Höccələmək”dən f.is.
HÖCCƏLƏMƏK bax hecalamaq. Kazım
gecələr hisli neft lampasının işığında hıç-
qıra-hıçqıra sözləri höccələyib oxumaqdan
doymazdı. M.İbrahimov. Şahnigar xanım ..
gecələr çətinliklə də olsa mollaxanada oxu-
duğu hərfləri yadına salıb höccələyə-
höccələyə şeirləri əzbərlədi. İ.Şıxlı.
HÖCƏT [ər.] 1. is. Öz dediyindən, əmə-
lindən, xasiyyətindən əl çəkməmə; inad,
inadkarlıq, tərslik. [Rüstəm kişi:] Nə höcət-
sən, ay arvad! Deyirlər, yemlə, yemlə, vəs-
salam! M.İbrahimov. [Hatəmxan ağa:] Sən
onu tanımırsan, məgər ki, necə höcətdir.
M.F.Axundzadə. □ Höcət etmək - öz
tərsliyindən, inadından əl çəkməyərək mü-
398
HÖCƏTÇİ
bahisə etmək; höcətləşmək. Bu yeddi nəfər
isə hələ höcət edirdi. Ə.Əbülhəsən. // Mü-
bahisə, çəkişmə, dava. Əgər iki tazı bir dov-
şan tutsaydı, tazı sahibləri arasında höcət
və dava başlanardı. H. Sarabski. Maralın ..
höcəti də həmin bu kötüyün üstündə ol-
muşdu. Ə.Əbülhəsən.
2. sif. İnadkar, inad, inadcıl, tərs, höcətçi.
[Leyla xanım:] Mən qorxuram, Rəhim kişi
məni xataya sala, höcət adamdır. N. Vəzirov.
[Sərvinaz Nəcəfalıya:] Elə bil bu ata uşa-
ğının hamısı anadan höcət (z.), hirsli gəlib.
B. Bayramov.
0 Höcəti kəsmək - aradakı mübahisəni,
davanı həll etmək. Hatəmbaba [Sənəm və
Qənbərin] höcətini kəsdi. Ə.Əbülhəsən.
HÖCƏTÇİ sif. Yersiz höcət etməyi, mü-
bahisə etməyi sevən adam; höcətkar, inadcıl,
inadkar, tərs. Höcətçi adamdır. H İs. məna-
sında. Höcətçiııin biridir, danışmağa dəyməz.
HÖCƏTÇİLİK is. Höcətçi adamın xasiy-
yəti; höcətkarlıq, inadcıllıq, inadkarlıq, tərs-
lik. Höcətçiliyindən əl çəkməmək.
HÖCƏTKAR sif. [ər. hüccət və fars. ...kar]
bax höcətçi. Höcətkar adam.
HÖCƏTKARLIQ bax höcətlik.
HÖCƏTLƏŞMƏ “Höcətləşmək”dən /w.
HÖCƏTLƏŞMƏK qarş. İnadlarından əl
çəkməyərək bir-biri ilə mübahisə etmək,
höcət etmək, bəhsləşmək, bir-birinə gü-
zəştə getməmək. Uşaqlar bir-biri ilə
höcətləşirdilər. - [Tapdıq və Mayis] bir
müddət höcətləşdilər. Ə. Vəliyev. Sona
üstündə [Bülənd və Veys] höcətləşmişdilər.
Ə.Əbülhəsən.
HÖCƏTLİK is. Höcət adamın xasiyyəti;
inadkarlıq, inadcıllıq, tərslik. [Mahmııd:]
Görünür, sən ərindən əl çəkərsən, höcətli-
yindən əl çəkməzsən. Ə.Haqverdiyev. [Hi-
dayət Sənubərə:] Axı bu höcətlik, inam-
sızlıq, etiqadsızlıq səndə haradan əmələ
gəlib? B.Bayramov.
HÖKM is. [ər.\ 1. Əmr, buyruq, sərən-
cam. [Mirzə Məmmədqulu:] Camaat, bu
gün cənab naçalnikin hökmü mövcibincə bu-
rada bir siyahı qərar verilib. C.Məmməd-
quluzadə. [İskəndər:] Hökmümə baş əydi
Hind, Həbəş, İran. A.Şaiq. □ Hökm çıx-
maq - əmr gəlmək, göstəriş verilmək.
HÖKMDARLIQ
..Möminlər və dindarlar mərkəzindən hökm
çıxmışdı ki, gərək qurban bayramının günü
bir nəfər oxumuş məscidə gəlməmiş olma-
sın.. C. Məmmədquluzadə. Hökm etmək
(eləmək) - 1) əmr etmək, buyurmaq, sə-
rəncam vermək. Padşah hökm elədi, həkimi
Diləfruz xanımın yanma apardılar. "Mə-
sum”. Mən aşıq dara çəkər; Zülfünü dara
çəkər; Şahın qəzəbi tutsa; Hökm elər, dara
çəkər. (Bayatı); 2) məc. ağalıq etmək,
hökmranlıq etmək, hökm sürmək. [Nüşa-
bə:] Fələklər dönsə də, ürəyim dönməz; Zül-
mət hökm etsə də, al günəş sönməz. A.Şaiq.
Təyyarə meydanı, qazma daxmalar; Ətraf-
da hökm edir çovğun, şaxta, qar. M.Rahim.
Hökm sürmək - bax hökm etmək 2-ci
mənada, indi hökm sürür acı hıçqırıq;
Ağlayıb, ağlayıb, susdular artıq. M.Rahim.
Ağır bir sükutun qəsəbədə hökm sürdüyünü
görən Leylək çiynindəki beşaçılan tüfəngini
hərləyib əlinə aldı. S. Rəhimov.
2. işə baxdıqdan sonra məhkəmənin çı-
xardığı qərar. Məhkəmənin hökmü. Hakim
hökmü elan etdi. - Qanun üzrə mühakimə
olundu; Fərman çıxdı, asılsın, hökm oxun-
du. A. Səhhət. □ Hökm vermək - işə bax-
dıqdan sonra məhkəmədə qərar çıxarmaq.
// məc. Güc, qüvvə, təsir. Yayın hökmü keçdi.
- Qışın hökmü rəvandır; Hər tərəf ağ bo-
yanmış. R.Rza.
0 Hökmdən düşmək hiiq. - öz qüvvəsini
itirmək, əhəmiyyətini itirmək, nüfuzunu
itirmək. Köhnə qərar hökmdən düşdü.
Hökmü keçmək - 1) hökmü, qüvvəsi, nü-
fuzu, təsiri olmaq, əmri, göstərişi yerinə
yetirilmək; 2) bax hökmdən düşmək.
HÖKMDAR is. [ər. hökm və fars. ...dar]
Padşah, şah, hakim. Ağvan hökmdarı. - [Şey-
da:] Fəqət atəşli bir qəlblə inqilaba başladı,
[elə] xunxar, məğrur bir hökmdarın taxtını
başına çevirdi. H. Cavid. Ümumiyyətlə Şərq
hökmdarlarının ətrafındakı işçilərin dəyər-
sizliyi hökmdarın özünün dəyərsizliyindən
doğur. M. S. Ordubadi.
HÖKMDARLIQ is. Padşahlıq, şahlıq, ha-
kimiyyət, səltənət. Səfəvilərin hökmdarlıq
dövrü. □ Hökmdarlıq etmək - padşahlıq
etmək, şahlıq etmək, hökm sürmək, ağalıq
etmək. [Qızıl Arslan:] Biz Azərbaycanda
399
HÖKMƏN
HÖNKÜRTÜ
hökmdarlıq edirik. M.S. Ordubadi. // Hökm-
darın idarəsi altında olan ölkə.
HÖKMƏN zərf [ər.] Mütləq, necə olıırsa
olsun, hələm-həlbət. Axşam hökmən bizə
gəl. - Amma Teymur istəyirdi ki, Güldəstə
hökmən o gecəni xatırlasın. H.Seyidbəyli.
İnanıram mən ; Həmin o həqiqət gələcəkdir ;
Başqa birisinin dililə hökmən; Deyiləcəkdir.
B. Vahabzadə.
HÖKMFƏRMA is. [ər. hökm və fars.
...fərma] Hökm sürmə, hökmran olma. La-
kin .. [Muxtar] sabaha qədər yata bilmədi,
tərəddüd yenə höhnfərma idi. Çəmənzəminli.
Hər tərəfdə bir qəbiristan sükutu hökmfər-
ma idi. M.S. Ordubadi. □ Hökmfərma
olmaq - 1) hökm sürmək, hökmran olmaq.
[Cavad bəy:] ..Şərqdə hər zülm fot olacaq,
ədalət, insaniyyət hökmfərma olacaq...
N.Vəzirov; 2) məc. çox yayılmaq, şiddət
göstərmək. [Xarrat:] Nə edəsən ki, məhəl-
ləmizdə hökmfərma olan bir gözağrısı hasil
oldu, buna sirayət etdi. T.Ş. Simurq. ..Kərim-
ovun səsi ətrafda hökmfərma olan gözəl
ahəngi pozdu.. H.Seyidbəyli.
HÖKMLÜ sif. 1. Amiranə, əmıedərcə-
sinə, əmredici, ötkəm. Rüstəm kişi hökmlü
səslə [Lal Hüseynə] qışqırdı: - Qan sizi
tutub! Əlli toğlu Sarıqamışlıqda nə gəzirdi?
M. İbrahimov. [Qız] “xoşgəldin” əvəzinə
deyilən bu hökmlü sözlərin mənasını dərk
etdikdə isə birdən yenə gülümsündü.
I.Hüseynov. Bəlkə qələmimi eşitmir masam;
Şahların əsası ondan hökmlü! M.Araz.
2. Hökmü, nüfuzu, təsiri olan. Çox hökm-
lü adamdır. - Uzun illər əsrlər boyu insan
xəyalını; insan arzusunu, sözünü, insanın
özünü; sıxıb qanun adlı qəlib .. ya hökmlü,
ya hökmsüz. R.Rza.
HÖKMRAN [ər. hökm və fars. ...ran]
1. is. Hökmdar, diktator. [Ruhani:] Rəiyyəti
hökmranlar itaətində saxlayan, onlara tabe
etdirənlər biz ruhanilərik.. S.S.Axundov.
[Fitnə:] Taxta sahib olan zaman; Çox gənc
idi bu hökmran.. A. Şaiq.
2. Bax hökmfərma. Boran hər yerə
hökmran idi. - Qış bütün şəhərə hökmran
olaraq hər tərəfi qalııı ağ bir örtüyə sa-
rımışdı. A.Şaiq.
3. Bax hökmlü 1-ci mənada. Hökmran
səs. - [Bəhlul:] Nənəm hökmran əda ilə te-
lefon danışığını kəsdi. B. Bayramov.
HÖKMRANLIQ is. 1. Hakimiyyət, dik-
tatura. Siyasi hökmranlıq. □ Hökmranlıq
etmək - hakimiyyət sürmək, hakimiyyət
başında durmaq. [Hüsnübəyimin:] Belə də
iş olar? Çoban qızı gəlib bizim üstümüzə
hökmranlıq eləsin? İ.Məlikzadə. // məc.
Ağalıq etmək, hökm sürmək. [Ağabəy] qar-
daşı Baxış bəy kimi hökmranlıq eləmək ar-
zusunda da deyildi. Ə.Abasov.
2. məc. Hökm sürmə, hökmfərma olma.
Küləyin hökmranlığı.
HÖKUMƏT is. [ər.] Dövlət hakimiyyə-
tinin, dövləti bilavasitə idarə edən icraedici
və sərəncamverici orqanı. Hökumət binası.
Hökumətin xarici siyasətində sülh uğrunda
mübarizə əsas yer tutur. - Bir ölkənin
milyon-milyon vətəndaşı; Başqa-başqa
düşünərsə; Bəs hökumət nəyə gərək?
B.Vahabzadə. // Həmin orqanın üzvləri.
Hökumət istefaya çıxdı. - Yaxşı ki, hökumət,
yaxşı ki, dövlət; Yenə sahib durur
atılmışlara! B.Vahabzadə.
HÖKUMƏTSİZLİK is. Bir ölkədə höku-
mətin olmadığı vəziyyət; hakimiyyətsizlik,
anarxiya, hərc-mərclik.
HÖNKÜRMƏ “Hönkürmək”dən (is.
HÖNKÜRMƏK f Hönkürtü ilə, səslə,
hönkürə-hönkürə, hıçqıra-hıçqıra ağlamaq.
Onlar - hər iki qardaş dizlərini yerə çırpıb,
bu mənzərənin qarşısında səs dolusu hön-
kürdülər. S. Rəhimov. Rəhilə isə artıq hön-
kürməyə başlamışdı. M.Hüseyn.
HÖNKÜRƏ-HÖNKÜRƏ zərf Səslə, hön-
kürtü ilə, hıçqıra-hıçqıra. ..Sıxıntı və cid-
diyyətdən [Anaxanım] uşaq kimi hönkürə-
hönkürə ağlamağa başladı. A.Şaiq.
HÖNKÜRTÜ is. Hönkürüb ağlayarkən
çıxarılan səs. Lələ ilə dayənin hönkürtü ilə
ağlamalarını görən Kiçikbəyinı də özünü
saxlaya bilmədi. Çəmənzəminli. Qapıdan
yenicə içəriyə girən Kərimqulunun kal səsi
də Əmiraslan babanın hönkürtüsünə qarış-
dı. S. Rəhimov. □ Hönkürtü vurmaq (qo-
parmaq) - hönkürtü ilə, səslə, hıçqıra-hıç-
qıra ağlamaq. Uşaq əlini Qaragözün əlindən
çəkib, daha ucadan hönkürtü qopararaq
400
HÖNKÜRÜŞMƏ
HÖRMƏT
ayaqları dolaşa-dolaşa alaçığa getdi.
M. İbrahimov.
HÖNKÜRÜŞMƏ “Hönkürüşmək"dən f.is.
HÖNKÜRÜŞMƏK qarş. Hönkürtü ilə ağ-
laşmaq, səs-səsə verib ağlamaq. [Salatınla
Mələk] ağır fəlakətə düşmüş və dar gündə
rastlaşıb, bir-birinə həyan olan doğma adam-
lar kimi qucaqlaşıb hönkürüşdülər. I. Şıxlı.
HÖRDÜRMƏ "Hördürmək”dən f.is.
HÖRDÜRMƏK icb. Başqasına hörmə işi
gördürmək. [Nəbi:] Gümüşdən döydürrəm
sənin nalını ; Yüz gözələ hördürərəm yalını;
Boz at, qurtar məni, aman günüdür! “Qaçaq
Nəbi”.
HÖRGÜ is. 1. Hörmə işi, hörmə tərzi;
tikmə. Daşları müəyyən qaydalara əməl
edərək bir-birinə yapışdırmaq prosesinə
hörgü deyilir. П Hörülmüş divar və s.
Əhməd .. gözünü saralmış daşlara, uçuq-
sökük yerlərə, hörgülərin arasında bitən
quru otlara zillədi. İ. Şıxlı. // Çəpər, maneə.
Məftil hörgü. Hörgü xətti.
2. İpdən, qamışdan, güldən və s.-dən hö-
rülmüş şey.
3. Bax hörük.
HÖRMƏ 1. “Hörmək”dən f.is.
2. sif. Hörməklə düzəldilmiş; hörülmüş,
hörülmə. Hörmə stul. Hörmə çəpər. - Şir-
mayı hörmə kreslonu çəkib, atasının yanında
oturdu. M.Hüseyn.
3. Bax hörük 3-cü mənada. Dal gər-
dənə tökülübdür hörmələr; Mina kəmər incə
beli bürmələr. Aşıq Abbas.
HÖRMƏK f. 1 . Kərpici, daşı müəyyən
qaydada palçıqla bir-birinə yapışdırmaq.
ikinci mərtəbəni hörüb qurtarmaq. -
[Qaçay:] [Mahmud] dəli deyil ki, belə soyuq
bir gündə daş daşısın, əhəng, palçıq
gətirsin, yaxud hündür bir divarın üstünə
çıxıb divar hörsün. Ə. Xəlil. Dodaqaltı segah
deyən qoca bənnalar; Sal daşlardan təməl
qoyur, divar hörürdü. Ə.Cəmil. // Bir şeyi
divar arasına qoyub gizlətmək, orada yer-
ləşdirmək. Tüfəngi divarda hörmək. [Pərviz
xan:] Baş hərəm olmaq üçün mənə öz
an’adımı öldürtdün. Öz əlimlə qızımı divar
arasına qoyub hördürdüm. Ə. Haqverdiyev.
2. Ip, məftil, qarğı və s.-ni bir-birinin
içərisindən keçirərək bir şey düzəltmək;
toxumaq. Həsir hörmək. - Piri kişi qapı-
sında oturub səbət hörürdü. S.S.Axundov.
Göllər kənarından keçdim yaz günü; Əlvan
çiçəklərdən çələnglər hördüm. N. Xəzri.
3. Hörük toxumaq, hörük etmək, hörük-
ləmək. Atın yalını hörmək. - Zeynəb saç-
larını səliqə ilə hörüb, boynunun dalına
yığmışdı. M. İbrahimov. Qız durdu səhər-
səhər; Saçını hördü, gəldi. R.Rza.
HÖRMƏT is. [ər.] 1. Böyüklərə, yaşlılara
və ya ləyaqətinə, xidmətinə görə birinə
göstərilən ehtiram; sayğı. Böyüyə hörmət.
Ata-ana hörməti. - Bizdə şeir də var, sənət
də vardır! Şairə, sənətə hörmət də vardır...
S.Vurğun. Ataya hörmət etməyən çocuğun;
Anaya xidmət etməyən çocuğun; Nə olur
kəndi nəfsinə xeyri; Nə də ondan vəfa görər
qeyri! M.Ə. Sabir. □ Hörmət bəsləmək -
ehtiram göstərmək, hörmətini saxlamaq,
hörmətli münasibət göstərmək. ..[Student]
təzə ailənin gənc üzvlərinə qarşı qəlbində
bir hörmət bəsləməyə başladı. Çəmənzə-
minli. Hörmət etmək (göstərmək, qoy-
maq) - Г) ehtiram etmək (göstərmək),
saymaq, sayğı göstərmək, hörmətini saxla-
maq. Ari’ad almanı dərvişin əlindən alıb,
ona çox hörmət göstərib, sonra əlini döşünə
qoyub, ondan razılıq elədi. (Nağıl). Qonuma-
qonşuya göndərib xəbər; Bağban hörmət
etdi əziz mehmana. M. Rahim. [Qətibə xatu-
nun Toğrula yazdığı məktubunda:] Xəlifə
həzrətləri mənə bir hökmdara layiq hörmət
göstərdi.. M. S. Ordubadi; 2) məc. dan. Yax-
şılığının əvəzini çıxmaq. Əgər xəbər düz
çıxdı, [Koroğlu] o adama xələt verib, hör-
mət elərdi. “Koroğlu”. Hörmət qazanmaq
- ehtiram edilmək, sayılmaq, hörməti, eti-
barı, nüfuzu artmaq, hörmətə çatmaq. İn-
sanlar biliklə hörmət qazanar; Bunu heç bir
zaman unutma, zinhar! Şəhriyar. Hörmət-
dən düşmək - hörmətini, nüfuzunu, eti-
barını itirmək. Hörmətdən salmaq - hör-
mətdən düşməsinə səbəb olmaq, nüfuzdan,
etibardan salmaq, gözdən salmaq. [Şamxal
düşünürdü:] Bu nə idi? Kişiyə sataşan kim
idi? Yoxsa onu tək görüb üstünə ayaq alır-
dılar? Camaat arasında hörmətdən salmaq
istəyirdilər? 1. Şıxlı. Hörmətə çatmaq -
bax hörmət qazanmaq. İstərdim o da mən
401
HÖRMƏTCİLLİK
kimi bir hörmətə çatsın; Azadə dolansın.
M. Ə. Sabir. Hörmətə minmək - hörməti
artmaq, hörmət qazanmaq, hörmətli olmaq.
Yenə də Kərbəlayı Hətəm xanla Hacı
Səfiqulu bərk hörmətə minir. S. Rəhimov.
Hörmətini gözləmək (saxlamaq, tutmaq)
-bax hörmət etmək. Bir-iki gün ki sənə,
ey nigar, mehmanəm; Nolur əgər tutasan
hörmətin bu mehmanın? S.Ə.Şirvani. Dəf-
tərxanada Mirzənin hörmətini gözlərdilər.
Çünki sair mirzələr bir abbası, altı şahı hər
işə gələndən rüşvət alardı, amma Mirzə öz
maaşına kifayət edib bir qəpik də olswı rüş-
vət almazdı. Ə. Haqverdiyev. Lakin o olmuş-
dur ilk köməyimiz; Ellər hörmətini saxlamış
onun. N.Xəzri. Hörmətini yerə vurmaq -
1) bax hörmətdən salmaq; 2) edilən
yaxşılığı yerə vıırmaq, nankorluq etmək.
2. Şərəf, şan, heysiyyət. Abır, həya, hör-
mət bilməyən gözəl; Çəksə də üzünə pərdə,
yaraşmaz! Aşıq Şəmşir. Çıxdın ağ günlərə,
arzuna çatdın; Bu hörməti sənə bu dövran
verdi. Aşıq Hüseyn.
3. məc. Güzəşt, mərhəmət, iltifat, xətir.
Ona hörmət etdikcə başa çıxır.
4. Hörmətlə şəklində zərf - hörmət
edərək, ehtiramla, sayğı ilə. Onun arxasın-
ca şair də baxdı; Vüqarla, izzətlə, hörmətlə
dedi.. M. Rahim. Sona [Ümidi] görəndə
hörmətlə salam verir .. yanaqlarına qızartı
çökürdü. B. Bayramov.
HÖRMƏTCİLLİK is. Hörmətcil adamın
xasiyyəti; hörmət etmə, ehtiram bəsləmə;
hörmətkarlıq. Əlvarov qarının bu yaşda
belə əlli-ayaqlı tərpənməyini, hörmət-
cilliyini görəndə istər-istəməz yumşalıb
gülümsündü. M.Hüseyn.
HÖRMƏTÇİ, HÖRMƏTCİL sif. Adam-
lara hörmət edən, onlara sayğı göstərən,
hörmətkar. Çox hörmətcil cidamdır. Hör-
mətcil gənc. - Hörmətcil çobanlarla vida-
laşıb atları sürdü. R.Rza.
HÖRMƏTƏN zərf [ər.] klas. Hörmət
əlaməti olaraq, hörmət edərək, hörmətlə,
sayğı ilə, ehtiramla. Ayinə hörnıətən hər kəs
susub, qızların oxumasına müntəzir idi.
Çəmənzəminli. Yolçular da insafən [intelli-
gentin] bu alimanə çıxışına hörmətən heç
bir səs çıxarmadılar. Qantəmir.
HÖRÜK
HÖRMƏTKAR sif. və zərf [ər. hörmət və
fars. ...kar] 1. Hörmət ifadə edən; hörmətli,
ehtiramlı. Hörmətkar münasibət. - [Çopo:]
Gənclər hörmətkar bir nəzakətlə birinci
pilləyə yanaşdılar. Çəmənzəminli. ..Qız bu
dəfə mülayim və hörmətkar bir ifadə ilə
cavab verdi.. İ.Əfəndiyev.
2. Hörmətcil, hörmət edən.
HÖRMƏTKARLIQ bax hörmətcillik.
HÖRMƏTLİ sif. Hörməti olan, hörmətə
layiq olan; möhtərəm, sayğılı. Hörmətli
şəxs. Hörmətli müəllimimiz. - Hər igid hör-
mətlidir; Mərd insanlar içində; İlk sırada
dayanan qəhrəmanlar içində. R.Rza. // Hör-
mətlə müraciət zamanı işlənir. Hörmətli və-
təndaş. Hörmətli yoldaşlar. Hörmətli dost.
HÖRMƏTSİZ sif. 1 . Nəzakətsiz, ədəbsiz,
qaba, tərbiyəsiz, saymaz. Hörmətsiz müna-
sibət. - [Qadın:] Mən ona hörmətsiz bir söz
deməkdən özümü saxlamaq üçün dönüb
otaqdan çıxdım. M.Hüseyn.
2. Hörməti, etibarı olmayan, etibardan düş-
müş, sayılmayan, bihöımət. Hörmətsiz adam.
Pis əməllərin nəticəsində hörmətsiz oldu.
HÖRMƏTSİZLİK is. Nəzakətsizlik, ədəb-
sizlik, ehtiramsızlıq, sayğısızlıq, qabalıq,
tərbiyəsizlik. Bizim kimi uşaq-muşaqlar
xanını deməyə qorxardı, eyib idi, hörmət-
sizlik sayılırdı. Qantəmir.
HÖRÜK is. 1. Hörülmüş qadın saçı; saç
burumu; hörmə. Qızın xurmayı hörüyü. -
[Yasəmən] .. başını yumaq fikri ilə qara,
uzun saçlarını hörükdən açıb döşünə tökdü.
S.S.Axundov. Tiikəzban xalanın .. əyildikcə
yoğun hörükləri çiynindən sürüşüb sinəsinə
düşürdü. İ.Şıxlı. □ Hörük etmək - hör-
mək, hörük şəklinə salmaq. Gülşad göyzə-
min krep-satiııdən yaxası düyməli, qollu,
uzun don geymiş, hamar daradığı gur, sarı-
şın saçını iki hörük edib kürəyinə atmışdı.
Ə.Əbülhəsən. // sif. Hörülmüş, hörük şək-
lində olan. Topuqlarına qədər uzanan iri
hörük saçından başqa onun heç bir köhnə
Zeynəbliyi qalmayıbdır. Qantəmir.
2. Otlamaq üçün buraxılan heyvanın uzağa
qaçmamaq üçün ayağından bağlanan uzun
ip. inəyin hörüyü. Qoyunun hörüyünü
dəyişmək. - Birdən baxdı ki, alaçıqlardan o
tərəfdə çoxlu at var, [amma] hamısı hö-
402
HÖRÜKLƏMƏ
HÖVSƏLƏ
rükdədi. “Aşıq Ələsgər”. Dumanlar dağılır
ətrafa qat-qat; Arabir kişnəyir höriikdəki
at. S. Vurğun.
3. Bir-birinə sarınmış, hörülmüş hər cür
şey. Gül hörüyü. - Ovçu .. müxtəlif bit-
kilərin uzun hörüklərindən yapışıb, özünü
yuxarı qaldırır , girinti-çıxıntıları ayaqları
altında pillə edərək, sanki dik bir divara
dırmaşırdı. Ə.Məmmədxanlı.
HÖRÜKLƏMƏ "Hörükləmək”dən f.is.
HÖRÜKLƏMƏK f 1 . Saçı hörük şəklin-
də hörmək. Qız saçını höriiklədi.
2. Otlamaq üçün buraxılmış ev heyvanını
hörüyə (2-ci mənada) bağlamaq. Qoyunu
hörükləmək. - Mədəd atını yedəkləyib, ot-
luqda höriiklədi. M.Hüseyn. Əlləzoğlu atı heç
də bu səmtdə höriikləmədiyini, səhv gəldi-
yini başa düşsə də, dayanmadı. İ. Hüseynov.
HÖRÜKLƏNMİŞ fsif Ayağına hörük
bağlanmış; hörüklii. Hörüklənmiş inək. -
[Hümmət] dinməz-söyləməz dönüb kənarda
hörüklənmiş ata doğru addımladı. B.Bayra-
mov.
HÖRÜKLÜ sif. 1 . Hörüyü olan, saçı hörül-
müş. O qoşa hörüklii gümrah qızcığaz; Sənin
kiçik dostun haııı, Bənövşə? M. Dilbazi.
2. Otlamaq üçün hörüyə bağlanmış, hö-
rükdə olan. Hörüklii at {inək).
HÖRÜLMƏ 1. “Hörülmək” dən/w. Ağac
budaqlarından hörülmə çəpər.
2. Bax hörmə 2-ci mənada. Bəy otura-
cağı hörülmə qara kürsüdə əyləşib kitab
oxuyurdu. Ə.Vəliyev.
HÖRÜLMƏK məch. 1 . Tikilmək, inşa edil-
mək (daşdan, kərpicdən). Binanın birinci
mərtəbəsi hörülüb qurtardı. - Bənnasız
hörgü hörülməz; Təbibsiz xəstə dirilməz.
“Koroğlu”.
2. Hörmə üsulu ilə hazırlanmaq, toxun-
maq. Qarğıdan səbət hörüldü.
HÖRÜLMÜŞ fsif 1. Tikilmiş, inşa edil-
miş. Hörülmüş divar.
2. B ax hörmə 2-ci mənada. Bir ara, qır-
mızı sapdan hörülmüş torun dalırıda elə bil
[Fatmanın] gözləri qapandı. Ə.Əbiilhəsən.
[Dürrə] boynuna qamışdan hörülmüş bir
zənbil asdı.. S.Vəliyev.
3. Hörük edilmiş, hörüklənmiş. Hörülmüş
saç. -Nərminə [Səltənətin] səliqə ilə daranıb
hörülmüş zil qara, yoğun, gödək hörüklə-
rinə nəzər salıb gülümsündü. B. Bayramov.
HÖRÜMÇƏK is. zool. Özünə yem olan
həşəratı tutmaq üçün tor toxuyan buğum-
ayaqlı böcək. Hamının tanıdığı xallı hörüm-
çəyin bədəni çay xərçəngi bədəni kimi baş-
döş və qarın hissələrinə ayrılır.. Hörümçə-
yin baş-döşü üzərində dörd cüt yeridici
ayaq vardır. “Zoologiya”. □ Hörümçək
toru - hörümçəyin ifraz etdiyi yapışqanlı
şirədən əmələ gələn saplaqdan toxuduğu
tor. Gözümdə hörümçək toru qurdular; O
göz yaşlarına inandıqlarını. M. Araz.
HÖVKƏLƏMƏ “Hövkələmək”dən /и.
HÖVKƏLƏMƏK/ 1. Bədənin hər hansı
bir yerini barmaqları ilə sıxmaq, əzişdir-
mək, ovmaq, ovuşdurmaq; masaj eləmək.
Baldırını lıövkələmək. - Eyvaz özünəməxsus
təmkinlə danışır, arabir sağ əli ilə təzə qır-
xılmış çənəsini hövkələyirdi. Ə.Vəliyev.
2. Bir şeyi əlinin içində sıxıb əzişdirmək,
əzmək, büzüşdürmək. Maxorkaııı hövkə-
ləmək. - Qız əlində lıövkələdiyi kağızı üzünə
sıxıb .. ağlayırdı. B. Bayramov.
HÖVL is. [ər.] Qorxu, dəhşət, vahimə.
[Şahmar] hövl içində həyət qapısına doğru
addımladı. B. Bayramov. □ Hövl eləmək
(etmək) - qorxmaq, dəhşətə gəlmək, dəh-
şətlənmək, vahimə basmaq. Təklikdən hövl
etmək. -Xəyalı dərinlərə işləyən qoca birdən
hövl edib tərpəndi. B. Bayramov. Hövl gö-
türmək dan. - bax hövl eləmək (etmək).
Siibhanverdizadə əlilə Kosanın sözünü kəsdi,
onu hövl götürdü, .. başı gicəlləndi, otaq ba-
şına fırlandı. S. Rəhimov. Qar basmış və artıq
gecə qaranlığı çöknıüş düzənlikdə Cumanı
bu səsdən hövl götürdü. Ə.Əbülhəsən.
HÖVLƏKİ zərf b a x hövlnak.
HÖVLNAK zərf [ər. hövl və fars. ...nak]
Hövl içində, vəhməli, qorxu içərisində,
dəhşətlə. Mehriban hövlnak yerindən sıç-
rayıb, ətrafına göz gəzdirdi. H.Seyidbəyli.
Bir alim dilindən qopdu qığılcım; Oyandı
hövlnak daş qərinələr. M.Araz.
HÖVSƏLƏ is. [ər. hövsələ - çinədan] Sə-
bir, dözüm, dözmə. Hövsələsi çatmır. - Elə
dərd var ki, dəxi onun qabağında səbir, höv-
sələ mümkün deyil. C.Məmmədquluzadə.
403
HÖVSƏLƏLİ
HUMANİST
[Əlimuxtar:] Eh, çox mənim hövsələm var!
C.Cabbarlı.
0 Hövsələdən çıxmaq -bax hövsələsi
daralmaq. ..Qaş qaralanda adamlar artıq
hövsələdən çıxdılar. S. Rəhman. [İlyas:]
Axırda davım, Tərlanın hövsələdən çıxdı-
ğını görüb, mənə tərəf döndü. Ə.Məmməd-
xanlı. Hövsələsi çatmamaq - bax höv-
sələsi daralmaq. [Maral:] Mənim hövsələm
çatmaz, sən oxu, qulaq asım. S.Rəlıman.
Hövsələsi daralmaq (darıxmaq) - səbir
edə bilməmək, dözə bilməmək, özünü sax-
laya bilməmək. [Sona xanım:] Hövsələm da-
ralıb, ağzıma gələni söyləyirəm. M.F.Axund-
zadə. [Qız] danışmaq istəyirdi, hövsələsi
darıxırdı.. M. S. Ordubadi. Hövsələsi gəl-
məmək - səbri çatmamaq, səbir edə bil-
məmək, dözə bilməmək. Hərçənd orucağız
adamın çox danışmağa hövsələsi gəlmir,
amma, bu da var ki, bir az yazı-pozuya məş-
ğul olsaq, günü yubadarıq, bir də görərik ki,
gün batıb. C.Məmmədqııluzadə. Hövsələsi
tükənmək - səbri tükənmək, daha dözmə-
mək. Qara Kərəmoğlunun adnıı eşidən kimi
Rüstəm kişinin hövsələsi tükəndi. M. İbrahi-
mov. Hövsələsini basmaq - dözmək,
özünü saxlamaq, səbir etmək, toxtamaq.
Zamaııovun tapşırığı çox çəkdiyindən o,
hövsələsini basa bilməyib, özünü kabinetin
qapısına verdi. S. Rəhimov.
HÖVSƏLƏLİ sif. Hövsələsi olan; səbirli,
dözümlü. Çox hövsələli adanıdır. - [Də-
mir:] Şah öz rəiyyətlərinin hövsələli (z.),
dözümlü olub-olmamasını yoxlamaq fikrinə
düşür. Ə.Vəliyev.
HÖVSƏLƏLİLİK is. Hövsələli adamın
xasiyyəti, hövsələli olma; səbirlilik, dözüm-
lülük, dözüm, toxtaqlıq.
HÖVSƏLƏMƏ “Hövsələmək”dən fis.
HÖVSƏLƏMƏK bax hövsəmək. Düyü-
nü hövsələmək. Toxumu lıövsələmək.
HÖVSƏLƏSİZ sif Hövsələsi olmayan,
səbirsiz, dözümsüz, toxtaqsız; bir şeydən
tez darıxan. Hövsələsiz adam tez özündən
çıxar. - Ceyran oxuduğu zaman əsəbi və höv-
sələsiz müəllimləri xoşlamazdı. S. Rəhimov.
Lətiflə yarışan rəqibləri lap yaxında daya-
nıb, hövsələsiz (z.) uzağa, yola baxırdılar.
H.Seyidbəyli.
HÖVSƏLƏSİZLİK is. Hövsələsiz adamın
xasiyyəti; səbirsizlik, dözümsüzlük. İranlı-
ların gecikməsi onları darıxdırırdı, hamı-
dan da çox hövsələsizlik göstərən Məmməd
bəy idi. Çəmənzəminli. [Səkinə Rüstəmə:]
Bizim borcumuz səbirli olmaqdır, ay Rüs-
təm, hövsələsizlik eləyib hər şeyi üzlərinə
vursaq, [Maya ilə Qaraş] da darılıb ipi-
örkəni qırarlar. M. İbrahimov.
HÖVSƏMƏ “Hövsəmək”dən fis.
HÖVSƏMƏK/ Buğdanı, düyünü və s.-ni
zibildən ayırmaq üçün tabaq, sini və s. içə-
risində atıb-tutmaq; hövsələmək. Buğdanı
tabaqda hövsəmək.
HÖVSƏR is. 1 . Dəni hövsəmək üçün tabaq
və s. alət. Buğdanı hövsərlə hövsələmək.
2. Hövsələmə nəticəsində buğda, düyü
və s.-dən ayrılan zibil. Hövsəri toyuqlar
üçün atmaq.
HÖVZƏ 1 is. [ər.] Böyük süni sututar; dər-
yaça. [Səfərli Aydına:] Bu dağlarda isə nə-
həng bir su hövzəsi düzələcək. H.Seyidbəyli.
HÖVZƏ 2 is. [ər.] 1. coğr. Qolları ilə bir-
likdə çayın əhatə etdiyi sahə; dənizə, gölə
yapışıq ərazi. Arazın hövzəsi. - Tərtər çayı
hövzəsində bu sıra dağ çox dərin dərələrə
parçalanır. Q.Gül. Bol nemətli, bərəkətli höv-
zəsi Nilin; Doyurmadı qarnını yoxsul misir-
linin. O. Sarıvəlli.
2. Mədən süxurları, yatağı olan yer. Kö-
mür hövzəsi. - İkinci həftədir o gəlir bura;
Uzaq Almaniyadan - Rur hövzəsindən.
Ə.Kürçaylı.
HÖYÜŞ sif. Bir qədər yaş, nəm, nəm çək-
miş, nəmli. Höyüş taxıl. - İnsanlar bezikib
cana dayandı! Qurunun oduna höyüş (is.)
də yandı. S.Vurğun. Qızışıb höyüş otlar;
Alışır çubuq kimi. M.Rahim.
HÖYÜŞLƏNMƏ “Höyüşlənmək”dən fis.
HÖYÜŞLƏNMƏK/ Nəm çəkmək, nəm-
lənmək, yaşlanmaq, rütubətlənmək. Un ba-
yırda qalıb lıöyiişləndi.
HULU is. bot. Üzü xovlu iri şaftalı növü;
sarı şaftalı. [Piri baba:] Qızım, daha bəsdir,
düş gedək bir qədər armud, üzüm və hulu
yığaq. S.S. Axundov.
HUMANİST [lat.] 1. Humanizm (1-ci mə-
nada) nümayəndəsi, humanizm tərəfdarı.
404
HUMANİSTCƏSİNƏ
2. insanpərvər, insansevər, humanizm
(2-ci mənada) məsləkli adam. // Sif. məna-
sında. Humanist ideyalar. Humanist mədə-
niyyət. - C. Məmmədquluzadə böyük huma-
nist yazıçı olduğundan həyatdan yazır.
M. İbrahimov.
HUMANİSTCƏSİNƏ sif İnsanpərvər-
cəsinə, insansevərcəsinə, insancasma, in-
sani. insanlara humanistcəsinə münasibət.
HUMANİTAR sif. [lat. himanites - bəşə-
riyyət] : humanitar elmlər - ictimai elmlər,
insanı və onıın mədəniyyətini öyrənən
elmlər (tarix, iqtisadiyyat, filologiya və si).
HUMANİZM [lat. humanus - insan]
1. intibah dövrünün, insan şəxsiyyətinin
azad inkişafı, feodalizm və katolisizm zən-
cirindən azad olması prinsipini elan etmiş
mütərəqqi hərəkatı.
2. insan ləyaqətinə hörmət; insanpər-
vərlik, insansevərlik. Humanizm idealları
vətəndaşı da. sənətkarı da həyata və həqi-
qətə tərəf çəkir. M.Ibrahimov. Udur xırda
balıqları qoca timsah .. Göz yaşları axır,
axır. Deyir: - Sülhü qoruyuram bu sularda;
Quyruğuna humanizm nişanını özü taxır,
qoca timsah. R.Rza.
HUNLAR cəm IV əsrdə Asiyadan Avro-
paya gələn türkdilli köçəri tayfalar. Belə ya-
şamışdır dünən və bu gün; Bizim keçmişimiz
- oğuzlar, hunlar. B.Vahabzadə.
HURİ is. [a/-. ] Əsil mənası “cənnət qızı”
olub, klassik şeirdə təşbeh yolu ilə gözəlin
epitetlərindən biri kimi işlənir. [Koroğlu
dedi:] Səndən qeyri huri görsəm sevmərəm;
Qaldır rübəndini, görüm gül üzün. “Koroğ-
lu”. Cənnətin hurisi, ərzin mələki; Yetişməz,
yüz çala əl-ayaq sənə. Q. Zakir. [Şahbaz
bəy:] ..Mənim ki, sənin [Şərəfnisə xanım]
tək gözəl yarım var, behişt huriləri gözümə
görünməz. M.F.Axundzadə. □ Huri kimi -
çox gözəl qadın (qız).
HUŞ is. [fars.\ 1. Diqqət, fikir. ..Bir is-
kamyada oturan oğlanın huşunun yarısı
müəllimdə olanda, yarısı da yanındakı qızda
olacaq.. C. Məmmədquluzadə. [Dərviş:] Hu-
şum və bədənim ləmsləşdi, pozğunlaşdı, özü-
mü duymaz oldıım.. A.Divanbəyoğlu. □ Huşa
getmək - fikrə getmək, fikrə dalmaq, xə-
yala dalmaq. Mən səni düşünərək getdiyim
HUŞ
zaman huşa; Bəlkə də sən girirsən əlbəyaxa
vuruşa? Ə.Cəmil. Huşu dağılmaq - fikrini
cəmləşdirə bilməmək, fikri dağılmaq. Hu-
şundan çıxmaq - yadından çıxmaq, unutmaq.
2. Mürgü, yarıyuxulu hal. □ Huş apar-
maq, huşa getmək - mürgüləmək. - [Sayalı
və Duma] xəstəxanadan içəri girən zaman
Xasay huşa getmişdi. Ə.Vəliyev. Kamal da
yerinə uzanmış, amma yatmamışdı. Arabir
onu huş aparırdı. M.Rzaquluzadə.
0 Huşa getmək - bax huşunu itirmək.
[Vəzir:] [Oğlanın] .. xörəyinin içinə bihuş-
dan tökün. Huşa gedən kimi götürüb tolaz-
layın bir dərənin içinə. (Nağıl). Huşa gəl-
mək - ayılmaq, huşu özünə gəlmək, özünə
gəlmək. Reyhan huşa gəlib, özünü divlərin
yanında gördü. (Nağıl). [Münəwər:] Ana,
sən insaf elə, qoy mən o qədər bu evdə qalım
ki, babam huşa gəlsin. M. S. Ordubadi. Huşa
gətirmək - ayıltmaq, özünə gətirmək. Qa-
raçılar xeyli çalışdıqdan sonra hər ikisini
[Yasəmən ilə Qaraca qızı] huşa gətirdilər.
S.S. Axundov. Adamlar oğlanı örtülü maşın-
ların birinin içinə aparıb, huşa gətirməyə
başladılar. Ə. Sadıq. Huşdan getmək -
bax huşunu itirmək. Axırda Dəmirçioğlu
huşdan gedib yıxıldı. “Koroğlu”. Huşu ba-
şına gəlmək -bax huşa gəlmək. Gülşə-
kərin huşu yavaş-yavaş başına gəlir, adam-
ları tanımağa başlayırdı. Ə.Vəliyev. Huşu
baş(ın)dan çıxmaq (uçmaq) - bax huşu-
nu itirmək. Şahzadə Mütalibiıı huşu başın-
dan uçdu. Bir vaxt gözün açıb gördü, lələ
köçüb, yurdu boş, qızlardan əsər yoxdu..
(Nağıl). [Bəhram] duruxdu, sanki huşu ba-
şından çıxdı. Ə.Vəliyev. Huşunu aparmaq
- heyran etmək, məftun etmək, valeh et-
mək. Əziziyəm bağ sinə; Səyyad keçər dağ
sinə; Baxdını, huşum apardı; Mərmər buxaq,
ağ sinə. (Bayatı). Huşunu başına yığmaq -
fikrini cəmləşdirmək, düşünmək, fikirləş-
mək, götür-qoy eləmək. Mən məəttəl qal-
mışdım və heç macal eləmədim ki, huşumu
başıma yığam.. C. Məmmədquluzadə. Hu-
şunu itirmək - bihuş olmaq, özündən get-
mək, huşdan getmək, bayılmaq, qəşş etmək.
[Nəbi:] Yazığın üz-gözü, hər yeri qandır;
Huşunu itirib, halı yamandır. S. Rüstəm.
405
HUŞ-GUŞLA
HUŞ-GUŞLA zərf Bütün diqqətini topla-
yaraq, diqqətlə, diqqət yetirərək, fikrini
cəmləşdirərək. Huş-guşla məruzəçini din-
ləmək. - Qərəz, gördüm ki, müsəlmanlar
yığışıblar bir dükanın qabağına və huş-
guşla qulaq asırlar. C.Məmmədquluzadə.
Qadir əmisini dinləyir, süfrə kənarında otu-
ranların da tamam huş-guşla Həmzəyə qu-
laq asdıqlarını .. xatırlayırdı. Ə.Əbüllıəsən.
HUŞLU sif. Huşu, ağlı başında olan; fə-
rasətli, dərrakəli, hafizəli. Huşlu adam. Çox
hıışlu uşaqdır.
HUŞLU-BAŞLI sif. Hafizəsi, yaddaşı
yaxşı olan; hafizəli. Anlaşılırdı ki. Nisə xala
bütün kənd işləri ilə əlaqədar, təsərrüfatçı,
huşlu-başh qadındır. Qantəmir.
HUŞSUZ sif. və zərfi. Huşu, yaddaşı ol-
mayan, yadında şey qalmayan; unutqan,
hafizəsiz, fikridağınıq. Huşsuz adam. -
[Xudayar qazıya:] [Zeynəb] o qədər dəlidi
ki, o qədər huşsuzdu ki, qorxuram ki, lap
dana, deyə ki, mən oğlumu heç vəkil eləmə-
mişəm. C .Məmmədquluzadə .
2. Huşunu itirmiş, huşu olmayan; bayıl-
mış, bayğın. Xəstə huşsuz haldadır. - Kənd-
lilər .. gördülər ki. Molla Qasım meyiti qu-
caqlayaraq huşsuz uzanmışdır. S.S.Axundov.
HUŞSUZLUQ is. 1. Huşu olmayan, ya-
dında şey qalmayan adamın halı; hər şeyi
unutma, yadından çıxartma; unutqanlıq. Huş-
suzluqdan dərs yadında qalmır.
2. Huşunu itirmə, huşu başından getmə,
özündən getmə; bayğınlıq. Huşsuzluqdan
ağrı hiss etməmək.
HUŞYAR sif. və is. [fars.] klas. Ağıllı,
düşüncəli, şüurlu, dərrakəli. Huşyar adam.
- Mülki-düııya aqibət bərbad olur, ey
huşyar! S.Ə.Şirvani. Mən özüm dariil-
müəllimini qurtaran zaman Naxçıvanda hə-
min bir halda özümdən artıq huşyar dost-
larıma rast gəldim və onlar ilə tutuşdum.
C.Məmmədquluzadə. // Ayıq, sayıq, diqqətli.
□ Huşyar olmaq - ayıq olmaq, sayıq ol-
maq, diqqətli olmaq. Ol ləlızə ki huşyar olur-
san; Əlbəttə ki, şərm-sar olursan. Füzuli.
Oxuculardan təvəqqe edirəm ki, müxbirimiz
Mozalanbəyin Ordubad və Əylis barəsində
yazdığı sözlərə bir qədər əhəmiyyət versin-
HÜCUM
lər. Bu işləri səhl saymaq olmaz, huşyar ol-
maq lazımdır. C.Məmmədquluzadə.
HUŞYARLIQ is. Ağıllılıq, dərrakəlilik,
şüurluluq, düşüncəlilik. // Ayıqlıq, sayıqlıq,
diqqətlilik.
HUYLAMA “Huylamaq”dan fis.
HUYLAMAQ f. “Huy” deyə çağırmaq;
səsləmək, haylamaq. ..Pası özünü təkrar tən-
bəki və boranı çəpərinin içinə salıb, toyuqları
kişləməyə və huylamağa başladı. S.Rəhimov.
HÜBAB is. [ər.] 1. Yağış yağanda su üs-
tündə əmələ gələn qabarcıqlar.
2. köhn. Köpük. Bu vilayət şahının qəlbi
inam nöqtəsi; O da ki, su üzündə bir köpük-
dür, hübabdır. Şəhriyar.
HÜCEYRƏ is. [ər.] biol. Canlı orqanizm
quruluşunun protoplazma, nüvə və qişadan
ibarət ən sadə vahidi. Çünki hər dəqiqəniz;
əvvəlkinə bənzəmir; Bədəndə hüceyrəniz;
belə dəyişir hər an. R.Rza.
HÜCEYRƏ ARASI, HÜCEYRƏDAXİLİ
sif. biol. Hüceyrə toxumaları arasında olan.
Hüceyrəarası ( hüceyrədaxili ) maddə. - Tər
şəklində bədəndən çıxan su əsasən hücey-
rəarası mayedən və qandan ifraz olunur.
HÜCRƏ is. [ər.] Məscid, təkyə, karvan-
sara və s. yanındakı kiçik otaqlardan hər
biri. Mən Hacağa karvansarasının bir hüc-
rəsində yaşayırdım. S.Hüseyn.
HÜCUM is. [ər.] 1. irəliləmək məqsədilə
qoşunların düşmənə qarşı apardığı hərbi
əməliyyat; həmlə. Cəbhə boyu hücum.
Düşmən üzərinə şiddətli hücum. Hücumun
qabağını almaq. - Qala qoşunu düşmənin
hücumunu dəf etməyə çalışırdı.. Çəmənzə-
minli. [Əmrah] düşməni hücum əsnasında
öldürdüyündən sevinirdi. M.Hüseyn. □ Hü-
cum çəkmək - 1) bax hücum etmək 2, 3
və 4-cü mənalarda. Sona əyri-əyri baxır
Məşədi Zeynəbin üzünə və birdən onun üs-
tünə hücum çəkib itələyir. C.Məmmədqu-
luzadə. İllər ötdü, ölkəyə düşdü yenə qan-
qada; Fateh Sultan Süleyman hücum çəkdi
Bağdada. B. Vahabzadə; 2) hamı birdən bir
şeyə tərəf sürüb getmək. Camaat hücum
çəkdi kassanın qabağına. Ə.Haqverdiyev.
Hücum etmək - 1) düşmənə qarşı fəal
hərbi əməliyyat apararaq irəliləmək, həmlə
etmək. Diviziya düşmənə hücum etdi. - Sə-
406
HÜCUM
HÜQUQ
fər də bir tərəfdən hücum edib, sağa-sola
qılınc çalırdı. Çəmənzəminli; 2) məc. pis
niyyətlə bir şeyin və ya bir şəxsin üzərinə
yürümək, üzərinə atılmaq, üstünə cummaq.
Sərxanın dəstəsi .. darvazaya hiicıım etdi.
M. Hüseyn; 3) birdən üstünə atılmaq. Kən-
din girəcəyində itlər bizə hücum etdi. Arılar
üstümüzə hiicum etdi ; 4) məc. dan. acgöz-
lüklə yeməli bir şeyin üstünə döşənmək,
tələsə-tələsə götürüb yemək. Kababın
üstünə hücum etdilər; 5) məc. irəliləyərək
böyük bir sahəni, ərazini tııtmaq; basmaq,
yayılmaq. Sel tarlalara hücum etdi. -
Qırmızı alov irəli hücum edir, .. buğda
dərzlərini yandırıb məhv edirdi. Ə. Vəliyev.
Dənizin şıltaq ləpələri hücum edib izləri
yalayır. H.Seyidbəyli. Hücuma keçmək -
1) ansızın hücum etmək, hücuma başlamaq.
Qoşunlar gecəyarı hücuma keçdilər. [Qə-
tibə:] Rey qoşunu Qəzvin altına gəlmədən
qabaq müharibəyə başlanmasın, hərgah
azərbaycanlılar hücuma keçərsə, müdafiə
halında durmalısınız. M.S. Ordubadi; 2) biri-
nə qarşı müdafiədən hücuma keçmək. Ra-
mazan hücuma keçib, usta Nemətin boğa-
zını qurutmuşdu. M. Hüseyn. Hidayət açıq
hücuma keçdi, qorxub çəkinmədi. B.Bayra-
mov. // Ələ keçirmək, yaxud xəsarət
yetirmək və s. üçün üzərinə atılma. Silahlı
hücum. Canavarın qoyunlara hücumu.
// Basqın. Quldurların hücumu. - Bu tədbir
ilə mülki-Iran taifeyi-bigaııənin hücumun-
dan məhfuz qaldı. M.F.Axundzadə. □ Hü-
cum etmək - basqın etmək.
2. İttihamla, yaxud qərəzlə birinin üstünə
düşmə, ağır sözlərlə üzərinə həmlə etmə.
Keflilik İskəndəri Şeyx Nəsrullahın fitvala-
rından, avamın hücumundan qoruyur,
ölümdən saxlayır. M. İbrahimov. // məc.
Özünə tabe etmək və ya qarşısını almaq
üçün göstərilən ciddi fəaliyyət, əməliyyat.
Kortəbii qüvvələr üzərinə hücum. Selə qarşı
hücum genişlənir. Çəyirtkəyə qarşı hücum.
- Pələng nərə çəkir hücumdan qabaq; Bir
an da bir yerdə durmayaraq. B. Vahabzadə.
3. idm. Futbol, xokkey, şahmat və s. oyun-
larda: xal qazanmaq üçün daha fəal hərə-
kətə keçmə, irəliləməyə çalışma, mübari-
zəni gərginləşdirmə, rəqibi sıxışdırma.
Mərkəz hücumçusunun hücumu. Boksçunun
gözlənilməz hücumu. Atla şah cinahıııa
hücum. - Fəxrəddin hücum başlandığını gö-
rüncə, topu havaya tullayaraq Alacanı mah-
mızladı. M.S. Ordubadi.
HÜCUMÇU 1 . sif. hərb. Hücum üçün olan,
hücum edən. Hücumçu dəstə. Zirehli hü-
cumçu təyyarələr. // is. Hücum edən qoşun
hissəsi, tank dəstəsi, təyyarə və s. Buyanda
hazırlanır; Döyüşə hücumçular. R.Rza.
2. is. idm. Hücum xəttində oynayan id-
mançı (futbolda, xokkeydə və s.). Hücumçu
ilə yarımmüdafiəçilərin əlbir oyunu.
HÜD-HÜD bax şanapipik. Şahlıq tac ilə
olmaz, əldə cami-Cəm gərək; Yoxsa vardır, ey
pərivəş, hüd-hüdün başında tac. S.Ə.Şirvani.
HÜDUD is. [ər. “hədd” söz. cəmi] 1. Sər-
həd. Vətənin hüdudlarını qorumaq. - [Qızıl
Arslan:] Atabəy Məhəmməd sənin tərəfin-
dən vəkil ediləndən bəri məmləkətin hüdud-
larını Kirmana qədər genişləndirmişdir.
M.S.Ordubadi.
2. Hədd, ölçü, hədd-hüdud. Uşağın se-
vincinin hüdudu yox idi. — Hüdudu var hər
ağrının, hər işgəncənin; Külək yatır, qar da-
yanır, açılır səhər. S. Vurğun. Xeyir-şər qol-
qola! Nə yüksəkliyin; Nə də alçaqlığın hü-
dudu yoxmuş. B.Vahabzadə.
HÜDUDLAMA “Hüdudlamaq”dan/w.
HÜDUDLAMAQ/ Hüdud qoymaq, hüdu-
dunu müəyyən etmək, sərhəd çəkmək, hədd
qoymaq.
HÜDUDSUZ sif. Həddi-hüdudu olmayan,
ucsuz-bucaqsız, sonsuz. Hüdudsuz okean.
Hüdudsuz səma. - Uydurmanın; Riyanın;
Gah əskilən, gah artan; Hüdudsuz arşı-
nıyla; Həqiqət ölçülərmiş... B.Vahabzadə.
HÜDUDSUZLUQ is. Həddi, hüdudu ol-
mama, sonsuzluq.
HÜKƏMA is. [ər. “həkim” söz. cəmi]
klas. Hikmət və fəlsəfə alimləri; alimlər.
Avropalılar da axır vaxtadək bu məsələ ilə
məşğul idilər, hükəma arvadın beynini
ölçüb-biçməyə, tərəziyə qoyub çəkməyə
vaxtını sərf eləyiblər. Çəmənzəminli.
HÜQUQ is. [ər. “həqq” söz. cəmi] 1 . Döv-
lət tərəfindən müəyyən olunan və tətbiq
edilən, insanlar arasında ictimai münasibət-
ləri nizama salan və hakim sinfin iradəsini
407
HÜQUQ
ifadə edən normaların, qaydaların məc-
musu. Seçki hüququ. - insan hüququndan
dərs deyən ölkə; Haqqı bağ giincünə niyə
atmısan? B. Vahabzadə. // Cəmiyyətin təş-
kilinin, həyat və fəaliyyətinin hər hansı bir
cəhətinə aid olan dövlət hüquq və qərar-
larının məcmusu. Əmək hüququ. Mülki
hüquq. Vətəndaşlıq hüququ. H Hər hansı bir
məsələyə dair dövlətlər arasındakı qarşı-
lıqlı münasibətləri nizama salan beynəlxalq
sazişlərin, müqavilələrin məcmusu. Dəniz
hüququ. H Həmin qayda və normalar haq-
qındakı qanunlardan bəhs edən elm və onun
bu və ya başqa bir sahəsi. Mülki hüquq
mütəxəssisi. Cinayət hüququndan mühazirə.
Hüquq elmləri doktoru. - Mehman sənəd-
lərini təqdim edib hüquq fakültəsinə daxil
oldu. S. Rəhimov.
2. Bir iş görmək, bir şeyi həyata keçir-
mək üçün dövlət qanunları ilə verilən azad-
lıq, imkan, ixtiyar. Vətəndaşların hüquqları.
Fəhlə sinfinin siyasi hüquqları. Sosial
təminat hüququ. Varislik hüququ. - Asudə
nəfəs çəkməyə halət edə fəhlə; Yainki hüquq
üstə ədavət edə fəhlə. M.Ə. Sabir. Və yenə də
biz başa düşmürük ki, osmanlı arvadları nə
hüquq istəyirlər? C. Məmmədquluzadə.
// Birisinə vəzifəsini yerinə yetirmək, müəy-
yən vəzifə tutmaq ixtiyarını verən rəsmi
icazə, vəsiqə. Müəllimlik hüququ. H dan.
Hər hansı bir şəxsə avtomobil, motosiklet
və s. sürmək ixtiyarı verən sənəd. Sürücü-
lük hüququ.
3. Bu və ya başqa bir tərzdə hərəkət et-
mək, iş görmək imkanı; ixtiyar. Yeni təyin
edilmiş müdirə böyük hüquqlar verilmişdir.
— [Cahan:] Imdi bizim hüququmuz kişilərlə
bərabərdir. Ə.Haqverdiyev.
4. Əsas, sübut, haqq. Bu adı daşımağa heç
bir hüququ yoxdur.
5. kölın. Əmək haqqı, zəhmət haqqı; maaş,
aylıq, donluq. ..Həmin uşqolda həftədə iki
saat şəriət dərsi deyib, ayda on iki manat
yarım hüquq alasınız. C.Məmmədquluzadə.
0 Hüquq məsləhətxanası - əhaliyə
hüquq məsələlərinə dair məsləhətlər ver-
mək üçün vəkillər kollegiyası şöbəsi. Hü-
quq məsləhətçisi - bir idarənin, müəssi-
sənin və s.-nin hüquq məsələlərinin praktik
HÜLQUM
həlli ilə məşğul olan və hüquq təşkilatların-
da (arbitrajda, məhkəmədə və s.) onun mə-
nafeyini müdafiə edən hüquqçu.
HÜQUQÇU is. 1 . Hüquq sahəsində prak-
tik işçi. Məhkəmənin hüquqçusu.
2. Bax hüquqşünas.
HÜQUQİ sif. [ar.] 1. Hüquqa əsaslanan,
hüquq normalarına uyğun olan. Hüquqi
münasibətlər. Hüquqi qayda. - Qanımızı
tökənə bundan sonra yenə də; Biz inanaq,
ay Allah? Budurmu yaratdığı təzə hüquqi
dövlət? B. Vahabzadə.
2. Hüquq normaları, hüquq qanunları və
onların praktik tətbiqi ilə bağlı olan. Hüquqi
əsaslar. Hüquqi normalar. Məsələnin hüqu-
qi incəlikləri.
3. Bir işi görməyə rəsmi hüququ, ixtiyarı
olan: hüquqlu. Mülkün hüquqi sahibi.
0 Hüquqi şəxs - müəyyən hüquq və
vəzifələri təmsil edən idarə, müəssisə və ya
təşkilat.
HÜQUQLU sif. Hüququ olan, hüquqdan
istifadə edən.
HÜQUQSUZ sif və zar/’Siyasi və vətən-
daşlıq hüququ olmayan, hüquqlardan məh-
rum, hüququ əlindən alınmış. Nə bilim bir
düha doğuracaqmış; Hüquqsuz ömriinun acı
qışları.. M.Müşfıq. Əsrlərdən bəri hüquqsuz
yaşayan bir xalq, nəhayət, azad nəfəs ala bil-
di. M. İbrahimov.
HÜQUQSUZLUQ is. Siyasi və ictimai
hüququn olmadığı hal, hüquqsuz adamın hal
və vəziyyəti.
HÜQUQŞÜNAS is. [ər. hüquq və fars.
...şünas] Hüquqşünaslıq mütəxəssisi; hü-
quqçu. Hüquqşünasların elmi sessiyası.
Alim-lıüquqşünas. - [Anası Vahidə:] Mən
istəyirdim ki, sən hüquqşünas olasan!
B.Bayramov.
HÜQUQŞÜNASLIQ is. 1 . Hüquq elmləri-
nin məcmusu. Azərbaycan hüquqşünaslığı.
2. Hüquqşünasın ixtisası, sənəti, peşəsi.
Hüquqşünaslıqla məşğul olmaq.
HÜLQUM is. [ ər .] anat. Həzm cihazının,
ağız boşluğunu qida borusu ilə birləşdirən
əzələ borusu. Pazaq Vəli təəccübdən yerin-
də donub qaldı. Boğazının nazik dərisini az
qala deşib çıxan hülqumu tez-tez enib
408
HÜLQUMLAMA
qalxdı. İ.Məlikzadə. //Ümumiyyətlə, boğaz
mənasında da işlədilir.
0 Hülqumu qurumaq - bərk qorxmaq,
qorxudan özünü itirmək. Hülqumundan ya-
pışmaq - boğazından yapışmaq, hülqum-
lamaq. Hülqumundan keçirmək - bax
həzm-rabedən keçirmək ("həzm”də).
Hülqumunu üzmək - öldürmək. [Əsgər:]
Tapaq, birdəfəlik onun hülqumunu üzək.
Ə.Əbiilhəsən.
HÜLQUMLAMA “Hülqumlamaq”dan/ is.
HÜLQUMLAMAQ f. Hülqumundan tut-
maq, boğazından yapışmaq, boğazlamaq.
HÜMAYUN \Jars.] 1. is. Azərbaycan
klassik muğamlarından birinin adı. Milləndi
qığılcım kimi zülmətdə hümayun; Dağ üstü-
nə dağ basdı müsibətdə hümayun ; Ülviyyə-
tə, qüdsiyyətə, şeyriyyətə çatmış; Fəryadda
Segah, gizli şikayətdə hümayun. B.Vahabzadə.
2. sif. Uğurlu, məsud, mübarək məna-
sında olub, keçmişdə padşahlar, sultanlar və
onlarla bağlı şeylər haqqında deyilən söz.
[Vəliəhd şahzadə haqqında:] Bu xəyanət-
karın xəyanəti nəticəsində uzun müddətdir
ki, əlahəzrət hümayuna gecə-gündüz yuxu
haram olmuşdu. P.Makulu.
0 Hümayun ağı köhn. - qalın ağ parça
növü. Vəzir .. bir erkəyi öldürtdiirüb, hüma-
yun ağına bükdürdü. “Qurbani”. [Əsəd
kişi:] Hümayun ağıdır, on beş arşın, məni
ona bükərsiniz. B. Bayramov.
HÜMMƏT is. [ər.] Cəhd, səy, qeyrət, əl-
ələ verib çalışma, təşəbbüs. El hümməti, el
qüdrəti vardır qolumuzda ; Bir gün alarıq
biz bu qisası yenə səndən. Ə.Vahid. // Yar-
dım, kömək, qeydkeşlik. □ Hümmət et-
mək - 1) çalışmaq, səy etmək, cəhd etmək,
qeyrət göstərmək, əl-ələ vermək, təşəbbüs
göstərmək. ..Ümid var ki, İrəvan əhli
hümmət edib, az zamanda məktəblərin hər
bir mayehtacını düzəldələr. F.Köçərli. [Hacı:]
Şamaxılı Şamaxıdan, gəncəli Gəncədən,
şəkili Şəkidən, nə ki imkan var hümmət elə-
yək.. Mir Cəlal; 2) kömək etmək, yardıma
qoşmaq, əlindən tutmaq. [Kərəm:] Dağlar,
hümmət edin, burda qalmayım; Qalırsam
da qürbət eldə ölməyim. “Əsli və Kərəm”.
HÜNDÜR sif. 1 . Uca, yüksək. Hündür di-
var. Hündür dağ. Hündür boy. - Çay hündür
HÜNƏR
və yaşıl təpələrin arasilə axıb gedir. M.İbra-
himov. iri, qol-budaqlı, hündür tut ağacının
altında manqal qoyulmuşdu. İ. Hüseynov.
2. Ucaboy! lu), hündürboy(lu). Hündür kişi.
- [Camal] atası kimi hündür , eıılikiirək bir
oğlandı. S.Vəliyev. Əlləzoğlu cırtdan göv-
dəsini çəkib, bu iri, qol-budaqlı, hündür
adamın [Səmədin] qarşısında özünü yığış-
dırdı. İ. Hüseynov.
3. Müqayisədə işlənir. Bu bina o binadan
hündürdür. Ev həyətin divarından hündür-
dür. - O, Teymurdan bir daban hündürdü.
M. Hüseyn.
HÜNDÜRBOY (LU) sif. Boyu hündür olan;
ucaboy! lu), boylu-buxunlu. Hündiirboy(lu)
gənc. - Minayə hündürboylu, qarayanız, incə
bir arvaddı. Ə.Əbiilhəsən. ..Kərimov əlli yaş-
larında, gözəlsifətli, lıündiirboy bir kişi idi.
H.Seyidbəyli.
HÜNDÜRCƏ sif. Bir az, bir qədər hündür,
uca. Hiindiircə barı. Hütıdürcə kişi. H Çox
hündür, çox uca. Hiindiircə bir təpə.
HÜNDÜRDƏN zərf 1 . Çox hündürdə; uca-
dan, yüksəkdən. Təyyarə hündürdən uçurdu.
2. Səsini ucaldaraq; ucadan, bərkdən.
Hündürdən gülmək. — Katib qırmızı karan-
daşı əlinə alaraq, qarşısındakı kağızda ya-
zılan adları bir-bir hündürdən oxumağa baş-
ladı. Ə.Sadıq. Hamı hündürdən danışdığı üçün
ağız deyəni qulaq eşitmirdi. B. Bayramov.
HÜNDÜRLÜK is. 1. Hündür şeyin halı;
ucalıq, yüksəklik. Divarın hündürlüyü. Ağa-
cın hündürlüyü.
2. Rəqəmlərlə: bir şeyin yerdən, otura-
caqdan, səthdən ən yüksək nöqtəsinə qədər
olan məsafə. Evin hündürlüyü. Üçbucağın
hündürlüyü. - Yüz addım keçdikdən sonra
birsajııı hündürlükdə açıqlıq bir təpəyə çat-
dıq. H.Nəzərli.
3. Hündür yer; təpə, təpəlik. Hündürlük-
də ot biçmək. - ..Biilənd atı bir hündürlüyün
yanına çəkərək, atın iistiinə tullandı.
Ə.Əbülhəsən.
HÜNDÜRLÜKÖLÇƏN is. Hündürlüyü
ölçmək üçün cihaz. Təyyarənin hiindürlük-
ölçəni. Hündürlükölçəniıı göstəricisi.
HÜNƏR is. [ər.] 1. Bacarıq, məharət, us-
talıq, qabiliyyət, fərasət. Belə bir işi görmək
409
HÜNƏRLƏNMƏ
üçün hünər lazımdır. - ..Hamı pəhləvanla-
rımız öz hünərlərini çıxartdılar meydana..
C. Məmmədquluzadə. Sənət bir hünərdir,
bəli, bir hünər ; Ayağın qoy alsın gücünü
yerdən. N.Xəzri. □ Hünər etmək - 1) bax
hünər göstərmək. [Qoca kəndli:] Bunun
yarısını əkə bilsək, böyük hünər eləmiş
olarıq. Ə.Haqverdiyev; 2) cəsarət etmək,
şücaət göstərmək. Hünər göstərmək - öz
ustalığını, məharətini, bacarığını nümayiş
etdirmək. Şiraslan belə bir iş görmək, bir
hünər göstərmək istəyirdi. S.Rəhimov. Bəs
Yaşar necə bir hünər göstərmişdi ki, ona bu
cür ad qoymuşdular? M. Rzaquluzadə.
...hünəri deyil - bacarmaz, edə bilməz, əlin-
dən gəlməz. Gilavarın xətir-hörmət nəzərə
almadığı beh bir zamanında .. hətta .. dal-
dalarda gəzmək hər oğulun hünəri deyildi.
B. Bayramov.
2. Çətin şəraitdə mühüm bir işi, tədbiri,
tapşırığı həyata keçirmək üçün rəşadət,
şücaət, qoçaqlıq, fədakarlıq. - [Koroğlu:]
Aləmə bəlli hünərim ; Çənlibeldə dəlilərim ;
Mərd igidə peşkəş sərim; Qaçırtmaz mey-
dandan məni. “Koroğlu”. Nə zaman ki, uçan
bir qız seyrə çıxar göyləri; Ağızlardan-
ağızlara gəzər onun hünəri. S. Vurğun.
□ Hünər göstərmək - qəhrəmanlıq etmək,
qoçaqlıq, igidlik göstərmək. Qolac qolla-
rımı gərrəm; Meydanda hünər göstərrəm.
"Koroğlu”. Oğlum bu gün cəbhədədir, nərə
çəkir bir nər kimi; Mənim gəndik illərimdə
göstərdiyim hünər kimi. S.Vurğun.
3. klas. Sənətkarlıq, ustadlıq, istedad. Hü-
nər sahibi. -Alimin ki özündə yoxdur hünər;
Eləməz bir kəsə kəlamı əsər. S.Ə.Şirvani.
Ustadın işin, işlədiyin xam nə bilsin? Elmin,
hünərin qiymətin islam nə bilsin? M.Ə.Sabir.
HÜNƏRLƏNMƏ “Hünərlənmək”dən fis.
HÜNƏRLƏNMƏK f. Qeyrətə gəlmək,
cəsarətə gəlmək, ürəklənmək.
HÜNƏRLİ sif və is. 1. Bacarıqlı, məha-
rətli, qabiliyyətli, qeyrətli, əlindən iş gələn.
Hünərsiz özgəyə güvənər, hünərli özünə.
(Ata. sözü).
2. Qoçaq, igid, cəsur, cürətli. Gündüzlər
hünərli görünən qazaq; Qaranlıq düşəndə
olur yapalaq. H.K.Sanılı. Bayırıdır xan mi-
HÜRKDÜRMƏ
silsiz bir bayram şənliyi qurmuş, sağında-
solunda .. hünərli ərlər durmuşdular.
M.Rzaqııluzadə.
HÜNƏRMƏND sif. [ər. hünər və fars.
...mənd] klas. bax hünərli. Biz qoca qaf-
qazlı igid ərlərik; Cümlə hünərməndlərik,
nərlərik. M.Ə.Sabir.
HÜNƏRSİZ sif. Hünəri olmayan, hünəri
çatışmayan, hünər göstərə bilməyən; baca-
rıqsız, qabiliyyətsiz, istedadsız, fərsiz, fəra-
sətsiz. Hünərsiz adam. - Elmsiz kimsənə
hünərsizdir; Elmi-bitərbiyət səmərsizdir.
S.Ə.Şirvani. O insandır ki, hər haqqı, nəsibi
qəhrəmanlıqdır; Hünərsiz millətin yurdu
günəşsiz bir qaranlıqdır. S.Vurğun.
HÜNƏRSİZLİK is. Bir işi görməyə hü-
nəri, bacarığı, cəsarəti, qabiliyyəti, fərasəti,
biliyi çatışmamaq.
HÜNƏRVƏR sif. və is. [ər. hünər və fars.
...vər] 1. Hünərli, mərifətli, məharətli, qüd-
rətli, ustad. Hünərvər insana hörmət və
ehtiram göstərilməlidir. - Amma mən elə
qanıram ki, Sabir kimi hünərvər şairin qa-
bağına çıxmaq o qədər də asan olmaya gə-
rək. C.Məmmədquluzadə.
2. Şücaətli, qoçaq, igid, qorxmaz. Hünər-
vər əsgər. - Zəncir tək düzülüb on beş
hünərvər. H.K.Sanılı. Fürsəti vermədən
əyləşir yerə; Ölüm heyrət edir o hünərvərə.
M.Rahim.
HÜNÜ is. məh. Ağcaqanadın adlarından
biri. Bir yan, görürsən, uşaqlar oynaşır;
Milçək vızıldaşır, hünü qaynaşır. A.Səhhət.
HÜRDÜRMƏ “ H ürd Ürrn o k ” don /.7.s\
HÜRDÜRMƏK f. Hürməsinə səbəb ol-
maq, hürməyə məcbur etmək. İti qısdırıb
hürdürmək.
HÜRƏYƏN sif. Çox hürən, boş-boş hü-
rən (it haqqında). Hürəyən it.
HÜRGÜC is. Bəzi heyvanların (məs.,
dəvənin) belində piy yığınından əmələ gə-
lən bir və ya iki çıxıntı. O karvanlar ki,
caydaq dəvələrin hürgücləri dərisi qapqara
tuluqlarla yüklü olurdu, onlar keçdikləri
kəndlərə, obalara o şəhərin göndərdiyi işığı
paylaya-paylaya baş alıb günbatana doğru
gedərdilər. Ə.Məmmədxanlı.
HÜRKDÜRMƏ “Hürkdürmək"dən fis.
410
HÜRKDÜRMƏK
HÜRKDÜRMƏK f. bax hürkütmək.
Qoyımu hürkdürmək. Quşları hürkdürmək.
HÜRKƏK bax ürkək. [Gəray:] Ban,
ram oldumu hürkək ceyran? A.Şaiq.
HÜRKƏKLİKbax ürkəklik.
HÜRKMƏ “Hürkmok”don f.is.
HÜRKMƏK f. Gözlənilməz səsdən,
adamdan və s.-dən qorxub çəkilmək və ya
qaçmaq; ürkmək, qorxmaq (heyvanlar və
quşlar haqqında). Sərçələr maşın səsindən
hürküb uçdıı. - Dəvələr hürkərək bir-birinə
dəyib bütiin yolıı tuturdular. M. İbrahimov.
..Qağayılar hürküb qayadan uçmuşdu.
S. Vəliyev. // Eyni mənada adam haqqında.
Qaranlıqdan hürkmək. - [Fərman Mələyə:]
Bilirəm, sən məndən lıürkürsən. M. İbrahi-
mov. [Bəhlul:] [Əjdəı] elə bil hürkiirdii,
nədənsə çəkinirdi. B.Bayramov.
HÜRKÜ is. Qorxu, ürkü. Aslanam, deyiləm
tülkü ; Tanımaram qorxu, hürkii. “Koroğlu".
HÜRKÜŞMƏ “Hürküşmək”don/./.s.
HÜRKÜŞMƏK/ Hürkmək, qorxmaq, ür-
küşmək (çoxları haqqında). Qoyunlar lıür-
küşdii. — Vəhşi ahular ovçunu görən kimi
hürkiişməyə başladılar. M. S. Ordubadi. O,
səsini çıxardan tək ; Quşlar uçur hürküşə-
rək. M. Dilbazi.
HÜRKÜTMƏ “Hürkütmək”dən f. is.
HÜRKÜTMƏK / Hürkməsinə səbəb ol-
maq; hürkdürmək, ürkütmək, qorxutmaq.
Qoyunları hürkütmək. — ..Səs emalatxana-
nın dalında cərgələnmiş sığırçınları hürküt-
dü. M. Hüseyn. // Eyni mənada adam haq-
qında. [Uşaqları] bu sözlər hürkiidürdü. Mir
Cəlal. [Seymur:] Mən onu hürkütmək istə-
mirdim. H.Seyidbəyli.
0 Hürkütməsən saymaq (sanamaq)
olmaz - çoxuşaqlı ailə haqqında zarafatla
işlədilir. [Ata:] Bizdə elədir ki, hürkütməsən
sanamaq olmaz. S. Rəhimov.
HÜRMƏ “Hürmək”dən f.is.
HÜRMƏK f. 1 . Kəsik-kəsik səs çıxarmaq
(it, tülkü və bəzi başqa heyvanlar). Səs-
səmir yox idi, ancaq hərdənbir zorba həyət
iti hürürdü. N.Nərimanov. Bir neçə qədəm
getmişdim ki, qarşıma bir tüklü qara it
çıxdı. İt hürməyə başladı. T.Ş. Simurq.
2. məc. kob. Söyləmək, yava danışmaq.
Bəsdir hiirdiin!
HÜRÜŞMƏK
HÜRR sif. [ar.] Azad. Sakit küçələr
[Midhədə] geniş göründü, əsir şəhər hiirr
və nıəsrur idi. Çəmənzəminli. □ Hürr ol-
maq - əsarətdən, zülmdən xilas olmaq, azad
olmaq, azadlığa çıxmaq. Yarın hürr olacaq
hər qotu bağlı; Ruzgarlar əsəcək sənin
yerində. M.Müşfıq.
HÜRRİYYƏT is. [ər.] Azadlıq. Bəşərin
dərdini öz dərdi bilib millətimiz; Bizim
öz niyyətimizdən doğub hürriyyətimiz.
B.Vahabzadə.
HÜRRİYYƏTPƏRƏST [ər. hürriyyət və
fars. ...pərəst] bax azadlıqsevən. Hür-
riyyətpərəst müsəlmanlar millət bahadırı
Səttarxanı tərif və təhsin edirlər. F.Köçərli.
HÜRRİYYƏTPƏRƏSTLİK bax hür-
riyyətpərvərlik.
HÜRRİYYƏTPƏRVƏR [ər. hürriyyət və
fars. ...pərvər] bax azadlıqsevər.
HÜRRİYYƏTPƏRVƏRLİK is. Hürriy-
yəti, azadlığı sevmə; azadlıqsevərlik.
HÜRUF is. [ər. “hərf’ söz. cəmi] klas.
Hərflər.
HÜRUF AT is. [ər. “hüruf ’ söz. cəmi] Hərf-
lər, əlifba. O hiirufat ilə ki, biz yazırıq, onu
oxumaq çətin bir məsələdir. C. Məmməd-
quluzadə. Döndərib “a-ba”yə “əlif-bey”ləri;
Bidətə bax, "ya ” oxudur “yey "ləri; Sanki hü-
rufat ilə düşmandı bu! M.Ə.Sabir.
HÜRUFİ is. [ər.] Hürufilik təriqəti tərəf-
darı. Hürufi şairlər.
HÜRUFİLİK is. XIV əsrdə Azərbaycanda
meydana gəlmiş, Quranın hərflərindən bir
sıra məna və hökmlər çıxaran təriqət.
HÜRÜŞ is. itin, tülkünün və b. heyvan-
ların çıxardığı kəsik-kəsik səs: hürmə səsi.
Itiıı hürüşii. Hürüş səsi. - Ancaq yabana hü-
rən köpəklərin xır-xırı, hürüşü kəsmə-kəs-
nıə eşidilirdi. S.M.Qənizadə. Əjdər Topla-
nın hürüşünü eşidirdi. S.Rəhman.
HÜRÜŞMƏ “Hürüşmok”dən f.is. Ov tıı-
lalanııa qoşulmuş Qara köpək mağaraya
girdi, bunun dalınca başqa itlər də getdilər
və yenə də içəridə hürüşmə başlandı.
S.S.Axundov. Bu zaman daxmanın qapısı
şiddətlə döyüldü, bayırdan at kişnəmələri və
it hürüşmələri eşidildi. M. Rzaquluzadə.
HÜRÜŞMƏK qarş. Səs-səsə verərək
hürmək, hamı birdən hürmək. Kəndin itləri
411
HÜSEYNİ
hürüşüb, hər tərəfdən süvarinin üstünə
tökiUüşdülər. E. Sultanov. Birdən eşikdə itlər
ağız-ağıza verib hürüşdülər. M. Hüseyn.
HÜSEYNİ is. [ ər .] Azərbaycan klassik
muğamlarından birinin adı.
HÜSN is. [ər.] 1. Gözəllik, camal. O gö-
zəlin hüsnündəki; Əzəməti şeirə gətir ; Qəl-
bindəki çırpıntını; Hərarəti şeirə gətir.
M.Araz. // köhıı. kit. Özündən sonra gələn
sözə gözəllik, yaxşılıq, məqbulluq, müsbət-
lik mənası verir; məs.: hüsn-qəbul (yaxşı
qəbul, gözəl qarşılama), hüsn-niyyət (yaxşı
niyyət).
2. məc. Ləzzət, dad. ilin hər fəslinin bir
hüsnü var; amma qışın ləzzəti bir özgədir.
C. Məmmədquluzadə. Burda min bir od
yanarmış; Onun da öz hüsnü varmış.
S. Vurğun.
HÜSNXƏT is. [ər.] ibtidai məktəbdə, şa-
girdlərdə gözəl yazmaq vərdişləri aşılamaq
üçün keçilən tədris fənni. Hüısnxət dərsi.
Hiisnxət dəftəri. - Müəllimlərin əksəriyyəti-
nin hüsııxət qaydalarından xəbəri yoxdur,
hərflərin ünsürləri və tənasübü haqqında
məlumatsızdırlar. M. İbrahimov.
HÜSN-RƏĞBƏT is. [ər.] Yaxşı, xeyir-
xah, xoş münasibət. □ Hüsn-rəğbət bəs-
ləmək - xoş, xeyirxah, yaxşı münasibət
göstərmək. Hüsaməddin Qətibənin .. Ata-
bəy Məhəmməddən intiqam almaq fikirləri-
nə hiisn-rəğbət bəsləyirdi. M.S. Ordubadi.
Hüsn-rəğbətini qazanmaq - hər hansı bir
münasibətlə birində özünə qarşı xoş, xeyir-
xah, yaxşı münasibət, sevgi hissi oyatmaq.
[Rəşid:] Qurbanqulu hünəri və məhəbbəti
sayəsində cümlə kəndin hüsn-rəğbətini
qazanmışdı. T.Ş. Simurq. Zabit qəhrəma-
naııə bir vəziyyətlə Nəsir bəyin evindən çıx-
dı. Nəsir bəyin hüsn-rəğbətini qazanmaq
böyük səadətdi! Ə. Haqverdiyev.
HÜZN is. [ər.] 1. Kədər, qəm, qüssə. Bu
səs insana hüzn gətirir. - Durnaların oxu-
mağı Vaqifə hüzn gətirməyir və könlünü pə-
rişan qılmayır.. F. Köçərli. Yoxsa hüzn dolu
qəmgin səsində; Dostumun muradı, ürək
sözü var? M.Rahim.
2. Hüznlə şəklində zərf - kədərlə, qüssə
ilə: qəmli, kədərli, qüssəli. Hüznlə oxumaq.
HÜZUR
Dərin hüznlə başsağlığı vermək. - [Gülşə-
nəm] ağır-ağır nə isə çox dəruni bir hüznlə
dedi.. M. Hüseyn. Şahmargil başlarını aşağı
salıb hüznlə dayandılar. B.Bayramov.
HÜZNAVƏR sif. [ər. hüzn və fars. ...avər
- gətirən] klas. bax hüznlü. [Qətibə] əlvan
çiçəkli xiyabanlar məhv olan bir xalqın yadi-
garı kimi qalan köhnə qəbiristanlardan daha
qorxulu və hüznavər idi. M.S.Ordubadi.
HÜZNLÜ sif. Qəmli, kədərli; qüssəyə,
qəmə, kədərə batmış. Dizini qucaqladığı
halda oturmuş hüznlü ana .. ayağa qalxdı.
Ə.Əbiilhəsən. // Qəm, kədər, hüzn doğuran,
kədər ifadə edən, kədərləndirici, məhzun.
Hüznlü nəğmə. - Meşənin hüznlü iniltiləri;
Küləyin naləli vıyıltıları; Ölü ağlaşmasın
salır yada; San sızıldar tamam əşya da.
A. Səhhət.
HÜZR “Üzr” sözünün canlı dildə işlənən
forması (bax üzr 4-cü mənada). Hiizr yeri-
nə gələnlər ev sahibinə başsağlığı verib da-
ğılanda Molla Sadıqla Cahandar ağanın
baxışları ani olaraq bir-birinə sancıldı.
İ. Şıxlı. □ Hüzr yeri - bax üzr yeri ("üzr”-
də). Hüzr yerinə getmək. - [Nərminə]
aııası-atası ilə Əsəd babanın hüzr yerinə
gəldi. B.Bayramov.
HÜZUR is. [ər.] klas. 1. Ön, qabaq, piş-
gah. □ Hüzur(u)na - yanma, qabağına,
önünə. Hüzuruna çağırmaq. Hüzuruna
gəlmək. Hüzuruna lıeç kəsi qəbul etmir. -
[Pirverdi bəy Kəblə Qulaməliyə:] Bu saat
oğlun Musta fanı, get, gətir cənab nəçərnikin
hüzuruna. C. Məmmədquluzadə. [Vaqif:]
Axund, xaııın hüzuruna getmək çağı deyil-
mi? Çəmənzəminli. Hüzurunda - yanında,
qabağında, önündə. Hüzurunda oturmaq.
Hüzurunda danışmaq. - Xidmətçilər Hü-
seynqulu ağadan qorxub hüzurunda titrə-
yirdilər. S.S.Axundov. Gör nələr varadır
hökmü dövranın; Leyla hüzurunda dayanmış
xanın. B. Vahabzadə. Hüzurundan - yanın-
dan, qabağından, önündən. Elə ki məclis qur-
tardı. hamı dağıldı, Cünun da durub paşa-
nın hüzurundan mürəxxəs oldu. “Koroğlu”.
2. Hazır olma, orada olma. Hiss edirdim
ki, mənim hüzurum və söhbətim [Ağaver-
dini] narahat edir. S. Hüseyn.
412
X
XAÇPƏRƏST
Xx
X Azərbaycan əlifbasının on ikinci hərfi,
bax xe.
XAB is. [fars.] klas. 1. Yuxu. Gecələr
gözlərim xabı görməmək ; Ol siyah nərgisi-
məstanədəndir. M.P.Vaqif. Dayansın qar-
şıda, gətirsən tabı ; Ayıltsın qəflətdən, unut-
sun xabı. Aşıq Ələsgər. □ Xabi-qəflət klas.
-bax qəflət yuxusu (“qəfləfi’də). Ey qafil
xortdan, bu nə xabi-qəflətdir ki, uyubsan?
Ə.Haqverdiyev. Sənə molla çalır lay-lay,
yatırdır xabi-qəflətdə; Səni yar eləyir huri-
lər ilə baği-cəmıətdə. Ə.Nəzmi. [Dərviş:]
Bəşərsən, zəhmətkeşsən, lıalını qan, ömrünə
yan, olma biiman, xabi- qəflətdən oyan, -
dəmbədəm deyən Ruqiyyə idi. Ruqiyyə.
A.Divanbəyoğlu.
2. məc. Qəflət yuxusu, cəhalət, avamlıq.
□ Xabi-cəhalət klas. - bax xabi-qəflət.
Tərpənmə, amandır, bala, qəflətdən ayılma;
Açma gözünü, xabi-cəlıalətdən ayılma.
M. Ə. Sabir.
XABANERA [Ap.] İspaniyada geniş
yayılmış Kuba xalq rəqsi və onun havası.
XACƏ' is. [fars.] köhn. Sarıqlı əfəndi,
molla, seyid. Ey xacə, çalış surəti-zahirdə
qəşəng ol! İstərsən özün surəti-mənada
cəfəng ol! M.Ə. Sabir.
XACƏ 2 A. [fars.] bax xədim 1-ci məna-
da. Cariyələr Qətibənin yanında gələn iki nə-
fər xacəni qıdıqlayıb gülürdülər. M. S. Ordu-
badi. □ Xacə eləmək - bax xədim
eləmək (“xədim”də). [Səttarxan Bağırxa-
na:] ..Gördüyümüz o dəhşətli mənzərələr, o
burun-qulaqlar, o kəsik başlar, xacə elə-
dikləri o yazıq adamın nərəsi .. gözümün
qabağında canlanırdı. P.Makulu.
XACƏBAŞI is. köhn. Keçmişdə: hərəm-
xana qadınlarına nəzarət edən xədimlərin
başçısı. Bir neçə gün keçdi. Bir sübh sər-
darın hərəmxanasının xacəbaşısı gəlib baş
əyib məyus dayandı. Ə.Haqverdiyev.
XAÇ is. Xristianlığın rəmzi sayılan və
bir-birini perpendikulyar olaraq qət edən iki
mildən ibarət sitayiş obyekti. Kilsələrin xaç-
ları. Ağac xaç. - [Xanım] soyuq əlləri ilə
boğazındakı xaçından bərk-bərk yapışdı,
dua oxudu, Allahı çağırdı... Lakin ruhuna
siikwı gəlmədi. Çəmənzəminli. □ (Boy-
nundan) xaç asmaq, (boynuna) xaç sal-
maq - dönüb xristian olmaq, xristianlığı
qəbul etmək. [Müridlər:] Şeyximiz satdı dini,
imanı; Öncə islama bir mürəvvic ikən; Xaç
asıb çıxdı dinii məzhəbdən. H.Cavid. Dinin-
dən əl çəkib o Şeyx Sənan; Boynuna bir anda
xaç salmadımı? B.Vahabzadə. Xaç vurma
(çəkmə) - xristianlarda: icra edilən dini ayin.
Bu zaman yanımdan ötən bir qan; Üz tutub
qəbrə baxır, xaç vurur. M.Rahim. Bacıların
hər ikisi ayağa durub xaç çəkdi. Mir Cəlal.
Xaç yürüşləri -bax səlib müharibələri
(“səlib”də). Xaç suya salma - isanın dara
çəkilməsi xatirəsinə olaraq xristianların
yanvarın 6(19)-da xaçı suya salmaq şək-
lində icra etdikləri dini ayin (mərasim).
2. Xaç şəklində olan nişan, orden və s.
0 Qırmızı Xaç və Qırmızı Aypara cə-
miyyəti - müharibədən və təbii fəlakətdən
zərər çəkmiş əhaliyə yardım göstərmək
üçün təşkilat.
XAÇAÇURAN is. Xristian dini mərasim-
lərindən birinin adı, xaçı suya salma.
Xaçaçuran bayramı.
XAÇÇİÇƏKLİ(LƏR) is. bot. Ləçəkləri
xaç şəklində olan bitkilər fəsiləsi. Xaççiçə-
klilər fəsil əsinə bir sıra kələm, turp, vəzəri
kimi qiymətli tərəvəz bitkiləri, xardal kimi
yağlı bitkilər, mixəkgülü, şəbbugülii kimi
bəzək bitkiləri daxildir. H.Qədirov.
XAÇLAMA “Xaçlamaq”dan /A.
XAÇLAMAQ/ Xaç suyuna salma məra-
simi icra etməklə xristian etmək. Onların
ata-aııası və Nadya xala evdə yox idi .. təzə
doğulan çağanı xaçlamaq mərasiminə get-
mişdilər. Çexovdan.
XAÇLI sif. 1 . Xaç taxmış, xaçı olan. Xaçlı
keşiş.
2. İs. mənasında, tar. Səlib müharibələri
iştirakçısı.
XAÇNİŞAN is. tar. Xaçlı (2-ci mənada)
(səlib müharibələri iştirakçısı olan rıtsar pal-
tarlarına tikilən xaç nişanına görə onlar belə
adlanırdılar).
XAÇPƏRƏST is. Xristian. İki-üç həftə
bundan qabaq xaçpərəstlərin pasxa bayramı
413
XAÇVARİ
idi. C.Məmmədquluzadə. [Molla Sadıq:] Xaç-
pərəstlərin islam milləti arasında təfriqə sal-
maq köhnə peşəsidir. İ. Şıxlı.
XAÇVARİ sif Xaç şəklində olan, xaça-
oxşar, xaç kimi. Xaçvari nişan. Xaçvari yol.
XAÇVARİLİK is. Xaçvari şəkildə olan
şeyin halı, görünüşü.
XADİM is. [ər.] 1. köhn. Xidmət edən,
xidmətçi.
2. Hər hansı ictimai fəaliyyət sahəsində
özünü göstərmiş, xidmətləri olan şəxs. Elm
xadimi, ictimai xadim. Siyasi xadim. - Ziya-
fətdə ölmüş xəlifə Miistərşidbillahın qızları,
cariyələri, Bağdadın musiqi və incəsənət
xadimləri və sairləri iştirak edirdi.
M. S. Ordubadi.
XADİMƏ is. Xidmətçi qadın, qulluqçu.
Miidir qadınla bir neçə xadimədən başqa
[monastırda] kimsə qalmamış. Çəmənzə-
minli. Övrət nə demək? Xadiməmiz, cari-
yəmizdir! M. Ə. Sabir.
XADİMLİK is. Xidmətçilik.
XAH [fars.] klas. İstər, istərsə. Təfavüt
eyləməz sənsiz mənə, ey sərvi- səngin- dil;
Məkanın xah külxan, xah səhra, xah bağ
olsun. Qövsi. Məqsədim şəşəəyi-mahi-ca-
malındı sənin; Xah məsciddə onu, xah kəli-
sadə görüm. S.Ə.Şirvani. ..Hər qisim dava
və müharibələrdə xah siyasi olsun, xah iqti-
sadi və xah qeyri, qalib gələn tərəf müəllim-
lərin sayəsində ııüsrət tapmışlar. F. Köçərli.
XAHİŞ is. [fars.] Bir arzunu, ehtiyacı
yerinə yetirmək üçün edilən müraciət, tə-
mənna; rica, təvəqqe, istək. Sizdən bir xa-
hişim var. - ..Mən Qasımın xahişini əmələ
gətirdim, yəni gedib oturdum onun yanında.
C.Məmmədquluzadə. Bir ittifaq bu xalıişi
tezliklə əmələ gətirməyə səbəb oldu.
S.S.Axundov. // İstək, arzu, tələb. Xahişin
tərki-dilii can idi, mən həm etdim; Söylə, ey
yar, görüm şimdi nə fərmanın var?
M.Ə. Sabir. [Xumar:] Yoxsa bir xahişinnıi
var, Sənan? Hər nə qəlbində varsa eylə
bəyan. H. Cavid. Mehriban Zeynalın bir çox
xahiş və tələblərini qəbul edirdi. S. Hüseyn.
□ Xahiş etmək (eləmək) rica etmək,
təmənna etmək, təvəqqe etmək, istəmək.
[Nüsrət Toğrula:] Xahiş edirəm, sən mənim
işlərimə qarışmayasan. C.Cabbarlı. [Ka-
XAİN
mal:] Onda xahiş eləyirəm, elə çağırın ki,
anası bilməsin. S. Rəhman.
XAHİŞSİZ zərJ'X ahiş edilmədən, öz razı-
lığı ilə. İndi gecə vaxtı Xanpərinin təklifsiz,
xahişsiz Qəmərin evinə gəlməsi çox maraqlı
idi. Ə. Vəliyev.
XAHNƏXAH(İ) [fars.] zərf İstər-istəməz,
laqeydcəsinə. Qoca it xahnəxahi çıxmışdı
qapıya və xahnəxahi öz vəzifəsini ifa edirdi.
C.Məmmədquluzadə. Cəmilə xanını xahnə-
xahi çadrasını başına örtüb evdən çıxdı.
E. Sultanov. Züleyxa [Əsgərə ərə getməyə]
хаһпәхаһ razı oldu. C.Cabbarlı.
XA-XA, XA-XA-XA ııida. Gülüş, qəh-
qəhə bildirmək üçün işlədilən təqlidi söz.
[İskəndər:] Allahın iti də mənim sözümə
baxmır, nə qədər elədim, içəri girmədi. Xa-
xa-xa (ı qah-qah çəkib gülür). C.Məmməd-
quluzadə. Xa-xa-xa!.. Məşədi Nemətqulu
10 min manat, Kərbəlayı Ağa Hacı 10 min
manat, xa-xa-xa... necədir, Ağa Dərviş?
Xa-xa-xa!.. N.Vəzirov. [Süleyman:] Mən də
elə bilirəm, bir qoyun şaqqası yeyiblər, xa-
xa-xa! Ə.Haqverdiyev.
XAXAM is. Yəhudilərdə baş kahin,
ruhani başçısı. Sən indi bu gün Gəncədə bir
adlı xaxamsan! Ə.Nəzmi.
XAİN sif. [ər.] 1. Vətəninə, xalqına xəya-
nət edən; satqın, xəyanətkar, dönük. [Pəh-
ləvanlar:] Dağ-daşından uçsun duman;
Qara geysin xain insan! A. Şaiq. Bayquş
xaraba, gecəquşu qaranlıq sevən kimi, xain
adamlar da xəlvəti xoşlarlar. M. İbrahimov.
// məc. Etibarsız, vəfasız, aldadıcı, bel bağ-
lanıla bilməyən. // İs. mənasında. [Dəmir-
qaya:] Yəqin ki, aramızda olan xainlər
[casusa] hər işimizi xəbər veriblər. Həmin
xainlər tapılıb, cəzasına çatmalıdırlar.
H.Nəzərli. □ Xain baxmaq - 1) pis (xain)
gözlə, pis niyyətlə baxmaq, təmiz ürəklə
baxmamaq. [Güləndam:] Yoldaş Qaradağlı,
oğlumun sevgilisinə xain baxan o evli kişini
tapın və cəzalandırın. B. Bayramov; 2) bax
xain çıxmaq. Sancılsın tikanlar xain gözünə;
Xain baxdın çün dostlara, danışma! Aşıq
Hüseyn. Xain çıxmaq - vətəninə, xalqına,
dostuna, yaxınına xəyanət etmək, dönüklük
göstərmək. [İblis İbn Yəminə:] ..Çəkəcəkdir
başımız dürlü bəla; Çüııki var başqa giina-
414
XAİNANƏ
XAL
hin da sənin; Orduya, dövlətə çıxdın xain.
H. Cavid. Xain çıxsa əgər bir qız, bir oğlan;
Qurtarmaz ananın ahü-vayından. Şəhriyar.
2. məc. Gördüyü yaxşılığa qarşı nan-
korluq edən; nankor, paxıl, qəlbiqara. Çox
xain adamdır.
XAİNANƏ bax xaincəsinə. Fərhad, o
saatda bir gecə bağda keçirdiyi xainanə də-
qiqələr yadına düşüb, cəld ayağa durdu.
C.Cabbarlı.
XAİNCƏ(SİNƏ) zərfX ain kimi, xainliklə,
xəyanətlə. Xaincə(sinə) hərəkət. Xaincəsinə
basqın. - [Səlimin] rəftarı və hərəkəti nə Na-
şadın əlaqəsinə, nə də hər zanıan gözlərini
süzüb [Mehribana] baxmaqla ürəyinin arzu-
sunu bildirən Novruzbəyin xaincə baxışlarına
bənzəyirdi. S. Hüseyn.
XAİNLİK is. 1. Xəyanət; xəyanət etmə,
xəyanətkarlıq, dönüklük, satqınlıq, vəfasız-
lıq; xaincə hərəkət. Xainlik etmək.
2. Vəfasızlıq, əhdi pozma, dönük çıxma,
dönüklük. [Süleyman:] Mən də axtararam,
özümə bir gözəl qız taparam, xainlik pis
şeydir. Ü. Hacıbəyov. Dostlar arasında hey
ola düzlük; Olmaya xainlik, həm ikiiizlük.
Aşıq Hüseyn.
3. dan. Paxıllıq, qəlbiqaralıq. □ Xain-
liyini çəkinək - paxıllıq eləmək, gözü
götürməmək.
XAK is. \fars.\ klas. Torpaq. Kimin yolu
düşsə xaki-dərinə; Ox vurar köksünə məl-
həm yerinə. Q.Zakir. Kəsilib bir yana atılmış-
dır; Xakinə abi-qəm qatılmışdır. A.Səhhət.
Dostun qədəmində bir ovuc xakam; Dost
alsın canımı xoş sifətinən. Aşıq Hüseyn.
0 Xak ilə yeksan olmaq - bax yerlə
yeksan olmaq (“yer”də). Dünyada qalınca
zində bir an sənsiz; Ey kaş, olam xak ilə yek-
san sənsiz. S.Ə.Şirvani. Bir deyən olmadı,
ey xanəxarab; Məmləkət xak ilə yeksan
oldu! M. Ə. Sabir.
XAKAS is. Türk xalqlarından birinin adı və
həmin xalqa mənsub olan adam. Xakaslar
xristianlığı qəbul etsələr də, faktiki olaraq şa-
manizmə etiqad edirdilər.
XAKASCA sif. və zaı/Xakas dilində. Xa-
kasca dərslik. Xakasca-rusca lüğət. Xakasca
danışmaq.
XAKİ sif. [fars. ] Bozumtul-yaşıl rəngli,
torpaq rəngli. Xaki pencək. Xaki ( rəngli )
freııç. - Sirat xaki köynək-şalvarda tərdən
islanırdı. Ə.Əbülhəsən.
XAQAN is. tar. Qədim türk və monqol
hökmdarlarına verilən ad, titul. Xəzər xa-
qanı. - [Cəllad:] Xaqan, ulu xaqan! Əfv et
onu, ver qətlimə fərman! H. Cavid. // köhn.
Padşah, hökmdar, sultan. Xaqanlar başına
şeşpər çaldıran; Qıılac qollar buran qoç
Koroğludur. “Koroğlu”. Neçə firon, neçə
xaqan ölüb getdi bu dünyadan. O. Sarıvəlli.
XAQANLIQ is. 1 . Hökmdarlıq, padşahlıq.
[Çopo:] Okabavın bu hərəkətini xaqanlıq eş-
qinə düşməsi ilə mərbut görürlər. Çəmən-
zəminli.
2. Xaqanın hökmü altında olan ölkə. Xə-
zər xaqanlığı.
XAL is. 1. Ya anadangəlmə, ya da son-
radan dəri üzərində əmələ gələn xırda,
dəyirmi ləkə. Üzündə xal var. Qara xal. -
Zəfərin yanında ucaboylu, çatma qaraqaşlı,
sağ yanağında iri xalı olan bir gəlin vardı.
Ə.Vəliyev. [Qızın] sağ yanağındakı xal
üzünə xüsusi bir gözəllik verirdi. Ə. Sadıq.
□ Xal kimi - çox kiçik, bambalaca. Ay bir
xal kimi uzaqlarda dolaşır. R.Rza. O kim-
dir; Yüksəlir boşluqlarda; Görünür bir xal
kimi. M.Seyidzadə. Bu nədir, Göygöldə kəpə-
nək uçur; Sonsuz mavilikdə ağ bir xal kimi.
N.Xəzri.
2. Cürbəcür saplarla, rənglə vurulan na-
xış. Xalının əlvan xallan. Gözəl xalları olan
cecim. - Söylənir Şəkinin ipək malları; Quba
xalçasının qara xalları. S. Vurğun. □ Xal
vurmaq - naxış salmaq. Səltənət bu şəkil-
lərə vurduğu hər ilmək, hər xal üstündə əs-
mişdi. Mir Cəlal.
3. Qumar kağızının, zərin və s.-nin üs-
tündəki nişanlardan hər biri.
4. İdman yarışlarında və oyunlarında qiy-
mət qoyarkən hesablama vahidi. Komanda
gələn görüşləri yüksək səviyyədə keçirib,
daha çox xal toplamağa çalışmışdır.
H Ümumiyyətlə, say, miqdar bildirir. Bir xal
artıq. - [Cəbi:] Getdikcə bir xal azaldardım.
S.S.Axundov. [Kərəmxan:] Bu iki xalı elə-
belə qəsdən uduzdum. İ.Əfəndiyev.
415
XALA
5. Musiqinin əsas melodiyası ilə həma-
həng olan yeni hissə, yeni cəhət. Səsindəki
məlahət və mahnının səmimi ahəngi [Xə-
lilin] bəzən yanlış vurduğu xalları duymağa
qoymurdu. M. Hüseyn. Musiqidən az-çox
başı çıxan adam radioda, adını eşitməsə belə,
çalanın Qurban olduğunu dərhal təyin edər.
Onun özünə məxsus üslubu vardır. Onun
vurduğu rənglər, xallar, nida və intonasiya-
lar zəngin, incə və orijinaldır. I. Əfəndiyev.
0 Xal vurmaq - fikrini, sözünü üstüör-
tülü şəkildə eyhamla, işarələrlə çatdırmaq.
[Hümmət] sözünü dəyişib zarafatyana bir
xal vurdu. B.Bayramov.
XALA is. 1. Ananın bacısı. [Sultan bəy:]
Xalanın muzdu o olar ki, canı rahat olar.
Ü. Hacıbəyov. Budaq xalasının danışığını
maraqla dinləyir, gözünü ondan çəkmirdi.
Ə.Vəliyev.
2. Qoca və ya yaşlı qadına müraciət edər-
kən, ya haqqında danışarkən hörmət əla-
məti olaraq deyilir. Sürmə xala lap qol zo-
runa Narıncı geyindirirdi. S. Rəhman.
Ehtiyat xala dəmiryoldan xeyli uzaq .. səfalı
yaylaq şəhərində yaşayırdı. Mir Cəlal.
0 Xala xətrin qalmasın - könülsüz, ürək-
siz, istəmədən görülən iş və ya deyilən söz
haqqında. [Həmzə:] [Səriyyədən] xala xətrin
qalmasın, deyə soruşuruq, yoxsa ona kim qu-
laq asır. C.Cabbarlı. [Vaqifin] arvadı Qızxa-
nım sabahdan bircə dəfə onun yanına gəlib,
xala xətrin qalmasın deyə ərinin halını soru-
şub, yenə çəkilib getmişdi. Çəmənzəminli.
XALABACI is. mus. Azərbaycan oyun
havalarından birinin adı. Bir qədər çalıb-
oxuyandan sonra mütrüb kəmərçiıı [qadın
tumanı] geyib, başına bir kəlağayı salıb xala-
bacı oynardı. H. Sarabski.
XALACAN is. Xalaya nəvazişlə müraciət.
Xalacan, bir bizə gəlsənə! - [Yunus xala-
sına:] Bu nədir, xalacan, bircə baxsana!
Ə.Məmmədxanlı. //Yaşlı qadına mehriban-
lıqla, nəvazişlə müraciət. Xalacan, bir az su
verin, içim.
XALACIQ bax xalacan. [Cəfər:] Xala-
cıq, bu çox bahadır, qarpıza beş şahı vermək
student cibinə yaraşmaz. Çəmənzəminli.
XALAGƏLİNİ is. Ananın bacısının gəlini.
XALÇA-PALAZ
XALA-XALA is. Kiçik qızların gəlinciklə
oynadıqları oyun adı; gəlin-gəlin.
XALAQIZI is. Ananın bacısı qızı.
XALANƏVƏSt is. Ananın bacısı nəvəsi.
XALAOĞLU is. Ananın bacısı oğlu. -
Mən də Bakıya tərəf hazırlaşırdım, bizim
xalaoğlu da yazmışdır. S. Rəhimov.
XALAT is. [ ər.\ 1. Orta Asiya xalqlarının
ətəkləri üst-üstə gələn, yaxası açıq üst
geyimi. Zolaqlı xalat. Özbək xalatı.
2. Evdə və ya işdə geyilən, yaxası düymə
və ya bağla bağlanan yüngül üst geyimi.
Həkim xalatı. Çit xalat. - Ağ xalat bürünər,
zərnişaıı geyməz; Heç kəsi dindirib keyfhıə
dəyməz. Aşıq Ələsgər. Poladın arvadı Rə-
fiqə güllü xalatda otağa girib uşaqları
dəhlizə qovdu, uşaqlar giilüşə-gülüşə bayı-
ra qaçdılar. M. Süleymanov. ..Pillələri
[Gülgəz] endikcə xalatın ətəklərinin yel-
lənib açıldığına fikir vermirdi. İ. Hüseynov.
XALATLIQ sif. 1. Xalat tikilməyə yarar.
Xalatlıq parça.
2 . Xalat tikiləcək parçanın miqdarı (adə-
tən saylarda). İki xalatlıq parça.
XALÇA is. Divara vurmaq və ya döşə-
məyə salmaq üçün müxtəlif rəngli yun və
ya iplik saplardan toxunmuş naxışlı döşə-
nəcək. Butalı xalça. Xoııçalı xalça. - Tut
ağacının altında zərif kaşan xalçaları salın-
mış, mütəkkələr düzülmüşdü. Çəmənzə-
minli. [Nabat] eyvana xalça və döşək saldı.
İ.Əfəndiyev.
XALÇAÇI is. 1 . Xalça toxuyan usta. Qon-
şuluqda Şərif adlı bir xalçaçı usta var idi.
Savadlı qızlardan xalça fabrikinə adam
yığırdı. Mir Cəlal. // Xalça mütəxəssisi.
2. kölın. Xalça ticarəti ilə məşğul olan
adam, xalça taciri, xalça alverçisi. Bakıda iri
ticarətlə məşğul olan düyüçülər, xuşgəbar-
çılar, ipəkçilər, xalçaçılar, qara neftçilər də
az deyildi. H. Sarabski.
0 Xalçaçı rəssam - Xalça eskizləri hazır-
layan rəssam.
XALÇAÇILIQ is. Xalça toxuma sənəti;
xalça toxuma işi (bir istehsal sahəsi kimi).
Xalçaçılıq sexi. Xalçaçılıq ustası.
XALÇA-PALAZ top. Xalça və palazdan
ibarət döşənəcək. Ev xalça-palazla dolu idi.
Otağa xalça-palaz döşəmək. - [Molla Xatm]
416
XALÇAŞÜNAS
sübh tezdən tut ağacının altını sulayıb sü-
pürdü, hovuzun başını göyçək xalça-palazla
döşədi, samovar qoydu, çay dəmlədi. E. Sul-
tanov. [Səfər:] Hələ qurtarmayıb vergi da-
vası; Alıb altımızdan xalça-palazı. S. Rüstəm.
Gülara suya çatdıqda xalça-palazı boşaltdı
və yumağa başladı. Ə. Vəliyev.
XALÇAŞÜNAS is. [xalça və fars. ...şünas]
Xalçaçılıq işini yaxşı bilən adam, xalça
mütəxəssisi.
XALÇATOXUYAN bax xalçaçı 1-ci mə-
nada.
XALDAR sif. fars. ] Xallı, xalı olan (əsa-
sən heyvanlar haqqında). Xaldar pələng.
- [Pəricahan xanım:] Xaldar dayça mənim.
S.S. Axundov. Keçəl Qulamqulu xaldar
ilansayağı koldan-kola keçə-keçə oradan
sürünüb, buradan çıxırdı. S.Rəhimov. Bir-
dən xaldar tula irəli gedib geri qayıdır, zin-
gildəməyə başlayır. Ə.Vəliyev.
XALDARLAMA “ Xal dari am aq ” dan/.7,s.
XALDARLAMAQ/ Xal-xal eləmək, xal
salmaq, xallamaq. Xamırı yeyən siçanlar bu
şəkilləri də xaldarlamışdılar. S.Rəhimov.
XALDARLANMA ‘ ‘Xaldarlanmaq”dan/ is.
XALDARLANMAQ məch. Xal-xal bo-
yanmaq, xal-xal olmaq, xallarla örtülmək.
Bu ortada uzanan mizin üstü təsadüfən
tökülən mürəkkəblərdən boyanıb xaldar-
laıımışdı. S.Rəhimov.
XALDLAR tar. Van gölü həvalisində ya-
şamış və miladdan əwəl XIV-XII əsrlərdə
Urartu dövlətində hakimiyyət sürmüş tayfa.
XAL-XAL sif. Xallı, xallarla örtülü, xal-
larla bəzəkli, üstündə xallar olan. Xal-xal
parça. Xal-xal örpək. Xal-xal paltar. - Əlin-
də qırmızı xal-xal çamadan; Gedir kənd
yoluyla cavan bir oğlan. B. Vahabzadə.
□ Xal-xal olmaq - 1) parça-parça olmaq,
tikə-tikə olmaq, parçalanmaq. Vaza əlim-
dən düşüb xal-xal oldu. - Təzə ay göydə
ycındı; Ucu qıyqac dayandı; Buludlar oldu
xal-xal. M. Dilbazi; 2) üzərində xallar
əmələ gəlmək, xallarla örtülmək, xal kimi
olmaq. Oğlanın solğun yanaqları qızarıb xal-
xal oldu. M.Hüseyn. ..Divarların suvağı xal-
xal olmuş, yağışdan yuyulmuş kərpiclərin sarı
samanı biz-biz çıxmışdı. İ. Hüseynov. Məm-
XALİ
mədsadıq kösövləri yağışdan xal-xal olan
ocağın qırağından tərpəndi. B. Bayramov.
XALXAL 1 is. Keçmişdə qadınların yara-
şıq üçün topuqlarına taxdıqları gümüş, qızıl
və s.-dən düzəldilmiş zınqırovlu halqa. To-
puqlarını bəzəyən zümrüd xalxalların qızıl-
dan düzəlmiş zəngləri xanım yeridikcə zərif-
zərif səslənirdi. M.S. Ordubadi.
XALXAL 2 is. Heyvanlara məxsus bina-
larda ayrıca bölmə. Xalxalı təmiz saxlamalı.
- [Zəmigar xanım] əlində çatı, buzov da-
lınca qaçanları da, malları xalxala doldu-
ranları da .. gözdən qoymurdu. İ. Şıxlı.
XALI is. Böyük xalça. Azərbaycan xalı-
ları. İran xalısı. - [Hacı Qambay] divardakı
xalılara, rəfdəki qablara və bütün otaqdakı
şeylərə ötəri göz gəzdirdi. Qantəmir. [Nu-
riyyə] qayğısız bir görünüş alaraq, qarşı
divara vurulmuş xalıya baxdı. İ. Əfəndiyev.
XALIÇI is. Xalı toxuyan usta, xalça-
toxuyan.
XALIÇILIQ is. Xalı toxuma sənəti.
XALI-XALÇA is. top. Xalı və xalçalardan
ibarət döşənək. Otağa xalı-xalça döşəmək.
XALI YANI bax kənarə 3-cü mənada.
XALİ sif. [ar] 1. Boş, adamsız, tənha. O
qədər çıxmadın, gördü aqibət; Sən gəzən
yerləri xali gözlərim. Q. Zakir. [Murad] sa-
kit, indiki insanlardan tamamilə xali bir yer
arayırdı. S.Hüseyn. Aslan xali küçədə çox
gözləmədi. M.Hüseyn.
2. Sahibsiz, yiyəsiz, tutulmamış, boş.
[Qoca:] Yazasan qonşıımuzdakı xali yerdən
bir az kəsib bizə versinlər. Ə. Haqverdiyev.
[Hacıkərim] gündən-günə böyüməkdə və
zənginləşməkdə olan şəhərin ən gurultulu
küçələrində ucuz qiymətə evlər və xali
yerlər aldı. A.Şaiq. O zaman ayrılanda nə
təhər oldusa, Durmuş xali yer yiyəsi oldu.
Mir Cəlal. □ ...xali qalmaq - xəbərsiz
olmaq, xəbəri olmamaq. Mədəniyyətdən
xali qalıb. - ..Heyfa ki o Cavanşir elm və
mərifətdən xali qalıbdır. F. Köçərli. Xali
olmaq - boş olmaq, tutulmamaq. Xali ol-
mamaq - uzaq olmamaq, canı qurtarma-
maq. [Vəzir:] Hər vaxt ki mən bu xaraba
olmuş otağa gəlləm, heç bir xətadan xali
olmanam. M.F.Axundzadə.
417
XALİQ
0 Meydan xali qaldı - meydan boş qaldı,
hamı yox olub getdi. [Korbəlayı Rəcəb:] De-
dim Zinət xanım, Balaqardaş və Rzaqulu na-
miinasib cavanlar idi, hər ikisi badi-fəııaya
getdilər, meydan qaldı xali. N.Vəzirov.
XALİQ is. [ər.] Xəlq edən, yaradan
(Allahın adlarından biri). Yaxşılıq et, at
dəryaya, balıq bilməsə də, xaliq bilər. (Ata.
sözü). O! giin ki sənə xaliq edər lütf bir
övlad; Olsun ürəyin şad. M. Ə. Sabir. [Molla
Qıırban Fərruxa:] Bir olan xaliq səni və
bütün külfətini yerin-göyün bəlasından hifz
eləsin. Ə.Vəliyev.
XALİS sif. [fars.] 1. Heç bir qatışığı ol-
mayan, saxta olmayan; saf, təmiz. Xalis
gümüş. Xalis yun. Xalis spirt. - [Hacı Qara:]
Əgər nəqd pulunuz yox isə, mən yağ ilə
sövda edərəm, bəşərti ki xalis inək yağı ola.
M.F.Axundzadə. [Hurizad] xalis xıııa
tapmadığı üçün başını “ tiirkəsayaq ” dava-
larla boyar(di). Çəmənzəminli. [Oğlan:]
Biz bu daş-qaşı xalis qızıla satırıq, bəy!
S. Rəhimov. // Düzgün, təmiz. [Oğlan] gülə-
gülə və oranın yerli şivəsinə uyğun, xalis və
təmiz bir Azərbaycan dilində mənə cavab
verdi. M. Rzaquluzadə.
2. Əsil, həqiqi. ..[Mirzə] başının tüklərini
pırtlaşdırıb özünə bir laübalı sifət verib
aynaya baxdı və dedi: - Afərin, Səfər, indi
xalis şairsən! Ə.Haqverdiyev.
3. məc. Məsum, ismətli, bakir, təmiz.
Qardaşlar qızı yuxarı çəkib gördülər ki, bu
qız deyil, xalis mələkdir. (Nağıl).
4. məc. Səmimi, doğru, saf. Qızxanım xala
dəxi səbəti boşaldıb verdi və üziiııü qibləyə,
əllərini göyə tutub, xalis ürəklə onlara dua
etdi. “Məktəb”.
XALİSLİK is. Qatışıqsızlıq, saflıq, təmiz-
lik; xalis şeyin halı, keyfiyyəti.
XALQ is. 1. Ölkənin, dövlətin sakinləri,
əhalisi. Azərbaycan xalqı. - Əsl qəhrəman-
dır; Əsl şair ki; Ömrü də xalqının ömrüylə
birdir. N.Xəzri.
2. Millət. Qəm-kədər ordusunun bayra-
ğını parçaladım; Xalqımın ömrünə öz öm-
rümü candan caladım. S. Rüstəm. Alnındakı
qırışlar adicə qırış deyil; Öz xalqının
keçdiyi iztirab yollarıdır! B.Vahabzadə.
XALLANMAQ
3. Eyni yerdə yaşayan adamlar, camaat.
Dağ xalqı. Aran xalqı. Köçəri xalq. - İndi
Əşrəf .. ailə xalqı üçün daha qiymətli idi.
A.Şaiq. [Turxan bəy Bəypolada:] Çingiz
bəy Dağıstan xalqına qarşı başqa hörmət,
başqa bir məhəbbət bəslər. H. Cavid.
[Yazgül Şeydaya:] Gərək bu ilin məhsulu
haqqında Göytəpə xalqının rəyini biləm!
Ə.Məmmədxanlı. // Ümumiyyətlə, camaat,
kütlə, el, adamlar. Vaqiflə Mirzə Əliməm-
məd xalqa təzim edə-edə yuxarı başa keçib,
göstərilən yerdə əyləşdilər. Çəmənzəminli.
4. Ölkənin (istismarçı dövlətlərdə) əsas,
əməkçi kütləsi. Zəhmətkeş xalq. Xalqın
mənafeyi uğruııda mübarizə aparmaq.
5. Xalqa, ölkəyə aid olan, xalqa, ölkəyə
mənsub olan. Xalq gəliri. Xalq sərvəti. [İm-
ran kişi:] ..Xalq malına kəc baxanın göz-
lərindən qan damar. M. Hüseyn. // Xalqla
bağlı olan, xalq tərəfindən yaradılmış,
xalqın dünyagörüşü, ruhu ilə sıx bağlı olan.
Xalq ədəbiyyatı. Xalq yaradıcılığı. Xalq
sənəti. - [Usta] Azərbaycan xalq mahnı-
larını çox sevirdi. M. Hüseyn. Qəhrəman
dəryazçı ilə görüşüb aralandı və xalq
hakimiyyətinin müdrik mənasını təqdir etdi.
S. Rəhimov. [Səlimin] yadına adicə bir xalq
lətifəsi haradansa gəlib düşmüşdü. B.Bayra-
mov. // Bəzi idarələrin və vəzifəli şəxs ad-
larının tərkibində işlənir. Xalq məhkəməsi.
Xalq elçisi. Xalq komissarlığı. H Hökumət
tərəfindən elm, incəsənət və s. sahəsində
böyük xidmət və fəaliyyətə görə verilən
fəxri adların tərkibində işlənir. Xalq artisti.
Respublikanın xalq rəssamı.
XALQÇI is. tar. Xalqçılıq tərəfdarı.
XALQÇILIQ is. tar. XIX əsrin ikinci ya-
rısında Rusiyada xırda burjua ziyalılarının,
kəndli icmasını idealizə və fəhlə sinfinin
rəhbərlik rolunu inkar edən ictimai-siyasi
hərəkatı.
XALQŞÜNAS köhn. bax etnoqraf.
XALQŞÜNASLIQ köhn. bax etnoqrafiya.
XALLAMA “ X al 1 am aq ” dan /.7.s\
XALLAMAQ f. Xal qoymaq. Üzünü xal-
Icımaq.
XALLANMA “Xallanmaq”dan /7,s\
XALLANMAQ məch. 1 . Xal qoyulmaq.
418
XALLI
XAM
2. Xal-xal olmaq, xallar əmələ gəlmək.
istidən üzü xallandı.
XALLI sif 1 . Üzündə xalı olan. İki övlad
anası, xallı .. xanım vaxtilə demişdi ki, siz
Cəmilə xanım, bizim sənətkarı dərk edin.
S. Rəhimov. Nərminə göyçək idi. Qara xallı,
girdə çəhrayı sifətindən təbəssüm əskik
olmazdı. B. Bayramov.
2. Bəzi zooloji adların tərkib hissəsi. Xal-
lı böcək. Xallı pələng. - Gah xışıldardı xallı,
parlaq ilan; O qara daşların arasından.
A. Səhhət. Burada çiçək-çiçəyə qarışır, bö-
cəklər burunlarını göstərir, ağlı-qırmızılı,
xallı kəpənəklər uçuşurdular. S. Rəhimov.
XALLICA sif. oxş. İncə xalları olan, xallı,
xal-xal. Qaraca qız [pişiyə] yaxınlaşıb
gördü ki, xallıca gözəl bir pişik balasıdır.
S.S.Axundov.
XALLILIQ is. Üzündə çoxlu xal olma.
XALSEDÖN \yun. ] Kvars növündən mi-
neral. Nazik laylı xalsedon əqiq adlanır.
XALTA is. Heyvanların (əsasən itin) boy-
nuna keçirilən qayış; boyun halqası. Axırda
ayı dartınıb xaltanı başından çıxartdı və ildı-
rım kimi özünü Yusifin üstünə atdı. S.S.Axun-
dov. Atı qolbənd eləyən San İmaməli xaldar
tulanın xaltasından bərk-bərk yapışmışdı.
S. Rəhimov.
0 Başına (boynuna) xalta salmaq (ke-
çirmək) - 1) özünə tabe etmək, öz itaəti
altına almaq. Keçirdik öz əlimizlə; Boynu-
muzu biz xaltaya; Sap olmadıq bir baltaya.
B. Vahabzadə; 2) tez, vaxtından əvvəl
evlənən adama zarafatla söylənən ifadə. Nə
tez başına xalta saldın? - [Xəlil Pərvizə:]
Hamı sənin kimi başına vaxtsız xalta salmaz
ki... Çəmənzəminli.
XALTALAMA “Xaltalamaq”dan fis.
XALTALAMAQ f. 1. Boynuna xalta ke-
çirmək. İtin boynunu xaltalamaq.
2. məc. Özünə tabe etmək, öz itaətində
saxlamaq. [Nurcahan:] Mən də Nurca-
hanam, sənin kimiləri çox xaltalamışam, ay
it! N.Vəzirov.
XALTALI sif. Boynunda xalta olan.
Xaltalı it.
XALTURA [/•;«.] 1. Əsas, adi qazancdan
başqa asan və əyri yolla əldə edilən əlavə
qazanc. Xaltura ilə məşğul olmaq. □ Xal-
tura etmək - xaltura ilə pul qazanmaq.
2. Başdansovma, atüstü, yarıtmaz görülmüş
iş. Oxuyan hazırlıqsız oxuyur, çox vaxt səsini
tarla uzlaşdıra bilmir, xaric oxuyur, yaxud ça-
şır, ümumiyyətlə, xaltura əmələ gəlir. Ü.Hacı-
bəyov.
XALTURAÇI is. 1. Başdansovma, atüstü
iş görən, xaltura edən adam.
2. Xaltura yolu ilə pul qazanan adam.
XALTURAÇILIQ is. 1. Xaltura ilə məş-
ğul olma, xaltura yolu ilə pul qazanma.
2. Başdansovma və bacarıqsız görülən iş.
XALVAR is. 1 . Azərbaycanın müxtəlif yer-
lərində müxtəlif ağırlıqda (təxminən 400 kq
ağırlığında) olan köhnə çəki ölçüsü. Hesab
var dinarla, bəxşiş var xalvarla. (Ata. sözü).
[Hacı Mehdi:] Demək ki, bugünkü qiymət,
xalvarı 25 tümən? M. S. Ordubadi. [Cavad:]
O günləri Məşədi Babanın qızının kəbini kə-
siləndə iki xalvar buğda, .. bir kəllə qənd və
bir girvənkə çay gətirmişdilər. B.Talıblı.
2. nıəh. Bir xalvar toxum əkiləcək qədər
sahə. Zeynəb Heydərə gələndən üç il sonra
Kərbəlavı İsmayıl vəfat edib .. və iki xalvar
zəmi qoyub getdi. C.Məmmədquluzadə.
0 Bir xalvar - çoxlu, külli miqdarda. [Hik-
mət isfahani:] ..Mən axı o ruznaməyə hər ay
bir xalvar pul xərcləyirəm. M. İbrahimov.
[Maral:] Sizdən də Kayana bir xalvar
salam-dua aparıram. Ə.Əbülhəsən.
XAM sif. 1 . Ələ öyrənməmiş, əhliləşmə-
miş. Xam quş. - ..Həmişə də qiymətli xam atı
alıram ki, onu qoşquya öyrədim. C.Məmməd-
quluzadə. [Sərvinaz:] Xam cöngə kimi ha-
valanıb çıxıblar dağ döşünə, .. bu əl boyda
tifil bunların gözünə tikan kimi batır.
B. Bayramov.
2. Əkilməmiş, əkinə düşməmiş, şumlanma-
mış, sürülməmiş, işlənməmiş, əl dəyməmiş.
[Muxtar kişi Adiləyə:] Eşidirsən təpənin
dalından gələn o gur səsi? Təzə aldığımız
traktordur, güney talada xam torpağı sökür.
Ə.Məmmədxanlı. // Eyni mənada otlaq, çə-
mən və s. Xam örüş. - [Ramazan Sahib mü-
əllimə:] Qərəz, uzun sözün qısası, bəylər
xamda otlayan buğa kimi tutuşdular. M.Ibra-
himov. Mal-qara xam otluğa dağılıb şırtha-
şırt otlavırdı. M.Hüseyn.
419
XAM
3. Öz təbii halında olan, əridilməmiş. Xam
piy. Xam quyruq. - ..Uzaqdan-uzağa xam
gümüş kimi ; Ağaran səhradan necə əl
çəkim? M.Mtişfıq.
4. Aşıya qoyulmamış, aşılanmamış, iş-
lənməmiş. Xam dəri. - Bu alçaq binaların
damlarında .. xam və yanmxam keçi, qoyan
dərilərinə rast gəlmək olardı. P.Makulu.
5. Çiy, bişməmiş. Xam ət. Xam kərpic.
6. dan. Dəyməmiş, yetişməmiş, kal. Xam
meyvə. - Çıxma ərik ağacına bilində, dil-
bərim; Yen gəl aşağı, nə yetkini var, nəxarni
var. M. Möcüz.
7. məc. Yetkin olmayan, təcrübəsiz, püx-
tələşməmiş, hazırlıqsız, vərdişsiz. [Şə-
kinski:] Mən xam bir aktrisanı səhnəyə bu-
raxa bilmərəm. C. Cabbarlı. [Əsgər] gah ba-
zamı bu başında, gah o başında xam müş-
təri axtarır ki, saqqalını qırxıb, cibini
kəssin. B.Talıblı. // Is. mənasında. Xamın
gözü böyük olar. (Ata. sözü). [Qəmər:] Sən
hələ xamsan, püxtə olmağa çox səfər
gərək... S.S. Axundov.
0 Xam düşmək - bir işin nəticəsini əv-
vəlcədən düşünmədiyi, lazımınca dərk etmə-
diyi üçün yanılmaq, səhv iş görmək. Mən
özüm də əvvəl xam düşdüm və keçən il get-
dim Bakıya, 5 manat verdim, qəbz aldım...
C. Məmmədquluzadə. Xam ələ salmaq,
xam salmaq - qarşısındakını xam, təcrübə-
siz, bacarıqsız, anlaqsız, xəbərsiz sayaraq,
bundan istifadə etməyə çalışmaq. Cə fər paşa
istəyirdi ki, onu xam salsın. “Koroğlu”.
[Məmişov:] Ay şeytana papış tikən Manaf
sən də məni xam ələ salıb dindirmə, da-
nışmayacağam. M. İbrahimov. Xam xəyal -
həyata keçirilə bilməyən, bir xəyal olaraq qa-
lan, mümkün olmayan iş, arzu, məsələ; boş
xəyal. [Kərimov Aydına:] Sən xam xəyalla-
nnla mənim başımı doldurma. H.Seyidbəyli.
Xam xəyal eləmək (olmaq) - yanlış xəyala
düşmək, səhv fikirdə olmaq. [Zalxa:] Tarverdi
bir zad gətirəcəkdirmi ki, yarısın sənə verə?
Sən niyə belə xamxəyal olursan? M.F.Axund-
zadə. [Növbərlilər:] Keçən il Sıırxab məhəllə-
sinin dəstəsinə zor gəlmişdiniz, olmaya xam
xəyal olubsunuz. P.Makulu. Xam tovlamaq
-bax xam ələ salmaq. Bizdən gözünü yığ ki,
sənə aldanan olmaz; Get onları xanı tovla ki,
XAMLIQ
təzvir eləyirsən? M.Ə.Sabir. [Alı Səfi bəyə:]
Bizi xam tovlamışdın, il uzunu işlədib bir qə-
pikdə vermirdin.. Daha indi bəy-zad dəbdən
diişdü.. Çəmənzəminli.
XAMA is. Çiy südünüzü, qaymağı, smetan.
Hənıayıl durub camışın xamasını, beçənin
balını, buğdanın çörəyini gətirib qoydu Ələs-
gərin qabağına. “Aşıq Ələsgər”.
XAMAÇI is. Xama hazırlayan adam.
XAM-XAM 1 . sif. Bişməmiş, çiy-çiy, xam
halda. Əti xanı-xam yemək.
2. zərf Avam adam kimi. Nə xam-xam da-
nışırsan. - [Dəvəçi] xanı-xanı bağırmağa baş-
ladı. S.Vəliyev.
XAMIT is. Qoşqu heyvanlarının boynuna
keçirilən üstü yumşaq boyunduruq. Qoca ..
atların xamıtını düzəltmək bəhanəsilə yerə
düşüb arabanın qabağında bir xeyli qur-
dalandı. M. Hüseyn.
XAMITQIÇ sif. dan. Ayaqları (qıçları)
əyri, əyriqıç, xamıtpaça. Qızın anadangəlmə
qüsuru var idi - qılçaları əyri idi (el ara-
sında belələrinə xamıtqıç deyirlər). S. Dağlı.
XAMITLAMA “Xamıtlamaq”dan f.is.
XAMITLAMAQ f. Boynuna xamıt ke-
çirmək.
XAMITLANMA “Xamıtlanmaq”dan f.is.
XAMITLANMAQ məcli. Boynuna xamıt
keçirilmək.
XAMITLI sif. Boynuna xamıt keçirilmiş.
Xamıtlı at.
XAMLAMA “Xamlamaq”dan /и.
XAMLAMAQ f. 1 . Uzun müddət məşğul
olmadığı üçün yaddan çıxarmaq, yadırğa-
maq, unutmaq. [Qədir:] Haçandan minik gör-
mədiyi üçün xamlayacağını yəqin etmişdi.
Mir Cəlal.
2. məc. Xam hesab edərək aldatmağa ça-
lışmaq, xam tapmaq. [Əmrulla Gülsabaha:]
[Ötgün] də sizi xamlayıbdır, siz də hələ
deyirsiniz ki, belə. C. Cabbarlı.
XAMLAŞMA “Xamlaşmaq"dan /w.
XAMLAŞMAQ bax xamlanıaq 1-ci
mənada.
XAMLIQ is. 1 . İşə yaxşı bələd olmama;
təcrübəsizlik, naşılıq, nabələdlik. Planların
alt-üst olmasına səbəb Kəşaninin [qan-
mazlığı] və xamlığı olmuşdu. Qantəmir. Kürd
420
XAMMAL
XANA-XANA
Əhməd onun ticarət işlərindəki xamlığına
güldü. M. İbrahimov.
XAMMAL is. Sonradan sənayedə müxtəlif
şeylər emal edilmək üçün yerdən çıxarılan
və ya istehsal edilən material. Sənaye üçün
xammal. - Tədqiqat nəticəsində aşkar edil-
mişdir ki, Azərbaycan öz zəngin mədən ehti-
yatları ilə mədən sənayesinin ən mühüm xam-
mal mənbəyidir. M.Qaşqay. // məc. Amerika-
ya ağıl axır, beyin axır; .. Beyinləri xammal
kimi daşıyırlar ; Qalaq-qalaq. B. Vahabzadə.
XAMNA is. Xam, işlənməmiş ipək.
XAMUŞ zərf [fars.] Dinməz, susmuş, sa-
kit (halda). Xamuş dayanmaq. Xamuş olmaq.
- Nadir daxil oldu, qeybət kəsildi, hamısı xa-
muş oturub çay içməyə məşğul oldıı. B.Talıblı.
// Əmr şəklində: xamuş! - sus! dinmə! sakit!
səssiz! Mən böylə kəlam ə dutmazanı gıış;
Leyli sözü söylə, yoxsa xamuş! Füzuli. [Şah
qəzəblə:] Xamuş! Artıq söz lazım deyildir.
Ü.Hacıbəyov. □ Xamuş eləmək (etmək) -
1) susdurmaq. Mədhi-güldən bülbüli gülşən-
də xamuş eylədim. S.Ə.Şirvani; 2) məc. keçir-
mək, söndürmək. Kəsdim öz əlimlə öz ayağım;
Xamuş elədim mən öz çırağım. M. Ə. Sabir.
Xamuş olmaq — 1) susmaq, səsini kəsmək,
dinməmək, sakit olmaq. [Cəfərqulu xan:]
Camaat, xamuş olun. Ağa Məhəmməd xan
söz demək istəyir. Ə. Haqverdiyev; 2) məc.
keçmək, sönmək. Gah olur xamuş, gahi od-
lanır yerdən çıraq. Qövsi.
XAMUŞAN klas. bax xamuşluq. Dərə,
təpə sakitlikdir, xamuşan ; Yoxdur kənd için-
də bir nəfər insan. A.Səhhət.
XAMUŞ ANLIQ köhn. bax xamuşluq. Ət-
raf tamam xamuşanlıq idi. S.M.Qənizadə.
XAMUŞLUQ is. Sakitlik, sükut, səssizlik.
Gecə ortasından aşmışdı və yayın istixamuş-
luğunıt pozan ancaq minarədən gələn mi-
nacat səsi idi. B.Talıblı. Səfərqabağı ailədə
olan bu ani xamuşluq içərisində bu barədə
hər kəs bir cürə düşünürdü. S. Rəhimov.
XAN is. tar. 1. Orta əsrlərdə Şərq ölkə-
lərinin bir çoxunda feodal hakimlərin titulu
və bu titulu daşıyan şəxs. Bir əkinçi gedirdi
məstanə; Yolda ol rast gəldi bir xanə.
S.Ə.Şirvani. 19-cu ilin yayında Naxçıvan xan-
larının cavanları Keçiliyə ova gəlmişdilər.
E. Sultanov. Müxtəlif yerlərdən ruhanilərin.
mülkədarların, bəy və xanların “ Əkinçf’yə
hücumu artıb şiddət edirdi. M. İbrahimov.
// Bu zümrəyə mənsub adamların adma
əlavə edilən ləqəb. Alı kişi neçə illər idi ki,
Həsən xana ilxı otarırdı. “Koroğlu”. Almış
sifarişi Hüseynqulu xan; ildırım tökülür
qaş-qabağından. S. Vurğun.
2. məc. Ağa, hökmran. Necə ki yar ilə həm-
zəbaıı idim; Xalq içində sultan idim, xan
idim. Q. Zakir.
3. köhn. Aşıq-aşıq oyununda: başçı, ha-
kim. Bu oyunda iştirak edənlər öz ara-
larında birini “xan” seçərdilər. H. Sarabski.
Əvvəllər kənd uşaqları, “xan cığal olar” -
deyə [Məmmədxanla] oynamaq istəməsələr
də, sonralar razılıq vermişdilər. P.Makulu.
4. məc. Obrazlı təşbehlərdə: canalıcı, iş-
vəli, nazlı gözlərə işarə. Müddətdi həsrə-
təm, bir gəz bəri bax; O xan gözlərinin
sədəqəsi canını. Q.Zakir.
5. Bəzi mürəkkəb kişi adlarının ikinci tər-
kib hissəsi; məs.: Muradxan, İsmixan,
Səlimxan.
0 Xan ilə aş (plov) yemir ki, bığı yağa
batar - çox məğrur, lovğa, təkəbbürlü adam
haqqında. [Sultan bəy:] Əşi, xan ilə aş yemi-
rəm ki, bığını yağa batar.. Ü.Hacıbəyov.
XANA is. 1. Xırda dördbucaqlara bölün-
müş bir şeyin qisimlərindən hər biri; dama,
kvadrat, göz, bölgü. Şahmat taxtasının
xanaları. - [Davud] dəftər qoyub cızıqladı,
xanalar ayırdı: “Sıra, nömrə, familiyası,
aldığı şey, neçə dənə, imza”. Mir Cəlal.
2. Bax hana 1 . Qadınlardan kimisi yun
darayır, ip əyirir, kimisi xana qurub kilim
toxuyurdu. A. Şaiq. ..[Xeyrənisə] istirahət
və yuxusunu özünə haram edib lampa işı-
ğında yun darayır, ip əyirir, xana toxuyur-
du. S. Hüseyn.
3. Başqa isimlərə qoşularaq mürəkkəb
isimlər əmələ gətirir; məs.: kitabxana, qira-
ətxana, hamamxana, camaşırxana, duşxana
və s.
XANA-XANA sif. 1. Xanalardan ibarət,
xana şəklində; xanalı; dama-dama. Xaııa-
xaııa dəftər.
2. Göz-göz, otaqlardan ibarət. Əzizim,
xana-xana; Evləri xana-xana; Əlim bəndi-
van olub; Zər baftalı yaxana. (Bayatı).
421
XAN ALI
XANALI sif. Xanası olan, xanalara bö-
lünmüş, xana-xana. 64 xanalı dama taxtası.
XANÇOBANI is. iti oynanılan Azərbay-
can xalq rəqsi və bıı rəqsin havası.
XANDOSTU is. dan. Dayı, əmi və başqa
qohumların arvadlarına hörmət üçün verilən
ad. Xandostu, amandı, qoyma gəldi! Didarı
yamandı, qoyma gəldi! M. Ə. Sabir. Anlar nə
ata, nə ana, həmsayə bizim qız! Xandostu!
Düşübdür yeni sövdayə bizim qız! Ə.Nəzmi.
XANƏ is. \fars. ] 1. Ev, məskən. ..Rəşid
Abxazlı yedəyində kəhər at dar və qorxulu
cığırla dağ başına, öz xanəsinə tərəf dır-
maşırdı. F. Köçərli. [Qıırban Fərruxa:] Bir
uşaq göndərib bu qəfil gülləni öz xanəmdə,
əhli-əyalımın yanında da sinəmə vura
bilərdin. Ə.Vəliyev.
2. mus. bax takt. Musiqi əsərlərindəki
ağır və yüngül səslərin ardıcıl və müntəzəm
surətdə təb-ar edilməsi musiqinin bərabər öl-
çülü ayrı-ayrı taktlara ( xanələrə ) bölünmə-
sini əmələ gətirir. Ə.Bədəlbəyli. ..Sədəf bu
dəfə də mülayim və mehriban bir səslə şagir-
dinin səhvlərini göstərir, o istədiyi kimi çal-
mayınca yeııi xanəyə keçmirdi. M. Hüseyn.
XANƏDAN is. [fars. ] 1. Qohumluq, ya
vərəsəlik hüququna əsasən taxtda ardıcıl
surətdə bir-birini əvəz edən hökmdarlar
sülaləsi. [Qətibə:] O ancaq məni məhv etdi,
mənsə bütün Eldəııiz xanədanını məhv edə-
cəyəm. M. S. Ordubadi. [Qazı Turxan bəyə:]
Atadan-babadan sizin namuslu, heysiyyətli
bir xanədan olduğunuzu bütün vilayət bilir..
H. Cavid. Fərmanın həqşünas baxışı Mir
Haşıma dikildi. Bu baxışı ilə o, sanki ağanın
Qacar xanədanına və səltənət məqaminə
etdiyi bu yaxşılığın hədər yerə getməyəcə-
yini anlatmaq istəyirdi. P.Makulu.
2. məc. Bir yerdə yaşayan böyük ailə,
nəsil; xaniman. [Pəricahan xanım:] Xanə-
danımızda ən müti, ən fədakar sayılan Hadi
lələ də yox olmuşdur. S.S.Axundov. Artıq bu
xanədanın dağılacağını bildirən zəlzələnin
əlamətləri hiss edilməkdədir. M.İbrahimov.
XANƏDANLIQ is. tar. Böyük bir süla-
ləyə mənsubiyyət.
XANƏGAH is. fars.] Bir şeyx və ya mür-
şidin rəyasəti altında olan dərvişlərin yaşa-
XANƏNİŞİN
dıqları və ibadət etdikləri yer; təkyə, iba-
dətgah.
XANƏXƏRAB sif. [fars.] klas. Bədbəxt,
zavallı, yazıq, evi yıxılmış (adətən təəssüf,
mərhəmət məqamında işlənir). Düşdü əlimə
bir gecə bir şişə şərab; Gətdim evə, sübh içim
məni-xanəxərab. S.Ə.Şirvani. Ər deyil, şair
imiş xanəxərab; Fikri yazmaq, oxumaq, şüğlü
kitab. M.Ə.Sabir. Bu xanəxərab [arvad] neçə
yaşındadır məyər? N.Vəzirov. □ Xanəxə-
rab etmək - bədbəxt etmək, evini yıxmaq.
Yox, yox, başına dönüm, a molla, məni
xanəxərab edərsən. C.Məmmədquluzadə.
XANƏNDƏ is. [fars.] Toylarda, məclis-
lərdə, konsertlərdə və s.-də oxuyan peşəkar
müğənni. Bir tərəfdə tarzən və xanəndə
oturub, musiqi çalmır. Ü.Hacıbəyov. Qızı-
şan xanəndə qavalını hərləyir, tarçı tarını
kökləyir, kamançaçı simləri düzəldir, nəğmə-
ney səsi göy qayalardan əks-səda verirdi.
S. Rəhimov. ..Qarabağ şikəstəsi deyən cavan
xanəndənin mahnısı dəniz üzərindən yüksələ-
rək, ta uzaqlara qədər işləyirdi. M. Hüseyn.
XANƏNDƏLİK is. Xanəndə sənəti, mü-
ğəımilik. Musiqi məktəbinin xanəndəlik sinfi.
- Xanəndəliyin hörməti var, yaxşı sənətdir;
Xalqa, səni bil, sevdirən ancaq bu cəhətdir.
Ə.Vahid. □ Xanəndəlik eləmək - bir peşə
kimi toylarda, məclislərdə, konsertlərdə və
s.-də oxumaq, müğənnilik etmək. Məşhur
mərhum xanəndə Hacı Hüsü də Məkkədən
gələndən sonra əlinə qaval alıb xanəndəlik
eyləyirdi. Ə.Haqverdiyev.
XANƏNİŞİN sif [fars.] Evdən bayıra
çıxmayan, gününü evdə keçirən, daim evdə
olan, adamlar arasına çıxmayan. Xanənişin
adam. □ Xanənişin etmək - birinə cəza
olaraq evdən kənara çıxmağa, cəmiyyətə
qarışmağa icazə verməmək, yaxud hər
hansı bir səbəbə görə camaat arasına, evdən
bayıra çıxa bilməməsinə səbəb olmaq.
[Qətibə xatun Səba xanıma:] [Qızıl Arslan]
qazıları, ruhaniləri, əyanları və vəzirləri həbsə
alır, sürgünə göndərir, xəlifə tərəfindən
təsdiq edilən padşahı xanənişin edir{di).
M. S. Ordubadi. Xanənişin olmaq - hər
hansı bir səbəbə görə gününü evdə keçir-
mək, evdən bayıra çıxa bilməmək, xarici
aləmlə əlaqəni kəsmək. [Gülsümün] atası
422
XANGƏLDİ
XANİMANSIZ
da o qədər qocaldı ki, daha gözləri qüvvət-
dən düşüb, başmaq tikməyə qadir olmayıb
xanənişin oldu. Ə.Haqverdiyev. Xaııənişin
olmuş (f.sif.) Molla Qasım bir dəfə bir yı-
ğıncağa getmişdi. S.S.Axundov.
XANGƏLDİ is. dan. Uzun intizardan sonra
gəlib çıxan adam haqqında zarafatla deyilən
söz. Sənin gəlməyin lap xangəldiyə döndü.
XANI, XANIBALIĞI is. zool. Şirin sularda
yaşayan qara zolaqlı, qırmızıya çalar alt
üzgəcli balıq.
XANIKİMİLƏR is. zool. Xanı tipli ba-
lıqlar sinfi.
XANIM is. 1 . Hörmət və şərəf üçün qa-
dınlara verilən ad; bəyim. [Murad:] Ah, xa-
nım, bir sənsən mənim pənahını; Mən qərib
kimsəyəm, yox bir günahını. H. Cavid. Dəli-
lər, xanımlar Koroğludan çox nigaran
idilər. “Koroğlu”. Çərşənbə günündə çeşmə
başında; Gözüm bir alagöz xanıma düşdü.
Aşıq Ələsgər. // Tanış olmayan qadına hör-
mətlə müraciət. Xanım, məni dinləyin.
П Hörmət üçün qadın adlarına əlavə edilir.
Nizami, Məhsəti xamnıa ürək və təsəlli ver-
mək üçün uzun-uzadı danışdı. M. S. Ordu-
badi. Ağa Murad bəyin Reyhan xanımla
rəftarı .. get-gedə sərtləşirdi. T.Ş. Simurq.
[Şeyda Kəngərli:] Davamlı olun, Sənubər
xanını, lazımlı fikri həyata keçirmək çətin
olduğu kimi, həm də şərəflidir. B.Bayra-
mov. // Qadınlığın bütün gözəl sifətlərini
özündə cəmləşdirən qadın haqqında; alicə-
nab, nəcib. Çox xanım adamdır (bu mənada
xanım-xatın şəklində də işlənir).
2. Qadın, arvad, zövcə. Yoldaşını öz xa-
nımı ilə gəlmişdi. - Bu vaxt evin xanımı
uzun, yekə məcməyidə buğlanan plovu
gətirib, stolun üstünə qoydu. M. Hüseyn.
3. Bəzi mürəkkəb qadın adlarının ikinci
tərkib hissəsi; məs.: Minaxanım, Bəyim-
xanım, Balacaxanım, Xırdaxanım və s.
XANIMBÖCƏYİ zool. bax uçağan 2 .
XANIMCAN is. köhn. Qadına hörmət və
nəvazişlə müraciət. [Qurban:] Xanımcan,
bağışla, sənə ağır gəlməsin, bu dünyadır,
elə də olar, belə də. İ.Musabəyov.
XANIMƏLİ is. bot. Iriyarpaqlı, gözəl
ətirli bir çiçək və bu çiçəyin kolu.
XANIM-XATIN bax xanım 1 -ci məna-
da. [Xəlil:] Gəncədə elə sizin kimi xanım-
xatın bir doktor vardı. S.Rəhman.
XANIMLIQ is. 1 . Xanım olma, xanım kimi
yaşama, hörmətdə olma. Xanımlıq eləmək. -
[Çəpəl:] Bəxtəvər qurulu evə gedir, açıq qa-
pıya xanımlığa gedir. Mir Cəlal.
2. Qadınlıq. [Qadının] ağıllı baxışı, dol-
ğun sinəsi, həlim və təranəli səsi - bütün hə-
rəkəti xanımlıq haqqına haiz olduğunu bil-
dirirdi. Çəmənzəminli.
3. məc. Alicənablıq, ağayanalıq, nəciblik
[Səkmənin] oturuşunda, hərəkətində və üz-
gözündə bir xanımlıq, nəcib bir əxlaqın və
mənəviyyatın gözəlliyi duyulurdu. M. İbra-
himov.
XANIMOTU is. bot. Yarpaqlarında və kö-
kündə atropin olan çoxillik ot bitkisi. Xa-
nımotu çoxillik ot bitkisidir, hündürlüyü 1-2
m-ə çatan bir ııeçə düz gövdəyə malikdir.
R.Əliyev.
XANIMSALLANDI 1 bot. bax ərikgülü.
XANIMSALLANDI 2 is. köhn. Parlaq ipək
saplardan toxunmuş bahalı parça. Keçmişdə
xanımlar toylara xanımsallandı geyinərdilər.
XANİMAN is. [fars. ] 1. Ev-eşik, ata yur-
du, ocaq, dudman, məskən. Yolunda keçmi-
şəm şirin canınıdan; Tərk oldum vətəndən,
xanimanımdan. Aşıq Ələsgər. Get ata-ana-
nın tez al qanını; Dağıt Ağpoladın xanima-
nını. A.Səhhət. [Cahangir bəy:] Ta səndən
ötəri xanimandan əl çəkib düşmüşəm bərrii
biyabanə. N.Vəzirov.
2. Ev, ev adamları, ailə. İpək döşəməli xa-
nimanlardan; Rəqqasə qızların səsi yüksə-
lir. S. Vurğun. [İsmayıl:] Uşaqlar, bu xani-
manın daşını daş üstə qoymayacağıq, od-
layın! P.Makulu. Yanan xanimanlardan
körpələrin ağlaşma səsləri ucalır. M.Rzaqu-
luzadə. // Məc. mənada. Könül xanimanın
abad eyləyib; Yıxan gözlərinin sədəqəsi
canım. Q.Zakir. Könül viran qalan bir xa-
nimandır; Deyib-danışmayır xeyli zaman-
dır. S.Vurğun.
XANİMANLI sif. Xanimanı, yurdu, məs-
kəni, ev-eşiyi olan.
XANİMANSIZ sif. Xanimanı, yurdu, məs-
kəni, ev-eşiyi olmayan; yurdsuz. Ölürəm imdi
burda qürbətdə; Xanimansız, yetim, əsarətdə.
423
XANLIQ
XARAB
A. Səhhət. Bax, küçələrdə seyr edir bir sürü
xanimansız; Ac-yalavac zarıldayır arvad-
uşaq gümansız. C. Cabbarlı.
XANLIQ is. 1 . Hakimlik. Xanlıq sürmək.
Xanlıq eləmək. - Bilmirəm neyləyir ol xan-
lığı ya dünyanı; Hər kimin dövləti vardır,
odur əsrin xanı.. S.Ə.Şirvani. [Mirzə Təqi:]
Bəli, İranda xanlıq var ikən İran dirilməz.
C.Cabbarlı.
2. Xana məxsus, xana mənsub. Xanlıq
mülk. Xanlıq imarət. - Hələ əri xanlıq evinə
çatmamış, arvad özünü ona yetirmək, onu
qaçmağa təşviq etmək istədi. P.Makulu.
// Xanın idarəsi altında olan məmləkət,
ölkə, ərazi. Bakı xanlığı. İrəvan xanlığı.
XANZADƏ is. [xan və fars. ...zadə] Xan
oğlu, xan balası, xan nəslindən olan adam.
[İbrahim:] Bu saat hamı xanzadələrin,
şahzadələrin qızları sənə həsəd aparır.
Ə. Haqverdiyev. [Kəndlilər] Allaha pənah,
hələ ki bu şəhərdən gələn xanzadələrin heç
birindən xeyir iş baş verməyib - deyib
qəzavü-qədərə bel bağladılar. Çəmənzə-
minli. [Cəmaləddin:] ..O adama öz tərəfim-
dən izin verdim və onun sədaqətinə əminəm.
Bu, kirmanlı Mirzə Rza adında bir xanza-
dədir. C.Cabbarlı.
XAOS [ yun .] Tam qarışıqlıq, qarmaqa-
rışıqlıq, nizamsızlıq, hərc-mərclik, qayda-
sızlıq, sistemsizlik. ..Həyat, baş açılmaz bir
xaosa çevrilərək, artıq [Səriyyə və uşaq-
larını] şüursuz və iradəsiz bir cisim kimi öz
təkərinin altına alıb əzməyə, ovmağa baş-
ladı. M. İbrahimov.
XAOTİK sif. Qarmaqarışıq, qaydasız,
nizamsız, sistemsiz.
XAOTİKLİK is. Qarmaqarışıqlıq, qayda-
sızlıq, nizamsızlıq, sistemsizlik.
XAR 1 is. [fars. ] klas. 1. Tikan. Zəhməti bül-
bül çəkər; Gülü qucar yenə xar. (Ata. sözü).
[Kərəm:] Bağı tutdu şeyda bülbül naləsi;
Gülün bağrı yandı xarııı içində. “Əsli və
Kərəm”. Gülşəni-aləmdə bir gül varını
bixar olmasın? Hansı bülbüldür cəfayi-xar-
dən zar olmasın? M. Hadi.
XAR 2 sif. Zəlil, üzüqara, rüsvay, xəcalətli,
pərt. Riistəmbəy başını çarpayıya söykəyib,
xar və zəlil bir halda sükuta getdi, gözləri
yaşardı.. Çəmənzəminli. □ Xar etmək (elə-
mək, qılmaq) - hörmətdən salmaq, alçalt-
maq, üzüqara etmək, başıaşağı etmək, xəcil
etmək. Bunları mənimlə zar qılma; Bir neçə
əzizi xar qılma. Füzuli. Xar etmə məni hic-
rin ilə, ey güli-bixar; Gülşəndə haçan gül
eləyib xarə ədavət. S.Ə.Şirvani. Yalnız teatr
sevgisi onları dost-düşmən yanında xar
eləyir, ata-ana yanında başıaşağı edərdi.
S. Rəhman. Xar olmaq - alçalmaq, hörmət-
dən düşmək, hörməti getmək, üzüqara ol-
maq. Mərdlər ilən gəz ki, vəfadar olur; Na-
kəslərə yoldaş olan xar olur. M.V.Vidadi.
[Naçalnik:] Sizin nəcabətinizə hərgiz layiq
deyil ki, yaman əməllər ilə özünüzü bədnam
edib, ümənayi- dövlətin nəzərində xar və
zəlil olasınız. M.F.Axundzadə.
XAR 3 sif. Yumşaq, boş, məsaməli. Xar buz.
XARA is. Özündən naxışları olan parlaq
ipək parça. Gün vurduqca ağacların yar-
paqları rəngdən-rəngə düşür, xara parça
kimi bir anda cürbəcür rəngə çalırdı.
Ə.Vəliyev. [Sərvinaz Şahmara:] Ata-baba-
mız öz üstünə çəkməyə mitil tapmayanda,
xaradan qonaq yorğanı düzəltdirib. B.Bayra-
mov. Xaradan uzun xalat geyinmiş bəstə-
boy, zərif bir qadın pilləkənlə enirdi.
İ.Hiiseynov. // Xaradan tikilmiş. Xara don,
xas labada; Şəddə üstə şalı qəşəng. Aşıq
Ələsgər. [Əminə] qıvraq görkəminə çox
yaraşan baftalı, uzun xara tuman .. geymiş,
başına da heyratı kəlağayı örtmüşdü.
Ə.Əbülhəsən.
XARAB sif. [ər.] 1. Pis, yaman. [Kərbə-
layı Cəfər:] ..İndi əsr çoxxarabdı. Hanı indi
elə bir Allah bəndəsi ki adamın əlini tutsun...
C.Məmmədquluzadə. [Əvvəlinci kəndli:]
Həkim birgünlük yolda olur; yollarımız
xarab, azarlını nə arabada aparmaq olur,
nə at ilə.. Ə.Haqverdiyev. // Bərbad, viran.
Dərdi-qənıi göndər könül şəhrinə; Heç
sultan mülkünü xarab istəməz. Q. Zakir.
2. Ağır, pis. Halı xarabdır. □ Xarab ol-
maq - 1) get-gedə pisləşmək, ağırlaşmaq,
qorxulu bir vəziyyət almaq (xəstə haqqında).
[Humay:] Alı, nə fəlakətli təsadüf... Zavallı
xəstəliyindən büsbütün xarab olacaq..
H. Cavid; 2) sınmaq, dağılmaq, korlanmaq.
[Ağakərim xan:] Vay sənin halına, hərgah
bir səndəl, ya miz xarab ola. N.Vəzirov;
424
XARABA
XARAB AZARLIQ
3) pisləşmək, pis cəhətə dəyişmək, korlan-
maq. [Məşədi ibad:] Arvad ki döyülmədi,
xarab olar. Ü.Hacıbəyov. [Əlləzoğlu:] Ə,
biz, deyəsən, ərli-arvadlı lap xarab olmu-
şuq, ay Hənifə. İ. Hüseynov.
3. Əvvəlki keyfiyyətini, vəziyyətini də-
yişmək, itirmək, yaramaz hala düşmək. Nə
tez soldun, xarab oldun! Nədir sənin bu tut-
duğun; Vəfasızlıq yolu, bilməm! Sənin öm-
rün nə qədər kəm! Ə. Cavad.
4. Bir sıra isimlərin yanına gətirilərək,
ismin göstərdiyi mənada feil, yaxud müx-
təlif ifadələr düzəldilir; məs.: qanını xarab
etmək, ovqatını xarab etmək, ürəyi xarab
olmaq, işlər xarabdır və s.
XARABA [зг.] 1. is. Dağılmış, uçulmuş,
viranə qalmış şəhərin, tikilinin və s.-nin
qalığı; yarı yıxıq ev və s.; xarabalıq. Bizdən
sonra kəndlilər Pəri arvadı və uşağını
xarabadan çıxartmışdılar. C.Məmmədqu-
luzadə. Bayquş xaraba, gecəquşu qaranlıq
sevən kimi, xain adamlar da xəlvəti xoş-
larlar. M. İbrahimov. Alçaq, yastı və torpaq
evlərdən buranın kiçik bir kənd xarabası
olduğu anlaşılırdı. Ə.Məmmədxanlı.
2. sif. Dağılmış, uçulmuş, alt-üst olmuş,
xaraba qalmış; viranə, yıxıq, uçuq. Xaraba
şəhər. Xaraba kənd. Xaraba evlər. - Könül
şəhri gündən-günə talandı; İndi oldu bir
xaraba çöllər hey. M.V. Vidadi. Xaraba və
başlı-başına buraxılmış bir binanın içəri-
sində toxdayıb oturdum. M. S. Ordubadi.
Gülbənd bacısı Tamamın hər şeydən çox
xaraba qəbiristandan qorxduğunu söylərdi.
S.S.Axundov. □ Xaraba qalmaq uçul-
maq, dağılmaq, viran olmaq (bəzən qarğış
kimi - xaraba qalsın! xaraba qalasan!
şəklində işlənir). [Qərib:] Xaraba qalsın
Tiflis şəhəri; Heç səndə oynayıb-giilən
yoxumuş. "Aşıq Qərib”. Gözəl Təbriz xa-
raba qalır, toz-torpaq içində sönüb gedir.
M. İbrahimov. İş belə gedərsə, Gəray ağanın
Qarabağ düzənlərindəki malikanəsi, Şuşa
şəhərindəki üçmərtəbəli imarəti də xaraba
qalacaq... S. Rəhimov. Xaraba qoymaq -
dağıtmaq, viran etmək, uçurmaq, daşı daş
üstə qoymamaq, xarabalığa döndərmək.
[Cənnətəli ağa:] Ay gədələr, dalımca gəlin!..
Gərək dünyavü aləmi xaraba qoyam!
N.Vəzirov. // klas. Мөс. mənada. Bu dil ki
ona mənzil idi, oldu xərabə; Əzm etsə əgər
yar, dəxi lıarə qayıtsın? Heyran xanım.
3. dan. Öz evi, öz mülkü, öz yeri məna-
sında (hiddət məqamında deyilir). [Kər-
bəlayı Ağca:] Min dəfə deyirəm, bu zəhri-
mar çəpəri öz xarabanızdan çəkin! Çəmən-
zəminli. [Paşa bəy Səlbiyə:] Onsuz da qa-
nını qaradır, çıx cəhənnəm ol, itil get xara-
bana! Ə. Vəliyev. [Münəvvər:] Qoymaz ki,
itin küçükləri xarabamızda bir hovr rahat
nəfəs alaq. Mir Cəlal.
4. Bax xarabaxana. Çox görmüşəm qana
batmış əlləri mən; Çək tətikdən əllərini; Yüz
xaraba, min xaraba müəllifi əllərini. M.Araz.
XARABAXANA bax xarabalıq. [Bəy-
məmməd:] O yel vurub, yengələr oynayan
xarabaxana? Bəs atam nə deyər. S.Rəhimov.
XARABALANMA "Xarabalanmaq”dan fis.
XARABALANMAQ/ Xarabalığa dönmək,
xaraba qalmaq, dağılmaq, bərbad olmaq, vi-
ranələnmək.
XARABALAŞDIRMA “Xarabalaşdırmaq”-
dan fis.
XARAB ALAŞDIRMAQ f. Xaraba halına
gətirmək, dağıtmaq, viranə etmək, viran
qoymaq.
XARABALAŞMA “Xarabalaşmaq”dan/ is.
XARABALAŞMAQ b a x xarabalanmaq.
XARABALIQ is. Xarabaya çevrilmiş yer,
dağılmış, sökülmüş, viran qalmış yer;
viranəlik. Kənddə təsərrüfat alətləri yay-qış
uçuq-sökük, qar-yağış tökülən bir xaraba-
lıqda saxlanılırdı. M. İbrahimov. Ay işığında
[yolçu] bir xarabalıq qarşısında dayandığını
gördü. Ə.Məmmədxanlı. Xarabalıq üzə-
rində iki bayquş edir söhbət; Nıışirəvan bu
söhbətin təsirindən alır ibrət. B.Vahabzadə.
XARABAZAR is. [ər. xərabə və fars.
...zar] klas. Xarabalıq, viranəlik, xaraba qal-
mış yer. [Mirzə Sadıq Fərhada:] Oğlum,
xarabazarlar arasında abadlıq axtarma.
C. Cabbarlı. [Qurd Kərim:] Hər yana baxır-
san xcırabazardır; Dolub dilənçiylə küçə və
meydan. S. Rüstəm.
XARABAZARLIQ bax xarabalıq. Xəya-
lımda bizim Şərq nağıllarında təsvir edilən
xarabazarlıqlar canlandı. M. İbrahimov.
Dağınıq və uçuq evləri, .. küçələrə tökülmüş
425
XARABÇILIQ
sınıq qab-qacaqları görərkən, dağılmış
insan yurdunun bu xarabazarlığı qarşısında
yolçunun ürəyi sıxıldı... Ə.Məmmədxanlı.
XARABÇILIQ is. dan. Pislik, murdarlıq.
XARABEDİCİ sif. Xarab edən, dağıdıcı,
viranedici.
XARABLAMA "Xarablamaq”dan/w.
XARABLAMAQ f. 1 . Korlamaq, pisləş-
dirmək. İşləri xarab eləyən araqarışdıran-
lardır ki, müsəllamızı xarablayırlar. C.Məm-
mədquluzadə.
2. ınəc. dan. Batırmaq, bulamaq, murdar-
lamaq. Ölünü öz kefinə qoysalar, kəfəni
xarablar. (Ata. sözü).
XARABLAŞDIRMA “Xarablaşdırtnaq”-
dan fis.
XARABLAŞDIRMAQ f. Xarab eləmək,
korlamaq, pisləşdirmək, bərbad hala salmaq.
// Ağırlaşdırmaq, kəsifləşdirmək. İnsanla-
rın tənəffüs zamanı havaya buraxdıqları kar-
bon qazı, habelə yaş və ya çirkli paltardan
qalxan buxar, toz binanın havasını xarab-
laşdırır. Ə.Babayev.
XARABLAŞMA “Xarablaşmaq”dan/;'s.
XARABLAŞMAQ f. Pisləşmək, daha da
xarab olmaq, fənalaşmaq, korlanmaq. [Hə-
sənqulu bəy:] Həzərat! Özünüzə məlumdur
ki, dünya getdikcə xarablaşır, yəni mən onu
demək istəyirəm ki, bu diiııya getdikcə xarab
olur. Ü.Hacıbəyov. Kişinin ovqatı daha da
xarablaşır, oyaıı-buyam, axtarar, əlinə
təndir kösöyii götürüb, itə bir-iki çəkərdi.
H. Sarabski. Gülşən işdən çıxanda günor-
tadan pozulmağa başlayan hava get-gedə
daha da xarablaşdı. M.Süleymanov.
XARABLIQ is. Xarab şeyin halı, key-
fiyyəti; pislik, bərbadlıq, fənalıq.
XARAKTER \yun. ] 1. Bax xasiyyət. Zey-
nalda xudkam bir sənətkar xarakteri vardı.
S. Hüseyn. Mahnı xalqın milli xarakterini
canlı surətdə ifadə edən böyük bir ilham
məhsuludur. Ə.Bədəlbəyli.
2. ədəb. inc. Tip, surət, obraz. M.F.Axund-
zadəııin komediyaları böyük ictimai məsə-
lələri əhatə edən, komik planda ictimai xarak-
terlər yaradan klassik komediya əsərləri idi.
M.lbrahimov.
3. Mahiyyət, keyfiyyət, xüsusiyyət. Yer
səthinin xarakteri.
XARDAL
4. Xaraktercə şəklində - xarakterinə
görə; xasiyyətinə görə, mahiyyətinə görə;
xasiyyətcə, mahiyyətcə. “ Atabəylər ” dra-
mında gərgin hadisələrlə yanaşı, xaraktercə
bir-birinə zidd olan obrazlar da nəzəri cəlb
edir. M.İbrahimov.
XARAKTER, XARAKTERİK sif. \yuil.]
bax səciyyəvi. Xarakterik cəhət. - Qlier
Azərbaycan mövzusunda [“Şahsənəm”]
opera yaradarkən folklorumuzun bütün
melodiya zənginliyindən istifadə edə bilmə-
miş, Azərbaycan musiqisinin lad, vəzn və
nüanslarının bütün xarakterik xüsusiyyət-
lərini öyrənə bilməmişdir. Ü.Hacıbəyov.
XARAKTERİSTİKA \yun.] 1. Bir şəxsin
və ya şeyin səciyyəvi xüsusiyyətlərinin
təsviri.
2. Birinin əmək və ictimai fəaliyyəti haq-
qında məlumat verən rəsmi sənəd, xasiy-
yətnamə.
3. riyaz. Onluq loqarifmin bütöv hissəsi.
4. xiis. Bir şeyin hər hansı bir qrafik
(cizgilərlə) göstəricisi. Turbinin xarak-
teristikası. Çay rejiminin xarakteristikası.
XARAKTERİZƏ: xarakterizə etmək -
xarakteristika vermək, fərqləndirici xüsu-
siyyətlərini müəyyənləşdirmək; səciyyə-
ləndirmək.
XARAKTERLİ sif. Xarakterə malik olan,
səciyyəvi xüsusiyyətlərə malik olan; səciy-
yəvi. Cəngavər xarakterli tiplər yaratmaq.
XARAKTERSİZ sif. Möhkəm xarakteri,
heç bir səciyyəvi xüsusiyyəti olmayan, çox
tez təsir altma düşən, zəif iradəli. Xarak-
tersiz surətlər.
XARAKTERSİZLİK is. Möhkəm xarak-
teri olmama, çox tez təsir altına düşmə; iradə
zəifliyi.
XARAL is. İri torba (kisə), bardan. Nənəm
qarala, qoyun! Bənzər marala, qoyun! Ço-
ban yununu qırxıb ; Basar xarala, qoyun!
(Bayatı). Öz vaxtında ayırmadın şahini sar-
dan; Az qoşmadın boş xarallar şəninə das-
tan. M.Araz.
XARÇO is. [gürcücə ] Qoyun ətindən bi-
şirilən bozbaşaoxşar ədviyyəli xörək, şorba.
XARDAL is. 1 . bot. Xaççiçəklilər fəsilə-
sindən xırda sarı çiçəkləri və meyvəsi olan
426
XARDALLI
XARİCİYYƏ
ot bitkisi. Xaççiçəklibr fasiləsinə bir sıra
kələm, turp, vəzəri kimi qiymətli tərəvəz bit-
kiləri, xardal kimi yağlı bitkilər, mixəkgülü,
şəbbugülii kimi bəzək bitkiləri daxildir.
H.Qədirov.
2. Xörəyə kəskin dad vermək üçün bu
bitkinin üyüdülmüş tumlarından hazırlanan
şirə. □ Xardal yaxısı - xardal yaxılmış
(sürtülmüş) kağız parçası (müalicə məqsə-
dilə işlənir).
XARDALLI sif. Tərkibində xardal olan.
XARIBÜLBÜL is. [fars, xar - tikan və
bülbül.] Azərbaycanda bitən bitki növü.
Açma xarıbülbül, açma, sən bu il; Görür-
sən, bu bahar bizimçün deyil. B. Vahabzadə.
XARILDAMA “X arı 1 d am aq ” dan /.7.s.
XARILDAMAQ f Ayaq altında tapda-
lanan qardan xar-xar səsi çıxmaq. İşıq düşər-
qar üstünə parıldar; Tapdalayan vaxtda onu
xanldar. A.Səhhət. Qar atların ayaqları al-
tında qəribə bir səslə xanldavırdı. M.Hüseyn.
XARILDAŞMA “Xarıldaşmaq”dan /.7,s.
XARILDAŞMAQ f. Küləyin təsirilə yar-
paqların, budaqların bir-birinə dəyməsin-
dən çıxan səs haqqında - xışıldamaq. Külək
əsdikcə yarpaqlar xarıldaşırdı. - Meşəni
çulğayan dərin uğultu bir neçə saniyə kəsil-
mədi. Ağaclar xarıldaşdı. M.Hüseyn.
XARILTI bax xışıltı. Xarıltı səsi. □ Xa-
rıltı ilə - xarıltı səsi çıxararaq, xışıltı ilə.
[Məryəm:] Sən məni unutsan da, amma mən
səni unutmaram, - deyə işvəkar qadınlara
məxsus bir şivə ilə fırlanıb ipək paltarlarını
xarıltı ilə yellətdi. B.Talıblı. Payız yağmurla-
rından aşıb-daşan çay iri yumru daşları x a-
rıltı ilə yuvarlayıb aparırdı. M.Rzaquluzadə.
XARİC is. [ər.] 1. Bayır, dışarı; bayır tə-
rəf ( daxil əksi). Binanın xarici. Bu evin xa-
rici daxilindən gözəldir. - Sonra birdən o,
xaricdən gələn səslərə qulaq asmağa baş-
layır. S. Rəhman. □ Xaric etmək - qov-
maq, kənar etmək, çıxarmaq. [Fərhad Mirzə
Sadığa:] Baba, tez məni [saraydan] xaric
edin. C. Cabbarlı. Yoldaşlarından birini
bıçaqlayıb yaralamağının üstündə Əmiras-
laııı məktəbdən xaric etdilər. S.S.Axundov.
Xaric olmaq - kənar olmaq, çıxmaq. [Qızıl
Arslan:] Bu məktubu alandan bir həftəyə
qədər öz qoşununu padşaha təslim verib
islam məmləkətlərindən xaric olmalısınız!
M.S.Ordubadi.
2. Xarici ölkə, məmləkət. Xaricdən gələn
mallar. Xaricdə yaşamaq. - Günlər keçir, xa-
ricdən qəsəbəyə kimsə gəlməyirdi. H.Nəzərli.
3. Musiqidə: mövcud ölçü və ahəngdən
kənara çıxma, yanlış çalma, ya oxuma. Xa-
ric vurub zil pozuldu; indi bəmdən oxu, bül-
bül. N.Kəsəmənli.
0 Xaric dəftəri dəft. - idarədən çıxan mək-
tubları, təliqələri qeyd etmək üçün dəftər.
XARİCİ sif. [ər.] 1. Xaricə aid, zahiri
(ı daxili ziddi). Xarici əlamət. - Mahmuda
xarici görünüşünə görə paxıllıq edənlər də
olurdu. S. Vəliyev. // Bir şeyin xaricində,
xaric tərəfində olan. Xarici tərəf. Xarici
mühit. - Qəhrəman o qəbil insanlardan idi
ki, .. xarici aləmdə heç bir şey görməz və
eşitməzdi. M.İbrahimov. Elə bi! bu saat
bütün xarici aləm yalnız sədrdən asılı idi.
İ. Əfəndiyev.
2. Xarici dövlətlə olan münasibətlərə aid
(ı daxili ziddi). Xarici siyasət. Xarici vəziy-
yət. Xarici ticarət. H Həmin dövlətin hü-
dudları xaricində olan. Daxili və xarici qiy-
mətlər. Xarici bazar. Xarici düşmənlər.
H Xarici ölkədən gəlmiş və ya gətirilmiş.
Xarici qonaqlar. Xarici mal. H Başqa döv-
lətə, başqa ölkəyə mənsub olan, aid olan.
Xarici təbəələr. Xarici valyuta. Xarici dil-
lər. H İs. mənasında. Əcnəbi, xarici ölkə
təbəəsi. Bakı neft yataqları xariciləri özünə
çəkirdi. M.İbrahimov. // is. kölın. İslam alə-
mində qeyri-müsəlmanlara verilən ad; əc-
nəbi. [Hacı:] Hayıf olsun ki, siz də xaricilərə
qoşulub məni yerdən götürməyə çalışırsınız.
M.S.Ordubadi. Hacı Əliqulu, doğrudur, bir
xarici ilə əl-ələ görüşəndə gəlib evdə əlini
sabunla təmizlərdi. Qantəmir. Xaricilər qa-
bağa düşdü tamam; Nə yaman günlərə qaldı
islam. A.Səhhət.
XARİCİYYƏ is. [ər.] Xarici işlər nazirli-
yinin köhnə adı. Osmanlının xariciyyə və-
ziri gəlib sultana ərz edəndə ki, sultan sağ
olsun, Yevropa hökumətləri Kriti hazırlaşır-
lar versinlər yunan padşahına, Sultan Əbdül-
həmid уипапһ hərəmini yanma çağırıb deyir:
427
XARİQƏ
.. İstambula yazaram, “ Molla NəsrəddiıT'i
Osmanlı torpağına qovmasınlar. "Hophop-
namə”.
XARİQƏ is. [ar.] 1. insanda heyranlıq do-
ğuran şey, hadisə; möcüzə, bax xariqüladə.
2. məc. Adama xariqə kimi görünən, xa-
riqə sayıla bilən şey, qeyri-adi, görünmə-
miş şey. İnsanın zəkası xariqələr yaradır.
- [Nəcməddin] Böyük şairin [Nizaminin]
bu qədər qilu-qal içərisində keçən günləri
sakit bir həyatın qucağında xariqələr, mö-
cüzələr dolu şeirlər yaratmağa sərf oluna-
caqdır. M.S. Ordubadi.
XARİQƏLİ sif. Xariqüladə, xariqələrlə
dolu, ecazkar, möcüzəli, görünməmiş.
Burada xariqəli bir şey yoxdur.
XARİQÜLADƏ sif. [ər.] 1. Qeyri-adi,
qeyri-təbii, bu vaxta qədər misli gö-
rünməmiş, təbiət xaricində olan. Xari-
qüladə qüvvələr. Xariqüladə hadisələr.
Xariqüladə qəhrəmanlıq.
2. Adi qaydadan xaric, qeyri-adi, fövqə-
ladə. Boşanmaq təklifi [Mehriban] üçün
xariqüladə bir şey idi. S. Hüseyn. Amma
Saday yoldaşlarına ürək-dirək verəndə, elə
xariqüladə bir qüdrət sahibi olduğunu
bilməzdi. M. Hüseyn. Mahmud Sərdarın
dediyinə inanmırmış kimi, bir an quruyub
qaldı. O, xariqüladə bir qüdrətə malik zənn
etdiyi bu adamın vurula biləcəyinə heç cür
inanmazdı. P.Makulu.
XARİQÜLADƏLİK is. Qeyri-adilik, föv-
qəltəbiilik, fövqəladəlik; ecazkarlıq. Hadi-
sənin xariqiiladəliyi.
XARLAMA “Xarlamaq”dan fis.
XARLAMAQ f Bərkimək (qar, ərgin
şəkər haqqında). [Qırmızı qan ləkələri]
xarlamış qar üzərində nar dənələri kimi
qızarır, sağda-solda bir ovuc mərcan kimi
göyümtül rəngə çalan qar üzərinə səpələ-
nirdilər. Ə.Məmmədxanlı. Hava açılır,
dağlarda yumşalıb xarlayan qar əriyir,
dərələr səslənir. Xaçının qıjıltısı hər saat
güclənirdi. B. Bayramov.
XARLANDIRMA “Xarlandırmaq”dan fis.
XARLANDIRMAQ/ Şəkərə döndərmək,
şəkərləndirmək.
XARLANMA “Xarlanmaq”dan fis.
XAS
XARLANMAQ /.' Şəkərə dönmək, şəkər-
lənmək. Bal xarlanıb. Mürəbbə qalıb xar-
laıııb.
XARLANMIŞ/s/ Şəkərə dönmüş, şəkəri
artmış, şəkərdən bərkimiş. Xarlanmış bal.
XARRAT is. Ağac və taxtadan müxtəlif
şeylər qayıran usta; doğramaçı. Bir yanda
xarratlar taxta yonub rəndələyir, qapı-pən-
cərənin çərçivəsini yerinə salır, döşəməni
düzəldirdilər. M.İbrahimov. Xarratlar taxta-
şcılbaıı işlərini qurtarmış, çilingərlər də me-
xanizmlərin əgər-əskiyini düzəldib qaydaya
salırdılar. M.Hüseyn.
XARRATXANA is. Xarrat emalatxanası.
XARRATLIQ is. Xarrat sənəti, peşəsi.
[Nizami:] Təbibə ehtiyacı çox olan məmlə-
kətlərdə insanın təbibliyə olan marağı hər
şeydən artıqdır. Elə də dəmirçilik, xarratlıq,
dərzilik və başmaqçılıqdır. M.S.Ordubadi.
XART təql. Bərk, kövrək bir şeyi dişlə doğ-
radıqda, ya kəsdikdə çıxan səs.
XARTAXART zərf Xartıldadaraq, xartıltı
ilə. Bərk almanı xartaxart yemək. Qəndi xar-
taxart çeynəmək.
XARTILDATMA “Xartıldatmaq’’dan fis.
XARTILDATMAQ / Xartıltı ilə sındırıb
yemək. Ömər xan sözünü bitirərək qabdan
bir qazmaq götürüb, sağlam dişlərlə xartıl-
datmağa başladı. Çəmənzəminli.
XARTHAXART bax xartaxart. [Qəndi]
.. ağzıma salıb bir qədər sorduqdan sonra
dilimin ucu ilə dişlərimin altına ötürüb
xarthaxart yeyərdim. Qantəmir. [Tapdıq]
hər dəfə çay içəndə bir yekə tikə qənd ağzı-
na qoyur və xarthaxart yeyirdi. Ə. Vəliyev.
XARTİYA is. [yun.] 1. Qədim əlyazması
(papirus və perqamentdə).
2. İctimai-siyasi sənəd.
XARTUT is. iri qara tut. Tut cinsinin Azər-
baycanda əsas üç növü bitir: ağtııt, xartııt və
qırmızı tut və ya çəkil. M. Qasımov. [Bay-
ram kişi:] Bunlardan başqa, iydə, innab,
qaratut, xartut da buralarda çox yaxşı olur.
M.Rzaquluzadə.
XAS 1 sif. [ər.] 1. Yalnız bir adama və ya
şeyə məxsus olan, onun üçün səciyyəvi
olan, yalnız bir adamda və ya şeydə olan.
Balaca Azad təbiətinə xas bir hay-küylə
kənarda oynayır. M.İbrahimov. Giiləsər
428
XAS
XAŞALIQ
yeniyetmə kənd qızlarma xas olan bir qəmzə
ilə boynunu bükdü və dinməz-söyləməz çar-
daqdan endi. I. Şıxlı.
2. Saf, xalis, qatışıqsız, təmiz. Xas polad.
- Tən köynəyi xas qırmızı; Gülgəzli xaradan
yaxşı. (Qoşma).
3. tar. Hökmdarın şəxsən özünə məxsus
olan. Xas əsgər. - [Şah əşxasa:] Sizi bir
əmrdən ötrü məsləhətə çağırmışam, gərək
haman xüsusda bir tədbir göstərəsiniz.
Çünki bu məclisi-xasdır, ona binaən mənim
tərəfimdən icazət olunur ki, oturasınız.
M.F.Axundzadə. Toğrulun məktubunu apa-
ranlardan birisi onun xüsusi katibi Əbiil-
qədir, ikincisi xas qulamlardan Cəmad,
üçüncüsü isə Mülkimdir. M.S. Ordubadi.
4. köhn. klas. Əsil, nəcabətli, əsilli, əsil-
nəsəbli; əyan, kübar.
XAS 2 is. Həftənin ikinci günü, çərşənbə
axşamı; tək günü.
XASA sif. [ər.] Yaxşı bişmiş (qızarmış),
bürüştə, əla. [Çörəkçi:] Gəl, müştəri, gəl
görək, tazadır xasa çörək... M.S. Ordubadi.
XAS-XALİS sif [ər.] köhn. Əsil, əsilli,
nəcabətli, əsil-nəsəbli. Zakir özü Qara-
bağın xas-xalis nücəbalarından ola-ola, öz
həmsinfinin ayıb və qüsurlarını belə açıq,
mərdanə və şairanə söyləməyi, əlbəttə,
şayani-təhsirdir. F. Köçərli.
XASİYYƏT is. [ər.] 1. insanın hərəkət və
davranışlarında özünü göstərən əsas və ən
sabit psixik xassələrinin səciyyəsi xüsusiy-
yətlərinin məcmusu, təbiətində olan xüsu-
siyyət, xarakter. Yumşaq xasiyyət. Sərt
xasiyyət. - Üz bürüməz yar yarını görəndə;
Bu xasiyyət nədi, bilməzəm səndə? Q.Zakir.
Atalar demişkən: “ Atı atın yanma bağlar-
san, ya halını götürər, ya xasiyyətini ”.
C.Məmmədquluzadə. Nola, gər atəşi-eşq
ilə yansaq, şöləmiz yoxdur; Bu xasiyyət bizə
nə şəm, nə də pərvanələrdəndir! Ə. Vahid.
2. Bir şeyə xas olan hal, xüsusiyyət. Sənə
həm gül verir, həm də qar verir; Budur xa-
siyyəti bizim dağların. S. Rüstəm. Bu yerlərə
yaxşı bələd olan Şahin dumanın da xasiy-
yətini bilirdi. B. Bayramov.
XASİYYƏTCƏ sif. Xasiyyətinə görə, tə-
biətinə görə, təbiətcə. Xasiyyətcə gözəl
adam. Xasiyyətcə tərsdir. - Aşıq azarkeşləri
yaxşı bilirdilər ki, xasiyyətcə tündməcaz olan
və tez əsəbiləşən Aşıq Alı çuğulların belə
sözlərindən qəzəblənəcək və Aşıq Ələsgərlə
deyişəcəkdir. “Aşıq Ələsgər”.
XASİYYƏTNAMƏ is. [ər. xasiyyət və fars.
...namə] Bir şəxsin ictimai və əmək fəaliyyə-
tini təsvir edən rəsmi sənəd; xarakteristika.
İş yerindən xasivyətnamə almaq. - Lalə dü-
nən baş mühəndisin texniki imtahandan
keçirdiyi adamlara dair yazıb verdiyi xasiy-
yətnamələrlə tanış olurdu. M.Hüseyn. [Qoç-
əlinin] döyüş xasiyyətnaməsi olmadığından
ərizəsini ləngitmək istəyirdilər. Ə.Vəliyev.
XASSƏ is. [ər.] Bir adama və ya şeyə
məxsus olan hal, bir adamda və ya şeydə
olub, başqalarında olmayan keyfiyyət; xa-
siyyət. [Rüstəmbəy Vəlibəyə:] Hər şeyi tər-
sinə başa düşmək [Cəfərdə] bir xassədir.
Çəmənzəminli. // Keyfiyyət, xüsusiyyət.
Mədən sularının şəfaverici xassələri.
XASSƏLİ sif Xassəsi, xüsusiyyəti, müəy-
yən keyfiyyəti olan. Müxtəlif xassəli mad-
dələr.
XAŞ is. Kəlləpaçadan hazırlanıb sarım-
saqla yeyilən xörək.
XAŞA 1 is. bot. Paxlalılar fasiləsindən yem
bitkisi; esparset. Əkilən qarayonca, üç-
yarpaq yonca növləri, xaşambul .. və xaşa-
nın yabam bitən və əkilən-becərilən növləri
çox gözəl yem bitkisi olub, ottcırlalı əkin
sistemində geniş tətbiq edilir. M. Qasımov.
XAŞA 1 is. iri torba, xaral. Gəlin Xəlildən bir
neçə addım sağda qoyulmuş iri xaşaya doğru
yönəlib önlüyünü boşaltdı. M.Hüseyn.
XAŞAK is. [fars.] köhn. Çör-çöp, zir-
zibil, xırım-xırda. Çarparaq cari olan bun-
ca məarif seylinin; Qarşısın sədd etməyə
qabilmidir xaşaklər?! M. Ə. Sabir.
XAŞAL sif. dan. Sallaq (yekə) qarın, şiş-
man. Burnu biz, qarnı xaşal; Bu pis, löyün
başdı birə. Aşıq Ələsgər. Qarnı xaşal, qur-
şağı örkən kimi; Gözləri göy, sinəsi xırman
kimi. Ə.Nəzmi. [Həşim] əllərini xaşal qar-
nının üstündə çarpazladı. I. Hüseynov.
XAŞALIQ is. Xaşa bitmiş yer. Araz qıra-
ğındakı qamışlıq, kəndin ətrafındakı yonca-
lıq və xaşalıq .. Gülşənin çox xoşladığı və
həzz aldığı şeylərdən idi. Ə.Vəliyev.
429
XAŞALQARIN
XATA-BALA
XAŞALQARIN sif dan. Yekəqarın, şiş-
man. Xaşalqarın kişi.
XAŞALLAŞMA "Xaşallaşmaq”dan fis.
XAŞALLAŞMAQ/ dan. Qamı yekəlib sal-
lanmaq, xaşal olmaq. Kişinin qarnı lap xa-
şallaşıb.
XAŞAMBUL is. bot. Sarı-ağ salxımvari
çiçəkləri olan xırda yarpaqlı hündür çoxillik
ot. Xaşambul çoxillik bitkidir. Hündürlüyü
təxminən bir metr olan qol-budaqlı gövdə-
sinin üzərində saplaqlı xırda yarpaqları yer-
ləşmişdir. San rəngli çiçəkləri salxıma ox-
şayır. R.Əliyev.
XAŞXAŞ is. bot. 1. Tərkibində süd şirəsi
olan iri çiçəkli və içi xırda toxumlarla dolu
qozaşəkilli meyvə verən bitki. Xaşxaşlar
cinsi .. birillik, ikiillik və ya çoxillik otlardır.
Süd şirələri ağdır. M.Qasımov. Lalələr tö-
külüb qurtarmış, xaşxaş gömgöy göyərirdi.
Ə.Vəliyev.
2. Bu bitkinin yeyilən xırda toxumları.
Çörəyə, qoğala xaşxaş vurmaq. - Xərc edir
bir para əşxas pulun bayramda ; Zəfərana,
yağa, razyaııayə, xaşxaşə, ətə. M. Ə. Sabir.
// Bu bitkinin tiryək hazırlanan qozası.
XAŞXAŞGÜLÜ is. bot. Qızılı və ya ağ
çiçəkləri olan kol-bitki.
XAŞXAŞLIQ is. Xaşxaş əkilmiş yer.
XATA is. [ər.] 1. Bax xəta. // Qəbahət,
qüsur, günah, yanılma, istənilmədən edilən
səhv. Kiçikdən xata, böyükdən əta. (Ata. sözü).
□ Xata eləmək - səhv iş görmək, yanılmaq,
səhv etmək. [Koroğlu:] Koroğlu eylədi
xata ; İndi sən bax bu büsata. “Koroğlu”.
2. Qorxu, təhlükə, xətər ehtimalı. Sənin
xatan var. Xatadan qurtarmaq. // Qorxulu,
təhlükəli, faciə ilə nəticələnə bilən iş,
hərəkət, əməl; qorxu, təhlükə. Bəzi yerdə
çiy ət yemək adətdir, çiy əti zəif xəstəyə və
uşağa da verirlər. Anıma belə çiy ət yeməyin
xatası var. H.Zərdabi. Bu xatadan sovuş-
sam, çarmıxa çəksələr də; Ağzımı kilid-
lərəm, danışmaram bir daha. B. Vahabzadə.
0 Xata baş vermək - ölüm və ya başqa
ağır bir hadisə üz vermək. [İlyas Adiləyə:]
Anamın da ürəyinə dammışdı ki, əgər mən
Tərlanı minsəm, nə isə bir xata baş verəcək.
Ə.Məmmədxanlı. Xata çıxar(t)maq - faciə
ilə nəticələnə və ya pis nəticəsi ola biləcək
bir iş görmək. [Ata:] O qalmışdı bir xata
çıxardasan? S.Rəhimov. [Mindilli:] Yenə ko-
missiya? Əşi, xata çıxarma, dayan... S. Rəh-
man. Xata dəymək - bəla üz vermək, xətər
toxunmaq, zərər dəymək. Öz əlimlə xata
dəydi özümə; Bədəndən qolumun sağı kə-
sildi. Aşıq Ələsgər. Xatada qalmaq - pis,
çıxılmaz vəziyyətdə qalmaq, əngələ düş-
mək. İşə zərbə vurmuşam?! Ya işə gecik-
mişəm?! Əcəb kələyə düşdük, əcəb qaldıq
xatada. S. Rüstəm. Xatam başdan eləmək
- gözlənilən təhlükədən uzaqlaşmaq, uzaq-
laşdırmaq, qorxudan çıxmaq. Rəhim bəy, bir
bəri gəl! Allahı sevirsən, bu xatanı mənim
başımdan elə, al bu on manatı da qəndə,
çaya ver, bu donuzu mənim qapımdan
uzaqlaşdır. Ə. Haqverdiyev. Xatası başdan
olmaq - xatası, təhlükəsi aradan qalxmaq,
yox olmaq, sovuşmaq. Veysin xatası başdan
olsaydı, [Allahqulunun] fikrincə, qalan hər
şey öz yolu ilə düzələcəkdi. Ə.Əbülhəsən.
Xataya düşmək - əngələ düşmək, təhlükəli
vəziyyətə düşmək. Heç nədən xataya düşən
dəllək diz qapaqları titrəyə-titrəyə küncə da-
yandı. S.Rəhimov. [Qurban Telliyə:] Həmişə
yuxumda dəvə görəndə o biri gün xataya dü-
şürəm, Telli. Ə.Məmmədxanlı. Əlindən xata
çıxmaq - istəmədən adam öldürmək, qan
tökmək. [Səkinə xanım:] Nə söyləyirsən, sən
dayan, getmə, əlindən xata çıxar! M.F.Axund-
zadə. [Mirzə İsmayıl:] Dəli iyiddir. Əlindən
xata çıxa bilər. Ə.Haqverdiyev. Öz(ü)-özünü
xataya salmaq - gördüyü işin nəticəsini fi-
kirləşmədən işini əngələ salmaq, özünü
çətin vəziyyətə, bəlaya salmaq. [Səlimqızı:]
Ay balam, özünüzü xataya salmayın. C. Cab-
barlı.
XATA-BALA is. 1. Xata, qorxu, təhlükə;
xətərli, təhlükəli iş. Xata-baladan uzaq ol-
maq. - [Ağca:] [Tapdığı] xata-baladan mə-
nim duam saxlayıb. Ə.Əbülhəsən.
2. Dərd, bəla, müsibət, bədbəxtlik. [Sə-
nəm:] Belə mənim dörd balamın dördünün
də xata-balası, azarı tökülsün sənin bircə
qardaşının üstünə! Ə.Haqverdiyev.
0 Xata-baladan uzaq qalmaq (olmaq) -
xatalı, təhlükəli bir işdən, hadisədən uzaqda
qalmaq, salamat qalmaq. Arxada, yaxşı bir
vəzifədə xata-baladaıı uzaq qalmaq ona
430
ХАТ A-BAL AÇI
XATIRLANMA
qismət olmamışdı. Ə.Əbülhəsən. Xata-ba-
ladan uzaq olasan! - birinə salamatlıq ar-
zusu bildirən ifadə.
XATA-BALAÇI is. Xata törədən, başqa-
sına əziyyət verən; şuluq, nadinc. Çox xata -
balaçı uşaqdır.
XATA-BALALI sif. 1. Təhlükəli, xətərli,
xatalı, qorxulu, xata ilə bağlı olan. Xata-
balalı iş. - Çayqıraqlılar ağır və məşəqqətli
güzəranlarına görə bu xata-balalı qazanc-
dan əl çəkməyə məcburdular. Ə.Əbülhəsən.
2. məc. Ağır, məşəqqətli, əziyyətli, mü-
sibətli, bəlalı. Xata-balalı günlər.
XATAKAR sif. [ər. xəta və fars. ...kar]
Gözlənilmədən xata törədən, xata törədə bi-
lən, əlindən xata gələ bilən, zərərli, qorxulu,
xain. Xatakar adam. - Kürən at xatakar (z.)
olar ha.. - deyə. Nadir nəyə isə eyham atdı.
B.Talıblı. // məc. Qorxulu, təhlükəli, xətərli.
[Fatehzadə:] Xatakar yerdir. Sualtı qaya o
qədər çoxdur ki, orada balaca qayıqla da
üzmək olmur. M.Süleymanov. // İs. məna-
sında. Məni bu xatakarın əlindən qurtar.
XATAKARLIQ is. Xatalı, təhlükəli iş, pis
əməl, başqalarına zərər verən işlər. Uzun
çəkməz, kərbəlayı, yox olar aramızdan şə-
rarət, xatakarlıq; əmələ gələr insaniyyət, elm,
tərbiyət, rəhm, insaf!.. N.Vəzirov. [Səməd:]
Yox, bacıoğlu, dinc atdır. Heç xatakarlıq
bilməz. Dinc adamın atı da dinc olar.
B.Talıblı.
XATAKÜN sif. [ər. xəta və fars, kün]
bax xatakar. [İbrahim bəy:] Bir Kərbəlayı
Qulam var, əlləm-qəlləm, xatcıkiin, nadü-
rüst, hacım yaman dolaşdırıb. N.Vəzirov.
[Yarməmməd Salmana:] Kimin olacaq,
dostun Şirzadın! Belə xatakiin hələ diinyavü
aləmə gəlməyib. M. İbrahimov. // İs. məna-
sında. [Zinət xanım:] O xatakünlərdən xata
əskik deyil, mən qorxuram. N.Vəzirov.
XATALI sif. Xata gətirən, qorxu törədən,
təhlükəli, xətərli, nəticəsi qorxulu. Xatalı yer.
Xatalı yol. - [Sona xanım:] Ay aman, Heydər
bəy, bu iş də xatalı işə bənzəyir. M.F.Axund-
zadə. O, az qala yalvarır, bu xatalı fikirdən
onu daşındırmağa səy edirdi. M.ITüseyn.
Xatalı yuxudur şöhrət yuxusu; Canıma od
saldı onun qorxusu. B.Vahabzadə.
XATASIZ sif. və zərf 1 . Qorxusuz, təhlü-
kəsiz, xətərsiz. Əlbəttə, bu qazanc xatasız,
ölünı-itimsiz olmazdı. Ə.Əbülhəsən.
2. Günahsız, təqsirsiz, nöqsansız. Xatasız
adam olmaz.
XATƏM' is. [ər.] Mas. 1. Üzük. Barma-
ğında xatəm, guşində tənə; Gireh-girelı zül-
fün tökə gərdənə. M. P. Vaqif. Barmağında
xatəm, belində kəmər; Telində güşvarə, düy-
mə tamam zər. Q. Zakir.
XATƏM 2 is. [ər.] Sonuncu, axırıncı, ən
sonuncu.
0 Adəmdən xatəmə - dünyanın əmələ
gəlməsindən bu günə kimi; heç vaxt, heç
zaman. Adəmdən xatəmə görünməmişdi ki,
bəy qızı əsnafa verilsin. Çəmənzəminli.
[Molla:] Adəmdən xatəmə görünməyib ki,
bir nəfər rəiyyət oğlu bir xanzadənin üzünə
ağ olsun. P.Makulu.
XATIN is. Qadın, xanım. Ağam bir xatııı
aldı; Davanı satın aldı. (Ata. sözü). [Qazan
xan:] A üzü qaralı, başı qadalı, xatınları,
oğul-uşağı nə deyə dustaq etdiıı?! M. Rza-
quluzadə.
XATINBARMAĞI bax xatını.
XATINI is. İri giləli, şirəli üzüm növü.
Baba isə xatını, .. əsgəri, mövücii üzümləri
dərib gətirər, tapdalayar və şirə yığardı.
FLSarabski.
XATIRLADILMA 1. “Xatırladılmaq”dan
fis.
2. Xəbərdarlıq edilmə, məzəmmətlən-
dirilmə; xəbərdarlıq. Guya Zeynal vəzifə-
sinə çox soyuq baxır, dəfələrlə özünə xatır-
ladılmasam baxmayaraq, səhlənkarlıqdan
qalmırmış. S.Hüseyn.
XATIRLADILMAQ məch. 1. Xatirə sa-
lınmaq, yada salınmaq.
2. Xəbərdarlıq edilmək, məzəmmətlən-
dirilmək.
XATIRLAMA “ X at ı r 1 am aq ” d an/7.s .
XATIRLAMAQ f. Yada salmaq, xatirinə
gətirmək, yad etmək, anmaq. [Student]
birdən-birə ev sahiblərinin qonaq otağında
bir dolab kitab olduğunu xatırladı. Çəmən-
zəminli. Kim məni xatırlasa; Çıxaraq sahil-
lərə; Mavi Xəzərə baxsın. N. Xəzri. Azad öz
uşaqlıq illərini xatırlayırdı. M.Rzaquluzadə.
XATIRLANMA “Xatırlanmaq”dan fis.
431
XATIRLANMAQ
XATIRLANMAQ məch. Yada salınmaq,
xatirə gətirilmək, anılmaq, yad edilmək.
XATIRLATMA “Xatırlatmaq”dan/is.
XATIRLATMAQ/ Yadına salmaq. Bu xoş
ətir nədənsə Mehribana nənəsini xatırlatdı.
H.Seyidbəyli. Bəs nədəndir səni mənə
xatırladır; Susuz yanan hər çöl, hər diiz?
N.Rəfıbəyli. // Andırmaq, oxşamaq, yadına
salmaq (oxşar bir şeyi). Axşamüstü Arazdan
qalxan sazaq quru qarğı və qamışları
tərpədir, səhərki səsləri büsbütün unudan və
qəmli bir hiiznü xatırladan başqa bir səs
eşidilməyə başlayıradı). Ə.Vəliyev.
XATİMƏ is. [ər.] 1. Son, axır. □ Xatimə
çəkilmək - son qoyulmaq, bitirilmək.
[Şükür] hökumət kabinəsinin süqutilə bütün
narəva hallara bir xatimə çəkiləcəyinə
inanırdı. S. Hüseyn. Xatimə çəkmək - son
qoymaq, tamamlamaq, bitirmək. Səfərə çıx-
maq həvəsinə xatimə çəkdim. Xatimə ver-
mək - bitirmək, tamamlamaq, nöqtə qoy-
maq. [Qoca Sərdara:] Mən istəyirəm ki, iş
uzanmasın, biz [düşmənin] işinə xatimə
verək. P.Makulıı.
2. Kitabın axırma əlavə olunan və əksə-
rən onun xülasə və nəticəsini təşkil edən
hissə. Nizaminin mükafat aldığı kəndin
nəhayət dərəcədə dəyərsiz olduğunu kitaba
yazılmış xatimədən də anlamaq olur.
M. S. Ordubadi.
XATİR is. [ər.] 1. İnsanın keçmişdə olmuş
bir şeyi yadda saxlama qabiliyyəti; yaddaş,
zelıin. O əhvalat indi də xatirimdədir. -
Xatirində varım boranlı çağlar? Bürümüşdü
bizi zalım qaçaqlar. M. Müşfiq. □ Xatirə
düşmək (gəlmək) - yada düşmək, hafizə-
də, yaddaşda yenidən canlanmaq. Düşəndə
xatirimə göylərə çıxar ahim; O malıparə ilə
xəlvət etdiyim gecələr. S.Ə.Şirvani. Xatirə
gətirmək - yada salmaq, anmaq. Xatirində
qalmaq (yaşamaq) - yadında qalmaq,
unutmamaq. O gün bizim xatirimizdə əbədi
olaraq yaşayacaqdır. M.İbrahimov. Belə-
liklə, mən tanı üç gün Yaqutu görmədim və
bu üç gün həyatımın ən uzun günləri olaraq
həmişəlik xatirimdə qaldı. Ə.Məmməd-
xanlı. Xatirində saxlamaq - yadından
çıxarmamaq, unutmamaq. Xatirindən çıx-
maq - yaddaşdan çıxmaq, unutmaq. Ürəyim
XATİR
təııgləşirdi. “ Adi həyat ” bildiyimiz şəhər ya-
şayışı, şəhərin yuxusuz gecələri xatirimdən
çıxmırdı. T.Ş. Simurq.
2. məc. Könül, ürək, qəlb mənasında. Ey
fəqir, ehtiyacını göstər! İstə məndən, nə
xatirin istər! M.Ə. Sabir. [Almaz Aftilə:]
Sən bilirsən ki, mən sənin xatirini nə qədər
istəyirəm. C. Cabbarlı. // məc. Mənlik hissi.
□ Xatirinə dəymək (toxunmaq) - mənli-
yinə, izzəti-nəfsinə toxunmaq. Bu söz
Kazımın xatirinə dəyən kimi oldu. Mir
Cəlal. ..Xatirinə dəyməmək üçün Eldara heç
bir söz demirdim. M.Rzaquluzadə.
3. Hörmət, sayğı. Sənin xatirin üçün. O,
xatir bilən deyil. □ Xatir saxlamaq - hör-
mət saxlamaq, sayğı bəsləmək.
4. Xatirinə şəklində - 1) hörmət, sayğı
əlaməti olaraq. Mənə elə gəlir dünyada hər
şey; Sənin xatirinə yaranıb ancaq. Ə. Kür-
çaylı. Professorun iştahı güc gətirsə də,
Ədlıəmin xatirinə özünü saxlaya bildi.
B.Bayramov; 2) ...naminə, ...üçün, ...görə,
...uğrunda. İndi mən sabahın xatirinə; On-
ların bu gününü alınımı əllərindən?.. Alma-
lıyam... çarə yox! B. Vahabzadə.
0 Xatiri qalmaq - bir şeydən incimək,
könlünə toxunmaq, məyus olmaq, ürəyi inci-
mək. Xatiri olmaq - hörməti olmaq, nüfu-
zu olmaq, sayılmaq, istənilmək, əzizlənmək.
Xatiri ... yanında əziz olmaq - hörmət
edilmək, əzizlənmək, sayılmaq. ..Vətənə
qulluq edən qadının xatiri hamının yanında
əzizdir. Mir Cəlal. Hələ indi, bu qocalıq
günlərində Gülzar xalanın xatiri Mustafa
kişinin yanında o qədər əzizdi ki. . M.Əlizadə.
Xatirini almaq - könlünü almaq, təskin
etmək, ürək-dirək vermək. Taybuynuz
öküzə heç mahnı oxuyan, xoş dillə onu ox-
şayan və xatirini alan olmur... F.Köçərli.
Xatirini gözləmək (saxlamaq) - hörmətini
gözləmək, hörmətini saxlamaq, hörmət
etmək, xatirini istəmək. Xatirini istəmək -
sayğı, hörmət bəsləmək, əziz saymaq,
yanında hörməti olmaq. [Mustafa bəy:] Bi-
lirsən, Mirzə Kərim, mən sənin xatirini çox
istəyirəm. Ə. Haqverdiyev. Xatirini qırmaq
(sındırmaq) - qəlbinə dəymək, ürəyini
sındırmaq. Lələ Lətifin xatirini sındırmayıb
gül bağına getdi. “Lətif şah”. Allah xati-
432
XATİRAT
rinə - yalvarış, xahiş mənasında: sən Allah,
Allah eşqinə. [Rəhim:] Ağa, Allah xatirinə
mənim munisimi əlimdən alma! N.Vəzirov.
[Gövhərin əri camaata:] Allah xatirinə, hər
gün iclas çağırın, bəlkə bu arvadın üzünii az
görüm. M.İbrahimov.
XATİRAT is. [ər. “xatirə” söz. cəmi] Xa-
tirdə, yadda qalan şeylər. // Keçmiş hadi-
sələr haqqında şəxsi xatirələrdən ibarət
əsər və s. [Müəllim:] Sən mənə birgünlük
xatiratını yaz, gətir. Qantəmir. Bu, Musta-
fanın xatirat dəftərçəsindən bir vərəqdir.
Mir Cəlal.
XATİRCƏM sif və zərf [ər.\ Arxayın,
sakit, rahat, asudə. Xatircəm yaşamaq. -
[Mirzə:] Balalarım, dünyada mən çox ömür
etmişəm, sizin yolunuzda nə qədər çalışıb
məramıma çatmışam və xatircəm, qeydsiz
dünyadan gedirəm. Ə.Haqverdiyev. Şahsə-
пәт çolpa-cücələrini qanadının altına alıb,
xatircəm yatmışdı. S.M.Qənizadə. □ Xatir-
cəm etmək - arxayın etmək, sakitləşdir-
mək. Kosa klub müdirini xatircəm edib geri
qaytardı. S. Rəhimov. Xatircəm olmaq -
rahat olmaq, arxayın olmaq, sakit olmaq.
[Əhməd:] Qızını, mənim nə oğlum var, nə
də qızım, səni sınayırdım, xatircəm ol, Qəri-
bini tapıb sənə yetirərəm. “Aşıq Qərib”.
Şah övrət-uşağı tərəfindən xatircəm oldu.
M.F.Axundzadə. [ismət:] Getmiş, mollanı
bulsun; Məktubu oxutsun, xatircəm olsun.
H. Cavid.
XATİRCƏMLİK is. Arxayınlıq; həyəcan,
iztirab, narahatlıq, inamsızlıq olmadığı hal;
işin tam uğıır və müvəffəqiyyətlə nəticə-
lənəcəyinə arxayın olma. □ Xatircəmlik
vermək - arxayınlıq vermək, arxayın et-
mək, xatircəm etmək, nigarançılıqdan qur-
tarmaq, əmin etmək. Hərgah siz məni bir
yerə işə qoymaq istəyirsiniz, hər barədə
xatircəmlik verə bilərsiniz. M.S. Ordubadi.
XATİRCƏMLİKLƏ zərf Xatircəm halda,
rahat-rahat, narahat olmadan, arxayın halda.
Yədullah xan xatircəmliklə çapan yola
saldı. S. Rəhimov. ..Ağasəfər gördüyü pis
yuxunu yadından çıxarmağa çalışıb, buna
müvəffəq olan adamlara məxsus arxayınlıq
və xatircəmliklə yenə də gözlərini ətrafa do-
landırdı. Ə.Əbiilhəsən. Vahid də bu gün xoş
XAY
bir xatircəmliklə, məmnunluqla evə qayıtdı.
Mir Cəlal.
XATİRƏ is. 1 . İnsanın yadında, hafizəsin-
də qoruyub saxladığı hər hansı bir hadisə, iş
və s., keçmişdə olmuş hər hansı bir hadi-
səni, işi və s.-ni xatırladan şey. Kənd həya-
tında təbiətin o zəngin və geniş qucağında
nə qədər canlı lövhələr, unudulmaz xatirə-
lər vardır. A.Şaiq. □ Xatirədən silinmək
unudulmaq, yaddan çıxmaq. Xatirədən sil-
mək - unutmaq, zehnindən çıxarmaq, hə-
mişəlik olaraq yaddan çıxarmaq.
2. Bir adam və ya hadisə haqqında yadda
qalan şey. Nə isə, Məsmənin yeganə, əziz
oğlu haqqında şirin xatirələri tükənməz idi.
Mir Cəlal. Qızdan yalnız xoş bir xatirə qal-
mışdı. S.Vəliyev. // Bir şeydən xatirə qalan,
onu xatırladan hadisə və s. haqqında. Bu
kitab atamdan qalma xatirədir.
3. Cəm şəklində: xatirələr - bax xa-
tirat. Ədəbi xatirələr. “Xatirələr” ini çap
etdirmək.
4. Yadigar mənasında. Səndən mənə bir
ömürlük xatirə; Məndən sənə nə qalacaq,
nə bilim? M. Araz. // Yaddaş üçün olan. Bu
dəftər, anladığımıza görə, ya müşahidə və
xatirə və yainki bir səyahət dəftəri olmalı
idi. T.Ş. Simurq. Quşqonmazın başında; Bir
qayanın qaşında; Üstü zərlə yazılmış;
Xatirə lövhəsi var. H. Abbaszadə.
XATUN bax xatın. İtirilən gənclik üçün
artıq həsəd və qısqanclıq xanla xatunu
qəribə bir təbə salırdı. S. Rəhimov, //bax
xanım 4-cü mənada. Atabəy verdiyi əmr
üzərinə Qətibə xatun məcburi olaraq Köşk-
baği-müəzzənıdə düşüb qalmışdı. M.S.Ordu-
badi. Bütün xalqın gözü Girdmanın anası
Cavahir xatuna zilləndi. M. Hüseyn.
XAVƏRAN is. [fars.] Klassik Şərq mu-
ğamlarından birinin adı.
XAY is. Dənizdə, göldə, çayda tam sakit-
lik, sakit hava, küləksizlik. Hava xoş, dəniz
xay, əncir-iizüm bol; Dənizdə oğlanlar, qız-
lar çimirlər. R.Rza. // Sif. mənasında. Əsəb-
ləri sığallayır bu xoş hava, bu xay hava;
Gözəlliklər ağuşunda nəfəs alır bu yurd-
yuva. S. Rüstəm. Suyun xay səthində cənub
günəşinin yandırıcı şüaları göz qamaşdı-
rırdı. Ə.Əbülhəsən.
433
XAYA
XAYA is. [fars.] anat. Erkəklik vəzilə-
rinin yerləşdiyi kisəcik. // Erkəklik vəziləri.
XAYIR bax xeyr 1 — ci mənada. [Səlma:]
Neçin o indi olsun bövlə qafil? Xayır, xayır,
oğlum vəfasız deyil. El. Cavid. Xayır! Məhəb-
bətin gözü kor olur; Onda nə ehtiyat, nə
imtahan var! S. Vurğun.
XE “X” hərfinin və bu hərflə işarə
olunan samitin adı.
XEYİR is. [ər.] 1. Fayda, mənfəət. Bağın,
əkinin xeyrini bəylər görəcəkmiş; Toxm ək-
məyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir.
Atalar, babalar əkiblər, tər töküb becərib-
lər, xeyrini biz görürük. Mir Cəlal. □ Xeyir
dəymək (gəlmək) - faydası olmaq, xeyri
olmaq. Axı, düzünü bilsəm, bundan mənə
xeyir gələr ki, ziyan gəlməz. M.Hüseyn. [Qoş-
qar:] Soyuqqanlı fikir mübadiləsi olmayan
yerdə heç vaxt ümumi işə xeyir dəyməz,
yoldaş Ənıirli. İ.Elüseynov. Xeyir eləmək -
bax xeyir görmək. Eşqin məni gündən-
günə qeyr elər; Səni sevən, əlbəttə ki, xeyr
elər. M. V. Vidadi. Xeyir gətirməmək - heç
bir xeyri olmamaq, ziyan vermək, zərəri
olmaq. [Rəhim xan Sitarəyə:] Dilin çox
itidir. Hər halda ziyandan başqa sənə bir
xeyir gətirməz. C. Cabbarlı. Xeyir görmək -
mənfəət götürmək, xeyri olmaq, fayda-
lanmaq. [Hacı Əhməd Almaza:] Biz dedik
ki, biz də rahat qalaq, sən də bu kənddən
xeyir görəsən. C. Cabbarlı. [Pərinin əri:]
Qızı nə qədər tez ərə versən, bir o qədər
xeyir görərsən, canın rahat olar. Ə. Vəliyev.
Xeyir vermək - mənfəət vermək, fayda
vermək. [Qurban:] Molla, mənə bir məktub
yaz. Bilirsən ki, hər il sənə nə qədər xeyir
verirəm. A.Şaiq. Biz hələ bundan sonra ça-
lışıb insanlara xeyir verə bilərik. M.Hüseyn.
Xeyri qalmamaq - daha heç bir faydası
olmamaq, artıq işə yaramamaq, işlənməz,
yararsız hala gəlmək. Xeyri yox - artıq işə
yaramır, faydasızdır. Sığallı, səksəkəli,
sətirləri ləkəli; yüz eyhamlı, kölgəli; tənqi-
din həm şairə, həm də onu yazana; vallah,
bir xeyri yoxdur. R.Rza. Öz xeyrini güd-
mək - ancaq öz mənafeyi üçün çalışmaq.
Dövlətlilər ancaq öz xeyirlərini güdürdülər.
Ə. Sadıq. // Qazanc, fayda. [Hacı Qara:]
XEYİR-BƏRƏKƏT
..Yiiz manat xeyir hardan yetişəcək? Bu
xeyri yetirən kimdir? M.F.Axundzadə.
2. Yaxşılıq, yaxşı iş. □ Xeyir iş görmək
- yaxşılıq eləmək.
0 Xeyir xəbər - xoş xəbər, ürəkaçan
xəbər, yaxşı xəbər, sevindirici xəbər. [Hacı
Kamyab:] Çox mübarək və böyük səadətdir.
Bu saat gedim bu xeyir xəbəri qızın anasına
da yetirim. Mürəxxəs olum. Ə.Haqverdiyev.
Xeyir iş - 1) evlənmə, nikah, toy, nişan,
düyün. [Əfıfə:] Zəhmət haqqı olmasa da,
mən bu vəzifəni bitirə bilərəm. Madam ki,
xanımın xeyir işi vardır, haman xeyir işdə
iştirak etmək lazımdır. M.S. Ordubadi; 2) fay-
dalı, sevindirici. Bir kəndin ki koxası Mür-
şiid ola, heç olar ki, orada xeyir iş ola?
(Ata. sözü). Qəzetləri də bir-birinə vurdum,
heç bir yerdə Sultan tərəfindən bir xeyir iş
baş verdiyini görmədim. C. Məmmədqu-
luzadə. Xeyir ola? Xeyir olsun? Xeyir
xəbər ola? - heyrət, maraq, təəccüb məqa-
mında işlənən sual ifadəsi. [Asya:] ..Görə-
sən bu bizə nəyə gəlir, xeyir xəbər ola?..
Ü.Hacıbəyov. Usta Zeynal xəbər aldı: - A
mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir-
ola? Ə.Haqverdiyev. Xeyrini görəsən! -
yeni alman, əldə edilən şey haqqında xoş
arzu bildirir (bəzən istehza yolu ilə deyilir).
Xeyrini görmək - istifadə etmək, fayda-
lanmaq. Axşamın (sabahın) xeyir! - səhər
(axşam) görüşüb salamlaşdıqda işlənən ifadə.
Sabahınız xeyir, Səmirə xanını! M.Hüseyn.
Allah xeyrə calasın! Allah xeyir versin! -
xoş arzu, uğur arzusu bildirən ifadə.
[Cahan:] Nə deyirəm, Allah xeyir versin!
Ü.Hacıbəyov. [Məşədi Səfdər:] Arvad,
Allah xeyrə calasın, bu genə nə qırmızı
kəsim-biçimdir? M.Əliyev. Başıma xeyir!
- təəccüb, heyrət ifadəsi. Boy, başıma
xeyir, buna bax, buna; Elə bil borcluyam
zalım oğluna. S. Vurğun.
XEYİR-BƏRƏKƏT is. [ər.] Yaşayışda
bolluq, firavanlıq, rifah; adamlara xeyir,
fayda verən şeylər. Böyüksüz evdə xeyir-
bərəkət olmaz. (Ata. sözü). [Gülüşgəlin:]
İndicə-indicə evimizə xeyir-bərəkət gəlir.
S. Rəhimov. Bəylik, göylük, səvlik olan məc-
lisdə; Qaç ki, orda xeyir-bərəkət olmaz.
Aşıq Ələsgər.
434
XEYİR-DUA
0 Xeyir-bərəkətini qaçırmaq - qiymət-
dən salmaq, zərərə salmaq. [Yaşlı kişi tacirə:]
Sən mənim xeyir-bərəkətimi qaçıracaqsan,
sən mənim halal mahma haram qalacaqsan. ..
- deyərək, uzun-uzadı deyinərdi. S. Hüseyn.
XEYİR-DUA is. [ər.] Səadət, xoşbəxtlik,
xoşgün, uğur diləyi. ..Qazı əvvəl başladı nə-
sihəti və xeyir-duasını; sonra nəçərnik özü
başlayıb bir xiitabə oxudu.. C. Məmmədqu-
luzadə. Qayınatası da gəlinin üzünə qarşı
xeyir-dualar söyləyəcəkdir. R.Əfəndiyev.
Şəhid rütbəsinə qalxan cavanlar; Sinəsi hər
zülmə qalxan cavanlar; Böyük Nəsiminin,
ulu Babəkin; Xeyir-duasını aldı o gecə.
B. Vahabzadə. □ Xeyir-dua vermək (de-
mək, eləmək) - birinə səadət, xoşbəxtlik
arzulamaq, uğurlar diləmək. Usta Zeynal
Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı
yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da
peşkəş verdi. Ə. Haqverdiyev. Hüseynin
anası xeyir-dua eləyə-eləyə oğlu ilə bəra-
bər qapıdan çıxdı. S.Rəhman.
XEYİR-DU AÇI is. Bir yaxşılığa görə bi-
rinə uğur, xoşbəxtlik, səadət diləyən adam,
minnətdar. İyid istərəm ki, yayımı əyə; Bu
şeşpərim ola, sinəmə döyə; Xeyir-duaçı ol-
lam, düşərəm önə; Göndər, türkmanlardan
xanlarım gəlsin! “Koroğlu”.
XEYİRXAH sif. [ər. xeyir və fars, xah]
Başqasının və hamının yaxşılığını istəyən,
başqalarına kömək edən, yaxşılığa çalışan;
qayğıkeş. Xeyirxah adam. - [Almaz Xanım-
naza:] Şərif çox yaxşı adam imiş, ana. Mən
heç gözləməzdim. İşlək, çalışqan, xeyirxah.
C. Cabbarlı. [Rəşid:] Qurbanqulu həmişə
xalqın xeyirxahı (is.) hesab olunardı.
T.Ş. Simurq. [Müvəkkil:] Siz xeyirxah
adamsınız, yoldaş Qaradağlı, bəlkə məsələ
qaldırasınız, bulağın üstündə Səməd Vurğu-
nun heykəlini qoyalar. B. Bayramov.
XEYİRXAHCASINA zərf Xeyirxahlıqla,
xeyirxah adama yaraşan bir tərzdə. Xeyir-
xalıcasına kömək. Xeyirxahcasına münasibət.
XEYİRXAHLIQ is. Başqalarına xeyirxah
münasibət; yaxşılığa çalışma; qayğıkeşlik,
qeydkeşlik, yaxşılıq, kömək. Bu sözü mən
xeyirxahlıqdan ərz edirəm, qorxuram səni
pul iistə o qədər əzələr ki, şişib dama dönə-
sən, pul ilə zarafat olmaz, canım, gözüm!
XEYİRLİ
N.Vəzirov. [Xavər:] Bax, adam onun kimi
olar. Üzü, gözləri, danışığı, hamısı xeyir-
xahlıqla doludur. M. İbrahimov. Vidadi
ədalət və xeyirxahlıq mücəssəməsi kimi hər
yerdə, xüsusən Vaqifin çətinliyə düşdüyü
yerlərdə, görünür, öz köməyini, hətta canını
belə onun yolunda müzayiqə etmir. M.Arif.
□ Xeyirxahlıq etmək (eləmək, göstər-
mək) - yaxşılıq etmək, kömək göstərmək,
xeyrə çalışmaq. Tənbələ, əyriyə xeyirxahlıq
etmək yaxşı işləyənin belindən basmaqdır.
M. İbrahimov. [Afərin] adamlara həmişə
xeyirxahlıq etməyi sevirdi. Q. İlkin.
XEYİRXƏBƏR is. [ər.] Xoş xəbər, ürək-
açan, şad xəbər. Deyəsən, xeyirxəbərin var.
- [Qadın:] Sən də gərək Hafizdən bir fal
açasan, görək qubernator xeyirxəbər gəti-
rəcəkdimi? M. S. Ordubadi. // Xeyirxəbər
gətirən. Telli xala bu xeyirxəbər qadının
dodaqlarından öpmək istəyirdi. Mir Cəlal.
0 Xeyirxəbər olasan! (olasınız!) - şad,
xoş xəbər gətirən adama razılıq, təşəkkür
ifadəsi. [Fatmanisə:] Ay oğul, sağsağan qı-
rıldavır, çıx gör atan gələcəkdirmi? Degi-
nən: sağsağan, sağsağan, xeyirxəbər ola-
san. Oğlunun da oğlu olubdur, qızının da
oğlu olubdur. Ə. Haqverdiyev. [Zeynal
Leylaya:] Sizi xeyirxəbər olasınız, doktor!
B. Bayramov.
XEYİRLƏŞMƏ "Xeyirləşmək”dən (is.
XEYİRLƏŞMƏK f Sövdəni, alver razı-
lığını bir-birinin əlini tutmaqla kəsmək,
bitirmək, sövdələşməni həll etmək.
XEYİRLİ sif. Xeyir verən, xeyri olan;
gəlirli, qazanclı, əlverişli. Xeyirli iş. Xeyirli
sənət. - [Keçəl:] Lotubaşı, sən qovunu ver,
mən sənə bir xeyirli yer deyim. “Aşıq
Qərib”. Qonşum elə giiman eləyib ki, dün-
yada yazıçılıqdan asan, yazıçılıqdan xeyirli
peşə yoxdur. S. Rüstəm. // Faydalı, xeyirli,
əlverişli, xeyir verən. Xeyirli şərait. Xeyirli
məsləhət. Ancaq məndən soruşsan, çətin
olsa da, inan; insan olmaq yaxşıdır, adi,
xeyirli insan! R.Rza. // Cana, səhhətə xeyri,
faydası olan. Badamlı çox xeyirli sudur. Xe-
yirli dərman. - [Qaçay Sevincə:] Son günlər
yaman xeyirli sözlər danışırsan. Z.Xəlil.
// Bərəkətli, bol, xeyir-bərəkətli. Bütün
ellər xeyirli; Varlı aranda qaldı; Vaz keçib
435
XEYİRLİK
dağdan-daşdan; Yer tutdu, yuva saldı.
Ə.Cavad.
XEYİRLİK is. Yaxşılıq, yaxşı iş, xeyir iş,
xeyirliyə olan iş (toy, bayram və s.). Xe-
yirliyə gəlmək. Xeyirliyə çalışmaq. Təzə
evdə ilk siifrə xeyirliyə açılmışdı.
0 Ağzını xeyirliyə açmaq bax ağzını
xeyrə açmaq (“ağız'”da). Xeyirliyə deyil!
- nəticəsi yaxşı qurtarmayacaq iş, hərəkət
və s. haqqında. Belə adamın gecə vaxtı yu-
xarı qalxması xeyirliyə deyildi. S. Vəliyev.
XEYİRLİLİK is. Xeyir vermə; mənfəət-
lilik, gəlirlilik, qazanclılıq. Peşənin xeyir-
liliyi. İşin xeyirliliyi. H Faydalılıq, fayda ver-
mə qabiliyyəti; yaxşı təsir. Dərmanların xe-
yirliliyi. Mədən sularının səhhətə xeyirliliyi.
XEYİRSİZ sif. Heç kəsə xeyri, yaxşılığı
toxunmayan, xeyir verməyən. Xeyirsiz
adam. - Mən hərdən oturub fikirləşirəm və
bu əqidəyə gəlirəm ki, bizim çoxumuzu bəd-
bəxt edən karsız, vecsiz və xeyirsiz qohum-
larımızdır. Ə.Vəliyev. Hamı arsız və xeyir-
siz, gücü az; Amma xəncərlə bıçaq vurmağa
saz. Şəhriyar. // Faydasız, faydası, xeyri ol-
mayan, nəticəsiz. Xeyirsiz iş. Xeyirsiz peşə.
XEYİRSİZLİK is. Heç bir xeyir, fayda
verməmə, heç bir xeyri, faydası olmama,
faydasızlıq, nəticəsizlik.
XEYİRSÖYLƏMƏZ sif. Ağzını pisliyə
açan, ağzına heç bir xeyir söz, xeyirxahlıq
gəlməyən, nəhs danışan. Vardı bir xeyir-
söyləməz nadan; Dilinə xeyir gəlməyib bir
an. S.Ə.Şirvani. - E-e-e! - deyə, Əhməd
qəzəblə qışqırdı, - belə də xeyirsövləməz
adam olar? M. Süleymanov.
XEYİR-ŞƏR is. [ər.] Toy və ya yas,
şadlıq və ya kədər olan yer və bunlarla
əlaqədar işlər, mərasim. Xeyir-şərdə iştirak
etmək. Xeyir-şər məclisində olmaq. - Yas-
da, toyda, hamamda, məsciddə, müxtəsər
“ hər yanda aşdı, orada başdı ”, xeyir-şər
Tükəzbcınsız keçməzdi. B.Talıblı. [Zeynal:]
Hansı tacirin evində xeyir-şər olanda Nisə
arvadı çağırmayıblar? Ə.Əbülhəsən. [Müəl-
lim] tək uşaqlara savad öyrətməklə kifayət-
lənmirdi, kəndin bütün xeyir-şər işlərinə də
qarışırdı. S.Qədirzadə.
0 (Öz) xeyir-şərini bilmək (anlamaq,
qanmaq) - özünə nəyin xeyirli və nəyin
XEYLİCƏ
zərərli olduğunu bilmək, başa düşmək,
anlamaq, ona müvafiq də hərəkət etmək.
Çox da nadan deyiləm, anlamayım xeyrü
şərim. S.Ə.Şirvani. Xeyrü şərin qan, oğlum!
Öz halına yan, oğlum! A. Səhhət. [Rəsul:]
Vaxtında bu qoyun kimi camaat xeyir-şərini
gözəlcə anlayacaq. Ə. Haqverdiyev. Xeyrə-
şərə yarayan - həm xeyir işdə, həm də
yasda adamlara yaxından kömək edən. Bu
adanı xeyrə-şərə yarayan deyil, - “ Şahsə -
nəm xala ” deyilən aralıq arvadı idi, xeyrə-
şərə yarayan idi, hamının dərdi-diliııə yeti-
şən (idi)... E. Sultanov. Xeyrə-şərə yara-
mayan (yaramaz) - xeyirdə-şərdə iştirak
etməyən, başqalarının dərdinə, qəminə
yetişməyən, laqeyd, yararsız, bacarıqsız
adam haqqında. Xeyrə-şərə yaramaz oğul. -
Bikef İbad xeyrə-şərə yaramayan, fərdi hə-
yat sürən bir adamdı. Çəmənzəminli. [Rüs-
təm Səkinəyə:] Axı adət var. Qaytararsan,
dalınca min söz deyərlər. Aduı qalar xeyrə-
şərə yaramaz. M.İbrahimov. Sərhəd boyun-
da Şöklii Məlik deyilən xeyrə-şərə yaramaz,
kimsəyə yovuşmaz qəribə xasiyyətli qərib
bir bəy yaşayırdı. M. Rzaquluzadə.
XEYLAQ dan. “Xeyli” sözünün canlı dil-
də işlənən forması. Xeylaq adam. Xeylaq
mal. Xeylaq iş görmək. - Bahadır dəftər-
çəsinə xeylaq yazandan sonra meşədə
gəzirdi. N.Nərimanov.
XEYLİ sif. və zaı/Olduqca çox, çoxlu, bir
çox. Xeyli adanı gəlmişdi. Xeyli kitabı var.
O hadisədən xeyli zaman keçmişdir. - [Şah:]
Öylə isə, sən bizə bir ay möhlət ver, bir yol ilə
sənə xeyli pul qazandıraram. Ü.Hacıbəyov.
// Olduqca, son dərəcə. Onun halı xeyli pəri-
şan idi. - Bu suallar məni xeyli təəccübləndir-
di. A.Divanbəyoğlu. □ Bir xeyli - 1 ) uzun-
uzadı. Söhbət davam edir bir xeyli... Leyla;
“Daha yetər” , - deyə qalxır yerindən. B. Va-
habzadə; 2) çoxlu, külli miqdarda. [Dürrənin]
ətrafına bir xeyli arvad toplanmışdı. S. Vəli-
yev.
XEYLİCƏ sif. və zərf Olduqca çox, çox-
lu, külli miqdarda. Xeylicə pulu var. Xeylicə
kitabı var. H Adi qaydadan çox, bir qədər
artıq. Xeylicə gəzdik. Xeylicə söhbətləşdik. -
Axşam küləyi qalxar, əsər xeylicə yüngül; Gül
ətrini duyduqca ötər şövqlə bülbül. A.Səhhət.
436
ХЕҮМӘ
XƏBƏR
ХЕҮМӘ is. [ar.] Çadır. Ey baba bəy, bu
humayım əsgərin; Seşənbədə sərmənzili Car
oldu. Məşriq tərəfində tazə qələnin; Quru-
lub xeymələr bərqərar oldu. Q.Zakir. Ki,
nagəh хеутә dalırıdan bir övrət; Dedi ey
hatəm, ey şahi-səxavət! Uşaqlarım qalıbdır
bu gecə ac; Olub bir löqməyə məğmunu
möhtac. S.Ə.Şirvani. Bəzən də yaşamaq
həvəsilə tək; Bir insan ətrafa qılınc çəkərək;
Bütün bir ordunu heyrətə salmış; Xeymələr
dağıdıb, çadırlar almış. S. Vurğun.
XEYMƏGAHw. [ər. xeymə və fars. ...gah]
Xeymələr (çadırlar) qurulmuş yer, düşərgə.
İslam tarixinə daxil olmuş o qara xeyməgah
artıq il yarım idi ki, nəhəng bir qara quş kimi
mənzil-mənzil qonaraq Məğribdən-Məşriqə
doğru hərəkət edirdi.. Ə.Məmmədxanlı.
XEYR əd. [ər.] Bir şeylə razı olmadıqda
və ya verilən suala mənfi cavab üçün
işlənir. Suallarla razısan? - Xeyr. Gəzmək
istəyirsən? -Xeyr. Gələcəksənmi? -Xeyr. -
Eldarı hələ unutmamışsınızmı? - Xeyr,
unutmamışam. S. Hüseyn. [Vaqif:] Xeyr,
yanıldınız, ona dil verən; Gözilə dünyada
alovlar görən; Kəndistaıı yeridir, bəli, kən-
distanl S.Vurğun. // Ümumiyyətlə, etiraz,
narazılıq bildirir (bəzən təkrar şəklində).
Xeyr, xeyr, - deyə qışqırdı. Xeyr, xeyr, razı
deyiləm. - [Hacı Baxşəli:] Xeyr, Hacı Həsən
ağa, qoy şeyx cənabları bizdə qonaq olsun.
C.Məmmədquluzadə. [Sultan:] Xeyr, şəxs
ola bilər ki, çox elm oxumuş olsun və tərbiyəsi
az olsun. N.Nərimanov. // İnkar mənasında
işlənir. - Xeyr, gözəl deyil, çirkindir. Xeyr,
çox uşaqdır hələ. - [Həsən bəy:] Cavanlığı?
Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? ..Mə-
şədi İbadın pulu, malı, dövləti? Ü.Hacıbə-
yov. Ondan uzaqlarda bir səyyarə var; Xeyr,
səyyarə yox, bir təyyarə var. M. Rahim.
XEYRAT is. [ər.] din. Ölmüş adamın
xatirəsinə verilən yemək; ehsan. Dedi ki,
mən edən zamanda vəfat; Dəfn edin, ver-
məyin mənə xeyrat. S.Ə.Şirvani. ..Elə bunu
götürək ki, bu axır vaxtlarda başlayıbsınız
nuxalılara dəlil və nəsihət eləməyə ki, çaxır
içib keyflənməsinlər və palaz-paltarlarını
satıb xeyrat verməsinlər. “Mol. Nəsr.”
// Savab üçün verilən pul, yemək və s., ha-
belə savab üçün edilən işlər. Xeyrat payla-
maq. - Günlərin bir günündə bir molla
Coratdan Türkana xeyrat yeməyə gedirdi.
(Nağıl). Halvanın və xeyrat plovlarının
savabını və lazım olmadığını dananlar kafir
və mürtəddirlər.. Ə.Haqverdiyev.
XEYRƏ is. Misdən, alüminiumdan, sax-
sıdan və s.-dən qayrılan dəyirmi, dərin qab.
Əti xeyrədə yumaq. Meyvəni xeyrəyə qoymaq.
XEYRİ, XEYRİGÜLÜ is. Qırmızı rəngli,
topləçəkli gül; məxmərgülü. Xiyabanın hər
iki tərəfini yeni açılmaqda olan xeyri, şəb-
bu, qırmızı zanbaq və sair rəngarəng çiçək-
lər bürümüş idi. M. S. Ordubadi.
XEYRİYYƏ sif. [ər.] Xeyir iş, ehtiyacı
olanlara kömək, yardım məqsədini güdən.
□ Xeyriyyə cəmiyyəti - 1920-ci il inqi-
labından əvvəl maarif, səhiyyə, mədəniy-
yət və s.-ni inkişaf etdirmək məqsədi ilə
camaatdan pul toplayan cəmiyyət. [Mirzə
Qədir] ..milli mətbuatda ara-sıra nəşr et-
diyi məqalələri ilə, xeyriyyə və maarif cə-
miyyətindəki fəaliyyəti ilə .. şöhrət və nüfuz
qazanmışdı. S. Hüseyn.
XEYRİYYƏÇİ is. Xeyriyyə cəmiyyətinin
işində iştirak edən, xeyriyyə cəmiyyətinin
üzvü.
XƏBƏR is. [ər.] 1. Bir iş, hadisə və s. haq-
qında məlumat. Nə lazını olmuşdu ki, belə
dəhşətli xəbəri şaha verib bu qalmaqala
səbəb ola və özünü dəxi həlakətə sala?
M.F.Axundzadə. Bu yavuqlarda bizim sahib-
mənsəblərdən birisinin ölüm xəbərini qəzet-
lərdə oxuduq. C.Məmmədquluzadə. [Ağa-
yar] “ Bakıdan komissiya gəlib ” xəbərini
eşidincə, çox dilxor oldu. Ə.Əbülhəsən.
□ Xəbər almaq - soruşmaq, bilmək, istə-
mək. Məsələni xəbər almaq. İşi xəbər al-
maq. - Xəbər alsa səndən; o binəvanın;
Necə keçir ruzigarı görəsən; Söylə ki, göz
yolda, könül intizar; Şəm tək oturub süb-
hədək ağlar. Q.Zakir. [Axundov:] Canım,
qız bir yasin surəsini bildi, bəsdir, kifayətdir
və oğlana da lazım olan məsələləri gəlib
mənim kimi axundlardan xəbər alar, vəs-
salam. C. Cabbarlı. Xəbər çıxmaq - bir
hadisə və s. haqqında söz eşidilmək, şayiə
çıxmaq (yayılmaq). Xəbər çıxmamaq - get-
miş, yaxud yoxa çıxmış bir adamdan, ya da
gözlənilən bir işdən heç bir soraq gəlməmək,
437
XƏBƏRÇİ
heç bir xəbər eşidilməmək. [Uşaqların] ..ata-
larından bir xəbər çıxmadı. S.S.Axımdov.
Xəbər eləmək - bildirmək, xəbərdar etmək.
Gələcək nəsi ə şerim bu gündən ; Hay vurub,
qıy vurub, xəbər eyləsin. M. Rahim. Xəbər
gəlmək - söz eşidilmək, məlumat gəlmək.
Ta ki xəbər gəldi xublar şuxundan; Əl çəkdim
cahanın varü yoxundan. M. V. Vidadi. Xəbər
gətirmək - gördüyü və ya eşitdiyi bir şey
haqqında məlumat vermək, bildirmək. Bələd-
çinin biri xəbər gətirdi ki, məftil hasarın bir
kilometrliyini düşmən minalamışdır. Ə.Vəli-
yev. Səhər Səriyyə xəbər gətirdi ki, kəndə
yaman küy düşüb. I. Əfəndiyev. Xəbər tut-
maq - soruşub bilmək, məlumat almaq, məlu-
mat əldə etmək, xəbərdar olmaq. Biz cəbhə-
nin vəziyyətindən xəbər tuturduq. M.S. Ordu-
badi. [Fərhad Nazlıya:] Sən də buradasatımış,
Nazlıcan, yenə Mustafa ilə mənim görüşümdən
xəbər tutmusan? Ə.Məmmədxanlı. Xəbər
vermək - məlumat vermək, bildirmək, xə-
bərdar etmək, çatdırmaq. Lalə tək daği-dili-
sineyi-suzanımı gör; Ver xəbər dilbəri-
siisənbərə, ey badi-səba. S.Ə.Şirvani. Kət-
xuda Bayramı tutub dama salmaq, elə gecə
ikən şəhərə çapar yollayıb rəisə xəbər vermək
istədi. M.Hiiseyn. Ancaq qondu ki, onlar bunu
başqalarına xəbər verərlər. M. Rzaquluzadə.
Xəbər yayılmaq - şayiə yayılmaq, söz ya-
yılmaq. Lakin çox çəkmədi ki, elə bil bütün
quşlara xəbər yayıldı. Ə.Məmmədxanlı.
...xəbəri gəlmək - 1) haqqında məlumat
gəlmək, nəticəsi bilinmək, sorağı gəlmək.
Məktubun xəbəri hələ də gəlməyib; 2) birinin
ölümü haqqında məlumat, xəbər gəlmək.
Ölüm xəbəri gəlmək.
2. Məlumat, bilik, vaqiflik. Onun elmdən
heç xəbəri yoxdur. Bu işdən xəbərim yoxdur.
3. qram. Mübtəda ilə ifadə olunan əşya-
nın əlamətini göstərən cümlənin iki baş üz-
vündən biri.
4. Yalnız cəm şəklində: xəbərlər - vaxta-
şırı nəşr edilən bəzi məcmuələrin adı. “ Azər-
baycan Elmlər Akademiyasının Xəbərləri'.
XƏBƏRÇİ is. 1 . Xəbər gətirən, müjdəçi.
Bu əsnada xəbərçi gəlir, qeyrətkeş arvad
mətanəti-qəlb ilə ondan təvəqqe edir ki, heç
bir şeyi gizlətməyib, ona dürüst xəbər
versin. F. Köçərli.
XƏBƏRDARLIQ
2. Xəbərçilik edən, xəbərçiliklə məşğul
olan; çuğul, donosçu; adamsatan. Xəbərçi
yalançı olar, yalançı xəbərçi. (Ata. sözü).
Onun tərəfindən olun arxayın; Yoxdur kən-
dimizdə xəbərçi, xayın. H.K.Sanılı. [Qızıl
Arslan Toğrula göndərdiyi məktubda] Rəiy-
yətinə o qədər adil və mehriban olmalısan
ki, ətrafında casus, xəfıyyə və ya xəbərçilər
saxlamağa ehtiyac qalmasın. M.S. Ordubadi.
XƏBƏRÇİLİK is. Birindən o birinə xəbər
vermə, söz gəzdirmə, çuğulçuluq, şeytan-
çılıq. Bir tərəfdən də Şahmar xəbərçiliyinin
üstündə dişinin dibindən çıxanı [Şahpərinin]
üzünə çırpmışdı. B. Bayramov. □ Xəbərçi-
lik eləmək (etmək) - birinin sözünü baş-
qasına demək, söz gəzdirmək, şeytançılıq
eləmək. Yoldaşından xəbərçilik etmək. Ev-
dən xəbərçilik eləmək.
XƏBƏRDAR sif. [ər. xəbər və fars. ...dar]
1. Bir işdən xəbəri, məlumatı olan, agah
olan, məlumatlı. Ol zalimi-bədxu, şııxi-
sitəmkar; Zakirin halından deyil xəbərdar.
Q.Zakir. ..Oturanların hamısı Məhəmməd
Həsən əminin ziyarət qəsdindən xəbərdar-
dılar. C.Məmmədquluzadə. □ Xəbərdar
etmək (eləmək) - məlumat vermək, əhva-
latı bildirmək, çatdırmaq, agah etmək. Məni
işdən xəbərdar et. - [Rəşid:] Əzizim, əhva-
lından məni tez-tez xəbərdar et ki, bəlkə
mən də səbr edə biləm. İ.Musabəyov. Nıı-
rəddiıı evlərinə qayıtdıqda Bahar onu
əhvalatdan xəbərdar etdi. S.S.Axundov.
Xəbərdar olmaq - bir şey, hadisə haqqında
məlumatı olmaq, agah olmaq, bilmək.
Yoxdur əhvalıma bir kəs ki xəbərdar olsun.
S.Ə.Şirvani. Bir-birinin əhvalından xəbər-
dar olandan sonra Bahadır çay tədarükü
etdi. N.Nərimanov. Şaqqulu işdən xəbərdar
olub, həyətə girdi. Çəmənzəminli.
2. Əmr şəklində: xəbərdar! - ehtiyatlı
olmağa çağırış.
XƏBƏRDAREDİCİ sif. Olacaq və ya ola
biləcək bir işi birinə başa salmaq, bildirmək,
ayıltmaq üçün edilən (işarə və s.). Nəcəf
azca tutqun halda bu tərəfə çevrildi, qızların
hər ikisinə xəbərdaredici bir nəzər fırladıb
dedi: - Hə, nə təklif var? M.İbrahimov.
XƏBƏRDARLIQ is. 1. Xəbərdar etmə,
məlumat vermə, qabaqcadan demə, bildir-
438
XƏBƏR-ƏTƏR
XƏCALƏT
mə. Xəbərdarlıq üçün gələn qadın Tanya
idi. A.Şaiq. Dəstə hərəkətə gəlməkdə ikən,
kiminsə bərkdən bu xəbərdarlığı eşidildi..
Ə.Əbülhəsən. Zərqələmin bu xəbərdarlıq-
dan məqsədi vardı. Ə. Sadıq.
2. Qəbahət edənə bir daha qəbahəti tək-
rar etməmək üçün verilən göstəriş. □ Xəbər-
darlıq etmək - qabaqcadan demək, bil-
dirmək, çatdırmaq. ..Güldəstə gərgin halda
xəbərdarlıq etdi. H.Seyidbəyli. Usta əlində-
ki taxtanı kəndirlə möhkəm bağladı, xəbər-
darlıq edib kəndiri dartdı. M. Süleymanov.
Xəbərdarlıq vermək - xəbərdar etmək,
qabaqcadan demək, bildirmək. [Toğrul:]
Yoldaş Imamyar doğru deyir, [Yaşar] mənə
demişdi, ..xəbərdarlıq vermişdi. C. Cabbarlı.
XƏBƏR-ƏTƏR is. Xəbər, soraq; iz. Dörd
il idi ki, ondan bir xəbər-ətər yox idi.
S.S. Axundov. [Məsmə:] ..Təzəlikdə heç
xəbər-ətər yoxdu. Anası ölmüş düşdü qür-
bətə, yaman düşdü. Mir Cəlal. [Sədəf:]
Dörd il Uğurdan heç bir xəbər-ətər olmadı.
I. Əfəndiyev.
XƏBƏR-ƏTƏRSİZ zərf Xəbərsiz, izsiz,
soraqsız.
XƏBƏRLƏŞMƏ “Xəbərləşmək”dən fis.
XƏBƏRLƏŞMƏK f. Bir-birindən xəbər
tutmaq, soraqlaşmaq.
XƏBƏRSİZ zərf 1 . Xəbər vermədən, de-
mədən, soruşmadan, qabaqca bildirmədən;
icazəsiz. Bir gün xanlara tamaşaya gələn
qızların içində Iskəndərin bacısı Leyla da
var idi, qardaşından xəbərsiz qızlara qo-
şulub gəlmişdi. E. Sultanov. [Növrəstə:]
Məndən xəbərsiz məni necə ərə verərsən?
Ə.Haqverdiyev.
2. Məlumatsız, biliksiz. İşlərdən tama-
milə xəbərsizdir.
3. məc. Qayğısız, heç bir şeyin fikrini,
dərdini çəkməyən. Səriyyə xala geri döndü
və iki körpə qız uşağının hər şeydən xəbərsiz
(z.) yatdığı tərəfə baxdı.. M. İbrahimov.
□ Xəbərsiz olmaq - məlumatı, xəbəri ol-
mamaq. ..[Pərşan] bütün günü evdən çıx-
madığını, kino məsələsindən xəbərsiz oldu-
ğunu gizlətsə də, hər halda marağını yatıra
bilmədi. M.İbrahimov.
XƏBƏRSİZ-ƏTƏRSİZ bax xəbər-ətər-
siz. Xəbərsiz-ətərsiz itmək. Xəbərsiz-ətərsiz
yox olmaq. - [Sərdar:] Xəbərsiz-ətərsiz
gedib, .. bu gün ovçu Ağabala bazarda elə
sözlər danışırdı ki... S. Rəhimov.
XƏBƏRSİZLİK is. 1. Heç bir xəbər,
məlumat olmama.
2. Məlumatsızlıq, biliksizlik, xəbəri ol-
mama.
XƏBİS sif. [ ər.] Başqasının pisliyini is-
təyən, alçaq, əclaf, xain, murdar. Xəbis
adam. Xəbis məqsəd. Xəbis ürək. - [Bəh-
ram:] [Çiçəklər] zərifdirlər, xəbis əllərə
davam etməyib solarlar. C.Cabbarlı. [Əsə-
dulla:] Mən [Məmmədxanın] xəbis bir
adam olduğunu bilirdim, lakin bu qədər
alçaq, pulpərəst olduğunu fikrimə belə
gətirməzdim. P.Makulu. // İs. mənasında.
Miixənnət səgrəqib o xain, xəbis ; Nə yaman
qandırıb əyyara məndən. Aşıq Ələsgər.
Prokurorun səsi tutqun çıxdı: - Böhtandır!
..Xəbislər indi də bu taktikaya keçiblər.
M. Hüseyn.
XƏBİSLİK is. Alçaqlıq, əclaflıq, xainlik,
pislik. Nübar qarının hərəkətləri Qəhrəma-
nın gözü qabağında öz xəbisliyini göstə-
rirdi. S. Rəhimov. // Alçaq hərəkət, iyrənc
hərəkət, rəzalət. □ Xəbislik etmək (elə-
mək) - alçaqlıq etmək, əclaflıq etmək,
alçaq iş görmək.
XƏBTİ-DİMAĞ bax xəfti-dimağ. Səndə
vardır ııişani-xəbti-dimağ; Səni lazımdır
eyləmək bəs dağ. S.Ə.Şirvani.
XƏCALƏT is. [ər!\ 1. Utanılacaq hal,
utanmağa səbəb olan şey, utanma. [Gülzar:]
Allah, xəcalətimdən bibimin üzünə baxa
bilmirəm. S.S.Axundov. İndi qonaqlardan
çoxu sanki bir xəcalət hissi duyaraq, başını
aşağı dikmişdi. Ə.Məmmədxanlı. // Xəca-
lətli. [Sənubər Pərşana:] Hamıdan çox
sənin qarşında xəcalətəm, ana! B. Bayra-
mov. □ Xəcalət çəkmək - çox utanmaq,
çox sıxılmaq, həya etmək, ar etmək, utanıb-
qızarmaq. ..Yazıq həkimin yanında çox
xəcalət çəkdim.. C.Məmmədquluzadə. Arvad-
lara gəldikdə, oğlan doğmadıqlarına görə hər
ikisi özlərini müqəssir hesab edir və Məşədi
Quludan xəcalət çəkirlərdi. T.Ş. Simurq. Nər-
giz dərhal anasının qucağından sürüşüb yerə
düşdü və bir az əvvəlki hərəkəti üçün indi
xəcalət çəkdi. Ə.Məmmədxanlı. Xəcalət
439
XƏCALƏTLƏNMƏ
XƏDƏNG
eləmək - utandırmaq, başıaşağı eləmək, rüs-
vay eləmək, xəcalət çəkməsinə səbəb olmaq.
[Həsən xan:] Bu ələngələri qonağa göstərib
məni xəcalət eləməkdə məqsədin nədir? "Kor-
oğlu”. [Qarı:] Üzü tökülmüş qız kişini КәЫә
Qənbərin yanında xəcalət elədi. Çəmənzə-
minli. Nanəcib insanla olmasın aran; Səni
xalq içində xəcalət evlər. Aşıq Şəmşir. Xə-
calət olmaq - birinin yanında utanılacaq işi
olmaq, xəcalətli olmaq, başıaşağı olmaq. Na-
mus qədri bilib, nanı gözləyən; İnşaallah, heç
yerdə xəcalət olmaz. Aşıq Ələsgər. Məzəmmət
etməsin səni tay-tuşun; Olma dost yanında
xəcalət, oğul! Aşıq Hüseyn. Xəcalət vermək
- utandırmaq; utanmasına, sıxılmasma səbəb
olmaq, pis vəziyyətdə qoymaq. [Mirzə Sə-
məndər:] Lap, Hacı Əhməd, xəcalət verirsi-
niz. C. Cabbarlı. [Qədir:] Xəcalət verməyin,
a bəy, kasıb evi olanda nə olar? Buyurun
yuxarı başa. Mir Cəlal. Xəcalətindən çıx-
maq - əvəzini vermək, qarşılıq olaraq bir şey
verməklə və ya etməklə əvəzini çıxmaq.
[Anası:] ..Vallah, axund, daha bir şey tapa
bilmədim. Allah qoysa, yenə xəcalətindən
çıxarıq. B.Talıblı. [Hacı Ağakərim:] Başın
ağrı çəkməsin. Sonra yenə səni görüb xəca-
lətindən çıxaram. S. Rəhman.
2. Xəcalətlə şəklində - utana-utana,
sıxıla-sıxıla. Haşım çox xəcalətlə şəkər-
çörəvini çıxarıb arvadına verdi. B.Talıblı.
[Böyük oğlan] xəcalətlə dedi: - Ata, əlim
boşdur, üzüm qara; Su dərdinə yoxdur çara.
M.Dilbazi.
0 Xəcalətindən yerə girmək - bərk
utanmaq, adam üzünə baxa bilməmək.
XƏCALƏTLƏNMƏ “Xəcalətlənmək”-
don f.'ıs.
XƏCALƏTLƏNMƏK/ Xəcalət çəkmək,
utanmaq, sıxılmaq. Qoşqar xəcalətlənib
üzünü yana çevirdi. 1. Hüseynov.
XƏCALƏTLİ sif. Birindən gördüyü yax-
şılığın əvəzini çıxmadığı və ya verdiyi vədi
yerinə yetirmədiyi, ya yerinə yetirə bil-
mədiyi üçün onun qabağında xəcalət çəkən,
utanan, özünü günahkar hiss edən; üzrxah.
[Nəbi:] Mən sənin vanında xəcalətliyəm.
S. Rüstəm. □ Xəcalətli etmək - utandır-
maq, başıaşağı eləmək, üzüqara eləmək,
qızartmaq. [Pərviz xan:] Ax, nə binamusluq,
nə böyük biabırçılıq! .. Sən məni Rəhim xan
kimi kişinin yanırıda xəcalətli elədin!
Ə.Haqverdiyev. Xəcalətli qalmaq - birinin
yaxşılığının əvəzini çıxa bilmədiyi və ya
verdiyi vədi yerinə yetirə bilmədiyi üçün
onun qabağında xəcalət çəkmək, sıxılmaq,
utanmaq, üzüqara olmaq. [Dostum:] Ova
gəlmişdi. Kişidən xəcalətli qaldıq. M.Rza-
quluzadə.
XƏCALƏTLİK bax xəcalət. □ Xəca-
lətlik vermək - xəcalətli etmək, utandır-
maq. [Şahsənəm xala:] Bu nə xəcalətlikdir,
ay oğul, mənə verirsən? E. Sultanov.
XƏCİL [ər.] klas. Xəcalətli, üzüqara. Hər
tənə ki, eyləsən rəvadır; Səndən xəciləm,
üzüm qəradır. Füzuli. Yüz cəfa gördün, vəli
hərgiz şikayət etmədin; Hansı lütfündən
xəcilsən nazlı yarın, ey könül! S.Ə.Şirvani.
□ Xəcil etmək (eyləmək) - xəcalətli
etmək, utandırmaq, qızartmaq, başını aşağı
etmək. [Yetər:] Sizi and verirəm Allahın
birliyinə, məni Dilbər xanımın yanında xəcil
eləməyin. N.Vəzirov. [Azər Reyhana:] And
içirəm ki, səni düşmən qabağında xəcil et-
məyəcəyəm. Ə.Məmmədxanlı. Xəcil olmaq
- utanmaq, sıxılmaq, xəcalət çəkmək.
Rənalıq ilə qaməti-şümşadı qılan yad;
Olmazını xəcil sərvi-xuramanını görgəc?
Füzuli. Oldu sünbüllər xəcil zülfi-pərişanın
görüb; Qönçələr qan oldu ta ləli-dürəfşamn
görüb. S.Ə.Şirvani. [Müfti:] Burda həqiqət
sana aydın deyil; Bəlkə qiyamətdə olursan
xəcil. H.Cavid.
XƏCİLANƏ zərf Xəcalət içində, xəcalət
çəkə-çəkə, utana-utana, sıxıla-sıxıla. Xəci-
laııə cavab vermək. - [Məhərrəm] özlüyün-
də xəcilanə gülümsədi. H.Nəzərli.
XƏDƏMƏ is. [ər. “xədim” söz. cəmi]
Xidmətçilər, qulluqçular. Xədəmələr durar
scığu solunda; Cavahir bazubənd iki qolun-
da; Fəvvarələr işlər daim gölündə; Yaşıl-
başlı ördək olar, qaz olar. Ə.Nəbati. Sol
tərəfdə xədəmələr durmuşdular. Bunlar
tələbə bileti istədilər. Salman və yoldaşları
biletlərini göstərib keçdihı: Çəmənzəminli.
XƏDƏNG is. [fars.] klas. Ox (klassik
şeirdə gözəlin kirpiyi oxa oxşadılır). Cöv-
həri pak olur təzə cavandan; Hərgiz əl gö-
türməz şövkətü şandan; Miijgan xədənglərin
440
XƏDİCƏGÜLÜ
XƏFİYYƏ
keçirir candan; Peykanının heç poladı
əskilməz. M. P. Vaqif. Xədəııgin cismimi
cövşən eyləmiş; Dəlik-dəlik, rövzən-rövzən
eyləmiş. Q. Zakir. Kirpiyin xədəng oxu;
Çatma qaşın yay kimidir. Aşıq Əsəd.
XƏDİCƏGÜLÜ, XƏCCƏGÜLÜ bax nov-
ruzgülü. Nərgizçiçəklilərin .. əksəriyyəti
bəzək bitkisidir. Xarakter cinsləri: xədicə-
gülü, .. aqavadır. M. Qasımov.
XƏDİM sif. [ər.] 1. Axtalanmış, axta.
[Hərəmağası:] Xadimləri hissdən nıəhrum
zənn edirlər. Çəmənzəminli. □ Xədim
eləmək - axtalamaq, xacə eləmək.
2. Xidmətçi, qulluqçu. [Ərən:] Arxa tərəf-
dən .. kənizlər, nədimi ər və xədimlər düzül-
müşdülər. Çəmənzəminli.
XƏFƏ 1 is. Boğanaq, bürkü, isti hava. [Ru-
qiyyə:] ..Evdə xəfə var, qaranlıqdır. A.Divan-
bəyoğlu. Əsmə, səmum, bu tərəfə; Ah, yan-
dırır məni xəfə! M.Dilbazi.
XƏFƏ 2 is. Heç kəsin görə bilməyəcəyi,
gizli, xəlvət yer. Xəfədə pusmaq. Xəfədə
gizlənmək. - Yeri çox xəfə, yolun lap qırağı
idi. Ə.Əbülhəsən.
XƏFƏ(NƏK) is. Samovarın odunu söndür-
mək üçün bacasının üstünə qoyulan dəmir
qapaq.
XƏFƏLƏMƏ “Xəfələmək”dən f.is.
XƏFƏLƏMƏK/ Havanın qabağını tutmaq,
boğmaq; sönmək üçün qapamaq. Samovarı
xəf əl əmək.
XƏFƏLƏNMƏ "Xəfələnmək”dən f. is.
XƏFƏLƏNMƏK f. Xəfə bir yerə çəkil-
mək, daldalanmaq.
XƏFƏLİK 1 is. Xəfə, gediş-gəliş olmayan
yer, daldalanmağa yarar yer. Xəfəlikdə giz-
lənmək.
XƏFƏLİK 2 is. Bürkülü, tənəffüsü çətin-
ləşdirən, boğucu ağır hava. Xəfəlikdən nəfəs
almaq olmur. - Otaq yarıqaranlıqdı; Xəfə-
likdən boğulsun deyə insan qəlbi; Pəncərəsi
qayrılmış insan boyundan qəlbi. R.Rza.
XƏFƏNƏG is. 1 . At və başqa heyvanlarda
ciyər xəstəliyi, təngnəfəslik. At xəfənəg olub.
H Sif. mənasında. Bu xəstəliyə tutulmuş. Xəfə-
nəg at kimi alırdı nəfəs; Verirdi sinəsi körük
kimi səs. H.K.Sanılı.
2. Təngnəfəslik, sinəgirlik, astma. Yasa-
vulun bu ürək yarası onu bədən yarasından
artıq boğazlavır. ara-ara xəfəııək xəstəliyi
kimi tutur və buraxmaq istəmirdi. S.Rəhimov.
XƏFƏNG is. Pəncərənin və ya qapının
üst hissəsi. [Dükanların] qapıları yan tərəfə
deyil, aşağıdan yuxarıya qaldırılmaqla
açılardı. Belə qapılara xəfəng deyərdilər.
H.Sarabski.
XƏFİF sif. [ər.] 1. Mülayim, yüngül, yum-
şaq. Xəfif yel. - İndi çöldə xəfif meh əsdiyi
üçün hava bayaqkı qədər bürkü deyildi.
İ.Əfəndiyev. Xəfif axşam küləyi əsir, şə-
hərdə yavaş-yavaş işıqlar alışırdı. Ə.Məm-
mədxanlı.
2. Zərif, incə. Çox çəkmədi ki, qızın ya-
naqlarında xəfif bir qızartı göründü.
M. Hüseyn. Zaldakıların üzü xəfif bir
gülüşlə işıqlandı. M.Ibrahimov. // Zəif, yün-
gül. Xəfif sazaq. - Dünyanın sevinci də,
kədəri də ikidir. Biri yüngül, keçəri - xəfif
dumana bənzər. R.Rza. [Xosrov] ..sahildə
əyləşib xəfif şırıltıya qulaq asırdı. B. Bayra-
mov. Qonaqlara şərbət, çay təqdim edən
qulluqçuların ayaqlarının xəfif tappıltı-
sından başqa, [sarayda] heç bir başqa səs
eşidilmirdi. P.Makulu. □ Xəfif eləmək
(etmək) - azaltmaq, zəiflətmək. Basıb
pəncərəni, qapını kip-kip; Lampanın odunu
eləyib xəfif H.K.Sanılı.
XƏFİFCƏ zərf Azacıq, yüngülcə, zəifcə.
[Park] yalnız yeni çıxmaqda olan ayııı ziyası
ilə xəfifcə işıqlanmışdı. S.Hüseyn. Gənc yenə
də xəfifcə gülərək cavab verdi. M. S. Ordu-
badi. Maya qızarıb xəfifcə gülümsədi və
Qaraşa baxdı. M.Ibrahimov. // Yavaşca,
üsulluca. [Xədicə] ətəyimdən yapışıb xəfifcə
dartaraq deyirdi.. Qantəmir. // Sif. məna-
sında. Bir an içində üzündən silinib yox olan
təbəssüm izlərinin yerində xəfifcə bir qızartı
göründü. M. Hüseyn.
XƏFİFCƏSİNƏ zərf Xəfif surətdə, yün-
gülcə, yavaşca. Xəfifcəsinə titrəmək. Xəfif-
cəsinə gülmək. - [Məsmə:] [Kor seyid]
bərabərimdə dayandı. Sol əlini xəfifcəsinə
üzümə götürdü. S.Hüseyn. [Əhməd:] Dur-
duğum yerdə ayaqlarımın xəfifcəsinə əsməsi,
bütün bədənimə sirayət etmişdi. T.Ş. Simurq.
XƏFİYYƏ is. [ər.] 1. Xəfıyyə idarəsinin
məmuru, gizli agenti. [Əbülhəsən bəy:] Çar
jandarmeriyası nıəııim dalımca xəfiyyələr
441
XƏLƏL
XƏFİYYƏÇİ
təyin etmişdir. M. S. Ordubadi. Xəfiyyələr
dərnəklərin gizli fəaliyyətindən xəbər tut-
dular, uşaqların bəzilərini həbs etdilər,
qalanlarını isə məktəbdən qovdular. I. Şıxlı.
□ Xəfiyyə idarəsi - gizli polis idarəsi.
Aslan .. bildi ki, Hüseynqulu kişi mətbəənin
mütamadiyən xəfiyyə nəzarəti altında oldu-
ğunu duyub. M. Hüseyn.
2. Casus. Xəfiyyə saldılar, pul vəd etdilər;
Qoşun topladılar, hara getdilər; Gəlmədi
onların heç biri vecə. H.K.Sanılı.
XƏFİYYƏÇİ is. Xəfiyyə məmuru, xə-
fiyyə agenti. Bu halda xəfiyyəçil ərdən biri
qapını açdı. C. Cabbarlı.
XƏFTİ-DİMAQ is. [ər.]-. xəfti-dimaq ol-
maq - beyni xarab olmaq, başına hava gəl-
mək. Şəhərdə belə danışırdılar ki, Əhməd bəy
xəfti-dimaq olub. Ə.Haqverdiyev.
XƏKƏ is. [fars.] Kömürün ovulub tökül-
müş kiçik hissələri; kömür ovuntusu.
XƏKƏNDAZ is. [fars.] Zibil, kül və s. gö-
türmək üçün alət. Aşpaz Əli aşpazxananın
qapısının vanında əlində xəkəndaz samovara
kömür salırdı. C. Məmmədquluzadə. Qumru
dinməz-söyləməz xəkəndazla mollanın vanın-
dan elə çırpdı ki, sümükləri şaqqıldadı. Mir
Cəlal. Kimi özü xəkəndaz götürüb, kimi də
dükanların qabağında boynunu büküb daya-
nan yetim uşaqlara bir-iki qəpik verib səkini
suladırdı. I. Şıxlı.
XƏLBİR is. Buğdanın, arpanın və s.-nin
zibillərini təmizləmək üçün sağanağa ke-
çirilmiş iri tordan ibarət alət. [Fərraş:] Ağa,
sübhdən mən otağı süpürürdüm, mehtər
Kərim əlində xəlbir bura gəldi, məlum olur
xəlbiri burda qoyub gedibdir. M.F.Axund-
zadə. Mehtər əlində xəlbir, üzü samanlı,
birinin əlində süpürgə, suçiləyəıı və Gülpəri
də gəlirlər. Ü.Hacıbəyov. □ Xəlbir kimi
(tək) - deşik-deşik. [Mehdi:] İgidlər, irəli,
dalımca gəlin! Xəlbir tək yağının bağrını
dəlin! S.Rüstəm. Dəlik-deşik elədi düşməni
xəlbir kimi. M.Rahim.
0 Xəlbirlə su daşımaq - vaxtını boş, fay-
dasız işlə keçirmək, hədər yerə sərf etmək.
XƏLBİRALTI 1. Bax xəlbirgözü.
2. məc. zar. Oğul-uşaq, uşaqlar məna-
sında. [Səlbi ərinə:] Özün gedirsən, bəs bir
çətən xəlbiraltını kim saxlayacaq? Ə.Vəliyev.
XƏLBİRGÖZÜ is. Xəlbirlənən buğdadan,
arpadan və s.-dən xəlbirin içərisində qalan
hissə. Buğdanın xəlbirgözüsünü təmizləmək.
XƏLBİRLƏMƏ “Xəlbirləmək”dən f is.
XƏLBİRLƏMƏK f. 1. Xəlbirdən keçir-
mək. [Mehtər:] Xəlbir əlimdə idi, atlara arpa
xəlbirləyib verəcəkdim, yadımdan çıxıb
burda qalıbdır. M.F.Axundzadə. Yoldaşlar-
dan biri arpa xəlbirləyir, biri tüfəngini gəti-
rib söykəyir ağaca, biri tüfəngini götürüb
aparır. C.Məmmədquluzadə. Cəmil arpam
xəlbirləyib atların torbasına tökdü, torbala-
rı atların başına keçirtdi. Ə.Vəliyev. // məc.
Saf-çiirük eləmək, yaxşılarım yamanlardan
ayırmaq. Xəlbirlənə kaş ömür də; Boş il düşə
boş ömürdən... M.Araz.
XƏLBİRLƏNMƏ "Xəlbirlənmək”dən fis.
XƏLBİRLƏNMƏK тәсһ. Xəlbirdən keçi-
rilmək, xəlbirlə təmizlənmək. Arpa xəlbir-
ləııdi.
XƏLBİRLƏTMƏ “Xəlbirlətmək”dən fis.
XƏLBİRLƏTMƏK icb. Xəlbirləmə işi
gördürmək. Buğdanı xəlbirlətmək.
XƏLBİRVARİ sif. Xəlbirə oxşayan, xəl-
birə bənzər.
XƏLƏF is. [ər.] 1. Sonradan gələn, biri-
nin yerinə keçən və ya keçməli olan, onun
işini davam etdirən, onu əvəz edən adam.
M.F.Axundzadənin xələfləri. - Ya tələf
olmalı, ya xələf. (Ata. sözü). [Səttarzadə]
təklikdə, ya evdə nə qədər sakit, sönük gö-
rünürsə, adam içində, ictimai yerlərdə öz
xələflərini göriir.. Mir Cəlal.
2. Övlad, varis. Gör qılsa onu tələf həva-
dis! Yox bir xələfi ki ola varis. Füzuli. Der-
dim ki, gözəl xələf olarsan; Bir ailəyə şərəf
olarsan. M.Ə. Sabir. Oğlunun özünə layiq
bir xələf olacağından fərəhlənib, xan
qocalıq günlərini şad və rahat keçirmək
ümidində idi. M. Rzaquluzadə. // Nəsil, soy.
Öz xələfin gərək gözləyə kişi.. Q.Zakir. Sən
də onun kimi qocalacaqsan, hörmət uma-
caqsan xələflərindən. S.Rüstəm.
XƏLƏL is. [ər.] Pozuculuq, əskiklik, zəif-
lik, nöqsan, ziyan. Qəflət xələlindən ayrılar-
dın; Əlbəttə kim olduğun bilərdin. Füzuli.
Vaizi-şəhr öz iqrarına etsəydi əməl ; Düş-
məz idi bu qədər din ilə dünyayə xələl.
S.Ə.Şirvani. □ Xələl dəymək (yetişmək) -
442
XƏLƏLDAR
XƏLİFƏ
ziyan dəymək, zərər çəkmək. Dostluğa xə-
ləl dəymək. - [Əbülhəsənbəy qadına:] Sizin
gözəlliyinizə heç bir xələl yetişməmişdir.
M. S. Ordubadi. Xələl gəlmək - ziyanı,
zərəri olmaq; pozulmaq; eyibli, nöqsanlı
olmaq. ..Eyni musiqi parçasını biz vaxt
etibarilə tez və ya yavaş bir sürətlə ifa edə
bilərik, halbuki bundan musiqinin ölçüsünə
heç bir xələl gəlməz, çaldığımız musiqinin
ölçüsü heç də dəyişməz. Ə.Bədəlbəyli.
Xələl vermək (vurmaq, gətirmək,
qatmaq) - ziyan vurmaq, zərər gətirmək,
pozmaq, xarab etmək, eyibli, nöqsanlı
etmək. Gözəlliyinə xələl gətirmək. Sevincinə
xələl qatmaq. Oyuna xələl vurmaq. -
Kitablar Rüstəmin fikir dairəsini genişlən-
dirdi, lakin qəti olaraq onun köhnə əqi-
dəsinə xələl vura bilmədi. Çəmənzəminli.
[Cəmil] yenə Tahirlə dost olduğunu və
aralarındakı incikliyin bu dostluq hissinə
heç bir xələl gətirə bilməyəcəyini sübut
etmək üçün səsinə mehriban bir ifadə verdi.
M. Hüseyn. Xanını .. [uşaqlara] baxır və
onların oyununa xələl qatmaq istəməyərək
oğlunun məğlubiyyətinə o qədər də
əhəmiyyət vermirdi. P.Makulu.
XƏLƏLDAR sif. [ər. xələl və fars. ...dar]
Bir hadisə, iş və s. nəticəsində xələl dəymiş,
pozulmuş, dağılmış, korlanmış; nöqsanlı.
□ Xələldar etmək (eləmək) - pozmaq.
,.1905-ci il inqilabının dalğaları .. bu küçə-
nin sakitliyini xələldar edib, durğun həyatını
çalxal andırmağa başladı. S.Hüseyn. Siibhan-
verdizadə heç bir vaxt yaratmış olduğu bu nü-
fuzu xələldar etmək və pərdəni yırtmaq istə-
məzdi. S.Rəhimov. Xələldar olmaq - pozul-
maq, dağılmaq. [Əbülhəsənbəy:] Zənn edirənı
ki, Rusiya dövləti sizin mövqeyinizin xələldar
olmasına heç vaxt razı olmaz. M. S. Ordubadi.
Artıq onun yuxusu; Olmayacaq xələldar; Onda
fırtına görmüş; Bir dərya sükutu var. R.Rza.
XƏLƏT is. [ər.] 1. Bəxşiş, hədiyyə. Hərə
bir cür xələt götürüb Eyvazı pişvaz elədilər.
“Koroğlu”. [Hacı Mehdi:] Sənə də bir yaxşı
xələt verərəm. Ə. Haqverdiyev. [Bəşir:] Sona
xala, oğlunu yola gətirmişəm. De görüm,
mənə nə xələt verəcəksən? S.S.Axundov.
// Toy, nişan mərasimlərində verilən hədiy-
yə. Novruz bayramında qız üçün bayram
xələti, ııovbar meyvə, yemiş alıb göndərər-
dilər. H. Sarabski.
2. Bax xalat 2-ci mənada. Sonra üzün
dörd nəfər hazırda olan pişxidmətlərə tutub
dedi ki: - Xələti-şalıanəııi gətirin, qibleyi-
aləmi geyindirin! M.F.Axundzadə. Ağ xələt
bürünər, zərnişaıı geyməz; Heç kəsi dindirib
keyfınə dəyməz. Aşıq Ələsgər. Bir azdan
sonra dəhlizdə böyük lampalar yandı, Əbiil-
fət Mirzə əynində tirmə xələt qapını açdı.
M.S.Ordubadi.
XƏLƏT-BARAT top. [ər.] Bağışlanan
şey, pul və s.; bəxşeyiş, hədiyyə. On səkkiz
gün toyda qalandan sonra aşıq xələt-bara-
tını da götürüb, yola düşdü. Aşıq Ələsgər.
[Vaqif Kazıma:] Nahaq yerə xanuı kevfi
tutulanda imarətə gəlmirsən. Bilirsən, bol
xələt-barat alarsan. Çəmənzəminli.
XƏLƏTLİK 1. Bax xalatlıq.
2. sif. Hədiyyə, pay olaraq verilmiş, ya
ayrılmış. Xələtlik şeylər.
XƏLFƏ is. [ər.] 1. Köhnə məişətdə: toy
və yas məclislərini idarə edən şəxsə verilən
ad. Son zamanlaradək Kəblə Nəsiri mə-
həllənin xeyir və şərində “xəfə” görmək
olardı. S.Hüseyn. Dərhal xəlfə ağ qalay-
lanmış mis satıllarda şərbət, əlində giilab-
zən, camaat ilə bir yerdə küçəyə çıxardı.
H.Sarabski.
2. B ax xəlifə 2-ci mənada.
XƏLFƏLİK is. Xəlfənin işi, vəzifəsi;
məclisdə başçılıq.
XƏLİC is. [ar.] köhn. 1. Körfəz.
2. Boğaz, kanal.
XƏLİFƏ is. [ər.] 1. tar. Bəzi müsəlman
ölkələrində Məhəmməd peyğəmbərin
vəkili və bütün müsəlmanların başçısı və
hamisi sayılan şəxslərə verilən yüksək dini
ünvan (xəlifələr Məhəmməddən sonra iş-
ğalçı müharibələr nəticəsində yaradılmış
ilk dövlətlərdə həm dünyəvi, həm də dini
hakimiyyətə malik olmuşlar; vaxtilə Tür-
kiyə sultanları da bu adı daşımışlar). Padşah
həm xəlifə olub, həm də dövlətin yol gös-
tərəni. N.Nərimanov. Xətib xəlifə və Ağabəy
Məhəmmədə dua etdiyi zamanda da xalqın
bu iki ada qarşı bəslədiyi mənfi münasibət
bir daha özünü göstərmiş oldu. M.S.Ordu-
badi. [Babək:] Xəlifə və sarayın hədsiz-
443
XƏLİFƏLİK
hesabsız vergiləri hamını cana gətirib.
M.Rzaquluzadə.
2. Keçmişdə molla məktəblərində molla
köməkçisi (bu mənada çox vaxt “xəlfə”
şəklində işlənir). Uşaqlardan biri -
sonradan bildim ki, bu məktəbdə xəlifə ”
imiş - həsrətlə baxdığımı görüb, anamdan
mənim də onlarla iştirak etməyimi rica etdi.
T.Ş. Simurq. Xəlifə ilə mollaya adam get-
mişdi, hələ gəlib çıxmamışdılar. Qantəmir.
Molla, həmişə olmadığı zaman öz yerində
xəlifə təyin etdiyi oğlana .. dedi: - Bu ge-
dələr yenə gəlməyiblər. P.Makulu.
0 Burda mənəm, Bağdadda kor xəlifə -
çox lovğa, çox təkəbbür, yekəbaş adam
haqqında. Gülöyşə deyir, burda mənəm,
Bağdadda kor xəlifə, xəstələri özüm sağal-
dacağam. S. Rəhimov.
XƏLİFƏLİK is. 1 . Xəlifənin hakimiyyəti
altında olan yerlər, məmləkətlər.
2. Xəlifə ünvanı (titulu).
XƏLİTƏ is. [ ər.\ 1. Bax külçə 1 . Maqmanı
bir xəlitə kimi fərz etmək olar. M.Qaşqay.
2. Metaləridən sobalarda əridiləcək
metalların müəyyən nisbətlərdə qatışığı.
XƏLQ is. [ər.] klas. 1. Yaratma, yaradılış.
□ Xəlq etmək (eləmək) yaratmaq,
vücuda gətirmək. [Abbas:] Mənim meylim
elə sənııən xoş olub: Nə xoş xəlq eyləyib
yaradan səni. “Abbas və Gülgəz”. [Arif:]
İnsanları xəlq etmədə var bəlkə də hikmət ;
İblisə nə hacət? H. Cavid. Xəlq olunmaq -
yaradılmaq, vücuda gətirilmək. Cənab Möv-
lazadəyə bilmək lazımdır ki, aıyad tayfası
kişilərin məhz zövqü və ləzzət hissləri üçün
xəlq olunmayıbdır. M. İbrahimov. O elmin
qüvvəsilə xəlq olundu çap maşını; Basar
saətdə övraq üstünə min cür əsər, millət!
M.Möcüz.
2. Bax xalq. Ol ki yarın şəbi-hicrinə qi-
yamət günüdür; Xəlq arasında qiyamət
günü olnıazmı xəcil? Füzuli. [Asya və
Telli:] Səy qıl kim, qala səndən; Xəlq içində
yaxşı ad. Ü. Hacıbəyov. Əvvəlcə sənə
söyləmiş idim bu kəlami; Yazma bu qədər
jurnalına xəlqi-əvami. C. Cabbarlı.
XƏLQİ sif. Xalqa məxsus, xalqa aid, xalq-
la bağlı; xalq ruhunda olan, xalqın arzu və
əməllərini, əhval-ruhiyyəsini ifadə edən.
XƏLVƏTXANA
XƏLQİLİK is. Xalqla bağlı olma, xalqın
arzu və əməllərini, əhval-ruhiyyəsini ifadə
etmə. Azərbaycan dramaturgiyasının xəl-
qiliyi. Musiqinin xəlqilivi. - Xəlqilik Cəlil
Məmmədquluzadə yaradıcılığının, onun
tənqidi realizminin ən güclü cəhətlərindən
biridir. M. İbrahimov.
XƏLVƏT [əı:] 1. is. Tənha yer, gizli yer,
heç kəs olmayan yer. Xəlvətə çəkilmək. Nə
xəlvətdə oturmusan? - Vermərəm aləmə
xəlvət otaqda; Deyib, gülüb danışmağı
səninlə. Q. Zakir. Mirzə Səfər eşitmişdi ki,
şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət
otaq və bir şüşə şərab. Ə.Haqverdiyev.
2. sif. Adamsız, boş, gediş-gəliş olmayan.
Zora xəlvət küçələrin birində divara vərəqə
yapışdırmaq istərkəıı, almanca danışıq
səsləri eşitdi. S.Vəliyev.
3. zaı/Xəlvətcə, gizlicə. Xəlvət pıçıldaş-
maq. Xəlvət göz qoymaq. - [Alı bəy:] Ay
Zeynal, Hacı Qasım azından ildə xəlvət beş
dükan tikdirirmi? Çəmənzəminli. Sərvətə
qul olan bir rüşvətxorun; Xəlvət qazandığı
var-dövlət oldu; Aşkar itirdiyi ləyaqət oldu.
B. Vahabzadə. // sif. Gizli, xəlvəti, məhrə-
manə. Xəlvəti söhbətimiz var. - Sənin gözəl-
liyinin mən də çoxdan aşiqiyəm; Nə xəlvəti
demək olmur, nə aşikarə sənə. Ə. Vahid.
XƏLVƏTCƏ zərf Gizli, gizlicə, heç kəsə
hiss etdirmədən, heç kəsə bildirmədən,
xəlvət. Xəlvətcə götürmək. Xəlvətcə yemək.
Xəlvətcə çıxıb getmək. - ..Küçənin dönəcə-
yində yavaşca yapışdım arvadın əlindən və
xəlvətcə soxulduq sol tərəfdə bir darwzaya.
C. Məmmədquluzadə. Orucun atası xəlvətcə
Paşa bəyə xəbər verib Xalıqverdini tutdurdu.
Ə.Vəliyev. Yaşar həmin tüfəngi yada salıb
xəlvətcə samanlığa getdi. M.Rzaquluzadə.
XƏLVƏTXANA is. [ər. xəlvət və fars.
...xanə] 1. köhn. Xəlvət ev, xəlvət hücrə,
yer, xəlvət işlər görülən yer, ev və s. [Bağ-
dadda] minlərcə xəlvətxanalar, meyxanalar
və kef yerləri mövcuddur. M. S. Ordubadi.
2. dan. Xəlvət, tənha, adam olmayan yer.
Həyətləri naııadı; Qulağında tanadı; Əyil,
üzündən öpüm; Əcəb xəlvətxaııadı ! (Bayatı).
3. Şərq hamamlarında çılpaq yuyunmaq
üçün ayrıca yer, otaq.
444
XƏLVƏTİ
XƏMİRLƏMƏK
XƏLVƏTİ sif. və zərf 1. Gizlicə, xəl-
vətcə. Xəlvəti danışıq. Xəlvəti iş. Xəlvəti
hazırlaşmaq. - [Əbdül Bəhrama:] Ağa, izin
versəniz, bir kəlmə xəlvəti sizə söz deyim?
C. Cabbarlı. Mətbəxdəki qadınlar qapının
arasından, pəncərənin dalından gələn qo-
naqları xəlvəti seyr edərdilər. H.Sarabski.
Özgəyə xəlvəti quyu qazanda; Söylə, öz özün-
dən utanmadınmı? B. Vahabzadə.
2. B ax xəlvət 2-ci mənada. Kişi Səfərin
xatirinə qayıtmaq, sonra xəlvəti yoldan
getmək istədi. Mir Cəlal.
XƏLVƏTLƏMƏ “Xolvətlornok”don /.7.s\
XƏLVƏTLƏMƏK /. Gizli, xəlvət iş gör-
mək üçün məqam və ya yer tapmaq, fürsət
tapmaq. Evi xəlvətləmək. Aranı xəlvətləmək.
- Şimirəli Sonaya tərəf gedir və xəlvətlənib
onu çimdikləyir. C. Məmmədquluzadə.
XƏLVƏTLİK is. Xəlvət məqam, xəlvət
şərait, fürsət. Ev xəlvətlikdir. - Dilən onun
boynunu qucaqladı .. xəlvətlik idi. Mir Cəlal.
// Tənhalıq; heç kəs olmadığı vəziyyət, şərait;
xəlvət yer. Zakirlə Mehribanın oturduqları
xiyaban xəlvətlik idi. H.Seyidbəyli.
XƏMİR is. 1 . Unun az su və ya başqa bir
maye ilə yoğurulmasından hasil olan suvaş-
qan kütlə. Acıtmalı xəmir. Düşbərə xəmiri.
- Xəmir yeyənin fağırı olmaz. (Ata. sözü).
[Rəşid:] Xəmir gəldiyinə görə çörəyi
yapmaq lazım gəlir. T.Ş. Simurq. □ Xəmir
yoğurmaq (qatmaq, salmaq) - çörək
bişirmək üçün xəmir hazırlamaq. ..iki ildir
ki, Sadıq Şamaxıda Rzanın çörəkçi düka-
nında xəmir salırdı. "Mol. Nəsr.”. Qız zərif
əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta
axır zamanlar çörək yapmaq da ona həvalə
olundu. T.Ş. Simurq. [Göyçək:] Mən heç
bilməmişəm ki, Çiçək xəmir qatacaq.
B. Bayramov. // Yumşaq şey haqqında. Bu
lap xəmirdir ki.
2. Çiy, yaxşı bişməmiş çörək haqqında.
Bulka lap xəmirdir.
0 Xəmir kimi - yorğun, əzgin, lırt.
[Xalığın] anası Minnət qarı bir teşt xəmir
kimi idi, hara qoysan, orda dururdu.
İ.Məlikzadə. Xəmiri yumşaq (sıyıq) - tez
yumşalan, iradəsi zəif adam haqqında. Çox
xəmiri sıyıq adamdır. Xəmirinə özgə mayası
qatmamaq - öz halal zəhmətilə yaşamaq
mənasında. [Səkinə:] Onu da bilirlər ki, xəmi-
rimə özgə mayası qatmamışam. M.İbrahimov.
Xəmirləri ayrı cür yoğrulub - xasiyyətcə
bir-birindən çox fərqlənən adamlar haqqında.
[Qulu:] imi və Çiminin xəmirləri ayrı cür yo-
ğurulub. İ. Əfəndiyev. Bu xəmir (hələ) çox
su aparacaq (götürəcək) - çox vaxt, çox səy,
sınaq, zəhmət tələb edən, tez başa gəlməyən
şey haqqında. [Mürsəl:] Paşa bəy böyükləri-
nə bel bağlayır, biz də elə arxalanırıq. Zərər
yoxdur, necə deyərlər, bu xəmir çox su götü-
rəcək. Ə.Vəliyev.
XƏMİRAĞIZ sif. Ağzıboş, sözü keçməyən,
zəif iradəli. Xəmirağız adam. Xəmirağız (z.)
olmaq. - [Şəhıəbanu xanım:] Hatəmxan ağa,
özün bilmirsən ki, bir xəmirağız kişidir. Əv-
vəldən yaxşı danışdı, sonra birdən boşaldı..
M.F.Axundzadə.
XƏMİRAĞIZLIQ is. Ağzıboşluq, zabitə-
sizlik, iradə zəifliyi, qeyri-ciddilik, sözü-
keçməzlik.
XƏMİRAŞI is. Əriştə ilə bişirilən, xəmir-
li duru xörək. Molla Qasım oğlu Məmmədin
qabağına da bir qab xəmiraşı qoyuldu.
M. S. Ordubadi. Doğranmış duzlu xiyar, iki
boşqab xəmiraşı ağ süfrənin üstünü bəzədi.
M. Hüseyn.
XƏMİRAŞILIQ sif. Xəmiraşı bişirmək
üçün hazırlanan, yarar. Xəmiraşılıq un
ayırmaq.
XƏMİRÇƏKbax qığırdaq.
XƏMİRÇt is. Xəmiryoğuran, xəmirgir.
XƏMİRÇİLİK is. Xəmir yoğurma, xəmir-
hazırlama işi; xəmirgirlik.
XƏMİRGİR is. [ər. xəmir və fars. ...gir]
Çörəkxanalarda xəmiryoğuran, xəmirtutan
işçi. Məsum kişi xəmirgiriıı sözündən köv-
rəldi. Mir Cəlal.
XƏMİRGİRLİK is. Xəmirgir işi, xəmir-
yoğurma peşəsi. Xəmirgirlik eləmək.
XƏMİRXANA is. [ər. xəmir və fars.
...xanə] Çörəkxanalarda xəmir yoğurulan, xə-
mir hazırlanan yer. Məşədi Hüseyn qolu çir-
nıəkli, döşü önliiklü xəmirxanadan kiirəxa-
naya keçir, dayanmadan geri qayıdırdı. Mir
Cəlal.
XƏMİRLƏMƏ “Xəmirləmək’’dən /и.
XƏMİRLƏMƏK f. 1 . Undan xəmir yo-
ğurmaq.
445
XƏMİRLƏŞMƏ
2. Xəmirlə, ya xəmirəoxşar şeylərlə dəlmə-
deşiyi tutmaq, tıxamaq.
XƏMİRLƏŞMƏ “Xəmirləşmək”dən/«.
XƏMİRLƏŞMƏK f Xəmirə dönmək,
xəmir kimi olmaq; yumşalmaq.
XƏMİRLİ sif. Xəmirə batmış, xəmirə
bulaşmış. Xəmirli əllər. Xəmirli döşlük. Xə-
mirli qablar. - Tükəzban xala sevindiyindən
özünü itirib əli ilə xəmirli-xəmirli oğlunun
boynunu qucaqlamışdı. I. Şıxlı.
XƏMİRYAYAN is. Hazır xəmiri yaymaq
üçün xüsusi maşın, alət. // Sif. mənasında.
Xəmiryayan maşnı.
XƏMİRYOĞURAN is. Xəmir yoğurmağa
məxsus xüsusi maşın, alət. // Sif. mənasın-
da. Xəmiryoğııran maşın, //bax xəmirgir.
XƏMRƏ is. Maya, acıtma, balata. Una
xəmrə qatmaq. Xəmrəsi, urvası xəmirsiz qalıb;
Dünya düzəlmir ki, düzəlmir, baba! M. Araz.
XƏMRƏLİ sif. Xəmrə, maya vurulmuş.
Xəmrəli çörək.
XƏMRƏLİK is. Xəmrə üçün ayrılmış
xəmir tikəsi, mayalıq xəmir.
XƏMRƏSİZ sif. Xəmrə qatılmamış.
Xəmrəsiz çörək.
XƏMSİ is. zool. Siyənəyəoxşar dəniz
balığı.
XƏMSİN is. [ar.] Ərəblərdə: qışın, qırx
günündən sonra gələn əlli günlük mövsü-
münün xalq təqvimində adı, habelə bu
dövrdə əsən küləyin yerli adı. Yer üzündə
quru küləklər çox yerdə müşahidə olunur və
onların yerli adları vardır: Ərəbistanda sə-
mum, Misirdə xəmsin .. adlanır. “Ümumi
fiziki coğrafiya”.
XƏNCƏR is. [fars.] Ucu sivri, iki tərəfi iti
soyuq silah. Otağın baş tərəfindən divardan
bir maral başı, bir də tüfəng, onun da altın-
da bir xəncər asılmışdı. T.Ş. Simurq. [Cahıl-
lar] çuxanın altından xəncər və dayandol-
durum bağlardılar. H.Sarabski.
0 Xəncər-bıçağa çıxmaq - davaları
kəskin şəkil almaq, bir-birini xəncər və ya
bıçaqla vurmaq dərəcəsinə gəlmək. Xəncər-
bıçaq olmaq - qatı düşmən olmaq, ölüb-
öldürməyə çıxmaq. [Tapdıq:] Elə şeyi
olmaya-olmaya ağlına gətirəsən, ağa.
Molla Sadıqla atan bu saat xəncər-bıçaq-
dıı: İ. Şıxlı. Xəncər kimi batmaq (sancıl-
XƏNDAN
maq, işləmək), ürəyini xəncər kimi dəl-
mək - çox ağır təsir etmək. Söz də xəncər
kimi işləyir cana; Qcını laxtaladır əzab, izti-
rab. S.Vurğun. Hükeymənin inəyi xatırlayıb
yavaşcadan ağlaması [Bəxtiyarın] ürəyini
xəncər kimi dəlir, vicdanını ağrıdırdı.
S. Hüseyn. Xəncər kimi sağından keçib,
solundan çıxmaq - çox bərk təsir etmək,
ürəyinə toxunmaq. Onun acı sözləri xəncər
kimi sağımdan keçib, solumdan çıxdı. Xən-
cərinin qaşı (daşı) düşməz ki... (düşmə-
yəcək ki...) - bir şeyi özü üçün əskiklik, ar
sayma mənasında ifadə. [Gülşənəm:]
Dilman mənimlə gəlsəydi, xəncərinin daşı
düşməyəcəkdi ki? M. Hüseyn. Səninçüıı hör-
mətlə tərpənsə başı; Guya xəncərinin düşə-
cək qaşı. S. Rüstəm.
XƏNCƏRQAYIRAN bax xəncərsaz.
XƏNCƏRLƏMƏ “Xəncərləmək”dən /;s.
XƏNCƏRLƏMƏK f. Xəncərlə vurmaq,
yaralamaq; xəncərlə çapmaq.
XƏNCƏRLƏŞMƏ “Xəncərləşmək”dən
fis.
XƏNCƏRLƏŞMƏK qarş. köhn. Dalaşa-
raq bir-birini xəncərlə vurmaq, xəncər-
ləmək.
XƏNCƏRLİ sif. Xəncər bağlamış, xən-
cəri olan, yaxud əlində xəncər. Oturmuşlar
məğrur, qollar çirməkli; Xəncərli, qılınclı,
patron- tüfəngi i. H . K. S anılı .
XƏNCƏRSAZ is. [fars.] köhn. Keçmişdə
xəncər qayıran usta. Bakıda ümumiyyətlə
peşəkarlar: keçəçi, dabbağ, dərzi, xəncər-
saz və sairə çox olardı. H.Sarabski.
XƏNCƏRVARİ sif. Xəncər kimi, xən-
cərəoxşar, xəncərşəkilli.
XƏNCƏRVURAN is. köhn. Keçmişdə
məhərrəmlikdə aşura günü xəncərlə öz
başını yaran.
XƏNDAN sif. \Jars.] klas. 1. Gülən, gülər,
şən, üzügülər. Kim görübdür Qövsiyi məh -
zwıi xəndan bir nəfəs? Qövsi. Yanaqları
güldü, lıeç olmaz xəndan; Əsildə mələkdi,
nəsildə insan. Aşıq Ələsgər. □ Xəndan
etmək - şənləndirmək, sevindirmək, ürə-
yini açmaq. Qönçə tək bağrını əzəldə fələk
qan evlər; Sonra könlünü açıb dəhrdə
xəndan evlər. S.Ə.Şirvani. Qılaram səcdə
müdam əcz ilə ol dərgaha ; Ki həyatinlə bu
446
XƏNDƏ
XƏRCLƏMƏ
gün könlümi xəndan etdin. A. Səhhət.
Xəndan olmaq - şadlığından üzü gülmək,
fərəhlənmək, sevinmək. Gözlülər başladı-
lar ağlamağa; Kürlər də ona xəndan oldu.
M. Ə. Sabir. Sənin xəndan olur gül dodaq-
ların; Onda ki gözümdən yaşlar saçılır..
M. Müşfiq.
2. məc. Tamam açılmış (klassik şeirdə
gözəlin üzü tam açılmış gülə oxşadılır).
Bədirlənmiş ya bir mahi-tabansan; Ya cən-
nət bağında güli-xəndansan. M.P. Vaqif.
Fəxr eyləməsin öz gülünə biilbüli-şeyda;
Bir gül hələ də sən kimi xəndan ola bilməz.
Ə.Vahid. □ Xəndan olmaq məc. - tamam
açılmaq. Qızılgül xəndan oldu; Dərmədim
dən-dən oldu; Mən səndən ayrılmazdım;
Ayrılıq səndən oldu. (Bayatı). [Qızlar və ço-
cııqlar:] Açmış bənöfşə, sünbül; Xəndan
olur qızılgül; Ötdükcə sanki bülbül; Rəqs
etdirir xəyalı. H.Cavid.
XƏNDƏ is. [fars.] köhn. Gülüş.
XƏNDƏK is. [ər. ] Torpaqda uzunıına qa-
zılmış dərili çuxur. [At] qabağına çıxan
xəndəklərdən məharətlə atılır, balaca qu-
laqlarını qısaraq çapırdı. M.Hüseyn. Bu
xəndək bir kilometr uzunluğu, qırx metr eni,
otuz metr dərinliyi olan nəhəng bir dərədən
ibarətdir. Ə. Sadıq.
XƏNDƏKQAZAN is. Xəndək qazımağa
məxsus maşın. // Sif. mənasında. Xəndək-
qazan maşın.
XƏNDƏKOTU is. bol. İri yarpaqları və
boruşəkilli gülləri olan, əsasən xəndək, çay
kənarlarında və rütubətli yerlərdə bitən
yabam bitki.
XƏRABAT is. [ər.] klas. Meyxana, işrət-
xana. Yox, dəxi könlüm mənim meyxanəyə
mayil deyil; Kim gəzir ev-ev xərabat içrə
hiişyar axtarır. Qövsi. Sərməsti-eşq ol, ey
gözüm, qəsvət nə lazım; Bir giin gəlir, əldən
çıxar zövqi-xərabat. H.Cavid. □ Xərabat
əhli klas. - bax xərabati 1-ci mənada.
Xərabat əhlinin halini bir xümmar olandan
sor. Füzuli. Biz xərabat əhliviz, olmaz bizim
hüşyarımız. Qövsi. İçib mey ta xərabat əhli
ondan; Unutsun dərdi, gülsün ömrü bir an.
H.Cavid.
XƏRABATİ sif. və is. 1. Vaxtını meyxa-
nalarda, işrətxanalarda, sərxoşluqda keçirən,
əlinə keçən pulu keyfə, içkiyə, eyş-işrətə
xərcləyən adam; əyyaş. Xərabati adam. -
Şikəstə Abbasam, xərabatiyənı; Könül, heç
görmədim abadan səni. “Abbas və Gülgəz”.
2. məc. Pul, şey qədri bilməyən, laübalı
adam haqqında. [Kişi:] Yoxsa onların bir
anası var ki, bir xərabatiııin biri, ac qurdun
biri! S. Rəhimov.
XƏRAC is. [ər.] tar. Vergi, bac. [Koroğlu
dedi:] Verin yeddillik xəracı; Paşalar
gətirsin bacı. “Koroğlu”. [Şah Abbas:]
Həmədan vilayətinin üçillik xəracını Mirzə
Cəlaləddinə bağışladım. A. Şaiq.
XƏRC is. [ər.] işlənən, sərf olunan pul;
məsarif, məsrəf, məxaric. [Məşədi İbad:] A
kişi, axı bunun bir anbar da toy xərci var.
Ü.Hacıbəyov. Buna görə də Hacı Səmsamın
gəliri xərcini güclə ödəyirdi. P.Makulu.
// Sərf olunacaq pul. Demək, Mirzə Qədir
Nəsirin evlənmək xərcini verməklə işin
içindən çıxa bilməyirdi. S.Hüseyn. [Bay-
raməlibəyov] bütün xərci öz boynuna
götürür və yazırdı ki, əgər razı olsalar,
indidən bilet satmağa başlayar. S. Rəhman.
□ Xərc aparmaq - çox pul sərf edilmək,
çox xərc tələb etmək, baha başa gəlmək.
Ağarəhim bilmirdi ki, maşın nə qədər xərc
aparacaq. İ. Şıxlı. Xərc etmək (çəkmək) -
xərcləmək, pul sərf etmək. [Mustafa bəy:]
Mən xərc çəkmişəm, pul tökmüşəm, qabıq
qoyub, kəhriz çıxartmışam. Ə. Haqverdiyev.
[Rzaquluxan:] Qızım, çox şad oluram ki,
sənə xərc etdiyim pullar hədər getməyibdir.
M. S. Ordubadi. Oğlan yengəsi qız evinə
güclü xərc çəkib, “ yeııgə xonçası ” göndərər.
R.Əfəndiyev. Xərcə salmaq - pul xərclə-
məyə məcbur etmək, çox pul xərcləməsinə
səbəb olmaq; pul xərclətmək. [Nazlı Mus-
tafaya:] [Ev sahibləri] çay təklif eləsələr
mən içməyəcəyəm, sən də içmə, kasıb adam-
dılar, niyə xərcə salaq? Ə.Məmmədxanlı.
XƏRC-BORC zərf Borc pul alaraq, borca
düşərək, zorla pul taparaq, ondan-bundan
borc alaraq. Xərc-borc etmək. □ Xərcə-
borca düşmək - borc pul almağa, borca
düşməyə məcbur olmaq, borca düşməli ol-
maq. [Çiınnaz] ..ailəni artıq xərcə-borca
düşməkdən qorumaq istəmişdi. Ə.Əbülhəsən.
XƏRCLƏMƏ “Xərcləmək” dən /A.
447
XƏRCLƏMƏK
XƏSARƏT
XƏRCLƏMƏK f. Sərf etmək, işlətmək,
məsrəf etmək (pulu). Şəfiqə xanım yavaş-
yavaş var-yoxundan satıb xərcləyirdi.
I.Musabəyov. Aslanın indi bir qədər pulu
var idi, lakin Fərhad oxuduğu üçün ona xərc-
ləyirdi. C. Cabbarlı. // məc. Buna görə nə bir
məlhəm, nə bir şəfqət istəyirəm; Can yanğımı
xərcləməyə səlahiyyət istəyirəm. X.Rza.
XƏRCLƏNMƏ “Xərclənmək” dən /w.
XƏRCLƏNMƏK məch. Sərf edilmək, xərc
edilmək, işlənmək (pul haqqında). Pulların
hamısı xərclənmişdir. - ..Əsil mayanın bir
hissəsi də müntəzəm bir surətdə [Mahmu-
dun] gənc və gözəl arvadının naz və qəmzə-
sinə xərclənirdi. B.Talıblı. [Adil:] ..Xalam
mənim içməyimin fikrini yox, öz pulunun xərc-
lənməsinin dərdini çəkirdi. B.Bayramov.
XƏRCLİK is. Adi gündəlik və xırda
xərclər üçün verilən, ya ayrılan pul; cib-
xərci. [Hacı Mehdi:] Ala, qabaqcadan da
bir az sənə xərclik verim. Ə. Haqverdiyev.
[Məmmədbağır:] ..Əsmərə on manat da
xərclik verib getmişdi. S. Hüseyn. // Xərclə-
mək üçün pul. [Mina xala:] Elə bil sümüyün
duyubmuş ki, bir gün oğlun məktəbə ge-
dəcək, ona xərclik lazım olacaq. İ.Şıxlı.
XƏRÇƏNG 1 is. zool. Buğıımayaqlılar ti-
pindən üstü qınla örtülü və baş tərəfdə iri
qısqacları olan suda yaşayan onurğasız hey-
van. iri balıqlar başlıca olaraq yanüzən xər-
çənglər, suda-quruda yaşayan cücülər, ha-
belə molyusklarla qidalanır. Y.Əbdürəh-
manov.
XƏRÇƏNG 2 is. İnsan və heyvanın həm iç,
həm də bayır orqanlarında əmələ gələn
xətərli şiş. Bədbəxtlikdən il yarım bundan
qabaq [Balaşın] mədəsində xərçəng yarası
tapıldı. M.İbrahimov.
XƏRÇƏNGKİMİLƏR is. zool. Xərçən-
gəoxşar onurğasız bıığumayaqlılar qrupıı.
Xərçəngkimilərlə qidalanan balıqlar.
XƏRƏK is. [fars.] 1. Daş, qum və s. şey-
lər daşımaq üçün taxtadan və s.-dən düzəl-
dilmiş alət. Xərəklə qum daşımaq. - Dəm-
irov daş daşımaq üçün düzələn xərəyin bir
başından, Qocaoğlu isə o biri başından ya-
pışdı. S. Rəhimov. // Xəstə, yaralı daşımaq
üçün iki uzıın dəstəyə bənd edilmiş parça-
dan ibarət alət. Arazı doktorun müşayiətilə
xərək üstündə ikinci palataya gətirib boş bil-
çarpayı üzərinə uzatdılar. A. Şaiq. Beş
dəqiqə çəkmədi ki, yaralını xərəyin üstündə
gətirdilər. P.Makulu.
2. Yayla çalınan musiqi alətlərində simlə-
rin altına qoyulan altlıq (taxta və s. parçası).
XƏRƏNGƏ(LİK) is. dan. Qarmaqarışıq-
lıq, səs-küy, nizamsızlıq. Məclisdə bir xə-
rəngəlik vardı. Aralarında qadınlar olma-
sına baxmayaraq, açıq-saçıq sözlər söylə-
məkdən çəkinməyirdilər. S.Hüseyn.
XƏRƏZİbax xırdavat.
XƏRİF sif. [ər.] Qocalıqdan ağlı zəif-
ləmiş, səfehləmiş, sərsəmləmiş.
XƏRİFLƏMƏ "Xərifləmək”dən fis.
XƏRİFLƏMƏK/ Qocalıqdan başı xarab
olmaq, beyni kütləşmək, səfehləmək. Zəki
Məmmədbağırın xəriflədiyinə qənaət hasil
etdi. S.Hüseyn. [Arvad:] Ay kişi, xəriflə-
misən nədi? Hanı bizim yağımız, düyümüz
ki, plov da bişirəni. “M.N.lətif.” // Sarsaqla-
maq, sərsəmləmək. Aşıq Cəlal oyandığını bil-
dirməyəcəkdi, amma düşünəcəkdi ki, ey gidi
dünya, nəhayət, mənim ustadım da xəriflə-
dimi? Ə.Məmmədxanlı.
XƏRİFLİK is. Ağlı başından çıxmış
adamın halı; ağıl seyrəkliyi, sərsəmlik.
XƏRİTƏ is. [ər.] Yer səthinin coğrafi və-
ziyyətinin kağız və s. üzərində təsviri. Coğ-
rafiya xəritəsi. Asiyanın xəritəsi. Dünya xəri-
təsi. Yer üzünün xəritəsindən silinmiş qədim
dövlətlər. - Kəndim, balacasan, çox balaca-
san; Adın yox dünyanın xəritəsində. M. Araz.
XƏRİTƏÇƏKƏNbax xəritəçi.
XƏRİTƏÇİ is. Coğrafiya xəritələri tərtib
edən mütəxəssis; kartoqraf.
XƏRİTƏÇİLİK is. Coğrafi xəritə çəkmə
(tərtib etmə) sənəti; kartoqraflıq.
XƏSARƏT is. [ər.] Ziyan, zərər. [Züleyxa
ilə Cəmilin] yaşadıqları kənd müharibə
cəbhəsinə yaxııı olduğundan böyük xəsa-
rətlərə düçar olmuşdu. T.Ş. Simurq. // Xarab
olma, korlanma, zədələnmə, sınma. [Zaki-
rov:] Qəribədir, axşam mən bağı gəzəndə
hasarda heç bir xəsarət görmədim.
Ə.Məmmədxanlı. □ Xəsarət vermək - zi-
yan vermək, zərər vermək. Verməmişəm
mən ki xəsarət sənə; Sən dəxi vermə əziyyət
mənə. A.Səhhət. Xəsarət yetirmək (elə-
448
XƏSİL
XƏSTƏ
mək) - ziyan vurmaq, zərər yetirmək,
yaxud bir şeylə vurub yaralamaq, zədələ-
mək. [Sultan bəy:] ..Dedim, gedim görüm,
bəlkə qız, xudanəkərdə, özünə bir xəsarət
yetirdi. Ü. Hacıbəyov.
XƏSİL is. Göy taxıl. Alaq otları torpaq-
dakı qidalı maddələri almaqla xəşilləri
zəifləşdirir. - İl faraş gəlsə, yaylaqda ot,
qışlaqda güzdək və xəsil bol olsa, qoyun
saxlamaq asandır. Ə. Vəliyev.
XƏSİLLƏŞMƏ “Xəsilləşmək”dən f.is.
XƏSİLLƏŞMƏK f Göyərmək (taxıl
haqqında). Körpə və tər taxıl xəsilləşirdi.
S. Rəhimov.
XƏSİLLİK is. Xəsil olan, xəsil əkilən yer.
Xəsillik salmaq. II Xəsil üçün ayrılan. Xəsil-
lik arpa.
XƏSİS sif. Simic, ifrat dərəcədə qənaət-
cil, pul xərcləməkdən hər vasitə ilə çə-
kinən. [Qulu:] Allah pulu götürüb belə xəsi-
sə verir ki, sandığa qoyub gecə-gündüz
keşiyini çəkir. S.S.Axundov. Olursunuz, du-
man olun, sis olmayın; Nədə xəsis olsanız
da; Sevgidə xəsis olmayın! B.Vahabzadə.
XƏSİSCƏSİNƏ zərf Xəsisə yaraşan bir
tərzdə, xəsis kimi. Əziz Hüsü! ..Sən mək-
tubu xəsiscəsinə yazmağımdan inciyirsən.
Ə.Haqverdiyev.
XƏSİSLƏŞMƏ “Xəsisloşmok”dən /.7,s\
XƏSİSLƏŞMƏK / Xəsis olmaq, xəsisliyi
getdikcə artmaq.
XƏSİSLİK is. Simiclik, xəsis adamın
xasiyyəti. Hacı Bakıda bir məşhur kişi idi.
İstər dövlətdə, istər xəsislikdə. Ə.Haqverdi-
yev. □ Xəsislik eləmək, xəsislik göstər-
mək - simiclik eləmək, qıymamaq, əsirgə-
mək. Əmim xəsislik elədi, [oğlunu] oxut-
madı. M. Hüseyn. [Çərkəz:] ..Gətir [narı]
sıxaq soğanın üstünə. Gətir, xəsislik eləmə.
Bir çürük narı Bakıdan gələn qonağa qıy-
mırsan? İ.Məlikzadə.
XƏSPUŞ is. [fars .] Fırıldaqçı, xırda oğru,
cibgir, cibəgirən. Xəspuşlardaıı birisi pulları
iki əli üzərində Varisə doğru uzadaraq: - Va-
ris bəy, hər kəsdən çox mən qazandım. A.Şaiq.
[Qulamrza Rüstəmbəyə:] Bu xəspuşların
qəribə xasiyyəti var: duz-çörəyə xəyanət
etməzlər. Çəmənzəminli. Həqiqət bura çox
basırıq olur. Həmişə özgə hesabına yaşayan
xəspuşlar bunu yaxşı bilir. Qantəmir.
XƏSPUŞLUQ is. Fırıdaqçılıq; cibgirlik,
xırda oğruluq.
XƏSTƏ sif. [fars.] 1. Səhhəti yerində
olmayan, bir xəstəliyi olan; naxoş, azarlı.
Xəstə uşaq. - Xəstə əsgər dərindən nəfəs
aldı. H.Nəzərli. Xəstə atalarının ürəyini
sıxmaq istəməyən oğul və qız güzəran-
larından şikayət eləmədilər. Ə.Abasov. // İs.
mənasında. Xəstənin yanma getmək. Xəstə-
nin halı yaxşılaşdı. — Bənııasız hörgü hö-
rülməz; Təbibsiz xəstə dirilməz. “Koroğlu”.
Əri xəstə üstə getdikdə ya ölü üstə aparıl-
dıqda, o. dükanda oturub alış-veriş edərdi.
S.S.Axundov. Bunu görən xəstə Aydını heç
yaxına belə buraxmamışdı. H.Seyidbəyli.
□ Xəstə düşmək, xəstə yatmaq - xəstə-
lənmək, azarlamaq, yorğan-döşəyə düşmək.
Xəstə düşdüm, gələn yoxdur üstümə; Qərib
öldüm, bikəs öldünı, yad oldum. M.V.Vidadi.
Həsrətindən xəstə düşdüm; Eylə dərdə çarə,
Ceyran! Aşıq Ələsgər. Bu hadisədən Molla
Qasım sarılıq azarına düşüb xəstə yatdı.
S.S.Axundov. Xəstə olmaq - xəstə yatmaq,
azarlı olmaq, naxoş olmaq. Bəstəri-möh-
nətdə xəstə olduğum; Gözləri şəhlaya dedin,
nə dedi? Q. Zakir. Mən diqqətlə [Məmmədə]
baxdım, xəstə olduğuna heç şübhəm yoxdu.
C. Cabbarlı. Xəstə salmaq - xəstələndir-
mək, azarlatmaq, xəstələnməsinə səbəb ol-
maq. Yar gəlməsə məndən dirilən olmaz;
Məni xəstə salan busə dağıdı. Q. Zakir.
2. məc. Şairanə təşbehlərdə dərdli, qay-
ğılı, mənən üzgün mənasında. Çox edən bi-
marə xidmət aqibət bimar olur; Leyk kön-
lüm xəstədir ol nərgisi-bimarsız. S.Ə.Şirvani.
3. məc. Sönük, zəif, cılız, ölgün. Kiçik bir
lampanın ziyası evə xəstə və ölgün bir işıq
nəşr edirdi. S. Hüseyn.
4. məc. Bir şeyə həddindən artıq meyil
edən, aludə olan; aludə, mübtəla, düşkün.
Kino xəstəsi. Futbol xəstəsi. Bilyard xəstəsi.
5. məc. klas. Yazıq, zavallı, aciz, fağır,
bimar. Füzuli xəstəyə düşmən sözü ilə dust
cövr eylər. Füzuli. Vidadi xəstəyəm, günlər
sanaram; Dərd əhliyəm, qəm hərfini qana-
ram. M.V.Vidadi.
449
XƏSTƏHAL
0 Xəstə baxıcısı - müalicə müəssisə-
lərində ağır xəstələrə və binanın təmizli-
yinə baxan kiçik tibb xidmətçisi.
XƏSTƏHAL sif. [fars, xəstə və ər. hal]
Bir qədər xəstə, kefsiz, halsız, nasaz. İyirmi
beş bahar görmiiş bu adam altmış xəzan ke-
çirmiş qoca kimi yorğun, xəstəhal və ölgün
görünürdü. A.Şaiq. // məc. Halsız, ölgün,
düşkün. Saqi, tut əlim ki, xəstəhalam ; Qəm
rəhgüzərində payimaləm. Füzııli. And olsun
Kəbəyə, xəstəhalam mən ; Can verməyə
səri-kuyin istərəm. Q.Zakir.
XƏSTƏHALLIQ is. Kefsizlik, halsızlıq,
düşkünlük, nasazlıq.
XƏSTƏXANA is. [fars.\ Müalicə üçün
xəstələrin yatdığı ev, bina, müəssisə. Xəs-
təni xəstəxanaya qoymaq. - Yaralı hərbi
xəstəxanada .. yatmışdı. Ə.Məmmədxanlı.
14 oktyabr - qırx doqquz yaşım... Görüşdük
onunla xəstəxanada; Əyləşib dərmanım,
dərdim yanaşı; Təklikdən qonanda təklənir
adam. M.Araz.
XƏSTƏXANALI sif. Xəstəxanası olan.
Xəstəxaııalı qəsəbə.
XƏSTƏ-XƏSTƏ zərf Xəstə oldıığu halda,
azarlı-azarlı, naxoş halda. Xəstə-xəstə qo-
naqlığa getmək. - Polad Kamilin xəstə-xəstə
gördüyü işə məəttəl qaldı. M. Süleymanov.
XƏSTƏLƏNDİRMƏ “Xəstələndirmək”-
don fiis.
XƏSTƏLƏNDİRMƏK f Xəstə etmək,
xəstələnməsinə səbəb olmaq, azara salmaq,
azarlatmaq, naxoşlatmaq. Dünənki külək
məni xəstələndirdi.
XƏSTƏLƏNMƏ “Xostolomnək”don /.'/.s.
XƏSTƏLƏNMƏK f. Azarlamaq, naxoşla-
maq, bir xəstəliyə tutulmaq. Özümü soyuğa
verib xəstələndim. - Doğrudan da, keçən il
Bakıya, Tahirin yanına gedəndə Gülşənəm
arvad xəstələnmişdi. M. Hüseyn. Əvəz kişi
oğlunun tər köynək dayandığını görüb dedi:
- Bala, səhər ertənin soyuğuna özünü
vermə, xəstələnərsən. Ə.Vəliyev.
XƏSTƏLİK is. Orqanizmin normal həyat
fəaliyyətinin pozulması halı; azar, naxoş-
luq. Göz xəstəlikləri. Sağalmaz xəstəlik. Yo-
luxucu xəstəlik. - Aygün xəstəlikdən qalxır
ayağa; Qaynayır gözündə yenə də həyat.
S.Vurğun. [Nuriyyə:] Bilirdim ki, bağırsaq
XƏTBAŞI
çevrilməsi ağır xəstəlikdir. İ. Əfəndiyev.
□ Xəstəlik tarixi - müalicəyə başlanan
gündən etibarən müalicə edən həkim tərə-
findən yazılan və xəstənin vəziyyətini əks
etdirən əsas tibbi sənəd.
XƏSTƏLİKLİ bax xəstəməzac.
XƏST ƏLİKT ÖRƏDƏN is. Xəstəlik törə-
məsinə səbəb olan, azar mənbəyi olan, mik-
robları yayan. Xəstəliktörədən nıikroblar.
XƏSTƏLİKTÖRƏTMƏ is. Xəstəlik törə-
məsinə, xəstəlik yayılmasına səbəb olma,
xəstəlik mənbəyi olma. Virusun xəstəlik-
törətmə qabiliyyəti.
XƏSTƏMƏZAC sif. [ər.] Xəstəliklərə,
tez xəstələnməyə mail olan, tez-tez xəs-
tələnən, üzərindən xəstəlik əskik olmayan.
XƏST ƏMƏZACLIQ is. Xəstəliyə mail
olma; üzərindən xəstəlik əskik olmayan,
tez-tez xəstələnən adamın halı.
XƏŞƏL bax xaral. Bir adam ki, .. kömür
xəşəlləriııi dalına şələləyib hıqqana-lııqqana
gətirə, ..qalxa-qalxa Müqim bəy Cavanşir
kimi bir əsilzadənin mühafizi ola, daha nə
üçün vəziyyətindən razı olmazdı. S.Rəhimov.
XƏŞƏM is. zool. Şirin sularda yaşayan,
yeyilən balıq növü. İldırım qeyzini sel-sel
axıdan; Çapaqdan, xəşəmdən, qızıl balıqdan;
Rəng alan, dad alan dəli çaylarını.. X.Rza.
XƏŞİL is. Suda bişirilib yağ və doşabla
yeyilən xəmir xörəyi. Qarğa özünü quş
bilir, xəşil özünü aş. (Ata. sözü). [Ağa Kə-
rim xan:] Tez ürəktutan xörəklərdən .. biri
xəşildir. N.Vəzirov. ..Kənd əhli bilirlər ki,
doşabsız xəşil olmaz. Şəhriyar.
0 Xəşilə döndərmək - bir şeyi (mad-
dəni) duru xəmir (horra) halına salmaq, kor-
lamaq. [Süleyman:] [Gübrəni] aparıb tö-
küblər yağışın altına, döndəriblər xəşilə.
M. İbrahimov. Xəşilini çalmaq - öldürmək,
işini bitirmək. Xəşilini çıxarmaq - əzib-
əzişdirmək, sağ yer qoymamaq. Əsgərin
gözünü püfləyənin xəşilini çıxardaram.
M.S. Ordubadi.
XƏTA is. [ər.] Səhv, yanlışlıq, qələt.
Miirəttib xətası. Korrektor xətası.
XƏTBAŞI is. Kişilərdə saçın gicgah tə-
rəfdə qulağın qabağında olan hissəsi. [Bu-
daq:] Yeznəni məni görcək yerindən qalxıb
içəridə var-gəl eləməyə, arabir sol əli ilə
450
XƏTÇƏKƏN
XƏTİR
xətbaşuıı qaşımağa, gah da bığlarını əlləş-
dirməyə başladı. Ə.Vəliyev. [Şərifzadənin]
qısa xətbaşısı əmmaməsinin altından çıx-
mışdı. P.Makulu.
XƏTÇƏKƏN is. xiis. Xətt çəkməyə məx-
sus alət; cızıqçəkən. Xətçəkəni lazımi hün-
dürlük ölçüsündə saxlamaq üçün masştabı
olan hiindürlükölçəndən .. istifadə edilir.
Ə. Əliyev.
XƏTƏR is. [ər.] 1. Təhlükə, qorxu. [Şah
öz-özünə:] Iııdi bütün ümidim vəzirin fəra-
sətiııədir, yəqin keçəni görüb mənim xətərdə
olduğumu anlar. Ü.Hacıbəyov.
2. Ziyan, zərər. [Həcər:] Ömrün uzun ol-
sun, Qəhrəman qardaş ; Xətər görməyəsən
heç zaman, qardaş!.. S. Rüstəm. □ Xətər
dəymək (gəlmək, toxunmaq) - 1) ziyan
dəymək, zərər dəymək. Güclü, doludan ta-
xıla xeyli xətər toxundu. - Səlim bildi ki,
belə ovçulardan bu quşlara bir xətər gəl-
məz. M.Rzaquluzadə. Nə qarajın qapısın-
dan asılan qıfıl sındırılıb, nə də maşının
açar yerinə bir xətər dəyib. H.Seyidbəyli;
2) fəlakət, bədbəxtlik üz vermək; fəlakətə,
faciəyə uğramaq, ziyan dəymək. Mən misal
üçün deyirəm ki, iki-üç günlüyə göz-qulaq
olaq ki, uşaqlara bir xətər toxunmasın.
S. Rəhimov. [Şeyx Amiri qullara:] Dərhal
oğlumun izinə düşüb səhraya gedin! Dalın-
ca gəzin, keşiyin çəkin, ona bir xətər dəy-
məsin. Ə.Məmmədxanlı. Xətər vurmaq -
qəsd etmək, ziyan vurmaq; öldürmək. [Qarı
Nurəli xana:] indi sənə bir yağı göz dikib-
dir, .. xətər vurmaq istəyir. Çəmənzəminli.
Xətər yetirən - toxunan, təhqir edən.
Qayınata isə arvadı ilə namusa xətər yetirən
sözlər icad edib, gəlinə min böhtanlar isnad
verirdilər. Çəmənzəminli. Xətər yetirmək
- zərər yetirmək, fəlakətə uğratmaq, canma
qəsd etmək; vurmaq, yaralamaq. [Eyvaz
dəlilərə:] Biz əgər belə şəhərə girsək, Ko-
roğluya xətər yetirərlər. “Koroğlu”.
XƏTƏRLƏNMƏ “Xotorlonmək”don f.is.
XƏTƏRLƏNMƏK/ Xətər dəymək, zərər,
ziyan görmək. // Korlanmaq, xarab olmaq,
zədələnmək. Blindajın divarları və tavanı
adda-budda xətərlənmişdi. Çəmənzəminli.
XƏTƏRLİ sif. Çox qorxulu, çox təhlükəli,
təhlükə ilə dolu, xətər gətirə bilən, xatalı.
Xətərli səfər. Xətərli yol. Xətərli iş. - [Gül-
bahar:] Bəlkə xətərli yaradır .. qolunu belə,
başına dönüm, çıxart, Əhməd! N.Vəzirov.
[Birinci qul Məcnuna:] [Vətənə getmək] hələ
mümkün deyil, mərhəmətli ağa, hələ yollar
xətərlidir. Ə.Məmmədxanlı. // Zərərli, ziyanlı.
XƏTƏRLİLİK is. Qorxulu, təhlükəli olma,
xətər gətirmə; təhlükəlilik.
XƏTƏRNAK sif. [ər. xətər və fars, nak]
klas. bax xətərli. Sərsəri basma qədəm eşq
təriqinə. Füzuli ; Ehtimal eylə ki, qayətdə
xətərnak səfərdir. Füzuli. [Mirzə Rza:] Gə-
zinməİran adında xətərnak səhralarda, qayıt
Firəııgistana, Fərhad! C. Cabbarlı.
XƏTƏRSİZ sif. Qorxusuz, təhlükəsiz,
xatasız. Xətərsiz iş. Xətərsiz səfər. - [Ataş:]
Xalıqverdi əmi deyirdi ki, Turaclı yolu xə-
tərsizdir. Ə.Vəliyev. [İsmayıl kişi Namaza:]
Sən bir qədər adam götür, an'ad-uşağı xə-
tərsiz yerə apar və özün də orada qal!
P.Makulu. // Ziyansız, zərərsiz.
XƏT ƏRSİZLƏŞDİRMƏ “Xətərsizləş-
dirmək”dən f.is.
XƏTƏRSİZLƏŞDİRMƏK f. Xətərsiz et-
mək, qorxusuz, təhlükəsiz hala gətirmək.
[Veysəl] Kəngərlini qorxudub buradan
uzaqlaşdırmaq, Ataşın yolunu xətərsizləş-
dirmək istəyirdi. Ə.Vəliyev.
XƏTƏRSİZLƏŞMƏ “Xətərsizləşmək”-
dən f.is.
XƏTƏRSİZLƏŞMƏK/ Qorxusuz, təhlü-
kəsiz olmaq, əminlik olmaq. Yollar xətər-
sizləşib.
XƏTƏRSİZLİK is. Xətərsiz, qorxusuz
olma; təhlükəsizlik, əmin-amanlıq.
XƏTİB is. [ ər .] Məsciddə xütbə oxuyan
din xadimi. Xətib minbərdən yerə düşmə-
miş, əhali hakimi və xətibi gözləməyərək
məsciddən çıxdı. M. S. Ordubadi. // köhn.
Gözəl natiq.
XƏTİBLİK is. Xətib vəzifəsi, xətibin işi.
XƏTİR is. [ər.~\ Hörmət, ehtiram, sayğı;
şan-şərəf. Xətrini əziz tutmaq. Xətrini istəmək.
- Xətir üçün xəstə yatmazlar. (Ata. sözü).
0 Xətir qoymaq (saxlamaq) - hörmət elə-
mək, hörmətini saxlamaq; güzəşt eləmək.
Xətri qalmaq - incimək, narazı qalmaq, kön-
lü qırılmaq. Xətri xoş olmaq - ürəyi açılmaq.
451
XƏTİR-HÖRMƏT
XƏTT
Xətri(n) istədiyi qədər - bax iirəyi(n)
istədiyi qədər (“ürək”də). Xətrindən keç-
məmək - bax üzündən keçə bilməmək
(“üz”də). [Xəlfə:] [Dursun] daha Aslan bə-
yin xətrindən keçmərəm. C.Cabbarlı. Xətrinə
dəymək (qıymaq, toxunmaq) - könlünü
qırmaq, ürəyinə (qəlbinə) dəymək, toxun-
maq. Nə dedim xətrinə dəydi; Üzün məndən
niyə döndü? Aşıq Ələsgər. Nə bir nəfər ona
“yox” dedi; Nə bir nəfər xətrinə qıydı. R.Rza.
Xətrini istəmək - yanında hörməti olmaq,
çox saymaq, hörmət etmək, sevmək. Ikram
əmisi Ağayarnı xətrini çox istəyirdi. Ə.Əbül-
həsən. Xətrini qırmaq (sındırmaq) -bax
xətrinə dəymək.
XƏTİR-HÖRMƏT bax xətir. Xətir-hör-
mət saxlamaq. Xətir-hörmət gözləmək. Xətir-
hörmət bilmək. - [Sərvinaz qarı:] Bala, Həs-
rət, belə şeylərə qol qoyma, yoxsa aralıqda
olan bütün xətir-hörmət tökülər. B. Bayramov.
XƏTİRLİ sif. Xətri əziz, hörmətli, hör-
mət edilən, sayılan, ehtirama layiq, nüfuzlu.
Xətiri i adam.
XƏTKEŞ [ər. xətt və fars. ...keş] bax xət-
çəkən. Xətkeşlə cızıq çəkmək. - [Gəldiye-
vin] düz on yeddi gün qələm, xətkeş, pərgar,
rezin əlindən düşmədi. Mir Cəlal.
XƏTM is. [ər.] 1. Bitirmə, qurtarma, sona
çatdırma. □ Xətm etmək (eləmək) - 1) bi-
tirmək, tamamlamaq, sona çatdırmaq. Billalı
ki, nə xoş demiş Nizami; Bu babdə xətm edib
kəlami. Füzuli; 2) din. oxuyub tamamlamaq,
bitirmək (Quranı). Şaşırmış qardaşımı dövrə-
ləmiş məktəb uşaqları anama [dedilər:] -Muş-
tuluğumu verin, Abdulla .. Quranı xətm elədi.
T.Ş. Simurq. Axşam Quran çıxmış uşaq ata-
sına deyərdi ki, mən sabah Quranı xətm edə-
cəyəm. H. Sarabski.
2. hüq. İşi bağlama, qurtarma. □ Xətm
etmək hüq. - bağlamaq, qurtarmaq. Sübut
olmadığından məhkəmə işi xətm etdi.
XƏTMİ bax gülxətmi. [Çöllərdə] nər-
giz, nanə, xətmi, nilufər, nə desən taparsan.
Mir Cəlal.
XƏTT 1 is. 1 . Yazarkən hərfləri təsvir etmə
tərzi, yazı yazma xüsusiyyəti; yazı. Gözəl
xətt. Uşaq xətti. Tanış xətt. - [Yaqut:] Mək-
tubu açmışdım və uşaq xəttinə oxşar o tanış
xətti görərkən yenə əllərim titrəmişdi.
Ə.Məmmədxanlı. Reyhanın çox səliqəli;
Gözəl, təmiz bir xətti var. M.Dilbazi.
2. Nazik saqqal. Yumşaq barmaqlar Xəlilin
xətt yerindən çənəsinə qədər titrəyə-titrəyə
gəzdi. Üzünə isti nəfəs dəydi. İ.Məlikzadə.
XƏTT 2 is. [ər.] 1. Cızıq. Kağızda dikinə
çəkilən xətlərin sayı indi beş idi. Ə.Əbül-
həsən.
2. İki məntəqəni birləşdirən yol. Moskva
- Bakı dəmiryol xətti. Moskva - Kiyev hava
xətti. Trolleybus xətti. H Teleqraf, telefon
rabitəsi qurğuları (məftillər, kabellər və s.);
su, kanalizasiya sistemi. Teleqraf xətti. Te-
lefon xətti xarab olmuşdur. Xəlil içəri girib
isti su xəttinin üstündəki manometrə nəzər
saldı. İ.Məlikzadə. // Elektrik enerjisini nəql
etmək üçün qurğular (məftillər, kabellər və s.)
sistemi. İki saatdan çox idi ki, kəşfiyyat bu-
ruğunda elektrik xətti korlanmışdı. M.Hüseyn.
..Xətdə cərəyan var, işə başlamaq olar.
M. Süleymanov. // Yan-yana durmuş şeylə-
rin uzun sırası, bir şeyin arasıkəsilməz sı-
rası. İstehkam xətti. Müdafiə xətti. - Bəhram
şah Bərdəsirin mühasirə xəttini yarmağa və
Atabəy Məhəmmədə qalib gəlməyə müvəffəq
olmayacaqdır.. M. S. Ordubadi.
3. Bir dövlətin hüdudu, sərhədi və bu
sərhəd boyunca olan istehkamlar sırası. Va-
qifin yazdığı məktub Qafqaz xəttindəki baş
komandan .. vasitəsilə Yekaterinaya gön-
dərildi. Çəmənzəminli. // Vuruşan iki tərəf
arasında uzanan yer, döyüş gedən yer. Vu-
ruşmanın qızğın vaxtında rota komandiri
Zəhranı çağırdı və tapşırıq verib qabaq xəttə
göndərdi. Ə.Vəliyev. Orda mən bilirdim ki,
cəbhə xəttinin o tərəfində düşmən durur.
H.Seyidbəyli.
4. Cizgi. Kim olduğunu daha bilmədiyim
bu qadını yalnız üzünün xətləri, hal və töv-
rilə öyrənmək istəyirdim. S.Hüseyn. Baxıram
heykələ... mən heyrətdəyəm... Necə yerində-
dir hər xətt, hər qırış! B. Vahabzadə.
5. məc. İstiqamət, hərəkət, görüş tərzi.
Düzgün xətt. Yanlış xətt. Orta xətt götürmək.
6. Qan qohumluğu əsasında birləşmiş
adamların ardıcıl sırası, əcdadlar, nəsillər
sırası. Ata xətti ilə qohumluq.
452
XƏTTAT
XƏYAL
XƏTTAT is. [ ər .] Gözəl xətti olan adam,
gözəl yazı yazan adam. [Vaqif] ..bir şeir Tif-
lisin və valinin mədhinə, bir ayrısım da vəli-
əhdə ithaf olaraq yazdı, iizii göçürülmək üçün
özii ilə gətirdiyi xəttata verdi. Çəmənzəminli.
XƏTTATLIQ is. Gözəl xətlə yazma sənəti.
XƏTTİ-HƏRƏKƏT is. [ər.] 1. köhn. Dö-
yüşü hazırlama və aparma sənəti, döyüş
üsulları; taktika. Düşmənin xətti-lıərəkəti. -
[Nizami:] Biz, Fəxrəddinin göstərdiyi xətti-
hərəkətlə irəli getsək, fars və ərəb cahan-
girlərinin keçmişdə və bundan sonra apara-
caqları xətti-hərəkətə kömək vermiş olaca-
ğıq. M. S. Ordubadi.
2. məc. ictimai və siyasi mübarizə üsul və
vasitələrinin məcmusu. // Hər hansı məq-
sədə çatmaq üçün tətbiq edilən üsul və
vasitələr, tədbirlər. Salman, “ siyasi məsə-
lələr həll olunmasa, maarif məsələsi həll
oluna bilməz ”, - deyə qəti bir xətti-hərəkət
yürüdürdü. Çəmənzəminli. Darülfünun eşi-
yində və içərisində daima tələbələr dəstə-
dəstə toplaşıb, vermiş olduqları tələbləri,
maarif nəzarətinin və darülfünunun müdi-
riyyətinin xətti-hərəkəti ətrafında müzakirə
edirlərdi. T.Ş. Simurq.
XƏTTÜ XAL is. [ər. xətt və fars, xal]
k/as. Gözəlin sifəti mənasında. Qoymazsan
baxmağa xəttü xalına; Tamaşayi-camalını
kəsibsən! M. P. Vaqif. Xəttü xalə verib xeyli
nəzakət; Siyah zülfü hamısından baş çəkib.
Q.Zakir.
XƏTVARİ sif. Xətt kimi, xəttəoxşar, xətt
şəklində. Xətvari yarpaq.
XƏYAL is. [ər.] 1. Bir şəxsin və ya şeyin
insan fikrində, təsəvvüründə təcəssüm
edən surəti; təxəyyül. Onun xəyalı heç vaxt
gözümün qabağından getmir. // Xəyala, fik-
rə gələn şeylər; xəyalat. Pəncərənin önündə
o, dayanır lal kimi; Gördükləri görünür gö-
zünə xəyal kimi. B. Vahabzadə. Yenə ıızaq
yollar keçir gözümdən; Yenə min xəyalda,
min soraqdayam. N. Xəzri.
2. Fikir, düşüncə. Xəyalını hiirr, can sər-
bəst, fikrim laübalıdır; Məni azad edən sul-
taııi-əqli-nöktədanımdır. M. Hadi. □ Xəyal
eləmək (etmək) - təsəvvürünə gətirmək,
ağlına gətirmək, xəyalına gətirmək, düşün-
mək, fikir eləmək. Nə xəyal eləyirsən? -
Könül titrər, gözüm görnıəz, əlim tutmaz,
ayaq getməz; Görər heyranlığını canan, xə-
yal eylər ki, təmkindir. Qövsi. Hər axşam
Şəbaıı evə gələndə xəyal edirdi ki, Gülsüm
həmişəki tək onun qabağına çıxıb əlinə su
tökəcək, öz əli ilə qəbrə qoyduğu Gülsümün
öldüyünə inanmırdı. Ə.Haqverdiyev. Məşədi
Əsgər öz-özünə xəyal etdi ki, həqiqətdə hə-
min qərib müsafirin çamadanını əlindən qa-
pıb qaçmaq çox asanca işdir. S.M.Qənizadə.
Xəyala dalmaq (qapılmaq, getmək) -
fikrə getmək, dərin düşüncəyə dalmaq. İndi
[Şiraslan] yeni bir xəyala qapılır, sanki kai-
natla qovuşur... S. Rəhimov. Dərin xəyala
dalsan; Mən sükutun olaram. N.Xəzri. Mən
.. bəzən də qoca bir kötüyün üstündə oturub
xəyala gedirəm. Z.Xəlil. Xəyala gəlmək -
1) yada düşmək, anılmaq, xatırlanmaq, tə-
səvvürə, fikrə gəlmək, xəyalında canlanmaq.
Ol afitabrüxlə keçən günlərim mənim; İndi
gəlir xəyalıma hicrində xabtək. S.Ə.Şirvani;
2) ağlına gəlmək, düşünmək. ..Xəyalıma gəl-
di ki, nökərimiz evi süpürəndə süpürgənin
tikanı düşüb fərşin üstünə və batıb qonağın
yumşaq yerinə. C. Məmmədquluzadə. Xə-
yalına gətirmək - xəyalında, təsəvvüründə
canlandırmaq, yadına salmaq, xatirə
gətirmək, düşünmək, fikrinə, təsəvvürünə
gətirmək. Bəndalı xəyalına gətirə bilməzdi
ki, adam adama əvəzsiz, pulsuz bir xeyir iş
görə. Mir Cəlal. Qan oturduğu yerdə göz-
lərini yumub, dumana bürünmüş uzaq gün-
lərini xəyalına gətirdi.. Ə.Məmmədxanlı.
Xəyalına girmək - ağlına gəlmək, fikrinə
gəlmək, düşündürmək. [Taybuynuz öküz]
işə bir az ağır gedəndə yaman sözlərdən,
töhmətdən və döyülməkdən başqa bir şey
görüb eşitmir, onun ac və susuz qalmağı da
bir kəsin xəyalına girmir... F.Köçərli. Xəya-
lında canlanmaq - təsəvvüründə, hafizə-
sində canlanmaq, gözünün qabağına gəl-
mək, təsəvvürünə gəlmək, yadına düşmək.
Gələcək Bakı - əməkçi Bakısı xəyalında
canlanır. M.S. Ordubadi. Hər gecə əxilər
süfrəsi başında gördüyü o müxtəlif qəriblər
və kimsəsizlər içərisində yavaş-yavaş bu
qocanın da siması [yolçunun] xəyalında can-
lanırdı.. Ə.Məmmədxanlı.
453
XƏYALAT
3. пгәс. Arzu edilən, həsrəti çəkilən şey
mənasında. Ləbin xəyalı ilə dildə şur olur
peyda; Bəli, nəməklə olur, rəsmdir, kəbab
ləziz. S.Ə.Şirvani. [Mayanın] ata minmək,
atın üstündə yol getmək isə şirin xəyalı idi.
M.İbrahimov. □ Xəyalından keçmək -
fikrindən keçmək, arzusunda olmaq, ürə-
yindən keçmək. [Hacı Kamyab:] [Fərma-
nın] xəyalından mənim qızımı almaq keçir.
Qoy Xəyalplovdan nə qədər yeyəcək, yesin.
Ə. Haqverdiyev. // Başa gəlməz, boş xəyal-
dan ibarət olan şey; xülya. Sevda nədir?
Hicran nədir? Bir xəyal! M.Müşfıq. □ Xə-
yal kimi - kölgə kimi, kabus kimi. Doğrusu
... hər zaman gözlərimdə siz ; Gəlib durur-
sunuz bir sual kimi; Gah şirin, gah acı bir
xəyal kimi. S. Vurğun. Otağı göyümtül papi-
ros tüstüsü bürüdüyündən, adamların siması
xəyal kimi dumanlı görünürdü. M. Hüseyn.
Dağlarımın başından qalxıb bir qartal kimi;
Gəzdim ana yurdumu canlı bir xəyal kimi.
R.Rza.
XƏYALAT is. [ər. “xəyalət” söz. cəmi]
1 . Əsli olmadığı halda gözə görünən möv-
hum surət; həqiqətdə deyil, yalnız xəyalda,
fikirdə, təsəvvürdə olan şeylər; xülya,
kabus. [Cəlil Məmmədquluzadə] xəyalata
uyan idealların gözəlliyi ilə yaşayıb, varlığa
tül pərdələr dalından baxan yazıçılardan
deyildi. M.İbrahimov.
2. Fikir, düşüncə; fikirdə, xəyalda olan,
arzu edilən şeylər. Yüz sənə bundan əqdəm
ata və babalarımızın .. arzu və təmənnalarını,
fikir və xəyalatını [Vaqif] yazıb.. F. Köçərli.
Əhməd xəyalata o qədər inanmışdı ki, qaza-
nacağı 500 manatın cıııqıltısını cibində eşi-
dir və xəyalatı canlandırırdı. B.Talıblı.
□ Xəyalat eləmək - çox fikir eləmək, çox
düşünmək, fikirləşmək, fikrində götür-qoy
eləmək. [Xırda xanım:] ..Bol xəyalat eylə-
mişəm. Bir neçə vaxt işi düzəldib toy fikrinə
düşmüşəm.. N.Vəzirov. Xəyalat götürmək
- dərin düşüncələrə qərq olmaq, fikir-xəyal
götürmək. İnsanı xəyalat götürəndə hər cür
ııataraş fikirlər adamdan əl götürmür.
C. Məmmədquluzadə. Bir neçə vaxt gözümə
yuxu getmədi, xəyalat məni götürdü.
Ə. Haqverdiyev. Həmzəbəvi xəyalat götür-
dü. Çəmənzəminli.
XƏYALPƏRƏSTLİK
XƏYALÇI bax xəyalpərəst.
XƏYALÇILIQ bax xəyalpərəstlik.
XƏYALƏN zərf Xəyalında, fikrində, tə-
səvvüründə, zehnində; fıkrən, zehnən. Xəya-
lən sənin yanındayam. Xəyalən onun surəti
gözümün qabağında canlandı. - Eyvaz dəfə-
lərlə xəyalən Gülşənin qüvvətli əllərini əlinə
alıb demişdi.. Ə. Vəliyev. Sənə vətənimdən
salam gətirdim; Xəyalən üstünə qanad da
gərdim. N. Xəzri. [Ümid] bir an içərisində
xəyalən iş sahəsinə getdi. B. Bayramov.
XƏYALƏT [ər.] bax xəyal 1-ci mənada.
XƏYALİ sif. 1. Əslində olmayıb, göz
qabağına gətirilən, təsəvvür edilən, xəyalda
canlanan; qeyri-həqiqi, qeyri-real. Xanını
görmədiyi ölkənin xəyali gözəlliyinə məftun
bir halda sözünə davam edirdi. Çəmənzə-
minli. Bir zaman, doğrudan da, xəyali bir
məhəbbətlə sevdiyi qızın iztirab və göz
yaşlarına qarşı Səlim biganə və laqeyd baxa
bilmədi. M.İbrahimov.
2. riyaz. Təsəvvür edilən, xəyala gətiri-
lən, uydurulan. ..Xəyali ədədlər müasir
riyaziyyatda geniş surətdə tətbiq olunur.
Z.Xəİilov.
XƏYALLANMA “Xəyallanmaq”dan fis.
XƏYALLANMAQ f. Dərin fikrə, xəyala
dalmaq, keçmişləri göz qabağında canlan-
dırmaq; fikirləşmək. Şərifzadə öz-özünə xə-
yallanır, gözünün altından qcırovulçuya baxır,
onun mürgüləməsini gözləyirdi. M. Hüseyn.
XƏYALPƏRƏST sif. və is. [ər. xəyal və
fars. ...pərəst] Xəyala, düşüncələrə qapılma-
ğı sevən, ona mail olan; xülyaçı. Xəyalpə-
rəst uşaq gecələr yatağına girdiyi zaman
bədbəxt anasını gözləri önünə gətirir.
A.Şaiq. // Dalğın. [Firidun] sakit və xəyal-
pərəst baxışlarla Südabəni, anasım süzür..
M.İbrahimov. Vəli əvvəllər xəyalpərəst və
laiibalı bir gənc idi. M. Hüseyn.
XƏYALPƏRƏSTLİK is. Xəyala, düşün-
cələrə qapılma; xəyalpərvərlik, real həyat-
dan uzaqlaşıb fantastika aləminə getmə;
xülyaçılıq. Bugünkü vəziyyətin şəklini dəyiş-
mədən xoşbəxtlik məsələsini meydana atmaq
xəyalpərəstlikdir, hissiyyatpərvərlikdiı; bun-
ların lıeç birisindən xoşbəxtlik ummaq olmaz.
M.S. Ordubadi.
454
XƏYALPƏRVƏR
XƏZƏL
XƏYALPƏRVƏR sif. [ər. xəyal və fars.
...pərvər] bax xəyalpərəst. [Xasayoğlu Adi-
ləyə:] Hələ ilk gəncliyində [İlyas] xəyalpər-
vər idi. Bəzən həddindən artıq öz qüvvəsinə
inanardı. Bəzən məyus olub özü öz gözündə
məhv olardı. Ə.Məmmədxanlı. Teymur
müəllim şirinsöhbət və xəyalpərvər bir gənc
idi. Ə. Sadıq.
XƏYALPƏRVƏRLİK bax xəyalpərəstlik.
XƏYALPLOV is. Həqiqətdə mümkün
olmayıb ancaq xəyalda ola bilən şey; xülya.
[Hacı Kamyab:] [Fərman] qoy Xəyalplovdan
nə qədər yeyəcək, yesin. Ə.Haqverdiyev.
Xəyalplov Ələmdarın uzun ayaqlarını
yerdən üzdü. S. Rəhimov.
XƏYANƏT is. [ər.] 1 . Özünə olan etimad-
dan sui-istifadə edərək dönüklük etmə;
xainlik, xaincəsinə hərəkət, etibarsızlıq.
[Sərdar Rəşid] bu xəyanətini həyata keçirmək
üçün fürsət tapmayacaqdır. M.S. Ordubadi.
Aradan üç ay keçmişdi. Bu üç ay içərisində
Şükür kənddə bir çox cinayətlər və xəyanət-
lər şahidi olmuşdu. S.Hüseyn. [Qartal:] Xəya-
nət ən böyük bir ordunu belə yıxa bilər.
M. Hüseyn. // Düşmən tərəfə keçmə, düş-
mənə satılma; satqınlıq. Neçə kərə; Tarix
endi zirvələrdən dərələrə; Bu hiyləgər xəya-
nətlər; Tariximin neçə-neçə varağını; lə-
kələdi, qaraladı. B.Vahabzadə. □ Xəyanət
etmək (eləmək) - xain çıxmaq, satqınlıq
eləmək, satılmaq, etibarsız çıxmaq. Dostuna
xəyanət etmək. - [Yusif:] Bu gün bazarda
Murad rast gəlib deyir ki, çörək verib bəslə-
diyin şəxs sənə xəyanət edir. N.Nərimanov.
2. Namərdlik, vəfasızlıq, etibarsızlıq,
dönüklük, əhdi pozma. Sevgilisinə xəyanət
etmək.
XƏYANƏTÇİ sif. və is. Xəyanət edən;
xəyanətkar, xain. Çünki xəyanətçisiz cümlə
müsəlmanlara; Mənzilinizdir səqər, oxut-
muram, əl çəkin! M.Ə. Sabir.
XƏYANƏTÇİLİK is. Xəyanət etmə, xain
olma; xəyanətkarlıq.
XƏYANƏTKAR sif. [ər. xəyanət və fars.
...kar] Xəyanət edən, xəyanətçi; xain, satqın,
etibarsız. [Hüsnübəyim:] Mən ölümdən qor-
xmuram, ancaq məni o dünyaya xəyanətkar
kimi, bişərəf kimi göndərmə, ya rəbb!
İ.Məlikzadə.
XƏYANƏTKARLIQ is. Xəyanət etmə,
xainlik etmə; xainlik.
XƏYYAT is. [ər.] köhıı. Dərzi. Xəyyat
bizim əhldən 1-2 nəfərdir ki, çuxa şal-
varlardan alahı libas tikmirlər, amma palto,
kürk və qeyri libasları tikənlər erməni,
rusdurlar ki, yaxşı pul alırlar. “Əkinçi”. Ağ
alaçıq, əlvan çadır; Naxış vurubdu xəyyatı.
Aşıq Ələsgər.
XƏZ is. 1. Xəzli heyvanların bədənini
örtən tük örtüyü; yun. Dələ xəzi. H Bu cür
heyvanların işlənmiş, aşılanmış dərisi. Xəz
ticarəti. Xəz tədarükü. - Hər il ovçular yüz
milyon manatlarla qiyməti olan xəz dəri,
piy, ət, quş tükü və s. məhsul əldə edirlər.
M. Rzaquluzadə.
2. Xəzdən tikilmiş, xəzdən hazırlanmış.
Xəz papaq. Xəz yaxalıq. - Kişi çıxardı ki,
ağaya yüzlüklər bəxş edərdi, atlar, inəklər
vəd edərdilər; ipək abalar, xəz cübbələr
verilərdi.. Çəmənzəminli. [Hacı Saleh:]
Amma onun atasının sən çöldə qalmışı öz
oğlu kimi xəz paltolu saxladığı hamıya
məlumdur. S.S.Axundov. [Fatma] xəz palto
geyib, başına və boynuna qalın yun şərf
bağlamışdı. M. İbrahimov.
XƏZAN is. [/аге.] Payızda yarpaqların
tökülməsi; yarpaq tökülmə mövsümü;
payız. Ərağac zəmilər payızın xəzanına bir
bəzək və zinət verirdi. S. Rəhimov. Nə tez
xəzan görür çöllər, çəmənlər; Arzular sərt
daşa dəyir dünyada; Axşam kor-peşman
evə dönənlər; Yaxşı ki səhər var, - deyir, -
dünyada. N.Xəzri. // məc. Gənclik təra-
vətinin getdiyi dövr.
XƏZÇİ is. Xəz hazırlayan usta; dəriçi.
Xəzçilər belə hazırlanmış dəriləri növlərə
ayırır, nöqsanlarını düzəldir, sonra onları
bir-birinə uyğunlaşdıraraq biçib, geyim
halına gətirirlər. “Əmtəəşünaslıq”.
XƏZƏL is. 1 . Payız fəslində budaqlardan
tökülən (saralmış) quru yarpaqlar. Qara-
toyuq tutmaq üçün at qılından cələ hörüb
bağda ağaclar altında çox xəzəl olan yerdə
qurardıq. S.S.Axundov. İlyas qızın ayaqları
yanında, keçəııilki quru xəzəllər üstündə
oturub qolunu daşa söykədi. Ə.Məmməd-
xanlı. □ Xəzəl olmaq, xəzələ dönmək -
saralıb-solmaq, qurumaq. Payızdır, bağçalar
455
XƏZƏLLƏNMƏ
XƏZLİ
xəzələ dönmüş ; Təbiət bir solğun gözələ dön-
müş. M.Müşfıq. Niyə xəzəl oldu salxım söyüd-
lər; Harda görüşəcək sevənlər indi? N.Xəzri.
// Məc. mənada. Özü xəzəl olub vaxtsız tökül-
dü; Ömrün baharım duymadı, getdi. S.Vur-
ğun. Səni görmədən ölsəm; Xəzəl olub tökül-
səm; Dadlı bahar çağımda. M.Müşfıq. Öm-
rünün bağçası döndü xəzələ. Biinsaf bivəfa,
yar dedi, getdi. M.Rahim. Xəzəl kimi - sol-
ğun, solğunlaşmış, təravətini itirmiş. [Fər-
man Mələyə:] Bir-iki ildən sonra da xəzəl
kimi saralıb solacaqsan. M.İbrahimov. Əj-
dəriıı üzü xəzəl kimi saralmış və solmuşdu.
S. Rəhman. Budaqda titrəyən son xəzəl kimi;
Elə bil ümiddən asılıb ürək... N.Kəsəmənli.
2. Müqayisələrdə çoxluq, hədsizlik, say-
sızlıq bildirir. [Bibixanım:] Pul əlində elə
bil Şiivəlan bağlarının xəzəlidir. B. Bayra-
mov. □ Xəzəl kimi yağdırmaq (səpələ-
mək, tökmək) - sağa-sola xərcləmək,
israfçılıq etmək. [Fatmanisə Seyidə:] ..Dua
yazdıran kimdir, ruh tutduran kimdir, nəzir
də ki xəzəl kimi başından aşağı pulu yağdı-
rırlar. R.Əfəndiyev. Xəzəl kimi yağmaq
(səpələnmək, tökülmək) - həddindən artıq,
çoxlu, saysız-hesabsız gələn pul haqqında.
Onluqdan tutmuş yüzlüyə qədər pullar sazın
üstünə xəzəl kimi töküldü. B. Bayramov.
XƏZƏLLƏNMƏ “Xəzəl lənmək”dən fis.
XƏZƏLLƏNMƏK bax xəzəlləşmək.
XƏZƏLLƏŞMƏ “Xozəlloşmək”dən /.7,s.
XƏZƏLLƏŞMƏK/ Xəzəl olmaq, xəzələ
dönmək, saralıb qurumaq, solmaq.
XƏZƏLLİ sif. Xəzəl tökülmüş, xəzəllə
dolu, xəzəllə örtülü, çoxlu xəzəl yığılmış.
Xəzəlli cığır. Xəzəlli yol. Xəzəlli bağlar. -
Xəzəlli dərələr aşağı buz kimi sular şırıltı ilə
axırdı. S. Rəhimov.
XƏZƏLLİK is. Çoxlu xəzəl tökülmüş,
xəzəl yığılmış, xəzəllə örtülmüş yer. Xəzəl-
likdə dayanmaq. Xəzəllikdə atı saxlamaq.
XƏZƏRLƏR cəm tar. V-X əsrlərdə Aşağı
Volqadan Qafqaza və Qara dənizin şimal
hissəsinə qədər olan ərazidə dövlət qurmuş
türkdilli xalq.
XƏZİNƏ, XƏZNƏ is. [ər.] 1. Pul, cava-
hirat və s. qiymətli şeylər saxlanılan yer.
Cümə axşamları ağanın xəzinəsindən füqə-
raya pul paylanardı. Ə. Haqverdiyev.
2. Bir dövlətə məxsus pul, sərvət, torpaq
və s. qiymətli vəsaitin hamısı birlikdə. Döv-
lət xəzinəsi. Xəzinəyə məxsus torpaqlar. Xə-
zinə malı. - .. Uşqolların xərci dövlət xəzinə-
sinin öhdəsində idi. C. Məmmədquluzadə.
3. məc. Mədəni və mənəvi sərvətlərin
toplusu. Türk dilində, Azərbaycan şivəsində
təzə bir kitabın ədəbiyyat xəzinəmizə daxil
olmasını kəmali-iftixar ilə izhar edirik.
F. Köçərli. Onlar böyük bir səy ilə xalqının
qəhrəmanlıq tarixinə yeni səhifələr yazmış,
ya da elm və sənət xəzinəsini parlaq inci-
lərlə zənginləşdirmişlər. M.İbrahimov.
4. Köhnə Şərq hamamlarında isti su saxla-
nılan yer, hovuz. [Xortdan:] Bizim hamamla-
rın Iraıı qaydası böyük hovuzları var ki, adına
xəzinə deyirlər. Ə.Haqverdiyev. Ancaq tağla-
rın birinin altında xəzinə olardı. Orada isti
su saxlanılardı. H.Sarabski. [Rza bəy:] Əşi,
girirəm xəzinəyə, bilmirəm ki, bu içində çim-
diyim sudur, neftdir, həlimdir, yoxsa bozbaş-
dır. Ü. Hacıbəyov.
5. Keçmişdə tapançada dəstəyin, tüfəngdə
qundağın dibçəyində, müasir silahlarda isə
patron qoyulan yer. [Həcər] tüfəngi əlinə gö-
türüb onun xəzinəsini açır, diqqətlə buraya
baxır və yoxlayırdı. S.Rəhimov.
0 Xəzinə üstündə oturmaq - çoxlu pul,
var-dövlət sahibi olan adam haqqında. [Hacı
Murad:] Haradan alını? Deyəsən, xəzinə
üstündə oturmuşam. S.S.Axundov.
XƏZİNƏÇİ is. Xəzinə işçisi, xəzinədar.
XƏZİNƏDAR is. [ər. xəzinə və fars. ...dar]
1 . köhn. Xəzinəyə nəzarət edən məmur.
2. Hər hansı bir müəssisənin, cəmiyyətin,
təşkilatın pul və qiymətli şeylərini qoruyan,
pul işlərinə baxan adam; xəzinəçi. Bəli, indi
qəzetlərdə Bakı cəmiyyəti-xeyriyyəsi elan
edir ki, cəmiyyətə üzv olmaq istəyənlər 5 ma-
natlarını gətirib versinlər cəmiyyət xəzinə-
darına və qəbzlərini alsınlar. C.Məmməd-
quluzadə. [Çingiz:] İndilik iki adam bəsdir.
Xəlil, sabahın pulunu xəzinədardan istə.
Çəmənzəminli.
XƏZİNƏDARLIQ is. Xəzinədar vəzifəsi,
xəzinəçilik. Həsən dayısını .. xəzinədarlığa
düzəltdi. Qantəmir.
XƏZLİ sif. Xəzi olan, xəz qoyulmuş, xəz
tikilmiş; yaxası xəzdən olan. [Pərşanın]
456
XƏZLİK
XINAL AMA
əynində xəzli qara palto, başında sarı yun
şal, ayağında işıldayan uzunboğaz botu
vardı. M. İbrahimov.
XƏZLİK is. və sif. Xəzə yarar, xəz üçün
olan. Xəzlik dəri. Xəzlik heyvan cinsi.
XƏZRİ is. Abşeron yarımadasında şimal-
dan əsən şiddətli külək. ..Xəzri hardansa
buludları qovub gətirmiş, Bakını şiddətli və
qısa yağışla sulayandan sonra, birdən xırp
kəsilmişdi. M. Hüseyn. Elə bil dəhşətli bir
xəzri əsdi, onsuz da dalğalanan dənizi daha
da coşdurdu. S. Rəhman.
XIX: xıx eləmək, uş. zar. - başını kəs-
mək. [Tapdıq:] “ Dovşanın başını xıx elə ” -
deyib atanın üzünə baxdı. Ə.Vəliyev.
XIXILDAMA “Xıxıldamaq”dan f.is.
XIXILDAMAQ bax xırıldamaq 1-ci
mənada. Geyinməyə ayrı bir libasın yoxdur.
Mirzə, - deyə Müqimbəy boğazında xıxıl-
daya-xıxıldaya güldü. S.Rəhimov.
XIXIR(T)MA “Xıxır( t)maq”dan/ is.
XIXIR(T)MAQ f. “Xıx-xıx” deyərək dizi
üstə çökdürmək, oturtmaq. Dəvəni xıxırt-
maq. Qoyunu xıxırtmaq. - [Pristav:] Tatar-
lar deyirlər ki, qonaq ev sahibinin dəvəsidir,
harda istəsə orda xıxırdar. Ə.Abasov.
XIXLANMA "Xıxlanmaq”dan f.is.
XIXLANMAQ məcli. Diz üstə çökdürül-
mək, oturdulmaq. Məşədi Kazım ağa .. xa-
lanmış (f.sif.) dəvə kimi dizləri üstündə yerə
çökdü. M.S. Ordubadi.
XILXA sif. və is. Geyməyə və ya işlət-
məyə yaramayan; gərəksiz, yıpranmış,
köhnə, cəm-cındır. Xılxaları yığıb atmaq. -
Kərimbəy istəyirdi ki, Azərbaycan kəndləri
də .. köhnə xılxadan çıxsın. Mir Cəlal.
XILXIN sif. Sınıq, əzik, sınıq-salxaq, ya-
rarsız. Xılxın qab-qacaq. Xılxın ev əşyası. -
Nəcəf xılxın nərdivanla dama qalxdı.
Q. İlkin.
XILT is. 1 . Hər hansı məhlulun, mayenin
qabın dibinə çökən və ya ondan ayrılan la-
zımsız hissəsi. Yağııı xıltı. Sirkənin xıltı. -
Avtomobil 300 km yol getdikdən sonra
süzgəcdə olan xıltı boşaltmaq və gövdəni
yumaq lazımdır. Ə. Əliyev.
2. məc. Olııb keçmiş bir hadisədən, işdən
sonra insanda iz buraxan xoşagəlməz, ağır
hiss, təəssürat. Dincəlmək, nə isə daxilində
daş kimi yatan, xılt kimi çöküb qalan an-
laşılmaz və dumanlı təəssüratı unutmaq
üçün [Firidun] tək-tənha küçələri dolan-
mağa başladı. M. İbrahimov.
XILTA bax xalta. Ova aparılan bu
tazıların boynunda xılta olardı. H. Sarabski.
XILT ALI bax xaltalı.
XILTLI sif. Dibinə xılt çökmüş, xıltı olan.
Xıltlı məhlul.
XIMXIRT is. Lazım olan, yararlı xırda şey-
lər. Xımxırt almaq. Xınıxırtını bir yerə yığmaq.
XIMIRÇƏK is. anat.fiziol. Heyvan və in-
san orqanizmi skeletinin bəzi hissələrini bir-
ləşdirən elastiki və möhkəm toxuma.
XIMIR-XIMIR zərf dan. 1. Yavaş-yavaş,
alçaqdan, sakit-sakit, yavaşdan, özü üçün.
[Araz:] O xımır-xımır, pəsdən oxuyan kim
idi? - deyə soruşdu. A.Şaiq.
2. Az-az, azca-azca, tədriclə. Xımır-xımır
nə yeyirsən?
XINA is. Saçı (keçmişdə, habelə köhnə
adətcə barmaqları, əlləri, saqqalı) boyamaq
üçün işlədilən, həmin bitkinin yarpaqla-
rından hazırlanan toz halında sarımtraq-
qırmızıyaçalar maddə; həna. Molla Qurban
.. barmaqlarına fındıqça xına yaxmışdı..
M.S. Ordubadi. [Qulu:] Gözümdə qaldı, bir
gün olurub saqqalıma xına yaxım. N.Nərima-
nov. [Vidadi:] Gedək xına qoyaq əllərimizə ;
Uşaq bizimkidir, mübarək olsun! S.Vurğun.
0 Bu xına o xınadan deyil, bu xına o
xınaya oxşamır - vəziyyətin, şəraitin ta-
mamilə kəskinləşdiyini, ağırlaşdığını, əv-
vəlkinə oxşamadığını bildirən ifadə. [Tahir
yoldaşlarına:] Bərk hazırlaşın, bu xına o
xınadan deyil. M.Hüseyn. [Hacının oğlu:]
Ağa can, sənə deyirəm, öz hörmətini saxla,
yoxsa, bu xıııa o xınalara oxşamır. P.Makulıı.
XINAÇİÇƏYİ is. bot. Parlaq çiçəkləri
olan bir sıra birillik bəzək bitkilərinin adı;
balzamin.
XINAGÜLÜ bax xınaçiçəyi.
XINAQOYMA is. etııoqr. Toydan qabaq
ərə gedən qızın başına, əl-ayağına xmayax-
ma (qoyma) adəti. Kiçikbəyimi tay-tuşu ilə
bərabər gəlin hamamına apardılar, sonra
qaşalma və xınaqovma oldu. Çəmənzəminli.
XINALAMA “Xınalamaq”dan/w.
457
XINALAMAQ
XINALAMAQ f Saça (ələ, saqqala) xına
qoymaq. Əlini xınalamaq. - Molla Qurban
.. nazik saqqalını təzəcə xınalamışdı.
M. S. Ordubadi.
XINALANMA “Xınalanmaq”dan f.is.
XINALANMAQ f. Xına qoyulmaq, xına
yaxılmaq.
XINALATMA "Xınalatmaq”dan f is.
XINALATMAQ f Xına qoydurmaq, xına
yaxdırmaq. Ayağını xınalatmaq. Barmaq-
larını xınalatmaq. - ..Saçlarını xınalatmış
(f.sif. ), qaş-gözünü təbii görünəcək qədər
zərif bir şəkildə düzəltdirmiş Qəmər xanım
danışdı.. M.İbrahimov.
XINALI sif. 1 . Xına çəkilmiş, xınalanmış,
əl-ayağına xına qoyulmuş. Xınalı barmaqlar.
- ..Diikaıı-bazar boyalı yumurtalar, rəng-
arəng parçalar, əli-ayağı xınalı adamlarla
dolmuşdu. M.İbrahimov. Manqalın işığında
qadının xınalı dırnaqları və barmağındakı
qızıl üzük işıldadı. İ. Hüseynov.
2. Xınaya bulaşmış, xına dəymiş. [Münəv-
vər xanım:] Mənim də o xınalı baş dəsma-
lımı götür, sabunla isti suda yu. Mir Cəlal.
XINAYAXDI bax xınaqoyma.
XINAYI sif. Xma rəngində olan, xma rən-
ginə oxşar. Xınayı parça. - Gedim, deyirəm,
camaatın dəmirin oda qoyum.. Əsgərlərimiz
üçün bir az buğda yığaq... Arabir gələndə o
biri xınayı çuval var ha. onu verərsiz,
apararlar. Ə.Əbülhəsən. Lətif, yazı stoluna
dirsəklənib barmaqları ilə xınayı saçını
daraqlamış Mərdaııovaııın ona dikilmiş
düşüncəli gözlərində .. böyük bir qayğı hiss
etmişdi. H.Seyidbəyli.
XINCAXINC sif. Ağzınacan. Xıncaxınc
dolu çamadan.
XINC-XINC bax xmcım-xıncım. Bizdən
sora kəndlilər Pəri arvadı və uşağını xara-
badan çıxartmışdılar. Ancaq biçarə arvadın
sağ qılçası dizdən yuxarı xınc-xınc olmuşdu.
C. Məmmədquluzadə.
XINCIM-XINCIM zərf Tikə-tikə, xırda-
xırda, qırıq-qırıq, parça-parça. Şüşə xmcım-
xıncım olub töküldü. - [Mindilli:] Yaxşı ki,
atmağa qoymadın, yoxsa xmcım-xıncım
olardı. S. Rəhman. İndi hər iki təyyarə elə
bir sürətlə üz-üzə gəlirdi ki, ikisindən biri
qaçmazsa, hər ikisi xıncım-xıncım olacaqdı.
XIRD
M.Rzaquluzadə. □ Xıncım-xıncım etmək
(eləmək) - tikə-tikə etmək, qırıb tökmək.
Qəlpə onun sümüklərini xıncım-xıncım et-
mişdi. H.Seyidbəyli.
XINCLANMA “Xınclanmaq”dan f.is.
XINCLANMAQ/ Tikə-tikə olmaq, qırıq-
qırıq olub tökülmək, sınıq-sınıq olmaq. Pən-
cərələr xınclanıb töküldü. Ə.Cəmil.
XIR 1 is. Bostan. Zəmilər işlənir, toxum
səpilir; Qız, qadııı əlləşib əkirlər xır.
M.S. Ordubadi. Qurbanqulu çox iş sevən bir
cavan idi. Sübh hamı qonşularından ertə
durub oduna, biçinə, alağa, xıra, bağa ge-
dərdi. T.Ş. Simurq.
XIR 2 is. Yiv (tüfəngdə, topda, tapançada).
Tüfəngin xırı gedib.
XIRA is. Dəyməmiş, kal yemiş, qovun.
XIRÇAXIRÇ zərf Adətən dolmaq, doldur-
maq feilləri ilə - tamam, ağzınacan. Kisəni
xırçaxırç doldurmaq. - Oturanlar oturmuş,
asılanlar asılmış, vaqonlar xırçaxırç dolmuş-
du. Qantəmir.
XIRÇI is. Bostançı.
XIRÇILDAMA “Xırçıldamaq”dan f.is.
XIRÇILDAMAQ/ Xırçıltı səsi çıxartmaq,
xırç-xırç eləmək. Yalnız ayaqlarımızın al-
tında xırçıldayan çınqılların şikayətini an-
dıran həzin səslər eşidilirdi. S. Hüseyn. Söz
arasında mənə ərəb kəlməsi, farsi lüğəti rast
gələndə elə bilirəm çörək yeyəndə dişimin
altında xırdaca daş parçası qalıb xırçılda-
yır. Qantəmir. At yeriyir, arabanın təkərləri
daşlı yolda bərk xırçıldayırdı. Q. İlkin.
XIRÇILDATMA “ Xı rç 1 1 datm aq ” dan/.7,s .
XIRÇILDATMAQ f. Bir-birinə toxun-
duraraq xırçıltı səsi çıxartmaq.
XIRÇILTI is. İki bərk şeyin (metal,
sümük və s.-nin) bir-birinə toxunmasından
çıxan səs. Otaqda tükürpərdici bir xırçıltı
eşidildi. P.Makulu.
XIRÇIN sif. Çox inadkar, tərs, şıltaq. Xır-
çın adam. - Yeni on dörd yaşa girmişdi bu
yaz; Sarışın, nəşəli, xırçın Gülnaz. M.Müşfıq.
//Məc. mənada. ..Dənizin ta göbəyindən qo-
pub gələn xırçın dalğalar fırtınaya tutulmuş
gəmini bir top kimi atıb tuturdu. A.Şaiq.
XIRD bax xirid. □ Xırd eləmək - sat-
maq. [Abbas:] Bəzirgansan, aç mətahın xırd
458
XIRDA
XIRDAÇILIQ
elə; Qarğalar yükündə nə var deyərlər.
“Abbas və Gülgəz”.
XIRDA sif. 1. Həcmcə, ölçücə, boyca
kiçik, balaca. Xırda boy. Xırda əl. Xırda həb.
Xırda daş. - ..Zeynal özü ilə ancaq xırda bir
dəftərçə götürdü.. B. Bayramov. // Addım
haqqında. Əlində qəhvəyi rəngli kiçik redi-
kul, xırda və yeyin addımlarla gedən Lətifə
başuıı yuxarı qaldıranda Tahiri gördü.
M. Hüseyn.
2. Yaşca kiçik, balaca. Xırda qız. Xırda
uşaqlar. - Mən İrəvana çatan kimi Hacının
xırda oğlu Məşədi Ələkbər çıxdı qabağıma
və zor ilə məni apardı evlərinə. C.Məmməd-
qulıızadə. Camaatın içərisində Cavadın
diqqətini cəlb edən xırda, sarışın bir oğlan
uşağı var idi. Ə. Vəliyev. Bir dəstə xırda
uşaq Kamili araya aldı. M. Süleymanov.
3. ınəc. O qədər də əhəmiyyəti olmayan,
diqqəti cəlb etməyən, ikinci dərəcəli, cüzi.
Əvvələn, xırda işlərdən ötrü suda düşən
işlər və yüngül tənbehlərin hamısı manifestə
düşür. C. Məmmədquluzadə. [Leyla:] Xırda
hisslərlə yaşayan insan min il yaşasa da elə
kölgədir. B. Vahabzadə.
4. Maddi imkanları az olan, iqtisadi cə-
hətcə zəif. Xırda mülkiyyətçi. Xırda təsər-
rüfatlar. Xırda müəssisələr.
5. Yüksək, ictimai və ya xidməti vəzifə
tutmayan. Xırda məmur. O, idarədə xırda
bir vəzifədə çalışır.
6. Yüngülvari, cüzi. Xırda alver. - [Məli-
kin] atası xırda alverçi idi.. M. İbrahimov.
Aşağı bazarda xırda alış-verişçilər, baq-
qallar, dərzi və papaqçılar yerləşmişdi.
H. Sarabski.
7. İs. mənasında. Xırda pul (metal ağ və
ya qara pul). Zahidoğlu əlini uzadıb xırdanı
götürdü və yavaşca cibinə atdı. S. Rəhimov.
[Təmraz:] Mehralı, sən zəhmət çəkmə,
məndə xırda var. S. Rəhman. [Nəcəf bəy
Cavanşir bəyə:] Sən [Bəhruza] nə qədər
vermişdin ki, o sənə bu qədər xırda qay-
tarmışdır. Ə.Məmmədxanlı.
XIRDABOY(LU) sif. Boyu xırda, balaca,
alçaq. Xırdaboylu qız.
XIRDABUYNUZ(LU) sif Buynuzları xır-
da, kiçik (qoyun, keçi və s.). Xırdabuynuzlu
heyvanlar.
XIRDACA sif. 1. Çox xırda və ya bir
qədər xırda; kiçikcə. Xırdaca təpə. Xırdaca
göllər. Xırdaca əl. - Təllin ətəyindən bir
xırdaca çay axırdı. Bu çayın kənarı gözəl
bir çəmən idi. Ə. Haqverdiyev. Balaca
şəhərin küçələrini duman bürümüşdü. Xır-
daca evlər duman kimi görünürdülər.
Çəmənzəminli. Kəndin kənarından get-
gedə sıxlaşan və iriləşən xırdaca qamışlıq
başlanırdı. M. Rzaquluzadə.
2. Azyaşlı, kiçik, balaca, indi səkkiz il idi
ki, muzdur Məşədi Əsgər Qanlıtəpədə bir
arvadı və üç baş xırdaca uşaqları ilə ayda
iyirnıicə manat məvacibə qənaət edib dola-
nırdı. S.M.Qənizadə.
3. Cılız, balaca, nəzəri cəlb etməyən.
Qafar yaşı əlliyə yaxın olan xırdaca, arıq
bir adamdı. Ə.Əbülhəsən. [Rəşid:] Bu arıq,
xırdaca adamın buğlanan çay stəkanını eh-
tiyatla stolun küncünə uzadan azacıq titrək
əlini görürdüm. İ. Hüseynov.
4. ınəc. Nərmənazik, incə, zərif. Salla-
nıbaıı yüz nazıla; Gələn kimin yarıdı bu?
Qəddü-qamət nə qiyamət; Xırdaca dilbərdi
bu. Aşıq Məhəmməd. Naz ilə gəldin otağa;
Leyli nişan, xırdaca qız! Aşıq Əsəd.
XIRDACA-XIRDACA 1 . гзг/ Yavaş-yavaş,
az-az, ahəstə-ahəstə, aramla. Xırdaca-xır-
daca yağar yağışlar; Vurğun Səməd bu döv-
ranı alqışlar. S. Vurğun. Bayır tərəfdən divar-
ların dibi ilə uzanan sərv ağacları yenə də
yavaş-yavaş tərpənir və qırmızı taxtapuşu
xırdaca-xırdaca dınqıldadırdı. S. Rəhimov.
2. sif. Kiçik-kiçik, balaca-balaca (çoxluq
bildirir). Xırdaca-xırdaca uşaqlar. - [Nər-
giz qocaya:] Amma [anamın] göy donunun
üstündə xırdaca-xırdaca çoxlu ağ çiçəklər
var. Ə.Məmmədxanlı.
XIRDAÇI sif. Xırda, əhəmiyyətsiz, boş
şeylərə həddən artıq əhəmiyyət verən, bu
işdə ifrata varan; pedant. Xırdaçı adam. -
Köməkçi Xanqulunu itələyib: - Ə, Xaııqulu,
az xırdaçı ol, - dedi. S. Rəhimov. Bizi ki,
sarsıtmaz afaqı səbəblər; Çünki biz; Xırdaçı
deyiliz. M.Müşfıq.
XIRDAÇILIQ is. Xırdaçı adamın xasiyyəti;
pedantlıq. Dəmirov istəyirdi ki, bəzi adam-
ların xırdaçılığından danışıb onları təhsilə,
savada və mütaliəyə çağırsın. S. Rəhimov.
459
XIRDADƏNƏLİ
[Həmzə] indi xırdaçılıq adı verdiyi bu işin
də faydasız olacağını hiss edirdi. Ə.Əbül-
həsən.
XIRDADƏNƏLİ sif. Dənələri xırda olan.
Xırdadənəli arpa.
XIRDADƏNƏVƏR(Lİ) bax xırdadənəli.
XIRDADİŞ(Lİ) sif. Dişləri xırda olan.
Xırdadiş balıq.
XIRDAGÖVDƏ(Lİ) sif. Gövdəsi balaca,
xırda olan. Xırdagövdəli bitki.
XIRDAGÜL(LÜ) sif. Gülləri xırda, balaca
olan; xırda naxışlı. Xırdagiil çit. Xırdagüllü
ipək.
XIRDA-XIRDA 1. zərf Yavaş-yavaş,
ahəstə-ahəstə, ağır-ağır, aramla. [Qız] hala
gəlib, xırda-xırda yataqdan qalxıb yerində
oturdu və yemək istədi. (Nağıl). Qıraq
tərəfdəki qazmada balaca şam xırda-xırda
yanır, kiçik alov burula-burula qalxırdı.
S. Rəhimov. Basdı qədəmlərini qum üstə
xırda-xırda. B.Vahabzadə.
2. sif. Kiçik-kiçik, balaca-balaca (çoxluq
bildirir). Xırda-xırda ağaclar. Xırda-xırda
komalar. - Çox əziyyət ilə saqqalından
xırda-xırda kağız parçalarını qoparırdı.
Ə. Haqverdiyev. Gülərüzlü bir qadın tez; Qar-
şıladı qonaqları ; Vardı onun bir-birindən;
Xırda-xırda uşaqları. M.Dilbazi. Mamırlı
daşları üzə çıxan çay qolunda, xırda-xırda
gölməçələrdə parlaşan qızıl balıqları gör-
dükdə Qoşqar diiııyada hər şeyi unudardı.
I.Hüseynov.
XIRDA-XURUŞ 1 . is. Hər cür xırda şey-
lər, xırdavat. Xırda-xuruş almaq. - Laçın iki
aydan bəri görmədiyi qəsəbənin ayrı-ayrı
evlərinə, dükanlarına, xırda-xuruşla bəzənmiş
vitrinlərinə baxa-baxa gedirdi. M. Hüseyn.
2. sif. Xırda, kiçik, əhəmiyyətsiz. Evdə
xırda-xuruş söz-sov olar. - Cüınrü Ağama-
lının əhəmiyyəti onun bu xırda-xuruş işlə-
rində deyildi. H. Sarabski. Arvad xeylağı heç
boş durmağı sevməz, evin yüzlərcə və
qurtarmaq bilməyən xırda-xuruş işləri ilə
bütün gün məşğul olub durur. Qantəmir. Bu
xırda-xuruş pıçıltılardan sonra yenə sükut
edib yad adama tamaşa etməyə başladıq.
S. Rəhman.
XIRDAKI is. Xırdalanmış, bölünmüş
düyü; xırda düyü. Dolmaya xırdakı qatmaq.
XIRDALAŞMAQ
XIRDALAMA “Xırdalamaq”dan fis.
Dərman bitkilərinin tədarükü işi aşağıdakı:
toplama, qurutma, xırdalama, saxlama və
qablama mərhələlərindən keçir. R.Əliyev.
XIRD ALAMAQ f. 1 . Bıçaq və ya başqa
kəsici alətlə bir şeyi xırda-xırda eləmək,
doğramaq, kəsmək, parçalamaq. Əti çəkmək
üçün xırdalamaq. Pendiri xırdalamaq. —
..Ətyeyəıı heyvanın, məsələn, pişiyin dişlə-
rinin hamısı iti bıçaq kimidir. Çünki əti
doğramaq, yəni kəsmək ilə xırdalamaq olur.
H.Zərdabi. [Nisə xala:] Xanlar, quzunu xır-
dalama, quyruğu da qoy üstündə qalsın.
Qantəmir.
2. iri pulıı öz qiymətinə bərabər olan
xırda (kağız və ya metal) pulla dəyişmək.
Yüzlüyü xırdalamaq.
3. məc. Fikri açmaq, təhlil etmək, izah
etmək. Sözü xırdalamaq. - Gəlin, bu sözləri
xırdalayaq və görək, bu qısa cümlənin
arxasında nə gizlənir?
XIRDALANMA “Xırdalanıuaq”dan fis.
XIRDALANMAQ 1. məch. Xırda-xırda
edilmək, doğranmaq, tikə-tikə edilmək.
2. t-siz. Parça-parça olmaq, xırda-xırda
olmaq, tikə-tikə olmaq; ovxalanmaq. Sə-
hərdən bəri lopa-lopa yağan qar indi
xırdalanıb şəkər kimi ələnirdi. B. Bayramov.
3. məch. Öz qiymətinə bərabər xırda (ka-
ğız və ya metal) pulla dəyişilmək (iri pul).
4. məc. Kiçilmək, cılızlaşmaq, əvvəlki
bütövlüyünü, dolğunluğunu itirmək. Ot bi-
tər kökü üstə; Yalanmış, bu yalanmış;
Babək nəsli gör bu gün; Necə də xırdalan-
mış! B.Vahabzadə.
XIRDALAŞDIRILMA “Xırdalaşdırılmaq”-
dan fis.
XIRDALAŞDIRILMAQ məch. Kiçildil-
mək, balacalaşdırılmaq.
XIRDALAŞDIRMA “Xırdalaşdırmaq”dan
fis.
XIRDALAŞDIRMAQ f. Kiçiltmək, bala-
calaşdırmaq.
XIRDALAŞMA “Xırdalaşmaq”dan/;'s.
XIRDALAŞMAQ f Balacalaşmaq, kiçil-
mək, xırda olmaq. Onun yuxusuzluqdan xır-
dalaşıb qızarmış gözləri dostlarının üzündə
gəzir, etə bil onların qəlbinə nüfuz edirdi.
460
XIRDALA YICI
XIRILDAMAQ
M. Hüseyn. Əlikram stolun arxasında yastılan-
mışdı, yamanca xırdalaşmışdı. B.Bayramov.
XIRDALA YICI is. Bir şeyi xırdalayan,
doğrayan maşın. // Sif. mənasında. Xırda-
layıcı maşııı. - Bitki materialını toz halına
salmaq üçün müxtəlif növ dəyirmanlardan
və mürəkkəb quruluşlu xırdalayıcı maşın-
lardan .. istifadə edilirdi. R.Əliyev.
XIRDALƏÇƏK is. bot. Rütubətli yerlərdə
bitən, gövdəsində və yarpaqlarında aşı mad-
dəsi olan bitki. Xırdaləçək .. zibilliklərdə,
rütubətli yerlərdə bitir. Gövdələri və yar-
paqlarında aşı maddəsi vardır. M. Qasımov.
XIRDALIQ is. Həcmcə, ölçücə, boyca
xırda olma; balacalıq, kiçiklik. Naxışların
xırdalığı. Əlin xırdalığı. H Balacalıq, kiçik-
lik (yaşca). Xırdalığına, həm də çox çevik-
liyinə görə “Ciniş” ləqəbini qazanmış oğlan
pərt idi. Ə.Əbülhəsən.
XIRDAMEYVƏ(Lİ) sif. Meyvələri xırda,
kiçik olan (gilənar, qarağat və s.). Xırda-
meyvə ağaclar.
XIRDA-MIRDA bax xırdavat. Xırda-
mırda satmaq.
2. top. Hər cür xırda şeylər. Xırda-mır-
danı bir küncə yığmaq. П Sif. mənasında.
Keşiş xırda-mırda ev şeylərini satıb köçünü
yüngül elədi. “Əsli və Kərəm”.
3. Az, cüzi. Xırda-mırda xərclik. - [Ser-
jant:] İki tümən də xırda-mırda xərcim çıx-
mışdı. P.Makıılıı.
4. Kiçik, əhəmiyyətsiz. Altıncı da xırda-
mırda oğurluq eləyənlərdir ki, manifestə
düşüb azad olublar. C. Məmmədquluzadə.
XIRDA-PARA sif. 1. Xırda, kiçik. Köç
vaxtı, özün bilirsən ki, xırda-para şeylər çox
olur və tərəkəmə əhlində də insaf olmaz,
əlinə hər nə gəlsə, ağırlığına, yüngüllüyünə
baxmayıb, atır dilsiz-ağızsız heyvanın iistə..
F. Köçərli. [Hacı Novruz:] Xırda-para mülk
sahibləri hamısı bizim tərəfimizdə olacaq-
lar. Ə.Haqverdiyev. // İs. mənasında. Xırda,
kiçik şey və s. [Kərbəlayı Məhəmmədvəli:]
Ancaq bu qış səkkiz camışım, on dörd
inəyini, xırda-paradan başqa, tələf olubdur.
N. Vəzirov.
2. məc. Əhəmiyyətsiz, cüzi, kiçik. İndiyə
qədər də [Meşinovun] xırda-para işlərdə
ilişib qalmağı yalnız müvəqqəti bir haldır.
S. Rəhimov. [Nazlı:] Ancaq, Rövşəncan,
bizim burada bəzi xırda-para işlərimiz var.
S. Rəhman.
XIRDASÜNBÜL(LÜ) sif. Sünbülləri xır-
da, balaca. Xırdasünbüllü taxıl.
XIRDAVAT is. Metaldan, sümükdən, də-
ridən və s.-dən hazırlanan xırda şeylər
(kəmər, düymə, daraq və s. kimi). [Kişi:]
Əldə xırdavat satmağa üç yüz manat pul
düzəldib buraya gəldim ki, mal alıb aparam.
S.S. Axundov. [Kişinin] xırdavat satma-
ğından və uzun saqqalından şübhələnmiş-
dilər. Mir Cəlal.
XIRDAVATÇI is. Xırdavat mallar satılan
yer. Xırdavatçı dükanı. // Xırdavat satan
adam. [Cavanşir bəy Nəcəf bəyə:] Mənə
xırdavatçılar süfrəsindən pay lazım deyil.
Ə.Məmmədxanlı.
XIRDAV ATÇILIQ is. Xırdavatçınm işi,
peşəsi. Xırdavatçıhq eləmək.
XIRDAY ARPAQ(LI) sif bot. Yarpaqları
xırda olan. Xırdayarpaqlı kol. Xırdayarpaq-
lı ağac.
XIRDIM-XIRDIM bax xmcım-xıncım.
[Salam dayı] ayna tək parıldayan başını
aşağı dikib eynəyinin üstündən içəri girmiş
adama baxdı. Eynəyinin şüşələri xırdım-
xırdım olmuşdu. Q. İlkin.
XIRXALAMA “Xırxalamaq”dan f.is.
XIRXALAMAQ f. Ayağının altına salıb
əzmək, əzişdirmək; xırpalamaq. [Kənd-
lilər] ho... ho... ho - deyib baxmağa başla-
dılar. - Əgər cöngə kişini xııxalayıb öldür-
məsə?! S. Rəhimov.
XIR-XIR 1 . sif. Səsi xırıltılı. Xırxır adam.
- Bu çolaq, xır-xır qocanı görəsən niyə
cəzalandırmışlar? S. Vəliyev.
2. is. Xırıltılı səs, xırıltı. Ancaq yabana
hürən köpəklərin xır-xırı, hürüşü kəsmə-
kəsnıə eşidilirdi. S.M.Qənizadə.
XIRILDAMA “Xmldamaq’’dan /и.
XIRILDAMAQ f. 1 . Aydın olmayan, bo-
ğuq, tutqun səs çıxarmaq; xırıltı səsi çıxar-
maq. Ölmək ötməkdir, xırıldamaq nə de-
məkdir. (Məsəl). [Dəli:] “ uşaqları gözləyin,
uşaqları gözləyin ” deyə-deyə epileptik
adamlar kimi yerə dəydi, xırıldayaraq yu-
xuya getdi. M.İbrahimov. Əlyarovun üz-
gözü əyildi. - Nəyi soruşum, nəyi öyrənim?
461
XIRILTI
- deyə xırıldadı. M.Hüseyn. Zakir udqundu,
özünə yad gələn boğuq, titrək bir səslə xı-
rıldadı. H.Seyidbəyli.
2. Bax xışıldamaq. Qar xoş bir səda ilə
xırıldayır. B. Bayramov.
XIRILTI is. Boğulan, yaxud çətin nəfəs
alan adamın boğazından çıxan spesifik səs;
xır-xır səsi. [Dərviş:] Qulağımıza xırıltı
gəldi. A.Divanbəyoğlu. [Məstan bəy] boğa-
zındakı xırıltını rəf etmək üçün iki-üç dəfə
öskürdü. B.Talıblı. Onun sinəsindən qalxan
odlu bağırtılar indi xırıltılara çevrilmişdi.
H.Nəzərli.
XIRILTILI sif. Xırıltı ilə, boğuq, tutqun,
xırıldayan. [Yaşlı kişi:] Birdən-birə mənə
tanış gələn xırıltılı bir səs qışqırmağa
başladı. S. Hüseyn. Kişi oğlunun üzünə
baxıb, xırıltılı səslə güldü. I. Şıxlı.
XIRIM-XIRDA is. 1 . Çox işlədilən, tez-tez
lazım olan hər cür xırda şeylər, ev şeyləri.
Xırım-xırdanı yeşiyə yığmaq. - Nərgiz,
Nərgizcaıı! - deyə [Rəşid] cəld irəli addım-
layıb Nərminə xanımın xırım-xırdası ilə yüklü
qollarını qızma doğru uzatdı. Ə.Məmməd-
xanlı. Məzlum .. üzünü təmiz qırxdı, xırım-
xırda şeylərini və skripkasını yerbəyer edib
çamadana yığdı. S.Vəliyev. Əsəd kişi .. bu
mücrüyə xırım-xırda yığardı və heç kəsin də
onunla işi olmazdı. B. Bayramov.
2. məc. Kiçik, xırda, əhəmiyyətsiz, cüzi.
Xırım-xırda işlər. - Oxucularımızdan tə-
vəqqe edirəm inciməsinlər ki, hamam kimi
xırım-xırda məsələlər ilə mən onları məşğul
edirəm. "Mol. Nəsr.”. Gərək ki, [Həsən]
xırım-xırda alver də edirdi. Qantəmir.
[Prokuror:] Haradasa, kim isə xırım-xırda
oğruları, rüşvətxorları həvəsləndirir, şirnik-
dirir. M.Hüseyn.
XIRIP-XIRIP is. Heyvanların otu dişlə-
rilə qırparkən çıxan səs.
XIRLAMA “Xırlamaq”dan/w.
XIRLAMAQ f Xır salmaq, başdan-başa
bostan eləmək.
XIRLI' sif. Yivli (tüfəng, top, tapança).
XIRLI 2 sı/l 1. məh. Varlı, pullu. Xırh adam.
2. Köklü, əsaslı, yerində. Sözü deyər -
xırlı deyər. (Məsəl).
XIRLIQ 1 is. Xır salınmış yer, bostan yeri.
XIRNİK
XIRLIQ 2 is. Çınqıllıq, daşlıq. Xırlıqda ot
bitməz. (Ata. sözü). Get-gedə güney yerləri
sel yuyub xırlığa çevirdi. S.Rəhimov.
XIRLI-PIRLI zərf dan. Əməlli-başlı,
lazımınca, əsaslı surətdə. [Səfər:] Döyül-
məyinə döyüləcəyəm, qoy xırlı-pırlı, ağıllı-
başlı döyülüm. C. Cabbarlı.
XIRMAN is. [fars.] 1. Dəni sünbüldən
ayırma əməliyyatı. ..Xəstə olduğum cəhətə
bu yay xırmanım hamıdan geriyə qalmışdı.
S.S.Axundov. [Rəşid:] Qurbanqulu uşağı
görər-görməz xırman çəkdiyi atı buraxır və
quyunun yanına qaçır. T.Ş. Simurq.
2. Taxılı döymək, təmizləmək və qurut-
maq üçün qabaqcadan hazırlanmış dairəvi
düz yer, meydança. Atlı Hacı Namazalını
xırmandan gəlib apardı nəçərnikin yanma.
C.Məmmədquluzadə. Kəndlilər hamısı bö-
yük bir xırmanın vanına yığılmışdı. M.İbrahi-
mov. □ Xırman döymək - taxılın dənə-
lərini xüsusi alətlərlə sünbüldən ayırmaq.
Danabaş kəndinin kənarında.. Məşədi Ağa
kişi on iki yaşlı oğlu Əsəd ilə bahəm xırman
döyürlər. C.Məmmədquluzadə. Biçər biçini,
arpanı, döyər əkinçi xırmanı; Çuval-çuval
döyüb yığar əkinçi arpa-bıığdanı. A. Səhhət.
[Həsən:] tskəndər də mənim oğlum olub, xır-
man döyəndə necə kömək eləyir. Ə. Haqver-
diyev. Xırman sovurmaq - taxıl dənələ-
rinə qarışmış samanı ayırmaq üçün onu kü-
rəklə havaya sovurmaq.
0 Xırmanüstü vədə - boş, yalan vədə.
XIRMAN ALTI is. Xırman sovrularkən
qalan qalıq. Xırmanaltını bir yerə yığmaq.
XIRMANCIQ is. Kiçik xırman.
XIRMANÇI is. Xırmanda taxıl döyən, xır-
manda işləyən adam. Kənardan baxan xır-
mançılar buraya yüyürür, “ ho-ho-hoş ” deyib
səs-kiiy salırdılar. S.Rəhimov. İndi sovruq
yeli təzəcə qalxdığına görə xırmançılar əl-
ayağa düşmüşdülər. B. Bayramov.
XIRMANDÖYƏN bax xırmançı.
XIRMANLIQ is. Xırman salmağa, xırman
döyməyə yarar yer. Xırmanlıq hazırlamaq.
XIRNİK is. Subtropik və mülayim iqlimli
yerlərdə bitən portağalaoxşar iritumlu, ətli,
şirin meyvə (canlı dildə buna yanlış olaraq
çox vaxt “xurma”da deyilir).
462
XIRP
XISINLAŞMAQ
XIRP təql 1 . Adətən feillərdən sonra gələ-
rək, onların ifadə etdiyi işin, prosesin birdən,
qəfildən, ani olaraq kəsildiyini bildirir. Fay-
tonçunun səmimi, yanıqlı bir səslə oxuduğu
gözəl mahnı birdən xırp kəsildi. M.Hüseyn.
Kim isə zəncirləri lom ilə yerə atır. Dəzgah
xırp dayanır. M.İbrahimov. Qədir xırp kiridi.
Heç kəs dinmədi. Mir Cəlal.
2. Tamam, büsbütün, başdan-başa. [Qafar:]
O Püstə arvad xırp yalan deyir. S.S.Axundov.
XIRPADAN zərf daıı. Birdən, gözlənil-
mədən; büsbütün. [Qurban Telliyə:] ..Telli,
çağa Yazgülün səsini eşidən kimi xırpadan
səsini kəsdi. Ə.Məmmədxanlı.
XIRPALAMA “Xırpalamaqdan” f. is.
XIRPALAMAQ f. 1. Boğazından yapış-
maq, boğazlamaq. Mehdi qapını döyüb
Əsədi çağırdı. Əsəd tələsik qapını açan kimi
Nəbi onu xırpaladı. “Qaçaq Nəbi”.
2. ınəc. Üzmək, əzmək, əzişdirmək, mə-
nəvi əzab və iztirab vermək. Bu qara düşün-
cələr onu yorur və pəncəsində əzib xırpala-
yırdı. A.Şaiq. islam Tellinin izzəti-nəfsini
ayağı altına alıb xırpalamışdı. S. Hüseyn.
XIRPALANMA “Xırpalanmaq’’dan /w.
XIRPALANMAQ məch. Mənəvi əzab və
iztirab çəkmək. O, kədərli düşüncələrin
ağırlığı altında xırp al anırdı. - [Qönçə:]
İndi tamam iki avdır Iıər gecə əzilir, xırpa-
lanıram. S. Hüseyn.
XIRSIZ 1 is. Oğru. [Birinci qulam:] Qanlı
xırsızlar! İmdi burdan qaçan uğursuzlar!
H. Cavid. Qaranlıqda kölgələnmə, gözəl qız!
Cilvələnmə xırsızların içində. M. Müşfiq.
XIRSIZ 2 sif. Xırı (yivi) olmayan. Xırsız
tüfəng.
XIRSIZLIQ is. Oğruluq. Gördüyünüz bu
hərif xırsızlıqlar yapardı. M. Rahim.
XIRT təql. Doğranan, sınan, qopan, par-
çalanan kövrək şeydən çıxan səs; xırç. Qolu
xırt eləyib yanına düşdü.
XIRTAXIRT təql. Bıçaqla, dişlə və s. ilə
kəsilən, doğranan bərk şeydən çıxan səs
(prosesin davamlılığım göstərir). Uşaq qəndi
xırtaxırt yeyir. - [Hidayət:] [Əlikram] adamın
başını qatlayıb küt bıçaqla xırtaxırt kəsər, uf
da deməz. B. Bayramov.
XIRT-XIRT bax xırtaxırt. [Kərim baba:]
Qoyunların xırt-xırt otlamasındaıı gözlə-
rimin qapaqları ağırlaşmışdı. A.Şaiq. [Na-
dir] utandığından qızarıb başını aşağı dikdi
və atların xırt-xırtla (z.) arpa çeynə-
mələrinə tamaşa etməyə başladı. B.Talıblı.
XIRTILDAMA “Xırtıldamaq”dan f.is.
XIRTILDAMAQ f. Xırt-xırt səsi çıxart-
maq. Quşbaşı qarların ağır-ağır yerə en-
məsi, ayaqların altında xırtıldaması adama
ayrı ləzzət verir. M. Rzaquluzadə.
XIRTILDATMA "Xırtıldatmaq”dan f.is.
XIRTILDATMAQ f. Dişlərilə sındıraraq,
doğrayaraq, əzərək yemək, xırtıldada-xır-
tıldada yemək (bərk, kövrək şeyi). Qazmağı,
qəndi xırtıldatmaq. - Soldat da bizim kökü
xırtıldatmağımızı eşidib dedi.. S. Vəliyev.
XIRTILTI is. Sınan, qəlpələnən şeydən
çıxan səs.
XIS-XIS bax xısın-xısın. Bir də gör-
dülər ki. adamlar xıs-xıs danışırlar. Nəbi ev
yiyəsindən soruşdu.. “Qaçaq Nəbi”.
XISILDAMA "Xısıldamaq”dan f.is.
XISILDAMAQ f. Pıçıltı ilə, çox yavaş
səslə, altdan-altdan demək, söyləmək.
Dağbaşev Sübhanverdizadənin bu hərəkə-
tindən qorxuya düşdü və onu qucaqlayan
kimi: — Kimin? — deyə xısıldadı. S. Rəhimov.
Məmməd, yumru alnının altından ifadəsi və
hərəkəti güclə seçilən bozaraq gözlərini
arada bir ətrafına dolandırıb .. xısıldadı.
Ə.Əbülhəsən.
XIŞILTI is. Çox yavaş, gizli danışıq səsi,
pıçıltı. Kosa katibin qulağına əyilərək xışıltı
ilə: - Öz aramızda, bir iş var, - dedi.
S. Rəhimov. [Fərman bəy] bir an dinməyib
ətrafı diqqətlə yoxlayandan sonra xışıltı ilə
danışmağa başladı. M.Hüseyn. Elə bu vaxt
Maral lap yanında bir xışıltı eşitdi.
Ə.Əbülhəsən.
XISIN-XISIN zərf Yavaş-yavaş, gizli-
gizli, xəlvəti, altdan-altdan. Səttarın anası
hələ xısın-xısın ağlayırdı. P.Makulu. Orada-
burada, xısın-xısın danışıb-gülüşən tək-tək
adamlar görünürdü. M. Süleymanov.
XISINLAŞMA “Xısınlaşmaq”dan f. is.
XISINLAŞMAQ qarş. Bir-birilə gizli, pı-
çıltı ilə danışmaq, xısın-xısın danışmaq, pıçıl-
daşmaq, xəlvəti danışmaq. Molla Qafar, Kər-
bəlayı Hətəmxan, bir də Hacı Səfiqulıı kürk-
lərinə birə düşmüş kimi yaman xısınlaşırlar.
463
XIŞ
S. Rəhimov, [ismayıl kişinin dəstəsi] yollar
üstündəki kəndlərdə dayanıb, tanış-bilişlə
görüşür, onlarla xısınlaşır, öz məqsədlərini
onlara izah edir, .. üsyan etməyə çalışırdılar.
P.Makulu.
XIŞ is. Yer şumlamaq üçün ibtidai kənd
təsərrüfatı aləti. [Tarverdi] ..xışları, boyun-
duruqları, cüt qayışlarını yoxlayır, əlavə xış
düzəldir, yerə salmaq istəyirdi. S. Rəhimov.
..Dağın lap ətəyində kəndli xışla yer
şumlayırdı. B. Bayramov.
XIŞ-XIŞ təql. Xışıltı səsi. Zərf mənasında.
Xışıltı ilə. Yarpaqlar küçələr boyunca sürü-
nüb gedən boz boğanaq içində xış-xış xışılda-
yır. Mir Cəlal. ..Yaşıl atlazdan don geyinmiş
zəmilər xış-xış xışıldayaraq dalğalanırdı.
S.Şamilov.
XIŞILDAMA “Xışıldamaq”dan f.is.
XIŞILDAMAQ f Xışıltı səsi çıxartmaq,
xış-xış eləmək. Yay yağışlarından sonra
yolların kənarında bitmiş uzun, yaşıl otlar
külək əsdikcə dalğalanır və xışıldayırdı.
M.Hüseyn. Dənizdən xəfif meh əsir, yar-
paqlar xışıldayır, şəhər yatırdı. M. Süley-
manov.
XIŞILDATMA “Xışıldatmaq”dan /«.
XIŞILDATMAQ f. “Xış-xış” səs çıxart-
maq. Arabir xəfif külək əsir, xəzan yarpaq-
larını xışıldadırdı. M.Hüseyn. Yaşıl ağac-
larda saralan yarpaqların sayı günü-gündən
artır, yerə tökülür və ara-sıra əsən yel də bu
yarpaqları xışıldada-xışıldada süpürür və
küncə-bucağa toplayırdı. T.Ş. Simurq.
XIŞILTI is. 1 . Bir-birinə dəyən, sürtünən
şax şeydən və ya axan sudan çıxan xəfif
səs, xış-xış səsi. Atlaz xalatların xışıltısı. -
Ay qara buludun dalına girdi, yerə qara
pərdə çəkildi. Ocağın alovu söndü, meşədə
xışıltı artdı. A.Divanbəyoğlu. Xışıltı ilə axan
çavın səsi ətrafın sükutuna başqa bir ahəng
verirdi. T.Ş. Simurq. Söyüdlü arx yarpaqla-
rın incə xışıltısı altında səssizcə axıb ge-
dirdi. İ.Əfəndiyev.
2. Təngnəfəslikdən törəyən boğuq səs;
töyşük. [Sədrin] sinəsindəki xışıltı get-gedə
artırdı. B. Bayramov.
XIŞILTILI sif. Xışıltı səsi çıxaran, tö-
rədən. Xışıltılı bir yağış meşəyə səpələn-
XİDMƏT
məyə .. göylərdə şimşəklə oynamağa baş-
ladı. S.Rəhimov.
XIŞIRTI bax xışıltı.
XIŞLAMA “Xışlamaq’’dan f.is.
XIŞLAMAQ f. Torpağı (yeri) xışla sür-
mək, şumlamaq. Halbuki Cavahir ev işin-
dən başqa, yəni mal-qaranı görmək, təzək
qoymaq, xörək hazırlamaq, çörək yapmaq-
dan başqa, bağçanı suvarır, yer xışlayır.
əkib-biçir, bir sözlə, hər bir işi görürdü.
T.Ş. Simurq.
XIŞLANMA “ X ı ş 1 an m aq ” d an/.'« .
XIŞLANMAQ məch. Xışla sürülmək, şum-
lanmaq. Sahə başdan-başa xışlanmışdır.
XIŞLANMIŞ fisif. Xışla sürülmüş, şum-
lanmış.
XIŞMA is. Adətən “bir” sözü ilə: bir
xışma - ovucdolusu, bir ovuc. Bir xışma ot.
Bir xışma buğda. - Qaşıq gəlincəyə qədər
səbr etməyib [Ağasəfər] aşdan bir xışma
götürdü. Ə.Əbülhəsən. Salam, atından enib
qara torpaqdan bir xışma götürdü, baxdı.
Mir Cəlal. [Yusif] deməyə söz tapmayıb
naxırçı çantasından bir xışma zoğal çı-
xartdı: -Aç ətəyini, Şahpəri! B. Bayramov.
XIŞMALAMA "Xışmalamaq”dan f.is.
XIŞMALAMAQ f. 1 . Qamarlayıb götür-
mək, ovcu ilə götürmək, ovuclamaq. Əlya-
rov pulları cəld xışmalayıb stolunun orta
siyirməsinə qoydu. M.Hüseyn. Kəndlilər
toxumluq buğdanı xışmalayıb dəmyə yerlərə
səpəndə şirin bir arzu ilə “ ya bəxf’ de-
yərlər. Mir Cəlal. Nərgiz yeni-yeni ələ gələn
saçını xışmaladı, gözləri torpağa baxa-
baxa qaldı. B. Bayramov.
2. Ovuclayıb əzik-əzik etmək, büzüşdür-
mək, əzib-tökmək. Hacı Rəsul, müştərisin-
dən daha ağır söz eşitməmək üçün əlindəki
qəzeti xışmalayıb ovcunda sıxdı. Mir Cəlal.
Firəngiz cibindəki kağızları xışmaladı.
B.Bayramov.
XIZIR is. 1 . ilyas peyğəmbərin adı.
2. məc. Xilaskar.
XİDMƏT is. [ər.] 1. Bir idarədə, müəs-
sisədə və s.-də maaşla qulluq etmə, işləmə,
rəsmi vəzifə yerinə yetirmə. □ Xidmət et-
mək - bir idarədə, müəssisədə və s.-də
maaşla işləmək, qulluq etmək, rəsmi vəzifə
464
XİDMƏT
XİDMƏTİ
yerinə yetirmək. Qorodovoy Kərbəlayı Zal
iyirmi beş ildən artıq polis idarəsində xidmət
edirdi. Ə. Haqverdiyev. // Vəzifə, iş. Zeynal
ötəyə-bəriyə müraciət edib sabiq xidmətini
geri istəyirdisə də, müvəffəq olmayırdı.
S. Hüseyn. Xalça fabrikində girib xidmətə;
Bağlandı zəhmətə vicdanla Rəna. M. Rahim.
2. Hərbi vəzifə yerinə yetirmə, ordu sı-
ralarında və ya donanmada qulluq etmə; əs-
gəri vəzifə. Orduda xidmət. Həqiqi hərbi
xidmətə çağırış. - Bu qürbət şəhərdə hərbi
xidmətdə olan bir neçə yoldaşla bərabər
əlahiddə bir evdə yaşayırdıq, evdə su lüləsi
yoxdu, qonşu evdən aldığımız quyu suyunu
qaynadıb içirdik. Ə.Məmmədxanlı.
3. Orduda hərbi məşğələlər, vəzifələr sa-
həsi, habelə onlara xidmət edən idarələr
sistemi. Ordunun tibbi xidmət idarələri.
İnzibati xidmət. Kəşfiyyat xidməti.
4. İstehsalat sahəsi, habelə bir işin xüsusi
sahəsinə baxan idarə, təşkilat. Hava xid-
məti. Qəza-bərpa xidməti. Dəmir yolunun
hərəkət xidməti. H Adamların ehtiyaclarını,
rahatlığını təmin edən təsərrüfat və ya
başqa vasitələr sistemi. Kommunal xidməti.
Rabitə xidməti.
5. Yüksək qiymətə, ada, nüfuza layiq
olan hərəkət, fəaliyyət, iş. Vətən qarşısında
böyük xidmət. Yubilyarın xidmətləri haq-
qında danışmaq. - Sənin işin, xidmətin, bir
qəhrəmanlıq kimi tarixdə qalacaqdır.
R.Rza. [Rəşid:] ..Mən bizim xidmətimiz və
mövqeyimiz arasındakı fərqi başa düşürdüm.
İ. Hüseynov. □ Xidmət etmək (eləmək) -
birinin və ya bir şeyin xeyri, səadəti,
xoşbəxtliyi, rifahı naminə iş görmək, çalış-
maq, əmək sərf etmək. Xidmət göstərmək
-bax xidmət etmək. Mərhum Həsən bəy
[Zərdabi] ömrünün əvvəlindən axırınadək ..
millət yolunda xidmət göstərməklə camaat
içində çox şöhrət qazanmışdı. “Mol. Nəsr.”.
6. Birinə qullııq göstərmə; birinin ehtiyac
və tələbatını təmin etmək üçün görülən iş.
Dostcasına xidmət. Öz xidmətini təklif
etmək. Əvəzsiz xidmət. Əhaliyə mədəni-
maarif xidməti. - Mən labüd qaldım bun-
lara [hamballara] deyim ki, bir surətdə ki,
bunlar bizə qulaq asmırlar, bizə bunların
xidməti heç lazım deyil. C.Məmmədqu-
luzadə. [Fəxrəddin:] Gözəl Səba! - dedi, -
sən məni bu xidmətinlə minnətdar edirsən.
M. S. Ordubadi. Kosa bu xidmətin qabağında
özünü ömürlük kuryerlik vəzifəsindən azad
olmuş sayırdı. S.Rəhimov. □ Xidmət et-
mək (göstərmək) - başqalarının hər hansı
bir ehtiyac və tələbatını təmin edəcək iş
görmək. Alıcılara yaxşı xidmət etmək. -
Əmin qəsrində xəlifə tərəfindən təyin edilən
qızıl kəmərli qulamlar, zümrüd və yaqut
xalxallı cariyələr və zərinələrə bürünmüş
kənizlər Azərbaycan heyətinə xidmət edirdi.
M. S. Ordubadi. Tarix göstərir ki, öz zama-
nında tərəqqiyə xidmət edən əsərlərin ömrü
daha uzun olur. M.Hüseyn. Rəşidin atası
neft mütəxəssisi olmaq, xalqına kömək.
Vətəninə xidmət etmək istəyirdi. Ə.Vəliyev.
XİDMƏTÇİ is. 1 . Zehni və ya istehsalatla
bağlı olmayan fiziki əməyin müxtəlif sa-
hələrində maaşla xidmət edən adam; qul-
luqçu. Fəhlə və xidmətçilər. - Mirzəağa
[Cəmiləni] istirahət evinin bir xidmətçisi və
ya məsul bir işçisi zənn etdi. S. Hüseyn.
Kənd məktəbinin qoca xidmətçisi İmran kişi
artırmaya qalxıb qapını döydü. Q. İlkin.
// Adamların ehtiyaclarını təmin etməklə
məşğul olan, xidmət göstərən şəxs. Xid-
mətçi qızlar hər sərnişinə ayrıca balaca pod-
nosda və çox təmiz qab-qacaqda yemək
paylayırlar. M. İbrahimov.
2. Ev qulluqçusu (qız, qadın). Məhəmməd
Səfi ağa bir az səbir eləyib, xidmətçi qızı
[Alının] dalınca göndərdi. Çəmənzəminli.
[Ceyran] Eldarın evindəki xidmətçi qadın-
dan da bəzi məlumat alır. S. Hüseyn. // Qul-
luqçu, nökər. Axırda [Cəlilin] nadincli-
yindən anası da bezar olub, onu bir dükançı
yanma xidmətçi qoydu. İ.Musabəyov. [Pəri
Bəhrama:] Onu yaxşı bil ki, sən bu evdə xid-
mətçi kimi bir şeysən. C. Cabbarlı. Əmioğ-
lunun xidmətçisi Məmnıədrza uşaqlıqdan bu
üç ailə içində yaşadığına görə, hamımız ona
bir külfət üzvü kimi baxırdıq. S.S.Axundov.
XİDMƏTÇİLİK is. Maaşla bir idarədə və
ya bir yerdə xidmət etmə, işləmə; xidmət-
çinin gördüyü iş.
XİDMƏTİ sif. Xidmətlə, rəsmi vəzifə ilə,
işlə bağlı olan. Xidməti işlər. Xidməti eza-
miyyət. Xidməti maşnı.
465
XİDMƏTKAR
XİLAS
XİDMƏTKAR is. [ər. xidmət və fars. ...kar]
Xidmətçi. Sübh çox ertə oyanardı qarı; Dur-
ğuzar idi lıamı xidmətkan. A.Səhhət. Nə ke-
şikçilərdən, nə qapıçılardan, nə də sair xid-
mətkarlardan əsər-əlamət yox idi. M. Rzaqu-
luzadə.
XİDMƏTKARLIQ is. Xidmətçilik, birinin
xidmətində olma. // məc. Qulluq göstərmə,
xidmət göstərmə; nökərçilik.
XİDMƏTSEVƏN sif 1. Yaxşı baxılmağı,
yaxşı qulluq edilməyi, yaxşı xidmət edilmə-
yi tələb edən. Çay çox xidmətsevən bitkidir.
2. məc. Öz işinə, vəzifəsinə həddən artıq
can yandıran, lakin ona çox rəsmi yanaşan
adam.
XİFFƏT is. [ər.] Fikir, dərd, qəm, qüssə;
fikir çəkmə. Qaldı mən dilxəstəyə ancaq
məlalii xiffətin. S.Ə.Şirvani. Bəsdir mənə
verdiyin bu xiffət. Natəvan. [İbrahim:] Göv-
hərtac .. xiffətdən, qüssədən müqəvvaya dö-
nübdür. Ə.Haqverdiyev. □ Xiffət çəkmək
- 1 ) fikir çəkmək, kədərlənmək, qüssələn-
mək, qəm-qüssə etmək. Dolanını başına,
mürüvvət deyil; Bu qədər ki, sənsiz xiffət
çəkirəm. Q. Zakir. [İnsan] hər gün görsə də,
qəlbinin duymadığı, nəfəsinin ətrini hiss
etmədiyi bir adam ondan uzaqlaşandan
sonra, qəlbindəki boşluğu görür və gecə-
gündüz xiffət çəkir. İ.Şıxlı; 2) başqasının
fikrini, qayğısını çəkmək. Əzəlindən oldum
eşqə dəlalət; Sirr verdim nanıərdə, etdi
ədavət; Yolunda çəkməkdən xiffət, xəcalət;
Əriyib bu Cümə çağaya döndü. Molla
Cümə. Əzizim, meşə mənsiz; Dağ mənsiz,
meşə mənsiz; Qorxuram xiffət çəkə; Yar
dərdə düşə mənsiz. (Bayatı). □ Xiffət
eləmək (etmək) - bax xiffət çəkmək 1-ci
mənada. [Ata:] Ay bala, niyə xiffət eləyir-
sən, özün bilirsən ki, biz kasıbıq, qohum-
əqrəbamız və möhkəm arxamız yox, bizə
qızını verərlər? Ə.Haqverdiyev. Qardaş-
bacı .. dağlar qədər dərdi olan analarını xif-
fət etməyə qoymurlar. S.S.Axundov. Gənc
ömrümün bağında yazım sənsən, gülüm sən;
Xiffət edib, sıxılıb, qüssələnmə, gülüm, sən.
N.Xəzri. Xiffət gətirmək - kədər-qüssə
gətirmək, kədərləndirmək, kədərə-qüssəyə
səbəb olmaq. Evlərin təlıər-tövründə qəlbə
xiffət gətirən bir köhnəlik vardı. Ə.Əbülhə-
sən. Xiffət vermək - fikir çəkməsinə,
dərdlənməsinə, kədərlənməsinə səbəb ol-
maq, dərdə salmaq, xiffətləndirmək.
XİFFƏTLƏNDİRMƏ “Xiffətləndirmək”-
dən fis.
XİFFƏTLƏNDİRMƏK f. Xiffət çəkdir-
mək, kədərləndirmək, qəm-qüssə çəkdir-
mək.
XİFFƏTLƏNMƏ “Xiffətlənmək”dən fis.
XİFFƏTLƏNMƏK f. Xiffət çəkmək, kə-
dərlənmək, qüssələnmək. Oğlunun dərdin-
dən ana çox xiffətləndi.
Xİ-Xİ-Xİ! nida. Yavaş gülüş bildirən səs
təqlidi. [Allahyar:] Ə, Tarverdi, yaz. - Onun
savadı var ki, yaza! Xi-xi-xi. S.Rəhimov.
Uşaqlar “xi, x i, xi” edib açılışmağa baş-
ladılar. M. İbrahimov.
XİLAF is. [ər.] 1. Zidd, əks. [Hakimi-şər:]
Ağa Salman, deyirlər. Hacı Qafurun övladı
qalıbdır. Sənin bu sözün xilafına isbatın
varmı? M.F.Axundzadə. Usta Ramazan adə-
tin xilafına səbirsizlik göstərdi. M. Hüseyn.
2. Yalan, qeyri-həqiqət. [Vəzir:] Sənin
çörəyin mənə qənim olsun, əyər xilaf ərz
edirəm. M.F.Axundzadə. [Əmir:] Zeyd,
mənim sözüm əmir sözüdür; onda xilaf ola
bilməz. Leylanı sənə verərəm. Lakin sən
mənə qırx gün möhlət ver. Ü.Hacıbəyov.
0 Vədi xilaf olmaq - bu və ya başqa
səbəbə görə vədini, dediyini yerinə yetirə
bilməmək. [Molla İbrahim Xəlil:] Yerdə
qalır iyirmi pud, onu da yəhudilər aparsınlar
ki, mənim vədim xilaf olmasın. M.F.Axund-
zadə. Vədinə xilaf çıxmaq - verdiyi sözü,
vədi yerinə yetirməmək, yalançı çıxmaq.
[Əbülhəsənbəy:] Hərgah vacib işim olma-
saydı, heç vaxt mən verdiyim vədəmə xilaf
çıxmazdım. M. S. Ordubadi. Lətifə yenə gözlə-
rini qaldırmadan cavab verdi: - Bəli, usta.
Qoy vədinə xilaf çıxan utansın! M.Hüseyn.
XİLAFƏT is. [ər.] tar. Ərəb xəlifələrinin
hakimiyyət dövrü; xəlifəlik. // Ərəb isti-
laları nəticəsində yaranmış, başında xəli-
fənin durduğu feodal dövlət.
XİLAS is. [ər.] Qurtulma, xilas olma;
nicat, qurtuluş. □ Xilas etmək - 1) qurtar-
maq, nicat vermək. Təhlükədən xilas etmək.
Suda boğulanları xilas etmək. - Cəfayə, zül-
mə bütün nifrət eyləyir aləm; Xilas elə bəşəri
466
XİLASEDİCİ
zülmdən cəsarət ilə. Ə.Vahid. Yoldaşların-
dan bir neçəsi onu xilas etməyə yüyürmək
istədisə də, nəzarətçi ağacını qaldırıb
onlara çığırdı. M.Rzaqıduzadə; 2) azadlığa
çıxartmaq, azadlıq vermək. Xilas olmaq -
qurtulmaq, azad olmaq, nicat tapmaq, canını
qurtarmaq. Ölümdən xilas olmaq. Əsarət-
dən xilas olmaq. - Veylabadııı üstə səadət
günü doğdu. Şəhər bir böyük bəladan xilas
olmuşdur. Çəmənzəminli. [Veysəl] tələdən
nə cür xilas olmaq haqqında düşünərkən,
qaranlıqdan kimsə soruşdu. Ə.Vəliyev.
XİLASEDİCİ sif. Xilas etmək üçün olan,
xilas edən; xilaskar, qurtarıcı. Xilasedici kə-
mər. Xilasedici qayıq.
XİLASETMƏ bax xilasedici. Xilasetmə
ekspedisiyası. Xilasetmə stansiyası.
XİLASKAR sif. [ər. xilas və fars. ...kar]
Təhlükədən, ölümdən xilas edən; xilasedici,
qurtarıcı. // Is. mənasında. Rüxsarə axırıncı
olaraq öz xilaskarını ziyarət etməli, onunla
vidalaşmalı idi. S. Rəhimov. Olmazın sar-
sıntı keçirmiş Mehriban xilaskarının boynu-
na sarılıb uşaq kimi ağlayır. H.Seyidbəyli.
XİLASKARLIQ is. Təhlükədən, ölümdən
xilas etmə, qurtarma, xilas olmasına, qurtar-
masına kömək etmə.
XİLQƏT is. [ər.] 1. Yaradılma, yaradılış.
Dünyayə gələn getmək üçündür, bu nə
qənidir; Bir fikr elə, bu xilqəti-aləm nə
üçündür. S.Ə.Şirvani. Xoşdur xilqətdəki hər
gözəlliyi; Ürəkdən duyaraq anlaya bilmək!
M. Müşfiq. Minlərcə gözəl olsa da hər millət
içində ; Olmaz sənə bənzər, gözəlim, xilqət
içində. Ə.Vahid.
2. Birinin təbiətində, yaradılışında olan
hal, xüsusiyyət; təbiət, yaradılış. Bu xasiy-
yət onun xilqətində var. Bu adamın xilqəti
belədir. - ..Ürək də qəribə xilqətdir deyən;
Bəzən öz istəyi özünə yükdür. M. Araz.
XİLLƏ is. Bəzi məməli heyvanların (fil,
qaban və s.-nin) ağzmm kənarındakı iri,
möhkəm dişlər.
XİMER is. [yun.] Əjdahaya bənzəyən,
ağzıalovlu heyvan.
XİMƏ is. [ər.] Çadır, alaçıq.
XİNGAL is. Dama-dama kəsilmiş xəmir
parçalarından bişirilən xörək. Sulu xingal.
Quru xingal. Qovurma xingal. - Fərrux
XİRİDAR
xingalın hazır olub-olmamağını yoxlamaq
üçün o biri otağa keçəndə Molla Qurban
durub toqqasını genəltdi. Ə.Vəliyev.
0 Xingal kimi doğramaq - tikə-tikə
doğramaq, tikə-tikə etmək. ..Bizi görən
kimi yükləri töküb qaçacaqlar, qaçmasalar,
əl açsalar, hamısını xingal kimi doğraya-
cağam. M.F.Axundzadə. Mənə Balıadır-
oğlu Xanbaba deyərlər, qoymaram ayağı-
vuzi ayağıvuzuıı üstündən götiirəsiz, hamı-
vuzi xingal kimi doğraram. H. Sarabski.
XİNGALXANA is. Xingal bişirilib satılan
yeməkxana.
XİNGALLIQ sif. Xingal üçün hazırlanan,
xingala yarar. Xingallıq qoyun əti.
XİNİN bax kinə. İsitmə ( malyariya ) mü-
alicəsində qiymətli dərman olan kinə ( xinin ),
Cənubi Amerikanın yerli əhalisi olan inklər
tərəfindən tapılmışdır. M. Əfəndiyev. Qız
yol çantasından kiçik bir qutu, qutunun da
içindən sterilizə olunmuş pambıq arasındakı
iynəni çıxardıb, Heybətin kürəyinə xinin
vurdu. M.Hüseyn.
XİRƏLƏMƏK f. Bulandırmaq.
XİRİD is. [fars.] Satınalma, alma (mal,
şey). □ Xirid eləmək (etmək) 1) satın
almaq, pulla almaq (mal, şey və s.). [Əsgər
bəy:] Təbrizdə sən bizə də, özünə də xirid elə.
M.F.Axundzadə. [Ağa Qurban:] Keçən il get-
mişdim Nijni yarmarkasına, mal xirid eləyib
yola saldıqdan sonra bir neçə gün istirahət
üçün qalmaq xəyalına düşdüm. Ə. Haqver-
diyev; 2) dan. satıb başdan eləmək.
XİRİDARA, [fars.] 1. Alıcı, müştəri. Ma-
lın xiridarı yoxdur. - Mətaın atma bazarə;
Xiridar olmayan yerdə. M. V. Vidadi. Qədri-
kəmali-hüsnü ЫНг aşiqi-lıəzin; Əlbəttə,
qədri-zərri xiridar olan bilir. S.Ə.Şirvani.
// Məc. mənada. [Zakir] hüsnünə xiridar
olandan bəri; Saf cana yetişib ziyan
əlindən. Q. Zakir.
2. məc. Bir şeyin qiymətini bilən, ona
lazımi qiymət verə bilən, başa düşən; sər-
raf. Söz xiridarı. — Hicrana yandı canım,
tüstüsüdür dağdakı çən; Canımı hərraca
qoydum, de, xiridarı haııı? Şəhriyar. İsi
dayının “ tərzi-ifadəsi ’’ Məmmədsadığın
olduqca xoşuna gəldi. O belə “tərzi-ifa-
də”nin xiridarı idi. Lakin isi dayının “ tərzi
467
XİTABƏT
XİRQƏ
ifadəsı'ni çətin anladı. “ Məkruf ’ sözünü o
bilirdi. B.Bayramov.
XİRQƏ is. [ar.] köhn. 1. Cübbənin altın-
dan geyilən içi pambıqlı qısa geyim. Əfğan
çəkib etdi xirqəsin çak; Səhraiərə düşdü
zarü qəmnak. Füzuli. [Şah:] Bir yandan da
ədavətin kəsrətindən xirqəmin altında bıçaq
tutub bu xalıları doğrayırdım. Ə. Haqverdi-
yev. ..Vaqif isti kürkünü soyundu, nökərlər-
dən biri onun çiyninə zoğalı çuxasının
üstündən samur xəzli ipək xirqə saldı, sonra
içəri girdi. Çəmənzəminli.
2. Dərvişlərin geydikləri uzun üst paltar.
Qurbani qurbandı şahın dərinə; Dərviş
bilmir xirqə nədi, dəri nə? "Qurbani”.
XİRTDƏK is. Nəfəs yolunun yuxarı his-
səsi. Əlyarov az qala Teymurun xirtdəyin-
dən tutub boğmaq istəyirdi. M. Hüseyn.
[Yusif] sümüyü çıxmış yanağını, xirtdəyini,
cəhəngini qanatmışdı. B.Bayramov.
0 ...Xirtdəyə kimi çıxmaq - lap çox
olmaq, həddini aşmaq; boğaza çıxmaq.
Qazma planı axsayır, yeni neft yatağı açılır,
hər addımda israf xərclər xirtdəyə çıxırdı.
M. Süleymanov. [Hətəmov:] İş-gücün xirt-
dəyə çıxan vaxtı başlamısınız ki, biz səya-
hətnamə oxumağa gəlmişik. B.Bayramov.
Xirtdəyə qədər (kimi) - 1 ) boğaza qədər.
Cavad yoldaşları ilə birlikdə xirtdəyə kimi
lehməyə bataraq, qalııı meşələrdən keçir,
həmişə məqsədə, hədəfə doğru irəliləyir.
Ə.Vəliyev. Nəhayət, divar qəzetində bura-
xılan karikaturada Mirzənin xirtdəyə qədər
çaxır çəlləyinə girdiyi göstərilirdi. Mir
Cəlal; 2) lap çox, həddindən çox. Xirtdəyi
əl(in)də olmaq - taleyi ... əlində olmaq,
tamamilə asılı olmaq. [Iskəndər kişi:] On-
dan sonra [yasavulun] xirtdəyi bizim əli-
mizdədir. M.Hüseyn. Xirtdəyi ələ keçmək
- yaxalanmaq, girə keçmək, ələ keçmək.
Xirtdəyindən yapışmaq - sıxışdırmaq,
çıxılmaz vəziyyətə salmaq, boğazından
yapışmaq.
XİRTDƏKLƏMƏ “Xirtdəkləmək”dən /и.
XİRTDƏKLƏMƏK f Xirtdəyindən tut-
maq (yapışmaq), yaxalamaq, boğazlamaq.
[Qəssab] oğlan içəri girən kimi, onu xirt-
dəkləyib basdı yerə. (Nağıl). Səmənııaz qarı
qapını açanda atlılardan biri qəfildən onu
xirtdəklədi. Ə.Vəliyev. Daldan iki qüvvətli
ə! [polkovniki] xirtdəklədi. S. Vəliyev.
XİRTDƏKLƏŞMƏ “Xirtdəkləşmək”dən
fis.
XİRTDƏKLƏŞMƏK qarş. Bir-birinin xirt-
dəyindən (boğazından) yapışaraq, dalaşmaq,
boğazlaşmaq.
XİSLƏT is. [ar.] İnsanın təbiətinə məx-
sus sifət; xasiyyət, təbiət. Xoş xislət. Sərt
xislət. - [Şirin Çingizə:] Əşirət dövründə bir
ailə başçısının şəxsi xisləti yekə bir ııəslə keç-
miş və indiyə qədər də davam edir. Çəmən-
zəminli. Əvət, qəribədir xislətim mənim; Din-
lə, uzunsa da söhbətim mənim. M. Müşfiq.
XİTAB [ər.] 1. Bir şəxsə və ya camaata
müraciətlə deyilən sözlər; müraciət. Məc-
nun ki, eşitdi bu xitabı; Verdi bu əda ilə
cavabı. Füzuli. İlimizin hər günü, yaxşı bi-
lirəm ki, mən; Ağsaçlı atalardan xitabdır
nəsillərə. S. Rüstəm. Şüşənin altında naşı,
lakin həyəcanlı bir xətlə mənə xitab yazılan
bir kağız görürəm.. Mir Cəlal. □ Xitab
etmək (eləmək) - müraciət etmək, üzünü
tutaraq söz demək. [Şah] sonra üzün hərəm-
lərə tutub xitab elədi: Mənim əziz həmfıraş-
larım! Mən kəmali-əfsııs ilə məcburəm ki,
bir yaman xəbər sizə elan edəm. M.F.Axund-
zadə. Zeynal çox mütəəssir idi. Mehribanın
xoş bir şivə ilə ona xitab etməsi həyəcanını
artırdı. S. Hüseyn.
2. qram. Cümlədə kimə işarə edildiyini
bildirən, lakin qrammatik cəhətdən cümlə
üzvü olmayan söz və ya söz qrupu. Xitab-
dan sonra nida işarəsi qoymaq.
XİTABƏN zərf [ər. ] Xitab edərək, üzünü
tutaraq, xitabla, müraciətlə. [Müslümbəy]
qoca kişiyə xitabən; - Əmi, bu uşaq sənin
nəyindir, oğlundurmu? - deyə sual etdi.
A.Səhhət. Namiq Kamalın bu şerini Mirzə
Süleyman bəy .. beş-on kişi bir yerdə görən
kimi, onlara xitabən dekloıııasiya üsulu ilə
söyləyirdi. B.Talıblı.
XİTABƏT is. [ər.] 1. Xətiblik.
2. Səlis və aydın nitq söyləmə qabiliy-
yəti. Ey siixəndanan, bu günlər bir hidayət
vəqtidir! Ülfətü ünsiyyətə dair xitabət
vəqtidir! M. Ə. Sabir. □ Xitabət kürsüsü -
natiq üçün düzəldilmiş xüsusi hündür yer.
468
XİTABNAMƏ
XOF
Qurban ağır-ağır ayağa durub xitabət kür-
süsünə yaxınlaşdı. İ. Şıxlı. Bir stəkan təmiz
su; Bir xitabət kürsüsü; Ürəyimin gur səsi;
Dalğa-dalğa yayılsın; Yer də, göy də ayıl-
sın! X.Rza.
XİTABNAMƏ is. [ər. xitab və fars. ...namə]
bax müraciətnamə. Arabir divarlara xi-
tabııamələr yapışdırılır: Ukrayna hökuməti
kəndliləri bolşeviklərlə mübarizəyə dəvət
edir. Çəmənzəminli.
XİTAM is. [ər.] Bitmə, qurtarma, sona
çatma; axır, son, tamam. □ Xitam vermək
- 1) bitirmək, tamamlamaq, başa vurmaq.
Xanəndə yastı balabanla oxuyub gecəyə xi-
tam verərdi. H. Sarabski. Ərşad [Əflatun və
Ərəstunun] mübahisəsinə xitam verib bir-
likdə layihəni hazırladı. S. Rəhimov; 2) hüq.
işi bağlamaq, qurtarmaq, xətm etmək.
XİYABAN is. [fars.] Hər iki tərəfində
ağac əkilmiş yer, yol və s. Bağ gözəl bağ-
dır: bir böyük xiyabanı var ki, iki tərəfindən
uca çinarlar qalxıb. Ə.Haqverdiyev. Qar hər
yeri biiriiyən zaman, [uşaqlar] bağın xiya-
banlarında qardan top qayırar, onları yu-
ma! amağa başlar dılar. S.S. Axundov. Bul-
varın xiyabanlarında salxım-salxım parlaq
işıqlar yandı. H.Seyidbəyli.
XİYABANLI sif. Xiyabanı olan, hər iki
tərəfi ağaclı. Xiyabaıılı park.
XİYABANLIQ is. Xiyaban olan yer; xi-
yaban. Şəhərin üst tərəfi xiyabanlıq idi.
XİYAR is. Qabaq fəsiləsindən olan uzun-
sov, yaşıl, tumlu bostan meyvəsi. Yayda
süfrədə xiyar görünməsə, hamını kədər ba-
sar. Ə.Vəliyev. Dağ ətəyində pomidor hələ
indi-indi qızarır, tər xiyar nübarını verirdi.
B. Bayramov.
XİYARƏK is. tib. Qasıqda limfa vəzilə-
rinin iltihabından törəyən xəstəlik.
XİYARLIQ is. Xiyar əkilmiş yer, xiyar
bostanı.
XİZƏK is. Təkər əvəzinə altı sürüşkən
qoşa ağac və ya dəmir üzərində qurulmuş
qış arabası. [Rus Əhmədin] donan sulardan,
buzun üstü ilə arabaların keçməsindən və
adamların keçə çəkmə geyib at qoşulmuş xi-
zəklə gəzməsindən olan söhbətlər uşaqlara
daha çox xoş gəlirdi. İ. Şıxlı. Uşaqlar da qar
yağanda; İşə saldı xizəkləri. M. Dilbazi.
□ Ayaq xizəyi - qar üzərində hərəkət et-
mək üçün ayaqlara bənd edilən altı sürüş-
kən yastı ağac parçaları.
XİZƏKÇİ is. Xizək sürən, xizək id-
mançısı.
XLOR is. [yun. chloros - yaşımtıl-sarı]
Texnikada, sanitariyada - zərərsizləşdirici,
hərbi işlərdə isə zəhərləyici maddə kimi
işlədilən yaşımtıl-sarı rəngli boğucu kim-
yəvi maddə - qaz.
XLORÄTOR [yun.] Suyu xlorlaşdırmaq
üçün cihaz.
XLORLAMA “Xlorlamaq”dan f. is.
XLORLAMAQ f. Xlor vasitəsilə təmiz-
ləmək. Suyu xloıiamaq.
XLORLANMA “Xlorl anmaq ”dan /.7.s\
XLORLANMAQ məc. Xlor vasitəsilə tə-
mizlənmək. Suyun xlorlanması.
XLORLU sif. Tərkibində xlor olan, xlorla
birləşmiş olan.
XLOROFİL [yıın.] Bitkilərdə: yarpaqlara,
zoğlara yaşıllıq verən və onların karbon tur-
şusunu mənimsəməsinə kömək edən rəng-
ləyiri maddə.
XLOROFÖRMA [fr. chloroforme - qarış-
qa turşusu] Tərkibində xlor olan spesifik
qoxulu, şirintəhər, rəngsiz maye - üzvi
maddə (ümumi narkoz və ağrıkəsən dər-
man kimi işlədilir).
XLORÖZ [yun.] bot. Bitkilərdə: yarpaq-
larda və zoğlarda yaşıl rəngin çatışmaz-
lığından törəyən xəstəlik hal.
XOCA is. köhn. 1. Keçmişdə mədrəsədə
təhsil alıb başına sarıq sarıyan, cübbə geyən
dindar adam və ya din xadimi. İsfahan mül-
kündən gələn xocalarl; Bu canınıda intizarım
var mənim. Aşıq Abbas. [Naib:] Bövlə für-
sət bulunur, sanma, xocanı! H.Cavid.
2. Müəllim, mürəbbi, tərbiyəçi. [Müəl-
lim:] Birisinin xocası siz analar, o birisinin
xocası biz müəllimlər. A.Şaiq.
XOCAXOCA is. zool. Bədənini ağlı-
qaralı tük örtmüş itidimdikli köçəri quş.
XOF is. [ər.] Qorxu. Qiyamət xofundan,
eşq havasından; Əridi, qalmadı yağ ürə-
yimdə. Aşıq Ələsgər. Bu sözlər Lətifənin
qəlbinə soxulmuş tərəddüd və xofu azaltmadı.
M. Hüseyn. [Mirzəyev Nazlıya:] Bəs şəriət?
Bəs Allah xofu? Heç mollanın sözündən
469
XOF-XƏTƏR
XOXAN
çıxmaq olar? Ə.Məmmədxanlı. □ Xof
etmək (eləmək) - qorxmaq, vahimələn-
mək. [Haıun:] Düşmənin zoru qabağında
könül xof eyləməz. Ü.Hacıbəyov. Mən bu
gəlişdən çox xof edirəm, ah ! Başqa bir məq-
sədlə gəlir Bəhram şah. A.Şaiq. [Qızı] həyat
elə miibariz, elə dava-dalaş sevən eləmişdi
ki, kişilər yanından keçəndə xof eləyirdi.
S. Rəhman. Xof götürmək - qorxu götür-
mək, vahiməyə düşmək, vahimə basmaq,
xoflanmaq. Məmməd ayılıb gördü ki, Hin-
distan padşahının qızı Pərixanım yanın-
dadır. Məmmədi xof götürdü. (Nağıl). Xofa
düşmək - qorxuya düşmək, qorxmaq, çə-
kinmək, sığınmaq, vahiməyə düşmək, xof-
lanmaq. Mələkə xanını bu sözdən xofa düşdü.
"Qurbani”. Mən tamam ömrümdə əgər iki
dəfə bərk xofa düşmüşəm, elə biri haman
gün idi ki, atlı Hacı Namazalını xırmandan
gəlib apardı ııəçərnikin yanma. C.Məmməd-
quluzadə. [Əmiraslan bəy:] Yoxsa gopçu Ədi-
lin sözündən xofa diişmüsünüz? S.S.Axun-
dov. Firəngiz .. bəzən xofa düşüb həyəcan
keçirirdi. S. Rəhimov. Xofa salmaq - qor-
xuya salmaq, qorxutmaq, xoflandırmaq.
Oğlundan ayrılmaq [Rüstəmi] xofa salmağa
başlayır. S. Rəhimov. Ürəyinə xof salmaq
- ürəyinə qorxu salmaq. İkincisi, idarənin
qabağındakı maşın [Bayramın] ürəyinə xof
salmışdı. Ə.Vəliyev.
XOF-XƏTƏR is. [ər.] Təhlükə, qorxu,
təhlükə doğuracaq şey; qada-bəla. Xof-
xətərdən qurtarmaq. - Hamının qəlbindən
xof-xətər getdi və hamı [Məhəmməd Qaca-
rın] qətlindən sonra asudə və arxayın nəfəs
aldılar. F. Köçərli.
XOFLANDIRMA “Xoflandırmaq”dan fis.
XOFLANDIRMAQ f Qoıxııya salmaq,
vəhmələndirmək, qorxutmaq, hürkütmək;
şübhəyə salmaq.
XOFLANMA “Xoflanmaq”dan fis.
XOFLANMAQ f Qorxuya düşmək, vəh-
mələnmək, hiirkmək, şübhələnmək. Qaran-
lıqdan xoflanmaq. - Mirzə Cəmil fəhlələrin
ən adi hərəkətindən belə xoflanır, tez-tez
polis çağırıb şübhələndiyi adamların yerini
ələk-vələk elətdirir. Ə.Vəliyev. Oğlan belə
laiibali bir kişinin gözlənilməz hərəkətindən
və sözündən xoflandı. Mir Cəlal.
XOFLU sif. və zərf 1. Xof içində, təlaş
içində, şübhə içində; şübhəli. Xoflu adam. -
Xain xoflu olar. (Ata. sözü). Şahmar bəy
gedəndən bir az sonra Fərhad və Məhərrəm
daxil olurlar, xoflu, yavaşdan danışırlar...
N.Vəzirov.
2. Dəhşətli, qorxulu, vahiməli. Pirinin
səksəkəli, xoflu baxışından Umudun boğazı
tıxandı, tikəsini zorla udub fikirləşdi ki, yə-
qin indi Pirinin ürəyi yel vurmuş yarpaq
təkin titrəyir. I.Məlikzadə.
xoflu-xoflu zərf Qoı xa-qorxa, təlaş və
həyəcan içində, ehtiyatla. Mağaza işçiləri
qəzet parçasına xoflu-xoflu baxıb başlarını
buladılar. H.Seyidbəyli.
XOFLULUQ is. Xoflu olma halı. [Ataş]
[Mirzə Cəmildə] gördüyü hiyləgərliyi, xoflu-
luğu belə yavaş-yavaş unudurdu. Ə.Vəliyev.
XOFSUZ zərf Qorxmadan, çəkinmədən,
ehtiyat etmədən. ..Cürətli, mərdanə və
xofsuz söz danışmaq, nüfuzu ziyadə bir fır-
qəni tənqid etmək ancaq Seyid kimi daniş-
mənd və süxənvər şairlərin .. və ədiblərin
şəninə gəlibdir. F. Köçərli. // sif. Qorxu bil-
məyən, heç şeydən qorxmayan, çəkinmə-
yən; cəsarətli, ürəkli. Xofsuz adam.
XOX! (XUX!) dan. 1. Hədə, qorxu mə-
nasında işlədilən nida. Xux, qorxdum sən-
dən! - [Məşədi Səftər:] Xox, yeyərsiz məni,
çox böyük adamlar gəlir. M. Əliyev. [Camal
Həsənova:] Bura bax, ey, mənə nə eləyə-
cəksən? Xux, qorxdum səndən. M. İbrahi-
mov. □ Xox (xux) eləmək dan. - “xox”
(“xux”) deyərək qorxutmaq. Hidayət, təkəb-
bürlə yeriyə-yeriyə .. özünü dartan oğlana
tərəf əyilib, xox elədi.. B. Bayramov.
2. məc. Balaca bir şeydən qorxan, hürkən,
çəkinən; qorxaq (adətən cəm şəklində
işlənir). [Maarif müdiri:] Rüstəm kişi, get bu
demaqogiyanı başqasına gəl, mənə yox. Mən
sən deyən xoxlardan deyiləm. M.İbrahimov.
XOXAN, XOXU is. İfritə (adətən körpə
uşaqları qorxutmaq üçün işlədilir). Yum gö-
zünü, xoxu gəlir. - Atalar .. bununla bəra-
bər yenə tamam doğru yola girmədilər ..
uşaqların başlarına vurdular, gözlərini
qorxutdular, “xoxan gəldi” .. dedilər. “Mək-
təb”. [Yazgül:] Ay ana, mən də eynıəndim,
bəlkə xoxanmış. Ə.Məmmədxanlı.
470
ХОККЕҮ
XORALI
XOKKEY [ing.] Ot və ya buz üzərində
şayba və ya top ilə iki komanda arasında
oynanılan idman oyunu. ..Xokkey, xizək sür-
mək, ovçuluq, spininq (stolüstü raket oyunu),
boks, avtomoto, su polosu və başqa idman
növləri də insan orqanizminə çox yaxşı təsir
edir. Ə. Babayev. Mən dözərəm birtəhər,
əldən versək tennisi; Basketbolu, xokkeyi.
Ancaq ar gəlir mənə ; Şeir-sənət yolunda
birinci görməyəndə; on min vaşlı ölkəni.
X.Rza.
XOKKEYÇİ is. Xokkey oyunçusu. Xok-
keyçilərin final turniri.
XOLERİK is. \yun.] Nitqində, hərəkə-
tində aydın təzahür edən qızğın hissiyyatlı
adam.
XOLESİSTİT \yıın. ] tib. Öd kisəsinin ilti-
habı.
XOLESTERİN [yun.] Canlı toxumalarının
tərkibində (o cümlədən əsəb toxumasında,
öddə, dəri piyində) olan sterin qrupundan
üzvi birləşmə, maddə.
XONÇA is. Şirniyyat, meyvə və s. yeməli
və ya başqa hədiyyələr qoyulmuş bəzəkli
podnos, tabaq və s. Yüzlərlə gözəl cariyələr
əllərində əlvan yeməklər dolu xonçalar içəri
daxil oldu. M. S. Ordubadi. Bir tərəfdə Aslan
bəy qabağında bir neçə xonça oturmuş. Əsəd
bəylə söhbət edir. C. Cabbarlı. Hər təmiz süf-
rədə neçə nemət var; Xonçalar bəzənir rəng-
bərəng şamla. S. Vurğun. □ Xonça kimi -
al-əlvan, ala-bəzək, bərbəzəkli. Parçanın
xonça kimi gülləri. - Divarı və qapı səqfhıi
örtən qol-budaqlı tənəyin xonça kimi şax
yarpaqlarını görəndə barmağını dişlədi.
Mir Cəlal. Xonça tutmaq - podnosa müx-
təlif şeylər qoyub bəzəmək. Bayram xon-
çası tutmaq. - Şahvələd gözəl bir xonça
tutub bir imansız qarı tapıb xonçanı gön-
dərdi Şahsənəm üçün. "Aşıq Qərib”. Xonça
tutub göndərərəm sənin də öz payını; Sən də
artır öz əlinlə zəfərlərin sayını! S.Vurğun.
// etnoqr. Adətə görə toyda, nişanda içə-
risinə şirniyyat, paltar, parça-qumaş, qızıl-
gümüş və s. qoyulub bəzədilmiş və üstü
qırmızı parça ilə örtülü podnos və s. Qız
evinə xonça aparmaq. - Bir ildən sonra
oğlan evi qız üçün paltar hazırlayıb qırmızı
xonçalara qoyar və qız evinə aparardı.
H.Sarabski. Qumru, gəlinin paltarı qoyulmuş
xonçanı, başqa arvad isə yer-yemiş olan
xonçanı başında aparırdı. Ə.Abasov. Bütün
bayramlarda oğlan evindən qız evinə hə-
diyyələr, xonçalar getməliydi. B. Bayramov.
XONSA sif. Hər iki cinsin əlamətləri olan
canlı. □ Xonsa etmək - axtalamaq. Afrika
ölkələrində yaşayan müsəlmanlardan bir
qismi azyaşlı, günahsız oğlan uşaqlarını tu-
taraq rəhmsizliklə xonsa edir və onları mü-
səlmanlar yaşayan başqa ölkələrdə satırlar.
M.F.Axundzadə.
XONSALIQ is. Xonsa olma, iki cinsin
əlamətini daşıma.
XOR 1 [yun.] Hər hansı vokal əsəri bir
vaxtda ifa edən oxuyanlar dəstəsi. Xor dəs-
təsi. Uşaq xoru. - [Müəllif:] Biz də yoldaş -
tarımızla xor təşkil edirik. T.Ş. Simurq.
[Rüstəm kişi:] Briqadir Şirzadın yaxşı səsi
var. Xor dərnəyi düzəltməyi ona tapşırmalı.
M. İbrahimov. // Kollektiv tərəfindən ifa
edilmək üçün yazılmış musiqi pyesi. Xoru
çox gözəl ifa etdilər.
XOR 2 : xor baxmaq - ikrahla, həqarətlə,
alçaq nəzərlə, saymazcasma baxmaq, qiy-
mət verməmək, dəyərsiz saymaq. Xor
baxarsan, ac qalarsan. (Ata. sözü). [Əbu-
bəkr ibn Məhəmməd Eldənizin Nizamiyə
yazdığı məktubunda] Atam da, əmim də hö-
kumətlərini Azərbaycan xalqının qılıncları
kölgəsində qurduqlarına baxmayaraq, bu
xalqa xor baxdıqları üçün məhv oldular.
M. S. Ordubadi. Faydalı bir zəhmətə lıeç bir
zaman üstdən aşağı xor baxmaq olmaz.
S. Rəhimov.
XORA 1 is. 1. Çalınmış otun yerində bitən
təzə ot, bitki və s. Taxıl xorası. Xora sa-
həsindən suvarma nəticəsində yüksək arpa
məhsulu götürmək olar.
2. Axıra qalan yetişməmiş meyvə.
XORA 2 is. tib. Dəri üstündə irinli, xırda
yaralar (çox vaxt "yara-xora” şəklində işlə-
nir). Xora basmaq. - Bu plastır ( naftalanlı
yapışqan plastırı ) dərinin xroniki iltiha-
bında, yara və xora üzərinə qoymaq üçün
işlənir. R.Əliyev.
XORALI sif. Çirkli, irinli yaralar basmış.
Xoralı üz. Xoralı əl. - Arxa yaralı, başxoralı,
471
XORDA
XORTUM
sinə cərahət; Bu zəhmət ilə cənnəti neylərsən,
əmioğlu? M.Möcüz.
XORDA [chorde - tel] 1 . riyaz. Əyri xət-
tin iki nöqtəsini birləşdirən düz xətt.
2. biol. Bəzi heyvanların (məs., balıqla-
rın) bel sütunu fəqərəsi. Bağırsağın arxa
tərəfindən uzununa yastıqşəkilli xorda ay-
rılır. M.Axundov.
XOREOQRAFİK sif. Xoreoqrafıyaya aid,
xoreoqrafıya ilə bağlı. Xoreoqrafik səhnə-
ciklər.
XOREOQRÄFİYA [choıeia - rəqs və
graplıo - yazıram] Rəqs sənəti. Xalq
xoreoqrafiyası. Xoreoqrafıya məktəbi. -
Hər xalqın incəsənətində özünəməxsus olan
milli forması xoreoqrafıya sənətində daha
əyani və qabarıq bir surətdə nəzərə çarpır.
Ə.Bədəlbəyli. // Balet rəqsləri yaratma və
səhnədə göstərmə sənəti.
XOREYA [choreia - rəqs] tib. Əl-ayağm
qeyri-ixtiyari titrəməsindən ibarət əsəb
xəstəliyi.
XORHAXOR zar/' Bərk xorultu səsi çıxa-
raraq. [Salman:] Qoy xorhaxor yatanlar sübh
tezdən oyansınlar. S.Rəhimov. [Canbalayev
Bəyim xalaya:] Səni bu həyətə xorhaxor yat-
maq üçünmü qoyublar? İ. Hüseynov.
XOR-XOR təql. bax xorultu 1-ci mənada.
Məcidin xor-xoru Nadiri fikir və xəyalatdan
ayıltdı. B.Talıblı. □ Xor-xor xoruldamaq
- bərk yatmaq, xorultu ilə yatmaq. Mənıməd-
həsən ağanın anası Xanım xor-xor xorulda-
yırdı. Çəmənzəminli.
0 Xor-xor qəlyan - bax sulu qəlyan
(“qəlyan”da).
XORİST \уип.\ Xorda oxuyan, xor artisti.
XORLAMA “Xorlamaq”dan f.is.
XORLAMAQ f. Hürkmək, hiirküb çəkil-
mək. Bəxtiyar pambığı atdı gölə. Gölün
suyu o saat köprüyüb qalxdı. Atlar bunu gö-
rən kimi, xorruyııb geri çəkildilər. (Nağıl).
Biz xeyli getmişdik ki, birdən Xanpəriııin atı
xorladı. Ə.Vəliyev. // Məc. mənada. Giivəc
görməyən qazan görəndə xorlayar. (Ata.
sözü). // Çəkinmək.
XORMEYSTER [yun. xor və alın, meister
- usta] Xor dəstəsinin rəhbəri, xor dirijoru.
XORNA bax xorultu. Sükutu yalnız
Aslanın bərkxorna səsi pozurdu. S.Vəliyev.
□ Xorna çəkmək - xoruldamaq. Tiıyəkkeş
bərk xorna çəkdikdən sonra başını qaldırır.
A.Şaiq. [Firidun:] Çayçı şagirdinin gətirdiyi
bir stəkan tünd çayı içib, üst köynəyini çı-
xartdı, büküb başının altına qoyaraq, həsi-
rin üstünə uzandı. Bu zaman kəndlilərdən
biri uzun bir xorna çəkdi. M. İbrahimov.
XORT: xort düşmək - bax xurt düş-
mək (“xurt”da). Qədim davı yerdə bir az
zarıyıb söyləndi, sonra xort düşüb yatdı.
S.Rəhimov.
XORTDAN is. Guya gecə qəbirdən xort-
layaraq çıxıb yatmış adamların qanmı soran,
onlara pislik edən qorxunc, dəhşətli möv-
hum bir vücud. Axırı biçarə ananız sizə de-
yirdi: - Bala, ağlama, xortdan gələr, səni
aparar! C. Məmmədquluzadə. [Əsəd:] Bit-
adama deməyiniz, qəbiristanda xortdan
var... B.Talıblı. // məc. Görünüşcə qorxunc,
insanı dəhşətə salan adam haqqında. Xort-
dandı, çoxandı, qoyma, gəldi! Kirdarı ya-
mandı, qoyma, gəldi! M.Ə. Sabir.
XORTLAMA “Xortlamaq”dan f.is.
XORTLAMAQ f. Guya dirilmək, dirilib
qəbirdən çıxmaq. [Sonanın] qabağına köl-
gələr, qəbirdən xortlavan ölülər çıxmamış-
dı. M. İbrahimov. [Ələmdar:] [Məşədi] qır-
saqqız oğlu qır-scıqqız, elə bil o gorbagor
Hacı Abutalıbın özüdür ki, qəbirdən xortdu-
yııb... S.Rəhimov. [Molla Kərim:] Ey insan
cildinə girmiş şevtani-ləin, söylə, söylə
görüm kimsən, nə günahın sahibisən və nə
üçün xortdamısan? B.Talıblı.
XORTULDAMA “Xortuldamaq”dan/w.
XORTULDAMAQ f. Xortultu səsi çıxart-
maq, xort-xort eləmək. Donuz xortııldayır.
XORTULTU is. Donuzların çıxardığı səs.
XORTUM is. 1. Fillərdə və bəzi başqa
heyvanlarda müxtəlif vəzifələr (tənəffüs,
iybilmə və s.) icra edən boru şəklində
uzanan mütəhərrik ağız və ya burun qismi.
Deyən zorlufil; Tapdağında sürüklənən bir
aciz deyil; Bir gün gələr qəzəblənib tutacaq
səni: Xortumunda ümmanlara atacaq səni.
A.İldırım. // zool. Bəzi onurğasız heyvanla-
rın bədənlərinin müxtəlif vəzifələr (ovu
tutub boğma, özünü qoruma və s.) icra edən
ön hissəsi və ya bu hissədəki fırlar. Zəlinin
xortumu. - Boz-qara Qafqaz arısının bə-
472
XORTUMCUQ
XORUZ
dəni başdan-başa tünd bozdur və xortumu
uzundur. Bu cins arılar çox sancmır.
R.İbrahimov. ..Axşanı düşürdü, elə bil, dün-
yanın bütün ağcaqanadlarını yığıb tökürdülər
bura və ağcaqanadlar adamı yandırıb tökən,
iynəli xortumlarını işə salırdılar. İ.Məlikzadə.
Ağcaqanadlar elə sancırdılar ki, onların xor-
tumu dəyən yer bir saat göynəyirdi. İ. Şıxlı.
2. tex. Müxtəlif maşınlarda qabağa uzan-
mış heyvan bıırnıınıı xatırladan tutucu hissə.
Dəzgahın xortumu. - Torpağın ürəyindən
ağrısını çəkir bax; Maşınlar xortumuyla qo-
caman fillər kimi. S. Rüstəm. Parovozlarla
yanaşı olaraq xortumları yuxarı qaldırılmış
hündür ekskavatorlar yırğalana-yırğalana
irəliləyirdi. Ə. Sadıq. // Nasos və kranlara
taxılan brezent, rezin və ya başqa material-
dan hazırlanmış uzun boru. Yanğın maşını-
nın xortumu.
3. Səhra toplarında: lüləni əl ilə hədəfə
tuşlamaq üçün top qundağının uzanan arxa
hissəsi. Mədəd, yaxında qara xortumu düş-
mən tərəfə uzanıb duran topa, o yanda ağ
qar zəmisində girəcəkləri seçilən qazmalara
baxdı. Ə.Əbülhəsən.
XORTUMCUQ is. Balaca xortum. Arının
xortumcuğu.
XORTUMLU sif. 1. Xortumu olan. Xor-
tumlu milçək. Xortumlu maşın.
2. dan. bax qalife . Dağbaşev ayağa qalxıb
əlini xortumlu, göy mahud şalvarının cibinə
soxaraq iri addımlarla gəzə-gəzə: -Atasına
od vuracağam! - dedi. S. Rəhimov.
XORTUMLULAR cəm zool. Xortumu olan
heyvanlar dəstəsi.
XORULDAMA "Xoınldamaq”dan (is.
XORULDAMAQ f. 1. Yuxuda ikən xo-
rultu (xor-xor) səsi çıxartmaq. Bir azdan
sonra rəfıq başladı xoruldamağa. Ə.Haq-
verdiyev. Çay hazırlanmış olduğu vaxt
Murad bəy mürgüləyir, Cavad bəy xorul-
dayaraq vuxulayırdı. T.Ş. Simurq.
2. məc. Bərk yatmaq, yuxuda olmaq. Baha-
dır atlar bağlanan yerə gedib, gördü ki. Nov-
ruz xoruldayır. N.Nərimanov. Ara-sıra səki-
nin üstündə və meydanlarda uzanıb xorulda-
yanlara da rast gəlmək olur. M. İbrahimov.
3. “Mır-mır” səsi çıxartmaq; mırıldamaq.
Pişik bərk xoruldayır.
4. məc. Mırıldanmaq, deyinmək, donqul-
danmaq. [Cənnətəli ağa:] Belə iş olarını, ay
camaat, .. həm darımı yesin, həm də mənə
xoruldasın. N.Vəzirov.
XORULTU is. 1. Xor-xor səsi, yuxuda
ikən xoruldayan adamın çıxardığı səs.
[Kişilərin] xorultusu hamamı bürümüşdü və
qıllı sinələri körük kimi enib qalxırdı.
Çəmənzəminli. [Qaraşın] gecənin pozulmaz
sükutu arasında iki otaq o yanda atasının
xorultusu qulağına gəldi. M.İbrahimov. Çər-
kəzin xorultusu mışıltıya çevrilmişdi. İ. Şıxlı.
// Pişik haqqında. Pişiyin xorultusu.
2. Mırıltı. [Kərim babanın atası:] ..Çarə-
siz mağaraya girdim, bir də ağır bir xorul-
tudan gözlərimi açdım. A.Şaiq.
XORUM is. Bir dəfə üçün heyvana veri-
lən yem, yem norması, yem miqdarı. Bütün
dünya od tutub yansa, bizim ki bir xorum
otumuz yanmayacaq? Ə. Vəliyev.
XORUMLAMA "Xorumlamaq”dan fis.
XORUMLAMAQ f Xorum-xorum ayır-
maq, paylara bölmək; dəstələmək. Qara ca-
mış vəıı, vələs, ağcaqayın şivlərini əyəndə.
Ala dana onların yaşıl yarpaqlarından xo-
rumlayıb ötürürdü. S. Rəhimov. İgidlər var
ki, bir gündə yüz bağ otu lay qoruyub
xorumlayır, bağlayır. Ə.Vəliyev.
XORUZ is. 1. Toyuğun erkəyi. Kənd
tamamilə yuxudan oyanmışdısa da xoruzlar
səs-səsə verib banlaşırdılar. Ə.Vəliyev.
Bütün həyətlərdə kəndin xoruzları ban-
laşırdı. Ə.Məmmədxanlı. // Toyuq cinsin-
dən bəzi quşların erkəyi. Qırqovul xoruzu. -
[Ovçu:] Ancaq bircə şərtim var: təkcə
xoruzları vuracavıq. M. Rzaquluzadə.
2. məc. dan. Dalaşqan, davakar, savaşqan
adam haqqında. □ Xoruz kimi - 1) sifəti
qıpqırmızı, sağlam adam haqqında. Xoruz
kimidir; 2) davakar, dalaşqan, döyüşkən
(adam). [Hiirü:] Nə olacaq, dəli qudurmuş
atan təzədən genə çarxı xoruz kimi girib
meydana, qoymaz görək dərdimiz nədir?
N.Vəzirov.
0 Xoruz banı - sübh tezdən, alaqaranlıq.
Üçüncü xoruz banı gecədən xeyli keçdiyini
xəbər verdi. Heç kəs yatmaq istəmirdi.
R.Rza. Səhər [yolçu] xoruz banında ayıldı.
Ə.Məmmədxanlı. Xoruz banına kimi
473
XORUZBAZ
(qədər) - səhərə kimi, işıqlaşana qədər.
Aralarında heç bir inciklik olmayıbmış kimi,
ata ilə oğlunun şirin söhbəti xoruz banına
kimi uzandı. Ə.Abasov. Xoruz səsi eşitmə-
miş (eşitməyən) - heç kəsin bilmədiyi,
eşitmədiyi, görmədiyi, təptəzə. Sən özün
bilirsən ki, mən həmişə elə söz deyirəm ki,
qəribə olsun, təzə olsun, heç kəsin eşitmə-
diyi, bilmədiyi, danışmadığı olsun. Xoruz
səsi eşitməmiş söz olsun. “Mol. Nəsr.”. Hər
gün bu kimi yeni-yeni xoruz səsi eşitməyən
xəbərləri alan telefonçu Əsgər, öz dostları-
nın qabağında xəcalət çəkməzdi. S. Rəhimov.
Xoruza yükləmək, xoruza yük eləmək -
var-yoxunu əlindən almaq, müflis eləmək,
soymaq. [Ağa Kərim xan:] A gədə, Səfərəli,
sənin qəsdin, balam, odur ki, məni xoruza
yükləyəsən. N.Vəzirov. [Səlim bəy Nəcəf
bəyə:] Gəlmişəm görüm, səni də bir xoruza
yükləyə bilərəmmi? Ə. Haqverdiyev. Gör
hələ bunları necə xoruza yükləyəcəyəm.
S. Rəhimov. Xoruzu qoltuğuna verilmək -
qovulmaq, işdən qovulmaq. Müdirin də
xoruzu ; Verildi qoltuğuna; Peşiman oldu
özü; Bu müdir olduğuna. Ə.Cavad. Xoru-
zun quyruğu görünür - aşkar olur, üstü
açılır, görünür (gizli saxlanılmalı olan şey
haqqında). [Qərib:] Yox əşşi, burda xoru-
zun, vallah, quyruğu görünür. Ə.Əbülhəsən.
Xoruzunu qoltuğuna vermək - qovmaq,
işdən qovmaq. [Xəlfə:] Süleymanı bu vax-
tadək heç bir yıxan olmamışdı, [Dursun] elə
verdi xoruzunu qoltuğuna.. C. Cabbarlı.
XORUZBAZ is. Köhnə məişətdə: bir
əyləncə kimi döyüşdürmək üçün xoruz sax-
layan və bu işlə məşğul olan adam. Mək-
tubunda yazırsan ki, qəsəbənizin əhalisi
xoruzbazların, qoçbazlanıı və itbazlarm
əlindən cana-bezara gəlmişdir. “Kirpi”.
XORUZBAZLIQ is. Köhnə məişətdə: dö-
yüşdürmək üçün xoruz saxlama və bir
əyləncə kimi xoruz döyüşdürməklə məşğul
olma. Mollaxanadan qovulan gündən etiba-
rən uşaq fikrini quşbazlıq, tazıbazlıq, xoruz-
bazlıq və bu kinıi işlərə verərdi. H. Sarabski.
XORUZBEÇƏ is. 1. Cavan xoruz, çolpa.
[Aftil Hacı Əhmədə:] Budur, sən lıər gün
xoruzbeçə yeyirsən, mənim uşaqlarım bir
çuxur bulanıa da tapa bilmir. C. Cabbarlı.
XORVATCA
[Rüstəm Səkinəyə:] Qaraşı çağır, qoy
xoruz-beçədən də üç-dördiinü kəssin, çı-
ğırtma düzəlt. M. İbrahimov.
2. məc. Qışqırıqçı, davakar. [Fatma xanım:]
Səni öyrədənin ciyəri dağlansın, mənə xo-
ruzbeçə deyirsən! N.Vəzirov.
XORUZGÖZ sif. Yetkin, cavan, yeniyet-
mə; zirək. Çay aşağı getmərəm; Çadramı
yellətmərəm; Xoruzgöz oğlan gərək; Dul
kişiyə getmərəm. (Bayatı). [Həcər:] Mənə
xoruzgöz, bığıburma .. bir oğlan lazımdır.
"Həcər xanım”.
XORUZGÜLÜ is. bot. Tünd-qonur rəng-
də yoğun və qısa kökümsov gövdəsi olan
irisalxımlı, sarıçiçəkli çoxillik bitki. Xoruz-
gülü çoxillik bitki olub, tünd-qonur, yoğun
və qısa kökümsov gövdəyə malikdir. Yar-
paqlarının kənarı hamardır. Gövdəsinin
təpələrində yerləşmiş qızılı sarı rəngli bö-
yük və gözəl çiçəkləri vardır. R.Əliyev.
..Bəhərli qara tut ağaclarının ətrafındakı
ləklərdə xoruzgiilü, mixəkgülü şitilləri əkil-
mişdi. İ.Qasımov.
XORUZQUYRUĞU bax xoruzpipiyi. Bir
neçə dəqiqədən sonra iki stəkan xoruzquy-
ruğu çay gəldi. M. Hüseyn.
XORUZLANMA “Xoruzlanmaq”dan fis.
XORUZLANMAQ f. Kişilənmək, kəkə-
lənmək, şəşələnmək; qızışmaq, özündən
çıxmaq. [Güldəstə:] Hünərindi get, bu
sözləri Rzaquluya de. Bizim yanımızda xoruz-
lanmaq bir çətin iş deyil. N.Vəzirov. Məsə-
lənin nə yerdə olduğunu bilmək istəmədən
Qüdrətin üstünə xoruzlanan Mirzəyevi
buradakılardan heç birinin görən gözü yox
idi. M. Hüseyn.
XORUZPİPİYİ sif. Qırmızı, pürrəng. Qa-
rının buğlana-buğlana gətirdiyi qayğa-
naqdan doyunca yedilər, onun da üstündən
iki-üç stəkan xoruzpipiyi çay içdilər.
M.Hüseyn. Üç yoldaş termosdan tökdüyü-
müz buğlanan tünd “. xoruzpipiyi ” çaydan
içə-içə söhbət edirdik. M. Rzaquluzadə.
XORVAT is. Yuqoslaviyanın tərkibinə
daxil olan Xorvatiyanın əsas əhalisini təşkil
edən cənubi slavyan xalqı və bu xalqa
mənsub adam.
XORVATCA sif. və zərfik orvat dilində.
Xorvatca kitab. Xorvatca danışmaq.
474
XOSUNLAŞMA
XOSUNLAŞMA is. dan. 1. “Xosunlaş-
maq”dan/w.
2. Gizli danışıq, pıçapıç, dedi-qodu. [Qəh-
rəman:] Ancaq orada xosunlaşma, ümumi
işi axsatmaq olmasın. Ə. Vəliyev.
XOSUNLAŞMAQ f dan. Heç kəsə eşit-
dirmədən bir-birilə gizli-gizli, pıç-pıç danış-
maq, pıçıldaşmaq. Gün çırtadı, göz qamaşdı ;
Araz mənlə xosunlaşdı.. Şəhriyar. Əlində
çatı, buzovu mala qatan arvadlar bir-birini
görən kimi xosunlaşırdılar. İ. Şıxlı.
XOŞ sif. \fars?\ 1. Ürəyəyatan, xoşlan-
dıran, xoşagələn, bəyənilən, yaxşı, gözəl.
Xoş xasiyyət. Xoş təbiət. Xoş səda. - [Quş-
ların] ..xoş avazları cütçünü həvəsə gətirdi.
S.S.Axundov. [Xədicə] olduqca xoşsöhbət,
eyi təbiətli, geniş qəlbli, munis və mehriban
bir qız idi. S.Hüseyn. Yazın ilıq nəfəsində;
Yasəmənin xoş ətri var.. N.Rəfıbəyli. // Ruhu
oxşayan, ləzzət verən, səfalı, nəşəli. Xoş bir
yel insanı oxşayır, köksünə sirli bir fərəh
doldururdu. Çəmənzəminli. Buradan bina-
nın o biri həyətinə xoş bir mənzərə açılırdı.
M. Hüseyn. Günortaya qədər ürəkaçan xoş
bir hava vardı. M. Rzaquluzadə. // Mehri-
ban, könlü oxşayan, ürəyəyatan. Xoş baxış.
- Tanrı səni xoş cəmala yetirmiş; Səni
görən aşıq əqlin itirmiş. Qurbani. Eldarın
xoş bir əda ilə: - Buyurun, buyurun! - de-
diyini eşitdim. M.Rzaquluzadə. Mehriban
əlində tavqulp uzaqdan xoş dillə sözə baş-
ladı. M.Süleymanov. // Gözəl, yaxşı, fərəhli,
xoşbəxt. Xoş gələcək. Xoş dövran. Xoş çağ.
- Gör dünənim hara, bu günüm hara; Apa-
rır daha xoş gözəl çağlara. B. Vahabzadə.
2. Xoşa şəklində klas. - bax xoş halına!
Xoşa o aşiqə kim, məclisində yarı ola;
Vüsali-yardə fərxəndə ruzigarı ola.
S.Ə.Şirvani.
3. Xoşdur şəklində - yaxşıdır, gözəldir.
[Nüşabə:] Belə işlərdə mətanət xoşdur;
Hələlik incə siyasət xoşdur. A.Şaiq. Xoşdur
səhər nəğməsi; Səhərin oyaq səsi; Axşamın
havasından! M.Müşfıq.
4. Xoşla şəklində zərf - könüllü (olaraq),
zorsuz, öz razılığı ilə, öz xoşu ilə. Xoşla iş
görmək. - [Daşdəmir İnciyə:] Səni onsuz da
Aydəmirə xoşla verməyəcəklər. C. Cabbarlı.
[Baxış bəy] istər zorla, istər xoşla ələ sal-
xoş
dığı adamların sayını artırmağı özünə xü-
susi məharət və şöhrət sanırdı. Ə.Abasov.
0 Xoş gəldin - 1) biri ilə görüşəndə,
bəzən də ayrılanda işlədilən ifadə. Əzizim,
səfa gəldin; Xoş gəldin, səfa gəldin; Nə mən
öldüm qurtardım; Nə sən insafa gəldin.
(Bayatı); 2) çıx get, rədd ol, gedə bilərsən
mənasında ifadə. [Yaşlı kişi:] Əgər həmin
qulluqçu ikinci dəfə də belə bir unutqanlıq
etsə idi, [tacir] haqq-hesabını verməklə xoş
gəldin ’ deyib qovardı. S.Hüseyn. Xoş
gəlibsən (gəlmisən); xoş gəlib, səfa
gətirmisən - gələnə söylənilən mehriban
salam ifadəsi. [Mirzə Mustafa:] Sən xoş gəl-
misən, əzizim, səfa gətirmisən. E. Sultanov.
[Yusif:] Xoş gəlibsən. Pərzad nənə. N.Nəri-
manov. [Nisəbəyim xanım:] Əleykəssalam,
xoş gəldin, səfa gətirdin. Əyləş görək,
balam, sən hara, bura hara. M. S. Ordubadi.
Xoş gəlmək - bax xoşuna gəlmək.
[Asya:] Yox, yox, çox xoş gəlir. Elə ona görə
də məni bir sayaq qəm basır, qüssə elə-
yirəm. Ü. Hacıbəyov. Qocadan eşitdiyi bu
tərif Nərgizə elə xoş gəldi ki, burnunu çəkib
başını uca tutdu. Ə.Məmmədxanlı. Xoş gör-
dük! - salam ifadəsi. [Atakişi:] Babakişi,
sənsən? A kişi, xoş gördük, dayan bir səni
qucaqlayım.. C. Cabbarlı. [Gülara:] Xoş
gördük, vəfasız dost! İ. Əfəndiyev. [Nisə
xanım:] A, xoş gördük Ayaz! Ə.Məmməd-
xanlı. Xoş halına! - bəxtəvər, bəxtəvər
başına (istehza ilə). [Nazlı. ] Dayə, - dedi, -
xoş halına. Yaxşı ki, o mələk sənin qəlbini
viranə bağa döndərməmişdir... Çəmənzə-
minli. [Gülöyşə Hidayətə:] Vallah, yaxşı
oğulsan, xoş halına Çiyələyin. B.Bayramov.
Xoş keçmək - çox yaxşı keçmək, şən
keçmək, rahat keçmək. Nə xoş keçir bu şən
gün; Atlanan gün, düşən gün; Ağlım ba-
şımdan oynar; Yar yadıma düşən gün.
(Bayatı). Quzu mələr yaylağında; Xoş keçir-
halı dağların. Aşıq Şəmşir. Xoşa gəlmək -
bəyənilmək, ürəyə yatmaq, ləzzət vermək.
Kəklik kimi sən qəhqəhə çalanda; Xoşa
gəlir o səndəki dil, Cahan! Aşıq Abdulla.
Xoşuna (xoşu) gəlmək - bəyənmək,
ürəyincə olmaq, ürəyinə yatmaq. [Məşədi
İbad:] İndi mən papağımı nə cür qoyum ki,
qızın xoşuna gəlsin?.. Ü.Hacıbəyov. Təzə
475
XOŞAB
qırmızı donu Nərgizin çox xoşuna gəldi.
Ə.Məmmədxanlı.
XOŞAB is. [fars.] Su və şəkərlə bişirilmiş
meyvəli şərbət; kompot. Fikirləşirlər ki, hə-
min pula bir küpə xoşab alsınlar ki, aparıb
kənddə satsınlar. “M.N. lətif.”
XOŞAGEDƏN bax xoşagələn.
XOŞAGETMƏZ sif. və zərf Naşa gəlmə-
yən, ürəyə yatmayan, arzuedilməz; pis, çirkin.
Xoşagetməz hadisə. Xoşagetməz hərəkət. Xo-
şagetməz səs.
XOŞAGETMƏZLİK is. Xoşa getməmə;
xoşagetməz şeyin halı.
XOŞAGƏLƏN sif. Ürəyəyatan, insanda
xoş əhval-ruhiyyə yaradan, xoş, bəyənilən.
Xoşagələn şeir. Xoşagələn parça seçmək. -
Qoltuğunda kitablar, körpə qəlbində qəm-
lər; Qiymət dəftərçəsində xoşagələn rə-
qəmlər. S. Rüstəm. [Əlikram:] Dil ətdəndir,
Şeyda, o qədər xoşagələn söz, fikir demək
olar ki... B. Bayramov. // Gözəl, qəşəng,
məlahətli. Xoşagələn səs.
XOŞAGƏLİM(Lİ) sif Gözə xoş gələn,
xoşsifət, qanışirin, gözəşirin, yapışıqlı. [Qı-
zın] ağ, xoşagəlim sifəti, qaynar ala gözləri
vardır, kiçik burnunun ucu azca yuxarı di-
kəlmişdir. V. Şıxlı. // Gözəl, qəşəng. Xoşagə-
lim mənzərə. Xoşagəlim yer. Xoşagəlim səs.
XOŞAGƏLİMLİLİK is. Xoşagəlimli şe-
yin, ya şəxsin halı; gözəllik, qəşənglik,
cazibədarlıq; cazibə, məlahət.
XOŞAGƏLMƏYƏN bax xoşagəlməz.
[Fərrux və Qurban] tez-tez xoşagəlməyən,
ürəkbulandıran xəbər eşidirdilər. Ə.Vəliyev.
XOŞAGƏLMƏZ sif. Xoşa gəlməyən,
istənilməyən, bəyənilməyən, arzu edilmə-
yən, adamda pis təsir oyadan; xoşagetməz,
iyrənc, çirkin. Xoşagəlməz hadisə. Xoşagəl-
məz hərəkət. - Cahandar ağa Əşrəfin bu
işlərə necə münasibət bəsləyəcəyini bilməsə
də, hər halda xoşagəlməz, könül bulandıran
söhbət eşitmək istəmirdi. İ. Şıxlı.
XOŞAGƏLMƏZLİK is. Xoşa gəlməyən
şeyin halı; pislik, çirkinlik.
XOŞAHƏNG sif. [fars.] Aralarında xoş,
uyğun ahəng, uyğunluq olan. Xoşahəng
səslər.
XOŞAHƏNGLİK is. Aralarında xoş ahəng,
uyğunluq, müvafıqlik. Boyaların xoşahəng-
XOŞ-BEŞ
liyi. Avazın xoşalıəngliyi. - Bir neçə
müxtəlif və əlvan rəngin xoşalıəngliyi .. də
rəng estetikasına aiddir. A.Qazıyev.
XOŞAXOŞ zərf Öz xoşu ilə, istəyərək, hə-
vəslə, ürəklə. Xoşaxoş deyilənə əməl etmək.
XOŞAXOŞLUQ, XOŞAMXOŞLUQ zərf
Öz xoşu ilə, istəyilə, könüllü olaraq, istə-
yərək. [Sultan bəy:] Süleymanı görsəm
deyəcəyəm ki, Əsgərə xəbər versin ki, gəlib
qızı götürüb qaçsınlar; yoxsa, görünür ki,
xoşaxoşluq ilə getməyəcəkdir. Ü.Hacıbə-
yov. [Hacı Əli:] Hörmətli ağalar! Məm-
mədəli Mirzəyə məşrutəni elan etməkdən
çətin dərd ola bilməz. O, xoşamxoşluq ilə bu
işi etməyəcəkdir. P.Makulu.
XOŞALLANMA “Xoşall anmaq ”dan /.7.s.
XOŞALLANMAQ / Bir şeydən xoş təsir
duymaq, ləzzət aparmaq, nəşə duymaq, xoş
hisslər duymaq. Oğlan yeyə-yeyə qulaq asır,
qəlbində xoşallanır, sevinirdi. Çəmənzə-
minli. Bu şaxtalı gecənin yarısında od
onları xoşallaııdırdı. S.Rəhimov. [Budaq:]
Anam əllərini gəzdirdikcə yorğunluğum
çıxır, xoşallanırdım. Ə.Vəliyev.
XOŞALMA “Xoşalmaq”dan f.is.
XOŞALMAQ f Xoş olmaq, yaxşılaşmaq,
mülayimləşmək. Bəziləri bu il havaların
birdən-birə xoşcılıb qızışmasını yazın tez
gəlməsi kimi izah edir. M. İbrahimov.
XOŞAM-XOŞAM bax xoşaxoşluq.
XOŞAVAZ(LI) sif. [fars.] Məlahətli səsi
olan, xoşsəsli, gözəl səsli. [Çaqqal:] Dedi
kim, ey xurusi-xoşavaz; Düş aşağə, qılaq
xudaya namaz. S.Ə.Şirvani. Məşədi İsmayıl
xoşavaz bir adamdır və ucadan “Mahur”
lıavasilə “ putuluk , fusuluk ” oxuya-oxuya
küçələri dolanar. C. Məmmədquluzadə.
Mən nə bilim qarğa xoşavazmış? Bayquşa
bayquş demək olmazmış? M.Möcüz.
XOŞAV AZLIQ is. Xoşsəslilik, səsdə mə-
lahət.
XOŞ-BEŞ is. Salamlaşma zamanı bir-
birindən kef-əhval soruşma. Xoş-beşdən
sonra qonaq Ataşııı əmisinin adını çəkib
ondan gətirdiyi kağızı verdi. Ə.Vəliyev.
[Hacı Ağakərim:] Bəs sənin dayına sala-
mın, xoş-beşiıı hanı, ədəbsiz! S. Rəhman.
[Vahidov Şeydaya:] Xoş-beşiıı sonraya qal-
sın. Ə.Məmmədxanlı. □ Xoş-beş etmək
476
XOŞBƏXT
(eləmək) - salamlaşmaq, kef-əhval soruş-
maq. [Qoca nəvəsinə:] Ta onda nə durub
üzümə baxırsan, xoş-beş elədik, bəsdir, get
işində ol, çünki bu dünyada hər şeydən
birinci işdir... Ə.Məmmədxanlı. Ağsaqqal
həkim tez otağa girdi, Nəııəqız ayağa qalxdı
və ona xoş-beş elədi. S. Rəhimov. [Müəl-
lim] Biiləndlə xoş-beş etdikdən sonra yenə
qayıdıb öz işinə məşğul oldu. Ə.Əbiilhəsən.
XOŞBƏXT sif \fars.\ Bəxti gətirmiş,
taleli, bəxtli, sevinc və rifah içində yaşayan.
[Ağca xanım Qaraca qıza:] Ah, sən xoşbəxt
uşaqsan. Mənim kimi dustaq olmayıb özün
üçün bağda azad gəzirsən. S.S.Axundov.
[Hacı:] Bir övrət, bir qızım, iki cavan oğlum,
özüm xoşbəxt. C. Cabbarlı. Dünyada sanar-
dım əbədi ömrümü xoşbəxt; Öpsəydim əgər
bir də mübarək qədəmindən. Ə. Vahid.
// Bəxti gətirən, uğurlu. Xoşbəxt oyunçu.
Xoşbəxt adamdır. // Məsud, bəxtəvər,
səadətli. [Xaqani:] Mən sənin eşqinlə
qanadlanıram; Səninlə özümü xoşbəxt
sanıram. M. Rahim □ Xoşbəxt etmək -
xoşbəxtliyə, səadətə çatdırmaq, səadət ver-
mək, məsud eləmək. Uşaqlarını xoşbəxt
eləmək. - [Lütfəli:] Gözəl Şəfiqə, səni sevi-
rəm, məni xoşbəxt elə. I.Musabəyov. [Muxtar
Firəngizə:] Mən heç güman eləmirəm ki, ..
böyük vəzifədə olan arvad ərini xoşbəxt
eləyə bilsin. B.Bayramov. □ Xoşbəxt ol-
maq - istəyinə çatmaq, arzusu yerinə yet-
mək, məsud olmaq, ürəyində nisgil qalma-
maq. Xoşbəxt ol (olsun, olsunlar) - xoş-
bəxtlik, səadət arzusu bildirir. [Bəhram:]
Sara üçün də bir yaxşı ər tapmağa səy
edərəm ki, o da xoşbəxt olsun. C. Cabbarlı.
[Vaqif:] Allah başa versin, xoşbəxt olun siz!
Belə, kəklik kimi cüt gəzəsiniz. S.Vurğun.
[Ana:] Hamının yanında qızlarımı təriflədi:
- Ağıllı uşaqlardır. Xoşbəxt olsunlar!
M. Hüseyn. Allah xoşbəxt eləsin! - səadət,
xoşbəxtlik arzusu. Şükufələnmiş güllər nə-
simin dəyməsindən eııib-qalxdıqca Gülsü-
mün vidasına cavabən “ Get , Allah səni
xoşbəxt eləsin /” - deyirdilər. Ə.Haqverdi-
yev. [Səlim qızına:] Get, qızını, Allah səni
xoşbəxt eləsin. C.Cabbarlı.
2. Xoş, uğurlu. [Dürrə tülbağdad:] ..Hazır-
da möhtərəm Fəxrəddinin gəlməsi ilə özümü
XOŞƏHVAL(LI)
Bağdadın ən xoşbəxt qadını hesab edirəm.
M.S.Ordubadi.
XOŞBƏXTLİK is. 1. Həyatından son
dərəcə məmnunluq, dərin razılıq və sevinc
hissi, səadət. Ailə xoşbəxtliyi. Xalqın xoş-
bəxtliyi. H Bu hissin bu və ya başqa bir
şəkildə təzahürü. Əziz balalar! ..Miııdə
birimizin üzünə xoşbəxtlik günü doğub min-
min bəlalərdəıı xilas olub da hazırdakı
dərəcəyə çatdıq. N.Nərimanov. Ağabalanın
bu xoşbəxtliyinə bütün şagirdlər həsəd apa-
rardı. Çəmənzəminli. [Qətibə:] Bugünkü
vəziyyətin şəklini dəyişmədən xoşbəxtlik
məsələsini meydana atmaq xəyalpərəstlik-
dir, hissiyyatpərvərlikdir, bunların heç biri-
sindən xoşbəxtlik ummaq olmaz. M.S.Ordu-
badi. □ Xoşbəxtlik üz vermək - taleyi
gətirmək, bəxti gətirmək, bəxti üzünə
gülmək. [Tapdıq:] Bəlkə yenə xoşbəxtlik üz
verdi. Ə.Əbülhəsən. Qafar Xəlilova 1951-
ci ildə böyük xoşbəxtlik üz verdi. Ə. Sadıq.
2. Xoşbəxtlikdən şəklində ara s. məna-
sında - məmnunluq ifadə edir. Xoşbəxt-
likdən, heç kəsə xətər toxunmadı. - Kosa
yerə çöküb o tərəf-bu tərəfə boylandı,
xoşbəxtlikdən, heç kəs onu görməmişdi.
S. Rəhimov. Xoşbəxtlikdən, gəmidə mama
tapıldı. S.Vəliyev. Bu dəfə, xoşbəxtlikdən,
Zərqələmiıı anası da qızının uşaq evinə
getməsinə razılıq verdi. Ə. Sadıq.
XOŞBƏNİZbax xoşsifət(li).
XOŞBU(Y) sif. [fars. ] klas. Xoşiyli, ətirli,
rayihəli, ətirsaçan. İstəmən firdos bağinin
güli-xoşbusini; Dünya bağında güli-ruxsa-
rin ondan yaxşıdır. Xətayi. Seyr qıl ariziııi,
kim güli-xoşbu kimidir; Bədəni naziktər,
sinəsi pərqu kimidir. Aşıq Pəri.
XOŞCA zərf Xoş, xoşa gələn tərzdə. Xoş-
ca gülümsəmək. Xoşca danışmaq. Xoşca bir
söz demək.
XOŞÇƏKİM(Lİ) sif. Çəkiləndə xoş təsir
bağışlayan, ləzzət verən, nəşə verən. Mən də
[papirosun] birini eşdim. Doğrudan da, tütün
çox ətirli və xoşçəkim idi. M. Rzaquluzadə.
XOŞDİL(Lİ) sif Dili xoş, şirindilli,
ürəyiaçıq. ..Hamı müsəlmanlar sənin kimi ..
xoşdil ola idilər. Ü. Hacıbəyov.
XOŞƏHVAL(LI) sif. [fars, xoş və ər. əhval]
Xoşxasiyyətli, xoştəbiət, yumşaq, xoşqılıq,
477
XOŞƏXLAQ(LI)
əhvallı. Xoşəhvallı adam. - Mirzə Abbasqulu
ortaboylu, xoşsifət, xoşəhval və şirinsöhbət
bir kişi idi. M. Tahirli.
XOŞƏXLAQ(LI) si/. Yaxşı əxlaqlı, gözəl
xasiyyətli, xoşxasiyyət. Xoşəxlaq adam. -
[Rza:] Xoşəxlaq, ünsiyyət sevən, zəhmətə
dözən olduğundan heç kəs ondan pis bir söz
danışmazdı. M.İbrahimov.
XOŞƏXLAQLILIQ is. Xoşəxlaq adamın
keyfiyyəti, əxlaq gözəlliyi, əxlaqca yaxşılıq.
XOŞƏMƏL sif. Təmiz, əxlaqlı. Xoşəməl
adam.
XOŞƏTİR | fars, xoş və ər. ətr] bax
xoşbu(y).
XOŞFİKİR(Lİ) [fars, xoş və ər. fikir] bax
xoşniyyət(li).
XOŞGƏLDİN: xoşgəldin eləmək -
gələnə “xoş gəldin!” deyərək salamlaşmaq.
[Nuriyyə:] Əynində güllii xalat, başında ağ
haşiyəli bəııöviiş kəlağayı, .. yumru bir
qadııı qabağımıza yeriyərək mənə xoşgəldin
elədi. I. Əfəndiyev. Tahirzadə elə bil çoxdan
dayanıb onları gözləyirdi. Xoşgəldin elədi.
Mir Cəlal. Qonaq ilə ev sahibi yerlərində
oturandan sonra əvvəlcə sərdar qonağa
xoşgəldin elədi. P.Makulu.
XOŞGÖFTAR [fars.] bax xoşkəlam.
XOŞGÜN(LÜ) bax xoşgüzəran(lı).
XOŞGÜZƏRAN(LI) sif. [fars. \ Güzəranı,
həyatı xoş keçən, yaxşı yaşayan. [Hacı
Kərim zərgər:] Cənab şair, bərfərz ki, bizim
hər birimizdə bir təqsir var ki, sənətindən
bəlırəyab olmur, bəs sən niyə öz sənətindən
xoşgüzəran deyilsən? M.F.Axundzadə.
XOŞHAL sif. [fars, xoş və ər. hal] Halı,
əhvalı xoş olan; şad, məmnun, razı. Çox
olduqca qəmü dərdim, rəhi-eşq içrə xoş-
haləm. Füzuli. [Zeyd:] Harım, bu nə haldır?
Söylə, nə əhvaldır? Leyla sənin ilə bir
yerdə; Məşğuli-xoşhaldır. Ü. Hacıbəyov.
// zərf Mehribanlıqla, mülayim bir tərzdə.
Kapitan gözaltı Kəyanə baxdı, onu utandır-
dığını sezdiyindən, xoşhal dönüb Cumaya
əmr etdi. Ə.Əbülhəsən. □ Xoşhal etmək
(eləmək, qılmaq) - könlünü, xatirini xoş
etmək, kefini açmaq, şadlandırmaq. Nədir
qılmaz məni xoşhal dilbər bir pəyam ilə ;
Qəmindən sübh olunca qaldığını bidar
bilməzmi? S.Ə.Şirvani. Komediyada oyna-
XOŞXASİYY ƏTLİLİK
yan cavanların cümləsi öz rollarını yaxşı
yerinə yetirib, tamaşaya cəm olanları zi-
vadə fərəhnak və xoşhal etdilər. F.Köçərli.
[Rüstəm bəy Sofyaya:] Niyə kədərlənməyim
ki, gözümün işığı kimi istədiyim bir dilbəri
şerimlə xoşhal edə bilmədim. Çəmənzə-
minli. Xoşhal olmaq - qəlbi, ürəyi açılmaq,
sevinmək, şad olmaq. Həkim babanın nəvə-
nəticəsi bu xəbərdən çox xoşhal oldu.
S. Rəhimov. Rzanın xoşhal olduğunu görüb.
Orxan tərifi bir az da artırdı. İ.Məlikzadə.
XOŞHALLANDIRMA "Xoşhallandırmaq”-
dan fis.
XOŞHALLANDIRMAQ f. Fərəh gətir-
mək, şad etmək, sevindirmək, ürəyini aç-
maq. Təzəcə biçilib, lay-lay yerə sərilmiş
otun xoş ətri palıd ağaclarının kölgəsində
oturanları daha da xoşhallandırırdı. Ə.Əbül-
həsən. Ətrafdakı hər şey insanı xoşhallan-
dırıb, könlünü açırdı. M. Süleymanov.
XOŞHALLANMA “Xoşhallanmaq” dan fis.
XOŞHALLANMAQ /. Kcfı açılmaq, ürəyi
açılmaq, şadlanmaq, sevinmək. Rüstəm kişi
.. səsi eşidib xoşhallandı. M.İbrahimov. Ay
sağ ol, - deyə Yusif xoşhallandı. B. Bayra-
mov. Cahaııdar ağanın paltarı islandı, kişi
bundan daha da xoşhallandı. İ. Şıxlı.
XOŞHALLIQ is. 1. Məmnunluq, sevinc,
fərəh, ürəyi açılma.
2. Xoşhallıqla şəklində zərf - çox şad
halda, razılıq, məmnunluq hissilə, məmnun-
luqla. Saçları ağarmağa başlayan Cəmilə
çox xoşhallıqla başını tərpətdi və gülüm-
sədi. S. Rəhimov. ..Yusifgil daha bir çox
məsələlərdən danışıb razılığa gələndən
sonra xoşhallıqla ayrıldılar. B. Bayramov.
XOŞXASİYYƏT(Lİ) sif [fars, xoş və ər.
xasiyyət] Xoş, yumşaq, mülayim, yaxşı xa-
siyyəti olan. Xoşxasiyyət adam. - [Fərman]
həm yaraşıqlı, həm bacarıqlı, həm də xoş-
xasiyyət adanıdı. M.İbrahimov. O, mehri-
ban, gülərüzlü; Xoşxasiyyət bir nənədir.
M.Dilbazi. Ələddinin həyat yoldaşı Qızxa-
nım da əri kimi xoşxasiyyət, üzügülər bir
qadııı idi. H.Seyidbəyli.
XOŞXASİYYƏTLİLİK is. Xoşxasiyyət
adamın təbiəti, xasiyyəti; yumşaqlıq, mü-
layimlik.
478
XOŞXASSƏLİ
XOŞXASSƏLt sif. [fars, xoş və ər. xassə]
bax xətərsiz.
XOŞXATİR sif. [fars, xoş və ər. xatir]:
xoşxatir olmaq - xoşnud olmaq, məmnun
olmaq, razı qalmaq, ürəkdən şad olmaq.
[Axund:] Sizə, şəxsən aşinalığım yox idisə
də, xeyli əhsən demişəm, məmnun, xoşxatir
olmuşam. Mir Cəlal.
XOŞXƏBƏR [fars, xoş və ər. xəbər] bax
xeyirxəbər.
0 Xoşxəbər olasan! (olasınız!) - bax
xeyirxəbər olasan! (olasınız!). [Qumru:]
Xoşxəbər olasan, ay Savab xala! Mir Cəlal.
XOŞXƏT sif [fars, xoş və ər. xətt] Yaxşı,
gözəl xətti olan.
XOŞKƏLAM sif. [fars, xoş və ər. kəlam]
Şirindil(li), xoşsöhbət, dilişirin. Əzzivəm, sa-
lam səni; Gördüm xoşkəlam səni. Əttar mah
deyilsən; Pul tökəm, alam səni. (Bayatı). Göy-
çəkləri xoşkəlam, həm aşiqə ram; Vacibdi
bizə duası Gürcüstanın. S.Ə.Şirvani.
XOŞQAMƏT(Lİ) sif. [fars, xoş və ər. qa-
mət] Gözəl boy-buxunu, qədd-qaməti, sər-
rast bədəni olan; boy-buxunlu. Əla, ey sərvi-
xoşrəftar, xoşqamət, xudahafiz! Edər məşuq-
dən aşiq, budur adət, xudahafiz! Q. Zakir.
XOŞQƏDƏM(Lİ) sif [fars, xoş və ər.
qədəm] Gəlişi ilə xoşbəxtlik gətirən, uğur
gətirən; xeyirli, uğurlu; ayağıyüngül. Ba-
şına döndüyüm qasid xoşqədəm; Ərzimi get
söylə canana, gəlsin. Aşıq Dilqəm. Oğul!
Deyirəm ki, nə xoşqədəmsən; Doğulduğun
gündən ağ gündəyəm mən. S. Rüstəm.
XOŞQILIQ sif. Xoşxasiyyətli, hamı ilə
yola gedən, xoşrəftar. Xoşqılıq adam. -
Günəşüzlü, şirinsözlü, xoşqılıq; Ləblərindən
axar balı gözəlin. M.P. Vaqif. Otuz beş yaş-
larında, ortaboy, xoşqılıq, qəşəng görkəmli
Sona qapıda göründü. M. Süleymanov.
Ümid necə xoşqılıq; Ümid necə işvəkar; O -
bütün qıfıllara; Düşən sirli bir açar.
B. Vahabzadə.
XOŞQILIQLIQ is. Xoşxasiyyətlilik, xoş-
rəftarlıq.
XOŞLAMA “Xoşlamaq”dan f.is.
XOŞLAMAQ f. Zövqünə uyğun gəldiyi
üçün bəyənmək, xoşuna gəlmək, ürəyinə
yatmaq. [Gülçöhrə:] Bəs sən məni bir kərə
görməklə xoşladın? Ü.Hacıbəyov. [Murad]
XOŞLUQ
Nigarı daha kiçik bir qız ikən xoşlamışdı.
S. Hüseyn. // Xoşu gəlmək, sevmək, istəmək.
[Doktor Qəbzibəy:] Siz İlanımız bilirsiniz və
görürsünüz ki, mən atı çox xoşlayanam.
C.Məmmədquluzadə. Bayquş xaraba, gecə-
quşu qaranlıq sevən kimi, xain adamlar da
xəlvəti xoşlarlar. M. İbrahimov. Balaca
Kamal nənəsinin nağıllarını çox xoşlardı.
M. Rzaquluzadə.
XOŞLANDIRMA “Xoşlandırmaq”dan f.is.
XOŞLANDIRMAQ f. Xoş əhval-ruhiyyə
yaratmaq, sevindirmək, fərəhləndirmək,
ürəyini açmaq. [Altunbay Solmaza:] Mən
də səni daha artıq xoşlandırmaq üçün [El-
xanın] füsunkar dilini dibindən kəsdirib
atdıracağam. C. Cabbarlı. // Məmnun və razı
etmək, həzz vermək, ləzzət vermək.
XOŞLANMA “Xoşlanmaq”dan f.is.
XOŞLANMAQ/ Baxıb həzz almaq, ürəyi
açılmaq, sevinmək, fərəh duymaq. Qızııı ala
gözlərini, şümşad barmağını görən Kəblə
Xeyransa xala çox xoşlanır. H.Sarabski.
Qayınatasının son sözündən Zöhrə də xoş-
lanmışdı. Ə. Vəliyev. // Xoşu gəlmək, məm-
nun olmaq, xoşnud olmaq, ürəyinə yatmaq.
O qədər xoşlanıram tüstüsü çıxcaq kababın;
Ac pişik tək cumuram şövq ilə birbaşa ətə!
M. Ə. Sabir. [Əbülhəsənbəy:] Səttar xanın
bu söhbətdən xoşlanmadığını hiss etdim..
M. S. Ordubadi. Bilikli şagirdlərdən; Müəl-
lim çox xoşlanır. M.Seyidzadə.
XOŞLANMALI sif. Sevinməli, fərəhlən-
məli, şadlanmalı; xoş, fərəhli. [Cahan:] A
balam, ağlamalı günlər keçdi, indi isə
sevinməli, xoşlanmalı günlərimiz gəlibdir!
Ə. Haqverdiyev.
XOŞLƏHCƏ sif. [fars, xoş və ər. ləhcə]
klas. bax xoşkəlam. Müdir Fəxrəddinə mü-
raciət edib dedi: - Qurban olum, bu qızı da-
nışdırın, çoxxoşləlıcə qızdır. M. S. Ordubadi.
XOŞLİQA sif. [fars, xoş və ər. liqa] klas.
bax xoşsurət(li). [Lətif şah:] Pəridən
xoşliqa, qılmandan əla; Məlayikdən gördüm
lütfkar səni. “Lətif şah”. [Tülkü qarğaya:]
Nə gözəlsən, nə xoşliqasən sən; Yeri var
söyləsəm: - hünıasən sən. M.Ə. Sabir.
XOŞLUQ is. 1. Xoşa gələn, ləzzət verən
şeyin halı, xoş təsir. Havanın xoşluğu. -
Havada xəfif bir sazaq var idisə də, yazın ..
479
XOŞMƏZAC
ilk yeli bu sazağa bir xoşluq verirdi.
Çəmənzəminli. Aydınlığın xoşluğunda; Nə
gözəlsən, sonam dəniz! R.Rza. // Məlahət,
gözəllik; gözə, qulağa gözəl təsir bağışla-
yan, ürəyəyatan. Müğənninin səsinin xoş-
luğıı. П Xoş əhval-ruhiyyə, şənlik, fərəh.
□ Xoşluq gətirmək - fərəh gətirmək, se-
vinc gətirmək. Bəndalı həmişə evə gələndə
bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal.
2. Xoşluqla şəklində zərf - öz xoşu ilə,
yaxşılıqla, öz razılığı ilə; qalmaqalsız, zor-
suz. Xoşluqla qəbul etmək. - [Əsgər:] [Gül-
çöhrə] xoşluq ilə ərə getməyə razı olmadı...
Ü. Hacıbəyov. [Müəllim:] Siz də mövqeyi-
nizi xoşluqla buraxmaq istəməyəcəksiniz.
S. Hüseyn. [General:] Xoşluqla etməsə, nə
gəlib zora? Biz ki gəlməmişik xoşluqla bura!
B. Vahabzadə.
Ф Öz xoşluğu üçün - özünə xoş olmaq
üçün, öz səadəti üçün, öz xeyri üçün. Öz
xoşluğu üçün dünyalarca cinayətlərə səbəb
olan bu adam, öz əməllərinin cəzasına çat-
dırılmışdı. P.Makulu.
XOŞMƏZAC sif. [fars, xoş və ər. mizac]
bax xoşxasiyyət(li). Yüngül hərəkətli, xoş-
məzac Zəfərin görünüşü də xeyli dəyişmişdi,
o arıqlamışdı. M. Süleymanov.
XOŞNƏVİS sif. \Jars.} köhn. Yaxşı xətti
olan; xəttat.
XOŞNİYYƏT(Lİ) sif. [fars, xoş və ər. niy-
yət] Niyyəti, məramı, məqsədi yaxşı olan;
ürəyində kin, qərəz olmayan, ürəyitəmiz.
Novruzəli və usta Zeynallar daxilən çox təmiz
və xoşniyyət adamlardır. M. İbrahimov.
XOŞNİYY ƏTLİLİK is. Xoş, gözəl niyyət,
yaxşı məqsəd güdmə, yaxşılıq etmək niy-
yətində olma; ürəyitəmizlik.
XOŞNUD sif. və zərf [fars.] Razı, məm-
nun. Sən pozmusan mənim xoşnud halımı ;
Abbas sana nə edib, tanrı zalımı? "Abbas
və Gtilgəz”. [Fərman:] Bircə de görüm, əmim
ağa ilə qohum olmaqdan xoşmıddurmu?
Ə. Haqverdiyev. [Araz və Günəş] hər şeydə
qənaətkar, hər zaman həyatlarından məm-
nun və xoşnud görünürlərdi. A.Şaiq. [Şah:]
Sizi məşrutəçi cavanlar göndəriblər, mən də
xoşnudanı ki, məmləkətdə belə zəki cavanlar
tapılır. C.Cabbarlı. □ Xoşnud etmək razı
salmaq, məmnun etmək. Keçmiş vaxtlarda
XOŞSƏS(Lİ)
teatr işlərimiz və teatr nümayişlərimiz məni
o qədər məmnun və xoşnud eləməzdi, nə
qədər ki indi eləyir. C.Məmmədquluzadə.
Xoşnud olmaq - razı düşmək, məmnun
olmaq. Məndən təki ol xatirin olsun xoşnud;
Şadəm ki, salır fələk bu zindanə məni.
S.Ə.Şirvani. [Dərviş:] Bu dəliqanlılar məni
dərdimin üstündə doğrayıb itlərə atsaydılar,
baxtımdan çox xoşnud olardım.. A.Divan-
bəyoğlu. [Rəşid:] Anası xoşnud olur, zira nə
qədər Qurbanquluya təklif etmişdisə də,
rədd cavabı almışdı. T.Ş. Simurq.
XOŞNUDLUQ is. Razılıq, məmnunluq;
razı düşmə. Xoşnudluğundadır nəcatım; Ey
mənşəi-cövhəri-həyatım! Füzuli. Bir tərəf-
dən, sağ-salamat sahilə çıxmış olduqların-
dan doğan xoşnudluq, o biri tərəfdən, taleyi
üçün məsul olduğu bölüyü tezliklə topla-
yaraq artıq limandan uzaqlaşan batalyonu
təqib etmək lazım gəldiyi fikri leytenantı
dərhal özünə gətirdi. Ə.Əbülhəsən.
XOŞNUDSUZLUQ is. Narazılıq, məmnun-
suzluq. Qadın o saat dəyişildi, gözəl dodaq-
ları büzüldü, qaşlar qalxdı, üzündə bir xoş-
nudsuzluq ifadəsi duyuldu. Çəmənzəminli.
XOŞRƏFTAR(LI) sif. [fars.] Gözəl rəf-
tarlı, adamlarla yaxşı rəftar edən; ünsiyyət-
li, mülayim. Cavahir xanımdan aldığı həzz
xanın çöhrəsində həkk olunmuş daimi qəzəb
izlərini silib aparmış, onu xoşrəftar, müla-
yim bir süfrə sahibinə çevirmişdi. Çəmənzə-
minli. Fatma ağıllı, xoşrəftar bir arvad idi.
S.S.Axundov.
XOŞRƏFTARLIQ is. Xoşrəftar olma, rəf-
tarı yaxşı olma; ünsiyyətlilik, rəftarda mü-
layimlik, münasibətdə xoşluq, yola getmə,
ünsiyyət. Bu ( 1862-ci il) polojeniyanın
hökmiincə .. hər iki sinfin ( rəiyyətin və
ağaların) mabeynində guya bir növ sülh və
xoşrəftarlıq binası təsis olundu. F. Köçərli.
XOŞRƏNG(Lİ) sif. [fars.] Xoşagələn
rəngi olan, rəngi xoş olan. Xoşrəng parça.
Xoşrəng üz. - Hava gözəl olduğundan
Gülzarın yanaqları daha da xoşrəng olub
durıı-al bir rəng almışdı. C.Cabbarlı.
Dilbərin zülfi şəbi-yelda, cərnali çilçıraq;
Ləbləri xoşrəng, vəsli abidar olsun gərək.
M.Möcüz.
XOŞSƏS(Lİ) bax xoşavaz(lı).
480
XOŞSƏSLİLİK
XOŞSƏSLİLİK bax xoşavazlıq.
XOŞSİFƏT(Lİ) sif. [fars, xoş və ər. sifət]
1 . Gözəl, göyçək, xoşsima, qanışirin. Abbas
uzunboylu, nazikbədən, ağbənizli, alagözlü,
xoşsifət bir uşaq idi. S.S.Axımdov. Mən geri
çəkilib, bu xoşsifət qadına müdirin stoluna
yaxın durmaq üçün yol verdim. T.Ş. Simurq.
2. məc. Gülərüzlü, xoşrəftar, nəvazişkar;
xeyirxah, səmimi. Koroğlu baxdı ki, nal-
bənd çox xoşsifət bir kişidir. “Koroğlu”.
Fərmanı sözün tam mənasında gülərüz və
xoşsifət adlandırmaq olardı. Ə. Sadıq. Aslan
bu xoşsifət adamları lap ilk gündən sevməyə
başladı. S.Vəliyev.
XOŞSİFƏTLİK is. 1. Xoşsifət adamın halı.
2. məc. Üzügülərlik, xoşrəftarlıq, mehri-
banlıq, nəvazişkarlıq, iltifat. Otağın rahat
və uyğunluğundan, qulluqçunun safdil və
gözəlliyindən başqa, student üçün bir ayrı
məsələ də var: bu da xanımın xoşsifətliyidir.
Çəmənzəminli.
XOŞSİMA(LI) sif. [fars, xoş və ər. sima]
Siması (üzü) xoşa gələn; xoşgörkəm, göy-
çək, qanışirin. [Əmi] ucaboy, gərdənli, qa-
rasaqqal, xoşsima bir kişi idi. N.Nərima-
nov. Nəriman böyüdükcə gözəllənib uca
boylu, xoşsima, mövzun qədli bir oğtaıı ol-
muşdu. Ə.Haqverdiyev.
XOŞSÖFIBƏT sif [fars, xoş və ər. söhbət]
Yaxşı müsahib, söhbətcil, söhbətindən
ləzzət duyulan. Badisəba xanımın çox xoş-
söhbət və zarafatcıl olduğu meydana çıxdı.
Çəmənzəminli. [Hüsaməddin:] Əxi Fərrux o
qədər sevimli və xoş əqidə, xoşsöhbət bir
adamdır ki, mən onunla görüşdüyümün birin-
ci saatında Gəncə ruhanilərindən gördüyüm
təhqirləri tamamilə unutdum. M. S. Ordubadi.
XOŞSURƏT(Lİ) bax xoşsima(lı).
XOŞTALE sif. [fars, xoş və ər. tale] Bəxt-
li, qismətli, bəxti üzdə olan; uğurlu. Xoştale
imişsən ki, bu güıı feyzi-hiizurum oldu sənə
qismət. M.Ə. Sabir.
XOŞTƏB sif. [fars, xoş və ər. təb] Yaxşı
təbi olan, istedadlı. ..Bizini də çox böyük,
müqtədir və xoştəb milli şairlərimiz olub-
dur. F. Köçərli.
XOŞTƏBİƏT(Lİ) sif. [fars, xoş və ər. tə-
biət] Yaxşı xasiyyətli, gözəl təbiətli, xoş-
qılıqlı. Hamı müsəlmanlar sənin kimi xoştə-
XOY
biət ola idilər. Ü.Hacıbəyov. ..Dürdanə xanım
xoştəbiətli, sadə ürəkli, nazik, bir qədər möv-
humatçı bir adamdı. Ə.Əbülhəsən.
XOŞTİNƏT(Lİ) sif. [fars, xoş və ər. tinət]
klas. bax xoştəbiət(li). Dedi kim, şəxs olsa
xoştinət; Yaxşılıqdan müdam edər söhbət.
S.Ə.Şiıvani.
XOŞÜZ(LÜ) 1. Bax xoşsima(lı). Gecə
boylu bir qadındır ağrı çəkərək: Xoşiizlü bir
uşaq kimi doğur səhəri. S.Vurğun.
2. Xoşüzlə şəklində zərf - gülər üzlə,
mehribancasına, nəvazişlə. Qonağı xoşüzlə
qarşılamaq. Əsgərləri xoşüzlə qarşılamaq.
- Zəfər baş geoloqu xoşüzlə qarşılayıb uzaq-
dan gülə-gülə sözə başladı.. M. Süleymanov.
XOŞZAHİR(Lİ) sif. [fars, xoş və ər. zahir]
Xarici görünüşü gözəl, xoşa gələn, üzdən
yaxşı. Xalq məhkəməsinin katibi çolaq
Mirzə Mustafa xoşzahir, bədbatiıı bir adam
idi. E. Sultanov. Xoşzahir, bədbatiıı, vicdan-
sız, alçaq: Necə qıydın, mənə ağlağan
dedin? Aşıq Hüseyn.
XOTKAR is. tar. Hökmdar, başçı. Hər
cümə günündən cümə gününə xotkar qızı
Nigar xanım məscidə gedir. “Koroğlu”.
İbrət et Ağaməhəmməd xandan, ey kəmtər
gəda; Ta həyatın var ikən, nə şalıə, nə xot-
karə bax! M.P.Vaqif. Nə qızdan başlamı-
san? Guya bir xotkarın qızıdır! S. Rəhimov.
XOTKƏ bax cürə 3 .
XOTUQ is. Eşşək balası, qoduq.
XOV is. Bəzi parçaların, xalça və s.
üzərində incə tükcüklər.
XOVLAMA “Xovlamaq”dan fis.
XOVLAMAQ f. İpin, sapın xovunu tə-
mizləmək.
XOVLU sif. Xovu olan, üstü xovla örtülü.
Xovlu xalça. Xovlu parça. Xovlu dəsmal.
-Xovlu fərməş bir neçə yerdən didilib-
yeyilmişdi, elə bil güvənin ağzından çıx-
mışdı, amma hələ rəngini itirməmişdi.
İ.Məlikzadə.
XOVSUZ sif Xovu olmayan. Xovsuz xal-
çalar qrupuna palaz, kilim, sumaq, cecim,
vərni, şəddə, zili daxildir. - Hazırda ən
zəngin xovlu və xovsuz xalçalar və xalça
məmulatı kolleksiyası Dövlət muzeyindədir.
XOY is. [fars.] Xasiyyət, təbiət, xilqət.
Atı at yanında bağlarsan, lıəmrəng olmasa
481
XOYLANDIRMA
XROM
da, həm x oy olar. (Ata. sözü). [Koroğlu:]
Bir xələt biçərəm Eyvaz boyıma; İncimərəm
xasiyyəti-xoyundan. “Koroğlu”. Əl işin, gül
naxışın; Xoyun, xasiyyətin gözəl. Aşıq
Ələsgər.
XOYLANDIRMA “Xoylandırmaq’’dan/ is.
XOYLANDIRMAQ f Xoylanmasına sə-
bəb olmaq, şübhələndirmək.
XOYLANMA “Xoylanmaq”dan fis.
XOYLANMAQ f. Şübhələnmək, şəkkə
düşmək. [Dərviş:] Qoca kişi əvvəlkindən
indi diqqət ilə mənə baxıb məndən xoylanan
kimi oldu.. A.Divanbəyoğlu.
XOZEYİN [rus. ] Sahib, sahibkar, ağa.
[Xəlil:] Salaməleykiim. xozeyinim buraya
gəlməyib? N.Vəzirov. [Bir qrup fəhlə:] Lap
günü sabah xozeyin özü donluğumuzu
artıracaq. M. Hüseyn.
XÖRƏK is. Bişirilib yeyilən şey, yemək,
bişmiş. Ət xörəyi. Xəmir xörəyi. Xörək
hazırlamaq. - Xörəyin yeyilməyi iki saat
çəkdi... C. Məmmədquluzadə. Hacı Səmədin
xörəyin üstündən çay içmək adəti idi.
S.S.Axundov. Xarisə qızardılmış qiymədən
hazırlanırdı və bütün cah-cəlallı toy
məclislərinin süfrəsində birinci və ən vacib
bir xörək idi... Ə.Məmmədxanlı. // Plov, aş.
Qərənfil xala eyvanın buxarısında qayna-
yan balaca qazanın ağzını açdı, xörəyin
dəmini aldı. Ə.Vəliyev.
0 ...xörəyi deyil - bacarmaz, ...işi deyil,
qabiliyyəti, gücü çatmaz. Məcidin bel
tutmağından, dairə boyu gəzişə-gəzişə beli
eyni xəttə tez-tez vurmağından Umud başa
düşdü ki, kənkaıılıq hər adanuıı xörəyi deyil.
I.Məlikzadə.
XÖRƏKBİŞİRƏN is. Aşpaz. Toya xörək-
bişirən dəvət edilib.
XÖRƏKLİK is. Xörəyə məxsus keyfiy-
yət. [İlham:] Şofer maşını qovsa, xörəkdə
xörəklik qalmaz, axı! C.Gözəlov.
XÖRƏKPAYLAYAN is. Gələnlərə ye-
mək gətirən aşxana işçisi. Umud xörəkpay-
layan caydaq oğlana əl elədi. İ.Məlikzadə.
XÖTƏK is. Camış balası, balaq. Yetər
xötək və buzovları bağlayırdı ki, qaçıb ana-
larını əmməsinlər. Qantəmir. Qoyun, quzu,
dana, xötək; Mal-qara da dolur dama.
B. Vahabzadə.
XRİSTİAN [yun.] 1. Xristian dininə mən-
sub adam, xaçpərəst. [Altun bay:] Sən də.
Toğrul, xristian hərif yaxın gəl.. C. Cabbarlı.
2. Sif. mənasında. Xristian dini. Xristian
kilsəsi. Xristian əhali. - Ətrafı sərvlərlə əha-
tə olunmuş bir xristian məzarlığı, səhnənin
ucunda məzarçıya məxsus bir oda. H. Cavid.
XRİSTİANLAŞDIRILMA “Xristianlaşdı-
rılmaq”dan fis.
XRİSTİANLAŞDIRILMAQ məch. Xris-
tian dini qəbul etdirilmək.
XRİSTİANLAŞDIRILMIŞ fsif Xristian
dini qəbul etdirilmiş, xaçpərəst edilmiş.
XRİSTİANLAŞDIRMA “Xristianlaşdır-
maq’’dan fis.
XRİSTİANLAŞDIRMAQ f. Hər hansı bir
yerdə xristianlığı yaymaq, xristian olmayan
xalqları xristian etmək, xaçpərəstliyi qəbul
etdirmək.
XRİSTİANLAŞMA “Xristianlaşmaq”dan
fis.
XRİSTİANLAŞMAQ f. Xristian dinini,
adət və ənənələrini, mədəniyyətini qəbul
etmək, dönüb xristian (xaçpərəst) olmaq.
XRİSTİANLAŞMIŞ fsif Xristian dininin
tələblərinə və ənənələrinə uyğunlaşmış,
dönüb xristian (xaçpərəst) olmuş.
XRİSTİANLIQ is. 1. Eramızın birinci
əsrində meydana gəlmiş din (bu din yerə
enmiş və insanların nicatı üçün bütün əzab
və əziyyətləri üzərinə götürmüş insan -
İsaya inam əsasında qurulmuşdur); xaçpə-
rəstlik. // Bu dinə mənsubluq.
2. top. Xristianlar.
XRİZANTEM [yun.] Mürəkkəbçiçəklilər
fəsiləsindən müxtəlif rəngdə çiçəkləri olan
bəzək bitkisi; payızgülü. ..Qəzetlərə sarıl-
mış qərənfil və xrizantem dəstələri açılıb
hazırlandı. M.S. Ordubadi. [Lətifə] .. çiçək
mağazasına getmiş, diqqətlə seçdiyi qərən-
fildən, ulduz çiçəklərindən, xrizantemdən
bir dəstə bağlatmışdı. M. Hüseyn.
XROM [yun. chroma - rəng] 1 . Kimyəvi
element; açıq-boz rəngli bərk metal (metal
məmulatın üstünü örtmək üçün bərk ərinti).
Xromdan metallurgiyada paslanmayan po-
lad, ferrixrom ( dəmirlə xromun xəlifəsidir )
hazırlanır. M. Qaşqay.
482
XROMATİK
2. Həmin metalın duzlarında aşılanmış
yumşaq, nazik dəri və bu dəridən hazırlan-
mış. [Nağı:] Usta, sənə bir xrom sapoq mə-
nim boynuma. “Aşıq Ələsgər”. [Qədirin]
əynində sürməyi parçadan köynək və şalvar,
ayaqlarında yıımşaq xromdan uzunboğaz
çəkmə vardı. İ. Əfəndiyev.
3. Xrom turşusu duzlarından alınan sarı
boya.
XROMATİK sif. 1 . Xromatizm ( 1 -ci mə-
nada) hadisəsinə əsaslanan. Şüanın xroma-
tik ayrılması.
2. mus. Xromatizmə (2-ci mənada) əsas-
lanan, xromatizm nəticəsində əmələ gələn.
Xromatik interval. Xromatikyarımton. - Yeddi
əsas Azərbaycan ladmın 12 pərdəli xroma-
tik qammanın hər bir tonunda qurulması da
84 rəqəmini əmələ gətirir. Ü.Hacıbəyov.
XROMATİZM [yun. chroma (chromatos)
- rəng] 1. fiz. Ağ şüanın müxtəlif rəngli
şüalara ayrılma xassəsi.
2. mus. Səsin yarımtonlar üzrə qalxması
və ya enməsi. Səsləri zilləşdirən və ya
bəmləşdirən işarələrə xromatizm və ya
alterasiya işarələri deyilir. “İbtidai musiqi
nəzəriyyəsi”.
XROMLAMA “Xromlamaq”dan fis.
XROMLAMAQ/ 1. Möhkəmlik, davam-
lılıq və ya yaraşıq vermək üçün metal əşya-
nın üzərinə xrom çəkmək. Maşın hissələ-
rini xromlamaq.
2. Xrom duzları ilə işləmək.
XROMLU sif. kim. tex. Xrom (1-ci mə-
nada) qarışığı olan, tərkibində xrom olan.
Xromlu boyalar. Xromlu polad.
XROMOSÖM(LAR) [>>ШЈ. chroma - rəng
və soma - cisim] biol. Heyvan və bitki
orqanizmlərinin hüceyrə nüvələrində olan
və müvafiq surətdə boyadıldıqda aydın
surətdə gözə görünən cisimciklər (xromo-
somlar hüceyrə nüvəsinin lazımi və daimi
tərkib hissələridir, hüceyrənin maddələr
mübadiləsində və orqanizmlərin əlamət və
xassələrinin bir nəsildən başqa nəslə irsən
keçməsində fəal iştirak edirlər).
XROMOSFER \уип. chroma - rəng və
spaira - kürə, şar] astr. Günəş tutulan zaman,
onun ətrafında qırmızı haşiyə kimi görünən
Günəş atmosferi təbəqələrindən biri.
XRONOSKOP
XRONİK sif. \yunancadan\ Uzunsürən,
çox davam edən; daimi. Xronik xəstəlik. -
Qulağın otit adlanan irinli xəstəliyi çox müx-
təlif müalicə üsulları ilə müalicə edilməsinə
baxmayaraq, çox vaxt nəticəsiz qalıb xronik
hala keçir. H.Tağıyev.
XRÖNİKA \yun. ehronikos - vaxt] 1. B ax
salnamə.
2. Siyasi, ictimai və ya ailə hadisələrinin
tarixini ardıcıl surətdə təsvir edən rəvayət
və ya dramatik əsər.
3. Qəzetdə, jurnalda yerli xəbərlər şö-
bəsi. Məhkəmə xronikası. H Kinoda: gündə-
lik ictimai həyata həsr edilmiş şəkil.
XRONİKAÇI is. Qəzet, jurnal, radio-
televiziya üçün yerli xəbər və materiallar
toplayan qəzet və s. işçisi; müxbir.
XRONİKAL [yunancadan] Xronika
mahiyyətində olan, xronikadan ibarət olan.
XRONİKİ bax xronik. Spirtli içkilərin
müntəzəm içilməsi alkoqolizin kimi xroniki
xəstəliyə gətirib çıxarır.
XRONOLOGİYA \ywı. ehronikos - vaxt
və logos] Tarixi ardıcıllıq. [“Hophopna-
mə”] 1934-cü il çapından fərqli olaraq, bu
nəşrdə xronologiya əsas alınmış, əsərlər jan-
rına və yazılma tarixinə görə qruplaşdml-
mış, hər fəslin axırında isə “ illəri məlum ol-
mayan ' ” əsərlər verilmişdir. M. Məmmədov.
XRONÖMETR \уип. ehronos - vaxt və
nıetreo - ölçürəm] Astronomların, geodezi-
yaçıların, dənizçilərin işlətdiyi xüsusi dəqiq
saat növü.
XRONOMETRÄJ [yun. ehronos - vaxt və
nıetreo - ölçürəm] Əmək prosesləri müd-
dətinin saniyəölçən vasitəsilə dəqiq ölçül-
məsi (müəssisələrdə, istehsalatda əməyin
normalaşdırılmasında tətbiq olunur).
XRONOMETRAJÇI Xronometraj aparan
şəxs.
XRONOMETRAJLAMA “Xronometraj -
lamaq”dan/«.
XRONOMETRAJLAMAQ/ Xronometraj
vasitəsilə ölçmək.
XRONOSKOP [yun. ehronos - vaxt və
skopeo - baxıram] Son dərəcə qısa (saniyə-
nin mində birinə qədər) vaxtları ölçmək
üçün elektrik saatı.
483
хи
XU is. [fars.] klas. bax xoy. Çox gözəlsən,
amma xuyundur yaman; Baxmazsan üzümə
mənim çox zaman. M.P.Vaqif. Duzlu heka-
yətin, nəməki sözün; Pəsəndidə xülqii xuyun
istərəm. Q. Zakir.
XUB sif. və zərf [fars.] klas. 1. Yaxşı, gö-
zəl, xoş. Gümüş kəmər xub yaraşır belinə;
Yaxası qızıldan düymələnibdi. Aşıq Ələsgər.
// Yaxşıca, bərk, əməlli-başlı. Xub yeyib-
içdilər. Xub əzişdirdilər.
2. is. məc. Gözəl, dilbər. [Qərib:] Bir əl
vurun, xublar girsin oyuna; Mən qurbanam
qamətinə, boyuna. “Aşıq Qərib”. Vaqif səni
sevdi xublar içində; Bir taza qonçasan
gülzar içində. M.P.Vaqif.
3. “Yaxşı”, "razıyam” mənasında (razılıq
bildirir). [Miraxur:] Xub, Şah Abbas o vəqt-
də padşah idi. Hökmü bizə rəvan idi.
M.F.Axundzadə.
XUBLUQ is. klas. Gözəllik, göyçəklik.
[Kərəm:] Camalın xubluğu mat elər şahı;
Göylərə dayanır aşığın ahı. “Əsli və Kə-
rəm”. Əl işin, gül naxışın; Хоуип, xasiyyətin
gözəl; Xubluğun, yaraşığın; Aldığın baratın
gözəl. Aşıq Ələsgər. Nə gözəl çəkilib qəddü
qaməti ; Xubluğu mahala car, bizə gəldi.
Aşıq Hüseyn.
XUBRU sif. [fars.] klas. Gözəlüzlü, göy-
çək, qəşəng, xoşbəniz. [Hərəmlərin] cüm-
ləsindən iki nəfər dilbəri-xubru ki, xilafı-
rizaları ilə şahın hərəmxanəsinə düşmüşdü-
lər, qayət şərm ilə və ahəstə səslə ərz etdi-
lər.. M.F.Axundzadə. Nə kami-dil verər; nə
könül yanar; Məgər xubrular savab istə-
məz? Q.Zakir.
XUDA is. [fars.] 1. Allah, Tanrı. Bəlalər-
dəıı səni saxlasın xuda; Sən tək gözəl, əldən
olmasın cida. M.P.Vaqif. Ey xuda, kim çəkər
axırda gülabın bu gülün; Dərdi-sər dəfinə
aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani.
[Sitarə:] Xuda bilir ki, səni qəlb-safıdəıı se-
virəm. C.Cabbarlı.
2. Xudaya şəklində nida - ay Allah, ilahi
(Allaha xitab, müraciət, yalvarış). [Kərbə-
layı Qədim:] Xudaya, cəlalına şükür. İndi
sənə inanmayanlar sənin qüdrətini öz göz-
ləri ilə gördülər. Ə. Haqverdiyev. [Ana:] Onu
jandarmalar gəzir dörd gözlə; Xudaya! Qə-
ribdir, sən onu gözlə! S.Vurğun. “ Şükür
XUDAVƏND
səııə, xudaya, hələ ki birtəhər süyüşdük ” -
deyə [Əlləzoğlıı] pıçıldadı. İ.Huseynov.
XUDAHAFİZ nida [fars, xuda və ər. ha-
fiz] “Allah hifz eləsin”, "Tanrı saxlasın”
mənasında vidalaşıb ayrılanda deyilir - sağ ol!
sağ olun! [Şah:] Dəxi məni axtarmayın ki, görə
bilməzsiniz! Xudahafiz! - deyib, taxtdan dü-
şüb hərəmxanəyə rəvanə oldu. M.F.Axund-
zadə. Bizim bəzi boşboğaz yazıçılarımız da
oxşuyurlar haman təbiblərə ki, azarlının nəb-
zinə baxandan sonra, “ xudahafiz ” deyib börk-
lərini axtarırlar. C.Məmmədquluzadə. [Əs-
gər:] Rüstəm bəy, xudahafiz! Məşədi İbad,
xudahafiz! Ü.Hacıbəyov. - Onda xudahafiz,
- deyə kişi qəzəblə donquldanıb yenə getdi.
H.Seyidbəyli. □ Xudahafiz eləmək - bax
xudahafizləşmək. Plovdaıı sonra durdum,
xudahafiz elədim... Ə. Haqverdiyev. Tele-
qrafçı xudahafiz edib getdi. T.Ş. Simurq.
XUDAHAFİZLƏŞMƏ “Xudahafızləş-
mək”dən f.is.
XUDAHAFİZLƏŞMƏK/ Xudahafiz (sağ
ol) deyib biri-birindən ayrılmaq, sağollaş-
maq. [imran kişi:] Bir az da İsmayıllını din-
ləyəndən sonra xudahafizləşib, trubkanı ye-
rindən asdı. M.Hüseyn. Aydın başı ilə xuda-
hafizləşib qapıya tərəf getdi. H.Seyidbəyli.
Dilbər utana-utana mühəndislə xudahafiz-
ləşib, təpəyə qalxmağa başladı. Ə. Sadıq.
XUDANƏKƏRDƏ | fars.] “Allah eləmə-
sin”, “İraq olsun” mənasında qorxulu, zə-
rərli bir şey, hadisə haqqında deyilir.
[Sultan bəy:] ..Dedim gedim görüm, bəlkə
qız, xudaııəkərdə, özünə bir xəsər-zad
yetirdi. Ü.Hacıbəyov. [Axund:] Neçə gün-
dür. deyirdim ki, ay kişi, nə olubdur ki, Səfər
bəy axır zaman heç görünmür, xudanə-
kərdə, görəsən, bur xəta üz verməyib ki.
B.Talıblı. [Diikandarlardan biri:] Elə xəl-
vətdə, xudaııəkərdə, bəlkə də bir iş elədi
[Səttar], bu işlərə xan özü əncam çəkməli-
dir. P.Makulu.
XUDAVƏND is. [fars.] klas. 1. Allah,
Tanrı. [Molla Qurban Fərruxa:] Xudavənd
təbarək və təala ruzini həmişə artıq eləsin,
inşallah. Ə.Vəliyev. □ Xudavəndi-aləm
(Allahın vəsflərindən biri, dünyanın sahibi,
ağası) - Allah. Bu surətdə nə səbəbə
xudavəndi-aləm özünün kitabını gətirən-
484
XUDBİN
larin dinlərindən bir neçə min il əvvəl belə
cürbəcür batil dinlərin meydana çıxmasına
razı olmuşdur. M.F.Axundzadə. [Sığırçı:]
İndi, əmi, get, bax gör xudavəndi-aləm nə
cür gözəllər yaradıb. “Aşıq Ələsgər”.
2. Xudavənda (bəzən xudaya-xuda-
vənda) şəklində nida - ay Allah! ey Tanrı!
(Allaha xitab). Fələk qoymaz ki, o! mahə
verim mən canımı bir gün; Xudavənda, bi-
lirsən kim, deyildir himmətim naqis.
S.Ə.Şirvani. [Xırda xanım:] Xudavənda,
görəsən mənim kimi də dünyada bir bədbəxt
varmı? N.Vəzirov. [Mərsiyəxan:] Xııdaya-
xudavənda! Bu nazənin sənəm huriyi-riz-
vanım? Çəmənzəminli.
XUDBİN sif. [fars.] Ancaq özünü düşü-
nən, öz mənafeyini hər şeydən yüksək tııtan
adam; eqoist. Müəllim əvvəldə molla Xəlil
ilə mübahisəyə girişmək istəməyirdi, onu
xudbin bir adam tanıyırdı. S. Hüseyn. Çox
savadlı və çox bilikli, şöhrətpərəst, xudbin,
hakimiyyət sevən oğrunun, həris və yalan-
çının öhdəsindən gəlmək çox çətindir.
M. İbrahimov. Bütün istedadsız və xudbin
adamlar kimi Kərəmov da paxıl və xəbisdir.
İ.Əfəndiyev.
XUDBİNLİK is. Ancaq özünü düşünmə,
özünü istəmə, öz mənafeyini hamıdan
yüksək tutma; eqoistlik. Vay cəhalət, vay
xudbinlik, siz neçə-neçə müsibətlərə bais-
siniz? N.Vəzirov. [Cəfər Rüstəmbəyə:]
Qardaş, hər kəsin əlinə nə düşdü, gərək
xudbinliyi kənara qoyub, yoldaşını da yada
salsın.. Çəmənzəminli. Gülnaz lovğa bir
xudbinliyi ifadə edən bu sözlərdən tutulub
sıxıldı. Q. İlkin.
XUDMANİ sif. və zərf [fars.] 1. Gizli, dost-
yana, məhrəmanə, məhrəmanə bir şəraitdə
başqalarının olmadığı bir şəraitdə. Xudmani
söhbət. Xudmani danışıq. - Bəli, mən
istəyirəm söhbətimiz xudmani olsun, - deyə,
Miiqiın bəy yan-yörəsinə baxdı. S.Rəhimov.
2. Ancaq ən yaxın, ən inanılmış adam-
lardan ibarət. [Qəhrəman:] ..Xudmani bir
məclis düzəldərəm. S.Rəhimov. Fevral
ayının 12-də Ağa Mirsadıq ağa ikisini də
axşam yeməyinə dəvət etdi. Bu çox “ xud-
mani ” bir qonaqlıq idi. Bir ev sahibi, iki də
qonaq - vəssalam. Qantəmir. // Xəlvəti.
XULİQANLIQ
[Firidun] xudmani bir bağı və həyəti olan
yaxşı bir adama rast gəldi. M. İbrahimov.
3. Bir ailəyə məxsus, kiçik. Karvan-
saranın hətta xüsusi çalğıçıları və nəğməçi
cariyələri vardı ki, bu və ya digər hücrədə
xudmani eyş-işrət məclisi qurulanda nəğ-
məçi cariyələr o məclislərə ruh verir,
əvəzində maddi nemətlər kəsb edirdilər.
Ə.Məmmədxanlı.
XUDPƏSƏND sif [fars.] Özünü çox
bəyənən, özündən çox razı; lovğa, xudbin.
Qənbərin bu sözləri məğrur və xudpəsənd
Varisdə böyük bir maraq oyatdı. A.Şaiq.
Xudpəsənd xan bir zamanlar həmin bəylər,
əyanlar qarşısında məğlubiyyətə düçar
olduğunu hələ də həzm edə bilməmişdi.
Ə.Məmmədxanlı. // İs. mənasında. Öz ha-
lını düşünmə tez, xalqın üçün külüng vur;
Qeyrətsizi, xudpəsəndi tarix haqlı unudur.
S.Vurğun. [Aydın:] Xudpəsənd öz canının
dərdinə qalıbmış. H.Seyidbəyli.
XUDPƏSƏNDLİK is. Özünü çox bəyənmə,
özündən çox razı qalma; xudbinlik, lovğalıq.
[İkinci mühəndis:] ..Məıı özüm də nadan bir
şəxs olduğumdan [Yaqubun] xudpəsəndli-
yinə etiraz etməyib, dediklərini bir məlumat
olaraq qəbul eləyirdim. B.Talıblı. Öz xudpə-
səndlik mərəzi ilə yaşayıb, gözü yan-yörəsini
seçməyən Kamilov indi özünü təklənən gördü.
S.Rəhimov. [Tahirin] fikrincə hər addımda
xudpəsəndliyə qapılmaq, .. narazılıq eləmək
faydasız bir işdi. M.Hüseyn.
XUL, XULBALIĞI is. zool. Əsasən dəniz-
də yaşayan xırda balıq növü.
XULİQÄN [ing. adam adından] Xuliqan-
lıq edən adam. Nədən qalxışdı xulqanlar;
Satıldı pula imanlar; Töküldü bigünah qan-
lar. M. Ə. Sabir. Qıza sataşmaq istəmişdilər,
çığırıb xuliqanların əlindən qaçmışdı.
H.Seyidbəyli. Gər deyən olsa ki, xuliqandı
bu; inanmarıq biz ona, bölıtandı bu; Gör
necə bir modabaz oğlandı bu. Ə.Vahid.
XULİQANLIQ is. İctimai qayda-qanunu,
ümumi nizam-intizamı, əxlaq normalarını
pozma hərəkətləri, cəmiyyətə hörmət etmə-
mə; dələduzluq. Xuliqanlıqla mübarizə.
- [Cəmilə], özilə həyat yoldaşı olacaq bir
adamın klub kimi ictimai bir yerdə cəncəl
485
XUMAR
XURAFAT
çıxarıb xuliqanlıq yapmasına bir məna verə
bilməyirdi. S. Hüseyn.
XUMAR sif. [ar.] 1. Süzgün (göz, baxış
haqqında). Nə baxırsan pəncərədən; Xumar
gözün süzən gözəl?! Aşıq Ələsgər. Qız isə
Bahadırı görüb yanından keçərkən, xumar
gözlərini Bahadıra süzdürdü. N.Nərima-
nov. Yüzillik bir ömrü qurban verərdim;
Xıınıar gözlərinə baxsaydım bir an. R.Rza.
2. Keflilik, məstlik. Xaııın bu nərəsinə
xumardan sərasimə ayılan qaçaqlar dəhşət-
dən yerlərində donub qaldılar. M. Rzaqulu-
zadə. □ Xumar olmaq - keflənmək, məst
olmaq, nəşələnmək. Gecə və gündüz məst
xumar olan xəlifə, Əmin ağamın ona gön-
dərdiyi həcvi oxuyub üç gün üç gecə yasa
batmışdı. Ə.Məmmədxanlı.
XUMARGÖZ(LÜ) sif. Gözləri xumar, süz-
gün olan; süzgünbaxışlı. Xumargözlü qız. -
Qara at ncılı neylər; Qara göz xalı neylər;
Ağlama, xumargözlü balam; Görək, ilahi
neylər. (Bayatı).
XUMAR-XUMAR zərf Süzgün-süzgün,
nazlı-nazlı. Xumar-xumar baxmaq göz
qaydasıdır; Lalətək qızarmaq üz qaydasıdır.
M.P.Vaqif. Xıımar-xumar o baxmağı göz-
lərin; Yəğmalayıb solu-sağı gözlərin.
Q. Zakir. Kim bilir, o xumar-xumar baxışın
nə qədər ruha saplanıb qalmış. A.Şaiq.
XUMARLANDIRMA “Xumarlandırmaq”-
dan fis.
XUMARLANDIRMAQ f. Xumar etmək,
məst etmək, bihuş etmək, kefləndirmək. Gü-
norta yerindən əyilmiş qızmar günəş aka-
siya salxımlarını, qızılgül yarpaqlarını
pörtür, havanı bu çiçəklərin adamı xumar-
landıran (f.sif.) tünd ətri ilə doldururdu.
Ə.Əbiilhəsən.
XUMARLANMA “Xumarlanmaq” dan fis.
XUMARLANMAQ f. 1 . Keflənmək, nə-
şələnmək, məst olmaq. // Keflilikdən axmaq,
süzülmək (göz haqqında). Gülnaz kabab
gətirdi. Süfrəyə qoyub qayıtmaq istədi. Mü-
başir Məmməd xumarlanan gözlərini onun
ala gözlərinə dikdi. M.Ibrahimov. Yalan sər-
xoşluğwıda elə xumarlanmışıq; Çaylağı yol,
gülü kol, qaranı ağ sanmışıq. B. Vahabzadə.
2. Nəşələnmək, zövqləmnək, zövq almaq,
nazlanmaq. [Yaşlı kişi:] Uzandığım krovatda
xumarlanırdım. S. Hüseyn. Bu dadlı laylalar-
dan balaca [qız] xumarlanıb şirin yuxuya
getdi. S.S. Axundov. [Tahir] adəti üzrə,
yorğan-döşəkdə xumarlanmadan tez qalxıb
paltarını geyindi. M.Hüseyn. // Məc. mənada.
Qışın səhərində bu qarlar düzü ; Günəşdən
qızınıb xumarlanırdı. S.Vurğun. Rüstəm kişi
atın belinə sıçrayıb dala baxmadan günəş
işığı altında xumarlanan çöllərə tərəf sürdü.
M.Ibrahimov. ..Nazlanıb xumarlanan çay
hamının üzünə gülümsəyirdi. S. Vəliyev.
XUMARLIQ is. Məstlik, keflilik; kefli
(məst) adamın haləti. Xumarlıq aləmində seyr
edən tiryəkilərdəıı bir neçəsi yatağan ilaıı kimi
gözlərini zorla açırdı. P.Makulu. Gözlərinin
xumarı pozdu xumarlığımı; Xumarlığın
nəğməsi təranən idi sənin. Şəhriyar.
XUNXAR sif. \fars.\ Qaniçən, zalım, cəl-
lad, qandan doymayan; yırtıcı. Xunxar olan
əfradi-bəni-növ 'ünə daim; Bu vəhşiyü ğür-
ranlarına şükr, xudava! M.Ə. Sabir. Sən ya-
zırsan mənə, ay molla ki, əşar yazım; Mülkə-
darı, bəyi və xanları xunxar yazım? Ə.Nəzmi.
// Məc. mənada. Gözələ işarə. Neyləmişəm
o xunxara; Müttəsil baxar əğyarə; Bir dəm
eyləməz nəzzarə; Məııi-rüsvaya gözlərin.
Q.Zakir.
XUNXARLIQ is. Qaniçicilik, zalımlıq,
cəlladlıq, rəhmsizlik, vəhşilik, yırtıcılıq. [Cə-
mil bəy:] Əcəba insanlarda bu cəlladlıq, bu
xunxarlıq nə vaxta qədər davam edəcək!
H. Cavid.
XUNTÄ [ isp . junta - toplanma, birləşmə]
İspaniyada və Latın Amerikası ölkələrinin
çoxunda ictimai-siyasi təşkilat və birləşmə-
lərin adı; hərbi çevriliş nəticəsində höku-
mət başına keçən hərbçilər dəstəsi. Yasaq
olan bir ölkədə; Qatı zülmət işıqlıqda; nur
kölgədə... Buna dözmək? Necə dözmək?
Xuııta qeyri-qanunidir; Əxlaqsızın törəməsi;
bicə dözmək; Necə dözmək? B.Vahabzadə.
XURAFAT is. [ar.] Mövhumat. Zülm nə
din bildi, nə dil, nə Vətən; Cəhalət uydurdu
islam cıdına; Açıqfıkirlilər qaçdı ölkədən;
Dözməyib cahilin xurafatına. B.Vahabzadə.
// məc. Əfsanə, nağıl, uydurma. Və ya ki
Şüşədə bir sərsəmin xurafatı; Səhifələr ilə
məşğul edər “Füyuzat” ı. M. Hadi. [Bahadır:]
Ey ağlını qayıb etmiş qoca, nə üçün bu
486
XURAL
avam zavallıları belə xurafat ilə aldadır-
san? S.S. Axundov.
XURAL is. [ monq .] Monqolustanda ali
dövlət hakimiyyəti orqanı.
XURAMAN sif [fars.] klas. Nazla, əda ilə
yeriyən, nazlana-nazlana, sallana- sallana ye-
riyən. Sərvi-azad qədinlə mənə yeksan görü-
nür; Nəyə sərgəştə olan baxsa xuraman gö-
rünür. Füzuli. Dilqəməm, qarşıma çıxdı xura-
man; Bir şəbi-yeldadə bir mahi-taban. Aşıq
Dilqəm. □ Xuraman olmaq - naz və əda
ilə, nazlı-nazlı, sallana-sallana yerimək. Ey
şaxi-giil, ol qaməti-mövzun həvəsindən; Çox
səı-v bu gülşəndə xuraman olacaqdır. Qövsi.
2. Sərvi-xuraman şəklində - klassik
şeirdə gözəlin epitetlərindən biri. Lütf edib-
sən, məgər ey bad! Bu gündən bövlə; Verəsən
bir xəbər ol sərvi-xuramanımdan. Füzuli.
Boyu yaraşıqlı, sərvi-xuraman; Əndamıdır
ağ gül, sinəsi meydan. M.P.Vaqif.
xuraman-xuraman zərf Nazla, əda ilə,
sallana-sallana, nazlana-nazlana. Pəri Sol-
tan xuraman-xuraman gəlib, özünü zindanın
qapısına yetirdi. (Nağıl). Səs-səsə verəydi
həzarə, bülbül; Düşəydi payinə bənövşə, sün-
bül; Xuraman-xuraman əlində də gül; Gəzəy-
din hər tərəf bağı, görəydim. Q. Zakir. Səhər
vaxtı, yarəb! Nə gördüm ki, canan; Gəlir
şadii xəndan, xuraman-xuraman. H. Cavid.
XURCUN is. İçərisində şey qoymaq üçün
adətən yük və ya minik heyvanlarının belin-
dən aşırılan, palaz kimi toxunan, ya da cod
parçadan tikilən ikigözlü torba, iri heybə. At
belinə xurcun qoymaq. Xurcunu tərkinə
salmaq. - [Əhməd] ..başına bir çəllək soyuq
su tökülmüş adam kimi kor-peşman yenidən
malları bir-bir xurcuna yükləyib [eşşəyə]
mindi. B.Talıblı. Tahir isə anasından dolu
xurcunu alıb mətbəxə apardı.. M.FIüseyn.
Başında çal papaq, çiynində xurcun; ildırım
çaxırdı gözündə onun. B. Vahabzadə.
XURD-XƏŞİL zərf Əzik-əzik, xıncım-
xıncım, sağ-salamat yer qalmamış, sınıq-
sııııq. Amma birdən işdi mən çölə-zada
çıxmalı olsam, sən gərək xurd-xəşil olasan.
“Koroğlu”. Elə o günü məntəqəyə bütün
bilək sümüyü xurd-xəşil olmuş bir yaralı
gətirdilər. Ə.Əbülhəsən. [Qarakişi Hüm-
mətə:] Sən öləsən, [Yusif] səni boz atdan
XURŞİD
elə salacaq ki. qabırğaların xurd-xəşil
olacaq. B. Bayramov. □ Xurd-xəşil etmək
- bərk əzişdirmək, əzik-əzik etmək,
bədənində sağ-salamat yer qoymamaq.
Mollabacı biçarə mütəəlliməni xurd-xəşil
edəndən sonra həyətə çıxdı və üzünü qon-
şuya tutub, ağzına gələni dedi.. Çəmənzə-
minli. [Sərnişinlərdən biri:] Dünən Qara
şəhərdə qoca bir arvadı tramvay aldı altına,
xurd-xəşil elədi. Qantəmir.
XURMA is. bot. 1 . Subtropik və mülayim
iqlimli ölkələrdə bitən, lələkvari yarpaqları
çətir kimi olan uca ağac və bu ağacın şirin
meyvəsi. Qayada ilan ötər ; Bağdadda
xurma bitər; Ay qız, elə sallanma; Cava-
nam, ağlım itər. (Bayatı). [Teybə] ..evə yolu
düşəndə Bahadır üçün həmişə fındıq, qoz,
saçaqlı konfet, iydə və bəzən xurma gəti-
rərdi. M. Hüseyn.
2. B ax xırnik. ..Xurma toxumunun qabı-
ğı qalın olduğuna onlar bir neçə ildən sonra
göyərir, ona binaən onları tez göyərtmək-
dən ötrü Avropa bağbanları bu toxumların
qabığını üsul yarıb sonra əkirlər. “Əkinçi”.
XURMALIQ is. Xurma ağacları bitmiş
yer, xurma ağacları əkilmiş yer; xurma bağı.
Gah xurmalıqlar görünür, gah dupduru
göllər; Gah qaıılı ilkindi; gah alovlu səhəı;
R.Rza. [Leyli Məcnuna:] Gedək o xurma-
lıqdakı sərin çeşmədən bir ovuc su içək.
Ə.Məmmədxanlı. Qəzənfər .. şəhərin kəna-
rındakı xurmalıqda gizləndi.. S.Vəliyev.
XURMAYI sif. Xurma rəngində, açıq-
qəhvəyi. Xurmayı göz. Xurmayı saç. - Hə-
cər gözlərini sildi, geri çəkildi, onun nəzəri
Nəbinin divardan asılmış xurmayı papağına
sataşdı. S. Rəhimov.
XURMAYISAÇ(LI) sif. Saçları xurmayı
olan. On altı-on yeddi yaşlarında, qamətli,
xurmayısaç .. qız, utancaq tərzdə gözlərini
yerə zilləmişdi. M.Hüseyn. Bir azdan ..
xurmayısaçlı, incəbel, yaraşıqlı bir qız olan
Səriyyə .. gəlib çıxdı. I.Əfəndiyev.
XURŞİD is. [fars.] klas. Günəş. // Klassik
şeirdə gözəlin epitetlərindən biri. Xurşidim,
xavərim, hilalım sənsən; Şəkərim, şərbətim,
zülalım sənsən. M.V.Vidadi. Sən hüsndə
xurşidi-fələkdən də gözəlsən; Ya əyri qa-
şından nəyi artıqdı hilalın. Ə.Vahid.
487
XURŞİDVƏŞ
XURŞİDVƏŞ sif. [fars.] klas. Günəş kimi
gözəl, günəş camallı. Qoyma, ey xurşidvəş,
gözdən məni şəbnəm kimi. Qövsi.
XIJRT: xurt düşmək - bihuş olub sə-
rilmək. Qız xörəyi hazırlayıb bihuşdanm da
daxil elədi içinə, gətdi ortalığa. Səlim bir az
уеуәппәп sora xurt düşdü. (Nağıl).
XURUŞ is. [fars.] Plovla yeyilmək üçün
ayrıca bişirilib hazırlanan ət, toyuq, kişmiş
və s.-dən ibarət yemək; qara. Balaca nim-
çələrdə tirmə süfrənin ortasına düzülmüş
xuruşlar və yeməklər hamıdan artıq Məşədi
Məmmədin diqqətini cəlb edirdi. B.Talıblı.
..Kiçik qazançalarda aş üçün azacıq aw əl kə-
silən üç qoyunun ətindən xuruş [qara] hazır-
lanırdı. Ə.Əbülhəsən. [Çiyələk] plovun xu-
ruşlarım hazırlamağa girişdi. B. Bayramov.
XUŞGƏBAR is. {fars.] Quru meyvə.
Xuşgəbar dükanı. - İldə neçə dəfə böyük
karvanlar Hacı Səlim Sərdarovun xuşgəbar
yüklərini Xorasandan Türküstana gətirir-
dilər. Ə.Haqvcrdiyev. [Hacı Seyidin] iki pa-
roxod xıışgəbarı dənizdə batmışdı. Mir Cəlal.
XUŞGƏBARÇI is. kolın. Xuşgəbar satan
adam. Bakıda iri ticarətlə məşğul olan dü-
yüçiilər, xuşgəbarçılar, ipəkçilər, xalçaçı-
lar, qaraneftçilər də az deyildi. H. Sarabski.
XUŞGƏBARFÜRUŞ [fars.] köhn. bax
xuşgəbarçı. Mirzə Nəsib .. Xəlilin anasını
xatircəm edib yola saldı və Xəlili özü ilə gö-
türüb öz dostu Ağa Hüseyn xuşgəbarfüruşun
yanına apardı. Ə.Haqverdiyev.
XUTOR [rus. ] 1. İçərisində sahibinin evi
və təsərrüfatı olan ayrıca mülk.
2. Kazak stanitsalarından köçüb gələn-
lərin saldıqları kənd.
XUTORÇU is. tar. 1. Xutor (1-ci məna-
da) sahibi.
2. Xutor (2-ci mənada) əhalisindən olan;
xutorlu.
XUTORLU bax xutorçu 2-ci mənada.
XÜLASEYİ-KƏLAM bax xülasə 1-ci
mənada. Xiilaseyi-kəlam, bu işin üstündən
tamam üç il keçdi. E. Sultanov. Xiilaseyi-kə-
lam, camaat bir vaxt gözünü açdı, gördü ki,
Xııdayar bəy katdadı ki, katdadı. C.Məmməd-
quluzadə.
XÜLASƏ is. [fars.] 1. Müxtəsər, bir sözlə,
uzun sözün qısası. Xülasə, daha nə deyim,
XÜLYAPƏRVƏR
baharın bu gözəl ayında bizim ölkə kimi
gözəl ölkə az tapılar.. E. Sultanov. Xülasə,
faytonçu yarım saat məni səhra ilə gətirdi.
Ə.Haqverdiyev. [Qüdrət:] Xülasə, bədbin-
ləşmək lazım deyil. M.Hüseyn.
2. Bir əsərin, nitqin və s. qısaca məzmu-
nu, nəticəsi, mahiyyəti. Romanın xülasəsini
danışmaq. □ Xülasə etmək - qısa məz-
mununu vermək.
3. Nəticə, yekun. Əcəba o zavallı qarı
altmışillik ömrünün acı fəlsəfəsinin xülasəsi
olan o ibarəni neçə dəfə təkrar etmişdi?
A.Şaiq. Doğrudur, [Kərbəlayı Əzimin] ya-
nında Dilşadın adını çəkməyirlərdi, amma
ümumi məsələdən xülasə çıxarmaq çətin
deyildi. T.Ş. Simurq.
XÜLƏFA is. [ər.] köhn. Xəlifələr. [Həqi-
qət:] Mənini şəfəqim Misir fironlarının, Roma
qeysərlərinin, Kəvaniyaıı və Sasaııiyan şa-
hənşahlarının, Bəni-Ümməyyə, Bəııi-Əbba-
sivyə xüləf asının qəsrlərinə, turan və türk xalq-
larının qəsrlərinə düşübdür. Ə.Haqverdiyev.
XÜLQ is. [ər.] Xasiyyət, təbiət. Sənətkar
xülqiinə hopmuşdu onun ; Təlim-tərbiyənin
zövqü, ahəngi. Şəhriyar.
XÜLUS is. [ər.] köhn. 1. Xalislik, saflıq.
Hər kəs öpər əlimdən ; İzhar edər xülusi..
A. Səhhət.
2. Səmimilik. Vətən uğrunda, millət eş-
qində; Bəzli-can et xülusi-niyyət ilə!
M.Ə. Sabir. Kişinin ki, əqidəsi möhkəm oldu
və xülusü qəlb ilə əlinə qələm aldı, onun
ərizəsi daşdan keçər. Ə.Haqverdiyev.
XÜLYA [зг.] Xəyal, xəyalət, xamxəyal,
fantaziya. Birdən lap qulağının dibində
eşidilən qəfil bir qışqırıq Qadiri bu xülyala-
rından ayırdı. Ə.Əbülhəsən. Haman bu Ya-
Inıçaq bəy də Baniçiçəyi almaq xülyasına
düşmüşdü. M. Rzaquluzadə. Həmid bu mə-
sud şirin xülyalara o qədər dalır ki, balaca
Müslümün başını onun dizinə qoyaraq, уи-
xuladığını hiss etməyir. Ə.Məmmədxanlı.
XÜLYAÇI bax xəyalçı.
XÜLYAÇILIQ bax xəyalçılıq.
XÜLYAPƏRVƏR, XÜLYAPƏRƏST [ər.
xülya və fars. ...pərəst] bax xəyalpərəst.
Ögey qardaşı uşaqlarından başqa heç bir
kəsi olmayan bu müəllim xəyalpərvər bir
adam idi. M.İbrahimov.
488
XÜLYAPƏRVƏRLİK
XÜSUS
XÜLYAPƏRVƏRLİK, XÜLYAPƏRƏST-
LİK bax xəyalpərvərlik. Onlar əksərən
xəyalpərəst gənclər, geniş ictimai fəaliyyət
meydanı axtaran və həqiqi azadlıq üçün
çırpınan gənc tələbələr idi. M. İbrahimov.
XÜMS is. [ər. “beşdə bir”] İslam dinində:
varlı adamın öz gəlirinin, qazancının beşdə
bir hissəsi miqdarında kasıblara verməli
olduğu vergi. Camaatın, xüsıısən sər\>ətdar-
ların xümsü, zəkat və fitrəsi ağanın mübarək
əlilə paylanardı. Ə. Haqverdiyev. Fitrə, zə-
kat, xüms, həcc və Kərbəlanı ziyarət etmək
kimi “ təkliflərin” hamısı Əhmədin tərəfin-
dən danışıqsız qəbul edilirdi. B.Talıblı.
// məc. Klassik şeirdə gözəlin iltifatına, mər-
həmətinə işarə. [Həcər xanım:] Olar gö-
zəllərin xümsü, zəkcıtı; Cavana yetişər, çala
yetişməz. Aşıq Ələsgər.
XÜRRƏM sif. və zərf [fars.] klas. Şad,
şən, qəm-qüssədən uzaq, sevinc, fərəh
içində olan (çox zaman şad və xürrəm şək-
lində işlənir). Böyük xanım şad və xürrəm
gümüş podııos içində iki istəkan kəmrəııg
çay gətirmişdi. M.S. Ordubadi. Hamı şad,
xürrəm evinə qayıtdı. N.Nərimanov. Kələ-
yin baş tutmasından şad və xürrəm halda
Mahmud bayıra çıxıb evinə qayıdarkən
[arvadının] qəflətən çarşabı qoltuğuna
vurub yeznəsi ilə getməsini müşahidə edir.
B.Talıblı. □ Xürrəm olmaq - şad olmaq,
sevinmək, fərəh içində olmaq. Xürrəm
oluram, o olsa xürrəm; Qəm yetsə ona, mənə
yetər qəm. Füzuli. Əhdi dürüst ola, iqrarı
möhkəm; Gözündən irağa düşəndə bir dəm;
Nə könlü açıla, nə ola xürrəm; Fikri, zikri
sənin sarı gərəkdir. Q.Zakir.
XÜRUC is. [ər.] klas. Çıxma, bayıra
çıxma. □ Xürue etmək - çıxmaq. .. o
Iskəndər Rumi idi ki, Məqdımiyyə adlı ufaq
bir ölkədən xüruc eləmişdi və gəlmişdi
Əcəm ölkəsindəki bütün atəşgədələri dağıt-
mışdı.. Ə.Məmmədxanlı. // Zühur etmə,
zahir olma, ortaya çıxma. [Axund:] Yəqin
dünyanın axırı və Dəccalın xürııcu yaxın-
laşıb. Ə. Haqverdiyev.
XÜSUS [ər.] 1. Xas olma, məxsus olma;
məxsusluq, bir şeyə və ya şəxsə aid olma.
2. Nisbət şəkilçilərlə: xüsusda, xüsu-
sunda - haqqında, barəsində; barədə, dair.
Bu xüsusda sonra danışarıq. Bu xüsusda
fikriniz nədir? Getmək xüsusunda nə qərara
gəldin? - [Dəsturov] hər məsələ xüsusunda
hər idarəyə ərizə yazardı. Ə. Haqverdiyev.
XÜSUSƏN [ər.] zəı/Xüsusi olaraq, hamı-
dan artıq, ən çox, hər şeydən əvvəl, ayrıca,
ələlxüsus. Xüsusən ev qulluqçuları, gədə. Al-
mas və qulluqçu qız Pəri o gecə səhərə kimi
yatmamışdılar. N.Nərimanov. Bu böyük itki,
bu kədərli faciə bütün qohum-qardaşa, xü-
susən Atabalaya çox ağır təsir etdi. A.Şaiq.
Qumru çox azdanışan, xüsusən müavinlə söz
güləşdirməyən bir arvad idi. Ə.Əbülhəsən.
XÜSUSİ sif. [ər.] 1 . Ancaq ayrıca bir şəx-
sin özünə aid olan, özü ilə bağlı olan, özünə
xas olan; şəxsi, fərdi. Xüsusi təşəbbüs. Baş-
qasının xüsusi həyatına qarışmaq. - [Məcid
Əfəndi:] Yaxşı ki gəldiniz, sizinlə xüsusi bir
işim daha var.. H. Cavid.
2. Şəxsi mülkiyyətlə, fərdi təsərrüfat-
çılıqla və bundan doğan ictimai-iqtisadi
münasibətlərlə bağlı olan. Xüsusi alver. Xü-
susi mülkiyyət. Xüsusi təsərrüfat. H Kollek-
tivə, cəmiyyətə, dövlətə və s.-yə deyil,
ayrıca şəxsə, sahibkara məxsus olan; şəxsi.
Xüsusi mal. Xüsusi kitabxana. Xüsusi ev.
Xüsusi maşın. H Ayrı-ayrı şəxslər tərəfin-
dən icra edilən, dövləti xidmət xaricində
olan. Xüsusi sifariş. Xüsusi dərs götürmək.
Həkimin xüsusi qəbulu var.
3. Başqalarından fərqlənən, səciyyəvi
xüsusiyyəti olan; qeyri-adi. Xüsusi əlamət.
Müğənninin səsində xüsusi bir məlahət var.
Xüsusi bir əda ilə danışmaq. H Bir şeyin, ya
şəxsin fərqləndirici xüsusiyyətini təşkil
edən, ancaq müəyyən bir şəxsə, ya şeyə,
hadisəyə xas olan; spesifik, səciyyəvi, özü-
nəməxsus. Bəzi dərmanların xüsusi iyi var.
işin xüsusi cəhətlərinə diqqət yetirməli. Bu
yeməklərin xüsusi ləzzəti var.
4. Ancaq müəyyən şəxslər və ya məqsəd
üçün olan; məxsusi. Qəzetin xüsusi nömrəsi.
Nümayəndələr xüsusi qatarla yola düşdülər.
Teatrda xüsusi yerlər. Xüsusi komissiya işə
başlamışdır.
5. Ayrıca götürülmüş, ayrı-ayrı, təsadüfi,
qeyri-səciyyəvi, müstəsna. Xüsusi hallarda.
Xüsusi faktları qanun kimi götürmək olmaz.
6. Elm, texnika, sənət və s.-nin hər hansı
bir sahəsinə aid olan. Xüsusi təhsil məktəbi.
Xüsusi fənlər.
489
XÜSUSİLƏ
XÜTBƏ
7. Daha böyük, daha güclü, daha mühüm.
Xüsusi bir məhəbbətlə sevmək. Xüsusi qayğı
göstərmək. Xüsusi zəhmət tələb edən iş.
0 Xüsusi müxbir - işlədiyi qəzeti (jur-
nalı) müntəzəm surətdə informasiya ilə tə-
min edən qəzet və ya jurnal əməkdaşı.
M.Ə. Sabir “ Həyat ”, “ İrşad ” və “ Tazə həyat ”
qəzetlərinin Şamaxı üzrə xüsusi müxbiri
olmuş, həmin qəzetlərdə müntəzəm surətdə
çıxış etmişdir. M. Məmmədov.
XÜSUSİLƏ zərf [ər.] Ələlxüsus, xüsusən.
[Mirzə Qədir] əlavə olaraq orasını da
bildirdi ki, Nəsir evdə onun qardaşı isə də,
həyatda, xüsusilə mətbəəsində qardaşı de-
yildir. S. Hüseyn. Xüsusilə qaragözlü qız həm
maraq, həm də ürkək nəzərlərini Mayaya
dikmişdi. M. İbrahimov. Pəncərədən Adilə-
nin çiyni üstündən sıra dağlara tərəf açılan
mənzərə bu axşam xüsusilə möhtəşəm idi.
Ə.Məmmədxanlı.
XÜSUSİLƏŞMƏ is. 1. “Xüsusiləşmək”dən
fis.
2. qram. Cümlə üzvlərinin bir qisminin
xüsusi səs tonu ilə deyilib, məntiqi vurğu
ilə o birilərindən fərqlənməsi halı. Cüm-
lənin ikinci dərəcəli üzvlərinin xüsusiləş-
məsi. - ..Şagirdlər siııtaksisi keçərkən öy-
rənirlər ki, xüsıtsiləşmələr cümlədəki başqa
üzvlərdən intonasiv aca fərqlənir və fasilə ilə
ayrılır. “Orta məktəbdə yazı metodikası”.
XÜSUSİLƏŞMƏK f. 1. Başqalarından,
ümumilikdən ayrılmaq, xüsusi mövqe
tutmaq.
2. qram. Xüsusiləşmə (2-ci mənada) əmə-
lə gəlmək.
XÜSUSİLƏŞMİŞ/sı/i qram. İntonasiyaya
və cümlənin digər üzvlərinə münasibətə
görə cümlənin nisbətən müstəqil tərkib
hissəsinə çevrilmiş.
XÜSUSİLİK is. Özünə məxsus olma, özünə
aid olma, xüsusi mahiyyət daşıma, fərdi sə-
ciyyə daşıma, şəxsi xarakter daşıma. ..Məktu-
bun xüsusiliyini nəzərə alaraq imkan vermiş-
lərdi ki, Kaşani əvvəl özü oxusun. Qantəmir.
XÜSUSİYYƏT is. 1. Hər hansı bir şeyi
digərindən ayıran səciyyəvi cəhət, əlamət,
keyfiyyət, xassə, spesifiklik. Şoran torpaq-
ların xüsusiyyəti. Yaşayış xüsusiyyəti. -
“ Qorxulu nağıllar” ın bir xüsusiyyəti də
odur ki, müəllif heyvanlar aləmindən ..
danışır, gənc oxucularını onlarla tanış edir.
S.S.Axundov. [Fikrət:] Bizim trestin yarısı
dənizdədir. Oranın xüsusiyyətlərini unut-
maq olmaz. M. Hüseyn.
2. Xüsusiyyətçilik.
XÜSUSİYYƏTÇİ is. Bir şeyin sahibi,
mülkiyyətçi; yiyə, sahibkar.
XÜSUSİYYƏTÇİLİK is. Yiyə, sahibkar
olma, mülkiyyətçilik.
XÜTBƏ is. [ər.] din. Xətibin minbərdən
camaata xitabən söylədiyi nəsihətamiz söz-
lər, nitq. Əmir İnanc xətibin qulağına pıçıl-
dadıqdan sonra xətib təzə səfərbərlik haq-
qında bir söz danışmayaraq xütbəsini bitirdi.
M.S. Ordubadi.
490
I
İBARƏLİLİK
Ii
İ Azərbaycan əlifbasının on dördüncü
hərfi və bu hərflə işarə olunan saitin adı.
İANƏ is. [ ər .] köhn. Bir xeyir iş üçün, ya-
xud ehtiyacı olan bir adam və ya cəmiyyət
üçün verilən və toplanılan pul; maddi yardım,
kömək. İanə vermək. İanə toplamaq. - [Yaşlı
kişi:] Mən .. Hacı Ramazanın Xorasan ac və
yoxsulları üçün göndərdiyi min manat ianə-
sini öz əlimlə ona təslim etmişdim. S. Hüseyn.
İanə verənləri mətbuat səhifələrində adbaad
elan etmək çətin idi. Mir Cəlal. İanə almaq
üçün dükanın qabağına toplaşanların içəri-
sində Oruc da var idi. Ə. Vəliyev.
İANƏÇİ is. İanə verən, maddi kömək
göstərən, yardım edən.
İANƏT klas. bax ianə. [Yusif şah:] Dul-
lara və yetimlərə və şillərə və korlara ianət
və himayət göstərilsin. M.F.Axundzadə.
İAŞƏ is. [ər.] 1. Yedirmə, yedirib-içirmə.
2. Qida, yeyəcək, yeyinti. □ İaşə müəs-
sisəsi - yeməkxana, aşxana, kafe və s.
İAŞƏÇİ is. İaşə işləri ilə məşğul olan, ye-
yinti müəssisəsi işçisi.
İBADƏT is. [ər.] 1. Dua oxuma, namaz
qılma şəklində icra edilən dini ayin. [Molla
İbrahimxəlil:] Əgər məni görmək istəsələr,
de ki, ustadım .. ibadətdədir. M.F.Axundza-
də. Məlum şeydir ki, indiyədək saydığımız
ibadətlər ki, növ-növ namazlardan ibarət
olsun, məhz ondan ötrüdür ki, insan öləndən
sonra, axirətdə mizan-tərəzi qurulanda
yaxşı imtahan versin. C. Məmmədquluzadə.
□ İbadət etmək - dini ayinlərlə məşğul
olmaq, dua oxumaq, namaz qılmaq. Adam-
lar məbııdun qarşısında bardaş quraraq dizi
üstə oturub ibadət edir, dodaqaltı dua oxu-
yurlar. M. İbrahimov.
2. Sitayiş, pərəstiş. □ İbadət etmək - si-
tayiş etmək, səcdə etmək. Oda ibadət et-
mək. Bütlərə ibadət eləmək. H Məc. məna-
da. Qiblə deyil, qaşlarına baş əymək ; Gecə-
gündüz mənim ibadətimdir. M. P. Vaqif.
Məscidü minbər nə lazım maili-rüxsarına;
Qaşların vəqti-ibadət aşiqə mehrabdır.
S.Ə.Şirvani.
İBADƏTÇİ is. İbadətlə məşğul olan
adam, vaxtını ibadətdə keçirən adam.
İBADƏTGAH is. [ər. ibadət və fars. ...gah]
İçərisində ibadət edilən yer, ibadət yeri,
məbəd (məscid, kilsə və s.). [Tahirzadə]
burada - cüt minarələri ilə göylərə yüksələn
ibadətgahda, zahidlər məclisində imtahan
verməli idi. Mir Cəlal.
İBADƏTXANA [ər. ibadət və fars. ...xanə]
bax ibadətgah. [Sönməz:] Ərəblər əvvəl-
ləri .. böyük mərkəzlərdəki ocaqlara, iba-
dətxanalara toxunmurdular. C.Cabbarlı.
İBADƏTKAR is. və sif. [ər. ibadət və
fars. ...kar] İbadət edən, səcdə edən, səcdə-
edici. [Ərən:] Mariqeri diz çökərək Sfinks
heykəlinin üst səkisində oturan bir qızın
ayaqlarını qucuyub ibadətkar bir vəziyyət
almışdı. Çəmənzəminli.
İBARƏ is. [ər.] 1. Kəlam; iki və ya bir
neçə kəlmədən ibarət tərkib. Gözlüyümü
gözümə taxıb bir yerindən bu ibarəni çətin-
liklə oxuya bildim. C.Məmmədquluzadə.
..Bir parça əlfaz və ibarələri cənab mütərcim
eyni ilə rusdan türk Usanma tərcümə etmək-
ləri ilə əsil mənanı dolaşdırıb çətinə salıbdır.
F.Köçərli. Vəkilin hər sözü, lıər ibarəsi; Bir
tikan çıxarır onıın qəlbindən. B.Vahabzadə.
2. Qəliz, təmtəraqlı, əksərən mənasız,
boş söz, ifadə. İbarələr dolu kimi yağar
onun ağzından; Otuz dəfə məhəbbətə düçar
olmuş azından... S.Vurğun. Əhvəl ərdə gecə
yarısı avam camaat məscidlərə dolub, mol-
lanın ərəbcə dediyi anlaşılmaz ibarələrini
diııbr, sonra hər kəs evinə qayıdardı.
H.Sarabski. □ İbarə satmaq - qəliz, təm-
təraqlı danışmaq.
İBARƏBAZ [ər. ibarə və fars. ...baz] bax
ibarəpərdaz.
İBARƏBAZLIQ bax ibarəpərdazlıq.
İbarəbazlıq fikrin boşluğuna və bir dərəcə-
də yoxluğuna dəlalət eləyir. F.Köçərli.
İBARƏÇİ bax ibarəpərdaz.
İBARƏÇİLİK bax ibarəpərdazlıq.
İBARƏLİ sif. Təmtəraqlı, qəliz, ibarələr-
lə dolu. İbarəli yazı. - Armudboğaz, şişbığ
satıcının belə ibarəli nitqindən baş açmayan
Leylək istər-istəməz əsəbiləşdi.. S. Rəhimov.
İBARƏLİLİK is. İbarələrlə dolu olma,
təmtəraqlılıq, qəlizlik.
491
İBARƏPƏRDAZ
İBARƏPƏRDAZ is. [ər. ibarə və fars.
...pərdaz] Danışığında və ya yazısında qəliz,
təmtəraqlı ibarələr işlətməyi sevən adam.
İBARƏPƏRD AZLIQ is. Qəliz və təmtə-
raqlı ibarələr işlətmək həvəsi, meyli.
İBARƏT [ər.] 1. Mütəşəkkil, düzəlmiş,
tərtib olunmuş. Beş adamdan ibarət heyət.
Mütəxəssislərdən ibarət komissiya. Dörd
nəfərdən ibarət ailə. Tələbələrdən ibarət
komanda. - Nəhayət, Toğrul iraqlılardan
ibarət bir dəstə qoşun təşkil etmək və Hüsa-
məddinin əlində olan qoşunu tərk-silah et-
dirmək qərarına gəldi. M. S. Ordubadi.
2. İbarətdir şəklində - eyniyyət bildirir.
“Veçer” ibarətdir bir məclisdən ki, axşam
vaxtı oraya adamlar cəm olub söhbətə, qira-
ətə, musiqiyə və yeyib-içməyə məşğul olurlar.
C. Məmmədquluzadə. Bu xəndək bir kilo-
metr uzunluğu, qırx metr eni, otuz metr də-
rinliyi olan nəhəng bir dərədən ibarətdir.
Ə. Sadıq. // Mütəşəkkildir. “Uzunqulaqlı ”
kəndi səkkiz yüz evdən ibarətdir. Ə.Haqveı-
diyev. Dərə qərbə doğru getdikcə qayalıq,
dağlıq, iri və oyuq daşlarla dolu qorxunc
yerlərdən ibarətdir. A.Şaiq. □ İbarət ol-
maq - 1) ...mütəşəkkil olmaq, ...düzəlmiş
olmaq; 2) ehtiva etmək, ...məzmununu təş-
kil etmək. [Zeynal] Mehribanı Bakıya gə-
tirdikdən sonra birinci yapdığı iş, onun çad-
rasını başından atmaq, onu tanış-bilişləri ilə
tanış etməkdən ibarət olmuşdu. S. Hüseyn.
3. klas. bax ibarə 2-ci mənada. Şeyxə
verdi xəbər qiraət ilə; Mədd ilə, çox uzun
ibarət ilə. S.Ə.Şirvani. Rusun qədim yazıçı-
ları yazı yazanda elə bir kəlmə və ibarətlər
tapıb işlədirdilər ki, xoruz səsi eşitməmiş
olsunlar. C.Məmmədquluzadə. “Millət ötrü,
ağlayan axırda olur kor”; Məzmunlu mə-
səldir bu ibarət, uçitellər! M.Ə. Sabir.
İBÇİN bax ifçin. [Səttar:] Gözlərinin qı-
rağına elə bil qara qaytan tutulub, dırnaq-
ları ibçindir. P.Makulu.
İBERLƏR is. [tar.] 1. İberiyanın əsas
əhalisini təşkil edən qədim şərqi gürcü qə-
bilələri.
2. Qədim İspaniyada yaşayan bir qrup
qəbilənin adı.
İBLİS is. [ər.] 1. Şeytan. [Odabaşı:] Cə-
hənnəm əhli iblisi arakəsməyə salıblar.
İBRƏT
Ə.Haqverdiyev. [Mələk:] Yox kimsədə in-
saflı mürüvvət ; İblisəmi uymuş bəşəriyyət? 1
H. Cavid.
2. məc. Araqarışdıran, fitnə salan, fitnə-
kar, hiyləgər. Sanki iblis oynayır bir rol, ona
şər əl çalır. Ə.Nəzmi. Yer üzündə nə xəya-
nət, nə də iblis qalacaqdır. S.Vurğun.
İBLİSANƏ sif. və zərf [ər. iblis və fars.
...anə] bax ibiisvari.
İBLİSCƏSİNƏ bax iblisanə.
İBLİSLƏŞMƏ "İblisləşmək”dən (is.
İBLİSLƏŞMƏK f. Fəsadlaşmaq, hiyləgər,
fitnəkar olmaq. Nə iblisləşmisən?
İBLİSLİK is. Ara qarışdırma, araya fitnə
salma, fəsadçılıq, fitnəkarlıq, hiyləgərlik.
İBLİSVARİ zərf İblis kimi, şeytan kimi,
şeytancasına. Qəşəm şaqqa çəkib ibiisvari
güldü. S. Rəhimov.
İBN [ər.] Oğul (yalnız izafətlərdə işlənir).
Əbubəkr ibni-Məhəmmədin göndərdiyi mək-
tubu sizə oxumaq istəyirəm. M. S. Ordubadi.
[Şeyx Sənan:] İbni-Məryəm asıldı darə, fə-
qət; Onu təkrara varmıdır hacət? H. Cavid.
0 İbni-adəm klas. - Adəm övladı, insanlar.
İBRANİ is. [ər.] 1. Qədim yəhudilərin ad-
larından biri.
2. Qədim yəhudi dili.
İBRAZ [ər.]: ibraz etmək (eləmək) köhn.
- büruzə vermək, aşkar etmək, üzə çıxar-
maq, meydana çıxarmaq, göstərmək. [Mir-
zə Səməd:] Ömrün uzun olsun, deyə min-
nətdarlıq hisslərini ibraz etmədən çəkin-
məzdi. Çəmənzəminli. [Bahadır bəy:] Biz
türklər öz sədaqətimizi ibraz etməyə hazırıq.
C. Cabbarlı.
İBRƏ 1 is. [ər.] İynə, mil, əqrəb. Saat ib-
rəsi. Kompas ibrəsi.
İBRƏ 2 is. köhn. Əldətoxunma şal, yun par-
ça. [Xırdaxanım:] Mən də sənə borclu olu-
ram bir dəst şaldan libas ibrə işləməli.
N.Vəzirov. [Odabaşı:] Hətta Mirzə Əhməd
ağa bir ədəd ibrə şalından canamaz .. qız
üçün ənam göndərmişdi. Ə.Haqverdiyev.
İBRƏT [ər.] Ağır, pis bir hadisədən, iş-
dən alman dərs. Olmuş bizə qismət bu yə-
qin, ruzi-əzəldən; İbrət bizə yox, haləti-
diinyanı görəndə. Aşıq Aslan. □ İbrət al-
maq (eləmək, götürmək) - bir işdən, hadi-
sədən dərs almaq, özü üçün nəticə çıxar-
492
İBRƏTAMİZ
maq, nümunə götürmək, öyrənmək. Böyüyü
döy ki, kiçik ibrət alsın. (Ata. sözü). Gəl
könül, bir ibrət al, bu gərdişi-dövrana bax!
M.V.Vidadi. Ey oğul murdən götür ibrət;
Get, ağır işdə işlə qeyrət ilə. M.Ə. Sabir. İb-
rət dərsi almaq -bax ibrət almaq. Doğ-
rudur, cənab general! - dedim, 11-ci ilin ha-
disəsindən biz bir ibrət dərsi alacağıq.
M. S. Ordubadi. İşlərə açıq baxıldığı üçün
iclas salonunda iştirak edən bütün vətən-
daşlar məhkəmənin çıxardığı bu hökmdən
bir ibrət dərsi alırlar. (Qəzetlərdən). İbrət
dərsi vermək -bax dərs vermək (“dərs”-
də). Bu yaramazların kökünü kəsib, hamıya
ibrət dərsi vermək lazımdır. M.Hüseyn. İbrət
olmaq - bax dərs olmaq (“dərs”də). [Hacı
Qara:] Allah qoysa, sizin ölüm xəbəriniz
murova çatar! Bundan sonra qalan yoldaş-
larınıza ibrət olar. M.F.Axundzadə. [Musa:]
Bu gün sizə öylə bir cəza verməliyim ki, bun-
dan sonra hər kəsə ibrət olsun.. H. Cavid.
İBRƏTAMİZ sif. \ər. ibrət və fars. ...amiz]
İbrət verən, ibrətverici, ibrətli. İbrətamiz he-
kayə. İbrətamiz nağıllar. - Bu ibrətamiz və
riqqətəııgiz faciəni ["Otello”nu] ədibi-binəzir
Şekspir ziyadə məharətlə tərtib və tənzim
edibdir. F.Köçərli. Kərim dayı, dünya gör-
müsən, saç-saqqal ağartınısan, bizə yaxşı
bir şey danış, ibrətamiz bir əhvalat nəql eylə.
M.Ibrahimov.
İBRƏTXANA is. [ər. ibrət və fars. ...xanə]
İbrət götürülən yer, tərbiyə evi. [Məmməd:]
Xeyr, [teatr] ibrətxaııadır. S.S.Axundov.
İBRƏTLƏNDİRİCİ bax ibrətli.
İBRƏTLƏNDİRMƏ “İbrətləndirmək”-
dən/w.
İBRƏTLƏNDİRMƏK/ İbrət vermək, ib-
rət dərsi vermək, pis işdən çəkindirmək.
İBRƏTLƏNMƏ "İbrətlənmək”dən fis.
İBRƏTLƏNMƏK/ Bir işdən, hadisədən
və s.-dən dərs almaq, özünə nümunə götür-
mək, özü üçün nəticə çıxarmaq.
İBRƏTLİ sif. İbrət ola bilən, ibrət verən,
ibrət alınmalı, nümunə götürülə bilən, ibrət-
verici, özü üçün dərs ala bilən. İbrətli hadisə.
- Əkbər siz deyən adamlardan olmasa da,
özünə görə ibrətli həyat yolu var. Mir Cəlal.
İBRƏTVERİCİ bax ibrətamiz. Şəkillə-
rin arasında ibrətverici və hikmətli şeirlər
yazılmışdı. M. S. Ordubadi.
İBTİDAİ
İBRİQ is. [ər.] Su və b. mayelər üçün
qulplu və əmzikli qab. [Xəyyam:] Badə ib-
riqimi qırdın, ya rəb! Dərdimi başdan aşır-
dın, ya rəb! H. Cavid.
İBRİŞİM is. [fars.] İpək iplik.
İBTİDA is. [ər.] Başlanğıc, ilk, əwəl
( intiha ziddi.) Ayın ibtidası. - İnsan, ömrü-
nün ibtidasından intihasına qədər möhtac-
dır təhsili-ülumə. H. Zərdabi. [Şeyx Sənan:]
Bir səfərdir bu, adəta. məchul; Qayə məc-
hul, ibtida məchul... H. Cavid. [Murad] bu
məqsədlə 1921-ci ilin ibtidasında Bakıdan
çıxmış(di). S.Hüseyn. // sif. İlk, birinci. So-
nanın ibtida müəlliməsi nəhayətdə ağıllı və
pedaqoji elminə qabil bir aı-vad idi. N.Nəri-
manov. // zərf Əvvəlcə, ən əvvəl, ibtidada.
İbtida ustaddan dərsim alanda; Oxuyub ye-
tişdim, ay sinə-sinə. Aşıq Ələsgər. □ İbti-
da etmək (qdmaq) - başlamaq. İbtida ey-
ləyib girdim meydana; Aşıqlar ustadı, gö-
rün handadı? Qurbani.
İBTİDADA zərf İlk dəfədə, başlanğıcda,
əvvəldə. Ki cahan içrə var eylə işlər; Nəzə-
rə ibtidada xoş görünər. S.Ə.Şirvani.
İBTİDADAN zərf Başlanğıcdan, əvvəlin-
dən, başdan. [Xacə] qəziyyəni ibtidadan in-
tihayədək Yusif şaha nəql etdi. M.F.Axund-
zadə. İbtidadan eləsəm şərh bu əhvalı əgər:
Uzanıb rişeyi-söz, nəzm düşər tıılani.
S.Ə.Şirvani.
İBTİDAİ sif. 1. Başlanğıca aid, ən əvvəl
olan; ilk. Küçələrdə və meydançalarda gör-
düyünüz yaralılara ibtidai yardım [ediniz].
M.S.Ordubadi.
2. Hələ mükəmməlləşməmiş, inkişaf et-
məmiş. İbtidai həyat. - Həsən bəy inkişaf
etməmiş, ibtidai və dağınıq təsərrüfatın ar-
tıb yüksəlməsinə çalışırdı. M. İbrahimov.
3. Başlanğıc, ilk, dərəcə etibarilə aşağı. İb-
tidai siniflər. İbtidai təhsil. - [Qız] .. ibtidai sa-
vad kursunu bitirmiş, ali savad kursuna girmək
fikrindədir. S.Hüseyn. Aslan kənddə ibtidai
məktəbdə oxuduğu zamanlar gecə-gündüz bu
xəyallarla yaşayırdı. M.Rzaquluzadə.
4. Bəşəriyyət tarixinin ən qədim (ilk)
dövrlərinə aid olan. İbtidai insanlar. İbtidai
mədəniyyət qalıqları.
5. Hazırkı dövr üçün köhnəlmiş, geri qal-
mış, ən adi, primitiv. İbtidai adətlər. İbtidai
geyimlər.
493
İBTİDAİLƏR
0 İbtidai icma quruluşu - bax icma.
İBTİDAİLƏR is. zool. Birhüceyrəli hey-
vanlar qrupu.
İBTİDAİLİK is. İbtidai halda olma, ilk
mərhələdə olma. // İlkinlik.
İBTİDASIZ sif. İbtidası, başlanğıcı olma-
yan.
İBTİLA is. [ər.] Bir şeyə xəstəlik dərəcə-
sində mübtəla olma; mübtəlalıq, düşkünlük.
Demək, Ələkbər yoldaş yenə də Hacı xanla
qumar oynamış imiş. Onlar ikisi də ibtiladan
yaxalarım qurtara bilmirlərdi. M. S. Ordu-
badi. Mirzağa buna ibtila dərəcəsində adət
etmişdi. S. Hüseyn.
İCAB [ər.]: icab etmək kit. - lazım olmaq,
lazım gəlmək: vacib, labüd, zəruri olmaq.
Həqiqi inqilab nə qədər ki, dedikcə, böyük
bir əmrdir, bu böyük əmri yerinə yetirmək
üçün də .. amal və əfkarı uca olan adamların
meydana çıxması icab edər. Ü. Hacıbəyov.
Bunun üzərində danışmaq icab edirdi, hal-
buki gecə keçdiyindən [müəllimin] yuxusu
gəlirdi. S. Hüseyn.
İCAD is. [ər.] Vücuda gətirmə (gətiril-
mə), yoxdan var etmə (edilmə), yaratma
(yaradılma), düzəltmə (düzəldilmə); ixtira
(etmə), kəşf (etmə). Radionun icadı. Tele-
fonun icadı. Hürııfatın icadı. Yeni icad (yeni
çıxmış şey, yeni ixtira). // Uydurma. O necə
xəstəlikdir, - dedim, - kimin icadıdır? Mir
Cəlal. □ İcad etmək (eləmək) - vücuda
gətirmək, yoxdan var etmək, yaratmaq. Par-
laq günəşin həsrəti ruyinlə gözümdən; Qan-
yaş axıdıb Dəclələr icad edərəm mən. Hey-
ran xanım. // İxtira etmək. Mən sizin üçün lap
təzə bir xörək icad eləmişəm. “Mol. Nəsr.”. O
hansı elmdir ki, icad etdi telefonu? M.Mö-
cüz. Yəqin bu ekskavatoru icad edənlər onun
ağırlığını, həcminin iriliyini nəzərə alaraq,
onunla yükləmək mümkün olmadığını dü-
şünmüşlər. Ə. Sadıq. // Uydurmaq, düzəlt-
mək. [İblis:] Bir qazi olub gah edərim fitnə-
lər icad. H. Cavid. İcad olunmaq (edilmək)
- vücuda gətirilmək. ..Övladıma da vəsiyyət
edəcəyəm ki, müsəlman dili üçün təzə bir hü-
rufat icad oluıımuyunca nıüsəlmanca bir kəl-
mə söz də yazmasınlar. C. Məmmədquluza-
də. // Uydurulmaq. Möcüzə adamları aldat-
maq üçün icad olunmuşdur. Çəmənzəminli.
İCAZƏLİ
İCARƏ is. [ər.] Müəyyən şərtlər əsasın-
da daşınmaz əmlakın müvəqqəti istifadəyə
verilməsi, ya alınması; kirə. İcarə haqqı.
İcarə kağızı. İcarə şərtləri. - [Kərbəlayı
Qulam:] Hacı, özünüz bilirsiniz ki, mərhum
Ağa Heydərin hanıamı mənim icarəmdədir.
N.Vəzirov. □ İcarə etmək - bir yeri mü-
vəqqəti istifadə üçün kirə etmək. Qasını
kənddən çox uzaq bir yerdə bir parça tor-
paq icarə etmişdi. Ə. Sadıq. İcarəyə götür-
mək - müəyyən şərtlərlə müvəqqəti isti-
fadəyə götürmək. Əhvalat belədir ki, otuz il
bundan qabaq bir neçə müsəlman şəhər
yerini icarəyə götürüb başlayıblar əkinçilik
ilə güzəran eləməyə.. C.Məmmədquhızadə.
Məscid sərin olduğuna görə, baqqallar
oraııı icarəyə götürüb, içinə şey yığırdılar.
Çəmənzəminli. İcarəyə vermək - müəy-
yən şərtlərlə başqasına müvəqqəti istifadə-
yə vermək. [Həsən:] Sənə yataq icarəyə ve-
rən də başını daşın yekəsinə döyüb. Ə. Haq-
verdiyev. [Salamov:] O yer mənim babamın
xırman yeridir, xəzinənin nə ixtiyarı var
mənim yeriıııi icarəyə versin? C. Cabbarlı.
Bəy o il torpağını icarəyə verməkdən boyun
qaçırdı. M. Hüseyn.
İCARƏÇİ bax icarədar.
İCARƏDAR is. [ər. icarə və fars. ...dar]
Birinin mülkünü və s.-ni icarəyə götürən
adam. Kişi də hacının yuxarı baş karvansa-
rasının icarədarıdır. P.Makulu.
İCARƏDARLIQ is. İcarəyə götürmə, kirə
etmə.
İCARƏLƏMƏ “İcarələmək”dən f.is.
İCARƏLƏMƏK f. İcarəyə götürmək, ki-
rələmək. Torpaq icarələmək.
İCARƏLƏNMƏ “İcarələnmək”dən f.is.
İCARƏLƏNMƏK тәсһ. İcarəyə (kirəyə)
götürülmək; kirələnmək. Torpaq icarələnib.
İCARƏNAMƏ is. [ər. icarə və fars.
...namə] İcarəyə almaq və ya vermək haq-
qında yazılı sənəd; icarə kağızı.
İCAZƏ is. [ əı \] 1 . İzin, rüsxət, ixtiyar.
İcazə almaq. İcazə istəmək. İcazə vermək.
- Kargiizar qardaşına toy eləmək üçün ica-
zə alıb, kəndə getmişdi. S. Rəhman.
2. İcazənamə, icazə vərəqəsi. İcazənizi
göstərin.
İCAZƏLİ sif. İcazə verilmiş, rüsxət veril-
miş, icazə almış, bir şeyi etməyə icazəsi olan.
494
İCAZƏNAMƏ
İCAZƏNAMƏ is. [ər. icazə və fars.
...namə] Bir yerə daxil olmaq və ya bir iş
üçün verilən icazə vərəqəsi; rüsxətnamə.
Bütün müxbirlərin icazənamələri bir yerdə
imzalanıb. Ə.Məmmədxanlı.
İCAZƏSİZ zərf İzinsiz, rüsxətsiz, icazə
olmadan, icazə almadan. İcazəsiz danışmaq.
İcazəsiz getmək. İcazəsiz götürmək. - Əminə
ərindən icazəsiz qızıl verib, iki nəfərin dəvə-
sini almışidı). Ə.Əbülhəsən.
İCAZƏT klas. bax icazə 1-ci mənada.
□ İcazət olunmaq - icazə verilmək, izin
verilmək. Şah buyurdu ki, .. bu məclisi-xasdır,
ona biııaən mənim tərəfimdən icazət olunur
ki, oturasınız. M.F.Axundzadə. Divan-dərəni
bəndə çəkib aldı dübarə; Bu bidət olan əmrə
icazət uçitellər. M.Ə. Sabir.
İCBAR is. [ər.] Cəbr etmə, məcbur etmə;
öz razılığı, arzusu olmadan bir işə sövq etmə.
□ İcbar etmək - məcbur etmək.
İCBARİ sif. Məcburi. Ümumi icbari təhsil.
П İstəməyərək, güclə.
İCBARİLİK is. Məcburilik.
İCLAS is. [ər.] Bir məsələni müzakirə et-
mək üçün hər hansı bir təşkilat üzvlərinin
bir yerə yığılması; yığıncaq. Fəallar iclası.
Valideynlər iclası. İclas salonu. - O günün
sabahı iclasdan əvvəl qurultay binasında təş-
kil edilmiş .. sərgini gəzərkən Eldar [Cey-
rana] yaxınlaşır. S. Hüseyn. [Nuriyyə:] Naz-
xanımı çağırıb, zalı iclas üçün hazırlamağı
tapşırdım. İ.Əfəndiyev. □ İclas etmək - bir
məsələni müzakirə etmək üçün yığışmaq.
iyulun birinci yarısında məclis iclas etdiyi
zaman bir avtomaşın siqnal verməyə başla-
yır. M. İbrahimov.
İCLASÇI is. Məhkəmə iclasında iştirak
edən xalq nümayəndəsi.
İCLASÇILIQ is. İclasçı işi, iclasçı vəzifəsi.
İCLASBAZ is. [ər. iclas və fars. ...baz]
İclası, iclas etməyi çox sevən adam (mənfi
mənada işlənir).
İCLASBAZLIQ is. Çox iclas çağırma, çox
iclas etmə; iclas etməyi, çox iclasa getməyi
sevmə (mənfi mənada işlənir).
İCMA is. [ər.] 1. Qədimdə: hər hansı bir
ərazi daxilində yaşayan əhalinin özünüidarə
hüququna malik birliyi, təşkilatı. Şəhər ic-
ması. Qədim Rusiyada kəndli icması.
İCRAÇI
2. köhn. Cəmiyyət, təşkilat, məclis, ittifaq.
Dini icma. - Sənət isə ibarət idi aliııəsəb,
dövlətməııd, ağıllı və insaflı əşxasııı icma-
sından. F. Köçərli. 1915-ci ildən başlayaraq
müharibə əleyhinə bir çox icmalarımız oldu.
T.Ş. Simurq. □ İcma etmək köhn. - bir yerə
toplaşmaq, bir məsələni müzakirə etmək
üçün yığılmaq, iclas etmək. // köhn. Camaat.
[Komediya] ..icmanın bir o qədər xoşuna
gəldi ki, pərdənin axırında "afərin” sədası
göyə çıxıb, üç-dörd dəfə pərdənin qalxma-
ğını .. əl çalıb tələb edirdilər. F.Köçərli.
0 İbtidai icma quruluşu - insan cəmiy-
yətinin ilk ictimai-iqtisadi quruluş forması.
İCMAL is. [ər.] 1. Qısa məlumat, bir mə-
sələnin ümumi şəkildə qısaca şərhi; xülasə.
□ İcmal vermək - xülasə etmək. Təfsili-qə-
minə verdi icmal; Qıldı ona ərzi-surəti-hal.
Füzuli.
2. Qəzetlərdə günün siyasi hadisələrini
ümumi şəkildə xülasə edən məqalə, yazı. Qə-
zetdə dünya hadisələrinə dair icmal vardır.
İCMALÇI is. İcmal yazan jurnalist, icmal
müəllifi (bax icmal 2-ci mənada).
İCMALƏN zərf [ər.] köhn. Qısaca, müx-
təsər, xülasə şəklində.
İCRA is. [ər.] Bir işin, qərarın, hökmün və
s.-nin yerinə yetirilməsi, həyata keçirilməsi.
icranı yoxlamaq. Göstərişin icrasına çalış-
maq. - [Yusif şah] naçar ümuri-səltənətin ic-
rasına iqdam etdi. M.F.Axundzadə. Bala-
cayev bu gün Gülöyşə vasitəsilə Riixsarəyə
tapşırıq verməyi və sonra da belə bir şahi-
din iştirakı ilə icrasını yoxlamağı qərara al-
mışdı. S. Rəhimov. □ İcra etmək - yerinə
yetirmək, həyata keçirmək, əməl etmək.
[Dursun] öhdəsinə mühəvvəl olan işləri qey-
rətlə icra edirdi. A.Şaiq. İstər arvadı Nigar,
istər çocuqları [Muradın] bütün əmr və tə-
ləblərini düşünmədən icra edər, onun sö-
zündən çıxmazdılar. S. Hüseyn.
0 İcra vərəqəsi hüq. - məhkəmənin hök-
münü və ya qərarını həyata keçirmək üçün
sənəd.
İCRAÇI is. 1. Bir qərarı, hökmü, əmri,
göstərişi icra edən, əməli surətdə yerinə ye-
tirən, həyata keçirən adam. Hüsaməddin kimi
adamlar onun fikrinin icraçılarıdır. M.S.Or-
495
İCRAEDİCİ
dubadi. // Sif. mənasında. [Yunis] əvvəl
icraçı mühəndis, ..sonra trestin baş mühəndis
müavini vəzifəsində işləmişdi. Mir Cəlal.
2. Bədii (musiqi, ədəbi və s.) əsərin ifa-
çısı. [Rəşid] ümumittifaq özfəaliyyət icra-
çıları baxışında birincilik qazanmışdır.
M.Rzaquluzadə.
0 Məhkəmə icraçısı - icra vərəqəsinə
əsasən məhkəmə qərarını həyata keçirən
məhkəmə işçisi.
İCRAEDİCİ bax icraçı. İcraedici or-
qanlar.
İCRAİYYƏ: icraiyyə komitəsi - hökumət
qərarlarını həyata keçirmək, bir şeyi əməli
surətdə idarə etmək vəzifəsini həyata keçi-
rən orqanların adı. Rüstəm kişi .. rayon ic-
raiyyə komitəsi sədrinin yanına getməyi
qərara aldı. M. İbrahimov. İcraiyyə komitə-
sinin binası qarşısında dıırmıış iki minik
maşını qardan seçilmirdi. Q. İlkin.
İCRAKOM is. [ər. icra və fr. comite] ic-
raiyyə komitəsinin qısaldılmış adı. İcrako-
nıun sədr müavini qırmızı karandaşı naxışlı
qələmdandan çəkib, vacib görkəm aldı.
B. Bayramov.
İCRASIZ sif. və zərf Yerinə yetirilmə-
miş, əməl edilməmiş, həyata keçirilməmiş.
Evdə uşaq heç bir rejimə tabe olmadan ya-
şayarsa, məktəbin verdiyi tapşırıqlar da ic-
rasız qalar. “Az. qad.’’
İCRƏT is. [ər.] köhn. 1. Görülən iş üçün
verilən haqq (pııl), muzd (maaş), zəhmət
haqqı. [Hacı Rəcəbəli:] Ağa Mərdan, uşaq-
ların icrətiııi məlum elə! M.F.Axundzadə.
Vəliquluya və Zibaya Xudayar bəy o qədər
icrət təyin elədi ki, Zeynəb acından ölmə-
sin.. C. Məmmədquluzadə.
2. İcrətlə şəklində zərf - görülən iş üçün
zəhmət haqqı alaraq; mıızdla, maaşla, pulla.
icrətlə işləmək. - Sabahı günü üç nəfər adam
icrətlə tutub qəzalara göndərdi ki, Haqq
Mövcudun ölüsünü, ya dirisini tapıb gətir-
sinlər. Ə. Haqverdiyev. Gülzar bəzən qon-
şuları üçün icrətlə çalışırdı. C.Cabbarlı.
İCTİHAD is. [ər.] klas. 1. Cidd-cəhd, var
gücü ilə çalışma, səy etmə, çalışıb-çapala-
ma. □ İctihad etmək köhn. - gücü çatdıqca
çalışmaq, səy etmək, əlləşmək. ..Elə güman
elivirdim ki, bunların içində yenə heç ol-
İCTİMAİLƏŞDİRİLMƏK
masa minlərcə tapılar ki, elm, fənn və maarif
aləmində ictihad edib hər biri öz milləti və
vətəninin iftixarına bais olublar. C. Məm-
mədquluzadə. Yaxud, de görüm, müdiri-
"Kəşkiil"; Ünsizadə Səidi-məqul; Etdikləri
ictilıadə nisbət; Millətdən alır bu gün də
qiymət. M. Ə. Sabir.
2. din. Müctəhidin əhkam və hadisələrdən
məna, hökm çıxarması və çıxardığı məna.
[Molla Bağır:] Məsələn, onun əqidəsi ilə
guya ictihad lazını deyil və xüms və imam-
malı vermək xilafdır və guya iiləma fövt olan
müctəhidin rəyində qalmağı o cəhətdən
avama caiz görmürlər ki, özlərinin bazarı
rəvac olsun. M.F.Axundzadə.
İCTİMAİ sif. [ər.] 1. insan cəmiyyətinə
aid olan. İctimai quruluş. İctimai inkişaf qa-
nunları. H Cəmiyyətdə insanların həyat və
münasibəti ilə bağlı olan, cəmiyyətdə cərə-
yan edən, cəmiyyətdə törəyən, cəmiyyətin
həyatına aid olan. İctimai həyat. İctimai sı-
ğorta. ictimai münasibətlər, ictimai mənafe,
ictimai tərəqqi, ictimai vəziyyət. - Bunların
hamısını nəzərə alıb, biz bir neçə Badkııbə
müəllimləri açıq və sadə dil ilə yazılmış tər-
biyə və təlim üsulundan, ədəbiyyatdan və
ictimai məişətdən bəhs edən aylıq bir jurnal
nəşr etməyə şürıı etdik. C. Məmmədquluza-
də. “Molla Nəsrəddin ” çürümüş, köhnə,
yaramaz .. həyat və ictimai əlaqələrin hər-
tərəfli və öldürücü tənqidçisidir. M. İbrahi-
mov. // Cəmiyyətin siniflərə, qruplara bö-
lünməsi ilə əlaqədar olan. Əhalinin ictimai
tərkibi, ictimai mənşə, ictimai qruplar, icti-
mai ziddiyyətlər.
2. Kollektivin siyasi, mədəni, həmkarlıq
və s. ehtiyaclarına könüllü xidmətlə bağlı
olan. İctimai iş. İctimai vəzifə. İctimai təşki-
latlar. İctimai tapşırıq.
3. Hamıya, bütün cəmiyyətə məxsus olan;
kollektiv, ümumi, ellik. İctimai gəlir. İcti-
mai mülkiyyət. - [Ziba] hər zaman Əsmərin
lıalına acıyar, onu özü ilə .. ictimai yerlərə
çəkməyə çalışardı. S. Hüseyn.
İCTİMAİLƏŞDİRİLMƏ ‘Tctimailəşdiril-
mək”dən fis. İstehsal vasitələrinin icti-
mailəşdirilməsi. Torpağın ictimailəşdirilməsi.
İCTİMAİLƏŞDİRİLMƏK məcli. Fərdi-
likdən, xüsusilikdən çıxarılıb, cəmiyyətin,
496
İCTİMAİLƏŞDİRİLMİŞ
kollektivin ixtiyarına verilmək; ümumiləş-
dirilmək, ellikləşdirilmək.
İCTİMAİLƏŞDİRİLMİŞ f.sif. Fərdilik-
dən, xüsusilikdən çıxarılıb, cəmiyyətin,
kollektivin ixtiyarına verilmiş; ümumiləşdi-
rilmiş, ellikləşdirilmiş. Ictimailəşdirilmiş
təsərrüfatlar. Ictimailəşdirilmiş torpaqlar.
İCTİMAİLƏŞDİRMƏ “İctimailəşdir-
mək”dən f.is.
İCTİMAİLƏŞDİRMƏK/ Dağınıq, fərdi,
xüsusi təsərrüfatı, istehsal vasitələrini, tə-
sərrüfat obyektlərini və s.-ni ictimai kol-
lektiv, təsərrüfat halına gətirmək; ümumi-
ləşdirmək, ellikləşdirmək. İstehsal alət və
vasitələrini ictimailəşdirmək. Torpağı icti-
mailəşdirmək.
İCTİMAİLƏŞMƏ “Ictimailəşmək”dən f.is.
İCTİMAİLƏŞMƏK f. Fərdilikdən, xüsu-
silikdən çıxıb ümumiləşmək, cəmiyyətin
mülkiyyətinə keçmək, ellikləşmək.
İCTİMAİLİK is. ictimai xarakterdə olma;
ümumilik, kollektivlik.
İCTİMAİYYAT is. [ər.] Cəmiyyət və
onun inkişafından bəhs edən elm. Ictimaiy-
yat dərsi. Ictimaiyyat müəllimi. - Ictimaiy-
yat dərnəyi rəhbəri [Ənisənin] .. müraciətini
çox soyuq qarşılamışdı. S. Hüseyn.
İCTİMAİYYƏT is. [ər.] Cəmiyyətin qa-
baqcıl dairələri, qabaqcıl hissəsi. Elmi icti-
maiyyət. ictimaiyyətin fikri, ictimaiyyətin
diqqətini cəlb etmək. H Ümumiyyətlə, cə-
miyyət. Demək, bu məsələ əxlaq və icti-
maiyyət ilə əlaqədardır. A. Şaiq.
İCTİMAİYYƏTÇİ is. İctimai işlərdə, icti-
mai həyatda fəal iştirak edən adam. // Sif.
mənasında. İctimaiyyətçi qadınlar. - [Səma-
yə] özü bir yaxşı ictimaiyyətçi qızdı, Hey-
dərov onu al dillə aldadıb yoldan çıxartmış-
dır. Mir Cəlal.
İCTİNAB is. [ər.] klas. Çəkinmə, saqın-
ma, uzaqlaşma, uzaq durma. Fürsəti jövt et-
mək olmaz, gözləyir əğyarlar; Onların bəd-
gularından ictiııabın vaxtıdır. Aşıq Qurban.
A kişi, mənim bu Gəncə şəhərində bir rəfi-
qim var, .. adını qoyub müəllim, heç bir
zaddan ictinabı yox. “Mol. Nəsr.” [Sitarə:]
Naməhrəmə üzümü göstərməkdən ictinabə
məcburəm. C. Cabbarlı. □ İctinab etmək
(qılmaq) - çəkinmək, saqınmaq, uzaq dur-
maq. Dersən ki, xublərdən kəs mehrin, icti-
İÇ
nab et; Yaxşılar ilə, zahid, yaxşımıdır ya-
manlıq? Qövsi. Hər nə etsən, et və lakin
etmə meydən ictinab... M.Ə. Sabir.
İCZ klas. bax əcz. Tənha qalıb etdi
naleyi-zar; Dərdü qəmə qıldı iczin izhar. Fü-
zuli. Ətalət mayeyi-iczü kədərdir. M.Ə. Sabir.
Ey milləti cəhalətə vadar edən axund; Hər
dürlü fəqrii iczə giriftar edən axund!
Ə. Qəmküsar.
İÇ is. 1 . Bir şeyin içərisi, daxili, iç tərəfi.
Əvvəl evin içi, sonra çölü. (Ata. sözü). Ma-
ğaranın içi yumşaq ağac qabıqları ilə dö-
şənmişdi. A.Şaiq. Əşrəf yavaşcadan sürü-
nüb kola yaxınlaşdı, əli ilə kolun içini yox-
ladı. S. Rəhman. // Bir şeyin ortası, arası.
Otların içində uzanmaq. - [Məşədi İbad:]
Sən kimi bir gözəli; Bağuı içində görəsən.
Ü.Hacıbəyov. // Qapalı, örtülü, ya oyuq olan
şeylərin boşluğu. Qutunun içi. Tabağın içi.
2. İnsan və heyvanların döş və qarın boş-
luğunda yerləşən üzvlər; içalat. Musa kişi
toğlunun içini təzəcə çıxarıb, Gülnazın əlin-
dəki mis qaba qoymuşdu ki, həyət qapısı dö-
yüldü. M.İbrahimov. □ İç qovurması - cız-
bız. İçə qonaq eləmək. İç yağı - bağırsaqla-
rı örtən piy təbəqəsi.
3. Məğz, ləpə, özək (qabıqlı meyvələr-
də). Badam içi. içi çürük qoz.
4. məc. Bir şeyin daxili və gizli, görün-
məz cəhəti; batin. İçim özümü yandırır, çö-
lüm özgəni. (Məsəl).
5. İçdən, içindən şəklində zərf - könül-
dən, ürəkdən, səmimi-qəlbdən. İçdən gələn
sözlər, içdən arzu etmək. - Anası guya şika-
yət edər kimi oğlunun saydığı bu sifətlərinə
içindən sevinir, fərəhlənir, bir parça da lov-
ğalanırdı. Qantəmir.
6. İçində şəklində zərf - 1) daxilində,
içərisində. Evin içində. Quyunun içində.
Hovuzun içində. - Iıısan nəfəs alanda onun
ağzından və burnundan çıxan hava bədənin
içində xarab olmuş havadır. H.Zərdabi;
2) ...ərzində, ...zərfində, ...müddətində,
...içərisində. Bir qız gördüm biçində; Sarı
sünbül içində; Burda bir toy olacaq; Gələn
ayuı içində. (Bayatı). Bir neçə il bundan əq-
dəm Danabaş kəndində bir uşaq məktəbə ge-
dən günün sabalıısı uşağın atasının yeddi
qoyunu bir gecənin içində çərləyib ölür.
497
İÇ
C. Məmmədquluzadə. [Cahanın] qoçaqlığı-
nı ondan bil ki, bu yaşında üç-dörd ayın
içində savadlandı. Ə. Haqverdiyev; Düşü-
nürəm: — Nə qazandım ; Otuz yeddi il için-
də? B.Vahabzadə; 3) ...arasında, ...içərisində,
...sırasında. Vaqif səni sevdi xublar içində:
Bir təzə qönçəsən gülzar içində. M.P. Vaqif.
[Mərcan bəy:] Mənim təzə arvadım hələ
üzün mənə göstərməyibdir və söz veribdir
ki, qonaqların içində üzünü mənə göstərsin.
Ü. Hacıbəyov. Kamal da bu gənc modelçilər
içində idi. M. Rzaquluzadə; 4) bir şeyin çox-
luğunu, artıqlığını, yaxud hansı vəziyyətdə
baş verdiyini bildirir. Qızdırma içində sa-
yıqlamaq. Tər içində olmaq. - Ehtiyac için-
də böyütdü onu: Böyütdü atalı, yetim oğlu-
nu. B.Vahabzadə. Həyətdə hər şey nur için-
də üzürdü. Ə.Vəliyev. // ...içinə şəklində -
...arasına, ...içərisinə. Nəçərnik öz qonaqları
ilə çıxdı camaatın içinə. C. Məmmədqulu-
zadə. ...içindən şəklində - ...ortasından,
...arasından. Maşın kəndin içindən keçdi.
H İçimizdə şəklində - aramızda, sıramızda.
içimizdə pis adam yoxdur.
7. sif. İçəridəki, daxili. İç qapı. İç qabıq.
□ İç qala - böyük qalanın içindəki kiçik
qala; qalaça, ərk.
0 İç üzü - bir şəxsin hələ heç kəsə mə-
lum olmayan siması, xüsusiyyəti, mahiyyəti
və s. keyfiyyəti. İç üzünü açmaq. İç üzünü
bilmək. - Məşədi Kazım ağa isə öz məqsə-
dini bildirmək və özünün iç üzünü açmaq
istəmirdi. M. S. Ordubadi. // Bir şeyin həqiqi
mahiyyəti, batini, gözə görünməyən daxili
cəhəti, halı. [Səyavuş:] Heç yalan deyilmiş
anamın sözü; Başqa imiş sarayların iç üzü.
H.Cavid. [Nadir] sanki ayla danışıb, bütün
bu sirlərin iç üzünü ondan bilmək istəyirdi.
B.Talıblı. İçi getmək - çox arzıı etmək, son
dərəcə istəmək, can atmaq, bir şeyin həsrə-
tində olmaq. İçi gülmək - ürəyində şad ol-
maq, məmnun olmaq, candan sevinmək,
hiss etdirmədən sevinmək. Ağsaqqallardan
biri: - Kərbəlayı, bizim də məqsədimiz elə
sənsən. Yoxsa Safo azaylansa da, bu qo-
humluqdan içi gülür. S. Rəhimov. İçi içini
kəsmək -bax içi içini yemək. [Hacı Əh-
məd:] ..Dünən camaat o qərarı çıxaranda
mənim içim içimi kəsirdi. C. Cabbarlı. İçi
İÇALAT
içini yemək - arzusunu yerinə yetirə bil-
mədiyi üçün çox üzülmək, həyəcan və izti-
rab keçirmək. İçi qan ağlamaq - halını bü-
ruzə vermədiyi halda, çox həyəcan və izti-
rab keçirmək. İçi üzülmək - aclıqdan üzül-
mək, əldən düşmək. Saat yeddiyə işləyirdi,
lap içim üzülmüşdü. Mir Cəlal. İçindən
qovrulmaq (qırda-qırıla qalmaq) - acığı-
nı, hirsini və ya başqa bir hissini üzə verə
bilmədiyi üçün çox əzab və iztirab keçir-
mək. Qumrunun mərmər kimi ağ vücudunu
gördükcə atlı içindən qovrulur. Mir Cəlal.
Zeynal bəy içindən qırıla-qırıla qaldı.
M. Hüseyn. İçini arıtlamaq (arıtmaq)
-bax boğazını arıtlamaq (“boğaz 1 ”da).
Bu vaxt molla Qafar içini arıtlaya-arıtlaya
(z.) daxil oldu. S. Rəhimov. Bekar arvad ilə
qabaq-qabağa oturub yeyir, içini arıdıb de-
yirdi: - Ye getsin, ay çörəkçi qızı! Mir Cə-
lal. İçini çəkmək - 1) dərindən nəfəs al-
maq, köks ötürmək. Qız dərindən içini çə-
kərək düşünməyə başladı. A. Şaiq; 2) həyə-
canını, iztirabını, heyrətini dərin bir nəfəs
çəkərək, büruzə vermək. Məsmə heyrətlə
içini çəkdi: - Bu nə deyir, lap küfr danışır.
Mirzə qardaş! Mir Cəlal. [Səməd] gəlinin
qəfildən necə diksindiyini, hətta heyrətlə içi-
ni çəkdiyini hiss etdisə də, buna məna ver-
mədi. İ. Hüseynov; 3) hıçqırıb ağlamaq. Mü-
layim xala içini çəkib ağladı. S. Rəhimov.
Əminə ufuldaya-ufuldaya bir az susub dur-
du, sonra birdən içini çəkib, ağlamağa baş-
ladı. Ə.Əbülhəsən. İçini gəmirmək - bax
içini yemək 1-ci mənada. İntiqam hissi ca-
navar kimi Gəldiyevin içini gəmirirdi. Mir
Cəlal. İçini yemək - 1) acıq çəkmək, dərd
çəkmək; dərd, qəm, qüssə içində qovrul-
maq. Qadın bu dərd ilə içini yedi; Bir axşam
varlığa əlvida dedi. S. Vurğun. Sərhəng Sə-
fai isə gözünü mütəmadiyən baxışmaqda
olan Şəmsiyyə və Şahpurdan çəkə bilmir və
içini yeyirdi. M. İbrahimov; 2) çox qalmaq-
dan, ya da çox dəyməkdən içi boşalmaq
(qarpız haqqında).
İÇALAT bax iç 2-ci mənada. Qoyunun
içalatı. - [Canavar] yazığın içini, içalatını
elə aparmışdı ki, quruca qəfəsəsi qalmışdı.
S. Rəhimov. Məşədi Şərif içalatı iri bir sə-
bətə qoyub həyətə salladı. Ə.Vəliyev.
498
İÇDİRİLMƏ
İÇDİRİLMƏ “tçdinlmək”don/7,s.
İÇDİRİLMƏK icb. İçməyə məcbıır edilmək.
İÇDİRMƏ “İçdirmək” dən/fs.
İÇDİRMƏK bax içirtmək.
İÇƏİÇ zərf dan. Ara vermədən, dalbadal
içmə (çoxları).
İÇƏRİ 1 . zərf Daxilə, daxildə. İçəri itələ-
mək. İçəri gəl. İçəri buraxmaq. - Şah rüsxət
verdi, münəccimbaşı çıxmamış Xacə Mübarək
içəri girib ərz elədi.. M.F.Axundzadə. [Sara
xanım:] ..Gəlib çıxaram, tıqqıldadaram qa-
pım, açarlar, girərəm içəri.. Qantəmir. Hə-
nifə qazanı içəri gətirib yerə qoydu, ətəyi ilə
sininin üstünə tökülmüş külü sildi. İ.Hüseynov.
2. Bax iç 1-ci mənada. Evin içəri otaq-
larının birisində ( əndərwıda ) Rəna ilə anası
yaşayırdı.. E. Sultanov.
3. İsmin yönlük, yerlik, çıxışlıq hal şəkil-
çiləri ilə - 1) arasına, arasında, arasından.
Meşənin içərisinə getmək. Uşaqların içəri-
sində biri çox zirəkdir. Kitabların içərisindən
ancaq birini seçdim. - ..Bu iki çiçək bu ailə-
lər içərisinə girməklə, onlarda bir yenilik,
şadlıq əmələ gətirdisə də, digər tərəfdən, ni-
faqa və ondan törəyən faciəli hadisələrə də
səbəb oldu. S.S.Axımdov. Sən qoçaqlar için-
də qoçaqsan gözlərimdə; Ürəyi alov dolu bir
dağsan gözlərimdə. S. Rüstəm. Kimsəsizlər
içərisində .. bu qocanın da siması .. canla-
nırdı. Ə.Məmmədxanlı; 2) ərzində, müddə-
tində, zərfində. Dörd-beş aylıq bir zaman
içərisində onunla belə üz-üzə gəlmədiyim bi-
rinci kərə vaqe olurdu. S.Hüseyn.
0 İçəri atmaq dan. - birdən içmək, ba-
şına çəkmək. Mirzə Kəmtər də, sanki müsa-
hibindən geri qalmamaq üçün, stəkanında
qalan arağı içəri atdı.. Mir Cəlal. İçəri sal-
maq məc. - mənimsəmək. İçəridən qov-
rulmaq - ürəyində bərk hirslənmək, acı-
ğından qovmlmaq. [Məhbusi] mister Tomasın
hədələrini, qaş-qabağmı yadına salır, içə-
ridən qovrulurdu. M. İbrahimov. İçəri(yə)
ötürmək - 1) yemək, udmaq. [Əmiraslan
baba] .. ağ lavaşı yarı bölərək, arasını balla
doldurdu və bir göz qırpımında nər kimi
içəriyə ötürdü. S.Rəhimov; 2) bax içəri
salmaq.
İÇHAİÇ zərf Bir başdan içmə, ara ver-
mədən içmə, çoxlu içmə; içəiç (çoxları haq-
qında). Içhaiç başlandı.
İÇİRTDİRMƏK
İÇİBOŞ sif İçərisi boş olan, içində heç bir
şey olmayan; oyuq. İçiboş gövdə. İçiboş
buynuz.
İÇİCİ bax içkiçi.
İÇ-İÇALAT bax içalat. [Mürşüdoğlu]
qoca əli ilə iç-içalatı söküb çıxardıb qanlı
biləklərini yudu. S.Rəhimov.
İÇİLMƏ "İçilmək”dən f.is.
İÇİLMƏK “İçmək”dən məch. Xörəyin üs-
tündən çay içildi. Qabdakı su içilib qurtar-
mışdı. - [Kərəm:] Qəribin boynuna kəfən
biçilməz; Əcəl camı çox acıdı, içilməz!
“Əsli və Kərəm”. Nə qədər şirindir bu ləziz
nemət! Şərbət tək içilir bu yolda qəm də.
S.Vurğun.
İÇİM Adətən "bir” sözü ilə - bir dəfə iç-
məyə kifayət edəcək qədər. Bir içim şərab.
- [Ahıl qadın:] Evdə bir içim su yoxdur.
Ə.Haqverdiyev. Tapılmır bir içim su evdə,
insaf eylə, az sərf et. M.Möcüz. Yusif bir
içim su üçün gəldiyi evlə də maraqlanmaya
bilməzdi. Mir Cəlal.
İÇİMLİK is. 1. İçməyə yararlı, içmək
üçün olan, içməli. İçimlik su.
2. Saylarla miqdar bildirir. Bir içimlik su.
iki içimlik şərab.
İÇİN-İÇİN zərf 1. Gizlin, heç kəsə hiss
etdirmədən; içində, ürəyində, qəlbində.
Fərhad özlüyündə bu sözlərə için-için gü-
lürdü. Ə. Vəliyev.
2. Yanıqlı-yanıqlı, yana-yana, acı-acı.
Ağlar da için-için edər ah: - Bu körpəmə
sən şəfa ver, Allah! A.Şaiq. Həcər isə birdən
körpə uşaq kimi için-için hıçqırmağa başladı.
S.Rəhimov. // Ürəyində, başqalarına sez-
dirmədən, gizli. Atırvan ordusu pozulmadı
və iman qülləsi .. düşmənlərə qarşı için-için
kin bəslədi.. Çəmənzəminli. [Duma] için-
için yandığını aydınca hiss etdiyi bu qadın-
dakı səbrə heyrət edirdi. İ. Əfəndiyev.
İÇİRDİLMƏ “İçirdilmək”dən f.is.
İÇİRDİLMƏK “İçirtmək”dən məch. Dər-
man içirdilmək, içki içirdilmək.
İÇİRMƏ "İçirmək”dən /«.
İÇİRMƏK bax içirtmək. Solğun doda-
ğından cami-sevdanı; İçirmişdir mənə saqiyi-
əzəl. Ə. Cavad.
İÇİRTDİRMƏ “İçirtdirmək”dən f.is.
İÇİRTDİRMƏK icb. Başqası vasitəsilə
içdirmək, içməyə məcbur etmək.
499
İÇİRTMƏ
İÇİRTMƏ “İçirtmək”dən f.is.
İÇİRTMƏK f. 1 . İçməyə sövq və ya məc-
bur etmək; içdirmək. Su içirtmək. - Əzizim,
qandı ürək; Yar sözün dandı ürək; Şirin şərbət
içirtdin; Nədən bəs yandı ürək? (Bayatı). Bir
əlində sudur , bir əlində od; Gah verib içirdər,
gah yaxar gedər. Molla Cümə. [Mirzənin]
böyük oğlu təbib bir yanında əyləşib, tez-tez
atasının sinəsinə yaş məhrəba salırdı, lazım
olduqca dərman içirdirdi. Ə. Haqverdiyev.
2. İçki verib kefləndirmək, sərxoş etmək;
keflənməsinə səbəb olmaq. Onu kim içir-
dibdir?
İÇKİ is. İçilən spirtli mayelər. Spirtli iç-
kilər. Şirin içkilər. - Bir müsəlman ki bir rus
məclisinə düşərdi, öldürsəydin də, bir qətrə
içki dilinə vurmazdı. C.Məmmədqııluzadə.
Axır vaxtlarda Yusif əlinə düşən pulu içkiyə
verib, tez-tez məst olurdu. S.S.Axundov.
İÇKİÇİ sif. Spirtli içkiləri həddindən artıq
içən, içki düşkünü; əyyaş. Allah, Allah! Kim-
di oğru, kimdi oğru saxlayan; Bu pristav
içkiçi yerinə culfanı tutar. Molla Şükür. Va-
ris böyüdükcə əxlaqsız, içkiçi və qumar düş-
künü bir gənc olurdu. A.Şaiq.
İÇKİLİ sif. İçki içilən, içki olan, içkili
məclis. İçkili qonaqlıq. - [Nəbi:] Cəbi, bu
gecə bizdə böyük qonaqlıq var: oxuyanlı,
çalanlı, içkili. S.S.Axundov.
İÇKİSİZ sif. Spirtli içkilər olmayan, içil-
məyən. İçkisiz məclis.
İÇQOVURMASI is. Qoyun içindən hazır-
lanmış qovurma.
İÇLİ sif. Astarlı, astarı olan. İçli yorğan.
Içli çul.
İÇLİK is. 1. xüs. Bir şeyin içərisinə qo-
yulan, keçirilən, salınan şey.
2. Hər hansı bir şeyin iç tərəfinə tikilən
şey; astar. İçlik keçə. - ..Döyülən keçə qə-
liblərindən orada tezcə yeni-yeni alaçıqlar
düzələr, his bağlamış köhnə alaçıq keçələri
isə endirilib, çullara içlik, ya ulaqlara palan
salınardı. S. Rəhimov.
İÇMƏ “İçmək”dən f.is.
İÇMƏK / 1 . Maye bir şeyi udmaq. Su iç-
mək. Dərman içmək. Şərbət içmək. - Yarım
saata kimi ağalar və xanımlar çay içməyə və
söhbətə məşğul oldular. C.Məmmədqulu-
zadə. Stol üstündəki qrafindən stəkana su
İDARƏ
töküb içdim. A.Şaiq. // Məc. mənada. Yar ki
yara həsrət ilə qovuşdu; Dodaq busə içər,
dil ləzzət çəkər. Aşıq Ələsgər. Eşqin çeşmə-
sindən bir damcı içdim; Axdı sellər qədər
gözümün yaşı. B.Vahabzadə.
2. Eyni mənada spirtli içkilər haqqında:
sərxoşluq etmək, əyyaşlıq etmək. Eylədik
tövbə, əgər göz görə pünhan içdik. Qövsi.
Bu sözdən Qaraca qız əsla şad olmadı, çün-
ki bilirdi ki, [Yusif] oraya içməyə gedir.
S.S.Axundov. İçmək Cümşiid bəyi xarab
etdi, o qədər içirdi ki, bir saat da sərxoşluq-
dan ayıq olmurdu. E. Sultanov. □ Sağlığa
(sağlığına) içmək - birinin şərəfinə badə
qaldırmaq. [Əsgər:] Sağ ol. Məşədi İbad!
Sağlığına içirəm. Ü.Hacıbəyov.
3. Sulanmaq, su verilmək. Ağaclar su
içdi. Torpaq su içdi. - [İsgəndərzadə:] Sən
də get, arxayın ol, sabah bağın su içər.
Ə.Haqverdiyev.
İÇMƏLİ sif. içməyə yararlı; şirin. İçməli
su. H Tamlı, dadlı. İçməli şərbətlər. İçməli
mədən suları. - Buranın yerindən, hava-
sından əlavə, suyu çox içməlidir. Ə.Haqver-
diyev.
İÇRƏ qoş. köhn. klas. içində, içərisində.
Bağ içrə. Ev içrə. -Mən bülbüli-baği-firqətəm,
zar; Amma qəfəs içrəyəm giriftar. Füzuli.
Çoxdur cahan içrə nazənin dilbər; Özümə
münasib varı istərəm. Qurbani. Vərəq-və-
rəq dilii can hicrin içrə odlandı. X.Natəvan.
Böylə həyat içrə yüzdən çox yaşar; Zəhmət-
keş dehqanı bizim dağların. S.Vurğun.
İÇSİZ sif. içi olmayan, içi boş; ləpəsiz.
İçsiz fındıq. H içi, astarı olmayan. İçsiz çul.
İDARƏ is. [ar.] 1. Hər hansı bir iş (döv-
ləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.)
sahəsinə baxan, müəyyən ştatı, müdiriyyəti
olan təşkilat. Dövlət idarələri. Elmi tədqiqat
idarəsi. Mərkəzi statistika idarəsi. İctimai
idarələr. Sığorta idarəsi. - Mehriban zavod
idarəsinin uzun, işıqlı dəhlizi ilə gedib sola
döndü. H.Seyidbəyli. Rüstəm kişi paltosu-
nun ətəyini yellədə-yellədə özünü maarif
idarəsindən çölə atdı. M. İbrahimov. // Hə-
min təşkilatın və ya orqanın yerləşdiyi bina.
İdarə saat 9-da açılır. İdarəyə getmək. İda-
rədə bu gün növbətçi kimdir? - Keçmiş
vaxtlarda dəftərxanalarda qulluqçulardan
500
İDARƏÇİ
gündə biri idarə bağlandıqdan sonra qalıb,
təcili məktubları, teleqramları qəbul edərdi.
Ə.Haqverdiyev. Ağayar donquldana-don-
quldana idarədən çıxanda, əvvəl raykoma
getmək istədi. Ə.Əbülhəsən.
2. Rəhbərlik etmə, rəhbərlik, başçılıq.
□ İdarə heyəti - hər hansı bir idarənin, təş-
kilatın və s.-nin başında duran seçkili or-
qan. Azərittifaqııı idarə heyəti. - Qulu iki
dəfə döşünü qabardıb idarə heyəti adından
[İmi ilə Çimiyə] irad tutdu. İ. Əfəndiyev.
Həmin gün Səməd idarə heyətinin iclasını
çağırmışdı. İ. Hüseynov. İdarə etmək
- 1) rəhbərlik etmək, başçılıq etmək, do-
landırmaq. Dövləti idarə etmək. Ölkəni ida-
rə etmək. Təsərrüfatı idarə etmək. H Müdir-
lik etmək, rəislik etmək, bir idarənin başçısı
olmaq. İnstitutu idarə etmək. - Çaparxanam
idarə edən Rəhim bəy tamam qəzada "Gö-
dək Rəhim bəy” adı ilə məşhur idi. Ə.Haq-
verdiyev. Toy gecələrini idarə edənə sərpa-
yı deyərdilər. H. Sarabski; 2) dirijorlııq et-
mək. Orkestri idarə etmək. Xoru idarə et-
mək; 3) hər hansı vasitələrdən, mexanizm-
lərdən, cihazlardan və s.-dən istifadə edə-
rək, bir şeyin işini, hərəkətini nizama sal-
maq, müəyyən tərəfə yönəltmək, istiqa-
mətləndirmək. Parovozu idarə etmək. Avto-
matı idarə etmək. Gəmini idarə etmək. Eks-
kavatoru idarə etmək. - Qazıma zamanı bu-
ruğu və qazma prosesini mütəxəssis qazıma
ustası idarə edir. S. Quliyev; 4) yetmək, çat-
maq, kifayət etmək, dolandıra bilmək, ödə-
mək. Ailəsini güclə idarə edir. Bu vəsait tə-
ləbatı idarə etməyəcək.
3. Qrammatikada: tabeedici sözün tələbi-
nə görə tabe sözün müəyyən hallara düşüb
dəyişməsi. İdarə əlaqəsi.
İDARƏÇİ 1 . is. idarə edən, rəhbərlik edən,
müdir.
2. sif. Evi yaxşı idarə edən, qənaətçi, qə-
naətcil, təsərrüfatçı, israfçı olmayan; idarə-
dar. İdarəçi qadın. - Rəmziyyə onun ruhuna
uyğun, idarəçi, həmin gözəl bir qız idi. A.Şaiq.
İDARƏÇİLİK is. Rəsmiyyətçilik, quru
rəsmiyyət. Təchizat təşkilatlarının işində də
idarəçilik halları çoxdur. (Qəzetlərdən).
İDARƏDAR [ər. idarə və fars. ...dar] bax
idarəçi 2-ci mənada.
İDBARLIQ
İDARƏDARLIQ is. köllıı. 1. Evi yaxşı
idarə etmə, qənaətçilik.
2. Bax idarəçilik. O fikirləşirdi: - Bəzi
yerlərdə bəzi mühəmirlər kağızpərəstliklə
idarədarhğa nədənsə hörmət bəsləmirlər.
Mir Cəlal.
İDARƏEDƏN f.sif. dilç. idarə əlaqəsində
tabeedici tərəf (söz).
İDARƏEDİCİ is. 1. idarə edən, başçılıq
edən, rəhbərlik edən, rəhbər. İdarəedici
partiya.
2. tex. işlədən, hərəkətə gətirən, bir me-
xanizm və s.-nin hərəkətini, işini nizama sa-
lan. İdarəedici mexanizm. İdarəedici sistem.
İDARƏLƏNƏN bax idarəolunan 1-ci
mənada. İdarələııən qurğu.
İDARƏLƏNMƏ "İdarələnmək”dən f. is.
İDARƏLƏNMƏK f. idarə edilmək, hərə-
kəti, işi idarə olunmaq.
İDARƏLƏRARASI is. Müxtəlif idarələr
arasında olan, aparılan, cərəyan edən. İda-
rələrarası yazışma.
İDARƏLİ sif. 1 . idarə edəni, başçısı olan.
2. B ax idarəçi 2-ci mənada.
İDARƏOLUNAN sif. 1 . Hərəkəti, işi idarə
oluna bilən. İdarəolunan raket. İdarəolunan
təyyarə. İdarəolunan mərmi.
2. qram, idarə əlaqəsində tabe tərəf.
İDARƏSİZ sif. 1. Rəhbəri, başçısı, idarə
edəni olmayan. İdarəsiz ailə.
2. israfçıl, qənaətə riayət etməyən.
İDBAR [ər.] 1. sif. Çirkin, kifir, eybəcər.
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi;
Vaqqıldama bayquş kimi, idbar dilənçi.
M. Ə. Sabir. Mahmuda atası öləndən sonra
yalnız bir bacı qalmış ki, o da indi kifiriıı və
idbarın biridir və heç kəs də onu almaq istə-
məyir. B.Talıblı.
2. is. klas. Bəxtsizlik, talesizlik, uğursuz-
luq, düşkünlük, tale dönüklüyü (iqbal zid-
di). Getdi başından, könül, ol sən’ qəddin
sayəsi; Ağla kim, idbarə təbdil oldu iqbalın
sənin. Füzuli. Sübh söndü şəb ki, xəlqə qiblə
idi bir çıraq; Gecəki iqbalı gör, giindiizdəki
idbarə bax! M. P. Vaqif. Nəql edim bir-bir
sənə məıı hər yerin əhvalını; Bax, düşün,
gör onların idbarını, iqbalını. Ə.Qəmküsar.
İDBARLIQ is. Çirkinlik, kifırlik, eybə-
cərlik.
501
İDDƏ(T)
İDDƏ(T) is. [ər] köhn. din. Ərindən bo-
şanan və ya əri ölən qadının təkrar ərə gedə
bilməsi üçün şəriətcə gözləməli olduğu
vaxt (100 gün). Şərəbanmın iddəsi tamam ol-
mamışdı, xalamgil getdilər, övrəti gətirdilər,
əri Hacı Ramazana tapşırdılar.. C.Məmməd-
quluzadə. [Kərbəlayı Qubad:] Bax, sən bu
güııcə talağını ərindən al, sonra bir üç ay on
gün gözlə, iddən çıxsın. Ü.Hacıbəyov.
İDDİA is. [ər.] 1. Tələb. [Ağamərdan:] Siz
də mənim yerimə razı olub, lıakimi-şər ya-
nına adam göndərib bildiribsiniz ki, Hacı
Qafur tapşırdığı pulu onun bacısına vermə-
sin ki. onunla iddianız var. M.F.Axundzadə.
□ İddia etmək (eləmək) - tələb etmək, is-
təmək. . . O səbəbə Xudayar bəy Zeynəbi bo-
şamazdı ki. qorxurdu şərir adamların birisi
Zeynəbi ala və başlaya Xudayar bəydən sə-
ğirlərin mal-miilkünü iddia eliyə. C.Məm-
mədquluzadə. Səfər qardaşının qanını bü-
tün kənddən iddia edirdi. S.S.Axundov.
2. Haqlı-haqsız bir fikrin üstündə inad et-
mək, bir şeyi başqalarına da qəbul etdirmə-
yə çalışmaq. Mirzə Cəlil iddia edirdi ki,
Pəri arvadın dili baldan şirin, xasiyyəti çox
mülayimdir. Ə. Vəliyev.
3. Özünə isnad etdiyi bir keyfiyyətin,
sifətin başqaları tərəfindən də qəbul və təs-
diqinə çalışma, özü haqqında böyük fikirdə
olma. İddiası böyükdür. Böyüklük iddiasın-
da olmaq. Çirkin olduğu halda gözəllik id-
diasındadır. igidlik iddiasında olmaq. -
Seyr edib boş iddiadan başqa bir şey gör-
mədim. H. Cavid. İddiaya (...iddiasına)
düşmək - ...xəyalına düşmək, xəyalında
olmaq, ...xəyalından keçmək, ...iddiasında
olmaq. Firontək iddiayə düşsəm nə əcəb;
Çox zövqlidir abii havası Misrin. S.Ə.Şirva-
ni. Bu bir Allah vergisidir ki, hər qələm əh-
linə nəsib olmaz, hər ədiblik iddiasına düşə-
ni məsud qılmaz. F. Köçərli. [Nemət kişi:]
Bu cür qəhrəmanlıq iddiasına düşənin yəqin
kəlləsi boşdur. M.Hüseyn.
4. Lovğalıq, təşəxxüs, təkəbbür, özünü
yüksək tutma. □ İddia eləmək (satmaq) -
lovğalanmaq, təşəxxüslənmək. İddia eləmə,
Vahid, quru bir canın var; Onu da sən gərək
öz yarma qurban edəsən. Ə. Vahid.
İDEALİST
0 İddiası yerə-göyə sığmamaq - çox
lovğa, təşəxxüslü, özü barəsində çox böyük
fikirdə olan adam haqqında. [Salmanın]
ağardığını, əl-ayağa düşdüyünü görən Şir-
zad düşündü: iddiası yerə-göyə sığmırsa
da, özü yaman qorxaqdır. M. İbrahimov.
İDDİAÇI is. 1. Birindən iddiası olan, bir
şeyi istəməyə, tələb etməyə əsası olan adam.
2. Böyük iddiası olan adam, özü haqqında
böyük fikirdə olub, bunun başqaları tərəfin-
dən də qəbul edilməsinə çalışan adam.
İDDİALANMA “İddialanmaq”dan fis.
İDDİALANMAQ f. Təşəxxüslənmək,
özünə güvənmək, lovğalanmaq.
İDDİALI sif. Özü haqqında böyük fikirdə
olan, təkəbbürlü, təşəxxüslü, özünə çox gü-
vənən, lovğa. İddialı adam. İddialı oğlan-
dır. - Nə soxulmusan araya, a başı bəlalı
fələ? Nə xəyal ilə olubsan belə iddialı, fələ?!
M.Ə. Sabir. Naqis olsa belə əqli, kamalı;
Onu görərsiniz çox iddialı. S. Rüstəm.
İDDİALILIQ is. Özü haqqında böyük fi-
kirdə olma; mütəkəbbirlik, təşəxxüslük,
lovğalıq, özünə çox güvənmə.
İDDİASIZ sif. 1. Heç bir iddiası, tələbi
olmayan. İddiasız qız. - Qaraş üzüyola,
başıaşağı, söz qaytarmayan, həlim xasiy-
yətli idi. Belə adama gərək özü kimi yumşaq
və iddiasız anW tapasan. M.İbrahimov.
2. Sadə, təkəbbürsüz, təvazökar. İddiasız
adam.
İDDİASIZLIQ is. 1 . İddiası, tələbi olmama.
2. Sadəlik, təkəbbürsüzlük, təvazökarlıq.
İDEAL is. [/!’.] 1. Ən yüksək məqsəd;
qayə, amal. Yüksək ideallar ıığrunda müba-
rizə. - Yazıçının yüksək idealı işıqlı bir ul-
duz kimi bizi irəliyə səsləyir. M.Arif. [Kə-
rim xan Xavərə:] Mənim idealını gələcək
gündür, biz o günə çatacağıq. M.İbrahimov.
[Hüseyn:] ..Səhnə mənim məqsədim, idealını
və qəlbimdir. S.Rəhman.
2. Bir şeyin ən gözəl, ən yaxşı, ən
mükəmməl nümunəsi, indi Bakı [gənclər]
üçün işıq və bilik mənbəyi olmuşdur, hamısı
buraya ideal kimi baxır. M.Hüseyn.
İDEALİST is. [//■.] 1. İdealist fəlsəfə tə-
rəfdarı. İdealist sistemlər. Fəlsəfə tarixində
obyektiv idealist təlimlər ilk əvvəl Şərqdə
meydana gəlmişdir.
502
İDEALİSTCƏSİNƏ
2. Həqiqəti ideallaşdıran, malik olmadığı
sifətləri ona isnad edən adam: xəyalpərəst.
3. idealizmə aid olan, idealizm mahiyyə-
tində olan. İdealist fəlsəfə. İdealist görüşlər.
İDEALİSTCƏSİNƏ zərf İdealist nəzəriy-
yə əsasında, idealist kimi, idealistə xas bir
şəkildə. Məsələni idealistcəsinə izah etmək.
İDEALİSTLİK is. idealizm mahiyyətində
olma, idealizmə aid olma, idealist ruhda
olma; xəyalpərvərlik, xülyaçılıq.
İDEALİZƏ [//-.]: idealizə etmək - bir şeyi,
həqiqətdə olduğundan daha yaxşı bir şəkil-
də təsvir etmək, göstərmək; əsassız yerə şi-
şirtmək, tərifləmək, ideal bir şey kimi qələ-
mə vermək; ideallaşdırmaq. Axundov nəinki
çarizmə, hətta müəyyən dərəcədə idealizə
etdiyi Qərb tərəqqisinə, burjua cəmiyyətinə
də gözüyumulu yanaşmır. M. İbrahimov.
İDEALİZM is. [fr. əsli yun.] 1. Ruhi ola-
nın, qeyri-maddinin birinciliyi və maddi
olanın ikinciliyi prinsiplərindən çıxış edən
fəlsəfi cərəyan. Obyektiv idealizm. Dialek-
tik idealizm. Qədim dövr idealizmi, idealizm
şüuru təbiətdən təcrid edilmiş şəkildə nə-
zərdən keçirir.
2. Həqiqəti idealizə etmə, ideallaşdırma.
İDEALLAŞDIRILMA “İdeallaşdırılmaq”-
dan fis.
İDEALLAŞDIRILMAQ məch. idealizə
edilmək (bax idealizə).
İDEALLAŞDIRMA "İdeallaşdırmaq”dan
fis.
İDEALLAŞDIRMAQ f. idealizə etmək
(bax idealizə).
İDENTİK sif. [lat.] Eyni, birmənalı.
İDEOQRAFİK sif. dilç. Ideoqrafiyaya
əsaslanan, ideoqrafiyaya aid olan. İdeoqra-
fik yazı.
İDEOQRÄFİYA \yun.\ dilç. İdeoqramlar
vasitəsilə yazı.
İDEOQRÄM [yun.] dilç. Bu və ya digər
dildə səsləri deyil, bütöv məfhumu ifadə
edən şərti yazı işarəsi.
İDEOLOGİYA is. \yun.] ictimai şüurun
müxtəlif formalarında - fəlsəfədə, siyasət-
də, hüquqda, əxlaqda, incəsənətdə, dində
ifadə olunan ideyalar, təsəvvürlər, məf-
humlar sistemi; məfkurə. Milli ideologiya.
Azərbaycançılıq ideologiyası. İdeologiya
sahəsində qazanılmış uğurlar.
İDXAL
İDEOLOJİ sif. İdeologiyaya aid olan,
ideologiya ilə bağlı olan; məfkurəvi. İdeo-
loji məsələ. İdeoloji mübarizə. İdeoloji iş.
ideoloji cəhətdən düzgün. - Çox tez bir za-
manda “ Molla Nəsrəddin ” ideoloji, ədəbi
sahədə .. demokratizmin həqiqi mərkəzi
oldu. M. İbrahimov.
İDEOLOQ is. Hər hansı bir ictimai sinfin,
qrupun, cərəyanın ideologiyasını ifadə və
müdafiə edən adam. Proletariatın ideoloq-
ları. Qərb ideoloqları.
İDEYA [yun. ] 1. insan şüurunda varlığı
(həqiqi və ya yanlış şəkildə) əks etdirən və
onun bizi əhatə edən mühitə münasibətini
ifadə edən anlayış, təsəvvür.
2. Dünyagörüşünün əsas və ən mühüm
prinsipi; məfkurə, məslək, əqidə. İdeya
mübarizəsi, ideya silahı. Qabaqcıl ideyalar.
- Yeni Azərbaycan ədəbiyyatında demokra-
tik ideyalar realizm üslubu ilə doğur.
M. İbrahimov.
3. Fikir, qayə, məqsəd. Sülhü qorumaq və
möhkəmləndirmək ideyası, ideyanı həyata
keçirmək. - [Aslan:] Demək, sən çox kiçik
qəlbli adammışsan. İdeyan da yeməkmiş.
S.Vəliyev. // Bir şeyin əsas və başlıca məq-
sədi. Romanın əsas ideyası. Pyesin ideya
məzmunu.
İDEYACIQ isteh. “İdeya”dan kiç. Vecsiz,
mənasız, boş ideya, fikir.
İDEYALI sif. Qabaqcıl ideyası olan, bu
ideyalar uğrunda mübarizə edən, bunları təb-
liğ edən, yayan. Yüksək ideyalı əsərlər. - İs-
tər “Əhvalatlar", istərsə “Poçt qutusu" də-
rin ideyalı, yüksək sənət əsərləridir. M. İbra-
himov. // Qabaqcıl ideyalar uğrunda müba-
rizə edən, öz həyat və fəaliyyətində onlara
əsaslanan. İdeyalı adam. Təbliğatçı yüksək
ideyalı və çox hazırlıqlı olmalıdır.
İDEYALILIQ is. Yüksək, qabaqcıl ideya-
da olma. Milli ədəbiyyatın yüksək ideyalılı-
ğı. İncəsənət əsərlərində yüksək ideyalıhq
uğrunda mübarizə.
İDEYASIZ sif. İdeyası olmayan, ideyadan
məhrum; prinsipsiz. İdeyasız əsər. // Məs-
ləksiz, məfkurəsiz, qayəsiz.
İDEYASIZLIQ is. Məfkurəsizlik, qayə-
sizlik, məsləksizlik.
İDXAL is. [ər.] 1. Daxil etmə, daxil edilmə.
503
İDXALAT
2. Bir ölkəyə başqa ölkələrdən mal gəti-
rilməsi ( ixrac müqabili). Xaricdən mal id-
xalı. Dərman maddələrinin idxalı. H Ölkəyə
gətirilən malların ümumi miqdarı, yaxud
ümumi dəyəri. İdxal ixracdan azdır.
İDXALAT is. [ər. "idxal” söz. cəmi] Bir
ölkəyə başqa ölkələrdən gətirilən mal,
məhsulat və s. ( ixracat müqabili).
İDXALATÇI is. xiis. Xaricdən mal gəti-
rən. İdxalatçı dövlət.
İDİ Qoşulduğu sözü keçmiş zamana bağ-
layaraq ona hekayə mənası verən bağlama.
Onun bir məqsədi var idi. Mən dözməli
idim. Bura sahil idi. Bərk çovğun idi. — Qızın
paltarı qiymətli parçadan olmasa da, təmiz
idi. səliqəli idi. M.S. Ordubadi. [Kərim baba:]
Qışlaqda idik, payızın aydınlıq gecəsi idi.
A. Şaiq. [Muradın] saçlarını ağardan yarım
əsrlik bir həyat idi. S. Hüseyn.
İDİLLİK sif. 1 . əd. Idilliya mahiyyətində
olan, idilliya tərzində olan. İdillik janr.
2. kin. İdilliyada olduğu kimi; dinc, sakit,
qayğısız. ..Həyatı hər növ ziddiyyətdən uzaq
və idillik halda təsvir etməyə çalışan yazıçı
həqiqi, bədii istedaddan məhrumdur. (Qə-
zetlərdən).
İDİLLİYA [yun.] 1. əd. Kənd əhalisinin
təbiət ağuşunda asudə və sakit həyatını təs-
vir edən kiçik poetik əsər. Feokritin zəngin
ədəbi irsindən ancaq bir şeir külliyyatı qal-
mışdır ki, o da otuz idilliyadaıı və iyirmi üç
epiqramdan ibarətdir. Ə. Sultanlı.
2. kin. Dinc, sakit, qayğısız həyat.
İDİÖM is. [yun.] dilç. Yalnız müəyyən bir
dilə xas olan və mənası tərkib hissələrini təş-
kil edən sözlərin ayrı-ayrılıqda götürülən mə-
nası ilə düz gəlməyən, parçalanmayan söz
birləşməsi; ifadə, ibarə, təbir; məs.: baş sındır-
maq, gözü doymamaq, gözünün odunu almaq.
İDİOMATİK sif. İdiom xarakterində olan,
idiomatikaya aid olan. Idiomatik ifadə.
İDİOMÄTİKA dilç. 1 . İdiomlar haqqında
elm.
2. Bir dildə olan idiomların məcmusu.
Azərbaycan dilinin idiomatikası.
İDİÖT [yun.] Anadangəlmə kəmağıl
adam, gic.
İDİOTCASINA zərf İdiot kimi, gic kimi,
gic-gic. İdiotcasına hərəkət etmək. İdiotca-
sına danışmaq.
İDRAK
İDİOTİZM, İDİOTLUQ is. Anadangəlmə
kəmağıllıq, giclik.
İDİŞ is. dilç. Şərqi və Mərkəzi Avropa
yəhudilərinin, əsasını alman dialektləri təş-
kil edən dili.
İDMAN is. [ər.] Orqanizmi inkişaf
etdirmək və möhkəmləndirmək məqsədini
güdən bədən mümarisələri (hərəkətləri).
İdman məşğələləri. İdman oyunları. İdman
meydançası, idman ustası. - Gündüzlər
dərslərə, idmana, oynamağa və sair işlərə
məşğul olaraq, belə məişətin ağırlığını bir o
qədər hiss etməyirdim. S.S. Axundov. Ancaq
bircə nəfər kim idisə, həyətdə .. idman elə-
yirdi. Mir Cəlal.
İDMANÇI is. və sif. İdmanla məşğul olan
(adam). İdmançılarımız birinciliyi qa-
zandılar. idmançı oğlan. - Bu halında [Mə-
cid] sanatoriya həyətlərində, uşaq meydan-
çalarının qapısında qoyulan idmançı hey-
kəllərinə bənzəyirdi. Mir Cəlal. Qara müəl-
lim Lətifin yaxşı bir idmançı olacağına ina-
nırdı. H.Seyidbəyli.
İDMANÇILIQ is. İdmanla məşğul olma.
İDRAK is. [ər.] 1. Dərk etmə, bilmə; dərk
etmə qabiliyyəti. [Şeyx Sədra:] Buna idra-
kınız varının sizin? Sizcə məchul qədri şey-
xinizin. H.Cavid. İdrak ilə vurduğum çəkici-
min səsindən ; Çatlayır divarları qaranlıq
zindanların. Ə.Cavad. Bütün bunları 20 ya-
şına daxil olan Ulduza həyat təcrübəsi de-
yil, sevən qəlbin, böyük məhəbbətin idrak
qüvvəsi öyrədirdi. Ə.Məmmədxanlı. // Dər-
rakə, fəhm, şüur, anlaq. Ər ilə anadın ara-
sında olan əlaqəyə diqqət yetirdikdə görü-
rük ki, bunların mabeynində təfavüt - əql,
fəhm və idrak daha da artıq dərəcədədir.
F. Köçərli. Həkimül-mülküıı keyimiş idrakı
vəziyyəti dərk edəcək halda deyildi.
M.İbrahimov. □ İdrak etmək klas. - dərk
etmək, anlamaq. Hər xəyalın idrak edən;
Könül güzgüsün pak edən. Əmani. Mən id-
rak etmədim dünyaya gəlməkdən nədir hik-
mət.. M. Hadi. Qul olduğunu edincə idrak;
Hürriyyətin istəmişdi bibak. A.Səhhət.
2. fəls. Obyektiv aləmin qanunauyğun-
luqlarının şüurda dərk edilməsi, idrak nəzə-
riyyəsi. Dialektik idrak üsulu.
504
İDRAKLI İFADƏÇİ
İDRAKLI sif idrakı olan, dərrakoli,
fohmli, düşüncəli, şüurlu. Bu ayda bizim
təşkilat ibtidai bir haldan çıxıb .. idraklı,
müntəzəm, mübariz bir təşkilat şəklinə ke-
çir. M. S. Ordubadi. [Gülnisə:] Sən idraklı
olduğun üçün bilirdim ki, sözümü tez anla-
yacaqsan. C. Cabbarlı.
İDRAKLIQ is. Dərrakəlilik, fəhmlilik,
düşüncəlilik.
İDRAKSIZ sif. İdrakı olmayan, dərrakə-
siz, fəhmsiz; düşüncəsiz, şüursuz. [Provo-
kasiyaya] qurban olmuş idraksız .. erməni-
lər isə müsəlmanları gülləyə basırdılar.
M. S. Ordubadi. [Elxan:] [Solmaz] idraksız
bir kütlənin səfil qorxaqlığına qurban olub
gedir. C. Cabbarlı.
İDRAKSIZLIQ is. Dərrakəsizlik, fəhm-
sizlik, şüursuzluq, düşüncəsizlik. Bizim id-
raksızlığımız, təşkilatsızlığımız da düşmən-
lərimizə vardım verir. M.S. Ordubadi.
İENA Yaponiyada pul vahidi.
İFA is. [ər.] 1. Bir işi icra etmə, həyata ke-
çirmə, yerinə yetirmə. □ İfa etmək - 1) ye-
rinə yetirmək, əda etmək. - Mən özümə aid
vəzifələri vaxtında ifa etməyə söz verirəm.
M.S. Ordubadi. [Ənisə] öhdəsinə alacağı
vəzifəni müvəffəqiyyətlə ifa edə bilərdi.
S. Hüseyn; 2) dinlənilmək və ya tamaşa
edilmək üçün çalmaq, oxumaq, göstərmək
(incəsənət əsərini). Rol ifa etmək. Rəqs ifa
etmək. - Arzu qız atasının arzularını bəstə-
ləyir, bir müddət sonra pianoda ifa edir.
Əhməd isə dinləyirdi. S. Rəhimov. Hiindür-
boy və çox diribaş olan Mürsəl qoçu Əsgər
rolunu ifa edirdi. Ə. Sadıq.
İFAÇI is. Hər hansı bir incəsənət (dram,
ədəbi, musiqi) əsərini ifa etmək üçün çıxış
edən adam. Musiqi ifaçılarının müsabiqəsi.
Gözəl ifaçı. Müxtəlif rolların ifaçısı. - Xalq
çalğı alətlərində çalan ifaçıların 1939-cu
ildə birinci ümumittifaq baxışı təşkil olun-
muşdu. Ə.Bədəlbəyli.
İFAÇILIQ is. Hər hansı bir musiqi əsərini,
yaxud dramatik rolu yaradıcılıqla ifa etmə.
ifaçılıq məharəti, ifaçılıq xüsusiyyəti. - Mirzə
Scıdıq tarın səsinin xeyli artmasına müvəffəq
oldu və tarda ifaçılıq mədəniyyətini yüksək
bir mərhələyə qaldırdı. Ə.Bədəlbəyli.
İFADƏ is. [ər.] 1. Anlatma, izah etmə,
aydın və açıq söyləmə, demə, izhar etmə;
izah, şərh, bəyan. Yazılı ifadə (yazı ilə bil-
dirmə). Şifahi ifadə (ağızdan anlatma). İfadə
tərzi. - Bu sualın ahəngi içərisində nə kimi
ifadələr olduğunu Zeynal çox vaxşı anla-
mışdı. S.Hüseyn. □ İfadə etmək - demək,
söyləmək, izhar etmək, bildirmək, anlat-
maq. Halını ifadə etmək. Fikrini ifadə et-
mək. - Ləfz edərsə ifadə mənanı; Sərf edər
əhli-mərifət anı. S.Ə.Şirvani. Cavan müəl-
lim bu sözləri dedikdən sonra ürəyi dolu olan,
lakin bunları ifadə etməyə söz tapa bilmə-
yən adamlar kimi susdu. M. Rzaquluzadə.
İfadə olunmaq - söylənmək, deyilmək, izah
edilmək. Yazıçının nəsri də onun jurnalisti-
ka və dramaturgiyasında ifadə olunan icti-
mai ideyaları əxz etdirir. M. İbrahimov.
2. Bir şeyin xarici təzahürünü, inikasını
təşkil edən şey. Qiymət dəyərin pulla ifadə-
sidir. Hörmət ifadəsi. Səmimiyyət ifadəsi.
3. dilç. Söz, söz birləşməsi; ibarə, fraza.
Frazeoloji ifadə. İdiomatik ifadə. İfadələr
lüğəti. Anlaşılmaz ifadə. Obrazlı ifadə. -
Şirmayı Səməd Vurğunun odla suyun təza-
dını vermək üçün bu ifadəni işlətdiyinə əmin
idi. M.Hüseyn.
4. Şagirdlərin öz sözləri ilə yazdıqları
mətn. İf adə yazmaq.
5. hiiq. Məhkəmədə məsələni aydınlaş-
dırmaq üçün şahidin sorğu-suala verdiyi
şifahi və ya yazılı cavabı; məlumat, izahat.
Bəlli idi ki, məhkəmə Talıirzadə kimi mötə-
bər bir şahidin ifadəsini asanlıqla ayaqlaya
bilməyəcək. Mir Cəlal. □ İfadə almaq - şa-
hidi və ya müttəhimi dindirmək. İfadə ver-
mək - məhkəmədə şahidlik etmək, sorğu-
suala şifahi və ya yazılı cavab vermək.
6. İnsanın daxili halını əks etdirən əlamət
(üzdə, gözdə və s.-də). Üzünün ifadəsi.
Gözlərinin ifadəsi. - Nə gözəldir, nə təmiz-
dir; İfadəsi bu gözlərin. N.Rəfıbəyli. Melo-
diya qurtarır. Firuzə valı götürüb, yanında
oturan və üzündəki ifadədən fikri uzaqlarda
olduğu görünən Sərvinaza uzadır. I. Əfəndi-
yev. Əmrahovun simasında da ciddi ifadə
göründü. Q. İlkin.
İFADƏÇİ is. İfadə edən, əks etdirən,
təmsil edən. M.F .Axundovdan sonra ən bö-
505
İFADƏLƏNDİRİLMƏ
yük demokrat, bu yeni keyfiyyətli demokra-
tizmin ədəbiyyat sahəsində böyük ifadəçisi
C. Məmmədquluzadə ( Molla Nəsrəddin)
oldu. M. İbrahimov.
İFADƏLƏNDİRİLMƏ “İfadələndiril-
mək”don f.is.
İFADƏLƏNDİRİLMƏK məch. Ifado edil-
mək, əks etdirilmək.
İFADƏLƏNDİRMƏ “İfadələndirmək”-
don f.is.
İFADƏLƏNDİRMƏK/ İfadə etmək, əks
etdirmək.
İFADƏLƏNMƏ “İfadələnmək”dən f.is.
İFADƏLƏNMƏK məch. İfadə olunmaq,
əks olunmaq, öz əksini tapmaq.
İFADƏLİ sif. Yaxşı və aydın ifadə edən.
İfadəli nitq. İfadəli danışıq. İfadəli yazı. İfa-
dəli (z.) oxumaq. - Qız atasının dediklərini
çox ifadəli bir dillə yazmışdı. M. Hüseyn.
// Daxili keyfiyyətləri, təəssüratı və s. əks
etdirən. İfadəli baxışlar. İfadəli surət.
İFADƏLİLİK is. İfadəli olma, yaxşı və
aydın ifadə etmə. Dilin, üslubun ifadəliliyi.
Balerinanın hərəkətlərindəki ifadəlilik.
İFADƏSİZ sif. İfadəcə zəif, təsirsiz. İfa-
dəsiz nitq. П Heç bir şey ifadə etməyən, heç
bir şey əks etməyən. İfadəsiz gözlər.
İFADƏSİZLİK is. İfadəcə zəiflik. Nitqin
ifadəsizliyi. Üslubun ifadəsizliyi. П Heç bir
şey ifadə etməmə.
İFÇİN zərf məh. Tam surətdə, tamam,
bütün, hamısını. Atı ifçiıı nallamaq. - Qıratı
ifçin yəhərləyib, Koroğlunun qabağına çək-
dilər. “Koroğlu”. Yanında balası o haçadır-
naq; Əlvan çiçəkləri ifçin yolardı. H.K.Sanılı.
İFFƏT is. [ər.] Saflıq, təmizlik, irz, na-
mus, həya, əxlaq. [Maral:] Hər iki tərəfim
təhlükəli uçurum... Burada qalsam, Turxan
bəyin murdar nəfəsi, qoşulub qaçarsam,
namus, iffət məsələsi.. H. Cavid.
İFFƏTLİ sif Namuslu, ismətli, həyalı;
təmiz, saf. İffətli qız. İffətli gəlin. - Zəmanə-
nin “xarab" bir vaxtında nəcib, gözəl, hə-
yalı, iffətli və ismətli bir qız tapmaq çox da
asan deyildi. S. Hüseyn.
İFFƏTSİZ sif. Namussuz, ismətsiz, həya-
sız, abırsız. İffətsiz qadın.
İFLAS is. [ər.] 1. Bankın, tacirin və s.-nin
borc iltizamlarını vaxtında ödəyə bilmə-
İFRAT
məsi nəticəsində müflis olması, sınıq çıx-
ması. Bankın iflası. Tacirin iflası. □ İflas
etmək (olmaq) - müflis olmaq, sınıq çıx-
maq, var-yoxu əlindən çıxmaq. Gülara xa-
nım iflas olub, son dərəcə kasıb düşmüş bir
bəy ailəsiııdəndir. S. Rəhman.
2. məc. Hər hansı bir ictimai fəaliyyətdə,
yaxud şəxsi həyatda tam uğursuzluq, mü-
vəffəqiyyətsizlik. Siyasi iflas. Təcavüzkarlıq
siyasətinin iflası. □ İflasa uğramaq - iflas
etmək, puça çıxmaq, heç bir nəticə vermə-
mək, müvəffəqiyyətsizliyə uğramaq.
İFLİC is. [ər.] 1. Orqanizmin hər hansı
bir hissəsini və ya üzvünü normal fəaliy-
yətdən qoyan xəstəlik. İflic olmaq. İflic vur-
maq. İflic tutmaq. Beyin iflici. П Bu xəstə-
liyə tutulmuş (adam). Neçə illərdir iflicdir.
2. məc. Fəaliyyətsizlik, durğunluq, hərə-
kətsizlik. [Məhərrəm əmi:] İnan ki, o mələk
sandığınız zəhərli ilanlar bir gün sizi iflic,
yaramaz və eybəcər qoyacaq. A.Şaiq.
İFLİM-İFLİM zərf dan. Tikə-tikə, parça-
parça. [Gülpəri:] Deyir, Tarıqulunun cibini
kəsiblər, özünü də iflim-iflim eləyiblər.
Ə.Haqverdiyev.
İFNA is. [ər.] klas. Yox etmə, puç etmə,
məhv etmə, tələf etmə. Nə qəm, uğratsa da
bir gün məni ifiıayə zaman; Mən gedərəmsə,
məramını yenə dünyadə durar. M. Ə. Sabir.
Bu illətin Allaha qalıb bircə davası; Uğratdı
bizi büsbütün ifinaya bizim qız. Ə.Nəzmi.
İFRAQ is. [ər.] köhn. 1. Qəlibə tökmə,
qəlibə axıtma. // Müəyyən qəlibə salma.
2. Qaydaya salma.
İFRAT is. [ər.] Bir şeyin son həddi, bir
şeyi son həddə çatdırma, mübaliğəyə var-
ma, həddi keçmə. İfrat dərəcə (son hədd).
İfrat tədbirlər. - Hər işin ifratı vəziyyəti də-
yişə bilər. M. S. Ordubadi. // sif Qəti, barış-
maz. Nə qədər ki əmisi onu təhsildən ayır-
maya; cəbrən evləndirmirdi, Fərhadda belə
ifrat fikirlər yox idi. Ə.Haqverdiyev. // sif.
Çox, həddən ziyadə, son dərəcə. İfrat qüv-
vətli. İfrat tamahkar. □ İfrat etmək (elə-
mək) - hüdudu keçmək, həddi keçmək,
mübaliğə etmək. İfrata varmaq -bax if-
rat etmək. Əlyarov əmisi oğlunun ifrata
vardığım görüb, bu söhbəti başqa adamla-
506
İFRATÇI
rın eşitdiyindən qorxmuş kimi, ürkək nəzər-
lərlə ətrafına baxındı. M. Hüseyn.
İFRATÇI is. ifrata meyil edən, bir işdə if-
ratçılıq edən. ..Biitün ifratçılarımıza tövsi-
yəmiz budur ki, işə əhəmiyyət nəzəri ilə bax-
sınlar. Ü.Hacıbəyov.
İFRATÇILIQ is. İfrata varma, ifrata me-
yil, bir işdə ifrat tədbirlərə əl atma.
İFRAZ is. [ər.] fiziol Orqanizmin bir ye-
rindən (yaradan və s.-dən) bir şey (maye)
çıxma, axma. Narzan mədə şirəsinin ifrazı-
nı artırır. Ə. Əliyev. □ İfraz etmək - ayır-
maq, axıtmaq, dışarı çıxarmaq. Yaranın if-
raz etdiyi irin.
İFRAZAT is. [ər. “ifraz” söz. cəmi ] fiziol.
Bədənin ifraz etdiyi maddələr, irinli ifrazat.
H Nəcis. ..İnsanın və heyvanın bədənindən
bayıra çıxan şeylərdə (ifrazatda) həmişə
mikroblar vardır. N.Nərimanov.
İFRAZETDİRİCİ sif. fiziol. İfraza səbəb
olan. Ifrazetdirici dərmanlar.
İFRİT is. [ər.) 1. İblis, şeytan, cin. [Pad-
şah:] Yalan danışma, ifrit, sən bilməyirsən,
mən bilirəm. Ə.Haqverdiyev.
2. Çox sərt, amansız, qəddar adam haq-
qında. □ İfrit kəsilmək - bərk acıqlanmaq,
amansız olmaq, qəzəblənmək. O gün Dur-
sun ifrit kəsilmişdi. A.Şaiq.
İFRİTƏ is. və sif. [ər.] dan. Çox çirkin,
bədheybət, bədləkər, kifir (qadın haqqın-
da). İfritənin biridir. П Araqarışdıran, pislik
edən, fitnəkar qadın haqqında. Elə qarı qa-
pını örtcək dəyişilib oldu bir küpəgirən if-
ritə, cadu. (Nağıl). O ifritə qadının alçaq
fitnəsini hamımız başa düşdük. M.Hüseyn.
[Yusif:] ..[Səməd] mən istəyirəm bu ifritə
[Qaradonlu] sənin qanını qaraltsın. İ.Hüsey-
nov. // Söyüş mənasında. [Padşah:] Yalan
danışma, ifritə! Sən bilmirsən, mən bilirəm.
Ə.Haqverdiyev.
İFRİTƏLİK is. Həddən aıtıq çirkinlik,
eybəcərlik, bədheybətlik, bədləkərlik.
İFŞA is. [ər.] Faş etmə, aşkara çıxarma,
meydana çıxarma, üstünü açma. □ İfşa et-
mək - faş etmək, üstünü açmaq, üzə çıxar-
maq, meydana çıxarmaq, açıb göstərmək
(birinin cinayətini, gizli niyyətini və s.-ni).
Düşmənin hiyləsini ifşa etmək. - Çar höku-
İFTİXAR
məti və onun nümayəndəsi olan Hacısənıəd
xanın siyasətini ifşa etməli idik. M. S. Ordu-
badi. “Ölülər" .. ümumiyyətlə, cəhaləti, ge-
riliyi, ikiüzlülüyü və yalanı ifşa edir..
M. İbrahimov. Qəhrəman .. tayfabazlıq sa-
lanları kütlənin əli ilə ifşa etmişdi. Ə.Vəliyev.
İFŞAÇI is. Birinin cinayətinin, hiyləsinin,
pis niyyətinin üstünü açan, ifşa edən, aşkara
çıxaran, açıb göstərən adam.
İFŞAÇILIQ is. İfşa etmə, ifşa ilə məşğul
olma.
İFŞAEDİCİ sif. İfşa edən, faş edən, üstü-
nü açan, aşkara çıxaran, açıb göstərən, ifşa
mahiyyətində olan. İfşaedici sənədlər. İfşa-
edici dəlillər. - Bakı komitəsi çar hökuməti-
nin avqust ayındakı xəyanətini ifşaedici bir
proklamasiya buraxdı. M.S.Ordubadi.
İFŞAEDİCİLİK is. İfşa etmə, ifşa mahiy-
yətində olma.
İFTADƏ f.sif. [fars.] klas. Düşkün, müb-
təla. Bu fəxr yetər kim mənə, iftadeyi- eşqəm;
Sal başıma bir sayə hümayi-kər əmindən.
Ə. Vahid.
İFTADƏLİK is. Düşkünlük, mübtəlalıq.
İftadəliyim gör, etmə ehmal; Rəhm et, bir
əyaq ilə əlim al! Füzuli.
İFTAR is. [ər.] din. Oruc açma, oruc
açdıqda yeyilən yemək. Xavərimsə bu gün
oruc tutmuş olduğundan, axşam üçün iftar
tədarükü görürdü. T.Ş. Simurq. □ İftar aç-
maq (yemək) - oruc açmaq. Axııııd iftarı
yeyib, təsbehi alır əlinə, başlayır hesablama-
ğa. Ə.Haqverdiyev. Tacir qızı isə: - Axund
oruc idi, bir saat bundan əvvəl iftarını açıb-
dır. - dedi. M.S.Ordubadi. // Ошс açma
vaxtı, gün batanda. Molla cavabında deyir:
- Niyə ayıb olur ki, iftar vaxtıdır da..
“M.N.lətif.” İftara bir az qalanda mömin
müsəlmanlar təsbeh çevirə-çevirə, dodaq-
ları duanı vird eləyəndə, ürəkləri də plov
çağırır. C. Məmmədquluzadə. Bu top oruc-
luqdaıı orucluğa, bir dəfə obaşdan, bir dəfə
iftarda atılardı. P.Makulu.
İFTARLIQ is. din. İftar (oruc açma) üçün
hazırlanan yemək(lər).
İFTİXAR is. [ əı -.] 1 . Fəxr, fəxr etmə. Bu
gündən belə Ircın əhli öz millətləri ilə iftixa-
ra haqlıdır. Ü.Hacıbəyov. “Molla Nəsrəd-
507
İFTİXARLANMA
din” bizim inkişaf tariximizdə, xalqımızın
ictimai həyatında çox mühünı və iftixara la-
yiq bir hadisədir. M.İbrahimov. // Qürur
hissi. [Barxudar] qayıdan gün öz adını ümu-
mi iclasın qətnaməsində oxuyanda sevin-
cindən, heyrətindən, ya iftixarındanmı, nə-
dənsə rəngi qızardı. Mir Cəlal. Bayram kişi
ayduı seçilən iftixar hissi ilə bu meyvələri
göstərib dedi.. M.Rzaquluzadə. // Fəxr edil-
məli, fəxr edilməyə layiq şəxs. Füzuli
Azərbaycan xalqının iftixarıdır. - Mirzə Va-
leh bu evin mötəbər siması, məclislərin ifti-
xarı olmuşdu. S. Rəhimov. □ İftixar etmək
- fəxr etmək. [Abas:] Mən də, ac, yoxsul bir
həyatdan belə bir dərəcəyə yüksəldiyimə if-
tixar edirəm. M.İbrahimov. // Təkəbbür,
qürur, qürrələnmə. Politikadır hər işləri,
alışları-verişləri ; Olarda bir əməl fəqət
quru, boş iftixarı gör! M.Ə. Sabir.
2. İftixarla şəklində zərf - qürurla, fəxr-
lə, iftixar hissi ilə. Keçir bizim qəhrəman-
lar; Alay-alay, iftixarla. S.Vurğun. Yusif
mütəxəssis üziimçüyə məxsus iftixarla dedi:
- Odur, o dərə araları üzüm üçün qızıldır.
B. Bayramov.
İFTİXARLANMA “İftixarlanmaq”dan fis.
İFTİXARLANMAQ f. İftixar etmək, fəxr
etmək, qürrələnmək, öyünmək.
İFTİRA is. [ər.] Böhtan, şər. Xidasə, qa-
lan yüz on beş kağız da bu məzmunda növ-
növ iftira və yalan. C.Məmmədquluzadə.
iki tərəf bir-birinə olmazın böhtan və iftira-
sını, olmazın həyasız hərəkətlərini isnad ve-
rirdilər. Çəmənzəminli. Səttarzadə başını
tovladı: - Siz məni doğma qızım ilə ləc sal-
maq istəyənlərin iftirasına uymayın! Mir
Cəlal. □ İftira etmək - böhtan atmaq, şər
atmaq.
İFTİRAÇI is. İftira edən, böhtan atan,
böhtançı.
İFTİRAÇILIQ is. Başqalarına şər atma,
böhtan demə, böhtançılıq. İftiraçını ifşa
etmək.
İGİD sif. Bir işdə, döyüşdə qoçaqlıq, cə-
sarət, qəhrəmanlıq, mərdlik göstərən; cə-
sur, qoçaq. İgid oğlan. İgid qız. - Rövşən
Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğ-
lan idi. "Koroğlu”. [Fitnə:] ..Mənzər igid
İĞTİŞAŞ
pəhləvandır; Həm də gözəl bir insandır.
A.Şaiq. Dayanmışdır keşikdə; İgid, qəhrə-
man Bakı; Əziz, mehriban Bakı. R.Rza. // İs.
mənasında. Gülü biçənə qurban; Suyun içə-
nə qurban; Dünyada igid çoxdur; Candan
keçənə qurban. (Bayatı). Qaralar geymə gəl,
sevimli canan; igidə meydanda ölmək şə-
rəfdir. M. Rahim.
İGİDCƏ(SİNƏ) zərf Qəhrəmancasına,
mərdanə, qorxmadan, igid kimi. İgidcəsinə
çarpışmaq. Igidcə vuruşmaq. - Ah, adəmmi
olmayan hünəri; Qorxmayın həp, igidcə
qalxışuıız. A.Şaiq.
İGİDLƏNMƏ “İgidlənmək”dən /«.
İGİDLƏNMƏK/ Özünü igid kimi, qorx-
maz kimi göstərmək.
İGİDLƏŞMƏ “İgidİ 0 şmək”dən /.7,s\
İGİDLƏŞMƏK f. İgid olmaq, cəsarətli
olmaq, daha da ürəkli olmaq; igidlənmək.
İGİDLİK is. Qoçaqlıq, qəhrəmanlıq,
rəşadət. Duman dağa pərdədir ; Göydə de-
yil, yerdədir; Ağalıq dövlət olsa ; İgidlik hü-
nərdədir. (Bayatı). [İsgəndərin] igidlikdə, at
çapmaqda, düşmən bağrı yarmaqda tayı-
bərabəri yox idi. Ə. Haqverdiyev. Müəllim-
lər qəhrəman əsgərlərin cəbhədəki igidliyi
haqqında şagirdlərə maraqlı söhbətlər edib
onları ruhlandırdılar. Ə. Vəliyev. □ İgidlik
göstərmək (etmək, eləmək) - rəşadət gös-
tərmək, qəhrəmanlıq etmək, qoçaqlıq elə-
mək. Otuzunda kəklik kimi səkərsən; İgidlik
eləyib qanlar tökərsən. “Koroğlu”. [Şiras-
lan:] Əgər atası Vətən yolunda igidlik etmə-
səydi, haradan onun adı qalar, ona belə
qızıl ulduzla bərabər böyük bir orden və
ayrıca fərman verilərdi. S. Rəhimov.
İGİDÖLMÜŞ sif. və is. dan. Qarğış, nifrin
kimi işlənən sözdür.
İĞFAL [ər.]: iğfal etmək - qəflətə sal-
maq, qəflətdə buraxmaq; aldatmaq, fikrini
yayındırmaq, yuxulatmaq. [Şah:] Zira dili
çox itidir, yenə də sizi iğfal edər. C. Cabbar-
lı. [Gənc:] Zeynal [Mehribanı] aldadıb iğfal
etmək məqsədi ilə yalan danışmağa təşəb-
büs etməsin. S. Hüseyn.
İĞTİŞAŞ is. [ər.] Qarğaşalıq, qarışıqlıq,
hərc-mərclik. İstanbulda 31 martda vaqe
olan iğtişaşın nəticəsidir ki, bütün Türkiyə-
508
İĞTİŞAŞÇI
tıin hər bir nöqtəsində bahalıq üz verdi.
C. Məmmədquluzadə. Hətta iğtişaş zamanı
böyük-böyiik qəzalara düçar olanda bir
dəfə də [Hacı Qasımın] qızı üzünü açmağa
razı olmamışdı. E.Sultanov. Hər yerdə iğti-
şaş, hər yerdə üsyan; Alovlu nəğmələr uca-
lır göyə. S. Rüstəm. □ İğtişaş qalxmaq
(düşmək) - hərc-mərclik düşmək, qarışıq-
lıq düşmək, şuluqluq düşmək. Deyirlər ki,
Teymurləngin hakimiyyəti illərində bir şə-
hərdə böyük bir iğtişaş qalxır. “M.N. lətif.”
[Nəcmi:] Bu vaxta kimi əlbir-dilbir, asayiş-
lə yaşayan .. bu dinc camaatın arasına nə
üçün iğtişaş düşsün? Ə.Əbülhəsən.
İĞTİŞAŞÇI is. iğtişaş, hərc-mərc törə-
dən, asayişi, əmin-amanlığı pozan, şuluq-
luq salan; araqarışdıran, fitnəkar, fəsadçı.
İĞTİŞAŞLI sif. Qarışıq, nizamsız, hərc-
mərc. İğtişaşlı yer. İğtişaşlı şəhər.
İHANƏT is. [ar] klas. Haqsız təhqir,
haqsızlıq. Çox yetər əğvardən cövrü ihanət
könlümə. M. P. Vaqif. Aşmışdı hələ həddini
kəndlərdə rəzalət; Hər yanda təcavüzdii,
ihanətdi, həqarət! Ə.Nəzmi.
İHATƏ bax əhatə. Qalıbdır fırqeyi-is-
lam dalda cümlə millətdən; İhatə eyləyiblər
başqalar elm ilə dünyanı. S.Ə.Şirvani.
Qanlı şəhər göriinməyir, etmiş ihatə çən,
duman. Ə.Nəzmi.
İXLAS is. [ar.] 1. Səmimi və qərəzsiz
məhəbbət, ürəkdən gələn sədaqət; səmi-
miyyət, sidq. [Nuxalılar:] Bizim ixlasımızın
nisbəti Molla İbrahimxəlilə görə sair kimsə-
lərin ixlasına bənzəməz. M.F.Axundzadə.
[Mirzə Həbib:] Özünüz bilirsiniz ki, mənim
nə mərtəbədə sizə ixlasım var. N.Vəzirov.
Böyüyün kiçiyə iltifat və mərhəməti, kiçiyin
də böyüyə qarşı ixlas və hörməti vardı.
S. Hüseyn.
2. İxlasla, ixlas ilə şəklində zərf - səda-
qətlə, səmimi qəlblə, ürəkdən. [Mirzə
Möhsün:] ..Saqqalımın tükünü dövləti-aliy-
yənin xədəmatında ixlas ilə ağartmışam.
M.F.Axundzadə. [Kəndli:] Sizə məlumdu ki,
mən on yeddi ildi ki, .. ixlas ilə qulluq eləyi-
rəm. C. Məmmədquluzadə.
İXLASKAR sif. [ər. ixlas və fars. ...kar]
Sədaqətli, sadiq, ixlas edən, səmimi.
İXTİLAL
İXLASKARLIQ is. Sədaqət, səmimiyyət,
səmimi məhəbbət.
İXLASKEŞ sif. [ər. ixlas və fars. ...keş]
köhn. bax ixlaskar. [Teymur ağa:] Bəylər
və xanın çoxusu mənim atamın yaxşılıqları
səbəbinə mənə ixlaskeşdir. M.F.Axundzadə.
İXLASKEŞLİK köhn. bax ixlaskarlıq.
İXRAC is. [ar.] 1. Çıxarma, uzaqlaşdırma.
□ İxrac etmək - çıxarmaq, uzaqlaşdırmaq.
İxrac olmaq - xaric olmaq, ixrac edilmək,
çıxarılmaq.
2. iqt. Satış üçün xarici ölkələrə göndər-
(il)mə ( idxal əksi). İxracı gücləndirmək.
Neft ixracı. Taxıl ixracı. // Xarici bazara
göndərilən malın ümumi dəyəri və ya həc-
mi, həmçinin malın özü; ixracat, eksport.
□ İxrac etmək - satış üçün xarici bazarlara
göndərmək. Xarici bazarlara mal ixrac et-
mək. Respublikamız bir çox xarici ölkələrə
neft avadanlığı ixrac edir.
İXRACAT [əı; “ixrac” söz. cəmi] bax
ixrac 2-ci mənada. İxracat ildən-ilə artır.
İXRACATÇI is. İxrac edən, xarici ölkələrə
mal göndərən ölkə. Birma dünyanın böyük
düyü ixracatçısı hesab olunur. (Qəzetlərdən).
İXTİLAF is. [ar.] Fikir ayrılığı və bunun
nəticəsində doğan ziddiyyət, uymamazlıq,
mübahisə. ..Həqiqət axtarılan yerdə mütləq
ixtilaf olur. C. Məmmədquluzadə. [Rəhim
bəy] Məşədi bəylə ixtilafını biryolluq həll et-
mək bəhanəsi ilə qardaşı evinə getdi.
M. Hüseyn. □ İxtilaf salmaq (çıxarmaq)
- ikitirəlik salmaq; mübahisə, münaqişə,
ziddiyyət törətmək.
İXTİLAFLI sif. Mübahisəli, münaqişəli,
mübahisəyə səbəb olan. İxtilaflı məsələ.
- Kənd şurası belə ixtilaflı məsələni həll edə
biləcək halda deyildi.. S. Hüseyn.
İXTİLAFLILIQ is. İxtilaflı, mübahisəli
olma.
İXTİLAFSIZ 1. sif. Mübahisəsiz, müna-
qişəsiz. İxtilafsız məsələ.
2. zərf İxtilaf olmadan, heç bir mübahisə,
münaqişə olmadan. Məsələ ixtilafsız həll
olundu.
İXTİLAFSIZLIQ is. İxtilafın, mübahisə-
nin, münaqişənin olmadığı hal.
İXTİLAL is. [ər.] Qarışıqlıq, qarğaşalıq,
hərc-mərclik, iğtişaş. Cahan müharibəsi, ..
509
İXTİLALÇI
İXTİSAR
sonra Zaqafqaziyada baş verən ixtilal və
qarışıqlıqlar... Bu zamanlarda mən Bakıda
deyildim. S. Hüseyn. □ İxtilal törətmək
(salmaq) - qarışıqlıq salmaq; hərc-mərclik,
qarışıqlıq, iğtişaş törətmək. [Qubernator:]
Onlar Rusiyanın taxt-tacına qarşı ixtilal
törətmək istəyirlər. C. Cabbarlı.
İXTİLALÇI is. İxtilal törədən, hərc-
mərclik, qarışıqlıq, pozğunluq salan. [Əbu
Übeyd:] Ölkənin bütün ixtilalçı ünsürləri
əldən qaçırıldı. C. Cabbarlı.
İXTİLAT is. [ər.] klas. Oturub-durma,
görüşüb əlaqə saxlama, qaynayıb-qarışma.
Nə bir fərəhi, nə bir nişanı ; Nə kimsə ilə bir
ixtilatı. Füzuli. // Söhbət. İxtilatııı şirin, sö-
zün məzəli; Şəkər gülüşündən canlar təzəli.
M.P. Vaqif. □ İxtilat etmək (qatmaq) - söh-
bət eləmək, söhbətləşmək. Qadir Allah sə-
bəb salıb araya; Sevdiyim, ixtilat qatmaq
çağıdır. Q.Zakir. Mən oturub səninlə yaxın,
qabaq-qabağa; İxtilat etmişəm söz çəkəndə
sabaha. R.Rza. Şagird ilə ustad gecə keçənə
qədər ixtilat etdilər, çay içdilər. Ə.Məm-
mədxanlı. // Kiçik toy məclisi, xudmani
söhbət məclisi. Bizi bu axşam ixtilata çağı-
rıblar. - [Nıırcahan xala:] Ay kişi! Mən nə
eyləyim?. Yetimlərinin başlarını, əndamla-
rını yumağa getmişdim də. Toya, qonaqlığa,
ixtilata getməmişdim ki? H. Sarabski.
İXTİLATÇI sif. İxtilat etməyi sevən, söh-
bət etməyi sevən; söhbətcil. İxtilatçı qadın.
İXTİÖL [yun.] əcz. Bəzi dəri xəstəliklə-
rində istifadə edilən sürtmə dərmanı.
İXTİOLÖGİYA [yun. ichthys və lat.
logos-dan] Zoologiyanın balıqlardan bəhs
edən şöbəsi. Xüsusi kitabxanada ixtiologi-
уауа aid hər cür məlumat almaq mümkün
olacaq. (Qəzetlərdən).
İXTİÖLOQ [yun. ichthys və lat. logos-
dan] İxtiologiya mütəxəssisi.
İXTİRA is. [ər.] 1. Yaradıcı iş nəticəsin-
də keçmişdə məlum olmayan yeni bir şey
tapma, kəşf etmə, yaratma, icad etmə. Pa-
rovozun ixtirası. Radionun ixtirası. Elektron
maşınlarının ixtirası. - [Fərhadoğlu:] Belə
olsun ki, bizim xalqı sevən alimlərin elmi ix-
tiraları yarımçıq qalmasın. S.Rəhimov. Zə-
manəmiz söz zəmanəsi deyil, fənn zəmanəsi,
ixtira zəmanəsidir. Mir Cəlal. □ İxtira et-
mək (eləmək) - yaradıcı surətdə çalışaraq,
keçmişdə məlum olmayan yeni bir şey ya-
ratmaq, icad etmək, düzəltmək. Yeni maşın
ixtira etmək. H Əsasını qoymaq, yaratmaq.
Bu qəzet kim olub cahanda buna; Bunu kim
ixtira edib, aya? S.Ə.Şirvani. [Yaşar] bu
vaxta qədər dörd ixtira eləmişdir. C. Cab-
barlı. // Yeni ixtira edilmiş şey, ixtiraçının
yaradıcı əməyinin məhsulu olan şey; kəşf.
İyirminci əsrin ixtiraları. Mühəndisin yeni
ixtirası. - ..Baxmetyevin ixtirasının əsli bu-
dur ki, cəmi heyvanat bir dərəcə donmaq
halına çatanda yarıdiri olurlar, yarıölii
olurlar.. C. Məmmədquluzadə.
2. dan. məc. Uydurma, qondarma. Bu söz
sənin ixtirandır. □ İxtira etmək məc. - uy-
durmaq, qondarmaq. [Dostum] tüfəngləri
tərifləyib, ixtira etməyi xoşlardı. M.Rzaqu-
luzadə.
İXTİRAÇI is. Bir şeyi ixtira edən adam.
[Məmməd:] Dedilər ki, [Usta Səməd] indi
böyük bir ixtiraçıdır. C. Cabbarlı. Həsən boş
vaxtlarını gənc ixtiraçılar və xor dərnəklə-
rində keçirirdi. H.Seyidbəyli.
İXTİRAÇILIQ is. İxtiraçının fəaliyyəti,
yaradıcılıq işi. İxtiraçılıq sahəsində böyük
işlər. Ixtiraçılıqla məşğul olmaq, ixtiraçılıq
bürosu.
İXTİSAR is. [ər.] 1. Qısaltma, azaltma.
□ İxtisar etmək - 1 ) qısaltmaq, azaltmaq.
Məqaləni ixtisar etmək. Əsərin fəsillərindən
birini ixtisar etməli. H Müxtəsər etmək, qı-
saltmaq. Mənimlə, Tanrı üçün, sözdə ixtisar
et, kim; Uzun fəsaııəyə, vaiz, dilii dəmaq gə-
rək. Qövsi; 2) miqdarca, sayca azaltmaq.
Ştatları ixtisar etmək. Xərcləri ixtisar et-
mək; 3) işdən azad etmək (ştatların azalması
münasibəti ilə). Bir neçə işçini ixtisar etmək
lazımdır. İxtisar olunmaq - azaldılmaq
(miqdarına, həcminə görə). İxtisara düş-
mək - 1 ) b a x ixtisar olunmaq. Məqalənin
axırı ixtisara düşdü; 2) ştatların azalması ilə
əlaqədar olaraq işdən azad edilmək. İxti-
sara salmaq - bax ixtisar etmək. Tresti
kəsirdən qurtarmaq üçün, birinci növbədə,
müşavirə və nitqləri ixtisara salmaq lazım-
dır. M. Hüseyn. [Vahidov:] Sabahdan gərək
yuxumu əlli faiz ixtisara salam. Ə.Məm-
mədxanlı.
510
İXTİSARƏN
2. riyaz. Kəsirdə: sürəti və məxrəci eyni
ədədə bölüb azaltma, kiçik ədədlə vermə.
3. İxtisarla şəklində zərf- müxtəsər, gö-
dək, qısa, ixtisar şəklində. Məqaləni ixti-
sarla vermək.
İXTİSARƏN zərf [ər.] ixtisar yolu ilə, ix-
tisar şəklində, ixtisar edərək, qısaldılaraq.
İXTİSARLAMA “İxtisarlamaq”dan/«.
İXTİSARLAMAQ / İxtisar etmək, azalt-
maq, qısaltmaq.
İXTİSARLANMA “İxtisarlanmaq”dan/ is.
İXTİSARLANMAQ məch. ixtisar edil-
mək, azaldılmaq, qısaldılmaq.
İXTİSAS is. [ər.] Elmin, texnikanın, sə-
nətin, yaxııd incəsənətin ayrıca sahəsi. O,
mühəndis ixtisasını seçmişdir. - [Fərman]
yenicə imtahan verərək, maşinist ixtisasını
qazandığından sevinirdi.. Ə. Sadıq. //Xüsusi
hazırlıq nəticəsində əldə edilmiş bilik, sə-
nət, peşə, ixtisasını artırmaq. Qazmaçı ixti-
sası. İxtisası iizrə işləmək. - [Ənisənin]
əmək bursasında bir ixtisası olmadığı üçün
qeyd etməyirdilər. S. Hüseyn. Kamal orta
məktəbi əla qiymətlə bitirmişdi, .. gələcək
ixtisas barəsində düşünürdü. M. Rzaquluza-
də. [Sehrbaz] ixtisasının bütün sirlərini bö-
yük həvəslə öz zirək köməkçisinə öyrədirdi.
S.Vəliyev.
İXTİSASLANDIRILMA "İxtisaslandırıl-
maq”dan/7,s.
İXTİSASLANDIRILMAQ bax ixtisas-
laşdırılmaq.
İXTİSASLANDIRMA “İxtisaslandırmaq”-
dan f.is.
İXTİSASLANDIRMAQ bax ixtisaslaş-
dırmaq.
İXTİSASLANMA "İxtisaslanmaq”dan f.is.
İXTİSASLANMAQ f. ixtisas əldə etmək,
sənət öyrənmək.
İXTİSASLAŞDIRILMA “İxtisaslaşdırıl-
maq”dan 1-ci mənada, f.is. İstehsalatın ix-
tisaslaşdırılması.
İXTİSASLAŞDIRILMAQ məch. 1. Yalnız
bir xüsusi sahədə işləmək və ya istifadə
olunmaq üçün uyğunlaşdırılmaq, hazırlan-
maq. Cərgələr arasım becərən traktorlar-
dan istifadə edilməsi işi ixtisaslaşdırılmalı-
dır. “Pambıqçılıq”.
2. ixtisas öyrədilmək, mütəxəssis edilmək.
İXTİYAR
İXTİSASLAŞDIRILMIŞ f.sif. Yalnız
müəyyən sahəyə xidmət etmək üçün uy-
ğunlaşdırılmış, hazırlanmış, düzəldilmiş.
ixtisaslaşdırılmış mağaza.
İXTİSASLAŞDIRMA “İxtisaslaşdırmaq”-
dan f.is. İxtisaslaşdırma aparmaq.
İXTİSASLAŞDIRMAQ / 1. Elmin və ya
texnikanın hər hansı bir sahəsinə aid ixtisas
vermək, bilik vermək, mütəxəssis etmək.
Aspirantları yarımkeçiricilər sahəsində ix-
tisaslaşdırmaq. Tələbələri XIX əsr ədəbiy-
yatı sahəsində ixtisaslaşdırmaq.
2. Yalnız bir xüsusi sahədə işləmək və ya
istifadə olunmaq üçün uyğunlaşdırmaq, ha-
zırlamaq.
İXTİSASLAŞMA “İxtisaslaşmaq”dan /.7,s.
İXTİSASLAŞMAQ/ Müəyyən bir sahədə
ixtisas qazanmaq; mütəxəssisləşmək. Neft
üzrə ixtisaslaşmaq. Üzvi kimya sahəsində
ixtisaslaşmaq. Lüğətçilik sahəsində ixtisas-
laşmaq.
İXTİSASLI sif. Müəyyən sahədə ixtisası
olan; təcrübəli. İxtisaslı işçilər. İxtisaslı
kadrlar. - [Həyat:] Kolxoz .. başında ixtisas-
lı adamlar durmalıdır. M.İbrahimov. // Xü-
susi bilik, hazırlıq tələb edən. İxtisaslı əmək.
İXTİSASSIZ sif. Heç bir ixtisası olmayan,
heç bir xüsusi hazırlıq keçməmiş. İxtisassız
işçi.
İXTİSASSIZLIQ is. Heç bir ixtisası, xü-
susi hazırlığı olmama.
İXTİYAR 1 is. [ər.] 1. Öz arzusu və iradə-
si; öz iradə və arzusu ilə hərəkət etmə. İx-
tiyar özündədir. Öz ixtiyarı ilə. ixtiyarına
buraxmaq. // Bir şeyə hüququ çatma, bir
şeyi etməyə, sərəncam verməyə haqqı, sə-
lahiyyəti olma; haqq, hüquq, səlahiyyət.
Bunun ixtiyarı kimdədir? Bunu etməyə ixti-
yarı yoxdur. - İxtiyar sənindir, vəfalı dilbər;
Mən sənin xətrinə dəyən deyiləm. “Qurba-
ni .Xalqın malının, canının, külfətinin ixti-
yarı özündə deyildi. Ə.Haqverdiyev. ..Ancaq
kapitan onları başa saldı ki, özü arzu etsə
də, buna ixtiyarı yoxdur. M. Rzaquluzadə.
// Sərəncam. Odur ki, haman yer [Cəlilin]
ixtiyarında idi. I.Musabəyov. [Yaşlı kişi:]
Qapının açarı tamamilə mənim ixtiyarımda
idi. S. Hüseyn. □ İxtiyar almaq - icazə
almaq, rüsxət almaq. // Hüquq əldə etmək.
511
İXTİYAR
Notyeç qəzetləri yazırlar ki, vəkil seçmək
üçün arvadlar ixtiyar aldılar. C. Məmməd-
quluzadə. İxtiyar etmək köhn. - seçmək,
üstün tutmaq, tərcih etmək. Nola Təbrizi
gər Qövsi behiştə ixtiyar etsə; Kim onun
xaki-payi sürmeyi-çeşmi-İsfahandır. Qövsi.
[Şah Abbas:] Ona binaən labüdəm ki,
təlağınızı verib cümlənizi azad edim ki, hər
kəsə meyliniz olsa, onu ixtiyar edəsiniz.
M.F.Axundzadə. Münəvvər isə məcburən ..
bozarmış anasının qabağına düşüb getməyi
ixtiyar etmişdi. M.S.Ordubadi. İxtiyar işlət-
mək - sərəncam vermək, göstəriş vermək,
böyüklük etmək, icazə vermək. [Qoca:] Biz
sənə ixtiyar işlədə bilmərik. A.Divan-
bəyoğlu. İxtiyar sahibi köhn. — 1 ) bir şey
haqqında hökm etməyə, sərəncam verməyə
hüququ, səlahiyyəti olan adam. Ozanımı bir
ixtiyar sahibi “asaram ” desəydi, bil ki, asar,
“kəsərəm ’’ desəydi, kəsər, sürgün deyə hökm
çıxarsaydı, sürgün edərdi. S. Rəhimov;
2) öz iradəsi ilə hərəkət edən, ixtiyarı
özündə olan. İxtiyar verilmək - icazə
verilmək, rüsxət verilmək. Rusiyanı dalğa-
landıran 1905-ci il inqilabından sonra ..
senzor tərəfindən ixtiyar verilməyən kitablar
da mətbuat aləminə buraxıldı. T.Ş. Simurq.
İxtiyar vermək - icazə vermək, rüsxət
vermək. ..Kağızpaylayana ixtiyar vermişik
ki, müştərilərimizdən qabaqca bir şey alma-
yınca onların jurnalını aparıb verməsin.
"Mol. Nəsr.”. İxtiyarı əlində olmaq - bir
şeyi etməyə hüququ çatmaq; haqqı, hüququ
olmaq. [Əsgər] hiss edirdi ki, ixtiyarı
tamamilə öz əlindədir. S. Hüseyn. İxtiyarı
getmək - öz hüququndan, haqqından məh-
rum olmaq, heç bir şeyə ixtiyarı qalmamaq.
Günbəgün əksilib şövkəti, şanı; İxtiyarı gedən
bəs ağlamazmı? M. V. Vidadi. İxtiyarı ilə,
öz ixtiyarı ilə - öz xoşu ilə, öz məsləhəti
ilə. Aşiqəm, zahid, məni məzur tut ki, lıiç kim;
İxtiyar ilə vidai-əqlü iman eyləməz. Qövsi.
Nə ixtiyarın (ixtiyarım) var - ixtiyarın
(ixtiyarım) yoxdur, nə cürətlə. [Məşədi
İbad:] Sənin nə ixtiyarın var ki, mənim adax-
lımın adını çəkirsən? Ü.Hacıbəyov ...ixtiya-
rına buraxmaq (vermək) - sərəncamına
vermək. Konsıılxananın avtomaşınını könüllü
yığmaq üçün seçilmiş komisyonun ixtiyarına
İXTİYARİ
buraxmışdıq. M.S.Ordubadi. Öz ixtiyarına
qoymaq - özbaşına buraxmaq, imkan ver-
mək, mane olmamaq. Atıasıyçın ağlayan
körpə uşaq olardım; Qoysaydılar məni öz
ixtiyarıma.. N.Rəfıbəyli.
2. Qüvvət, güc, taqət. İxtiyarı yoxdur ye-
rindən qalxsın. - Nagahdan gözlərim gö-
rəndə səni; Qalmadı canımda ixtiyar, gəlin!
M.P. Vaqif. [Balaqardaş:] Dura bilməyirəm,
ixtiyarını yoxdur.. N.Vəzirov. □ İxtiyarı
(əlindən) getmək (üzülmək) - taqətsiz ol-
maq, gücdən düşmək, əldən düşmək. Deyib-
danışmağa gəlmir heç varı; Üzülübdür
ixtiyarı Həsənin. Aşıq Həsən. [Zabit:] ..Gö-
zümün içinə elə baxdı ki, varımdan yox ol-
dum, ixtiyarım əlimdən getdi.. E. Sultanov.
İxtiyarı(nı) əlindən almaq - üzmək, taqət-
dən salmaq. Əmani bulsa şeydavı tən irməz;
Alıbdır eşq əlindən ixtiyarı. Əmani.
İXTİYAR 2 sif. [ər.] Qoca, yaşlı; pirani.
ixtiyar kişi. - ixtiyar qadın iki kərə gəlib
nahar hazır olduğunu söylədi. M.S.Orduba-
di. Mehribanın atası, ixtiyar bir adam ol-
masına baxmayaraq, çox da avam deyildi.
S. Hüseyn. [Misxetdə] qonşum - bir ixtiyar,
əlil rus zabiti ilə tanış oldum. E. Sultanov.
□ İxtiyar olmaq - qocalmaq. İxtiyar olmuş
könüllər oldular yeksər cavan; Əlaman bu
müstəbidlərdən, ilahi, əlaman! Ə. Qəmkü-
sar. // İs. mənasında. Qızlar, gəlinlər sevi-
nir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bü-
tün kainat belə sevinirdi. C. Cabbarlı. Kən-
din ixtiyar və ağsaqqalları yavaş-yavaş
məscidə tərəf gedirdilər. S. Hüseyn. // məc.
Qədim, dünyagörmüş. İxtiyar dağların dö-
şündə meşə; Qayalar yüksəkdən baxır keç-
mişə. S.Vurğım.
İXTİYARAT is. [ər. “ixtiyar” söz. cəmi]
bax ixtiyar 1 . Əlbəttə, milləti qorumaq,
onun malını, mülkünü saxlamaq üçün, mü-
vəqqəti də olsa, ixtiyarat lazımdır. S. Rəhi-
mov. Hacının özünün, var-dövlətinin ixti-
yar atı .. [Münəwərdə] idi! Mir Cəlal.
İXTİYARİ sif. [ər.] İnsanın öz iradə və
arzusu ilə olan, baş verən; məcburi olma-
yan, iradi (qeyri-ixtiyari ziddi). İnsan üçün
səciyyəvi olan ixtiyari hərəkətlər şüurlu su-
rətdə qarşıya qoyulmuş məqsədlə icra olu-
nur. M.MəhəiTəmov.
512
İXTİYARİLİK
İXTİYARİLİK is. İxtiyari olma; öz iradə
və arzusu ilə olma, baş vermə; qeyri-məc-
burilik, könüllülük, iradilik.
İXTİYARLAŞMA “İxtiyarlaşmaq”dan/;'s.
İXTİYARLAŞMAQ f. Qocalmaq, yaşa
dolmaq.
İXTİYARLIQ is. Qocalıq, piranilik. [Xəy-
yam:] İxtiyarlıq nə uğursuz əngəl; Nə tühaf
yetmişə gəlmiş də yaşım. H. Cavid.
İXTİYARSIZ 1 . zərf Özündən asılı olma-
yaraq, özü istəmədən; qeyri-iradi, qeyri-
ixtiyari. İxtiyarsız ağlamaq. İxtiyarsız demək.
İxtiyarsız giUmək. - Bostan əkdim xiyarsız;
Günüm keçdi bivarsız; Yuxuda səni gör-
düm; Ayıldım ixtiyarsız. (Bayatı). Rüxsarə
xanını ixtiyarsız üzünü açdı. T.Ş. Simurq.
Tofiq ixtiyarsız olaraq dönüb dala baxdı.
M. Rzaquluzadə.
2. sif. Hüquqsuz, ixtiyarı olmayan.
İXTİYARSIZLIQ is. Heç bir şeyə ixtiyarı,
hüququ olmama; hüquqsuzluq.
İKEBÄNA is. [yun.] 1. Gülbağlama sənəti.
2. Süni ağac və ya gül.
İKƏN bağ. Qoşulduğu söz və ya tərkibdə
çağ, zaman, yaxud hal-vəziyyət bildirir. Ol
səıviıı ayağı bağlı oldu; Azadə ikən adaqh
oldu. Füzuli. Tifli-məsum ikən günah etdin;
Kəndi vicdanını təbah etdin. M. Ə. Sabir.
[Murad] Nigarı daha kiçik bir qız ikən xoş-
lamışdı. S.Hüseyn.
İKİ nıiqd. s. 1 . Birdən sonra gələn ədəd -
2. İki dəfə iki. Dörddən iki çıxmaq. H Miq-
darca iki bildirir. İki kitab. İki otaq. İki qar-
daş. iki yoldaş. - Söhbətin bu yerində çayçı
Qurban iki stəkan limonlu çay gətirdi.
H. Nəzərli. [Rəşid:] [Bəyim xala] cəmi-ciim-
lətanı iki kərə mənim suallarıma bir qədər
təfərrüatla cavab vermişdi. İ. Hüseynov.
2. dan. Bir neçə, çox az mənasında, iki
sözü bir-birinə qoşa bilmir, iki kəlmə ilə
başa salmaq, iki dəqiqə vaxtınızı alacağam.
- [Qəhrəman:] iki dəqiqə keçməmiş .. otaq-
dan əvvəlcə dəhşətli və sonra zarıltıya çev-
rilən bir səs eşitdim. H.Nəzərli.
3. Beşballı sistemdə şagirdin, tələbənin
müvəffəqiyyətini göstərən nömrə; “pis”.
2 almaq. Heç 2-yə cavab verə bilmədi.
0 İki ayağını bir başmağa təpmək
-bax iki ayağını bir başmağa dirəmək
İKİ ARŞINLIQ
(“ayaq^da). [İbad:] Deyir, bəs dünən [Al-
maz] iki ayağını təpmişdi bir başmağa?
C. Cabbarlı. İki bədəndə bir ürək - sevgi-
lilər haqqında. İki cüt bir tək - çox az. İki-
də bir - yarı. İki daşın arasında - çox na-
münasib vaxtda, tələsik. İki gözü - ən əzizi,
ən istəklisi. İki gözünü bir deşikdən çı-
xartmaq - bax gözünü çıxartmaq 1-ci
mənada (“göz”də). [Gülşənəm:] [İmran]
əgər görsə ki, biri camaata ziyan verir, onun
iki gözünü bir deşikdən çıxarar. M.Hüseyn.
İki güləşənin biri yıxılar məc. - çəkişən,
vuruşan iki tərəfdən birinin məğlub olması
mənasında. [Kim isə:] İki güləşənin biri yı-
xılacaq. M.Hüseyn. İki könül bir olmaq
- birləşmək, sevişmək mənasında. Əzizim,
dalda yeri; Yel tutmaz dalda yeri; iki könül
bir olsa; Tez tapar dalda yeri. (Bayatı). İki
yanma göz gəzdirmək - hər tərəfmə, ətra-
fına baxmaq. Xəlil iki yanına göz gəzdirdi.
M.Hüseyn. İkidə-birdə - tez-tez. İkidən-
birdən - heç (bir şeyin, hadisənin olmadı-
ğını bildirir). İkidəıı-birdəıı sizə gələnəm?
- [Kərbəlayı:] Adə, ikidən-birdən qəzet
alanam? M.Hüseyn. Heç ikidən-birdən gə-
lib deyibsənnıi ki, Zərəfşan, Kərim dayının
haqqında belə deyirlər, nə qayıraq?..
İ.Hüseynov.
iki-iki zərf 1 . Hər birinə, yaxud hər də-
fəsinə iki. İki-iki alma vermək. İki-iki düz-
mək. iki-iki ayırmaq.
2. İkisi yan-yana, ikisi bir yerdə, birgə,
bərabər. İki-iki durmaq. İki-iki oturmaq.
iki... - bu sayla əlaqədar olan bir sıra mü-
rəkkəb sözlərin birinci tərkib hissəsi; məs.:
ikibaşlı, ikimotoıiu, ikiotaqlı, ikiyerli.
İKİADAMLIQ sif. İki adam üçün olan, iki
adam yerləşə bilən; ikinəfərlik. İkiadamlıq
çarpayı. İkiadamlıq loja.
İKİADLI sif. İki ad daşıyan, iki adı olan.
İKİAĞIZLI sif. Hər iki tərəfi kəsən, iki
tiyəsi olan. İkiağızlı bıçaq. İkiağızlı xəncər.
- [Ələmdar:] Bu ikiağızlı qılıncımla onu
qiymə-qiymə doğraram! S. Rəhimov. İki-
ağızlı qılınclar havada bərq vurub sağı-
solu biçir. Ə.Məmmədxanlı.
İKİAKTLI sif. bax ikipərdəli.
İKİARŞINLIQ sif. İki arşın uzunluğunda
olan.
513
İKİARVADLI
İKİARVADLI sif. köhrı. İki arvadı olan,
iki arvad saxlayan. [Zeynal] tamamilə iki-
evli, ikiaı-vadlı idi. S. Hüseyn. // İki qadın
olan. Ikiarvadlı ev süpürülməmiş qalar.
(Məsəl). // İs. mənasında. [Gülsabah Məşə-
di Qədimə:] Hələ orada da sənin kimi ikiar-
vadlılardan danışırlar. T.Ş. Simurq.
İKİARVADLILIQ is. köhn. İki arvadı
olma, iki arvad saxlama. Məşədi Qədimin
ikiarvadhlığı çoxdan deyildi. T.Ş. Simurq.
[Ceyran] ümumiyyətlə, kənd kişilərini ikiar-
vadlılıqda töhmətləndirirdi. S. Hüseyn.
İKİATLI sif. İki at qoşulmuş. İkiatlı ara-
ba. İkiatlı fayton.
İKİATOMLU sif. kim. İki atomdan ibarət
olan. Ikiatomlu birləşmə.
İKİAVARLI sif İki avarı olan; qoşaavarlı.
Ikiavarh qayıq.
İKİAYAQLI sif. 1 . İki ayağı olan.
2. məc. dan. İnsan mənasında epitet kimi
işlənir. [Xortdan:] Tehranda bir nəfər iki-
ayaqlı qalmadı. Ə. Haqverdiyev.
İKİAYLIQ sif 1 . İki ay davam edən və ya
davam etmiş. İkiaylıq ezamiyyət. Ikiaylıq
məzuniyyət. İkiaylıq kurslar. H İki aydan bir
nəşr olunan, çıxan (jurnal, qəzet və s).
2. Yaşı iki aydan ibarət olan. İkiaylıq uşaq.
İKİBARMAQLI sif. Əlində, ya ayağında
ancaq iki barmağı olan.
İKİBAŞA zərf Hər iki tərəfə, hər iki
başa. Maşını ikibaşa danışmaq.
İKİBAŞLI sif. 1 . İki başı (ucu, qurtaraca-
ğı) olan. İkibaşlı ağac.
2. İki başı olan. İkibaşlı heyvan. - [Dər-
viş:] Dünyamız dərə-təpəli, dərin-dərin qu-
yulardır; qanxor, rəhmsiz, ikibaşlı əjdaha-
lar, - deyib bağırırıq. A.Divanbəyoğlu.
3. Hər iki tərəf üçün, həm o tərəfə, həm
bu tərəfə. İkibaşlı bilet. İkibaşlı teleqram. -
Laəlac qalıb, götürüb Kislovodskivə ikibaşlı
tel vurub bu barədə məsləhət soruşdum.
C. Məmmədquluzadə. □ İkibaşlı qohum
olmaq - qız verib, qız almaq. [Əsgər:] Bax,
bəy, indi ki mənimlə qohum olmaq istəyir-
sən, gəl ikibaşlı qohum olaq. Ü. Hacıbəyov.
[Gövhər:] Deməli, sən bizimlə ikibaşlı qo-
hum olmaq istəyirsən? S. Rəhman.
4. məc. İkimənalı, ikitərəfli, iki cür başa
düşülə bilən; aydın, konkret olmayan, du-
İKİCANLI
manlı. [Dəli Həsən dedi:] Koroğlu, sözün
bir az ikibaşlıdı. “Koroğlu”. Pərşan Qızye-
təriıı Salmanı bəyənmədiyini, sözlərinin iki-
başlı (z.) olduğunu bilirdi. M.İbrahimov.
Nərminə Şahmarın dediyi ikibaşlı sözün
mənasını anladığı üçün ikibaşlı (z.) da ca-
vab verdi. B. Bayramov.
0 İkibaşlı qartal - çar Rusiyasının dövlət
gerbi - üzərində qartalın iki baş şəklində
təsviri (ümumiyyətlə çarlıq simvolu). Fəqət
məzlumlar qanına boyanmış ikibaşlı qartal
çox davam edə bilməzdi. H.Nəzərli. ..İki-
başlı qartal ilə "cümlə cahanı titrədən ” im-
periyanın sadiq nökəri Müqim bəy, rütbə
etibarilə yüksəlmiş olsa beh, bu təzə qullu-
ğunda nə zövq, nə də nəşə tapırdı. S. Rəhi-
mov. Bu zamandan III İvan .. qədim Vizan-
tiya dövlət nişanı olan ikibaşlı qartalı öz
dövlətinin nişanı kimi qəbul edir. M.İbrahi-
mov. İkibaşlı zərərə düşmək - bir şeyin
üstündə iki dəfə xərcə düşmək, iki dəfə pul
xərcləməli olmaq.
İKİBƏNDLİ sif. əd. İki bənddən ibarət
olan. İkibəndli şeir.
İKİBƏTNLİLƏR is. zool. Kisəli məməli
heyvanlar ailəsindən kisəli siçanlar fəsiləsi.
İKİBİR say. İki-iki, cüt-cüt. Yolçular ça-
rəsiz qalıb nagah; İkibir, iiçbir oldular
həmrah. H.Cavid. Qocalar bir-birindən so-
ruşur, ikibir, iiçbir gəlir və torpaq şöbəsinə
çıxırdılar. S. Rəhimov. İndi tez-tez sağsa-
ğan, qarğa, tək-tək, ikibir, iiçbir uçuşan gö-
yərçinlərə rast gəlirik. M.Rzaquluzadə.
İKİBOĞAZLI sif. İki boğazı olan (bax
boğaz 1 2-ci mənada). İkiboğazlı şüşə.
İKİBUCAQLI sif. İki bucağı olan.
İKİBUYNUZ(LU) bax qoşabuynuz(lu).
İKİCANLI sif. Hamilə, boyudolu. İkicanlı
qadın. - Getdin ora bircaıılı, qayıtdın iki-
canlı; Dərdin bir idi, indi min oldu, a zaval-
lı. M. Möcüz. □ İkicanlı olmaq - hamilə
olmaq. Ay keçdi, il keçdi bundan; İkicanlı
oldu Giilyaz. A.Şaiq. Ağamehdi Tiflisdə iki
il yaşadı, üçüncü ilə dönəndə qayınanası
Xanpəri vəfat etdi, Gülnaz da ikicanlı oldu.
E. Sultanov. // Boğaz. Yaz ağzı Molla bazar-
dan bir ikicanlı keçi alır ki, südü ilə uşaqla-
rını dolandırsın. “M. N. lətif.”
514
İKİCANLILIQ
İKİCANLILIQ is. Hamilə olma, boynun-
da uşaq olma; hamiləlik. // Boğazlıq.
İKİCƏ say. İki. Əmrah ağzı üstə qapandı,
yalnız ikicə dəfə hönkürdü. M.Hüseyn. Ba-
yaqdan bəri [Zərintac xanım] cəmi ikicə
dəst ürəyinə yatan paltar götürüb kənara
tullaya bilmişdi. S. Rəhimov. Lakin ikicə
gün sonra darülfünunda baş verən bir ha-
disə göstərdi ki, artıq onda bir xasiyyət ol-
muş bu qızğınlığı soyutmaq qeyri-mümkün-
dür. M. İbrahimov. // Yalnız iki, təkcə iki,
ancaq iki. [Cəfərqulu] bu dəfə ikicə gün qa-
lıb qayıtdı. Qantəmir. İkicə tikə alandan
sonra Cəlil bəy əlini dizlərinə silib dedi..
S. Rəhman. Zeynalın verdiyi şəklə baxandan
sonra Mülayim arvad ikicə günün içində
şam kimi ərimişdi. B. Bayramov.
İKİCƏRGƏ zərf İki cərgə halında. İki-
cərgə oturmaq. Kitabları ikicərgə yığmaq.
İKİCƏRGƏLİ sif. k.t. Cərgəsi iki olan, iki
cərgədə, sırada düzülmüş, iki cərgədən iba-
rət. İkicərgəli əkin. İkicərgəli çay bitkisi zo-
laqları.
İKİCƏRGƏLİLİK is. İki cərgədən ibarət
olma, iki cərgədə düzülmə.
İKİCİLDLİ sif. İki cilddən ibarət olan.
İkicildli lüğət. İkicildli əsər.
İKİCİLDLİK 1. Bax ikicildli.
2. is. İki cilddən ibarət kitab. Sabirin
əsərlərinin ikicildliyi.
İKİCİNSİYYƏTLİ sif. biol. Erkək və dişi
cinsiyyət əlamətlərini özündə birləşdirən;
xonsa. Ikicinsiyyətli orqanizm. II bot. Bir çi-
çəkdə həm dişicik, həm də erkəkcik olan.
İkicinsiyyətli bitkilər. U zool. Həm erkək,
həm də dişi cinsi orqanları olan. İkicinsiy-
yətli heyvanlar.
İKİCİNSİYYƏTLİLİK is. biol. İkicinsiy-
yətli orqanizmin hal və keyfiyyəti.
İKİCİNSLİ bax ikicinsiyyətli. İkicinsli
heyvanlar. İkicinsli bitkilər. - Turşəng fasi-
ləsinin) nümayəndələri otlardır; çiçəkləri
müntəzəm, ikicinslidir. M. Qasımov.
İKİCİNSLİLİK bax ikicinsiyyətlilik.
İKİÇARXLI sif. Qoşa çarxı (təkəri) olan.
[Zakir] bir səhər ikiçarxlı arabasını götürüb
həyətdə sürürdü. H.Seyidbəyli.
İKİÇƏYİRDƏKLİ sif. İki çəyirdəyi olan.
İkiçəyirdəkli meyvə.
İKİEVLİ
İKİÇİN zərf dan. İkicərgə. Ləməyə ikiçiıı
əlvan zərli çini kasa və boşqab düzərdilər.
H.Sarabski.
İKİDAYAQLI sif. İki dayaq üzərində da-
yanan, iki dayağı olan. İkidavaqlı dəzgah.
İKİDƏSTƏLİ sif. İki dəstəsi, tutacağı
olan, qulpu olan. İkidəstəli mişar.
İKİDIRNAQLI zool. bax qoşadırnaqlı.
İKİDİBLİ sif. İki dibi olan. İkidibli qab.
İKİDİLLİ sif. 1. Eyni dərəcədə iki dildə
danışan, məişətdə iki dildən istifadə edən.
ikidilli xalq.
2. İki dildə tərtib edilmiş. İkidilli lüğətlər.
3. nıəc. Qeyri-səmimi, ikiüzlü, aldadıcı,
yalançı. Yaz günündə qar olmaz; Söyüd qal-
xar, bar olmaz; İkidilli gözəldə; Əhdə etibar
olmaz. (Bayatı). Yox böylə ikidilli, yaman
üzlü cəfakar; Bir zərrə utanmaz! M.Ə. Sabir.
İKİDİLLİLİK is. 1 . Eyni dərəcədə iki di-
lin işlənməsi. Əhalinin ikidilliliyi.
2 . İki dili yaxşı bilmə və işlətmə.
İKİDİŞLİ sif. İki (bir cüt) dişi olan. İki-
dişli yaba.
İKİDİŞLİLƏR cəm zool. Okeanlarda ya-
şayan, əti zəhərli kirpiyə bənzəyən balıq.
İKİDİVARLI sif. İki divarı olan. İkidivarlı
kamera.
İKİDORLU sif. dəniz. İki doru olan. Iki-
dorlu gəmi.
İKİDÜYMƏ(Lİ) sif. 1. İki düymə ölçü-
sündə olan. Ikidüymə nııx. Ikidüymə taxta.
2. İki düyməsi olan. Ikidüyməli pencək.
İKİELEKTRODLU sif. fiz. Hər iki ucunda
elektrod olan, iki elektrodu olan. İkielek-
trodlu keçirici.
İKİELEMENTLİ sif. Tərkibi iki element-
dən (ünsürdən) ibarət olan. İkielementli
maddə.
İKİEVCİKLİ is. bot. İkievcikli bitkilər
sinfinin adı.
İKİEVCİKLİ sif. bot. Erkək və dişi çi-
çəkləri müxtəlif fərdlərdə yerləşən (bitkilər
haqqında). Püstə .. ikievli bitkidir, yəni bir
ağacda ancaq erkək, digər ağacda isə an-
caq dişi çiçəkləri olur. İ.Axundzadə.
İKİEVLİ 1 sif. dan. kölın. iki evi, arvadı,
ailəsi olan. İkievli kişi. - [Zeynal] tamamilə
ikievli, ikiarvadlı idi. S.Hüseyn.
İKİEVLİ 2 bax ikievcikli.
515
İKİEVLİLİK
İKİEVLİLİK is. dan. köhn. İkicvli adamın
hal və vəziyyəti.
İKİƏLLİ zərf Hər iki əllə, iki əlin iştirakı
ilə, hər iki əlini işlədərək. İkiəlli tutmaq.
İkiəlli yığmaq. - [Hacı Mehdi:] Guya məni
qalxızıb ikiəlli vurdular yerə. Ə. Haqverdi-
yev. [Cəfər:] Elə bunu deməyimi gördüm,
anam başıma ikiəlli qapaz salıb, başladı
məni qarğışlamağa. E. Sultanov. [Aşıq Ca-
mal] ikiəlli ustadının əlindən tutub dodaq-
larına qaldırdı, hörmətlə qocanın əlini
öpdü. Ə.Məmmədxanlı.
İKİƏRLİ sif. Eyni zamanda iki əri olan.
İKİƏRLİLİK is. Eyni zamanda iki əri olma.
İKİƏSRLİK sif. İki əsr (iki yüz il) tarixi
olan, iki əsr davam edən. Ikiəsrlik müstəm-
ləkə. Ikiəsrlik ayrılığın sonu gəldi.
İKİLAMİLİYALI sif. İki familiyası olan,
iki familiya daşıyan.
İKİL AZALI sif. fiz. İki fazası olan.
İKİLİKİRLİ sif. Müəyyən qərara gələ
bilməyən, tez-tez fikrini dəyişən; mütərəd-
did. İkifikirli adam.
İKİLİKİRLİLİK is. Tez-tez fikrini dəyiş-
mə, iki fikirdə olma.
İKİGAVAHINLI sif. İki gavalımı olan.
Ikigavahınlı kotan.
İKİGÖVDƏLİ sif. tex. İki gövdəsi olan.
İKİGÖYƏRTƏLİ sif. dəniz. İki göyərtəsi
olan. İkigöyərtəli gəmi.
İKİGÖZLÜ sif. İki gözü olan, iki hissə-
dən ibarət. İkigözlü miz. İkigözlü qutu. İki-
gözlü dükan.
İKİGÜNLÜK sif. 1. İki gün vaxt tələb
edən. İkigünlük iş qalıb. // İki gün sürən, iki
gün davam edən. İkigünlük möhlət. İkigün-
lük səyahət. H İki günə çatan, iki gün üçün
kifayət edən. İkigünlük azuqə.
2. Doğıılmasından iki gün keçmiş.
ikigünlük uşaq.
İKİGÜVƏNLİ bax ikihürgüclü.
İKİGÜZGÜLÜ sif. İki güzgüsü olan. İki-
güzgülü şifoner.
İKİHAÇA(LI) sif. və zərf İki haçası olan,
iki yerə ayrılan. □ İkihaça(lı) olmaq - şaq-
qalanmaq, iki qola ayrılmaq. Bir cida boyu
qalxmış günəş çayııı ikihaçalı olub axan
sularında çimir, dağdan əsən sərin külək
qızların saçları ilə oynayırdı. S. Rəhman.
İKİQANADLI
İKİHAKİMİYYƏTLİLİK is. Bil ölkədə
eyni zamanda iki hakimiyyətin olduğu və-
ziyyət.
İKİHECALI sif. dilç. İki hecadan ibarət.
Ikihecalı söz.
İKİHƏDLİ sif. riyaz. İki həddi olan, iki
həddən ibarət olan.
İKİHƏLTƏLİK sif İki həftə davam edən,
iki həftə müddətinə. İkihəftəlik məzuniyyət.
İkihəftəlik maaş.
İKİHƏRƏKƏTLİLƏR is. zool. Yer altın-
da yaşayan qurda bənzər kərtənkələ fəsiləsi.
İKİHİSSƏLİ sif. İki hissədən ibarət olan.
İkihissəli əsər.
İKİHÖKUMƏTLİLİK bax ikihakimiy-
yətlilik.
İKİHÜRGÜCLÜ sif. İki hiirgücü (güvəni)
olan. İkihürgüclü dəvə.
İKİXƏTLİ sif. Qoşaxətli, qoşa cızıqları
olan. İkixətli dəftər.
İKİİLÇİ is. Bir sinifdə iki il oxuyan. Iki-
ilçi şagird.
İKİİLLİK sif. 1 . İki il davam edən və ya
davam etmiş. İkiillik kurs. İkiillik ezamiyyət,
ikiillik dövr, ikiillik səfər.
2. Yaşı iki il olan, iki yaşında olan; ikiya-
şar. İkiillik dana.
3. bot. Tam inkişafı (cücərməyə başla-
maqdan toxumlarının yetişməsinə qədər)
iki vegetasiya dövrü tələb edən və toxumları
yetişdikdən sonra məhv olan. İkiillik bitkilər.
İKİKAMERALI sif. tex. İki kamerası olan.
İkikameralı soba.
İKİKANALLI sif. rad. İki kanalda işləyən,
iki kanalda veriliş verən, yaxud iki kanalda
verilən televiziya verilişlərini qəbul edən.
İKİKƏSİCİDİŞLİLƏR is. zool. Avstrali-
yada yaşayan kisəli heyvanlar dəstəsi.
İKİKİLOQRAMLIQ 1. sif. İki kiloqram
ağırlığında olan, iki kiloqram tutan.
2. İs. mənasında. İki kiloqram ağırlığında
olan çəki daşı.
İKİKİLOMETRLİK sif. 1. İki kilometr
uzunluğunda olan, məsafəsi iki kilometr
olan. Ikikilometrlik yol.
2. coğr. Santimetrdə iki kilometr miqyası
olan. Ikikilometrlik xəritə.
İKİKONUSLU sif. İki konusu olan.
İKİQANADLI sif. Bir cüt qanadı olan, iki
qanadı olan; qoşaqanadlı. İkiqanadlı təyyarə.
516
İKİQAN ADLILAR
İKİQANADLILAR is. zool. Bir cüt qanadı
olan həşərat dəstəsi; qoşaqanadlılar, cütqa-
nadlılar. Mozalanlar ikiqanadlılar dəstəsinə
mənsubdur.
İKİQAPAQLI is. zool. Üst qabığı iki qa-
paq şəklində olan molyıısk.
İKİQAT 1. sif. Bir-birinə uyğun, yaxud
yekcins iki hissədən ibarət. İkiqat parça.
İkiqat pəncərə. - [Şahsənəm xala] çadrasını
ikiqat eləyib atdı başına.. E. Sultanov. Sə-
rəncam bacı başında ikiqat çarşab oğlunu
dolandırıb gəzdirirdi.. Çəmənzəminli. Ça-
madanın dibi ikiqat idi. S. Rəhman.
2. zərf İki dəfə çox, iki dəfə artıq. [Hacı
Fərəc:] ..Təzə müştərilər çıxıb, ikiqat qiymət
verməyə hazırdırlar.. N.Vəzirov. Bu göyərçin
mənim üçün ikiqat əzizdir.. M.Rzaquluzadə.
0 İkiqat etmək - bir şeyi bir-birinə
uyğun tərzdə qatlamaq, bükmək. Kəlağayı-
nı ikiqat edib başına örtdü. - [Cəfərqulu]
başından papağını çıxardıb ikiqat edəndən
sonra alnının tərini sildi və bu cür sözə baş-
ladı. Qantəmir. İkiqat olmaq (əyilmək,
bükülmək) - 1 ) təzim etmək, əyilərək sa-
lam vermək. İkiqat olub ədəblə bəyə baş
vurardı kasıb ; Var idi vəfalı kasıb, var idi
həyalı fələ! M.Ə. Sabir; 2) yaltaqlanmaq,
alçalmaq, baş əymək. Havaxtadək olacağıq
ikiqat. Q.Zakir. [Ramazan:] indi elə vaxt
deyil ki, buruq ustası olmaq üçün otuz-qırx
il külüng çalasan, onun-bıınun qabağında
ikiqat əyiləsən. M.Hüseyn; 3) əyilmək, bü-
külmək, belini əymək. Mahmud əmi ikiqat
bükülüb bir neçə dəfə başını gah daşın bu
böyrünə, gah o böyrünə sallayıb diqqətlə
haman nöqtəyə baxırdı. B.Talıblı.
İKİQATLI sif. 1. İki qatdan ibarət olan.
Ikiqatlı parça. Ikiqatlı sap.
2. İki mərtəbəsi olan, ikimərtəbəli. İki-
qatlı bina. - Qarşıda ikiqatlı bir ev görü-
nürdü. S. Hüseyn.
İKİQƏLSƏMƏLİLƏR is. zool. Bir cüt
qəlsəməsi olan başayaqlı molyusklar ya-
rımsinifmin adı.
İKİQƏPİKLİK is. İki qəpik dəyərində
olan metal pul.
İKİQIÇLIbax ikiayaqlı.
İKİQİYMƏTLİ bax ikirəqəmli.
İKİQOLLU sif. İki qolu olan (bax qol 1
5-ci mənada). İkiqollu çay.
İKİLİBAŞLI
İKİQULPLU sif. İki qulpu (dəstəsi) olan.
Ikiqıılplu qab. Ikiqulplu qazan.
İKİLAMPALI sif. İki lampası olan, iki
lampa ilə işləyən. İkilampalı radio aparatı.
İKİLAYLI sif. 1 . İki laydan (qatdan, təbə-
qədən) ibarət olan.
2. B ax ikitaylı. İkilaylı qapı.
İKİLƏÇƏKLİ sif. bot. İki ləçəyi olan.
İkiləçəkli çiçək.
İKİLƏMƏ 1. “İki lomok”don fis.
2. k.t. İki dəfə əkilmiş eyni yer. İkiləmə əkin.
İKİLƏMƏK/ 1 . Bir şeyi, bir məsələni iki
hissəyə bölmək.
2. İki eləmək, qoşalaşdırmaq, cütləşdir-
mək, bir şeyin üstünə birini də artırmaq. Ay
qız, gözün aydııı, ikiləmisən ki, adı nədir?
Mir Cəlal. // Bir işi iki yol görmək.
İKİLƏNMƏ “İkilənmək”dən/«.
İKİLƏNMƏK 1 . məch. İki edilmək, qoşa-
landırılmaq, bir şeyin üstünə biri də əlavə
edilmək.
2. B ax ikiləşmək.
İKİLƏPƏLİ sif. bot. İki ləpəsi olan. İkilə-
pəli bitkilər.
İKİLƏPƏLİLƏR is. bot. Toxumu iki lə-
pədən ibarət olan bitkilər fəsiləsinin adı.
İKİLƏTMƏ “İkilətmək” dən/w.
İKİLƏTMƏK f. Sayını iki eləmək; cüt-
ləşdirmək. Paltarı ikilətmək.
İKİLƏŞDİRMƏ “İkiləşdirmək’’dən /и.
İKİLƏŞDİRMƏK bax ikilətmək.
İKİLƏŞMƏ “İkiləşmək’’dən fis.
İKİLƏŞMƏK / 1. İki olmaq, bir cut ol-
maq; qoşalaşmaq. Qızlar ikiləşib getdilər.
2. İki yerə ayrılmaq, şaqqalanmaq. // məc.
İki cür olmaq, iki tərəfə meyil etmək, bü-
tövlüyünü itirmək, ziddiyyətli olmaq.
İKİLİ zərf 1 . İkisi bir yerdə, ikilikdə. İki-
li yaşamaq. İkili getmək. - [Zeynalın] fik-
rində vardı ki, əvvəlcə bu ayrılmaq məsələ-
sini, soyuqqanlıhqla bir yerdə ikili qoııuşub,
çocuqlarının müqəddəratını öz aralarında
həll etsinlər. S.Hüseyn.
2. Çox vaxt bir-birinə zidd iki müxtəlif
keyfiyyəti ehtiva edən; ziddiyyətli.
İKİLİBAŞLI zərf dan. Əvvəl-axır, gec-
tez, nə cür olursa olsun, hər halda, necə olsa,
mütləq. İkilibaşlı bu işi görməlisən.
517
İKİLİK
İKİLİK 1 . sif. İki rəqəmi ilə işarə olunan,
nömrələnən, ölçülən və s. ikilik taxta. İki-
lik mıx.
2. is. İki xalı olan oyun kağızı, ikilik at-
maq. Xaç ikilik.
3. is. İkitirəlik, ziddiyyət. Bu aralıq hə-
yatda bir ikilik törənmişdi. C. Cabbarlı. [Kə-
busey:] Zərdiiştilər yaradıhşda ikilik oldu-
ğuna inanırlar. Çəmənzəminli.
4. is. İkitərəflilik, iki tərəfə meyil.
İKİLİKDƏ zərf İkisi bir yerdə, iki nəfər
birlikdə, üçüncü şəxsin iştirakı olmadan.
Məsələni ikilikdə danışarıq. - Heç vaxt
[Bəşir sözündən] qaça bilməz, burada iki-
likdə qət etmişik. S.S. Axundov. Onları iki-
likdə buraxsan, bülbül kimi dil açıb ürək
dastanlarını, kim bilir, necə mənalı və dadlı
sözlərlə danışardılar. Mir Cəlal. ..Teymurla
Güldəstə ikilikdə qalmışdılar. H.Seyidbəyli.
İKİLİTRLİK sif. İki litr ağırlığında olan,
iki litr tutan. İkilitrlik qab.
İKİLÜLƏ(Lİ) sif. İki lüləsi olan; qoşalülə.
Ikilüləli tüfəng.
İKİMANATLIQ sif. İki manata dəyən, iki
manat qiymətində olan. Ikimanatlıq parça.
Ikimanatlıq vaz.
İKİMETRLİK sif İki metr uzunluğunda
olan. İkimetrlik taxta.
İKİMƏHSULLU sif. k.t. İldə iki dəfə
məhsul verən. İkiməhsuHıı bitkilər.
İKİMƏNALI sif. 1 . dilç. İki mənası olan, iki
məna verən. İkimənalı söz. İkimənalı ifadə.
2. Eyhamlı, üstüörtülü, pərdəli, iki cür
başa düşülə bilən. Pərdəli, ikimənalı danı-
şıqlardan da xoşum gəlməz. Ə.Vəliyev.
İKİMƏNALILIQ is. İki mənaya malik
olma. Sözün ( ifadənin ) ikimənalılığı.
İKİMƏNZİLLİ sif. İki mənzildən ibarət
olan. Ikimənzilli ev.
İKİMƏRTƏBƏ(Lİ) sif. İki mərtəbəsi
olan, ikiqat(lı). Ağamehdinin mülkü gözəl
mülklərdən birisi idi: içində ikimərtəbəli
imarət, aynabəııd otaqlar, fəvvarəli hovuz-
lar, cənnət guşəsi kimi böyük bir bağça..
E. Sultanov. İkimərtəbə, qəşəng bir evin qa-
pısını qorxa-qorxa döydülər. S. Rəhman.
İKİMİL(Lİ) sif. İki mili olan. Ikimilli dəf-
tər, kağız.
İKİMOTORLU sif. İki motoru olan, iki
motorla işləyən. Ikimotorlu təyyarə.
İKİÖLÇÜLÜ
İKİNCİ sıra s. 1 . Birincidən sonra gələn.
ikinci sinif, ikinci cərgə. Kitabın ikinci cildi.
- [Qəhrəman:] İkinci gün şəhərdə olduqca
şiddətli bir vuruşma gedirdi. H.Nəzəıii. Bi-
rinci addımda lovğalananlar: ikinci addım-
da yıxılacaqdır. S. Vurğun.
2. Keyfiyyətcə birincidən aşağı. İkinci
növ çay. ikinci dərəcəli kayut, ikinci dərə-
cəli mal.
3. Ən əsas (ən mühüm, ən vacib) hesab
edilməyən. İkinci planda duran məsələ. O
biri məsələlər ikinci plana keçirildi. II Əsas
olmayan, köməkçi partiyanı ifa edən. İkinci
skripka, ikinci rollarda çıxış etmək.
4. Əsası, birincini əvəz edən. İkinci vətən.
- ikinci atamın icazəsi ilə rus dilini öyrən-
mək üçün bu məktəbə girib, bir il burada tə-
lim alıb çıxdım. F.Köçərli. Ögey saymayırdı
əsla özünü: Sevirdi ikinci anasını da.
M.Rahim.
İKİNCİLİK is. İkinci yeri tutma, ikinci
yerdə olma. Gülşən bilirdi ki, bildir rayon
yarışlarında Qəmər yüyürməkdə birincilik,
tullanmaqda ikiııcilik qazanmışdır.
Ə.Vəliyev.
İKİNCİSİZ sif. İkincisi olmayan, əvəzsiz,
tayı, bərabəri olmayan. [Xaspolad:] [Oqtay]
Azərbaycan səhnəsinin doğma anası olan
ikincisiz böyük bir sənətkar, sarsılmaz, fə-
dakar bir sənət mübarizidir. C. Cabbarlı.
İKİNDİ zərf Günün günorta ilə axşam
arasındakı ikinci yarısı, günbatana yaxın
hissəsi. İkindi çağı idi. Obada “Dursunu avı
basmış”, - deyə səs qopdu. A.Şaiq. Səfalı
atlıları kənddən çıxanda ikindi vaxtı idi.
T.Ş. Simurq.
İKİNƏFƏRLİK bax ikiadamlıq.
İKİNÖVBƏLİ sif İki növbədə görülən,
iki növbəsi olan. İkinövbəli iş.
İKİOXLU sif. xiis. İki oxu olan. İkioxlu
maşın, ikioxlu yük avtomobili.
İKİOTAQLI sif. İki otaqdan ibarət. İki-
otaqlı mənzil. - ..[Tahir] ikiotaqlı təzə mən-
zilində cəmisi bir həftə qalmışdı. M. Hüseyn.
[Həsrət:] Nəcəfalı əmi, güman eləyirəm ki,
yaza qədər həkim məntəqəsi üçün ikiotaqlı
bir bina tikə bilərik. B. Bayramov.
İKİÖLÇÜLÜ sif. xüs. İki ölçü ilə təyin
edilən.
518
İKİÖVRƏTLİ
İKİÖVRƏTLİ köhn. bax ikiarvadlı.
İKİÖVRƏTLİLİK köhn. bax ikiarvadlı-
lıq. [Hacı Mehdi:] A kişi, bu ikiövrətliHk qə-
ribə yaman şey imiş. Ə. Haqverdiyev.
İKİPALATALI sif. iki qanunverici pala-
tadan ibarət olan. İkipalatalı parlament.
İKİPARTİYALI sif iki partiyası olan.
□ İkipartiyalı sistem - ölkədə inhisarçı
kapitalın, hakimiyyət başında bir-birini
əvəz edən iki partiyanın mövcııd olması.
İKİPARTİY ALILIQ is. Hökumət başında
bir-birini əvəz edən iki siyasi partiyanın
mövcud olduğu sistem.
İKİPƏNCƏRƏLİ sif. iki pəncərəsi olan.
İkipəncərəli otaq.
İKİPƏRDƏLİ sif. İki hissədən, iki pərdə-
dən ibarət olan. İkipərdəli pyes.
İKİPƏRLİ sif. İki pəri olan. İkipərli üzgəc
(balıqda).
İKİPİLLƏLİ sif. İki pilləsi olan. İkipilləli
pilləkən.
İKİPLANLI sif. İki tərəfi, iki planı olan;
iki planda yerləşmiş. İkiplanb şəkil.
İKİPRİZMALI sif. riyaz. Daxilində iki
prizma olan. Ikiprizmalı cihaz.
İKİPUDLUQ sif. köhn. İki pud ağırlığında
olan. İkipudluq daş. tkipudluq yük. H İki pud
tutan. İkipudluq kisə. H İs. mənasında. İki
pud ağırlığında olan daş.
İKİRƏQƏMLİ sif. riyaz. Rəqəmi iki olan.
İkirəqəmli say.
İKİRƏNG(Lİ) sif. İki rəngi olan, iki rəng-
də boyadılmış; iki rəng verən, iki rəngə ça-
lan. ikirəngli fincan, ikirəngli parça.
İKİRƏNGLİLİK is. İki rəngdə olma, iki-
rəngli şeyin halı.
İKİSAATLIQ sif. İki saat davam edən və
ya davam etmiş, iki saat üçün müəyyən
edilmiş; iki saat vaxt tələb edən. İkisaatlıq
iş. İkisaatlıq yol. İkisaatlıq tənəffüs.
İKİSAPLI sif. İki dəstəsi, iki əl yerisi
olan. Ikisaplı mişar.
İKİSƏSLİ sif. ıııus. İki səsdə oxunan, iki
səs üçün yazılmış. İkisəsli nəğmə. İkisəsli xor.
İKİSƏTİRLİK sif. İki sətirdən ibarət. İki-
sətirlik yazı.
İKİSİLİNDRLİ sif. xüs. İki silindri olan.
Ikisilindrli maşın.
İKİSİMLİ sif. ıııus. İki simi olan (çalğı
aləti).
İKİTƏNƏFFÜSLÜLƏR
İKİSİNİFLİ sif. köhn. İki sinfi olan, ikisi-
nifli ibtidai məktəb.
İKİSORMACLILAR is. zool. Yastı qurd-
lar dəstəsi.
İKİŞAHILIQ is. 10 qəpiklik sikkə (pul).
İKİŞƏKİLLİ sif. İki şəkli olan. İkişəkilli
pyes.
İKİŞƏR say. İki-iki, cüt-cüt, qoşa-qoşa.
Otağın divarları uzunu düzülmüş taxta pil-
lələrdə ikişər cərgə oturmuş şagirdlərdən,
yuxarı pillədəkiləri kitab, aşağıda oturanla-
rı “Çərəkə" oxuyan idilər. T.Ş. Simurq.
// Hər birinə və ya hər dəfəsində iki. Hərə-
sinə ikişər manat düşdü.
ikişər-ikişər zərf İki-iki, cüt-cüt, qoşa-
qoşa. Bu sırada mürəttiblər birər-birər,
ikişər-ikişər, kirli iş əlbisəsində daxil olur-
lar. H. Cavid.
İKİTAĞLI sif. İki tağı olan, iki tağdan
ibarət. Qarşıdakı ikitağlı böyük pəncərədən
gur işıq içəri dolurdu. M.İbrahimov.
İKİTAXTA 1 sif. köhn. İki taxtadan ibarət.
Ikitaxta tuman. Ikitaxta yorğanüzü.
İKİTAXTA 2 sif. İki pillədən ibarət; iki-
pilləli. İçəri girən kimi enli ikitaxta pilləkən
qəşəngliyi, təmizliyi və zərifliyi ilə nəzəri
cəlb edirdi. Ə.Vəliyev.
İKİTAKTLI sif. mus. İki takt davam edən,
iki takta uyğun olan. İkitaktlı pauza.
İKİTARLALI sif. k.t. İkitarlalıq üsulu ilə
bağlı olan. İkitarlalı əkin sistemi. İkitarlalı
təsərrüfat.
İKİTARLALIQ is. k.t. Hər il torpağın ya-
rısını heriyə qoymaq qaydası ilə aparılan
torpağı becərmə üsulu.
İKİTAYLI sif. İki tərəfli (laylı), iki tayı
olan. İkitaylı daı-vaza. İkitaylı pəncərə. - Zi-
yafət salonunun böyük və ikitaylı qapısı bir-
dən açıldı. M.S. Ordubadi.
İKİTELLİbax ikisimli.
İKİTƏBƏQƏLİ sif. İki qatdan, iki təbə-
qədən, iki laydan ibarət olan. İkitəbəqəli
torpaq.
İKİTƏBƏQƏLİLİK is. İkitəbəqəli şeyin
hal və keyfiyyəti.
İKİTƏKƏRLİ b a x ikiçarxlı.
İKİTƏNƏFFÜSLÜLƏR is. zool. Həm qəl-
səmələri, həm də ciyərləri ilə tənəffüs edən
balıqlar dəstəsi.
519
İKİTƏRƏFLİ
İKİTƏRƏFLİ sif. 1 . İki tərəfi olan. İkitə-
rəfli cisim. İkitərəfli qapı.
2. İki istiqamətdə gedən, iki tərəfdən baş
verən. İkitərəfli küçə hərəkəti. İkitərəfli top
atəşi. İkitərəfli sətəlcəm. - Kişinin məhəb-
bəti tamamilə ona keçdi, Fatma bilmərrə
nəzərdən düşdü, hər gün ikitərəfli (z.) döyü-
lüb söyüldü. Çəmənzəminli. Bütün yollar
ikitərəflidir, həm qabağa gedir, həm də dala
qayıdır. M.İbrahimov. // Hər iki tərəfə işlə-
yən, hərəkət edən, fəaliyyət göstərən. İki-
tərəfli rabitə xətti.
3. Hər iki tərəfin razılığı ilə olan, hər iki
tərəf üçün məcburi olan; qarşılıqlı. İkitərəfli
müqavilə, ikitərəfli saziş.
4 . İki tərəfə, iki yana. [Mıısanın nəvəsi]
başını ikitərəfli (z.) daradı, belini düymələ-
di. Qantəmir.
5. B ax ikibaşlı 1 və 3-cü mənalarda.
İKİTƏRKİBLİ sif. Tərkibi iki ünsürdən
ibarət olan, cüttərkibli. Ikitərkibli cümlə.
İKİTİRƏLİK is. Bir-birinə zidd iki dəs-
təyə ayrılma; təfriqə, nifaq, çəkişmə.
□ İkitirəlik düşmək - nifaq düşmək, ara-
sında ədavət düşmək. O, araya ikitirəlik
düşə biləcəyindən qorxurdu, ikitirəliyə lap
tezliklə son qoymaq olardı. İkitirəlik sal-
maq - nifaq salmaq, təfriqə salmaq, ziddiy-
yət yaratmaq, araya ədavət salmaq. Eyni
zamanda bu məsələnin İran demokratları
arasında ikitirəlik salmaq qorxusu da var-
dır. M. S. Ordubadi. [Allahverdi:] İkitirəlik
salıblar, nə o yandan bu yana bir adam keçə
bilir, nə bu yandan o yana. C. Cabbarlı.
Kəndə ikitirəlik salıb; Pirəli etdi; İstəyincə
paşalıq. M.Rahim.
İKİTOXUMLULARbax ikiləpəlilər.
İKİTONLUQ sif. 1 . İki ton ağırlığında şey
tutan. Ikitonluq yük maşını.
2. İki ton ağırlığında olan. Ikitonluq yük.
-Misirli qardaş addımladı; Çiynində Xeops
ehramının ikitoııluq daşı. O. Sarıvəlli.
İKİ-ÜÇ say. Bir neçə, iki və ya üç. İki-üç
arşın dərində geniş bir qazma idi. H.Nəzər-
li. Alaçıqların yanında dizlik geymiş, belinə
şal bağlamış iki-üç qadın tərpənirdi.
M.İbrahimov. Qalnı duman ətrafı elə bürü-
müşdü ki, iki-üç addımlıqda göz-gözü gör-
mürdü. Ə.Vəliyev.
İKMAL
İKİÜZLÜ 1 sif. 1. Üzü ilə astarının rəngi,
naxışı və s. bir cür olan, hər iki üzü, hər iki
tərəfi bir cür olan. İkiüzlü parça. - Ağ çuxalı,
ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən pa-
paqlı, şişmaıı göbəyi üzərində gümüş kəmərli
Mirzə Səfəri hamı tanıyırdı. Ə.Haqverdiyev.
2. tex. İkiyanlı, ikisəthli. İkiüzlü cisim.
İKİÜZLÜ 2 sif. Üzdə bir cür, dalda başqa
cür danışan, hərəkət edən; riyakar, qeyri-
səmimi. İkiüzlü adam. - Siz bağışlayın, yol-
daş Mədəd, bu Taıırıverdi xalis ikiüzlüdür.
S. Rəhimov. [Səmirə:] Mənim kimi bir qa-
dın hesabla gərək Səidə xanıma nifrət edəy-
di, onu ikiüzlü sayaydı. M.Hüseyn. // İs.
mənasında. İkiüzlünün biridir. - İfşa edil-
dikcə ikiüzlülər; Dünya al geyinib toy-
bayram evlər. M Rahim.
İKİÜZLÜLÜK is. Özünü üzdə bir cür,
dalda isə başqa cür göstərmə; riya, riyakar-
lıq. ikiüzlülük etmək. - Dünyada saxtalığı,
ikiüzlülüyü, riyanı və hiyləni sevməyən tə-
miz və səmimi bir şey varsa, o da sevgidir.
M.S. Ordubadi. [Rəşid:] Fikirləşdim ki, bax
bu dəqiqə başını qaldırıb hər iki tərəfə xid-
mət göstərən Bəkiri ikiüzlülükdə və fırıldaq-
çılıqda təqsirləndirə bilər. İ. Hüseynov.
İKİÜZVLÜbax ikihədli.
İKİVALENTLİ sif. kim. İki valentdən
ibarət olan.
İKİVERSTLİK sif 1. İki verst uzunlu-
ğunda olan. İkiverstlik məsafə. İkiverstlik yol.
2. İki verst miqyaslı. İkiverstlik xəritə.
İKİYANLI sif İki yanı olan.
İKİYARUSLU sif. İki yarusu olan. İkiya-
ruslu teatr zalı.
İKİYAŞAR sif. İki yaşında olan, ikiyaşlı.
Ikiyaşar dana. - Qulaıılar böyüyüb ikiyaşar
(z.) olmuşdular. “Koroğlu”.
İKİYAŞLI bax ikiyaşar.
İKİYERLİ bax ikiadamlıq.
İKİZİRVƏLİ sif. İki zirvəsi (təpəsi, başı)
olan.
İKMAL is. [ər.] Tamamlama, bitirmə,
qurtarma, mükəmməlləşdirmə. Darülədə-
bin bilməliyiz qədrini, millət! İkmalına gös-
tərməli olduqca həmiyyət. M. Hadi. Bu gənc
yeddi il idi ki, Parisdə tibb fakültəsini ikmal
üçün sevgili vətənindən ayrı düşmüşdü.
S.S.Axundov. □ İkmal etmək - tamamla-
520
İKONA
maq, axıra çatdırmaq, bitirmək, qurtarmaq.
Təlim və tədris ana dilində icra olunan
məktəbi-ibtidaini ikmal etdikdən sonra, şa-
girdi rus edadivyələrinə, yəni gimnaziyaya,
realni [məktəblərə] təbiidir ki, qəbul et-
məzlər. Ü.Hacıbəyov. [Varis:] ..Mən varlı
olduğum halda, orta məktəbi ikmal edib bu
şapkanı qoya bilmədim. A.Şaiq. İkmala ye-
tirmək -bax ikmal etmək.
İKÖNA [yunancadari] Xristianlarda:
Allahın, yaxud övliyaların şəkli.
İKRAH is. [ar.] İyrənmə, çimçişmə, dik-
sinmə, nifrət. Bu bədheybət adam xannı gö-
zünə sataşdıqda sanki xanda ona qarşı bir
ikrah hissi əmələ gəldi. Çəmənzəminli. O,
üz-gözünə boya vuranda və səliqəli geyi-
nəndə, sədrinə xoş gəldiyini bilsə də, ürə-
yində çoxdan bəri ona qarşı qüvvətli bir ik-
rah hissi duyur. M. Hüseyn. // İyrəndirmə,
nifrətləndirmə. [Şeyx Sədra:] Xayır, artıq
bu pəkfəna təhqir; Səni ikrah üçün bu bir
tədbir.. H.Cavid. □ İkrah etdirmək - iy-
rəndirmək, çimçişdirmək, diksindirmək,
nifrət oyatmaq. [Sevda:] Çirkinliyim etdir-
məsin ikrah; Könlüm səni öpmək dilər.
H.Cavid. İkrah etmək (eyləmək, olmaq,
qılmaq) - iyrənmək, nifrət etmək, zəhləsi
getmək. Zahida, sən fariq ol, ahimdən ikrah
eyləmə; Kim, mənim bağrımda çoxdur qəm-
zələrdən yarələr. Xətayi. Gəz bir neçə gün
mənimlə lıəmrah; İnsan deyib etmə məndən
ikrah. Füzuli. Xah yüz döndərsən ondan,
xah ikrah eyləsən; Axır, ey əbrukamaıı.
Qövsi sənə qurban olur. Qövsi. İkraha gəl-
mək - bax ikrah etmək. ..Bu hadiseyi-
əlimənin dəhşəti bütün aləmə əsər etdi,
hamı nifrət və ikraha gəldi. Ü.Hacıbəyov.
İKRAM is. [ər.] Hörmət, sayğı, əzizləmə,
ehtiram, hörmət göstərmə. Xalqın işi bizlərə
ikram idi; Ax, necə kef çəkməli əyyam idi.
M. Ə. Sabir. O, Hicazdan dönüb keçən ax-
şam; Vardı Bağdadə, gördü çox ikram.
H.Cavid. □ İkram etmək (qılmaq) - hör-
mət etmək, sayğı göstərmək, əzizləmək,
ehtiram etmək. Tuba görsə ikram evlər, baş
əyər; Bu gözəl boy ilən, ilən sənə!
M.P.Vaqif. İkram edər ol gül mənə əğyar
yanında; Ta etsin özünü sevgili hər xar ya-
nında. S.Ə.Şirvani.
İQAMƏT
İKS is. 1 . Latın əlifbasının iyirmi dördün-
cü hərfi (X).
2. riyaz. Məlum olmayan və “X” hərfi ilə
işarə olunan kəmiyyət.
3. məc. Məlum olmayan və ya adı çəkil-
mək istənilməyən şəxsə işarə.
İKSİR is. [ər. əsli yun.] Vaxtilə yalançı
kimyagərlərin xariqüladə bir qüvvə və təsi-
rə malik olduğunu zənn etdikləri mövhum
bir maddə. [Hacı Kərim:] [Molla ibrahim-
xəlil kimyagər] məsələn, bir zad dürüst
edibdir ki, adına iksir deyirlər. Bir misqal
ondan bir batman misə vurur, xalis gümüş
olııı; M.F.Axundzadə. Halbuki ağalar bü-
tün ömrlərini buna sərf edirlər ki, iksir va-
sitəsilə bir şeyi döndərib özgə bir şey elə-
sinlər. C. Məmmədquluzadə. [Xortdan:]
..Mirzə Qoşunəli Təbrizi adında bir möhtərəm
şəxs iksir qayırmaqla məşğuldur. Ə. Haq-
verdiyev. // məc. Əlac, dava mənasında.
0 Həyat iksiri - insanın ömrünü uzat-
maq, cavanlığını mühafizə etmək üçün qə-
dim kimyagərlərin tapmaq istədiyi sehrli içki.
İKTİFA is. [ər.] Kifayətlənmə, qane
olma. □ İktifa etmək (eləmək) - 1) kifa-
yətlənmək, qane olmaq. [Hatəmxan ağa:]
Niyə başa düşmədin, balam, çox arvad al-
maq ibarətdir ondan ki, bir kişi bir arvada
iktifa etməsin. M.F.Axundzadə. [Rüstəm
bəy:] [Nemət] cəld geyinib, bir stəkan çay
ilə iktifa edib evdən çıxdı. Çəmənzəminli.
Kim bilir ki, Tükəzban bununla iktifa eləmə-
yib, nərdivanın yuxan pillələrinə dırmaş-
maq niyyətinə düşəcək. B.Talıblı; 2) kifayət
etmək, bəs olmaq. Yoxsa ki, etməz quru söz
iktifa; İş gərək olsun, nə əbəs iddia. A.Səhhət.
İQAMƏT is. [ər.] Sakin olma, oturma, bir
yerdə yaşamaq üçün qalma, qərar tutma.
Mümkün degil, Füzuli, cahanda iqamətin ;
Bihudə sən bu mərhələdə məskən eylədin.
Füzuli. O, Azərbaycanın Danaqırt qəsəbə-
sində təvəllüd edib, doqquz yaşa qədər orda
iqamətlə, sonralar Bağdada müvasilət et-
mişdi. C. Məmmədquluzadə. □ İqamət et-
mək - bir yerdə sakin olmaq, məskən sal-
maq, qərar tutmaq, oturmaq. Həmin günün
axşamı Tiflisdə iqamət edən Zaqafqaziyanın
şeyxülislamı rus dilində bu məzmunda bir
teleqram aldı. E. Sultanov. ..[Mehriban] Ağ-
521
İQAMƏTGAH
damda iqamət edən atasına teleqraf çəkdi-
rib, onu Bakıya çağırmaqla çocuqlarmın
məsələsini həll edəcəkdi. S. Hüseyn.
İQAMƏTGAH is. [ər. iqamət və fars.
...gah] İqamət yeri, oturulan yer, məskən.
[Ata:] Müqəddəs qanıma görə iqamətgahı
kim verəcək? Çəmənzəminli. // Hökımıət
və ya dövlət başçısının, habelə yüksək və-
zifə sahibi olan şəxslərin sakin olduqları
yer. Prezidentin iqamətgahı. - [İbni-Salam:]
Durmayıb birbaş mənim iqamətgahıma ça-
pın. Ə.Məmmədxanlı.
İQBAL is. [ər.] Bəxt, tale; bəxti gətirmə.
Sənsən mənim ayım, günüm, hilalım; Döv-
lətim, iqbalım, cahım, cəlalım. M.P. Vaqif.
Tam iki aydır ki, tale, iqbal, ümid .. hər şey,
məncə, məhv olub bitmiş.. H. Cavid. Gah
onun, gah bunun üzünə güldü iqbal.
B. Vahabzadə. □ İqbalı dönmək - bəxti
gətirməmək; bəxti, taleyi dönmək. Həmdii-
lillalı, dönüb iqbalı bizim tazələrin; Qarışıb
yenə əhvalı bizim tazələrin. Ə.Nəzmi. İq-
balı gətirmək - bəxti gətirmək. [Bayram:]
Ümid yoxdur, iqbalını gətirməyəcək, Zalxa
etdiyi vədəni bitirməyə cürət edə bilməyə-
cək. M.F.Axıındzadə.
İQDAM is. [ər.] Bir işə səbatla təşəbbüs
etmə, başlama. □ İqdam etmək - təşəbbüs
etmək, başlamaq, girişmək. [Ağa Salman:]
Xanım, mən məhz sənin xatirin üçün bu işə
iqdam edirəm. M.F.Axıındzadə. Seyyid, ol
mah sənin qətlinə iqdam etdi; Gedib öz ça-
rəni qıl, eylədim elam sənə. S.Ə.Şirvani.
[Bəhram:] Bəhram, qorx! Qorx öz vicda-
nından! Sən ki Saranın xatiri üçün bu işə iq-
dam etmişdin, nə tez sovuşdun? C.Cabbarlı.
İQDAMAT [ər. “iqdam” söz. cəmi] kit.
bax iqdam. Belə bir iqdamatın iki qisim
gözəl nəticəsi ola bilər. C. Məmmədquluza-
də. Siz gərək iqdamata başlamaqdan əvvəl
mənimlə danışaydınız. M.S.Ordubadi.
İQLİM is. [ər.] 1. Bir ölkənin, bir yerin
meteoroloji şəraitinin (havası, suyu və s.)
xüsusiyyətləri, ab-havası. Kontinental iq-
lim. Mötədil iqlim. Azərbaycanın aran yer-
lərinin iqlimi. Soyuq iqlim. - Göyərti şərait
yaradıldığı təqdirdə, təzə düşdüyü hər iqli-
mə uya bilər. Ə.Əbülhəsən. Hər yer bağ-
bağat olacaq, ölkəmizin iqlimi dəyişiləcək-
İQRAR
dir. Ə. Sadıq. Görürəm Mingəçevir yanır bir
çıraq kimi; Gülür Milin, Muğanın təbiəti,
iqlimi. Ə. Cəmil.
2. klas. Ölkə, məmləkət. Qəmindir kön-
lümün təxtiııdə sultan; Bir iqlimə iki sultan
gərəkməz. Nəsimi. Ya bu iqlimdən başın al,
get; Yoxsa başın götür, hüzuruma yet! Fü-
zuli. İqlim-iqlim gəzməyi var; Hər havaya
dözməyi var; İnsanın da, ürəyin də. S. Vurğun.
İQLİMLƏŞDİRİLMƏ “İqlimləşdiril-
mək”dən f.is.
İQLİMLƏŞDİRİLMƏK məcli. Yeni iqlim
şəraitinə, yeni mühitə alışdırılmaq.
İQLİMLƏŞDİRMƏ ‘İqlimləşdirmək”dən
f.is. Toxumdan alınan bitkilər gec meyvəyə
düşür və müxtəlif keyfiyyətli olur. Sitrusla-
rın bu qayda ilə çoxalmasından iqlimləşdirıııə
(cıkklimatizasiyd) və yeni sortlar əldə etmək
məqsədi ilə istifadə edilir. İ.Axundzadə.
İQLİMLƏŞDİRMƏK f. Yeni iqlimə uy-
ğunlaşdırmaq, yeni mühitə alışdırmaq (hey-
vanları, bitkiləri).
İQLİMLƏŞMƏ “İqlimləşmək”dən f.is.
İQLİMLƏŞMƏK f. Yeni iqlim şəraitinə,
yeni mühitə uyğunlaşmaq, alışmaq.
İQNA [ər.]: iqna etmək klas. - qane et-
mək, qənaətləndirmək, qənaətbəxş olmaq;
razı etmək. [Qız:] [Nizamüddövlənin
adamları] hər gün gəlib, məni iqna etmək is-
təyir, qandırırdılar. S.Hüseyn.
İQRAR is. [ər.] 1. Dil ilə söyləmə, ifadə
etmə, dili ilə təsdiq etmə, etiraf. // Öz sö-
zündə, əhdində möhkəmlik, dayanıq, səbat,
sədaqət, vəfa. Əhdi dürüst ola, iqrarı möh-
kəm; Fikri-zikri sənin sarı gərəkdir. Q.Zakir.
Aşinələr ixtilafında sədaqət görmədim;
Beyəti-iqrari-imaııi-dəyanət görmədim ?
M.P. Vaqif. □ İqrar vermək - söz vermək,
əhd etmək. Əvvəl mənə iqrar verib duran
yar; Yandırdın dünyada atəşə məni. Aşıq
Əmir. İqrarından dönmək - sözündən
dönmək, əhdindən qaçmaq, əhdinə vəfa et-
məmək. Gətirmədi əhdü iqrarı yerinə; Dil-
bər iqrarından döndü, neyləyim. Aşıq Kərim.
2. Təsdiq, etiraf, qəbul. Bilmirəm siz
məndən nə kimi xəyanətlərimin iqrarını tə-
ləb edirsiniz. M.S.Ordubadi. □ İqrar et-
mək - boynuna götürmək, qəbul etmək,
etiraf etmək, öz dili ilə təsdiq etmək. [Molla
522
İQRARSIZ
İbrahimxəlil:] Camaat, bilin və agah olun
ki, Mirzə Fətəli öz kafirliyini iqrar etdi.
Ə.Haqverdiyev. Mən .. iqrar eləyirəm ki,
doğrudan da, müsəlmanlar silahlanırlar..
C.Məmmədquluzadə. Özünün iqrar etdi-
yinə görə tay-tuşları gecə kurslarında da
otsa, oxuyub savadsızlıqlarını ləğv etdilər.
Ə.Vəliyev.
3. Qərar, qənaət, hökm. Hükəmatıın da
iqrarı bunadır ki, başın çanağı nazikləşib
kiçildikcə, beyin də zəifləşməyə və kiçilməyə
başlayır. C. Məmmədquluzadə.
İQRARSIZ sif. Dəyanətsiz, öz sözündə,
vədində, qərarında sabit olmayan. Vaqif
sevdi bir iqrarsız bivəfa; Badə getdi tamam
çəkdiyi cəfa. M.P.Vaqif.
İQREK 1. Latın əlifbasının axırıncıdan
əvvəlki hərfi (ү).
2. riyaz. X, Z hərfləri ilə yanaşı olaraq,
həmin hərflə işarə olunan məchul kəmiyyət.
3. тәс. Naməlum, yaxud adı çəkilmək
istənilməyən şəxsə işarə.
İQTA is. [ər.] köhn. 1. Bağışlanmış və ya
icraya verilmiş yer.
2. Malikanə.
İQTİBAS is. [ər.] Bir sözü, cümləni və ya
fikri eynilə və ya məzmunca başqasının
əsərindən alma, götürmə. □ İqtibas etmək
- götürmək, almaq (fikri, sözü və s).
İQTİDAR is. [ər.] 1. Qüvvət, taqət, güc.
Yeriməyə iqtidarı yoxdur. Danışmağa iqti-
darı çatmır. - Bura adətən can verən əsir-
lər, ayağı üstündə durmağa iqtidarı olma-
yanlar gətirildiyi üçün, bu “ölüm hücrələri-
nin ” keşiyi zəif idi. Ə.Məmmədxanlı.
2. Qüvvəsi çatma, gücü çatma, imkanı
olma. Zeynal nəinki borclarını verib təmiz-
ləmək və ya arvadına və çocuqlarına paltar
və ayaqqabı almaq iqtidarında deyildi, hət-
ta gündəlik xərcə də para yetirə bilməyirdi.
S. Hüseyn. Baş leytenant öz bölüyü ilə hər
vaxt hər bir əmrin öhdəsindən gəlmək iqti-
darına malikdir. Ə.Əbülhəsən. // Güc, səla-
hiyyət, etibar. Getdi şənimiz, etibarımız;
Varmı rütbəmiz, iqtidarımız? M. Ə. Sabir.
iqtidarın, malın, pulun çoxdur; Xalqa on-
dan vəli kömək yoxdur. A.Səhhət.
İQTİDARLI sif. 1 . İqtidarı olan, gücü ça-
tan; güclü, qüvvətli.
İQTİSADİYYAT
2. Bacarıqlı, qabiliyyətli, qüvvətli. İqti-
darlı yazıçı. - “Məktubati-Şeyda bəy" sər-
lövhəsi ilə yazdığı “Müəllimlər iftixarı ’’ və
“Gəlinlər həmayili” adlı kitabçalar Qəni-
zadəııin iqtidarlı bir ədib olduğunu bildirir.
F. Köçərli.
İQTİDARSIZ sif. İqtidarı olmayan, gücü
çatmayan; qüvvətsiz, gücsüz. // Bacarıqsız.
İQTİDARSIZLIQ is. Qüvvətsizlik, güc-
süzlük. // Bacarıqsızlıq.
İQTİSAD is. [ər. | bax iqtisadiyyat 1-ci
mənada. Uca mədəniyyət yüksək iqtisaddan
asılıdır. M.S. Ordubadi. □ Siyasi iqtisad -
bəşər cəmiyyəti inkişafının müxtəlif pillə-
lərində ictimai istehsalı və onun paylaşdı-
rılması qanunlarını öyrənən elm.
İQTİSADÇI is. 1 . B a x iqtisadiyyatçı.
2. tar. siyasi. İqtisadçılıq tərəfdarı (bax
iqtisadçılıq).
İQTİSADÇILIQ is. tar. siyasi. XIX əsrin
axırlarında - XX əsrin əvvəllərində Rusiya
sosial-demokrat hərəkatında opportunist
cərəyan (bu cərəyan tərəfdarlarının fikrin-
cə, fəhlə sinfi ancaq öz iqtisadi vəziyyətini
yaxşılaşdırmaq uğrunda mübarizə aparmalı,
mütləqiyyətlə siyasi mübarizəni isə burjua-
ziyanın öhdəsinə buraxmalı idi).
İQTİSADİ sif. iqtisadiyyatla bağlı olan,
təsərrüfata aid olan. Ölkələr arasında iqti-
sadi əlaqə. İqtisadi məsələ. İqtisadi böhran,
iqtisadi qanunlar, iqtisadi həyat. - “Kəş-
kiü” hər məsələdən yazırdı, iqtisadi, icti-
mai, siyasi, ədəbi mövzuları işıqlandırırdı.
M. İbrahimov. Xalq təsərrüfatımızın ümumi
inkişafında yaylaqlarımızın, mədəıı-ınüalicə
sularımızın, kurortlarımızın iqtisadi əhə-
miyyəti böyükdür. Ə.Vəliyev. // İqtisadiy-
yatın öyrənilməsi ilə bağlı olan. İqtisadi
jurnal, iqtisadi coğrafiya, iqtisadi ədəbiy-
yat. iqtisadi tədqiqat.
0 Yeni iqtisadi siyasət iqt. - Sovet Rusi-
yasında keçid dövründə proletar diktatura-
sının həyata keçirdiyi təsərrüfat siyasəti
(sosializm qurulması mənafeyinə xidmət
edən bu siyasət dövründə hakim mövqelər
dövlət əlində olmaqla, kapitalizmə və azad
ticarətə yol verilirdi).
İQTİSADİYYAT is. [ər. “iqtisad”dan]
1 . Hər hansı bir ictimai quruluşun, cəmiy-
523
İQTİSADİYYATÇI
yətin istehsal qüvvələrinin inkişafına uyğun
olan istehsal münasibətlərinin məcmusu.
iqtisadiyyatımızın durmadan tərəqqisi mə-
dəniyyətimizin misilsiz yüksəlməsinə səbəb
olmuşdur. İ.Əfəndiyev.
2. Hər hansı bir ölkənin, rayonun və s.-
nin təsərrüfatının vəziyyəti. Respublikamı-
zın iqtisadiyyatı. Şimal rayonlarının iqtisa-
diyyatı. П Təsərrüfatın hər hansı bir sahəsi-
nin maliyyə və maddi cəhətdən quruluşu,
vəziyyəti. Nəqliyyat iqtisadiyyatı. Ticarət
iqtisadiyyatı.
3. Xalq təsərrüfatının hər hansı bir sahə-
sinin maliyyə və maddi tərəfini öyrənən
elm. İqtisadiyyatdan dərslik. İqtisadiyyata
dair mühazirə.
İQTİSADİYYATÇI is. iqtisadiyyat, iqti-
sadiyyat elmləri mütəxəssisi.
İQTİZA is. [ar.] klas. Lüzum, lazım olma,
zəruriyyət, vaciblik. // Ehtiyac, hacət. Hala
məgər iqtizavi-dövran ; Oldur ki, ola o gənc
pünhan. Füzuli. □ İqtiza etmək - 1 ) tələb
etmək, lüzumlu etmək, vacib etmək, ehti-
yac doğurmaq. Aciz, yazıq bəşərlərə rəhm
etməyən qəza; Səndən məni ayırmağı da et-
miş iqtiza. A.Səhhət; 2) müsaidə etmək,
imkan vermək. Əgər onların gündüzləri
vaxtları iqtiza etmir, bəs axşamlar niyə təş-
rif gətirmirlər? C. Məmmədquluzadə. İqti-
zasına görə -bax iqtizasınca.
İQTİZASINCA zərf klas. Tələbinə görə,
bacarığına görə, ehtiyacına görə. Hər bir
şair öz qəlbinin və təbinin iqtizasınca göy
üzündə qatar ilə uçan durnalara öz hali-
dilini ərz qılır. F. Köçərli.
İL is. 1. Yer kürəsinin Günəş ətrafında
bir dəfə dövr etdiyi müddət (yanvarın 1-
dən başlayaraq hesablanan 12 aylıq dövr).
Yerin günəş ətrafında tam hərəkəti bir il çə-
kir. Bir ilin uzunluğu 365 və ya 366 gündür.
- ilin hər fəslinin bir hüsnü var, amma qışın
ləzzəti bir özgədir. C.Məmmədquluzadə.
// Hər hansı bir gündən başlayaraq hesabla-
nan 12 aylıq bir müddət. Hadisədən iki il
keçmişdir. Bir ildən sonra 10 yaşı tamam
olacaq. Dörd il bir şəhərdə yaşamaq. Bir il
səfərdə olmaq. - [Tapdıq:] On ildi bu fürsəti
güdürdüm ; Ey şux, gözüm ki səndədir bil.
C.Cabbarlı. Baratın Bakıya gəldiyi vaxtdan
beş il keçirdi. M. Hüseyn.
İL
2. Cəm şəklində: tərkibdə sıra sayları ilə
onillik müddətləri göstərir. Doxsanıncı il-
lər. Altmışıncı illər ədəbiyyatı.
3. Cəm şəklində: müəyyən zaman, dövr
bildirir; dövr, zəmanə. Müharibə illəri.
Uşaqlıq illəri. Məktəb illəri. - Yenə bahar
gələndə; Volqada axırdı buz; Lakin illər
ağırdı; Günlər yaman uğursuz. R.Rza. [Ən-
tiqənin] atası qarışıqlıq illərində yatalaq-
dan ölmüşdü. Mir Cəlal.
4. astı; Günəş ətrafında hər hansı plane-
tin dövr müddəti. Mars ili.
0 İl dolanmaq - on iki ay bitmək, qurtar-
maq, il başa çatmaq. Qış getdi, qar gəlmədi;
Nə də bahar gəlmədi; İl dolandı, ay ötdü;
Gözlədim, yar gəlmədi. (Bayatı). Ay keçər,
il dolanar. Sənin adııı məğribdən məşriqə-
tən bütün dünyada məşhur olar. “Koroğlu”.
Günlər keçdi, .. il dolandı.. M.Rahim. İl
gecə - qurtarmaq bilməyən, uzun (“uzun
gecə” mənasında). Bağrımı çatlatdılar; Si-
nəmi oxlatdılar; İl gecəni sübhə tək; Bircə
məgər yatdılar?! M. Ə. Sabir. İl keçdikcə -
zaman ötdükcə, bir neçə il keçdikdən sonra,
vaxtilə. İl keçdikcə unudulacaqdır. İl keç-
dikcə ağıllanacaqdır. İl uzunu - on iki ay
müddətində, bütün ili, bütün il ərzində.
[Həsən:] Gərək il uzunu işimi-güciimü, dü-
kanımı buraxıb divana yol döyəydim.
Ə.Haqverdiyev. İl uzunu dərdini çəkməkdə-
yəm; Aylar ilə göz yaşı tökməkdəyəm.
Ə.Nəzmi. İl vermək - xalq adətincə, ölən
adam üçün ili tamam olduqda ehsan ver-
mək. İldən-ilə, illərdən-ilə - hər il, il keç-
dikcə, ilbəil, durmadan. Çay dediyi sözlər
yerini aldı; Ildəıı-ih gölün suyu azaldı.
A.Səhhət. Şəhərdən kəndə gələn çarpayıla-
rın, çəngəl-bıçağın, stol-kürsüııün sayı ildən-
ilə artır. İ.Əfəndiyev. Bəhəri çox verir bağ
ildən-ilə. M. Dilbazi. İl-ildən - ildən-ilə,
ilbəil. Azaldı il-ildən bağııı meyvəsi; Tor-
pağın hünəri, suyun qüvvəsi. M.Dilbazi. İl-
lər ayrısı olmaq - uzun illər bir-birindən
ayrı düşmək, ayrı yaşamaq, bir-biri ilə gö-
rüşməmək. Mən aşıq, ellər ayrısı ; Şanə tel-
lər ayrısı; Bir gününə dözməzdim; Oldum
illər ayrısı. (Bayatı). İllər ayrısıyıq, fürsət
düşəndə; Çəkilib pünhana üzün bürümə!
Aşıq Ələsgər. Tədris ili (akademik il) - bir
524
İLAC
yay tətilinin axırından o biri yay tətilinin
əvvəlinə qədər olan dərs məşğələləri döv-
rü. Uzun illər - həmişə, daim, illər boyun-
ca. Sülh carçısıyıq biz ıızun illər, bilir aləm;
Sülh şairə, siilh fəhləyə, sülh xalqa gərəkdir.
S. Rüstəm. Yeni il - 1 Yanvar günü. Yeni ili
təbrik etmək. Yeni il şənliyində iştirak et-
mək. Yeni iliniz mübarək!
İLAC klas. bax əlac. Çak görüb köksü-
mü, qılma Hacım, təbib; Zaye olar mərhə-
min, məndə bitər yarə yox. Füzuli. Kimsə-
nədən olmadı dərdinə, Seyyid, Hac; Eyləmə
hər nakəsə halını əfsanə ərz. S.Ə.Şirvani.
Vazeh bu ki xəstədir məzacın; Ya rəb, kim
edər sənin Hacın? M. Ə. Sabir.
İLACSIZLIQ bax əlacsızlıq. Güllər ..
acı bir ilacsızlıq içində qalıb, pianinosunun
arxasına keçirdi. İ. Əfəndiyev. [Bülənd]
ilacsızlıqla (z.) Çimnaza və Nazlıya baxdı.
Ə.Əbülhəsən.
İLAHƏ is. [ ər.] Antik mifologiyada və
bəzi dinlərdə; qadm cinsli allah. Qədim Yu-
nanıstanda şüəra sinfi bir qissə və hekayət
yazmaq istədikləri əsnada “Muza" adlı
teatr ilahəsinə riicu edib ondan kömək və
mədəd dilərdilər. F. Köçərli. [Qızlar:] Çıxar
Olimpə şadman; Ən işvəkar ilahələr.
H. Cavid. Biri deyir ki, sənət təbiətin səsidir;
Biri deyir ki, sənət eşqin ilahəsidir.
B. Vahabzadə. // Canan, məhbubə, məşuqə,
dilbər; eşq pərisi. [İlyas] bahar möcüzələri-
nin qolları arasına girərək bələyindən çıx-
mış şeir ilahəsinin qolları arasında nazla-
nırdı. M.S. Ordubadi.
İLAHİ sif. din. [ər.] 1. Allaha mütəəlliq,
Allaha məxsus, Allaha aid, Allah tərəfindən
verilmiş; qeyri-bəşəri. İlahi hikmətlər xəzi-
nəsi. - [Şeyx Sənan:] Bu ilahi sükuta qarşı.
Xumar; Нәр mələklər olur pərəstişkar.
H. Cavid.
2. is. Allah. Bu dağlar ahı neylər; Başını
kiilahı neylər; Sən ordan bax, mən burdan;
Görək ilahi neylər. (Bayatı). O gözəllik da-
hidən verilmiş; Əvvəldəndi gözlərinin qara-
sı. Aşıq Əmrah. // məc. Qeyri-maddi, qeyri-
cismani, ruhani, mənəvi. İlahi məhəbbət,
ilahi eşqin tərənnümü. - Budur! “ Leyli
Məcnun ” - böyük sənətdir! Nə qədər ilalıi
bir məhəbbətdir! S. Vurğun. // məc. Təmiz,
İLAXIR
pak. Nə qədər ilahi bir insansınız; Mənə
qardaşdan da mehribansınız. S.Vurğun.
3. məc. Xariqüladə, misilsiz, tayı-bəra-
bəri olmayan, məftunedici. İlahi gözəllik.
İlahi səs. - [Nizami:] Dostlar, hamınızı
inandıra bilərəm ki. Bərdənin bu ilahi gö-
zəlliyi məni heyran etmişdir. M. Hüseyn. Bu,
əfsanə və nağıllarda söylənən cənnət bağın-
dan, ilahi məxluqlardan gələn səs kimi
bakir, gözəl və xoş idi. Mir Cəlal.
İLAHİ nida. Ey Allah, ay Allah (Allaha
xitab, yalvarış). İlahi, bülbülə olsun həmişə
gül həmdəm; Müdam o xəstə dilin gülşəni,
baharı ola. S.Ə.Şirvani. Daşqəlbli insanları
neylərdin, ilahi? M.Ə. Sabir. Qəmin əlində,
ilahi, dönüb ürək qaııə. M. Hadi. [Ana:]
İlahi, üç nəfər yetim balamı sənə tapşırıb
gedirəm. C. Cabbarlı.
İLAHİLƏŞDİRİLMƏ “İlahiləşdirilmək”-
dən fis.
İLAHİLƏŞDİRİLMƏK məch. Xariqüla-
də, ilahi bir qüvvə edilmək, Allah sifəti ve-
rilmək, Allah sayılmaq. // Allah kimi yük-
səldilmək, təqdis edilmək, Allah kimi qar-
şısında səcdə edilmək. Təbiət güclərinin
ilahiləşdirilməsi. - Ilahiləşdirilmiş, mələk
şimalı, əl çatmayacaq dərəcədə uzaq, xəyali
gözəlin yerini sadə, təbii, həqiqi gözəllər tu-
tur. M. İbrahimov.
İLAHİLƏŞDİRMƏ “İlahiləşdirmək”dən
fis.
İLAHİLƏŞDİRMƏK / Allah saymaq,
Allah sifəti vermək. // Allah kimi yüksəlt-
mək, qaldırmaq, təqdis etmək, Allah kimi
qarşısında səcdə etmək. Qədim insan odu
ilahiləşdirir, ona tapınırdı.
İLAHİLİK is. 1. Ülvilik, müqəddəslik,
yüksəklik. [Yaşlı kişi:] Mən bu səslərdə bir
ülviyyət, bir ilahilik görürəm. S. Hüseyn.
2. məc. Son dərəcə gözəllik, füsunkarlıq.
İLAHİYYAT is. [ər.] Dini ehkamlardan
bəhs edən sxolastik elm; din elmləri.
İLAHİYYATÇI is. İlahiyyatla məşğul
olan adam, ilahiyyat alimi.
İLAXIR [ər.] ( ixtisarı i. a.). Sıra ilə adları
çəkilən şeylərin axırında yazılır, ya deyilir
və onları davam etdirmək mümkün olduğu-
nu bildirir. Həmin [kitabdakı] nümunələrin
arasında saat, .. kəllə qənd, ağızlıq, kitab,
525
İLAN
çeşmək və ilaxır kimi şeylərin də şəkilləri
vardır. F.Köçərli.
İLAN is. 1. Bədəni uzun və qıvrılan
ayaqsız, adətən zəhərli dişləri olan sürünən
heyvan. Zəhərli ilan. Xallı ilan. - İlanın
ağına da lənət, qarasına da lənət. (Məsəl).
..Ağabala dərviş gürzə ilanları bazar dalına
töküb oynadırdı. Ə. Qəmküsar. [Eyvaz kişi]
özünü itirmədi, sağ əli ilə sol qoluna dola-
nan ilanın boğazından tutub gücü gəldikcə
çayııı içinə atdı. Ə.Vəliyev. □ İlan çalmaq
- ilan vurmaq. Bəziləri də deyirdilər ki,
Qara Məliki ilaıı çalıb öldiiıiib. M.S.Ordubadi.
2. тәс. Məkrli, xain, acıdil, kinli adam
haqqında. [Knyaz:] Sən də dəf ol ki, hövsə-
ləm bitdi ; ikiniz bir ilansınız, nankor!
H.Cavid. [Sona:] Məni o qara ilan Kamran
aldatdı. H.Nəzərli. [Vaqif:] Basma ayağını
bizim torpağa; İlandan, əqrəbdən yar ola
bilməz. S.Vurğun.
3. məc. İlan kimi qıvrılan, uzanan şey
haqqında. İlan yolu. - [Ələmdar] ilan tata-
rısını göydə tovlavıb, adam olanın boynuna
dolayırdı. S. Rəhimov.
0 İlan ağzından qurtarmaq - çox təhlü-
kəli, ağır, çətin, çıxılmaz vəziyyətdən qur-
tarmaq. İlan ağzından qurtulan quş (qur-
bağa) kimi - çox təhlükəli, ağır, çıxılmaz
vəziyyətdən qurtaran adam haqqında. Rü-
babə qapını bərk itələmiş, ilan ağzından
qurtulan quş kimi qaçmışdı. Mir Cəlal. İlan
çalmış kimi, elə bil ilan çaldı -bax ilan
vurmuş kimi 2-ci mənada. ..Qara çadralı
qız ilan çalmış kimi yerindən sıçradı.
Ə.Məmmədxanlı. İlan dili çıxartmaq, ilan
kimi dil çıxartmaq - acizanə yalvarmaq,
yazıq-yazıq xahiş etmək, yalvarıb-yaxarmaq.
[Güləndam:] Yusif bəy ilan dili çıxardır, elə
zarıyır, elə zarıyır, adamın yazığı gəlir.
N.Vəzirov. Həmzə .. Veysin qabağında gə-
rək ilan kimi dil çıxarda, an>ad kimi göz
yaşı tökə idi. Ə.Əbülhəsən. İlan əlindən
qurtarmaq - birini zülmdən, əziyyətdən,
istismardan azad etmək. Bir kimsə tapılmaz
yetə savaba; Qurtara fəqiri ilan əlindən.
Q. Zakir. İlan gözü kimi - çox az, çox zəif,
hissedilməz. [Veys] astaca ora yaxınlaş-
dıqda ilan gözü kimi işıq süzüldüyünü sezib,
İLAN-QURBAĞA
qulağını qapıya dayayaraq qulaq asdı.
Ə.Əbülhəsən. İlan mələyən - çox isti, qu-
raq və susuz. İlan mələyən çöllər. İlan vuran
ala çatıdan qorxar məsəl - başına gəldiyi
üçün çox ehtiyatlı, tədbirli hərəkət edən
adam haqqında. [Hacı Əhməd:] O səbəbə ki
ilan vuran ala çatıdan qorxar. C. Cabbarlı.
İlan vurmuş kimi - 1 ) əziyyətdən, ağrıdan
çapalayan, qovrulan adam haqqında. Ala pi-
şik bığlarını eşərək yerin ortasında yatmışdı,
çünki bu gecə Kosanın yuxusu ilan vurmuş
kimi kəsilmişdi. S. Rəhimov; 2) birdən sıç-
rayaraq, dik atılaraq, hövlnak. Yasavulbaşı
ilan vurmuş kimi yerindən sıçradı. M.Rzaqu-
luzadə. İlana ağı vermək - xəlvəti, əl altın-
dan təhrik etmək, gizlindən öyrədib qızış-
dırmaq. İlanın quyruğunu basmaq - birini
qəzəbləndirmək, hirsləndirmək. [Hacı
Tağı:] İndi adam vurub öldürmək vaxtı deyil,
ilanın quyruğunu niyə basaq? Ə.Əbülhə-
sən. Dili ilanı yuvadan çıxardır - bax
dil 1 . Elə bil ilan qovub - çox tələsik,
təngnəfəs, nəfəsi qaralmış halda. [Əziz] hər
gecə səhər alaqaranlığında elə gəlir ki, elə
bil uşağı ilan qovub. Ə.Məmmədxanlı.
İLANBALIĞI is. zool. Dəyirmiağızlılar
sinfindən ilanabənzər ibtidai onurğalı heyvan.
İLANBAŞIOTU is. bot. Alp zonasında
daşlı yamaclarda bitən boz tükcüklərlə ör-
tülü çoxillik ot bitki. İlanbaşıotu .. bəzən zi-
billi yerlərdə bitir. Tərkibində limon iyli ətirli
yağ, .. “A" provitamini vardır. M.Qasımov.
İLANCIQ 1 is. Kiçik ilan, ilan balası.
İLANCIQ 2 is. dan. Ayaqda, qolda yara
şəklində baş verən sümük vərəminin xalq
arasında adı.
İLAN-ÇAYAN top. İlan, əqrəb kimi san-
can heyvanlar. Səfər kişi bir-bir barmaqla-
rını qatlayaraq saydı: - Ilan-çayandan xə-
bəriniz varmı? Mir Cəlal. [Bəkir dedi:]
Yaxşı-yaxşı yat, ilan-çayan başınızdan çıx-
sın. İ.Hüseynov.
İLAN-ÇAYANLI sif. İlan və əqrəb kimi
heyvanlar çox olan yer. Mərkəzdən uzaq,
..kol-koslu, ilan-çayanlı bir düzdə Güllücə
kəndi bina olmuşdu. S.S.Axundov.
İLAN-QURBAĞA 1. top. Cürbəcür sürü-
nən heyvanlar; həşərat.
526
İLANLI
2. sif. dan. məc. Pis, oxunması mümkün
olmayan, cızma-qara, anlaşılmaz. İçəridən
ilan-qurbağa xətti ilə yazılmış qəribə yazı-
lar meydana çıxdı. S. Rəhman.
İLANLI sif. ilan çox olan, ilan yaşayan.
İlanlı yer. - İlanlı çöllərdə şəhərlər saldıq;
Dəyişdik dünyanın xəritəsini. S. Vurğun.
İLANLIQ is. İlan çox olan yer.
İLANOTU is. bot. Gövdəsi buğum-bu-
ğum, quraqlığa davamlı çoxillik ot (yem
bitkisi kimi istifadə olunur).
İLANOYNADAN is. İlaııı müxtəlif üsul-
larla özünə ram edib, onunla tamaşa göstə-
rən adam. Dolanır bağrını ilanoynadan; Bil-
də ki dərvişlər əlində kəşkül. M. Rahim.
İLANSAYAĞI bax ilanvari. Ilansayağı
yol dağların döşündən burularaq, kəmər
kimi aşağıya doğru enir.. M. İbrahimov.
İLANSOĞANI is. bot. Yumurtavari baş-
lıqlı və salxımşəkilli qısa saplaqlı çiçəkləri
olan soğanaqlı çoxillik bitki.
İLANÜZÜMÜ is. bot. Qırmızı meyvəli
yabanı kol bitki və onun meyvəsi.
İLANVARİ sif. İlan kimi, ilana oxşar;
qıvrılıb uzanan, əyri-üyrü. İlanvari boru.
İlanvari yol. - Bir neçə gün sonra Telli bal-
konda durub getdikcə incələşib gözdən itən
ilanvari kənd yoluna baxırdı. S. Hüseyn.
İLANYEYƏN is. zool. Qartallar fəsiləsin-
dən ilan yeyən quş.
İLANYOLU sif. Qıvrılıb uzanan, əyri-
üyrü, dolanbac. Ilanyolu (z.) dağa çıxdıq.
İLAŞIRI zərf Hər ildən bir. Ilaşırı istira-
hət yerini dəyişmək.
İLAVƏ bax əlavə.
İLBƏİL zərf İldən-ilə, il keçdikcə. Tuf
belə dövrana ki, bədtər olur; Seyri-fələk,
dövri-zanıan ilbəil. M. Ə. Sabir. Dəyişir il-
bəil mənim zahirim; Məsləkim, əqidəm də-
yişmir ancaq. B. Vahabzadə.
İLBİZ is. zool. 1 . Əksərən balıqqulağına
oxşar bərk çanaq içərisində yaşayan yum-
şaq bədənli molyusk. Tənək və sədəf ilbizlə-
rinin öyrənilməsindən aydın oldu ki, yum-
şaq bədənləri çanaq içərisinə alınmış hey-
vanlara ilbiz deyilir. "Zoologiya”. Ancaq
arabir ilbizlər bir-birinə səs verib fit çalır-
dı. C. Cabbarlı.
2. məc. Adamsancan, xəlvəti, əlaltından
iş görən adam haqqında. İlbizin biridir.
İLDIRIMLI
İLBİZLİK is. 1. İlbiz çox olan yer. Evin
dalı ilbizlikdir.
2. məc. Adam sancma, əlaltından, gizlin-
dən iş görmə. İlbizlik etmək.
İLDƏN-İLƏ zərf Hər il keçdikcə, get-
dikcə. Vətənimizin qüdrəti ildən-ilə artır.
İLDIRIM is. Havada yığılmış atmosfer
elektrikinin çox vaxt əyri-üyrü zolaq şək-
lində ani parıltısı. İldırım çaxmaq. İldırım
vurmaq. - [Almaz:] Bax gör, ildırım necə
vurur! C. Cabbarlı. Eyni anda ildırım, çaxıb
sel-su axan çölü gündüz kimi işıqlandırdı.
İ. Əfəndiyev.
0 İldırım kimi - çox tez, çox iti, çox
cəld, çox sürətlə. İldırım kimi qaçmaq. - At
qaratikanlığı yarıb, ildırım kimi süzüb, ilxı-
çının vanında dayandı. “Koroğlu”. Tamaşa
qorxunc bir qəhqəhə çəkərək ildırım kimi
çaya tərəf qaçır. S.S. Axundov. Hüseyn pil-
ləkənləri ildırım kimi yuxarı qalxdı.
S.Rəhman. İldırım sürəti ilə - çox iti, çox
sürətlə, çox tez, çox cəld. İldırım sürəti ilə
hərəkət etmək. - [Çopo:] ..[Quzatayın] or-
dunun qüvvəli bir hissəsini götürərək qarşı
dağın arxasına çəkilməsi xəbəri ildırım
sürəti ilə yayılmağa başladı. Çəmənzəmin-
li. Buludlar arxasında daldalanıb .. fürsət
gözləyən üç "M-109” birdən ildırım sürəti
ilə şığıdı. Ə.Vəliyev. İldırım vurmuş kimi
-bax ildırım kimi. İldırım vurmuş kimi
yerindən sıçradı, qalxdı. H.Nəzərli. Elə bil
ildırım (kimi, təki) vurdu - bərk, şiddətli
təsir, sarsıtma mənasında. Şahsənəm bu
sözü Qəribdən eşidən kimi elə bil onu ildı-
rım vurdu. “Aşıq Qərib”. [Gülçöhrə:] [Ar-
şmmalçmın] gözü gözümə sataşanda, elə bil
ki, ildırım kimi məni vurur. Ü. Hacıbəyov.
Bu söz ildırımtək onları vurdu; Bağrını
kababdan betər qovurdu. H.K.Sanılı. İldı-
rım sipəri - binanı, qurğunu və s.-ni ildı-
rım zərbəsindən qorumaq üçün yerlə bir-
ləşdirilmiş şaquli metallik mil şəklində qo-
ruyucu. Üstünə ildırım düşsün (çaxsın)
- qarğış, nifrin ifadəsi. [Fatma xanım:] Ay
səni öyrədənin üstünə ildırım düşsün!
N.Vəzirov.
İLDIRIMLI sif. 1 . Çox vaxt ildırım çaxan.
Ətəyində dalğalanan heyvanlar; İldırımlı
dağlar, çöllər bizimdir! A. Şaiq. Çoban Fər-
527
İLDIZ
zəlidən əli üzülən, Dəli dağuı ildırımlı gecə-
sini xatırlayan Alagöz hıçqıra-hıçqıra ota-
ğın küncünə çəkildi. S. Rəhimov.
2. məc. Təşbehlərdə: parlayan, işıqsaçan,
ehtiraslı, iti mənasında. Əsir qızın ildırımlı
gecələri andıran qara gözlərində .. [şair]
həyatının yeni bir məna ilə titrədiyini gördii.
Ə.Məmmədxanlı.
İLDIZ bax ulduz.
İLDÖNÜMÜ is. Hər hansı bir tarixi və b.
hadisədən daha bir il keçdiyini göstərən
gün. Müharibənin ildönümü. Şairin ölümü-
nün ildönümünə həsr olunmuş gecə.
İLƏ ( ixtisarı ...la, ...lə) qoş. Qoşııldıığu
sözlə bəzən (samitlə qurtaranda) bitişik,
bəzən də (saitlə qurtaranda) ayrı yazılıb
aşağıdakı mənalarda işlənir:
a) vasitə mənası bildirir. Qarovulçu,
kvadrat şəkilli bir taxta ilə yeraltı daxmanın
qapısını bağlayır. M.İbrahimov. Murtuza-
yev an'adı Yavəri barmağı ilə eyvana çağı-
rıb tapşırıq verdi. S.Rəhimov; b) birgəlik
bildirir. Atamla anam. Dayısı ilə xalası; c)
işin birlikdə görüldüyünü bildirir. Qurban
ilə Məsmə xala bir qədər söhbət elədilər;
S. Rəhman. Eyvazla Gülşən Xanpərinin ya-
nına getdilər. Ə. Vəliyev; ç) hərəkətin
müəyyən məkan boyunca icra olunduğunu,
davamını bildirir. Bağlamı arası ilə uzanan
bir yolla gedirdim. S. Hüseyn. Qocaman pa-
lıd meşəsinin arası ilə eşilən qarlar havaya
dikəlir, ağacların başından yuxarılara sov-
rulurdu. S.Rəhimov. Kim isə .. hasar dibi
ilə irəliləyirdi. Ə.Məmmədxanlı; d) iş və
hərəkətin tərzini bildirir. Dostum Ağabəy
əllərini heyrətlə bir-birinə çırpdı. A.Şaiq.
Gilasın fərəhi artır, gözləri sevinclə parla-
yırdı. Mir Cəlal.
İLƏLƏBƏD zərf[ər.] 1. Həmişə, daima,
nəhayətsiz, sonsuz olaraq.
2. Heç bir vaxt, bir daha, qətiyyən, əbə-
dən. İlələbəd sizə ayaq basmaram.
İLƏN “İlə” sözünün qədimi forması. Aşıq
gəlir saz ilən; Ördək ilən qaz ilən; Yar məni
yola saldı; Evdən ərkinaz ilən. (Bayatı). Çox
baxdığına, qəmzə ilən bağrın əzərsən; Hər
kimə ki baxmazsan, onunla nəzərin vaı; Fü-
zuli. Mərdlər ilən gəz ki, vəfadar olur; Na-
kəslərə yoldaş olan xar olur. M. V. Vidadi.
İLĞIM
İLƏRİ bax irəli. [Balaqardaş:] Kabab-
dan iləri bir az çörək-pendir .. gətir, qoçaq!
N.Vəzirov. Mən də evdən apardığını saxsı
çanağı iləri sürdüm. M. S. Ordubadi. Bu dəfə
köksünü vermiş iləri. S. Vurğun.
İLGƏK is. 1 . Paltarın yaxasında, qolunda,
cibinin ağzında və b. yerində düyməni və
ya qarmağı keçirmək üçün sapdan, qaytan-
dan düzəldilən balaca yarıq və ya halqa;
düymə yeri. Fabrikdə işləyən qızlar hər
düyməni, hər ilgəyi diqqətlə tikir, paltarın
möhkəm olmasına çalışırlar. "Az. qad.”.
2. Rəsmi paltarın yaxasında rəngli sırma.
[Zəhranın] əynində boz şineli, şinelin yaxa-
sında, yaşıl rəngli ilgəklərin üstündə qoşa
kubiklər vardı. Ə.Vəliyev.
3. Bax ilmə. 1-ci mənada [Səltənət]
xalçanı açıb diqqətlə hər şəklinə, hər naxı-
şına, hər ilgəyinə bir də baxdı. Mir Cəlal.
İLGƏKLƏMƏ “İlgəkləmək”dən f.is.
İLGƏKLƏMƏK f. İlgək vurmaq, ilgək
açmaq.
İLGƏKLƏNMƏ “İlgəklənmək”dən f.is.
İLGƏKLƏNMƏK/ İlgək tikilmək, ilgək
vurulmaq, ilgək açılmaq. Köynəyin yaxası
ilgəkləııib.
İLGƏKLİ sif. 1 . İlgəyi olan. İlgəkli yaxa.
2. Halqa şəklində düyünlənmiş. İlgəkli
ip. - Kapitanın yanındakı qarabuğdayı uşaq
qayığın baş tərəfindəki ucu ilgəkli uzun və
yoğun kəndiri kəmənd kimi atdı və dairəyə
keçirdi. M. Hüseyn.
İLGƏKŞƏKİLLİ sif. İlgəyə oxşar, ilgək
kimi.
İLGƏKVARİ bax ilgəkşəkilii.
İLĞAR is. qəd. Ansızın hücum, basqın,
düşmən torpağına süvari hücumu. □ İlğar
etmək - ansızın hücum etmək, basqın et-
mək. ..Cərrah ibni-Əbdiillah iyirmi beş min
nəfər ləşkər ilə üzərinizə ilğar edirlər, qafil
olmayasınız. “Dərbəndnamə”.
İLĞIM is. məh. Quru (susuz) çöllərdə bu-
xarın yerə yayılıb uzaqdan su kimi görün-
məsi hadisəsi; sərab. Bizim Əmirxan da il-
ğımlar kimi; Gah gözə görünür, gah qaçır
gözdən. S. Vurğun. Mən ilğımın nə olduğunu
coğrafiya dərsində oxumuşdum.. İ. Əfəndi-
yev. Dərənin hündürlərində, yanıb bozar-
mış güneylərdə duman kimi qatı ilğım qay-
nayırdı. İ. Hüseynov.
528
İLHAQ
İLHAQ is. [ ər .] Bitişdirmə, birləşdirilmə,
qatma, qatılma; əlavə etmə, əlavə edilmə;
qoşma, qoşulma. □ İlhaq etmək - birləş-
dirmək, bitişdirmək, qatmaq. İlhaq edil-
mək (olunmaq) - birləşdirilmək, qatılmaq.
Xəlifə Qızıl Arslanın məhv edilməsi nəticə-
sində Aran və Şimali Azərbaycanın Şirvana
ilhaq olunması ilə də razılaşır. M.S. Ordubadi.
İLHAQÇI is. Zorla bitişdirən, qəsbkar,
qəsbkarlıq siyasəti yeridən.
İLHAM is. [ər.] 1. Yaradıcılıq zamanı
özünü göstərən ruhlanma halı, yaradıcı fik-
rin yüksəlişi; ruhlanma, təb. Baxdıqca nur
əmən bu yeni etə; Sənətin ilhanıı açar qol-
qanad. A. Şaiq. Mən ilhamı bir dost kimi ;
İmdadıma çağırmışam. R.Rza. Sənətimə
can-qan gətirən, ilhamıma uçuş verən ba-
lamla fəxr elədim. B. Bayramov. □ İlham
almaq - bir şeydən ruhlanmaq, vəcdə gəl-
mək, yaratmaq üçün ondan qüvvə almaq,
təbə gəlmək. Yenə yaşıl don geyinmiş çə-
mənlər gülür; Təbiətdən ilham alıb ötür
qumrular. S. Vurğun. Barmağın gəzdikcə
pərdələrdə, mən; Min ilham almışam o nəğ-
mələrdən. Z.Xəlil. İlham vermək - ruhlan-
dırmaq, yaratmaq üçün qüvvə vermək, vəc-
də gətirmək, şövqləndirmək. Ey müqəddəs
həyat! Müqəddəs insan! Sana ilham verən
yalnız ürəkdir. S. Vurğun. Bu, Bayram kişi-
nin şair təbinə yeni bir ilham verdi. M. Rza-
quluzadə. İlhama gəlmək - bax ilham
almaq. Şair öz şerinə ilhama gəlib can ver-
sə; Şeri bir inci kimi aləmi, dünyanı gəzər.
S. Rüstəm. Əli içdikcə ilhama gəlib danışan
adamlardan idi. M.İbrahimov. O, yenə dü-
şünüb ilhama gəldi; Elə bil meşələr salama
gəldi. H.Arif.
2. İlhamla şəklində zərf - böyük həvəs-
lə, ruh yüksəkliyi ilə, ehtirasla, coşqun. İl-
hamla danışmaq. - Bizim ədəbiyyatımızda
humanizm coşqun ilhamla tərənnüm edil-
mişdir.
İLHAMÇI is. İlham verən, ruhlandıran,
şövqləndirən, ruh və yaradıcılıq qüvvəsi
verən şəxs. Odur ilhamçısı şerin, sənətin..
S.Vurğun.
İLHAMLANDIRMA “İlhamlandırmaq” -
dan fis.
İLHAMLANDIRMAQ/ İlham vermək, il-
ham oyatmaq, şövqləndirmək, ruhlandırmaq.
İLIQLATMA
İLHAMLANMA "İlhamlanmaq”dan f. is.
İLHAMLANMAQ/ İlhama gəlmək, vəc-
də gəlmək, ruhlanmaq. Gözəl mənzərə şairi
ilhamlandırır.
İLHAMLI sif. Coşqun, ehtiraslı, ilhamla
dolu. İlhamlı şair. - S. Vurğunun dərin il-
hamlı lirikası, xalq ruhunun əzəmətini ifadə
edən tarixi dramları, .. epik poemaları mə-
dəniyyətimizin qızıl fonduna daxil olmuş-
dur. M. Hüseyn.
İLHAMVERİCİ sif. İlham verən, ruhlan-
dıran, şövqləndirən. İlhamverici surət. İl-
hamverici gözəllik.
İLXI is. At sürüsü. Alı kişi neçə illər idi
ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”.
Nəbi .. yal-yanıacı bürüyən sürülərə, naxır-
lara, ilxılara .. tamaşa edirdi. S. Rəhimov.
İLXIBAŞI bax ilxıçı.
İLXIBAŞILIQ bax ilxıçılıq.
İLXIÇI is. İlxı çobanı.
İLXIÇILIQ is. İlxıçının işi, peşəsi. Alı kişi
nə qədər ilxıçılıq eləmişdi, belə şey görmə-
mişdi. “Koroğlu”.
İLIQ sif. 1 . Azacıq isti, nə soyuq, nə isti,
hərarətcə mülayim. İlıq su. - Bayırda ilıq
bir bahar havası tənəffüs edilirdi. S.Hüseyn.
ilıq günəş lopa-lopa buludların arasından
üzünü göstərib, havanı qızdırmağa, yeri qu-
rutmağa başlamışdı. Ə.Əbülhəsən. Günəşin
ilk ilıq şüaları sularda oynaşırdı. S.Vəliyev.
2. Tamam bişməmiş, bərk bişməmiş, ya-
rımmaye halında bişmiş. İlıq yumurta.
3. məc. şair. Hərarətli, oxşayıcı, nəvaziş-
li, mehriban, xoş. Bu kəlmələrdə xalqın ilıq
nəfəsi vardır; Qalib yeni dünyanın ölməyən
səsi vardır. R.Rza. Bu zərbələrdən duyduğu
ağrılar da .. [Buğaca] anasının ilıq ipək
busələri kimi dadlı gələrdi. M. Rzaquluzadə.
[Bəyim xalanın] ilıq təbəssümündə, yorğun
baxışlarında bir məzəmmət duyurdum.
İ.Hüseynov.
İLIQLANMA “İlıqlanmaq”dan / is.
İLIQLANMAQ bax ilıqlaşmaq.
İLIQLAŞMA "İlıqlaşmaq”dan/w.
İLIQLAŞMAQ / Azca qızmaq, ilıq ol-
maq, istilənmək, soyuqluğu getmək. Dəni-
zin suyu ilıqlaşıbdır. - Hava necə isti idisə
də, su tamam ilıqlaşmışdı. M.Hüseyn.
İLIQLATMA “İlıqlatmaq”dan fis.
529
İLIQLATMAQ
İLIQLATMAQ/ Azca qızdırmaq, istilət-
mək, ilıq hala gətirmək.
İLIQLIQ is. İlıq şeyin halı; hərarətcə mü-
layimlik, azca istilik. Yağış mövsümü hələ
başlamamışdı, istilər çəkilmişdi, lakin ha-
vada xoş bir ilıqlıq var idi. Çəmənzəminli.
İLIQTƏHƏR sif. Azacıq isti, ilıq halda olan.
İLINMA “İlmmaq”dan /is.
İLINMAQ f. dan. 1. İlıqlaşmaq, azacıq
qızmaq.
2. İlıq bişmək (yumurta).
İLITMA “İlıtmaq”dan/w.
İLITMAQ f. dan. Azacıq qızdırmaq, ilıq
eləmək. Maya suyu ilıtdı, dolçanı doldurdu.
S. Rəhimov.
İLİK is. 1 . İnsanın, həmçinin onurğalı hey-
vanların sümüyü içərisində olan yağaoxşar
yumşaq maddə. [Rizvanın] iliklərində buz
kimi bir uçunma gəzməyə başladı. S.Rəhimov.
2. məc. Təşbehlərdə: ağ, zərif, lətif.
..Leylək də arıq dəvə kimi diz çökdü, üzüyü
Zəriııtac xanımın ağ ilik barmaqlarının bi-
rinə keçirdi. S.Rəhimov. Nazik əllərində ilik
kimi ağ barmaqları görünürdü. Ə.Vəliyev.
0 İliyinə işləmək, iliyinə-damarına
(qədər) işləmək (keçmək) - çox dərin tə-
sir etmək, nüfuz etmək. Soyuq hava adamın
iliyinə işləyirdi. M.Hüseyn. Şaxta [qadının]
iliklərinə işləyir. Ə.Məmmədxanlı. Gah na-
rın, iliklərə işləyən bir çiskin saatlarla da-
vam edir. M. Rzaquluzadə. İliyinə-sümü-
yünə qədər işləmək (keçmək) -bax ili-
yinə işləmək, iliyinə-damarına (qədər)
işləmək (keçmək).
İLİKLİ sif. İçində ilik olan. II ıkl i sümük.
İLİKSİZ sif. İçində ilik olmayan, lliksiz
sümük.
İLİM-İLİM: ilim-ilim itmək, ilim-ilim
getmək - tamamilə yox olmaq, yoxa çıx-
maq, izsiz itmək. Göy üzü kilim-kilim ; Yar
itdi ilim-ilim; Kəsin düşmən dilini; Doğra-
yın dilim-dilim. (Bayatı). Laçın seydgaha
qılanda güzar; ilim-ilim itər bayquş, yapa-
laq. Q.Zakir. Alagözlü gəlin Göygölü düşü-
nürəm; Bu yerlərdən ilim-ilim itib qaçan;
Azarı, ölümü düşünürəm. N.Rəfibəyli. İlim-
ilim itirmək - 1) səsi bir daha gəlməyəcək
yerlərə, uzaqlara göndərmək, uzaqlaşdır-
maq; sürgünə, həbsə göndərmək. O atın
İLİŞİK
ölümünü məndən gördün, məni ilim-ilim
itirdin. Mir Cəlal; 2) yox etmək, yoxa çı-
xarmaq, öldürtmək.
İLİNMƏ “İlinmək”dən f.is.
İLİNMƏK/ məli. Azca qızmaq, ilıq ol-
maq. Yazda çayın suyu ilinir.
İLİŞDİRİLMƏ “İlişdirilmək”dən/w.
İLİŞDİRİLMƏK məch. 1. İlişik hala sa-
lınmaq, taxılmaq, keçirilmək, bənd edilmək.
2. məc. Bərk vurulmaq, çəkilmək.
İLİŞDİRMƏ “İlişdirmok”dən f.is.
İLİŞDİRMƏK f. 1 . Bir şeyi başqa bir şeyə
keçirib bənd etmək, taxmaq; bir şeyi çən-
gəl, mıx, düymə və s. bu kimi şeylərlə tut-
durmaq. Hacı Aslan çuxasının ətəklərini
qurşağına ilişdirib, qoçu dəstəsinin qaba-
ğında o tərəf-bu tərəfə fırlandı. M. S. Ordu-
badi. [Məmməd xan:] [Balacayev] əyninə
ağ xalat geymiş, .. gözlərinə ağ dəmir sapb
eynək ilişdirmişdi. S.Rəhimov. Yusif, fənəri
al, bu biri mıxa ilişdir. P.Makulu. // Bağla-
maq, bənd etmək. Atı bir yerə ilişdir. İpin
ucunu ağaca ilişdirmək. H Dolaşdırmaq,
dolaşıq salmaq.
2. Güllələri, patronları dalbadal lüləyə
verməmək. Yaxşı tüfəngdir, hayıfki, hərdən
ilişdirir.
3. məc. Bərk vurmaq, çəkmək (sillə,
yumruq, təpik və s.). Gözünə döndüyüm,
faytonu tərpədib bunun böyründən nə tövr
ilişdirdisə, təpəsi üstə getdi lığın içinə, ürəyi
getdi. Ə. Haqverdiyev. Telli bütün acığını
[pişikdən] çıxarmaq istəyirdi. Ayağı ilə ona
bir təpik ilişdirdi. S. Hüseyn. Qadın .. [qaro-
vulçuya] bir neçə sərt söz söylədi və nəha-
yət, bir yumruq ilişdirdi. Çəmənzəminli.
4. dan. (Birisinin) işini qarışdırmaq, pis
bir əngələ salmaq, dolaşığa salmaq, dolaş-
dırmaq. Onu yamanca ilişdirdilər.
İLİŞİK 1 . sif. Düyün, pırtlaşıq, ilişmiş şe-
yin halı. İlişik ip. İlişik məftil. H Is. məna-
sında. Bayaqdan yazıq qadın neçə dəfə məf-
tili ilişikdən qurtarıb. Mir Cəlal.
2. məc. Dolaşıq, qarışıq. İlişik fikirlər.
3. is. Münasibət, əlaqə, asılılıq. Onunla
heç bir ilişiyim yoxdur.
4. is. Əngəl, maneə. İşimdə heç bir ilişik
yoxdur. □ İlişiyə düşmək - əngələ düş-
mək, pis bir işə dolaşmaq.
530
İLİŞİKLİ
İLİŞİKLİ 1 . sif ilişiyi olan (bax ilişik 2-ci
menada). İşi ilişikli (z.) qoyma.
2. Əngelli, dolaşıqlı. İlişikli iş.
İLİŞİKSİZ sif. 1 . İlişiyi olmayan.
2. məc. Əngəlsiz, maneəsiz, qolay. Cab-
barlının .. qısa yaradıcılıq yolu heç də ha-
mar və ilişiksiz olmamışdır. M.Arif.
İLİŞKƏN sif İlişən, dolaşan; əl-ayağa,
paltara yapışan, sancılan. İlişkəıı cücü. İliş-
kən ot. - Balaca Sabir sərt və ilişkən bir şe-
yin döşündə gəzdiyini görüb gözlərini açdı.
S. Rəhimov.
İLİŞKƏNLİK is. İlişkən şeyin hal və xas-
səsi, ilişmə, yapışma xasiyyəti.
İLİŞMƏ 1. “İlişmək”dən/w.
2. məc. Maneə, əngəl, ilişik. Səkkiz nə-
fərlik təmir mexaniki briqadam var, harada
bir ilişmə oldu, göndərirəm. Mir Cəlal.
İLİŞMƏK/ 1. Taxılmaq, taxılıb qalmaq,
bir şeyə keçib qalmaq. [İlyasın] saçlarına
quru ot və saman çör-çöpləri ilişmişdi.
Ə.Məmmədxanlı. I Qarmaq, mıx kimi iti bir
şeyə keçmək. Paltarım mıxa ilişdi. - Çə-
pərdən hoppananda dəsmal tikana ilişdi.
Mir Cəlal. Tez geri hərləndim, amma quş
doğrudan da kola ilişmişdi. M.Rzaquluzadə.
2. Bir şeyə toxunmaq, dəymək, ayağı
dolaşmaq. Ayağı daşa ilişmək. Qapıya iliş-
mək. - Nabələd əcnəbi hündür səkilər üs-
tündən bir ııeçə qədəm yüyürdüyündən
ayaqları pilləkənlərə ilişdi. S.M.Qənizadə.
Qaraca qızın sağ ayağı kola ilişib qanadı.
S.S. Axundov. Nadir kola ilişib yıxıldı.
İ. Əfəndiyev.
3. Dolaşıq düşmək, dolaşmaq, qarışmaq,
bir-birinə keçmək, ilişmiş kimi ayrılma-
maq. Həmişə radio xətti ilişir telefon xətti-
nə, dəstəyi qulağına götürəndə, ya son
xəbərlər eşidirsən, ya da ki muğamat. “Kir-
pi”. □ İlişib qalmaq - bir yerə, bir şeyə di-
rənərək və ya toxunaraq, maneəyə rast gə-
lərək durmaq, hərəkət etməmək. Su ilə
üzən ağaclar daşlara ilişdi.
4. Bir yerdə bənd olub qalmaq, ləngimək,
ilişib qalmaq. [Mirzədadaş:] ..Sən get evə
dəy, mən də gedim görüm, arvad süfrəni
açıbdırmı? Bax, artıq ilişinə ha... N.Vəzi-
rov. □ İlişib qalmaq - 1) getdiyi və ya
İLK
keçdiyi bir yerdə müvəqqəti olaraq qalmalı
və ya yaşamalı olmaq. [Mirzə:] ..Elə olsun
ki, gəlsin, görsün ki, şirni də içilib, tamam
olub, ondan sonra ilişib burada qalasıdır.
Ə. Haqverdiyev. İndiyə qədər də ..[Meşino-
vun] xırda-para işlərdə ilişib qalmağı
yalnız müvəqqəti bir haldır. S. Rəhimov;
2) məc. maneəyə rast gələrək çıxa bilmə-
mək, qalmaq. Qulu öskürdü. Sanki boğazın-
da sümük ilişib qaldı. M. İbrahimov. Qarı-
nın dodaqları titrədi. O, nə isə xəbər almaq
istədi, amma sözləri boğazında ilişib qatdı.
M. Hüseyn. Rəşid isə dodaqlarında ilişib
qalmış çaşqın bir təbəssümlə gah Nərgizə,
gah Nərminə xanıma baxaraq nə edəcəyini
bilmirdi. Ə.Məmmədxanlı.
5. məc. Sataşmaq, öcəşmək. Uşağa iliş-
mək. Hər şey üçün adama ilişmə!
6. məc. Bənd olmaq, gözü tutmaq, istə-
mək. Bir gözələ ilişmək.
7. məc. dan. Acgözlüklə yeməyə başla-
maq. Qız, uşaqları ovudub getdi, ortalığa
çörək qoydu. Şahzadə Miitalib də bir tərəf-
dən ilişdi çörəyə. (Nağıl). Molla baqqaldan
bu sözü eşitcək ilişir kişmiş-noxuda.
“M.N.lətif.”
İLİTMƏ “İlitmək”dən fis.
İLİTMƏK/ məh. Qızdırmaq (suyu, xörə-
yi, çayı və s.-ni). Kərim də bu uşağa yenə
ata kimi öz qüvvətli qollarını açdı, onu öz
komalarına gətirdi, əvvəlki kimi ocaq işıl-
datdı, su ilitdi, onu saxladı. S.Rəhimov.
İLK sif. 1. Birinci, əvvəlinci, ən əvvəl
olan, ən qabaq ( son qarşılığı). İlk uşaq. İlk
təəssürat. İlk əsər. İlk sıra. - [Səmirə:] İlk
günlərdə öz xəstəliyimdən çox, palatada
uzanmış yoldaşlarımın vəziyyəti ilə maraq-
lanırdım. M.Hüseyn. Pambıq yığımının ilk
günü tamam bir bayrama çevrilmişdi.
I.Əfəndiyev. □ İlk bahar bax bahar.
// Lap birinci, lap əvvəl. Onun təpəsində ilk
gündən mənim ; Buludlar içində durur məs-
kənim. M.Rahim. Əşrəf Nazlını ilk görən
günü sevdi. S. Rəhman. // Əvvəl, başlanğıc,
ibtida. Dünyada hər könül yüksəliş arar;
Varlığın nə ilki, nə axırı var. S. Vurğun.
2. Başlıca, əsas, ən vacib, ən mühüm.
Elimin olsa da aslan ürəyi ; Ehtiyatdır igidin
ilk bəzəyi. A.Şaiq.
531
İLKCƏ
3. İlki şəklində - ananın ilk uşağı, övladı.
Hər kimin ilki dursa, mülkü də durar. (Ata.
sözü). [Diyar kişi:] İlkim oğul olsaydı, indi
mən də kəndin ən varlı adamı idim.
Ə.Məmmədxanlı. Bahadır ilkiydi Rüstəm
kişinin; Qamətdə, cüssədə sanki özüydü.
B. Vahabzadə.
0 tik baxışda (nəzərdə) - 1) əvvəlcə.
[Muradın] ilk baxışda gözlərinə inanmağı
gəlmədi... "Bəlkə azmışam”, - deyə zənn
etdi. S. Hüseyn; 2) baxan kimi, görən kimi.
Öylə bir incə şeirsən ki, sana; Ürəyim ilk
baxışda bağlandı. A.Şaiq. Ormanlar içində
durur Talıstan; Ona ilk baxışda vurulur in-
san!.. S.Vurğun. İlk baxışdan - dərhal,
üzünə baxan kimi. Qarının yanındakı ağ-
bəniz cavanın naxoş olduğu ilk baxışdan
məlum idi. Mir Cəlal, tik dəfə - birinci
dəfə, əvvəlinci dəfə. Əsmər həyatında ilk
dəfə olaraq əsəbiləşmişdi. S. Hüseyn. Həya-
ta ilk dəfə baxandan bəri; Göz yaşı görmə-
miş ala gözləri. S.Vurğun. Elçinin və xüsu-
silə, ova ilk dəfə gəlmiş Tofıqin səbri tükən-
mişdi. M.Rzaquluzadə. İlk əldə - birinci
növbədə, hər şeydən qabaq, dərhal. Mənim
ilk eşqimi, ilk əldə haman; Gömdülər, bil-
mədim amma nərəyə! Ə.Cavad. İlk öncə - ən
birinci olaraq, əvvəlcə. Mən gurultu qopar-
mağı ilk öncə; Alov gözlü şimşəklərdən öy-
rəndim. M.Müşfıq. İnsanlar dəstə-dəstə kö-
çüb Taxça-Taşa; İlk öncə düşündülər: mək-
təbsiz şəhər olmaz. S.Rüstəm. İlk söz - giriş,
giriş sözü, başlanğıc, müqəddimə.
İLKCƏ sif. və zərf Ən birinci, ən əvvəl:
hamıdan qabaq.
İLKİN 1. zərf İlk olaraq, birinci olaraq,
ilk dəfə, birinci dəfə. Gözümü dünyaya
açanda ilkin; Anamı görmüşəm, səni gör-
müşəm. S.Rüstəm. Bulağın suyundan ilkin
içmək şərəfini qırx cavana verirlər. R.Rza.
Elə bil ki, ilkin gördüm; Kainatda günəşi.
N.Rəfıbəyli.
2. sif İlk, birinci, ilkin məlumat. İlkin ta-
nışlıq. - Ana, ana! Bu kəlnıəcik hər körpə-
nin ən ilkin; Öyrəndiyi bir kəlmədir, əmdiyi
süddən şirin. A.Şaiq. Etiraf edənin hər sözü
min-min; Səhər günəşinin ilkin nurudur.
B. Vahabzadə.
İLKİNCİ sıra s. Birinci.
İLLA
İLKİNDİbax ikilidi [Molla İbrahimxə-
lil:] Molla Həmid, Nuxadan yola düşən
adamlar. Şeyx Salahın yazmağına görə, gə-
rək bu gün ilkindi çağı buraya yetişsinlər.
M. F.Axundzadə. İlkindi çağıydı. Əşrəf yol-
daşları ilə bərabər salonda dərs hazırlarkən
mürəbbi qapını açaraq, "Əşrəf!” - deyə
bağırdı. A.Şaiq. Mən hər ilkindi çağı üfüq-
lərə baxanda; Canlanırsan gözümdə, bir
bənövşə yaxanda. R.Rza.
İLQAR is. [ər. “iqrar”dan] 1 . Söz vermə,
əhd, vəd, vəfa. İlqarından dönən namərd-
dir. (Ata. sözü). [Koroğlu:] Üz tutmuşam,
bu diyara gəlmişəm; Çənlibeldən bir ilqara
gəlmişəm. “Koroğlu”. Biz ki ilqar keçirmi-
şik aradan; Amin desək, tez düzəldər Yara-
dan. Aşıq Ələsgər. Gün çıxar, əriyər dağla-
rın qarı; Pozulmaz dostların əhdi, ilqarı..
N. Rəfıbəyli. □ İlqar almaq - söz almaq,
vəd olmaq, əhd bağlamaq. Dəfələrlə bulaq
başında onunla görüşmüş, sevişmiş və on-
dan, öz istilahlannca, ilqar almışdı. A.Şaiq.
İlqar vermək - söz vermək, vəd etmək,
əhd etmək. Yüz il keçsə öz yarımdan dön-
mərəm; ilqar verdim, ilqarımı danmaram.
Qurbani. İlqarına düz çıxmaq - verdiyi
sözün, əhdin üstündə durmaq, sözünə sadiq
olmaq, vəfalı çıxmaq. Seyran ilqarına düz
çıxıb, yoldaşını satmadı. M. Hüseyn. İlqa-
rından dönmək - verdiyi sözə əməl etmə-
mək, əhdini pozmaq, vəfasız çıxmaq. Abas
ağlar zarı-zarı; Getməz könlümün qubarı;
ilqarından dönən yarı; Tanrı tezbazar ey-
ləsin! Aşıq Abas.
2. məli. Hörmət mənasında. Uşağa buyu-
ranın ilqarı olmaz.
İLQARLI sif. İlqarında möhkəm, sözünün
üstündə duran, əhdinə əməl edən; vəfalı.
Gedirdim yaraq ilə; Ot biçdim oraq ilə; Bir
Uqarlı gözəli; Gəzirəm çıraq ilə. (Bayatı).
İLQARSIZ sif. Əhdini pozan, sözündə
durmayan, vəfasız. Su gələr, asta gedər;
Astabaasta gedər; Ilqarsız qız yanına; Sağ
olan xəstə gedər. (Bayatı). Sən yaxşıya can
de, xaini dağla; Ilqarsız adamın nitqini
bağla. Aşıq Şəmşir.
İLLA əd. [ər.\klas. 1 . İstisna bildirir: ...dən
başqa, ...dən savayı. Cismində yox özgə
dərdə tabı; İlla qəmi-eşq iztirabi. Füzuli.
532
İLLAH
Əvət, hər şey para ilə əldə edilir; İlla fəzilət
və insaniyyət! H.Cavid. □ Və illa klas. - bun-
dan başqa. Və illa min-min illər keçər ki, bu
murad lıasil olmaz. M.F.Axundzadə. Və Ula
hər bir mövcudatın bir müəyyən təklifi var-
dır.. C.Məmmədquluzadə.
2. Yoxsa, əks halda. [Durnalar] ahəstə
keçib getsinlər və illa, şahin və laçın duyuq
düşüb, onların siirbəsini dağıdar və qızıl
qana boyar. F. Köçərli.
3. Bəzən “da” ədatı və “ki” bağlayıcısı
ilə - xüsusən, ələlxüsus.
İLLAH, İLLAH DA [ər. “illa”dan] dan.
bax İlla 3 -cü mənada. [Gülşənəm:] Yaxşı
dedin qoydun? Bizim tövlələrdə yanan
[elektrik] adamın gözlərini qamaşdırır,
illah da ki mənim kimisiniıı. M.Hüseyn. İllah
da ona görə ağır oldu ki, Əııtərzadə özünü
mərkəz adamı sayırdı. Mir Cəlal. □ İllah
etmək (eləmək) dan. - and vermək, yal-
varmaq, təkid etmək, çox çalışmaq. Ha illah
elədik. Kəmalədən söz çıxara bilmədik.
M.Hüseyn. [Əhməd:] Hacı, inadı var, xahiş
eləyərsən oxumaz, nə illah eləyirsən oxu-
mayanda oxumaz! İııaddı! Mir Cəlal. Hərçi
illah elədi(lər) dan. - nə qədər çalışdılar-
sa), səy etdi(lərsə), əlləşdi(lərsə). Vəzir, və-
kil yığılıb münəccim çağırdılar, hərçi illah
elədilər, yuxuııu yozub bir yana çıxarda
bilmədilər. (Nağıl).
İLLƏRLƏ, İLLƏRCƏ zərf Bir çox illər
boyu, bir neçə il, illər uzunu, illər ərzində.
İllərlə bir iş üzərində işləmək. İllərlə yol
gözləmək. İllərlə təcrübə əldə etmək. - Hər
kimin ağı qara isə utansın, a balam! Bəlkə
illərcə yatanlar bir oyansın, a balam!
M. Ə. Sabir. Bəlkə illərcə dayansan nazına;
Sadə bir kərrə gülümsər o sana. H.Cavid.
İllərcə dayandın arxan divarda; Hər gələn
yolçuya dəhşətlə baxdın. M. Müşfiq.
İLLƏT is. [ər.] 1. Xəstəlik, azar. Mən za-
minəm ki, olmaya bir illət ilə fövt; Hər xəs-
təyə dava edələr gər şərab ilə. S.Ə.Şirvani.
Bu illətin Allaha qalıb bircə davası.
Ə.Nəzmi. [Qurban:] Məsələ küləkdə deyil,
professor, görünür, o qəndil ağaclarının
özündə bir illət var. Ə.Məmmədxanlı. // Cis-
mani nöqsan, qüsur. [Şeyx Mərvan:] İştə
İLLÜSTRASİYA
çirkinlik öylə bir illət; Ki, dəmadəm qazan-
dırır nifrət. H.Cavid.
2. Bir şeyə səbəb olan hal, əsil səbəb.
Ucuzdur, var illəti; Bahadır, var hikməti.
(Ata. sözü). Millətimizin ehtiyacı, qüsur və
nöqsanımızın illəti, dalda qalmağımızın sə-
bəbi nədə isə, gərəkdir dürüst təhqiq və təd-
qiq oluna. F.Köçərli. Lakin ondan da övladı
olmadı, buna Xədicə artıq şad idi, çünki il-
ləti ərində görürdü. S.S.Axundov.
3. Məqsəd, arzu, niyyət. Aşıq, nədir illə-
tin? Ürəkdə var niyyətin; Məni heyran qo-
yubdur; Şirin sözün, söhbətin. (Bayatı). De-
dik, qoy yaşasın, nə minnəti var? Bəlkə çil
toyuğun bir illəti var! S. Vurğun.
İLLƏTLİ sif. 1. Bir illətə (xəstəliyə, aza-
ra) mübtəla olan; xəstə. ..[İflic] azarına
mübtəla olan bir bədənin məriz və illətli
hissəsi salamat olan hissəsinə kömək əvəzi-
nə ağırlıq və əziyyət yetirir.. F.Köçərli.
// Cismani nöqsanı, qüsuru olan.
2. Bir səbəbi, illəti olan.
İLLƏTSİZ sif. Səbəbsiz. [Şeyx Sənan:]
Ah, Xumar, Xumar! Niyə gəldin? Deyil bu,
illətsiz; Məni məhv eləməkmi niyyətiniz?
H.Cavid.
İLLİK sif. 1 . Bir il davam edən və ya da-
vam etmiş. İllik ezamiyyət. İllik fəaliyyət. İl-
lik gəlir. İllik orta temperatur. II Bir il üçün
nəzərdə tutulmuş, bir il üçün hesaba alın-
mış. İllik hesabat. İllik tapşırıqlar yerinə
yetirilmişdir. - Tahir bir neçə gün əvvəl illik
planı doldurduqlarını söylədi. M.Hüseyn.
[Usta Qəzənfər:] Dəniz neftçiləri illik planı
vaxtından əvvəl yerinə yetiriblər. Z.Xəlil.
// İldə bir dəfə çıxan, ildə bir dəfə olan, illik
məcmuə. Akademiyanın illik yığıncağı.
2. Bir yaşında. İllik bala. - Siz sərv kimi
sərkəş olub böylə boy atdız; İllik beçətək
banlayaraq xalqı oyatdız. M.Ə. Sabir.
...illik - ilin sayını bildirən mürəkkəb
sözlərin ikinci tərkib hissəsi; məs.: beşillik,
üçillik, ikiillik.
İLLÜMİNATOR is. [lat.] Hava və su
nəqliyyatı vasitələrində şüşəli pəncərə.
İLLÜSTRASİYA [lat.] Kitabın mətni ilə
əlaqədar olan və bu mətnin izahına kömək
edən şəkil. Jurnalın beşinci nömrəsində
dərc olunmuş “ Məclisi-ədəb ” şəkli miisəl-
533
İLLÜSTRATİV
inanlarda susmanın, mütiliyin və tam süku-
tun nə qədər uca bir mərtəbədə tutulduğunu
göstərən ən yaxşı illüstrasiyadır. F. Köçərli.
Kitab illüstrasiyası janrı sərgidə olduqca
zəif təqdim olunmuşdur. (Qəzetlərdən).
İLLÜSTRATİV sif. [lat.] Əyani. Lüğətdə
illüstrativ material. // illüstrasiyaya aid, il-
lüstrasiya məqsədi daşıyan.
İLLÜSTRÄTOR [lat.] Kitabın mətninə
dair şəkillər çəkən rəssam; kitab rəssamı.
İLLÜZİONİST [fr. illusion-dan] 1. İllü-
zionizm (1-ci mənada) tərəfdarı.
2. Müxtəlif və mürəkkəb üsul və vasitə-
lərin köməyi ilə cürbəcür fokuslar göstərən
sirk artisti; gözübağlıca.
İLLÜZİONIZM is. [fr.] 1. Maddi aləmin
illüziyadan - yanlış təsəvvürlərdən başqa
bir şey olmadığını iddia edən, elmə zidd,
idealist fəlsəfi görüş.
2. Sehrbazlıq, gözbağlıcalıq.
İLLÜZİYA \fr.] Olmayan bir şeyi həqiqi
bir şey kimi qəbul etmə; yanlış, səhv təsəv-
vür; xəyal. [Teatr direktoru:] Çiinki biz səh-
nədə bəzən boyalar vasitəsilə illüziya yara-
dırıq, alaqapı isə möhkəm materialdan dü-
zəlir. M.Hüseyn. // Boş ümid, xam xəyal.
Bunların hamısı illüziyadır.
İLMƏ is. 1 . Toxunma şeylərin (xalça, co-
rab, parça və s.-nin) ayrı-ayrı halqaşəkilli
düyünləri. İlmə salmaq. İlmə vurmaq. - Usta-
başı kənarda durub .. təlimat verir, qabarlı
əllər ilmə düyürdü. Çəmənzəminli. Qız ke-
çib dəzgcıh arxasında oturdu, barmaqları ilk
ilmələri vurarkən gözlərində dərhal, bir za-
man nanəli dərədə gördüyü çiçəklərin xəya-
lı hərəkətə gəlib canlandı. Ə.Məmmədxan-
һ. Oının hər ilməsində, hər xalında və hər
gülündə Hikmətin ağ və möhkəm barmaq-
ları görünürdü. Mir Cəlal.
2. Kisə kimi şeyləri açıb-bağlamaq,
asmaq üçün qaytan. Ondan çantanın ilməyi-
ni qoluna taxmağı xahiş etdi. Ə.Əbülhəsən.
//bax ilgək 1-ci mənada. Yaxamın ilməsi
yox; Qırılıb düyməsi yox: Məni qoyub ge-
dəli; Üzümün gülməsi yox. (Bayatı).
İLMƏK is. 1. Asanlıqla açılan düyün.
Mustafa bəy örtüyü götürdükdə bir dənə il-
mək hörülmüş kəndir görür. Ə.Haqverdi-
yev. ..Belindən qayışını açıb bir ucunu onun
İLTİFAT
buynuzuna ilmək kimi salıb çəkdi. M.Rza-
quluzadə.
2. B ax ilmə. Səltənət bu şəkillərə vurdu-
ğu hər ilmək, hər xal üstündə əsmişdi. Mir
Cəlal.
İLMƏKLƏMƏ “İlməkləmək”dən f. is.
İLMƏKLƏMƏK f. 1. İlməyə keçirmək,
ilməyə bənd etmək.
2. İlmək vurmaq.
İLMƏKLƏTMƏ “İlməklətmək”dən. f.is.
İLMƏKLƏTMƏK icb. İlməklə bağlat-
maq, ilməyə bənd etdirmək.
İLMƏKLİ sif. İlmək vurulmuş, ilməyi
olan. İlməkli ip.
İL-MÜDAM zərf Daim, həmişə. Həsrə-
tindən sızıldaram sübhü şam; Cisin xəstə,
gözü yaşlı il-müdam. Aşıq Nəbi. Arizdən
Мәспипә tez yetir pəyam; Nə dolanır səhra-
larda il-müdam. Aşiq Ariz.
İLTİCA is. [əı:] 1. Sığınma, birinin yanı-
na qaçıb himayə istəmə, pənah gətirmə.
[Fərhad:] Mən ömrümdə bir kəsə yalvarma-
dığım halda, namusum yolunda iltica dili
açaraq sizə yalvarıram. C. Cabbarlı. [Sarı-
köynəyin] gözlərinin dərinliklərində rica ilə
qarışıq bir iltica xahişi var idi. S.FIüseyn.
□ İltica etmək (eyləmək, gətirmək) - pə-
nah gətirmək, sığınmaq, himayə istəmək.
Dərgahına saqi eylər iltica ; Baş əyər süra-
hi, piyalə sənə. Q.Zakir. [Xanım:] Siz bilir-
siniz ki, mən onun xanımı deyiləm, zatəıı
aramızda iyirmi yaş fərq var. Ancaq bir
parça çörək üçün evinə iltica etmişəm..
Çəmənzəminli.
2. ınəc. Xahiş, rica, yalvarış. Aşıq-məşuq
olub, qəlbi yanmasa; Bir bu qədər ilticayə
düşərini? Aşıq Ələsgər. Uzun ilticadan
sonra Babaxan qızı inandırmışdı. Mir Cəlal.
□ İltica etmək (eləmək) - xahiş etmək,
rica etmək. Məşədi Əsgər təcil ən., [müsa-
firə] tərəf yan alıb, çamadanını aparmaq
üçün öz dili ilə ona iltica etdi. S.M.Qəniza-
də. ..Mirzə Fətəli əziz və mehriban dayısının
ayağına düşüb, ondan .. iltica eləyir ki, onu
qulluğa qoysun. F. Köçərli.
İLTİFAT is. [ər.] 1. Lütfkarlıq, lütf, mər-
həmət, etina. Vardır şirin-şirin xoş ixtilatın:
Nə fayda Vaqifə yox iltifatın. M.P.Vaqif.
Kəsmə iltifatın qul Ələsgərdən; Kərəmli
534
İLTİFATKAR
sultanım, getmə, amandı. Aşıq Ələsgər.
[Eldar:] Mən ağlımı itirmişəm, mənim izti-
rablarımı sənin ancaq belə iltifatların azal-
da bilər. S. Hüseyn. // Hörmət, ehtiram, hüsn-
təvəccöh, gülər üz göstərmə, xoş münasi-
bət. Qan Aqilin ürək tərpədən iltifatına
qarşı indi heyran-heyran baxır. S.Rəhimov.
Cəmil utandığından cavab verə bilməyir,
yalnız gülümsəyirdi. Sara isə müdirin iltifa-
tından razı idi. Mir Cəlal. □ İltifat etmək
(eləmək, göstərmək və s.) - 1) mərhəmət
etmək, xeyirxahlıq göstərmək, yaxşılıq et-
mək, mərhəmət edib vermək. Sən belə hər-
gah mənə qəmxar isən; Bir qədər ip tap,
mənə qıl iltifat. A.Səhhət; 2) xoş üz göstər-
mək, hörmət göstərmək, lütf etmək. Nayib
Cəfər bizə iltifat elədi və oturmağa yer gös-
tərdi. C. Məmmədquluzadə. [Mozalan bəy:]
Hacı mənə həqiqət artıq iltifat eylədi.
Ə. Haqverdiyev. İltifat buyurmaq kölııı.
-bax iltifat etmək. [Cəfər:] Bağışlayın,
yoldaşlar. Sizdən bir ricam var. Biletiniz
varsa, bir naharlıq iltifat buyurun. Çəmən-
zəminli. Əgər bu növ kəşfiyyatçılardan biri
iltifat buyurub türk qadınlığına da balaca
bir nəzər salsa idi, .. biz də bu gün seçki za-
manında Tükəzban xalanı meydanda tək
qovmazdıq. B.Talıblı.
0 İltifatın(ız) artıq olsun! - təşəkkür bil-
dirir (bəzən kinayə yerində işlənir). [Vəli:]
Bəy, iltifatın artıq olsun. Ü.Hacıbəyov. [Nə-
riman:] Çox sağ ol, Qərənfil! İltifatın artıq
olsun! İ.Əfəndiyev. [Sevinc:] İltifatın artıq
olsun, biz sənin çörəyini yemirik. Z.Xəlil.
İLTİFATKAR [ər. iltifat və fars. ...kar]
bax iltifatlı.
İLTİFATKARANƏ zərf [ər. iltifat və fars.
karanə] köhn. İltifatla, hörmətlə, hüsn-
təvəccöhlə, gülər üzlə, xoş üzlə. İltifatka-
raııə qəbul etmək.
İLTİFATKARLIQ bax Utifatlllıq.
İLTİFATLI sifi 1 . İltifatla olunan (edilən).
iltifatlı münasibət.
2. İltifat edən, hüsn-təvəccöh göstərən,
xoş sifət, lütfkar.
İLTİFATLILIQ is. İltifatlı olma, iltifat
göstərmə, lütfkarlıq.
İLTİFATSIZ sif İltifatı olmayan, iltifat
göstərməyən (etməyən), üz göstərməmə,
xoş üz göstərməmə; hörmətsizlik.
İLTİZAM
İLTİFATSIZLIQ is. İltifat göstərməmə, xoş
üz göstərməmə; hörmətsizlik, nəzakətsizlik.
İLTİHABA, [ər.] tib. Bədənin bir yerində
qızdırma, şiş, qızartı şəklində təzahür edən
xəstəlik prosesi. Ağ ciyər iltihabı. İltihab
prosesi. Boğazında iltihab var.
İLTİHABLAŞMA tib. 1. “İltihablaşmaq”-
dan fis.
2. İltihab əmələ gəlmə, iltihab prosesi.
Mədənin selikli qişası spirtin təsirindən şid-
dətli qıcıqlandığından iltihablaşma əmələ
gəlir ki, bu da qidanın həzmində iştirak edən
vəzilərin işini pozur. “Az. qad.”.
İLTİHABLAŞMAQ / tib. İltihab əmələ
gəlmək.
İLTİMAS is. [ər.] Xahiş, rica. Mən yiiz-
başının iltimasına görə bu kağızı cırıram.
C. Məmmədquluzadə. Çoxlar getdi iltima-
sa, gəlmədin ; Vaqif öldü, neçin yasa gəlmə-
din? M. P. Vaqif. Əslində Qədirin nə üçün
sarınmağını bilməyən ağsaqqallar iltiması
dərhal qəbul etdilər. Mir Cəlal. □ İltimas
etmək (eləmək) - xahiş etmək, rica etmək,
minnət eləmək. Koroğlu iltimas eylər; Bala,
incitmə Qıratı! “Koroğlu”. Obanın ahıl-
cahılı Kərəmdən bir az oxumasını iltimas
elədilər. “Əsli və Kərəm”. İltimas evlərəm,
gedən canlara; Dost-düşmən içində yar
oynamasın. Aşıq Ələsgər.
İLTİMASÇI is. İltimas edən, minnətçi.
[Usta Zeynal Qurbana:] ..De ki, ay kafir oğlu
kafir, burada nə bir o qədər iş var ki, sən
mənim sözümə inanmayıb, Hacı Rəsulu ilti-
rnasçı salırsan. C.Məmmədquluzadə.
İLTİSAQİ [ər.\. iltisaqi dillər dilç. - sö-
zün kökünü dəyişdirmədən, ona şəkilçilər
artırılmaqla yeni formalar və ya yeni sözlər
düzəldilən dilləri; məs.: türk dilləri, fin-uqor
dilləri. Azərbaycan dili iltisaqi dillərdəndir.
İLTİSAQİLİK is. dilç. İltisaqi dilin xüsu-
siyyəti, keyfiyyəti. Türk dillərinin iltisaqiliyi.
İLTİZAM is. [ər.] 1. Bir işin yerinə yeti-
rilməsini lazım bilmə, özü üçün borc hesab
etmə, boynuna götürmə, öhdəsinə götürmə.
2. köhn. Qrammatikada: iş, hal və hərə-
kətin söz söylənən vaxtdan sonra icrasının
lazım olmasını göstərən feil forması; lazım
forması.
3. Bax iltizamnamə.
535
İLTİZAMÇI
İLTİZAMÇI is. köhn. Bil' şeyi öhdəsinə
götürərək, yerinə yetirəcəyi haqqında dilin-
dən kağız vermiş adam.
İLTİZAMNAMƏ is. [ər. iltizam və fars.
namə] Mütləq yerinə yetirməyi tələb edən
yazılı vəd, öhdəçilik kağızı. Iltizamnamə
vermək (dilindən kağız vermək). - Şübhəsiz
ki, belə bir iltizamnaməni imza etmək hər
kəs üçün çətin idi. M.S.Ordubadi. [Səlim:]
Sən burada idarənizin müdiri yoldaş Möh-
siinzadəyə bir iltizamııamə yazıb verərmisən
ki, hər ay maaşından bu pulu Mehribana
versin? S. Hüseyn.
İLYARASI is. Sağalması uzun sürən və
sağalandan sonra (adətən üzdə) yeri qalan
yara. [Bəyin] çənəsinin yanları ..yanağında
ilyarası, qırışıqlar, çal-çarpaz cizgilər ara-
sında bürüşmüşdü. Mir Cəlal.
İMA is. [ər.] klas. işarə, kinayə, eyham,
him, örtülü məna. O dalğın gözlərə baxdıq-
ca ruhim eylər istila! O gözlər hər baxışda
fikrə yüz min rəmz edər ima! H.Cavid. [Stu-
dentin] yoldaşları adət üzrə ondan "Ev sa-
hibi xanım gözəldirmi? ” - deyə ima ilə so-
ruşduqda, ciddi cavab verdi. Çəmənzəmin-
li. Eşqimin bir başqa iması yoxdur; Onun
haqqa tapan imanı ayduı. Ə. Cavad.
İMAJİNİST is. ədəb. İmajinizm tərəfdarı.
İMAJİNİZM \fı-.] XX əsrin əvvəllərində
rus poeziyasında ədəbi yaradıcılıqda ideya-
lılığı rədd edən formalist cərəyanlardan biri.
İMALƏ 1 is. [ər.] 1. Mədəni süni surətdə
təmizləmək məqsədi ilə düz bağırsağa
maye daxil etmə. İmalə etmək.
2. Bu mayeni düz bağırsağa yeridən alət.
İMALƏ 2 is. [əı;] ədəb. köhn. Əruz vəz-
nində yazılmış şeirlərdə: qısa oxunması la-
zım gələn hərəkənin vəznə uyması üçün
qeyri-təbii olaraq uzadılmasından ibarət
vəzn nöqsanı.
İMAM is. [ər.] 1. Müsəlmanlarda: camaat
namazına başçılıq edən, habelə bir məhəl-
lədə nikah, ölüm və s. dini işlərə baxan ru-
hani. İmaıııə ixtiyarın vermə, hərgiz uyma
təkbirə: Özün kim faili-muxtarsan, biixtiyar
olma. S.Ə.Şirvani. [Məşədi:] Bunun evini
yıxıb, bu halətə salan imam oldu. Ə.Haqver-
diyev. Mən sözümü qurtarmamışdım ki,
məhəllənin imamı Şeyx Miıiıadi içəri girdi.
Qantəmir.
İMAN
2. Məzhəb və ya təriqət başçısı. // Şiə
məzhəbi başçısı sayılan Əli və onun övlad-
larına verilən ad. İmam üçün ağlayan göz-
dən olar. (Ata. sözü). [Molla Kazım:] De-
yirlər, oruc nahaq, namaz nahaqdır, imam
təziyyəsi nahaqdır. Ə. Haqverdiyev. [Molla
Xəlil:] Sən imamların bacılarını, qızlarını
yadına sal, səbr elə!.. S. Hüseyn.
3. Bəzi kiçik ərəb dövlətlərində dövlət
başçısı.
İMAMCÜMƏ is. [ər.] din. Cümə günləri
camaat namazına başçılıq edən ruhani. [İs-
mayıl:] Təbriz böyük şəhərdir, savadlı
imamcümələr var. P.Makuhı.
İMAMƏT is. [ər.] din. imamlıq. Vaxta ki,
ona imamət verilib, o hər şeyi bilər. Ə. Haq-
verdiyev.
İMAMLIQ is. din. imam vəzifəsi, imam
rütbəsi. İmamlıq etmək.
İMAMZADƏ is. [ər. imam və fars. ...zadə]
İmamların, övliyaların və onların övladları-
nın basdırıldığı yer; ziyarətgah. [Gövhərta-
cın anası:] Dünən mən gedib imamzadədə
şam yandırdım. Ə.Haqverdiyev. Bu on beş il
ərzində yer qalmadı - pir, imamzadə, ocaq,
ziyarət qalmadı ki, Müııəvvər xanım baş
vurmasın.. Mir Cəlal. [Molla:] Bu saat ca-
maat özündən çıxmışdır, dəstələr təşkil edə-
rək imamzadəyə gedir. P.Makulu.
İMAN is. [ər.] 1. İnanma, dərin inam.
[Nüşabə:] Sənə qəlbimdə bir iman vardı;
Könlümü şübhə, tərəddüd sardı. A.Şaiq.
[Kərimxan:] Hələ də öz imanında möhkəm
qalmaq istəyirdi. M. İbrahimov. // İslamiy-
yətdə: dinə, Allahın birliyinə, peyğəmbər-
lərə inanma və bunu dillə iqrar etmə; eti-
qad. Dil zülfilə rüxsariivə çün qıldı təmaşa;
Avarə qalıb küfr ilə iman arasında. Heyran
xanım. Bu isə bəs o ləiııin də işi qullabıdır;
Dini, inıaııı danıb, yoldan azıbdır, babıdır.
M.Ə. Sabir. [Müridlər:] Şeyximiz atdı höknıi-
Quranı; Şeyximiz satdı dini, imanı. H.Cavid.
□ İman etmək (bəsləmək, gətirmək)
- inanmaq. Beləliklə, [İldırımzadə] Dəmi-
rova .. dərin bir iman bəslərdi. S. Rəhimov.
İman əhli - dinə inanan, dini ehkamlara
riayət edən, etiqadlı. Dünya görmüş adam
( özü də iman əhlinə oxşuyurdu) yenə bir də-
rin ah çəkib dedi.. C.Məmmədquluzadə.
536
İMANLI
İmana gəlmək - 1 ) islam dinini qəbul et-
mək, dönüb müsəlman olmaq (qeyri-mü-
səlman haqqında). Üzünü görsə əgər gəbr-
lər imana gələr; Küfrdən əl götürüb rahi-
müsəlmanə gələr. Q. Zakir. Biçarə Kərimi
salma nəzərdən; Əgərçi kafirəm, gəldim
imana. Aşıq Kərim; 2) məc. xeyli xahişdən,
inandırmadan, təkiddən, səydən sonra razı
olmaq, qəbul etmək. İmana gəlmir ki, gəl-
mir. İmana gətirmək - 1) təbliğat və s.
yolu ilə birinə müsəlmanlığı qəbul etdir-
mək; 2) məc. xeyli xahişdən, inandırmadan,
təkiddən, səydən sonra razı olmasına, bir
şeyi qəbul etməsinə nail olmaq. İmandan
çıxmaq - dindən çıxmaq, dini ehkamları
pozmaq. İmanı kamil olmaq - 1) imanı,
etiqadı, əqidəsi təmiz olmaq; 2) məc. məq-
sədinə, məramına çataraq rahat olmaq. O
mehrabü minbər qaşlara mail; Olmayanın
olmaz imam kamil. Q. Zakir. [Əsgər Süley-
mana:] Hərgah bir işi də bilsən, onda ima-
nım kamil olar. Ü.Hacıbəyov. İmanını sat-
maq - yalandan şahidlik etməklə əqidəsini,
məsləyini birinə qurban etmək, satılmaq.
imanını satıb, əppəyinə qatıq eləyir. (Ata.
sözü). [Rüstəm bəy:] ..Bax imanımı belə
satmışam. S.S.Axundov. İmanını tərəziyə
qoymaq - alverdə müştərini aldatmaq, çə-
kidə aldatmaq. Baqqal qoyar tərəziyə ima-
nın. Q.Zakir. İman-güman - şübhə, zənn,
güman. Əntiqə Hacı Rəsulun nəyinə lazım-
dır? Burada iman-güman çox yerə gedə bi-
lər. Mir Cəlal. Allah imanını kamil eləsin
- birinə xeyir-dua məqamında. [Kərbəlayı
Xeyransa:] A. ..a.. .a... balam, Allah imanını
kamil eləsin, ay Məşədi Püstə bacı, mənim
heç yadımda yoxdu. H.Sarabski. Sahibi-
iman - bax iman əhli. Yox yeni bir dinə
yəqinim mənim; Salıibi-imanəm, a şirvan-
lılar! M. Ə. Sabir.
2. İmanla şəklində zərf - etiqadla, inana-
raq. Mən sizə imanla vermişəm könül.. A.Şaiq.
İMANLI sif. Dinə inanan, dindar. // İnsaf-
lı. Amma bu qan çox imanlı qarı idi. “Əsli
və Kərəm”.
İMANSIZ sif. 1 . Dinsiz, Allahsız, etiqad-
sız; kafir. // İs. mənasında. [Bəndalı:] Gör-
mürsən bu imansızları, bu saqqalı qana bu-
lanmışları! Mir Cəlal.
İMDAD
2. məc. Mərhəmətsiz, insafsız, qəddar.
Dinsizin öhdəsindən imansız gələr. (Ata.
sözü). Yaman imansız kişidir, nıaşını sax-
latdı, dedi: - Düş yerə.. M. İbrahimov. [Yu-
nis:] Əgər sən bilsəydin ki, xalacan, o Ya-
qutun anası necə imansız an’addır, sənin də
qanın qaralardı. Ə.Məmmədxanlı.
İMANSIZCASINA zərf İnsafsızlıqla,
mərhəmətsizcəsinə, amansızcasına, qəd-
darcasına.
İMANSIZLIQ is. 1 . Dinsizlik, kafirlik.
2. məc. Mərhəmətsizlik, insafsızlıq, qəd-
darlıq, amansızlıq.
İMARƏT is. [ ər .] Böyük və qəşəng bina,
ev; mülk, tikili. [Mirzə Kərim:] Gərək sizin
hər birinizin daxmalar əvəzinə gözəl imarə-
tiniz olsun. Ə.Haqverdiyev. Ağalıq evi təzə
qayda ilə tikilmiş ikimərtəbə gen-bol bir
imarət idi. S.S.Axundov.
İMDAD is. [ər.] Kömək, yardım; darda
qalmış bir adamın köməyinə yetişmə, dadı-
na yetmə. Koroğlunun dəlilərdi imdadı;
Qılınc çəkdi, hasil ola muradı. “Koroğlu”.
Görüşdülər, öpüşdülər o qəhrəmanlar; Bir-
birinin xilaskarı, imdadı kimi. S. Vurğun.
[Qız] əlləri ilə oğlanın iri çiyinlərinə eh
ilişmişdi ki, deyərdin, bundan nə isə kömək,
imdad gözləyir. Mir Cəlal. □ İmdad etmək
(eləmək, qılmaq) - kömək etmək, dadma
yetmək. Könül şəhriıı çalıb yəğmaladı qəm
ləşkəri, Zakir; Neçin imdad qılmaz, bəs de-
yirdin padişahım var. Q.Zakir. Çün natəva-
nii zarü zəifəm firaqdən; Bu gün də yar et-
məsə imdad, ağlaram. X.Natəvan. Sən kö-
nül fürsət tapıb ol yarə qurban, kim sənə;
Gər əlimdən gəlsə, billah, mən də imdad ey-
lərəm. S.Ə.Şirvani. İmdada qoşmaq -bax
imdadına qoşmaq (yetmək). [İblis:] Hey-
hat, olamaz dərdinə bir kimsədən imdad;
İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad.
H.Cavid. İmdada yetirmək - köməyə çat-
dırmaq, dada yetirmək. Çünki hicran ələmi
saldı məni zindanə; Ey əcəl, rəhm elə, sən
özün imdada yetir. Heyran xanım. İmdad-
dan düşmək - gücdən düşmək, əldən düş-
mək, qocalmaq. O, imdaddan düşüb, heç bir
şeyə yaramır. İmdadı kəsilmək - hər şey-
dən ümidi kəsilmək, köməksiz qalmaq.
Oğlu öldü, imdadı kəsildi. İmdadına qoş-
537
İMDADSIZ
maq (yetmək, çatmaq, gəlmək) - bərk
ayaqda, çıxılmaz vəziyyətdə qalmış bir
adamın dadma çatmaq, köməyinə gəlmək.
[Gülşənəm:] Səndən başqa bizim imdadı-
mıza yetən yoxdur. S.S. Axıındov. [Kimon:]
Çatdı imdadına bu qız, ey xan! A.Şaiq.
İMDADSIZ sif. Köməksiz, yardımsız.
□ İmdadsız qalmaq - köməksiz qalmaq,
tək qalmaq, əli heç kəsə çatmamaq.
İMDADSIZLIQ is. Köməksizlik, çarəsizlik.
İMDİ bax indi. Bu çərxi-fələk tərsinə
dövran edir inıdi. M.Ə.Sabir. [Sabbah:] Saqın,
imdi sizə verinəm sevgili Xəyyamı. H. Cavid.
İMDİCƏ bax indicə.
İMƏCİ is. İməcilikdə iştirak edən adam.
Həyətdə iri palazlar döşəmiş, iməcilər ça-
ğırmışdı. A.Şaiq. □ İməci olmaq - birinə
kömək etmək məqsədi ilə görülən faydalı
işdə iştirak etmək. [Ballınm] bildirə kimi
atası kəndin naxırını otarar, anası qapılar-
da iməci olub, onun-bunun hanasını toxu-
yardı. Ə. Vəliyev.
İMƏCİLİK is. Könüllü olaraq və zəhmət
haqqı almadan ictimai-faydalı bir işi, tapşı-
rığı kollektiv surətdə, elliklə yerinə yetir-
mə. Bu iməcilik böyük bir əmək bayramına
dönmüşdü. Burada hər millətdən çalışan
vardı. B.Talıblı. Gənclərin gücü ilə bir neçə
dəfə iməcilik keçirilib, idman meydanı dü-
zəldi. Ə. Sadıq. Nahiyənin rəhbərləri bu
cümə iməcilik təşkil edib, dərənin üstündən
körpü salırdılar. Ə.Əbülhəsən. □ İməcilik
etmək - birinə kömək məqsədi ilə bir işi
birlikdə görmək, elliklə köməkləşib yerinə
yetirmək. Lakin yetimin uşaqlığını camaat
nəzərə alaraq, hər il iməcilik edib onun əki-
ninə, biçininə kömək edərdi. Çəmənzəminli.
İMƏK: iməyə düşmək - iməkləməyə
başlamaq. İməyə düşən uşaq .. yəhərin qa-
şından tutdu. S. Rəhimov.
İMƏKLƏMƏ “İməkləmək”dən fis.
İMƏKLƏMƏK/ Əllər və dizlər üzərində
hərəkət etmək. Nə isə, vaxt yetişdi, gərək
uşaq iməkləsin, yerisin, gülsün, danışsın,
şad olsun.. N.Nərimanov. [Atakişi:] Ay sənə
qurban inəklər ; Bu balam haçan iməklər.
C.Cabbarlı. Əllərin qurtardı iməkləməkdən ;
Ayağın yer tutdu, a qızım, sənin. B. Vahab-
zadə. // Üzüqoylu sürünə-sürünə hərəkət
İMKAN
etmək, yerlə sürünmək. Dəyirman üstə lək-
lər; Çırmanıb ağ biləklər ; Oğlan qızdan
ötəri; Dizi-dizi iməklər. (Bayatı). [Döyüş-
çülər] bəzən uşaq kimi iməkləyir, bəzən də
şahin kimi uçurdular. Ə. Vəliyev.
İMƏKLƏTMƏ “Iməklətmək”dən f. is.
İMƏKLƏTMƏK f. Uşağın iməkləməsinə
kömək etmək, iməkləməyə öyrətmək.
İMHA is. [ər.] Məhv etmə, tələf etmə.
Bunların içindəki miizürr mikrobların im-
lıası üçün oralar hər gün .. dezinfeksiya olu-
naraq, son dərəcə pak və təmiz saxlanmaq-
dadır.. T.Ş. Simurq.
İMİC is. [ing.] 1. Fikri surət, fikri təsəvvür.
2. Rəmz, simvol.
İMİR is. məh. Şah arı.
İMİRÇİMƏ "İmirçimək”dən fis.
İMİRÇİMƏK/ dan. İylənmək, xarab ol-
mağa başlamaq, turşumaq, ağırlaşmaq. Qa-
tıq imirçiyib. Pendir imirçiyib.
İMİRÇİMİŞ f.sif. daıı. Ağırlaşmış, xarab
olmuş, turşumuş, iylənmiş. Imirçimiş yağ.
İMİŞ Qoşulduğu sözü keçmiş zamana
bağlayaraq ona rəvayət mənası verən bağ-
lama. Şəhər çox böyük imiş. Onun qisməti
belə imiş. - Hər kəs [Zeynala] adi bir idarə
məmuru kimi baxır imiş. S. Hüseyn.
C. Məmmədquluzadənin təsvirinə və tarixi
sənədlərə görə o zaman Azərbaycan dilində
qəzet çıxarmaq çox çətin məsələ imiş.
M.İbrahimov. Ancaq indi Kərimə əyan oldu
ki, bura nə imiş. Mir Cəlal.
İMİTÄSİYA [lat.] 1. Oxşatma, bənzətmə;
bir şeyin saxtasını düzəltmə. Mərmər imi-
tasivası (mərmərə oxşadılmış şey). Dəri
imitasiyası (dəriyə oxşadılmış material).
2. mııs. Musiqi motivinin bir interval yu-
xarı və ya aşağı olaraq başqa səslə təkrarı;
təqlid. Çox zaman əsas melodiya ardıcıl
olaraq başqa səslərdə ya eyni ilə, ya da
döndərmə yolla təkrar edilə bilər. Polifonik
musiqidə çox intişar tapan bu üsula imita-
siya ( təqlid ) deyilir. Ə.Bədəlbəyli.
İMKAN is. [ər.] 1. Hər hansı şərait daxi-
lində bir işin həyata keçirilə bilməsi, müm-
künlük, mümkün olma. Nə dildə olsa olsun
elm olsun xəlqi-aləmdə; Deyildir bir dilə
məxsus, var hər dildə imkanı. S.Ə.Şirvani.
..Kömək etmək imkanı əldə ikən, bu
538
İMKANLI
vəzifədən boyun qaçırmaq .. insanlıq sifətini
itirmək deməkdir. M.S. Ordubadi. ..Asanlıq-
la odun gətirməyə imkan vardı. Ə.Əbülhə-
sən. // Əlverişli şərait. □ İmkan gözləmək
- bir işi həyata keçirmək üçün əlverişli
şəraitin yaranmasını gözləmək, fürsət
gözləmək. İmkan olmamaq - mümkün ol-
mamaq, müyəssər olmamaq. Səni görsəm
özüm ilə həsədimdən ölərəm; Bu səbəbdən
mənə vəslin dəxi imkan olmaz. S.Ə.Şirvani.
İmkan tapmaq - bir işi həyata keçirmək
üçün əlverişli yol tapmaq, fürsət tapmaq.
[Qaçaqlar] kütləvi talana imkan tapa bilmə-
dilər. M.S. Ordubadi. [İnsanlar] boğazlarına
keçmiş fəlakət zəncirini qırıb atmağa heç
bir yol və imkan tapa bilmirdilər. Ə.Abasov.
İmkan verməmək - mane olmaq, yol ver-
məmək, qoymamaq. İmkan yaratmaq
(vermək) - bir işi həyata keçirmək üçün
əlverişli şərait yaratmaq, yol vermək. Ayıq
ol, döyüşə yaratma imkan; Hər kiçik iş üçün
tökülməsin qan. A.Şaiq. Qadınına gəldikdə
onun yaşaması üçün geniş imkan yaratma-
lısan. M.S. Ordubadi. İmkan yoxdur - müm-
kün deyil, ola bilməz, imkan xaricindədir.
2. Bir şeyin həyata keçməsinə kömək
edən əlverişli şərait. Maddi imkanlar. Ya-
şamaq, çalışmaq, oxumaq üçün hər cür im-
kan və şərait yaranmışdır. - Təsərrüfatın
daxili imkanlarından geniş istifadə edilir.
(Qəzetlərdən). // İqtidar, qüvvə, vəsait.
Mirzə Səfərin vəziyyəti mənə aydın məlum-
dur və uşaqlarını öz xərci ilə oxutmağa
onda imkan var. Ə.Haqverdiyev.
0 İmkan daxilində - nə qədər imkan
varsa, güc çatdığı qədər. ..İmkan daxilində
bəzi ədəbi mülahizələr söyləmək istəyirəm.
S. Rəhimov. İmkan xaricində olmaq
- mümkün olmamaq, həyata keçirməyə
güc, bacarıq çatmamaq, bacara bilməmək.
„O zanıankı dünyanın ən böyük paytaxtını
piyada gəzmək imkan xaricində idi.
M.S. Ordubadi.
İMKANLI sif İmkanı olan, mümkünü
olan, iqtidarı olan.
İMKANSIZ sif. 1 . İmkanı olmayan, müm-
künü olmayan. İmkansız adam.
2. İmkansızdır şəklində - mümkün de-
yil, qeyri-mümkündür, çox çətindir. Xəstə-
İMPERATOR
liyin əlacı imkansızdır. Öhdəsindən gəlmək
imkansızdır. □ İmkansız olmaq - mümkün
olmamaq. Əhali o qədər qəzəblənmişdi ki, on-
ların qabağını almaq imkansızdı. P.Makulu.
İMKANSIZLIQ is. Qeyri-mümkünlük,
mümkün olmama, imkan olmama, çox çətin
olma; bir işin yerinə yetirilməsi üçün imkan
və şərait olmadığı hal. Gözəl Təliə, insanı bu
qədər düşünməyə məcbur edən yeganə bir şey
vardısa, o da imkansızlıqdır. M.S. Ordubadi.
İMLA is. [ əı -.] 1. Hər bir ədəbi dil üçün
qəbul edilmiş vahid və düzgün yazı sistemi;
orfoqrafıya. □ İmla qaydaları - hər hansı
bir dildə düzgün yazma qayda və üsulları.
İmla dərsi. İmla xatası. - Möhtərəm ədibi-
miz ingilislərin imlasının adını qoyur “əcib ”,
amma bizim imlaya heç olmasa ‘‘bir az
əcib ” də demək istəmir. C.Məmmədquluzadə.
2. Şagirdlərə orfoqrafıya vərdişlərini və
savadlı yazmağı öyrətmək məqsədi ilə on-
lara deyib yazdırma işi. □ İmla demək - de-
yib yazdırmaq, diktə etmək. Müəllim imla
deyir, uşaqlar da qələmlərini mürəkkəbə ba-
tırıb başlarını yana əyərək yazırdılar. M. Arif.
İMMANENT sif. [latıncadan\ kit. Bir şe-
yin və ya hadisənin daxilən öz təbiətinə xas
olan, ondan doğan; daxili. Kapitalist isteh-
salının immanent qanunları.
İMMİQRÄNT is. [lat.] Mühacir, bil-
ölkədən köçüb başqa ölkədə yaşayan.
İMMÜN is. [ latıncadan \ tib. biol. Yolu-
xan xəstəliklərə və müəyyən zəhərlərə
qarşı qorunma qabiliyyəti olan. İnsanın
ömrü ərzində keçirdiyi müxtəlif xəstəliklərin
nəticəsində onun qanında həmin xəstəlik
törədən mikroblara qarşı xüsusi immun - bio-
loji maddələr əmələ gəlir ki, bunlar da or-
qanizmi eyni bir xəstəliklə ikinci dəfə xəs-
tələnməkdən qoruyur. H.Tağıyev.
İMMUNİTET [i latıncadan ] tib. biol. Or-
qanizmin yoluxma xəstəliyinə tutulmamaq
qabiliyyəti.
İMMUNİZÄSİYA [lat.] tib. biol. immuni-
tet yaratma (bax immunitet).
İMMUNLUQ is. tib. biol. Yoluxucu xəs-
təliklərə və bəzi zəhərlərə qarşı qoruna bil-
mə qabiliyyəti.
İMPERATOR [lat.] Padşahın, hökmdarın
ən yüksək titulu və bu titulu daşıyan şəxs;
539
İMPERATORLUQ
padşah. [Bağır xan:] Siz imperator zabitini
soymaqmı istəyirsiniz? E. Sultanov.
İMPERATORLUQ is. 1. İmperatorun ti-
tulu, adı. // İmperatorun hökmdarlıq etdiyi
dövr, müddət.
2. Bir imperatorun idarəsi altında olan
dövlət, ölkə; hökmdarı imperator titulu da-
şıyan dövlət. Roma imperatorluğu. - III
Dövlət duması çar imperatorluğunun tərki-
binə daxil olan millətlərin ən ibtidai hüqu-
qunu daha artıq məhdud edən bir sıra qa-
nunlar keçirtdi. “SSRİ tarixi”.
İMPERATRİÇƏ is. 1 . İmperatorun arvadı.
2. Qadın imperator.
İMPERİAL [lat.] köhn. 10 manatlıq rus
qızıl pulu (1755-ci ildən); 1897-ci ildən
sonra (inqilaba qədər) 15 manat dəyərində
olan qızıl pul. Pinəçilər bafta taxar boynu-
na; İmperial tökər vərəq oynuna. Q.Zakir.
[Xonça qabının] içinə oğlan evi bir əlbəsəlik
ipək parça, iki imperial və onun əmsalı bir
şey qoyub qaytaracaqlar. R. Əfəndiyev.
[Muzdur] iki yüz imperialın neçə manat ol-
duğunu ha çalışdısa, hesab edə bilmədi.
S.M.Qənizadə.
İMPERİALİST \fr.\ 1. İmperializm və tə-
cavüz siyasəti yürüdən inhisarçı kapitalın
nümayəndəsi olan iri kapitalist. Müharibə
qızışdıran imperialistlər.
2. İmperialist monopoliyalar.
İMPERİALİZM [fr.] Kapitalizmin XIX
əsrin axırında və XX əsrin əvvəlində daxil
olduğu ən yüksək və axırıncı mərhələsi; iri
inhisarlarla səciyyələndirilən xammal mən-
bələri və xarici bazarlar uğrunda özgə ölkə-
ləri tutmaq, özgə xalqları istismar etmək,
dünyanı yenidən bölüşdürmək üçün böyük
kapitalist ölkələri arasındakı müharibə
siyasəti.
İMPERİYA [lat.] 1. Başında imperator
duran monarxist dövlət.
2. İri imperialist müstəmləkəçi dövlət.
Britaniya imperiyası. - 1905-ci il inqilabı
Rusiya imperiyasında yaşayan bütün xalq-
ların həyatında yeni dövr açdı. M. İbrahimov.
İMPİÇMENT is. [ing.] 1. Vəzifəsindən
kənarlaşdırma.
2. Mühakimə etmək.
İMPORT [ing. əsli lat.] bax idxalat.
İMRİKLƏTMƏ
İMPOTENSİYA is. [lat.] Cinsi gücsüzlük.
İMPRESSARİO is. [ital.] Konsert, tama-
şa, qastrollar təşkil edən işbaz.
İMPRESSİONİST [fr.] 1. İmpressionizm
tərəfdarı olan rəssam, musiqiçi, yazıçı.
2. İmpressionizm mahiyyətində olan, im-
pressionizm üçün səciyyəvi olan; şəxsi tə-
əssürat və əhval-ruhiyyəyə əsaslanan. Im-
pressionist əsər. Impressionist musiqi. Ədə-
biyyatda impressionist meyillər.
İMPRESSİONİZM [fr.] XIX əsrin ikinci
yarısında burjua incəsənətində meydana
gəlmiş cərəyan (bu cərəyan tərəfdarları
realizmi rədd edir, ictimai məsələlərdən
qaçır, əsərlərində şəxsi əhval-ruhiyyə və
təəssüratlarını verməyə çalışır və məz-
munun zərərinə olaraq formaya həddindən
artıq fikir verirdilər).
İMPROVİZASİYA [lat.] Hazırlaşmadan
şeir, ya nitq söyləmə, hava oxuma və ya
musiqi çalma; irtical. Vəzıısiz musiqiyə bun-
lar daxildir: ladlar üzərində vokal və çalğı
gəzişməsi ( improvizasiya ). Ü.Hacıbəyov.
İMPROVİZÄTOR [lat.] İmprovizasiya
qabiliyyəti olan adam: hazırlaşmadan şeir
və ya nitq söyləmək, musiqi yaradıb çalmaq
qabiliyyəti olan adam. Mahir improvizator.
İMPROVİZATORLUQ is. İmprovizasiya
qabiliyyəti; hazırlaşmadan döşdən şeir, nitq
söyləmək, musiqi yaradıb çalmaq.
İMPULS [lat.] kit. 1. Hər hansı bir hərə-
kəti doğuran daxili səbəb, təkan. Yaradıcı-
lıq impulsu. iradə impulsu.
2. fiz. Cismin kütləsi ilə sürətinin hasilinə
bərabər olan hərəkət miqdarı.
İMRƏNDİRMƏ “İmrəndirmək”dən/w.
İMRƏNDİRMƏK/ Həvəsləndirmək, ta-
maha salmaq, tamahsılandırmaq.
İMRƏNMƏ "İmrənmək”dən fis.
İMRƏNMƏK f. Həvəslənmək, tamaha
düşmək, iştahaya gəlmək, ağzı sulanmaq;
arzu və həvəs oyanmaq.
İMRİK is. məh. Əzilmiş, döyülmüş şeyin
içində qalan iri dənəsi. Imrik duz.
İMRİKLƏMƏ "İmrikləmək”dən fis.
İMRİKLƏMƏK/ məh. Buğda, duz və bu
kimi şeyləri tam döyməmək, narın etmə-
mək. Duzu imrikləmək. Arpanı imrikləmək.
İMRİKLƏTMƏ “İmriklotmək”don fis.
540
İMRİKLƏTMƏK
İMRİKLƏTMƏK bax imriklətdirmək.
Yarma xəşili bişirmək üçün buğdam imrik-
lətmək.
İMSİK sif. Iy bilən, iyi tez duyan. Imsik
adam.
İMSİLƏMƏ “İmsiləmək” dən/w.
İMSİLƏMƏK f. məh. İyləmək, qoxula-
maq, iy almaq. Külək də ac it kimi vurnuxur
o küçədən bu küçəyə; Qapıları, divarları
imsiləyir. R.Rza. İmsilədi o, havanı ; Buynu-
zunu sürtdü daşa. Z.Xəlil.
İMSİLƏNMƏ “İmsilənmək”don f.is.
İMSİLƏNMƏK f. İy duymuş kimi ora-
buram iyləmək. Sallayıb başını imsilənərək;
Qapının ağzında gərnəşir köpək. S. Vurğun.
İMTAHAN is. [ər.] 1. Hər hansı bir fənn
üzrə keçirilən yoxlama sınağı. Yaz-yay im-
tahanları. imtahana hazırlaşmaq, imtahan
komissiyası. - imtahan məclisi qurulmuşdur;
Zalda skamyalar qoyulmuşdur. A.Səhhət.
İmtahan söhbəti indi hər yerdə ən şirin söh-
bətdir. Mir Cəlal. ..Səhər saat doqquzda
riyaziyyatdan yazılı imtahan başlandı.
İ.Əfəndiyev. □ İmtahan eləmək (etmək)
- hər hansı bir fənn üzrə tələbənin, şagirdin
biliyini yoxlamaq. Tələbələri imtahan et-
mək. - Dərs demək istəyirəm; İnıtahan edin
məni. B. Vahabzadə. İmtahan vermək
(tutmaq) - hər hansı fənn üzrə yoxlama sı-
nağından keçmək. Elm öyrən, imtahan ver;
Öz fəzlini nişan ver. M.Ə. Sabir. "Həbliil-
mətin ” yazır ki, Firəngistanda birisi ki istə-
yir alim ola, gərək gecələr yatmayıb zəhmət
çəkə, elm oxuya, bir klasdan o biri klasa
keçə, axırda imtahan tuta və şəhadətnamə
ala. C.Məmmədquluzadə. [Qəhrəman] im-
tahan verib təzə açılan darülmüəlliminə
daxil oldu. S. Rəhimov.
2. məc. Sınaq, sınama, yoxlama, sınaqdan
keçirmə. Məni zıııdıq oxurlar cümlə aləm
əhli, lakin mən; Mücərrəd cövhərəm kim,
imtahana ehtiyacım yox. S.Ə.Şirvani.
□ İmtahan ayağında - gərgin zamanda,
çətin vəziyyətdə, bərk ayaqda, sınaqda. El-
lərin qarşısında imtahan ayağında; Rəva-
mıdır mən solum açılmamış çiçək kimi.
S. Rüstəm. İmtahan eləmək - sınamaq,
yoxlamaq, sınaqdan keçirmək, təcrübə elə-
mək. Eşq əhli məhəbbət etsə izhar; Əvvəl
İMTİNA
onu imtahan edər yar. Füzuli. Varımdı sinə-
də dərdii qəmi-nihan, ölürəm; Fəda olum
sənə, gəl, eylə imtahan, ölürəm. X.Natəvan.
[Qətibə:] Mən bu gözəllik vasitəsilə iqbalı-
mı bir daha imtahan edəcəyəm. M. S. Ordu-
badi. İmtahana çəkmək - bax imtahan
eləmək. Sən demə, əmisi doğrudan da İbra-
himi imtahana çəkmək istəyirmiş ki, görsün
İbrahim nə deyəcək. (Nağıl). Qədim əyyam-
da bir qıza elçi gəlsəydi, o qızı bir neçə im-
tahana çəkərdilər. R.Əfəndiyev. [Hacı Mu-
rad:] Yaxşısı budur ki, elə bu saat imtahana
çəkim. S.S.Axundov. İmtahana düşmək
-yoxlanmaq, sınanmaq, sınaqdan keçiril-
mək. Eldən yana düşmüşəm; Nahaq qana
düşmüşəm; Yar məni bərkə çəkib; İmtahana
düşmüşəm. (Bayatı). İmtahandan çıxmaq
- sınaqdan yaxşı çıxmaq, yoxlamadan keç-
mək. Qorxub çəkilmədik ölümdən, qandan;
Çıxdıq illər boyu çox imtahandan. S. Vurğun.
Dostluq var ki, zamanın imtahanından çıxa
bilmir. R.Rza. Hər şeyə qadir insan; Yer
üzündə beləcə; Çıxdı min imtahandan.
B.Vahabzadə. // məc. Həyati çətinliklər, ağır
günlər. İrəlidə hələ böyük imtahanlar var.
S. Vəliyev.
İMTAHANEDİCİ sif. 1. İmtahan edən,
imtahan qəbul edən. Imtahanedici komissiya.
2. məc. Sınayıcı, yoxlayıcı, sualedici. Po-
lad bir dəqiqə Məşədi bəyə imtahanedici
gözlərlə baxdı, sonra ətrafına boylanaraq,
otaqda özlərindən başqa heç kim olmadığını
görüb dedi.. M. Hüseyn.
İMTAHANQABAĞI sif. İmtahan qarşısın-
da olan, imtahan başlanmamış. Imtahanqa-
bağı hazırlıq. İmtahanqabağı mühazirələr.
İMTAHANSIZ zərf İmtahan vermədən,
imtahan olmadan. Imtahansız qəbul olun-
maq. İmtahansız siııifdən-sinfə keçmək.
İMTİNA [ər.]: imtina etmək - boyun qa-
çırmaq, çəkinmək, istəməmək, rədd etmək.
Yeməkdən imtina etmək. Qonaqlıqdan imti-
na etmək. - Rzaqulu xan səfarət ümurunda
təcrübəm yox deyə, səfarətdən büsbütün im-
tina edirdi. M.S.Ordubadi. Mehriban açıqdan-
açığa çocuqlarından imtina edirdi. S.Hüseyn.
Bir neçə gün sonra Ulduza müalicə və isti-
rahət üçün arxaya getmək təklif edildikdə, o
imtina etdi. Ə.Məmmədxanlı. // Könüllü
541
İMTİYAZ
olaraq əl çəkmək. Bu xəzinədən imtina et-
mək üçün azını cəsarət lazım idi? S.Vəliyev.
İMTİYAZ is. [ər.] 1. Müstəsna hüquq.
// Üstünlük, güzəşt. Müharibə əlillərinə ve-
rilən imtiyazlar. - Məsmə, bir ittifaq üzvü-
nün istifadə edə bitəcəyi bütün hüquq və im-
tiyazlardan istifadəyə çalışır. S. Hüseyn.
2. iqt. Ölkə daxilində sənaye müəssisələri
yaratmaq, onları işlətmək, mədən çıxarmaq
və s. üçün dövlət tərəfindən ayrı-ayrı şəxs-
lərə, şirkətlərə və ya xarici firmalara veri-
lən hüquq. Dəmiryolu çəkmək üçün imtiyaz.
İMTİYAZLI sif. 1. imtiyazdan istifadə
edən, imtiyazı olan, müstəsna hüququ olan
(bax imtiyaz 1-ci mənada). ..Əgər Qafqaz
[Finlandiya] kimi imtiyazlı və həm müstəqil
bir ölkə olsaydı, ana dilində açılmış mək-
təblərdən arzu olunan [nəticə] və məhsulatı
bilatərəddüd gözləmək olardı. Ü.Hacıbəyov.
2. Güzəştli. İmtiyazlı şərtlər. İmtiyazlı
dəmiryol bileti.
3. Müstəsna hüquqlardan istifadə edən,
yuxarı siniflərə mənsub olan; seçilmiş. Bü-
tün imtiyazlı təbəqələrin ləğvi. - Kasıbın to-
yuna seçilmiş, imtiyazlı mənsəb, səri’ət sa-
hibləri çağırılmazdı. H.Sarabski.
İMTİYAZNAMƏ is. [ər. imtiyaz və fars.
namə] İmtiyaz kağızı, imtiyaz müqaviləna-
məsi (bax imtiyaz 2-ci mənada).
İMTİYAZSIZ sif. Heç bir imtiyazı, xüsusi
və müstəsna hüququ olmayan.
İMTİZAC [ər.] 1. Qarışma, qarışa bilmə,
bir neçə maddənin qarışıb bir maddə əmələ
gətirməsi. Kimyəvi imtizac.
2. Bir-birinə uyğun gəlmə, bir-biri ilə
tutma, bir-biri ilə qaynayıb-qarışma; uy-
ğunluq, ahəng. Rənglərin imtizacı.
3. məc. köhn. Bir-biri ilə uyuşma, yola
getmə, keçinmə. Aralarında imtizac yoxdur.
İMZA is. [ər.] 1. Bir məktubun, sənədin
və s.-nin altında öz dəst-xətti ilə adını və
ya familiyasını yazma, qol çəkmə, qol qoy-
ma; qol. Fəxrəddinin və Ələddinin imzası
ilə şəhərə belə bir bəyannamə buraxılmışdı.
M. S. Ordubadi. [Gəldiyev] direktor gələndə
kağızları kargüzara verdi, imza üçün gön-
dərdi. Mir Cəlal. □ İmza etmək (atmaq)
- imzalamaq. Sənədləri imza etmək. Çeki imza
etmək. - [Musa:] İmza da atmıram, pul da
İNAD
almayacağam. S. Rəhman. Elmar kağıza
imza ataraq Laləyə verir. İ. Əfəndiyev.
2. Təxəllüs, ləqəb mənasında. C.Məmməd-
quluzadə “ Molla Nəsrəddin ” imzası ilə
müntəzəm surətdə felyetonlar, baş məqalə-
lər dərc edirdi. M. İbrahimov.
İMZALAMA “İmzalamaq”dan fis.
İMZALAMAQ f Altında öz familiyasını
(ya adını) yazmaq, öz imzasını qoymaq, qol
çəkmək. Kərbəlayı Xəlil .. teleqrafçmın
verdiyi kağızı türkcə imzaladı və teleqrafçıya
qaytararaq iki şahı da pul verdi. T.Ş. Simurq.
Sərvərov əmri götürüb imzaladı. Mir Cəlal.
[Bənövşə:] Komissiya aktı imzaladı. Tez
köçün. S.Rəhman.
İMZALANMA “İmzalanmaq”dan fis.
İMZALANMAQ ıııəch. İmza edilmək, qol
çəkilmək, qol qoyulmaq. Müqavilə imza-
landı. - Ənırnamə yazılmış və Balacayev
tərəfindən imzalanmışdı. S.Rəhimov.
İMZALANMIŞ fis. İmza edilmiş, qol qo-
yulmuş, qol çəkilmiş. İmzalanmış qərar.
İmzalanmış kağızlar. - [Sabirin] sabiqdə bəzi
miistəar adlar ilə imzalanmış abdar, xoş-
məzmwı və mövzun kəlamları “Molla Nəs-
rəddin ’’ səhifələrində dərc olunub. F.KöçəıIi.
İMZALATDIRMA "İmzalatdırmaq”dan
fis-
İMZALATDIRMAQ bax imzalatmaq.
İMZALATMA "İmzalatmaq”dan f. is.
İMZALATMAQ icb. Qol çəkdirmək, imza
etdirmək. Baş mühasib .. içəri girdi, əlində-
ki sənədləri idarə müdirinə imzalatdırıb qa-
pıya yaxınlaşırdı ki, Surxay soruşdu..
M. Süleymanov.
İMZALI sif. Qol çəkilmiş, imzalanmış,
imza ilə təsdiq edilmiş. Imzalı məktub. İmza-
lı sənəd.
İMZASIZ sif. Altında imza olmayan, imza
edilməmiş, qol çəkilməmiş. İmzasız mək-
tublar.
İNABƏT is. [ər.] köhn. Tövbə, tövbə etmə.
İNAD 1 . sif. Əsassız olaraq dediyini yerit-
məyə çalışan, heç bir güzəştə getmək istə-
məyən; tərs, höcət. İnad adam. İnad xasiy-
yət. - [Qulu] xəsis, tamahkar, heç bir şeyə
güzəştə getməyən, tərs və inad bir adam idi.
A.Şaiq. [Böyükxanım:] Bax, özün bil, teleq-
ram edərəm gəlsinlər! Amma Qulam xan da
542
İNADCIL
İNAUQURASİYA
inadın birisidir. M.S. Ordubadi. □ İnad et-
mək (eləmək) - 1) sözünün üstündə dur-
maq, israr etmək, sözündən geri çəkilməmək;
2) tərslik etmək, höcət göstərmək, öz dediyi-
ni yeritməyə çalışmaq. Gülsəhər inad eləyir.
Dildar isə hədə-qorxu gəlirdi. Ə.Vəliyev.
İnad göstərmək - əzmli olmaq, dəyanət
göstərmək, əzmindən dönməmək, sözünün
üstündə durmaq, dediyindən əl çəkməmək.
Doktor Qəbzi bəy yay zamanı Xansaray
yaylağına gəlməməkdə elə bir inad göstərdi
ki, hətta onun öz yavuq qohum-əqrəbası da
bu işə məəttəl qalmışdılar. C.Məmmədqu-
luzadə. İnad yeritmək -bax inad etmək.
[Həmzə:] [Səriyyə] də bizim ilə inad yeritsə,
onda gərək bizə papaq haram olsun. C. Cab-
barlı. İnada durmaq - bax inad etmək.
İnada düşmək - acığa düşmək, tərslik et-
mək, tərsliyi tutmaq. ..Əgər mənim uşaqla-
rımın biri inada diişiib, məni qəsd ilə incit-
mək istəyir, qoy burada bir söz deməyim..
C.Məmmədquluzadə. İnadı yerə qoymaq
- inadından, tərsliyindən əl çəkmək, razı
olmaq. [Hacı:] Sən olasan Allah, ay Sərdar,
- dedi, - bu inadı yerə qoy, bu işlərə bir ən-
cam çək! P.Makulu. // İs. mənasında. İnad
adam, tərs adam, höcət adam. Gülsabahın
atası çox inad adamdı. Ə.Vəliyev. [Əh-
məd:] Hacı, inadı var, xahiş eləyərsən, oxu-
maz. Nə illah eləyirsən, oxumayanda oxu-
maz! İnaddı! Mir Cəlal.
2. is. Əzm, dəyanət, səbat; əzmindən
dönməmə. Belə hadisələr bizim inadımızı
daha da artırmalıdır. H.Nəzərli. Yerli əha-
linin inadından .. qəzəblənmiş şah vəziri
Tavgöz Yusifi çağırıb kimsəyə aman vermə-
məyi ona əmr etdi. İ. Əfəndiyev.
3. İnadla şəklində zərf - mətanətlə,
əzmlə, səbatla. İnadla mübarizə etmək. - O
deyir: - Mənimdir bu ana torpaq ; Vuruşur
inadla əlində yaraq. M.Rahim. ..Məhsuldar
çöllər yorulmadan və inadla çalışan insan-
larla doludur. M. İbrahimov. Tez-tez çay
keçmək nə qədər yorucu olsa da, onlar
inadla irəliləyirdilər. Ə.Vəliyev.
İNADCIL bax inadkar. Hər şeydə möh-
kəm, sözünün üstə duran, inadcıl, amansız
olan Baxış bəyin bir zəif cəhəti vardı: çox
şorgöz idi. Ə.Abasov.
İNADCILLIQ bax inadkarlıq.
İNADÇI bax inadkar. [Mehribanın]
nöqsanı yalnız savadsızlığı, eyni zamanda
inadçı əsəbiliyi idi. S. Hüseyn.
İNADÇILIQ bax inadkarlıq. Qaraca qı-
zın təbiətində inadçılıq vardı.. Yusifdən nə
qədər kötək yeyirdisə də, yenə tərsliyindən
əl götürməzdi. S.S.Axundov.
İNADEDİCİ bax inadkar.
İNADKAR sif. [ər. inad və fars. ...kar]
İnad, inadcıl, tərs, dediyindən əl çəkməyən.
Polis və qoşunun təzyiqinə baxmayaraq,
qəhrəman və inadkar fəhlələr mədən dairə-
sindən çıxmadılar. M.S. Ordubadi. Şair ən
inadkar bir çocuq kimi ; Endi xəyalının də-
rinliyinə. S. Vurğun. Səlimnaz aı-vad [oğlu-
nun] inadkar olduğunu çoxdan bildiyi üçün,
daha təkid eləmədi, gəlib oğlu ilə yanaşı ye-
riməyə başladı. M. Hüseyn.
İNADKARCASINA zərf Tərslik edərək,
inad göstərərək, dediyindən əl çəkməyə-
rək. hıadkarcasına demək. - Həbib Mədə-
din fikri ilə razı idi. Ancaq hıadkarcasına öz
sözlərini təkrar edirdi.. Ə.Vəliyev.
İNADKARLIQ is. 1 . İnadkar adamın xasiy-
yəti; tərslik, inad. İnadkarlıq etmək. - Qızın
inadkarlığı ; Çox ağır gəldi ona. B. Vahabzadə.
2. Sözünün üstündə durma, əzmindən
dönməmə; dəyanət, səbat.
İNADLI sif. 1. Tərs, höcət, kəc, inadcıl,
dediyindən əl çəkməyən. Mehriban inadlı
bir qız idi. S.Hüseyn. Çoxlarının bezdiyi və
uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan
uşaqları Nazimə sanki əfsun ilə ələ alır(dı).
Mir Cəlal.
2. Əzmli, dəyanətli, səbatlı, qətiyyətli.
inadlı mübarizə, inadlı müqavimət.
İNADLILIQ is. 1. İnadlı adamın hal və
keyfiyyəti; inadcıllıq.
2. İşində və ya sözündə dəyanət, möh-
kəmlik, dayanıqlıq, əzm.
İNAQ is. tib. Uşaqlarda qırtlağın iltihabı.
İnaq olmaq. □ İnaq(ını) vurmaq - keç-
mişdə xalq arasında: inaq olmuş uşağın ba-
şını yüngülcə çərtmək.
İNAQLI sif. İnaq xəstəliyinə tutulmuş.
Iııaqlı uşaq.
İNAUQURASİYA is. [ing.] Prezidentin
rəsmən öz vəzifəsinə başlaması münasibəti
ilə bağlı keçirilən mərasim.
543
inam inanmaq
İNAM 1 is. 1 . İnanma, etibar, inam olma-
yan yerdə iman olmaz. (Ata. sözü). İlk mü-
vəffəqiyyət məndə inam və ruh yüksəkliyi
doğurdu. A. Şaiq.
2. İnamla şəklində zərf - bir şeyə ürək-
dən inanaraq, özünə inanaraq, özünə güvə-
nərək, əzmlə, mətanətlə, qətiyyətlə, dön-
mədən. İnamla cavab vermək. İnamla irəli-
ləmək. - O, sözlərini böyük bir inamla deyib
qurtararkən sakit gözləri parıldadı.
M.Hüseyn. Qəhrəman məktəbdə dərin bil-
inamla çalışır. S.Rəhimov. Mən inamla irə-
liləyən Rəşidi addım-addım izləyirdim.
M.Rzaquluzadə.
İNAM 2 [ər.] bax ənam. [Məstəli şah:]
Xanım, divlərin əlmuzdunu, inamını kərəm
edin! M.F.Axundzadə. □ İnam etmək (ey-
ləmək) - bax ənam eləmək (“ənam”da).
İnam edibən ona bəsi mal; Leyli tələbinə
qaldı irsal. Füzuli. O ki bizə meyvə inam
eyləmiş; Vaqif ona peşkəş sərin göndərmiş.
M.P.Vaqif. Söylədilər bəs ona inam edək;
Tölıf eyi-layiq ona ikram edək. S.Ə.Şirvani.
İNAMLI sif. İnamı olan, qətiyyətli, əmin,
arxayın, xatircəm. Onun ilıq səsi, inamlı
səsi; Şəfəqi, şöləsi, məhrəm nəfəsi; Mənə
qüvvə verdi, gəzdim, dolandım.. Ə. Cavad.
[Fərhadoğlu] ağır və inamlı addımla gəzib
əlini yenə Əmiraslan babanın çiyninə qoy-
du. S.Rəhimov. İnamlı və şad bir nəzərlə
dostumun üzünə baxdım. M.Rzaquluzadə.
İNAMSIZ sif. İnamı olmayan, inanmayan,
etibar etməyən.
İNAMSIZLIQ is. İnam olmama, etibar ol-
mama; inam, etibar yoxluğu.
İNANDIRICI sif. və zərf İnandıran, qane-
edici, sübutlu, əsaslı, tutarlı. İnandırıcı də-
lillər. inandırıcı sübut. - C. Məmmədqulu-
zadə Novruzəlilərin ürəkdağlaycın, yazıq,
ağır və köməksiz həyatlarını çox təbii və
inandırıcı təsvir edir. M.İbrahimov. Şeydanın
həm elmi əsaslan, həm də fərziyyələri [Qə-
dirə] çox inandırıcı görünürdü. M.Hüseyn.
İNANDIRICILIQ is. Qaneedicilik, sübut-
luluq, əsaslılıq, tutarlılıq. Dəlillərin inandı-
rıcılığı. Faktların inandırıcılığı.
İNANDIRILMA “İnandırılmaq”dan f.is.
İNANDIRILMAQ "İnandırmaq”dan məcli.
İNANDIRMA “İnandırmaq”dan/w.
İNANDIRMAQ / inanmasına nail olmaq,
inanmasına çalışmaq, birində bir şey haq-
qında inam yaratmaq; qane etmək. Haqlı
olduğuna inandırmaq. Vəziyyətin düzələcə-
yinə inandırmaq - Füzuli, eşqə mühlik der-
dim, ol məhvəş inanmazdı; Bihəmdüllah ki,
can vermək təriqilə inandırdım. Füzuli. Mən
məzarında şəm yandırıram; Yarımın ruhunu
inandırıram. S.Ə.Şirvani. Aıvad məni inan-
dırır ki, bir çox ac itlər və heyvanlar öz
rizqlərini zibildə tapırlar, onları doydurmaq
da savabdır. C.Məmmədquluzadə.
İNANIQLI bax inandırıcı.
İNANILACAQ sif. İnanıla bilən, doğru
şey kimi qəbul edilə bilən; etibar edilə bilən.
inanılacaq adam deyil.
İNANILMA “İnanılmaq” danfis.
İNANILMAQ məcli. Etibar edilmək; doğru
deyə qəbul olunmaq, doğru nəzəri ilə ba-
xılmaq.
İNANILMAZ sif. İnanılması mümkün ol-
mayan, etibar edilməz, ağlabatmaz. Bu söz-
lər əvvəlcə mənə inanılmaz (z.) göründii.
M.Rzaquluzadə.
İNANILMAZLIQ is. İnanılması mümkün
olmama, etibar edilə bilməmə.
İNANILMIŞ f.sif. Etibarlı, etibar edilə bi-
lən, etibara layiq. İnanılmış adam.
İNANMA “ İn an m aq ” dan / и.
İNANMAQ/ 1. Bir işin, sözün və s.-nin
yəqinliyinə, doğruluğuna qəti əmin olmaq,
arxayın olmaq, yəqin etmək. Gülnaz çölə
həmişə Laçınla yanaşı gedər, onun əlli-
ayaqlı olduğunu görüb, bacarığına ürəkdən
inanardı. M.Hüseyn. Qapı döyənin Firidun
olduğuna inanan Giilnaz onun sözlərini
eşitmədi. M.İbrahimov. Bu sözdən sonra
Nisə xala inandı. Mir Cəlal. □ İnanmağı
gəlməmək - bir şeyin doğruluğuna, yəqin-
liyinə şübhə etmək, inana bilməmək. Hatə-
min inanmağı gəlmədi. Mir Cəlal.
2. Həqiqət bilmək, doğru bilmək, gerçək
bilmək. Adam hər deyilənə inanmaz. Hər
cür şayiəyə inanma! Mən onun hər sözünə
inanırdım. - Dəhəııin dilbərimin çeşməyi-
heyvan dedilər; Kim inanır bu sözə, gözgörə
böhtan dedilər. S.Ə.Şirvani. [Süleyman
bəy:] ..Təvəqqe edirəm ki, mənə etibar edib
sözümə inanasan. Ü.Hacıbəyov. [İmamver-
544
İNANMALI
di Nurəddinə:] ..İndi get, mən də görüm, nə
çarə tapıram, ancaq sərvaxt ol, Əmirasla-
nın sözünə əsla inanma. S.S. Axundov.
3. Etibar etmək, bel bağlamaq. Ona çox
da inanmaq olmaz. Xalqa inanmaq tazım-
dır. Dənizin sakitliyinə inanma.
4. Ümid etmək, ümidvar olmaq, yəqin et-
mək, əmin olmaq. Kəsiləcək yer üzündən,
inanıram mən; Müsibətin, fəlakətin ilan nə-
fəsi. S. Vurğun.
5. din. Etiqad etmək, iman gətirmək.
Dinə inanmaq. // Mövcud olduğuna qane
olmaq. Taleyə inanmaq. Yuxuya inanmaq.
6. İnanmıram şəklində - şübhə bildirir.
İnanmıram, o, bu gün gələ. İnanmıram, ya-
ğış yağsın.
İNANMALI sif. İnanılacaq, etibarlı, bel
bağlamalı olan, sədaqətli. O, inanmalı adam-
dır. □ İnanmalı olmaq - inanmağa, qane
olmağa, yəqin etməyə məcbur olmaq. Keç-
diyimiz yerlərdəki vəziyyəti göz önünə gə-
tirib bunlara inanmalı oldum. M.Rzaquluzadə.
İNANMAZ sif. Heç bir şeyə inanmayan,
inandırıla bilməyən. İnanmaz adam.
İNAYƏT is. [ər.] klas. Mərhəmət, rəhm,
iltifat, şəfqət, yaxşılıq. Az eyləmə inayətini
əhli-dərddəıı; Yəni ki çox bəlalərə qıl müb-
təla məni! Füzuli. [Mələk:] Yarəb, azacıq
lütfü inayət! Qəhr olmada artıq bəşəriyyət.
H. Cavid. // Səy, qeyrət, cəhd, hümmət.
□ İnayət etmək (qılmaq) - kömək etmək,
qayğı göstərmək, iltifat göstərmək. Bizə çox
kişvər, vilayətlər; Etdilər lütflər, inayətlər.
M. Ə. Sabir. [Kəndli:] Çox sağ ol, Həsən
əmi, böyük inayət elədin. Ə.Haqverdiyev.
[Səlma:] İnayət qıl, yox başqa bir havadar;
Yalnız varım-yoxum tək bir oğlum var.
H. Cavid.
İNCƏ sif. 1 . Zərif işlənmiş, nəfis, qəşəng.
İncə qolbaq. İncə naxış. - Stolun kənarında
krovatların yanında kifayət qədər incə
sandalyalar düzülmüşdü. C.Məmmədqulu-
zadə. Tacirin iddiasına görə, o günə qədər
Bağdada bu qədər incə xələt gəlməmişdi.
M. S. Ordubadi. // Nazik, zərif. İncə bar-
maqlar. Üzdə incə cizgilər, incə qaşlar.
- Gözəllərin gərək incə belləri; Qənddən,
nabatdan şirin dilləri. Qurbani. Əcəb qur-
şaıııbdı incə belinə; Gümüş kəmər, qəddi-
İNCƏLƏŞMƏK
dala yaraşır. Aşıq Ələsgər. // Çox kiçik,
çox xırda, zorla seçilən, fərqləndirilən. İncə
fərq. Sözün incə məna çatarları. İncə təfərrüat.
2. məc. Mehriban, mülayim, həssas, riq-
qətli. İncə xasiyyət. İncə ürək. İncə ruh. -
Həyatda yaranan hisslərdən ən incəsi, ən
kəskini analıq hissidir. S. Rəhman. O qa-
nadlı gəncin sadə; Təmiz, incə ruhu vardı.
N.Rəfıbəyli.
3. məc. Üstüörtülü, pərdəli, tez sezilməyən,
gizli. İncə mətləb. İncə istehza. - Sualın
ahəngində incə bir istehza oxunurdu.
M. Hüseyn.
4. məc. Ən incəlikləri duyan, qavrayan,
dərk edən, dəqiq. İncə ağıl. İncə zehin.
incə-incə sif və zərf Zərif, qəşəng, incə.
İncə-incə çiçəklər. İncə-incə əllər. - İncə-
incə yarpağı var; Kölgələrdə bitib açar;
Bənövşənin ətir dolu; Dəstəsini kim unu-
dar? M. Dilbazi. // Kiçik, xırda. Mirzağa
ortaya düşərək incə-incə addımlarla boy-
nunu, çiynini büzüb özünü süzərək oynayır.
S. Hüseyn.
İNCƏBEL(Lİ) sif. Beli nazik, zərif. İncə-
bel qız. - Nigar xanım qabaqda, qırx incə-
bel qız da dalda dükana tərəf gəlirdi. “Kor-
oğlu”. Böyük qız ucaboylu, incəbelli .. bir
gözəl olduğunu sübut edirdi. S.S.Axundov.
Bir azdan xurmayı saçlı, incəbel, yaraşıqlı bir
qız olan Səriyyə .. gəlib çıxdı. İ.Əfəndiyev.
İNCƏDƏN-İNCƏYƏ zərf Bütün təfərrüa-
tı ilə, hərtərəfli, nöqtəsinə qədər. İncədən-
incəyə öyrənmək. - ..Bizim xalq dilini, xalq
şerini dərindən duymuşdu, sevmişdi, aşıq
şerinin qayda-qanunlarını incədən-incəyə
m ən inıs əmişdi. M . İbrahimov.
İNCƏLƏNMƏ “İncələnmək”dən f.is.
İNCƏLƏNMƏK bax incələşmək.
İNCƏLƏŞDİRİLMƏ "İncələşdirilmək”-
don f.is.
İNCƏLƏŞDİRİLMƏK məcli. Daha incə,
daha zərif edilmək; nazikləşdirilmək.
İNCƏLƏŞDİRMƏ “İncələşdirmək”dən
f.is.
İNCƏLƏŞDİRMƏK / Daha incə, daha
zərif etmək; nazikləşdirmək.
İNCƏLƏŞMƏ “İncələşmək”dən f.is.
İNCƏLƏŞMƏK f. 1. Get-gedə incə ol-
maq, zərifləşmək. Qız böyüdükcə incələşirdi.
545
İNCƏLƏTDİRMƏ
- Mənalı səslərinlə, şerim, incələş; Bir ka-
man kimi. M. Müşfiq.
2. Getdikcə nazikləşmək, daralmaq. Bir-
neçə gündən sonra Telli balkonda durub
getdikcə incələşib gözdən itən ilanvari kənd
yoluna baxırdı. S.Hüseyn.
İNCƏLƏTDİRMƏ “İncələtdirmək”dən
f.is.
İNCƏLƏTDİRMƏK bax incələtmək.
İNCƏLƏTMƏ “İncələ tmək”dən f.is.
İNCƏLƏTMƏK icb. Daha da incə, zərif
etmək; naziklətmək.
İNCƏLİK is. 1. Zəriflik, nəfislik, qə-
şənglik, gözəllik. Dərinin incəliyi. Naxışın
incəliyi. - Bu sənətdə işlənilən incəlik; Yal-
nız qadınlara məxsus nemətdir. A.Şaiq. Səni
kim yaratdı böylə alyanaq; Kiçik yarpağın-
da incəliyə bax! N.Rəfibəyli. // Naziklik.
Belin incəliyi. Parçanın incəliyi.
2. Ən xırda təfərrüat, bir şeyin ən spesifik
cəhəti və ya cəhətləri (bu mənada çox vaxt
cəm şəklində işlənir). Riyaziyyatın incəlik-
ləri. - Qorki insan qəlbinin incəliklərini bö-
yük həssaslıqla duyub, məharətlə ifadə et-
məyi bacaran bir sənətkar idi. R.Rza. Onlar
Teymurun xasiyyətindəki bütün incəliklərə
bələd olmuşdular. H.Seyidbəyli.
3. Riqqət, şəfqət. Bir şeylər söyləyir,
onun sözündə; Könül bir incəlik duyar ax-
şamlar. Ə. Cavad. İcazə versəniz danışaram
mən; O qız xəyalının incəliyindən. S. Vurğun.
İNCƏLMƏ "İncəlmək” dən/w.
İNCƏLMƏK f. 1 . Arıqlamaq, zəifləmək,
üzülmək. Füzuli zülfünə bağlandı, əmma
öndə incəldi; Ki, guya zəf onu həm zülfünə
bir tari-mu eylər. Füzuli. Jurnal, qəzetə,
hərzəvü hədyan oxumaqdan; incəldi uşa-
ğını. M. Ə. Sabir. // Nazikləşmək, zərifləş-
mək, daha incə olmaq. Çəltiklər dirçəlibdir;
Sünbüllər incəlibdir; Bu gün qəribə toy var;
Bizə gəlin gəlibdir. (Bayatı). Elyar oxuduq-
ca incəlir səsi; Məclis sükut edir ona hör-
mətlə. S.Vurğun.
2. Kövrəkləşmək, yumşalmaq. [Elxan:]
Ürəyim çocuq kimi incəlmiş; Nəhayət, səni
tapdım. C. Cabbarlı.
İNCƏLTMƏ “ İ n cə I tm ək ” don /, is
İNCƏLTMƏK f. 1 . Daha incə bir hala
salmaq.
İNCİ
2. Arıqlatmaq, zəiflətmək, üzmək, incəl-
məsinə səbəb olmaq. Az qala ki, sənin həs-
rətin bizi; Iııcəldibən üzə, qurban olduğum.
M.P. Vaqif. Ay nazənin, dərdin mənim canı-
mı; Az qalıb incəldə, ay üzə-üzə. Aşıq Ələs-
gər. Eşqə düşənləri axırda bu dərd; Əridər,
incəldər, natəvan eylər. Aşıq Bəyim.
3. Bir şeyi yonub, rəndələyib incə etmək,
naziklətmək, nazikləşdirmək. Taxtanı
incəltnıək.
İNCƏSƏNƏT is. Obyektiv varlığın bədii
surətlərdə yaradıcı surətdə əks etdirilməsi,
bədii yaradıcılıq fəaliyyəti, gözəl sənətlər,
nəfis sənətlər. İncəsənət əsərləri. XIX əsr
incəsənəti. İncəsənət muzeyi. İncəsənət xa-
dimləri. İncəsənət ongünlüyü. H Bədii yara-
dıcılıq sahələrindən biri. Təsviri incəsənət.
Kino incəsənətlərin ən kütləvi formasıdır. -
Mən bu gün bir daha qadının incəsənət iş-
lərində kişilərdən daha yüksəkdə durduğunu
gözümlə gördüm. M. S. Ordubadi.
İNCƏVARA ara s. тәһ. Yaxşı ki, xoş-
bəxtlikdən. Dedim ki, pristava xəbər verə-
cək, .. incəvara, olmadı. S. Rəhimov. Bu hiy-
ləgər hərif, incəvara, köhnə adamları alda-
da bilirdi.. E. Sultanov.
İNCİ is. 1. Bəzi molyuskların balıq-qu-
laqlarmdan çıxarılan ağ və ya çəhrayı (nadir
hallarda qara) rəngli dənələr şəklində qiy-
mətli sədəf maddəsi; mirvari, dürr. // Hə-
min maddədən hazırlanan qiymətli qadın
bəzəyi (muncuq). Nə göyçək yaraşır, nə xoş
görünür; Mina, inci kəmər bel arasında.
Q.Zakir. [Qətibə] baş örtüsünün qarşısına
almaz, yaqut və incilərdən düzülmüş bir
cıqqa taxmışdı. M.S. Ordubadi. Ləpələrin qu-
cağında dolaşdım axşam-səhər; Gözlərimi
qamaşdırdı dibindəki incilər. B. Vahabzadə.
2. məc. Çox qiymətli şey haqqında. Yığır
öz əliylə torpaq altından; Yerdə gizlədilmiş
o inciləri. S.Vurğun.
3. məc. Təşbehlərdə: saflıq, təmizlik par-
laqlıq mənasında. İnci tər. - Sıçrayarkən
işıldayar damcılar; San saçılar mirvaridlər,
incilər. A. Səhhət. Yenə ay işığında qumlar
sanki incidir. N.Rəfibəyli. ..Məxmər otların
arasından büllur sular süzülür, qönçələrə,
düyməçələrə parlaq incilər düzülürdü.
M.Rzaquluzadə. // Eyni mənada dişlər haq-
546
İNCİB ALIĞI
qında. Dəhanırı sədəfdir, dişlərin inci; Sa-
nasan ağzın püstədir, ay qız! M.P.Vaqif. Bir
xoş yerişlinin, inci dişlinin; incə baxışlının,
tər qumaşlının; Bir allı, güllünün dağı mən-
dədir. Aşıq Rəcəb. Rozanın dodaqları qaç-
dı, qaranlıqda onun ağ, inci dişləri parılda-
dı. S. Rəhimov.
0 İnci kimi (təki) - kiçik, təmiz və düz-
gün. Aygün oxuduqca nəzər saldı ki; İncitək
düzülmüş sözlər yanaşı. S. Vurğun. ..Çoba-
nın təkcə gözləri, bir də inci kimi düzülmüş
saf dişləri ağarırdı. İ. Hüseynov.
İNCİBALIĞI is. zool. Sazan fəsiləsindən
pullu kiçik balıq.
İNCİÇİÇƏYİ is. bot. Xırda ağ çiçəkləri
olan ətirli çoxillik bitki (dərman bitkisi kimi
istifadə olunur).
İNCİDİLMƏ “İncidilmək”dən fis.
İNCİDİLMƏK məch. 1. Əziyyət veril-
mək, əzab verilmək.
2. Küsdürülmək, ürəyi sındırılmaq. [Aqil]
Gülnazın kimin tərəfindən isə incidildiyini
güman edib dalınca yüyürdü. Q.İlkin.
İNCİK sif. İncimiş, küsmüş, rəncidə, ürə-
yi sınmış, incik baxış. İncik sual. - Tiikəz
qarı incik səsini ucaltdı. S. Rəhimov. // Zərf
mənasında. Şirzad Pərşanm belə incik ayrı-
lıb getməsindən qorxdu. M. İbrahimov.
[Maral və Kəyan] incik ayrılmışdılar.
Ə.Əbiilhəsən. Şahpərinin son ümidi də puça
çıxdı. O, incik halda dilləndi. B. Bayramov.
□ İncik olmaq - incimək, küsmək, könlü
sınmaq. Əzizim, gülşən olmaz; Bir gililə
gülşən olmaz; Dost dostdan incik olsa; İnci-
yər, düşmən olmaz. (Bayatı). [Teymur ağa:]
..Xııb, mən vəzirə nə eləmişəm ki, məndən
incik olubdur? M.F.Axundzadə. İncik sal-
maq - incitmək, küsdürmək, qəlbini qırmaq.
İNCİKLİ bax incik. Zinhar, şikayət etmə
məndən ; İncikli hekayət etmə məndən! Füzuli.
İNCİKLİK is. İncimə, küsü, aradəymə,
küsüşmə, narazılıq. [Dəlilər] yedilər, içdi-
lər, keflər kökəldi, damağlar cağ oldu, in-
ciklik yaddan çıxdı. “Koroğlu”. Mirzə Sü-
leyman atasını çox sevirdi və sağ olan vax-
tında nə qədər inciklik vardısa, indi hamı-
sını əfi’ edərdi.. B.Talıblı. Səttarzadə ailədə
söz-sov, ovqattəlxlik görmüşdü, hətta bərk
inciklik də xatırlayırdı. Mir Cəlal. □ Araya
İNCİNARLIQ
inciklik salmaq - bir-birindən incitmək,
küsüşdürmək, narazılıq salmaq. [Hacı Mu-
rad:] Onlar istəyir ki, ata-oğul arasına in-
ciklik salıb nəfbərdar olsunlar. S.S. Axun-
dov. İnciklik düşmək, araya inciklik düş-
mək - bir-birindən incimək, narazılıq düş-
mək. [Salman:] Yoxsa neçə ilin ayrılığından
sonra istəyirsən, aramıza inciklik düşsün?
Ə. Haqverdiyev. // İnciməyə səbəb olan hal,
iş. [Vəzir:] Bu gün mənə hər tərəfdən incik-
lik üz verir. M.F.Axundzadə.
İNCİL is. [ər.] Bibliyanın, İsanın həyat və
təlimi haqqındakı əfsanələrdən bəhs eləyən
və xristian dininin əsasını təşkil edən
hissəsi. Bu əməl harda yazılıb? İncilə, Qu-
rana baxın! Aşıq Ələsgər. [Dərviş Şeyx
Sənana:] Əvət, Quran, Zəbıır, Incilü Tövrat;
Birər röya ki, zor təfsiri, heyhat! H. Cavid.
İNCİLMƏK bax incəlmək. Əzizim, ay
incilər; Yox sizə tay, incilər; Sənə baxan
gözlərim; Günü-gündən incilər. (Bayatı).
İNCİMƏ “İncimok”dən fis.
İNCİMƏK/ 1. Əziyyət çəkmək, ağrı hiss
etmək. Eşqin yolunda qəm verə üz, aşiq
inciməz. S.Ə.Şirvani. [Şeyx Səlim] ..varlığı-
nı hiss etmirdi, çünki ona daş dəydikdə belə,
deyəsən, incimir və qırçınmırdı. M. S. Ordu-
badi. İncimiş, yorulmuş Giilara artıq hara-
yının heç bir yerə çatmayacağını görüb ala
gözlərindən yaş ələməyə başladı. Ə. Vəliyev.
2. Küsmək, qəlbi qırılmaq, sınmaq. Ney-
ləmişəm inciyibsən; Yenə, ey gülbədən,
məndən? Q. Zakir. [Hacı Əhməd Almaza:]
Ancaq bacıqızı, uzun sözün qısası, biz sən-
dən incimişik. C. Cabbarlı. ..Həmyerlisi [Sə-
məddən] qonaqlıq vermədiyinə görə inci-
mədi. İ. Hüseynov.
İNCİNAR [rus. injener sözünün canlı dil-
də təhrif edilmiş forması] bax mühəndis.
İncinar oldu Qasım bəy, bizə çox verdi
əzab; Həq evin yıxsın onun, etdi bizi xaııə-
xərab. S.Ə.Şirvani. [Sultan bəy:] Yoxsa bu
incinar-miııcinar, doxtur-moxtur, vəkil-
məkil, uçitel-muçitellərlə mənim işim olmaz.
Ü.Hacıbəyov. [İmran:] [Suğra] qoy gedib
iııcinardan, ağranomdan olsun. M.Hüseyn.
İNCİNARLIQ [“injener” sözündən] bax
mühəndislik. Incinarlıq özü bir elmdi, bi-
həddii hesab. S.Ə.Şirvani.
547
İNCİNMƏK
İNCİNMƏK klas. bax incimək. Gerçək
möhiibbə cövrü cəfa çünki yar edər; Neyçün
cəfadan incinə, qəmdən məlul ola. Nəsimi.
Incinmə ki, səndən oldu təqsir. Məsihi.
Məndən incinibdir ol üzü alım; Heç bilmə-
nəm könlün ta nə ilə alım. Aşıq Maqsud.
İNCİŞMƏ “İncişmək’’dən /и.
İNCİŞMƏK qarş. Bir-birindən incimək,
küsüşmək, araları dəymək.
İNCİTMƏ “İncitmək”dən fis.
İNCİTMƏK f 1 . Əziyyət vermək, əzab
vermək, işgəncə etmək. Nəbi özündən son-
ra Mehdini incidəcəklərini düşünür. "Qaçaq
Nəbi”. // Yormaq, əldən salmaq, üzmək.
Koroğlu iltimas eylər; Bala, incitmə Qıratı!
"Koroğlu”.
2. Ağrıtmaq, əziyyət vermək. [Haınn:]
incidir yaralarım, yoxdur ümidim özümə.
Ü. Hacıbəyov. ..Ayaqlarım yalın olduğuna
görə yolıın quru kəsəkləri məni incitdi və
mən də üst tərəfdə tapdalanmamış bir cığıra
düşdüm. A.Divanbəyoğlu.
3. Narahat etmək, narahatlığına səbəb ol-
maq. Bundan savayı, Bahadırı incidən o
oldu ki, vaxtında gedib Tiflisə çatmayacaq-
dır. N.Nərimanov. Hava sakit olduğundan
təyyarəmiz süzüb gedir, heç kəsi incitmirdi.
M.İbrahimov. [Körpənin] ağlaması da Gii-
laranı darıxdırır, incidirdi. Ə.Vəliyev.
4. Küsdürmək, xatirini qırmaq, qəlbinə
toxunmaq, narazı salmaq. Şəkilləri çəkmək
cəhətindən min doqquz yüz doxsan doqquz
mollanı özümüzdən incitmişik. C. Məmməd-
quluzadə. Fəqət səni burada yalnız bir kəl-
mə ilə incidəcəyəm.. H.Nəzərli. Osa ömrü
boyunca incitmədi bir kəsi. B.Vahabzadə.
İNDEKS [lat.] 1. Bir şeyin adları yazılmış
siyahısı; adlar siyahısı. Çıxmış kitabların
indeksi. Malların indeksi.
2. iqt. Hər hansı bir iqtisadi hadisənin ar-
dıcıl dəyişmələrini faizlə ifadə edən rəqəm
göstəricisi. Əmək məhsuldarlığı indeksi.
Əmək haqqı indeksi. Qiymət indeksi.
3. riyaz. Riyazi ifadəyə daxil olan hərfin
sağ tərəfində (adətən altında) yazılan rə-
qəm və ya hərf; məs.: A 2 , X p
4. xı 'is. Kitabxana təsnffində: kitab qisim-
lərini göstərən, adətən rəqəmlər və ya
hərflər şəklində olan şərti işarə.
İNDİ
İNDEKSLİ sif. indeksi olan.
İNDETERMİNİST [lat.] fəls. İndetermi-
nizm tərəfdarı.
İNDETERMİNİZM [lat.] fəls. Təbiət və
cəmiyyətdə baş verən hadisələrin qanuna-
uyğunluğunu və səbəbiyyətini inkar, insan
iradəsinin mütləq “azadlığını”, yəni onun
heç bir şeydən asılı olmadığını iddia edən
idealist görüş.
İNDƏN: indən belə, indən sonra - bu
andan etibarən, bundan sonra. İndən belə
ayıq ol! - Yolun çox gözlədim, axır gəlmə-
din; Yoxdur indən belə etibar sənə. Aşıq
Pəri. // Daha, artıq. Yetişibsən, indən belə
yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə.
Q.Zakir.
İNDİ zərf 1. Hazırda, bu anda, hazırkı
vaxtda, bu saat, əlan. İndi gəldi. İndi gedə-
cəyəm. Görəsən, indi o haradadır? - Dağ-
lar, sənin ilə həmdəm olmadım; Əsirgərsən
indi qarı da məndən. Qurbani. Dedi xatun
ki: - Söylə, ey fərzənd; Noldu kim, olduq
indi dövlətmənd? M. Ə. Sabir. // Bu saat, tez.
Sel axar, mələr gələr; Dağ-daşı dələr gələr;
Düşmən gəldi, indi gör; Başıma nələr gələr.
(Bayatı). [Əsgər Gülçöhrəyə:] ..İndi sən get
evə, yoxsa bizi görərlər, xudahafiz. Ü.Hacı-
bəyov. Iııdi nazirlər qarşı-qarşıya oturmuş-
du. S. Hüseyn. // Əvvəlki vəziyyətə, şəraitə,
keyfiyyətə qarşılıq mənasında, indi mən o
adam deyiləm, indi o çox ağıllanmışdır, indi
adam lazımdır ki, bu işi boynuna götürsün.
2. Başqa mətləbə, mövzuya, məsələyə
keçdikdə işlənir, indi o biri söhbətə keçək,
indi mən sizi yeni əsərlərlə tanış edəcəyəm.
0 İndi də - T) hələ də. [Səmirə:] Bu zəif-
liyim üçün indi də özümü danlayıram.
M.Hüseyn; 2) indi, bu dəfə. İndi də onun
sözlərində elə bir məna görməyən qızlar ca-
vab qaytarmadılar. İ. Hüseynov. İndi ki
- bir halda ki, madam ki, əgər. İndi ki sən
gedirsən, mən getmirəm. - [Yaşlı kişi:] indi
ki sən sözündə israr edirsən, get, özünü
imamın qəbrinə bağlayıb. Çopur üçün ağla,
- dedim. S.Hüseyn. [Gülçöhrə:] Ay ata, indi
ki sən istəyirsən mən ərə gedim, qoy onda öz
istədiyimə gedim. Ü.Hacıbəyov.
indi-indi zərf Yenicə, təzəcə, lap bu
saat. Tamaşaçılar indi-indi zala yığılmağa
548
İNDİCƏ
İNDUKSİYA
başlamışlar. - Məryəm indi-indi oxumuş,
irəliləmiş bir cəmiyyət qızı idi. C. Cabbarlı.
Camaat indi-indi dağdan-daşdan qayıdır.
Ə.Məmmədxanlı. İndi-indi atasının təklifi
.. [Rübabəni] odlandırır, təhqir edirdi. Mir
Cəlal.
İNDİCƏ zərf Bu saat, bu dəqiqə, bu anda.
İndicə getdi. İndicə gələr. İndicə yola sal-
dım. - [Cəlal:] Yox, canım, - dedi, - kişinin
babalın yumayın, indicə küçədə rast gəldik.
Çəmənzəminli. Biçarə muzdurun damarları
qurudu ki, indicə yaranalın buyuruğu ilə
Həsənəli bəy onu tııtııb qazamata göndərə-
cəkdir. S.M.Qənizadə. Günün şöləsindən
parladıqca qar; Deyirsən: - İndicə əriyə-
cəkdir. H.Arif.
indicə-indicə zərf İndi-indi, təzə-təzə,
təzəcə, yenicə. At ovun goru üçün, boşla bu
tifli başına; İndicə-indicə ancaq yetir on bir
yaşına. M. Ə. Sabir.
İNDİDƏN zərf 1 . Bu vaxtdan, bu andan,
bu gündən, bu dəqiqədən, qabaqcadan.
indidən hazırlıq görmək lazımdır. - Rüstəm
kişi elə indidən müavini itaətdə saxlamağı
qərara aldı. M.İbrahimov. // Fürsət varkən,
imkan varkən, nə qədər ki gec deyil. Hər
kəs dünyanın təqazasına bir az bələddirsə,
indidən gərək yəqin eliyə ki, Ordubad cəha-
ləti Əvlis mədəniyyətinin qabağında dayana
bilməz. C.Məmmədquluzadə.
2. Tezdən, ertədən, vaxtından əvvəl.
İndidən niyə gəlmisən?
İNDİFERENT sif. [lat.) 1. Qeyri-müəyyən,
laqeyd, etinasız.
2. Boş, əhəmiyyətsiz.
3 . fiz. Neytral.
İNDİKATOR [lat.] 1. tex. Fiziki kəmiy-
yətləri (təzyiqi, yükü və i. a.) təyin etmək
üçün işlədilən bir sıra cihazların adı. Elek-
trik ehtizazları indikatoru.
2. Kimyəvi reaksiyanın sonunu (rəngin
dəyişməsi, çöküntü və s. üzrə) bildirən mad-
də (reaktiv). Reaksiyaların sonunu bildir-
mək üçün əlavə edilən maddəyə indikator
(yəni göstərici) deyilir. H. Şahtaxtinski.
İNDİKİ sif. Flazırkı, hazırda mövcud olan,
hazırkı zamana aid olan; müasir. İndiki
insanlar, indiki dövr, indiki ədəbiyyat, indi-
ki şərait. H Budəfəki. Cəbi həmişə anasına
baxırdı, fəqət indiki baxışda bir atəş, bir
elektrik qüvvəsi var idi. N.Nərimanov. Heç
zaman qəm-qüssə indiki qədər ürəyimi sıx-
mamışdı. İ.Əfəndiyev.
İNDİQO [isp.] 1. Kimyəvi üsulla əldə
edilən tünd-sürməyi boya maddəsi (keç-
mişdə bitkilərin şirəsindən hasil edilirdi).
2. dan. Tünd-sürməyi yun parça. Katibin
.. indiqodan tikdirdiyi üst köynəyi çəkilib,
dal tərəfdən bir yerə yığıldığı üçün, enli
toqqanın sarı dəmiri üzərindəki beşgıışə
ulduz açıq görünürdü. Ə.Vəliyev.
İNDİLİK zərf 1. Hələlik, indiki halda,
indiki vaxt üçün, hazırkı zamana görə. İndi-
lik bu bəsdir. - İndilik hamı lazım deyil.
Bir-iki nəfər öhdəsinə götürsə kifayətdir..
T.Ş. Simurq. İndilik bu danışıqları buraxsaq
yaxşıdır. H.Nəzərli. İndilik tikintidə giinə-
nıuzd işləmək olar. Mir Cəlal.
2. İs. mənasında. İndiki hal, hazırkı və-
ziyyət. [Kərim baba:] [Qızıl itin] bir qardaş
qədər mənə yaxşılığı keçmişdir. Sən bunun
iııdiliyini görürsən. A.Şaiq.
İNDİLİKDƏ zərf İndiki vaxtda, indiki
şəraitdə, hələlikdə, hal-hazırda, hələlik.
Möhtərəm “Rəhbər”in bu təvəqqeini biz
indilikdə əmələ gətirə bilmərik.. C.Məmməd-
quluzadə. [İsmayıl:] ..İndilikdə klubun mü-
dirliyini Yusif yoldaşa tapşırırıq. Mir Cəlal.
İNDİYƏDƏK, İNDİYƏCƏN zərf Bu ana
qədər, bu vaxta qədər, bu günə kimi. ..Ke-
çən il Bakıda yığılan qırx beş min manatdan
indiyədək bircə nəfər müsəlman acının qar-
nı doymayıb. C.Məmmədquluzadə. Giilba-
dam uşaqlıqdan indiyədək tamam başından
keçəni göz qabağına gətirib, indi əri Məşədi
Allahverənin yuxusuna öz yanında gülərdi.
N.Nərimanov. İndiyəcən göydən gurultudan
başqa bir kəsə bir cavab gəlməmişdi ki,
Miinəvvərə də gələ idi. Mir Cəlal.
İNDONEZİYALI is. İndoneziya əhli, ma-
lay xalqına mənsub adam.
İNDUİZM [saııskr. ] Hindistanda: eramı-
zın V əsrində brəhmənizm və buddizm əsa-
sında təşəkkül tapmış hakim din.
İNDÜKSİYA [ lat.] 1. mənt. Ayrı-ayrı, xü-
susi təsadüflərdən ümumi nəticələr çıxarma
üsulu.
2. fiz. Maqnit sahəsinin təsiri ilə və ya
yüklü elektrik cisminin yaxınlaşması ilə hər
549
İNDUKSİYALANMA
hansı bir keçiricidə elektrik və maqnit ener-
jisinin əmələ gəlməsi.
3 .fiziol. Sinir sistemində oyanma ilə lən-
gimə (tormozlama) prosesləri arasındakı
əlaqə, birinin digərindən asılı olaraq mey-
dana gəlməsi prosesi.
İNDUKSİYALANMA "İnduksiyalanmaq”-
dan f.is.
İNDUKSİYALANMAQ f. xüs. İnduksiya-
ya çevrilmək, induksiya əmələ gəlmək.
İNERSİYA [lat.] fiz. Düz xətt üzrə hərə-
kətdə olan cismin öz müntəzəm hərəkətini,
sükunətdə olan cismin isə öz sükunətini xa-
rici bir qüvvə müdaxilə etmədikcə mühafi-
zə etmə xassəsi; ətalət. İnersiya qüvvəsi.
İNƏK is. 1 . Süd verən iri ev heyvanı, ökü-
zün dişisi. Südlü inək. Qısır inək. İnək qatı-
ğı, qaynı ağı (inək südündən hazırlanan qa-
tıq, qaymaq). - Rəna dərhal qollarını çır-
mayıb inəyi sağmaq üçün getdi. M. S. Ordu-
badi. ..Evin sağındakı qocaman qoz ağacı
yanında inək mələdi. M. Hüseyn.
2. vulq. Çox kök, yöndəmsiz qadın, ya-
xud qorxaq və ya küt adam haqqında.
0 İnək kimi sağmaq - özü üçün gəlir
mənbəyi etmək, müntəzəm surətdə birinin
pulunu, varını əlindən almaq, sorub çək-
mək, istismar etmək. Bir sözlə. Molla Qa-
sım Güllücə kəndini inək kimi sağıb yeyirdi.
S.S.Axundov. // İstismar etmək. Hər il inək
kimi sağılan torpaq gücdən düşmüşdü.
(Qəzetlərdən).
İNƏKÇİ is. İnək saxlayan; inəyəbaxan.
İNƏKÇİLİK is. İnək yetişdirib saxlama.
Iııəkçiliyi inkişaf etdirmək.
İNƏKƏMCƏYİ is. İri, uzunsov, qırmızıya
çalar gilələri olan üzüm növü.
İNƏKLİ sif. İnəyi olan. Qonşunu iki inək-
li istə ki, özün də bir inəkli olasan. (Ata. sözü).
İNƏKNOXUDU is. bot. Paxlalılar fəsilə-
sindən birillik və ya çoxillik ot bitkisi (yem
bitkisi kimi istifadə olunur).
İNƏKOTARAN bax naxırçı.
İNƏKOTU is. bot. Xalq təbabətində isti-
fadə edilən çoxillik bitki. İnəkotıı çoxillik
bitki olub, təxminən bir metr hündürlüyündə
qol-budaqlı gövdəyə malikdir. Laləyə oxşar
çılpaq, tüııd-yaşıl və böyük yarpaqları uzun
saplaqlar üzərində yerləşmişdir. R.Əliyev.
İNHALYASİYA
İNƏKSAĞAN sif. İnəkləri sağan və onla-
ra qulluq edən işçi; sağıcı.
İNƏKSİZ sif. İnəyi olmayan, inək saxla-
mayan. İnəksiz kəndlilər.
İNƏYƏBAXAN bax inəkçi.
İNFARKT [lat.] tib. Spazma və ya başqa
səbəblər üzündən damarlarda qan cərəya-
nının kəsilməsi nəticəsində bədənin hər
hansı bir üzvünün toxumalarında əmələ gə-
lən ölgünlük. İnfarkt olmaq. Ürək damarla-
rı infarktı.
İNFEKSİÖN sif. [lat. ] İnfeksiyanın törət-
diyi, yoluxucu. İnfeksion xəstəliklər.
İNFEKSİYA [lat.] tib. Yoluxucu xəstəlik
törədən mikroorqanizmin orqanizmə gir-
məsi, yoluxma; mikrob.
İNFİNİTİV [lat.] bax məsdər.
İNFLYASİYA [lat.] iqt. Kağız pulların
əmtəə tədavülü tələbindən artıq buraxılma-
sı nəticəsində qiymətdən düşməsi.
İNFORMASİYA is. [lat.] 1. Məlumatlar
məcmusu.
2. İnformasiya anlayışlarından biri.
İNFRAQIRMIZI [lat. infra və qırmızı]:
infraqırmızı şüalar fiz. - spektrin göıünən
qırmızı kənarından daha uzağa yayılan göz-
lə görünməyən hissəsi. Raketdə .. Yerin və
Yer atmosferinin infraqırmızı şüalarını
müəyyən etmək üçün cihazlar qoyulmuşdur.
(Qəzetlərdən).
İNFRASƏS [lat. infra və səs] fiz. Havada
və başqa mühitdə olub, insan qulağının
qavraya bilmədiyi alçaq tezlikli titrəyişlər.
İNGİLİS is. İngiltərənin əsas əhalisini
təşkil edən. Hind- Avropa dillərindən birin-
də danışan xalq və bu xalqa mənsub adam.
İNGİLİSCƏ 1 . sif. və zərf İngilis dilində.
İngiliscə kitab. İngiliscə danışır. İngiliscə-
azərbaycanca lüğət.
2. is. İngilis dili. İngiliscəni yaxşı bilir.
İNGİLİSPƏRƏST is. İngilis millətini,
onun mədəniyyətini, adət və üsullarını se-
vən adam; İngiltərəyə və ingilislərə hüsn-
rəğbət bəsləyən adam.
İNGİLİSPƏRƏSTLİK is. İngiltərəyə, in-
gilis millətinə, onun mədəniyyət və adətlə-
rinə pərəstiş etmə; ingilis pərəstişkarlığı.
İNHALYASİYA [lat.] tib. Buxar, qaz və
ya toz halına salınmış dərman maddələri ilə
550
İNHALYATOR
nəfəs alma vasitəsilə yuxarı nəfəs yolları-
nın müalicəsi. Təbabətdə ətirli yağlardan
müxtəlif məqsədlər üçün istifadə edilir.
Bunların bəzisi boğaz-burım xəstəliklərində
inhalyasiya məqsədi ilə işlədilir. R.Əliyev.
İNHALYATOR [lat.] tib. 1 . inhalyasiya
cihazı.
2. İnhalyasiya otağı.
İNHALYATÖRİ [lat.] tib. İnhalyasiya ota-
ğı; inhalyasiya üçün xüsusi yer.
İNHİLAL is. [ər.] köhn. 1 . Açılma (düyün).
2. Dağılma, bir-birindən ayrılma.
İNHİRAF is. [ər. ] 1 . klas. Dönmə, sapma,
kənara qaçma, başqa tərəfə meyiletmə,
qaçma. Gər doğru isə vəfadə lafın; Məndən
nə üçündür inlıirafm? Füzuli.
2. xüs. Bir tərəfə meyil, istiqamətini də-
yişmə, meyillənmə. Maqnit əqrəbinin inhi-
rafi. Milin inhirafı. - Ağırlıq mərkəzindən
asılmış bir maqnit əqrəbi götürsək, əqrəb
bir qədər titrədikdən sonra maqnit meridia-
nı müstəvisində yerləşəcək və eyni zamanda
üfüqi səth ilə bucaq təşkil edəcəkdir. Buna
maqnit inlıirafı və ya sadəcə olaraq inhiraf
deyilir. “Ümumi fiziki coğrafiya”.
İNHİSAR is. [ər.] iqt. 1 . Bir mah istehsal
etmək və ya satmaq, yaxud ondan istifadə
etmək hüququnun bir şəxsə, müəssisəyə,
dövlətə məxsus olması; monopoliya. Xarici
ticarət inhisarı. Neft inhisarı. Dövlət inhisarı.
2. İqtisadiyyatın hər hansı bir sahəsində
hakim mövqeləri tutmaq və ən çox qazanc
əldə etmək məqsədi ilə kapitalın təmərküz-
ləşdirilməsi əsasında yaradılan iri kapitalist
birləşməsi; monopoliya. İnhisar birləşmələri.
İNHİSARÇI 1 . sif. Təsərrüfatın hər hansı
bir sahəsində inhisar hüququndan istifadə
edən. İnhisarçı şirkətlər. İnhisarçı trestlər.
2. is. İnhisarçı kapital nümayəndəsi olan
iri kapitalist.
İNHİTAT is. [ər.] kit. 1 . Düşmə, aşağı
enmə, alçalma.
2. Geri getmə, tənəzzül, düşkünlük. Bir
müəyyən qanun üzrədir həyat; Bir doğuş,
bir təkamül, bir inhitat. A. Səhhət. Ənisə is-
lam mədəniyyətinin inhitatı səbəblərini
araşdırıb izah edirdi. S. Hüseyn.
İNİKAS is. [ər.] 1. Bir yerə dəyib geri qa-
yıtma, əksetmə; surətin şüşəyə, suya və ya
İNİLTİ
başqa parlaq bir şeyə dəyib orada əks olun-
ması. Ayııı dənizdə inikası. H Səsin dağa,
qayaya və ya başqa bir maneəyə çarpıb
oradan çıxmış kimi geri qayıtması. Səsin
inikası. □ İnikas etdirmək - əks etdirmək,
göstərmək. İnikas etmək - əks etmək.
2. fəls. Xarici aləmin surətlər şəklində
xəyalımızda canlanması.
İNİLDƏMƏ "İnildəmək”dən fis.
İNİLDƏMƏK f. 1. Bərk ağrı, əziyyət,
ruhi iztirab və s. nəticəsində yavaşca, ağlar
kimi həzin səs çıxarmaq; zarımaq, sızılda-
maq. Yaralı inildəyir. - Yatır, inildəyir, du-
rub boylanır; Bir neçə yerindən yaralı gör-
düm. Aşıq Ələsgər. Bir əllərimi al-qırnıızı
boyayan qana, bir də otlar üstündə inildəyə-
inildəyə (z.) sürünən o kiçik heyvana bax-
dım. A. Şaiq.
2. ınəc. Məruz qaldığı bir hadisənin və ya
vəziyyətin ağırlığından sızıldayıb şikayət-
lənmək; ruhdan düşmək, bədbinlik göstər-
mək. ..Rüstəm həmişə əllərinə güvənmiş və
inildəməmişdi. S. Rəhimov.
3. ınəc. Həzin, yanıqlı musiqi, nəğmə səsi
haqqında; ümumiyyətlə, insanda hüzn və
kədər oyadan səs haqqında. Kaman inildə-
yir. H Yazıq-yazıq mələmək. Dağda maral
xoş mələr; Xoş inildər, xoş mələr; Sənsiz bir
ah çəkərəm; Dağ inildər, daş mələr. (Ba-
yatı). [Dərviş:] Könlüm yaralı maral kimi
inildəyirdi. A.Divanbəyoğlu.
İNİLDƏŞMƏ “İnildəşmək”dən fis.
İNİLDƏŞMƏK qarş. İnildəmək, inilti
səsi çıxarmaq, yazıq-yazıq mələmək (çox-
ları haqqında). Qoyunlar da toplaşıb iııil-
dəşdi, mələşdi, sanki əlibıçaqlı qəssabı gö-
rüb ağlaşdı. S.Rəhimov.
İNİLDƏTMƏ "İnildətmək” dən /«.
İNİLDƏTMƏK icb. İnildəməsinə səbəb
olmaq, zarıtmaq. // Çox əziyyət vermək.
İNİLTİ is. İnləmə səsi, həzin, yanıqlı səs;
zarıltı, sızıltı. Çinarlıqda yalnız başıma gəz-
dim; Bu halda incə bir inilti sezdim. H. Cavid.
Qulaqlarımda Qonçanın iniltiləri, çığır-
tıları, yalvarışları eşidilirdi. S. Hüseyn. Bu
ağlayış və inilti səslərindən çəkilən sədlər
onları saxlamağa qadir deyildir. Ə.Məm-
mədxanlı. // тәс. Ümumiyyətlə, təsirli, ya-
nıqlı, həzin, şikayətli səs. Bülbülün səsi də
551
İNİLTİLİ
anasım körpəlikdə itirmiş bir uşağın iniltisi
qədər qəmgin və kədərlidir. M.S. Ordubadi.
Uşaqların bağırtısı, qızların, gəlinlərin çal-
ğısı, yastıbalabanların həzin iniltisi bir-bi-
rinə qarışmışdı. C. Cabbarlı. Oradan-bura-
dan gecəquşularının iniltiyə bənzər ulama-
ları eşidilirdi. M. Rzaquluzadə.
İNİLTİLİ sif. İnilti ilə dolu, şikayətli.
Nəhayət, nənəsinin ardı-arası kəsilməyən
iniltili çağırışı Cəmili yuxudan ayıltdı.
S. Rəhimov.
İNİR-İNİR: inir-inir inləmək - inilti
səsi çıxarmaq, inildəmək. ..Ağaclar inir-
inir inləyir, külək qarşısında ta kötüklərinə
qədər əyilir, doğrulurdu. A.Şaiq.
İNİŞİL zərf Keçən ildən qabaqkı il. İnişil
Aşqabada getmişdim. İnişil vayı kənddə
keçirmişdik. - [Qərənfil:] İnişil təşəbbüs
qaldırdınız ki, hamam tikək, hələ hörgüsü bir
arşın qalxmayıb. İ. Əfəndiyev. [Minayə:]
inişil biz hər qutudan iyirmi səkkiz kilo ba-
rama verməliydik. İ. Hüseynov.
İNİŞİLKİ sif. Keçən ildən qabaqkı il olan,
inişil baş vermiş. İnişilki hadisə. - Xüsusən
inişilki dağ köçü biitün təfərrüatı ilə [Laçı-
nın] xəyalında canlandı. M. Hüseyn.
İNJEKTOR is. [fr.] Su vurmaq üçün şır-
naqlı nasos.
İNJENER [fr.] bax mühəndis.
İNJENERLİK bax mühəndislik.
İNKAR is. [a; - .] Tanımama, rədd etmə,
qəbul və təsdiq etməmə, danma. İkidir gər-
çi pəriçöhrələrin güftarı; Bir imiş bunların
iqrarı ilə inkarı. Qövsi. □ İnkar etmək
(eləmək, qdmaq) - bir şeyin varlığını, doğ-
ruluğunu və s.-ni qəbul və təsdiq etməmək,
rədd etmək, danmaq. Nainsaf köhnəpərəst-
lər mədəniyyətin və maarifin mənfəətlərini
inkar edirlər. C.Məmmədquluzadə. Sən ol-
masan verməzdim mən eşqə bir məna ; Bu
yolda sən mana rəhbərsən, eyləməm inkar.
H. Cavid. Güldəstə Güldəstə olduğunu bir
daha inkar elədi. H.Seyidbəyli. // lıiiq. Özü-
nə qarşı irəli sürülən və isnad edilən bir
şeyi qəbul etməyib rədd etmək, danmaq.
Günahını inkar etmək.
0 İnkarı inkar fəls. - təbiətin, cəmiyyə-
tin və təfəkkürün dialektik inkişafı prose-
sində yeninin törənməsi ilə tarixi ardıcıllıq
İNKİŞAF
arasındakı vəhdəti ifadə edən əsas qanun-
lardan biri.
İNKAREDİCİ sif. İnkar edən, rədd edən,
danan, qəbul və təsdiq etməyən. İnkaredici
dəlillər. - “ Molla Nəsrəddin ” realizmi və
satirası yenə də öz inkaredici, ifşaedici xü-
susiyyətlərini saxlayır. M. İbrahimov.
İNKAREDİLMƏZ sif. inkar edilə bilmə-
yən, rədd edilə bilməyən, inandırıcı, şəksiz.
İnkaredilməz həqiqət. İnkaredilməz fakt.
İNKAREDİLMƏZLİK is. İnkar edilə bil-
məmə, inandırıcılıq, şəksizlik. Faktların
inkaredilməzliyi.
İNKASSÄTOR [ital.] Əsasən idarə, müəs-
sisə xaricində kassalarda toplanmış pulu
sənədlər üzrə qəbul etməklə və pul vermək-
lə məşğul olan kassir. [Cinayətkarlar] həmin
əmanət kassasından pul aparmağa gətən
inkassatoru oğurlamışdılar. H.Seyidbəyli.
İNKASSATORLUQ is. İnkassatorun işi,
vəzifəsi. İnkassatorluq etmək.
İNKİR-MİNKİR is. [ər.\ Dini etiqadlara
görə, qəbirdə ölünü sorğu-sual edən iki
mələk. Çox zaman qurduğum cələdəki quş-
lar yerinə gözlərimə anamın dəhşətli təsvir-
etdiyi, əllərində odlu kösövlər olan inkir-
minkir görünürdü. M. İbrahimov. [Beşaçı-
lanlı adam:] Vaxtı keçirməyin, inkir-minkir
özü soruşacaq. Mir Cəlal.
İNKİSAR is. [ər.] 1. Qırılma, sınma. H fiz.
köhıı. İşıq şüalarının şəffaf bir şeyin içindən
keçərkən sınması, istiqamətini dəyişməsi.
2. məc. Qəlbi qırılma, ürəyi sınma, inci-
mə, xatirinə dəymə.
0 İnkisari-xatir (qəlb) - könlü sınma
(qırılma), ürəyi sınma. İnkisari-xəyal -
gözlədiyi ümidlərin, arzuların boşa çıxması
dolayısı ilə insanda doğan məmnuniyyət-
sizlik hissi; məyusluq, ümidsizlik. Görünür
ki, Fərhadı irıkisari-xəyala salan ən əsas
fakt rəiyyətin halı deyil, özünün çıxılmaz və-
ziyyəti, gücsüzlüyü, əmisinin arzularına
oyuncaq olmasıdır. Ə. Haqverdiyev. ..Paşa
atasını inkisari-xəvala uğratmamaq üçün
onun sözlərini ucadan təsdiqlədi. M.Hüseyn.
Küçəyə çıxdıqda, zülmət içində addımladıq-
da ani bir inkisari-xəyal məni aldı. Mir Cəlal.
İNKİŞAF is. [ər.] irəliyə doğru tərəqqi
etmə, artma, yüksəlmə; tərəqqi, yüksəliş.
552
İNKİŞAFSIZ
Ölkənin inkişafı. Sənayenin inkişafı. Kənd
təsərrüfatının inkişafı. - Həsən bəy Zərdabi
Azərbaycanı feodal geriliyindən qurtarıb
yeni yola, Avropa inkişafı yoluna çıxarmaq
istəyirdi. M. İbrahimov. □ İnkişaf etdir-
mək - 1) irəlilətmək, tərəqqi etdirmək,
yüksəltmək. Kütlələrin yaradıcılıq fəaliyyə-
tini inkişaf etdirmək. Respublikada üzümçü-
lüyü inkişaf etdirmək; 2) kamilləşdirmək,
təkmilləşdirmək, daha da artırmaq, daha da
yaxşılaşdırmaq, möhkəmləndirmək, qüv-
vətləndirmək. Səsini inkişaf etdirmək. Əzə-
lələri inkişaf etdirmək. Hafizəni inkişaf et-
dirmək. İnkişaf etmək - 1) tərəqqi etmək,
irəliləmək, artmaq, yüksəlmək, genişlən-
mək. İncəsənətimiz olduqca inkişaf etmiş-
dir; 2) kamilləşmək, yetkinləşmək, artmaq.
Axır zamanlar o, xeyli inkişaf etmişdir;
3) böyümək, yetişmək, möhkəmlənmək,
qüvvətlənmək. İdman nəticəsində əzələləri
olduqca inkişaf etmişdir. İnkişaf etmiş -
1) yüksək səviyyəyə çatmış, sənaye, mə-
dəniyyət və s. cəhətdən çox irəli getmiş,
tərəqqi etmiş. İnkişaf etmiş ölkələr; 2) yet-
kinləşmiş, yetişmiş, kamilləşmiş, görüş
dairəsi geniş, geniş məlumatlı; mədəni, hər
cəhətdən yetkin. İnkişaf etmiş adam.
İNKİŞAFSIZ sif. Oldıığu kimi qalan, art-
mayan, irəliləməyən, kamilləşməyən, inki-
şaf etməyən. İnkişafsız (z.) qalmaq.
İNKUBÄSİYA [lat.] 1. tib. Xəstəliyin yo-
luxucu andan birinci əlamətlərinin görün-
məsinə qədər çəkən gizli dövrü.
2. k.t. İnkubatorda süni cücə çıxarılması.
İNKUBATOR is. [lat.] Yumurtadan süni
surətdə (külli miqdarda və ilin istənilən
fəslində) cücə çıxarmaq üçün cihaz. - İnku-
bator elə bir cihazdır ki, bu cihaz içərisində
yumurta rüşeyminin inkişafı üçün lazım
olan biitün şərait vardır. “Zoologiya”.
İNKVİZİSİYA [lat.] tar. 1. Düşmənləri ilə
ən vəhşi və amansız üsullarla mübarizə et-
mək üçün katolik kilsəsinin XIII əsrin əv-
vəlində təşkil etdiyi məhkəmə-polis təşki-
latı. Orta əsrin bir çox məşhur alimləri in-
kvizisiya tonqallarında yandırılmışdır, ink-
vizisiya qurbanları.
2. məc. işgəncə, əzab, zülm.
İNQİLABÇI
İNKVİZİTOR [lat.] 1. tar. inkvizisiya
məhkəməsinin üzvü (bax inkvizisiya 1 -ci
mənada).
2. məc. Zalım, cəllad.
İNKVİZİTORLUQ is. Zalımlıq, cəlladlıq,
amansızlıq, zülmkarlıq.
İNQA, İNQA-İNQA təql. Körpə uşaqların
ağlamaq səsi. İnqa-inqa deyib sevinir çağa;
Bir ana qəlbində gülür kainat. S. Vurğun.
Çağanın ilk İnqasından Giilsənəm ağrı və
qorxunu unudaraq, nazlı bir təbəssümlə
üzünü o tərəfə çevirib gizlətdi. S. Rəhimov.
İNQİLAB is. [ər.] 1. Zorakı ictimai çev-
riliş; dövlət hakimiyyətinin hakim sinfin
əlindən başqa sinfin əlinə keçməsi. 1905-ci
il inqilabı. Burjua inqilabları, inqilab illəri.
- Rusiya inqilabının bərəkətindən törəyən
azadlıqların biri də vicdan azadlığıdır.
C. Məmmədquluzadə. [Yaşlı kişi:] Dünya
hadisələri ilə, iranda başlayan inqilab
hərəkatı ilə maraqlanırdım. S. Hüseyn.
2. Hər hansı bir elm sahəsində, texnikada,
incəsənət və s. sahəsində əsaslı dəyişiklik.
Mədəni inqilab. - Sonra bir həkim çıxdı, yaş
dəsmal üsulunun elm aləmində bir inqilab
olduğunu söylədi. Mir Cəlal.
3. klas. Dəyişiklik, dəyişkənlik. Şahiddir
ona bu inqilabın; Kim, aşiqisən bir afitcıbın.
Füzuli. Yarəb, bugünkü məclisimiz xoş keçir
bizim; Bu məclisi-məhəbbətə göstərmə
inqilab. S.Ə.Şirvani.
İNQİLABBAZ sif. və is. [ər. inqilab və
fars. ...baz] kin. Yalandan özünü inqilabçı
göstərən, inqilabla oynayan, inqilabdan öz
məqsədləri üçün istifadə edən. Eserlər,
menşeviklər; İnqilabbaz vəzirlər; Hər tərəf-
də .. gəzirlər. R.Rza.
İNQİLABBAZLIQ is. kin. Inqilabbazın işi,
hərəkəti.
İNQİLABÇI 1. is. inqilab hərəkatı işti-
rakçısı, inqilab xadimi.
2. İnqilabi ideyalar daşıyan, inqilabi ruh-
da olan. Arazla bir gündə həbsxanadan 80-ə
yaxın inqilabçı fəhlə azad edilmişdi. A.Şaiq.
Altı aydan artıq idi ki, Puan Qav Kaııtoıı
inqilabçı ordusunda şücaətlə dava edirdi.
S.S.Axundov. Üsyan alovları inqilabçı işçi-
kəndlilər qanı ilə söndürüldü. H.Nəzərli.
553
İNQİLABÇILIQ
İNNERVASİYA
3. məc. Hər hansı bir elm sahəsində, tex-
nikada və s.-də yenilik, çevriliş yaradan şəxs.
İNQİLABÇILIQ is. İnqilabi ruhda olma,
inqilabi hərəkatda iştirak etmə; inqilabçının
fəaliyyəti, işi, peşəsi. Fəhlə sinfinin iııqi-
labçılığı.
İNQİLABİ sif. 1 . İnqilaba aid olan, inqilab
mahiyyəti daşıyan, inqilab ruhlu. İnqilabi
bayram. İnqilabi himn. İnqilabi mahnılar.
- “ Molla Nəsrəddin ” inqilabi demokratiz-
min ifadəçisi və mərkəzi idi. M. İbrahimov.
Texnoloji institutda çoxdan bəri inqilabi
əhval-ruhiyyə kök salmağa başlamışdı.
M.Hüseyn.
2. İnqilab ideyalarını ifadə edən; inqilab-
çı. inqilabi sinif, inqilabi xadim, inqilabi
ordu. İnqilabi qüvvələr. // İnqilabı həyata
keçirməyə doğru yönəldilmiş, inqilab ya-
ratmaq məqsədini daşıyan. İnqilabi müba-
rizə. İnqilabi çıxış. İnqilabi çevriliş. - İnqi-
labi hərəkatın getdikcə güclənməsi çar müt-
ləqiyyətini qorxutmuşdu. A.Şaiq. // İnqilab
nəticəsində meydana gəlmiş, inqilabın ya-
ratmış olduğu. Fəhlə sinfinin inqilabi dikta-
turası. inqilabi qanunlar, inqilabi təşkilat-
lar. İnqilabi hökumət.
İNQİLABİLƏŞDİRİCİ sif. İnqilab mahiy-
yəti, inqilab ruhu verən, inqilabiləşdirən.
Fəhlə hərəkatının inqilabiləşdirici qüvvəsi.
İNQİLABİLƏŞDİRİLMƏ "İnqilabiləşdi-
rilmək”don/.7,s.
İNQİLABİLƏŞDİRİLMƏK məch. İnqilabi
ruhda dəyişdirilmək, inqilabi mahiyyət
verilmək.
İNQİLABİLƏŞDİRMƏ "İnqilabiləşdir-
mok”dən f.is.
İNQİLABİLƏŞDİRMƏK/ İnqilabi ruhda
hazırlamaq, inqilabi hərəkata çevirmək, in-
qilabi xarakter vermək, inqilabi ideyaları
yaymaq, inqilabi ruhda tərbiyələndirmək.
İNQİLABİLƏŞMƏ "İnqilabiləşmək” dən
f.is.
İNQİLABİLƏŞMƏK f. İnqilabi ideyaları
dərindən dərk etmək, mənimsəmək.
İNQİRAZ is. [ar.] Sonu kəsilmə, bitmə,
sömnə, məhv olma. □ İnqiraz etmək - sonu
kəsilmək, bitmək, məhv olmaq. İnqirazi-
aləm klas. - qiyamət. [Əhməd:] ..Heç fikir
eyləmə, kişi, Allah qoysa, ona tövbələmə
verdirəcəyəm ki, inqirazi-aləmə kimi dadı
damağından getməsin. N.Vəzirov.
İNQREDİYENT is. [lat.] Mürəkkəb bir-
ləşmənin və ya qarışığın tərkib hissəsi.
İNQUŞ is. Çeçenlərə yaxın olan Şimali
Qafqaz xalqlarından biri və bu xalqa mən-
sub adam. Inquş dili. Inquş mahnıları.
İNQUŞCA zərf və sif İnquş dilində. İn-
quşca öyrənmək. Inquşca danışmaq.
İNLƏMƏ “İnləmok”don f.is.
İNLƏMƏK bax inildəmək. [Ərən:] Gü-
nəş çıxandan batana qədər ağır işdən in-
ləyən qullar Mariqerini sevinclə qarşıladı-
lar. Çəmənzəminli. İnlədikcə azalmır ; Dərd-
lərimiz daha da; Ürəkdə göz-göz olur.
B .V ahabzadə. İlk eşqim yuxutək çəkildi göyə;
Könlümün sazında inlədi bir sini. H.Arif.
İNLƏTMƏ "İnlətmək”dən f.is.
İNLƏTMƏK bax inildətmək, [inci:]
..Köksümün içində çarpan ürəkdir; Məni də
inlədən tək bir diləkdir. A.Şaiq. [Elxan:] Bu
səs bir xatirat mizrabı kimi qəlbimin bütün
tellərini inlətdi. C.Cabbarlı. Vermişlər səs-
səsə xanəndə və tar; İnlədir dağları şikəstə,
qatar. H.K.Sanılı.
İNLƏYİŞ is. inilti, inləmə. İnləyirsən, o
iııləyiş nə üçündür, qafilsən; Bilmədinmi han-
sı sinfin mədfəııidir o məskən? M.S.Ordubadi.
İNNAB is. [ər.] 1. Açıq-sarı çiçəkləri olan,
quraqlığa davamlı ağac və bu ağacın qırmızı
qabıqlı, bərk çəyirdəkli xırda, şirin meyvəsi.
2. Klassik şeirdə qırmızılıq mənasında
tərkiblərdə işlənir; məs.: şərbəti-innab
(qırmızı şərbət), ləbi-innab (qırmızı do-
daq). ..Dərdi-eşqdə butıunçun ləbi-innab
gərək; Bir belə dərdi nə Loğman, nə Əflatun
istər. Aciz. Mən öziim bilirəm şərbəti-in-
ııab; Dəfi-lıərarəti-cigərdir mənə. Q.Zakir.
İNNABI 1 sif. innab rəngində, qırmızı. İn-
nabı parça. - Simi-zəııəxdandı, mirvari-
dəndan; İnnabı ləbləri can dərmanıdı. Aşıq
Ələsgər. [Buğacın] ayağında gen innabı
şalvar .. var idi. M. Rzaquluzadə.
İNNABI 2 is. mus. Azərbaycan xalq oyun
havalarından birinin adı.
İNNABLIQ is. İnnab ağacları əkilmiş yer.
Bağ başdan-başa innablıqdır.
İNNERVASİYA is. [lat.] anat. Bədənin
və ya toxumanın qeyri-bərabər elementlər-
lə təchizi.
554
İNSAF
İNSAF is. [ər.] 1. İnsanda vicdan və əda-
lət hissi, öz hərəkətləri üçün mənəvi məsu-
liyyət hissi; vicdana müvafiq hərəkət. İnsaf
dinin yarısıdır. (Ata. sözü). Bəylərin bəyi-
sən. xanların xanı; Unutma insafı, satma
inıanı.. Aşıq Ələsgər. İnsafımın və vicdanı-
mın yanında məsul olaram, əgər yalan de-
səm ki, təqribən yarım saat mənim təamım
çəkdi.. C.Məmmədqulıızadə. // Rəhm, mü-
rüvvət, şəfqət, ədalət. İnsaf xoşdur, ey eşq,
ancaq məni zəbuııi et; Ha bövlə möhnət ilə
keçsinmi ruzigarım? Füzuli. Könlündə
qalmadı insaf əsəri; Dürdanənin qəlbi sal
bııza döndü. M. Rahim. Məsməııin qəlbini
dağlayan fələkin “çəıxi çevrilmiş ”, fələkin
zərrə qədər insafı, mürüvvəti yoxmuş! Mir
Cəlal. □ İnsaf deyil - rəva deyil, insafa
müğayirdir. [Məmməd:] Yox, bu insaf deyil
ki, bu cür nəcib heyvanın leşini mən bu çöl-
də dəfn etməmiş gedim.. E. Sultanov. İnsaf
etmək (eləmək) - rəhm etmək, mərhəmət
göstərmək, ədalətlə yanaşmaq. Ömiir keçdi,
insaf elə, sevdiyim; Nə miiddətdi dərdii
möhnət çəkirəm. Q. Zakir. Vəfa rəsmin tııtub
gəl ey pəri, cövrü cəfadan keç; Əgər adəm-
sən, insaf et, bu vəzi-narəvadəıı keç.
S.Ə.Şirvani. İnsaf görmək - vicdanı qəbul
etmək, rəva görmək. İnsafa gəlmək
(düşmək) - rəhmə gəlmək, insaf eləmək;
haqsızlıq etməkdən vaz keçmək, mərhəmət
etmək. Eləmi qaldı səbir; Qovğadı, qaldı
səbir; Nə yar insafa gəldi; Nə məndə qaldı
səbir. (Bayatı). İnsafa gəl, aman! Məni məhv
etdi intizar; Səbrim tükəndi, yox qəmi-
lıicranə taqətim. H. Cavid. İnsafa gətirmək
- rəhmə gətirmək, ürəyində mərhəmət
oyatmaq. İnsafdan çıxmaq - haqsızlıq,
ədalətsizlik etmək, birinin haqqını pozmaq,
insaf və vicdana müğayir hərəkət etmək.
İnsafı itirmək - bax insafdan çıxmaq.
İnsafı yol verməmək - insafı, vicdanı rəva
görməmək, insaf görməmək, rəva görmə-
mək. Doğrusu, belə bir nazənin sənəmin
sumkasının boş olmasına insafım yol ver-
mədi. Ə.Haqverdiyev. [Dəmirçi Rzaya:]
..Səni beş qrana işlətməyə insafım yol ver-
mir, artığa da gücüm çatmaz.. M. İbrahi-
mov. Allah ... insaf versin - ədalətli, insaflı
olmağa dəvət. [Qurban:] Allah Zərnigar
qarıya insaf versin. Ə.Haqverdiyev.
İNSAFSIZLIQ
2. İnsafla şəklində - düzlüklə, ədalətlə,
vicdanla. Dünyada hər nə cür və xariqüladə
bir məsələ bəsirət və insafla müzakirə olunsa,
şəksiz, həqiqət tərəfi axtarılar. C. Məmməd-
quluzadə.
3. İnsafdır(mı) şəklində - rəvadırmı, in-
safa, vicdana, ədalətə uyan şeydirmi? İnsaf-
dırmı, Bəlli Əhnıəd tutula; Qolac qolu dal
gərdənə çatıla. “Koroğlu”.
İNSAFƏN zərf [ər.] İnsafla deyilsə, düzü
deyilsə, həqiqətdə (təsdiq bildirir). İnsafən
o, yaxşı işçidir. İnsafən yaxşı uşaqdır. - İn-
safən [Murad bəydə] padşah cəlalı vardı.
Qantəmir. ..Giilər insafən ən gözəl bir qız
idi. C. Cabbarlı. Bu gözəllik ki sənin var, gö-
zəlim, insafən; Nə mələkdə, nə pəridə, nə bir
iıısandə olur. Ə.Vahid.
İNSAFLI sif. İnsafı olan, insafla iş görən.
İnsaflı adam. - [Vəli bəy:] Çox insaflı
adamsan, mən çalışmağımı hesab etmirəm,
çünki dost dost yolunda canını da qoyar.
S.S.Axundov. Qoy Mehribanın Zeynal ilə
Naşada verdiyi bu sualı hər bir insaflı kişi
özünə versin. S. Hüseyn.
İNSAFSIZ sif. 1 . İnsaflı olmayan, mürüv-
vətsiz; zalım, qəddar, rəhmsiz. İnsafsız gü-
nəş də ki batmaq bilmirdi. E. Sultanov.
insafsız, avam bir adam olan əmim arvadı
iri mis səhəngi çiynimə verib səhərdən ax-
şama qədər mənə ayaqyalın, başıaçıq su
daşıtdırardı. İ.Əfəndiyev. // Zərf mənasın-
da. [Orxan:] Məndə artıq can qalmamış,
Mərhəmət; Mərhəmət qıl, insafsız olma, İs-
mət! H.Cavid.
2. Vicdansız, şərəfsiz. Zeynəbin özü Mə-
cidə xəbər verdiyini Nadir indi güman etdi
və hər ikisi tərəfindən belə insafsız (z.) bir
tərzdə aldandığına acıdı. B.Talıblı. // İs.
mənasında. Bilmirəm bu yanlış məlumatı
gözəl qıza haıısı bir insafsız xəbər vermişdir.
M. S. Ordubadi. Sərt oldu rəftarı o insafsızın;
Dərslərinə vaxtı qalmadı qızın. M. Rahim.
İNSAFSIZCA(SINA) zərf Rəhmsizcəsi-
nə, amansızcasına, vəhşicəsinə. [Ərəblin-
skini] insafsızcasına döymüşdülər. S.Rəhi-
mov. // Vicdansızcasına, haqsızcasma, hə-
yasızcasına. Onu insafsızcasına aldatmışlar.
İNSAFSIZLIQ is. Rəhmsizlik, mürüvvət-
sizlik; zalımlıq, qəddarlıq. // Vicdansızlıq,
555
İNSAN
ədalətsizlik, haqsızlıq; vicdansız, haqsız
hərəkət. □ İnsafsızlıq etmək - ədalətsiz,
vicdansız hərəkət etmək, haqsızlıq etmək.
Veys haqqında insafsızlıq etdiyi başqa bir
tərəfdən də Çimnaza ağır gəlirdi. Ə.Əbül-
həsən.
İNSAN is. [ər.] 1 . Adam, bəşər. Ey mələk-
sima ki səndən özgə heyrandır sana; Həq
bilir, insan deməz, hər kim ki insandır, sana.
Füzuli. Ancaq onu da bilməmiş deyilsən ki,
insan mələk deyil. M.Hüseyn. İnsan özü
qocalsa da; Ürəyi yüz yaşında da qocalma-
yır. B.Vahabzadə.
2. İnsaniyyətli, vicdanlı adam. Çox insan
adamdır. - Murad kişi bağbandır; Çox
mehriban insandır. M. Rahim.
0 İnsan oğlu - adam, insan. İnsan oğlu,
uzaqlaşma, gəl yaxın; Başqa yerdən alın-
masın sorağın. M. Müşfiq.
İNSANABƏNZƏR sif. İnsana oxşayan,
adama oxşayan, insanı xatırladan.
0 İnsanabənzər meymunlar zool. - qo-
rilla, gibbon, oranqutanq və şimpanzenin
mənsub olduğu meymunlar fəsiləsinin adı.
Qədim insanabənzər meymunlar hələ meşə-
lərdə yaşadıqları dövrdə onların əlləri və
ayaqları ağac həyatına əlverişli surətdə uy-
ğunlaşmışdı. M.Axundov.
İNSANCASINA zərf və sif. İnsana yaraşan
tərzdə, insana layiq, insan kimi. Insancası-
na rəftar. İnsancasına münasibət. İnsanca-
sına hərəkət etmək.
İNSANDANQAÇAN b a x adamdanqaçan.
İNSANGİRİZ [ər. insan və fars. ...giriz]
bax insandanqaçan.
İNSANİ sif. [ər.] İnsana xas olan, insana
aid olan; bəşəri. Yüksək insani ləyaqət. - Cab-
barlının qəhrəmanları nəcib insani hisslərə
malikdirlər. M. Arif. Veysin yaxşı evdə rahat
və gözəl yaşamaq meyli ən insani meyildir.
Ə.Əbülhəsən.
İNSANİYYƏT is. [ər.] 1. top. Bütün in-
sanlar, bəşəriyyət, insan övladı, insan cə-
miyyəti. [Abdulla bəy Asi və S.Ə.Şirvani-
nin] də məslək və əqidəsi və baş arzuları
ümumi bəşərin və insaniyyət aləminin səa-
dətidir. F. Köçərli. [Əli:] Din bir əmri-vaqe
olaraq, insaniyyətlə bərabər doğmuş və əsr-
İNSANLIQ
lərdəıı bəri dolanbac tarix yollarında onu
təqib edir. Çəmənzəminli.
2. İnsanpərvərlik, insanlıq, insana yara-
şan sifət və fəzilətlər, mürüvvət. Bu zəh-
mətlər şərh olunmaz, uzundur: insaniyyət
həp bunlara mədyundur. A.Səhhət. Həbib
Gözəlin evində hərarət, körpələrində ünsiy-
yət, özündə mərhəmət gördüyü kimi, Gözəl
də Həbibdə insaniyyət, mehribanlıq hiss
edirdi. Ə. Vəliyev.
İNSANİYYƏTPƏRVƏR [ər. insaniyyət
və fars. ...pərvər] bax insanpərvər. ..Fər-
had oxumuş olduğu üçün [Aslan] onu özün-
dən daha mərhəmətli, insaniyyətpərvər və
safdil ədd edirdi. C. Cabbarlı.
İNSANİYYƏTPƏRVƏRLİK bax insan-
pərvərlik. [Məktubda belə yazılmışdı]
"..Daima insaniyyətpən’ərlikdə və qan qar-
daşlığına himmət göstərmənizi arzu edi-
rik.. ”. Ə.Əbülhəsən.
İNSANİYYƏTSİZ sif. İnsaniyyəti, insan-
lığı olmayan, insanlıq sifət və fəzilətlərin-
dən məhrum; mürüvvətsiz, vicdansız. İnsa-
ııivyətsiz adamdı.
İNSANİYYƏTSİZLİK is. İnsaniyyəti, in-
sanlığı olmayan adamın hal və sifəti; mü-
rüwətsizlik, vicdansızlıq.
İNSANLIQ is. 1. top. Bəşəriyyət, insan-
lar. Sən mükafatını insanlığa xidmətdə ara;
Əbədi zövqü, təsəllini həqiqətdə ara.
A.Səhhət. Dünyada səfalət və fəlakət yalnız
insanlığın yoxsul qisminə nəsib imiş. A.Şaiq.
İnsanlığa Tusilər, Səbuhilər verdik biz; Şe-
rimizin qüdrəti bir dənizdir, bir dəniz. R.Rza.
Qoy bütün insanlıq səcdənə gəlsin; Ey şəhid
qanından qızaran bayraq! B.Vahabzadə.
2. məc. İnsanpərvərlik, əsil insana xas
olan sifət və fəzilətlər; mürüvvət. Kim ki
insanı sevər, aşiqi-hürriyyət olur; Bəli,
hürriyyət olan yerdə də insanlıq olur.
M.Ə. Sabir. Yox kimsədə mərhəmətlə vic-
dan; İnsanlığı həp unutdu insan. H. Cavid.
Rəşidin bu insanlığını və hümmətini hər kəs
bildi. İ.Musabəyov. □ İnsanlıq sifətini
itirmək - ədalətsiz, qeyri-vicdani iş gör-
mək, insan adma layiq olmayan hərəkətlərə
yol vermək. Kömək etmək imkanı əldə ikən
bu vəzifədən boyun qaçırmaq insanlıq
sifətini itirmək deməkdir. M. S. Ordubadi.
556
İNSANPƏRVƏR
İNSTRUMENTAL
İNSANPƏRVƏR sif. [ər. insan və fars.
...pərvər] insanları sevən, insanlara məhəb-
bət bəsləyən; humanist. İki ağıllı, aydın
fikirli, nəcib və mədəni gəncin ..faciəsində
böyük demokrat və insanpərvər ədibin icti-
mai ədalətsizliyə qarşı qüvvətli etirazı mey-
dana çıxır. M.Arif.
İNSANPƏRVƏRCƏSİNƏ bax insanca-
sına.
İNSANPƏRVƏRLİK is. İnsanları sevmə,
insanlara məhəbbət bəsləmə, onlara kömək
etməyə hazır olma; humanizm. ..Azərbay-
can xalqının müqəddəs insanpərvərlik duy-
ğuları həmişə ətirli bir çiçəyi andıran
“Əsli-Kərəm ” dastanında öz ifadəsini tap-
mışdır. M. İbrahimov. Səməd Vurğunun
insanpərvərliyi .. yeni və yüksək idealların
ifadəsidir. M.Arif.
İNSANSEVƏN, İNSANSEVƏR bax in-
sanpərvər.
İNSANSEVƏRLİK bax insanpərvərlik.
İNSANSEVMƏZ sif. Adamdanqaçan, in-
sanlara məhəbbəti olmayan, adamları sev-
məyən.
İNSANSEVMƏZLİK is. İnsanlara qarşı
nifrət, adamlara qarşı kin; insanları sevməmə.
İNSANSIZ sif. İnsan olmayan, insan
yaşamayan; adamsız. İnsansız yerlər. - ..İn-
sansız təbiət Mirzəyə sanki həmlə edirdi.
S. Rəhimov. // Zərf mənasında. Bilirsən ki,
sən; Günəşsiz, insansız yaşamadım mən!..
Z.Xəlil.
İNS-CİNS is. [ar.] "Üns” (insan) və “cins”
sözlərinin dəyişilmiş şəkli olub, “bəşər,
insan, canlı” mənasında işlənir. Məlıbusi
hələ bu vaxta qədər .. [Tehranda] qapıçıdan
başqa bir ins-cinsə rast gəlməmişdi.
M.İbrahimov. ..Əjdər ətrafa nəzər saldı, ins-
cins yox idi. S. Rəhman.
İNSOLYÄSİYA is. [lat.] Günəş radiasiyası.
İNSPEKTOR is. [lat.] 1. Hər hansı bir sa-
hədə işlərin düzgün aparılması və qanun-
lara düzgün əməl edilməsi üzərində nəzarət
edən vəzifəli şəxs; nəzarətçi. Maliyyə iııs-
pektoru. Sanitar iııspektoru. Maarif şöbəsi-
nin inspektoru. - Bir gün dərs zanıanı dərs-
lərimizin gedişini yoxlamaq üçün Tiflisdən
məktəbə nəzarət etməyə gəlmiş Qafqaz Maa-
rif Dairəsi baş inspektoru Slaviııski sinfə
daxil oldu. T.Ş. Simurq. Qəhrəman istəyirdi
ki, bütün məktəb iııspektorun nəzərində yax-
şı çıxsın. S. Rəhimov. [Müəllim:] Görürsü-
nüz, balam, odur, yamacdan aşağı düşən
inspektordur. Mir Cəlal.
2. Bolşevik inqilabından əvvəl məktəb
direktorunun tərbiyə və tədris işlərinə ba-
xan müavini. Hər bir şeydən əvvəl, cənab
iııspektor bunu özünə vacib gördü ki, realnı
şkolada müsəlman uşaqlarının arasına
“siinni-şiə ” ədavəti salsın. C.Məmmədqu-
luzadə.
İNSPEKTORLUQ is. İnspektor vəzifəsi.
Inspektorhıq etmək. Inspektorluğa təyin
olunmaq.
İNSTANSİYA is. [lat.] Vəzifə pillələri.
İNSTINKT [lat.] 1. biol. Canlıların, daxi-
li və ya xarici mühitin dəyişməsinə cavab
olaraq anadangəlmə, qeyri-şüuri və qeyri-
iradi məqsədəuyğun hərəkət etmə və ya iş
görmə qabiliyyəti; sövqi-təbiyyə. Özünü
mühafizə instinkti.
2. Qeyri-şüuri, qeyri-iradi, önüalmmaz
həvəs, hiss, duyğu. [Əhməd] instinktlə qan
ləkəsi olub-olmadığını bilmək üçün əlinə və
üst-başıııa diqqət etdi. Ə.Əbiilhəsən.
İNSTİNKTİV sif. [lat.] 1. biol. Instinktə
aid olan, instinktdən törəyən (bax instinkt
1-ci mənada). Arıların şan və ya quşların
yuva tikməsi, quşların isti ölkələrə köçmələ-
ri instinktiv hərəkətlərə misal ola bilər.
“Psixologiya”.
2. Qeyri-iradi, qeyri-şüuri. İnstinktiv hə-
rəkət.
İNSTİTÜT [lat.] 1. Bəzi elmi-tədqiqat
idarələrinin adı. Dilçilik institutu. Elmi təd-
qiqat institutu.
2. Bolşevik inqilabından əvvəl: imtiyazlı
siniflərdən olan qızlar üçün qapalı orta
məktəb. Dünən cənab şeyxülislam “insti-
tut” məktəbində müsəlman qızlarının birin-
dən soruşub ki: “ Pəs niyə anan bu gün mək-
təbə gəlmədi? ” C.Məmmədquluzadə.
3. hiiq. İctimai münasibəti, yaxud biri-
biri ilə bağlı olan münasibətləri nizama sa-
lan hüquq normalarının məcmusu. // İctimai
quruluşun bu və ya başqa forması.
İNSTRUMENTAL sif. [lat.] Müxtəlif mu-
siqi alətlərində ifa olunan musiqi alətlərin-
557
İNSTRUMENTALÇI
də çalınmaq üçün yazılmış. İnstrumental
musiqi. - Sonata miisyyən ideya və məzmun
əsasında bəstələnən mürəkkəb instrumental
musiqi əsəridir. Ə.Bədəlbəyli.
İNSTRUMENTALÇI is. mus. Hər hansı
bir musiqi alətində çalan çalğıçı. Xanəndə
və instrumentalçılardan ibarət ansambl. -
Qurban Pirimov bir instrumentalçı olmaqla
bərabər, Azərbaycan vokal musiqisinin bü-
tün incəliklərini çox yaxşı bilən bir sənətkar
[idi]. Ə.Bədəlbəyli.
İNSTRUMENTÖVKA [rus.] mus. 1. Bir
musiqi əsərinin orkestr və ya instrumental
ansambl tərəfindən çalınmaq üçün uyğun-
laşdırılınası. İnstrumentovkadcı orkestrovka
- orkestr üçün yazılan əsərdə səslərin ayrı-
ayrı musiqi alətləri arasında bölüşdürülərək
tərtib edilməsi{dir). Ə.Bədəlbəyli.
2. Musiqi nəzəriyyəsinin, ayrı-ayrı musi-
qi alətlərinin xüsusiyyətlərindən və orkestr-
də onların bir-birinə uyması prinsiplərin-
dən bəhs edən şöbəsi.
İNSULİN [lat.] əcz. Heyvanların mədəaltı
vəzilərindən alman hormon (orqanizmdə
karbohidrat mübadiləsində iştirak edir).
[Həkim:] Diabetsən; Özünlə insulin götür;
Hara getsən. R.Rza.
İNSULT is. [lat.] Beyin qan damarlarının
kəskin pozulması.
İNŞA is. [ər.] köhn. 1. Qayırma, yaratma,
qurma, vücuda gətirmə, tikmə. Gəmi inşası.
Mədən inşası. -Xəndəkdə qazıntı işləri qur-
tarandan sonra, dörd iri borunun inşasına
başlanacaqdı. Ə. Sadıq. □ İnşa etmək -
qurmaq, yaratmaq, quraşdırmaq, qayırmaq.
Fərdi evlər birtipli layihələr üzrə inşa edi-
lir. (Qəzetlərdən). Sadıq ilə Rəhilə bir kö-
mürçü çocuqları idilər. Ormanda .. inşa
edilmiş bir kiilbədə sakin olurlardı. C.Cab-
barlı. [Qulam müəllim:] ..Qoy bu qızlardan
birisi xəstələrimizə şəfa versin, .. o birisi də
bizim bu dağlı məhəlləsində yeni-yeni bina-
lar inşa etsin. S.Rəhimov.
2. Qələmə alma, bir mətləbi ədəbi şəkil-
də ifadə etmə, yazma. [Bahadır:] İnşa ya-
zanlarımıza baxırsan, “əlfazlar” o qədər
gözlərini kor edib ki, əsli məqsudıı yaddan
unudublar. N.Nərimanov. □ İnşa etmək
- qələmə almaq, bir mətləbi ədəbi şəkildə
İNŞAD
ifadə etmək, əsər yazmaq. Vanıberi ismində
bir [alman] ki müsəlman vilayətlərində sə-
yahət edib, indi "İslam” adlı bir kitab inşa
edib. “Əkinçi”. [Vaqif] Ağa Məhəmməd şa-
hın Şuşa qələsində qətlə yetişməyi barəsində
bu şeirləri inşa edib. Molla Vəliyə göndər-
mişdi. F. Köçərli. Şair cənabları da Münəv-
vər xanımın gözəlliyinə dair bir yaxşı qəzəl
inşa etdi. M. S. Ordubadi. // Şagirdlərin tə-
fəkkürünü və yaradıcılıq təsəvvürlərini,
yazmaq qabiliyyətlərini inkişaf etdirmək
məqsədi ilə aparılan sərbəst yazı işi. [Zəki
əfəndi:] Biz sənə burada bir tema verərik və
burada bizim gözümüzün qabağında haman
temaya bir inşa yazarsan. C. Məmmədquluza-
də. Diktə və inşa kimi yazı qisimlərini köhnə
məktəb bilməzdi. F.Ağazadə. [C. Cabbarlı]
nəinki imlanı, hətta inşanı da səhvsiz yazır-
dı, müəllimlər də onu tərifləyirdilər. M. Arif.
3. Keçmişdə: məktublaşma üsullarını öy-
rətmək üçün müxtəlif məktub, təbriknamə,
təziyənamə, ərizə, müqavilənamə və s. nü-
munələri olan kitab, məcmuə.
İNŞAAT is. [ər. “inşa” söz. cəmi] Tikinti,
tikinti işləri. İnşaat materialı. İnşaat mü-
həndisi. İnşaat idarələri. - [Rüstəm kişi:]
..Dağılışın hərə öz işinə. Biz də elə yaxın-
dakı inşaatdan başlayaq, mədəniyyət evi
tikirik. M. İbrahimov. İnşaat briqadasının
üzvləri də, .. Imanovla Tahir də bu qayığa
minib yola düşdülər. M.Hüseyn.
İNŞAATÇI is. inşaat işləri ilə məşğul
olan adam, bina və s. tikən. Əməkdar inşa-
atçı (fəxri adı). // inşaat işçisi. O gün dün-
yanı bürüyən, bu göyün üst qatlarına qalxan
şənlik və sevinc səslərini .. inşaatçılar, me-
talçılar şəhərində də eşitmək olardı. Mir
Cəlal, inşaatçıların çoxu mövsüm işçilərin-
dən: torpaqqazanlar, bənnalar və dülgər-
lərdən ibarət idi. Ə. Sadıq. // Sif. mənasında.
İnşaatçı mühəndis.
İNŞAD is. [ər.] şair. Bir ədəbi parçanı
yüksək səslə və gözəl bir əda ilə oxuma;
deklamasiya. □ İnşad etmək (eləmək) - şeir
demək, şeir yazmaq. Şairim! Seyr elə ətrafı,
təbiət nə gözəl; Bax mənim hüsnümə, inşad
elə bir dadlı qəzəl. A. Səhhət. Hər kəs inşad
eyləmişdir bir kitab; Ta ki izhar eyləsin bir
inqilab. H. Cavid. Şair deyiləm, vəzn ilə şeir
558
İNŞALLAH
eyləyim inşad ; Ancaq yazıram, xalq arasın-
da qazanım ad. C. Cabbarlı.
İNŞALLAH ara s. [ər.] “Allah qoysa”,
“Allah deyən olsa”, “Allah istəsə”, “Allahın
iradəsi olsa” mənalarında xeyir-dua, dilək
təbiri. [Mozalan bəy:] Sabah saat xoşdur,
inşallah, günorta maşını ilə yola düşərsiniz.
Ə.Haqverdiyev. [Ocaqqulu:] Ağa, - dedi,
- Tiflis pis deyil, inşallah, daha da yaxşı olar.
Çəmənzəminli. [Səfər bəy:] Heç qorxma,
inşallah, salamat qurtararıq. Qənbərqulu,
get, qızı gətir, aparaq. B.Talıblı. // Bəzən
istehza məqamında işlənir. [Məşədi İbad:]
Görəsən, bunların hamısının hamam pulu-
nu, inşallah, mən verəcəyəm? Ü.Hacıbəyov.
İNTEQRAL [lat.] riyaz. İntəhasız dərə-
cədə kiçik hissələrin məcmusıı kimi götü-
rülən tam kəmiyyət.
İNTEQRALLAMA “İnteqrallamaq”dan/w.
İNTEQRALLAMAQ f riyaz. Verilmiş
kəmiyyətin inteqralını tapmaq.
İNTEQRALLAYICI bax inteqrator.
İNTEQRASİYA is. [lat.] Əlahiddə hissə-
lərin tamda birləşməsi haqqında sistemlər
nəzəriyyəsi anlayışı və bu nəzəriyyənin
obyekti olan təbii və ya ictimai proseslər.
İNTEQRATOR xüs. Avtomatik hesabla-
ma aparatı.
İNTEL(L)İGENT [lat.] Ziyalı təbəqəsinə
mənsub adam (bəzən istehza yerində işlə-
nir). Bu inteligentlərin sözün gətirmə heç
aralığa; Oları görmək istəsən, şərabı gör,
qumarı gör! M.Ə. Sabir. [Rüstəm bəy Mə-
şədi İbada:] ..Birisi qəzetəçi Rzadır ki, tanı-
yırsan. Biri də .. iııteligent Həsəndir ki, onu
tanımazsan. Ü.Hacıbəyov.
İNTEL(L)İGENTLİK is. Ziyalılıq. [Musa-
nın nəvəsi] gedib Qori seminariyasına girdi.
Bir il də orada oxudu, onun əsil iııtelligentlik
həyatı da bu tarixdən başladı. Qantəmir.
İNTENDÄNT [fr.] hərb. Orduda və ya qo-
şun hissələrində təsərrüfat işlərinə baxan
hərbi qulluqçu. İntendant vəzifəsi.
0 İntendant xidməti - silahlı qüvvələrin
təsərrüfat və təchizat işlərinə baxan ida-
rələr sistemi.
İNTENDANTLIQ is. 1 . Ordunun təchizat
və təsərrüfat işlərinə baxan hərbi idarə.
2. İntendant vəzifəsi. İntendantlıq etmək.
İNTERMESSO
İNTENSİV sif. [lat.] Gərgin, güclü, qız-
ğın. İntensiv iş. - Üçpərli balta ilə işlərkən
quyuda gilli məhlulun cərəyanı da nisbətən
intensiv (z.) olmalıdır ki, külli miqdarda qa-
zılmış süxur tamamilə qaldırılsın və quyu-
nun dibi təmiz olsun. S. Quliyev.
2. Daha böyük səmərə verən, daha məh-
suldar. İntensiv üsul. □ İntensiv kənd tə-
sərrüfatı - istifadə olunan torpaq sahəsinin
hər bir vahidinə böyük xərc və səy qoyma
əsasında qurulmuş kənd təsərrüfatı istehsalı
sistemi.
İNTENSİVLƏŞDİRİLMƏ “İntensivləşdi-
rilmək”dən f.is. İş üsullarının intensivləşdi-
rilməsi.
İNTENSİVLƏŞDİRİLMƏK məcli. Daha
intensiv (məhsuldar, səmərəli) edilmək, in-
tensivliyi daha da artırılmaq.
İNTENSİVLƏŞDİRMƏ "İntensivləşdir-
mək”dən f.is.
İNTENSİVLƏŞDİRMƏK/ Daha intensiv
etmək, intensivliyini artırmaq, daha məh-
suldar, daha səmərəli etmək. Kənd təsərrü-
fatını intensivləşdirmək. İstehsal proses-
lərini intensivləşdirmək.
İNTENSİVLİK is. 1. Səmərəlilik, məh-
suldarlıq. Əməyin intensivliyi.
2. Gərginlik, qızğın fəaliyyət.
İNTERES [lat.] dan. bax mənafe. Bu
işdə onun heç bir interesi yoxdur. - [Əli-
səfa:] Mənim bunda bir iııteresim yoxdur.
S. Hüseyn.
İNTERLÜDİYA [/to/.] mus. Bir musiqi
əsərinin hissələri arasında çalınan və onları
bir-birinə bağlayan başqa kiçik musiqi
pyesi və ya parçası.
İNTERMEDİYA [/to/.] 1. Dram və ya
opera tamaşasının pərdələri arasında göstə-
rilən kiçik konıik səhnə və ya pyes.
2. mus. bax interlüdiya.
İNTERMESSO [/to/.] mıts. Sərbəst for-
malı kiçik instrumental pyes, bəzən opera-
nın ortasında orkestr tərəfindən çalınan ki-
çik müstəqil musiqi pyesi. Sevgilisi Aşıq
Qəribdən ayrı düşmüş Şahsənəmin hicran
kədərləri, R.Qliyerin “Şahsənəm" operası-
nın üçüncü pərdəsində orkestrin müşayiəti
ilə skripkanın çaldığı solo ( çargah ) ilə ifadə
edilir. Bu da intermesso formasıdır.
Ə.Bədəlbəyli.
559
İNTERNASİONBL
İNTERNASİONAL [fr.] 1. Bax beynəl-
miləl. [Tofiq:] A kişi, eşqin nə ruscası, nə
azərbaycancası! Eşq internasionaldır.
M.İbrahimov.
2. tar. Beynəlmiləl proletar himninin və
Sovet İttifaqı Kommunist Partiyası himni-
nin adı.
İNTERNASİONALİST [fransızcadan ]
bax beynəlmiləlçi.
İNTERNASİONALİZM [ fr.] bax bey-
nəlmiləlçilik. Humanizm, xəlqilik, interna-
sionalizm C. Məmmədquluzadənin yaradıcı-
lığının ana xəttidir, canıdır. M.İbrahimov.
İNTERNAT [lat.] 1. Məktəb yanında şa-
girdlər üçün ümıımi yataqxana.
2. Şagirdlərin oxuyub yaşadıqları qapalı
məktəb. Cari dərs ilindən etibarən şəhərdə
internat təşkil edilmişdir. (Qəzetlərdən).
İNTERNET [lat. inter - ...arasında və ing.
net - şəbəkə] Bütün dünyada milyonlarla
kompyuter vahid informasiya sisteminə bir-
ləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli
və b. məlumatların azad mübadiləsi üçün ən
geniş imkanlara malik olan qlobal kompyu-
ter şəbəkəsi. İnternet səhifələrində yer alan
materiallar. İnternetə qoşulmaq. İnternet
vasitəsilə məktublaşmaq.
İNTERVÄL [lat.] 1. Bir şeyi digərindən
ayıran ara, aralıq, məsafə. Intervalı gözləmək.
2. mus.fiz. Eyni zamanda və ya bir-birinin
ardınca çıxarılan iki səs arasındakı yüksək-
likcə fərq. Əgər əsas not ilə yardımçı böyük
sekımda inten’alı əmələ gətirirsə, o zaman
daha yaxşı təsir yaratmaq üçün yardımçı
not yarım ton alçaldılır. Ü.Hacıbəyov.
İNTERYER [fr.] 1. arxit. Binanın, mənzi-
lin memarlıq və bədii cəhətdən tərtiblənmiş
daxili hissəsi. Metro stansiyasının interyeri.
Yaşayış mənzilinin interyeri.
2. sənət. Binanın, mənzilin daxili sahəsini
təsvir edən şəkil, rəsm.
İNTƏHA is. [ər.] Son, axır, nəhayət, qur-
taracaq. Məndən ötrü bu şadlığın intəha və
əvəzi yox idi. T.Ş. Simurq.
İNTƏHASI ara s. Axırı, qurtaranı, nəha-
yət, xülasə. ..İntəhası, iki-üç saat vaxt kifa-
yətdir. C. Məmmədquluzadə. İntəhası, dava
var uzun olur, qısa olur, sənə yaxın, ya uzaq
olur. Mir Cəlal. [Daşdəmir:] Allah eləmə-
İNTİHA
sin, ay Sərvinaz nənə, intəhası, mən burda
az oluram, yaylaqdan yeni gəlmişəm.
B.Bayramov.
İNTƏHASIZ sif. Sonu, axırı olmayan, nə-
hayətsiz, sonsuz. Bir gecə azarın intəhasız
şiddətində şeyx gördü ki, qapı açıldı və Gül-
süm daxil olub qapının arasında dayandı.
Ə.Haqverdiyev. [Qarı:] Əhməd qızını intə-
hasız, hədsiz-hesabsız sevibdir. A.Divan-
bəyoğlu. Şirvan düzü intəhasız bir dəniz
kimi görünürdü. Ə.Vəliyev.
İNTƏHASIZLIQ is. Sonsuzluq, nəhayət-
sizlik; sonu, axırı olmama. [Nuriyyəyə] elə
gəlirdi ki, dünyada zaman, məkan deyilən
şey yoxdur, bizim əqlimiziıı dərkedə biləcə-
yi əbədi bir boşluq, bir intəhasızlıq var.
İ.Əfəndiyev.
İNTİBA is. [ər.] Bir şeyin zehində burax-
dığı iz, təəssürat. Məryəm Bakıdan gəldiyi
bir ııeçə gün müddətində gəzib tanış olduğu
yerlərdən aldığı ilk intibaları xatırlayır(dı).
M.Hüseyn. Cabbarlının əsərlərini oxuyar-
kən və ya onlara tamaşa edərkən bizdə nə
qədər xoş və gözəl hisslər, fikirlər, yeni inti-
balar artır. M. Arif.
İNTİBAH is. [ər.] Oyanış, oyanma, can-
lanma, dirçəlmə, yenidən yüksəliş. Azər-
baycan ədəbiyyatının intibah dövrü. Milli
intibah yola.
0 İntibah dövrü tar. - XV-XVI əsrlərdə
Avropada elm və incəsənətin çiçəklənməsi
dövrü. XVI əsrin axırıncı on ilində, intibah
dövrünün sonunda İtaliyada meydana gəl-
miş ilk opera əsərləri üçün müəlliflər xüsusi
instrumental müqəddimə bəstələməzdilər.
Ə.Bədəlbəyli.
İNTİBAHNAMƏ is. [ər. intibah və fars.
namə] Təbliği məzmunda olub, əksərən
gizli çap edilərək kütlələr arasında yayılan
vərəqə; bəyannamə. İnqilabi intibahnamə.
- Nəsir .. bolşevik intibahnaməsi çap etdiyi
üçün həbsxanada yatırdı. S. Hüseyn. ..İnti-
bahnamələr .. çar hakimiyyətinə, burjuazi-
yaya qarşı mübarizəyə qalxmış fəhlə sinfi-
nin iradəsini .. möhkəmlədirdi. M.Hüseyn.
[Dəmir Ataşa:] Gətirdiyim intibahnamələri
.. yayaq, camaat öz firqəsinin səsini eşitsin.
Ə.Vəliyev.
İNTİHA bax intəha. Əmaninin dilrü-
bası; Əzəldən rəhniiması; Intihayi-müddəası;
560
İNTİHAR
Sənsən canımın cananı. Əmani. [Хасө] qə-
ziyyəni ibtidadan iııtihayədək Yusif şaha
nəql etdi. M.F.Axundzadə.
İNTİHAR is. [ər.] Özünü öldürmə. [Zə-
manə] ..o qədər o biçarəni əzdi ki, axırda
onu ya intihara, ya qara torpaq altına gir-
məyə məcbur etdi. C.Cabbarlı. İndi onun si-
masında intihara qərar vermiş kimi küt bir
durğunluq vardı. Mir Cəlal. □ İntihar et-
mək - özünü öldürmək. Yar-yoldaşların-
dan ar edəcək ; Bəlkə axırda intihar edəcək.
A.Səhhət. [Zeynal:] Mən intihar etmək ərə-
fəsindəyəm. S.Hüseyn. [Münəwər:] Mənim
əməlim yarımçıq qaldığı üçiin dünyada qal-
mağı istəmirəm, bu dərdlər məni öldürəcək-
dir, yainki intihar edəcəyəm. M. S. Ordubadi.
İNTİXAB is. [ər.] Seçmə, seçib ayırma.
[Qoca:] ..Hökmdar intixabında da atanın
iştirakı və meyli təqdis olunardı. Çəmənzə-
minli. [Səmirə:] Məni bıı saat ən çox həyə-
canlandıran başqa bir şeydir: müvazinətini
itirib, intixabında yanılmayasan. M.Hüseyn.
□ İntixab etmək (eləmək) - seçmək. [Cə-
milə] özünə həyat yoldaşı intixab etmək
ərəfəsində idi. S.Hüseyn. C.Məmmədqulu-
zadə böyük rus komedioqrafım şüurlu ola-
raq özünə müəllim intixab etmişdi. M. İbra-
himov. İntixab olunmaq (edilmək) - se-
çilmək. Bəzi də, heç bir sənətin sahibi ol-
mayıb, camaat arasında gəzən və camaat
içində bəzi məmuriyyətlərə intixab olunmaq
axtaran şəxslərdir. C. Məmmədquluzadə.
Nümayəndələr intixab olunduğu zaman
Fəxrəddin də nümayəndə heyətinin sədri
seçildi. M. S. Ordubadi.
İNTİQAL is. [ər.] 1. Bir yerdən başqa
yerə keçmə, yerini dəyişmə. □ İntiqal et-
mək - köçmək, başqa yerə keçmək, yerini
dəyişmək. [Çopo:] Zatən ənənə nəsillərdən
intiqal etnıiş kollektiv bir ağıl deyilmi?
Çəmənzəminli.
2. Mexanizmlərdə: açma əməliyyatını
yerinə yetirən xüsusi qurğu.
İNTİQAM is. [ər.] Özünə pislik edənə
pislik etmə arzusu və işi; qisas, qisas alma,
heyif alma, əvəzə əvəz; öc. [İsmət:] Ah, fə-
qət intiqam dilərsə Orxan; İsmət xoşbəxt
ikən olur bağrı qan. H.Cavid. Eşqin intiqa-
mı yaşar hər zaman.. S. Vurğun. Bu ki faciə-
İNTİZAM
dir... faciəmizi; Niyə çevirmirik intiqama
biz? B. Vahabzadə. □ İntiqam almaq
(çəkmək) - heyfini almaq. [Molla Xəlil]
aradığını bulmuş, müəllimdən yaxşı intiqam
alacaqdı. S.Hüseyn. [Şeyda:] İnan ki, əfv
etmək intiqam almaqdan daha müdhişdir.
H.Cavid. [Ovçu anasına:] Mövhumat çən-
gəlində mənə olan sevgilimin intiqamını al-
malıyam. Ə.Məmmədxanlı. İntiqamını yer-
də qoymamaq - intiqamını almaq, əvəzini
çıxmaq.
İNTİM [/r.] kit. 1. Dəruni, içdən gələn,
səmimi. İntim lirika yenə qüvvətli vətənpər-
vərlik motivləri ilə çarpazlaşır. M.Hüseyn.
Füzulinin intim duyğuları tərənnüm edən
şeirlərində də, lirikasında da zəmanəsinin
ruhu, fəlsəfəsi, əxlaqi görüşü və təsəvvürləri
əks etmişdir. M. İbrahimov.
2. Gizli, məhrəmanə. [Tahirə] elə gəlirdi
ki, sevgilisi öz narazılığını yalnız intim bir
şəraitdə söyləyəcək və Tahirdən ciddi bir
haqq-lıesab almamış əl çəkməyəcək.
M.Hüseyn.
İNTİŞAR is. [ər.] Yayma, yayılma. Anıma
[nə] hasil mənim bu yazdığını mətalibdəıı ki,
onların intişarı mümkün deyil. M.F.Axund-
zadə. // Nəşr olunma, çıxma, çap edilmə.
"Molla Nəsrəddin ” məcmuəsi 1906-cı ildən
intişara başladı. □ İntişar etdirmək - yay-
maq. Əjdərlə .. bu çap olunmuş ədəbiyyatı
intişar etdirmək işində əsas rolu oynayırdı.
S. Rəhman. İntişar etmək - yayılmaq. Əziz
balalar! ..Məktəb vasitəsilə övrəndigimiz
elmləri, fənləri insanlar arasında intişar et-
mək fikrində bulunduq. N.Nərimanov. Onun
[akasiyanın] açmış ağ çiçəklərindən xoş bir
iy intişar edirdi. S.Hüseyn. Xalq musiqi ya-
radıcılığının ən çox intişar edən janrı mah-
nılardır. Ə.Bədəlbəyli.
İNTİZAM is. [ər.] 1 . Nizam və qayda, sə-
liqə, tərtib. [Yemək odasında] evini və ailə-
sini sevən bir qadın intizam və səliqəsi mü-
şahidə edilirdi. S.Hüseyn. [Oğlan:] Bizim
evimizdə intizam və ölçü altına girə biləcək
heç bir şey yoxdur. M.S. Ordubadi. □ İnti-
zama salmaq - nizama salmaq, qaydaya sal-
maq, səliqəyə salmaq.
2. Hər hansı bir kollektivin bütün üzvlə-
rinin tabe olması məcburi olan möhkəm
561
İNTİZAMLI
qayda, qanun; nizam. Əmək intizamı. Hərbi
intizam. Şüurlu intizam tərbiyəsində inan-
dırma üsulu böyük rol oynayır. - ..Məktəb
öz intizamı, dərs keyfiyyəti, ictimai, faydalı
işləri ilə şöhrət qazanmağa başladı. S.Rəhi-
mov. [Müəllim Fərmana dedi:] Əgər or-
duya alınan gənclər sizin kimi düşünsə, or-
duda intizam ola bilərmi? Ə. Sadıq. □ İn-
tizama salmaq - nizam və intizama tabe
etmək. [Çopo:] Bunları [iskitləri] yalnız
igid bir sərkərdə intizama sala bilər. Çəmən-
zəminli.
İNTİZAMLI sif. İntizama ciddi surətdə
riayət edən, qayda və qanuna əməl edən.
Iııtizamlı şagird. Intizamlı işçi. Intizamlı
döyüşçü.
İNTİZAMLILIQ is. Intizamlı olma, nizam
və intizamı gözləmə.
İNTİZAMSIZ sif. 1 . İntizama, qayda-qa-
nuna riayət etməyən. İntizamsız işçi. İnti-
zamsız şagird. - [Qoşqar:] Bilirsiniz ki, mən
intizamsız adam deyiləm.. İ.Hüseynov.
2. Qayda-qanunsuz, tərtibsiz, nizamsız,
pozuq, qarmaqarışıq. İntizamsız qoşun.
İNTİZAMSIZLIQ is. 1. Nizam və intiza-
mın olmadığı hal, nizam və intizama riayət
etməmə. Ən geridə qalan bu bölüyün zəif
cəhətləri intizamsızlıq, qeyri-mütəşəkkillikdir.
2. Qarmaqarışıqlıq, tərtibsizlik, səliqə-
sizlik, nizam və qayda olmaması.
İNTİZAR is. [ar.] Həsrət içərisində göz-
ləmə, səbirsizliklə gözləmə. Neçə rəfiqi-
müvafıqlə əlləşib içə mey; Nə kəsri-məclisi-
meydən, nə intizarı ola. S.Ə.Şirvani. On beş
gün ayrılıq on beş il keçdi ; Öldürdü intizar,
gözüm yoldadır. Ə.Cavad. İntizar və səbir-
sizlik yenidən başlandı. Qantəmir. Qurtardı
həsrət də, xoş intizar da. B. Vahabzadə.
□ İntizar çəkmək bax intizar qalmaq.
Aşıq saza nə qaldı? Ərzəm yazana qaldı;
Bülbül intizar çəkər; Görək yaza nə qaldı?
(Bayatı). Tiilui-mahtab üçün çəkərdim; Də-
ıncıdəmdən gecə çox intizarı. Əmani. Adam-
lar bu saat nəsə bir şey olacaq gümanı ilə
intizar çəkirdilər. Mir Cəlal. // Gözləmək.
Dağlara çıxmağa həkim qoymayır; intizar
çəkməsin dağ çiçəkləri. N.Rəfibəyli. İnti-
zar qalmaq - nigaran olmaq, nigarançılıqla
gözləmək. [Sara Bəhrama:] Bilmirsənmi ki,
İNTRİQA
əmin qızı sənsiz darıxır, həm də intizar qal-
mışdım. C. Cabbarlı. İntizar qoymaq - göz-
ləməyə məcbur etmək, nigaran qoymaq,
gözlətmək. Zülfün tök belə, dilbər; Tumar
çək telə, dilbər; Yetər intizar qoydun; Dolan
gəl belə, dilbər. (Bayatı). Dedin ki, qoyma-
ram aləmdə intizar səni. S.Ə.Şirvani. İnti-
zar olmaq - bax intizar qalmaq. Oldular
intizar bir saat yarım. H.K.Sanılı. İntizara
yetməmək - intizarını çəkdiyini görə bil-
məmək. Ölürəm qəlbimdə yar nişanası;
Gözüm yolda intizara yetmədi. Aşıq Ələs-
gər. İntizardan qurtarmaq - nigarançılıq-
dan qurtarmaq, arzusu yerinə yetmək, ra-
hatlanmaq. Bayatı səsi içəri dolanda Pərşaıı
intizardan qurtarmış kimi dərindən sinəsini
ötürdü. M.İbrahimov. İntizarında qalmaq,
intizarını çəkmək - birini həsrətlə, yaxud
nigarançılıqla gözləmək. [Leyla:] Bütün
gün intizarında, gözüm həsrətdə qalmışdım.
Ü.Hacıbəyov. [Sultan:] Dünyada şad xəbə-
rin intizarını çəkməkdən böyük zövq ola bil-
məz, qardaşoğlu! İ.Hüseynov.
İNTİZARÇILIQ is. daıı. Səbirsizliklə
gözləmə, intizar çəkmə, gözü yolda qalma;
nigarançılıq.
İNTİZARLI sif şair. Həsrətli, nigaran,
intizarla dolu, intizar ifadə edən. Göyərib
bağça, nanə; Bağ nanə, bağça nanə; İııti-
zarlı gözlərim; Doyunca bax caııanə! (Ba-
yatı). Məsmə arvadın başında intizarlı fikir-
lər bir-birini təqib edirdi. Mir Cəlal, inti-
zar lı dəqiqələr zindandan ağır, illərdən
uzun olsa da, başa çatırdı. B. Bayramov.
İNTONASİYA is. [lat.] dilç. 1. Səs tonunun
ucalıb-alçalması; ton, tələffüz xüsusiyyəti.
2. Musiqi alətində çalarkən, yaxud oxuyar-
kən tonun düzgün və ya yanlış səslənməsi.
İNTRİQA [/r.] 1. Bir məqsədə (adətən pis
məqsədə) yetmək üçün əlaltından görülən
iş; hiylə, fitnə. İntriqa aparmaq. İntriqa
qurbanı. - ..Təbriz şəhəri irticanın və siyasi
intriqaların mərkəzinə çevrildi. M.S.Orduba-
di. [Tələbə:] Bir də, mən intriqa bilən adam
deyiləm.. Qantəmir. [Yusif:] Deyirlər, səd-
rin əleyhinə intriqa düzəldirsən. B.Bayramov.
2. ədəb. Roman və ya dramda əsas hadi-
sələrin çox dolaşıqlığı və gərginliyi cəhət-
dən fərqlənən süjet xətti, mövzunun düyünü.
562
İNTRİQAN
İNTRİQAN, İNTRİQAÇI is. İntriqa ilə
məşğul olan adam. İntriqanın biridir.
İNTUİSİYA [lat.] 1. Bir şeyin mahiyyə-
tini incədən-incəyə duyma qabiliyyəti;
duyğu.
2. Fəlsəfədə: varlığı təcrübə və məntiqi
nəticələrin köməyi ilə deyil, bilavasitə anla-
ma, dərk etmə qabiliyyəti. İntuisiyanın psi-
xoloji mexanizmi. Spinozamn fəlsəfəsində
intuisiya böyiik yer tutur.
İNVALİD [lat.] bax əlil. Invalidlərin nü-
mayəndəsi bilib ona tribunada yer vermiş-
dilər. Mir Cəlal.
İNVAR is. [ing.] Dəmir xəlitəsi.
İNVARİÄNT is. [lat.] Düşdüyü mühitdən
asılı olmayan.
İNVENTAR [lat.] 1. Bir müəssisəyə, ida-
rəyə, təşkilata məxsus olan avadanlığın, lə-
vazimatın və s.-nin məcmusu. Kənd təsər-
rüfatı inventarı. Xəstəxana inventarı. Zavod
inventarı.
2. Həmin ləvazimatın, avadanlığın siya-
hısı. İnventar tərtib etmək. Kitabları inven-
tara daxil etmək.
0 Canlı inventar - mal-qara. Cansız in-
ventar - alətlər, nəqliyyat vasitələri, ava-
danlıq və s.
İNVENTARİZÄSİYA [lat.] Siyahıyaalma,
siyahıyaalınma, inventara daxil etmə (edil-
mə). İnventarizasiya siyahısı. İnventari-
zasiva komissiyası. // Hər hansı müəssisəyə,
idarəyə, təşkilata məxsus olan şeylərin
yerində olub-olmadığını hesablama və
siyahısını tutma yolu ilə yoxlanması. Kitab-
xana fondunun inventarizasiyası.
İNVERSİYA [lat.] dilç. ədəb. Qrammatik
hadisə və ya üslubi üsul olaraq, cümlədə
sözlərin adi sırasının dəyişdirilməsi.
İNYEKSİYA [lat.] tib. Dəri altına iynə ilə
dərman yeritmə.
İNZİBATÇI is. idarə edən, idarə başçısı;
özünə tabe olan idarə və ya müəssisədə
yaxşı nizam və intizam yaratmış müdir. Nə-
riman onu inzibatçı kimi tanımışdı. Mir Cə-
lal. [Zakir] yaxşı bir mühəndis olmaqla bə-
rabər, yaxşı da inzibatçıdır. H.Seyidbəyli.
inzibatçı Qulam müəllimin xahişinə əməl
etdi. S. Rəhimov. // Məsul sərəncamçı.
İNZİBATÇILIQ is. Konkret rəhbərlik
əvəzinə quru əmr və sərəncam verməklə
İONLAŞMA
idarə etmə. [Qəhrəman:] Qəti surətdə inzi-
batçılığa, hay-küyə yol vermək olmaz.
Ə. Vəliyev.
İNZİBATİ sif. 1. Nizam-intizama aid
olan, nizam və intizamı nəzərdə tutan qa-
nunlara uyğun olan, bir idarənin intizam qa-
nunlarına tabe edilən. İnzibati tədbirlər.
İnzibati cəza. □ İnzibati yolla hüq. - icra
orqanlarının sərəncamı ilə. İnzibati yolla
cəzalandırmaq, inzibati yolla sürgün etmək.
İnzibati yolla cərimələndirmək.
2. idarə sisteminə, icraedici hökumət or-
qanlarına aid olan. İnzibati idarələr. İnzibati
mərkəz. İnzibati xəritə. İnzibati vahid. - Şərur
və İrəvan qəzaları inzibati idarələri şika-
yətlə dolu idi. E. Sultanov.
0 inzibati hüquq - daxili idarə sahəsin-
də dövlət fəaliyyətinin qayda və üsullarını
müəyyən edən hüquq normaları.
İNZİVA is. [ər.] klas. Xəlvət bir yerə çə-
kilib adamlardan uzaqlaşma, xarici aləmlə
əlaqəsini kəsmə. □ İnzivaya çəkilmək -
bir guşəyə çəkilib, dünya ilə əlaqəsini kəs-
mək. [Süleyman] deyərdi ki, rəvayətə görə,
.. onun övladından biri başını götürüb qaç-
mış.. Bu Abşeronda, sahildə, qayalıqlarda
inzivaya çəkilmiş. Hər kəsdən uzaq həyat
sürmüş və ölmüşdür. Ə.Məmmədxanlı. Onun
sonsuz dərdləri yetişmədi davaya; O qayı-
dıb evinə çəkildi inzivaya. B.Vahabzadə.
İÖN is. [}’un.] fiz. Elektriklə yüklənmiş
atom və ya atom qrupu.
İONİZÄSİYA [yun.] bax ionlaşma və
ionlaşdırma.
İONLAŞDIRICI sif. fiz. ion əmələ gəti-
rən, ionun meydana gəlməsinə səbəb olan.
Ionlaşdırıcı amil.
İONLAŞDIRILMA "İonlaşdırılmaq”dan
f.is. ..Havanın süni ionlaşdırılmasına, on-
dan profilaktika və müalicə məqsədləri üçün
istifadə olunmasına maraq artmışdı. (Qə-
zetlərdən).
İONLAŞDIRILMAQ məcli, fiz. İon əmələ
gətirilmək.
İONLAŞDIRMA "İonlaşdırmaq”dan /«.
İONLAŞDIRMAQ f. fiz. ion əmələ gətir-
mək, ion doğurmaq, ion törətmək. Qazı
ionlaşdırmaq. Havanı ioıılaşdırmaq.
İONLAŞMA is. fiz. Hər hansı mühitdə ion-
ların meydana gəlməsi. Qazların ionlaşması.
563
İONLU
İONLU sif. fiz. İonu olan. Ionlu reaksiya.
İP is. 1. Uzun pambıq, kətan, yun və s.
liflərindən eşilib hazırlanan və əsasən bağ
kimi işlədilən məmul. İplə bağlamaq. Tay-
lan iplə sarımaq. - [Ağa:] Gördüm yeşiyin
ipi qmlıb. Molla Nəbiqulu yeşiklə bərabər
ağacdan uçub, düşüb Qasımın otağının
üstünə. Ə.Haqverdiyev. // məc. Buxov, cidar,
əl-ayağı bağlayan şey mənasında. [Koroğlu
dedi:] Qırılar zəncirlər, iplər; Nər atılar
meydana indi. “Koroğlu”.
2. Pambıq iplikdən toxunmuş. Çarıq
bağlarından, uzunboğaz rəngli ip corabla-
rından bəlli idi ki, ananın əzizidir. Mir
Cəlal. □ İp vurmaq - toxumaq (iplə). To-
run ipini vurmaq. Corab ipi vurmaq. - Öm-
rünü susmaq və başını aşağı salaraq məkik
atmaqla, ip vurmaqla keçirən şərbaflar və
muzdurlar yavaş-yavaş səsini qaldırıb “ur-
reyy ” çığırdı. Ə.Əbülhəsən.
0 İpə (ipə-sapa) yatmamaq (gəlmə-
mək) - heç bir nəsihət götürməyən, söz
eşitməyən, yaxud heç bir nizam və intizama
uyuşmayan adam haqqında. Padşah nə qə-
dər dəlil-dəlalət elədi, Qəmər ipə-sapa gəl-
mədi ki, gəlmədi. (Nağıl). Uşaq oynayar,
gülər; Xəstə deyilsə əgər; Bəzisi sakit olar;
Bəzisi ipə yatmaz. R.Rza. İpə-sapa düz-
mək (düzülmək) - fikrin, sözlərin düzgün,
səlis, rəvan ifadə edilməsi haqqında. Fikir-
lər cərgə-cərgə ipə-sapa düzüldü; O, izti-
rab əlində üzüldükcə, üzüldü. B. Vahabzadə.
İpə-sapa yatmaq (gəlmək) - yola gəlmək,
söz eşitmək, nəsihət qəbul etmək. [Hüm-
mətyar:] [Xanpəri] ancaq iki ildir daha o
adam deyildir. İndi, necə deyərlər, ipə-sapa
yatır. Ə.Vəliyev. ...ipinə (ipinin üstünə)
odun yığmaq olmaz - etibarsız, sözünün
üstündə durmayan, mütərəddid adam haq-
qında. Xan Fətəlinin adını eşitcək təkrar
qəzəbləndi: - Onun sözünü danışma! - dedi,
- onun ipinin üstünə odun yığmaq olmaz!
Çəmənzəminli. İpini boşaltmaq (burax-
maq) - sərbəstlik vermək, pis hərəkətləri-
nə göz yummaq, qabağını almamaq, başlı-
başına buraxmaq. Uşağın ipini lap boşalt-
mısan ha. İpini çəkmək (yığmaq, yığışdır-
maq) - pis yoldan, pis əməldən qaytarmaq,
qabağını almaq, həddini göstərmək, intiza-
İPƏKÇİLİK
ma çağırmaq, [imamzadə:] Sən bunların
ipini yığışdıra bilməsən, hər cür xata baş verə
bilər. Q. İlkin. Boğazına ip salmaq - boğub
öldürmək. İslamın fikrinə gəlmişdi ki, Tel-
lini xoş dillə alıb qışlağa gətirsin, sonra bir
gecə boğazına ip salıb boğsun. S. Hüseyn.
İPÇİN bax ifçin.
İPƏK 1. is. Tut yarpaqları ilə bəslənən
barama qurdlarının əmələ gətirdiyi çox incə
və parlaq tellər və bu tellərdən toxunan
qiymətli parçalar. [Əsgər:] Çit, ipək, məx-
mər, bafta, tafta - hər şeyim var. Ü.Hacıbə-
yov. Bir yığın tüllərə və ipəklərə bürünmüş
qızlar gələr, oynarlar. H. Cavid. Buranın
[Çalusun] bollu düyüsü və məşhur ipəyi
vardır. M.İbrahimov.
2. Sif. mənasında. İpəkdən hazırlanmış,
ipəkdən tikilmiş (toxunmuş). İpək paltar.
İpək köynək. İpək pərdə. - Onlar ipək xal-
çalar döşənmiş aynalı pilləkənlərdən yuxarı
çıxıb .. böyük salona girdilər. M. S. Orduba-
di. Nazlı əynindəki tiind-şabalıd rəngli ipək
köynəyini çıxartdı.. S. Rəhman.
0 İpək kimi - 1) çox incə, parlaq, yum-
şaq. ipək kimi saçları var. - Tüklərindir ipək
kimi parlaq; Bədnəzərdən vücudun olsun
İraq! M. Ə. Sabir. Of, nə yamandır o süzgün
baxışlar; Ey ipək telləri zərəfşan gəlin!
H. Cavid; 2) məc. mülayim, xoşrəftarlı,
yumşaq. İpək kimi xasiyyət. - Deyir Məşədi
bəy, alnında vüqar; Onun ipək kimi təbiəti
var! S. Vurğun.
İPƏKAÇAN bax ipəkəyirən. İpəkaçan
zavodlarda əvvəlcə baramaların üzərində
olan tiftikləri, sonra isə nazik ucları ayırır-
lar. “Əmtəəşünaslıq”. [Qonça:] Rəştdə
ipəkaçan dəzgahımız vardı. S. Hüseyn.
İPƏKÇİ 1. is. İpəkçilik mütəxəssisi, ba-
ramaçılıq mütəxəssisi; baramaçı.
2. köhn. İpək satan, ipək taciri. Bakıda iri
ticarətlə məşğul olan düyiiçülər, xalçaçılar,
ipəkçilər .. də az deyildi. H. Sarabski.
3. Sif mənasında. Barama yetişdirməklə
məşğul olan, baramaçı. İpəkçi təsərrüfat.
İPƏKÇİLİK is. 1 . Barama qurdundan ipək
hasil etmə işi; baramaçılıq. İpəkçiliklə məş-
ğul olmaq. - [Qonça:] [Ataş] ipəkçiliklə
məşğul olurdu. S. Hüseyn. Burada [Rəştdə]
ipəkçilik geniş yayılmışdır. M.İbrahimov.
564
İPƏKƏYİRƏN
İRADƏ
2. Bu işlə məşğul olan təsərrüfat. İpək-
çilik təsərrüfatı.
İPƏKƏYİRƏN sif. İpəyi açan, ayıran, tə-
mizləyən. İpəkəyirən maşın.
İPƏKXANA is. köhn. İpək karxanası,
ipək emalatxanası.
İPƏKQURDU bax baramaqurdu. İpək-
qurduları böyüyüb yaşa çatdıqdan sonra,
ipək sarımaq üçün tel buraxmağa başlayır-
lar. A. Quliyev.
İPƏKLİ sif. İpək qarışığı olan, içərisində
ipək olan. İpəkli parça.
İPƏKTOXUYAN sif. İpəkdən parça toxu-
yan. İpəktoxuyan maşın. - ..İpəktoxuyan
kombinatda yüzlərlə ixtisaslı fəhlə çalışır.
S. Rəhman.
İPƏYATMAZ sif. və is. Heç bir üsul və
qaydaya, nizam və intizama uyuşmayan,
heç bir nəsihət və söz qəbul etməyən (adam),
tərs (adam).
İPƏY ATMA(MA)ZLIQ is. İpəyatmaz
adamın hal və keyfiyyəti; tərslik.
İPƏYİRƏN sif. İpi açıb təmizləyən və
əyirən. İpəyirən maşın.
İPLƏMƏ 1. is. dan. Dəlisov, dəlibaş, dəli.
Ipləməııin biridir. O, lap ipləmə imiş. H Sif.
mənasında. Zəncirlə, iplə bağlanmalı olan;
zəncirləmə. İpləmə dəli.
2. “İpləmək”dən/w.
İPLƏMƏK f. İplə bağlamaq, iplə sarı-
maq. Yükü ipləmək. Yeşiyi ipləmək.
İPLİK is. 1. Pambıq lifindən hazırlanan
möhkəm, davamlı sap. Pambıq iplik. - Uşa-
ğın iki əlinin baş barmaqlarını iplik ilə bir-
birinə bağlayıb sonra ipliyi kəsirlər.
Ə.Haqverdiyev. [Ayna:] Budur, boyatmaq
üçüıı iplik aparıram. Ə.Məmmədxanlı.
2. Sif mənasında. Həmin sapdan toxun-
muş, hazırlanmış. İplik tor. - Ala iplik çu-
valları heç kəs tanımır, hamı mat qalıb çiy-
nini çəkirdi. B. Bayramov.
0 İplik kimi dolaşmaq - qarışmaq, bir-
birinin içinə keçmək. Hatəm dayı .. təpələr
arasında iplik kimi dolaşıq düşən cığırlara
baxırdı. Mir Cəlal.
İPLİKXANA is. İplik karxanası, iplik
fabriki.
İPLİKLİ sif. Xalis yun deyil, iplik qarışığı
olan, iplik qarışıq toxunmuş. İplikli parça.
İPOTEKA is. Müavinət, girov qoyulmuş
əmlak.
İPPODRÖM is. \yun.] Cıdır meydanı.
İPRƏNMƏK /.’ İyrənmək, kiməsə, nəyəsə
nifrət etmə.
İPRİT [Belçikada İprit şəhərinin adından]
kim. Xardal qoxuyan zəhərli qaz; dəridə
irinli yara əmələ gətirən və orqanizmi bü-
tünlüklə zəhərləyən davamlı zəhərləyici
maddələrdən biri.
İPSİZ sif. 1. Başına ip salınmamış, başı
iplə bağlanmamış, açıq buraxılmış.
2. məc. dan. Öz hərəkətlərində hədd-
hüdud bilməyən qaba, qanmaz adam haq-
qında. İpsizin biridir.
İPVARİ sif. İpə oxşar, ip kimi.
İRAD 1 is. [ar.] Söyləmə, demə, danışma.
□ İrad eləmək (etmək) - demək, söylə-
mək. İngiltərə vaizi Ser Deterdinq öz
moizələrinin birində irad edirmiş ki, dün-
yada neft iki qisimdir. C. Məmmədquluza-
də. [Xarrat:] Əfəndim, irad etdiyim bu söz-
lər xilafı-həqiqət ki deyildir? T.Ş. Simurq.
[Kərəmov:] Orada nitq irad elədi, qəzetə
düşdü, indi də budur, qayıdır, deməli, təzə-
dən düşəcəyik işə. S. Rəhman.
İRAD 2 is. [ər.] Nöqsan, kəsir, eyib, qüsur.
□ İrad eləmək (tutmaq, saymaq) - nöq-
san tutmaq, kəsrini, eybini demək. Hicran
edibdi könlümü bərbad, ağlaram; Çoxlar
tutar bu halıma irad, ağlaram. X.Natəvan.
..Böyüklərə irad tutmaq özü bir xatadır.
C. Məmmədquluzadə. Dilara .. gülə-gülə
anasına irad tutmuşdu.. M.İbrahimov.
İRADCIL sif. Hər şeyə irad tutmağı, irad
tapmağı sevən. İradcıl adam.
İRADÇI sif. Hər şeyə irad tutan, hər
şeydə bir nöqsan, eyib, qüsur tapmağa çalı-
şan. İradçı adam.
İRADÇILIQ is. Hər şeydə irad tutma, hər
şeydə bir nöqsan, eyib, qüsur tapmağa
çalışma.
İRADƏ is. [ər.] 1. İnsan psixikasının, in-
sanın öz qarşısına qoyduğu məqsədə nail
olmaq, arzu və istəklərini həyata keçirmək
qabiliyyətində təzahür edən xüsusiyyət-
lərindən biri. İradə qüvvəsi. İradə zəifliyi.
- [Doktor:] ..Hər çətinliyi ortadan qaldıran
iradədir. A. Şaiq. Min bir əzaba dözdün,
565
İRADƏLİ
iradən sarsılmadı; Qəlbindən hicran yükü
daş kimi asılmadı. S. Rüstəm. Əjdər Mirzə
Hüseynin sözlərində böyük iradə və inam
olduğunu hiss edirdi. S. Rəhman. // Bir şeyi
əldə etmək üçün göstərilən səy, cəhd,
qeyrət, inad. [Səbirə:] Birdən zərfi əlimdə
gördüm. Qaytarmağa iradəm çatmadı.
M.Hüseyn.
2. İstək, arzu, könül, tələb. İradəsini
yeriııə yetirmək.
3. köhn. Əmr, hökm, fərman. // Niyyət,
məram. [Vəzir:] A kişi, padşahın iradəsi
budur ki, sənin qızını alsııı, razısanmı?
Ü. Hacıbəyov. □ İradə etmək (buyurmaq)
köhn. - əmr vermək, hökm etmək, buyurmaq.
Pəs o biri rəfiq iradə etdi ki, daxil olsun, onun
da halı bu qərar ilə oldu. M.F.Axundzadə.
İRADƏLİ sif. Möhkəm iradəyə, xarak-
terə sahib olan (bax iradə 1-ci mənada).
İradəli oğlan. - [Günəş] nəzakətli, ciddi və
iradəli bir qadın olmuşdu. A.Şaiq. Zeynəb ..
ədəbiyyatımızda yaranmış iradəli qadın su-
rətlərindəndir. M.İbrahimov. Həcər qızının
möhkəm iradəli olduğunu bilirdi. Ə. Vəliyev.
İRADƏLİLİK is. Möhkəm iradəyə malik
olma, iradəcə möhkəmlik; səbatlılıq.
İRADƏSİZ sif. İradəsi olmayan, iradəsi
zəif, qətiyyətsiz. Zeynal iradəsiz bir gəncdi.
S. Hüseyn.
İRADƏSİZLİK is. İradəsi olmayan ada-
mın hal və keyfiyyəti; iradə zəifliyi, qətiy-
yətsizlik. Toğrul artıq hökumət işlərindəki
dəyərsizliyini və həddindən artıq zəiflik və
iradəsizliyini göstərdi. M. S. Ordubadi.
[Mahmud] iradəsizlik etsə, özünü məhv edə
bilər. Z.Xəlil.
İRADƏT [ər.] klas. Arzu, istək, könüldən
gələn razılıq. Öz iradəti ilə (öz razılığı ilə).
- Hüsn afəti-eşq olub dəmadəm; Gəldikcə
iradət oldu möhkəm. Füzuli. Durmuşam
eyni iradətlə yenə; Baxıram kuyiııə həsrətlə
yenə. M. Ə. Sabir. [Mirzə Bəylər:] Bir az
məhəbbətə sədaqətim var; Şövq ilə həvəsə
iradətim var. Aşıq Ələsgər.
İRADİ sif. İradəyə aid, iradədən asılı olan,
iradə ilə bağlı olan; ixtiyari. İradi hərəkət.
İRADSIZ sif. Heç bir iradı, nöqsanı olma-
yan; nöqsansız, qüsursuz, eyibsiz. İradsız iş.
İradsız əsər. İradsız adam olmaz.
İRANŞÜNAS
İRADSIZLIQ is. Nöqsansızlıq, qüsursuz-
luq, eyibsizlik.
İRAQ zərf Uzaq, uzaqda. İraq olmaq.
İraq durmaq. - Gül əkdim, şaxta vurdu; Nə
yaman vaxtda vurdu; Bimün’ət ovçu məni;
Yardan İraqda vurdu. (Bayatı). Mürği-ru-
hunı getməz səndən irağa. Aşıq Ələsgər.
□ İraq düşmək - uzaq düşmək, ayrılmaq,
uzaqda olmaq. [Bahadır] gördü ki, Sonadan
xeyli İraq düşübdür. N.Nərimanov. İraq
eləmək - uzaqlaşdırmaq, uzaq eləmək. Çı-
xardaq məmləkətdən; Ölkədən iraq eyləyək!
Aşıq Ələsgər. İraq olmaq - uzaq olmaq,
uzaq düşmək. Elə bilsin padşahi-zamandır;
Hər kim iraq olur, müxtəsər, səndən.
Q.Zakir. Miiddətdi gözümdən olubdu iraq;
Əridib ürəyim dərdii qəm, fəraq. Aşıq
Ələsgər. Gözümdən bir an da iraq olmadın;
Mən sənə hər yerdə Vətən deyirəm.
S. Rüstəm. // sif. Uzaq. Uzaq ölkələrə, iraq
ellərə; Axışan buludlar, axan buludlar!
N.Rəfıbəyli. // İs. mənasında. Uzaq yer. Yo-
lum oldu iraqlar; Çiynim kəsdi yaraqlar;
Ayrılıq məlum oldu; Mən ağlaram, yar
ağlar. (Bayatı). İraq, iraq candan, iraq ol-
sun - uzaq olsun, Allah göstərməsin (qor-
xulu, zərərli, arzuedilməz bir şey, hadisə
haqqında deyilir). [Gülsüm xala:] Buy, bu
nə sözdür deyirsən, a qadasın aldığım, iraq
canından, Allah eləməsin ki. Şirin qiyamətə
kiıııi yatsın.. E. Sultanov. [Səriyyə xala:]
İraq candan, [uşaqlar] dilənçiyə oxşayırdı-
lar. M.İbrahimov. [Kiçikxanım:] Allah elə-
məsin, iraq candan! - deyə onun əlini sıxdı
və tələsirmiş kimi ayrılıb getdi. Mir Cəlal.
İRAQLAŞDIRILMA "İraqlaşdırılmaq”-
dan fis.
İRAQLAŞDIRILMAQ ıııəch. Uzaqlaşdı-
rılmaq.
İRAQLAŞDIRMA "İraqlaşdırmaq”dan/ is.
İRAQLAŞDIRMAQ/ Uzaqlaşdırmaq.
İRAQLAŞMA “ İ raq 1 aşm aq ” dan /.7.s\
İRAQLAŞMAQ/ Uzaqlaşmaq.
İRAQLIQ is. Uzaqlıq, uzaqda olma. Mə-
nim qanıma girmə, ey pəri, kim; Iraqlıqdan
gözüm qan ağlar oldu. Kişvəri.
İRANLI is. və sif. İran əhalisindən olan;
İran vətəndaşı, İran təbəəsi.
İRANŞÜNAS is. [fars.] İranşünaslıq mü-
təxəssisi.
566
İRAN ŞÜNASLIQ
İRANŞÜNASLIQ is. İran dilləri və mədə-
niyyətini öyrənən elmlərin məcmusu; İran
filologiyası.
İRBİS is. zool. Qar bəbiri, pişikkimilər
fəsiləsindən məməli yırtıcı heyvan.
İRÇAL dan. bax riçal. Armud irçalı ..
indi istədiyin qədər taparsan. Ə.Əbülhəsən.
İRÇƏ is. məh. Qəlib. Zərgər irçəyi.
İRDƏLƏMƏK/ məh. Təmizləmək, arıt-
maq. Taxılı irdələnıək. Meyvəni irdələmək.
İRƏLİ zərf 1 . Hərəkətin istiqamətinə görə
qabağa, qabaq tərəfə ( geri əksi). İrəli yeri-
mək. İrəliyə addımlamaq. İrəli çıxmaq. İrəli
sürmək. - Qaraca qız isə irəli gəlib öz dos-
tunun zəhərlənmiş qanmı sorur. S.S.Axun-
dov. Kəhər yerindən dördnala sıçrayıb dır-
nağının altından palçıq topaları səpələyə-
səpələyə irəli cumdu. M. İbrahimov. □ İrəli
vermək - 1) qabağa vermək, qabağa uzat-
maq. Tüfəngi irəli vermək ; 2) qabağa itələ-
mək, qabağa çıxartmaq. Uşağı irəli verdim.
H Sif. mənasında. Qabaq, ön. Məktəbin irəli
tərəfi güllükdür. II İrəlidəki şəklində - öndə
olan, qabaqda olan. İrəlidəki dəstə sürətlə
qaçırdı. H Qabaq tərəfə, qabağa (bəzən irə-
liyə şəklində). Ürkə tövşüyə-tövşüyə su iç-
mək üçün başını irəli uzadanda silah səsin-
dən diksinib qulaqlarını şəklədi. M.Hüseyn.
Sal daşının dibindən irəliyə bir qoşalülə
çıxmışdı.. M.İbrahimov. Qırmızı alov irəli
hücum edir, pəncələıımiş buğda dərzlərini
yandırıb məhv edirdi. Ə.Vəliyev. // İrəli-
dən şəklində - qabaqdan, öndən, qarşıdan.
İrəlidən arıq tülküyə bənzəyən ahş-verişçi-
lər qaban kimi gümrahlanıb don-don don-
quldanırdılar. E. Sultanov.
2. Əvvəl, qabaq. Fərəhimdən ölərəm gər
səni birdən görsəm ; Gəlməyindən irəli eylə
xəbərdar məni. S.Ə.Şirvani. [Allahqulu:] O
məndən bir-iki saat irəli gəlibdir. N. Vəzirov.
// Tez. Hamıdan irəli gəldi. □ Bundan irəli
- T) ...əvvəl, ...qabaq. Yetmiş il bundan irəli
bina olunan Naxçıvan hamamlarının xəzi-
nəsinin suyu yeddi ildə bir dəyişilir.
C.Məmmədquluzadə. İndiki işləri görəndə
on bir il bundan irəli olan bu əhvalat yadıma
düşiir.. Qantəmir; 2) keçmişdə, keçmiş za-
manda, əvvəllər, qabaqlar. Bundan irəli ar-
vadlar ərləri ilə fəxr edirdilər. Ə.Vəliyev.
İRƏLİ
// İrəlilər, irəlilərdə şəklində - keçmişdə,
qabaqlar, əvvəllər. [Qurban:] Qarı nənə,
bayaq dedim, irəlilər ar eləyirdim. Ə. Haq-
verdiyev. [Cahangir ağa:] İrəlilərdə mən də
sənin kimi eşitmişdim. S.S.Axundov.
3. İrəlini şəklində - gələcəyi, sonranı,
qabağı, gələcək zamanı (dövrü, şəraiti və
s.-ni). irəlini nəzərə almaq, irəlini düşün-
mək. Rəhbərlik etmək üçün irəlini görmək
lazımdır. II İrəlidə şəklində - 1) qabaqda,
öndə, qarşıda; 2) qabaqda, sonra. Bu xüsus-
da söhbət irəlidə gedəcəkdir. - İrəlidə Mər-
dəkaııın işıqları fərq edilirdi. S. Hüseyn.
Birinci gün olduğu kimi yenə də Cavad
irəlidə gedir, döyüşçüləri ruhlandırırdı.
Ə.Vəliyev. // Gələcəkdə, qarşıda. İrəlidə
Səmədi tamamilə yeni bir həyat, yeni işlər,
yeni qayğılar gözləyirdi.
0 İrəli atmaq - ortalığa atmaq, irəli sür-
mək, müzakirəyə qoymaq. Onu gözəl tanı-
yır və həmişə qabaqda getdiyini, yeni təşəb-
büslər irəli atdığını yaxşı bilirdilər. İrəli
düşmək - 1 ) bir işdən qazanc əldə etmək,
xeyir görmək, mənfəət götürmək. Hacı
Sultan isə yalnız daşgərdişindəıı gündə
qırx-əlli pud irəli düşürdü. S. Hüseyn;
2) başqasından daha tez hərəkət etmək, mü-
vəffəqiyyət əldə etmək, qabaqlamaq. O,
məndən irəli düşdü. İrəli çəkilmək - baş-
qalarının arasından seçilib daha məsul işə,
vəzifəyə təyin edilmək. [Sara] xalq məhkə-
məsində bir il qulluq etdi, irəli çəkildi. Mir
Cəlal. İrəli çəkmək - 1) başqalarının ara-
sından seçib daha məsul işə, vəzifəyə qoy-
maq. Onu məktəb müdiri vəzifəsinə irəli
çəkmişdilər ; 2) ortaya atmaq, irəli atmaq.
Müəllim Tellinin irəli çəkdiyi şəriət məsələ-
sini təhlil etmək istəyirdi. S. Hüseyn. İrəli
getmək - 1) irəliləmək; 2) daha mütərəqqi
fikirlər irəli sürmək. C.Məmmədquluzadə
bəzi ictimai hadisələrin anlayışında çox irə-
li gedir. M.İbrahimov; 3) inkişaf etmək, tə-
rəqqi etmək, artmaq. [Bədirnisə:] Bu, çox
yaxşı qızdır. Kənddə qadınların irəli getmə-
yinə çox can yandırandır. Mir Cəlal.
[Məmməd:] Sən təsəvvür edirsənmi, beş-on
ilin içərisində elm nə qədər irəli gedib?
Ə.Əbülhəsən. İrəli gəlmək - 1) əmələ gəl-
mək, yaxşılaşmaq, düzəlmək. Uşaq günbə-
567
İRƏLİCƏ
İRƏM
gün irəli gəlir. - [Baloğlan:] Daha bal da
yesə, irəli gəlməz. C. Cabbarlı; 2) törəmək,
doğmaq, meydana çıxmaq, baş vermək.
Nöqsanlar diqqətsizlikdən irəli gəlmişdir. -
[Bəypolad:] Cəsarətimin əfv ediləcəyinə
əminəm, çünki səmimiyyətdən irəli gələn
qüsurlar əfv edilir. H. Cavid. İrəli sürmək -
müzakirə, məlumat və s. üçün təklif etmək,
ortaya atmaq. İttiham irəli sürmək. Tezis
irəli sürmək. Namizədlər irəli sürmək. İrə-
lidə getmək - 1) qabaqcıl olmaq, birinci yeri
tutmaq, başqalarını ötüb keçmək. Yarışda
irəlidə getmək ; 2) yol göstərmək, başçılıq
etmək, qabaqda getmək. Birinci gün olduğu
kimi yenə də Cavad irəlidə gedir, döyüşçü-
ləri ruhlandırırdı. Ə.Vəliyev.
İRƏLİCƏ zərf Qabaqca, öncə; irəlicə-
dən. İrəlicə kim dedi?
İRƏLİCƏDƏN zərf Qabaqcadan, əvvəl-
cədən. Gəlməyəcəyini irəlicədən bildirdi.
İclas gününü irəlicədən bildirmək.
İRƏLİDƏKİ zərf 1 . Qabaqda olan, öndə
olan; qabaqdakı, öndəki. İrəlidəki yol. İrəli-
dəki ev. İrəlidəki adam. - Keşlə yaxınlığın-
da qatarımız dayanmağa məcbur oldu; irə-
lidəki qatar qəzaya uğramışdı.. S. Hüseyn.
2. Sonra gələcək, növbəti. İrəlidəki daya-
nacaqda sərnişinlərdən çoxu düşdü. Q. ilkin.
İRƏLİDƏN zəif 1 . Qabaqdan, qabaq tərəf-
dən, öndən, qarşıdan. İrəlidən bir atlı çıxdı.
2. Qabaqcadan, irəlicədən. İrəlidən xəbər
vermək lazımdır.
İRƏLİ-GERİ zərf 1 . Bir tərəfdən o biri
tərəfə, bu başdan o başa və əksinə; dala-
qabağa. Qaldırıcı maşınların yüz metr hün-
dürlüyündə polad vışkaları .. irəli-geri
hərəkət edir. (Qəzetlərdən).
2. Başlanğıc-son, əvvəl-son. Kitabı irəli-
geri vərəqləmək.
0 İrəlisini-gerisini düşünmək (işin və s.-
nin) - bir məsələni, işi və s.-ni hərtərəfli
təhlil etmək, ətraflı düşünmək, götür-qoy
etmək, nə kimi nəticələr verəcəyini nəzərə
almaq. [İbrahim xan:] Bu adam [Fətəli xan]
işin irəlisini-gerisini düşünmür? - deyə Va-
qifə müraciət etdi. Çəmənzəminli.
İRƏLİKİ sif. Qabaqkı, (bundan) əvvəlki,
...əvvəl olmuş; keçmiş. İrəliki məqalələri-
mizdən “Tərəqqi "nin hörmətli oxucuları
gördülər ki, əsillərindən o dərəcədə uzaqda
və kənarda durmayıblar. F. Köçərli. [Hafizə
xanım:] De görüm bəy irəliki arvadına
puldan-zaddan göndərir, yoxsa yox?
Ə.Haqverdiyev. [Hacı Murad:] ..Amma irə-
lidəki arvaddan beş oğlu var, dörd də ay
kimi qızı. S.S.Axundov.
İRƏLİLƏMƏ 1. “irəliləmək” dən /is.
2. İrəliləyiş, yüksəliş, tərəqqi, inkişaf.
Xalq ədəbiyyatının dilində də böyük bir irə-
liləmə görünürdü. M.lbrahimov.
İRƏLİLƏMƏK/ 1. Qabağa doğru hərə-
kət etmək, irəli getmək, yerimək. Maşın evə
doğru irəliləyirdi. O, yoldaşına tərəf irəlilə-
di. - [Ceyran] ağır və yorğun addımlarla
irəliləyirdi. S. Hüseyn. [Qəhrəman:] Bizim-
kilər irəliləyəndə mən yoldaşlarında bir az
asudə nəfəs alırdıq. H.Nəzərli. Tahir evlər-
dən bir az kənar yol tutub, taııış həyətlərə
göz gəzdirir, qohum-əqrəbaya rast gələcə-
yini düşünə-düşünə irəliləyirdi. M. Hüseyn.
2. Tərəqqi etmək, inkişaf etmək, müvəf-
fəqiyyət qazanmaq, artmaq. ..Tənqid rea-
lizm .. metodu ilə irəliləməyimizdə günəş
kimi zəruridir. S.Rəhimov.
İRƏLİLƏTMƏ “lrəlilətmək”dən f. is.
İRƏLİLƏTMƏK/ 1 . Durduğu yerdən bir
qədər qabağa itələmək, qabağa çəkmək.
Stulu bir az irəlilətmək.
2 . inkişaf etdirmək, tərəqqisini sürətlən-
dirmək. “Molla Nəsrəddin” nəinki Azər-
baycan ədəbiyyatını, həm də Azərbaycan
jurnalistikasını böyük bir təkanla irəlilətdi.
M.lbrahimov.
İRƏLİLƏYİŞ is. irəliləmə, tərəqqi, inki-
şaf, irəliyə doğru hərəkət, nailiyyət, yüksə-
liş. Bu tayda isə müqayisəolutımaz dərəcədə
böyük irəliləyiş olmuşdur. M. İbrahimov.
Altı ay çəkmədi, məktəbdə böyük bir irəlilə-
yiş göründü. Mir Cəlal.
İRƏLİLİK is. Hər hansı bir işdə irəlidə
olma, irəlidə getmə; qabaqcıllıq, tərəqqi,
inkişaf.
İRƏM is. [ər.] Şamda, yaxud Yəməndə
olduğu rəvayət edilən əfsanəvi bir bağçanın
adı olub klassik ədəbiyyatda və folklorda
“behişt, cənnət” mənasında işlənmişdir.
Xoş nəğmələnib bülbüli-şeyda ötər oldu;
Açıldı irəmlər. M.V.Vidadi.
568
İRƏMƏ
İRİLƏNMƏK
İRƏMƏ is. Yer səthindən azacıq hündür
olan yer; təpə, dikdir. İrəmələr, ay irəmələr;
Qoynunda kəkliklər mələr. (Mahnı). ..İrə-
mələrdəki kəklik, taxılların içindəki turac və
bildirçin .. nadir quşlardır. Ə.Vəliyev. Do-
luxsunmuş buludlara qan çilənir elə bil; Da-
lır axşam sükutuna o irəmə, o sahil. Ə.Cəmil.
İRƏŞ məh. bax anac 1-ci mənada. İrəş
toyuq.
İRƏŞMƏ, İRƏŞT is. Atın başına bağlanan
nazik ip. Bir az gedəndən sonra Süleyman
atmın irəştini düzəltmək bəhanəsi ilə düşüb
geridə qaldı və quldur getdi qabağa.
Ə.Haqverdiyev. Oğlan yəhərin qaşına bağ-
lanmış uzun irəşməni açdı, atı yedəkləyib
dəyədən uzaqlaşdı. M.Hüseyn.
İRFAN is. [ər.] 1. Bilik, məlumat; oxumaq
və zehin işlətmək nəticəsində hasil olan
yetkinlik, kamillik.
2. Mədəniyyət, maarif. İndidən tərbiyə qıl
baği-dili; Bitsin ol bağçada irfan güli.
M. Hadi. Qanan kim, qandıran kim, ııəşri-
irfan eyləyən kimdir. M.Ə.Sabir. Bir söylə gö-
rüm, nıəktəbi-irfan nəyə lazım? Təhsili-ədəb,
dərsi-dəbistaıı nəyə lazım? M.S. Ordubadi.
İRFİDƏ is. Açılmış kündəni təndirə
yapmaq üçün alət.
İRGƏNCİ sif. iyrənc.
İRİ sif. 1 . Həcmcə, ölçücə, cüssəcə böyük,
yekə; cüssəli, həcmli. İri qazan. İri bədən.
İri əl. İri uşaq. İri fındıq. - [Xanım] uzun,
mütənasib boylu, sağlam bədənli, iri qara
gözlü bir qadın idi. H.Nəzərli. [izzət qarı və
Qumru] obaya çatarkən çobanlar ayağa
qalxıb iki iri daş gətirdilər. Ə.Məmmədxanlı.
// Böyük, geniş, vüsətli. İri zal. İri həyət.
2. Sayca çoxlu, külli miqdarda olan. İri
dəstə. İri qoşun birləşməsi. □ İri addım -
geniş addım. İri bloklar xüs. - bina tikili-
şində istifadə edilən çox böyük həcmli be-
ton daşlar. İri kapital - 1 ) böyük müəssisə-
lərin sahibləri və inhisarları; 2) çox külli
miqdarda pul. İri məbləğ - çoxlu pul. İri
mülkədar (sənayeçi, tacir və i. a.) - böyük
ölçüdə xüsusi mülkiyyətə sahib olan mül-
kədar (sənayeçi, tacir və i.a.). İri pul - üs-
tündə böyük dəyər yazılmış pul.
İRİBAŞ(LI) sif Başı iri olan. İribaşlı
adam. İribaş soğan {turp).
İRİBAŞLILIQ is. Başı iri adamın, ya hey-
vanın halı.
İRİBƏDƏNLİ sif. Bədəni iri olan, bədən-
cə yekə. İribədənli adam.
İRİBURUN(LU) sif. Bumu iri olan.
İRİBUYNUZLU sif. Buynuzları iri olan.
iribuynuzlu camış.
İRİCƏ sif. Çox iri, yaxud nisbətən iri.
İricə ağac. İricə daş.
İRİÇİÇƏK(Lİ) sif. Çiçəkləri iri olan. İri-
çiçək iiskiikotu.
İRİDANƏLİ sif. Danələri iri olan. İrida-
nəli mirvari. - Qətibə .. iridanəli inci çıxa-
rıb, Səba xanımın boynuna salaraq: - Bunu
Bağdadda sənin adına almışam, - dedi.
M.S.Ordubadi.
İRİDƏNLİ sif. Dənləri iri olan. İridənli
darı. İridənli buğda.
İRİDIRNAQLI sif. Dırnaqları iri olan.
İRİDİŞ(Lİ) sif. Dişləri iri olan. Iridişli çarx.
Iridiş daraq.
İRİDODAQLAR is. zool. Xanıbalığıkimi-
lər dəstəsindən əlvan rəngli dəniz balıqları
fəsiləsi.
İRİGÖVDƏLİ sif Gövdəsi iri olan. İri-
gövdəli ağac. - Meşənin ətəyindən, təkəm-
seyrək kolların arasından qara paltarlı, iri-
gövdəli bir arvad çıxdı. İ. Hüseynov.
İRİGÖZ(LÜ) sif. Gözləri iri olan. İrigöz
qız. İrigöz oğlan. - Bunların [əcnəbilərin]
arasında ucaboylu, irigözlü, buğdavısifət bir
gənc vardı. Çəmənzəminli. İrigöz, yastıbu-
run Validəniıı görüşü hamıya mane olur.
H.Seyidbəyli.
İRİGÖZLÜLÜK is. irigözlü adamın halı.
İRİ-XIRDA sif. Hər cür, hər boyda, hər
ölçüdə, hər həcmdə. Ağacda iri-xırda nə
meyvə vardısa, töküldü.
İRİKALİBRLİ sif. xüs. Kalibri adi kalibr-
dən böyük olan; çapı, ölçüsü böyük olan.
İrikalibrli pulemyot.
İRİKÖK(LÜ) sif Kökü iri olan. İrikök çu-
ğundur.
İRİLƏMƏ “İrilomok”dən /.7,s.
İRİLƏMƏK f. Həcmcə, ölçücə böyüt-
mək, iri eləmək. Kündələri iriləmək.
İRİLƏNMƏ "İrilənmək” dən/w.
İRİLƏNMƏK/ 1. Həcmcə, ölçücə, cüs-
səcə böyümək, yekələşmək. Meyvələr iri-
lənib. Ağaclar irilənib.
569
İRİLƏŞDİRİLMƏ
2. Böyümək, boya-başa çatmaq. Uşaq
daha irilənib. - [Ağanın] başı üçün, o irilə-
nəndə qoymaz ki, bu dünyada bir canlı-cinli
də yel olub Soltan ağanın vanından belə öt-
sün. S. Rəhimov.
3. məc. Geniş açılmaq (göz haqqında).
Məşədinin alışan balaca gözləri irilənib pər-
pər çaldı. S.Rəhimov. Sultanın iri gözləri elə
bil bir az da iriləndi. İ.Hüseynov.
İRİLƏŞDİRİLMƏ “İriləşdirilmək”dən/ is.
İRİLƏŞDİRİLMƏK məch. İri hala salın-
maq, həcmcə, ölçücə böyükləşdirilmək.
İRİLƏŞDİRMƏ "İriləşdirmək”dən fis.
İRİLƏŞDİRMƏK / Həcmcə, ölçücə iri
hala salmaq, irilətmək, böyütmək.
İRİLƏŞMƏ “İriloşmək”don fis.
İRİLƏŞMƏK/ Daha iri olmaq; həcmcə,
ölçücə, cüssəcə daha da böyümək; yekə-
lənmək, irilənmək. Meyvələr gündən-günə
yetişib iriləşir. - [Fərmanın] ortabovlu nazik
vücudu getdikcə iriləşir, bədənindəki uşaq
kövrəkliyi daha az hiss olunurdu. Ə. Sadıq.
Göy yerə töküləcəkmiş kimi müdhiş bir gu-
rultu qopdu. Əvvəl xırda, get-gedə iriləşən
quşbaşı dolu yağdı. M.Rzaqulıızadə.
İRİLƏTMƏ “İrilətmək”dən/«.
İRİLƏTMƏK bax iriləşdirmək.
İRİLİ-XIRDALI sif. 1 . Böyüklü-kiçikli, hər
yaşda, böyük və kiçik. Körpünün üstü cır-
cındıra bürünmüş irili-xırdalı uşaqlarla
dolu idi. M.Rzaqulıızadə.
2. Həm iri, həm xırda; həm böyük, həm
kiçik. Səhər tezdən yola çıxdıq. Nügədinin
kölgəlik yollarını aşıb irili-xırdalı kəndlər-
dən keçdik. R.Rza. ..Bir səhər Qumru yuxu-
dan ayılarkən, artıq dəzgalıını bir yığın
irili-xırdalı yumaqlarla bəzənmiş gördü.
Ə.Məmmədxanlı.
İRİLİK is. İri şeyin hal və keyfiyyəti;
böyüklük, yekəlik. Dənin iriliyi. Başın iriliyi.
Bu irilikdə qoz görməmişəm. - [Hacı Murad:]
Bu irilikdə mirvari .. heç Xəta padşahının
xəzinəsində də tapılmaz. S.S.Axundov.
İRİN is. [ər.] tib. Bədənin hər hansı bir
yerində toxumaların iltihabı nəticəsində
əmələ gələn yaşıl və sarıya çalan pis qoxu-
lu qəliz maddə; yara çirki. Yaradan irin
axmaq. Çibaıı irini.
İRİŞMƏK
İRİNLƏDİCİ sif. İrin əmələ gəlməsinə
səbəb olan, irin törədici. İrinlədici maddə.
Irinlədici bcıkteriya.
İRİNLƏMƏ “İrinləmək”dən fis.
İRİNLƏMƏK f. İrin əmələ gəlmək. Yara
irinləyib.
İRİNLƏTMƏ "İrinlə tmək”dən fis.
İRİNLƏTMƏK/ İrinləməsinə səbəb ol-
maq, irin törətmək.
İRİNLİ sif. İrini olan, irin yığılmış, irin
axan, irinli yara, irinli çiban.
İRİNLİLİK is. İrinli yaranın halı.
İRİNVERƏN sif. İrinli. Irinverən yara.
İRİS [ушЈ.] Şokolad rəngli kubiklər şək-
lində konfet növü.
İRİSİFƏT(Lİ) sif. Sifəti, üzü iri olan. İri-
sifət oğlan.
İRİŞDİRİLMƏ “İrişdirilmək”dən fis.
İRİŞDİRİLMƏK məch. Bir-birinə çatdı-
rılmaq, bir-biri ilə qovuşdurulmaq, yetişdi-
rilmək.
İRİŞDİRMƏ “İrişdirmək”dən fis.
İRİŞDİRMƏK/ Yetişdirmək, çatdırmaq,
qovuşdurmaq.
İRİŞİLMƏZ sif. Yetmək, çatmaq, müm-
kün olmayan; əlçatmaz. Mən ağ bir göyər-
çin olsaydım; Əngin, irişilməz üfüqlərdə
yaşardım. H. Cavid. [Güllər] pianinosu ar-
xasında .. irişilməz xəyallara dalaraq saat-
larla çalırdı. İ. Əfəndiyev. Planetlər, uçulub
dağılan o dəhşətli uzaqlıqlar daima mənə
qədim bir əfsanə kimi gözəl və irişilməz gö-
rünürdü. Ə.Məmmədxanlı.
İRİŞMƏ 1 "İrişmək” 1 dən fis.
İRİŞMƏ 2 “İri şmok” 2 don/7,s.
İRİŞMƏK 1 f. Çatmaq, yetişmək. Bahar
oldu, açıldı yüzündən pərdə gülzarın; irişdi
qönçənin dövrü, zamanı qahııadı xarın. Nə-
simi. Doğulduğu gecədən irişincə bu günə;
Yollarda yonca kimi böyüdü öz-özünə.
Ə. Cavad.
İRİŞMƏK 2 / dan. Boş-boş gülmək, hırıl-
damaq; dişlərini ağartmaq. Ramazanov
mənə yaxınlaşdı, məni tanıyıb, yalandan
irişdi. S.Rəhman. Fərman Əhmədin üzünə
mənalı-mənalı baxıb irişdi: - Ay lopabığ,
yəqin oğurluq ətidir. Ə.Abasov. Mən də
malları gündə dörd dəfə suya gətirəcəyəm,
-deyə Yusif irişdi. B. Bayramov.
570
İRİYANAQ(LI)
irişə-irişə zərf Dişlərini ağardıb gülə-
gülə, boş-boş gülə-gülə. [Vəli irişə-irişə:]
Mən bilirəm, sən nə istəyirsən.. Ü.Hacıbə-
yov. Molla Qurban salam verəndə Fərrux
diksinib başını qaldırdı və irişə-irişə dedi..
Ə.Vəliyev. Cılız, gödəkboy Əliqulu xoşa
getmək üçün irişə-irişə dedi.. M. Süleymanov.
İRİYANAQ(LI) sif. Yanaqları iri olan. İri-
yanaqlı uşaq.
İRİYARPAQ(LI) sif. Yarpaqları iri olan.
Iriyarpaqlı ağac.
İRKİLMƏK/ тәһ. Ürkmək. Dəmirqaya
əvvəl baxışda irkildi. H.Nəzərli.
İRQ is. [ər.] Mənşə və bəzi irsi xüsusiy-
yətlərinə (saçlarının, dərilərinin rənginə,
başlarının quruluşuna və s.) görə bir olan
tarixən təşəkkül tapmış insanlar qrupu. Bu-
rada ağ irqdən qızlar var idi, yaşları çox az
idi, ən çox yaşlı olanları 10 yaşdan artıq ol-
mazdı. M. S. Ordubadi. // Heyvan və bitki
təsnifatını bildirmək üçün bir termin kimi
də işlənir.
İRQA is. bot. Qızılgül fəsiləsindən dağlıq
və qayalıq yerlərdə bitən kol bitki. Irqa 2
metrə qədər hündürlükdə, qışda yarpağı
tökülən koldur. May ayında çiçəkləyir. Əv-
vəl qırmızı, sonra qara rəngli olan meyvəsi
avqust ayında yetişir. H.Qədirov.
İRQÇİ is. İrqçilik tərəfdarı.
İRQÇİLİK is. “Yüksək” və “aşağı”, “ka-
mil” və “qeyri-kamil” insan irqləri olması
fikrinə əsaslanan ifrat mürtəce, elmə zidd
nəzəriyyə və siyasət; irqlər (xalqlar) ara-
sında nifaq və ədavət salma. İrqçilik siyasəti.
İRQİ sif. İrqə aid olan, irqi əlamətlər. İrqi
ayrı-seçkilik (müstəmləkəçilərin ağ irqə
mənsub olmayan xalqların hüququnu tap-
dalaması).
İRLANDİYALI is. İrlandiya əhalisindən
olan, İrlandiya vətəndaşı.
İRMAQ is. Çay. Onda ki ağ omuzlara
töküldü saçlar; Əsdi yarpaq, coşdu irmaq,
güllər oynadı. C. Cabbarlı. Qatıldım bu yer-
də əyləncələrə; Anlamış hər irmaq, bilmiş hər
dərə. M.Müşfiq. Siz hey könlüm kimi coşan
irmaqlar; Günahsız göz yaşım sel kimi axar.
S. Rüstəm.
İRMƏK 1 f. Çatmaq, yetişmək, irişmək.
Mən Cüməyəm, bir murada irmədim; Ha ki
İRS
cəfa çəkdim, səfa sürmədim. Molla Cümə.
Kənd həyatının qoyduğu və mənim indi də
ağlım irmədivi bu adətə istər-istəməz tabe
olmağa məcbur idik.. Qantəmir. Füzuli ka-
mına qəlbən innədi ; Sevdiyi telləri öpüb
hörmədi. M.Rahim.
İRMƏK 2 is. Adətən mal-qaraya verilən
iri və yaxşı əzilməyən buğda, arpa unu.
// Narın kəpək.
İRPƏ bax ürpə. □ İrpə getmək - ür-
pərmək. ..Bir qoca qcırı öz gəliııi ilə bulaq-
da mənə rast gəldi, gəlin mən tərəfə baxma-
dı, baxmağı o yana dursun, hələ bədəni irpə
getdi. A.Divanbəyoğlu.
İRRASİONÄL sif. [lat.] l.fəls. Fəlsəfədə:
ağılla dərk edilə bilməyən, məntiqə uyma-
yan, məntiqcə izah edilə bilməyən.
2. riyaz. Nə tam, nə də kəsr ədədlərlə
ifadə oluna bilməyən, vahidlə ölçülə bil-
məyən. Sıfır, müsbət və mənfi kəsr və tam
olmayan ədədlərə riyaziyyatda irrasional
ədədlər deyilir. Z.Xəlilov.
İRRASİONALİZM [lat.] Fəlsəfədə: ob-
yektiv varlığı irrasional hesab edən və elmi,
məntiqi idrakı inkar edən cərəyan.
İRRASİONALLIQ is. Ağılla dərk edilə
bilməmə, məntiqə uymama, məntiqcə izah
edilə bilməmə.
İRRİQÄSİYA [lat.] k.t. Rütubəti az olan
torpaqların məhsuldarlığını artırmaq üçün
onların süni surətdə suvarılması. Irriqasiya
qurğuları.
İRS is. [ər.] 1. Sahibinin ölümündən sonra
başqasının (övladın və ya yaxın qohumla-
rın) ixtiyarına keçən mal, mülk və s. miras.
İrs almaq. İrs çatmaq. - [Gülsabah:] Xanım,
qardaşın arvadının məgər irsdə payı var?
M.F.Axundzadə. ..Məlum oldu ki, bir qədər
pul, bir ev atasından və on iki manatlıq ca-
vahirat və ev şeyi də anasından Nıırəddinə
irs qalıb. S.S.Axundov. // Valideyndən öv-
lada keçən cismani və ya ruhi keyfiyyət,
hal. [Hacı Nuru şair:] Kamal ata kürkü deyil
ki, irs ilə övlada yetişə. M.F.Axundzadə.
2. Əvvəlki dövrlərdən, əsrlərdən, böyük
şəxsiyyətlərdən qalmış mədəniyyət əsəri.
Nizaminin ədəbi irsi. Cabbarlı irsi. - Fəx-
rəddin .. xələtin yalnız nəfis və incə olması ilə
deyil, onun tarixi bir irs olduğu ilə maraq-
landı. M. S. Ordubadi. Azərbaycan .. ədəbiy-
571
İRS AL
yatşünaslığı Molla Nəsrəddinin ədəbi irsinə
daha dərindən yanaşmalıdır. M. İbrahimov.
İRSAL is. [ər.] klas. Göndərmə, yollama.
□ İrsal etmək (qılmaq) göndərmək,
yollamaq. Ənam edibən ona bəsi mal; Leyli
tələbinə qıldı irsal. Füzuli. Alıb irsal qıllam
nəqdi-can ilə nə əmr etsən ; Bııyıır, hər xid-
mətin vardır bizə nisbət, xudahafiz! Q.Zakir.
Bu yerdən ötəri bir para əhval xidmətinə
yazıb etmişəm irsal. M.F.Axundzadə.
İRSAL-MƏRSUL [ər.] köhn. Yazışma,
məktublaşma, bir-birinə məktub göndər-
mə. □ İrsal-mərsul etmək, irsal-mərsula
girmək - yazışmaq, məktublaşmaq, mək-
tub göndərmək. [Ağa Məhəmməd xan:]
Gürcüstan valisi lrakli bir yandan Rusiya
dövləti ilə irsal-mərsulə girib, istəyir müs-
təqil padşah olsun. Ə.Flaqverdiyev.
İRSƏN zərf [ər.] İrsi olaraq, irs yolu ilə,
ata-anadan keçərək. Lamarka görə, həyat
şəraitinin təsiri ilə baş verən dəyişmələr
irsən ııəslə keçir. M. Axundov.
İRSİ sif. [ər.] 1. Miras olaraq qalan, miras
yolu ilə keçən. İrsi torpaq. İrsi mülk.
2. İrs olaraq ata-anadan keçən, nəslən
keçən. İrsi xasiyyət. İrsi xəstəliklər. - Tərbiyə
işi nəsli və irsi bir iş deyildir. M.S. Orduba-
di. [Müəllim:] Bəlkə, dedim, qadının bu xa-
siyyəti irsidir, nəsildən gəlmədir. Mir Cəlal.
İRSİLİK is. İrs olma, irsdən gəlmə, irsi hal.
İRSİYYƏT is. [ər.] 1. Orqanizmin öz əc-
dadından almış olduğu təbii xüsusiyyətlərin
məcmusu.
2. Canlı orqanizmin öz fiziki və psixi xü-
susiyyətlərini nəslinə keçirmə hadisəsi. Ir-
siyyət haqqında nəzəriyyə. - Cürbəcür bio-
loqlar cinsiyyət və irsiyyət haqqında cild-
cild elmi əsərlər yazmışlar. M.Rzaquluzadə.
İRŞAD is. [ər.] klas. Doğru yol göstərmə,
doğru yola çəkmə, qəflətdən oyatma. İrşa-
dını bilmədim qənimət; Yüz vay ki, fövt
olundu fürsət. Füzuli. Döydülər, söydülər, əl
çəkmədim irşadımdan. A. Səhhət. □ İrşad
qılmaq klas. - doğru yola gəlmək, qəflətən
oyanmaq. Firqətin dövründə çəkdim möh-
ııətü cövrü cəfa; İmdi vəslin yoluna irşad
qılmaq vaxtıdır. Xətayi. İrşad etmək klas.
- doğru yola çəkmək, qəflətdən oyatmaq.
Sən onların dinini bir tərəfə qoy və onların
batil olması haqqında heç bir söz söyləmə
İRTİHAL
və beləliklə, onları irşad etməyə başla.
M.F.Axundzadə. ..Kənarda durmaqla mil-
lətin ehtiyacını və dərdü halını bilmək olmaz
və .. ona kömək vermək, dərdinə əlac tap-
maq və onu haqqa irşad etmək qeyri-
mümkündür. F. Köçərli.
İRTİBAT is. [ər.] Rabitə, əlaqə, bağlılıq.
..Bizim səadətimizlə yoldaşımızın səadəti
arasında böyük bir irtibat vardır. Ü.Hacı-
bəyov. ..Məruf bir zat Azərbaycana gəldi,
qeyri-rəsmi bir irtibat yaratdı. M.İbrahimov.
İRTİBATÇI is. hərb. Rabitəçi, rabitə əs-
gəri. ..Arcıda bir irtibatçısıııdaıı öyrəndi ki,
.. top da hələ yaxşı müqavimət göstərmək-
dədir. Ə.Əbiilhəsən.
İRTİBATSIZ sif. Rabitəsiz, rabitəsi, əla-
qəsi olmayan, bir-birinə uyğun gəlməyən,
bir-biri ilə bağlı olmayan. [Gülzarın] sözləri
irtibatsız və nizamsız olduğu üçün, bəlkə
məntiqsiz yerləri də var idi. C. Cabbarlı.
İRTİCA is. [ər.] Dövrü keçmiş hakim
siniflərin ictimai tərəqqiyə qarşı siyasi,
iqtisadi və ideoloji müqaviməti; cəmiyyətin
inkişafına mane olan keçmiş köhnə üsul və
qaydaları mühafizə və ya bərpa etmək
cəhdləri. Təbriz şəhəri irticanın və siyasi
intriqaların mərkəzinə çevrildi. M.S. Ordu-
badi. Qara və amansız irtica qaııh intiqam
şənlikləri yapdı. H.Nəzərli. Çarizm və .. ir-
tica meydan sulasa da, müvəqqəti məğlu-
biyyət inqilabçıları ruhdan salmadı.
M.İbrahimov.
İRTİCAÇI is. Siyasi irtica tərəfdarı,
mədəniyyət və tərəqqi düşməni.
İRTİCAÇILIQ is. İrtica tərəfdarlığı, irtica
siyasəti yeritmə, ictimai tərəqqiyə və mə-
dəniyyətə düşmənlik.
İRTİCAL is. [ər.] Qabaqcadan düşünmə-
dən sinədən şeir və ya söz söyləmə; bədahət.
İRTİCALƏN zərf [ər.] Qabaqcadan dü-
şünmədən, sinədən; bədahətən. [Çopo:]
İrticalən söylədiyi şeirdən [Milnirin] şair
olduğu meydana çıxdı. Çəmənzəminli.
İRTİCAPƏRƏST [ər. irtica və fars. ...рө-
rəst] bax irticaçı.
İRTİCAPƏRƏSTLİK bax irticaçılıq.
İRTİHAL is. [ər.] köhn. 1. Yüksəlmə, yu-
xarı qalxma.
2. Tərəqqi etmə, inkişaf etmə.
3. Yüksəklik.
572
İRTİKAB
İRTİKAB is. [ər.] köhn. Günah iş görmə,
günaha batma, pis və ya qadağan edilmiş bir
iş görmə. □ İrtikab etmək - günah iş gör-
mək, qadağan edilmiş pis bir iş görmək.
Niyə verdin fənayə doğruluğu ; İrtikab eylə-
din bu oğruluğu? M. Ə. Sabir.
İRTMƏK is. Heyvanların quyruqlarının
dibindəki sümük və bunun buğumu. // Quy-
ruq. At irtməyini əyri tutur. -Keşnişlə, yem-
liklə bəzənib təpə; Ağ irtmək ceyranı edərdi
qonaq. H.K. Sanılı. Dizlərini yerə qoyub ni-
məklərini oynada-oynada, analarının döşü-
nü dümsükləyə-dümsiikləyə əmişən quzular
göy otun üstünə səpələnmişdilər. R.Rza.
İRTMƏKLƏMƏ " t r tin ө k 1 o m ə k ' ' d o ıı/. is .
İRTMƏKLƏMƏK f Heyvanın irtməyin-
dən yapışmaq. Dananı irtməkləmək. Atı irt-
məkləmək.
İRZ is. [ər.] Namus, ismət, iffət, şərəf
(çox vaxt namus sözü ilə birgə işlənir). Xain
olsaq əgər bu dünyadə; Irzü namusumuz
gedər badə. M.Ə.Sabir. [Piri baba:] Hansı
bir rəiyyət qızının irz və namusuna ağalar
toxunmamışdır. S.S. Axundov.
İRZSİZ sif Irzi, namusu olmayan; abırsız.
Irzsiz adam.
İSABƏT is. [ər.] 1. Hədəfə çatma, hədə-
fə dəymə, hədəfə yetişmə. □ İsabət etmək
- dəymək, çatmaq. Tapança bir daha part-
lat; [güllə] Əşrəflə Musanın arasında duran
Rozanın köksünə isabət edər. H.Cavid.
İSA(Q)-MUSA(Q) is. Yaz, yay gecələrin-
də həzin səslə oxuyan bir quş. Uzaqlarda
isa-musa quşunun səsi eşidilirdi. Ə.Vəliyev.
Yalnız isaq-musaq yorulmadan səslənir.
Ə.Əbülhəsən. Haradasa isaq-musaq quşla-
rı bir-birini səsləyir, yerinə girən kimi dərin
yuxuya getmiş Aşıq Cəlal rahat-rahat nəfəs
alırdı. Ə.Məmmədxanlı.
İSBAT is. [ər.] Sübut; əsaslandırma, sü-
but etmə. Ey Füzuli, mən qənaət mülkünün
sultanıyam; Səltənət isbatı əyninidə pəlasi-
fəqr bəs. Füzuli. Tez verəsən bu sözlərin is-
batın: Nədəndi binası abi-həyatın? Aşıq
Ələsgər. □ İsbat etmək (eləmək) - sübut
etmək. Yalanı kürsüyə mindirir qəni; Ac ey-
ləyə bilməz doğrunu isbat. Q. Zakir. İndi
cəmi qəzetlər başlayıblar sultanın vətəninə
göstərdiyi düşmənçiliyi isbat eləməyə.
İSƏ
C. Məmmədquluzadə. Çox ömr eləyib, çox
da hünər etmişəm isbat; Bu dari-cahaııda.
M.Ə.Sabir. İsbat olmaq - sübut olmaq, sü-
buta yetmək. İsbat olunmaq - sübut olun-
maq. İsbata yetirmək - sübut etmək, qəbul
etdirməyə çalışmaq. ..[Xanpəri] dəlil-sübut
gətirir, dediklərini isbata yetirir, sözlərini
doğruluğa çıxarırdı. Ə.Vəliyev. İsbata
keçməmək - sübuta yetməmək, sübut edilə
bilməmək, qəbul olunmamaq. Ərzə verdik
keçən qubernatə; Keçmədi, heyf, ərzə isbatə.
S.Ə.Şirvani. İsbati-vücud köhn. - varlıq,
varlığını göstərmə, mövcud olduğunu gös-
tərmək üçün bir yerdə görünmə. [Fərhad:]
Bəli, doğrudan da sizin isbati-vücudunuzla
daha da gözəlləşən təbiət mütləq nıəııi ah
çəkməyə məcbur etdi. C.Cabbarlı. İsbati-
vücud etmək kölın. - şəxsən olmaq, iştirak
etmək. Hər bir ziyafətdə Mirzə Səfər isbati-
vücud edərdi. Ə. Haqverdiyev. Qarabağ
pambıq bəylərinin, demək olar ki, hamısı bu
məclisdə isbati-vücud edirdi. Ə.Vəliyev.
İSBATLI sif dan. 1 . Sübutlu, sübut olun-
muş, dəlilli.
2. Layiqli, görkəmli, yararlı. İsbatlı
adam. İsbatlı paltar. □ İsbatlı olmaq - la-
yiqli olmaq, yaramaq. Çoxları da yüngül,
isbatlı otsun deyə, ilyasa tikməli ipək yay-
lıqlar hazırlamışdılar.. Mir Cəlal.
İSBATSIZ sif. dan. Layiqsiz, görkəmsiz,
yararsız. İsbatsız pay. İsbatsız geyim.
İSBİRƏ is. Xırda sızaqlar şəklində səpgi.
Ağız isbirəsi. Boğaz isbirəsi.
İSBİRƏLİ sif. İsbirəsi olan.
İSƏ bağl. 1. Qarşılıq bildirən bağlayıcı-
lardan olub, əksərən tabesiz mürəkkəb
cümlə tərkibindəki cümlələri və bəzən
həmcins üzvləri bağlayır. Onlardan biri hə-
kim, o birisi isə mühəndisdir. Onun işi çox,
vaxtı isə azdır. - Xoruzlar banlaşır, [Turab]
isə yata bilmirdi. M.Hüseyn. ..Sədr ilə Ey-
vaz stolun bir tərəfində, Gülşən isə o biri
tərəfində oturmuşdu. Ə.Vəliyev.
2. “Əgər”, “hərgah” mənasında ədat ye-
rində işlənir. [Cəllad:] P ək suçlu isəm, gör-
məli məzur; Aclıq məni etmiş buna məcbur.
H.Cavid. // Qeyri-müəyyənlik bildirir. Bu
sözləri harada isə oxumuşam. Onu harada
isə görmüşəm. - Ara-sıra haradan isə valıi-
573
isəvi
İSİNMƏ
məli bayquş səsi gəlirdi. M. İbrahimov. Yol-
daşım göy otun üzərində uzanıb əlindəki
tüfənglə haranı isə nişan almaq istəyirdi.
S.Şamilov. // Halbuki. Biz onu burada göz-
ləyirik, o isə çıxıb gedib. - Yusif isə ancaq
bu görüşməyin barəsində fikir edirdi.
N.Nərimanov.
İSƏVİ is. və sif. [ər.] köhn. İsa dininə
mənsub adam; xristian, xaçpərəst. [Papas
Şeyx Sənana:] Heç bu mümkünmü isəvi bir
qız; Bir müsəlmana varsın. Anladınız!..
H.Cavid.
İSƏVİLİK is. köhn. İsa dininə mənsub
olma; xristianlıq, xaçpərəstlik.
İSFAHAN is. [xüs. A. -dən.] mus. Azər-
baycan klassik muğamlarından birinin adı.
12 əsas muğam bunlar idi: iişşaq, nəva, busə-
lik, rast, əraq, İsfahan, zirəfkənd, büzürg, zən-
gulə, rəhavi, hüseyni və hicaz. Ü.Hacıbəyov.
İSFƏNDAN is. Ağcaqayın.
İSHAL is. [ər.] tib. Mədə pozğunluğu,
qamı işləmə, ayaqyoluna düşmə. İnsanlar
bəzi bitkilərin ishal törətdiyini, bəzilərinin
isə qusduruculuğunu görür və sonradan
bundan istifadə edirdilər. M.Əfəndiyev.
İSHALOTU bax əzvay 1-ci mənada.
Parklarda, bağçalarda, bağlarda, mənzil-
lərimizin pəncərələrində aloe bitkisinə tez-
tez rast gəlirik. Bu bitkiyə xalq arasında
“əzvay", “ishalotu”, bəzən isə “yüzildən-
bir” deyirlər. (Qəzetlərdən).
İSIRQA is. tib. Boğazda, qulaq ardında
səpgili dəri xəstəliyi.
İSİM is. [ər.] 1. köhn. Ad. Hökmün Malik
Əjdər, ismindir Ədhəm: Didələrim qan-yaş
tökər dəmadəm. Aşıq Abas. [Rəcəbli:] İs-
miniz nədir? [Mirzə Heydər:] İsmim Hey-
dərdir. Ə. Haqverdiyev. [Zabit:] Orada
isimləri yazılı məhbusları bənə təslim etmə-
lisən. H. Nəzərli.
2. Qrammatikadan: canlı və cansız əşya-
ların adlarını bildirən nitq hissəsi. □ İsmi-
cəm köhn. - toplu mənalı isim. İsmi-xas
köhn. - xüsusi isim.
0 İsmi-əzəm - nağıllarda: sehirli dua adı,
tilsim duası. Qız Məlikməmmədə dedi: - O
səni bu günə salan adamdı. Düz qırx gündü
ki, mən onnaıı çırpışıram. Axırda mən ismi-
əzəm oxuyub onu yatırtmışam. (Nağıl).
İsmi-şəb - hərbi xidmətdə, yaxud gizli
şəraitdə öz adamlarını tanımaq üçün tətbiq
edilən və ancaq əlaqədar şəxslərin bildiyi
gizli şərti söz, ya ifadə; parol. Şeypur çalı-
nandan sonra küçələrə ancaq ismi-şəb
bilən adamlar çıxa bilərdi. P.Makulu. İsmi-
şərif köhn. - əsil mənası “şərəfli ad” olub,
keçmişdə birinin adını soruşduqda hörmət
üçün işlənərdi, indi çox vaxt zarafat və ya
kinayə ilə deyilir. İsmi-şərifiniz nədir? -
..iki il keçmiş kənddə şura seçkisi başlanan-
da, şura sədrliyinə qoyulan namizədlərin
siyahısında Tiikəzbaıı xalanın da ismi-şərifi
yad olunmuşdu. B.Talıblı.
İSİMLƏŞMƏ “İsimləşmək”dən /w.
İSİMLƏŞMƏK f. İsim kimi işlənmək,
isim yerini tutmaq, əşyalaşmaq.
İSİNDİRMƏ “İsindirmək”dən fis.
İSİNDİRMƏK f. 1 . Qızdırmaq. Suyu isin-
dirmək. Evi isindirmək. // Məc. mənada.
Mən səni ürəyimdə; isindirən bir qızam.
M.Rahim.
2. məc. Özünə öyrətmək, özünə alışdır-
maq, isinişdirmək, bağlamaq. Dursun birin-
ci gündən yalnız Güllüsünü özünə isindir-
mək, onu özünə ram etməkdən başqa bir şey
düşiinməyirdi. A.Şaiq.
İSİNİKLİ sif. Tez isinişən, tez alışan, tez
öyrəşən, istiqanlı. İsinikli uşaq. - [Bənöv-
şə:] İsinikli adamsan, səndən incimək ol-
maz. M.İbrahimov.
İSİNİŞDİRİLMƏ “İsinişdirilmək”dən fis.
İSİNİŞDİRİLMƏK тәсһ. Özünə alışdırıl-
maq, özünə öyrədilmək.
İSİNİŞDİRMƏ “İsini şdirmok”don/.7,s.
İSİNİŞDİRMƏK bax isindirmək 2-ci
mənada. Qız uşağını da öyrətmək, isinişdir-
mək olar. Mir Cəlal.
İSİNİŞMƏ “İsinişmək”dən fis.
İSİNİŞMƏK 1. qarş. Bir-birinə alışmaq,
bir-birinə öyrəşmək, bir-birinə bağlanmaq.
2. f Öyrəşmək, alışmaq, bağlanmaq.
..Zira ki [Əzim] hər kəsdən qaçır, kimsəyə
isinişmək istəmirdi. A.Şaiq. [Dərviş:] Dayı,
bir az da qal, şəhər məişətinə isinişərsən.
A.Divanbəyoğlu. Bəli, anamız kimi isiniş-
mişik biz ona. B. Vahabzadə.
3. / Hamı bir yerdə qızınmaq.
İSİNMƏ "isinmək” dən /A.
574
İSİNMƏK
İSKƏNƏLƏNMƏK
İSİNMƏK/ 1. Qızmaq, hərarəti artmaq.
Gün çıxdı, hava isindi. - Axır o ola bilər ki,
dəmir isinər, isinər, axırda yavaş-yavaş
başlar qızarmağa. C. Məmmədquluzadə.
Birdən [Cavadın] keçə çəkməli ayağı isindi.
O, ayağına baxdı. Yaralanmışdı. Ə.Vəliyev.
Qış çıxır və havalar yavaş-yavaş isinməyə
başlayırdı. S.Şamilov.
2. Qızınmaq, istilənmək. Sobanın qaba-
ğında isinmək. - Keçək, bir az içəridə isi-
nək. H.Seyidbəyli. O, əvvəl çay qoydu, isin-
sin deyə; Sonra da baxaraq bir az güzgüyə;
Seyrək saçlarını daradı yana. Z.Xəlil.
3. məc. Nəvaziş görmək, oxşanmaq.
..[Firiduna] elə gəlirdi ki, qadın nəvaziş və
məhəbbəti ilə isinməyən bir qəlb səadətdən
məhrumdur. M. İbrahimov. Ana qucağında
isinərkən, mehriban əllərlə oxşanarkəıı ..
heç bir şey sənin üçün qorxulu deyil. Mir
Cəlal. Qüvvətimiz, ümidimiz, arzularımız bu
məhəbbətlə isinmişdir - bu məhəbbət ana-
larımızın ilk öpüşündən ürəyimizə axmışdır.
Ə.Məmmədxanlı.
4. məc. İsinişmək. Əvvəlləri [Arazgil] dok-
tor Şamilə bir o qədər isinə bilmirdi. A.Şaiq.
Polkovnik bizə tez isinmişdi. M.Hüseyn. Ax-
şamdan bəri [müəllimlə] xeyli söhbət etmiş
və iki köhnə dost kimi bir-birimizə isinmiş-
dik. M. Rzaquluzadə.
İSİTMƏ 1. “İsitmok”don/.7,s.
2. Qızdırma, titrətmə-qızdırma, malyari-
ya. Ağcaqanadın müxtəlif növləri isitmə tö-
rədicilərini insana keçirir.
İSİTMƏK/ 1 . isti eləmək, isti hala gətir-
mək, qızdırmaq. Suyu isitmək. Xörəyi isit-
mək. - Toxta, balacığım, qoy donmuş canını
bir isidim. S.S. Axundov. Tahir motoru isi-
dib işə salanda [qızı] bir də səsləməyə məcbur
oldu.. M.Hüseyn. // istilik vermək, öz hə-
rarətini vermək, qızdırmaq. [Günəş] şüaları
insana xoş gəlir, canını isidirdi. M. İbrahi-
mov. İlıq may günəşi .. tarlaları isitmişdi.
Ə.Vəliyev. // Məc. mənada. [Qızın] atəşli
gözləri məni yenidən isitdi. Çəmənzəminli.
Acizdir önündə qoca təbiət; isidir qəlbini
mehrii məhəbbət. M.Rahim. İsitsin dostları
ilıq nəfəsim; Könül rübabını min teldən ça-
lır. N.Rəfıbəyli.
2. Bədənin hərarəti artmaq (xəstəlik nə-
ticəsində). Xəstə isidib. Bərk isitmişəm.
H dan. İsitmə xəstəliyi keçirmək, titrədib-
qızdırmaq. Uşaq isidir.
3. məc. Möhkəmlətmək mənasında. Mölı-
lətov öz yerini isidəndən sonra, şəxsi plan-
larını həyata keçirmək vaxtının çatdığını
yəqin etdi. Mir Cəlal.
İSİTMƏLİ sif. 1. İsitmə xəstəliyi olan,
isitmə çəkən, titrədib-qızdıran. İsitməli
adam. II İs. mənasında. Isitməlilərə kinə iy-
nəsi vurmaq. İsitməlilərə məxsus palata.
2. İsitmə xəstəliyi yayılmış. İsitməli yerlər.
isitməli-isitməli zərf Qızdırmalı halda,
qızdırma içində.
İSKAMYA, İSKƏMLƏ [fr. “escabelle”-
dən] köhn. bax skamya. Bəli, Frebel üsulu
ilə qayrılan məktəb iskamyalarını bir-iki də-
qiqənin ərzində çəkdilər kənara. C.Məmməd-
quluzadə. Bir səhər bir müəllim məktəbin
həyətində olan iskamyanııı üstündə oturub
hər iki tərəfinə almalar düzmüşdü. “Mək-
təb”. Tələbələr yarımişıq daxmada rast gə-
lən ilk iskəmlədə uzanıb yuxuya getdilər.
Çəmənzəminli.
İSKƏLƏ is. [ ital .] Dənizdə, göldə gəmi-
lərin yanaşması üçün körpü. Qaraşəlıər
iskələsiııdə yan-yana durmuş qayıqlar dolur,
boşalırdı. A.Şaiq. Paroxodun hərəkətinə
yarım saat qalmış [Sarıköynəyi] evdən alıb
iskələyə gətirdim. S. Hüseyn. // Bu cür kör-
püləri olan şəhər. ..Murmansk yalnız iskələ
deyil, o, balıq və meşə sənayesi, dəri emalı,
gübrə istehsalı ilə .. dünyada məşhurdur.
Mir Cəlal.
İSKƏNCƏ is. Xışı boyunduruqla birləş-
dirən ağac.
İSKƏNCƏBİ is. fars. ] Şirni ilə sirkənin
qarışdırılmasmdan hazırlanan şərbət. Hətta
namaz vaxtı da mömin müsəlmanın fikri və
zikri dolu olar iskəııcəbi ilə, lumulu çay ilə.
C. Məmmədquluzadə. Buzlu şərbət, iskəncəbi
qonaqların sevimli içkiləri idi. M.S. Ordubadi.
İSKƏNƏ is. Dayaz oyuqlar açmaq, kəsmək,
yonmaq və təmizləmək üçün yastı polad alət.
İSKƏNƏLƏMƏ “İskənə ləmək” dən / is .
İSKƏNƏLƏMƏK / İskənə ilə oyuq aç-
maq, yaxud yonmaq.
İSKƏNƏLƏNMƏ “İskənələnmək”dən f.is.
İSKƏNƏLƏNMƏK məch. İskənə ilə oyuq
açılmaq.
575
İSKİTLƏR
İSKİTLƏR bax skiflər. [Çopo:] ..Sər-
kərdəs iz iskitlər qoyun sürüsü kimidir. Çə-
mənzəminli.
İSLADILMA “İsladılmaq”dan fis.
İSLADILMAQ məch. islaq hala gətiril-
mək, yaş edilmək.
İSLADILMIŞ /sı/ islaq hala salınmış, yaş
edilmiş. // Canına su və ya başqa maye hop-
durulmuş.
İSLAH is. [ər.] Qüsur və nöqsanlarını ara-
dan qaldıraraq yaxşı hala salma, yaxşılaş-
dırma, düzəltmə, yaxşılaşdırılma, düzəldil-
mə, düzəlmə. Həzrət Əşrəf bilir ki, maarif,
nəqliyyat, ziraət, ticarət və sair işlərimizin
islaha böyük ehtiyacı vardır. M.S. Ordubadi.
Iııdi ki sən gördün özün-özünü ; islah yolun-
dasan, oğlan, sən demək. B.Vahabzadə. □ İs-
lah etmək - düzəltmək. [Qüdrət:] Məncə,
şərtlərdə qüsur yoxdur, qüsuru şəxsən özü-
nüzdə axtarıb tapsanız və onu tezliklə islah
etsəniz, həm biz qazanarıq, həm də siz.
M.Hüseyn. Müəllimə fikrə gedir; Şagirdinə
"iki” yazıb; Nöqsanını islah edir. M.Dilba-
zi. İslah qılmaq kölın. - bax islah etmək.
Bari xudaya, özün islah qıl; Ta edələr pirü
cavan sülh, sülh. M.Ə. Sabir.
0 İslah evi - cinayətkarları islah etmək
üçün xüsusi yer; dustaqxana. Bu danışıqdan
sonra hökumət məmurları şəhərə döndülər,
dustağı da şəhər islah evinə keçirdilər. E. Sul-
tanov. İslah evi şəhərin bir kənarında, rayon
milis idarəsinin yaxınlığında idi. S. Rəhimov.
İSLAHAT is. [ər. “islah” söz. cəmi] Bir
şeyi yaxşılaşdırmaq məqsədi ilə edilən əsas-
lı dəyişiklik. Əlifba islahatı. Pul islahatı.
- ..Biz camaat işlərinə qatışıb islahat əmələ
gətirmək istədikdə iki məqsədin daluıa dü-
şürük.. Ü.Hacıbəyov. Rzaquhı xaııın İranda
başlamaq istədiyi islahat ən əvvəl öz atasın-
dan qalmış 60 para kəndlərindən başlandı.
M.S. Ordubadi. Artıq burada biz bütün isla-
hat və tərəqqi planlarında Azərbaycanın
yad edildiyini görürdük. M. İbrahimov.
0 İslahatdan düşmək dan. - yararsız
hala düşmək; kardan düşmək: yıpranmaq.
Ayaqqabı islahatdan düşüb. Pencək islahat-
dan düşiib. Əlcək islahatdan düşüb. İsla-
hatdan salmaq dan. - tamam korlamaq,
yararsız hala salmaq, əldən salmaq. Paltarı-
nı islahatdan salıb.
İSLAMİYYƏT
İSLAHATÇI is. 1. islahat aparan adam;
reformator. [Rüstəm bəy:] Liiter və Kalviıı
kimi din islahatçıları olmuş. Yeni din uyduran
olmamışdır. Çəmənzəminli. [Nərimanov]
Nadirin simasında öz dövrünün islahatçı
qəhrəmanını yaratmağa çalışmışdır. M. Arif.
2. İslahatçılıq (reformizm) tərəfdarı; re-
formist. İslahatçılar qanadı.
İSLAHATÇILIQ is. İnqilabi, sinfi, siyasi
mübarizəni inkar edərək, xırda islahatla ki-
fayətlənmə siyasəti; reformizm.
İSLAHEDİCİ sif. Düzəldən, yaxşılaşdı-
ran, yaxşı hala salan. İslahedici tədbirlər.
İslahedici gülüş.
İSLAHEDİLMƏZ bax islaholunmaz.
İSLAHEDİLMƏZLİK bax islaholun-
m azlıq.
İSLAHXANA [ər. islah və fars, xanə]
bax islah evi (“islah”da).
İSLAHOLUNMAZ sif. İslah edilə bilməyən,
düzəlməsi çətin olan. İslaholunmaz adam.
İSLAHOLUNM AZLIQ is. İslah edilə bil-
məmə, düzəldilə bilməmə; islah oluna bil-
məyən adamın hal və keyfiyyəti.
İSLAHPƏZİR sif. [ər. islah vo fars. ...рө-
zir] köhıı. İslah oluna bilən, düzəlməsi
mümkün olan.
İSLAQ sif. Yaş, sulu, nəm, suda qalıb və ya
üstünə su tökülüb islanmış. İslaq paltar. İs-
laq torpaq. İslaq yarpaqlar. - Şən qəhqəhə-
lərlə islaq otların arasından [Aslan bəylə
Qəmər] çiyələk dərib yeyirdilər. A. Şaiq. Ayna
islaq başını Ayazın döşünə qoydu. Ə.Məm-
mədxanlı. // Suda qalıb yumşalmış. İslaq gön.
Gönü islağa qoymaq. Düyü islağa qaldı.
İSLAQLIQ is. İslaq şeyin halı; yaşlıq,
nəmlik, rütubətlilik.
İSLAM is. [ər.] VII əsrdə Məhəmməd
peyğəmbər tərəfindən təsis edilmiş din;
müsəlmanlıq. ..İslam dininin aydnı əsas
mətni olan Quraııi-Məcid .. həm də tanın-
mış peyğəmbərlərin və kəramət başçılarının
əhvalatını əhatə edir. A.Ə.Axundzadə.
// Müsəlman. İslam aləmi.
İSLAMİYYƏT is. [ər.] İslam dini; müsəl-
manlıq. Azərbaycanlılar hələ islamiyyətdən
daha əvvəl .. öz azadlıq yollarında bitən
maneələri məhv etməklə məşğul olmuş-
dular). M.S. Ordubadi. [Naşad:] Bu, böyük
576
İSLAMLIQ
bir ixtiyardır ki, islamiyyət biz kişilərə ver-
mişdi. S. Hüseyn.
İSLAMLIQ is. islam dininə mənsub olma;
müsəlmanlıq. [Sönməz:] [Ərəblər] xalqı ..
islamlığa çevirir, iman gətirməyənin dilini
kəsirlər. C. Cabbarlı.
İSLAND, İSLANDİYALI is. İslandiya
əhalisini təşkil edən xalq və bıı xalqa mən-
sub adam. Danimarka ağalığı islandların
milli inkişafını xeyli ləngitdi. Islandiyalılar
Norveçdən köçüb gəlmiş qədim skandinavi-
yalıların nəsilləridir.
İSLANDCA sif. və zərf Island dilində. Is-
landca danışmaq, tslandca kitab.
İSLANMA “Islanmaq”dan fis.
İSLANMAQ / islaq hala gəlmək. Yağışa
düşüb islanmaq. Suya düşüb islanmaq. - Əzi-
zim, gülüstana ; Şeh düşüb gülüstana; Qor-
xuram göz yaşımdan; Qoynunda gül islana.
(Bayatı). Az keçdi, yenə güclü yağış başladı
başdan; Bir anda bahar paltarım islandı
yağışdan. S.Rüstəm. Saman və ot tayaları,
qalın kol-kos, yaşıl ağaclar islandıqca, ha-
vanı xoş bir ətirlə doldururdu. M. İbrahi-
mov. // Suyun və ya başqa bir mayenin tə-
siri ilə yumşalmaq, sərtliyini, diriliyini itir-
mək, canına hopmaq. Gəldivev gələn kimi
düyü islanar, qazan asılardı. Mir Cəlal.
İSLANMIŞ f.sif. islaq hala gəlmiş. Anam
gecəki yağışdan islanmış şeyləri Ayrını
qızının köməyi ilə alaçıqdan çıxara-çıxara:
- Allah kəssin belə yaylağı. A.Şaiq. Şehli
çəmənlərdə qaçdığını anlar; Yadınıa islan-
mış tellərim gəlir. M. Dilbazi. İsgəndər kişi
tərdən islanmış dəsmalını dizinə sərmişdi.
I. Hüseynov. // Is. mənasında, məc. Islanmı-
şın sudan nə qorxusu?! (Məsəl).
0 islanmış cücə kimi bütün su içində
olan, üst-başı başdan-başa islanmış adam
haqqında. ..Arıq adam islanmış cücə kimi
büzüşüb danışdığına peşman oldu. M.Hiiseyn.
İSLATMA “İslatmaq”dan fis.
İSLATMAQ/ 1. Yaş eləmək, islaq hala
gətirmək. İndi [Xədicənin] gözlərindən sa-
kitcə axan yaşlar yanaqlarını isladıb axır...
axır... bir dürlü bitmək bilməyirdi. S. Hüseyn.
Çatıldı qaşların, darıldın mənə; islatdı jalə-
lər nazik bədəni. Ə.Cavad. Gözlərindən tö-
külən isti yaşlar isə onun açıq sinəsini islat-
dı. H.Nəzərli.
İSMƏT
2. Su çiləyib, su vurub yaşlatmaq, nəm-
lətmək. Kərbəlayı Qulu usta Ağabalanın uzun
papağını çıxartdı və başını su ilə islatdıqda
bir neçə suallar elədi. Çəmənzəminli.
3. İslanmaq üçün suya (və s. məhlula)
qoymaq, suda saxlamaq. Düyü islatmaq.
Paltar islatmaq. - Böyük tabaqlara buğda
töküb isladardılar. H.Sarabski. Qərənfil ilə
Yasəmən çiyid islatmaq üçün kənddə qal-
mışdı. Ə. Vəliyev.
4. məc. dan. Döymək, kötəkləmək, əziş-
dirmək. Sair şeyxlər duyuq düşüb haman
maralı lazımınca islatdılar. Ə. Haqverdiyev.
Bir neçə dəfə biçarəni bu sayaq isladıb döy-
dülər və döydükcə deyirdilər: - Əl çəkəcək-
sən bizim yaxamızdan? E. Sultanov.
0 Boğazını islatmaq - bax boğaz 1 .
İSLIQ is. Fit, fışqırıq. Ancaq .. gəmilərin
son islıqları .. eşidilirdi. M.S. Ordubadi.
Düşmən tərəfdən gələn güllələr islıq çala-
çala başı üzərindən uçuşur. H.Nəzərli. Hər
baxışda bir sevinc; Hər dodaqda bir islıq.
M. Müşfiq. Birdən şəhərli papağının dalını
qaldıraraq islıqda “Çobanı ” çalmağa baş-
ladı. I. Əfəndiyev.
İSMARIŞ is. Tapşırıq. Aşıq sazla dediyi
kimi, sözlə də Məhbub xanımın ismarışını
Koroğluya yetirdi. “Koroğlu”. Padşah zə-
nəııiııə ismarış göndərir ki, hələ bir ııeçə
vaxt qalsın orda, uşağın bir sümüyü bərki-
sin, gətər, gənə bir qəzavüı qədər üz verər.
(Nağıl). // Sifariş.
İSMARLAMA ‘İsmarlamaq”dan fis.
İSMARLAMAQ/ 1. Tapşırmaq. Dəvənin
dizini bağla, Allaha ismarla. (Ata. sözü). Rəh-
mətlik son nəfəsində əllərimi tutub dedi: -
Gülcahan, Əşrəfi sənə, səni də Allaha ismar-
ladım.. A.Şaiq. Bir söz ismarlamış bəlkə yar
eli; Nədən anlaşılmaz quşların dili? Ə.Cavad.
2. Sifariş etmək, bir şey etməyi tapşırmaq.
Dərziyə bir palto ismarladım. - Həsən qulluq-
çunu çağırdı, çay ismarladı. Çəmənzəminli.
İSMARLANMA “Ismarlanmaq”dan/;'s.
İSMARLANMAQ məcli. Tapşırılmaq.
// Sifariş edilmək.
İSMARLATMAQ “İsmarlamaq”dan icb.
İSMƏT is. [ər.] Namus, irz, həya, abır,
pərdə. Arvadın isməti, ərin izzəti. (Ata. sözü).
Qorxum bu ki ismət ola pamal; Fərmanə
müvafiq olmaya hal. Füzuli. [Gövhər xa-
577
İSMƏTLİ
nım:] ..İndiyədək abır, ismət saxladıb məni..
N.Vəzirov. [Hatəmxan ağa:] Heç sənə mü-
səlmanın ismətinə toxunmaq yaraşırmı?
Ə. Haqverdiyev. // Məsumluq, təmizlik.
İSMƏTLİ sif. Namuslu, həyalı, abırlı, əx-
laqlı, təmiz, məsum. - Gülzarın namuslu və
ismətli (z.) olduğu xüsusi bir tərzdə dillərdə
dolaşırdı. C.Cabbarlı. Zəmanənin xarab bir
vaxtında nəcib, gözəl, həyalı, iffət və ismətli
bir qız tapmaq çox da asan deyildi. S.Hüseyn.
Hakim təbəqələr pul və dövlət gücünə ha-
rınlıq edərək nə qədər ismətli və həyalı ailə-
ləri dağıtmışlar. M. İbrahimov.
İSMƏTLİLİK is. Namusluluq, həyalılıq,
abırlılıq, əxlaqlılıq, əxlaq təmizliyi. // Mə-
sumluluq, günahsızlıq.
İSMƏTSİZ sif. İsmətini itirmiş, namus-
suz, abırsız, həyasız, şərəfsiz, üzündə pərdə
olmayan. ..Mənim sözüm budur ki, ümumiy-
yətlə, heç bir millətin barəsində demək ol-
maz ki, filan millətin övrətləri bietibar və is-
mətsizdir. “Mol. Nəsr.”.
İSMƏTSİZLİK is. İsməti, abırı, həyası
olmama; abırsızlıq, həyasızlıq.
İSNAD [ər.]: isnad etmək (vermək) - bir
şeyi bir şəxsə və ya bir yerə və s.-yə aid et-
mək, nisbət vermək, bağlamaq; üstünə at-
maq mənalarını bildirir. Zülji-müşkininə dil
verdim, o, qanım tökdü; Bu xəta düşdü özün-
dən, mənə isnad etdin. S.Ə.Şirvani. iki tərəf
bir-birinə olmazın böhtan və iftirasını, ol-
mazın həyasız hərəkətlərini isnad verirdilər.
Çəmənzəminli.
İSNADƏN [ər.] kölın. ...əsasən, ...görə,
isnad edilərək. Alman xəbərlərə isnadən...
Əldəki sənədlərə isnadən demək olar ki...
İSPAN is. İspaniyanın əsas əhalisini təş-
kil edən, roman dillərindən birində danışan
xalq və bu xalqa mənsub adam. İspan musi-
qisinin janr xüsusiyyətləri, ispan ədəbiyya-
tının görkəmli nümayəndələri, ispan dilinin
ilk qrammatikası 1492-ci ildə yaradılmışdır.
İSPANAQ is. bot. Qısa yeməli yarpaqları
olan birillik tərəvəz bitkisi. İspanaq iki növ-
dür: ev və vəhşi {çöl) halda bitən ispanaq.
İspanaqları ətə qatıb, müxtəlif xörək bişir-
məyə sərf edirlər. A.Quliyev.
İSPANCA sif və zərf İspan dilində. İs-
panca kitab. İspanca-latınca lüğət. İspanca
danışmaq.
İSRAFÇILIQ
İSPANİYALI is. İspaniya əhalisindən
olan, İspaniya vətəndaşı.
İSPÄNKA [rus. ] tib. 1918-1919-cu illərdə
əvvəlcə İspaniyada baş verib, sonralar başqa
ölkələrə yayılmış qrip xəstəliyinin bir növü.
İSPOLKÖM [rus. исполнителвныи ко-
митет söz. ixtisarı] tar. dan. İcraiyyə komi-
təsi (canlı dildə bəzən həmin komitənin
sədri mənasında). [Qızyetər:] A Fatmanisə,
nə olar gedib bir ispolkoma xəbər verib, on-
lardan bir səhih əhval alasan. Ə. Haqverdi-
yev. [Kəndli:] Dedim heç belə bir iş olmaz,
getdim nahiyəyə, ispolkoma dedim, dedi
ərizə ver. T.Ş. Simurq.
İSRAF is. [ər.] Artıq və lazımsız yerə
xərcləmə, sərf etmə, işlətmə, dağıtma, puç
etmə, israf haramdır. (Ata. sözü). Atasının
bu qədər yersiz israfı və belə faciəli ölümü
Əşrəfi çox düşündürürdü. A. Şaiq. Yoxlama
zamanı Toğrulun xəzinədən israf xərclədiyi
və qiymətli şeyləri mənimsədiyi meydana çıx-
dı. M.S. Ordubadi. // İsrafla, israf ilə şək-
lində - artıqlaması ilə, artıq olaraq. Sərf etdi
ciyər qanını israf ilə çeşmim; Bilməz ki, bu
gün qanla pərişan olacaqdır. Qövsi. □ İs-
raf etmək (eləmək) - 1 ) artıq və lazımsız
yerə sərf etmək, xərcləmək, işlətmək, da-
ğıtmaq. Belə məlum olur ki, israf eləyirsiniz.
Yoxsa mən heç vaxt inana bilmənəm ki, bir
boçka su əlli iki nəfər fəhləyə kifayət elə-
məyə. C. Məmmədquluzadə; 2) özünə ina-
nılıb tapşırılmış pulu, malı və s.-ni qanun-
suz olaraq öz şəxsi məqsədləri üçün xərclə-
mək, sərf etmək.
İSRAFÇIL bax israfçı 1-ci mənada.
İSRAFCILLIQ bax israfçılıq 1-ci mə-
nada.
İSRAFÇI is. 1 . İsraf edən, israfa yol ve-
rən; bədxərc.
2. Özünə inanılıb tapşırılmış pulu, mah
və s.-ni israf edən adam.
İSRAFÇILIQ is. 1 . İsrafa yol vermə, artıq
və lazımsız yerə xərcləmə, dağıtma. İsraf-
çılıq etmək.
2. Özünə inanılıb tapşırılan pulu, malı və
s.-ni israf etmə, öz məqsədləri üçün xərc-
ləmə, sərf etmə. Balacayevi böyük bir dəh-
şət bürüdü. Onun boynuna üç təqsir sarın-
mışdı - “ saxtakarlıq , israfçılıq və qatillik! ”
S. Rəhimov.
578
İSRAĞAGÜN
İSTEFALI
İSRAĞAGÜN zərf Srağagün. [Şəhrəbanı
xanım:] İsrağagün aşnası zərdablı Qurban
bəyə kağız yazırdı ki, Şamaxı cəngilərinin
vədəsini alsın, toya göndərsin. M.F.Axund-
zadə. [Ana:] İsrağagün də alənıi gəzdim, bir
çimdik çay tapa bilmədim. S.Rəhman.
İSRAĞAGÜNKÜ sif Srağagün olmuş
(baş vermiş). İsrağagüııkii hadisə.
İSRAİLLİLƏR is. tar. 1. Qədim yəhudi
tayfalarının ümumi adı. İsraillilərin çoxıı
Assuriyanın uzaq əyalətlərinə köçürülmüş-
dü. - [Xanburabi:] İsraillilər .. Yeqovu .. ya-
radılışın ağası zənn edirlər. Çəmənzəminli.
2. İsrail dövlətinin əhalisi.
İSRAR [ər.] 1. is. Dediyi sözün, tələb et-
diyi şeyin, irəli sürdüyü fikir və ya iddianın
üstündə durma, təkid göstərmə, dediyindən
dönməmə; inad, təkid. Bəsdir, dəxi millət
qəmini eyləmə təkrar ; Olmaz belə israr!
M. Ə. Sabir. Rəmziyyə nə qədər danışdısa,
Əhnıəd qəbul etməyib israrında davam etdi.
A.Şaiq. Məhkəmənin israrına görə Molla
Xəlil etiraf etdi ki, qadını gözü ilə görmə-
miş, fəqət qulağı ilə eşitmişdir. S.Hüseyn.
□ İsrar etmək - dediyi sözün, tələb etdiyi
şeyin, irəli sürdüyü fikir və ya iddianın üs-
tündə durmaq, dediyindən dönməmək, tə-
kid göstərmək. [Bəhram:] Pəri!.. Elə bil ki,
bir qulluqçudur, evdə saxlamısınız, fəqət is-
rar edirsənsə, əlbət ki, sözünü sındırmıram.
C.Cabbarlı. Qadınlar eylədi sözündə israr;
Töküb göz yaşını, qıldı ah-zar. H.K.Samlı.
2. İsrarla şəklində zərf - təkidlə, inadla.
Kinidən şübhələnirsiniz? - deyə jandarm
zabiti israrla soruşdu. M.Hüseyn.
İSRARLI sif. Sözünün üstündə israr edən,
dediyindən dönməyən; inadlı.
İSRİF is. тәһ. Qənaətçilik, haqq-hesabını
bilmək.
İSSIZ sif Heç bir insan yaşamayan, əha-
lisiz, boş, xali, şenliksiz. [Knyaz:] Həp düşün-
dükcə boğar ruhu soyuq; Qaba, issız və dərin
bir boşluq. H.Cavid. Səhərə yaxın issız və səs-
siz aləm oyanmağa başlayır. M.S. Ordubadi.
İSSIZCA bax issız. [Gənc çadırçı:] O par-
laq möhtəşəm kaşanələrdən; Bu gün issızca
bir viranə qaldı. H.Cavid.
İSSIZLIQ is. Boşluq, xalilik, adamsızlıq,
tənhalıq.
İSSİLIQ is. məh. Yayda istinin təsirindən
bədəndə əmələ gələn qırmızı səpgi, qızartı.
Issilıq tutmaq.
İSTEDAD is. [ər.] 1. Fitri qabiliyyət, bir
şeyi tez mənimsəmə qabiliyyəti; zəka, ta-
lant. Şairlik istedadı. - Ey Füzuli, müttəsil
dövran müxalifdir mana; Qaliba ərbabi-is-
tedadı dövran istəməz. Füzuli. [Fitnə:] Dün-
yada istedad, hər böyük hünər; Daima vər-
dişlə inkişaf edər. A.Şaiq.
2. İstedadlı adam, istedad sahibi. Bəşərin
ən böyük istedadları elmdə Tanrının yarat-
dıqlarının ifadəsini görmüşlər. - [Aydın:]
Ancaq Vurğunun bir misrasını yazmaq üçün
gərək onun kimi nadir istedad olasan.
M.Hüseyn.
3. Bir şeyi etmək imkanı, bacarığı; qabi-
liyyət. İstedadı çatmamaq. - Sanki [Murad]
vətəndaşlıq hüququnu itirmiş, yaşamaq is-
tedadını qeyb etmişdi. S.Hüseyn.
İSTEDADLI sif. İstedadı, fitri qabiliyyəti
olan; talantlı. İstedadlı bəstəkar. - Azərbay-
can mətbuatı tarixində [C. Məmmədquluza-
də] böyük və istedadlı bir jurnalistdir.
M. İbrahimov. [Direktor:] İstedadlı gəncləri
yetişdirmək lazımdır. İ. Əfəndiyev. // Hər şeyi
tez qavrayan, tez əxz edən. İstedadlı uşaq.
- Varis aşağı siniflərdə ciddi və istedadlı
bir şagird kimi görünürdü. A.Şaiq.
İSTEDADLILIQ is. İstedadlı adamın hal
və keyfiyyəti. Onun istedadlılığına söz ola
bilməz.
İSTEDADSIZ sif. İstedadı olmayan. İste-
dadsız adamlar onsuz da özlərinə yol tapırlar.
İSTEDADSIZLIQ is. İstedadı, qabiliyyəti,
bacarığı olmama; qabiliyyətsizlik, bacarıq-
sızlıq.
İSTEFA is. [ər.] Öz xoşu ilə vəzifəsin-
dən, işindən çıxma, əl çəkmə. Mitinqçilər
istefa tələb edirlər. □ İstefa vermək, iste-
faya çıxmaq - öz xoşu ilə vəzifəsindən,
qulluğundan əl çəkmək, çıxmaq. [Almaz:]
Mən deyərdim ki, bir vətəndaş kimi [Baloğ-
lan] öz nöqsanlarını bilib istefa versin.
C.Cabbarlı. iblisi cəhənnəm əhli bir növ ca-
na gətirmişdi ki, binəva az qalmışdı, istefa
verib qulluqdan çıxsın... Ə. Haqverdiyev.
İSTEFALI sif. İstefada olan, istefa vermiş.
İstefalı general.
579
İSTEHKAM
İSTEHKAM is. [ər.] hərb. Düşməndən qo-
runmaq məqsədi ilə düzəldilən səngər, sədd,
qala, divar və s. müdafiə tikintiləri. Sahil
istehkamları. İstehkamda gizlənmək. -Ay
buludun arxasında gizlənmiş, istehkam
boyu bir çox kölgələr səssiz-səmirsiz gəzi-
nirlər.. H.Nəzərli. [Naçalnik:] Dostum, qoy
səııiııtək vuruşsun hamı; Əldən buraxmayın
bu istehkamı! S. Rüstəm. □ İstehkam his-
səsi - istehkamçılardan ibarət hərbi hissə.
istehkam hissəsi səngər qazırdı. - istehkam
hissələrinin əlində kifayət qədər vəsait ol-
murdu. Mir Cəlal.
İSTEHKAMÇI is. hərb. İstehkam hissə-
lərində qulluq edən hərbi xidmətçi; isteh-
kam qurma mütəxəssisi. // İstehkam işləri
ilə məşğul olan, istehkam hissəsində qulluq
edən. .. İstehkamçı zabitin, nəsə inşaat mü-
təxəssisi olduğunu zənn edir, öz yanına işə
çağırmağa çalışırdı. Mir Cəlal.
İSTEHKAMLI sif. Müdafiə üçün isteh-
kamları, lazımi hərbi tikintiləri olan. İstelı-
kamlı yer. Istehkamlı sahil.
İSTEHLAK is. [ər.] Tələbatı, ehtiyacı tə-
min etmək üçün işlətmə, sərf etmə, istifadə
etmə, işlədərək sərf etmə, yox etmə. İcti-
mai istelılak fondları. □ İstehlak etmək
- ehtiyacı, tələbatı təmin etmək üçün işlət-
mək, sərf etmək, istifadə etmək.
0 Əmtəənin istehlak dəyəri iqt. - əmtəə-
nin alıcının bu və ya digər ehtiyacını ödəmə
qabiliyyəti. İstehlak kooperasiyası - isteh-
lak ehtiyaclarını təmin edən kooperasiya.
İSTEHLAKÇI is. iqt. 1 . Hər hansı isteh-
salatın məhsulundan istifadə edən, bu məh-
sulatı işlədən şəxs və ya təşkilat.
2. Alıcı. Geniş istehlakçı kütləsi.
İSTEHSAL is. [ər.] Hasil etmə, hazırla-
ma, əldə etmə. Elektrik enerjisi istehsalı.
Çuqun istehsalı. Maddi nemətlər istehsalı.
İstehsalın ictimai xarakteri. □ İstehsal et-
mək - hasil etmək, hazırlamaq. İstehsal
qüvvələri - maddi nemətlərin istehsalına
xidmət edən alətlər, istehsal alətlərini hə-
rəkətə gətirən və maddi nemətlərin istehsa-
lını həyata keçirən insanlar. İstehsal müəs-
sisəsi - zavod, fabrik, karxana. Mən də bir
ağacın kölgəsində oturub, o böyük istehsal
müəssisəsinə baxır, onun keçmiş halı ilə in-
İSTEHZA
diki halını müqayisə edirdim. S.Hüseyn. İs-
tehsal münasibətləri - maddi nemətlərin
ictimai istehsalı prosesində insanlar arasın-
da əmələ gələn münasibət və əlaqələr. İs-
tehsal vasitələri - istehsal prosesində işlə-
dilən, onun maddi əsasını təşkil edən vasi-
tələr. [Almaz:] ..Buna görə də əmək kollek-
tivləşməli və istehsal vasitələri kollektivin
əlində olmalıdır. C. Cabbarlı.
İSTEHSALATA, [ər.] 1. Sənaye müəssi-
səsi, fabrik, zavod, karxana və s. İstehsalat-
da çalışmaq. İstehsalat qabaqcılları. - İsteh-
salatda usta sözü kəsərli sözdür. Mir Cəlal.
// İstehsalatla bağlı olan. İstehsalat təlimi.
İstehsalat təcrübəsi. İstehsalat müşavirəsi.
2. İstehsal olunan şeylər, hasil edilən
mallar, məhsullar, məhsulat.
İSTEHSALATÇI is. İstehsalatda işləyən
şəxs. Yaxşı istehsalatçı. İnstitutun axşam şö-
bəsinə xeyli istehsalatçı qəbul edilmişdir.
İSTEHSALÇI is. İstehsal edən, hazırlayan
adam.
İSTEHZA is. [ər.] 1. Ələ salma, rişxənd
etmə, masqaraya qoyma; masqara. Tövsiyə-
nin son cümləsində qürurdan çox incə bir
istehza duyulurdu. M. Hüseyn. Talıirzadənin
üzündə istehzanı andıran bir təbəssüm oy-
nadı. Mir Cəlal. Qoca sanki öz acı istehza-
sından özü kövrələrək yaşarmış gözlərini
kənara çevirdi. Ə.Məmmədxanlı. □ İsteh-
za etmək - ələ salmaq, masqara, rişxənd
etmək. Ona elə gəldi ki, məktəbə götürmək
əvəzinə bu adamlar ona və onun anasına is-
tehza edirlər. S. Rəhman. İstehzaya qoy-
maq - bax istehza etmək. Tahir .. briqa-
danı bir həftədən çox işsiz gəzməyə məcbur
eləyənləri istehzaya qoyurdu. M. Hüseyn.
İstehzaya salmaq - istehza üçün hədəf et-
mək. Rzaqulu xan Böyükxanıma acıqlanıb
deyirdi: - Məni bıı firəng uşaqlarının isteh-
zasına salma. M. S. Ordubadi.
2. “ilə” qoşması ilə - ələ salaraq, riş-
xəndlə, masqara ilə. İstehza ilə gülmək. İs-
tehza ilə cavab vermək. - [Rəşid:] Mən isteh-
za ilə danışmaq fikrində deyiləm. H.Nəzərli.
[Zabit] kibrit sönən kimi balıqçı paltarında
olan adamları bir də istehza ilə süzərək əli
ilə işarə etdi. Q. İlkin. Sultan acığını güclə
boğaraq istehza ilə qımışdı. İ. Hüseynov.
580
İSTEHZAEDİCİ
İSTƏMƏK
İSTEHZAEDİCİ bax istehzalı.
İSTEHZALI sif. istehza bildirən, istehza
ifadə edən. İstehzalı söz. İstehzalı gülüş.
— Kənardan iblisin mənalı və istehzalı qəh-
qəhələri eşidilir. H.Cavid. ..Dodaqları ucunda
istehzalı bir təbəssüm göründü. H.Seyidbəyli.
İSTEHZAYANA bax istehzalı. Sitarə ..
hələ bir qədər istehzayana nazlarla Mansu-
run yaralarına duz səpirdi. C.Cabbarlı.
İSTEMAL is. [ər.] işlətmə, istifadə etmə,
tətbiq etmə. [Mirzə:] On gün ki siz dərman
istemalına məşğul olacaqsınız, o gərək gecə
və gündüz sizin yanınızda olsun. Ə. Haqver-
diyev. □ Istemal etmək - işlətmək, istifa-
də etmək, tətbiq etmək. [Mirzə:] Sabah dər-
manı özünüzlə götürüb apara bilərsiniz və
orada axundAğa mollanın təhti-tərbiyəsində
istemal etməyə məşğul olarsınız. Ə. Haqver-
diyev. İstemal olunmaq (edilmək) - işlə-
dilmək, istifadə edilmək, tətbiq edilmək. O
yerdə ki söz düşəndə gərək “millət” sözü
danışıla, orada “əşxas ” ləfzi istenıa! olunur.
C.Məmmədquluzadə.
İSTERİK [yun.] bax isteriyalı. İsterik
boğulma. İsterik pozğunluqlar.
İSTERİKA [yun.] Qıc olma, bəzən gah
gülmə, gah ağlama şəklində təzahür edən
ürəkkeçmə.
İSTERİYA [yun. hystera - uşaqlıq] tib.
Psixika, hərəkət sferası, həssasiyyət və s.
cəhətdən bir sıra müxtəlif pozğunluqlar
şəklində təzahür edən funksional əsəb xəs-
təliyi. İsteriyada hərəki, senzor, vegetativ və
psixi pozğunluqlar qeyd olunur.
İSTERİYALI sif. isteriya xəstəliyi olan.
isteriyalı adamlar əmək fəaliyyətini itirmirlər.
İSTƏDİKCƏ zərf Doyunca, ürəyi istəyən
qədər.
İSTƏK is. Arzu, dilək, murad; yerinə ye-
tirilməsi (başqası tərəfindən) arzu edilən
şey. İstək gözdə olar. (Məsəl). [Şeyx Sə-
nan:] İstəyim yalnız iştə bir şəfqət ; Bir tə-
bəssüm o hiisni-dilbərdən. H.Cavid. İstəyim
xalqıma hər an ucalıqdır, ucalıq; Mənə
yaddır qocalıq. S. Rüstəm. Sanki cavanlaşdı
yüz il bədənim; Gözümdə qalmadı istəyim
mənim. Z.Xəlil. □ İstəyinə çatmaq - arzu-
suna, muradına çatmaq, istədiyinə, arzu et-
diyinə nail olmaq. Öz istəyi ilə - öz arzusu
ilə, öz xoşu ilə, öz könlü ilə.
İSTƏKAN [rus.] Stəkan. Dərviş bir-iki
istəkaıı çay içəndən sonra mənim sualıma
cavab verdi. A.Divanbəyoğlu. Böyiikxamm
şad və xürrəm gümüş podnos içində iki istə-
kan kəmrəng çay gətirmişdi. M. S. Ordubadi.
Mahirə istəkanı irəli çəkdi, çayım içdi.
M. Hüseyn.
İSTƏKLİ 1. is. Sevgili. [Fərman:] Ata, mənə
dövlət lazım deyil, .. mənə ancaq öz istəklim
lazımdır. Ə. Haqverdiyev. [Səriyyə:] Neçə
illər idi ümid edir idim ki, gələcəkdə Rüstəm
əmim oğlu istəklim ilə bəxtiyar yaşayaca-
ğam. C.Cabbarlı. Gül ey doğma Vətənimin;
İstəklisi, yetirməsi; Oyna, sevin, biz dinlə-
yib; Fərəhlənək bu şən səsi. M. Dilbazi.
2. sif. Əziz, sevimli, mehriban, ən çox is-
tənilən. İstəkli adam. İstəkli övlad. - Qaşla-
rın qarasından; Xal düşüb arasından; Adam
da əl çəkərmi; İstəkli balasından? (Bayatı).
Yazıq qızcığaz istəkli dostu Qaraca qızla
görüşə bilmədi. S.S. Axundov. Varaz istəkli
oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı
bilirdi. M. Hüseyn.
İSTƏKLİLİK is. istənilmə, sevilmə; sevgi
münasibəti.
İSTƏKSİZ zərf 1 . Könülsüz, istəmədən,
həvəssiz. İstəksiz getmək. İstəksiz danışmaq.
2. Məhəbbətsiz.
İSTƏKSİZLİK is. Könülsüzlük, könüldə
istək olmaması; məhəbbətsizlik.
İSTƏMƏ “Istəmək”dən fis.
İSTƏMƏDƏN zərf istəmədiyi, arzu et-
mədiyi halda; ürəksiz, könülsüz. İstəmədən
almaq. İstəmədən getmək. II Qeyri-iradi, özü
istəmədən, istəməyərək.
İSTƏMƏK f. 1 . Arzu etmək, ürəyindən
keçirmək, bir şeyin qəsd və niyyətində ol-
maq, ürəyində bir istək duymaq. - Bala,
mən gördüm ki, sən bir yeniyetmə yaxşı oğ-
lansan, istədim sənə maya verəm.. “Kor-
oğlu”. İstəyir cənnəti zahid bu qədər hiylə
ilə; Əbləhin fikrini gör, dildə təmənnasına
bax! S.Ə.Şirvani. [Süleyman:] Əsgərin de-
diyi odur ki, səninlə qohum olmaq istəyir.
Ü.Hacıbəyov. // Bir şeyə ehtiyac hiss et-
mək. Ürəyim yaman su istəyir. Bir məqalə
yazmaq istəyirəm. Ondan bir xoş söz eşit-
mək istəyirəm. □ İstədiyi kimi - özü bildiyi
kimi (həm müsbət, həm mənfi mənada iş-
lənir). İstədiyi kimi hərəkət etmək.
581
İSTƏMƏK
İSTƏYƏ-İSTƏMƏYƏ
2. Sevmək, məhəbbət yetirmək, əzizlə-
mək. Ana oğlunu çox istəyir. [Nazlı:] Ana,
axı sən bilirsən, mən Sara bacımı nə qədər
istəyirəm. C. Məmmədquluzadə. Deyə bilə-
rəm, Usta Ağabala Axund Ələsgər ağanı
dünyada hamıdan çox istəyirdi. Çəmənzə-
minli. Gözəl Bayramı istəyib gəlmişdi. O,
kasıb olsa da, namuslu oğlandı. M. Hüseyn.
// Ummaq. Könül istər, əl çatmaz. П Qeydi-
nə qalmaq, sevmək. Məsləkini istəyən öz
canından keçməli; Öz canını istəyən vicda-
nından keçməli. B. Vahabzadə.
3. Xahiş etmək, rica etmək, təmənna et-
mək. Novruz gözlərini ovuşdura-ovuşdura
açıb: - Nə var, nə istəyirsiniz? - deyib sual
etdi. N.Nərimanov. [Əsgər:] Deyin görüm,
gözəl xanımlar, nə istəyirsiniz. Ü.Hacıbə-
yov. // Özünə verilməsini və ya bir işin gö-
rülməsini söyləmək; tələb və ya xahiş et-
mək. Ondan bir şey istədik, vermədi. - Hə-
kim Cinavətov haqq-hesab dəftərçəsini is-
tədi. Mir Cəlal. // Möhtac olmaq, lüzum və
ehtiyac hiss etmək, tələb etmək. Əkin su
istəyir. II Diləmək. İmdad istəmək. Yardım
istəmək. — Kimə kim, dərdimi izhar qıldım,
istəyib dərman; Özümdən həm bətər bir
dərdə onu mübtəla gördüm. Füzuli.
4. Çağırmaq, çağırtdırmaq. Yusif şah ba-
xıcdan hüzuruna istəyib dedi ki: — Hakimi-
vilayətlərə mənim tərəfimdən elan edərsiniz ki,
.. xalqı talayıb-dağıtmasınlar. M.F.Axund-
zadə. [Xudayar bəy:] Məhəmmədhəsən əmi,
tez oğlanı göndər, pəyədən eşşəyi çıxartsın,
.. minəcəyəm şəhərə, nəçərnik istəyibdir.
C. Məmmədquluzadə. // Aramaq, axtarmaq,
soruşmaq. Kimi istəyirsiniz? Telefonla sizi
istəyirlər.
5. Öz adamına almaq, evləndirmək üçün
(yaxud özü üçün) xahişlə birinə müraciət
etmək. Qohumdan qız istəmək. Ana oğlu
üçün qız istəyir. - [Ağcaxanım:] Qədeşl..
Bizim qızı Hacı Abtalıbııı oğlu üçün istəyir-
lər. H. Sarabski.
6. “Bir” sözü və şəxs sonluqları ilə tə-
rəddüd, qətiyyətsizlik bildirir. Bir istədim
durub gedəm. Bir istədim durub ona cavab
verəm. - [Mehriban] bir istədi ki, [Zeynalı]
çəkib irəli sürüsün, gücü çatmadı. S. Hüseyn.
7. İstəməz şəklində - hacət yoxdur, lü-
zumu yoxdur, ehtiyac yoxdur, bəsdir, kifa-
yətdir. [Səlimə:] - Ay Qurban, gəlsənə bir
az su gətirim, ayaqlarını yuyum. - istəməz,
lazım deyil. Ə. Haqverdiyev. [Səlim:] İstə-
məz başqa laf! Söylə, açıq söylə, hər nə var,
söylə. H. Cavid.
0 ...istər ki... - 1) istərsə, fərqi yoxdur,
qoy lap... İstər ki çölə töksüıı...\ 2) ...gərək-
dir, ...haradadır. Oğul istər ki... istəməz ki...
- heç olmasa...
İSTƏMƏLİ sif. istənilməyə, sevilməyə
layiq; xoşqılıq, mehriban, üzügülər; qanışi-
rin. İstəməli qız. İstəməli uşaq. - Lap iiç-
dörd yaşından bu şirindilli, istəməli qızın
ayağı karxanaya açılmış, usta ilə dostlaş-
mağa başlamışdı. Ə.Əbülhəsən.
İSTƏNİLMƏ “İstənilmək”dən /и.
İSTƏNİLMƏK “İstəmək”dən məch.
İSTƏNMƏ “istənmək” dən f. is.
İSTƏNMƏK bax istənilmək.
İSTƏR bağl. Sintaktik vəzifəsinə görə
həm həmcins üzvləri, həm də cümlələri bir-
birinə bağlayır - gərək, həm. [Səlim:] Or-
xan, istər xan olsun, istər sultan; Haqsızlıq
əfv olunmaz heç bir zaman. H.Cavid. [Zey-
nal] istər evdə, istər tanış-bilişlərin məclis-
lərində tar çalar, eyni zamanda özünün yaz-
dığı şeirləri oxuyardı. S. Hüseyn. İstər “ Əh-
valatlar ”, istərsə “Poçt qutusu" dərin ide-
yalı, yüksək sənət əsərləridir. M.İbrahimov.
istəyirdim ki, birisi ilə oturub dərdləşəm, is-
təyirdim ki, - istər tcınış olsun, istər qeyri-
taııış, - hamıya söz deyib söz eşidəm...
Ə.Məmmədxanlı. // “Fərqi yoxdur” məna-
sında. İstər gəlsin, istər gəlməsin.
İSTƏR-İSTƏMƏZ zərf Yanmkönül, ürək-
siz, könülsüz, özü istəmədiyi halda, istəmə-
dən. [Gülbadam] ağ donunu geyindi, əsnədi,
istər-istəməz ayağa durdu. N.Nərimanov.
Fatma .. istər-istəməz uşaqlara izin verdi.
S.S.Axundov. Mehriban istər-istəməz ayağa
qalxıb yerini Cəmdəyə verdi. H.Seyidbəyli.
İSTƏTMƏ “Istətmək”dən f.is.
İSTƏTMƏK icb. Bu və ya başqa bir vasi-
tə ilə bir şeyi başqasına sevdirməyə çalış-
maq; birinin hüsn-rəğbətini, sevgisini qa-
zanmağa çalışmaq. Güclə özünü istədə bil-
məzsən.
İSTƏYƏ-İSTƏMƏYƏ bax istər-istə-
məz. İstəyə-istəməyə getməli oldu. - Meh-
riban istəyə-istəməyə razı oldu. S.Hüseyn.
582
İSTİ
İSTİ 1. sif Qızdırılmış, isidilmiş, hərarəti
artırılmış (soyuq qarşılığı). İsti otaq. İsti ütü.
İsti süd. - Hənifə bir əlində tas, o biri əlində
isti su ilə dolu vedrə və dolça, tövşüyə-töv-
şüyə içəri girdi. İ. Hüseynov.
2. is. Xəstəlik halında bədəndə yaranan
hərarət, istilik. Xəstənin istisi qalxmışdır.
- İstisini ölçüb dərhal; Ana deyir: - Dincəl
bir az. M.Dilbazi. [Salama] elə gəldi ki, si-
nəsindən isti qalxır.. Mir Cəlal.
3. sif. İstilik verən, yandırıcı, qızğın, isti
günəş, isti şüa. - ..Turab Xəzər dənizindən
qalxan od kimi isti günəşdən yorğun gözlə-
rini açdı. M.Hüseyn. Əsla məni döyməsin;
İsti günəş, sərt külək. Z.Xəlil. // Hava haq-
qında. İsti gün. İsti hava. - Nə gözəldir do-
laşmaq isti yay fəsilləri; Bu sərin sahilləri.
M. Müşfiq. Avqustun ortaları olduğundan
hava çox isti idi. İ. Əfəndiyev. İsti yay gün-
ləri də Tapdığın intizarını anlayıb tez gəlib
keçdi. Ə.Vəliyev. // Mülayim iqlimi olan.
İsti ölkələr (cənub ölkələri). // is. Bərk qız-
mış hava; hərarət, istilik. Heç kəs nə qapıda,
nə küçənin bir yanında görünmür. Yəqin ki,
istinin zərbindən hərə bir kölgə yerə pənah
gətirib. C. Məmmədquluzadə. [Məşədi Qə-
zənfər:] Yazın istisində harada səriııl əy ə
bilərsən? Ü.Hacıbəyov. Dözülməz isti in-
sanı taqətdən salırdı. Ə. Sadıq. // Cəm ha-
lında: istilər - havanın qızmağa başlaması.
İstilər düşdü. İstilərin başlanmasına az qa-
lıb. - İstilər düşdükcə başını qaldırıb can-
lanmış cürbəcür həşərat və milçəklər bu
gecə sanki qəsdən daha çox fəaliyyət göstə-
rirdi. M. İbrahimov.
4. sif. Bədəni soyuqdan yaxşı qoruyan;
yun. İsti köynək. İsti paltar. İsti corab. - Ge-
cələr yatmayıb hər bir qoçağa; İsti paltar
tikdi gəliıılər, qızlar. S. Vurğun. [Zəhranın]
ayağında dizdən əsgər çəkməsi, başında isti
papağı vardı. Ə.Vəliyev.
5. sif. məc. Hərarətli, mehriban, nəvazişli,
oxşayıcı, səmimi. Şııx səslərlə dolu isti yu-
valar; Daşqın çaylar, durğun göllər bizim-
dir.. A.Şaiq. Bircə nöqsan tapmayaraq öv-
ladının varlığında; Bir can kimi bəsləmişdir
məni isti qucağında. S. Rüstəm. [Gülcamal:]
Mənimədin səsinə oxşayır bu səs; Onun nə-
fəsidir bu isti nəfəs! Z.Xəlil.
İstİcə
0 İsti basmaq - bir işdən, sözdən, hadi-
sədən və s.-dən çox mütəəssir olub özünü
istilənmiş kimi hiss etmək. İsti çalmaq
-bax isti basmaq. Bu səsdən məni bir isti
çaldı, hərarət bütün bədənimi mum kimi
yumşaltdı. Mir Cəlal. İsti vurmaq - günə-
şin şiddətli təsirindən süstləşmək, əzgin və
ya bayğın hala gəlmək. Gorııs dağının qa-
şında Nəbini isti vurur, bir kölgəlik tapıb
uzanır. "Qaçaq Nəbi". İsti yer - sakit, ra-
hat, qazandı, gəlirli iş, vəzifə, mənasında.
O gah getmək istədi, gah da isti yerini so-
yutmaqdan qorxdu. Mir Cəlal. İsti-soyuq
dadmaq (görmək, bilmək və s.) - bax
bərkə-boşa düşmək (“bərk-boş”da).
[Məsum kişi:] ..Oxuyanda nə olar, - deyirdi,
- uşağın birisidir. Dünyanın işlərini nə qa-
nır. İsti-soyuq dadmayıb. Mir Cəlal. Durna
bacı dünyanın isti-soyuğunu yaxşı bilən
adamlardan idi. Ə. Sadıq.
İSTİARƏ is. [ar.] ədəb. Sözlərin, ifadələ-
rin hər hansı bir təşbeh, bənzəyiş, müqayisə
əsasında məcazi mənada işlənməsindən,
yəni bir şeyə (hadisəyə) başqa bir şeyin
(hadisənin) səciyyəvi əlamətinin keçiril-
məsindən ibarət bədii tərz; metafora; mə-
sələn, şücaətli adama - aslan, şir; hiyləgər
adama - tülkü deyilməsi kimi. Sadə istiarə.
Mürəkkəb istiarə. Fikrin istiarə yolu ilə ifa-
dəsi. - Yazıçıların sənətkarlıq xüsusiyyətlə-
rindən asılı olaraq istiarə müxtəlif, rənga-
rəng şəkillərdə yaradılır. Ə.Mirəhmədov.
İSTİBDAD is. [ar.] 1. Özbaşınalığa və zo-
rakılığa əsaslanan idarə üsulu. Çar zamanı
idi, istibdadın ən şiddətli, ən qızğın vaxtı idi.
E.Sultanov. Beşinci il; Qanlı bazar; İstib-
dadın mənhus əli; Hər tərəfdə iz buraxır.
R.Rza.
2. Zülm. Artıq bu rəzalət çəkilməz; Bu is-
tibdada təhəmmül edilməz. H. Cavid. Yol-
daşlar, istibdad pəncəsində inləyən yüz
minlərcə işçilər baş qaldırmadadır. Çəmən-
zəminli. İstibdad dünyasından..; Odların,
alovların üstündən addadıq biz. S. Rüstəm.
İSTİBDADÇI is. Zalım, qəddar, qaniçən.
İSTİCƏ sif. 1. İsti, lazımınca isti. İsticə
otaq. İsticə paltar. - İsticə lavaşım var; Hər
gecəyə aşmı var; Demə, dədəm yerdəsən;
Ancaq əlli yaşım var. M.Ə. Sabir. Var isticə
583
İSTİFADƏ
ölkələr; Qışda bizə xoş gələr. A. Səhhət.
Qorodovoy qış günəşinin isticə şiiası altında
laqevdanə xoruldayırdı. Çəmənzəminli.
2. nıəc. Rahat, əlverişli, mənfəətli. Elm və
maarif kəsb edənlərimizin iimdə arzusu öz-
lərini şəhərə salıb, isticə və mənfəətli qulluq
tapmaqdır. F. Köçərli.
İSTİFADƏ is. [ər.] Faydalanma, fayda
götürmə. // Faydalı (səmərəli) surətdə iş-
lətmə. □ İstifadə etmək - faydalanmaq.
Vəqtdən daim istifadə edin; Elm təhsilini
iradə edin. M.Ə. Sabir. Ağca xanım atasının
belə mehriban rəftarından istifadə edərək ..
divanın altına baxdı və Qaraca qızı orada
görməyib mat qaldı. S.S.Axundov. Azadlı-
ğın nemətlərindən istifadə etməyi, bərabər-
liyin imtiyazlarından bəhrəyab olmağı ba-
carmaq lazımdır. M.İbrahimov
İSTİFADƏLƏNMƏ "İstifadələnmək”dən
fis.
İSTİFADƏLƏNMƏK / Faydalanmaq,
fayda götürmək, qazanmaq, mənfəətbərdar
olmaq.
İSTİFADƏLİ sif. İstifadə olunan (oluna
bilən), istifadəyə yararlı. İstifadəli yerlər.
İSTİFADƏLİK sif. İstifadə etmək (işlət-
mək, tətbiq edilmək) üçün olan, istifadəyə
(işlənilməyə, tətbiq edilməyə) yarar.
İSTİFADƏSİZ sif. və zərf İstifadə olun-
mayan, işləksiz qalmış, fayda götürülməyən.
istifadəsiz toı-paqlar. istifadəsiz qalmaq.
İSTİĞFAR is. [ər.] din. Allaha yalvararaq
günahlarının bağışlanmasını istəmə, “əs-
təğfürullah” deyərək peşmanlığını bildir-
mə, tövbə etmə. □ İstiğfar etmək (qıl-
maq) - Allaha yalvararaq günahlarının ba-
ğışlanmasını istəmək, “əstəğfürullah” de-
yərək tövbə etmək. [Molla Zaman:] İstiğfar
elə, arvad, istiğfar elə, günaha batdın.
Ə.Haqverdiyev. Bu minval ilə günahkar muz-
dur özünün bəd əməlindən peşman olub, is-
tiğfar edə-edə yerindən qalxdı. S.M.Qəni-
zadə. istiğfar eylə, adam ağzına gələni da-
nışmaz. Fl.Nəzərli.
İSTİHALƏ is. [ər.] Bir haldan başqa hala
keçmə.
İSTİXARƏ is. [ər.] din. Görüləcək bir işin
uğurlu olub-olmayacağını qabaqcadan bil-
mək üçün Quran və ya təsbehlə yoxlama
İSTİQAMƏTLƏNDİRİCİLİK
ayini. □ İstixarə etmək (etdirmək) - isti-
xarə ayini icra etmək (etdirmək). [Məşədi
İbad:] Mən bu gün istixarə elətdirərəm, bu
xoş günlərin birində toyumuzu başlarıq.
Ü.Hacıbəyov. Fikr edirik biz də bir iş baş-
layaq; Eyləyirik istixarə, bəd gəlir. Ə.Nəzmi.
[Kiçik xan:] Qoca, bir istixarə et! - dedi,
-görək bu səfər uğurludur, ya uğursuz.
S. Rəhimov.
İSTİ-İSTİ zərf 1 . Qaynar halda, isti hal-
da, soyumamışkən. [Səlimnaz xanım:] İsti-
isti bu çayı iç, bəlkə tərləyəsən. N.Vəzirov.
[Ələmdar] .. buğlana-buğlana, cızhacızla
qovrulaıı cızbızdan isti-isti ötürdü.
S. Rəhimov.
2. nıəc. Təxirsiz, gecikmədən, dərhal, əl-
üstü, o saat, təzə-təzə. İsti-isti işin üstünə
düşmək. Məsələni isti-isti həll etmək. - Də-
miri isti-isti döyərlər. (Ata. sözü).
İSTİQAMƏT is. [ər.] 1. Bir şeyin hərəkət
xətti, hərəkətin yönəldiyi cəhət, səmt, tə-
rəf. İnsanlar təbiəti istədikləri istiqamətdə
dəyişdiriblər. Adamlar müxtəlif istiqamətlə-
rə yollandılar. -Nəhayət, qadın birdən-birə
istiqamətini dəyişib, üzüaşağı Dəclə sahili-
nə tərəf getməyə başladı. M. S. Ordubadi.
□ İstiqamət almaq (götürmək) - müəy-
yən bir tərəfə, səmtə doğru yönəlmək, üz
tutub getmək. Bir göz qırpımında düşmən
tankı artıq ön atəş xəttini keçmiş, .. batalyon
komanda məntəqəsi yerləşən təpəyə doğru
istiqamət almışdı. Ə.Məmmədxanlı.
2. məc. Hər hansı bir fəaliyyətin, işin, ha-
disənin və s.-nin inkişaf xətti. Səyahətin is-
tiqaməti. Elmin başlıca istiqaməti. - Res-
publikada ııeft axtarışının istiqaməti haq-
qında qızğın mübahisələr gedirdi. M. Süley-
manov.
3. ictimai, siyasi, elmi və s. cərəyan. ..Sə-
limi tamamilə başqa bir istiqamətin adamı
idi. M.İbrahimov. □ İstiqamət vermək
(göstərmək) - istiqamətləndirmək, yönəlt-
mək, yol göstərmək. Din düşüncəsi tarix
boyu cəmiyyətin mənəvi inkişafına istiqamət
veribdir.
İSTİQAMƏTLƏNDİRİCİ bax istiqa-
mətverici. İstiqamətləndirici məsləhətlər.
İSTİQAMƏTLƏNDİRİCİLİK is. İstiqamət
vermə, yönəltmə, yol göstərmə. ..Burada
584
İSTİQAMƏTLƏNDİRİLMƏ
böyük bir qüvvənin təşkilatçılıq, istiqamət-
ləndiricilik qüdrətinin hakimiyyəti duyulur.
Mir Cəlal.
İSTİQAMƏTLƏNDİRİLMƏ “istiqamət-
ləndirilmək” dən f. is.
İSTİQAMƏTLƏNDİRİLMƏK məch. İsti-
qamət verilmək, yönəldilmək.
İSTİQAMƏTLƏNDİRMƏ "İstiqamətlən-
dirmək” dən/ is.
İSTİQAMƏTLƏNDİRMƏK/ 1. İstiqamət
vermək, yönəltmək. Müəllim şagirdin diq-
qətini əsas məsələyə istiqamətləndirməlidir.
2. Yoluna qoymaq, qaydaya salmaq, təş-
kil etmək. İşi diizgün istiqamətləndirməli.
İSTİQAMƏTLƏNMƏ “İstiqamətlənmək”-
dən f.is.
İSTİQAMƏTLƏNMƏK/ 1 . İstiqamət al-
maq, yönəlmək; bir səmtə, bir tərəfə üz tu-
tub getmək, yollanmaq. Maşın şimala doğru
istiqamətləndi.
2. məc. Təşkil olunmaq, yoluna düşmək,
düzəlmək, qaydaya düşmək.
İSTİQAMƏTLİ sif. 1. İstiqaməti olan,
müəyyən istiqamətdə inkişaf edən (etdirilən).
2. məc. Qarşısına müəyyən məqsəd qo-
yaraq ardıcıl surətdə onun dalınca gedən;
əzmli. Ağahüseyn Xəlilin üzündən öpüb
dedi: - Oğlum, sən ki belə istiqamətli oğ-
lansan, Allah sənin başından tökəcək.
Ə.Haqverdiyev.
İSTİQAMƏTSİZ sif. İstiqaməti müəyyən
olmayan, səmti, tərəfi təyin edilməmiş.
[Qədir] küçəyə çıxdı, istiqamətsiz (z.) yeriş-
lə gəzindi. Mir Cəlal.
İSTİQAMƏTVERİCİ sif. 1 . İstiqamət ve-
rən, yönəldici, istiqamətverici qüvvə.
2. məc. Yol göstərən, istiqamət verən,
rəhbər, təşkilatçı. Cəmiyyətin rəhbər və isti-
qamətverici qüvvəsi.
İSTİQANLI sif. 1 . Qanı isti olan. İstiqanlı
heyvanlar. Balina istiqanlı heyvandır.
2. məc. Çox ünsiyyətli, adamayovuşan,
mehriban, üzügülər. İstiqanlı uşaq. İstiqanlı
adam. - Əsasən çox istiqanlı olan bu gənc,
komandirlə soyuqqanlı danışırdı. Ə. Vəliyev.
İSTİQANLILIQ is. 1 . Mehribanlıq, səmi-
milik, üzügülərlik. Kərim bunu yaxşı bir
dostluq istiqanlılığı kimi qiymətləndirirdi.
I. Əfəndiyev.
İSTİQLALİYYƏT
2. Coşqunluq, dəliqanlılıq. ..Gələcək qo-
humluğu möhkəm əsaslar üstündə qurmaq
üçün o. .. Səliminin tərzi-təfəkkürünü dəyiş-
məli, cavanlıq və istiqanlılıqdaıı doğan bəzi
hərəkətlərini təshilı etməli idi. M. İbrahimov.
İSTİQBAL is. [ ər .] 1. Gələcək. Oğlanla-
rının istiqbalı haqqında da Hacı Vəlinin
müəyyən planları və prinsipləri var idi.
Çəmənzəminli. [Nümayəndə:] Yaşasın Şərq
qadını və onun parlaq istiqbalı! Ə.Haqver-
diyev.
2. Gələn adamın qarşısına çıxma; qarşıla-
ma. Atabəy Məhəmməd qardaşları üçün bö-
yük bir istiqbal təntənəsi düzəltdi. M. S. Or-
dubadi. □ İstiqbal etmək - qabağına çıx-
maq, qarşılamaq, gələni qəbul etmək. Gör-
cəyiıı bizləri o sahibi-mal: Çıxıban dişrə
etdi istiqbal. S.Ə.Şirvani. Hacı Səlimin qay-
nı onu təziyə üçün gəlmiş qohumu qəbul
edəntək istiqbal edib, bir neçə gün ehtiram
ilə miisafır saxladı. Ə.Haqverdiyev. Əhməd
.. qayıdanda .. necə istiqbal edəcəklərini də
xəyalından keçirirdi. B.Talıblı. İstiqbala
çıxmaq - gələn adamın qabağına çıxmaq,
qarşılamaq. Livarcanın ağası Hacı xan iki
oğlanları və nökərləri ilə bərabər bizim is-
tiqbalımıza çıxmışdı. M.S. Ordubadi.
3. köhıı. Qrammatikada: gələcək zaman
felinin adı.
İSTİQBALÇI is. və sif. Gələnin və ya gə-
lənlərin qabağına çıxan, qarşılayan, istiqbal
edən (adam). Qadınların istiqbalçı qafiləsi
təxti-rəvaıı və kəcavələrdə gedir və hər kə-
sin diqqətini özünə cəlb edirdi. M.S.Ordubadi.
İSTİQLAL is. [ər.] Müstəqillik, istiqla-
liyyət. Bu qədər çətinlik və məhrumiyyətə
baxmayaraq, Azərbaycan xalqının istiqlala
olan ümidləri sönməmişdi. M.S.Ordubadi.
Çox sevirik canımızdan; Ətimizdən, qanı-
mızdan; Bizim böyük istiqlalı. S. Vurğun.
İSTİQLALİYYƏT is. [ər.] 1. Siyasi müs-
təqillik; başqalarından asılı olmayıb, özba-
şına yaşama; siyasi azadlıq. Milli istiqlaliy-
yət. istiqlaliyyət qazanmaq. Vətənin istiqla-
liyyətini qorumaq.
2. məc. Müstəqillik, azadlıq. Kəndlilərin-
dən başlayaraq ziyalılarına qədər bir söz
deyir: - Azərbaycanın istiqlaliyyət məsələsi
həyat məsələmizdir. M.S.Ordubadi. Rəşid
585
İSTİQLALİYYƏTPƏRVƏR
inanırdı ki, Siisən kimi mənəvi istiqlaliyyə-
tini saxlayan insanlar ömürlərində yalnız
bir dəfə, yalnız birini sevirlər. M. Hüseyn.
İSTİQLALİYYƏTPƏRVƏR sif. [ər. istiq-
laliyyət və fars. ...pərvər] Öz vətəninin, öz
xalqının istiqlaliyyətini, siyasi azadlığını is-
təyən, sevən, onıın ıığrımda mübarizə edən.
İSTİQLALİYYƏTPƏRVƏRLİK is. Öz
vətəninin istiqlaliyyətini, siyasi azadlığını
istəmə, sevmə.
İSTİQRAR is. [ər.\ köhn. 1. Qərar tutma,
yerləşmə.
2. Sabitləşmə, aydınlaşma.
İSTİQRAZ is. [ər.] Borc alma, borc pul
alma, borc alman pul.
0 Dövlət istiqrazı - borc əsasında olaraq
əhalinin pul vəsaitinin dövlət büdcəsinə
cəlb edilməsi forması. Üçfaizli dövlət istiq-
razı. İstiqraz vərəqəsi.
İSTİL 1 is. məh. Çəltik əkininin suvarıl-
masında istifadə edilən su anbarı.
İSTİL 2 is. məh. köhn. 400 qramlıq çəki daşı.
Sən ora səpmişdin bir istil darı; Ümidliydin
ondan bir tağar olsun. Aşıq Ələsgər.
İSTİLA is. [ər.] 1. Bir ölkəni zorla alma,
ələ keçirmə, tutma. Qızıl Arslanın əcnəbi
istilasına qarşı başladığı mübarizə yuxarı-
dakı fikrimizə tamamilə müvafiqdir.
M. S. Ordubadi. □ İstila etmək - bir ölkəni
zorla ələ keçirmək, işğal etmək, tutmaq.
Ölkələr istila etmək.
2. məc. Qaplama, tutma. □ İstila etmək
- qaplamaq, tutmaq. Ənisənin qaşları çatıl-
dı, yanaqlarını bir qırmızılıq istila etdi.
S. Hüseyn.
İSTİLAÇI is. İstilaçılıq siyasəti yeridən,
istila edən; qəsbkar, işğalçı. Xarici istilaçılar.
İSTİLAÇILIQ is. Özgə torpağını, başqa
ölkələri zorla ələ keçirmə, tutma, qəsb etmə;
işğalçılıq, qəsbkarlıq. İstilaçılıq siyasəti.
İSTİLAH is. [ər.] köhn. Termin. [Mirzə
Rəhim ağa:] Bala, mən fanatizmin mənasını
bilmirəm. .. Bu sözlər fırəngiməabların təzə
istilahlarıdır. M. S. Ordubadi. Aydının fik-
rincə, şair adi və şablon sözdən qaçıb, təzə
bir istilalı yaratmışdı. M. Hüseyn.
İSTİLƏMƏ “!stiləmok”dən f.is.
İSTİLƏMƏKbax istiləşdirmək.
İSTİLƏNDİRİLMƏ "İstiləndirilmək”dən
f.is.
İSTİLİK
İSTİLƏNDİRİLMƏK məch. İsti edilmək,
qızdırılmaq, hərarəti artırılmaq, isidilmək.
İSTİLƏNDİRMƏ “İstiləndirmək”dən/ is.
İSTİLƏNDİRMƏK / İsti etmək, qızdır-
maq, isitmək, hərarətini artırmaq.
İSTİLƏNMƏ “İstilənmək” dən f.is.
İSTİLƏNMƏK f. Qızmaq, qızışmaq, isin-
mək. Hava istilənib. Su gün altında istilə-
nibdir. II qayıd. Özünü, bədənini, canını qız-
dırmaq. Ocağın qabağında istilənmək. U İsti-
dən bihal olmaq.
İSTİLƏŞDİRİLMƏ “İstiləşdirilmək”dən
f.is.
İSTİLƏŞDİRİLMƏK məch. İstiliyi artırıl-
maq, daha da qızdırılmaq (isidilmək).
İSTİLƏŞDİRMƏ "İstiləşdirmək”dən f.is.
İSTİLƏŞDİRMƏK / Daha isti hala sal-
maq, istiliyini artırmaq; qızdırmaq, isitmək.
Otağı istiləşdirmək. Suyu istiləşdirmək.
İSTİLƏŞMƏ "İstiləşmək”dən/;'s.
İSTİLƏŞMƏK/ İstiliyi artmaq, tempera-
turu artmağa başlamaq; daha da qızmaq, isti
olmaq. Yayın son ayı idi. Peterburqun ha-
vası istiləşmişdi. Çəmənzəminli. Gecələri
yatmaq mümkün deyil, hava xeyli istiləşib,
bu şoğərib taxtabitiləri də bir yandan!..
C. Məmmədquluzadə. Havalar get-gedə
istiləşdiyi üçün çayların suyu çox artmışdı.
S. Hüseyn.
İSTİLƏTMƏ “ İsti 1 ətmək ”don / is.
İSTİLƏTMƏK icb. İstiləndirmək (başqa-
sı vasitəsilə).
İSTİLİK is. 1 . fiz. Cismin hissəciklərinin
(atomlarının, molekullarmm və s.-nin) qeyri-
müntəzəm hərəkəti nəticəsində əmələ gə-
lib, onun qızınası şəklində təzahür edən
enerji növü. İstilik vahidi. Ərimə istiliyi.
Kimyəvi enerjinin istiliyə çevrilməsi.
2. Bir şeyin qızğınlıq halı; isti, yaxud qız-
dırılmış şeydən çıxan hərarət. Havanın isti-
liyi. Sobanın istiliyi. Günəş şüasının istiliyi.
- [Əbülhəsən bəy:] Alnımda bir istilik hiss
edər-etməz gözlərimi açdım.. M. S. Orduba-
di. ..Toğluların yumşaq yunu və istiliyi sanki
Qulunun əlini qıcıqlayırdı. M. İbrahimov.
3. Qızdırma, hərarət, temperatur. Xəstə-
nin istiliyi normaldır. - [Qəhrəman] uşağın
istiliyini ölçür, gözlərinə yuxu gəlmirdi..
S. Rəhimov. Oğlunun istiliyini görən ana
586
İSTİLİKKEÇİRƏN
gözlərinə dəm verir. Ə.Vəliyev. □ İstilik
gəlmək (basmaq) - hərarəti qalxmaq, bə-
dəni qızmaq. Soyuqdan əsən bədənə ani bir
istilik gəldi.
4. пгәс. Mehribanlıq, səmimiyyət hissi;
hərarət. Öz məsum təbəssümü ilə hamını se-
vindirən Aslan evdəki soyuqlıığu tamamilə
həyətə qovmuş, qocaların və anasının ürə-
yinə xoş bir istilik gətirmişdi. Ə.Vəliyev.
İSTİLİKKEÇİRƏN is. fiz. Istilikkeçirmə
qabiliyyətinə malik olan. Istilikkeçirən
cisimlər.
İSTİLİKKEÇİRMƏ is. fiz. Cisimlərin isti-
liyi keçirmə xassəsi (qabiliyyəti).
İSTİLİKTÖRƏDİCİ sif. fiz. Istiliktörətmə
qabiliyyətinə malik olan.
İSTİLİKTÖRƏDİCİLİK bax istiliktö-
rətmə.
İSTİLİKTÖRƏTMƏ is. fiz. İstilik yarat-
ma, istilik vermə qabiliyyəti.
İSTİMDAD is. [ər.] köhn. İmdad göstər-
mə, yardıma (köməyə) çağırma. Sönük vü-
cudu saçar hər dəm atəşin fəryad; Fəqət nə
çarə! Əsərsiz bütün bu istinıdad. H. Cavid.
O baxışlarda çırpınan ruhum; Dilənir göz-
lərindən istimdcıd. A.Şaiq. Onların iltimas
və istimdadına kimsə cavab vermirdi.
M. İbrahimov.
İSTİNAD is. [ər.] Dayanma, əsaslanma,
söykənmə. İstinad nöqtəsi (əsaslanacaq,
söykənəcək, dayaq ola biləcək şey). □ İs-
tinad etmək - 1 ) arxalanmaq, bir şeyi da-
yaq, kömək hesab etmək. Hökumət ancaq
xalqın arzu və iradəsinə istinad etməlidir.
M. S. Ordubadi; 2) öz müddəalarını, fikrini
və s.-ni sübut etmək üçün məntiqi dəlil kimi
əsas götürmək. Qabaqcıl nəzəriyyəyə isti-
nad etmək.
İSTİNADƏN zərf [ər.] rəs. köhn. İstinad
edərək, əsaslanaraq, arxalanaraq, dəlil tuta-
raq. Mövcud qərarlara istinadən... Mənbəyə
istinadən...
İSTİNADGAH is. [ər. istinad və fars.
...gah] 1. Sığınacaq, daldalanacaq yer; рө-
nahgah. // İstinad nöqtəsi. [Nəcəf] düşmə-
nin ən qabaq və ən son istinadgahında da-
yanmışdır. Mir Cəlal.
2. məc. Arxa, kömək, dayaq, istinad edi-
ləcək qüvvə. [Qəhrəman] Azərbaycan
İSTİOTLAMA
kəndlilərinin dayağı, istinadgahı olan Bakı-
ya gedirdi. Ə.Vəliyev. Səmədin yeganə
ümidi, istinadgahı Sultan idi. İ.Hüseynov.
İSTİNTAQ is. [ər.] hüq. Cinayətlə əlaqə-
dar məsələni aydınlaşdırmaq üçün aparılan
sorğu-sual; söylətmə, soruşma, dindirmə,
ifadə alma (müttəhimdən, şahiddən). Zey-
nal başını aşağı salmışdı. İlk istintaqda söy-
lədiyi bir sözü dana bilməyəcəkdi. S. Hüseyn.
istintaq qurtardı, divan quruldu; Yeyən kim,
tələyə düşən kim oldu. B. Vahabzadə, istin-
taq xeyli uzandı. S.Şamilov. □ İstintaq et-
mək (eləmək) - dindirmək, soruşmaq, ifa-
də almaq (müttəhimdən, şahiddən). Qalın-
dodaq, çalsaqqal bir rəis [Əjdəri] düz yarım
saat istintaq elədi. S.Rəhman. [Cahangir:]
..Mən Sadıqovun adamlarını istintaq edirdim.
İ.Əfəndiyev. İstintaq olunmaq - dindiril-
mək, soruşulmaq, ifadə alınmaq. O, il yarı-
ma qədər müxtəlif dustaqxaııalarda istintaq
olunmadan qalmışdır. M.S. Ordubadi.
İSTİNTAQÇI is. hüq. İstintaq aparan əd-
liyyə işçisi; müstəntiq.
İSTİOT is. 1. bot. Tropik bitki və onun
dadı kəskin yandırıcı dənələr şəklində olan
meyvəsi. Qara istiot. - İstiot cinsinin qara
istiot növü. Cənub-Şərqi Asiyanın tropik
ölkələrində və Malay adalarında bitən, sar-
maşan bitkidir. M. Qasımov.
2. Bibər. Acı bibər. Bolqar bibəri.
3. Həmin bitkilərin toxumlarından toz
halında hazırlanan ədviyyə. Xörəyə istiot
vurmaq. Bozbaşın istiotu çoxdur. - Gülşən
qazanın qapağını qaldıranda istiot və toyuq
ətinin iyi budkanı bürüdü. M. Süleymanov.
4. məc. Tündlük, acılıq, kəskinlik, hirs,
qəzəb mənasında. Anıma mən deyirəm ki,
belə millətpərəstliyin istiotu bir az çoxdur, az
qalır adamın ağzını yandırsın. C.Məmməd-
quluzadə. [Gödək kişi] dik-dik Qədirin
üzünə baxdı, istiot kimi tünd cavab verdi.
Mir Cəlal.
0 İstiot dadmaq - bərkə-boşa düşmək,
həyatın acılıqlarını dadmaq, ağır günlər ke-
çirmək. [Salman kişi:] Siz xoşbəxt adamlar-
sınız, .. istiot dadmamısınız, .. hər şeyin ha-
zırına gəlibsiniz. Mir Cəlal.
İSTİOTQABI is. içinə istiot tökülən qab.
İSTİOTLAMA “İ stiotlamaq”dan f is.
587
İSTİOTLAMAQ
İSTİOTLAMAQ f. Üstünə istiot səpmək,
istiot vurmaq. Xörəyi istiotlamaq. Əti istiot-
lamaq.
İSTİOTLANMA “İstıotlanmaq”dan f.is.
İSTİOTLANMAQ məch. Üstünə istiot sə-
pilmək, istiot vurulmaq.
İSTİOTLANMIŞ/sı/l Üstünə istiot səpil-
miş, istiot vurulmuş.
İSTİOTLU sif. Tərkibində istiot olan;
istiot qatılmış. İstiotlu xörək. İstiotlu halva.
İSTİOTLUQ is. İstiot əkilmiş yer.
İSTİÖLÇƏN is. Termometr. Uç yüz il bun-
dan əvvəl ağıllı və elmli insanlar bir [alət]
icad etdilər ki, bununla istilik də ölçmək
mümkün oldu. Bu alətin adını “ termometr ”,
“mizaniilhərarə”, yəni “istiölçən" qoydu-
lar. H.Zərdabi.
İSTİRAHƏT is. [ar.] Dincəlmə, rahatlan-
ma; dinclik, rahatlıq. [Odunçu:] Bu nə gün-
dür. nə dirilikdir ki, heç bir istirahət yox.
Ü. Hacıbəyov. [Qulu:] Hər gün saat birdən
üçə qədər .. istirahət saatlarıdır. İ. Əfəndi-
yev. Bura [pəncərə qabağı] Sultanın bir növ
istirahət yeri idi. İ. Hüseynov. □ İstirahət
etmək (eləmək) - dincəlmək, rahatlanmaq,
yorğunluğunu almaq, dincini almaq. [Əh-
məd atasına:] İndi sən əyləş burada, nə qə-
dər kefindir istirahət elə. Ə. Haqverdiyev.
imtahandan sonra adam istirahət etmək is-
təyir. H.Seyidbəyli. İstirahət evi -zəhmət-
keşlərin istirahətinə xidmət edən səhiyyə
müəssisəsi. Bizim aramızda Şuşa istirahət
evlərindən qayıdan işçiləri .. olduğu kimi,
yeddi-səkkiz nəfər gənc tələbə .. vardı.
S. Hüseyn. [Dostum:] Hələ bundan başqa,
istirahət evlərində, sanatoriyalarda istira-
hət edənlər nə qədərdir.. M.Rzaquluzadə.
İstirahət günü - işdən azad gün. Mənim bu
gün istirahət günüm olduğu üçün işləməyə-
cəyəm. H.Nəzərli. [İnci:] İstirahət günü ar-
vadını gözüyaşlı qoyub buralarda hərlən-
məzsən. S. Rəhman.
İSTİRAHƏTCİL sif. Daima istirahət et-
məyə, özünə baxmağa vərdiş edən, işləmə-
yi sevməyən. İstirahətcil adam.
İSTİRAHƏTGAH is. [ər. istirahət və fars.
...gah] tənt. Dincəlinən, rahatlanan, istirahət
edilən yer. [Cəmil bəy:] Mənim təbibim
əcəl, istirahətgahım da məzarıstandır.
H. Cavid.
İSTİSMAR
0 Əbədi istirahətgah tənt. - qəbir. Min-
lər, on minlərlə insanların əbədi istirahət-
gahları olan bu möhtərəm, müqəddəs mə-
kan tamamilə dağılmış, onun yerində bağ,
park salınmışdı. S.Hüseyn.
İSTİRAHƏTXANA is. [ər. istirahət və fars.
xanə] bax istirahətgah.
İSTİRAHƏTQABAĞI zərf İstirahətdən
qabaq, əvvəl.
İSTİRAHƏTLƏNMƏ “İstirahətlənmək”-
dən f.is.
İSTİRAHƏTLƏNMƏK/ Dincəlmək, ra-
hatlanmaq, istirahət etmək, yorğunluğunu
(dincini) almaq. Hər dəfə öküzləri açıb çə-
mənə buraxırdıq, onlar da bir az dincəlir və
kövşək çalırdı. Biz də istirahətlənirdik.
T.Ş. Simurq.
İSTİRAHƏTLİ sif. Rahat, iztirabsız. ..Hər
kəsə istirahətli bir həyat təmin eləmək ən
böyük məfkurə hesab edilir. Çəmənzəminli.
İSTİRAHƏTLİK is. dan. İstirahət, rahat-
lıq, dinclik. Heç bir istirahətliyi yoxdur.
İSTİRAHƏTSİZLİK is. Narahatlıq, rahat-
sızlıq; istirahət etməmə. [Xosrovbəylinin
dayısı] öz səfərindən, dəmir yolundakı isti-
rahətsizliklərdən şirin-şirin danışırdı. Mir
Cəlal.
İSTİRHAM is. [ar.] Yalvarma, mərhəmət
istəmə, rica etmə.
İSTİSQA is. [ər.] tib. Bədənin müxtəlif
boşluqlarma su toplanma xəstəliyi. [İkinci
ərizəçi:] Xan, başına döniinı, bunun qardaşı
miihlik istisqa mərəzinə mübtəla idi.
M.F.Axundzadə.
İSTİSMAR is. [ər.] 1. Hər hansı bir əməli
məqsəd üçün sistematik istifadə etmə, fay-
dalanma, işlətmə. Neft quyularının istismarı.
Təbii sərvətlərin istismarı. - Lakin Nobelin
bütün o inadlı səylərinə baxmayaraq, Şiba-
yev də adaya pəncəsini ilişdirdi, o da tələsik
bir-iki quyu qazdırıb istismara başladı.
Ə.Məmmədxanlı. □ İstismar etmək - iş-
lətmək, istifadə etmək, faydalanmaq. İstis-
mara verilmək - işlənməyə (istifadəyə)
başlanmaq. Mexanikləşdirilmiş üsulla ilk
neft quyusu Azərbaycanda 1871-ci ildə ..
qazılıb istismara verilmişdir. S. Quliyev.
Sabah sex istismara verilməli idi. H.Seyid-
bəyli.
588
İSTİSMARÇI
2. İstehsal vasitələri üzərində xüsusi
mülkiyyət sayəsində insanların bir qisminin
başqalarının əmək məlısıılunıı mənimsə-
məsi. İstismarın son dərəcəyə çatdığını,
zəhmət şəraitinin qabalığını, fəhlənin rütu-
bətli zirzəmilərdəki fəryadını bizdən başqa
da hiss edənlər vardır. M. S. Ordubadi. Hər
kəs zəhmət və istismarın nə olduğunu indicə
anlamağa başlayır. H.Nəzərli. □ İstismar
etmək - başqasının zəhmətini, məhsulunu
mənimsəmək, amansızcasına özü üçün
işlətmək. İstismar olunmaq - zəhmətinin
məhsulu amansızcasına mənimsənmək.
Fəhlələr amansız surətdə istismar olunur-
du.. H.Nəzərli.
İSTİSMARÇI is. 1 . Başqasının zəhmətini,
məhsulunu mənimsəyən, özgəsini istismar
edən. // Sif. mənasında. İstismarçı siniflər.
İstismarçı cəmiyyət. - “ Əkinçi" istismarçı
və tüfeyli təbəqələri kəskin tənqid etməkdən
çəkinmirdi. M.İbrahimov.
2. xüs. Neft quyuları qazılıb qurtardıqdan,
yaxud başqa sənaye müəssisələri tikilib
qurtardıqdan sonra onları istismar üçün ha-
zır hala salan fəhlə. İstismarçı briqada.
İSTİSMARÇILIQ is. Başqasını insafsızca
işlədərək, zəhmətinin məhsulunu mənim-
səmə; istismar etmə.
İSTİSNA is. [ər.] Ümumi qaydadan çıxar-
ma, ayırma. İstisna təşkil etmə. İstisna ol-
maq şərti ilə. □ İstisna etmək - ümumi
qaydadan kənarda buraxmaq, xaric etmək;
çıxmaq. İstisna etməmək - ümumi qayda-
dan kənarda buraxmamaq, ümumi qayda-
dan xaric etməmək (çıxmamaq).
İSTİSNALIQ is. Ümumi qaydadan kənar-
da olma, istisna təşkil etmə.
İSTİSNASIZ sif. İstisna etmədən, heç bi-
rini ümumi tərkibdən ayırmadan, heç birini
kənarda buraxmadan (çıxmadan), bütünlükdə.
İstisnasız olaraq hamı yığıncağa gəlməlidir.
İSTİ-SOYUQ is. 1 . İsti və soyuq hava və
onun təsiri. Özünü isti-soyuqdan qoru-
maq. - [Səlim bəy:] İsti-soyuqçün deyil ba-
şındakı bu papaq. S.Rüstəm. [Səlbi:] Oruc,
papağı başa isti-soyuqçün qoymurlar, na-
mus üçün qoyurlar. Ə.Vəliyev.
2. məc. Hər cür şərait, vəziyyət, hal, key-
fiyyət. İsti-soyuq görmək. İsti-soyuqda ol-
İŞ
maq. - O, .. hamı ilə qaynayıb-qarışan, isti-
soyuqdan qorxmayan, möhkəm, dözümlü bir
oğlan idi. M. Rzaquluzadə.
İSTİSU is. 1. Xalq arasında isti müalicə
suları çıxan yerə verilən ad. Yayda İstisuya
getmişdik. - [Hacı Mehdi:] Amma, gərək,
övrət İstisudan gələnədək iş tamam ola.
Ə. Haqverdiyev.
2. Azərbaycanda çıxan müalicə suların-
dan birinin adı.
İSTİTÖRƏTMƏ bax istiliktörətmə.
Istitörətmə qabiliyyəti.
İSTİVURMA is. tib. Çox isti havada gü-
nəşin təsirindən beyin mərkəzlərinin zədə-
lənməsi; günvurma.
İSTORİOQRÄFİYA [yun. istoria və grap-
ho] 1. Tarix haqqındakı biliklərin inkişafını
öyrənən elm, tarixşünaslıq.
2. Hər hansı bir dövrdə meydana gəlmiş,
yaxud bu və ya digər dövrə və ya problemə
həsr olunmuş tarixi əsərlərin məcmusu; ta-
rixi mənbələr, tarixi biblioqrafiya. Sovet
dövrünün istorioqrafiyası.
İSVEÇ(Lİ) sif. və is. İsveç əhalisindən olan.
İSVEÇRƏLİ sif və is. İsveçrə əhalisin-
dən olan.
İŞ is. 1. Fəaliyyət, çalışma, zəhmət,
əmək. Əqli iş. Fiziki iş. İş görmək. Elmi iş.
İşlə məşğul olmaq. - İş insanın cövhəridir.
(Ata. sözü). İş rəncbərin, güc öküzün, yer
özününkü; Bəyzadələri, xanları neylərdin,
ilahi! M.Ə. Sabir. İş nə qədər qızğın və hə-
vəslə getsə də, nəhayət, ev adamı çəkir.
M.İbrahimov. // Məşğuliyyət, məşğələ, bir
şeylə baş qarışma. Bu saat işim var, gələ
bilmərəm. Faydalı bir işlə məşğul olmaq.
H idarədə, müəssisədə və s.-də işləmək
üçün təyin edilmiş vaxt, müddət. İşdən son-
ra gələrsən. İşdən sonra istirahət. İş qurtardı.
2. Bir şey yaratmaq, hazırlamaq, düzəlt-
mək üçün göstərilən hər cür fəaliyyət, is-
tehsal fəaliyyəti (bu mənada çox vaxt cəm
halında işlənir). Suvarma işləri. Yol işləri.
Tikinti işləri. - Bakıda nəqliyyat işləri yarıt-
maz idi. A. Şaiq. [Göyçək] yayın isti günlə-
rində Tapdığı kürəyinə şələləvib, çöl və ev
işlərini görür, onu yerə qoymurdu. Ə.Vəliyev.
3. Bir idarə və ya müəssisədə çalışma,
xidmət etmə, qulluq etmə; xidmət, vəzifə.
589
İŞ
qulluq. İşə girmək. İşdəyi çıxarmaq. Müəl-
limlik işi. Həkimlik işi. - Hərgah məni bir
yerə işə qoymaq istəsəniz, hər barədə xatir-
cəmlik verə bilərsiniz. M. S. Ordubadi. Göy-
çək həyətin ortasında Tapdığı şirin gəzdir-
diyi vaxt Qaçay işdən gəldi. Ə.Vəliyev. Ta-
hir gəlib .. çatdıqda, ikinci [növbə] çoxdan
işə girmişdi. S. Rəhman.
4. Bir şeyin hərəkət halında olması, ener-
jinin bir haldan başqa hala keçməsi prosesi;
fəaliyyət. Maşının fasiləsiz işi.
5. Vəzifə, borc. Vətəni müdafiə etmək bü-
tiin vətəndaşların işidir. Sülhü müdafiə et-
mək bütün dünya xalqlarının işidir.
6. Hər hansı bir hadisə, faktla əlaqədar
olan inzibati, məhkəmə təhqiqatı; mühaki-
mə prosesi. Məhkəmədə işə baxmaq. İşə
yenidən baxılacaq. Cinayət işi. - [Səfər
bəy:] ..İki gündən sonra Cabbarın işinə ba-
xacaqlar, əgər məhkəmədə biz işi uduzsaq,
sən də zərərdidə olarsan. B.Talıblı. // Cəza
və ya təsir tədbiri olaraq icbari əmək, məh-
kəmə cəzası. □ İş kəsmək (vermək), iş
kəsilmək (verilmək) - məhkəmə tərəfindən
cəza vermək (verilmək). İslanı bu barədə
çox düşündü. Əgər Telli ilə müəllimi bir
yerdə öldürsə, güllələnməsə belə, ona on il
iş verəcəklərdi. S.Hüseyn. Kim deyərdi ki, lüt
bir rəncbərə iş kəsməkdə qəza məhkəməsi bu
qədər götür-qoy eləməli olacaq? Mir Cəlal.
7. Bir şəxsə, hadisəyə, məsələyə və s.-
yə aid olan sənədlər toplusu. İş qovluğu.
Katib işləri açıb baxdı. - [Gəldiyev] qan-
tər içində Vahidin işini tapmağa cidd-cəhd
elədi. Mir Cəlal.
8. Adətən cəm şəklində: xidmət, idarə,
müəssisə ilə bağlı olan məsələlər, məşğə-
lələr və s. Cari işləri müzakirə etmək. İşləri
təhvil vermək. Xidməti işlər. H Bir sıra mü-
rəkkəb idarə adlarının tərkibində işlənir.
Xarici İşlər Nazirliyi.
9. Əsər, əmək məhsulu. Elmi iş yazmaq. Bu
kitab şairin son işi oldu. Muzeyin otaqları-
nın birində rəssamın işləri nümayiş edilirdi.
10. Keyfiyyət, yaxud hazırlanma üsulu,
qaydası. Gör, nə qəşəng işdir! Qaba iş. Əla
iş. Sifarişlə görülən iş. Atüstü iş.
1 1 . Əməl, hərəkət. Bu onun işidir. Bu,
yaxşı iş deyil. - [Qulu:] Xülasə, nə deyim, bu
İŞ
zamanın cahıllarının işini anlamaq çətindir.
N.Nərimanov. [Molla Bacı:] Gündə ərə ge-
dirəm, yaxşı edirəm, bidət iş görmürəm ki...
Çəmənzəminli. Çoban baba təəssüflə dedi:
-Ay Rüstəm, mən səni ağıllı bir adam bilir-
dim, bu nə işdir tutmusan? M.İbrahimov.
12. Əməli fəaliyyət, feil, hərəkət (fikir,
söz müqabili ). İndi söz yox, iş lazımdır. Söz-
dən işə keçmək. Söhbət çoxdur, iş isə az.
13. Fəaliyyətin nəticəsi, səmərəsi. Bu,
uzun əsrlərin işidir.
14. Münasibət, əlaqə, aidiyyət, dəxli
olma. Onun bizimlə nə işi var?
15. Hadisə, əhvalat, qəziyyə. Bu, keçmi-
şin işidir. Mən dünən maraqlı bir işin şahidi
oldum. Başıma dünən bir iş gəlib. - Ürəyimə
dammışdı ki, Dəmirçioğlunun başında bir iş
var. “Koroğlu”.
16. Vəziyyət, hal. işi fəna olmaq. Cəbhə-
də iş yaxşıdır. - [Məşədi ibad:] İndi gördü-
nüzmü iş nə haldadır? Ü.Hacıbəyov.
17. Bacarıq, gücü çatma, bacarma, əlindən
gəlmə. Bu onun işi deyil (əlindən gəlməz).
18. Şey, hadisə. Bu böyüklükdə daşı qal-
dırmaq asan iş deyil. Təbii işdir ki... Tərslik
pis işdir. Aydın işdir. Belə də iş olar?
19. fiz. Hərəkət edən cismin müqaviməti
rəf etməsi. İş vahidi.
20. İşdi(r) şəklində - bəlkə, birdən, əgər,
təsadüfən, ola bilsin, ola bilər. İşdir, yolun
düşsə, bizə gəl. İşdir, öyrənsən, bizə də bil-
dir. İşdi, birdən gəlməsə... - Molla fikirləşir
ki, bir eşşək yükü xiyar götürüb Teymurləngə
aparsın, bəlkə, işdi, rəhmə gəldi, bir yaxşı
hədiyyə verdi. "M.N. lətif.”. İşdir, ayrı düş-
sək bir-birimizdən; Yığılın hamınız səhər
lap tezdən. H.K.Sanılı.
9 İş açmaq - 1) başlamaq, bir işə təşəb-
büs etmək, bir iş görmək niyyətində olmaq.
İstəyirik bir iş açaq, filməsəl; Söyləşirik bir-
iki il laəqəl. M.Ə.Sabir; 2) zəhmətə salmaq,
xoşagəlməz işə salmaq. Dayanan yerdə iş
açdın! - j.lkram atasının baxışından anla-
mışdı ki, valideyn üçün əməlli-başlı iş aç-
mış, onların ağrıyan başına dəsmal bağla-
mışdı. Ə.Əbülhəsən. İş adamı - vaxtını boş
keçirməyən, daim fəaliyyətdə olan, işbaca-
ran, işləməyi sevən adam haqqında. İş (işi,
işimiz, işləri) Allaha qalıb - çətin, ağır, çı-
590
İŞ
xılmaz vəziyyət haqqında. Axır ki işlərimiz
lap Allaha qalıb. C.Cabbarlı. İş aparmaq -
iş görmək, işləmək, çalışmaq, fəaliyyət
göstərmək. İş apar, baş gedərsə, qoy getsin ;
Ad qalır, bəs deyilmi, millətilə? M. Ə. Sabir.
..Bu gunə iş aparmaq olmaz. Ü.Hacıbəyov.
İş aşırmaq - düzəltmək, yolıına qoymaq,
başa çatdırmaq, öhdəsindən gəlmək. Pəs
elədə, yəqin, qlava bu işin üstünə düşüb, hər
yolnan olmuş olsa, bu işi aşıracaq. C. Məm-
mədquluzadə. İş(i) aşmaq - iş(i) yerinə
yetmək, düzəlmək, həyata keçmək, baş tut-
maq, başa gəlmək. [Məhərrəm:] Canım,
güc ilə iş aşmaz. Bir toyuğu güc ilə tutmaq
otmaz. C.Cabbarlı. İş başına keçmək - rəh-
bər vəzifə tutmaq, rəhbər işə keçmək. İş
başında - vəzifə başında, vəzifəni yerinə
yetirərkən. Bir səs deyir: - Ey yaramaz! İş
başında yatmaq olmaz! R.Rza. İş başında
olmaq - rəhbərlik etmək, idarə etmək, baş-
çı olmaq, rəhbər vəzifə tutmaq. [Növrəstə:]
İndi qadınlar da iş başındadır. Ə.Haqverdi-
yev. İş burasında(dır) ki... - bir şeyin sə-
bəbini, mahiyyətini bildirir. [Molla Xəlil:]
Iş burasında idi ki, qalibiyyətinə xatircəm
deyildi. S. Hüseyn. Ancaq iş burasında idi
ki, Cuma o arvaddan qorxurdu. Ə.Əbiilhə-
sən. İş çıxmaq - 1) gözlənilməyən bir iş
ortaya çıxmaq, bir hadisə üz vermək. Dur-
duğum yerdə bir iş çıxdı: 2) səmərəsi ol-
maq, faydası olmaq, kar çıxmaq. Nə qılınc-
dan kar aşmadı, nə nizədən iş çıxmadı, nə
əmuddan murad hasil olmadı. “Koroğlu”.
İş düşmək - 1 ) bir hadisə üz vermək, bir iş
çıxmaq. [Pəri xanım:] Ay Sona! Neçə vaxt-
dır ha yığışıram, bircə səni görməyə gəlim,
amma görürsən iş düşür. Ə. Haqverdiyev;
2) fürsət düşmək. [Mərcan bəy:] Nəzir
eyləmişəm, iş düşsə, arvadı boşayam, çünki
başqa əlacı yoxdur, boşamasam, çatlaram.
Ü.Hacıbəyov. İş düzəlmək - istənilən,
arzu edilən bir şeyin yerinə yetməsi, həyata
keçməsi, düzəlməsi, baş tutması haqqında.
[Murad:] Yusif! Muştuluğumu ver, iş düzə-
libdir. N.Nərimanov. [Əsgər:] Aha, xalamın
da işi düzəldi! Əcəb! Ü.Hacıbəyov. İş dü-
zəltmək - adamlara xeyirxahlıq göstərmək,
bir işin düzəlməsinə, baş tutmasına kömək
etmək, vasitə olmaq. [Məşədi İbad:] Çox
İŞ
sağ olun, çox razıyam mən; Zəhmət çəkib iş
düzəltdiniz. Ü.Hacıbəyov. İş görmək - 1) iş-
ləmək, müəyyən bir işlə məşğul olmaq, bir
şey üzərində çalışmaq, zəhmətlə məşğul
olmaq. [Qoca:] Yox, qızım, bu gün heç bir iş
görməmişəm. Ə.Məmmədxanlı; 2) hərəkət
etmək. [Məhəmmədağa:] Biz gərək həmə
vaxt [qanun] ilə .. iş görək. N.Nərimanov. İş
günü - idarədə, müəssisədə və s.-də işlə-
mək üçün müəyyən edilmiş vaxt, müddət.
Yeddisaatlıq iş günü. İş içində iş var - şüb-
həli, müəmmalı iş, hadisə və s. haqqında.
Deyəsən, iş içində iş var. - [Salamov:] Əgər
həqiqətdə onun Nikolayla davası var, bəs
bura nə üçün gəlib, Fitilbörkə getsin də, bəs
görünür ki, iş içində iş var. C.Cabbarlı. İş
işdən keçmək - artıq olub bitmiş, buna
görə də düzəlməsinə, islahına vaxt, imkan
olmayan iş haqqında. [Pərzad:] Sən qurta-
ranadək iş işdən keçər. M.F.Axundzadə.
Professor Süleyman bəy qəti cavab verdi ki,
daha iş işdən keçib. C.Məmmədquluzadə.
[Pərzad:] Əbəs yerə, Yusif bəy, aıxad sözü-
nə inanma, başına çarə qıl ki, iş işdən ke-
çibdir. N.Nərimanov. İş işləmək - iş gör-
mək (ziyan, zərər vurmaq mənasında). Ay
çıxdı, düzə düşdü: Qıvrım tel üzə düşdü:
Fələk bir iş işlədi; Ayrılıq bizə düşdü. (Ba-
yatı). İş keçməmək, işi keçməmək - baş-
qasının köməyi olmadan düzəlməmək, başa
gəlməmək, görülə (görə) bilməmək. O ol-
masa iş keçməz. - ..Axırda bildim ki, müsəl-
man yazıçısı avama xoş gələn sözü yazma-
sa, işi keçməz. C.Məmmədquluzadə. [Nur-
cahan:] Sizə məlumdu, bizim şəhərdə nə qə-
dər qız gedir, mənsiz iş keçmir. N.Vəzirov.
İş qüvvəsi iqt. - bir şeyin yaradılmasına, is-
tehsal edilməsinə yönəldilən əmək, qüvvə.
İş sahibi - özü üçün başqasına iş gördürən
adam. Bənna, fəhlənin xörəyini də iş sahibi
verərdi. Mir Cəlal. İş tutmaq - iş görmək,
bir işlə məşğul olmaq, işləmək. [Şərəfnisə
xanım:] İtil cəhənnəmə deyirəm, əlimdə işim
var, qoy işimi tutum! M.F.Axundzadə. [Cə-
lil] anasına iş tutmağa daha çox mane oldu-
ğu üçün anası Zəhra onu .. aparıb, məscid
məktəbinə qoydu. İ.Musabəyov. [Ballı:] Fbər
halda yaxşı iş tutmamısan, bala! İ.Əfəndi-
yev. İş üstə qoymaq - öyrətmək, təhrik et-
591
İŞ
төк. İş üstündə - iş görən zaman, iş vaxtı,
işlərkən, işdə. Öküz qıyar canını; Bilməz
qamçı sayını; Qayış çəkən qaşqa kəl; Iş üs-
tündə tanını. (Bayatı). İş var - gizli, müəm-
malı, şübhəli, üstüörtülü məsələ, şey haq-
qında. [Səlim:] İsmət, inan, qaldını şübhə
içində; Cavab ver, sonra get, bir iş var sən-
də. H.Cavid. Əkbər dərhal anlardı ki, iş var.
Mir Cəlal. İş vurmaq - pislik etmək, aya-
ğından çəkmək. İşçi qüvvəsi - fəhlə. İşdən
(işindən) qoymaq - işinə mane olmaq, iş-
ləməyə qoymamaq, işdən ayırmaq. Gəldim,
səni işdən qoydum. - Həm ürəyim yanır,
həm də sən məni işimdən qovursan.
"M.N. lətif.”. ...işdən çıxıb - fırıldaqçı, kə-
ləkbaz, çox macəralar keçirmiş adam haq-
qında. O, min işdən çıxıb. İşdən düşmək -
köhnəlmək, dağılmaq, xarab olmaq, daha
heç bir şeyə yaramamaq. ..Getmək istəyirdi,
lakin ayaqqabıları tamamilə işdən düşmüş-
dü. M. S. Ordubadi. [Hücrə] evlərdə işlənib,
işdən düşmüş köhnə həsirlər ilə döşənər,
həsirlərin altı tozla dolu olardı. H. Sarabski.
Əsgər işdən düşmüş çəkmələrini göstərdi.
Mir Cəlal. İşə (bir işə) yapışmaq - özünə
bir məşğuliyyət tapmaq, bir işlə, bir sənətlə
məşğul olmaq. İşə can verməmək - tən-
bəllik etmək, ürəkdən işləməmək, işə can
yandırmamaq. İşə can yandırmaq - ürək-
dən işləmək, qabiliyyətini, bacarığını iş
üçün əsirgəməmək. Müdirin otağındakı sə-
liqəsizlik, narazı rəftar və danışığı işə can
yandırmadığını göstərirdi. M. İbrahimov.
İşə düşmək - 1) hərəkət etmək, işləməyə
başlamaq. Mühərrik işə düşdü. Dəzgah işə
düşdü. Stansiya işə düşdü; 2) işə salınmaq.
Çox deyib az eşitdikdən sonra, çubuqla
falaqqa işə düşərdi. H. Sarabski. Arşın, gir-
vənkə, tərəzi yenə möhkəm işə düşmüşdü.
S.Vurğun; 3) xataya düşmək, çətinliyə düş-
mək, dolaşmaq, pis nəticələnə biləcək ha-
disəyə rast gəlmək. [Telli:] Bəy, əcəb işə
düşdüm! Ü. Hacıbəyov. [Aslan bəy:] Siz
öləsiz, işə düşmüşəm, bu qotur nalbənd güc-
lən deyir: - Gərək səni soyam. N.Vəzirov.
Əcəbcə işə düşdük, - deyib güldüm öziimə..
S. Rüstəm. İşə girişmək (girmək, qapıl-
maq) - həvəslə işə başlamaq, ciddi işləmə-
yə başlamaq. El-oba Nəbini öz gözünün di-
İŞ
dəsi kimi qoruyub saxlasa da, .. şeytan-şu-
ğul bu qızıl vədindən ötrü işə girişirdi.
S. Rəhimov. Bu sözlərdən sonra dostlar işə
girişdilər. M.Rzaquluzadə. İşə qarışmaq
- müdaxilə etmək, işin gedişinə təsir etmək.
Qoca keşikçinin işə qarışmağına ehtiyac
qalmadı. M.Hüseyn. Bəndalmın ən böyük
təsəllisi Tahirzadənin bu işə qarışması - şa-
hid durması idi. Mir Cəlal. İşə pər qatmaq
- bir işin qaydası ilə getməsinə mane olmaq,
düzəlmək üzrə olan bir işi cürbəcür yollarla
pozmaq, düzəlməyə qoymamaq. İşə sal-
maq - 1) hərəkətə gətirmək, işlətməyə baş-
lamaq, işlətmək. Nəbi cəld özünə bir səngər
tapıb daldalanandan sonra, aynalı tüfəngi
işə salır. “Qaçaq Nəbi”. Şofer maşını işə
salanda motorun gurultusu top gülləsi kimi
Rüstəmin başında partladı. M.İbrahimov;
2) dolaşdırmaq, xataya düşməsinə səbəb
olmaq. [Mahmud bəy:] ..Kərbəlayı Qulam
xəbər verib, o xəbərə görə sizi işə salıblar..
N.Vəzirov. [Güllü:] Bax, amandı, Mirzə,
məni işə salarsan. Ə. Haqverdiyev. İşə so-
yuq baxmaq - işə laqeyd münasibət bəslə-
mək, məsuliyyətsiz yanaşmaq, səhlənkarlıq
etmək. İşə tul vermək - işi uzatmaq, lən-
gitmək. [Niyaz bəy:] Yusif, necə ki mən
eşitmişəm, işə tul verməyinizdən narazıdır.
N.Nəıimanov. İşə yapışmaq - bax işə gi-
rişmək. Çimnaz arvad evi yır-yığış et-
məklə, işə yapışmaqla birtəhər başını qarış-
dırmaq .. istəyirdi. Ə.Əbülhəsən. İşə yara-
maq (keçmək) - bir şeyə gərək olmaq, la-
zım olmaq, istifadə edilə bilmək; faydası
olmaq, xeyri olmaq; kara gəlmək. Alınan
şeylər işə yaradı. - [Usta Məhəmməd:]
..Elə onun gülləsindən qolum şikəst oldu,
indi də işə yaramır. Çəmənzəminli. ..Son
zamanlar tələbəlik çox da işə keçmədiyi
üçün Kərim yekə ilmək papağı dəyişib, iki-
üzlü bir papaq qoymuş(dü).. C.Cabbarlı.
[Fəridə:] Bizim seçdiyimiz gözəllər işə ya-
ramır. Ə.Məmmədxanlı. İşi axsamaq - geri
qalmaq, çatdıra bilməmək, işi yaxşı getmə-
mək. İşimiz hələ də axsayır. İşi avand ol-
maq - işi uğurlu olmaq, işi baş tutmaq,
arzusuna, məqsədinə çatmaq, işi müvəffə-
qiyyətli olmaq. [Yusif:] Sən də mənə tərəf
cadu edərsən ki, mənim işim avand olsıın.
592
İŞ
N.Nərimanov. İşi başından aşmaq - həd-
dindən artıq işi olmaq, bərk məşğul olmaq.
İşi bitmək - müvəffəqiyyətsizliyə uğra-
maq, iflas etmək, uğursuzluqla qurtarmaq,
düzəlməsinə heç bir ümid yeri qalmamaq.
İşi dəymək - işə mane olmaq, əngəl törət-
mək. İşi düşmək - hər hansı bir münasi-
bətlə müraciət etməli olmaq, birindən bir
şey xahiş etmək, birinin köməyinə ehtiyacı
olmaq. Adannıı adama işi düşər. - Gün olmaz
ki. onun mənə işi düşməsin. C.Məmmədqu-
luzadə. Bir işim, ay qonşu, düşübdür sənə;
Sən tanrı, qandır səbəbin bir mənə. A.Səhhət.
İşi düyünə düşmək - çətinlik qarşısında
qalmaq, dolaşıb qalmaq, çıxış yolu tapa bil-
məmək. Beləliklə də, Nənəqızın işi düyünə
düşmüşdü. S. Rəhimov. İşi düz gətirmək -
işi istədiyi kimi getmək, müvəffəqiyyət qa-
zanmaq. İşi düz gətirməmək - işində mü-
vəffəqiyyətsizliyə, çətinliklərə rast gəl-
mək, işi istədiyi kimi getməmək. Bu gün
səhərdən Rüstəm kişinin işi düz gətirmirdi..
M. İbrahimov. İşi düz olmaq - heç bir ən-
gəl, maneçilik olmamaq, hər bir şey istəni-
lən qaydada olmaq. [Əsgər:] Allaha şükür,
mal-dövlət hamısı var, .. bununla adamın
işi düz olmur, ürəyi toxtamır. Ü.Hacıbəyov.
İşi gətirmək - xeyir görmək, qazanmaq,
fayda görmək, bəxti gətirmək, işi uğurlu ol-
maq. Rüstəmin işi gətirəndə həmişə köklən-
miş tar kimi səslənirdi. M. İbrahimov. İşi
qatışmaq (pırtlaşmaq) -bax işi düyünə
düşmək. İşi müşkülə düşmək - bax işi
düyünə düşmək. Vay, vay, nə yaman müş-
külə düşdü işim, Allah; Fəryadıma yet kim,
yanıram atəşə, ЫПаһ! M.Ə. Sabir. İşi olma-
maq - 1) dəyməmək, toxunmamaq, qarış-
mamaq, heç bir münasibət göstərməmək.
Uşaqda işin olmasın. Onda işin olmasın;
2) əlaqəsi olmamaq, xoşu gəlməmək, xoş-
lamamaq, sevməmək. [Sultan bəy:] Yoxsa
bu incinar-nıincinar, doxtıır-moxtur, vəkil-
məkil ilə mənim işim olmaz. Ü.Hacıbəyov.
Cabbarın şit hərəkətlərlə, ədabazlıqla işi
olmazdı. 1 . Əfəndiyev. İşi sahmanlamaq
- yerbəyer etmək, qaydaya salmaq, düzəlt-
mək. Hey, yazıq arvad işi sahmanlayır; Gah
Fatını, gah Sadığı yanlayır. M. Ə. Sabir. İşi
şuluq (fırıq) olmaq - 1) işinin üstü açıldığı
İŞ
üçün təhlükə, ağır məsuliyyət, cəza gözlə-
mək. „indi mənim işim şuluqdur, ya dar ağa-
cından asarlar, ya giillələyərlər. M.Hüseyn;
2) ümumiyyətlə, ağır vəziyyətdə olmaq,
həyatı təhlükə qarşısında olmaq. İşi tutmaq
-bax işi gətirmək. Sizə rast gəldiyim üçün
işim tutmadı. “M.N.lətif.” Üç-dörd ilin ər-
zində Rəhimin işi tııtub, yaxşı qazanmışdı.
S.S.Axundov. İşi yaş olmaq - vəziyyəti pis
olmaq, uğursuzluğa, müvəffəqiyyətsizliyə
uğramaq; qorxulu vəziyyət içərisində ol-
maq. İşləri yaşdı, qoymayın! Lap danabaş-
dı, qoymayın! Qırıldı, qaçdı, qoymayın!
M. Ə. Sabir. Molla! İşim yaşdı, yazım, yaz-
mayım? Huşii başını çaşdı, yazım, yazma-
yım? Ə.Nəzmi. İşi yeritmək - məqsədə ça-
tana kimi əl çəkməmək, fəaliyyətini davam
etdirmək. [Hacı Əhməd:] Bir iynəmə kimi
sataram, işi yeridərəm. C. Cabbarlı. İşim
(işin) yoxdur - qarışmıram (qarışma), mənə
(sənə) dəxli yoxdur. Siz [institutda] on beş-
iyirmi yaşında müsəlman qızları ilə görüş-
dünüz və danışdınız, onda işim yoxdur,
amma söz burasındadır ki, danışdınız.
C. Məmmədquluzadə. İşin içindən çıxmaq
- hər hansı bir yolla çətin, mürəkkəb vəziy-
yətdən çıxmaq. Ər-arvad çənə-boğazda,
mollanı fikir götürür ki, işin içindən necə
çıxsın. “M.N.lətif.” [Rəhim xan:] [Sitarə]
məşrutəçinin qızıdır, deyə, işin içindən çı-
xarsan. C. Cabbarlı. Demək, Mirzə Qədir
Nəsirin evlənmək xərcini verməklə işin için-
dən çıxa bilməyirdi. S. Hüseyn. İşin (işlə-
rin) başı - əsas səbəbkar. [Salman bəy:]
Arvadın dilini Allah da bilməz, yenə işlərin
başı sənsən. N.Vəzirov. [Qız:] Dədəm də
həmişə nənəmi döyür ki, işlərfin) başı sən-
sən. Çəmənzəminli. İşin qabağına kötük
itələmək - bir işə mane olmağa, əngəl tö-
rətməyə, qarşısını almağa çalışmaq. Ancaq
işin qabağına kötük itələyənlərə toxunmaq
istəmirlər. M.Hüseyn. İşin olanı - həqiqət,
gerçək, fakt. İşin olanı budur ki, söylədim.
İşin(iz) olmasın - toxunma(yın), qarışma-
(yın), baş qoşma(yın). [Mirzə Salman:] Mə-
nim kağızlarında işin olmasın. S.Rəhman.
İşin ucunu (çəmini) tapmaq - işin yolunu
tapmaq, işə öyrəşmək, çətinlikləri aradan
qaldırmağı öyrənmək. Ay balam, niyə
593
İŞAN
Allahın gözündən düşmüsən, bir holavarla,
qoy öküz işin çəmini tapsın.. S. Rəhimov.
[Usta Murtuz:] [Şagird] tikintinin fəndini
öyrənsə, işin çəmini tapsa, ustaların əlini
taxtaya bağlayacaq. Mir Cəlal. İşin üstün-
də olmaq - idarə etmək, rəhbərlik etmək,
dolandırmaq (toyda, yasda, məclisdə və s,-
də). İşini bilən - öz xeyrini, mənfəətini gü-
dən, tədbirli adam haqqında. Molla Xəlil
işini bilən bir adam idi. S.Hüseyn. İşini bi-
tirmək məc. - öldürmək. [Həsənağa:] Ha-
mısından yaxşısı, bunu mənə tapşırın, bu
gecə gedib işini bitirim. M.S. Ordubadi. Nə-
riman .. bu adamın .. əllərini tutdu, dizi ilə
boğazını basdı, işini bitirdi. Mir Cəlal. İşini
gör! İşinə var! İşində ol! - əhəmiyyət ver-
mə, fikir vermə, işin yoxdur. Yeri ey bivəfa,
işinə var sən ; Ömrümüzə xələl qatdığın ye-
tər. Q.Zakir. İşini görmək - öz təsirini gös-
tərmək. [Gültəkin:] Ayduıcığım, təlaş gec-
dir, artıq hər şey keçmiş, .. zəhər işini gör-
müşdür. C. Cabbarlı. İşini qatmaq - bax
işini bitirmək. İşini möhkəm tutmaq
- görəcəyi işin nəticəsini göz qabağına ala-
raq tədbirli hərəkət etmək, hərtərəfli düşü-
nüb hərəkət etmək. İş(lər)i yoluna qoy-
maq - işi qaydaya salmaq, yerbəyer etmək,
nizama salmaq. [Nadir bəy:] Əlimdəki işləri
yoluna qoya bilsəydim, artıq burada dur-
mazdım. H. Cavid. Özünə iş açmaq, özünü
işə salmaq - düşünməməzlik nəticəsində
özünü çıxılmaz vəziyyətə, dolaşığa, xatalı
işə sövq etmək. Dinməli və mübahisəyə gi-
rişməli vaxt deyildi, Kosa .. özünə iş açmış-
dı. S.Rəhimov. [Camal:] Öz-özümü işə sal-
madım? S. Rəhman.
İŞAN is. Ruhani, din xadimi, molla. Yaz-
dığıma yalan-palaıı qatmaram ; işan kimi
rüşvət pula yatmaram. M.Ə. Sabir. Hər gün
itib-batmadadır xanları; Mollaları, şeyx və
işanları. Ə.Nəzmi.
İŞARANTI is. Uzaqdan görünən işıq nöq-
təsi; işıqucu.
İŞARASI zərf İşin arası, iş görülən za-
man. İşarası evə qaçmaq.
İŞARƏ is. [ər.] 1. Əlamət, nişanə, iz. Öv-
rətlərimizin indiki əhvalını nəzərə alsaq, ..
bir işarə də tapa bilmərik ki, arvadlarımızın
hüququ kişilər tərəfindən pozulmuş ola.
İŞARƏLİ
C. Məmmədquluzadə. // Rəmz, emblem.
Oraq kəndliyə, çəkic də fəhləyə işarədir.
S.Rəhimov.
2. Bir şeyi qaş-göz, əl, barmaq və s. ilə
göstərmə, anlatma, bildirmə, him-cim. Aşıq
Cünun işarədən başa düşdü ki, sirri gizlin
saxlamaq lazımdı. “Koroğlu”. Arvadın işa-
rəsi ilə nökərləri içəri daxil olub, padşahın
qollarını bərk bağlayıb zindana salırlar.
(Nağıl). □ İşarə etmək (vermək) - bir şeyi
əl, qaş-göz və s. ilə bildirmək, göstərmək,
anlatmaq. Nəbi özünü karlığa vurub, ona
yaxın gəlməsini əli ilə işarə edir. “Qaçaq
Nəbi”. Ey rııhi-rəvan, mən edərəm can sənə
təslim ; Gər gıışeyi-əbrıı ilə etsən sən işarə.
S.Ə.Şirvani.
3. Siqnal, xəbərdarlıq. Şübhəsiz ki, mən
Qızıl Arslanın bir işarəsindən asılıyam.
M.S. Ordubadi. □ İşarə vermək - siqnal
vermək. Münsif heyəti başçısı əlindəki kiçik
qırmızı bayraqla işarə verdi. M. Rzaquluza-
də. Gəmi harada olursa olsun, radiomaya-
kın verdiyi işarələrlə öz istiqamətini təyin
edə bilər. “Radiolokasiya”.
4. Kinayə, eyham. İşarə ilə bildirmək.
□ İşarə vurmaq - sözü, fikri üstüörtülü,
eyhamla demək, bildirmək. Tahir bu xüsus-
da Cəmilə işarə vurmaq istəyirdisə də, usta
Ramazanın duyuq düşəcəyindən çəkinir,
dinmirdi. M. Hüseyn. Telli amadın Qaraşa
işarə vurduğu aydın idi. M. İbrahimov. O,
mənim nəyə işarə vurduğumu duyurdu.
İ.Əfəndiyev.
0 İşarə anlayan - tez başa düşən, arif.
Kişi dövlətinə pasiban gərək; İşarə anlayan,
söz qanan gərək. Q.Zakir. İşarəyə bənd ol-
maq - hazır vəziyyətdə gözləmək, əmrə
müntəzir olmaq. Üsyançılar işarəyə bənd-
dirlər. - Qoca miirəttib kiçik bir işarəyə
bənddi. M. Hüseyn. Durğu işarələri - bax
durğu.
İŞARƏLƏMƏ “İşarəlomok”don /.7,s.
İŞARƏLƏMƏK f. İşarə vurmaq. // İşarə
(nişan) qoymaq.
İŞARƏLƏNMƏ “İşarəlonmək”don f.is.
İŞARƏLƏNMƏK məch. İşarə qoyulmaq
(vurulmaq). // Nişan qoyulmaq (vurulmaq).
İŞARƏLİ sif 1. Başqalarından ayrılmaq
üçün işarə (nişan) qoyulmuş, işarəsi olan.
İşarəli səhifə. İşarəli qab.
594
İŞARƏSİZ
2. məc. Üstüörtülü, kinayəli, eyhamlı.
İşarəli söz. İşarəli danışıq. - O vaxtdan
sonra Leylək Ələmdar Miiqim bəy Cavan-
şirlə az görüşməmiş, onların arasında işa-
rəli danışıqlar az olmamışdı.. S. Rəhimov.
İŞARƏSİZ sif. İşarəsi olmayan, işarə (ni-
şan) qoyulmamış.
İŞARƏT bax işarə. Bir yar ki dərd bilər
olsa; Göz-qaş işarəti neylər? Aşıq Abas.
İşarət elədim, dərdimi bildi; Gördüm həm
gözəldi, həm əhli-dildi. Aşıq Ələsgər. Qonaq
çadranın altından başını bulayıb, əli ilə işa-
rət elədi ki, yo.v belə iş olmaz. E. Sultanov.
İŞARMA “ İ şarın aq ” d an / и.
İŞARMAQ/ Xəfifcə işıldamaq, işıq ver-
mək. [Xudayar bəyin] papağının altdan
gözləri elə işarır ki, adamın canına vahimə
oturur. C.Məmmədquluzadə. ..Bağııı qapı-
sında yanan lampa .. işarırdı. M. S. Orduba-
di. Hisli dirəkdən asılmış neft çırağı tövlə-
nin dibində tüstülənə-tüstülənə işarırdı.
Ə.Abasov. // Parlamaq, işıldamaq. Sarmaşıq
zoğutək qıvrım sallanan; Buruq saçlarında
işarır yağış. B. Vahabzadə.
İŞARTI bax işarantı.
İŞARTMA “İşartmaq”dan fis.
İŞARTMAQ bax işıqlandırmaq. O,
sanki ümidlərini işardan bir qüvvə ardınca
getdi. Mir Cəlal.
İŞBACARAN, İŞBİLƏN sif. Bacarıqlı,
təcrübəli, qabiliyyətli, əlindən iş gələn.
[Kətxuda] bilirdi ki, İnmirə camaatının şə-
hərdə yaxşı işbilən, oxumuş adamları var-
dır. N.Nərimanov. [Məcid:] Mənə də bir
dənə işbilən arvad lazım idi.. B.Talıblı.
[Böyük oğul:] Qonşumuz Kəblə Hüseynqulu
da işbilən adamdır. Qantəmir. // İs. məna-
sında. [Müəllim:] Nə qədər olsa, işbilənlə-
rin çoxusu: alimlər, incinerlər hamısı şə-
hərdə yaşayırlar. Ə. Haqverdiyev. Naznaz
bu fikirdə idi ki, Qaraşın yaxşı gələcəyi var,
ağıllıdır, ağırdır, işbiləndir, sağlam və
gəncdir. M.İbrahimov.
İŞBAZ is. Özünü yalandan işgüzar göstə-
rən adam.
İŞBAZLIQ is. İşin prinsipial, ictimai-siyasi
cəhətini nəzərə almayan, zahiri işgüzarlıq.
İŞCİL sif. İşləməyi sevən; zəhmətsevən,
işgüzar, çalışqan, işlək. - Pah! İnsan da
İŞƏMUZD
belə işcil olar? Əjdaha kimidir! Mir Cəlal.
[Kərim:] İşcil olmasına söz yoxdur.
İ.Əfəndiyev. // İs. mənasında. Hər sahədə
bir dalğa və hər daş; İşçilə qurur bir yeni
aləm. M.Müşfıq.
İŞCİLLİK is. Zəhməti, işi sevmə; çalış-
qanlıq, işgüzarlıq.
İŞÇİ is. 1. Zehni və fiziki əməyin hər
hansı bir sahəsində çalışan adam. Fəal işçi.
Qabaqcıl işçilər. - Mirzağa onu istirahət
evinin bir xidmətçisi və ya məsul bir işçisi
zənn etdi. S. Hüseyn. // Hər hansı bir müəs-
sisədə, idarədə xidmət edən, çalışan adam.
Ticarət işçisi. Poçt işçisi. Elmi işçi. - Qoçu-
larla əlbir olan polis işçiləri özlərini gör-
məməzliyə vururdular. A.Şaiq. Milis işçisi
də qayğı göstərib onu ötürmək qərarına
gəlmişdi. H.Seyidbəyli.
2. Fəhlə. İşçilərlə kəndlilərin ittifaqı.
[Eyvaz:] Mənim həqiqət sandığım kitabda ..
işçi var, fabrikant var. C.Cabbarlı. Mən işçi
firqəsi ııümayəııdəsiyəm. H.Nəzəıii.
0 İşçi qüvvəsi - fəhlələr, işçilər. Bu işi
görmək üçün işçi qüvvəsi lazımdır, işçi qüv-
vəsi çatışmır. Mexaniki qüvvə ilə görülməsi
mümkün olmayan işlər üçün .. əlavə işçi
qüvvəsi verilmişdi.
İŞÇİ-KƏNDLİ top. Fəhlə və kəndli, zəh-
mətkeş, əməkçi. [Mirzə Həsən:] İndi təzə
hökumət gözlənir, zəhmətkeşlər hökuməti,
işçi-kəndli hökuməti. Ə. Haqverdiyev. [Hadi
lələ:] Onların fikri işçi-kəndli sinfini azad
etməkdir. S.S.Axundov. Bu hadisədən iki
gün sonra .. işçi-kəndli qadınlar qurultayı
açıldığından Məsmənin o axşam məruzəsi
var imiş. S. Hüseyn.
İŞDƏK is. dan. İş, əməl, gizli iş, kələk.
[Namaz:] Mənim əlimin altında çox adam-
ların işdəkləri var. Ə. Haqverdiyev. [Dər-
viş:] Dünyanın .. işdəkləri çarpaz şəkillidir.
A.Divanbəyoğlu.
İŞEMİYA is. \yun.] tib. Yerli qan azlığı;
toxumalara lazımı qədər qanın çatmaması.
Mərkəzi sinir sistemi və ürək əzələsi işemi-
yaya daha tez tutulur.
İŞƏGƏLƏN bax işəyarayan.
İŞƏMUZD is. iqt. Fəhləyə gördüyü işin
(istehsal etdiyi məmulatın) miqdarına görə
verilən əmək haqqı. Işəmuzd əmək haqqı.
595
tŞƏMUZDÇULUQ
İŞƏMUZDÇULUQ is. iqt. Müəssisələrdə
işəmuzd əmək haqqının tətbiqi.
İŞƏYARARLILIQ is. İşəyarar şeyin hal
və keyfiyyəti.
İŞƏYARAYAN, İŞƏYARAR(LI) sif. Ya-
rarlı, lazımlı, gərəkli; fayda verə bilən. İşə-
yarar şey.
İŞGƏNCƏ is. [fars.] Vəhşi və amansız
üsullarla verilən cismani əzab. [Qətibə:]
[Hüsaməddin] azacıq bir işgəncə nəticəsin-
də bizim bütün sirlərimizi Qızıl Arslana ve-
rəcəkdir. M. S. Ordubadi. Gör necə vermiş
rəiyyət bəylə pəncə-pəncəyə; Kəndliyə, rənc-
bərlərə bax, bir olan işgəncəyə. Ə.Qəmkü-
sar. [Qaragün:] [Şübhəli adamı] sabaha qə-
dər işgəncələrlə dindirdim. M.Rzaquluzadə.
// Ümumiyyətlə, əzab, əziyyət, zülm. Bur-
dan uzaq Gəncədir; Zülfün pəncə-pəncədir;
Ölüm bir dəfəlikdir; Ayrılıq işgəncədir.
(Bayatı). Nəyə gərək bahar, - dedim, - nəyə
gərək əyləncə ; Qan qardaşını zalımlardan
görürkən min işgəncə. S. Rüstəm. GiUnaz və
Səriyyə xala gecə yarısı, ayyarımlıq dözül-
məz əzab və işgəncədən sonra ilk dəfə rahat
yataraq yuxuya getdiyi zaman [Səadət] hələ
gəlməmişdi. M. İbrahimov. □ İşgəncə et-
mək (vermək) - əzab vermək, əziyyət ver-
mək, çox incitmək. [Xacə Nizam:] Mən də
bir xeyli üzüldüm o gecə; Etdilər öncə bir az
işgəncə. H. Cavid. Necə ola bilər ki, ata-ana
öz yeganə övladma bu qədər işgəncə ver-
sin?! İ. Hüseynov.
İŞGƏNCƏLİ sif. Əzablı, əziyyətli, ağır,
dözülməz; əzab və əziyyətlə dolu. Bizim
gözlərimiz önündən uzun, işgəncəli bir in-
san həyatı gəlib keçir. M. Hüseyn.
İŞGƏNƏ is. [fars.] Yarıbişmiş yağlı ətin,
toyuğun suyu. // Hələ cızdaq halına gəlmə-
miş sulu quyruq tikələrindən ibarət yemək.
Qovurma, kabab, işgənə, cızdaq iyi küçəni,
meydanı, meşəni bürüyürdü. Mir Cəlal.
İŞGİL 1 is. məh. dan. 1. Cəftə, qarmaq.
[Kosa] .. şüşənin sınıq yerindən əlini içəriyə
saldı və işgili tərpətdi. S. Rəhimov.
2. Arabanın qolu ilə boyunduruğu birləşdi-
rən nazik ağac. // Arabanın təkəri çıxmamaq
üçün oxunun ucuna keçirilən ağac parçası.
İŞGİL 2 is. 1. Zənn, şübhə, güman.
2. Çətinlik, maneə, əngəl, çətin vəziyyət.
İşgildən çıxmaq. □ İşgil olmaq (törətmək)
İŞGÜZAR
- mane olmaq, əngəl yaratmaq. İşgil törət-
mək onun köhnə peşəsidir. İşgilə düşmək
- çətinliyə, çətin vəziyyətə düşmək. İşgilə
salmaq - əngələ salmaq. Ol badəni kim,
əqlimi başdan aparıbdır; Sandın məni, mən
sadədili işgilə saldın. Qövsi.
3. məc. Çatışmazlıq, nöqsan, əngəl. [Mir-
zə Dadaş:] Camaat, görürsünüz ki, bu oğla-
nın başında bir balaca işgil var. N.Vəzirov.
İŞGİLBAZ sif. məh. Hiyləbaz, kələkbaz,
fırıldaqçı. İşgilbaz adam.
İŞGİLLƏMƏ 1 “İşgilləmək 1 ”dən/w.
İŞGİLLƏMƏ 2 “İşgilləmək 2 ”dən/w.
İŞGİLLƏMƏK 1 / məh. İşgil salmaq, işgil
keçirmək. Arabanı işgilləmək.
İŞGİLLƏMƏK 2 f. Bir işin düzəlməsinə
mane olmaq, əngəl törətmək, pər qatmaq.
İŞGİLLİ 1 sif məh. İşgili olan, işgillə bağ-
lanmış, cəftələnmiş. İşgilli qapı.
İŞGİLLİ 2 sif. Əngəlli, çətin, şübhəli. İş-
gilli iş.
İŞ-GÜC bax İş 1 və 3-cü mənalarda.
Oğul, işin-gücün bu vaxtında bilmirəm ge-
dim, necə gedim, getməyim, necə getməyim.
“Aşıq Ələsgər”. [Hacı Murad:] Oğul, .. yenə
irəliki kimi işə-gücə get. S.S. Axundov.
Deyib-danışaram şümşad boyundan;
İşindən-gücündən, təzə toyundan. M. Rahim.
□ İşdən-gücdən eləmək - avara qoymaq,
işindən ayırmaq. İşdən-gücdən olmaq
- hər hansı bir səbəbə görə işindən avara
olmaq, işini buraxmağa məcbur olmaq, heç
bir iş görə bilməmək. [Qulu:] Bu da kasıb
oğlandır, neçə gündür işdən-gücdən olub-
dur. N.Vəzirov. İşə-gücə yaramaq - xeyir
vermək, köməyi dəymək, kara gəlmək, işə
yaramaq. Bu zaman üç oğlundan heç birisi nə
.. toxum daşıyır, nə də bir saxsı su gətirib işə-
gücə yarayırdı. S. Rəhimov. İşini-gücünü
buraxmaq - heç bir işlə məşğul olmamaq,
işindən əl çəkmək, avaralanmaq. [Əsəd
bəy:] ..Gələn gündən işin-gücün buraxmış,
bir tüfənglə ora-buram gəzir. C. Cabbarlı.
İŞGÜZAR sif. 1 . Bacarıqlı, işbacaran, işdə
təcrübəsi olan. İşgüzar miidir. - Burada gözə
dəyən hər şey otaq sahibinin işgüzar bir adam
olduğunu göstərirdi. M.Hüseyn. Əbil .. Mux-
tar Zeynalovu işgüzar və gözütox bir adam
kimi tanıyırdı. Ə.Vəliyev. [Nuriyyə:] Sədriniz
596
İŞGÜZARLIQ
işgüzar adama oxşayır. İ.Əfəndiyev. // Zəh-
mətsevən, işləyən, işcil, işləməyi sevən,
təşəbbüskar. Qoçaq və işgüzar qızlardan
olduğuna görə, qayınatası Mələkdən əl
çəkməyib on üç yaşından kiçik oğluna nikah
etdi. A.Divanbəyoğlu. Küçə sürətlə ora-bura
gedən işgüzar adamlarla dolu idi. S.Rəhman.
2. Əməli əhəmiyyəti olan, iş üçün faydası
olan; ciddi. İşgüzar səfər. Konfrans işgüzar
(z.) şəraitdə keçdi. - [Mayor:] Cavanşir bəy-
lə işgüzar söhbətimiz var. Ə.Məmmədxanlı.
İŞGÜZARLIQ is. işgüzar olma; zəhmət-
sevərlik, işcillik, təşəbbüskarlıq, bacarıqlılıq.
Bülənd zarafatyana otağa rişxənd etməklə
bərabər, anasının belə işgüzarlığına təəccüb
etmişdi. Ə.Əbülhəsən. İşgüzarlıq mühüm
iradi keyfiyyətlərdən biri olub, başlanan hər
hansı bir işi .. tədriclə, ardıcıl olaraq axıra
qədər icra etməkdir. "Psixologiya oçerkləri”.
İŞĞAL is. [ər.] Hər hansı bir dövlətin
hərbi qüvvələri tərəfindən başqa dövlətin
torpağının tııtıılması. Aprel işğalı. - Azər-
baycan Atabəylərinə məxsus torpaqlar ta-
mamilə xarəzmlər, İraq və iranlıların işğalı
altında idi. M. S. Ordubadi. □ İşğal etmək
- 1) tutmaq, zorla soxulmaq. Özgənin tor-
paqlarını işğal etmək; 2) köhn. məşğul et-
mək. Əski xatirələr fikrimi işğal etmişdi.
S. Hüseyn. Məcidin təbrik etməyi Nadiri bir
az düşündürdüsə də, amma qəlbini işğal
edən hissiyyatın bu tezliklə bu rəngə girmə-
sinə .. əhəmiyyət vermədi. B.Talıblı.
İŞĞALÇI is. Özgə torpaqlarını zorla tu-
tan, işğalçılıq siyasəti yeridən (adam, dövlət
və s.). Yadelli işğalçılara qarşı mübarizə
aparmaq. - [Uluq bəy:] Elə dərs verərik iş-
ğalçılara; Bir də üz çevirməz bu şən diyara.
A. Şaiq. Azərbaycan xalqı heç bir zaman
yadelli işğalçılara boyun əyməmiş, heç bir
zaman öz mənliyini, öz milli vüqarını itir-
məmişdir. İ.Əfəndiyev.
İŞĞALÇILIQ is. işğal siyasəti yürütmə;
istilaçılıq. İşğalçılıq siyasəti.
İŞIĞADAVAMLI sif. Işığm təsiri ilə də-
yişməyən, işıq təsir etməyən, işıqdan qorx-
mayan. İşığadavamlı boyalar {rənglər).
İŞIĞADAVAMLILIQ is. işığadavamlı şe-
yin hal və keyfiyyəti. Rənglərin işığada-
v amlılığı.
işiQ
İŞIĞAHƏSSAS sif. işığa həssas olan,
işıqdan təsirlənən. İşığahəssas kağız. İşığa-
həssas sinirlər.
İŞIĞAHƏSSASLIQ is. işığa həssas olma
xassəsi, işığa həssas olma.
İŞIQ is. 1 . Ətrafı işıqlandıraraq, onu gözlə
görünəcək hala salan şüa enerjisi; nur, ziya.
Gün işığı. Ay işığı. Lampa işığı. Fənər işığı.
İşıq şüası. - Yağışın arasında küçələrdə ya-
nan elektrik işıqları tutqun bir ziya nəşr
edirdilər. S.Hüseyn. Şam işığında bir dəstə
kefli Cumanın nəzərini cəlb etdi. Ə.Əbülhə-
sən. Qapı aralandı və içəridən ağ qarın üs-
tünə sarımtıl- qırmızı bir işıq zolağı düşdü.
Q. ilkin. □ İşıq almaq məc. - 1) qüvvət al-
maq, ilham almaq; 2) daha qüvvətli işıq
mənbəyi vasitəsilə işıqlanmaq. Huri, mələk
ola bilməz sənə tay; işıq alır camalından
ərşdə ay. Aşıq Mirzə. İşıq olmaq - işıqlan-
maq, nurlanmaq. Söz deyən aşiq oldu; Elə
yaraşıq oldu; Bu giin yar bizə gəldi; Evimiz
işıq oldu. (Bayatı). İşıq saçmaq - şüalan-
maq, ətrafa işıq vermək, işıq yaymaq. Tində
yanan bir fənər ətrafa zəif işıq saçırdı.
S.Rəhman. İşıq salmaq - 1) işıqlandırmaq,
nurlandırmaq. On dörd gecəlik ay qayalara
işıq salıb, vahiməli kölgələr təşkil edirdi.
H.Nəzərli. Bəzən olur həyatımın dağlarını
duman alır; O gün sənin titrək laylan yolla-
rıma işıq salır. Ə. Cavad; 2) parıldamaq, şə-
fəq saçmaq, bərq vurmaq. Uziiyün qaşı işıq
salır. - [Salamov:] Bunlar [brilyantlar] baş-
qa şeydir, əııtiqə şeydir, qaranlıqda işıq sa-
lır. C.Cabbarlı. İşıq vermək - 1) işıqlandır-
maq, işıq saçmaq, nurlandırmaq. Ay doğdu
işıq verdi; Yara yaraşıq verdi; Sinəndən do-
ğan ulduz; Gözümə işıq verdi. (Bayatı).
[Pərşan] göylərin axşam parıltısında halə-
lənnıiş ay kimi işıq verirdi. M. İbrahimov;
2) məc. qüvvət vermək. Milyonların gücünü
bir məqsədə yönəltdin; İşıq verdin gözünə,
qüvvət oldun qoluna. R.Rza. İşıqdan düş-
mək - 1) işığı azalmaq, parıltısı sönmək,
zəifləmək. Dan yeri yenicə sökülürdü, .. ay
və ulduzlar günün parlaq şüaları qarşısında
işıqdan düşüb, sönük bir halda gözdən itir-
dilər. Çəmənzəminli; 2) qüvvətdən düş-
mək, zəifləmək (göz haqqında).
2. Günün hər hansı bir vaxtı üçün səciy-
yəvi olan aydınlıq. Gündüz işığı. Sabah
597
İŞIQHAİŞIQ(DA)
işığı. Axşam işığı (alaqaranlıq). // Dan yeri,
şəfəq. Sabahın işığı süzdü içəri; Dostlara
göstərdi doğan səhəri. M.Rahim. Üfüqdə
səhər şəfəqinə bənzər bir işıq parıldayır.
M. Rzaquluzadə.
3. Lampa, fənər, şam və s. işıq mənbəyi
mənasında. İşığı yandırmaq. İşığı keçirmək,
işığı irəli tut. - Nüşapəri xanımın ürəyinə
şək damdı, işığı tutub, ona tərəf üz qoydu
getməyə. (Nağıl). ..Otağııııdakı işığı keçi-
rəndə xəfif qırmızı bir parıltının pəncərə
şüşələrində titrədiyini görürdüm. Ə.Məm-
mədxanlı.
4. İşıq çıxan yer, işıq yer, işıq düşən yer,
işıqlanmış yer. Dalı işığa tərəf durmaq.
Dərmanı işığa qoyma.
5. məc. Ağ gün, aydınlıq, xoşbəxtlik, fə-
rəh mənasında. İşığa çıxasan.
6. məc. Maarif, mədəniyyət, ürfan, tərəq-
qi mənasında. İndi gənclik Bakuıı sevir. İndi
Bakı onlar üçün işıq və bilik mənbəyi ol-
muşdur. M.Hüseyn. İşıq, nur mənbəyi gözəl
yurdumuz; Getdiyin yollara nurlar səpələr.
N. Rəfıbəyli. □ İşıqdan qorxan - maarif-
dən qorxan, maarif düşməni, tərəqqi düş-
məni; cəhalətpərəst. ..İşıqdan qorxan və
millətin ayılmağından xof və əndişə edən
mülkədar, bəylərin və ağaların mərhəmə-
tindən [kənd camaatı] bir növ əxlaqsız olub-
lar. F.Köçərli.
7. ıııəc. Aydınlıq, təmizlik mənasında.
Dağlar başı işıqdır; Gün dağa yaraşıqdır ;
Qaynanam məni sevmir; Oğlu mənə aşıqdır.
(Bayatı).
0 İşığı düşmək - çox gözəl, göyçək, ağ-
bəniz qadın (qız) haqqında. Qız o qədər gö-
zəldi ki, işığı düşürdü çəmənə, qazlar ürküb
otlaşmırdılar. (Nağıl). İşıq müalicəsi - işıq
şüalarının (günəş, ya süni işıq mənbəyindən
çıxan şüaların) müalicə məqsədi ilə tətbiqi.
İşıq siqnalı - işıq vasitəsilə verilən siqnal,
işarə. İşıq üzü görməmək, işıq üzünə həs-
rət qalmaq - daima qapalı bir yerdə otıırub,
açıq havaya çıxmamaq, ya çıxa bilməmək.
Göz verib işıq verməmək - bax göz. Gö-
zünə işıq gəlmək - bax göz.
İŞIQHAİŞIQ(DA) zərf Dan yeri sökül-
məyə başlayanda, hava işıqlaşmağa başla-
yanda. İşıqhaişıqda qara damın hisli baca-
sından içəri işıq düşdü. S. Rəhimov.
İŞIQLANMAQ
İŞIQLANDIRICI sif. Ətrafı işıqlandıran,
süni işıqlandırmağa məxsus. İşıqlandırın
cihaz, işıqlandırın raket.
İŞIQLANDIRILMA “İşıqlandırılmaq”dan
fis.
İŞIQLANDIRILMAQ məch. 1. İşıq edil-
mək, elektrik işığı çəkilmək. [Əhməd:] Bü-
tün kəndlərimiz başdan-başa işıqlandırıl-
sın. S. Rəhimov.
2. məc. Şərh etmək, şərh edilmək; aydın-
laşdırılmaq. Məsələ mətbuatda işıqlandırıl-
mışdır.
İŞIQLANDIRMA “İşıqlandırmaq”dan/ is.
İŞIQLANDIRMAQ f 1 . İşıq eləmək, işıq
salıb aydın etmək, görünəcək hala salmaq.
Tapdıq axır Lizalartək necə caııaııələri; Çil-
çıraqlarla işıqlandırırıq xanələri. M.Ə.Sabir.
Fərlıad bəy qabaqda gedirdi. Kürəyinin or-
tasını ay işığı işıqlandırırdı. Qantəmir. Sa-
hil boyu düzülmüş fənərlərin əksi dənizdə
gəzən yelkənli qayıqları işıqlandırırdı.
S. Rəhman. // Bir şeyin işığını müəyyən
səmtə, yerə və s.-yə yönəltmək. Evin kün-
cünü işıqlandırmaq. Üzünü işıqlandırmaq.
И Elektrik işığı ilə təmin etmək, işıq çək-
mək. Küçələri işıqlandırmaq. Parkı işıqlan-
dırmaq.
2. məc. Canlandırmaq, isindirmək, həra-
rətləndirmək, ruhlandırmaq. [Komandirin]
qaradiııməz sifətini xəfif bir gülüş işıqlandı-
rırdı. Ə. Vəliyev.
3. məc. İzah etmək, təsvir etmək, yaz-
maq, göstərmək, şərh etmək. Nömrədə əsas
məsələləri işıqlandırmaq. Nitq mədəniyyəti
məsələlərini qəzetdə geniş işıqlandırmaq
lazımdır. - “ Kəşkiil ” hər məsələdən yazırdı,
iqtisadi, ictimai, siyasi, ədəbi mövzuları
işıqlandırırdı. M. İbrahimov.
İŞIQLANMA “İşıqlanmaq”dan f.is.
İŞIQLANMAQ / 1. İşıq olmaq, aydınla-
şaraq görünə bilmək, işıqla dolmaq. [Park]
yalnız yeni çıxmaqda olaıı ayııı ziyası ilə xə-
fifcə işıqlanmışdı. S. Hüseyn. Gecə tonqal
yanardı; Qazma işıqlanardı. M.Seyidzadə.
// Məc. mənada. Cahan işıqlanacaq sülh ilə,
səadət ilə. Ə. Vahid.
2. Səhər açılmağa başlamaq, dan yeri sö-
külmək. (Bu mənada çox vaxt "hava” sözü
ilə). Gözlərimi açdım, gördüm hava təzə
598
İŞIQLAŞMA
işıqlanır. C. Məmmədquluzadə. İndi da ki
saat dörddür, hələ işıqlanmayıb. Ə. Haqver-
diyev. Hacı Qasım işıqlanmamışdan qabaq
yuxudan oyandı.. E. Sultanov. Hava işıqla-
nana oxşamırdı. Mir Cəlal.
3. məc. Hər hansı bir hissin təsiri ilə
üzündə, gözlərində sevinc əlaməti zahir ol-
maq, ruhlanmaq, canlanmaq. Qarı pulu gö-
rən kimi gözləri işıqlanıb dedi: - Mənim gö-
züm üstə! “Aşıq Qərib”. Bu səsləri Lütfəli
eşidən kimi .. şadlığından işıqlanıb güldü.
I.Musabəyov.
İŞIQLAŞMA “tşıqlaşmaq”dan /.7,s.
İŞIQLAŞMAQ/ 1. İşıqlanmaq, daha işıq
olmaq, işığı artmaq. Deyəsən, lıava bir az
işıqlaşan kimi olmuşdu. M.Rzaquluzadə.
2. B a x işıqlanmaq 2-ci mənada. Nə yer-
də bir ocaq, nə göydə bir şanı! Göz-gözü
görməyir .. işıqlaşanda. Ə.Cəmil .Kotançılar
işıqlaşanda qalxır.. B. Bayramov. Gün çıx-
mamış olsa da, hava işıqlaşırdı. M. Süley-
manov.
İŞIQLATMA “ İ şı q 1 atm aq ” d an /, к.
İŞIQLATMAQ bax işıqlandırmaq. Əziz
balalar! ..Zəmanənin təqazasi, daha doğru-
su, hürriyyətin günü biz gedən qaranlıq,
məşəqqətli yolları işıqladıb asan etdi.
N.Nərimanov. Düşərgədə işıqlat sən də ya-
şıl bağları. M.Rahim. Ay çıxıb bağçanı işıq-
latmışdı. Ə.Məmmədxanlı. //Məc. mənada.
Onun qoca simasını; işıqlatdı bir nıəna.
N.Rəfibəyli. Ay kimi Füzuli də; İşıqlatdı hər
yeri. B.Vahabzadə.
İŞIQLI sif. 1 . Güclü işıq verən, işıq saçan,
işığı yaxşı olan, parlayan. İşıqlı lampa. - Ha-
vanın üzü ləkəsiz olduğu üçün işıqlı ulduzlar
ötədə-bəridə fərq edilirdi. S. Hüseyn. Ay
işıqlı, göy ulduzlu, yol aydın; Könlüm evi
çıraqbandır bu gecə. R.Rza.
2. Yaxşı işıqlandırılmış, işıqla dolu, çox
işıq düşən. İşıqlı otaq. İşıqlı salon. - Sara-
yın geniş, işıqlı, yaraşıqlı foyesində neft qa-
baqcıllarının .. şəkilləri vurulmuş böyük şə-
rəf lövhəsi var idi. M.Rzaquluzadə. Mehri-
ban .. uzun, işıqlı dəhliz ilə gedib sola dön-
dü.. H.Seyidbəyli.
3. Şəffaf, parlayan, təmiz, ləkəsiz. İşıqlı
şüşə, işıqlı səma. - Xoşladığını bir gecə;
yerlər, göylər işıqlı; Ay bir sərxoş göz kimi.
İŞIQSEVƏN
ulduzlar yaraşıqlı. M.Müşfıq. Elə bil çayın
suyu aya qədər ucalmaq, aydın səmanın
işıqlı sifətini öz bulaşığına boyamaq istəyir-
di. Ə.Vəliyev.
4. məc. Fərəhli, məsud, xoşbəxt. İşıqlı
gələcək, işıqlı günlər. - Bir işıqlı dünya var
- haqq-ədalət dünyası! Ə.Cəmil. // məc.
Yaxşı, gözəl, nəcib. Həyatın işıqlı və qa-
ranlıq cəhətləri.
5. məc. Açıq, aydın, parlaq (fikir, ağıl haq-
qında). [Zeyd:] Qeys işıqlı bir zəkadır, cə-
halət ona məcnun damğası vurur. Ə.Məm-
mədxanlı.
0 İşıqlı dünya - yaşadığımız dünya, aləm.
Nağıllarda Simurq quşu qəhrəmanı qaran-
lıq dünyadan işıqlı dünyaya çıxarır. - Dər-
viş ucaboylu, arğaz, uzunsaçlı və saqqallı idi.
Gözlərindən və üzündən bunun yuxu və mə-
şəqqət və işıqlı diiııyada cəhənnəm oduna
düçar olduğu görünürdü. A.Divanbəyoğlu.
İŞIQLIQ is. 1 . İşıqlı şeyin halı, işıqlanma
dərəcəsi. Lampanın işıqlığı. H İşıq, parlaqlıq.
2. Adətən kənd evlərində, daxmalarda,
pəyədə, tövlədə və s.-də işıq gəlmək üçün
yer, balaca pəncərə. ..Daxmanın bir tayqa-
nad qapısı, bir də divarın başında xırda bir
işıqlığı vardı. S. Rəhimov.
3. məc. Maarif, mədəniyyət, elm, ürfan.
□ İşıqlığa çıxmaq məc. - 1 ) maariflənmək,
mədəniləşmək. Əziz balalar! ..Bizini qa-
ranlıqdan işıqlığa çıxmağımıza mane olur-
dular. N.Nərimanov; 2) xoşbəxt olmaq,
xoşbəxtliyə çıxmaq. İşıqlığa çıxasan (çıxa-
sınız) - xoşbəxtlik, səadət, yaxşı gün arzu-
su. [İmran:] Ay səni görüm, işıqlığa çıxa-
san! M. Hüseyn.
İŞIQOTU is. bot. Dağlıq yerlərdə, çəmən
və kolluqlarda bitən çoxillik ot-bitki.
İŞIQÖLÇƏN is. fiz. Hər hansı işıq mən-
bəyinin gücünü ölçmək üçün cihaz; fotometr.
İŞIQSAÇAN sif. 1 . Özündən işıq verən, işıq
şüaları buraxan; ətrafı işıqlandıran. İşıqsa-
çan cisimlər. İşıqsaçan bomba.
2. məc. Nurlandıran, nursaçan. [Sevil:]
Mədəniyyət sarayı mədəniyyətin sönməz
ocağı, ətrafa işıqsaçan bir mayakdır.
S. Rəhimov.
İŞIQSEVƏN sif bot. Günəş tutan, işıqlı,
açıq yerləri sevən. İşıqsevən bitkilər. İşıqse-
vən ağaclar.
599
İŞIQSIZ
İŞIQSIZ sif. 1 . işığı olmayan, yaxııd yaxşı
işıq düşməyən. İşıqsız otaq. П zərf işıq ol-
madan, lampa yandırmadan; qaranlıqda.
Niyə işıqsız oturmusan? П məc. Cansız, hə-
yat işartısı olmayan, ölgün, zəif. İşıqsız göz.
2. məc. Nadan, cahil, hüquqsuz, sevincsiz.
C. Məmmədquluzadə öz realist qələmi ilə
Azərbaycan qadınlığının .. işıqsız, yazıq və
qu l həyatını qüdrətlə təsvir etmişdir.
M.lbrahimov.
İŞIQSIZLIQ is. 1. İşıq olmadığı hal və
vəziyyət.
2. məc. Cəhalət, mədəniyyətsizlik, na-
danlıq.
İŞIQUCU bax işıqyeri. Qoca usta yalnız
Tahirin deyil, işıqucu gördüyü hər bir şa-
girdinin üstündə mehriban bir ata kimi əs-
məyə çoxdan adət eləmişdi. M. Hüseyn.
İŞIQVERİCİ 1. sif işıqsaçan.
2. is. İşıqlandırıcı cihaz. Bütün işıqverici-
lər lampa malları qrupuna aiddir.
İŞIQYERİ is. Ümid yeri, ümid verən şey.
ikinci səbəb o idi ki, Mehdiqulunun umaca-
ğı vardı, işıqyeri görünürdü. Mir Cəlal.
İŞILDAĞ is. тәһ. Dəniz kənarında ən
hündür və görüş dairəsi geniş olan yerdə ti-
kilmiş nişangah, mayak.
İŞILDAQUŞ is. zool. Qaranlıqda parılda-
yan cücü. Əyilən yarpağında titrəyərək ; Qon-
maq istər .. işıldaquş min-min. R.Rza.
İŞILDAQUYRUQ is. zool. Sərçəkimilər
dəstəsindən parlaq, al-qırmızı quyruğu olan
quş.
İŞILDAMA “işıldamaq ”dan /.7.s\
İŞILDAMAQ/ İşıq vermək, işıq saçmaq.
Yerlərdə işıldamır nə bir şam, nə bir ocaq;
Göylərdə eşidilir ölüm nərəsi ancaq. Ə.Cəmil.
Elektrik lampaları axşamın boz dumanları
içərisində sönük bir parıltı ilə işıldayırdı.
Q. İlkin. // Parlamaq, parıldamaq, bərq vur-
maq. Üzüyün qaşı işıldayır. Şüşə işıldayır.
- Hər işıldayana qızıl deməzlər. (Ata. sözü).
Vaqif yağışdan sonra təmizlənib işıldayan
otlara və çiçəklərə baxır, zövqlənirdi..
Çəmənzəminli. Manqalın işığında onun xı-
nalı dırnaqları və barmağındakı qızıl üzük
işıldadı. İ. Hüseynov.
İŞILDATMA “İşıldatmaq’’dan fis.
İŞILDATMAQ/ 1. Bir şeyi silməklə, ya-
xud üzərinə bir şey çəkməklə, sürtməklə
İŞLƏDİLMƏK
parıldatmaq. Şüşələri işıldatnıaq. Döşəməni
işıldatmaq. - Kəndə yetişəndən sonra Alnıaz
uzunboğaz çəkməsini keçi piyi ilə yağlayıb
işıldadıı; S. Rəhimov.
2. Parlatmaq, parıldatmaq. Canavarlar bu
yerləri hələ də adamsız sayaraq, gecələr
çadırların ətrafında dolanır və alovlu göz-
lərini işıldadaraq, öz ruzilərini gözləyirdi-
lər. Ə. Sadıq.
İŞIL-İŞIL: işıl-işıl işıldamaq (parlamaq,
parıldamaq) - par-par parıldamaq. Pişiyin
gözləri qaranlıqda işıl-işıl işıldayır. Üzüyün
qaşı işıl-işıl parıldayır. - Dağlar, çəmənlər
geyinir al, yaşıl; Yerlər, göylər parıldar işıl-
işıl. H.Cavid. Ay aydınlıq; ulduzlar da; Par-
layırdı işıl-işıl. M.Dilbazi.
İŞILTI is. Zəif işıq. Nə işıltı, nə də çıraq,
nə bir qara daxma var; Hər yer bütün qalın
qar. A.Səhhət. Enirəm qazmaya... Qazma
soyuq, dar; Od-ocaq yoxsa da, bir işıltı var.
Ə.Cəmil. Qar getdikcə daha şiddətlə yağır,
solğun bir işıltı axşam qaranlığında əks
edirdi. Ə.Məmmədxanlı. // Uzaqdan görü-
nən işıq nöqtəsi. Hər iki yanda bir çağırım-
lıqda göz qırpan işıltı görünürdü. M.Rza-
quluzadə. □ İşıltı gəlmək - işıq görünmək,
işıq seçilmək. Yolçu qapı tərəfdən bir işıltı
gəldiyini görüb, yavaş addımla yaxınlaşdı.
S.Rəhman. Uzaqlardakı kəndlərdən ala-
seyrək işıltı gəlirdi. S. Rəhimov.
İŞILTILI sif İşıltısı olan, işıldayan, parıl-
dayan. Rza bəy nədənsə hirslənib, geri da-
ranmış və ortadan ikiyə bölünmüş işıltılı
saçlarını qarışdırdı. Ə. Vəliyev.
İŞIRĞAN is. bot. Toxumları ədviyyə kimi
işlədilən bir bitki. İşırğaıı bal verən bitkidir.
İŞKƏMBƏ is. [fars. ] Gövşəyən heyvan-
ların ikinci mədəsi. Gövşəyən heyvanlarda
udulan yem işkəmbəyə daxil olaraq yumşa-
lır, qarışır, əzilir. “Ümumi zootexniya”.
İŞLƏDİCİ is. 1 . xiis. İşlədən, hərəkətə gə-
tirən, işə salan.
2. Bax işlətmə 2-ci mənada. İşlədici
dərmanlar.
İŞLƏDİLMƏ "İşlədilmək”dən fis. Ma-
şınların işlədilməsi.
İŞLƏDİLMƏK тәсһ. 1 . İstifadə edilmək,
tətbiq edilmək, hərəkətə gətirilmək, işə sa-
lınmaq. Cihazların işlədilmək qaydası.
600
İŞLƏK
İŞLƏMƏK
2. Danışıqda, yazıda istifadə edilmək.
Danışıqda qəliz sözlər işlədilməməlidir.
Onun məqaləsində çoxlu termin işlədilmişdir.
3. Sərf edilmək, istehlak edilmək. Kağı-
zın hamısı işlədilmişdir.
4. İşləməyə məcbıır edilmək, yaxud bir
işdə istifadə edilmək, iş gördürülmək. İxti-
sası üzrə işlədilmək.
İŞLƏK 1 sif. 1. Zəhməti, işləməyi sevən,
çox işləyən, daim işləyən, vaxtını işdə ke-
çirən; fəal, çalışqan. İşlək adam. Bu yerlərin
camaatı işləkdir. - İşlək keçəl ərə gedər,
pinti gözəl gora. (Ata. sözü). Qızxanım əri
kimi işlək, xoşxasiyyətli, namuslu bir qadın
idi. S.S.Axundov. [Əliqulu:] ..Siz Əhməd
Soltaıızadə kimi işlək adamı bəyənmirsiniz.
M. Süleymanov. // Zəhmətkeş, fəhlə. Qarı
bir qədər susduqdan sonra: - Bəli, oğul,
- dedi, - ..o dustaq isə, bala, istəyir ki, işlək
adamlar, fəhlələr heç olmasa günbatanda
evlərinə qayıtsınlar.. Ə.Məmmədxanlı.
2. Çox işləyən, gediş— gəlişli, hərəkət çox
olan. İşlək küçə. İşlək yol.
3. İşləyən, iş görmək üçün olan, iş görən,
təsərrüfatda istifadə olunan. İşlək heyvan-
lar. İşlək at. - İşlək malı öyərlər; Tənbəlini
söyərlər; Öküz cütə getməsə; Qaşqasına
döyərlər. (Holavar).
4. tex. İşləyən, hərəkət edən, ya hərəkət
etdirici. İşlək boru. İşlək çarx. - Buruğun
ortasında qoyulmuş rotor fırlanaraq, kvad-
rat işlək boru vasitəsilə quyudakı qazıma
kəmərini də fırladır və beləliklə, hərəkət
baltaya keçirilir. S. Quliyev. // Saz (maşın
və s. haqqında).
İŞLƏK 2 is. dan. bax işdək. [Leylək
Ələmdar] yırğalana-yırğalana Müqim bəy
Cavanşirin həyətinə girəndə birdən-birə
çar pristavını görüb, özünün bütün işləklə-
rini xatırladı. S.Rəhimov. [Anam:] Qoy-
mursan bu tramvay altında qalmışın işlək-
lərini bildirəm. Mir Cəlal.
İŞLƏMƏ 1 “İşləmək”dən/w.
İŞLƏMƏ 2 is. 1 . İynə və s. ilə parça üzə-
rində işlənmiş bəzək, naxış. Güləbətin işlə-
mələr bəzi geyimlərin, araqçın, saatqabı,
pul kisəsi, daraqqabı və başqa məişət şeylə-
rinin üzərində görülür. “Azərbaycan xalq
sənəti’’. // Həkk edilmiş, qazılmış, oyulmuş
naxış, şəbəkə və s. Sola və sağa açılan qa-
pıların yanında ləmə kimi divara qazılmış,
dördkünclü işləmələr vardı. M. İbrahimov.
// Kağızdan kəsilmiş bəzək. Qəfəsələr üstü-
nə; Salmaq üçün kağızdan; işləmələr qayır-
dı. B.Vahabzadə.
2. B ax işləməli. İşləmə dəsmal.
İŞLƏMƏK/ 1. İş görmək, bir işlə məş-
ğul olmaq, çalışmaq, əməyini tətbiq etmək.
Tarlada işləmək. Əkində işləmək. Evdə işlə-
mək. Axşamlar işləmək. - O saat bilinirdi ki,
sədr arabaçının vicdanla və hamıdan yaxşı
işlədiyinə tamamilə arxayın idi. M.Hüseyn.
Şərəfoğlıı Muğanda iki dəfə uzun müddət
yaşayıb işləmişdi. M.İbrahimov. İşçilər isti-
yə baxmadan od kimi işləyirdilər. Mir Cəlal.
// Bir yerdə xidmət etmək. Məktəbdə işləmək.
Zavodda işləmək. Harada işləyirsən? - [Hə-
sənağa:] Baxım görüm nəyə ləyaqətləri var,
bir əməlli qulluğa qoyum işləsinlər, sən də bir
qədər istirahət elə. Ə. Haqverdiyev. Əziz
Narıncın maarif şöbəsində işlədiyini bilirdi.
S.Rəhman. // dan. Bir vəzifə daşımaq, bir
peşədə çalışmaq, ...vəzifəsini yerinə yetir-
mək. Mexanik işləmək. Mühasib işləmək.
İdarədə katib işləyir. - Bir gün Məşədibəy
vaxtı ilə mühəndis işlədiyi Bayıl elektrik
stansiyasından tanıdığı fəhlə dostu ilə
küçədə təsadüfən qabaqlaşdı.. M.Hüseyn.
2. Çalışaraq yaratmaq, hazırlamaq, mü-
kəmməlləşdirmək, yaxud tədqiq etmək,
yaradıcı əməklə məşğul olmaq (çox vaxt
“üzərində” sözü ilə). Öz rolu üzərində işlə-
mək. Dissertasiya üzərində işləmək. Yazıçı
yeni əsər üzərində işləyir. □ Öz üzərində
işləmək - öz biliyini, səviyyəsini, təcrü-
bəsini artırmaq üçün daim məşğul olmaq,
çalışmaq. // Bir şeyi islah etmək üçün üzə-
rində düşünmək. Əsərin üzərində çox işlə-
mək lazımdır.
3. Müntəzəm surətdə öyrətməklə, yetiş-
dirməklə, tərbiyələndirməklə məşğul ol-
maq. Kadrlarla işləmək. Uşaqlarla işləməyi
bacarmaq lazımdır.
4. Hər hansı alət, cihaz, maşın və s. vasi-
təsilə iş görmək. Maşınla işləmək. İynə ilə
işləmək. Çəkiclə işləmək.
601
İŞLƏMƏK
5. Bədən üzvlərinin fəaliyyəti haqqında.
Ürəyi işləmək. Nəbzi zəif işləyir. Mədəsi
yaxşı işləmir. - Məmməd kişinin beyni maşın
dəyirmanı kimi işləməyə başladı. S. Rəhman.
Sanki, Fərhadın ürəyi elə bu an işləməyə,
onun vücudu bu dəqiqə hərəkət etməyə baş-
ladı. Ə.Vəliyev.
6. Hərəkətdə olmaq, dayanmadan iş gör-
mək (maşın və s. haqqında). Maşın işləyir.
Telefon işləyir. Saat düz işləyir. H Müəyyən
istiqamət üzrə müntəzəm gedib-gəlmək.
Bu küçədən avtobus işləyir. H Saat haqqın-
da. Saat 2-yə işləyir. - Nəhayət, saat birə on
beş dəqiqə işləmiş Səlimi gəldi. M. İbrahimov.
[Rəis:] Daha bəsdir, - dedi, - qalanını səhər
hesablarıq, saat birə işləyir. İ.Əfəndiyev.
7. Hər hansı bir material və s. vasitəsilə
hərəkət etmək, hərəkətdə olmaq. Parovoz
daş kömürlə işləyir. Motor benzinlə işləyir.
8. Açıq olmaq, fəaliyyətdə olmaq, xid-
mət göstərmək. Poçt bütün günü işləyir. Ki-
tabxana həftənin bütün günlərində işləyir.
Teatr bu gün işləmir.
9. Prosesi davam etmək, uzanmaq (xəstə-
lik, yara və s. haqqında). Ətinin varası işlə-
yir. - Yara işləyib sim eləmiş, iki ay onu
ibadətdən qoymuşdu. Mir Cəlal.
10. Həkk etmək, qazımaq, yaxud naxış
vurmaq, bəzək vurmaq. Qabın üstünü işlə-
mək. Köynəyin yaxasını işləmək. - Xəncəri
işlə, yolla; Üstün gümüşlə, yolla; Mənə beş
alma göndər; Birini dişlə, yolla. (Bayatı).
1 1 . Bir şeyin içərisinə keçmək, dərinləş-
mək. Güllə bədəninə xeyli işləyib. H Təsir
etmək, keçmək, girmək, yerimək (çox vaxt
"iliyinə” sözü ilə). Soyuq adamın iliklərinə
işləyir. - Səhər ayazı hətta sağ adamın iliyi-
nə işləyirdi. M. Hüseyn. İndi ruhuna dolan
qorxu və təlaşla bərabər, qızın vücuduna
soyuq işləyir, o titrəyir, lakin hələlik özünü
saxlayırdı. Ə.Məmmədxanlı. Sabah ertənin
soyuğu çılpaq insanların iliyinə qədər işlə-
yirdi. Ə.Vəliyev. // Girmək, nüfuz etmək.
Su torpağın dərinliklərinə işləmişdi.
12. məc. Təsiri olmaq, hökmü çatmaq,
nüfuzu çatmaq. Sayalının kağız-baratsız,
qolsuz, möhürsüz hökmü dəmir yolundan
Kürün qırağına qədər işləyirdi. Mir Cəlal.
İŞLƏNMİŞ
13. Açılmaq, atılmaq. Lakin çıxar-çıxmaz
bir-birinin ardınca iki güllə işlədi.
T.Ş. Simurq.
14. məc. Təsvir etmək, izah etmək, gös-
tərmək. Yazıçı əsərdəki surətləri diqqətlə
işləmişdir.
15. Etmək, yol vermək, görmək. İşlədiyi
ağır cinayətlərin dəhşətli xofundan təntiyən
Ələmdar toqqasını açdı. S.Rəhimov. Son
zaman Rüstəm kişi oğlunun tora düşməsin-
dən, pis bir günah işləməsindən qorxurdu.
M.Ibrahimov.
16. işlək olmaq, gediş-gəlişli olmaq. Bu
yollar işləməsin; Bəzirgan qışlamasın; Mən
sevdim, sən apardın; Tanrı bağışlamasın.
(Bayatı).
17. Bir sıra isimlərlə yanaşı, mürəkkəb
feil və ifadələr düzəldilir; məs.: ağzı işlə-
mək, başı işləmək, fikri işləmək.
İŞLƏMƏLİ sif. İynə və s. ilə üzərinə bə-
zək, naxış vurulmuş naxışlı, bəzəkli. İşlə-
məli köynək. İşləməli dəsmal. - [Sona xanı-
mın] tafta köynəyi, güləbətin işləməli baş-
mağı, .. nəyi, nəyi yox idi?! Qantəmir. Yubi-
ley günlərində deyirdim: Səməd, döşü işlə-
məli, qolu naxışlı; Təzə köynəyini geyəsən
gərək! O. Sarıvəlli. Qızıl işləməli kuzələr
dolduruldu. İ.Əfəndiyev.
İŞLƏNİLMƏ “İşləni lmək”don /.7,s.
İŞLƏNİLMƏK b a x işlənmək.
İŞLƏNMƏ “İşlonmək”don (is.
İŞLƏNMƏK məch. 1 . Sərf edilmək, isti-
fadə edilmək, işlədilib qurtarmaq. Mate-
rialların hamısı işləndi.
2. Emal olunmaq, düzəldilmək, hazırla-
nıb lazımi şəklə salınmaq.
3. Danışıqda, yazıda tətbiq edilmək, isti-
fadə edilmək. Bu söz köhnəlmişdir, indi
işlənmir. - Taqımdan ancaq bir-iki nəfəri
sözün belə ikibaşlı işləndiyini anlayıb gül-
dü. Ə.Əbülhəsən.
4. Qazılmaq, həkk edilmək, yaxud bəzək
vurulmaq; naxışlanmaq. Divarda müxtəlif
əfsanə və macəralar işlənmişdi. S.Rəhimov.
5. Üzərində iş aparılmaq, üzərində işlənib
təkmilləşdirilmək, yaxşılaşdırılmaq. Əsər
üzərində bir qədər işlənməyi tələb edir.
İŞLƏNMİŞ fsif. 1. Çox istifadə edilmiş,
çox işlənməkdən köhnəlmiş; nimdaş. Işlən-
602
İŞLƏRBAŞI
miş palaz. İşlənmiş qab. - Aylar ilə işlənmiş
mahud külahı dala tərəf sürüşmüşdü.
A.Divanbəyoğlu. Pərşan əlinə keçən işlən-
miş süfrəni stolun üstünə salanda Rüstəm
kişi acıqlandı.. M.İbrahimov.
2. Üzərində naxış qazılmış, həkk edilmiş,
yaxud naxışlanmış, bəzək vurulmuş. İşlən-
miş dəsmal. İşlənmiş kəmər. Zərlə işlənmiş
cild. - [Çopo:] Altun dəstəkli, incə tikişlərlə
işlənmiş qapıdan içəri girdim. Çəmən-
zəminli.
3. Təkmilləşdirilmiş, mükəmməlləşdiril-
miş, işlənib qaydaya salınmış, düzəldilmiş.
Üzərində işlənmiş əsər. H Üzərində iş apa-
rılmış, tədqiq edilmiş, öyrənilmiş, hərtərəfli
düşünülmüş. Yaxşı işlənmiş mövzu.
İŞLƏRBAŞI sif. Əsas səbəbkar, əsas
günahkar, əsas işi görən. [Mütəəllimə:] Də-
dəm də həmişə nənəmi döyür ki, işlərbaşı
sənsən. Çəmənzəminli.
İŞLƏTDİRİLMƏ “İşlətdirilmək”dən f.is.
İŞLƏTDİRİLMƏK “İşlətdirmək”dən məch.
İŞLƏTDİRMƏ “Işlətdirmək”dən f.is.
İŞLƏTDİRMƏK icb. İşləməyə məcbur
etmək.
İŞLƏTMƏ 1. “İşlətmək”dən/w. [Murad]
ömrünün bir qismini Xəzər dənizində mexa-
niklikdə keçirdiyi üçün motor işlətməni
bilirdi. S. Hüseyn.
2. is. Mədəni, bağırsaqları təmizləmək
üçün işlədilən, istifadə edilən dərman. Xəs-
təyə işlətmə vermək. II Sif. mənasında. İşlətmə
yağı. İşlətmə dərmanı. - Bitki mənşəli işlət-
mə maddəsinə malik həblər üçün tibbi sabun
yaxşı formavericidir. “Dərman növləri”.
İŞLƏTMƏK/ 1 . İş gördürmək, işlə məş-
ğul etmək, iş görməyə məcbur etmək;
çalışdırmaq. Fəhlə işlətmək. Uşağı işlətmək.
Qızı uşaqlıqdan işlətmək.
2. Bir şey üçün istifadə etmək; faydalan-
maq. Ən uşaqlıqdan möhnətə adət etmiş
Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda
özü üçün bir barkas alıb işlətməyə şüru etdi.
S.M.Qənizadə. Gülşənəm arvad təknə əvə-
zinə işlətdiyi alümin ləyəni stulla bərabər
yerindən götürüb, .. qız əhvalatını açıb da-
nışdı. M.Hüseyn. Fərmanın qoçaqlığı ora-
sındadır ki, o, mürəkkəb maşını işlətməyi
artıq mənimsəyibdir. Ə.Sadıq.
İŞRAQİLİK
3. Tətbiq etmək, işə salmaq. Siyasət işlət-
mək. Fənd işlətmək. Hiylə işlətmək. - Kor-
oğlu qayıtmaz, tufan salmasa ; Cida işlətməsə,
qılınc çalmasa. “Koroğlu”. Molla Qasım
anladı ki, .. hər nə kələyi varsa, işlədə bilə-
cəkdir. S.S.Axundov. Böyük yazıçı vəfat et-
diyi günə qədər qələmini işlətdi. M.İbrahimov.
4. Sərf etmək. Pulu qənaətlə işlətmək.
- Cəm oluruq bir məclisə yüz nəfər; işlədirik
neçə batman çay, şəkər. Ə.Nəzmi. // İçmək,
qəbul etmək, yaxud içmək və ya yemək
kimi istifadə etmək. Sirkəni artıq işlədənin
bədəni zəif olur. H.Zərdabi. [Professor:] Bu
dərmanları vaxtında işlət.. Qantəmir.
5. Danışıqda, yazıda tətbiq etmək, istifa-
də etmək. Qəliz ibarələr işlətmək. - Hələ ..
ruslar, polyaklar və qeyrilər bizə görə öz
dillərini və yazılarını çox işlədirlər..
C. Məmmədquluzadə. [Səmirə:] Orta mək-
təbdə oxuyarkən bizim hamımızın işlətdiyi
bu dəbdə bəzi ifadələr indi məndə parodiya
təsiri buraxırdı. M.Hüseyn.
6. Adətən “qarnım” sözü ilə - ifraz pro-
sesini qaydaya salmaq, yaxud əksinə, ayaq-
yoluna salmaq.
İŞLƏTMƏLİ sif. İşlətmək, sərf etmək,
ehtiyacı rəf etmək üçün olan; işlətmək üçün
ayrılmış (saxlanmış, təyin edilmiş).
İŞLİ sif. 1 . İşi olan, işlə təmin olunmuş.
2. məc. Ürəyində kinli sözü, mətləbi olan.
O, işli adama oxşayırdı.
İŞLİ-GÜCLÜ sif. Əlindən hər iş gələn,
bacarıqlı, zəhməti, işi sevən. O, işli-güclü
qızdır.
İŞLİ-PEŞƏLİ bax işli-güclü.
İŞMƏK bax eşmək.
İŞMƏKLİ bax eşməkli. [Xırdaxanım:]
..Mən də sənə borclu oluram bir dəst şaldan
libas ibrə işməkli.. N.Vəzirov.
İŞ-PEŞƏ is. Sənət, peşə, iş-güc. Ögey
ana o gündən Fatmaya gündə bir küllü köm-
bə verib, darağnaıı yun daramağı ona iş-
peşə elədi. (Nağıl). Gecə-gündüz işin-peşən
yoxmudur? Çəkilməzsən bir dəqiqə arxam-
dan. Ə. Cavad.
İŞRAQİLİK [ər. işraqiyyə - şəfəq, parıltı]
Orta əsrlərdə müsəlman ölkələrində yayıl-
mış fəlsəfi cərəyan. İşraqilik fəlsəfəsi.
Işraqilivə görə kölgələr işıqlarla yanaşı
daima mövcuddur.
603
İŞRƏT
İŞRƏT is. Kef, eyş-işrət; içki içmə.
Əyyami-zimistan keçdi, sevdiyim; Dur, seyr
eylə, işrət baharıdır bu!.. Q.Zakir. Biz bir
neçə kamança, tar tapmışıq; Burda bir işrət
məclisi qurmuşuq. A.Səhhət. Bu gecə oğlu
Mürsəlin toy məsləhəti gecəsi olmaqdan
artıq, onun üçün kef və işrət məclisi idi.
A. Şaiq. □ İşrət etmək (eləmək) - əylən-
mək, kef çəkmək. Xeyr olsun, hər kəs yığ-
nağıııdadır ; Onlar ilən zövqü işrət evlərsən.
M.V.Vidadi. Hanı o mah ilə mən işrət etdi-
yim gecələr. S.Ə.Şirvani. Bir gecə Otello-
nun bədxahları qızın atasını yuxudan oya-
dıb, ona xəbər verirlər ki, sənin qızın ismət
və həyanı unudub, qara ərəb ilə işrət etmək-
dədir. F. Köçərli.
İŞRƏTLİ sif. Kef büsatı qurulmuş, kef
üçün düzəldilmiş. [Lətif şalı:] Dost bağında,
gəldim, lələ! İşrətli divanı gördüm. “Lətif şah”.
İŞSEVƏN sif İşləməyi, çalışmağı sevən;
işcil. İşsevən adam.
İŞSİZ sif. 1. Daimi işi, iş yeri və maaşı
olmayan. İşsiz fəhlələrin nümayişi. - [Meh-
riban ərinin] işsiz (z.) qaldığı günlərində
aclığını, çılpaqlığını açıb söyləmədiyi kimi
bir çox qış gecələrini yanacaqsız keçirmiş,
şikayət etməmişdi. S.Hüseyn. // İs. mənasın-
da (adətən cəm şəklində). İşsizlər ordusu.
2. Bikar, avara, veyl, heç bir işlə məşğul
olmayan. Küçələr və körpünün qarşısı işsiz
camaatla dolmuşdu. M.S. Ordubadi. // Zərf
mənasında. Heç bir işlə məşğul olmadan,
avara-avara, veyl-veyl. İşsiz gəzmək. İşsiz
küçələri dolaşmaq.
3. zərf Hərəkətsiz, istifadəsiz, boş-bekar.
..Kitavda yapon malını baykot eləyib, kar-
xanalarını işsiz qoyublar. C.Məmmədqu-
luzadə.
İŞSİZ-GÜCSÜZ bax işsiz 2-ci mənada.
İŞSİZLİK is. 1 . Bir yerdə işsizlərin, daimi
maaşı olmayan adamların mövcud olduğu
hal. Kütləvi işsizlik halları, işsizliyin xroniki
hal alması.
2. İşsiz adamın hal və vəziyyəti. Bir yan-
dan işsizlik, parasızlıq, .. bir yandan da
sənət eşqi, təbin coşqunluğu və qaııın oyan-
ması Baxışoğlıı Həsəni rahat buraxmayıb,
ruhuna əziyyət verirdi. B.Talıblı.
3. Bikarlıq, görüləcək işin olmaması;
məşğuliyyətsizlik. İşsizlikdən hər gün sahil
İŞTAH(A)
boyu ilə bir qədər yol gedər və ya da ormana
girib gəzməklə, özümü əyləndirərdim.
S.Hüseyn. Student qapının arasından: -Xırda
hekayələr olsa, çox məmnun olaram, - dedi,
-yoxsa işsizlikdən darıxıram. Çəmənzəminli.
İŞSİZ-PEŞƏSİZ bax işsiz-gücsüz. [Mu-
rad] Bakıda olurkən işsiz-peşəsiz bıılunma-
yırdı. S.Hüseyn.
İŞTAH(A) is. [зг.] 1. Yemək istəmə, ye-
məyə meyil, yemək arzusu. Təmiz hava
adamın iştahasını artırır. - iştaha diş altın-
dadır. (Məsəl). ..Yazırsan ki, iştaham aza-
lıb, belə ki, sübh vaxtı bozbaş yeyəndə, ax-
şam azanı deyiləndə kabab yeyirəm..
C. Məmmədquluzadə. [Qurban:] Neyləyim,
Allah plovu bir adama verir, iştahı bir ayrı-
sına. Ə. Haqverdiyev.
2. məc. Arzu, istək, həvəs. Müftə pulları
alıb cibinə dolduranda [onun] iştahası daha
da artdı. “Kirpi”. □ İştah(a) ilə, iştahla
- 1) həvəslə, ləzzətlə, acgözlüklə. İştahla
yemək. - [Oruc] tütək çalırkən qoyunlar iş-
tah ilə ot otlar, arabir qulaqlarını qırparaq
o səsi dinlərdi. A.Şaiq. Nəcəf iştaha ilə ye-
yir, xalasının ona etdiyi yaxşılıqlardan
uzun-uzadı danışırdı. Q. İlkin; 2) məc. arzu-
lu, həvəsli, həsrətkeş. Pulsuz, lakin iştalıalı
tamaşaçı sovuşmaq istəmir. Mir Cəlal.
0 İştahası açılmaq - yemək arzusu daha
da artmaq, daha da iştahalanmaq, yemək
istəmək. [Bərbərzadə:] Həmişə bu yoldaşla
söhbət eyləyəndən sonra, mənim iştaham
açılır. S. Rəhimov. İştahası böyük olmaq
- çox böyük şeylər ummaq, imkanı, ləyaqə-
ti xaricində olan şeylərin arzusunda olmaq.
[Teymur:] Yox, aşna, iştahan çox böyükdür.
İnanmıram, bu qədər verə. “M.N.lətif.”.
İştahası çəkmək -ürəyi istəmək, meyli ol-
maq. İslam gülə-giilə yavaş səslə [Telliyə]
deyirdi: - Ay qız, gic olma!.. Çox vaxt adam
yağlı plovdaıı çiyrənər, iştahası soğan-
çörək yemək çəkər. S.Hüseyn. İştahası küs-
mək (bağlanmaq, pozulmaq, tutulmaq)
- bu və ya başqa bir səbəb üzündən yemək
istəməmək, yeməkdən qalmaq, ürəyi heç
bir şey istəməmək. Qarabaş bildi ki, Əhmə-
din fikri Pəri Soltanı narahat eləyib, iştahı
bağlanıb. (Nağıl). [Qurban:] Di yaxşı, gəl
götür, iştahım tutulub, yeyə bilmirəm.
Ə.Haqverdiyev.
604
İŞTAH(A)AÇAN
İŞTAH(A)AÇAN sif. İştaha gətirən, iştaha
artıran, yemək həvəsi oyadan. İştahaaçan
dərman. İştahaaçan yeməklər. - Mübaşir
Məmməd israr etdi: - Abcosuz o əti yemək
haramdır. ..Gərək iştahaaçan, qızışdıran bir
şey olsun ki, yeyə biləsən.. M. İbrahimov.
[Sultan Səmədə:] Buralarda ol, gedək evə,
sənin üçün sarımsaqlı, iştahaaçan şey
bişirtdirim. İ. Hüseynov.
İŞTAH(A)GƏTİRƏN, İŞTAH(A)GƏTİRİCİ
bax iştah(a)açan.
tŞTAH(A)LANDIRMA “İştah(a)landır-
maq”dan f.is.
İŞTAH(A)LANDIRMAQ/ İştaha gətirmək,
iştaha oyatmaq, yemək həvəsini artırmaq.
Xörəyin ətri adamı iştahlandırırdı. — Təzə
çörəyin ətri həyətdə oturanları iştahlandı-
rırdı. S.Şamilov.
İŞTAH(A)LANMA “İştah(a)lanmaq”dan
f.is.
İŞTAH(A)LANMAQ f Yeməyə həvəs
oyanmaq, iştahaya gəlmək.
İŞTAH(A)LI sif. Yaxşı iştahası olan, yemə-
yi iştaha ilə, həvəslə yeyən. İştalıalı adam.
İŞTAH(A)SIZ sif. İştahası olmayan, qarnı
tox olmadığı halda yeməyə istəyi olmayan.
Telli balaca qızdır ; Yeməyə iştahsızdır.
M.Dilbazi. H zərf Yemək istəmədən, yemə-
yə istəyi olmadığı halda; meyilsiz, həvəs-
siz, könülsüz. Xörəyi iştahasız yemək. - Mir-
zə iştahasız nahar yeyib yatmaq istədi, hərçi
çalışdı yuxusu gəlmədi. Ə.Haqverdiyev.
İŞTAH(A)SIZLIQ is. İştaha olmaması, ye-
mək istəməmə, yeməyə həvəs olmadığı hal.
İŞTƏ əd. [türk.] Budur, bax. Ey əzizi-
dilü can, ey fərəhi-qəlbi-məlul! Edərəm,
iştə, bu təklifini şükranla qəbul! A.Səhhət.
Görürsünüz, fövqəladə hadisə, iştə, bu idi..
S. Hüseyn.
İŞTİBAH is. [ər.] 1 . Şübhə, şəkk; şübhə
etmə, şəkk etmə. Sən o deyilmidin, dedin:
dumdur ümidgahımız? Mən demədimmi, var
buna dumduru iştibahımız? M. Ə. Sabir.
□ İştibah doğurmaq - şübhə doğurmaq.
İştibah etmək - şübhələnmək, şübhəyə
düşmək. İştibaha salmaq - şübhəyə sal-
maq, şübhə oyandırmaq; şəkləndirmək,
şübhələndirmək. O ki qaldı Dilşadın məsə-
ləsinə, zənnimcə, Fəxrəddini iştibaha sal-
İŞTİYAQ
mamaq üçün Dilşadı həbsdən azad etmə-
liyik. M. S. Ordubadi.
2. İştibahla şəklində zərf - şübhə ilə.
[Oğlan] qəribə bir iştibahla uzunburun, sal-
laqbığ, qırışsifət, uzunqılça adama nəzər
saldı.. S. Rəhimov.
İŞTİRAK is. [ər.] Bir işdə başqaları ilə
birlikdə fəaliyyət göstərmə, iş görmə. [Qa-
dın:] Mənim bu səyahətdə iştirakım möhtərəm
ağamızı məmnun buraxdımı? M.S. Orduba-
di. Mollanəsrəddinçilər xalq kütlələrinin
iştirakı olmadan milli intibah təsəvvür
etmirdilər. M.İbrahimov. // Şərik olma, ortaq
olma; şəriklik, ortaqlıq (şəriklik) etmə, bir
şeydə payı olma. □ İştirak etmək - bir işin
icrasında başqaları ilə birlikdə fəaliyyət
göstərmək, bir işin icraçısı olmaq. Məhkəmə
açıq olacaq və bütün hərbi xidmətçilər işti-
rak edəcəklər. H.Nəzərli. Şəhərdə ilk dəfə
olaraq bayramda təyyarə modelçiləri də
iştirak edirdilər. M. Rzaquluzadə. // Bir şey-
də payı olmaq, şərik olmaq, ortaq olmaq.
Səhmdarlar cəmiyyətində iştirak etmək.
İŞTİRAKÇI is. Bir işdə iştirak edən
adam. Dərnək iştirakçısı. Müşavirə iştirak-
çıları. Qurultay iştirakçıları. - Çalğıçılar
xüsusi həvəs göstərir, o biri iştirakçılar əl
çalırdı. M.İbrahimov. Böyük bir yarımdairə
halında toplaşmış iştirakçı və tamaşaçılar
kütləsinin mərkəzində masa qoyulmuşdu.
M. Rzaquluzadə.
İŞTİRAKÇILIQ is. hüq. İştirak etmə.
// Ortaqlıq, şəriklik.
İŞTİYAQ is. [ər.] klas. Şövqündə olma,
həsrətində olma, həsrətini çəkmə; şövq,
həvəs, şiddətli arzu, həsrət. Saraldı mehrtək
yüzüm cəmalın iştiyaqindən. Kişvəri. Eylə-
rəm hər yerdə sənin sorağın; Gündən-günə
artar bil iştivaqın.. Qurbani. Seyr edin işti-
yaqü həsrət ilə; Bu gözəl lövhə sonra düş-
məz ələ. H.Cavid. Bu dəfə Sitarə Mənsurun
məhəbbətinə bənd olub, iştiyaqında gəzir
idi. C.Cabbarlı. □ İştiyaq(ım) çəkmək
-həsrətini çəkmək, həsrətində olmaq. Nə
nıüddətdi iştiyaquı çəkirdim; Şükür həqqə,
pərizada gedirəm.. Q.Zakir. Didarına mən
müştaqəm, mən müştaq; Vəqtii bivəqt çək-
məkdəyəm iştiyaq. Aşıq Hüseyn. İştiyaqa
düşmək - şövqə düşmək, həvəsə düşmək.
605
İŞTÜX
Aşiqləri iştiyaqə düşdü; Hər kəs ayılıb
qabağə düşdü. M. Ə. Sabir. [Ziba:] Axır o
izdihamlı şəhərdən çıxandan, atamın arxa-
sınca buraya gələndən sonra niyə mən bu
fikrə, bu iştiyaqə düşdüm? S. Rəhimov.
İŞTÜX, İŞTÜK is. məh. Ağız sözü, uydur-
ma, düzəltmə, yalan. Bunlar hamısı iştiik-
dür. - Kim deyir ki, o, bu gün Danabaş kən-
dində deyil, xeyr, bunlar hamısı iştiix sözdü.
C. Məmmədquluzadə.
İŞVƏ is. [ər.] Naz, qəmzə, işvə, cilvə;
qəmzəli baxış. Dağ başından yar aşar; Yar
dolanar, yar aşar; İşvə, qəmzə, bir də naz;
Tək bir sənə yaraşar. (Bayatı). Belə işvə,
belə qəmzə, belə naz; Belə qamət, belə gər-
dən olurmu? Q. Zakir. Nazı çox, qəmzəsi
bol, kibri də var dilbərimin; Baxmamaq
işvəsidir aşiqə taci-sərimin. Ə.Nəzmi.
□ İşvə satmaq - naz-qəmzə eləmək. Ma-
ralın, ceyranın min işvə satır; Su göndər bu
yerdə yanana, dağlar! S. Vurğun. Al-vaşıl
geyinib seyrana çıxmış; işvə satır güllü yaza
gözəllər. Aşıq Ağalar.
İŞVƏBAZ sif. [ər. işvə və fars. ...baz]
İşvə edən, işvəkar, nazlı.
İŞVƏBAZLIQ is. İşvə, naz-qəmzə etmə
xasiyyəti.
İŞVƏKAR sif. [ər. işvə və fars. ...kar] Öz
qəmzəli baxışları ilə kişiləri məftun edən;
işvəli, qəmzəli. [Zeynəb xanım] Alış bəyi
görüncə qaşlarını qaldırdı, fitnəli gözlərini
süzdü və işvəkar bir səslə qulluqçuya dedi:
- Ovçuluq gözəl şeydir. Çəmənzəminli.
Müəyyən bir məqsədlə kişilərə yanaşan
işvəkar qadın ən möhkəm iradəli şəxslərə belə
sevginin zəhrini aşılaya bilər. M. S. Ordu-
badi. Şux və işvəkar ərəb qızları gələr və
xaqanla əylənərlər. H.Cavid. // İs. mənasın-
da. Dilbər. [Arif İblisə:] Bir afətə, birniga-
rə uydum; Bir qəmzəli işvəkara uydum.
H.Cavid. Bütün ətrqfə min bəzək saçılır;
Durma gəl, nazlım, işvəkarım, gəl! S.Rüstəm.
İŞVƏKARANƏ zərf [ər. işvə və fiırs.
karanə] İşvə ilə, nazla, naz-qəmzə ilə.
İşvəkaranə yerimək.
İŞVƏKARLIQ is. İşvə satma, naz satma;
naz-qəmzə. İşvəkarlıq etmək.
İŞVƏLİ sif. Nazlı, qəmzəli, cilvəli, şux,
dilbər. İşvəli qız. İşvəli gəlin. İşvəli təbəs-
İT
süm. - Ah sevgili nigar, sən qal indi! Ey
işvəli yar, sən qal indi! Xətayi. Dolanım
başına, ey nazlıca yarım, bəri bax; İşvəli,
qəmzəli, çəm-xəmli nigarım, bəri bax.
S.Ə.Şirvani. Əminə iyirmi yaşında idi, göz-
ləri anasınınkı kimi sakit və kədərli deyildi,
oynaq və işvəli idi. S. Rəhman.
İT is. 1. Canavar, tülkü kimi heyvanların
mənsub olduğu yırtıcı məməli heyvanların
xüsusi fəsiləsinə mənsub ev heyvanı. Çoban
iti. Həyət iti. Ov iti. - İt, qulağını kəsəndən
qorxar. (Məsəl). Hərdən it hürüşməsi, səs-
küy eşidilməsəydi, yarım kilometrlikdə bö-
yük bir kəndin yerləşdiyini bilmək olmazdı.
İ.Hüseynov.
2. məc. Bədxasiyyət, acıdil, davakar,
söyüşkən, rəftarsız adam haqqında (çox za-
man “kimi” qoşması ilə işlənir). İt kimi rəf-
tar edir. H Söyüş kimi işlənir. [Sultan bəy:]
..itin birisi qapıma gəlib qızımı özünə bənd
eləyir, belə də binamusluq olar?! Ü.Hacı-
bəyov.
0 İt də getdi, ip də dan. - hər şey əlindən
çıxdı, hər şeydən əli üzüldü, bütün ümidlər
boşa çıxdı. İt dəftərində adı yoxdur dan.
- çox hörmətsiz, sayılmaz, avara, işsiz-
gücsüz adam haqqında. [Aslan:] [Oqtayın]
it dəftərində adı yoxdur. C.Cabbarlı. İt
günü çəkmək dan. - çox pis, çox ağır həyat
keçirmək; əziyyət, məhrumiyyət içində
yaşamaq. İt kökündə -bax it günündə. İt
günündə, it diriliyində dan. - 1) çox pis
halda, çox pis vəziyyətdə, çirk, natəmiz. Bir
para uşaqlar olur ki, əsgilər, kirlər içində
ortalıqlarda fırlanırlar. It günündə, it dirili-
yində yaşayırlar. "Məktəb”; 2) yorulmuş,
incimiş, əldən düşmüş. İt günündə gəlib
çıxdılar. İt ilində - çoxdan, çox uzaq keç-
mişdə, yaddan çıxmış bir vaxtda. İt ilində
olan iş. - [Osman:] Bir də, İsgəndərin bizə
nə dəxli var, ey? İt ilində babası körpüdən
keçəndə, mənim babamın böyrünə dəyib.
M. Hüseyn. İt yiyəsini tanımır dan. - həd-
dindən artıq adam, basabas, qələbəlik olan
yer haqqında. Pristavın həyətində it yiyəsini
tanımırdı, səsdən, qilü-qaldan qulaq tutu-
lurdu. C.Məmmədqııluzadə. İtdən alıb itə
vermək dan. - bax itdən əskik eləmək.
Əfrasiyab xan dişinin dibindən gələni Lələ-
606
IT
İTAƏTLİ
şə dedi, onu itdən alıb itə verdi.. S. Rəhi-
mov. İtdən biabır etmək dan. -bax itdən
əskik etmək. [Səkinə xanım:] ..Özüm onu
çağırıb beş yüz söyüş üzünə qarşı deyərəm.
Onu itdən biabır edərəm. M.F.Axımdzadə.
İtdən əskik etmək dan. - bax itin sözünü
demək. İtə dönmək dan. - bəık hirslən-
mək, qeyzlənmək, hamını acılamaq. Vəznə-
li kişi .. sonra, yenə itə dönmüşdü. Mir
Cəlal. İtin dilini bilir zar. - bic, çoxbilmiş
adam haqqında. İtin dilini bilir, cəhənnəmin
yolunu. (Ata. sözü). İtin dişi, motalın dəri-
si dan. - mənə dəxli yoxdur, mənə nə var,
özləri bilər. [Allahqulu:] itin dişi, motalın
dərisi! O Sirat, o da düşmənləri! Ə.Əbülhə-
sən. İtin sözünü demək dan. - təhqir edər-
cəsinə ağır, pis sözlər demək, tamamilə
abırdan salmaq. O görürdü ki, qabağında
heç kəsin cınqır çəkməyə cəsarət etmədiyi
kişiyə itin sözün deyirlər, başını qaldırıb
cavab da vermir.. Mir Cəlal. İtinə tök dan.
- həddindən çox, lap çox, bol. [Molla Nəs-
rəddin:] Bizim kənddə elə saraylardan o
qədər var ki, itinə tök. "M.N.lətif.”. A kişi,
iş adama qalsa, sənə o qədər adam verim ki,
lap itinə tök. C. Cabbarlı. İtlə çıxarmaq
(qovmaq) - təhqir edib, söyüb, abır verib
qovmaq. [Nəcəfbəy Süleyman bəyə:] ..Mə-
nim qapıma ayağın düşər, səni it ilən çıxar-
daram. Ə. Haqverdiyev. İtlə pişik kimi
(dolanmaq) - bir-biri ilə yola getməyən,
bir-biri ilə daim dava edən adamlar haqqın-
da. Ağzında Ayrım qızı deyirsən, necə dola-
nacağıq, it ilə pişik kimi. A.Şaiq. Çimnaz
aı-vad demişkən, bu Nazlı ilə Veys itlə pişik
kimi dolanmaqlarına baxmayaraq, bu qəsə-
bədə bir-birini ən çox istəyən bacı-qar-
daşdı. Ə.Əbülhəsən. Başına it oyunu aç-
maq (gətirmək) -bax baş. ...kimin iti tu-
tub - ...kim sancıb, ...kim toxunub, ...kim
xətrinə dəyib. [Lələşov Balacaxanıma:]
Mən bilmirəm yenə də bu gün səni kimin iti
tutubdur, qız! S. Rəhimov. ...nə iti (itim)
azıb? dan. - ...nə işi (işim) var, ...nəyinə
(nəyimə) lazımdır, ...nəyinə (nəyimə) gə-
rək. [Şəhrəbanı xanım:] Firəngdə onun nə
alıb-verəcəyi var? Parijdə onun nə iti azıb-
dır? M.F.Axımdzadə. [Məsmə:] Deməzlər-
mi, ay filan-filan olmuşun qızı, bir tikə uşa-
ğın şəhərlərdə, hacıların qapısında nə iti
azmışdı? Mir Cəlal.
İTAƏT is. [ər.] 1 . Tabe olma, boyun
əymə, sözə qulaq asma, göstərişə əməl
etmə; tabelik. Ata-anaya itaət. Böyüyə itaət.
- [Qaplan:] Əmrinə itaət bir vəzifədir ; Ver-
diyin hər fərman bizə töhfədir. A.Şaiq. Çay
üstündə qazı həmçinin vəz edib böyüyün
kiçiyə məhəbbəti, kiçiyin böyüyə itaəti barə-
sində uzun bir söhbət elədi. Ə. Haqverdiyev.
Bu səsdə itaət tələb edən bir güc var idi.
H.Seyidbəyli. □ İtaət etmək (eləmək, qıl-
maq) - tabe olmaq, əməl etmək, sözə qulaq
asmaq. Zeynəb oğlundan .. razıdır. Ondan
ötəri ki, Vəliqulu o itaəti ki anasına eləyir,
bəlkə atasına eləməzdi. C. Məmmədquluza-
də. [Soltan bəy:] Qızım, inad olma, atan nə
deyir sən də ona itaət elə. Ü. Hacıbəyov.
[Şeyx Sənan:] Get, babandır, Xumar, itaət qıl;
Hər nə əmr etsə, dinlə, hörmət qıl! H.Cavid.
İtaətdə durmamaq - tabe olmamaq, sözə
qulaq asmamaq, özbaşına hərəkət etmək.
İtaətdə olmaq - birinin tabeliyində, əm-
rində, hakimiyyəti altında olmaq. İtaətdən
çıxmaq - itaətsizlik etmək, tabe olmamaq;
sözə, əmrə, göstərişə əməl etməmək, qulaq
asmamaq, başlı-başına hərəkət etmək.
[Hacı Murad:] ..Qız mənim itaətimdən çıxa
bilməz. S.S.Axundov. İtaətdən çıxan əsgər;
Alar ölüm cəzasını. R.Rza.
2. İtaətlə şəklində zərf - müti bir surət-
də, itaət edərək; müticəsinə, ehtiramla.
Girdman adı gələndə, lıamı hörmətlə və
itaətlə baş əydi. M.Hüseyn. Soltanı qara-
başlar itaətlə dinlədi. M.Rahim.
İTAƏTKAR sif. [ər. itaət və fars. ...kar]
bax itaətli. Şərif ki hər zaman .. [Molla
Xəlilin] müti və itaətkar bir müridi idi, bü-
tün bayır işlərini ona gördürərdi. S. Hüseyn.
..Qaraqaşlı Davudun səliqəli, itaətkar,
həvəsli işi ustanın xoşuna gəlirdi. Mir Cəlal.
İTAƏTKARCASINA zərf [ər. itaət və
fars, karanə] İtaətlə, müticəsinə.
İTAƏTKARLIQ is. İtaət etmə, tabe olma;
hər əmrə, sözə, göstərişə sözsüz əməl etmə;
mütilik, ehtiram. [Nuriyyə:] Mən [Muradın]
dəvətini qeyri-şüuri bir itaətkarlıqla (z.)
qəbul etdim. İ.Əfəndiyev.
İTAƏTLİ sif. İtaətdən çıxmayan, tabe
olan, itaət edən; müti, intizamlı. [İblis:] Heç
607
İTAƏTLİLİK
İTƏLƏMƏK
maraq etmə, əmin ol, o mənim ən itaətli
qulumdur daim. H.Cavid.
İTAƏTLİLİK b a x itaətkarlıq.
İTAƏTSİZ sif. İtaət etməyən, tabe olmaq
istəməyən, sözə qulaq asmayan; dikbaş,
intizamsız. İtaətsiz uşaq.
İTAƏTSİZLİK is. İtaət etməmə, boyun
əyməmə, tabe olmama, sözə qulaq asmama;
hörmətsizlik, intizamsızlıq. Qızının belə
itaətsizliyi İmamverdiyə artıq dərəcədə təsir
etmişdi. S.S.Axundov. Min ilin əzilmiş rənc-
bəri sanki qəbirdən qalxıb mülkədarla vu-
ruşur, əlinə götürdüyü yabanı, odlu silahı
yerə qoymaq istəmir, itaətsizlik hər səmti
bürüyür. S. Rəhimov. □ İtaətsizlik etmək
(göstərmək) - itaət etməmək, tabe olma-
maq, sözə qulaq asmamaq, üzə durmaq,
hörmətsizlik göstərmək. Hələ arvadı Nigar
açıqdan-açığa ona itaətsizlik edir, özünü
yaxşı aparmayırdı. S.Hüseyn.
İTALİYALI bax italyan.
İTALYAN is. İtaliyanın əsas əhalisini
təşkil edən xalq və bu xalqa mənsub adam.
İtalyan musiqisi. İtalyan operası. İtalyan
dili Roma imperiyasının süqutundan sonra,
latın xalq dili zəminində inkişaf etmişdir.
İTALYANCA sif. və zərf İtalyan dilində.
Italyanca-rusca lüğət. Italyaııca danışmaq.
İtalyaııca söz sırası sərbəstdir. // is. İtalyan
dili. İtalyancanın başlıca fonetik və morfo-
loji xüsusiyyəti, əsasən, saitlə bitməsidir.
İTALYANÇILIQ is. köhn. Musiqi əsərlə-
rində, əksəriyyətlə operada italyan musiqisi
üsullarının tətbiqi.
İT ARISI is. zool. Yuvasını yerdəki deşik-
lərdə quran bozaçalar rəngli arı növü.
İTBALIĞI is. zool. Uzunsov başlı, əti
yeyilməyən balıq növü.
İT-BAT: it-bat düşmək - itmək, yoxa
çıxmaq, yox olmaq. İt-bat eləmək - yox
etmək, aradan götürmək, məhv etmək. Qarı
qollarını çırmalayıb, Məlik vəzirin arvadını
doğuzdurdu, gördü ki, bu bir oğlan doğdu
ki, eynən Yusifi-Kənan. İstədi uşağı it-bat
eləyə, baxıb gördü ki, adam çoxdu.. (Nağıl).
İt-bat olmaq - yox olmaq, yoxa çıxmaq,
aradan qalxmaq, məhv olmaq.
İTBAZ is. İt saxlamağı, itlə məşğul olma-
ğı sevən adam. [Koxa:] Səlim bəy itbazdır,
tazıları var; Hər səhər onları hey öpüb
yalar. S. Rüstəm. [Məktubunda] yazırsan ki,
qəsəbənizin əhalisi xoruzbazların, qoçbaz-
ların və itbazlarııı əlindən cana-bezara gəl-
mişdir. “Kirpi”.
İTBAZLIQ is. İt saxlama, itlə məşğul
olma. MoIIaxaııadan qovulan gündən etiba-
rən uşaq fikrini qoçbazlıq. bildirçinbazlıq,
itbazlıq və bu kimi işlərə verərdi. H. Sarabski.
İTBOĞAN is. bot. bax novruzgülü.
İtboğaııın bəzi növləri dekorativ bitki kimi
becərilir.
İTBURNU is. bot. Qızılgül fəsiləsindən
tikanlı kol bitki və onun qırmızı meyvəsi.
itburnu kolu, itburnu gülü. - itburnu - qış-
da yarpağı tökülən, iki metrə qədər hündür-
lükdə, tikanlı koldur. May ayında çiçəklənir,
meyvəsi vitaminlə zəngindir, sentyabrda
yetişir. H.Qədirov.
İTÇİ is. İt saxlayan, it yetişdirməklə
məşğul olan adam.
İTÇİLİK is. İt saxlamaqla, it yetişdirmək-
lə məşğul olma.
İTDAMI is. 1 . İt saxlanan yer.
2. тәс. Qaranlıq, kiçik, yaşayışa yarama-
yan, natəmiz yer. Bura ev deyil, itdamıdır.
İTDİRSƏYİ is. Kirpik diblərində piy
vəzilərinin irinli iltihabı; sızanaq. Gözünə
itdirsəyi çıxmaq. Itdirsəyiııi sıxdıqda, göz
yuvasının fleqmonasına səbəb ola bilər.
İTƏBAXAN is. Ov və ya xidmət itlərinə
baxan adam.
İTƏLƏ YİCİ is. tex. İşləmə zamanı mexa-
nizmin müəyyən hissələrinin vəziyyətini
təkanla dəyişdirən qurğu.
İTƏLƏMƏ “İtələmək”dən fis.
İTƏLƏMƏK f. 1. Kəskin, ani bir hərə-
kətlə, təkanla bir şeyə toxunmaq. [Əmir-
aslan:] ..Nurəddiıı su çəkdiyi halda daldan
itələyib suya salacağam. S.S.Axundov.
Rüstəm kişi Telli aıvadın yaxasından itələ-
yib keçnıək istədi. M.İbrahimov. [Ağca] iki-
əlli Gəldiyevi itələdi, içəri salıb qapını bərk
çırpdı. Mir Cəlal.
2. Təkanla bir şeyi bir tərəfə doğru hərə-
kət etdirmək, yerini dəyişməyə məcbur et-
mək, yerindən tərpətmək. Arabanı dala itə-
ləmək. Stolları yana itələmək. - [Telli] bir
hadisə üz verdiyi təqdirdə, bu saman torba-
608
İTƏLƏNMƏ
sıııı irəliyə itələməklə müəllimin otağına yol
açar, onu öz harayına çağıra bilərdi.
S. Hüseyn. // Bir şeyi əli ilə və ya başqa bir
şeylə özündən geriyə çəkmək, kənar etmək.
Mollanın oğlu qızılı əli ilə itələyir. “Mol.
Nəsr.”. Axund qəlyanı kənara itələyib dizi
üstə qalxdı. Mir Cəlal.
3. Soxmaq, yeritmək, daxil etmək. Neştə-
ri yaraya itələmək.
4. məc. Təhrik etmək, sövq etmək, sürük-
ləmək, bir şeyi etməsinə səbəb olmaq. Cina-
yətə itələmək.
İTƏLƏNMƏ “İtələnmək” dən f.is.
İTƏLƏNMƏK “İtələmək”dən məcli.
İTƏLƏŞMƏ “İtoləşmok”dən /.7,s.
İTƏLƏŞMƏK qarş. Bir-birini itələmək.
Bəzi adamlar kəndin içində əyri-üyrü yolla
qaçışır, bir çoxu yenə də bir-birinə toqquşub
itələşir və həyətə doluşurdu. S. Rəhimov.
İTGƏ is. dan. Qızılquş və qırğı balalarına
xalq arasında verilən ad.
İTXİYARI is. bot. Zibilli yerlərdə bitən,
xiyara bənzər çoxillik yabanı bitki. Itxiyarı,
yetişmiş meyvəyə toxunduqda saplağından
qopur, içərisindəki acı maye ilə birlikdə
toxumu ətrafa yayılır.
İTİ 1. sif. Yaxşı itilənmiş, kəskin, çox
kəsici. İti bıçaq. İti balta. İti ülgüc. İti
qılınc. H Ucu şiş, batıcı, deşici. İti ox. İti ti-
kan. - ..Heç bir zaval görməvəcəyini [pişik]
hiss etdi, iti caynaqlarını qabırğaya ilişdir-
di. İ. Hüseynov.
2. sif. Getdikcə sivriləşən, ucu sivri, şiş.
Boz mərmərdən qayrılmış yazı cihazının
üstündə iti (z.) qəddənıııiş rəngli qələmlər
görünürdü. M.Hüseyn.
3. zərf və sif. Çox sürətli; tez, cəld, bərk
çaparaq. İti sürmək. İti yerimək. İti danış-
maq. - [Səməd] əllərini solmuş çuxasının
qollarına qoyub, .. küçənin ortası ilə iti ötür.
Çəmənzəminli. Ancaq Məzlum üsulluca
restoranı tərk etdi, iti addımlarla buradan
uzaqlaşdı. E. Sultanov. ..[Səmədin] beyni
elə bil əvvəlkindən də iti işləməyə başlamışdı.
İ. Hüseynov. // Sürətlə axan. İti su. İti çay.
4. sif. məc. Kəskin, nüfuzedici, çox təsir-
li. İti söz. İti baxış. İti səs. - Onun iti nəzər-
ləri geniş üfüqlərə nüfuz edir. M.Hüseyn.
işlədi knyazın geniş qəlbinə; Aşığın ox kimi
İTİK
iti sözləri. M. Rahim. Bahadır öz gur və iti
səsi ilə çağırdı.. S. Rəhman. // Çox şiddətli,
bərk. İti çovğunlardan sonra yaz fəsli gəldi.
N.Nərimanov.
5. sif. məc. Tez qavrayan, tez başa düşən;
fəhmli, qabil, iti ağıl. İti zehni var. - Onun
hazırcavablığı və açıqlığı, iti fikir sahibi
olması bizə nə qədər xoş gələrdi.. M. İbra-
himov.
iti-iti zərf Sürətlə, cəld, tez-tez. İti-iti
axmaq, iti-iti yazmaq, iti-iti danışmaq.
- Tramvay sürətini artırdıqca [Tahirin] də
fikri iti-iti işləməyə başlayırdı. M.Hüseyn.
İTİAXAN sif. Sürətlə axan, tez axan. İti-
axan çay.
İTİBAXIŞLI sif. Baxışı kəskin, baxışın-
dan zirəklik, əzmkarlıq duyulan. İtibaxışlı
oğlan. - ..Onların içində bir nəfər qaraya-
nız, itibaxışlı, sakitduruşlıı bir gənc vardı.
Mir Cəlal.
İTİBUCAQ(LI) is. riyaz. İti bucağı olan
həndəsi fiqur. // Buna oxşar hər hansı bir
şey. İtibucaqlı daş.
İTİBURUN sif. Burnu sivri, şiş, iti. İtibıı-
run adam. Itiburun çəkmə.
İTİBUYNUZ(LU) sif. Buynuzu iti olan.
Itibuyııuzlu qoç. Itibuynuzlu çəpiş. - Biri
var idi, biri yox idi, bir itibuynuz ala keçi var
idi. (Nağıl).
İTİCƏ 1 . sif. Çox iti. İticə bir bıçaq.
2. zərf Çox iti, çox sürətli. İticə yerimək.
İTİDƏMİR is. xiis. Aşılanacaq gönün, də-
rinin üzərindəki ət qalıqlarını təmizləmək
üçün ağzıiti dəmir alət.
İTİDIRNAQLI sif. Dırnaqları iti, sivri
olan. Itidırnaqlı quş. - Görsəydi havada iti-
dırnaqlı; Yırtıcı dimdikli, qarmaqayaqlı;
..Vurardı başına ürəyindən qan. H.K.Sanılı.
İTİDİŞLİ sif. Dişləri iti olan. İtidişli çarx.
İtidişli it. - [Ana:] [Buğacı] itidişli qaplan-
lara qapdırdınsa, gizlətmə, de! M.Rzaqulu-
zadə.
İTİK bax itki. Qonşu qonşunun itiyini
bayatı çağıra-çağıra tapar. (Ata. sözü). Bu
böyük itik, bu kədərli faciə .. ata-balaya bir
vurğun kimi təsir etdi. A.Şaiq. [Pəri:] [Mir-
zə] sənin axtardığın itik bizdə tapılmaz.
□ İtiyi itmiş - bir şeyi itmiş, bir şeyi itir-
miş. [Hacı Səfiqulu Şamoya:] Əşi, buralar-
609
İTİGEDƏN
da nə gəzirsən? - dedi, - itiyi itmiş adam
kimi, xəlvəti-xəlvəti? S. Rəhimov.
İTİGEDƏN sif. İti sürətli, çox sürətli gedən.
İTİGÖRƏN sif. Gözdən iti olan. İtigörən
adam.
İTİGÖZ(LÜ) sif. 1 . Gözü iti, tez görən, ən
incə şeyi görən. İtigözlü adam. - Onu, o iti-
gözlü, girdə və gülərüzlü müəllimi kim tanı-
mır, kim əzizləmir? Mir Cəlal.
2. məc. Sayıq, huşyar, həssas, diqqətli.
İTİGÖZLÜLÜK is. İtigözlü adamm hal və
keyfiyyəti; ən incə şeyi görmə qabiliyyəti.
İTİKÇİ is. İtiyini gəzən, axtaran adam.
İtikçinin acığı dabanından çıxar. (Məsəl).
İTİKLİ sif. Bir şey itirmiş, mühüm bir şeyi
itmiş. [İlyas] vaqonlara girib itikli adamlar kimi
hamını bir-bir nəzərdən keçirirdi. Mir Cəlal.
İTİLƏLƏK sif Lələkləri iti olan.
İTİLƏMƏ “İtilomək”dən /.K.
İTİLƏMƏK / 1. Kəsici alətləri bülövə,
çarxa, qayışa və s.-yə çəkməklə yaxşı
kəsər hala gətirmək, kəskin etmək. Bıçağı
itiləmək. Baltanı itilənıək. Qayçını itiləmək.
- Usta Hüseyn əllərini ətəklərinə silib gö-
türdü ülgücü və başladı daşııı üstə çəkib iti-
ləməyə. C.Məmmədquluzadə. // Hər hansı
bir şeyin ucunu şiş, iti, sivri hala salmaq.
Ağacın ucunu itiləmək.
2. məc. Qızışdırmaq, ürəkləndirmək, öy-
rətmək. Səlim bəy lıampalarnan bəyləri iti-
ləyib dağıtdı kəndlərə. “Qaçaq Nəbi”.
3. məc. Kəskinliyini, təsir gücünü artır-
maq, gücləndirmək. Onlar özləri üçün nü-
fuz qazanmağa, istismar silahını itiləməyə
çalışırlar. M. S. Ordubadi.
İTİLƏNMƏ “İtilənmək”dən fis.
İTİLƏNMƏK məch. iti hala gətirilmək,
kəskinləşdirilmək. Burada xəncərlər sulanır,
itilənir, hər cür tüfənglər yoxlanır.. Mir Cəlal.
İTİLƏŞDİRİLMƏ “İtiləşdirilmək’’dən /и.
İTİLƏŞDİRİLMƏK məch. Daha iti edil-
mək, daha kəsərli hala salınmaq.
İTİLƏŞDİRMƏ "İtiləşdirmək”dən fis.
İTİLƏŞDİRMƏK/ 1 . Daha iti etmək, daha
iti hala gətirmək.
2. məc. Kəskinləşdirmək, daha kəskin
etmək.
İTİLƏŞMƏ “Itiləşmək”dən /.7.s.
İTİRMƏK
İTİLƏŞMƏK f. Daha iti olmaq, daha kəs-
kin olmaq. [Bəndalmın] yanaqları qızarmış,
sümüyü bərkimiş, vücudu möhkəmlənmiş,
baxışı itiləşmişdi. Mir Cəlal. İtiləşib dilləri ;
Kitabla cavab verir; Sualına hər biri.
B.Vahabzadə.
İTİLƏTDİRMƏ "İtilətdirmək”dən fis.
İTİLƏTDİRMƏK icb. İtilətmək (başqası
vasitəsilə). Bıçaqları itilətdirmək. Ülgücləri
itilətdirmək.
İTİLƏTMƏ “itilətmək” dən fis.
İTİLƏTMƏK ‘Ttiləmək”dən icb.
İTİLƏYİCİ sif. Itiləyən, kəskin hala salan.
İTİLİK is. 1. iti şeyin hal və keyfiyyəti;
kəsicilik. Bıçağın itiliyi. Baltanın itiliyi.
2. Sürətlilik, tezlik, cəldlik. Sürətin itiliyi.
Yerişin itiliyi. Axının itiliyi.
3. məc. Kəskinlik. Ağlın itiliyi. - Mən bu
cavan oğlanın gözlərinin itiliyinə .. heyran
qaldım. M. Rzaquluzadə.
İTİLMƏ "Itilmək”dən fis.
İTİLMƏK / dan. 1. Çıxıb getmək, rədd
olub getmək, uzaqlaşmaq, gözdən yox ol-
maq: getmək. [Tükəz:] Kişi, dəli olubsan!
Mən evimdən hara itiləcəyəm? M.F.Axund-
zadə. [Əbdürrəhman bəy:] ..Əbdürrəhim,
sən atanın goru, tez bir çubuq gətir ver, du-
rum itilim buradan.. N.Vəzirov.
2. Əmr şəklində: itil, itil cəhənnəmə
şəklində - rədd ol! çıx bayıra! çəkil get!
[Soltan bəy Əsgərə:] Tez ol, itil buradan!
Ü.Hacıbəyov. [Nəcəf bəy Süleyman bəyə:]
İtil bu saat mənim evimdən! Ə.Haqverdiyev.
[Qumru:] İtil buradan, bir qıv çəkərəm,
dünya yığılar. Mir Cəlal.
İTİRİLMƏ "Itirilmək”dən fis.
İTİRİLMƏK 'İtirmək”dən məch.
İTİRMƏ “Itirmək’’dən /и.
İTİRMƏK/ 1 . Diqqətsizlik üzündən ha-
rada isə salmaq, yaxud məlum olmayan
yerə qoymaq, hara qoyduğunu bilməmək.
Açarı itirmək. - ..Mən .. gördüm, pullarını
itirmişdi, bütün ciblərini axtardı, çevirdi,
axırda birindən tapdı. C. Cabbarlı. // Qeyb
etmək, əlindən çıxarmaq. ..Sevdiyi qızı
həmişəlik itirə biləcəyi fikri [gənci] dəli edə
bilərdi. Ə.Əbiilhəsən.
2 məc. Məhrum olmaq, qeyb etmək.
Oğlunu itirmək. Ərini itirmək. Dostunu itir-
610
İTİRTDİRMƏ
İTQILIQ
inək. - Zəhra analarını itirmiş bu üç qızın
halını, ürək parçalayan səmimi göz yaşlarını
görərək ixtiyarsız gözləri yaşardı. S.Hüseyn.
□ Ata-anasını (ata və anasını) itirmək
- yetim qalmaq. Lap balaca yaşlarında o,
ata və anasını itirmişdi. M.İbrahimov.
3. Malik olduğu əvvəlki keyfiyyətindən
məhrum olmaq. Təravətini itirmək. Danışıq
qabiliyyətini itirmək, işləmək qabiliyyətini
itirmək. - Araba yolunun kənarlarındakı
qanqal və sirkaıılar yaşıl rəngini çoxdan iti-
rib bozarmışdı. M.İbrahimov. Sonradan kor
olanlar gün işığından danışan kimi [Səttar-
zadə] də itirdiyi cavanlığından həsrətlə
danışır. Mir Cəlal.
4. Hədər yerə, mənasız, səmərəsiz sərf
etmək. Boş-boşıına pul itirmək. - Dünənki
aydın havada Cavanşir qəsəbəsindən çıx-
maması, günü hədər itirməsi Zərrintac
xanımı ağrıdır. S. Rəhimov.
5. Yox etmək, yoxa çıxarmaq. Deyərəm,
nökərlər başını kəsər ; İtirərlər, qalmaz səndən
bir əsər! H.K.Sanıh. // Qovmaq, rədd etmək.
6. ınəc. Örtmək, gizlətmək. Bu gün [Sal-
manın] paltarı bədəninin yastı-vapalaqhğı-
nı bir qədər itirirdi. M.İbrahimov.
7. Bax itirtmək. [Əhməd:] ..Hərgah
Cabbar bəy razı olsa, mən onun oğlunu bil-
gimdə bu vilayətdən itirrəm. N.Vəzirov.
8. Köməkçi feil kimi isimlərlə yanaşı iş-
lədilərək mürəkkəb feil və müxtəlif ifadə-
lər düzəldilir; məs.: ağlını itirmək, başını
itirmək, özünü itirmək, huşunu itirmək.
İTİRTDİRMƏ "İtirtdirmək”dən f.is.
İTİRTDİRMƏKbax itirtmək.
İTİRTMƏK icb. Yox etmək, yoxa çıxart-
maq, məhv etmək (başqasının vasitəsilə).
// Rədd etmək, uzaqlaşdırmaq (başqasının
vasitəsilə).
İTİŞ bax itik.
İTİUC(LU) sif. Ucu iti (şiş, sivri) olan. İti-
uclu qüllə.
İTİYARPAQ(LI) sif. Ucu iti olan (yar-
paq). İtiyarpaqlı ağac.
İTKİ is. 1 . İtirilmiş şey. İtkisi olmaq.
2. məc. Ölüm. Bu böyük itki, bu kədərli
faciə bütün qohum-qardaşa .. çox ağır təsir
etdi. A.Şaiq. Rəiyyət Rüstəmin ailəsi bu ağır
itki üçün .. matəm və yas saxladı. S. Rəhimov.
3. Döyüş zamanı sıradan çıxmış əsgər və
ya döyüş sursatı; zayiat. Döyüşdə düşmən
çoxlu itki vermişdir. - Tapdıq hələ taqımın
başqa nə kimi itkisi olduğunu bilmirdi.
Ə.Əbülhəsən.
4. Ziyan, zərər; zay olma, xarab olma.
Məhsul toplanışında itkiyə yol verməməli.
Təsərrüfatda hər cür itkinin qarşısını
alnıalı. - Əziz görmüşdü ki, soyuqda, qarda,
şaxtada yığılan pambığın çox itkisi olur.
Ə.Vəliyev. □ İtkiyə düşmək - ziyan çək-
mək, zərərə düşmək.
İTKİN sif. İtmiş; xəbərsiz, soraqsız yox
olan, yoxa çıxan. Öldü Ziyad xaııım, Mah-
mudum itdi; O itkin Mahmudun atasıyam
mən. Aşıq Kərəm. // İs. mənasında. Bir
mürüvvət eylə, alagöz şahım! Bir qərib itki-
nəm, yoxdur pənahım. Aşıq Rəcəb. □ İtkin
düşmək - 1) xəbərsiz, soraqsız itmək, yox
olmaq. [Dərviş:] ..Məni nahaq yerə dolaş-
dırdılar, durmadım, itkin düşdüm. A.Divan-
bəyoğlu. İtkin düşdüyümü zənn edib, anama
məktub yazacaqlar. Mir Cəlal; 2) yox
olmaq, itmək, aralıqda itib-batmaq. Qiy-
mətli əsərlərin itkin düşməsi, məncə, sizin
kimi böyük rəssamı daha çox həyəcanlan-
dırmalıdır. M. Hüseyn. İtkin getmək - bax
itkin düşmək 1-ci mənada. İtkin olmaq
- yox olmaq, itmək, itib-batmaq. Ölsün, itkin
olsun belə əğyarı; Gəzməsin arada yaman,
bəri bax. M.P. Vaqif. Ol keçən dəmləri hanı
Zakirin; İtkin olub adı-sanı Zakirin. Q.Zakir.
İtkin salmaq - itkin düşməsinə səbəb olmaq.
İTKİNLİK is. İtkin adamın halı; itib-bat-
ma, xəbərsiz-soraqsız yox olma. Oğlunun
ilkinliyi anaya böyük dərd oldu.
İTKİSİZ zərf 1. Ölüm, tələfat, zayiat ol-
madan, itki vermədən. Bir dəstə rus soldatı
yapon batalyonunun qarşısını almış və
alayların itkisiz geri çəkilməsinə çalışmış-
dılar. H.Seyidbəyli.
2. İtkiyə yol vermədən (bax itki 4-cü
mənada). Məhsulu vaxtında və itkisiz yığ-
maq üçün lazımi tədbirlər görmüşlər.
İTQILIQ sif. dan. Bədxasiyyət, rəftarsız,
heç kəslə yola getməyən. İtqılıq adam.
- Veys acıdil və itqılıq olduğundan arvad-
uşaqdan heç biri ağacın dibinə gəlməzdi.
Ə.Əbülhəsən.
611
İTQIRDI
İTQIRDI: itqırdı salmaq dan. - aıaya dava
salmaq, qarmaqarışıqlıq törətmək. Gərçi
itqırdı salıb çoxların etdi ixrac ; Leyk bundan
belə olmaz qəmi-pünhanə ilac. S.Ə.Şirvani.
İT-QURD top. dan. Tanınmayan, bilin-
məyən adamlar; yararsız, dəyərsiz adamlar
mənasında təhqiramiz söz. Dərənin iti-
qurdu yığılıb bir yerə məsləhət edirlər.
Ə.Haqverdiyev. [Şiraslan:] İtə-qurda dil
açırsan, yalvarırsan, sonra da məlum olur
ki... M. Süleymanov.
İTLƏŞMƏ ‘İtləşmək”dən f.is.
İTLƏŞMƏK dan. qarş. Didişmək, çey-
nəşmək, bir-birini qapmaq.
İTLİK is. İtə məxsus xasiyyət və hal. İt
itliyini tərgitsə də, sümsünməyini tərgitməz.
(Ata. sözü).
İTMAM is. [ər.] klas. Tamamlama, sona
yetirmə, axıra çatdırma, bitirmə. □ İtmama
yetirmək, itmam vermək (etmək) - tamam-
lamaq, qurtarmaq, bitirmək. Tarix nəvisi
hali-əyyam; Bu qissəyə böylə verdi itmam.
Füzuli. [Teymur ağa:] Bir neçə fikrim var,
gərəkdir əvvəl onları itmama yetirəm.
M.F.Axundzadə. İtmama yetmək (çatmaq)
- axıra çatmaq, bitmək, qurtarmaq. Sözləri
yetməmişdi itmamə; Ki uzaqdan göründü
bir boğanaq. A.Səhhət.
İTMƏ “İtməkdən” f.is.
İTMƏK / 1. Yoxa çıxmaq, qeyb olmaq.
[Koroğlu:] Nigar, Dür atın itməyi; Yandırır
məni, yandırır. “Koroğlu”. // Azmaq, azıb
qalmaq, başqa yerə düşmək. [Səriyyə və
uşaqlar] bu qarışıqlığın, bu qaynar bataq-
lığın içində itməkdən qorxaraq, bərk-bərk
bir-birinin əlindən tutur(lar). M. İbrahimov.
□ Gözdən itmək - görünməmək, görün-
məz olmaq, çəkilmək, yox olmaq. Bağır
həmişə gülümsəyəndə gözünün qarası itər-
di. Çəmənzəminli. Şirzad yavaş-yavaş ad-
dımlayaraq yastı-yapalaq kənd evlərinin
arasında itdi. M.İbrahimov. // Gizlənmək,
örtülmək. Ay buludlar altında itdi. □ İtib-
batmaq - 1) yox olmaq, yoxa çıxmaq, məhv
olmaq, itmək. O gedən uşaq itib batdı.
- Hər gün itib-batmadadır xanları; Molla-
ları, şeyx və işanları.. Ə.Nəzmi; 2) görün-
məz olmaq, gözdən itmək, yox olmaq. Yolun
alt-üstüııdəki kövşənlərdə küləş göy otun
İTOTU
içində itib-batmışdı. Ə. Vəliyev. O, bəzən
dalğaların arasında itib-batır, sanki bir
müddət suyun altı ilə gedir. M. Rzaquluza-
də. [Carçıyevin] gözləri qırışlar arasında
daha da kiçilib, dərin çuxurlarda itib-batdı.
İ. Hüseynov; 3) tamamilə yox olmaq, puç
olmaq, heç bilinməmək. [Rüstəm:] Mənim
ağlım belə kəsir ki, sənin savadın gərək itib-
batmasın. S. Rəhimov. İtib getmək -
T) başqa şeylər içərisində, arasında qeyb
olmaq. Hər şey dəniz kimi bərq vuran bir
sərab içində itib gedirdi. İ.Əfəndiyev; 2) bir
yerə gedib qayıtmamaq, yoxa çıxmaq, iki
saatdır hara itib getmisən? 3) yox olmaq,
yoxa çıxmaq. Pirkətanqulu pirinin şöhrəti
və nüfuzu xalqın içində yavaş-yavaş bil-
mərrə itib getdi. E. Sultanov. İtib yox ol-
maq-yoxa çıxmaq. [Dostəli:] Tamam neçə
aydır ki, şəhərimizin adamları itib yox olur.
Ü.Hacıbəyov.
2. Əvvəlki keyfiyyəti yox olmaq. Yuyu-
landan sonra parçanın rəngi itib. Yaşa dol-
duqca gözün nuru itir. - Amma gənclik
keçəndən, qocalıq gələndən, bədəndə təra-
vət itəndən .. sonra, elə bil [Mirzə Cavadın]
isti başına soyuq su töküb qəflətdən ayıltdı-
lar. Mir Cəlal.
3. məc. Puç olmaq, heçə çıxmaq, hədər
getmək, boşa çıxmaq. Vaxtım itir. Yaxşılıq
itməz. Əməyi itmək. - Bizim dünyamızda
itməz zəhmətin; Həyatın qəlbidir şerin, sənə-
tin! S. Vurğun.
4. məc. İçində sözü ilə: ...içində itmək
- bir şeyin bolluğunu, çoxluğunu bildirir.
Qızıl içində itmək. İpək içində itmək. - Mü-
qim bəy vurnuxur, zər-ziba içində itən
Zərintac xanımın mərhəmətini qazanmaq
istəyirdi. S. Rəhimov.
İTMİL sif. məh. Şiş, sivri. Ağacın ucu
itmildir.
İTMİLÇƏYİ is. l.zool. İri, sancan milçək.
2. məc. Adama yapışıb əl çəkməyən biri-
si haqqında. İtmilçəyi kimi yapışmaq.
İTMİLLƏMƏK f məh. Dəmirin və ya
ağacın ucunu şiş etmək, sivriləşdirmək, iti-
ləmək, nazikləşdirmək. Nizəni itmilləmək.
Oxu itmilləmək.
İTOTU is. bot. Quru və zibilli yerlərdə
bitən bitki. İtotu .. quru və zibilli yerlərdə
612
İTOYNADAN
bitir. Bütün hissələri gönü aşılamaq üçün
yararlıdır. M. Qasımov.
İTOYNADAN sif. dan. Zarafatcıl, başqa-
sına sataşmağı sevən (adam). [Səməd:] Bəs
eşitməmisiniz ki. Yusifə itoynadan Yusif
deyirlər? İ. Hüseynov.
İTSARIMSAĞI is. bot. Yabanı sarımsaq,
sarımsağa oxşayan yabanı bitki.
İTSOĞANI is. bot. Zəhərli yabanı soğan,
soğana oxşayan yabanı bitki.
İTTİFAQ 1 is. [ar.] 1. Ayrı-ayrı şəxslərin,
qrupların, cəmiyyətlərin, siniflərin sıx bir-
ləşməsi, rabitəsi. Fəhlələrlə kəndlilərin itti-
faqı. Xalqların qardaşlıq ittifaqı. H Ümu-
miyyətlə, birlik, söz birliyi, həmrəylik. Hər
işdə çü ittifaq xoşdur; Ağacdə pərü budaq
xoşdur. Xətayi. İttifaq və ittihad çox gözəl
işdi. “Mol. Nəsr.”. Susdu bülbüllərin nədən,
orman?! Pozdıımu ittifaqını o xəzan?
A. Şaiq. □ İttifaq eyləmək kölııı. - 1) bir-
ləşmək, söz bir eləmək. İttifaq eyləyib dili-
ranə; Durdular kim müqabil aslaııə.
S.Ə.Şirvani; 2) ünsiyyət yaratmaq, yaxın-
laşmaq. Sevdiyim məni dağ eylər; Qeyrilə
ittifaq eylər. Q. Zakir.
2. Birlikdə hərəkət etmək və başqa məq-
sədlər üçün dövlətlər, təşkilatlar arasında
dostluq sazişi; birləşmə. Diplomatik ittifaq.
Hərbi ittifaq. Ticarət ittifaqı. □ İttifaq
bağlamaq - aralarında birlik yaratmaq, bir-
ləşmək, söz birliyi etmək. İttifaqa girmək
- əlbir olmaq, əlaqəyə girmək, birgə iş gör-
mək üçün birləşmək.
3. Bir ümumi ali hakimiyyəti olan bir
neçə dövlətin, ərazinin, xalqın, tayfanın və
b.-nm dövlət birləşməsi. Qəbilələr ittifaqı.
Avstraliya ittifaqı.
4. İctimai təşkilat, birlik. Həmkarlar itti-
faqı. Yazıçılar ittifaqı. Rəssamlar ittifaqı.
-Məsinə bir ittifaq üzvünün istifadə edə
biləcəyi bütün hüquq və imtiyazlardan isti-
fadəyə çalışır. S. Hüseyn. [Qəhrəmanı] bü-
tün müəllim yoldaşları ittifaq sədri seçdilər.
S. Rəhimov.
5. İttifaq ilə, ittifaqla şəklində zərf
-bax ittifaqən 1 . İttifaqla hərəkət etmək.
Qərar ittifaqla qəbul edildi. - Hər bir taifə bir
sayaq ilə; Çatdı izzətə ittifaq ilə. M. Ə. Sabir.
İTTİFAQ 2 is. [ əı \] Qəziyyə, vəqə, əhva-
lat, hadisə. [Əsgər bəy:] Amma, mən ölüm,
İTTİHAD
inciməyin, yoldaş arasında belə ittifaqlar
çox olar. Ə.Haqverdiyev. [Aslan:] Mən bu
az ömrümdə nə qədər bədbəxt ittifaqlar gör-
müşəm. İ.Musabəyov. □ İttifaq düşmək
(olmaq) - bir hadisə, qəza, iş baş vermək.
[Nuxulular:] Hələ ki belə ittifaq düşübdür,
biz bilməmişik, indi bunun çarəsi nədir?
M.F.Axundzadə. [Cahangir ağa:] Xoca
Bəhməıılidə, görəsən, nə ittifaq olub?
Ə.Haqverdiyev. [Fəxrəddin bəy:] Bircə de
görüm. Səadət səlamətdirmi, nə iş ittifaq
düşüb? N.Vəzirov. // Təsadüf, fürsət, mə-
qam, imkan, vaxt. [Ağa Kərim xan:] ..Mə-
nim ixtiyarım yoxdur, belə gözə! ittifaqda
oııu ərə verəm, ha? N.Vəzirov. Qohumlar-
da birinin oğlu və o birinin qızı doğulan
ittifaqlarda da bu uşaqları beşikkəsmə ad
edirlər. R.Əfəndiyev. □ İttifaq düşmək
- təsadüf düşmək, fürsət ələ keçmək, im-
kan olmaq. Birdən ittifaq düşdü ki, usta
Ağabala .. Ağa Ələsgər ilə gəzməyə çıxdı.
Çəmənzəminli. Süleyman bu sözü eşidən
kimi təəccüb barmağını dişləyib dedi: - Bəli,
dünyada belə işlərə çox ittifaq düşər.
Ə.Haqverdiyev.
İTTİFAQARASI bax ittifaqlararası.
İTTİFAQƏN 1 zərf Birləşərək, birgə,
həmrəyliklə, yekdilliklə.
İTTİFAQƏN 2 zərf Təsadüfən, gözlənil-
mədən, birdən. [Hacı Mehdi:] İttifaqən külək
övrətin çadrasını başından atdı. Ə.Haqver-
diyev. [Rəşid:] İttifaqən Qurbanqulunun
bacısı azarlavır. T.Ş. Simurq. İttifaqən bu
gün Cahanın nə atası və nə qardaşı ilə anası
evdə var idi. İ.Musabəyov.
İTTİFAQLARARASI sif. İttifaqlar arasın-
da aparılan, ittifaqlar arasında olan. İttifaq-
lararası saziş.
İTTİHAD is. [ər.] kölııı. 1. Birləşmə, bir-
lik, ittifaq. Sən o deyilmidiıı, dedin: - Var
bizim ittihadımız? Mən də yadında var,
dedim: - Yox buııa etimadımız. M.Ə. Sabir.
// Həmfikirlik, yekdillik, həmrəylik, əlbir-
lik. □ İttihad etmək - birləşmək, birlik,
ittifaq yaratmaq, həmrəy olmaq, həmfikir
olmaq. Doğru bir ittihad etməsək biz; Bir-
liyə etiqad etməsək biz; Bizdə şərti-üxüvvət
olurmu? M. Ə. Sabir.
2. İttihad ilə, ittihadla şəklində zərf
- birləşərək, birlikdə, həmrəyliklə, yekdil-
613
İT(Tİ)HAF
üklə, ittifaqla. İttihad ilə, ittifaq ilə; Üzünü
hər məkanda ağ eylə. S.Ə.Şirvani. Xülasə,
Inmirə məhəlləsinin camaatı .. artıq dərəcə-
də cidd-cəhd edər və öz arasında böyük itti-
hadla iş görərdi. N.Nərimanov. Bir-biri-
mizə piyalə, qədəhi; ittihad ilə uzatdıq bu
gecə! Ə.Nəzmi.
İT(Tİ)HAF is. [ər.] Hədiyyə etmə, töhfə
vermə; hədiyyə, töhfə. Ürəyin ürəyə öz
ithafını; Ayrı bir mətləbə yozmaq olarmı?
B. Vahabzadə. □ İt(ti)haf etmək - bağışla-
maq, hədiyyə etmək, vermək, həsr etmək.
Şair bu poemanı böyük Üzeyir bəyin işıqlı
xatirəsinə ithaf edib. - Aşıq, Bəsti Bağıro-
vaya və onun yoldaşlarına ithaf etdiyi şeri
oxumağa başladı. Ə. Sadıq.
İTTİHAM is. [ər.] Birinə qarşı irəli sürü-
lən günah, təqsir, suç. Bu sözlər bir ittiham
kimi səsləndi. - Sən bu ittihamı öz üzərindən
nə kimi bir sübutla götürə biləcəksən?
M. S. Ordubadi. Hacı bu ağır ittihamın təsi-
rini yoxlayan kimi bir qədər susdu, ətrafına
baxındı.. Mir Cəlal. □ İttiham edilmək
- təqsirləndirilmək, günahlandırılmaq, müt-
təhim edilmək, suçlandırılmaq. Qalıııqaş
oğlan depoda çalışan və tətildə ittiham edi-
lib həbsə atılan Namazoğlu Qivas idi. Mir
Cəlal. İttiham etmək - təqsirləndirmək,
günahlandırmaq, müttəhim etmək, suçla-
maq. Prokuror vətəndaş Yaşarı ittiham
etməkdən boyıın qaçırır. C. Cabbarlı. Mürtə-
ce dairələr və xarici mənbələr Azərbaycan
demokratlarını .. ittihanı etməyə başladılar.
M.İbrahimov.
İTTİHAMÇI is. Məhkəmədə müqəssiri
ittiham edən şəxs. Dövlət ittihamçısı (pro-
kuror). İctimai ittihamçı. - Məhkəmə itti-
hamçısı stolun dalında duraraq müttəhimlər
kürsüsündə oturan gəncin təqsirlərini oxu-
yur. M. S. Ordubadi.
İTTİHAMKAR sif [ər. ittiham və fars.
...kar] İttihamedici, təqsirləndirici, günah-
landırıcı. [Surxay] öz dostuna qarşı ittiham-
kar mühakimələr yürüdürdü.
İTTİHAMNAMƏ is. [ər. ittiham və fars.
namə] hüq. Müttəhimə verilən təqsirnamə,
ittiham vərəqəsi.
İTTİKANI is. bot. Aran yerlərdə yayılmış
tikanlı kol; keçibuynuzu. Keçibuynıızu və ya
İY
ittikanı 2 metrə qədər hündürlükdə, qışda
yarpağı tökülən koldur. H.Qədirov.
İTÜZÜMÜ is. bot. Üzümə bənzər qırmızı
meyvəsi olan, tikanlı, yabanı kol-bitki və
onun meyvəsi.
İTYATMAZ sif. vulq. Çox pis, çox bər-
bad, insana layiq olmayan, natəmiz. İtyat-
maz dam. Ityatmaz yer. - [Xortdan:] Axırda
cıııdıı; ityatmaz fayton tapıb, ona yanaşıb
faytonçuya deyərdi.. Ə. Haqverdiyev.
İTYERİŞİ is. dan. Xırda sürətli addım.
İtyerişi (z.) yerimək.
İY 1 is. Maddələrin, şeylərin burun qişası-
nın xüsusi sinirlərinə təsir etmə xassəsi.
Kəskin iy. Iy duymaq. Onun burnu yaxşı iy
bilir. - Güllərin ətri otların iyinə qarışıb,
ətrafa saçılmaqda idi. T.Ş. Simurq. Həyəti
götürən soğan, qovurma, zəfəran iyi adamı
valeh edirdi. Mir Cəlal.
0 İy almaq - 1) harada olduğunu duy-
maq, izinə düşə bilmək, axtarıb tapmaq.
..Jandarm idarəsi iy almaqda ov tul asından
belə həssasdı. M. Hüseyn. İyinizi alıblar!
Ceyran çox həssas heyvandır, - deyə Alnıu-
rad baba bizi başa saldı. İ. Əfəndiyev;
2) xörək, gül və ya xarab olan bir şeyin
qoxusunu hiss etmək. ..Leylək bir qədər
gedəndən sonra, cızbız iyi aldı. S.Rəhimov.
İy çəkmək - bax iy almaq. Iy çəkirlər
tulatək ta ki, görüb harda var aş; Kimdə var
ağca plov, hər gecə yağlı bozbaş. S.Ə.Şir-
vani. Burada Zeynal dayanıb, burnunu
sağa-sola döndərərək iy çəkdi. Ə.Əbülhə-
sən. İy götürmək (basmaq) - hər tərəfə iy
yayılmaq. İy vermək - 1) iylənmək, qoxu-
maq. Ət iy verir; 2) dan. üstüörtülü, eyham-
lı, ikibaşlı söz, danışıq haqqında. Sənin
sözün iy verir. İy(i) burnundan getməmək
- xoş qoxulu bir şeyin ətrini daim hiss et-
mək, duymaq. Sən bu yerin canısan; Sulta-
nısan, xanısan; iyin burnumdan getməz;
Təbrizin reyhanısan. (Bayatı).
İY 2 is. Pambıqdan, yundan və s.-dən iplik
əyirmək üçün ortası şiş, iki ucu sivri ağac
alət. Qərənfil bacı gözünü əlindəki iydən
çəkib hirsli-hirsli .. baxdı.. İ.Əfəndiyev.
[Tapdıq] bir gün tezdən anasından xəbərsiz
durub tağalağı iyin üstündən çıxartdı, cibi-
nə qoydu. Ə.Vəliyev. İndi cəhrə uğuldayır.
614
İYBİLMƏ
İYLƏMƏK
uğııldadıqca yun əlçim eşilib sapa dönərək
iyə toplanırdı. Ə.Əbiilhəsən.
İYBİLMƏ is. İyləri duyma qabiliyyəti.
İYCİL sif. ovç. İyi tez hiss edən, iyi tez du-
yub ov dalınca düşən. İycil it. - Hiyləgər düş-
mən iycil tula kimi işi duymuşdu. Ə.Vəliyev.
İYDƏ is. bot. İsti yerlərdə bitən, ətirli
çiçəkləri olan ağac və bu ağacın dərisi sərt,
əti ağ un halında olan meyvəsi. İydə 8-10
metrə qədər, bəzən alçaqbovlu, qışda yar-
pağı tökülən ağacdır. Çiçəkləri ətirlidir,
mayda açılır, meyvəsi avqustda yetişir və
yeyilir. H.Qədirov. Faytonumuz yenə də iydə
ağaclarının kölgəsi ilə örtülmüş çala-çuxur
yollarla gedirdi.. M.S.Ordubadi. İydənin ətri
indi daha kəskin duyulurdu. İ.Əfəndiyev.
İYDƏLİ sif. İydə ağacları olan. İydəli bağ.
İYDƏLİK is. İydə ağacları əkilmiş yer.
Odur, kölgəsi var iydəliklərin: Ərinmə, sev-
gilim, dur gedək, vaxtdır. S. Vurğun. ..Dəyir-
manın üst tərəfindəki iydəlikdən bir dəstə
qadın çıxdı. S.Şamilov.
İYEN is. \yap.] Yaponiyanın pul vahidi.
İYERARXİYA is. \уип.\ Bütöv bir siste-
min hissələrinin aşağıdan yuxarıya tabeçilik
əlaqəsi əsasında düzümü, yerləşməsi.
İYHAM bax eyham.
İYİMƏ “İyimok”dən f.is.
İYİMƏK bax iylənmək.
İYİMİŞ 1 fsif Qoxumuş, üfunətli, pis iy
verən. Iyimiş balıq.
İYİMİŞ 2 is. bot. Dağlıq yerlərdə bitən pis
iyli bir kol-ağac.
İYİR is. bot. Bataqlıq zanbağı.
İYİRMİ say. On doqquzdan sonra gələn
say - 20. iyirmi manat, iyirmi ədəd, iyirmi
gün. - Hələ işin başlanmasına iyirmi dəqiqə
var.. M.Hüseyn.
iyirmi-iyirmi zərf Hər birinə, yaxud hər
dəfəsinə iyirmi. Əsgərləri iyirmi-iyirmi düz-
mək. Uşaqları iyirmi-iyirmi ayırmaq.
iyirmi... - bu sayla əlaqədar olan bir sıra
mürəkkəb sözlərin birinci tərkib hissəsi;
məs.: iyirmibeşlik, iyirmiqəpiklik.
İYİRMİBEŞLİK 1 . is. İyirmi beş manatlıq
kağız pul. İyirmibeşliyi xırdalamaq.
2. sif. İyirmi beş nömrəli. İyirmibeşlik
lampanın şöləsi naqanın qara sümük zağlı
lüləsini, topunu işıqlatdı. Ə.Əbülhəsən.
Səqjdəıı asılan iyirmibeşlik bir lampa bura-
nı güclə işıqlandırırdı. P.Makulu.
3. sif. İyirmi beş ədəd tutan. [Qurban:] Al
bu pulu, bu saat yüyür, birpaçka iyirmibeş-
lik papiros al. Ə. Haqverdiyev.
İYİRMİCƏ say. Ancaq iyirmi, yalnız
iyirmi, indi səkkiz il idi ki, muzdur Məşədi
Əsgər Qanbtəpədə bir aı-vadı və üç baş xır-
daca uşaqları ilə ayda iyirmicə manat
məvacibə qənaət edib dolanırdı.
S.M.Qənizadə. Cəmisi iyirmicə kilometr
aralı çay axır, ancaq biz gərək o dərədən,
bu dağdan damcı-damcı su yığaq.. İ. Hüsey-
nov. // Bəzən təyin etdiyi sözə böyüklük,
çoxluq mənası verir. Zarafat deyil, parçaya
iyirmicə manat pul vermişəm.
İYİRMİGÜNLÜK sif. İyirmi gün sürən və
ya sürmüş. İyirmigünlük ezamiyyət. İyirmi-
giinlük gəzinti. H İyirmi gün vaxt tələb
edən. İyirmigünlük işimiz qalıb.
İYİRMİİLLİK sif. 1 . İyirmi il davam et-
miş. Dostluqlarının iyirmiillik tarixi var.
iyirmiillik bir dövr, iyirmiillik mübarizə.
2 . İyirmi illiyə həsr olunmuş; iyirmi ilin
tamam olması ilə əlaqədar olan. İyirmiillik
yubiley.
İYİRMİQƏPİKLİK 1. sif İyirmi qəpik
qiyməti olan, iyirmi qəpiyə dəyən. İyirmi-
qəpiklik kitabça.
2. is. Dördşahılıq metal pul. Iyirmiqəpik-
liklər yerə töküldü.
İYİRMİLİK sif. 1. köhn. İki onluqdan
ibarət pul. Dostum, iyirmilikdən qalan beş
manatı neylədin? Mir Cəlal.
2. İyirmi nömrəli.
İYİRMİNCİ "İyirmi”dən sıra s. İyirminci
sıra. İyirminci otaq. İyirminci il. İyirminci
əsrin ilk onillikləri. - [Qəhrəman:] İyirmin-
ci ildə bu şəhərdə üsyan olduğunu bilirsi-
niz? H.Nəzərli.
İYİTMƏ “İyitmək”don f.is.
İYİTMƏKbax iylətmək.
İYLƏMƏ "İyləmək” dən/w.
İYLƏMƏK/ 1. Burunla nəfəs çəkərək,
bir şeyin qoxusunu duymağa çalışmaq, qo-
xulamaq. Arxııı suyun kəs, doldu; Bağda
giilün dəst oldu; Yara bir gül göndərdim;
İyləyincə məst oldu. (Bayatı). [Bəhram:]
Mən qızdırmalı kimiyəm. Bu çiçəkləri iylə-
615
İYLƏNDİRMƏ
İYNƏ
yim, bəlkə bir az təskin tapım. C. Cabbarlı.
incimə, o gülü canan iyləsin; O da bir gözə-
lin al yanağıdır. M.Rahim.
2. məc. Öyrənib bilməyə çalışmaq, arayıb
yoxlamaq, hər yerə baş soxmaq, axtarıb
araşdırmaq.
İYLƏNDİRMƏ “İylondinnək”don f.is.
İYLƏNDİRMƏKbax iylətmək.
İYLƏNMƏ “Iylənmək”dən f.is.
İYLƏNMƏK f. Qoxumaq, iy vermək,
xarab olmaq, ağırlaşmaq, üfunətlənmək. Ət
iylənmişdir. Pendir iylənmişdir, yemək olmur.
İYLƏNMİŞ f.sif. Qoxumıış, xarab olmuş,
ağırlaşmış. İylənmiş balıq. - ..Get iylənmiş
qatığını satmağa! - baqqala belə cavab
verib, dəli Səməd adamların arasında itdi.
Çəmənzəminli.
İYLƏŞMƏ ‘İyləşmək”dən f.is.
İYLƏŞMƏK qarş. Bir-birini iyləmək,
qoxulamaq. - ..İtlər bir-birindən çəkinə-
çəkinə bıırun-burıma iyləşdilər. M. Rzaqu-
luzadə.
İYLƏTMƏ “İylətmək” dən f.is.
İYLƏTMƏK icb. 1 . Bir şeyi çox saxlayıb
qoxutmaq, xarab etmək, köhnəltmək, çürüt-
mək, iylənməsinə səbəb olmaq. Pendiri çox
saxlayıb iylətmək. Balığı iylətmək.
2. Qoxulatmaq. Çiçəyi hamıya iylətmək.
İYLİ sif. Müəyyən iyi, qoxusu, ətri olan.
Bu dağların meşəsi; İylidir bənövşəsi; Könül-
süz gedən qızın; Ağlamaqdır peşəsi. (Bayatı).
İYNƏ is. 1. Tikiş tikmək üçün bir ucu
sivri, digər ucu isə sap keçirilmək üçün de-
şikli metal milcik. Tikiş iynəsi. Maşın iynə-
si. - Yusif Sərrac iynəsi əlində başını yuxarı
qovzadı. M.F.Axundzadə. ..Gözəl ufuldadı,
fikri Pəri nənədə olduğundan əlinə iynə bat-
mışdı. M. Hüseyn. □ İynə vurmaq (çal-
maq) - tikiş tikmək, tikiş tikməklə məşğul
olmaq. Sərdar evlərinin qabağında bir dax-
maya girib, işi səhərdən axşama kimi baş-
aşağı iynə vurmaqdadır. C.Məmmədqulu-
zadə. Dilşad böyüyəcək, anası kimi mətbəx-
də yerdə oturub xörək bişirmək, teşt içində
paltar yumaq, dizi üstündə iynə çalmaqdan
başqa artıq bir şey bilməyəcək. T.Ş. Simurq.
2. Hər hansı bir xəstəliyə əks-təsir etmək
və onun qarşısını almaq məqsədi ilə dəri
altına dərman yeritmək üçün tibdə işlənən
alət. Həkim iynəni qaynadıb. Tahirin yum-
şaq ətinə .. vurdu. M.Hüseyn. // dan. Həmin
alətlə bədənə yeridilən maye (dərman).
Penisilliıı iynəsi. Qan iynəsi. Qlükoza iynə-
si. □ İynə vurmaq - müalicə məqsədi ilə
tibb iynəsi vasitəsilə bədənin bir yerinə
dərman yeritmək. Səhiyyə şöbəsinin əmri
ilə uşaqlara iynə vururduq. Mir Cəlal.
3. Müxtəlif məqsədlər üçün metaldan
qayrılmış ucu iti incə milcik. Patefon iynəsi.
4. Bəzi böcəklərdə sancan üzv. Arı iynəsi.
5. Bəzi heyvanların bədənini örtən tikan-
lar. Kirpinin bədəni iynələrlə örtülüdür.
6. Şam ağacı kimi ağacların yarpağı. Şam
ağacının iynələri. H Tikan (bəzi bitkilərdə).
7. Ümumiyyətlə, ucu şiş, batan şeylər
haqqında. Buz iynələri.
8. məc. Toxunan söz, acı söz. Hər sözü
tənədir, bir top iynədir. A.Şaiq. Müəllimin
sözlərində zəhərli iynələr olduğunu molla
Xəlil hiss edirdi. S. Hüseyn.
0 İynə ağzından çıxmış - təzəcə tikilmiş
(paltar). İynə atmağa yer yox idi - bax
iynə atsan yerə düşməz. - Küçədə iynə
atmağa yer yox idi. M.Hüseyn. İynə atsan
yerə düşməz - çox tünlük, qələbəlik, son
dərəcə çox adam olan yer haqqında. Bazar-
da adam əlindən iynə atsan yerə düşməzdi.
- Kiçik stansiyada iynə atsan yerə düşməz.
S.Şamilov. İynə batırana şiş (biz) batır-
maq - üstəlik əvəz çıxmaq, daha çox pislik
etmək. İynə ilə gor qazımaq - çox böyük
zəhmət və əziyyət tələb edən çətin və ağır
işlə məşğul olmaq. [Şeyda Araza:] ..Orada
bağ salmaq, əkin becərmək iynə ilə gor
qazımaqdır. A.Şaiq. İynə itsə tapılar - çox
işıqlı yer haqqında. İynə salmağa (düşmə-
yə) yer yoxdur - bax iynə atsan yerə
düşməz. İynə ucu boyda - son dərəcə
kiçik şey haqqında. İynə üstə (üstündə)
oturan kimi - çox həyəcan, təlaş keçirmə,
təlaş içində olma, narahat olma. ..Gəray ağa
müsahibi Ağaxanla dərdləşir, iynə üstündə
oturan kimi bir yerdə qərar tuta bilmirdi.
S. Rəhimov. İynədən sapa qədər - hər şey,
hər nə varsa, başdan-başa. İynədən sapa
qədər götürmək. - Xalıqverdinin evi iynə-
dən sapa qədər axtarıldı. Ə.Vəliyev. İynəsi
tikiş tutmaq - arzusu yerinə yetmək, işi
616
İYNƏBURNU
düzəlmək, bəxti gətirmək. İynəyə qədər
(kimi) - ən kiçik, ən cüzi şeyə qədər, başdan-
başa, hamısı. İynəyə qədər hər şeyi yığıb
aparmaq. Elə bil iynəsi itib - aralıqda vur-
nuxan, ora-buranı axtaran, qurdalanan adam
haqqında.
İYNƏBURNU is. Şirin, qırmızı, sivriuclu
çəyirdəyi olan gavalı növü.
İYNƏCİK is. Kiçik iynə.
İYNƏDİŞ sif. İti, nazik dişləri olan. İy nə-
diş adam.
İYNƏDOĞAN is. zool. Sürətlə uçan kiçik
bir quş. Uşaqlar bağdan iynədoğan tutmuşlar.
İYNƏQABI, İYNƏDAN is. İynə qoymaq
üçün balaca qutu.
İYNƏLƏMƏ “İynələmək”dən /is.
İYNƏLƏMƏK/ 1. İynə batırmaq, ucu şiş
bir şey batırmaq; sancmaq.
2. İynə ilə bədənə dərman yeritmək, iynə
vurmaq. [Uşaq dedi:] Doktor, məni də iynə-
lə! Mir Cəlal.
3. İynə ilə tikmək, yamamaq və s. Yorğa-
nın cırığını ivnələmək.
4. Sancaqlamaq, bir-birinə bənd etmək,
rəbt etmək. Kağızları iynələmək.
5. məc. Sancmaq, acılamaq, qəlbinə
toxunmaq, toxunan sözlər demək. [Əlyarov:]
Düzələn adam deyil. Əvvəldən vardı hiisn-
camalı, indi olub dəli Bayramalı! - deyə o
yenə Xəlili iynələdi. M. Hüseyn. Gülşən
Eyvazı sevdiyini nə qədər gizlətsə də, qızlar
bunu duyur, Gülşəni iynələməyə çalışır-
dılar. Ə.Vəliyev.
İYNƏLİ sif. 1 . İynəsi olan (b a x iynə 3, 4,
5 və 6-cı mənalarda).
2. məc. Kinayəli, istehzalı, qəlbə toxu-
nan, acı. [Əşrəf] Zəkiniıı iynəli sözlərini xa-
tırladıqca ııəşəsizliyi daha da artır. A.Şaiq.
[Müqim bəy Cavanşirə:] Axı, mən heç bil-
mirəm, bu iynəli sözlər haradan sənin bey-
ninə giribdir. S.Rəhimov. Güldüm, dedim:
- Nə yaman: İynəli diliniz var; Uşaqlar, ay
uşaqlar! R.Rza.
İYNƏŞƏKİLLİ bax iynəvari.
İYNƏVARİ sif İynə kimi, iynəyə oxşar,
ucu şiş. İynəvari yarpaq.
İYNƏYARPAQ(LI) sif. Yarpaqları iynə
şəklində (şiş, iti) olan. İynəyarpaqlı ağac.
Azərbaycanın yalnız bəzi meşələrində iynə-
İY-TOZ
yarpaqlı ağaclara rast gəlinək olar. - Adi
şam növü iynəyarpaqlı və qarışıq meşələrdə
ən geniş yayılmış şam növiidüı: H.Qədirov.
İYNƏ YARPAQLILAR is. bot. Həmişəya-
şıl və yarpaqları iynə kimi şiş və ya inkişaf
etməmiş halda olan çılpaqtoxumlu ağaclar
və kollar sinfinin adı.
İYRƏNC sif. 1 . Özünə nifrət doğuran, ikrah
doğuran, qətiyyən xoşa gəlməyən, mənfur,
çox çirkin. [Zeynalın] üzü olduqca iyrənc
bir hal almışdı. S. Hüseyn. Salman hava-
lanıb pörtərək, eybəcər və iyrənc şəklə düş-
dii. M. İbrahimov. [Casus] bayquş kimi
boyunsuz, bədəninə görə yekə, lakin mütə-
hərrik başını əcaib və iyrənc (z. ) bir surətdə
hərləyib, .. qapıya baxdı. M.Rzaquluzadə.
2. məc. Rəzil, yaramaz, alçaq, mənfur.
..Mən sənə söz verirəm, artıq bu iyrənc yolu
təqib etməyəcəyəm. M. S. Ordubadi. “Şam-
dan bəy” komediyasında da yazıçı bizi keç-
mişin iyrənc tiplərindən birisi ilə tanış edir.
M. Arif.
İYRƏNCLİK is. İyrənc şeyin hal və key-
fiyyəti; çirkinlik. // İyrənc şey, iyrənc hərə-
kət; rəzalət, yaramazlıq, alçaqlıq. Atamgil
həyətdəki iyrənclivi görən kimi söhbəti
kəsdilər. Ə.Vəliyev.
İYRƏNDİRMƏ “İyrondirmək”dən /.K.
İYRƏNDİRMƏK f. İyrənməsinə, nifrətinə
səbəb olmaq, ikrah etdirmək, çiyrəndirmək.
İYRƏNMƏ “İyrənmək” dən fis.
İYRƏNMƏK f Məzac qəbul etməyən,
xoşa gəlməyən şeydən ikrah etmək, diksin-
mək, nifrət etmək, görə bilməmək, çiyrən-
mək. İyrənmişəm ağzının suyundan ; Qatran
qoxusu gəlir buyundan. M. Ə. Sabir. ..Zeynəb
Xudavar bəydən etə iyrənirdi, necə ki, insan
qurbağadan iyrənər. C.Məmmədquluzadə.
Mən dünyada hər şeydən artıq yaltaq adam-
lardan iyrənirəm. M.S. Ordubadi.
İYSİZ sif. Heç bir iyi, ətri olmayan. Iysiz
çiçək.
İYSİZLİK is. Heç bir iyi, ətri olmayan
şeyin hal və keyfiyyəti.
İYŞƏKİLLİ bax iyvari.
İY-TOZ: iyi-tozu qalmamaq - əsər-
əlaməti qalmamaq, heç bir izi qalmamaq,
tamam yoxa çıxmaq, izsiz itmək. Vaxtilə gör-
düyün şeylərin iyi-tozu qalmayıb. - [Sultan
617
İYUL
bəy:] Qoy bir o arşınmalçı gözümə görün-
sün, ona mən bir patron çaxım ki, iyi-tozu
qalmasın. Ü.Hacıbəyov; iyi-tozu görün-
məmək - qətiyyən hiss olunmamaq, varlı-
ğından heç bir əsər-əlamət olmamaq.
Burada da onların iyi-tozu görünmür.
İYÜL [fe.] Təqvim ilinin yeddinci ayı.
iyul ayının axırında Dilicanın ətrafındakı
yaylaqlarda sakin olan el-oba bir vaxtda
dolur Dilican dərəsinə. F.Köçərli. Göydən
yerə od yağdıran iyul günəşi çoxdan günor-
ta yerinə qalxmış, hətta bir az da qərbə sarı
əyilmişdi.. M. Hüseyn.
İYÜN [, lat.\ Təqvim ilinin altıncı ayı. İyun
gecəsi sərinləşdikcə, elə bil [İkram] üşüyür,
boynunu içinə çəkib getdikcə daha çox
büzüşürdü. Ə.Əbülhəsən. Bayırda gözəl ilıq
dağ yerlərinə məxsus yüngül təravətli bil-
iyim sabahı açılırdı. M. Rzaquluzadə.
İYVARİ sif. iyə oxşar, iy kimi. Iyvari
ağac. İyvari mil.
İZ is. 1. İnsan və ya heyvan ayağından
səth üzərində qalan nişanə; ləpir. Canavar
izi. Qarın üstündə dovşan izi var. - Talada
quzu gördüm; Bir maral izi gördüm; Endim
bulaq üstünə; Sevdiyim qızı gördüm. (Baya-
tı). Dəvə ləpirindən, ayaq izindən; Yolların
sinəsi oyuq-oyuqdur. R.Rza. Un ələnmiş
kimi ağımtıl, sarı şoran torpağın üzərində
təzəcə ceyran izləri aydın görünürdü.
M.Rzaquluzadə. // Bir şeyin hərəkətindən
sonra səth üzərində qalan çuxurluq, xətt,
şırım, əlamət və s. Maşın izi. - Abşeron
yarımcəzirəsinin dərya kənarında olan daş-
ları üstə araba çərxlərinin izi görünməkdə-
dir. H.Zəıdabi.
2. Hər hansı bir şeydən qalan və onun
keçmiş varlığına şəhadət edən nişanə, əsər,
qalıq, əsər-əlamət. O gözdə incə bir sirr
var, bilinməz; O necə baxışdır, izi silinməz.
A. Şaiq. ..Qocalığın mənfur izlərini təşkil
edən qırışıqları ən əla kirşanlar və boyalar
örtə bilməsə də, şamların işığı lazımınca
örtə bilər. M.S. Ordubadi. Daşlarda, qaya-
larda izi qaldı; Uzaqlaşan hər əsrin.
O. Sarıvəlli. // Ümumiyyətlə, bir hadisənin,
keyfiyyətin və s.-nin olmasına şəhadət edən
hal, əlamət, nişanə, qalıq. Cinayətin izləri.
Müharibənin izləri. - Hüseynəli əminin
İZ
söhbətləri mənə böyük bir xəyanətin izlərini
nişan verirdi. M.S. Ordubadi. Xəlilin üzün-
dəki təbəssüm izləri silinib getdi. M.Hüseyn.
Analar mübariz sıraya dursun; Dünyadan
qan izi kəsilsin deyə. N.Rəfibəyli.
3. Yol. [Hafizə xanım Qurbana:] Yolun-
dan, izindən azma! Ə. Haqverdiyev. [İblis:]
Hakim o sənin hissinə, idrakinə .. əfsus!
Ayrılsan izindən olur əğyar ilə mənus.
H.Cavid.
0 İz açmaq, iz buraxmaq - 1) yeri qal-
maq, özündən sonra əlaməti qalmaq. Amma
o, yenə də daş kimi hərəkətsiz qaldı. Birdən
üçüncü qamçı alnında qara bir iz buraxdı.
M.Hüseyn. Qan [Cavadın] keçə çəkməsin-
dən axaraq qar üzərində iz buraxırdı.
Ə.Vəliyev. Alnında izlər açdı əzabları xış
kimi; inlədi çöldə bitən yaralı qamış kimi.
B.Vahabzadə; 2) dərin təsir etmək, dərin
intiba buraxmaq. [Yaralı zabit:] Hələ sən,
ah, sən! Sənin kədərin; Məndə bir iz buraxdı
xeyli dərin. H.Cavid. Qızla anası arasında
olan bugünkü söhbət Dilbərin xatirində
dərin iz buraxdı. Ə. Sadıq. İz azdırmaq
- 1) əsas məsələdən, mətləbdən, fikirdən
yayındırmaq, uzaqlaşdırmaq. Qorxmazın
izahatından sonra Saleh öz-özünə bu cür
nəticə çıxartdı: - Əvvəlki suallar, nə təhər
deyirlər, iz azdırmaq üçün imiş, əsil mətləb
axırıncısıdır? Ə.Vəliyev; 2) bax iz itir-
mək. İz itirmək, izi itirmək - bir cinayə-
tin, hadisənin, işin üstü açılmamaq üçün
əlamət və nişanələrini yox etmək, öıt-bas-
dır eləmək, gizlətmək. Buna görə də əhali
öz qorxusundan küçədəki meyitləri toplayıb
quyulara tökməklə izi itirmək istəmişlər.
M.S. Ordubadi. İz izləmək - izini axtarmaq.
Çıxım gədiklərdən, izin izləyim; Ucalardan
alçaqları gözləyim. “Koroğlu”. İzə düşmək
- yoluna düşmək, yolunu tapmaq. Çıxıbdır
düzə ceyran; Düşübdür izə ceyran; Çox tər-
lan ovlamışam; Görünmür gözə ceyran.
(Bayatı). İzi itirilmək - yox edilmək, məhv
edilmək, əlli-ayaqlı itirilmək. Camaatın
halına ağlayan, onun dərdinə dərman axta-
ranların nəsli kəsilir, izi itirilirdi. H. Sarabski.
İzinə düşmək - bir şeyin olduğu yeri öyrə-
nib bilmək, bir şeyin bu və ya digər yerdə
olduğunu təsdiq edən məlumat əldə edərək,
618
İZAFƏ
onun dalısınca getmək. Miiqim bəy izinə
düşdüyü işi açmamış, .. heç zaman məsələni
örtülü qoyub əl götürmək istəmirdi.
S. Rəhimov. [Qıırd Kərim:] Zindandan qaç-
mışam bu dağlara mən ; İzimə düşərək tut-
dular məni. S.Rüstəm. [Ovçunu] [dağlara]
aşağıdan qalın aran meşələrində izinə düş-
düyü bir maral çəkib gətirmişdi. Ə.Məm-
mədxanlı. İzini azdırmaq - bax iz azdır-
maq. ..Ola bilsin ki, .. izləyən var. Yəqin
izini azdırmaq istəyir. Ə.Məmmədxanlı.
İzini itirmək - 1) b ax izi itirmək; 2) qəs-
dən çaşdırmaq, sapdırmaq, izini azdırmaq.
İzini tutmaq - izi ilə getmək, təqib etmək.
[Pəridux xanım] atın ləpirinin izini tutub,
birbaş gəlib çıxdı çarhovuzun qırağına.
(Nağıl). Uşaqlar izi tutub getməyə başladı-
lar. İ.Əfəndiyev. Nə izi var, nə tozu - var-
lığına dəlalət edən heç bir əsər, heç bir əla-
mət, heç bir nişan yoxdur.
İZAFƏ bax izafi. Mən şairin evinə xəbər
vermədən getmişdim, çünki ona izafə xərc
vermək istəməmişdim. M.S. Ordubadi. [Mə-
hərrəm bəy:] Bəli, bir çox bu kimi izafə xərc-
lər aramızda adət olmuşdur. S.S.Axundov.
İZAFƏT is. [ər.] dilç. Təyini söz birləş-
məsi.
İZAFİ sif. [ər.] Artıq, əlavə. İzafi xərc.
İzafi söz. - [Mirzə Salman:] Amma hər biri-
sinə yarım milyondan artıq izafi xərc eləmi-
şik. S. Rəhimov.
0 İzafi dəyər iqt. - muzdlu fəhlənin
əməyi ilə onun öz iş qüvvəsinin dəyərindən
artıq yaradılan və kapitalist tərəfindən
havayı mənimsənilən dəyər.
İZAH is. [ər.] Bir fikri, əsəri və s.-ni
yazılı və ya şifahi şəkildə aydınlaşdırma,
anlatma, şərh etmə, bəyan etmə; şərh, bə-
yan. [Arif:] Artıq yetişir, anladım, izalıə nə
hacət; Qarşımdakı İblis imiş, eyvah, nə dəh-
şət! H. Cavid. İndi daha Fatmanın nə suala,
.. nə də Sadıq kişinin izahına ehtiyacı qal-
mışdı. Mir Cəlal. [Rəşid dedi:] ..Dediyim
sirrin izcıhı məhz həmin gündən başlandı.
İ. Hüseynov. □ İzah etmək - anlatmaq,
şərh etmək, açmaq, bəyan etmək. Məsələni
izah etmək. Kitabın çətin yerlərini izah et-
mək. - Komissar hadisəni izah etdi. M. Rza-
quluzadə.
izçi
İZAHAT is. [ər. “izah” söz. cəmi] Bir
məsələni, sözü və s.-ni ətraflı surətdə
aydınlaşdırma, şərh etmə, bəyan etmə;
müfəssəl izah. İzahata ehtiyac yoxdur. -
Bütün bu yuxarıdakı izahat bizi inandırır ki,
cənab Şirvanski “Vətən dili” kitabına qiy-
mət verərkən zəhmət çəkib onun məzmunu
ilə lazımi qədər tanış olmamış... F. Köçərli.
Qulam müəllim artıq bir izahata girişmək
istəmədi. S. Rəhimov. // Bir işin, hərəkətin,
hadisənin və s.-nin səbəblərini izah edən
yazılı məlumat. Hadisə haqqında izahat
təqdim etmək. □ İzahat vermək - şifahi və
ya yazılı surətdə ətraflı şərh etmək, aydın-
laşdırmaq, məlumat vermək. Hacı Maııaf
izahat verməyə başladı.. S. Hüseyn. Başqa
bir otağa girdilər, müdir izahat verərək
dedi: - Bu qızlar məzhəkəçilik və nədimlik
öyrənmiş qızlardır. M.S. Ordubadi. Eldar
sözə qarışıb, onun dediklərini təsdiq etdi və
mənə izahat verdi.. M. Rzaquluzadə.
İZAHATÇI bax izahçı.
İZAHATÇILIQ bax izahçdıq.
İZAHÇI is. 1 . Muzeylərdə, sərgilərdə və
s.-də baxmaq üçün qoyulmuş şeylər haq-
qında gələnlərə məlumat verən işçi.
2. Təfsirçi, şərhçi.
İZAHÇILIQ is. İzahçının işi, vəzifəsi.
İZAHEDİCİ sif. Aydınlaşdıran, izah edən,
şərh edən, izahat mahiyyətində olan. İzah-
edici məlumat. - Ancaq verdiyim izalıedici
suallara Ağarəhim çox qəşəng cavablar
verdi. S. Rəhman.
İZAHEDİLMƏZ sif. İzah edilə bilməyən,
anlaşılmaz, müəmmalı, qəribə. Izahedilməz
hərəkət. Izahedilməz hiss.
İZAHLI sif. Sözləri izah edən, onların
mənalarını açan. İzalılı lüğət. İzahlı mətn.
İZAHSIZ sif. İzahı, şərhi olmayan, izahı
verilməmiş. İzahsız mətn. İzahsız lüğət.
İZAXTARAN bax iztapan.
İZAL [ər.]\ izal(ə) olmaq nifr. - rədd
olmaq, çəkilib getmək. Cəbi qapını açıb
mayora dedi: - Ağa, izal olun! N.Vəzirov.
[Əli dayı:] [Şah] izalə olur, ancaq bizim
arxalandığımız sərbazlcırı da özü ilə aparır.
P.Makulu.
İZÇİ bax iztapan. // Bir şeyin izinə düşüb
axtaran.
619
İZDİHAM
İZDİHAM is. [ər.] Bil' yerə çoxlu camaat
yığılması, çox qələbəlik, böyük camaat küt-
ləsi. Cümə günü olduğu üçün hər tərəfdə
böyük bir izdiham vardı. S. Hüseyn. Körpü-
də izdiham çox idi.. T.Ş. Simurq. Adamın
ucu-bucağı yox idi. izdiham sel kimi axırdı.
C.Cabbarlı. // Çoxlu adam yığılmış yer, tün-
lük, basırıq, qələbəlik. Sabahdan Mehdi
bəyin evində böyük izdiham var idi. Çünki
Şəban Gülsümü onun evinə gətirmişdi.
Ə. Haqverdiyev.
İZDİHAMLI sif. Qələbəlik, tünlük, bası-
rıq, çoxlu adam olan. İzdihamlı yer. İzdi-
hamlı mitinq. - [Ceyran:] ..İzdihamlı şəhər
küçələrində səndən qaçmağım qorxudan
deyildi. S. Hüseyn. Ar\>ad nədir, belə izdi-
hamlı yer nədir? T.Ş. Simurq. Yunis həyət
qapısından şəhərin geniş, izdihamlı küçələ-
rinə çıxdı. Mir Cəlal.
İZDİHAMLILIQ is. Çoxlu adam olan,
qələbəlik yerin halı; gurultululuq.
İZDİVAC is. [ər.] kit. köhn. Evlənmə. Bu
izdivac hər iki tərəfin əqidəsincə faydalı idi.
Ə. Haqverdiyev. Şəmsiyyə ilə Səliminin izdi-
vacı [Həkimülmülkə] siyasi cəhətdən də
lazını idi. M. İbrahimov. □ İzdivac etmək
kit. köhn. - evlənmək.
İZ-ƏLAMƏT bax iz 2-ci mənada.
□ İz(i)-əlamət(i) qalmamaq (olmamaq,
görünməmək) - varlığına dəlalət edən heç
bir şey, heç bir əlamət, heç bir nişanə
qalmamaq. [Leylək Ələmdar] ağası ilə bir-
likdə bütün həyəti, bağçanı bir-birinə vurdu,
ancaq Alagözdən heç bir iz-əlamət görün-
mədi. S. Rəhimov. // Yox olmaq, məhv ol-
maq, ortadan silinib getmək.
İZ-ƏSƏR bax iz-əlamət. □ İz(i)-
əsər(i) qalmamaq (olmamaq, görünmə-
mək) -bax izi-əlaməti qalmamaq (olma-
maq, görünməmək) (“iz-əlamət”də).
İZHAR [ər.] 1. Aşkar etmə, meydana
çıxarma, göstərmə, bəlli etmə, bildirmə.
// Bəlli, aydın, məlum. Bir gülüzlü nigar,
sərvi-xoşrəftar; Cümlə xalqa izhar, bəllidi
adı. Aşıq Saleh. □ İzhar etmək (eləmək,
qılmaq) - zahirə çıxarmaq, aşkar etmək,
açmaq, bəlli etmək, bildirmək. Kimə kim,
dərdimi izhar qıldım, istəyib dərman;
Özümdən həm bətər bir dərdə onu mübtəla
İZLƏMƏ
gördüm. Füzuli. Qorxudan başımıza gələn
macəranı heç kəsə izhar eləmədik. C. Məm-
mədquluzadə. Necə hər gizlini mən eyləyib
izhar, yazım; Qorxmayıb Qaxqulıı bəydən
elə təkrar yazım? Ə.Nəzmi.
2. köhn. Bir sıra birləşmələrin birinci tər-
kib hissəsi; məs.: izhari-nifrət, izhari-təəs-
süf, izhari-təşəkkür və s. Budur qonşuları-
mızın hal həyatda olan şair və ədibləri haq-
qında etdiyi izhari-məhəbbət və müvəffə-
qiyyət və izhari-sədaqət və xülıısiyyət!
F. Köçərli. [Mürtəcelər] fikirsiz və mütaliə-
siz qiyam barəsində izhari-nəzər edib, öz
keçəcəklərini unudublar. M. İbrahimov.
□ İzhari-nifrət etmək (bildirmək) köhn.
- öz nifrətini izhar etmək, bildirmək. [Mə-
şədi ibad:] Bax, elə yaz ki, xalq oxuyub Rüs-
təm bəyə izhari-nifrət eləsin. Ü.Hacıbəyov.
İzhari-təəssüf etmək köhn. - öz təəssüfü-
nü bildirmək. İzhari-təşəkkür etmək - öz
təşəkkürünü bildirmək. Məcmuəmizin açıl-
mağı barəsində .. teleqram və məktub gön-
dərənlərdən nəhayət dərəcədə məmnun
olub, bizi yada salanlara izhari-təşəkkür
edirik. “Mol. Nəsr.”
İZİN is. [ər.] icazə, rüsxət. İzin istəmək.
İzin vermək. - Ələsgərəm, eşq oduna qalan-
nam; Iziıı versən, yar, başına dolannam.
Aşıq Ələsgər. İki ay bundan qabaq naçal-
nikdən izin alıb getmişdim kəndimizə ana-
mın ziyarətinə. C. Məmmədquluzadə. Aman
bacım, izin ver, gedim, görüm mən onu;
Könlümün ilk dostunu. B.Vahabzadə.
İZİNCƏ zərf izi ilə, ardınca, arxasınca,
təqib edərək. Birinin izincə getmək. - Vahid
bələd adam kimi dala baxmadan, atası da
onun izincə yüyürdü. Mir Cəlal.
İZİNLİ sif. 1. icazəli, icazəsi olan, icazə
(izin) almış, rüsxətli.
2. icazə verilən, izin verilən, yol verilən.
İZİNSİZ zərf icazəsiz, icazə olmadan,
icazə verilmədən. Bəzi vaxt atasından və
qardaşından izinsiz yadların toylarına anası
öz qızını göndərərdi. R.Əfəndiyev. [Qulu:]
Özün buyurubsan ki, izinsiz sənin otağına
girməyim. S.S.Axundov. Verdiyev vacib iş
üçün gələn tövr ilə izinsiz içəri girdi. Mir
Cəlal.
İZLƏMƏ "izləmək” dən /A.
620
İZLƏMƏK
İZLƏMƏK f. 1 . Birinin izi ilə, ardınca
getmək, təqib etmək, izinə düşmək. - [Xəy-
yam:] Yox, oxşayacaq ruhumu bir zərrə
səadət; İzlər məni hər dürlü fəlakət.
H. Cavid. Sarıbəniz uşaqlar həyəcanla bu
məhbusları izləyirdilər. S. Vəliyev. Mən
inamla irəliləyən Rəşidi addım-addım izlə-
yirdim. M. Rzaquluzadə.. // İzinə düşüb
axtarmaq, aramaq. Oğrunu izləmək. - Böyük
bir mahalın divanı yerindən tərpənib Nəbiııi
izləməyə başlamışdı. S. Rəhimov. // Göz
qoymaq, güdmək. Üstü örtülü səbətlərdən
şübhələnmiş polis xəfiyyəsi, uzaqdan-uzağa
Qulam dayını izləyirdi. M. Hüseyn. Maya
daha diqqətlə ərini izləyərək, onda başqa
bir qadın iyini duyduqda sarsılmışdı.
M. İbrahimov. [Teymur Zərifəyə deyir:] Biz
illər uzunu sənin həyatınla maraqlanmış,
hər addımını izləmişik. H.Seyidbəyli.
2. məc. Birinin yolu ilə getmək, onun
yolunu davam etdirmək, dalınca getmək.
Bir dramaturq olaraq [Ü.Hacıbəyov] məhz
M.F.Axundov və C. Məmmədquluzadənin
dramaturji üslubunu izləyərək .. misli
görünməmiş komediyalar yazmışdır.
Ə. Sultanlı.
3. məc. Təqib etmək, göz qoymaq, mün-
təzəm tanış olmaq. Gündəlik mətbuatı izlə-
mək. - Firidıııı .. diqqətlə qəzetləri izləyirdi.
M. İbrahimov.
İZLƏNMƏ “İzlənmək”dən f.is.
İZLƏNMƏK məch. Təqib olunmaq. .. Po-
lis idarəsi tərəfindən izləndiyini və ələ düşə-
cəyini görüb ailəsi ilə bərabər İspaniyaya
köçdü. S. Vəliyev.
İZLƏTDİRMƏ “İzlotdinuok”don /.7,s.
İZLƏTDİRMƏKbax izlətmək.
İZLƏTMƏK icb. İzi ilə tapdırmaq.
İZOXƏT is. [yun. isos və ər. xətt] geofiz.
Coğrafiya xəritəsində: müəyyən fiziki
kəmiyyət (təzyiq, temperatur, rütubətlilik
və s.) göstəricisi olan yerləri birləşdirən xətt.
İZOLƏ: izolə etmək tex. - hər hansı
elektrik məftilinin üstünü müxtəlif vasitə-
lərlə örtmək yolu ilə bunları xarici mühit ilə
təmasdan qorumaq. Elektrik məftilini izolə
etmək. Kabeli izolə etmək.
İZOLƏEDİCİ sif. tex. Izolyasiya edən,
ayıran, izolyator. İzoləedici materiallar.
İZTİRAB
İZOLYÄSİYA [fr.] tex. 1. İzolə edən
material; izolə edən qurğu, cihaz və s. İzol-
yasiya materialları. - Sarınmış naqillərin
izolyasiyaları pambıq, iplik, ipək, .. şüşə və
s. materiallardan hazırlanır. P.Rüstəmzadə.
2. B ax izolə.
İZOLYASİYALI sif. tex. İzolyasiyası olan.
İzolyasiyalı məftil.
İZOLYATOR [fr.] 1. elektr. Elektrik keçir-
məyən material, maddə. İzolyator zavodu.
2. elektr. Elektrik məftillərini bənd və
izolə etmək üçün rolik, fincan. Yüksək volt-
lıı izolyator. Asma izolyator.
3. tib. Yoluxucu xəstəliyi olan xəstələri
və dəliləri saxlamaq üçün xüsusi otaq, bina
(xəstəxanada və s.-də).
İZOMERLƏR [yun. ] kim. Kimyəvi tərki-
bi və molekulyar çəkisi eyni, lakin fiziki və
kimyəvi xassələri isə başqa-başqa olan kim-
yəvi birləşmələr. Bu kimi eyni tərkibə malik
müxtəlif xassəli və müxtəlif quruluşlu mad-
dələrə izomer maddələr deyilir. M.Möv-
sümzadə.
İZOTOPLAR [yun.] xiis. Eyni kimyəvi
element atomlarının radioaktivliyə və atom
çəkisinə görə bir-birindən fərqlənən for-
maları. Radioaktiv izotoplar. Uran izotop-
ları. - Alimlər radioaktiv izotopların köməyi
ilə pambıqdan müxtəlif parçalar almaq üçün
səmərəli üsullar hazırlamışlar. (Qəzetlərdən).
İZSİZ 1 . sif. İzi olmayan; heç bir iz, nişanə,
əlamət, əsər qalmamış. İzsiz yol. - Keçib izsiz
yerlərdən; Apara billəm xəbər. M.Seyidzadə.
2. zərf Heç bir iz buraxmadan, özündən
sonra heç bir iz qoymadan. İzsiz yox olmaq.
Heç bir şey izsiz keçib gedə bilməz.
İZSİZ-SORAQSIZ b a x izsiz 1-ci mənada.
İZSİZ-TOZSUZ bax izsiz-soraqsız.
İZTANIYAN, İZTAPAN is. və sif. Yaxşı
iz tanıyan, iz ilə tapan; ləpirçi, izçi. İztapaıı
ovçu, iztapaıı kəşfiyyatçı, iztapaıı tula. - Tül-
kü və xüsusən qurd ovuna çıxarkən, ovçu
soyuqqanlı və cürətli, mahir iztapaıı olmalı-
dır. M. Rzaquluzadə.
İZTİRAB is. [ər.] Təlaş, təşviş, daxili
həyəcan, narahatlıq, mənəvi əziyyət, niga-
rançılıq. Böylə əldən getdiyim gər bilsə yar
əldən gedər; İztirabım görsə bəhri-bikənar
əldən gedər. Qövsi. [Arif Xavərə:] Sorma,
621
İZTİRABLI
heç sorma, nazənin Xavər! Məni məhv etdi
iztirabii kədər. H. Cavid. [Mehribanın] qəl-
binin iztirablarını ovunduracaq bir arxa-
daşa nə qədər ehtiyacı vardı. S. Hüseyn.
□ İztirab etmək - həyəcanlanmaq, narahat
olmaq, təşviş etmək. Etmə, canım, iztirab ;
Tələsmə, çox ertədir. A.Səhhət. İztirab
keçirmək (çəkmək) - mənəvi əzab çək-
mək, həyəcan keçirmək, narahatlıq içində
olmaq. ..Simasından onun hirs, əsəbilik və
dərin bir iztirab keçirdiyini görmək olardı.
S. Rəhimov. Yaxın günlərdə buraya [kame-
raya] atılan Qədir hamıdan artıq iztirab
çəkirdi. Mir Cəlal. İztirab vermək - bax
iztiraba salmaq. Məni hərdəm yada sal,
qadan alım; Rəhm elə, yar, vermə bunca
iztirab. “Abbas və Gülgəz”. İztiraba düş-
mək - təşvişə düşmək, həyəcana düşmək,
əsəbiləşmək, narahat olmaq. Xııbani-lıərəm
gördülər ki, bir qəribə iş üz verdi, çox xof və
iztiraba düşdülər. M.F.Axıındzadə. indi
neçə saat idi ki, əri getmişdi. Gec gəldiyin-
dən arvad iztiraba düşüb vurnuxurdu.
Ə. Haqverdiyev. İztiraba salmaq - təşvişə
salmaq, narahat etmək. Bu isə məni iztiraba
salırdı. S.S.Axundov.
İZTİRABLI sif. Təşvişli, həyəcanlı, əzablı,
əziyyətli, ağır; əzab və əziyyətlə dolu. İzti-
rablı günlər keçdi. - Xalıqverdi iztirablı və
intizarlı dəqiqələr keçirir, nigarançılığı hər an
artırdı. Ə. Vəliyev. Leyla dəri yumağını coş-
qun bir hərəkətlə köksünə basıb, iztirablı bir
intizar içərisində dayandı. Ə.Məmmədxanlı.
İZ-TOZ bax iz 2-ci mənada. [Yasə-
mən:] Yadınızdadırım, biz oxuyanda bun-
ların heç izi-tozu da yox idi. S.Rəhman.
□ İzi-tozu qalmamaq (olmamaq, görün-
məmək) -bax iz(i)-əlamət(i) qalmamaq
İZZƏTLİ
("iz-əlamət”də). [Fatma xala:] Deyirlər
əfəndi deyib ki, bu yaxında [Allah] bu
уәсис-тәсиса bir toy tutsun ki, bunların
heç izi-tozu qalmasın. Ə.Əbülhəsən. İzini-
tozunu itirmək - 1) bir şeydən, hadisədən
heç bir iz qoymamaq, heç bir əsər-əlamət
qoymamaq, tamamilə yox etmək, yoxa
çıxarmaq. Bir adam ki ağasının Məkkə
qurşağını boğazına dolaya, gecənin qaran-
lığında onun izini-tozunu itirə, var-yoxunu
sil-süpür eləyə, .. daha nə üçün vəziyyətin-
dən razı olmazdı. S. Rəhimov; 2) bir cinayə-
tin, işin üstü açılmamaq üçün onu ört-basdır
etmək; izini itirmək.
İZZƏT is. [ ər.\ Hörmət, şərəf, etibar.
Arvadın isməti - ərin izzəti. (Ata. sözü). Gər
çox istərsən. Füzuli, izzətin, az et sözü; Kim
çox olmaqdan qılıbdır çox əzizi xar söz.
Füzuli. Nəbati istəməz sənsiz dünyanı; İzzə-
ti, hörməti, şövkəti, şanı. Nəbati. [Teymur
ağa:] Məyər xan ona verdiyi ixtiyar və izzət
bəs deyil? M.F.Axundzadə. [İmran:] ..Bun-
lar Iıansı dağı qoyub dağ üstə; Neçindir bu
hörmət, izzət onlara! B.Vahabzadə.
İZZƏTİ-NƏFS is. Heysiyyət, mənlik
hissi, şərəf. İzzəti-nəfsini qorumaq, izzəti-
nəfsinə toxunmaq. - Qadınlarda şərəf və
izzəti-nəfs daha yüksəkdir. M.S. Ordubadi.
Ayrım qızı .. naxır sahiblərinin töhmət və
məzəmmətlərini izzəti-nəfsinə sığışdıra
bilmədiyindən Kərim babanın arxasınca hər
gün söylənərdi. A. Şaiq. Mənim bu sifarişim
nə qədər səmimi olsa da, yenə də Fərhad
bəyin izzəti-nəfsinə toxunmuşdu. Qantəmir.
İZZƏTİ-ŞƏRƏF is. Hörmət, şərəf, etibar,
yüksəklik. Ailənin izzəti-şərəfini qorumaq.
İZZƏTLİ sif. Hörmətli, şərəfli, əziz, izzət
sahibi.
622
Ј
Jj
J Azərbaycan əlifbasının on beşinci hərfi,
bax je.
JAKET is. [/i’.] Qısa qadın üst paltarı.
Jaket geymək. Jaket isti saxlayır. - Jaketinin
altından yaxalığı salınmadan geydiyi köy-
nəyin yaxası nəzəri-diqqəti cəlb edirdi.
S.Hiiseyn. [Firuzə] əlini dirsəkdən ilməsi qaç-
mış sarımtıl, nimdaş jaketinin cibinə saldı.
İ.Məlikzadə. Əynindəki zolaqlı qırmızı jaket
[Şahnazın] köksünü sıxırdı. İ. Şıxlı.
JALƏ is. [fars .] 1. Şeh, şəbnəm. Güldü
gül, açıldı nərgiz, lalə doldu jalədən. Füzuli.
Bitir çəməndə lalələr, əlində al piyalələr;
Səhər zamanı dür kimi düşər ot üstə jalələr.
A.Səhhət. Səhər zamaniydi, əsərkən yellər;
Düşərkən jalələr oyatdı səni. Ə. Cavad.
2. məc. Göz yaşı mənasında. Çün gəldi
özünə, qıldı nalə; Yağdırdı xəzanı üzrə jalə.
Füzııli. Zaman silər ürəklərdən naləni; El
unudar göz yaşını, jaləni. S. Rüstəm.
JALÜZ is. [fr.\ Nazik materiallardan qay-
rılan qat-qat pəncərə pərdəsi.
JANDÄRM(A) is. [//'.] 1. Jandarmeriyada
xidmət edən polis məmuru. ..Əziz bəy jan-
darma gücü ilə bizi əsir kimi dübarə Hacı-
xoşoya qaytarıb.. C. Məmmədquluzadə. [Bi-
rinci işçi:] Nikolay taxta çıxıb gəlsə yarın;
Ona jandarma olurdun.. H.Cavid. Jandarm
zabitinin qan beyninə vurdu. M. Hüseyn.
JANDARMALIQ bax jandarmeriya.
JANDARMERİYA [/i-.] Çar Rusiyasında
və burjuaziya ölkələrində siyasi mühafizə
və inqilabi hərəkata qarşı mübarizə üçün xü-
susi polis qoşunları. Bu adam .. çar jandar-
meriyasından böyük bir mükafat deyil, ağır
bir cəza alacaqdır. M. S. Ordubadi.
JANR [fr.] 1. İncəsənətin hər hansı bir
sahəsində süjet və üslub cəhətdən səciyyə-
vi olan əsərlər növü. Roman janrı. Epik janr.
П Məişət mövzusunda çəkilən şəkil. Sər-
gidə nümayiş etdirilən əsərlər janr və mövzu
etibarilə rəngarəngdir. (Qəzetlərdən).
3. Üslub, tərə. Janr, musiqi sənətində ümu-
mi əlamətlər əsasında toplanmış əsərlərin
formasına deyilir. Ə.Bədəlbəyli.
JİLET
JANRİST fr. genre-dən] Məişət mövzu-
sunda şəkillər çəkən rəssam.
JARQÖN [fr.] dilç. Ümumxalq dilindən
ayrılan və öz spesifik söz və ifadələri ilə
ondan fərqlənən müəyyən ictimai və ya pe-
şəkar qrupunun danışdığı dil. //Yalnız müəy-
yən ictimai qrup içərisində başa düşülən
şərti dil.
JE “J” hərfinin və bu hərflə işarə olunan
samitin adı.
JELATİN [fr.] Məhlulu soyudulduqda
həlməşik hala keçən üzvi zülali maddə
(texnikada, fotoqrafıyada, təbiətdə və s.-də
işlənir).
JELATİNLƏŞDİRİLMƏ “Jelatinləşdiril-
mək”dən fis.
JELATİNLƏŞDİRİLMƏK məch. kim. Üzvi
zülali maddənin məhlulunu soyutmaqla həl-
məşik halına salınmaq.
JELATİNLƏŞMƏ “Jelatinləşmək”dən/ is.
JELATİNLƏŞMƏK f. kim. Üzvi zülali
maddənin məhlulu soyuyaraq həlməşik
halına düşmək.
JELE is. [fr.] Meyvə şirələrindən hazır-
lanan həlməşik desert yeməyi.
JELONKÄ is. kölın. [rus] Keçmişdə: quyu-
lardan neft çıxarmaq üçün işlədilən vedrəyə
oxşayan uzunsov qab. Nefti quyudan jelonka
deyilən iri dəmir qablarla çıxarırlar. A.Şaiq.
[Fəhlələr:] Ağa, jelonka düşdü quyunun
içinə. A.Səhhət.
JELONKAÇI is. kölııı. Keçmişdə jelonka
ilə quyudan neft çəkən fəhlə.
JELONKAÇILIQ is. köhn. Jelonka ilə qu-
yudan neft çəkən fəhlənin işi, peşəsi.
JENŞEN [çin.] bot. Uzaq Şərqdə bitən və
kökündən təbabətdə istifadə edilən ot bit-
kisi. Vətəni Uzaq Şərq olan jenşen bitkisinin
kötüyündə qiymətli dərman maddəsi olur.
JEST [fr.] 1. Əl-qol hərəkəti.
2. məc. Nəzərə çarpdırmaq üçün görülən
iş, edilən hərəkət.
JETÖN [/;■.] 1. Metal nişan; medal.
2. Metal marka. Kassadan alınan çeki -
dəmir jetonu avtomata salmaq lazımdır.
JİLET [fr. ] Pencək və s. altından geyilən
qısa, qolsuz və yaxasız geyim. Hər kəs ya-
xalığını, vizitkasının ətəklərini, jiletinin düy-
mələrini sahmanladı. M. S. Ordubadi. Teymur
623
JİLETKA
müəllim balaca, arıq bir kişi idi. Əyninə köh-
nə modalı məxmər jilet geyər, başına araqçın
qoyardı. Ə. Sadıq.
JİLETKA bax jilet. Rzaqulu xan bütün
əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir
jiletka ilə oturub, iran kəndlilərinin üryanlı-
ğım təsvir edirdi. M.S. Ordubadi.
JİLETLİ sif. 1 . Jileti olan. Jiletli kostyum.
2. Jilet geymiş, əynində jilet olan. Jiletli kişi.
JİLETLİK sif. Jilet üçün yarayan.
JİRÖ is. [ital.] 1. Nağd olmayan hesab növü.
2. Həvalə qeydi, indossament.
JİRONDÄ [fr.] tar. XVIII əsrdə Fransa
burjua inqilabı dövründə iri burjuaziyanın
mənafeyini əks etdirən və əksinqilab tərə-
finə keçmiş olan siyasi qruplaşma [Fransanın
Jironda (Dironde) departamentinin adından].
JİRONDİST \fr. Dironde-dən] tar. Jiron-
da partiyasının üzvü, jironda tərəfdarı.
JİROVKÄ [rus. ital. giro-dan] mal. Qar-
şılıqlı borcun ödənilməsi haqqında haqq-
hesab əməliyyatı və bu əməliyyat üçün əsas
olan sənəd.
JİTİYE is. [rus. ] Müqəddəslərin tərcü-
meyi-halı.
JMIX is. [rus. ] Yağlı bitkilərin yağı çıxa-
rılmış toxumlarının qalığı. Jmıx unu (üyüdül-
müş, un halına salınmış jmıx). - Çiyidin yağı
çıxarıldıqdan sonra yerdə qalan maddədən
hazırlanan jmıxda 40-43% ziilali maddə və
müəyyən miqdarda yağ olduğundan hey-
vanlar üçün çox yaxşı yemdir. M. Qasımov.
JMIXDOĞRAYAN sif. və is. k.t. Jmıxı
doğrayıb xırdalayan (maşın).
JOKEY [ing.] Cıdırda, çapışmada peşəkar
sürücü, minici. İstəyir ki, belindəki; Yarış-
larda nəmər alan jokey deyil; Vuruşlarda
zəfər çalan igid olsun! B. Vahabzadə.
JONQLYÖR Jr.\ Əlləri ilə bir neçə şeyi
məharətlə atıb-tutan sirk artisti.
JONQLYORLUQ is. 1. Jonqlyorım (sirk
artistinin) işi, peşəsi.
2 məc. Hoqqabazlıq. Jonqlyorluq etmək.
JÜLİK [rus.] Xəspuş, cibgir, oğru; fırıl-
daqçı. [Həsən:] Adlarını ağa qoyublar, ha-
mısı julikdirlər, julik!.. Ə. Haqverdiyev. Hanı
o .. dükançı Hüseyn? Ədə, o yaman julik,
yaman adam.. A.Şaiq. [Nemətullayev:] Hər-
çənd siz [Qiyasəddin] biz kooperatoru kişi
JÜRİ
lıesab eləmirsiniz, ancaq biz də kişiyik, biz
julik deyilik. S.Rəhimov. Çıxdı səd heyf, əli-
mizdən o! ədalət kaııi; O juliklər yatağı,
köhnə Quba meydani. Ə. Vahid.
JULİKLİK is. Xəspuşlııq, cibgirlik, fırıl-
daqçılıq.
JURNAL [fr. joumal] 1. Kitabça şəklində
nəşr edilən dövri məcmuə. Aylıq jurnal. Tibb
jurnalı. Moda jurnalı. Ədəbiyyat jurnalı. -
Bu axır vaxtlarda müsəlman qəzetləri və
müsəlman jurnalları övrətlərimizə dair bir
para məqalələr yazıblar. C.Məmmədqulu-
zadə. Masanın üstündə gözlük, qələmdan;
Qəzetlər, jurnallar, cild-cild kitablar.
B.Vahabzadə.
2. Hadisələri və s.-ni müntəzəm surətdə
qeyd etmək üçün dəftər, ya kitab. Məktəb
jurnalı. Növbə jurnalı. - Müəllinı jurnalını
götürüb getdi, biz də kitablarımızı sinifdə
buraxıb küçəyə çıxdıq. T.Ş. Simurq.
JURNALİST [fr. journal-dan] Jurnalis-
tika ilə məşğul olan peşəkar ədəbi işçi.
Azərbaycan milli operasının banisi Üzeyir
Hacıbəyov eyni zamanda məşhur bir jurna-
list olmuşdur. - Azərbaycan mətbuatı tari-
xində [C. Məmmədquluzadə] böyük və
istedadlı bir jurnalistdir. M. İbrahimov.
JURNALİSTİK b a x jurnalistlik.
JURNALİSTİKA [fr. journal-dan] 1 . Jur-
nallarda, qəzetlərdə ədəbi-publisistik fəaliy-
yət. Jurnalistika ilə məşğul olmaq. - "Molla
Nəsrəddin ” birinci olaraq bizdə satirik xa-
rakter daşıyan jurnalistika məktəbi yarat-
mışdır. M. İbrahimov.
2. top. Dövri nəşrlərin məcmusu. Azərbay-
can jurnalistikası.
JURNALİSTLİK is. Jurnalistika ilə məş-
ğul olma, jurnalistin işi, peşəsi. C. Məmməd-
quluzadənin 40 ilə yaxın ədəbi və 20 ildən
artıq davam edən jurnalistlik fəaliyyəti
“imperializm və proletar inqilabları "
dövrünə təsadüf edir. M.İbrahimov.
JÜRİ [fr. jury] Konkurslarda, yarışlarda,
sərgilərdə və s.-də mükafat təyin edən mü-
təxəssislər heyəti; həkəm. [Kamil:] ..Mən
jüriııin üzvüyəm, koııkursda iştirak edə bil-
mərəm. M. Süleymanov. [Qurban Pirimov]
respublikanın bir çox olimpiadalarında jüri
heyətinin üzvü olmuşdur. Ə.Bədəlbəyli.
624
к
Kk
К Azərbaycan əlifbasının on altıncı hərfi,
bax ke.
KABAB is. [ər.] Köz üstündə şişdə, yaxııd
od üzərində tavada doğranmış ətdən, balıq-
dan bişirilmiş xörək. Kabab bişirmək. Ka-
baba qonaq etmək. Kabab çəkmək (tikə ətləri
şişə keçirmək). - Kababı köz öldürər; İgidi
söz öldürər. (Ata. sözü). ..Evin dalında Şaq-
qulu manqalın üstə kabab bişirirdi. Çəmən-
zəminli. [Səmədin] burnuna xoş, ağız sulan-
dıran kabab iyi dəydi. İ.Hüseynov.
0 Kabab etmək (ciyərini, ürəyini) Mas.
məc. - yandırmaq, yaxmaq. Odlara salıb fə-
raqət əhlin; Yaxub cigərin kabab edən eşq!
Xətayi. Könül, uyma bivəfayə; Axır səni xa-
rab eylər; Salıb eşqin atəşinə; Cigərini kabab
eylər. Q.Zakir. Kabab olmaq (ürəyi və s.)
- od tııtııb yanmaq, alışıb-yanmaq. Ürəyi
kabab oldu. - Atəşi-eşqində dil kabab olmuş;
Dolanır, çevrilir pərvanələnmiş. M. V. Vidadi.
Fiiqəralar yaıııbən zülm oduna oldu kəbab.
S.Ə.Şirvani. Kababa dönmək məc. - yan-
maq, yaxılmaq. [Umııd:] Dilin də yoxdu?
Qalx yuxarı. Əslidən soruş. Denən dədəmin
ciyəri kababa dönüb. İ.Məlikzadə.
KABABÇI is. Kababxanada işləyən adam.
[Vəli:] Yoxsa öz oynamağın barəsində ka-
babçı Həsən kimi böyük bir tənqidçinin rə-
yini soruşmaq istəyirdin? Ə. Haqverdiyev.
П Sif. mənasında. Kababçı dükanı.
KABABÇILIQ is. Kababçı peşəsi. Əhali-
nin bir qismi də xırda ticarətlə - çayçılıq,
kababçılıq, həlimaşıçılıq, bəzzazlıqla məş-
ğul olardı. H. Sarabski.
KABABÇİLOV is. Xuruşu kabab olan çi-
lov. Təbrizdən yeni gələn bir tanış deyirmiş
ki, Həsəni Təbrizdə gördüm, məni kababçi-
lova qonaq etdi. Qantəmir.
KABABXANA is. [ər. kəbab və fars.
...xanə] Kabab bişirilib satılan ictimai iaşə
müəssisəsi. Piri maşını gölün qırağındakı ka-
babxananın qabağında saxladı. İ.Məlikzadə.
KABABLI sif. Kabab olan, kababla yeyi-
lən, yanında (içərisində) kababı olan.
[Yamıəmməd:] Möhtərəm sədrin kabablı
çörəkdən xoşu gəlir. M. İbrahimov.
KABİNET
KABABLIQ sif. Kabab bişirmək üçün ya-
rayan. Kabablıq ət. - [Qəmər:] Əti kabablıq
(z.) doğrayıb duzlayacaqsan. S.S.Axundov.
[Mirzə Qulam:] Bizim bu oğlana bir dörd
kilo kabablıq erkək əti ver! Mir Cəlal.
KABALİSTİKA is. [qədini yəhudi dilində
- rəvayət ] 1. Mistik təsəvvürlər və məra-
simlər.
2. məc. Anlaşılmaz, dolaşıq, müəmmalı.
KABARDALI köhn. bax kabardin. So-
yuq və boranlı bir gecədə məzkur abxazlıııın
süd qardaşı kabardah Səfər bəy ona qonaq
olur. F. Köçərli.
KABARDİN is. Kabarda-Balkariyanın əsas
əhalisini təşkil edən xalq və bu xalqa mən-
subadam. Kabardin dili. Kabardin ədəbiyyatı.
KABARDİNCƏ sif. və zərf Kabardin di-
lində. Kabardincə kitab. Kabardincə danış-
maq.
KABARE \fr.\ Estradası olan restoran, kafe.
KABEL [holl.] Elektrik enerjisini, səs siq-
nallarını nəql etmək üçün üstü hermetik ör-
tülü məftil. Elektrik kabeli. Dəniz teleqraf
kabeli. Telefon kabeli. Sualtı kabel.
KABİNET [/ir.] 1. Evdə zehni işlə məşğul
olmaq üçün xüsusi otaq; iş otağı. Advokat
Əlabbas bəy kabinetində əyləşib çay içirdi.
Ə. Haqverdiyev. Sərdar Rəşid .. kabineti bo-
şaltdı. M. S. Ordubadi.
2. idarə və müəssisələrdə məsul şəxslərin
məşğuliyyəti üçün ayrılmış otaq. Direktorun
kabineti. - Mən [müdirin] kabinetinə girən-
də, şöbə müdirlərini toplayıb nə barədə isə
danışırdı. M. Hüseyn. Birinci katibin kabi-
netindən eşidilən zil qışqırtı Səmədi diksin-
dirdi. İ.Hüseynov.
3. Kabinet üçün mebel komplekti. Köhnə
stildə kabinet.
4 . Xüsusi məşğələlər üçün müvafiq ava-
danlıqla təchiz edilmiş ayrıca otaq (mək-
təblərdə, elmi tədqiqat müəssisələrində və
s.-də). Fizika kabineti. Kimya kabineti. İd-
man kabineti. // Xüsusi olaraq təchiz edil-
miş müalicə otağı. Rentgen kabineti. Tibb-
kosmetika kabineti.
5. Restoranlarda və əyləncə yerlərində
ümumi zalda oturmaq istəməyənlər üçün ay-
rılmış xüsusi otaq. Nişanlısının Nəsir bəyin
oğlu ilə .. restorana girən görüb, o da daxil
625
KABİNETÇİLİK
oldu. Qulluqçudan bunların tutduğu kabi-
neti bilib, gəlib qapını döydü. Ə. Haqverdiyev.
6. Hökuməti təşkil edən nazirlər heyəti;
hökumət. Kabinetin dəyişməsi. Yeni kabinet.
Kabinet böhranı.
0 Kabinet adamı, alimi və s. - həyat və
praktika ilə canlı əlaqəsi olmayan adam, alim
və s. haqqında. Kabinet royalı - kiçik royal.
KABİNETÇİLİK is. isteh. Canlı həyatdan
uzaq düşmə; kabinetdə qapanıb real həyat-
dan xəbərsiz qalma, mücərrədliyə meyil;
nəzəriyyəbazlıq.
KABİNƏ \fr.\ 1. Budka şəklində kiçik otaq.
Səsvermə kabinəsi. Pilot kabinəsi. Yük ma-
şınının kabinəsi. Telefon kabinəsi. - Endi
qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən,
daldı göylərə. M.Rahim. Mədəd zor-güc
Gülşəni kabinədə oturtdu. Ə.Vəliyev.
2. Bax kabinet 2-ci mənada. Nazir
onları öz kabinəsində qəbul etdi. S. Hüseyn.
Səhnədə müstəntiqin kabinəsi qarşısındakı
otaq göstərilir. S. Rəhman.
3. Bax kabinet 6-cı mənada. [Hacı Sə-
məd xanın] yerinə Tehran kabinəsinin məs-
ləhəti ilə müavini Sərdar Rəşid təyin olun-
du. M. S. Ordubadi.
KABİNKA [rus.] Kiçik kabinə (1-ci mə-
nada). [Fərman] indi ekskavatorun kabin-
kasıııda oturaraq, iri maşını hərlədiyi halda,
qızla olan ilk görüşünün təfsilatını xəyalında
canlandırırdı. Ə. Sadıq. Cuma kabinkada
şofer qızı da gördü. Ə.Əbülhəsən.
KABOTÄJ \fr.} dəniz. Hər hansı dövlətin
bir dənizdəki sahilboyu gəmiçiliyi.
KABOTAJÇI is. dəniz. Kabotaj gəmisində
işləyən dənizçi.
KABRİOLET is. \fr.\ Biratlı, sürətli, iki-
təkərli, yüngül araba.
2. Açılıb-örtülən yüngül avtomobilin ör-
tüklü kuzovu.
KABUS is. [ər.] Qarabasma. Lakin bu,
yuxu deyil, kabus idi. Ə.Əbülhəsən. // Köl-
gə. Küçələri, evləri taun gəzir birbəbir; Bir
qara kabus kimi o hər yerə baş çəkir.
B. Vahabzadə. // Qorxulu yuxu, dəhşətli
yuxu. // Xəstə təxəyyüllü və ya mistikaya
qapılmış adamın gözünə görünən şey, xəya-
lən təsəvvürə gələn surət. [Qönçə:] Biri ka-
bus kimi içəri girib qapını qapadı. S.Hüseyn.
KAFE
indi də [xan] kabusdan qurtarmayıb, oğlunun
hər bir hərəkətindən diksinir, yuxu ilə oyaqlıq
arasında idi. M. Rzaquluzadə.
KADET 1 [fr.] Çar Rusiyasında: qapalı
orta hərbi məktəb müdavimi. Hələ baqidir
yerində; Köhnə qaydalar, adətlər; Hələ künc-
bucaq gəzir; Yunkerlər, kadetlər. R.Rza.
□ Kadet korpusu - 1918-ci il inqilabından
qabaqkı Rusiyada: zadəgan oğlanlarını za-
bitlik xidmətinə hazırlamaq üçün qapalı orta
hərbi məktəb.
KADET 2 [rus.] 1905-ci ildə çar Rusiya-
sında yaradılmış, imperialist burjuaziyanın
başlıca partiyası olan konstitusion-demokratik
partiyanın üzvü, ya tərəfdarı.
KADMİUM [lat.] kim. 1. Sink filizlərinin
tərkibində olan gümüşü-ağ yüngül metal;
kimyəvi element.
2. Müxtəlif çalarları olan süni sarı boya.
KADR 1 [fr.] Kino və ya fotolentində ayrı-
ayrı şəkil, səhnə. Kinolentində şəkil hərəkət-
siz kadrlardan ibarətdir. // Kinofilmindən
ayrıca bir səhnə, epizod.
KADR 2 [fr.] 1. Qoşun hissələrinin sülh
zamanı tərxis edilməyən daimi heyəti. Ordu
kadrları. Kadr qoşunları.
2. Hər hansı bir müəssisənin, idarənin,
təşkilatın hazırlıqlı, ixtisaslı işçilərinin əsas
heyəti (bu mənada adətən cəm şəklində iş-
lənir). - Doktor Balacavev bu rayonda illər
boyu səmərəli çalışmış, Gülöyşə kimi bir
çox yerli kadrlar yetişdirmişdi. S. Rəhimov.
0 Kadr şöbəsi - müəssisənin və ya ida-
rənin işçi tutmaq, işdən çıxarmaq və s. ilə
məşğul olan şöbəsi. Konduktor Kazımı kadr
şöbəsinə çağırıb dedilər: - Sabahdan sən
qatarda müfəttiş olacaqsan. Mir Cəlal.
KADRİL [fr.] Cüt-cüt oynanılan altı qısa
fiqurdan ibarət rəqs və bu rəqsin musiqisi.
Arkadi kənara çəkildisə də, hey Odinsovaya
baxır və kadril oynadıqları zaman belə gö-
zünü ondan çəkmirdi. Turgenevdən.
KAFE [fr. əsli ər. qəhvə] Qəhvə, çay, qəl-
yanaltı və s. satılan kiçik restoran. - “ Nov-
bahar ” kafesində Məhbıısi [Kərimxanı] göz-
ləyəcəkdi. M. İbrahimov. Verib Qarabağı
Bakıya qaçdıq, Bakıda “ Qarabağ ” kafesi
açdıq. B.Vahabzadə.
626
KAFEDRA
KAFTANLI
KAFEDRA \yun.] 1. Auditoriyalarda mü-
hazirəçi və ya natiq üçün hündür yer; xita-
bət kürsüsü. Salonu ağzına almış gurultular
arasında Ruqiyyə kafedranın dalma keçdi.
Mir Cəlal.
2. Ali məktəblərdə: məzmunca bir-birinə
yaxın olan fənlərdən dərs deyən müəllim-
lərin və ya tədqiqatçıların birləşməsi. Fizika
kafedrası. Dilçilik kafedrası. Tarix kafedrası.
П Ali məktəbdə bir fəndən, yaxud məz-
munca bir-birinə yaxın fənlərdən dərs de-
yən və ya elmi tədqiqat işi aparan müəllim
və ya tədqiqatçılar heyəti. Kafedra iclası.
KAFEL [ alm.] 1. Üzərinə şir çəkilmiş çox
nazik kərpic; kaşı. Kafel zavodu. Kafel us-
tası. - [Dadaşov:] Bilirəm ki, rayonda neçə
adama kafel, parket filan satıb... İ.Məlikzadə.
2. Kafel vurulmuş, üzərinə kafel çəkilmiş;
kafeli olan. Kafel divar. Kafel soba.
KAFELÇİ is. xiis. 1 . Kafel hazırlayan, kafel
qayıran usta, fəhlə.
2. Kafel (kaşı) çəkən usta.
KAFELLİ sif. Üzünə kafel (kaşı) çəkilmiş.
Kafelli divar. Kafelli mətbəx.
KAFEŞANTAN \fr.\ Adətən bayağı tama-
şalar göstərmək üçün açıq səhnəsi olan kafe,
ya restoran; kefxana. [Rüstəm:] O xanımları
ki mən Parisin kafeşantanlarında görmü-
şəm, sən görsən Məcnunə dönüb biyabanə
düşərsən. Ə.Haqverdiyev.
KAFƏR klas. bax kafir. Səni qoyub,
bütə evlər ibadətin kafər; Əzabi-duzəxə ol
vəchdən olur qabil. Füzuli. Bu qarə gün ki
mənim başıma hicrində gəlib ; Həqq nəsib
eyləməsin kafərə, ey badi-səba! S.Ə.Şirvani.
Bayram günü islam olan şad olu; Mən qəm-
gin olmaqda kafər olmuşam. Aşıq Ələsgər.
KAFİ sif. [ər.] 1. Kifayət edən, bəs edən,
tələbi təmin edən. Kafi qədər. Kafi məbləğ.
П Zərf mənasında. Tələbə məclisi nizama
saldı, lakin söylənən sözlər heç kəsi kafi dərə-
cədə məmnun etmədi. Çəmənzəminli. [Qafar:]
Məgər sansız evlərin kirayəsi ona kafi deyil
ki?.. S.S.Axundov. □ Kafi olmaq - yetmək,
bəs olmaq, kifayət etmək. Tahir bu aləmin
gözəlliyini başqasına da sevdirmək üçün sadə,
tez-tez işlənən, adi sözlərin kafi olmadığını
yalnız indi başa düşdü. M. Hüseyn.
2. İs. mənasında. Tələbənin, şagirdin bili-
yinə verilən ən aşağı müsbət qiymət. Riya-
ziyyatdan “kafi” almaq.
3. Xəbər şəkilçisi ilə: kafidir - bəsdir,
yetər, kifayətdir. [Roza:] Mənzilimiz böyük-
dür, beş otaq bizə kafidir, ancaq ... burada
mənim istədiyim süs yoxdur. Çəmənzəminli.
KAFİLİK is. Kifayət etmə, kafi olma;
bəslik.
KAFİR sif [ər.] 1. Müsəlman olmayan,
islam dininə etiqad etməyən; qeyri-müsəl-
man. // Is. mənasında. Kafir olsaydı əgər
rəhmə gələrdi, gözəlim ; O qədər ki, sənə mən
dərdimi izhar elədim. Şəhriyar. □ Kafir
olmaq - başqa dinə keçmək (müsəlman
haqqında). [Şeyx Hadi:] Şeyx Sənan, o
şəmsi- aləmtab; Oldu kafir, xaç asdı, içdi şə-
rab. H. Cavid. // Keçmişdə mütərəqqi fikir
sahiblərinə, dinə tənqidi yanaşan və ya inan-
mayan şəxslərə verilən ad; dinsiz, laməzhəb.
Bu fikir köhııə müsəlmanların fikrinə oxşayır:
“Rusca danışdın kafirsən, furajka qoydun,
kafirsən ”. M.S. Ordubadi. // dan. Söyüş mə-
nasında (çox vaxt “kafir oğlu kafir” şəklində).
Bu kafir oğlu kafir qoşunu qırdı, qurtardı.
“Koroğlu”. [Hacı Fərəc:] Vermə məni kafir
əlinə, bir növ məni qurtar. N.Vəzirov.
[Həmzə:] Adə, necə, kafir oğlu kafir, qız
qaçıb? C. Cabbarlı. // Bəzən zarafatla: Ay
kafir!
2. dan. Canavar, ilan kimi heyvanların
evfemistik adı. [Dursun:] Az qala kafir məni
boğmuşdu, - deyə, qalabalığa qarışdı. A.Şaiq.
Niyə, ay kişi, olmaya yenə kafir çaldı?
S. Rəhimov. [Həsənəli:] Köməyə gəlin!
..Kafir məni öldürdü. M. İbrahimov.
KAFİRCƏSİNƏ zərf İnsafsızcasına, zalım-
casına.
KAFİRLİK is. 1. Allahı inkar etmə; müş-
riklik, dinsizlik, küfr.
2. məc. dan. Zalımlıq, insafsızlıq məna-
sında.
KAFTAN is. köhn. Uzunətəkli qədim
kəndli paltarı; don. Cəfər Bərməki məclislə-
rinin daimi iştirakçısı olan xorasaıılı əyan-
lar qara kaftanlarını çıxardıb kimi ağ, kimi
yaşıl geyindi. Ə.Məmmədxanlı.
KAFTANLI sif. köhn. Əyninə kaftan gey-
miş. Kaftanlı kəndli.
627
KAFTAR
KAĞIZ
KAFTAR is. 1 . zool. Səhra və yarımsəhra
yerlərdə yaşayan və başlıca olaraq leş ye-
məklə keçinən yırtıcı məməli heyvan; gor-
eşən. [Pəri nənə:] ..Keçmişdə bizim qədini
qışlağa bir kaftar dadanmışdı. S.Rəhimov.
2. məc. dan. Qoca, çirkin, idbar adam haq-
qında (bəzən “qoca” sözü ilə söyüş məqa-
mında). [Gülnaz və Sənəm Məşədi ibada:]
Qoca kaftar, sənə on beş yaş olan qız nə
gərək? Ü.Hacıbəyov. [Bədircahan:] ..Sənin
adın çəkiləndə, a kaftar, ZiUeyxa xanımın
qusmağı gəlir. N.Vəzirov.
KAFTARKUS 1 . B a x kaftar 2-ci mənada.
[Fərzəli:] Görmürsən bu kaftarkusu, necə bu
Alagöz qızın üstünə xoruzlanır? S.Rəhimov.
2. is. Keçmişdə el arasında məzhəkəli
oyun növü.
KAFTARLAŞMA “Kaftarlaşmaq”dan f.is.
KAFTARLAŞMAQ f. dan. Qocalmaq,
qocalıqdan siması dəyişmək, qocalıb əldən
düşmək.
KAFTARLIQ is. dan. Qocalıq, qocalıb
əldən düşmə.
KAFUR is. [ar] Həmin adda ağacın kit-
rəsindən alman, təbabətdə və texnikada
işlədilən kəskin və spesifik qoxulıı maddə.
□ Kafur ağacı - Çin, Yaponiya və Hindis-
tan kimi Asiya ölkələrində bitən, dəfnəyə
bənzər həmişəyaşıl ağac. Bizlərdə meyit
yuyanda iştəııəıı kafur Hindistan dəryasının
cəzirələrində bitən kafur ağacının budaqla-
rının içində lıasil olur. “Əkinçi”. Kafur yağı
- təbabətdə işlənən bitki yağında həll
olunmuş kafur məhlulu; kamfora. [Mələk
Kərəmə:] Kamfora vuracağam. Buna keç-
mişdə kafur yağı deyərdilər. M. İbrahimov.
KAFURİ sif. [ər.] Kafura aid olan, tərki-
bində kafur olan.
KAĞIZ is. 1 . Üzərində yazı yazılan, yazı
çap edilən, rəsm çəkilən, yaxud başqa məq-
sədlər üçün işlədilən, ağac kütləsindən və
s.-dən hazırlanan xüsusi material. - Pul
qalmadı, baxmışam hesabə; Getdi qələmə,
kağız, kitabə. M. Ə. Sabir. Susuram önündə o
şeriyyətin; Ürəyim dolsa da, ağ qalır kağız.
M.Araz. □ Divar kağızı - evin divarlarına
çəkilən üzü naxışlı və ya şəkilli kağız.
Papiros (cığara) kağızı - tütün bükmək
üçün zərif, yumşaq kağız növü. Sumbata
kağızı - bax sumbata. Suçəkən (suquru-
layan) kağız -bax suçəkən. Şirli kağız -
şəkil çəkmək və ya yazı yazmaq üçün üzəri
parlaq maddə ilə örtülü kağız növü. // Həmin
materialın bir vərəqi, bir parçası. Bir kağız
ver, ərizə yazım. - [Mirzə Səfər] stulda əy-
ləşib, qarşısına bir vərəq kağız qoyub, qələm
götürdü. Ə.Haqverdiyev. [Mirzə Mehrəli]
kağızı dizinin üstə sıxışdıraraq gözlüyün üs-
tündən baxa-baxa yazdı.. Çəmənzəminli.
Oturmuş qapıda məktəbli bir qız; Əlində bir
qələm, bir parça kağız. S.Vurğun.
2. Məktub. Kağız yazmaq. Kağız göndər-
mək. - [Mərcan bəy:] Üçüncü dəfə gördüm,
tab gətirə bilmədim və bu kağızı sənə yaz-
dım. Ü.Hacıbəyov. Qoy qara kağızını olsun;
O kitab dostlara, tanışlara. M.Araz.
3. Rəsmi mahiyyətdə olan hər cür yazılı
sənəd. Yaş kağızı. İşıq kağızı. Mərkəzdən
kağız gəldi. - [Məmmədcəfər:] Bu birinci
kağızlar ki görürsən, qardaşlarımdan ayrılıq
kağızlarımdır. Qantəmir. [Gəldiyev] direktor
gələndə kağızları kargüzara verdi, imza
üçün göndərdi.. Mir Cəlal. // Təliqə. [Aslan
bəy:] Qulu, o yerin kağızını aldıtımı? Tapşır-
mışdım lıazır eləsinlər. N.Vəzirov. // iltizam-
namə. Dilindən kağız vermək. II Arayış, ya-
zılı məlumat. Məmməd Həsənoviç bir məsələ
üçün yüz yerdən kağız istərdi.. M. İbrahimov.
4. Adətən cəm şəklində: kağızlar - qiy-
mətli kağızlar (aksiya, istiqraz, banknot və s).
Kağızlar qiymətdən düşür.
5. Qumar oynamağa məxsus xüsusi surət-
də hazırlanmış kağız parçaları topası; kart.
Kağızı kim paylayacaq? Kağızı kəsmək.
6. sif. mənasında. Kağızdan hazırlanmış,
kağızdan düzəldilmiş. Kağız kisə. - Qoltuqla-
rında kağız qovluğu və ya portfel olan çinov-
niklər, vəkillər girib-çıxırdılar. T.Ş. Simurq.
□ Kağız pul - kağızdan kəsilmiş pul, kredit
bileti. Xəlilin atasından bir balaca, iki
otaqdan ibarət ev və iyirmi iki manat kağız
pul qalmışdı. Ə.Haqverdiyev. [Məşədi] gün-
dən-günə qiymətdən düşən kağız pulun mü-
qabilində gündən-günə qiymətə minən dup-
duru qızıl alırdı. S.Rəhimov.
0 Kağız kimi - ağappaq, qar kimi, lap ağ.
Kağız kimi ağarmaq - rəngi qaçmaq (çə-
kilmək), sifəti ağappaq olmaq. Gövhər qarı
628
KAĞIZBADAM
gizlincə Şahnaza baxdı. Qızın rəngi kağız
kinıi ağarmışdı. İ.Şıxlı. Kağız üzərində qal-
maq - həyata keçməmək (keçirilməmək),
yerinə yetirilməmək, icra olunmamaq. Ka-
ğızını almaq dan. - boşanmaq. Kağızını
vermək dan. - boşamaq. [Güllü:] Kağızımı
ver, kəbinim halal, canım azad. Ə. Haqver-
diyev. Dilindən kağız vermək - rəsmən öh-
dəsinə götürmək.
KAĞIZBADAM is. Nazik qabıqlı badam
növü.
KAĞIZÇILIQ is. dan. Heç bir ehtiyac
olmadan çoxlu, müxtəlif kağızlar yazmaqla
məsələnin həllini qəsdən uzatma; süründür-
məçilik, bürokratçılıq.
KAĞIZI sif. Nazik qabıqlı. Kağızı qoz.
- Həvəslə dedi Bəhram: - Mən ancaq kağızı
badam; Bir də hulu əkmişəm. M. Rahim.
KAĞIZ-KUĞUZ top. dan. Yazılı kağızlar,
yaxud lüzumsuz kağızlar. Qarı elə elədi ki,
söhbət Mirzə Mustafanın başından fikrini
dağıtdı, kağız-kuğuzunu yığışdırıb qoydu şka-
fa, dəftərxanasının qapısını bağlayıb getdi
evinə. E. Sultanov. [Xəlil:] ..Otaqları elə silib-
süpürüb aparıbdır ki, kağız-kuğuzdan sava-
yı bir şey qalmayıbdır. N.Vəzirov. Şahmar
yavaş-yavaş kağız-kuğuzu, cədvəlləri yığışdı-
rır, kitabları üst-üstə qoyurdu. B.Bayramov.
KAĞIZ-QƏLƏM is. Kağız və qələmdən
ibarət yazı ləvazimatı; kağız və qələm.
[Sərvər Məşədi İbada:] Tez ol, bir kağız-
qələm göftir/ Ü.Hacıbəyov. [Sara:] Əbdül əmi,
bir az mənə kağız-qələm ver! C. Cabbarlı.
Vaxt olur götürüb kağız-qələmi: Qaçmaq
istəyirəm Yer kürrəsindən. M. Araz.
KAĞIZLAMA “Kağızlamaq”dan f.is.
KAĞIZLAMAQ/ Üzərinə kağız yapışdır-
maq, kağız çəkmək. Divarları kağızlamaq.
KAĞIZLANMA “Kağızlanmaq”dan f. is.
KAĞIZLANMAQ məcli. Üzərinə kağız
yapışdırılmaq, kağız çəkilmək. Divarlar ka-
ğızlanmışdır.
KAĞIZLANMIŞ fsif Üzərinə kağız yapış-
dırılmış, kağız çəkilmiş. Kağızlanmış otaq.
KAĞIZLAŞMA “Kağızlaşmaq”dan/;'s.
KAĞIZLAŞMAQ qarş. Məktublaşmaq, bir-
birinə məktub yazmaq. Çoxdandır onunla
kağızlaşmıram. - [Əbdüləli:] Biz onunla ka-
ğızlaşırdıq. S. Rəhimov.
KAHILLAŞMAQ
KAĞIZLATMAQ icb. Üzərinə kağız çək-
dirmək, kağız yapışdırtmaq. Divarı kağız-
latmaq.
KAĞIZLI sif. Kağızı olan, əlində kağızı
(rəsmi sənədi) olan (bax kağız 3-cü mə-
nada).
KAĞIZPAYLAYAN is. dan. Kuryer. // Poç-
talyon. Kağızpaylayana ixtiyar vermişik ki,
müştərilərimizdən qabaqca bir şey alma-
yınca onların jurnalını aparıb verməsin.
“Mol. Nəsr.”
KAĞIZPƏRƏST is. Kağızlara, işin rəsmi
cəhətinə həddindən artıq əhəmiyyət verən
adam; rəsmiyyətçi (bax kağız 3-cü mənada).
KAĞIZPƏRƏSTLİK is. Qum rəsmiyyət-
çilik, işin mahiyyətinə deyil, rəsmi cəhətinə
həddindən artıq fikir vermə.
KAĞIZSIZ 1. sif. Kağızı olmayan (bax
kağız 3-cü mənada).
2. zərf Kağızı, rəsmi sənədi olmadan,
yaxud iltizamnaməsiz, qəbzsiz, dilindən ka-
ğız vermədən. [Hacı Murad] çox adama pulu
kağızsız vermişdi. S.S.Axundov.
KAH, KAHA is. məh. Qayalıqda, dağda tə-
bii və ya süni oyuq; mağara. Bədircahanın
evinin sağ tərəfində, qayanın ortasında üç
kaha var çox dərin. N.Vəzirov. Bir həftə qa-
baq yuxarıdan gələn bir süni soyğunçu kəndi
alt-üst elədi, canını qurtaran qaçıb meşələr-
də, kahalarda gizləndi. Ə.Məmmədxanlı.
KAHAL sif. [ər.] dan. Başısoyuq, tənbəl,
ağırtərpənən. Qaragözov ayağa qalxdı: - Elə
bilirsiniz ki, müalicə işinə təkcə siz kahalsı-
nız? Mir Cəlal.
KAHALIQ is. Çoxlu kaha olan yer (qaya-
lıq, dağ və s.).
KAHALLIQ bax kahıllıq. Demə fərraş-
ların kahallığından yolda dustaqların biri
əkilibmiş. “M.N. lətif.”
KAHI is. bot. Yaşıl-ağımtıl yarpaqları və
kökü çiy yeyilən kələməoxşar birillik tərə-
vəz bitkisi. Yavaş-yavaş dəyər, yetər ləzzətli,
dadlı meyvələr: Gilasii, albalı, kahı, xoş iyli
sarı heyvalar. A.Səhhət.
KAHIL sif. dan. Başısoyuq, tənbəl, ağır-
tərpənən, işə can yandırmayan.
KAHILLAŞMA “Kahıllaşmaq”dan f.is.
KAHILLAŞMAQ f. dan. Tənbəlləşmək,
atilləşmək, ağırlaşmaq.
629
KAHILLIQ
KAHILLIQ is. dan. Başısoyuqluq, tən-
bəllik, atillik. □ Kahıllıq etmək -tənbəllik
etmək, başısoyuqluq etmək, ərinmək.
KAHİL [ər.\ bax kahıl. Kimə olsan mü-
sahib, ey cahil ; Olar əlbəttə tənbəlli kahil.
Füzuli. Əvvələn, iimdeyi-mətləb bu ki, şəhr
əhli tamam; Tənbəlli kahilü bihimmətü na-
dan, mənə nə?! M.Ə. Sabir.
KAHİN is. [ər.] Qədim misirlilərdə, israil-
lilərdə qeybdən xəbər verən ruhani.
KAHİNANƏ zərf [ər. kahin və fars. ...anə]
köhn. Kahin kimi, qeybdən xəbər verərcə-
sinə.
KAHİNLİK is. Kahinin işi, peşəsi. // Qeyb-
dən xəbər vermə iddiasında olma.
KAİNAT is. [ər.] 1. Bütün dünya sistemi
(Yer, göy, ulduzlar və b. varlıqların məc-
musu). Günəş kainatda mövcud olan saysız-
hesabsız ulduzlardan biridir. - [Qadın:] Yer,
göy - bütün kainat bir xoş səda olaraq məni
oxşayır, eyni zamanda da için-için inlədir-
di.. Çəmənzəminli. Mənə elə gəldi ki, biz-
lərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş;
Nə bu ucsuz-bucaqsız, gözəl kainat olnıuş.
M.Müşfıq.
2. Dünya, aləm, bütün yer üzü, bütün var-
lıq. [Almaz:] Deyirlər ki, səmimi eşqin ürəyi
geniş olar. Orada kainat belə yerləşər.
C. Cabbarlı. Göyləri sarsıdan bu qorxunc
gurultudan bütün kainat titrədi. H.Nəzərli.
KAKADU is. [alm.] Malayya tutuquşusu.
KAKAO [isp.] 1. Toxumundan şokolad
hazırlanan tropik bitki. Həmişəyaşıl tropik
ağac olan kakao bitkisinin kənarı bütöv bö-
yük yarpaqları vardır. R.Əliyev.
2. Həmin ağacın üyüdülmüş toxumu.
// Həmin toxum tozundan hazırlanan qidalı
şirin içki. Bir stəkan kakao. Uşaqlara kakao
verdilər. - İkilikdə yuxarı getdilər, kafedə otu-
rub kakao içdilər. M. Süleymanov.
KAKİL [fars.] klas. bax kəkil. Gah yad
zülfün eyləyirəm, gah kakilin; Bir fikri etmə-
miş, dilə fikri-digər gəlir. S.Ə.Şirvani. Ey
cılnın ay, üzün günəş, ey qaşların kəman;
Ceyran gözün, qarışqa xətin, kakilin ilan.
M.Ə. Sabir.
KAKTUS [lat.] bax maldili.
KAQÖR [coğr. addan] Qırmızı desert
şərabı.
KALAĞAY(I)
KAL sif. 1 . Dəyməmiş, yetişməmiş, göy.
Kal yemiş. Kal tut. Kal alça. - [Hurizadın]
..tükləri məzəli bir rəng alar - gah qarğıdalı
saçağına, gah da kal qarpıza bənzər. Çəmən-
zəminli. Nəbi güllə atsa düzdə, ya dikdə;
Tağlar meyvəsini yerə kal salar. M. Rahim.
// İs. mənasında. Əriyin kalı. - İyid nərəsin-
dən, güllə səsindən; Dəyməmiş tökülür kal-
ların, dağlar! Aşıq Ələsgər.
2. məc. Hələ yetişməmiş, inkişaf etməmiş.
Almaniyanın İngiltərə-Fransa-Rus əleyhinə
düzəltdiyi cahangirlik təşkilatı da hələ uşaq-
dır, kaldır, yetişməmişdir. M. S. Ordubadi.
Bax, bu yerlərdə adamlar dəyişir ; Kal (z.)
gələn burda dəyir, tez yetişir. S. Rüstəm.
3. məc. Tutqun, boğunuq (səs haqqında).
[Vəkil] kal səsi ilə Nemətə yer göstərdi.
Çəmənzəminli. Əsgərin qulağında Əlyarın
kal səsi eşidildi. S. Rəhimov.
4. məc. dan. Kütbeyin, gecanlayan. Kal
adam. - Yaş yetirib kal oldunuz; Görə-görə
kor oldunuz; DUıə-dinə lal oldunuz; Səbri-
nizə heyrətdəyik; Siz dözümdə fil oldunuz.
B.Vahabzadə.
0 Yuxudan kal oyanmaq - lazımınca
yatıb yuxusunu almamaq, yuxudan yarımçıq
durmaq. [Səttar:] Əşi, yuxudan kal oyanıb
gözümü açıram, görürəm, gün təzəcə çırtla-
yır. Ə.Əbülhəsən.
KALA 1 is. Üzəri liflə örtülmüş, pambıq
çiyidi.
KALA 2 is. məli. Böyük şüşə qab, iri şüşə
banka.
KALAFA is. 1 . Dağılmış tikintinin qalığı,
dağılmış yer; xarabalıq. Kənd yıxılsa, kala-
fasından məlum olar. (Ata. sözü).
2. iri deşik (divarda və s.-də); iri çuxur,
oyuq. Qaralır daxmanın kalafa yeri; Dəstə
şərqisilə çəkilir geri. S. Vurğun.
3. məh. Quyu.
0 Bir kalafa sümükdür - çox arıq adam
haqqında.
KALAFAAĞIZ sif. zar. Çox iri ağzı olan.
KALAFALIQ is. Kalafası olan; xarabalıq.
[Qatır Məmməd] evlərinin kalafalığında bir
daşın üstündə oturub, .. dərin sükuta getdi.
“Qatır Məmməd”.
KALAĞAY(I) bax kəlağayı. Bu diyarda
kalağay yox, kətan yox. M.P. Vaqif. Başında
630
KALAMBUR
Herat kalağay, paltarları darayıdı. Aşıq
Ələsgər. Gözəl surət sahibi olan bu qadın
qara paltar geymiş, başına yaşıl-ağ ipək
kalağayı salmışdı. T.Ş. Simurq.
KALAMBUR [/r.] Cinas.
KALAN sif. daıı. Varlı, pullıı, cibi dolu.
Oğlan yəqin kalan idi... S. Rəhman. Qonşum
bu məclisə yalnız puldan kalan adamları
çağırır. S. Rüstəm.
KALAVA is. məh. Dərə.
KALBA dan. kölın. bax kərbəlayı. Nə
xortlayaydı bu şəkil ilə Molla Nəsrəddin, ey
kaş; Nə kalba səbzalılarda bu xofü-vəhşət
olaydı. M.Ə. Sabir.
KALENDÄR [lat.] bax təqvim. Diva-
rımdan asılı kalendardan hər gecə; Bir dö-
yüş və bir zəfər yarpağım cırıram. S.Rüstəm.
□ Kalendar plan - kalendar (təqvim) üzrə
müəyyən edilən plan. Klubun kalendar pla-
nı hamıya məlumdur. Mir Cəlal.
KALEYDOSKÖP \yun.] 1. Əldə fırlatdıq-
da tez-tez dəyişən, rəngli naxışlar göstərən,
boruşəkilli optik cihaz (oyuncaq).
2. məc. Hadisələrin, şəxslərin və s.-nin
ardı-arası kəsilmədən dəyişməsi. Əgər
“Ağa Məhəmməd şah Qacar” faciəsi kaley-
doskop isə, görünür ki, cənab tənqidııəvis
bu ləfziıı nə olduğunu layiqincə düşünməyib,
fəqət bir xarici ləfzi, heç məhəli olmayaraq
istemal etmişdir; çünki cəmi tarixi faciələr
kaleydoskopdurlar. Ə. Haqverdiyev.
KALIM is. etnoqr. Orta Asiyada: evlənər-
kən oğlanın qızın ata-anasına verməli olduğu
pul, mal və s.; başlıq və bu adətin özü.
KALIŞ is. 1. bot. Yarpaqları iti, uzun, yum-
şaqbuğumlu, qamışa oxşar bitki. Kalış yeyib
zəhərlənmək (mal-qara haqqında). - Bostanın
ətrafını kalış basmışdı. İ. Şıxlı.
2. məh. Göy, təzə (soğan haqqında). Kalış
soğan, qırmızı turp, müxtəlif göyərti iştaha
ilə yeyilirdi. Ə. Vəliyev.
KALIŞLIQ is. Çoxlu kalış bitən yer.
[Rüstəm kişi] kalışlığın arasındakı qarpız-
lardan birini götürüb geri qayıtdı. I. Şıxlı.
KALİBR [/i-.] 1. xüs. Silah lüləsi diamet-
rinin ölçüsü; çap. Kalibri böyük toplar.
II Mərmi və ya güllənin diametri.
2. tex. Kütləvi istehsal olunan şeylərin
dəqiq, müəyyən ölçüsü.
KALLAŞMA
3. tex. Məmulatın ölçüsünü, formasını və
s. yoxlamaq üçün ölçü aləti.
KALİBRLƏMƏ “Kalibrləmək”dən f'.is.
KALİBRLƏMƏK/ tex. 1 . Bir şeyin kalib-
rini ölçmək və ya yoxlamaq, bir şeyə lazımi
kalibr vermək. Relsləri kalibrləmək.
2. Ölçü alətlərinin bölgü dərəcələrini yox-
lamaq. Termometri kalibrləmək.
KALİBRLƏNMƏ “Kalibrlənmək”dən/w.
KALİBRLƏNMƏK məch. tex. Kalibrləmə
işi aparılmaq, bir şeyin kalibri ölçülmək,
yoxlanmaq.
KALİBRLƏNMİŞ f.sif. tex. Kalibri yox-
lanmış (ölçülmüş), lazımi kalibr verilmiş.
KALİBRLƏYİCİ sif. xiis. Kalibrləmə işi ilə
məşğul olan işçi (bax kalibr 2-ci mənada).
KALİBRLİ sif. xüs. Müəyyən kalibrdə
olan, müəyyən ölçüsü olan, qəbul edilmiş
kalibrə uyğun olan. Müxtəlif kalibrli toplar.
KALİBRÖLÇƏN is. tex. Kütləvi istehsal
olunan ölçü cihazlarının dəqiq kalibrini mü-
əyyən etmək üçün ölçü aləti (əndazə, qəlib
və s).
KALİUM [lat. əsli ər. əlkali] kim. Qələvi
filizlər qrupundan gümüşü-ağ rəngli metal
- kimyəvi element.
KALİUMLU sif. kim. Kalium qarışdır-
maqla hazırlanmış, tərkibində kalium olan.
Kaliumlıı duzlar.
KÄLKA [//-.] 1. Çertyojlardan, yaxud şə-
killərdən dəqiq surət çıxartmaq üçün xüsusi
üsullarla hazırlanmış nazik şəffaf kağız və
ya parça.
2. Çertyojun və ya şəklin həmin material
üzərində çıxarılmış surəti.
3. dilç. Başqa bir dildəki söz, ya ifadəyə
təqlid və ya hərfi tərcümə yolu ilə düzəldilən
söz və ya ifadə. Kalka düzəltmək. Kalka üsu-
lu. “Otbiçən” rusca “senokos” sözünün bal-
kasıdır.
KALKULYÄSİYA [/at] Malın maya və
satış qiymətinin hesablanması. Malın kalkul-
yasiyası. Kitabın kalkulyasiyası (kitabın də-
yərini müəyyən etmək üçün mətbəə işarə-
lərinin hesablanması).
KALKULYASİYAÇI is. Kalkulyasiya ilə
məşğul olan mühasibat işçisi; kalkulyator.
KALKULYÄTOR [latmcadan] bax kal-
kulyasiyaçı.
KALLAŞMA "Kallaşmaq”dan fis.
631
KALLAŞMAQ
KALLAŞMAQ/ Səsi tutulmaq, boğunuq
hala düşmək. Kallaşa-kallaşa korlaşır in-
san; İçinin səsini çölü eşitmir... M.Araz.
KALLAŞMIŞ f.sif. Boğuq, tutqun (yalnız
səs haqqında). Əminə .. yuxusuzluqdan kal-
laşmış səslə dedi: - İkidir, iiçdən beş dəqiqə
işləyib. İ.Məlikzadə.
KALLIQ is. 1. Yetişməmiş meyvənin,
məhsulun halı. Almanın kallığı. Üzümün
kallığı.
2. məc. dan. Kütbeyinlik, kütlük, koraze-
hinlik, qanmazlıq. Atlıxan Orxanın kallığına,
keyliyinə təəccüblənirmiş kimi çiynini çəkdi.
İ.Məlikzadə. □ Kallıq etmək - qanmazlıq
etmək, düşüncəsiz hərəkət etmək.
KALLİQRÄF \уип.] bax xəttat.
KALLİQRAFİK [yun.] Kalliqrafıyaya aid.
□ Kalliqraflk xətt - gözəl, aydın, düz xətt
(yazi).
KALLİQRÄFİYA [yun.] bax xəttatlıq.
KALMIK is. Rusiya Federasiyası tərkibin-
də Kalmık MR-in əsas əhalisini təşkil edən
xalq və bu xalqa mənsub adam. XVII əsrin
30-cu illərində Aşağı Volqada kalmıklar
meydana çıxdılar. Kalmıkların nəsilləri oy-
ratlardır.
KALMIKCA sif. və zərf Kalmık dilində.
Kalmıkca kitab. Kalmıkca danışmaq.
KALORİMETR [lat. calor - isti və yun.
metreo - ölçürəm] istilik miqdarını ölçən
cihaz.
KALORİMETRİYA [lat. calor - isti və
yun. metreo - ölçürəm] Fizikanın müxtəlif
cisimlərin istilik tutumunu ölçməklə məş-
ğul olan sahəsi.
KALORİYA [lat.] istilik ölçüsü vahidi.
□ Böyük kaloriya - bir kiloqram suyun
hərarətini bir dərəcə artırmaq üçün lazım
olan hərarətin miqdarı. Kiçik kaloriya - bir
qram suyun hərarətini bir dərəcə artırmaq
üçün lazım olan hərarətin miqdarı. // Hər bir
qidanın insan orqanizmində yaratdığı istilik
enerjisinin miqdarı. Bəzi qidalarda kaloriya
azdır.
KALORİYALI sif. Kaloriyası çox olan.
Kaloriyah qidalar.
KALORİYALILIQ is. istilik doğurma qabi-
liyyəti; bir şeydə olan kaloriyanın (istiliyin)
miqdarı. Yanacağın kaloriyalılığı. Xörəyin ka-
loriyalılığı.
KAM
KALSEKS [lat.] əcz. Xlorlu kalsium və
urotropin duzu (qripin qabağını almaq üçün
dərman kimi işlənir).
KALSİUM [lat.] kim. Əhəngdaşı, mərmər
və s. tərkibində olan gümüşü-ağ rəngli me-
tal - kimyəvi element.
KÄLTA bot. bax sunərgizi. Azərbayca-
nın dağ-meşə qurşağının bataqlıq yerlərin-
də bitən kalta ( sunərgizi ) cinsinin .. bişirilib
qurudulmuş köklərindən fəsəli bişirmək olur.
M.Qasımov.
KALVİL [fr. xüs. addan] Sarımtıl alma
növü. Kalvil alması.
KALVİNIST [xüs. addan] Kalvinizm məz-
həbinə mənsub adam.
KALVİNİZM [xüs. addan] XVI əsrdə İs-
veçrədə Kalvin adlı şəxs tərəfindən təsis
edilmiş protestant məzhəblərindən biri.
KAM 1 is. [fars.] 1. Arzu, məqsəd, məram,
murad. Neçə ildir gözümüzü Mürsəlin toyu-
na dikmişik, bu bizim üçün böyük kamdır...
A.Şaiq. Zaman bizdən kam alıbdır; Daha
ürək qocalıbdır; Bizdən ancaq ad qalıbdır;
Nə sən gülsən, nə mən bülbül. B.Vahabzadə.
□ Kam almaq - 1) bax kama yetmək
(yetişmək, çatmaq). Fərhad, Məcnun, Kərəm
kamın almadı; Bir Yusifi sevdiyinə yetirdin.
Molla Cümə. Biz də muradımızca fələkdən
kam alaydıq; Sizə qonşu olaydıq. M. Müşfiq;
2) intiqam almaq, əvəz olaraq birinin fəla-
kətinə sevinmək. Kam bulmaq köhn. - bax
kam almaq 1-ci mənada. Fəsli-bahar gəldi,
könül, şad, kam bul! Q.Zakiıv Kam vermək
- arzusuna, kamına yetirmək. Xəstədir,
Qövsi, təbibin, dərd bilmək çağıdır; Çarə
qılnıaq, kam vermək, könül almaq çağıdır.
Qövsi. Kama yetirmək - arzusuna çatdır-
maq. Kama yetmək (yetişmək, çatmaq) -
arzusuna nail olmaq, məqsədinə çatmaq. De-
yin sərvi-güləndama; Öldürsün, yetişsin kama.
Q.Zakir. [Mirzə Rza:] [Nəsrəddin şahı] öl-
dürdüm, indi kama yetişdim! C.Cabbarlı.
Yoxsa yetməyəcək kanıına şair; Quru bir tax-
tanı simsiz çalacaq? S.Vurğun. Kami-dil
klas. - ürək arzusu. Şükr Seyyid, gedirəm
kami-dil ilə bu səhər. S.Ə.Şirvani. Kamı
gözündə qalmaq - arzusuna çatmamaq, ar-
zusu ürəyində qalmaq. Gözündə qalmasın
insanın kamı. Z.Xəlil.
632
KAM
KAMAN
2. klas. Ləzzət, zövq. □ Kam vermək -
zövq vermək, ləzzət vermək. Açdın dəri-
iltifatü ənam; Verdin gərəgincə hər kəsə kam.
Füzuli. Kam götürmək - zövq almaq, ləz-
zət almaq. [Qadın:] İkicə nəfər belə balam
olaydı, hərəsini bir məktəbə qoyaydım, hər
gün birinin yanına gedib baxanda kam gö-
türəydim. Mir Cəlal.
3. Kamınca, kamımca şəklində köhn. -
ürəyincə, ürəyimcə; istədiyin kimi, istədi-
yim kimi. Seyyid, təlıəmmül et şəbi-hicranə,
çəkmə ah; Bir gün olur ki, kamınca ruzigar
olur. S.Ə.Şirvani. Yüz il yaşayıb bircə gün
ömrümdə fələkdən; Kamımca mədar olmasa,
mən neyləyə billəm? Ə. Vahid.
KAM 2 is. : kamına çəkmək - udmaq. Əj-
daha itaət edib cəhənnəmi çəkdi kamına.
Ə.Haqverdiyev. İkibaşlı əjdaha kimi [sel]
ağzını açıb, bizi kamına çəkmək istəyirdi.
S. Rəhimov.
KAMAL is. [ər.] 1. Kamillik, yetkinlik.
2. Elm, ürfan, fəzilət. [Hacı Nuru şair:]
Atan oxumuşdu, kamalı var idi. M.F.Axund-
zadə. Ana gərək övladma kamal işığını ba-
ğışlasın. C.Məmmədquluzadə. □ Kamala
çatmaq (yetmək, yetişmək) - yetkinləşmək,
yetkinlik dövrünə çatmaq; kamilləşmək, tək-
milləşmək. Bədəsillər çətin yetər kamala;
Əgər ki, oxuya üzündən məni. Q.Zakir. Bəlkə
də yetməmiş dünya kamala; Bəlkə də görmə-
yir bu dəhşətləri. S. Vurğun. [Əliş Gülcamala:]
Sonra da Gəncədə məktəbə getdik; Bir yer-
də oxuyub kamala yetdik. Z.Xəlil. // Nöq-
sansızlıq, mükəmməllik, tamamlıq, bitkin-
lik. Kamala yetirmək - yetişdirmək, dərs
vermək, yetkinləşdirmək. Vaqif kimi molla-
dan dərs almısan; Gər yetirsin səni kamalə.
Yetər. M.P.Vaqif.
3. Ağıl, zəka, dərrakə. Kamil insan kama-
lından bəlli olar. (Ata. sözü). Ələsgər söy-
ləyə söz müxtəsərin; Ağlı kamil ola, kanıalı
dərin; Hamı bir ağızdan deyə “afərin! ” Aşıq
Ələsgər. □ Kamal sahibi - ağıllı, dərrakəli
(adam). Gün kimi neməti-xublııqda kamal
sahibidir. M.P.Vaqif. Kamalı (kamaldan)
azmaq - ağlını itirmək, dəli olmaq. Mahi-
təmamə eylədi nisbət camalını; Nöqsanı var
ki, Seyyid azıbdır kəmaldən. S.Ə.Şirvani.
// İnsan ömrünün yetkinlik dövrü.
4. İzafət tərkiblərində: qoşulduğu sözə
bitkinlik, tamlıq, mükəmməllik mənası ve-
rir; məs.: kamali-ehtiramla (tam ehtiramla,
artıq ehtiramla), kamali-ləzzətlə (böyük ləz-
zətlə), kamali-diqqətlə (tam diqqətlə, böyük
diqqətlə). - ..Əgər bəzi şəxslərə həmin mə-
sələ [papaq məsələsi] əhəmiyyətsiz və xırda
bir məsələ görsənsə, biz kamali-cürətlə deyə
bilərik... C.Məmmədquluzadə. [Səlim]
kamali-etidalla gözləyirdi ki, [Mehriban]
ağlayıb ürəyini boşaltsın. S.Hüseyn. ..Kamali-
ehtiranıla [Hacı Qambay və Məşədi Heybətə]
salam verdim. Qantəmir.
0 Kamal attestatı - tam orta məktəbi qur-
tarmaq haqqında attestat.
KAMALINCAzarf köhn. Lazımi dərəcədə,
mükəmməl surətdə, kifayət qədər; lazımın-
ca. Bu vaxtadək nə Qasım bəy Zakirin və nə
Hacı Seyid Əzim Şirvaniniıı tərcümeyi-hal-
ları və əşarü asari kamalınca öyrənilməyib.
F. Köçərli.
KAMALLANMA “Kamallanmaq”dan fis.
KAMALLANMAQ f. Əqlən kamilləşmək,
yetkinləşmək.
KAMALLI sif. Kamal sahibi olan; ağıllı,
tərbiyəli, mərifətli. Kamallı uşaq. - [Şərəf-
nisə xanım:] Nə sözdür ki, sənin kimi cavan,
kamallı oğlan Tiflisdə qulluq tapmaz?
M.F.Axundzadə. [Hacı:] Oğlanlarım, ağıllı
olun, kamallı (z.) olun, gəliıılər sizi bir-
birinizdən ayırmasın. Qantəmir. Mən sənin
gözlərindən görürəm, kamallı balasan, ancaq
kimə nə fayda?! S.Rəhimov.
KAMALLILIQ is. Əqli cəhətdən kamillik,
yetkinlik, bitkinlik.
KAMALSIZ sif. Ağlı-kamalı olmayan, əqli
cəhətdən kamil olmayan; mərifətsiz. [Qadın:]
Cənab, belə sözləri nə üçün buyurursunuz?
.. Mən onlara ağılsız, qabiliyyətsiz, kanıalsız
deyə bilmərəm. Ə.Haqverdiyev.
KAMAN is. \j'ars.] 1. Bax kamança. Nə
qədər dərdlidir o qırıq kaman; Şikayət eylə-
yir öz dünyasından. S.Vurğun. Söylədik qan
ağlayan Araza dərdimizi. S. Rüstəm. Sular
üstə yayılır; Tar səsi, kaman səsi. İ. Səfərli.
2. Oxatan yay. Ox atılır, sanki kaman
səslənir; Saheyi-meydanda vurur tək səbir.
M. Ə. Sabir. Nişançılar dərhal kamanlarını
çiyinlərindən çıxarıb, xurma ağacları içəri-
sinə yüyürdülər. Ə.Məmmədxanlı.
633
KAMANÇA
0 Kaman kimi əyilmək məc. - beli əyil-
mək (bükülmək), ikiqat olmaq. Kaman kimi
(tək) əymək məc. - belini əymək. Eləmi
deyər məni; Yadlara deyər məni; Ayrılıq uzun
olsa; Kamantək əyər məni. (Bayatı). Kama-
na dönmək - bax kaman kimi əyilmək.
Əziziyəm çəkməkdən; Qəlyan alıb çəkmək-
dən; Qəddim kamana döndü; Qürbət dərdi
çəkməkdən. (Bayatı). Qaşı kaman şair, - bax
kamanqaş(lı). Qaşları kaman, ay qız; Apar-
dın iman, ay qız; Dedim, hara gedirsən?
Oldun bədgüman, ay qız! (Bayatı). Miijgan-
larııı oxdu, qaşların kaman; Gözlərin qəsd
edər cana, Gülpəri! Aşıq Ələsgər. [Sultan
bəy:] Aman, aman, oy, qaşı kaman, oy! Gəl
alım, maralım, dilbilməz! Ü.Hacıbəyov.
KAMANÇA is. [fars.] Alt tərəfi diz üstünə
qoyulub yayla çalman musiqi aləti; kaman.
Kamança çalmaq. Kamança kirişi. - Məclisin
dalından kamança səsi eşidilir. Ə.Haqver-
diyev. Alqışlar altında endi səhnədən; Yeni-
dən kamança dindi səhnədən. B. Vahabzadə.
KAMANÇAÇALAN, KAMANÇAÇI is. Ka-
mançada çalan çalğıçı. Tarzən ilə kamançaçı
məharətlə çalır, qavalvuran oğlan isə boğazı-
nı arıtlayıb oxumağa hazırlaşırdı. M.Hüseyn.
Rəşid, eyni zamanda ən coşqun bir ovçu, ən
mahir bir kamançaçıdır. M.Rzaquluzadə.
KAMANÇAÇILIQ is. Kamança çalma sə-
nəti.
KAMANÇALAN bax kamançaçalan. Ka-
mançaları kimdir o? - Bəxtiyar! Küləkmi, ya
simdir o? - Bəxtiyar! R.Rza.
KAMANÇI is. bax kamançaçı.
KAMANDAR is. [fars. ] köhn. 1. Oxatan,
mahir atıcı. Kamandar atar oxunu; Al eylədim
mən çoxunu. “Koroğlu”. Kamil kanıandardı,
atıb-vuraııdı; Qovğa günü igidləri yıxandı.
Aşıq Ələsgər.
2. Qədimdə ağasının yanınca ox-yayını
gəzdirən xidmətçi.
KAMANDARLIQ is. köhn. Kamandarın işi,
vəzifəsi.
KAMANƏ is. [fars.] köhn. Kamanın, ka-
mançanın yayı. Mehrabi-qaşın fikri bu xəm
qəddimi, ey məli; Döndərdi qaşın kimi ka-
manə, ölürəm mən. Ə. Vahid.
KAMANQAŞ(LI) sif. şair. Qaşları kaman
(yay) şəklində olan. Harda görsəm şux ka-
KAMERTON
manqaşlını; istərəm canımı qurban eyləyim.
M.P. Vaqif. Ey kamanqaşlı, məni yarələdi
qəmzən oxu; Zülfünü bas yarama, qoyma məni
qan apara. S.Ə.Şirvani.
KAMBAĞI is. Atm dalındakı yükü bağla-
maq üçün ip.
KAMBALA [fin.] zool. Gözləri başının bir
tərəfində olan yastı balıq.
KAMELİYA is. [fr.] Tüklü yarpaqları və
iri gözəl gülləri olan ağac; gül adı.
KAMERA 1 [lat.] 1. Bəzi idarələrdə xüsu-
si məqsədlər üçün ayrılmış otaq. Dezinfek-
siya kamerası. Əl baqajı kamerası.
2. Həbsxanada dustaqların salındığı otaq-
lardan hər biri. Kameraya ağır bir sükut çök-
dü. M.Hüseyn. Dünya bir an içində ; Kame-
raya çevrilib, necə balacalandı; Soyuq tər
basdı məni; Dedim, dar ağacından öz dilim
asdı məni. B. Vahabzadə.
3. tex. Hər hansı bir cihazın, maşının, qur-
ğunun içindəki qapalı boşluq. Peçin kame-
rası. Sıxılmış hava kamerası.
4. Fotoaparatın, plastinka ya plyonka qo-
yulan, işıq keçməyən içəri hissəsi.
5. Şinin, topun içərisinə hava doldurulan
rezin kisəsi. Avtomobil şininin kamerası. Fut-
bol topunun kamerası.
KAMERA 2 : kamera musiqisi - bir və ya
bir neçə ifaçı üçün yazılmış musiqi əsəri.
Kamera musiqisi əslində kiçik binalarda ifa
edilmək üçiin yaradılan vokal və instrumental
əsərlərdən ibarət olur. Ə.Bədəlbəyli. Ka-
mera konserti - kamera musiqisi əsərlərin-
dən ibarət konsert.
KAMERÄL \fr.]: kameral işləri, kame-
ral işləmə - ekspedisiya və çöl-axtarış iş-
ləri zamanı toplanmış materialların laborato-
riyada, kabinədə işlənməsi. Dialektoloji eks-
pedisiya materiallarının kameral işlənməsi.
KAMERALI sif. tex. Kamerası olan (bax
kamera 1 3-cü mənada). Kameralı peç. Ka-
meralı şlüz.
KAMERAYAMAYAN is. dan. xiis. Deşil-
miş avtomobil kameralarını vulkanizasiya
üsulla yamayan usta; vulkanizator.
KAMERTÖN [alm.] Çalğı alətlərini, ha-
belə xor oxuyarkən səsindən əsas ton kimi
istifadə edilən, bərk cismə toxundurulduq-
da müəyyən yüksəklikdə səs çıxaran haça-
şəkilli kiçik polad alət.
634
KAMFORA
KAM YOL
KAMFORA [lat. əsli yun. ] bax kafur.
Kamfora spirti. - [Mələk Kərəmə:] Kamfo-
ra vuracağam. Buna keçmişlərdə kafur yağı
deyərdilər. M. İbrahimov.
KAMIŞİT [rus. əsli qamış-dan] xüs. Plitə
şəklində preslənmiş qamışdan hazırlanan
tikinti materialı. Kamışit zavodu.
KAMİL sif. [ər.~\ 1. Nöqsansız, qüsursuz,
bitkin, tam, mükəmməl. Kamil əsər. - Cə-
mali-batinim kamildi, yox bir zərrə nöqsa-
nı; Nə qəm, ey mahi-bimehrim, gər olsa su-
rətim naqis. S.Ə.Şirvani. Olum sadağası bu
gözəllərin; Mərifətdə kamil, kamalda dərin.
Aşıq Ələsgər.
2. Kamala yetmiş, kamilləşmiş, yetkin.
Kamil usta. Kamil sənətkar. И Təcrübəli,
mahir. Yanmaqda kamildir, odda səməndər;
Mən öziim bu yolun mərdanəsiyəm. Q.Zakir.
Maşallah, nə yaxşı qabilsən; Bağçabanlıq -
da xeyli kamilsən. A.Səhhət. // İs. mənasında.
Bu hələ kamilləri; Gör nədir cahilləri. (Ata.
sözü). [Əziz bəy:] Xeyr, hazır deyil, axtarırıq
ki, bir kamil tapaq, vəkil tutaq. M.F.Axund-
zadə. Cəng əhməqlə eyləməz aqil; Əqli ba-
şında olsa gər kamil. S.Ə.Şirvani.
KAMİLCƏ sif. Kamil, mükəmməl, tam,
tamam-kamal.
KAMİLƏN zərf [ərl\ Tamamilə, bütün-
lüklə, tamam-kamal.
KAMİLLƏŞDİRİLMƏ “Kamilləşdiril-
mək”dən/w.
KAMİLLƏŞDİRİLMƏK “Kamilləşdir-
mək”dən məcli.
KAMİLLƏŞDİRMƏ “Kamilləşdirmək”-
don f.is.
KAMİLLƏŞDİRMƏK “Kamilləşmək”dən
icb.
KAMİLLƏŞMƏ “Kamilləşmək” dən f.is.
KAMİLLƏŞMƏK f. Kamil olmaq, kamala
yetişmək; yetkinləşmək. Türk xalqlarının
söz sənəti qarşılıqlı mədəni-ədəbi əlaqələr
sayəsində zənginləşib kamilləşəcəkdir. (Qə-
zetlərdən).
KAMİLLİK is. Bitkinlik, mükəmməllik,
yetkinlik. Kamilliyə çatmaq. - Formanın ka-
milliyi və əsərin bütün ünsürləri arasındakı
bədii vəhdətə gəldikdə isə “Ölülər” Azər-
baycan dramaturgiyasının şalı əsəri sayıla
bilər. M. İbrahimov.
KAMPANİYA [ital.] 1. Ümumiyyətlə, bir
cəbhədə keçirilən hərbi əməliyyat, mühari-
bə, hərbi yürüş, hərbi səfər. // Hərbi dəniz
donanmasının aramsız üzüş və yürüş dövrü.
// məc. Sözlə, yazı ilə hücum; mübarizə.
..Tiflisdə .. nəşr olunan “Tiflisski listok” adlı
bir qəzetdə türk mətbuatının ziddinə bir bö-
yük kampaniya açılmışdı. C. Məmmədqulu-
zadə. Mədəniyyət uğrunda çalışmaq birgün-
lük, biraylıq kampaniya deyil, daimi işdir.
Ə. Sadıq.
2. məc. Hər hansı bir mühüm ictimai-siyasi
və ya təsərrüfat tədbirini həyata keçirmək
üçün müəyyən dövrdə aparılan işlər. Seçki
kampaniyası. Pambıq yığımı kampaniyası. -
[Kosaoğlu:] Sən yaz əkin kampaniyasının qız-
ğın vaxtında sabotajlıq eləyirsən?! I. Şıxlı.
KAMPANİYAÇILIQ is. İctimai və ya isteh-
sal işində sistemsizlik, plansızlıq. Kampa-
niyaçılıqla mübarizə.
KAMRAN sif. [fars. ] klas. Kamına (arzu-
suna, muradına, məqsədinə) çatan; xoşbəxt,
bəxtiyar. Rəvadı bunca çəkim firqətin, axir;
Vüsal günləri, ey dust, kanıraıı mən idim..
X.Natəvan. □ Kamran etmək (eyləmək) -
kamına (arzusuna, muradına, məqsədinə)
çatdırmaq, xoşbəxt etmək. Kamran olmaq
- kamına (arzusuna, muradına, məqsədinə)
çatmaq, xoşbəxt olmaq, inan, əlbəttə, bir za-
man olacaq; Əhli-eşq onda kanıraıı olacaq.
A.Səhhət.
KAMRANLIQ is. klas. Xoşbəxtlik, bəxti-
yarlıq. Əyyamdəıı umma mehribanlıq; Bir
neçə gün olsa kamranlıq. Əmani.
KAMSIZ 1. sif. Kamına yetişməmiş; məq-
sədinə, arzusuna çatmamış.
2. zərf Kamına (məqsədinə, arzusuna)
yetişmədən. Kamsız qalmaq.
KAMSIZLIQ is. Kamına, məqsədinə, ar-
zusuna çatmamaq.
KAMUFLYAJ is. \fr.\ Müəyyən obyekti
gizlətmək üçün onları çeşidli rənglərlə bo-
yama, alalama.
KAMVOL [alm.] xüs. 1. Zərif daranmış.
Kamvol yun. П Belə daranmış yundan hazır-
lanmış. Kanıvol parça.
2. Belə yundan zərif parça hazırlayan.
Kamvol kombinatı.
635
KAM YAB
KAMYAB is. [fars.] klas. Kamına, arzu-
suna çatan; xoşbəxt, bəxtiyar. □ Kamyab
olmaq - 1 ) kamına çatmaq, xoşbəxt olmaq.
Aləm oldu şad, biilbiil vəsli-giildən kamyab.
S.Ə.Şirvani; 2) kam almaq. Alçaq ürəklər
olmaya mövtinlə kamivab; Ruhun da, hey-
kəlin də, məzarın da inqilab! M. S. Ordubadi;
3) fayda götürmək, bəhrəsini götürmək; fay-
dalanmaq. [Kök pişiklər arıq pişiyə deyirlər:]
Aşü plovdan oluruq kamyab; Yağlı fətirlər
yeyirik, həm qııtab. S.Ə.Şirvani. [Nəcəf bəy:]
Biri, görürsən, sübhdən axşamadək qarışqa
kimi çalışır, .. öz zəhmətinin meyvəsindən
kamyab olmayır. Ə.Haqverdiyev.
KAMYABLIQ is. köhn. Arzusuna çatma;
xoşbəxtlik, bəxtiyarlıq. Xülasə, ədalət hökm-
ranlığında qurdlar quzu ilə otlayırdı, ümu-
mi xoşbəxtlik, ümumi kamyablıq bərpa idi.
Çəmənzəminli.
KAN is. [fars .] klas. Mədən yeri, mədən.
Hər karıda əgərçi ləl çoxdur; Bir ləl ki, layiq
ola, yoxdur. Füzuli. // məc. Mənbə, məxəz
mənasında. Söylədi zahid: ey vəfa kanı! Bir
qızım var ki, bu cahan canı. S.Ə.Şirvani. Onun
üçün göz çəkmərəm gözündən; Miiştaqəm,
ey şəkər kanı, mən sənə. M.P.Vaqif. // Eyni
mənada bəzi tərkiblərdə işlənir. Kani-hiim-
mət, kani-qeyrət, kani-şəfqət bizlərik.
C.Cabbarli.
KANAL [tat.] 1. Dəniz, çay və göllər ara-
sında gəmilərin gedib-gəlməsi, habelə su-
varma, hidrotexniki və s. məqsədlər üçün
çəkilmiş süni su yatağı. Kaııa! çəkmək.
Samur-Abşeron kanalı. Suvarma kanalı. -
[Tahir:] Mingəçevirdən böyük kanal ayrı-
lacaq. M. Hüseyn. Dəli çaydan səhraya
kanallar çəkiləndə; Torpağı əridəndə nəfəsi
motorların; Mən də ordaydım, bəli.
S. Rüstəm.
2. tex. Hər hansı bir şeyin içində boru
şəklində dar uzun boşluq. Top kanalı. Kabel
kanalı.
3. anat. bax yol 5-ci mənada.
4. Bax yol 6-cı mənada. Cürbəcür ka-
nallardan istifadə etmək
KANALCIQ is. Kiçik kanal, dar kanal.
Süxurları təşkil edən dənələr arasında çoxlu
xırda boşluqlar var. Bu boşluqlar bir-biri
ilə birləşib uzun kaııalcıqlar əmələ gətirir.
KANİFOLLANMAQ
KANALİZASİYA [/i’.] tex. Çirkli suların
axıb getməsi və təmizlənməsi üçün boru və
yeraltı kanallar və b. sanitar texniki qurğular
sistemi. Kanalizasiya sistemi. Kanalizasiya
çəkmək. Kanalizasiya idarəsi.
KANALİZASİYAÇI is. Kanalizasiya işçisi.
KANALİZASİYALI sif. Kanalizasiyası
olan. Kanalizasiyalı şəhər.
KANALİZASİYASIZ sif. Kanalizasiyası
olmayan. Kanalizasiyasız məhəllə.
KANALİZÄTOR [//-.] xüs. Kanalizasiya iş-
ləri mütəxəssisi.
KANÄPE [/i-.] köhn. Söykənəcəkli taxt,
divan. Böyükxaııım otağın yuxarı başında
kanape üzərində uzanaraq ayağının birisini
qaldırıb digərinin üstünə qoymuşdu.
M.S. Ordubadi. Midlıəd əfəndi bihuş olaraq
kanapenin üzərinə sərildi.. Çəmənzəminli.
KANÄRYA [coğr. addan] Otaqda qəfəsdə
saxlanılan açıq-sarı rəngli oxuyan quş; sa-
ııbülbül.
KANÄT [ms.] Liflərdən və ya məftillər-
dən eşilmiş çox möhkəm yoğun ip (kəndir);
buraz. Polad kanat.
0 Kanat yol -bax yol.
KANATÇI is. xüs. Kanat hazırlayan fəhlə.
KANATÇILIQ is. Kanatçmın işi, peşəsi.
KANDAR is. Qapı ağzı; astana. Mən otağı-
mın kandarında durub baxırdım. T.Ş. Simurq.
Açdı Baba müəllim pəncərəni bir anda;
Gördü biri yıxılıb qapının kandarında.
B.Vahabzadə.
0 Kandarına ayaq basmamaq - bir yerə
daha gəlməmək. [Canbalayev:] Mənim oğ-
lum sənin evinin kandarına ayaq basmama-
lıdır. İ.Hüseynov.
KANİFÖL [lat. colophonia] İynəyarpaqlı
ağacların kitrəsindən hasil edilən, şüşəyə-
oxşar kövrək maddə (sənayedə yapışqan və
izolyasiya materialı kimi, habelə çalğı alət-
lərinin yayma çəkmək üçün işlədilir). Ka-
nifol fabriki.
KANİFOLLAMA “Kanifollamaq”dan/;s.
KANİFOLLAMAQ/ Çalğı alətinin yayma
kanifol çəkmək. Skripkanın yayını kanifol-
lamaq.
KANİFOLLANMA "Kanifollanmaq”dan
f.is.
KANİFOLLANMAQ nıəsh. Kanifol çəkil-
mək (çalğı alətinin simlərinə).
636
KANİSTR
KANİSTR is. [ ing .] Maye tökmək üçün
germetik ağızlı qab.
KANKAN is. [fars .] köhn. Əl ilə quyııqa-
zan; qııyuçu. Kankanın vəsiyyəti qızıl ökiiz-
diir. (Ata. sözü). [Məmməd:] Atam kankan
idi, anıma acından ölməmək üçün arpa əkir-
di. C.Cabbarlı. Əzablar içində bağrı qan oldu;
Çox gəzib, axırda bir kankan oldu. M. Rahim.
KANKANBAŞI is. köhn. Kankanların baş-
çısı. Qoca kankanbaşı son nəfəsində bərk
dolub qəhərləndi. S. Rəhimov.
KANKANLIQ is. Kankanın işi, sənəti,
peşəsi; quyııçuluq. [Məşədi Hənifə] yayda
biçinə gedər, qışda kankanlıq edər, payız
vaxtı karxanalarda günəmuzd kərpic kəsərdi.
Mir Cəlal. [Qulaməli] özü kankanlıq edib
quyu qazdı. Ə. Sadıq.
KANOE [«/;.] Xüsusi tipli idman qayığı
(bu qayıqda bir diz üstə durub sərbəst avar-
la avar çəkilir).
KANONADA [fr.} 1. Toplardan tez-tez və
ardıcıl açılan atəş.
2. Top atəşlərinin və mərmi partlayışları-
nın uzaqdan eşidilən səsi.
KANONER [fr. canoniere-dən]: kanoner
qayığı -bax kanonerka.
KANONERKA [fr.} Dənizin sahilboyu
ərazilərində, çaylarda və göllərdə hərbi
əməliyyat aparmaq üçün döyüş gəmisi; ka-
noner qayığı. Raket silahının inkişafı ilə əla-
qədar kanoner qayığının rolu xeyli azalmışdır.
KANSELY ARİYA [lat.] bax dəftərxana.
[Məmmədcəfər] kanselvariyada oturanda
başını çox vaxt dala əyərdi. Qantəmir.
KANSLER [alm.\ Bəzi dövlətlərdə yük-
sək vəzifəli şəxslərə verilən ad və bu adı
daşıyan şəxs. // Almaniyada baş nazir.
KANTÄTA [ital.] 1. Musiqinin müşayiəti
ilə xorla və tək oxunan, adətən təntənəli ma-
hiyyət daşıyan böyük musiqi əsəri. "Füzuli ’’
kantatası. - Simfonik vokal əsərlər forma-
sından biri də kaııtatadır. Ə.Bədəlbəyli.
2. Təntənəli xor havası.
3. Hər hansı bir təntənəli hadisə münasi-
bətilə yazılmış qədim lirik şeir.
KANTÖN [fr.} Bəzi xarici ölkələrdə
inzibati-ərazi bölgüsü.
KANYÖN is. [isp.] Sıldırımlı dar dərə.
KAP is. məh. Qarğıdalı, alma və b. mey-
vələrin yeyilməyən hissəsi, qalığı.
KAPİT ALL AŞDIRMA
KAPELLA [orta lat.} mııs. Müğənnilər-
dən və musiqi alətlərində çalan çalğıçılar-
dan ibarət ansambl. Banduraçılar kapellası.
H Müğənnilərdən ibarət xor. Dövlət Aka-
demik Kapellası.
KAPELMEYSTER [alnı.} Keçmişdə diri-
jora verilən ad. // Hərbi orkestr dirijoru.
KAPELMEYSTERLİK is. köhn. Dirijorluq.
KAPİLLYAR [lat.} anat. Ən kiçik, incə qan
damarı. Kapillyar damarlar.
KAPİTAL [lat. capitalis-dən] 1. iqt. Sahi-
binə, muzdlu fəhlələri istismar yolu ilə izafi
dəyər gətirən dəyər (sərmayə, istehsalat
vasitələri və s.). Maliyyə kapitalı. Sənaye
kapitalı. - Sorulub Bakının şah damarları;
Nobel banklarında kapital oldu. M.Araz.
// top. Kapitalistlər, burjua sinfi, kapitalizm.
Kapital ölkələri. Kapital ilə zəhmətin müba-
rizəsi. Kapital hakimiyyəti. Beynəlxalq
kapital. - Basmış kapitalın ürəyini yağ;
Gənclik sürətindən qalmış ayağı. S. Vurğun.
2. Sərmayə, sərvət, dövlət, mal-mülk,
əmlak.
3. dan. Çoxlu miqdarda pul.
4. məc. Ümumiyyətlə, ən dəyərli, ən qiy-
mətli, ən əhəmiyyətli şey.
0 Kapital qoyuluşu - əsaslı inşaat üçün
buraxılan pullar.
KAPİTALİST is. 1 . Kapitalizm cəmiyyə-
tində hakim sinfin nümayəndəsi, muzdlu
fəhlələri istismar edən kapital sahibi.
2. Bax kapitalizm 2-ci mənada. Kapi-
talist istehsal üsulu.
3. köhn. Çox varlı, dövlətli adam; sərma-
yədar.
KAPİTALİZM [lat.} 1. İstehsal vasitələri
üzərində xüsusi mülkiyyətə və muzdlu
əməyin istismarına əsaslanan ictimai-iqti-
sadi formasiya. Marksın ‘‘Kapital" əsərində
kapitalizmin iqtisadi qanunlarının elmi təh-
lili verilmişdir.
2. Kapitalizm prinsipləri əsasında qurul-
muş, kapitalizmə xas olan. Kapitalizm cə-
miyyəti. Kapitalizm istismarı.
KAPİTALLAŞDIRILMA “Kapitallaşdıııl-
maq”dan (is.
KAPİT ALLAŞDIRILMAQ тәсһ. iqt. Ka-
pitala çevrilmək.
KAPİTALLAŞDIRMA “Kapitallaşdır-
maq”dan f.is.
637
KAPİTALLAŞDIRMAQ
KAPİTALLAŞDIRMAQ f. iqt. Kapitala
çevirmək.
KAPİTALLAŞMA “Kapitallaşmaq’’dan /и.
KAPİTALLAŞMAQ / iqt. Kapitala çev-
rilmək.
KAPİTAN [//-.] 1. Orduda: baş leytenant
rütbəsindən sonra gələn zabit rütbəsi, habelə
bu rütbəni daşıyan şəxs. Komandir, Əliyev
adlı bir azərbaycanlı kapitan idi. Mir Cəlal.
2. Gəmi komandiri, rəisi. Gəmi kapitanı.
Kapitan köməkçisi. - Dalğalar qayığı nə
qədər sağa-sola çırpdısa da kapitanın
halına təfavüt eləmədi. M. Hüseyn. Kapitan
gəminin nə qabağa, nə dala getməsinin
mümkün olmadığını deyib, lövbər atılmağını
əmr etdi. Ə. Haqverdiyev.
3. İdman komandasının başçısı. Futbol
komandası kapitanı.
0 Kapitan-leytenant - donanmada baş
leytenantdan sonra gələn zabit rütbəsi və bu
rütbədə olan şəxs.
KAPÖT [ fr .] 1. köhıı. Evdə geyilən xalata
oxşar enli qadın paltarı. Maşa şalına bürün-
dü, isti kapot geyindi, öz mücrüsünü götürüb
dal qapıya çıxdı. Puşkindən.
2. Müxtəlif mexanizmlərdə (məs.: avtomo-
bildə, təyyarədə) açılıb-bağlanan metal örtü.
KAPRAL [fr.] köhıı. hərb. Bəzi ölkələrin
ordularında və XVII əsrdən XIX əsrin birin-
ci yarısına qədər rus ordusunda kiçik ko-
manda heyətinə məxsus hərbi rütbə və bu
rütbəni daşıyan şəxs; onbaşı. [P.A.Qrinyov]
evdən çıxmaq üzrə ikən qapı açıldı; kapral
içəri girib, .. qala ətrafında naməlum adam-
ların dolaşdığını xəbər verdi. Puşkindən.
KAPRİÇÇİO, KAPRİÇÇO [ilal. \ mus.
Sərbəst və oynaq musiqi əsəri. Fikrət Əmi-
rovun "Azərbaycan ” kapriççiosu.
KAPRON [xar.] Süni lif növü. Kapron
istehsalı. H Kaprondan hazırlanmış. Kapron
corab. Kapron tor. Kapron ip.
KAPSUL 1 [lat.] əcz. Birdəfəlik dərman
dozası üçün jelatindən, kağızdan və s.-dən
qayrılmış, mədədə tez həll olunan qovuqcuq.
KAPSUL 2 [fr.] Piston (patronda, distansi-
ya borucuqlarında və s.-də).
KAPSULLU 1 sif. Kapsula qoyulmuş. Kap-
sullu dərman.
KAPSULLU 2 sif. Kapsulu olan. Kapsııllıı
tüfəng.
KAR
KAPTÄJ [fr.] xiis. 1. Yer altından çıxan
mədən suyunun, yaxud qazın torpağa hop-
masmın, axarkən çirklənməsinin qarşısını
almaq və onlardan daha səmərəli istifadə
məqsədilə onların boru, quyu və s. qurğu
içinə alınması.
2. Mədən suyu, qaz və s. çıxan yerin üs-
tündə qurulan qurğu.
KAPTENARMUS [fr.] köhıı. Hərbi hissədə
silah, ərzaq və sursata baxan şəxs.
KAPYUŞÖN [fr.] Üst paltara bənd edilmiş
başlıq.
KAR 1 sif. Eşitmək qabiliyyətini tamamilə
və ya qismən itirmiş. Kar kişi. Bir qulağından
kar. Anadangəlmə kar. - [Cahangir:] Qış-
qırmayın, mən kar deyiləm! İ.Əfəndiyev.
// İs. mənasında. Qulağı eşitməyən adam.
Karın könlündəki. - Kar iki dəfə gülər. (Ata.
sözü). // тәс. Laqeyd, heç bir şey eşitmək
istəməyən adam haqqında. Elə bil kardır,
söz eşitmir.
0 Kar samit dilç. Səs tellərinin iştirakı
olmadan tələffüz edilən samit.
KAR 2 is. [fars.] 1. Iş, peşə, məşğələ. Nə
karın sahibidir? Hansı kar yiyəsidir? - Qoç
Koroğlu öz karında; Yalan olmaz ilqarında.
“Koroğlu”. Qoy mən tox olum, özgələr ilə
nədi karını. M.Ə.Sabir. Yox quru fəxr elə-
məkdən bizə hərçəııdi səmər; Karımız yox,
əlimizdən nə gəlir özgə hünər? Ə.Nəzmi.
2. Təsir. Zəxmi-sitəmin olmadı bu
Seyyidə kari; Səd heyf, səd əfsus, günahkar
ölürəm mən. S.Ə.Şirvani.
0 Kar aşmamaq - nəticə hasil olmamaq,
işə yaramamaq, bir nəticə çıxmamaq. Nə
qılıncdan kar aşmadı, nə nizədən iş çıxmadı.
“Koroğlu”. Bülbül dedi: - Bunlar ilə kar
aşmaz; Bu baş-qulaq kamançaya yaraşmaz.
A.Səhhət. Özgəyə ümid olmaq; Bizim üçün
yaraşmaz; Özgənin köməyilə; Insaıı üçün
kar aşmaz. B. Vahabzadə. Kar etmək
(eləmək) - təsir etmək, təsirini göstərmək.
Arsıza bir sillə kar eləməz. (Ata. sözü).
Xudavar katdaya aclıq çox kar eləmişdi.
C.Məmmədquluzadə. [Hacı Murad:] Sənə
söz kar eləmir. S.S.Axundov. Kar gətirmək
- işə yaramaq, xeyir gətirmək. Kar görmək
-bax kara gəlmək. [Əsir:] Nə qədər qış-
qırdı, nərə vurdu, qoşun kar görə bilmədi.
638
KARABIN
KARBON
Ə.Haqverdiyev. Əbişin gözləri çanağından
çıxmaq dərəcəsinə gəlmişdi. O, kar gör-
məyən top açarları qaldırıb [yerə] çırpdı..
S. Rəhimov. Kar salmaq - bax kar etmək.
Padşahın gözləri tutulur, .. təbib, dərman
qalmır, hamısını eləyirlər, kar salmır ki, sal-
mır. (Nağıl). Amma [molla] hər nə deyirsə,
heç biri kar salmır. "M.N.lətif.” Kar vermək
- əlverişli olmaq, işə yaramaq, faydası olmaq.
[Xırdaxanım:] Nıırcahan, bizə yatmaq kar
verməz. N.Vəzirov. Kara düşmək - bax
kara gəlmək. Kara gəlmək - işə yaramaq,
lazım olmaq; köməyi, xeyri dəymək.
[Molla Kazım:] Camaatın karına gəlirəm.
Ə.Haqverdiyev. Usta Qiyas bir bükiilü pulu
[Kərimin] qabağına qoyur: - Kasıb yaşa-
yırsan, kara gələr. M. İbrahimov. Kardan
düşmək - işdən düşmək, yararsız hala gəl-
mək. İşləməyən kotan pas atar və kardan
diişər.. M.İbrahimov. Karma gəlmək - işinə
yaramaq, köməyi olmaq. [Rüstəm:] Pristav
yox, kətxuda da yox, adam döyən, camaat
incidən yox, camaatın karına gələn bir adam
olsun. S.Rəhimov. Söhbət lampa şüşəsinə
çatanda mən tavandan sallanan elektrik
lampasım göstərib soruşdum: - Niyə, bu,
karınıza gəlmir? R.Rza.
KARABİN [/}'.] Qısalüləli tüfəng.
[Səttarxan] qısaqundaqlı bir Avstriya kara-
biııi götürmüşdü. P.Makulıı.
KARABİNYER [/i’.] 1. Keçmişdə Qərbi
Avropada və XIX əsrin ortalarına qədər
Rusiyada: karabinlə silahlanmış xüsusi hər-
bi hissələrə mənsub əsgər.
2. İtaliyada: jandarm.
KARAGƏLƏN sif. İşə yarayan; köməyi,
xeyri dəyən, gərəkli. Karagələn adam. - Qə-
dir paketin birisini açdı və dedi: - [Bayram]
karagələn adamdır. Ə.Vəliyev.
KARAİM is. Krımda və Litvada, habelə
Polşada yaşayan türkdilli xalq və bu xalqa
mənsub adam.
KARAMEL [fr.] Şəkər və patkadan ha-
zırlanan ətirli, rəngli konfet növü. İçli kara-
mel. Karamel konfeti. Karamel fabriki.
KARANDAŞ is. [rus. əsli “qara daş” sö-
zündən] Yazı yazmaq, şəkil və cizgi çək-
mək üçün taxtaya geydirilmiş nazik qrafıt,
yaxud quru boyaq çubuğu. Qara karandaş.
Qırmızı karandaş. Karandaşla yazmaq. -
Çernil, qrafit, pero, karandaş: icad edəni
olaydı şil, kaş! M.Ə. Sabir. Xətavinin qılın-
cını suvardım: Məmməd Araz karandaşı gö-
yərdi. M.Araz.
KARANTİN \fr.\ 1. Yoluxucu xəstəliklə-
rin daha da yayılmasının qarşısını almaq üçün
xəstələrin və onlarla təmasda olmuş şəxs-
lərin müvəqqəti təcrid edilməsi. Karantiıı
qoymaq. Karaııtində olmaq (saxlamaq).
Karantiıı müddəti.
2. Epidemiya olan yerdən gələn şəxsləri,
gəmiləri və malları yoxlamaq üçün səhiyyə
məntəqəsi.
KARASTI is. 1. Bir şey qayırmaq üçün la-
zım olan əl aləti. Qonşuya karastı verməyən
məhşərə qolsuz gələr. (Ata. sözü). Biitiin ema-
latxanaların maşııı və karastıları dağılmışdı.
M. S. Ordubadi. Dəmirçi gətirdiyi karastı-
larla Həmzənin mağazasının enli, qalınpolad
qurşağını, kilidlərini qoparmağa başladıqda
Zeynal astadan Veysə dedi. Ə.Əbülhəsən.
2. dan. Silah.
KARAT is. [ərəbcədən] xiis. Qiymətli
daşların 200-206 mq-a bərabər çəki ölçüsü.
KARATE is. [lat.) 1. Özünü müdafiə sis-
temi.
2. Güləş növü.
KARATLIQ sif. Saylara qoşularaq karatın
miqdarını göstərir (bax karat). iki karatlıq
brilyant. - Bu təntənəyə İran şahzadəsi ..
12 karatlıq bir brilyant üzüyü də .. satıb xərc
etmişdi. M. S. Ordubadi.
KARBİD [lat. carbo - kömür və yun.
eidos növ] kim. Karbonun bəzi metal və
metalloidlərlə birləşməsi. Dəmir karbidi.
□ Karbid lampası - suyun kalsium karbi-
də təsiri nəticəsində alışan asetilenlə yanan
lampa.
KARBÖL [lat.]: karbol turşusu - spesi-
fik iyi olan zəhərli dezinfeksiya maddəsi -
fenol karbol məhlulu.
KARBON [lat.] Təbiətdə bütün üzvi
maddələrin ən mühüm tərkib hissəsi olan
kimyəvi element. Radioaktiv karbon. Sulu
karbon. - Canlının bədənini təşkil edən kim-
yəvi elementlər içərisində mühüm yer tutan
elementlərdən biri karbondur. M.F.Axund-
zadə.
639
KARBONAR(İ)
KARBONÄR(İ) [ital. carbonaro] XIX
əsrin əvvəllərində İtaliyada meydana gəl-
miş, yadellilərin zülmünə qarşı və İtaliyanın
birləşməsi uğrunda mübarizə aparan gizli
cəmiyyətin üzvü.
KARBONÄT [to.] 1. kim. Karbon turşusu
duzu (soda, potaş və s).
2. kim. geol. Tərkibində karbon turşusu
olan mineralların adı.
3. xüs. Xırda dənəli qara almaz (quyu
qazma, cilalama və s. işlərdə işlənir).
KARBONATLI sif. xiis. Tərkibində kar-
bonat olan. Karbonatlı süxurlar.
KARBONATLILIQ is. xiis. Bir şeydə (sü-
xurda və s.-də) olan karbonatm dərəcəsi.
Torpağın karbonatlığı.
KARBONLAŞDIRILMA “Karbonlaşdırıl-
maq”dan (is.
KARBONLAŞDIRILMAQ məch. xüs. Kar-
bon hopdurulmaq, karbon qazı ilə doyuzdu-
rulmaq.
KARBONLAŞDIRMA “Karbonlaşdır-
maq”dan/.7.s\
KARBONLAŞDIRMAQ/ xüs. Karbon qazı
hopdurmaq, karbon qazı ilə doyuzdurmaq.
KARBONLU sif. xüs. Tərkibində karbon
olan, karbon qarışdırılmış.
KARBÜRASİYA [fr. ] xiis. Daxili yanacaq-
lı mühərriklərdə duın yanacaq ilə havanın
qarışmasından yanacaq qatışığı əmələ gəl-
məsi. Karbürasiya etmək.
KARBÜRÄTOR [/'.] xüs. Daxilində kar-
bürasiya əmələ gələn cihaz (daxili yana-
caqlı mühərriklərdə).
KARBÜRATORLU sif Karbüratoru olan.
Karbüratorlu motor.
KARDİNAL [lat.] Katolik kilsəsində
yüksək (papadan sonra birinci) ruhani rüt-
bəsi, habelə bu rütbəni daşıyan şəxs. Kardi-
nal rütbəsi.
KARDİNALLIQ is. Kardinal rütbəsi, və-
zifəsi.
KARDİÖQRAF [yun. kardia - ürək və
grapho - yazıram] xiis. Ürək fəaliyyətini
yazmaq üçün cihaz.
KARDİÖQRAFİYA [yun. kardia - ürək
və grapho - yazıram-dan] tib. Kardioqraf
vasitəsilə ürək fəaliyyətinin yazılması.
KARGİR
KARDİOQRÄM [yun. kardia - ürək və
gramma - yazı] xüs. Ürək fəaliyyətinin qra-
fik təsviri.
KARDİOLOGİYA [yun. kardia - ürək və
logos - elm] Tibb elminin ürək xəstəliklə-
rini tədqiq edən bölməsi.
KARDİOLOJİ sif. tib. Ürəyə aid olan.
// Ürək xəstəliklərinin müalicəsi üçün olan.
Kardioloji sanatoriya.
KARDİOLOQ [yun. kardia - ürək və logos
- elm-dən] Ürək xəstəlikləri mütəxəssisi
olan həkim.
KAREL Kareliyanin əsas əhalisini təşkil
edən xalq və bu xalqa mənsub adam. Karel
dili. Karel ədəbiyyatı.
KARET(A) [pol.\ köhn. Hər tərəfi örtülü,
dördtəkərli, at qoşulan, yaylı minik arabası.
Atın köhləni ancaq minik iiçiin və ya müzəy-
yən faytonlara və karetalara qoşulmaq iiçiin
saxlanılır. Ə. Haqverdiyev. [Ana:] Qızını
karet içində, iizündə duvaq, yanında sağdı-
şı, soldışı otursun. A.Şaiq. Aparsın mənzilə
bizi kareta; Orda bir gecəlik qonağım ol sən.
S. Vurğun. Şaxtalı küçələrdən keçirdi kare-
talar. R.Rza.
KARƏ [fars. ] : пө karəsən? - nəçisən? nə
işin sahibisən? [Gənc:] Kimsən, nə karəsən,
bilmirəm, mənini sirrimə əl aparma! Çəmən-
zəminli. Nəkarədir - nəçidir, kimdir, nə
ixtiyarı var, nə haqqı var. Nə Leyli sən kimi
olmuş, nə mən kimi Məcnun ; Nəkarədir gə-
lib onlar bizə bərabər ola?! Ə.Vahid.
KARGAH is. [fars.] Xalça, palaz və s. to-
xumaq üçün çərçivə şəklində qurğu; hana,
dəzgah. □ Kargah toxumaq - hanada xal-
ça, palaz və s. toxumaq. Yar durub kargah
toxuyur ; Nəfəsi ənbər qoxuyur. Aşıq Əli.
KARGƏR is. [fars.] köhn. Fəhlə, əmələ,
işçi. Atam əllaf, babam dülgər idi; Qardaşım
culfa, əmim kargər idi. M. Ə. Sabir. [Biluri:]
Həqiqət və namus ancaq rəncbərdə və kar-
gərin həyatında qalıb, heyif ki, onların da
ürəyi əli kimi kobuddur. M. İbrahimov.
// Usta köməkçisi.
KARGİR is. [fars. ] köhn. Təsir, əlac.
□ Kargir olmaq - təsir etmək, əlac etmək.
Bir gün də miraxur gəlib xəbər verdi ki, xa-
nın çox istədiyi kürən atı bir sancı tutub, hər
nə edilirsə, kargir olmur. Ə. Haqverdiyev.
640
KARGÜZAR
KARİYES
KARGÜZAR is. [fars.] İdarə və s.-də
dəftərxana işlərini aparan xidmətçi; işlər
müdiri. Kargüzarı çağırıb, onlara vəzifə ve-
rəcəyini düşünərək tələbələr çox məmnun
oldular. A.Şaiq. Kargüzar olmusan, müxbir
olmusan ; Ey qoca müəllim, ey möhkəm insan!
M. Müşfiq. Kargüzar, qardaşına toy etmək
üçün icazə alıb kəndə getmişdi. S. Rəhman.
KARGÜZARXANA is. [fars.] köhn. kit.
Dəftərxana. Molla əmi, .. bizim kargüzar-
xanamız keçəcəkdə də vətənə çox xidmət
edib. C. Məmmədquluzadə.
KARGÜZARLIQ 1 is. Kargüzarın işi, məş-
ğuliyyəti, vəzifəsi. Kargiizarlıq vəzifəsi.
II Dəftərxana işləri. □ Kargiizarlıq etmək
- dəftərxana işlərini aparmaq.
KARGÜZARLIQ 2 is. köhn. Kömək, yar-
dım. □ Kargiizarlıq etmək (buyurmaq)
kömək etmək. [Əhməd:] ..Gərək siz bu bəyə
lazımınca kömək edəsiniz, işlərinə kargü-
zarlıq buyurasınız. N.Vəzirov.
KARXANA is. [fars.] 1. köhn. Fabrik, za-
vod, emalatxana. Çit karxanası. - Kitavda
yapon mah bavkot edilib, yapon karxanala-
rını işsiz qoyublar. C. Məmmədquluzadə.
Hər səhər günçıxanda karxana irili-xırdalı
yüzlərlə oğlan və qız uşağı ilə dolurdu.
Ə.Məmmədxanlı. İmaməlini xalça karxa-
nasına şagird qoymuşdular. Ə. Sadıq.
2. Daş çıxarılan yer (adətən “daş karxa-
nası” şəklində). Siz hər gün limana gələn
gəmilərin sayını öyrənib, balaca bir kağıza
yazarsınız, sonra şəhərin kənarındakı daş
karxanasına göndərərsiniz. M.Hüseyn.
3. Əhəng yandırılan yer.
KARXANAÇI is. köhn. Karxana sahibi.
Karxanaçı “qibleyi-aləm ” sözünü eşidər-
eşitməz titrəməyə başladı. Çəmənzəminli.
KARXANAÇILIQ is. köhn. Karxana sa-
hibliyi.
KARIXDIRICI sif. Karıxdıran, fikri çaş-
dıran. Karıxdırıcı vəziyyət. Karıxdırım sual.
KARIXDIRILMA "Karıxdırılmaq”dan fis.
KARIXDIRILMAQ “Karıxdırmaq”dan
məcli.
KARIXDIRMA “Kanxdırmaq”dan/w.
KARIXDIRMAQ icb. Çaşdırmaq, fikrini
çaşdırmaq. Gözləmədiyi bu atəş düşməni elə
karıxdırdı ki, .. yerə sinmək belə yadına düş-
mədi. Ə.Əbülhəsən. [İsmayıl:] Heç olmasa
iki dəstəyə bölünüb, onları iki tərəfdən ka-
rıxdırmalıyıq. P.Makulu.
KARIXMA “ K arı x m aq ” dan/.7,s\
KARIXMAQ f. Çaşmaq, çaşıb qalmaq,
özünü itirmək, nə edəcəyini, nə deyəcəyini
bilməmək. Məmmədlıəsəıı əmi lap karıxdı..
C.Məmmədquluzadə. Evdən çölə çıxdı Sona
darıxmış; Yolun o tayına keçdi karıxmış.
H.K. Sanılı. Heç vaxt karıxmayan bir müəl-
limin; Ağzında ilk dəfə dolaşır sözü. H. Arif.
KARİKATUR [ital.] 1. Bir şəxsi və hadi-
səni qəsdən gülünc surətdə təsvir edən şəkil.
Gülməli karikatura. - Qəzetin birinci səhi-
fəsində çəkilmiş karikaturada ağ bir qoyun
göy çəmənlikdə ot qırpırdı, amma sağında
və solunda iki boz qurd şöngüyüb göz-gözə
oturmuşdu.. Ə.Məmmədxanlı. [Rəssam:]
Mən [Şahinin] karikaturasını çəkməsəm,
adınıı dəyişib rəngsaz qoyaram. S.Rəhman.
// İncəsənətin digər növləri vasitəsilə veri-
lən bu cür şəkil, habelə bu mahiyyətdə olan
əsərlər haqqında. Bu təsvir deyil, karikatu-
radır.
2. Bir şeyin gülünc, miskin bənzəri (adə-
tən müqayisə məqamında). Hitler Napoleo-
nun karikaturasıdır. M.Hüseyn.
KARİKATURALAŞDIRILMAQ “Karika-
turalaşdırılmaq”dan /и.
KARİKATURALAŞDIRILMA məcli. Kari-
katura halına salınmaq, gülünc şəkildə təs-
vir edilmək (göstərilmək).
KARİKATURALAŞDIRMA “Karikatura-
laşdırmaq”dan f. is.
KARİKATURAL AŞDIRMAQ f. Karikatu-
ra şəklinə salmaq, gülünc şəkildə təsvir et-
mək (göstərmək).
KARİKATURÇU is. Karikatura çəkən rəs-
sam.
KARİKATURÇULUQ is. Karikaturaçmın
işi, sənəti, karikatura çəkmə.
KARİKATURLU sif. Karikaturası olan,
karikatura çəkilmiş. Karikaturalı jurnal. -
[Dilbər] kənd nıəktəbindəki rəsm müəllimi-
nin köməyi ilə həftədə bir nömrə şəkilli, ka-
rikaturalı iri qəzet hazırlayıb çardaqdan
asırdı. Ə. Sadıq.
KARİYES is. [lat.] Sümüyün və ya dişin
iltihablı dağımı, çürüməsi.
641
KARKAS
KARKAS [ital. carcassa] Bina və s.-nin
dəmirdən düzəldilən gövdəsi, skeleti. Çox-
mərtəbəli evin karkası. // Parçadan düzəldi-
lən bəzi məmulatların məftil skeleti, əsası.
Abajurun karkası.
KAR-KOR is. Həm qulağı eşitməyən, həm
gözü görməyən adam.
KARKÜN sif. [fars.] köhn. 1. İşcil, işlək,
işləyən, işgüzar, işbacaran. [Fərmanın] qəsdi
özünün karkün olmasını həm əmisinə, həm
də Gövhərtaca göstərmək idi. Ə.Haqverdiyev.
..Babakişi çox karkün adam idi. S. Rəhimov.
2. Başqasına əl tutan, kömək edən, işə
yarayan. Karkün adam.
KARKÜNLÜK is. köhn. Işcillik, işləklik,
işgüzarlıq. İçəriyə qoltuğu portfelli, üziindən-
gözündən süni karkünlük tökülən bir tələbə
girdi. Çəmənzəminli.
KAR-LAL is. Həm eşitmək, həm də danış-
maq qabiliyyətindən məhrum adam. Kar-
lallar məktəbi.
KARLAŞMA 1. “Karlaşmaq’’dan /и.
2. dilç. Səs tellərinin iştirakı olmadan tə-
ləffüz edilmə.
KARLAŞMAQ f. 1 . Kar olmaq, eşitmək
qabiliyyətini itirmək.
2. dilç. Səs tellərinin iştirakı olmadan tə-
ləffüz edilmək.
KARLI sif 1. Yararlı, işəyarar, karagə-
lən. Karlı adam. - Bu davada onlardan on
nəfərdən çox karlı adam ölmüşdü. "Qaçaq
Nəbi”. Tapançalardan hansı daha karlıdır?
A.Şaiq. // məc. Güclü, böyük, möhkəm, bərk,
təsirli. Karlı yara. Karlı yumruq. Karlı söz.
— Gec kəsər, karlı (z.) kəsər; Bir məzlumun
ahı səni. (Ata. sözü).
2. Xeyirli, faydalı, qazandı, istifadəli.
[Qədir:] Cibim boş, ümid yerim yox! Zəma-
nə şuluqluq, .. bir karlı iş yox, filan yox! Mir
Cəlal.
3. işbacaran, işgüzar; daha bacarıqlı, daha
işlək. Həcərin karlı qardaşları vardı. “Qaçaq
Nəbi”. [Rzaqulu:] ..Bir azca hələ bəlkə mən
ondan karlıyam da. Nöşiin o olsun, mən ol-
mayım? N.Vəzirov.
KARLIQ is. Eşitmə qabiliyyətinin olma-
ması və ya nöqsanlı olması. Dil açmada
karlıq da gedər, korluğumuz da; Çüııki lal-
KARS AZLIQ
lığımız doğmuş idi karlığımızdan. Şəhriyar.
□ Özünü karlığa vurmaq (qoymaq) -
özünü kar kimi, eşitməyən kimi göstərmək.
Nəbi özünü karlığa vurub, ona yaxnı gəlmə-
sini əli ilə işarə edir. “Qaçaq Nəbi”.
KARLILIQ is. İşə yararlıq, gərəklilik,
faydalılıq.
KARNAVAL [ital.] Çox vaxt açıq havada
oyunlarla, rəqslərlə, maskalarla və xüsusi
geyimlərlə keçirilən xalq şənliyi - maskarad.
KARNİZ [alm. əsli ital.] 1. memar. Diva-
rın yuxarı hissəsini tamamlayan, yaxud qapı,
pəncərə üstündən uzanan horizontal çıxıntı.
Üz tutdum o yüksək saraya doğru; Çıxdım
pilləkəndən üzüyuxarı; Karnizlər tökülüb
diş-diş görünür; Bizdəki qəflətə sanki o gü-
lür. Şəhriyar.
2. Pəncərə və ya qapı üstündən pərdə
asmaq üçün divara bənd edilən metal və ya
ağac mil.
KAROTİN is. [lat.] "A” vitamini.
KARP zool. Üstündə iri, tünd-qızılı pul-
ları olan, şirin su balığı.
KARPKİMİLƏR cəm zool. Əsasən şirin
sularda yaşayan balıqlar (məs.: çəki, çapaq
və s.) ailəsi.
KARSALA sif. dan. 1 . Qulağı ağır eşidən.
2. Key, huşsuz, duyğusuz; zehni kütləş-
miş, korazehin.
KARSALALIQ is. dan. 1. Qulağı ağır
eşitmə.
2. Keylik, huşsuzluq, duyğusuzluq; ze-
hinsizlik, korazehinlik.
KARSALAMA “Karsalamaq”dan fiis.
KARSALAMAQ f. dan. Qulağı bir qədər
karlaşmaq, qulağı ağır eşitməyə başlamaq.
KARSAZ sif. [fars.] köhn. Iş görən, işba-
caran, bacarıqlı, işgüzar.
KARSAZLIQ is. köhn. Işcillik, bacarıqlı-
lıq, işgüzarlıq. □ Karsazlıq etmək (eləmək)
- 1) işə yaramaq, kömək etmək, yararlıq
göstərmək, xeyri olmaq; 2) kömək etmək,
yardım etmək. [Məşədi Tağı:] ..Allah qoy-
sa, sizə çox-çox karsazlıq edəcəyəm, ancaq
bir dəfə lazımınca səy eləyin. N.Vəzirov. O
da kimə əlli manat, yüz manat barama vax-
tına, buğda vaxtına, ya üzüm vaxtına pul
karsazlıq eləyərdi. Ə.Haqverdiyev.
642
KARSER
KARTOFƏKƏN
KARSER [lat.] Müqəssirin müvəqqəti
saxlandığı biradamlıq otaq. Karserə salmaq.
KARSIZ sif. Gərəksiz, işə yaramayan.
Bağçasız, bağsız dağlar; Dumansız, qarsız
dağlar; Mən sizə arxalandım; Siz olduz kar-
sız (z.), dağlar! (Bayatı). Mən hərdən oturub
fikirləşirəm və bu əqidəyə gəlirəm ki, bizim
çoxumuzu bədbəxt edən karsız, vecsiz və xe-
yirsiz qohumlarımızdır. Ə. Vəliyev.
KARSIZLIQ is. Gərəksizlik, işə yarama-
ma. ..Çox ittifaqlarda iııspektor, direktor ..
[müəllimlərin] tənbəlliyindən və karsızlı-
ğından şikayət edirlər. F. Köçərli. Çəpəl
fəridinin karsızlığını, bu müvəffəqiyyətsiz-
liyini onunla izah edirdi ki, bəyin iııamı düz
deyil. Mir Cəlal. □ Karsızlıq etmək -
zəiflik göstərmək, heç bir təsir göstərə bil-
məmək.
KART [alm. əsli ital.] 1. Hər birinin dörd
növü olmaqla, üzərindəki şəkil və işarələrlə
bir-birindən fərqlənən qumar kağızlarının
hər biri, qumar kağızı. Kart vermək. Kart
almaq. Kart paylamaq. - Mehriban səfillər,
kefləri çağdır; Kart masa üstündə daraq-
daraqdır. M. Müşfiq.
2. Həmin kağızlarla oynanılan oyun. Kart
oyunu. Kartda udmaq. Kartda bəxti gətir-
mək. Kart oynamaq. □ Kart çəkmək -
oyun zamanı kartların içərisindən bir və ya
bir neçəsini çəkib götürmək. Kart vurmaq
- kartla oyun (qumar) oynamaq. [Nəbi:]
[Bəylər] çox vaxt gecəni gündüzə qatıb o
biri günə kimi kart vururlar. S.S.Axundov.
0 Kart basmaq - aldatmaq, hiylə işlət-
mək, kələk gəlmək.
KARTEÇ is. [rus.] 1. içi xırda güllələrlə
doldurulmuş top mərmisi.
2. iri qırma.
KARTEL \fr.\ iqt. Birlikdə öz ticarət və
istehsal müstəqilliyini saxlayan inhisar for-
malarından biri. Kartel şəraitində birləşmiş
müəssisələr öz ticarət və istehsal müstəqil-
liyini saxlayır.
KARTELLƏŞDİRtLMƏ “Kartelləşdiril-
mək”dən/;'s.
KARTELLƏŞDİRİLMƏK məch. iqt. Kar-
tel şəklində birləşdirilmək, birləşdirilərək
kartel düzəldilmək.
KARTELLƏŞDİRMƏ “Kartelləşdirmə”-
dən f.is.
KARTELLƏŞDİRMƏK f. iqt. Birləşdirib
kartel düzəltmək, kartel şəklində birləşdir-
mək (sənaye müəssisələrini).
KARTER is. [ing.] 1. Mexanizmi zədədən
və tozdan qoruyan qurğu.
2. içində mexanizm yerləşən metal qutu.
KÄRTOÇKA [rus. ] 1. Üzərində bir şey
yazmaq üçün düzbucaq şəklində kəsilmiş
qalın kağız, ya karton vərəqəsi (kartoteka
vahidi kimi). Kataloq kartoçkası. Kartoteka
beş min kartoçkadan ibarətdir.
2. dan. Kiçik ölçüdə fotoşəkil. Foto kar-
toçkası. - [Zabit:] Yenə şübhən qalmışsa, al
bax, [Arazın] jandarm idarəsində çəkilmiş
əksi, - deyə kartoçkaııı ona verdi. A.Şaiq.
3. Bilet və ya vərəqə şəklində vəsiqə.
Üzvlük kartoçkası. Müxbir kartoçkası. - ..O
biri günü, günorta zamanı mənzilə qayıdıb,
masamın üstündə bir vizit kartoçkası tap-
dım: "Cəlil Məmmədquluzadə - "Molla Nəs-
rəddin” məcmuəsinin redaktoru". Ə. Haq-
verdiyev.
4. köhn. Norma üzrə ərzaq və s. almaq
üçün kəsilmə talonu olan blank. Çörək kar-
toçkası. Ərzaq kartoçkası. Kartoçka bürosu.
KARTOF is. [alm.] 1. Yumrusu torpağın
altında yetişən, nişasta ilə zəngin bitki.
2. Həmin bitkinin qida kimi işlədilən
yumrusu. - Evin xanımı tez o tərəfə keçib
balaca boşqaba bir-iki parça qızardılmış
kartof qoydu. M.Hüseyn. Arvad soyduğu
kartofu bir yana qoyub, təəccüblə Qəribova
yaxınlaşdı. S. Rəhman. □ Kartof unu -
kartofdan hazırlanan nişasta.
KARTOFÇIXARAN is. k.t. Kartofu yerdən
çıxannaq üçün maşın. // Sif. mənasında. Kar-
tofçıxaran aqreqat.
KARTOFÇU is. Kartof əkib-becərməklə
məşğul olan adam.
KARTOFÇULUQ is. Kartof əkib-becər-
məklə məşğul olma.
KARTOFDOĞRAYAN is. Kartof doğrayan
maşın və s. // Sif. mənasında. Kartofdoğra-
yan bıçaq.
KARTOFƏKƏN is. k.t. 1. Kartof əkmək
üçün işlədilən maşın və s. // Sif. mənasında.
Kartofəkən aqreqat.
643
KARTOFKİMİLƏR
2. Kartof yetişdirməklə məşğul olan. Kar-
tofəkən rayonlar.
KARTOFKİMİLƏR cəm bot. Kartof və
ona bənzər bitkilərin daxil olduğu fəsilə.
KARTOFSOYAN is. Kartofun qabığını
soymaq üçün xüsusi alət (bıçaq). // Sif. mə-
nasında. Kartofsoyan bıçaq.
KARTOFTƏMİZLƏYƏN bax kartofso-
yan.
KARTOFYIĞAN bax kartofçıxaran.
Kartofyığan kombayn.
KARTOQRAF [alm. karte və yun. grapho]
Coğrafiya xəritələri çəkən mütəxəssis; xə-
ritəçi.
KARTOQRAFİK sif. 1 . Kartoqrafiyaya aid.
Kartoqrafik işarələr.
2. Coğrafiya xəritələrinin hazırlanması ilə
əlaqədar olan. Kartoqrafik işlər. Kartoqrafik
material.
KARTOQRAFİYA [alm. karte və yun.
grapho-dan] Coğrafiya xəritələri düzəltmək
üsulundan bəhs edən elm, habelə bu xəritə-
lərin tərtibi.
KARTOQRÄM [alm. karte və yun. gram-
ma] xiis. Müəyyən hadisəyə aid statistik
məlumatı kağız üzərində qrafik şəkildə,
əyani surətdə göstərən xəritə. Kartoqram
düzəltmək.
KARTON [fr. əsli ital.] Xüsusi qaydada
hazırlanmış qalın bərk kağız. // Kartondan
düzəldilmiş. Karton qutu.
KARTONÇU is. Karton və ya kartonaj
hazırlamaqla məşğul olan fəhlə.
KARTONAJ [fr.] Kartondan qayrılan xır-
da şeylər. Kartonaj emalatxanası.
KARTONAJÇI is. Kartondan müxtəlif
şeylər qayıran usta.
KARTOTEKA [alm. karte və yun. theke]
1 . is. Müəyyən sistem üzrə yığılmış məlumat
ya uçot mahiyyətli kartoçkalar toplusu.
Kartoteka şkafı. Kitabxana kartotekası. Lü-
ğət kartotekası.
2. top. Bu kartoçkaları saxlamaq üçün qu-
tular.
KARTOTEKAÇI is. Kartotekaya baxan,
kartoteka işləri ilə məşğul olan işçi.
KARTOŞKA [rus. ] dan. bax kartof. Hə-
diyyə qızarmış kartoşka gətirib, uşağın qa-
bağına qoydu. Mir Cəlal.
KARVAN
KARTVELLƏR cəm Gürcülərin və onla-
ra yaxın olan Qafqaz xalqlarının (lazların,
minqrellərin və svanların) ümumi adı.
KARUSEL [ital.] Üstündə oturub əylən-
mək üçün at, araba, qayıq və s. şəklində mi-
nik yerləri olan, hərlənən qurğu; fırlanqıc.
Fırlanır karusel bir təkər kimi; Daima fırla-
nan, dönən yer kimi. B. Vahabzadə.
KARVAN is. [fars.] 1. Bir-birinin ardınca
sıra ilə hərəkət edən yüklü heyvan (əsasən
dəvə) dəstəsi (qatarı); qafilə. İt lıiirər, kar-
van keçər. (Ata. sözü). Mağıl keçən vaxtlar
dəvə karvanları düzülürdü yola, ticarət
malını yükləyirdik dəvələrə.. C.Məmmədqu-
luzadə. Bizim karvanımız beş çarvadar
atından ibarət idi. S. Hüseyn. □ Karvan
bağlamaq - sıraya düzülmək, dəstə düzəlt-
mək. Yenicə işə qoşulmuş ba l arıları çiçək
iiçün yaxındakı meşəyə karvan bağlamışdı-
lar. Ə.Vəliyev. Karvan çapmaq (vurmaq,
soymaq, dağıtmaq, kəsmək) köhn. - yol-
dan gəlib keçən yüklü karvanları soymaq,
soyğunçuluq etmək. Kəsdim yollar, vurdum
karvan; Çəkib soydum çox bazirgan.
“Koroğlu”. [Heydər bəy:] Hər həftədə, hər
ayda bir karvan çapmaq olurdu. M.F.Axund-
zadə. [Məmmədağa:] Ömər nəhayətdə ağıllı
və kamallı oğlandır, amma bunun ilə belə
atasının xoşuna gəlmir, zira ki, adam öldür-
məyin, quldurluq etməyir, karvan kəsmir.
N.Nərimanov. Karvan çəkmək - karvanı
idarə etmək, karvana başçılıq etmək. Darğa
lələş .. bu çətin yoldan şəhərə karvan çəkərdi.
S. Rəhimov. Karvan yolu köhn. - keçmişdə
karvanların işlədiyi yol. Sinəsi gül rəngli
tala doludur; Bu çöllər ən qədim karvan
yoludur. S.Vurğun.
2. məc. Toplu halında bir-birinin ardınca,
sıra ilə hərəkət edən şeylər haqqında. Təy-
yarə karvanı. Maşın karvanı. Gəmi karvanı.
- Dolanır göyləri bulud karvanı ; Bürüyür
düzləri Kürün dumanı. H.K.Sanılı. Fəza
yollarında baş cılıb gedən ulduzlar karvanı
ağır-ağır yüksəlir, getdikcə böyük bir boş-
luqda qərq olaraq, tamamilə gözdən itirdi.
Ə.Məmmədxanlı.
3. məc. klas. Gəlib keçən şey haqqında
(“bu dünyadan köçmə” mənasında). Bahar
644
KARVANBAŞI
KASA
yetməkdədir, Qövsi, gözün aç, qönçə tək
uyma; Yetişər köçməyə növbət sənə həm,
karivandır bu. Qövsi.
karvan-karvan sif. Karvan kimi, qatar-
qatar, dəstə-dəstə. Karvan-karvan göydən
ulduzlar keçir ; Öz bəxtinə hər kəs bir ülkər
seçir. S. Vurğun. Süzülür göy üzündə bulud-
lar karvan-karvan. M.Seyidzadə.
KARVANBAŞI is. köhn. Karvana başçılıq
edən adam; karvançı. Karvanbaşı üstündə
mürgülədiyi birinci dəvənin üstündən sıç-
rayaraq tələsik onu Cilovundan tutub yola
çəkir və maşının vanından keçirirdi. M.İbrahi-
mov. Karvanbaşı, qocalmışam, karvanını
aramla çək; Çəkirəm dünya dərdini, çiynim-
dən qurğuşun gedir. Şəhriyar.
KARVANBAŞILIQ is. köhn. Karvana baş-
çılıq etmə, karvanbaşınm işi və vəzifəsi.
KARVANÇI is. köhn. 1 . Karvanla yük da-
şıyan adam.
2. Karvan başçısı, karvanı idarə edən şəxs;
karvanbaşı. İbn Miııgə qulaqlarına inanmadı,
karvanbaşı olduğu bir karvanda karvançı
bir oğlanın üzəngisini tutmaq onun üçün çox
ağır və dözülməz bir cəza idi.. Ə.Məmməd-
xanlı.
KARVANÇILIQ is. köhn. 1 . Karvanla yük
daşıma peşəsi.
2. Karvana başçılıq etmə; karvanbaşılıq.
KARVANQIRAN is. 1. Zöhrə (ulduz).
Öksüz taleyim tək gecikdin nədən? Karvan-
qıran doğdu, görünmədin sən. C. Cabbarlı.
Buludun pərdəsi sıyrıldı bir az; Göydə Kar-
vanqıran gümüşü qotaz. R.Rza.
2. məh. Dağdan əsən soyuq külək, dağ
küləyi.
KARVANQOVAN sif. Çox şiddətli külək,
qasırğa haqqında. İncə ətir yayırdı bağça-
dakı çiçəklər; Uzaqdı bu həyətdən karvan-
qovan küləklər. S. Rüstəm.
KARVANSARA is. [/arx.] 1. Özgə yerlər-
dən gələn karvanların və yolçuların müvəq-
qəti qalması, qoşqu heyvanları və minik və-
saitinin saxlanması üçün böyük həyəti olan
xüsusi bina. [Qərib] küçələrdə gəzə-gəzə bir
adam axtarırdı ki, karvansaranı soruşsun,
bir də gəlib bir meydana çıxdı. “Koroğlu”.
[Yusif şah] əmr elədi ki, hər yerdə yollar
təmir olunsun və lazım məqamlarda və mən-
zillərdə körpülər və karvansaralar tikilsin.
M.F.Axundzadə.
2. məc. zar. Qonağı, gəlib-gedəni çox
olan yer haqqında. Ev dönüb karvansaraya.
3. mən. Böyük, geniş yer mənasında. Ara-
ba karvansara kimi böyük bir həyətə girdi.
A.Şaiq.
4. məc. dan. Yoxsul, kasıb, içində müxəl-
ləfatı, dir-dirriyi olmayan mənzil haqqında.
Evi karvansaraya oxşayır.
KARVANSARAÇI is. köhn. Karvansara
sahibi, karvansara saxlayan adam. Bu şəhə-
rin Yuxarıbaş deyilən məhəlləsində Kərbə-
layı Kazım adlı bir kari’ansaraçı var idi.
P. Makulu. Bu saat karvansaraçıya deyim,
onları oyatsın. Nə qədər yükünüz var çatın!
Q. ilkin.
KARVANSARAÇILIQ is. köhn. Karvan-
saraçının peşəsi, karvansara saxlama. Kar-
vansaraçılıq etmək.
KARVANVURAN is. köhn. Yoldan gəlib
keçən karvanları soyan; yolkəsən, quldur,
çapovulçu.
KARVANYOLU is. bax kəhkəşan.
KARYER is. [//'.] Karxana. Daş karyerası.
Qum karyerası.
KARYERA [fr. carriere] Xidməti və ya
başqa fəaliyyət sahəsində irəliləmə, şöhrət-
lənmə, tanınma; mənsəb, şöhrət. [Sultan:]
Bizim bir para cavanlarımızın evini yıxan,
bax, elə bu kaıyera həvəsidir. İ.Hüseynov.
KARYERİST [ fr . carriere-dən] Karyera-
sını hər şeydən üstün tutan adam; mənsəb-
pərəst, şöhrətpərəst. Ona baxar, nəğmə
deyər qızların gül dodağı; Karyeristin açıl-
mayır tutqun qaşı, qabağı. S. Vurğun.
KARYERİZM \fr.\ Mənsəbpərəstlik, şöh-
rətpərəstlik.
KASA is. \fars.] 1. Çini, büllur, saxsı və
ya metaldan qayrılmış ağzıgen qab. Mis kasa.
Çiııi kasa. Kasaya xörək tökmək. Bir kasa su.
-Axşam çay ortalığa gələndə gənə bir kasa-
da qaynar süd ortalığa gəldi. C.Məmməd-
quluzadə. Kənd uşaqları əllərində badva, mis
kasa dərəyə enirdilər. A.Şaiq.
2. Baş sümüklərinin, beyni əhatə edən
yuxarı hissəsi. Beyin kasası.
645
KASACIQ
3. Qaşıq və ona bənzər şeylərin çuxuru.
Qaşıq kasası. Çömçə kasası. Tarın kasası.
4. bot. bax kasacıq 2-ci mənada. Kasa-
sını açır zanbaq; Xoş bir ətir saçır zanbaq.
M.Dilbazi.
0 Kasa rəqsi - içi su ilə dolu kasalarla ifa
edilən xalq rəqsi. [Şahin:] Mənim orijinal
bir nömrəm var. O da kasa rəqsidir; kasa-
ları su ilə doldurub bir podnosa düzürəm və
başıma qoyub rəqs eləyirəm. S.Rəhman.
...kasası daşmaq (dolmaq) - bir şeyin son
həddini göstərir. Əvvəl bu fələk cümlədən
əymişdi damağı; Qəm kasəsi daşdı. M.Ə. Sabir.
[Gövhər xanım:] Daha bəsdir! Səbir kasam
dolub daşmış. S.S.Axundov.
KASACIQ is. 1 . Kiçik kasa, balaca kasa.
2. bot. Açma dövründə çiçəyin xarici ör-
tüsü; kasa. Tam çiçəkdə kasacıq, tacaq, er-
kəkcik və dişicik olmalıdır. M. Qasımov.
KASAD [ər.] 1. sif. Ticarətdə: mala tələb
olmadığı, müştəri tapılmadığı, onun satılma-
dığı hal; alış-verişdə durğunluq, rəvacsız-
lıq. [Hacı Qara:] Bu kasad bazarda mənim
bir şahı qazancım yoxdur, abbasını hardan
alıram, sənə verim? M.F.Axundzadə.
□ Kasad etmək (eləmək) alıcıdan, müş-
təridən məhrum etmək; satılmamasma,
alınmamasına, yayılmamasına səbəb olmaq.
Kasad olmaq - bax kasadlaşmaq.
2. is. Qıt(lıq), qəhət(lik), azlıq, çatışmazlıq.
KASADLANMA “Kasadlanmaq"dan/w.
KASADLANMAQ bax kasadlaşmaq.
KASADLAŞDIRMA “Kasadlaşdırmaq”-
dan f.is.
KASADLAŞDIRMAQ f. Kasad etmək,
azaltmaq, qıtlıq törətmək, yoxa çıxartmaq.
KASADLAŞMA “Kasadlaşmaq”dan /«.
KASADLAŞMAQ/ 1. Kasad olmaq; müş-
tərisi, alıcısı olmamaq; malları satılmayıb
qalmaq, alış-verişdə durğunluq əmələ gəl-
mək (çox vaxt “bazar(ı)” sözü ilə). Bazar
gəldikcə kasadlaşır, camaat dindən-məzhəb-
dən çıxır, üləmaya etina eləmir. Ə.Haqver-
diyev. Kərbəlayının bazarı hər gün kasad-
laşırdı. M. Hüseyn.
2. Qıtlaşmaq, qəhətləşmək, yoxa çıxmaq.
KASADLIQ is. 1. Ticarətdə malın satıl-
madığı, işə getmədiyi, müştərisi olmadığı
vəziyyət; rəvacsızlıq, alış-verişdə durğun-
KASIB
luq, böhran. Tərəkəmə şəhərdən çəkilib get-
mişdi, bazar bərk kasadlıq idi. Çəmənzə-
minli. [Həsən:] Bazarın kasadlığı ovqatımı
təlx edib. Ə. Haqverdiyev. [Qafar:] Bu ka-
sadlıq vaxtında mən səni üç ziyarətə necə
aparım? S.S.Axundov.
2. Qıtlıq, qəhətlik. Başlanır illərin kasad-
lıq ili; Muğanın başına dünya dar olur.
S. Vurğun. □ Kasadlıq çəkmək - qıtlıq,
qəhətlik keçirmək.
3. Kasıblıq, yoxsulluq, ehtiyac mənasında.
Ağardı saçların, ömrün də yarı; Kasadlıq
keçirir şerin bazarı. S. Vurğun. □ Kasadlığa
düşmək - kasadlıq çəkmək, yoxsul olmaq.
KASAMAS is. [fars.] Qatıq.
KASÄSİYA is. [lat.] hüq. Qanuni qüvvə-
yə minməmiş məhkəmə qərar və hökmlə-
rindən şikayət. // Yuxarı məhkəmə orqan-
ları tərəfindən bu şikayətə baxılması.
KASAŞƏKİLLİ bax kasavari.
KASAŞƏKİLLİLİK bax kasavarilik.
KASAVARİ sif. Kasa şəklində, kasaya
oxşayan; kasaşəkilli.
KASAVARİLİK is. Kasa şəklində olan
şeyin halı; kasaşəkillilik.
KASET is. fr. Fotoplyonka, maqnitofon,
video yazıları üçün qoruyucu qutular.
KASIB sif. [ər.] 1. Heç bir var-dövləti
olmayan, ehtiyac içində yaşayan adam, yox-
sul {varlı, dövlətli əksi). Kasıb adam. - Ka-
sıbdı, bayquşdu, yoxdu bir zadı; Heyif zəh-
mətinə, haqqı-sayma. Aşıq Ələsgər. Müsəl-
manlar kasıbdırlar, qeyri millətlərdən çox
kasıbdırlar və bunun da səbəbi odur ki, mü-
səlmanların xərci çoxdur. C.Məmmədqulu-
zadə. Bilirəm kasıb oğlanlarsınız, mənim
əlimdəki qızlara evlənib onların nazını çəkə
bilməzsiniz. M.S. Ordubadi. //İs. mənasında.
Kasıbı dəvə üstündə böv vurar. (Məsəl).
Varlı, kasıb bu dünyadan köçərlər; Yaxşıııı,
yamanı görüb seçərlər. “Koroğlu” □ Kasıb
düşmək - yoxsullaşmaq, kasıblaşmaq.
[Məşədi Səttar] axır kasıb düşüb evini satdı.
Ə. Haqverdiyev. [Dilara Bəhruza:] İndi
birdən-birə kasıb düşmüş Dilaraya əfsanə-
lər dünyası vəd edirsən! Ə.Məmmədxanlı.
2. Yoxsul, kasıbyana, kasıbvari; yoxsul-
vari. Bir azdan sonra kasıb bir süfrə açıldı.
A.Şaiq. [Vidadi:] Kasıb komacığım özümə
646
KASIBÇILIQ
KASSA
yetər; Burda yazılmışdır yüzlərlə əsər.
S.Vurğun.
3. тәс. Zəif, naqis, qüsurlu. Ağıldan ka-
sıb. Bilikdən bir az kasıbdır. - Bəlkə bu dil
çox kasıbdır; Qucağına sığışmayır; Əsrin
böyük fikirləri?.. B.Vahabzadə.
1 . B a x kasıbvari, kasıbyana. [Alı kişi-
nin] kasıbca süfrəsi həmişə dostların qaba-
ğında açıq olardı. “Koroğlu”.
2. sif. məc. Kiçik, balaca, az. Canı var süd-
dən bayaz; Kasıbca boydan bir az. Ə.Cavad.
KASIBÇILIQ dan. bax kasıblıq. [Kərbə-
layı Abdulla] ..bir balaca dükanın qabağın-
da piti düzüb kasıbçılıq edir. C.Məmməd-
quluzadə. Kasıbçılıq [Tükəzban] üçün çətin
bir iş deyil idi. B.Talıblı.
KASIBFƏNDİ sif Kasıba yarayan, kasıba
əl verən, kasıb üçiin münasib olan. [Hüsey-
nəli xan:] Mənim qızını .. oxumuş qızdır,
sənə yaramaz. Sən bir çölçii babasan, sənə
bir kasıbfəııdi qız gərək. N.Vəzirov.
KASIBKAR bax kəsbkar. [Fatmanın əri:]
Mən kişini tanıyıram, öz işində kasıbkar bir
adamdır. Amma oğlu bir az dələduzdur.
Çəmənzəminli.
KASIBKARLIQ bax kəsbkarlıq. [Kazım:]
Bu saat başını salamat saxlamaq istəyirsən-
sə, başını aşağı sal. kasıbkarlığına qurşan,
bu tifilləri saxla. Çəmənzəminli.
KASIB-KUSUB top. dan. Kasıb, yoxsul
adamlar, füqəra. Tiflisin bütün lampaları
yarıdı, kasıb-kusub evinə çəkildi. “Aşıq
Qərib”. [Bədəl:] Amma kasıb-kusubla gərək
lıeç kəsin işi olmasın. Ə. Haqverdiyev. [Sara
bibi:] Onsuz da kasıb-kusub arvadı kənd ye-
rində çadra örtmür. Qantəmir.
KASIBLAMA “Kasıblamaq”dan f.is.
KASIBLAMAQ/ Kasıblığa düşmək; döv-
ləti, varı əlindən çıxmaq; yoxsullaşmaq.
KASIBLAŞDIRILMA “Kasıblaşdırılmaq”-
dan f.is.
KASIBLAŞDIRILMAQ ınəch. Kasıb hala
salınmaq; yoxsullaşdırılmaq.
KASIBLAŞDIRMA “Kasıb laşdırmaq”dan
f.is.
KASIBLAŞDIRMAQ f. Kasıblaşmasma
səbəb olmaq; yoxsullaşdırmaq.
KASIBLAŞMA “Kasıblaşmaq”dan /и.
KASIBLAŞMAQ f. Var-yoxu əlindən
çıxıb, kasıb hala düşmək, ehtiyaca düşmək;
yoxsullaşmaq.
KASIBLIQ is. 1 . Kasıbın hal və vəziyyəti;
yoxsulluq. Kasıblıq eyib deyil, oğurluq
eyibdir. (Ata. sözü). Kasıblığın evi yıxılsın!
İndiyə kimi [Məhəmmədhəsən əminin] qolu-
nu, qıçını bağlayıb, qoymur bir yana tər-
pənsin. C. Məmmədquluzadə. □ Kasıblıq
etmək, kasıblıqla məşğul olmaq - yaşa-
maq üçün minimum qazanc, gəlir verən bir
peşə (iş) ilə məşğul olmaq. Bizim məscidin
dalında, qapının səkisində əlli-əlli beş
yaşında bir kişi oturub kasıblıq edir.
C. Məmmədquluzadə. [Bədəl:] Qardaşlar,
az keçər ki, hamımız genə evlərimizə qayı-
dıb kasıblığımızla məşğul olarıq. Ə.Haqver-
diyev. □ Kasıblığa düşmək - əvvəlki va-
rından məhrum olmaq, əli aşağı düşmək.
2. Yaşamaq üçün minimum qazanc verən
bir peşə, sənət və ya iş. [Namaz:] Mənə izin
ver, gedim, özüm üçün bir kasıblıq tapım.
Ə.Haqverdiyev. [Muzdur] Allah-talaya şükür
edib, təzədən kasıblığa qədəm qoydu. S.Qəni-
zadə. [Yaşlı kişi:] Neçin qardaşını işindən,
kasıblığından avara salırsan? S. Hüseyn.
KASIBVARİ, KASIBYANA zərf Kasıba
layiq, kasıba müvafiq, kasıbın gücü, imkanı
çatdığı qaydada; kasıbca. Kasıbyana (s.)
süfrə. Kasıbyana yaşayır.
KASKA \fr. casque, əsli isp. ] Əsasən me-
taldan olan baş geyimi; dəbilqə, taskülah.
Zabitin kaskası on addım kənara dığırlandı.
Mir Cəlal.
KASKADYOR is. \fr.} Kino çəkilişlərində
artistin mürəkkəb hərəkətlərini yerinə yeti-
rən əvəzedici.
KASNİ is. \fars.\ bot. Xalq təbabətində
işlədilən incə yarpaqlı, mavi çiçəkli bitki.
□ Kasni arağı - bu bitkinin çiçəklərindən
çəkilmiş, xalq təbabətində işlənən cövhər.
KASSA [ifa/.] 1. Pul, qiymətli kağızlar və s.
saxlamaq üçün yeşik, şkaf, sandıq. Dəmir
kassa. Kassanı açmaq. Kassanı bağlamaq.
2. İdarələrdə, müəssisələrdə pul qəbul
etmək, saxlamaq, vermək, bilet satmaq və s.
üçün xüsusi şöbə. Dəmir yol kassası. Teatr
kassası. Kassadan pul almaq. - Hələ kassa
açılmamışdır. S. Hüseyn. Hamı müsafirlər
647
KASSİR
kassa qabağına toplandılar. T.Ş. Simurq.
Kassanın qabağı bomboş idi. S. Rəhman.
3. Müxtəlif kredit idarələrinin adı. Əma-
nət kassası. - Əmanət kassası deyil uşaqlar ;
Xərcindən kəsərək qazanc görəsən. B. Vahab-
zadə.
4. İdarə və ya müəssisənin nağd pulu.
Kassanı yoxlamaq. Kassanı təhvil vermək.
Kassa dəftəri.
5. köhn. Mətbəədə yuvacıqlara (gözlərə)
bölünmüş şrift (hürufat) qutusu. [Mürəttib]
sürətlə kassanın yuvacıqlarından xırda şrift-
I əri yan-yana düzür. S. Rəhman.
0 köhn. Qarşılıqlı yardım kassası - üzv-
lük haqqı şəklində toplanılan vəsaitdən mad-
di yardım göstərmək üçün işçilərin könüllü
təşkilatı.
KASSİR [it al.] Pul, qiymətli kağızlar qə-
bul edən və verən, habelə bilet satan işçi,
kassa müdiri. Kassirə pıılıı verib, iki bilet
aldım. Kassir vəzifəsində çalışmaq. - Hacı-
nın halı fövrən dəyişdi. Kassiri qeyzli çağı-
rıb buyurdu ki, “komandirə ” on manat ver-
sin. Ə.Haqverdiyev.
KASSİRLİK is. Kassirin işi, vəzifəsi. Kas-
sirlik etmək (kassir vəzifəsində çalışmaq).
KASTA [pərt, casta] Hindistanda və Şər-
qin bəzi başqa ölkələrində: əsli-nəsəbi,
ata-baba peşələri və hüquqi vəziyyətləri
cəhətindən bir-biri ilə bağlı olan qapalı
ictimai qrup, təbəqə, silk. // məc. Qapalı
ictimai qrup, dəstə.
KASTAÇILIQ is. Kasta qapalılığı, silki və
ya peşəkarlıq cəhətdən qapalılıq.
KASTANYET [isp.\ Barmaqlara taxılaraq
rəqs zamanı musiqi vəzninə uyğun surətdə
şıqqıldadılan şaxşax.
KASTET \fr. casse-tete - başını əz] bax
beşbarmaq 1-ci mənada.
KAŞ əd. [fars.] Bəzən “ki” bağlayıcısı ilə
birlikdə işlənib, fövqəladə arzu, həsrət,
yaxud təəssüf və peşmançılıq bildirir. Kaş
tez gələydi. Kaş elə deməyəydiııı. Kaş ki,
gəlməyəydim. - Parə-parə könlümün suzi-
dərunə tabı yox; Göz yolunda qətrə-qətrə qan
olub çıxsaydı kaş! Füzuli. [Mirzə Fətəli:]
Kaş hamı belə olaydı. Ə.Haqverdiyev.
KAŞALÖT \fr. cachalot, əsli port.] zool.
Kitlər qrupundan məməli iri dəniz heyvanı.
KATALOQÇU
KAŞANƏ is. [fars. ] Qəsr, saray, imarət.
Hələlik tullamışıq xaneyi-viranələri; Dola-
nıb kişvəri-Tiflisdə kaşanələri. M. Ə. Sabir.
O demişdir: - Mənim komam ; Möhtəşəmdir
min saraydam; Kaşaııələr, xanimanlar; Edə
bilməz onu əvəz. B.Vahabzadə.
KAŞI is. [İranda Kaşan şəhərinin adından]
1 . Üzərinə parlaq şirdən naxış çəkilmiş gil
çini qab. Burda bir naşı ağlar; Əlində kaşı
ağlar; O evdən cavan gedə ; Divarı, daşı
ağlar. (Bayatı). Dedim bu dünyada bir toy
qurulsun; Mey dolu al kaşı yadıma düşdü.
M.Rahim.
2. Adətən, divarların xarici səthinə bəzək
üçün vurulan üzü naxışlı çini. Üzərinə kaşı
çəkilmiş divar. - Bayırı kaşı, çini; içərisi to-
yuq hini. (Ata. sözü). Şuşanın kaşıdan göy
məscidləri; Yarış meydanları, cıdır düzləri;
Ulu Pənah xanın ayaq izləri; Görən, bizim
üçün darıxmırını bəs? B.Vahabzadə.
KAŞILI sif. Kaşı ilə örtülmüş, üzərinə
kaşı vurulmuş. Kaşılı soba. - Xurma ağac-
ları kökündən qopub yıxılır, mərmər saray-
lar yerlə yeksan olur, mavi kaşılı minarələr
uçulur, ağ şəlalə qaralıb qıvrılır, üfüqü zül-
mət pərdəsi biirüyüı: Ə.Məmmədxanlı.
KAŞNE [fr. cache-ner] Palto altından bo-
yuna sarılan uzunsov parça.
KATAKOMBA is. [ital.] Süni və ya təbii
mənşəli yeraltı labirintlər.
KATALİTİK sif. [yun.] kim. Katalizlə
bağlı olan, kataliz təsirinə aid olan. Kata-
litik proses.
KATALİZ [yun. katalysis] kim. Kataliza-
torların təsiri ilə kimyəvi reaksiyanın törə-
məsi və ya sürətinin dəyişməsi.
KATALİZATOR [ушј.] Kimyəvi reak-
siyaları özü dəyişmədən sürətləndirən və
ya yavaşıdan maddə.
KATALOQ [yun.] Müəyyən qayda üzrə
tərtib edilmiş şeylərin (kitabların, əlyazma-
larının, muzey eksponatlarının və s.) siyahısı.
Kitabxana kataloqu. Sərgi kataloqu. Texniki
ədəbiyyat kataloqu. Kataloq otağı. Katalo-
qa salmaq. - [Nuriyyə:] Balaca bir kataloq
düzəltmək üçün kitabları yenidən siyahıya
aldım. İ.Əfəndiyev.
KATALOQÇU is. Kataloq tərtibçisi.
648
KATAR
KATOD
KATAR [yıın.] tib. Hər hansı bir bədən
üzvünün (məs.: boğazın, bumun, ciyərin,
mədənin və s.) selikli qişasının iltihabı.
..Mədəsi katar olan şəxslər düşərgədə sağa-
lır.. S.Vəliyev.
KATARÄKT [yun. katarraktes - şəlalə]
tib. Göz büllurcuğunun görmə qabiliyyəti-
nin zəifləşməsinə və korluğa səbəb olan
donuqlaşması (xalq arasında buna “mirvari
suyu” deyilir).
KATARAKTLI sif tib. Kataraktası olan.
Kataraktlı göz.
KATBİN is. kölın. Kənarları xəzli qadın
paltarı. [Məşədi Xonku] köhnə katbini san-
dıqdan çıxardıb, xəzlərini güvədən təmizlə-
mişdi. Çəmənzəminli.
KATEQORİYA [yun.] 1. fəls. Maddi alə-
min, varlığın ən ümumi və mühüm xassə və
münasibətlərini əks etdirən məfhum. Səbə-
bivyət kateqoriyası. Zəruriyyət kateqoriyası.
Materiya fəlsəfi kateqoriyadır.
2. Elmi terminologiyada: hadisələrin, əş-
yanın dərəcəsini, yaxud onların əlamətləri-
nin ən ümumi xüsusiyyətlərini göstərən məf-
hum. Qrammatik kateqoriyalar.
3. Dərəcə.
KATEQORİYALI sif. Bu və ya digər ka-
teqoriyaya aid olan; kateqoriyası (dərəcəsi)
olan. Müxtəlif kateqoriyalı quyular. Kate-
qoriyalı idmançı.
KATER [ing. katter] Yaxın məsafələrdə
işləmək üçün motorlu və ya yelkənli kiçik
gəmi. Zirehli kater. Yedək kateri. Motorlu
kater. Torpeda kateri (torpedalarla silahlan-
mış kater). - Katerə oturub Neft daşların-
dan uzaqlaşdıq. M. İbrahimov. Əgər fəhlələr
sürətlə gedən katerə minsəydilər, Qara daş-
larla liman arasındakı məsafəni beş saata
qət edə bilərdilər. M. Hüseyn. Şırım salır
sularda; Sürətlə gedən kater. Ə.Cəmil.
KATERÇİ is. Katerdə xidmət edən matros.
KÄTET [yun. kathetos] riyaz. Düzbucaqlı
üçbucaqda düz bucağı əmələ gətirən tərəf-
lərdən biri.
KATETER \yun.] tib. Dərman yeritmək,
yumaq və ya boşaltmaq üçün bədən boşhıq-
larına və ya kanallarına yeridilən boru; zond.
Kateter salmaq. Kateter qoymaq.
KATİB is. [ər.] 1. İdarənin, müəssisənin,
təşkilatın və ya bir şəxsin yazı-pozu işlərini
aparan adam. Dəftərxana katibi. Məhkəmə
katibi. İdarə katibi. Yerli komitə katibi. -
Katib fərmanı oxuyandan sonra qiymətli bir
xələt gətirib vəliəhdin çiyninə saldılar.
M.S.Ordubadi.
2. İclasın, yığıncağın və s.-nin protokolu-
nu yazan şəxs. İclasın katibi.
3. Hər hansı bir təşkilatın seçilmiş rəhbəri.
Katib dəstəyi qaldırıb, bir an qulaq asdıq-
dan sonra soyuqqanlıqla dedi: - Bəli, bura-
xın gəlsinlər. Q. İlkin.
4. Hər hansı bir idarənin təşkilat və icra
şöbəsinin başında duran şəxs. Qəzet redak-
siyası katibi. Jurnalın katibi.
5. kölın. Yazan, yaxşı qələmi olan. Əzəl
katibləri üşşaq bəxtin qarə yazmışlar. Füzuli.
Mən aşıq, yaza dərdim; Katib yox, yaza
dərdim; Fəqir bülbüllər kimi; Qalıbdır yaza
dərdim. Sarı Aşıq.
0 Dövlət katibi - ABŞ-da xarici işlər
nazirinin adı. Elmi katib - elmi idarənin
cari işlərinin təşkilinə cavabdeh olan şəxs.
institutun elmi katibi.
KATİBƏ is. [ər.] Qadın (qız) katib. Qüd-
rətin qarabuğdayı katibəsi sürətlə şığıyıb
içəri girdi. M.Hüseyn. Narınc çox kobud bir
şəkildə katibəyə cavab verdi.. S. Rəhman.
KATİBLİK is. 1 . Katib vəzifəsini aparma.
ilk təşkilat işlərini aparmaq üçün Abdulla
Şaiq, Salman Miimtaz və məndən ibarət olan
üçlük təşkil edilmişdi. Katiblik mənim öhdə-
mə buraxılmışdı. A.Səhhət.
2. Hər hansı bir təşkilatın, idarənin təşki-
lat və icra mahiyyətində olan, cari işlərini
aparan şöbəsi. Birləşmiş Millətlər Təşkilatı-
nın katibliyi. H top. Bu cür şöbənin işçilər
heyəti.
3. top. Protokol işlərini aparmaq, qərarlar
hazırlamaq və s. üçün yığıncaqda, konfrans-
da və s.-də seçilən şəxslərdən ibarət heyət.
Nümayəndələr konfransın rəyasət heyəti və
katibliyini seçdilər. - [Rza Qəhıəmani Firi-
dunə:] Buyur, əzizi-nıən, gör gələcəkdə yeni
dövlətin vəziri olsan, məni katibliyə götü-
rərsənmi? - deyə zarafat etdi. M. İbrahimov.
KATOD [yun. kathodos] fiz. Mənfi yüklü
elektrod ( anod əksi). □ Katod lampası -
649
KATODLU
KAZAK
elektromaqnit titrəyişləri əmələ gətirmək,
yaxud onları gücləndirmək üçün cihaz.
KATODLU sif. Katodu olan. Katodlu
lampa.
KATOLİK [lat. əsli yun.] Katoliklərə, ka-
tolisizmə aid olan, mənsub olan. Katolik
keşişi. Katolik məzhəbi. - ..Katolik kilsəsində
hətta ibadəti də musiqi səsi ilə əmələ gəti-
rirlər. C.Məmmədquluzadə.
KATOLİKLİK is. Katolik məzhəbinə
mənsub olma, katolisizmə mənsubiyyət;
katolisizm.
KATOLİKÖS [yun.] Kilsə başçısının (pat-
riarxınm) titulu.
KATOLİSİZM [yun.] Başında Roma pa-
pası duran qərbi xristian məzhəbi.
KÄTORQA is. [yun.] tar. 1. Son dərəcə
sərt bir şəraitdə ağır icbari iş, sürgün və
həbs şəklində verilən cəza, habelə sürgün
edilmiş cinayətkarlar üçün icbari iş yeri.
Katorqaya məhkum edilmək. Katorqaya
göndərilmək. Katorqadan qaçmaq. - ..Amma
ağır tənbehlərin, yəni Sibirə və katorqaya
düşənlərin müddətinin bir hissəsi qalır, bir
hissəsi bağışlanır. C.Məmmədquluzadə.
Katorqa cəzası - insanları diri-diri qəbrə
gömmək üçün idi. M.Hüseyn.
2. məc. Çox ağır həyat şəraiti və ya zəh-
mət haqqında.
KATTA is. dan. bax kətxuda. Kattaııı
gör, kəndi çap. (Ata. sözü). Müxtəsərin de-
yir Aşıq Ələsgər; Koxanın, kattanın zatı çıx-
mışdı. Aşıq Ələsgər. Bu [şəxs] Danabaş
kəndinin kattası Xudavar bəydi. C.Məmməd-
quluzadə.
0 Katta danışmaq - yekə-yekə danışmaq.
KATTALIQ dan. bax kətxudalıq. İndi
iki il olar ki, Xudavar bəy Danabaşda katta-
hq eləyir. C.Məmmədquluzadə.
KATYUŞA [rus. xüs. addan] dan.
1 94 1-1 945-ci illər Böyük Vətən müharibəsi
zamanı avtomobildə qurulmuş reaktiv mina-
atan silahın zarafatyana adı. Mən od-alov
yağdırdım katyuşatək dilimdən. S. Rüstəm.
KAUÇÜK [iııg. əsli isp .] Bəzi tropik bit-
kilərin şirəsindən, yaxud zavod üsulu ilə
süni alman elastik maddə (bu maddədən
rezin istehsal edilir). Təbii kauçuk. Sintetik
kauçuk. Kauçuk zavodu. H Kauçukdan qay-
rılmış. Kauçuk boru.
KAUÇUKLU sif. Tərkibində kauçuk olan.
Kauçuklu bitkilər.
KAUSTİK sif. [yunancadan] kim. Yeyici,
yandırıcı. Kaustik maddələr. □ Kaustik soda
- sabun istehsalında, toxuculuq işlərində
tətbiq edilən kimyəvi maddə.
KAVALER 1 [fr. cavalier] kölın. Qadınla
birlikdə rəqs edən, yaxud cəmiyyətdə, qo-
naqlıq və s.-də onu məşğul edən, əyləndi-
rən kişi. ..Kavalerlər cürətlənib xanımların
vanında yer tutdular. Puşkindən. // köhn.
Pərəstişkar.
KAVALER 2 [lat.] Hər hansı bir ordenlə
təltif olunmuş adam. Kııtıızov ordeni kava-
leri.
KAVALERLİK is. Kavaler olma (bax
kavaler). Kavalerlik etmək. - [Əsgər bəy:]
Bəli, sənin kavalerliyinə söz yoxdur.
Ə.Haqverdiyev.
KAVATİNA [ital.] mus. Operada: kiçik
lirik ariya. Məhz operaya xas olan ayrı-ayrı
formalara daha çox müraciət edilir: məsə-
lən, ariya, ariozo, kavatina. Ə.Bədəlbəyli.
KAVERNA [lat.] tib. Xəstəlik üzündən
canlı orqanizm toxumalarının dağılması nə-
ticəsində bədən üzvlərində (məs.: vərəm
xəstəliyində ciyərdə) əmələ gələn boşluq.
KAVERNALI sif. tib. Kavernası olan
(bax kaverna). Kaverııalı ciyər.
KAYUT(A) [holl.] Gəmilərdə sərnişinlər
və ya komanda heyətinə mənsub şəxslər
üçün ayrıca otaq. [Ağaverdi qəzeti] eləcə
kayutunda buraxıb vaxta gedir. S. Hüseyn.
Kəyan buradan uzaqlaşıb, öz bölüyünün yer-
ləşdiyi kayuta yönəldi. Ə.Əbiilhəsən.
KAZAK 1. tar. XV-XVII əsrlərdə Rusi-
yada: feodal və mülkədarların zülmündən
ucqarlara (Don, Yaik, Zaporojye) qaçıb azad
olmuş təhkimli kəndlilərə, nökərlərə və
şəhər yoxsullarına mənsub adam. XVI əsrdə
rus dövlətinin hüdudunda, Doııətrafı düzən-
lərdə çoxlu azad kazaklar yaşayırdı. Bunlar,
əsasən, feodalların zülmündən qaçmış kənd-
lilər və nökərlər idi.
2. inqilabdan qabaq Rusiyada: XVIII əsr-
dən başlayaraq imtiyazlı şərtlərlə torpaqdan
istifadə müqabilində xüsusi qoşun hissələ-
650
KAZAKXANA
rində xidmət etməli olan Don, Kuban,
Terek, Orenburq və b. vilayətlərdə doğulmuş
adam; hərbi silk nümayəndəsi. // Həmin
vilayətlərin əhalisindən düzəlmiş hərbi
hissələrdə (adətən süvari qoşunlarda) öz
atları və əsləhəsi ilə xidmət edən əsgər.
Kazak süvariləri. - İrəvanda Cəfərabad
məhəlləsində oturan kazak qoşunları iyunun
ikisində Kənargir dağına, yaylağa gedəsi
idilər. C.Məmmədquluzadə. // İnqilabdan
əvvəl Rusiyada: inqilabi hərəkatı boğmaq,
fəhlə tətillərini yatırmaq üçün istifadə edi-
lən xüsusi süvari qoşunların əsgəri. Yanla-
rında çapar, kazak, viizbaşı ; Daşmır Hacı-
nın əmliyi, aşı. H.K.Sanılı. Keçmişdə kəndə
pristav gələndə atlı kazaklar pristav düşən
evin yüz metrliyinə adamları buraxmazdı-
lar. Ə. Sadıq.
3. Keçmiş hərbi vilayətlərdə doğulmuş
şəxs, kəndli. Don kazakları. Terek kazakları.
KAZAKXANA is. köhn. Kazakların yaşa-
dığı qışla, kazarma. Kazak zabitləri tək-tək,
cüt-cüt kazakxanaya gəlməyə başladılar.
P.Makulu.
KAZAKLIQ is. tar. Kazakm işi, məşğu-
liyyəti (bax kazak 2-ci mənada).
KAZARMA \fr. əsli ital.\ Hərbi hissələri
yerləşdirmək üçün xüsusi bina; qışla. Əsgər
kazarması. H köhn. Fabrik və ya zavod ya-
nında fəhlələr üçün ümumi yataqxana. Fəhlə
kazarmaları çox çirklidir, darısqaldır. Bir
kiçik kazarmada altmış fəhlə yerləşmişdir.
M. S. Ordubadi. Fəhlələrdən bir neçə nəfəri
Qurbanın qanlı cənazəsini kazarmaya gəti-
rirlər. M. İbrahimov. // dan. Şablon üzrə tikil-
miş yaraşıqsız, görkəmsiz ev, bina haqqında.
Bu ev lap kazarmaya oxşayır. Bu bina lap
kazarmadır.
KÄZEİN [lat.] kim. Süd çürüdükdə onun
tərkibində əmələ gələn mürəkkəb zülali
maddə (kəsmik və pendirlərin əsas tərkib
hissəsi). // Noxudun, soyanın tərkibində olan
zülal maddəsi. □ Kazein boyası - tərkibin-
də kazein olan müxtəlif rəngli boya. Kazein
boyaları binanın iç və bayır tərəflərini
rəngləmək üçün işlədilir. A.Quliyev.
KAZİNO [ital.] Şəhər kənarında və ku-
rortlarda restoranları, qumarxanaları olan kef
yeri. O gecə Əşrəf Əhmədi də özü ilə bəra-
KEÇƏÇİ
bər kazinoya aparmışdı. A.Şaiq. ..Lütfəli də
fürsəti fövtə verməyib [Cəlilə] dedi ki, dur
gedək kazinoya, qəhvə içək. İ.Musabəyov.
KE “K” hərfinin və bu hərflə işarə olu-
nan samitin adı.
KEÇİNMƏK bax geyinib-kecinmək.
Aşıq Giıııın geyindi, keçindi, pııl götürdü,
qızıl götürdü, sazını da çiyninə salıb yola
düzəldi. “Koroğlu”. [Nəriman:] Sən demə
[qız] geyinirmiş, keçinirmiş. Mir Cəlal.
KEÇDİ-KEÇDİ is. Qaçış yarışı (uşaq
oyunu). Keçdi-keçdi oynamaq.
KEÇƏ 1. is. Yunu döyüb basmaqla hazır-
lanan sıx qalın material. Keçə parçası. Ala-
çıq keçəsi. [Dərviş:] Ruqiyyə bir köhnə keçə
üstündə, bir köhnə cırıq kilimdə yatırdı.
A.Divanbəyoğlu. Göyçək bacı sevincək hal-
da eyvana naxışlı bir keçə saldı. Ə.Vəliyev.
Keçə atmaq (basmaq) - yundan keçə ha-
zırlamaq. Gərək yadındadır, rəhmətlik dədən;
Bükülmüşdü beli keçə atmaqdan. S. Vurğun.
// Bu cür materialdan tikilmiş, hazırlanmış.
Keçə papaq. Keçə alaçıq. - Nabat xanım
gecə paltarına bürünmüşdü, .. ayağında
nazik və səssiz bir keçə başmağı vardı.
M.S.Ordubadi.
2. məc. sif mənasında. Daranmamış,
yapıxmış, bir-birinin içinə girmiş (saç haq-
qında). Keçə saç.
KEÇƏATAN, KEÇƏBASAN bax keçəçi
1-ci mənada.
KEÇƏBİÇƏN is. Keçəni biçib, müxtəlif
şeylər hazırlayan usta.
KEÇƏCƏK is. dan. 1. Keçmiş zaman, keç-
miş (gələcək əksi). [Şamama Cadu:] Adına
qurban olum, xanım, başına dönüm, keçəcə-
yini pis görürəm, amma gələcəyin yaxşıdır.
Ə. Haqverdiyev. ..Millətin keçəcək və istiq-
balını, nicat və səadətini şairanə və ədibcınə
nəzmə çəkmək, əbnayi-millətin təlim və tər-
biyəsinə, ruhani məişətinə qulluq eləmək,
əlbəttə, böyük hünərdir. F. Köçərli.
2. Dolanacaq, güzəran. Keçəcəyi o qədər
də yaxşı deyil.
3. Asılılıq. Mənim ondan nə keçəcəyim?
KEÇƏÇİ is. 1. Yundan keçə hazırlayan,
keçə atan usta; keçəatan, keçəbasan.
[Keçmişdə] Bakıda ümumiyyətlə peşəkarlar:
651
KEÇƏÇİLİK
keçəçi, dabbağ, dərzi .. və sairə çox olardı.
H. Sarabski.
2. Keçə hazırlanan və satılan dükan və s.
KEÇƏÇİLİK is. Keçəçinin sənəti, peşəsi,
məşğuliyyəti. [Şah:] Maldan, mülkdən qəni
bir padşah; Keçəçilik sənətin etmiş özünə
bir pənah! Ü.Hacıbəyov.
KEÇƏXANA bax keçəçi 2-ci mənada.
KEÇƏL sif. 1 . Baş dərisinin xəstəliyi nəti-
cəsində başının tükü tökülmüş. Keçəl adam.
Keçəl uşaq. II İs. mənasında. Başı keçəl olan
adam. Keçəl suya gedən deyil. (Məsəl).
2. is. Tüksüz başın vəziyyəti, görünüşü.
Uzunsov başının yan tərəfi parıldayan tələ-
bə də utanıb susdu, keçəlinə gülürdülər.
M.Hüseyn. □ Keçəl olmaq - bax keçəl-
ləşmək.
3. məc. Ot bitməyən, çılpaq, daz. Dibində
su tapdım - şərbətə bənzər; Keçəl yoxuşla-
rın, qozbel diklərin. M.Araz.
KEÇƏLBAŞ sif. Başı keçəl (daz) olan.
Keçəlbaş oğlan.
KEÇƏLƏKƏRKƏS is. zool. Dağlıq yer-
lərdə yaşayan, leş və cəmdək yeyən şığı-
yıcı, caynaqlı quş; toğlugötürən, kərkəs.
KEÇƏLƏŞDİRMƏ “Keçələşdirmək”dən
fis.
KEÇƏLƏŞDİRMƏK f Keçə kimi etmək,
tüklərini bir-birinə qarışdırmaq; codlaşdır-
maq.
KEÇƏLƏŞMƏ "Keçələşmək”dən fis.
KEÇƏLƏŞMƏK / Tükləri bir-birinin
içinə girib, keçə kimi olmaq, keçə kimi ay-
rılmaz olmaq, yapıxmaq; codlaşmaq.
KEÇƏLƏT is. məh. Keçmə, addama yeri.
Arxın {çayın) keçələti.
KEÇƏLLƏMƏ “Keçəl lomək”dən /.7,s\
KEÇƏLLƏMƏK bax keçəlləşmək. Qu-
raqlıqdan ağaclar keçəllənıişdir.
KEÇƏLLƏŞMƏ “Keçəlləşmək”dən/w.
KEÇƏLLƏŞMƏK/ 1 . Baş dərisinin xəs-
təliyi nəticəsində başının tükü tökülmək,
keçəl olmaq. // Dazlaşmaq, daz olmaq.
2. məc. Ot bitməmək, daz olmaq; çılpaq-
laşmaq.
KEÇƏLLƏŞMİŞ/i/ Keçəl olmuş, başının
tükü tökülmüş. // məc. Dazlaşmış, çılpaqlaş-
mış. - Tula keçəlləşnıişdi, adda-budda yer-
lərdə belinin tükü tökülmüşdü. İ.Məlikzadə.
KEÇƏTƏPƏN
KEÇƏLLİK is 1 . Başdan tükü tökən dəri
xəstəliyi. Keçəllik basmaq. H bavt. Heyvan-
larda dəri xəstəliyi nəticəsində tükün tökül-
məsi. Keçəllik nəticəsində heyvanların tük-
ləri tökülə bilər.
2. Başda tük olmadığı hal; dazlıq.
3. məc. Bitkisizlik, çılpaqlıq. Çölün keçəl-
liyi.
KEÇƏN L “Keçmok”don f.sif.
2. sif. Bundan əvvəlki, ötən, cari, axırıncı,
sonuncu. Keçən il. Keçən həftə. - Elədimi su
yazda; Axar, gedər su yazda; Mən yarı gör-
məmişəm; Keçən yaz da, bu yaz da. (Bayatı).
Keçən bazar ertəsi günü firqə klubunda
teatr konfransı çağırılmışdı. C.Məmmədqu-
luzadə. [Zeynalın] keçən gün əli hər yerdən
üzülüb, öz dərdini Şərifzadəyə açıb söylə-
mişdi. S.Hüseyn.
3. sif. Keçmiş, keçib getmiş, vaxtilə olmuş.
Keçən günə gün çatmaz. (Ata. sözü). [Səfi:]
Ağlaya-ağlaya düşdü yollara; Gələn dərdi,
keçən dərdi, yol dərdi. “Əsli və Kərəm’’.
Cahandan getdi gileyli; Keçən dövrana bir
baxmaz. Q.Zakir. // Keçən gün, keçmiş ha-
disə. Keçənə güzəşt deyərlər. (Məsəl).
4. Keçənlərdə şəklində zərf - keçmişdə.
Ürək deyir: Zaman, keçmə, amandur; Keçən-
lərdə gözüm var, bir dayan, dur! Şəhriyar.
Keçənlərdən şəklində - keçmişdən. [Gənc
çadırçı:] Keçənlərdən bizə əfsanə qaldı; Sö-
nüb cəmşidi-cəm реутапә qaldı. H. Cavid.
Keçənlər şəklində - keçmiş, olmuş şeylər.
Gəl qardaşım, keçənləri; Yada salaq dönə-
dönə. B.Vahabzadə. // Eyni mənada bəzən
“bu” sözü ilə. Bu keçənlərdə ingilis əfsər
(zabit)ləri Misirdə nə səbəbdən isə güllələr
atıb, məhəlli əhalidən bir neçəsini vurub-
durlar. Ü.Hacıbəyov.
0 Keçən yeri olmamaq - heç bir güzəşt
edilə bilməyəcəyini bildirir. Məmmədbağı-
rın keçən yeri yox idi. S.Hüseyn.
KEÇƏPAPAQ(LI) sif. Başında keçədən
papaq olan. Keçəpapaq kişi.
KEÇƏRİ sif. Müvəqqəti, ötəri, keçici,
keçib-gedən. Dünyanın sevinci də; kədəri
də ikidir; Biri yüngül, keçəri; xəfif dumana
bənzər. R.Rza.
KEÇƏTƏPƏN bax keçəçi 1-ci mənada.
652
KEÇİ
KEÇİ is. Süd, yun, ət verən buynuzlu ev
heyvanı. Keçi əti. Keçi südü. Keçi balası
(çəpiş). Anqara keçisi (çox zərif yunlu keçi
cinsi). - Keçinin əcəli çatanda çobanın ço-
mağına sürtünər. (Ata. sözü). Necə bulan-
dırıb keçi bu çayı? Keçi aşağıda, qurd yu-
xarıda! B. Vahabzadə. // məc. Çox dəcəl,
oynaq uşaq haqqında. □ Keçi kimi - keçi-
nin hərəkətlərinə təşbeh. [Səkinə Pərşana:]
Gəl, gəl, gedək gəlinimizə çığırtmadan-
zaddan bişirək, görsün ki, ağlamaqdan, keçi
kimi o yan-bu yana tullanmaqdan başqa bir
şey də əlindən gəlir. M. İbrahimov. [Tükəz-
ban xala Zeynəbə:] Sənin əlindən çal-çəpər
də qalmadı. Keçi kimi, hara gəldi dırmaşır-
san. Ayaq basmadığın yer yoxdur. İ. Şıxlı.
0 Keçini bostana buraxmaq zar. - bir
adamı böyük zərər yetirə biləcəyi yerə bu-
raxmaq.
KEÇİAYAQ sif. dan. Ayaqları keçi ayağı
kimi nazik olan. Keçiayaq qız uşağı.
KEÇİCİ sif. 1 . Hər hansı bir yarışda və s.-
də yeni qaliblərə, birincilik qazananlara ve-
rilən. Keçici kubok. - O kimdir külüngii dağ
kimi vurur? Keçici bayraq da yanında durur?
S.Vurğun. Görünür qabaqda keçici bayraq;
Onun yarış adlı şüarı vardır. H.Arif.
2. Müvəqqəti, ötəri. Keçici yağış. Keçici
sevinc. Keçici həvəs. - Bu qara gün keçi-
cidir, bir gün bitər, inləmə ; Bağçamızda san
bülbül yenə ötər, inləmə. A.İldırım. [Bəxti-
yar:] Yox, Cəlal, bu qədər hissə qapılmaq;
Gəncliyin keçici hissidir, ancaq. S.Vurğun.
3. Bir neçə il davam edən, keçən ildən
qalan, gələn ilə qalan. Keçici mövzu. Keçici
məbləğ.
4. Yoluxucu, yoluxan, keçən. Keçici xəs-
təlik.
KEÇİCİLİK is. Keçici şeyin hal və key-
fiyyəti. Xəstəliyin keçiciliyi.
KEÇİD is. 1 . Bir yerdən başqa yerə keç-
mək üçün yol; keçəcək, keçiləcək yer. Dağ
keçidi (iki dağ arasında olan dar boğaz). Çay
keçidi (çayın at ya ayaqla keçilə bilən nis-
bətən dayaz yeri). - Keçid başından bəlli
olar. (Ata. sözü). [Əmiraslan ağa:] Heydər
bəy! ..Uçurum dərəsinin keçidini kəs!
S.S.Axundov. Keçidlərdə baş-başa verən
adamlar isə əlləri ilə aşağıları göstərərək
bir-birinə nə isə deyirdilər. A.Şaiq.
KEÇİMƏMƏSİ
2. Bir vəziyyətdən (keyfiyyətdən) başqa
vəziyyətə (keyfiyyətə) keçmək üçün olan;
aralıq. Keçid dövrü. Keçid mərhələ.
KEÇİDLİ sif. Keçidi olan, keçmək üçün
yolu olan (bax keçid 1 -ci mənada). Keçidli
dağ.
KEÇİQIRAN is. dan. 1 . Martın axırlarında
olan bərk soyuq. // Ümumiyyətlə, soyuq.
2. Martın sonu və aprelin birinci yarısı.
KEÇİQULAĞI is. bot. Çiçəklərindən xalq
təbabətində istifadə olunan ot bitkisi.
KEÇİLİŞ is. Keçmək işi.
KEÇİLMƏK “Keçmək”dən məch. Xeyli
məsafə keçilmişdir. Körpü keçilmişdi. Mərz
keçildi. Dərslər iki növbədə keçilir. - ..Mu-
siqi və rəqs salonuna keçildi. M.S. Ordubadi.
Müəllim olmadığından, kənd məktəbində
dörd aydan bəri rus və alman dili keçilmirdi.
M. İbrahimov.
KEÇİLMƏZ sif. 1. Keçmək, hərəkət et-
mək, getmək, addamaq qeyri-mümkün və
ya çətin olan. Keçilməz cəngəllik. Keçilməz
dağ. - Allah özü bilir ki, o keçilməz meşə-
lərdə, o çıxılmaz qayalarda Aydəmir bircə
sənin xəyalınla yaşayır. C.Cabbarlı. Qatar
keçilməz yolları oraq kimi kəsib-biçdi;
Qarşı gəldikcə daş-qaya bir ox kimi dəlib
keçdi. H.Cavid. Düzülmüş yan-yana daşlı
təpələr; Qurulmuş keçilməz təbii səngər.
H.K.Sanılı. // Hər hansı bir səbəbə görə ke-
çilməsi, addanması çətinləşmiş. Çaylar daş-
mış, yollar keçilməz (z.) olmuşdu. - Biz uca
qayalar aşdıq; Keçilməz yollardan keçdik.
Z.Xəlil.
2. məc. Son dərəcə yaxşı, gözəl, ürəyə
yatan, cəlbedici şey haqqında. [Bəypolad
Cəmil bəyə:] Amma sizin bağçanın çiçəklə-
rindən də keçilməz ha! H.Cavid.
3. məc. Bağışlanmaz, bağışlanması müm-
kün olmayan, əfvedilməz. Keçilməz günah.
KEÇİLMƏZLİK is. 1. Keçilməsi mümkün
olmayan, yaxud çətin olan yerin halı. Kim
isə - qibtələr yaşasın - deyə; Yalan bir var-
lığa heykəllər qurur; Kiminsə yolunu keçil-
məzliyə; Yönəltmək naminə tərif yoğurur.
M.Araz.
2. məc. Bağışlanmaz, bağışlanması müm-
kün olmama, əfvedilməzlik.
KEÇİMƏMƏSİ is. 1. bot. Zınqırov-
çiçəklilər fəsiləsindən ot bitkisi.
653
KEÇİNDİRMƏ
2. Azərbaycan oyun havalarından birinin
adı. Təkçalma, uzundərə, keçiməməsi havası
ilə gənclər oynayanda yoldaşları onların
başına kağız pul ( əsginas ) şabaş tökərdilər.
H. Sarabski. [Əhli məclisdən birisi:] Padşah
sağ olsun, ərzim var! Təvəqqe edirəm ki,
burada bir keçiməməsi çalınsın və Xudadcıd
bəy də durub oynasın! Ü.Hacıbəyov.
3. iri uzunsov gilələri olan üzüm növü.
KEÇİNDİRMƏ “Keçindirmək”dən f.is.
KEÇİNDİRMƏK icb. Keçinməsinə, dolan-
masına, yaşamasına vasitə olmaq; kömək
etmək; dolandırmaq, yaşatmaq. [Mirzə
Qədir Nəsirə] ailəsini keçindirə biləcək bir
maaş da təyin etməli idi. S. Hüseyn.
KEÇİNƏCƏK is. Güzəran, dolanacaq.
Keçinəcəyin necədir?
KEÇİNMƏ 1 “Keçinmək 1 ”don f.is.
KEÇİNMƏ 2 “Keçinmək 2 ”don f.is.
KEÇİNMƏK 1 f. 1 . Dolanmaq, yaşamaq,
güzəran etmək, baş saxlamaq. Birtəhər ke-
çinirəm. - Kərim baba naxırı saxladığı,
otardığı üçün aldığı cüzi aylıq ilə keçinərdi.
A. Şaiq. [Məsmənin] maaşı da yaxşı imiş.
Firavanlıq ilə keçinir imiş. S. Hüseyn.
2. Birisi ilə (istər-istəməz) dinc yaşamaq,
yola getmək; yola vermək. Çocuqlarına
qarşı bəslədiyi məhəbbət Mehribanı məcbur
edirdi ki, Zeynalın “işlərinə" qatlaşıb, bir
növ ilə keçinsin. S. Hüseyn. Belə bir vəziyyət
içərisində katib Sübhanverdizadə ilə bir növ
keçinməyi qərara aldı. S. Rəhimov.
KEÇİNMƏK 2 f. Ölmək. ..Amma anam
onların köçməyini eşitcək qurtaracaq, yəqin
bil ki, haman dəqiqə keçinəcək. C. Məmməd-
quluzadə. Səhər üzü idi, dağlardan əsən
sübh küləyinin nəfəsi [şairi] üşüdür, Afaq isə
artıq keçinirdi. Ə.Məmmədxanlı.
KEÇİOTARAN is. Keçi çobanı.
KEÇİRİCİ is. fiz. Elektrik cərəyanını,
səsi, istiliyi və s.-ni öz daxilindən keçirən
cisim; naqil. Elektrik keçiricisi. Maqnit ke-
çiricisi.
KEÇİRİCİLİK is. fiz. istiliyi, səsi, elek-
trik cərəyanını və s.-ni keçirmə qabiliyyəti.
Maqnit dövrəsinin keçiricilivi.
KEÇİRİLMƏ “Keçirilmək”dən f.is.
KEÇİRİLMƏK "Keçirmək”dən məcli.
Başqa işə keçirilmək. İşçilər yeni sahəyə
KEÇİRMƏK
keçirildi. Açara zəncir keçirilmək. Qərarlar
həyata keçirildi. Xərclər idarənin hesabına
keçirildi. İşıqlar keçirildi. Ocaqlar keçiril-
mişdi. Hərbi təlim keçirilmək. Məsələ icla-
sın müzakirəsinə keçirildi. Məqalə elmi şu-
radan keçirildi.
KEÇİRİM 1 bax keçid 1-ci mənada.
[Koroğlunun dəliləri] necə deyərlər, aşırım
aşdılar, keçirim keçdilər. “Koroğlu”.
KEÇİRİM 2 is. fiz. Elektrikkeçirmə, nəql-
etmə xassəsi.
KEÇİRİMLİ sif. fiz. Keçirimi olan (bax
keçirim 2 ). Yüksək keçirimli polad.
KEÇİRİMLİLİK is. fiz. Elektrikkeçirmə
qabiliyyəti.
KEÇİRMƏ 1 “Keçirmək 1 ”don f.is.
KEÇİRMƏ 2 “Keçinnək 2 ”don/.7,s.
KEÇİRMƏK 1 /’ 1. Yönəldərək, istiqamət-
ləndirərək bir yerdən keçib getməsinə, ya
bir yerə keçməsinə kömək etmək, ya keç-
məyə məcbur etmək. Qonaqları yuxarı başa
keçirmək. Mal-qaranı çaydan (meşədən,
körpüdən) keçirmək. Sərhəddən qoşun keçir-
mək. - Rüstəm kişi maşını kəndarası küçə-
lərdən keçirib, palçıqlı araba yoluna çıxdı.
M.Ibrahimov. // Yanınca, yaxud qucağında,
dalında bir şeyin içərisindən o biri tərəfə
aparıb çatdırmaq. Uşağı çaydan keçirmək.
Küçənin o biri səkisinə keçirmək.
2. Taxmaq, geydirmək. Barmağa üzük
keçirmək. Pəncərənin çərçivəsini keçirmək.
İynəyə sap keçirmək. Qol-qola keçirmək.
Çəkməni ayağına keçirmək. Yorğana üz ke-
çirmək.
3. Başqa işə, xidmətə, yerə təyin etmək,
qoymaq. Kiçik elmi işçi vəzifəsinə keçirmək.
Uşağı musiqi məktəbinə keçirmək. Ayrı işə
keçirmək. Futbol komandasını “B" qrupuna
keçirmək.
4. Maşının və s.-nin iş üsulunu, xarakte-
rini dəyişdirmək. Zavodu yeni iş üsuluna
keçirmək. Təsərrüfat hesabına keçirmək.
5. Həyata keçirmək, yerinə yetirmək, icra
etmək. İclas keçirmək. Müsabiqə keçirmək.
Əkin kampaniyası keçirmək. Hərbi manevr
keçirmək.
6. Yazmaq, aid etmək, daxil etmək. Məb-
ləği bir hesabdan başqa hesaba keçirmək.
И Bir şeyi (mülkü, hüququ və s.) rəsmi yolla
654
KEÇİRMƏK
KEÇMƏK
başqasına vermək, onun adına yazdırmaq.
Evi oğlımun adına keçirmək.
7. Bir şəxsin duyduğu həyəcan və s. hiss-
ləri bildirir. İztirab keçirmək. - Çox cavan
idim, həyəcan keçirirdim. A.Şaiq. Azər Mə-
rəndi mütərəddid bir hal keçirirdi. M. İbrahi-
mov. Cavahirin keçirdiyi həyəcan Teymuru
da get-gedə həyəcanlandırırdı. H.Seyidbəyli.
8. Bir müddət bir yerdə yaşamaq, olmaq,
qalmaq. Uşaqlığını kənddə keçirmək. Ömrü-
nü fəhləlikdə keçirmək. Köçəri həyat keçir-
mək. - Düşündüm, düşündüm, axırda gecəni
bir qaya altında keçirmək üçün yavaş-yavaş
dağa dırmaşdım. A.Şaiq. [Turxan bəy:]
[Cəmil bəy] ..Borjoma gəlmiş, yorğunluğu-
nu çıxarmaq üçün yazı orada keçirəcəkmiş.
H. Cavid. // Bir şəxsin halını, vəziyyətini bil-
dirir. Ağır həyat keçirmək. Gününü xoş ke-
çirmək. Bütün günü başağrısı ilə keçirmək.
П Vaxtının bir hissəsini bu və ya başqa bir
şeyə həsr etmək və ya istifadə etmək. Vax-
tını şən keçirmək. Bütün vaxtını məşğələlərdə
keçirmək. Vaxtının çoxunu işdə keçirmək.
9. xüs. Keçiricilik (istilik, elektrik, səs və s.),
keçirmə qabiliyyətinə malik olmaq. Metal
istilik keçirir, izolyatorlar elektrik keçirmir.
10. məc. Ötürmək, sovuşdurmaq. Rüstəm
kişi Qara Kərəmoğlunun sözünü zarafatla
keçirmək istədi. M. İbrahimov.
1 1 . məc. Çəkmək, görmək, başına gəlmək.
Xəstəlik keçirmək.
12. Qəbul etdirmək, təsdiq etdirmək; bir
şeyin qəbuluna, təsdiqinə, tətbiqinə nail
olmaq. Məsələni iclasdan keçirmək. Təklifi
keçirmək. Layihəni keçirmək.
13. Isimlərlə yanaşı işlədilib, mürəkkəb
feil və ifadələr düzəldilir; məs.: qılıncdan
keçirmək, gözdən keçirmək, fikrindən keçir-
mək, nəzərdən keçirmək.
KEÇİRMƏK 2 / Söndürmək. İşığı keçirmək.
Ocağı keçirmək. Tonqalı keçirmək. - Telli
lampasını keçirib yatağına uzanmışdı.
S. Hüseyn. [Xasay] gah taxılı yolub atır, gah
taxılın içindəki qatır-quyruğu ilə alovu
döyüb keçirirdi. Ə.Vəliyev.
KEÇİRTMƏ “Keçirtmək”dən/w.
KEÇİRTMƏK bax keçirmək 1 . Bülbül,
keçirtmə bağda qəflətdə ömrünü. S.Ə.Şirvani.
Keçənlərdə Qafqaz kəndlərindən birində bir
neçə vaxt günlər keçirtdim. N.Nərimanov.
[İkinci qadın:] Gərək bacardıqca seçkidə
çox qadın keçirdək. Ə. Haqverdiyev.
KEÇİSAQQAL(LI) sif. Seyrək və uzun
saqqalı olan. Keçisaqqal, çəlimsiz bir tələbə
aramla deyirdi.. Çəmənzəminli. // İs. mə-
nasında. Uşaqların "keçisaqqal” deyə ələ
saldıqları bu adamların sayı tədricən artdı.
İ. Şıxlı.
KEÇMƏ 1 “Keçməkdən fis.
KEÇMƏ 2 “Keçmək 2 ”dən fis.
KEÇMƏK 1 f 1 . Hərəkət edərək, yeriyə-
rək, addımlayaraq irəliləmək, yer dəyişmək,
ötüb getmək. Yolla keçmək. Səki ilə keçər-
kən yoldaşımı gördüm. - Küçə ilə bir ham-
bal, bir tay dalınca keçir. C. Məmmədqulu-
zadə. [Kərim xan] Tehranın sakitləşməyə
başlayan küçələrindən keçərkən uzun müd-
dət fikri Xavərdən ayrılmadı. M. İbrahimov.
// Bir sahənin, yerin içindən, ortasından
ötüb getmək. Meşədən keçmək. Kənddən
keçmək. - Küçə qapısından girərkən uzun,
qaranlıq bir dalanı keçib öz otağıma
gedərdim. S.Hüseyn. Biz də arxalarından
qaçıb yetişdik, dərəni keçdik, kiçik bir
cığırla meşəyə doğru dikləndik. A.Şaiq.
// Ayaq və ya miniklə ötüb keçmək, yeriyə-
rək bir şeyi arxada buraxmaq. Talıirzadə
tozlu, üfunətli yerlərdən keçərək daş döşə-
məli yoxuş küçə ilə dikləndi. Mir Cəlal.
// Sərhəd, mərz və s.-ni addamaq, aşmaq,
addayıb keçmək. Mərzi keçmək. - Bilirsən
də, dünən qoşunlarımız Almaniyanın sər-
hədini keçdi!.. M.Hüseyn. Atəş halqasını
keçmişlər artıq ; Zülmətin əlində boğulmaz
işıq! M. Rahim. // Bir şeyin üstü və ya içi ilə
yeriyərək, gedərək onu arxada buraxmaq.
Tuneldən keçinək. - Keçmə namərd körpü-
sündən, qoy aparsın sıı səni. (Ata. sözü). Biz
Acı körpüsünü keçib şose yolu idarəsinə ça-
tana qədər iki yerdə vəsiqələrimizi gözdən
keçirdilər. M. S. Ordubadi.
2. Yaşadığı, olduğu yeri dəyişmək, öz
yerini dəyişmək. Nəbi .. Naxçıvan səmtində
olan Keçili yaylağına keçir. “Qaçaq Nəbi”.
[Çopo:] Yaşayış şəraiti fəııalaşdığı üçün
Cəınəsb ailəsini və əqrəbalarını götürərək
Aran ölkəsinə keçir. Çəmənzəminli. // Vəzi-
fəsini, sənətini, işini, yaxud iş yerini, oxu-
655
KEÇMƏK
duğu yeri dəyişmək. Başqa işə ( vəzifəyə )
keçmək. Tarix fakültəsinə keçmək. II Bir sin-
fi (kursu) bitirərək sonrakına daxil olmaq.
Universitetin üçüncü kursuna keçmək. 10-cu
sinfə keçmək. - ..Firəngistanda birisi ki is-
təyir alim ola, gərək gecələr yatmayıb zəh-
mət çəkə, elm oxuya, bir klasdan o biri klasa
keçə. C.Məmmədquluzadə. Eldar beşinci
sinfi bitirib altıya keçir. I.Əfəndiyev.
3. Olduğu yeri tərk edib başqa yerə çəkil-
mək, girmək, daxil olmaq, içəri girmək. Ka-
binetə keçmək. Zala keçmək. - Telli öz ota-
ğına keçib, müəllimin otağındakı söhbəti din-
ləməyə başladı. S. Hüseyn. Oarı mən sarıdan
arxayın olub, öz otağına keçdi. M.Hüseyn.
4. Birisini tərk edərək başqasına qoşulmaq,
onunla birləşmək. Düşmən tərəfinə keçmək.
Başqa cəbhəyə keçmək. Н Dinini, əqidəsini
dəyişib yeni din, əqidə qəbul etmək.
5. dan. Bir təşkilata, dərnəyə qəbul olun-
maq, daxil olmaq, girmək, üzv olmaq. Parti-
yaya keçmək.
6. Tərzi-hərəkətini dəyişmək, başqa cür
hərəkət etməyə başlamaq. Müdafiədən hü-
cuma keçmək. Qabaqcıl iş üsullarına keçmək.
H Bir şeyin yerinə başqasını tətbiq etməyə
başlamaq. Ciddi pəhrizə keçmək. Müsahibim
birdən rus dilinə keçdi.
7. Bir məsələni, işi bitirib, yaxud yarım-
çıq qoyub başqasına başlamaq. Daha yüngül
işə keçmək. Məruzə bitdikdən sonra müza-
kirələrə keçdilər.
8. Yer tutmaq, bir yerdə qərar tutmaq,
dayanmaq. Məruzəçi tribunanın dalma keç-
di. Usta dəzgahın arxasına keçdi.
9. Müəyyən həddi ötmək, ötüb keçmək.
Saat on biri keçmişdi. S. Hüseyn. Dilara sa-
atına baxdı, vaxt keçdikcə ürəyinin döyün-
tüsü artırdı.. M. İbrahimov. Vaxt keçir,
artıq; Çökəcək dağlara yenə qaranlıq.
Z.Xəlil. // Ötüb-keçmək, başa çatmaq (vaxt
haqqında). Günlər keçir, həftələr dolanır, ay-
lar başa çatır. “M.N.lətif ’ [Hacı:] Keçir əy-
yam, günü-gündən çoxalır dövlətü-malım.
C.Cabbarlı. □ Gəlib keçmək - ötmək. Şaxta
vurmayacaq göy zəmiləri; Qış gəlib keçəcək
bir bahar kimi. S.Vurğun.
10. Cərəyan etmək, müəyyən müddət bir
yerdə qalmaq, olmaq. ..Dabbağ qəribə bir
KEÇMƏK
adam idi. Onun qırx illik ömrünün yarısı
məhbəslərdə və sürgünlərdə keçmişdi.
M.İbrahimov.
1 1 . Davam etmək, olmaq. Bir neçə il idi
ki, quraqlıq keçdiyindən ayrımların əkin və
biçini əmələ gəlmirdi. A.Şaiq.
12. Məşğul olmaq, öyrənmək. Onlar şəhid
olub millətimizə; Cəsarət dərsini təlim keç-
dilər. B. Vahabzadə.
13. Davam edərək müəyyən nəticə ilə bit-
mək, sona çatmaq. Mitinq çox gurultulu keç-
di. İmtahanlar müvəffəqiyyətlə keçdi. Məş-
ğələ çox maraqlı keçdi. - Aşağı siniflərdə
birinci dərslərim pis keçmədi. A.Şaiq. [Sevinc
Elçinə:] Məncə, iclas çox yaxşı keçdi.
Z.Xəlil.
14. Bir şeyin (oxumağın, təlimin, müali-
cənin və s.) müddətini başa vurmaq, yerinə
yetirmək. Hərbi xidmət keçmək. Kurs keç-
mək. Təcrübə keçmək. Müalicə kursu keçmək.
15. Oxumaq, öyrənmək. Dərs keçmək.
16. İrəlidə olmaq, ötmək. □ Bir-birini
keçmək - bir-birini ötmək üçün yarışmaq.
Qara Kərəmoğlıı ilə [Rüstəm] yalnız .. kimi
bir-birini keçmə həvəsi ilə yarışa girirdilər.
M.İbrahimov. // məc. Ötmək, ötüb keçmək,
geriyə buraxmaq. Şagird ustasını keçdi. O
bizi çoxdan keçib.
17. Uçub getmək, uçaraq ötmək. Bir dəstə
quş danıın üstündən keçdi. - Hərdənbir kən-
din üzərindən durna dəstələri .. keçirdi.
Ə.Məmmədxanlı.
18. Yox olmaq, çəkilmək. Üzündəki təbəs-
süm işartısı birdən keçdi. Başının ağrısı
keçdi. Uşağın qızdırması keçdi. - Tərəddü-
düm çox tez keçdi. M.S.Ordubadi. // Kəs-
mək, kəsilmək, dayanmaq, nəhayətlənmək.
Axşamdan yağan yağıntı keçdi. Fırtına keçdi.
19. Birisinin sərəncamına, ixtiyarına veril-
mək, birisinə çatmaq, onun mah olmaq. Mülk
varislərin ixtiyarına keçdi. - Əksərən də
vaxtında borclarını verə bilməzdilər öz yer-
ləri Əmiyə keçərdi. N.Nərimanov.
20. məc. Birindən o birinə sirayət etmək
(adət, ənənə, xasiyyət və s. haqqında). Bu
xasiyyət ona kimdən keçmişdir? - Anasının
dediyinə görə, musiqi və şeir həvəsi [Şirzada]
atası Qasım Kəngərlidən keçmişdir. M.İbra-
himov. // Eyni mənada xəstəlik haqqında.
656
KEÇMƏK
KEÇMİŞ
Qızılca uşağa keçdi. //Yayılmaq, başqalarını
əhatə etmək. Yanğın qonşu evlərə keçdi.
21. məc. Təsir etmək, nüfıız etmək, işlə-
mək. Şaxta (soyuq) adamın iliyinə keçir.
22. Yoxlamaya, müayinəyə və s. uğramaq.
Karantindən keçmək. Müayinədən keçmək.
Attestasiyadan keçmək.
23. məc. Bağışlamaq, sərfı-nəzər etmək,
əfv etmək. Mənə etdiyin pislikdən keçirəm.
Günahından keçmək.
24. məc. Müzakirə, səsvermə nəticəsində
qəbul olunmaq, təsdiq edilmək, seçilmək.
Bir səslə keçmək. Səsvermədən keçməmək.
Namizəd keçmədi. - [Zeynəb deyir:] Xeyr,
yoxsullar iclasında keçibdir, gərək otaqları
boşaldasan. Qantəmir.
25. Dəyişmək (paltar, geyim və s. haq-
qında). Qış paltosuna keçmək. Papağa keç-
mək. Yay paltarına keçmək. Qış formasına
keçmək (hərbi ifadə).
26. məc. Güzəşt etmək, bağışlamaq, əvə-
zini istəməmək, vaz keçmək, sərfı-nəzər
etmək. Haqqından ( iddiasından ) keçmək.
- [Ağa Mərdan:] Amma Hacı Qafurun ar-
vadı otuz min tüməndən keçir. M.F.Axund-
zadə. indidən bunu nəzərə almalıdır ki, bu
saat zəngəzurluların nəfi üçün beş manat-
dan, üç manatdan keçmək bizdən ötrü artıq
ziyan edə bilməz. Ü. Hacıbəyov. // Fəda et-
mək, əl çəkmək. Mənafeyindən keçmək.
27. Yaramaq, qüvvədə olmaq, təsirdə ol-
maq. Köhnə pullar indi keçməz. Onun hök-
mü daha keçmir.
28. İnkar formasında: keçməmək, keçə
bilməmək - birinə hörməti olduğuna görə
onun xilafına iş görməmək. [Səfər bəy:]
Görünür ki, Qonça xanıma [Molla Abış] özü
də vurulubdur. Ancaq məndən keçə bilmə-
yir. B.Talıblı.
29. Keçib, keçibdir, keçmişdir şəklində
- olub-bitmiş bir iş, hadisə və s. haqqında
(adətən güzəşt mənasında işlənir). [Hüseyn-
qulu bəy:] Gəldim də..., heç, daha keçibdir.
Ü.Hacıbəyov. Qardaşım, ondan keçibdir.
M. S. Ordubadi.
30. Keçib-getmək şəklində - 1) ötüb-
getmək. Keçib-gedən yolçunu öz yolundan
eylərsən. Ə.Cavad. Geri qayıtmağa tənbəl-
ləııib, usta [Ağabala] bir təhər .. keçib-getdi.
Çəmənzəminli. Xədicəgilin faytonları bu-
radan keçib-gedəcəkdi. S. Hüseyn; 2) yox
olmaq, silinib getmək, yaddan çıxmaq, unu-
dulmaq. [Toğrul:] Bunların hamısını bir tə-
rəfə qoy, mənə tənə vurma, bu yəhərin üs-
tündə çox pəhləvanlar oturubdur. ..Bunların
hamısı keçib-gedər, sən də keçib-gedəcəksən.
M.S.Ordubadi.
31. Bir sıra isimlərdən sonra gələrək
mürəkkəb fel və ifadələr düzəldilir; məs.:
başından keçmək, canından keçmək, pisliyi
keçmək, ələ keçmək.
KEÇMƏK 2 / Sönmək. Lampa keçdi. Qaz
keçdi. - Od yandı, odu keçdi; Qəlyanın odu
keçdi; Aç gözün, qafil ovçu; Maralın, odu,
keçdi. (Bayatı). Elə bil həyatın nəbzi son zər-
bəsini vurdu, çıraq keçdi. Ə.Məmmədxanlı.
KEÇMİŞ 1 l.f.sif. Ötən, keçən, ötmüş. Keç-
miş gün. Keçmiş dövr. - Keçmiş vaxtlarda
dəftərxanalarda qulluqçuların gündə biri
idarə bağlanandan sonra qalıb, təcili mək-
tubları, teleqramları qəbul edərdi. Ə.Haqver-
diyev. [Mirzağa] hər zaman şikayət edər,
keçmiş günləri xatırlar, onların geri qayıt-
masını arzu edərdi. S. Hüseyn. [Araz] keç-
miş zamanlardan edilən söhbətlərə qulaq
asmaqdan doymaq bilmirdi. A. Şaiq. // Əv-
vəlki, bundan qabaq olmuş. Keçmiş həyat.
Keçmiş səhvləri yada salmaq. - Gurultu
içində keçmiş həyatım; Mədəndə açılmış
qolum, qanadım. M.Miişfıq. // Bundan əv-
vəlki, vaxtilə vəzifə tutmuş, sabiq; əvvəlki
vəziyyətini, rolunu, əhəmiyyətini itirmiş.
Keçmiş müdir. Keçmiş əməkdaşlarımız.
2. İs. mənasında. Olub getmiş zaman, ötüb
keçmiş zaman, ötüb getmiş vaxt, keçmişdəki
həyat, hadisələr. Keçmişi unutmaq. Keçmişə
bir nəzər. Uzaq keçmiş. -Nurəddin fikrə getdi.
Bütün keçmiş gözünün qabağından bir-bir
gəlib keçdi. S.S. Axundov. Keçmişin taleyi
sönmüş bu gecə; İşçilər aslana dönmüş bu
gecə. M.Müşfıq. Keçmiş - dünən olsa belə;
O - uzaqdır, gəlməz ələ. B.Vahabzadə.
3. Zərf mənasında. Müəyyən vaxt keçdik-
dən sonra olmuş, baş vermiş. Günortadan
3 saat keçmiş gəlib çıxdı. Hadisədən iki gün
keçmiş xəbər çatdı. - Bir il keçmiş klubda
preferans oynayarkən təsadüfən Həsən bəyə
rast gəldim. B.Talıblı.
657
KEÇMİŞ
4. Keçmişlər şəklində is. mənasında -
keçmiş zaman, dövr (qeyri-müəyyənlik bil-
dirir). Qeyrilərini bilmirəm, mən indi keç-
mişlərə nisbətən hər dəfə teatrdan evimizə
şad və xürrəm gedirəm. C.Məmmədquluzadə.
Keçmişlərdə birisi gəlib bir on beş giin qa-
lıb. molla olub gedirdi. Ə.Haqverdiyev. Gələ-
cəyi düşündii. keçmişləri çox aııdı; O gəlib
iki yolun ayrıcında dayandı. B.Vahabzadə.
0 Keçmiş zaman qram. - iş və ya hərə-
kətin keçmişdə icra olunduğunu bildirən fel
forması. Şühudi keçmiş zaman. Nəqli keçmiş
zaman. Keçmiş ola! - “artıq əhəmiyyəti
yoxdur”, “vaxtı keçmişdir” mənalarında ara
söz kimi işlədilir. [Şeyx Sədra:] Hər kimin
qəlbi korsa, keçmiş ola! Şeyx Sənanı anla-
maz əsla. H.Cavid.
KEÇMİŞ 2 f.sif. Sönmüş, söndürülmüş.
Keçmiş ocaq. Keçmiş lampa. - Keçmiş kösö-
vü zor ilə yerə vuranda qığılcım saçılan kimi,
dərvişin gözləri məşəlləndi. A.Divanbəyoğlu.
KEF is. [ər.] 1. Ruhi və ya səhhətcə və-
ziyyət; hal, əhval. Kefin necədir? Kefini so-
ruşmaq. Bu gün kefim yaxşı deyil. - Böyük-
xaııım Qulamxanın kefini pərt görüb danış-
dırmağa cürət etmirdi. M. S. Ordubadi. [Kər-
bəlayı Qubad:] Ağanın kefi, əhvalı necədir?
Ü. Hacıbəyov.
2. Xoş əyləncə, xoş vaxt keçirmə; nəşə.
Kef məclisi. Hər kəs öz kefində. - İş zamanı
hamı işdə, məşq zamanı lıamı məşqdə, kef
zamanı lıamı kefdə olardı. “Koroğlu”. ..Bir
elə vaxt olmayıb ki, Vəliqulu .. kefə məşğul
olsun. C.Məmmədquluzadə. [Məsud:] Haqdı
əfəndilər: Kef vaxtında kef, iş vaxtında iş!
Anlaşıldımı? H.Cavid.
3. Arzu, həvəs, istək, meyil, könül məna-
sında. Kefinə görə danışır. Kefi istəyən kimi
hərəkət edir. - [Sadıq:] Ay arvad, səni çöldən
tapmamışam, hara kefindir aparını. Mir Cəlal.
[Usta Qəzənfər:] Kefin nə vaxt istəsə, buyur
gəl. Z.Xəlil.
4. Kefidir (kefimdir) şəklində dan. zar.
- bəxti (bəxtim) gətirib, işi (işim) düzəlib.
Dövlətli qoca kişilərin kefidir, ha!
C.Məmmədquluzadə.
0 Kef etmək (eləmək) - bax kef(ini)
çəkmək. Ala gözlüm, səndən ayrı düşəli; Hic-
ranın qəmiylə kef eyləmişəm. Aşıq Ələsgər.
KEF
[Bəhram:] Bu gün yerindədir nəşəm; Yaman
olmaz bir kef etsəm. A.Şaiq. Kef havasına
- özü istədiyi kimi, öz kefi ilə. Qərəz bütün
dövlət, camaat diriliyinin yaraları olan
çinovniklər pəncəsindən qurtarıb, millət özü
hökm sürən olur və buna görə nahaq yerə
döymək, rüşvət almaq, kef havası ilə iş gör-
mək filan-heç biri mümkün olmur. Ü.Hacıbə-
yov. Kef vermək - ləzzət vermək, nəşə-
ləndirmək, şənləndirmək, əyləndirmək.
[Sevdim:] Aşıq, bu gecə bizə gərək elə kef
verəsən ki, bir il dadı damağımızdan getməyə.
Ə. Vəliyev. [Xan:] [Burlaxatunu] gətirin gəlin,
bizə şərab paylasın, kef versin! M. Rzaqulu-
zadə. Kef yeri köhn. - kef çəkmək, nəşə-
lənmək üçün xüsusi yer, bina və s.; ümum-
xana. Minlərcə xəlvətxanalar, meyxanalar
və kef yerləri mövcuddur. M.S. Ordubadi.
Kef(in)dən qoymaq (eləmək) - nəşədən,
büsatdan, səfadan məhrum etmək, nəşəsini
pozmaq. Kef(ini) çəkmək - şənlənmək,
zövq almaq, vaxtını xoş, nəşə ilə keçirmək.
Aparıb ver şərabə, nuş eylə; Məst olub, kef
çəkib, xüruş eylə. S.Ə.Şirvani. [Barat Şərifə:]
Mən? Mən [Almazın] yanında kef çəkmi-
şəm? C.Cabbarlı. Kef(ini) sürmək - kef
çəkmək, kefdə olmaq, kefə baxmaq. Ovuc-
ovuc pulları alıb doldurur cibinə, kefini sü-
rür. S. Rəhman. [Əliş:] Mən axmaq deyiləm,
gələm yer əkəm; Bəylər kef sürələr, mən
zəhmət çəkəm. Z.Xəlil. Kefdə olmaq - bax
kef(ini) çəkmək. Zərnigar baxıb gördüm
ki, bağbanın oğlu Murquz bunun bağında
bir qıznaıı kefdədi. (Nağıl). Kefdən düş-
mək -bax kefi pozulmaq. Kefə baxmaq
- vaxtını kefdə keçirmək, əylənmək. Əy-
ləndim, baxdım kefə; Gürcülərin toyunda.
Ə. Cavad. Olmazını bir maşında gedib düşək
bir evə; Gəzək restoranları, baxaq bir yerdə
kefə! S. Rüstəm. Kefə batmaq - kef içində
olmaq, kef çəkmək. Kefi açılmaq - şadlan-
maq, könlü açılmaq, fikri dağılmaq, əhvalı
yaxşılaşmaq. Hovuza girən qaşqabaqlı çıx-
mazdı, qəmgin adam da oraya girsəydi, kefi
açılardı. Çəmənzəminli. [Gülpəri Nurəd-
dinə:] Dərslərin qurtarandan sonra da yol-
daşlarını götürüb gəzməyə get ki, kefin açıl-
sın. S.S. Axundov. Kefi ala dağda olmaq -
bax kefi kök olmaq. Firidım dörd ildir nər
658
KEF
KEF
kimi vuruşur, bu saat onun kefi ala dağdadır.
M. Hüseyn. Kefi duru olmaq - bax kefi
durulmaq. Kefi durulmaq - 1) bax kefi
açdmaq. Kefin durulanda, könlün olanda;
Bizə gələn ayaqların var olsun. Xəstə Qasım.
..Dalğaların ağ köpükləri çoxalanda elə bil
onun kefi durulub könlü açılır. M.Hüseyn;
2) keflənmək, nəşələnmək (içkidən). Məc-
lis quruldu, keflər duruldu; Saqi dolandı, ruh
təzələndi. "Koroğlu”. [Əliş Əzizə:] İştahan
çəkirsə, mən ölüm, bir vur; Vuranda adamın
kefi durulur. Z.Xəlil. Kefi gəlmək - birdən-
birə həvəsə gəlmək, əhvalı yaxşılaşmaq.
Keçən gün bazarda bir karvansaranın qa-
bağında bir rəfiqimlə söhbət etdikdə birdən
kefim gətdi, başladım bu misranı oxumağa.
N. Vəzirov. Kefi istəmək - arzulamaq, arzu-
sunda olmaq. „Xudayar bəyin əlində yekə
dəyənək var, nə vaxt kefi istəyir qaldırır, nə
vaxt kefi istəyir endirir. C. Məmmədquluzadə.
Kefi istəyəndə - istədiyi vaxt, ürəyi istə-
yəndə. Kefi kök (kefi kök, damağı çağ)
olmaq - şad, nəşəli, sevinc içərisində olmaq,
əhvali-ruhiyyəsi yaxşı olmaq, dərdi-qəmi
olmamaq. [Məşədi ibad:] Sənin dövlətindən
kefim çox kökdür. Ü.Hacıbəyov. Bu gün
Əsgər ağanın kefi kök idi, heç bir təzə [vergi]
icad eləmək fikrində deyildi. S. Rəhman. Kefi
kök olanda aşıq, şübhəsiz; Ya nişandan gəlir,
ya toydan gəlir. H.Arif. Kefi kökəlmək -
bax kefi açılmaq. Əlimərdan evinə gəldi,
yedi, içdi, kefi kökəldi. (Nağıl). [Musanın
nəvəsi ilə atasının dostunun] kefləri kökəldi.
Qantəmir. Kefi qalxmaq -bax kefi kökəl-
mək. Kefi qalxdı, fikri duruldu, öz-özünə
səbəbsiz yerə gülməyə başladı. S. Rəhman.
Kefi qarışmaq (qarışıq olmaq) -bax kefi
pozulmaq. Günlərin bir günü Ülkər Kövkəb
xanımla kefdə idi. Birdən-birə onun kefi qa-
rışdı. (Nağıl). Bəbir bəyin də kefi qarışıq idi.
Mir Cəlal. Kefi olmamaq - 1 ) əhvalı yerin-
də olmamaq. Adamın kefi olmayanda da şə-
kil çəkdirməyə gələr? S.Vəliyev; 2) özünü
xəstə kimi hiss etmək, balaca xəstə olmaq.
Uşağın kefi yoxdur. Kefi özündə olmamaq
- 1) özünü yaxşı hiss etməmək; 2) əhvalı
pozğun olmaq. ..Kefi özündə olmadığını, nə
isə, çox gərgin düşündüyünü Şəmsiyyə
[Hikmət İsfahaninin] simasından bildi.
M. İbrahimov. Kefi pozulmaq - ovqatı təlx
olmaq, pərt olmaq, nəşəsi qaçmaq. Həkimül-
mülk pis bir vəziyyətə düşdü. “Yox’’ desə,
Hikmət İsfahaninin kefi pozulacaq və bəlkə,
tərsliyə salıb, Mazəndəran malikanəsini
verməyə razı olmayacaqdı. M. İbrahimov.
Kefi saz (kefi saz, damağı çağ) olmaq -
bax kefi kök (kefi kök, damağı çağ) olmaq.
Ellərin kefi sazdır; Bu yaz bir başqa yazdır.
M. Müşfiq. Əhmədin kefi saz, damağı çağ-
dır. Mir Cəlal. Kefi sazalmaq -bax kefi
kökəlmək. Görürsən nənəni ilə bir saat otu-
randa necə kefi sazaldı? Mir Cəlal. Kefi
yerində olmaq - normal vəziyyətdə olmaq.
Kefi yuxarı olmaq -bax kefi kök olmaq.
[Qaçay:] Bu gur işıq o deməkdir ki, Mah-
mud evdədir və kefi çox yuxarıdır. Z.Xəlil.
Kefimin o vaxtı deyil - vəziyyətim, halım,
əhvalım yaxşı deyil. [Odabaşı Xudayar
bəyə:] A kişi, sən Allah, zarafat eləmə. Mənim
kefimin o vaxtı deyil. C.Məmmədquluzadə.
Kefindən qalmamaq - daim kef, nəşə içə-
risində yaşamaq. Kərim baba heç bir şeyə
əhəmiyyət verməyib, nəşəsindən, kefindən
qalmazdı. A.Şaiq. O ki özii, dünyanın; Bil-
kefindən qalmayıb. N.Rəfıbəyli. Kefinə
bax - necə istəyirsən, özün bil. Öz kefinə
bax, kişi, dad ver, dad al! Qoy babalın boy-
numa, get, ar\>ad al! M.Ə. Sabir. Kefinə bu-
raxmaq - özbaşına buraxmaq, istədiyi kimi
hərəkət etməyə imkan vermək. [Qızıl
Arslan:] Lakin bu dəfə sizi əvvəlki kefinizə
buraxmayacağam. M. S. Ordubadi. Kefinə
dəymək - ürəyini sındırmaq, ürəyinə dəy-
mək. Qəssab Alı fikirləşdi ki, [Koroğlu] belə
danışır, bunun kefinə dəyib, Eyvazı əlindən
almaq heç kişilikdən deyil. “Koroğlu”. Kefi-
nə dəymə, söyə ya sənə, ya qardaşına.
M.Ə. Sabir. [Tükəzban xala:] Cavandır, kefi-
nə dəymə... fəhər yerinin adəti budur. Qan-
təmir. Kefinə soğan doğramaq - qanını
qaraltmaq, nəşəsini qaçırmaq, dilxor etmək.
[Miri:] ..Canım, kefimizə soğan doğrama!
M.Hüseyn. Yavərin oynaq gözlərində bir
ocağın nuru var, üzündə bir dünyanın
sevinci var - bu anında onun kefinə soğan
doğramaq insafdan, kişilikdən deyil. İ.Məlik-
zadə. Kefinə toxunmaq -bax kefinə dəy-
mək. Bu söz .. Molla Məmmədəlinin kefinə
659
KEFAL
toxundu. S. Rəhman. Kefinə yatmaq (gəl-
mək) - xoşuna gəlmək, ürəyindən xəbər
vermək. Kefini açmaq - fikrini, qəmini,
kədərini, dərdini dağıtmaq; nəşələndirmək.
Aşığı görəndə Mahmud bəy çox sevindi ki,
bunu bir az oxutdurub kefini açsın. “Qurbani”.
Əlisa, hirslənmiş ağsaqqal həkimin kefini
açmağa çalışdı. S. Rəhimov. Kefini durult-
maq -bax kefini açmaq. Kefini kök elə-
mək (saxlamaq) - 1 ) nəşələndirmək, ruh-
landırmaq, şadlandırmaq. [Çoban:] Oğlan,
əhvalatdan mən də indi xəbərdar oldum..
Pəri cadunun vanında öz kefini kök saxla.
Ə. Haqverdiyev; 2) kefini kök elə! (et!)
şəklində - təskinlik məqamında və ya kina-
yə ilə "darıxma, fikir etmə” mənasında.
Kefini qarışdırmaq -bax kefini pozmaq.
Əgər xəbər alsan Molla Səfini; Doğru-
dürüst qarışdırıb kefini. Q.Zakir. Kefini poz-
maq - əhvalını pozmaq, kədərləndirmək,
qanını qaraltmaq, nəşəsini dağıtmaq. Kefini
heç pozma, Vətən qardaşı; Əzilər dediyin
ilanın başı. S.Vurğun. Havanın pozulması
Zərrintac xanımın da kefini pozdu. S. Rəhi-
mov. Nə kefdəsən? - birisinin əhvalının,
səhhətinin, güzəranının necə keçdiyini
soruşarkən işlədilən ifadə. Cümşüd bəy dedi:
- Salaməleyküm, qonşu, nə kefdəsən?
E. Sultanov. Öz kefində olmaq (gəzmək) -
başı kefə qarışmaq, kefdə olmaq. Quşlar öz
keflərində idilər. A.Divanbəyoğlu. Hərə öz
kefində idi. S. Rəhman. Xanımlar öz keflə-
rində idilər, gülmək, danışmaq öz qaydası
ilə davam edirdi. Ə.Vəliyev. Öz kefinə -
1) istədiyi kimi, özü bildiyi kimi; 2) nəşə
ilə, nəşələnə-nəşələnə, şənlənə-şənlənə.
Cavan, eşşəyin noxtasını boşlayıb, onu öz-
başına buraxdı, eşşək harın yorğa yerişlə öz
kefinə gedirdi.. E. Sultanov. Öz başlarına bu-
raxılmış atlar öz kefləri ilə addımlayırdılar.
S. Rəhimov.
KEFAL \yun. ] zooi. Yanlardan basıq, uzun
bədəni olan dəniz balığı.
KEFALKİMİLƏR cəm. zool. Kcfal və bəzi
başqa balıqların daxil olduğu fəsilə.
KEFCİL bax kefçi. Bu adamın hərəkə-
tindən və simasından gəncliyində çox igid
və kefcil bir dəliqanlı olduğu anlaşılırdı.
A. Şaiq. Əziz əyri-əyri Zeynala baxdı. Bu
KEFLƏNMƏK
baxışlarından hiss edilirdi ki, onun bu qır-
mızısifət, kefcil oğlandan o qədər də xoşu
gəlmir. Ə.Əbülhəsən.
KEFCİLLİK is. Kef çəkməyi sevmə, vax-
tını kefdə keçirmə, içkiyə aludəlik. [Mirzə
Cəmil:] [Paşa bəyi] öldürsə, elə bu kefcillik
öldürəcək. Ə.Vəliyev.
KEFÇİ is. və sif. 1. Vaxtını kefdə keçirən,
kef çəkməyi sevən adam; kefcil. ..Teymur ağa
həm məşhur kefçi, həm də nüfuzlu və vurub-
yıxan cavanlardan idi. M. S. Ordubadi.
2. məc. Öz danışığı, hərəkəti ilə başqala-
rının kefini açan, başqalarını əyləndirən adam
haqqında.
KEF-DAMAQ bax kef 2-ci mənada.
0 Kef(də)-damaqda olmaq - bax kefdə
olmaq (“kef ’də). O vaxt xanların dəmi hələ
saz idi, xanlar gələcəklərini bitməyib, öz
keflərində-damaqlarında idilər. E. Sultanov.
Kefə-damağa baxmaq - bax kefə baxmaq
(“kef ’də). Əziziyəm bu dağa; Bu bağçaya,
bu dağa; Aş barıdan, dolan gəl; Baxaq kefə-
damağa. (Bayatı). Kefi-damağı kökəlmək
-bax kefi kökəlmək (“kef ’də). ..Biləııdər
dilləndiyi zaman, Səməndər kefi-damağı
kökəlmiş halda ucadan güldü. M. Hüseyn.
KEF-ƏHVAL bax kef 1-ci mənada.
[Kərbəlayı Qubad:] Ağanın kefi-əhvalı ne-
cədir? Ü.Hacıbəyov. Tahir .. həm Nərgizin
özünün, həm də ata-anasının kefini-əhvalını
soruşdu. M.Hüseyn.
KEFXANA is. [ər. kef və fars, xanə] Kef
çəkilən yer, kef yeri.
KEFİR is. Qatığa oxşar, süddən qatı qidalı
içki.
KEFLƏNDİRİLMƏ “Kefləndirilmək”-
dən fis.
KEFLƏNDİRİLMƏK məch. içki və s. içir-
dilib kefli edilmək; sərxoşlandırılmaq.
KEFLƏNDİRMƏ “Kefləndirmək” dan fis.
KEFLƏNDİRMƏK icb. İçki və s. içdirib
kefli etmək; sərxoşlandırmaq.
KEFLƏNMƏ “Keflənmək” dən /w.
KEFLƏNMƏK / içib məst olmaq, kefli
hala düşmək; sərxoşlanmaq. [Mozalanbəy:]
Gördüm qarabağlıdır, bərk keflənib. Ə.Haq-
verdiyev. [Qonaqlar] tamamilə keflənməmiş-
dilərsə də, yarımsərxoş bir halda bulunur-
dular. S. Hüseyn. Çoxları mey içdi meyxanə-
660
KEFLİ
lərdə; Kefləndi, amma ki, Xəyyam olmadı.
M. Rahim.
KEFLİ sif. 1. içki içərək keflənmiş; sər-
xoş. Kefli adam. - Rəşid bəy bərk kefli idi,
ona görə də nə dil aça bildi, nə bir söz dedi,
ancaq zarıldayıb zıqqıldayırdı. E. Sultanov.
2. Bax kefçi 2-ci mənada.
KEFLİ-DAMAQLI b a x kefçi 2-ci məna-
da. Biri kefli-damaqlı ; Birinin ömrü boyu;
Nəsibi hicran oldu. H.Arif.
KEFLİ-KEFLİ zərf Kefli halda, sərxoş
halda.
KEFLİLİK is. Kefli adamın halı; sərxoş-
luq, məstlik.
KEFSİZ sif. 1. Yüngül xəstə, naxoş, azarlı.
O dəm deyir biri dustaqların: - Bəradərlər!
Nə var, neçiin belə kefsiz, fıkirlisiz yeksər?
A.Səhhət. □ Kefsiz olmaq - b a x kefsizlə-
mək 1-ci mənada. Gülpəri bir qədər kefsiz
olduğu üçün axşamdan yatmışdı. S.Hüseyn.
2. məc. Kədərli, qəmgin, halı pərişan,
məyus, pərt. Niyə belə kefsizsən? - Nəbigil
ismayılın tutulmasından çox kefsiz (z.) ol-
dular. “Qaçaq Nəbi”. [Gülnaz:] Sərx’ər, bu
gün səni çox kefsiz (z.) görürəm, nə olub
məgər? Ü.Hacıbəyov.
KEFSİZCƏSİNƏ zərf Kefsiz halda, kef-
siz bir tərzdə, qəmgincəsinə, pərişancasına.
Bir gün işdən qayıdan zaman Cəmilə xanım
kefsizcəsinə Əhmədi qarşıladı. S. Rəhimov.
KEFSİZLƏMƏ “Kefsizləmək”dən fis.
KEFSİZLƏMƏK/ 1. Yüngül xəstələnmək,
naxoşlamaq, azarlamaq. Uşaq kefsizləyib.
2. məc. Kədərli və pərişan olmaq, qəm-
ginləşmək, məyuslaşmaq. [Zərrintac xanım:]
..Həftəbaşı .. ərinin kefsizləməyini istəmir.
S. Rəhimov.
KEFSİZLƏNDİRMƏ “Kefsizləndirmək”-
dən fis.
KEFSİZLƏNDİRMƏK icb. 1 . Yüngül xəs-
tələnməsinə, naxoşlamasına, azarlamasına
səbəb olmaq. Uşağı soyuğa verib kefsizlən-
dirmək.
2. məc. Kədərləndirmək, pərişan etmək,
qəmginlə şdirmək, məyus etmək. Xəbər onu
kefsizləndirdi.
KEFSİZLİK is. 1 . Azca xəstəlik, naxoşluq.
2. məc. Əhval pozğunluğu; pərişanlıq,
qəmginlik, məyusluq, pəıtlik. Arvad Zeynalı
KEŞİK
bu axşam kefsiz gördü, lakin bu kefsizliyə
ayrıca məna vermədi. Çəmənzəminli. [Gül-
sənəm] kefsizliyinin səbəbini xəbər alanlara
çox könülsüz cavab verirdi. M.Hüseyn.
KEKS [ing. cake, cəmi cakes] Yumurta,
şəkər vurulmuş, kişmişli xəmirdən bişiri-
lən, şirin çörək növü. Qozlu keks.
KEQL 1 [alnı.] Müəyyən qaydada düzül-
müş çəlikləri ağac şarla vurub yıxmaqdan
ibarət oyun. Keql oynamaq. // Həmin oyun-
da işlədilən çəliklər.
KEQL 2 [alnı.] Mətbəə hürufatı ölçüsü.
KELTLƏR cəm. Qədim zamanlarda Qərbi
Avropada yaşamış tayfalardan biri. □ Kelt
dilləri - Hind-Avropa dilləri ailəsi qrupla-
rından biri.
KENQURÜ [ing. əsli Avstraliya dilindən]
zool. Qabaq ayaqları qısa, dal ayaqları uzun,
hoppana-hoppana gəzən, hərəkət edən ki-
səli heyvan (Avstraliya və Yeni Qvineyada
yayılmışdır).
KEPKA [rus. əsli fr.] Günlüyü olan
yumşaq kişi baş geyimi. Drap kepka. Qara
kepka. Kepkasını çıxarmaq. - Nimdaş kep-
kasını çıxardıb yaş əlini başının dazına çə-
kəndə Bağırın canına bir sərinlik yayıldı.
İ.Məlikzadə. Dama-dama kepkamdan;
zolaq-zolaq köynəyimdən; bir də ləng yeri-
şimdən; tanıyarsan məni. R.Rza.
KEPKALI sif. Başında kepka olan, başına
kepka qoymuş. Kepkalı oğlan.
KERAMİKA [yun. ] Dulusçuluq məmulatı;
saxsı istehsalı; dulusçuluq. Keramika istehsalı.
KERATİN [yun. keras - buynuz] Buynuz,
yun, lələk, saç və s.-də olan zülali maddə.
KERATİT [yun. keras - buynuz] tib. Gö-
zün buynuz qişasının iltihabı.
KEROQÄZ [rus.] Ağ neftlə yanan qızdı-
rıcı cihaz - səssiz primusun bir növü.
KEŞAKEŞ [fars.] bax keşməkeş. Tab
etməyib keşakeşi-sevdayə; Fərhad dağa
qaçdı. Məcnun səlırayə. Q.Zakir.
KEŞİK is. Qarovul, güdük; qoruma.
□ Keşik çəkmək - 1) qarovul çəkmək, bir
obyekti qorumaq. Dəlilər .. dağın dörd tərə-
fində keşik çəkərdi. “Koroğlu”. [Əbdül:]
Məni malların keşiyini çəkmək üçün qoyub-
lar. C. Cabbarlı. [Gənclər] şəhərin, insanla-
rın keşiyini çəkirlər. H.Seyidbəyli. // Məc.
661
KEŞİKÇİ
mənada. Lay-lay beşiyim, lay-lay; Evim-
eşiyim, lay-lay ; Sən get şirin yuxuya; Çəkim
keşiyin, lay-lay. (Layla). [Muxtar dayı Nər-
gizin anasına:] iki əsgər kimi [Nərgizin]
sağında-solunda dayanıb keşiyini çəkəcəyik.
Ə.Məmmədxanlı; 2) məc. dayanıb gözləmək,
izləmək, güdmək. Səhərdən burada keşik
çəkirəm. - Ağcaqız bir tərəfdə bunların ke-
şiyini çəkməkdə olsun. “Aşıq Qərib’’. Ke-
şikdə durmaq (dayanmaq, olmaq) - bax
keşik çəkmək. Qalmışam eşikdə mən; Bil-
qızıl beşikdə mən; Yar bağçaya gələndə;
Duraram keşikdə mən. (Bayatı). Keşiyində
durmaq (dayanmaq) - qoruyub müdafiə
etmək. Vətənin keşiyində durmaq. - Yuxu-
sunu alan Həcər də gün çırtlar-çırtlamaz
yerindən qalxıb ərinin keşiyində dayandı.
S. Rəhimov. ..Burada sərhədin keşiyində
duranlar .. yalnız rəsmi sərhədçilər deyil.
M.Rzaquluzadə.
KEŞİKÇİ is. Adətən silahlı surətdə keşik
çəkən, mühafizə edən, qoruyan adam; qa-
rovulçu. Keşikçilər Eyvazgili aparıb saldılar
dama. “Koroğlu”. Bir-iki nökər yüyürüb,
şəhər qapısı keşikçilərinə xəbərə getdi.
Çəmənzəminli. Kənd içində .. batalyon
keşikçisindən başqa kimsə görünmürdü.
Ə.Əbülhəsən. // Məc. mənada. ..Gecələr bu
dilrübanın keşikçisi, gündüzlər qulu oldum.
A.Divanbəyoğlu.
KEŞİKÇİBAŞI is. köhn. Keşikçilərin baş-
çısı, böyüyü. Keşikçibaşıya xəbər verdilər.
M. S. Ordubadi.
KEŞİKÇİLİK is. Keşikçinin işi, vəzifəsi;
qarovulçuluq.
KEŞİKXANA is. Keşikçilərin olduğu, yer-
ləşdiyi bina; qarovulxana. Onların dalınca
sarayın keşikxana qulamları çıxdı. P.Makulu.
KEŞİŞ is. Xristianlarda: yepiskop ilə dya-
kon arasında ruhani rütbəsi və bu rütbəni
daşıyan ruhani. [İblis Arifə:] İç də, bax,
sonra duyarsan nə imiş; Ən gözəl töhfə,
keşiş göndərmiş. H.Cavid. Ədalətin şərbəti-
nə; İlk dəfə kim zəhər qatdı? Keşişləri, Həm-
zələri; Kim yaratdı; Nə yaratdı? B. Vahab-
zadə.
KEŞİŞLİK is. Keşişin vəzifəsi, işi. Keşiş-
likdən çıxdın, ermənilikdən ki çıxmamısan.
(Ata. sözü). [Keşiş:] Bu axundluqla keşişliyi
KEYFİYYƏT
boynumuza qoyub, dünyanı bizə haram elə-
yiblər... Çəmənzəminli.
KEŞİŞSİFƏT sif. Keşiş kimi uzun saqqalı
olan; görünüşcə, qiyafəcə keşişə oxşayan.
Hamı boynu zəncirli, keşişsifət, uzun çal-
saqqal, qarapaltar kişinin ağzından çıxacaq
hökmün necə olacağına müntəzir idi. Mir
Cəlal.
KEŞKƏ is. тәһ. 1 . Dərinin üzərində əmə-
lə gələn ərp. Əli keşkə atıb.
2. Quru meyvənin üstündə şəkərdən əmə-
lə gələn ağ qat. Əncir qurusu keşkə atıb.
KEŞKƏL is. məh. 1 . Əkin yerinə çəkilən
kiçik su arxı. Dar bir su keşkəlinin yanındakı
dəyədə atlarım saxladılar. S.Rəhman.
2. Kiçik çay və ya arxın üstündən keçmək
üçün uzadılmış tir, ağac.
KEŞKƏLƏNMƏ “Keşkələnmək”dən f.is.
KEŞKƏLƏNMƏK f. məh. Keşkə atmaq,
üstü qabıq tutmaq.
KEŞKƏLİ sif. məh. Keşkə atmış, keşkəsi
olan. Keşkəli əncir qurusu.
KEŞMƏKEŞ is. [fars?] Çəkhaçək, çəkiş-
mə, dartışma.
KEŞNİŞ is. Yeyilən, xörəyə tökülən xo-
şiyli göyərti növü, iki dəstə keşniş. Xörəyə
keşııiş tökmək. Keşniş doğramaq. - Bədnal
atı nallıyaıı vaxtda yumşaltmaqdan ötrü
məsləhət edirlər ki, bir dəsmala bir neçə
damcı keşniş ətri töküb onun burnuna tut-
sunlar. “Əkinçi”.
KEY sif. Hissiz, duyğusuz, süst; cansız
kimi. Key adam. Key (z.) olmaq. - Biçarə kişi,
qanmağa başın hələ keydir; Axır mənə bil-
söylə görüm, elm nə şeydir? M. Ə. Sabir.
Durna key bir qorxu ilə ananın gözlərinə
baxdı.. I. Əfəndiyev.
key-key zərf Key halda, süst halda. Ta-
rıverdi yerə düşüb, key-key Məcidin qaba-
ğına yeridi. S. Rəhimov.
KEYBƏND is. Üzü hamar, astarı tüklü saya
palaz növü. [Dərviş:] Qoca arvad bir kilim,
bir keybənd gətirdi. A.Divanbəyoğlu.
KEYF bax kef. [Əliməmməd:] Neçə belə
bayramlar görək, keyfimiz kök, damağımız
çağ olsun! Çəmənzəminli. O mühəndis qıza,
o doktor qıza; Mən də şeir yazım keyfim gə-
ləndə. M.Müşfıq.
KEYFİYYƏT is. [ər.] 1. Bir şey və ya
şəxsi başqasından fərqləndirən xüsusiyyət,
662
KEYFİYYƏTCƏ
əlamət (əsasən, müsbət xüsusiyyət, əlamət).
İnsanın ən yaxşı keyfiyyəti. - Yoxsa bu key-
fiyyətə rah neçin verməyir? Gah verir
filməsəl, gah neçin verməyir? M. Ə. Sabir.
2. Bir şeyin dəyərlik, yararlıq, ləyaqət
dərəcəsi. Hər yerdə kəmiyyət, keyfiyyət ba-
rəsində danışıq gedirdi. S. Hüseyn. Dərs key-
fiyyəti ıığrunda ciddi mübarizə aparırlardı.
S. Rəhimov.
3. Fəlsəfədə: əşyanı, hadisəni və ya pro-
sesi, onun başqa şey deyil, məhz özü oldu-
ğunu müəyyənləşdirən xüsusiyyət. Kəmiy-
yət və keyfiyyət. Kəmiyyətin keyfiyyətə keç-
məsi qanunu (dialektikanın əsas qanunların-
dan biri).
4. Qəziyyə, vəziyyət, hadisə. [Hacı Nuru
şair:] Hələ bir qulaq asın, [şeri] oxuyum,
görün bu keyfiyyəti necə bəlağət və fəsahətlə
bəyan etmişəm. M.F.Axundzadə. Çünki qarı
bildi bu keyfiyyəti; Özgə sayaq oldu onun
niyyəti. A. Səhhət. Səhər qızın atası, Hacı
Əbdüləzimin dükanına gedib keyfiyyəti söy-
lədi. Ə.Haqverdiyev.
KEYFİYYƏTCƏ sif. Keyfiyyətinə görə
fərqlənən. Keyfiyyətcə yaxşı mal. Keyfiy-
yətcə pis mal.
KEYFİYYƏTLİ sif. 1 . Müəyyən keyfiy-
yətə malik olan. Yaxşı keyfiyyətli. Orta key-
fiyyətli.
2. Keyfiyyətcə yüksək olan; yaxşı, əla.
Keyfiyyətli mal. Keyfiyyətli polad.
KEYFİYYƏTLİLİK is. Müəyyən keyfiy-
yətə malik olan şey və s.-nin xüsusiyyəti,
halı.
KEYFİYYƏTSİZ sif. Keyfiyyəti pis olan;
pis, alçaq. Keyfiyyətsiz mal. Keyfiyyətsiz ma-
terial.
KEYFİYYƏTSİZLİK is. Keyfiyyətsiz şey
və s.-nin xüsusiyyəti, halı.
KEYİDİCİ bax keyləşdirici. Keyidici
dərman.
KEYİKDİRİLMƏ “Keyikdirilmək”dən
fis.
KEYİKDİRİLMƏK bax keyləşdirilmək.
KEYİKDİRMƏ “Keyikdirmək”dən f. is.
KEYİKDİRMƏK bax keyləşdirmək.
KEYİKMƏ “Keyikmək”don f.is.
KEYİKMƏKbax keyimək.
KEYİMƏ “Keyimək”dən/;s.
KEYLƏŞDİRMƏK
KEYİMƏK/ 1 . Hərəkət qabiliyyətini itir-
mək, qurumaq, çəng olmaq, keyləşmək.
Hatənı xanın qolu keyiyib dondu, onun gözü
pər-pər çaldı. S. Rəhimov. [Səlbinin] ayağı
elə keyimişdi ki, barmaqlarını kəssəydilər xə-
bəri olmazdı. Ə.Vəliyev.
2. məc. Hiss və dərk etmə qabiliyyətini
itiımək, donub qalmaq, quruyub qalmaq; küt-
ləşmək, süstləşmək. Şeir adı eşidəndə cəmi
vücudum keyidi, başım fırlanmağa başladı.
Çəmənzəminli. Yenə güllə atılırdı, lakin Tər-
lanın qulaği keyimişdi. M.Hüseyn. // məc.
Azalmaq, zəifləmək, keçmək. Ağrısı bir az
keyimişdi.
KEYİMİŞ fsif 1 . Hərəkət qabiliyyətini
itirmiş, çəng olmuş; qurumuş. Keyimiş əl.
- Talib xanla vasavul üzüyuxarı qalxıb, qa-
pıdan bir az aralıda keyimiş halda yerə düş-
dülər. S. Rəhimov. [Qızın] keyimiş dizləri
sanki hissini itirmişdi. Mir Cəlal.
2. məc. Keyləşmiş, süstləşmiş, kütləşmiş,
donub qalmış. Həkimiilmülkün keyimiş id-
rakı vəziyyəti dərk edəcək halda deyildi.
M. İbrahimov.
KEYİŞMƏ “Keyişmək”dən f.is.
KEYİŞMƏK bax keyimək. Qədir həm
yorulmuş, həm də qıçları sanki tutulmuş,
keyişnıişdi. Mir Cəlal.
KEYİTMƏ “Keyitmək”dən f.is.
KEYİTMƏK bax keyləşdirmək. Həyə-
canlı sözlər soyuq su damlaları kimi Zibey-
dəııiıı üzərinə tökülüb, onu keyitdi. Çəmən-
zəminli. Həkimin verdiyi ağır xəbər elektrik
cərəyanı kimi [qızın] qəlbinə çarpıb, bütün
əsəblərini keyitmişdi. İ. Əfəndiyev.
KEYLƏŞDİRİCİ sif. Keyləşdirən, key
edən, hissizləşdirən. Keyləşdirici iynə {dər-
man). - Yerli təsir göstərmək üçün [dərman-
lara] aııtiseptik, biizücü, keyləşdirici, ağrıkə-
sici və başqa maddələr daxil edirlər. R. Əliyev.
KEYLƏŞDİRİLMƏ “Keyləşdirilmək”-
dən f.is.
KEYLƏŞDİRİLMƏK məch. Key edilmək;
hissizləşdirilmək.
KEYLƏŞDİRMƏ “Keyləşdirmək”dən/ is.
KEYLƏŞDİRMƏK/ 1 . Key hala salmaq;
hissizləşdirmək. İynə vurub əti keyləşdirmək.
2. məc. dan. Keyləşməsinə, süstləşməsinə,
donub qalmasına səbəb olmaq; sarsıtmaq.
Bu xəbər onu keyləşdirdi.
663
KEYLƏŞMƏ
KEYLƏŞMƏ "Keyləşmək ” dən f. is.
KEYLƏŞMƏK bax keyimək. Gülnaz, hiss
və duyğuların keyləşdiyi, ilk məhəbbətin
açılmadan solduğu, ümidsizlik içərisində
daşa dönmüş qəlbini ərbaba verdi. M.İbra-
himov. Sənubər başı keyləşəııə .. qədər oxu-
du. B. Bayramov.
KEYLİK is. 1. Keyləşmiş, hissizləşmiş
şeyin halı. Əlin kevliyi.
2. məc. Süstlük, kütlük, hissizlik. Şirin
özündə bir keylik hiss edirdi. I.Əfəndiyev.
KEYSU is. [fars.] klas. Uzunsaç, zülf, hö-
rük. Belə türrə, belə keysıı, - belə saç; Belə
qəmzə, belə qaşü göz olmaz. Q.Zakir. F ir-
qətindən qara bağrım olub su; Alıbdır qəra-
rım o zülfü keysu. Aşıq Məhəmməd.
KƏBƏ is. [ər.] 1. Məkkədə müsəlmanla-
rın müqəddəs saydıqları bina - qibləgah. Ey
həqqi hər yerdə hazırdır deyən əgrinəzər;
Bəs nə mənada seçərsən Kəbədən bütxanəni?
Nəsimi. [Şeyx Nəim:] Eylədin Kəbə qarşı-
sında yəmin; O bu gün məhv olurmu bir qız
için? H.Cavid. // məc. Əsas, mərkəz. Mərhum
Molla Tarqulıı həmişə deyərdi ki. Danabaş
kəndi yer üzünün Kəbəsidir, yəni mərkəzidir.
C. Məmmədquluzadə.
2. məc. Ən əziz, ən istəkli, ən müqəddəs
sayılan şey haqqında. [İmran:] Onun Kəbəsi
mücrüdür ki, gündə yeddi dəfə başına dolan-
sın. S.S.Axundov.
KƏBİN is. [fars.] köhn. 1. Evlənmə əsna-
sında kişi (oğlan) tərəfindən qadına (qıza)
vəd edilən nikah bahası; başlıq, mehr.
[Mərcan bəy:] ..Qabaqda axmaqlıq edib,
kəbin pulunu beş min manat yazdırmışam.
Ü.Hacıbəyov. Aıvad bədbəxt olub atası evin-
də qalardı. Atası da axuııd otağında, divan-
xanalarda kəbin və talaq davası edərdi.
H. Sarabski.
2. İzdivac, nikah; evlənmənin qanuni şək-
lə salınması. Kəbin əhvalatını bitirməkdən
ötrü əvvəlcə mənim bu əqdim .. qeyd olun-
malı idi. T.Ş.Simurq. □ Kəbin kağızı - kəbin
şərtlərinin yazıldığı kağız, evlənmə haqqın-
da şəhadətnamə. Elər birisi ki razı olsa,
onda gərək dübarə Abbas Məhəmməd oğlu-
na nikah oxuna və kəbin kağızı yazıla..
M.F.Axundzadə. Kəbin kağızını almamış gə-
lim' bayıra çıxarmazdılar. H.Sarabski. Kəbin
KƏBİNSİZ
kəsdirmək - evlənməsini müvafiq məra-
simlə qanuni şəklə saldırmaq. [Ağamehdi]
.. kəbin kəsdirdi və [Gülnazı] götürüb öz
evinə apardı. E.Sultanov. Kəbin kəsmək -
evləmnə ayini icra etmək, evlənməyi qanuni
şəklə salmaq, nikah kəsmək. İrəvanda bir
belə mirzənin hətta kəbin kəsdiyini görmü-
şəm. Ə.Haqverdiyev. Kəbinini kəsmək - ərə
getməsini qanuni şəklə salmaq. [Molla Səfi:]
Pəh, bu olmadı ha! Mənə deyən gərəkdi, hə-
pəııd, bu nə şəriətbazlıqdı... Kəbinini kəsəy-
din qurtaraydı gedəydi... N.Vəzirov. Kəbi-
nini vermək - boşamaq, talağını vermək.
[Şamama cadu:] Onun da fikrini çəkəcək-
sən? Bir yüz manat puldur, onun kəbinini
verib, başından rədd elərsən, gedər işinə.
Ə.Haqverdiyev.
0 Kəbin(lər)i göydə kəsilib evlənmə-
ləri tam zəruridir. Ənıiqızı ilə əmioğlunun
kəbini göydə kəsilib. (Məsəl). [Allahqulu
Çimnaza:] Sən də çalış, Sonanı Biiləndə gəlin
gətir, bir-birini onlar çox istəyirlər. Elər cə-
hətdən də babdırlar. Belələri üçün deyiblər
ki, kəbinləri göydə kəsilib! Ə.Əbülhəsən.
Kəbinim halal, canım azad! köhn. - adə-
tən qadının məcburiyyət üzündən ərindən
boşanmaq arzusunu bildirən ifadə. [Güllü:]
Kağızımı ver, kəbinim halal, canım azad!
Ə.Haqverdiyev. [Mərcan bəy Kəblə Qubada:]
Amma əgər sən bir iş görə bilsən ki, arvadım
mənə deyə: kəbinim halal, canım azad və
məndən çıxıb gedə, onda sənə iki min manat
nağd pul verərəm. Ü.Hacıbəyov. Kəbininə
kəsilmək məc. - daim boynunda olmaq, boy-
nuna qoyulmaq (bir iş, vəzifə).
KƏBİNLİ sif. Kəbini olan; qanuni. [Səkinə
xanım:] [Zeynəb] qardaşıma kəbinli arvad
deyil idi ki, irs apara. M.F.Axundzadə.
[Bahadır:] A kişi, nə deyirsən? Kəbinli qızı
da qaçırmaq olurmu? N.Nərimanov. ..Zey-
nəb, Allaha şükür, dul övrətdi, heç kəbinli
də deyil. C. Məmmədquluzadə.
KƏBİNLİLİK is. Kəbinli olma, kəbini
olma, nikahlılıq.
KƏBİNSİZ sif. Kəbini olmayan, rəsmi ni-
kahı olmayan; qeyri-qanuni. Kəbiıısiz aıvad.
- [Qaçay:] Onsuz da Pənah çoxdan tutul-
malı idi. Lap Əntiqəııi evlərinə kəbiıısiz apa-
ran günü... İ.Məlikzadə.
664
KƏBİNSİZLİK
KƏDƏRƏNGİZ
KƏBİNSİZLİK is. Rəsmi nikahın olmadığı
hal; nikahsızlıq.
KƏBİR sif. [ər.] klas. Böyük. // Is. məna-
sında. [Koroğlu:] Qol-qola bağlayın, tutun
əsiri ; Səğirin kəbirə qatın, gətirin! “Koroğlu”.
KƏBLEYİ kölın. “Kərbəlayı” sözünün
canlı dildə işlənən forması (bax kərbəlayı).
[Səfərəli:] Kəbleyi! Sən başa düşmürsən.
H.Nəzərli.
KƏBUTƏR is. [fars.] klas. Göyərçin. Bir
damdə gördü bir kəbutər. Füzuli. Neçə müd-
dət qərq oldular tufana; Əmr etdi, kəbutər
gəzdi hər yana. Aşıq Ələsgər.
KƏC 1 sif. [fars.\ 1. Əyri. Qoy börküııü kəc
qaşının üstünə, fırılda; Kəndin kimi bir lotivi-
meydanını görcək. M.Ə. Sabir, iri, tutqun
gözü, acıqlı qaşı; Etinasız, qürurlu, kəc ba-
xışı. A.Səhhət. Kəc baxmaq - əyri baxmaq,
pis niyyətlə baxmaq, pis gözlə baxmaq, eti-
barsızlıq göstərmək. Ustadına kəc baxanın
gözlərinə qan damar. (Ata. sözü). [Mirsadıq:]
Hərgah başınızdakı papaqdırsa, sizi ona
and verirəm, mənim arvad-uşağıma kəc bax-
mayın. M.S.Ordubadi. Qonmamışıq dost gö-
rünən düşmənlərin qınağından; Toy tutmuşuq
kəc baxanın göyünə də, ağına da. R.Rza.
2. Tərs, höcət. Kəc adam. - [Qapıçı:]
Yaxşı tanıyıram kəc Əxistanı; Ya məni bo-
ğazdan çəkdirər dara; Ya da ki, saldırar daş
zindanlara. M.Rahim. □ Kəc başlamaq -
tərsliyə başlamaq, inad eləmək, ziddinə get-
mək, əksinə hərəkət etmək. [Məmişov:] Sən
ki mənimlə kəc başladın, mən də məsələni yu-
xarılara keçirərəm. M.Ibrahimov. Kəc danış-
maq - əksinə danışmaq, tərs-tərs danışmaq.
KƏC 2 bax gəc.
KƏCAVƏ is. [fars.] Keçmişdə Şərqdə:
səfərə çıxan adlı-sanlı adamlar üçün minik
heyvanlarının, adətən, dəvənin üstündə dü-
zəldilən örtülü yer. Nigar xanımı atdan düşü-
rüb, kəcavəyə mindirdilər. "Koroğlu”. [Fazil:]
..Bu vilayətdə olan dəli kişilərin övrətləri ..
gərək öz ərlərinin qardaşlarına siğə olub bu
kəcavələrə əyləşsinlər. C. Məmmədquluzadə.
Qadınların istiqbalçı qafiləsi taxt-rəvan və
kəcavələrdə gedir və hər kəsin nəzərini özü-
nə cəlb edirdi. M.S.Ordubadi.
KƏCBİN sif. [fars.] köhn. 1. Çəpgöz, qı-
yıqgöz, çaş. Kəcbin adam.
2. məc. Əyri gözlə baxan, hər şeyi əyri
görən, yaxşı bir şey görməyən, xeyirxah ol-
mayan. [Böyükxanım] şəhla gözlərin insa-
niyyətcə nə qədər kəcbin olduğunu düşün-
müşdü. M.S.Ordubadi.
KƏCBİNLİK is. kölın. 1. Çəpgözlük, çaşlıq.
2. məc. Pis nəzərlə baxma, hər şeyi tərs
görmə, heç bir yaxşı şey görməmə.
KƏCQABIRĞA sif. və is. dan. Tərs, inad-
cıl, höcət. Kəcqabırğa adam. - Mən onun
ağzı xeyrə açıldığını görməmişəm. Zalım
oğlu kəcqabırğadır. Mir Cəlal.
KƏCLİK is. 1 . Qıyqaclıq, çəplik.
2. Tərslik, höcətlik. Dediyim sözümdə mən
yenə varam; Məndə kədik də var, mərdanə-
lik də. Ə.Vahid.
KƏCMƏDAR sif. [fars, kəc və ər. mədar]
klas. Birisinin istək və arzusunun əksinə
hərəkət edən; nəhs. ..Mansur axırıncı dəfə
fələkdən şikayət etmək üçün ağlar gözlərini
göyə dikib tutqun və dilsuz kəlmələrlə təkəllü-
тә başladı: - Kəcmədar dövran! C. Cabbarlı.
KƏCPAPAQ sif. 1 . Papağını yan qoyan.
2. məc. Forslu, qürrəli. Kəcpapaq oğlan.
KƏCRƏFTAR rif. [fars.] Pis rəftarlı, rəf-
tarı olmayan, yola getməyən. // məc. Nəhs,
tərs, uğursuz. Ey Vidadi, gərdişi-dövrani-
kəcrəftarə bax ; Ruzigarə qıl tamaşa, karə
bax, girdarə bax. M.P. Vaqif.
KƏDƏR is. [ər.] Qəm, qüssə, dərd, ruhi
iztirab. [Maral:] Uff, bəxtiyarlıq içində ölmək,
kədərlər, üzüntülər içində yaşamaqdan min
qat xeyirli imiş... H. Cavid. Neçəsində fərə-
him var; Neçəsində kədərim var. B.Vahab-
zadə. Səmədin ürəyini sonsuz bir kədər və
ümidsizlik doldurdu. İ.Hüseynov. //Kədərlə
şəklində zərf- qəmli, qüssəli, dərdli. Kədər-
lə başını aşağı dikmək. Kədərlə cavab ver-
mək. -Azərbaycanda sevinc və şadlığa səbəb
olan bu xəbər Həmədanda böyük bir kin və
kədərlə qarşılandı. M.S.Ordubadi.
KƏDƏRAVƏR sif. [ər. kədər və fars.
...avər] klas. bax kədərləndirici. [Aslan]
zəifləmişdi, qırışıq üzünü tük basmışdı, kədə-
ravər bir görkəm almışdı. C. Cabbarlı.
KƏDƏRƏNGİZ sif. [ər. kədər və fars.
...əngiz] klas. bax kədəravər. Torpaqların
üzərinə sərilmiş əlvan güllərin görünüşü
qanlı bir otağın görünüşü qədər kədərən-
gizdir. M.S.Ordubadi.
665
KƏDƏRLƏNDİRtCt
KƏDƏRLƏNDİRİCİ sif. Kədər gətirən,
qüssə gətirən; qəmləndirən, qüssələndirən.
Kədərləndirici hadisə. Kədərləndirici xəbər.
Kədərləndiricı mənzərə.
KƏDƏRLƏNDİRİCİLİK is. Kədər gətir-
mə, kədər vermə.
KƏDƏRLƏNDİRİLMƏ “Kədərləndiril-
mək” dən f.is.
KƏDƏRLƏNDİRİLMƏK məch. Qəmlən-
dirilmək, qüssələndirilmək, məyus edilmək,
dərd (kədər) verilmək.
KƏDƏRLƏNDİRMƏ "Kədərləndirmək”-
don f.is.
KƏDƏRLƏNDİRMƏK/ Kədərli etmək,
qəmləndirmək, qüssələndirmək, çox məyus
etmək. Xəbər onu kədərləndirdi. Uşağın xəs-
təliyi ananı kədərləndirdi. - Bu .. kişinin son-
suzluğu Ataşı istər-istəməz kədərləndirirdi.
Ə.Vəliyev. [Elçin Sevincə:] İndi mən buraya
gələndə eşitdiyim bir səs məni çox kədərlən-
dirdi. Z.Xəlil.
KƏDƏRLƏNMƏ “Kədərlənmək”dən f.is.
KƏDƏRLƏNMƏK / Kədərə batmaq,
qəmlənmək, qüssələnmək, çox məyus olmaq.
Bu xəbərdən kədərləndi. Oğlunu görə bil-
mədiyi üçün kədərləndi. - Sabir düşünür,
kədərlənir, dərslərini hazırlamağa çalışırdı.
S. Rəhimov. Səfər kişi bu sözdən kədərlən-
miş kimi köksünü ötürdü. Mir Cəlal.
KƏDƏRLİ sif. Qəmgin, dərdli, mükəddər,
hüznlü. Kədərli ana. - Kədərli bir qəlbin
yanıq fəğanı ; Yandırır ürəyi daşdan olanı.
Ə. Cavad. Doğrudan da qız çox düşkün və
kədərli idi. M. İbrahimov. //Kədər ifadə edən.
Kədərli gözlər. Kədərli səs. Kədərli sifət.
H Kədər verən, kədər gətirən, qəmgin edən;
kədərlə dolu. Kədərli xəbər. Kədərli heka-
yə. - Bu böyük itki, bu kədərli faciə bütün
qohum-qardaşa, xüsusən Atabalaya çox ağır
təsir etdi. A. Şaiq.
KƏDƏRLİLİK is. Kədərli adamın hal və
vəziyyəti; qüssəlilik, qəmlilik, dərdlilik.
KƏDƏRSİZ sif. Kədəri olmayan, qəmsiz,
qüssəsiz, dərdsiz. Kədərsiz adam. H məc. Şən,
qayğısız, məsud. Kədərsiz həyat. - Nadir
bulunur bizdə bulud, sis; Şən ruhumuzun
üfqü kədərsiz. H.Cavid.
KƏDƏRSİZLİK is. Kədərsiz adamın halı;
qəmsizlik, qüssəsizlik.
KƏFƏNLƏMƏK
KƏF 1 is. \fars.\ Köpük (od üstündə bişən
xörək və s.-də). Xörəyin kəfıni götürmək.
Sabun kəfi. - Qazan daşdı, kəfın al; Qayna-
dıqca kəfın al. (Bayatı). Mən əti doğrayıb
qurtaranda Gülqədəm düyünün kəfiııi yığır-
dı. Ə.Vəliyev.
0 Kəf getmək dan. - oğurlamaq, çırpış-
dırmaq, qoparmaq. Kəf gəlmək - hiylə iş-
lədərək aldatmaq, kələk gəlmək. Gərək bu
xəzinədardan göz olum ki, müştərilər bizini
bu başısoyuğa kəf gəlməsinlər. “Kirpi”. Kəfə
getmək - araya salıb mənimsəmək, özünə
götürmək. [Salamov:] Adə, Bahadır bəy, sən
ərinin yanında sırğalardan balaca söhbət
sal, yoxsa qızıl sırğaları kəfə gedər, əri bil-
məz. C. Cabbarlı.
KƏF 2 bax kəfə. Əlinin kəfi qabar çalıb.
KƏFƏ is. [ər.] Ovuc, əlin içi, aya. Bir az
kənarda bir övrət çömbəlib və çənəsini hər
iki əlinin kəfəsinə qoyub qaşqabaqla Əhmə-
din ağlamasına tamaşa edirdi. C. Məmməd-
quluzadə.
KƏFƏN is. [ər.] 1. Meyitin sarındığı ağ,
bez. Kəfən oğrusundan adamlıq ummazlar.
(Ata. sözü).
2. Keçmişdə: zəvvarların, dindar, möv-
humatçı müsəlmanların dini ayinlər zamanı
geydikləri kəfənə oxşar uzun ağ paltar.
3. məc. Ölüm rəmzi kimi. Azəri torpağı
son kəfənimdi; Doymaram bu qara bezim-
dən mənim. M.Araz.
4. məc. Ağ örtük. Göylər matəmlilər kimi
qara çarşaba bürünmüş, dağlar, çöllər ağ
kəfənlə örtülmüşdür. A.Şaiq.
0 Kəfəni saralmamış - ölümündən az
müddət keçmiş. Kəfəni yırtmaq - ağır,
təhlükəli xəstəlikdən qurtarmaq (durmaq).
[Şofer:] Qardaşım .. özü də yaralanıb,
xəstəxanaya düşüb, amma yenə kəfəni yırtıb
çıxıbdır. M. Hüseyn. Kəfənini boynuna
(boğazına) dolamaq (salmaq) - cəsarət-
lənmək, ürəklənmək, özündən güclü bir
adamla mübarizəyə girişmək. İskəııdər kişi
kəfənini boğazına dolamışdı. Qorxularından
cınqırını çəkməyən adamlar, qocanın mərd-
liyinə heyran qalmışdılar. M.Hüseyn.
KƏFƏNLƏMƏ “Kəfənləmək”dən f. is.
KƏFƏNLƏMƏK/ Meyiti kəfənə bürü-
mək, kəfənə tutmaq. Səlim [qocanı] mafəyə
666
KƏFƏNLƏNMƏ
KƏHKƏŞAN
qoydu, yudu, kəfənııədi, həmin dediyi gül
ağacının dibində basdırdı. (Nağıl). [Vəzir:]
Kənarda bir meyit var idi, götürdük. Gətirib
kəfənlədik və qəbrə qoyduq. Çəmənzəminli.
KƏFƏNLƏNMƏ “Kəfənlənmək”dən/ is.
KƏFƏNLƏNMƏK məch. Kəfənə büriidül-
mək, kəfənə tutulmaq.
KƏFƏNLİ sif. 1 . Kəfəni olan; kəfənlən-
miş. Kəfənli meyit.
2. köhn. Boynuna kəfən salmış, kəfən gey-
miş (bax kəfən 2-ci mənada). Ağ kəfənli
adamlar zikr deyib, başlarını gorda ilə yarır-
dılar. Çəmənzəminli. Arxadan sükut içəri-
sində kəfənli zəvvarlar gəlirlər. Ə.Məmməd-
xanlı.
KƏFƏNLİK is. Kəfənə yarar, kəfən üçün
işlədilən parça. Pambığın hər qozası düş-
mənə; Olmalı bir kəfənlik. R.Rza. Kimsə qara
gün iiçün yaxdanda saxladığı kəfənliyini
gətirdi, meyiti kəfənləyib cənazəyə qoydular
və üstünə kəlağayı örtdülər. İ. Şıxlı. // Sif.
mənasında. Ana .. səliqə ilə qatlayıb özü üçün
saxladığı kəfənlik ağa baxdı. Ə.Əbülhəsən.
KƏFƏNSİZ sif. Kəfəni olmayan, kəfən-
lənməmiş. Kəfənsiz meyit. II Zərf mənasında.
Meyiti kəfənsiz (z.) basdırmaq. - Meynələ-
rində qora; İlişdim, düşdüm tora; Səni mən-
nən eləyən; Kəfənsiz getsin gora. (Bayatı).
Qoxudu dağ-dərə barıtdan, qandan; Kəfən-
siz cəsədlə doldu biyaban. Şəhriyar.
KƏFFARƏ is. [ar.] Dindarların, öz günah-
larını bağışlatmaq ümidi ilə verdikləri sə-
dəqə, tutduqları oruc və s. Mənə meydən
keçən gün tövbə verdi şeyx, ey Seyyid; Bu
gün mən də alıb mey, şeyx üçün kəffarə
göndərdim. S.Ə.Şirvani. □ Kəffarə vermək
- müsəlmanlarda: günahı yumaq üçün bir
şey (sədəqə) vermək. [Çiçək xanım:] Sənin
sifətini görən sil! tapar, gərək kəffarə ver-
sin. N.Vəzirov.
KƏFGİR is. [fars . ] 1. Xörəyin kəfini gö-
türmək, plov çəkmək və s. üçün işlədilən
deşik-deşik alət, böyük qaşıq. [Çayçı] əlin-
də kəfgir gah plov qazanına baxır, gah ta-
vaya nəzər yetirirdi. M.İbrahimov. Göyçək
aı-vad əlində kəfgir aş süzürdü. Ə.Vəliyev.
2. Yuxarı ucu hərəkətsiz bir nöqtəyə
bərkidilmiş yellənən mil, ox (divar saatla-
rında). Divar saatının kəfgiri. - Kərimbəy ..
kəfgiri ahəstə-ahəstə hərəkət edən .. saata
baxdı. Mir Cəlal. İri mis kəfgir ağır-ağır
çıqqıldavırdı. Q.İlkin.
3. Duşun, susəpənin deşik-deşik olan his-
səsi. Su, kəfgirin yekə bir deşiyindən fışqı-
raraq töküldü. M. Hüseyn.
KƏFGİRLİ sif Kəfgiri (2 və 3-cü məna-
larda) olan. Kəfgirli saat. Kəfgirli susəpən.
- Katibə xala kəfgirli divar saatına, sonra
öz qiymətli qol saatına baxdı. S. Rəhimov.
Qoca .. ağzı kəfgirli aftafa ilə giillərə-
çiçəklərə, su verirdi. M. Hüseyn.
KƏFLƏMƏ is. dan. Toz halında dərman.
Kinə kəfləməsi.
KƏFLƏNMƏ “Kəflənmək”dən/;'s.
KƏFLƏNMƏK f. Qaynadılan zaman kö-
püklə örtülmək. Ət kəfləndi.
KƏFLİ sif. Kəfı olan, köpüyü olan; kö-
püklü. Kəfli dolma.
KƏFRƏM is. məh. Mitil. [Ataş Əsgər
bəyə:] Döşəklərin yununu boşaldıb, yorğan-
ların kəfrəminə baxdıran kimdir? Ə.Vəliyev.
KƏFRƏMLİ sif. Kəfrəmi olan; mitilli.
KƏHƏR sif Açıq-şabalıdı rəng (at haq-
qında). Qurbanəli bəyin nökəri bir kəhər atın
çilovundan yapışıb bir az kənarda dolandı-
rırdı. C. Məmmədquluzadə. Kişnəyəcək qaş-
qa, kəhər atım mənim ; Xallı toplan ayağına
dolaşacaq; Kənd qızları təzə xəbər danışa-
caq. M.Araz. // Is. mənasında. Həmin rəng-
də olan at. Kəhərə minmək. Kəhəri çapmaq.
- Kəhərin sinə bəndi; Ovçunun binə bəndi;
Mən dərddən qaçaq oldum; Dərd məndə bi-
nələııdi. (Bayatı).
KƏHİLDƏMƏ “Kəhildəmək”dən fis.
KƏHİLDƏMƏK f məh. Çətinliklə, töv-
şüyə-tövşüyə nəfəs almaq; ləhləmək, töv-
şümək. Tövlənin qapısı açıldı və cahıllar
kəhildəyə-kəhildəyə (z.) atları töyləyə çəkib,
kişmiş taylarını siiriiyüb saldılar tövlənin
bucağına. C. Məmmədquluzadə. Kişi kəhil-
dəyib yerində eşələndi, kürəkləri bir də səs-
lənib xırtıldaşanda nəfəsi genişləndi. B. Bay-
ramov.
KƏHİLTİ is. Dərindən nəfəs alarkən çı-
xarılan səs.
KƏHKƏŞAN is. \fars.\ şair. Gecələr göy
üzündə ağ yol şəklində görünən ulduzlar
topası; hacılar yolu, süd yolu. Kəhkəşan süd-
667
KƏHRƏBA
KƏKİL
Hi nəhri andıraraq; Əzəli bir kitab oxurdu
mana. H.Cavid. Hər ulduzun yeri var kəh-
kəşanlar içində; Hər ııəhrdəıı su vardır göy
ümmanlar içində. R.Rza.
KƏHRƏBA is. [fars.] Müxtəlif xırda bə-
zək şeyləri qayrılan qatranlı şəffaf, sarı və
ya sarı-qonur rəngli bərk maddə. Kəhrəba-
dan qayrılan muncuq. Kəhrəbadan bilərzik.
// Həmin maddədən qayrılmış bəzək (şeyi).
Gümüş biləklərin, bəyaz qolların; Sarı kəh-
rəbası, hayıf ki, yoxdur. M.P.Vaqif. [Bülənd]
bir hərəkətlə Nazlının boynundakı kəhrəba-
ların və muncuqların hamısını dartıb qopar-
dı.. Ə.Əbülhəsən.
2. Kəhrəbadan qayrılmış. Kəhrəba qolbaq.
Kəhrəba müştük. - [Molla Sadıq] sarı kəh-
rəba təsbehinin qoz boyda dənələrini şaq-
qıldatdı. İ. Şıxlı.
3. тәс. Təşbehlərdə. Kəhrəba kimi qay-
maq. Kəhrəba kimi un. - Dönmüş kəhrəbaya
sular xəzəldən; Əlində cam tutmuş ruzgar
xəzəldən.. M.Müşfıq. Sevil açdığı süfrəni daha
da zənginləşdirir, yağlı süd, qalın qaymaq,
sarı kəhrəbanı andıran şit kərə və pendirlə
doldururdu. S. Rəhimov.
KƏHRƏBALI sif. Kəhrəbası olan, kəhrə-
ba ilə bəzədilmiş, kəhrəbadan düzəldilmiş.
Kəhrəbalı bilərzik.
KƏHRİMƏ "Kəhrimək”dən /.7,s\
KƏHRİMƏK/ məh. Qocalmaq, qartlamaq.
Sümüyü kəhrimiş adam. Ağac kəhrimişdir.
KƏHRİZ is. [fars.] Yeraltı su yolu, su kə-
məri. Dərədə kəhriz suyu ilə işləyən stansi-
yanın təzə binası ağarırdı. M.Hüseyn. Yalnız
qoşa kəhrizin böyründən gələn araba yolu
ilə bir avtomobil sürətlə .. gəlirdi. Mir
Cəlal. □ Kəhriz vurdurmaq (saldırmaq,
çıxartdırmaq) - suyu quyu vasitəsilə yer
üzünə çıxartdırmaq. ..Hər dəfə müsəlman-
ların müsəllaya çıxmaqları ilə Allah yağış
yağdırsa, dəxi bundan sonra bir kəs dəli
deyil ki, arx çıxartsın, .. kəhriz vurdursun..
C. Məmmədquluzadə.
KƏHRİZLİ sif. Kəhrizi olan. Kəhrizli bağ.
- [Gəray ağa] ..fikrən öz kəhrizli mülklərinə,
Qarabağa qayıdır, Miiqim bəyin qarasınca
mırıldanırdı. S. Rəhimov.
KƏHRİZŞEYTANI is. zool. Qarmayaqlılar
fəsiləsindən dayaz sularda, kəhrizlərdə ya-
şayan canlı.
KƏKƏ sif. Danışarkən kəkələyən; kəkov.
Kəkə uşaq. Anadan kəkə (z.) doğulmaq.
KƏKƏLƏMƏ 1. “Kəkələmək”dən fis.
Onun danışanda kəkələməsi və adı Qəhrə-
mana sabiq yoldaşı Meracı xatırladırdı.
Ə.Vəliyev.
2. Danışarkən bəzi səsləri qeyri-iradi ola-
raq dəfələrlə təkrar etməkdən ibarət nitq
nöqsanı.
KƏKƏLƏMƏK f 1 . Danışarkən bəzi səs-
ləri qeyri-iradi təkrar edərək çətinliklə da-
nışmaq. Qızı elçilər danışdırırlar ki, görsün-
lər, qız kar deyil, eşidirmi, lal deyil və kəkə-
ləmir. R.Əfəndiyev. // məc. Nə deyəcəyini
bilməyib dili çaşmaq, dili söz tutmamaq,
qırıq-qırıq danışmaq. Nəsrəddin başlayır
kəkələməyə.. “M.N.lətif." Burada müqəssir
kəkələdi və cavab verə bilmədi. H.Nəzərli.
2. Bax kəkələnmək.
kəkələyə-kəkələyə zərf Kəkələyərək,
dili dolaşa-dolaşa, çaşa-çaşa, dili topuq çala-
çala. Nə kəkələyə-kəkələyə danışırsan? - La-
çının əmisi kəkələyə-kəkələyə deyirdi.
M.Hüseyn.
KƏKƏLƏNMƏ “Kəkələnmək”dən fis.
Rüstəm kişinin yaşma layiq olmayan şəkildə
xoruzlanıb kəkələnməsi Qoşatxana əvvəlcə
pis təsir etsə də, getdikcə mənasız və gülünc
görünməyə başlayırdı. M. İbrahimov.
KƏKƏLƏNMƏK/ Xoruzlanmaq. Bizi heç
bir vaxt aldada bilməzsiniz, - deyə .. polis
xəfıyyəsi kəkələndi. M.Hüseyn. ..Çar məhkə-
məsinin məmurları bir vaxt Rüstəmin qara
damını eşmiş, yararlı bir şey tapmadıqları
üçün Rüstəmin üstünə kəkələnmişdilər.
S. Rəhimov. [Şahpəri:] Bura bax! Özün də
mənim üstümə kəkələnmə! B.Bayramov.
KƏKƏLİK is. Kəkə adamın halı; kəkov-
luq. Kəkəliyindən utanmaq.
KƏKƏMƏ “Kəkəmək”dən/;'s.
KƏKƏMƏKbax kəkələmək.
KƏKİL is. [fars. ] 1. Bəzi quşların başında
topa şəklində tük. Fərənin kəkili. Göyərçin
kəkili. H At və bəzi başqa heyvanların qulaq-
ları arasından sallanan tük topası. Qara atın
kəkili; Tel-tel olub tökülü; Hər yetənə yar
desən; Yar bacadan tökülü. (Bayatı). [İlyas
Adiləyə:] Axırda ərk ilə [atın] kəkilindən
tutub dartdım. Ə.Məmmədxanlı.
668
KƏKİLBAŞ
2. Kişilərdə: alma tökülən saç. Kəkilini
üzünə tökmək. Papağın altından kəkili görü-
nür. - Kəkilə bax. kəkilə ; Kəkil üzə tökülə ;
Qiyamət o gün qopar ; Yar gözümdən çəkilə.
(Bayatı). // Qırxılmış başın ortasında saxla-
nan tük topası. Uşağın başında kəkil saxla-
maq. - [Cümrü Ağamalının] başının orta-
sında kəkili olardı. H. Sarabski.
KƏKİLBAŞ sif. dan. Başında kəkili olan;
kəkilli. Kəkilbaş oğlan.
KƏKİLBAZ is. və sif. [ fars.] Kəkil qoy-
mağı, kəkil saxlamağı sevən adam. Kəkil-
baz oğlan. - [Əhməd:] Nədən ötrü məni ax-
tarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz,
kəkilbaz. N.Vəzirov.
KƏKİLCİK is. Balaca kəkil, kiçik kəkil.
KƏKİLDARAQ is. məh. Şanapipik.
KƏKKİLDƏK zool. bax çəkçəki. Biçə-
nəklərdə kəkkildəklər qaqqıldaşır.
KƏKİLLİ sif 1 . Kəkili olan. Kəkilli fərə.
- Kəkilli durnalar hey qatar-qatar ; Qaqqıl-
daşıb keçir, açılmış bahar. R.Rza. ..Kəkilli
boz torağaylar hərəni öz dilində qarşılayır-
dılar. M.Rzaquluzadə.
2. Başında kəkil saxlamış, kəkil qoymuş.
Kəkilli uşaq.
KƏKKİLTİ is. Kəkliyin çıxardığı səs. Kək-
liyin kəkkiltisi eşidilirdi.
KƏKLİK 1 is. Toyuq cinsindən əlvan tük-
lü çöl quşu. Çil kəklik. Ağ kəklik. - Çoban
oxur, çalır, dağlar səslənir ; Nə anladır o
kəkliklər turaca? A. Şaiq. Hava işıqlaşanda
kolluqlardan bildirçin, turac, kəklik pırılda-
şıb qalxdıqca [bəylər] alıcı quşları buraxıb
ovlayırdılar. M.Rzaquluzadə. □ Kəklik kimi
- cilvəli hərəkət haqqında. Otuzunda kəklik
kimi səkərsən ; İgidlik eləyib qanlar tökərsən.
“Koroğlu”. Rəqqasə də kəklik kimi süzüb
gedir çəmənliyə ; Hər könüldən bir səs gəlir,
“ölməmişəm, sağam!" - deyə. S. Vurğun.
Ötmə kəklik kimi min naz ilə əlvan geyinib;
Bizim ətrafa da, olnıazmı ki, pən’az edəsən?
Ə.Vahid. '
0 Kəkliyi azmaq (əsli gəyiriyi azmaq) -
bax gəyirik.
KƏKLİK 2 bax kəkil. Bəy .. [atın] kəkli-
yini sığalladı. M.Hüseyn.
KƏKLİKOTU is. bot. Qırmızı, bənövşəyi
rəngli xırda çiçəkləri olan, gövdəsi yerlə
KƏLAM
sürünən çoxillik bitki. Kəklikotunun al çiçə-
yinin, demi yarpızının ətrini gövşənə yayan
xoş və təmiz səhər mehi sanki [Nəbiyə] qüv-
vət verirdi. Ə.Abasov. [Sərvinaz qarı:] Qa-
şıqla kəklikotu çayını da üstündən iç, bəlkə
də tərləyəsən, ağrı-acın canından çıxa.
B. Bayramov.
KƏKOTU bax kəklikotu. Kəkotuların iyi
hər tərəfə yayılırdı. Ə.Vəliyev. Bir kəkotu,
bir də ağ boymadərən; Olsa, bircə gündə
dirilərəm mən. B. Vahabzadə.
KƏKOV is. dan. Kəkələyən adam; kəkə.
Kəkov adam. Kəkov uşaq.
KƏKOVLAMA “Kəkovlamaq”dan /.7.5.
KƏKOVLAMAQ dan. bax kəkələmək.
Uşaq kəkovlayır.
KƏKOVLUQ dan. bax kəkəlik.
KƏKRƏ, KƏKRƏOTU is. bot. Əsasən də-
vələrin yediyi yabanı acı ot bitkisi.
KƏL is. 1 . İş heyvanı kimi istifadə edilən
camışm erkəyi. Kəl arabası. - Var bu kənd-
də yenə elə yoxsullar; Nə cütü var, nə kotanı,
nə kəli. A. Səhhət. [Cavan oğlan] nazik gər-
məşov saplı şallağını tərpədib kəlləri hayladı.
Ə.Vəliyev.
2. Əsasən dağlarda və meşələrdə yaşayan
çöl heyvanı (bəzən “dağkəli” şəklində). Kəl
ovuna çıxmaq. Kəl vurmaq.
3. тәс. Yekə, qüvvətli, güclü, zorba adam
haqqında. Kələ oxşayır. Lap kəldir.
KƏLAĞAYI is. Müxtəlif rəngli, haşiyəli,
nazik qadın ipək baş örtüyü. Ağ kəlağayı.
Kəlağayı örtmək. - Kəlağayı əlvan, qəsəbə
qıyğac; Altından cunası, hayıf ki, yoxdur.
M. P. Vaqif. Qız Ağamehdini görən kimi ba-
şını örtdü, kəlağayısını çəkdi üzünə, çəkildi
daxmanın bir bucağına. E. Sultanov.
KƏLAĞAYIÇILIQ is. Kəlağayı toxuma
sənəti.
KƏLAĞAYILI sif. Başına kəlağayı örtmüş,
başında kəlağayı olan. Kəlağayılı qız. Kəla-
ğayılı qadın. - Elin kəlağayılı gözəl gəliııi.
S.Vurğun.
KƏLAĞAYITOXUYAN, KƏLAĞAYIÇI is.
Kəlağayı toxumaqla məşğul olan adam, usta.
KƏLAM is. [ər.] Söz. Söz kəlam bişirər
ağız kiirrədə; Dəyər öz başına - dəyənək
olsa... M. Araz. // Hikmətamiz, nəsihətamiz
söz (ifadə). Füzulinin kəlamı. Ataların kəlamı.
669
KƏLBƏTİN
KƏLƏFLƏNMƏK
- Müəllimin kəlamı ; Al, saxla ehtiramı.
M. Ə. Sabir. [Qoca:] Ellərə təsəlli verən bu
kəlam Nizaminin kəlamıdır.. Ə.Məmməd-
xanlı. // Danışıq, söhbət. Əvvəl taam, sonra
kəlam. (Ata. sözü).
KƏLBƏTİN is. [ər. kəlbəteyn - ikidişli it]
Mıx və s. dartıb çıxarmaq, bir şeyi tııtmaq,
məftil kəsmək və s. üçün ikiağızlı maşaşə-
killi metal alət. Dülgər kəlbətini. Montvor
kəlbətini. - [Usta Həsən:] Ay Hacı, dəllək
nədir? Çağıracaqsan, gəlib bir at kəlbətinini
salacaq dişinə, dartıb əngini də dişinin üs-
tündə çəkəcək. Ə. Haqverdiyev. Qurd .. onu
küt kəlbətin kimi sıxıb qançır etmişdi.
M.Rzaquluzadə.
0 Kəlbətinlə (sözü, cavabı və s.) çəkmək
(qoparmaq) - danışmağa, cavab verməyə
məcbur etmək. Xəstəxanada yatırdı, güna-
şırı balaca Səttarla xəstəxananın koridorla-
rında tibb bacılarının əl-ayağına dolaşırdıq
və ağızlarından kəlbətinlə bir-iki söz qopar-
dırdıq. Ə.Məmmədxanlı.
KƏLÇƏ is. Camış balası. Kəlçəni əmiz-
dirmək. - Telli inək və camışı sağıb qurtardı.
Kəlçə və dananı çəkib bağladı. Ə. Vəliyev.
KƏLƏ is. 1 . Cins artırmaq üçün saxlanılan
axtalanmamış, burulmamış, cinslik kəl.
2. məc. vıılq. Oynaş, aşna (kişi haqqında).
Gülöyşə bu qadına tərəf pis-pis baxıb: -
Mələk olmasa, heç belə kələk olarmı? - dedi,
- dalma bir o qədər kələ, buğa toplaya bi-
lərini? S. Rəhimov.
KƏLƏBƏK bax kəpənək. [Həsən Səb-
bah:] Bax, doğdu günəş, güldü çiçəklər ;
Seyr et, nə gözəl şən kələbəklər! H. Cavid.
Əlvan rəngə çalan dağların üstündə üzən
yelkənlər ağ qanadlı kələbəklər kimi titrəyə-
titrəyə gedirdi. M. S. Ordubadi. Qar parçaları
havada ağ kələbəklər kimi uçuşur. S.Hüseyn.
KƏLƏÇƏ is. məh. Balaca kələ.
KƏLƏF is. 1. Yumru şəkildə sarınmış sap,
iplik, məftil və s.; yumaq. Yumşaq sap kələfi.
İp kələfi. Kələf sarımaq. - [Üçüncü qız:] Qarı
nənə, yunu əyirdim. Kələfi yumaqlayıb qur-
tardım. M. Dilbazi.
2. məc. Dolaşıq şey haqqında. [Fərhad]
fikirləşdikcə fikri uzandı və düyün düşmüş
fikir kələfi açılmağa başladı. Ə. Vəliyev. Dik-
sinib qaçıram; qafiyələrin dolaşıq kələfindən.
R.Rza.
0 Kələf dolaşmaq - çıxılmaz, çətin, dola-
şıq vəziyyət yaranmaq. [Süleyman:] ..Kələf
yaman dolaşdı. M.Ibrahimov. [Camal:] Nə
xəbər verəydim, kələf elə dolaşıb ki...
S.Rəhman. Kələf kimi (təki) - dolaşıq, pırt-
laşmış, qarışıq. Kələfi dolaşdırmaq - bir
şeyi qarışdırmaq, dolaşdırmaq, daha çətin
vəziyyətə salmaq. Göründüyü kimi, bütün
kələfi dolaşdıran ovurtdaq hesabdar cənabı
idi. S. Rəhimov. Kələfi qarışmaq - vəziy-
yəti xarablaşmaq, ağırlaşmaq, əhvalı daha
da pozulmaq. O, dörd gün belə bir qızdırma
içində yatdı, beşinci gecəsi onun kələfi qa-
rışdı, səhərə yaxın keçindi. S. Rəhimov. Kə-
ləfin ucu açılmaq - bir işin səbəbi müəy-
yənləşmək, izi, kökü tapılmaq, məlum olmaq.
Kələfin ucunu itirmək - pis vəziyyətə
düşmək, hadisələrdən baş açmamaq, nə edə-
cəyini bilməmək, dolaşıb qalmaq. Kələfin
ucunu tapmaq (ələ keçirmək) - bir işin
izinə düşüb kökünü, səbəbini tapmaq, mü-
əyyənləşdirmək. [Sərhəngə] elə gəldi ki,
müxtəlif iplərin bir-birinə ilişdiyi nöqtə, kələ-
fin ucu əlinə keçmişdir. M.Ibrahimov. Pris-
tav kələfin ucunu tapmaq üçün zəmi sahibi
olan Camalı həbs eləyib, strajniklərin qaba-
ğına qatdı. Ə.Abasov. İpək kələfinə dön-
dərmək - yumşaltmaq, xasiyyətini həlim-
ləşdirmək, rəftarını yaxşılaşdırmaq.
KƏLƏFÇƏ is. 1. İp, sap dolamaq və ya
dolanmış ipi sarğıdan açmaq üçün alət; sar-
ğac, fırlanqıc. İtirmişəm kələfçənin başını;
Tapanmıram üzüyümün qaşını.. Şəhriyar.
2. Kələf.
0 Kələfçəsi qarışmaq - işi çətinləşmək,
dara düşmək. Kələfçəsi pırtlaşıq (pırtlaq)
düşmək -bax kələfçəsi qarışmaq. İşi çəl-
pəşik olan, kələfçəsi pırtlaq düşən, dardan
qurtarmaq istəyənlər .. gəlib [Sayahnı] tapar-
dılar. Mir Cəlal.
KƏLƏFLƏMƏ “Kələfləmək”dən fis.
KƏLƏFLƏMƏK/ İri və ya sapı dükçə-
dən açıb pırtlaşmamaq üçün kələfçəyə və
ya dizə dolamaq, kələf şəklinə salmaq; yu-
maqlamaq.
KƏLƏFLƏNMƏ “Kələflənmək”dən fis.
KƏLƏFLƏNMƏK məch. Kələfçəyə və ya
dizə dolanaraq kələf şəklinə salınmaq; yu-
maqlanmaq.
670
KƏLƏK
KƏLƏK is. Hiylə, fırıldaq, badalaq, bic-
lik, fənd, aldatma. Kələk ilə gələn külək ilə
gedər. (Ata. sözü). [Süleyman:] Öyrən bu
kələyi, arvadı tap, tez toy elə! Ü.Hacıbəyov.
[Mustafa bəy:] Mirzə Kərim, bunlar hamısı
sənin kələyindir. Ə. Haqverdiyev.
0 Kələk gəlmək - yalan sözlərlə, hiylə
ilə aldatmaq, fırıldaq işlətmək. [Nəbi:] Meh-
dinin əlindən dad edər fələk ; Naçalniklər
mənə gəlirlər kələk. “Qaçaq Nəbi”. [Salamov:]
Adə, .. sən də mənə kələk gəlirsən? C. Cab-
barlı. Kələk işlətmək -bax kələk gəlmək.
[Hacı Mehdi:] Hər nə kələyin var, işlət.
Ə. Haqverdiyev. Molla Qasım anladı ki,
belə camaatın içində hər nə ki, kələyi varsa,
işlədə biləcəkdir. S.S.Axımdov. Kələk qur-
maq - biclik işlətmək, hiylə düzəltmək.
Lakin o yerlərdə gedir, durmayır; Bir elə
layiqli kələk qurmayır. M.Ə. Sabir. [Cahan:]
Bizə də sən qur kələk, sən qur kələk, sən qur
kələk. Ü.Hacıbəyov. [Hacı Fərəc:] Ziynət
xanımı görmək üçün nə kələk qurdumsa,
zalım qızı elə dəlillər gətirdi ki, qaldım
məəttəl. N.Vəzirov. Kələyə düşmək - tora
düşmək, hiyləyə aldanmaq, işə düşmək.
[Hacı Murad:] Seyidin kələyinə düşüb cəmi
dövlətini məscidə vəqf etmişdir. S.S.Axımdov.
Əcəb kələyə düşdük, əcəb qaldıq xatada.
S.Rüstəm. Kələyə salmaq (qoymaq) - cən-
cəl işə salmaq. [Gülçöhrə:] Əsgər bizi kələyə
qoyub, sənin acığına və mənim əzabıma sə-
bəb oldu. Ü.Hacıbəyov. Kələyi baş tutma-
maq - hiyləsi həyata keçməmək, boşa çıx-
maq. [Məşədi İbad:] Lotıılar pul söhbətini
eşidib qaçdılar. Yox, mənim kələyim baş
tutmadı. Ü.Hacıbəyov. Kələyi kəsilmək -
üzülmək, əldən düşmək. Kələyini kəsmək
- son dərəcə yormaq, incitmək, əldən salmaq,
çox əziyyət vermək, üzmək. Yol kələyimizi
kəsdi. - [Əhmədov:] Çadırdan, brezentdən
tap, yoxsa bu gün bizim kələyimizi kəsər.
Mir Cəlal. Kələyinin üstü açılmaq - hiy-
ləsi, bicliyi, fırıldağı aşkara çıxmaq, bəlli ol-
maq, baş tutmamaq. [Əsgər:] Zərər yoxdur,
bir-iki saatdan sonra mənim kələyimin üstü
açılar, onda qız da sevinər, mən də sevinə-
rəm. Ü.Hacıbəyov.
KƏLƏKBAZ sif. 1. Hiyləgər, bic, fənd-
gir, fırıldaqçı. Qış dolanar, yaz olar; Göldə
ördək, qaz olar; Hər nə desən qıza de; Gəlin
KƏLƏ-KÖTÜR
kələkbaz olar. (Bayatı). [Qarı Haşimiyə:]
İndi ki [Məcnun] kələkbaz kor kimi bizim
obaya gəlir, sən də hiyləyə hiylə ilə müqa-
bilə et, oğlum! Ə.Məmmədxanlı. // Zarafatla
işlədilir. Ay kələkbaz! - [Əsgər:] Halal ol-
sun Süleyman; Sən nə kələkbazsan, şeytan!
Ü.Hacıbəyov.
2. Zarafatçı, masqaraçı, məzəli adam haq-
qında.
KƏLƏKBAZLIQ is. Biclik. Hiyləgərlik,
fəndgirlik. Üzündən kələkbazlıq tökülür. -
Ən nəhayət, çıxılmaz vəziyyət Sərvəri kələk-
bazlığa məcbur edir. Ə. Sultanlı.
KƏLƏKÇİ is. Kələkbaz.
KƏLƏKÇİLİK is. Kələkbazlıq.
KƏLƏKƏ is. məh. Yeni doğmuş heyva-
nın ağuz südünün bişmişi.
KƏLƏKLƏMƏ “Kələkləmək”dən f.is.
KƏLƏKLƏMƏK f. dan. Kələk gəlmək,
aldatmaq. [Məşədi İbad:] Görüm hamamçını
bir növ kələkləyə bilərəmmi? Ü.Hacıbəyov.
KƏLƏ-KÖTÜR sif. 1 . Üstü hamar olma-
yan, nahamar; girintili-çıxmtılı (səth haq-
qında). Kələ-kötür divar. Kələ-kötür daş. -
iri kələ-kötür ətəkləri qaratikan kolları ilə
döşənmiş dağlar arasında yuxarı qalxdıqca
təbiət və hava bütün başqalaşır. A.Şaiq.
..Qayıq fənər işığında aydın görünən boz,
kələ-kötür qayaların iiç-dörd addımlığında
idi. M.Hüseyn.
2. Qaba, kobud, yöndəmsiz, yaraşıqsız, bi-
çimsiz. Kələ-kötür əl. - Dənıirçioğlu baxdı
ki, [Koroğlu] bir yekəpər, kələ-kötür adamdı,
üz-gözündən zəhm yağır. “Koroğlu”. O bar-
maqların hamısı, bir-birinə oxşayan kələ-
kötür barmaqlardır. M.S. Ordubadi. // Düzgün
olmayan, əyri-üyrü, biçimsiz. Kələ-kötür
hərflər və əyri xətlərlə adi şagird dəftərinin
dörd vərəqini tutan bu kağız imzasız idi.
M. İbrahimov. Bir də ki, kələ-kötür xətlə ya-
zılmış sözləri oxuyub, xeyir xəbər olduğunu
gördüm. H.Seyidbəyli.
3. məc. İncəlikdən məhrum; qaba, kobud.
[Kərəmov:] Axır zamanlar bir az sən də kələ-
kötür (z.) danışmağa başlamısan. S.Rəhman.
4. məc. Əzablı, əziyyətlə dolu, ağır, əziy-
yətli. [Firidun] ömrünün kələ-kötür və tikanlı
keçmişini deyil, min bir xəyal və ümidlə dolu
gələcəyini düşünürdü. M. İbrahimov.
671
KƏLƏ-KÖTÜRLƏŞDİRMƏ
KƏLƏ-KÖTÜRLƏŞDİRMƏ “Kələ-
kötürləşdirmək”dən fis.
KƏLƏ-KÖTÜRLƏŞDİRMƏK / 1. Kələ-
kötür etmək.
2. məc. Qabalaşdırmaq, kobudlaşdırmaq.
KƏLƏ-KÖTÜRLƏŞMƏ “Kələ-
kötürləşmək”dən /A.
KƏLƏ-KÖTÜRLƏŞMƏK / 1 . Kələ-kötür
olmaq.
2. məc. Qabalaşmaq, kobudlaşmaq.
KƏLƏ-KÖTÜRLÜK is. Kələ-kötür şeyin
hal və vəziyyəti. Yolan kələ-kötürlüyü. Xət-
tin kələ-kötürlüyü.
KƏLƏKSİZ İ . sif. Hiyləsiz, düz.
2. zərf Kələk işlətmədən, kələk qurma-
dan.
KƏLƏM is. Yarpaqları xörəyə işlənən
bostan bitkisi. Bir baş kələm. Kələm dərmək.
- Bazara turp, kök, kələm, soğan gələr satıl-
mağa; Küləkli qar, yağış yağar uzuıı-uzadı
yaylağa. A.Səhhət. □ Baş kələm bot. - kə-
ləmin iri yarpaqlar şəklində açılan növü. 2 kq
baş kələm almaq. Daş kələm bot. - xörəyə
işlənən yoğungövdəli kələm növü. Dəniz
kələmi bot. - xörəyə qatılan və müalicə
məqsədi ilə işlədilən dəniz yosunu. Dəniz
kələmi konservi. Gül kələm bot. - gül şək-
lində olan kələm növü. Gül kələmi doğramaq.
H Həmin tərəvəzdən hazırlanmış xörək.
Kələm şorbası.
0 Kələm suyu - borşa zarafatla verilən ad.
Canını, Allahın kələm suyu - borşu istəyir-
sən, içindən sosiska çıxır. S.S.Axundov.
KƏLƏMAT [ər. kəlimat - “kəlmə” söz
cəmi] Kəlmələr, sözlər. Oxunur məclisdə xoş
kələmatı; Ox kimi bağrını dələr , ağlarsan.
M. V. Vidadi. [Müsyö Jordan:] İndi də mənim
ilə durub-oturmaqdan bir para kələnıatı hifz
edibdir. M.F.Axundzadə.
KƏLƏMBAŞ sif. dan. Girdə, yekə başı olan
(adam haqqında). Kələmbaş adam.
KƏLƏMDOLMALIQ sif. və is. Kələmdol-
ması bişirməyə yarar yarpaqları olan baş
kələm. Kələmdolmalıq kələm.
KƏLƏMDOLMASI is. Kələm yarpaqları-
na bükülmüş, döyülmüş ət və s.-dən hazır-
lanan xörək. Kələmdolması bişirmək. - Bu
beş ilin müddətində “Nicat” xüsusunda bu
tərifləri eşidəndən sonra bir neçə kələmdol-
KƏLLƏ
ması yeyib bərk yuxuya getdim.. C. Məm-
mədquluzadə. [Qurban:] Niyaz axşam bizə
gəl, səni bir yaxşı kələmdolmasına qonaq
eləyim. Ə. Haqverdiyev. ..Tiikəzban əvvəlcə
nəvəsinin, sonra da gəlininin boşqabına
kələmdolması çəkdi. M. Hüseyn.
KƏLƏMQURDU is. zool. Kələmə ziyan
verən və onun içində olan həşərat (qurd,
cücü).
KƏLƏMLİK is. Kələm əkilmiş yer. Kə-
ləmlivi sulamaq.
KƏLƏNTƏR is. qəd. Şəhərin inzibati işlə-
rinə baxan vəzifəli şəxs. [Bazarbaşı:] Hacı
ağanın qədrini bilməyənlər də vardır, .. mə-
sələn, bizim kələntər. P.Makulu.
KƏLƏNTƏRLİK is. tar. 1 . Kələntərin və-
zifəsi, işi.
2. Kələntərin idarəsi altında olan ərazi.
KƏLƏZ is. zool. Sürünənlər sinfinə aid
olan, daşlıq və qayalıq yerlərdə yaşayan iri
kərtənkələ növü. Kələz ilən, əqrəb ilən, mar
ilən; Ağzınadək qəbrin dolar, ağlarsan.
M.V. Vidadi.
KƏLİK is. [fars.] Dəyməmiş, yetişməmiş,
kal qovun, yemiş. Bostançının sovqatı kəlik
olar. (Ata. sözü). // Qovunun, yemişin qabığı
yaşımtıl, əti isə bərk olan növü. Uşağın qu-
cağına üç-dörd kəlik verib evə göndərdim..
Ə.Vəliyev.
KƏLİSA bax kilsə. Harda olsan, dövləti-
didarın olsun cilvəgər; Arifə məqsəd nə məs-
cid, nə kəlisadır, qərəz. S.Ə.Şirvani. Dəstə-
maz eylədiyin çeşmə müsəlman qanıdır;
Bilmirəm hansı kəlisada nəmaz eyləmisən.
Şəhriyar.
KƏLLAHI sif. və zərf dan. Özbaşına, azad,
sərbəst, özü istədiyi kimi. Kəllahı adam.
Kəllahı dolanmaq. - Adam var, çölləri gə-
zər kəllahı; Adam var, tanımaz gözəl Allahı.
“Abbas və Gülgəz”.
KƏLLƏ is. [fars .] 1. Baş. Kəlləsindən vur-
maq. - Ox atma sən bu daşa; Bu qayaya, bu
daşa; Düşməni elə vur ki; Kəlləsindən bud
aşa. (Bayatı). Misri qılınc kəllələri kəsəndə;
Bağırsaqlar cəmdəklərə dolana. “Koroğlu”.
Kəllə vurmaq - başı ilə vurmaq. Qurd atıldı
meydana; Vuruşdular doyunca; Keçi kəllə
vurunca; Qurd bulaşdı al-qana. M.Müşfıq.
// Başın təpə hissəsi, ortası. İşıqda kəlləsi
parıldayırdı.
672
KƏLLƏ
KƏLLƏGÖZLÜK
2. Əti çürüyüb tökülmüş baş sümüyü;
qafa tası; qafa. Skeletin kəlləsi. Mamontun
kəlləsi. - [Xəyyam:] Bir böyük quş qonaraq
bürcünə gördüm Tusun; Süzərək kəlləsini
pəncədə Keykavusun. H. Cavid. [Həyat:] Sən
lap filosof olmusan. Hamlet kimi çürümüş
kəllələrlə danışmaq istəyirsən. M.İbrahimov.
□ Kəllə qutusu -bax qafa tası (“qafa”da).
3. Bax kəlləpaça. Kəllə bişirmək. Kəllə
yemək.
4. Bir şeyin ən yuxarı hissəsi, təpəsi; zir-
və. Divarın kəlləsi. Ağacın kəlləsi. - Ay get-
gedə qarşıdakı uca dağın kəlləsinə sancılıb
gizlənməyə başlayırdı. H.Nəzərli. [Rüstəmin]
gözləri qabağında .. Qəhrəmanın quşqon-
maz ağacların kəlləsinə çıxmağı canlandı.
S. Rəhimov.
5. məc. dan. Ağıl, kamal, şüur mənasında.
Kəlləsi yoxdur. Kəlləsi işləmir. H məc. dan.
Çox ağıllı, başlı adam haqqında. Yaman kəl-
lədir.
6. Konus və ya yuvarlaq şəkildə istehsal
olunan şey. İki kəllə pendir. - [Sultan bəy:]
Elə hamı mən deyəni deyir: bir hallıca-
bolluca dul arvad ola ki. bir nəfər molla, üç
manat pul və bir kəllə qənd ilə iş tamam ola.
Ü.Hacıbəyov. [Cavad:] O günlər Məşədi
Babanın qızının kəbini kəsiləndə iki xalvar
buğda, .. bir kəllə qənd və bir girvənkə çay
gətirmişdilər. B.Talıblı.
7. sif. mənasında. Baş, başda olan; kənar.
Kəllə pəncərə. - [Nuriyyə:] Qərənfil bacı
məni pəncərələri qərbə baxan kəllə otağa
apardı. İ.Əfəndiyev. Eyvanın kəllə sütununun
qabağında qoyulmuş bədənnüma güzgünün
qabağında Ağazal özünə axırıncı sığalı da
verdi. Ə.Əbülhəsən. Həyətinə sal daşı döşən-
miş ev iki kəllə, bir orta otaqdan ibarətdir.
Ə.Vəliyev.
8. məc. dan. Kobud, qaba, kimsəyə boyun
əyməyən adam haqqında. Kəllə uşaq. Çox
kəllədir. Kəllə (z.) danışır.
9. B ax zenit 1-ci mənada. Avqust günəşi
düz kəllədə idi. Ə.Əbülhəsən.
0 Kəllə-kəlləyə gəlmək (durmaq) - üz-
üzə gəlmək, döyüşmək, vuruşmaq, toqquş-
maq. Tanklar qabaqlaşdı. Elə bil, iki qoç
kəllə-kəlləyə gəldi. Ə.Vəliyev. // məc. Mü-
barizə aparmaq. Zəngəzur naçalniki Səlim
bəylə kəllə-kəlləyə gələn, .. adı dillər əzbəri
həmin igid Həcəri deyirəm! S. Rəhimov.
[Fərman] hər gün öz maşınına əyləşərək
dağlarla kəllə-kəlləyə gəlirdi. Ə. Sadıq.
Kəlləni ağartmaq -bax kəlləm yerə qoy-
maq (atmaq) 2-ci mənada. Kəlləni yastığa
atmaq (qoymaq) -bax kəlləni yerə qoy-
maq (atmaq) 1-ci mənada. At kəlləni yastı-
ğına, yaxşı uzan, yaxşı yat ; Mən dinsəm də,
dinməsəm də, keçinəcək bu həyat. S. Vurğun.
Kəlləni yerə qoymaq (atmaq) - 1 ) yıxılıb
yatmaq, yuxulamaq; 2) məc. ölmək. Baxış
bəy: - Dava nədir, ay pristav, - dedi, - alnına
gülləni vurarlar, kəlləni birdəfəlik qoyarsan
yerə. Ə.Abasov. Gözü (gözləri) kəlləsinə
çıxmaq -bax göz. Axıındun gözləri çıxır
kəlləsinə. “M.N.lətif”. [Mərdan:] ..Yoxsa
səni o qədər boğaram ki, gözlərin çıxar kəl-
lənə dana gözləri kimi. N.Vəzirov.
KƏLLƏBƏKƏLLƏ: kəlləbəkəllə gəlmək
-bax kəllə-kəlləyə gəlmək (durmaq)
(“kəllə’də).
KƏLLƏÇARX is. f ars. ] Neft bıımqlarmın
və qüllə şəkilli başqa qurğuların təpəsində
olan qaldırıcı çarx. Dolamaçarxın kəlləçarxı.
- Vışkaların təpəsində fırlanan kəlləçarxla-
nn cırıltısı eşidilmirdi. M. S. Ordubadi. Bu-
ruqların şam ağacı kimi səmaya yüksəlməsi,
başlarında qurulmuş kəlləçarxın fır-fır fır-
lanıb quyulardan neft dartınası .. əzəmət təş-
kil edirdi. B.Talıblı.
9 Kəlləçarxa vurmaq - bir iş və ya hə-
rəkətdə son həddə, ifrat dərəcəyə varmaq;
həddini aşmaq. [Mirzə Cəlil:] [Ataş] özba-
şına qalsa, kəlləçarxa vurar, yatan itləri də
oyadar. Ə.Vəliyev.
KƏLLƏÇARXÇI is. dan. 1. Kəlləçarxda
işləyən fəhlə.
2. Çox yüksəklərdə işləməyi bacaran fəh-
lə, usta.
KƏLLƏGÖZ sif. 1 . Nağıllarda: gözü kəl-
ləsində olan (canlı); təpəgöz. Qəhrəman altı-
ayaq, kəlləgöz atmı sürüb, ibrahimi də aldı
tərkinə. (Nağıl).
2. məc. Hirsli, tez qızışan, qəzəbli.
[Şiraslan:] Bir az belə, bir təhər adanıdır,
kəlləgözdiir.. M. Süleymanov.
KƏLLƏGÖZLÜK is. dan. Tez hirslənən,
tez qızışan adamın xasiyyəti; hirslilik.
673
KƏLLƏLƏMƏ
KƏLLƏLƏMƏ “Kəllələmək”dən /A
KƏLLƏLƏMƏK/ 1 . Kəllə ilə döyüşmək,
kəllə ilə vurmaq. Qoçlar bir-birini kəllələ-
dilər.
2. məc. Qəsdən incitmək.
KƏLLƏLƏŞMƏ "Kəllələşmək” dən f. is.
KƏLLƏLƏŞMƏK 1 . qar .4. Kəllə ilə vuruş-
maq, kəllə ilə döyüşmək. Qoçlar kəllələşdi.
2. Bax kəllələmək 2-ci mənada.
KƏLLƏLİ sif. dan. zar. Başlı, ağıllı.
KƏLLƏLİK is. 1 . Çərçivənin üst uclarını
birləşdirən gödək ağac. Kəlləlik kəsmək. Kəl-
ləlik düzəltmək.
2. Bir şeyin kəllə (üst) tərəfini təşkil edən
hissəsi.
3. məc. Tərslik, yekəbaşlıq. Kəlləlik (z.)
etmək. Kəlləlik (z.) göstərmək.
4. məh. Qapının üstündə olan pəncərə.
KƏLLƏMAYALLAQ zərf 1. Başı aşağı,
ayaqlan yuxarı halda. Kəlləmayallaq yıxıldım.
Kəlləmayallaq olmaq. - Ola bilər ki, .. kəl-
ləmayallaq divarın üstündən yıxılıb düşə.
C. Məmmədquluzadə. Kəlləmayallaq aşmaq
(gəlmək) - başıaşağı uçmaq, yıxılmaq, en-
mək. [Yarməmməd Naznaza:] Yapışdım iki
qıçından, şalbaıı kimi kəlləmayallaq aşdı.
M.İbrahimov. [Şofer:] Tüfəng açıldı. Özüm
də təpmənin şiddətindən kəlləmayallaq qayı-
ğın dibinə aşdım. M. Rzaquluzadə. // Tərsinə,
başıaşağı. Stulları kəlləmayallaq qoymaq.
KƏLLƏPAÇA is. [fars, ј 1. Kəsilmiş qo-
yun və ya keçinin başı və ayaqlan. Kəlləpa-
ça bişirmək. Kəlləpaça almaq. - Qazı durdu
ayağa, ocağı yandırdı, kəlləpaçanı saldı çöl-
məvə. (Nağıl).
2. aşp. Qoyun və ya keçinin kəlləsi və
ayaqlarından bişirilən duru xörək; baş-
ayaq. Sirkə-sarımsağını hesab edən kəllə-
paça yeməz. (Ata. sözü). [Zərbəli:] Yaxşı lətif
piti var, küftəbozbaş, kəlləpaça var, kotlet
var. Ə. Haqverdiyev.
KƏLLƏPƏZ is. [fars.] köhı. 1. Kəlləpaça
bişirib satan adam. Səfər günü Xəlil əmisi
kəlləpəz İmanı gətirib, evlərinə hayan qoyub,
anası və bacısı ilə ağlaya-ağlaya vida etdi.
Ə. Haqverdiyev.
2. Kəlləpaça bişirilib satılan dükan və s.
Bura sərraf dükanı deyil, kəlləpəz dükanı-
dır. “M.N.lətif’.
KƏLMƏ
KƏLLƏPƏZLİK is. köhn. Kəlləpaça bi-
şirmə sənəti.
KƏLMƏ is. [ər.] 1. Söz. Qurban mollanın
ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi ..
onu dinləyirdi. A.Şaiq. [Səfərəli:] Bizim İs-
tanbulda bövlə kəlmələr işlənməz. H.Nəzərli.
[Fərman müəlliminin] ..dediklərini mənim-
sər və rıısca hələ zəif bilməsinə baxmayaraq,
kəlmələri bir-birinə quraşdıraraq sualı sual
dalınca verərdi. Ə. Sadıq. □ Kəlmə(si)-
kəlməsinə -bax kəlməbəkəlmə. Kəlmə-
kəlməsinə xəbər vermək. П İfadə, ibarə.
2. Saylarla: bir, iki, üç və i. a. kəlmə - bir
neçə söz, az söz, qısaca. Mehriban iki kəlmə
ilə yenə içə bilməyəcəyini və içmək istəmə-
diyini bildirdi. S. Hüseyn. [Qəhrəman:] Bu
iki gündə nə ev sahibi xanım ilə, nə də qul-
luqçu ilə bir kəlmə danışmaq ehtiyacımız
olmadı. H.Nəzərli. [Xalıq:] Bəli, mənəm, da-
yan, səninlə iki kəlmə sözüm var. S.Rəhman.
3. Kəlmə və ya kəlmeyi-şəhadət din. -
müsəlmanlığın əsas rəmzi olan “lailahə illəl-
lah, Məhəmmədün-rəsullüllah” ifadəsi (islam
dininə görə hər bir müsəlman yatmazdan
qabaq və ya ölərkən və yaxud başqa hallarda
bu ibarəni söyləməklə müsəlman olduğunu
göstərir). Sirat, sual qabaqdadı, nə damaqdı
dünyada ; Kəlmeyi-şəhadət lazımdı ölən vaxtı
dünyada. Aşıq Ələsgər. [Arvad:] Ay kişi,
..səni görüm öləndə dilin kəlməyə gəlməsin,
sən bəyəm qoyursan ki, mən bilim nə iş gö-
rürəm? H. Sarabski.
0 Kəlmeyi-şəhadətini demək (oxumaq,
söyləmək, yada salmaq, dilinə gətirmək)
- ölümünü gözü qabağına almaq, ölməyə
hazırlaşmaq. Uzaqdan diqqət edirsən ki,
görüm, əgər [atlıların] başında papaq var,
kəlmeyi-şəhadətimi oxuyum. C.Məmməd-
quluzadə. Bu sözləri xatırına gətirib Molla
Tanrıverdi başladı .. kəlmeyi-şəhadətini
oxumağa. E. Sultanov. Kəlmə kəsmək -
danışmaq. Maral bir daha Cuma ilə kəlmə
kəsməyib getdi. Ə.Əbülhəsən. Hesabını başa
düşən Qarakişi daha bir kəlmə də kəsmədi.
B.Bayramov. [Rəşid:] ..Ancaq ömrümdə gör-
məmişdim ki. Qara Canbalayev, ya da Göv-
hər xanım mənimlə kəlmə kəssin. İ. Hüseynov.
Kəlmə verib kəlmə almaq -bax kəlmə
kəsmək. [Qoca qarı:] Mən gəlin gedəndə
674
KƏLMƏBAŞI
KƏMAL
ondan da kiçik idim, qaynananıla kəlmə ve-
rib kəlmə alanda üzüm qızarardı. Qantəmir.
kəlmə-kəlmə zərf Ayrı-ayrı sözlərlə, hər
sözü ayrıca. Kəlnıə-kəlmə tərcümə etmək.
Kəlmə-kəlmə diktə etmək. - Əzizim, kəlnıə-
kəlmə; Sözü de kəlmə-kəlmə; Oturaq xəlvət
evdə; Danışaq kəlmə-kəlmə. (Bayatı).
"Əlifin hökmüylə, “cim” fərmanıyla; Ara
kəlmə-kəlmə, dağıt "əmmə "ni. Aşıq Ələsgər.
KƏLMƏBAŞI zərf Hər sözün başında;
tez-tez. Dırnaqları manikürlü, dodaqları qır-
mızı; Kəlməbaşı deyir ki: "Mən el qızıyam,
el qızı ”. S.Rüstəm. Ya nıənim ingiliscəm; tər-
cüməyə möhtacdır; ya o, keydir; Elə "ay si"
deyir; "Yes" deyir; kəlməbaşı "okey” deyir.
R.Rza.
KƏLMƏBƏKƏLMƏ zərf Bir-bir, kəlmə-
lərlə, sözbəsöz. Kəlməbəkəlnıə oxumaq. Kəl-
məbəkəlmə yazmaq.
KƏLMƏCİK “Kəlmə”dən kiç.
KƏLMƏLİK sif. Saylarla işlənib sözün
miqdarını bildirir. Səməd səbr edə bilməyib
bir neçə kəlməlik məktub yazdı. İ. Hüseynov.
..Bəlkə həyatla ölüm haqqında; iiç kəlməlik
bir əfsanə dedi. R.Rza.
KƏLTƏN is. məh. İri kəsək. Dişli mala-
lar iri kəltənləri əzib xırdalayır; - Əkbər
kəltəni.. Məşədi Hüseynin kəlləsinə çırpmaq
istəyəndə Müsliim qoymadı. Mir Cəlal.
KƏLTƏNLİ sif. məh. Kəltəni olan; kə-
səkli. Kəltəııli yer. Kəltənli tarla.
KƏM 1 sif. və zərf [fars.] 1. Az. Yağış yağ-
dı, nəm qaldı; Qəlyan keçdi, dəm qaldı; Bağ-
çada bar bol idi; Dolu varda, kəm qaldı.
(Bayatı). [Usta Kərbəlayıya:] Etiqadın ka-
mildir, ruzin kəm! Çəmənzəminli. □ Kəm
etmək (qılmaq) köhn. - azaltmaq, əskiltmək,
əskik etmək. Ol ləhzə həm etmə şəfqətin kəm.
Füzııli. Kəm gəlmək - əskik olmaq, əskik
gəlmək, çatmamaq. Onda kəm gələn qızılı
Ələmdar bu uğultula şəhərin harasından tapa
bilərdi? S.Rəhimov. Kəm olmaq - azalmaq,
çatışmamaq, kifayət etməmək. // Əskik ol-
maq. Evlər yıxan ola daneyi-xalı; Bir dəm
kəm olmaya məndən xəyalı. Qurbani. [Saya-
lı:] İltifatın kəm olmasın! Mir Cəlal.
2. Nöqsanlı, az, çatışmayan. Aşıq deyər Əli-
dən; Sözün başlar bəlidən; Ağlı kəm canana
bax; Küsübdür mən dəlidən. (Bayatı). Ağıl-
dan kəm, huşdan çaşqın, dil qanmaz; Şərm
etməz qonaqdan, ölməz, usanmaz. Aşıq Ələs-
gər. // Alçaq, rəzil, yaramaz, pis. Var mərdə
qul ol, aşıq; Kərəm umma kəm ərdən. Sarı
Aşıq.
3. məc. Pis, qaba, kobud, xoşagəlməz.
Qəzəblənmiş sərkar Alagözü təzəcə yanan
lampa işığında başdan-ayağa süzüb: - Sən
çox kəm danışırsan, xanını! A.Şaiq.
4. Aşağı, əskik. Key nəşeyi-eşqdəıı vuran
dəm! Məcnunu sağıııma Leylidən kəm!
Füzuli. Mənim varım deyil ol Kəbədən kəm.
M. P. Vaqif.
0 Kəm baxmaq - pis nəzərlə baxmaq,
əyri baxmaq, kəc baxmaq. Mən fələkə ney-
lədim; Fələk mənə baxdı kəm? H.K.Sanılı.
Mən yazığın yenə yatıbdır baxtı ; Kəm baxdı
dostuna, evini yıxdı. Aşıq Hüseyn. Ona görə
bu dostluğu kəsmişəm; Kəm baxırsan üzbə-
üzə gələndə. Aşıq Əziz. Kəm tutmaq -
saymamaq, etinasızlıq göstərmək. Tutma
kəm, kim çox kərəmdir həm əzinıü-şan sənə;
Fəxr qıl, kim padişahlardan gəlir paşaya
kürk. M.P.Vaqif. Qəmin kəm - “eybi yox-
dur, fikir eləmə, düzələr”, yaxud “bəxtindir”
mənalarında. [Əlibaba:] Axtar, nəçənnik,
taparsan, qəmin kəm. H.Seyidbəyli.
KƏM 2 is. Yüyənin atın ağzına keçirilən
dəmir hissəsi; cövzə. Atın kəmini tutmayan
yolda piyada qalar. (Ata. sözü).
kəm... [fars.[. Mürəkkəb sözlərin azlıq
mənasında olan birinci tərkib hissəsi; məs.:
kəmsavad, kəmetina, kəmağıl və s.
KƏMAĞIL sif. [fars, kəm və ər. əql] Ağlı
az, ağıldan zəif. Kəmağıl adam.
KƏMAĞILLIQ is. Ağıl azlığı, ağlı çatış-
mazlıq; giclik. Kəmağıllıq etmək.
KƏMAL bax kamal. Yəni ki, gətir kəmalə
zövqüm; Gündən-günə qıl ziyadə şövqüm.
Füzuli. Hər aşiqin ki, sən kimi bir məhcə-
malı yox; Nöqsanı var ki, eşqinə əsla kəmalı
yox. S.Ə.Şirvani. Elə bil ağladın, canım
dağladın; itirdim kəmalım sən ağlayanda.
Molla Cümə. // kit. Bir sıra izafət tərkiblə-
rində təyin etdiyi şeyin təkmilliyini, bitkin-
liyini, tamlığını, çoxluğunu bildirir, məs.:
kəmali-diqqətlə - tam diqqətlə, son dərəcə
diqqət yetirilərək; kəmali-qayda ilə - qay-
dasmca, tamamilə, kəmali-qeyrətlə - çox
675
KƏM ALINCA
KƏMƏND
qeyrət göstərilərək, çox çalışaraq; - Kəblə
Novruzqulu kəmali-qayda ilə palçığa oturur.
H. Sarabski.
KƏMALINCA bax kamalınca.
KƏMAN bax kaman. Kəmanə döniibdii
qaməti-mövzwı; Əhvalım fələk edib digər-
gun. Q.Zakir. Ey alnın ay, üzün günəş, ey qaş-
ların kəmaıı; Ceyran gözün, qarışqa xətin,
kakiliıı ilan. M.Ə. Sabir.
KƏMANDAR bax kamandar. Nə kaman-
darsan, ey məh ki, atıb qəmzə oxun; Yıxdığın
seyddə nə zəxm, nə peykan görünür. Füzuli.
KƏMBAHA sif. [fars.] köhn. Ucuz, qiymət-
siz, dəyəri az. Kəmbaha paltar.
KƏMBƏXT sif. [fars.] Bəxtsiz, talesiz.
KƏMBƏXTLİK is. Bəxtsizlik, talesizlik.
KƏMCÜRƏT sif. [fars, kəm və ər. cürət]
Az cürətli (cəsarətli), cürətsiz, cəsarətsiz,
qorxaq. - Gözəlin bəzisi bədniyyət olur;
Qədrbilməz olur, bihürmət olur; O ki bir
parası kənıcürət olur; Çətin ələ düşər dila-
vər gözəl. Q.Zakir. ..Bizini tüccarlar mər-
hum Mirzə Fətəlinin Hacı Qarası kimi aciz,
qorxaq və kəmcürət olur(lar).. F. Köçərli.
// İs. mənasında. Cürətli şəhər alar; Kəmcü-
rət küncdə qalar. (Ata. sözü). [Seyid:] Pah,
oğlan, bəs sən belə kəmciirətmişsən? Mən
səni belə bilmirdim... E. Sultanov.
KƏMCÜRƏTLİLİK is. Cürət, cəsarət az-
lığı; cürətsizlik, cəsarətsizlik, qorxaqlıq. Bu-
rada kəmcürətliliyimiz aşkara çıxır. C.Məm-
mədquluzadə.
KƏMÇƏ is. [fars.] bax malakeş 2-ci
mənada.
KƏMÇƏNƏ sif. məh. Alt çənəsi gödək.
Kəmçənə quzu.
KƏMÇİK 1. is. Çatışmayan hissə, parça,
şey.
2. sif. Tam olmayan, yarımçıq. Kəmçik ay.
Kəmçik parça (ağız-ağıza qatladıqda kənar-
ları bir-birinə düz gəlməyən parça).
KƏMETİBAR sif. [fars, kəm və ər. etibar]
Etibarsız, etibarı az olan, etibarı olmayan, eti-
bar edilə bilməyən. Kəmetibar adam.
KƏMETİQAD sif. [fars, kəm və ər. etiqad]
klas. Etiqadı olmayan, etiqadı az olan; eti-
qadsız.
KƏMETİQADLIQ is. Etiqadı az olma; eti-
qadsızlıq.
KƏMETİNA sif. [fars, kəm və ər. etina]
Etinasız, diqqətsiz. Həmişə kəmetina Zeynal
bu gecə hər şeyə diqqət ilə baxıb, hər bir
hənirtiyə məna verməyə başladı. Çəmənzə-
minli. Müavini kəmetina vəziyyətini pozma-
yaraq əyləşdi. B.Bayramov.
KƏMETİNALIQ is. Etinasızlıq, diqqətsiz-
lik. Zeynəb də Nadirin kəmetinalığını gör-
dükdə sakit oturub, gözlərini qırpmayaraq
otağın bucağında asılmış tüfəngin çaxma-
ğına baxırdı. B.Talıblı. Bu nazənin gözəlin
yaxşı dilgüşalığı var; Heyif, öz aşiqinə çox
kəmetinalığı var. Ə.Vahid. □ Kəmetinalıq
etmək (göstərmək) - etinasızlıq göstərmək.
Hətta arvadlar da kəmetinalıq etməyib,
darvazaların arasından kərbəlayıva təhqiq-
lə nəzər yetirirdilər. Çəmənzəminli.
KƏMƏDƏB sif. [fars, kəm və ər. ədəb]
köhn. Ədəbsiz, biədəb. Kəmədəb uşaq.
KƏMƏDƏBLİK is. Ədəbsizlik, tərbiyə-
sizlik, biədəblik.
KƏMƏND is. 1. Qədim müharibələrdə
düşməni tutmaq üçün uzaqdan atılan ucuil-
məkli uzun ip. [Dəmirçioğlu] axırda belin-
dən kəməndini açıb, qayaya atdı. “Koroğlu”.
// Ovda heyvanı və ya xam atı tutmaq üçün
işlədilən həmin ip. [Dərviş:] Bir dəfə xam at
tuturduq, at Ruqiyyənin yanından keçən
zaman Ruqiyyənin əlindən kəmənd çıxdı.
A.Divanbəyoğlu. Beyrək qulaylanıb kəməndi
atdı. M.Rzaquluzadə. // İlmək, bağ, düyün.
□ Kəməndə düşmək - T) kəməndlə tutul-
maq (at və s. haqqında). Göy ürkəyə kəmənd
atdılar. At kəməndə düşdü. Ə. Vəliyev;
2) məc. tora düşmək.
2. klas. Şairanə təşbehlərdə gözəlin saçına,
zülfünə işarə. O tari-ziilfə əsirəm, şikayətim
çoxdur; Özüm kəməndinə bağlanmışam iradə
ilə. S.Ə.Şirvani. □ Kəmənd kimi - şairanə
təşbehlərdə. Kəmənd kimi tökülübdür gər-
dənə; Dönübdür sərasər şahmara tellər.
M.P. Vaqif.
0 Kəməndə keçmək (düşmək) - ilişmək,
dolaşmaq, tora düşmək, hiylənin qurbanı
olmaq. [Qulu:] Qoca elə kəməndə keçməyib
ki, qurtara bilsin. N.Vəzirov. Kəməndə
salmaq - tora salmaq, hiylə ilə tutmaq. Çəni-
fələk saldı məni kəməndə; Buların oduna
düşmüşəm mən də. Aşıq Ələsgər. Şirin söz
676
KƏMƏNDÇİ
ilə saldı o, ahunu kəməndə. M. Ə. Sabir.
[Təlxək əcinnə:] Xoş gördük, ay mənim gü-
lüm! Yenə kimi kəməndə salıbsan? Ə.Haq-
verdiyev.
KƏMƏNDÇİ is. Ovda heyvanları (atlan)
kəməndlə tutan adam.
KƏMƏNDLƏMƏ "Kəməndləmək”dən fis.
KƏMƏNDLƏMƏK f. 1 . Kəməndə salmaq;
kəməndə keçirmək, kəməndlə tutmaq.
2. məc. Özünə ram etmək, əl-qolunu bağ-
lamaq, əsarət altına almaq. Qumru qaçmaq,
onu kəməndləmək istəyənlərin əlindən qur-
tarmaq istəyirdi. Mir Cəlal.
KƏMƏNDLƏNMƏ "Kəməndlənmək”-
dən fis.
KƏMƏNDLƏNMƏK məcli. 1. Kəməndə
salınmaq, kəməndə keçirilmək, kəməndlə
tutulmaq.
2. məc. Əl-qolu bağlanmaq, əsarət altına
alınmaq.
KƏMƏR' is. [fars. ] 1. Bax qayış 1-ci
mənada. Kəməri qırılmaq. Təzə kəmər almaq.
Belinə kəmər bağlamaq. H Paltar, palto və
s.-də belə sarman uzun ensiz parça; belbağı.
Paltonun kəməri. Paltarın kəmərini açmaq.
□ Kəmər yeri - kəmər bağlanan yer; bel.
Şal qarının çiynindən yavaş-yavaş sıyrılıb
kəmər yerinə qədər düşdü. M. Hüseyn.
// Keçmişdə paltarın üstündən belə bağlanan
qızıl, gümüş və s. ilə bəzədilmiş belbağı,
qurşaq; təkbənd. Qızıl kəmər. Enli kəmər. -
Aşıq oldum telə, qız; Kəmər bağla belə, qız;
Yan gücnəıı tapmışam; Ana doğmaz belə
qız. (Bayatı). [Səlma:] işlə gümüş kəmər! Həm
də yepyeııi; Sonra yenə məmnun eylərəııı
səni. H. Cavid. Bəyin enli kəmərindən gümüş
qınlı iri bir xəncər sallanırdı. S.Rəhimov.
// Tüfəng qayışı. ..Həcər təkrar papağı ba-
şına qoydu, əlini aynalıya atdı, kəməri çiy-
ninə aşırdı. S.Rəhimov. // Patrondaş məna-
sında. [Qoca:] Tüfəngi doldurub aldım əli-
mə; Kəməri bağladım qoşa, belimə. “Qaçaq
Nəbi”. // Ümumiyyətlə, bir şeyin belinə
bağlanan, sarman, dövrələnən ip, qurşaq,
çənbər və s. Çəlləyin kəməri. - Aləm bayram
içində idi. Böyük binaların belindən qırmızı
kəmər çəkilmişdi. Mir Cəlal.
0 Kəmər bağlamaq məc. - əmrə hazır
vəziyyətə gəlmək; hazır, amadə olmaq.
KƏMƏRLƏNMƏ
Kəmər kimi - düz və uzun. Kəmər kimi
cığır. - Ilaıısayağı yol dağların döşündən
burularaq kəmər kimi aşağıya doğru buru-
lur. M.İbrahimov. Kəmərin altı boş olmaq
- ac olmaq, acımaq. Kəmərin altını bər-
kitmək zar. - doyunca yemək, doymaq.
KƏMƏR 2 1 . tex. içərisindən su, neft, qaz
və s. axıtmaq üçün metal və ya saxsı bom.
Neft kəməri. Su kəməri. Qaz kəməri.
2. zool. Soxulcanın bədəninin qabaq tə-
rəfində qalınlaşmış hissə.
KƏMƏR 3 arxit. Qapı, pəncərə və s. üstün-
də yarımdairə (qövs) şəklində tağ. Qədim
incəsənətimiz haqqında qiymətli material
verən abidələr içərisində tunc kəmərlər xü-
susilə maraqlıdır. “İncəsənət”. // Qövs şək-
lində tikili. Körpü kəməri.
KƏMƏRBƏND is. [fars.] Belbağı, kəmər,
qurşaq. Oğlan gəlir enişdən; Kəmər-bəndi
gümüşdən. (Bayatı).
KƏMƏRBƏSTƏ sif. və zərf [fars.] köhn.
Əmrə müntəzir, xidmətə hazır; amadə.
[Əzim bəy:] Olar həmin xidmət üçün kəmər-
bəstədirlər. M.F.Axundzadə. □ Kəmərbəstə
durmaq köhn. - əmrə müntəzir olmaq, ha-
zır durmaq. [Məhəmməd Qacar] tamam
Iraııa qiblə idi və cümlə xəlayiq onun ita-
ətində böyük xovf ilə kəmərbəstə durmuşdu-
lar, hənuz sübh olmamış qəflətən söndü.
F. Köçərli.
KƏMƏRÇİN is. [fars.] Beli çinli (belinə
rezin və ya bağ keçirilib çinlənmiş) qadın
tumanı. Kəmərçin geymək. Kəmərçin tikmək.
- Mütrüblər təzə kəmərçinlər geyir, saqilər
piyalələri hazırlayır, rəqqasələr zinətlərini
üstlərinə tökürdülər. M. S. Ordubadi. [Zər-
rintac] gödək paltodan çıxan uzun kəmərçi-
niniıı qabağını əlində dəstələvib faytona əy-
ləşdi. S.Rəhimov.
KƏMƏRLƏMƏ “Kəmərləmək”dən fis.
KƏMƏRLƏMƏK/ 1 . Kəmərindən yapış-
maq, belindən yapışmaq, yerə yıxmaq, kə-
mərindən (belindən) yapışıb yerə yıxmaq
(vurmaq). Pəhləvan rəqibini kəmərlədi.
2. Əhatə etmək, dövrələmək, dövrəyə al-
maq. Kəndi bir tərəfdən Zəyəm çayı, o biri
tərəfdən isə Sarım arxı kəmərləyərək üzük
qaşı kimi dövrəyə almışdır.
KƏMƏRLƏNMƏ “Kəmərlənmək”dən fis.
677
KƏMƏRLƏNMƏK
KƏM-KARASTI
KƏMƏRLƏNMƏK məch. 1 . Belindən tu-
tulmaq, tutulub yerə vurulmaq.
2. Dövrəyə alınmaq, əhatə olunmaq; döv-
rələnmək. Kənd yarğanla kəmərlənmişdir.
KƏMƏRLİ' sif 1. Belinə kəmər, qayış,
belbağı və s. bağlamış; qurşaqlı. Ağ çuxalı və
ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən pa-
paqlı. şişman göbəyi üzərində gümüş kə-
mərli Mirzə Səfəri hamı tanıyırdı. Ə.Haqver-
diyev. Əmin qəsrində xəlifə tərəfindən təyin
edilən qızıl kəmərli qulamlar, zümrüd və
yaqut xalxallı cariyələr və zərinələrə bürün-
müş kənizlər Azərbaycan heyətinə xidmət
edirdi. M. S. Ordubadi. // Belinə kəmər tikil-
miş, belində kəməri olan. Kəmərli paltar. -
..Təzə uzunboğaz çəkmələrdə, qalife şalvarda
və iki döş cibi olan beli kəmərli, yaxalıqlı
köynəkdə Şirzad yaraşıqlı idi. M. İbrahimov.
2. Belində qurşaq, kəmər və s. olan; çən-
bərli. Kəmərli çəllək.
KƏMƏRLİ 2 sif. zool. Kəməri olan (bax
kəmər 2 2-ci mənada). Soxulcanların arasın-
da qırmızımtıl kəmərli olanlarını tapıb, kə-
mərin 32-ci halqa ilə 37-ci halqa arasında
yerləşdiyinə fikir verməli. C.Cəbrayılbəyli.
KƏMƏRLİ 3 sif. Üzərində kəmər kimi çı-
xıntısı olan; tağlı. Kəmərli pəncərə.
KƏMFÜRSƏT sif. [fars, kəm və ər. fürsət]
Tündxasiyyət, tiindməcaz, tez özündən çıxan,
kəmhövsələ. Kəmfürsət adam. - [Amaliya]
Otellodaıı əhvalı bilib, başlayır onu danla-
mağa və ağzına gələn sözləri kəmfürsət ərə-
bin haqqında söyləməyə. F.Köçərli. Camaat
arasında [Salmanın] nanəcib, kəmfürsət, bəd-
xah olmasından gizlin-gizlin, yavaş-yavaş,
lakin mütəmadiyən danışıq gedirdi. M.İbra-
himov. // İs. mənasında. [Məlikə:] Biganə
əgər olmasa, tez vəslə yetərdik; Kim xeyr
görüb düşməni kəmfürsət olanda? Ə. Vahid.
KƏMFÜRSƏTLİK is. Tündxasiyyətlik,
tündməcazlıq, tez özündən çıxma; hövsələ-
sizlik. Həbibə xala dilləndi: - Almaq istəyir,
çox kəmfürsətlik eləyir, ay oğul. Mir Cəlal.
KƏMHÖVSƏLƏ sif. [fars, kəm və ər. höv-
sələ] Hövsələsi olmayan, hövsələsiz, səbir-
siz, tez əsəbiləşən. [Məşədi İbad:] O cürə
evdə böyüyən qız bir az kəmhövsələ olar.
Ü.Hacıbəyov. □ Kəmhövsələ olmaq - höv-
sələsizlik, səbirsizlik göstərmək, əsəbiləş-
mək. [Kərbəlayı Rəcəb:] Hacı! Dərdin alım,
nöşün belə kəmhövsələ olmusan? N.Vəzirov.
[Nəcəfalı:] A bala, kəmhövsələ olma, axırını
gözlə! B.Bayramov.
KƏMHÖVSƏLƏLİK is. Hövsələsizlik, sə-
birsizlik. □ Kəmhövsələlik etmək -bax
kəmhövsələ olmaq (“kəmhövsələ”də).
[Səkinə xanım:] Niyə belə kəmhövsələlik
edirsən? M.F.Axundzadə.
KƏMXÖRƏK sif. [fars.] köhn. Az yeyən,
azca yeməklə doyan. Kənıxörək adam. - Hü-
seyn Kürd on beş yaşma təzəcə çatmışdı.
Amma çox zəif, kəmxörək bir adam idi.
(Nağıl). [Əliqulu:] Xeyr, ağa, çox kəmxörə-
yəm. S.S.Axundov.
KƏMXÖRƏKLİK is. Az yeyən adamın hal
və keyfiyyəti.
KƏMİLTİFAT [fars, kəm və ər. iltifat]
bax iltifatsız. Kəmiltifat olmaq.
KƏMİLTİFATLIQ bax iltifatsızlıq.
KƏMİNƏ sif. [fars.] klas. Həqir, miskin,
aciz, zavallı, yazıq. Miskin Füzuliyəm ki, sənə
tutmuşam üzüm; Ya bir kəminə qətrə ki, üm-
manə yetmişəm. Füzuli. Əzim bəy pişxidmət-
başı cavab verdi ki: - Biz sizin kəminə nö-
kərləriniz pişxidmətlərik, mən buların rəisi-
yəm, bular da mənə tabedirlər. M.F.Axund-
zadə.
KƏMİŞTAHA sif. [fars, kəm və ər. iştəha]
İştahası az olan; iştahasız; Kənıiştaha ıışaq.
KƏMİYYƏT is. [ər.] 1. Miqdar, qədər, say,
ədəd. Hər yerdə kəmiyyət, keyfiyyət barə-
sində danışıq gedirdi. S. Hüseyn. Tək kəmiy-
yətə deyil, keyfiyyətə də fikir verməli!
2. fiz. riyaz. Ölçmək və hesablamaq müm-
kün olan hər şey. Sonsuz kiçik kəmiyyət.
Naməlum kəmiyyət. Dəyişən kəmiyyət. Sı fıra
bərabər kəmiyyət. Məchul kəmiyyət.
3. fəls. Xarici aləmin əşya və hadisələrini
miqdar, həcm, inkişaf dərəcəsi cəhətdən
səciyyələndirən fəlsəfi kateqoriya. Kəmiy-
yətin keyfiyyətə keçməsi qanunu. Kəmiyyət
dəyişmələri.
4 . dilç. Səsləri tələffüzetmə müddəti. Kə-
miyyətə görə səslər uzun və qısa olur.
KƏMİYYƏTCƏ sif. və zərf Kəmiyyətə
görə; sayca, miqdarca. Kəmiyyətcə artım.
KƏM-KARASTI top. [fars.] dan. 1. Birsə-
nətdə, peşədə, işdə lazım olan alətlər.
678
KƏM-KƏM
Dülgər kəm-kar as tısı. - [Veys:] Bütün кәт-
karastılarını alıb verək yoxsul şərbaflar işlə-
sinlər. Ə.Əbülhəsən.
2. Silah, yaraq. [Məşədi Kazım:] Pişto və
sair kəm-karastını götürmüşdür. M.S. Ordu-
badi.
KƏM-KƏM zərf [fars.] Az-az, yavaş-
yavaş, asta-asta. Lakin saqın, ölüm günü
kəm-kəm yaxınlaşır. Ə.Nəzmi.
KƏM-KƏSİR is. [fars, kəm və ər. kəsr]
Çatışmayan cəhət, nöqsan, qüsur, çatışmaz-
lıq. [Tükəzban:] Heç bir zaddan kəm-kəsir
yoxdur. S.S. Axundov. [Aşıq Ah Ələsgərə:]
- Oğul, sözdərin də xoşuma gəldi, oxumağın
da, saz çalmağın da. Az kəm-kəsirin var.
“Aşıq Ələsgər”. // sif. Çatışmayan. [Musanın
nəvəsi] o gündən işə başladı. Bakıdan bəzi
kəm-kəsir şeylərini aldı. Qantəmir.
KƏM-KƏSİRLİ sif. Kəm-kəsiri olan; nöq-
sanlı, qüsurlu.
KƏMLƏMƏ “Kəmləmək”dən f. is.
KƏMLƏMƏK/ Xəlbirləmək.
KƏMLƏNMƏ "Kəmlənmək”dən fis.
KƏMLƏNMƏK məcli. Xəlbirlənmək.
KƏMLİK is. Azlıq, yoxluq, əskiklik, ça-
tışmazlıq.
KƏMMAYA sif. [fars, kəm və ər. mayə]
1. köluı. Mayası az, pulu az; kasıb, yoxsul.
Kəmmaya tacir.
2. məc. Ağıldan kasıb, ağılsız, gic. [Bəy:]
Doğrudan da belə imiş. Nə kəmmaya adam
imişsiniz. Mir Cəlal.
KƏMMAYALIQ is. Ağıldan kasıblıq, ağıl-
sızlıq, giclik.
KƏMMƏHƏL sif. [fars, kəm və ər. məhəl]
Adama məhəl qoymayan, diqqət yetinnəyən,
saymayan, etinasız. □ Kəmməhəl olmaq -
saymamaq, etinasız olmaq, soyuqluq, etina-
sızlıq göstərmək. Xubların yaxşısı olmaz kəm-
məhəl; İşarə edən tək gələr əlbəəl. Q.Zakir.
..Kənd müəllimlərinin .. öz peşələrinə bu qə-
dər süst, kəmməhəl və kəmetina olmaqlarına
ümdə səbəb onların həddən ziyadə az məva-
cib almaqlandır. F. Köçərli. ..Nəbiııi də çağır-
mışdılar. Bir az kəmməhəl olub, o da getmək
istəmədi. S. Rəhimov.
KƏMMƏHƏLLİK is. Etinasızlıq, saymaz-
lıq, soyuqluq.
KƏMRƏNG sif. [fars.] Rəngi az, açıq,
rəngsiz. Böyiikxanım şad və xürrəm, gümüş
KƏMŞİRİNLİK
podnos içində iki stəkan kəmrəng çay gətirdi.
M.S.Ordubadi.
KƏMSAVAD sif. [fars, kəm və ər. səvad]
Savadı az, azsavadlı, az oxumuş, savaddan
kəm. [Mədəd:] Sən kəmsavad, haqq-hesab-
dan nə sənin başın çıxır, nə də mənim.
İ. Əfəndiyev. [Qədir:] Mən kəmsavad ada-
mam, nə danışım a bala, heç özüm də bilmi-
rəm. Ə. Sadıq.
KƏMSAVADLIQ is. Azsavadlılıq, savadı
az olma.
KƏMSƏR zərf [fars.] dan. köhn. Ağıldan
kəm, kəmağıl, ağılsız.
KƏMSƏR-KƏMSƏR zərf dan. köhn.
Axmaq-axmaq, gic-gic. [Gülxanım Alı ki-
şiyə:] Ay üstünə od tökülsün, nə ilə oxutmaq
istəyirsən, .. kəmsər-kəmsər danışma. “Qatır
Məmməd”.
KƏMSİK 1 is. itin boynuna bağlanan ip,
xalta. [Güləli] ..Ala iti kəmsiyindən açıb va-
nına aldı, ulu babasından qalan çaxnıaqlı
tüfəngi də çiyninə saldı. S.Rəhimov.
0 Kəmsiyini çeynəmək (gəmirmək) -
hirsindən boğulmaq, son dərəcə hirslənmək,
qəzəblənmək, intiqam üçün fürsət axtarmaq.
Fərəc bəyin hirsi daha da çoxalır. Bığları-
nın ucunu ağzına salıb kəmsiyini gəmirən it
kimi çeynəməyə başlayır. Ə.Vəliyev. Kəm-
siyini qırmaq - həddini aşmaq, həddini keç-
mək. Başına kəmsik salmaq (keçirmək) -
çox incitmək, zülm etmək, əziyyət vermək.
[Naçalnik:] Vallah, dağda atanızı yandıra-
cağam, başınıza kəmsik salacağam. “Qaçaq
Nəbi”.
KƏMSİK 2 is. dan. Çatışmayan, əlavə edil-
məli olan hissə, parça. Kəmsiyi var.
KƏMSİKLƏMƏ “Kəmsikləmək”dən fis.
KƏMSİKLƏMƏK f. 1. Başına, boğazına
kəmsik keçirmək, kəmsik salmaq, xaltala-
maq; başı kəmsikli halda yanınca aparmaq.
2. məc. Noxtalamaq, yüyənləmək.
KƏMSİKLİ sif. Kəmsiyi olan, boynuna
kəmsik salınmış; xaltalı. Kəmsikli it.
KƏMŞİRİN sif. [fars.] Azacıq şirin, nor-
madan az şirnisi olan. Kəmşirin nar. Kəmşi-
rin şərab. - Çayımız kəmşirin, çörək yavan;
Kağızlar qanı-qam, top-top. R.Rza.
KƏMŞİRİNLİK is. Kəmşirin şeyin hal və
keyfiyyəti.
679
KƏMŞÜUR
KƏMŞÜUR sif. [fars, көт və ər. şüur]
Şüuru az, şüursuz, dərrakəsiz. Olmayıram
mən qəyur dərdə nişan olmağa; Mən oluram
kəmşüur, sahibi-şan olmağa. C. Cabbarlı.
KƏMŞÜURLU(LU)Q is. Şüur azlığı, şüurun
çatışmazlığı; şüursuzluq, dərrakəsizlik.
KƏMTALE sif [fars, көт və ər. tale]
Talesiz, taleyi (bəxti) gətirməyən. Kəmtale
adam.
KƏMTALELİK is. Talesizlik, bəxtsizlik.
KƏMTƏR(İN) sif. [fars.] klas. Alçaq, aşa-
ğı; aciz, yazıq, miskin. Leyli deməyin ki, na-
zənindir; Bir tirə kənizi-kəmtərindir. Füzuli.
İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər
gəda. M.P. Vaqif. [Hacı Kamyab:] Xan, mən
sizin kəmtərin nökərinizəm. Ə. Haqverdiyev.
KƏMYEK sif. və is. [fars.] 1. Əsas miq-
dardan az, əskik, bir az çatışmayan. Çəkidə
kəmyeki düzəltmək.
2. Hicri təqvimdə 29 gündən ibarət ay. Ayın
kəmyeki var. Kəmyek ay.
KƏN is. Döşəmənin altma qoyulan tir,
şalban.
KƏNAF [lat. cannabis-dən] bot. Saplağın-
dan kəndir alman bitki.
KƏNAFLIQ is. Kənaf bitkisi əkilmiş yer,
sahə.
KƏNAR [fars.] 1. Bax qıraq 1-ci məna-
da. Çayın kənarı. Yolun kənarı. - ..Bir hə-
yətdə bir müsəlman arvadı arxın kənarında
qab yuyurdu. C. Məmmədquluzadə. Kəndin
kənarından get-gedə sıxlaşan və iriləşən
qamışlıq başlanırdı. M.Rzaquluzadə.
2. sif. Yad, özgə, başqa. Cuma evdə kənar
adam olmadığını bildi. Ə.Əbiilhəsən.
3. is. Özgə yer, tamamilə başqa yer; xaric.
Kənardan gəlmiş adam. - [Koroğlunun] bir
belə xasiyyəti var ki, kənar yerlərdən gələn
karvanları soymur. “Koroğlu”. [Müdir:] Man
kənardan gəlmiş bir adamam, başını ancaq
məktəbin işlərinə məşğuldur. Ə.Haqverdiyev.
4. is. Ətraf, yan. Rüstəm ayağa qalxdı, evin
kənarına səpələnmiş çırpını topladı, həyətdə
gur bir ocaq qaladı. S.Rəhimov.
5. sif. və zərf Mərkəzdən uzaq, qıraq.
Kənar ev. Kənar tikili. Kənar məhəllə. - Kə-
narda bir dükan görsənir. C.Məmmədqulu-
zadə. Xavər on-on beş addım kənardakı dü-
kanın piştaxtasına söykənərək mürgüləyən
qoca çörəkçiyə yanaşdı. M. İbrahimov.
KƏNAR
6. zərf Çox vaxt yerlik halda: kənarda -
uzaqda, aralı. Daşlıca azı kənddən beş verst
kənarda, bağ-bağatlı yolların ayrıcında bir
yer idi. Mir Cəlal.
7. is. Məhəccər, sürahi mənasında. Meh-
riban əllərini balkonun kənarına dayamış
olduğu halda gözü küçəyə baxırdısa da fikri
və xəyalı uzaqlarda idi. S. Hüseyn.
0 Kənar etmək (eləmək) - 1 ) uzaqlaşdır-
maq, rədd etmək. ..Lazımdır mikrobları mil-
lətin bədənindən kənar eləmək. C.Məmməd-
quluzadə. Çünki Qızıl Arslan məlikəyə ev-
lənmək üçün Azərbaycan xalqının sevdiyi
vəliəhdi kənar edib, məlikənin oğlunu vəli-
əhd təyin edə bilməzdi. M.S.Ordubadi; 2) qov-
maq, çıxarmaq (işdən, məktəbdən və s).
..Axırda [Cəlilin] əlindən molla təngə gəlib
onu məktəbdən kənar elədi. İ.Musabəyov;
3) atmaq, götürmək. [Şah Sitarəyə:] Sənə
hökm edirəm, kənar et örtüyü! C. Cabbarlı.
Kənar gəzmək (dolanmaq) - əlaqəni kəs-
mək, özünü uzaq tutmaq, yaxınlıq göstərmə-
mək, uzaq olmaq. Əlində fənər gəzər; Gəz-
dikcə yanar gəzər; Bir kəs ki, yoxsul olsa;
Dost ondan kənar gəzər. (Bayatı). [Qurbani:]
Səbəb nədi məndən kənar gəzirsən? Sirr-
söziin yadlara deyən deyiləm. “Qurbani”.
Qafil! Dolanma gəl, eşqdən kənar; Ən bö-
yük musiqi canan səsidir. S.Vurğun. Kənar
olmaq - uzaqlaşmaq, özünü uzaq tutmaq.
[Dərviş Şeyx Sənana:] Əgər fövqəlbəşər ol-
maq dilərsən; Kənar ol daima cinsi-bəşər-
dən. H.Cavid. [Mansur xan:] Burada dəxi
dayanmayıb, kənar olub tez gedin. C. Cab-
barlı. Kənar(a) atmaq - 1) bir yana tulla-
maq, atmaq. Aıyad əlində toxuduğu corabı
kənara atıb, qalxıb ərinin başı altına bir
mütəkkə qoydu. Ə.Haqverdiyev. ..Zərintac
xanım bəzəkli yorğanı üstündən kənara atdı,
atılıb çarpayısından yerə düşdü. S.Rəhimov;
2) тәс. unutmaq, yaddan çıxarmaq, əlaqəni
kəsmək, məhəl qoymamaq. Qul Abbası nə
kənara atmısan; Hərcayilə ülfətini qatmısan..
Aşıq Abbas; 3) məc. əhəmiyyət verməmək,
sərf-nəzər etmək, bir tərəfə buraxmaq. Mən
təklif edirəm ki, müraciətnamə məsələsini
tamamilə kənara ataq. M.S.Ordubadi. Kə-
nar(a) düşmək - uzaq düşmək, uzaq olmaq,
əlaqəsi kəsilmək. Müşküldü mən kənara
680
KƏNAR
KƏND
düşüm kuyi-yardərı.. Natəvan. Talasından
kənar düşərsə ceyran; Gəzər yoldaşları bil-
zaman heyran. M.Rahim. Kənara çəkilmək
- uzaqlaşmaq, kənar olmaq, bir yana çəkil-
mək. Kəndlilərin bir neçəsi çıxdı eşiyə və bir
neçəsi oturduğumuz tövlədə olan atlardan
bir neçəsini yəhərləyib çəkildilər kənara.
C. Məmmədquluzadə. Həbib bəy özünü gös-
tərməmək üçün bir kənara çəkildi. S. Rəh-
man. Kənara çəkilmə, bil ki, bu gündən; Bu
gün mənə varsa, sabah sənə var. B.Vahab-
zadə. Kənara çəkmək - bir tərəfə çəkmək,
qırağa çəkmək, bir tərəfə aparmaq. Cantək
səni kənarə çəkər pullu dayilər; Hər yerdə
az deyil səni mehman edən, çocuq!
M. Ə. Sabir. Kənara çıxmaq - 1) əsas işdən,
məsələdən və s.-dən uzaqlaşmaq. Mövzudan
kənara çıxmaq; 2) bir qədər aralanmaq, aza-
cıq uzaqlaşmaq. Xaspolad dəstədən kənara
çıxıb əsgəri kazarmaya doğrıı getdi.
M.Hüseyn. Kənara tullamaq - bax kənara
atmaq. Keçən sərgüzəşti tulla kənara;
Bihudə hekayət zamanı deyil. Q.Zakir. Şaq-
qulu ağ parçanı kənara tullayıb, gəlinin üzü-
nü görcək cəld geri çəkildi.. Çəmənzəminli.
Kənarda qalmaq - 1) bax kənarda dur-
maq. [Zeynal:] Mehriban, - dedi, - özün
etiraf edirsən ki, sənin bizdən kənarda qal-
mağın münasib deyil. S.Hüseyn; 2) тәс. Unu-
dulmaq, yaddan çıxmaq. Qaldı bütün kənar-
da; Can verənlər, ölənlər. Ə. Cavad. // İşti-
rak etməmək (bir işdə). Bir nəfər də olsun
gənc pambıqçı yarışdan kənarda qalmamış-
dır. ...kənarda (kənara) qalsın - ...bir tə-
rəfdə (yanda) qalsın (bir şeydən sərf-nəzər
etmək mənasında). Hələ açıq gəzmək kə-
narda qalsın.. S.S.Axundov. [Akif:] İşin
çətinliyi bir kənara qalsın.. M.İbrahimov.
Kənarda durmaq - qarışmamaq, müdaxilə
etməmək, iştirak etməmək, işdən kənarda
durmaq. ...kənarda dursun - bax ...kə-
narda qalsın. [Leyla xanım:] ..Aııcaq qoy
bu söhbət dursun kənarda. N.Vəzirov. Kə-
nardan baxan - hadisəyə tamaşa edən;
görən; seyrçi. Kənardan baxan nə deyər? -
Kənardan baxan əcnəbilər bizə deyirlər.
C. Məmmədquluzadə. Yandı əhvalına kənar-
dan baxan; Doğdu ürəklərdə min şəfqətli
hiss. M.Rahim.
KƏNARƏ is. [fars .] kölın. 1. Kitab səhifə-
lərinin kənarındakı yazı.
2. Haşiyə, qıraq, çərçivə. Xalçanın кәпа-
rəsi. Kəlağayının kənarəsi.
3. Evin ortasına salınmış böyük xalçanın,
gəbənin ətrafına, divar dibinə salman kiçik
xalça.
4. Nəhayət, son, hədd. Gör nə mühitdir,
könül, yoxdur anın kənarəsi. Nəsimi. Yaşım
suyu oldu varə-varə; Bir bəhr ki, yox ona
kənarə. Füzuli.
KƏNARƏLİ sif. Kənarəsi olan; haşiyəli.
Kəııarəli kəlağayı.
KƏNARLAŞDIRILMA “Kənarlaşdırıl-
maq”dan fis.
KƏNARLAŞDIRILMAQ məcli. Kənar edil-
mək, uzaqlaşdırılmaq.
KƏNARLAŞDIRMA "Kənarlaşdırmaq”dan
fis.
KƏNARLAŞDIRMAQ f. Kənar etmək,
uzaqlaşdırmaq. Müfəttiş hesabdan əli ilə kür-
südən kənarlaşdırıb, onun yerində əyləşdi.
S. Rəhimov.
KƏNARLAŞMA “Kənarlaşmaq ”dan /.7.s\
KƏNARLAŞMAQ f. Kənar olmaq, uzaq-
laşmaq.
KƏNARSIZ sif. Ucu-bucağı olmayan, nə-
hayətsiz, sonsuz. Ay çıxıbdı kənarsız; Niyə
məni qınarsız? Açıb desəm dərdimi; Od tu-
tarsız, yanarsız. (Bayatı).
KƏND is. Əhalisi, əsasən, kənd təsərrü-
fatı ilə məşğul olan yaşayış məntəqəsi. Bö-
yük kənd. Kiçik kənd. - Koroğlu həftədə ..
bir özü Qıratı minib ətraf kəndlərə, şəhərlərə
çıxardı. “Koroğlu”. Mənim adım Xəlil və
yoldaşımın adı Sadiqdi. Hər ikimiz Danabaş
kəndində anadan olmuşuq. C.Məmmədqu-
luzadə. Yeddi kənd, üç şəhər görürəm
ancaq; Bu dağın başından bir baxışla mən.
B. Vahabzadə. // Kənd yeri, habelə kənd əha-
lisi. Şəhərlə kənd arasında olan ziddiyyəti
aradan qaldırmaq. □ Kənd salmaq - yaşa-
yış yeri düzəltmək, yeni kənd bina etmək.
[Canpolad:] Bu kənd salmandan bu günə
qədər oğurluq hadisəsi görünməyibdir.
M. S. Ordubadi. Kənd Soveti köhn- kənd
yerlərində Sovet hökumətinin yerli orqanı.
Kənd Soveti iclası. Kənd Sovetinin sədri.
Kənd Şurası köhn. - bax Kənd Soveti.
681
KƏNDARASI
KƏNDİRBAZ
[2-ci qadın:] Elə səni kənd Şurası sədrliyinə
namizəd seçmişik. Ə.Haqverdiyev. ..Güllücə
kəndində də kənd Şurası düzəlib, yeni şura
yaşayışı başlandı. S.S.Axundov. Kənd təsər-
rüfatı - xalq təsərrüfatının əkinçilik, hey-
vandarlıq və meşəçiliyi əhatə edən sahəsi.
Kənd təsərrüfatı qabaqcılları. Kənd yeri -
kənd salınmış yer; kənd. Qorxma, kənd ye-
rində çoxdur qoçaqlar; Hər daşın dibində
bir Koroğlu var. S. Vurğun.
...kənd Bir sııa türk dillərində mürəkkəb
kənd, qəsəbə və s. yaşayış məntəqələri ad-
larının ikinci tərkib hissəsi; məs.: Hacıkənd,
Daşkənd, Yarkənd, Qasımkənd, Qonaqkənd.
kənd-kənd bax kəndbəkənd. Öldürər
bu dərd məni; Doğrayar bənd-bənd məni ;
Yarım vəfalı olsa; Axtarar kənd-kənd məni.
(Bayatı).
KƏNDARASI sif. Kəndlərin arasında olan,
yerləşən, salman. Biz kəndarası yolları da
düzəldirik. S.Rəhimov. ..Riistəm kişi maşını
kəndarası küçələrdən keçirib palçıqlı araba
yoluna çıxardı. M. İbrahimov. [Yusifin] nə-
zəri itib-batmaqda olan kəndarası yollara
sataşdı, köksünü dərindən ötürdü. B. Bayra-
mov.
KƏND AŞIRI zərf Kəndləri keçərək. Kəıı-
daşırı şose yoluna çıxmaq.
KƏNDBƏKƏND zərf Bir kənddən o biri
kəndə, bir-bir kəndləri gəzərək, bir-bir
kəndlər üzrə; kənd-kənd. Kəndbəkənd do-
laşmaq. - Vəkillər .. kəndlilərin adlarını, aç-
ların sayını və istədikləri pulun qədəriııi ad-
baad, kəndbəkənd, hamısını təfsiləıı yazıb
yekə-yekə kitablar bağlamışdılar. C.Məm-
mədquluzadə. Hacı Rüstəmin atası .. xırman
zamanında gedib, kəndbəkənd gəzib nisyə
yığardı. Ə.Haqverdiyev.
KƏNDCİK is. Kiçik kənd.
KƏNDCİYƏZ “Kənd”dən oxş. Göy yama-
cın ətəyində kəndciyəz; Dörd yanında dal-
ğalanır tarlalar. A.Şaiq. İki il əvvəl buraxıb
getdiyi həmin kəııdciyəzdə onun yoluna göz
dikib, onun ümidi və arzusu ilə yaşayan iki göz
var idi. H.Nəzərli. indi bu .. kəndciyəz Di-
lara üçün Bakı qədər əzizdir. Ə.Məmməd-
xanlı.
KƏNDÇİ bax kəndli 1-ci mənada. Kənd-
çi qız. Kəndçi paltarı. - Şəhər stansiyasından
dəmiryol bileti alaraq vağzala gedən motal-
papaq iki kəndçi çiynində xurcun gəlib mə-
nim vanımda dayandılar. Qantəmir. [Qoşat-
xan:] Həsən bəy hələ həştad il əvvəl demişdi
ki, müəllim gərək çıraq kimi yanıb, kəndçi-
nin yolunu işıqlandırsın. M.tbrahimov.
KƏNDÇİLİK bax kəndlilik. Qədir mal-
qarasını satıb kəndçilik etməkdən əl çəkmiş
və qulluqçu olmağı qərara almışdı. Ə.Sadıq.
KƏNDXUDA bax kətxuda. Belə bir mə-
sələ üçün kəndxııda hər iki məhəllədən adam
çağırardı, vəkillər dəvət edərdi. N.Nərima-
nov. [Allahverdi:] Naçalnikə ver, pristava
ver, uryadııikə ver, kəndxudaya ver, yiizba-
şıya ver, köməkçiyə ver, miraba ver, ver...
ver... ver... C.Cabbarlı.
KƏNDXUDALIQ bax kətxudalıq. Görü-
nür ki, elə o vaxtdan kəndxudalıqda gözü var
imiş. “M.N. lətif.”
KƏNDİ 1 is. içində taxıl, un və s. saxla-
maq üçün taxta, yaxud palçıqdan qayrılmış
qab. Buğda kəndisi. Un kəndisi. Bir kəndi
arpa. - Kənd arvadları qışın tədarükünü
qurtarırdı: kimisi hazırladığı unu kəndiyə
doldurur, kimisi varmanı kisəyə yığır, kimisi
.. kudu və balqabaqları gizlədirdi. M. İbra-
himov.
KƏNDİ 2 köhn. bax öz. Olsa məlıbublərin
eşqi cəhənnəm səbəbi; Hur-qılmanı qalır
kəndisinə rizvanın. Füzuli. Qoy börkünü kəc
qaşının üstündə, fırılda; Kəndin kimi bir
lotiyi-mey danını görgəc. M.Ə. Sabir. [Zeynal]
bir zamanda ki, Novruz bəylə getməmişdir,
kəndisini aldadıb yalan söyləməsindən məq-
sədi nə idi ? S. Hüseyn.
KƏNDİR is. Kənaf və ya çətənə liflərin-
dən hazırlanan yoğun, ya nazik ip, ümumiy-
yətlə, ip. Tay kəndiri yoğun olar, çarıq kəndi-
ri nazik. (Məsəl). [Ayı balalarının] boyun-
larına kəndir bağlayıb kəndə gətirirdilər.
A.Şaiq. [Murad:] Canım, .. bir kəndir gətirin,
sarıyın əl-ayağını. C.Cabbarlı.
KƏNDİRBAZ is. 1 . İp üzərində gəzmək və
atılıb-düşməklə cürbəcür oyunlar göstərən
adam; canbaz. Kəndirbazların çıxışı. - Qız
uşağını özbaşına buraxsan, .. kəndirbaza ərə
getmək istər. M.S.Ordubadi. [Rəqslərin] ahən-
gi altında oynayana və atılıb-düşənə rüstiim-
baz və ya kəndirbaz deyərlər. H.Sarabski.
682
KƏNDİRB AZLIQ
// Bu cür ip üstündə nömrələr göstərən sirk
artisti; akrobat.
2. məc. Hoqqabaz, oyunbaz. [Əhməd:] Nə-
dən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndir-
baz, oyunbaz, kəkilbaz? N.Vəzirov. [İsmayıl:]
..Əntərzadə bir maarif işçisi deyil, xaliscə bit-
kəndirbazdır. Mir Cəlal.
KƏNDİRBAZLIQ is. 1 . Kəndirbazın peşəsi,
sənəti, məşğuliyyəti; akrobatlıq, canbazlıq.
2. məc. Hoqqabazlıq, oyunbazlıq. [Kərbə-
layı Qulam:] ..Allaha şükür, bir-birimizi
yaxşı tanıyırıq, kəndirbazlıq nə lazım, atam?
N.Vəzirov. □ Kəndirbazlıq etmək (çıxar-
maq) - oyunbazlıq etmək, hoqqabazlıq et-
mək. Bəs bu Nemətullayev burada nə kəndir-
bazlıq çıxardır? S. Rəhimov.
KƏNDİRQAYIŞ sif. Bərk, möhkəm.
□ Kəndirqayış kimi - bərk-bərk. Qır-
saqqız Xoca Əzizi elə tutdu, elə tutdu ki,
kəndirqayış kimi. “Koroğlu”. Kəndirqayış
olmaq - tutub (yapışıb) buraxmamaq. . . Oğ-
lan oldu kəndirqayış, qızdan əl çəkmədi ki,
çəkmədi. (Nağıl).
KƏNDİSTAN is. 1. Kənd, kənd yeri.
[Vaqif:] Xeyr, yanıldınız, ona dil verən; Kən-
distan yeridir, bəli, kəndistan. S.Vurğun.
[Hacı Rəsul:] Belə də səs, belə də məlahət
olarını? Düşünürsən ki, [Əntiqə] bəşər cinsi
deyil nədi, özü də kəndistan yerində. Mir
Cəlal. ..Daima qardaşdır Bakı kəndistan.
Z.Xəlil.
2. Kənd əhli, kəndlilər. [Nizami:] Mən
istəyirəm ki, min il bundan sonra da bir nəfər
Gəncə üsyanının tarixini oxuduğu zaman
desin ki, “ üsyan olduqca ağıllı, düşüncəli və
tədbirli bir surətdə təşkil edilmiş üsyan idi.
Orada yalnız şəhər xalqı deyil, bütün kən-
distan da iştirak etmişdi". M.S. Ordubadi.
KƏNDİSTANLI is. köhn. Kəndistanda
yaşayan adam; kəndli. [Şahbəy:] Biz ki kən-
distanlıyıq.. Ə.Əbülhəsən.
KƏND-KƏSƏK top. dan. Kənd və ona
yapışıq yer. Kənd-kəsəyə bələd olmaq. -
[Hacı Bayram:] Bəy deyiləm, rəiyyətim yox,
kənd-kəsəyim yox. Ə.Haqverdiyev. [Məhər-
rəm bəy:] ..Kənd-kəsəyi dolandıra bilmirəm.
S.S.Axundov. Kənddə-kəsəkdə başıpapaqlı
qalmayıb, hamısını yığıblar. Çəmənzəminli.
KƏNDLİ is. 1. Kənddə yaşayan və əsas
peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli,
KƏNGİZ
kəndçi. Ceyranın əri Eldar adlı kəndli bir
gənc imiş. S. Hüseyn. [Nizami] ..qoca kənd-
linin şum kənarında açdığı süfrə başında
nahar edirdi. Ə.Məmmədxanlı. □ Təhkim-
li kəndli - bax təhkimli.
2. Bir kənddən olan adamlardan hər biri;
yerli. Mənim kəndlim. Öz kəndlimdir.
- [Rəşid:] Qurbanqulunun atası və babası
bizim kəndli olmuşlardır. T.Ş. Simurq.
KƏNDLİ-KƏSƏKLİ top. dan. Kəndli.
KƏNDLİ-KÜTLÜ top. Keçmişdə bəzən
kəndliyə, kəndlilərə ikrahla, saymazyana
verilən ad. [Əminə Dürdanəyə:] Səndən ol-
saydı, çoxdan bu dövləti paylamışdın kəndli-
kütlüvə.. Ə.Əbülhəsən.
KƏNDLİLİK is. Kəndli peşəsi, işi; əkin-
çilik. Bu zaman Cəlil istəyirdi ki, bu yeri sa-
tıb özü üçün bir dükan açsın və canını kənd-
lilikdən qurtarsın. I.Musabəyov.
KƏNDSAYAĞI sif. və zərf Kənd tipində,
kənd tərzində, kənd qaydası ilə, kənddə ol-
duğu kimi. Kəndsayağı ev. - Kəndsayağı
bəzənmiş evdə həmin adamla ev sahibi söh-
bət edirdi. Q. İlkin.
KƏNDYANI sif. Kəndin yaxınlığında olan,
kəndin yanında yerləşən. Kəndyanı otlaq.
KƏNƏK sif. 1. Ləpəsi çətin çıxan. Kənək
qoz.
2. məc. Çətinliklə başa gələn, həyata ke-
çən. Kənək iş. - Yazıb pozduğum və şagird
dəftərindən qopartdığını vərəqlər stol üstün-
də qalaqlanmışdı və nəhayət işıq ucu görün-
müşdü, kənək tənliyin kor düyünü açılmışdı..
Ə.Məmmədxanlı.
3. məc. Əlindən yaxşılıq gəlməyən, çə-
tinliklə bir iş düzəldən; tərs, inad, inadkar,
inadcıl. Kənək adam. - Uçan bir quş kənək-
dir; İşi tamam kələkdir; Dəyirmana can verər;
Xırmana da gərəkdir. (Bayatı).
KƏNƏKLİK is. 1 . Ləpəsi çətin çıxan qoz
və s.-nin keyfiyyəti.
2. Kənək adamın xasiyyəti; tərslik, inad-
karlıq, inadcıllıq. Kənəklik eləmək.
KƏNGİZ is. bot. Kökü yanacaq kimi işlə-
dilən, qış otlaqlarında yayılan bitki növü.
Camaatın içindən bir dəstə dilmancın yanına
yeriyib başladılar and içməyə ki, Məhəm-
mədəli kətdə deyil, gedib, çöldən kəııgiz gəti-
rib satsın. C.Məmmədquluzadə.
683
KƏNGtZLİK
KƏNGİZLİK is. Kəngiz çox olan yer, kən-
giz bitən yer, sahə.
KƏNİZ is. t/ärs.] köhn. 1. Xidmətçi qız,
qulluqçu. Evin kənizi. - Bir gün Mehriban
Soltanın kənizlərinə xəbər gəldi ki. filan kü-
çəyə bir bazirgan gəlib. “Lətif şalı”. [Hacı
Kamyab:] Xan, mən sizin kəmtəriıı nökəri-
nizəm, qızım da kənizinizdir. Ə.Haqverdiyev.
[Yetər:] Mən ölənəcən Dilbər xanımın kəni-
ziyəm, kənizi. N.Vəzirov. // Qədimdə: kölə
kimi bağışlanan qız (qadın), qul qız (qadın);
cariyə. Çaydır, dənizdir; Quldur, kənizdir;
Balam lıər nədir; Mənə əzizdir. (Bayatı). Tax-
tın iki tərəfində xəlifənin iki nəfər sevimli
kənizi durub xəlifəyə yelpik çəkirdilər.
M. S. Ordubadi. Şairin qəzəllərinə məftun ol-
muş Dərbənd əmiri onu bu xaraba kənddən
öz sarayına dəvət edir və ən gözəl kənizini
ona hədiyyə göndərir. Ə.Məmmədxanlı.
KƏNİZLİK is. köhn. 1. Qulluqçuluq.
[Günay:] Qoy qismətim qürbətdə kənizlik
olsun, amma Barsisim, körpə quzum ac qal-
masın, böyüsün boya-başa çatsın. Ə.Məm-
mədxanlı.
2. Qədimdə: satılan və ya bağışlanan qı-
zın ya qadının vəziyyəti; cariyəlik. Kəııiz-
tikdən azad etmək.
KƏNKAN bax kankan. Bir az keçdi, bir
neçə kömürçü, kənkan göründü. Çəmənzə-
minli. [Suraxanskinin] oxumağı da qııyu di-
bindəki kənkan səsinə oxşayırdı. Ə.Haqver-
diyev. Əzablar içində bağrı qan oldu; Çox
gəzib axırda o, kənkan oldu. M. Rahim.
KƏPƏK is. 1. Un ələndiyi zaman ələk
üstündə qalan buğda və s.-nin qabıq qırın-
tıları. Arpaya qatsan at yeməz; Kəpəyə qat-
san it yeməz. (Ata. sözü).
2. Ağac, taxta mişarlandığı zaman tökü-
lən xırda ovuntu. Söz nadan dilində qəpiyə
dəyməz; Dəyməz, su üzündə köpüyə dəyməz ;
Dəyməz, heç bir ovuc kəpəyə dəyməz.. M. Araz.
3. Başda və heyvan tüklərinin dibində
əmələ gələn qovaq. Başında kəpək olmaq.
4. B ax kövrək 1-ci mənada. Kəpək alma.
Kəpək heyva.
KƏPƏKLƏMƏ “Kəpəkləmək”dən fis.
KƏPƏKLƏMƏK f. Kəpək vurmaq, kəpək
qatmaq. Samanı kəpəkləmək.
KƏPƏKLƏNMƏ “Kəpəklənmək”dən/A.
KƏRAMƏT
KƏPƏKLƏNMƏK / 1. Kəpək əmələ gəl-
mək, qabıq vermək. Başı kəpəklənir.
2. Kəpək kimi boş olmaq. Heyvalar kəpək-
lənmişdir.
KƏPƏKLİ sif. 1 . Kəpəyi olan, ələnməmiş.
// Çoxlu kəpəyi olan. Kəpəkli un.
2. Başında və tüklərinin dibində kəpək,
qovaq olan. Kəpəkli baş.
3. Kövrək, kəpək kimi boş olan. Kəpəkli
alma.
KƏPƏKLİLİK is. Kəpəyi olan un və s.-nin
keyfiyyəti; kəpəyi olma. Unun kəpəklilik də-
rəcəsi.
KƏPƏNƏK is. Bədən və qanadları toz
kimi incə pullarla və cürbəcür rənglərlə bə-
zənmiş dördqanadlı böcək. ..Bir gözəl kəpə-
nək gəlib Ağca xanımın oturduğu skamyanın
üstünə qondu. S.S.Axundov. ..Quşların bir
paraları oxumaqda, o biri paraları uçub
özləri üçün yem gəzməkdə və kəpənəklər çi-
çəklərin başına qonmaqda idilər. A.Divanbə-
yoğlu. Dünya bahar, ömrün yolu gül-çiçək;
Uçur güldən-giilə, qonur kəpənək. R.Rza.
// Pərvanə.
KƏPƏNƏKVARİ sif. Kəpənək şəklində
olan, görünüşcə kəpənəyə oxşar, kəpənək
kimi. Kəpənəkvari bant.
KƏPƏNG is. Zirzəmi qapısı, altdan yuxarı
açılan qapı; lyuk. Zirzəmi kəpəııgi.
KƏPİTKƏ is. xiis. [rus. "коиопатитв” sö-
zündən] Deşikləri, araları tutmaq üçün (əsa-
sən gəmidə) işlədilən kəndir və s. lifləri.
KƏPİTKƏLƏMƏ “Kəpitkələmək’’dən /и.
KƏPİTKƏLƏMƏK f. xüs. dan. Kəpitkə
ilə qapamaq, kəpitkə tıxamaq (bax kəpit-
kə). Deşikləri kəpitkələmək.
KƏPİTKƏLƏNMƏ “Kəpitkələnmək”dən
fis.
KƏPİTKƏLƏNMƏK məcli, xüs. dan. Kə-
pitkə ilə qapanmaq, kəpitkə ilə tıxanmaq,
bərkidilmək (b a x kəpitkə).
KƏRAHƏT is. [ar.] İyrənmə; nifrət hissi,
xoşa gəlməmə; ikrah.
KƏRAHƏTLİ sif. İyrəndirici, nifrət doğu-
ran, ikrahlı.
KƏRAMƏT is. [ər.] 1. Alicənablıq, xeyir-
xahlıq, mərhəmət, səxavət, lütfkarlıq. ..Bəl-
kə ağanın fəzilətinin kəramət və mərhəmə-
tindən mənim həmşəhərlilərim bibəhrə qal-
684
KƏRAMƏTLİ
KƏRƏM
maşınlar. C. Məmmədquluzadə. Kəramət
etmək (qılmaq, buyurmaq) kölın. - lütf et-
mək, bağışlamaq, vermək. [Pəri xanım
Vəzirə:] Allah sənə, qızım Şölə xanımdan
bir oğlan kəramət eləsin. M.F.Axundzadə.
Kəramətə gəlmək - səxavətə gəlmək, əli-
açıqlıq göstərmək; lütf etmək.
2. kölın. Müsəlmanların təsəvvürünə görə,
övliyalardan, Allahdan və b. müqəddəslər-
dən sadir olan bəzi xariqüladə işlər, ecazkar
qüvvə, möcüzələr. Pir mənimdir, kəramətini
bilirəm. (Ata. sözü). Ağlamaq möminin əla-
mətidir; Nəbinin dininin xoş adətidir; Əgər
bilsən lıəqqin kəramətidir; Ta gedincə ııuri
bəsər ağlarsan! M.V.' Vidadi. [Xortdan:] Bu
pirin kəramətinin nədən ibarət olduğu adın-
dan anlaşılır. Ə. Haqverdiyev.
KƏRAMƏTLİ sif. 1 . Kəramət sahibi, kə-
raməti olan; mərhəmətli, xeyirxah, lütfkar.
2. köhn. Möcüzəli, ecazkar. O vaxtdan
mənim ağzım olub kəramətli. “M.N. lətif.”
Sultanlara, xaqanlara baş əyməyən əsla;
Dərviş kəramətli qələndər yenə varını?
Ə.Vahid.
KƏRAMƏTLİLİK is. Kəramət sahibi ol-
ma; mərhəmətlilik, xeyirxahlıq, lütfkarlıq.
KƏRBƏLAYI is. [İraqda imam Əlinin
qəbri olan Kərbəla şəhərinin adından] din.
Həmin şəhərə gedib müqəddəs yerləri zi-
yarət edən adama verilən ad. Möhtərəm
adamlara kərbəlavı, məşədi, hacı, xozeyin,
fəqət ən böyük adama bu məhəllədə əmi
deyirdilər. N.Nərimanov. [Şofer:] Keçmişdə
asan yollarla müftə pul qazanan hacılar,
kərbəlayılar çox idi. M. Rzaquluzadə.
KƏRÇƏ bax kərə 2 . Kərçə qoyun.
KƏRDƏ bax kərdi 1 . Kərdədə, mərzdə
nanə; Yaman göz odda yaııə. (Ata. sözü).
KƏRDİ 1 is. Lək. İki kərdi soğan əkmək.
Kərdiləri sulamaq. - Tank şumlayan həyət-
lərin kərdisiııdə; Öz yemini; Külə dönmüş
pərdisində; Yuvasını itiribdir. M.Araz. Bu
baxçada aş tərəsi əkərdik; Hey su açıb kər-
divə göz dikərdik. Şəhriyar.
KƏRDİ 2 is. bot. Şaftalı növü.
KƏRDİYAR məh. 1. is. Arpa ilə buğda
qarışığı. Arabadakı kərdiyar taxıl onların üzə-
rinə səpələndi. S. Rəhimov. [Qarı:] Təzə buğ-
dam paylamayıblar, qabağında ölüm! Bu,
bildirki kərdiyardı. M.Hüseyn.
2. sif. mənasında. Dağınıq, çalpaşıq, dola-
şıq. Kərdiyar iş. Kərdiyar söz.
KƏRƏ 1 is. Nehrədən yeni çıxmış, əridil-
məmiş yağ; şit yağ. Camış kərəsi. İnək kə-
rəsi. - Mal mənimdir, belə yeyirəm; Əritmi-
rəm, kərə yeyirəm. (Ata. sözü). Bııyur zəhmət
çək, atından düş yerə; Varımızdır qımız, çö-
rək, bal, kərə. A. Səhhət. Qızxanım nənə süf-
rəyə kərə, qoyun qatığı və təzə pendir qoy-
du. İ. Əfəndiyev.
KƏRƏ 2 sif. 1. Qulaqları çox qısa, dımıq,
kərçə (qoyun haqqında). Bu anda [Səmə-
din] gözü başqa bir kəndlinin sağdığı kərə
qoyuna sataşdı. M.Hüseyn.
2. kin. Başı qırxılmış (adam haqqında).
Kərə oğlan.
KƏRƏ 3 zərf [ər!\ Dəfə, iki kərə iki elər
dörd. Adama neçə kərə deyərlər. İki kərə get-
mək. Bir kərə görmək. - Adam adanıı bir kərə
aldadar. (Ata. sözü). [Müəllim:] Mən sizə bir
kərə də demişdim ki, bizim yollarımız başqa-
başqadır. S. Hüseyn. □ Bir kərə -heç. Gör-
mədik dünyada bir kərə ağ gün; Ciyərimiz
yara, sinəmiz diigün! H.K. Sanılı.
KƏRƏCİ is. Bir neçə adamlıq dorlu qayıq.
Gəmi, qayıq, kərəci də, kolaz da; Məni heç
vaxt incitməmiş bir az da. A.Səhhət. Gecənin
qaranlığı şərisiııdə Lənkrııd çayı ilə aşağı
doğru axan kərəcidə .. oturub dalğın və mii-
kəddər bir halda düşünürdüm. S. Hüseyn.
KƏRƏCİVAN is. məh. Kərəci sürən,
kərəcidə işləyən adam; qayıqçı.
KƏRƏCİV ANLIQ is. məh. Kərəcivanın işi,
peşəsi, məşğuliyyəti; qayıqçılıq. Sarıköynək
özünü suya atırsa da öldürə bilməyir. Onu,
kərəcivanlıq edən indiki əri ölümdən xilas
edir. S. Hüseyn.
KƏRƏM 1 is. [ər.] köhn. Lütf, mərhəmət,
inayət. Kərəm eyləmək. - [Ağa Heydər:] Xıı-
daya, şiikür kərəminə! Balalarını, gəlin sizi
bağrıma basım. N.Vəzirov. □ Kərəm et (qıl)
(yalvarış yaxud nəzakət bildirən əski ifadə)
- 1 ) mərhəmət et, rəhm göstər, lütf et. Saqi,
kərəm eylə, cam gəzdir; Tutma qədəhi, mü-
dam gəzdir! Füzuli. Ey gözəllər şahı, kərəm
et mana; Baxmcıgilən hərgiz əğyardan yana.
M. P. Vaqif; 2) verin, ödəyin. [Məstəli şah:]
Xanım, divlərin əlmuzdunu, ənamını kərəm
edin! M.F.Axundzadə. Kərəm sahibi (əhli)
685
KƏRƏM
KƏRKƏS
köhrı. - lütfkar, rəhmdil, mərhəmətli, insaflı,
alicənab adam haqqında. Sahibi-zərdə kərəm
yoxdur, kərəm əhlində zər; İşlənən işlərdə
əhkamü ləyaqət görmədim. M. P. Vaqif.
KƏRƏM 2 “Kərə 3 ” sözünün canlı danışıq
dilində işlənən yanlış forması. [Sərçə] üç
kərəm balasın suva basıb, alıb tazadan dim-
diyinə apardı. (Nağıl). [Böyükxanım:] Bü-
kərəm sənin yanında üziiaçıq dayanmışammı,
səsimi eşitmisənmi? C. Cabbarlı.
KƏRƏMİ is. mus. Azərbaycan aşıq hava-
larından birinin adı. Balabançı genə durub
gəlir Aşıq Cəfərin vanına. Aşıq Cəfər kərəmi
oxuyur. Ə. Haqverdiyev.
KƏRƏMLİ sif Mərhəmətli, lütfkar, in-
saflı, rəhmli. KöniU qəmgin, ürək dərdli, və-
rəmli; Səni gördüm səxavətli, kərəmli. Aşıq
Ələsgər. Kərəmli padşah, rəhm eylə mana;
Al mənim könlümü, yetir canana. Aşıq Rəcəb.
KƏRƏMLİLİK is. Lütfkarlıq, mərhəmət-
lilik, alicənablıq.
KƏRƏMSİZ sif. İnsafsız, mərhəmətsiz,
rəhmsiz. Səxavət olmayan kəsdə şücaət feli
nadirdir; Kərəmsiz kimsəni hər yerdə gör-
düm, bihünər gördüm. M. V. Vidadi.
KƏRƏN is. məh. Yonulmamış yoğun ağac,
dirək, iri kötük. Evin kərəni sınmışdır. - El
yığılsa, kərən sındırar. (Ata. sözü). El bir olsa
dağ oynadar yerindən; Söz bir olsa zərbi
kərən sındırar. A.Tufarqanlı. Kərəni, pərdəsi
hörümçək toru; Deyirlər, kasıbın bilinməz
goru. S.Vıırğun. □ Kərənə dönmək - şiş-
mək. Ayağı kərənə dönübdür.
KƏRƏNAY is. \fars.\ köhn. 1. Nəfəslə çalı-
nan ıızun bom şəklində qədim musiqi aləti
(adətən təntənələrdə, qələbə bayramların-
da çalmardı). Kərənayi-şadiyanə başlandı
çalınmağa. M.F.Axundzadə. Vəliəhd atın üs-
tünə qalxdığı zaman yüzlərcə təbil, kərəııay
və şeypurlar səsləndi. M. S. Ordubadi.
2. Hislik, dııdkeş.
KƏRƏNAYXANA is. [fars .] köhn. Kərə-
nayların birdən çalması. Günəş Həməl bür-
cünə yaxınlaşdığı dəqiqədə .. vurulan kərə-
паухапа Novruz bayramı mərasiminin baş-
landığını xəbər verdi. M. S. Ordubadi.
KƏRƏNTİ bax dəryaz. ..Merac yenə də
kərəntini götürüb ot çalmağa başladı.
Ə.Vəliyev. [Şamxal] kərəntini çiyninə alıb,
pəncərəsi Kürə baxan evlərinin qənşərindəki
cığırla asta-asta yuxarı qalxdı. İ. Şıxlı.
KƏRƏNTİÇİ is. Kərənti ilə ot çalan adam;
dəryazçı.
KƏRƏNTİÇİLİK is. Kərəntiçinin işi,
peşəsi; dəryazçılıq.
KƏRƏNTİLƏMƏ “Kərəntiləmək”dən fis.
KƏRƏNTİLƏMƏK bax dəryazlamaq.
KƏRƏNTİLƏNMƏ “Kərəntilənmək”dən
fis.
KƏRƏNTİLƏNMƏKbax dəryazlanmaq.
KƏRƏNTİLİK is. Hər dəfədə kərəntinin
ağzına gələn miqdar (adətən saylarla). Bir
kərəntilik ot.
KƏRƏSKƏ is. k.t. 1. Qoyun damının bir
tərəfində quzular üçün ayrılmış yer. Qamış-
dan düzəldilmiş kərəskə.
2. Bax arxac.
KƏRƏVİZ is. bot. Çətirçiçəklilər fəsilə-
sindən 1-2 illik ot-bitki, iki dəstə kərəviz.
Xörəyə kərəviz doğramaq.
KƏRƏ YAĞI bax kərə 1 .
KƏRGƏDAN is. [fars?] zool. Başının qa-
baq tərəfində bir, ya iki buynuzu olan. Asi-
yada və Cənub-Şərqi Asiyada yaşayan otye-
yən, məməli iri heyvan. Bir keçi qaçıban
qurtulsa qurddan; Baxar buynuzuna kərgə-
dan olu. "Koroğlu”. El kömək duranda qula,
yoxsula; Onu şir, kərgədan, fil yıxa bilməz.
Aşıq Şəmşir.
KƏRİM sif. [ər.] Kərəm və səxavət sahi-
bi, lütf və ehsan sahibi, inayətkar; kərəmli,
mərhəmətli (çox vaxt Allaha verilən sifət-
lərdən biri kimi). Ahla-vayla çıxar kasıbın
canı; Ölənəcən deyər: - Allah kərimdir. (Ata.
sözü). Dəmirçioğlu hey çağırdı kərimi; Dost
yolunda qoymuş idim sərinıi. “Koroğlu”.
KƏRİMLİK is. Lütfkarlıq, inayətkarlıq;
lütf, kərəm, inayət. [Güllü:] İndi sən acın-
dan ölməklə Allah kərimlikdən düşəcək?
Ə.Haqverdiyev.
KƏRİŞKƏ is. içi dəlik ağaca geydirilən,
ensiz, yastı, gödək, iti polad tiyəsi olan dül-
gər aləti.
KƏRKƏ is. zool. Şirin sularda yaşayan, diri
bala doğan balıq.
KƏRKƏS is. [fars.] zool. bax keçələkər-
kəs. Qara kərkəs. Leş kərkəsi. Ağbaş kərkəs.
- [Səfər:] Ancaq arabir havada nəş arzu-
686
KƏRKİ
KƏRT
sımda gəzən kərkəslərdəıı savay bir canlı
görün m ür. Ə . Haqverdiyev .
KƏRKİ is. Aşağı çevrilmiş enli tiyəsi olan
uzunsaplı, yonucu (kəsici) alət. Kərki ağacı
yastısına yonar, balta dikinə. (Məsəl). Kərki
olub öz tərəfinə yonma ; Ərrə ol, iki tərəfə
yon. (Ata. sözü). Əlisa .. yarıehtiyatla hər-
lənib qazmadüsər, bel, balta, kərki, mişar və
qeyri karastı toplanmış anbara girdi. S.Rəhi-
mov. // Kərkiyə oxşayan şey haqqında. [Sol-
datın] tükləri qarışıq, sallaq idi, bunların
arasından kiçik kərki çənəsi güclə gözə də-
yirdi. Ə.Əbülhəsən.
KƏRKİLƏMƏ “Kərkiləmək”dən /«.
KƏRKİLƏMƏK/ Kərki ilə yonmaq. Tax-
tanı kərkiləmək. Ağacı kərkiləmək.
KƏRKİLƏNMƏ “Kərkilənmək”dən fis.
KƏRKİLƏNMƏK məc. Kərki ilə yonul-
maq. Ağac kərkilənmişdir.
KƏRKİNCƏK is. zool. Kiçik şahin; tərlan,
qızılquş.
KƏRMƏ bax gərmə 2 . [Kəndlilər] qorxu-
larından uşaqları kərmə qalaqlarının içində
gizlədib .. deyiblər ki, bizim kənddə heç qə-
dimdən uşaq olmaz. C. Məmmədquluzadə.
Şeylərin bir qismini samana və kərməyə, bir
hissəsini yağa və pendirə dəyişdik. Ə. Vəliyev.
KƏRPİC is. Düzbucaq şəklində qəliblən-
miş (bişmiş və ya çiy) gildən hazırlanan ti-
kinti materialı. Kərpic istehsalı. Kərpic kəs-
mək. Çiy kərpic. Bişmiş kərpic. Qırmızı kərpic.
-Bu qala bizim olaydı; Kərpici qızıl olaydı;
Yara qonaq gedəndə; Gecələr uzun olaydı.
(Bayatı). [Yolçu] şəhər yolundan dönərək
kərpic zavoduna yol alır. Mir Cəlal. // Kər-
picdən tikilmiş, kərpic döşənmiş. Kərpic ev.
Kərpic döşəmə. Kərpic divar. - İmran kişi
atını ağaca bağlayıb, kərpic cığırla kolxoz
idarəsinə yanaşdı. M. Hüseyn. // dan. Kər-
pic şəklində olan, kərpicə oxşayan. Kərpic
çörək.
KƏRPİCARASI sif. Tikintidə kərpiclərin
arasında olan. Kərpicarası boşluq. Kərpica-
rası məsafə.
KƏRPİCATAN is. Tikintidə aşağıdan yu-
xarıya (bənnaya) kərpic verən (atan) fəhlə;
kərpicverən, kəıpicçi.
KƏRPİCBAĞLAMA is. xüs. Tikinti işində
kərpicləri düzmə üsulu.
KƏRPİCÇİ is. 1 . Kərpic kəsməklə məşğul
olan adam.
2. Bax kərpicatan.
KƏRPİCÇİLİK is. Kərpicçinin sənəti, işi,
peşəsi. Kərpicçilik etmək.
KƏRPİCXANA is. Kərpic hazırlanan, kə-
silən yer; kərpic karxanası.
KƏRPİCİ sif. 1. Bişmiş kərpic rəngində
olan; qırmızı. Kərpici parça. Kərpici maşın.
Kərpici şal. - Qırıq pəncərələrinin hərəsinin
yanında bir dəmir çarpayı qoyulmuş, üstü
qırmızı kərpici adyallarla örtülmüşdü. M.İbra-
himov.
2. Kərpic şəklində olan; dama-dama. Aslan
.. kərpici dəftərdə süpürgə tüklü bir dəvə .. və
bir göyçək dəvə balası çəkdi.. S. Rəhimov.
Şəhərin bütün küçələri ya asfaltla, ya da kər-
pici qara daşlarla döşənmişdir. M.İbrahimov.
KƏRPİCKƏSƏN sif. Gildən qəlib vasitə-
silə kərpic kəsən, hazırlayan. Kərpickəsən
fəhlə. - Nazim çıxıb fikirlərini dedi, kərpic-
kəsən maşının modelini, hərəkət cədvəlini
də gətirib göstərdi. Mir Cəlal. // Is. məna-
sında. Təbib də, alim də, kərpickəsən də; Qəl-
bində yaşadır o böyük günü. S. Vurğun.
KƏRPİCQURUDAN sif. Kərpiclərin quru-
dulması üçün hazırlanmış (bina, tikinti). Kər-
picqurudan anbar.
KƏRPİCLİ sif. Kərpicdən tikilmiş, ya kər-
pic döşənmiş. Kərpicli küçə. - Qara çiy kər-
picli binanın üst balkonunda Həcər aynalını
bir parça ağ əsği ilə silib təmizləyirdi..
S. Rəhimov.
KƏRPİCVERƏN bax kərpicatan.
KƏRRAT [ər. “kərrə” söz cəmi] köhn .:
kərrat ilə - dəfələrlə. Şəhərin böyükləri və
başbilənləri kərrat ilə biçarə əhalini məsləhət
və məşvərətə toplayırlar. F. Köçərli. [Baha-
dır] ixtiyarsız Yusifi qucaqladı, sonra Sona-
nın əllərini tutub kərrat ilə öpdü. N.Nərima-
nov. Sübhanverdizadə yazdığını kərrat ilə
oxudu və son dərəcədə bəyəndi. S. Rəhimov.
KƏRRƏ [ər.] bax kərə 3 . Bir kərrə dü-
şəndə xəbər al badi-səbadan; Saçın həvəsi
gör ki, məni saldı nə halə. M.P.Vaqif. [Gül-
çöhrə:] Bəs sən məni bir kərrə görməklə
xoşladın? Ü.Hacıbəyov. [Həmzə:] Adə, bir
kərrə de, qız razıdır; vəssalam! C. Cabbarlı.
KƏRT is. Ağac parçasının iki yoğun yeri
arasında çuxur, ya qazılmış nazik yer.
687
KƏRTƏNKƏLƏ
KƏSB
KƏRTƏNKƏLƏ is. zool. Uzunsov bə-
dənli, uzun quyruqlu, üstü sərt pulcuqlarla
örtülü, iki cüt qısa və zəif ayağı olan sürü-
nən heyvan. Orta məktəbin zoologiya kur-
sunda sürünənlər bəhsində kərtənkələ, ilan,
tısbağa və timsahlar haqqında qısa məlumat
verilir. C.Cəbrayılbəyli. // məc. Aciz, əlsiz-
qolsuz adam haqqında. [Elxan:] Aqşin, Aqşin,
unutma ki, mən udula bitəcək bir kərtənkələ
deyiləm. C.Cabbarlı. Molla dayı! Oğluma bax
sən hələ ; Gör nə deyir bircə bu kərtənkələ.
Ə.Nəzmi. // məc. Hiyləbaz, əl altından iş
görən adam haqqında. İlana ağı verən kər-
tənkələ. (Məsəl). [Nüşabə:] Ey kərtənkələ,
gəl hiyləni burax! Gözünü gizləmə, üzümə
dik bax! A.Şaiq. [Rüstəm:] Hara gedirəm,
bu kərtənkələ [Qoşatxan] qabağıma çıxır.
M. lbrahimov.
KƏRTİK is. Kəsici alətlə ağacda, taxtada
və s.-də açılan diş, çərtik, nişan.
KƏRTİLMƏ “Kərtilmok”dən f.is.
KƏRTİLMƏK məcli. Üzərində kəsici alət-
lə kərtik açılmaq. Şalban kərtildi.
KƏRTLƏMƏ “ K ə ıt I om ək ” don / ы.
KƏRTLƏMƏKbax kərtmək'
KƏRTLƏNMƏ “Kərtlənmək”dən/A.
KƏRTLƏNMƏKbax kərtilmək.
KƏRTMƏ “Kortmok 1 ”don f.is.
KƏRTMƏK 1 f. Kərt, kərtik açmaq. Ağacı
kərtmək (ağaca kərt vurmaq, diş-oyuq aç-
maq).
KƏRTMƏK 2 is. Kir, pasaq, çirk, qartmaq.
KƏS əvəz, [fars .] Şəxs, adam, kimsə. Sə-
xavət olmayan kəsdə şücaət feli nadirdir ;
Kərəmsiz kimsəni hər yerdə gördiim, bihü-
nər gördüm. M.V.Vidadi. O kəsləri deyib
gəlmişəm ki, mənim söhbətimi xoşlayıb, bəzi
bəhanələr ilə məndən qaçıb gedirlər..
C. Məmmədquluzadə. [Məstur:] Yad kəsə
bağlıdır bütün yollar; Buna, zənııimcə, bir-
cə tədbir var. A.Şaiq. □ Bir kəs - bir adam,
kimsə. [Leyla:] Bir kəsim varsa mənim;
Harım, yenə sənsən və sən. Ü. Hacıbəyov.
[Leyla xanım:] Bir kəs yoxdur, qardaş, təkəm..
N. Vəzirov. [Hacı:] Baxdım, yox idi yaxında
bir kəs; Gəldi qulağıma bir həzin səs. C.Cab-
barlı. Heç kəs - kimsə, heç kim, bir nəfər
də, bir adam da. Otaqda heç kəs yoxdur.
Küçələrdə heç kəs yox idi. Heç kəsə bir söz
demə. - [Hacı Murad:] ..Heç kəsi buraya qoy-
mazsan. S. S. Axundov. Nə qədər ki, Cavahir
atasının evində idi, heç kəs bunun işini
təqdir etməyirdi. T.Ş. Simurq. Hər kəs -
1) hər bir adam, hər biri, hər şəxs. Hər
kəsdən bacarığına görə, hər kəsə tələbinə
görə. II Hamı. Oğul atasının təbiətini hər kəs-
dən yaxşı bilirdi. S. Rəhimov; 2) kim, hər
kim. Xalq ilə hər kəs necə rəftar edər; Haqq
onu ol dərdə giriftar edər. A. Səhhət. Hər
kəs baxıb həqiqətdə, əncir ağacının dibində
şanım yandığını görürdü.. Ə. Haqverdiyev.
KƏSAD bax kasad.
KƏSAFƏT is. [ər.] 1. Natəmizlik, çirkin-
lik, kirlilik; çirk. [Səlim:] [Zeynalın] çamur
və kəsafətini yumaq üçün bir neçə vedrə su
lazımdır. S. Hüseyn.
2. Bax kəsiflik.
KƏSAFƏTLİ sif. Çirkli, kirli. Dükan ol-
duqca hisli, kirli, kəsafətli idi, burada nəfəs
almaq belə mümkün deyildi. M.S. Ordubadi.
[Qonağın] kəsafətli boynu və yaxası nəzər-
diqqəti cəlb edirdi. S. Hüseyn.
KƏSALƏT is. [ər.] Fəaliyyətsizlik, hərə-
kətsizlik; ölgünlük, süstlük, əzginlik, kefsiz-
lik. Çox yatmaq kəsalət gətirər. (Ata. sözü).
Bu nə heyrət, bu nə xəcalətdir; Səndə, axır,
bu nə kəsalətdir? S.Ə.Şirvani. Nə kəsalətlə iş
görürsən sən; Niyə bunca ağır hörürsən sən?
M.Ə. Sabir. Dağıldı qəmləri, üzləri güldü;
Bayaqkı kəsalət tamam töküldü. H.K.Sanılı.
□ Kəsalət basmaq - ağırlaşmaq, süstləş-
mək, tənbəllik basmaq. Hacı Mirzə Əhməd
ağadan ayrılandan sonra məni bir kəsalət
basıb, daha cənnəti səyahət etmək həvəsin-
dən düşdüm. Ə.Haqverdiyev.
KƏSALƏTLİ sif. Ölgün, süst, kədərli, so-
yuq. Məclisimiz çox kəsalətli və kədərlidir,
-dedi. M.S. Ordubadi. Uryadnik Qulu .. kə-
salətli gözlərini Zeynal bəyə döndərdi..
Çəmənzəminli.
KƏSALƏTLİLİK is. Ölgünlük, süstlük, so-
yuqluq.
KƏSB is. [ər.] 1. Çalışıb qazanma və bu-
nun nəticəsində əldə edilən qazanc, gəlir.
Atanın kəsbi oğula halaldır. (Ata. sözü).
[Tarverdi:] Belə adamlar da var dünyada?
Yaxşı, kəsbimiz nədir? M.F.Axundzadə. İs-
mayılov .. öz kəsbi ilə özünü və ailəsini bir
688
KƏSBKAR
KƏSƏ
növ dolandırırdı. Ə.Haqverdiyev. □ Kəsb
etmək (qılmaq) - 1) çalışıb qazanmaq, gəlir
götürmək. Derlər otur evdə, nədim kasibəm;
Kəsb eləməzsəm, qazana bilmirəm. M.Ə.Sabir;
2) əldə etmək, qazanmaq, öyrənmək. Hər
vilayətdə var beş-on məktəb; Edirik kəsb
onda elmii ədəb. S.Ə.Şirvani. Getdikcə
Mehman daha artıq iş təcrübəsi kəsb edir,
ciddiyyətlə işə girişirdi. S. Rəhimov. Mehri-
ban üçün həyat yeni böyük bir məna kəsb
etməyə başlayırdı. H.Seyidbəyli.
2. B ax kəsbkarlıq. [Hacı Qara:] A qardaş,
mən dinc, farağat, kəsb əhliyəm. M.F.Axund-
zadə. Hansı bir kəsbə yanaşdım ki, yar olsun
tale; Sən çıxıb qarşıma, hər ləhzədə oldun
mane. A. Səhhət. [Məşədi Əsgər] hələ on iki
yaşında olduğu halda kəsb üçün Bakıya gəlib,
neft gəmilərinin birisində muzdurluğa baş-
lamışdı. S.Qənizadə. □ Kəsb etmək köhn.
- yaşamaq üçün bir sənət, peşə, işlə məşğul
olmaq. Kəsb etmədi, cib kəsmək adət etdi;
Quldar oldu, ev kəsdi, qarət etdi. A.Səhhət.
KƏSBKAR is. [ər. kəsb və fars, kar] köhn.
1 . Peşə, sənət, iş, məşğuliyyət. Yenə də xalqı
torpağından, tarlasından, kəsbkarından ayır-
maq lazım gələcəkdir. M. S. Ordubadi. Hərə-
nin bir peşəsi, kəsbkarı var. Mir Cəlal.
2. Kəsbkarlıqla məşğul olan adam; zəh-
mətkeş, əməkçi.
KƏSBKARLIQ is. Y aşamaq üçün pul qa-
zanmaq məqsədilə bir işlə, bir peşə ilə məş-
ğul olma; məşğuliyyət, sənət, peşə. Kəsbkar-
lıqdaıı əlin çıxdı, usan! Ər olan yerdə, görüm
yox olasan! M.Ə.Sabir. [Tacir Məcnuna:]
Burax atın cilovunu, yolçapan! Halal kəsb-
karlığım oğurluq niyə olur? Ə.Məmməd-
xanlı. □ Kəsbkarlıq etmək (eləmək) - ya-
şamaq üçün bir işlə, bir peşə ilə məşğul ol-
maq. [Hacı:] Ay müsəlmanlar, axı bu nə işdir,
niyə qovmursunuz kəsbkarlığımızı eləvək? Mir
Cəlal. '
KƏSDİRİLMƏ “Kəsdi ri İmək ”dən /.K.
KƏSDİRİLMƏK "Kəsdirmək”dən məch.
KƏSDİRMƏ "Kosdirmək’’dən [is.
KƏSDİRMƏK 1 . icb. Başqasına kəsmək işi
gördürmək. Şalbanın başını kəsdirmək. Ağa-
cı kəsdirmək. Itiıı quyruğunu (qulağını) kəs-
dirmək. Meşəni kəsdirmək. Meynələri kəsdir-
mək. - [Səfər bəy:] Kəsdirəcəyəm qoyunu.
bişirdəcəyəm kababı. B.Talıblı. [Səkinə
Rüstəmə:] Özün deyirsən ki, stol açacağam,
qoyun kəsdirəcəyəm, düyü islatdıracağam.
M. İbrahimov.
2 . [. Bir yerdə dayanıb gözləmək, dayanıb-
durmaq, durub əl çəkməmək. Aslan isə, vaxt
keçir, deyə, obaşdan gedib vağzalı kəsdirib
oturdu. C. Cabbarlı. [Zərifə:] Sabah tezdən
maarif şöbəsinin qapısını kəsdirdim.
T.Ş.Simurq. Nədənsə [Hacı Sultanı] yenə nik-
bət tutdu. Alacaqlılar qapısını kəsdirdilər.
S. Hüseyn. □ Yanını kəsdirmək - birinin
yanından əl çəkməmək, daim yanında olmaq.
Xəstənin yanını kəsdirmək. - [Ağcaqız:] Şah-
sənəm düz bir saatdır ki, kəsdirib yanını, ayıl-
mayırsan. “Aşıq Qərib”. [Kərəm:] Kəsdirəy-
dim yastığının yanını; Bir tutaydım kirpiyinin
sanını. “Əsli və Kərəm”. Qulu səhər tezdən
mədənin yanını kəsdirmişdi. A. Şaiq.
3. icb. Verməyə qoymamaq, davam etdir-
məyə mane olmaq, icazə verməmək, saxla-
maq. Təqaüdünü kəsdirmək. Qazı (suyu, işığı)
kəsdirmək.
4. icb. Sifarişlə bir şey hazırlatmaq.
[Koroğlu:] Əzəldən bilsəydim sənin halını;
Əşrəfidən kəsdirərdim nalını. “Koroğlu”.
5. icb. Biçdirmək. Paltarlarını kəsdirmək.
6. icb. Çəpərlətmək, hasarlatmaq, aranı çə-
pər (hasar, barı) ilə böldüımək. Aranı kəs-
dirmək.
T.f Qəti qərara gəlmək; müəyyənləşdir-
mək. Ezamiyyətə getməyi kəsdirdi. - Beləcə
aydın bir mühakimədən sonra Qurbanlı öz
aləmində Ruhnəvazla evlənməyi kəsdirdi.
Çəmənzəminli. // Təxmin etmək, başa düş-
məyə çalışmaq. İndi o və mən bir-birimizin
gözlərinə baxıb, kimin sözə başlayacağını
kəsdirmək istəyirdik. H.Nəzərli.
8 . f. köhn. Sünnət etdirmək. Uşağı kəsdir-
mək.
0 Kəsdirə bilməmək - müəyyən edə bil-
məmək, qətiləşdirə bilməmək; təxmin edə
bilməmək, qərara gələ bilməmək. Ulduz bu-
nun nə demək olduğunu, hara düşdüyünü kəs-
dirə bilmədi. Ə.Məmmədxanlı. Qız .. [Adi-
ləyə] nə cavab verəcəyini, onunla nə tərzdə
danışacağını kəsdirə bilmədi. Q. İlkin.
KƏSƏ 1 . sif. Ən yaxın, ən qısa. Kəsə cığır.
- [Qız] cəld taxçadan cunayı yaylığını götii-
689
KƏSƏB
riib özünü çölə saldı, kəsə yolla meşəyə
doğru yüyürməyə başladı. Ə.Məmmədxanlı.
Bir azdan zənnlər arası ilə salınmış tozlu kəsə
yolda bir yük maşını göründü. Q. İlkin. Dağ-
ların başından aşdı piyada; Yolu kəsə getdi,
yolu qısaltdı. B.Vahabzadə. □ Kəsə gəlmək
- kəsə (qısa) yolla gəlmək. Bu dağdan kəsə
gəldi; Yolları kəsə gəldi; Sübhün səsi ucal-
dı; Ellər də səsə gəldi. (Malını).
2. zərf Qısa, müxtəsər, yığcam. Kəsə da-
nışmaq. - [Hümmət:] Təbliğat yox, Yusif,
sözümə kəsə cavab ver. B.Bayramov. □ Kəsə
eləmək - qısaltmaq, qısa eləmək, müxtəsər
eləmək. [Şahmar] ona görə də söhbətini kəsə
eləyib, ev sahiblərinin harada olduğunu so-
ruşmaq istədi. B.Bayramov.
KƏSƏB is. köhn. Müxtəlif alətləri qoymaq
üçün dəridən və s.-dən düzəldilən, xüsusi
gözləri olan qab, alət. Kərbəlayı Qulu qur-
tarıb ülgücü belindəki qayış kəsəbinə qoydu.
Çəmənzəminli.
KƏSƏBƏ is. [ər. “kasib” söz cəmi] köhn.
Zəhmətkeş, fəhlə, peşəkar, sənətkar; ümu-
miyyətlə, kəsbkarlıqla dolanan adam. Hər
vilayətdə var beş-on kəsəbə; Əlli min seyyi-
dü axund, tələbə. S.Ə.Şirvani.
KƏSƏBƏLİK is. köhn. Fəhləlik, peşəkar-
lıq, sənətkarlıq, kəsbkarlıq.
KƏSƏK is. Quruyub bərkimiş palçıq yum-
rusu. Kəsəkləri əzmək. - Kəsək oturub daş
üçün ağlayır. (Ata. sözü). Ayaqlarım yalın
olduğuna görə yolun quru kəsəkləri məni
incitdi. A.Divanbəyoğlu. Tahirlə yanaşı ge-
dən Imrcın kişinin ayaqları kəsəklərə dəy-
dikcə elə bil daşa dəyirdi. M. Hüseyn.
□ Kəsək kimi - bərk. Kəsək kimi quru cad
çörəyi [Arazı] doyurmadı. A.Şaiq. Varlığı daş
kimi, kəsək kimi sərt; Bir insan eşqilə giil-
məyənlər var. S.Vurğun.
KƏSƏKDÖYƏN is. Kəsək əzən alət. Kə-
səkdöyənlə kəsəkləri əzmək. - Qıırııtəzən, kə-
səkdövən, öz malımızdır, dustan! O qəvihey-
kəl qazan Samü Nəriman malıdır. M.Ə.Möcüz.
KƏSƏKƏS is. Kütləvi qırğın, qılıncdan
keçirmə. Lələ yerin Arqalı; Mələməz ay ar-
qalı; Kəsəkəs meydanında; Namərd qaçar,
ər qalı. (Bayatı). Eləysə, alı, eləysə, bəs bu
kəsəkəs neçin? Qılınc verib əlinə şahla sul-
tan bəs neçin? B.Vahabzadə.
KƏSƏRLİ
KƏSƏK-KÜSƏK top. Kəsək-kəsək halın-
da olan torpaq. [Maya:] Tülkü, çaqqal mənə
nə edəcək? Nə çox kəsək-küsək, götürüb çır-
param təpəsinə. M. İbrahimov.
KƏSƏKLƏŞMƏ " K ə s o k 1 ə ş m o k ' ’ d o n /.7.S' .
KƏSƏKLƏŞMƏK/ Kəsək olmaq, kəsəyə
çevrilmək, qalıb kəsək halında bərkişmək.
Palçıq qalıb kəsəkləşdi.
KƏSƏKLİ sif. Kəsəyi çox olan, kəsəklə
dolu, kəsəklərlə örtülü. Kəsəkli yol. - ..Teh-
randan gələn boz maşın Qəzviııin tozlu və
kəsəkli küçələrinə daxil oldu. M.İbrahimov.
Bayram .. kəsəkli cığıra burulanda yaxın
evlərdən qalxan itlər ağız-ağıza verib hü-
rüşdülər. M. Hüseyn.
KƏSƏKLİK is. Kəsək çox olan yer (yol
və s).
KƏSƏN fis. həııd. Əyrini iki və ya bir
neçə nöqtədə kəsən düz xətt. □ Kəsən
(kəsici) diş(lər) - ağzın ön tərəfində olan
ön diş(lər).
KƏSƏR is. 1. Hər hansı bir kəsici alət.
Atam hazırlanır əlində kəsər; Toyuq banla-
yanda başı kəsilər. S.Vurğun. // Soyuq silah.
Yoxdur onun əllərində; Heç bir kəsər, heç
bir silah. M. Dilbazi.
2. Kəsmə qabiliyyəti; kəsicilik, itilik. Bı-
çaqda kəsər qalmayıb. - Zavallı, silahsız və
kimsəsiz həbəşlərin boynunda faşist cəllad-
ları öz qılıncının kəsərini yoxlayırdı. M.İbra-
himov.
3. məc. Təsir qüvvəsi; güc, qüvvət. Sözün
kəsəri yoxdur. - Ala gözlərində kəsər qal-
madı; O şaqraq səsindən əsər qalmadı.
Ə. Cavad. [Tərxan:] Hanı onlarda o kəsər, o
hünər? Yüzünü bir əliağaclı yenər. A.Şaiq.
4. Kəsərlə şəklində zərf- qətiyyətlə. Mux-
tar da eyni qətiyyət və kəsərlə Gəldiyevin
üzünə baxdı və dedi.. Mir Cəlal.
0 Kəsərdən düşmək - 1 ) kütləşmək, kor-
şalmaq. Dəhrə kəsərdən düşüb, itiləmək la-
zımdır; 2) məc. təsirini itirmək, gücdən (tə-
sirdən) düşmək, təsiri olmamaq, öz kəskin-
liyini itirmək. Sözü kəsərdən düşüb.
KƏSƏRLİ sif. 1. Yaxşı kəsən, iti. Kəsərli
alət. Kəsərli bıçaq. Kəsərli xəncər. - Ortadan
kəsərli, qəbzəsi qanlı; İstərəm indidən çal-
haçal ola! “Koroğlu”.
2. Düz vuran, yaxşı atan. Kəsərli tapança.
- Kəsərli silah quldurun əlinə keçəndə, vay
690
KƏSƏRLİLİK
KƏSİK
doğrıı və düz vətəndaşların halına! M. İbra-
himov. Mən, cavan oğlanın belə kəsərli tü-
fənginin nə tüfəng olduğunu bilmək üçün alıb
baxdım. M.Rzaquluzadə.
3. ınəc. Təsirli, kəskin, inandırıcı. Kəsərli
danışıq. Kəsərli nitq. Kəsərli dəlil. - Qələ-
min axtarır ayrı bir peşə; Elə ki, kəsərli söz
tapa bilmir. M.Araz.
0 Kəsərli nəfəs - gəlişindən, danışığından
yaxşılıq gözlənilən adam haqqında. Deyirlər
sənin çox kəsərli nəfəsin var. “M. N. lətif’.
[Qızlar:] Səni görüm, nəfəsin kəsərli olsun.
Mir Cəlal.
KƏSƏRLİLİK is. 1. Kəsərli olma; itilik.
Baltanın kəsərliliyi.
2. məc. Təsir, güc, kəskinlik. Sözün kəsər-
liliyi.
KƏSƏRSİZ sif 1 . Kəsəri olmayan, iti ol-
mayan; küt. Kəsərsiz balta.
2. məc. Gücü, təsiri olmayan və ya az
olan. Kəsərsiz söz. Kəsərsiz tənqid. - Onlar
oynadıqca istedadıyla; Əql evi boş olur,
sözü kəsərsiz; Döşünə döysə də alim adıyla;
Yaşayır əsərsiz, ölür əsərsiz... S.Vurğun.
KƏSƏRSİZLİK is. 1 . Kəsəri, itiliyi olma-
ma; kütlük.
2. məc. Gücü, təsiri olmama və ya az olma.
Tənqidin kəsərsizliyi.
KƏSƏRTİ is. Kəsər, alət (bıçaq, balta,
xəncər və s.). Yanında bir kəsərti yoxdur.
KƏSƏSİNƏ zərf Kəsə yolla, qısa yolla.
Kəsəsinə getmək.
KƏSƏYƏN is. zool. Qabaq dişləri yaxşı
inkişaf etmiş, gəmiricilər dəstəsindən çöl-
siçanı. Anbar kəsəyənsiz olmaz. (Ata. sözü).
Bir tısbağa, bir kəsəyən, bir qarğa; Yoldaş
olmuşdular bundan qabağa. Q.Zakir.
KƏSHAKƏS is. 1 . Kütləvi şəkildə kəsmə,
doğrama: qırıb-tökmə, kəsib-tökmə.
2. məc. dan. Ağalıq etmə, vıırub dağıtma,
hökmranlıq (yalnız mənfi mənada). Bu xəbər
açıqcasına hacının yüzbaşılığından, kəsha-
kəs vaxtından verilirdi. Mir Cəlal. Oğrular,
əyrilər kəshakəsdədir: Tale cəllad kimi hər
gün qəsdədir. H.Arif.
KƏSİCİ sif. 1 . Kəsən, kəsə bilən hər şey.
Kəsici alət. Kəsici maşın. H iti, itilənmiş,
yaxşı kəsən. Kəsici mişar. □ Kəsici dişlər
- ağızın qabaq tərəfində olub yeyiləcək şeyi
kəsən dişlər. // İs. mənasında. Kəsən alət.
Kəsiciııi itiləmək.
2. məc. Şiddətli, bərk, çox təsirli. Kəsici
külək (şaxta). - Qılınc kimi kəsici şaxtanın
şiddətilə; Iştə çürük bir ağac cansız uzandı
yerə. M. Müşfiq. Havada kəsici bir sazaq
olduğundan dəmir peçi də qalatdırmışdım.
M. İbrahimov.
KƏSİCİLİK is. 1 . Kəsici şeyin hal və key-
fiyyəti; itilik.
2. məc. Şiddət, təsirlilik, təsir qüvvəsi.
KƏSİF sif. [ar.] 1. Qalın, qəliz, qatı, qeyri -
şəffaf, tutqun. Gilaııııı üzərində qalın bir
sis, günəşin ziyasına mane ola biləcək kəsif
bir kölgə vardı. S. Hüseyn. Ətrafı kəsif bir
duman büriidii. H.Nəzərli.
2. Ağır, boğuq, nəfəsi çətinləşdirən; ağır
və pis qoxuyan; kəsafətli. Firidun məhbəsin
ağır və kəsif havasına heç cür alışa bilmirdi.
M. İbrahimov. Adamların burnunu və boğa-
zını acışdıran kəsif çürüntü iyi ətrafı bürü-
müşdü. P.Makulu. [Xəlil Mirzə] maxorka
tüstüsündən və kəsif havadan bir dəqiqə də
olsun çimir eləyə bilmədi. Q. İlkin.
3. Natəmiz, pinti.
KƏSİFLƏŞDİRİLMƏ “Kəsifləşdirilmək”-
dən fis.
KƏSİFLƏŞDİRİLMƏK məch. Qəlizləşdi-
rilmək, qatılaşdırılmaq, tutqunlaşdırılmaq.
KƏSİFLƏŞDİRMƏ “Kəsifləşdirmək”dən
fis.
KƏSİFLƏŞDİRMƏK f. Kəsifliyini artır-
maq, kəsif etmək; qatılaşdırmaq, qəlizləş-
dirmək, tutqunlaşdırmaq.
KƏSİFLƏŞMƏ “KosiflƏşmok”don /.7,s\
KƏSİFLƏŞMƏK /.' Kəsif olmaq, kəsifliyi
artmaq; qatılaşmaq, tutqunlaşmaq, qəlizləş-
mək. Kəsifləşəıı (f.is.) qaranlıqda onlar artıq
ağır-ağır qalxır, çox vaxt qarşılarına çıxan
meşəliklərdə cığırı itirirdilər. Ə.Məmməd-
xanlı. Axşamın məxmər qaranlığı getdikcə
kəsifləşir. İ. Əfəndiyev.
KƏSİFLİK is. Qatılıq, qəlizlik, tutqunluq;
qeyri-şəffaflıq. Havanın kəsifliyi.
KƏSİK 1 . sif. Kəsilmiş halda olan, iti bir
şeylə kəsilib yaralanmış, cızılmış. Kəsik üz.
Kəsik dəri. - Şaxta kəsik yerə daha bərk tə-
sir edir. Mir Cəlal.
2. sif. Kəsilmiş, kəsilib götürülmüş, kəsilib
atılmış. Kəsik barmaq (bilək). - Kəsik baş
691
KƏSİK-KÜSÜK
söyləməz. (Məsəl). [Əvvəlinci:] Malların
əgər nişanları lazımsa deyim: — Birinin buy-
nuzu qaradır, özü də arıq, qulağı kəsikdir..
N.Nərimanov. [Qızıl it] ..kəsik qulaqlarını
oynadaraq qalnı, boğuq səsi ilə hürər, nəşəmi
pozardı. A.Şaiq. Kəndin qənşərinə çatanda
Ataşın gözü birdən boz eşşəyin kəsik qulağı-
na sataşdı.. Ə.Vəliyev.
3. sif. Kəsilib qısaldılmış, gödəldilmiş.
Kəsik hörük. - [Qızın] sarı kəsik saçı xələtin
yaxasına tökülmüşdü. Ə.Əbülhəsən.
4. is. Yarıq, kəsilmiş, tikilməyib açıq qo-
yulmuş yer (paltar və s.-də). Pencəyin kəsiyi.
Tumanın kəsiyi.
5. is. Bir şeyin yaralaya (kəsə) biləcək
qırığı, sınığı, parçası, tikəsi, hissəsi. Stəkan
kəsiklərini yığmaq. Şüşə kəsiyi. II Qırıq, tikə,
kəsilmiş parça. Ağac kəsiyi. - Ağa əlini yanı-
na atıb odun kəsiyini götürdü. S. Rəhimov.
6. sif. Qırıq, kəsik-kəsik, uzun sürməyən,
davam etməyən. Kəsik fit. Kəsik səs. - . .Ağıl-
ların qapısını kəsmiş itlərin kəsik lıürüşləri
gecənin qara pərdəsini yırtıb uzağa gedirdi.
M.İbrahimov. Salon sakit, fəqət hərdən; Gəlir-
kəsik hıçqırıqlar. B.Vahabzadə.
7. is. xüs. Вош və s. şeylərin kəsilmiş yeri.
Borunun kəsiyi.
8. is. tar. Çar Rusiyasında 1861-ci ildə
təhkimçilik hüququ ləğv edildikdən sonra
kəndlilərə verilən kiçik torpaq hissəsi; nadel.
9. sif. məc. dan. Sahibsiz, başsız, yiyəsiz
(uşaq, qadm haqqında). Kəsik uşaq. Kəsik qız.
Kəsik qadın. H İs. mənasında. Öz kəsiyimizdir.
kəsik-kəsik zərf Qırıq-qırıq, ara verərək,
aramla. Ancaq məhkəmə salonundan bu qay-
da ilə çıxan kəsik-kəsik xəbərlər heç kəsi tə-
min edə bilməyirdi. T.Ş. Simurq. .. [Uşaq]
kisədən bir ovuc dən götürüb həyətə səpdi
və kəsik-kəsik fit verdi. M.Rzaquluzadə. Har-
dasa lap yaxında, deyəsən buxarının yanında,
divardakı yarıqlardan birində gizlənmiş qara-
fatma kəsik-kəsik oxumağa başladı. İ. Şıxlı.
□ Kəsik-kəsik etmək (eləmək) doğra-
maq, parçalamaq, hər tərəfini (yerini) kəs-
mək. Parçanı kəsik-kəsik eləmək. Şüşə əlimi
kəsik-kəsik etdi.
KƏSİK-KÜSÜK top. dan. Kəsiklər, kəsik
parçalar.
KƏSİKLİ sif. Kəsiyi olan. Kəsikli pencək.
KƏSİLMƏK
KƏSİKLİK is. Kəsik şeyin halı, kəsikli
olma.
KƏSİKSAÇ(LI) sif. Saçı kəsilmiş, qısaldıl-
mış, gödəlmiş. Kəsiksaç qadın. - Ağ xələtli.
kəsiksaç bir qız, əlində kiçik bir yol çantası
maşından düşdü. M.Hüseyn.
KƏSİLİ sif. Kəsiyi olan; kəsilmiş. Kəsili
qol.
KƏSİLİŞ is. Kəsilmə tərzi; kəsilmə. La-
yın geoloji kəsilişi. - Sahənin geoloji kəsilişi
müəyyən edilmiş mexaniki xassələr vasitəsilə
dəqiqləşdirilir. S. Quliyev.
KƏSİLİŞMƏ “Kəsilişmək”dən f. is.
KƏSİLİŞMƏK qarş. Hesablarını bitirmək,
bir-biri ilə hesablaşıb, şərtləşib qurtarmaq;
üzülüşmək.
KƏSİLMƏ “Kəsilmək’’dən /и. Cəlil cey-
ranın kəsilməsinə razı olmadı. M.Hüseyn.
Planın dolmamasının səbəbi tez-tez elektrik
enerjisinin kəsilməsi olmuşdu. Ə.Əbülhəsən.
KƏSİLMƏK 1. “Kəsmək”dən məcli. Taxta
kəsildi. Barmağı kəsilmək. Qardan yol kə-
silmişdir. Qoyun kəsilmək. Telefon [qaz) kə-
sildi. Meynələr kəsilib. Kərpic kəsilmək. Pul
kəsilmək.
2. f. Bitmək, qurtarmaq, sakitləşmək. Molla
gəlib mağaraya çatana qədər yağış kəsilir.
“M.N.lətif." Həmin saat külək və qar kəsildi.
M.Rzaquluzadə. // Daha eşidilməmək, gəl-
məmək (səs və s. haqqında). Quşlar uçdu,
əkildi; Vay, səsləri kəsildi. A.Səhhət. Doğru-
dan da azca keçməmiş qanlı boğuşma və hü-
rüşmələr yavaşıdı və nəhayət kəsildi. M.İbra-
himov. Malını kəsildi, küçədə sükııt əmələ
gəldi. S. Rəhman. // Sona çatmaq, qurtarmaq,
bitmək. Müharibə kəsildi. Mübahisə kəsildi.
H Kəsmək, toxtamaq. Ağrı kəsildi. Yaranın
qanı kəsildi.
3. nıəch. köhn. Sünnət edilmək.
4. məch. Cəza təmin edilmək. Cərimə
kəsilmək. - [Əsəd bəy:] Aydəmirə vur-tut beş
il kəsilmişdir. C. Cabbarlı. □ İş kəsilmək -
məhkəmənin hökmü ilə müqəssirə müəyyən
il həbs cəzası verilmək. [Bəhmən Xəlilə:]
Niyə sənə bu qədər iş kəsiblər? Səkkiz il çox
deyil? İ.Məlikzadə.
5. məch. Yarılmaq, oğurlanmaq. Ev kəsilib.
6. məch. dan. İmtahanda hər hansı bir fən-
dən pis qiymət almaq, imtahandan keçmə-
692
KƏSİM
KƏSKİN
mək. İmtahandan kəsilmək. Kimyadan kə-
silmək.
7. f. Məhrum olmaq (qalmaq), tamamilə
tükənmək. Taqəti kəsilmək. İştahası kəsilmək.
Südü kəsilmək. - Babək əlində şam, təkbaşı-
na ağır və yorğun addımlarla Cavidan qəs-
rinin yeraltı qatma düşdü. Zirzəmiyə enən
daş pilləkən başında sanki taqəti kəsildi..
Ə.Məmmədxanlı. // Bir şeydən qalmaq, artıq
edə bilməmək. Yeməkdən kəsilmək.
8. Bir sıra isimlərlə birləşərək mürəkkəb
fel və ifadələr düzəldilir; məs: ayağı kəsil-
mək, əli kəsilmək, çarəsi kəsilmək, düşmən
kəsilmək.
kəsilə-kəsilə zərf Sıxıla-sıxıla, utana-
utana, çəkinə-çəkinə. Kəsilə-kəsilə cavab
vermək. - Kəsilə-kəsilə danışır Gülnaz: -
Xanlıqda işləvib, olmuşdum pərvaz.
H.K.Sanılı.
0 Kəsilə-kəsilə qalmaq - bir şey edə
bilmədiyi üçün daxili əzab və iztirab keçir-
mək, qovrula-qovrula qalmaq. Məktubu oxu-
duqda qanım başıma vurdu, kəsilə-kəsilə
qaldım. M. S. Ordubadi.
KƏSİM is. 1 . Kəsmək işi; kəsmə, kəsiliş,
kəsiş.
2. Biçim, tərz, şəkil. Gözüm qaldı siyah
teldə: Bülbül öldü meyli güldə: Bir kəsim yox
qürbət eldə; Sən mana qəmxar ol, yaylaq!
Aşıq Ələsgər.
3. Kəsilmiş, müəyyən edilmiş, qərarlaş-
dmlmış, təyin edilmiş miqdar, norma.
KƏSİNTİ is. Kəsilmiş parça; qırıntı, qırıq.
Ağac kəsintisi. - [Xanpərvər bəyim:] ..Elə
adamlara mən qızımın kəsinti dırnağını da
qıymaram verim! N.Vəzirov.
KƏSİR 1 is. [ər.] 1. Nöqsan, çatışmazlıq,
çatışmayan cəhət, şey; naqislik, əgər-əskik.
İşdə kəsir çoxdur. Tərbiyə işindəki kəsir. -
[Gülzar:] .. Hər şeyim var, şükür Allaha, heç
bir zaddan kəsirim yoxdur. S.S.Axundov.
Bir nəğmə qoşmadım hələ mən sənə: Dağlar
bunu mənə kəsir sanmasın. B.Vahabzadə.
// Planın və s.-nin yerinə yetirilməsində nata-
mamlıq, gerilik, naqislik, çatışmazlıq. Tresti
kəsirdən qurtarmaq üçün birinci növbədə
müşavirə və nitqləri ixtisara salmaq tazım-
dır. M.Hüseyn. Pambıq planım kəsirdə qoy-
mayacağıq. Mir Cəlal.
2. Zərər, ziyan: çatışmayan hissə, əskik.
[Cavahir:] Bikə dedi ki, .. Ağcanın ürəyi sı-
nıqdı. Onun taylarının dörd-beş uşağı var...
Sandığım doludu, qızııı heç nədən kəsiri yox-
du. I.Məlikzadə.
3. Kəsirlə şəklində zərf - natamam şə-
kildə, tam olmayaraq, tələb olunandan az.
Tapşırığı kəsirlə yerinə yetirmək.
KƏSİR 2 bax kəsr.
KƏSİRLİ sif. 1. Çatışmayan, natamam cə-
həti olan, normadan az olan. // Nöqsanlı, əs-
kik, naqis.
2. Zərərli, ziyanlı.
KƏSİRLİLİK is. Nöqsanlılıq, naqislilik.
KƏSİRSİZ sif Kəsri olmayan; nöqsansız,
qüsursuz.
KƏSİRSİZLİK is. Nöqsansızlıq, tamlıq.
KƏSİŞMƏ “Kəsişmək” dən/ıis.
KƏSİŞMƏK 1 . f. Bir nöqtədə bir-birini
kəsmək, bir-birinin üstünə düşmək. Məftil-
lərin kəsişdiyi yer. Dəmiıyol xətləri kəsişmir.
Yolların kəsişdiyi nöqtədə. - Tavandan təkəm-
seyrək elektrik fanarları asılmışdı. Onların
içində ildırım zolaqları kimi kəsişən işıq tel-
ləri şəhərin elektrik stansiyasının motor səsi-
nə uyğun olaraq gah şiddətlənir, gah da ölə-
ziyirdi. İ. Şıxlı.
2. f. riyaz. Bir-birini qət etmək, kəsmək.
Kəsişən (f.is.) xətlər.
3. qarş. məc. Razılığa gəlmək, müəyyən bir
qərara gəlmək; razılaşmaq, uzlaşmaq. Qiy-
mətdə kəsişmək. - [Hacı Rüstəm] bazara
gündə yüz taks qoysunlar, danışıb kəsişməsə
idi, yarım girvənkə soğan da almazdı. Ə.Haq-
verdiyev.
KƏSKİ 1 is. tex. Kəsici ağzı olan, kəsmə-
yə yarayan alət, həmçinin bu alətin əsas
kəsən hissəsi; kiçik balta.
KƏSKİ 2 is. köhn. Qaçaq-quldur tərəfindən
çıxış yolu tutulmuş yer. Kəskiyə düşmək.
Kəskidən qurtarmaq.
KƏSKİN sif. 1. İti. Kəskin qılınc. - Mey-
dan görmüş atı olsa; Zülfüqarı kəskin olur.
"Koroğlu”. Müharibə günündə kəskin bir si-
lah olur ; Mənim əlimdə qələm. S.Rüstəm.
2. məc. Şiddətli, güclü, təsiredici. Hava-
da kəskin şaxta olmasa da, soyuq bir külək
vardı. M. İbrahimov.
3. Çox güclü, şiddətli. Fərş eylədiyim sinə-
mi hər gün qədəmində ; Kəskin təməim süf-
693
KƏSKİNLƏŞDİRİLMƏ
rədəki nanın üçündür. M.Ə. Sabir. Onun sol-
ğun yanaqlarında qəribə bir qızartı, gözlə-
rində isə kəskin parıltı qaynayırdı. Ə.Əbül-
həsən.
4. Hiss orqanlarına güclü təsir edən; qı-
cıqlandırıcı. Kəskin qoxu. Ətrin kəskin iyi.
Günəşin kəskin şüaları. II Güclü, çox bərk.
Kəskin ağrı. Kəskin sızıltı. II Sürətlə və güc-
lü keçən, daimi olmayan (xəstəliklər haq-
qında).
5. məc. Aydın, oldııqca yaxşı nəzərə çar-
pan, görünən. Üzün kəskin cizgiləri. Kəskin
boya. Kəskin nəzərə çarpmaq. // Birdən-birə
baş verən, çox böyük, ciddi. Kəskin dəyişik-
lik. Havalar kəskin surətdə soyudu.
6. Gərgin, ağır. Kəskin vəziyyət. Münasi-
bət kəskindir.
1. məc. Qaba, kobııd, nəzakətsiz, incəlik-
dən məhrum. Kəskin cavab. Kəskin söz
(ifadə). Çox kəskin (z.) danışmaq. H məc. Sərt,
amansız, qəti, təsirli. Kəskin tənqid. Əsərə
kəskin rəy vermək.
8. məc. Nüfuzedici, iti. Kəskin baxış. - Kəs-
kin nəzərlə baxmaq.
9. məc. Çox inkişaf etmiş, çox incə, çox
həssas; iti (qulaq, göz, hafizə və s. haqqında).
Çox kəskin hafizəsi var. H məc. Ağıl, zəka,
idrak haqqında. Kəskin zəkası var. Uşağın çox
kəskin zehni var.
10. məc. Qəti, tərəddüdsüz. Məsələ kəskin
(z.) qoyulur. - Araz bu sözləri o qədər qəti
və kəskin bir səslə dedi ki, Əlisəfa .. artıq bir
söz demədi. A.Şaiq. Gözəl şimalı, qəti ba-
xışlı və kəskin sözlü bu gənc hamının hüsn-
təvəccöhünü qazandı. Çəmənzəminli.
KƏSKİNLƏŞDİRİLMƏ “Kəskinləşdiril-
mək” dən /A
KƏSKİNLƏŞDİRİLMƏK “Kəskinləşdir-
mək” dən məcli . Məsələ ( vəziyyət ) daha da
kəskinləşdirilmişdir.
KƏSKİNLƏŞDİRMƏ “Kəskinləşdirmək”-
don (is.
KƏSKİNLƏŞDİRMƏK/ Daha da kəskin
etmək; gərginləşdirmək. Münasibəti kəskin-
ləşdirmək.
KƏSKİNLƏŞMƏ "Kəskinləşmək” dən fis.
KƏSKİNLƏŞMƏK / 1 . İtilənmək.
2. məc. Daha da şiddətlənmək, artmaq,
güclənmək. Şaxta bir az da kəskinləşmişdi.
M.İbrahimov.
KƏSMƏK
3. məc. Daha da kəskin olmaq, gərgin ol-
maq; gərginləşmək. Münasibətləri kəskin-
ləşdi.
KƏSKİNLİK is. 1 . Kəsici şeyin xassə və
keyfiyyəti; itilik. İnsan, qılıncının kəskinliyi
ilə qəhrəman ola bilməz. M.S. Ordubadi.
2. Kəskin şeyin hal və keyfiyyəti, xassəsi.
Qoxunun kəskinliyi. Ağrının kəskinliyi. Vəziy-
yətin kəskinliyi. Cavabın kəskinliyi. Tənqidin
kəskinliyi. Sözün ( ifadənin ) kəskinliyi. Soyu-
ğun (küləyin) kəskinliyi. Şüanın kəskinliyi.
Zəkanın (zehnin) kəskinliyi. Hafizənin kəs-
kinliyi.
3. Kəskinliyi ilə şəklində (bəzən “bütün”
sözü ilə) zərf mənasında - çox güclü surət-
də, aydın surətdə, kəskin surətdə. [Qətibə
Nizaməddinə:] Çox təəssüf edirəm ki, mən
Hüsaməddinlər kimi avam və sadə adam-
larla iş görürəm, insan, qılıncının kəskinliyi
ilə qəhrəman ola bilməz. M.S. Ordubadi.
KƏSMƏ 1 1. “Kəsmək”dən/w. [Cahangir
ağa:] Pəricahan, atanın bizim tərəfə gəlmə-
yinə ümidim yoxdur, çünki lıəmişə bııyur-
mada, vurmada, kəsmədə ömür sürmüş.
S.S. Axundov. □ Kəsmə əlifba - tədris məq-
sədi ilə müxtəlif formalarda kəsilmək üçün
düzəldilmiş əlifbadan ibarət əyani vasitə.
Bəzi məktəblərimizdə uşaqlar hərfi tanıya bil-
mir, kəsmə əlifba üzərində işləmirlər. M.İbra-
himov. Kəsmə yol (cığır) - kəsə yol, yaxın
yol, ən qısa yol. Nəbi atını minib başqa kəsmə
yollarla özünü yoldaşlarına yetirir. “Qaçaq
Nəbi”. [Dursun:] Bu yolların qurdu deyil-
miyəm? Kəsmə cığır ilə gedərəm! - dedi.
A.Şaiq. [İkinci işçi:] Gəl buradan kəsmə yol
ilə gedək, evə tez yetişərik. S. Rəhman.
2. Sif. mənasında. Kəsilmiş, kəsik. Göstər-
dilər Xaqana; Kəsmə telli bir qızı. Ə.Cavad.
KƏSMƏ 2 bax kəsməşikəstə. İndi bir kəs-
mə hava çalın. Çəmənzəminli.
KƏSMƏ 3 is. Alçaq növlü xırda düyü.
// Xırda dənli yarma, yarma ovuntusu.
KƏSMƏCƏ zərf Kəsib bəyənmək şərti
ilə (qovun-qarpız haqqında). Kəsməcə sat-
maq. Kəsməcə almaq.
KƏSMƏK/ 1 . Kəsərti vasitəsilə bütövdən
bir hissə ayırmaq; bölmək, parçalamaq. Çö-
rəyi kəsmək. Ağacın budağım kəsmək. İpi kəs-
mək. - [Koroğlu] durnanın telindən bir dəstə
kəsib, Eyvazın papağına sancdı. “Koroğlu”.
694
KƏSMƏK
KƏSMƏK
Mağaza sahibi iki arşın yarım ölçiib kəsdi,
sonra kağıza qoyub Bahadıra verdi.. N.Nəri-
manov. [Çingiz:] Cəbi lələ, get. Piri babanın
təriflədiyi balından kəs, yeyək. S.S.Axundov.
// Öz vəzifəsini görmək (kəsici, iti şey haq-
qında). Bıçaq yaxşı kəsir. Balta kəsmir.
2. Kəsən alətlə yarmaq, yaralamaq. Əlini
kəsmək. Barmağını kəsmək. // Kəsən alətlə
ucunu almaq, kəsib götürmək. Saç kəsmək.
Dırnaq kəsmək. H Kəsib atmaq, kəsib gö-
türmək (cərrahiyyə əməliyyatı zamanı).
Sağ qıçını kəsmək. Baş barmağını kəsdilər.
-Mən çox ağır yaralanmışdım, sağ qolumu
dibindən kəsmək qorxusu vardı. S.Hüseyn.
Şərəfoğluııun qarının yarmış, bağırsağını
kəsib tikmişdilər. M. İbrahimov. // Boğazla-
maq, başını bədənindən ayırmaq. Toyuq
kəsmək. Qoyun kəsmək. - [Qaraçılar] quzunu
kəsib damaqla yeməyə başlayırlar. “Qaçaq
Nəbi". [Hacı Murad:] ..Kim sənə izin verib-
dir ki, toyuq kəsirsən? S.S.Axundov. Məmməd
kişi həyətdə təzəcə kəsdiyi qoyunu şaqqala-
yırdı. S. Rəhman. // Təkərləri ilə üzmək,
kəsib aralamaq (qatar, tramvay və s. haq-
qında). Tramvay oğlanın sol qıçını kəsdi.
□ Bir-birini kəsmək - kəsişmək, bir-
birinin üstündən keçmək. Bir-birini kəsən,
istiqaməti seçilməyən təkər izləri, deyəsən,
dünənkilərdir. Mir Cəlal.
3. Bədəni sıxan bir şeydən ağrı hiss etmək.
Rezin ayağımı kəsir. Toqqa belimi kəsir. -
[Həmzə] yüyəni qorxudan elə dartır ki, dəh-
nə az qalır atın cövzələrini kəssin. “Koroğlu”.
4. Qısaltmaq, gödəltmək. Saçını kəsmək.
Paltarın ətəyindən kəsmək.
5. Şiddətli təsir etmək, kəskin ağrı ver-
mək, göynətmək. Şaxta kəsir. Soyuq adamı
kəsir. - [Sevər:] Fəqət soyuq məni kəsmiş,
dilim tutmur, danışdırmayın! C.Cabbarlı.
Qışın dondurucu bir günü idi. Soyuq qılnıc
kimi kəsirdi. A.Şaiq. Sazaqlı bir sabah idi,
yel adanıı kəsirdi. Çəmənzəminli.
6. Dayandırmaq, saxlamaq, son vermək,
daha davam etdirməmək. [Nurəddin] ağla-
mağını kəsib xəyala getmişdi. S.S.Axundov.
Sarxan bir an üçün atəşi kəsdi. M.Hüseyn.
Uşaq qorxusundan dərhal ufultusunu kəsdi.
Mir Cəlal. □ Qabağını kəsmək - qarşısına
çıxmaq, getməyə qoymamaq, dayandırmaq.
Korun qabağını əliağaclı kəsməzlər. (Ata.
sözü). ..Dilənçi qabağımızı kəsib pu! istədi.
M.S.Ordubadi.
7. Daha verməmək, məhrum etmək, isti-
fadəsini dayandırmaq. Qazı kəsmək. Suyu
kəsmək. İşığı kəsmək. Telefonu kəsmək.
8. Bir yeri tutub dayanmaq. Qapını kəsib
durmaq. - Şəhərin dərvişləri, dilənçiləri, seyid
və mollaları tamamilə yolun sağını və solu-
nu kəsmişdi(lər). M.S.Ordubadi.
9. Ara vermək, dayanmaq, sakitləşmək.
Sulu qar kəsmişdi. Ə.Əbülhəsən. Axşamdan
əsməyə başlayan külək sübhə yaxuı birdən
kəsdi. Ə.Məmmədxanlı. // Sakitləşdirmək,
dayandırmaq, nəhayət vermək. Yüngül, sərin
meh əsir ; Yağmuru birdən kəsir. A.Səhhət.
10. Örtmək, mane olmaq, qabağını tutmaq.
Enməyə başladı Boranlı dağı; Qayalıq, ağac-
lıq kəsmişdi yolu. A.Şaiq. Günəş qabağını
kəsən buludlarla vuruşurdu. S. Rəhimov.
1 1 . Kəsici bir şeylə öldürmək. [Məhbus-
lar:] Bir-bir kəsəcək, ağa dərviş, bizi Məs-
tavər. Ü.Hacıbəyov. - Ay davı, görəsən nə
olar ona? - Kimə? - Bu, Hacım kəsən Os-
mana? H.K.Sanılı.
12. Cəza təyin etmək, cəza vermək. Tən-
beh kəsmək. İş kəsmək. - [ismayıl:] Kərimə
yeddi il Sibir kəsdilər, göndərdilər getdi.
Ə. Haqverdiyev. Cəfərqulu əvvəlcə güman et-
mişdi ki, .. ədalətlə işə baxıb bəyə qisas kəsə-
cəklər. Qantəmir.
13. Qırmaq, doğramaq. [Kəndli:] Ağa, mə-
nim öz əlimlə əkib-becərdiyim badamlığı
kəsirlər. Mir Cəlal. // Ağacın, meynənin və
s.-nin quru və artıq hissələrini qırmaq; bu-
damaq. Meynələri kəsmək.
14. Hər hansı bir səbəbə görə tutmaq, sax-
lamaq, verməmək (əmək haqqının, maaşın
bir hissəsini, ya hamısını). Maaşını kəsmək.
H Qət etmək, üzmək (əlaqəni, münasibəti).
Nədənsə kəndlilər [Hacı Sultanla] alış-
verişlərini kəsdilər. S.Hüseyn.
15. Qəlibə tökmək və ya döyməklə hazır-
lamaq. Kərpic kəsmək. II Pul haqqında. Pul
kəsmək.
16. Boyuna, bədəninə görə ölçüb biçmək.
Paltar kəsmək. Kostyum kəsmək.
17. Çəpərləmək, hasarlamaq, ayırmaq, ara-
nı hasar (barı, arakəsmə) ilə bölmək. Otağı
ortadan kəsmək.
695
KƏSMƏŞİKƏSTƏ
18. Bir işi görüb başa çatdırmaq, tamam-
lamaq. Xana kəsmək. - Qərənfil xala corab-
ların ikisinin də dabanını toxuyub kəsdi.
Ə.Vəliyev.
19. Oğurlamaq, yarmaq. Ev kəsmək. - Bir
gün lotubaşı dedi ki, gəlin gedək, padşahın
xəzinəsini kəsək. “Aşıq Qərib”.
20. Qarşısını almaq, toxtatmaq, dayandır-
maq. Ağrını kəsmək. Əlinin qanını kəsmək.
Qızdırmanı kinə kəsər.
2 1 . məc. dan. Ürəyindən keçmək, ürəyin-
də sevmək, istəmək, meyli olmaq. Yalan yox-
du, bir az səndən kəsirəm ; O səbəbdən məh-
lənizdə əsirəm. Aşıq Ələsgər. [Qarı:] Olmaya
baldızından kəsirsən? - dedi. S. Rəhimov.
22. məc. dan. Ağır təsir etmək, çox toxun-
maq, yandırmaq. Bu söz məni kəsdi.
23. köhn. Sünnət etmək. Uşağı kəsmək.
24. dan. Pis qiymət vermək (imtahanda
və s.-də). Tələbəni kəsmək. Ədəbiyyatdan
kəsmək.
25. Bir sıra isimlərlə birləşdirilərək, mü-
rəkkəb feil və ifadələr düzəldilir; məs.: aya-
ğını kəsmək, gözünü kəsmək, dil kəsmək,
sözünü kəsmək, ətini kəsmək.
kəsmə-kəsmə zərf Aramla, qırıq-qırıq.
Bayaqdan qızışan Balaxanım kəsmə-kəsmə
danışdı. S.Rəhimov. Cəmil əlindəki dəyənəyi
yerə uzatdı, üzünü məruzəçi gəncə tutaraq
kəsmə-kəsmə dedi. Mir Cəlal.
KƏSMƏŞİKƏSTƏ is. mus. Azərbaycan
xalq havalarından birinin adı. Bütün şənlik-
də [Güləlioğluna] bərabər kəsməşikəstə de-
yən tapılmazdı. M.Hüseyn.
KƏSMƏT is. məh. Təqaüd, pensiya. Kəs-
mət kəsmişdi sultan doqquz axça onunçün..
B. Vahabzadə.
KƏSMİK is. Südü qıcqırdaraq zərdabı çı-
xarılmaqla hazırlanan ağartı; axtarma.
KƏSMİKLƏŞDİRİLMƏ “Kəsmikləşdi-
rilmək”dən/;'s.
KƏSMİKLƏŞDİRİLMƏK məch. Kəsmik
halına salınmaq (süd haqqında). Süd kəsmik-
ləşdirildi.
KƏSMİKLƏŞDİRMƏ “Kəsmikləşdir-
mok”don f.is.
KƏSMİKLƏŞDİRMƏK icb. Kəsmik halına
saldırmaq, kəsmik etmək (südü). Südü kəs-
mikləşdirmək.
KƏŞF
KƏSMİKLƏŞMƏ “Kəsmikləşmək”dən
f.is.
KƏSMİKLƏŞMƏK/ Kəsmik halma düş-
mək. Süd kəsmikləşdi.
KƏSR is. [ ər .] riyaz. Vahidin müəyyən his-
səsini göstərən ədəd. Adi kəsr. Onluq kəsr.
KƏSRƏ is. [ər.] Ərəb əlifbasında “i”
saitini əvəz edən və hərfin altında qoyulan
“e” işarəsinin adı; zir.
KƏSRƏT is. [ər.] Çoxluq. Şəhərin hava-
sının qəlizliyindən, tozundan, zəhmətinin kəs-
rətiııdən bir qədər asudələşmək və yorulmuş
bədənimi köhnə halətinə gətirmək üçün kən-
də rəvan oldum. Ə.Haqverdiyev. Münəvvər
xanım kəsrəti-ələmdəıı bilməyirdi nə danış-
sın. M.S.Ordubadi. Gülzar eşq və həvəsin kəs-
rətiııdən özünü tamamilə itirib, bir əlini
Fərhadın dizi üstə və bir əlini o biri tərəfə
uzadıb yerə uzandı. C. Cabbarlı.
KƏSRƏTLİ sif. Çox, çoxlu, bollu; saysız-
hesabsız: Qüvvətlidir Şərq əhli, həm kəsrətli;
Saqın, qardaş, davran çox ehtiyatlı. A. Səhhət.
KƏSRİ [ər.] bax kəsrli.
KƏSRLİ sif. riyaz. Təkcə tamlardan ibarət
olmayan, kəsri olan. Kəsrli ədəd.
KƏSTANƏ is. [əsli yun.] Şabalıd. [Xədi-
cənin] nəzər-diqqətini cəlb edən bir işi var-
dısa, o da həddindən fəzlə gur kəstanə rəngli
saçları idi. S. Hüseyn. [Muxtarla xanımı] ..ya-
səmən və kəstanə çiçəklərinin rayihəsi əhatə
etdi. Çəmənzəminli. □ Kəstanə rəngi -
tünd-qəhvəyi (şabalıdı) rəng.
KƏŞF is. [ər.] 1. Əvvəlcə məlum olma-
yan bir şeyi tapıb meydana çıxarma. İbtidai
insanlar tərəfindən odun kəşfi. Amerikanın
kəşfi. Yeni neft yataqlarının kəşfi. - [Fərha-
doğlu:] Biz bu mədən sularının kəşfində bö-
yük həyat mənası axtarırıq! S.Rəhimov. Geo-
loqlarımız ən dərin təbəqələrin kəşfi üçün
lazımi tədqiqat aparırlar. M.Hüseyn. // Təd-
qiqat, axtarışlar nəticəsində tapılmış, aşkara
çıxarılmış şey. Elmi kəşf. Texnika sahəsində
yeni kəşf. □ Kəşf edilmək (olunmaq) -
“kəşf etmək”dən məch. Kitabla kəşf edilir;
Qiymətli dəfinələr. M.Seyidzadə. Kəşf edə
bilməmiş alimlər bunu; insan varlığının ilk
duyğusunu. S.Vurğun. Kəşf etmək - tədqi-
qat, axtarışlar, müşahidələr nəticəsində tap-
maq, aşkar etmək, meydana çıxartmaq, aç-
maq, müəyyən etmək. Kəşf etdiyim zaman
696
KƏŞFİYYAT
bir yeni qaynaq ; Sinəmdə çırpışan ləkəsiz
ürək; Açdır gül kimi fərəhlənərək. R.Rza.
// məc. Bilmək, duymaq, hiss etmək, başa düş-
mək. Dibi görünməyən ümman göstərin; Baş
vıırum; Kəşf edim dərinliyini. B.Vahabzadə.
Kəşf qılmaq köhn. - axtarıb tapmaq, müəy-
yən etmək. Kərəmin Əsli ilə yaz vəslin; Kəşf
qıl Əsli xanımın əslin. S.Ə.Şirvani. Kəşf ol-
maq - aşkar olmaq, açılmaq, məlıım olmaq.
Heç fayidəbəxş olmadı tədbirlərim, lıeyf! Kəşf
oldu bütün aləmə təqsirlərim, heyf. M.Ə.Sabir.
2. Kəşfiyyat. Kəşfə göndərdiyim adamlar
qayıdıb Laçının dediklərinin doğru olduq-
larını söylədilər. H.Nəzərli.
KƏŞFİYYAT is. [ər. “kəşf’ söz. cəmi]
1. Hər hansı bir məlumat əldə etmək
məqsədilə aparılan tədqiq, ya yoxlama
işləri. Faydalı qazıntılar kəşfiyyatı. Neft kəş-
fiyyatı. - [Sadıqzadə:] Bax, bütün bu arada
buruqlar qoyulacaq, kəşfiyyat işləri başla-
nacaq, Turşsu, İstisu, başqa-başqa şəfa qay-
naqlarının bitib-tükənməz mənbələri elmi
əsaslar üzrə öyrəniləcəkdir. S. Rəhimov,
[inşaatçılar “Gəmilər ada”smda] ilk kəşfiy-
yat quyusunu qazacaq adamlar üçün baza
yaratmağa - dəmir sütunlar üzərində bir ev
tikməyə gəlmişdilər. Ə. Sadıq.
2. Düşmənin yerini və qüvvəsini müəyyən
etmək üçün əsgəri qrup tərəfindən aparılan
əməliyyat. İldırım kəşfiyyatdan qayıdanda,
hər gecə; Qoltuğundan bir şəkil çıxarırdı
gizlicə. S.Rüstəm. Cavadın qabaqcadan gön-
dərdiyi kəşfiyyat dəstəsi bu top hazırlığının
gurultusu altında düşmən cərgələrinə yaxın-
laşmışdı. Ə.Vəliyev.
3. Başqa dövlətlərin iqtisadi və siyasi du-
rumu, onların silahlı qüvvələrinin vəziyyəti
haqqında məlumat əldə etmək məqsədilə
xüsusi dövlət orqanları tərəfindən həyata
keçirilən tədbirlərin məcmusu, bu cür mə-
lumat toplamaqla məşğul olan adamlar, təş-
kilat. Kəşfiyyat orqanları.
KƏŞFİYYATÇI is. 1 . Kəşfiyyata göndəril-
miş, kəşfiyyatda olan hərbi qulluqçu (bax
kəşfiyyat 2-ci mənada). Saday hissənin ən
məşhur kəşfiyyatçılarından biri sayılırdı.
M. Hüseyn. Vəziyyətdən aydın idi ki, Orucov
alman kəşfiyyatçısı ilə tutaşmışdır. Mir Cəlal.
2. Kəşfiyyat işçisi, agenti (bax kəşfiyyat
3-cü mənada). Düşmən kəşfiyyatçısı.
кәтәвә
3. Kəşfiyyatla məşğul olan adam (bax
kəşfiyyat 1-ci mənada). Qasid Nərcə kən-
dinin yanından keçərkən, Fəxrəddinin ordu-
sundan göndərilən kəşfiyyatçılardan Dəmirə
rast gəldi. M. S. Ordubadi.
KƏŞFİYYATÇILIQ is. Kəşfiyyatçının işi,
sənəti. Teymur müəllim .. öz maraqlı heka-
yələri ilə şagirdlərin qəlbində səyyahlığa,
kəşfiyyatçılığa böyük həvəs oyatmışdır.
Ə. Sadıq.
KƏŞKÜL is. [fars .] köhn. Hind qozunun
qabığından qayrılıb dərviş və qələndərlərin
əllərində gəzdirdikləri və diləndikləri şey-
ləri içinə qoyduqları qab. Nökər isə dərvişə
yaxınlaşıb bir tümən onun kəşkülünə atdı.
M.S.Ordubadi. Boynundan bir çox kiçik və iri
muncuqlar asmış bir dərviş .. kəşkiilünü yol-
dan keçən adamlara tərəf uzadıb pul istədi.
A. Şaiq. [Dərviş Yədulla] sonra xırmanın
içinə yeriyib Hətəmxana tərəf kəşkülünü
uzatdı. S. Rəhimov.
KƏŞMİR(İ) bax kişmir(i). ..Artırır zər,
tafta, tül o cəlalı; Zəri, tirmə, atlas, həm kəş-
mir şalı. Şəhriyar.
KƏTAN is. [ər.] 1. Saplağından toxunma-
ya yarar lif, toxumlarından isə yağ əldə
edilən ot-bitki. Kətan əkini. Kətan tarlası.
Yabanı kətan. Kətan toxumu. Kətan cecəsi.
- Mənsiz kətan, kəndir verməz zəmilər; Ça-
dırsız, yelkənsiz qalar gəmilər. A.Səhhət. // Bu
bitki liflərindən hazırlanan parça. Kətan köy-
nək. Kətan döşəkağı. Kətan dəsmal. - [Mir-
zənin] kiçik oğlu qardaşının əmrlərinə itaət
edirdi: əczaxanaya getmək, həkim vanına yü-
yürmək, kətan islatmaq və sairə. Ə. Haqver-
diyev. [Ana] qızının çarpayısı üzərinə əyilib
alnındakı yaş kətanı düzəldirdi. M.Hüseyn.
KƏTANÇI is Kətan əkib becərməklə məş-
ğul olan adam.
KƏTANÇILIQ is. Kətan əkib becərmə işi.
KƏTƏ is. I. Göyərti qutabı. [Mahmud:] Bir
kətəyə bax, şit yağı da basıblar arasına, ada-
mın ağzının suyu axır. Ə.Haqverdiyev. [Qarı:]
Anam mənə dedi ki, qızım, səhərdən dur,
üzünü yu, adla o taydakı bulaq başından pen-
cər yığ gətir, kətə salaq. S. Rəhimov.
KƏTƏBƏ bax kitabə. [Mirzə] çinilər ilə
miizəyyən, divarlarında əlvan kətəbələr asıl-
mış .. bir otağa daxil oldu. Çəmənzəminli.
697
KƏTƏMƏZ
KƏTƏMƏZ is. Yeni doğmuş heyvanın ilk
südündən bişirilmiş yemək.
2. Xəmirinə süd, şəkər, yumurta, yağ
qatılaraq bişirilən girdə şirin çörək.
KƏTXUDA is. tar. Keçmişdə Azərbaycan
kəndlərində əhali tərəfindən seçilən və kən-
din inzibati işlərini idarə edən şəxs. [Atlıla-
rın başçısı ev sahibinə:] Zəncandan gəlirik,
ey kətxuda, yolda yubandıq. Dağlarda çov-
ğundur. izin ver, bu gecəni sənin kəndində,
sənin evində qalaq. Ə.Məmmədxanlı.
KƏTXUDALIQ is. Kətxudalıq vəzifəsi, işi.
KƏTİL is. 1. Söykənəcəyi olmayan sadə
stul, kürsü; taburet. ..Şərəfoğlu ağ kətili tax-
tın vanına çəkib, əlini Rüstəm kişinin başına
qoydu. M. İbrahimov. Bucaqda yükün birtə-
rəflildə paltar-palaz, qab-qacaq, o biri tərə-
fində kətil üstündə radio cihazı qoyulmuşdu.
R.Rza. Qapının qabağında, kiçik bir kətilin
üstündə bir arvadın oturub çubuq çəkdiyini
gördü. S. Rəhman.
2. Divar hörgüsündə daş və ya kərpiclər
arasına, yaxud pəncərə divarlarının üstünə
qoyulan dirək parçası, ağac.
KƏTMƏN is. Alaq vurmaq, torpağı yum-
şaltmaq üçün kənd təsərrüfatı aləti. Qızlar,
gəlinlər də çiynində kətmən; Deyib gülə-gülə
dağıldı çölə. S.Vurğun. Qışın şaxtasında, bo-
ranında, yayın göydən od ələyən uzun gün-
lərində bu qızlar kətməni, beli əllərindən
buraxmadılar. Ə.Əbülhəsən. □ Kətmən
vurmaq - kətmənlə işləmək. Heç kim [Gül-
şənlə] kətmən vura bilməzdi. Ə.Vəliyev.
KƏTMƏNÇİ sif. Kətmənlə işləyən adam,
qadın. Kətmənçi dəstəsi.
KƏTMƏNLƏMƏ “Kətmənləmək”dən/ is.
..Pambığın yavaş-yavaş çiçək açmasına bax-
mayaraq, hələ kətmənləmə qurtarmamışdı.
İ. Şıxlı.
KƏTMƏNLƏMƏK/ Kətmənlə alağı tə-
mizləmək, yaxud kəsəkləri xırdalamaq, tor-
pağı yumşaltmaq. Sahəni kətmənləmək.
KƏTMƏNLƏNMƏ “Kətmənlənmək”dən
fiis.
KƏTMƏNLƏNMƏK məch. Kətmənlə vu-
rulmaq (alaq), yumşaldılmaq (torpaq).
KƏTMƏNLƏTDİRMƏ “Kətmənlətdir-
mək”don fis.
KƏTMƏNLƏTDİRMƏK bax kətmən-
lətmək.
Kİ
KƏTMƏNLƏTMƏ “Kətmənlətmək”dən
fis.
KƏTMƏNLƏTMƏK icb. Kətmənlə alağı
vurdurmaq, torpağı yumşaltdırmaq.
KƏVAKİB [ər. "kövkəb” söz cəmi] klas.
Ulduzlar. Zülmət ziyayə oldu qalib; Yandırdı
məşailin kəvakib. Füzuli. Bütün kəvakibi bir-
bir öz adları ilə sayırlar; Ki, seyr edir hərəsi
hər zaman bu boyda, bu boyda. M. Ə. Sabir.
KƏVƏLƏ is. zool. Bataqlıqda yaşayan
uzundimdik quş.
KƏVƏR is. bot. Nazik, uzun yarpaqlı, yeyi-
lən və xörəyə qatılan acıtəhər göyərti. Dov-
ğaya kəvər qatmaq. İki dəstə kəvər. - Ənvər
ləzzətli dolmanı iştaha ilə yeyir, kəvərdən,
turpdan tez-tez götürüb ağzına qoyurdu.
Ə.Vəliyev.
KƏYAN is. fars. ] klas. İran şahlarına ve-
rilən ümumi ad. [Nüşabə:] Bu kəyan bayrağı,
bu da bir tuğra; Keyqubad möhrü də vurul-
muş bura. A.Şaiq.
KƏZZAB is. [ər.] kölın. Yalançı, yalan
danışan.
KIRIXMA “Kırıxmaq’’dan fis.
KIRIXMAQ bax karıxmaq. Ya nə vicda-
na digər bir işə çulğaşdı yetim; Hərə bir hoq-
qa çıxartdız, kırıxıb çaşdı yetim. M. Ə. Sabir.
Sənin kimi mən də bir az kırıxdını. R.Rza.
Kİ 1 bağl. 1 . Baş cümlə ilə budaq cümlə-
ləri bir-birinə bağlayır. Elə yavaş danışır ki,
eşitmək olmur. Elə dumandır ki, göz gözü
görmür. - Səkinə yaxşı bilirdi ki, son zaman-
lar qızının .. nəbzi əvvəlkilər kimi vurmur.
M.İbrahimov. Orasını da deməliyik ki, Mu-
rad Bayramın üstünə yaman düşmüşdü.
Ə.Vəliyev.
2. Bağlayıcı vəzifəsini görən bir sıra söz-
lərə (ki, necə, hansı, niyə və s.) qoşularaq,
onlarla sonrakı sözlər arasında əlaqəni daha
da qüvvətləndirir. Necə ki, dedim. Kim ki,
cavab verdi...
3. Bəzi modal sözlərdən (yəqin, görünür,
əlbəttə, gərək, guya və s.) sonra gələrək,
ehtimallıq, zərurilik və gerçəklik məzmu-
nunun cümlələrin ikinci hissəsinə keçməsi
üçün şərait yaradır. Yəqin ki, mənim qarama
hirslənib getdiniz. İ. Əfəndiyev. Gərək ki,
məktəbdən gəlmişdi. Mir Cəlal.
4. Feldən sonra gələrək, başqasının nitqi-
ni ifadə etməyə xidmət edir. Bir dəfə Güllü
698
Kİ
mənə demişdi ki, qızım, sənin bu dünyada
bir xoşbəxtliyin var.. İ. Əfəndiyev.
5. Ədatlardan sonra işlənərək, ədatla bir-
likdə cümləni və ya onun müəyyən hissəsini
qüvvətləndirməyə xidmət edir. İndi ki bu
mənim pulumu görüb, bu qədər əziyyətə dü-
çar olub, belə adamlar vəfalı olarlar. (Nağıl).
indi ki sən xahiş edirsən, qızın pulunu keçə-
rəm. Mir Cəlal.
6. Müxtəlif sözlərdən sonra gələrək hə-
min sözlərin mənasını qüvvətləndirir. Yaxşı
ki dəvət etmişik. - Bu ki mənim əlimdə su iç-
mək kimi bir şeydi. (Nağıl). Mən ki damdan,
bacadan baxmaz idim; Su kimi lıər tərəfə
axmaz idim. M.Ə. Sabir.
7. Sadə bağlayıcı, qoşma, ədat, feli bağla-
ma, işarə əvəzliyi və s.-dən sonra gələrək,
mürəkkəb bağlayıcı əmələ gətirir; məs.:
ancaq ki, ona görə ki, yaxud ki, bunun üçün
ki, indi ki, odur ki.
Kİ 2 Aşağıdakı mənalarda və hallarda iş-
lədilən ədat.
1 . Sual cümlələrinin sonunda gələrək, xə-
bərə aid olur, xəbərin və ya ümumiyyətlə,
cümlənin mənasındakı sualı qüvvətləndirir.
Ay Xanpəri, daha biz niyə dayanmışıq ki?
M. Hüseyn. Burada təəccüblü nə var ki?
S. Rəhimov. Ay bala, bir yerin ağrımır ki?
Mir Cəlal.
2. Əvəzliklərdən sonra gələrək, onu baş-
qa sözlərdən fərqləndirir, daha çox nəzərə
çarpdırır. [Fuad:] Sən ki mənim nişanlımsan?
C.Cabbarlı. Bunu ki bizlərdə hamı bilir. S.Rə-
himov. O ki yaxşı adamdır, usta! Mir Cəlal.
3. Cümlənin sonunda etiraz məqamında
işlədilir. Bu olmadı ki. M. S. Ordubadi. Mən
uşaq-zad deyiləm ki. M. Hüseyn.
4. Əsasən cümlələrin sonunda kinayə
məqamında işlədilir. Bizlərdə südü stəkanla
içməzlər. Bura şəlıər-zad deyil ki. M.Hüseyn.
Hamı bu cür ola bilməz ki. Ə.Vəliyev.
5. Gözlənilməz bir hadisə baş verdiyi za-
man əmələ gəlmiş vəziyyəti bildirmə məqa-
mında işlədilir. Kişi yenə də məni yaxaladı
ki... S.Rəhimov. [Sadıq:] Ay aman, bu da gə-
lib çıxdı ki... S. Rəhman.
6. Kinayə, istehza və ya etiraf məqamın-
da işlədilir. O lap uşaqdır ki. - [Salmanov:]
Gəlsin, ondan qorxmuram ki. S. Rəhman.
KİÇİCİK
KİBERNETİKA is. \yun.] İdarə sistemləri,
üsul və vasitələri haqqında elm.
KİBR is. [ər.] Özünü hamıdan üstün tut-
ma, başqalarına yüksəkdən baxma; lovğalıq,
məğrurluq; lovğalanma, qürurlanma, təşəx-
xüs. Nazı çox, qəmzəsi bol, kibri də var dil-
bərimin. Ə.Nəzmi. Kibridən qəlbində bərkit-
mə barı; Top dəyər, dağılar bürcü, hasarı.
Aşıq Ələsgər.
kibrlə zərf Lovğalıqla, lovğa-lovğa, qü-
rurla. Kibrlə danışmaq. Kibrlə gülmək. - Biin-
yad başqa vaxt olsaydı .. kibrlə susub dur-
mazdı. Ə.Əbülhəsən. ..Şah kibrlə gülümsədi.
İ. Əfəndiyev.
KİBRİT is. [ əı ;] Od almaq üçün ucunda
kükürd olan nazik çubuq. Kibrit qutusu. -
Azad kibrit işığında onun sarı bənizini, tutqun
firuzə gözlərini, hətta üzündəki çilləri bula-
şıq bir şəkildə zor-güc seçə bildi. A.Şaiq.
Uzaqda alışan bir kibritin də; Qoxusu bur-
nunda duyulacaqdır. M. Araz. □ Kibrit çək-
mək - ucu kiikürdlü kibrit çubuğunu bir şeyə
çəkib alışdırmaq. Əhməd qapıya yaxınlaşdı.
İtələyib taybatay açdı. Kibrit çəkib çırağı yan-
dırdı. İ. Şıxlı.
KİBRİTQABI is. Kibrit çöpləri qoyulan
balaca qutu. // Həmin qutunun üstünə gey-
dirilən metal və s. materialdan qapaq.
KİBRLƏNMƏ “Kibrlənmək”dən f. is.
KİBRLƏNMƏK f. Kibrli olmaq; lovğalan-
maq, təşəxxüslənmək.
KİBRLİ sif. Lovğa, təşəxxüslü. [Zabit] nə-
zərini Şirəlinin dodaqlarından ayırıb kibrli
bir hal aldı. M.Hüseyn. [Qoca həkimin] tə-
bəssünıündəki acı və kibrli hal gənc qadını
titrətdi. İ.Əfəndiyev.
KİBRLİLİK is. Kibrli adamın hal və key-
fiyyəti; lovğalıq, məğrurluq, təşəxxüslük.
KİCƏMƏ “Kicəmək”dən f.is.
KİCƏMƏK/ Öcəşmək, sataşmaq. [Məşədi
İmamqulu:] Ədə, bəlkə darvazanın qabağın-
da uşaqlarla kicədin, orada düşdü? Çəmən-
zəminli.
KİÇİCİK sif. Olduqca kiçik, çox kiçik.
Kiçicik otaq. Kiçicik qab. Kiçicik qutu. - Gül-
zar kiçicik əllərini irəli uzatmış, həyəcan
içində nəticəni gözləyirdi. C.Cabbarlı. Bu
bülbül kiçicik vücudunu sarsıdan, hər nəfə-
sində ürəyinin bir parçacığı qopurmuş kimi
699
KİÇİK
yanıqlı hıçqırıqlarla dolıı nəğməsi ilə nə
deyirdi? M. Rzaquluzadə.
KİÇİK sif. 1 . Həcmcə, ölçücə balaca; xırda
(böyük müqabili). Kiçik əl. Kiçik göz. Kiçik
otaq. Kiçik qab. Kiçik kitab. - Qapıçı kiçik
pəncərədən [Nəbinin] nə istədiyini xəbər
alır. "Qaçaq Nəbi”. Kiçik və yoxsul daxma-
sının səkisi üzərində ortaboylu, sağlam, yaş-
lı bir adam oturmuşdu. A.Şaiq.
2. Kəmiyyətcə, sayca, miqdarca çox olma-
yan; az. Kiçik bölnıə. Kiçik dəstə. - Beləliklə,
tikintidə kiçik bir özfəaliyyət dərnəyi yarandı.
I. Əfəndiyev.
3. Azyaşlı, balaca. Evin kiçik ıışağı. - Ana-
xanım kiçik balasını öz ana qanadları altına
alıb böyütməyə başladı. A.Şaiq. Pəncərəm
önündən hər səhər tezdən ; Məktəbə gedir-
sən, a kiçik dostum! N.Rəfibəyli. // Yaşca o
birindən balaca olan. Kiçik bacı. Kiçik qar-
daş. - iki gündən sonra Səfərin anasına sifa-
riş göndərdilər ki, böyük qız ərə getməyincə
kiçik qızı atası heç kəsə verməyəcək...
Ə. Haqverdiyev. Qoçaq və işgüzar qızlardan
olduğuna [görə] qayınatası Mələkdən əl
çəkməyib on üç yaşında kiçik oğluna nikah
etdi. A.Divanbəyoğlu. // Is. mənasında. Bö-
yüklə böyükdür, kiçiklə kiçik. (Məsəl). Pən-
cərədə üzüm var; Ana, sənə sözüm var;
Qonşu oğlanlarının; Kiçiyində gözüm var.
(Bayatı). Kiçiklər böyüklərin dalınca gəzir;
Və lıəmişə başıaşağı. R.Rza. Elə bir zaman-
dan danışıram ki, böyüklərin xatirəsində çox
yaxşı qalıb, kiçiklərin isə ağlına gəlməz.
S. Rəhman. □ Kiçikdən böyüyə qədər
yaşdan asılı olmayaraq; hamı. Kiçikdən bö-
yüyə qədər bütün ailə toya gəlmişdi.
4. məc. Əhəmiyyətsiz, cüzi, yüngülvari.
Kiçik bir lıadisə. Kiçik bir mübahisə. Kiçik
bir məsələ. - [Firidun:] Kiçik bir xata böyük
bəlalar törədir. M.Ibrahimov. Qoca miirət-
tib kiçik bir işarəyə bənddi. M. Hüseyn.
5. Vəzifəcə, rütbəcə, dərəcəcə aşağı. Ki-
çik elmi işçi. Kiçik zabit. - Bizim aramızda
Şuşa istirahət evlərindən qayıdan işçi və
kolxozçular olduğu kimi, yeddi-səkkiz ııəfər
gənc tələbə, bir nəfər də kiçik komandir vardı.
S.Hüseyn. // İs. mənasında. Kiçiklərin böyü-
məsi çətin işdi; "Böyüklərin” kiçilməsi; çox
asandı. M.Araz.
KİÇİLDİLMƏK
KİÇİKCƏ sif. Çox kiçik, yaxud bir qədər
kiçik. Məhlədə bitər söyüd; Yarpağı gömgöy
söyiit; Kiçikcə bir yar sevdim; Xudam, sən
özün böyüt. (Bayatı).
KİÇİKCİK bax kiçicik. [Müqim bəy:]
Gəl, mirzə, .. aramızdakı hər hansı kiçikcik
ixtilafı bir kənara buraxıb qardaş olaq.
S. Rəhimov.
KİÇİKLƏNMƏ “Kiçiklənmək”dən fis.
KİÇİKLƏNMƏK f. Yaltaqlıq etmək, yal-
taqlanmaq, başqalarının qarşısında əyilmək,
əskilmək.
KİÇİKLƏŞMƏ “Kiçikloşmək”don f.is.
KİÇİKLƏŞMƏK/ Kiçik olmaq, kiçilmək.
KİÇİKLİ-BÖYÜKLÜ is. Hamı, hamısı.
KİÇİKLİK is. 1 . Həcmcə, ölçücə balaca-
lıq, xırdalıq. Otağın kiçikliyi. Tarlanın kiçik-
liyi.
2. Kəmiyyətcə, sayca, miqdarca, cüzilik,
azlıq. Dəstənin kiçikliyi. Dərnəyin kiçikliyi.
3. Yaşı az olma; azyaşlılıq, balacalıq. Ki-
çikliyinə baxma, çox zirəkdir. H Kiçiklikdən
şəklində - balacalıqdan, uşaqlıqdan. [Əzim
dayının] uca bir budaqdan digər bir budağa
sürətlə elə atılışı var idi ki, bu cürət və çe-
vikliyi ancaq ta kiçiklikdən idman görmüş ..
uşaqlarda görmək olur. A.Şaiq.
4. məc. Əhəmiyyətsizlik, cüzilik, yüngül-
varilik. Məsələnin kiçikliyi.
5. Vəzifəcə, rütbəcə aşağı olma. Vəzifənin
kiçikliyi.
0 Kiçiklik etmək - özünü aşağı tutmaq,
böyüyə hörmət etmək, ehtiram göstərmək.
Kiçikliyində qalmaq -bax kiçiklik etmək.
[Nəsir] ..öz kiçikliyində (qalır), ehtiramını
yenə əvvəlki kimi saxlayırdı. S.Hüseyn.
KİÇİKRAQ müq. dər. köhn. Bir qədər kiçik.
KİÇİKT ƏHƏR b a x kiçikraq.
KİÇİKYAŞLI sif. Yaşı az, uşaq yaşlarında
olan; uşaq. Kiçikyaşlı uşaqlar. - [Cəfər əmi]
dünyada hər şeydən artıq iki vücudu sevər
və xidmət edərdi: kiçikyaşlı qızı Yeməııciyi,
bir də qırğısını. H.Nəzərli. Məktəbdə kiçik-
vaşlı uşaqların konserti idi. Mir Cəlal.
KİÇİLDİCİ sif. Görünən şeylərin şəkillə-
rini kiçildən. Kiçildici şüşə.
KİÇİLDİLMƏ "Kiçildilmək”dən f.is.
KİÇİLDİLMƏK məch. Kiçik edilmək; ba-
lacalandırılmaq.
700
KİÇİLƏN
KİÇİLƏN f.sif. riyaz. Sonsuz miqdarda
çıxılan rəqəm; azalan.
KİÇİLMƏ “Kiçilmək”dən f.is.
KİÇİLMƏK f. 1. Həcmcə, miqdarca, öl-
çücə daha kiçik olmaq; azalmaq, balacalaş-
maq, xırdalanmaq. ..Başın çanağı nazikləşib
kiçildikcə beyin də zəifləməyə və kiçilməyə
başlayır. C. Məmmədquluzadə. // Getdikcə
kiçik görünmək, balacalaşmaq. Müəllim
uzaqlaşdıqca kiçilir, kiçildikcə fərq edilmə-
yəcək bir hal alırdı. S.Hüseyn. Çox keçmədi
[Bəndalı] bir nöqtə kimi kiçildi, gözdən itdi.
Mir Cəlal. Gedir, gedir, nəhayət; Kiçilir bir
xal kimi. M. Rahim.
2. məc. Vəzifəcə, rütbəcə alçalmaq; hör-
mətdən, nüfuzdan düşmək. [Xacə Nizam:]
Sən kiçilsən də, böyüsən də; Hətta qopsa
zülmət; Yenə parlar o zəka!.. H. Cavid.
3. məc. Yaltaqlanmaq, özünü alçaltmaq,
alçalmaq. O, divanxaııada hər kəsə kiçilir,
hər kəsin üzünə gülür.. H.Nəzərli.
KİÇİLTMƏ 1. “Kiçiltmək’’dən /и.
2. Qrammatikada: isimlərdə şeylərin həcm
etibarı ilə kiçilməsini və sifətlərdə keyfiy-
yətcə azlığı göstərən. Kiçiltmə şəkilçiləri.
Kiçiltmə dərəcəsi.
KİÇİLTMƏK/ 1 . Balacalatmaq, daha kiçik
etmək, azaltmaq, ixtisar etmək (miqdarca,
sayca, həcmcə və s.).
2. Vəzifəcə aşağı salmaq. Amma birdən
çıxarsalar işdən səni; Kiçiltsələr vəzifəni; Səni
yolda görsə belə; Əsla nəzər salmavacaq.
Z.Xəlil.
3. məc. Hörmətdən salmaq; alçaltmaq.
Hansı bir yazıçı olur olsun, nə onu qərəz-
karlıqla kiçiltmək, nə də qəsdən şişirdib bö-
yütmək olmaz. S. Rəhimov.
KİF is. Çürüyən və ya nəm şeylərin üs-
tündə nazik qat şəklində əmələ gələn yüngül,
yumşaq mikroskopik göbələkciklər. Qoca
gözlərini açanda özünü .. kif qoxuyan bir
zirzəmidə gördü. M. Rzaquluzadə. □ l)Kif
atmaq (bağlamaq, basmaq, tutmaq) - üstü
kiflə örtülmək, kiflənmək. Çörək kif atıb.
Sirkəni kif basıb; 2) bax kiflənmək 2-ci
mənada.
KİFAYƏT zərf [ər.] 1. Yetər, kafi, bəs ol-
ma. Deyirlər, çox ardır yüz il, əlli il; İnsana
bir ömür kifayət deyil. B.Vahabzadə. □ Ki-
fayət qədər - lazımınca, lazımi qədər, bəs
KİFAYƏTLƏNMƏK
olduqca. [Qurban] yolda yeriyərkən düşü-
nürdü: - Xoşbəxt adam, kifayət qədər pul
toplamış, indi də gedib uşaqlarına qovuşa-
caqdır. A.Şaiq. [Tahir] ikiotaqlı təzə mənzi-
lində cəmisi bir həftə qalmışdı, hələ də bu-
raya kifayət qədər isinişməmişdi. M. Hüseyn.
Sultan ciddi nüfuzedici bir ahənglə, özü də
kifayət qədər məntiqlə danışırdı. İ.Hüseynov.
Kifayət etmək - 1) bax kifayətlənmək.
Mirzə öz maaşına kifayət edib bir qəpik də
olsun rüşvət almazdı. Ə.Haqverdiyev; 2) çat-
maq, yetmək, bəs olmaq. Şərt deyildir yatıb-
duram yanında; Gendən baxmaq mənə kifayət
eyləı : M.P.Vaqif. [Bədircahan:] ..Dəxi mənə
artıq şey lazını deyil, bir beş-altı manat ki-
fayət edər. N.Vəzirov. Kifayətə yetmək
köhn. - razı düşmək, təmin olunmaq, kifa-
yətlənmək. [Sitarə:] Bu çərxdəıı gərək yetə
hər kəs kifayətə. C.Cabbarlı. Kifayət olmaq
- bax kifayət etmək 2-ci mənada.
2. Kifayətdir (şəklində) - yetər, çatar,
bəsdir. [Aslan bəy:] Bircə yaylım atılarsa,
kifayətdir.. C.Cabbarlı. Bir könülə kifayətdir
bir mənalı məhəbbət; İki qəlbi əyləndirmək
xəyanətdir, sevgilim! S. Rüstəm. // Əmr mə-
nasında - yetər! bəsdir! kifayət edər! Kifa-
yətdir, buraxın söhbəti!
KİFAYƏTLƏNDİRİCİ sif Kifayət qədər
yaxşı verilən tələblərə cavab verən; kafi.
// Kifayətləndirək razı edən, təmin edən;
qaneedici. Kifayətləndirici cavab.
KİFAYƏTLƏNDİRMƏ “Kifayətləndir-
mək”dən./w.
KİFAYƏTLƏNDİRMƏK f Razı salmaq,
qane etmək, təmin etmək.
KİFAYƏTLƏNMƏ “Kifayətlənmək” dən
f.is.
KİFAYƏTLƏNMƏK f. 1. Özünü təmin
olunmuş hesab etmək, razı qalmaq, qane
olmaq; qənaətlənmək. Bu cavabla kifayət-
lənmək olar.
2. Müəyyən bir çərçivədə qalmaq, bir şeyi
kafi hesab etmək. Bir töhmətlə kifayətlənmək
olar. - [Rəsul] gördü ki, bu zalımlar udduq-
ları pullarla kifayətlənməyib, üstəlik yatdıq-
ları yorğan-döşək və balışları da aparmışlar.
“Aşıq Qərib”. Ancaq Cəmilə, yalnız [Mirza-
ğanm] üziinə gülümsəməklə kifayətləndi.
S.Hüseyn.
701
KİFAYƏTSİZ
KİFAYƏTSİZ sif. Ehtiyacı ödəməyən,
çatışmayan, kifayət etməyən.
KİFAYƏTSİZLİK is. Ehtiyacı ödəməmə,
çatışmama, kifayət etməmə.
KİFİR sı/ 1. Çirkin, eybəcər. Kifir qaduı.
Kifir uşaq. - [Sənəm:] Nə kifir kişidir, ay
Allah! Ü.Hacıbəyov. [Qumru:] Bəy olanda
nə olar, başıbatmış nə qədər də kifırdir. Mir
Cəlal.
2. məc. Pozğun, yaramaz, ləyaqətsiz, mur-
dar.
KİFİRLƏNMƏ “Kifırlənmək”dən/;'s.
KİFİRLƏNMƏK bax kiflrləşmək.
KİFİRLƏŞMƏ "Kifirləşmək”dən (is.
KİFİRLƏŞMƏK f. Gözəlliyini itirmək, ey-
bəcərləşmək, çirkinləşmək. Qız böyüdükcə
kifirləşirdi.
KİFİRLİK is. Eybəcərlik, çirkinlik. Üzün-
dən, gözündən kiflrlik daşır; Deyəsən, qəl-
bində qurdlar oynaşır. S. Vurğun [Ələkbər:]
Yox canım, Qumru hara, belə kifirlik, ney-
bətlik hara! Mir Cəlal.
KİFLƏNMƏ “Kiflənmək” dən f. is.
KİFLƏNMƏK/ 1 . Üzü kiflə örtülmək, kif
atmaq, kif bağlamaq. Qərənfil xala Camal
əmiyə dörd iri fətir uzadaraq: - Bunları tək-
tək qoy, çünki çim süddə yoğurmuşam, kif-
lənə bilər. Ə.Vəliyev.
2. məc. Uzun müddət bir yerdə qalmaq,
xarab olmaq, inkişafdan qalmaq.
KİFLƏNMİŞ f.sif. Kif bağlamış, kif bas-
mış, kifdən xarab olmuş. Kiflənmiş çörək.
Kiflənmiş pendir. - Rütubətli, kiflənmiş qa-
ranlıq otaqda tavandan tökülən damcıların
səsi eşidilirdi. Ə.Əbülhəsən.
KİFLƏTMƏ “Kiflətmək”dən (is.
KİFLƏTMƏK t-li. Kiflənməsinə səbəb
olmaq, kifləyib xarab etmək.
KİFLİ sif. Kifi olan, kif iyi verən, kif bağ-
lanmış. [Sayalmm] ..kifli, üfunətli düyün-
çələrində .. nə desən tapılardı. Mir Cəlal.
KİFSİMƏ “Kifsimək”dən f.is.
KİFSİMƏK bax kiflənmək. Belə vaxtlar-
da idarənin pəncərələri açılır, kifsimiş kağız
qoxusu küçəyə yayılırdı. Mir Cəlal.
KİFSİNMƏ "Kifsinmək”dən f.is.
KİFSİNMƏK bax kiflənmək.
KİFT is. [fars. ] köhn. Sifilis. Bir çox söh-
bətdən sonra məlum olur ki, Məşədi Allah-
KİLİM
verən bir vaxt kift azarına mübtəla olubmuş.
N.Nərimanov.
KİLƏ is. 1 . Altı kiloqrama bərabər köhnə
ağırlıq ölçüsü. İki kilə arpa.
2. İkigözlü taxta tərəzi.
KİLİD is. [/irs.] 1. Qıfıl. Asma kilid. - Si-
yirmə kilidlər biləkdən yoğun; Asılmış qıfıl-
lar bıığunbəbuğun. H.K.Sanılı. Dağa çıxaq,
düzə enək, göyə dırmanaq; Yolumuzun kilidi
bir, açarı birdir. M.Araz.
2. Qapını bağlamaq üçün dalma keçirilən
uzun dəmir və ya ağac parçası.
KİLİDLƏMƏ 1. “Kilidləmək”dən/iÄ.
2. B ax qıfılbənd 2-ci mənada. [Muzdur]
saz çalmasa da, çalğı tanıyan, havacatdan,
gözəlləmədən, kilidləmədəıı, deyişmədən
başı çıxan bir oğlandı. Ə.Əbülhəsən.
KİLİDLƏMƏK/ Kilidlə bağlamaq. Əmir-
aslan .. Nurəddini çomaq ilə döyüb anbara
saldı və ağzını kilidləvib getdi. S.S.Axundov.
Məşədibəy birdən qalxıb kabinetinin qapı-
sını kilidlədi. M.Hüseyn. Şəkər qapını tez
kilidləyib həkimin arxasınca getdi. B. Bay-
ramov.
KİLİDLƏNMƏ "Kilidlənmək”dən f. is.
KİLİDLƏNMƏK məcli. 1. Kilid vurul-
maq, kilidlə bağlanmaq. Qapı kilidlənmişdi.
- Evin qapısı dışarıdan kilidlənmişdi.
M.Hüseyn.
2. məc. Bərk, möhkəm qapamnaq; açılma-
maq. Göz qapaqları kilidlənmək. - ..[Mehri-
banın] dişləri kilidlənmiş, əl-ayağı quruyub
əsdiyi halda qorxunc və vəhşi bir səslə
çığırırdı. S.Hüseyn. İdrakda boğular, sözdə,
sənət də; Ağıl kilidlənər dildə, dodaqda;
Azadlıq olmayan bir məmləkətdə; Nadan baş-
da gəzər, aqil ayaqda. B.Vahabzadə.
3. məc. Bağlanmaq, tutulmaq. Qurtuluş
yolları kilidləndi bax... R.Rza.
KİLİDLƏTMƏ "Kilidlətmək”dən f.is.
KİLİDLƏTMƏK icb. Kilidlə bağlatmaq.
Qapıları kilidlətmək.
KİLİDLİ sif. Kilid vurulmuş, kilidlə bağ-
lanmış; bağlı. Kilidli qapı. Darvaza kilidli-
dir. - Balacayev əlini stola atıb güclə ayağa
qalxdı. Qapı kilidli idi. S.Rəhimov.
KİLİM is. [fars. ] Yun və ya pambıqdan
toxunan zolaqlı, xovsuz palaz növü. Kilimə
bürün, el ilə sürün. (Ata. sözü). Qadınların
702
KİLİMARASI
kimisi yun darayır, ip əyirir, kimisi xana
qurub kilim toxuyurdu. A.Şaiq.
KİLİMARASI is. Qədim xalq oyun növü.
KİLİMÇƏ is. Balaca kilim. [Yasavulu]
qaldırıb pəncərənin qabağında, üzərinə
siirtük kilimçə salınmış, qılçaları laxlayan
çarpayının üstünə uzatdılar. S.Rəhimov.
KİLİMÇİ is. Kilim toxuyan və ya satan
adam.
KİLİMÇİLİK is. Kilimçinin işi, peşəsi, sə-
nəti.
KİLKƏ 1 is. 1 . Bir-birinə qarışmış, dolan-
mış, pırtlaşıq saç, tük, yun, sap, ip və s. Saçı
kilkə kimi pırtlaşmaq. - ikinci qız Nərgizə: -
Dayan, bu saat sənin kilkələrini yolaram.
Ə.Məmmədxanlı. Qarı Mahmudun kilkə kimi
pırtlaşmış zil qara saçlarına baxıb dedi..
Ə.Əbülhəsən. // Sif. mənasında. Kilkə saç. -
Qarının xınadan qızartdıq kilkələrinə elə bil
heç vaxt daraq dəyməmişdi. Ə.Məmməd-
xanlı.
2. Yun və ya saç darandıqda ondan çıxan
qırıntı. Yun atıldıqca didilir, kilkəsi çıxır.
3. Mürəkkəbqabı, qəlyan və s.-nin içəri-
sinə qoyulan tük.
KİLKƏ 2 is. [rus. ] zool. Siyənəkkimilər
ailəsinə mənsub xırda balıq növü.
KİLKƏBAŞ sif. dan. Daim saçları pırtla-
şıq olan. Kilkəbaş qız.
KİLKƏLƏNMƏ "Kılkələnmək”dən f.is.
KİLKƏLƏNMƏK/ Kilkə düşmək, düyün
düşmək, pırtlaşmaq. [Arvadın] saçları pırt-
laşıb kilkələnmiş, üstü-başı parça-parça ol-
muşdu. (Qəzetlərdən).
KİLKƏLƏŞMƏ “ K i 1 kol o şm ək ” don/.7,s\
KİLKƏLƏŞMƏK 1 . B a x kilkələnmək.
2. qarş. Bir-birinin kilkəsini yolmaq; saç-
laşmaq.
KİLKƏLİ sif. Kilkəsi olan (saç, yun və s.
haqqında). Kilkəli baş. - Ancaq Aqil üçün,
bənizinə yeni qan gələn zəif vücudlu, sarı
kilkəli körpəni tərpətmək dağlar qədər ağır
gəlirdi. S.Rəhimov.
KİLKƏSAÇ sif. Saçı kilkəli, pırtlaşıq. Kil-
kəsaç uşaq. Kilkəsaç qız.
KİLKƏŞİK sif. Dolaşıq, pırtlaşıq, qarışıq.
KİLO bax kiloqram. [Qədirin] yüz on
səkkiz kilo ağırlığı olduğuna baxmayaraq,
toylarda tərəkəmə oynayır, atı qızğın çapa-
çapa duşiib minirdi. İ. Əfəndiyev.
KİM
kilo... [/;■.] Ölçü sistemində min kiçik
vahidi ifadə edən mürəkkəb adların birinci
hissəsi; məs.: kiloqram, kilometr, kilovat.
KİLOQRAM \fr. kilo və yun. gramma]
1 000 qrama bərabər çəki ölçüsü.
KİLOQRAMLIQ is. 1 . Bir kiloqram ağır-
lığında olan çəki daşı. Kiloqramlığı tərəziyə
qoymaq. Kiloqramlığı bəri ver.
2. Saylardan sonra gələrək şeyin neçə ki-
loqramdan ibarət olduğunu bildirir. 5 kiloq-
ramlıq ət.
KİLOQRAMMETR \fr. kilo, yun. gramma
və metron] 1 kiloqram ağırlığında cismi
1 metr yüksəkliyə qaldırmaq üçün görülən
işin ölçü vahidi.
KİLOMETR [fr. kilo və yun. metron]
1000 metrə bərabər, məsafəsi 1000 metr olan
uzunluq ölçüsü. Rüstəmin yaşadığı Səfalı
kəndinin dəmir yolu ilə 20 dəqiqəlik, dəmir
yolundan sonra da 2 kilometr yolu var idi.
T.Ş. Simurq. Buradan Giineyqışlağa neçə ki-
lometr olduğunu bilmirdim. I. Əfəndiyev.
KİLOMETRÄJ [fr. kilo və metrage] Kilo-
metrlə göstərilən məsafə.
KİLOMETRLİK is. Saylardan sonra gələ-
rək məsafənin neçə kilometrdən ibarət ol-
duğunu bildirir. Gorusun bir neçə kilometr-
liyində Nəbi Qarabağa gedən tacirlərə rast
gəlir. “Qaçaq Nəbi”. Fərmanın qış binası
kəndin on kilometrliyində yerləşmişdi. İ.Əfən-
diyev.
KİLOVAT [fr . kilo və ing. xüs. is. -dən]
fiz. 1000 vata bərabər olan elektrik cərəya-
nının güc vahidi.
KİLOVÄT-SAAT [fr. kilo ing. xüs. is. və
ər. saat \fiz. 1 kilovat gücündə elektrik cərə-
yanının 1 saat ərzində gördüyü işə bərabər
olan elektrik cərəyanı vahidi.
KİLSƏ is. [əsli yun.] Xristian ibadətgahı,
məbədi. Seçilir qülləli, uca kilsələr; Qələbə
tağları baxır göylərə: Bəlkə bir binanı silkə-
ləsələr: Bir şəhər işığı tökülər yerə. M. Araz.
Kilsə başı zəng olur; Səsdən adam dəng olur;
Tutaydım könül quşun; Görəydim nə rəng
olur. (Bayatı). // Xristianlarda: din işləri ilə,
dini həyatla məşğul olan təşkilat; dini təriqət,
məzhəb. Pravoslav kilsəsi. Katolik kilsəsi.
KİM 1 əvəz. 1. Cümlədə sual mənasında
işlənib, insan adlarını və insan təsəvvürü
703
KİM
KtMİSt
verən varlıqların adlarını əvəz edir; hansı
adam. Kim gəlib? O sözü kim dedi? Bu gün
kim növbə çəkəcək? - Uşaq mənimdir, baba,
dəxli nədir sizlərə? Kim sizi qəyyum edib
hökm edəsiz bizlərə? M. Ə. Sabir.
2. İki və daha artıq cümləni qarşılaşdırdıq-
da bölgü bildirmək üçün işlədilir. Kim ölə,
kim qala. (Ata. sözü). [Zinyət xanım:] Nə
bilmək olar kim öləcək, kim qalacaq. N. Və-
zirov. Görüşən, ayrılan kim, vidalaşan kim.
Mir Cəlal.
3. İnkarlıq bildirən fellərlə işlənib, “heç
kəs” sözünü əvəz edir. Kim duymamış ilıq
səhərlərin dadını? R.Rza.
4. “Hər kəs” sözünü əvəz edir. Kim baxar-
sa kəc bir gün belə; Şərəfsiz olacaq ömrü-
nün sonu. M.Rahim. Xıdırlı kəndində bir qay-
da var. Gecə əvvəlcə kimin qapısını döysən,
gərək orada gecələyəsən. S. Rəhman.
5. “Adam”, “tanış”, “qohum", “dost” mə-
nalarında işlənib, inkar feli cümlələrdə təs-
diq, təsdiq feli cümlələrdə inkar məzmunu
yaradır. Burada sənin kimin var? Onun kimi
yoxdur? - Yazıq bir qızam, kimim vardır?
M. S. Ordubadi.
6. Cümlədə müəyyən şəxslər haqqında
eyham və işarə məzmunu ifadə edir (əsasən
cəmdə işlədilir). ["Molla Nəsrəddin”]
erməni-miisəlman qırğınının kimlər tərəfin-
dən və nə üçün yaradıldığını ifşa etməkdə
böyük rol oynamışdır. M.İbrahimov.
7. Kimlərdənsən, kimlərdəndir və s.
şəklində - “hansı nəsildənsən” (“nəsildən-
dir”), "qohumların (qohumları) kimdir” və s.
mənalarında sual məqamında işlədilir. Ay
bala, kimlərdənsən? Qız kimlərdəndir?
0 Heç kim - heç kəs, heç kimsə. Küçə-
lərdə heç kim gözə dəymirdi. M. Hüseyn.
Hər kim - hər kəs. Hər kim bu kəndə təzə
gəlmiş olsaydı, iki məhəllənin bir-birindən
seçilmədiyini görərdi. N.Nərimanov. Kim
bilsin (bilə, bilir) - “heç kəs” mənasında
ara söz kimi işlədilir. [Məmməd:] Arvad,
ölüm ki var yuxu kimi bir şeydir, kim bilir,
bəlkə bu gün, sabah düşüb öldüm. “Aşıq
Qərib”. [Nökər] ancaq təşəxxüs üçün, kim
bilsin, hansı yaraııalın köhnə paltarını
geyinibdir. S.Qənizadə. Kim bilir, bəlkə də
Mahnı onu gözəl və yaraşıqlı bir gənc oldu-
ğu üçün sevirdi. M. S. Ordubadi. Kim ki - o
şəxs ki, o adam ki. Kim ki insanı sevər aşiqi-
hiirriyyət olur; Bəli, hürriyyət olan yerdə də
insanlıq olur. M.Ə.Sabir. Kim ki zəhmət çək-
mədən, havayı yeyib, onım-bunun əməvilə
dolanır, nəinki öz xalqının, öz vətəninin qa-
nını soran bir tüfeylidir, həm də bütün bəşə-
riyyətə zərər vurur. M.İbrahimov. Kim ki-
mədir! - hərc-mərclikdir, qarışıqlıqdır, do-
laşıqlıqdır, özbaşınalıqdır. [Atasının dostu:]
Bəlkə bir növlə dükanımızı əldə saxlayaq. Kim
kimədir? Qantəmir.
KİM 2 klas. Bax ki. Xoş ol kəsə kim; Vel
dolanıb, dağda çobandır; Asudə hamandır.
M.Ə.Sabir.
KİMİ 1 qoş. 1 . Bənzətmə və müqayisə bil-
dirir. Ürəyi nanə yarpağı kimi əsir. - [Sultan
bəy:] Mən bəy balası kimi qızımı arşın mal
satana verəcəyəm? Ü.Hacıbəyov. Sanki göy-
lərdə uçan quş kimiyəm; Sanki yerdən uçu-
rulmuş kimiyəm. M. Müşfiq.
2. Ani zaman bildirir. Məktubu alan kimi
gəl. - [Əsgər:] Gözüm səni görən kimi qəlbim
sevindiyimdən çırpınmağa başladı. Ü.Hacı-
bəyov. Qız gözünü açan kimi yan-yörəsinə
baxdı. M.İbrahimov. Səni görən kimi, a şi-
rin üzlüm; Nədən tuti dilim mənim lal olur?
M.Rahim.
3. Yer, ya zaman həddini bildirir- ...qədər,
...dək. Evə kimi bir yerdə getdik. - Rəsul bir
saata kimi pinəçi dükanının qabağında du-
rub pinəçilərə baxdı. “Aşıq Qərib”. Fəraqdəıı
gecələr yatmaram sabaha kimi.. X.Natəvan.
[Fatma xanım:] ..Mən bu gecə sabaha kimi
can vermişəm. N.Vəzirov.
KİMİ 2 əvəz. Bəzisi, kimisi (adətən iki və
ya bir neçə cümlə qarşılaşdırıldıqda bölgü
bildirmək üçün işlənir). Kimi xörək yeyir,
kimi içir, kimi qəlyan, ya çubuq çəkir. Ə.Haq-
verdiyev. Kimi corab gətirdi; Kimi əlcək
yetirdi. M.Rahim. Kiminin rüşvətxorluğıı,
qohıımbazlığı, kiminin xəsisliyi, bəzisinin
nadanlığı tənqid olunurdu. Mir Cəlal.
KİMİCƏ dan. bax kimi 1 . On ikicə sinni
qızın var tamam; Öz nəvəm Əsmər kimicə,
vəssalam. Ə.Nəzmi.
KİMİSİ bax kimi 2 . Hərə bu səsi bir cür
qarşıladı; kimisi polis müdirinə yumruq gös-
tərir, kimisi barmağı ilə hədələyir, kimisi
704
KİM-KİMSƏ(NƏ)
ağacla qorxudur, kimisi gülür, kimisi də
“kəs səsini!’’ - deyə bağırırdı. M. S. Ordu-
badi. Kimisi səngər qazır; Kimisi məktub
yazır. B. Vahabzadə.
KİM-KİMSƏ(NƏ) is. Yaxın adam, dost-
aşna, qohum, qohum-oqrəba. Mənim səndən
özgə yoxdur bir kəsim; Yüz kimin-kimsənən
o ki var sənin. Q.Zakir. Yəqin Həpir ağıllanıb,
kamil adam olub, bir də ki, .. şəhərdə kim-
kimsəsi yoxdıır. Mir Cəlal.
KİMOQRAF [yun. kyma - dalğa və grap-
ho — yazıram] 1. Müxtəlif fizioloji proseslə-
rin qrafik qeydi üçün cihaz.
2. Eksperimental fonetikada: səs əyrisini
qeyd edən cihaz.
KİMONO [vap.\ 1. Yaponlarda xalat şək-
lində milli kişi və qadın geyimi.
2. Qolu xüsusi şəkildə biçilmiş qadın pal-
tarı.
KİMSƏ 1. əvəz. Məlum olmayan şəxs,
adam. Səxavət olmayan kəsdə şücaət feli
nadirdir; Kərəmsiz kimsəni hər yerdə gör-
düm, bihünər gördüm. M. V. Vidadi. Vaqif, bir
kimsə ki bizdən yaşına; Yəqin bil ki, bizlən
olmaz aşina. M.P.Vaqif.
2. Heç kim, heç kəs, heç bir adam, heç
biri. Kimsə onun qabağına çıxa bilməz. Kim-
səyə boyun əyməz. Kimsə gəlmədi. Kimsəni
görmədim. - Bəs ki verməz yuxu göz açma-
ğa fürsət kimsəyə; Sübh gün şənilə hər gün
çeşmi-bidar axtarır. Qövsi. Kimsə bilməz
ki, neçə yardən oldum məyus. S.Ə.Şirvani.
Həyətdə kimsə yoxdu. S. Hüseyn.
3. Kimsədən şəklində - heç kimdən, heç
kəsdən, heç bir adamdan. Kimsədən minnət
götürməz. — Kim olduğumuzu yəqin ki, kim-
sədən soruşmadan bilirlər. M. İbrahimov.
KİMSƏNƏ əvəz. köhn. Bir adam, bir kəs,
kimsə, bir şəxs. Yetişməz dadına heç bir
kimsənə; Qalarsan naəlac, naçar, ağlarsan.
M.V.Vidadi. Zalım fələk xub susayıb qa-
nıma; Bir kimsənə yoxdur gələ yanıma.
Q.Zakir.
KİMSƏSİZ sif. 1 . Heç kəsi (yaxın qohumu,
arxası, köməyi) olmayan; adamsız. Kimsə-
siz uşaq. Kimsəsiz qadın. - [Araz] kimsəsiz,
tək bir adam idi. A. Şaiq. Bu gün Hüseyn
artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəh-
man. // İs. mənasında. Hər gecə əxilər siif-
KİMY AL AŞDIRILMAQ
rəsi başında gördüyü o müxtəlif qəriblər və
kimsəsizlər içərisində yavaş-yavaş bu qoca-
nın da siması [yolçunun] xəyalında canla-
nırdı.. Ə.Məmmədxanlı.
2. İnsan yaşamayan, boş, adamsız, tənha.
Kimsəsiz yerlər. - Öz kimsəsiz torpağına bax-
dı Füzuli; Bir sönməyən şimşək oldu, çaxdı
Füzuli. Ə.Cavad. Səməd., uzaqdan görünən
kimsəsiz tarlalara baxdıqca ürəyi sıxılırdı.
İ.Hüseynov.
KİMSƏSİZLİK is. 1 . Kimsəsiz adamın halı;
təklik, adamsızlıq. Bu gözlənilməz sədəqə
Sürəyyanın ürəyini kimsəsizliyin dərin acısı
ilə doldurdu. Ə.Məmmədxanlı. Dahi şairin
böyük arzularla dolu qəlbi ümidsizliklə, kim-
səsizliklə (z. ) boşalmışdı. Mir Cəlal.
2. məc. Tənhalıq, adamsızlıq.
KİMYA [ər. əsli yun.] 1. Maddələrin qu-
ruluşunu, habelə onların qarşılıqlı olaraq bir
haldan digər hala keçməsini öyrənən elm.
Nəzəri kimya. Kimya dərsliyi.
2. Bir şeyin keyfiyyətcə tərkibi. Neft kim-
yası. Qan kimyası.
3. məc. klas. Hikmət, qüdrət.
KİMYAÇI is. 1 . Kimya mütəxəssisi.
2. Kimya sənayesi işçisi.
KİMYAGƏR is. [ər. kimya və fars. ...gər]
1. köhn. bax kimyaçı 1-ci mənada.
M.F.Axundzadənin “Molla Ibrahimxəlil
kimyagər” komediyası. - Qız nə iş görür? -
O da kimyagərdir. İ.Əfəndiyev.
2. Keçmişdə: guya hər şeyi qızıla çevir-
mək siiT və sənətini bilmək iddiasında olan
rəmmal. Lalərəng etdi gözüm qan ilə xaki-
dərini; Kimyagərdir, edər gördüyü torpağı
qızıl Füzuli. Bunlar hamısı keçəndən sonra,
bu otuz doqquz nömrədə min doqquz yüz
doxsan doqquz rəmmal, kimyagər, quşbaz ..
şəkli çəkmişik. C.Məmmədquluzadə.
KİMYAGƏRLİK is. 1 . Kimyaçılıq.
2. isteh. Hər şeyi qızıla çevirmək iddiası
və bu iddiada olan adamın halı. [Zahidoğlu:]
Deyəndə ki, .. burada kəşflər etmək olmaz,
Fərhadoğlu üstümüzə bağırır, kimvagərliyə
qurşanır. S.Rəhimov.
KİMYALAŞDIRILMA “Kimyalaşdırıl-
maq”dan fis.
KİMY ALAŞDIRILMAQ ‘ Kimyalaşdıı-
maq”dan məcli.
705
KİM Ү AL AŞDIRMA
KİMYALAŞDIRMA "Kimyalaşdırmaq”-
dan fiis.
KİMYALAŞDIRMAQ/ Kimyanın və mad-
dələri kimyəvi üsulla işləmə üsullarının na-
iliyyətlərini texnikada, sənayedə və kənd tə-
sərrüfatında tətbiq etmək. Kənd təsərrüfatım
kimyalaşdırmaq.
KİMYƏVİ sif. [ər.] 1. Kimyanın tədqiq et-
diyi hadisə və proseslərə aid olan, kimyanın
obyekti olan. Kimyəvi element. Kimyəvi re-
aksiya. Suyun kimyəvi təhlili. Qanın kimyəvi
tərkibi.
2. istehsalatda kimya üsullarının tətbiqi və
bu üsullarla maddələr hazırlanması ilə əla-
qədar olan. Kimyəvi gübrələr. Kimyəvi mad-
dələr. Ağacın kimyəvi üsulla işlənməsi.
3. Sənayedə kimya üsulları ilə hazırlanan
maddələrin hərbi məqsədlərlə tətbiqi ilə əla-
qədar olan. Kimyəvi silah. Kimyəvi mərmi.
KİN is. [fars.] Gizli ədavət hissi. Kin bəs-
ləmək. Kin saxlamaq. Kini soyumaq. Qəlbin-
də kin oyanmaq. - Süzdü rəssam onu altdan-
yuxarı; Saçaraq gözləri kin dalğaları..
H. Cavid. [Əminə:] Məni tanımır, ehtimal ki,
bu hekayəni görüb mənə kin və qərəz bağla-
sın. Qantəmir. Şəfiqənin gülüşündə kin yox
idi. Ə.Məmmədxanlı.
KİNAYƏ is. [ər.] 1. Üstüörtülü, dolayı
məna verən söz və ya ifadə. [Gülsabah Mir-
zə Camala:] Mən artıq bu acı kinayələrdən
usandım, öldüm, məni öldür. C. Cabbarlı.
[Tahirə] baxır, deyəsən, o da Cəmilin kina-
yəsində həqiqət olduğunu təsdiq edərək isteh-
zalı bir təbəssümlə gülürdü. M.Hüseyn. □ Ki-
nayə etmək - kinayə təriqi ilə söyləmək,
işarə etmək. ..Şair Nəim “Füyuzat”ın 9-cu
nömrəsində nəyə kinayə edibdirsə, özü bilər,
ancaq bizim indiki əhvalımızı çox gözəlcə
təsvir edib.. Ü.Hacıbəyov. // Üstüörtülü, toxu-
nan söz. Bu kinayələr, görəsən, kimə aiddir?
2. ədəb. Bir şəxs və ya şey haqqında olan
həqiqi fikir, təsəvvürü yalandan əks şəkildə
ifadə edən söz, ibarə.
3. “ilə” qoşması ilə zərf - məsxərə ilə,
kinayəli-kinayəli. Kinayə ilə danışmaq. Ki-
nayə ilə süzmək.
KİNAYƏLİ sif. 1 . İçində kinayə olan (bax
kinayə 1-ci mənada). Kinayəli söz. Kinayəli
baxış. - Bu, eyhamla deyilmiş kinayəli sözlər
KİNLİ
qocaları yerindən oynatdı. R.Rza. Mirzə ani
bir sükutdan sonra kinayəli sözlərini dedi.
Mir Cəlal.
2. Rişxəndli. [Xortdanın] qaçmağını gör-
dükdə Molla Kərimdən kinayəli bir qəhqəhə
çıxdı. B.Talıblı.
KİNDAR [fars.] bax kinli.
KİNDARLIQ bax kinlilik.
KİNEMATOQRAF [yunancadan] 1. Hə-
rəkət edən obyektlərin şəklini işığa həssas
plyonkaya çəkmək, habelə bunları ekranda
göstərmək üçün aparat; bu aparatın tətbiqinə
əsaslanan tamaşa.
2. Bax kinenıatoqraflya.
KİNEMATOQRAFÇI is. Kinematoqrafiya
işçisi, kino mütəxəssisi.
KİNEMATOQRAFÇILIQ is. Kinematoq-
rafın işi, peşəsi, sənəti.
KİNEMATOQRAFİYA [yun. kinema və
grapho] Kinofilmlər hazırlamaq və onları nü-
mayiş etdirmək sənəti. Azərbaycan kinema-
toqrafıvası. П Sənayenin kinofilmlər isteh-
sal edən sahəsi. Kinematoqrafiya müəssisə-
ləri.
KİNESKÖP [yun. kineo və skopeo] Tele-
viziyaya tətbiq edilən qəbuledici, elektrik şüa
borusu.
KİNETİKs/ [yun.] 1. Kinetikaya aid olan.
2. Hərəkətə aid olan, hərəkətlə bağlı olan.
□ Kinetik enerji - hərəkət enerjisi, cismin
hərəkətindən asılı olan enerji ehtiyatı.
KİNETİKA [yun.] 1. Nəzəri mexanikanm
dinamikanı və statikanı qavrayan şöbəsi.
2. Fiziki kimyanın, kimyəvi proseslərin
sürət və mexanizmini öyrənən hissəsi.
KİNƏ is. əcz. Kinə ağacının qabığından
hasil edilən acıdadlı ağ toz dərman; isitmə
dərmanı. Kinə atmaq. - [Heybət:] Dünən
yaxşı idim. Xəlil dayı, heç nahaq yerə kinəni
içmədim. M.Hüseyn.
KİN-KÜDURƏT bax kin.
KİNLİ sif. Kin saxlayan. Kinli adam. -
Dəvə kinli (z.) olar. (Ata. sözü). [Xalq] düş-
məninə qarşı kinli, inadlı, dostlarına qarşı
olduqca mehriban və səmimidir. M.S. Ordu-
badi. Mehriban başını qaldırdı, kinli bir nəzər-
lə [Zeynala] baxdı. S. Hüseyn. Gənc və gözəl
Səadətin nənəyə qarşı bu qədər acıqlı və kin-
li (z.) olmasının səbəbi nə idi? İ.Əfəndiyev.
706
KİNLİ-KİNLİ
KİNLİ-KİNLİ zərf Kinli halda, kiııli bir
tərzdə; qəzəbli. Yamacın yetimçəsi mənə qal-
mayıb, - deyə [Əlləzoğlu] kinli-kinli söylə-
nirdi. İ. Hüseynov.
KİNLİLİK is. Kin saxlama, gizli ədavət
bəsləmə, ürəyində kinsaxlama xasiyyəti.
KİNÖ [yun. kinema - hərəkət edən] 1. B ax
kinematoqraflya. Hələ 1927-1928-ci illər-
də Cabbarlı kino sənəti ilə maraqlanmağa
başlamışdı. M.Arif.
2. dan. bax kinofilm. Kino göstərmək. -
Saat iki olar; Uşaqlar üçün televizor; Kino
verəcək bu gün. M.Rahim. Bütün tərsliyinə
baxmayaraq, [Musa] ömründə bir kino tama-
şası buraxmazdı. İ. Əfəndiyev.
3. Bax kinoteatr. [Səlim və Mehriban]
sonra bulvardakı “ Yeni kənd " kinosuna ge-
dib hazırkı həyatdan alınmış faciəyə tamaşa
etmişlərdi. S. Hüseyn. [Firidun] [Südabənin]
yenə kinoya getməyə, yaxud gəzməyə çıx-
mağa gəldiyini güman etdi. M. İbrahimov.
□ Kino budkası - kinoaparat və kinome-
xanik üçün xüsusi yer, budka.
kino... \yun.\ Kinematoqraflya ilə bağlı
olan mürəkkəb sözlərin birinci tərkib hissə-
si; məs.: kinoxronika, kinojumal, kinooçerk,
kinooperator.
KİNOAKTYÖR [yun. kine və fr. acteur]
Kinofılmlərdə çəkilən artist.
KİNOAKTRİSA [yun. kine və fr. acteur]
Kinofılmlərdə çəkilən aktrisa.
KİNOAPARAT [yun. kine və lat. appara-
tus] Kinofilmləri göstərmək üçün aparat.
KİNOARTİST [yun. kine və fr. artiste]
bax kinoaktyor.
KİNOATELYE [yun. kine və fr. atelier]
Kinofilmləri çəkmək üçün xüsusi bina,
atelye.
KİNODRÄMA [yuıı. kine və drama] Drama
əsasında çəkilmiş film.
KİNODRAMATURGİYA [yun. kine və dra-
maturgia] Kinematoqraflya vasitələri ilə nü-
mayiş etdirilmək üçün yazılan ədəbi əsərlər
(birjanı' kimi).
KİNODRAMATURQ [yun.] Kino (2-ci
mənada) üçün ssenari yazan yazıçı, drama-
turq.
KİNOFABRİK [yun. kine və lat. fabric]
Kinoşəkillər istehsal edən müəssisə, iri ki-
nostudiya.
KİNOMEXANİK
KİNOFACİƏ [yun. kine və ər. faciə] Faciə
əsasında çəkilmiş kinofilm.
KİNOFESTİVAL [yun. kine və lat. festival]
Ümumi bir mövzuya həsr edilmiş kinofilm-
lərin, yaxud hər hansı bir ölkənin ən yaxşı
kinofilmlərinin göstərilməsi.
KİNOFİLM [yun. kine və ing. film - lent]
Ekranda göstərilmək üçün kinoşəkil. “Leyli
və Məcnun ” kinofilmi.
KİNOXRONİKA [yun. kine və chronikos]
Mövzusu cari həyatdan alınmış kinofilm və
ya kinojumal. // Kino incəsənətinin, gündəlik
həyatın ayrı-ayrı hadisələrini əks etdirmək-
lə bağlı olan janrı.
KİNOJURNAL [yun. kine və fr. joumal]
Gündəlik həyatdan ayrı-ayrı epizodları, səh-
nələri nümayiş etdirən qısametrajlı kinofilm.
KİNOKADR [yun. kine və fr. kadre] Kino
lentində olan kadrlardan hər biri.
KİNOKOMEDİYA [yun. kine və komodia]
Kino sənəti janrlarından biri; gülməli məz-
munlu kinofilm.
KİNOQURĞU is. Kinofilmləri göstərmək
üçün qurğu (cihazlar, aparatlar və s.).
KİNOLAŞDIRILMA "Kinolaşdırılmaq”-
dan fis.
KİNOLAŞDIRILMAQ məch. Hər hansı bir
rayonda, yerdə kinoteatrlar və səyyar kino-
lar təşkil edilmək, kino şəbəkəsi yaradılmaq.
KİNOLAŞDIRMA “Kinolaşdırmaq”dan
fis. Kinolaşdırma işləri genişlənmişdir.
KİNOLAŞDIRMAQ f. 1 . Hər hansı bir ra-
yonda, kənddə, qəsəbədə və s.-də daimi
surətdə kinofilmləri göstərmək üçün kino-
teatrlar və səyyar kinolar təşkil etmək, kino
şəbəkəsi yaratmaq. Kəndi kinolaşdırmaq.
Məktəbləri (klubları) kinolaşdırmaq.
2. Bir əsəri kinoya çəkmək üçün uyğun-
laşdırmaq, kinoya çəkmək. Povesti kinolaş-
dırmaq.
KİNOLAŞMA “Kinolaşmaq”dan /и. Kən-
din kiııolaşması.
KİNOLAŞMAQ f. Kinofilmləri nümayiş
etdirmək üçün lazımi avadanlıqla təmin et-
mək, edilmək. Kənd kinolaşdı.
KİNOLENT [yun. kine və ital. lenta] Kino-
filmin ayrıca nüsxəsi, surəti.
KİNOMEXANİK [yun. kine və mechanike]
Kinofilmləri nümayiş etdirən, kinoaparata
xidmət edən mexanik.
707
KİNOMEXANİKLİK
KİNOMEXANİKLİK is. Kinomexanikin işi,
sənəti, ixtisası.
KİNOMONTÄJ [yun. kinc və lat. montage]
Çəkilmiş ayrı-ayrı kiııokadrların müəyyən
ardıcıllıqla bir-birinə calanması, quraşdırıl-
ması.
KİNOÖÇERK [vuıı. kine və rus. oçerk]
Oçerk əsasında çəkilmiş film.
KİNOOPERÄTOR [yun. kine və lat. ope-
rator] Kinofilmləri çəkən mütəxəssis.
KİNOOPERATORLUQ is. Kinooperatorun
işi, sənəti, məşğuliyyəti, ixtisası.
KİNOPOVEST [yun. kine və rus. povest]
Povest əsasında çəkilmiş film.
KİNOREJİSSOR [yun. kine və fr. regisseur]
Kinofilmlərin quruluşçusu olan rejissor.
KİNOREJİSSORLUQ is. Kinorejissorun işi,
sənəti, ixtisası.
KİNOSEÄNS [yun. kine və fr. seanse]
Kinofilmlərin müəyyən proqramının nüma-
yiş etdirilməsi üçün ayrılan vaxt.
KİNOSSENÄRİ [yun. kine və ital. scenario]
Əsasında kinofilm çəkilən ədəbi əsər.
..Cabbarlı “Hacı Qara’ 1 komediyasının ki-
nossenarisini yazmış, filmin çəkilişində ya-
xından iştirak etmişdi. M. Arif.
KİNOSSENARİST, KİNOSSENARİÇİ is.
Kinossenari yazan yazıçı; kinodramaturq.
KİNOSTÜDİYA [yun. kine və ital. studio
- səy, çalışma] Kinofilmlər istehsal edilən
müəssisə. Kinostudiya yeni bir filmin ayrı-
ayrı hissələrini çəkmək üçiin dağlara bir
ekspedisiyaya hazırlaşırdı. İ.Əfəndiyev.
KİNOŞƏKİL [yun. kine və ər. şəki] bax
kinofilm. Əmiraslan baba .. Turşsuyun da
tanınmasını, belə kiııoşəkillərə düşməyini,
şöhrət qazanmağını istəyirdi. S. Rəhimov.
KİNOŞÜNAS [yun. kine və fars. ...şünas]
Kinoşünaslıq sahəsində çalışan alim.
KİNOŞÜNASLIQ is. Kino incəsənəti haq-
qında elm.
KİNOTEATR [yuıı. kine və teathro] Kino-
filmləri tamaşaçılara göstərmək üçün xüsusi
bina. " Nizami ” kinoteatrı. — Qadınlar üçün
kinoteatr təşkil edilmişdi. M.S. Ordubadi.
KİNSİZ sif. Kini olmayan, ürəyində kin
saxlamayan. Kinsiz adam.
KİÖSK [fr. kiosque, əsli köşk] Xırda alver,
cürbəcür arayışlar vermək və s. üçün kiçik
KİR
tikili; pavilyon. Gül kiosku. Su kioskıı. Qəzet
kiosku.
KİOSKÇU is. Kioskda satıcı.
KİP zərf 1 . Bir-birinə sıx, yaxın. Nə uzun,
nə gödək, münasib gərək; Ağzı, burnu nazik,
dodaq kip gərək. Aşıq Ələsgər.
2. Möhkəm, bərk. Kip bağlamaq. Kip sıx-
maq. Sarğı kip olmalıdır. - Qapı ehmalca
çəkilib çərçivəsində kip oturdu. İ.Hüseynov.
KİPCƏ zərf Çox kip, möhkəm, sıx. Qa-
pını kipcə örtmək. - O, xəz yaxalı qara pal-
tosunu düymələdi, papağını öz səliqəsinə
görə başına kipcə yerləşdirdi. Ə.Əbülhəsən.
KİPCƏK bax kipkəc.
KİPKƏC 1 . is. Mexanizmin hərəkət edən
hissələrinin ətrafında açıq qalan yerləri sıx-
sıx qapayan və mayenin, buxarın, ya qazm
sızıb çıxmasının qarşısını alan detal. Su na-
sosu gövdədən, pərli çarxdan, valcıqdan və
kipkəclərdən ibarətdir. Ə. Əlizadə.
2. sif. məh. Ortabab, orta vəziyyətdə olan,
nə enli, nə dar; yığcam. Kipkəc ev.
KİPKƏCLİ sif. Kipkəci olan. Kipkəcli me-
xanizm.
KİPLƏMƏ “Kipləmok”dən /.7,s.
KİPLƏMƏK f. Kip qapamaq, kip bağla-
maq; möhkəmlətmək, bərkitmək. Deşiyi
kipləmək.
KİPLƏNMƏ “Kiplənmək”don f.is.
KİPLƏNMƏK məch. Kip qapanmaq, kip
bağlanmaq; kip olmaq, kipləşmək.
KİPLƏŞDİRİCİ bax kipkəc 1-ci mənada.
KİPLƏŞDİRİLMƏ “Kipləşdirilmək”dən
f.is.
KİPLƏŞDİRİLMƏK “Kipləşdirmək”dən
məch.
KİPLƏŞDİRMƏ “Kiploşdmnok”don /.7s\
KİPLƏŞDİRMƏK bax kipləmək.
KİPLƏŞMƏ “Kipləşmək”dən/w.
KİPLƏŞMƏK bax kiplənmək.
KİPLİK is. 1 . Kip şeyin halı; sıxlıq, yaxın-
lıq. Klapan və onun yuvasının oturacaq səth-
lərində lazımi kiplikvə hamarlıq yaradılana
qədər sürtülmə prosesi davam etdirilir.
Ə. Əlizadə.
2. Möhkəmlik, bərklik.
KİR is. Çirk. Kir bağlamaq. Kir tutmaq.
- Qoca .. boynu kir bağlamış arxalığındakı
saysız yamaqları ilə .. hamının diqqətini
öziinə cəlb edirdi. M. Hüseyn.
708
KİRAYƏ
KİRƏDAR
KİRAYƏ bax kirə. Armud özgənin, eşşək
kirayə. (Məsəl). [Hacı:] ..Amma bunu mən
dörd manata kirayəsinə götürmüşəm. Ə.Haq-
verdiyev. Hər kəsin artıq otağı vardısa, ki-
rayə vermək üçün hazırlamağa başladı.
B.Bayramov.
KİRAYƏÇİ bax kirəçi. Ev sahibinin bir
evi, kirayəçinin min evi olar. (Məsəl). Təzə
kirayəçi öz ölkələrindən bizə nəql edəcək.
Çəmənzəminli.
KİRAYƏÇİLİKbax kirəçilik. ..Nurəddin
arabasını qoşub şəhərə kirayəçiliyə getdi.
S.S.Axundov.
KİRAYƏLİbax kirəli.
KİRAYƏLİKbax kirəlik.
KİRAYƏNİŞİN [fars.] bax kirənişin. Ki-
rayənişinlərdən biri çamadanının qapağını
tutub dururdu. T.Ş. Simurq. Günlərin bir
günündə Fatmayı kəndlisi Ağayevin evinə
kirayənişinlər gəldi. S. Rəhman.
KİRDAR is. [fars.] 1. İş, əməl, hərəkət. Ey
Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax;
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax.
M.P. Vaqif. Xandostu! Amandı, qoyma gəldi;
Kirdarı yamandı, qoyma gəldi! M. Ə. Sabir.
□ Kirdardan düşmək - artıq heç bir işə
yaramamaq, yararsız hala gəlmək. [Səfər
kişi:] Demək, mən lazım ola bilərəm, .. mən
hələ kirdardan düşməmişəm. Mir Cəlal.
2. Səbir, hövsələ. Kirdarım yoxdur. - Ana-
da o kirdar hanı, telefona gələ, nömrə tapa,
belə odlıı-odlu danışa. Mir Cəlal. □ Kir-
darı gəlməmək - hövsələsi çatmamaq,
səbri gəlməmək, həvəsi olmamaq. [Mehri-
ban] bir istədi ki, Şərifənin gördüyü işi onun
əlindən alıb görsün. Nədənsə buna da kir-
darı gəlmədi. S. Hüseyn. Kirdarım kəsmək
- hövsələdən çıxartmaq. Lakin Şahpəri ilə
baş verən hadisə [Şahmarın] kirdarını kəs-
mişdi. B.Bayramov.
KİRDARLI sif. dan. 1 . İşlək, dözümlü. Kir-
darlı oğlan. Kirdarlı adam. - Sən bu atın
beləliyinə baxma, yaman kirdarlı heyvandır.
S. Rəhimov.
2. Oxşar, bənzər, kimi. Molla ədalı, sııfı kir-
darlı; Nitqi həqiqətli, sözü fal kişi. M.Ə. Sabir.
KİRD ARSIZ sif. 1 . Bacarıqsız, qabiliyyət-
siz, aciz. Elə oğlan var hazır çörəyi çeynəyib
ağzına qoyursan, uda bilməyir, aciz, bədbəxt,
kirdarsızdır. Mir Cəlal.
2. Hövsələsiz, səbirsiz.
KİRDARSIZLIQ is. 1 . Bacarıqsızlıq, qabi-
liyyətsizlik, acizlik.
2. Səbirsizlik, hövsələsizlik.
KİRƏ is. [fars.] 1 . Bir şeyin müəyyən haqq
müqabilində müvəqqəti olaraq sahibi tərə-
findən başqasına istifadəyə verilməsi; kirayə.
□ Kirə etmək - müəyyən haqq müqabilin-
də bir şeydən müvəqqəti istifadə etmək. Çox
fikirdən sonra mənzil kirə edib... məşğul oldu
ticarətə. Ə. Haqverdiyev. Kirəyə vermək -
bir haqq müqabilində müvəqqəti istifadə üçün
başqasına vermək. Çoxdan anası deyirdi ki,
otaqların ikisini kirəyə verəcək. S. Rəhman.
2. İstifadəyə verilən şeyin haqqı, kirayə
haqqı. Ev kirəsi. - [Qafar:] Bu gün xozeyin-
dəıı əmr çıxmış ki, pinəçi Qafar tutduğu yerə
kirə versin. S.S.Axundov. Hacı Sultan .. iki
evindən aldığı kirələrin sayəsində rahatlıqla
keçinirdi. S. Hüseyn.
KİRƏC is. Tikintidə, heykəltəraşlıqda,
cərrahlıqda və s.-də işlənən ağ və ya sarı
rəngli əhəngli mineral maddə; gəc. [Baba-
kişi:] Türkün sözü, kirəc qoydular, sarıdılar,
bax belə. C. Cabbarlı. Kirəci tökülmüş divar-
dan Mürsəl kişinin tüfəngi asılmışdı.
M. Hüseyn. Həyət taxta parçaları ilə, kirəc,
qum və palçıqla dolu idi. S. Rəhman.
KİRƏCLƏMƏ "Kirəcləmok”dən/w.
KİRƏCLƏMƏK/ 1 . Kirəclə örtmək, su-
vamaq.
2. Üstünə kirəc (gips) sarğısı qoymaq;
gipsləmək (sınıq yeri).
KİRƏCLƏNMƏ "Kirəc lənmək” dən f.is.
KİRƏCLƏNMƏK məcli. 1 . Kirəclə örtül-
mək (suvanmaq), kirəc vurulmaq.
2. Üstünə kirəc (gips) sarğısı qoyulmaq;
gipslənmək.
KİRƏCLƏŞMƏ “Kirəcləşmək”dən f.is.
KİRƏCLƏŞMƏK/ Kirəc halına gəlmək.
KİRƏCLİ sif. Tərkibində kirəc olan. Ki-
rəcli su. Kirəcli torpaq.
KİRƏÇİ 1. Bax kirənişin. Mirzə Qədir
evindəki kirəçilərdən heç birini dışarı çıxara
bilməyəcəkdi. S. Hüseyn.
2. B ax kirəkeş.
KİRƏÇİLİK bax kirəkeşlik. Qəhrəman
muzdurluq, kirəçilik edərdi. Ə.Vəliyev.
KİRƏDAR [fars. ] köhn. bax kirənişin.
709
KİRƏKEŞ
KİRƏKEŞ [fars. ] köhn. Haqq müqabilində
başqası üçün at, araba və s. ilə yük daşıyan
adam; kirəçi. [Gəmiçi:] Sözüm yoxdur, biz
kirəkeş babayıq. M.Rzaqulıızadə.
KİRƏKEŞLİK is. köhn. Kirəçinin peşəsi,
işi, məşğuliyyəti; kirəçilik.
KİRƏLƏMƏ “Kirələmək”dən fis.
KİRƏLƏMƏK/ Kirə ilə tutmaq, kirə et-
mək; kirayələmək. Evkirələmək. Atkirələmək.
KİRƏLƏNMƏ “Kirələnmək”dən fis.
KİRƏLƏNMƏK məch. Kirə edilmək,
kirə ilə tutulmaq; kirayələnmək.
KİRƏLİ sif. Kirə ilə tutulmuş, kirayə ve-
rilmiş. Kirəli ev. Kirəli dükan.
KİRƏLİK is. Kirə ilə tutma. Özümünkün
verib y anlığa; Özgədən tutub kiralığa. (Ata.
sözü).
KİRƏMİT is. [yun.] Damların üstünü ört-
mək üçün gil, ya sementdən hazırlanan nov-
şəkilli lövhəcik. Kirəmit zavodu. II Kirəmit-
dən, kirəmitlə örtülmüş. Küçələrin o tərəf-
bu tərəfində qırmızı kirəmit, dəmir taxtapuş-
lu ağ evlər .. ucalmışdır. Ə.Vəliyev. Bir az
kənarda qırmızı kirəmit damlı geniş ağ kor-
puslar görünürdü. M.Rzaquluzadə.
KİRƏMİTBİŞİRƏN is. Kirəmit karxanası
işçisi.
KİRƏMİTÇİ is. Kirəmit ustası; kirəmitbi-
şirən.
KİRƏMİTLİ sif. Kirəmitlə örtülmüş. Kirə-
mitli dam. - İskəndər kişi də [Səlim müəllimi]
kəndin düz ortasında tikilmiş, yumru təpə
yanındakı sarı kirəmitli məktəbə qədər ötür-
dü. M. Hüseyn. [Züleyxa] birmərtəbəli üstü
qırmızı kirəmitli evə doğru yollandı. M. İbra-
himov.
KİRƏNİŞİN is. [fars.] Bir evdə kirə ilə
yaşayan adam, mənzil kirə etmiş şəxs; kirə-
çi, kirayənişin.
KİRİDİLMƏ “Kiridilmək” dən/ (is.
KİRİDİLMƏK məch. Səsi kəsdirilmək;
susdurulmaq.
KİRİKMƏKbax kirimək.
KİRİMƏ "Kirimək”dən fis.
KİRİMƏK / 1. Səsini kəsmək, susmaq,
dinməmək. Uşaqlar kiridilər. - Ölüsü ölən
kiridi, yasa gələn kirimədi. (Ata. sözü). Şirin
sözlərinin çox müştaqiyəm ; Danışmayıb ki-
riməyin nədəndir? M.P.Vaqif. [Tubu:] Indi-
KİRKİT
уәсәп oğlu ölən kiridi, qardaşı ölən kiridi,
amma sən kirimək bilmirsən. Ə.Haqverdiyev.
2. Rahatlanmaq, ovunmaq, sakitləşmək.
[Paşa:] Nə olar, uşaq döyülər də, ağlar da,
kiriyər də! Mir Cəlal. Göyün üzü ağladıq-
dan sonra kirimiş və gülməyə başlamış uşaq
gözlərinə bənzəyirdi. Ə.Vəliyev.
KİRİMİŞCƏ zərf Sakitcə, susmuş halda,
səsini çıxarmadan, sakit-sakit, dinmədən,
dinməz-söyləməz. Molla Nəsrəddin də bir
tərəfdə kirimişcə oturub qulaq asırmış.
“M.N.lətif.” [Koroğlu] gördü kişi kirimişcə
durub maddım-maddım baxır onun üzünə.
“Koroğlu”. [İlyas Adiləyə:] Sonra hərdən-
bir anamla görüşəndə ondan eşidirdim ki,
dayım bütün günü kirimişcə gəzirdi. Ə.Məm-
mədxanlı.
KİRİŞ is. 1. Möhkəm ip. Dəmirçioğlu başa
düşdü ki, onun qollarını mumlu kirişlə bağ-
layıblar. “Koroğlu”.
2. Ox yayının iki ucuna tarım bağlanan ip.
Kirişi çəkmək. —Xan üçhaçalı bir oxu kirişə
qoydu, .. oxu atıb gözlərini yumdu. M.Rza-
quluzadə. // Mişar çərçivəsinin tarım ipi. Mi-
şarın kirişi qırıldı. II Cəhrəni işlədən ip. Cəh-
rənin kirişini tarımlamaq.
KİRİŞÇİ is. Kiriş hazırlayan usta.
KİRİŞLƏMƏ “ Ki ri ş 1 əm ok ” dən /.7.S'.
KİRİŞLƏMƏK/ Kiriş çəkmək.
KİRİŞMƏ "Kirişmək”dən fis.
KİRİŞMƏK qarş. Kirimək (çoxları haq-
qında). [Ana və gəlin] kirişəııdə qızlar ağ-
ladı, qonaqlar ağladı. Çəmənzəminli.
KİRİTMƏ “Kiritmək”dən/w.
KİRİTMƏK icb. 1 . Susdurmaq, sakitləşdir-
mək, səsini kəsməyə məcbur etmək.
2. Sakit etmək, ovundurmaq. [Pərzad Tel-
liyə:] Onda bir parça çörək ver, uşaqları
hələ kiridim, sonra gələrik. Çəmənzəminli.
[Dərviş:] Ürək verib Ruqiyyəni kiritdim.
A.Divanbəyoğlu.
KİRKİRƏ is. Əldəyirmanı. □ Kirkirə
kimi - dəyirman kimi. Şahpərinin çənəsi
kirkirə kimi üyüdür, Yusifə dillənmək üçün
macal vermirdi. B.Bayramov.
KİRKİ(T ) 1 is. xiis. Xalça toxunarkən il-
məklərini sıxlaşdırmaq üçün işlədilən alət;
daraq, həvə.
KİRKİT 2 sif. Qabığı çox bərk olmayan
(qoz, badam və s. haqqında). Qoz sortları
710
KİRKİTLƏMƏ
KİRPİKLİLƏR
mevvə qabığının bərkliyinə görə üç cür olur:
yumşaq və ya nazikqabıqlı - buna kağızı
qoz, qabığı orta bərklikdə olana kirkit qoz,
qabığı çox bərk olana isə çətənə qoz deyir-
lər. I.Axundzadə.
KİRKİTLƏMƏ “Kirkitləmək”dən f.is.
KİRKİTLƏMƏK f. Kirkitlə ilməklərini
sıxlaşdırmaq, kirkit vıırmaq. Xalçanı kirkit-
ləmək.
KİRKİTMƏ “Kirkitmək”dən f.is.
KİRKİTMƏKbax kirkitlənıək.
KİRLƏNDİRİLMƏ “Kirləndirilmək”dən
f.is.
KİRLƏNDİRİLMƏK məch. Çirkləndiril-
mək.
KİRLƏNDİRMƏ “Kirləndirmək”dən /и.
KİRLƏNDİRMƏK bax kirlətmək. Pal-
tarı kirləndirmək.
KİRLƏNMƏ “Kirlənmək” dən f.is.
KİRLƏNMƏK f. Çirklənmək, kirli hala
gəlmək. Tərdən yaxası kirləndi. Üst-başı kir-
ləndi.
KİRLƏNMİŞ/ji/ Çirklənmiş, kirli, çirkli.
Sonra da kirlənmiş bir yaylıq kimi; Atılmış o
bizim yazıq analar. S. Vurğun.
KİRLƏTMƏ “Kirlətmək” dən f.is.
KİRLƏTMƏK f. Kirləndirmək; kirli,
çirkli etmək; çirkləndirmək.
KİRLİ sif. Kir tutmuş, çirk basmış; çirkli.
Kirli yun. Kirli əl. Kirli paltar. - Yaylığı kirli
balam; Qəlbi fikirli balam; Cahıl-cuhul için-
də; Mənim şəkilli balam. (Bayatı). Bu sulu,
palçıqlı, kirli dünyada; Səməndər quşunu
salırsan yada! Şəhriyar.
KİRLİK is. Bir şeyin çirklənməməsi üçiin
onun üzərinə çəkilən parça. // Döşlük, ön-
lük. Kirlik geymək.
KİRLİLİK is. Kirli şeyin halı; çirklilik.
KİR-PAS bax kir. Kir-pası tökülmək. Kir-
pas içində olmaq.
KİRPİ is. zool. Məməlilər sinfindən dərisi
tikanla örtülü heyvan. Çəpgöz avı, yumru
kirpi; Yanlarında qara böcək; Dedilər ki, qış
gəlməmiş; Yuvalara enək gərək. M. Dilbazi.
0 Kirpi kimi qınına çəkilmək - cəmiy-
yətdən, insanlardan uzaqlaşaraq özünə qa-
panmaq.
KİRPİK is. 1. Göz qapağının kənarların-
dakı tiikcüklər. Uzun kirpiklər. - Anamın buz
məzarından; Bilirəm ki, neçə dəfə; Torpaq
alıb kirpiklərin. M. Araz. Qızarmış yanaqları,
uzun kirpikləri, iri gözlərinin süzgün baxışı
ona məlahət verirdi. T.Ş. Simurq. □ Kirpik-
lərini endirmək - yerə baxmaq. Kəmalə
məndən utanırmış kimi kirpiklərini aşağı
endirdi. M.Hüseyn. Mehriban kirpiklərini
ağır-ağır endirdi. H.Seyidbəyli. Kirpiklərini
qaldırmaq - gözlərini açmaq; baxmaq,
süzmək. O, kirpiklərini qaldırıb yarıaçılmış
qapıya baxdı. M. İbrahimov. Məsum kişi ..
kirpiklərini qaldıranda havanın tamam qa-
ranlıqlaşdığını görüb yatağını açdı.. Mir
Cəlal. Kirpiklərini qırpmaq - tez-tez göz-
lərini açıb yummaq, imi .. kirpiklərini tez-tez
qırpmağa başladı. 1. Əfəndiyev.
2. xiis. bax kirpikcik.
0 Kirpik çalmaq (çaxmaq) - heyrətdən,
təəccübdən tez-tez gözlərini açıb yummaq.
Ovçu gendən yayındı; Oxu məndən yayındı;
Bir dəfə kirpik çaldım; Gözüm səndən ya-
yındı. (Bayatı). Kirpik çaxdı, oğrun baxdı;
Od saldı cana, yeridi. Aşıq Ələsgər. Səriyyə
xaııım .. kirpik çalır və ağzındakı saqqızını
yavaş-yavaş çeynəyirdi. M. S. Ordubadi.
Kirpik (kirpiklərini) döymək -bax kirpik
çalmaq. [Rəşid] ani olaraq uzun kirpiklərini
döyərək qara, nazik qaşlarını tərpətdi.
M.lbrahimov. Yusif kirpiklərini döyüb özünü
oyaq göstərməyə çalışdı. B.Bayramov. Əllə-
zoğlıı kirpiklərini tez-tez döyüb bic-bic irişdi.
İ. Hüseynov. Kirpik (kirpiklərini) qırpma-
maq (qırpmadan) - dik, diqqətlə, gözlərini
yummamaq (yummadan). Qoca bunları gör-
mür kimi kirpiyini belə qırpmır. Çəmənzə-
minli. [Gülşənəm:] də kirpiklərini qırpmadan
Cəmilə baxırdı. M.Hüseyn. Kirpikləri tit-
rəmək - hirsləmnək, haldan çıxmaq. Bu ana
qədər buxarının istisindən xumarlanan və
qərarından getməyən Rəhim bəyin kirpikləri
titrədi.. M.Hüseyn. Kirpiyi (kirpikləri) ilə
od götürmək (qaldırmaq) çox ağır əziy-
yət, zülm çəkmək.
KİRPİKCİK is. 1 . Qısa, kiçik kirpik.
2. adətən cəm şəklində, xiis. Bəzi heyvan-
ların hüceyrələrində və bitkilərdə kirpiyə
oxşar törəmələr.
KİRPİKLİLƏR cəm. zool. Kirpikləri olan
heyvanlar sinfi.
711
KİRPİKSİZ
KİRPİKSİZ sif. Kirpikləri olmayan və ya
çox seyrək olan. Kirpiksiz gözlər.
KİRS 1 is. Yara sağaldıqdan sonra ətrafında
qalan bərkimiş şiş. Yara sağalar, kirsi yox.
(Ata. sözü).
KİRS 2 is. Parçada, xalçada və s.-də qırış,
bükük.
KİRSLİ sif. Kirsi olan (bax kirs). Kirsli
yara.
KİRŞAN is. Qadınların üzlərinə sürtdük-
ləri ağ və ya ət rəngində ətirli, kosmetik toz
maddə. Əziziyəm, bizə gəl; Al-yaşıl gey, bizə
gəl ; Üzün kirşanı neylər; Çək sürməni gözə,
gəl. (Bayatı). Ənliyi-kirşanı neylər camalın;
Sən elə gözəlsən binadan, pəri! M.P. Vaqif.
□ Kirşan vurmaq (sürtmək) bax kir-
şanlanmaq.
KİRŞANLAMA “Kirşanlamaq”dan fis.
KİRŞANLAMAQ f Üzə, yanağa kirşan
sürtmək. [Qətibənin] çöhrəsini Bağdad və
Xorasanın ağ mərmər rəngli kirşanları ilə
kirşanladılar. M. S. Ordubadi.
KİRŞANLANMA “Kirşanlanmaq”dan fis.
KİRŞANLANMAQ məch. Üzə kirşan vu-
rulmaq, kirşan sürtülmək.
KİRŞANLI sif. Kirşan sürtülmüş, kirşan
vurulmuş. Kirşanlı iiz. - Kirşanlı buxağa,
sürtük yanağa; Qondarma xallara vurulmuş
ağa. H.K.Sanılı.
KİRŞƏ is. Altı hamar iki paralel xizək
üzərində düzəldilmiş minik və ya yük ara-
bası. Kirşə ilə odun daşımaq. H Uşaqlar üçün
kiçik əl kirşəsi. [Kamal] dərsdən sonra ..
kəndin kənarındakı təpədə kirşə sürməyə ge-
dərdi. M. Rzaquluzadə.
KİRŞƏBAĞLAYAN is. Kirşəqayıran usta;
kirşəçi.
KİRŞƏÇİ is. 1 . Kirşə işlədən, kirşə sürən
adam.
2. Bax kirşəbağlayan.
KİRT 1 is. Dəridə əmələ gələn qırış, bükük,
büzüm.
KİRT 2 təql.: kirt dayanmaq - birdən hə-
rəkətdən qalmaq, birdən dayanmaq. Saat
işlədiyi yerdə birdən kirt dayandı. Uşaqlar
kirt dayandılar. - [Ağasəfər] ..darvaza qaba-
ğında bir milis nəfərini görüb kirt dayandı.
Ə.Əbiilhəsən.
KİRTİK 1 is. Sabun işləndikdən sonra qalan
kiçik hissəsi. Sabun kirtiyi.
KİSƏ
KİRTİK 2 is. bayt. Atm axsamasına səbəb
olan azar. At kirtik olmuşdur.
KİRVƏ is. 1. Uşaq sünnət olunarkən onu
tutan adam. Uşağın kirvəsi.
2. Yaxın adama kişiyə müraciət məqamın-
da işlədilir. Qasıməli kirvə, .. bizə gərək iki
pud xalis inək yağı, göndərəsən. C.Məmməd-
quluzadə. [Nəbi:] Kirvə, yaxşı vaxtda gəl-
misən, bir adamımız çatmırdı. S.S. Axundov.
- Vur, köpək oğlunu, günahı çoxdur! - De-
yib qızışdırır bəyi kirvəsi; Muzdurun getdik-
cə kəsilir səsi... S.Vurğun.
KİRVƏCANI is. тәһ. Kirvə arvadına xitab,
müraciət sözü.
KİRVƏLİK is. 1. Kirvə olma. [Xudaverdi:]
Bir kiı-vəlik paltarı keçiribdir əyninə, [Oru-
cun] gözü ayağının altını görmür. Ə. Vəliyev.
Kirvəlik hər hansı yaxın qohumdan daha
yaxındır. P.Makulu.
2. Dostluq, tanışlıq, yaxınlıq.
KİRZA is. Dəri və rezini əvəz edən mad-
də; dəri əvəzi.
KİS 1 is. məh. fars. ] Xalça, kilim, gəbə və
s.-də qabarıqlıq, qırışıq, bükük.
KİS 2 nida. Qoyunları sürmək üçün çoba-
nın işlətdiyi nida sözü.
KİSBƏND is. fars!] Balaca kəsərtilər üçün
gön qab, qılaf, futlyar. Dəllək kisbəndi.
KİSEL is. [rus.] Meyvə şirəsinə nişasta
və s. qarışdırılmaqla hazırlanan həlməşik ye-
mək növü. Meyvə kiseli. Südlü kisel.
KİSƏ is. [fars.] 1. Un, buğda, düyü və b.
səpələnən, dağılan şeyləri saxlamaq və ya
bir yerdən başqa yerə aparmaq üçün qab -
torba. Düşərgənin qabağında gübrə dolu
kağız kisələr, peyin və bir neçə neft çəlləyi
vardı. M.İbrahimov. Usta Ramazan sement
və şüşə tozu ilə dolu kisələri göstərib fəhlə-
lərə əmr verdi. M. Hüseyn. // İçinə pul və s.
qoymaq üçün kiçik torba, kisəcik. Pul kisəsi.
Bir kisə xına. - Koroğlu qocaya bir kisə qızıl
verdi. “Koroğlu”. [Hacı Qara:] Oğlum ölsün
ki, dəxi kisədə tənbəki yoxdur. M.F.Axund-
zadə.
2. Cib mənasında. Nisyə girməz kisəyə.
(Məsəl). Gecə gələn qonaq öz kisəsindən
yeyər. (Məsəl). Sən bilirsən ki, Təbriz uşağı
kef çəkəndə kisəsinin ağzını bağlamaz.
M.S. Ordubadi. Millətin kisəsi boşdur, işi yaş,
712
KİSƏCİK
ey məşədi ; Ala bilmir evə bir ponza lavaş,
ey məşədi! M.Möcüz.
3. Yuyunarkən bədəndən çirki çıxartmaq
üçün cod parçadan tikilən və ələ keçirilən
torbacıq. □ Kisə çəkdirmək - hamamda
kisəçiyə kisə ilə bədəninin çirkini çıxart-
dırmaq. Kisə çəkmək - kisə çəkərək bədə-
nin çirkini çıxartmaq. Miyançızadə əvvəlcə
Nuriyevin uşaqlarını çimizdirdi, sonra
kamali-səliqə ilə Nuriyevə kisə çəkdi və yu-
yundurdu. Ə. Vəliyev.
4. zool. Kisəli heyvanların qarınları altın-
da olan kisəyə oxşar boşluq (balaları bunun
içində böyüyüb yetişirlər).
0 Kisədən getmək - zərər dəymək, əldən
çıxmaq. Kisəsindən getmək - itirmək, əldən
çıxmaq. O, kisəmizdən getdi. - ...kisəsinə daş
atmaq - qəsdən pullarını xərclətmək, qur-
tarmaq. Bu pulsuz vaxtınıda, Mirzənin kisə-
mə daş atmağına müəyyən məna verə bil-
mədim. Mir Cəlal. Kisəsini doldurmaq - hər
vasitə ilə varlanmaq, cibini doldurmaq. ..Hər
gələn kisəsini doldurmağa çalışır. H.Nəzərli.
KİSƏCİK is. Kiçik kisə. Xına kisəciyi. Tü-
tün kisəciyi.
KİSƏÇƏKƏN is. bax kisəçi.
KİSƏÇİ is. Hamamda kisə çəkməklə məş-
ğul olan adam; kisəkeş. [Bu qadın] Məşədi
Abbas ağa kisəçinin övrətidir. M.S.Ordubadi.
KİSƏÇİLİK is. Kisəçinin işi, peşəsi, sə-
nəti. Kisəçilik etnıək.
KİSƏDİBİ is. işləndikdən sonra qalan az
miqdar şey. Kisədibi un. Kisədibi düyü.
KİSƏKEŞ fars.] bax kisəçi.
KİSƏ-KİSƏ is. Bir neçə kisə, kisələr dolu-
su, kisələrlə. ..Top-top çit, kisə-kisə qənd-
çay maşından boşaldıqca adamların “sağ
ol, Zəki! - səsləri ümumi bir xora dönmüşdü.
R. Rza. İndi top-top, tay-tay parça, kisə-kisə
şəkər, un, düyü daşınırdı. Ə.Əbülhəsən.
// тәс. Çoxlu miqdarda. ..Nikolay padşah
Qaçaq Nəbinin başını gətirən hər hansı
adama kisə-kisə qızıl da vəd edirdi.
S. Rəhimov.
KİSƏLƏMƏ "Kisələmək”dən/w.
KİSƏLƏMƏK/ Kisə ilə çirk çıxartmaq,
kisə ilə bədənini sürtmək. [Camadar] baş-
ladı mənim canımı ovmağa, sonra da kisə-
ləməyə. C. Məmmədquluzadə.
KİŞİ
KİSƏLƏNMƏ “Kisəlonmok”don f.is.
KİSƏLƏNMƏK qayıd. Bədəninə kisə sürt-
mək, bədəninə kisə çəkmək. // “Kisələmək”-
dən ınəclı.
KİSƏLƏTDİRMƏ “Kisələtdinnək”dən f.is.
KİSƏLƏTDİRMƏK icb. Bədəninə kisə
sürtdürmək, kisə çəkdirmək.
KİSƏLƏTMƏ “Kisələtmək”dən f.is.
KİSƏLƏTMƏK bax kisələtdirmək.
KİSƏLİ sif. Kisəsi olan (bax kisə 4-cü
mənada). Kisəli heyvanlar.
KİSƏLİLƏR cəm zool. Məməlilər sinfinə
mənsub olub, yaxşı inkişaf etməmiş kiçik
balalar doğan və onları qarınları altındakı
kisədə saxlayıb böyüdən kisəli heyvanlar
(məs.: kenquru, köstəbək). Tabaşir dövrü-
nün xırdcı məməli heyvanları təkamül edərək
iki qrupa - kisəlilərə və ətənəliQərə) ayrılır.
M. Axundov.
KİSƏYİ is. Nazik şəffaf parça. 2 metr ki-
səyi. II Həmin parçadan tikilmiş. [Gülbadam]
ağ kisəyi köynəyinin enli qolları ilə uşağın
alnındakı təri sildi. N.Nərimanov. Qadınlar
kisəyidən nazik paltar geyib, başlarını yay-
lıqla örtmüşdülər. M. İbrahimov.
KİST is. [rus. ] Bir şeyə rəng və ya yapış-
qan sürtmək, yaxud sulu və ya yağlı boya
ilə şəkil çəkmək üçün ucuna cod tük topası
bağlanmış alət; fırça. Müharibə günündə
kəskin bir silah olur; Mənim əlimdə qələm,
rəssamın əlində kist. S.Rtistəm.
KİSVƏT is. [ər.] klas. Paltar, libas. Çün
naməyə qıldı bir nəzarə; Can kisvətiıı etdi
parə-parə. Füzuli. Pəhləvanlar kisvət geyir,
yağlanır ; Cümlə bəzirganlar burda əylənir.
“Aşıq Qərib”.
KİŞ nida. Toyuqları, quşları və s. qovmaq
üçün çıxarılan səs. Vuraram ölər, kiş deyə-
rəm, getməz. (Məsəl). [Qaraş xoruza:] Kiş,
kiş, öləsən, səni! M.İbrahimov. Kiş, kiş, qırıl-
mışlar! - deyə, Adilə əyilib yerdən fındıq
boyda bir daş götürdü, göyə, qartallara doğ-
ru tolazlamaq istədi. Ə.Məmmədxanlı.
KİŞİ is. 1 . Cinscə qadının əksi. Ar\’ad üzlü
kişidən, kişi üzlü arvaddan əlhəzər. (Ata.
sözü). [Rüstəm bəy:] Mən gözümün ağı-
qarası olan bir qızımı, bax bu kişiyə ərə ve-
rirəm. Ü.Hacıbəyov. Bu gün kişilərdən daha
çox aı-vad var idi. T.Ş. Simurq.
713
KİŞİCİYƏZ
2. Ər. Onun kişisi çoxdan ölüb. - [Cahan:]
Bəli, kişim dəllallıq edərdi. Ü. Hacıbəyov.
..Kişisi cavan yaşında öldüyündən Durna-
nın həyatı pozulmuşdu. Ə. Sadıq.
3. Adam, şəxs, kəs. Hər kişi öz işini
bilsin. Hər kişi öz sözünü dedi. - Hər kişinin
öz münasib tayı var ; işim nədir deyəni
xandan, a miızə. Aşıq Pəri. Kişi dövlətinə pa-
sibaıı gərək; işarə anlayan, söz qanan gə-
rək! Q.Zakir.
4. məc. Mərd, namuslu, sözündə sabit
adam. Bu, kişiyə yaraşan hərəkət deyil. -
Özün kişi deyən kimsə sədaqət sənətin işlər.
M.P.Vaqif. [Məşədi İbad] ..Mən deyirəm ki,
axı Rüstəm bəy kişidir, belə iş eləməz.
Ü. Hacıbəyov. □ Kişi kimi - mərdliklə, na-
musla, mərdcəsinə, möhkəm. Özünü kişi
kimi aparmaq. Kişi kimi söz vermək.
5. Hörmət əlaməti olaraq yaşlı kişilərin
adlarına əlavə olunur. Alı kişi neçə illər idi
ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”. Həsən
kişi yeganə qızının haqqında dönə-dönə tə-
riflər eşitmişdi. M.İbrahimov. Xalıqverdi kişi
qocalmışdı. Ə. Vəliyev. □ Beş kişinin biri
- hörmətli, nüfuzlu kişi haqqında.
KİŞİCİYƏZ, KİŞİCİK “Kişi” sözündən
oxş. [Tükəz:] Kişiciyi tovluvub qaçaq mala
apardılar. M.F.Axundzadə. [Zərrintac:] Guya
bizim bu kişiciyin böyük bir gəmisi-zadı ba-
tıbdır! S Rəhimov.
KİŞİ-KİŞİ zərf Kişilərə məxsus bir tərz-
də, kişi kimi, yaşlı adam kimi. Aslan baltanı
götürür, kişi-kişi soba üçün odun varırdı.
S. Rəhimov.
KİŞİLƏNMƏ “Kişilənmək”dən / is.
KİŞİLƏNMƏK/ 1 . Kəkələnmək, xoruz-
lanmaq, cəsarətlənmək, üstünə qabarmaq.
[Hacı:] Demək ki, Sultanəli tək məni söyür,
ya Məşədi Cahangirə kişilənir? Mir Cəlal.
Ancaq Sadığın vanında özünü təhqir olunmuş
sayan Kərim bir az kişiləndi. Ə.Vəliyev.
2. Bax kişiləşmək 1-ci mənada.
KİŞİLƏŞMƏ “Kişiləşmək ” dən f. is.
KİŞİLƏŞMƏK/ 1. Cismən yetkinləşmək,
möhkəmlənmək, tamamilə boya-başa çat-
maq, yekəlmək.
2. Kişi xasiyyətli olmaq, kişi kimi olmaq.
Kişilərlə yoldaşlıq edib bir vəzifə daşıdığım
üçün kişiləşmədim ki! M. S. Ordubadi.
KİŞ-KİŞ
3. Bax kişilənmək 1-ci mənada. Görür-
sən ki, uşaqlar şitəyir, bir az yekəsi kişiləşir,
onları aralayırdı. S. Rəhimov.
KİŞİLİ-ARVADLI top. Həm kişilər, həm
qadınlar; hamı. Ya rəbbi! - deyə bu dəfə kişili-
arvadlı biitün məclisdəkilər yerbəyerdən səs-
ləndilər. M. Rzaquluzadə.
KİŞİLİK is. 1 . Qoçaqlıq, igidlik, mərdlik,
mətanət, səbat, qeyrət, hünər. Hücuma baş-
larkən Bədəlov taqımına demişdi: - Bax, kişi-
lik vaxtıdır, qırdığınızı qırın, olnıadı əsir tu-
tun.. Ə.Əbülhəsən. [Fərhad] döyüşçülərlə
olduqca müxtəsər danışdı: - Hər kəsdə azər-
baycanlı qanı varsa, bu gecə kişilik göstər-
məlidir. Ə.Vəliyev.
2. Kişiyə xas olan sifətlər, xüsusiyyətlər.
[Hacı:] Mənim kişiliyim qalmayıb. C. Cab-
barlı. [Hacı Kamyabın] kişiliyini yaxşı anla-
maq lazım gələrsə, “arvadlar arasında kişi"
sözü haqqında fikrini anlamaq gərəkdir..
Qantəmir. // Kişi heysiyyəti, mənliyi, qey-
rəti. Miiqim bəyin kişiliyinə toxunan bu atma-
cadan o, pul kimi qızardı. S. Rəhimov. // Kişi
cinsi qabiliyyəti.
0 (Heç) kişilik(dən) deyil - kişi adına
yaraşmaz, insana yaraşmaz, layiq deyil. Qəs-
sab Alı fikirləşdi ki, bu belə danışır, bunun
kefinə dəyib Eyvazı əlindən almaq heç kişi-
likdən deyil. "Koroğlu”. [Əmrah:] Eh, nökər-
çilik də bir kişilik deyil. Ə. Haqverdiyev.
KİŞİSİZ zərf və sif. Sahibsiz, ərsiz. Kişi-
siz ev. Kişisiz arvad. - Kimdirlər .. kəbinli
övrətlərini gecələr evlərdə kişisiz qoyanlar?
C. Məmmədquluzadə. Demək, Nigar səhvini
anlamış, başa düşmüşdür ki, ev kişisiz dolana
bilməz. S. Hüseyn.
KİŞİVARİ sif. Kişiyə oxşar kimi, kişi kimi.
[Məşədi Kaşani:] Görünüz iş nə mərtəbəyə
çatıbdır ki, bir para üııas xeylağı kişivari
paltar geyib konduktorluq və sərtiblik edir.
Qantəmir.
KİŞİVARİLİK is. Kişiyə oxşama, özünü
kişiyə oxşatma.
KİŞ-KİŞ bax kiş. Kiş-kişlə donuz darıdan
çıxmaz. (Ata. sözü).
0 Kiş-kişlər olsun! - Allah eləməsin,
Allah göstərməsin, ev-eşikdən uzaq olsun.
Arvad .. samovara kömür salır, gülə-gülə
əlini dizinə vurub deyir: - Kiş-kişlər olsun,
714
KİŞLƏMƏ
Səttar, başına hava-zad gəlməyib ki! Ə.Əbül-
həsən.
KİŞLƏMƏ “Kişləmək”dən/«.
KİŞLƏMƏK f. “Kiş” deyərək toyuqları,
quşları qovmaq. Toyuqları kişləmək.
KİŞMİR is. [Hindistandakı Kişmir şəhə-
rinin adından] Nazik yun və ya yarımyun
parça növü. Kişmirdən şaldı səndə; Dil deyil,
baldı səndə; Mən verdiyim nişana; Yadigar-
qaldı səndə. (Bayatı). // Bu parçadan olan
şal, örtük. Gümüşdən ətəklik, qızıldan tana;
Başda kişmir ola, tirmə şal ola. Aşıq Bayram.
KİŞMİRİ sif. Kişmirdən tikilmiş, kişmir-
dən olan. Kişmiri paltar. Kişmiri şal.
KİŞMİŞ is. [fars.] Üzüm qurusu. [Qulan-
çarı:] Afərin bacım Zeynəb, indi otur, bunları
dəstə tutaq, bazarda satıb sənə çoxlu kişnıiş
alacağam. S.S.Axundov.
KİŞMİŞİ is. Tezyetişən, xırda dənəli, şirin
üzüm növü.
0 Kişmişi gülmək - kəsik-kəsik, xırda-
xırda, yavaş səslə gülmək. [Nazlı:] Bəxtəvər
necə kişmişi gülür. Ə.Məmmədxanlı.
KİŞNƏKbax kişnərti.
KİŞNƏMƏ “Kişnəmək” dən f is. II Kişnə-
mək səsi. Nəbi boz atın kişnəməsinə ayılır.
“QaçaqNəbi”. Yavuqdan at kişnəməsi də eşi-
dilir. C. Məmmədquluzadə.
KİŞNƏMƏK/ 1. Kişnərti səsi çıxarmaq.
Buralardan yüyür, tez ötüş barı; ilxının kiş-
nəyir ayğır atları. A.Səhhət. Kor at sahibinə
yanaşıb qəmgin və titrək səslə ucadan kiş-
nədi. M.Hüseyn. // məc. At kimi səs çıxarmaq,
qaqqıldamaq.
2. məc. Uğultu səsi çıxarmaq; uğuldamaq.
Göy kişnəyir. - Qum təpəsi kimi yeridikcə
qar; Buludlar kişnədi, göylər ağladı. S.Vur-
ğun. Siz yelkən açanda göylər kişnəyir; Günəş
mayak olub sancılır suya. Ə.Cəmil.
KİŞNƏRTİ is. 1 . Atın çıxardığı səs; kiş-
nəmə. Atın kişnərtisinə bir gəlin çölə çıxdı.
Ə.Vəliyev. [Sərvinaz] ..çöldəki hənirtini alan
çal atın kişnərtisini eşidirdi. B. Bayramov.
2. məc. Uğultu, şiddətli səs. □ Kişnərti
salmaq - uğuldamaq. Güclü külək kişnərti
salır, uğultu uğultuya qarışır, min bir səs
bir-birinə qovuşurdu. S. Rəhimov.
KİŞNƏŞMƏ “Kişnəşmok”don/7,s.
KİŞNƏŞMƏK qarş. Kişnəmək (eyni vaxt-
da bir çox at haqqında). Mələşmir sürülər.
KİTAB
kişnəşmir atlar; Niyə pərişandır halların,
dağlar! Aşıq Ələsgər. Muğanda sayrışır
bağlar-bağatlar; Oynaşır ilxılar, kişnəşir
atlar. S.Vurğun.
KİŞVƏR is. [fars.] klas. Ölkə, məmləkət.
Leyli məhi-asimaııi-həşmət; Məcnun şəhi-
kişvəri-məlahət. Füzuli. Bizə çox kişvərii vila-
yətlər; Etdilər lütflər, inayətlər. M. Ə. Sabir.
KİTAB is. [ar.] 1. Üzərində hər hansı bir
mətn olan vərəqlərin bir araya gətirilərək
tikilib cildlənmiş nəşriyyat növü. // Əlyaz-
ması şəklində olan bu cür əsər. Qalııı kitab.
Böyük kitab. - Nə qədər ki, qamusları vərəq-
lədim, nə qədər ki camaat içində dolandım,
"millət” sözünü nə eşitmədim, nə də bir kitab-
da gördüm. C.Məmmədquluzadə. Pul qal-
madı, baxmışam hesabə; Getdi qələmə, kağız,
kitabə. M.Ə. Sabir. Əski kitabları araşdırıb
qocaman bir kitab aldım. S. Hüseyn. // Ay-
rıca çap olunmuş və ya çapa hazırlanmış
böyük, ya kiçik həcmli əsər. Kitab yazmaq.
Kitab nəşr etmək. Maraqlı kitab. Kitabın
müəllifi. □ Kitab palatası - Azərbaycanda
mərkəzi biblioqrafiya idarəsinin adı.
2. Hər cür yazı üçün cildə tikilmiş kağız
vərəqləri. “Qılınc və qələm ” romanı iki kitab-
dan ibarətdir. □ Kitab dili - canlı dildən
fərqli olaraq yazılı ədəbi dil üçün səciyyəvi
olan dil, üslub.
0 Kitab açdırmaq din. - Quranla fala bax-
dırmaq. Aman ay molla dayı, bir kitab açdır,
fala bax; Tapmasan çarəsini, sən də de
ordan: "ölübə!” M.Ə. Sabir. Kitab açmaq
din. - Quranla fala baxmaq. Abidi çağırıb
dedilər: - Bir kitab aç, görək padşahın dərdi
nədir? (Nağıl). Kitab bağlamaq - tərifnamə
yazmaq, mədh etmək. Adına kitab bağla-
maq. - Bağladım vəcdə gəlib hüsnünə şe-
rimlə kitab; Bu yolun yolçusu tək dərdə dö-
züb çəkdim əzab. S. Rüstəm. [Kərim baba:]
..Mən əgər yazı-pozu bilsəydim, gənclikdə
göstərdiyim igidlikləri bir-bir yazar, böyük
bir kitab bağlardım. A.Şaiq. Kitab bağlan-
maq - sona çatmaq, sona yetmək, iş bitmək.
[Aftil:] Bəh, bəh! Kitab bağlandı. C.Cab-
barlı. Kitab əhli - bax əhli-kitab (“əhl”də).
Kitaba baxmaq - bax kitab açmaq. Ki-
taba əl basmaq din. - Qurana and içmək.
Kitabı bağlanmaq - axırı olmaq, sonu çat-
715
KİTAB ALTI
maq, işi bitmək, qurtarmaq. Artıq kitabı
bağlandı. - Daha bunun kitabı bağlandı, -
deyə bəzən neftçilər quyudan əllərini üzdü-
lər. M. Hüseyn.
KİTABALTI is. Kitabı açıq saxlamaq üçün
dayaq, altlıq; rəhil.
KİTABÇA is. 1 . Kiçik kitab, balaca kitab.
[Pyotr] qəzetlərin arasından bir kitabça
ayırıb onlara göstərdi. S. Rəhman. Gülşən
xeyli fikirləşdikdən sonra stolun sağ tərəfin-
dəki kitabçanı əlinə götürdü. Ə.Vəliyev.
2. içərisində mətn və yazı üçün yeri olan
dəftərçə şəklində bəzi sənədlərin adı. Çek
kitabçası. Əmanət kitabçası. - Əmiraslaıı
döş cibindən əməkgünü kitabçasını çıxartdı.
S. Rəhimov.
KİTABÇI is. 1 . Kitab həvəskarı, kitab se-
vən, kitaba həris; kitabpərəst.
2. Kitab ticarəti işçisi; kitabsatan.
3. Sifi mənasında. Kitab alveri ilə məşğııl
olan; kitabsatan. [Mirzə Qədirin] şəhərin
mərkəzində ikiqatlı evi, mətbəəsi, böyük bir
kitabçı mağazası vardı. S. Hüseyn.
KİTABDAR is. [ər. kitab və fars. ...dar]
köhn. Kitabxanaçı, kitab saxlayan, kitabxana
işçisi. İkinci Şah İsmayılın dövründə [Sadiq
bəy Əfşar] saray kitabxanasının xidmətçilə-
rindən olmuş və nəhayət. Birinci Şah Abba-
sın kitabdan vəzifəsini daşımışdır.
KİTABƏ is. [ər.] 1. Binanın qapısı, daşlar,
yaxud abidələr üzərində yazılmış və ya qa-
zılmış yazı. Əvvəlcə, onların Ərəbli dedik-
ləri kəndin köhnə adı Aran kəndidir. Orada
olan kitabələr və sairə də bunu isbat edir.
M. S. Ordubadi.
2. Qəbir daşları üzərində həkk edilmiş yazı.
KİTABƏT is. [ər.] klas. 1. Yazı yazma
sənəti, yazma. Əqlimi puç etdi kitabət, vazı.
Ə.Nəzmi. □ Kitabət etmək - yazmaq. Ayrı-
ayrı hərə kitabət edir; Xacələr onlara nəza-
rət edir. A.Səhhət.
2. Katiblik, katib vəzifəsi.
KİTABXANA is. [ər. kitab və fars. ...xanə]
1 . Ümumi istifadə üçün kitabların toplandığı
və mühafizə edildiyi yer. Kütləvi kitabxana.
Məktəb kitabxanası. - Nərgiz özü isə kənd
kitabxanasının müdiri olduğundan işə bir
saatdan sonra gedəcəkdi. M.Hüseyn. // Kitab-
lar toplusu, habelə onların saxlandığı yer.
Alimin kitabxanası.
KİTRƏ
2. Kitab saxlanan yer. İçəri otaq kitabxa-
nadır.
3. Müəyyən mövzııya həsr olunmuş kitab-
lar seriyasının adı. Yazıçının kitabxanası.
4. Keçmişdə: kitab mağazası.
KİTABXANAÇI is. Kitabxana işçisi. Qoca
kitabxanaçı Tahirin üzə salıb istədiyi kitabı
verdi. M.Hüseyn. Hiiquq fakültəsinin böyük
və zəngin kitabxanasında kitabxanaçılar
çalışıb-əlləşir, tələbələri, müəllimləri .. istə-
dikləri kitablarla təmin edirdilər. S.Rəhimov.
KİTABXANAÇILIQ is. Kitabxanaçı peşəsi,
vəzifəsi, işi.
KİTABİ is. [ər.] Kitab (kvadrat) şəklində
şüşə qab. Baxma kitabi-hikmətə, mey tök ki-
tabiyə; Çoxdan itibdir, ey ləbi-meykun, kita-
bımız. S.Ə.Şirvani. // sif. Bu şəkildə olan.
Kitabi şüşə.
KİTABPƏRƏST sif. və is. [ər. kitab və fars.
...pərəst] Kitabı çox sevən, kitaba vurğun
olan, kitabdan ayrıla bilməyən (adam). Ki-
tabpərəst adam.
KİTABPƏRƏSTLİK is. Kitabı, kitab yığ-
mağı, kitab oxumağı sevmə, kitaba vurğun-
luq. [Zivər xanım:] [Atam] heç axıra qədər
də Məlikin bu kitabpərəstliyindəıı xoşlan-
mırdı. S.Rəhimov.
KİTABSATAN is. Kitab satmaqla məşğul
olan adam.
KİTABŞÜNAS is. [ər. kitab və fars.
...şünas] Kitabşünaslıqla məşğul olan adam,
kitab tanıyan, kitabşünaslıq mütəxəssisi.
KİTABŞÜNASLIQ is. Kitablar haqqında
elm.
KİTEL [alnı. Kittel] Hərbi biçimdə pen-
cək, dikyaxalı kıırtka. Pristav və yoldaşları
əyləşdilər. Onlar kitellərinin yaxasını açdı-
lar. İ.Şıxlı. Hələ əynində olan və onun mütə-
nasib bədəninə, dikbaxışlı qumral gözlərinə
.. çox yaraşan poqonsuz bir kitel vardı.
M.Rzaquluzadə. Pristav kitelinin dal cibin-
dən yekə ağ dəsmal çıxarıb pazı kimi qırmızı
peysərinin tərini sildi. Ə.Abasov.
KİTRƏ is. Bəzi ağac və kol bitkilərinin
gövdələrindən axan yapışqanabənzər yarım-
şəffaf qatı maye. Kolşəkilli gəvəıı .. cinsinin
növlərindən ipək və çit sənayesi üçün qiy-
mətli kitrə ( yapışqaııaoxşar maddə) alınır.
M.Qasımov.
716
KİTRƏLİ
KİTRƏLİ sif. Kitrəsi olan. Kitrəli ağac.
Kitrəli kol.
KİVİ is. Qabığı tüklü, içi yaşıl, turşməzə
meyvə.
KİZB is. [ər.] klas. Yalan, böhtan, iftira.
Kizbi özünə şüar edibsən. Füzuli. Nə bilim
ki, .. gözəl məktubun batini kizb və böhtan ilə
doludur. C. Məmmədquluzadə.
KLAN is. [ing.] Qohumların bir-biri ilə
təsərrüfat, maliyyə və s. əlaqələri olan, bir-
birini qoruyan nəsli və ya qrupu.
KLAPAN is. Maşın motorunun hissələ-
rindən biri.
KLARNET [fr.] Ağacdan qayrılmış, üs-
tündə qapaq və deşikləri olan nəfəsli musiqi
aləti. Nəfəsli musiqi alətləri əsas etibarı ilə üç
qrupa ayrılır: 1. ağacdan qayrılmış nəfəsli
alətlər (fleyta, klarnet, faqot və s. ). . Ə.Bədəl-
bəyli. Ustalardan biri tütək çalmağa başladı.
Sonra o biri usta klarnetdə təzə havalar çaldı.
M. Hüseyn.
KLARNETÇALAN, KLARNETÇİ is. Klar-
net çalan musiqiçi. Orxan maşımıı vanına
gələndə gördü ki, klarnetçalan Ağazəki çiy-
nini Mirzə Muxtarın evinin tininə söykəyib,
qəzet oxuyur. İ.Məlikzadə.
KLASSİK [lat.] 1. Elm, ədəbiyyat, incə-
sənət sahəsində ən tanınmış, ən görkəmli
və məşhur şəxsiyyət. Böyük Azərbaycan klas-
sikləri. - Bir azdan sonra ruscaııı yaxşı öy-
rəndikdə, Cəfər rus klassiklərinin əsərlərini
əslində oxumağa başladı. M.Arif.
2. Ədəbiyyatda və incəsənətdə klassisizm
tərəfdarı. Klassiklərlə romantiklərin müba-
rizəsi.
3. Qədim dillər (yunan və latın dilləri) və
klassik filologiya mütəxəssisi.
KLASSİK sif. [latmcadan] 1 . Klassik tərə-
findən yaradılmış (bax klassik 1-ci mə-
nada), ən nümunəvi, nümunə ola biləcək.
Klassik ədəbiyyat. "Koroğlu ’’ operası Azər-
baycan musiqisinin klassik əsəridir. Klassik
musiqi. - Azərbaycan klassik satirik şerinin
həqiqi və ölməz yaradıcısı olan Sabir ancaq
və ancaq "Molla Nəsrəddin ” məktəbində tər-
biyə alaraq yetişmişdir. M.Ibrahimov. //Ya-
radıldığı və yaşadığı vaxtdan uzun müddət
keçdiyinə baxmayaraq, öz qiymətini, dəyə-
rini, gözəlliyini itirməmiş (əsər və ya şəxs
KLERİKAL
haqqında). // Tipik, çox xarakterik. Klassik
misal.
2. Qədim yunanlara və romalılara aid olan;
antik. // Klassik dillər ( qədim yunan və latın
dilləri).
3. Çox gözəl, nümunəvi. □ Klassik gö-
zəllik və s. - qədim yunanlarda və romalı-
lardakı gözəllik idealını xatırladan gözəllik
və s.
4. Antik dil və ədəbiyyatının öyrənilməsi
ilə bağlı olan. Klassik filologiya. Klassik təh-
sil. □ Klassik gimnaziya - inqilabdan qa-
baqkı Rusiyada: antik dillərin və ədəbiyyat-
ların öyrənilməsi məcburi olan orta məktəb.
KLASSİSİZM [alm. Klassizismus, əsli lat.)
1 . XVII əsrdən XIX əsrin əvvəllərinə qədər
ədəbiyyat və incəsənətdə: antik ədəbiyyat
və incəsənətin nümunələrinə təqlid əsasında
yaranan cərəyan.
2. Qədim yunan və latın dillərinin, habelə
antik mədəniyyətin öyrənilməsi əsasında
qurulan təhsil sistemi.
KLAVİATÜRA [alm. əsli lat.] 1. Musiqi
alətlərində klavişlər sistemi (bütün dillər).
Royalın klaviaturası. - Klavişlərin silsilə kimi
düzülmüş bütün cərgəsinə klaviatura deyi-
lir. Ə.Bədəlbəyli.
2. Hər hansı bir mexanizmdəki klavişlər.
Kompyuter klaviaturası.
KLAVİATURALI sif. Klaviaturası olan.
Klaviaturalı musiqi alətləri.
KLAVİR [alm.] mus. 1 . Simli klavişli musi-
qi alətlərinin ümumi adı (royal, pianino və s.).
2. Opera və ya simfoniya partiturasının ro-
yal üçün uyğunlaşdırılınası.
KLAVİŞ [lat. clavis - açar] Fortepiano,
bayan və b. musiqi alətlərində basılmaqla səs
çıxardan lövhəcik; dil. Klaviş piano, qarmon,
ərğənun kimi musiqi alətlərində olan dillərə
deyilir. Ə.Bədəlbəyli. Qaraqumda ilk dəfə
səslənir pianino: Məharətlə dindirir bir gənc
klavişləri. S. Rüstəm.
KLAVİŞLİ sif. Klavişi olan. Klavişli alət-
lər. Royal, piano klavişli alətlərdir.
KLERİKAL [lat. clericalis] 1. Ruhanilər
silkinə mənsub adam; ruhani.
2. Klerikalizm tərəfdarı, klerikal partiyası
(məs.: İtaliyada xristian demokratları parti-
yası) üzvü.
717
KLERİKALİZM
KLERİKALİZM [lat. clericalis-dən] Fe-
odalizm və kapitalizm şəraitində siyasi və
mədəni həyatda kilsənin (dinin) təsirini
gücləndirməyə və ya onu hakim vəziyyətə
çıxarmağa çalışan siyasi cərəyan.
KLERK is. [/ir.] 1. Kontor xidmətçisi.
2. köhn. Ruhani.
KLİMATOLOGİYA [yun. klima və logos]
Yer kürəsinin müxtəlif sahələrinin iqlimlə-
rini səciyyələndirən, təsnif edən, onların
yayılmasını, iqlim əmələ gətirmə proseslə-
rini və iqlimin coğrafi amillərini öyrənən elm;
iqlimşünaslıq.
KLİMATOLOJİ [yun.] Klimatologiyaya
aid, klimatologiyaya mənsub olan. Klima-
toloji müşahidələr.
KLİMATOLOQ [yunancadan] Klimatolo-
giya sahəsində çalışan alim, klimatologiya
mütəxəssisi; iqlimşünas.
KLİNİK [yunancadan] Klinikaya aid olan,
klinika ilə əlaqədar olan. Klinik şərait. H Kli-
nikada aparılan. Klinik müalicə. Klinik xəs-
təxana.
KLİNİKA [ушЈ. klinike] Eyni zamanda tə-
ləbə məşğələləri ilə yanaşı elmi-tədqiqat işi
aparılan xəstəxana tipli müalicə müəssisəsi.
Ramazan bu kimi fikirlərlə klinikanın qapı-
sından içəri girdi. Mir Cəlal. Müdir klinikanın
məsələlərindən ətraflı danışdı. Ə.Vəliyev.
KLİNİKAÇI, KLİNİST is. [yun.] Klini-
kada işləyən və praktiki həkimlikdən əlavə,
elmi müşahidə və tədqiqatla da məşğul olan
həkim.
KLİP is. Videomaqnitofon lent yazısı.
KLİŞE [/;■.] mətb. Sonradan kağız üzərin-
də çap etmək üçün metal və ya taxta parçası
üzərində qazılmış qabarıq çertyoj, plan və s.
şəklinin surəti. ..Şeyxin Londonda oxuduğu
zaman ingilis qiyafəsiııdəki rəsminin klişe-
sini düzəltdirdik. M. S. Ordubadi. // məc. Ba-
yağı, köhnəlmiş, çeynənmiş söz və ya ifadə.
KLUB [ing.] 1. Müəyyən ictimai qrupa,
peşəyə, sənətə mənsub şəxslərin birgə isti-
rahətini, əyləncəsini, idman məşğələlərini
və s. təşkil edən ictimai təşkilat. Şahmat klu-
bu. idman klubu. Yazıçılar klubu.
2. Bu təşkilatın yerləşdiyi bina. [Hüseyn:]
Mən sənə nə cür başa salım, gedirəm kluba
KOAQULOQRAM
rəqs eləməyə. S. Rəhman. [Nuriyyə:] Bizim
məhəllədə kiçik bir klub var idi. İ.Əfəndiyev.
KNOPKA [ holl .] 1. Kağızı, parçanı və s.-
ni bərk bir şeyə bərkitmək üçün yastı başlı
mıxcıq. Sadıqzadə kağızları knopka ilə bər-
kidən köməkçilərinə göstəriş verirdi. S. Rə-
himov. O, knopkaları ehtiyatla çıxarır, abı
yerli, zərif naxışlı divar kağızının yırtılma-
masına çalışırdı. Ə.Əbülhəsən.
2. Məftildəki elektrik cərəyanının dövra-
nını bağlamaq və müxtəlif mexanizmləri işə
salmaq üçün basma düymə. Elektrik zəngi-
nin knopkası. - Sədr yenə bayaqkı fikirlərinə
qayıtdı, əlini кпоркауа dayadı, gözləmə ota-
ğında əyləşən ortaboy oğlan içəriyə girib qapı
ağzında durdu. S. Rəhimov.
KNYAGİNYA [rus. ] köhn. Knyaz arvadı.
Bu övrət knyaginya Natella imiş. F.Köçərli.
Hacı da knyagiııyanm kefini soruşdu, dostlu-
ğuna dair sözləri yarıtürkcə, varırusca dedi.
M.S. Ordubadi.
KNYAJNA [rus. ] Ərə getməmiş knyaz
qızı. Gözəl кпуајпа dönərək natiqə davamlı
və maraqlı bir nəzər saldı. Lermontovdan.
KNYAZ [ms.] 1. Qədim Rusiyada: tayfa,
qəbilə başçısı; qoşun rəhbəri; feodalizm inki-
şaf etdikcə - feodallar sinfinin yüksək nüma-
yəndəsi, knyazlığın hakimi. Kiyev knyazları.
2. Çar Rusiyasında: bəzi zadəgan nəsillə-
rinə nəslən keçən fəxri titul (XVIII əsrdən
bu titul çarın fərmanı ilə də verilirdi) və bu
titulu daşıyan şəxs. Qız zənn edir, səfərdən
gəlir knyaz; Birdən görür bir qonaqdır tanın-
maz. A.Səhhət. [Əhməd:] Sən get knyazlar-
dan xəbər al, yaranallardan xəbər al, .. onda
bilərsən ki, Aslan bəy kimdir. N.Vəzirov.
[Əmiraslan ağa:] ..Mənini oğlum rusların
knyaz, qraf, baron və qeyri niicəba övladla-
rından artıq və əzizmiş? S.S.Axundov.
KNYAZLIQ is. 1 . tar. Knyazın idarəsi al-
tında olan vilayət. O zamanlar Moskva Suz-
dal knyazlığının sərhədində idi. M.lbrahimov.
2. köhn. Knyaz rütbəsi və hüququ. Məğ-
rur Troyekurov [Vereyskinin] knyazlıq şərə-
fini nəzərə alaraq knyaz Vereyskini bir də-
rəcəyədək özünə miisavi saydı, dəvəti qəbul
etdi. Puşkindən.
KOAQULOQRAM is. [lat. və yun.] Qan
analizində qanın laxtalanması barədə qeydlər.
718
KOALİSİYA
KOALİSİYA is. [lat.] ittifaq, birleşmə.
KOBALT [lat.] kim. 1 . Qırmızıya çalan bərk
ağ gümüşü metal - kimyəvi element. Ayrı-
ayrı kimyəvi elementlərdən isə alüminium.
..siirmə, volfram, nikel, kobalt, qurğuşun və
radioaktiv metalların yeni yataqlarının axta-
rışı xüsusi əhəmiyyət kəsb edir. M. Qaşqay.
2. Həmin metalın oksidindən hazırlanmış
tünd-göy rəngli boya.
KOBUD bax qaba. Kobud parça. Kobud
adam. Kobud hərəkət. Kobud (z.) cavab ver-
mək. - Ağca xaııım zərif əlini Qaraca qıza
uzatdı, o da kobud barmaqları ilə onun əlini
sıxdı. S.S. Axundov.
KOBUDCASINA zəif Kobud tərzdə, kobud
şəkildə, qabacasına. [Səməd] qabağındakı
stolu kobudcasına yana itələdi, palçığa dön-
müş torpaq döşəmədə iri ləpirlər qoya-qoya
sürətlə çıxıb qapını çırpdı. İ. Hüseynov.
KOBUDLAŞDIRILMA "Kobudlaşdırıl-
ınaq”dan/.7,s.
KOBUDLAŞDIRILMAQ bax qabalaşdı-
rılnıaq.
KOBUDLAŞDIRMA “Kobudlaşdırmaq”-
dan fis.
KOBUDLAŞDIRMAQ bax qabalaşdır-
maq.
KOBUDLAŞMA “Kobudlaşmaq”dan /is.
KOBUDLAŞMAQ bax qabalaşmaq. İşlə-
məkdən əlləri kobudlaşıb. - Yazda və yayda
havanın rütubəti zərif çay yarpaqlarını ko-
budlaşmaqdan qoruyur. B.Talıblı. Rüstəmə
eh gətdi ki, arvadının əli bərkimiş və ko-
budlaşmışdır. M. İbrahimov.
KOBUDLUQ bax qabalıq.
KOBUD YUNLU bax qabayunlu. Kobııd-
yunlu heyvanlar.
KOBUR bax qobur. Qoçu mauzeriııi ko-
burundan çıxardıb yoxladı. M.Hüseyn.
KÖBZA [türk. “qobuz”dan] Barmaqla ça-
lman qədim Ukrayna musiqi aləti.
KOD [fr.] Diplomatik, hərbi və b. məlu-
matı teleqrafla, radio ilə vermək, siqnaliza-
siya və s. məqsədlər üçün işlədilən şərti işa-
rələr sistemi. Teleqrafkodu. Siqnal kodu. Kod
ilə xəbər vermək.
KODAL is. Vəhşi heyvanları tutmaq üçün
qazılıb üstü çır-çırpı ilə örtülən çuxur yer; tələ.
KOKAİNİZM
KODEİN [yun.] əcz. Toz şəklində öskürək
dərmanı.
KODEKS [lat. codex - kitab] 1 . Qanunla-
rın sistemə salınmış toplusu, məcəllə.
2. məc. Əxlaq, əqidə, görüş, adət norma-
ları məcmusu.
KOFEİN [hol. koffıe, əsli ər.] Qəhvənin,
çay yarpaqlarının tərkibində olan, təbabətdə
işlənən bir maddə. Kofein yorğunluğu alıb
zehni artırır və onu da artıq içmək zərərdir.
H.Zərdabi.
KOFTA [rus. ] Qısa, belə qədər olan qadın
üst paltarı. Səlimnaz birdən əlini döşünə atdı,
alt köynəyi ilə koftasının arasında gizlətdiyi
balaca bir kağızı çıxarıb oğluna uzatdı.
M.Hüseyn. Arvadın əynində çəhrayı ipək
kofta .. vardı. H.Seyidbəyli.
KOFTALIQ sif. Kofta üçün yararlı, kofta
üçün olan.
KOFTA-TUMAN is. Kofta və tumandan
ibarət qadın paltarı. [Səlimnazın] əynində
qırmızı ipəkdən kofta-tunıan, ayağında yas-
tıdabaıı qırmızı tufli vardı. Ə.Vəliyev.
KOĞA is. məh. Bir şeyi tutub çəkmək üçün
ucu qarmaqlı ağac; qarmaq. Təndir koğası.
Çoban koğası. Alma ağacının budağını
koğa ilə əymək. □ Koğaya dönmək - əyil-
mək, bükülmək. Yarın həsrətindən, dünya
qəmindən ; Əyilib qamətim koğaya döndü.
Molla Cümə.
KOĞUŞ is. Böyük ağacların gövdəsi için-
dəki boşluq. Güllü qız meşədə ağlaya-ağlaya
gəzirdi. Gəldi, bir ağac koğıışu tapdı, oram
özünə məskən elədi. (Nağıl). Ağacın geniş
koğuşunda yay fəsli çayçı Mürsəl bir ııeçə
xalça salıb çay satardı. Ə.Əbiilhəsən.
KOĞUŞLANMA “Koğuşlanmaq”dan fis.
KOĞUŞLANMAQ/ Koğuş əmələ gəlmək,
koğuş açılmaq.
KOĞUŞLU sif. Koğuş əmələ gəlmiş, ko-
ğuşu olan. Koğuşlu ağac.
KOKAİN [isp.] Koka bitkisinin yarpaqla-
rından alman narkotik və ağrıkəsən zəhərli
maddə.
KOKAİNÇƏKƏN, KOKAİNÇİ is. Kokain
çəkən adam, kokain düşkünü.
KOKAİNİZM [isp. cocaina-dan] Kokainə
mübtəla olma, kokain düşkünlüyü. // Daima
719
KOKAİNLİ
kokaindən zəhərlənmə nəticəsində əmələ
gələn ruhi xəstəlik.
KOKAİNLİ sif. Kokaini olan, tərkibində
kokain olan.
KO KARDA [fr.] Rəsmi papaqlara vurulan
müəyyən formada nişan.
KOKARDALI sif. Kokarda taxılmış, kokar-
dası olan. Kokardalı furajka. - Axar suyun
üzündə; Kokardalı göy şapkalar. S. Vurğun.
KÖKKLAR \yun. kokkos-dan] tib. Birhü-
ceyrəli yumru orqanizmlər (bakteriyalar).
KOKÖS is. [isp.] 1. Hind qozu ağacı.
2. Hind qozu.
KOKS [alnı.] Hava daxil olmadan közəı-
dilmə yolu ilə daş kömürdən, torfdan və
s.-dən alınan bərk yanacaq növü.
KOKSLAMA “Kokslamaq”dan f.is. Koks-
lama prosesi.
KOKSLAMAQ bax kokslaşdırmaq.
KOKSLAŞDIRILMA “Kokslaşdırılmaq”-
dan f.is.
KOKSLAŞDIRILMAQ məch. Koksa çev-
rilmək (daş kömür, torf və s.).
KOKSLAŞDIRMA “Kokslaşdırmaq”dan
f.is.
KOKSLAŞDIRMAQ / Koksa çevirmək
(daş kömürü, torfu və s.).
KOKSLAŞMA "Kokslaşmaq”dan f.is.
Kokslaşma qabiliyyəti. Kokslaşma dərəcəsi.
KOKSLAŞMAQ f. Koksa çevrilmək (daş
kömür, torf və s.). Bu kömür yaxşı kokslaşır.
KOKTEYL [ing. coctall - xoruz quyruğu]
Müxtəlif spirtli içkilərə ədviyyat, meyvə
şirəsi, qənd və s. qatılmış spirtli içki. // Müx-
təlif quru meyvə şirələrində həll olunmuş
dondurma halında sərinlədici içki.
KOL is. Torpaqdan qol-budaq şəklində
ayrılan alçaq, ağacaoxşar bitki. Yasəmən kolu.
Qaratikan kolu. Çay kolu. Nar kolu. - Kol-
ların və ağacların budağı arasında oxuyan
quşlar da yuvalarına çəkilməkdə idilər.
H.Nəzərli. [Səməd] çəpərin kölgəsində
yaşıl qalmış nar kollarının dibinə arx çəkdi,
suvardı. İ.Hüseynov. □ Kola yatmaq (gir-
mək) - kolun dalında və ya içində gizlən-
mək. [Cuma] ara qarışdığından və çaxnaş-
madan istifadə edərkən ancaq hara gedəcə-
yini bilmədən dayanıb kola yatdı. Ə.Əbül-
həsən.
KOLBASAÇI
0 (Bu kol) sən (o) girən kol deyil - sən
(o) bacaran iş deyil, sənin (onun) hünəri
deyil, sən bacarmazsan (o bacarmaz). [Hacı
Murad:] İmran da istədi ki, atası Şeyx Əli-
dən qalan mah məndən istəsin, gördü ki, xeyr,
o, girən kol deyil. S.S.Axundov. [Dilbər xa-
nım:] Cəbi, bu kol sən girən kol deyil ha,
öziinü gözlə! N.Vəzirov.
KOLA sif. Gödək buynuzu olan; gödək-
buynuz. Kola keçi. - [Ataş:] Atalar sözüdür
ki, kola qoçun qisası buynuzlu qoçda qalmaz.
Ə.Vəliyev.
KOLABUYNUZ(LU) sif. Buynuzu gödək
olan, buynuzu qısa. Kolabuynuz qovun. -
Yusif yəhərinin tərkində dolu xurcun olan
qəmər madyanı tərpədib, kolabuynuz inəyi
qabağına qataraq kəndə tərəf sürdü. Ə.Aba-
sov.
KOLAHÜRƏN sif. dan. Boş yerə hürən,
boş-boşuna hürən (it haqqında). [Məşədi
Cahangir:] ..Kolahürən köpəklər kimi ağzım
yuxarı tutdu. Mir Cəlal. // məc. Qışqırıqçı,
bərkdən danışan.
KOLAVAT is. məh. Əkin əkmək üçün
kol-kosu yandırılıb təmizlənmiş yer. Kolavat
yerin taxılı yaxşı olar.
0 Kolavat kösövünə dönmək dan. - çox
işləməkdən, əziyyət çəkməkdən arıqlamaq,
zəif düşmək, pis günə qalmaq.
KOLAZ is. Dibi yastı ensiz qayıq. Soyuq
havada dəniz və ya göldə ördək dəstələrini
ovlayan ovçu kiçik qavıq və ya kolazı yaxşı
sürə bilməlidir. M.Rzaquluzadə.
KOLAZÇI is. Kolaz qayıqçısı.
KOLBA [ı alm .] Kimya laboratoriyalarında
mayeləri qızdırmaq üçün işlədilən dar uzun
boğazlı, adətən girdə və ya konusşəkilli şüşə
qab.
KOLBACIQ is. Balaca kolba, kiçik kolba.
KOLBASA is. [rus. əsli türk. ] Xüsusi su-
rətdə qiymə edilmiş ətdən hazırlanaraq ba-
ğırsaq və ya su keçirməyən süni şəffaf qa-
bığa bükülmüş yeyinti məhsulu. Kolbasa
istehsalı. Kolbasa sexi. Mal ətindən kolbasa.
Qoyun kolbasası. Mindik maşınlara, təyya-
rələrə; Verdik kolbasaya biz Qır atları...
Həmişə irəli! Geri dönmədik. B.Vahabzadə.
KOLBASAÇI is. Kolbasa hazırlayan adam.
// köhn. Kolbasa satan adam.
720
KOLBASALIQ
KOLLEGİYA
KOLBASALIQ sif. Kolbasa üçün yararlı,
kolbasa üçün ayrılmış. Kolbasalıq ət.
KOLBASAR bax kolluq.
KOLÇEDAN Bəzi metalların (dəmir, nikel,
mis və s.) sürmə, kükürd, arsenlə birləşmə-
sindən ibarət mineralların ümumi adı. Res-
publikamızın faydalı qazıntıları içərisində
pirit və ya kükürd kolçedanı yataqları gör-
kəmli yer tutur. M. Qaşqay.
KOLÇEDANLI sif. Tərkibində kolçedan
olan. Kolçedanh süxurlar.
KOLENKOR [/i’.] Yapışqan hopdurulmuş
ağ və ya birrəngli pambıq parça növü.
// Kolenkordan qayrılmış (tikilmiş). Kolen-
kor cild. Kolenkor köynək.
KOLXORUZU is. məh. Qırqovul.
KOLXOZ is. tar. [rus. “коллективиое хоз-
листво” söz. ixtisarı] Kollektiv təsərrüfat -
SSRİ-də iri, yüksək səviyyədə mexanik-
ləşdirilmiş kənd təsərrüfatını elliklə apar-
maq üçün XX əsrin 30-80-ci illərində kənd
zəhmətkeşlərinin sosialist tipli istehsal
birləşməsi; kənd təsərrüfat arteli. Qabaqcıl
kolxoz. - [ Fərman ] gözünü açarkən özünü
kolxozda görmüşdü. Ə.Sadıq. □ Kolxoz
bazan - kənd zəhmətkeşlərinin öz həyət-
yanı təsərrüfatlarından götürdükləri və öz
şəxsi ehtiyaclarından artıq qalan kənd təsər-
rüfatı məhsullarını satdıqları bazar.
KOLXOZÇU is. tar. Kolxoz üzvü olan
kəndli, kolxoz üzvü. Arabanı sürən qısaboy,
yoğun bir kolxozçu idi. M.Hüseyn. Maşın bir-
dəstə kolxozçunun yanından keçdi. S.Rəhman.
Qara kişi də kolxozçuların çoxu kimi .. işlə-
yir(di). Ə.Əbülhəsən.
KOLXOZLAŞDIRMA “Kolxozlaşdırmaq”-
dan fis.
KOLXOZLAŞDIRMAQ/ dan. Kollektiv-
ləşdirmək, ellikləşdirmək (kənd təsərrüfatı-
nın istehsal vasitələrini).
KOLXOZLAŞMA dan. “Kolxozlaşmaq”-
dan fis. [Bayram:] Murad, bilirsən ki, kol-
xozlaşma vaxtı mən çox əziyyət çəkmişəm.
Ə. Vəliyev. Bu heyrətə səbəb, demək olar ki,
hamısı kolxozlaşmadan sonra tikilən üstü
qırmızı kirəmitli evlər deyildi.. I. Əfəndiyev.
KOLXOZLAŞMAQ/ dan. Kollektiv təsər-
rüfatda birləşmək; kollektivləşmək, ellik-
ləşmək (kənd təsərrüfatının istehsal vasitə-
ləri haqqında).
KOLİT [yun. colon - yoğun bağırsaq] tib.
Yoğun bağırsağın iltihabı.
KOLİTLİ sif. Koliti olan.
KOL-KOS top. 1 . Bir-birinə qarışmış, do-
laşmış müxtəlif kollar; kolluq. İlanlar fışıl-
dayır kol-koslar arasında. S. Rüstəm. Bəzi
yerləri qalın kol-kos basmışdı. M.Rzaqulu-
zadə.
2. məc. Zir-zibil, yararsız, lazımsız şeylər
mənasında.
KOL-KOSLU sif. Kol-kos olan, kol-kos
basmış. Kol-koslu dərə (cığır). - Mərkəzdən
uzaq .. kol-koslu, ilan-çayanlı bir düzdə Gül-
lücə kəndi bina olunmuşdur. S.S.Axundov.
KOL-KOSLUQ is. Kol-kos basmış yer;
kolluq. Qayanın dibi yaman kol-koslııq idi.
“Koroğlu”. Kəhər ağzını palçıqlı cığırdan
kol-koslıığa saldı. M. İbrahimov. Hər tərəf
ağaclıq və kol-kosluqla örtülü idi. S. Vəliyev.
KOLQIRAN is. xüs. Kolları çıxaran və doğ-
rayan maşın.
KOLQOTQA is. [rus. ] Tuman və corabdan
ibarət uşaq və ya qadın geyimi.
KOLLAMA “Kollamaq”dan/w.
KOLLAMAQ/ Kolla örtmək, koldan çəpər
çəkmək. Tayanın ətrafını kollamaq.
KOLLANMA “ K o 1 1 an m aq ” dan / is.
KOLLANMAQ f. 1 . Kolla örtülmək, kol
basmaq.
2. Kol şəklini almaq, kol kimi olmaq. Nar
ağacı kollanıb.
KOLLAŞMA “Kollaşmaq”dan/;'s.
KOLLAŞMAQ bax kollanmaq.
KOLLEJ [iııg. college] Bir sıra xarici öl-
kələrdə orta və ya ali məktəb.
KOLLEGİAL sif. [lat. collegium-dan]
Kollegiya (bir qrup şəxs) tərəfindən həyata
keçirilən. Kollegial rəhbərlik. Məsələnin kol-
legial surətdə həll edilməsi.
KOLLEGİALLIQ is. İşi təkbaşına deyil,
kollegial surətdə (birgə) idarə və həlletmə
prinsipi.
KOLLEGİYA [lat. collegium-dan] 1 . İnzi-
bati, məşvərətçi və ya sərəncamçı orqanı
təşkil edən vəzifəli şəxslərdən ibarət heyət.
Maarif Nazirliyinin kollegiyası. Kollegiyanın
qərarı.
2. İnqilabdan qabaqkı Rusiyada: bəzi mər-
kəzi hökumət idarələrinin adı.
721
KOLLEKSİONER
KOLLEKSİONER [lat.] bax kolleksi-
yaçı.
KOLLEKSİONERLİKbax kolleksiyaçı-
lıq.
KOLLEKSİYA [lat.] Elmi, bədii və tarixi
əhəmiyyəti olan şeylərin müəyyən sistem
üzrə düzülmüş toplusu. Qədim pullar kol-
leksiyası. Minerallar kolleksiyası. Markalar
kolleksiyası. - Yay gecələri lampa işığına
gələn ciicüləri də yığıb saxlamaq, üzərində
müşahidə aparmaq və bəzilərindən kollek-
siya hazırlamaq faydasız olmaz. C.Cəbrayıl-
bəyli. Darvin .. çoxlu minerallar, bitkilər və
cücülər yığıb səliqə ilə onlardan kolleksiya
hazırlayırdı. M. Axundov.
KOLLEKSİYAÇI is. Kolleksiya toplayan,
kolleksiyaçılıqla məşğul olan. Marka kollek-
siyaçısı.
KOLLEKSİYAÇILIQ is. Bir məşğələ kimi
kolleksiya toplama məşğuliyyəti.
KOLLEKTİV [lat.] Ümumi məqsəd, ya-
xud birgə işləmək üçün birləşmiş adamlar
toplusu. Elmi kollektiv. Bədii özfəaliyyət kol-
lektivi. Vahid bir kollektiv yaratmaq. -
[Almaz:] Gərək ellik varlansın, kollektiv
varlansın. C. Cabbarlı. // Bir müəssisə, idarə
və ya təşkilatın tərkibinə daxil olub həmişə
bir yerdə işləyən adamlar qrupu. İnstitutun
kollektivi. Müəllim kollektivi. Zavodun kol-
lektivi. - [Qoşqar:] Büronun, kollektivin rəyi
ilə hesablaşmaq lazımdır. Mir Cəlal. // sif
və zərf mənasında. Ümumi, birgə. Kollektiv
iş. Kollektiv rəhbərlik. Kollektiv işləmək. Kol-
lektiv surətdə müzakirə etmək. □ Kollektiv
müqavilə - əmək şəraiti haqqında həmkar-
lar ittifaqı ilə idarə, müəssisə və s. müdiriy-
yəti arasında bağlanan müqavilə. Kollektiv
təsərrüfat -bax kolxoz.
KOLLEKTİVÇİ is. Kollektivizmin ardıcıl
tərəfdarı.
KOLLEKTİVÇİLİK is. Kollektivi sevmə,
həmişə kollektiv içərisində olma. Kollek-
tivçilik hissi. Kollektivçilik psixologiyası.
KOLLEKTİVİSTbax kollektivçi.
KOLLEKTİVİZM [lat.] Şüurlu surətdə
şəxsi mənafeyi ictimai mənafeyə tabe etmək
əsasında ümumilik və yoldaşcasına əmək-
daşlıq prinsipi; kollektivçilik.
KOLLOKVİUM
KOLLEKTİVLƏŞDİRİLMƏ “Kollektiv-
ləşdirilmək” dən f.is. Kənd təsərrüfatının
kollektivləşdirilməsi.
KOLLEKTİVLƏŞDİRİLMƏK məch. Kol-
lektivləşdirmə həyata keçirilmək, kollekti-
vin malı edilmək.
KOLLEKTİVLƏŞDİRMƏ “Kollektivləş-
dirmək” dən f.is. Kənddə kollektivləşdirmə.
Kollektivləşdirmə uğrunda mübarizə.
KOLLEKTİVLƏŞDİRMƏK f. Kollektiv-
ləşməni həyata keçirmək, kollektivin malı
etmək, kolxozlarda birləşdirmək. Kənd tə-
sərrüfatını kollektivləşdirmək.
KOLLEKTİVLƏŞMƏ “Kollektivləşmək”-
dən f.is. tar. Kolxozlarda birləşmə, sosia-
lizm prinsipləri əsasında ümumiləşmə.
Kənddə kollektivləşmə. Kollektivləşmə işinə
rəhbərlik etmək.
KOLLEKTİVLƏŞMƏK f. Kollektivləşmə
həyata keçmək, kollektivin malı olmaq;
kolxozda birləşmək.
KOLLEKTİVLİKbax kollektivizm.
KOLLEKTOR [lat.] 1. xüs. Bir şeyi öz
tabeliyində olan təşkilatlardan toplamaq, ha-
belə onların arasında paylaşdırılmaqla məş-
ğul olan idarə. Kitabxana kollektoru.
2. tex. Başqa kanal və ya borulardan gələn
maye və ya qazları toplayıb aparan böyük
kanal və ya bom. Kanalizasiya kollektoru.
3. tex. Dinamomaşının dəyişən elektrik cə-
rəyanını daimi cərəyana çevirən hissəsi. Di-
namomaşmın kollektoru.
4. Faydalı qazıntı, torpaq və s. nümunələ-
rini toplayan, onların təsvirini verən və qo-
ruyub saxlayan adam.
KOLLEKTORLU sif tex. Kollektoru olan
(bax kollektor 2 və 3-cü mənalarda).
KOLLÖİD [yun. kolla - yapışqan və eidos
- bənzər] kim. Məhlulu üzvi pərdələrdən
keçməyən, kristallaşmayan maddə (zülal,
nişasta, yapışqan və s.).
KOLLOİDAL sif. [yun. kolla və eidos-dan]
kim. Kolloidə xas olan, kolloid xassələrinə
malik olan. Koüoidal məhlul. Kolloidal
maddə.
KOLLOKVİUM is. [lat.] 1. Tələbələrin
bilik səviyyəsini yoxlamaq üsullarından biri
(semestr ortası).
2. Məruzələrin müzakirə məclisi.
722
KOLLU
KOMA
KOLLU sif. Kol basmış, kol çox olan.
Kollu yer. Kollu yamac.
KOLLU-KOSLU bax kol-koslu. Kənda-
rası kollu-koslu və dərəli-təpəli boşluqdan
kolxoz həyətinə uzanan cığırın başında bəs-
təboylıı bir qız göründü. M. İbrahimov.
KOLLUQ is. Kollardan ibarət sahə; kolu
çox olan, kol basmış yer. Kolluğu qırmaq.
Kolluqda gizlənmək. [Tarverdi:] Mənim
kolluq içində iki yüz yoldaşını yatır.
M.F.Axundzadə. ..Sıx kolluqdan yavaş-
yavaş baharın dirçəldib dilə gətirdiyi quş-
ların pıçıltısı ucalırdı. Ə.Əbülhəsən. // Sif.
mənasında. Kolluq sahə. - Abbas qulançar
yığa-yığa çəməndən xeyli uzaqlaşıb bir kol-
luq dərəyə düşmüşdü. S.S.Axundov. Dəhnə-
nin yuxarı tərəfi kolluq, qayalıq bir yer idi.
Ə.Vəliyev.
KOLODKA is. [rus. ] Fəxri nişanları pal-
tara sancmaq üçün lövhəcik.
KOLONİALİZM [lat.] bax müstəmlə-
kəçilik.
KOLONİST [lat.] Koloniyada yaşayan
adam (bax koloniya 2-ci mənada).
KOLONİYA [lat.] 1. Bax müstəmləkə.
2. Bir dövlətin ərazisində əcnəbilərin və
ya bir ölkədə başqa yerdən köçüb gələnlərin
yaşadığı yer, məhəllə, qəsəbə. // Bu həm-
yerlilərin başqa ölkədə, yerdə təşkil etdik-
ləri icma.
3. Bu və ya başqa məqsədlə (islah edilmək,
işləmək, müalicə olunmaq və i. a.) köçürül-
müş adamların yaşadığı yer. Əmək koloni-
yası.
4. biol. Bir-biri ilə bitişik yaşayan orqa-
nizmlər qrupu. Mikroblar koloniyası. Sün-
gərlər koloniyası.
KOLONKA [rus.] xüs. Varma otağında suyu
qızdırmaq üçün silindrşəkilli qazan.
KOLONNA [fr.] Müəyyən qayda ilə dü-
zülüb bir-birinin ardınca hərəkət edən insan,
maşın və s. dəstəsi, cərgəsi; qol, səf, sıra.
Tank kolonııası. Avtomaşın koloıınası. Nüma-
yişçi kolonııası. - Traktor kolonııası yaxın-
laşdıqca izdihamın toplaşdığı düzə projek-
tor kimi işıq salırdı. M. Hüseyn.
KOLORİST [fr. coloriste, əsli lat. color-
dan] Rəngləri bir-birinə yaxşı uyğunlaşdıran
və onlardan istifadə etməyi bacaran rəssam;
kolorit ustası olan rəssam.
KOLORİT [ital. colorite, əsli lat. color]
1. Şəkildə, rəngli qravürada, mozaikada və
s.-də rənglər, tonlar arasında əlaqə, müna-
sibət, uyğunluq. Şəklin koloriti. II Rəng, rəng
çaları.
2. məc. Xüsusiyyət, bir şeyin özünə məx-
sus xüsusiyyəti. Natəvanın portreti parlaq
milli xüsusiyyətlərə malikdir. Bu milli kolo-
rit ..portretin zahiri görünüşündə - şairənin
geyimində və naxışlı ipək örpəyində hiss
olunur. (Qəzetlərdən).
KOLORİTLİ sif. Koloriti olan, müəyyən
koloritə malik; koloriti, xüsusiyyəti bariz
surətdə özünü göstərən. Koloritli tamaşa.
KOLPAN sif. məh. Qollu-budaqlı, şaxəli,
çoxlu xırda qol-budağı olan. Kolpan kol.
H İs. mənasında. Divarlara o qədər gül-çiçək
taxılıb ki, elə bil hər bir divarda kolpanlar
bitib. Ə.Vəliyev.
KOLPANLI sif. məh. Kolpanı olan, kol-
pan bitmiş. Rüstəm .. buraya qalxıb kolpanlı
ağacın dibində durdu. S. Rəhimov.
KOLŞƏKİLLİ sif. Kol şəklində olan, kol
şəklində bitmiş, kola oxşayan; kolvari.
KOLT [ing. xüs. addan] Xüsusi sistemli
tapança, ya pulemyot. ..Onların da kəmərin-
də kolt sistemli tapançalar vardı. M.S.Ordu-
badi. Koltunu döş cibindən; Nə vaxt çıxartdı-
ğını; Heç bilmədi Ben-Osman. B. Vahabzadə.
KOLVARİ bax kolşəkilli.
KOLYURİYA is. [fr.] Fəza sferasının iki
böyük sferasının adı.
KOM is. dan. Dəstə, yığın. Qız oğlanı
qırx kom çubuq sınınca çırpdı. (Nağıl).
kom-kom zərf Dəstə-dəstə, kol şəklində,
kol-kol. Damda kom-kom qanqal, sirkan bo-
zarırdı. İ. Hüseynov.
KOMA 1 is. Səpələnən, dağılan şeylərin
təpə halında yığımı; topa, qalaq. Qum ko-
ması. Torpaq koması. - Hərənin qabağında
bir zorba koma kül qalandı. C.Məmmədqu-
luzadə. □ Koma vurmaq - qalaq vurmaq,
bir yerə yığmaq; toplamaq. Samanı koma
vurmaq.
koma-koma zərf Y ığın-yığın, topa-topa,
dəstə-dəstə, üst-üstə yığılmış halda. Şərqə
723
KOMA
doğru ağır-ağır, koma-koma ııçaşaıı bulud-
lar birləşir, şəhəri get-gedə qorxunc bir qa-
ranlıq almağa başlayırdı. A.Şaiq. Əsgərlərin
çoxu qar üstündə dövrələmə oturmaqdansa
bu çuxura girməyi məsləhət bilib, birər-ikişər
koma-koma .. otururdular. Ə.Əbülhəsən.
KOMA 2 is. Primitiv ev, daxma, daxal. Sı-
ğınıb dağda yapılmış komaya insanlar ; Dır-
maşır sərt qayalar üzrə bütün heyvanlar.
A. Səhhət. Bu əhvalatdan sonra Nadirəııi
komada əliboş görmək olmazdı. Mir Cəlal.
Az keçmədi gəlinlər gəlib onun komasını su-
ladılar, su dolu bir sənək gətirdilər. Ə.Məm-
mədxanlı. // Ümumiyyətlə, təvazölə və ya
zarafatla “ev” mənasında. Oturub ac koma-
sında atanım; Biş-düşün hazır edərdim ana-
mın. M.Ə. Sabir. [Əlləzoğlıı:] Qız mənim ko-
mamda nə görüb ki? İ.Hüseynov.
0 Qiraət koması - kənddə mədəni maarif
ocağı. [Cahan:] Hər yerdə qiraət koması açı-
lır.. Ə.Haqverdiyev. Çox yerdə klub, qiraət
koması, kitabxananın işləri qənaətləndirici
deyildir. Ə. Sadıq.
KOMA \yun.\ tib. Bəzi xəstəliklər nəti-
cəsində özündəngetmə, reflekslərin qan döv-
ranının, tənəffüsün, mübadilə prosesinin po-
zulması şəklində təzahür edən ağır hal. Koma
vəziyyəti.
KOMACIQ “Koma” söz kiç.
KOMALAMA "Komalamaq”dan f.is.
KOMALAMAQ/ Koma vurmaq, bir yerə
yığmaq, üst-üstə yığmaq; qalaqlamaq, top-
lamaq. Qumu komalamaq. Taxılı komalamaq.
- [Ələmdar] dəyirmi stolun üstü ilə səpələnən
kağızları əli ilə sivirib komaladı. S.Rəhimov.
KOMALANMA “Komalanmaq”dan f. is.
KOMALANMAQ məch. və qayıd. Koma
vurulmaq, koma halma salınmaq, üst-üstə
yığılmaq, bir yerə toplanmaq; qalaqlanmaq.
Payız buludları seyrək-seyrək komalanıb aşa-
ğı yığılır, havanın rütubəti artıb soyuduğu
daha çox duyulurdu. Ə.Əbülhəsən.
KOMALAŞMA “Komalaşmaq”dan f.is.
KOMALAŞMAQ/ Bir yerə yığılmaq, top-
laşmaq, yığışmaq. Uşaqlar həyətdə komalaş-
dılar. - [Kitabsatan:] Camaat, burada ko-
malaşmayın, görən deyəcək, görəsən, yenə
nə hürriyyətbazlıqdır. Mir Cəlal. Turac,
KOMANDANLIQ
kəklik, qırqovul da; Komalaşıb durdu yolda.
M.Dilbazi.
KOMALIQ is. Koma olan yer; koma, topa,
qalaq vurulmuş yer. Bahadır dəftərcəsini
xeylaq yazandan sonra meşədə gəzirdi. Ko-
malıqda gəzərkən nəzəri bir ağacın altına
düşdü. N.Nərimanov.
KOMANDA is. [fr. kommande, lat.
commandare-dən] 1. Komandirin, başçının
müəyyən edilmiş qaydada qısaca şifahi əmri.
Komandanı yerinə yetirmək. Hücum ko-
mandası. -Adamlar elə bil ümumi komanda
ilə Tahirə san baxdılar. M.Hüseyn. // Ümu-
miyyətlə, amiranə tərzdə qısaca verilən əmr,
sərəncam.
2. Hər hansı bir hərbi hissədə başçılıq,
komandanlıq. ..Mədədov Bədəlovun koman-
da etdiyi taqıma, Hacıyev isə Xolmoqortsevin
taqımına getdi. Ə.Əbülhəsən. □ Komanda
məntəqəsi - komandirin təlim və ya döyüş
zamanı duraraq öz hissəsini idarə etdiyi xü-
susi düzəldilmiş yer. Novruz batareya ko-
mandirinə tapşırıq verib komanda məntəqə-
sinə tərəf süründü. R.Rza.
3. Əsgəri hissə, dəstə, yaxud xüsusi vəzifə
daşıyan kiçik hərbi hissə. Pulemyot koman-
dası. Keşikçi komandası.
4. Gəmi heyəti, onun bütün qulluqçuları.
Gəmi komandası. П Hər hansı bir vəzifəni
yerinə yetirən adamlar heyəti. Yanğın ko-
mandası.
5. Eyni bir idman növü ilə məşğul olan
idmançılar dəstəsi, kollektivi. “Neftçi” futbol
komandası. Güləşçilər komandası. Qadın
basketbol komandası.
KOMANDAN [alm. kommandier-dən]
bax komandir. Cavan komandanın da qo-
canın bu halətinin təsirindən gözləri yaşardı.
Ə.Haqverdiyev. [Qəhrəman:] Bundan əlavə,
komandan bir-iki saata qədər bizə kömək
göndərəcəyinə də söz vermişdi. H.Nəzərli.
KOMANDANLIQ is. 1 . B a x komandirlik
1-ci mənada.
2. top. Qoşunların, hərbi hissələrin və s.-
nin başında duran komanda heyəti. Cəbhə
komandanlığı. - Hərbi təlim dövrimdən sonra
atıcı diviziyası yoxlanıldı və komandanlığın
əmri ilə bir baş cəbhəyə getdi. S.Rəhimov.
724
KOMANDİR
KOMANDİR [alm.] 1. Hərbi hissə, birləş-
mə, ya hərbi gəmi başçısı. Polk komandiri.
Rola komandiri. Gəmi komandiri. - Koman-
dirin bu əmrinə kimsə etiraz etmədi. S.Hiiseyn.
Sən bu gündən komandirsən, mən isə sənin
komissarın. S.Vəliyev.
2. İstehsalat rəhbərlərinə (mühəndislərə,
texniklərə) məcazən verilən ad. İstehsalat
komandirləri.
KOMANDİRLİK is. 1 . Komandir vəzifəsi.
Komandirlik kursu. - Hacıyev orta rütbəli
komandirlikdən hələ bugünkü qədər incimə-
mişdi. Ə.Əbülhəsən.
2. Bax komandanlıq 2-ci mənada Ko-
mandirliyin əmri.
KOMBAYN [ing.\ Taxıl və texniki bitki-
lərin yığımında eyni zamanda bir sıra işi
görən kənd təsərrüfatı maşını. Taxıl kombay-
nı. Kartofyığan kombayn. Kombayn sürmək.
- Geniş bir binanın şiferlə örtülmüş taxta-
puşu, altında çoxlu traktor, kombayn vardı.
M. İbrahimov. Parlaq günəş işığında sarı
buğda zəmilərinin içindəki kombaynlar də-
nizdə üzən balaca gəmiləri xatırladırdı.
İ. Əfəndiyev. Fərəc kişi dinməz-söyləməz
kombayna qalxdı. Q. İlkin. // Kömür, süxıır
və s. çıxarılmasında eyni zamanda bir neçə işi
görən mürəkkəb maşın. Kömiir kombaynı.
Torf kombaynı.
KOMBAYNÇI is. Kombayn işlədən fəhlə,
kombayn sürən. Kombaynçı ixtisası. Kom-
baynçıların yarışı. - Kombaynçı nıat-nıəət-
təl kolxoz sədrinə və qaya kimi lal-kar duran
kombayna baxırdı. Ə.Əbülhəsən. [Sevinc
Sonaya:] ..Taxılbiçən bir kombaynçı .. biçin
yerini öyrənməmiş işə başlamır. Z.Xəlil.
KOMBAYNÇILIQ is. Kombaynçının işi,
peşəsi, sənəti. Kombaynçılıq kursu.
KOMBİNASİYA [lat.] 1. Müxtəlif və ya
eynicinsli şeylərin bu və ya başqa qayda
üzrə düzülüşü, birləşdirilməsi. Rəqəmlərin
kombinasiyası. Səslərin kombinasiyası.
2. məc. Bir məqsədə çatmaq üçün işlədi-
lən mürəkkəb üsullar sistemi, kələkbazlıqla
qurulan işlər, hadisələr. [Sultan:] Bütün bu
kombinasiya da ancaq sənə aparatda yer
eləməkdən ötrüdür. İ. Hüseynov.
3. idm. Oyunda üstünlük, qələbə əldə
etmək üçün tətbiq edilən cürbəcür üsullar,
KOMEDİYA
tədbirlər. Şahmat kombinasiyası. Futbolçu-
ların kombinasiyası. Kombinasiya düzəltmək.
4. Paltarın altından geyilən uzun köynək
şəklində alt qadın paltarı. İpək kombinasiya.
Qara kombinasiya.
KOMBİNAT [lat. combinare - birləşmiş]
1. Texnoloji proses cəhətdən bir-birilə bağlı
olan bir neçə müəssisəni birləşdirən iri sə-
naye müəssisəsi, yaxud texnoloji cəhətdən
bir-biri ilə bağlı olmayan bir sənaye
sahəsinə aid müəssisələrin inzibati birləş-
məsi. Siid-ət kombinatı. - ..İpəktoxııyan
kombinatda yüzlərlə ixtisaslı fəhlə çalışır.
S.Rəhman. Bizə ət kombinatından belə bir
ərzə gəlib; Ki, soyuqdan üşüyən mal-qaralar
qeyzə gəlib. Ə.Vahid. //Yerli sənayedə xırda
istehsalatlar, yaxud məişət xidməti müəssi-
sələri birləşməsi. Rayon sənaye kombinatı.
Məişət xidməti kombinatı.
2. Zavod və müəssisələr yanında müxtə-
lif dərəcəli məktəblər birləşməsi. Tədris
kombinatı.
KOMBİNEZON [/;-.] Bir-birinə tikilmiş
kurtka və şalvardan ibarət iş paltarı. [Qızlar]
kombinezon geymiş, saçlarını yığıb yaylıqla
bağlamış, dirsəkdən yuxarı gödəkqollu köy-
nəklərdə həvəslə işləyirdilər. M. İbrahimov.
Geydiyi kombinezon Şəfiqənin görünüşünü
dəyişmişdi. H.Seyidbəyli.
KOMBİNEZONLU sifi Kombinezon gey-
miş, kombinezonu olan. Konıbinezonlu qız.
- Yoldaş, bu nədir? - deyə Zahidoğlu kom-
binezonlu gəncdən soruşdu. S. Rəhimov.
KOMBİNƏ [lat. combinatio-dan] Kom-
binasiya edilmiş, birləşdirilmiş, quraşdırıl-
mış, uyğunlaşdırılmış. □ Kombinə etmək
- birləşdirmək, uzlaşdırmaq, uyğunlaşdır-
maq (müxtəlif elementləri bir arada birləş-
dirmək).
KOMEDİOQRAF [yun.] bax komediyaçı.
Cəlil Məmmədquluzadə böyük rus kome-
dioqrafını şüurlu olaraq özünə müəllim
iııtixab etmişdi. M. İbrahimov.
KOMEDİYA [yun. komodia, əsli lat.
comoedia] 1. Gülməli, məzəli, yaxud sati-
rik məzmunlu dram əsəri. “Şamdan bəv"
komediyasında da yazıçı bizi keçmişin iy-
rənc tiplərindən biri ilə tanış edir. M.Arif.
[Ü. Hacıbəyov] məhz M.F.Axwıdzadə və
725
KOMEDİYAÇI
C. Məmmədquluzadənin dramaturji üslubunu
izləyərək., misli görünməmiş komediyalar
yazmışdır. Ə. Sultanlı. // Bu cür əsərin səhnə
tamaşası. Qədim vaxtlarda komediyanı уи-
nanilər gülüş üçün çıxardandılar. N.Nəri-
manov.
2. тәс. Gülməli, əyləncəli hadisə haq-
qında. Bu lap komediya oldu.
3. məc. Hər hansı bir məqsədlə özünü bu
və ya başqa rolda göstərmə; riyakarlıq, iki-
üzlülük. □ Komediya oynamaq - özünü
riyakarcasına aparmaq.
KOMEDİYAÇI is. Komediya yazan dra-
maturq.
KOMENDANT \fr.] 1. Qalada, yaxud is-
tehkam halına salınmış rayonda yerləşən
bütün qoşunların başçısı. Qala komendantı.
2. Qarnizonda nizam-intizama və hərbi
xidmətin düzgün aparılmasına nəzarət edən
zabit. Şəhər komendantı. Lager komendantı.
- Bakıda komendant patrulları çox olardı.
Ə.Əbülhəsən. Alman komendantının əmrinə
görə cənazələr üç gün camaatın gözü qarşı-
sında qalmalı idi. Ə. Sadıq.
3. Yollarda ordu hissələrinin və hərbi yük-
lərin hərəkətinə nəzarət edən şəxs.
4. Hər hansı bir ictimai binanın, evin mü-
diri. Ümumi yataqxana komendantı. - [Məz-
lum:] Bu gündən komendant məni öz yanma
aparır. S. Vəliyev.
0 Komendant saatı - hərbi və ya müha-
sirə vəziyyəti elan edildikdə müəyyən saat-
larda xüsusi icazə olmadan küçələrə çıxma-
ğın qadağan edilməsi.
KOMENDANTLIQ is. 1 . Komendant vəzi-
fəsi.
2. Komendantın başçılıq etdiyi idarə (bax
komendant 2-ci mənada), həmçinin bu
idarənin yerləşdiyi bina. Komendaııtlıqdan
icazə almaq.
KOMENDATURA [alm.] bax komen-
dantlıq 2-ci mənada. Komendaturcıda işlə-
mək. - [Güləbətin] hər gün komendaturanı
ayna kimi silib təmizləyirdi, stollarımızın üs-
tünə bəzən çiçək də tapıb qoyurdu. M.İbra-
himov.
KOMENDÖR [ıng. ] Topçu matros.
KOMETA [yun. kometes - saçlı ulduz]
astr. Dumanlı işıq verən ləkə və quyruğa
KOMİSSAR
oxşar işıq zolağı şəklində olan göy cismi;
quyruqlu ulduz. Günəş sistemini 9 səyyarə
(planet), 1600- ə yaxın kiçik planetlər, mete-
orlar, kometalar və günəş özü təşkil edir.
M.Qaşqay.
KOMİ is. Rusiya Federasiyasının tərkibi-
nə daxil olan Komi MR-in əsas əhalisini təş-
kil edən xalq və bu xalqa mənsub adam.
KÖMİK \yun.] 1 . Komik rollar ifa edən ar-
tist. [Eyvaz] kolxoz dram dərnəyinin ən yax-
şı komikidir. Ə.Vəliyev.
2. məc. Məzəli adam, zarafatcıl.
KÖMİK sif. [lat.] 1. Komediyaya xas
olan, komediya ilə bağlı olan. Komik rol.
Komik süjet. - M.F.Axıındzadənin komedi-
yaları böyük ictimai məsələləri əlıatə edən,
komik planda ictimai xarakterlər yaradan
klassik komediya əsərləri idi. M.İbrahimov.
[Ü. Hacıbəyov] öz komediyalarında komik
vəziyyətlərlə bərabər, lirik və dramatik səh-
nələr də yaradır. Ə. Sultanlı.
2. Məzəli, gülməli, məzhəkəli.
KOMİKLİK is. Məzəlilik, komizm. Mə-
şədi İbadın monoloqları dramaturgiya tari-
xində öz caıılı komikliyi ilə diqqətəlayiqdir.
Ə. Sultanlı.
KOMİNTERN [rus. “Коммунистическии
ИнтернавдтонаҮһп ixtisarı] tar. Kommunist
İnternasionalı (1919-cu ildə təsis olunmuş
və 1943 -cü ildə buraxılmışdır), kommunist
partiyalarının beynəlxalq birləşməsi (Bey-
nəlmiləl).
KOMİSSAR [/i-.] 1. Keçmiş SSRİ-də: üzə-
rinə ictimai-siyasi, təşkilati və inzibati və-
zifələr həvalə olunmuş rəhbər şəxs (1918-
1946-cı illərdə). // Hərbi hissənin döyüş
qabiliyyəti və siyasi vəziyyəti üçün koman-
dirlə bərabər cavab verən siyasi rəhbəri
(1918-1942-ci illərdə). □ Batalyon (polk,
divizion və s.) komissarı - 1 935- 1 942-ci
illərdə sovet ordusunda hərbi-siyasi işçilərin
fərdi adı. Hərbi komissar - hərbi komis-
sarlığın başında duran şəxs, hərbi komissar-
lığa rəhbərlik edən, hərbi vəzifəlilərin uçotu,
orduya çağırışı və s. işlərlə məşğul olan adam.
Rayon hərbi komissarı. Xalq komissarı -
1918-1 946-cı illərdə hökumət üzvü, xalq
komissarlıqlarından birinin başında duran
adam.
726
KOMİSSARİAT
KOMMUNA
2. Xarici ölkələrdə: polis vəzifəsini görən
məmur.
3. XVII əsrin axırında Fransa burjua inqi-
labı dövründə: müxtəlif tapşırıqlarla depar-
tamentlərə və qoşun hissələrinə göndərilən
Konvent nümayəndəsi.
KOMİSSARİAT [fr. əsli lat.] bax komis-
sarlıq.
KOMİSSARLIQ is. Başında komissar duran
idarə, orqan. Nə məhəlli komitə, nə ittifaq,
nə də əmək komissarlığı [Zeynalın] tamamilə
işdən xaric edilməsinə əsas etibarı ilə etiraz
edə bilməyirdilər. S. Hüseyn. Komissarlıqdan
yazıb, baş mühəndis vəzifəsinə təyin üçün
namizəd istəyirdilər. Mir Cəlal. Qulamın
yanına onunla eyni komissarlıqda işləyən
bir işçi gəlmişdi. Ə.Əbiilhəsən. □ Xalq ko-
missarlığı tar. - Azərbaycanda sovet dövrün-
də dövlət idarəsi sahələrindən birinə rəhbər-
lik etmiş mərkəzi orqan (1946-cı ildə nazir-
liyə çevrilmişdir). Hərbi komissarlıq - hər-
bi vəzifəlilərin uçotu, orduya çağırışı və çağı-
rışa qədərki hazırlığı ilə məşğul olan yerli
hərbi idarə. Göyçəyin ərizəsi hərbi komissar-
lıqda idi. Ə.Əbülhəsən. [Xasayla] birlikdə
hərbi komissarlığa beş nəfər getmişdi. Ə. Vəli-
yev.
KOMİSSİYA [lat. commissio - tapşırıq]
1 . Xüsusi bir məqsəd, ya tapşırığı yerinə ye-
tirmək üçün hər hansı bir idarə, təşkilat ya-
nında yaradılan orqan və bu orqanın heyəti.
Seçki komissiyası. Hesablavıcı komissiya. Ko-
missiya seçmək. - Bakıda keçən il qurulan
ianə komissiyası qırx beş min manatdan an-
caq iki vaqon un göndərdi Zəngəzura ki, putu
iki manatdan satılsın və min manat da gön-
dərdi Qarabağa. C.Məmmədquluzadə. Başı-
na dönərəm o komissiyanın ki, Hacı Əliqulu
ağanın adamını məktəbə götürməsin. Qantə-
mir. ..Komissiyanın üzvləri təəccüblə Aslana
baxdılar. M.Rzaquluzadə.
2. Xüsusi tədbirləri həyata keçirmək üçün
hökumət tərəfindən yaradılan dövlət idarəsi
orqanı. Dövlət dil Komissiyası.
3. Xüsusi mükafat əvəzində görülən tap-
şırıq. □ Komissiyaya götürmək - müəyyən
mükafat qarşılığında satmaq üçün qəbul et-
mək. Komissiyaya vermək - satmaq üçün
vasitəçiyə vermək.
KOMİSYON [lat.] bax komissiya.
[Məmmədova] kəndin abadlıq komisyonu-
nun üzvüdür. Ə. Sadıq. İkram atasına açıqca
demişdi ki, maarif nazirliyinə ərizə yazıb ko-
misyonu mən gətirtmişəm. Ə.Əbülhəsən.
0 Komisyon mağazası - əhalidən götür-
düyü şeyləri müəyyən faiz almaq şərtilə sa-
tan mağaza.
KOMİSYONÇU is. Ticarət işlərində müəy-
yən faiz almaq şərtilə vasitəçilik edən şəxs.
KOMİSYONÇULUQ is. Komisyonçu sə-
nəti, peşəsi.
KOMİSYONER [fr.] bax komisyonçu.
KOMİTƏ [fr. comite, əsli lat. committere
- tapşırmaq] 1. Hər hansı bir işə rəhbərlik
edən kollegial orqan. Partiya komitəsi,
icraiyyə komitəsi. Həmkarlar ittifaqının
yerli komitəsi. - Bizim burada xəlvət komi-
təmiz var, hər yerdən bizə xəbər gəlir.
Ə. Haqverdiyev.
2. tar. Xüsusi tədbirləri həyata keçirmək
üçün hökumət tərəfindən yaradılan dövlət
idarəsi orqanı.
KOMİZM [yun . komikos-dan] Hər hansı
bir şeydə gülməli cəhət; məzəlilik, yumor.
Sözlərində çoxlu komizm var. Rolun komiz-
mi. Komizmə qapılmaq aktyor üçün nöqsan-
dır. H Yumor, gülməlilik.
KOMLAMA “Komlamaq”dan/w.
KOMLAMAQ bax komalamaq. O, yerə
döşənmiş böyürtkən kollarını dəhrənin bur-
nu ilə təmizləyib komlayırdı. S. Rəhimov.
KOMLANMA “Komlanmaq”dan f.is.
KOMLANMAQ bax komalanmaq.
KOMLAŞMA “ K o m I aş m aq ” d a n/.7,s .
KOMLAŞMAQ bax komalaşmaq. Adam-
lar isə gah komlaşır, gah kənara çəkilirdilər.
Mir Cəlal.
KOMMENTARİYA [lat. commentarium]
Hər hansı mətnin və ya kitabın şərhi, izahı;
izahat.
KOMMENTATOR [lat.] Kommentariyə
verən; şərhçi, izahçı.
KOMMUNA [fr.] 1. Əmək və mülk ümu-
miliyi əsasında birlikdə işləmək və yaşamaq
üçün birləşmiş kollektiv. Əmək kommuııası.
Xalq kommunalannda yaradılmış uşaq bağ-
çaları və körpə evləri qadınların işdə və təh-
sildə geniş fəaliyyət göstərmələrinə imkan
727
KOMMUNAL
KOMPLEKT
verirdi. □ Kənd təsərrüfat kommunası
kənd təsərrüfatı kollektivləşdirilməsinin
məişət xidməti, istehlak və istehsal alətləri-
nin tamamilə ellikləşdirilməsinə əsaslanan
forması.
2. Fransa və bəzi başqa ölkələrdə: yerli
inzibati-ərazi vahidi, şəhər və ya kənd tipli
məntəqə.
3. tar. İnqilab dövründə bəzi ölkələrdə
qurulan inqilabi hökumət. □ Bakı kommu-
nası tar. - 1918-ci ildə Bakı zəhmətkeşləri-
nin üsyanına rəhbərlik edən inqilabi hökumət.
Paris kommunası - 1871-ci ildə Parisdə
üsyan qaldırmış zəhmətkeş kütlələrin inqi-
labi hökuməti.
KOMMUNAL sif. [fr.] Şəhər təsərrüfatına
aid olan. Kommunal təsərrüfatı. Kommunal
xidməti. Kommunal işləri üçün vəsait artırıldı.
KOMMUNAR [fr.] tar. 1. 1871-ci ildə Pa-
ris kommunası iştirakçısı.
2. Kommuna (1-ci mənada) üzvü.
KOMMUNİST [fr. əsli lat.] tar. 1. Kom-
munist partiyasının üzvü. Kommunistlərin
yığıncağı.
2. Kommunizm ideyalarına əsaslanan, on-
ları ifadə edən və həyata keçirən; kommu-
nizm tərəfdarı. Kommunist partiyası. □ Kom-
munist İnternasionalı -bax Komintern.
Kommunist Gənclər İttifaqı -bax kom-
somol.
KOMMUNİSTLİK is. Kommunistə xas
olan sifət və keyfiyyət.
KOMMUNİZM [fr. əsli lat. communis -
ümumi] 1 . İstehsal alətlərinin ümumiləşdi-
rildiyi və xüsusi mülkiyyətin olmadığı ictimai
quruluş.
2. Kommunizm cəmiyyəti qurulması haq-
qında siyasi, iqtisadi və ictimai təlim.
KOMMUT ASİYA is. [lat.] Müəyyən mə-
sələnin həlli üçün hesablayıcı maşının kök-
lənməsi, sazlanması, qurulması.
KOMMUTÄTOR [lat. commutare - dəyiş-
mək] 1. Elektrik cərəyanını açıb-bağlayan
və ya onun istiqamətini dəyişdirən cihaz.
2. Telefon rabitəsində: telefon xətlərini bir-
ləşdirən qurğu. Zavod komnıutatoru. Kom-
mutatorda işləmək. - Kommutatorun qaba-
ğında mürgüləyən Əsgərin qıvrım saçları
üzünə tökülmüşdü. S.Rəhimov. [Qız:] Koın-
mutator otağının pəncərələri bizim qurğuya
açılır. H.Seyidbəyli.
KOMMUT ATORÇU is. Kommutatorda iş-
ləyən adam. Kommutatorçu qız.
KOMOD [fr.] Dəyişək, müxtəlif tualet
şeyləri və s. qoymaq üçün siyirməli yastı şkaf
növü. Güzgü, daraq komodun sol gözündədir.
- Şəlıla xanım şaqşaraqla komodun siyirmə-
lərini açdı. S.Rəhimov. Xanpəri komoddan
bir vərəq kağız çıxartdı. Ə.Vəliyev.
KOMPANİYA [fr.] bax şirkət.
KOMPARÄTİVİST [latıncadan] dilç.
Müqayisəli-tarixi dilçilik mütəxəssisi; dil-
lərin tədqiqində, ədəbiyyat nəzəriyyəsində
müqayisəli üsul tətbiq edən alim.
KOMPARÄTİVİZM [lat. comparativus -
müqayisəli] Dilçilikdə müqayisəli-tarixi üsul.
KOMPAS [ital.] Maqnitləşdirilmiş əqrəbi
həmişə şimalı göstərməklə dünyanın cəhət-
lərini təyin edən cihaz; qiblənüma. Kom-
pasla getmək. - Kamil plaşını geyərək kom-
pas, fotoaparat, durbin və kağızlarını götür-
dü, çarpayıda yatmış Yadigarı öpdü, anası
ilə görüşüb küçəyə çıxdı. M.Süleymanov.
KOMPİLYÄSİYA [lat. compilatio-dan]
Müstəqil tədqiqat aparılmadan başqalarının
əsərlərindən istifadə yolu ilə yazılan əsər.
Kompilyasiya etmək. Kompilyasiya ilə məş-
ğul olmaq.
KOMPİLYASİYAÇI is. Kompilyasiya ilə
məşğul olan adam, kompilyasiya müəllifi.
KOMPİLYATİV [lat. compilatio-dan]
Kompilyasiya yolu ilə qurulmuş, kompilya-
siya mahiyyətində olan. Konıpilyativ əsər.
KOMPLEKS [lat. complexus - əlaqə] Bir
vəhdət təşkil edən şeylərin və ya hadisələrin
məcmusu. Mingəçevir su qovşağı kompleksi.
□ Kompleks briqada - müxtəlif ixtisaslı
fəhlələrdən ibarət istehsalat briqadası. Ti-
kintidə işləyən kompleks briqada. Kompleks
briqada təşkil etmək.
KOMPLEKSLİ sif. Kompleks şəklində
olan; toplu. Üçüncü kompleksli becərmə qur-
tarmaq üzrədir. (Qəzetlərdən).
KOMPLEKT [lat. completus - tam, dolu]
Tam təşkil edən şeylərin toplusu; dəst. Qa-
zıma komplekti.
728
KOMPLEKTLƏŞDİRİCİ
KOMPLEKTLƏŞDİRİCİ sif. və is. Komp-
lektləşdirmə işi ilə məşğul olan işçi. Kitab-
xana kollektorunun komplektləşdiricisi.
KOMPLEKTLƏŞDİRİLMƏ “Komplekt-
ləşdirilmək”dən f.is. Dövri mətbuatın komp-
lektləşdirilməsi.
KOMPLEKTLƏŞDİRİLMƏK “Komplekt-
ləşdirmək”dən məch.
KOMPLEKTLƏŞDİRMƏ “Komplektləş-
dirmək”don f.is.
KOMPLEKTLƏŞDİRMƏK f. Bir şeyin
komplektini düzəltmək, təkmilləşdirib komp-
lektə çatdırmaq. Jurnalları komplektləşdir-
mək. Kitabxananı komplektləşdirmək. Bir il-
lik qəzeti komplektləşdirmək. // Bir idarənin,
şöbənin və s. tərkibini işçilərlə təmin etmək,
onların sayını lazımi miqdara çatdırmaq,
çatışmayan sayını tamlaşdırmaq. İdarənin
ştatını komplektləşdirmək. Şöbəni ixtisaslı iş-
çilərlə komplektləşdirmək.
KOMPLEKTLƏŞMƏ “Komplektləşmək”-
don f.is.
KOMPLEKTLƏŞMƏK f. Komplekt şəkli-
ni almaq, komplektə çatmaq; tamlaşmaq.
KOMPLEKTLİ sif və zərf Komplekt ha-
lında; tam, bütün halda. Komplektli məhsul
buraxmaq.
KOMPLEKTSİZ sif. Komplekt (tam, bütün)
şəklində olmayan. Komplektsiz və standart-
sız məhsul.
KOMPLİMENT [/i-.] Birisinə iltifat, xoş
görünmək və ya yaltaqlıq təriqilə deyilən
xoş söz, tərifli ifadə. Səməd öz müdirinin
səmimi komplimentl ərindən yenə də çox məm-
nun olub bığlarını tumarladı. B.Talıblı ...Göv-
hər Mədədovıuı ehtiyatlı komplimentlərini
birinci günlər rişxənd kimi qəbul edirdi.
Ə.Əbülhəsən. □ Kompliment atmaq (de-
mək) - birinin xoşuna gəlmək üçün ona xoş
söz söyləmək, iltifat göstərmək. Bizim .. nə
zarafat üçün, nə də kompliment demək üçiin
vaxtımız yoxdur. C.Cabbarlı. Birinə göz edir-
di, birisinə gülümsünürdü və kimisiııə də seç-
mə bir kompliment deyib nəzərini özünə cəlb
edirdi. Çəmənzəminli.
KOMPLİMENTÇİ is. dan. Kompliment de-
məyi sevən adam.
KOMPONENT [ lat .] Bir şeyin tərkib his-
səsi, bir şeyi əmələ gətirən hissələrdən hər
biri. Mürəkkəb sözün komponentləri.
KOMPROMİSLİ
KOMPÖST [ing. ] Heyvan, mineral və ya
bitki tullantılarının torf, yaxud torpaqla qa-
rışdırılmasından alman üzvi gübrə.
KOMPÖSTER [/i-.] köhn. Biletlərə, bank
çeklərinə və s.-yə yoxlama işarəsi vııran alət.
KOMPOSTLAŞDIRILMA “Kompostlaş-
dırmaq”dan /«.
KOMPOSTLAŞDIRMA f. Komposterlə
işarə vurmaq. Bileti kompostlamaq.
KOMPOT [//■.] Sııda qəndlə bişirilmiş təzə
və ya quru meyvədən ibarət duru yemək;
xoşab. Qaysı kompotu. Kompot bişirmək. Bil-
stəkan kompot. - [Aslanovun] xörəkdən son-
ra cürbəcür çərəz yeməklə, yaxud kompot
içməklə heç arası yox idi. M. Hüseyn.
KOMPOZİSİYA [lat.] 1. Ədəbiyyat və in-
cəsənət əsərlərinin quruluşu və onların his-
sələri arasında qarşılıqlı əlaqə. Şəklin kom-
pozisiyası. Romanın kompozisiyası.
2. Musiqi əsəri. // Müəyyən quruluşu, vəh-
dəti olan rəssamlıq əsəri haqqında.
3. Musiqi əsərlərinin yazılması nəzəriy-
yəsi. Kompozisiya sinfi. Kompozisiyadan mü-
hazirə. // Musiqi əsərlərinin bəstələnməsi.
KOMPRADÖR [isp. comprador - alıcı]
Şərqin bəzi müstəmləkə və asılı ölkələrində:
xarici kapitalla yerli bazar arasında vasitə-
çilik edən yerli tacir, kapitalist.
KOMPRES [//-.] Müalicə məqsədi ilə ağ-
rıyan yerə qoyulan yaş sarğı. [Doktor] ..qız-
dırma artdığı zaman [Arazın] başına, ürəyi-
nə kompres qoyurdu. A. Şaiq.
KOMPRESSOR [lat.] Havanı, buxarı, qazı
sıxmaq üçün maşın. Kompressor stansiyası
(həmin maşınlar olan stansiya). - Kompres-
sor stansiyasından gələn yeknəsəq guppul-
tuııım arası kəsilmirdi. M. Hüseyn.
KOMPRESSORÇU is. xiis. Kompressorda
işləyən, kompressoru idarə edən. Kompres-
sorçıı fəhlə.
KOMPRESSORLU sif. tex. Kompressoru
olan, kompressorla işləyən. Kompressorlu
neft quyusu.
KOMPROMAT is. [faı-s.] Nüfuzdan salma,
gözdən salma, adına ləkə gətirmə.
KOMPROMİS [lat. compromissum-dan]
Qarşılıqlı güzəşt əsasında razılaşma, uzlaşma.
KOMPROMİSLİ sif. Kompromisə əsas-
lanan, kompromis yolu ilə olan; güzəştli.
Kompromisli təklif.
729
KOMPYUTER
KONKI
KOMPYUTER is. [ing.] Hesablayıcı elekt-
ron maşın.
KOMSOMOL [rus. “Коммунистическии
согоз молодежи”шп ixtisarı] 1. tar. Kom-
munist Gənclər İttifaqı.
2. Canlı dildə “komsomolçu” mənasında.
KOMSOMOLÇU is. tar. Kommunist Gənc-
lər İttifaqı üzvü. // Sif. mənasında. [Qəhrə-
man:] Yoldaşlarımın biri nazik, arıq, alagöz-
lü, parlaq qarasaçlı, diribaş bir komsomolçu
qız idi. H.Nəzərli.
KOMSOMOLLUQ is. tar. Kommunist
Gənclər İttifaqının üzvü olma.
KONDENSASİYA is. [lat.] Qazvari və ya
buxovvari maddələrin maye və ya bərk hala
keçməsi.
KONDENSATOR [lat. condensare-dən]
1 .fiz. Külli miqdarda elektriki toplamaq üçün
cihaz. Kondensatoru sarğılarla birləşdirən
kimi sarğılardan cərəyan keçəcək və beləlik-
lə, kondensator boşalacaqdır. M.Süleymanov.
2. İşlənmiş buxarı soyutmaq üçün cihaz;
soyuducu.
KONDİSİONER is. [lat.] Binalarda və ya
maşınlarda sərinləşdirici qurğu.
KONDUKTOR [lat. conductor - müşayiət
edən] Qatarı müşayiət edən, onun təhlükə-
sizliyinə və düzgün hərəkətinə, yüklərinin
qorunmasına nəzarət edən dəmiryol işçisi.
Konduktor Kazımı kadr şöbəsinə çağırıb
dedilər ki, - sabahdan sən qatar müfəttişi
olacaqsan! Mir Cəlal. // köhn. Tramvayı,
avtobusu, trolleybusu müşayiət edən, onda
qayda-qanuna nəzarət edən, sərnişinlərə bi-
let satan şəhər nəqliyyatı işçisi.
KONDUKTORLU sif. Konduktoru olan.
Konduktorla avtobus.
KONDUKTORLUQ is. Konduktorun işi,
vəzifəsi.
KONDUKTORSUZ sif. Konduktoru olma-
yan. Konduktorsuz tramvay ( trolleybus ).
KONFEDERASİYA [lat.] 1. Müxtəlif təş-
kilatların birləşməsi, ittifaqı. Latııı Ameri-
kası zəhmətkeşlərinin konfederasiyası.
2. Ümumi bir məqsədi həyata keçirmək
üçün (öz müstəqilliklərini saxlamaq şərtilə)
birləşmiş dövlətlərin ittifaqı.
KONFERANSYE \fr.] Konsert proqramı-
nın nömrələrini elan edən və bəzən nömrə-
lər arasında tamaşaçıları məşğul edən artist.
Lətifənin yaxşı tanıdığı koııferansye cavan
fəhlələrin özlərindən deyildi. M.Hüseyn.
KONFERANSYELİK is. Konferansyenin
işi, peşəsi.
KONFESSİONAL is. [lat.] Dini, dinə aid
olan.
KONFET [ital. əsli lat.] Adətən kiçik pli-
tə, yastı həb, kiçik şar və s. şəklində şirniy-
yat məmulatı; şirni. Konfet fabriki. Konfet
qutusa. - iyirmi-otuz adam qız evində yeyib-
içib, hərə cib yaylığına yarım girvənkə, yaxud
bir giıyənkə noğul, şirni, konfet, qənd bağ-
layıb götürər, gedərlər. R. Əfəndiyev. Cəlal,
ağzında konfet, gəlib durur qapıda, övrətlərə
baxır. C.Məmmədquluzadə. Sonra Həbib qıza
iki konfet verdi, qız səmimi halda məsum-
məsum güldü. Ə.Vəliyev.
KONFETTİ [ital.] Təntənəli ziyafətlər-
də, maskaradlarda iştirakçıların bir-birinin
başına səpdikləri əlvan kağız piləklər.
KONFRANS [lat.] Müəyyən məsələləri
müzakirə və həll etmək üçün partiya, icti-
mai və s. təşkilat nümayəndələrinin, habelə
hökumət nümayəndələrinin müşavirəsi, yı-
ğıncağı. Elmi konfrans. Beynəlxalq konfrans.
- Keçən bazar ertəsi günü flrqə klubunda
teatr konfransı çağırılmışdı. C.Məmməd-
quluzadə. Beş-altı ay əvvəldən başlayaraq,
ara-sıra Məsməyə klub, konfrans kimi icti-
mai yerlərdə rast gələrdim. S. Hüseyn. Həsən
Tiflisdə çağırılan konfransdan qayıdanda
iki dolu [zənbil] Zaqatala tütünü gətirirmiş.
Qantəmir.
KONKÄ [rus.] köhn. Tramvayın tətbiqinə
qədər vaqonları atla hərəkətə gətirilən şəhər
dəmir yolu, habelə bu yolda işləyən vaqon.
[Zərbəli:] Usta, getdim yolda ətəklədim, bir
qapaz vurdu yıxıldım, mən durunca mindi
konkaya qaçdı. Ə.Haqvcrdiyev. Şəhərdə gəz-
məyə mindən ziyada faytonlar; Nə qədər av-
tomobil, çoxlu konkalar varmış. Ə.Nəzmi.
Telefon küçəsində konka gözləyənlərin sayı
hər günkiindən çox idi. M.S. Ordubadi.
KONKAÇI is. köhn. Konka süıücüsü. Kon-
kaçı koııkanı dayandırdı, qamçını konkanın
içinə atıb dedi: Gəl özün sür! M.S. Ordubadi.
KONKİ [rus. ] idm. Buz üstündə sürüşmək
üçün ayaqqabıya taxılan dəmir xizəkciklər.
730
KONKRET
KONSERV
KONKRET sif. [lat. concretus - qatı, sıx]
Tam, dəqiq, aydın, müəyyən, qəti, real möv-
cud olan ( abstrakt əksi). Konkret fakt. Konk-
ret misal. Konkret məsələ. Konkret cavab
vermək. Konkret iş.
KONKRETLƏŞDİRİLMƏ “Konkretləşdi-
rilmək”dən f.is.
KONKRETLƏŞDİRİLMƏK məcli. Konk-
ret hala salınmaq; müəyyənləşdirilmək.
KONKRETLƏŞDİRMƏ "Konkretləşdir-
mək”dən f.is.
KONKRETLƏŞDİRMƏK/ Bir şeyə əyani
xarakter vermək, konkret hala salmaq; mü-
əyyənləşdirmək. Gülşən bəzi məsələləri konk-
retləşdirmək, aydınlaşdırmaq üçün sabah
partiya komitəsi katibinin yanına getməyə
hazırlaşır. Ə. Vəliyev.
KONKRETLƏŞMƏ “Konkretləşmək” dən
f.is.
KONKRETLƏŞMƏK f Konkret hala düş-
mək, müəyyənləşmək, tam aydın şəkil almaq.
..Həyatda hər kəsin eşitdiyi, özünə görə tə-
səvvür etdiyi və bəzən sövqi-təbii ilə dərk
etdiyi bir məfhum [Veys] üçün konkretləşdi.
Ə.Əbülhəsən.
KONKRETLİK is. Müəyyənlik, aydınlıq,
qətilik. Bəli, konkretlikdən, yəni müəyyən və
ııəqdi bir işdən yapışıb çalışmaq - ünıum-
xalq işi üçün çalışmaqdır. S. Rəhimov.
KÖNKURS [lat. concıırsus - toqquşma]
Vəzifə tutmaq, mükafat almaq və s. üçün
iştirakçılardan ən yaxşısını seçmək məqsə-
dilə düzəldilən yarış; müsabiqə. Konkurs
imtahanı. Koııkursda iştirak etmək. Konkurs
sərgisi. - Uzağa niyə gedək, gəl sənə keçə-
ııilki konkursdan deyim. S. Rüstəm.
KONQLOMERAT [lat.] 1. Müxtəlif cinsli
şeylərin və ya hissələrin mexaniki, təsadüfi
birləşməsi.
2. geol. Başqa süxurla birləşmiş müxtəlif
minerallardan ibarət süxur.
KONQRES [lat. congressus - iclas] 1. Ge-
niş miqyaslı beynəlxalq qurultay, müşavirə,
yığıncaq. Ümumdünya analar konqresi. Həm-
karlar ittifaqlarının ümumdünya konqresi.
2. ABŞ-da və bəzi Latın Amerikası ölkə-
lərində qanunverici orqanın (parlamentin) adı.
3. Bəzi ölkələrdə siyasi partiya və təşki-
latların adı. Hindistan milli konqresi.
KONQRESMEN [ing.] Konqres (2-ci
mənada) üzvü.
KONQRUYENT sif. [lat.] riyaz. Bir-birinin
üzərinə qoyulduqda düz gələn.
KÖNSENTRAT [lat. concentratio-dan]
1 . Quru və preslənmiş halda hazırlanan hazır
ərzaq məhsulu.
2. k.t. Yüksək keyfiyyətli qidalı maddə-
lərdən ibarət heyvan yemi.
3. məd. Faydalı qazıntılardan saflaşdırma
yolu ilə alınan filiz.
KONSENTRİK [lat. con - birgə və centrum
- mərkəz] riyaz. Ümumi mərkəzli, ümumi
mərkəzi olan.
KONSENTRİKLİK is. riyaz. Konsentrik
fiqurun halı, ümumi mərkəzi olma.
KONSEPSİYA [lat.] Hər hansı bir hadisə
haqqında əsas fikir; görüşlər sistemi. İnkişaf
haqqında bir-birinə zidd iki konsepsiya -
dialektik və metafizik konsepsiya mövcuddur.
KONSERN [ing. concem] 1 . Çoxlu ticarət-
sənaye müəssisələrinin iri kapitalist inhisarı
formalarından biri kimi vahid maliyyə rəh-
bərliyi altında birləşməsi.
KONSERT [ital.] 1. Bir sıra musiqi, balet
əsərlərinin, estrada və s. nömrələrinin mü-
əyyən proqram əsasında kütləvi surətlə ifa
olunması. Simfonik konsert. Kamera konserti.
Estrada konserti. Gecə institutumuzda kon-
sert vardı. İ. Əfəndiyev.
2. Orkestrin müşayiəti ilə bir musiqi aləti
tərəfindən ifa olunmaq üçün yazılmış iri
musiqi əsəri. Tarla orkestr üçün konsert.
Skripka üçün konsert.
KONSERTİNO [ital.] 1. Altıbucaqlı qar-
mon şəklində musiqi aləti. Koıısertino çal-
maq.
2. Konsert (2-ci mənada) tipli, lakin ondan
kiçik musiqi əsəri. Koıısertino bəstələmək.
- Kiçik həcmli konsertlərə koıısertino deyi-
lir. Ə.Bədəlbəyli.
KONSERTMEYSTER [alın, konzertmeis-
ter] 1 . Simfonik orkestrdə solist və ya birin-
ci skripkaçı, arfaçı və s.
2. Oxuyacaqları şeyləri öyrənməkdə mü-
ğənniyə kömək edən müşayiətçi - pianoçu.
KONSERV [fr. conserves] Xüsusi işləmə
(duzlama, bişirmə, mikrobsuzlaşdırma) yolu
ilə hazırlanıb germetik (kip) bağlanmış ban-
731
KONSERVAÇAN
kalara doldurulmuş yemək şeyləri. Balıq kon-
servi. Ət konservi. - [Döyüşçülər] arxa çan-
talarından çıxarıb konservi açır, ortalığa çö-
rək qoyurdular. Ə.Əbülhəsən. [Cavad] kür-
künün cibindən çıxardığı konservi bir ağsaq-
qal kişiyə uzadaraq gülümsündü.. Ə. Vəliyev.
KONSERVAÇAN is. Konserv qablarını aç-
maq üçün alət. Bıçağın iiç-dörd tiyəsi, qay-
çısı, dırnaqtutanı, koııservaçanı, vintburanı,
tıxacçıxardanı vardı. M. Hüseyn.
KONSERVATURİYA [it al.} Ali musiqi
məktəbi. Ü.Hacıbəvov adma Azərbaycan
Dövlət Konservatoriyası. Konservatoriyaya
daxil olmaq. - [Rəhim:] Mən müharibədən
əvvəl Bakıda Dövlət Konservatoriyasının va-
nında onillik mıısiqi məktəbində oxuyurdum.
Ə. Sadıq. Konservatoriyanın tələbə və müəl-
limlərinin qüvvəsi ilə tez-tez müsamirələr
verilir.
KONSERVÇİ is. Konserv sənayesi işçisi.
KONSERVLƏMƏ “Konseıvləmək”dən/w.
KONSERVLƏMƏK f. 1 . Ərzağı konserv
halına salmaq, konserv hazırlamaq. Balığı
konservləmək. Əti konservləmək. Badımcanı
koııservləmək.
2. xüs. Xüsusi surətdə işləməklə və xüsu-
si şəraitdə saxlamaqla xarab olmaqdan, kor-
lanmaqdan qorumaq, mühafizə etmək. Qanı
konservləmək.
KONSERVLƏŞDİRİCİ is. və sif. Konserv
edən, konservə çevirən.
KONSERVLƏŞDİRİLMƏ “Konservləş-
dirilmək”dən f.is.
KONSERVLƏŞDİRİLMƏK “Konservləş-
dirmək”dən məch. Bir ton pomidor kon-
servləşdirildi. - Albalını yaş halda çox sax-
lamaq olmaz, lakin o dondurulduqda və di-
gər üsulla konservləşdirildikdə yaxşı qalır.
KONSERVLƏŞDİRİLMİŞ /w. 1. Konserv
halına salınmış, konservə çevrilmiş. Konserv-
ləşdirilmiş tərəvəz.
2. xüs. Xüsusi üsullarla işlənərək saxlan-
mış, mühafizə olunmuş. Konservləşdirilmiş
qan.
KONSERVLƏŞDİRMƏ “Konservləşdir-
mək”dən f.is. Azərbaycan Qanköçürnıə İnsti-
tutunun xəstəxana və qanı koııservləşdirmə
şöbəsi vardır.
KONSERVLƏŞDİRMƏKbax konservlə-
mək. İnstitutun laboratoriyaları qan sistemi
KONSTİTUSİYA
xəstəliklərinin öyrənilməsi, qanı koııservləş-
dirmək .. sahəsində xeyli iş görmüşdür.
KONSERVLƏŞMƏ “Konservləşmək”-
dən f.is.
KONSERVLƏŞMƏK f. Konserv halına
düşmək, konservə çevrilmək.
KONSESSİYA [lat.] 1. Ölkə daxilində sə-
naye müəssisələri təşkil etmək, faydalı qa-
zıntıları çıxarmaq və s. üçün müəyyən şərt-
lərlə dövlətlə ayrı-ayrı kapitalistlər və ya şir-
kətlər arasında bağlanan müqavilə.
2. Bu müqavilə əsasında təşkil edilmiş
müəssisə.
KONSESSİYAÇI is. Konsessiya sahibi.
KONSİLİUM [lat.] Çətin hallarda xəstə-
liyi, onun müalicə üsullarını müəyyənləşdir-
mək üçün düzəldilən həkimlər müşavirəsi.
Konsilium təyin etmək. - Ertəsi gün Zəki ən
məşhur həkimlərdən bir konsilium təşkil etdi.
A.Şaiq.
KONSLAGER [rus. KOHqeı-iTpaqııoıııiMÜ
лагерв, əsli lat. concentratio və alnı, lager]
Məhbusları, hərbi əsirləri təcrid etmək üçün
düşərgə; həbs düşərgəsi.
KONSONÄNS is. [ fr .] Musiqidə səs uy-
ğunluğu, ahəng.
KONSONANT is. [lat.] Samit səs.
KONSORSİUM [lat. consortium - iştirak]
Birgə maliyyə əməliyyatı aparmaq üçün bir
neçə bankın, yaxud bankirin iri inhisarçı bir-
liyi. Beynəlxalq neft konsorsiumunun fəaliy-
yəti haqqında saziş.
KONSÖRT is. [lat.] Britaniyada kraliça-
nın əri.
KONSPEKT [lat. conspectus - xülasə]
Bir mühazirənin, məruzənin, nitqin, əsərin
məzmununun qısaca xülasəsi, qeydi. Koııs-
pekt tutmaq. Mühazirələrin konspekti. Kons-
pektdən istifadə etmək. - Mədəd oxuduğu-
nun koııspektini çıxartdı. Ə.Vəliyev.
KONSPİRÄSİYA [lat. conspiratio - sui-
qəsd] Öz fəaliyyətini və üzvlərini gizli sax-
lamaq üçün gizli təşkilatın işlətdiyi üsullar.
Koııspirasiya işi. H Sirr saxlama.
KONSPİRATİV sif. [lat. conspiratio - “sui-
qəsd”dən] Gizli.
KONSPtRATİVLİK is. Gizlilik.
KONSTİTÜSİYA [lat. constitutio - quru-
luş] Bir dövlətin ictimai və dövlət qurulu-
732
KONSTİTUSİYAÇI
şırnu, seçki sistemini, dövlət orqanlarının
fəaliyyət və təşkilat prinsiplərini, vətəndaş-
ların əsas hüquq və vəzifələrini müəyyən
edən əsas qanunu. Azərbaycan Konstitusi-
yası. Demokratik konstitusiya. Konstitusiya-
nın maddələri.
KONSTİTUSİYAÇI is. və sif. Konstitusiya
tərəfdarı (olan).
KONSTİTUSİYALI sif. Konstitusiyası olan,
konstitusiyaya əsaslanan. Konstitusiyalı döv-
lət quruluşu. Konstitusiyalı idarə üsulu.
□ Konstitusiyalı monarxiya - padşahın hü-
quqlarının konstitusiya ilə məhdudlaşdırıl-
dığı dövlət quruluşu.
KONSTRÜKSİYA [lat.] 1. Hər hansı bir
tikilinin, qurğunun, mexanizmin hissələrinin
qarşılıqlı yerləşməsi, quruluşu, habelə bu cür
quruluşlu tikilinin, qurğunun, mexanizmin
özü. Binanın konstruksiyası. Körpünün kons-
truksiyası. Köhnəlmiş konstruksiya.
2. tex. Mürəkkəb qurğunun, tikilinin qa-
baqcadan hazırlanan və sonradan onun tər-
kibinə daxil edilən ауп-ауп hissələri. Dəmir-
beton konstruksiyalar. Ağac konstruksiyalar.
KONSTRUKTİVİST [lat. constructio-dan]
Konstruktivizm tərəfdarı.
KONSTRUKTİVİZM [lat.] XX əsr me-
marlığında: konstruksiyanı binanın ifadəli-
liyinin başlıca amili hesab edən, binanın za-
hiri görkəmini onun müasir konstruksiya-
sında görən, bu işdə yalnız mücərrəd və
həndəsi formalardan istifadə edən formalist
cərəyan. Bir cərəyan kimi konstruktivizm ədə-
biyyat və musiqidə də öz əksini tapmışdır.
KONSTRUKTOR [lat. constructio-dan]
1 . Konstruksiya düzəldən mütəxəssis. Təyya-
rə konstruktoru. Baş konstruktor.
2. Uşaqların quraşdırıb müxtəlif şeylər
düzəltməsi üçün içində müxtəlif hissələr,
detallar olan qutu.
KONSTRUKTORLUQ is. Konstruktorun
peşəsi, sənəti.
KONSUL [lat.] 1. Bir dövlətin başqa bir
dövlətin müəyyən məntəqəsində öz dövlə-
tinin və onun vətəndaşlarının hüquqlarını
təmsil və müdafiə edən vəzifəli şəxs. Azər-
baycan konsulu. Konsul vəzifəsi. - Biz təəc-
cüb elədik ki, bugünkü gündə konsulun qa-
pısında artıq adam görsənmir. C.Məmməd-
KONTEYNER
quluzadə. [Əliqulu:] [İran əhli] məni tanıyıb
konsula məlum edər.. S.S.Axundov.
2. tar. Qədim Romada respublika dövrün-
də: seçilən yüksək vəzifəli iki şəxsin hər
birinin titulu, habelə belə titulu olan adam.
3. tar. Fransada konsulluq dövründə: qeyri-
məhdud hakimiyyət verilmiş üç şəxsin titu-
lu, habelə bu cür titulu olan adam.
KONSULXANA is. [lat. consul və fars.
xanə] Bir dövlətin, başqa bir dövlətin mü-
əyyən məntəqəsində konsulun başçılıq et-
diyi nümayəndəliyi, habelə həmin nümayən-
dəliyin yerləşdiyi bina. Vladiqqfqazda hətta
ədiblərimiz Molla İsmayılın səsini eşidəndə
siçan dəliyini satın alıb koıısulxanalarda giz-
lənirlər. C. Məmmədquluzadə. Bəhram şəhər-
dəki iran konsulxanasında katiblik edirdi.
Çəmənzəminli. Müsyö Qanıel ingilis konsul-
xanasında özünə məxsus edilən otaqda isti-
rahətə çəkildi. Qantəmir.
KONSÜLLUQ is. 1 . Konsul vəzifəsi. Kon-
sulluq etnıək. //bax konsulxana.
2. tar. Qədim Romada: respublika zamanı
konsulun dövləti idarə etdiyi dövr.
3. tar. Fransada: Napoleon Bonapartın
9 noyabr 1799-cu ildəki (18 brumer) çevri-
lişindən 1804-cü ildə imperiya elan edildiyi
vaxta qədərki dövr.
KONSULTASİYA [lat.] 1. Bax məsləhət.
2. Hər hansı bir məsələyə dair mütəxəs-
sislər müşavirəsi.
3. Bax məsləhətxana.
KONTAKT [lat. contactus - toxunma]
Elektrik xətlərinin (məftillərinin) bir-birinə
toxunması. Elektrik xəttində kontakt var. Kon-
takt lövhəsi. Kontakt aparatı. H Elektriklə iş-
ləyən nəqliyyat vasitələrində elektrik məf-
tillərinin bitişməsini təmin edən qurğu.
KONTEKST [lat. contextus - möhkəm
əlaqə] Mətnin (ona daxil olan ayrıca söz və
ya ifadənin mənasını müəyyən etmək üçün)
mənaca bitmiş hissəsi. Dil və ifadə tərzi haq-
qında danışanda sözləri kontekstdən ayırıb
təhlil etmək doğru deyil. R.Rza.
KONTEYNER [ing.] xiis. Qablaşdırılmış
yüklərin daşınması üçün böyük yeşik. Kon-
teynerləri vaqondan boşaltmaq. Konteynerlə
yük göndərmək. - Ustanın söhbətindən gö-
ründü ki, konteynerlər tətbiq olunan yerdə
avtomaşınların da işi azalır. Mir Cəlal.
733
KONTINENT
KONTUR
KONTİNENT [ lat .] coğr. Qitə, materik.
KONTİNENTAL sif. [əsli lat.] Kontinent
(qitə) üçün səciyyəvi olan, kontinentdə (qi-
tədə) olan. Kontinental xüsusiyyət. □ Kon-
tinental iqlim coğr. - çox dəyişkən, yayı
isti, qışı isə çox soyııq olan iqlim.
KONTİNENT ALLIQ is. Kontinental
xassədə olma, dəyişkənlik (iqlim haqqında).
iqlimin kontinentallığı.
KONTİNGENT [lat.] xüs. 1. Hər hansı bir
kollektivi (müəssisəni, idarəni, təşkilatı) təş-
kil edən adamlar heyəti.
2. Xarici ticarətdə: bəzi malların ixracı və
idxalı üçün qoyulan norma.
KONTİNGENTLƏŞDİRİLMƏ “Kontin-
gentləşdirilınək”dən/is.
KONTİNGENTLƏŞDİRİLMƏK məch.
Kontingenti müəyyən edilmək; heyəti, miq-
darı müəyyənləşdirilmək.
KONTİNGENTLƏŞDİRMƏ “Kontingent-
ləşdirmək”dən f.is.
KONTİNGENTLƏŞDİRMƏK / Kontin-
gentini müəyyən etmək; heyətini, miqdarını
müəyyənləşdirmək.
KONTOR [alm. kontor,/ - , komptoir-dən]
idarə və ya müəssisələrin inzibati təsərrüfat
şöbələrinin ümıımi adı. Zavod kontoru. Kon-
torda işləmək. H Belə şöbə və ya idarənin
yerləşdiyi bina. Rabitə kontoru. - Araz işdən
sonra birbaş kontora gəldi. A. Şaiq. ..Şlya-
pasını unutduğunu isə yalnız kontorda başa
düşdü. S. Rəhman.
KONTORÇU is. köhn. Kontor xidmətçisi,
kontorda işləyən adam. // Kontor müdiri.
KONTORKA [rus. ] Əsasən ayaq üstə da-
yanıb işləmək üçün səthi maili hündür yazı
stolu.
KONTRABÄND(A) [ital.] Qadağan olun-
muş, yaxud gömrük verməli olan malların
gizli surətdə dövlət sərhədindən keçirilməsi;
qaçaqçılıq. Kontrabanda ilə məşğul olmaq.
H Gizli olaraq dövlət sərhədindən keçirilən
qaçaq mal. // Sif. mənasında. Biri deyirdi ki,
bunlar xəlvətcə o taydan koııtraband malı
keçirib satırlar. C. Məmmədquluzadə.
KONTRABAND(A)ÇI is. Kontraband(a) ilə
məşğul olan; qaçaqçı. Kontrabandçıları ta-
pıb gətirdilər. M. S. Ordubadi.
KONTRABAND(A)ÇILIQ is. Kontra-
band(a) ilə məşğul olma; qaçaqçılıq.
KONTRABÄS [ital.] Simfonik orkestrin
tərkibinə daxil olan həcmcə ən böyük, səs-
lənmə cəhətdən ən aşağı səsi olan simli
musiqi aləti. Daşıdığı adından bəlli olduğu
kimi, simli orkestrin tərkibi yalnız simli musi-
qi alətlərindən ( skripka , alt, violonçel və kont-
rabas) ibarətdir. Ə.Bədəlbəyli.
KONTRABASÇI is. Kontrabas çalan mu-
siqiçi.
KONTR-ADMİRAL [fr.] Donanmada: ilk
(kiçik) admiral rütbəsi və belə rütbəsi olan
şəxs.
KONTRAKT [lat.] Müqavilə, bağlaşma.
KONTRAKTASİYA [lat.] Müqavilələr
əsasında kənd təsərrüfatı məhsulları təda-
rükü sistemi; bağlaşma.
KONTRÄLTO [ital.] mus. Ən bəm qadın
səsi. // Bu cür səsi olan müğənni (qadın).
KONTRAMÄRKA [fr.] Teatr, sirk və s.
tamaşalara pulsuz baxmaq hüququ verən ta-
lon, pətə. // Tamaşa zalından çıxan tamaşa-
çıya yenidən zala qayıtmaq üçün verilən və
bileti əvəz edən talon, pətə və ya başqa şərti
şey.
KONTRAPÜNKT [alm.] mus. 1. Eyni za-
manda səslənən iki və ya bir neçə müstəqil
səsi, havanı, melodiyanı çoxsəsli musiqi əsə-
rində harmonik birləşdirmə sənəti.
2. Musiqi nəzəriyyəsinin belə birləşmə-
ləri, onların xüsusiyyətlərini öyrənən sahəsi.
KONTRİBUSİYA [lat.] Müharibədən son-
ra qalib dövlətin məğlub dövlətdən məcburi
surətdə almalı olduğu pul; təzminat. // Mü-
haribə zamanı tutulmuş yerlərin əhalisindən
düşmən tərəfindən alman məcburi vergi və
ya pul.
KONTROL [fr.] Nəzarət, yoxlama, təftiş.
KONTROLLUQ is. Kontrolun işi, vəzifəsi;
nəzarətçilik. □ Kontrolluq etmək (eləmək)
- üzərində kontrol (nəzarət) etmək.
KONTROLSUZ sif. və zərf Üzərində
kontrol (nəzarət)) olmayan (olmadan). Kont-
rolsuz işləmək.
KONTROL YOR [fr.] 1. Bir şeyi kontrol
etmək, yoxlamaq vəzifəsini daşıyan şəxs;
nəzarətçi.
2. xüs. istehsal prosesində bir şey üzərində
kontrol aparan cihaz.
KONTUR [//■.] 1. Bir şeyin qrafik xətlərlə
xarici təsviri; bir şeyi çevrələyən xətt; çevrə.
734
KONTUZİYA
2. elektr. və rad. Keçiricilərin qapalı
dövrəsi.
0 Kontur xəritə - coğrafi adlar yazılma-
mış tədris xəritəsi. Kontur xətt - qırıq-qırıq
xətt, nöqtələrdən ibarət olan xətt.
KONTÜZİYA [lat.] Mərmi partlayışı, uç-
qun və s. nəticəsində dəriyə zərər vermədən
bədənin müxtəlif yerlərində əmələ gələn
zədə, əziklik, şikəstlik.
KONTUZİYALI sif. Kontuziyası olan. Kon-
tuziyalı adam.
KONUS [lat. conus, əsli yun. konos]
1 . riyaz. Düzbucaqlı üçbucağın, bir kateti ət-
rafında fırlanması nəticəsində əmələ gələn
həndəsi cisim, fiqur. Konus çəkmək.
2. Konusa oxşayan hər hansı bir şey. Gün
də konusa bənzəyən Sağsağan dağmın ardın-
dan qalxıb meşələri, tikinti sahəsini işıqlan-
dırırdı. I. Əfəndiyev.
KONUSAOXŞAR bax konusşəkilli. Ko-
ııusaoxşar təpə.
KONUSAOXŞARLIQ bax konusşəkillilik.
KONUSŞƏKİLLİ sif. Konusaoxşar, konus
kimi, konus şəklində olan. Konusşəkilli dağ.
KONUSŞƏKİLLİLİK is. Konus şəklində
olma, konusa oxşama.
KONUSVARİ bax konusşəkilli.
KONUSVARİLİK bax konusşəkillilik.
KONVENSİYA [lat.] Xüsusi bir məsələyə
dair beynəlxalq saziş, müqavilə. Konvensiya
bağlamaq. Dəmiryol konvensiyası.
KONVENT [lat. conventus-dan] Bəzi öl-
kələrdə: xüsusi qanunvericilik hüququna ma-
lik olan seçkili orqanların adı; şura, məclis.
□ Milli konvent - XVIII əsrin axırlarında
Fransa burjua inqilabı dövründə milli məclis.
KONVERSİYA [lat. conversio-dan] Vaxtı
ilə buraxılmış dövlət istiqrazı şərtlərinin də-
yişilməsi (faizin azalması, ödəmə vaxtının
dəyişilməsi və s).
KONVERT [fr.] 1. Bax zərf 1-ci mənada.
Tərlan konverti cibindən çıxartdı, tez açıb
məktubu oxumağa başladı. M. Hüseyn. Həsən
cavab əvəzinə cibindən bir konvert çıxara-
raq Dilarava uzatdı. M. İbrahimov.
2. Südəmər uşaqlar üçün konvert şəklin-
də tikilmiş bələk. Uşağı konvertə qoymaq.
KONVEYER [ing.] İşlənib hazırlanma pro-
sesində olan məmulatı bir yerdən başqa yerə
KONYUKTİVİT
ötürmək, yaxud nəql etmək üçün arasıkə-
silmədən hərəkət edən nəqliyyat qurğusu.
Konveyer sistemi. Konveyeri quraşdırmaq.
0 Konveyer kimi - bir-birinin ardınca,
birisindən o birisinə.
KONVEYERÇİ is. Konveyerin hərəkətini
idarə edən fəhlə.
KONVEYERLƏŞDİRİLMƏ “Konveyerləş-
dirilmək”dən/;'s.
KONVEYERLƏŞDİRİLMƏK məcli. Kon-
veyerlə təchiz edilmək, konveyer sisteminə
keçirilmək. Tikiş sexi konveyerləşdirildi.
KONVEYERLƏŞDİRMƏ “Konveyerləş-
dirmək”dən f.is.
KONVEYERLƏŞDİRMƏK/ Konveyerlə
təchiz etmək, konveyer sisteminə keçirmək.
İstehsalı koııveyerləşdirmək.
KONVEYERLİ sif. Konveyeri olan, kon-
veyerləşdirilmiş, konveyer tətbiq edilmiş.
Koııveyerli sex.
KONVOY [holl.] 1. Mühafizə məqsədilə
və ya qaçmağın qarşısını almaq üçün birisi-
ni müşayiət edən silahlı dəstə. Konvoy dəs-
təsi. II Həmin dəstədə xidmət edən adam.
- Yaxşı qulluq göstərən konvoy onun döşün-
dən itələyib qoymadı. M.Hüseyn.
2. Müharibə vaxtı nəqliyyat və ticarət gə-
milərini yolda düşməndən qorumaq üçün
onları müşayiət edən gəmi və ya təyyarə
dəstəsi. Konvoy gəmisi.
KONYAK [Fransanın cənubundakı Konyak
(Cognac ) şəhərinin adından] Müxtəlif üzüm
şərablarının distilləsi və uzun müddət palıd
çəlləklərdə saxlanılması yolu ilə hasil edi-
lən tünd spirtli içki. ‘ ‘Göy göl" konyakı. Beşul-
duzlu konyak. Konyak zavodu. Konyak şüşəsi.
- Meyxanada dostlar bir-birinin sağlığına
hərəsi altı böyük rumka konyak vurdular və
yaxşı Göyçə balığının kababını məzə etdilər.
E. Sultanov. Konyak içilə su yerinə bəzmi-
səfadə; Sərməst ola, şənlik eləyə atlı, piyadə.
Ə. Qəmküsar.
KONYUKTİV 1 [lat.] qram. Felin şərt for-
ması.
KONYUKTİV 2 [lat. conjunctivus - birləş-
dirici-dən] anat. Gözün, göz qapağının içə-
ridən üstünü və göz almacığının qabaq his-
səsini örtən selikli qişası.
KONYUKTİVİT [lat. conjunctivus - birləş-
dirici-dən] tib. Konyuktivin iltihabı.
735
KOOPERASİYA
KOOPERASİYA [lat. cooperatio - birlik]
1 . Əmək təşkilinin xüsusi forması (bu təşki-
lat formasında çoxlu adam eyni əmək prose-
sində, yaxud müxtəlif, lakin bir-birilə bağlı
əmək prosesində müntəzəm və birgə iştirak
edir).
2. Üzvlərinin - payçıların vəsaiti hesabına
təşkil edilən kollektiv istehsalat, ticarət və s.
birliyi. Sənət kooperasiyası. İstehlak-mənzil
kooperasiyası.
3. B ax kooperativ 2-ci mənada.
KOOPERATİV [latıncadan] 1. Koopera-
siya təşkilatı. Kooperativ təşkilatı. - [Muxtar]
mərkəzi işçi kooperativində orta bir vəzifə
daşıyırdı. S. Hüseyn.
2. Kooperativ mağazası, dükanı. Rüstəm
sürətli addımlarla qayıtdı vəflrqə özək kati-
bini kooperativ qarşısında tapdı. T.Ş. Simurq.
indicə başa düşdüm ki, inteligentlər cümə
günü Əliqulu vasitəsilə kooperativ mağaza-
sından araq almaq istəviblərmiş. Qantəmir.
0 Kənd təsərrüfat kooperativi - bax
kolxoz. ..Kənddə kənd təsərrüfat kooperati-
vində olduq. M. İbrahimov.
KOOPERATİVÇİ is. Kooperasiya işçisi,
kooperativ işçisi.
KOOPERATİVLƏŞDİRİLMƏ “Koopera-
tivləşdirilmək”don f.is. İstehsalın koopera-
tivləş dirilməsi.
KOOPERATİVLƏŞDİRİLMƏK məcli. Ko-
operativə daxil edilmək, kooperativə cəlb
edilmək. // Kooperasiya əsasında birləşdi-
rilmək.
KOOPERATİVLƏŞDİRMƏ “Kooperativ-
ləşdirmək”dən f.is.
KOOPERATİVLƏŞDİRMƏK icb. Koope-
rativə daxil etmək, kooperativə cəlb etmək.
// Kooperasiya əsasında birləşdirmək.
KOOPERATİVLƏŞMƏ “Kooperativləş-
mok”don f.is.
KOOPERATİVLƏŞMƏK f. Kooperasiya
əsasında birləşmək, kooperativ təşkil etmək;
kooperativə daxil olmaq.
KOOPTASİYA [lat. coptatio] Hər hansı
seçkili orqanın öz heyətinə seçkisiz olaraq
yeni üzv daxil etməsi.
KOORDİNAT [lal.] xüs. Fəzada və ya səth
üzərində hər hansı bir nöqtənin vəziyyətini
təyin edən ədəd. Peykin koordinatları. Coğ-
rafi koordinat.
KOR
KOPPUŞ sif. Kök, toppuş. Koppuş uşaq.
Koppuş əl. Koppuş adam.
KOR sif. 1 . Görmək qabiliyyətini itirmiş,
gözü görməyən. Kor uşaq. Kor qoca. - Kor
quşun yuvası öz-özünə düzələr. (Ata. sözü).
Kor rəssam əlini oğlunun başına çəkərək
gülümsədi. İ.Əfəndiyev. □ Kor etmək (elə-
mək) - gözlərini çıxartdırmaq. [Alı kişi:]
bir paşanın sözü ilə məni kor elədin.
“Koroğlu". Bir parasın Şah İsmayıl özü kor
edibdir, bir parasın Şah Abbas özü, .. onlar
məsrəfdən çıxıbdır, bir zada yaramazlar.
M.F.Axundzadə. Kor olmaq - görmək qabi-
liyyətini itirmək. Bir azdan sonra Hacının
bir gözü kor oldu. Ə.Haqverdiyev. [Qurban-
qulunun] əvvələn, bir gözü çiçəkdən kor
olmuşdu, ikinci də, burnu qəribə iri idi...
T.Ş. Simurq.
2. is. Kor adam. Korlar məktəbi. Korlar
üçün əlifba. - Dullara və yetimlərə və şillərə
və korlara iaııət və himayət göstərilsin.
M.F.Axundzadə. Dilənçilərin duaları, korla-
rın sızıltısı .. deyirdi ki, imperatorun konsul-
xanası açıqdır. M. S. Ordubadi. [Mehriban:]
..Korlar işığı, gözəlliyi necə duyurlarsa,
mən də məhəbbəti eləcə hiss edirəm.
İ.Əfəndiyev. // Zəif görən, gözü pis görən.
3. məc. Ətrafdakı hadisələri, işləri görmə-
yən, dərk etməyən, başa düşməyən, hiss et-
məyən. [Cahan:] Bəs mənim gözlərim kor-
dur?! Ü. Hacıbəyov. [Əbdül:] Mənim gözüm
kor deyil. Ə.Haqverdiyev. [Südabə:] Gözəl-
liyə qarşı kordur gözlərin. H.Cavid. // məc.
Küt, qanmaz, anlamaz, cahil. [Elxan:] Sax-
lan oyunlar oyuncağı, tapdanmış qul! Hədəf-
siz kor kütlə! C.Cabbarlı. Savadsız, elmsiz in-
san kordur. M. İbrahimov.
4. məc. Qatı, kəsif, bərk. Getdikcə ətraf
dərələr kor dumanla doldu. S.Rəhimov. [Xan:]
Bu kor qaranlıqda bu azğın seli keçmək ol-
mayacaq, gərək dan ağarmasım gözləyək.
M.Rzaquluzadə. // məc. Aydın olmayan, bəlli
olmayan, yaxşı seçilməyən; zəif. Kor işıq.
5. Qoşulduğu sözlərə pislik, məşumluq
məfhumu verir: Kor tale. Kor qüvvələr. - Axı
bunlar nədir ki, əlində kor fələyin ; Kaş çiçə-
yi olaydın, eyvandakı dibçəyin. B.Vahabzadə.
6. məc. Çıxış yolu olmayan, ardı kəsik olan.
Kor xətt. Kor küçə. □ Kor çay coğr. - heç
736
KOR
bir hövzəyə tökülməyib yarıda quruyan çay.
// Pəncərəsi olmayan, pəncərəsiz. Evin kor
divan.
7. Qaranlıqda, dumanlı havada yalnız ci-
hazların köməyi ilə icra edilən. Kor uçıış.
Təyyarəyim kor enişi.
0 Kor bağırsaq anat. - yoğun bağırsağın,
soxulcanvari çıxıntısı olan hissəsi. Kor qal-
maq - cəhalətdə qalmaq, maarif işığından
məhrum olmaq, dünyadan xəbərsiz olmaq.
[Rüstəm:] Mən kor qaldım, savadsız oldum.
S.Rəhimov. Kor qoymaq - 1) dağıtmaq, xa-
raba qoymaq, heçə çıxarmaq, puç etmək.
[Aslan bəy:] Sən mənim ətək-ətək tökdüyüm
pulu, çəkdiyim zəhməti kor qoydun. A.Şaiq.
[Qızıl Arslan:] Eldənizin yurdunu kor qoydun,
mənim belimi sındırdın. M. S. Ordubadi;
2) məc. cəhalətdə saxlamaq, gözünü bağlı
qoymaq, maarif işığından məhrum etmək.
Köhnə zamanın üzü qara olsun, yaxşıca kor
qoydu babanı. Mir Cəlal. Kor quruş (qə-
pik) - bir qəpik də olsa. [Pərzad] həm Əlidən
oldu, həm də Vəlidən: kəbindən bir kor quruş
gəlmədi. Mir Cəlal. Kor düyün - 1) açıl-
ması çətin olan düyün; 2) məc. həlli çətin
olan məsələ. Kor etmək - heç etmək, yox
etmək, puça çıxarmaq. Sözüm bəyənilib, işim
saz olub: Sən Allah, siftəmi kor eyləməynən.
Aşıq Ələsgər. Kor ilan zool. - cücülərlə
bəslənən ilanabənzər sürünən heyvan. Kor
yapalaq - 1) bayquş; 2) məc. məşumluq,
nəhslik simvolu kimi işlənir. Gözünün
üstündə Buxara papaq: Əntərə bənzəyir o
kor yapalaq. S. Vurğun. Bu olan iş deyil, o kor
yapalaq: Məni pəncəsindən buraxmaz ki,
sağ. M.Rahim. Kor olmaq - gözü tutulmaq,
suyu kəsilmək. Bulağın gözü kor olubdur.
Kor olsun! - qarğış, nifrət məqamında iş-
lənir. Dam üstədir damımız: Qoşadır eyva-
nımız: Sən ordan bax, mən burdan: Kor olsun
düşmanımız. (Mahnı). [Pəri:] Laçınım, kor
olsun Pərin, mən sənin başına bəla gətirdim.
Ə.Məmmədxanlı. Kor öküz kimi - heç bir
iş görməyən, fəaliyyətsiz. [Bayraməli bəy:]
..Rəsul ağa, sən heç zəhmət çəkib yerindən
tərpənmə, necə ki, yatmısan elə də kor öküz
kimi yat.. N.Vəzirov. Kor siçan zool. - yer
altında yaşayan gəmirici; köstəbək. Kor tut-
duğun^) buraxmaz - tərs, inadkar, yekəbaş
KORAZEHİNLİK
adam haqqında. Kor höcət - tərs, inadcıl,
höcət adam haqqında. Heç kəsi bəyənmir, özü
də ki, kor höcətin lap böyüyüdür. M. Süley-
manov. Kor çiban - başı olmayan, gözsüz
çiban. Kor şeytan - guya insanlara pislik
gətirən mövhumi qüvvə... Şeytandan murad
həmin kor şeytandır ki, taskülahından zınqı-
rov asılıb. C.Məmmədquluzadə. Adamlar
həmişə bir fəlakətə, uğursuzluğa düçar
olanda kor şeytandan görərdilər. Mir Cəlal.
Kor şeytan deyir ki..., kor şeytan nə deyir...
-bax dəli şeytan deyir... (“dəli”də). Yurdu
kor olmaq (qalmaq) - öləndən sonra nəsli
qalmamaq, yurduna sahib duran övladı qal-
mamaq. [Şiraslan] Əmiraslan babasına hiss
etdirmək istəyirdi ki, onun yurdu kor deyil-
dir. S.Rəhimov. [Hacı:] Mən elə-belə adam
deyiləm ki, yurdum kor qalsın, sabah başımı
yerə qoyandan sonra var-dövlətimin başına
qarğa-quzğun yığışsın. Mir Cəlal. Lənət
sənə, kor şeytan! - bax lənət.
KORABUĞUM is. тәһ. Taxılın küləşinin
torpağa yaxın hissəsi. Korabuğunıu nə külək
aparmaz, nə də mal yeməz.
KORAFƏHM bax korazehin. [Kamilov:]
Yüz dəfə şəxsən özüm başa salıram, yenə
baxıram ki, korafəhmin biridir. S.Rəhimov.
KORAFƏHMLİK bax korazehinlik.
KORAMAL is. zool. Sürünənlər sinfinə
daxil olan ilanabənzər ayaqsız kərtənkələ.
[Əmiraslan:] Nurəddiıı, gör nə gözəl kora-
mal balasıdır. Tut, aparıb kirpimizə verək,
yesin. Qorxma, koramalın zəhəri yoxdur, ada-
mı vurmaz. S.S.Axundov... iri kəsəklər, yekə
kötüklərlə birlikdə ilan və koramallar maşın-
ların altında qalırdı. Ə.Vəliyev.
KORAMAZ is. məh. Çiy südlə qatığın qa-
rışığından ibarət ağartı yaxud sərinləşdirici
içki. [Tapdıq] bir qədər ağladıqdan sonra
da yerə düşüb koramazı .. iki boşqaba boşalt-
dı.. Ə.Vəliyev.
KORAZEHİN sif. Yaddaşı zəif olan, zehin-
siz, küt, qabiliyyətsiz, gec anlayan, korafəhm.
[Mirzə Hüseyn:] Çox korazehin və şıltaq bir
qız idi. Əlifbanı güclə öyrənə bildi. S.Rəhman.
[Qəndab:] [Məzahir] riyaziyyatda məndən
də korazehin idi. B. Bayramov.
KORAZEHİNLİK is. Y addaş zəifliyi, küt-
lük, gec anlama; korafəhmlik.
737
KORBUCAQ(LI)
KORLUQ
KORBUCAQ(LI) sif. və is. Bucağı düz
bucaqdan (90°-dən) böyük olan. Korbu-
caq(lı) üçbucaq.
KORBUZ sif. dan. Yaşından böyük görü-
nən, iri bədənli; qüvvətli, yekəpər. Korbuz
cavan. Korbuz adam.
KORCA(SINA) bax kor-koranə.
KORDABALET [fr. corps de ballet] Əsas
ifaçının ətrafında dəstə ilə rəqs edən balet
artistləri heyəti.
KORDİAMİN is. [lat.] Ürək dərmanı.
KOREYACA sif. və zərf Koreya dilində.
Koreyaca danışmaq. Koreyaca-rusca liiğət.
KOREYALI is. Koreyanın əsas əhalisini
təşkil edən xalq və bu xalqa mənsub adam.
KORGÖZ sif. 1 . Gözü görməyən, gözü kor
olan; kor. Korgöz kişi.
2. məc. Qafil, qəflətdə olan, xəbərsiz. [Telli
Pərşana:] Elə [Şirzad] kimi igid harada var,
ay korgöz xanını! M. İbrahimov.
KORİDOR [/;■.] Mənzilin, binanın ayrı-
ayrı hissələrini birləşdirən dar keçid; aralıq,
dəhliz. Qaranlıq koridor. - Rüstəm bəy ya-
vaşca koridora çıxdı, qapını taqqıldatdı.
Çəmənzəminli. Nəcəf geniş və işıqlı bir ko-
ridora çıxdı. Q. İlkin. // Hər iki tərəfdən
məhdud dar yer haqqında.
KORİDORCU is. Mehmanxana və s.-də
mərtəbə otaqlarının baxıcısı.
KORİFEY [yun. koryphaios - başçı] Elm,
incəsənət və s. sahəsində ən görkəmli xa-
dim. Elmin korifeyləri.
KOR-KOBUD sif. dan. Bir qədər, yaxud
çox kobud, yaraşıqsız, qaba. [Məhbubə xa-
nım] baxdı ki, [Bəlli Əhməd] düzdü, bir az
kor-kobuddu, amma elə ürəyəyatan oğlandı
ki, min paşa oğluna dəyər, min də xan oğluna.
"Koroğlu”.
KOR-KORANƏ zərf Düşünmədən, müla-
hizə etmədən, fikirləşmədən, görmədən, bil-
mədən. Kor-koranə iş görmək. Kor-koranə
danışmaq. - [Əsgər bəy:] Amma İslanı kor-
koranə barmaqlarını yerə sürtə-siirtə rahi-
ııicat axtarır. Ə.Haqverdiyev. [Məmmədov
Aydına:] Əlbəttə, bu o demək deyildir ki,
kor-koranə tabe olasan. H.Seyidbəyli.
KORLAMA “Korlamaq”dan/;'s.
KORLAMAQ/ 1 . Xarab etmək, pis vəziy-
yətə salmaq, yaramaz hala salmaq; pozmaq.
Şeyi korlamaq. Maşını korlamaq. - Sındırıb
korlamısan; Oyuncaqları bir-bir. R.Rza.
[Vəli:] Bu vaxta kimi beş-altı rol oynamısaıı,
hamısını da korlamısan. S. Rəhman. // məc.
Pisləşdirmək, xarablamaq, puça çıxarmaq,
alt-üst eləmək. Qız Hüseyn Kürdə yalvarıb
dedi: - Sən getmə, çoban adamsan, danışı-
ğını bilməzsən, işi daha da korlarsan.. (Nağıl).
[Sultan bəy:] ..Mərdimazar oğlu mərdima-
zar hayandan gəldi isə, bütün işi korladı.
Ü.Hacıbəyov. ..Qara kişini bu soyuq hava
üşütdü, nəşəsini əməlli-başlı korladı. Ə.Əbül-
həsən.
2. məc. Sərfəsiz xərcləmək, sovurub da-
ğıtmaq, puç eləmək; sovurmaq. Pulu korla-
maq. - Yaşar iki ayda iki min manatlıq malı
korlamışdır. C.Cabbarlı.
KORLANMA "Koıianmaq”dan f. is.
KORLANMAQ/ Xarab olmaq, pozulmaq,
yaramaz hala gəlmək, bərbad olmaq, iki sa-
atdan çox idi ki, kəşfiyyat buruğunda elek-
trik xətti korlanmışdı. M.Hüseyn. // Məc. mə-
nada. Əhvalı korlanmaq, işləri korlanmaq.
KORLAŞMA “ K o r 1 aşın aq ” d an / A
KORLAŞMAQ/ (Getdikcə) görmə qabi-
liyyətini itirmək.
KORLUQ 1 is. 1. Kor adamın halı, gözü
görməmə. [Salman:] O mənim atamın kor-
luğuna sataşdı. Ə.Haqverdiyev. [Məsmə:]
[Ərimgil] gözsüzlük bədbəxtliyini, korluq fə-
lakətini özləri üçün bir nemət hesab edirdilər.
S. Hüseyn. [Zeynal] korluğa qismən adət et-
mişdisə də, yenə çox əziyyət çəkirdi. B. Bay-
ramov.
2. məc. Ətrafında baş verən hadisələri gör-
məyi və ona qiymət verməyi bacarmama;
bəsirətsizlik, uzaqgörməzlik, qəflət. Siyasi
korluq.
Ф Rəng korluğu - bax daltonizm.
KORLUQ 2 is. Ehtiyac, çatışmazlıq, sıxıntı,
əziyyət. [Osetiya torpağının] çaydan, sudan
korluğu yoxdur. M. İbrahimov. [Pakizə xala:]
Mən onu ayazda, soyuqda, pis gündə, korluq-
da böyütməkdə ikən məktəb onu qucağına
aldı. Mir Cəlal. □ Korluq vermək - 1 ) baş-
qasını incitmək, əziyyət vermək. Qonşuya
korluq vermək ; 2) sıxıntı vermək, lazımi
qaydada baxmamaq. [Gülşənəm:] Yox, oğul,
insafən biz mal-qaraya korluq vermədik.
M.Hüseyn. [Bərbərzadə:] Mən isə, tərsinə,
özümə korluq verən deyiləm. S.Rəlmıan. Uşaq
738
KOROĞLUSAYAĞI
KORŞALMAQ
olma, yeməyinə korluq versən zəif düşərsən...
Mir Cəlal. Korluq etmək dan. - müəyyən
müddət üçün hazırlıq görmək, azuqə topla-
maq. Taxıl korluq etmək. Ağac (odun) korluq
etmək. Korluq çəkmək - ehtiyacda olmaq,
sıxıntı çəkmək, zillət çəkmək, ağır günlər
keçirmək, əziyyət çəkmək. Sudan korluq
çəkmək. Paltardan korluq çəkmək. - [Hacı
Osman:] Bu il qoyunlarımız korluq çəkməyə-
cəklər ki. N.Vəzirov. [Hacı Əhməd Almaza:]
Biz eşitdik, azuqə sarıdan korluq çəkirsiniz.
C.Cabbarlı. [Müvəkkil Firəngizə:] Görünür
yamanca korluq çəkmisiniz. B. Bayramov.
Korluğunu çəkmək - birinin olmamasın-
dan mənəvi əzab hiss etmək, birinin intiza-
rında olmaq, həsrətini çəkmək. [Qıırban:]
Sabahın xeyir, a Fatmanisə, kişinin korlu-
ğunu çəkmirsən ki. Ə. Haqverdiyev.
KOROĞLUSAYAĞI, KOROĞLUHƏNGİ
si/ Xalq qəhrəmanı Koroğlunun bığı kimi
uzun və yuxan burulmuş (bığ haqqında). Uzun
koroğlusayağı bığlar ona həqiqətən tipik
Bakı susatanları görkəmi verirdi. S. Rəhman.
KOR-PEŞMAN zərf istədiyini əldə etmə-
miş, arzusuna çatmamış; əliboş, peşman halda.
Kor-peşman geri dönmək. Kor-peşman yola
düşmək. - [Rəsul] kor-peşman anasının ya-
nma gəlib onu işdən hali etdi. "Aşıq Qərib".
Kürdlər də kor-peşman öz qoyunlarını götü-
rüb Arazın qırağına getdilər. “Aşıq Ələsgər”.
[Əhməd] ..başına bir çəllək soyuq su tökül-
müş adam kimi kor-peşman yenidən malları
bir-bir xurcuna yükləyib mindi. B.Talıblı.
KORPORASİYA [lat.) Bir peşəyə, silkə
və s. mənsub olan adamların ittifaqı, birləş-
məsi, cəmiyyəti.
KÖRPÜS [lat.] 1. Ümumi sahədə yerləşən
binalardan hər biri, yaxud böyük binanın ay-
rıca hissəsi. Binanın baş korpusu. Xəstəxa-
nanın ikinci korpusu. - Onlar yaşayan korpus
cəmisi səkkiz palatası olan ikimərtəbəli bir
bina idi. M. İbrahimov. Bir az kənarda qır-
mızı kirəmit damlı geniş ağ korpuslar görü-
nürdü. M.Rzaquluzadə.
2. Bir neçə diviziya və ya briqadadan iba-
rət iri qoşun birləşməsi. Tank korpusu.
3. Bir hökumət yanındakı xarici dövlətlərin
nümayəndələri. Bu ziyafətdə Təbrizdə olan
bütün diplomatik korpus iştirak edəcəkdir.
M. S. Ordubadi.
4. İnqilabdan əvvəlki Rusiyada: orta hərbi
məktəb adlarının tərkibində işlənilir. Vladimir
Dubrovski kcıdet korpusunda tərbiyə almış
və məktəbdən kornet rütbəsində qvardiyaya
göndərilmişdi. Puşkindən.
5. mətb. On punktluq mətbəə şrifti (hüru-
fatı).
KORREKTOR [lat.] Korrektura oxuyan
və düzəldən mətbəə və ya nəşriyyat işçisi;
müsəhhih, təshihçi.
KORREKTORLUQ is. Korrektorun işi, və-
zifəsi; müsəhhihlik.
KORREKTURA [lat. correctio - düzəliş]
1 . Mətbəədə yığılmış mətn (nabor) səhvlə-
rinin düzəldilməsi, təshih edilməsi. Korrek-
tura işarələri.
2. Səhvləri düzəltmək üçün yığılmış mətn-
dən çıxardılan nüsxə. Korrektura oxumaq.
Korrekturanı yoxlamaq.
KORRELYAT is. [lat.] Əlaqəli dil vahid-
ləri.
KORRİDA is. [ыр.] İspaniyada öküzlə dö-
yüş tamaşası.
KORROZİYA [lat.] Metalların və s.-nin
səthinin müxtəlif fıziki-kimyəvi və bioloji
amillərin təsiri nəticəsində dağılması, habe-
lə bu prosesin özü. Metalların korroziyası.
Korroziyaya qarşı tədbirlər. Süxurların kor-
roziyası.
KORRUPSİYA is. [lat.] İctimai, siyasi xa-
dimlərin, vəzifəli şəxslərin rüşvət, böyük
hədiyyələrlə ələ alınması.
KORSAR is. [ ital .] Dəniz qulduru.
KORSET [fr.] 1. Bədəni şax saxlamaq, beli
sıxmaq üçün paltarın altından bağlanan enli
elastik kəmər. Korset ilə kəmərini, yan qa-
bırğaları bir-birinə bitişəcək qədər sıxmış
bir qadın da konkaya mindi. A. Şaiq.
2. Fəqərə sütununun əyilməsi və ya hər
hansı bir xəstəliyi ilə əlaqədar olaraq bədə-
nin yuxarı hissəsinə bağlanan bərk bandaj.
Gips korset.
KORŞ bax koruş 2-ci mənada.
KORŞALMA “Korşalmaq”dan fis.
KORŞALMAQ/ dan. Kütləşmək, itiliyini
itirmək, küt olmaq. Bıçaq korşalıb. - ..Kor-
şalan baltanı hər altmış-yetmiş metrdən bir
çıxarmaq lazım gəlirdi. M. Hüseyn. // Məc.
mənada. Molla çox arxayınlıqla şəhadət bar-
739
KORŞALTMA
KOSMETİKA
mağını qaldırdı: - Məgər hafizəniz korşa-
lıbmı? S. Rəhimov.
KORŞALTMA “Korşaltmaq’’dan fis.
KORŞALTMAQ f. Kütləşdirmək, küt et-
mək. // Məc. mənada.
KORTES is. [wp.] İspaniyada və Portuqa-
liyada parlament.
KORTƏBİİ sif. 1 . İnsanın iradəsindən asılı
olmayan, təbiət qüvvələrinin təsirindən törə-
yən, öz-özünə baş verən. Kortəbii hadisələr.
2. Qeyri-mütəşəkkil, düzgün siyasi rəhbər-
lik olmadan; nizamsız. Keçmişdə fəhlələrin
kortəbii çıxışları. Tətilçilərin kortəbii çıxışı.
KORTƏBİİLİK is. 1 . Öz-özünə baş vermə;
qarşısı alınmazlıq.
2. Qeyri-mütəşəkkillik, nizamsızlıq, özba-
şınalıq.
KORUXMA “Koruxmaq”dan fis.
KORUXMAQ/ məh. Sağalmaq, yaxşı ol-
maq. Gəl, iki gözümün ağı-qarası ; Koruxsun
qəlbimin bəlkə yarası. S.Rüstəm.
KORUN-KORUN zərf İçəridən közər-
məklə, alovsuz, közərə-közərə. Tüstüləndi
evin ortasında korun-korun yanan gərmə
ocağı. O. Sarıvəlli. Bayaqdan bəri korun-
korun tüstülənən ocaq qəfildən parıldayıb
alışdı. İ. Hüseynov.
KORUŞ sif. və is. dan. 1 . Gözü yaxşı gör-
məyən, gözü zəif görən. Koruş kişi. Koruş qız.
2. məh. Küt. Koruş bıçaq. Koruş balta.
KORUŞLUQ is. 1 . Gözü yaxşı görməmə,
gözü zəif görmə.
2. məh. Kütlük. Bıçağın koruşluğu.
KOS bax top. Hər iki dəstə əldən-ələ ke-
çən kosu həvəslə atıb tutur, cır səslə çığırıb
bağırırdılar. M.Hüseyn. Onlardan bir dəstə
kos qovalayır, bəziləri oynaşıb gülüşürlər.
S. Rəhimov.
KOSA sif. 1 . Üzündə tük bitməyən, yaxud
seyrək tük bitən. Hacı Qəvamın sağ tərəfim
uzunboylu, arıq və kosa Kərbəlayı Fəraməz
tutmuşdu. T.Ş. Simurq. [Gülzar:] Kosa Rəhim
qoşulub o uzunqılça Mansura, Maıısur da
ona. İ.Hüseynov. // İs. mənasında. Kosaya
hərə bir tük versə, kosa da saqqallı olar.
(Ata. sözü). [Şirinnaz:] Necə deyərlər, kosa
getdi saqqal gətirə, bığını da qoyub qayıtdı.
S. Hüseyn.
2. B ax kos-kosa 2-ci mənada.
KOSAGƏLİN is. etnoqr. Əsasən kosa (2-ci
mənada) və gəlinin iştirak etdiyi xalq kukla
(müqəvva) teatrı. Genə bu ayın müddətində
bəzi yerlərdə kosagəlin oynayacaq, uşaqlar
evləri gəzib qovurğa və qovut yığacaqlar.
C. Məmmədquluzadə.
KOSALAŞMA "Kosalaşmaq”dan fis.
KOSALAŞMAQ f Üzünün tükləri tökül-
mək, yaxud seyrəkləşmək, kosa olmaq.
// məc. Seyrəkləşmək.
KOSALDIQAÇ is. İki dəstə uşağın kosla
(topla) oynadığı oyun. Kosaldıqaç oynamaq.
- Belə maraqlı oyunlardan biri də xalq ara-
sında kosaldıqaç (kos aldı qaç) adı ilə məş-
hur olan oyundur. H.Sarabski.
KOSALIQ is. Kosa adamın halı, üzün tük-
süzlüyü, üzündə tük olmama və ya çox sey-
rək olma.
KOSASAQQAL sif. və is. Üzündə seyrək
tük olan və ya heç olmayan. Kosasaqqal kişi.
KOSASAQQALLIQ is. Kosasaqqal adamın
halı.
KOSEKANS [lat. co və secans] Triqono-
metriyada: əlavə bucağın sekansı.
KÖSİNUS [lat. co və sinus] Triqonomet-
riyada: əlavə bucağın sinıısu.
KOS-KOS is. Uşaqların kos (top) ilə oyna-
dıqları oyun; top-top. [Sabir] uşaqlarla kos-
kos oynamağa başladı. S.Rəhimov. [Zərifə:]
Nəcəf., kos-kos oynayır, bir bax! S.Vəliyev.
KOS-KOSA is. etnoqr. 1 . Novruz bayramı
ərəfəsində və bayramda xüsusi geyindirilib-
kecindirilmiş adamın qapı-qapı gəzib mahnı
oxuyaraq pay yığmasından ibarət xalq oyunu.
2. Həmin oyunda iştirak edən əsas surət;
kosa.
KOSMETİK sif. [ yun.] Kosmetikaya aid
olan, kosmetika üçün yarayan. Kosmetik
maddələr.
KOSMETİKA [yun. ] 1. Gigiyena və ya üzə
və bədənə gözəllik və təravət vermək üçün
tətbiq edilən tədbir və vasitələrin məcmusu.
Müalicə kosmetikası. H Üzə və bədənə gözəl-
lik və təravət vennək üçün işlədilən müxtəlif
maddələr (kremlər, yağlar və s.).
2. Üzə və bədənə gözəllik və təravət ver-
mək üçün lazım olan vəsait və maddələri
hazırlama və tətbiqetmə sənəti. Kosmetika
kabineti.
740
KOSMİK
KOSMİK [yun.] Kosmosa, fəzaya aid olan,
kosmosda olan, kainatla bağlı olan. Kosmik
uçıışlar. Kosmik fəza. İlk planetlərarası stan-
siyanın uçuşu uzaq kosmik rabitə mərkəzin-
dən idarə olunur. □ Kosmik gəmi - kos-
mosu tədqiq etmək üçün kosmosa buraxılan
xüsusi cihaz və qurğularla təchiz olunmuş
gəmi növü. Kosmik toz - ulduzlararası fə-
zada dumanlıqlar əmələ gətirən ən xırda zər-
rəciklər. Kosmik şüalar - fəzadan atmos-
ferin yuxarı qatlarına düşən şüalar. Kosmik
cisimlər - meteoritlər və ya onların qəlpələri.
KOSMODRÖM [yun. kosmos - kainat və
dromos - qaçış meydançası] Kosmik gəmi-
ləri və süni peykləri havaya buraxmaq üçün
meydança (yer) və onların uçuşunu təmin
etmək üçün müvafiq qurğular.
KOSMOQONİK [yun.] Kosmoqoniyaya
aid olan, kainatın əmələ gəlməsinə aid olan.
Kosmoqonik nəzəriyyə.
KOSMOQONİYA [yun.] Göy cisimlərinin,
xüsusilə Günəş sisteminin əmələ gəlməsi
və inkişafı haqqında elm.
KOSMOLOGİYA [ушЈ. kosmos - kainat
və logos - nəzəriyyə] Bir küll kimi götürü-
lən kainat haqqında nəzəriyyə. // Astronomi-
yanın bu nəzəriyyəyə həsr olunmuş şöbəsi.
KOSMOLOJİ [yun.] Kosmologiyaya aid
olan.
KOSMONÄVT [yun. kosmos - kainat və
nautes - üzən] Kosmik fəzaya uçan adam.
KOSMONÄVTİKA [yun. kosmos - kainat
və nautike - gəmi sürmə] İnsanın kosmosa
uçuşu, habelə avtomatik stansiyaların kos-
mosa göndərilməsinin nəzəriyyə və prakti-
kası.
KOSMOPOLİT [vun. kosmopolites - dün-
ya vətəndaşı] Özünü heç bir millətə mənsub
etməyən, kosmopolitizm tərəfdarı olan adam.
// Kosmopolitizmə aid olan, kosmopolitizmlə
əlaqədar olan. Kosmopolit ideya.
KOSMOPOLİTİK [yun. kosmopolites-dən]
Kosmopolitizmə aid olan, kosmopolitizmlə
əlaqədar olan.
KOSMOPOLİTİZM [vun. kosmopolites-
dən] Milli xüsusiyyətləri və ənənələri, və-
təni qoruma və milli müstəqillik ideyasını
inkar edən, özünü heç bir millətə mənsub
etməyən, vətənə, milli mədəniyyətə xor ba-
KOTANÇI
xan, bütün dünyanı özünə vətən hesab edən
mürtəce burjua məfkurəsi.
KOSMOS [yun.] Aləm, bütün kainat. Kos-
mosun fəthi. Kosmosa uçuş.
KOS-NAĞARA is. Ağacla çalınan iri na-
ğara. Döyüləndə kos-nağara ; Xışma gəlib
oldu dəli. Aşıq Ələsgər.
KOSTYUM [/f.] 1. Pencək, şalvar, bəzən
də jiletdən ibarət üst kişi geyimi. Kostyum
tikdirmək. Boz kostyum. - Qulluqçu Firidu-
nun təzə kostyumunu səliqə ilə qatladı. Mir
Cəlal. Onun əynində tiind-qəhvəyi zolaqlı bir
kostyum vardı. M.Rzaquluzadə. // Jaket və
tumandan ibarət qadın paltarı.
2. Teatr və ya maskarad paltarı. [Hüseyn]
ancaq o qədər [Kəblə Cahangirin] haqqında
düşünmüşdü ki, ayrı kostyumda və ayrı və-
ziyyətdə göründüyünə baxmayaraq, o saat ta-
nıdı. S. Rəhman.
KOSTYUMÇU is. Teatrda kostyumlara
baxan işçi. // Tamaşalar üçün kostyum hazır-
layan teatr işçisi.
KOSTYUMLUQ sif. 1 . Kostyum tikilməyə
yarar. Kostyumluq parça.
2. Kostyum tikiləcək parçanın miqdarı
(adətən saylarla). Burada iki kostyumluq par-
ça var.
KOŞƏK is. məh. Almanın, armudun, hey-
vanın və s. meyvələrin yeyilməyib atılan his-
səsi; cecə, puçal. Heyva köşəyi.
KOTAN is. Yer şumlamaq üçün enli metal
gavahmı olan kənd təsərrüfatı aləti. Kotan-
la şumlamaq. Kotan sürmək. Traktor kotanı.
-Atlar, öküzlər kotana güc verir; Gah yüyü-
rür, gah yıxılır, gah durur. M.Ə.Sabir. Kotan
qoşub gedər çölə əkinçi; Əlində dəryaz ot
biçir biçinçi. A.Səhhət.
KOTANCIQ is. Kotanın qabağında torpağı
kəsib çevirməyə kömək edən hissəcik.
KOTANCIQLI sif. Kotancığı olan. Dondur-
ma şumu əlverişli vaxtda kotaııcıqlı kotanla
keçirildikdə torpağın üst qatı alta çevrilir.
KOTANÇI is. 1 . Kotan sürən, kotanla yer
şumlayan əkinçi. Kotançıların holavarları,
.. cavanların giilüşməsi Budağı valeh etmişdi.
Ə.Vəliyev. // Traktora qoşulan kotana xidmət
edən kolxozçu və ya sovxoz fəhləsi. Maşın
kotançıların tuşuna çatanda əyləndi. B.Bay-
ramov.
741
KOTANÇILIQ
2. Əkinçi, rəncbər mənasında. [Heydər
bəy:] Ərz elədim ki, naçalnik, heç vaxt
Cavanşirdən kotançı və kümçü görünməyib!
M.F.Axundzadə.
KOTANÇILIQ is. Kotançının işi, peşəsi;
əkinçilik, rəncbərlik.
KOTANGENS [lat. co və tangens] Triqo-
nometriyada: əlavə bucağın tangensi.
KOT ANLAMA “Kotanlamaq’’dan /и.
KOTANLAMAQ/ Kotanla yer şumlamaq,
yer sürmək. Sahəni kotanlamaq.
KOT ANL ANM A ‘ ‘Ko tanlanmaq” dan fis.
KOTANLANMAQ тәсһ. Kotanla şumlan-
maq, sürülmək. Tarla kotanlandı.
KOT ANLATMA "Kotanlatmaq” dan f. is.
KOTANLATMAQ icb. Kotanla yeri şum-
latmaq, sürdünnək. Əkin yerini kotanlatmaq.
KOTLET [fr.\ Döyülmüş və ya əzilmiş
ətdən (bəzən balıqdan) girdə, ya uzunsov
yastı şəkildə hazırlanan yemək. Ət kotleti.
Balıq kotleti. Toyuq kotleti. Kotlet bişirmək.
- [Mirzə Mahmud:] Mənim üçün, deginən,
kotlet versinlər. Ə.Haqverdiyev. Kotlet hazır-
lamaqda olan Kəramət .. əlini işdən çəkdi.
Ə.Əbülhəsən. // Tərəvəz və s.-dən bu şəkil-
də hazırlanan yemək. Kartof kotleti. Düyü
kotleti.
KOTLETLİK sif Kotlet üçün yarayan,
kotlet bişirmək üçün. Kotletlik ət.
KOTMUL sif. тәһ. Çox işlənməkdən ye-
yilmiş (süpürgə haqqında). Kotmul süpürgə.
KOTMULLANMA "Kotmullanmaq”dan
fis.
KOTMULLANMAQ/ Kotmul olmaq. Sü-
pürgə kotmullanıb.
KOTTEC [ing.] Şəhər kənarında, fəhlə
qəsəbəsində və s.-də birailəlik kiçik ev.
Kottecdə yaşamaq. - Uzaqdan sıralanmış
qutulara oxşayan, yaxınlaşdıqca böyüyən kot-
teclər tap sahildə idi. Mir Cəlal.
KOTTON is. [/i\] Trikotaj və corab toxu-
yan maşın.
KOTUL sif. 1 . Kobud, nəzakətsiz.
2. Kök, dolu.
KOV is. dan. Hesab, şərt. □ Kov deyil -
hesab deyil, hesabdan deyil, sayılmır.
KOVERKOT [ing. covertcoat] 1 . Üst pal-
tarlıq bahalı yun parça növü. J metr kover-
kot. Koverkotdan kostyum tikdirmək.
KÖBƏLƏTMƏ
2. Bu parçadan tikilmiş. [Tələbəm] üçüncü
gün koverkot kostyumla sarı tufli geymişdi.
Qantəmir. İndi onun əynində bahalı kostyum,
boğazında ipək qalstuk, ayağında sarı tufli,
başında koverkot kepka vardır. Ə.Vəliyev.
KOVXA bax kətxuda. Kovxanı gör, kən-
di çap. (Ata. sözü). [Divanbəyi:] Ey kovxa,
sən o şəyatin yığıncağına rast gələn uşaqları
tanıyırsanan? M.F.Axundzadə. Müxtəsərin
deyir Aşıq Ələsgər; Kovxanın, kattanın zatı
çıxıbdı. Aşıq Ələsgər.
KOVXALIQ is. tar. 1 . B a x kətxudalıq.
2. Bir kovxaya tabe olan ərazi, yer. Kəl-
balı on beş ildən artıq idi ki, dönmədən bir
dabana bu kovxalıqda yasavulluq edirdi.
S. Rəhimov.
3. məc. Böyüklük, ağalıq. Özgə evində hov-
xalıq etmə! (Ata. sözü).
KOVKƏB is. [ər.] klas. Ulduz. Bixab qaldı
kovkəbə nisbət bu gözlərim; Hər gecə özgə
gözlərə uyxu gələr-gedər. Xətayi.
KOVROLİT is. [rus.\ Sintetik xalça (dö-
şəmə üçün).
KÖBƏ is. 1 . Paltarın yaxasına, qoluna, ətə-
yinə və s.-yə başqa parçadan tikilən ensiz
haşiyə və s. Birisi soruşurdu: - Çəhrayı pal-
tara yaşıl köbə qoysan necə olar? Ə.Vəliyev.
2. dan. Ümumiyyətlə, bir şeyin ətrafına
çəkilən haşiyə; fırça ilə qabların kənarlarına
çəkilən nazik zolaq və ya mil.
3. bot. Yarpaqların saplağının budaqdan
ayrılan yerində, budağa bitişik olan balaca,
incə pərdə.
KÖBƏCİ is. Köbə tikməklə məşğul olan
adam, köbə tikən tikişçi.
KÖBƏLƏMƏ “Köboləmok”don fis.
KÖBƏLƏMƏK/ 1. Köbə tikmək, köbə
vermək.
2. Haşiyə vermək, haşiyəyə almaq; haşi-
yələmək.
KÖBƏLƏNMƏ “Köbələnmək”dən fis.
KÖBƏLƏNMƏK məch. 1. Köbə tikilmək,
köbə verilmək, köbə qoyulmaq. Paltarın
yaxası köbələnib.
2. Köbəyə alınmaq, haşiyə verilmək; haşi-
yələmnək. Hərflərin kənarı qalın dodaq kimi
köbələnmişdi. B. Bayramov.
KÖBƏLƏTMƏ “Köbələtmək”dən fis.
742
KÖBƏLƏTMƏK
KÖÇƏRİ
KÖBƏLƏTMƏK icb. 1 . Köbə verdirmək,
köbə qoydurmaq, köbə tikdirmək.
2. Köbə verdirmək, ətrafına köbə çəkdir-
mək; haşiyələndirmək.
KÖBƏLİ sif. Köbəsi olan, köbə tikilmiş,
köbə verilmiş. Köbəli paltar. Köbəli ayaq-
qabı.
KÖBƏLİK sif. Köbə üçün kəsilmiş, köbə
üçün yararlı. Köbəlik lent (qaytan). Köbəlik
parça.
KÖBƏR is. Dik yer, dikdir, dik torpaq qa-
lağı, hündür yer. Top sındırmış bir ağac;
Yaralı durna kimi; Dayanmışdır köbərdə.
R.Rza. [ilyas:] Mən dəyirman yanındakı kö-
bər üstündə oturub başımı aşağı salmışdım.
Ə.Məmmədxanlı.
KÖÇ is. 1. Bir yerdən başqa yerə köçən
adam qrupıı, qafilə. Köç mənzil eləyib, hey-
vanları düzə buraxmışdı. Ə.Haqverdiyev.
Ordu çapıb getmiş axar su kimi; Köçdən
ayrı düşən bir quzu kimi. M. Rahim. □ Köç
yolu - köçərilərin, yaxud çöl heyvanlarının,
sümlərin saldığı, keçdiyi yol. Köç yolu ilə
getmək. Köç yoluna çıxmaq. - Nə zaman ki,
arabalar köç yoluna düzülür ; Kəndli yoldaş
əkinindən, biçinindən üzülür. S. Vurğun.
[Vəlinin] səsi titrədi, gözləri önündən köç
yolları, qalın meşələr, sıldırım qayalıqlar
bir-bir gəlib keçdi. M. Hüseyn. Vağzal səki-
sinin enli daş pilləkənlərindən enib uzaqla-
şanda, köç yolunun başına çıxanda Salamın
ürəyi döyündü. Mir Cəlal. // Köçmə işi.
2. Bir yerdən başqa yerə köçən adamların
qablaşdırılmış, bir yerə yığılmış ev şeyləri,
müxəlləfatı. Köçü maşına yükləmək. Köçü
daşımaq. - Səhərdən yüklənir nazlımın köçü;
Cənnətiilməvadır qoynunun içi. Qurbani.
□ Köç etmək (eləmək) - bax köçmək 1-ci
mənada. Ellər köç eyləmiş, sürülər gəlmiş;
Qoynunda bir quzu səsi yüksəlmiş... M. Müş-
fiq. Köç edib yaylağa ellər, obalar; Bulaq-
lar başına min bir can gələr. Aşıq Şəmşir.
Köç üstə (üstündə) - köçmək üzrə, köç
vaxtı, köçmək ərəfəsində. ..Uşaqlıqdan bizim
evdə tərbiyə almış bir kürd köç üstə qəflətən
naxoşlayıb öldü. S.S.Axundov. Sanki köç
üstündə olan bir oba pərakəndə halda yurd
tutub əylənmişdi. B.Bayramov. Köç iti (kimi)
- 1 ) köçü qommaq üçün saxlanan it; 2) məc.
birisindən daim aralanmayan, əl çəkməyən
adam haqqında. [İldırım:] Köç iti kimi düşə-
cəyəm dalınıza, ha vurun ki, qayıdacağam..
N.Vəzirov. // Köçlərin müvəqqəti dayandığı
yer, köçəri alaçıqları, köçəri obası. Köçə ya-
xınlaşmaq. - Təpənin başında isə təkəmsey-
rək qaraçı köçü və ya çoban düşərgələri gö-
rünürdü. Mir Cəlal. □ Köç düşmək -köçə-
rilərin köçü dayanmaq, bir yerdə müvəqqəti
yurd salmaq.
3. məc. Ölüm mənasında. Şəmşir, nə yaşa-
san, axırı köçdür; Belə bir xəyala dalmışam,
dağlar! Aşıq Şəmşir.
KÖÇ-DÜŞ bax köçəköç. [Taybuynuz
öküzün] işi ələlxüsus çətinə düşür köç-diiş
zamanı. Məlumdur ki, bir az hava qızdı, tərə-
kəmə əhli aranda dayana bilməz. F. Köçərli.
KÖÇƏBƏ sif. Bir yerdə məskən salmayıb,
daim yurdunu dəyişən; köçəri, bədəvi. Kö-
çəbə adam. - Amma köçəbə tayfalar arasın-
da... qudalıq əvəzinə nişaııbazlıq adəti var-
dır. R.Əfəndiyev. // İs. mənasında. [Ahura-
mazda:] Divlərə xidmət edən köçəbələrdir,
özləri əkməz, başqalarının da əkinini tcıpda-
lar. Çəmənzəminli.
KÖÇƏKÖÇ is. Elliklə köçmə, köçmə işi.
Köçəköç başlandı. Köçəköç vaxtı idi.
KÖÇƏL is. məh. 1. Bax közəl .Xırmanın
qabağında Kərbalının kürən atı bağlanmış,
qabağına Maronun verdiyi dənli köçəl tökül-
müşdü. S.Rəhimov.
2. Qarğıdalının dənələri çıxarıldıqdan sonra
qalan hissəsi.
KÖÇƏRGİ məh. bax köçəri.
KÖÇƏRİ sif. 1 . Oturaq həyat keçirməyən,
ev-eşiyi ilə daim bir yerdən başqa yerə kö-
çən ( oturaq ziddi). Köçəri tayfalar. Köçəri
xalqlar. H is. mənasında. Bu cür həyat sürən
adam. Cikkildəyir quşlar yuvalarında; Köçə-
rilər durmuş obalarında. A.Səhhət. [Allah-
qulu:] Bir dəstə köçəri qabağımızı kəsdi, atış-
ma düşdü. Çəmənzəminli.
2. Köçərilərlə, onların həyatı ilə əlaqədar
olan. Bu bina köçəri yatağını xatırladırdı.
M.Ibrahimov.
3. Qışda isti cənub ölkələrinə uçub gələn
(quşlar haqqında). Çox köçəri quş var ki, qış
mövsümü Qarabağda qalıb, isti yerlərə köç-
məyin S.S.Axundov. ..Bu göyərçinlər başqa
743
KÖÇƏRİLİK
köçəri quşlar kimi gəldi-gedər deyil M.Rza-
quluzadə. // iqlim, yem və b. şəraitlə əlaqə-
dar olaraq yerini dəyişən (mal-qara, balıq
və s. haqqında). İncənin hər tərəfi otlaqdır.
Buranın mal-qarası., köçəri deyil, oturaqdır.
S.Rəhman. Ömürlərinin bir hissəsini dənizdə,
bir hissəsini isə çaylarda keçirən balıqlar da
çoxdur. Bu, köçəri balıqlardır. “Sualtı aləm”.
4. nıəc. Bir yerdə qərar tutmayan, tez-tez
yerini dəyişən. Köçəri həyat keçirmək. - Kö-
çəri quş kimi hər yerə qoşar; Harda axşam-
lasa, orda da yatar. S. Vurğun.
KÖÇƏRİLİK is. Köçəri həyat sürmə, kö-
çəri həyat tərzi ( oturaqlıq ziddi). Köçəriliyi
tərk etmək.
KÖÇHAKÖÇ bax köçəköç. [Şofer:] Bir
gün payızın əvvəlləri, bağlardan köçhaköç
vaxtı idi. M.Rzaquluzadə.
KÖÇ-KÜLFƏT top. Ailə üzvləri, ata-ana,
uşaqlar hamı birlikdə. Köç-külfəti yola sat-
maq. - Hacı düşməninin evinə çatır: Gəzir,
görür köç-kiilfət bütün yatır. A.Səhhət.
Köç-kiilfətlə bərabər; Ferma çıxdı dağlara.
B. Vahabzadə.
KÖÇ(LÜ)-KÜLFƏTLİ zərf Ailə üzvlərinin
hamısı birlikdə, bir yerdə. Köçlü-külfətli yola
düşmək. - Mavin axırında köçlü-külfətli Kis-
lovodskiyə gedəndə, növbədənxaric [Hacı
Əliqulu] bizə yeddi bilet düzəltdi. Qantəmir.
Murad kişi isə, denıək olar ki, köçlü-külfətli
yığışıb gündüzləri zəmidə, gecələri xırman-
da keçirərdi. Ə.Əbülhəsən. [Hacı Həsən:]
..Köçlü-kiilfətli sərhədi aşıb getmək olmaz?
Mir Cəlal. '
KÖÇMƏ “Köçmək”dən/w. İranla xanlıq
arasında etibar üçün Kiçikbəyimin Tehrana
gəlin köçməsi vacib idi. Çəmənzəminli.
KÖÇMƏK/ 1. Yaşayış yerini dəyişmək,
bir yerdən çıxıb başqa yerə gəlmək, daşın-
maq. Təzə mənzilə köçmək. Şəhərdən kəndə
köçmək. - Kazım davı, Telligili köçdülər ;
Devə, bir səs onu həmən ayıltdı.. M.Müşfıq.
2. İqlim, yem və b. şəraitlə əlaqədar olaraq
yerini dəyişmək, bir yerdən başqa yerə (uçub)
getmək. Balıqlar çaydan gölə köçdü. Quşlar
isti ölkələrə köçdü. - Cəfayi-xari görüb köçdü
bağdan bülbül. Füzuli. Yenə qatar-qatar hara
köçürsüz? M.Rahim.
KÖÇÜRMƏK
3. məc. Ərə getmək, gəlin getmək. Şah qızı
əmirə köçəndə özü ilə qarabaş paltarında
beş cəllad aparmışdı. (Nağıl). [Vəzir:] [Xan]
bu saatda Nisə xanımdan ötrü biixtiyardır
və mənə buyurdu ki, bir həftəyədək onun köç-
mək tədarükünü gör! M.F.Axımdzadə.
4. məc. Ölmək, dünyadan getmək. Köçdü,
heyf oldu, gözəl. Vaqif dəxi düşməz ələ: Bir
siyah kirpik ucundan bağrımı dələ-dələ..
M.P. Vaqif. Vədə yaxınlaşıb, köçmək çağıdır;
Bir özgə diyara bu gündən belə. Q. Zakir.
Yarat, sən köçəndə ellər söyləsin: Dünya-
dan nə gözəl bir insan gedir. M.Rahim.
0 Dünyadan köçmək, o dünyaya köçmək
-bax dünya.
KÖÇÜRDÜLMƏ “KöçÜrdÜlmok”dən/7,s.
KÖÇÜRDÜLMƏK “Köçürmək”dən məch.
KÖÇÜRMƏ “Köçürmək” dən f.is.
KÖÇÜRMƏK/ 1. Birinin yaşayış yerini
dəyişdirmək, bir yerdən başqa yerə daşm-
dırmaq. Ailəni yaylağa köçürmək. Bağa kö-
çürmək. - Alyoşa isə, öz düşərgəsini həmin
dəyədən çıxarıb, daha dərinlərə .. köçürmüş-
dü. S.Rəhimov. [Ümid:] Usta, Fərrux işini
buraxıb ailəsini rayona köçürərıııi? B. Bay-
ramov. // Bir yerdən başqa yerə gətirmək,
olduğu yeri dəyişmək, yerini dəyişmək,
(heyvanlar, quşlar, bitkilər haqqında). -Me-
şəçi seleksivaçılar Miçuriııin seleksiya üsul-
larından istifadə edərək cənubda yetişən
qoz, fındıq, püstə, şabalıd, badam və başqa
meyvə bitkilərini şimaldakı rayonlara köçürə
bilmişlər. (Qəzetlərdən).
2. məc. Ərə vermək. [Fəramərz kişi:] Qızı
köçürəndən bəri işimiz yaxşı getməyir, əlimiz
çatnıayır. T.Ş. Simurq. [Yaqut:] Özün bilirsən
ki, mən özgəsinin adaxlısıyam, bu yaxında
məni köçürəcəklər. Ə.Məmmədxanlı.
3. Surətini çıxarmaq, üzünü çıxarmaq, ol-
duğu kimi mətni başqa yerə yazmaq. Yazını
köçürmək. - [Qəndab:] [Məzahir] riyaziyyat
dəftərimi .. xəlvətcə götürüb köçürür, sonra
da üzümü bir yana çevirəndə mənim skam-
yama atırdı. B. Bayramov. // Ümumiyyətlə,
yazmaq. Dəmirov çalışıb qeydlər götürdüyü,
öz fikirlərini ağ kağızlara köçürdüyü zaman
Qiyasəddinov içəriyə girdi. S.Rəhimov.
4. B ax keçirmək 1 6-cı mənada. Pul kö-
çürmək.
744
KÖÇÜRTMƏ
KÖÇÜRTMƏ “Köçüıtmək”dən (is.
KÖÇÜRTMƏK bax köçürmək [Qız:]
Ona görə ki, sən zorla şeirlərini öz xəttinlə
dəftərimə köçürtdün, nəticəsi də belə oldu.
S. Rüstəm.
KÖÇÜRÜLMƏ “Köçürülmək”dən (is.
KÖÇÜRÜLMƏK 1 . “Köçümıok"doıı məcli.
Ailə bağa köçürüldü. Qız köçürüldü. Tezislər
köçürüldü.
2. B ax keçirilmək. Polad ərizə yazdı ko-
mandirinə; Başqa bir hissəyə köçürülməyə.
M. Rahim.
KÖHLƏN sif. Harın bəslənmiş (at haq-
qında). Tövlələrdə köhlən atlar çığırışırmı?
F. Köçərli. Volqadan su içmiş köhlən atlanır.
Üstündə girdablı çaylara cumduq. S. Vurğun.
// İs. mənasında. Köhləni yəhərləmək. Köh-
ləni minmək. — Sən mənim köhlənim, oynaq
atımsan. M. Müşfiq. [İlyas:] Tərlan kimi coş-
qun məzaclı bir köhləni isə yalnız minicilik
sənətkarlığının zirvəsində duran tək-tək
adamlar minə bilərdi. Ə.Məmmədxanlı.
KÖHLƏNLİK is. Harm bəslənmiş atın hal
və keyfiyyəti; harınlıq. Qara oğlan hər söz
başında xallı atın kölılənliyini, cinsliyini, yum-
şaqlıq və mehribanlığını deyib, özünü öyür və
tərifləyirdi. S. Rəhimov.
KÖHNƏ sif. [fars.] 1. Uzun müddət işlən-
məkdən dağılmış, xarab olmuş, yıpranmış,
köhnəlmiş; nimdaş (yeni ziddi). Köhnə ayaq-
qabı. Köhnə palto. Köhnə araba. Köhnə stul.
- Pişxidmətlər şiiru etdilər Yusif Sərracın
köhnə paltarını soyundurmağa və xələti-
şahanəni ona geydirməyə. M.F.Axundzadə.
Üstünə köhnə bir cecim atılıb; Çarvadarlar
gün altda yatmışdır. A.Səhhət. Ələsgər davı
özü ilə Kürdüstandan kim bilir hansı zaman-
dan qalmış köhnə bir saz gətirmişdi. İ.Əfən-
diyev. // Çoxdan qalan (saxlanan). Köhnə ça-
xır. Köhnə sirkə.
2. Bundan öncə olan, əvvəlki, sabiq, keç-
miş ( təzə ziddi). Köhnə direktor. Köhnə rəis.
Köhnə sədr. - [Miraxur:] Səıı Allah, Mirzə
Həbib, de görüm xalq bizim köhnə padşahı-
mızın haqqında nə danışır? M.F.Axundzadə.
Bir bax gör köhnə briqadir yerində nə qur-
dalanır? Q. İlkin.
3. Çoxdan qalma, keçmiş, çoxdan işlənən,
indiyədək davam edən, keçmişə aid olan,
KÖHNƏ
vaxtı keçmiş. Köhnə üsul. Köhnə qayda. -
Aşkar şeydir ki, təzə olan yerdə köhnə qa-
nunlar gərək pozulsunlar. C. Məmmədqulu-
zadə. Köhnə istibdad düşdü, parladı tərzi-
cədid. Ə.Qəmküsar. Gənclərimizin köhnə adət
və etiqadların təsirinə düşmələrinə dözmək
olmaz. Ə. Sadıq.
4. Qədim, keçmiş dövrə aid, əski. Köhnə
şəhər divarları. Köhnə bina. Köhnə abidə-
lər. - Köhnə Azərbaycanın uzaq bir buca-
ğında; Qoca Həsən dayının alçaq koması
vardı. R.Rza. Cavad kəndin qabağındakı köh-
nə qala yerlərini nəzərdən keçirtdi. Ə.Vəli-
yev. Səngərdir başdan-başa o köhnə Mədi-
nənin; Hər küçəsi, hər tini. B.Vahabzadə.
5. Təcrübəli, qocaman, stajlı, diinyagör-
müş, bir işdə çox işləyib bişmiş; bişkin. Köh-
nə müəllim. Köhnə xanəndə. Köhnə usta. -
Düzdür, Bayram kişi özü köhnə ovçu idi.
M. Rzaquluzadə. // Yaşlı, qoca, yaşca daha
böyük. Köhnə kişi. Köhnə qadııı. - Bəzi köh-
nə yaşlı kişilər və bir para Allah bəndələrin-
dən başqa onu sayan, ona həmişəki ehtiramı
edən yox idi. Qantəmir. [Sultan:] Axırda,
cavanlarımıza yumruq dəyəndə də .. bar-
bar bağırdılar ki, bəs ay nə bilim, köhnə
kadrlar bizim qabağımızı kəsirlər, bizə post
vermirlər!.. İ.Htiseynov. // İs. mənasında (əsa-
sən cəmdə işlədilir). Köhnələrin fikri. - O
köhnələrdən əcəb kim, utanmayıb da, deyir-
lər; Gərək bu əsrə görə böylə, böylə adət
olaydı! M. Ə. Sabir.
6. Çoxdankı, lap əvvəlindən, əski. Köhnə
şəhərli. Köhnə tanış. - Yox yeni bir dinə yəqi-
nim mənim; Köhnə müsəlmanəm, a şirvan-
lılar! M. Ə. Sabir. Yarım saatdan sonra ııeçə
nəfər köhnə rəfiqlərlə Şaban daxil oldu.
Ə.Haqverdiyev. Sən mənə tanışsan, mən sənə
taııış; Bu köhnə dostunu taııı, bənövşə!
M. Dilbazi.
7. Mürtəce, vaxtı keçmiş, indiki dövrə
uyğun gəlməyən ( yeni ziddi). Köhnə fikir.
Köhnə əqidə. - "Molla Nəsrəddin ” çürümüş,
köhnə, yaramaz, üfunət saçan həyat və icti-
mai əlaqələrin hərtərəfli və öldürücü tənqid-
çisidir. M. İbrahimov.
0 Köhnə hamam, köhnə tas - bax əski
hamam, əski tas (“əski i ”də). Köhnədən
vurub təzədən çıxmaq - həm köhnədən,
745
KÖHNƏÇİ
һөт təzədən, hər şey haqqında danışmaq.
..Miirşüdoğlu nağıla başlayıb köhnədən
vurııb təzədən çıxdı. S. Rəhimov.
köhnə-köhnə sif. və zərf Köhnə, əski,
qədim (çoxluq bildirir). Kölınə-köhnə fikir-
lərlə mübarizə aparmaq. - [Şahqulu:] Rəh-
mətliyin oğlu, köhnə-köhııə peşəni əldən qoy-
mayıb korlayırsan. N.Vəzirov.
KÖHNƏÇİ is. 1 . B a x köhnəpərəst.
2. Köhnə paltar və s. alıb-satan adam;
köhnəfüruş.
KÖHNƏÇİLİK bax köhnəpərəstlik.
KÖHNƏDƏN bax qədimdən.
0 Köhnədən qalma - keçmiş zamanlardan
qalan, çoxdan qalma; köhnə, əski, qədim.
Əmizadələrimin köhnədən qalma bir qara
damı var idi. Orada heç kəs olmurdu. Məh-
sul saxlamaq üçün anbar idi. S.S.Axundov.
KÖHNƏFÜRUŞ is. [fars.] bax köhnəçi
2-ci mənada.
KÖHNƏ-KÜLTƏ bax köhnə-kürüş.
Bundan qabaq həyətə yolçu-zad gələndə pay
verərdim, .. köhnədən-kültədən bağışlardım.
Ə.Əbülhəsən.
KÖHNƏ-KÜRÜŞ sif. Çox köhnə, istifadə-
yə yaramayan; cındır, dağılmış, cırılmış.
Kölınə-kürüş şeyləri təmir etmək. II Is. məna-
sında. Köhııə-kürüş satmaq.
KÖHNƏLDİLMƏ “Kölməldilmək”dən fis.
KÖHNƏLDİLMƏK məch. işlədilə-işlədilə
köhnə hala gətirilmək, xarab edilmək, yıp-
radılmaq.
KÖHNƏLƏŞMƏ “KöhnolOşmək”dən fis.
KÖHNƏLƏŞMƏKbax köhnəlmək. Palto
köhnələşib. Xalça köhnələşdi.
KÖHNƏLİK is. 1 . Kölmə şeyin hal və key-
fiyyəti {təzəlik ziddi). Paltarın köhnəliyi.
Evin köhnəliyi. H Tarixi köhnə olma, keç-
mişə aid olma. Məsələnin köhnəliyi.
2. Dövrə, zəmanəyə uyğun olmayan şey-
lər; əskilik, gerilik ( yenilik ziddi). Bütün o Şərq
köhnəliyi aradan qaldırılmış, onun yerində
təzə və təmiz bir bağ salınmışdır. C.Cabbarlı.
Bizim evdə köhnəliklə yeniliyin mübarizəsi
əsla qurtarası deyildir! S. Rəhimov.
KÖHNƏLMƏ “Köhnolmok”don /.7,s.
KÖHNƏLMƏK/ 1 . Çox işlənməkdən xa-
rab olmaq, yıpranmaq, yararsız hala gəlmək.
Pencək köhnəlib. Ayaqqabı köhnəldi.
KÖHÜL
2. Çox qalmaqdan xarab olmaq, təzəliyini,
təravətini itirmək, yaramaz olmaq. Yağ (pen-
dir) qalıb köhnəlib.
3. Vaxtı keçmək, dəbdən düşmək, az işlən-
mək, az istifadə olunmaq, günün tələblərinə
cavab verməmək, bu gün üçün yaramamaq.
Çıxarılan nəticələr köhnəlibdir. İfadələr köh-
nəlibdir. Bu məsəl də indi bir çoxları kimi
köhnəlmişdir. M.Rzaquluzadə.
KÖHNƏLMİŞ f.sif. 1. Çox işlənməkdən
xarab olmuş; yıpranmış. Köhnəlmiş papaq.
Köhnəlmiş şal. [Hacı Manafj məhkəməyə
gələrkən olduqca köhnəlmiş, yamaqlı bir pal-
tar geyərək gəlmişdi. S. Hüseyn. [Qədir] ba-
şına köhnəlmiş və hər tərəfini yağ basmış bir
meşin şapka qoymuşdu. Ə. Sadıq. Minayə köh-
nəlmiş, bir neçə dili də xarab olmuş qarmonu
döşünə basıb .. ortalıqda süzürdü. Ə.Əbül-
həsən.
2. Çox qalmaqdan xarab olmuş, təzəliyini,
təravətini itirmiş. Köhnəlmiş yağ (pendir ).
3. Dövrə, zəmanəyə, bugünkü günə uyğun
olmayan; dəbdən düşmüş, indi işlənməyən.
Köhnəlmiş nəzəriyyə. Köhnəlmiş söz (ifadə).
KÖHNƏLTMƏ “Köhnəltmək”dən fis.
KÖHNƏLTMƏK f. İşlədə-işlədə köhnə
hala gətirmək, xarab etmək. Pencəyi köhnəlt-
mək.
KÖHNƏPƏRƏST is. {fars.} Köhnəlik tə-
rəfdarı, köhnə adət və ənənələri sevən, onla-
ra riayət edən, onlardan əl çəkməyən adam;
mühafizəkar, cəhalətpərəst. ..Bizim köhnə-
pərəstliyimiz və müqəddəslərimiz görürlər
ki, biz hər bir qüvvəmizi məhz məktəb açma-
ğa sərf eliyirik.. C. Məmmədquluzadə. Ev və
ailə məsələlərində bir qədər köhnəpərəst olan
atasını [Züleyxa] bərk narahat edirdi. M.İbra-
himov.
KÖHNƏPƏRƏSTLİK is. Köhnəlik tərəf-
darı olma, köhnə adət və ənənələri sevmə;
mühafizəkarlıq, cəhalətpərəstlik.
KÖHNƏSAYAQ sif. və zərf Köhnə tərz-
də, köhnə qaydada, köhnədə olduğu kimi.
KÖHÜL is. Mağara. [Cuma] ..yaş torpaq
iyi verən bu qaranlıq köhülün ora-burasını
yoxlayaraq, büzüşüb dirsəkləndi. Ə.Əbülhə-
sən. □ Köhül kimi məc. - mağara kimi. Yüz-
lərcə at ağzını köhül kimi açıb fınxıra-
fınxıra Qarabağ atının üzərinə cummuşdu.
M.S. Ordubadi.
746
KÖK
KÖK
KÖK 1 is. 1 . Bitkilərin torpaq altında olan,
suyu soran və onları qidalı maddələrlə qida-
landıran yarpaqsız hissəsi; rişə. Ot öz kökü
üstündə bitər. (Ata. sözü). Biçinçilərdən biri
orağım böyük bir qanqalın kökündən endi-
rərkən quş balaları “cik-cik" edib .. qalın
otlar arasına soxuldular. A.Şaiq. Kökləri kə-
silmiş ağaclar gurultu ilə yıxılırdı. H.Seyid-
bəyli. // Bitkilərin müəyyən məqsəd üçün
qazılıb çıxarılan yeraltı hissəsi. Biyan kökü.
Tikan kökü. // Kökümeyvəli bitkilərin ərzaq
kimi işlədilən yeraltı hissəsi (kartof, soğan
və s.).
2. San, sarı-qırmızı, qara rəngli kökümey-
vəli bitkilərdən birinin adı; yerkökü. Bazar-
dan kök almaq. Kök şirəsi. - Aslan əlinə bir
kök alıb xırtıldada-xırtıldada yeməyə baş-
ladı. S.Vəliyev.
3. Saçın, dişin və s.-nin bədənin içində
olan hissəsi. Diş kökü. Saçın kökü. II Bədən
üzvünün bədənlə birləşən yeri, dib qismi.
Dilin kökü.
4. məc. Nəsil, əsil-nəsəb, mənşə. Mənim
ki başımın tükləri ömrümdə qıvrım olmamış-
dır, .. nəslimizdə, kökümüzdə də olmamışdır.
S. Rəhimov.
5. dilç. Sözün önlük və şəkilçiləri çıxdıq-
dan sonra qalan hissəsi. Sözün kökü. Bir kök-
dən ibarət sözlər.
6. riyaz. Müəyyən dərəcəyə qaldırdıqda
yeni bir kəmiyyət alman ədəd. Kvadrat kök.
7. məc. Əsas səbəb, əsas illət. Məsələnin
(işin) kökü. - Bu hadisələrin əsas kökü azər-
baycanlıları paytaxtdan uzaqlaşdırmaq və
Qızıl Arslanı təkləmək məqsədləri üzərində
qurulmuşdu. M. S. Ordubadi.
8. Kökündən şəklində - 1) əsla, qətiyyən.
[Niyaz:] Belə iş bu küləkdə ; Mümkün deyil
kökündən. Ə.Əlibəyli; 2) tamamilə, yerli-dibli.
Həyat kökündən dəyişmişdir. — Mümkün olsa
lap kökündən qaldırıb bir zənn itə; Ciimlə mət-
buatı viran etməli bundan sora. M.Ə. Sabir.
0 Kök aparmaq -bax kök salmaq 2-ci
mənada. Həqiqət halda da dörd gün davam
edən məhkəmə, mühitimizdə az-az təsadüf
edilən, amma əsası yaşayışımızın dərinliklə-
rinə kök aparan bir işə baxırdı. T.Ş. Simurq.
Kök atmaq - 1) bitkilərin torpaq altında olan
hissəsində köklər əmələ gəlmək; rişələnmək,
yayılmaq. Elə bil ki, Dəmirçioğlu yüzillik
bir ağac olub yerə kök atmışdı. “Koroğlu”;
2) məc. bir yerdə törəyib artmaq. [Dərviş:]
Canımın bir hissəsi vətənimdə hasil olubsa,
o biri ləzzətli, dadlı hissəsi bu dağların ara-
larında .. kök atıbdır! A.Divanbəyoğlu. Kök
salmaq - 1) bax kök atmaq. Bu körpəcə
meynəni qoru hər bir zavaldan; Qoy torpaq-
da kök salıb, bərkitsin öz yerini. S. Rüstəm;
2) məc. yer tutmaq, möhkəmlənmək, möh-
kəm və həmişəlik yerləşmək. Əl varası tez
gedər; Kök salar dil varası. (Ata. sözü). Cəlil
ağanın .. qəlbində kök salmış qəbili adətləri
ona tərk etdirmək mümkün deyildi. İ.Musa-
bəyov. [Fətullanın] şəhərə vaxm kəndlərdən
birində evlənib kök saldığını bilirdim. Mir
Cəlal. Kökü (kökünüz, kökləri) kəsilsin!
- qarğış, nifrin ifadəsi. Onların, görüm,
kökləri kəsilsin! Kökü kəsilmək - 1) tama-
milə yox edilmək, məhv edilmək, puç edil-
mək; yox olmaq. Dostların əlilə bir tikan
təki; Belə adamların kəsilər kökü. S. Rüstəm.
[Süleyman:] Bataqlıq qurudulub, yerində
meşə zolaqları və tarlalar salındıqdan son-
ra qızdırmanın kökü kəsildi. M. Rzaquluzadə;
2) tələf olmaq, mövcud olmamaq, nəsli kə-
silmək. Abşeronda çoxdan kökü kəsilmiş
canavar, tülkü, çaqqal kimi ziyanverən
heyvanlar haradansa peyda olub. M. Rza-
quluzadə. Kökündən vurmaq - 1) dibin-
dən kəsmək, görünməz etmək, yox etmək.
Saçını kökündən vurmaq; 2) məc. tutarlı söz
demək, kəsərli cavab vermək. Kökünə çat-
maq - əsasını, mahiyyətini bilmək, dərindən
öyrənmək, künhünə varmaq. [Xan:] Axuııd,
çox zehinli uşaqdır.. Hər nə də görür, soru-
şub kökünə çatmaq istəyir. Çəmənzəminli.
Kökünü (yer üzündən) kəsmək -tamamilə,
bir daha törəməyəcək şəkildə yox etmək,
məhv etmək. Yalnız bu yolu davam etdir-
məklə zülmün kökünü kəsmək mümkündür.
M.S.Ordubadi. Kəssin deyə düşmənin kökünü
yer üzündən ; Qoymaram korluq çəkə benzin-
dən onları mən. R.Rza. Kökünü qazımaq -
1 ) b a x kökünü kəsmək. [Hacı Mehdi:] Allah
sizin kökünüzü yerdən qazsın. Ə.Haqvcrdiyev;
2) məc. əleyhinə iş görmək, zərərinə işləmək.
Özünü dost kimi göstərən çar hökuməti giz-
lində xalqın kökünü qazıyırdı. A.Şaiq.
747
KÖK
KÖKƏCİK
KÖK 2 sif. 1 . Ətli, şişman, gonbul, yoğun
(arıq ziddi). Kök uşaq. Kök qoyun. Kök
adam. - Həsrət ilə pişik çəkirdi keşik; Gör-
dü gəlir neçə qəvi, kök pişik. S.Ə.Şirvani.
[Qurbanoli:] Baş üstə!.. Sən məni bu işdən
xilas eləsən mən sənə hələ bir kök toğlu da
bağışlaram. N.Vəzirov. [Arvad:] ..Hinduşka-
nın bir kökünü tut, kəs. B. Bayramov.
2. ınəc. dan. Özündən sonra gələn sözün
qüvvətini, mənasını, təsirini gücləndirir.
Əvəzində Qəhrəmandan bir kök töhmət al,
eləmi? - deyə Əsəd donquldana-donquldana
başım yellədi. S.Rəhimov. Sitarə kök bir dəs-
tə hazırlamışdı. Mir Cəlal. [Nəcmi] xüsusən
axırıncı sinifdə ən çox hirsini boğazına yığan
şagirdə kök bir sıfır verər. Ə.Əbülhəsən.
KÖK 3 is. Musiqi ifadəliyinin vəzn, tembr
və s. kimi ünsürlərindən biri. Müxtəlif yük-
səklikdə olan səslərin müəyyən sistem əsa-
sında təşkil olunması ilə əldə edilən səslərin
qarşılıqlı münasibətinə kök deyilir. Ə.Bədəl-
bəyli. // Simli musiqi alətlərində kökləmək-
lə səslərdə yaradılan qarşılıqlı ahəng; həma-
hənglik. Musiqi ifadəliyinin bir çox mühüm
ünsürləri (kök, vəzn, tembr və sairə) məhz
melodiyanın tərkibində birləşərək bir vəhdət
təşkil edir. Ə.Bədəlbəyli. □ Kök etmək
(eləmək)- l)bax kökləmək 1 . Tarı kök et-
mək. - Bu hində Baxşı kamançanı kök eləyir
və başlayır segah-zabil havasını çalmağa.
C. Məmmədquluzadə; 2) məc. sazlamaq,
hazırlamaq. [Rəşid:] Hə, Qurbanqulu belə
evləndi, - deyib, qəlyanını kök etməyə baş-
ladı. T.Ş. Simurq. Kökdən düşmək - sim-
ləri boşalmaq, kök (tarım) olmamaq, həma-
həngliyini itirmək (tar, kamança və s.-də).
illərin tozu basmış, düşmüşdü kökdən simi;
Bir də onu çalmağa heç gəlmirdi gümanı.
Ə.Cəmil.
KÖK 4 is. 1. iri tikiş.
2. Sonradan əl və ya maşınla əsaslı tikmək
üçün atılan iri tikiş. □ Kök atmaq (getmək)
-bax kökləmək 2 .
KÖK 5 Adətən tərkiblərdə işlənib, xarici
görünüş, vəziyyət, hal, halət mənasını verir.
Pis kökdə görmək (pis vəziyyətdə görmək).
Öz kökünə qoymaq (özü kimi etmək). -
[Mahmud:] Adəmi behiştdən qovdular, onlar
da düşdülər mən kökə. Ə.Haqverdiyev. [Möh-
sün:] Musa, gətir, bu kökdə şəklimizi çəkdir.
Mir Cəlal.
0 ...kökə qoymaq -bax ...kökə salmaq.
Bilmirəm niyə belə oldu? Bu oxumaq səni
nə kökə qoydu? S.Rəhimov. ...kökə düşmək
- ...vəziyyətinə, ...halına düşmək. Belədir
qayda, nəhayət, düşəcəkdir bu kökə... S. Rüs-
təm. Mahmudun .. sənədləri, kim bilir, nə
kökə düşmüşdür. Ə.Əbülhəsən. ...kökə sal-
maq - ...vəziyyətinə, ...halına, ...şəklinə
(...vəziyyətə, ...hala, şəklə) salmaq. Pis kökə
salmaq. - [Tacirlərdən biri:] Başına dönüm.
Qaçaq Nəbi, bizim var-yoxumuzu əlimizdən
alıb, özümüzü də bu kökə saldı. “Qaçaq
Nəbi”. [Ələsgər:] A boyunu yerə soxum,
beyni olan da iki arvad alıb, özünü bu kökə
salarını? Ə.Haqverdiyev. Yığışıb min dənə
şeytan balası hər tükünə; İstəyirsən məni də
lap salasan öz kökünə? Ə.Nəzmi.
KÖKALMA is. riyaz. Ədədin kvadrata yük-
səldilməsi, ədədin özünə vurulması. Qüv-
vətə yüksəlmənin tərsi olan kökalma əməli
də riyaziyyata irrasional ədədləri daxil etmiş-
dir.. Z.Xəlilov.
KÖKAYAQLILAR cəm zool. Bədənin-
dəki çıxıntıların köməyi ilə hərəkət edən və
qidanı tutan ən sadə birhüceyrəli heyvanlar
sinfi. İbtidai heyvanlara dair dərsləri keçər-
kən mikroskop altında öyrəniləcək heyvan-
lardan biri də kökayaqlılar sinfindən olan
amyöbdür. C. Cəbrayılbəyli.
KÖKCÜK is. Balaca kök, kiçik kök. Otun
kökcüyii. - Zəfəran budaqlanmayan sapa-
bənzər kökciiyə malikdir ki, bunun da bütün
uzunluğu boyu diametri 1 mm-ə qədər olur.
İ.Axundzadə.
KÖKDOĞRAYAN sif. k.t. Bitki köklərini
doğramaq, xırdalamaq üçün olan. Kökdoğ-
rayan maşın. II is. Kökü doğramaq, xırdala-
maq üçün maşın və s. Kökdoğrayanı quraş-
dırmaq.
KÖKƏ is. dan. Adi xəmirdən bişirilən ki-
çik çörək; qoğal. Nə yoğurdum, nə yapdım;
Hazırca kökə tapdım. (Ata. sözü). Tapdıq
sualım təkrar etdikdə Qaçav cavab verdi: -
Balama şirin dəyirman kökəsi gətirmişəm.
Ə.Vəliyev. Mavil eyvanda kökə yevirdi. Mir
Cəlal.
KÖKƏCİK is. Kiçik kökə, balaca qoğal:
qoğalcıq.
748
KÖKƏLDİCİ
KÖKƏLDİCİ sif. Kökəldən, kökəlməyə
səbəb olan, kömək edən. Kökəldici yemək-
lər (maddələr).
KÖKƏLDİLMƏ “Kökəldilmək”dən f.is.
Mal-qaranın kökəldilməsi.
KÖKƏLDİLMƏK məch. Y axşı yemək ver-
məklə, qulluq etməklə kök hala gətirilmək.
KÖKƏLMƏ “Kökəlmək”dən f.is.
KÖKƏLMƏK/ Yaxşı yemək, bəslənmək,
qulluq edilmək nəticəsində kök hala gəlmək,
ətə-cana gəlmək. Uşaq kökəlib. Bu qoyun-
lar yaxşı kökəldi. - [İzzət Məmmədhəsən
əmiyə:] Bəs ha vaxt [eşşək] evdə qalıb kökə-
ləcək ki. sən onu minəsən, ziyarətə gedəsən?
C. Məmmədquluzadə. [Kəblə Haşım:] Mən
hər il orucluqdu azından on girvəııkə kökə-
lirəm. S. Hüseyn. □ Kefi kökəlmək - bax
kef.
KÖKƏLTMƏ “Kökəltmək”dən f.is.
KÖKƏLTMƏK f. Yaxşı yemləmək, bəs-
ləmək, qulluq etməklə kök hala gətirmək;
kökəlməyə səbəb olmaq. Toyuqları kökəlt-
mək. Uşağı kökəltmək. Yağlı süd uşağı kökəl-
dər.
KÖKKƏSƏN bax kökdoğrayan.
KÖKLƏMƏ 1 “Kökləmək 1 ”dən f.is.
KÖKLƏMƏ 2 “Kökləmək 2 ”dən/w.
KÖKLƏMƏK 1 / 1. Simli musiqi alətləri-
nin səsini simləri tarımlaşdırmaq, ya boşalt-
maq yolu ilə tələb olunan tona salmaq, sim-
lərinin ahəngini bir-birinə uyğunlaşdırmaq.
Aşıq Ciinun sazını kökləyib ortaya çıxdı.
“Koroğlu”. Bu hində Baxşı kamançanı kök-
ləyir və başlayır segah-zabil havasını çal-
mağa. C. Məmmədquluzadə.
2. məc. Sazlamaq, düzəltmək, işə salmaq
üçün hazırlamaq. Hüseynəli əmi çubuğunu
dəmir milçə ilə qurdalayıb kökləyirdi.
M.S.Ordubadi. Qışın gecəsi uzun, odunumuz
bol, işimiz də yox.. Götür çörəyini ye, ocağı
da köklə. Ə.Vəliyev.
KÖKLƏMƏK 2 / Paltar biçildikdən sonra
kəsilmiş hissələri iri tikişlə bir-birinə quraş-
dırıb tikmək. Paltarı kökləmək.
KÖKLƏNMƏ 1 “Köklənmək 1 ”don f.is.
KÖKLƏNMƏ 2 “Köklənmək 2 ”don f.is.
KÖKLƏNMƏ 3 “Köklənmək 3 ” dən f.is.
KÖKLƏNMƏK 1 məch. 1 . Musiqi alətlərin-
də: səsləri lazımi tona salınmaq, simləri bir-
KÖKLÜ-BUDAQLI
birinə uyğunlaşdırılmaq. Kamançalar kök-
lənib.
2. məc. Sazlanmaq, saz hala gətirilmək.
Qəlyan kökləndi.
KÖKLƏNMƏK 2 qayıd. Bir yerdə kök sal-
maq, möhkəmlənmək.
KÖKLƏNMƏK 3 məch. İri-iri tikilmək.
Paltarın ətəyi köklənib.
KÖKLƏNMİŞ f.sif. Köklənmək yolu ilə
səsləri lazımi tona salınmış. Rüstəmin işi gə-
tirəndə həmişə köklənmiş tar kimi əl dəymə-
miş səslənərdi. M. İbrahimov.
KÖKLƏŞDİRMƏ 1 "Kökləşdirmək 1 ”dən
f.is.
KÖKLƏŞDİRMƏ 2 "Kökləşdirmək 2 ”dən
f.is.
KÖKLƏŞDİRMƏK 1 / Kök hala gətirmək;
kökəltmək.
KÖKLƏŞDİRMƏK 2 / Əsaslandırmaq,
möhkəmləndirmək.
KÖKLƏŞMƏ 1 “Kökləşmək 1 ”dən f.is.
KÖKLƏŞMƏ 2 “Kökləşmək 2 ”dən/w.
KÖKLƏŞMƏK 1 / Kökəlmək.
KÖKLƏŞMƏK 2 / Kök salmaq, kök atmaq,
möhkəmlənmək, bərkimək. İllərcə kökləşmiş
olan bu adəti sonralardan tərgitmək olmur.
F.Ağazadə.
KÖKLÜ sif. 1. Torpaq altında kökü, rişə-
ləri olan. // Kökü üstündə olan, kökü ilə bir-
likdə. Kür çayı bəndini yaz yaran kimi ;
Köklü ağacları aparan kimi; Yardılar Qa-
zaxın səfini fövrən. H.K.Sanılı. Köklü ağac
kimi qopub yerimdən; Uçuram bir dərin boş-
luğa sarı. S.Vurğun.
2. məc. Yekə, böyük, möhkəm. Köklü qaya.
[Firəngiz Şahinə:] Maşınımız köklü daşa
ilişib, buna işığın nə köməyi dəyəcəkdir?
B. Bayramov.
3. məc. Çoxlu qohum-əqrəbası, böyük
nəsli olan. Köklü adam. Köklü ailə.
KÖKLÜ-BUDAQLI sif. 1 . İri, böyük, in-
kişaf etmiş, yoğun və qollu-budaqlı. Köklü-
bııdaqlı qarağac. Köklü-bııdaqlı çinar. H zərf
mənasında. Kökü və budaqları ilə birlikdə;
tamamilə. Maşınla ağacları; Tamam köklii-
budaqlı çıxardırlar. Orda sən; Cərgə ilə əkər-
sən. M.Rahim.
2. məc. bax köklü 3-cü mənada. Köklii-
budaqlı ailə. - Meşinov bu rayonda hər kəsi
749
KÖKLÜ-GÖVDƏLİ
KÖLGƏ
gəldi-gedər hesab edər, yalnız özünü köklii-
budaqlı bir adam sayardı. S. Rəhimov.
KÖKLÜ-GÖVDƏLİ bax köklü-budaqlı
1 -ci mənada. Köklü-gövdəli tut ağacı. - ..Ya-
yın daşqın günlərində bu çay köklü-gövdəli
palıd, söyüd gətirib adamın zəhləsini tökürdü.
S. Rəhimov.
KÖKLÜK 1 is. Adamın və ya heyvanın
ətlilik-canlılıq cəhətdən hal və vəziyyəti.
Köklükdən gəzə bilməmək. Otlaq dövründən
sonra mal-qaranın köklüyü xeyli artır.
KÖKLÜK 2 is. Mıısiqi alətlərində simlərin
səslənməsinin bir-birinə ııyğunlııq vəziyyəti.
Tarın köklüyünü yoxlamaq.
KÖKLÜK 3 is. Çoxlu kök (yerkökü) əkilmiş
yer. Köklüyü sulamaq. Köklüyü alaq etmək.
KÖKLÜ-KÖMƏCLİ 1. Bax köklü-
budaqlı 1 -ci mənada. Köklü-köməcli ağac.
2. Bax köklü-budaqlı 2-ci mənada.
[Hümmət:] Rayonda köklü-köməcli bir adam
tapmaq, on iki imama yalvarınca bir Allahın
ətəyindən yapışmaq lazımdır. B. Bayramov.
KÖKS 1. B ax döş 1 -ci mənada. Köks qə-
fəsi. - Zahirən heyrətamiz dərəcədə sadə və
sakit olan bu balacaboylu insanın köksündə
bu qədər zəngin və güclü bir ürək yaratmış
təbiətin ecazına heyran qalmamaq olmazdı.
M.İbrahimov. [Vahid:] Bu sözləri eşidəndə az
qaldı ürəyim köksümü yarıb çıxsın. B.Bay-
ramov.
2. məc. Ürək mənasında. Çəkilib köksümə
dağlar, düyünlər. Q. Zakir. Anaxamm .. kök-
sünü sıxmaqda olan kədərlərini bölüşmək
üçün Atabalanın yolunu gözləməyə başladı.
A. Şaiq. Mən bir dövürdəyəm ki, tunc qanad-
lanır; Qara daşuı, mərmərin köksü atlanır.
M.Müşfıq.
0 Köks dolusu - dərindən, sinəsi tutduqca.
Köks dolusu nəfəs almaq. Köks keçirmək -
bax köksünü ötürmək. Mütərəddid vəziy-
yətlər, baxışlar, köks keçirmələr bir-birini
təqib edirdi. M. S. Ordubadi. Köks(ünü) gər-
mək - özünü qorxmadan qabağa vermək,
döşünü qabağa vermək, sinə gərmək, müqa-
vimət göstərmək. Qanlı süngülərə gərmiş
köksünü; Qaııilə yazmışdır hər qalib günü.
S.Vurğun. Yollarındakı bütün bəla və müsi-
bətlərə köks gərən haqq aşıqları, nağılların
dediyinə görə, yuxularında gördükləri sev-
gililərinə qovuşmaq üçün yola düşürdülər..
Ə.Məmmədxanlı. Köksünü ötürmək - də-
rindən nəfəs almaq (fikirdən, qüssədən,
qəmdən və s. hisslərin təsirindən). Camaat
harada idi ki, səs-səmir də çıxa idi, - deyə,
qoca köksünü ötürdü. Ə.Məmmədxanlı. Məz-
lum dərindən köksünü ötürdü. S. Vəliyev.
KÖK-SAQQIZ is. bot. Kauçuk verən çoxil-
lik ot-bitki. Kök-saqqız .. çoxillik ot bitkisi-
dir, acıqovıına oxşayır. M. Qasımov.
KÖKSÜDOLU sif. 1 . Ətli, iri döşlü. Kök-
südolu qadııı.
2. Bax köksüdolusu. [Nazxanım] ..köksü-
dolu nəfəs aldı. I. Əfəndiyev.
KÖKSÜDOLUSU zərf Rahat, dolğun, ge-
niş, dərindən. Köksüdolusu nəfəs almaq.
KÖKSÜZ sif. Kökü, rişəsi olmayan. Köksüz
ot. - Köksüz ağacı becərməkmi olar? N.Nəri-
manov.
KÖKÜMSOV sif. bot. Gövdəsinin əsas his-
səsi yerin altında olan (bitki). [Herbari üçün]
yığılan bitkinin gövdəsi, çiçəyi, kökü, kökiim-
sovu və ya soğanaqlı bitkidirsə, soğanağı ol-
malıdır. H.Qədirov.
KÖKYUYAN sif. Kök yumaq üçün olan
(maşın və 5 . ) // is. Kök yumaq üçün maşın
və s. Kökyuyanı təmir etmək.
KÖLƏ is. Quldarlıq və feodalizm cəmiy-
yətində: bütün hüquq və istehsal vasitələ-
rindən məhrum və sahibkarın xüsusi mül-
kiyyəti olan adam; qul. Hər uçuğun altında
var min kölənin məqbəri; Hər parça daş bir
fəqirin sinəsinin mərməri. M. S. Ordubadi.
[Xəyyam:] Xəyyama nə lazımdı ki, zəncir;
Oıısuz da köləndir, bu nə təhqir? H. Cavid.
Qanun var ki, insanları kölə etmiş dünyada;
Qanun var ki, qulluq yazmış babalardan öv-
lada. N.Rəfıbəyli.
KÖLƏCƏSİNƏ zərf Kölə kimi, qul kimi;
yaltaqcasına. Köləcəsinə yaşamaq.
KÖLƏLİK is. 1 . Kölənin, qulun vəziyyəti,
halı; qulluq. Bəxtiyar arzular elə bir dünya;
Ağalıq, köləlik olmasın orda. S.Vurğun. Kö-
ləlik dünyasından qalmasın deyə bir iz; Cəb-
hələrdə döyüşdük düşmənlərlə döş-döşə.
S. Rüstəm.
2. Əsarət. Köləliyə, əsarətə; Qara məzar
qazıldı. N.Rəfibəyli.
KÖLGƏ is. 1 . Qarşı tərəfdən işıq düşən hər
hansı bir şeyin qara əksi. Binanın kölgəsi.
750
KÖLGƏ
KÖLGƏLƏNMƏK
Kölgəsi yerə düşmək. - ..Kəndlilər gəlib
çömbəliblər tayanın kölgəsində. C. Məm-
mədquluzadə. Bizim bağa su axıdır açdığın
bərə; Bizim tutdan sizin bağa kölgə düşəcək.
M. Araz. □ Kölgə salmaq - bax kölgələ-
mək. Ağac kölgə salmışdı. - Az qala başım
yetişə göylərə; Şax-budağım kölgə salıb hər
yerə. M.Ə. Sabir. ..Ərik və tut ağacları baş-
başa verərək, günün qabağını çətir kinıi tutur,
yaşıl otların, tər yoncaların üzərinə sərin köl-
gə salırdı. İ.Əfəndiyev. // ınəc. İnsanın da-
xili hiss və həyəcanının üzündə, gözündə
ifadəsi, təcəssümü. Qəm kölgəsi üzünü bü-
rüdü. - Yorğunluğun kölgəsi; Sıralanmış al-
nının; Qırışıq izlərində. R.Rza. Balaca Nər-
gizin üzündən bir kölgə keçdi. Ə.Məmməd-
xanlı. // İşıq şüalarının bilavasitə düşmədiyi
yer, sahə: kölgə yer, kölgəlik. Kölgədə otur-
maq. Kölgə tərəfə keçmək. - Divar dibində
kölgədə xoruz, toyuqlar uyqular.. A.Səhhət.
[Alış nazirə:] Gəlin, barı gedək, bir kölgədə
dincəlin. B. Bayramov.
2. Rəsmdə və ya şəkildə təsvir edilən hər
hansı bir şeyin az işıq düşən hissəsi.
3. Qaranlıqda, dumanda aydın görünməyən
şey; qaraltı. Kölgə kimi seçilmək. - Uzaqdan
bir kölgə [Səlim və Mehribanı] pusıu; giz-
licə təqib edirdi. S.Hüseyn. Yağışdan qorx-
madı, boran bilmədi; Onu sarsıtmadı hənirti,
kölgə. M.Rahim. Qayınana ilə gəlin şirin da-
nışdıqları zaman qapıda bir kölgə göründü.
Ə.Vəliyev.
4. Əks, şəkil mənasında. Suda öz kölgəsini
görüb o zaman; Sandı bir özgə itdir ol hey-
van. A.Səhhət.
5. məc. Kölgənizdə, kölgəsində şəklində
məc. - köməyinizlə (köməyi ilə), himayə-
nizdə (himayəsində), sayənizdə (sayəsində).
[Uşaqlar] ancaq sizin kölgənizdə oxuyub
dərsi tamam ediblər. Ə.Haqverdiyev. [Allah-
qulu:] Allah onlara kömək eləsin, onların
kölgəsində gəlib çıxdım. Çəmənzəminli.
0 Kölgədə qalmaq - gözə görünməmək,
üzə çıxmamaq, tanınmamaq, özünə diqqəti
cəlb etməmək. [Sərətan:] Bir odur təhlükə
mənə ölkədə; Önündə şöhrətim qalır kölgədə.
M.Rahim. ...kölgədə qoymaq (buraxmaq)
- 1) ...ikinci yerdə buraxmaq, ...daha irəliyə
keçmək, birinci olmaq, diqqət mərkəzində
olmaq; 2) fikir verməmək, diqqətsiz burax-
maq, laqeyd baxmaq. Kölgə kimi - yanından
əl çəkmədən, daim izləyərək, ayrılmadan.
Kölgə kimi izləmək. Kölgə kimi əl çəkməmək.
- [Xavər Arifə:] Kölgən kimi həp pəsincə
qoşdum; Eşqinlə qanadlanıb da uçdum.
H.Cavid. Səltənət evdən çıxanda Cəlil onu
kölgə kimi təqib edir, bir an belə gözdən qoy-
murdu. Ə.Vəliyev. Cuma .. kölgə kimi ondan
üzülməyən qadına .. qapını bağlamaq işarə-
sini verdi.. Ə.Əbülhəsən. Kölgə salmaq məc.
- bürümək, əhatə etmək. Əcəl başımıza
kölgə salmamış; Sizdən “can ” eşidim, sizə
“can ” deyim. B. Vahabzadə. Lakin son həftə-
lər Ulduzun gözlərinə böyük bir nigarançılıq
kölgə salmışdı. Ə.Məmmədxanlı. Kölgəsin-
dən qorxmaq (ürkmək) - çox qorxaq, ürək-
siz adam haqqında. Kölgəsindən ürkən Mə-
şədi Qulam Ceyranoğlunu titrətmə götürdü.
S.Rəhimov. Kölgəsini qdınclamaq - hədə-
ləyərək dalınca danışmaq, düşmənçilik et-
mək. [Balaxanım Dadaşa:] Sən yüz də o Şi-
raslanm kölgəsini qılınclayasan, .. heç bir şey
apara bilməyəcəksən. S.Rəhimov.
KÖLGƏLƏMƏ “Kölgələmək”dən f.is.
KÖLGƏLƏMƏK/ 1 . Kölgə salmaq, köl-
gədə gizlətmək, kölgə etmək. Çilingləri bas-
dırdıqdan sonra kölgələmək lazımdır. H Gö-
rünməz etmək, qabağını tutmaq, kölgələn-
dirmək. İşığı kölgələmək.
2. məc. Qaranlıq etmək: dumanlatmaq. Xa-
tirələr xəyalını kölgələdi.
KÖLGƏLƏNDİRMƏ “Kölgələndirmək”-
dən f.is.
KÖLGƏLƏNDİRMƏK /. 1 . Kölgə salmaq,
kölgə etmək: qaranlıqlaşdırmaq. Birdən
pəncərəni başqa bir adam kölgələndirdi.
M. Hüseyn.
2. B ax kölgələmək 2-ci mənada.
KÖLGƏLƏNMƏ “Kölgələnmək”dən f.is.
KÖLGƏLƏNMƏK f. 1 . Kölgə düşmək,
kölgəli olmaq, kölgə salmaq, bir qədər qa-
ranlıqlaşmaq. Ağaclar kölgələndi. - ..Dik
yuxarı dırmandıqca meşə kölgələnib sərin-
lənirdi. Ə.Əbülhəsən.
2. Kölgə düşən yerdə oturmaq, kölgədə
gizlənmək. Gündüzlər istinin dərdindən ha-
man dəliyə girib kölgələnirdi. C. Məmməd-
quluzadə. Göy sərvlər qucağında bir çiçək
751
KÖLGƏLƏ YİCİ
KÖMƏK
kimi; Kölgələndi uzaqlarda ağaran liman.
Ə.Cəmil. [Bakıda] heç kəs istidən kölgələn-
mək və başını gizlədib işdən qalmaq istəməz.
S. Rəhimov.
3. məc. Üzündə qəm, kədər, qüssə əla-
məti zahir olmaq; qəmlənmək, qüssələn-
mək, kədərlənmək (adətən, “gözləri”, “üz-
gözü”, “çöhrəsi” sözləri ilə). Üzü-gözü köl-
gələnmək. - Sevilin gözləri güldüyü yerdə ;
Birdən buludlanıb kölgələndimi? M.Müşfiq.
Məzlumun çöhrəsi kölgələndi, bir an nə de-
yəcəyini bilmədi. S.Vəliyev.
4. məc. Qaçıb gizlənmək, birinin hima-
yəsinə, qanadı altına sığınmaq, birinə pənah
aparmaq.
KÖLGƏLƏYİCİ sif. və is. Kölgə salmaq
üçün istifadə olıınan; kölgələndirən.
KÖLGƏLİ sif. 1 . Kölgə salan, kölgəsi olan.
Kölgəli qarağac. Kölgəli ağac. - Eldar ət-
rafa yaxşı bələd olduğundan, yaxında iri,
sərin kölgəli bir söyüd ağacını göstərərək:
- Gedək, bir az dincələk, - dedi. M.Rzaqıılu-
zadə. Odlu mizrabma qurban olum, yar! Çal,
səni dinləyir kölgəli dağlar. N.Rəfıbəyli.
2. Kölgə düşmüş, kölgə altında olan; köl-
gə. Kölgəli yer. Kölgəli eyvan. - Kölgəli gen
küçə ilə bir qədər gedəndən sonra hambal
girdi birinci mehmanxananın dalanına.
C. Məmmədquluzadə. Doldu şirin səslərlə;
Kölgəli bağ, boz güney. Ə. Cavad.
3. məc. Şübhəli, qaranlıq. Yarnıəmməd köl-
gəli keçmişdən uzaqlaşa bilməyən adamlar-
dan idi. M.İbrahimov.
4. məc. Qəm, kədər ifadə edən; məyus,
kədərli, qəmli, qəmgin. Kölgəli üz.
KÖLGƏLİK is. 1 . Kölgə düşmüş yer, kölgə
olan yer; kölgə, kölgəli yer. Kölgəlikdə otur-
maq. Kölgəlikdə yatmaq. - Gorus dağının
qaşında Nəbini isti vurur, bir kölgəlik tapıb
uzanır. “Qaçaq Nəbi”. Məxməri ormanlarda
çiçək dərdiyin yerdə; Baxarsan, çiçəklər var,
açar kölgəliklərdə. Ə. Cavad. İnsan ayağı
dəyməyən bu yerlərdə gündüzlər özünü köl-
gəliyə verən at, eşşək ağnamış, künclərdə
toyuq-cücə eşələnib torpağı atım-atım elə-
mişdi. İ. Hüseynov.
2. Kölgə üçün düzəldilən hər şey. Kölgə-
lik düzəltmək. H sif. mənasında. Kölgə üçün
olan, kölgə salmaq üçün əkilən. Qoca kişi
kölgəlik ağacın dibindəki çarpayını göstərdi..
S.Rəhimov. // Talvar, alaçıq, dəyə və s. Köl-
gəlik düzəltmək.
3. Bax günlük 3-cü mənada. Ramazan
şapkasının kölgəliyini qaldırdı, ətrafa baxa-
baxa müdirin otağını tapdı. Mir Cəlal.
KÖLGƏSEV ƏN sif. Kölgəlik yerlərdə
yaxşı bitən, günəş sevməyən. Kölgəsevəıı
bitkilər.
KÖLGƏSİZ sif. Kölgə salmayan, kölgəsi
olmayan. Kölgəsiz ağac.
KÖLGƏSİZLİK is. Kölgə salmama, köl-
gəsi olmama, kölgəsiz yerin, ağacın və s.-nin
xüsusiyyəti.
KÖMBƏ I . sif. İri, girdə, qalın çörək; qalac.
Qoca qarağacın köhnə qabığı quru kömbə
çörəyə oxşayırdı.. Mir Cəlal. [Aslan:] Dü-
şərgədə hər beş adama gündə bir kömbə
köhnə., çörək verirdilər. S.Vəliyev.
2. is. Küt getmiş xəmirdən kül üzərində
bişmiş çörək. Gördüyün küllü kömbədir, ba-
zara çıxıb, qoğal olub. (Ata. sözü).
3. sif. Yöndəmsiz, kök, gonbul. Kömbə
arvad. - Ocaqverdi kömbə əlini uzatdı.
Çəmənzəminli.
KÖMBƏÇİ is. kölın. Kömbə bişirib satan
adam (bax kömbə 1-ci mənada); çörəkçi.
Dəyirmançının şahidi kömbəçi olar. (Ata.
sözü).
KÖMBƏDODAĞ sif. Dodağı kömbə kimi,
yöndəmsiz, qalm. Kömbədodaq adam.
KÖMƏC 1 is. dan. Boy atmayıb torpağın
üzünə yayılan bitki.
KÖMƏC 2 is. Arı pətəyi. □ Köməc balı -
təmizlənməmiş bal.
KÖMƏCLƏNMƏ “Köməclənmək”dən/£s.
KÖMƏCLƏNMƏK/ Köməc bitkisi kimi
yerin üzünə yayılmaq. Taxıl köməclənmişdir.
KÖMƏK is. 1 . Birinin qarşılaşdığı çətinlik-
ləri, sıxıntıları yüngülləşdirmək üçün görülən
iş, hərəkət; yardım. Lay-lay əməyim bala;
Duzum, çörəyim bala: Gözləyirəm böyü sən;
Görüm köməyin bala. (Bayatı). Bir səs dedi:
- Ey qafil ; Elər meyvə olur hasil; Zəhmətlə,
köməklərlə. A.Şaiq. [Yaralı] canını dişinə
tutub durmaq, şəfqət bacısının köməyi ilə
arxaya getmək istədi. Ə.Vəliyev. □ Kömək
diləmək (istəmək) - başqasından yardım
istəmək, başqasının yardımına ehtiyacı olmaq.
752
KÖMƏK
KÖMƏKLİK
Atasından kömək diləmək. - [Rüstəm:] Atam
ölmüş, daha bir kəsdən kömək diləməyə gü-
manım gəlmir. C. Cabbarlı. [Gülyazın] gözü
qabağında kömək diləyən məsum bir körpə-
nin siması gəlib durdu. Q. İlkin. [Aynanın]
sanki kömək istəyən əlləri bir an havada asılı
qalıb tappıltı ilə yanına düşdü. İ. Hüseynov.
Kömək etmək (eləmək) - yardım etmək,
yardım göstərmək. Yoldaşına kömək etmək.
Geridə qalanlara kömək etmək. - [Şah:] Mən
bir keçə qayırım, bunlar da mənə kömək et-
sinlər. Ü.Hacıbəyov. Kömək görmək - baş-
qasının köməyi dəymək, yardımı olmaq.
[Bəhram:] Səndən ki, görmədim kömək ;
Özüm həll eləyəm gərək! A.Şaiq. Köməyi
dəymək (çatmaq) - bax kömək etmək
(eləmək). Birinə köməyi dəymək. Qonşuya
köməyi çatmaq. - [Məmmədağa:] Oğlunuz
burada oxuyub yazı-pozu biləcəkdir və onun
[Qurbanəliyə] köməyi dəyər. N.Nərimanov.
Uşaqlar kiçik olduqlarından bir o qədər kö-
məkləri çatmırdı. S.S.Axundov. Köməyi ol-
maq - 1) b ax köməyinə çatmaq (qoşmaq,
yetişmək). [Qərib:] Əgər mövlam mənə kö-
mək olarsa; Ağlama, sevgilim, yenə gələrəm.
“Aşıq Qərib”; 2) bir şey edə bilmək, təsiri
olmaq. [Əcəb xala:] Gəlsə də nə kimi bir
köməyi ola biləcəkdi. S.Hüseyn. Köməyinə
çatmaq (qoşmaq, yetişmək) - darda qalan,
çətinliyə düşən adama kömək etmək, yardım
göstərmək, əlindən tutmaq. Yoldaşının kömə-
yinə çatmaq. - Daldakı kazaklar yüyürüşüb,
zabitin köməyinə çatdılar. M.Hüseyn. Ümidim
bircə ona idi ki, Qoçaq mənim gəlmədiyimi
görüb özü mənim köməyimə yetişər.. M. Rza-
quluzadə.
2. O biri hissələri gücləndirmək üçün ayrı-
lan hissələr, əlavə qoşun hissələri. [Qəhrə-
man:] Bundan əlavə, komandan bir-iki sa-
ata qədər bizə kömək göndərəcəyinə də söz
verdi. H.Nəzərli.
3. məc. Arxa, himayəçi, havadar, yardım
edən adam. Oğul atanın köməyidir. - Lap
becadı bu sözləri deməyim ; Dağılıbdı arxam,
ölüb köməyim. Aşıq Ələsgər. □ Kömək ol-
maq (çıxmaq) - birinə arxa, havadar olmaq,
birini himayə etmək. Yoldaşına kömək çıx-
maq. - [Eyvaz Baxşıya:] Başıma bir iş gəlsə,
sən [Sonaya] kömək ol. C. Cabbarlı. O, yolda-
şına kömək çıxaraq, bir atalar sözünü kina-
yə ilə ortalığa atdı və masqara ilə hırıldadı..
Ə. Sadıq.
KÖMƏKÇİ is. 1. Bir işdə kömək edən
şəxs; yardımçı. Uşaq anasının köməkçisidir.
- ..Mən Tehranda özümə köməkçi tapa bilə-
rəm. M. S. Ordubadi.
2. Müavin. Usta köməkçisi. Rejissor kö-
məkçisi. Operator köməkçisi. - İrəvanda da
deyirlər vitse-konsulun köməkçisi biletin
birinə İran rəiyyətindən düşəndə on manat
alır.. C.Məmmədquluzadə. Qəbul otağında
köməkçi ilə [Mollayevdən] başqa heç kim
yox idi. M.Hüseyn.
3. məc. Yardımçı, əlavə. Köməkçi sual.
Köməkçi sex.
0 Köməkçi nitq hissələri qram. - əsas
nitq hissələrinin xüsusiyyətlərinə malik ol-
mayan sözlər (ədatlar, qoşmalar, bağlayıcılar,
modal sözlər). Köməkçi feil qram. - leksik
mənası olmayan, başqa sözlərlə birləşib mü-
rəkkəb feil düzəldən feil (məs.: etmək, elə-
mək, olmaq və s.).
KÖMƏKDAR sif və is. köhn. Köməkçi.
Köməkdar adam.
KÖMƏKDARLIQ is. köhn. Kömək göstər-
mə, kömək etmə. İlyas Gülüşgəlinə söz verdi
ki, .. köməkdarlıq edib Qəhrəmanı Dağüstü
şəhərinə oxumağa göndərəcəkdir. S.Rəhimov.
KÖMƏKKEŞ is. və sif köhn. Kömək edən,
yardım göstərən.
KÖMƏKKEŞLİK is. köhn. Kömək etmə,
yardım etmə, kömək göstərmə. [Nəcəfalı:]
Köməkkeşlik deyil ha! Ağbirçək aıvad uşaq-
dır bəyəm, qolundan yapışasan? B. Bayramov.
KÖMƏKLƏŞMƏ “Köməkləşmək”dən f.is.
KÖMƏKLƏŞMƏK qarş. Əl-ələ verib bir
işi görmək, bir işdə bir-birinə kömək etmək.
Cavan ər-aıvad .. əl-ələ verib köməkləşir-
dilər, işlərini qabağa aparırdılar. E.Sultanov.
Gəlinlər köməkləşib, dolu səhəngləri bir-
birinin belinə aşırırdılar. M.Hüseyn.
KÖMƏKLİ zərf Birlikdə, köməkləşərək,
bir-birinə kömək edərək, bir yerdə. Qərənfil
xala Camal ilə köməkli yükləri düşürməyə
başladı. Ə.Vəliyev.
KÖMƏKLİK bax kömək 1 və 2-ci məna-
larda. Etiqad et buna, yəqinə inan; İstəməz-
dim köməklik insandan. A.Səhhət. Müqabil
753
KÖMƏKSİZ
köməklik hər zaman mümkündür.. M.S. Ordu-
badi. □ Köməklik etmək (eləmək) - bax
kömək etmək (“kömək” də). Geridə qalan-
lara köməklik etmək. - [Yusif:] Yaxşı ki, Qulu
mənə köməklik etdi. N.Nərimanov. Kömək-
liyi dəymək -bax köməyi dəymək ("kö-
mək” də).
KÖMƏKSİZ 1. sif. Heç bir köməyi olma-
yan, heç kəsdən kömək görməyən; aciz.
C. Məmmədquluzadə Novruzəlilərin ürək dağ-
layan yazıq, ağır və köməksiz həyatlarını
çox təbii və inandırıcı təsvir edir. M. İbrahi-
mov. // Tək, kimsəsiz, adamsız, himayəsiz.
Köməksiz yetim. Köməksiz qadın. - [Qara:]
Sağ ol, Bəhram, Allah səni mənə çox görmə-
yib, məni köməksiz qoymasın. C.Cabbarlı. indi
Qıınıru kənddə yalnız və köməksiz idi. Mir
Cəlal.
2. zərf Heç bir kömək olmadan, heç kəsin
köməyi olmadan. İşi köməksiz görmək.
KÖMƏKSİZLİK is. Köməksiz adamın halı
və vəziyyəti. Gəncliyini də, qocalığını da
həqiqi bir qürurla yaşayıb köməksizliyin nə
olduğunu bilməmişdi. M. Hüseyn.
KÖMLƏK kölın. bax köynək. Ərəqçini,
kömləyi, corabı bəy özü geyir. R.Əfəndiyev.
[Rizvan] yandan düymələnən nazik qara köm-
ləyiııi geydi. S. Rəhimov.
KÖMÜR is. 1. Odunu yandırıb basdır-
maqla alınan tünd-qara rəngli bərk yanacaq.
Kürəyə kömür qoymaq. Manqala kömür
tökmək. Kömürü qızartmaq. - [Rüstəm kişi]
..samovara su tökməyə, kömür salmağa ərin-
di. M. İbrahimov. An’ad samovarı çölə çı-
xartdı. Külünü boşaldıb yaxaladı. Su töküb
könıür saldı. Ə. Vəliyev. □ Kömür basmaq
- kömür almaq üçün odunu yandırıb torpaqda
basdırmaq. Kömür dəymək - dəm tutmaq,
kömürün dəmi (qazı) ilə zəhərlənmək. Kö-
mür kimi (qədər) - tünd-qara, zil qara,
qapqara. Kömür kimi uşaq. - Açıqlıqdan
keçdi, kömür qədər qara .. görünən qamışlığa
girdi. H.Nəzərli. Onun rəngi kömür kimi
qaradı. M. Hüseyn. Kömür kimi qaralmaq
- 1) bərk qaralmaq, qapqara olmaq. Qız
yayda kömür kimi qaraldı; 2) məc. hirsindən
üzünün rəngi dəyişib tündləşmək. Rüstəm
kişi .. kömür kimi qaralıb susurdu.. M.İbra-
himov.
KÖMÜRLƏŞDİRİLMƏK
2. Yer altından çıxarılan bitki mənşəli bərk
yanacaq, maddə. Daş kömür. Kömür yataq-
ları. Kömür mədəni, iki vaqon kömür. - Don-
bas bizə kömür verir.. M.Müşfıq. Fəhlələr qatı
kömür tozu içində işləyirdilər. M. Rzaqulu-
zadə.
KÖMÜRBASAN is. Kömür basmaqla, yan-
dırmaqla məşğul olan adam (bax kömür
1-ci mənada).
KÖMÜRÇIXARAN sif. Daş kömür şaxta-
sında kömür çıxarmaqla məşğul olan (fəhlə
və s.). // is. Daş kömür çıxarmaqla məşğul
olan fəhlə; qazmaçı, şaxtaçı. Kömiirçıxaran-
ların yarışı.
KÖMÜRÇÜ is. 1 . Kömür hazırlayıb satan
adam. Kömiirçünün üzüqaralıqdan nə arı?
(Ata. sözü). [Xortdan:] Hər baqqalı, dəmir-
çini, kömürçünü, arabaçını .. dindirirsən,
deyir: - Mənim familiyam Kəkilbəy ovdur.
Ə.Haqvcrdiyev. [Ağsaqqal kişi:] O da kömiir-
çiidiir, a kirvə! Bir yük kömür satmağa get-
mişdi. Mir Cəlal.
2. Kömür satılan yer, dükan. Kömiirçü dü-
kanı.
3. Daş kömür sənayesi işçisi; şaxtaçı.
Kömürçülər mükafat aldılar.
KÖMÜRÇÜLÜK is. Kömiirçünün işi, pe-
şəsi (bax kömür 1-ci mənada). Könıürçü-
liik eləmək. - Cəfərin atası kömürçülükdə qa-
zandığı pulun tən yarısını hər ay müntəzəm
halda oğluna göndərmiş, onu oxutmuşdu.
Ə.Vəliyev.
KÖMÜRDOĞRAYAN is. xiis. Daş kömürü
doğrayıb xırdalayan maşın. Kömürdoğrayanı
təmir etmək. H Sif. mənasında. Kömürdoğ-
rayan maşın.
KÖMÜRXANA is. 1 . Kömür basdırılan yer
(bax kömür 1-ci mənada).
2. Bax kömürlük.
KÖMÜRXIRDALAYAN bax kömürdoğ-
rayan.
KÖMÜRQABI is. Kömür yığmaq, saxla-
maq üçün qab.
KÖMÜRQ AZI Y AN bax kömürçıxaran.
KÖMÜRLƏNMƏ “Kömürlənmək”dən/«.
KÖMÜRLƏNMƏK bax kömürləşmək.
KÖMÜRLƏŞDİRİLMƏ “Kömürləşdiril-
mək”dən. f.is.
KÖMÜRLƏŞDİRİLMƏK rnəch. Kömür
halına saldırmaq, yandırılıb kömür edilmək.
754
KÖMÜRLƏŞDİRMƏ
KÖMÜRLƏŞDİRMƏ “Kömürləşdirmək”-
dən fis.
KÖMÜRLƏŞDİRMƏK icb. Kömür halına
salınmaq, yandırıb kömür etmək.
KÖMÜRLƏŞMƏ "Kömürləşmək” dən fis.
KÖMÜRLƏŞMƏK f. 1 . Kömürə dönmək,
kömür halına düşmək.
2. Yandıqdan sonra kömürə çevrilmək. Köz
kömürləşdi.
KÖMÜRLÜ sif. Üzərinə kömür tozu qon-
muş, kömürü olan. Kömürlü əllər. Kömürlü
paltar.
KÖMÜRLÜK is. Evlərdə kömür tökülən
(saxlanan) yer, kömür anbarı. Az qalırdı
adamlar [Qədiri] taxtapuşun altına, kömür-
lüyə yıxsınlar. Mir Cəlal.
KÖMÜRSORAN sif. tex. Hidravlik üsulla
kömür çıxarılmasında işlədilən (maşın və s.).
Kömürsoran maşııı. // is. Hidravlik üsulla
kömür çıxarılmasında işlədilən maşın və s.
Yeni markalı kömürsoran.
KÖMÜRTƏMİZLƏYƏN sif. Kömürü tə-
mizləmək üçün işlədilən. Kömürtəmizləyən
maşını işə salmaq. II is. Kömürü təmizləmək
üçün maşın və s. Kömürtəmizləyəni quraşdır-
maq.
KÖMÜRY ANDIRAN bax kömürbasan.
KÖMÜRYÜKLƏYƏN sif. xiis. Kömürü va-
qona, avtomaşına və s. yükləyən (maşın və s).
Kömüryükləyən traıısportyor. H is. Kömürü
vaqona, avtomaşına və s.-yə yükləyən ma-
şın və s. Kömiiryükləyəni qaydaya salmaq.
KÖNDƏLƏN sif. Eninə. Köndələn xətt.
Köndələn tikiş. - Qarşımda başdan-başa;
Əyri, köndələn cızıq; Varaq-varaq kağızlar.
R.Rza. Pərinin üzündə, gözünün altında,
boynunda bir köndələn qırış belə nəzərə çarp-
mırdı. Ə.Vəliyev. // zərf Yanakı, çəpinə,
yan. Atı köndələn sürmək. Köndələn tikmək.
Parçanı köndələn kəsmək. - Kor, atı minib
köndələn çapar. (Ata. sözü). [Əhməd] yavaş-
yavaş eşşəyin başım döndərib yolda köndə-
lən oturdu. B.Talıblı. Arabaçı isə onlara
baxmadan, üzünü köndələn tutub, eyni şika-
yətli səslə davam etdi.. M. Hüseyn. // Eyni
mənada: köndələninə şəklində. Köndələ-
ninə oturmaq. - [Veys] ..divara yanaşı üç
cızıq, köndələninə yanaşı iki cızıq çəkdi..
Ə.Əbülhəsən.
KÖNÜL
KÖNLÜAÇIQ sif. Şən, gülərüzlü, şad,
xürrəm. Könlüaçıq adam.
KÖNLÜAÇIQLIQ is. Şənlik, şadlıq, gü-
lərüzlülük.
KÖNLÜQARA bax qəlbiqara. Çox göz-
ləri yolda qoydun intizar; Şiriıızəban, kön-
liiqara, danışma! Aşıq Hüseyn.
KÖNLÜQARALIQ bax qəlbiqaralıq.
KÖNLÜQIRIQ, KÖNLÜSINIQ sif VƏ zərf
Könlü bir şeydən sınmış, incimiş; incik, küs-
kün, ürəyi sınmış. Könlüqırıq ( köıılüsımq )
qız. Könlüsınıq getmək. - Gəldi qabağə qolu
bağlı pişik; Könlüsınıq, sinəsi dağlı pişik.
S.Ə.Şirvani. Molla Əkbər də lal-mat və kön-
lüsınıq evinə qayıtdı. B.Talıblı.
KÖNTÖY sif. 1. Kobud, münasibətsiz,
ədəbsiz, nəzakətsiz. Köntöy söz. Köntöy hə-
rəkət. - Siz bunun sözündən inciməyin. Bu həm
avam, həm də köntöy adamdır. Ə.Abasov.
// Zərf mənasında. Köntöy danışmaq. - Tahir
həmin dostuna çox acıqlı və köntöy cavab
vermişdi. M.Hüseyn. Bu vəziyyət belə Rüstəm
kişini ayıltmadı, fikrindən döndərmədi, əksi-
nə, onu daha da acıqlandırdı, köntöy tərpən-
məyə məcbur etdi. M. İbrahimov.
2. Qaba, kobud, yöndəmsiz, biçimsiz. Kön-
töy yaba. Köntöy balta. - Əvvəlcə Qaçay
köntöy bir kürək qayırdı. Ə.Vəliyev.
köntöy-köntöy zərf Kobud-kobud, qa-
bacasına, kobudcasına, tərs-tərs. Şahmar
köntöy-köntöy cavab verdi. B.Bayramov.
Nəyinə fikir verəcəyəm? - deyə arvad köntöy-
köntöy səsləndi. İ.Hüseynov.
KÖNTÖYLÜK is. Kobudluq, qabalıq;
ədəbsizlik, nəzakətsizlik. Köntöylük eləmək.
KÖNÜL is. şair. 1 . Qəlb, ürək (mənəvi mə-
nada). Könlümün sevgili məhbubu mənim;
Vətənimdir, vətənimdir, vətənim. A.Səhhət.
[Ağarəsul] . .işi yubatmayıb həmin saat kön-
lündəki məhəbbəti qıza söylədi... E. Sultanov.
// məc. Obrazlı təşbehlərdə, tərkiblərdə işlə-
nir. Könül aşnası. Könül mülkü. Dəli könül.
- [Qərib:] Qıya baxıb, könül evin yıxansan;
Tanımırsan solu-sağı, Ağcaqız! “Aşıq Qərib”.
Könül şəhri gündən-günə talandı; Imdi oldu
bir xərabə çöllər, hey! M. V. Vidadi. Aralıqdan
könül quşun ürkütdük; Bir-birilə qonuşmadıq,
ayrıldıq. M.P.Vaqif.
2. İstək, arzu, həvəs, meyil. Teatra get-
məyə könlünı yoxdur. Öz könlü ilə. - [Nigar:]
755
KÖNÜL
..Qonşu arvadların sözünə görə qızın könlü
Yusifdədir. N.Nərimanov.
0 Könlü açılmaq - qəm-qüssəsi dağılmaq,
şadlanmaq; ürəyi açılmaq. Nə könlüm açılar,
nə üzüm gülər ; Səkrəqibə məhrəm olandan
bəri. Q. Zakir. [Nazlı:] ..Azacıq gedib gəz də,
könlün açılsın. H.Cavid. Camaatın könlü yax-
şı açılsın; Razıyıq, - dedilər, - sazəndə çalsın!
H.K.Sanıh. Könlü bulanmaq - kefi pozul-
maq, nəşəsi dağılmaq, qanı qaralmaq. Könlüm
bulanır küçədə cövlanını görcək; Nitqim tu-
tulur hərzəvü-hədyanmı görcək. M.Ə. Sabir.
Könlü çəkmək - ürəyi çəkmək, iyrənməyib
istəmək. Könlü xoş olmaq - məmnun olmaq,
xoşnud olmaq. Könlü istəmək - arzu etmək,
xoşlamaq istəmək. Elə mənim də sizi könlüm
istəyir. M.S. Ordubadi. Əmiraslan hər bir əmr
və göstərişdən azad idi. Hər nə könlü istə-
səydi, onu edərdi. S.S.Axımdov. Könlü qal-
maq (incimək) - xatiri sınmaq, incimək.
Könlü olmaq - 1) istəmək, meyli olmaq, hə-
vəsi olmaq. Gəz dolan, bağdan ara; Bülbülü
bağdan ara; Bağbanın könlü olsa; Nə gəlib
bağda nara? (Bayatı); 2) razı olmaq. Könlü
olmamaq - istəməmək, ürəyi olmamaq.
[Gülçöhrə:] Ay ata, vallah, ərə getməyə heç
könlüm yoxdur. Necə eləyim? Ü. Hacıbəyov.
[Hacı Murad:) Məhərrəm bəydə könlün yox-
dur, bəs İmranda necə? S.S.Axımdov. Könlü
pozulmaq - bax könlü bulanmaq. Könlü
tutulmaq - qəmgin olmaq, qüssələnmək, tu-
tulmaq. Gördü nazik ayağın ol dilxun; Tu-
tulub könlü oldu çox məhzıın. S.Ə.Şirvani.
Könlü yaralı - fəlakət üz vermiş, ürəyində
dərdi olan, kədərli. Könlündən çıxartmaq
- unutmaq, unudub yada salmamaq. Könlün-
dən keçmək - ürəyindən keçmək, ürəyində
arzu etmək, istəmək. Onun könlündən çox
şeylər keçir. Könlünə dəymək (toxunmaq)
- xətrinə dəymək, ürəyinə toxunmaq, qəl-
binə dəymək, incitmək, küsdürmək. Ey gö-
züm, nə dəyib kövrək könlünə; Ey şirin güf-
tarım, nöşiin ağladın? M.P.Vaqif. Ey dilim,
lal olasan, bilməyirəm kim, nə dedin; Aşina
könlünə dəydin ki, olub biganə. S.Ə.Şirvani.
Ancaq mən Eldarın könlünə dəyməmək üçün
daha tüfəngə əl atmadım. M.Rzaquluzadə.
Könlünə düşmək - (birdən) arzulamaq, istə-
mək, ürəyi istəmək. Axırda elçi quş əti ye-
KÖNÜL
məkdəıı yorulur. Könlünə mal əti diişüı;
“M.N.lətif.” Könlümə diişmiiş idi bir neçə
bütlər həvəsi; Bir zaman beyti-xuda dəhrdə
biitxanə idi. S.Ə.Şirvani. [Kişi:] Əgər sənin
və həkimin könlünə ət düşübsə, mən sizə qo-
yun verrəm. M.Dilbazi. Könlünə görə - öz
arzusu ilə, öz xoşu ilə. Könlünə yatmaq -
ürəyinə yatmaq, xoşuna gəlmək, qəlbinə
yatmaq, bəyənmək. Könlünü açmaq -
1 ) sevindirmək, şadlandırmaq, ürəyini açmaq.
Hər gün açır könlümü zövqi-visalın yengidəıı;
Gərçi güllər açmağa hər ildə bir novruz
olur. Füzuli; 2) birisinə inanaraq ürəyində-
kiləri açıb söyləmək, sirlərini açıb demək.
Könlünü almaq - xoş (şirin) sözlə dilə tu-
tub razı, yaxud təskin etmək, acığını unutdur-
maq; qəlbini ələ almaq. Vaqif deyir, yalvar
yara, könlün al; Bir busə diləyib, boynuna
qol sal.. M.P.Vaqif. [Mələk Şeydaya:] Mən
səni sıxmaq üçün deyil, yalnız könlünü almaq,
acılarını unutdurmaq üçün gəldim. H.Cavid.
[Səfər bəy:] ..Xərc çəkmişəm ki, birtəhər
Molla Abuşun ağzını yumum, məhkəmə rəi-
sinin könlünü alım.. B.Talıblı. Könlünü ələ
almaq (ovlamaq) - ürəyini ələ gətirmək,
razı etmək, məhəbbətini qazanmaq, qəlbini
ovlamaq. Bir ayaq ilə mənim könlümü aldın
ələ sən; Görüm, ey saqiyi- gülçöhrə əlin var
olsun! S.Ə.Şirvani. Ancaq onu da de görüm,
onun könlünü ələ gətirmək miimkündürmü?
E. Sultanov. Könlünü xoş eləmək - birinin
arzusunu yerinə yetirərək sevindirmək. Kön-
lünü qırmaq (incitmək) - bax könlünə
dəymək. [Turxan bəy Çingiz bəyə:] Yazıq
deyilmi! ..Neçin könlünü qırdın? H.Cavid.
Könlünü parçalamaq -bax könlünü qır-
maq. İncə bir riqqət Rübabənin könlünü
parçaladı. Mir Cəlal. Könlünü sındırmaq
- bax könlünü qırmaq. Əsli qızların kön-
lünü sındırmaq istəmirdi. “Əsli və Kərəm’’.
[Xala:] Yaxşı deyil, ay bala, uşaqlıq eləmə,
get, könlünü sındırma! Ə.Məmmədxanlı.
Könül açıqlığı - şadlıq, fərəh, sevinc.
[Cəmil bəy:] Doğrusu, könül açıqlığı olma-
yınca insandakı nəşə də alt-üst olur. H.Cavid.
Könül bağlamaq - bax könül vermək.
Könül bulandıran - ürək-bulandırıcı, xoşa
gəlməyən, arzu edilməyən. Könül bulandı-
ran qəmgin bir axşam; Səlim bəy tutmamış
756
KÖNÜLAÇAN
evində aram. M.Rahim. Könül bulandırmaq
- kədərləndirmək, qüssələndirmək, qanını
qaıaltmaq. Könül qırmaq (yıxmaq, sındır-
maq) - ürək sındırmaq, özündən küsdürmək,
özündən incitmək, incik salmaq. Sən də, gö-
züm, Allaha baxıb, ziilmii az eylə; Pevvəstə
könül yıxsan əgər, bir də saz eylə. M. P. Vaqif.
Könül oxşamaq - 1) əzizləmək, xoş sözlər
söyləmək; 2) xoşa gəlmək, ruhu oxşamaq,
ürəyə yatmaq. İlıq, könül oxşayan meh əsir-
di. Ə.Vəliyev. Könül oxşayar yaşıl kölgəniz.
M.Seyidzadə. Könül vermək (bağlamaq)
- 1) aşiq olmaq, ürəkdən sevmək. Könül
verdin hər bivəfa yadlara; Hayıf oldu, ömür
getdi badlara. M.V.Vidadi. Dostun vəfasım
gördüm; Sevdim, seçdim, könül verdim.. Aşıq
Ələsgər. Səni vəfalı bilib eşqinə könül ver-
dim; Pəriliqalara olmazmış etibar, ey dost!
S.Ə.Şirvani; 2) razılıq vermək, razılaşmaq,
razı olmaq. Mən bu işə könül vermədim. İki
könül bir olmaq - sevişmək, bir-birini sev-
mək. İki könül bir olsa, tez tapar dalda yeri.
(Ata. sözü). Könül yoldaşı - yaxın dost, sə-
mimi dost, həmdəm, sirdaş, qəlb yoldaşı.
KÖNÜLAÇAN sif. Ürəkaçan, xoşagələn,
xoş; sevindirici, zövq verən, ləzzət verən. Kö-
nülaçan malını. - Qarşıda Xəzər dənizi, Qara
və Ağ şəhər zavodları görünürdü. Bu, könüla-
çan bir mənzərə idi. S. Hüseyn. [Səriyyə:]
Həyatda hər şey necə gözəl, necə könülaçan-
dır. İ. Əfəndiyev. Bəxtəvərlər kəndinin axşam-
ları qarğaşalı olduğu kimi, səhərləri könüla-
çan, gecələri sözlü-söhbətlidir. Ə.Vəliyev.
KÖNÜLLÜ sif. 1 . Öz xoşu ilə, öz razılığı
ilə, öz istəyi ilə; qeyri-məcburi. Könüllü
vergi. Könüllü əsgər. Könüllü dəstələr. H İs.
mənasında. Bir işi öz xoşu, razılığı, istəyi ilə
öhdəsinə götürən adam (adətən orduya kö-
nüllü gedənlər haqqında). Könüllülər batal-
yonu. - Konsulxanaııın avtomaşını könüllü
yığmaq üçün seçilmiş komisyonun ixtiyarına
buraxılmışdı. M.S. Ordubadi. // Zərf məna-
sında. [Məmməd:] Bir çox şəhərləri - Mos-
kvanı və Leninqradı gəzdim, sonra könüllü
olaraq Uzaq Şərq ordusuna yazıldım. C.Cab-
barlı. [Aslan:] Hərbi çağırışı gözləmədən cəb-
həyə könüllü gəlmişdi. S. Vəliyev.
2. ...təbiətli, ...xasiyyətli, ...qəlbli, ...ürəkli
(adətən qoşulduğu sözü səciyyələndirir). Rəs-
KÖP
sam könüllü. - Deyən, bir insana uydu zavallı;
O şair könüllü, rəssam xəyallı. S. Vurğun.
3. ictimaiyyətin köməyi ilə təşkil olunub
işləyən bəzi cəmiyyət adlarının tərkib his-
səsi. Könüllü cəmiyyətlər. Yanğından müda-
fiə könüllü cəmiyyəti. Orduya, Aviasiyaya,
Donanmaya Könüllü Yardım Cəmiyyəti.
KÖNÜLLÜLÜK is. Öz razılığı, öz xahişi,
öz könlü ilə olma; qeyri-məcburilik. Könül-
lülük prinsipi.
KÖNÜLSEVƏN sif. Ürəyəyatan, sevimli,
xoşagələn, istənilən. Könülsevən göyçək olar.
(Məsəl).
KÖNÜLSÜZ sif. və zərf istəmədən, istə-
məyərək, arzusuz, həvəssiz, ürəksiz, razılığı
olmadan, istər-istəməz. Könülsüz getmək.
Könülsüz oxumaq. - Qulu bu dəfə ümidsiz
və könülsüz gəldi. A.Şaiq. Bibi könülsüz də
olsa, qardaş oğlunun sözlərini dinlədi.
Ə.Vəliyev. Gülpəri çox könülsüz cavab ve-
rirdi. H.Seyidbəyli. □ Könülsüz tikə - is-
tənilməyən, arzu edilməyən, ürəyə yatmayan
adam, şey haqqında. ..Cəmilə xanımın ərin-
dən zəhləsi gedirdi, onu görəsi gözü yox idi,
könülsüz tikə kimi qəbul edirdi. E. Sultanov.
KÖNÜLSÜZCƏ zərf Könülsüz, könülsüz
halda, könülsüz olaraq; istəməyərək, ürəksiz-
cə. Könülsüzcə işləmək. Könülsiizcə danışmaq.
KÖNÜLSÜZCƏSİNƏ bax könülsüzcə.
Könülsüzcəsinə cavab vermək.
KÖNÜLSÜZ-KÖNÜLSÜZ zərf istəmədən,
könlü olmadığı halda, həvəssiz. Könülsüz-
könülsüz cavab vermək. - Giilsənəm arvad
könülsüz-könülsüz ayağa qalxdı. M. Hüseyn.
[Dildar] könülsüz-könülsüz gedib oturdu..
Ə.Vəliyev.
KÖNÜLSÜZLÜK is. Könlü olmama, ürəyi
olmama (istəməmə).
KÖP is. 1 . Şiş, qabanna. □ Köpünü almaq
- şişini, qabarmasını yatırtmaq. Ocaqqulu kişi
oxlovu qapıb xəşilə batırdı və onun köpünü
aldı. S. Rəhimov.
2. Qarının qazla dolma nəticəsində qabar-
ması, köpməsi. Uşağın qarnı köpdü. - [Nü-
mayəndə:] O yerlərin camaatının rəngi sarı,
bədəni zəif, qarınları köplə dolu olur. Ə.Haq-
verdiyev.
0 Köpü alınmaq (yatmaq) - zorla sakit-
ləşdirilmək, təşəxxüsdən düşürülmək. „Cə-
757
KÖPBƏCƏ
bişin köpü alındı. Qəhrəmana da faytonçu-
nun kiriməyi lazım idi. S. Rəhimov. Dildarın
hirsi xeyli soyumuş, köpü bir az alınmışdı.
Ə. Vəliyev. Köpünü almaq - sakitləşdirmək,
hirsini soyutmaq, aram etmək. Bu gün korun
köpünü alacaqlar. M. Hüseyn.
KÖPBƏCƏ 1. Bax koppuş. Köpbəcə əl.
2. B ax köppəcə. Köpbəcə bişirmək.
KÖPBƏCƏLƏŞMƏ "Köpbəcələşmək”-
don (is.
KÖPBƏCƏLƏŞMƏK f. dan. Kökəlmək,
gonbullaşmaq. Uşaq nə yaxşı köpbəcələşib?
KÖPDÜRMƏ “Köpdürmək”dən (is.
KÖPDÜRMƏK f Üfürmək, ya içini yellə
doldurmaq nəticəsində həcmini olduqca
böyütmək, şişirtmək.
KÖPDÜRÜLMƏ “Köpdürülmok”dən f.is.
KÖPDÜRÜLMƏK “Köpdtinnək”dən məch.
KÖPƏK is. 1 . İt. Vardı Bozlar adında bir
köpəyi; Qoyunun pasibaııı, həm köməyi.
S.Ə.Şirvani. ..Yaşar yavaşcadan onu adı ilə
çağırdı, köpək səsini kəsdi. M.Rzaquluzadə.
2. Söyüş kimi işlənir. [Yasavulbaşı] bir
gün səhərə yaxın bu xülyalarla yerinin için-
də xumarlanırkən, birdən qapısı açıldı və
qıyıqgözlii, seyrək uzunbığlı sadiq köpəyi
başını içəri uzadıb dedi.. M.Rzaquluzadə.
□ Köpək kimi - çox yaltaqlanan adam haq-
qında. Köpək kimi xidmət göstərmək.
0 Köpək diş(lər) - ağzın hər iki tərəfində
azı dişlərlə ön dişlər arasında olan diş(lər).
Köpək dişini çıxartmaq.
KÖPƏKBALIĞI is. zool. Uzun bədənli,
güclü quyruğu olan, iri, yırtıcı dəniz balığı.
..Köpəkb alığının uzunluğu adətən 2-4 metr
olur, lakin köpəkbalıqları arasında nəhəng-
ləri də vardır. “Sualtı aləm”.
KÖPƏKCİK is. “Köpək”don oxş. Arxasın-
ca bir köpəkcik zmqıldayıb bağırdı; Sanki bü-
tün yurd xalqını imdadına çağırdı. A. Şaiq.
KÖPƏKLƏMƏ “Köpəkləmək”dən/;'s.
KÖPƏKLƏMƏK bax köpəkləşmək.
KÖPƏKLƏŞMƏ "Köpəkləşmək”dən f.is.
KÖPƏKLƏŞMƏK f. dan. 1. Qocalmaq,
köpək olmaq (erkək it haqqında).
2. məc. dan. təhq. Yaşı ötmək, qocalmaq.
KÖPƏKLİ sif Köpəyi olan, köpək saxla-
nan. Köpəkli həyət. - Köpəkli kənddə əli də-
yəııəksiz gəzmə! (Ata. sözü).
KÖPÜK
KÖPƏKLİK is. 1 . Qoca itin hal və vəziy-
yəti; qocalıq (erkək it haqqında).
2. məc. dan. təhq. Yaşı ötmə, qocalma; qo-
calıq.
KÖPƏŞ sif. Şiş, köpmüş. Köpəş qarın.
KÖPƏŞİK is. Dəridə əmələ gələn xırda
qırmızı qabarıq; sızaq, sızanaq. Uşağın qo-
lunda köpəşik əmələ gəlib.
KÖPƏŞMƏ “Köpoşmok”don f.is.
KÖPƏŞMƏK/ 1 . Dəridə xırda, qırmızı qa-
barıq, sızaq əmələ gəlmək. Gicitkən dola-
dığından əlləri köpəşib.
2. Köpmək, şişmək. Uşağın qarnı köpəşdi.
KÖPMƏ 1. “Köpmək”dən f.is.
2. is. Şişmə, qabarma, qalxma; köp. Köpmə
xəstəliyi.
KÖPMƏK f. 1. Köp əmələ gəlmək; şiş-
mək, qabarmaq, qalxmaq. [Qadının] solğun
üzü köpmüş və göy ləkələrlə örtülmüşdü.
M.Ibrahimov. Torpaq köpmüş, hər yanda
böyük-kiçik gölməçələr əmələ gəlmişdi. H.Se-
yidbəyli.
2. Gəlmək, acımaq (xəmir haqqında). Xə-
mir köpdü.
3. dan. zar. Yatmaq, yatıb qalmaq. Səhərə
qədər köpüb qalıbdır. - [Qıssa:] Dağa gedir-
sən, evini yığışdır apar, getmirsən, yum ağ-
zını, köp yerində. Mir Cəlal.
KÖPPƏ bax köppəcə.
KÖPPƏCƏ is. məh. Yumurta vurulmuş xə-
mirdən yağda bişirilən çörək.
KÖPÜK 1 is. Yırğalanan, hərəkət edən
maye və ya yarımmaye kütlə üzərində
əmələ gələn içərisi hava, ya da qazla dolu
girdə qabarcıqlar yığmı. Suyun köpüyü. Dəniz
köpüyü. - Köpüklərlə üzə-üzə; Dalğalara
qarışdım; Martılarla yarışdım. A.Şaiq. Çay-
lardakı ağ köpük; Yanında bir boz çöpük.
Ə. Cavad. // Süd və s. mayelər qaynadıqda
üzərlərində əmələ gələn qabarcıqlar. Südün
köpüyü. // Sabun və bəzi yuyucu maddələ-
rin suda həll olmasından hasil olan ağrəngli
qabarcıqlar. Sabun köpüyü. II Ət və s. suda
qaynadıqda üzərinə yığılan tullantı hissə;
kəf. Xörəyin köpüyünü yığmaq. Bozbaş köpük
eləyib. - Salmanova mürəbbənin köpüyünü
alırdı. Ə.Əbülhəsən.
0 Köpük kimi - qiymətsiz, əhəmiyyətsiz
şey haqqında.
758
KÖPÜK
KÖRPƏ
KÖPÜK 2 dan. bax qəpik. [Səməndər
Nərgizə:] Amma bazara çıxartsan köpük qiy-
məti yoxdur. B. Bayramov.
KÖPÜKCÜK is. Kiçik köpük, incə köpük.
Külək əsdikcə dənizin səthi titrəyir, xırda dal-
ğalarla və ağ köpükcüklərlə dolurdu. S. Rəh-
man.
KÖPÜKLƏMƏ “Köpükləmək”dən f.is.
KÖPÜKLƏMƏK/ Köpük əmələ gəlmək,
köpük etmək. Su köpükləşmişdi. Çay köpiik-
lədi. Yağ köpüklədi.
KÖPÜKLƏNDİRİCİ is. xı is. Köpükləndi-
rən, köpük əmələ gətirən. Köpükləndirici
maddə.
KÖPÜKLƏNDİRİLMƏ “Köpükləndiril-
mək”dən f.is.
KÖPÜKLƏNDİRİLMƏK məch. Köpük
əmələ gətirilmək.
KÖPÜKLƏNDİRMƏ "Köpükləndirmək”-
dən/is.
KÖPÜKLƏNDİRMƏK icb. Köpük əmələ
gətirmək. “Gümrah ” barkazı suyu köpiiklən-
dirib sıçrada-sıçrada köhnə körpüyə yan aldı.
M. Süleymanov.
KÖPÜKLƏNMƏ "Köpüklənmək”dən f.is.
KÖPÜKLƏNMƏK qayıd. 1 . Köpük əmələ
gəlmək, köpük hasil olmaq, köpüklə örtül-
mək. Sabun köpükləndi. Yağ köpükləndi. Pivə
köpükləndi. - Göy otların arasından bulaqlar ;
Şırıltilə köpüklənərkən çağlar. A.Səhhət. Şə-
lalələr qayalardan üzüaşağı gurlayıb axır,
köpüklənir. M.Ibrahimov.
2. Çox tərləmək, tər tökmək. A köhnə yol-
daşım! A köhlən atım! Buğlana-buğlana kö-
püklən, atım! S.Vurğun.
0 Ağzı köpüklənmək - bax ağız 1 .
KÖPÜKLƏTMƏ "Köpüklətmək”dən f.is.
KÖPÜKLƏTMƏK bax köpükləndirmək.
KÖPÜKLÜ sif. Köpüyü olan, köpük verən,
köpük edən, köpüklənən, köpüklə örtülü.
Köpüklü su. Köpüklü ləpələr. - Qara dənizin
köpüklü dalğaları çınqıllara toxunaraq, qəri-
bə bir musiqi kimi tərənnüm edir. H.Nəzərli.
Ağ mərmər pilləkənlər köpüklü bir dağ çayı
kimi dördüncü mərtəbədən üzüaşağı axırdı.
Ə.Məmmədxanlı. Ağ köpüklü şəlalələr; Qa-
yaları ovub dələr. M. Dilbazi.
KÖPÜKLÜLÜK is. Köpüklü şeyin halı,
keyfiyyəti. Köpüklülük dərəcəsi.
KÖPÜKSÜZ sif. Köpüyü olmayan, köpük
etməyən, köpük verməyən, ya az verən, az
köpük çıxan. Köpiiksüz sabun.
KÖPÜRMƏ 1 “Köpürmək '’’dən /.и.
KÖPÜRMƏ 2 “Köpürmək 2 ” dən / w.
KÖPÜRMƏK 1 / 1 . Qabarıb köpüklənmək,
qabarıb şişmək, kükrəmək. Dəniz köpürmüş-
dü. - Yel üfürdü, su köpürdü. (Ata. sözü).
[Nəbi:] Birlikdə çıxardıq dağa ikimiz; Ba-
xırdıq köpürüb axan sulara. S.Rüstəm. Ömür
dedikləri coşqun çay kimi; Kükrəyib köpürür,
hər zaman gedir. M. Rahim.
2. məc. Bərk hirslənmək, coşmaq, özündən
çıxmaq. Bir anda köpürmüş, bir anda sönmüş;
Xırçın əməllərin yadıma düşdü. M.Müşfiq.
KÖPÜRMƏK 2 bax köpmək. Relslər va-
nında torpağın necə köpürüb qalxdığını xa-
tırlayıram. Ə.Məmmədxanlı.
KÖPÜRTMƏ “Köpüıtmək’’dən f.is.
KÖPÜRTMƏK bax köpdürmək.
KÖRƏMƏZ bax koramaz. Soruşdu; -
Muştuluq nə verim? Dedim: - Bütün bu
adamlara körəməz.. İ. Hüseynov.
KÖRFƏZ is. coğr. Okeanın, dənizin və ya
gölün qıırunun içinə soxulmuş hissəsi. İran
körfəzi. Böyük körfəz. Xəzər dənizində bir
sıra körfəzlər var. - Bir gün Səlim qamışların
arasından körfəzdəki quşlara tamaşa edirdi.
M. Rzaquluzadə.
KÖRPƏ sif. 1 . Südəmər, çağa. Körpə uşaq.
Körpə bala. - Körpə uşaqlar ac və çılpaqlığa
davam gətirməyib ağlaşırdılar. Çəmənzə-
minli. //Yenicə doğulmuş, bala. Ağılın ağzın-
da yatan üç körpə quzuya yaxınlaşdı. M.İbra-
himov. // İs. mənasında. Südəmər uşaq. Kör-
pəni sakitləşdirmək. Körpəni yedirtmək. -
Körpələr böyüdü, gənclər qocaldı; Zaman
yaşa doldu, insan ağıla!.. S.Vurğun. [Şofer:]
Əgər körpələr qabağımı kəsməsəydi, mən də
çoxdan dağlarda idim. S.Vəliyev. Gəl gedək,
dolaşaq dünyanı biz də; Körpənin bu şirin
arzusuna bax! N.Rəfıbəyli. □ Körpələr evi
- körpə (üç yaşma kimi) uşaqlar üçün tərbiyə
müəssisəsi. Uşağı körpələr evinə qoymaq.
Körpələr evini təmir etmək.
2. məc. Təzə, tər, yeni, sütül. Körpə xiyar.
Körpə budaq. - Çoxdan qurumuş sirkan kol-
larının, arxlarnı qırağında cücərən körpə
otların və yaş torpağın ürəyindən qopan bu
759
KÖRPƏCƏ
ətir Rüstəm kişiyə ləzzət verirdi. M.İbrahimov.
Məninidir ətirli, göyçək nəğmələr; Mənimdir
gülüşlər, körpə budaqlar. R.Rza. Qumru üsul-
luca körpə zoğların dibini eşməyə başladı.
Ə.Məmmədxanlı.
3. Yeniyetmə, lap gənc, uşaq kimi görünən,
hələ yetişməmiş. ..Kobud görkəmli Sultan
əmi ilə bu zərif körpə gəlini yanaşı görmək lap
qəribə olardı. İ. Hüseynov.
KÖRPƏCƏ sif. Çox balaca, çox körpə,
kiçik. Alagöz, sarışın, körpəcə bir qız; Dörd
divar içində ağlayır yalqız. S. Vurğun. Kör-
pəcə ürəyindən silindi böyük yara; Gözlərin-
də ömrünün günəşli sübhü güldü. S. Rüstəm.
KÖRPƏCİK is. “Körpə” söz. oxş. Ah! O
körpəciyin nə dərdi vardır? Onu da ağtadaıı
bir intizardır. S.Vurğun.
KÖRPƏCİYƏZ “Körpə”dən oxş.
KÖRPƏLİ sif Körpəsi olan, südəmər uşağı
olan; əliuşaqlı. Körpəli qadın.
KÖRPƏLİK is. İnsanın, heyvanın südəmər,
süd yeyən dövrü; körpə uşağın, heyvanın hal
və keyfiyyəti. // Körpəlikdən, körpəliyin-
dən şəklində - lap uşaqlıqdan, kiçik yaşla-
rından. Oynamağı körpəlikdən sevmək. Kör-
pəlikdən bir şeyə alışmaq. - [Əhməd tacirba-
şının] anası onu lap körpəliyindən həmişə
xalı-xalça üstündə gəzdiribmiş. “Koroğlu”.
// Körpə vaxtında, körpə ikən. Bülbülün səsi
də anasını körpəlikdən itirmiş bir uşağın inil-
tisi qədər qəmgin və kədərlidir. M.S.Ordubadi.
KÖRPÜ 1 is. 1 . Çay, dəmir yolu və s. üzə-
rindən keçmək üçün daşdan, taxtadan, dəmir-
dən qurulan tikili, keçid. Dəmiryol körpüsü.
Taxta köıpü. Çay körpüsü. Körpüdən keçmək.
Körpü tikmək. - Biz Acı körpüsünü keçib şose
yolu idarəsinə çatana qədər iki yerdə vəsi-
qələrimizi gözdən keçirdilər. M.S.Ordubadi.
□ Asma körpü bax asma.
2. Dəniz, çay, göl sahilində gəmilərin yan
alması, habelə onların hərəkətini təmin etmək
üçün müvafiq tikililəri olan yer. Körpüdə
gəmiyə minmək. Yükü körpüyə boşaltmaq. -
Bir qədər yol gedəndən sonra yelkənli qayıq
bir körpünün qabağında dayandı. M.S.Ordu-
badi. Cəmil Tahiri gəzinti qayıqları dayanan
körpüyə sarı çəkdi. M. Hüseyn.
3. Tikinti və təmir işlərində ustanın və
b.-nın dayanması üçün taxta, şalban və s.-dən
KÖRÜK
düzəldilən qurğu. Körpü düzəltmək. Körpü-
nün yerini dəyişmək.
4. idm. Güləşmədə və akrobatikada, da-
banları və başı yerə dirəyərək, döşün yuxarı-
ya doğru qalxmış vəziyyəti. Körpü durmaq.
5. tex. Avtomobil və ya traktor şassisinin
(çərçivəsinin) oxlar üstündə olan və təkər-
lərlə bağlı hissəsi. Dal körpü. Qabaq körpü.
6. xüs. Bir neçə süni dişi birləşdirən löv-
həcik.
7. məc. Bağlayıcı, əlaqələndirici vasitə mə-
nasında.
0 Qıl körpü - 1) dini əfsanələrə görə,
adamların günahkar və ya günahsız olduğunu
müəyyənləşdirmək üçün guya qiyamət günü
onların üzərindən keçəcəyi qıl kimi nazik
körpü. Qiyamət var, qıl körpü var, qazan var;
Rövşən yollarını tar eyləməynən. Aşıq Ələs-
gər. [Fərrux Qurbana:] Cənnət, cəhənnəm,
ərəsati-nıəhşər, qıl körpü haqqında hər axşam
hədis söylə. Ə.Vəliyev; 2) məc. çətin sınaq
mənasında. Usta Ağabalanın ürəyi məhbu-
bəsini görmüş aşiq ürəyi kimi döyünürdü.
Amma, çifavda oraya getmək mümkün deyil-
di, arada qıl körpü durmuşdu. Çəmənzəminli.
KÖRPÜ 2 is. Bel qayışının ucunu keçirmək
üçün, onun üstündə olan halqa.
KÖRPÜCÜK is. 1. Kiçik körpü, balaca
körpü. Körpücükdən keçmək. - [Əhmədov:]
Hər dəfə yüz əlli addım o yana, o qədər də
bu yana gedincə, buradan bir körpücük tikə
bilmərikmi? Mir Cəlal. Arxın üstündəki kör-
pücüyə çatanda uşaqlar dayandılar. Q.İlkin.
2. anat. Döş sümüyü ilə kürəyi birləşdirən
sümük. // Ümumiyyətlə, bir neçə hissəni,
şeyi bir-birinə bağlayan şey.
KÖRPÜÇÜ is. Körpü tikən adam; köıpü-
salan. // Körpü mütəxəssisi olan mühəndis.
Körpiiçü mühəndis.
KÖRPÜLÜ 1 sif. Üzərində körpü olan,
körpü salınmış (bax körpü 1 1 və 2-ci mə-
nalarda). Körpülii çay. Körpülü dərə.
KÖRPÜLÜ 2 sif. Körpüsü olan, ucunda hal-
qası olan (bax körpü 2 ).
KÖRPÜSALAN bax körpüçü.
KÖRÜK is. 1. Kürədə odu qızartmaq və s.
məqsədlər üçün yanları büküşlü dəri və tax-
tadan düzəldilmiş alət. Dəmirçi körüyü.
- [Molla İbrahimxəlil:] Molla Həmid, çadır-
760
KÖRÜKBASAN
KÖŞƏLƏMƏK
dan tez zərgər kürəsini butası ilə, kiçik körük
ilə çıxar, gətir. M.F.Axundzadə. Körük bas-
maq -bax körükləmək. Çəkici yavaş vurım!
Körüyü yavaş basın! R.Rza. Körük kimi -
qabararaq, şişərək. Baş aqronom ayağa qal-
xanda, qara şevyot şalvarının qalifesi körük
kimi şişib boşaldı. Ə. Vəliyev. Qocanın sinə-
si körük kinıi qalxıb endi.. İ.Hüseynov. // Qar-
mon kimi çalğı alətlərinin havanı sıxan kö-
rüyə oxşar hissəsi. [Minayə] tez-tez başını
aşağı salıb qarmonuna, bəzi yeri bir neçə
dəfə yırtılıb yamandığına görə hava buraxan
körüyünə diqqət edirdi. Ə.Əbülhəsən.
2. B a x pərə. Bu vaxt Pası burnunun kö-
rükləri qalxa-qalxa içəriyə girib qatlanmış
kağızı Gülsənəmə uzadaraq: - Dur ayağa! -
dedi. S. Rəhimov.
KÖRÜKBASAN bax körükçü.
KÖRÜKÇÜ is. Körük basan, körükdə işlə-
yən (dəmirçi dükanında).
KÖRÜKÇÜLÜK is. Körükçünün işi, peşəsi.
KÖRÜKLƏMƏ “Körükləmək”dən f.is.
KÖRÜKLƏMƏK f. 1. Körük basmaq, kö-
rüyü işlətmək. Qaya körüyün ipini dartıb
köriikləməyə başladı. Q. İlkin.
2. məc. Daha da qızışdırmaq, şiddətləndir-
mək, kəskinləşdirmək.
KÖRÜKLƏNMƏ "Körüklənmək”dən f.is.
KÖRÜKLƏNMƏK 1. məch. Körüklə hava
buraxılmaq, körüklə hava vurulmaq. // qavıd.
Körüklənmə nəticəsində qızışmaq, qızarmaq.
Kürə körüklənir.
2./ Qızışmaq, özündən çıxmaq. Sübhan-
verdizadə körüklənib .. sözünə davam etdi.
S. Rəhimov.
KÖRÜKLÜ sif Körüyü olan, körük qoyul-
muş. [Nüşabə:] Məsturu andıqca, qəlbim od-
lanır; Elə bil körüklü ocaqdır, yaııır. A.Şaiq.
KÖSÖV is. 1 . Bir hissəsi yanıb qaralmış,
yaxud yanıb sönməkdə olan odun parçası.
Kösövləri bir-birinin üstünə yığmaq. Kösövü
alışdırmaq. - Keçmiş kösövü zor ilə yerə vu-
randa qığılcım saçılan kimi [dərvişin] göz-
ləri məşəlləndi. A.Divanbəyoğlu. Kişinin ov-
qatı daha da xarablaşaı; oyan-buyanı axta-
rar, əlinə təndir kösövü götürüb, itə bir-iki
çəkərdi. H. Sarabski. Xəmiri basdıraııdan
sonra Gülccıhan mətbəxin yanındakı təndirə
doğru gəlib, təndirin odunu kösövlə qarış-
dırdı. T.Ş. Simurq.
2. məc. Yanıb qaralmış, kobudlaşmış şey
haqqında. [Mürsəl:] Ayaqların kündə, əllərin
kösöv; Gəlin gedən kimi qaynananı döy!
S. Rüstəm. Rəngi sapsarı, dodaqları göm-
göy; Əlləri qapqara bir kösöy. N.Rəfıbəyli.
□ Kösövə dönmək - 1) yanmaq, qaralmaq.
Neçə il qabaq qonşularında olan Pakizə qızııı
özünü yandırması, bir an içində onun qol-
qıçlarının bir kösövə dönməsi Nənəqızı də-
rin bir dəhşətə salırdı. S. Rəhimov; 2) məc.
hirslənmək, alışmaq, odlanmaq. [Ədhəm] fik-
rinin siyasi təsirini artırmaq üçün bircə an
içində qaralıb kösövə döndü. B. Bayramov.
0 Cəhənnəm kösövü - bax cəhənnəm.
Kösövü tüstülü olmaq - adı pis çıxmaq, adı
vayqanlı olmaq. [Əlyarov:] Yaxşı, yaxşı, -
dedi, - bu sözü burda dedin, başqa yerdə
demə, .. onsuz da kösövümüz tüstülüdür.
M. Hüseyn.
KÖSÖVLƏNMƏ “Kösövlənmək”dən f.is.
KÖSÖVLƏNMƏK f. Yanıb kösövə dön-
mək, kösöv olmaq, yanıb qaralmaq. Odun-
ların yarısı kösövlənmişdi.
KÖSÖVLÜ sif. Kösövü olan, əlində kösöv
tutmuş. Evi yanan məııəm, əli kösövlii sən.
(Ata. sözü).
KÖSTƏBƏK is. zool. Məməlilər sinfin-
dən torpaq altında yaşayan, xırda-gözlü xəz-
dərili heyvan. Köstəbək dərisi. Köstəbək xəzi.
KÖŞƏ is. köhn. Dəridən, göndən kəsilmiş
ensiz bağ. O, yəhərqaş xurcununda həmişə
neştər, biz və burulmuş nazik köşə gəzdirər,
yeri gələndə işə salardı. S. Rəhimov. İnsan
var ki, nə çarıqdır, nə köşə. R.Rza. □ Köşə
çəkmək (çıxartmaq) bax köşələmək 1 -ci
mənada.
KÖŞƏBƏND sif. köhn. Köşə ilə bağlanan.
Köşəbənd çarıq.
KÖŞƏK is. Dəvə balası. Dəvəni itirib kö-
şək axtarır. (Ata. sözü). Qoyun, quzu, at, eş-
şək; Salmış çölə qalmaqal; Dəvə, maya, nər,
köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Şəfi-
qənin gözləri köşək gözü kimi iri, qaynar bu-
laq kimi oynaq və gülərdi. Ə. Vəliyev.
KÖŞƏLƏMƏ “Köşələmək”dən f.is.
KÖŞƏLƏMƏK/ 1. Dəri, gön nə s.-dən
köşə kəsmək, köşə çıxartmaq. Bu gön parça-
sını köşələmək lazımdır.
2. Köşə ilə tikmək, köşə ilə bağlamaq.
Axşam namazından, şam yeməyindən sonra
761
KÖŞƏN
əlində çuvalduz çarığım köşələyən Salman
kişi ayaq səsi eşitdi. Mir Cəlal.
KÖŞƏN bax kövşən. Yer deyər: məndədir
ol neçə min dağ ; Çay, çəmən, bulaq, köşən,
bağça, bağ. Aşıq Məmməd. [Bahar] Gün yer-
dən qopana qədər köşəndə gəzdi. Mir Cəlal.
KÖŞƏNLİK bax kövşənlik.
KÖŞK is. 1 . Bağ-bağça içində tikilmiş bə-
zəkli ev; imarət, qəsr, kaşanə. Pir Osman
küçəsindən gələn dəstə Xərabat məhəlləsi-
nin tinində durub ikimərtəbəli köşkün pən-
cərəsindən eşidilən musiqi və nəğmələri din-
ləyir. M.S. Ordubadi. Heydərbaba, alçaqların
köşk olsun: Bizdən sonra qalanlara eşq olsun!
Şəhriyar.
2. Parklarda, bağlarda istirahət üçün üstü-
örtülü, yanları açıq yüngül tikili. Ayaz köşkə
yaxınlaşanda, Baxış qabağına çıxdı. Q. ilkin.
3. B ax kiosk. Qəzet köşkü. Çiçək köşkü.
KÖTƏK is. Ağac, dəyənək və s. ilə vuru-
lan zərbə. Kötək aradakına çox dəyər. (Ata.
sözü). Şərəf o qədər də aciz deyil ki, Xııda-
yar bəyin sözünün qabağında bir söz danış-
masın, yainki ərinin kötəyinin qabağında du-
rub baxsın. C. Məmmədquluzadə. Tubu ağ-
layır, arvad da kötəyin zərbəsindən bağırırdı.
H. Sarabski. □ Kötək altına salmaq - ağac,
dəyənək və s. ilə döymək, kötəkləmək.
..[Kişi] övrəti beş-on gün salır kötəyin altına,
axırda da övrət cana doyandan sonra çıxıb
qaçır. C.Məmmədquluzadə. Kötək yemək
-bax kötəklənmək. Hiç məqul söz deməz-
sən sən! Qandadır kim, kötək yeməzsən sən?
Füzuli. Qaraca qızın təbiətində inadcıllıq
vardı.. Yusifdən nə qədər kötək yeyərdisə də,
yenə tərsliyindən əl götürmürdü. S.S.Axun-
dov. [Məşədi ibad:] ..Anmd ərindən nə qədər
kötək yesə, bir o qədər ərin çox sevər. Ü.Hacı-
bəyov. Kötək vurmaq (döşəmək) - bax
kötəkləmək. Məşədi Imamqulu qeyz ilə uşa-
ğı küncdən kənara dartıb, anasına kötək dö-
şəməyə başladı. Çəmənzəminli.
KÖTƏKLƏMƏ “Kötəkləmək”dən fis.
KÖTƏKLƏMƏK/ Ağac, dəyənək və s.
ilə vurmaq, döymək. Bir az bir-birimizi cır-
maqlayandan və kötəkləyəndən sonra, bir də
gördüm ki, bir qoca kişinin qucağındayam.
C.Məmmədquluzadə. [Cəbi:] Bəlkə yadına
salanda səni də kötəkləyə. S.S.Axundov.
KÖTÜK
Mahmud hirsindən dodaqlarını çeynəyib öz
kişiliyini göstərməyi və arvadı evdə kötəklə-
məyi qət etdi. B.Talıblı.
KÖT ƏKLƏNMƏ ‘ ‘Kötəklənmək” dən f. is.
KÖTƏKLƏNMƏK тәсһ. Ağacla, dəyə-
nəklə vurulmaq; döyülmək. O ki var kötək-
ləndi. - ..Bikə tərəfindən hərdənbir kötəklənən
[Asya] idi. Ə.Məmmədxanlı.
KÖTƏKLƏŞMƏ “Kötəkləşmək”dən fis.
KÖTƏKLƏŞMƏK qarş. Bir-birini kötək-
ləmək; vuıuşmaq.
KÖTÜCƏ bax kötükcə 1-ci mənada.
Nənə öz kötiicəsini oynadır. - [Tahir:] Sən
nəvə nədir, nəticəni də görəcəksən, hələ bir
kötücəııi də. M.Hüseyn.
KÖTÜK is. 1 . Ağacın yerdən iri budaqla-
rına qədər olan hissəsi; oduncaq. Ağacın
kötüyünü kəsnıək. - [Piri-fani:] O zaman bu
qurumuş ağac kötüyü göyərər.. S.S.Axundov.
O gözəlin adını mənim nəzərlərimdə: Quru-
muş bir ağacın kötüyünə yazdılar. S. Rüstəm.
Sinəmdə ürəyim buz bağlayıbdır: Budağı bu-
danmış kötük olmuşam. B. Vahabzadə.
2. Ağacın qalın yerindən, oduncağından
kəsilən bir hissə. Kötüyün üstündə odun
doğramaq. Ət kötüyü (üstündə ət doğramaq,
kəsmək üçün kötük). - Ocağa böyük kötük-
lər qoyub yandırdılar. S.S.Axundov. Bığı
xınalı, dəvərəgöz bir qəssab kötüyün üstün-
də ət doğrayırdı. Mir Cəlal.
3. Bir şey işləndikdən sonra qalıb atılan
hissəsi. Siqaret kötüyü. - Yalnız indi başını
dik qaldıran Xəlil onun ardınca baxdı, papi-
rosunun kötüyünü yerə çırpıb ayağı altında
tapdaladı. M.Hüseyn. // Qəbz və s. kəsildik-
dən sonra dəftərçədə qalan hissəsi. Qəbzin
kötüyü. Bloknotun kötüyü. // Kitabın, dəftə-
rin tikilmiş olduğu yer.
4. məc. Yaşlı adam, yaşca ən böyük, qoca,
ixtiyar mənasında. Evin kötüyü. Baba nəslin
kötüyüdür.
5. Kök, rişə. Ağacın kötüyünü çıxarmaq.
Kolun kötüklərini qırmaq. - [Gilənin] axşam-
dan basdırdığı qaratikan kötüyü lülə köz ol-
muşdu. Ə.Vəliyev. □ Kötük diş - sınmış,
çürümüş dişin ətin içərisində qalan hissəsi.
// məc. Əsas, bünövrə, kök. Etiqad əsl kötük-
dür, hər əməl şaxəvii bər. S.Ə.Şirvani.
6. sif mənasında. Kök, şişman, qalın. Kötük
əl. Kötük adam.
762
KÖTÜKCƏ
KÖVRƏLMƏK
KÖTÜKCƏ is. 1 . Nəticənin uşağı. Nə nə-
vən var. nə nəticən, nə kötükcən olacaqdı..
M.Araz.
2. B ax kötükcük.
KÖTÜKCÜK is. Balaca kötük, kiçik kötük.
KÖTÜKÇIXARDAN is. xi is. Ağac və kol-
ların kötüyünü çıxaran maşm və s. Yeni mar-
kalı kötükçıxardan. II Sif. mənasında. Kötiik-
çıxardan maşın.
KÖVDƏN sif. köhn. Ağılsız, səfeh, gic.
Lənət olsun bədəsilə, kövdənə ; İstəmə, əgər-
çi can verə sənə. Q.Zakir. [Vəzir Ağa Bəşirə:]
Sən kövdən, bir mənim evimi, mənim nökər-
lərimi dolandıra bilmirsən! M.F.Axundzadə.
Xilqətdə Fəlatun ilə gər mən tən olurdum;
Ol arif olub, mən nə üçün kövdən olurdum?
S.Ə.Şirvani.
KÖVƏR is. məh. bax köbər. [Gülşən]
kövərə bitişik yeri qızlara göstərib dedi..
Ə.Vəliyev.
KÖVƏŞİMƏ “Kövəşimək”dən f.is.
KÖVƏŞİMƏK/ Azacıq şişmək, köpmək.
KÖVKƏB [ər.] klas. Ulduz. Meşəlikdən
çıxanda oldu səhər; Sübh işıqlandı, batdı
kövkəblər. A.Səhhət.
KÖVRƏK sif. 1. Tez ovulan, tez dağılan,
tez sınan. Kövrək kəsək. Kövrək buz. - O za-
man qız qaratikan kolunun himayəsinə sığın-
mış xırdaca çiçəkli boyaqgüliiniin kövrək
zoğlarını gördü. Ə.Məmmədxanlı. Rəngini
itirmiş kağızın kövrək qat kəsikləri də göstə-
rir ki, xeyli müddət gəzdirilmiş, neçə əldən-
ələ keçmişdir. Q. İlkin.
2. məc. Zəif, titrək, nazik, yumşaq, həzin,
ağlamsınan. Ooca, kövrək səsinin titrədiyini
duyub susdu. M.Hüseyn. Abbas kişi onun bu
sözündən kövrək bir ahəng duydu. Mir Cəlal.
Həsən bəy kövrək və səmimi bir səslə; - Mən-
dən bütün uşaqlara salam yetirin, - dedi.
Q. İlkin.
3. məc. Tez təsirlənən, tez mütəəssir olan;
ürəyi yuxa, yumşaq. Kövrək adam. - Bircə
kövrək xatirələr qalanmış; Onu da ki, ha
çevirim, ha sanım... M.Araz. □ Kövrək ol-
maq - hər şeydən tez təsirlənmək. Gübıisə
son zamanlarda çox kövrək olmuşdu.
M.Hüseyn. Yaman kövrək olur, yamanca
həssas; Yetim ürəklərin eşqi, fitrəti. B.Vahab-
zadə.
KÖVRƏKLƏNMƏ “Kövrəklənmək”dən
f.is.
KÖVRƏKLƏNMƏK / 1. Kövrək halına
gəlmək, tez ovulmaq, tez dağılmaq, tez sın-
maq. Lavaş kövrəkləıımişdir. Qar kövrəkləııib.
2. məc. Bəzən "ürəyi”, "qəlbi”, “könlü”
sözləri ilə - mütəəssir olmaq, riqqətə gəlmək,
tez təsirlənmək, doluxsunmaq, ağlamsınmaq.
[Əbülhəsən bəy:] [Qızlar] məni gördükdə
yenə də kövrəklənib ağladılar. M.S. Ordubadi.
Rüxsarənin ürəyi hərdənbir uşaq ürəyi kimi
kövrəklənirdi. S. Rəhimov.
KÖVRƏKLƏŞMƏ "Kövrəkləşmək”dən
f.is.
KÖVRƏKLƏŞMƏK 1. Bax kövrəklən-
mək 1 -ci mənada. Ürək kövrəkləşir sən oxu-
yanda; Sən də dinləsəydin mən oxuyanda!
M. Müşfiq.
2. B ax kövrəklənmək 2-ci mənada. Sən
bu qədər də kövrəkləşmə, Ələmdar, - deyə,
Miiqim bəy dəsmalını çıxarıb .. Leyləyin göz-
lərini sildi. S. Rəhimov.
KÖVRƏKLİK is. 1 . Ovulma, tez dağılma,
tez sınma xassəsi. Çörəyin kövrəkliyi. Buzun
kövrəkliyi.
2. məc. Tez təsirlənən, tez mütəəssir olan,
riqqətlənən adamın hal və xasiyyəti; tez tə-
sirlənmə, riqqətlənmə, doluxsunma. Qəri-
bədir, indi Ulduzun səsində elə bir kövrəklik
vardır ki, elə bil ki, bu səs bu dəqiqə sınacaq,
qırılacaq, dağılacaqdır. Ə.Məmmədxanlı.
İndi necə oldusa Mədədov qəlbində hiss et-
diyi bir kövrəkliklə (z.) ondan təkrar soruş-
du. Ə.Əbülhəsən.
KÖVRƏLMƏ "Kövrəlmək” dən f. is.
KÖVRƏLMƏK f. 1 . Ovulmaq, dağılmaq.
Lavaş kövrəlib.
2. Bax kövrəklənmək 2-ci mənada.
[Xavər] sevincindən kövrəlmiş halda qapını
açdı.. M. İbrahimov. Qoca sanki öz acı is-
tehzasından özü kövrələrək, yaşarmış göz-
lərini kənara çevirdi. Ə.Məmmədxanlı. Ar-
vadın kövrəldiyini görən kişi, Ümidin başı-
na gələn əhvalatı qəti dandı.. B. Bayramov.
0 Ürəyi (qəlbi) kövrəlmək - bax
kövrəklənmək 2-ci mənada. [Mahmud:] Sən
ağlayanda mənim də ürəyim kövrəlir, ağla-
mağım tutur. Ə. Haqverdiyev. Bizimlə görü-
şərkən ürəyi kövrəlib ağladı. A.Şaiq. Dodağı
763
KÖVRƏLTMƏ
nəğməli bu büllur bulaq; Könlümü açmayır,
kövrəlir könül. M.Rahim.
KÖVRƏLTMƏ “ K ö vro 1 tm o k ” don /.7.s\
KÖVRƏLTMƏK icb. 1 . Kövrək hala sal-
maq, kövrək etmək.
2. məc. Tez təsirləndirmək, mütəəssir et-
mək; riqqətləndirmək, doluxsundurmaq.
Uşağı kövrəltmək. Ağır xəbər qadını köv-
rəltdi. - Gəlinin sözləri anasını da kövrəltdi.
Çəmənzəminli, [inci:] Sən məni kövrəltdiıı,
Gülər. S. Rəhman. Qızı təzədən kövrəltmə-
mək üçün Aqil ondan ağlamasının səbəbini
də soruşmadı.. Q. İlkin.
0 Ürəyini (qəlbini) kövrəltmək - bax
ürək. Məsmə oğlunun ürəyini kövrəltmək is-
təmədi, daha da təsəlli verdi. Mir Cəlal. Hiim-
mətyarın bu cür hərəkət etməsi Xaııpərinin
qəlbini kövrəltdi. Ə.Vəliyev.
KÖVSƏR is. [ər.] 1. Dini əfsanəyə görə,
guya cənnətdə olan bir bulağın adı. // Şairanə
təşbehlərdə. Ləblərin ləzzəti var; Kövsəri-
rizvandan betər. Aşıq Ələsgər. □ Kövsər
suyu - bax abi-kövsər (“ab”da). Qədir.,
şərabı kövsər suyuna bənzədir. Mir Cəlal.
2. məc. Şirin, dadlı, ləzzətli içki mənasın-
da. Gözəllər çeşməndən götürmür abı; Dad
verə dəhanda kövsər şərabı. Aşıq Ələsgər.
KÖVŞƏN is. 1. Taxıl əkilmiş yer; zəmi.
Heç keçilər öz-özünə kövşəndən çıxıb cana-
vara yem olarnıı? S. Rəhimov. [Ataş:] Atam
kövşəndə taxıl biçəndə anam xırmanda vəl
sürürdü, sovruq atırdı.. Ə.Vəliyev. // Taxılı
biçilmiş tarla. Dağlarda, daşlarda, kövşən-
lərdə Alı kişinin ayağı dəyməmiş bir qarış
da yer qalmamışdı. "Koroğlu”. Kəhər köv-
şənin ortasında, yoldan xeyli aralı uçuq bir
xarabalığın səmtinə çatırdı. M. İbrahimov.
..Taxılı biçilib yığılmış kövşənlər tez-tez bir-
birlərini əvəz edirdi. İ.Əfəndiyev.
2. Küləş. Kövşən dam. - Yeddi-səkkiz ad-
dım kənarda, üstü kövşənlə örtülmüş emalat-
xananın yoğun dirəyinə söykənib Xəlilin ta-
nımadığı bir kəndli ilə söhbət edən katibini
səslədi. M. Hüseyn.
KÖVŞƏNLƏMƏ "Kövşənləmək”dən/ is.
KÖVŞƏNLƏMƏK/ Üstünü kövşənlə, kü-
ləşlə örtmək. Damı kövşənləmək.
KÖVŞƏNLƏNMƏ “Kövşənlənmək”dən
f.is.
KÖZ
KÖVŞƏNLƏNMƏK məch. Üstü kövşənlə,
küləşlə örtülmək.
KÖVŞƏNLİ sif. Kövşəni olan, üstü köv-
şənli örtülmüş. Kövşənli dam.
KÖVŞƏNLİK is. Taxılı biçilmiş tarla. Kü-
rün o tayından əsən qəfil külək sahildəki bi-
çənəyin üstündən adlayıb kəndin arasını
dolaşdıqdan sonra kövşənliyi xışıldatdı, xır
yolu tərəfə gəldi və gözlənilmədən yana bu-
rulub təpədəki qəbristanlığa doğru döndü.
İ.Şıxlı.
KÖZ is. Od yandıqdan sonra qalan alovsuz,
qızmar kömür. Ağac yanar, köz olar; Su səp-
mə, köz-köz olar. (Bayatı). Firəngiz göbə-
ləklərin çökəyinə duz səpib, bir-bir közün
üstünə düzürdü. B. Bayramov. // məc. Qızğın,
odlu, hərarətli mənasında. Əbədi bir heykəl
qurur sənətkar öz ürəyində; Bu hörmətdən
alov tutar, alışar köz ürəyində. B. Vahabzadə.
□ Köz düşmək -bax közə dönmək. Ton-
qalın alovu sönüb köz düşdükcə onun başın-
dakı fədailərin halqası daralır və sıxlaşırdı..
M.İbrahimov. Ocaq çatıldadıqca qığılcımlar
ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü.
İ.Şıxlı. Köz salmaq - yandırmaq, qızdırmaq
üçün yanar kömür və ya başqa bir şey salmaq,
tökmək. Aqil qalxıb balaca samovara su
tökdü, gətirib köz saldı, onu balkona qoyub
qayıtdı. S. Rəhimov. Göyçək samovarı bal-
kona qoyub köz saldı. Ə.Vəliyev. Közə dön-
dərmək - 1 ) qızartmaq, közərtmək. Odları
yandırıb közə döndərmək; 2) bərk qızdırmaq,
qızmar hala salmaq. Avqust günəşinin qızdı-
rıb közə döndərdiyi hava .. daha da ağırla-
şırdı. Ə.Əbülhəsən. Közə dönmək - 1) qı-
zarmaq, közərmək. Ocaqda kömür közə dön-
dü; 2) yanıb puç olmaq, istinin şiddətindən
tələf olmaq, xarab olmaq. Məhsul közə dö-
nüb. Otlar közə dönmüşdü. H İstidən, quraq-
lıqdan yanmaq. Tiflis və Kars mahalları qu-
raqlıqdan yanıb közə dönüblər. C.Məmməd-
quluzadə. Köz kimi (təki) məc. - qıpqırmızı,
alov kimi. Sifəti köz kimi qızarıb. - [Koroğlu:]
Sinəm odlandı köz kimi; Miskin olarnıı biz
kimi? “Koroğlu”. Qaşlar vəsmələnir, göz
sürmələnir; Köztək yanaqları xoş şölələnir.
M.P. Vaqif. // Od kimi. Ayrılıq dediyin duzlu
bir sudur; içdikcə köz kimi yandıracaqdır.
R.Rza. // məc. mənada. Pul haqqında. [Qədir:]
764
KÖZƏL
KÖYNƏK
Ay başa çatmayıb ki, Qumrunun əziz cehizi,
alagöz kilimi çərçiyə satılıb pulları köz kimi
nağd vüzbaşının ovcuna tökülmədimi? Mir
Cəlal'
köz-köz: köz-köz olmaq - köz kimi ol-
maq, köz kimi işıldamaq. Dərdin çoxdur, döz,
anam ; Ürəyi köz-köz anam; Qohum-qardaş
dayansın; Qoy ağlasın öz anam. (Bayatı).
Bağrı köz-köz oldu “Yanıq Kərəni "in; Tel-
lər inildədi, yandı, nə yandı. B. Vahabzadə.
KÖZƏL is. Xırman sovrulanda taxılla sa-
man arasında qalan çör-çöp, iri saman, sün-
bül və s.
KÖZƏRDİLMƏ “Közərdilmək”dən f.is.
KÖZƏRDİLMƏK məch. Yandırılıb qızar-
dılmaq.
KÖZƏRİŞMƏ "Közərişmək”dən f.is.
KÖZƏRİŞMƏK f. Közərmək, köz kimi
işıq vermək, işıldamaq (bir neçə lampa və b.
közərən şey haqqında). Elektrik lampaları
közərişirdi.
KÖZƏRMƏ “Közormok”don f.is.
KÖZƏRMƏK f. 1. Yanıb qızarmaq, alov-
suz yanmaq, qıpqırmızı olmaq. Samovarın
qaynaması zəifləyib, əvvəlki gurultu sakit
olmuş, ocağın alovu sönmüşdü, ancaq odlar
közərirdi.. H.Nəzərli. Qoca fikirli bir halda
ocaqda közərən oda baxaraq deyirdi..
Ə.Məmmədxanlı.
2. Zəif işıq vermək; işarmaq, işıldamaq,
parıldamaq. Uzaqdan lampa közərirdi. - Tin
başında bir fənər közərir. R.Rza. // Az-az
yanmaq, sönmək üzrə olmaq. Gecə keçir,
közərən lampa get-gedə öz işığını azaldırdı.
S. Rəhimov.
3. məc. Qızışmaq, canlanmaq.
KÖZƏRTİ is. Sönməkdə olan közün,
lampanın və s.-nin işığı, parıltısı; işartı. Fə-
nərin közərtisi. Ocaqda közərti görünürdü.
- Yol uzunu papiros közərtiləri görünürdü.
S. Rəhimov. Sahilboyu səpələnmiş kənd ev-
lərinin solğun işıqları, həyətlərdə qalanan
ocaqların közərtiləri də yavaş-yavaş söndü.
I. Şıxlı.
KÖZƏRTMƏ “Közərtmək”dən f.is.
KÖZƏRTMƏK/.' Kömürü, odu köz halına
salmaq: qızartmaq. Təndirin odunu közərtmək.
- [Sarı] bir an içində yelpikləyib kömürü
közərtdi və samovara od saldı. S. Rəhimov.
KÖZLƏMƏ “Közləmək”dən f.is.
KÖZLƏMƏK f Köz etmək, köz halına
salmaq. Könıürü közləmək. И məc. Yandır-
maq, yaxmaq.
KÖZLƏNMƏ “Közlonmok”dən /.7,s.
KÖZLƏNMƏK qayıd. Köz halına çevril-
mək, közə dönmək.
KÖY is. [türk.] Kənd. Kürün sahilində var
əski bir köy; Üstündə hər zaman çılpaq olur
göy. S.Vurğun.
KÖYLÜ is. [türk.] Kəndli. Xoca tacir,
köylü və sair; Alış-verişlə məşğuldurlar.
H.Cavid. Amansız müharibə heç bir kəsin
torpaq və yurdunda gözü olmayan bu zaval-
lı köylülərin yaşayışını pozmuş, yurdlarını
dağıtmış, özlərini də dilənçi halına salmışdı.
T.Ş. Simurq.
KÖYNƏK is. 1 . Bədənin yuxarı hissəsinə
geyilən yüngül geyim. İpək köynək. Miləmil
köynək. Köynək tikdirmək. Köynəyini ütülə-
mək. - [Qız:] Keçən il burada student olurdu,
həmişə evdə bir köynəkdə oturardı. Çəmən-
zəminli. Nazlı əynindəki tünd şabalıd rəngli
.. köynəyini çıxartdı.. S.Rəhman. // məc. Libas,
paltar mənasında (adətən rəng adları ilə).
Yaşıl köynəyini geyinir meşə; Yaxama quş
kimi qonur bənövşə. S.Vurğun. Köynəyi al ipək
lalə; Zərif, qəşəng, göyçək lalə. M. Rahim.
2. Musiqi alətlərini və s.-ni qoymaq üçün
parçadan və s.-dən tikilmiş torba; çexol.
..Bəlli Əhnıəd sazı ipək köynəkdən çıxartdı.
“Koroğlu”. Çıxartsın köynəkdən Ələsgər sazı;
Genə cuşa gəlsin eşqi, avazı.. Aşıq Ələsgər.
[Pərşan:] İki dəqiqə keçməmiş xüsusi köynək
içində saxlanan sazı gətirdi. M. İbrahimov.
3. tex. Örtük, sipər. ..Qoruyucu köynək
һәпсата vasitəsilə birləşdirilmiş oynaqlı iki
yarımhissədən ibarətdir. M. Süleymanov.
4. Baramanın iç qatı. // Buğdanın üstündə
olan nazik qabıq.
5. məh. Arabanın dəmir oxunun yerləşdiyi
ağac hissə.
0 Köynək-köynək (bir köynək) ət tök-
mək - bərk utanmaq, xəcalət çəkmək, pərt
olmaq, xəcil olmaq, xəcalətindən yerə gir-
mək. Qədir buraxıldısa da, məscid həyətində
bir köynək ət tökdü. Mir Cəlal. [Nəcəfalı:]
Bugiin qolu-qıçı sınanları yığıb şəhərə apar-
dıqlarını eşidəndə köynək-köynək ət tökmii-
765
KÖYNƏKCƏK
KRAN
şəm. B. Bayramov. Köynəyinin yaxasından
keçirmək etnoqr. - övladlığa götürmək əla-
məti olaraq körpə uşağı köynəyinin yaxasın-
dan keçirməkdən ibarət köhnədənqalma adət.
Xala, qızı köynəyinin yaxasından keçirib,
özünə övlad etmişdi. B. Bayramov.
KÖYNƏKCƏK zərf Köynəksiz, əynində
köynək olmadığı halda, bədəni açıq. Bu hal-
da qalmaqaldan Hatəmxan ağa və Şahbaz
bəy yatdıqları damdan yuxııdan .. köynəkcək
Müsyö Jordanın səsinə yüyürürlər.
M.F.Axundzadə. Başımız qııxılı, ya birçək
idi ; Biri doıısuz, biri köynəkcək idi. Ə. Vahid.
Səməd döşəmədə, yalxı döşəkağı üzərində
köynəkcək uzanmışdı. I. Hüseynov.
KÖYNƏKCİK is. Kiçik köynək, balaca
köynək. Uşaq köyııəkciyi.
KÖYNƏKLİ sif. Köynək geymiş əynində
köynək olan. Köynəkli adam. İpək köynəkli
uşaq. - Döyülən sarı köynəkli gənc bir qadın
idi. S. Hüseyn.
KÖYNƏKLİK sif. 1 . Köynək tikilməyə ya-
rar. Köynəklik parça.
2. is. mənasında. Köynək tikmək üçün ya-
rayan parça. [Pərzad:] [Oğlııın] bir gün ol-
maz ki, əliboş gətsin. Bir gün tumanlıq alır,
bir gün köynəklik alır.. N.Nərimanov. [Çim-
naz] [Veysə] köynəklik alıb göndərmişdin
ki? Ə.Əbülhəsən.
3. Saylarla birlikdə işlədilərək bir, iki və s.
köynəyə çatacaq parçanın miqdarını bildirir.
iki köynəklik parça. Bir köynəklik ağ.
KÖYNƏK-ŞALVAR is. Köynək və şalvar-
dan ibarət üst geyimi komplekti. Köynək-
şalvar tikdirmək. - Sirat xaki köynək şalvar-
da tərdən islanırdı. Ə.Əbülhəsən. [Nərimanın]
ayaqlarında uzunboğaz çəknıə, əynində sür-
məyi yun parçadan köynək-şalvar var idi.
I. Əfəndiyev.
KÖYNƏK-TUMAN is. Köynək və tuman-
dan ibarət alt geyim komplekti; dəyişək. Ağ
köynək-tuman. Köynək-tunıan almaq. — .. Mən
sənə köynək-tuman yumağa gəlmişəm. Mir
Cəlal.
KRAXMAL [alm.\ bax nişasta.
KRAXMALLAMA “Kraxmallamaq’’dan /и.
KRAXMALLAMAQ f. Şax olmaq üçün
paltarı kraxmallı (nişastalı) suya salmaq. Pal-
tarı kraxmallamaq.
KRAXMALLANMA “Kraxmallanmaq”-
danf.is.
KRAXMALLANMAQ məch. Şax olmaq
üçün kraxmallı (nişastalı) suya salınmaq. Pal-
tar kraxmallaıııb.
KRAXMALLI sif. 1. Kraxmal vurulmuş,
kraxmalı olan suya salınmış. Kraxmallı köy-
nək. Kraxmallı döşəkağı. - Direktor krax-
mallı parusin pencəyini çıxarıb, tor köynək-
də oturdu. B. Bayramov.
2. Tərkibində kraxmal (nişasta) olan, krax-
maldan hazırlanmış. Kraxmallı yapışqan.
Kraxmallı su.
KRAL [ms.] 1 . Bəzi feodal və burjua döv-
lətlərində: hökmdarların titulu; padşah, ha-
belə həmin titulu daşıyan şəxs. İsveç kralı.
İngiltərə kralı. - Orda hər şey asılı; Qan
içən bir kraldan. Ə.Cavad. [Ağazəki:] Səlim-
can! ..O hansı ölkədi ki, orda cəmi-cümlə-
tani otuz soldat var, onlar da kralın keşiyini
çəkirlər? I.Məlikzadə.
2. Üzərində başıtaclı kişi şəkli olan, tək
xaldan sonra ən böyük kart kağızı; şah.
KRALİÇA [rus. ] 1. Qadın hökmdar (pad-
şah). 1956-cı ildə İngiltərə kraliçasına Qa-
rabağ atı - “Zaman " hədiyyə göndərilmişdi.
B.Vahabzadə. □ Gözəllik kraliçası - öz
gözəlliyi ilə başqaları arasında birinci yer
tutan gözəl qadın; gözəllər gözəli.
2. Kral arvadı.
3. Şahmatda: vəzir (ferz).
KRALLIQ is. 1 . Başında kral duran dövlət.
[Mister Tomas:] İranın şimal sərlıədlərin-
dəki dövlət quruluşu krallığın nəzərində
İranı., əbədi əndişədə saxlayan bir səbəbdir.
M.Ibrahimov.
2. Kral sifəti ilə belə bir dövləti idarəetmə.
KRAN 1 [alm.\ Çən, bom və s.-də maye
və ya qazları açıb buraxmaq və qapamaq
üçün boru şəklində lüləyi olan cihaz; quma.
Kranı açmaq (bağlamaq). Kraııı burmaq.
- Gurultu dəhşəti, yanğın lərzəsi; Salmışdı
heyrətə bu gün hər kəsi; Kranı bağlamaq
gərəkdi əvvəl; Buııunçun lazımdı bacarıqlı
əl. M.Müşfıq. ..[Qoşqar] kranın altında göl-
ləndikcə ortasından xırdaca deşik açılıb bu-
rulğan kimi burulan suya baxdı və təzədən
həvəsə düşüb qurşaqdan yuxarı soyundu.
İ. Hüseynov.
766
KRAN
KRESLO
KRAN 2 [holl.] Yük qaldırmaq və ya en-
dirmək, habelə onu üfüqi vəziyyətdə yaxın
məsafəyə aparmaq üçün qaldırıcı maşın.
Körpülü kran. Üzücü kran. Kranı quraşdır-
maq. - [Yusif:] Camal, axı sən bu təchizat
şöbəsindən soruş ki, niyə bir avdır o kranı
stansiyadan gətirib çıxarmır? S. Rəhman.
..Yıxılan evlərə; Qaldırıcı kran; Olmağı
bacar! M.Araz.
KRANCIQ is. Kiçik kran, balaca kran,
qumacıq (bax kran 1 ). Laboratoriya kran-
cığı. Kraııcığı açmaq.
KRANÇI is. Kranda işləyən, kranı idarə
edən işçi (bax kran 2 ). Kraııçı qız.
KRANÇILIQ is. Kraııçı peşəsi, işi, sənəti.
Krançılıq etmək.
KRANLI sif. Kranı olan, qaldırıcı mexa-
nizmi olan (bax kran 2 ). Kranlı maşın. Krcııı-
lı arabacıq.
KRANT dan. "Rran”m canlı dildə işlə-
nən yanlış forması. Nənəqız vedrəni götü-
rüb su krantına tərəf gəlməyə başladı.
S. Rəhimov. Kürəyə, od püskürən kranta
yaxınlaşmaq çətin idi. Mir Cəlal.
KRÄTER [yun. krater - kasa] Vıılkan
zirvəsində: püskürtü zamanı lavanın çıxdığı
kasa və ya qıf şəklində çökəklik. Sönmüş
vulkan krateri. - Teleskopla Aya baxanda
orada vulkan kraterləri görünür. M.Qaşqay.
KREDİT [lat. creditum] mal. 1 . Borc ola-
raq mal və ya pul vermə. Uzunmüddətli kre-
dit. Qısamüddətli kredit.
2. Müəyyən məqsəd üçün xərclənməsinə
icazə verilmiş məbləğ. Xüsusi kreditdən
maaş vermək. Büdcə krediti. - [Katib:]
irandan bizim fabriklər üçün altı min ton
pambıq getməlidir. Bu barədə təbdir edib
qiymətini və kredit şərtlərini bizə xəbər
verməniz xahiş olunur. Ə.Haqverdiyev.
0 Kredit bileti köhn. - kağız pul, əsginas.
Dövlət krediti iqt. - dövlət istiqraz sistemi.
KREDİT [lat.] Mühasibat dəftərində: bir
idarə və ya müəssisənin bütün çıxarlarının
qeyd edildiyi hesab səhifəsi (adətən sağ
səhifə) ( debet müqabili).
KREDİTOR [lat.] Kredit verən şəxs və
ya idarə.
KREDO is. [lat.] Məslək, əqidə.
KREKİNQ [ing. eraeking] tex. 1 . Neftdən,
mazutdan daha yüngül məhsullar (benzin,
qazolin və s.) almaq üçün xüsusi qurğu.
// Benzin və s. məhsullar əldə etmək üçün
neftin xüsusi qurğularda işlənməsi.
2. Bu cür emal nəticəsində alman krekinq
qazı.
KREKİNQLƏMƏ “Krekinqləmək”dən f.is.
KREKİNQLƏMƏK f. xüs. Daha yüngül
məhsullar (benzin, qazolin və s.) almaq üçün
ağır neft məhsullarını (mazut və s.-ni) xü-
susi qurğularda işləmək.
KREM [fr .] 1. Şəkərlə çalınmış qaymaq,
süd, yağ, yumurta və s.-dən ibarət qatı
maddə, mət (şirni kimi, yaxud pirojna, tort
və s. üçün işlədilir). Şokoladlı krem.
2. Üzə, ələ sürtmək üçün dəri yumşaldıcı
kosmetik yağ. Kremlər yağ halında olur,
mürəkkəb tərkiblidir. H Ayaqqabı yağı. Çək-
mə kremi.
KREMÄSİYA [əsli lat.] Meyitlərin xüsusi
sobalarda yandırılması; dəfn növlərindən biri.
KREML Rus feodal şəhərlərinin bürclü
qala divarları ilə əhatələnmiş və möhkəm-
ləndirilmiş hissəsi.
KREMLİ sif. Kremi olan (bax krem 1 -ci
mənada). Kremli pirojna. Kremli tort.
KREP [fr.] 1. Səthi nahamar ipək və ya
yun parça. Krepdən paltar tikdirmək.
2. Yığış-yığış, büzməli qara rəngli nazik
parça.
KREPDEŞİN [fr. crepe de Chine - Çin
krepi] Sıx, nazik ipək parça. 3 metr krepde-
şin almaq. H Bu parçadan tikilmiş. Krepdeşiıı
kofta. Krepdeşin yaylıq. - [Suğra] güllü-çi-
çəkli krepdeşiııdən lap yeni dəblə tikilmiş
uzun bir don, lak tufli geymiş, hətta sırğa da
taxmışdı. M.Hüseyn. Qaratel sadə çit don
geyib, başına ağ krepdeşin örpək örtmüşdü.
Ə.Əbülhəsən.
KRESLO [/-«s.] Dirsəklənmək üçün qol-
tuqluğu olan geniş (adətən yumşaq) stul,
kürsü. Kresloda oturmaq. - Otağın içində
stol, kürsü və kreslolar vardır. Ü.Hacıbəyov.
Məhərrəm yorğun bir halda kresloya sərilib,
başını ovcu içinə aldı. H.Nəzərli. Stullar,
kreslolar, güzgülü divan, xalı; Vaz, şkaf, əlüz-
yuyan - hamısı da bahalı. R.Rza.
767
KREŞENDO
KREŞENDO [ital.] mus. Daha ucadan; səs-
lərin qüvvəsini getdikcə artıraraq.
KREYSER [holl.] Qüvvətli silahları olan
çox sürətli hərb gəmisi. Ağır kreyser. Yüngül
kreyser. □ Kreyser sürəti x üs. - maksimal
sürətdən fərqli olaraq gəmi və ya təyyarə-
nin normal sürəti.
KRİMİNALİST [lat.] hüq. Kriminalistika
mütəxəssisi.
KRİMİNALİSTİKA [latmcadan] Cinayəti
tədqiq üsullarını öyrənən hüquq elmi.
KRİMİNOLÖGİYA [lat. crimen - cinayət
və yun. logos - nəzəriyyə] hüq. İctimai bir
hadisə kimi cinayət haqqında nəzəriyyə.
KRİMİNOLÖQ [latmcadan] hüq. Krimino-
logiya mütəxəssisi.
KRİSTAL [yan. ] Təbii olaraq hissəcikləri
(atomları, ya ionları) geometrik şəkildə bir-
ləşmiş bərk cisim; büllur. Duz kristalı. Almaz
kristalı. H Bu şəkildə olan, kristaldan ibarət
olan. Kristal maddə. Kristal çoxbucaqlı.
KRİSTALLAŞDIRILMA “Kristallaşdırıl-
maq”dan f.is.
KRİSTALLAŞDIRILMAQ məch. Kristal
halına (şəklinə) salınmaq. // Büllurlaşdırıl-
maq.
KRİSTALLAŞDIRMA “Kristallaşdıımaq”-
dan f.is. Kristallaşdırma cihazı.
KRİSTALLAŞDIRMAQ icb. Kristal halına
(şəklinə) salmaq. // Büllıırlaşdırmaq.
KRİSTALLAŞMA “Kristallaşmaq”dan/ is.
Kristallaşma zamanı ionlar nə qədər çox
enerji itirsələr, bu prosesin nəticəsində əmə-
lə gələn kristal bir o qədər möhkəm olar.
M. Qaşqay.
KRİSTALLAŞMAQ f. x üs. Kristala çev-
rilmək, kristal şəklinə düşmək. Lavanın yer
üzərində tez soyuması nəticəsində tərkibinin
bir qismi kristallaşır, digər qismi isə xırda
kristallik və yaxud şüşəvari olur. M. Qaşqay.
// Büllurlaşmaq.
KRİSTALLİK sif. [yun.] Kristal forma-
sında olan, kristaldan ibarət olan, kristala aid
olan. Kristallik süxurlar. H Büllur.
KRİSTALLİZATOR [yun.] x üs. Kimyəvi
birləşmələri kristallaşdırmaq üçün silindrik,
dayaz şüşədən ibarət cihaz.
KRİSTALLÖQRAF [yun.] Kristalloqra-
fıya mütəxəssisi, kristalloqrafıya alimi.
KUB
KRİSTALLOQRÄFİYA [yun. krustallos və
grapho] Kristallar haqqında elm.
KRİSTALÖN is. x üs. ad. Parlaq sintetik
parça.
KRİSTALŞƏKİLLİ sif. Kristala oxşayan,
kristal formasında olan. Kristalşəkilli süxur.
KRİŞNA is. Hindlilərdə Vişnu allahın tə-
cəssümlərindən biri.
KROKET [ing.] 1. Şarları taxta çəkiclərlə
vurub məftil qapılardan keçirməkdən ibarət
oyun. Kroket oynamaq. II Bu oyun üçün lə-
vazimat. // Bu oyun üçün meydança.
KROKETÇİ is. Kroket oynayan adam.
KRON [alm.] Bəzi Avropa ölkələrində
pul vahidi, habelə həmin dəyərdə olan metal
pul. Çexoslovakiya kronu.
KROSS [ing.] Dərə-təpəli yerdə mane-
ələri aşmaqla idman qaçışı, cıdır və s. Kross
yarışı.
KROSSVORD [ing. cross-word] Müəyyən
sözü tapmaq üçün üfüqi və şaquli kvadrat-
lara bölünmüş fiquru hərflərlə doldurmaqdan
ibarət oyun; bilməcə. Krossvord həll etmək.
KROVAT [rus. ] bax çarpayı. Iskəndər'ın
evi, küncdə dəmir krovat.. C.Məmmədqu-
luzadə. Mən krovatda uzandığım zaman dü-
şünürdüm. M. S. Ordubadi. Krovatların üstü
səhərdən yığışdırıldığı üçün çox səliqəli gö-
rünürdü. Ə.Vəliyev.
KRUJEVA [rus.] Paltarı və ya ev müxəl-
ləfatmı bəzəmək üçün şəbəkəli tor toxuma.
Krujeva yaxalıq. Krujeva pərdə. Krujeva to-
xumaq.
KRUJEVAÇI is. Krujeva toxuyan, krujeva
ustası.
KRUJEVALI sif. Kıujevası olan, krujeva
ilə bəzənmiş. Pəncərələr krujevalı pərdə-
lərlə örtülü idi.. S. Rəhman.
KRUJKA [rus.] bax parç. Bunu deyib
leytenant qazaııçadan krujkaya çay tökdü.
Ə.Əbülhəsən.
KUB 1 [yun. kubos] 1 . Bütün üzləri kvad-
rat olan altıüzlü cisim.
2. riyaz. Hər hansı bir kəmiyyətin özünə
üç dəfə vurulmasından alınan hasil. 2 rəqə-
minin kubu 8-ə bərabərdir.
3. dan. Bax kubmetr, iki kub odun.
KUB 2 [yunancadan] Maye qaynatmaq və
ya distillə etmək üçün şar, ya silindr şəkilli
qab.
768
KUBAOXŞAR
KULMİNASİYA
KUBAOXŞAR bax kubşəkilli.
KUBATURA [rus. əsli yun.] Bir şeyin
həcminin kub hesabı ilə ölçüsü.
KUBİK [rus. əsli yun.] 1. Kubşəkilli kiçik
şey.
2. Üzərində şəkillər yapışdırılmış kiçik
kub şəklində taxta parçalarından ibarət uşaq
oyuncağı. Uşağa kubik almaq.
3. Hündürlüyü 20 sm, eni 20 sm, uzunluğu
isə 40 sm olan maşınla kəsilmiş (daş). Kubik
daşdan tikilmiş bina. H Həmin ölçüdə olan
daş. Kubikdən ev tikmək.
4. 1943 -cü ildə sovet ordusunda poqon
tətbiqinə qədər orta komanda heyətinin
fərqlənmə nişanı. [Zəhranın] ayağında diz-
dən əsgər çəkməsi, başında isti papağı, əy-
nində boz şineli, şinelin yaxasında yaşıl
rəngli ilgəklərin üstündə qoşa kubiklər var-
dı. Ə.Vəliyev.
KUBİZM [;-г«. əsli yun.] XX əsrin birinci
rübündə burjua təsviri incəsənətində real
aləmdəki şeylərin təsvirini həndəsi fiqurla-
rın kombinasiyası ilə əvəz edən ifrat forma-
list cərəyan.
KUBMETR [yun. kubos və metron] Eni,
uzunu və hündürlüyü metrlə hesablanan həcm
ölçüsü, iki kubmetr taxta. - [Fərman:] Mən
də ilin axırına qədər 50 min kubmetr torpaq
qazmağı boynuma götürürəm. Ə. Sadıq.
KUBMETRLİK sif. Kubmetrlə ölçülən,
kubmetr ölçüsündə olan (adətən rəqəmlərlə
işlənir). Beş kubmetrlik taxta.
KUBOK [rus. əsli yun.] idman yarışların-
da qalib gələnə priz kimi verilən qiymətli
vaz, qab. Azərbaycan kuboku uğrunda futbol
yarışları.
KUBŞƏKİLLİ sif. Kub şəklində olan, kuba
oxşayan; kubaoxşar.
KUD is. məh. Arı saxlanan səbət, arı sə-
bəti.
KUDU bax qabaq 1 . Yatma, kudıı, bostana
dovşan girər. (Ata. sözü). Kənd arvadları qı-
şın tədarükünü qurtarırdı: kimi hazırladığı
unıı kəndiyə doldurur, kimisi yarmanı kisəyə
yığır, kimisi yaman günün köməyi olan kudıı
və balqabaqları gizlədirdi. M. İbrahimov.
// Həmin tərəvəzdən bişirilmiş. Kııdıı qııtabı.
Kudıı qəlyəsi.
KUFİ [İraqda Kufə şəhərinin adından]:
kufi xətt - ərəb yazısının düz və bucaqlı
cizgilərdən əmələ gələn formasının ən qə-
dim adı. Kitabələrdə kufi xətti get-gedə nəsx
xətti ilə əvəz edilir. Ə. Salamzadə.
KUFUL is. dan. Ağacın qurumuş yerlə-
rində əmələ gələn boşluq; koğuş. Bu pətək-
lər palıd ağaclarının kufullarında, koğuş
yerlərində özlərinə yuva salar, hər bir arı
nəsli uzun illər buradan ətraf meşəyə öz be-
çəsini - nəslini yayırdı. S.Rəhimov. // sif.
mənasında, içi bu cür boş olan; koğuşlu.
KUKLA [rus. əsli yun.] 1. Adam, əksərən
qız fiquru şəklində uşaq oyuncağı; gəlincik.
Uşağa kukla almaq. Kuklanı geyindirmək. -
Ağca xanım anası gətirdiyi gözəl kuklalara
.. baxıb çox şad oldu. S.S. Axundov. Yazıq
anan necə dözsün: Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kukla da var; Bu gün
layla çalmalıykən sən kuklana; Kuklan sənə
layla çalar. B. Vahabzadə. // Xüsusi teatr ta-
maşalarında, oyunlarında istifadə olunan
parça və s.-dən düzəldilmiş insan və ya hey-
van fiqurları. □ Kukla teatrı - iştirakçıları
kuklalar olan xüsusi teatr.
2. dan. Qəşəng geyinmiş, bəzənmiş
gözəl qız, qadın haqqında. □ Kukla kimi -
1) çox qəşəng geyinmiş incə, gözəl qız,
qadın haqqında; 2) cansız-ruhsuz, hərəkət-
siz, müqəvva kimi. Kukla kimi dayanmaq.
KUKLAÇI is. Kukla qayırmaqla məşğul
olan, kukla qayıran usta.
KUKLUKSKLÄN [ing. ku-klux-klan]
ABŞ-da zəncilərə və qabaqcıl adamlara vəh-
şi divan tutan terrorçu təşkilat.
KUKLUKSKLANÇI is. Kukluksklan ban-
dası iştirakçısı.
KULA is. məh. Odun, odun parçası. Ocağa
kula qoymaq. Kııla doğramaq.
KULÄK [ms.] bax qolçomaq 1-ci mə-
nada. [Mirzə Hüseyn:] O yekəqarın kulakla
nə söhbət eləyirdin? Ə. Haqverdiyev. Mədəd
muzdurlar komitəsinin təlimatçılığı vəzifə-
sində çalışar, əsas etibarilə kulaklarla muz-
durlar arasında şərtnamə bağlardı. S.Rəhi-
mov. Buludların bağrını yarmaq istəyən za-
man; Kulak pusquda durur gecə yam-yamlar
kimi. S. Rüstəm.
KULMİNASİYA [lat.] 1. astr. Göy cismi-
nin müşahidə yerinin meridianından keçməsi.
2. məc. İnkişafın, yüksəlişin, gərginliyin ən
yüksək momenti, dövrü. Kələııtərli deyirdi ki,
769
KULON
KURS
[Sultan] pəncərənin qabağına gedəndə bilin
ki, qəzəbinin kulminasiyasıdır. İ. Hüseynov.
3. Bədii hadisələrin inkişafında ən gərgin an.
KULÖN 1 [xiis. ad-dan] Elektrik cərəya-
nının ölçü vahidi.
KULON 2 \fr. coıılant] Zəncirə bənd edil-
miş qiymətli daş və ya daşlardan ibarət qa-
dın boyunbağısı.
KULTİVÄSİYA [fr.] k.t. Torpağın kulti-
vatorla becərilməsi, yumşaldılması. Bütün
yay müddətində [manqa üzvləri] altı dəfə
kultivasiya, yeddi dəfə də kətmənləmə apar-
dılar. İ. Əfəndiyev. Alaq, kultivasiya, kət-
mən, suvarma; Bizim işimizin əsil canıdır.
B. Vahabzadə. □ Kultivasiya etmək (çək-
mək) - torpağı yumşaltmaq, belləmək, be-
cərmək. Sahədə cərgə aralarına çarpaz kul-
tivasiya çəkilirdi.
KULTİVÄTOR [fr. cultivateur] k.t. Şum-
lanmış torpağı yumşaltmaq, cərgələrarasmı
becərmək və s. üçün kənd təsərrüfat aləti.
Kultivatoru traktora qoşmaq. - Traktor və
kultivator hələ də gəlib çıxmırdı. Ə. Vəliyev.
KULTİVATORÇU is. Kultivatorda işləyən,
kultivasiya edən işçi.
KULTUROLOGİYA is. [lat. və yun.] Mə-
dəniyyəti öyrənən elm sahəsi.
KULUF 1 is. Divarın, hasarın altından su
axmaq üçün açılan deşik, dəlik. Qulıı rütu-
bətdə ölümün pəncəsində çapalayır, .. tezcə
sürünüb kəhrizin kulufuna girir. S.Rəhimov.
KULUF 2 is. dan. Tənə, sərki. □ Kuluf
vurmaq -bax kuluflamaq.
KULUFLAMA “Kuluflamaq”dan/w.
KULUFLAMAQ/ Tənə vurmaq, sərkilə-
mək.
KUMARİN is. [fr.] Təzə biçilmiş ot iyi
verən sintetik maddə.
KUMIS bax qımız.
KUMPUL is. məh. Ağır çəkic, iri çəkic.
KUPE [fr. coupe - kəsmək] Vaqonda bir
neçə sərnişin üçün ayrıca bölmə, otaq. İki-
adamlıq kupe. Kupeyə girmək. - Kupedəki
iki gənc məmnım baxışları ilə münaqişəni
seyr edirdilər. A.Şaiq. Gecə qatarla yol get-
məkdən Sabitin zəndələıı-zəhləsi gedirdi,
çünki qaranlıq, dar kupedə uzananda iri bir
qəbir gəlib dururdu gözlərinin qabağında..
I.Məlikzadə.
KUPLET [fr. cuplet] 1. Şerin, mahnının
iki, dörd və daha artıq misradan ibarət qitəsi,
bəndi. İki kuplet şeir. Mahnıdan bir kuplet
oxumaq.
2. Məişət və ya siyasi mövzuda, adətən,
təkrar olunan nəqərat şəklində satirik və ya
yumoristik kiçik mahnı (əsasən estradada
oxunur). Mahnı musiqisinin yaxşı yadda qal-
masının bir səbəbi də odur ki, mahnı, adə-
tən, kuplet formasında olur. Ə.Bədəlbəyli.
Çarvadar Ciniş Əhmədin bir neçə gün əvvəl
şəhərdən gətirdiyi bu məzəli kupleti .. ca-
vanlar bərkdən-bərkdən oxuyur, dağa-daşa
səs salırdılar. Ə.Əbülhəsən.
KUPLETÇİ is. Kuplet ifa edən estrada ar-
tisti.
KUPON [fr.] 1. Qiymətli kağızlardan faiz
almaq üçün onlardan kəsilən talon.
2. xiis. Teatr lojasmda bir yerin bileti.
KURA is. bot. Sarı rəngli yabanı yeməli
bitki.
KURALIQ is. Çoxlu kura bitmiş yer.
KURÄTOR is. [lat.] Müəyyən işin gedi-
şinə, icrasına nəzarət etməli olan şəxs, təş-
kilat.
KURORT [alm.] Təbii şəraiti (havası, mə-
dən suları, palçığı və s.) müalicə və istirahət
üçün əlverişli olan yer. İstisu kurortu. Qışı
böyük şəhərlərdə; Yayı - dağda kurortlarda
dincəlirik; Ancaq yenə biz bilirik; Nəsə çat-
mır... B.Vahabzadə.
KURORTÇU is. Kurortda müalicə olunan,
kurortda istirahət edən adam. Plyaj kıırort-
çularlcı dolu idi.
KURORTOLÖGİYA [alm.] Təbii müalicə
yerlərindən və müalicə məqsədilə onlardan
istifadə olunması üsullarından bəhs edən elm.
KURORTOLOJİ sif. Kurortologiyaya aid
olan. Kurortoloji tədqiqat.
KURORTÖLOQ [alm. Kurort və yun.
logos-dan] Kurortologiya mütəxəssisi, alimi.
KURORTŞÜNAS [alm. Kurort və fars.
...şünas] bax kurortoloq.
KURORTŞÜNASLIQ bax kurortologiya.
KURS [lat. cursus-dan] 1. Ali məktəbdə
hər hansı bir fənnin, həmçinin onun ayrıca
hissəsinin sistematik şərhi, habelə həmin fən-
nə aid dərslik. Siyasi tarix kursu. Mexanika
kursu. - Biz botanika kursundan bilirik ki,
armudun çiçəklərində həm erkəkciklər, həm də
770
KURSANT
KUZƏ
dişiciklər olur. M.Axundov. // Təhsil dövrü,
təhsil müddəti. Orta məktəb kursu. - ..Gim-
naziyanın kursunu tamam etməyə üç-dörd
ay qalmış müəllimlərin cövr-sitəminə artıq
təhəmmül edə bilməyib, şair ata və ananın
izni ilə oradan çıxır.. F. Köçərli. // Ali və orta
ixtisas məktəblərində ayrıca illik təhsil
pilləsi. Beşinci kurs tələbəsi. Birinci kursa
qəbul olunmaq.
2. Dar ixtisas verən və ya ixtisası artıran
tədris müəssisəsi (çox vaxt cəm şəklində
işlənir). İxtisasartırma kursları. Traktorçuluq
kursu. Gecə kursu. - [Usta Məhərrəm:] Sizin
canınız üçün, bir çox naxoşluqlar var ki, kurs
qurtarmış həkimlər dərmanından acizdirlər.
Ü.Hacıbəyov. Vaxtında təhsil almaqdan məh-
rum edilmiş qadınlar üçün xüsusi kurslar
tərtib olundu. T.Ş. Simurq.
3. Müalicə prosedurunun tam müddəti,
tsikli. Müalicə kursunu başa çatdırmaq. Beş
kurs vanna qəbul etmək.
4. Məzənnə. ..Buyurub qiymət edin, gü-
nün kursu ilə ingilis və Amerika pulu verim.
M. S. Ordubadi.
KURSANT [rus. əsli lat.] Kurs tələbəsi.
Elə oradaca bir neçə kursant dururdu.
Ə.Əbiilhəsən. // Hərbi məktəb müdavimi.
KURSİV [lat.] Əlyazısına oxşar mailli
mətbəə şrifti.
0 Kursiv mənimdir (bizimdir) - sitatda
kursivlə çap olunmuş sözlərin orijinalda de-
yil, (nəzərə çarpdırmaq üçün) sitatı gətirənin
özü tərəfindən ayrıldığını göstərən ifadə.
KURSUVKA [rus. əsli lat.] Kurortda sa-
natoriyada qalmamaq şərtilə müalicə və ye-
məkdən istifadə etməyə icazə verən sənəd.
KURYER [fr.] 1. İdarə kağızlarını aparıb
paylayan işçi; ayaqçı. Gərək yazıq kuryerə
vədə verdiyin yaylaq məzuniyyətini bir
qədər xərcliklə bu gün verəydin, verməmisən.
C.Məmmədquluzadə. Hər namuslu vətənda-
şın bizim evdə əzizdir; Alim, kıııyer, daşyonan,
toxucu qadııı, əsgər. R.Rza.
2. Təcili, yaxud məxfi diplomatik poçtu özü
ilə aparan vəzifəli şəxs. Diplomatik kuryer.
KUS is. [fars.] klas. Böyük nağara, iri təbil.
Fəryadıma həmdəm et xorusu; Avazıma qoş
sədayi-kusu. Füzuli. Kus, nağara çalmır qan
almağa; O, Şeyx oğlu Şah Abbasın günüdür.
“Koroğlu”.
KUSTAR [п«.] 1. Əl üsulu ilə mal isteh-
sal edən sənətkar, peşəkar. Zeynal ilə Əziz
bir-iki nəfər dərzini, başmaqçını və dəzgah
qurub özü üçün işləyən bir neçə nəfər kus-
tarı da çağırmaq istəmişdilərsə də Veys: -
Olmaz! - deyib qəti etiraz etmişdi. Ə.Əbül-
həsən. // Əl üsulu ilə mal istehsal edən. Mən
bütün kustar sənaye müəssisələrinin təşkili
məsələsini də .. müzakirə sırasına keçirdim.
M.S.Ordubadi. Bu, əlliyə qədər uşaq və qadııı
işləyən bir kustar emalatxanasıdır. M. İbra-
himov.
2. Fabrikdə deyil, əl üsulu ilə istehsal edil-
miş, hazırlanmış. Kustar məmulatı. H məc.
Primitiv, ibtidai, qeyri-kamil.
KUSTARCASINA zərf İbtidai, primitiv,
sistemsiz üsullarla; qeyri-mütəşəkkil. Kus-
tarcasına işləmək.
KUSTARLIQ, KUSTARÇILIQ is. 1. Kustar
əməyi ilə məşğul olma, kustarın işi, peşəsi,
sənəti.
2. məc. Qeyri-mütəşəkkil, dağınıq, primi-
tiv üsullarla aparılan iş.
KUT is. dan. 1. Topa, qalaq. Bir kut alma.
Bir kut odun.
2. Qalın, sıx, gur, seyrək olmayan, indi
Rüstəmin qara kut saçları çoxdan seyrək-
ləşmiş və çallaşmışdı. M. İbrahimov.
3. Dəstə, toplu. Bir kut adam.
KUT-KUT zərf və sif. Yığın halında, topa
halında; qalaq-qalaq, yığın-yığın. Adamlar
kut-kut olublar. Kidəşi kut-kut yığmaq.
KUTLAMA “Kutlamaq”dan fis.
KUTLAMAQ f. Bir yerə toplamaq, yığmaq,
kut etmək. Otu kutlamaq. Torpağı kutlamaq.
KUTLAŞDIRMA “Kutlaşdırmaq”dan/7.s.
KUTLAŞDIRMAQ bax kutlamaq. Zibili
kutlaşdırmaq.
KUTLAŞMAQ f. Bir yerə yığılmaq, top-
laşmaq. Uşaqlar bir az da kutlaşıb nə ola-
cağını gözlədilər. M.İbrahimov. ..Onlar bir-
birini basa-basa dar bir dairədə kutlaşır,
sanki şübhə ilə oğlanın çomağına baxırdı-
lar. İ. Hüseynov.
KUZA [rus. ] dan. bax ban' 1-ci mənada.
Kuzadan qısaboylu, eıılikürəkli cavan bir oğ-
lan yerə tullandı. Ə.Əbülhəsən.
KUZƏ is. [fars.] Darboğazlı, aşağısı enli,
qulplu saxsı su qabı; balaca səhəng, bardaq.
İnci cəld kənarda olan şərab kuzəsini götürüb
771
KUZƏÇİ
Ulucaya yaxınlaşır. A.Şaiq. Şofer vedrəni.
Qulanı müəllim də kuzəni götürüb üzüaşağı
dərəyə tərəf sallandılar. S. Rəhimov. [Вөу:]
Qədir, o kuzədən bir qurtum su ver, içim. Mir
Cəlal.
KUZƏÇİ is. kölın. Gildən kuzə qayıran
usta, dulusçu. [Əbdək:] Mən kuzəçiyəm, me-
marlıq da edirəm. M.Hüseyn. // Kuzə qay-
rılıb satılan yer. Kuzəçi dükanı.
KUZƏÇİLİK is. Kuzəçinin işi, peşəsi; du-
lusçuluq.
KÜ bax küy. [Səfər bəy:] Gedək aşağıda
kü salaq. M.F.Axundzadə.
KÜBAR [ər.] sif. və is. 1. Əsilzadə, aris-
tokrat. Mən zəngin və kübar ailələrdən çı-
xan qızların birisini də ağıllı görmədim.
M. S. Ordubadi. Burada Tehranın bütün kü-
bar ailələrindən cavan kişi və qadınlara,
oğlan və qızlara rast gəlmək mümkün idi..
M.İbrahimov. Şeir gəzdi dilləri, gəlib çatdı
saraya; Aldı yaltaq kübarlar Ziilfüqarı ara-
ya. B. Vahabzadə.
2. köhıı. İncə zövqlü, incə təbiətli və dav-
ranışlı adam haqqında.
3. Özünü kütlədən ayıran, başqalarına xor
baxan: təkəbbürlü, mütəkəbbir adam haq-
qında.
KÜBARANƏ [ər. kübar və fars. ...апө]
bax kübarcasına.
KÜBARCA bax kübarcasına. Sabbah və
Xəyyam kübarca geyinmiş və üzləri taraş
edilmiş gələrlər. H. Cavid.
KÜBARCASINA zərf Kübar adamlara xas
olan bir tərzdə, kübar kimi; aristokratcasına.
Kübarcasına yaşamaq.
KÜBARLIQ is. Əsilzadəlik, aristokratlıq.
Kübar ailədə yer tutmaq üçün gözəllik rol
oynamır, başlıca rolu zənginlik və kübarlıq
oynayır. M. S. Ordubadi.
KÜÇƏ is. 1 . Nəqliyyatın və adamların hə-
rəkəti üçün yaşayış məntəqələrində iki sıra
tikililər arasındakı açıq sahə, boş yer, yol.
Küçənin qarını təmizləmək. Küçəni süpürmək,
istiqlaliyyət küçəsində yaşamaq. - Kətxuda-
lar Qəzvinin küçələrini natəmiz saxlayırdılar.
M.F.Axundzadə. Küçənin ortasında bir dəstə
əsgər oxuya-oxuya addımlayırdılar. C.Məm-
mədquluzadə. Yan küçədən çıxan bir qaraltı
onun qarşısında dayandı. Ə. Sadıq. □ Küçə
həyatı keçirmək - avara, sərsəri həyat ke-
KÜÇƏBƏKÜÇƏ
çirmək, avaralanmaq, heç bir işlə məşğul
olmamaq. Zeynalın, başqa özü kimi səfılcə-
sinə küçə həyatı keçirən yoldaşları Mehriba-
nın gözü qabağında keflənmişdilər. S.Hiiseyn.
Küçə qadını (arvadı, uşağı, adamı) - tər-
biyəsiz, əxlaqsız, baxımsız qadın (arvad, uşaq,
adam). Küçə uşaqlarına qoşulmaq. Küçə ada-
mına baş qoşmamaq. - Qətibə, Qızıl Arslan
sarayının qarşısına yetişənə qədər başını
taxt-rəvanın pəncərəsindən çıxarıb küçəyə
baxmaq istəmirdi, çünki o, küçə uşaqlarının
qışqırtısını eşitdikcə əsəbiləşirdi. M. S. Ordu-
badi. Küçə mirzəsi köhn. - keçmişdə küçə-
də oturub savadsız əhali üçün məktub, ərizə
və s. yazan savadlı adam; mirzə. Mirzə Ca-
vad küçə mirzəsi idi. Ə. Haqverdiyev. Küçə
səngəri - bax barrikada. Küçə sözü -
ədəbsiz söz(lər), söyüş. [Aygün:] - Əvvəl,
mənə aşna demə! Bir anayam mən! Bizim
evə yaraşmayır bu küçə sözü... S. Vurğun.
2. Binanın küçə tərəfi, küçə səmti. Küçəyə
pəncərə açmaq. □ Küçə qapısı - 1) evdən
küçəyə açılan qapı. Küçə qapısını örtmək;
2) həyətdən küçəyə açılan qapı. Mənıməd-
həsən əmi həyəti bir qədər dolanıb çıxdı küçə
qapısının ağzına. C.Məmmədquluzadə. Küçə
qapısı açıldı. S. Hüseyn. Küçə pəncərəsi -
evdən küçəyə açılan pəncərə. Küçə pəncə-
rəsini bağlamaq. Küçəyə baxmaq - küçəyə
açılmaq, küçəyə tərəf olmaq, küçəyə çıxmaq.
Eyvan küçəyə baxır. - Küçəyə baxan pəncə-
rələrin çoxunun taxtası bağlandığından, yu-
xarı başa qaranlıq çökmüşdü. I. Şıxlı.
0 O küçə sənin, bu küçə mənim - çox
gəzib yorulmaq, bütün küçələri dolanıb əldən
düşmək. [Fatma həkim:] Otuz beş ildi ııçast-
kovı həkim işləyirəm, bu küçə mənim, o küçə
sənin, bu dalan sənin, o dalan mənim. Heç
olmasa işdəıı qayıdanda evdə bir rahatlıq
görəsən. İ.Məlikzadə.
KÜÇƏ-BAZAR top. Küçələr və bazarlar
birlikdə; küçələr, bazarlar. Bu məsələ yalnız
qəzetlərdə deyil, kiiçə-bazarda, meydan və
yığıncaqlarda da insanları məşğul edirdi.
M.İbrahimov. Kiiçə-bazardaıı adamın ayağı
çəkilirdisə də, çay qırağından hələ çalğı səsi
eşidilirdi. Ə.Əbülhəsən.
KÜÇƏBƏKÜÇƏ zərf Bir küçədən o biri
küçəyə, bütün və ya çox küçələri; küçə-küçə.
Küçəbəkiiçə gəzmək. - "Nicat” i kiiçəbəküçə
772
KÜÇƏSÜPÜRƏN
soraq edir, nə əcəb? Bu millət, ay baba, lap
ittifaq edir, nə əcəb? C.Cabbarlı.
KÜÇƏSÜPÜRƏN sif. və is. işi küçələri sü-
pürməkdən ibarət olan; süpürgəçi. Küçəsü-
pürən qadın. Küçəsüpürənləri çağırmaq. -
Hamballar, küçəsüpürənlər belə öz səslərini
fəhlələrin ümumi səsinə qarışdırdılar.
M. S. Ordubadi, //bax küçətəmizləyən.
KÜÇƏTƏMİZLƏYƏN is. Küçənin qarını,
zibilini və s.-ni təmizləyən avtomaşın. // Sif.
mənasında. Küçətəmizləyən maşın.
KÜÇƏYUYAN is. Küçələri yumaq üçün
xüsusi avtomaşın. // Sif. mənasında. Kiiçə-
yuyan maşın.
KÜÇÜK is. 1. İt balası. Küçüyü qovmaq.
Küçüyü yedirtmək.
2. Uşaq, bala mənasında (yüngül söyüş
kimi işlənir). Küçüyün biri. - [Rəhim xan:]
Amma məni heç bir şey yandırmırdı, o balaca
küçük Nadirin öyünməsi. C.Cabbarlı. [Hacı
Manaf:] Axtar, küçüyün atasını tap! S.Hiiseyn.
[Cəmilə:] ..Hara gedəcəksə, qoy getsin, ..
küçüklərini də hara aparırsa, aparsın. E. Sul-
tanov.
3. dan. bax bic 2 . Köklərdə əlavə tumur-
cuqlar .. yan köklər kimi, kökün daxili hissə-
sindən, yəni mərkəzi silindrdən əmələ gəlir,
.. sonralar inkişaf edərək torpaq üzərində
yarpaqları olan zoğlar verir ki, bunlara kü-
çük və ya bic deyilir.. M.Qasımov.
4. Bəzən “kiçik” əvəzinə işləmnişdir. Hey
fələk, gör necə günlər gördük ; Azdı hər kəs,
nə böyük var, nə küçiik.. H. Cavid.
KÜÇÜKLƏMƏ "Küçükləmək”dən f.is.
KÜÇÜKLƏMƏK f. 1 . Balalamaq, doğmaq
(it cinsindən olan heyvanlar haqqında). Kö-
pək kiiçüklədi. Qurd küçiiklədi.
2. vıılq. Doğmaq (təhqir məqamında). Qızı
küçiikləyəndə, adam bilib subaylığım ilə
40 manat xərcə düşdüm. Mir Cəlal.
3. Ağacın dibindən zoğlar çıxmaq, bic
vermək.
KÜÇÜKLƏNMƏ "Küçüklənmək”dən/ is.
KÜÇÜKLƏNMƏK / Yaltaqlanmaq.
KÜDURƏT [ər.] 1. Kin, ədavət, nifrət.
[Yusif:] Mənim ürəyimdə bir kin, küdurət
yoxdur. N.Nərimanov. Ürəyimdə [Xədicəyə]
qarşı bəslədiyim küdurəti unutdum. S.Hüseyn.
2. Qəm, dərd, bəla. Üz qoyub üstünə küdu-
rətii qəm; Yaş tökülür gözlərindən dəmadəm.
KÜFTƏBOZBAŞ
Q.Zakir. Açdın gözünü rəııcü məşəqqət görə-
cəksən; Millətdə qəm, ümmətdə küdurət gö-
rəcəksən. M.Ə. Sabir.
KÜDURƏTLİ sif. 1 . Ürəyi qəmli, dərdli,
kədərli.
2. Küdurət saxlayan, kin bəsləyən, əda-
vəti olan. Küıdurətli adam.
KÜDURƏTLİLİK is. Küdurətli adamın hal
və keyfiyyəti.
KÜDÜL sif. məli. Quyruğu olmayan, quy-
raqsuz.
KÜFLƏ is. 1. Bax külbə 1 1-ci mənada.
2. məc. İri, yastı burun.
KÜFLƏT dan. bax külfət. [Rəhim:] Mən
Rüstəm xanın oğluyam, qaçaqlar kiiflətimizi
əsir eylədilər. N.Vəzirov.
KÜFR is. [ər.] Dinin, Allahın varlığı və
birliyi kimi əsaslarını təşkil edən müddə-
aları danma və bu barədə deyilən söz.
□ Küfr danışmaq (söyləmək) - Allahı, dini
danmaq, təhqir etmək, söymək. Nə dedin?
Küfr danışdın, cıraram ağzını, ha! M.Ə.Sabir.
Küfr, nasəza danışmaq, hərgiz heç bir kəs
üçün rəva deyil. C.Məmmədquluzadə. [Baf-
tan:] Küfr danışma, qoca, istərəm əlahəzrə-
tin sağlığına zəhər içərəm, istərəm lap iblis
ilə öpüşərəm! Ə.Məmmədxanlı. // Dinsizlik,
allahsızlıq. [Birisi:] Biz də .. Hər bir yol ilə
camaatı elmdən saxlayırdıq və elm dalınca
gedənlərin küfrünə hökm edirdik. Ə. Haqver-
diyev. Nəhayət, islahat təşəbbüslərinə bir
küfr təşkilatı kimi baxılırdı. M.S. Ordubadi.
KÜFRAN is. [əı;] klas. Yaxşılığı itirmə;
nankorluq. □ Küfran eləmək - yaxşılığı
itirmək, nankorluq eləmək. Küfran elədik,
sanki bu nemət götürüldü; Millətdə olan
büsbütün adət götürüldü. M.Ə.Sabir.
KÜFTƏ is. [fars.] 1. Bax küftəbozbaş.
Küftə bişirmək. - Kişmişdən, badamdan, nanü
həlvadən; Qovurmadan, .. küftə, dolmadan
verdilər. Q.Zakir. [Seyid:] Müsəlman aşpazı
saxlayıram, gözəl plov, dovğa, dolma, küftə
bişirir ki, ölü yesə dirilər.. Ə. Haqverdiyev.
[Rüstəm Səkinəyə:] Ar\’ad, küftənin iyi ətir
kimi bir kilometrdən vurur. M.Ibrahimov.
2. Küftəbozbaşa, xəmiraşıya, sulu xörək-
lərə salınmaq üçün döyülmüş ət yumruları.
Küftə tutmaq. Küftə qayırmaq.
KÜFTƏBOZBAŞ is. Küftə, kartof, noxud
və s.-dən hazırlanan bozbaş növü. Küftə-
İl ! 5
KÜFTƏLİK
KÜLAFİRƏNGt
bozbaş bişirmək. - [Səkinə] küftəbozbaş dolu
qazanın ağzını örtmüşdü. M.Ibrahimov.
KÜFTƏLİK sif. Küftəyə yarayan, küftə
üçün olan. Kiiftəlik ət. Üç kiloqram kiiftəlik
bud almaq.
KÜKNAR is. bot. Konusvari uzun qozaları
olan iri, həmişəyaşıl iynəyarpaqlı ağac. Uzaq
şimal tayqasında ayaq xizəyində quş kimi
süzən bir gənc uca bir küknarın dibində bir
anlığa durub tüfəngini çiynindən aşırır.
M.Rzaquluzadə. Pəncərədən küknar ağac-
larının xoş iyi baharın nəfəsinə qarışaraq
qucaq-qucaq içəriyə dolurdu. Q. İlkin.
KÜKNARLIQ is. Çoxlu küknar ağacları
bitmiş yer; küknar.
KÜKRƏK sif. Coşqun, daşqın, kükrəyən,
aşıb-daşan. Kükrək çay. - Sanki bayraq deyil
o; Birləşmişdi dil-dilə; Kükrək qızıl alovlar.
R.Rza.
KÜKRƏKLİK is. Kükrək şeyin halı; coş-
ma, aşıb-daşma, kükrəmə.
KÜKRƏMƏ "Kükrəmək”dən f.is.
KÜKRƏMƏK/ Hirslənərək özündən çıx-
maq, bərk qızmaq; coşmaq. Xüsusən bacısı
Xədicə Hacının üstünə kükrəyərək: - Necə,
peyğəmbəri, bu nə sözdür? A.Şaiq. [Bəhlul:]
Burda mənim günahım nədir, üstümə bu cür
kükrəyirsəıı? M. Hüseynov. // məc. mənada.
Həddindən aılıq qalxmaq, yüksəlmək, qabar-
maq. Qocaman dalğalar hücum edərək ; Qıl-
dırıb hıçqırırdı kükrəyərək. H.Cavid. Gənc
bir arslan kinıi kükrəyən Aras; Vermiş ətra-
fına dərin bir lıəras. M. Müşfiq. Külək lıarın
bir at kimi kükrəvib vıyıldayır və ananın qəl-
bini üzürdü. Q. İlkin.
KÜKÜ is. Göyərti və yumurtadan (bəzən
də balıqdan) hazırlanan xörək. Kiikü bişir-
mək. - Bəylər yeyər nahara küftə, kəbab və
kiikii; Məsciddə evlər amma ahü-fəğan oruc-
luq. M.Möcüz. Elə beləcə ailə üzvləri gü-
norta vaxtı oturub kiikii yeyirdilər. Ə.Əbül-
həsən.
KÜKÜLÜK sif. Kükü üçün yararlı, kükü
üçün olan (göyərti və s.). Küküliik göyərti al-
maq. Kükülük balıq təmizləmək.
KÜKÜRD is. Sənayedə, kənd təsərrüfa-
tında, tibdə işlənən sarı rəngli tezalışan kim-
yəvi maddə.
KÜKÜRDLƏMƏ “Kükürdləmək’’dən /и.
KÜKÜRDLƏMƏK/ Kükürd tozu səpmək,
kükürd sürtmək. Bitkiləri kiikürdləmək.
KÜKÜRDLÜ sif. Tərkibində kükürd olan,
kükürdlə qarışığı olan. Kükiirdlü birləşmələr.
KÜL is. Yanmış şeylərdən qalan boz-qara
rəngli toz. Külü atmaq. Külü təmizləmək. -
Bir soyuq kül o yerdə qaldı nişan: Onu da
yel sovurdu sağ və sola. A.Səhhət. Usta Zey-
nal çubuğu çəkib külünü boşaltdı və durdu
ayağa.. C.Məmmədquluzadə. [Dərviş:] Oca-
ğın alovu sönüb tamam olurdu, qıraqlar-
dakı atəşləri kül yavaş-yavaş .. bürüyürdü.
A.Divanbəyoğlu. □ Kül olmaq - bütün-
lüklə yanmaq, yanıb qurtarmaq, külə dön-
mək. Odunlar kül oldu. Cəsarət gərəkdir ilk
sevənlərə ; Yalandı kül olmaq, yalandı yan-
maq! M. Araz. Kül suyu k.t. - bitkiləri dezin-
feksiya etmək üçün suda həll olunmuş kül.
0 Kül başına! (gözünə!) dan. - qarğış,
danlaq və təkfir ifadəsi. Kül başına, gözəl
fərə, beçə də səni bəyənmir. (Ata. sözü). [Tağı
qızı:] Pah, kül başına! Mənim evimdə qoca
nə gəzir? M. S. Ordubadi. [Şahsənəm:] Belə
kül molla başına! S.S.Axundov. Kül etmək
(eləmək) - puç etmək, məhv etmək, axırma
çıxmaq. Var-dövləti kül etmək. H məc. Mə-
nada. Məni kül elədi elin dilləri. Aşıq Məm-
məd. Külə dönmək - 1 ) yanıb qurtarmaq,
kül olmaq. Kömürlər külə döndü. Ağaclar
ycınıb külə döndü. - Neçin onun bu eyvanı;
Yanıb soyuq külə döndü? S.Vurğun. // məc.
Yox olmaq, məhv olmaq. Külə dönsün köləlik
alışan bu səhərdə. R.Rza; 2) məc. çox əziyyət
çəkmək, həddindən artıq əzab çəkmək. Ana
yetimləri böyütdükcə külə döndü. - Axı bu
torpaqda doğulmuşam mən; Vətən həsrətilə
külə dönmüşəm. B. Vahabzadə. Külü göyə
sovrulmaq - tamam məhv edilmək, axırına
çıxılmaq. Qoy düşmən ah çəksin, külü göyə
sovrulub.. Ə.Vəliyev. Külünü göyə sovur-
maq - tamamilə məhv etmək, axırına çıx-
maq. Gələndə düşmənlə süngü- süngüyə; Bir
nərən sovurur külünü göyə. S.Vurğun. Başı-
na kül (olsun)! - bax baş. Gözə kül üfür-
mək -bax göz.
KÜLAFİRƏNGİ is. [əsli fransızcadan]
1. köhıı. İri daş balkon (sarayda, qəsrdə və
s.-də). Padşah gənə külqfırəngidə əyləşib,
dizlərin qucaqlayıb qəm dəryasına batmışdı
ki, bir də gördü, həmən minval qiyamət baş-
774
KÜLAH
ladı.. (Nağıl). Xan qızı bütün günü sarayın
külafirəngisinə çəkilir.. Çəmənzəminli.
2. dan. Evin üstündə və ya bağlarda isti-
rahət üçün üstüörtülü tikili; talvar.
KÜLAH is. [fars . ] köhn. Papaq. Qoyma
külahın kəc, a bəy, aldatma cahaııi; Bəsdir,
a fllani! M.Ə. Sabir. Aylar ilə işlənmiş mahud
külahı dala tərəf sürüşmüşdü. A.Divanbə-
yoğlu.
KÜLAHDUZ is. [/ürs.] köhn. Papaqçı. Ya-
man külahduzdan yaxşı palanduz yaxşıdır.
(Ata. sözü).
KÜLATAN bax xəkəndaz.
KÜLBAŞ is. dan. Bədbəxt, işi düz gətir-
məyən, zərərdidə, pisgünlü. // Qarğış, danlaq,
təhqir məqamında. [Mahmudun arvadı:] Ay
külbaş! Mənə bir dəst paltar ala bilməyirsən,
sənə nə olub ki, dəvə boyda qızı da evində
saxlayıb bəsləyirsən? ! B.Talıblı. Biz almışıq
övrəti can-baş desin ; Almamışıq hey bizə
külbaş desin. Ə.Nəzmi.
KÜLBAŞLIQ is. Bədbəxtlik, yazıqlıq; pis
günə qalmış adamın hal və vəziyyəti.
KÜLBƏ 1 is. 1. Təndirdə, kürədə hava çək-
mək üçün deşik. Təndirin kiilbəsini açmaq.
2. Nehrənin deşiyi.
KÜLBƏ 2 [fars.] köhn. Koma, daxma,
qazma. Külbeyi-hicranda qalımşam həzin;
O şahibazımın çəkərəm qəmin. Aşıq Kərim.
KÜLBƏLƏMƏ "Külbələmək”dən fis.
KÜLBƏLƏMƏK f Təndirin, kürənin
külbəsini qapamaq (bax külbə 1 1-ci mə-
nada).
KÜLÇƏ 1 is. Tərkibində metal və metal
birləşmələri və ya faydalı minerallar olan
maddə, süxur. Dəmir külçəsi. Mis külçəsi.
KÜLÇƏ 2 is. Yasda halva ilə paylanan çö-
rək. Sağlığında badam yeməyib, külçəsinə
badam vıırurlaı; (Ata. sözü). Qazanla və nim-
çələrlə plovu, halvanı, külçələri həzm-rabe-
dən keçirən dövlətlilər və mollalar idi. H. Sa-
rabski. [Rəşid:] Həmin kəndli bizim kəndli-
dir, a kişi. Qara israfilin oğludur da. Külçə
oğurlayan Fətinin qardaşı oğlu. T.Ş. Simurq.
// Xəmiri xüsusi yoğrularaq təndirdə bişiri-
lən üstü naxışlı çörək növü. Külçəyə ədvə
vurmaq. Səfər üçün külçə bişirmək.
KÜLÇƏLƏNMƏ “Külçələnmək”dən /w.
KÜLÇƏLƏNMƏK f. Burulmaq, yumru-
lannıaq, qıvrıq şəkil almaq. İlan külçələndi.
KÜLƏKLİ
KÜLƏ sif тәһ. Quyruqsuz. Külə keçi.
KÜLƏCƏ is. köhn. Boynuna, ətəyinə, ya-
xasına və qol yerlərinin kənarına xəz və s.
tikilmiş qolsuz üst geyimi; kürdü. [Ağa Mər-
dan:] Səbr elə, bir tirmə küləcəmi geyim,
mahud cübbəmi bürünüm. M.F.Axundzadə.
Əynində atlaz küləcə; Üstündə baftası qəşəng.
Aşıq Ələsgər. [Kənd qızları] yeridikcə köy-
nəklərinin ətəklərinə, küləcələriııiıı yaxala-
rına tikdikləri sarmalar, gümüş pullar səslə-
nirdi. Ə.Abasov.
KÜLƏÇALAN, KÜLƏÇALAR sif. Külə
bənzəyən, külə oxşayan, kül rəngində olan,
külrəngi. Küləçalan torpaq.
KÜLƏK is. 1 . Havanın üfüqi istiqamətdə
hərəkətindən ibarət təbiət hadisəsi; yel. Kü-
lək əsir. Külək birdən kəsdi. Külək tutan yeı;
- Gecələr, gecələı; sonsuz gecələr; Çılğın
küləkləri quduz gecələr! M. Müşfiq. Külək
[Dürrənin] getməsinə mane olub paltarını
sanki cırmaq istəyirdi.. S. Vəliyev. □ Külək
mühərriki - külək vasitəsilə hərəkətə gələn
mühərrik.
2. məc. Təşbehlərdə sürət, itilik, cəldlik
mənasında. Külək kimi yerimək. - Qoyma-
ram başına açsınlar kələk; Duruşun bulud-
dur, yerişin külək. M.Müşfiq.
0 Külək hayana əssə, o yana əsmək -
möhkəm əqidəyə sahib olmamaq, tez vəziy-
yətə uyğunlaşmaq, fikrində sabit olmamaq.
KÜLƏKKEŞ bax küləklik.
KÜLƏKLƏMƏ “Küloklomək”dən fis.
KÜLƏKLƏMƏK f. 1 . Külək əsmək, külək
olmaq. Hava küləkləyir.
2. Süni surətdə yel, külək yaratmaq. Yel-
piklə özünü kiiləkləmək. Ocağı paltarın ətə-
yi ilə kiiləkləmək. Ventilyator küləkləyir.
KÜLƏKLƏNMƏ “Küləklənmək”dən fis.
KÜLƏKLƏNMƏK məcli. 1 . Külək döymək,
külək vurmaq. Sərilən paltarlar kiiləklənir.
2. Özünü küləyə vermək, sərinləmnək. Nə
küləkləııirsən?
KÜLƏKLİ sif. Külək olan, külək əsən.
Küləkli gün. Küləkli hava. - Küləkli bir yaz
günü idi. A.Şaiq. Yenicə yarpaq açmış bu-
daqlarda yellənən quşlar isə küləkli gecənin
təlaş dolu mürgüsündən sonra indi bir az da
dincəlib sakit oldular. Ə.Məmmədxanlı. Bu
gün xoş, günəşli, işıqlı olan hava sabahı bu-
775
KÜLƏKLİK
KÜLFƏTSİZ
ludlu, küləkli, çiskinli bir ha! alır. M.Rzaqu-
luzadə.
KÜLƏKLİK is. Hava çəkmək üçün bina-
larda olan deşik, dəlik, oyuq.
KÜLƏKLİ-QARLI sif. Həm külək əsən,
həm də qar yağan. Kiiləkli-qarlı gün. Küləkli-
qarlı hava.
KÜLƏKLİLİK is. Küləkli havanın və ya
yerin halı, xüsusiyyəti.
KÜLƏKLİ-TUFANLI sif. Həm külək əsən,
həm də tufan olan. Küləkli-tufanlı gecə.
[Gəray ağa:] Biz bu hisli-paslı, tozlu-tor-
paqlı, kiiləkli-tufanlı xarabaya öz dərdimizi
ağlamaq üçün gəlmişdik! S.Rəhimov.
KÜLƏKLİ-YAĞIŞLI sif. Həm külək əsən,
həm də yağış yağan. Küləkli-yağışlı hava. -
Nəhayət, küləkli-yağışlı bir gündə [Həsəni]
buraxdılar. S. Rəhman.
KÜLƏKÖLÇƏN is. xüs. Küləyin gücünü
və istiqamətini ölçmək üçün cihaz.
KÜLƏKSİZ sif. 1. Külək olmayan, sakit.
Küləksiz hava.
2. Külək tutmayan, külək olmayan. Külək-
siz yer.
KÜLƏKSİZLİK is. Küləksiz yerin və ya
havanın halı, xüsusiyyəti.
KÜLƏKTUTAN sif. Daim külək olan,
küləyə məruz qalan. Evin küləktutan tərəfi.
KÜLƏŞ is. 1. Taxıl döyüldükdən sonra
qalan quru çöplər; iri saman. Dəni küləşdən
ayırmaq. Damı küləşlə örtmək. - Məşədi Ağa-
kişi əlində yaba küləşi eşələyib qarışdırır.
C. Məmmədquluzadə. Məktəb binası köhnə,
üstü küləşlə örtülmüş yastı-yapalaq bir dam
idi. Q. İlkin. // Bəzən həsir mənasında. [Zir-
zəmiyə] küləş şlyapalı uzun bir adam girdi.
S.Vəliyev.
2. məh. bax kövşən 2-ci mənada. Safo ..
ya ayaqyalın, ya yamaqlı bir çarıqda gəzir,
oımn-bımun küləşində başaqçılıq eləyir.
S.Rəhimov.
KÜLƏŞDOĞRAYAN is. Küləşi doğrayıb
saman halına salan maşın. // Sif. mənasında.
Küləşdoğrayaıı maşın.
KÜLƏŞLƏMƏ "Küləşləmək”dən fiis.
KÜLƏŞLƏMƏK/ Küləşlə örtmək; üstü-
nə küləş salmaq, küləş döşəmək. Tövlənin
damını küləşləmək.
KÜLƏŞLƏNMƏ "Küləşlənmək”dən fiis.
KÜLƏŞLƏNMƏK məcli. Küləşlə örtülmək,
üstünə küləş salınmaq, küləş döşənmək. Dax-
manın damı kiiləşlənib.
KÜLƏŞLƏTMƏ “Küləşlətmək”dən fiis.
KÜLƏŞLƏTMƏK f. Üstünü küləşlə ört-
dürmək, üstünə küləş saldırmaq (döşətmək).
Damı kiiləşlətmək.
KÜLƏŞLİ sif. 1. Küləşi olan. Hətəm dayı
.. küləşli taxıl yerlərinə baxırdı. Mir Cəlal.
2. Küləşlə örtülmüş, küləş qoyulmuş yaxud
küləşlə doldurulmuş. Küləşli çardaq. - Çay-
dan sonra yatışdıq. Mən də qeyri dustaqlar
tək içi küləşli döşək üstə uzandım. C. Məm-
mədquluzadə. [Qaradonlu:] Gecəni bax, o
üstü küləşli evdə qalıbmış. İ. Hüseynov.
KÜLƏŞLİK is. Küləş olan yer, küləş, tö-
külmüş yer; kövşənlik. Biçilmiş tarlaların
küləşliyindən bildirçinlərin .. səsləri gəlirdi.
S.S.Axundov.
KÜLFƏ is. İşıq düşmək üçün tikilinin (əsa-
sən, dəyənin) damında baca, işıq yeri; işıqlıq.
KÜLFƏT is. [ər.] 1. Bax ailə 1-ci məna-
da. Bir külfətdə dörd ııəfər uşaq var.. C.Məm-
mədquluzadə. [Qafar:] Pinəçilik edib yeddi
baş külfətin ruzisini bir tövr ilə qazanıram.
S.S.Axundov. [Molla Qurban:] Bəy yanında
alnıaçıq, külfət yanında üzügülər olasan, in-
şallah!.. Ə.Vəliyev. □ Külfət sahibi - ailə
başçısı, ata. Iııdi balaca uşaq özünü kişi və
külfət sahibi hiss edirdi. Ə.Haqverdiyev. Nə-
cibəniıı .. oğlu iyirmi-iyirmi beş il idi ki, kənd-
də evlənmiş, külfət sahibi olmuşdu. Mir Cəlal.
2. köhn. ev f. Arvad mənasında. [Qəribin
anası:] Mən Təbrizli Mənimədin külfətiyəm,
bu da oğlumun nişanlısıbır. "Aşıq Qərib".
[Cahan:] Bəy, dəllal Kərbəlayı Nəsirin kül-
fətiyəm, bəlkə tanıyasan? Ü.Hacıbəyov.
Namaz kişinin külfətiyəm, - deyə, qarı könül-
süz cavab verdi. M. Hüseyn.
3. məc. Zəhmət, əziyyət, qayğı mənasında.
Onu külfət basıb.
KÜLFƏTARASI sif. Ailə daxilində baş
verən, ailədə olan. Kiılfətarası söhbət.
KÜLFƏTLİ sif. Külfəti olan, arvad-uşağı
olan; ailəli. Külfətli adam.
KÜLFƏTLİKLƏ zərf Bütün ailə birlikdə,
bütün külfət bir yerdə; ailəliklə. Külfətliklə
gəzməyə getmək.
KÜLFƏTSİZ sif. Külfəti, ailəsi olmayan,
arvad-uşağı olmayan, evli olmayan; ailəsiz.
776
KÜLFƏTSİZLİK
KÜLFƏTSİZLİK is. Külfəti, ailəsi, arvad-
uşağı olmama; külfəti olmayan adamm halı.
KÜLXAN is. [fars .] köhrı. 1. Odunla qız-
dırılan hamamın odluğu, ocağı. Külxanı tə-
mizləmək. - Bir yetim tiflidi baldırı açıq,
başı keçəl; Mənzili şamii-səhər köhnə ha-
mam külxanı. S.Ə.Şirvani.
2. Bax külxançı. Mənim üçün xan da
birdir, külxan da. (Ata. sözü).
KÜLXANA [fars.] bax külxan 1-ci mə-
nada. Ata-ana sözünə baxmayan külxanada
yatar. (Ata. sözü).
KÜLXANAÇIbax külxançı. Yaşıllaşmaq-
da olan düzlükdən ara-sıra ötən qatarlar
tüstülü kösöv gəzdirən külxanaçılara bənzə-
yirdi. Mir Cəlal.
KÜLXANÇI, is. köhn. Külxanada işləyən
adam, hamam ocaqçısı.
KÜL-KÜLFƏT top. Ailə, külfət, ailə üzv-
ləri (hamı bir yerdə). Kül-kiilfəti bir yerə
yığmaq. - Arvadlar .. sarı keçinin ağuza ox-
şayan sarı südündən bir kasa alıb aparar,
evdə kiil-külfət üskük-üskük bölüşüb tamsına-
tamsıııa içərdi. S. Rəhimov. [Hətəmov Qa-
raşa:] Çıxaq yuxarı, görək kiil-külfət nə hal-
dadır? B. Bayramov.
KÜLQABI is. Papiros külünü və kötüyünü
tökmək üçün xüsusi qab. Yusif papirosu axı-
ra qədər sümürüb külqabıya atdı. B.Bayra-
mov. Külqabı siqaret kötükləri ilə dolmuşdu.
İ. Hüseynov.
KÜLL [ər.] 1. Bütün, cümlə, cəmi; bütöv,
tam halda; ümum, ümumiyyətlə. Bir küll
halında. - Bəli, biz burada Mozalan kəndinin
xəstəliyi olan sümük azarından - yəni xəbər-
çiliyin hamısından yox, əsla küllisini yox, cü-
zisini yazmaq istərdik. S. Rəhimov.
2. kölın. İzafət birləşmələrinin birinci tə-
rəfində "bütün”, "bütöv”, "tam” mənasında;
məs.: külli-cahan, külli-dünya (bütün dünya,
bütün aləm), külli-vilayət (bütün vilayət,
ölkə). Nigar, Koroğlu yarısan; Bilsin külli-
aləm səni. “Koroğlu”. Rəngü-ruyu, cismi,
taqəti, canı; Külli-varı gedən bəs ağlamazmı?
M.V.Vidadi. Ey dünya, sən puçsan, yalansan,
yalan; Külli-xalq canına salmısan talan.
Molla Cümə.
KÜLLƏMƏ 1. “Külləmək”dən/;'s.
2. sif. Qaynar kül içərisində bişirilmiş. Kül-
lənıə kartof.
KÜLLÜK
KÜLLƏMƏK/ 1 . Kül tökmək, kül sərmək.
Ləkləri külləmək. Ağacların dibini külləmək.
2. Lavaşı yandırmamaq üçün saca, hisdən
qorumaq üçün qazana və s.-yə küllü palçıq
yaxmaq, sürtmək. Qazanı külləmək. - ..Ana
saç kiilləyib ocaq qalayır, kətə bişirib içinə
təzə yağ qoyur.. Ə.Vəliyev.
3. Küllə sürtmək, küllə təmizləmək. Sa-
movarı külləmək. Mis qazanları külləmək.
KÜLLƏNMƏ "Küllənmək”dən/w.
KÜLLƏNMƏK məch. 1 . Üstünə kül tökül-
mək, külə batmaq, küllə dolmaq. Xörək kül-
lənmişdi.
2. qayıd. Külə dönmək, kül olmaq. Ocaq-
da kömür külləndi. - Kabab ocağının közü
küllənməyə başladı. Ə.Vəliyev. Hamı dağı-
lışdı. Ocaq səngiyib külləndi. B. Bayramov.
3. тәс. Avaralanmaq, boş-bekar gəzmək,
vaxtını boş keçirmək, faydalı işlə məşğul
olmamaq. [Cəfər:] Biz yazıq da meyit içində,
azarlı yanırıda illərlə küllənirik. Çəmənzə-
minli. [Rüstəm kişi:] Əə, Salman, burda niyə
küllənirsən? - deyib səsləndi. M. İbrahimov.
Haradasa otuz il küllənən feldşer beləsindən
çox-çox şöhrətli sayılır.. B. Bayramov.
KÜLLƏŞMƏ “Külləşmək”dən f.is.
KÜLLƏŞMƏK f. Yanıb külə dönmək,
yanıb kül olmaq. Köz kiilləşdi.
KÜLLİ sif. [ər.] Saysız-hesabsız, çoxlu,
çox. Külli zərər. Külli məbləğ. Külli miqdar.
Külü qoşun.
KÜLLİYYAT is. [ər.] Bir yazıçı və ya ali-
min çap edilmiş bütün əsərlərinin toplusu.
M.F.Axundzadənin külliyyatı.
KÜLLÜ sif. 1 . Külə bulaşmış, külə batmış,
içində kül olan. Küllü çörək.
2. Tərkibində kül olan. Bitkiləri küllü su ilə
dezinfeksiya etmək.
KÜLLÜK is. 1 . Kül tökülən yer. Toyuqlar
küllükdə eşələnir. - Külü küllükdən götiiı;
(Ata. sözü). Zibil təpə olsa, küllük dağ olmaz;
Yel əsəndə alçaqlara endirər. Aşıq Abbas.
Kəndin qırağındakı küllükdən keçib çayı ad-
lamalı idik. M. İbrahimov.
2. тәс. Xarabalıq, xaraba yer. KiilUik ey-
lədilər güliistanlığı. M.Rahim.
0 Köhnə küllükləri eşələmək - unudul-
muş, vaxtı ilə olmuş, yaddan çıxmış bir hadi-
səni, pis işi, nöqsanları xatırlamaq, yada sal-
777
KÜLMƏ
KÜNCÜD
maq. Kim isə Hacının keçmişini qurdaladı,
köhnə küllükləri eşələdi. Mir Cəlal.
KÜLMƏ 1 is. zool. Siyənək fasiləsindən
yeyilən balıq.
KÜLMƏ 2 is. məh. Yaş baramanı sıxıb qu-
rutmaq üçün çən.
KÜLRƏNGİ sif. Kül rəngində olan; boz.
KÜLTƏMİZLƏYƏN sif. xiis. Külü təmiz-
ləməyə xidmət edən. Kömür tökülən baca,
kültəmizləyən bacadan bir qədər hündürdə
olur.
KÜLÜ sif. l.k.t. Bozumtul-ağ. Külü torpaq.
2. Kül rəngində olan, kül rənginə çalan;
boz, külrəngi. Külü parça. Külü corab.
KÜLÜNG is. Daş çıxarma və torpaq qazıma
işlərində istifadə edilən bir ucu sivri, o biri
ucu isə enli alət. Kiilünglə yer qazımaq. Kii-
liingə dəstə vurmaq. - Əhməd .. bir külüng
gətirib evin küncünə atdı. Ə. Haqverdiyev.
Şahnisə xanımın döşəkçəsiniıı üstündə Fər-
had kiilünglə dağı yarırdı. Çəmənzəminli.
0 (Fərhad kimi) külüng vurmaq (çal-
maq) - zəhmət çəkmək, çalışmaq, işləmək,
əziyyətə qatlaşmaq. [Hacı Murad:] Qırx il
külüng çalıb bir cüzi pul əlimə salmışam.
S.S.Axundov. [Mirzə Camal:] Neçə ildir
Fərhad kimi külüng vururam, bu səhnəni mən
düzəltmişəm, indi o gəlib mənə dərs verəcək-
dir! C.Cabbarlı. [Şeyda:] Gərək məhəbbəti
fəaliyyətə çevirib, işıq və gözəllik uğrunda
külüng çalasan! Ə.Məmmədxanlı. Külüng
sındırmaq -bax külüng vurmaq (çalmaq).
Nahaq bu yolda külüng sındırır. S.Rəhman.
KÜLÜNGÇÜ is. Külünglə işləyən, külüng
işlədən, torpaq qazıyan fəhlə. Külüngçülər
başladılar minarənin dibini qazımağa. “Ko-
roğlu”.
KÜLÜNGLƏMƏ “Külüngləmək”dən fis.
KÜLÜNGLƏMƏK f. Külünglə qazımaq,
külünglə əzmək (torpağı, kəsəyi və s.-ni).
[Qadir] ..bir az o yanda torpaq qazıyanlara
yaxınlaşıb yeri külüngləməyə başladı. Ə.Əbül-
həsən.
KÜLÜNGLƏNMƏ “Külünglənmək”dən
fis.
KÜLÜNGLƏNMƏK məch. Külünglə qazıl-
maq, külünglə əzilmək (torpaq, kəsək və s.).
Bağ küliinglənmişdi.
KÜLÜF is. Dağ, qaya dibində oyuq yer,
balaca mağara. Ay Pası, kafir çoxdan bizim
yuxarı qayanın külüfüııdə yaşayır. S. Rəhi-
mov.
KÜM is. dan. Barama, barama qurdu.
KÜMBƏD, KÜMBƏZ bax künbəz. Bu
fikirdə ikən gözümə bir kümbəd dəydi.
S.S.Axundov.
KÜMBƏDLİ, KÜMBƏZLİ bax künbəzli.
Tamam üstü kümbədli bir köhnə məzar tapır
və içində gizlənir. S.S.Axundov.
KÜMÇÜ məh. bax baramaçı 1-ci məna-
da. [Heydər bəy:] Ərz elədim ki, naçalnik,
lıeç vaxt Cavanşirdən kotançı və kiimçü gö-
rünməyib. M.F.Axundzadə.
KÜMÇÜLÜK bax baramaçılıq. Kümçü-
liiklə məşğul olmaq.
KÜMDAR bax kümçü.
KÜMDARLIQ bax kümçülük.
KÜMXANA is. Küm saxlamaq üçün qar-
ğıdan, ağacdan və s.-dən düzəldilmiş qəfə-
səli yer, tikili. Kümxananı qaydaya salmaq.
KÜMÖYÜL is. zool. Ağacları qumdan qurd,
zərərverici cücü.
KÜNC is. [fars .] Bucaq, guşə. Şkafın kün-
cü. Küncə çəkilmək. - Aı-vad ələyi gətirəndən
sonra Qurban oturdu otağın bir küncündə
və başladı gəci ələməyə. C. Məmmədqulu-
zadə. Məhbuslar qorxularından küncə qısı-
lırlar. Ü.Hacıbəyov. Qalaca küncünə qısılan
şahın; Xalqı palçıq kimi tapdalanıbdı. M. Araz.
// Məc. mənada. ..Meşənin dərin küncündə
cəh-cəh ilə oxuyan bülbüllərə qulaq verdim.
A.Divanbəyoğlu. Atıb anan səni bir qəmli
küncə; Sənə süd verərdi sanki ödüncə..
M.Müşfıq.
KÜNC-BUCAQ is. 1. Bax künc. Otağın
fərşi çoxdan bəri süpürülməmişdi: kiinc-
bucağı, tavanı hörümçək toru basmışdı.
M. S. Ordubadi. [Xalıqverdi:] Mitillərimin
hamısını söküb, küncii-bucağı qazıq-qazıq
eləyibsiniz. Ə.Vəliyev.
2. məc. Gizlin, nəzərə çarpmayan, xəlvət,
dalda yer mənasında. Kiinc-bucağı axtar-
maq. Küncdə-bucaqda gizlənmək. - [Hüm-
mət:] Küncdə-bucaqda danışmaq arvad
işidir, - deyə, astadan gileylənə-gileylənə ey-
vana çıxdı. B. Bayramov.
KÜNCLÜ sif. Küncü, tini olan.
KÜNCÜD is. 1 . Tumundan yağ alınan ağ
rəngli çiçəkləri olan birillik bitki. Küncüd
çiçəkləmişdir.
778
KÜNCÜDLÜ
2. Bu bitkinin toxumu (çörəyin üstünə
səpilir, tibdə işlədilir). Solmaz kiincüddən
tutmuş qarpız tumuna qədər əlinə nə düşsə,
Patrona yedizdirərdi. I.Məlikzadə. □ Kün-
cüd yağı - küncüddən alman bitki yağı.
Küncüd halvası - küncüddən hazırlanan
halva növü.
KÜNCÜDLÜ sif. Küncüd vurulmuş, küncüd
qatılmış, tərkibində küncüd olan. Küncüdlü
halva. Küncüdlü çörək. - ..Kimi ayaq üstə
durub ağzına küncüdlü qovurğa atır. Ə.Aba-
sov.
KÜNDƏ 1 is. 1 . Sonradan yaymaq, yastıla-
maq üçün yumru hala salınmış xəmir parçası.
Bir kündə xəmir. Kündələri tabağa yığmaq.
-Atam elə bicdir ki, kündəni sayır, anam elə
bicdir ki, kündədən kəsir. (Məsəl). Gülşənəm
son kündəni də .. sacuı üstünə sərdi. S. Rəhi-
mov. Pəri nənə səy və diqqətlə iri kündəni
yayırdı. M. Hüseyn.
2. məc. Qalın, kobud, kələ-kötür. [Mür-
səl:] Ayaqların kündə, əllərin kösöv; Gəlin
gedən kimi qaynananı döy! S. Rüstəm. // Sif.
mənasında. Kündə əl. Kündə ayaq.
KÜNDƏ 2 is. [fars .] Keçmişdə: qaçmasın
deyə dustaqların ayaqlarına, boyunlarına və
ya əllərinə vurulan ağır şey. Mən aşiqəm tey
yara; Caııım aldı tey yara; Boynum kündədə
olsun; Əlim yetsin tey yara. (Bayatı). Xəlil
paşa höknı elədi, üçünün də ayağına kündə
vurub zindana salsınlar. “Koroğlu”. Həcərin
ayağına qandal, boynuna kündə vurdular.
“Qaçaq Nəbi”.
KÜNDƏAÇAN is. Kündəni yaymaq üçün
alət.
KÜNDƏLƏMƏ “Kündələmək”dən f.is.
KÜNDƏLƏMƏK/ Xəmirdən kündə ha-
zırlamaq, kündə qayırmaq, kündə tutmaq.
O, süfrə qabağında oturub xəmir kiindələ-
yirdi. S. Rəhimov.
KÜNDƏLƏNMƏ "Kündələnmək” Ğənf.is.
KÜNDƏLƏNMƏK məch. Xəmirdən kün-
də hazırlanmaq, kündə qayrılmaq, kündə tu-
tulmaq. Xəmir kündələndi.
KÜNDƏLİ sif. Ayağına və ya boynuna
kündə vurulmuş (bax kündə 2 ). Ayağı kiin-
dəli dustaq.
KÜNDƏLİK is. Saylarla işlənərək, xəmir-
dən tutulacaq kündənin miqdarını bildirir.
On kiindəlik xəmir yoğurmaq.
KÜP
KÜNDÜR is. [fars.] Saqqız ağacının qabı-
ğından hazırlanan xoşiyli sarımtıl maddə.
Yazılmış uca məzar daşlarının dibindən çı-
xan səndəl və kündür tüstüləri qızların nə-
zərini cəlb edirdi. M. S. Ordubadi.
KÜNƏ is. Yumurtanın enli (küt) tərəfi.
..Əli yumurtasının künəsini tutur və deyir..
C. Məmmədquluzadə.
KÜNFƏYƏKÜN [ər.]\ künfəyəkün etdir-
mək - alt-üst etdirmək, darmadağın etdir-
mək. [Məstəli şah:] Xaııım, buyurıırsunuzmu
Pariji künfəyəkün etdirim, altını üstünə çe-
virtdirim. M.F.Axundzadə. Künfəyəkün
etmək - alt-üst etmək, darmadağın etmək.
[Məşədi:] ..And olsun oğlumun canına,
ayda manat bir şahıdan artıq müamilə alma-
mışam. Artıq almışamsa, Allah mənim evim
künfəyəkün evləsin.. Ə.Haqverdiyev. Künfə-
yəkün olmaq - alt-üst olmaq, darmadağın
olmaq; məhv olmaq, dağılmaq. Qərəz, ailə bir
neçə ilin içində künfəyəkün oldu. S.Rəhman.
KÜNG is. kölın. Saxsı boru (su kəməri və
ya kanalizasiya üçün).
KÜNH is. [ər.] klas. Bir şeyin əsli, mahiy-
yəti, əsası, məğzi. Adəmin künhiinü atılardı,
qılardı səcdə. S.Ə.Şirvani. Çatdı ya ki, uşaq-
ların; Künhünə elmü sənətin? Yaxşı ki, qor-
xub az yedin; Toxluq edər təbiətin. A.Səhhət.
□ Künhünə varmaq (çatmaq) - bir şeyin
əsasını, əslini, mahiyyətini, məğzini öyrən-
mək, araşdırmaq, bilməyə çalışmaq. Məsə-
lənin (işin) künhünə çatmaq.
KÜNYƏ is. [ər.] Bir şəxsin adı, əsli-
nəsəbi və s. kimi xüsusiyyətlərini göstərən
qeyd (adətən ərəb dilində “əbu”, “ibn”,
“ümm” sözləri ilə başlanan ləqəb). Çün
Nəsiminin Əbülfəzi oldu həqdən künyəsi.
Nəsimi.
KÜP is. Kürədə bişmiş sarı palçıqdan, gil-
dən qayrılan iri saxsı qab. Su küpü. Bir küp
sirkə. Küpü doldurmaq. — Mənim rəhmətlik
dədəm burada yeddi küp qızıl basdırıb.
“M.N.lətif ’. Pusqu üçün girdi küpün dalına;
Çəkdi əlin bığına, saqqalına. S.Ə.Şirvani.
Çoban məşəlin yanındakı iri küpdən bir
parça [neft] götürüb məşələ atdı. M. Rzaqu-
luzadə. □ Küp qəbri tar. - çox qədimlərdə
ölülərin basdırıldığı və indi qazıntı halında
tapılan küpə - qəbir.
779
KÜP
0 Küp dibində yatan - daim sərxoş halda
olan adam haqqında. Küp dibində yatmaq
- həddindən çox içmək, həmişə sərxoş ol-
maq, sərxoşluq etmək. [İskəndər:] ..Cəlal,
ay Cəlal! Sən də mənim kimi dərs oxuyub
qurtarandan sonra, başlayacaqsan İskəndər
dadaşın kimi küp dibində yatmağa. C. Məm-
mədquluzadə. Küp qarısı - bax küpəgirən.
Daha pünhan qala bilməz nə xeyir, nə şər
əməli; Küdurətin küp qarısı gələ bilməz kələk
bizə. Şəhriyar. Küpünə girmək (çaxırın və s.
içkinin) - həddindən artıq içmək (şərab və b.
içki). [Məşədi Səfərqulu:] Sən öləsən, şəra-
bın küpünə girir. S.S. Axundov. Küpünü
yum! - ağzını yum! sus!
KÜP 2 is. 1. Bax dibcik. Tüfəngin kiipilə
vurub boynuna; Əl salıb cibinə, həmi qoy-
nuna... H.K.Sanılı. [Gödək kişi] tüfəngin
küpünü yerə qoydu, sağ əlini [Qədirə] verdi.
Mir Cəlal. Əsgər əlini tüfəngin küpünə vur-
du. Ə.Əbülhəsən. // Keçmişdə ağızdan, dolma
tüfənglərdə və tapançalarda lülə ilə çaxmağın
arasında piston qoyulan yer. [Ovçu] çaxma-
ğı qaldırıb gördü ki, küpündə piston da var.
M.Rzaquluzadə.
2. Baltanın sapı keçirilən yerin arxa hissəsi.
Baltanın küpü ilə vurmaq.
3. Xəncər və s. kimi kəsərtilərin əllə tu-
tulan hissəsi, dəstəsi, qəbzəsi.
4. Buxovun açarla açılıb-bağlanan hissəsi.
Buxovun küpü.
KÜPÇƏ is. Balaca küp, kürəcik. O qədər
küp üstə kiipçələr sınıb. (Ata. sözü).
KÜPÇÜ is. tp və s. boyayan adam; bo-
yaqçı.
KÜPÇÜLÜK is. Küpçünün işi, sənəti, pe-
şəsi; boyaqçılıq.
KÜPƏ 1 is. Su, yağ və s. tökülən müxtəlif
ölçülü saxsı qab. Yağı küpələrə doldurmaq.
Küpənin ağzını bağlamaq. Küpəyə doşab tök-
mək. - Saat yarımdan sonra Qurban gəldi.
Küpəni, ləyəni, parçı və bir lüləyin gətirdi.
C.Məmmədquluzadə. [Səlimə:] Küpənin di-
bində bir az gərək turşu olsun. Ə. Haqverdi-
yev. [Sadıq] içi kərə yağla dolu şirli küpəni
döşəməyə qoydu. Mir Cəlal. □ Küpə qoy-
maq (salmaq) - soyuq dəymiş adamın da-
lma balaca küpə (banka) qoymaq (salmaq).
[Günəş:] Səni soyuq almış, gəl belinə küpə
qoyum, - dedi. A. Şaiq. [Mələk:] Bu saat
KÜR
penisillin vuracağam, küpə salıb, üstünü
basdıracağam. M. İbrahimov.
KÜPƏ 2 is. dan. Tumurcuq. Ağacın küpə-
sinə baxmaq.
KÜPƏCİK bax küpçə.
KÜPƏÇİÇƏYİ is. bot. Parlaq, çox vaxt qır-
mızı çiçəkləri olan dekorativ kol-bitki.
KÜPƏGİRƏN: küpəgirən qarı folk. -
hiylə, biclik, fırıldaq, ara vurmaq kimi işlər-
lə məşğul olan qarı (nağıllarda mənfi surət
kimi işlənir). [Həkimbaşı:] Gör bir küpəgi-
rən qarı tapa bilərsəımıi? Ə.Haqverdiyev.
Kənardan küpəgirən, işsiz, peşəsiz, avam və
cahil qarılar meydanı daha da qızışdırardı-
lar. H. Sarabski.
KÜPƏLƏMƏ “Küpələmək”dən fis.
KÜPƏLƏMƏK/ Küpə qoymaq, küpə sal-
maq; bankalamaq. Xəstəni kiipələmək.
KÜPƏLƏNMƏ "Küpə lənmək” dən f is.
KÜPƏLƏNMƏK məch. Küpə qoyulmaq,
küpə salınmaq; bankalanmaq.
KÜPƏLƏTDİRMƏKbax küpələtmək.
KÜPƏLƏTMƏ “Küpələtmək” dən fis.
KÜPƏLƏTMƏK icb. Küpə qoydurmaq,
küpə saldırmaq; bankalatdırmaq.
KÜPƏMƏ “Küpomok”don fis.
KÜPƏMƏK/ dan. 1. Bax gopamaq 1-ci
mənada. Qız almanı kiipədi [Məlik Cümşü-
dün] dalınca. (Nağıl).
2. Acgözlüklə yemək, aşırmaq, tıxmaq,
ötürmək. Xörəyi kiipəmək.
KÜPSƏMƏ "Kiirsəmək”dən fis.
KÜPSƏMƏK bax küpəmək 1 -ci mənada.
Ağca xanım keçib uşağın qolundan tutdu,
murdar bir pişik balası kimi çıxarıb eyvana
qovdu, kürəyinə də bir yumruq küpsədi. Mir
Cəlal.
KÜR 1 sif. 1 . Ağlağan, qışqırıqçı, şıltaq. Kür
uşaq.
2. Hay-küyçü, zorakı, dediyini yeridən,
inadkar. Kür adam. - [Əlyarov:] Sonra ağ-
zıgöyçəklər deyəcəklər ki, Əlyarov kürdür,
heç kəslə yola gedən deyil. M. Hüseyn.
3. Tənbəl, bacarıqsız, aciz, əlindən iş gəl-
məyən. // Is. mənasında. Kür günortayacan
nə eyləyib ki, günortadan sonra nə eyləsin?
(Ata. sözü).
KÜR 2 sif. Pak, təmiz (su haqqında). Hovuz
kürdür.
780
KÜRD
KÜRD is. Azərbaycan, Türkmənistan, Su-
riya, İraq, İran, Türkiyə, Əfqanıstan və Pa-
kistanda yaşayan irandilli xalq və bu xalqa
mənsub adam. Əsli kürd olan bu adamın
ağası Alıkişi qapılarda muzdurluq etməklə
böyük ailəsini saxlayırmış. “Qaçaq Nəbi”.
[Qaçay:] Kürdün kürdə sovqatı, bir dəstə
bulaq otu, - deyiblər. Ə.Vəliyev.
0 Kürd-ovşarı, kürd-şahnaz və s. - klas-
sik Azərbaycan musiqisində muğam adları.
KÜRDİ is. mus. Əsasən kamançada ifa
olunan lirik musiqi.
KÜRDOĞLU is. mus. Aşıq musiqi forma-
larından biri.
KÜRDÜ bax küləcə.
KÜRDÜNAĞIRI is. mus. Yallı tərzində
oyun havası. Kürdünağırı çalmaq.
KÜRDCƏ zərf və sif. Kürd dilində. Kiirdcə-
azərbaycanca lüğət. Kiirdcə danışmaq.
KÜRƏ 1 is. [ər. kürrə] Yer kürəsi, üzərində
sakin oldıığumıız planet. Yer kürəsinin əha-
lisi. Geri fırlan, Yer kürəsi, zamandan küsüb;
Nüşabənin kəcavəsi təpədən aşdı... M. Araz.
□ Küreyi-ərz köhn. - Yer kürəsi, dünya.
Bu kürevi-ərzdə mən, müxtəsər; Müxtəlif əl-
van görürəm, qorxmuram. M.Ə. Sabir. // Şar,
yuvarlaq şey. Küçələrdə sıra ilə yerə basdı-
rılmış çuqun dirəklərin başında ağ kürələr
parlayırdı. Ə. Sadıq.
KÜRƏ 2 is. [fars.] 1. Dəmiri qızdırmaq
üçün körüklə odu közərdilən dəmirçi ocağı.
Kürəni körükləmək. Dəmirçi kürəsi. - Dəmi-
ri kürədən dəmir çıxardar. (Ata. sözü). Əlli
qədəm bir-birindən aralı çadırların aşağı
tərəfində ağacdan bir çardaq tikilib, içində
böyük misgər kürəsi və bu kürəyə münasib
bir körük nəsb olub. M.F.Axundzadə. ..Kö-
rüklər basılır, kürə qızarır, zindan səslənir.
S. Rəhimov. □ Cəhənnəm kürəsi - bax
cəhənnəm. Yayda cəhənnəm kürəsi kimi hər
tərəfi yandıran Tehran günəşi, payızın son
ayları və qışda çox ilıq və mülayim olur.
M. İbrahimov.
2. Palçıqdan, gildən və ya dəmirdən dü-
zəldilən kiçik ocaq. Xörəyi kürədə bişirmək.
Kürəyə kömür tökmək. - Mətbəxdə mütləq
təııdiı; biri böyük, digəri kiçik iki ocaq, bir
kürə olardı. H. Sarabski. ..Fatma səkidə, pal-
çıqdan qoyulmuş kürədə südlü sıyıq bişirirdi.
Ə.Əbülhəsən.
KÜRƏK
KÜRƏ 3 is. Qulaqları uzıın (qoyun haq-
qında). Qoyun var kərə gəzər; Qoyun var
kürə gəzər; Gedər, dağları gəzər; Gələr, ev-
ləri bəzər. (Sayaçı sözü). // Sif. mənasında.
Kürə qoyun.
KÜRƏCİK is. 1 . Balaca kürə, kiçik kürə;
dairəcik. İki dozanqurdu mal təzəyini yuıııur-
layıb aparırdı. Onlar başıaşağı durub, dal
ayaqları ilə kürəciyi dığırlavırdılar. I.Şıxlı.
1. fiziol. Qanın tərkib hissəsi. □ Qırmızı,
ağ qan kürəcikləri - qanın tərkib hissəsi,
qanın ən xırda hissəcikləri.
KÜRƏÇİ is. Kürəyə xidmət edən adam;
ocaqçı yaxud kürədə kərpic, qab və s. bişir-
məklə məşğul olan adam.
KÜRƏÇİLİK is. Kürəçinin işi, peşəsi;
ocaqçılıq. Kürəçilik eləmək.
KÜRƏXANA is. [fars.] köhn. 1. Gildən,
palçıqdan hazırlanan şeylərin (məs.: saxsı
qab, kərpic və s.) bişirildiyi yer.
2. Çörəkxanalarda kürələr (peçlər) olan
yer; ocaqxana. Məşədi Hüseyn qoluçirməkli,
döşüöıılüklü xəmirxanadan kürəxaııava keçir,
dayanmadan geri qayıdırdı. Mir Cəlal.
3. Dəmirçi, misgər, qalayçı dükanlarındakı
kürə, odluq. Misgər kürəxanasından çıxan
mis məcməyi kimi qızaran günəş dağ arxa-
sından yavaş-yavaş boylanırdı. P.Makulu.
KÜRƏK 1 is. 1. Bədənin arxa hissəsinin
yuxarısında olan üçkünc şəkilli yastı sümük-
lərdən hər biri. [Qəhrəman:] Güllə arxasın-
dan, kürəkləri arasından dəyib keçmişdi.
H.Nəzərli. // İnsan bədəninin həmin hissəsi.
Kürəyini divara söykəmək. Kürəyini ovuş-
durmaq. - [At] Kərbəlayı Qasımın dalınca
gedə-gedə hərdən alnını sürtürdü Kərbəlayı
Qasımın kürəyinə. C. Məmmədquluzadə.
..Ağsaqqal həkim yuxarıdan əlini Əlisaııın
kürəyinə vurdu. S. Rəhimov.
2. Paltarın kürəyi örtən hissəsi. Pencəyin
kürəyinə astar tikmək. Paltarın kürəyi da-
ğılmışdır.
0 Kürək cəzası köhn. - bax katorqa.
Kürək çevirmək - dal çevirmək, üz dön-
dərmək. Atasını kürəyinə (dalma) sarımaq
(yükləmək) -bax atasını dalma sarımaq
(“ata”da). Kürək-kürəyə vermək - bir-
birinə arxalanmaq, kömək etmək, əl-ələ
vermək. Məsciddəki camaat soyuqdan titrə-
şirdi.. Soyuqdan donmamaq üçün ayaqlarını
781
KÜRƏK
yerə döyür, kiirək-kiirəyə verib bir təhər qı-
zışırdılar. İ. Şıxlı. Kürəyi yerə gəlmək -
basılmaq, məğlııb olmaq. [Kərəmzadə:] Sə-
nin qohıımuna bel bağlayanın bərkə düşən
kimi, kürəyi yerə gələr, Nisə! B.Bayramov.
Kürəyindən çıxartmaq - əvəz almaq, acı-
ğını çıxmaq. Kürəyini yerə vurmaq (qoy-
maq) - 1) basmaq, məğlub etmək; 2) taqətsiz
yıxılmaq, bihuş düşmək, düşüb qalmaq. Uca
bir dağ ətəyində; İnsan birdən ürəyində;
Amansız bir ağrı duydu; Kürəyini yerə qoydu.
M. Dilbazi. Kürəyini... söykəmək - aıxavın
olmaq, bel bağlamaq. Kürəyini dağa söykəyib.
KÜRƏK 2 is. 1. Torpaq və s. atmaq üçün
ağacdan qayrılmış uzundəstəkli alət. Kürək-
lə qar atmaq. Samanı kürəklə yığmaq. - Hə-
yətin sol tərəfində Vəliqulu əynində cındır
gödək arxalıq və başında köhnə boz papaq
kürəklə peyiıı sərirdi. C.Məmmədquluzadə.
İndi bəyin əli xəncər dəstəsindən deyil, sü-
pürgə və kürək dəstəsindən yapışmış, bazar
süpürürdü. H.Nəzərli.
2. B ax avar 1 . Kürək çəkmək. - Dürrə ..
kürəkləri tez-tez tərpədərək sürətlə irəlilə-
inəyə başladı. S.Vəliyev.
0 Kürəklə ağzına vurmaq -bax ağzın-
dan vurmaq (“ağız”da).
KÜRƏKAYAQLILAR cəm zool. Suda üz-
mək üçün ayaqlan kürək şəklində olan mə-
məli heyvanlar dəstəsi. Balinalar kürəka-
yaqlılara nisbətən su ilə daha çox əlaqədar-
dır. “Zoologiya”.
KÜRƏKCİK is. Balaca kürək, kiçik kürək
(bax kürək 2 ). Kürəkciklə işləmək.
KÜRƏKÇİbax avarçı.
KÜRƏKƏN is. Qızın ərinin, qızın ata və
anasına olan qohumluq münasibəti; yeznə,
[imran:] Hacı Murad, sən çox xoşbəxtsən ki,
İmran kimi kürəkənin var. S.S.Axundov.
Yaxşı yol, oğlum! - deyərək, qoca q ay inana
öz cavan kürəkənini yola saldı. B.Talıblı.
[Vahimə:] Bacım da durdu, durdu, özünə
kürəkən tapdı. B.Bayramov.
KÜRƏKƏNLİK is. Kürəkənin öz arvadı-
nın ata-anasma olan qohumluq vəziyyəti.
KÜRƏKLƏMƏ “Küroklomok”dən f.is.
KÜRƏKLƏMƏK/ 1 . Kürəklə atmaq, tə-
mizləmək; kürümək. Qan kürəkləmək. Buğ-
danı kürəkləmək. - Mühəndis qumu bir xeyli
kiirəklədi.. Mir Cəlal.
KÜRƏŞƏKİLLİ
2. Kürək (avar) çəkmək, avarlamaq. Qa-
yığı kürəkləmək.
KÜRƏKLƏNMƏ “Kü rok lənmək” dən / is .
KÜRƏKLƏNMƏK məch. 1 . Kürəklə tə-
mizlənmək, atılmaq; kürünmək. Tövlə kü-
rəkləndi.
2. Kürək çəkilmək, avarlanmaq. Qayıq
kiirəkləndikcə irəliləyirdi.
KÜRƏKLƏTMƏ “Kürəklə tmək”dən/w.
KÜRƏKLƏTMƏK icb. 1 . Kürəklə atdır-
maq, təmizlətmək; kürütdümıək. Qarı kürək-
lətmək.
2. Kürək çəkdirmək, avarlatmaq. Qayığı
kürəklətmək.
KÜRƏKLİ 1 sif. Enli kürəkləri olan, enli-
kürəkli. Kürəkli oğlan (kişi).
KÜRƏKLİ 2 sif. Əlində kürək olan. ..Bir
neçə yerdə əli belli və kürəkli kişilər uçuq
damların daşını və torpağını sökməkdə idi-
lər. C.Məmmədquluzadə ..Bunkerin qaba-
ğında, maşında taxılı boşaltmaq üçün əli
kürəkli iki arvad dayanmışdı. Ə.Əbülhəsən.
Belli, dəhrəli, yabcılı, külünglü, kürəkli adam-
lar bir-birinə qarışmışdılar. Ə.Vəliyev.
KÜRƏKLİK is. və sif. Kürək qayırmağa
yarar, kürək qayırmaq üçün (ağac və s.).
Kürəklik ağac. - Sən gördüyün ağaclar kü-
rəkliyə kəsildi. (Ata. sözü). Gəldi, gördü ki,
bu həyət daha o həyət deyil, gördüyü ağac-
lar kürəkliyə kəsilmişdir. Mir Cəlal.
KÜRƏLƏMƏ “Kürolomok”dən f.is.
KÜRƏLƏMƏK bax kürümək 1-ci mə-
nada.
KÜRƏMƏ “Kürənıək"don /./,s.
KÜRƏMƏKbax kürümək.
KÜRƏN sif Saçı, tükü parıltılı sarı-qırmızı
rəngdə olan. Kürən oğlan. - Kürən at, geriyə
dön! - dedikdə, kiirən at dərhal geriyə sıç-
radı. M. S. Ordubadi. // İs. mənasında. Bu
rəngdə saçı, tükü olan at, adam və s. Kürəni
minmək. Kürəni çapmaq. - Üfüqlərdə gü-
nəş; Alov yallı bir kürən. R.Rza.
KÜRƏNMƏ “Kürənmək”dən/w.
KÜRƏNMƏK bax kürünmək. Tövlə /di-
rənib qurtardı.
KÜRƏNVARİ sif Kürən rəngində, kürənə
bənzər; sarı-qırmızı.
KÜRƏŞƏKİLLİ sif. Kürə (şar) şəklində
olan; kürəvari, kürəvi.
782
KÜRƏVARİ
KÜRSÜ
KÜRƏVARİ bax kürəvi.
KÜRƏVARILIQ bax kürəvilik.
KÜRƏVİ sif. [ər.] Kürə (şar) şəklində,
kürəyəoxşar, şar şəklində, kürəvari, kürə-
şəkilli, girdə. Kürəvi cisim.
KÜRƏVİLİK is. Kürə şəklində olma, şara
oxşama; girdəlik, kürəşəkillilik, kürəvarilik.
KÜRƏYƏC is. bax kürək 2 1-ci mənada.
Kürəyəclə zibili bir yerə yığmaq.
KÜRK is. 1. Keçmişdə, əsasən, qoyun
dərisindən, indi isə süni tüklü dərilərdən tiki-
lən yaxud içi ya üzü bu kimi dəri ilə örtülü
olan isti qış geyimi. Kürk tikmək. Kürkü gey-
mək. - Telli .. Rizvanın da kürkünü Gülpərinin
çiyninə salırdı. S.Hüseyn. Soyuq bir cəhən-
nəm, bir yaman ölkə; Soyuq güc gətirdi, sığın-
dım kürkə. Ə.Cavad. Balkanlılar tərsinə gey-
di köhnə kürklərin; Qorxutmağa durdular
Avropanın türklərin.. A.Səhhət. // Qiymətli
xəzdən tikilmiş qadın, uşaq isti üst geyimi.
Dovşan dərisindən kürk. - Yumşaq tükdən boz
kürkümə; Anam büküb bu yaz məni. M. Dil-
bazi.
2. Məc. mənada. Örtük, pərdə. Dağlar ağ
kürkə bürünmüşdü. - Siyasi dumanların kə-
sif kürkünə girib .. nəşələr dünyasında üzən
bu şəhər [Bağdad] minlərcə .. xəfiyyələrin
əlində idi. M.S. Ordubadi.
0 Kürkünə birə dolmaq (düşmək) - təş-
vişə düşmək, əl-ayağa düşmək, həyəcan ke-
çirmək, narahat olmaq. Bu son aylar nədənsə
Nemətullayeviıı kürkünə birə dolmuşdu.
S. Rəhimov. Kürkünə birə salmaq - birini
təşvişə salmaq, qorxuya salmaq, bir şeylə
qorxudaraq narahat vəziyyətə salmaq. Bağır
bayaqdan bəri qonşusunun atmacalarını ve-
cinə almırdı, amma Piti Namazın indi dedik-
ləri kişinin kürkünə birə saldı. I.Məlikzadə.
Kürkünü sudan çıxarmaq - çətin vəziy-
yətdən özünü çıxara bilmək (çıxarmaq), öz
işini düzəltməyi bacarmaq.
KÜRKÇÜ is. 1 . Kürktikən usta; kürk tikib
satmaqla məşğul olan adam. Kürkçünün
kürkü olmaz, börkçünün börkü. (Ata. sözü).
2. Yaxşı dəri, xəz tanıyan adam; dəri, xəz
mütəxəssisi.
KÜRKÇÜLÜK is. Kürkçünün işi, peşəsi,
sənəti. Kürkçüliiklə məşğul olmaq.
KÜRKLÜ sif. Əynində kürk olan, kürk gey-
miş. Kürklü qoca. -Kürklii arabaçı əlini gö-
zünün üstünə qoyub baxdı, ancaq bir şey
görmədi. S. Rəhimov. Qalın kürklü, çiyni tü-
fəngli qoca sağ böyründən əleyhqaz asmışdı.
Ə.Əbülhəsən.
KÜRKLÜK is. 1. Kürk tikilməyə yarar.
Kürklük dəri, xəz.
2. Rəqəmlərlə - rəqəmin göstərdiyi miq-
darda kürk tikməyə kifayət edəcək qədər.
iki kürklük dəri.
KÜRKTİKƏN bax kürkçü 1-ci mənada.
KÜRLƏŞMƏ “Kürləşmək”dən fis.
KÜRLƏŞMƏK/ 1 . Getdikcə ağlağan, qış-
qırıqçı, şıltaq olmaq (uşaq haqqında). Aylar
keçdikcə körpə kürləşir, ağlamaqdan yorul-
mur, Firəngizin yuxusu isə göyə çəkilirdi.
S. Rəhimov.
2. Tənbəlləşmək, tənbəl olub getmək, vax-
tını boş-boş keçirmək.
KÜRLÜK is. 1 . Ağlağanlıq, şıltaqlıq, qışqı-
rıqçılıq (uşaq haqqında). Uşaq kürlükdən
arıqladı.
2. Tənbəllik, bacarıqsızlıq, acizlik. Kürlük
etmək.
KÜRNƏC is. məh. Bir yerə toplanma, yı-
ğışma, topa halında dayanma (qoyun və s.
haqqında). [Pası] ..qoyunların kürnəcdə çox
dayanmasına yol verməzdi. S. Rəhimov.
Kürnəc bağlamaq - bir yerə toplanmaq,
yığılmaq, sıx dayanmaq (qoyun və s. haq-
qında). Gün getdikcə yağlanır, qoyun kür-
nəc bağlayır, köç dəhmərlənib gedirdi.
Ə. Vəliyev.
KÜRRƏ klas. bax kürə 1 . İllər olub - kür-
rələrdə dəmir olmuşuq; Sərhədlərdə dayan-
mışıq küləkdən ayıq. M.Araz.
KÜRSƏK is. İtlərin, canavarların və bəzi
başqa vəhşi heyvanların cütləşməsi, cinsi
əlaqə prosesi və bu prosesin dövrü.
KÜRSÜ is. [ər.] 1. Yanları və söykənəcə-
yi olmayan stul; kətil. Kürsüdə oturmaq.
- Xəstənin yanındakı kürsünün üstündə otu-
ran mülayim bir həkim fısıltı ilə danışırdı.
H.Nəzərli. Dünən əl çalındı bir sənətkara;
Bir kürsü qulunun rəngi dəyişdi. M.Araz.
// Kreslo, stul. Kürsüləri düzmək. - Otağa
xalılar salınıb və yumşaq divan və kürsülər
qoyulub. Ə. Haqverdiyev. Ziyafət məclisinin
yuxarı başında üç boş kürsü qoyulmuşdu.
M.S.Ordubadi.
783
KÜRT
2. Tribuna, kafedra. Kürsüdən danışmaq.
- Salona daxil olduqda Sona xalanı kürsüdə
nitq söyləyən gördüm. S.S.Axundov. Yo-
ğunca bir adam olan Mehman davı yerindən
qalxıb kürsünün dalına gəldi. Ə. Sadıq.
□ Kürsüyə çıxmaq - nitq demək, çıxış et-
mək və s. üçün tribunanın arxasına keçmək.
Natiq kürsüyə çıxdı. — Mən də çıxdım kürsü-
lərə, mən də söyüldüm, söydüm. S. Rüstəm.
Natiqlər bir-birinin arxasınca kürsüyə çıxıb
düşürdülər. S.Rəhman. Danışıq kürsüsü -
bax xitabət kürsüsü. [Məhəmmədcəfər]
danışıq kürsüsünə çıxanda əlinin içi ilə ba-
şını tez-tez dala darıyardı. Qantəmir. Xita-
bət kürsüsü - bax kürsü 2-ci mənada.
Burda nə səhnə vardır, nə xitabət kürsüsü;
Nə əl-qolunu ölçən; Bir natiqin gur səsi.
R.Rza. Salmanov növbəarası iclası açıb ona
söz verincə, Haşımov .. xitabət kürsüsünün
arxasına keçdi və .. danışmağa başladı.
Ə.Əbülhəsən.
3. məc. Vəzifə, rütbə, mövqe mənasında.
[Hikmət İsfəhani] bir neçə dəfə məclis vəkili
olmuş, baş vəzir kürsüsünü tutmuşdur. M.İbra-
himov.
4. Keçmişdə: qızınmaq üçün altına man-
qalda və ya çalada od qoyulub, üstünə iri
yorğan salman yastı stol. Kürsü qurmaq. Kür-
süyə girmək. Kürsüdə qızınmaq. - Yayda yük
üstü ona yaylaq idi; Kürsülər altı ona qışlaq
idi. S.Ə.Şirvani. ..Qışuı soyuğunda da adam
istəyir girsin isti kürsüyə və yorğanı çəksin
başuıa.. C.Məmmədquluzadə. Evin ortasın-
da qədim qayda ilə kürsü qurulub, Məşədi
Ağabanı kürsüdə oturub, əlində qırmızı par-
çadan özünə köynək tikir. M.Əliyev.
KÜRT sif. Quşların bala çıxarma zama-
nındakı halı, vəziyyəti. Kürt ördək. Kürt qaz.
□ Kürt düşmək (yatmaq) bala (cücə)
çıxarmaq üçün yumurta üstündə oturmaq.
Ev sahibi gözlədi; Ana qaz kürt düşsün. R.Rza.
Səttarın göyərçinləri yumurtaladılar, kürt
düşüb bala çıxartdılar. Ə.Məmmədxanlı.
0 Kürt toyuq məc. - evdən xaricə çıx-
mayan, tənbəl adam haqqında. Kürt toyuq
kimi yerimək - yanlarını basa-basa, ağır-
ağır yerimək. Kürt toyuq kimi yeriyən Aşıq
Abbasın dalınca zurnaçı Əkbər sürünürdü.
Mir Cəlal.
KÜSDÜM
KÜRTLÜK is. Kürt düşmüş və ya kürt
yatan quşun halı, vəziyyəti.
KÜRTÜK is. məh. Yazda dərələrdə qalmış
qar komaları.
KÜRÜ is. zool. 1 . Balıqların, amfibiyalann,
molyuskların və suda yaşayan başqa hey-
vanların artmaq üçün tökdükləri dənşəkilli
yumurtacıqlar. Kürü tökmək. - ..Balığı tutub
onların kürüsünü mayalayıb satırlar. H.Zər-
dabi. // Balığın ərzaq məhsulu kimi işlənən
dənşəkilli yumurtacıqlarmdan ibarət kütlə.
Qırmızı balıq kürüsü.
2. Xırda doğranmış tərəvəz, göyərti və
s.-dən ibarət yemək.
KÜRÜLƏMƏ “Kürülomok”don f.is.
KÜRÜLƏMƏK f. Kürü tökmək. Balıqlar
küriilədi.
KÜRÜLÜ sif. Kürüsü olan. Küriilü balıq.
KÜRÜMƏ “Kürümək”dən f.is.
KÜRÜMƏK f. 1 . Kürəklə təmizləmək, gö-
türmək; kürəklə götürüb atmaq. Qarı kürü-
mək. Tövləni kürümək. Peyini kürümək. —
[Qumru] dəhlizdən ötəndə xırıltı səsi eşitdi.
Elə bil damda qar kürüyürdülər. Mir Cəlal.
2. məc. Rədd etmək, qovmaq, uzaqlaşdır-
maq. O, yer üzündən silmək, yaxud heç olmaz-
sa, bu rayondan kürüyüb yerinə keçmək is-
tədiyi bu adamı belə görəndə təəccüb edir.
S. Rəhimov.
KÜRÜNMƏ “Kürünmək”dən/w.
KÜRÜNMƏK 1 . məcli. Kürəklə təmizlən-
mək, kürüyüb atılmaq. Küçənin qarı kürünüb.
Tövlə küründü.
2. qayıd, dan. Çıxıb getmək, rədd olub get-
mək. Dur, buradan kürün.
KÜRÜNTÜ is. Kürünüb yığılmış şeylər
topası.
KÜRÜTDÜRMƏ “Kürütdürmək”dən f. is
KÜRÜTDÜRMƏK icb. Kürək və s. vasitə-
silə təmizlətmək, kürüyüb atdırmaq. Həyəti
kürütdürmək. Peyini kürütdürmək.
KÜRÜTMƏ “Küıütmək”dən f.is.
KÜRÜTMƏK bax kürütdürmək. Xır-
manı kiiriitmək.
KÜRÜTÖKMƏ is. xüs. Balıqların ktirütök-
mə dövrü və prosesi.
KÜSDÜM, KÜSDÜMAĞACI is. bot. Pax-
lalılar fəsiləsindən xırda lələkvari yarpaqlı
ağac.
784
KÜ SDÜMGÜLÜ
KÜSMƏK
KÜSDÜMGÜLÜ is. bot. Küsdümağacmın
gülü.
KÜ SDÜMOTUKİMİLƏR cəm bot. Küsdü-
motu və bəzi başqa paxlalı bitkilərin daxil
olduğu bitki yanmfəsiləsinin adı.
KÜSDÜRMƏ “Küsdürmək” dən/w.
KÜSDÜRMƏK t-li. Küsməsinə, inciməsi-
nə səbəb olmaq; incitmək, ürəyinə toxunmaq,
qəlbini qırmaq. Dostunu özündən küsdürdü.
- Rəqibdən kam al indi ; Dərdin yada sal
indi; Küsdürübsən yarını; Evdə yalqız qal
indi. (Bayatı). Söylədi: - Camaat, küsdürdük
sizi; Gərəkdir qalmaya inciklik izi. H.K.Sanılı.
KÜSƏN bax küsəyən. Küsən payını artı-
rar. (Məsəl).
KÜSƏNMƏ “Küsənmək”dən f.is.
KÜSƏNMƏK f. 1 . Ummaq, gileylənmək,
giley-güzar etmək, küsən kimi olmaq. Dost
dostdan küsənən - Nə üçün hamı mənə düş-
mən gözü ilə baxır, yoldaş leytenant, mənim
günahım nədir?. . - deyə. Vəli küsənən (f. sif. )
bir dost ədası ilə xəbər aldı. M.Hiiseyn.
2. Qibtə etmək, həsrətini çəkmək. Yaxşı
geyimə küsəıııııək. - Ataların misalıdır: keçən
günə gün çatmaz; Ol səbəbdən kiisəııirəm
əzəlki çağlara mən. Molla Cümə. ..Qız da,
oğlan da Nəcibəniıı yar-yaraşığına küsəııir.
Mir Cəlal.
3. Qürrələnmək, arxayın olmaq, bel bağla-
maq. Varlılığa küsənən yoxsulluğa tez düşər.
(Ata. sözü).
KÜSƏYƏN sif. Tez küsən, hər şeydən in-
ciyən, küsən; dəymədüşər. Küsəyən qız. Kü-
səyən uşaq. - [Mehriban xanım] gah şıltaq
bir qız, gah ceyraııbaxışlı bir gəlin, sonra da
indiki kimi küsəyən bir uşağa bənzər qcırı şək-
lində dayanıb dururdu. S. Rəhimov. [Misir]
ağızdan pərtov, küsəyən idi, söz saxlaya bil-
məzdi. Ə.Vəliyev. // Obrazlı təşbehlərdə. Bu
yerlərdə nə istəsən taparsan. Yumşaq tor-
pağa qanad sərən yemliyi, qazay ağını, .. köl-
gə və sərinlik sevən çiyələyini, küsəyən bənöv-
şəııimi deyim?! Mir Cəlal. // Is. mənasında.
Küsəyənin payını yeyərlər. (Ata. sözü).
KÜSƏYƏNLİK is. Küsəyən adamın xasiy-
yəti.
KÜSKÜ bax küsü.
KÜSKÜN 1. sif Küsmüş, incik, incimiş,
narazı. Özünə yoldaşın görüb üsküıı; Bəzi ol-
muş həyatına küskün. A.Səhhət. Yenə bilməm
nədir bu küskün hal? Daima həmdəmin dü-
şüncə, xəyal. H.Cavid. Qız, bu küskün kön-
lümü; Bircə sənsən güldürən. Ə. Cavad.
2. bot. bax küsdümağacı.
küskün-küskün zərf Küsmüş halda, na-
razı halda, incik-incik (adətən poetik təş-
behlərdə işlənir). Ay baxar küskiin-küskün..
Ə. Cavad. Sən baxarkən mənə bəzən elə
küskiin-küskün; Oldu can miilkü pərişan
deməyim, bəs nə deyim? S. Rüstəm.
KÜSKÜNCƏSİNƏ zərf Küsmüş halda,
küskün tərzdə, narazı halda, incimiş kimi,
incikcəsinə. Küsküncəsinə cavab vermək.
KÜSKÜNLƏŞMƏ “Küskünləşmək”dən
f.is.
KÜSKÜNLƏŞMƏK f. Ruhdan düşmək,
bədbinləşmək; narazı olmaq, incimək. Səməd
bəlkə də küskiinləşib başladığı işdən soyuyar.
İ.Hüseynov.
KÜSKÜNLÜK is. Küsülülük, küsü saxla-
ma, küsmə; inciklik, narazılıq. Atası ilə anası
arasında olan küskünlük, ailə həyatında olan
uyğunsuzluq onda acı təsirlər oyadırdı.
A.Şaiq. Dedi: — Az-az görünməyim küskün-
lükdən nişanədir; Dedim: - Bir az açıq da-
nış, bu sözünün sirri nədir? S.Vurğun. Lakin
gecə keçdiyini görərkən [Sürəyya] babasına
qarşı bir küskünlük duyaraq kövrəldi və səs-
sizcə ağlamağa başladı. Ə.Məmmədxanlı.
KÜSMƏ “Küsmək”dən f.is.
KÜSMƏK f 1 . Hər hansı bir səbəbə görə
birindən (adətən öz yaxın adamından) inci-
mək, onunla danışmamaq, onu dindirməmək.
Yoldaşından küsmək. Qonşudan küsmək. -
[Kərbəlayı ismayıl Zeynəbə:] ..Axırı, heç
olmasa, götürüb nəçərııikə yazaram ki, filan
arvad ərindən küsüb. C.Məmmədquluzadə.
// Ümumiyyətlə, incimək, qəlbi sınmaq, xətri
qalmaq. Mehribanlıq görməyib bir məhliqa-
dəıı küsmüşəm; Gündə yüz al eyləyən qəlbi-
qaradan küsmüşəm. M.P. Vaqif. Bizim bu söz-
lərimiz bir çox adamların xoşuna gəlmirdi.
O adamlar bizdən küsürdülər.. Ü.Hacıbəyov.
[Sultan:] Küsərsən, qulağından çəkib qay-
tararam və deyərəm: - Dur burada, böyü-
yün sözünə baxmayan böyiirə-böyürə qalar.
İ.Hüseynov.
785
KÜSTAX
2. məc. Bədbinləşmək, bədbinliyə qapıl-
maq. Həyatdan küsmək. Dünyadan küsmək.
KÜSTAX sif. [/era.] klas. Abır-hörmət bil-
məyən, özünü tərbiyəsizcə aparan; ədəbsiz,
tərbiyəsiz, sııtıq, həyasız.
KÜSTAXLIQ is. klas. Ədəbsizlik, tərbiyə-
sizlik; ədəbsiz, tərbiyəsiz hərəkət. [Müəllim:]
Bağışlayın, İskəndər bəy, hərçənd bəndənin
tərəfindən küstaxlıqdır sizə nəsihət eləmək,
amma uşaq tayfasına o cür sözləri deməyi-
niz bir az bicadır. C. Məmmədquluzadə. Xü-
susən yaşlı və böyük şairlərin iştirak etdiyi bu
məclisdə bizim şeir oxumağımız kiistaxlıq-
dır. M.S. Ordubadi. // Sırtıqlıq, həyasızlıq.
KÜSÜ is. Bir-biri ilə danışmama halı; küs-
mə. Küsülü qardaş, gəl yükü çataq, yenə kü-
sümüz küsü. (Məsəl). Artıq yetər, bu nə umu,
nə küsü; Sal yadına o qayğısız günləri.
Ə.Cavad. [Fərman Mələyə:] Heç fikir eləmə,
ömrü boyu cəhənnəmdə yanmaqdansa, ata-
ananııı bircə aylıq küsüsünə dözmək yaxşıdır.
M.İbrahimov. □ Küsü saxlamaq (tutmaq,
bağlamaq) - bir-biri ilə danışmamaq, kü-
sülü vəziyyəti davam etdirmək, dindirmə-
mək. Şirvana yol bağlaram; Dərd əlindən
ağlaram. Yardan kağız almasam; Mən də
küsü şaxlaram. (Bayatı).
KÜSÜLÜ sif. Küsmüş, incimiş, küsü
saxlayan. Küsülü (z.) qalmaq. - Gah küsülü
olub, gahi barışıb; Bir saat keçməmiş ara
qarışıb. Q.Zakir. [Ağa Kərim:] Mən bir
cüzvi işdən ötrü [Ağa Salmanla] küsülüyəm.
M.F.Axundzadə. Leyk gəl indi biz əyri
oturaq, düz danışaq; Elə bil küsülü idik, gəl
təzədən bir barışaq. S.Ə.Şirvani. □ Küsülü
kimi - sanki bir-birindən küsmüş, bir-birini
dindirməyən adamlar kimi. Dostlar bir-iki
dəqiqə susub, küsülü kimi ayrı-ayrı səmtə
baxdılar. M.Flüseyn. Küsülü kimi hərə öz
aləminə dalmış, öz fikri ilə məşğuldu.
M.İbrahimov.
KÜSÜLÜLÜK is. Bir-biri ilə danışmama,
bir-birindən küsmə vəziyyəti. Küsülülüyü-
müz öz yolu ilə, dost, eşitmişəm otaq axtarır-
san, gəl səni bir xeyirli yerə calayım. Mir Cəlal.
Hə, nə var, küsülülüyün keçdimi? Q. İlkin.
KÜSÜŞMƏ “Küsüşmək”dən fiis.
KÜSÜŞMƏK qarş. Bir-birindən küsmək.
Xatırında varım, hərdən küsüşüb; Deyərdin:
- Danışma, dindirmə məni! R.Rza.
KÜT
KÜŞ is. İti qısqırtmaq üçün çıxarılan səs.
( İskəndər qapıya tərəf gedib): kiiş, küş, kiiş;
xa... xa... xa...; küş, küş, küş... iti muşqurur.
C .Məmmədquluzadə.
KÜŞDƏRƏ is. məh. Ağacın içini ovub çı-
xarmaq üçün alət.
K Ü Ş I)Ə R Ə I. Ə VI Ə /. is . “Küşdərələmək”-
dən f. məh.
KÜŞDƏRƏLƏMƏK Ağacın içini ovub
çıxarmaq.
KÜ ŞKÜRMƏK bax küşkürtmək. Axırda
da görürük ki, əcnəbilərin uşaqları məktəb-
lərdə oxuyanda, bizimkilər küçələrdə iti küş-
kürürlər dəıyişlərin üstünə. C.Məmmədqu-
luzadə.
KÜŞKÜRTMƏ “ K üşk ürtmok ” dən /.' is.
KÜŞKÜRTMƏK f. İti bir başqasının üstü-
nə saldırmaq; qısqırtmaq. [Nazlı:] Vallah,
dadaş, ağam gələndə deyəcəyəm ki, dadaşım
iti küşkürdürdü adamların üstünə. C. Məm-
mədquluzadə.
KÜŞ-KÜŞ təql. Uşağı yatırtmaq üçün çı-
xarılan səs. Küş-küş etmək - uşağı yatırt-
maq üçün “küş-küş” deyə oxşamaq. Ana
körpəni küş-küş edib yatırtdı.
KÜŞTÜ is. [fars .] 1. köhn. Güləşmə, qur-
şaq yapışma. Qara pəhləvan gəlib ərəb pəh-
ləvana əl verdi. Onda ara açıldı, küştü baş-
landı. “Koroğlu”. Meydan sulandı, süpürüldü,
küştü başlandı. (Nağıl). □ Küştü tutmaq -
güləşmək, qurşaq yapışmaq. ..Meydana pəh-
ləvanlar çıxıb küştü tutarlar. C. Məmməd-
quluzadə.
2. Bax küşültü.
KÜŞÜLDƏMƏ “Küşüldəmək”dən /;'s.
KÜŞÜLDƏMƏK f. Küşültü səsi çıxarmaq.
Dalğalar küşüldəyərək özünü buruğun də-
mir sütunlarına çırpıb geri qayıtdıqca, dörd
yandan hiicuma keçdikcə [Flüseynağa] ürə-
yində Sərdarovu söyürdü. M.İbrahimov.
KÜŞÜLTÜ is. Gəlib-qayıdan dalğaların
güclü hərəkətindən hasil olan səs.
KÜT 1 sif. 1 . Kəsməyən, iti olmayan, kəsə-
ri olmayan. Küt bıçaq. Küt balta. - [Qulu:]
Bu elə kütdür ki, heç yer də qazmaz.
S.S.Axundov. Qurd .. dişlərilə onu küt kəl-
bətin kimi sıxıb qançır etmişdi. M. Rzaqulu-
zadə.
2. məc. Kütbeyin, gec başa düşən, zehin-
siz, dərrakəsiz, fərasətsiz, qanmaz, qavrama
786
KÜT
qabiliyyətindən məhrum. Küt adam. - Yaman
qonşu, küt oğul; Qov vanından, xətadır. (Ata.
sözü). O küt miinəqqidi bir salın başa ; Öm-
ründə bir dəfə qoy adam olsun! M. Rahim.
// Is. mənasında. Kütün biridir.
3. Bax boğuq 2-ci mənada. Küt tüfəng
səsi. - ..Ayaq üstündə çürümüş iri ağacın
yıxılmasına bənzər küt bir xırıltı eşidildi.
B. Bayramov. Küt bir güllə səsi eşidildi.
İ. Hüseynov.
4. məc. Kəskin olmayan, o qədər də hiss
edilməyən (ağrı, sancı və s. haqqında). [Xan]
alnında küt bir sancı duydu, başı gicəldi.
M. Rzaquluzadə. [Bəhlul:] Özümdən asılı ol-
mayaraq, ürəyimdə küt bir ağrı hiss eləyir-
dim. B. Bayramov.
5. məc. İfadəsiz, mənasız, heç bir şey ifadə
etməyən. Küt nəzər. - Hacının gözündə küt
və vahimə ilə dolu bir ifadə hakim idi.
M.İbrahimov. Bu küt baxışlı, yekəpər bir oğ-
lan idi. H.Seyidbəyli.
0 Küt bucaq - həndəsədə: düz bucaqdan
böyük bucaq.
KÜT 2 is. Təndirin divarından düşüb od və
ya kül üstündə bişən yöndəmsiz çörək. Küt-
ləri təndirdən çıxarmaq. Kütün külünü təmiz-
ləmək. - It haradan aldı iki kütü, birini yesin,
birini də başının altına qoysun. (Ata. sözü).
□ Küt getmək - təndirin divarından qopub
od və ya kül üstünə düşmək. Çörəklər küt
getdi.
0 Küt getmək məc. - Yorğunluqdan tez
və bərk yatmaq, yuxulamaq. Uşaqlar küt get-
dilər.
KÜTBAŞ sif. Küt, ağılsız, gecqanan; küt-
beyin. Kütbaş adam.
KÜTBAŞLIQ is. Kütlük, fəhmsizlik, anlaq-
sızlıq; kütbeyinlik.
KÜTBEYİN bax kütbaş. Kimisi avam
olur; kütbeyin, cahil olur; Kimi əlli-ayaqlı;
hay-haray, paxıl olur. R.Rza.
KÜTBEYİNLİK bax kütbaşlıq.
KÜTBUCAQ(LI) sif. riyaz. 90°-dən böyük
olan bucaq.
KÜTLƏ is. [ər.] Mexanikanın əsas kəmiy-
yətlərindən biri - bir cisimdə olan maddə-
nin miqdarını ölçən əsas kəmiyyət; cismin,
ona təsir edən qüvvəyə nisbətlə inersiyalı-
lığm ölçüsü.
KÜTLƏŞDİRMƏK
2. tex. Formasız, xəmirvari qatı və ya ya-
rımqatı maddə. Yapışqan kütləsi. Yaşılımtıl
qatı kütlə. Ağac kütləsi (kağız hazırlamaq
üçün yarımfabrikat). - Nəmli qatışığa .. şam
yağı əlavə edib, kütlə hazırlayırlar. R.Əliyev.
3. Böyük parça, kom, yığın, qalaq. [Muz-
dur] ..kağız ..yüzlük dəstəsini kütləsilə əlinə
aldı. S.Qənizadə. Faydalı qazıntıların bəzi-
ləri böyük kütlələr şəklində, bəziləri ayrı-ayrı
damarlar, səpələnti və sairə şəkildə tapılır.
M. Qaşqay.
4. Əhalinin, xalqın böyük bir topluluğu;
əhalinin, zəhmətkeşlərin geniş dairələri;
camaat. Kütlənin tələbi {iradəsi). - [Almaz:]
Kütləyə əsaslanmayan hər bir təşəbbüs ölü-
mə məhkumdur. C. Cabbarlı. Ey geniş kütlə-
nin acısı, şərbəti; Alovlu sənəti! M. Müşfiq.
Kütlədə qəbiristan sükutu davam edirdi.
H.Nəzərli. // Ümumiyyətlə, camaat, xalq,
əhali, böyük izdiham. Kütləyə müraciət etmək.
- Musa kişi maraqla kütlənin içərisinə gir-
mək istəyən Firidunu qarşıladı. M.İbrahimov.
// Müəyyən xüsusiyyətlərinə görə birləşən
adamlar qrupu; zümrə. Tələbə kütləsi. Ziyalı
kütləsi. - Geniş oxucu kütləsi böyük satiriki
"Molla Nəsrəddin ” adı ilə tanımağa başladı.
M.İbrahimov. Böyük bir yarımdairə halında
toplaşmış iştirakçı və tamaşaçılar kütləsinin
mərkəzində bir masa qoyulmuşdu. M. Rza-
quluzadə.
KÜTLƏLİ sif Kütləsi olan; tutumlu.
KÜTLƏNDİRİLMƏ “Kütləndirilmək”dən
fis.
KÜTLƏNDİRİLMƏK bax kütləşdirilmək.
KÜTLƏNDİRMƏ “Kütlondrnnək”dən/.7.s.
KÜTLƏNDİRMƏKbax kütləşdirmək.
KÜTLƏNMƏ “Kütlənmək”dən/;'s.
KÜTLƏNMƏK bax kütləşmək.
KÜTLƏŞDİRİLMƏ “Kütləşdirilmək” dən
fis.
KÜTLƏŞDİRİLMƏK məcli. 1 . Küt hala sa-
lınmaq, kəsəri azaldılmaq; korşaldılmaq.
2. məc. Həssaslığı, qavrama qabiliyyəti
azaldılmaq.
KÜTLƏŞDİRMƏ “Kütləşdirmək” dən fis.
KÜTLƏŞDİRMƏK/ 1. Küt hala salmaq,
kəsməz hala salmaq, kəsərini azaltmaq.
Bıçağı kütləşdirmək. Qayçını kütləşdirmək.
- Dostlar! Kütləşdirməyək döyüş yarağını.
S. Rüstəm.
787
KÜTLƏŞMƏ
2. məc. Həssaslığını, qavrama qabiliyyə-
tini, dərrakəsini azaltmaq, zəiflətmək; küt
eləmək. Beynini kütləşdirmək. - [İngilislər]
kütlənin siyasi şüurunu kütləşdirməyə səy
edərək ..mövhumat və bidətləri canlandırır-
dılar. M.S. Ordubadi.
KÜTLƏŞMƏ “Kütləşmək”dən (is.
KÜTLƏŞMƏK / 1. Küt olmaq, kəsməz
hala gəlmək, kəsəri azalmaq; korşalmaq.
Balta kütləşib. Bıçaq kütləşib - Baxma rəfiqə,
qohum, qardaşa; Kütləşib, ülgüclərini çək
daşa! Ə.Nəzmi. Neçə vaxtdı ki, Gövhər qiy-
nıəkeşi işlətmirdi .. qiyməkeş yaman kütləş-
mişdi. H.Seyidbəyli.
2. məc. Həssaslığını itirmək, qavramaq
qabiliyyətini, dərrakəsini itirmək. Hafizəsi
kütləşmək. - Nəhayət, yorulur, kütləşir başı;
Dönüb kölgələnir məyus baxışı. S. Vurğun.
// Keyimək, keyləşmək. Soyuqda dayanmaq-
dan kütləşmiş Ələmdar balkonun qabağına
yeriyib, əlini qulağına gətirdi.. S. Rəhimov.
3. məc. Azalmaq, zəifləmək, hissedilməz
hala gəlmək. Getdikcə “alo, alo” səsləri
çoxalır. Mehribanın ürəyindəki ağrı kütlə-
şirdi. H.Seyidbəyli.
KÜTLƏVİ sif. [ər.] 1. Geniş xalq kütləsi-
nin, yaxud çoxlu adamın iştirakı ilə olan.
Kütləvi fəhlə hərəkatı. Sülh tərəfdarlarının
kütləvi hərəkatı. П Kütlənin iştirakı ilə olan,
çox adam tərəfindən görülən. Kütləvi səhnə.
Kütləvi gəzinti. - İndi böyük və geniş foyedə
ağır və yeknəsəq addımlarla kütləvi bir vals
oynanırdı. S.Hüseyn. Slavyanlar İtaliya faşist-
lərindən intiqam almaq üçün kütləvi surətdə
partizan dəstələrinə qaçırdılar. S.Vəliyev.
// Tək-tək adam tərəfindən deyil, bir çoxları
tərəfindən edilən, göstərilən; kütləyə xas olan.
2. Kütlə üçün, çox, külli miqdarda, geniş
miqyasda. Kitab kütləvi tirajla buraxılmışdır.
3. Geniş kütlə üçün görülən, xalq üçün
edilən. Keçən gün seçkiqabağı məni seçici-
lər arasında kütləvi iş aparmaq üçün Xıdır-
Iıya göndərdilər. S. Rəhman. // Geniş kütlə
üçün, çoxlu adam üçün olan. Kütləvi kitab-
xana. Kütləvi nəğmələr.
KÜTLƏVİLƏŞDİRİLMƏ “Kütləviləşdiril-
mok”don fis.
KÜTLƏVİLƏŞDİRİLMƏK тәсһ. Kütləvi
xarakter verilmək, bütün kütləyə aid edilmək;
populyarlaşdırılmaq.
KÜY
KÜTLƏVİLƏŞDİRMƏ “Kütləviləşdir-
mək”dən fis.
KÜTLƏVİLƏŞDİRMƏK icb. Kütləvi xa-
rakter vermək, bütün kütləyə aid etmək, küt-
ləvi etmək; populyarlaşdırmaq.
KÜTLƏVİLƏŞMƏ "Kütləviləşmək”dən
fis.
KÜTLƏVİLƏŞMƏK f. Kütləvi mahiyyət
almaq, bütün kütləyə aid olmaq, kütləvi ol-
maq; populyarlaşmaq.
KÜTLƏVİLİK is. Kütləvi mahiyyət daşı-
ma, kütləvi olma, bütün kütləyə aid olma;
populyarlıq. Ədəbiyyatın kütləviliyi. Maari-
fin kütləviliyi.
KÜTLÜK is. 1 . Küt şeyin hal və keyfiy-
yəti. Bıçağın kütlüyü. Qayçı kütlükdən kəsmir.
2. məc. Həssaslığın, qavrama və idrak qa-
biliyyətinin olmadığı hal. Beyninin kütlü-
yündən dərs başına girmir. II məc. Bacarıq-
sızlıq, qabiliyyətsizlik, dərrakəsizlik, qan-
mazlıq. [Vəznəli kişi] ona görə məyus idi
ki, qubernator qatilin dünənə qədər kənddə
gəzdiyini, bizim kütlüyümüzdən istifadə ilə
aradan çıxdığım eşitsə, əlbəttə .. deməyə-
çəkidi). Mir Cəlal. ..Potaboy adamın fəaliy-
yətsizliyi, kütlüyü Səmədi dəhşətə gətirirdi.
İ.Hüseynov.
KÜTTƏLƏMƏ “Küttələmək’’dən fis.
KÜTTƏLƏMƏK dan. bax kütləmək.
Kağızları küttələmək. - [Muzdur] əli əsə-
əsə yüzlükləri bir-birinin üstünə kiittələyib
öz kağızına bağladı. S.Qənizadə.
KÜTÜB [ər. “kitab” söz. cəmi] klas. Ki-
tablar. Dəxi o qədər şüuru yoxdur anlasın ki,
hüsııi-xətt əlzəııı şey deyil və daş basmaxa-
ııasında kütiib qələt basılır və girənbəha olur.
M.F.Axundzadə.
KÜTÜBXANA klas. bax kitabxana.
Mümkün olsaydı da yurdumdakı meyxanə-
ləri; Həp kütübxanə yapardım. H. Cavid.
KÜTÜBXANAÇI klas. bax kitabxanaçı.
KÜTÜM is. zool. Çəkikimilər fəsiləsindən
vətəgə balığı, ziyad balığı.
KÜVET is. [fr.\ Metaldan və ya plastik
materialdan düzbucaqlı qab.
KÜY is. 1. Qalmaqal, səs-küy; dalaşan,
vuruşan, çaxnaşmaya düşən adamların çıxar-
dığı səs. Nə gurultu, nə küy, nə səs vardır;
Bir neçə ruhsuz qəfəs vardır. A. Səhhət. [Hacı
788
KÜYÇÜ
Mehdi:] Səsiniz, küyünüz qonum-qonşunu az
qalıb köçürtsün. Ə.Haqverdiyev. Körpüdə
izdiham çox idi. Buranın özünə məxsus səs
və küyü ilə bir gecikmiş paroxodu yola sa-
lırdılar. T.Ş. Simurq. □ Küy basmaq - səs-
küy düşmək, qarışıqlıq baş vermək. Həyəti
küy basdı. - Otağı küy basdı. M.Hüseyn. Küy
düşmək - səs-küy düşmək, həyəcan-təlaş
düşmək, şayiə yayılmaq, həyəcanlı xəbər
yayılmaq. Səhər Səriyyə xəbər gətirdi ki,
kəndə yaman küy düşüb. İ. Əfəndiyev. Küy
salmaq - səs-küy salmaq, qışqırıq qoparmaq,
qalmaqal salmaq. Küyə düşmək - 1) bir
şayiə, xəbər və s.-dən həyəcanlanmaq, çax-
naşmaya düşmək, əl-ayağa düşmək; 2) baş-
qalarına baxaraq təsirə düşmək, onlar kiıııi
hərəkət etmək. [Telli:] Bəsdir küyə düşüb o
qəndil ağaclarından əkdik. Ə.Məmmədxanlı.
Küyə salmaq - bir sözü, işi, xəbəri yaymaq,
aləmə bildirmək. [Əşrəf bəy:] Heç küyə sal-
ma, qoy gəlsin, görək nə xəbərdir. N.Vəzirov.
[Kəndli:] ..Belə xəbəri küyə salmaq yaxşı
deyil. Ə.Əbülhəsən.
2. Hay-küy altında gizlədilən fırıldaq,
yalan. Onun küyünə inanmayın. — Bu zaman
heç birisi açılışıb o birisinin küyünün üstü-
nü vurmadı. S. Rəhimov.
3. dilç. Sədanın iştirakı olmadan ağız boş-
luğunda yaranan danışıq səsi ( səda qarşılığı).
KÜYÇÜ sif. 1 . Hay-küyçü, qara-qışqırıqçı,
küy salan; bir işi, xəbəri şişirdən. Küvçü
uşaq. - [Sirat:] [Veysi] mən heç belə küvçü
bilməzdim! Ə.Əbülhəsən.
2. Gopçu, yalançı. [Xanlar] Ovçu tayfası
elə küyçii olur, - deyə, anasının boynunu
qucaqladı. S. Rəhimov.
KÜYÇÜLbax küyçü.
KÜYÇÜLÜK is. Küy salma, qara-qışqırıq
salma, bir iş, hadisə və s.-ni həddindən ar-
tıq şişirtmə xasiyyəti. Mən o kəndin küıyçü-
lüvünii çoxdan bilirəm. Mir Cəlal.
KÜYÇÜLLÜK bax küyçülük.
KÜY-KƏLƏKÇİ is. Küy-kələk salan; qal-
maqalçı, hay-küyçü, tez təşvişə düşən adam.
[Sirat:] Çimnaz xala, yaxşı ki Veys də bir-iki
günə gedəcək, ona hələ bir şey deməyin! O
bir az kiiy-kələkçidir. Ə.Əbülhəsən.
KÜY-QALMAQAL, KÜY-KƏLƏK is.
1 . Hay-küy, səs-küy, qalmaqal: qarışıqlıq,
araqarışma. [Minbaşı:] Hərgah mənim inıta-
KÜZLƏMƏ
һатта etibarın varsa, artıq küy-qalmaqal la-
zını deyil N.Vəzirov. Küy-kələk, bağırtı hədə
və söyüş səsləri ətrafa yayıldı. P.Makulu.
□ Küy-qalmaqal (küy-kələk) salmaq -
səs-küy salmaq, hay-küy salmaq. [Heydər
bəy:] Gərək bir dörd verst aşağıda kiiy-
qalmaqal salaq, qazcıqlar tamam aşağı en-
sinlər. M.F.Axundzadə.
2. Küy-kələklə şəklində zərf- hay-küylə,
səs salaraq, həyəcan içində. Küy-kələklə iş
görmək. - Babacan küy-kələklə içəri girdi.
Ə.Əbülhəsən.
KÜYLƏMƏ “Küyləmək”dən f.is.
KÜYLƏMƏK/ Bir işi, xəbəri, hadisəni
və s. həddindən artıq şişirtmək, küy salmaq.
[Şeyda:] Ay Mehralı dayı, o qədər də küyləmə.
Mən nə böyük iş görmüşəm ki? S. Rəhman.
KÜYLƏŞMƏ “Küyləşmək”dən/w.
KÜYLƏŞMƏK qarş. Səs-küy salmaq,
qara-qışqırıq qoparmaq, hay-küy salmaq
(çoxları haqqında). [Rəşid:] Ana! Bu camaat
niyə kiivləşir, yoxsa bizi öldürəcəklər? Ə.Haq-
verdiyev.
KÜYLÜ: küylü samit dilç. - əmələ gəl-
məsində küyün üstünlük təşkil etdiyi samit.
KÜYÜL is. məh. Dəstə, toplu (balıq, həşə-
rat və s. haqqında). Arı küyülü.
KÜYÜLDƏMƏ “Küyüldəmək”dən f.is.
KÜYÜLDƏMƏK/ Boğuq, küylü səs çı-
xarmaq. Meşə küyiildəyir.
KÜYÜLDƏŞMƏ “Küyüldəşmək”dən f.is.
KÜYÜLDƏŞMƏK bax küyüldəmək. Kü-
yiildəşir dağlar, meşələr, dərə; Dəyir bir-
birinə qapı, pəncərə. H.K.Sanılı.
KÜYÜLTÜ is. Gurultu, səs, küy. Avtoma-
şının küyültüsü.
KÜYÜLTÜLÜ sif. Küyültülü, küyü olan.
Ətraf o qədər sakit idi ki, uzaqlardan gələn
tramvayın küyültülü səsi aydın eşidilirdi.
M.Hüseyn.
KÜZ 1 is. Quzu saxlamaq üçün ensiz, uzun
alçaq tikili. Küzü təmizləmək. Küzləri qay-
daya salmaq. - Əhməd küzə girib iki-üç quzu
və oğlağın leşini bayıra çıxartdı.. Ə.Vəliyev.
KÜZ 2 is. Əkin yerini hissələrə bölmək
üçün cüt və ya kotanla açılan şırım. Çəkilmiş
küz yarıdan keçməmiş göy üzünü .. ağ bu-
ludlar alır, hava isə bozarırdı. S.Rəhimov.
KÜZGƏL is. məh. Çiy kərpic qəlibi.
KÜZLƏMƏ “Küzləmək”dən f.is.
789
KÜZLƏMƏK
KVOTA
KÜZLƏMƏK/ Kotanla, cütlə əkin yerin-
də şırım açmaq. Yeri küzləmək.
KÜZLÜ sif. Kotanla, cütlə şırım açılmış,
küzü olan (bax küz 2 ). Küzlü tarla.
KVADRANT [lat.] riyaz. Dairənin dörddə
bir hissəsi.
KVADRAT [lat.] 1. riyaz. Dörd tərəfi bə-
rabər düzbucaq. // Kvadrat şəklində olan şey;
çargül. Kvadrat kərpic. - Qarovulçu, kvadrat
şəkilli bir taxta ilə yeraltı daxmanın qapısını
bağlayır. M. İbrahimov.
2. riyaz. Ədədin öz-özünə hasili. Kvadrat
tənlik. Kvadrata yüksəltmək.
3. Mətbəə işində: naborun, klişenin və
s.-nin ölçüsünü müəyyən etmək üçün isti-
fadə olunan ölçü vahidi. Kvadrat 48 punkta
bərabərdir. //Naborda boş yerləri doldurmaq
üçün xüsusi mətbəə materialı. □ Kvadrat
mötərizə - [ ] şəklində olan mötərizə.
0 Kvadrat-yuva üsulu k.t. - tarlaçılıqda
mütərəqqi əkin üsullarından biri. [Sultan:]
Bu qırx hektarı kvadrat-yuva üsulu ilə əkə-
cəyik. M. İbrahimov.
KVADRATURA [lat. quadratus-dan]
Kvadrat vahidlərlə (metr və s. ilə) hesabla-
nan sahənin ölçüsü. Otağın ( mənzilin ) kvad-
raturası.
0 Dairənin kvadraturası riyaz. - müadil
kvadrata çevrilmiş dairənin sahəsi.
KVANT [lat. quantum] Fizika və kimya-
da hər hansı bir enerjinin ən kiçik miqdarı.
işıq enerjisinin kvantı.
KVARS [alm.] 1. Kristallar, yaxud başdan-
başa kristal kütlələr halında təsadüf edilən
rəngsiz mineral-silisium oksidi. Kvars sü-
xurları. Kvars kristalları.
2. dan. Təbabətdə tətbiq edilən kvars
lampası ilə şüalandırma. □ Kvars lampası
- ultrabənövşəyi şüalar almaq üçün kvars-
dan düzəldilmiş və içinə civə buxarı doldu-
rulmuş uzunsov, kiçik boru şəklində elek-
trik lampası (təbabətdə, kənd təsərrüfatında
və s.-də tətbiq olunur).
KVARSLI sif. Tərkibində kvars olan, kvars-
la qatışığı olan. Kvarslı şüşə. Kvarslı qum.
KVÄRTA [lat.] mus. Diatonik qammada
dördüncü pillə. // Həmin pillə ilə birinci pillə
arasındakı interval.
KVARTÄL [alm. əsli lat.] 1. İlin dörddə
biri; üçaylıq, rüb. Kvartal planı. İlin birinci
kvartalı. ikinci kvartalın hesabatı.
2. köhıı. 1862-ci ilə qədər Rusiyada: şəhə-
rin bir məhəlləsinin polis idarəsi, polis şö-
bəsi. □ Kvartal nəzarətçisi - çar Rusiya-
sında: məhəlləyə baxan polis məmuru.
// Keçmişdə canlı dildə səhv olaraq “polis
nəfəri, polis məmuru” mənasında da işlən-
mişdir. Dolanır bazarı darğa, kvartal ; Dö-
yülür sifətlər, yolunur saqqal. Q.Zakir. Nə
pristav, nə köməkçi, nə kvartal, nə qazaq;
Hamısı qurd kimi soymaqlığa xalqı ki, qoçaq;
Məsləhətçin eləyiblər neçə əşxası qaçaq.
S.Ə.Şirvani.
3. xiis. Meşənin, tarlanın, üzümlüyün və
s.-nin kvadrat şəklində bölündüyü sahələr-
dən biri.
KVARTET [ital. əsli lat.] 1. Dörd musiqi
aləti və ya dörd səs üçün yazılmış musiqi
əsəri.
2. Müvafiq musiqi əsərlərini ifa etmək
üçün dörd nəfərdən ibarət musiqiçi dəstəsi.
Vokal kvarteti. Simli kvartet. - İştirak edən-
lərin sayından asılı olaraq, hər bir belə an-
samblın öz adı var: iki nəfər oxuduqda -
duet, üç nəfər - terset və ya trio, dörd nəfər
- kvartet və i. a. Ə.Bədəlbəyli.
KVAS [/-ıw.] Çörəkdən, undan və s.-dən
hazırlanan turşməzə içki. Kvas istehsalı.
Çörək kvası. Soyuq kvas.
KVASÇI is. Kvas hazırlayan, ya satan
adam.
KVİNTA [lat. quinta] 1. mus. Diatonik
qammada beşinci pillə. // Həmin pillə ilə
birinci pillə arasındakı interval.
2. Bəzi musiqi alətlərində ən yüksək sim.
KVİNTET [ital. əsli lat.] mus. 1. Beş mu-
siqi aləti və ya beş səs üçün yazılmış musiqi
əsəri.
2. Müvafiq musiqi əsərlərini ifa etmək
üçün beş nəfərdən ibarət musiqiçi dəstəsi.
KVİT \fr.] Baş-başa, heç-heçə. □ Kvit
olmaq - hesablaşmaq, üzülüşmək; baş-başa,
əl-ələ olmaq.
KVORUM is. [lat.] Yetərsay, yetərsəs.
KVOTA is. [lat.] Hissə, norma, pay.
790
MÜNDƏRİCAT
Ee
Əə
Ff
Gg
Hh
Xx
İi
Јј
Kk
. . .5
. .53
.169
.213
.318
.413
.491
.623
.625
791
Buraxılışa məsul: Əziz Giiləliyev
Texniki redaktor: Rövşən Ağayev
Kompyuter səhifələyicisi: Rəvan Mürsəlov
Korrektorlar: Pərinaz Musaqızı
Fəridə Səmədova
Yığılmağa verilmişdir 08.07.2005. Çapa imzalanmışdır 31.07.2006.
Formatı 60x90 7 16 . Fiziki çap vərəqi 49,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 172.
DÜST 5773-90, DÜST 4.482-87
Tel/Fax:447 75 04, Tel.: 447 75 05
Kitab “CBS-PP” MMC mətbəəsində çap olunmuşdur.
Bakı, Şərifzadə küçəsi, 3.